id
int64 43k
1.05M
| date
stringlengths 16
16
| category
stringclasses 47
values | title
stringlengths 1
19.1k
⌀ | text
stringlengths 13
518k
⌀ |
---|---|---|---|---|
44,112 | 08.12.2008 07:40 | İdman | MİRCAVADOV AHMET DURSUNU BƏYƏNMƏYİB | Lakin komandanın o vaxtkı baş məşqçisi Ağasəlim Mircavadov yaxşı formada olmadığı üçün Ahmet Dursunun “Xəzər-Lənkəran”a keçidinə qarşı çıxıb. Bundan başqa, A.Mircavadov ulduz futbolçuların kluba transferinin komandada ab-havanı pozacağını, bu cür oyunçuların klubda sadəcə gün keçirəcəyini bildirib. Bu səbəbdən türkiyəli menecerlərlə danışıqlar baş tutmayıb.Qeyd edək ki, danışıqların getdiyi dövrdə Ahmet Dursun həqiqətən də yaxşı formada olmayıb. Amma sonradan Ahmet Dursun yaxşı oyunu ilə yenidən diqqəti özünə cəlb edib. 1978-ci ildə Almaniyada anadan olan Ahmet Dursun hazırda Türkiyənin “Kocaelispor” klubunun şərəfini qoruyur. |
44,113 | 08.12.2008 07:37 | İdman | “İNDİ “XƏZƏR-LƏNKƏRAN” RƏHBƏRLİYİNƏ ZƏRBƏ VURMAQ İSTƏMİRƏM” | - Nədənsə “Xəzər-Lənkəran”dan heç də xoş hisslərlə ayrılmadınız... - Nədənsə? Təəssüf ki, belə oldu. Məni yandıran odur ki, heç vaxt pul hərisi olmamışam. Hələ oyunçu kimi “Xəzər-Lənkəran”a gələndə, mənə müqavilə təklif edəndə qiymət danışmadım. Dedim ki, nə verərsiniz verərsiniz. Çünki bəziləri kimi hər şeyi pula qurban verməmişəm. Mənsimov qardaşları “Xəzər-Lənkəran”ın, ümumiyyətlə, Azərbaycan futbolunun inkişafı üçün böyük işlər görür. Amma nədənsə həmin vaxt tələsik qərar verildi. Məsələ tam aydınlaşmamış bu cür məlumatlar yayıldı. Uşaqlarım böyüyür, ən çoxu da ona görə heyfslənirəm ki, haqqımda bu cür sözlər deyildi. Bununla belə, vaxtı gələndə hər şeyi açıqlayacam. İndi dediyim sözlərlə “Xəzər-Lənkəran” klubuna və onun rəhbərliyinə zərbə vurmaq istəmirəm. Ancaq vaxt gələcək, hər şey öz yerini tapacaq. Yuxarı bığdır, aşağı saqqal, ona görə də dinə bilmirəm. - “Xəzər-Lənkəran” bu günlərdə İqor Ponomaryovla anlaşdı. Olimpiya çempionunun komandada uğur qazanacağına inanırsanmı? - Ponomaryovun rəhbərliyi altında milli komandada çıxış etmişəm. O, öz dövrünün tanınmış futbolçularından olub. İnanıram ki, İqor Anatolyeviç “Xəzər-Lənkəran”da uğur qazanacaq. Orada öz dəsti-xəttini qoyacaq. “Xəzər-Lənkəran”ın böyük azarkeş ordusu var. Və onlar daim doğma komandalarından yüksək nəticələr gözləyir. Lənkəranlı fanatların nəhayət ki, ürəkdən sevinməyə haqları var. - Rasim Kara ikinci gəlişində də cənub klubunda ciddi uğur qazana bilmədi. Sizcə, türkiyəli məşqçi niyə etimadı doğrultmadı? - Bu mövsüm “Xəzər-Lənkəran”ın çox güclü heyəti var. Heyətə görə çempionluq uğrunda mübarizə aparan digər komandaları geridə qoyur. Bu heyət biz işlədiyimiz dövrdə yığılmışdı. Başa düşmürəm, bu heyətlə necə uğur qazanmamaq olar? Nə bilim, bəlkə də ikinci dövrədə komanda öz oyununu tapacaq. Bunu deyə bilmərəm. - Amma Rasim Kara Lənkərana gələndə bildirmişdi ki, komanda fiziki və psixoloji cəhətdən hazır deyil. “Xəzər-Lənkəran”ı yenidən ayağı qaldırdım. - Ümumiyyətlə, məşqçinin həmkarları haqqında bu cür danışması etikaya uyğun deyil. Ağasəlim müəllim komandanı çempionata yüksək səviyyədə hazırlamışdı. Hər halda heç bir məşqçi istəməz ki, komandası pis vəziyyətdə olsun. Mircavadov komandanı bu sistemlə çempion etdi. Nə baş verdi ki, həmin komanda yeni mövsümə fiziki və psixoloji cəhətdən hazırlıqsız oldu? Bütün bunlar bəhanədən başqa bir şey deyil. Kara uğursuzluqdan sonra özünü sığortalamaq üçün nəsə fikirləşməli idi. - Berti Foqtsun gəlişindən sonra milli komandanın oyununda hər hansı dəyişiklik nəzərə çarpırmı? - İndi “bizim dövrdə hər şey başqa idi” demək dəbdədir. Amma vallah, o vaxt oyunçuların futbol biliyi, savadı indikilərdən üstün idi. Qoy indi yığmanın şərəfini qoruyanlar məndən inciməsinlər. Öz fikrimi bildirirəm. O, vaxt biz fiziki cəhətdən zəif idik. Bu da ondan irəli gəlirdi ki, heç bir klub yüksək səviyyədə təlim-məşq toplanışı keçmirdi. Mən oynayan vaxtlarda yığma komanda ildə bir dəfə toplanış keçəndə sevinirdik. Axı hazırda vəziyyət başqadır. İstər komandaya qayğı, istərsə də futbolçuların maddi vəziyyəti baxımından. Adama pis təsir edən odur ki, millidə nə oyun var, nə də nəticə. Lixtenşteynlə oyuna müdafiəyə meylli heyətlə çıxdılar. Belə uğur qazanmaq olar? - Nəyə görə yerli futbolçular klublarda əcnəbilərə rəqabətdə uduzur? Doğrudanmı onlar əsas heyətə düşmək üçün mübarizə aparmır? - İndi vəziyyət elədir ki, yerli oyunçular istəsə də alınmır. Çünki legioner limiti ləğv olunub və klublar kənardan həddən artıq çox futbolçu gətirir. Legioner limitinin ölkə futboluna heç bir xeyri dəyməyəcək. Amma bir şey var ki, legioner limiti “3" olanda da bəzi futbolçularımız puldan başqa heç nə haqda düşünmürdü. Fikirləşirdilər ki, onsuz da necə olsa, əsas heyətdə yer alacaqlar. Bu cür oyunçuların səsini almaq üçün legioner limitinin ləğv edilməsi yaxşı oldu. İş orasındadır ki, son vaxtlar istedadlı futbolçular da yetişmir. Ümidverici oyunçu olaraq kimi göstərmək olar? Əvvəllər oynamaq həvəsi var idi. Hazırda əksəriyyət ilk növbədə pulu düşünür. Mahmud Qurbanov yaşının çoxluğuna baxmayaraq ”İnter"də əsas heyətə düşməsə, komandadan ayrılacağını deyib. Onu alqışlayıram. Amma elələri də var ki, şəraitə görə “İnter”də 20-30-cu olmağa da razıdır. |
44,114 | 08.12.2008 07:11 | İdman | “STANDARD”ın BAŞ MƏŞQÇİSİNİN İSTEFA XƏBƏRİ YAYILDI | Mənbənin məlumatına görə, “Standart” ikinci dövrədən baş məşqçi vəzifəsinə milli komandamızın sabiq baş məşqçisi Vaqif Sadıqovu gətirmək niyyətindədir. Artıq bununla bağlı Sadıqovla danışıqlar aparıldığı bildirilir. Lakin Sadıqov onunla danışıqlar aparılmadığını vurğulayıb. “Standard”ın təsisçisi Kamil Məmmədov isə Tsxadadzenin seleksiya işləri ilə əlaqədar Gürcüstana getdiyini və yaxın vaxtlarda Bakıya, klubun düşərgəsinə qayıdacağını söyləyib. |
44,115 | 08.12.2008 07:42 | İdman | “TURAN” XAL ƏVƏZİNƏ TƏCRÜBƏ YIĞIR | Bunu apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun vitse-prezidenti Oqtay Hümbətov deyib. Təmsil olunduğu komandanın qış fasiləsində daha yaxşı hazırlıq keçəcəyini vurğulayan Hümbətov bildirib ki, Bakıda təlim-məşq toplanışı keçməyi planlaşdırırlar: “Birinci dövrəyə hazırlaşmamışdıq. Amma bu dəfə belə olmayacaq. İki ay vaxtımız var. Bakıda hazırlıq keçib 4-5 yoxlama görüşündə qüvvəmizi sınayacağıq”.Klub rəsmisi “Peşəkar Futbol Liqasına olan borclarınızı nə vaxt ödəyəcəksiniz” sualını isə belə cavablandırıb: “Hələlik bu borcu ödəmək gücündə deyilik. Amma maliyyə problemimiz düzələn kimi bu borcu qaytaracağıq. Konkret ad çəkmək istəmirəm. Ola bilsin ki, yaxın zamanlarda yeni sponsora qovuşduq. Bununla belə, bu vəziyyətimizdə istənilən şəxs gəlib komandamıza sponsorluq edə bilər”.Hümbətov bildirib ki, digər klublar onların 10-dək futbolçusunu transfer etmək istəyir: “Amma həmin futbolçular ”Turan"dan getmək istəmir. Onlar burada qalıb komandanın güclülər dəstəsində qalmasına çalışır". |
44,116 | 09.12.2008 11:10 | Media | QƏNİMƏT ZAHİDLƏ MİRZƏ SAKİTİ HƏBSXANAYA QAYTARDILAR | «Azadlıq» qəzetinin baş redaktoru Q.Zahid və həmin qəzetin satirik yazarı M.Sakit cəza çəkdikləri müəssisələrdən ataları Səlim Zahidovun yas mərasimində iştirak etmək üçün dekabrın 2-dən 3-nə keçən gecə müvəqqəti azadlığa buraxılmışdılar.S.Zahidov dekabrın 1-i axşam saatlarında vəfat edib. Dekabrın 2-si o, kənddə dəfn olunub. Cəzaların İcrası Məcəlləsi bəzi kateqoriyadan olan məhbuslara doğmalarının hüzründə iştirak hüququ verir. Dekabrın 2-si səhər tezdən Q.Zahidlə M.Sakitin anası Xədicə Zahidova ədliyyə nazirinə teleqramla müraciət ünvanlayaraq oğlanlarına bu imkanın yaradılmasını xahiş etmişdi.Məsələ ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidməti dekabrın 3-də rəsmi məlumat yaymışdı. Açıqlamada 17 və 10 saylı cəzaçəkmə müəssisələrində saxlanılan jurnalistlərin həbsxana rəhbərliynə müraciət edərək ataları S.Zahidovun yas mərasimində iştirak üçün icazə istədikləri bildirilirdi: «Məhkumların anaları Xədicə Zahidova ədliyyə nazirinə də müvafiq xahişlə müraciət edib. Məsələ ilə bağlı millət vəkilləri, tanınmış hüquq müdafiəçiləri Azərbaycan Respublikasının prezidentinə müraciət edərək məhkumların atalarının yas mərasimində iştirakına icazə verilməsini xahiş ediblər».Penitensiar Xidmətin açıqlamasında müraciətlərə baxılarkən humanizm prinsiplərinə və xalqın adət-ənənələrinə hörmətlə yanaşıldığı, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Q.Zahid və M.Sakitə müvafiq icazə verildiyi bildirilirdi.17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Q.Zahid 2007-ci ilin noyabrından həbsdədir, 4 il müddətinə azadlıqdan məhrum olunub. 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan M.Sakit isə 2006-cı ildə həbs olunub. Ona kəsilmiş 3 illik azadlıqdan məhrumetmə cəzası gələn ilin iyununda başa çatır. |
44,117 | 08.12.2008 18:19 | Dünya | AĞ EV OBAMAYA İLK QADAĞASINI QOYDU | Qeyd edək ki, Ağ Evdə siqaret çəkmək qadağandır. ABŞ-ın yeni prezidentinin isə siqaret çəkmək vərdişi var. Amma o deyib ki, özünü artıq Ağ Evə hazırladığı üçün siqareti tərgidib. Obama ABŞ ictimaiyyətini “Ağ Evdə qaydalara əməl olunmadığını görməyəcəksiniz” deyə, əmin edib. Artıq 20 ilə yaxındır ki, siqaret çəkən 47 yaşlı Obama prezidentlik kampaniyası zamanı da dəfələrlə "nikotin saqqızı" çeynədiyi zaman kameraların hədəfinə tuş olmuşdu. Qeyd edək ki, Ağ Evdə siqaret çəkmək qadağasını keçmiş “"first lady", indi isə Obama kabinetinin dövlət katibi olan Hillari Klinton tətbiq edib.ABŞ-ın davamlı olaraq siqaret çəkən son prezidenti 1974-77 illərdə bu ölkəni idarə edən Herald Ford olub. |
44,118 | 09.12.2008 11:24 | Kriminal | ŞƏKİDƏ KÜÇƏNİN ORTASINDA MEYİT TAPILDI | Araşdırma zamanı meyitin Şəki şəhər, Bağmanlar küçəsi, döngə 12, ev 21 ünvanında yaşayan, 1981-ci il təvəllüdlü Eldarov İbrahim Məmmədxəlil oğlu olduğu müəyyənləşib. Tibbi ekspertiza zamanı meyitin üzərində çoxlu sayda zədələr olduğu müəyyənləşib. Faktla bağlı Şəki şəhər Prokurorluğunda cinayət işi qaldırılıb. |
44,119 | 09.12.2008 11:22 | Ölkə | NAXÇIVANDA 3,5 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB | Zəlzələnin mərkəzinə yaxın yaşayış məntəqələrində yeraltı təkanların gücü 3 bala çatıb. Təkanlar nətiçəsində dağıntı və tələfat yoxdur. |
44,120 | 09.12.2008 11:00 | Kriminal | QUBADA “MERCEDES” 550 METR HÜNDÜRLÜKDƏN UÇURUMA YUVARLANIB | Ölənlər bunlardır: Qubanın Qımılqazma kənd sakini Zamiq Abdulla oğlu Mirzəbəyov, Qubanın Qımılqışlaq kənd sakinləri 1979-cu il təvəllüdlü Ramil Müzəffərov, 1981-ci il təvəllüdlü Rauf Həmdullah oğlu Qafarov, 1983-cü il təvəllüdlü Şahid Mirzəkərimov və 1989-cu il təvəllüdlü Elvin Vəzir oğlu Heydərov. Maşın çox hündür ərazidən düşdüyü üçün cəsədlər ətraf ərazilərə səpələniblər. Bunun üçün də hələlik maşını kimin idarə etdiyi bilinmir. Hazırda hadisə yerində Quba rayon prokuroru Nazim Hacıyev, Polis şöbəsinin istintaq bölməsinin müstəntiqləri və Qonaqkənd polis bölməsinin əməkdaşları işləyirlər. Qanoqkənd polis bölməsinin rəis müavini Məmməd Həsənovun verdiyi məlumata görə, hadisə barədə polisə Quba rayon 6 saylı yol istismar idarəsinin fəhləsi məlumat verib. Qəzanın nə vaxt baş verdiyi məlum deyil. Hadisənin səbəbləri isə təyin ediləcək avtoekspertizadan sonra bəlli olacaq. Müstəntiq Əhməd Nəcəfov faktla bağlı Cinayət Məcəlləsinin 263.3 maddəsi ilə cinayət işi açıldığını deyib. |
44,121 | 09.12.2008 10:02 | Dünya | AVROPA BİRLİYİ QULDURLARA QARŞI ƏMƏLİYYATA BAŞLADI | Ədən körfəzində üzən ticarət gəmilərinə ilk dövrdə Böyük Britaniya, Fransa və Almaniyanın 6 hərbi gəmisi və üç təyyarəsi kömək edəcək. Missiyaya britaniyalı kont-admiral Filipp Cons rəhbərlik edəcək. AB-nin ilk dəniz əməliyyatı ən azı 1 il davam edəcək. |
44,122 | 09.12.2008 11:04 | Gündəm | ALLAHŞÜKÜR PAŞAZADƏ II ALEKSİ İLƏ VİDA MƏRASİMİNDƏ İŞTİRAK EDİB | Lent.az-ın məlumatına görə, QMİ-nin sədri cənazənin üstünə gül dəstəsi düzüb, mərhumun ruhuna dua oxuyub. A.Paşazadə Azərbaycan xalqı adından Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Mərhumla vida mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr Ata iştirak ediblər. Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi ilə vida mərasimi dekabrın 9-dək müqəddəs Xilaskar İsa kilsəsində davam edəcək. Azərbaycan nümayəndə heyəti dekabrın 9-da II Aleksinin dəfn mərasmində iştirak edəcək. |
44,123 | 09.12.2008 11:01 | Dünya | YUNANISTAN OD İÇİNDƏ | Yunanıstan mediasının yazdığına görə, parlamentin qarşısındakı meydandakı bank şöbələri və iş mərkəzləri polis səddini aşan etirazçılar tərəfindən yandırılıb. Yanğınsöndürmə maşınları oğurlandığı, yanğın söndürənlərin gəldiyi yollar etirazçılar tərəfindən kəsildiyi üçün yanğınların qarşısının alınmasında ciddi problemlər yaranıb. Afinanın peyk görüntüləri şəhərin onlarla yerdən atəş içində olduğunu göstərib. Etirazçıların iqtisadi mərkəzlərə və otellər hücumu ilə ölkəyə dəyən maddi ziyan daha da artıb. Ölkədə məktəblərdə tətil elan edilib. Yunan mediası bildirib ki, sabah ölkədə böyük etiraz aksiyaları planlaşdırılır. Buna səbəb isə öldürülən gənclə bağlı tibbi ekspertizanın nəticəsinin sabah məlum olmasıdır. Əgər tibbi ekspertiza polisin təsadüfdən deyil, bilərəkdən gənci hədəf aldığını açıqlasa, o zaman olayların daha da böyüməsi təhlükəsi var. Yunan polisi 16 yaşındakı Aleksandros Andreas Qriqoropulosun öldürülməsi ilə bağlı iki polis məmurunun və olayın meydana gəldiyi səmtin polis rəisinin vəzifəsindən azad edildiyini açıqlayıb. Yunanıstan baş naziri Kostas Karamanlis ölən gəncin ailəsinə başsağlığı verib və məktubunda hadisənin səbəbkarlarının aydınlaşdırılaraq, cəzalandırılacağını bildirib: “Belə bir faktın bir daha təkrarlanmaması üçün lazım olan bütün tədbirlər görüləcək”.Yunanıstan prezidenti Karolos Papulyas da baş verənlərin hüquqi bir dövlət üçün zərbə olduğunu deyib. Yunanıstanın daxili işlər naziri Prokopis Pavlopulos ilə müavini Panayotis Hinofotis dünən sabah saatlarında istefa ərizələrini baş nazirə təqdim ediblər. Lakin onların istefaları qəbul olunmayıb. Daxili işlər naziri araşdırmalar başa çatandan sonra nəticədən asılı olaraq, günahkarların cəzalandırılacağını qeyd edib. Etirazları insan hüquqları baxımından haqlı hesab edən P. Pavlopulos etirazların dinc xalqa mənəvi və maddi ziyan vurmasına imkan verməyəcəklərini deyib. Qeyd edək ki, Afinanın mərkəzindəki Eksarhiya səmtində şənbə günü bir qrup gənc növbətçi polis maşınına daş və dəyənəklərlə hücum edib. Polisin qarşılıq vermək üçün açdığı atəş nəticəsində isə 16 yaşındakı gənc dünyasını dəyişib.Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, iki gün davam edən toqquşmalar nəticəsində 36 bank və 35 mağaza yandırılıb. Hazırda vəziyyət nisbətən sabitləşsə də, hakimiyyət orqanları yeni iğtişaşlar olacağını istisna etmirlər. |
44,124 | 10.12.2008 13:19 | Kriminal | DAHA BİR AİLƏ QATİLİNƏ ÖMÜRLÜK CƏZA İSTƏNİLDİ | Məhkəmə prosesi dekabrın 15-də davam etdiriləcək. Qeyd edək ki, E.Paşayev 2008-ci il iyunun 14-də tanışı Gülçöhrə İbrahimovanı, onun qızı Sevinc İbrahimovanı boğaraq qətlə yetirib. Daha sonra hər iki cəsədi gözətçi işlədiyi yeni tikilən binanın liftindən yerə atıb. Onları qətlə yetirən zaman G.İbrahimovanın kiçik qızı Səmayə İbrahimova da orada olub. E.Paşayev S.İbrahimovanı isə divara çırparaq şikəst edib. Hadisənin baş verməsinə isə G.İbrahimovanın E.Paşayevə verdiyi borc pulu istəməsi səbəb olub.Prosesdə zərərçəkmiş tərəfin nümayəndəsi E.Paşayevə ən ağır cəza verilməsini istəyib. E.Paşayev Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, adam öldürməyə cəhd, xüsusi amansızlıqla adam öldürmə maddələrinə əsasən təqsirləndirilir. |
44,125 | 10.12.2008 12:26 | Kriminal | ÇEÇENİSTAN ORDUSUNUN ZABİTİ İSTANBULDA GÜLLƏLƏNDİ | Məlum olub ki, mərhum Çeçenistan Ordusunda uzun müddət xidmət edib, 6 il əvvəl İstanbula köçüb. İstanbulda ticarətlə məşğul olan İslam Canibekov bu müddətdə evini dəfələrlə dəyişdirib. Evli olan İslam Canibekovn 6 övladı var. |
44,126 | 10.12.2008 12:31 | Siyasət | “İRƏLİ” HƏRƏKATI BURAXILDI | Təşkilatın buraxılmasının səbəblərinə gəlincə, C.Osmanlı bunları söyləyib: “Hər bir prosesin məntiqi mərhələləri var. Artıq Hərəkatın buraxılması mərhələsinə çatdıq. Çünki qarşımıza bir çox məqsədlər qoymuşduq ki, onlara da nail olduq. “İrəli” ölkənin 30 regionunu və 20 ali məktəbini əhatə etdi. 6 nəfərlə başlayıb 6 min nəfərə çatdıq. “İrəli” bu 3 il müddətində 550-dən çox layihə həyata keçirdi. Hesab etdik ki, bu formatda fəaliyyətimizin məntiqi sonuna çatdıq. Nəzərə alaq ki, bir çox həmtəsisçilərimiz Azərbaycanda deyil, xaricdədir, bəziləri təhsil alır, bəziləri isə çalışır. Bütün bu səbəblərə görə biz Hərəkatın buraxılması barədə qərar verdik. Biz 3 il əvvələ qədər Azərbaycanın gənclər siyasətində bir növ qocalaşmanın şahidi olurduq. Gənclər təşkilatlarının sədrləri arasında yaşı 45-50 olan şəxslər də var idi. Onlar isə yeniləşmə arzusunda deyildilər. Ancaq “İrəli” Azərbaycan cəmiyyətinə yaşı 19, 20, 21, 22 olan yüzlərlə yeni sima bəxş etdi. İndi onların bir çoxu yeni təşkilatlar yaradıb, ayrı-ayrı sahələrdə fəallıq göstərirlər. Artıq “İrəli” Azərbaycanın gənclər siyasətini yeniləşdirdi. Hesab edirik ki, bu cəhətdən də məqsədimizə çatdıq”.Həmtəsisçi deyib ki, bundan sonra Hərəkatın üzvlərindən kimin hansı təşkilatda birləşməsi sərbəstdir.Özünün dövlət qurumlarında işləmək təklifi aldığını deyən C.Osmanlı hələlik bunu dəyərləndirmək fikrində olmadığını bildirib: “Mən daha sərbəst fəaliyyətin tərəfdarıyam. Ancaq verilən təklifdən də çox şey asılıdır”.C.Osmanlı Azərbaycanda “lazımi vaxtda gəlmək, lazımi vaxtda isə getmək” siyasi mədəniyyəti məsələsində ənənənin yaranmasına ehtiyac olduğunu əlavə edib.“İrəli” Ümumrespublika Gənclər Hərəkatı 2005-ci il avqustun 26-da yaradılb. Təşkilat dövlət qeydiyyatından keçməyib. |
44,127 | 10.12.2008 11:36 | Dünya | YUŞŞENKODAN RUSİYA VƏTƏNDAŞLIĞINA QADAĞA | Onun sözlərinə görə, Ukrayna vətəndaşlığı alınması zamanı sui-istifadə hallarına yol verilməsini istisna etmək üçün qanunverici çərçivə yaratmaq lazımdır. Bundan əlavə, Ukrayna vətəndaşlığının avtomatik itirilməsinə gətirib çıxaran hallar da dəqiq müəyyən edilməlidir: “Rusiya Dövlət Dumasının bir müddət öncə təsis etdiyi “rusiyalı kartı” Ukrayna vətəndaşlarını Rusiyanın təsirində saxlamaq cəhdindən başqa bir şey deyil. Maraqlı sual yaranır: Rusiya Ukrayna vətəndaşlarına əlavə hüquqlar vermək istəyirsə, niyə bunu seçilmiş şəxslərə şamil edir?”Yuşşenkonun sözlərinə görə, bu, beynəlxalq hüquq normalarının pozulmasıdır və ərazisində ikili vətəndaşlığın qadağan edildiyi suveren ölkəyə hörmətsizliyin nümayişidir. |
44,128 | 10.12.2008 11:39 | Kriminal | GƏNC AİLƏ DƏM QAZINDAN BOĞULUB | Həmin ünvanda yaşayan, 1982-ci il təvəllüdlü Süleyman Vəlixanov, onun həyat yoldaşı, 1986-cı il təvəllüdlü Natəvan Vəlixanova və onların hələ bir yaşı tamam olmayan qızı Cəmilə Vəlixanova dəm qazından boğulublar. Bu səhər huşsuz vəziyyətdə qohumları tərəfindən evlərində aşkarlanan ailə üzvləri təcilli olaraq şəhər xəstəxanasına yerləşdiriliblər. Hazırda onların vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır. |
44,129 | 10.12.2008 16:44 | Siyasət | “JİRİNOVSKİ BAKIYA GƏLSƏ, ONU ŞƏHİDLƏR XİYABANINA APARACAM” | Lent.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib. O, ALDP-nin 10 illik yubileyilə bağlı təkcə Jirinovskiyə deyil, təşkilatın əməkdaşlıq etdiyi digər xarici dövlətlərin siyasi qüvvələrin liderlərinə də dəvətlər göndərdiyini bildirib: “O cümlədən Pakistanın prezidenti Asif Əli Zərdariyə də. Amma Jirinovskinin Bakıya gələcəyindən ehtiyatlanan qüvvələrin məqsədini başa düşə bilmirəm. Vitse-spiker çoxdan Azərbaycana gəlmək niyyətindədir. Lakin obyektiv və subyektiv səbəblərdən bu alınmayıb”.Partiya sədri Jirinovskinin qafqazlıları müəyyən məqamlarda ittiham etməsinə və yerli politoloqların ona cavab verməsinə də münasibət açıqlayıb: “Bu dünənin söhbəti deyil. Jirinovski on il bundan öncə “Cənuba sıçrayış” adlı kitabında qafqazlıları bəzi məqamlarda ittiham etmişdi. Ondan sonra mən neçə dəfə Moskvada olub, onunla görüşmüşəm. Özümlə apardığım Qarabağla bağlı, ermənilərin işğalçılıq siyasətindən bəhs edən kitabları ona vermişəm. Azərbaycana qarşı tutduğu mövqeyində dəyişiklik etməsində ona təsir etmişəm. Elə bunun nəticəsi olub ki, o, Azərbaycana gəlmək istəyib”.F.Əliyev Jirinovskinin Azərbaycana gəlişindən narahatlıq keçirən qüvvələrə xitabən deyib ki, əslində vitse-spikerin gəlişi zəruridir: “Jirinovski böyük nüfuza və gücə malik siyasətçidir. Onun Azərbaycana gəlişinə şərait yaradılmalıdır ki, həqiqətlərimizi görə bilsin, ölkəmizlə bağlı düşüncəsində dəyişiklik etsin. Onu özümüzdən uzaqlaşdırmaqla heç nə əldə edə bilmərik”.Fuad Əliyev onu da bildirib ki, əqər Jirinovski Bakıya qəlsə, onu və diqər gonaqları Şəhidlər Xiyabanına və türk əsgərlərin məzarlarına əklil qoymaq üçün aparacaq. |
44,130 | 10.12.2008 17:32 | İqtisadiyyat | “ÇÖRƏK 20 QƏPIYƏDƏK UCUZLAŞMALIDIR” | Onun sözlərinə görə, indi zavod çörəyi mağazalara 32 qəpikdən verilir. Ancaq daşınma xərcləri baha olduğundan piştaxtalarda çörək elə əvvəlki qiymətə, yəni 40 qəpiyə satılır. Nurlan deyir ki, çörəyin topdansatış qiymətlərinin aşağı salınması hələ kütləvi deyil. Onun sözlərinə görə, ucuzlaşma kütləvi hal alsa, pərakəndə satış qiymətlərini aşağı salmaq mümkündür: “Biz də istəyirik ki, qiymətlər aşağı olsun. Amma çörəyin keyfiyyəti və real çəkisi deyilən kimi deyil. 810 kramlıq çörəyin real çəkisi 790 qram, qiyməti isə 32-33 qəpikdir. İndi mən bu çörəyi 35 qəpiyə necə satım?”Bakının müxtəlif ərazilərində apardığımız müşahidələr də mağazalarda çörəyin qiymətinin ucuzlaşmadığını göstərir. Halbuki, əksər çörəkbişirmə sexləri qiymətin aşağı salındığını iddia edirlər. Ancaq mağazalarda qiymətlər müxtəlifdir. Bir sıra ticarətçilər çörəyin qiymətini çəkidən asılı olaraq 3-5 qəpik aşağı salıb. Əksər mağazalarda isə aşağı qiymətlərin iqtisadi cəhətdən sərfəli olmadığını əsas gətirərək, qiyməti dəyişmək fikrində deyillər. Ekspertlərin fikrincə, pərakəndə satış obyektlərində fərqli mənzərənin yaşanması çörəyin çəkisi və qiymətinin tənzimlənməsini zəruri edir. Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi Sabir Vəliyev deyir ki, hökumət çörəyin qiymətinə müdaxilə edə bilməz. Ancaq çəkinin normativ qaydalara uyğunlaşdırılması üçün müvafiq addımlar atılmalıdır. İdarə rəisi bildirib ki, ölkədə unun qiyməti ucuzlaşıb. Bu səbəbdən də çörəkbişirmə sexləri qiyməti mütləq aşağı salmalıdır: “Azərbaycanda ən çox istifadə olunan zavod çörəyidir. Bu çörəyin qiyməti mütləq 20 qəpiyə endirilməlidir. Sahibkarlara 20 qəpiklik çörəyi 40 qəpiyə satmağa imkan vermək olmaz. Çünki çörəyin maya dəyəri heç 20 qəpiyə də çatmır. İqtisadi İnkişaf Nazirliyi bu məsələni təcili surətdə həll etməlidir”.Sabir Vəliyev bildirib ki, bu qurum çörəyin qiymətinə, çəkisinə nəzarət edə bilmir. Çünki bu səlahiyyət prezidentin sərəncamı ilə İqtisadi İnkişaf Nazirliyinin İstehlak Bazarına Nəzarət Xidməti Departamentinə verilib.“Heydər Babayev bu departamentin fəaliyyətini iflic vəziyyətə salıb. Riyaziyyat, fizika müəllimlərini gətirib departamentə rəhbər vəzifələrə qoyub. Bu adamların isə bazardan, dünyada gedən proseslərdən xəbərləri yoxdur. Ona görə də departament fəaliyyət göstərə bilmir” - Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi bildirib. Sabir Vəliyev onu da əlavə edib ki, yeni iqtisadi inkişaf naziri bu məsələləri yoluna qoymalıdır. Onun sözlərinə görə, departamentdə vəzifə tutan müəllimlər işdən azad edilməli, istehlak bazarındakı prosesləri, o cümlədən kənd təsərrüfatı sahəsini bilən mütəxəssislər bu işə cəlb olunmalıdır: “Aqronomluğu, taxılçılıq sahəsini bilməyən adam çörəyin qiymətinə nəzarət edə bilməz. Departament taxıl istehsalçılarını, çörək emalçılarını bir yerə yığıb bu məsələni müzakirə etməlidir. Qoy hamısı bir yerdə çörəyin maya dəyərini hesablayıb çıxartsınlar ortaya. Onda bəlli olacaq ki, zavod çörəyinin qiyməti heç 20 qəpiyə də gəlib çıxmır. Amma o departamentdə bu məsələləri bilən yoxdur. Ona görə də hər şeyin ucuzlaşdığı bir vaxtda çörəyin qiyməti dəyişmir”.İdarə rəisi bildirib ki, indi Azərbaycanda ərzaq buğdasının bir kiloqramını 19-20 qəpiyə almaq olar. Üstəlik, xaricdən gələn unun da qiyməti ucuzlaşıb. Onun fikrincə, indiki halda 800 qramlıq çörəyin pərakəndə satış qiyməti 25-30 qəpikdən baha satılmamalıdır. İqtisadi İnkişaf Nazirliyində isə bildirirlər ki, daxili bazarda çörəyin qiymətinə və çəkisinə, habelə keyfiyyətinə nəzarət üçün ciddi tədbirlər götürəcək. Artıq nazirliyin İstehlak Bazarına Nəzarət Xidməti Departamenti mağazarlarda nəzarətə başlayıb. |
44,131 | 10.12.2008 18:51 | İqtisadiyyat | JİRİNOVSKİNİN AZƏRBAYCANLI BİZNES ORTAĞI KİMDİR? | “Mən həmin adamın adını açıqlamıram. Amma Jirinovski ilə əməkdaşlıq edən bir şəxs kimi bu məsələdə əlimdə yetərincə fakt var”.Vladimir Jirinovskini isə məhkəməyə “Azərros” Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıqov verib. Bu barədə Lent.az-a açıqlamasında “Azərros”un hüquq və hümanitar işlər üzrə vitse-prezidenti Nizami Bəşirov məlumat verib. O bildirib ki, Jirinovskinin 2007-ci ildə çap olunmuş “Cənuba sıçrayış” adlı kitabı ilə bağlı bu ilin mart ayında yerli məhkəməyə müraciət ediblər: “Kitabda bizim millətlə yaşamağın mümkün olmadığı deyilir, millətimiz genetik vəhşi kimi təqdim edilib. Yazılıb ki, azərbaycanlılar 1988-ci ildən ermənilərə qarşı soyqırım törədir, onları qırır, öldürür. Biz məhkəməyə Azərbaycan xalqının şərəf, ləyaqətinin və təmiz adının qorunmasına dair iddia ərizəsilə müraciət etmişik. Tələb edirik ki, Jirinovski, onun rəhbərlik etdiyi partiya və kitabın çap olunduğu “Şelbinka” məhkəməsi Rusiya KİV-i vasitəsilə üzr istəsinlər, bütün kitablar yayımdan, kitabxanalardan götürülüb məhv edilsin. Həmçinin tələb edirik ki, Azərbaycan həmrəy olaraq Azərbaycan xalqına vurduğu mənəvi zərərə görə, 3 cavabdeh “Azərros” Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinə 3 milyon rus rublu ödəsin. Biz bunu xüsusi olaraq vurğulayırıq ki, qoy hansısa siyasi xadim, dövlət məmuru, vəzifəli şəxs hər hansı bir xalq haqqında təhqiramiz, böhtan dolu bir şey yazırsa, o nəinki mənəvi, hətta maddi məsuliyyət də çəkməlidir. Baxmayaraq ki, heç bir pula ehtiyacımız yoxdur, bu məsələdə maddi tamah kimi niyyətimiz ola bilməz. Özünü azərbaycanlı sayan şəxslər Jirinovskinin “Cənuba sıçrayış” kitabının 39-42-ci səhifələrini oxuyarkən, öz ata-babalarının, əcdadlarına ünvanlanmış söyüşləri oxuyub bunun nə demək olduğunu dərk edə bilər”.N.Bəşirov bildirib ki, məhkəmə bu gün keçirilməli idi. Lakin cavabdeh tərəf olan Rusiya Liberal Demokrat Partiyasından, “Şelbinka” mətbəəsindən və həmçinin Vladimir Jirinovski tərəfindən məhkəməyə heç kim gəlməyib: “Hakimin köməkçisi onun xəstələndiyini bildirdi. O, hakimin xəstələndiyinə görə məhkəmə iclasının yanvarın 22-dək təxirə salındığını bildirdi”.Söyün Sadıqov özü isə Lent.az-a açıqlamasında Jirinovski ilə birgə biznes qurduğuna dair məlumatı təkzib edib. “Bunu yazan, yaxud deyən yalançılardır. Jirinovski ilə biznes ortaqlığım olmayıb, heç ola da bilməz. Onunla bizim aramızda normal dostluq əlaqələrimiz var”.“Cənuba sıçrayış” kitabı ilk dəfə 15 il əvvəl işıq üzü görüb, 2007-ci ildə çap olunan isə təkrar nəşrdir. Jirinovskinin niyə məhz indi məhkəməyə verilməsinə gəlincə, S.Sadıqov bunları söyləyib: “Jirinovskinin özünün də dediyinə görə bu kitab 1993-cü ildə çap olunub. Ancaq biz o vaxt kitabı görməmişik”.Məlumatlı mənbələr Jirinovski ilə Sadıqovun tikinti biznesində vaxtilə birgə iş apardığını bildirir. |
44,132 | 10.12.2008 18:48 | Dünya | ERMƏNİ MÜXALİFƏTİ İRƏVANDA YÜRÜŞ KEÇİRİR | Yürüşü “Siyasi məhbuslar və izlənilənlərin müdafiəsi Komitəsi” təşkil edib. Aksiyaya komitənin sədri Karapet Rubinyan, Ermənistan Milli Konqresinin nümayəndələri David Şahnazaryan və Levon Zurabyan başçılıq edirlər.Bundan əlavə, İrəvanın mərkəzindəki Saxarov adına meydanda da siyasi məhbuslara dəstək aksiyası keçirilir. Aksiyanı siyasi məhbusların həyat yoldaşları və tərəfdarları təşkil ediblər. |
44,133 | 10.12.2008 18:50 | İqtisadiyyat | BÜDCƏ SƏNƏDİ YENİDƏN MÜZAKİRƏ OLUNACAQ | Dekabrın 18-dək davam edəcək müzakirələrdə əsas diqqət dövlət idarəetmə xərclərinin azaldılması və sosial yönümlü layihələrin reallaşdırılması məsələlərinə yönəldiləcək.Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu dövlət idarəetmə xərclərinin azaldılması təklifi ilə hələ bir neçə il əvvəl çıxış etmişdi. Həmin təkliflərdə oxşar funksiyaları yerinə yetirən eyni funksiyanı daşıyan bir neçə dövlət qurumunun birləşdirilməsi nəzərdə tutulurdu. |
44,134 | 11.12.2008 05:36 | Yazarlar | MƏMMƏDYAROVUN İNSAN HAQQI | Bəli, onu da demək olar ki, 40 il əvvəl qaradərililəri ağların restoranlarına buraxmadıqları, onları ikinci sort adam hesab etdikləri ABŞ-da indi Afrika əsilli Barak Obama prezident seçilib. İrqçilik 60 il əvvəl olduğu kimi dünyanı ifrat şəkildə ağ-qaraya bölməyib, bütün insan hüquq və azadlıqları sözdə hamıya şamil edilir. Kasıb balaları varlılarla bir məktəbdə, eyni universitetdə oxuyur. Avropanın sərhədləri şəffaflaşır, millətlər bir-birinə qaynayıb-qarışır. Bunların hamısı var. Amma dünya yalnız üzdə ağlar və qaralar, ağalar və nökərlər bölgüsündən qurtulmuş kimi görünür.Qara qitə hesab olunan Afrika yenə dünya ağları (ağaları) üçün koloniya, ucuz qul qüvvəsidir. XXI əsrdə qaralar yenə tayfalararası müharibələrin, aclıq və səfalətin, üstəlik, adamyeyən diktatorların əsarətindədir. Hələ də cəngəllik qanunları ilə idarə olunan bu ölkələrin diktatorları isə ağ ağalarının himayəsində insan kimi yaşamağa haqqı olanları bir-birinə qırdırır, acından öldürür, istismar edir. Əgər insan hüquq və azadlıqları əvvəllər dərinin rənginə görə müəyyən edilirdisə, indi onun bir o qədər də əhəmiyyəti yoxdur. İndi dərisinin rəngi ağ olan ölkələr insan haqlarının vəziyyətinə görə qaralarla qonşuluq edir, hərdən onları “qabaqlayır” da.Demokratiya, bəşəri dəyərlər, hüquqlar, azadlıqlar ağ ölkələrin liderlərinin ağzında saqqız kimidir. Dürlü-dürlü danışandan sonra yerə tüpürürlər.Ötən ay Hindistan terror hücumuna məruz qalanda hər ölkə öz vətəndaşının hayına qalmışdı - ABŞ amerikalının, İngiltərə ingilisin, Yaponiya yaponun. Guya orada ölən digərləri heç adam deyilmiş. Dünya getdikcə özünə qapanır. ABŞ - dünyada insan hüquq və azadlıqlarının carçısı - Rusiyanın qulağının dibində ona görə raket quraşdırır ki, okeanın o tərəfində öz vətəndaşlarının təhlükəsizliyini təmin etsin. Rusiya əsgərlərinin çəkmələri altında inləyən gürcü böyük mənada ABŞ-ın (eləcə də digər superdövlətlərin) heç vecinə də deyil. Ona görə indi Gürcüstandakı demokratiyanın, insan haqlarının qara qəpik qiyməti də yoxdur. Elə o demokratiya üçün inqilab edən gürcü üçün də. Bu gün olmasa da sabah Amerikanın prezidenti, avropalılar Rusiya rəhbərlərini yenə sinələrinə sıxıb öpəcək. Necə ki, hələ də qara-ağ diktatorları süfrələrinin başına keçirir, onlarla alver edir, xısınlaşıb gülürlər.ATƏT-in Helsinkidə keçirilən ötənhəftəki zirvə toplantısında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu qurumun İnsan Haqları Bürosunun fəaliyyətindən gileylənib. Gileyini də belə dilə gətirib ki, büro insan haqlarına hədsiz diqqət yetirir. Rusiya neçə müddətdir ATƏT-in məhz bu institutunun bağlanmasına çalışır. Çünki onlar belə hesab edir ki, insan haqları ilə məşğul olan, ara-sıra bəyanatlar verən, hesabatlar hazırlayan bu kimi institutlar onların hüquqlarını pozur. Ağa başının üzərindən kiminsə göstəriş verməsini sevmir axı... Rəiyyət (vətəndaş) onlarındır, istəsələr gözünün yaşını silər, istəsələr bəbəklərini deşərlər.Məmmədyarov ingilis dilində sərbəst danışır, diplomat kimi dünyanın yaxşı üzünü də, pis üzünü də görüb. Amma adam mahiyyətcə antidemokratik bir hakimiyyətin xarici siyasətini yönləndirirsə, daha başqa cür danışa da bilməz. Ölkə xaricindəki hüquq-müdafiə təşkilatları onlar üçün əcinnə, ölkədəki barmaq hesabı qalan vətəndaş cəmiyyətləri isə sadəcə düşməndir. Əgər bir ölkədəki insanların adicə sərbəst toplaşmaq hüququ yoxdursa, axı soruşan gərək, Məmmədyarovun insan hüquqlarının hakim olduğu Finlandiyada nə işi?! Avropanın ikiüzlü Şurasına üzvlük Azərbaycan vətəndaşına nə verib ki, hələ də bizim nümayəndələrə xərc çəkib ora dəvət edirlər? Azərbaycandan Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsinə göndərilən şikayətlərin sayına, ölkədə son illərdə keçirilən seçkilərə diqqət yetirmək kifayətdir ki, ölkəmizin mandatını alıb kənara qoysunlar. Belədə Azərbaycan adamı üçün daha rahat olar. Necə ki, bu gün də çox rahatıq. Çünki 60 il əvvəlki bəyanatın, 10 dekabrın bizə dəxli yoxdur.Dəxli varsa, insan haqları üzrə müvəkkil Elmira Süleymanovanı təbrik edirəm. Nazim SABİROĞLU |
44,135 | 11.12.2008 02:37 | Gündəm | İRANDAKI SƏFİRİMİZİN ELÇİBƏY HAKİMİYYƏTİNİ NİYƏ HƏDƏFƏ ALDIĞI BƏLLİ OLDU | Məhz bu açıqlamalara etiraz olaraq A.Həsənovun bundan sonra Azərbaycanı təmsil etməyə haqqının çatmadığını deyən bəzi tanınmış simalar onun geri çağırılması tələbini səsləndiriblər. A.Həsənovun əslində Azərbaycanın yox, İranın səfiri olduğunu deyən ekspertlərin fikrincə, onun haqqında ciddi ölçü götürülməlidir. Lakin ötən günlər ərzində Xarici İşlər Nazirliyi məsələyə reaksiya verməyib. XİN-in mətbuat katibi Xəzər İbrahim A.Həsənovun ciddi rezonans doğuran müsahibəsi ilə tanış olmadığını bildirdi. Nazirlik rəsmisi İran-Azərbaycan münasibətlərinin mövcud indiki durumuna görə Elçibəy hakimiyyətini ittiham edən səfirin dediklərinə bu şəkildə reaksiya verdi: “İranla Azərbaycan arasındakı münasibətlər dostluq və qonşuluq münasibətləridir. Biz ikitərəfli münasibətlərdə bir-birinin işlərinə müdaxilə etməmək prinsipindən irəli gələn siyasət aparırıq”. A.Həsənovun geri çağırılmasına gəldikdə, X.İbrahim bildirdi ki, bu, XİN-in səlahiyyətlərinə aid məsələ deyil və yalnız ölkə başçısının qərarı ilə həll olunur. Əlavə edək ki, A.Həsənovla əlaqədar redaksiyamıza müxtəlif məlumatlar daxil olur. Adının çəkilməsini istəməyən mənbə bildirdi ki, A.Həsənov Elçibəy hakimiyyəti dönəmində ən aşağı diplomatik heyətdə çalışmağa səy göstərib və bunun üçün bəzi hakimiyyət təmsilçilərinə xahişlə müraciət edib. O zaman İrandakı səfirliyimizin heyətini formalaşdıran şəxslər A.Həsənovun da namizədliyini irəli sürüb və onun ən azı diplomatik ataşe olmasını təklif edib. Lakin o vaxt MTN cənab Həsənovun İran səfirliyində çalışmasına icazə verməyib. Mənbə bunu belə izah etdi: “Abbasəli Həsənov uzun müddət İranın Azərbaycandakı səfiri Nəhavəndianla işləmişdi. O, İran səfirinin tərcüməçisi idi. 1992-ci ildə isə artıq işdən çıxarılmışdı və Abbasəli Həsənovun Nəhavəndianla münasibətləri nəyə görəsə pisləşmişdi. Amma buna baxmayaraq, ona etibar edilmədi. Görünür, iranlılara yaxın olduğundan Həsənov İrandakı səfirliyə göndərilmədi. Ancaq 1995-ci ildə o, arzusuna çatdı və Tehrana göndərildi”. Məlumatlı mənbə A.Həsənovun Elçibəy hakimiyyətinə qarşı qəzəbinin arxasında da məhz bu faktın dayandığına şübhə etmədiyini bildirdi. Sabiq milli təhlükəsizlik zabiti İlham İsmayıl bildirdi ki, bu məsələ ilə bağlı heç bir məlumata malik deyil: “Hətta bu barədə bilsəydim də, açıqlama verməzdim”. Həmsöhbətimiz əlavə etdi ki, diplomatik korpus təmsilçisinin MTN-lə əməkdaşlığı məcburi deyil: “Ola bilsin ki, MTN tərəfindən ona əməkdaşlıq təklif olunsun. Amma o, qəti şəkildə etiraz etsin. Burda fərdi qaydada heç bir məcburiyyətdən söhbət gedə bilməz. Diplomatik korpusun işçilərinin MTN-lə birbaşa əlaqəsi olmur. Sadəcə olaraq, müəyyən təlimatlar var ki, onlar da əsasən XİN-in qarşısında hesabat verirlər. Əgər orda çox vacib bir məsələ iş prosesində MTN-in konfidensiyasına aid olursa, o zaman bu quruma məlumat verilir. Bu zaman da məlumat sıravi işçi tərəfindən yox, səfir tərəfindən bildirilir. Yaxud XİN MTN-i məlumatlandırır. Gizli əməkdaş olmaq isə könüllülük prinsipi ilə həllini tapan məsələdir və burada məcburiyyət yoxdur”. Yuxarıda qeyd olunan məsələlərlə əlaqədar A.Həsənovun fikirlərini də dərc etməyə hazırıq. |
44,136 | 11.12.2008 03:36 | Siyasət | HAKİMİYYƏTİN MÜSAVAT VƏ AXCP PLANI | AXCP rəhbərliyi son vaxtlara qədər məsələni ciddi qəbul etməsə də bir neçə rayon təşkilatının Aydınlar Partiyasına qoşulmasından sonra narahat olmağa başlayıb. Bu məqsədlə sədr müavinləri rayonlara ezam olunub. Yerli cəbhəçilərdən aldığımız məlumata görə, Əli Kərimlinin müavinləri onlarla görüşdə aldanıb Q.Əlibəylinin partiyasına getməməyi deyiblər. Sədr müavinləri Q.Əlibəyli ilə İlqar Qasımovu müqayisə edərək bildiriblər ki, bir müddət əvvəl müxalifət partiyalarının üzvləri vədlərə aldanıb onun təşkilatına axışırdılar. Çox keçmədi ki, aldandıqlarını anladılar və indi hamısı peşman olublar. Əli Kərimlinin Q.Əlibəyli ilə məxfi görüş keçirməsində də birincinin partiyasının taleyi ilə bağlı ciddi narahatlıq keçirməsinin rol oynadığı dəqiqdir.Hakimiyyətin Müsavatı zəiflətmək planı isə bir qədər başqa taktika ilə həyata keçirilir. Prezident Aparatından bütün rayonların icra hakimiyyətlərinə göstəriş verilib ki, yerlərdəki fəal müsavatçıları təzyiq edilmədən, nəyin bahasına olur-olsun öz tərəflərinə çəkməyə nail olmalıdırlar. Tapşırıqda deyilir ki, müsavatçıları dövlət büdcələrində və məmurlara məxsus müəssisələrdə müəyyən işlərlə təmin etməklə onların siyasi proseslərdən uzaqlaşmasına və iş yerlərində rəhbərlikdən asılı vəziyyətə düşməsinə nail olunmalıdır. Artıq mərkəzdən verilən əmrin həyata keçirilməsi istiqamətində rayonlarda iş aparılır. Bəs Müsavat Partiyasının rəhbərliyi hakimiyyətin bu planından xəbərdardırmı?Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, müxtəlif dövrlər ərzində partiyanın mərkəzi və yerli strukturlarındakı aparıcı üzvlərinə şirnikləndirici təkliflər olunub. Ancaq Müsavat Partiyası sıralarında on minlərlə adam var ki, müsavatçılıq ideologiyasının daşıyıcıları olduqları üçün siyasi prosesdə iştirak edirlər: “Onlar hər hansı məhrumiyyətlərə dözərək partiya sıralarında qalmaqda və Müsavat amalı, Azərbaycanın firavanlığı uğrunda mübarizələrini davam etdirirlər. Əqidəsi olan insanlar heç zaman şirnikləndirici təkliflərə görə öz mövqelərindən dönməzlər. Dönəcək insanların isə bəlkə də indidən dönməsi məsləhətdir”. A.Hacılı dedi ki, o, hakimiyyəti heç vaxt Müsavat üzvlərini işlə təmin etməkdə, onlara normal həyat şəraitinin yaradılmasına imkan verməkdə ittiham etməz: “Mən əksinə, hakimiyyəti həmişə müsavaçıları həbs etməkdə, onlara təzyiq göstərməkdə, hansısa bir peşə fəaliyyəti ilə məşğul olmasına maneçilik törətməkdə ittiham etmişəm. Düşünürəm ki, bu faktlar daha çoxdur və daha realdır”. A.Hacılı vurğuladı ki, hakimiyyət dairələri Müsavatın sıralarını seyrəltməyə nə qədər cəhd etsə də istədiklərinə nail ola bilmirlər. Bunu Müsavat Partiyasına üzv olmaq üçün müraciət edənlərin sayının artması da təsdiq edir: “Müsavata üzv olmaq üçün həm şəhər, həm də rayon təşkilatlarına müraciət edənlərin sayı getdikcə artır. Müsavata axın hələlik 2000 və 2003-cü illərdəki səviyyədə deyil, ancaq keçən illə müqayisədə sürətlə yüksəlir”. |
44,137 | 11.12.2008 03:38 | Siyasət | PARTİYALAR BAYRAMLAŞDIMI? | Ənənəyə görə, bayramda insanlar bir-birini təbrik edir, bayram süfrələrinə dəvət edirlər. Türkiyədə, bəzi başqa ölkələrdə isə media qarşısında bir-birini tənqid atəşinə tutan partiya rəhbərləri bayramda bir-birinə təbrik ünvanlayır, bayramlaşırlar. Bəs Azərbaycanda siyasi partiyalar bayram günlərində bir-birinə bu münasibəti göstərdimi?Ümid Partiyasının sədri İqbal Ağazadə partiya rəhbərləri ilə telefon vasitəsilə bayramlaşdıqlarını dedi: “Bəzi partiya rəhbərləri ilə zəngləşib, bir-birimizi təbrik etdik. Yəni qarşılıqlı təbriklər oldu. Müsavat, VİP, KXCP rəhbərliyindəki xeyli adamlarla, başqa partiyalarla da təbrikləşdik. Amma yazılı şəkildə heç kimə təbrik göndərməmişəm”.ADP sədrinin müavini Həsrət Rüstəmov Azərbaycanda belə bir ənənənin olmamasına təəssüfləndiyini dedi: “Əlbəttə ki, bu, yaxşı təcrübədir. Mən bilən Azərbaycanda hansısa siyasi təşkilatda belə praktika yoxdur. Ancaq biz ümumilikdə həmişə Azərbaycan xalqına təbrik ünvanlayırıq. Eyni zamanda təbrikimizi mətbuatda dərc etdirməyə çalışırıq. Bu sırada həm vətəndaşlar, həm də partiya üzvləri öz paylarını almış olurlar”.Müsavat başqanının müavini Arif Hacılı da bizdə partiya adından bayramlaşma ənənəsinin olmadığını söylədi: “Ancaq bilirəm ki, istər partiyanın başqanının, istərsə də partiya rəhbərliyinə daxil olan şəxslərin digər siyasi təşkilatlardan olan şəxslərə qarşılıqlı bayram təbriki olub. Əgər söhbət məndən gedirsə, məni bir sıra partiyaların nümayəndələri təbrik ediblər, Eyni zamanda özüm bir sıra partiyaların təmsilçilərini təbrik etmişəm”. AMİP katibi Əli Oruclu da Azərbaycanda belə bir təcrübənin olmadığından təəssüflənir: “Ancaq şəxsən mən jurnalist həmkarlarımı, dostlarımı təbrik etmişəm. Həmçinin mənim özümü təbrik ediblər. Təbrikləşməni təkcə Qurban bayramında deyil, başqa bayramlarda da edirik”. |
44,138 | 11.12.2008 05:43 | Yazarlar | İSTİ YERİN QİYMƏTİ | Bunu da hamı çoxdan ayırd eləyib ki, bizim ölkədə varlı-hallı olmağın bir düsturu da var: əl-əli yuyar, əl də qayıdıb üzü. Yəni pulunu ver, atını çap. Dəyərlər çoxdan dəyişib. Kim daha çox rüşvət alırsa, bir o qədər camaatın gözündə güclü görünür. Ara-sıra qəzetlər (xüsusən də oğru yadına daş salan müxalif mətbuat) filan yer filan qiymətə satıldı, filankəsin yerinə filankəs göz dikib kimi alanı və satanı qızırğalandıran xəbərlər yayır. Əslində bu dedi-qodu heç kəsi niyyətindən döndərmir. Hansı vəzifənin neçəyə satıldığı, nə qədər verib nə qədər qazanmağın mümkün olduğu haqda müxtəlif avazla xəbərlər yayılıb. Ancaq bunun nə vəzifə verənə, nə də alana isti-soyuğu olmayıb. Hər şey rüşvətin yazılmamış, amma yazılandan qat-qat artıq işlək qanunları ilə həyata keçirilir.Bu yaxınlarda yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Milli Məclisdə əyləşənlərin sırasında da rüşvət verib seçilənlərin olduğunu dedi. Onun milli elitanın varlığı-yoxluğu haqda fikirlərini o məclisdə əyləşənlər topa tutsalar da bu irada etiraz edən olmadı.İcra başçısından tutmuş bələdiyyə sədrinə, su, işıq, qaz idarəsinin müdirliyinə qədər hər vəzifənin öz qiyməti var. Bu səbəbdən də hərə özünə düşən payı kəsib paraya döndərir. Düzdür, vaxtaşırı onların cibini silkələyib tökürlər, ancaq bu, çiçəklənən rüşvətin məzənnəsini bir az qaldırır. Gileylənəndə də deyirlər ki, hər ölkənin öz haramı özünə şirindir.İndi ABŞ-ın təzəcə seçilən qaradərili prezidenti Barak Obama heç Ağ Evə köçməmiş onun boş qalan senator yerinin satışa çıxarıldığını eşidəndən sonra bizim “haqq, hörmət” kimi uca ada layiq görülən rüşvətimizin havadarlarının səsi daha bərk çıxacaq. Gəl indən sonra Siyavuş Novruzovun daşdan, Mübariz Qurbanlının başdan keçən arqumentlərinin qarşısında duruş gətir. Hər ölkədə rüşvətin miqdarı onun həm də yerini və çəkisini müəyyən edirmiş.Deməli, Obama səbrlə yanvarın 20-ni gözləyir, günləri sayır ki, Corc Buşun dairəvi kabinetində əyləşsin və dünyanın ən qüdrətli dövlətinin başçısı kimi öz hökmünü göstərsin. İllinoys ştatının paytaxtı Çikaqoda əyləşib komandasını yaradır, vəzifə paylayır, bu yandan da ştatın qubernatoru Rod Blaqoyeviç bu ştatdan təyin olunacaq yeni senator yeri üçün bazarlıq edir. Bu məsələdə, yəni qiymətləşmədə ona qubernatorluğun icra aparatının rəhbəri Con Harris yardım eləyib. Qoyduğu şərtlər də bizim ölkədəki məzənnədən xeyli aşağı olub: arvadına illik maaşı 150 min dollardan aşağı olmayan iş, öz şirkətinin hesabına bir az pul-para köçürülməsi, təzə prezidentin komandasında babat bir iş, o da olmasa, sayılıb-seçilən bir ölkədə səfir vəzifəsi. İnsafən, Azərbaycandan qat-qat varlı olan bir ştat üçün o qədər də böyük qiymət deyil. Belə paraya bizim ölkədə heç icra başçılığını da almaq olmaz.Özü də İllinoys qubernatoru ənənəyə sadiq qalıb, 1998-ci ildən 2003-cü ilədək bu vəzifədə çalışan Corc Rayanın yolu ilə gedib. Keçmiş qubernator rüşvət aldığına görə 6 il 6 ay müddətinə həbs olunub. Məhkəmədə hüquqlarını da onun yerinə göz dikən Rod Blaqoyeviç müdafiə edib. Hətta ötən il onun bağışlanması ilə bağlı prezident Buşa da müraciət edib. Buş onun xahişini boşuna buraxıb.İndi cild-cild ittihamlar qalaqlanıb. Çox güman ki, bu qubernator da qonşu İndiana ştatındakı türmədə öz sələfi ilə bir kamerada olub-keçənləri xatırlayacaq.Amerikanın bizdən bircə fərqi var: orada üstü açılan kimi rüşvət alanı tuturlar. Azərbaycanda isə qiymətlər dəqiq olduğundan, alış-veriş açıq-aşkar aparıldığından nə alanı, nə də verəni damlamırlar. Qıraqdan durub sayırlar, vaxtı-vədəsi gələndə yığdığını əlindən alıb özünü də azad buraxırlar. Bu cəza o cəzadan qat-qat ağırdır. |
44,139 | 11.12.2008 05:45 | Dünya | YUNANISTANDA KÜTLƏVİ İĞTİŞAŞLARI TƏTİLLƏR ƏVƏZLƏDİ | Afina aeroportunda bütün uçuşlar 1 sutka təxirə salınıb, metro, elektrik qatarları, avtobuslar, dövlət orqanları, xəstəxanalar, ali və orta məktəblər, vergi müfəttişliyi, məhkəmələr, dövlət və özəl banklar işi dayandırıb. Bir neçə saatlığa dəmir yollarının da işini dayandırdığı bildirilir. Həmçinin 2.5 milyon adamı birləşdirən həmkarlar təşkilatının çağırışı əsasında Yunanıstanın əsas telekanalları da işi dayandırıb. Baş nazir Kostas Karamanlis həmkarlar təşkilatını tətili təxirə salmağa çağırsa da bu çağırış eşidilməyib. Həmkarlar konfederasiyasının rəhbəri Statis Anestis deyib ki, onlar planlaşdırdıqları kimi, hökumətin iqtisadi və sosial siyasətinə, habelə pensiya yaşının artırılmasını nəzərdə tutan islahatlara etiraz olaraq küçələrə çıxacaqlar. Müxalifətdə olan PASOK partiyasının lider Georgis Papandreu isə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib. Onun sözlərinə görə, əgər Yunanıstan baş nazir üçün belə əzizdirsə, o, dərhal istefa verməlidir.Yunanıstanda ötən həftə sonu başlayan kütləvi iğtişaşlar nəticəsində paytaxt Afinada çoxlu sayda mağazalar və banklar, ofislər, hotellər, ictimai binalar yandırılıb, şəhərə böyük maddi ziyan dəyib. İğtişaşlar ölkənin digər şəhərlərinə də yayılıb. İğtişaşların alovlanmasının səbəbi 16 yaşlı ifrat solçu gəncin polisin açdığı atəş nəticəsində həlak olmasıdır. Həmin hadisədə günahkar olan polislər həbs edilsə də iğtişaşları sakitləşdirmək mümkün olmayıb. Bildirilir ki, kütləvi narazılığın kökündə Yunanıstanda qlobal iqtisadi böhranın da təsiri ilə ağırlaşan sosial-iqtisadi vəziyyət, işsizliyin artması və hökumətin siyasətindən narazılıq dayanır. |
44,140 | 11.12.2008 02:49 | İqtisadiyyat | NEFTİN GƏLƏN İL ÜÇÜN ORTA QİYMƏTİ AÇIQLANDI | Bu il üçün isə orta qiymətin 100 dollar həddində olacağı gözlənilir. Nazirliyin ekspertlərinin hesablamalarına görə, ABŞ-da və dünyada iqtisadi böhranın gözlənildiyindən daha ağır keçməsi neftə olan tələbatı azaldıb. Bu azalma gələn il də davam edəcək. Gözlənilir ki, bu il neftə olan qlobal tələbat sutkada 50 min barel az olacaq. Son 30 ildə ilk dəfədir ki, 3 il dalbadal neftə olan tələbat azalır. Qiymətlərin aşağı düşməsinə tələbatın azalması ilə yanaşı, OPEK-ə üzv olmayan ölkələrdə hasilatın artması da təsir edəcək. Bu təşkilata daxil olmayan ölkələrin neft hasilatının həcmi gələn il sutkada 450 min barel çox olacaq. Meksika, Şimal dənizi və Rusiyada hasilatın azalmasına baxmayaraq, Amerika Energetika Nazirliyinin ekspertləri Azərbaycan, Braziliya və Birləşmiş Ştatların özündə neft hasilatının artacağını proqnozlaşdırır. |
44,141 | 11.12.2008 03:50 | Dünya | GÜRCÜSTANDA MARAQLI KADR DƏYİŞİKLİKLƏRİ | Aralarında prezident Mixail Saakaşvilinin “qızılgül inqilabı”ndakı yaxın tərəfdaşlarından Təhlükəsizlik Şurasının katibi Kaxa Lomaya da daxil olmaqla, bir neçə aparıcı fiqur istefa verib. O cümlədən istefaya müdafiə naziri David Kezeraşvili, xarici işlər naziri Eka Tkeşelaşvili, təhsil və elm naziri Giya Nodiya göndərilib. Prezident Saakaşvilinin sərəncamı ilə xarici işlər naziri postuna bundan əvvəl mədəniyyət naziri postunu tutan Qriqol Vaşadze təyin olunub. Müdafiə naziri postunu tutmaq isə nazirin keçmiş müavini Batu Kuteliyaya həvalə edilib. Lakin yerdəyişmələr bununla bitməyib və nazirlərin bəziləri onlara həvalə edilən yeni vəzifələri qəbul etməyiblər. Nəticədə müdafiə naziri postuna Gürcüstanın ABŞ-dakı səfiri David Sixarulidze təyin olunub. İqtisadi inkişaf naziri postu isə deputat Laşa Cvaniyaya həvalə edilib. Gürcüstanın Rusiyadakı keçmiş səfiri Zurab Abaşidze mədəniyyət naziri olmaqdan imtina etdiksən sonra bu vəzifəyə deputat Niki Rurua təyin olunub. Bu istefalar və yeni təyinatlar Gürcüstanın siyasi dairələrində böyük ajiotaj yaradıb. Bəzi ekspertlər Saakaşvilinin komandasında böhran yarandığını qeyd ediblər. Prezident özü isə yerdəyişmələri komandada aparılan islahatlarla bağlayıb. Ekspertlər Saakaşvilinin üç yeni təyinatını uğurlu hesab edirlər. Bunlar xarici işlər naziri Qriqol Vaşadze, iqtisadi inkişaf naziri Laşa Cvaniya və müdafiə naziri David Sixuralidzedir. Yeni xarici işlər naziri Vaşadze həm də Rusiya vətəndaşıdır. Lakin o, Rusiya pasportundan imtina etmək fikrində deyil. Vaşadzenin Rusiyanın siyasi dairələri ilə münasibətləri yaxşıdır. Ekspertlər hesab edir ki, Saakaşvili Moskva ilə münasibətləri yumşaltmaq üçün onu həmin vəzifəyə təyin edib. Vaşadze hesab edir ki, Gürcüstana qarşı müharibə hələ bitməyib və ona görə də Xarici İşlər Nazirliyi sutkalıq iş rejiminə keçəcək. Müdafiə naziri postuna isə Gürcüstanın ABŞ-dakı səfirinin təyin edilməsi təsadüfi deyil. Sixuralidze Rusiya ilə beşgünlük müharibədən sonra dağıdılmış Gürcüstan ordusunu bərpa etmək üçün ABŞ-la iş aparmalıdır. |
44,142 | 11.12.2008 02:58 | Dünya | UKRAYNADA YENİ KOALİSİYA YARANDI | Üç fraksiyanın parlamentdə malik olduqları səslərin sayı cəmi 248-dir. Bu, 450 yerlik parlamentdə səslərin yarıdan çoxuna sahib olmağa imkan verir. Yeni koalisiyanın yaranmasından əvvəl Litvinin parlament spikeri olması barədə razılıq əldə edilib. Onun spiker olmasının lehinə rusiyameylli Regionlar Partiyasının və prezidenti dəstəkləyən blokun bəzi üzvlərindən başqa əksəriyyət səs verib. Xatırladaq ki, “narıncı” qüvvələrdən ibarət hakim koalisiya bu ilin sentyabrında baş nazirlə prezident arasında yaranmış ziddiyyətlər üzündən dağılıb. Daha sonra Yuşşenko parlamentin buraxılması və yeni seçkilərin təyin edilməsi haqda fərman verib. Lakin növbədənkənar seçkilərin təşkilinə baş nazir imkan verməyib və nəticədə Yuşşenko öz qərarından geri çəkilməli olub. Prezident Yuşşenko Litvini parlament spikeri seçilməsinə görə təbrik edib. O ümid edir ki, yeni spiker parlamentin, nəhayət, iş qabiliyyətini bərpa etməsini təmin edəcək. Yuşşenko parlamenti təcili olaraq ölkədə baş qaldıran iqtisadi böhrana qarşı fəaliyyət planını təsdiq etməyə çağırıb. Baş nazir Yuşşenko isə hökumətin yeni tərkibini tezliklə elan edəcəyini bildirir. Lakin bəzi ekspertlər yeni koalisiyanın da iş qabiliyyətinə şübhə edirlər. Belə ki, prezidenti dəstəkləyən blokun daxilində yenidən Timoşenko ilə koalisiya qurmaq məsələsində fikir ayrılıqları var. |
44,143 | 11.12.2008 02:58 | Dünya | OBAMANIN YERİNİ SATMAQ İSTƏYƏN QUBERNATOR HƏBS EDİLDİ | Telefon danışıqlarından məlum olub ki, Blaqoyeviç Obamanın senator yerini həmkarlar ittifaqları ilə işləyən qeyri-hökumət strukturlarında yüksək maaşlı iş müqabilində satmağa hazır olub. O, həmçinin arvadı üçün ildə 150 min dollarlıq maaş istəyirmiş. Bundan əlavə, qubernator səlahiyyətləri başa çatdıqdan sonra özü üçün seçki fondundan pul almaq və prezident komandasında işə düzəlmək arzusunu da dilə gətirib. “Mən pul qazanmaq istəyirəm” - deyə telefon danışıqları zamanı qubernator bildirib. Məlumata görə, Blaqoyeviçlə birlikdə onun aparatının rəhbəri Con Harris də korrupsiya ittihamı ilə həbs edilib. İttiham aktına əsasən, qubernatoru 30 il həbs və 500 min dollar cərimə gözləyir.“Assoşeyted press” agentliyinin xəbərinə görə, iş üzrə məhkəmə prosesi yanvarın 14-nə təyin edilib. Qubernatorun vəkili onun məhkəmədə bəraət alacağına inandığını deyir. Blaqoyeviç qalmaqalla bağlı istefa vermək niyyətində deyil. Barak Obama isə qalmaqalla bağlı açıqlama verərək bəyan edib ki, onun bu işlə hər hansı bağlılığı yoxdur: “Mənim qubernatorla nə görüşüm, nə də hər hansı mövzuda söhbətim olmayıb” deyə o bildirib. Lakin müşahidəçilər hesab edir ki, İllinoys qubernatoru ilə bağlı siyasi qalmaqal Obama üçün prezident səlahiyyətlərinin icrasına başlamaq ərəfəsində xoşagəlməz hadisədir. Həmçinin onun qalmaqala reaksiyası nə dərəcədə “möhkəm olması” üçün sınaq da sayılır. |
44,144 | 11.12.2008 06:08 | Media | “JURNALİSTLƏR HƏDƏ-QORXUSUZ İŞLƏYƏ BİLMƏLİDİR” | Jurnalistlər peşə fəaliyyətinə görə həbs olunmamalıdır, böhtan və diffamasiya cinayət əməli sayılmamalıdır. Digər tərəfdən, jurnalistlərin üzərinə böyük bir məsuliyyət düşür, çünki onlar cəmiyyət qarşısında böyük təsir qüdrətinə malikdir və ən yüksək peşəkar standartlara riayət etməlidirlər”. Səfir əlavə edib ki, mətbuat orqanları tamamilə müstəqil olmalıdır, bu, həm də onların maliyyə baxımından müstəqil olması deməkdir: “Mətbuat orqanları biznes kimi idarə olunmalı və bundan ötrü onların reklam hesabına dolanması üçün iqtisadi şərait yaradılmalıdır. Belə bir model olarsa, onlar hökumətdən və ya siyasi partiyadan, fərdi şəxslərdən pul almaq məcburiyyətində qalmazlar”.“Amerikanın səsi”, “Azadlıq”, “BBC” radiolarının Azərbaycanın milli tezliyində yayımının dayandırılması məsələsinə toxunun E.Dersi deyib: “Azərbaycan hökumətinin başa düşdüyünə əminəm ki, bu radiolar ölkədə plüralizm, fikir müxtəlifliyi, adamların səsinin eşidilməsi və məlumatlanması üçün nə dərəcədə vacib bir iş görür.ÿ Düşünmürəm ki, bu radioların peyk və ya İnternet vasitəsiləÿ fəaliyyətini davam etdirməsi çıxış yoludur. Azərbaycanda telekommunikasiya sistemi hələ inkişaf etməkdədir və adamların çox kiçik bir qisminin bu kommunikasiya vasitələrinə çıxışı var”. Səfir əlavə edib ki, Beynəlxalq Yayımçılar Bürosunun təmsilçiləri Azərbaycanın Milli Televiziya və Radio Şurası ilə müzakirələrə başlayıblar: “Əminəm ki, danışıqlar bu radioların öz yayımını davam etdirməsi, Azərbaycanda mətbuatın inkişafına göstərdiyi böyük xidmətləri bundan sonra da davam etdirmək üçün konstruktiv və müsbət həll yolu tapılacaq”. Jurnalist etikası haqqında verilən sualı cavablandıran E.Dersi öz dediklərinin də təhrif olunduğunu və ya cümlənin kontekstdən çıxarıldığını bildirib: “Lakin faciəvi heç nə baş verməyib. ÿBəzən tənqidi məqalələr də görmüşəm. Bir şeyi başa düşmək lazımdır ki, əgər dövlət qulluğunda çalışırsınızsa, dövlətiÿ təmsil edirsinizsə, bu cür tənqidə hazır olmalısan. ABŞ-da olduğu kimi.ÿ Bu, media ilə işləməyin şərtlərindən ÿbiridir. Mənim barəmdə də tənqidi məqalələr olur. Mən demirəm ki, onlardan xoşum gəlir. Dövlət qulluqçusu, ictimai xadim buna hazır olmalıdır. Amerikada belə bir deyim var: ”Mən sənin dediklərinlə razılaşmaya bilərəm, amma sənin demək hüququnu ölsəm də, qoruyacağam". |
44,145 | 11.12.2008 03:58 | Media | “SƏRHƏDSİZ REPORTYORLAR” KƏDƏRLƏNİB | Dekabrın 5-də təşkilat prezident İlham Əliyevə Sakit və Qənimət Zahidov qardaşlarını Qurban Bayramı münasibətilə əfv etmək çağırışı ilə məktub göndərib. Hakimiyyətin bu addımı Azərbaycanda KİV azadlığı sahəsində vəziyyəti yaxşılaşdırmağa kömək edərdi.Xatırladaq ki, Zahidov qardaşları dekabrın 2-də vəfat etmiş atalarının yas mərasimində iştirak etmək üçün həbsdən 4 günlük azad edilmişdilər. Qardaşlar saxta xuliqanlıq və narkotik saxlamaq ittihamları ilə 3 və 4 il müddətinə azadlıqdan məhrum ediliblər. |
44,146 | 11.12.2008 06:04 | Media | “ÜÇ NÖQTƏ”nin OFİSİ QARƏT OLUNUB | Yasamal rayon Polis İdarəsi 26-cı polis bölməsindən fakt təsdiqlənib. Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.Qəzetin baş redaktor müavini Elməddin Muradlı isə lent.az-a açıqlamasında bildirib ki, redaksiyanın əsas kompyuterləri oğurlandığından qəzetin bugünkü sayını hazırlamaq mümkün olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib, əl izləri götürüblər: “Hadisə yerində qan izlərinə də rast gəlinib. Güman ki, bu, redaksiyaya qarət məqsədilə daxil olmuş şəxslərin qanıdır. Onların şüşəni sındırarkən zədə aldığını ehtimal edirik”.Baş redaktor müavini həmçinin açıqlayıb ki, oğrular redaksiyaya qonşu ofisdən daxil olublar. Belə ki, qonşu ofisə açarla daxil olan şəxslər qəzetin redaksiyasına pəncərələrin şüşəsini qırmaqla giriblər. Yasamal rayon Polis İdarəsi 26-cı polis bölməsindən isə bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur. Faktla bağlı cinayət işi açılıb. |
44,147 | 11.12.2008 06:09 | Media | “7 GÜN 7 DƏQİQƏ KİMİ KEÇDİ...” | Maraqlıdır, ailələri doğmalarının 7 günlük azadlığını necə xatırlayır? Müvəqqəti azadlıq qardaşlara necə təsir edib, ailələri bu müddəti necə keçirib? Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova bildirdi ki, əslində həmin günlərdə ikili hisslər keçiriblər. Atalarının vəfatına görə kədərlənən ailə üzvləri qardaşların müvəqqəti azadlığının sevincini də dadıblar: “Yeddi gün az deyildi, hamını gördülər, uşaqları ilə çox vaxt keçirdilər. Düzünü desəm, mən özüm Sakitlə danışa bilmədim. Çünki o qədər qohum-əqrəba, tanış gəlmişdi ki, baş qarışıq idi. Ona görə də onun təəssüratları, fikirləri barədə heç məlumatım olmadı”. Müsahibimizin sözlərinə görə, Sakit də, ailə üzvləri də özlərini onun 7 gündən sonra gedəcəyi fikrinə kökləmişdilər. R.Zahidova qardaşların müvəqqəti azadlığına görə səy göstərən hər kəsə dərin təşəkkürünü bildirdi. Bunun Azərbaycan tarixində ilk dəfə olduğunu xatırladan müsahibimiz “hər halda, biz Sakitin azadlığa çıxacağı 5 ayı gözləyirik” dedi. Rəna xanıma görə, bu 7 günün ən çətini sağollaşma dəqiqələrində olub. Müsahibimiz hər nə qədər onların əfvinə inanmasa da, tez-tez “yəqin onları geri qaytarmazlar” fikrini ürəyindən keçirdiyini xatırladır: “Maşına minib gedəndə özümü saxlaya bilməyib, ağladım. Həqiqətən də mənə elə gəldi ki, Sakiti yenidən həbs edib apardılar”. Müsahibimiz satirikin sağollaşanda xüsusi ismarış, tapşırıq vermədiyini dedi. Onun bildirdiyinə görə, zatən özləri hamı ilə görüşərək, sözlərini demiş, maraqlandıqları suallara cavab tapmışdılar: “Bu gün (dünən) səhər danışdıq. Uşaqları ilə maraqlandı, ümumi bir-iki sözü soruşdu və sağollaşdıq”. Mirzə Sakitə baş çəkməyə gedənlərdən birinin danışdığına görə, satirikin əfv ehtimalı, bir daha türməyə qayıtmayacağı barədə söz-söhbətləri eşidəndə ilk reaksiyası “mənim kamerada dəftər-kitabım, şeirlərim var, onlar ordamı qalacaq” - deyə soruşub. Azadlığından öncə sözünün qeydinə qalan satirikin bu hərəkətini xanımı da təsdiqlədi: “Düzdü, onu deyəndə mən yanında olmamışam. Amma bilirəm ki, belə söz söyləyib. Sakit həmişə belə olub. Elə türmədə də həmişə şeirlərinin narahatçılığını çəkib”. Rəna xanımın sözlərinə görə, bu 7 gündə ən çox övladları ikili hisslər keçirib. Sevimli babalarını itirən uşaqlar eyni zamanda ataları ilə bol-bol vaxt keçirdiklərinə görə məmnun qalıblar: “Sakit daha çox onların dərsləri ilə maraqlanırdı. Uşaqların elə yeni xasiyyətlərini görürdü ki, təəccüblənirdi. Deyirdi, bunlar nə tez böyüdü belə? Allah heç kəsə göstərməsin, biz o 7 günün hər dəqiqəsini sayırdıq. Çünki 7 gün sonra ayrılacağımızı bilirdik”. “7 gün 7 dəqiqə kimi keçdi”. Bunu isə Q.Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva söylədi. Müsahibimizə görə, həyat yoldaşının azadlıqda olduğu günlərdə sanki zaman uçurdu: “Adam istəyirdi ki, günləri tutub saxlasın. Qənimət atasına görə çox məyus olmuşdu. Təbii ki, hər bir oğul istəyər ki, atası dünyadan köçəndə yanında olsun. O da atası torpağa tapşırılanda yanında olmadığına görə təəssüflənirdi. Qənimət evin balacası olsa da, ona ailədə həmişə böyük kimi hörmət edilib. Birinin bir yeri ağrıyanda həmişə Qəniməti çağırıblar. Ona görə də bu 7 gündə atası ilə bağlı məyusluğu, yanında ola bilməmənin ağrısını çiynindən ata bilmirdi. Atası o qədər yaxşı adam idi ki, hətta öz ölümü ilə nə qədər adama sevinc gətirdi. İnsanlar onun ölümünə görə bir tərəfdə kədərlənsələr də, o biri tərəfdə qardaşları azadlıqda gördüklərinə görə sevinirdilər”. Müsahibimizin sözlərinə görə, Q.Zahid əfv fərmanı ilə azadlığa buraxılacağına inanmırmış. Onun sözlərinə görə, hətta bu 7 günlük azadlıq da həyat yoldaşı üçün təəccüblü imiş: “Deyirdi, bunun özü də yaxşı haldır. Gəldik, iştirak etdik. İştirak etməyə də bilərdik və bu zaman məhbəsdə pis hisslər keçirərdik”. Ayəndə xanım 7 gün ərzində həyat yoldaşının daha çox evdə olduğunu, qonaq qarşıladığını söylədi. Bu müddət ərzində heç yarım saat belə söhbətləşməyə vaxt tapa bilməyən ər-arvad qonaqlara vaxt ayırıb: “Biz onsuz da hər həftə görüşüb danışırıq. Ona görə də indi bütün suallarımı gələn həftənin bazar ertəsi gününə saxlamışam, görüşəndə təəssüratlarını da, fikirlərini də öyrənəcəm. Açığı, bu 7 gündə ən çox kədərləndiyimiz an maşına minib getdikləri oldu. Doğrudur, uşaqlar da, biz də onların aparılacağını gözləyirdik, özümüzü əfvə kökləməmişdik. Amma yenə də çətin idi. Bizə görə, bu, onların ikinci dəfə həbs olunması idi. Axı jurnalistlər nə qədər həbsdə qala bilər?” Müsahibimiz danışır ki, Qənimət bəy heç gedəndə də xüsusi olaraq ailəsi, övladları ilə sağollaşmayıb. Ayəndə xanımın sözlərinə görə, bu, baş redaktora mərhum atasından keçən bir xasiyyətdir: “Adətən gedəndə sağollaşmağı, nəsə ismarış verməyi xoşlamır. Bu dəfə də ənənəsinə sadiq qaldı”. |
44,148 | 11.12.2008 06:08 | Gündəm | ERMƏNİSTANLA AZƏRBAYCANA RAZILAŞMA ÜÇÜN VAXT VERİLİB | Prezidentlərin Moskva bəyannaməsi, Türkiyənin Qafqazda Sabitlik Paktı kimi təşəbbüsləri xatırladan E.Məmmədyarov bildirib ki, indi ermənistanlı həmkarı ilə birlikdə keçmişin pis miraslarının tarixdə qalmasına çalışırlar: “Bütün bu cəhdlər daha sabit və sakit Cənubi Qafqazın əsasının qoyulmasına kömək edir. Ermənistanın xarici işlər naziri ilə mən bu fikirdəyik ki, biz bütün pis mirasların geridə, tarixdə qalmasına çalışmalıyıq”.Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirliyi AB-nin xarici işlər nazirlərinin toplantısına dəvət edilib. Onlarla AB-nin Yaxın Qonşuluq Siyasəti çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələləri və bu kontekstdə Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunub. Xarici işlər nazirləri ötən həftə Finlandiyanın paytaxtı Helsinkidə ATƏT xarici işlər nazirlərinin illik toplantısı zamanı danışıqlar aparmışdılar.Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye “Azadlıq” radiosunun rus redaksiyasına açıqlamasında bildirib ki, Helsinkidə həmsədr ölkələr adından xarici işlər nazirlərinə münaqişənin nizamlanmasının əsas prinsiplərinə dair “texniki sənəd” təqdim edilib. B.Fasye deyib ki, bu sənəd münaqişənin həllinə və baza prinsipləri əsasında razılaşmanın tezləşdirməsinə kömək edə bilər. Lakin sənəd əvvəlcə öyrəniləcək və işləniləcək, daha sonra ona münaqişə tərəflərinin razılığı gərəkdir. Razılaşma əldə edilməsə, sənəd geri çəkiləcək. B.Fasye onu da bildirib ki, Helsinkidə xarici işlər nazirləri ilə görüş zamanı həmsədr ölkələr adından Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransa xarici işlər naziri Bernar Kuşner və ABŞ dövlət katibinin müavini Daniel Frid tərəflərə münaqişənin nizamlanmasına dair qrafik təqdim ediblər. Bu qrafik imkan verir ki, gələn ilin sonunadək münaqişənin nizamlanmasının baza prinsipləri ətrafında razılaşma əldə olunsun. “Nazirlərin Helsinki görüşü çox faydalı olub. Məmmədyarovla Nalbəndyan üst-üstə 5 saatdan çox danışıb və münaqişənin nizamlanması prosesini müzakirə ediblər”- deyə B.Fasye bildirib.Xəbər verildiyi kimi, həmsədr ölkələr adından qəbul edilən Helsinki bəyannaməsində tərəflər münaqişənin nizamlanmasının baza prinsipləri ətrafında bir neçə ay ərzində razılaşma əldə etməyə çağırılırdı. Daha sonra danışıqlar detallar üzrə davam etdirilməli və münaqişənin həllinə dair hərtərəfli sülh müqaviləsinin hazırlanması ilə başa çatmalıdır. Baza prinsiplərinə Dağlıq Qarabağda referendumun keçirilməsi də daxildir. |
44,149 | 11.12.2008 06:12 | Gündəm | MƏMMƏDYAROVLA NALBƏNDYAN “PİSLİKLƏRİ UNUTMAQ SAZİŞİ” İMZALADI | Azərbaycan xarici siyasət idarəsi rəhbərinin bu fikri təbii ki, haqlı narahatlıqlar doğurur. Belə çıxır ki, cənab Məmmədyarov erməni həmkarı ilə keçmişdə baş verənlərin unutdurulması istiqamətində danışıqlar aparıb. Keçmişdə isə Azərbaycanın 20 faiz ərazi itkisi, ermənilərin törətdiyi Xocalı soyqırımı, on minlərlə şəhidimiz, maddi, mənəvi abidələrimizin vandalcasına məhv edilməsi faktları var. Elə isə bunları necə unutmaq olur? Bu bir faktdır ki, beynəlxalq təşkilatlar xalqların sülhə hazırlanması adı ilə Azərbaycan və Ermənistan tərəfinə müxtəlif vaxtlarda təkliflər ediblər. Elə yaxın keçmişimizdə Azərbaycan mətbuatına böyük miqdarda qrantların hesabına ermənilərə qarşı radikal müharibə çağırışlarından imtina olunması, savaşa çağırış materiallarının yığışdırılması təklifləri olmuşdu. Lakin o zaman istisnalar olmaqla, əksər media orqanlarının rəhbərliyi bu oyuna getməkdən imtina etdi. İndi görünür, köhnə havalar yenidən çalınmağa başlayıb. XİN-in mətbuat katibi Xəzər İbrahim isə bildirdi ki, Azərbaycan heç vaxt Ermənistan dövlətinə qarşı düşmənçilik siyasətinə yer verməyib: “Eyni zamanda Ermənistan Azərbaycan ərazilərini işğal edib. Təbii ki, ərazilərimizi işğal edən dövlətə qarşı müvafiq siyasət yeritməlidir. Azərbaycan o siyasəti yeridir və öz torpaqlarını Ermənistan işğalından bütün beynəlxalq hüquq tərəfindən verilən imkanlar çərçivəsində azad edəcək”. XİN əməkdaşı rəsmi Bakının Helsinki danışıqlarında öhdəçilik götürməsi barədə deyilənləri də təkzib etdi: “Azərbaycan hökumətinin öhdəliyi yalnız Azərbaycan xalqının, Azərbaycan Konstitusiyasının qarşısındadır. Eyni zamanda Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi sənədlər var ki, onlar hamısı ərazi bütövlüyümüzün bərpasına imkanlar yaradır”.Müsavat Partiyası başqanının müavini Qabil Hüseynli isə nazirin fikirlərinə etirazını bildirdi: “Bu gün təmas nöqtələrində müxtəlif postlardan bir-birinə atəş açmağı, snayperlərin müntəzəm olaraq insan ovuna çıxmasını, işğal edilmiş torpaqların vəhşicəsinə yandırılmasını və sair kimi qarşıdurma yarada biləcək məqamları unutmaq, təkrar etməmək olar. Amma keçmişdən Xocalı soyqırımını necə çıxarıb atmaq olar? Yaxud 1 milyondan artıq insanın öz doğma torpaqlarından silah gücünə didərgin salınmasını, eləcə də 240 min qərbi azərbaycanlının ata-baba yurdlarından deportasiya edilməsini sosial hafizəmizdən necə silə bilərik? Yəni tarix gerçək faktlara söykənərək yazılır. Bizim də tariximizin ən qanlı səhifələri ermənilərlə olan münasibətlərdə müxtəlif dövrlərdə özünü göstərib. Bunları unutsaq, Çingiz Aytmatovun ”Əsrə bərabər gün" əsərindəki manqurta çevrilə bilərik". Q.Hüseynli ədalətli yanaşma olmayınca və ikili standartlar qaldıqca xalqlararası etimadı yaratmağı da saymır: “Bu gün ATƏT-in Xarici İşlər Nazirləri Şurası Azərbaycan və Ermənistan XİN başçılarına Dağlıq Qarabağ probleminin həllinə dair baza prinsiplərinin tez bir zamanda hazırlanması haqqında tövsiyələr verir. Məgər bu baza prinsipləri təkcə iki ölkənin nöqteyi-nəzərinəmi əsaslanacaq? Yaxud qıraqdan hər hansı ”tövsiyələr" olmayacaq ki? Yəni hər ili “qızıl il” adlandırıb tərəfləri nə iləsə şirnikləndirməklə kompromisə meylləndirmək cəhdləri mümkündür. Amma fakt budur ki, Azərbaycanın kompromis limiti çoxdan bitib". |
44,150 | 11.12.2008 06:14 | Yazarlar | AŞ PA NİYƏ DÜMBÜLÜŞ OLDU? | Kimin dediyinin doğru olduğunu bilmək üçün gözləməliyik. Amma bütün hallarda açıq-aşkar görünür ki, daha bu cür məsələlər Azərbaycan cəmiyyəti üçün maraqlı deyil. Köhnə vaxtlarda belə müzakirələrlə bağlı söz-söhbətlər yalan olmasın, yarım il davam edirdi; hakimiyyət müzakirələri əngəlləməyə, AŞ PA deputatlarından kimlərisə ələ almağa çalışırdı. Kimi deyirdi, AŞ PA bu dəfə deputatlarımızın mandatını donduracaq, kimi deyirdi, hakimiyyətin əməllərinə görə ölkəmiz bu qurumdan qovulacaq, sərt cəza tətbiq olunacaq və s. İndi AŞ PA adlı qurumun varlığı ilə yoxluğu heç çoxlarının qulağına da girmir. Bu təşkilatın dişsiz bəyanatları, avtoritar rejimlərə qarşı yumşaq davranışı, Hindistan polisi kimi hadisə yerinə hamıdan gec çatması bir qurum olaraq nüfuzuna çox böyük zərbə vurdu. Əvvəllər Strasburqdakı bir çıxış, ordan verilən bir bəyanat ayrı-ayrı ölkələrdə hakimiyyətləri əməlli-başlı silkələyirdi, ölkə başçılarını əl-ayağa salırdı. İndi isə Strasburqdan ancaq tərif məktubları gəlir, seçkilərin nəticələri müsbət qiymətləndirilir, ayrı-ayrı ölkələrdəki iqtisadi inkişaf önə çəkilir və s. Əvvəl bu qurumun rəhbərliyində olanlar Bakıya səfər edəndə qəzet redaktorları, partiya liderləri ilə görüşərdilər, siyasi məhbuslara baş çəkərdilər. İndi Bakıda muzeyləri gəzirlər, heykəllərin qarşısında baş əyirlər, gedəndə özləri ilə qızıl medal aparırlar. Gəncəlilərin məşhur bir sözü var. Heç nəyə yaramayan, əlindən yaxşı bir iş gəlməyən adama “dümbülüş” deyirlər. AŞ PA-nın indiki durumu bax həmin dümbülüş adama oxşayır. Bu qurum öz əməlləri ilə özünü dümbülüş vəziyyətinə saldı. Vaxtilə ANS-in “Qulp” verilişində bir epizod vardı. Dəlixanada dizi üstdə dayanan bir nəfər qışqırırdı ki, “Mən bilmirəm xalq nə qədər bu vəziyyətdə qalmalıdı”. İndi onun sözü olmasın, mən bilmirəm AŞ PA nə qədər bu dümbülüş vəziyyətində qalacaq? Bir onu bilirəm ki, heç yaxşı vəziyyət deyil. Amma bir məsələ var ki, bu dümbülüş qurumun imkanları çox genişdi və istəsə həddini bilməyən hakimiyyətləri başa sala, onları ram edə bilər. Dünyanın ən böyük iqtisadi qurumları AŞ-ilə əməkdaşlıq edirlər, bu təşkilatın qərarlarına uyğun addımlar atırlar. Hansı ki, onların dünya ilə hesablaşmayan hakimiyyətləri diz üstə gətirmək imkanları var. Əgər AŞ PA istəsə, həm özü, həm də həmin qurumlar vasitəsilə demokratiyanı indikindən az 10 dəfə yaxşı müdafiə edər.AŞ-nin illik büdcəsi 250 milyon dollardı və digər təşkilatlar kimi, bu quruma üzv dövlətlər tərəfindən maliyyələşdirilir. Bugünlərdə təşkilatın gələn il üçün prioritet verəcəyi istiqamətlər açıqlanıb. Guya ki, qurum əsas diqqəti insan haqları, demokratiya, qanunun aliliyi, Avropa vətəndaşlarının təhlükəsizliyinin möhkəmləndirilməsi, daha humanist və həmrəy Avropanın qurulmasına yönəldəcək. İnanan daşa dönsün. Zabil MÜQABİLOĞLU |
44,151 | 11.12.2008 02:13 | Gündəm | SABİR RÜSTƏMXANLI BELÇİKA SENATINDA ÇIXIŞ EDİB | Türkiyə mediasının xəbərlərinə görə, konfransda müzakirə edilən əsas məsələlərdən biri də Qarabağ münaqişəsi olub. İştirakçılar münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinin ən tez bir zamanda tapılmasına çağırıb. S.Rüstəmxanlı çıxışında Qarabağdakı azərbaycanlı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən görməməzliyə vurulduğunu deyib. O, Qarabağda Azərbaycan türklərinin erməni zülmünə məruz qalması haqda danışaraq deyib ki, əzilənlər, zülm görənlər həmişə türklər olub: “Ancaq ən çox günahkar sayılan da türk xalqı hesab olunur. Qarabağda soyqırım törədən erməniləri kimsə qınamır, Türkiyə soyqırıma görə gühanlandırılır. Bizim problemlərimiz eynidir. Ona görə də bir olmalı, suçsuz olduğumuzu dünyaya anlatmalı, türk dünyasının problemlərinin həllini tapmalıyıq”.Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da konfransda çıxış edib. Türkiyənin “Hürriyet” qəzeti S.Rüstəmxanlının çıxışı haqda xəbəri onun fotosu ilə manşetdən verib. |
44,152 | 11.12.2008 04:09 | Ölkə | “BAYIL YAMACI” UĞRUNDA SAVAŞA “FÖVQƏLNAZİR” DƏ QOŞULUB | Qeyd edək ki, “Bayıl yamacı”nda yerləşən evlərin köçürülməsi prosesinə hələ 2002-ci ildə start verilmişdi. O zaman məlumat var idi ki, buranı akademik, Milli Məclisin deputatı Cəlal Əliyev alıb və orada hotel biznesi qurmaq istəyir. Lakin sonradan onun mövqeləri zəiflədiyi üçün bu plan baş tutmadı. İndi isə həmin yerə B.Əyyubov sahiblənmək istəyir. Daha doğrusu, general artıq C.Əliyevin özününkü saydığı sahəyə əl qoyub. Akademikin B.Əyyubova “mənim yerimə girmə” tipli bəyanatı da qulaqardına vurulub. Belə aydın olur ki, B.Əyyubov həmin ərazini özününküləşdirmək üçün yüksək səviyyədə razılıq alıb. Amma bunlar heç də generalın işlərinin “yağ kimi” getdiyini deməyə əsas vermir. Əldə etdiyimiz digər məlumatlara görə, Fövqəladə Hallar Nazirliyi həmin ərazinin real sürüşmə zonası olduğunu əsas gətirirək, orada hotel, istirahət və əyləncə mərkəzlərinin tikintisinə imkan vermək istəmir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hansısa səbəbdən bu işin baş tutmasının qarşısını almaq istəyir. O, ölkə rəhbərliyini inandırmaq istəyir ki, “Bayıl yamacı” təhlükə mənbəyidir. Orada xüsusilə əcnəbi turistlərin istifadəsi üçün hotellər tikmək olmaz. Lakin hələlik Kəmaləddin Heydərov istəyinə nail ola bilməyib. Çünki Bayılda B.Əyyubovun adamları öz işlərini davam etdirirlər. K.Heydərovun “Bayıl yamacı”nda üzü dənizə tərəf möhtəşəm hotellər şəbəkəsinin qurulmasına etiraz etməsi başadüşüləndir. Çünki K.Heydərov və onun ətrafında olan şəxslər bu biznesə xeyli öncədən girişiblər. Məlumatlara görə, K.Heydərov Milli Park adlanan ərazidə və bu ətrafda möhtəşəm əyləncə mərkəzləri, hotellər qurmaq niyyətindədir və artıq bu prosesə start verilib. Bu məntiqlə K.Heydərovun bu biznes növündə ona rəqib olmaq istəyən şəxslərlə mübarizəyə başlaması o qədər də təəccüblü deyil. |
44,153 | 11.12.2008 02:20 | Kriminal | PROKURORUN HƏBSDƏKİ OĞLU ACLIĞA BAŞLADI | Bu vaxt Yalçın Həsənov media nümayəndələrinə müraciət edərək aclığa başladığını bildirdi:- 6 gündür ki, aclıq aksiyası keçirirəm. Bunun günahkarı isə müstəntiq Kənan Əliyevdir. Burada oturan 14 adam onun şəxsi mövqeyinə görə buradadır. Mənim 4 tələbim var. Tələbimin birincisi budur: Orxan Nadirov dərhal sərbəst buraxılsın; işin içində olan həblər ekspertizaya təqdim edilsin; iş MTN-dən alınaraq yenidən araşdırılması üçün Baş Prokurorluğa verilsin; müstəntiq Kənan Əliyev cəzalandırılsın. Mənim bu tələblərim yerinə yetirilməyincə aclıq aksiyasını davam etdirəcəyəm. Aclıq aksiyasına başlayandan məni 120-ci kameraya atıblar. Kim istəyir gəlsin, tələblərim yerinə yetməyincə aclığı dayandıran deyiləm. İstəyir atam yox, lap babam xortdayıb gəlsin, aclığı dayandırmayacağam. Bu iş barədə mətbuata məlumatı onlar ötürüb. Yazdırırlar ki, mən narkobandanın başçısıyam. Bu vaxta qədər MTN-in apardığı iş gedib qəzetlərə çıxmır axı. Axırıncı gün Kənan Əliyev yanıma gələndə ona dedim ki, axı bizim günahımız yoxdur, bu işi necə yekunlaşdırırsınız. Cavab verdi ki, mən məsələni o qədər şişirdəcəyəm ki, sizi buraxmayacaqlar. Cibindən bir bloknot çıxarıb mənə göstərdi. Orada olan çoxlu şəkilləri mənə göstərib dedi ki, bax, hamısı böyüklərin uşaqlarıdır, onları mən həbs etmişəm.Y.Həsənovun bu müraciətindən sonra hakimlər məhkəmə zalına gəldilər. Hakimin ilk sualı da Y.Həsənova oldu:- Yalçın, nə problemin vardı, niyə məhkəməyə gəlmək istəmirdin?- Problemimi məhkəməyə yazılı şəkildə təqdim edəcəyəm.- Özbaşına məhkəməyə gəlməmək olmaz.- Mən müraciətimi ayın 5-də yazmışdım.Bundan sonra isə prosesdə hal şahidləri dindirildi. Əksəriyyəti Bakı Dövlət Universitetinin tələbələri olan hal şahidləri təqsirləndirilən Ruslan Rüstəmovun Dövlət Gömrük Komitəsinin əməkdaşı Cavidə həb verməsi səhnəsini gördüklərini məhkəmənin diqqətinə çatdırdılar. Növbəti şahid zala dəvət olunmazdan əvvəl Y.Həsənov məhkəmənin diqqətinə çatdırdı ki, şahidlərdən 4-nün ünvanı və telefon nömrələri ittiham aktında eyni göstərilib. Hakim isə bu məsələnin araşdırılacağını bildirdi.Növbəti şahid Fuad Nəbiyev oldu. O, Mahir Mirsalamlının maşınına baxış keçirilərkən MTN əməkdaşlarının təklifi ilə hal şahidliyi etdiyini diqqətə çatdırdı. Hakim digər şahid Qalib Qocayevin prosesə dəvət olunmasını nəzarətçilərə tapşırandan sonra Y.Həsənov prosesin sonunda ona çıxış üçün şərait yaradılmasını xahiş etdi. Bu vaxt məhkəmə zalına qayıdan nəzarətçilər şahidin məhkəməyə gəlmədiyini bildirdi. Bundan sonra 5 dəqiqəlik fasilə elan olundu. Sonradan isə prosesin naməlum səbəbdən bu gün saat 11:00-a təyin olunduğu bildirildi. |
44,154 | 11.12.2008 06:21 | Yazarlar | ANALOQSUZ ÖLKƏMİZ | Məsələn, dünya üzərində qlobal, yəni zırıltı maliyyə böhranı hökm sürür, ABŞ, Rusiya, Fransa kimi kök, tosqun ölkələr arıqlamaqdaykən Ruanda, Zair, Somali kimi arıqların canı çıxmaqdadır. Amma bu qırğın-qiyamətin bizim totuqlaşmaqda olan ölkəmizə dəxli yoxdur. Baxın, bütün ölkələrdə daşınmaz əmlakın, ərzağın qiyməti düşür - bizdə tık yoxdur; nefti olmayan dövlətlərdə benzin ucuzlaşır - bizdə söhbəti də getmir. Niyə? Ona görə ki, bura analoqsuz ölkədir, özünəməxsus məkandır.Azərbaycan unikal ölkə olmasaydı, onun səfiri başqa ölkənin ideoloji işlərlə məşğul olan məmurları kimi danışmaz, öz ölkəsini ayağa verməzdi. Eyni hərəkəti iranlı diplomat eləsə, onu evində oturmağa qoymazdılar, saqqalını qırxıb “Evin” zindanına salardılar. Hərgah Çin diplomatı o cür bədnam işə qol qoysaydı, onu, sadəcə olaraq, güllələyərdilər. Mədəni ölkələrdə isə öz ölkəsinin əleyhinə danışan diplomatın üzünə tüpürərək karyerasına son qoyardılar. Göründüyü kimi, ölkəmiz o qədər unikaldır ki, nə totalitar rejimlər kimi hərəkət edir, nə də özünü mədəni ölkələrlə bir cərgəyə qoyur.ABŞ-da Kaliforniya Universitetinin alimləri uzun illər yatmayıb, dincəlməyib, araşdırma aparıblar ki, zəngin ailələrdə böyüyən uşaqlar kasıb balalarından daha ağıllı, zəkalı olurlar. Çox xub. Şəkk eləmirəm, bəlkə də elədir. Amma bu ölkədə də elədirmi? Elə deyil. Bizdə imkanlı ailələrin cocuqları elmi nailiyyətləri ilə seçilmir, adları “ekstazi işi”ndə keçir, avtoşluqda hallanır və sair və ilaxır. Düzdür, deyilənə görə, varlı balalarının içində Oksfordda, Harvardda təhsil alanlar da var, ancaq yenə də axırda məlum olur ki, onların aldığı təhsil yalnız Azərbaycanda məmur olub rüşvət yığmağa yarayır.Bir neçə dəfə özüm yazmışam, minimum 47 dəfə də başqaları yazıblar ki, qadın dar gündə kişinin dayağıdır. Hətta bir ingilis kəlamını misal da gətiririk ki, guya hər uğurlu kişinin arxasında bir iradəli qadın dayanır. Hanı bəs? Qəzetdən oxuyuram ki, ATV-nin studiyasında müğənni Vasif Məhərrəmlidən dürtməfason bir zərbə yemiş jurnalist Vüqar Kamiloğlunun nişanlısı ondan imtina edib. Əcəba, nədən? Bə Nigar dəyanəti, Sara xatun müdrikliyi, Nüşabə qeyrəti harda qaldı? Mədəni ölkələrdə döyülmüş nişanlının müdafiəsinə qalxar, onu döyənin gözünü deşərdilər. Hər halda, nişanı qaytarmaz, ona zərbə üstündən zərbə vurmazdılar. Dar gündə nişanlısına, ərinə dayaq olan qadınlara dair parlaq nümunə də var. O vaxt - XIX əsrdə Rusiyada “dekabristlər” kimi tanınan həbs olunmuş inqilabçıların xanımları yığışıb 10 min kilometr yolu qarda-qışda qət edərək ərlərinin dalınca gediblər. Bu da bizim “dekabrist xanım”ın şücaəti.Daha bir unikal hadisə. O irəli “İrəli” adında mənasız bir təşkilat vardı, bir qrup gənc vaxtaşırı yığışıb bəyanat verirdilər ki, bəs dövlət başçısını dəstəkləyirlər. Zatən təşkilatın adı əvvəlcə “İlhamla irəli” idi, sonradan yuxarılar gənclərin qulaqlarını burub “İlham”ı “İrəli”dən qopartdılar. 3 yaşı olan bu hərəkat indi-indi geriyə iməkləməyi buraxıb irəliyə kövrək addım atmaqdaykən təşkilatın təsisçiləri toplaşıb “İrəli”ni buraxıblar ki, artıq məqsədimizə çatmışıq. Hərəkatın böyüyü beləcə də deyib: “Dövlət qurumlarında işləmək təklifi almışam”. Bəli, başlıcası vəzifə təklifi almaqdır. Aldınsa, ta partiyanı, hərəkatı, təşkilatı neyləyirsən, buraxırsan, gedib qoşulursan bitərəf məmurlara və başlayırsan yavaş-yavaş sərvət toplamağa. Dövlətin malı dənizdir.Xüləs, bura belə bir yerdir. Buranın toyu da fərqlidir, yası da, bayramı da, seyranı da. Hamısı unikaldır, öz xasiyyətimizə uyğundur, sərfəli və rahatdır, ən ümdəsi analoqsuzdur.Budur, daha bir unikal xəbər: “Sabiq prokurorun oğlu məhkəməyə ağzı bağlı gəlib”. Gecdir, ağzı vaxtında bağlamaq lazım idi - curlar “yaxşı tablet var, əcəb kayf verir” deyəndə. Samir SARI |
44,155 | 11.12.2008 06:22 | Siyasət | RƏFAEL ALLAHVERDİYEVİN SUÇU NƏDİR? | R.Allahverdiyevin xanımı ərinin Bakıya dönməsi üçün ölkə başçısına müraciət edib. O, prezidentin bu məsələyə biganə qalmayacağına ümid etdiyini söyləyib. Qeyd edək ki, Allahverdiyev beyin xərçəngindən əziyyət çəkir.İqtidaryönlü Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirmişdi ki, R.Allahverdiyevin hansısa səhvləri olsa da, bir Azərbaycan vətəndaşı, vaxtilə Heydər Əliyevin hakimiyyətə gəlməsində rol oynayan şəxs kimi onun ölkəyə dönməsinə şərait yaradıla bilər. O, ölkə başçısının humanistlik göstərərək, R.Allahverdiyevin ailəsinin müraciətinə müsbət cavab verəcəyinə ümid etdiyini qeyd edib.Qeyd edək ki, hazırda R.Allahverdiyevin ölkəyə qayıtması üçün hansısa hüquqi əngəl yoxdur. Yəni onun barəsində axtarış elan olunmayıb, cinayət işi qaldırılmayıb. Sadəcə, o, hansısa “siyasi səhvlərə” yol verdiyi üçün təqib olunur. Maraqlıdır, o, hansı səhvləri edib ki, hakimiyyət ona qarşı qəzəblidir?Vaxtilə bu hakimiyyətdə təmsil olunan və R.Allahverdiyevi az-çox tanıyan şəxs kimi Müsavat başqanının müavini Qabil Hüseynli ilə danışdıq. Qabil bəy bildirdi ki, Allahverdiyevin bu hakimiyyətə və onun siyasətinə qarşı çıxması haqda hansısa məlumatı yoxdur: “Faktiki olaraq onun barəsində cinayət işi açılmayıbsa, təqib olunmursa, sabiq merin ölkəyə dönməsi üçün hüquqi əngəl yoxdur. Əgər o, Rəsul Quliyev kimi ölkəyə gəlmək üçün cəhdlər göstərsəydi və bu zaman ona mane olunsaydı, ”Rəfael Allahverdiyevi ölkəyə buraxmırlar" demək olardı. Belə bir fakt yoxdur. Amma bir fakt aydındır ki, Rəfael Allahverdiyevin ölkədən çıxmasına imkan vermirdilər. O, əvvəllər də müalicəsi üçün Moskvaya, İsveçrəyə tez-tez gedib-gəlirdi. Sonuncu dəfə isə ölkəni qeyri-leqal yolla tərk edib. Ola bilsin ki, sabiq mer ölkəyə dönəndə bundan bir fakt kimi istifadə edə bilərdilər. Amma indi o, elə bir vəziyyətdədir ki, doğrudan da mərhəmətə ehtiyacı var". Onun siyasi fəaliyyətinə gəldikdə, Q.Hüseynli bildirdi ki, Allahverdiyev mərhum Heydər Əliyevin ən yaxın adamlarından biri olub: “Paytaxtın icra başçısı işlədiyi dövrdə də imici elə pis olmayıb. İnsaflı bir adam kimi tanınıb. Mənim onun təqib ediləcəyinə, sadəcə, inanmağım gəlmir. Bu səbəbdən də indiki iqtidarın hakimiyyətə gəlməsində çox böyük xidmətləri olmuş bir şəxsin vətənə dönməsində ciddi problem görmürəm. İnanıram ki, ölkə başçısı onun ailəsinin müraciətinə müsbət cavab verəcək”. |
44,156 | 11.12.2008 03:22 | Siyasət | DUİ LİDERLƏRLƏ DANIŞIQLARI DAVAM ETDİRİR | Dünən əldə etdiyimiz xəbərdə isə deyilir ki, Pənah Hüseyn də hazırladığı sənəddə əksini tapan məsələlərin həyata keçməsi istiqamətində danışıqlar aparır. Belə ki, millət vəkili “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazovla görüşüb müzakirə aparıblar. Məsələ ilə bağlı söhbət etdiyimiz “Azərbaycan Naminə” İctimai Forumun (ANİF) prezidenti Eldar Namazov faktı təsdiqlədi. Bildirdi ki, DUİ-nin təklif etdiyi model məşvərət qurumudur. Bu isə o deməkdir ki, qarşıdakı seçkilərdə müxalifətin vahid qüvvə kimi iştirak etməsi məsələsinin müzakirəsi sonrakı mərhələyə saxlanılır: “Mən isə mövqeyimdə yenə də qalıram. Biz vaxt itirmədən konkret sənəd qəbul etməliyik. Bələdiyyə və parlament seçkilərində müxalifətin vahid güc mərkəzi kimi iştirakı həmin sənəddə əksini rəsmən tapmalıdır. DUİ adından irəli sürülən sənədin əvvəlki bəndlərində bu fikirlər səslənib. Təklif olunan model isə hələlik məşvərətçi qurumdur. Son vaxtlar Demokratiya Uğrunda İttifaqla yanaşı, ”Azadlıq" bloku da müxalifətin əməkdaşlığı istiqamətində təkliflə çıxış edir. Açığını deyim ki, bu təkliflər mənim gözləntilərimə, istədiyimə tam cavab vermir". ANİF prezidenti bunun səbəbini belə izah etdi: “Təklif olunan sənədlərin hamısında yalnız əməkdaşlıqdan söhbət gedir. Hansısa məşvərətçi qurumların yaradılması nəzərdə tutulur. Mən isə daha dərin birliyin tərəfdarıyam. Biz hansısa məşvərət məclisi, diskussiya klubu deyil, qarşıdan gələn seçkilərdə vahid blok kimi iştirak nəzərdə tutan birlik yaratmalıyıq. Əgər mütəmadi görüşüb müzakirələr aparmaqdan söhbət gedirsə, mən bunda qəbahət görmürəm. Ancaq bunu ciddi irəliləyiş kimi də qəbul etmirəm. Prinsipial məsələ seçkilərə vahid qüvvə kimi gedəcəyik, yoxsa ayrı-ayrı gedib bir-birimizlə rəqabət aparacağımızdır. Təklifim ondan ibarətdir ki, yeni qurum məhz seçkilərdə vahid qüvvə kimi iştirakı nəzərdə tutan bir sənədin ətrafında yaransın”. E.Namazovun sözlərinə görə, müxalifət düşərgəsində böyük birliyin yaranmasının kifayət qədər tərəfdarları var: “Yəni bu, tək mənim təklifim deyil. Ola bilsin, müzakirələrdən sonra daha bir ciddi sənəd meydana gəlsin. Artıq o sənəddə təkcə məsləhətləşmələr, məşvərət statuslu qurumlar yox, seçkidə bir yerdə iştirakı nəzərdə tutan öhdəliklər də öz əksini tapsın”. ANİF rəhbəri onu da dedi ki, müxalifət düşərgəsində bu məsələdə tərəddüd edən qüvvələr var: “Bu artıq özünü büruzə verir. Bütün məsləhətləşmələr başa çatandan sonra birləşmək istəyən qüvvələr birləşməlidirlər. Vaxt itirməmək üçün bu, mütləq baş verməlidir. Bizim bir neçə aydan çox olmayan vaxt limitimiz var. Məsələni uzatmaq olmaz. Planlaşdırmışıq ki, yaxınlarda bu məsələ ilə bağlı ”Azadlıq" bloku ilə ciddi müzakirə aparaq. Kim sıx birliyin, seçkidə vahid qüvvə ilə iştirakın tərəfdarıdırsa, onlar bütün müzakirələrin sonunda razılığa gələ biləcəklər". Xatırladaq ki, ölkədə bərqərar olmuş siyasi situasiyanın və müxalifətdaxili münasibətlərin mövcud vəziyyətinin, siyasi proseslərin yaxın dövr üçün inkişaf dinamikasının, perspektivlərinin təhlilinin aparıldığı sənəddə bir sıra diqqətçəkən təkliflər irəli sürülüb. Sənəddə müxalifətin birləşməsi üçün model təklif olunur. DUİ müxalifətin birliyinin konkret siyasi prinsipləri, hədəfləri ehtiva edən bir platformaya malik olması, bu birliyin optimal təsisat modelinin və formatının tapılmasının əhəmiyyətini inkar etməyərək müzakirə üçün işçi model kimi “Azadlıq” siyasi bloku, Müsavat Partiyası, ADP, AMİP, “Azərbaycan Naminə” İctimai Forum və DUİ-dən ibarət formatda məşvərətçi xarakterli assosiativ qurumun təsis olunmasını təklif edir. |
44,157 | 11.12.2008 06:27 | Siyasət | RƏSUL QULİYEV ACP RƏHBƏRLİYİNƏ NİYƏ QƏZƏBLƏNİB? | Əldə etdiyimiz məlumata görə, ACP-nin jestinə hakimiyyət tərəfindən məhəl qoyulmaması Rəsul Quliyevdə partiyasının rəhbərliyinə qarşı qəzəb yaradıb. Eks-spiker ACP rəhbərlərindən biri ilə yazışmasında onu İlham Əliyevin namizədliyinin dəstəklənməsinə razılaşdıranları pisləyib. R.Quliyev mövqeyini onunla əsaslandırıb ki, hakimiyyətin ACP-nin dəstəyinə heç bir ehtiyacı olmadığı halda məlum dəstək qərarının verilməsi və iqtidarın da buna saymazyana yanaşması şəxsən onu cəmiyyətin gözündən daha da salıb. Eks-spiker belə bir vəziyyətin yaranmasında ACP-nin sədrini və müavinləri günahlandırıb. Məlumatda o da qeyd olunur ki, R.Quliyev partiyasının rəhbərliyini “hamınız hər gün məni məktub yazıb, telefonla danışıb bu qərarın möhtəşəm uğur gətirəcəyinə inandırdınız. Aradan keçən müddətdə bəlli oldu ki, heç bir ciddi işlə məşğul deyilsiniz və orada normal siyasət qura bilmirsiniz” kimi ittihamlara qonaq edib. Hətta bundan sonra son dərəcə ciddi əhəmiyyət kəsb etməyən heç bir məsələ ilə bağlı onu narahat etməmək göstərişi verib. Mənbənin dediyinə görə, R.Quliyev ACP rəhbərliyinə qarşı o dərəcədə qəzəblidir ki, 10 gündür onların telefon zənglərinə cavab vermir. Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyeva isə qətiyyətlə bildirir ki, İlham Əliyevi dəstəkləmələri hakimiyyətdən nəsə ummaq məqsədi güdməyib: “Partiyanın İlham Əliyevi dəstəkləməsi ekspromt oldu. ”525-ci qəzet"dən mənə müraciət edildi. Mən də öz mövqeyimi ortaya qoyub bəyan etdim ki, İlham Əliyevi dəstəkləyəcəyəm. Bundan sonra ACP-çiləri də dəvət etdim ki, bu addımı atsınlar. Seçkiyəqədərki dövrdə müxalifətin fəaliyyəti sıfıra bərabər oldu. Əgər əsas müxalifət qüvvələrinin seçkidə namizədi yox idisə, biz real 7 namizədin arasında seçim etməliydik. Mən və partiyamız da seçim edib İlham Əliyevin namizədliyini dəstəkləməyi ən düzgün variant bildik. ACP Ali Məclisinin İlham Əliyevin dəstəklənməsi qərarından nə əvvəl, nə sonra hakimiyyətin hər hansı bir təmsilçisi ilə bu məsələ ilə bağlı söhbətimiz olmayıb. Heç kimə deməmişik ki, biz İlham Əliyevi dəstəkləyirik, hakimiyyət də bizə qarşı jest edərək Rəsul Quliyevin qayıdışına şərait yaratsın". |
44,158 | 11.12.2008 06:29 | Yazarlar | PETROLA ALTERNATİV TAPILSA | Hörmətli nazirin çıxışı təbii ki, milli maraqlarımıza ziddir. Belə ağrılı narahatlıqları bəlkə də sakit qarşılamaq olardı, əgər Qarabağ məsələsi olmasaydı. Bəs öz ərazisində ədaləti, haqqı gözləməyən hakimiyyətin Qarabağ məsələsində ATƏT-dən ƏDALƏT umması məntiqlidimi? Əlbəttə, yox. Çünki ərazi bütövlüyü, suverenliklə yanaşı, demokratiya və insan haqlarına riayət də ATƏT-in təməl prinsipləridir, daha rəsmilərimizin iddia etdiyi kimi, “Azərbaycanın daxili işi” yox. Eyni məntiqlə bizə deyərlər ki, demokratiya daxili işinizdisə, onda gedin, Qarabağ problemini də özünüz çözün. Amma hələlik bunu demirlər. Nədəni barədə aşağıda. İstənilən halda ATƏT-i insan haqları məsələsində ifrata varmaqda qınamağın altını məhz Qarabağ çəkəcək. Bunu hesablamaq üçün diplomat olmaq lazım deyil. O fikrin altını cızmaq istəyirik ki, əgər Azərbaycan özünü Qərbin parçası sayırsa, o zaman ya Qərbin oyun qaydalarını bütünlüklə qəbul etməlidir və Qarabağ ixtilafına da o müstəvidə çarə tapılacaq; ya da qəbul etməyəcək və Qarabağın taleyini bizsiz çözəcəklər. Onsuz da mövcud hakimiyyətin “uğurlu” siyasəti hesabına konflikt Azərbaycanın daxili məsələsi olmaqdan çıxıb. Bu o anlama gəlir ki, problemin yoluna qoyulmasında beynəlxalq birliyin mövqeyi həlledici olacaq. Beynəlxalq birliyin nüvəsində isə Qərbdir, azad dünyadır, onun rəy formalaşdıran nüfuzlu institutları, təşkilatlarıdır; “Freedom House”dur, “Human Rights Watc”dur, “Beynəlxalq Böhran Qrupu”dur. Qərb də ki, onun dəyərlərini bölüşməyən və insan haqlarına arxa çevirən, öz xalqını zombiləşdirməyə çalışan kriminal rejimlərin hökm sürdüyü dövlətləri özünə dost saymır. Daha dəqiqi, onlardan zəhləsi gedir. Bəzən özünü belə göstərməsə də. Doğrudur, ABŞ, Avropa Birliyi bizi hətta “tərəfdaş ölkə”, “müttəfiq” adlandırır. Ancaq yalnız ona görə ki, Azərbaycan iqtidarı korporativ maraqlar naminə olsa da, beynəlxalq terrorçuluqla mübarizədə Qərbin, ABŞ-ın yanındadır və ən önəmlisi, ölkənin zəngin enerji qaynaqları var. Yəni bizi müstəsna olaraq, təbii ehtiyatlarımıza görə sayır, dəyər verirlər. Odur ki, başqa məntiqi sual yaranır: təbii resurslarımız azalsa, yaxud petrola alternativ tapılsa, onda necə? Bax, o zaman Azərbaycanın imici məsələsi bütün ciddiliyi ilə və həlledici amil qismində önə çıxacaq. Ola bilsin, o vaxtadək Ermənistan da demokratik imicə sahiblənməsin. Amma o, işğalçı tərəfdir, üstün mövqedədir, savaşa ehtiyac duymayan tərəfdir, xristian ölkəsidir, Qərbə bizdən “bir köynək” yaxındır. Əgər Avropa Azərbaycan neftindən asılı ola-ola bizə Qarabağ məsələsində bunca təzyiq edirsə, neft amili zəifləyəndə necə olacaq, bunu proqnozlaşdırmaq yəqin ki, çətin olmaz. Müharibə amilinin də tədricən arxa plana keçdiyini nəzərə alsaq, qeyd etməliyik ki, Qarabağa ən böyük təhlükə elə Azərbaycanın neqativ imicindən qaynaqlanır; ölkəmizdə insan haqlarının, o cümlədən söz, ifadə, mülkiyyət, iqtisadi-biznes azadlıqlarının pozulmasıdan mənbə götürür; hakimiyyət qollarının korrupsiyalaşmasından, kriminallaşmasından rişə tapır; seçkilərin saxtalaşdırılmasından, cəmiyyətin hüquqsuz durumundan, məmur bespredelindən qidalanır. Bu mənada “Azadlıq”, “Amerikanın səsi” radiolarını bağlamaq cəhdləri elə Qarabağın bəxtini bağlamaq cəhdləridir. İşğalçıya bundan da böyük yaxşılıq?.. Zahid SƏFƏROĞLU |
44,159 | 11.12.2008 06:29 | Siyasət | QULAMHÜSEYN ƏLİBƏYLİ ƏLİ KƏRİMLİ İLƏ XÜSUSİ EMİSSAR KİMİ GÖRÜŞÜB? | Bu sözləri əməkdaşımıza vaxtilə AXCP-də önəmli postlardan birini tutmuş şəxs dedi. Əli Kərimli ilə Qulamhüseyn Əlibəylinin Bakıdakı “Nar çiçəyi” restoranında bir araya gəlməsi barədə xəbəri şərh edən mənbənin dediyinə görə, görüşün əsas diqqətçəkən məqamı onun məhz Kərimlinin təşəbbüsü ilə baş tutmasıdır. “Çünki Əlibəylinin təsis etdiyi Aydınlar Partiyası bütün gücü ilə təşkilatlanır. Özü də ACXP üzvləri hesabına. Əli Kərimlini isə AXCP-nin, necə deyərlər, didik-didik edilməsindən də çox özü düşündürür. Faktiki surətdə qərargahsız qalmış, bütün maliyyə kanalları bağlanmış Kərimli keçmiş müavini vasitəsilə heç olmasa davamlı təpkilərin dayandırılmasına nail olmaq istəyir”- deyə mənbə bildirir.Xatırladaq ki, “Nar çiçəyi” restoranında bir neçə gün öncə baş tutmuş görüş bir saatadək çəkib. Ekspertlərə görə, güman edilir ki, Q.Əlibəyli müəyyən razılıqlarla, xüsusən də iqtidarın legitimliyinin tanınması ilə bağlı Ə.Kərimli ilə bir ara gəlib. Və bu görüşdə Əlibəyli iqtidarın emissarı kimi çıxış edib. |
44,160 | 11.12.2008 06:29 | Siyasət | AYIN SONUNDA İQTİDAR-MÜXALİFƏT DİALOQU BAŞLAYIR | Bu məlumat qəzetimizə hökumətə yaxın mənbələrdən verilib. Əldə etdiyimiz informasiyada deyilir ki, gözlənilən böyük iqtidar-müxalifət dialoqunda iki əsas müzakirə mövzusu olacaq. “Bunlardan birincisi və yəqin ki, başlıcası ölkə daxilində Qarabağ məsələsinə dair yekdil siyasi mövqeyin əldə edilməsinə nail olmaqdır. İqtidar bu məsələdə müxalifətin tam dəstəyini qazanmağı arzulayır. Çox güman ki, debatlarda müxalifət liderlərinə danışıqlar prosesinin ictimaiyyətə açıqlanmayan detalları barədə də arayış-məlumat veriləcək, prosesin təfərrüatları, ermənilərin, Qərbin və Rusiyanın məsələyə münasibətinin bilinməzləri, pərdəarxası məqamları barədə izahatlar olacaq. Hakimiyyəti ilgiləndirən ikinci böyük və ciddi məsələ isə prezidentlik müddətinin artırılması məsələsində bütün ”i"-lərin üstünə nöqtə qoyub bu məsələni təbii ki, hakimiyyətin maraqlarına uyğun şəkildə bitirməkdir. Müxalifətin bu məsələ ilə bağlı da mövqe və görüşləri həmin debatlarda alınıb müvafiq dəqiqləşdirmə aparılacaq"- deyə qaynağımız bildirir.Qeyd edək ki, iqtidar-müxalifət debatları məsələsi nə ideya, nə də proses olaraq yeni məsələ deyil. “Yeni Müsavat” olaraq bu mövzuda bir neçə dəfə yazmışıq. Ermənistanda iqtidar-müxalifət dialoqunun keçirildiyi günlərdə - noyabrın sonlarında dərc olunmuş həmin məqalədə deyilirdi ki, hakimiyyət dairələri ilə müxalifətin bəzi aparıcı siyasi təşkilatlarının rəhbərləri arasında həddən artıq konfidensial şəraitdə sıx təmaslar başlayıb. O vaxt tərəflər arasında bir neçə vacib məsələ ətrafında ciddi danışıqların başladığını da qeyd edib bildirmişdik ki, müzakirə predmeti olan məsələlərin siyahısı elə də geniş deyil: “Amma bu məsələlər ölkənin, dövlətin və millətin gələcəyi baxımından çox ciddi əhəmiyyətə malik olan mövzularla bağlıdır. Söhbət ilk növbədə Qarabağ məsələsindən gedir. Danışıqların baş tutması, yəni müxalifətin bu təmaslara etiraz etməməsi də əslində elə bununla bağlıdır. Çünki söhbət hamıya eyni dərəcədə yaxın mövzu olan milli mənafelərdən, Qarabağ məsələsindən gedir”.Mötəbərliyinə əmin olduğumuz qaynağımız o zaman deyirdi ki, ilkin danışıqlar prosesinə qatılan personalar ölkənin siyasi piramidasında ən yuxarı səviyyələri təmsil edir. Bu isə həm sözügedən kontaktların ciddiyyətini, həm də müzakirə olunan məsələlərin əhəmiyyətini göstərən dəlildir. İndi isə dekabrın sonlarına daha geniş formatda debatların təyin olunması onu göstərir ki, təxminən üç həftə öncə başlayan təmaslar uğurlu alınıb. Bunu o vaxt da qeyd etmişdik ki, iqtidar-müxalifət dialoqu hələlik gizli aparılır, nəticələr əldə edilsə, onlar açığa da çıxacaq və keyfiyyətcə yeni siyasi mərhələnin təməlini təşkil edəcək. Budur, həmin nəticələr artıq üzə çıxarılır: “Görünür, tərəflər müzakirə predmeti olan məsələlər ətrafında artıq müəyyən anlaşma əldə edib. Əks halda, böyük dialoq alınmazdı”.Xatırladaq ki, iqtidar-müxalifət danışıqlarının başlanması təşəbbüsü də, bu danışıqların sonradan geniş formatdakı müzakirələr müstəvisinə keçirilməsi ideyası da hakimiyyətə məxsusdur. Bu da səbəbsiz deyil. Ekspertlərə görə, 14 illik uzun Qarabağ danışıqlarında artıq “razvyazka” mərhələsinin əlamətləri hiss olunur. Böyük ehtimalla yaxın vaxtlarda, hətta qarşıdakı aylarda Qarabağ məsələsində ciddi dönüşün baş verməsi mümkün olacaq. Bunu danışıqlar prosesinin gedişindən və vasitəçi dövlətlərin, ilk növbədə isə Rusiya və ABŞ-ın tutduğu mövqeyin mahiyyətindən də sezmək olar. Fakt budur ki, superdövlətlər Azərbaycanı və Ermənistanı hansı formada olmasından, kimin daha çox güzəştə gedib-getməyəcəyindən asılı olmayaraq nəsə bir anlaşmaya və ya kompromisə mütləq nail olmağa təhrik edir. S.Sərkisyanın Qarabağ məsələsi ilə bağlı təşkil etdiyi ictimai müzakirələr də əslində həmin tələskənliyin məhsuludur. Ermənistan hakimiyyəti bu müzakirələrlə həm yerli ictimai rəyi “dişinə vurub” reaksiyaları yoxladı, həm də onu mümkün kompromis variantlara indidən hazırlamaq üçün psixoloji planda imkan əldə etdi.Azərbaycanda da təxminən eyni proses gedir. Bizim hakimiyyət də bu məsələyə ciddi önəm verir. Bunun isə ciddi səbəbləri var. Çünki əksəriyyət belə düşünür ki, əgər Qarabağa dair kompromisli anlaşma baş tutsa, bu zaman Azərbaycanın daha çox güzəştə getməsi labüd olacaq: “Bunun isə ciddi ictimai müqavimət doğuracağı qaçılmazdır. Hakimiyyət müxalifətlə təmaslara ona görə can atır ki, məhz həmin gözlənilən müqaviməti önləyə, yaxud da bəri başdan zəiflədə bilsin. Cəmiyyətin güvən və sayğı hissi ilə yanaşdığı müxalifət liderlərinin həmin danışıqlara qatılması ictimaiyyətdə ”əgər müxalifət də bu danışıqlardadırsa, prosesin içindədirsə, onda Qarabağa heç bir təhlükə ola bilməz" inamı yaradacaq. Hakimiyyət isə məhz bunu daha çox arzu edir. Başqa sözlə, iqtidar həmin mümkün güzəştin və digər ümummilli qərarların məsuliyyət yükünü müxalifətlə də bölüşmək istəyir".Əlbəttə, bir daha qeyd edək ki, bununla hakimiyyətin Qarabağı ermənilərə verəcəyini söyləmək istəmirik. Sadəcə olaraq, söhbət ondan gedir ki, iqtidar bununla preventiv addımlar atır. Əslində iqtidara da bəllidir ki, baş verənlər Dağlıq Qarabağ və işğal altındakı digər torpaqların geri qaytarılması prosesidir. Sadəcə, manevr edib müəyyən güzəştlərə (referendum yolu ilə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi və s.-red.) gedərək erməniləri aldatmaq, daha sonrakı fəaliyyətə vaxt qazanmaq üçün ümummilli birlik əldə etməyə ehtiyac var. “Ermənistanda Qarabağla bağlı ciddi gərginlik müşahidə olunur. Bu ölkədə öz prezidentlərini satqınçılıqda, Qarabağı Azərbaycana güzəştə getməkdə suçlayanlar var. Prezident İlham Əliyev məhz bunları sərf-nəzər edərək öz ölkəsində mövqeyini möhkəmləndirmək, müxalifətin dəstəyini almaq istəyir. Müxalifətlə böyük dialoq da buna xidmət edir”- deyə rəyini soruşduğumuz ekspert bildirir. Digər tərəfdən, belə ehtimallar da səslənir ki, bu danışıqlar ölkədə siyasi münasibətlərin yeni mərhələsini başlaya bilər. Hökumətə yaxın mənbəmizin iddiasına görə, hakimiyyəti təmsil edənlər də ölkədəki gərgin siyasi mühitin, müxalifətlə münasibətlərin yumşalmasını və sivil məcraya düşməsini istəyir. Onlar bu mühitə Qərbin də israrla tələb etdiyi siyasi-institusional islahatlar üçün münbit zəmin kimi baxır. Bu plan alınsa, təmasların növbəti mərhələsi başlayacaq. Bu isə o deməkdir ki, iqtidar bir sıra prinsipial məsələdə müxalifətə ciddi güzəştlər etməklə özünün digər məqsədinə də çatmağa çalışacaq. Söhbət müxalifəti prezidentlik müddətinin artırılması məqsədilə keçirilməsi nəzərdə tutulan konstitusiya dəyişikliklərinə razı salmaqdır. Ötən saylarımızda da qeyd etdiyimiz kimi, bu güzəştlərin siyahısına ciddi məsələlər daxildir. Onları belə sıralamaq olar: iqtidar-müxalifət münasibətləri sivil formaya keçir, bütün problemləri həll etmək üçün ortaq komissiya qurulur; qarşıdakı bələdiyyə və parlament seçkilərinin demokratik keçirilməsinə təminat verilir; bu məqsədlə MSK-nın tərkibinə və seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasına yenidən baxılır; proporsional seçki sistemi bərpa edilir, deputatların sayı 175-ə qaldırılır; partiyaların büdcədən maliyyələşdirilməsi məsələsində müxalifətin təklifləri nəzərə alınır; müxalifətin Əfv Komissiyasında, korrupsiyaya qarşı mübarizə idarələrində və Təhlükəsizlik Şurasında (ictimai vəzifə kimi) təmsilçiliyi məsələsi həll edilir; dövlətçilik qarşısında xidmətləri olan müxalifət fəallarına dövlət təltifləri, prezident təqaüdü verilir və s.Beləliklə, ölkədə yeni siyasi mərhələnin başlanmasına sayılı günlər qalır. Mənbəmiz böyük dialoqun dekabrın son günlərində başlayacağını bildirir. |
44,161 | 11.12.2008 06:32 | Yazarlar | GERİ BURAXILAN “İRƏLİ” | “İrəli” hərəkatını YAP-a pərəstiş edən, görünüşcə cavan bir neçə adam yaratmışdı. Hardasa 3 il qabaq, 6 nəfər cavan və cüvanəzən qəflətən yığışıb, qərara alıblar ki, gənclərin hakimiyyətə girməsi, yəni dövlət strukturlarında gəncləşmə üçün çapalamaq, türkün sözü, “çaba göstərmək” lazımdır. İndi yenə türkün sözü, hərəkat özünü buraxanda yayılan məlumatda deyilir ki, “İrəli” istədiyinə nail olubdur, passiv gənclər aktivləşibdir, 6 min dənə üzv yığıblar, filan-filan tədbirlər qayırıblar. Amma bəs məntiq elmi nə olsun? Hərəkatı yüksəliş dövründə buraxıb aradan çıxmağın mənası nədir? Ümumiyyətlə, mən cəmiyyətdə baş verən çox hadisə və əhvalatlara tolerant, dözümlü yanaşıram. Məsələn, əgər qoca, qadın, uşaq yaltaqlıq edirsə, hökumətin artığı ilə başını girləyirsə buna anlayışla baxıram. Bu kateqoriyalardan olan insanların adətən fiziki, bioloji imkanları zəifdir, rejimin basqısına dözmür, yaşamını davam etdirmək üçün məddahlığa məcburdur. Amma gənc, qüvvətli, enerjili insan yaltaqlıq edirsə beləsini həşəratdan pis sayıram. Məntiq elmi o cümlədən deyir ki, “İrəli” Gənclər Hərəkatı qoyun, dana, dəvə deyil, onu bu Qurban Bayramı günlərində yıxıb yerə kəsəsən. Bu hərəkat indiyəcən çox şeylər buraxıbdır, bəs indi nədən özünü buraxdı?Bəzi versiyalara görə, “İrəli”nin geri verməyinə dünya bazarında neftin qiymətinin düşməyi təsir edibdir. Daha iqtidar alt qurumlarındakı iştahalı cavan və cüvanəzənləri yemləməyə pul tapmır. Qlobal maliyyə böhranı ilə üzləşən çox dünya şirkətləri belə edir. İşçiləri ixtisara salır, bəzi istehsal sahələrini bağlayırlar.Ola bilsin “İrəli”nin özünü buraxmağı birbaşa hərəkatın adı ilə bağlıdır. 3 il qabaq irəli getməyə səbəb vardı, ancaq indi Azərbaycanda 9 milyon dənə təzə iş yeri açılıb, Ümumi Daxili Məhsul bütün dünyadan çoxdur, Qarabağı almışıq, sadəcə, camaata demirlər ki, şadlıqdan ölən olar. Bu cür gözəl şəraitdə daha nə “İrəli”? İrəli-geri, dala-qabağa söhbətinin ta yeri yoxdu. Azərbaycan fantastik, analoqu olmayan iqtidarı sayəsində hara çatmalıydısa - çatıb, nə istəyirsə - alıb. “İrəli” hərəkatı qaldıqca əcnəbi müşahidəçilərdə belə yanlış təsəvvür yaranırdı ki, Azərbaycan hələ geridədir, harasa irəli getmək istəyir. Nə yaxşı gənclər bu tarixi məqamı, fürsəti buraxmadılar, hərəkatın başını buraxdılar. Alçaq əcnəbi müşahidəçilər görüm indən belə nəyi bəhanə edəcəklər.Təşəbbüs dəstəklənməli, bütün hakim qurumlara örnək olmalıdır. Məsələn, bizdə Təhsil Nazirliyi nəyə gərəkdir? Buraxın getsin. Yoxsa qıraqdan baxan elə zənn edər biz savadsızıq, oxumağa ehtiyacımız var. O cümlədən, İqtisadi İnkişaf Nazirliyi. Bizim iqtisadi inkişafa nə ehtiyacımız? Qoy ABŞ, Fransa, Almaniya belə nazirlik qayırsın.Ümid edirəm ki, tezliklə mən də bu köşəni buraxıb pensiyaya çıxacam. İrəlidə gözəl günlər var... Zamin HACI |
44,162 | 11.12.2008 03:06 | İqtisadiyyat | AZƏRBAYCANDA BENZİN QITLIĞI YARANA BİLƏR | Hazırda isə NATO qüvvələri üçün yanacaq əsasən Pakistandakı neft emalı zavodlarından gəlir. Kontingentləri Əfqanıstanın nisbətən sakit şimal hissəsində yerləşən Almaniya ilə İspaniya ayrıca Rusiya ilə hava daşımalarına dair danışıqlar aparırlar. Qəzet yazır ki, NATO, Əfqanıstan təchizatlarının Pakistan və Aden körfəzindəki dəniz quldurlarından yan keçməsini təmin etmək üçün hətta Ukrayna ilə Belarus kimi uzaq ölkələrlə danışıqlar aparılır. NATO-dan “Guardian”ın yazdığını təsdiq ediblər. Alyans rəsmiləri bildiriblər ki, alyans Özbəkistan, Qazaxıstan və Türkmənistan da daxil olmaqla, bir necə Mərkəzi Asiya ölkəsi ilə Əfqanıstana yeni təchizat yollarına dair danışıqlar aparır. NATO nümayəndəsinin BBC radiosuna bildirdiyinə görə, bu danışıqlar alyansın aprel ayında Rusiya ilə sövdələşmə imzaladıqdan sonra başlayıb. Amerikanın NATO-dakı səfiri Kurt Volker deyib ki, nəql yolu Pakistandan keçən hərbi təchizatlara son hücumlar hərbi cəhətdən mühüm olmasa da, ciddi narahatlıq doğurur. Təkcə ötən həftə sonu Pakistanın Peşəvər şəhərində NATO təchizat bazasına edilən basqın nəticəsində 200 çox konteyner dağıdılıb. Qeyd edək ki, bir neçə həftə əvvəl Amerikanın Avropadakı silahlı qüvvələrinin komandanlığından yüksək səlahiyyətli rəsmi Bakıda olaraq prezident İlham Əliyevlə Əfqanıstandakı NATO qüvvələrinin təchizatına dair danışıqlar aparıb. Lakin danışıqların nəticəsi haqda açıqlama verilmirdi. “The Guardian” qəzetinin məlumatından isə görünür ki, rəsmi Bakı Əfqanıstandakı NATO qüvvələrini yanacaqla təmin etməyə razılıq vermək üzrədir. Bu, Əfqanıstandakı əməliyyatlara başçılıq edən ABŞ üçün mühüm strateji anlaşmadır. Çünki Pakistandakı qeyri-stabil vəziyyət Əfqanıstandakı NATO qoşunlarının təchizatına ciddi problem yaradır. Azərbaycan onsuz da öz hava məkanını Əfqanıstana uçan NATO təyyarələri üçün açıb, həmçinin alyansa aid hərbi-nəqliyyat təyyarələri yanacaq götürmək üçün Bakıya enmək icazəsi var. Əgər sözügedən anlaşma əldə edilsə, Bakı səmasında tez-tez Əfqanıstana silah-sursat və digər təchizat materialları daşıyan NATO təyyarələrini görmək mümkün olacaq. Yanacaq isə Bakıdakı neftayırma zavodlarından gəmi-bərə ilə Türkmənistana, oradan isə quru yoluyla Əfqanıstana daşına bilər. İqtisadi baxımdan bu anlaşma Azərbaycanın neft sənayesi üçün sərfəlidir. Çünki NATO aldığı yanacağın pulunu dünya qiymətləri ilə və nəğd ödəyir. Lakin bəzi ekspertlərə görə, Bakıdakı neftayırma zavodlarının gücü Əfqanıstandakı NATO qoşunlarını yanacaqla təchiz etməyə imkan verməyə bilər. Bu zavodlar hazırda həm daxili tələbatı ödəyir, həm də Gürcüstan və İrana benzin satır. Digər tərəfdən, İraqdakı Amerika qoşunları üçün də Bakıdan yanacaq göndərilir. Əgər Əfqanıstandakı NATO qüvvələrinin təchizatı barədə də razılaşma əldə edilsə, Azərbaycanın özündə yanacaq qıtlığının yaranması mümkündür. |
44,163 | 11.12.2008 06:40 | Gündəm | “AZƏRBAYCAN VARLANDIQCA DEMOKRATİYASI O QƏDƏR AZALIR” | Müəllif Stanli Veys bu yaxınlarda Amerikanın biznes nümayəndələri ilə birlikdə Bakıda olub. O yazır ki, Amerikanın Azərbaycandakı səfiri Enn Dersi onları belə salamlayıb: “Qafqazın Hyustonuna xoş gəlmisiniz”. ÿBaşqa bir ABŞ diplomatı isə onlara deyib ki, Azərbaycan Amerikanın dünyanın bu hissəsində reallaşdırmaq istədiyi planlarda mərkəzi rol oynayır.Müəllif daha sonra xatırladır ki, Azərbaycan Qərbin dəstəyi altında yürütdüyü enerji siyasəti ilə Rusiyadan kənar enerji layihələri reallaşdıra bilib, indi isə qalıb bu marşrutlara Qazaxıstan və Türkmənistan kimi dövlətləri cəlb etmək.Amma Stenli Veys Bakıdakı ab-havadan belə qənaətə gəlib ki, İlham Əliyev Rusiyaya münasibətdə, məsələn, gürcüstanlı həmkarı Mixail Sakaşviliyə oxşamaq istəmir, belə ki, onun Moskvanı qıcıqlandırmaq niyyəti yoxdur: “Ölkə NATO ilə əməkdaşlıq etsə də ora üzvlüyə can atmır”.Sonra müəllif Azərbaycanı Türkiyə ilə müqayisə edir. Belə ki, ölkə müsəlmanların əksəriyyət təşkil etdiyi çoxmillətli sistemə malikdir. 20 milyon Azərbaycan türkü İranda yaşayır, onların arasında hətta ayətullahlar da var. Amma müəllif daha sonra dərhal xatırladır ki, Bakı İsraillə diplomatik əlaqəsi olan azsaylı müsəlman paytaxtlarındandır.Bununla yanaşı, qəzet yazır ki, indi Azərbaycanın inkişafına əsas əngəllərdən biri Dağlıq Qarabağ münaqişəsidir: “Əliyev istəyir ki, Qarabağ qayıtsın, ancaq başa düşür ki, bunu güc yolu ilə etsə, Moskva ona imkan verməyəcək”.Ermənistan isə 16 illik iqtisadi blokadasına son qoyaraq Azərbaycan və Türkiyə ilə münasibətlərini qurmaqda maraqlıdır. Öz növbəsində Türkiyə Ermənistanla əlaqələrini yaxşılaşdırmaq istəyir. Avropanı isə “Nabukko” kəmərinin keçəcəyi ərazilərdə yeni böhrana imkan verməmək qayğılandırır. Beləliklə, yeni diplomatik mənzərədə Rusiya və Türkiyə regionun liderləri qismində təşəbbüslərə başlayıb. Amma qəzet yazır ki, donmuş münaqişələrin həlli heç də asan başa gəlmir. Əgər Qərb buna həqiqətən də nail olsa, Qafqazın inkişafına açar əldə edəcək.İndi Vaşinqtonda maraq doğuran digər suallar isə Azərbaycan kimi ölkələrin ABŞ-ın yeni prezidenti Barak Obamanın dövründə hansı siyasi kursu təqib edəcəyidir. Miçiqanda dərc olunan “Flint” jurnalının qənaətincə isə Azərbaycanın Vaşinqton və Avropa İttifaqı üçün Xəzər neftinin istehsalçısı və ötürücüsü olması, üstəlik, İranla qonşu və Rusiyanın planlarına əngəl NATO meylli ölkə sayılması, buradakı insan haqları və demokratiyadan narahatlıq üzərinə kölgə salıb.Lakin Azərbaycanda, qonşusu Ermənistan və Gürcüstanda baş verən bu kimi işləri “xalça altında” gizlətmək 2009-cu ildə həmişəkindən daha çətin olacaq.ÿ Jurnalÿ yazır ki, Azərbaycan və Ermənistanın Qarabağa görə kəskin silahlanma yarışında olduqları bölgəyə Amerika da İrana qarşı hərbi əməliyyat niyyəti ilə gəlsə, onda Qafqaz boyunca gərginlik qaçılmaz olacaq:ÿ "Bütün bunlar azmış kimi, Gürcüstandakı hadisələr sübut etdi ki, qeyri-sabit Qafqaz üçün Kosovonun bir il əvvəl öz müstəqilliyini birtərəfli qaydada elan etməsi əsl tətik effekti verə bilər. Qərb hökumətləri nə deyirlərsə desinlər, Kosovo Qafqaz separatçılarının, vaxtın onların tərəfində olduğu və əvvəl-axır müstəqilliklərinin tanınacağı barədə inamlarını gücləndirib".Məqalədə o da deyilir ki, Azərbaycan varlandıqca demokratiyası o qədər azalır. Müəllif Azərbaycandakı prezident seçkilərindən, jurnalistlərin həbsindən və korrupsiyadan da yazıb. |
44,164 | 11.12.2008 02:32 | Yazarlar | “İRƏLİ” GERİ ÇƏKİLƏNDƏ | Ümumiyyətlə, YAP-ın təşkilatlarını saymaqla qurtarmaz. Uşaq təşkilatları, qadın qurumları, peşə birlikləri, ağıl mərkəzləri, Əliməmməd Nuriyevin və Azay Quliyevin QHT-ləri, fondlar, şirkətlər, həbsxanalar və s. Oğul istəyir ki, onları saya, sıralaya, siyahılaya.Amma “İrəli” fərqli bir təşkilat idi. Mən zarafat etmirəm. Bu təşkilatın adı prezidenti yada salırdı; hakimiyyətin apardığı təbliğatın baş tezisini adında ehtiva edirdi. İnsafən, bu təşkilatın sədri də az-çox mövcud olan debatlara qatılır və şanlı hakimiyyəti yapçılardan daha inamla müdafiə edirdi.Bəs indi nə oldu? Daha irəli getmək lazım deyilmi? “İrəli”nin rəhbəri deyib ki, təşkilat artıq məqsədinə çatıb. Belə çıxır ki, biz tam irəli getmişik, bundan o yana getməyə ehtiyac belə yoxdur. Ya da irəliyə yol qalmayıb, yaxud zirvədəyik.Təbii ki, bunlar səbəb deyil, minlərlə üzvü olduğu iddia edilən bir təşkilatın buraxılması üçün söylənən dəlillər ciddi qəbul edilə bilməz. Həmin məntiqlə YAP da buraxılmalıdır: əgər məqsədə çatmışıqsa, daha ona nə ehtiyac var ki?!Amma hamı bilir ki, indi irəli getməyə daha çox ehtiyac var. Neftin qiyməti düşüb. Butılka ilə satılsa, bəzi mineral suların neftdən baha olduğunu görərdik. Azərbaycanın da canı elə bu neft şüşəsindədir, iş belə getsə, hakimiyyətyönlü gənclərin köynəklərinin arxasına “İrəli” sözü yazmağa boya tapa bilməyəcəyik. Belə bir vaxtda getmək aradan çıxmaq kimi görünür. Meydanı “Dalğa”ya qoyub getmək nə deməkdir?Hər halda, çox maraqlıdır: “İrəli” də geri çəkildi.Neft ucuzlaşdıqca Azərbaycanda çox dəyişikliklər olacaq. Bu amilin sehrli təsiri hələ görünmür, amma bir azdan onu hiss etməmək mümkün olmayacaq. Məsələn, binası təzə təmir olunan Yazıçılar Birliyinə gələn il pul ayrılmaya bilər. Müəllimlər maaşların artırılmasını uzun müddət yuxuda görməlidir. Pensiyaların qalxması artıq bitdi. Tikinti zəifləyəcək, binatikənlər, körpüsalanlar işsiz qalacaq, özəl universitet adlanan diplom dükanlarının ödənişi azalacaq, rüşvət tələbi artacaq, təklifi isə enəcək.Bir oxucu neftin ucuzlaşması ilə onun bahalaşmasını yada salmağı məsləhət görür. Onun inamına görə, neft bahalaşanda, yəni gəlirləri artanda qiymətləri qaldıran hökumətimizi Tanrı indi cəzalandırmaq qərarına gəlib. Həmin oxucu neft birjalarına Tanrının nəzarət etdiyini yazmasa da iddia edir ki, ucuzlaşma göydən gələn bəladır. Amma bundan bizə bir xeyir varmı?!Elə bu saat ağlıma gəldi ki, neft bahalaşanda enerjidaşıyıcılarının qiyməti artıbsa, həmin qayda ilə qiymətlər indi düşməlidir. O boyda ABŞ benzini ucuzlaşdırıb, bizdə niyə qiymətlər endirilməsin? Bəlkə də bu ucuzlaşma ilə bir az irəli düşdük.Üstəlik, prezidentə hər yandan təşəkkürlər gələrdi. |
44,165 | 11.12.2008 06:38 | İqtisadiyyat | NEFT BAHALAŞA BİLƏR | “Ümumiyyətlə, kvotanın azalması baş verməlidir. Çünki istehsal var. Dünyada baş verən maliyyə böhranı həm ABŞ, həm də Avropanın inkişaf etmiş ölkələrində özünü daha qabarıq göstərir. Belə olan halda dünyada neftə tələbat azalır. Tələbat azalanda isə neftin qiyməti aşağı düşür”. R.Abdullayev neftin qiymətlərində müəyyən qanunvericiliyin olmadığını diqqətə çatdıraraq neftdən alınan məhsulların xam neftdən ucuz satıldığını vurğulayıb. ARDNŞ prezidenti bazarda bir neçə aya neftin qiymətinin sabitləşəcəyini, tələbata uyğun qiymət formalaşacağını qeyd edib.Neft Araşdırmalar Mərkəzinin direktoru İlham Şaban “Yeni Müsavat”a açıqlamasında dedi ki, OPEK-in hasilatın azalması ilə bağlı qərarını gecikdirməsinin neftin qiymətinə müəyyən mənada təsiri var: “OPEK bundan əvvəl qərar qəbul etmişdi ki, neft hasilatını 1,5 milyon barel aşağı salsın. İndi noyabr ayının kvotaları açıqlanır. Məlum olur ki, reallıqda 1,5 milyondan cəmi 950 min barel aşağı salınıb”. Dekabrın 17-də OPEK-in Əlcəzairdə növbəti toplantısının keçiriləcəyini xatırladan İ.Şaban deyir ki, qurum hətta yanvar ayının 1-dən neftin hasilatının 2 milyon barel azaldılmasıyla bağlı qərar qəbul etsə, reallıqda bazar bunu ən yaxşı halda ayın ikinci yarısında hiss edəcək: “Bu da artıq müəyyən dövr deməkdir. İkinci bir tərəfdən, qış aylarında, ikinci rübün sonunda neftin qiymətinin müəyyən qədər yüksəlməsini gözləyirəm. Çünki istənilən halda qış dövrüdür. Ən çox istehlak isə Şimal yarımkürəsinin, yəni inkişaf etmiş ölkələrin payına düşür. Bundan sonra dünya iqtisadiyyatındakı vəziyyətlə əlaqədar olaraq bazarda ziqzaqvari enmə və düşmələrin şahidi olacağıq”. Ekspertin sözlərinə görə, dünya maliyyə qurumları brent nefti üçün yeni bir qiymət dəhlizi təklif ediblər: “Bu, 70-75 dollardır. Ancaq aparıcı ölkələrin iqtisadiyyatında ötən illə müqayisədə müşahidə edilən enmələrlə bu göstəricilərə nail olmaq, çatmaq mümkün deyil. O baxımdan Azərbaycan Dövlət Neft Şirkəti özünün bütün layihələrində (xərclərində) artıq hər dolları yox, hər senti hesablamağı bacara bilən insanlara yer verməlidir. Yəni siyasətini çox qənaətli layihələr üzərində qurmalıdır ki, maksimum effekti olsun”. |
44,166 | 11.12.2008 03:44 | İqtisadiyyat | AZƏRBAYCANDA QİYMƏTLƏR NİYƏ DÜŞMÜR? | Digər tərəfdən, dünya bazar qiymətləri anlayışı nisbi anlayışdır. Ekspertlərin rəyi belədir ki, əgər neftin qiyməti yayla müqayisədə 3 dəfə aşağı düşübsə və benzinin istehsalında neftdən istifadə olunursa, benzinin ucuzlaşması labüddür. Bu arada dünya bazarında taxılın qiyməti də 2 dəfəyə yaxın ucuzlaşıb. Bu prosesin davamı olaraq bir çox ölkələrdə çörək və un məhsullarının qiymətini aşağı düşüb. Azərbaycanın un idxal etdiyi Rusiyada taxılın tonu 240 dollara, 50 kq-lıq un kisəsi isə 17 manata satılır. Dünya bazarından, qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda unun və çörəyin qiymətində heç bir ucuzlaşma müşahidə edilmir. Çörək həmişəki kimi 30-40 qəpiyədir. Halbuki mütəxəssislərin hesablamalarına əsasən indiki şəraitdə 50 kiloqram undan çörək bişirilməsinə 22 manat xərc tələb olunur. Bura digər xərcləri də əlavə etsək, 500 qramlıq çörəyin maya dəyəri 15 qəpiyə gəlib çıxır. Bu isə o deməkdir ki, indi çörəyin qiymətini 5-10 qəpik aşağı salmaq mümkündür. Onu da diqqətə çatdıraq ki, hökumət iki ildir artmaqda olan inflyasiyanı dünya bazarlarında gedən bahalaşma ilə bağlayaraq, yaxasını kənara çəkir. Hazırda isə dünya bazarında əks proses gedir və bunun Azərbaycana heç bir təsiri hiss edilmir. Ekspertlər hesab edir ki, hökumətdə proseslərə çox qəribə yanaşma var. Belə ki, ölkədə inflyasiya olanda bunu qlobal səviyyədə gedən proseslərlə əlaqələndirirlər. Amma beynəlxalq səviyyədə maliyyə böhranı baş verəndə, valyuta bazarlarında proseslər gedəndə deyirlər ki, Azərbaycanın bununla heç bir əlaqəsi yoxdur, hər şey qaydasındadır. Mütəxəssislərin rəyinə əsasən bütövlükdə dünyada gedən proseslər dünya bazarlarında qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq. Yalnız xammal, valyuta, maliyyə bazarında deyil, eyni zamanda istehlak bazarında da qiymətlərin ucuzlaşması müşahidə ediləcək. Məlumatlara inansaq, Azərbaycana avro zona ölkələrdən gələn istehlak mallarının ucuzlaşmasını gözləməyə dəyər. Amma onu da unutmaq olmaz ki, Azərbaycan unikal ölkədir. Ölkədə idxal monopoliyadadır. Son illər Azərbaycanda əsasən ərzaq məhsullarının, xüsusilə çörəyin bahalaşdığını vurğulayan mütəxəssislər deyir ki, illik inflyasiyada ərzaq məhsullarının qiymətlərinin artımı daha yüksəkdir: “Təkcə idxal olunan deyil, eyni zamanda istehsal edilən ərzaq məhsulları bahalaşıb. Monopolist şirkətlər bazardakı tələb və təklifdən, eyni zamanda dünya bazarında baş verən dəyişikliklərdən asılı olmayaraq özləri qiymət təyin etmək imkanlarına malikdirlər”. O da bildirilir ki, qiymətlərin endirilməməsində holdinqlərin rolu böyükdür: “Hökumətdə yüksək vəzifə tutmuş şəxslərə yaxın olan və ərzaq məhsulları istehsal edən holdinqlər var ki, onlar bir sıra malların istehsalını və satışını inhisara alıblar”. Bir məqamı da diqqətə çatdıraq ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) hesablamalarına əsasən 2009-cu ildə Azərbaycanın iqtisadi artım göstəriciləri aşağı düşəcək. |
44,167 | 11.12.2008 03:52 | İqtisadiyyat | HEYDƏR BABAYEVİ İNDİ DƏ ÇÖRƏKLƏ “VURURLAR” | İdarə rəisi bildirib ki, ölkədə unun qiyməti ucuzlaşıb. Bu səbəbdən də çörəkbişirmə sexləri qiyməti mütləq aşağı salmalıdır: “Azərbaycanda ən çox istifadə olunan zavod çörəyidir. Bu çörəyin qiyməti mütləq 20 qəpiyə endirilməlidir. Sahibkarlara 20 qəpiklik çörəyi 40 qəpiyə satmağa imkan vermək olmaz. Çünki çörəyin maya dəyəri heç 20 qəpiyə də çatmır. İqtisadi İnkişaf Nazirliyi bu məsələni təcili surətdə həll etməlidir”.Sabir Vəliyev bildirib ki, bu qurum çörəyin qiymətinə, çəkisinə nəzarət edə bilmir. Çünki bu səlahiyyət prezidentin sərəncamı ilə İqtisadi İnkişaf Nazirliyinin İstehlak Bazarına Nəzarət Xidməti Departamentinə verilib.“Heydər Babayev bu departamentin fəaliyyətini iflic vəziyyətə salıb. Riyaziyyat, fizika müəllimlərini gətirib departamentə rəhbər vəzifələrə qoyub. Bu adamların isə bazardan, dünyada gedən proseslərdən xəbərləri yoxdur. Ona görə də departament fəaliyyət göstərə bilmir” - deyə Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi bildirib. |
44,168 | 11.12.2008 06:46 | İqtisadiyyat | TORPAĞIN ORTA QİYMƏTİ UCUZLAŞIB | MBA Konsaltinq Qiymətləndirmə şirkətinin rəhbəri Nüsrət İbrahimovun rəyinə görə, Azərbaycanda daşınmaz əmlak bazarında aktivliyin azalmasına maliyyə bazarının təsiri ikinci dərəcəlidir. Bazara təsir edən əsas faktor tikinti sektorunda və ilkin bazarda təklifin real tələbi kəskin üstələməsi, potensial tələbin isə real tələbə çevrilə bilmə imkanlarının məhdudlaşmasıdır.Mütəxəssis deyir ki, noyabrın 2-ci yarısında və dekabr ayının ilk günlərində torpaq bazarında aktivliyin azalması davam edib: “Aktivlik əsasən şəhərin kənarında və Badamdar-Şıxov, Masazır, Binə, Buzovna və digər şəhərkənarı ərazilərdə qeydə alınıb. Şəhərin mərkəzində bazarda torpaq sahələrinin qıtlığı və bahalığı iş adamlarını, fərdi ev tikənləri mərkəzdən kənara üz tutmağa sövq edir”. N.İbrahimovun sözlərinə görə, son ay ərzində torpaq bazarında aktivlik 2-ci zonada fəaliyyət göstərən iş adamlarının hesabına saxlanılıb. Sənədsiz torpaq sahələrinin satışında mövcud problemlər bazarda risk indeksini artırıb: “Noyabr ayı ərzində torpaq bazarına təklif olunan ümumi 837 ha torpaq sahəsinin 62 faizini boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Qiymət indeksi isə ay ərzində 2 bənd düşərək 436 səviyyəsində qərarlaşıb”.Məlum oldu ki, yeni tikililərin salındığı torpaq sahələrinin 7,0 faizi köhnə yararsız evlərin sökülməsi, 31,2 faizi keçmiş sənaye və məişət obyektlərinin yerləşdiyi torpaqlarda, qalan hissəsi isə yeni torpaqların alınması hesabına aparılıb: “Noyabr ayında torpaq bazarında təklif portfelinin həcmi artıb. Lakin bununla yanaşı, ay ərzində bazarda bağlanan alqı-satqı əqdlərinin sayında xeyli azalma müşahidə edilib. Yaranmış vəziyyət əsasən maliyyə bazarlarında hökm sürən süstlüklə əlaqələndirilir”.Torpaq bazarında qiymətlərə gəlincə, ekspert bildirir ki, noyabr ayında Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlər azalma ilə yadda qalıb. Ay ərzində 1 sot torpağın orta qiyməti 2,8 faiz azalaraq 23606 $/sot (ötən ay 24280 $/sot) səviyyəsində qərarlaşıb: “Kənar rayonlarda mərkəzə nisbətən daha yüksək olub və qiymət indeksinin nisbi stabilliyi də uyğun olaraq ucuz torpaqlar hesabına baş verib. Bu vəziyyət şəhərin mərkəzində torpaq sahələrinin azalması ilə izah olunur. Qiymət dəyişməsi ay ərzində rayonlar üzrə müxtəlif templə getməklə yanaşı, əsasən şəhərin mərkəzində ucuzlaşma ilə seçilib. Qiymətlərin sıçrayışlı dəyişməsi əsasən 3 rayon (Nəsimi, Binəqədi və Səbayel rayonları) üzrə baş verib. Qalan rayonlarda qiymətlər nisbi stabil olaraq qalıb. Ay ərzində bazara təklif edilən ən bahalı torpaq sahəsi Nəsimi rayonunda (390 000$/sot), ən ucuz torpaq sahəsi isə Suraxanı rayonunda (350 $/sot) qeydə alınıb". O bildirir ki, alıcı tapmadığından bazarda təkrar dövr edən bəzi torpaqların hələ uzun müddət dövriyyədə qalacağı istisna deyil: “Bütün bunlarla yanaşı, əvvəllər sənaye mərkəzi olmuş Nizami və Xətai rayonlarının bir hissələri sənaye obyektlərinin qalıqlarından təmizlənir və həmin yerlərdə yaşayış, idman və ticarət mərkəzlərinin salınması prosesi gedir. Təbii ki, paralel olaraq şəhərin aktiv zonalarının yerdəyişməsi prosesinin getməsi torpaq sahələrinin qiymət dəyişmələrinin tempinə də müxtəlif səviyyədə təsirini göstərir”. |
44,169 | 11.12.2008 06:55 | Siyasət | ÖLKƏMİZ AVROPA İTTİFAQINA RÜSUMSUZ İXRAC HÜQUQU QAZANDI | Avropa Komissiyasının bəyanatında qeyd edilib ki, 2009-cu ilin əvvəlindən 2011-ci ilin sonuna qədər Azərbaycan, Ermənistan, Boliviya, Kolumbiya, Kosta-Rika, Ekvador, Salvador, Gürcüstan, Qvatemala, Honduras, Monqolustan, Nikaraqua, Paraqvay, Peru, Şri-Lanka və Venesuela Ümumi İmtiyazlar Sistemi (Generalised System of Preferences - GSP) planı çərçivəsində xüsusi ticarət üstünlükləri əldə edəcəklər (“Turan”). |
44,170 | 11.12.2008 06:55 | Müsahibə | “SOVET DÖVLƏTİ “QARABAĞ BÜLBÜLLƏRİ”NDƏN DƏ PUL QAZANIRDI” | 62 yaşının içində olan bu nurani kişi olduqca maraqlı ömür yolu keçib. Uşaqlıqdan musiqiyə olan həvəsi, onu sonradan musiqi texnikumuna gətirib. Və bundan sonra ondan aralana bilməyib. İstər Ağdam rayon Pionerlər Evinin, istərsə də sonradan rayon uşaq yaradıcılıq mərkəzinin direktoru işlədiyi dövrdə belə, gənc istedadların sorağında olub və axtarışları az keçməmiş köhnə SSRİ məkanında məşhur “Qarabağ bülbülləri” kimi ansamblın yaranmasına gətirib çıxarıb. “Bülbüllərdən” birini tapanda itlər məni parçalaycaqdı” Murad müəllim xatırlayır:- O vaxt həmin uşaqları yığmaq üçün kəndbəkənd, qapı-qapı gəzirdim. Bilirsiz necə çətinliklərlə üz-üzə qalırdım? Yadımdadır, sonradan ansamblımızın üzvü olmuş İzahat Cəfərovun sorağını aldım. Balaca uşaq idi, Şelli də (Ağdamdadır - red.) uzaq kənd. İndikindən fərqli olaraq nəqliyyat yox, telefon yox. Uşağı tək buraxmayacaqdılar ki? Məcbur olub özüm getdim Şelliyə. Çayın üstündəki körpünü keçəndə ayağım sürüşdü, çaya düşdüm. Birtəhər evlərini tapdım. Uşağın səsini yoxladım. Əsl bülbül kimi cəh-cəh vururdu. Nə təhər sevinmişdim onu tapmağıma? Amma geri qayıdanda hər şey burnumdan gəldi. Üstümə itlər düşdü. Cəld tərpənməsəydim məni parça-parça edəcəkdilər. Bunlar xırda şeylərdir. Sadəcə, demək istəyirəm ki, ansamblı nə zülmlə yaratdım, amma başqasının adına çıxdılar. “Teymur Əmrahı uşaq evindən öz evimə gətirib böyütdüm” Biz bu məqama qayıdacağıq. Hələliksə Murad müəllimdən məşhur tələbələri barədə soruşuruq. Bir-bir sayır. Çoxu da Azərbaycan musiqisində seçilən şəxslərdir; Aygün Bayramova, Nəzakət Teymurova, Firuz Səxavət, Cabir Abdullayev, İlhamiz Paşayev, Tacir Şahmalıoğlu, Teymur Əmrah... Nə isə, sadalamaqla bitən deyil. Amma sonuncunun-Teymur Əmrahın taleyində onun oynadığı rol bir kinoluq mövzudur:- Yadımdadır, Gəncəyə konsertə getmişdik. Bir neçə yerdə konsert verdik. Sonda xahiş etdilər ki, uşaq evində də çıxış edək. Konsertdən sonra uşaq evinin işçilərindən biri mənə yaxınlaşıb dedi ki, bu uşağın çox gözəl səsi var, bir yoxlayın. Balaca, arıq uşaq idi. İndi yadımda deyil, hansısa mahnıdan bir bənd oxudu. Qulaq asdım, heyrətə gəldim. İlahi bu nə səs, bu nə boğazdır? Dedim, adın nədir? Qayıtdı ki, Teymur. Dedim, yox e, bu uşağı burda qoymaq olmaz, aparmalıyam. Uşaq evinin direktoru ilə danışdıq. O da müəyyən orqanlarla söhbət elədi. Müvafiq sənədləşmədən sonra götürüb gəldim Ağdama. Onu mən saxlamışam, böyütmüşəm, sənətə həvəsləndirmişəm. O da maşallah, zəhmətimi bada vermədi. Azərbaycanda ən yaxşı səsə malik müğənnilərdən biridir. Yaxşı müəllimdir, iki yerdə dərs deyir. - Yəqin məşhurlaşandan sonra sizləri unudar... - (Dərhal sözümü kəsir). Yox, nə danışırsan qaqa, elə şey olar? İndinin özündə ayrı yaşasa da, kefi nə vaxt istəsə evimizə gəlir. Bir də görürsən gəlir, gecə qalır. Öz evi deyil məgər? - Murad müəllim, “Qarabağ bülbülləri” ilə bağlı söhbətə qayıdacağıq. Amma bir qədər əvvəl söz Teymurdan, onun səsindən düşdü. Bəlkə elə bu məqamdan danışaq. Sizcə, səs müğənni üçün beləmi əhəmiyyətlidir? “Alim muğamı tapsa, dünya qopacaq” - Təbii ki, müğənni və ya xanəndə üçün səs çox önəmlidir. Amma səslə bahəm müğənninin davranışı, necə deyərlər, səhnə mədəniyyəti, fiziki görünüşü də az əhəmiyyət daşımır. Məsələn, adını çəkmək istəmirəm, elə müğənnilər var ki, çox gözəl səs tembri var, amma görünüşü, səhnə mədəniyyəti olmadığından, ciddi uğur qazana bilmirlər. Azərbaycan estradasını götürsək, burada Floradan güclü səsi olan yoxdur. Etiraf edim ki, İlhamənin də səsi çox güclüdür. Onlar birlikdə bilirsinizmi nələr yarada bilərdilər? Heyf ki, yola getmirlər. - Sizcə, niyə? - Bəlkə heç bu barədə danışmayaq? - Bəs nədən danışaq? - Məsələn, muğamdan. Çox şükürlər olsun ki, son illər muğama diqqət artıb. Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanımın sayəsində muğam yarışması, muğam gecələri keçirilir.Uşaqlar da həvəslənirlər. Burda ustadların da rolu böyükdür. Ağaxan müəllim, Zabit, Aygün, Nəzakət, Mənsum... - Bəs Alim? - Alim? Alim raketdir, raket. O oxumur a, hələ də muğam aləmində axtarışdadır. İnandırım səni, o, muğamı tapan gün dəhşət olacaq, dünya qopacaq. - (Zarafatla) Bəlkə elə ona görə toylara getmir ki, birdən muğamı elə o məqamda tapar, dünya qopar, toyda qanqaraçılıq olar? - (Gülür.) Yox, yəqin bu da onun prinsipidir. Amma elə məşhur sənətkarlarımız olub ki, onlar da toya getməyib. - Kimlər, məsələn? - Dəqiq bilirəm ki, nə Zeynəb xanım, nə də Şövkət Ələkbərova toya gediblər. - Dəvət etməyiblər? - Dəvət ediblər təbii ki. Qonaq kimi. Onlar da bir, uzağı iki mahnı oxuyub gediblər. Amma toy aparsınlar, kimlərləsə toy danışsınlar, belə şey olmayıb. - Bəs özünüz toya getmisinizmi? - Əvvəla, sizə bir sirri də açım. Mənim ifa edə bilmədiyim musiqi aləti yoxdur. İstər simli alət olsun, istərsə də nəfəsli. Amma bir dəfə toyda başıma elə bir hadisə gəldi ki, evə gəlib ən sevimli tarımı yerə vurub azı 70 yerə parçaladım. - Nə baş vermişdi ki? - Qaqa, Rusiyadan gələn hansısa uşaqlardan birinin toyu idi. Mən də tar çalıram. Toyun ortasında bəyin qardaşlarından biri üzünü ansamblın üzvlərinə tutub dedi ki, nağaraçalan nağaranı ritmlə vuracaq, yerdə qalan “muzıkant”lar da durub əllərində alət oynayacaq. Dedim, bu nə biabırçılıqdır, bu nə təhqirdir. Durmadım. Gördüm, mübahisə düşür, dalı da davaya dönəcək, toyxanadan çıxıb evə gəldim. Əsəbimdən tarı götürüb vurdum yerə (bir qədər doluxsunur). Həmin tar Rəmişin ən sevdiyi tar idi. “Rəmiş Qaqarindir” - Rəmiş demişkən, deyəsən, o da, rəhmətlik gitara ustası və bəstəkar Bəhrəm Nəsibov da gitaraya, necə deyərlər, tardan gəliblər. - Həm Rəmiş, həm də rəhmətlik Bəhrəm böyük sənətkarlardır. Onların sənətini müqayisə etmək belə etməzdim. Amma bir məsələ var da qaqa, 1961-ci ilin 12 aprelində Qaqarin bir saatlığa kosmosa uçub qayıtdı. Və dünyanın ilk kosmonavtı adını qazandı. Qaqarindən sonra göyə gör nə qədər kosmonavt uçub? Eləsi var ilnən kosmosda qalır... - (Sözünü kəsirəm) Deyirsiz gitaranı Azərbaycana gətirən Rəmiş bizim “Qaqarin”dir? - Düzünü bilsəniz gitaranı Azərbaycana ilk dəfə Qəhraman Əliyev gətirib...Kənan Hacıəkbəroğlu da “Qarabağ bülbülü” imiş... Murad müəllimə, onun “Qarabağ bülbülləri”nə qayıdırıq.Amma istər bu məqamda, istərsə də söhbət boyu onun telefonuna gələn təbrik zəngləri ara vermir. Bu dəfə zəng edən Hacı Əkbər idi. Çoxlarınızın yaxşı tanıdığı siyasi məhbus Kənan Hacıəkbər oğlunun atası. Hacı Murad müəllimə təbriklərini çatdırdıqdan sonra biz də Murad müəllimdən ona salamlarımızı çatdırmağı xahiş etdik. Bir-birimizi tanıdığımızı görən sənətkar maraqlı açıqlama verir. Deyir ki, Hacının iki oğlu - Kənan və onun şəhid qardaşı Sənan da vaxtilə “Qarabağ bülbülləri”nin üzvü olublar. - Kənanı çoxdandır görmürəm, bilmirsən nə ilə məşğul olur? - Taksi sürür. - Heyif. Ondan da yaxşı sənətçi çıxardı. - Murad müəllim, gəlin bir qədər keçmişə qayıdaq. Amma bir məqama aydınlıq gətirəndən sonra. Bayaqdan mənim şəxsən efirdən tanıdığım nə qədər adamın adını çəkmisiz, hamısının da sorağı “Qarabağ bülbülləri”ndən gəlir... - (Sözümü kəsir) Mən nağayrım, başına dönüm. Belə olub. Biriləri gəlib, biriləri gedib. Elə indinin özündə 250-dən çox üzvümüz var. - Bəs bu qədər uşağı hara yığırsız? Bu dar otaqda dərs keçirsiz? - Başqa əlac nədir? Muğam müsabiqəsindən sonra uşaq bir ucdan axışıb gəlir. Qrup-qrup bölmüşük günlərə, məşq keçirik. - Amma etiraf edək ki, “Qarabağ bülbülləri”nin şöhrətinin zirvəsi “Uzun ömrün akkordları” bədii filmində, “Qarabağ bülbülləri” telefilmində gördüyümüz kadrlardakı uşaqların dövrünə təsadüf edir... - Elə demək də olar, olmaz da. Məsələn, İzahat Cəfərov, İlhamiz Paşayev, Elbrus Hüseynov, Tacir Şahmalıoğlu dördlüyü də çox gözəl dördlük idi. Digərləri də. Bir-birilərindən fərqləndirmək istəməzdim.Murad müəllim deyir ki, “bülbüllər”in ifalarından və özlərindən indiyədək 15-ə yaxın bədii və sənədli filmdə istifadə edilib. 1977-ci ildə isə “Azərbaycanfilm”in çəkdiyi “Qarabağ bülbülləri” sənədli filmi SSRİ-nin büdcəsinə külli miqdarda pul gətirib. - “Qarabağ bülbülləri” filmi Moskvanın sifarişi ilə çəkilmişdi. Özü də xaricə satılmaq üçün. Sonradan öyrəndik ki, həmin film 46 ölkəyə, özü də qızıl pula satılıb. - Sizə bir şey vermədilər? - (Gülür.) Bir qəpik də. Xırda-para qonorar, ezamiyyə xərcləri olurdu. Amma böyük pullardan söhbət gedə bilməz. - Bildiyimizə görə, Moskvada, Kremlin Qurultaylar Sarayında, əsas dövlət tədbirlərində iştirak edirdiz? “Qarabağ bülbülləri” Kremldə hansı maraqlı olaylarla üzləşirdi; Brejnev məşhur ansamblın çıxışından necə həzz alırdı; Polad Bülbüloğlu Murad Rzayevin fəxri adını kimə verdirdi; Kremlə xüsusi buraxılışı olan Murad müəllim vətənində hansı müsibətlər yaşayıb; İsmayıllı rayonunun icra başçısı Nizami Ələkbərov və şöbə müdiri Tahir Əliyev Rzayevlər ailəsinin niyə rayondan didərgin salmaq istəyir; Bütün bunlar barədə sabahkı sayımızda. (ardı gələn sayımızda) |
44,171 | 11.12.2008 03:58 | Ölkə | DAXİLİ QOŞUNLARIN ƏSGƏRİNİN VƏZİYYƏTİ AĞIRLAŞIR | Y.Zərbəliyevin atası Əlisahib Zərbəliyevin sözlərinə görə, oğlunun vəziyyəti ağır olduğundan onu Bakıya gətirib. Oğlunun müalicəsinin Almaniya və Finlandiyada mümkün olduğunu söyləyən ata pulu olmadığından bu işi həyata keçirə bilmir: “Oğlumun tənəffüs sistemini bərpa etmək üçün 120 min dollar lazımdır. Amma Daxili Qoşunların rəhbərliyi bizə yardım etmək istəmir. Daxili Qoşunların komandanı Zakir Həsənovun qəbuluna düşmək istəsəm də hər dəfə məni onun müavinləri qəbul edib. Bahalı dərmanların hamısını özüm almışam. Zakir Həsənovun tibbi məsələlər üzrə müavini Vaqif Süleymanov məni aldadıb. İndiyədək oğlumun müalicəsinə 20 min manat xərcləmişəm. Hətta oğlumun müalicəsi üçün Bakıda hesab da açdırmışam. Amma həmin hesaba bu günədək bir manat da olsun pul köçürülməyib”.Üzləşdiyi problemlərlə bağlı ölkə başçısına və Daxili İşlər Nazirliyinə müraciət edən Ə.Zərbəliyev bizimlə söhbətində hesab nömrəsini də xatırlatdı: “Hesab Beynəlxalq Bankın ”Nizami" filialında açılıb: kod. 805669. VÖEN 9900001881, müvafiq hesaba 0137010002944" SWİFT İBAZAZ2X. Hesab N-si N7M445311 Zərbəliyev Yəhya Əlisahib oğlu. Mənim telefon nömrəm isə belədir: (050) 584-86-66". |
44,172 | 11.12.2008 07:07 | Mədəniyyət | MÜĞƏNNİLƏR YENİ İL GECƏSİ RESTORANLARDA NEÇƏYƏ OXUYACAQ? | Eyyub Yaqubovun prodüseri deyib ki, müğənni yarım saata 4 min manat zəhməthaqqı istəsə də dünyada baş verən iqtisadi böhrana uyğun olaraq ucuzlaşmanı nəzərə alaraq endirim də edə bilər. Aygün Bəylər də yarım saata 4 min, keçmiş “Şeron”çu Elnur isə yarım saatlıq çıxışına görə 5 min manat istəyir. Manana da yarım saata görə 4 min manata razılaşıb. O bildirib ki, artıq 6 restoranla danışıq aparılıb.Yeni il gecəsi çıxşlarının qiyməti ilə bağlı sualı cavablandırmayanlar isə Aygün Kazımova, Brilliant Dadaşova, Tünzalə Ağayeva, Namiq Qaraçuxurlu və Sevda Ələkbərzadə olub.Röyanın prodüseri onun hər restorana bir qiymətə getdiyini əsas gətirərək konkret məbləğ açıqlamayıb. Teymur Əmrah hələ də dəvət olunduğu restoranlar arasında seçim etdiyini deyib. Elza Seyidcahan dəvətləri olsa da qonorarla maraqlanmır. Zamiq Yeni ili ailəsi ilə qeyd edəcəyini bildirib. |
44,173 | 11.12.2008 03:07 | Yazarlar | BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... | Qaranlıqda göz-gözü görmürdü, amma telefonların ekranı ilə oranı bir az işıqlandırmağa nail olmuşduq. Şəhərin gəzməli, görməli, sotunun qiyməti neçə yüz min dollarlarla ölçülən yerlərində aksiya keçirmə hüququ əlindən alınan qələm əhli özünü vermişdi ilan mələyən çöllərə. Doğrudu, simvolik aksiya idi, səsimizi bizdən başqa eşidən yox idi, polis üstümüzə şığımırdı və sair. Amma bütün hallarda səsimiz çıxırdı da. Bu, böyük təsəlli idi. Söz Azadlığını Müdafiə Komitəsi deyilən bir təşkilat da yaratmışdıq o vaxt. Bizə görə bütün təzyiqlərin, acı günlərin zirvəsi idi həmin ərəfə. Bəlkə də elə bu səbəbdən mövcud olan bütün müdafiə komitələrini bir tərəfə atıb, ümumi, geniştərkibli bir qurum yaratmaqda tapmışdıq çarəni. Sonra nə oldu? Ələtdən üzü bu yana bir dəfə də olsun jurnalistlər nə yığışıb aksiya keçirə bildi, nə etiraz səslərini çıxardı. Bəs acı günlərin zirvəsindəydik, nə baş verdi? Hər şey düzəldimi o gündən bu günə ki, səs-səmirimiz çıxmır? “Sakit dayanaq, səsimizi çıxarmayaq, bəlkə əfv oldu”, “Aksiyaya-tədbirə ehtiyac yoxdu, yoxsa içəridəkiləri incidərlər”... Son ayların “strategiyası”, təəssüf ki, budu. Hansı mərkəzdən gəlib bilmirəm, bircə onu bilirəm ki, sükutu pozmaq təxminən təxribatçılıq kimi qəbul olunur. Bir neçə il əvvəl bizim redaksiyada media kapitanlarının iştirakı ilə geniş dəyirmi masa təşkil olunmuşdu, redaktorlar “indi mətbuatın ən ağır dövrüdür” fikrinə görə yekə bir dartışma etmişdilər. Yəni mətbuat o qədər ağır vəziyyətlərə, günlərə düşmüşdü ki, redaktorlar onların içindən ən ağır olanını seçməyə çalışırdı. Ağır günlərin ən ağırı... Baxın, son olaya. Qənimət və Sakit Zahidov qardaşlarına bir həftəlik azadlıq verdilər, hamımız ani olsa da, yüngülləşdik. “Tamam, artıq çətin günlər arxada qaldı” deyə düşündük. Yas yerinə - atalarının ölümünə görə qardaşlara başsağlığı verməyə gedənlər isə bu vəsiləylə olsa da, onları azadlıqda gördüklərinə sevindilər. Və bu sevinci utana-utana bölüşdülər. Qardaşların da itirdikləri atalarına görə bir gözü ağladı, amma müvəqqəti azadlıqlarına görə o biri gözləri güldü. Nəticə? Yenə sıfır. Bizə görə, qardaşları sanki ikinci dəfə həbs etdilər. Bəs nə oldu? Deyirdilər, sakit dayanın, yaxşı olacaq... O gün qəzetlərdə hüquq müdafiəçilərindən birinin əfvlə bağlı açıqlamasını oxudum. Deyir, ya bu ayın onunda, ya da sonunda əfv olacaq. Şeir kimi... yox ey, lətifə kimidir, adam artıq əfvlə bağlı bu söhbətləri eşidəndə az qalır gülsün. Deyəsən, Fikrət Sadığın belə bir şeiri vardı. Yazmışdı ki, vaxtilə Ələt vardı, Ələtə gedirdik, amma indi “Elit” var, “Elit”ə gedə bilmirik. Bax, Fikrət müəllim, indi heç Ələtə də gedə bilmirik. Ələtdəki tədbirin iştirakçılarından biri “Türklər hər zaman çöllərdə böyükdür” demişdi. Əslində böyük həqiqətdir, amma indi çöllər həminki olsa da, adamlar həminki adamlar deyil.... P.S. Günün daha bir lətifəsi. “Sərhədsiz Reportyorlar” Təşkilatı Zahidov qardaşlarının həbsxanaya qaytarılmasına görə kədərlənib. Bu da irəliləyişdir. Adətən bu təşkilatların narahat olmasına, nigarançılıq keçirməsinə öyrəşmişdik. İndi kədərlənirlər, bir az keçsə... Dedim axı, lətifədi... Sevinc TELMANQIZI |
44,174 | 11.12.2008 03:53 | Yaşam | XƏRÇƏNG YAXIN İLLƏRDƏ 17 MİLYON İNSANI ÖLDÜRƏCƏK | Məlumatda xəstəliyin inkişaf etməkdə olan ölkələrdə geniş yayılması və daha çox siqaret çəkən şəxslərdə xərçəngə mübtəla olma müşahidə edilib. Xərçəng xəstəlikləri üzrə araşdırmaçı qurum siqaret çəkənlərin və bu xəstəliyə tutulanların 40 faizinin Hindistan və Çində olduğunu qeydə alıb.Xərçəng xəstəliyini dərindən təhlil edən qurum yetkililərinin fikrincə, bu mərəzin öldürücü təhlükəsi ən yoluxucu xəstəlikləri də üstələməkdədir. Gələn il xərçəngdən ölənlərin 12 milyonu keçəcəyi ehtimal edilir. Bu il isə xərçəngin 7 milyondan çox insanın canını aldığı bildirilir.ÜST-nin sənədində yazılıb ki, Çin, Hindistan və Rusiya öndə olmaqla bu xəstəliyin hər il bir az da çox artımı müşahidə olunur. ÜST həmin sənədlə SOS siqnalı verib; bu təhlükəli bəlanın çarəsi tapılmasa, 2030-cu ildə 27 milyon insanı bu xəstəliyi tapacağı, onun 17 milyon insanın həyatına son qoyacağı gözlənilir. |
44,175 | 11.12.2008 06:09 | Mədəniyyət | AZƏRBAYCANIN MƏHƏBBƏT POEZİYASI ALMANİYADA NƏŞR EDİLİB | Antologiya Almaniyada fəaliyyət göstərən N.Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu tərəfindən nəşrə hazırlanıb. Əsərləri alman dilinə institutun direktoru, şairə Nuridə Atəşi və alman şair Jan Vaynert çevirib. Bu barədə APA-ya məlumat verən N.Atəşi antologiyanın Almaniyada keçirilən “Azərbaycan mədəniyyət ili”nə N.Gəncəvi adına Mədəniyyət İnstitutunun töhfəsi olduğunu deyib: “Belə bir önəmli ildə alman ictimaiyyətini və xalqını zəngin Azərbaycan klassik ədəbiyyatından məhrum etmək haqsızlıq olardı. Antologiyanın ən böyük uğurlarından biri də indiyə qədər bütünlükdə Avropanın yetişdirə bilmədiyi qədər qadın şairələri məhz Azərbaycanın yetişdirə bilməsi faktının almanlara çatdırılmasıdır”.N.Atəşi yaxın günlərdə antologiyanın Almaniya Bundestaqında eksklüziv təqdimatının keçiriləcəyini bildirib. Təqdimat Bundestaqın Qafqaz Parlament Qrupunun təşkilatçılığı və dəstəyi ilə keçiriləcək. Təqdimat mərasiminə mənəvi dəstək verənlər sırasında Azərbaycanın Almaniyadakı səfirliyi də var. |
44,176 | 11.12.2008 07:10 | Mədəniyyət | YEGANƏ ƏRƏ GETMƏYƏ HAZIRLAŞIR | “Mən uşaqları görəndə öz gələcək körpələrim barədə fikirləşirəm. Bunun üçün də ailə qurmalıyam. Amma mən istəməzdim ki, ailəmi incəsənətə qurban verim. Bunların hər ikisi mənim üçün önəmlidir. Yaş ötdükcə insan müdrikliyə doğru gedir. Mən iki il öncə ailə, uşaq barədə heç düşünmürdüm. Hazırda mənimçün ailə qurmaq ən ümdə məsələlərdən biridir. Amma kimə gəldi ərə getmək barədə düşünmürəm. Düzgün seçim etməliyəm ki, ailə həyatımda da özümü xoşbəxt hiss edim”. |
44,177 | 11.12.2008 07:11 | Mədəniyyət | RÖYA TARKANLA KONSERTİNDƏ YENİ MAHNILAR OXUYACAQ | Lakin cütlüyün oxuyacağı duet hələlik müəyyənləşməyib: “Röya konsertdə bir neçə yeni mahnısını da ifa edəcək. Həmin mahnılar müğənninin Yeni il öncəsi işıq üzü görəcək albomuna daxil ediləcək. Mahnılar gənc bəstəkarlar Ramal, Emin Kərimi, Nazim və Məlahətə məxsusdur. Həmin günün digər sürprizləri isə Tarkan gələndən sonra məlum olacaq”.Röyanın Yeni il üçün digər planlarına gəlincə isə mətbuat katibi bildirib ki, hazırda müğənni televiziyaların Yeni il çəkilişlərində iştirak edir. Onun bütün günü studiyalarda, çəkilişlərdə keçir. |
44,178 | 11.12.2008 03:12 | Mədəniyyət | “BƏZİ VERİLİŞLƏR EFİRƏ ÇIXMAQ ÜÇÜN 2-3 MİN MANAT İSTƏYİR” | “Bu sözü o qədər iyrənc hala saldılar ki, adam dilinə gətirməyə də qorxur. Müğənnilik maddi dəstəklə bağlı olan işdir. Kliplər çəkilməlidir, efirə verilməlidir, bu da tək adamın işi deyil. Özü də bu gün xarici klipləri gündə əlli dəfə pulsuz yayımlayırlar, amma özümüzünkülərə gələndə pul istəyirlər. Müğənni kimi verilişdə bir saatlıq konsert proqramı ilə çıxış etmək üçün 2-3 min manat istəyirlər. Amma sağ olsun, bəzi verilişlər var ki, təmənnasız çağırır”- deyən aktirsa əsas gəlirinin toylardan olduğunu desə də, müğənni kimi məhdud fəaliyyət göstərdiyini bildirib. |
44,179 | 11.12.2008 06:13 | Mədəniyyət | ƏZİZƏ MUSTAFAZADƏ BAKIDA KONSERT VERƏCƏK | Konsert dekabrın 19-da Heydər Əliyev adına Sarayda baş tutacaq. Biletlərin qiyməti 40 manatdan 100 manata qədər dəyişir. |
44,180 | 11.12.2008 03:14 | Astrologiya | ULDUZ FALI | QOÇ - Qarşınızda elə bir təqvim durub ki, rastlaşdığınız hər bir detala diqqətlə yanaşmalısınız. Ələlxüsus da qarşılıqlı münasibətlərə, ailə-sevgi davranışlarına ciddi fikir verməlisiniz. BUĞA - Ümumi məziyyətlərinə görə düşərli gün hesab etmək olar. Nəzərdə tutduğunuz planları həyata keçirməkdə çətinliyiniz olmayacaq. Günün ikinci yarısında pul gözlənilir. ƏKİZLƏR - İxtiyarınızda olan bu cümə axşamında hansısa günaha qol qoymayın. Hər addımda Tanrını başınız üstündə hiss edin. İnsanlara yalnız yaxşılıq edin ki, düşdüyünüz böhrandan çıxasınız. XƏRÇƏNG - Fəaliyyətinizdə mühüm irəliləyişlər gözlənilir. Bu səbəbdən də bütün mümkün variantlardan yararlanın. Yeni münasibət qurduğunuz insanlara şübhə ilə yanaşmayın. Xoflanmağa lüzum yoxdur. ŞİR - Daha çox ehtiyatlılıq nümayiş etdirin. Xüsusən də günün birinci yarısında riskli sövdələşmələrdən, yeni təkliflərdən imtina edin. Əks cinslərinizlə tədbirli davranın. QIZ - Maliyyə problemlərinizi aradan qaldırmaq üçün ulduzlar sizə qarşı səxavət göstərəcək. Odur ki, ümidsizliyə qapılmamalısınız. Saat 13-17 aralığında yeni təkliflər də gözlənilir. TƏRƏZİ - Emosionallıqdan çıxıb real düşünün. Yadda saxlayın ki, indi siz nə nağıllar aləmində yaşayırsınız, nə də dünyanın sahibisiniz. Necə deyərlər, çalışıb “Ayağınızı yorğanınıza görə uzadın”. ƏQRƏB - Ulduzlar fəaliyyət yönümündə passivlik vəd edir. Bu səbəbdən də diqqəti münasibətlərə, soyuqlaşmış əlaqələrin dirçəlməsinə yönəldin. Nahardan sonra mədəni istirahətə vaxt ayırın. OXATAN - Etibarlı dostların köməyindən yararlana bilsəniz, günün ümumi mənzərəsindən razı qalacaqsınız. İşlə bağlı müəyyən passivlik gözlənilsə də, bu, müvəqqəti xarakter daşıyacaq. OĞLAQ - Hər bir məsələdə obyektiv olun. Şəxsi ambisiyalarınızı qabartmayın. Əks təqdirdə, gün boyu planlaşdırdığınız işlər pozula bilər. Uzaq səfərlərinizi təxirə salın. SUTÖKƏN - Boş dayanmağa lüzum yoxdur. İşıq ucu gələn bütün yollara baş vurun. Saat 12-14 arası imicinizə xələl gətirə bilən hallardan qorunun. Gün ərzində qazanmaq şansınız da var. BALIQLAR - Hansısa yeni fəaliyyətlə məşğul olmağa tələsməyin. Bunun əvəzinə hazırkı işlərinizə aludə olmağınız daha yaxşıdır. Qarşıdakı on günün planlarını indidən götür-qoy edin. |
44,181 | 11.12.2008 04:09 | Ölkə | KƏMALƏDDİN HEYDƏROV DEPUTATIN BİZNESİNİ ÇÖKDÜRDÜ | “Bu göstərişə əsasən Kürdəmirdə istehsal olunan yerli məhsullar yalnız ”Gilan Holdinq"ə satılmalıdır. Onlar isə meyvəni əhalidən çox ucuz qiymətə alır".İndiyədək həmin məhsulları bu rayondan deputat seçilmiş Fərhad Qəribovun sahibi olduğu şirə zavodu, özü də bir qədər baha qiymətə alırdı. Amma bir qədər öncə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları deputata məxsus zavodda xüsusi yoxlama aparıb. “O vaxt zavodun fəaliyyətinə ciddi əngəl yaradıldı. Bir neçə gün isə zavod ümumiyyətlə işləmədi”- deyə mənbə bildirdi.Yeri gəlmişkən, mənbənin dediyinə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu deyilən “Gilan Holdinq” eyni əməliyyatı qonşu Ucar və Zərdabda da həyata keçirmək istəyib. Amma bu rayonların qeyri-rəsmi kuratoru olan nəqliyyat naziri Ziya Məmmədovla konfliktə girmək istəməyən K.Heydərov sonradan bu fikrindən vaz keçib. |
44,182 | 11.12.2008 04:25 | Siyasət | AVROPA MƏHKƏMƏSİ İNSANOVUN ŞİKAYƏTİNƏ NÖVBƏDƏNKƏNAR BAXIR | Ötən ayın sonunda məhkəmə Azərbaycan hökumətinə İnsanovun müalicəsini təmin etmək, onu Penitensiar Xidmətin xəstəxanasına keçirmək və diaqnoz qoyulması üçün müstəqil tibbi ekspertlərin iştirakı ilə komissiya təyin etmək tələbi ilə məktub göndərib. Bu qərarın icrası üçün dekabrın 20-dək vaxt verilib.Avropa Məhkəməsi Azərbaycan vətəndaşı Lətifə Əfəndiyevanın şikayəti ilə bağlı qərarını isə bu gün açıqlayacaq. Avropa Məhkəməsi 25 oktyabr 2007-ci il tarixli qərarında onun İnsan Hüquqları və Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi (mülkiyyət hüququ) ilə təminat verilən hüquqlarının pozulmasını tanıyıb.Qeyd edək ki, ərizəçi əvvəlki ərizəsində onun Respublika Doğum Evinin baş həkimi vəzifəsinə bərpası barədə qətnamənin icra edilməməyindən şikayət verib. Lakin məhkəmə ilk qərarında ədalətli kompensasiya məsələsini həll etməyərək bildirib ki, əgər hökumət ərizəçinin pozulmuş hüquqlarını 3 ay müdətinə bərpa etməsə, kompensasiya üzrə şikayətə baxılacaq. Avropa Məhkəməsi kompensasiya ilə bağlı məsələyə yenidən baxaraq qərar qəbul edib. Məhkəmə katibliyinin məlumatına əsasən qərar bu gün saat 11:00-da elan ediləcək. |
44,183 | 11.12.2008 02:26 | Siyasət | HAFİZ HACIYEV İNDİ DƏ MİSİR MƏRDANOVU HƏDƏFƏ GÖTÜRÜB | Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bunu day.az-a verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, M.Mərdanov 10 il ərzində Azərbaycan təhsilini məhv edib: “Nazir təhsilin yüksəldilməsi üçün ABŞ-dan aldığı 44 milyon dolları yeyib. İndi də prezidentin qarşısında çıxış edərək deyir ki, həmin pulları təhsilin inkişafına xərcləyib. İsmət Abbasov da mövqeyindən sui-istifadə edərək rayonlardan olan ayrı-ayrı sahibkarların öz məhsullarını satmasına mane olur. Bu rüşvətxor məmurları vəzifəsində saxlamaq olmaz. Biz bir partiya olaraq adıçəkilən şəxslərin vəzifədən uzaqlaşdırılması ilə bağlı aksiyalara qərar vermişik. Heç kəs Azərbaycan prezidentini aldada bilməz”. |
44,184 | 11.12.2008 02:31 | İqtisadiyyat | ÖLKƏYƏ KÖHNƏ MAŞIN GƏTİRMƏK YANVARDAN QADAĞAN OLUNACAQ | Ekspertlərin qənaətincə, hökumətin belə addım atmasına bir neçə amil səbəb olub. Belə ki, dünyada başlanmış maliyyə böhranı Avropada maşınların ucuzlaşmasına gətirib çıxarıb. İndi Almaniya, Fransa və Amerikada istehsal olunan bahalı avtomobillər təxminən 30-35 faiz ucuzlaşıb. Köhnə avtomobillərin qiyməti isə təxminən 2-3 min dollardır. Bu isə həmin avtomobillərin kütləvi şəkildə alınıb Azərbaycana gətirilməsi ehtimalını artırıb. Bu səbəbdən də hökumət gözlənilən problemin qarşısını almaq üçün təcili tədbirlər görməyə hazırlaşır.Qeyd edək ki, Rusiyanın baş naziri Vladimir Putin də yeni ildən ölkəyə gətiriləcək minik və yük maşınlarına dövlət rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb. Sənədə əsasən, yeni ildən ölkəyə gətiriləcək minik və yük maşınlarına dövlət rüsumu 10 faiz artırılıb. Gömrük tariflərinə edilən dəyişikliklərə görə, 5 il işlənmiş nəqliyyat vasitələri rəsmən istismar müddəti başa çatmış hesab olunacaq və onların Rusiyaya idxalına məhdudiyyət qoyulacaq. |
44,185 | 12.12.2008 05:23 | Gündəm | AVROPA ŞURASI ACİZLİYİNİ ETİRAF EDİR | Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq hesab edir ki, bu gün dünyanın müxtəlif regionlarında, məsələn, Yaxın Şərq, Qafqaz və digər bölgələrdə baş verən hadisələrə nəzər salanda, insanın ən sadə hüquqlarının necə pozulduğunun şahidi olmaq mümkündür.ÿ"Amerikanın səsi" nə müsahibəsində komissar deyib ki, Avropanın demokratik institutlarını rədd edən hökumətlər böyük səhvə yol verirlər. Belə ki, bir çox hallarda insan hüquqlarından bəhs olunanda hökumətlər bunu onların daxili işinə müdaxilə kimi qəbul edirlər. Halbuki Hammerberq deyib ki, insan hüquqları universaldır və onlar bütün sahələrdə - iqtisadi, sosial, insan hüquqları - mütləq tətbiq və şamil edilməlidir.Postsovet regionunda, xüsusilə də Azərbaycanda insan haqlarının vəziyyəti barədə suala Hammerberq belə cavab verib ki, mənzərə kifayət qədər tünddür, lakin hələ də işıq gələn səmt var: “Faktiki olaraq, biz bu ölkələrlə bütün problemləri nəzərdən keçiririk. Azərbaycan hökuməti hələ iki il əvvəl ölkədə insan haqlarının qorunmasına dair milli plan qəbul edib. Biz Əliyev hökumətinin ən yüksək səviyyəli nümayəndələri ilə Avropa Şurasının tövsiyələrini müzakirə etmişik və edəcəyik. Mən özüm vaxtaşırı olaraq Bakıya səfərlər edirəm. İstəyirəm görəm ki, tövsiyələrimizin hansını reallaşdırmaq mümkün olub. Əlbəttə, ÿəvvəllər verdiyimiz tövsiyələri də nəzərdə saxlayırıq” . Hammerberq deyib ki, Azərbaycan kimi ölkələrdə hökumətlərin neft pullarının artması hesabına müqavimətinin güclənməsi ilə Avropa Şurasının təsir imkanlarının zəifləməsi bir-birinə bağlı prosesdir. Amma bu qüvvələr nisbətindən hansının üstün olduğunu demək çətindir. Belə ki, Avropa Şurası ancaq əlində olan təsir imkanlarından istifadə edir, bundan başqa heç nə edə bilməz.Amma komissar diqqəti ona yönəldib ki, insan hüquqlarının yerinə yetirilməsinə nəzarət daimi olmalıdır. ÿBelə olmayan təqdirdə, buna qarşı etimad azala bilər: “Sərbəst toplaşma azadlığı, ifadə azadlığı, söz azadlığı ən fundamental insan hüquqlarındandır. Hər hansı bir ölkədə insan hüquqlarının pozulması baş verirsə, mütləq onlara qarşı tədbirlər görülməlidir, onların üstü açılmalıdır. Digər məsələ ondan ibarətdir ki, hesabatların verilməsi, məlumatların ötürülməsi ədalətli şəkildə həyata keçirilməlidir. ÿƏdalətli dedikdə, biz vəziyyəti doğru dərk etmək, düzgün qiymətləndirmə və hər hansı bir məlumat barəsində düzgün məlumat verməyi nəzərdə tuturuq. ÿƏlbəttə ki, gerçək faktlara söykənməyən hansısa bir məlumatın ötürülməsi heç bir şəkildə səmərəli ola bilməz və bunların nəticəsində insan hüquqlarını qorumaq mümkün deyil. Siyasi hakimiyyətdə kimin olmasındanÿ asılı olmayaraq, bu hüquqların müdafiə edilməsi vacibdir”. Eyni zamanda Hammerberq deyib ki, insan haqlarının müdafiəsində kamil dövlət yoxdur, istənilən dövlətdə insan hüquqlarının müəyyən bir şəkildə pozulması halları mövcuddur. Hammerberq yaxın aylarda bir neçə postsovet ölkəsinə səfər etməyi planlaşdırır. O deyib ki, bəzi hallarda müəyyən beynəlxalq mexanizmlər və Avropa çərçivəsində fəaliyyət göstərən qurumlar bu bölgədə hər hansı bir problemin həllində kifayət qədər yaxından iştirak edə bilmirlər. Komissarın sözlərinə görə, bu, ona görə baş verir ki, həmin məlumat barəsində o qurumlara yetərincə məlumat çatdırılmır. |
44,186 | 12.12.2008 04:23 | Gündəm | AVROPA MƏHKƏMƏSİ AZƏRBAYCANLA BAĞLI 40 ŞİKAYƏTƏ BAXACAQ | Bu günə Strasburq məhkəməsi Azərbaycandan daxil olan şikayətlər üzrə 16 qərar qəbul edib və bu qərarların hamısı ölkə hökumətinin əleyhinədir. X.Hacıyevin sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan üzrə işlərə baxılması sürətləndiriləcək. Bu, AİHM katibliyində Azərbaycandan daxil olan şikayətlərlə məşğul olan əməkdaşların sayının 1 nəfərdən 3 nəfərə qədər artırılması ilə əlaqədardır.“Hazırda AİHM-in gündəliyində Azərbaycandan daha 40 şikayət var, onlara, görünür, 2009-cu ildə və ola bilər ki, 2010-cu ildə baxılacaq” - deyə Hacıyev bildirib. AİHM Palatasının həbsdə olan Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun müalicəsinin təmin edilməsi ilə bağlı məktubunu şərh etmək xahişinə cavabda Hacıyev bildirib ki, məhkəmənin fəaliyyətində belə təcrübə var. Müəyyən hallarda AİHM ilkin tədbirlər kimi şikayətçilərin hüquqlarının pozulması faktlarının qarşısının alınması məqsədilə müdaxilə edir. Xüsusən şikayətçinin deportasiyasının qarşısının alınması məqsədilə və ya şikayətçinin həyat və sağlamlığı üçün təhlükə olduqda. |
44,187 | 12.12.2008 04:27 | Gündəm | DANIŞIQLAR NƏTİCƏSİZ BİTSƏ... | Azərbaycan tərəfdən son bir neçə ayda rəsmi bəyanatlarda müharibə notlarının yığışdırılması isə cəmiyyətdə “Danışıqlar sonda dalana dirənsə belə, Azərbaycan məsələni güc yolu ilə həll etmək fikrindən daşınıb” kimi fikirlərin yaranmasına gətirib çıxarıb. “Bu cür fikirlər reallığı əks etdirirmi” sualı ilə müraciət etdiyimiz Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlunun cavabı belə oldu: ”Müharibə ümumiyyətlə arzuolunan deyil. Müharibə yeni qanlar, yeni faciələr deməkdir. Əlbəttə, yaxşı olar ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə aradan qaldırılsın. Ancaq göründüyü kimi, bu günə qədər sülh danışıqları, ATƏT-in Minsk Qrupunun fəaliyyəti bir nəticə vermir. Biz yenə də ümidimizi üzmürük. Münaqişənin dinc yolla həll edilməsini istəyirik. Ancaq bu, o demək deyil ki, bu məsələlər tükənəndə və danışıqların heç bir mənasının olmadığı bilinəndə Azərbaycan başqa vasitələrlə öz torpaqlarını işğaldan azad etməyəcək. Cənab prezident İlham Əliyev dəfələrlə məsələ ilə əlaqədar öz qəti mövqeyini meydana qoyub. Ona görə də xalqımız əmin ola bilər ki, onun ölkəsinin ərazi bütövlüyü təmin olunacaq. Biz bunun sülh yolu ilə olunmasını istəyirik. Əks təqdirdə, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqları nəyin bahasına olursa-olsun işğaldan azad ediləcək". Müdafiə Nazirliyinin rəsmisi vurğuladı ki, Azərbaycan dövlətinə beynəlxalq konvensiyalar da ərazi bütövlüyünü istənilən vasitə ilə bərpa etmək hüququ verir. Azərbaycan bu hüququndan hər an istifadə edə bilər: “Biz heç bir dövlətin torpağını işğal etməmişik. Ermənistan Azərbaycanın BMT və dünya dövlətləri tərəfindən tanınmış ərazi bütövlüyünü pozub, torpaqlarımızı işğal edib. Azərbaycan da suveren dövlət kimi öz torpaqlarını işğaldan azad etmək hüququnu özündə saxlayır”. |
44,188 | 12.12.2008 05:27 | Siyasət | ZİYAFƏT ƏSGƏROV DA KONSTİTUSİYA DƏYIŞİKLİYİNƏ TƏRƏFDAR ÇIXDI | “Əgər belə bir təklif Milli Məclisə daxil olsa, o zaman mən onu müdafiə edəcəyəm. Hesab edirəm ki, belə bir məhdudiyyət aradan qaldırılmalıdır. Azərbaycanda hər bir prezidentliyə namizədin məhdudiyyətsiz seçilmək imkanı olmalıdır. Amma bu mənim şəxsi fikrimdir. Təbii ki, bu məsələdə əsas sözü Azərbaycan vətəndaşları deməlidir”.I vitse-spiker bu təklifin nə vaxt Milli Məclisdə müzakirə olunacağı barədə də məlumatsız olduğunu deyib. Z. Əsgərov konstitusiyada qeyd edilən məhdudiyyətin aradan qaldırılmasının demokratiyaya zidd olması barədə səslənən fikirlərə də münasibət bildirib: “”Bu fikirlər düzgün deyil. Mənə izah eləsinlər, bu, demokratiyanın nəyinə ziddir?" |
44,189 | 12.12.2008 04:23 | Yazarlar | İKİ KARIN DİALOQU | O yanda, yəni “çiş” eləyən uşağın vətəni Brüssel şəhərində isə Avropa İttifaqının dəlləkliyi ilə Azərbaycanın xarici işlər naziri Yarməmmədov (doğma dilimizin anasını ağlatdığı üçün soyadını belə yazırıq) ermənistanlı həmkarı Nalbəndyanla bir araya gəlmişdir. Axsaq atın kor nalbəndi haqda məşhur əhvalat tam yerinə düşür. Guya bunlar müharibənin bitməsi, razılaşma-zad üzərində çalışırlar, hətta Yarməmməd Elmarov (bu da elə həmin adamdır) deyib ki, keçmişin pis miraslarını unutmağa, tarixə gömməyə cəhd edirik. Lənət şeytana, bu xarici işlər nazirindən soruşan gərək, sən axı Qarabağa, müharibə və ermənilərlə bağlı hansı pis xatirələrə maliksən? Sən olsa-olsa Siranuşla Bokanı unutmağa cəhd edərsən. Müharibə tamam ayrı, bu hakimiyyətə dəxli olmayan topluma, xalqa zərbə vurub. Get Rey Kərimoğlundan, Etimad Əsədovdan soruş, gör onlar yaralarını unudubmu? Hər şey cəhənnəmə, bəs yer üzündən tam silinmiş Ağdam boyda şəhəri necə unutmaq olar? Erməni vəhşiliyini necə unudaq axı? Buna əsas verən hansı hərəkət ediblər?Əlbəttə, hamı, o cümlədən Avropadakılar qəşəng anlayır ki, prezidentlərin, Brayza, Fasye və Merzavetslərin, xarici iş nazirlərinin danışıqları boş şeylərdir, iki xalq dil tapmalıdır. Amma bundan da öncə hər iki xalqın özü öz arasında dil tapmalıdır. Azərbaycan və Ermənistan cəmiyyətləri arasında dialoq, bu cəmiyyətlərin özündə dialoq olmadan mümkün deyil. Ermənistanda cəmiyyətin, dövlət quruluşunun it kökündə olduğunu seçki partapartında gördük. Bizə gələndə... Burda da bir yaxşı ağıçı arvad dəstəsi lazımdır ki, diz döyüb, üz cırıb, saç yolub ağlasın.Yol çəkən idarənin nümayəndəsi deyir ki, problemləri su və işıq idarəsi yaradır: “Biz yolu basırıq, sonra kanalizasiya, elektrik xəttinə görə təzədən qazırıq”. “Sumqayıtelektrikşəbəkə” bəyanat verib ki, “Azərsu” dekabrın 18-nə qədər borcunu ödəməsə anbarların tokunu kəsəcək. Yazıçı və professorlar “kim daha çox heyvana oxşayır” mövzusunda diskussiya aparır. Təhsil haqda qanuna baxılmadı və deputatxananın elm-təhsil komissiyasının sədri Ş.Hacıyev deyir ki, biz zorla da olsa sənədi müzakirəyə çıxarmalıyıq. Zorla, yəni necə? Spikeri basıb döyəcəksən? Zorakılıqla müzakirə olarmı, ay geridəqalmışlar?Azərbaycanda dialoq, müzakirə və diskussiyaların ən böyük düşməni hakimiyyətin özüdür. Dialoq məkanı ilk növbədə haradır? Təbii, mətbuat, KİV. İkisi baş redaktor olmaqla, 4 jurnalist zindanda çürüdülür, belə ölkədə nə dialoq? Dükan bağlıdırsa, bazarlıq harda olsun? Bax, elə bunlara görə mən Akif Nağı yoldaşdan təvəqqe edirəm ki, Qarabağın taleyi, danışıqlar, razılaşma-filan mövzusunda çox da narahat olmasın, hamısı boş laqqırtıdır. Sən, a bəy, yaxşısı budur Bakının müdafiəsi sahəsində səylərini artır, göyə quş toru çək. Bəlkə Fuad Əliyev Jirinovskini quşa döndərib gətirdi. Zamin HACI |
44,190 | 12.12.2008 06:50 | Gündəm | AZƏRBAYCANDA NEFT HASİLATI DAYANA BİLƏR | Daha sonra o yeni yaradılan “SOCAR Trading SA” şirkətinə başçılıq etməyə başlayıb. Bu şirkət Azərbaycan neftinin dünya bazarlarında satışını təşkil etməklə məşğuldur.Müsahibəni götürən “Corriere della Sera” qəzetinin iqtisadi məsələlər üzrə icmalçısı Federiko Fubini Qolovuşkinə belə sualla müraciət edib: “Bəyəm neftin qiymətləri yüksək olanda neft şirkətləri kifayət qədər böyük qazanc əldə etmirdilər?” Qolovuşkin isə cavab verib ki, son vaxtlar neft şirkətləri əldə etdikləri yüksək gəlirlərdən neftayırma zavodları almırdılar, onlar pulları səhm bazarına yönəldirdilər. Lakin indi pulları qlobal miqyasda yatırmağa yer qalmayıb. Braziliyada yeni neft yataqları kəşf edilib, ancaq onların işlənməsi neftin indiki qiymətləri şəraitində sərfəli deyil. Belə ki, neftin barelinin ən azı 50 dollar olması bu yataqlardan gəlir götürməyə imkan verərdi. Qolovuşkinə görə, Kanadada da neft yataqlarının işlənməsi ilə bağlı layihələr dayanır. O deyib ki, yeni yataqların kəşfiyyatı və səmərəli hasilat üçün neftin bir bareli ən azı 70 dollara satılmalıdır. Lakin qlobal iqtisadi böhranla bağlı bu qiymət artıq real deyil. Qolovuşkin neftə olan qlobal tələbatın 25-30 faiz azaldığını, gələn il bu azalmanın davam edəcəyini, metallurgiya şirkətlərinin istehsalı 30 faiz ixtisar etdiyini, Ukrayna və Rusiya limanlarında alıcı gözləyən 2 milyon tondan çox hazır neftin qaldığını, neft sənayesi ilə bağlı olan müəssisələrin, şaxtaların bağlandığını, avadanlıqların təminatının azaldığını deyib. Onun fikrincə, belə şəraitdə neft hasilatını indiki səviyyədə saxlamaq mümkün deyil və şirkətlər hasilatı azaltmalı olacaq. Qolovuşkin OPEC-in bu həftə hasilatı daha 1.5-1.7 milyon barel azaltmaq barədə qərar verə biləcəyini deyib. Lakin onun fikrincə, bu qərar situasiyaya təsir göstərməyəcək.Qeyd edək ki, “SOCAR Trading SA” prezidenti ümumən neft sənayesindəki vəziyyət barədə danışsa da, onun dedikləri birbaşa Azərbaycan üçün də keçərlidir. Çünki dünya neft bazarındakı vəziyyət iqtisadiyyatı neftdən asılı olan Azərbaycanın gəlirlərinə də birbaşa təsir edir. İndiyədək dövlət büdcəsinin gəlirlər hissəsinin yarıdan çoxunu vergi şəklində ARDNŞ təmin edib. Lakin indi bu şirkətə bağlı olan və Azərbaycan neftinin dünya bazarlarında satışını təşkil edən müəssisənin rəhbəri xəbərdarlıq edir ki, indiki şərtlər altında neft hasil etmək artıq sərfəli olmaya bilər. Bu isə gələn il ARDNŞ-nin gəlirlərinin kəskin azalacağını, hətta şirkətin ziyanla işləyə biləcəyini deməyə əsas verir. Çünki Qolovuşkinin də təsdiq etdiyi kimi, neftə olan qlobal tələbat azalmaqda davam edəcək. ABŞ-ın Energetika Nazirliyinin proqnozlarına görə, gələn il dünya birjalarında neft orta hesabla 51 dollara satılacaq. Nazirliyin ekspertlərinin hesablamalarına görə, ABŞ-da və dünyada iqtisadi böhranın gözlənildiyindən daha ağır keçməsi neftə olan tələbatı azaldıb. Bu azalma gələn il də davam edəcək. Gələn il qlobal tələbat daha böyük həcmdə-sutkada 450 min barel aşağı düşəcək. Son 30 ildə ilk dəfədir ki, 3 il dalbadal neftə olan tələbat azalır. Analitiklərin hesablamalarına görə, tezliklə neftin barelinin 20-25 dollara enəcəyi istisna deyil. |
44,191 | 12.12.2008 04:30 | İqtisadiyyat | “NEFTİN UCUZLAŞMASI AZƏRBAYCANDAKI İNKİŞAFI DAYANDIRACAQ” | Ümumi Daxili Məhsulun illik 15 faiz artımı və neft gəlirləri Xəzər sahilində yerləşən ölkəni xarici valyuta üçün rahat bufer zonasına çevirir. Ona görə də iqtisadiyyat siyasi əlaqələri olan biznesmenlər və məmurlar, xaricdən borclanmış yerli banklar tərəfindən idarə olunur. Lakin bütün bunlar o demək deyil ki, Azərbaycan dayanıqlı iqtisadiyyata malikdir. Belə ölkənin bu cür iqtisadiyyatı, sadəcə olaraq, yoxdur. “Neft pullarını yalançı şöhrət naminə tikinti obyektlərinə yönəltməsi, iyrənc dərəcədə korrupsiyalaşmış hökumət, neft-qaz gəlirlərinin böyük hissəsini ciblərinə dolduran siyasi bağları olan elita onu deməyə imkan verir ki, Azərbaycan rəhbərliyi ölkədə dayanıqlı iqtisadiyyat qurmaq üçün imkanları əldən buraxıb” . Mark Godfri yazır ki, Bakıda gözə dəyən çinli mühacir fəhlələr işsizliyin və kasıblığın yüksək olduğu ölkə üçün dəbdəbə sayıla bilər. Lakin yalançı dəbdəbə Azərbaycanda həyat tərzidir. Müəllif Bakının çiçəklənməsinin də öz lənətlənmiş tarixçəsi olduğunu yazır. O bildirir ki, varlı azlığa mənsub bahalı “Ceep”lər və limuzinlərin yaratdığı tıxacların baş alıb getdiyi şəhər dünyada piyadalar üçün ən təhlükəlidir. Əhalinin əksəriyyəti sovet dövründə tikilmiş metroda basabasla mənzil başına çatmağa məcburdur: “Mərkəzi dəmir yol vağzalı yaxınlığındakı metro stansiyasından çıxan tək eskalatorun önündə dayanmağa imkan tapdığıma görə mənim başıma bu ideya gəldi ki, azərbaycanlılar malik olduqları neft sərvətlərinə baxmayaraq dəhşətli şəraitdə yaşayırlar”. Mark Godrfi ilə söhbət edən yerli vəkillərdən biri deyib ki, Azərbaycanda iqtisadiyyatı korrupsioner məmurlar və hakim elitaya bağlı biznesmenlər idarə edir. Lakin jurnalistin söhbət etdiyi yerli işgüzar adamların əksəriyyəti kimi o da adının açıqlanmamasını xahiş edib: “Bakı hələ 100 il əvvəl dünyada əsas neft ixrac edən şəhər idi. Şəhərə daxil olanda havadakı neft iyi hiss olunur. Lakin bura Dubay deyil. Neft-qaz sektorundan kənarda alternativ sənaye sahəsində çox az inkişaf var. Bakı Dövlət Universitetində iqtisadiyyatdan məruzə oxuyan iqtisadçı deyir ki, neft gəlirləri düzgün sərf olunmur. Biz hazırda ancaq kəşf olunmuş yataqları hasil edirik. Son beş ildə heç bir iri yataq kəşf olunmayıb. Ancaq neft qurtarandan sonra nə olacağı haqda heç bir aydın plan mövcud deyil"- deyə o bildirib.Müəllif qeyd edir ki, pessimist proqnozlara baxmayaraq, bəzi ümidlər də var. Azərbaycan dövlət investisiya agentliyi gec də olsa kənd təsərrüfatının mexanikləşdirilməsinə xarici investisiyalar cəlb etməyə başlayıb. Korrupsiyaya baxmayaraq neft-qaz gəlirləri hesabına yollar, infrastruktur tikilir. “Hökumət Azərbaycanın infrastruktura olan tələbatını yaxşı başa düşür” - deyə “Baker Makenzie” şirkətinin Bakı ofisinin əməkdaşı Daniel Matteus jurnalistlə söhbətində bildirib. Daha sonra Goldfri Bakı aeroportuna gedən yeni tikilmiş yolla onu aparan taksi sürücüsünün avtomobili saatda 140 kilometrlə sürməsinə baxmayaraq, təhlükəsizlik kəmərinə ehtiyac görmədiyi haqda yazıb. Müəlliflə söhbət zamanı yerli vəkil deyib ki, Azərbaycan hakimiyyətində aparıcı postları hələ də “köhnə komanda” tutur və ən azı yaxın beş ildə onların yenilənəcəyini gözləmək əbəsdir. “Neftin qiymətlərinin kəskin düşməsi o deməkdir ki, gələn il Azərbaycanda daha az pul olacaq, deməli, infrastruktur tikintisi və uzunmüddətli iqtisadi inkişafa təminat verən alternativ iqtisadiyyat qurmaq da çətin olacaq” - deyə Godfri qeyd edir. |
44,192 | 12.12.2008 04:29 | Yazarlar | KƏMALƏDDİN BƏY VƏ LOKAL BÖHRAN | 2,7 milyard dollar qaz-işıq borcunun prezident seçkisi öncəsi bağışlanacağına ümid edən avam camaat bunun əvəzində başqa şey gördüyü üçün indi dilxordur? YAP-ın səsyığma konsertlərinə gedib ümumxalq dəstəyi fonu yaratdığına görə peşman olub? Mənə nə? Mən camaatın YAP hökumətinə, onun da buna ülvi məhəbbətinə qarışmıram. Sevgi söhbətində üçüncü artıqdır. Özləri bilər. Bir də ki, sevgidə hicran da olar, nisgil də, göz yaşı da, qəm-qüssə və dilxorçuluq da.Məni bu dəqiqə qlobal maliyyə böhranı və varlı-hallı lider ölkəmizi bu söhbətdən necə xilas etmək yolları da düşündürmür. Çünki bu böhran əslində elə də qorxulu deyil, onun bizə heç bir isti-soyuğu yoxdur. Niyəsini də deyim. Biz ayrıca götürülmüş və dinamik şəkildə inkişaf edən lider ölkəyik. Dünyada nə olursa, ondan bizə nə, oğlum? Ona qalsa, bu dəqiqə bütün dünyada insan haqları söhbəti də dəbdədir. İndi deyirsən biz də durub arsız-arsız hüquq, qanun, azadlıq söhbəti eləyək?Bir də ki, qlobal iqtisadi böhran bütöv ölkələrin iqtisadiyyatını lapdan çökdürür. Daha deyilmir ki, bu şoğərib ayrı-ayrı nazirlərin, məmurların şəxsi biznesini batırır. Ona görə də bunun bizə dəxli yoxdur. Çünki bizim ölkədə iqtisadiyyat yerli-dibli yoxdur. Var ayrı-ayrı adamların pulları. Onlar da öz mal-mülkünü necə qorumağı yaxşı bilir. Heç hansısa nazirin alverinin öldüyünü eşidibsən? Kəmaləddin bəyin “Jalə” şirəsi, Bəylər müəllimin tropik meyvəsi şıdırğı satılır. Camaat da razıdır, neçəyə oldu alır, yeyib-içir.Qlobal böhran o şeydir ki, xalqın dolanışığını pisləşdirir. Bundan bizə nə? YAP nefti 170 dollardan satanda camaatımız necə yaşayırdı? Heç nə təhər. Yəni dədə-baba qaydası ilə, pis gündə. Maaş-təqaüdü bir həftəyə zorla çatırdı; qonşu dükandan nisyə qənd-çay alırdı; xəstələnəndə borca girib həkimə gedirdi və s. İndi necədir? Yenə həmin şey. Daha bunun harası oldu böhranın mənfi təsiri? İndi neft böhrana görə 40 dollardan da aşağıdır. Hətta bizdən neft alan Amerikada da benzin ucuzlaşıb. Amma noolsun? Bizdə hər şey əvvəlki kimidir - benzin əvvəlki qiymətə, qiymətlər həminki. Camaatın da dolanışığı həmin həmindir - zorla dolanır, nisyə yeyib-içir, borcda üzür.Ona görə də qlobal böhran söhbətinə birkərəmlik nöqtə qoyub day bu söhbəti eləməyək. Bilirsənmi, oğlum, “bizdə qlobal böhran olmayacaq” deyəndə həm də igid nazirlərimizin fərasət və uzaqgörənliyini nəzərdə tuturam. Heç onlar xalqın zillətlə yaşamasına qıyarmı? Görürsənmi, harada böhranın əlamətini görürlərsə, dərhal ora əl qoyub dirçəldirlər. O gün qəzetdən oxudum ki, Kəmaləddin bəy bir deputatın şirə biznesini görəndən sonra ürəyi dözməyib. Razı olmayıb ki, o zibil böhran gəlib deputatın halal yolla topladığı sərvəti “happ” eləsin. Düzdür, ortada lokal böhran söhbəti olub, yəni bir deputatın biznesi o söz. Amma qorxusu yoxdur. Deputat hara, “fövqəlnazir” hara? Bizdə nazirləri deputatlar təyin etmir ki, hələ bir durub onlardan da üstün olalar. Dünyanın hər yerində nazirləri deputatlar seçir, bizdə isə əksinə, hər tuz nazirin özünün 10-15 şəxsi deputatı var. Analoqu olmayan ölkə belə olur də...Elə bu üstünlüyümüzə görədir ki, Azərbaycanda hər 100 min nəfərə 180 məhbus düşür. Ombudsvumen Elmira bibi buna görə fərəhindən yerə-göyə sığmır də. Deyir, bizdə məhbusların sayı cəmi 13 minə enib, bu isə çox azdır. Çünki sən demə, əksər ölkələrdə hər 100 nəfərə 600-700 məhbus düşürmüş, Gürcüstanda isə 4 ildə məhbusların sayı 6 mindən 20 minə qalxıbmış.Niyə? Çünki Gürcüstan sarsaq ölkədir. Orada nazirlər yox, qanunlar işləyir. Orada nazirin, polis rəisinin, məmurun ağzı nədir ki, böhranın qabağını almaq üçün bizneslə məşğul olsun, ya da rüşvət alsın. Orada kim “Jalə” şirəsi buraxmaq istəsə, körpü tikib yol çəkəndə millətin puluna çəp baxsa, dərhal tutub basırlar dama. Türmələri ona görə ləbələbdir. Bizsə ürəyiyumşaq camaatıq... |
44,193 | 12.12.2008 04:33 | Gündəm | AZƏRBAYCAN İCTİMAİYYƏTİ ELMAR MƏMMƏDYAROVU TOPA TUTDU | Torpaqlarının 20 faizi düşmən altında olan bir ölkənin xarici siyasət idarəsinin rəhbərinin belə bir açıqlama verməsi ictimaiyyətə təslimçilik aşılanması niyyətindən xəbər verir. Digər tərəfdən, Minsk Qrupunun fransalı həmsədri Bernar Fasyenin Helsinkidə həmsədr ölkələr adından xarici işlər nazirlərinə münaqişənin nizamlanmasının əsas prinsiplərinə dair “texniki sənəd”in təqdim edildiyi barədə açıqlama verməsi hansısa bəd niyyətdən xəbər verir. Vəfa Quluzadə: “Məmmədyarova kim ixtiyar verib ki, Azərbaycan xalqı adından söz versin?” Lakin politoloq Vəfa Quluzadəyə görə, bu, Azərbaycanın rəsmi mövqeyi deyil, yalnız söz xatirinə deyilib: “Çünki praktiki olaraq ötənləri unutmaq mümkün deyil. Necə ki, bəşəriyyət bu günədək Hitler təcavüzünü bağışlamır və yaxud indiyədək yəhudiləri məhv edən faşistləri tapıb məhkum edirlər. Əgər millət millətdirsə, pislikləri unutmamalıdır. Təbii ki, yaxşılıqları da yadda saxlayıb, ona yaxşılıqla cavab verməlidir. Digər tərəfdən, ermənilərin törətdiklərinə pislik deməzlər. Ortalıqda cinayət faktları var və bu cinayətlər Azərbaycan millətinə qarşı törədilib. Bu gün bir tərəfdən Azərbaycan hakimiyyəti, YAP tədbirlər keçirir ki, deportasiyalara görə Ermənistanı Avropa Məhkəməsinə vermək lazımdır. Elə isə bu faktları necə unutmaq olar? Üstəlik, belə çıxır ki, biz Xocalı soyqırımını da unutmalıyıq. 20-ci illərdə Zəngəzur bizdən alınıb və Ermənistana verilib, Naxçıvan Azərbaycandan təcrid olunub. Bunları yaddan çıxarmaqmı olar? Hətta Qarabağ məsələsini ədalətli surətdə həll etsək də, bu tarixi faktlar unudulmamalıdır. Ona görə olmaz ki, bunlar bir daha təkrar olunmasın. Rusiya ilə Almaniya iki dost ölkədir və əməkdaşlıq edir. Amma gəlin görək Rusiya alman faşistlərinin törətdiyi cinayətləri unudurmu?” V.Quluzadənin fikrincə, E.Məmmədyarov düşünülməmiş ifadə səsləndirib: “Bu, Məmmədyarovun şəxsi məsuliyyətidir. Güman edirəm ki, prezident onunla şəxsi söhbətdə məsələyə aydınlıq gətirəcək və ehtiyac olarsa, bu barədə ictimaiyyət də məlumatlandırılacaq. Məsələnin digər tərəfi də var. Əgər nazir pislikləri unutmaq barədə razılaşmanın əldə olunduğunu deyirsə, deməli, belə çıxır biz də Ermənistana pislik eləmişik. Bunu deyərkən cənab nazir nəyi nəzərdə tutub? Məmmədyarova kim ixtiyar verib ki, bütün keçənləri unutmaqla bağlı Azərbaycan xalqı adından söz versin? Onun buna nə ixtiyarı çatır?” İqbal Ağazadə: “Bu, yalnız milli maraqlarımız təmin olunacağı təqdirdə mümkündür” Ümid Partiyasının sədri İqbal Ağazadə öncə qisas hissinin yaxşı bir şey olmadığını qeyd etdi: “Təbii ki, kin, qisas aradan qalxmalıdır. Biz ermənilərlə dost olmağa məhkum deyilik. Amma qonşu olmağa məhkumuq və qonşuluğu da ən azı normal məcraya yönəltmək lazımdır. Bizim itkilərimiz ağırdır, həm şəhid vermişik, həm torpaq itirmişik, həm də uzun illər boyu mənəvi sarsıntılara məruz qalmışıq. Uzun illərdir ciddi psixoloji travma ilə yaşayırıq. Amma buna baxmayaraq, bizim xalq böyük xalqdır və bu məsələlərin üzərindən keçə bilib yeni münasibətlər sisteminə qədəm qoya bilər”. İ.Ağazadə belə münasibətlərin tərəfdarı olduğunu söyləsə də, əlavə etdi ki, bu, yalnız konfliktin həllində Azərbaycanın dövlət maraqları təmin olunacağı təqdirdə mümkündür. Millət vəkili bu cür müzakirələrin təslimçi sazişin imzalanmasına aparıb çıxaracağını güman etmir: “Azərbaycan xalqının torpaqla bağlı münasibəti birmənalıdır və açıqdır. Bu məsələdə hər kəs Azərbaycan xalqının və bütövlükdə cəmiyyətin mövqeyini bilir. Ona görə də təslimçilik meyllərini real siyasətə çevirmək asan deyil”. İ.Ağazadə sülh sazişinin yaxında olması versiyasını da qəbul etmədi. Millət vəkili də hesab edir ki, son açıqlamalar parlamentdə Qarabağ dinləmələrinin keçirilməsini yenidən zəruri edib. Akif Nağı: “Azərbaycan hakimiyyəti yanlış yoldan geri çəkilməlidir” QAT sədri Akif Nağı məsələyə sərt şəkildə etirazını bildirdi: “Biz dəfələrlə bildirmişik ki, danışıqların gedişində Ermənistan ötən əsrin əvvəllərində Azərbaycana qarşı həyata keçirdiyi ssenarini üçüncü dəfə təkrarlamaq istəyir. O zaman da törədilən vəhşiliklərin sonunda ermənilər istəklərinə nail olub Azərbaycanla barış əldə etdilər. Azərbaycanın çox mühüm qurumuna rəhbərlik edən Elmar Məmmədyarov Azərbaycan cəmiyyətinə şad xəbər çatdırırmış kimi danışır. Necə ki, 90-cı illərin əvvəlində bəzi rəhbər şəxslər sevincək ermənilərin Bakıya qayıtdığını deyirdilər. Görünür, ermənilərin siyasətinin qaşısında Azərbaycan artıq geri çəkilir”. A.Nağının fikrincə, Ermənistan Azərbaycan ərazilərini işğal etməsi faktına, törətdiyi onlarla terror aktına, on minlərlə insanımızı qətlə yetirdiyinə görə cavab verməlidir: “Ancaq proseslərdən aydın olur ki, bütün bunların unutdurulması istiqamətində iş aparılır. Belə çıxır ki, daha bundan sonra erməni işğalından danışmaq lazım deyil. Bundan sonra ermənilərin cəzalandırılmasını beynəlxalq təşkilatlardan necə tələb edə bilərik?” QAT sədri Azərbaycan hakimiyyətini bu yanlış yoldan geri çəkilməyə çağırdı. Rey Kərimoğlu: “Elmar Məmmədyarovun əvəzinə xəcalət çəkirəm” Nazirin dedikləri keçmiş döyüşçüləri də bərk qəzəbləndirib. Qarabağ qazisi Rey Kərimoğlu ötənlərin unutdurulmasına yönəlik bu açıqlamanı heç cür qəbul etmədiklərini bildirdi: “Elə Qarabağ məsələsinin 1988-ci illərdə yenidən qalxmasının səbəbi də məmmədyarovların babalarının 1905, 1918-ci il hadisələrini unutdurmasıdır. Özü də Ermənistan Azərbaycana qarşı pislik yox, çox böyük cinayətlər törədib. Bu cinayətlərinə görə də onlar cəzalarını almalıdır. Azərbaycan məmurları türk cocuğunun öldürülməsi səhnəsini həvəslə qələmə alan Zori Balayan kimilərini ifşa etmək, onları beynəlxalq məhkəməyə verib cəzalandırmaq əvəzinə, xəyanətkar əməllərlə məşğuldur. Şəxsən mən Elmar Məmmədyarovun əvəzinə xəcalət çəkirəm”. |
44,194 | 12.12.2008 04:32 | Siyasət | MÜXALİFƏT BİRLƏŞMƏSƏ... | Müxalifət düşərgəsinin aparıcı partiyası olan Müsavat həqiqi müxalifət təşkilatlarını öz ətrafında birləşdirməli və narazı elektoratın da bu birlik ətrafında birləşməsinə nail olmalıdır. Xatırladaq ki, bir qədər əvvəl Müsavatın ətrafında yeni blokun yaranması haqda başqan İsa Qəmbərin yanında müzakirə aparıldığı və ümumi razılıq əldə olunduğu xəbəri yayılmışdı. Bəs MƏM-in bloka çevrilməsi məsələsi reallaşmayacağı halda, Müsavat Partiyası öz ətrafında böyük güc mərkəzi yaratmağı bacaracaqmı və belə bir plan varmı?Müsavat Partiyası başqanının müavini, millət vəkili Arzu Səmədbəyli öncə bildirdi ki, onlar müxalifətin birliyinin baş tutması istiqamətində səylərini hələ də davam etdirirlər. Bu məsələ hələ gündəmdən çıxmayıb: “Biz müxalifətin birliyinin tərəfdarıyıq. Dəfələrlə təkliflər vermişik. Birgə hərəkət etməyə təşəbbüslər göstərmişik. Müsavat yenə də öz mövqeyində qalır”. A.Səmədbəyli vurğuladı ki, bununla yanaşı, narazı elektoratı Müsavat Partiyasının ətrafında birləşdirmək istiqamətində həmişə çalışırlar: “Eyni zamanda təcrübə də göstərir ki, seçkilər öncəsi narazı elektoratın özü hansısa konkret siyasi qüvvənin ətrafında birləşir. 2000-ci il parlament seçkilərində narazı elektorat Müsavat Partiyasının, 2003-cü il prezident seçkilərində İsa Qəmbərin, 2005-ci il parlament seçkilərində ”Azadlıq" seçki blokunun ətrafında birlik nümayiş etdirdi. Siyasi qüvvələr arasında hansı proseslərin getməsindən asılı olmayaraq, həlledici mərhələdə cəmiyyət özündə güc tapıb konkret qüvvənin ətrafında birləşə bilir. Gələcək siyasi proseslərdə, seçkilərdə də Azərbaycan cəmiyyəti konkert siyasi qüvvənin ətrafında birləşəcək. Əminəm ki, bu qüvvə yenə də Müsavat Partiyası olacaq". |
44,195 | 12.12.2008 01:39 | Yazarlar | DÜŞMƏNLƏ NECƏ BARIŞAQ? | Sualı daha konkret qoyaq: təcavüzkar qonşumuz son illər ərzində quru bəyanatlardan başqa hansı müsbət jesti edib ki, yumşalaq, özümüzdən gedək, keçmişi və onun ağır miraslarını - işğal faktını, Xocalını, Malıbəylini, Qarabağdakı və Ermənistandakı etnik təmizlənmələri, Qarakənd vertolyot olayını, 20 Yanvarı unudaq? Bəlkə əsirlikdə saxlanılan qız-gəlinlərimiz qaytarılıb? Məkrli düşmən elə unutqanlığımızdan yararlanıb 100 ildi ala-ala, qopara-qopara gəlmirmi? Hətta sovet dövründə bu proses dayanmayıbsa, Qazaxdan, Laçından, Zəngilandan hektarlarla ərazilərimiz müəmmalı əllərin köməyilə düşmənə peşkəş edilibsə, bu, nə “keçmişin pis miraslarını” unutmaqdı belə, cənab Məmmədyarov? Erməni qonşu olsa da, türkün tarixi düşmənidir, tarixi düşmənlə isə barışığın, dinc-yanaşı yaşamağın yalnız bir sınanmış vasitəsi ola bilər - çomaq, güc! Bir də biz düşmənə hansı pisliyi etmişik ki, erməni də onu unutsun? Bu, bəri başdan özümüzü suçlu çıxarmaq deyilmi? İşə bax, oğru-cani 20 ildi evimizin içindədir, Azərbaycan adlı evimizin 20 faizini yağmalayıb, özününüküləşdirib, biz isə heç nə olmayıbmış kimi özümüzü aparırıq, üstəlik, hər hansı şərt qoymadan ona dostluq reveransları edirik. Danışıqları diqqətlə izləyən şəxs kimi əminəm, təcavüzkar 10-12 il öncə hansı radikal mövqedə idisə, yenə o mövqedə qalır. Zərrə qədər yumşalma, bircə addım geridurma söhbəti yoxdur. Nə üçün yumşalsınlar ki, əgər vasitəçilər onların şərtlərini ödəmək kursu götürüblərsə? Yəni sayəmizdə can-başla təcavüzkarın qulluğundadılarsa. Azərbaycan tərəfi ilbəil addımbaaddım geri çəkilirsə, erməninin yumşalmasına ehtiyac qalarmı? Diqqət edin, cəmi 10 il qabaq işğalçının ağlına gələrdimi ki, Dağlıq Qarabağın statusunun səsvermə yolu ilə müəyyən edilməsi təklifi ortaya çıxa, hətta o, sənəd halına salına bilər? Hamıya aydındır ki, səsvermə Dağlıq Qarabağın Azərbaycandan “məxməri yolla” qoparılmasına hesablanmış bir planın tərkib hissəsidir. Di gəl, hamıya aydın olan həqiqəti Azərbaycan rəhbərliyi görməməzliyə vurur. Rəsmi Bakı hələ də qəribə, bəzən hətta cəmiyyəti şoka salan açıqlamalar verməkdədir. Məsələn, belə: “Səsvermə yalnız Qarabağ azərbaycanlıları öz yerlərinə qayıtdıqdan sonra keçirilə bilər”. Guya Azərbaycan üçün ən başlıca hədəf köçkünlərin yurd yerlərinə qayıtmasıymış.Köçkünlərimiz gec-tez öz yerlərinə dönəcək. Amma bir var, Azərbaycan dövlətinin vətəndaşı olaraq, Azərbaycandan Azərbaycana, bir də var ikinci erməni dövlətinin təbəələri kimi, Azərbaycandan “DQR”-ə! Rəsmi Bakı bunun fərqindədimi? Fərqindədisə, nəyə görə müqəddəratı təyinetmə söhbətlərini yığışdırmır? Niyə vasitəçilərin bu termindən siyasi alver kimi istifadə etməsinə və Azərbaycana təzyiqlər göstərməsinə bəhanə verir? Nəhayət, nə səbəbə bəyan etmir ki, ərazi bütövlüyümüz müzakirə predmeti ola, Dağlıq Qarabağın hüquqi mənsubluğu səsvermə və hər hansı başqa ad altında şübhəyə məruz qoyula bilməz, çünki bu, beynəlxalq hüquqa, BMT-nin, ATƏT-in, Avropa Şurasının məlum sənəd və qətnamələrinə ziddir.Hər şey qırağa, belə çıxır, Türkiyəyə rəva bilmədiyimizi özümüzə bilməkdəyik. İndi nə oldu, qardaş ölkə rəsmilərinin hər addımını mikroskopla izləyirik, erməni yetkililəri ilə gülüb danışmalarını, şəkil çəkdirmələrini belə, ağrılı qəbul edirik, amma özümüz işğal faktı dura-dura, düşmən hətta Dağlıq Qarabağ ətrafında bir-iki rayonu boşaltmaq niyyətində olmaya-olmaya, ona barışıq jestləri göndərir, əli məsum körpələrimizin qanına batanları Beynəlxalq Məhkəməyə vermək əvəzinə, ünvanlarına tost söyləyirik? Deyəsən, suallar çoxaldı axı. Ancaq nə edəsən ki, ölkə iqtidarının dişsiz Qarabağ siyasəti cavablardan çox suallar doğurub. Onların arasında biri də var və onu burda təkrarən qoymaq pis olmaz: Azərbaycan hakimiyyəti ərazi bütövlüyümüzü tanıyırmı?.. *** Pislik daha çox mənəvi kateqoriyaya aid anlayışdır. Görəsən, işğal, soyqırım, terror nə vaxtdan pislik sayılır? Bu da bir sual. Zahid SƏFƏROĞLU |
44,196 | 12.12.2008 06:38 | İqtisadiyyat | ÇÖRƏK 5 QƏPİK UCUZLAŞDI, 100 QRAM ÇƏKİSİ DÜŞDÜ | Yeri gəlmişkən, mütəxəssislərin hesablamalarına əsasən indiki şəraitdə 50 kiloqram undan çörək bişirilməsinə 22 manat xərc tələb olunur. Bura digər xərcləri də əlavə etsək 500 qramlıq çörəyin maya dəyəri 15 qəpiyə gəlib çıxır. Bu isə o deməkdir ki, çörəkbişirmə sexləri yeni istehlakçıların “cibinə” girir və onları aldadır. Rəsmi qurumlar da indiki halda çörəyin baha satılmasının iqtisadi əsası olmadığını hesab edir. Lakin Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi Sabir Vəliyev mətbuata deyib ki, hökumət çörəyin qiymətinə müdaxilə edə bilməz. Ancaq çəkinin normativ qaydalara uyğunlaşdırılması üçün müvafiq addımlar atılmalıdır. İdarə rəisi bildirib ki, ölkədə unun qiyməti ucuzlaşıb. Bu səbəbdən də çörəkbişirmə sexləri qiyməti mütləq aşağı salmalıdır: “Azərbaycanda ən çox istifadə olunan zavod çörəyidir. Bu çörəyin qiyməti mütləq 20 qəpiyə endirilməlidir. Sahibkarlara 20 qəpiklik çörəyi 40 qəpiyə satmağa imkan vermək olmaz. Çünki çörəyin maya dəyəri heç 20 qəpiyə də çatmır”. O, həmçinin ÿİqtisadi İnkişaf Nazirliyinin İstehlak Bazarına Nəzarət Xidməti Departamentini çörəyin çəkisinə və qiymətinə nəzarət edə bilməməkdə suçlayıb. İsmət Abbasov çörəyin qiymətinin süni şəkildə qaldırıldığını deyir Kənd təsərrüfatı naziri İsmət Abbasov da çörəyin qiymətinin aşağı salınmasının vacibliyini qeyd edib. Nazir deyib ki, çörəyin qiyməti bu ilin yayında süni şəkildə qaldırılıbmış: “Halbuki nazirliyin məsələyə münasibəti mənfi olub. Fakt ondan ibarətdir ki, buna heç bir əsas yox idi. Azərbaycanda istehsal edilən ərzaq buğdasının miqdarı kifayət qədər artıb. Bu artım növbəti illərdə də davam edəcək”. Çörəyin qiyməti ilə yanaşı çəkisinin də aşağı düşməsinə gəlincə, nazir qeyd edib ki, standartlara uyğun çəki müəyyənləşdirilir: “Çəkinin aşağı salınması düzgün deyil. Ümumilikdə kənd təsərrüfatı məhsullarının qiyməti hökumət tərəfindən liberallaşdırılıb. Çörəyin qiyməti də azaddır. Çəkiyə gələndə, standartlar var və çörək buna uyğun hazırlanmalıdır". Çörək ucuzlaşmayıb, əksinə, bahalaşıb İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) ekspertləri qeyd edir ki, artıq bir aydır bəzi rayonlarda çörəyin qiyməti 40 qəpikdən 30 qəpiyə qədər düşüb: “Lakin Bakıda çörəyin qiymətində azalmalar baş verməyib. Halbuki uzun illərdir çörəyin qiyməti istər regionlarda, istərsə də paytaxda eyni olub”. Mütəxəssislərin sözlərinə görə, bu gün Bakıda çörəyin qiymətinin aşağı salınması ilə bağlı müzakirələrin getməsinə, proqnozların verilməsinə baxmayaraq, reallıqda çörəyin qiyməti ucuzlaşmır. Bir sıra yerlərdə qiyməti ucuzlaşdırılan çörəyin isə ya keyfiyyəti, ya da çəkisi aşağı salınıb. Bu isə qiymət azalması kimi dəyərləndirilə bilməz: “Çörəyin qiymətinin azalması çəkinin aşağı salınması ilə müşahidə edilirsə, bu o deməkdir ki, hər hansı qiymət dəyişikliyi baş verməyib”. Bildirilir ki, çörək istehsal edən və bu məhsulun satışı ilə məşğul olanların üstünlük verdiyi məqam çəkini azaltmaqdır. Bu isə gizli inflyasiyanın yaranmasına gətirib çıxarır. Eyni zamanda çəkinin azaldılması əvvəllər 1 çörək alan vətəndaşın 2 çörək almasına səbəb olur: “Həcm etibarilə baxanda çörəyin qiymətində artım baş verib”. Bu il ölkədə rekord səviyyədə buğda yetişdirilib İSİM ekspertləri deyir ki, çörəyin qiymətinin real olaraq aşağı salınması labüddür: “Çünki son bir ay ərzində dünya bazarında buğdanın qiyməti iki dəfə aşağı düşüb. 2007-ci ilin sonunda Dünya İqtisadi Forumu 2008-ci ildə qlobal ərzaq böhranının baş verəcəyi ilə bağlı proqnoz verdikdən sonra Dünya Bankı, hətta BMT bu böhranın baş verəcəyini, xüsusilə inkişaf etməkdə olan ölkələrin bundan əziyyət çəkəcəyini bəyan etdi. Problem o qədər dərinləşmişdi ki, Azərbaycanın taxıl idxal etdiyi ölkələr - Rusiya və Qazaxıstan taxıl ixracına müəyyən müddət qadağalar qoydular. Qazaxıstan tərəfi 2008-ci il sentyabrın 15-nə qədər taxıl ixrac etmədi. Bütün bunlar taxıl istehsal edən, dənli bitkilər yetişdirən ölkələrin aqrar sektora daha çox diqqət ayırmasına gətirib çıxardı. Son nəticədə dünya bazarında taxıl bolluğu müşahidə edildi və qiymətlər aşağı düşdü”. Bütün ölkələrdə çörəyin qiymətinin aşağı düşməsinin müşahidə edildiyini deyən İSİM mütəxəssisləri bildirir ki, Azərbaycan üçün bu məhsulun qiymətinin ucuzlaşmasını stimullaşdıran məqam 2008-ci ildə son 10 ildə rekord səviyyədə buğda yetişdirilməsidir: “Cari il kənd təsərrüfatı məhsullarının artım ili kimi xarakterizə edilə bilər. Daxildə buğda bolluğu var. Lakin çörəyin hazırkı qiyməti nə buğdanın, nə də taxılın qiymətini əks etdirmir. Hökumət çörəyin qiymətinə birbaşa olmasa da, dolayısı ilə müdaxilə etməlidir. Çörəyin çəkisi, keyfiyyəti ilə bağlı standartların müəyyənləşdirilməsi olduqca vacibdir”. Standartların qorunması ilə bağlı istehlak bazarına nəzarət zəifdir Qənaətlərdən biri də odur ki, ərzaq məhsullarının keyfiyyəti ilə bağlı standartların qorunmasına məsul dövlət qurumlarının bazara nəzarəti zəifdir. Bir sıra hallarda hətta ərzaq məhsullarının keyfiyyəti yoxlanılmadan onlara sertifikat verilir: “Amma çörək gündəlik istehlak olunan məhsuldur. Hökumət çörəyə strateji məhsul kimi yanaşmalıdır. Müxtəlif çörəkbişirmə zavodlarının və ya sexlərin bişirdiyi çörəyin çəkisi və keyfiyyəti arasında kəskin fərq var. Halbuki İqtisadi İnkişaf Nazirliyi bunu tənzimləməlidir. Nazirlik həmin standartların müəyyənləşdirilməsinə məsuldur”. İSİM mütəxəssislərinin sözlərinə görə, bazarda süni qiymət artımına qarşı mübarizə aparmalı olan İqtisadi İnkişaf Nazirliyinin müvafiq idarəsi bunun əvəzində uzun müddət süni qiymət artımlarını stimullaşdırıb: “Məhz həmin xidmət yaradıldıqdan sonra Azərbaycanda ərzağın, çörəyin qiymətlərinin süni şəkildə bahalaşması müşahidə edilir”. Çörəyin qiyməti 30 qəpik olsa, bu sektorda problemlər həllini tapar Ekspertlər hesab edir ki, çörəyin qiyməti ilə bağlı standartların müəyyənləşdirilməsinə ehtiyac yoxdur: “İndiki halda çörək 30 qəpiyə endirilsə və ona uyğun keyfiyyət, o cümlədən çəki ilə bağlı standartlar müəyyənləşdirilsə, bu, həmin sektorda problemlərin aradan qaldırılması üçün uğurlu addım olar. Əslində çörəyin 30 qəpik olması üçün iqtisadi baxımdan heç bir maneə yoxdur. Standartlar daxilində istehsal edilən çörəyin 30 qəpiyə satılması çörək istehsal edənlər üçün mənfəətin əldə olunmasına da imkan verir. Digər tərəfdən, bu, əhalinin çörək almasında problem yaratmır. Razılaşaq ki, çörəyin 30 qəpik olması əhalinin əksər kateqoriyası üçün ciddi problem deyil. Bütün hallarda çörəyin qiymətinin müəyyənləşdirilməsi Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi siyasətdən, eyni zamanda taxıl istehsalının artıb-azalmasından asılıdır". |
44,197 | 12.12.2008 02:45 | İqtisadiyyat | BAKI VƏ SUMQAYIT SUSUZ QALACAQ | “Sumqayıtelektrikşəbəkə”dən APA-ya bildirilib ki, Bakı, Sumqayıt və digər regionlarda içməli və texniki su təchizatında problemlər olacaq. O da qeyd edilib ki, 2008-ci ilin dekabr ayının 1-nə “Azərsu” SC-nin 46,416 mln. manat, cari ilin ilk 11 ayı ərzində isə 8,471 mln. manat məbləğində borcu yaranıb: “Lakin ”Azərsu"nun və onun müəssisələrinə borcların ödənilməsi ilə bağlı dəfələrlə müraciət və xəbərdarlıqların edilməsinə baxmayaraq, bu istiqamətdə heç bir tədbir görülməyib. Bütün bunları nəzərə alaraq, dekabrın 18-də, saat 15:00-dan etibarən “Azərsu”nun müəssisələrinə məxsus nasos stansiyalarına elektrik enerjisi verilişi tam dayandırılacaq”.“Sumqayıtelektrikşəbəkə” ASC-nin rəhbərliyi vurğulayır ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də digər regionların içməli və texniki su təchizatında yarana biləcək bütün problemlərə görə məsuliyyət “Azərsu” SC-nin üzərinə düşür. Xatırlatmaq yerinə düşərdi ki, bu ilin ortalarında da hər iki idarə arasında analoji borc qalmaqalı yaranmışdı. Nəticədə Bakı və Sumqayıt şəhərlərinin bir sıra əraziləri susuz qalmışdı. |
44,198 | 12.12.2008 06:47 | İqtisadiyyat | AEROPORT YOLU İLİN SONUNA TƏHVİL VERİLƏCƏK | O bildirib ki, “Ramstor” dairəsi yolqovşağı, Heydər Əliyev prospekti, 14 km-lik aeroport yolunun istifadəyə verilməsi gözlənilir. V.Hacıyev bildirib ki, kommunikasiyaya məsul dövlət qurumları ilə koordinasiya problemləri var: “Məsələn, ”Azərsu" vaxtında demir ki, ərazidə kanalizasiya xətti var. “Bakıelektrikşəbəkə” vaxtında bildirmir ki, buradan elektrik xətti keçir. Ona görə də bəzən asfalt örtüklərini sonradan sökmək lazım gəlir”. Onu da nəzərə çatdıraq ki, tamamlanması qeyd edilən hər üç layihə kifayət qədər bahalı layihələrdir. Onların hər biri dövlət büdcəsinə çox baha başa gəlib. Belə ki, “Ramstor” dairəsi yol qovşağının tikintisinə 2006-cı ildən başlanılıb. 2007-ci ilin dekabrında tikintinin başa çatdırılması nəzərdə tutulsa da bu baş verməyib. Əvəzində yol qovşağının bu ilin may ayında istifadəyə veriləcəyi bildirilib. Layihənin smeta dəyəri 25 mln. manat olsa da, 2008-ci ildə yol qovşağına büdcədən əlavə olaraq 51,283 mln. manat vəsait ayrılıb. Metronun “Əzizbəyov” stansiyası yaxınlığındakı dairədən aeroporta gedən yolun yenidən qurulmasına gəlincə, 14 kilometrlik bu yol üçün son 3 ildə büdcədən investisiya xərclərindən 120 milyon manat vəsait ayrılıb. Yolun 1 kilometri təxminən 8,5 milyon manata (10 milyon dollar) başa gəlib. Neftin dünya bazar qiymətinin ucuzlaşması uzun illərdir davam edən bahalı, iri layihələrin tezliklə tamamlanmasını labüdləşdirib. Rəsmilərin son açıqlaması ondan ibarətdir ki, başlanmış layihələr 2009-cu ildə bitməlidir. Sonrakılara isə vəziyyətdən asılı olaraq baxılacaq. |
44,199 | 12.12.2008 06:48 | İqtisadiyyat | BU İL ÜMUMİ DAXİLİ MƏHSUL PROQNOZLAŞDIRILANDAN 6 FAİZ AŞAĞI OLACAQ | Əmtəə qrupları üzrə ən yüksək deflyasiya səviyyəsi ərzaq məhsulları üzrə 3,07 faiz müşahidə olunub. Tədqiqat aparılan dövr ərzində deflyasiya səviyyəsi qeyri-ərzaq məhsulları üzrə 0,63 faiz, xidmətdə isə 0,28 faiz təşkil edib.Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) bu ilin 11 ayında 16,62 faiz, bu ilin noyabr ayının ötən ilin noyabr ayı ilə müqayisəsində illik inflyasiya 20,48 faiz qeydə alınıb.Bu ilin noyabr ayında əvvəlki ayla müqayisədə ən çox ucuzlaşma ərzaq məhsulları üzrə - buğda unu (25,60 faiz), əla növ buğda çörəyi (9,25 faiz), günəbaxan yağı (7,25 faiz), şəkər tozu (6,41 faiz), qeyri-ərzaq məhsulları üzrə isə minik avtomobillərinin qiymətində (2,16 faiz) olub. Ən çox bahalaşma isə ərzaq məhsullarından badımcan (51,39 faiz), şaftalı (43,32 faiz), armud (32,86 faiz), yer xiyarı (30,67 faiz), üzümdə (18,73 faiz) qeydə alınıb.Xatırladaq ki, ötən ilin noyabr ayında əvvəlki aya nisbətən 3,5 faizlik inflyasiya qeydə alınmışdı.İTM-in digər hesablamalarına görə, 2008-ci ilin oktyabr ayında minimum istehlak səbətinin dəyəri - əmək qabiliyyətli əhali üçün 107,78 manat, uşaqlar (0-15 yaşlı) üçün 98,34 manat, pensiyaçılar üçün 80,08 manat təşkil edib.Onu da nəzərə çatdıraq ki, hökumətin rəsmi məlumatında ilin sonuna kimi ölkədə inflyasiyanın 20 faiz həddində olacağı proqnozlaşdırılır. Beynəlxalq Valyuta Fondu bu göstəricinin 22 faiz olacağını deyir. Müstəqil, alternativ hesablama aparan təşkilatların rəyinə görə isə illik inflyasiya 28 faizə çatacaq. Bütün hallarda rəqəmlərin hər üçü 1996-cı ildən bəri ən yüksək inflyasiya göstəriciləridir. Hətta vəziyyət hökumətin proqnozlaşdırdığı kimi olsa da, bu, son 12 ilin ən kəskin inflyasiyasından xəbər verir.Ekspertlərin fikrincə, 2008-ci il Azərbaycan iqtisadiyyatı üçün gərgin il olub. Bu gərginlik əsas iki məqamla bağlıdır: “Birincisi, enerjidaşıyıcılarının bahalaşması haqqında 2007-ci ildə çıxarılan qərarın təsiri bu il hiss olunmağa başladı. Adətən enerjidaşıyıcılarının qiymətinin artımı iqtisadiyyata daha çox 6-8 ay sonra təsir etməyə başlayır. Ona görə də Azərbaycanda qiymət artımının təsirləri ilə 2008-ci ilə daxil olduq. 2008-ci il kəskin inflyasiya ilə yadda qaldı”. Mütəxəssislər Azərbaycanda iqtisadiyyatın inkişafına təsir edən ikinci məqamın dünyada gedən iqtisadi proseslərlə bağlı olduğunu vurğulayır: “2008-ci il dünyada gedən qlobal iqtisadi-maliyyə böhranının başlanğıc ili hesab edilir. Müxtəlif proqnozlara görə, bu böhran daha iki il çəkəcək. Qlobal iqtisadi-maliyyə böhranı Azərbaycanın həm maliyyə sisteminə, həm də ümumilikdə iqtisadi sisteminə təsir göstərdi. Bu böhranın nəticəsində dünyada qiymətlər kəskin surətdə aşağı düşüb. Neftin qiyməti ilyarım ərzində üç dəfəyədək aşağı enib. Hesablamalara görə, neftin qiymətinin kəskin aşağı düşməsi və neft hasilatının hökumətin proqnozlaşdırdığından 5 min tona qədər az olması 2008-ci ilin yekununda ümumi daxili məhsulun nəzərdə tutulduğundan təxminən 3-3,5 milyard manat az çıxacağına dəlalət edir. Bu isə artıq hökumətin ümumi daxili məhsulun artımı ilə bağlı proqnozunun 20 faiz yox, 13-14 faiz həddində qərarlaşacağını göstərir”. |
44,200 | 12.12.2008 04:43 | Siyasət | “HEYDƏR ƏLİYEV BİR DƏFƏ MƏNİ EŞİDİB BİLETİ QAYTARDI” | “Açığını deyim ki, Heydər Əliyev mənə qarşı müxalifətdə olub. Amma onun Azərbaycana yolunu mən açdım. Çünki mənim ona hörmətim olub. Çalışqan insan idi. Onun xidmətləri çox olub. Bir azərbaycanlının Moskvada təmsil olunması böyük iş idi. Buna qiymət verməməyə isə heç kəsin haqqı yox idi. 1987-ci ildə SSRİ rəhbərliyi Heydər Əliyevi sıxışdıranda mən şəxsən bu vəziyyətdən narazı qaldım. Çünki Azərbaycan liderini Siyasi Bürodan çıxarıb təqaüdə göndərdilər. Eyni vaxtda Şevardnadzeni xarici işlər naziri təyin etdilər. Mən Qorbaçova da etirazımı bildirdim. Ona dedim ki, nə oldu, elə bütün səhvlər Heydər Əliyevdə oldu? Heydər Əliyevin hakimiyyətə qayıtmasına zəmin də buradan yarandı. O, Moskvaya göstərməliydi ki, hələ tükənməyib. Bunu da etdi. Elə bunu qarşısına da məqsəd kimi qoyub hakimiyyətə gəldi. Mənim ona hörmətim var idi. Bəziləri hesab edirdi ki, Ayaz Mütəllibovla Heydər Əliyevin münasibətləri düzələrsə, onlar üçün yaxşı olmayacaq.ÿ Heydər Əliyevin özü də məni tərifləyə bilməzdi. Çünki mənə qarşı müxalifətdə idi. Ancaq hiss edirdim ki, ürəyində mənə qarşı pis münasibəti yoxdur. Heydər Əliyevə ətrafındakılar deyirdi ki, Ayaz Mütəllibov həmişə sizin Bakıya qayıtmağınızın əleyhinə olub. Mən vəzifəyə yeni gələn ərəfədə Moskvada gedib evində ziyarət etmişəm onu. Xəstəÿ idi. Ona bildirdim ki, mütləq Azərbaycana qayıtmalısınız. Buna şübhəniz olmasın. Ancaq məsləhət gördüm ki, bir müddət gözləsin. Çünki Bakıda onun düşmənləri çox idi. Bir dəfə məni eşidib bileti qaytardı. Ancaq bu söhbət sonradan başqa cür yozuldu. Çünki onu tələsdirənlər var idi. Sonradan bir vasitəçi ilə ondan ölkəyə qayıtmağıma şərait yaratmasını xahiş etdim. Cavabı da bu oldu ki, bir az səbr etsin. Yəni mənim ona Moskvada dediyim sözü cavab olaraq özümə qaytardı" . “Ölkəyə qayıtmaq üçün yenidən təşəbbüsləriniz olubmu” sualını sabiq prezident belə cavablayıb: “Mənim mövqeyim ortadadır. Dəfələrlə mətbuatda Azərbaycana gəlmək istədiyimi demişəm. Yəqin ki, bunu hamı bilir. Ayrı heç nə edə bilmərəm. Cavab qarşı tərəfdən gəlməlidir. Bir dəfə gəlmişdi də. Moskvadakı səfir mənə zəng etdi ki, prezidentin tapşırığı var, sizinlə görüşmək istəyirəm. Mən də razılıq verdim. Söhbətimiz zamanı o bildirdi ki, prinsipcə mənim qayıdışıma pis baxmırlar. Amma ehtiyat edirlər ki, mən ölkəyə qayıdanda ətrafıma çoxlu adamlar yığışa bilər və hakimiyyətə qarşı mübarizə apararam.ÿ Dedim ki, əgər belə adam olsaydım, hakimiyyətimi heç kimə verməzdim. Küçə mübarizəsi mənə yaraşmaz axı. Beləcə söhbət etdik və sonradan bir xəbər çıxmadı". |
44,201 | 12.12.2008 04:50 | Siyasət | RƏSUL QULİYEVƏ QARŞI YENİ İTTİHAM | Qəzet bildirir ki, Safronovla aparılan danışıqlar uğurla yekunlaşır. Belə ki, general müstəqil Azərbaycan vətəndaşlığı, deputat mandatı və 7 milyon pul müqabilində erməniləri Qarabağ ərazilərindən təmizləməyə və bu torpaqları tam olaraq Azərbaycanın rəsmi tabeçiliyinə qaytarmağa söz verir. Lakin həmin dönəmdə Azərbaycan iqtidarı tələb olunan pulun yalnız 1 milyon dollarını düzəldə bilir. Həmin dönəmdə isə Azərbaycanın yalnız iki xarici valyuta hesabı mövcud olub. Onlardan biri M.Abdullayevə, digəri isə həmin dönəmdə neftayırma zavodunun direktoru olan R.Quliyevə məxsus olub. Qəzet bildirir ki, həmin hesablarda milyon dollarla vəsait olsa da, R.Quliyevlə M.Abdullayev Qarabağın qaytarılması üçün Safronovun tələb etdiyi pulun düzəldilməsinə yardımçı olmayıblar. Hansı ki, həmin hesablar birbaşa Azərbaycan dövlətinə aid olub. Sonradan isə bu bank hesabına toplanan Azərbaycan neftindən gələn 731 milyon dollar R.Quliyev tərəfindən mənimsənilib. Bunlar “Yeni Ümid” qəzetinin iddiasıdır. Amma istənilən halda, R.Quliyev və M.Abdullayevə qarşı səslənən ittihamlar maraq doğurmaya bilmir. Məsələ ondadır ki, Qarabağın pul müqabilində geri qaytarılması ideyası bu gün də mövcuddur. Odur ki, analoji təkliflərin 1991-ci ildə də olması məntiqli görünür. Amma bir məsələ maraqlıdır ki, Safronov bu işi görmək qədər səlahiyyətli olubmu? Yoxsa onun məqsədi yaranmış qarışıqlıqda fantastik məbləğdə pul əldə etmək imiş? Belə bir danışıqların konkret kim tərəfindən aparıldığını bilmədiyimizə və M.Abdullayevlə R.Quliyevə birbaşa çıxış imkanlarımız olmadığına görə bu məsələni detalları ilə dəqiqləşdirmək çətin məsələdir. Bununla belə, o dövrlərdə cərəyən edən siyasi proseslərdən məlumatı olan şəxslərin deməsinə görə, həmin dönəmdə təkcə Safronov yox, sovet ordusunda yüksək vəzifə tutan bir çox şəxslər Qarabağ məsələsini Azərbaycanın xeyrinə həll etmək üçün bu tipli təkliflərdə bulunublar. Lakin onların bəzilərinin fırıldaqçı olması və məqsədinin pul qoparmaq olduğu dərhal aşkarlanıb, digərləri isə fantastik məbləğlər istəyiblər. Təbii ki, o dönəmlərdə R.Quliyevlə M.Abdullayev çox imkanlı olduqlarına görə onlardan umanlar çox olub. Lakin R.Quliyevi az-çox tanıyanlar bildirirlər ki, bu adam pula həddən artıq həssas və hərisdir. Hətta onun haqqında “Rəsul Quliyev pulu cibindən çıxarıb şaqqıldadır, amma yenə qaytarıb cibinə qoyur” kimi laflar səslənib. Amma Qarabağla bağlı təklif real olubsa və R.Quliyev bunun üçün tələb olunan pulu verməyibsə, sonradan onu mənimsəyibsə, buna ad vermək belə çətindir. Hər halda, R.Quliyev özü bu məsələyə aydınlıq gətirsə yaxşı olar. |
44,202 | 12.12.2008 04:53 | Ölkə | PARLAMENTİN GƏNCƏDƏKİ İCLASI NİYƏ KEÇİRİLMƏDİ? | Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov (Təvəkküloğlu) bildirdi ki, onda bu məsələ ilə bağlı rəsmi məlumat yoxdur: “Əgər hər hansı tədbir planlaşdırılsaydı, yəqin ki, dekabrın 7-də, ya ondan qabaq keçirilərdi. Amma ilin axırına qədər də belə bir tədbiri reallaşdırmaq olar. İndiki halda isə belə bir söhbət yoxdur. Konkret bir tədbir planlaşdırılsaydı, biz də bilərdik”. A.Nəsirov yayda xaricdən dəvət olunan qonaqların iştirakı ilə Milli Məclisin yubiley tədbirini keçirdiyini də xatırlatdı: “O zaman bildirilmişdi ki, ola bilsin belə bir tədbir keçirilsin. Yəni qəti bir qərar yox idi”.Xatırladaq ki, 1918-ci il dekabrın 7-də fəaliyyətə başlamış AXC parlamenti 1920-ci il aprelin 27-dək fəaliyyət göstərib. Hazırkı Azərbaycan parlamenti o zamankı qanunverici orqanın xələfi hesab olunur. 1918-20-ci illərdə, cəmi 17 ay ərzində Azərbaycan parlamentinin 145 iclası keçirilib. Bütün bu iclaslarda parlament insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul edib.Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. |
44,203 | 12.12.2008 02:54 | Yazarlar | MANDATLI ALİM | Elə bil müstəqillik dönəmində aparılan bütün eksperimentlərin hədəfi də təhsil oldu. Müəllimin aldığı maaş kişi adına yaraşmadı, fəhləlik edib, ailəsini dolandırmaq daha üstün tutuldu. Böyük bir müəllim ordusunun zamanın burulğanında əvəzlənməsi, müəllimliyin qadın peşəsinə çevrilməsi yaşadığımız mənəvi faciənin daha gözəgörünən tərəfidir. Bunun gizli qatlarına isə hər addımda rast gəlirik. Bir vaxtlar hər bir kənd öz aliminin sayı ilə öyünər, bu yöndə ad-san qazananı övladına nümunə göstərərdi. İndi hamı biznesmeni ilə öyünür, daha pullusu daha hörmətli sayılır. Nə qədər qəribə olsa, bu faciələrin axarında təhsilə qayğı da reklama çevrilir. Daha çox şüarlar səslənir, elə bir o qədər təhsil tənəzzülə uğrayır. İndi onun fəsadlarını hələ duymuruq. Uzağı 10-15 ilə, nəsil dəyişməsi baş verəndə nə qədər acınacaqlı durumla üzləşdiyimizi hiss edəcəyik. Alimin ayağa endirildiyi, yönlü bir təhsili olmayan pullunun başa çıxarıldığı məmləkətdə nələri itirdiyimizi dərk edəndə gec olacaq. İndi Türkiyənin, Avropanın, Amerikanın elm-təhsil ocaqlarında yüzlərlə soydaşımız çalışır. Onların biliyi, təcrübəsi o ölkələrə qazanc gətirir.Bu da bir təzaddır - alim adı nə qədər hörmətdən düşübsə, bir o qədər də vəzifə bəzəyinə çevrilib. Məmur adının yanına alim sözünü yazıb, nə qədər böyük görünmək istədiyi qədər, əsl elm adamı bir o qədər kiçilir.İqtidar düşərgəsində işləyəndə əli vəzifəyə yetənin dərhal alim olmaq sevdasına düşməyi ilk vaxtlar mənə qəribə görünürdü. Sonra bunun necə asanlıqla gerçəkləşdiyini görəndə sirr pərdəsi aradan qalxdı. Bir məmur “Müstəqil Azərbaycanın xarici siyasəti”ni “araşdırıb” , alim adı aldı. Sonra həmin “elmi tədqiqat” işi kitab kimi çap olunanda məni heyrət bürüdü. Başdan-başa AzərTAc-ın dövlət başçısının rəsmi görüşlərinin, xarici səfərlərinin xronikasından ibarət idi. Yalnız bu xronikanı uzlaşdıran “bu növbəti mərhələ oldu”, “böyük siyasi uğur oldu” kimi növbətçi ifadələr əlavə edilmişdi.Deputat seçilən kimi tələm-tələsik hüquq fakültəsinə qəbul olunanın alim adı alması isə heç bir fantaziyaya sığmır. “Müstəqil Azərbaycanın qanunvericilik siyasəti” adlanan mövzunu “araşdırıb”, alim adı qazanan isə son 7-8 ildə Milli Məclisdə qəbul edilən qanunları sadalayan bir siyahını elm adıyla ortaya qoyub, “cəfakeş alim” heç olmasa, bu qanunları qruplaşdırmağı da özünə rəva bilməyib.Bax beləcə, neft siyasətimizdən də yazıb alim olan olub, torpaq islahatlarından da.Deputat seçilənə qədər öz elmi nailiyyətləri ilə tanınmayan elmlər doktorlarının, professorların da ucdantutma akademik, ən azından müxbir-üzv seçilmələri də elmə az yük oldu. Akademik adı nazirin, məmurun, millət vəkilinin adı yanında əlavə bir titula döndü.Elmə gənclərin marağının azalması ilə bağlı giley-güzarı çox eşidirik. Əsl alim olmağın cəfasına dözüb, səfasını görməyənlərin aqibəti bütün bunların özək səbəblərinə işıq salır. Əvəzində bu boşluğu alim adı arxasında gizlənən məmur, deputat ordusu doldurur. Alim-şöbə müdiri, alim-millət vəkili zamanın verdiyi fürsətdən yararlanıb, yerini bərkitdikcə, aldığı maaş babat bir dolanmaya da bəs eləməyən alim isə getdikcə gülüş hədəfinə çevrilir.Bu ölkədə alim adı sadəcə vəzifə yaraşığına dönür. Əslində təhsilin üzləşdiyi faciəni hamı görür, tribunaya çıxan hər kəs xalqcanlı olduğunu nümayiş etdirmək üçün bir ağız bu məsələdən danışır. “Təhsil haqqında” qanun isə hər il arxaya atılır. Heç kəs rahat getdiyi yolda, alim adından doyunca yararlanmaqda maneə görmək istəmir. Müstəqillik dönəminin vəzifəli alimləri adilərin üzərində hökm etməyin çəmini tapıblar. |
44,204 | 12.12.2008 04:55 | Dünya | OBAMA ONUN YERİNİ SATMAQ İSTƏYƏN QUBERNATORU İSTEFAYA ÇAĞIRDI | Xəbər verildiyi kimi, Obama Blaqoyeviçlə hər hansı məsələ ilə bağlı söhbətinin olmadığını, baş verənlər haqda xəbərsiz olduğunu bəyan edib. Dünən isə o, qubernatoru istefa verməyə çağırıb. “Assoşeyted press” agentliyinin Ağ Evin mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, Obama hesab edir ki, bu cür qalmaqalla üzləşən qubernator üçün İllinoys xalqına xidmət etmək və səlahiyyətlərinin icrasına davam etmək çətin olacaq.Bu arada Obamanın boşalan senator yerinə müştəri çıxanın kimliyi də bəlli olur. “The New York Times” qəzetinin xəbərinə görə, bu vəzifəyə tanınmış insan haqları müdafiəçisi Cessi Ceksonun oğlu müştəri çıxıb. Cessi Cekson ötən əsrin 80-ci illərində Demokratlar Partiyasından prezidentliyə namizədliyini irəli sürüb və praymerizdə iştirak edib. Federal Təhqiqatlar Bürosunun materiallarına görə, Ceksonun oğlu qubernatora zəng edərək onu İllinoysdan qubernator seçməyi xahiş edib, əvəzində ona böyük məbləğdə pul və ailə üzvləri üçün gəlirli iş təklif edib. Ceksonun vəkili təsdiq edib ki, onun müdafiə etdiyi şəxsin adı cinayət işinin materiallarında keçir. Lakin Cekson qubernatorun planları ilə bağlı məlumatlı olmayıb və senator yerini pulla almağa hazırlaşmayıb. Obamadan sonra Cekson da Blaqoyeviçi istefaya çağırıb. |
44,205 | 12.12.2008 06:57 | Dünya | BARAK OBAMAYA DAHA BİR ÖLÜM TƏHDİDİ | Həkim bu təhdid haqda hüquq-mühafizə orqanlarını xəbərdar etdikdən sonra o yaxalanıb. Lakin dindirilmə zamanı da Miyaşiro Obamanı öldürəcəyini təkrarlayıb. Təhlükəsizlik xidmətinin əməkdaşları axtarış zamanı onun evindən Rusiya istehsalı SKS tipli snayper tüfəngi də tapıb. Miyaşironu 5 ilədək həbs cəzası gözləyir. O, Havay adalarının inzibati mərkəzi olan Honolulu şəhərindəki həbsxanaya salınıb. Bu şəhərdə Obamanın nənəsi yaşayırdı və o, prezident seçkilərindən cəmi bir gün əvvəl vəfat edib. ABŞ-ın yeni seçilmiş prezidenti uşaqlıq illərində bu şəhərdə nənəsinin himayəsində böyüyüb. Qeyd edək ki, Obama bundan əvvəl də bir neçə dəfə ölüm təhdidləri alıb. Seçki kampaniyası dövründə Federal Təhqiqatlar Bürosunun əməkdaşları ona sui-qəsd planlaşdıran ifrat solçuları həbs etmişdi. Belə fikirlər var ki, Obama prezident səlahiyyətlərinin icrasına başlayandan sonra çox keçmədən öldürüləcək. Hətta onun öldürüləcəyindən mərc gəlmək istəyənlər də çoxdur. |
44,206 | 12.12.2008 04:58 | Ölkə | JİRINOVSKİNİN BAKIYA GƏLƏCƏYİ TƏKZİB OLUNUR | Dünən day.az saytı Rusiya Liberal Demokrat Partiyasının mətbuat xidməti ilə əlaqə yaradaraq bu xəbərə aydınlıq gətirməyə çalışıb. Mətbuat xidmətindən bildiriblər ki, onlar Jirinovskinin Bakıya gedəcəyi və belə dəvət haqda ilk dəfədir eşidirlər. “Bizə Azərbaycanda Liberal-Demokrat Partiyasının 10 illik yubileyini qeyd etməyə hazırlaşdığı və mərasimə Jirinovskini də dəvət etdiyi haqda heç nə məlum deyil. Jirinovskinin planlarında yaxın vaxtlarda Azərbaycana səfər etmək də nəzərdə tutulmur” - deyə mətbuat xidmətindən bildirilib. Beləliklə, day.az saytı Jirinovskinin Bakıya gəlməyəcəyini bildirir və onun gözlənilən səfəri ilə bağlı xəbərləri Fuad Əliyevin “ucuz piar gedişi” adlandırır. F.Əliyev isə digər xəbər portalı “1news.az” a açıqlamasında bildirib ki, Rusiya Liberal-Demokrat Partiyasının mətbuat xidməti Jirinovskinin Bakıya gözlənilən səfəri haqda məlumatlı olmaya bilər: “Çünki biz bu dəvət haqda onun özüylə şəxsən danışmışıq və razılığa gəlmişik. Görünür, bu səbəbdən onun partiyasının mətbuat xidməti dəvət haqda məlumatlı deyil”. |
44,207 | 12.12.2008 07:01 | Güney hadisələri | BU GÜN 21 AZƏR HƏRƏKATININ İLDÖNÜMÜDÜR | Məlumata görə, müsəlmanların Qurban Bayramı və Həcc mərasimi ilə eyni vaxta düşən 21 Azər Hərəkatının ildönümü Güney Azərbaycanda dindarlar tərəfindən də geniş qeyd olunacaq. DAK Güney Azərbaycan Milli Hökumətinin yaranmasının 63-cü ildönümü münasibətilə İsveçin Linşöping şəhərində fəaliyyət göstərən “Babək-Linşöping” Azərbaycan Kültür Dərnəyinin dəvətlisi olaraq 21 Azər törənini bu şəhərdə yaşayan azərbaycanlılarla birgə qeyd edəcək. Eyni zamanda DAK rəhbərliyi Avropanın çeşidli şəhərlərində bu səpkidə tədbirlərin iştirakçısı olacaq. Azər Cəmiyyəti, Araz Dərnəyi və İsveç-İran Dərnəyi birlikdə İsveçin Malmo şəhərində müxtəlif tədbirlər keçirəcək. Malmo şəhərindəki Ankara restoranında şənlik mərasimi olacaq. Bundan əlavə, Güney Azərbaycan İnsan Hüqüqlari Komitəsinin təşkilatçıliğıyla Danimarkada tədbir keçiriləcək. Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT) Güney Azərbaycan Milli Hökumətinin 63-cü ildönümü münasibətilə bəyanat yayıb. Bəyanatda 1945-ci il dekabrın 12-də millətin mübariz övladlarının Güney Azərbaycan bayrağını Təbriz şəhərinin Ərk qalasının üzərində dalğalandırmağa nail olduqları əks olunub.Xatırladaq ki, S.C.Pişəfəri Bakıda, Fəxri Xiyabanda dəfn olunub. |
44,208 | 12.12.2008 05:02 | Dünya | AMERİKANIN AVTOMOBİL “BOSS”ları DÖVLƏTDƏN 15 MİLYARD DOLLAR QOPARA BİLİB | Plan üç böyük avtomobil şirkəti - “General Motors”, “Ford” və “Chrysler”ə yardımı nəzərdə tutur. Həmin şirkətlər Konqresə müraciət edərək 35 milyard dollar yardım xahiş etmişdilər. Gözlənilir ki, sənəd Senatda respublikaçıların ciddi etrazı ilə qarşılaşa bilər. Respublikaçılar deyir ki, planda avtomobilqayırma sənayesində islahat aparılması kifayət qədər əksini tapmayıb. Şirkətlər Konqresə təqdim etdikləri planda göstəriblər ki, onlar dövlətdən aldıqları yardım hesabına daha qənaətcil avtomobillər istehsal edəcəklər və bununla da bazarda rəqabətə davam gətirəcəklər. Lakin bəzi ekspertlərə görə, dünyada iqtisadi böhranın getdikcə dərinləşdiyi bir vaxtda Konqresin ayırdığı 15 milyard dollar kifayətə qədər ağır durumda olan Amerika avtomobil sənayesinə kömək etməyə bilər. Çünki avtomobil satışları dünyanın hər yerində durmadan azalır. |
44,209 | 12.12.2008 04:04 | Müsahibə | “BREJNEV HƏMİŞƏ SORUŞURDU Kİ, ”BÜLBÜLLƏR“ OXUYACAQ?“ | (əvvəli ötən sayımızda) - Bildiyimizə görə, Kremldə keçirilən əsas dövlət tədbirlərində iştirak edirdiniz... - "Qarabağ bülbülləri"nin Kremldə, necə deyərlər, populyarlaşması 1976-cı ilə təsadüf etdi. Həmin il Moskvada rus milli beynəlxalq musiqi festivalı keçirilirdi. Keçmiş sovet respublikalarının hər birindən musiqi kollektivləri sınağa dəvət edilmişdi. SSRİ-ni isə bir kollektiv təmsil etməliydi. İlkin sınaqdan sonra Moskva qərar verdi ki, sovet dövlətini festivalda ”Qarabağ bülbülləri" təmsil edəcək. Biz də dövlətin bizə olan etimadını layiqincə doğrultduq. - Və bundan sonra Kremlin sevimlisinə çevrildiniz. - Hə, elə bir böyük dövlət tədbiri olmazdı ki, bizi ora dəvətli olmayaq. Mənə hətta Kremlə daxil olmaq üçün xüsusi buraxılış vəsiqəsi də vermişdilər (Köhnə sənədlərin içindən xüsusi buraxılış axtarıb tapır - S.M). O dövrdə Azərbaycanın incəsənət ustaları üç dəfə Kremlin Qurultaylar Sarayında konsert vermişdir. Konsertin rejissoru, adı yadımdan çıxıb, həmişə təkidlə “Qarabağ bülbülləri”nin çıxışını sona saxlayırdım. Bu isə adlarını çəkmək istəmirəm, o vaxt çox yaxşı tanınan bir çox xalq artistlərinin qısqanclığına səbəb olurdu. Sonradan bizə deyirdilər ki, konsert ərəfəsi Brejnev həmişə rəhmətlik Heydər Əliyevdən soruşarmış: “Solavyi budut vıstupat?” (“Bülbüllər oxuyucaqlar?”) Bu uğurlu çıxışlardan sonra Sov.İKP Mərkəzi Komitəsinin Baş Katibinin, SSRİ Nazirlər Sovetinin fəxri diplomları ilə təltif olundum. “SSRİ-nin əməkdar maarif xadimi” adını aldım”. “Məni az qala infarkt vuracaqdı...” SSRİ miqyasında bu boyda təltifləri müqabilində Murad Rzayev doğma vətənində heç bir təltif almır. Daha doğrusu, 1989-cu ildə Bakıya, Mərkəzi Komitəyə M.Rzayevin əməkdar incəsənət xadimi adına layiq görülməsi barədə təqdimat verilir. Murad müəllim və bütün Ağdam həmin il sentyabrın 4-nü, fəxri adların dərc olunacağı günü gözləyir. Amma həmin gün nəşr olunan rəsmi qəzetdə adı çıxan təltif olunmuşlar arasında Murad Rzayevin adının əvəzinə... “ Qarabağ bülbülləri”nin rəhbəri kimi Rüstəm Rəhimovun adı çıxır:- Məni az qala infarkt vuracaqdı. Nəinki Ağdam, Azərbaycan, bütün SSRİ bilirdi ki, “Qarabağ bülbülləri”ni mən yaratmışam. Amma bu boyda haqqımı əlimdən almamışdılar. O vaxt Polad Büdbüloğluna müraciət etdim ki, Rüstəm Rəhimovun 1989-cu il sentyabrın 4-dək adının “ Qarabağ bülbülləri” ilə bağlı bircə dəfə yan-yana çəkilməsi barədə sənəd çıxarıb göstərsin, mən hamıdan üzr istəyirəm. Sonradan öyrəndim ki, Rüstəmin saxta yolla “Qarabağ bülbülləri”nin rəhbəri kimi ad almasına Polad Bülbüloğlu şərait yaradıb. Çünki onlar ailəvi dost idilər. Birləşib mənim haqqımı tapdaladılar. Yadımdadır, Aqil Abbas da “Ədalət” qəzetində yazmışdı ki, Murad Rzayevin haqqını tapdamaq böyük ədalətsizlikdir. Vaxtilə Xəlil Rza demişdi ki, “”Qarabağ bülbülləri" Azərbaycan xalqının milli sərvətidir". Milli sərvətə də belə qiymət qoyarlar?Amma ədalətsizlik Murad müəllimi yenə də addımbaaddım izləyir. 1993-cü ilin yayında, Ağdamın işğalından sonra o da ata-baba yurdunu tərk eləyir:- Həm torpağımı itirdim, həm də neçə illərdir yığdığım arxivi. Bu şəkilləri görürsüz, - “Qarabağ bülbülləri” ansamblının tarixi ilə bağlı fotoları, afişaları göstərir - hamısını sonradan o - bu gətirdi. İndi də elə bu şəkillərlə nəfəs alıram. “Oğlumun evini əlindən almaq istəyirlər” Ölkədəki məmur özbaşınalığı, dərəbəyliyin bir zərbəsi də sonradan Murad müəllimə dəyib. Deyir ki, qaçqınçılıqdan sonra İsmayıllı rayonunun Talastan kəndində məskunlaşıblar: - Mənim 24 kv. metrlik bir evim var. Oğlum Arzu da ailəlidir. İki körpə uşağı var. Müharibədə kontuziya alıb, əlildir. Veteran kimi o da eyni həcmli kiçik evlə təmin olunub. İndi əlil oğluma deyirlər ki, evi boşalt, köç atanın yanına. İki ailə 24 kv. metrlik kiçik evdə necə yaşasın? - Sizi evdən kim çıxarır ki? - Göstəriş İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovdan gəlib. O, nazir Fizuli Ələkbərovun qardaşıdır. Yanına şikayətə gedirsən, deyir, “get, kimə deyirsən de, mənim qardaşım nazirdir. Mənə heç kim heç nə edə bilməz”. Bir qədər əvvəl onun müavini Rövşən Ağayev, icra hakimiyyətinin qaçqın və məcburi köçkünlərlə iş üzrə şöbə müdiri Tahir Əliyev yerli polislərlə birgə Arzunun evinə gəliblər ki, evi boşaltsınlar. Oğlum onların dediyini eləməyib, əvəzində onu döyüblər. Sonra da evin işığını və qazını kəsiblər. Bu, hələ harasıdır, Tahir Əliyev oğluma bildirib ki, çox atılıb-düşməyin, hamınızı məhv edərik.Əlacım odur ki, ölkə başçısının, Mehriban xanımın qəbuluna düşməyə çalışam. Çünki bu boyda ədalətsizlik olmaz axı? Bu məmurları bir cəzalandıran olacaqmı? Yoxsa dövlət başçısının etimadından istifadə edərək milləti çalıb- çapacaqlar?.. |
44,210 | 12.12.2008 04:40 | Siyasət | PƏNAH HÜSEYNİN LAYİHƏSİ QƏBUL EDİLMƏYƏCƏK? | Ə.Oruc layihədə bəzi məqamlar razılaşmır: “Məsələn, müxalifətin prezident seçkisində iştirak eləməməsi ilə bağlı belə bir fikir səslənir ki, bu, doğru addım olub. Mən bu mövqe ilə razılaşmıram. Müxalifətin prezident seçkisində iştirak etməməsi çox ciddi səhv idi. Bu, öndə olan bir sıra liderlərin öz şəxsi əhvallarından qaynaqlanan qərarıydı. Müxalifətin seçkilərdən imtina etməsi nə milli maraqlara, nə də demokratik düşərgənin maraqlarına uyğun deyildi. Layihədə razılaşmadığımız məqamların müzakirə olunaraq dəyişdirilməsinə çalışacağıq. Layihədə əksini tapan fikirlərin, təkliflərin əksəriyyəti normaldır. Məsələn, milli demokratik qüvvələrin bir araya gəlməsi modelinin təqdim edilməsi vacib məsələydi ki, layihədə bu, əksini tapıb. Mən də demokratik qüvvələrin qarşıdakı seçkilərdə vahid komanda şəklində iştirakının tərəfdarıyam". Ə.Oruc “Azadlıq” blokunun DUİ-dəki partiyaları həqiqi müxalifət hesab etməməsinə də münasibət bildirdi: “Onlar qeyri-real mövqelərdən, bir sıra hallarda qeyri-real, məntiqsiz təkliflərlə çıxış edirlər. Bir il əvvəl müxalifətin fəaliyyətini dayandırmaq təşəbbüsünü qaldırmışdılar. Bu baş tutmadı, ortaya seçkidə iştirak etməmək məsələsini atdılar. İndi isə ölkədəki partiyalardan yalnız bir neçəsini müxalifət saymaq kimi ziyanlı mövqedən çıxış etməkdədirlər. ”Azadlıq" blokundakı ən güclü partiya AXCP sayılırdı. Bu gün AXCP sədrdən və evlərində oturan bir neçə funksionerdən ibarət quruma çevrilib. Artıq AXCP-nin gücü ancaq hansısa səfirliklərin təşkil elədiyi tədbirlərdə bir küncdə durmaqdan ibarətdir. Gücünə, proseslərə təsirinə, müxalifətçilik mövqeyinə görə AXCP ölkədəki 90-a yaxın partiyadan heç də müsbət mənada fərqlənmir. Buna baxmayaraq, biz onları müxalifət partiyalarından biri hesab edirik. “Azadlıq” bloku hesab edir ki, prezidentə dövlət başçısı deməklə, çox böyük iş görürlər və həqiqi müxalifətdirlər. Bu, normal təxəyyülün məhsulu deyil. Prezidentə dövlət başçısı deməklə, “hakimiyyətin legitimliyini tanımırıq” bəyanatını verməklə illərdir ki, özümüzü qeyri-hüquqi müstəviyə qoymuşuq. Bunun əziyyətini demokratik düşərgədə təmsil olunan bütün insanlar çəkib. Əgər bir siyasi partiya hakimiyyətin legitimliyini tanımırsa, məntiqlə, legitim hakimiyyətin yaranması üçün bütün konstitusion metodlardan istifadə etməlidir. Bu istiqamətdə heç bir iş aparılmırsa, cəmiyyət hakimiyyətin qəbul etdiyi qanunlarla, qərarlarla yaşayırsa, hətta həmin partiyanın rəhbərliyi, üzvləri də gündəlik həyatlarında hakimiyyətin qanunlarına uyğun hərəkət edirlərsə, bu legitimlik məsələsi mənasızlaşır. Ona görə də artıq indiki hakimiyyət legitimdir və ya legitim deyil oyunundan qurtarmaq lazımdır. Normal hakimiyyətin yaradılması üçün qüvvələri birləşdirmək zəruridir. Təəssüf ki, “Azadlıq” bloku müxtəlif bəhanələrlə birliyin yaranmamasına çalışır".Həmsöhbətimiz layihənin gələn həftənin birinci günü Sədrlər Şurasının toplantısında müzakirəyə çıxarılaraq müəyyən dəyişiklik və əlavələr edilməklə qəbul olunacağını açıqladı: “Əslində bu həftənin ilk günü məsələ həllini tapacaqdı. Qurban Bayramı olduğu üçün Sədrlər Şurasının iclası keçirilmədi”. |
44,211 | 12.12.2008 02:00 | Yazarlar | ƏZGİL DAVASI | Çünki camaatı hədələyirdilər ki, kim filan qədər məhsul verməsə, bu barədə yuxarılara məlumat verəcəklər. O dövrdə də kiminsə barəsində yuxarıya pis məlumat gedirdisə, həmin adamın qanı batırdı. Mən bu məcburi məhsul toplanışını görəndə hələ SSRİ-nin qürub çağlarıydı. Bizdən böyüklər deyirdilər ki, 70-ci illərdə camaatın fərdi təsərrüfatlarından məcburi məhsul toplanışı daha sərt qaydalarla həyata keçirilirmiş.İndi yenə bölgələrdə məcburi məhsul toplanışı aparılır. SSRİ bərpa olunmasa da, onun xrom çəkməli məmurları qapı-qapı düşüb nar, qoz, fındıq, əzgil tələb etməsələr də, ayrı-ayrı məmurlara bağlı şirkətlərin işçiləri eynən o dövrdəki kimi ev-ev gəzib ağacları, onların üstündəki narı, qozu sayırlar. Məhsul sahiblərinə də xəbərdarlıq edirlər ki, şəxsi təsərrüfatlarda yetişdirilən mer-meyvə - nar, heyva, xurma, əzgil yalnız və yalnız “Gilan Holdinq”ə satılmalıdır. Guya bu məhsullardan “Jalə” şirələrinin hazırlanmasında istifadə ediləcək, camaatımız da damla-damla toplanan bu şirələrdən içib ləzzət alacaq.Amma bu şirələrin dadına baxanlar deyir ki, orda nardan, heyvadan, xurmadan, əzgildən əsər-əlamət yoxdu. Əgər belədirsə, bəs bu “Gilan Holdinq” neynir bu meyvələri? Deyilənə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus “Gilan Holdinq”in məqsədi heç də bu meyvələri camaatdan alıb damla-damla şirə toplamaq deyil. Məqsəd başqa bir şirə zavodunu çökdürməkdi. Deputat Fərhad Qəribovun Kürdəmirdə şirə zavodu var və içənlər yalançı olsun, deyirlər ki, həmin zavodun şirələri “Jalə”nin məhsulundan daha yaxşı olur. Odur ki, “fövqəlnazir”in müəssisəsi deputatın zavodunu çökdürmək qərarına gəlib. Elə mer-meyvə də əhalidən bu məqsədlə alınır ki, Fərhad Qəribovun zavodu şirə istehsal etməyə məhsul tapmasın. Əslində çox ağıllı taktikadı. Artıq bununla bağlı Kürdəmir, Göyçay, Ucar, Ağdaş rayonlarında “Meyvələrin söhbəti”nin yeni versiyası yaranıb. Məlumatlara görə, nar üzünü əzgilə tutub deyir ki, a qardaş, axı bu “Gilan Holdinq” niyə məni almaq üçün dəridən-qabıqdan çıxır? Onsuz da məni “Jalə” şirələrinə qatmırlar. Əzgil qayıdıb deyir ki, elə bilirsən “Jalə” şirələrini məndən hazırlayırlar? Heç məni də “Jalə”yə qatmırlar. Bizi ona görə alırlar ki, başqa zavodlar alıb şirə düzəldə bilməsinlər.“Meyvələrin söhbəti”nin yeni forması bir jurnalist yaradıcılığının məhsulu olsa da, məmurların, bu hakimiyyətə yaxın deputatların, oliqarxların hətta qəpik-quruş üstündə bir-birini qırması faktdı. Bunlar hətta əzgil üstündə də savaşırlar və bir azdan noxud, balqabaq, qaşqaldaq uğrunda da bir-birinə kəllə atacaqlar. Zabil MÜQABİLOĞLU |
Subsets and Splits