Unnamed: 0
int64 0
6.93k
| url
stringlengths 41
313
| title
stringlengths 3
153
| author
stringclasses 256
values | category
stringclasses 371
values | date
stringlengths 17
23
| content
stringlengths 3
89.6k
| tags
stringlengths 6
314
|
---|---|---|---|---|---|---|---|
0 | https://kayzen.az/blog/karyera/29182/nec%C9%99-proqram%C3%A7%C4%B1-ola-bil%C9%99rsiniz.html | Necə proqramçı ola bilərsiniz? | Apollon | Karyera və yüksəliş | 9 aprel 2024, 08:11 |
Proqramçılığa başlamaq üçün ilk addım bu sahənin əsasları ilə tanış olmaqdır. Kompüter elmləri alqoritmlər, verilənlər strukturları və proqramlaşdırma prinsipləri ilə tanışlıq proqramçı kimi inkişafınızda əsas təşkil edəcək. Bu mərhələdə Python, JavaScript və Java kimi başlanğıc səviyyəli proqramlaşdırma dillərini öyrənmək lazımdır.
Proqramlaşdırma dillərinin seçimiProqramlaşdırma dilləri kompüterlərlə işləmək üçün istifadə olunan dillərdir. Hər bir proqramlaşdırma dili xüsusi tətbiqlər və sahələr üçün yaradılmışdır. Məsələn, veb inkişaf üçün JavaScript, mobil tətbiqetmələr üçün Swift və ya Kotlin, məlumat elmləri üçün Python kimi dilləri öyrənmək faydalıdır. Bu dillər arasında seçim etmək üçün maraqlandığınız sahə və layihələrə əsaslanaraq qərar verə bilərsiniz.Proqramlaşdırma dillərinin öyrənilməsiProqramlaşdırma dillərini öyrənmək üçün onlayn resurslardan, kitablardan və kurslardan istifadə edə bilərsiniz. Öyrənmə prosesində praktiki məşqlərə xüsusi diqqət yetirmək lazımdır. Məsələn, Python ilə başlayarkən sadə skriptlər yazmaq və kiçik layihələr üzərində işləmək dilin əsaslarını anlamağa kömək edəcək.İlk layihələriniz sadə və kiçik olmalıdır. Məsələn, bir hesab maşını, sadə bir oyun və ya istifadəçi girişi ilə işləyən bir veb tətbiqi hazırlaya bilərsiniz. Bu layihələr vasitəsilə proqramlaşdırma dillərinin sintaksisi və funksiyaları ilə daha yaxından tanış olacaqsınız.Proqramçılıqda təhsil və öyrənmə yollarıProqramçılığı öyrənmək üçün bir çox yol mövcuddur: təhsil, onlayn kurslar, özünüinkişaf və iş təcrübəsi. Rəsmi təhsil universitetlərdə kompüter elmləri və ya proqramlaşdırma ilə əlaqədar ixtisaslar alaraq həyata keçirilə bilər. Onlayn kurslar isə evdən rahat bir şəkildə proqramlaşdırma öyrənməyə imkan verir. Udemy, Coursera və Code academy kimi platformalar müxtəlif proqramlaşdırma dilləri üzrə kurslar təklif edir.Özünüinkişaf və onlayn resurslardan istifadəProqramçılığı öyrənmək üçün onlayn resurslardan istifadə etmək, xüsusilə müstəqil öyrənməni sevənlər üçün əla bir yol ola bilər. GitHub, Stack Overflow və Reddit kimi platformalarda mövcud layihələr və müzakirələr vasitəsilə dəyərli biliklər və təcrübələr əldə etmək mümkündür. Özünüinkişaf prosesində müxtəlif qaynaqlardan istifadə edərək öyrəndiklərinizi praktikada tətbiq etmək vacibdir.İnteraktiv öyrənmə platformalarıİnteraktiv öyrənmə platformaları proqramlaşdırma bacarıqlarınızı inkişaf etdirmək üçün yaxşı bir seçimdir. Bu platformalar, təlimatlar və məşqlər vasitəsilə öyrənmə prosesini daha maraqlı və interaktiv edir. Codecademy, FreeCodeCamp və Khan Academy kimi saytlar müxtəlif proqramlaşdırma dillərini və texnologiyalarını öyrənmək üçün geniş imkanlar təqdim edir.İş təcrübəsi və stajReal iş təcrübəsi əldə etmək, öyrəndiklərinizi tətbiq etmək və peşəkar aləmdə öz yerinizi tapmaq üçün əvəzsizdir. Staj və təcrübə proqramları yeni başlayan proqramçılar üçün əla imkanlar yarada bilər. Bu proqramlar vasitəsilə real layihələr üzərində işləmək, peşəkar bir mühitdə təcrübə qazanmaq və sahə standartları ilə tanış olmaq mümkündür.Proqramçılığın əsas tələbləriProqramçılıqda uğur qazanmaq üçün yalnız texniki biliklər kifayət deyil. Problem həll etmə, loqik düşüncə, daimi öyrənmə və yeniliklərə adaptasiya olmaq kimi bacarıqlar da çox vacibdir.Texniki yenilikləri izləməkProqramçılıq dünyasında texnologiyalar daim yenilənir və inkişaf edir. Yeni proqramlaşdırma dilləri, kitabxanalar və alətlər tez-tez yenilənir. Bu yenilikləri izləyərək və öyrənərək cari texnologiya trendlərinə uyğunlaşmaq mühümdür. Məsələn, bulud texnologiyaları, süni zəka və maşın öyrənməsi kimi sahələrdə inkişaf etmək proqramçı kimi karyeranızı genişləndirə bilər.Texnoloji konfranslar və seminarlarTexnoloji konfranslar və seminarlar yeni trendlər və texnologiyalar haqqında bilik əldə etmək üçün əla imkanlar yaradır. Bu tədbirlərdə iştirak etməklə sahədəki yeniliklərdən xəbərdar olmaq, peşəkarlarla şəbəkə qurmaq və müxtəlif mövzularda təlimlər ala bilərsiniz. Tədbirlər həmçinin, yeni texnologiyalar öyrənmək və layihələrinizdə tətbiq etmək üçün ilham verə bilər.İş axtarışı və karyera inkişafıProqramçılıqda təcrübə qazandıqdan sonra iş axtarışına başlaya bilərsiniz. İş elanlarını diqqətlə oxuyun və öz bacarıqlarınıza uyğun işlərə müraciət edin. İş görüşmələrində proqramlaşdırma biliklərinizi və layihələrinizi nümayiş etdirin. Karyeranızı inkişaf etdirmək üçün şirkətdaxili təlimlərdən və konfranslarda iştirakdan çəkinməyin.Şəbəkə qurma və mentorluqProqramçılıq sahəsində şəbəkə qurmaq karyeranızı inkişaf etdirməkdə əhəmiyyətli bir rola malikdir. Sosial media platformaları, texniki konfranslar və seminarlar bu şəbəkəni qurmaq üçün əla sahələrdir. Həmçinin, təcrübəli proqramçılardan mentorluq almaq, sürətli inkişafınız üçün köməkçi ola bilər. Mentorlar karyera yolu və texniki məsələlərdə dəyərli məsləhətlər verə bilər və sahədəki mürəkkəb məsələlər üzrə yol göstərə bilər.NəticəProqramçı olmaq həm çətin, həm də mükəmməl bir karyera yoludur. Davamlı öyrənmə, praktiki təcrübə və texnoloji yeniliklərə adaptasiya olmaq bu sahədə uğurun əsas komponentləridir. Öz bacarıqlarınızı inkişaf etdirərək və proqramçılıq sahəsini seçərək həm fərdi, həm də peşəkar olaraq inkişaf edə bilərsiniz.
| ['proqramçı', 'proqramçı olmaq', 'Informasiya texnologiyaları'] |
1 | https://kayzen.az/blog/futbol/29221/futbol-haqq%C4%B1nda-20-maraql%C4%B1-m%C9%99lumat_2.html | Futbol haqqında 20 maraqlı məlumat | Sabuhi_G | Futbol | 28 mart 2024, 03:13 |
Uzun illərdir, idmanın şahı sayılan futbol dünyanın ən sevilən idman növüdür.Yaşlı-uşaq, qadın fərq etmədən hər kəsin diqqətini və marağını özünə cəzb etməyi bacaran futbol oyunu, tarixi boyunca bir çox maraqlı hadisəyə şahidlik etmişdir. Kayzen.az olaraq, futbol haqqında bir-birindən maraqlı 20 faktı sizlər üçün araşdırıb bir araya topladıq.
Müasir futbol İngiltərədə başlasa da, oyunun primitiv versiyaları ilk dəfə 2200 il əvvəl Çində oynanılıb. Orta əsr futbolunda rəqibi təpikləmək, yumruqlamaq və hətta dişləməyə icazə verilirdi.
Futbol hakimləri illərlə dəsmal yelləyərək oyunu idarə edirdilər. Fit ilk dəfə 1878-ci ildə istifadə edilmişdir.
1882-ci ilə qədər qapıların üst dirəyi yox idi. Top iki dirək arasından keçəndə nə qədər hündürlükdən keçsə də, qol hesab olunur.
Qırmızı və sarı vərəqələrin tarixi əslində kifayət qədər yenidir. 1970-ci illərə qədər hakimlər oyunçunu oyundan kənarlaşdırdıqda, qərarlarını yalnız şifahi olaraq həmin oyunçuya çatdırırdılar.
1966-cı il Dünya Çempionatının İngiltərə — Argentina 1/4 final matçında hakimin kimin meydandan qovduğuna dair qeyri-müəyyənlik var idi və hakim oyunun sonuna qədər qərarını dəqiqləşdirməmişdi. Bunun üzərinə britaniyalı referi Ken Aston nəqliyyatda 'sarı işıq' (xəbərdarlıq) və 'qırmızı işıq' (dayan)dan ilhamlanaraq, hakimin qərarını hər kəsə dərhal göstərə biləcəyi bir kart tətbiqi ideyasını təklif etdi. Bu ideya ilk dəfə 1970-ci il dünya çempionatında qəbul edildi və həyata keçirildi. Lakin maraqlıdır ki, həmin turnirdə heç kim qırmızı vərəqə almadı. 1974-cü il dünya çempionatında qırmızı vərəqə alan çilili Karlos Kaszeli futbol tarixində qırmızı vərəqə alan ilk futbolçu oldu.
Futbol topunun adını eşidəndə ağlımıza gələn ilk top olan qara beşbucaqlı və ağ altıbucaqlılardan ibarət dizayn, NASA-nın 1962-ci ildə orbitə çıxardığı Telstar rabitə peykinə bənzəyəcək şəkildə hazırlanmışdır.
Marakana Stadionunda Uruqvay və Braziliya arasında oynanılan 1950 Dünya Kuboku Finalı 199 min 854 tamaşaçı canlı oyunu izləmişdir. ilə bütün zamanların azarkeş rekordunu saxlamağa davam edir.
Dünya çempionatı tarixində turnirə vəsiqə qazanan ən kiçik ölkə DÇ-2018-də iştirak edən İslandiyadır.
Dünya Kuboku təxminən 5,9 kiloqram ağırlığında 18 karat qızıldan ibarətdir.
Paraqvay liqa komandaları Sportivo Ameliano və General Caballero arasında oynanılan oyunda hakim 20 futbolçuya qırmızı vərəqə göstərmişdir. 1 iyun 1993-cü baş verən bu bənzərsiz futbol hadisəsi bir oyunda ən çox qırmızı vərəqə alaraq Ginnesin Rekordlar Kitabına düşməyi bacarmışdır.
1998-ci ildə britaniyalı hakim Martin Silvester futbolçunu yumruqla vurduğu üçün özünə qırmızı vərəqə göstərib.
1978-ci ildə tanzaniyalı bir hakim matçdan bir az əvvəl soyunub-geyinmə otağında marixuana çəkdiyi üçün matç hələ də davam edərkən polis tərəfindən həbs olunmuşdur.
2002-ci ildə Madaqaskarın Stade Olympique L'Emryne komandası çempion AS Ademaya qarşı oyunda öz qapısına 149 qol vurdu. Bu maraqlı hadisədə əsas məqsəd, hakimin əvvəlki matçda verdiyi qərarlara etiraz etmək idi.
Qadınlar arasında Dünya Futbol Kuboku ilk dəfə 1991-ci ildə Çində keçirilib və ABŞ çempion olub.
Hindistan komandası 1950-ci il Dünya Kubokunda iştirakdan imtina etmişdir. Buna səbəb isə oyunçularının ayaqyalın oynamasına icazə verilməməsi idi.
Arsenal futbol komandasının adı The Arsenal idi. Lakin klubların əlifba siyahısında birinci olmaq üçün klubun adı dəyişdirilərək «Arsenal» edilmişdir.
1998-ci ildə 2-ci İngiltərə liqa komandası Jiul Petrosanidə çıxış edən rumıniyalı yarımmüdafiəçi İon Radu 500 kilo ət qarşılığında Valça komandasına transfer olunmuşdur.
Tarixin ən uzun futbol oyunu: Lincoln City-Coventry City.
Təxirə salınmış matçlarla bağlı ən maraqlı hadisələrdən biri 1962/1963 mövsümündə İngiltərədə baş verib. 5 yanvar 1963-cü ildə başlayan Linkoln Siti — Koventri Siti matçı güclü qar yağdığı üçün hakim tərəfindən təxirə salınmışdı. Daha sonra 15 dəfə başlayan və sonrakı günlərdə təkrar-təkrar təxirə salınan matçın qalan hissəsi startdan düz 66 gün sonra, martın 6-da oynanıldı. Koventri Sitinin 6-1 hesablı qələbə qazandığı bu oyun, futbol tarixində. ən uzun matç hesab olunur.
Ashley Ward 1998-ci ilin noyabrında «Sanderlend»lə oyunda cəmi 5 dəqiqə ərzində qol vurdu, penaltini buraxdı və qırmızı vərəqə aldı.
1986-cı ildə Finlandiyanın əfsanəvi futbolçusu Pentti bir matçda 5 avtoqol müəllifi olmuşdur.
Liberiya millisi 1996-cı il Afrika Kubokuna az qala, vəsiqə qazana bilməyəcəkdi, çünki milli komanda oyunçularının formalarını və yol xərclərini ödəyə bilmirdi. Məşhur liberiyalı futbolçu Corc Vea bütün forma və yol xərclərini öz cibindən ödəyərək Liberiya komandasını turnirə aparmışdır.
| ['Futbol', 'maraqlı fakktlar'] |
2 | https://kayzen.az/blog/sual-cavab/29213/bir-insan%C4%B1-daha-yax%C5%9F%C4%B1-tan%C4%B1maq-%C3%BC%C3%A7%C3%BCn-ver%C9%99-bil%C9%99c%C9%99yiniz-30-sual-%7C-psixoloji-suallar.html | Bİr insanı daha yaxşı tanımaq üçün verə biləcəyiniz 30 sual | Psixoloji suallar | Sabuhi_G | Sual?-Cavab! | 8 mart 2024, 15:29 |
İnsanı daha yaxşı tanımağın əsas yollarından biri məhz ona verəcəyiniz suallardır. Bir insanın düşüncə və xarakteri verdiyi cavablarda gizlidir. Psixoloji suallar ilə insanın həyatdakı dəyərləri, sevdiyi və sevmədiyi şeylər, xarakterinin gizli və qaranlıq tərəfləri barədə ətraflı məlumat toplamış olacaqsız. Bu suallar açıq suallar olduğu üçün uzun və maraqlı bir söhbətin başlanğıcı olacaqdır. Sualları verərkən, qarşı tərəfin bədən dilini analiz etməkdə də fayda var. Çünki, bədən dili, sözlə deyilməyən bir çox şeyi deyir əslində.
Həyat hekayənizi dörd cümlə ilə ifadə edə bilərsiniz? Sizin üçün bir günü mükəmməl edən nədir? Həyatınızda ən çox nəyə görə minnətdarsınız? Bir münasibətdə ən çox nəyə önəm verirsiniz? Dostluq sizin üçün nə deməkdir? Dostluqda ən çox nəyə dəyər verirsiniz? Keçmişdən ən dəyərli xatirəniz hansıdır? Ən pis anınız hansı olub? Sevdiyiniz insanlara qarşı etdiyiniz ən böyük fədakarlıq nə olub? Həyatınızdakı ən böyük nailiyyətiniz nədir? Sizcə uğurun sirri nədir? Həyat məktəbində öyrəndiyiniz ən önəmli dərs? Sizin üçün həyatı mənalı edən nədir? Dünyadakı istədiyin hər hansı bir insanı şam yeməyinə dəvət etmə şansınız olsa, bu kim olardı? (yaşayan və ya əvvəllər yaşamış olan) Məşhur olmaq istərdinizmi? Əgər belədirsə, hansı şəkildə? Sonuncu dəfə nə vaxt özünüzə mahnı oxumusunuz? Bəs başqasına? 90 yaşına qədər yaşaya bilsəydiniz, son 60 ilini 30 yaşlı ağlınızla keçirməyi üstün tutursunuz, yoxsa 30 yaşlı bədəninizlə? Uşaqlığınızda nəyisə dəyişmək imkanınız olsaydı, nəyi dəyişərdiniz? Sabah yeni bir istedad və ya qabiliyyətlə oyansanız, bunun nə olmasını istərdiniz? Sizcə əvəzolunmaz insan varmı? Varsa bir insanı sizin üçün əvəzolunmaz edən nədir? Bir kristal kürə sizə həyatınız, gələcəyiniz və ya başqa bir şey haqqında həqiqəti söyləyə bilsəydi, nəyi bilmək istərdiniz? Uzun müddətdir etmək arzusunda olduğunuz bir şey varmı? Niyə hələ də etməmisiniz?Bir il ömrünüz qaldığını bilsəydiniz, indiki həyatınızda nəyi dəyişərdiniz? Sizcə, xoşbəxt ailənin sirri nələrdir? Lütfən, bu cümləni tamamlayın:
“Kaş ki, mənim də həyatımda …………….olardı.” Əgər biz dost olsaydıq, sənin haqqında bilməyimiz üçün sənin üçün nə vacib olardı? Sizcə hansı mövzu haqqında zarafat etmək düzgün deyil? Həyatınızda ən böyük uşaqlıq xəyalınız nə olub?Eviniz və içində olduğunuz hər şey yanır. Sevdiyiniz insanları və heyvanları xilas etdikdən sonra bir şeyi götürə bilsəniz, bu nə olardı? Təsəvvür edin ki, indi sizinlə eyni problemi başqa biri də yaşayır. Ona nə məsləhət görərdiniz?
| ['insan psixologiyası'] |
3 | https://kayzen.az/blog/maraqli-faktlar/29212/%C3%B6lk%C9%99l%C9%99rin-bayraqlar%C4%B1-haqq%C4%B1nda-maraql%C4%B1-m%C9%99lumatlar.html | Ölkələrin bayraqları haqqında maraqlı məlumatlar | Sabuhi_G | Maraqlı faktlar | 7 mart 2024, 22:57 |
1. DÜNYADA 4 TƏRƏFİ OLMAYAN TƏK BAYRAQNepal bayrağı kvadrat və ya düzbucaqlı formada deyil. Bu bayraq flama adlanan iki üçbucaqlı formadan ibarətdir.
Rəsmi olaraq 1962-ci ildə dizayn edilmiş Nepal bayrağı cəsarəti təmsil edən tünd qırmızı fona, sülhü simvolizə edən mavi rəngə malikdir.
Bayraq hər üçbucaqda bir dənə Günəş və Aydan ibarət simvola sahibdir. 2. DÜNYADA KVADRAT ŞƏKİLLİ CƏMİ İKİ BAYRAQ VARDünyadakı 193 suveren bayraqdan 190-ı düzbucaqlıdır. Yalnız üçü fərqli formadadır. Nepal bayrağı üçbucaqlı, İsveçrə və Vatikan bayraqları isə kvadratdır.
Dünyanın ən kiçik ölkələrindən biri olan Vatikan bayrağı 1929-cu ildə qəbul edilib.
İsveçrənin bayrağında ağ xaç və qırmızı kvadrat var. Bu bayraq İsveçrədə 1889-cu ildən istifadə olunur. Azadlığı və şərəfi təmsil edən bayraq həm də xristianlığı simvolizə edir.3. BAYRAQLARDA İSTİFADƏ EDİLƏN BÜTÜN İŞARƏLƏRİN BİR MƏNASI VARBayraqlarda istifadə olunan çoxlu universal simvollar vardır. Bu simvollar əsasən Ay, ulduz, Günəş, xaç, üçbucaq və kvadratdır. Bütün simvollar ölkələr üçün fərqli məna daşıyır. Məsələn, Yaponiya «Günddoğan ölkə» kimi tanınır və buna görə də bayrağının ortasında günəşi təmsil edən dairəvi forma malikdir.4. DÜNYADA ODLU SİLAH SİMVOLLARI OLAN 4 BAYRAQ VARBəzi bayraqlar var ki, onlar sülh əldə etməzdən əvvəl yaşadıqları müharibəni və ya döyüşləri simvollaşdırmaq üçün odlu silahdan istifadə edirlər. Onların bir çoxunun bayraq və ya gerblərində balta, ox, top, qılınc, xəncər, qalxan, nizə və s. əşyalar var, lakin bu bayraqlardan yalnız 4-də odlu silah var. Bu ölkələr Mozambik, Haiti,Boliviya və QvatemaladırHətta Mozambik bayrağı kitabın üstündə çapraz şəkildə yerləşdirilmiş AK-47 (Kalaşnikov) silahını təsvir var. Bayraqdakı avtomat simvolu ölkənin müdafiəsini və sayıqlığını ifadə edir.5. ULDUZ VƏ AY SİMVOLUBayraqlarda ulduz və ayparanı simvol olaraq istifadə edən ilk dövlətlərdən biri Osmanlı imperiyası olmuşdur. Bu gün Azərbaycan daxil digər Türk respublikaları, Tunis və Malayziya kimi bir çox bayraqlarda ulduz və ayparadan istifadə olunur.Türk ölkələrinin bayraqlarında aypara “İslamı”, ulduz isə “türkçülüyü” təmsil edir. 6. DÜNYANIN ƏN ÇOX RƏNGLİ BAYRAĞIBeliz bayrağının cəmi 12 rəngi var ki, bu da onu ən çox rəngə malik bayraq edir.
Bayraq mavi rəngdədir, ortasında zirvəsi olan ağ dairə, bayrağın yuxarı və aşağı hissəsində qırmızı zolaqlar var. Mərkəzdəki təpədə təpənin hər iki tərəfində alətlər tutan iki nəfər təsvir edilmişdir. Arxa planda ağac, çiçək naxışı və mətni olan pankart var. Bayraq 1981-ci il sentyabrın 21-də qəbul edilib.7. BAYRAQLARDA İSTİFADƏ EDİLƏN RƏNGLƏR ÖLKƏLƏRİN MƏNALARIÖlkələrin bayraqlarında ən çox istifadə olunan rənglər qırmızı, mavi və sarıdır.
Bayraqlardakı qırmızı rəng adətən müharibələrdə itirilmiş qanı təmsil edir. Bəzi ölkələrdə bu, cəsarət və gücü əks etdirir.
Mavi rəng azadlığı səciyyələndirir və bayraqlarda sülhü simvollaşdırır.
Sarı və ya qızıl uzun illərdir enerji və zənginliyi təmsil etmək üçün istifadə olunur, çünki Günəşlə əlaqələndirilə bilər.Yaşıl rəng əksər bayraqlarda zəngin təbiəti və kənd təsərrüfatını təmsil edir. Lakin zaman keçdikcə ümid və gənclik simvolu kimi də istifadə edilmişdir. Müsəlman ölkələrində isə islam dinini ifadə edir.Qara rəng bayraqlarda o qədər də geniş yayılmasa da, etnik irsi, düşmənlərin məğlubiyyətini və ya ölkənin qətiyyətini simvolizə etmək üçün istifadə olunur.8. BƏNÖVŞƏ RƏNGİ BAYRAQDA İSTİFADƏ EDİLƏN ƏN NADİR RƏNGDİRBənövşəyi rəng dünyada yalnız iki ölkənin bayraqlarında istifadə olunur. Çox vaxt zadəganlığı və zənginliyi təmsil edən bənövşəyi rəngə Nikaraqua və Dominika bayraqlarında rast gəlinir.Bu rəngin yalnız iki ölkədə tapılmasının səbəbi bənövşəyi boyanın tarix boyu həmişə bahalı və çətin əldə edilməsidir. Hər iki bayraq 1900-cü illərin sonlarında hazırlanıb və bu boyalara girişi əvvəlkindən xeyli asanlaşdırıb.9. İKİ ÜZÜ FƏRQLİ BAYRAQLARDünyada önü və arxası eyni olmayan üç bayraq var. Bunlar Moldova, Paraqvay və Səudiyyə Ərəbistanının bayraqlarıdır.Moldova bayrağının yalnız ön tərəfində gerbi var. Arxa tərəfi boşdur.Paraqvay bayrağının ön tərəfində milli gerbi, arxa tərəfində isə xəzinədarlığın gerbi var.Səudiyyə Ərəbistanının bayrağında tövhid sözü yer alır. Buna görə də normal şəraitdə arxa tərəflə ön tərəf uyğun gəlmir. Bunun qarşısını almaq üçün iki bayrağı bir-birinə tikərək istehsal olunur.10. DÜNYANIN ƏN QƏDİM BAYRAĞI DANIMARKAYA AİDDİRBayraqlar yüz illərdir istifadə olunur və ölkələr inkişaf etdikcə dəyişir. Bununla belə, dünyanın ən qədim dövlət bayrağı Danimarkaya məxsusdur.
Ortasında tək üfüqi ağ zolaq olan qırmızı əsaslı bayraq ilk dəfə 1625-ci ildə istifadə edilib və bu gün də istifadə olunmaqdadır.
| ['Bayraqlar', 'bayraq', 'ölkələr'] |
4 | https://kayzen.az/blog/Bilirsinizmi/29208/tac-mahal-haqq%C4%B1nda-m%C9%99lumat-%7C-d%C3%BCnya-memarl%C4%B1%C4%9F%C4%B1n%C4%B1n-%C5%9Fah-%C9%99s%C9%99ri-olan-sevgi-abid%C9%99si.html | Tac Mahal haqqında məlumat | Dünya memarlığının şah əsəri olan sevgi abidəsi | Sabuhi_G | Bilirsinizmi? | 22 fevral 2024, 01:52 |
Dünyanın 7 möcüzəsindən biri olan Tac Mahal Hindistanın şimalında, Aqra şəhərində yerləşir. Hindistan deyildikdə bir çox insanın ağlına ilk gələn simvolik tikilidir. “Tac sarayı” mənasını verən abidə 73 metr hündürlüyü ilə dünya memarlığının görkəmli nümunələrindən hesab olunur. Dünyanın ən çox ziyarət edilən tarixi binalarından biri olan Tac Mahal eşqin və əzəmətin simvoludur. “Dünyada insanlar ikiyə bölünür: Tac Mahalı görənlər və görməyənlər”. Edvard Lir (İngilis lordu) Bu, doğrudan da o qədər gözəl, poetik bir binadır ki, onu görənləri öz bənzərsizliyi ilə heyran edir. O, 1983-cü ildən Hindistanda müsəlman incəsənətinin incisi və dünya irsinin universal şah əsərlərindən biri kimi YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısındadır. Tac Mahalın tarixi və hekayəsi 1632-1653-cü illər arasında Uttar Pradeş bölgəsində inşa edilib. Böyük Moğol İmperiyasının hökmdarı Şah Cahanın həyat yoldaşı Mümtaz Mahalın xatirəsini yaşatmaq üçün inşa etdirdiyi bu şah əsər dünyada sevgini simvolizə edən ən mühüm tikililərdən biridir. Şah Cahanın 14-cü övladının anası Mümtaz Mahal sonuncu övladının doğulması zamanı dünyasını dəyişib. Əsl adı Ərcümənd Banu Begüm olan Mümtaz Mahalın mənası “sarayınn seçilmiş” deməkdir. 2007-ci ildə dünya üzrə 100 milyon səslə dünyanın yeddi möcüzəsindən biri seçilən Tac Mahalın memarları Memar Sinanın tələbələri Mehmet İsa Əfəndi və Mehmet İsmail Əfəndidir. Ağ mərmərdən hazırlanmış dörd minarəsi var və zümrüd, yaqut, mirvari və almaz kimi bir çox qiymətli daşlarla bəzədilib. İkonik soğan formalı günbəz Osmanlı İmperiyasından gələnİsmayıl Əfəndi tərəfindən hazırlanmışdır.Tac Mahalın tikintisində ümumilikdə 22 min insan və mindən çox fil çalışıb, Bu tikinti o dövr üçün 1 milyard dollara bərabər olan 32 milyon Hindistan rupisinə başa gəlib. Tac Mahal haqqında geniş məlumat
Tikintisi 22 il davam edən Tac Mahal böyük bağ, məscid, hovuz və məqbərədən ibarətdir. Dörd tərəfinin bir-birini mükəmməl şəkildə tamamladığı bina güzgüdəki görüntü kimi bir-birini əks etdirən simmetrik xüsusiyyətə malikdir. Bağı və bütün tikililəri ilə birlikdə 17 hektar ərazini əhatə edir. Tac Mahalı əhatə edən bağ öz gözəlliyi ilə göz oxşayır. Peyzaj işləri hərtərəfli düşünülmüş və bütövlükdə dizayn edilmişdir. Tac Mahalın dörd minarəsi 3D effekti verir ki, bu da Moğol memarlığında bir ilk idi. Tac Mahalın dizaynı günün müxtəlif vaxtlarında müxtəlif rəngləri əks etdirir. Ağ mərmərlər səhərlər çəhrayı, gündüzlər ağ, gecələr qızılı rəngə boyanır. 1983-cü ildə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilən bina ildə 4 milyon ziyarətçiyə ev sahibliyi edir. Şah Cahanın həyat yoldaşı Mümtaz Mahalın məqbərəsinin yerləşdiyi bölmədə Mümtaz Mahalı tərifləyən yazılar və onun üçün deyilmiş xoş arzular var. Dövrün əhəmiyyətli xəttatlarının imzası olan Yasin surəsi türbənin ən diqqət çəkən hissəsidir. Türbə hissəsinin interyerində ənənəvi dekorativ elementlərdən istifadə edilmişdir. Mümtaz Mahal və onun əri Şah Cahanın sarkofaqları dəfn kamerasının əsas hissəsində yuxarı mərtəbədə, faktiki sarkofaqlar isə aşağı mərtəbədə yerləşir. Qəbir otağının cənub girişindən aşağı türbəyə aparan pilləkən uclu çəllək ilə əhatə olunub. Ziyarətçilər üçün əlçatmaz olan bu bölmənin düzbucaqlı tavanı tamamilə mərmərlə örtülmüşdür. Otağın mərkəzində yerləşən oxşar dizaynlı iki türbə müxtəlif motivlərlə bəzədilib. Şah Cahanın öz məzarının qara mərmərdən olmasını istədiyi barədə müxtəlif iddialar olsa da, bununla bağlı heç bir sənəd tapılmayıb. Çox güman ki, bu əfsanələrin əsasını avropalı səyyah Jan-Batist Tavernyenin cəfəng yazıları təşkil edir. Tac Mahalın mərmər quruluşunda 30-a yaxın qiymətli daşdan istifadə edilmişdir. Bu daşlar arasında firuzə Tibetdən, nefrit Çindən, binanın əsas materialı olan mərmər isə Racastandan gətirilib. Təəssüf ki, 1857-ci ildə Hindistan üsyanı zamanı bir çox qiymətli daşlar ingilislər tərəfindən yerindən çıxarıldı.19-cu əsrin sonlarında Hindistanın keçmiş qubernatoru Lord Kerzon məqbərənin bərpasına təşəbbüs göstərdi və bərpa işləri 1908-ci ildə başa çatdı.Eşqdən ilhamlanarak tikilən bu bənərsiz sevgi abidəsi, bu gün də aşiqlərin ən çox ziyarət etdiyi yerlərdən biridir.
| ['Tac Mahal', 'Hindistan mədəniyyəti'] |
5 | https://kayzen.az/blog/karyera/29184/hans%C4%B1-pe%C5%9F%C9%99l%C9%99r-2024-d%C9%99-populyar-olacaq.html | Hansı peşələr 2024-də populyar olacaq? | Apollon | Karyera və yüksəliş | 30 yanvar 2024, 09:07 |
Dünyada sürətlə dəyişən iqtisadi və texnoloji trendlər iş bazarının dinamikasına da təsir edir. Bu yazıda gələcəyin iş bazarının necə görünəcəyini və hansı bacarıqların tələb olunacağını araşdıracağıq.
Texnoloji peşələrProqramlaşdırma və informasiya texnologiyaları2024-cü ildə proqramlaşdırma və IT sektoru xüsusi diqqət mərkəzində olacaq. Kompüter elmləri, veb dizayn, bulud hesablama və məlumat təhlili kimi sahələr həm ictimai, həm də özəl sektorlarda tələbatın artmasına səbəb olacaq. Proqramçılar, veb inkişafçılar, sistem analitikləri, məlumat bazası idarəetmə mütəxəssisləri və təhlükəsizlik analitikləri bu dövrdə ən çox tələb olunan peşələr arasında yer alacaq. Bu sahədəki mütəxəssislər şirkətlərin texnoloji tələblərinə cavab verməklə yanaşı onları rəqabətdə bir addım öndə saxlamaq üçün yenilikçi həllər təklif edəcəklər.Süni zəka və maşın öyrənməsiSüni zəka və maşın öyrənməsi sahələri həm istehsal, həm də xidmət sektorlarında inqilabi dəyişikliklərə səbəb olacaq. Süni zəka mütəxəssisləri məlumat elmləri üzrə analitiklər və alqoritm mühəndisləri mürəkkəb məlumatları analiz edərək iş proseslərini avtomatlaşdırmaq və optimallaşdırmaq üçün həllər təklif edəcəklər. Bu peşələr müştəri təcrübəsini yaxşılaşdırmaq, məhsuldarlığı artırmaq və yenilikçi məhsulların inkişafına töhfə vermək üçün kritik əhəmiyyət daşıyacaq.Səhiyyə xidmətləriTibb mütəxəssisləriSəhiyyə sektorunun gələcəyi, xüsusilə tibb texnologiyalarının inkişafı və əhali qocalması ilə əlaqədar olaraq yüksək tələbatlıdır. Həkimlər, tibb bacıları, laboratoriya texnikləri və tibbi araşdırma mütəxəssisləri həm xəstələrə qulluq, həm də yeni müalicə üsullarının inkişafı üzrə mühüm rol oynayacaqlar. Bu sahədə, xüsusilə onkologiya, kardiologiya, nevrologiya və geriatrik tibb kimi ixtisaslaşmış sahələrdə mütəxəssislərin tələbatı daha da artacaq.Psixoloji dəstək xidmətləriPsixoloji sağlamlıq və məsləhət xidmətləri cəmiyyətin mənəvi və ruhi sağlamlığına qoyulan artan diqqətlə əlaqədar olaraq gələcəkdə daha çox önəm qazanacaq. Psixoloqlar, psixoterapevtlər və məsləhətçilər insanların həyat keyfiyyətlərini yaxşılaşdırmaq üçün vacib xidmətlər təqdim edəcəklər. Bu peşə sahəsi stressin idarə olunması, emosional sağlamlıq, ailə və nikah məsləhətləri, karyera planlaşdırılması və şəxsi inkişaf kimi geniş spektrdə xidmətləri əhatə edəcək. Artan tələbatla birlikdə bu sahədə daha çox ixtisaslaşmış proqramlar və terapiya üsulları inkişaf etdiriləcək.Təhsil və təlimOnlayn təhsil və təlim mütəxəssisləriTexnologiya inkişafı ilə təhsilin onlayn platformalarda təqdim edilməsi təhsil və təlim sahəsindəki mütəxəssislər üçün yeni imkanlar yaradacaq. Onlayn kurslar, e-təlim mütəxəssisləri və virtual tədris metodologiyası üzrə məsləhətçilər tələbələrə və öyrənənlərə interaktiv və fərdiləşdirilmiş təhsil təcrübəsi təqdim edəcəklər. Bu sahədəki mütəxəssislər müxtəlif yaş qruplarına və bacarıq səviyyələrinə uyğun olaraq yenilikçi tədris materialları və proqramlar hazırlayacaqlar.Tədris metodologiyası və innovasiyalarıTədris metodologiyası və innovasiyaları sahəsində çalışan mütəxəssislər təhsilin keyfiyyətini və əlçatanlığını artırmaq üçün yeni yollar axtaracaqlar. Bu, interaktiv oyunlar, virtual reallıq təcrübələri və öyrənmənin fərdiləşdirilməsi kimi yenilikləri əhatə edəcək. Eyni zamanda, bu sahədəki mütəxəssislər təhsil sistemlərinin davamlı inkişafı üçün araşdırmalar aparacaq və daha innovativ yollar kəşf edəcəklər.İnşaat və şəhərsalmaŞəhərsalma və ekoloji dizaynŞəhərsalma və ekoloji dizayn sahələri artan əhali sayı və şəhərləşmə ilə birlikdə gələcəkdə daha da önəm qazanacaq. Şəhərsalma mütəxəssisləri, memarlar və şəhər planlaşdırma mütəxəssisləri şəhərlərin funksionallığını, estetikasını və ekoloji davamlılığını artırmaq üçün çalışacaqlar. «Yaşıl» inşaat və davamlı şəhərsalma layihələri ətraf mühitin qorunması və enerji effektivliyinin artırılması məqsədiylə xüsusi önəm daşıyacaq. Bu sahədə işləyən mühəndislər, şəhərsalma mütəxəssisləri və ekoloji dizaynerlər şəhərlərin daha yaşayışlı, sağlam və davamlı olması üçün yenilikçi layihələr üzərində işləyəcəklər. Bu, həmçinin, ətraf mühitə az təsir edən tikinti materialları və yenilənən enerji mənbələrindən istifadə etməyi də əhatə edəcək.Enerji və təmiz texnologiyalarAlternativ enerji mütəxəssisləriAlternativ enerji, xüsusilə günəş və külək enerjisi sahələri gələcəkdə enerji təminatının əsas qaynaqlarından biri olacaq. Enerji mühəndisləri, texniklər və enerji idarəetmə mütəxəssisləri bu sahədə davamlı və təmiz enerji mənbələrinin inkişafı və istifadəsi üçün yenilikçi həllər təklif edəcəklər. Bu, həmçinin, enerji effektivliyini artırmaq və karbon səviyyəsini azaltmaq üçün yeni texnologiyaların tətbiqinə də əsaslanacaq.Təmiz texnologiyalar və tullantıların idarə edilməsiEkoloji davamlılıq, təmiz texnologiyalar və tullantıları idarəetmə sahələri ətraf mühitin qorunması və tullantıların yenidən emalı ilə bağlı olaraq 2024-cü ildə əhəmiyyətli rol oynayacaq. Bu sahədə çalışan mütəxəssislər tullantıların azaldılması, yenidən istifadəsi və geri dönüşü üçün yenilikçi həllər inkişaf etdirəcəklər. Eyni zamanda, çirklənmənin qarşısını almaq və ətraf mühitin qorunmasına töhfə vermək üçün səylərini artıracaqlar.İqtisadiyyat və maliyyəMaliyyə texnologiyaları (Fintech)Maliyyə texnologiyaları (Fintech) sahəsi bankçılıq və maliyyə xidmətlərində inqilabi dəyişikliklərə səbəb olacaq. Bu sahədə çalışan mütəxəssislər ödəniş sistemləri, kreditləşmə, sərmayə idarəetməsi və sığortaçılıq kimi sahələrdə texnologiya ilə inteqrasiyanı artıracaqlar. Fintech startapları və maliyyə texnologiyaları ilə məşğul olan şirkətlər maliyyə xidmətlərini daha şəffaf, əlçatan və istifadə yönümlü etmək üçün yeniliklər təqdim edəcəklər.İqtisadi təhlil və məsləhətİqtisadi təhlil və məsləhət xidmətləri sahəsi şirkətlərin və hökumətlərin qarşısında duran çətin iqtisadi qərarları anlamaq və həll etmək üçün daha da əhəmiyyət qazanacaq. İqtisadçılar, maliyyə analitikləri və məsləhətçilər dəyişən iqtisadi vəziyyətlərə uyğun olaraq riskləri qiymətləndirəcək, investisiya imkanlarını araşdıracaq və strateji qərarlar üçün lazımi məlumatları təmin edəcəklər. Bu, həmçinin, bazar təhlilləri, maliyyə proqnozları və iqtisadi inkişafların dərin təhlilini əhatə edəcək. İqtisadi təhlil sahəsində çalışan mütəxəssislər məlumatların toplanması, təhlili və təqdim edilməsi vasitəsilə şirkətlərə və dövlət qurumlarına rəqabətdə üstünlük təmin edəcək məsləhətlər verəcəklər.Yaradıcılıq və dizaynRəqəmsal media və dizaynYaradıcılıq və dizayn sahəsində, xüsusilə rəqəmsal media və qrafik dizayn sahələri artan tələbə və texnologiya inkişaflarına uyğun olaraq populyarlığını davam etdirəcək. Rəqəmsal dizaynerlər, qrafik dizaynerlər, veb dizaynerlər və multimediyalı ideya yaradıcıları markaların və şirkətlərin vizual identitetini qurmaq, sosial media kampaniyalarını idarə etmək və interaktiv reklamlar hazırlamaq üçün mühüm rol oynayacaqlar. Bu sahədə çalışan mütəxəssislər müasir dizayn trendlərini izləyərək və yenilikçi yanaşmalar tətbiq edərək müxtəlif platformalarda diqqətçəkici və təsirli vizual məzmun yaradacaqlar.İç məkan dizaynıİç məkan dizaynı yaşayış və iş məkanlarının estetik və funksional olaraq yenidən tərtib edilməsi ehtiyacı ilə bağlı olaraq 2024-cü ildə də populyar olacaq. İç məkan dizaynerləri evləri, ofisləri və ictimai məkanları daha gözəl, rahat və funksional etmək üçün müxtəlif layihələr üzərində işləyəcəklər. Bu sahədə çalışan mütəxəssislər müştərilərin ehtiyaclarını və zövqlərini nəzərə alaraq müasir və davamlı dizayn həlləri təklif edəcəklər. Həmçinin, ekoloji davamlılıq və enerji effektivliyi kimi mühüm məsələləri nəzərə alaraq «yaşıl» dizayn elementlərini layihələrinə inteqrasiya edəcəklər.Nəticə2024-cü ildə populyar olacaq peşələr texnologiya, səhiyyə, təhsil, inşaat, enerji, iqtisadiyyat və yaradıcılıq kimi müxtəlif sahələri əhatə edir. Bu peşələr dəyişən dünya iqtisadiyyatında və texnoloji inkişaflarda mühüm rol oynayacaq. Müxtəlif sahələrdəki bu peşələr həm fərdi karyera inkişafı, həm də cəmiyyət üçün geniş imkanlar yaradacaq. Onlar davamlı inkişaf, texnoloji yeniliklər və sosial dəyişikliklərə uyğun olaraq iş bazarında əhəmiyyətli yer tutacaq. 2024-cü ilə aid iş elanlarını busy.az saytında tapa bilərsiniz.
| ['peşələr', 'populyar peşələr', 'karyera', 'karyera seçmək', 'karyera yolu'] |
6 | https://kayzen.az/blog/istinad-h%C9%99r%C9%99k%C9%99t/29136/%C9%99z%C9%99l%C9%99-spazm%C4%B1-n%C9%99dir-%C9%99z%C9%99l%C9%99-s%C4%B1x%C4%B1lmas%C4%B1-s%C9%99b%C9%99bl%C9%99ri-v%C9%99-m%C3%BCalic%C9%99si.html | Əzələ spazmı nədir ? Əzələ sıxılması səbəbləri və müalicəsi | nigarm | istinad-hərəkət apparatı | 5 dekabr 2023, 10:24 |
Əzələ spazmı sinirlər tərəfindən əzələlərə birdən-birə həddindən artıq siqnalların ötürülməsi ilə ortaya çıxan bir haldır. Bunun əsas səbəbi isə beyninin soyuq əzələ kütləsinə bəzi hərəkətləri anidən etməsinə olan tələbkarlığıdır. Normal halda əzələlərin müəyyən hərəkətləri icra edə bilməsi üçün əzələ yağ toxumasının isinməsi və lazımi qədər protein və s. başqa vitaminləri depolaşdırılması gərəklidir. Ən çox ayaqların ön və arxa tərəfində uyuşmalar ilə hiss edilən əzələ spazmı, həmçinin əllərdə, beldə, qarın nahiyəsində də görülə bilir. Əzələ spazmı bir və ya daha çox əzələnizin qəfil və məcburi bir şəkildə daralmasıdır. Bu hal adətən özünü gecələr yuxudan oyananda və ya qəfil çarpayıda hərəkət etdikdə baş verir və güclü ağrıya səbəb olur. Ümumiyyətlə zərərsiz olsa da, əzələ spazmı, bundan müəyyən qədər təsirlənmiş əzələdən istifadəni müvəqqəti olaraq qeyri-mümkün edə bilər.Bel və çiyinlər ən çox əzələ sıxılması rast gəlinən digər nahiyələrdir. Şiddətli spazmlar insanı yuxudan oyada bildiyi kimi, həmçinin yeriməsini də çətinləşdirə bilər. Müəyyən əzələ qruplarında baş verə biləcək bu şəkildə əzələ sıxılmaları bütün bədənə təsir edə biləcək səviyyəyə belə çata bilir. Bəzi hallarda isə belə əzələ dartılması hallarına şişlik kimi əlavə şikayətlər də qoşula bilər. Bu kimi spazmlar bir neçə saniyə ərzində keçib gedə biləcəyi kimi bəzən 15 dəqiqəyə qədər də uzaya bilir.Əzələ sıxılması hansı simptomlarla görülür?Əksər əzələ spazmları ayaq əzələlərində inkişaf edir. Əzələ spazmı olduğu zaman qəfil, kəskin ağrılardan əlavə, dərinizin altında sərt bir əzələ toxuması hiss edə və ya görə bilərsiniz. Uzun müddət idman və ya fiziki əmək, xüsusilə isti hava əzələ sıxılması şikayətlərinə səbəb ola bilər. Bundan əlavə bəzi dərmanlar və müəyyən tibbi şərtlər də əzələ spazmına səbəb olur. Xroniki hal almamış belə şikayətləri evdə özünüzə qulluq tədbirləri ilə müalicə edə bilərsiniz. Əzələ sıxılması əzələlərin həddindən artıq yorulması kimi keçici bir səbəbdən ola biləcəyi kimi, həmçinin spazmların arxasında ciddi bir sağlıq problemi də görülə bilər. Buna görə spazmların şiddətinin artdığı və daimi bir hala gəldiyi zaman mütləq bir mütəxəssis həkimə müraciət edilməlidir.Əgər sizdə də bu hallar baş verirsə, həkimə müraciət edin:Spazmlar şiddətli narahatlığa səbəb olursa;Ayaq şişməsi, qızartı və ya dəri dəyişiklikləri ilə birgə görülürsə;Əzələ zəifliyi ilə əlaqələndirilirsə;Tez-tez baş verirsə;Özünə qulluqla yaxşılaşmırsa;Gərgin idmanla əlaqələndirilmirsə.Əzələ sıxılmasının səbəbləriƏzələnin həddindən artıq istifadəsi, susuzlaşdırma, əzələ gərginliyi və ya sadəcə uzun müddət bir mövqe tutmaq əzələ spazmına səbəb ola bilər. Lakin bir çox hallarda bunun yaranmasının səbəbi məlum olmur. Əksər əzələ spazmı zərərsiz olsa da, bəziləri əsas tibbi vəziyyətlə əlaqəli ola bilər, məsələn:Yetərsiz qan dövranı. Əsasən idmanla məşğul olan insanlarda ayaqdakı qan axışının yetərsizliyi, son dərəcə şiddətli əzələ spazmlarına səbəb ola bilər. Həmçinin adi insanlar da yürüyüş edərkən, idman hərəkətləri yerinə yetirərkən və ya digər aktivitələrlə məşğul olarkən əzələ sıxılması ilə qarşılaşa bilərlər.Sinir sıxılması. Onurğadakı sinirlərin sıxılması əzələ spazmının bir digər səbəbidir. Bu zaman ayaqlardakı ağrı şikayətləri uzun yürüyüş hallarında daha da ciddi formada hiss edilə bilər.Mineral əksikliyi. Bu hal adətən uzun müddət dieta saxlayan insanlarda olur. Dietinizdə çox az kalium, kalsium, natrium və ya maqnezium qəbul etmək əzələ spazmı yarada bilər. Diuretiklər, yüksək təzyiq üçün tez-tez təyin olunan dərmanlar da qanda bu mineralların sayını azalda bilir.Dehidratasiya (Susuzlaşma). Orqanizimin həddindən artıq su itirməsi əzələ sıxılmasına səbəb ola bilir. Bir çox şəxslərdə idman sonrası yaranan ağrıların səbəbi də məhz elə bununla əlaqəlidir. Bundan əlavə, isti və nəmli hava da dehidratasiya riskini artırdığı üçün spazmın səbəblərindən hesab edilir.Piylənmə və digər xəstəliklər. Orqanizmi ayaqda tutan əzələlərin gərilməsinə səbəb olan piylənmə boyundakı əzələlərin spazmlarının başlıca risk faktorudur. Həmçinin şəkərli diabet, anemiya, zob, böyrək problemləri olan şəxslər də risk altındadırlar.Sinir sistemi ilə əlaqəli xəstəliklər. Onurğa xəstəlikləri, multipl skleroz, amiyotrofik skleroz kimi sinir sistemi xəstəlikləri çox zaman əzələ sıxılmaları ilə əlaqəli olmaqdadırlar.Yaş. Yaşlı insanlar getdikcə əzələ kütləsini itirirlər, buna görə də qalan əzələ kütləsində əzələ spazmının yaranması ilə daha çox əziyyət çəkə bilərlər.Boyunda əzələ sıxılmasıYatarkən həddindən artıq yüksək və ya alçaq yastıqdan istifadə etmək, saatlarca masaüstü işlərdə və kompyuter arxasında işləmək və s. başqa səbəblərlə əlaqəli yarana bilir. Bütün bu kimi hallar boyun əzələlərinin gərilməsinə və bu da həmin əzələlərin sinirlərə basqı etməsinə səbəb olur. Son nəticədə boyunda müəyyən ağrılar hiss edilməyə başlayır. Boyunu hərəkət etdirməkdə, hətta başınızı qaldırmaqda belə çətinlik çəkə bilərsiniz. Bu zaman müalicədə isti kompreslərdən istifadə oluna bilər. Əgər heç bir faydası görülməzsə, fizioterapevtik müalicə və ya əzələləri genişləndirmək üçün müəyyən ağrıkəsicilərdən istifadə oluna bilər.Beldə əzələ sıxılmasıHərəkətdə çətinlik, gücsüzlük, əzələlərdə gərginlik və s. başqa fərqli səbəblərdən meydana gələn əzələ spazmı bel və çiyin əzələlərinin yığılması ilə əlaqədardır. Bu cür spazmnlar onurğa ətrafındakı sinir köklərinin gərilməsi səbəbinə səbəb olan yorğunluq, stress, depressiya kimi problemlər, uzun müddət hərəkətsiz qalmış onurğa əzələlərinin anidən hərəkət etdirilməsi kimi fərqli səbəblərdən yarana bilər. Bel əzələlərindəki spazmların müalicəsində isti kompreslərlə yanaşı həmçinin əzələləri boşaldacaq, genişləndirəcək bir sıra kremlərdən istifadə, bel və onurğa masajı, qidada kalsium və natriumun qəbulunun artırılması və s. başqa üsullar müsbət nəticə verə bilməkdədirlər.Əzələ spazmı hansı üsullarla qarşısı alına bilər?Nevroloq Jalə Qarayeva əzələ spazmından əziyyət çəkən şəxslərə ilkin vəziyyətdə nələr etməli olduqları haqda məlumat verib. Ancaq həkim nevroloq qeyd edib ki, yaxşı olar ki, belə problemi olan şəxslər həkimə müraciət etsin. Bu addımlar krampların qarşısını almağa kömək edə bilər:İlkin olaraq hər gün çox miqdarda maye için. Miqdar nə yediyinizdən, cinsinizdən, fəaliyyət səviyyənizdən, hava, sağlamlığınız, yaşınız və qəbul etdiyiniz dərmanlardan asılıdır. Maye əzələlərinizi büzməyə, istirahət etməyə, əzələ hüceyrələrini nəmlənməsinə və daha az qıcıqlanmasına kömək edir. Fəaliyyət zamanı müntəzəm olaraq maye qəbul edin.Əzələlərinizi dartın. Uzunmüddətli əzələ fəaliyyətində əvvəl və sonra uzanın. Gecələr əzələ spazmalarına meyllisinizsə, yatmazdan əvvəl uzanıq qalın. Yuxudan bir neçə dəqiqə əvvəl stasionar bir velosiped sürmək kimi yüngül məşqlər edin ki, bu da yatarkən spazmların qarşısını almaqda sizlərə kömək edə bilər.
| ['əzələ'] |
7 | https://kayzen.az/blog/d%C9%99ri-z%C3%B6hr%C9%99vi/29128/vitiliqo-n%C9%99dir.html | Vitiliqo nədir? | nigarm | dəri-zöhrəvi xəstəliklər | 21 noyabr 2023, 14:01 |
Vitiliqo dəriyə düşən ağ ləkələrdir. El arasında bu xəstəliyə «piqment pozuqluğu» da deyilir. Amma piqment pozuqluğu ilə vitiliqo arasında böyük fərq var. O olduqca ciddi bir xəstəlikdir. Vitiliqonun əsl səbəbi hələ də tibb elminə məlum deyil. Amma ilkin mülahizələrə görə, vitiliqonun yaranma səbəbi orqanizmdə melanin hüceyrələrinin itkisidir. Melanin hüceyrələri dəriyə rəng verir. Onlar parçalanıb, dağılanda dərinin həmin hissələri ağarmağa başlayır. Melaninlərin dağılmasına səbəb immunitetin olduqca aşağı düşməsi və ya dərinin zədələnməsidir. Vitiliqo zamanı dəridə olduqca açıq rəngdə, qıraqları tünd xətli ləkələr əmələ gəlir.Xəstəliyin məkanı: üz, dodaq, boyun, sinə, cinsiyyət orqanı, dirsək və əllərdir.Əgər insanda gözün tor gişasının rənginin dəyişməsi, qaş, kirpik və saçın tökülməsi, dəridə ağ ləkə əmələ gəlməsi və həmin yerdə tükün ağarması, ağzın kənarlarında rəng dəyişikliyi, dərinin get-gedə qocalması halları müşahidə olunursa, demək həmin şəxs «vitiliqo» xəstəliyinə tutulub.Səbəb nədir?
Vitiliqonun yaranmasının ilkin səbəbi avto — immun sisteminin fəaliyyətinin pozulmasıdır. Xəstələrin 60 faizində isə vitiliqonun yaranmasına səbəb genetik faktorlardır. Əgər nəsildə kimdəsə vitiliqo olubsa, bu övlada və ya nəvəyə ötürülür. Stress də xəstəliyin yaranmasına səbəb olan risk faktorlarındandır. Stress melanin hüceyrələrini korlayır və dəri öz rəngini itirməyə başlayır.Kimlər risk altındadır?Diabet xəstələriSinir sistemlərində problem olanlarGöbələk xəstəliyinə meyilli olanlarXərçəng xəstələriBədənində günəş yanığı olanlarPlastik əməliyyat etdirənlərVitiliqonun fəsadları:
Bədənin hansısa bir yerində kiçik ağ ləkə əmələ gəldikdə dərhal həkimə müraciət etmək lazımdır. Əks halda bu ləkə böyüyərək, daha dəhşətli fəsadlar ortaya çıxarar. Müalicəsiz qalan vitiliqo xəstəliyinin xərçəngə çevrilmə risqi böyükdür. Əksər hallarda isə vitiliqo xəstələrində tiroit xəstəlikləri meydana gəlir. Xəstədə qan azlığı başlayır. Vitiliqoya düçar olan adamda get-gedə keçəlləşmə olur. Zaman keçdikcə bədənin bütün hissələrində və başda tük olmur.Müalicə necə aparılmalıdır?
Əvvəlcə xəstəliyin yaranma səbəbi aşkarlanır. Müalicə zamanı xəstədəki ağ ləkələrin ölçüsü, olduğu yer, xəstənin yaşı kimi faktorlar nəzərə alınmalıdır. Hər xəstəyə eyni müalicə metodu tədbiq olunmur. Vitiliqo xəstələri daim günəşdənqoruyucu kremlər istifadə etməlidir. Xəstəliyin birdəfəlik müalicəsi yoxdur. Dərman vasitəsilə onun irəliləməsinin qarşısını almaq mümkündür. Son zamanlar vitiliqo üçün tətbiq olunan ən təsirli üsul lokal ultrabənövşəyi B (UVB) işıq müalicəsidir. Bu müalicə yalnız bədənin ləkə olan bölgələrinə tətbiq olunur. Beləcə, ləkənin böyüməsinin qarşısı alınır. Xəstəlik zamanı cərrahi müdaxilə də edilir. Bu, yalnız kiçik olan ağ ləkələrin aradan qaldırılması zamanı əlverişlidir.Profilaktik tədbir:
A, B, C, E vitaminləri, mis, sink və manqan kimi mikroelementlər qəbul edin. Ləkələri görünməz etmək üçün ağaran hissəyə qaralmaq üçün lazım olan lasyonlardan çəkmək olar. Siqaretdən uzaq olmaq mütləqdir. Günəş altında gəzmək qətiyyən olmaz. Əgər günəleyhinə istifadə edilən kremlər qaşınti verirsə, ondan uzaq durmaq lazımdır. Çoxlu qoyun əti, banan, portağal, limon, fındıq, cəfəri, kartof, kələm, alma, lobya, üzüm, sazan balığı, göbələk yemək məsləhətdir.
| ['dəri xəstəlikləri', 'dəri xəstəlikləri haqqında', 'vitiliqo'] |
8 | https://kayzen.az/blog/Bilirsinizmi/29085/bilirdinizmi.html | Bilirdinizmi? | nigarm | Bilirsinizmi? | 17 noyabr 2023, 14:12 |
Bəzi maraqlı faktlar var ki, bir çoxlarımızın onlar haqqında məlumatı yoxdur.1. Dünya yarananandan bu günə qədərki hər şeyi 24 saata sığdırmağa çalışsaq, insanlar bu vaxtın sadəcə 1 dəqiqə 17 saniyəsini təşkil edər.2. Helikoprin adlı köpək balığının 270 milyon öncə yaşadığı düşünülür. Onu qəribə edən özəlliyi isə mişar dişli dairəvi çənəsi olub.3. Çində ingiliscə danışanların sayı Amerikadakılardan daha çoxdur.4. Çox məcbur qalmadıqca qar yeməyin. Çünki onu əritmək üçün bədəndə olduqca çox enerji sərf edilir.5. İnsanlar oksigensiz 3 dəqiqə, susuz 3 gün və yemək yemədən 3 həftə yaşaya bilər.6. 2011-ci ildə Yaponiyada baş verən 8,9 ballıq zəlzələ nəticəsində günlərin uzunluğu 1,8 mikro saniyə azalıb. 7. Qarışqalar məcbur qaldıqlarında 2 həftə ərzində suyun altında yaşaya bilirlər.8. Vakuumda (havasız və cazibə qüvvəsinin olmadığı məkanda) ağlamaq mümkün deyil. Çünki göz yaşı aşağı doğru hərəkət edə bilmir və gözdən yaş çıxmır.9. İnsanların omba sümüyü betondan daha möhkəmdir.10. Ağcaqanad əleyhinə spreylər əslində onların insanlara yaxınlaşmasını əngəlləmir. Sadəcə olaraq ağcaqanadların hissiyatını bağlayır və bir növ insanları gizləyir.11. “Süd yolu” qalaktikasında 400 milyarddan çox ulduz olduğu düşünülür.12. Bir insan gündə ən az 500 litr oksigen istifadə edir.13. Hər gün 275 milyona yaxın yeni ulduz yaranır.15. Gözlərin hər biri 130 milyondan çox görmə sinir hüceyrəsindən ibarətdir. Hər hüceyrənin içində isə 100 trilyon atom var. Bu rəqəmlər isə ümumilikdə dünyadakı bütün ulduzların sayından daha çoxdur.16. Hazırda dəniz aləmində 180-nə yaxın balıq növü işıq görmədən yaşayır.17. Əgər bir sözü xatırlamaqda çətinlik çəksəniz, yumruğunuzu sıxın. O zaman beyinin fəaliyyəti daha da artır və yaddaşı işə salmağa kömək edir.17. 600 kiloqramlıq bir balinanın ürək damarının içinə bir insan yerləşə bilər.18. Bir insan yaşadığı müddətdə ortalama 23 min dəfə göz qırpır, 100 min dəfə ürəyi döyünər, 23 min dəfə nəfəs alar, qaraciyərləri ilə 1500 litr qan süzülər, mədəsi ilə 2 litr asit turşusu istehsal edər.
| ['maraqlıdır', 'bilirsinizmi', 'sən demə', 'maraqlı faktlar', 'maraqlı məlumatlar', 'məlumatlar'] |
9 | https://kayzen.az/blog/azerbaycan/29125/yall%C4%B1-r%C9%99qsi.html | Yallı rəqsi | Apollon | Azərbaycan | 12 noyabr 2023, 14:30 |
Xalq rəqslərindən olan yallıların mənşəyi və yaşı dəqiq müəyyənləşdirilməyib. Ən qədim və geniş təsvirinə Qobustan, Gəmiqaya qayaüstü rəsmlərində, daha sonra isə Nizami Gəncəvinin «Xosrov və Şirin» poemasında rast gəlinir. Digər xalqlarda da yallıya bənzər rəqslər mövcuddur. Lakin yallılar türk xalqlarının rəqs sistemi hesab edilir. Bu ad altında onlarca müstəqil rəqs toplanıb, onlar da üç yerə bölünür: yalnız musiqili, musiqili və vokal (səsli), bir də (musiqisiz ifa olunan) dil yallıları. Dil yallıları musiqisiz ifa olunur. Bu yallı növü ən qədim oyun hesab edilir. Çünki bunlar hələ musiqi alətləri icad edilməmişdən əvvəl düşünülmüş oyunlardır.
Çalğı alətlərinin mövcud olmadığı çağlarda, təqribən 10 min il əvvəl yaranması ehtimal edilən yallılar barədə məlumat kifayət qədərdir. Adı zaman keçdikcə təhrif olunan (əvvəllər «yollu», sonra «yelli» kimi işlənsə də, dövrümüzə «yallı» forması ilə çatıb) yallıların hər üç növünün maraqlı izahı var. Yollular ibtidai insanların uğurlu ovdan sonra od ətrafında keçirdiyi şadlığın rəmzidir. Ova gedərkən sıra ilə gedib cəngəlliklərdə yolaçma yozumu var. Ona görə də «yollu» adlandırılıb. Rəvayətə görə, ibtidai insanların uçmaq istəyindən yaranıb bu rəqs forması. Belə ki, bu yel əsdiyi zaman dağın zirvəsinə qalxaraq əl-ələ verib uçmağa hazırlaşmalarının simvolik olaraq göstərilməsidir. «Yelli» adı da bununla bağlı olub. Lakin hər iki versiya həqiqətə az oxşadığından rəqsin «yallı» adı daha doğru hesab edilib. Bu da «səf-səf», sıra ilə düzülüb əl-ələ vermək, birlikdə olmaq mənasını daşıyır. O da unudulmamalıdır ki, qardaş Türkiyədə (bu ifadə bizim də leksikonumuza daxildir) yallı «halay» adı ilə qorunub saxlanır. Digər xalq oyunlarından fərqli olaraq, toy şənliklərində zurnaçı (dəmkeşi ilə birlikdə) və nağaraçıdan ibarət çalğıçıların ifasında on-on beş (hətta bəzən onların sayı onlarca ola bilir) nəfərin kütləvi şəkildə rəqsi deməkdir yallı.
Dəstəbaşının əlində işarə verən dəsmal, yaxud adi çubuq ola bilər. Həmin adama yallıbaşı da deyirlər. Dəstənin sonuncu nəfəri isə ayaqçı adlanır. Asta hərəkətlərlə başlanan yallı çox ritmik, sürətli və sonda hay-harayla başa çatır. Yallıların respublikamızın hər bölgəsində sevimli xalq rəqslərindən biri kimi qorunub yaşadılmasına baxmayaraq, onlar daha çox Naxçıvan ərazisində yayılıb, o cümlədən Şərurda. Dahi Üzeyir Hacıbəylinin fikridir ki, Azərbaycanda yallıların beşiyi Şərurdur. Hazırda burada 3 yallı ansamblı fəaliyyət göstərir. Naxçıvanda ötən ilin sentyabr ayında yallılarla bağlı konfrans da keçirilib. Həmin konfransda «Yallıların mənşəyi», «Yallıların tədqiqi tarixindən», «Yallılar folklor örnəkləri kimi», «Yallıların yayılma arealı», "Şərur" xalq yallı ansamblının fəaliyyət tarixi", "Şərur qönçələri" uşaq yallı ansamblının fəaliyyəti — ardıcıllar", «Yallılar milli rəqslərimizdir», «Yallılar milli musiqimizin bir qolu kimi», «Yallı ifaçıları» və s. mövzularda ətraflı söz açılıb, mütəxəssislərin fikirləri dinlənilib. Həmin konfransdan sonra yallıların tədqiqi haqqında kitabın nəşr olunması, bu rəqslərin dünyada tanıdılması məqsədilə işçi qrupunun idarə heyəti və 20 nəfərdən ibarət üzv müəyyənləşdirilib. Deyilənlərə görə, Şərurda yallının 20 növü var, halbuki vaxtilə onların sayı yüzə yaxın olub: "Çolağı", "Üçaddım", «Qaz-qazı», «Köçəri», "İkiayaq", «Qaleyi», "Çöp-çöpü" və sair. Vokal yallıları oxuya-oxuya oynayırlar. Misal kimi «Gülümey»lə «Haxışta»nı göstərmək olar. Yeri gəlmişkən qeyd edək ki, bu növ yallılar respublikamızın bütün bölgələrində, xüsusən cənub və şimal rayonlarda da qorunub saxlanır.
Yallılar milli-mənəvi dəyərlərdən biri kimi nəsildən-nəslə ötürülməklə yaşadılır. Tonqal ətrafında yallı getmək milli adət-ənənə halını alıb. «Atəşdə oyun» adlandırılan bu yallı bəşər sivilizasiyasının ilkinliyinin, ibtidai icma dövrünün yadigarı kimi sevilir. Yallılar ilk vaxtlar ümumən ibtidai insanların, sonralar isə tayfaların, millət və xalqların birlik rəmzi kimi də dəyərləndirilir. Onların yaranma tarixi əlifbadan, eləcə də yazılı mədəniyyət nümunələrindən əvvəllərə təsadüf edir. Əməkdar incəsənət xadimi Vasif Çörəkçinin dediyinə görə, yallının ən qədim növlərindən biri olan «Qaladan-qalaya» adlı yallıda insanların döyüş əhval-ruhiyyəsini, cəsarət və mübarizliyini əks etdirən maraqlı səhnələr var. Musiqi sədalarına uyğun olaraq ifaçılar rəqsə ağır templə başlayırlar, sanki döyüş meydanında düşmənlə üz-üzə gəliblər. Rəqsin sonrakı hissəsində isə hərəkət müəyyən qədər sürətlənir, «Cəngi»nin sədaları döyüş məqamının çatdığını bildirir: tərəflər üz-üzə dayanırlar. Dəstə başçıları öz güclərini göstərirlər. Oyunun digər hissəsində isə qılınca əl atılır. Məğlub tərəf qalib gəlmək əzmini göstərir. Qan töküləcəyini, düşmənçilik yarana biləcəyini görən ağbirçək ana meydana gələrək yaylığı ilə döyüşün qarşısını alır. Qeyd etdiyimiz kimi, yallıların qorunub saxlanmasında xalqla birlikdə xüsusi rəqs qrupu və ansamblların da üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan 1924-cü ildən fəaliyyətə başlayan "Şərur" xalq yallı ansamblı çox iş görür.
Kollektivin şöhrətlənməsində və öz repertuarını genişləndirməsində Azərbaycanın böyük musiqiçi və bəstəkarı Üzeyir Hacıbəylinin xidmətləri də danılmazdır. 1937-ci ildə SSRİ Ali Sovetinə Şərurdan deputat seçilən dahi sənətkar bölgədə musiqinin inkişafına da qayğı və yardım göstərib. "Şərur Azərbaycan folklor mədəniyyətinin beşiyidir" söyləyən dahi musiqiçi həyat yoldaşı ilə birlikdə dəfələrlə ansamblın çıxışlarını dinləyib. 1970-ci ildə Bakıda keçirilən «Naxçıvan mədəniyyət günləri»ndə muxtar respublikanı təmsil edən kollektivlər sırasında bu ansambl da olub. Mərkəzi sarayda yekun tədbirdə iştirak edən, o vaxt respublikanın rəhbəri olan ulu öndər Heydər Əliyev konsertdən sonra səhnə arxasında ifaçılarla söhbətində bu ansamblın çıxışından razı qaldığını deyərək, tövsiyə və tapşırıqlarını da verib: «Yallılar bizim keçmişimiz, bugünümüz, gələcəyimizdir… Yallını qoruyub saxlayın. Bu, Naxçıvanın tacıdır». Mütəxəssislər deyirlər ki, xoreoqrafiya məzmununa görə yallılar iki növə ayrılır: süjet və rəqs tipli oyunlar. Süjetli oyunlar müəyyən hadisəni təsvir etdiyinə görə teatrlaşmış xalq oyunlarına bənzəyir. Bu rəqslərdə zarafat, gülüş üstünlük təşkil etsə də, digər yallılarda ifa və yeriş elementləri diqqəti çəkir. «Tənzərə», «El yallısı», «Gopu», «Qaz-qazı», «Köçəri», «Urfanı», «Qaladan-qalaya» belə yallı nümunələridir. Milli-mənəvi sərvətlərimizin qorunması sahəsində itirdiklərimiz də az olmayıb: tariximizin müəyyən dövrlərində incəsənətin bu sahəsinə maraq xeyli azaldığından onun bir çox nümunələri unudulub. Ötən əsrin 70-ci illərindən isə milli folklor rəqslərinin tədqiqi və təbliği istiqamətində əsaslı və ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu səbəbdən də unudulmaqda olan yallı növlərinin bir çoxu yenidən həyata qaytarılıb. Onlardan «Hoynərə» və «Dönə» yallılarının adlarını çəkmək olar. Rəqslərimizin və ümumiyyətlə, milli musiqimizin mahir ifaçısı, tədqiqatçısı xalq artisti Əminə Dilbazinin fikrincə, oğuz ellərinin məişəti, yaşam tərzi, dünyabaxışı «Dədə Qorqud» boylarında sözlə, yallılarda isə ritmik hərəkətlərlə, «rəqs dili» ilə ifadə edilir: "...Söz demədən o, xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini bütün millətlərə aşılaya bilir". Məhəmməd NƏRİMANOĞLU Azərbaycan.-2013.- 31 yanvar.- S.7.
| ['yallı rəqsi haqqında', 'yallı'] |
10 | https://kayzen.az/blog/sendeme/29112/sevdiyiniz-meyv%C9%99l%C9%99r-sizin-haqq%C4%B1n%C4%B1zda-n%C9%99-deyir.html | Sevdiyiniz meyvələr sizin haqqınızda nə deyir? | nigarm | Sən demə | 11 noyabr 2023, 14:50 |
Qarşılıqlı münasibətlərdə ən çətin məsələ insanı tanımaqdır. Bəzən bunun üçün uzun illər tələb olunur. Gündəlik ünsiyyətdə olduğumuz şəxsi daha yaxşı tanımaq üçün onun davranışına, həyat tərzinə, əxlaqına, yaxın ətrafına və sair bu kimi faktorlara diqqət yetirib nəticə çıxarmağa çalışırıq. Bunlarla yanaşı, insanın xarakterini müəyyənləşdirməyin daha rahat bir üsulu da var. Bunun üçün sadəcə tanımaq istədiyiniz adamın hansı meyvəni daha çox xoşladığını bilmək kifayətdir. Almaya üstünlük verənlər zəhmətkeş, əməyi sevən, heç bir çətinlikdən qorxmayan insanlardır. Belə insanlar dara düşən adamlardan köməklərini əsirgəmirlər. Almanı sevənlər özlərinə inamlı,ətrafdakılara etibarlı olurlar. Bu meyvəni xoşlayanlar nikbindirlər, gələcəyə böyük ümidlə baxırlar.Armudu xoşlayanlar münasibətlərə yüksək qiymət verirlər, dostluqda etibarlı olurlar, təkliyi sevmirlər, məclislərdə şən olmaları ilə fərqlənirlər. Bu meyvəyə üstünlük verənlər zövqlü olurlar, alış-veriş zamanı seçimlərinə xüsusi diqqət yetirirlər.Üzümü xoşlayanlar sözünün üstündə durmağı, sirr saxlamağı bacaran insanlardır. Onlar açıq olmağı, özləri haqqında danışmağı çox da xoşlamırlar. Qapalılığı sevən bu insanlar sadə həyat tərzinə üstünlük verirlər və onlara həvalə olunan işə çox ciddi və məsuliyyətlə yanaşırlar.Çiyələyi sevənlər ünsiyyətcil, ən çətin adamlarla belə dil tapmağı bacarırlar. Çiyələk dadından zövq alanlar problemlərini şirin dillə, mülayimliklə həll etməyə üstünlük verirlər. Onları özlərindən çıxarmaq çətin olur, daxilən sakit olmaları baş verən hadisələrə soyuq başla yanaşmağa imkan verir.Qarpızı xoşlayanlar həyatın reallıqları ilə barışmağı bacaran insanlardır. Bu insanlar mübahisələri, şikayətlənməyi, fikirləri ilə kimi isə bezdirməyi, nəyi isə inandırmağı sevmirlər. Qarpıza üstünlük verənlərin öz həyat fəlsəfəsi olur və onlar həyatda istədiklərinə nail olmağı bacarırlar.Banan güclü və mərd insanların sevdiyi meyvədir. Bu meyvəni sevənlər xeyirxah, xoş niyyətli olurlar. Onlar güclü olsalar da sadəlövhlükləri ucbatından ətrafdakılara tez inanırlar. Bu səbəbdən də arzularının həyata keçirilməsində problemlərlə tez-tez üzləşirlər.Şaftalını sevənlər geniş ürəyə malik olurlar. Bu insanlar ilk baxışdan qətiyyətsiz insan təəssüratı yaratsalar da qısa ünsiyyətdən sonra özlərini tanıda bilirlər. Onlar üçün həyatlarında ən önəmli insan azadlığı, fikirlərinin sərbəst ifadə etməsidir. Şaftalı həvəskarları istədiklərinə asanlıqla nail ola bilirlər.Gilas və gilənarı sevənlər uşaqlıq dövrlərini unutmayanlardır. Bu meyvələrə üstünlük verənlər zarafatı, şıltaqlığı sevən insanlardır. Bu seçimdə olanlar həmçinin səmimiyyətləri ilə fərqlənirlər. Onlar öz doğmaları üçün həyatlarındakı hər şeyi qurban verməyə hazırdırlar.Kivi şən insanların meyvəsidir. Onlar heç vaxt deyinmirlər, yerli-yersiz şikayətlənməyi, narazı qalmağı sevmirlər. Həmişə bayram əhvalında olan kivi sevərlər ətrafdakılara xoş ovqat bəxş etməkdən zövq alırlar.Moruq özünə güvənənlərin seçimidir. Onlar gördükləri işi elə-belə həyata keçirmirlər. Moruğu sevənlər onlara olan ehtiyacın ifadə olunmasını sevirlər. Eqoistlikləri ilə seçilən bu insanlar adətən həyatdakı bütün işlərin icrasında mükəmməl olurlar.Limon həvəskarlarının işləri çətinlikdən keçsə də onlar problemlərinin həllində mübariz olmağa qadir olan insanlardır. Limonu sevən insanlarla hətta kəşfiyyata da getmək olar. Turş zövqlü bu insanlara ən çətin məqamlarda belə etibar etmək olar.Ananas gözəllik aşiqlərinin meyvəsidir. Onlar bütün məsələlərdə gözəllik axtaranlardır. Bu meyvənin həvəskarları sevməyi və sevilməyi, ətrafdakı insanları özlərinə cəlb etməyi bacarırlar.
| ['xarakter analizi', 'meyvələr', 'insan analizi', 'xarakter tipləri', 'xarakterin əlamətləri'] |
11 | https://kayzen.az/blog/Nedir/29122/q%C4%B1j%C4%B1-n%C9%99dir.html | Qıjı nədir? | Apollon | Nədir? | 10 noyabr 2023, 22:17 |
Qıjı termini ölkəmizdə, xüsusilə də bəzi gənclərin arasında getdikcə yayılmağa və istifadə olunmağa başlayıb. Bir çox insanlar hesab edirlər ki, “qıjı” sözü “çuşka”, yaxud da “kənddən gəlmiş” sözlərinin sinonimidir. Lakin, bu təbii ki belə deyil.
Qıjı cəmiyyətdə özünü aparmaq barədə heç bir təsəvvürü olmayan, ədəb və sadə etika qaydalarını bilməyən adamdır. Bu, mənfi keyfiyyətləri özündə toplayan özünəməxsus bir obrazdır. Qıjı dar və çox məhdud dünyagörüşə malik insandır. O, ömründə heç bir kitabın üzünü açmayıb, dünyada baş verənlərlə maraqlanmayıb.
Qıjıların həyatında əsas məqsəd və arzular – ev, maşın, qız, pul və kafe-barlardır. Yaxşı təhsil almaq, cəmiyyətin və ölkəsinin xeyrinə əmək qıjıların maraq dairəsinə daxil deyil. Qıjıların sevimli məşğuliyyəti – küçədə qızlara “padxod” eləmək və onlara “necəsən maralım, ceyranım”, “qəşəngsən”, “salam krasavica”, “ay gözəl gəl tanış olaq” və s. kimi ucuz atmacalardan istifadə etməklə söz atmaqdır. Belə hallarda qızlar — əgər özləri də qıjı deyillərsə — geriyə baxmadan gedirlər.
“Qıjı geyimi” adını almış özünəməxsus geyim üslubu xüsusilə fərqlənir. Belə geyim sayəsində siz qarşınızda qıjının yoxsa adi vətəndaşın dayandığını dərhal müəyyənləşdirə bilərsiniz. Cəmiyyətin bu təbəqəsinin nümayəndələri inkubator üslubunda geyimə üstünlük verirlər – onların bütün paltarları eyni olur. Ötən il qıjılar Avropada bir neçə il əvvəl mövcud olmuş, lakin onlara bir müddət əvvəl gəlib çatmış ağ corabla qırmızı makasin və qırmızı kəmər dəbini canlandırırlar. Onların hamısı bu qırmızı geyimləri geyənərək fəxrlə şəhərdə gəzir və hesab edirdilər ki, dünya yalnız onların ətrafında fırlanır, onlar planetimizin ən dəbli oğlan və qızlarıdır. Müasir gəncliyin belə “unikal” nümayəndələrinin əks olunduğu fotoşəkillər bir anda bütün interneti, o cümlədən “Facebook” kimi sosial şəbəkələri doldurdu. “Facebook”-da onlar çoxsaylı şərhlər və müzakirələrin qəhrəmanlarına çevrildilər. Bundan başqa, özlərini qızıl gəncliyin, oğru dünyasının nümayəndələri, ultramüasir oğlanlar, qanqsterlər hesab edən, həyatlarını tamamilə kef, heç bir sərhəd və qadağaların olmadığı kimi görən “müasir” oğlanların sosial şəbəkədə qeydiyyat zamanı istifadə etdikləri “orijinal” adlar heyrət doğurur. Hər şeyə, hər yerdə və həmişə icazə var. Hər gün “razborka”, şəhərdə mənasız avaralanma, maşında ötüşmə, davalar, bıçaqla, həmçinin “odlu silahla” söhbətlər. Gecə həyatı yalnız onların əlindədir və onlar tərəfindən nəzarət olunur. Bir də öz şəkillərinə imza kimi söyüşdən və kobud ifadələrdən istifadə, layk toplamaq üzrə heç kimə lazım olmayan mənasız yarışların təşkilini qeyd etmək lazımdır.Xalq arasında boş yerə demirlər ki, insanın adı onun haqqında çox şey deyir. Qıjılar sosial şəbəkələrdə qeydiyyat zamanı öz əsl adlarını göstərmirlər, bunun əvəzinə onlar xasiyyətlərini təsvir edən, “zəngin” daxili dünyalarını, davranışlarının xüsusiyyətlərini, fəaliyyət sahələri, maraqları, prioritetləri, nüfuzları, həyati dəyərləri, həmçinin olmayan şəxsi keyfiyyətlərini əks etdirən ifadələr seçirlər. Düşündürən, bəzən çox kəskin niklər sosial şəbəkələri bürüyür və onların altında gizlənən “qızıl gəncliyin”, yəni qıjıların nümayəndələrinin “orijinallığından” xəbər verir.Sonda qeyd etmək istəyirik ki, hər bir insan “qıjı” anlayışında öz düşüncələrini əks etdirir. Cəmiyyətimizdə nə qədər insan varsa, bir o qədər də müxtəlif rəylər mövcuddur.
| ['qıjılar'] |
12 | https://kayzen.az/blog/gender/29026/erk%C9%99n-nikaha-daxil-olan-qad%C4%B1nlar-v%C9%99-onlar%C4%B1n-d%C3%BCnyaya-g%C9%99tirdiyi-k%C3%B6rp%C9%99l%C9%99rin-psixofizioloji-x%C9%99rit%C9%99si.html | Erkən nikaha daxil olan qadınlar və onların dünyaya gətirdiyi körpələrin psixofizioloji xəritəsi | nigarm | Gender-Cinslərin fəlsəfəsi | 29 okyabr 2023, 02:04 |
Uşaq evlilikləri, on səkkiz yaşından əvvəl, uşaqların evlənmək və uşaq sahibi olmaq üçün fiziki və psixoloji məsuliyyət daşımağa hazır olmadan əvvəl baş verən evliliklərdir. İnkişaf etməkdə olan ölkələrdə olduqca geniş yayılmış olan uşaq evlilikləri, Azərbaycanda da əhəmiyyətli bir problem olaraq qalmağa davam edir. Bu araşdırmanın məqsədi qız uşaqlarının evlənməsinin yayılması, səbəbləri və ən əsası bunun psixoloji nəticələrini araşdırmaqdır. Erkən yaşda ailə quran qızlar bir çox fiziki və psixoloji problemlərlə üzləşirlər. Evliliyində fiziki və cinsi zorakılığa məruz qalır və onu narahat edən bir çox mövzuda fikir bildirməsinə icazə verilmir. Bu vəziyyətin qadınların cəmiyyətdəki qeyri -bərabər mövqelərini gücləndirdiyi və qadınları baxımsızlıq və sui-istifadə halına saldığı düşünülür. Statistika.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli, 2583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Statistika Komitəsi 2010-cu ilin oktyabr ayında ölkə ərazisində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə keçirmişdir.Müayinə 2009-cu ildə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən erkən nikaha daxil olma və rəsmi nikahdan kənar doğum halları qeyd olunan ev təsərrüfatlarında aparılmış və sorğu ilə 50 yaşadək 19711 qadın əhatə olunmuşdur. Sorğu olunan qadınların 37 faizi 18 yaşa çatmamış, 29 faizi 18-19 yaşlarında, 25 faizi 20-24 yaşlarında, 6 faizi 25-29 yaşlarında, 3 faizi isə 30 yaşdan yuxarı nikaha daxil olmuşlar. Erkən yaşda ərə gedən qadınların təxminən üçdə biri 2009-cu ildə, qalanları isə əvvəlki illərdə nikaha daxil olmuşlar.Erkən yaşda ailə qurmuş qadınların 39 faizi şəhər, 61 faizi kənd sakinləridir. 18 yaşınadək ərə gedən qadınların 37 faizi öz istəyi ilə, 26 faizi valideynlərinin təzyiqi altında, 11 faizi ailənin maddi vəziyyətinin çətin olduğundan, 8 faizi ərinin maddi cəhətdən imkanlı olmasına görə, 6 faizi qaçırıldığına, 2 faizi hamilə olduğuna görə, qalan 10 faizi isə digər səbəblərdən erkən nikaha daxil olmuşlar.
Səbəblər üzrə erkən nikaha daxil olma halları şəhər yerlərində ərinin maddi cəhətdən imkanlı olmasına və hamilə olduğuna görə, digər səbəblərdən isə kənd yerlərində üstünlük təşkil etmişdir.
Nikaha daxil olmaqla bağlı Azərbaycan Respublikası qanunu
Nikahın bağlanması və nikaha xitam verilməsi
3-cü fəsil
Nikahın bağlanma qaydası və şərtləri
Maddə 9. Nikahın bağlanma qaydası
9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.
9.2. Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər.
9.3. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.
9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.
9.5. Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.Maddə 10. Nikahın yaşı
10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.
10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. [3]Erkən nikahın özü ilə gətirdiyi fizioloji problemlər.
Qızların erkən evlənməsinin nəticələrindən biri də fiziki xəstəliklərdir. Vücudları hamiləlik və doğuş stresini idarə edəcək qədər yetkin olmayan qızlar üçün hamiləlik və doğuş həm ana, həm də körpə üçün təhlükə yaradır. Uşaq evliliklərinin, HİV, uşaqlıq boynu xərçəngi, malyariya, arzuolunmaz və yüksək riskli hamiləlik, ana və/və ya körpənin hamiləlik dövründə ölümü və doğum fistülü kimi müxtəlif xəstəliklər üçün risk faktorları olduğu ifadə edilir. Erkən evlilik həm də erkən analıq deməkdir, çünki gənc yaşda ərə gedən qızlar, evləndikdən dərhal sonra məhsuldarlığını sübut etməyə məcbur olurlar. Bundan əlavə, erkən evlilik qadınların daha çox uşaq sahibi olmasına səbəb olur. Erkən yaşda hamiləlik bir çox fiziki problem yaradır. Hamiləlikdən qaynaqlanan ölümlər dünyada 15-19 yaş arası qızların ölümünün əsas səbəbidir. Bu yaş qrupundakı qızların hamiləlik dövründə ölüm riski 20-24 yaş qrupuna nisbətən 20-200% arası daha yüksəkdir. Ölüm riskinə əlavə olaraq, erkən evlənən qadınların yetkin yaşda evlənən qadınlara nisbətən hamiləliyin ilk dövrlərində uşağın tələf olması, açılış, erkən doğum və anemiya riski daha yüksəkdir. Afrikada aparılan araşdırmalar, erkən evliliyin HİV riskini artırdığını bildirmişdir. Evli yeniyetmələrdə evlənməmiş, lakin cinsi əlaqədə olan həmyaşıdlarından 50% daha yüksək infeksiya var. HİV riskinin evli qadınlarda subay qadınlara nisbətən daha yüksək olması, daha tez -tez cinsi əlaqəyə girmələri, prezervativdən istifadə nisbətinin aşağı olması və ümumiyyətlə daha yaşlı və daha təcrübəli kişilərlə olması ilə izah olunur.Erkən evlilik qadınların və körpələrinin müxtəlif sağlamlıq problemləri yaşamasına yol açır. Gənc anaların yetkin analara nisbətən ölü doğum riski daha yüksəkdir. Bu vəziyyət əsasən anaların qidalanmaması ilə əlaqədardır və yeniyetmələrin uşaq sahibi olmağa və böyütməyə hazır olmadıqlarını göstərir. Erkən yaşda doğan anaların körpələrinin yetkin yaşda doğan anaların körpələrinə nisbətən daha az doğum ağırlığına sahib olduğu ifadə edilir. Eynilə, aparılan bir araşdırmada, 14-18 yaş arasında hamilə olan qız uşaqlarının yetkin hamilə qadınlara nisbətən daha az çəkili uşaqlar dünyaya gətirdiyi təyin edilib. Az çəkili körpələr normal çəkili körpələrdən 5-30 dəfə çox ölüm riski altındadır. 18 yaşından kiçik anaları olan körpələrdə də qidalanma və ölüm nisbəti anaları 18 yaşdan yuxarı olan uşaqlara nisbətən daha yüksəkdir. 14-19 yaş arası hamilə qızlarla aparılan bir araşdırmada, ən çox rast gəlinən problemin erkən doğum olduğu ifadə edilir. 14-19 yaş arası hamilə qadınların 21,6% -nin prenatal təqibə malik olmadığı və ya yetərli olmadığı, % 36,5-də anemiya (anemiya) müşahidə edildiyi bildirilir, anemiyanın yetkin hamilə qadınlara nisbətən yeniyetmə hamilə qadınlarda daha yüksək olduğunu bildirmişdir.Ailə-məişət zorakılığı
Tarixən bütün cəmiyyətlərdə və bütün ailələrdə müxtəlif formalarda zorakılıq hallarına təsadüf olunmuşdur. Ailə zorakılıqlarının tarixi köklərinə qədim əlyazma və səlnamələrdə, nağıllarda və dastanlarda təsadüf olunur. Şifahi xalq ədəbiyyatının bir çox janrlarında insanın insana qarşı zorakılıq hallarını təqdir edən misallara heç də az təsadüf olunmur. “Döyülməyən düyüdən aş olmaz”, “Vaxtında qızını döyməyən sonradan dizini döyər” və s. Misallar da ailə-məişət zorakılığı hallarının tarixən mövcudluğu təsdiqlənir. Hər il 25 noyabr tarixi bütün dünyada “Qadın zorakılığına qarşı mübarizə günü” kimi qeyd edilir.Yaşadığımız müasir sivil cəmiyyətdə ailə-məişət zorakılığı ciddi sosial problem kimi qalmaqdadır. Ailədə zorakılığa və şiddət hallarına əsasən qadınlar və uşaqlar məruz qalırlar. Zəmanəmizdə də kişilərin qadınlara qarşı zorakılığının fiziki, psixoloji-emosional, seksual və iqtisadi formaları geniş yayılmışdır. Ailə zorakılığının ən geniş yayılmış forması fiziki zorakılıqdır. Əksər kişilər ən kiçik, cüzi səbəblərdən belə, öz qadınlarına qarşı zorakılığa əl atır, buna onları təzyiq altında saxlamağın və qadın üzərində öz gücünü nümayiş etdirməyin təsirli vasitəsi kimi baxırlar. Döymə, zorlama, bıçaq yaraları, yanıqlar və s. Kimi dəhşətli və bağışlanmaz qəddar davranışlar ailə münasibətləri ilə bir araya sığmazdır. Cəmiyyətdə zorakılığın olması həmin cəmiyyətdə sağlam mənəvi-psixoloji iqlimin olmadığına və gender bərabərsizliyinin hökm sürdüyünə işarədir. Ailə-məişət zorakılığından yalnız döyülən qadın və döyən kişi əziyyət çəkmir, bu cür hadisələr ailənin digər yaşlı üzvlərinə və uşaqlara da sarsıdıcı təsir göstərir, onların psixoloji travma almasına səbəb olur. Öz arvadlarını döyən bir çox kişilərin aqressiv davranışının kökündə çoxsaylı səbəblər durur. Bunlardan ən başlıcası ailə tərbiyəsi işinin mənəvi əsaslar üzərində qurulmamasıdır. Kiçik yaşlarında öz ailələrində atalarının analarına qarşı belə zorakı səhnələri ilə qarşılaşdıqlarına görə bir çox gənclər belə halı vacib və yol verilən davranış forması kimi qəbul edir və sonralar, müstəqil ailəyə sahib olduqdan sonra belə davranışı imitasiya edirlər. Onlar belə hesab edirlər ki, qadın kişinin təbii üstünlüyü faktı ilə qeyd-şərtsiz razılaşmalıdır. Qadınlara qarşı zorakılığa rəvac verən sosial təzyiqlər, xüsusən, adət-ənənələr, milli stereotiplər yaşadıqca problemin həlli qeyri-mümkündür.Qadınların əksəriyyəti ailədə ərləri tərəfindən onlara qarşı yönəlmiş ilk şiddət və zorakılığı, adətən, bağışlayır və düşünürlər ki, bu sonuncu haldır və əri bir daha belə hala yol verməyəcəkdir. Ailədə uşaqların sayı artdıqca, vəziyyət daha da mürəkkəbləşir. Zorakılıq faktına liberal münasibət bəsləyən qadınların əksəriyyəti öz taleləri ilə barışaraq buna adət edirlər (“Kişi adamı döyər də, söyər də”). Belə qadınlar üçün aşağı özünüqiymətləndirmə və yaranmış vəziyyətdən çıxılmazlıqla barışmaq xarakterikdir. Aydındır ki, ailədə yaranan münaqişə və problemlərdən çıxış yolu heç də zorakı vasitələr ola bilməz. Çıxılmaz, böhranlı həddə çatmış vəziyyətdən sivil çıxış yolu qəddar tərəfdaşla birgə yaşayış yox, boşanma ola bilər. Qadına mütəmadi olaraq əl qaldıran kişi əslində öz xanımına qarşı sevgisini itirmiş bir şəxsdir, heç vaxt öz-özünə islah olunmayacaq, onun yenidən tərbiyəsi isə mümkün deyildir. Statistikaya görə, 2010-cu ildə Azərbaycanda 109, 2011-ci ildə isə 135 nəfər qadın ailə-məişət zorakılığının qurbanı olmuşdur.Psixoloqların qənaətinə görə, zorakılığın baş verdiyi hər bir konkret fakt ayrıca təhlil edilməlidir. Zorakılıq, heç şübhəsiz, xoşa-gəlməz bir qəbahətdir və bunun baş verməsində əksər hallarda hər iki cütlük günahkardır. Zorakı münasibət modeli normal ailə üçün heç vaxt norma hesab oluna bilməz.
Ailədə zorakılığın daha çox təsadüf olunan təzahür formalarından biri psixoloji–emosional zorakılıqdır. Psixoloji-emosional zorakılıq dedikdə, ailədə qadının kişi tərəfindən təcrid edilməsi və alçaldılması başa düşülür. Kişi daimi tənqid, təhqir, nifrət və alçaldıcı hərəkətləri ilə qadının sosial əlaqələrini və əhatəsini tədricən məhdudlaşdırır, ona qarşı kəskin qadağalar, öz valideynləri ilə görüşməsinə, telefonla əlaqə saxlamasına, ata-anasına baş çəkməsinə məhdudiyyətlər qoyur və ya tamamilə qadağan edir. Təcrid olunan qadın kənardan dəstək almaqdan məhrum olur və beləliklə, onun ünsiyyətə daxil olmaq məcburiyyətində qaldığı yeganə şəxs onu incidən əri olur. Kişilərin əksəriyyəti psixoloji zorakılığa aid edilən davranışlarına haqq qazandırır və bunları qadını “evə bağlamaq” vasitəsi kimi baxır, ona işləməyi qadağan edirlər. Adətən, belə kişilər anlamırlar ki, əslində onların belə qadağaları da zorakılığın bir forması, qadına qarşı qeyri-normal münasibətin təzahürüdür. Vaxtaşırı təkrarlanan zorakılıqlar nəticəsində qadın psixoloji işgəncə və sarsıntılarla üz-üzə qalır, stress və depressiyaya düşür, bəzən isə onun daha ciddi nəticələri suisid (özünəqəsd) cəhdlərinə sürükləyir.Ad dəyişir, rollar deyil.
Erkən evlilik ənənəsinin ən əhəmiyyətli nəticələrindən biri, uşaqların ailələrinin həyatını təkrar yaşamağı, yoxsulluq, baxımsızlıq və sui-istifadə dövrünün davam etməsidir. Kişilərin qərar verdikləri patriarxal cəmiyyətlərdə uşaq evliliyi ənənəsi nəsildən nəslə ötürülür və erkən yaşda evlənən analar uşaqlarının eyni taleyi yaşamasına mane ola bilmir. Erkən evliliklər nəticəsində uşaqlar uşaqkən uşaq böyüdürlər və bu həm ana, həm də uşağın rifahını riskə altına salır. Uşaq böyüməkdə təcrübəsi olmayan və təhsili olmayan gənc ananın uşağı da qidalanma və sağlamlığının pis olması riskini daşıyır. 18 yaşından kiçik anaları olan körpələr, erkən uşaqlıqda yetkin anaları olan körpələrə nisbətən müxtəlif problemləri daha çox yaşaya bilir. Ananın təhsili uşağın sağlamlığına və inkişafına əhəmiyyətli təsir göstərir. Erkən yaşda evlənən uşaqların daha çox məişət zorakılığı yaşaması və özünü daha çox tənha hiss etməsi depressiyaya səbəb ola bilər və bu anaların depressiyası uşağa da təsir edir. Unutmayaq ki, dilimizdə ancaq hormonal məsələlər ilə əlaqələndirilən depressiyaya Türkiyədə, əsasən Hakan Türkçapar və Ertuğrul Köroğlu tərəfindən “Çökmüşlük” emosiyası adı verilir. Emosiyalar özünə spesifik davranışlar ilə müşahidə olunur, bu davranışları təqlid əsasında həyatı və həyat hadisələrinə emosional, davranışçı, koqnitiv mənalar yükləyən övlad öz beyin qovluqlarına kopyalayır, kök inanc və aralıq inancları özündə cəmləşdirən sxemalar məhz bu öyrənilən davranışlar əsasında yaranır. Siz Qarabağı görməyən gənclərin o torpaqlar uğrundakı canfəşanlıq ilə döyüşdüyü səhnələri, şəhid Şahgündüz Cabbarovun polkovnikə “Mənim evim burda deyil Laçında – Oğuldərə kəndindədir!” ifadəsini niyə dediyini düşünürsünüz. Mənfi və ya müsbət, şəxsiyyət sosializasiyasına təsir edən mikro qrup olan, ilkin tərbiyə mühiti olan ailədəki əhval-ruhiyyə, emosiyalar “yoluxucudur”. Ananın stress cavabları uşağın sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Bətnində uşaq varkən zorakılığa məruz qalan körpələrin sağlamlığının daha pis olduğu və doğulduqda ölüm nisbətlərinin daha yüksək olduğu müşahidə edilmişdir. Erkən uşaqlıqda yaşanan problemlərə əlavə olaraq, körpələr böyüdükdə müxtəlif problemlərlə qarşılaşa bilərlər. Zorakılığa məruz qalan qadınların demək olar ki hamısı, uşaqlarının da zorakılığa məruz qaldığını və ya şahidi olduğunu bildirir. Şiddət müşayiəti ilə böyüyən uşaqlar, anaya qarşı fiziki şiddətinin şahidi olurlar ki, bu da uşağın emosional və zehni sağlamlığına və gələcək münasibətlərinə mənfi təsir göstərir. Post-travmatik stress pozuntusu, depressiya və təşvişli həyəcan pozuntuları kimi problemlərə əlavə olaraq, şiddətə şahid olan uşaqların sosial problemləri, aşağı özünə hörmət və günahkarlıq hissləri də mövcud olur. Bundan əlavə, şiddət mühitində böyüyən uşaqlar ailədə gördükləri təcavüzkar davranışları öz münasibətlərində sərgiləyir, özlərini ifadə etmək qabiliyyətləri azalır və sosial münasibətləri inkişaf etdirməkdə çətinlik çəkirlər. Erkən yaşda ailə quran qadınların yetkin yaşda evlənən qadınlara nisbətən daha çox şiddət yaşayarsa, uşaqlarının da oxşar problemlərlə qarşılaşma ehtimalı daha yüksəkdir. Sosial öyrənmə dediyimiz məsələ elə bir nəzəriyyədir ki, biz onun əsasında kimə gül, kimə güllə atacağımızla bağlı yanlış da olsa möhkəm inanclar formalaşdırırıq.Erkən nikaha daxil olan qadınların dünyaya gətirdikləri övladların həyata baxışı.
Bu barədə danışmaq həqiqətən çox məsuliyyətli bir işdir, lakin güman edirəm ki, cəmiyyətin həssaslıqla yanaşdığı uşaqların həyat nümunəsi ilə bəlkə də susan hansısa vicdanı dindirmək olar. Travma təkcə şəxsin travmatik təcrübəni özünün yaşaması ilə yaranan bir problem deyil, travmatik səhnələrə şahidlik etmək də travmanın yaranma səbəbi olaraq qeyd olunur. Boş yerə deyilmir bir atanın öz övladlarına ən böyük ərmağanı onların analarına göstərdiyi sevgidir.
Sevgi özü-özlüyündə bir terapiya olmasa da profilaktik bir duyğu olaraq böyük əhəmiyyət kəsb edir. Sevgi sağaltmır, çünki siz birini sevənə qədər o insan yaşadıqlarından öyrənir və bəzən sizin ona olan məhəbbətinizi də öz öyrəndikləri əsasında dəyərləndirir. “Bütün qadınlar aldadır”, “Bütün kişilər xəyanət edir” kimi genderlərə qarşı generalizə olmuş düşüncə xətaları ilə silahlanmış birinə siz istədiyiniz qədər məhəbbətinizin böyüklüyündən danışa və ya bunu əyani şəkildə nümayiş etdirə bilərsiniz, lakin sevgi bəzən eşitməyən birinə piano ifa etmək qədər yorucu və emosional yanma ilə müşahidə edilən bir proses ola bilər. Odur ki, sevgini daha çox profilaktika kimi qəbul etmək daha sağlam bir yanaşmadır fikrimcə, valideynlərin bir-birinə və övlada sevgisi övladının ən azından ailədaxili münasibətlərdə yaşanan konfliktlər fonunda inkişaf edən travmalardan qoruyur.Mən ailəmdən güllə atmağı öyrənmişəm, gül almağı deyil. Evdəki fiziki zorakılığın şahidi olmaq uşaqları və onların gələcəyinə ciddi şəkildə təsir edir. Təcavüz və şiddət kimi davranışlar mühitdən öyrənilir. Uşaq şiddətə məruz qaldıqda, eyni şiddəti, hətta daha çoxunu ətrafdakı insanlara tətbiq edir. Bir çox valideyn, uşağın şiddətdən təsirlənməyəcəyini və ya uşağın baş verənləri unudacağını düşünür. Lakin, uşaqlar unutmurlar. Bu da məlumdur ki, məişət zorakılığına məruz qalan uşaqlarda digər uşaqlara nisbətən daha çox emosional və davranış problemləri olur. Şiddət və təcavüz valideynləri modelləşdirərək öyrənilir. Burada keçmişdə Albert Bandura nəzəriyyəsi haqqında danışdığım məqaləmdəki “Bobo oyuncağı təcrübəsi”ni yenidən xatırlayaq: Sosial öyrənmə nəzəriyyəsi, öyrənməyə müşahidə ilə yanaşı zehni prosesləri də əlavə edərək radikal davranışçı yanaşmalardan fərqlənir. Bu baxımdan, Sosial Koqnitivizm Nəzəriyyəsi olaraq da adlandırılan bu nəzəriyyəni Bihevioral cərəyanın sonu, Koqnitiv yanaşmanın isə yüksəlişi arasındakı keçid də adlandıra bilərik.Sosial öyrənmənin empirik olaraq yoxlanması “Bobo oyuncağı eksperimenti” ilə 1961-63-cü illərdə aparılmışdı, bir şəxs oyuncağı o ki, var döymüş, sonra bunlar videoya çəkilmiş və uşaqlara izlədilmişdir. Daha sonra uşaqlar içində Bobonun da olduğu oyuncaqlarla dolu otağa gətirilmiş və davranışları izlənmişdir, uşaqların bir çoxu izlədikləri ssenari üzrə Bobonu döyməyə başlamışdılar.Münasibətlərdə şəxslərin ən yaxşı “Mən” ilə çıxış etmələrinin tərəfdarı olmağıma baxmayaraq bəzən insanlardan nələrisə tələb etməkdən çox onları anlamaq yolunda addımlar atmağın daha vacib olduğunun tərəfdarıyam. Belə ki, yarımbaşlığı da “Mən ailəmdən güllə atmağı öyrənmişəm, gül almağı deyil” olaraq təyin etdim. Psixoanalitik yanaşmadan qaçaraq baş verənləri hər kəsin anlayacağı formada, sosial öyrənmə nəzəriyyəsi ilə izah etməyə çalışdım. Bu nəzəriyyəyə görə biz: Mühitin təsirinə məruz qalır (Ailədə şiddət səhnələri), sonra bu hadisəni travma olaraq qavrayır, onu öyrənir və sonrakı həyatımızda tədbiq edirik. Bu təcrübə və öyrənilmişlik, rol modelinin kopyalanması bizim sonrakı həyat yolumuzda qurduğumuz münasibətlərdə özünü biruzə verir. Uşaqlar bizim dediyimiz yox etdiklərimizi təkrar edirlər. Beləliklə zamanla münasibətdə atasının modelinə nifrət edən övlad onun modelinin tətbiqi ilə məşğul olur əslində. Bunun fərqinə vardıqda daxili amillər öz işini görməyə başlayır. Belə ki, o özünü bu münasibətə layiq görmür və bu münasibətdən kənarda qalmaq üçün əlindən gələni edir. Uzaqlaşma cəhdləri, bəzən ailədən kənar romantik münasibətlər, şiddətdən yaranan travmatik təcrübənin yenilənməsini təmin edən yenidən şiddət, alkoqollu içkilərə bağlılıq. Bu travmatik təcrübənin yenidən yaşanmasına qorxu ilə yanaşan şəxsin əslində dayanmadan yenidən travmatik təcrübəni yaşamağı arasındakı paradoksda münasibətlərdə bütün ülvi duyğular öz yerini travmatik təcrübəni yaşayan şəxsin yaşatdığı travmalar və travmatik təcrübəni yaşayan şəxsin partnyorunun içində olduğu kor çarxa verir.Nəticə
Azərbaycanın hansısa bir dağ kəndində özünü nəvəsinin nazını çəkən bir baba, nənə olaraq təqdim edən yaşlıların əslində nəvələri və övladı üçün hazırladığı həyat xəritəsini sizə təqdim etdim. Heç bir cəmiyyətdə ağsaqqal sözü doğrulara gedən yol kimi görülməməli məsləhət olaraq dinlənilib, zəka süzgəcindən keçirilməlidir. Unutmayaq bir kimsənin bizdən öncə doğulması onu bizdən daha ağıllı edə bilmədiyi kimi, yaxınlarımızın sevgi haqqında düşüncələri də bizə zərərlə özünü biruzə verirsə bu o deməkdir ki, bəhsi keçən həmin sevgi sadəcə olaraq koqnitiv dissonansdan ibarətdir.Erkən nikah qadınların fiziki, zehni və emosional inkişafına və rifahına mənfi təsir göstərə biləcəyi üçün narahatlıq mənbəyi olaraq mövcud olmağa davam edir. Sosial baxımdan bu evliliklər qadınların cəmiyyətdəki qeyri -bərabər mövqelərini gücləndirir. Qadınları iqtisadi cəhətdən kişilərdən asılı vəziyyətə həbs edərək onların həm ictimai həyatdan faydalanmasını, həm də ictimai həyata töhfə verməsini maneə törədir. Yuxarıda qeyd olunan araşdırmaların nəticələrindən də başa düşüldüyü kimi, erkən evliliklər psixoloji bir təhlükə olaraq mövcud olmağa davam edir və sağlam nəsillərin yetişməsi önündə maneə olaraq qalır. Hələ uşaq ikən yaşlı bir kişinin həyat yoldaşı olmaqla ev işləri ilə bağlı məsuliyyətlər, uşaq dünyaya gətirmə təzyiqi, uşaq baxımı, bu qarışıqlıq içində hətta öz sağlamlığı sınanmağı bu işə din pərdəsi altında razılıq verənlərin din sevgisini, məhəbbət adı verənlərin hisslərinin həqiqiliyini şübhə altına salır. Çünki əsl sevgi ürəkdə fişəng partlayışı nəticəsində ortaya çıxmır və özünü gözlərdən ulduz, ürək çıxarmaq ilə göstərmir, özünə rəva görə bilmədiyin həyata sevdiyin insanı məhkum etməmək kimi elementar məsələlər ilə də sevgini nümayiş etdirmək olar.
| ['erkən evlilik', 'qadın', 'erkən yaşda ailə qurmağ', 'erkən yaşda nigah'] |
13 | https://kayzen.az/blog/Ad/29012/axmaqlar-bir-birini-c%C9%99lb-edir.html | Axmaqlar bir-birini cəlb edir | nigarm | Adını sən qoy! | 23 okyabr 2023, 21:48 |
Bu sözləri çox eşitmişik — “Kişilər ağıllı qadınları sevmir.” Nəsə boşluq var, düzdür? Bu cümlənin qarşısına “axmaq” və ya “uğursuz” (ing. “loser”) əlavə etdikdə, cümlə canlanır, məna qazanır, elə deyilmi..?! Məsələn, mən desəm ki, “Axmaq kişilər ağıllı qadınları sevmir” – bu cümlədə heç bir boşluq olmaz. Axı həqiqətən də ağıllı qadını sevməyən, axmaq qadınları, başıboşları üstün tutanlar özləri ən böyük axmaqdırlar. Və hörmətli axmaq kişilərin sırasında olanlar, sizə bir sirr açım: həqiqətən ağıllı olan qadın da “axmaq qadın ovunda olan” sizləri heç bir zaman özünə həyat yoldaşı və ya sevgili və hətta dost görməz. Yəni, qısası siz bu düşüncə ilə ancaq elə başıboşlara da layiqsiniz. Çox sərt oldu? Eybi yox, sizə bu da azdır. Həqiqətən ağıllı olan xanım, yanında güvənə biləcəyi, arxalana biləcəyi, qeybətdən uzaq, alçaqlıqlardan və boşboğazlıqdan uzaq əsl kişi görmək istəyir və gec və ya tez istədiyi insanı yanında tapır. Düzü bəzən ümid itirib, axmaqlarda “çarə” tapanlar da olur təəssüf ki. Yaxşı, gəlin bir az xırdalayım. Niyə ağıllı qadın sevməyən kişilərə qarşı belə sərtəm, niyə onlar axmaqdırlar?! Hər şeyi bir kənara qoyub, fikirləşmirlər ki, bu xanımlar ana olacaqlar, əgər xanımım başıboşdursa, qul xasiyyətlidirsə və mən onun ağasıyamsa, sabah uşaqlarım da, cahil, bədbəxt və başıboş olacaqlar. Necə bir yapon atalar sözündə deyilir: “Kölə ana kölə övlad böyüdər”… Düşünmür ki, sabah mənim ailə dəyərələrim olmayacaq, mən xanımımın ağzını açmasından qorxacağam, məclislərdə onunla fəxr etməyəcəyəm.Axmaq axı belə dərin fikirləşə bilməz… Axmaq kişi qadını ilə fəxr etmək istəməz, bundan qorxar, çünki qadını ilə fəxr elədikcə, özü kiçiləcək, özü kiçikdir, mikroskopikdir, görünmür, qorxur. Axmaq kişi, ağıllı qadının istəklərindən qorxar, qadının öz dəyərini bilməyindən, haqqlı tələblərindən qorxar, axı o luzerdir, həyatı ancaq şikayətlə keçir, axı o bacarıqsızdır. O bir şeyi dərk edir ki, axmaq qadını ələ almaq, onu süründürmək, kölə, itaətkar qul etmək asandır və belə etməklə, o özü eqosundakı boşluqları doldura bilər. Bədbəxt varlıqlarsınız – axmaq qadın və kişilər… Xülasə, çox sizi yormayım… Nəticə ondan ibarətdir ki, ancaq axmaq və luzerlər özləri kimilərini cəlb edirlər və özləri kimilər tərəfindən cəlb edilirlər. Bütün kişilərin adına bunu yazmayın. Ağıllı, özünəgüvənən kişilər ağıllı qadınları sevir. Çünki, ən azından ağılsızları özlərinə layiq bilmirlər. Sevəndə də keyfiyyətli sevin, dəyərinizə dəyər qatan insanlarla sağlam ailə qurun… Sağlam gələcəyimiz naminə.
| ['sevgi', 'yanlış seçim', 'yanlış', 'ağıllı qadın', 'ağıllı kişilər', 'kişilər hansı qadınları tərk edir', 'kişilər'] |
14 | https://kayzen.az/blog/psixologiya/28996/bunlar%C4%B1-ed%C9%99r%C9%99k-%C3%B6z%C3%BCn%C3%BCz%C3%BC-b%C9%99db%C9%99xt-etm%C9%99yin_2.html | Bunları edərək özünüzü bədbəxt etməyin! | nigarm | Psixologiya | 23 okyabr 2023, 20:56 |
Gəlin, bu gündən yeni həyata başlayaq. Deyirlər ki, keçmişə qayıdaraq ötüb-keçənləri dəyişmək imtiyazı heç kəsə verilməmişdir. Amma hər birimiz aqibətimizi xeyirli və uğurlu edəcək yeni başlanğıc nöqtəsini seçə bilərik. Bunun üçün bəzi şeyləri həyatımızdan kənarlaşdırmalıyıq.Sizə uyğun gəlməyən insanlara vaxtınızı sərf etməyin
Həyat çox qısadır. Enerjinizi tükədən, mənfəətləri üçün sizi istifadə edən insanlara ömrünüzü sərf etməyə dəyərmi?! Kimsə sizi öz həyatında dəyərli biri kimi hesab edirsə, rahatlığınızı təmin edəcək hər bir şeyi edəcək. Daha kiminsə həyatında yer tutmağa bu qədər can atmağa ehtiyac qalmayacaq. Dəyərinizi aşağı salan, işinə yaramadıqda sizi alçaldıb, ehtiyac duyduqda üzr istəyərək yaltaqlanan insanlardan uzaq durun.Sizi əhatə edən problemlərdən qaçmayın
Problemlə qarşılaşdıqda qaçmayın. Əksinə, onunla üz-üzə gəlin. Bilirəm, bu heç də asan deyil. Cəld reaksiya verərək çətinliyi həll etmək iqtidarında deyilik. Çox vaxt çətinlik və problemlə qarşılaşdıqda kədərlənir, kədər hiss edir, depressiyaya düşürük. Həyatın bir mənası da məhz budur. Problemlə üzləşdikdə çıxış yolunu öyrənir, daxili potensialımızı kəşf edirik. Bizi insan kimi formalaşdıranda məhz də budur.Özünüzü aldatmayın
Siz hamını aldada bilər, kimə gəldi yalan danışa bilərsiniz. Belə etməklə cəmiyyətlə olan əlaqələrinizi korlayırsınız. Özünüzə də yalan danışa bilərsiniz. Bu zaman özünüzlə olan əlaqəni pozub, şəxsiyətinizə olan inamınızı itirəcəksiniz. Uğur bəzən risk etməyi tələb edir. Gəlin özümüzə qarşı səmimi olaq. Hər şeyi olduğu kimi qəbul edək.Ehtiyaclarınızı arxa plana atmayın
Bəzən özümüzü unudur, ətraf mühitə bağlanır, başqalarının yaşaması, hədəflərinə çatması üçün varlığımızı qurban veririk. Bəs bizə kim yardımçı olacaq?! Başqalarını düşünməzdən əvvəl özünüzü düşünün! Özünüzə çarə etməsəniz, ehtiyaclarınızı ödəməsəniz bir gün bu cəmiyyət sizdən öz ehtiyacını ödəmək üçün istifadə edəcəkdir.Özünüzü ona-buna oxşatmağa çalışmayın
Ən çətin məsələlərdən biri də özün olmaqdan qaçmaq, başqasına oxşamağa çalışmaqdır. Bu həyatda kimsə ağıllı, kimsə gözəl, kimsə varlı, kimsə xoşbəxt ola bilər. Amma heç kəs SİZ ola bilməz. Olduğunuz kimi olub, görsənməyə çalışsanız cəmiyyətdə riyakar kimi yer tutmayacaqsız, hamı sizi oldğunuz kimi qəbul edib, sizi sevəcək.Keçmişdən yapışıb durmayın
Keçmiş səhifələri oxumağa vaxt sərf edərkən, həyatın yeni səhifəsini açıb oxuya bilməyəcəksiniz.Səhv etməkdən qorxmayın
Səhv etmək ehtimalı hər zaman var. Bəzən səhv edəcəyimizdən qorxub çox mühüm bir işi icra etmirik. Səhv etməmək hədəf sayılmamalıdır. Yaxşı bir iş görmək istəyiriksə, uğursuzluqla da qarşılaşa bilərik, səhv etməklə də. Hər nə gəldi edib doğru yolu tapmaq mümkün deyil. Odur ki, doğru və məqbul hesab edilmiş cəhdləri yerinə yetirmək lazımdır. Əgər uyğun gəlməsə, başqa variantlardan istifadə etməliyik. Qapının qıfılı yalnız bir açarla açılır. Sözsüz ki, birinci addımdan qıfıla uyğun açarı sala bilməməyimiz normal qarşılanmalıdır.Keçmiş səhvlərə görə özünüzü söyməyin
Yanlış adamı sevmiş ola bilərik, bunun üçün yas tutub ağlamağa gərək yoxdur. Düzdür, hər şey yolunda getməyə bilər. Öyrəndiklərimizdən düzgün nəticə çıxara bilməliyik. Qaranlıqdan şikayət edənə qədər, durub bir şam yandırmaq ən ağıllı yoldur.Xoşbəxt olmaq üçün onu-bunu axtarmağa çalışmayın
Özünüzdən, şəxsiyyətinizdən, cəmiyyətdə tutduğunuz mövqedən narazısınısa başqası ilə tanış olmaq həyatınızda dəyişiklik yaratmayacaq. Necə deyərlər, özünüzə söz keçirə bilmirsinizsə başqasının yardımı sizə toxuna bilməz.Boş-bekar gəzmək və veyillənməkdən uzaq durun
Çox fikrə, düşüncəyə qapılmaq bəzən qaşınmayan yerdən qan çıxartmağa bənzəyir. Məsələyə obyektiv baxış keçirin. Situasiyaya olduğu kimi qiymət verin. Qərar verməyi öyrənin. O yerdə ki, müqavimət göstərmirsiz, siz nəyisə dəyişə bilməzsiz. Yazıb-oxumağı bacarmadan bir kitabı ələ alıb oxumaq olmur.Hazır olmadığınız barədə düşüncəni kənarlaşdırın.
Bir işlə qarşılaşdıqda onsuz da heç kəs özünü tam hazır hiss etmir. Ciddi imkanların əksəriyyəti bizi rahatlıq dairəmizdən çıxarır. Bir şeyi əldə etmək üçün çətinliyə qapılmaq bu yolun tərkib hissəsidir.Düzgün olmayan münasibət qurmayın
Münasibəti ağılla qurmaq lazımdır. Seçim etməkdə tələsmək ağılsızlıqdır. Bir insan özünü hazır bildikdən sonra sevgini yaşamalıdır. İndiki insanlar özlərini tək və yalnız hiss etdikdə sevgi axtarırlar.Keçmişdə uğursuzluqla qarşılaşmısınız deyə, yeni imkanlardan qaçmayın
Rastınıza çıxan hər bir kəsin hədəfi vardır. Kimisi sizi yoxlayacaq, kimisi sizdən istifadə edəcək, kimisi başınıza ağıl qoyacaq. Amma elə şəxslər də olacaq ki, sizdə olan yaxşını kəşf edərək üzə çıxaracaqlar.Camaatla rəqabətə girməkdən əl çəkin
Başqaları sizdən daha peşəkar və bəxtəvərdir deyə məyus olmayın. Diqqətinizi şəxsi təkamülünüz üzərində cəm edin. Özünüzlə rəqabətə girməyə çalışın.Paxıllıq etməyin
Paxıllıq — başqalarının malik olduqlarını əlinizdə olanlarla müqayisə edib, hesab-kitab aparmağınızdır. Bir özünüzə sual verin: “Məndə başqasına lazım olan nə var?”Şikayət etməyi tərgidin və özünüzə yazığınız gəlməsin
Bəzən “Həyat üzümüzə gülmədi, bizimki gətirmədi!” deyə fəryad edir, özümüzə lənət yağdırırıq. Bu bizi inkişafdan saxlayır. Amma dünənkinə nisbətən bu gün daha da inkişaf etdiyimizi düşünsək, üzümüz güləcəkdir. Dünənki səhvləri anlayırıqsa, bu, daha çox təcrübə toplamış olduğumuzun nəticəsidir.Küsülülüyə son verin
Qəlbinizdə kin və nifrətlə yaşamağa çalışmayın. Nəticədə siz, nifrət etdiyiniz insanlara deyil, özünüzə zərbə vurmuş olacaqsınız. Bağışlamaq “Sizin başıma gətirdikləriniz məni məmnun edir.” – demək deyil. Bağışlamaq “Başıma gətirdiklərinizin xoşbəxt olmağıma maneə törətməsinə heç vaxt icazə verməyəcəyəm!” deməkdir. Əfv etmək özünü azad etmək, aramlıq tapmaqdır. Unutmayın ki, təkcə başqalarını deyil, özünüzü də bağışlamağı öyrənməlisiz.Başqalarının sizi alçaltmasına icazə verməyin
İnsan özünə dəyər verməli, hörmətini aradan aparacaq şeylərdən çəkinməlidir. Unutmayın ki, eyiblərinizi anlatmaqdan çəkinmədikcə insanlar özlərini sizdən üstün tutacaq, yeri gəldi-gəlmədi nəsihət verəcək, başınıza vuracaqlar.Camaata nəyisə izah etməkdən çəkinin
Dostlarınızın buna ehtiyacı yoxdur, düşmənlərinizin də vecinə deyil. Düzgün hesab etdiyinizi həyatı keçirin.Xırdalıqları gözdən qaçırmayın
Bəzən bizə “əşi, çox xırdaçılığa getmə” deyirlər. Biz də xırdaçılığa fikir vermirik və bir də ayılırıq ki, sən demə, gözdən qaçırtdığımız kiçik şeylər böyük olub. Bəzən həyatda kiçik hesab edilən şeylər böyük şeylərə imza atır. Məsələn, kiçik bir təbəssüm bir insanın həyatını dəyişdirə bilər. Hər şeyi ideal etmək cəhdlərini ağlınızdan çıxarın
Real dünya hər şeyi fövqəladə yerinə yetirəni deyil, hədəfləri üzərində çalışan kəsləri mükafatlandırır.Müqavimət göstərməyəcəyiniz yolla getməyin
Hər kəs uğura sadə yollarla çatmaq istəyir. Unikal insanların həyatına baxdıqda isə bunun əksini görürük. Qızılgül dərmək, onu qoxulamaq istəyən, onun tikanlarını da nəzərə almalıdır. Çətin və keşməkeşli yollar keçmədən zirvəyə çatmaq olmur.Özünüzü xoşbəxt göstərməyə çalışmayın
Siz hər zaman güclü ola bilməzsiniz. Ara-sıra məğlubiyyət yaşamadan qələbənin dadını bilmək olmur. Ətrafdakıların nə düşünəcəyi sizi narahat etməsin. Körpə vaxtı ayaq üstə durub gəzənə qədər o qədər yıxılmısız ki. Məgər bu “uğursuzluğunuz” məsxərə kimi qəbul edilməlidir? Necə varsızsa o cür də olun.Uğursuzluqla üzləşdikdə ətrafdakıları günahlandırmayın
Problemlərlə üzləşdikdə başqalarını günahlandırmayın. Arzulara çatmağınız sizin məsuliyyət və diqqətinizdən asılıdır. Başqalarını günahlandırdığınız zaman məsuliyyətdən qaçmış olur, başqalarının sizə hakim kəsilməsinə səbəb olursuz.Hamı üçün hamı olmağa çalışmayın
Bu mümkün deyil, nəticədə özünüzü yandırmış olacaq və ümidsizliyə qapılacaqsız. Amma bir nəfərə sevinc bəxş etməklə bütün dünyanı sevincə qərq etmək mümkündür. Bütün dünyanı olmasa da, bir nəfərin dünyasına nəsə bəxş edə bilərsiz.Dəqiqə-başı narahatlıq keçirməyin
Narahatlıq keçirtmək sizi sabahkı çətinlikdən qurtara bilməyəcək, bu günkü sevinciniz də kül olacaqdır. Belə bir narahatlıq keçirtdikdə özünüzə sual verin:“Üç ildən sonra bu məsələ mənim üçün zəruri olacaqmı? Bəs üç il? Beş il?”Cavab “yox!” olsa, o zaman narahatlığa əsas yoxdur.Arzulamadığınız şeylərin üzərində çox durmayın
Nə istəyirsizsə ona daha çox diqqət ayırın. Pozitiv təfəkkür böyük uğurların açarıdır. Yuxudan ayılarkən həyatınızda nəsə gözəl bir şeyin baş verəcəyi barədə düşünsəz, bu, gec-tez sizin başınıza gələcəkdir və anlayacaqsız ki, düz fikirləşmişdiz.Naşükür olmayın
İşlərinizin pis və ya yaxşı olmasından asılı olmayaraq hər gün şükr edin. Əlinizdən çıxanlara heyfslənməyin. Əlinizdə olanlardan məmnun olun. Unutmayın ki, bu gün sizin malik olduqlarınız başqasında yoxdur. Əlinizdən çıxsa nə edərsiz?
| ['bədbin', 'stimul', 'ruhlanmaq', 'stimullaşdırıcı', 'psixologiya'] |
15 | https://kayzen.az/blog/ekologiya/28891/ekoloji-%C3%A7irkl%C9%99nm%C9%99-v%C9%99-b%C9%99dbinik.html | Ekoloji çirklənmə və bədbinik | nigarm | Ekologiya | 22 sentyabr 2023, 19:40 |
Çirkli hava, bədbinliyin əsas səbəblərindən biridir. Araşdırmalara görə, ekoloji çirkliliklə bədbinlik arasında əlaqə var.Kanadalı tədqiqatçılar havanın çirkliliyi və insanların bədbəxtliyi arasında əlaqə olduğunu kəşf ediblər. Onların verdiyi məlumatlara görə, ekoloji çirklilik bədbəxtliyə səbəb olur. Hətta əksinə də olur: bədbəxt insanların yaşadığı ölkələrdə ekoloji çirklilik artır.Kanadalı tədqiqatçılar havanın çirkli olması ilə insanların xoşbəxtliyi arasındakı əlaqəni araşdırmaq üçün 14 Avropa ölkəsinə səyahət ediblər. Tədqiqatçılar Belçika, Danimarka, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Lüksemburq, İspaniya, Hollandiya, Portuqaliya, Rumıniya, Rusiya və İngiltərədəki ekoloji çirkliliyin qeyd edilmiş məlumatlarını araşdırıblar.Ekoloji çirkliliyin əsas səbəbi olan fosil tərkibli yanacağın işlənməsi və adam başına düşən karbon ifrazı analiz edilib. Anketlərin nəticələrinə görə aşkar edilib ki, vətəndaşların xoşbəxtliyi verdikləri məlumatlarla sıx bağlıdır.Nəticələr hansı ekoloji çirklilik səviyyəsinin bədbəxtliyə yol açdığını və ya tam tərsinə, daha az çirklilik üçün ediləcək cəhdlərin xoşbəxtliyə necə təsir edəcəyini göstərməli idi. Daha təmiz havanın avropalıları və dünyanın digər yerlərində yaşayan insanları daha xoşbəxt edəcəyi gözlənilir.Ekoloji çirklənmənin qarşısını almaq bizim öz əlimizdədir. Bir neçə mərhələdə səbəb olduğumuz ekoloji çirkliliyi azalda bilərik. Çünki bu, bizim sağlamlığımız üçün çox önəmlidir. Havanı bu hala saldığımız kimi onu əvvəlki təmiz halına salmaq da bizim əlimizdədir. Ekoloji çirkliliyi azaltmaq təbiətin qorunmasının əsas mərhələlərindən biridir.Edəcəyimiz hər bir dəyişikliklər böyük fərq yarada bilər. Əgər bu dəyişikliyi hər kəs edərsə, böyük miqyaslı uğur əldə edilər. Bunun üçün məsuliyyətimizi dərk etməli və aşağıdakılara hər birimiz ayrı-ayrılıqda riayət etməliyik. Evdə enerjidən az istifadə edin. Lazım olmadığı təqdirdə elektrik və digər avadanlıqlarınızı yanılı saxlamayın. Müxtəlif işıqlandırıcılar yerinə sadə və az enerji sərf edən işıqlardan istifadə edin.İsitmə və soyutma sisteminizə diqqət edin. Məcbur olmadıqca onlardan istifadə etməyin və evdə olmadığınız zamanlarda az dərəcəyə qoyun. Evin isitmə sisteminin yaxşı olmasına diqqət edin və isti su borularını daim yoxlayın. İsitmə sistemi açıq olduğu zaman pəncərə və qapının açıq olmamasına diqqət edin. Bu sistemlərin daha uzun müddət işləməsi üçün daim illik yoxlanışlarını edin və filtirlərini təmiz saxlayın.Tullantıları evdə saxlamayın. Tullantılar atmosferi zərərli qazlarla zənginləşdirir. Tullantıları xüsusi ayrılmış qablara atın (şüşəni şüşə, kağızı kağız qutusuna və s.).Maşından istifadəni azaldın. Eyni yerə gedən insanlarla yol yoldaşı olun və mümkün olduğu dərəcədə sərnişin daşıma nəqliyyatından istifadə edin. Az məsafəli yerlərə piyada gedin. Hər yerə maşınla getməsəniz, illik xərclədiyiniz məbləğin də bir çox hissəsi cibinizdə qalacaq və maşının daha gec xarab olmasına səbəb olacaqsınız. Benzin alarkən isə günün sərin vaxtlarından istifadə edin. Çünki bu vaxt benzin buxarı atmosferə qarışmaz.Yanacaqlardan istifadə edərkən ehtiyatlı və qənaətcil olun. Maşınları sürətlə sürməkdən, onları həddən artıq yükləməkdən çəkinin. Küçədə gəzərkən əlinizdəki tullantıları hara gəldi atmayın və öz ərazinizi təmiz saxlayın. Unutmayın ki, hər kəs öz ərazisini təmiz saxlasa, dolayı yolla bütün ölkə təmiz olar və bunu bütün ölkələr tətbiq etsə, həm dünyamız, həm də ekologiyamız təmiz olar.Sağlamlığımız və gələcəyimiz öz əlimizdədir. O zaman hansı haqla bunu korlayırıq? Bu barədə düşünməli və gələcəyimizi müsbət yöndə dəyişdirməliyik.
| ['ekoloji problemlər', 'ekoloji tarazlıq', 'ekologiya', 'ekoloji dəyişikliklər', 'ekoloji çirklənmə'] |
16 | https://kayzen.az/blog/Bilirsinizmi/28893/q%C4%B1z-qalas%C4%B1-neft-emal%C4%B1-%C3%BC%C3%A7%C3%BCn-q%C9%99dim-rektifikasiya-q%C3%BCll%C9%99sidir.html | Qız qalası neft emalı üçün qədim rektifikasiya qülləsidir | nigarm | Bilirsinizmi? | 22 sentyabr 2023, 19:23 |
Azərbaycanın paytaxtı — Bakı şəhəri. İçəri şəhər adlanan tarixi mərkəzin şərq hissəsində mühəndis dühasının möcüzəsi və tarixin açılmamış sirri – Qız qalası yüksəlir.Qız qalası Azərbaycan ərazisindəki ən qədim tarixi abidələrdən biridir. Onun tikilməsinin dəqiq tarixi, memarı, eləcə də təyinatı bu günədək sirr olaraq qalıb. Bir çoxları onun sirrini açmağa çalışıblar, müxtəlif fərziyyələr irəli sürüblər. Bəziləri məntiq və sağlam düşüncəyə əsaslanıb, digərləri texniki biliklərin olmamasından din və ezoterika istiqamətinə yönəliblər. Hazırda səsləndirilən fərziyyələr — rəsədxana, müdafiə qalası, siqnal qülləsi, dini məbəd, su quyusu və s. – ciddi tənqidə tab gətirmir və Qız qalasının memarlıq xüsusiyyətlərini izah etmirlər.1960-cı illərin bərpasınadək Qız qalası mərtəbələr arasında arakəsmələr olmayan, hündürlüyü 28 metr, diametri 16-16.5 metr, divarların qalınlığı aşağı hissədə 5 metr, üst hissədə 4 metr olan tikili olub.Birinci mərtəbənin diametri 6.25 metr, hündürlüyü 3 metrdən çox, sonuncu mərtəbənin diametri 7 metr, hündürlüyü 2.5 metrdir. Qalanın cənub-şərq divarının altında diametri 0.7 metr, dərinliyi 21 metr olan quyu var. Qala divarlarının içində diametri 30 sm, hər mərtəbədən girişi olan və üst mərtəbələrdən alt mərtəbəyə yönəlmiş saxsı boru var.Qalanın içində onu 8 mərtəbəyə bölən, eni 80 sm-dək olan dairəvi çıxıntılar var idi. Qalanın dəniz istiqamətinə maililiyi var.Qalaya bitişik «kontrfors» deyilən tikili və 2 nisbətən kiçik olan qüllə var. Qalanın girişi binanın 3-cü mərtəbəsi səviyyəsindədir. Qalanın çöl tərəfində taxta platforma olub. Qalanın ətrafında 10-dan çox müxtəlif dərinliyi olan quyular qazılıb.Antik dövrün abidələrinin bir çoxunun texniki təyinatlı olmasını təxmin edirdim. Qız qalasının təyinatını müəyyən etmək məqsədilə tədqiqat keçirməyə, onun müasir analoqunu tapmağa çalışdım. Açıq mənbələrdəki məlumatlarla tanış oldum, Qız qalasına və ətrafdakı tikililərə baxış keçirdik, tarixçi və neft-kimya mütəxəssislərilə fikir mübadiləsi apardım.Tədqiqat nəticəsində ortaya çıxan dəlillər Qız qalasının ilkin neft emalı üçün tikilmiş qədim rektifikasiya qülləsi olmasını iddia etməyə əsas verir.Xüsusi qeyd etmək istəyirəm ki, söhbət krekinqdən yox, neftin ilkin emalı prosesinin primitiv həyata keçirilməsindən gedir.
* Çox komponentli mayenin yekcins məhlullara ayrılması prosesinə rektifikasiya deyilir. Bu proses komponentlərin eyni temperaturda müxtəlif uçuculuq qabiliyyətinə malik olmalarına əsaslanır. Rektifikasiya zamanı məhlul çox saylı buxarlanma nəticəsində onu təşkil edən komponentlərə ayrılır.* Rektifikasiya qülləsi distillə və rektifikasiya, buxar və maye arasında istilik ötürmə proseslərində istifadə edilir. Rektifikasiya iş prinsipi müasir neft emalı qülləsində, neft-kimya, kimya, qaz və sair sənaye qurğularında istifadə edilir.Öz fərziyyəmə əsaslanaraq Qız qalası ilə bağlı yaranan suallara hazırladığım cavabları sizə təqdim edirəm:1. Nəyə görə 1-ci mərtəbənin girişi olmayıb? Qalanın hazırki girişinin altındakı quyuya çıxan dəlik nə üçündür? Quyudan niyə 1-ci mərtəbəyə çıxış var? — Birinci mərtəbədə neftin fraksiyalara bölünməsi nəticəsində mazut yığılıb və qalanın yanındakı quyuya axıdılıb. Qalanın daxilinə qaynar buxar birinci mərtəbədən daxil olub. Rektifikasiya prosesində tam emal edilməyən artıq neft 1-ci mərtəbədəki dəlik vasitəsilə quyuya axıdılıb.2. Arxeoloji qazıntılar zamanı qalanın birinci mərtəbəsinin yarıyadək daşlarla doldurulduğu məlum oldu. Bu nə üçündür? — Həmin daşlar neftin bərabər səviyyədə qızdırılması üçündür.3. Qız qalasına qaynar buxar haradan gəlib? — Qalanın yanındakı “hamam” sayılan tikililər sobalar olub. Həmin “hamamın” quruluşu — su və kanalizasiya xəttlərinin olmaması, divarlarda diametri 100 mm olan saxsı boruların olması, hamamlarda rast gəlinən qalın his qatı bunun sübutu ola bilər. Həmin sobalar təbii qazla və mazutla işləyib. Balaxanı “qum hamamında” taplan daşlaşmış mazut parçası bunu sübut edir. 4. Hər mərtəbəyə çıxmaqla üst mərtəbədən alt mərtəbəyədək çəkilmiş saxsı boru nə üçündür? — Bu boru mayenin artığını üst mərtəbələrdən alt mərtəbələrə ötürmək üçündür. 5. “Su quyusu” deyilən quyunun 12 metr dərinlikdən başlayaraq 3-cü mərtəbəyədək qalxması nə üçündür? — Əslində bu su quyusu deyil, nefti qalanın içinə çıxarmaq üçündür, müasir rektifikasiya qülləsindəki kimi, Qız qalasında da neft qalanın orta hissəsinə verilib.6. Diametri 70 sm, dərinliyi 21 metr olan quyudan neft çıxarmaq olarmı? — 1848-ci ildə Bibi Heybət neft yatağnda qazılmış, dərinliyi 21 metr, diametri 60 sm olan quyudan neft çıxarılmışdır. Bu fakt onu göstərir ki, quyunun dərinliyi neft çıxarmaq üçün kifayət edirdi.7. Neft 3-cü mərtəbə səviyyəsinə necə qalxırdı? — Qədim neftçilər qazma qurğuları (bur) vasitəsilə quyular qazırdılar. Qazma vasitələrinin istifadə edilməsini quyuların divarlarındakı dairəvi izlər təsdiq edir. Təzyiq altında olan neft borularla 3-cü mərtəbəyədək qalxırdı.
8. Mərtəbələrin arasının açıq olması, eni 80 sm-ə çatan halqavari çıxıntıların olması, bu çıxıntılarda mayenin axıdılması üçün novalçaların olması nə üçündür? — Müəyyən hərarətədək qızdırıldıqda neft fraksiyalara bölünür, ağır fraksiyalar alt mərtəbələrin, daha yüngül olanlar üst mərtəbələrin çıxıntılarında yığılır və qaladan xaric edilib. Eləcə də hər mərtəbədə saxsı novalça formalı “boşqabların” olması ehtimal edirəm.60-cı illərin bərpasından qabaq qalanın daxili görünüşü
9. Niyə qala 8 mərtəbədən ibarətdir? — Neftin ilkin emalı prosesində hər mərtəbədə bir fraksiya alınır — qudron, yağ, qazoyl, dizel, kerosin, liqroin, benzin, qaz.
10. “Kontrfors” deyilən tikili və qalanın yanındakı 2 qülləsi olan divar nə üçündür? — «Kontrfors» soyuducu funksiyasını yerinə yetirib. Soyudulmuş məhsul Qalanın yanındakı 2 qapalı qülləyə doldurulub. «Kontrfors»un və 2 qülləsi olan divarın yanındakı yeraltı kommunikasiyalar həmin tikililərin içində boşluqların olmasını etimal edir. 11. Nə üçün qalanın və «kontrforsun» üst hissəsi qabırğalı formada, hörgü isə sıx olmayan şəkildə inşa edilib? — Sıx olmayan hörgü, forma və kontrforsun istiqaməti təbii soyumaya xidmət edir. Bakı üçün tipik olan küləklər – xəzri və gilavar – şərq istiqamətinə yönəlmiş kontrforsun səthini soyudur.
12. Qalanın “kontrfors” istiqamətinə maililiyi nə ilə izah edilir? — Dairəvi çıxıntılarda yaranmış fraksiyanı qalanın xaricinə yönəltmək üçün binaya maililik verilib.13. Nəyə görə qalanın qapısı 4-cü mərtəbə səviyyəsində yerləşir? Qalanın çöl tərəfində qurulmuş taxta platforma nə üçün istifadə edilib? — Qapı və platforma — qalanın içində təmir işləri aparmaq və borulara xidmət etmək üçündür. Qalanın fasadında aşkar edilmiş və bərpa vaxtı götürülmüş tunc halqalar fasadda boruların olmasını ehtimal etməyə əsas verir.14. Günəşin çıxmasına və hərəkət istiqamətinə yönəlmiş dar pəncərələr nə üçündür? — Pəncərələrin yerləşməsi gün çıxandan zenitə qalxanadək qalanın içini maksimum işıqlandırmağa imkan verir. Gün batan vaxtı qalanın içi sonradan “memarın” adı olan lövhə yerləşdirilmiş pəncərə vasitəsilə işıqlanırdı. Eyni zamanda pəncərələr daxili baxış üçün istifadə edilib.
15. Qalanın divarlarının eninin 5 metr olması necə izah edilir? — Neft ayırma — partlayış təhlükəsi olan prosesdir, ona görə bu məcburi ehtiyat tədbiridir. 16. Qalanın daxili diametrinin 6 metr olması nə ilə əlaqədardır? — Müasir sənaye rektifikasiya qüllələrinin diametri 6 metrə çatır.17. Qalanın içindən pilləkənlərə çıxışın olması qalanın germetikliyini pozur, bunun qarşısı necə alınıb? — Qalanı tədqiq edən zaman hər mərtəbədə girişin sağ və sol tərəflərində divarda boşluqlar olduğunu müşahidə etdim. Həmin boşluqlar qapı hissəsini bağlamaq üçün hər hansı bir mexanizmin bərkidilməsinin izləri ola bilər. Qalanın orta hissəsindəki girişin sağında və solunda da boşluqlar var.
18. Həmin ərazidə çox sayda yeraltı kommunikasiyaların və quyuların olması necə izah edilə bilər? — Qız qalasının ətrafında, Şirvanşahlar sarayının ərazisində bir-biri ilə yaxın məsafədə yerləşən quyuların su ilə yox, məhz neft ilə əlaqəsi olduğunu göstərir. Oxşar quyular Ukraynada yerləşən və neft mədəni olan Borislav şəhərində, Tustan deyilən tarixi tikintinin ərazisində də rast gəlir. Qədimdə həmin ərazidə hündürlüyü 25 metrə çatan və tez-tez yanğınlara səbəb olan qalanın olması bildirilir.
19. Qız qalasının, Şirvanşalar sarayının və digər qalaların ətrafında rast gəlinən ortasında dəlik olan dairəvi daşlar nə üçündür? — Bu daşlar quyulara kənar əşyaların düşməsinin qarşısını almaq və boruları istiqamətləndirmək üçün istifadə edilib.
20. Niyə həmin ərazidə neftin izləri aşkar olunmayıb? — İstər Qız qalasında, istər ətrafdakı tikililərin divarlarında neft məhsullarının yanması nəticəsində yaranan izləri gözlə görmək olar. Mərtəbələr arasında arakəsmələr 1960-cı illərin bərpası vaxtı tikildiyi üçün tavanda və döşəmədə iz ola bilməz. İzlər divarlarda olmalıdır, təəssüf ki, sonuncu bərpa işləri zamanı qalanın divarları daxildən təxminən 10 sm-dək aşılanıb və ağardılıb. Bərpaçıların işləməkdə çətinlik çəkdikləri yerlərdə — pilləkənlərin altında, divarlardakı boşluqlarda neft izləri aydın müşahidə edilir. Qala divarlarının çöl səthindədə, misal üçün — girişdən sağ tərəfdə, neft izləri aydın görünür.Açıq ərazidə neftin yüngül fraksiyaları sürətlə buxarlanır, ağır fraksilar isə toza dönüb torpağa qarışır. Sonuncu bərpadan qabaq qala divarlarının çöl səthində neft izləri aydın müşahidə edilirdi
Qalada və ətrafdakı tikililərin divarlarında neft izləri21. Niyə qala “Qız qalası” adlanır? — “Qız” və “qala” sözlərinin Azərbaycan dilində başqa mənasıda var – “qızdırmaq” və “qalamaq” sözləri məhz qızdırılma prosesi ilə bağlı ola bilər. Ləzgi dilində qala “Kvız kele” adlanır və “Yanan qüllə” kimi tərcümə edilir. Qız qalasının ikinci adı «Hunzar qalası» isə «Tanrının qalası» kimi tərcümə edilir.22. Nə üçün Qız qalası rəngi ilə digər tikililərdən seçilir? — Bəzi mənbələrdə qalanın boz mişar daşından tikildiyi qeyd edilir. Bu səhv fikirdir. Qalanın divarlarına gedən proseslər nəticəsində his hopub. 23. Qədim dövrdə neft və dizel nə üçün lazım idi? — Konkret misal göstərim – “yunan alovu” deyilən, texnologiyası sirr olaraq saxlanılan, müharibələrdə geniş istifadə edilən və yüksək dəyər verilən yandırıcı maddə. Bu maddənin sirrini hələ də tapa bilmirlər. Ona görə tapa bilmirlər ki, qədimdə neft emalının mümkün olmadığını hesab edirlər, neftin və dizelin olmasını ağıllarına belə gətirmirlər. Müasir yandırıcı maddələrin əsas komponenti məhz neft və dizeldir. «Yunan alovunun» sirri tərkibindəki əsas maddənin məhz benzin və dizel olmasıdır.
24. Qədimdə neft emalı kimi çətin texnoloji prosesin həyata keçirilməsi nə dərəcədə realdır? — Distillə prosesi hələ qədim Misirdə yağların alınması üçün istifadə edilib. Aristotel öz “Meteorologiya” əsərində bu prosesi təsvir etmişdir. Antik dövrdə bir çox ixtiralar olub –su və kanalizasiya sistemi, şüşə paketlər, faner, beton, Kolizey, Panteon, Kornalvo bəndi kimi nəhəng tikililər inşa edilib. Metal emalı heç də neft emalı texnologiyasından asan olmayıb. Bütün bunlar cəmiyyətdə bilik səviyyəsinin yüksək olmasını və neft emalının mümkün olmasını göstərir.XII-XIII əsrlərdə yaşamış alim Məhəmməd ibn Nəcib Bakran Abşeronda qara neftin ağ neftə çevrilməsi barədə yazırdı. Bu isə həmin dövrlərdə neftin emalının mümkün olmasını göstərir.1960-cı ildə btitaniyalı kimyaçı və elm tarixçisi, bir çox elmi kitabların və məqalələrin müəllifi, London kimya cəmiyyətinin üzvü Ceyms Riddiq Partinqton özünün “Yunan alovunun və barıtın tarixi” əsərində yunan alovunun tərkibinin neftin yüngül fraksiyalarından, kükürd və digər maddələrdən ibarət olması barədə fikir irəli sürmüşdür. Peşəkar səviyyəsi şübhə doğurmayan kimyaçı alim qədimdə neftin emalı prosesinin mümkünlüyünü qəbul edirdi. Rəssam Yan van der Streyt, 16-cı əsr25. Azərbaycanda və digər ölkələrdə bu tikililərin analoqları varmı? — Azərbaycanda Abşerondan kənarda yalnız Xızı və Ağsu rayonlarında oxşar tikililər var. Digər ölkələrdə Tripoli şəhərinin tarixi mərkəzi (Livan), Dərbənddəki Narın qala (Rusiya), Türkiyənin Şanlıurfa, İranın İsfahan şəhərindəki bəzi tarixi abidələr, İçan-Qala (Xivə, Özbəkistan) Abşerondakı tarixi tikililərin analoqu sayıla bilər. Həmin şəhərlərin bəzilərində bu gün də neftayırma zavodları işləyir.26. Qız qalası yeraltı və yağış sularını toplanması üçün istifadə edilə bilərmi? — Birmənalı olaraq – yox. Yeraltı suların toplanması üçün quyu qazmaq kifayət edir, qala tikməyə lüzum yoxdur. Qalanın içində arakəsmələr inşa ediləndən sonra quyunun quruması yeraltı suların kifayət etməməsini göstərir. Yağış sularının toplanması üçün qala tikmək yox, hovuz qazmaq daha məntiqli olardı. Eyni zamanda Qalanın daxili konstruksiyası bu məqsəd üçün tikilmədiyini göstərir.27. Qız qalasının altında neft varmı? — Bildiyim qədər, şəhərin tarixi mərkəzində bu məqsədlə araşdırmalar aparılmayıb. Qız qalasından 2 km aralıda 200 ildən çox müddətdir neft çıxarılan Bibi Heybət neft-qaz yatağının qazma avadanlığı bu gün də neft çıxarır. Hesab edirəm ki, inşa edilən dövrdə Qız qalası Bibi Heybət neft yatağının konturları daxilində olub. Hazırda Qız qalasının altındakı quyuda neftin olmaması yataqların tükənməsi və yatağın konturlarının mərkəzə doğru daralması ilə bağlıdır. Neft yataqları çox vaxt yüksəkliklərlə əlaqəli olur. İçəri şəhərin yüksəklikdə yerləşməsi həmin ərazidə neftin olmasını göstərir. 28. Abşeronda neftçıxarma və emalla bağlı bu qədər tarixi tikintinin olması böyük həcmdə istehsalın olmasını göstərir. Bu istehsalın həcmi nə qədər ola bilər? — Tanınmış səyyah, coğrafiyaşünas Əbdürrəşid əl-Bakuvi yazırdı ki, hər gün Bakıdan neftlə yüklənmiş 200 dəvədən ibarət karvan yola düşür. Hər dəvə 300 kq neft daşıyırdı. Bu isə gün ərzində 60 ton neft deməkdir.29. Hidratların yaranmasının qarşısını almaq üçün emaldan qabaq neft səmt qazından ayrılır. Qədimdə bu problem necə həll edilib? — Müasir neft emalının problemlərindən biri neftin nəql edilməsi vaxtı yaranan hidratlardır. Bu problemi həll etmək üçün hazırda səmt qazı emaldan qabaq neftdən ayrılır.
Qısa məsafə və yüksək hərarət nefti çıxarıldığı kimi, səmt qazlarından ayırmamış emal etməyə imkan verirdi. 30. Yanğınların qarşısını necə alırdılar? — Yanğın təhlükəsizliyi iki şəkildə təmin edilirdi – sobalar torpağa basdırılırdı, qayalar üzərində olan sobaları torpağa basdırmaq mümkün olmayanda isə qüllə ilə soba arasında divarlar tikilirdi. Torpağa basdırılımış sobalar hazırda “qum hamamları” kimi tanınır. Torpaq üzərində tikilmiş sobalar hazırda məscid kimi fəalliyət göstərirlər. Misal kimi Ramana və Mərdəkan qalalarının yanındakı məscidləri göstərə bilərəm.
Ramana qalasıRamana qalasının yanında qayanın içindən çıxan neft nasosunun ştanqıBeləliklə, yuxarıda qeyd edilən dəlilləri cəmləyərək prosesin necə getdiyini təsvir etmək istəyirəm:Neft qalanın 3-cü mərtəbəsinə qalxır və oradan alt mərtəbələrə axır. “Hamam” deyilən sobalardan qalanın birinci mərtəbəsinə buxar daxil olur. Maye buxarla qarışaraq qızır, buxarlanır və hər mərtəbədə saxsı novalçalarda (boşqablarda) yığılır. Bina maili olduğu üçün məhsul halqavari çıxıntılardakı çuxurlara yönəlir, «kontrfors» deyilən soyuducuda soyudularaq qalanın yanındakı çənlərə ixrac edilir. Birinci mərtəbədə yığılan ağır fraksiya (mazut) divardakı dəlik vasitəsilə qalanın yanındakı quyuya axıdılır. Qalanın üst hissəsində yığılan yüngül fraksiya – qaz havaya buraxılır.Emal həcminin nisbətən az olması, neftin bol və üzdə olması rektifikasiya qülləsini birbaşa quyunun üzərində tikməyə imkan verirdi. Hazırda Qız qalasının təyinatı ilə bağlı iki əsas fərziyyə var. Birinci fərziyyədə iddia edilir ki, Qız qalası dini məbəddir. Belə fərziyyələr tədqiqatçının texniki cəhətdən hazırlıqsız olmasını göstərir. Tarixin müəyyən dövlərində qala müəyyən məqsədlər üçün istifadə edilib, lakin ilkin tikinti məqsədi məbəd olmayıb.İkinci fərziyyə iddia edir ki, qala yağış və yeraltı suların toplanması üçün istifadə edilib. Qalanın konstruksiyası bu məqsəd üçün uyğun deyil. Bu fərziyyəni irəli sürən tədqiqatçılar qalanın maye ilə əlaqəli olduğunu anlayırlar, lakin onlara bu mayenin su yox, neft olmasına – tarix barədə olan şablon düşüncələri, primitiv neft emalı prosesini müasir neftayırma zavodlarında gedən proseslərlə müqayisə etməkləri mane olur. Öz fərziyyəmin təsdiqini və ya təkzibini tapmaq üçün mən neft və kimya mühəndislərinin rəyi ilə maraqlandım. Neft və kimya mühəndisləri qalada distillə və neft ayırma prosesinin aparılmasını mümkün hesab edirlər. Ümumiyyətlə, bu fərziyəni təsdiq və ya təkzib etmək asandır – qalanın modelini hazırlayıb emal prosesini həyata keçirmək kifayət edəcək.Bu məqalə dərc ediləndən sonra gözəl əfsanələr sevən insanlar fərziyyənin praqmatik olmasından məyusluq hissi keçirdilər. Onlara Prometey qalası barədə yeni əfsanə təklif edə bilərəm. Bu əfsanəni Prometeyin skif kralı olması, Abşeron yarımadasının skif padşahlığına daxil olması, Prometeyə Qafqaz dağlarında cəza verilməsi ilə əsaslandıra bilərsiniz. Bakının qədim adı Atəşi-Baquan — Alov tanrısının şəhəri kimi, Qız qalasının ikinci adı «Hunzar qalası» isə «Tanrının qalası» kimi tərcümə edilə bilər. Qədim Bakının memarlığının yunan üslubuna uyğun olmasınıda bu əfsanə ilə izah edə bilərsiniz. Neftdən alınan məhsulların işıqlandırmada, müharibələrdə, tikintidə və mumiyalaşdırma prosesində geniş istifadəsi — neftayırma prosesinin qədim dövrdən mümkünlüyünü göstərir.Abşeron yarımadasında çox sayda oxşar tikililərin — içi boş dairəvi və dördbucaq qalalar (rektifikasiya qüllələri), «yeraltı hamamlar» (sobalar), ovdanlar (neft quyuları) və s. — olması qədim dövrdən bu ərazidə geniş miqyasda neftin çıxarılmasını və emal edilməsini göstərir.
Tarixçi memar Davud Axundovun restavrasiyası
Tikinti, saysız-hesabsız müharibələr, işıqlandırma, istilik, istehsal – bütün bunlar neft məhsullarına tələbat yaradırdı. Bu tələbatı qarşılamaq üçün imperiyalar müharibələr aparır, neft yataqları olan əraziləri – Abşeron yarımadasını, Mesopotamiyanı, Afrikanın şimalını, Aralıq dənizinin şərq sahillərini tutmağa çalışırdılar.Cavab verilməyən müəyyən suallar qalır. Keçirilmiş bərpalara, dağıntılara, araşdırmaların az olmasına görə həmin suallara cavab vermək çətindir. Hesab edirəm ki, bu istiqamətdə yeni tədqiqatların aparılması bu suallara aydınlıq gətirə bilər.
| ['qız qalası', 'abidələrtikintilər', 'mühəndis işi', 'memarlıq abidələri'] |
17 | https://kayzen.az/blog/fitness/28885/idman-etm%C9%99yin-faydalar%C4%B1.html | İdman etməyin faydaları | nigarm | İdman və sağlamlıq | 14 sentyabr 2023, 20:21 |
İdman, sağlamlığımızı möhkəmləndirir, həmçinin həyatınızı nizamlayır. Bu faydalı xüsusiyyətlərinə görə hələ məktəb vaxtlarımızdan valideynlərimiz və nənələrimiz bizə enerjimizi bərpa etmək və günə başlamaqdan ötrü idmanı məsləhət görürdü. Klivlend universiteti mütəxəssislərinin araşdırmasına görə, idman stresin qarşısını aldığı üçün daim idmanla məşğul olan adamlar özlərindən asılı olmayaraq çox gülümsəyir və əhvalı daima yüksək olur. Bu da ona iş görmək stimulu verir və daha çox pul qazanmaq istəyini artırır.
İdman — tanış olmaq üçün ən yaxşı vasitədir
İdman insanları bir-birinə yaxınlaşdırır, belə ki, əksər idman növləri qrup halında olur və bu da yeni çevrə qurmağı, yeni insanlarla ünsiyyətdə olmağa zəmin yaradır. İdmanla məşğul olan insanların əhatəsində siz də sərbəstləşirsiniz, öz fikirlərinizi bölüşürsünüz, sağlamlıq haqqında informasiyalar əldə edirsiniz.İdman — səyahət etməyə bəhanə ola bilər
Xizək sürməyi az-çox öyrəndikdən sonra digər qış turizmi olan kurort ölkələrə getmək və öz təcrübənizi artırmaq istəyiniz yaranacaq. Bu, təkcə xizək sürməyə deyil, sörfinqə də aiddir. İdman yaşlanma əleyhinə vasitədir
İdmanla təkcə gözəl formaya sahib olmaq üçün məşğul olmuruq. Düzgün olunan hər bir fiziki hərəkət orqanizmə yaşlanma əleyhinə təsir göstərir. Belə ki, hüceyrə membranlarının təzələnməsinə stimul verir, maddələr mübadiləsini normallaşdırır. Bu da orqanizmin immun sistemini daima saz vəziyyətdə saxlanması deməkdir. İdman təkcə fiziki inkişafa səbəb olmur, o, həm də beyin fəaliyyətini nizamlayır. Kopenhagen universitetinin mütəxəssislərinin araşdırmasına görə əzələlərin daimi məşq etdirilməsi beynin yaxşılaşmasına zəmin yaradır. İdman — yeni həyat tərziniz ola bilər
İdmanla məşğul olmağa qərar verdiyiniz andan etibarən sizin tərziniz dəyişəcək: ən azı siz özünüzə yeni idman forması və ayaqqabıları alacaqsınız, tez-tez rahat geyinəcəksiniz, məşqçinin dediyi kimi qidalanacaqsınız, sağlam qidalanmaq və sağlam yaşamaq haqqında informasiyalar daha çox almış olacaqsınız və bunu başqaları ilə də bölüşməyə başlayacaqsınız.İdman öz üzərində çalışmaqdır
Siz artıq idman zalına üzv olmusunuz, ya da sadəcə evdə özünüz üçün idmanla məşğul olmaqdan ötrü hər bir vasitəniz var (yeni idman kostyumu, xüsusi şarlar, qantellər, iplər və s.), amma yenə də başlamağa ərinirsiniz… Bu zaman psixoloji olaraq öz üzərinizdə işləyib bütün mənfi fikirləri bir kənara qoyun, fikrinizi «Məndə hər şey yaxşı alınacaq!» düşüncəsinə cəmləyin. İdmandan sonra özünüz-özünüzü mükafatlandıra bilərsiniz, sevimli bir içkini (çay, kofe, süd və s.) içmək, rəfiqələrlə görüşüb idmanın təsiri barədə fikirlərinizi bölüşmək kimi ideyalar haqqında düşünə bilərsiniz.İdman — sağlam qidalanmaya gedən yoldur
Əldə etdiyiniz nəticələr sizin üçün çox vacib olduğundan tədricən qazlı içkilər, şirni, «fast-food» kimi qidalar sizin yemək rejiminizdən çıxacaq.
| ['idman', 'sağlam həyat', 'sport', 'idman etmək', 'idman hərəkətləri', 'idman sağlamlıqdır', 'idman rejimi', 'idmanın faydaları'] |
18 | https://kayzen.az/blog/madd%C9%99l%C9%99r-m%C3%BCbadil%C9%99si/28884/ql%C3%BCkoza.html | Qlükoza | nigarm | maddələr mübadiləsi | 14 sentyabr 2023, 19:13 |
Bütün canlıların əsas qida mənbəyi olan qlükoza çox vacib molekuldur. Çünki qlükoza sayəsində qolumuzu hərəkət etdirir, yeriyir, çənə əzələlərimizi işlədib yemək yeyirik. 6 karbon, 12 hidrogen və 6 oksigen atomundan təşkil olunmuş qlükoza molekulu hidrogen atomları sayəsində altıbucaqlı formaya malikdir. Tərkibindəki 6 oksigen atomu qlükozaya çox mühüm xüsusiyyət qazandırır. Bu oksigen atomlarına görə qlükoza suda asanlıqla həll olunur. Oksigen atomları sayəsində bu molekul su molekulları ilə güclü hidrogen rabitələri qurur. Qlükoza suda həll olan bu molekula görə mayenin içində dərhal əriyir. Qlükozanın bu xüsusiyyəti bizim üçün həyati əhəmiyyətə malikdir. Çünki qlükoza hüceyrələrin ən vacib qidasıdır və hüceyrələrə qan vasitəsilə daşınır. Ona görə də mayenin içində əriməlidir.Qlükoza orqanizmdə necə hərəkət edir?
Qlükoza ilə oxşar molekulyar quruluşa malik heksanın bir çox ortaq cəhəti var. Heksan bir yanacaq maddəsi kimi qlükozaya çox bənzəyir. Ancaq heksan oksigen atomu daşımır və buna görə yandıqda çoxlu yeni güclü karbon-oksigen rabitələri meydana gətirir. Bu, heksanın suda həll olmasına mane olur. Buna görə, heksan qan vasitəsilə hüceyrələrə daşına bilməz. Normal şəraitdə qlükoza heksandan daha az səmərəlidir, ancaq mayenin içində daşına bildiyinə görə, insanlar üçün həyati əhəmiyyətə malikdir.Qlükoza molekulları məhlulun tərkibinə daxil olduğu anda enerjisini maddələr mübadiləsi üçün dərhal yanacağa çevirir. Buna görə, qlükoza canlı hüceyrələri üçün əsas enerji mənbəyidir. Daha böyük molekullar, məsələn, daha mürəkkəb şəkər və nişastalar həzm olunduqda asanlıqla yanacağa çevrilməsi və hüceyrələrə çatdırılması üçün qlükoza molekulları şəklində kiçildilirlər. Buna görə, qlükozaya daxil olduğu maddələr mübadiləsindən asılı olaraq qan şəkəri, üzüm şəkəri, nişasta şəkəri kimi müxtəlif adlar verilir.Həzm prosesində əmələ gələn qlükoza molekulları necə tarazlanır?
Yediyimiz qidaların 70%-i bizi karbohidratla təmin edir. Ağızda həzm olunmağa başlayan karbohidratlar tüpürcəyin içindəki karbohidrat parçalayıcı fermentlərlə qarşılaşır. Qismən parçalanan bu molekulların həzmi isə düz bağırsaqda sona çatır. Bu parçalanma nəticəsində əmələ gələn qlükoza molekulları qan təzyiqinin qalxmasına səbəb olur. Ancaq qan təzyiqi qlükoza molekullarına müdaxilə edən fermentlər vasitəsilə normada saxlanılır. Qısaca desək, orqanizm üçün çox mühüm bir molekul xüsusi yaradılmış başqa molekul tərəfindən tənzimlənir. Orqanizmdə artıq qlükoza olduqda bir ferment vasitəsilə bu artıq qlükoza qlikogen adlanan başqa formaya çevrilib ehtiyatda saxlanılır. Qlükozanın qlikogenə çevrilməsində rol oynayan fermentin adı qlikokinazdır (glucokinase). Bu fermenti mədəaltı vəzdən ifraz olunan insulin adlı hormonun nəzarəti altında qaraciyər hasil edir. Qlikogen isə orqanizmin enerjiyə ehtiyacı olduqda işə düşür və istifadəyə hazır olur.Orqanizmimizdəki mükəmməl iş bölgüsü insan ilk dəfə yaradıldıqdan etibarən mövcuddur. Bir fabrikdə istehsalçılar, hazır məhsulu lazımi yerə daşıyanlar, onlara nəzarət edənlər, qalığı hesablayanlar və bu qalığı başqa yerlərdə istifadə etmək üçün dəyərləndirən işçilər var. Hər istehsal prosesi mütləq seçilmiş mütəxəssislər tərəfindən idarə olunur. Mümkün xətanın aradan qaldırılması üçün ciddi nəzarət var. Hər şöbədə öz sahəsində peşəkarlaşmış çoxlu insan işləyir. Buna baxmayaraq qüsursuz nizam-intizam olmur, tez-tez səhvlər olur. İnsan orqanizmindəki bu qüsursuz sistem bir növ fabrik kimi işləyir və əsla səvh etmir. Hər hüceyrə, hər molekul işini bilir və tam yerinə yetirir. Şübhəsiz ki, nə hüceyrənin içindəki molekulların, nə də onunla birlikdə hərəkət edən digər orqanların ağlı, biliyi, bacarığı və ya təhsili var. Bütün bu proses və hasilat üçün müəyyən vaxtın keçməsi üçün gözləməmiş, doğulduğumuz andan etibarən bu mükəmməl sistem hal-hazırki şəkildə yaradılmışdır. Allah bu mükəmməl iş bölgüsünü min illər boyu hələ elm bunun fərqinə varmadan qüsursuz şəkildə yaratmış və hər molekul insanda mükəmməl surətdə funksiyaını yerinə yetirmişdir.
Qlükoza müxtəlif rabitələrlə fərqli şəkər molekullarına çevrilə bilir. Bunlardan biri fruktozadır. Fruktoza meyvə şəkəri də adlanır. Çünki fruktoza meyvə və tərəvəzdə çox olur və meyvəyə şirin dad verir. Bundan əlavə, balın tərkibindəki əsas şəkər maddəsidir. Arıların şirə topladığı çiçəklərin nektarı da fruktoza mənbəyidir.Diabet xəstəliyi necə əmələ gəlir?
Karbohidratlar bağırsaqlarda qlükozaya çevrilir və qanla birləşirlər. Qlükozanın miqdarı artarsa, mədəaltı vəz hüceyrələrin qlükozanı sormasına kömək edən insulin hormonunu ifraz edir. İnsulin qlükoza daşıyıcısını aktivləşdirən reseptorla birləşir. Qlükoza hüceyrənin içinə daxil olur və enerjiyə çevrilir. Qandakı qlükozanın miqdarı sabit qalır. Diabet xəstələrində isə insulin reseptora bağlana bilmir və daşıyıcı qeyri-aktiv olur. Qlükoza qan dövranında qalır və qandakı şəkərin miqdarı artır. Yetişmiş meyvələrdə, çiçəklərin nektarında, yarpaqların şirəsində və orqanizmdə dövr edən qandakı əsas maddə canlılar üçün xüsusi yaradılmış qlükozadır.Qlükoza insan üçün hansı əhəmiyyətə malikdir?
Qlükoza insan bədənində qanda 60%, yəni 110 mq/dl, toxumalarda isə 0.1 mq/dl olmalıdır. Əgər sistemdə bir çatışmazlıq olarsa və beyinin ən əsas yanacaq maddəsi olan qlükoza beyində lazımi miqdarda olmasa, ciddi problemlər üzə çıxar. Əgər beyinə gedən qlükozanın miqdarı 0.04 mq/dl-dan az olarsa, beyin hüceyrələri həssaslaşar və impuls göndərərək orqanizmdəki bütün əzələlərin müntəzəm gərilməsinə səbəb olar. Nəticədə, qısa müddətdə ölüm baş verər.
| ['üzümün faydaları', 'qlükoza', 'qlukoza', 'üzüm qlükoza mənbəyi', 'qlükoza haqqında', 'üzüm'] |
19 | https://kayzen.az/blog/erzaq/28879/nutella-az%C9%99rbaycan.html | Nutella® ♥ Azərbaycan! | kayzen | Ərzaqlar | 14 sentyabr 2023, 13:16 |
Ənənəvi səhər yeməyi gün ərzində ən vacib qida qəbuludur. Bu yeməyin daha da dadlı olması üçün ona bir inqrediyent daha əlavə olunmalıdır – qozlu – şokoladlı Nutella® pastası. Bu brend məxsusi olaraq Azərbaycan üçün etiketlərinin üzərində ölkəmizin füsunkar guşələrindən çəkilmiş gözəl mənzərələrin əks olunduğu üç pasta bankasından ibarət məhdud kolleksiyanı yaratmışdır. Nutella® füsunkar təbiətimiz, insanlarımız və unikal un məmulatlarından o qədər ilhama gəlmişdir ki, ölkəmizin gözəlliklərinə həsr olunmuş bütöv bir layihə ərsəyə gətirmişdir! Marsa uçmaq? Bu asandır! Azərbaycan yalnız öz şəhərləri ilə deyil, insanı valeh edən təbiət guşələri ilə də gözəldir. Bunun sübutu – Xızı rayonudur. Qafqaz dağları öz vadilərinin möcüzəvi və unikal gözəllikləri ilə insanı ehtizaza gətirir. Uşaqlıqdan tanış olan mutaki isə konfet dağları barədə təəssüratları bir qədər zəiflədir.Paytaxt Bakı şəhərində ölkənin tarixini tədqiq etmək, onun müasir imkanları ilə iftixar hissi keçirmək, şəhərin memarlıq və qastronomiyasında müxtəlif qitə mədəniyyətlərinin bir parçasını aşkar etmək, şəhərin qonaqpərvər və qürurlu sakinləri ilə ünsiyyətdə olmaq, həm də öz təəssüratlarını başqa turistlərlə paylaşmaq istəyirsən, çünki səyahət zamanı yaşadığımız dünya barədə nə isə yeni bir məlumat öyrənmək onun ən gözəl cəhətidir. Bu səyahətdə bizim ən gözəl yol yoldaşımız şirin qoğal olar, onlar odlar ölkəsinin müasir paytaxtında gəzintimizi daha da parlaq edər!Bakı şəhərindən 40 km şimal-şərqdə, Abşeron yarımadasında bir qəsəbə yerləşir – Dübəndi limanı. Burada dəniz mənzərələri və şişburun qayalardan zövq alaraq Xəzər dənizinin sahilində unudulmaz vaxt keçirmək, qədim tarixi abidələri və neft ixrac edən müasir müəssisələrin tarixini öyrənərək, tarixi suallara cavab tapmaq olar. Xəzər dənizinin Azərbaycanın müasir sakininin hər birinin həyatında oynadığı vacib rolu və insanların bu heyrətamiz bölgənin ərazisində nə zamandan bəri yaşadıqlarını anlamaq mümkündür. Kükrəyən Xəzər dənizi sahilinə gedərək, səhər doyumcul və al rəngli kətə ilə möhkəmlənin.Səhərinizi Azərbaycanın füsunkar yerlərində yeni bişirilmiş Nutella® ilə başladın. Məhdud bankanın etiketinin əks tərəfində müxtəlif məkanların təsvirini əks etdirən İnternet-səhifəsinə sizi yönəldən QR-kodu və Nutella® ilə tam uzlaşan un məmulatının daxil edildiyi səhər yeməkləri reseptləri var. Məsələn, şirin qoğal adətən bahar bayramı olan Novruz Bayramı üçün bişirilən şirin ənənəvi bulkadır. Dairəvi bulkalar kiçik günəşcikləri xatırladır: onlar qızılı, parlaq və qabarıq haldadır. Şirin qoğal süddə bişirilir və qozla doldurulur. Qozlu-şokoladlı Nutella® pastası möhtəşəm məmulat dadına daha da çox parlaqlıq qatır.Məkanlar və səhər yeməyi reseptləri barədə daha ətraflı bu səhifədə oxuyun: nutella-breakfast.azSəhər yeməklərindən zövq alın və Nutella® ilə səyahət edin!
| ['Nutella', 'Nutella Azərbaycan', 'şokolad yağı', 'Nutella yağları'] |
20 | https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/28848/%C3%BCr%C9%99yi-z%C9%99ifl%C9%99d%C9%99n-3-x%C9%99st%C9%99lik.html | Ürəyi zəiflədən 3 xəstəlik | nigarm | sağlam həyat tərzi | 1 sentyabr 2023, 14:46 |
Diabetə görə gənc yaşda ürək xəstəsi olurlar
Diabet yəni şəkər xəstəliyi əslində bir damar xəstəliyidir. Damar toru baxımından zəngin olan ürək, böyrək və göz kimi orqanlar diabet xəstəliyindən daha çox əziyyət çəkir. Diabet nəticəsində damar çəpərlərinin daralması qan axınını azaldır. Böyük bir iş gücü ilə işləyən ürək əzələsi, damar yolu ilə lazımi qanı alan zaman ziyan görür və gücü azalır. Ürək çatışmazlığı baş verməsinə səbəb olan bu tablo ilə yanaşı diabet eyni zamanda yüksək təzyiqə da səbəb olur. Diabetin damar divarında qalınlaşma ilə birlikdə böyrəkləri də təsir etməsi, yüksək təzyiq baxımından xüsusi bir təsir yaradır. Təzyiq meylinin yanında xolesterin yüksəkliyinin artıq görülməsi və qan şəkər tozunun nizamlanmaması laxtalanma problemlərinə də səbəb olur. Diabet xəstələrində koronar ürək xəstəlikləri və ürək infarktları daha erkən dövrdə və daha tez-tez görünür.
KOAH qəlbinizi də nəfəssiz qoya bilər
Xroniki Obstruktif Ağciyər Xəstəliyi, yəni KOAH ilə ürək çatışmazlığının eyni anda baş verməsi sıx görülən bir vəziyyətdir. Oxşar əlamətləri olan KOAH və ürək çatışmazlığı bir-birini təkan verir. KOAH xəstələrinin ağciyərində hədsiz dərəcədə hava həbsi olduqda döş qəfəsindəki əzələlər də çoxu dəfə tənəffüsə iştirak etmək məcburiyyətindədir. Nəfəs alıb verərkən belə yüksək enerji istehlakı baş verdiyindən ciddi əzələ gücü itkisi inkişaf edir. Bununla yanaşı KOAH xəstələrin orqanizminə lazimi oksigen getmədiyi üçün bu hüceyrələrin sayında ciddi artım baş verir. Oksigen daşıyan hüceyrələrin sayındakı artım qanın tündləşməsi və laxtalanma qabiliyyətinin yüksəlməsinə səbəb olur. Daha tünd konsistensiyalı bir hala gələn və damar içində axını yavaşıyan qanda iltihablı reaksiyalar daha çox görünür. Damar içindəki ən kiçik bir zərər belə hüceyrə sayındakı artım səbəbilə həddindən artıq təmir olunur. Prosses içində şişirdilmiş yaxşılaşan, toxumalar damarın zəifləməsinə laxtalanma meylinin artmasına səbəb olur.Yüksək təzyiq damarlarınızı nazikləşdirir
Yüksək təzyiq, ürək və damar sistemi üzərində müxtəlif təsirlər yaradır. Yüksək təzyiqin yaratdığı təsirə reaksiya olaraq, güclənmək məcburiyyətində qalan damar çəpərində düz əzələ hüceyrə sayı yüksəlir. Düz əzələ hüceyrələrinin artması və damar çəpərinin qalınlaşmasına; Damarın elastiklik itirilməsinə, daşlaşmaya və damar sərtliyinə səbəb olur. Ayağın və ya dirsək regionunun çox miqdarda sürtünməyə bağlı olaraq yaranan toxuma artımı və sərtləşməyə bənzər şəkildə damar içində də eyni reaksiya inkişaf edir. Damar formasındakı bu sərtləşmə və çoxdan toxuma əmələ gəlməsi damarın qidalanmasını pozur. Bu vəziyyət; Damar içi yaralanmalarla yanaşı xora, laxta inkişafına yol açır.
| ['ürək xəstəlikləri', 'kardiologiya', 'kardioloji xəstəlik', 'ürək ağrısı', 'ürək döyüntüsü', 'xəstəlik'] |
21 | https://kayzen.az/blog/Ad/28718/g%C3%B6z%C9%99llik-anlay%C4%B1%C5%9Flar%C4%B1-il%C9%99-%C9%99laq%C9%99dar-%C5%9F%C9%99xs-adlar%C4%B1.html | Gözəllik anlayışları ilə əlaqədar şəxs adları | gunelb | Adını sən qoy! | 22 avqust 2023, 17:44 |
Məlum olduğu kimi, gözəllik anlayışı çox geniş mənaya malikdir və özünü xalqın həyat hadisələrinə, insana münasibətində təzahür etdirir. Gözəllik anlayışı xalqın estetik idealı, ülvilik, qəhrəmanlıq kimi xüsusiyyətlərlə sıx əlaqədardır. Gözəllik haqqında anlayışın məzmunu və qiymətləndirilmə dərəcəsi, əsasən, xalqın estetik idealı ilə əlaqədardır. Etnoqrafiyamızda şəxs adlarının gözəl olması, gözəl səslənməsi həmişə diqqət mərkəzində olmuşdur. Bunun nəticəsidir ki, antroponimikamızda semanti-kasında gözəllik, incəlik, saflıq, igidlik, mübarizlik və s. keyfiyyətləri ifadə edən yüzlərlə kişi və qadın adları formalaşmışdır.
Azərbaycan şəxs adları sistemində gözəllik anlayışları ifadə edən adların əksəriyyəti Ayla, Günəşlə, eləcə də gül-çiçəklə əlaqdardır. Böyük əksəriyyəti də qadın adlarıdır. Dilimizin antroponimikasında qadın adlarının yaranmasında iştirak edən vahidlər, əsasən, gözəllik çalarlıdır. Bu əsasda formalaşan qadın adları türk estetikasının zənginliyini göstərir. Xalqımız cismani gözəlliyin mənəvi gözəlliklə tamamlanmasını arzu edir.Gözəlin xasiyyəti də gözəl olar; Qəlbinin gözəlliyidir, üzünə də çıxıbdır, kimi, atalar sözlərimizlə yanaşı Adı gözəl olanın özü də gözəl olar kimi atalar sözləri, deyimləri bu gün də yaşatmaqdadır. Azərbaycanın məşhur xalq oyunlarından olan “Bənövşə” oyununda da adı gözəl, özü də gözəl ifadəsi təyinedici kimi çıxış edir. Dilimizin şəxs adları sistemində kişi adlarının yaranmasında iştirak edən vahidlərə gəlincə, qeyd etməliyik ki, Azərbaycan dilində kişi adları, əsasən, müsbət motivli, igidlik, məğrurluq, qüdrətlilik çalarlıdır ki, bu da xalqımızın xarakteri, mental düşüncəsi, həmçinin psixologiyası ilə əlaqədardır.
Göründüyü kimi, xalqımızın mənəvi mədəniyyəti ilə yanaşı adqoyma mədəniyyətində də inkişaf zaman-zaman özünü aydın büruzə vermişdir. Azərbaycanlı ailələrində gözəl səslənən, gözəllik anlayışları ilə əlaqədar şəxs adlarını dünyaya göz açmış övladlarına verməklə valideynlər, yaxınlar ad daşıyıcısının da gələcəkdə öz adına layiq olacağına ümid edirlər. Yuxarıda qeyd eydiyimiz kimi, gözəllik anlayışları ilə əlaqədar şəxs adlarının böyük əksəriyyəti qadın adları olduğu üçün qadın adları siyahısını təqdim edirik.
AFAYƏT
AFƏT
AĞCA
AĞGÜL
AHUNUR
AYBƏNİZ
AYBİKƏ
AYCAMAL
AYÇÖHRƏ
AYƏNDAM
AYMƏLƏK
AYSİMA
AYSURƏT
AYTƏKİN
BƏHİYYƏ
CAZİBƏ
ÇİLƏNAY
ÇÖHRƏGÜL
DİLBƏR
ƏFAYƏT
ƏNTİQƏ
ƏZƏMƏT
FAXİRƏ
FƏRİŞTƏ
FİTAT
GÖYÇƏK
GÖZƏL
GÜLBƏNİZ
GÜLCAMAL
GÜLÇÖHRƏ
GÜLDƏN
GÜLNÜMA
GÜLRUX
GÜLRUXSAR
GÜLRUH
GÜLSARA
HÜSNİGÜL
HOŞLİQA
QƏNİRƏ
QƏŞƏNG
QƏŞƏNGGÜL
LƏTAFƏT
MAHCAMAL
MAHİZƏR
MAHİPEYKƏR
MAHRUX
MƏHBUBƏ
MƏHLUQƏ
MƏLAHƏT
MƏLEYKƏ
MƏLƏK
MƏLƏKMƏNZƏR
MƏLƏKNAZ
MƏLƏKNİSƏ
MƏLƏKNUR
MƏLƏKSİMA
MƏLƏKZƏR
MƏRZİYYƏ
NAZƏNDƏ
NAZƏNİN
NİGAR
NURBƏNİZ
NAZPƏRİ
NURXANIM
PƏRİ
NURƏFŞAN
PƏRİCAMAL
RƏNA
PƏRİCAHAN
RUXSARA
SƏBAHƏT
RİMA
TƏRAVƏT
VƏCİHƏ
SONA
YARAŞIQ
ZİBA
YAMİN
ZİBAXANIM
Dilimizdə rəng anlamlı ağ, sarı, qara vahidləri bir çox leksik vahidlərin yaranmasında iştirak etmişdir. Xalqımız əzəldən hər boyanın öz rəngi var demişdir. Lakin şəxs adlarında rəng anlamlı — ağ, sarı, qara vahidlərindən istifadə edilmişdir. Erkən dövrlərdən ağ sözü müdriklik (ağbirçək, ağsaqqal), gözəllik (ağüz-lü, ağca), sarı sözü (buğda, güllər, payız çağının bolluğu), qara sözü gənclik, güclülük (qarasaqqal, qaragilə) mənalarını ifadə etdiyinə görə çox işlənmişdir. Ağ, sarı, qara anlamlı vahidlər sonradan şəxs adlarının yaranmasında da iştirak etmişlər. Məlum olduğu kimi, -ağ, -ağca vahidləri türk xalqlarının müştərək abidəsi sayılan “Kitabi-Dədə Qorqud” dastanlarında gözəl mənasında işlənmişdir. Ağbəniz, Ağca, Ağgül və s. adların formalaşmasında iştirak edən ağ/ağca vahidləri gözəllik, saflıq, təmizlik və s. kimi mənalar ifadə edir. Sarı vahidi ən gözəl aşıq havalarımızın adında yer almışdır, “Baş sarıtel”, “Orta sarıtel”, “Ayaq sarıtel”. “Kitabi-Dədə Qorqud” dastanlarında Sarı donlu Selcan xanım Qanturalının ağlını başından almışdı. Sarı bir çox toponimlərimizdə də işlənmişdir. Məsələn, Sarıcalı (Qarabağda), Sarıbaş (İlisuda) və s. Məlum olduğu kimi, türk dillərində sarı sözü rəng bildirməkdən əlavə, sar (şahinlər sinfinə mənsub olub, quruda və suda yaşayan quşdur. Qədim türklərdə totem olmuşdur), həmçinin qızıl, Günəş, parlaq, parıltı, parıldamaq, parlamaq və s. mənaları da ifadə edir. Astrologiyada, eləcə də Şərq poeziyasında sarı həm də yeddi planetdən biri olan Günəşin adıdır. Bu planetlərdən hərəsi bir rəngin (qırmızı, qara, ağ və s.) rəmzi olsa da, hər biri sarı rəngdədir və onları da Günəş işıqlandırdığından bu rəngi alırlar.
Poeziyamızda qarasaç, qaraqaş, qaragöz kimi vahidlər gözəl mənasını ifadə etmişdir. İnanclarımıza görə, qara güc, qüvvədir. Yuxuda qara rəngdə nə isə görmək yuxu görənin qüvvətlənəcəyinə işarədir. Qara, Qaraxan, Qaratel, Qaragöz kimi şəxs adlarında da qara vahidi — güc, qüvvə, gözəllik, müdriklik kimi müsbət keyfiyyətlər ifadə edilir.
KİŞİ ADLARI:
ABI
GÖYCƏ
QARA
QARABƏY
QARAXAN
QARACA
QARAKİŞİ
QARAŞ
SARI
SARIBABA
SARIBALA
SARIBƏY
SARIXAN
SARIOĞLAN
SAROĞLAN
QADIN ADLARI:
AĞCA
AĞBACI
AĞBƏNİZ
AĞBİKƏ
AĞCAGÜL
AĞCAXANIM
AĞGÜL
AĞGÜN
ALAGÖZ
BƏYAZ
ƏSMƏR
GÖYCƏ
GÖYCƏGÜL
GÖYGÖZ
GÜLGƏZ
QARAGÖZ
QARAŞIN
QUMRAL
RUFİNƏ
SAFURƏ
SARI
SARIGÜL
SARITEL
SƏMRA
ŞİRMAYI
ALYANAQ Müəllif: Fidan Afad qızı Qurbanova.
Mənbə: Azərbaycan şəxs adları. İzahlı lüğət. Bakı, 2019, 1328 səh. ISBN 9 789952 835946
| ['adlar', 'kişi adları', 'qadın adları', 'şəxs adları', 'Azərbaycan adları'] |
22 | https://kayzen.az/blog/stomatoloq/28686/kariyes-n%C9%99dir-v%C9%99-ona-qar%C5%9F%C4%B1-nec%C9%99-t%C9%99dbir-g%C3%B6r%C9%99k.html | Kariyes nədir və ona qarşı necə tədbir görək? | nigarm | Stomatologiya | 17 avqust 2023, 15:35 |
Kariyes – diş toxumalarında qüsurların əmələ gəlməsi ilə təzahür olunan stomatoloji xəstəlikdir. Müalicə olunmadıqda diş toxumalarının dağılmasına gətirib çıxarır. Kariyes çox təhlükəli bir xəstəlikdir. O yalnız dişin dağılmasına və sonda itirilməsinə səbəb olmur. Kariyesli diş daim infeksiya mənbəyi olub son nəticədə ağız-udlağın, həmçinin daxili orqanların da iltihab xəstəliklərinə səbəb ola bilər. Bundan başqa, kariyesin özünün digər daha ağır fəsadları ilə də qorxuludur. Çünki ltihab prosesi diş köküətrafı sümük toxumasına keçərək periodontit xəstəliyinə, çənə sümüklərinə keçdikdə isə daha qorxulu hesab edilən osteomielit xəstəliyinə səbəb ola bilər. Buna görə də kariesli dişləri (müvəqqəti və ya daimi olmasından asılı olmayaraq) mütləq müalicə etmək lazımdır. Ən çox yayılmış xəstəlikdir – hər bir yetkin yaşlı insan həyatında heç olmasa bir dəfə diş “dəliyi” ilə qarşılaşıb. Uşaqlarda da o digər xroniki patologiyalar arasında birinci yeri tutur. Kariyesdən ən az ekvatorial ölkələrdə yaşayan insanlar əziyyət çəkir.Kariyesin növləriİnfeksion (patogen mikroorqanizmlər tərəfindən törədilir);Distrofik (diş toxumalarında mübadilə proseslərinin pozuntuları nəticəsində yaranır).
DST-nin təsnifatına görə kariyesin aşağıdakı formaları mövcuddur:Diş minasının kariyesi (dişdə tünd və ya ağ ləkə əmələ gəlir, hansı ki dentinlə sərhədə çatmır).Dentin kariyesi (mikroorqanizmlər dentin kanalcıqları vasitəsi ilə yayılır).Sement kariyesi (diş kökünü örtən sementi zədələyir).Dayanmış kariyes (əgər diş minerallarının intensiv yığılması müşahidə olunursa, karioz proses dayana və dişin dərin qatlarına daha yayılmaya bilər).Odontoplaziya (anadangəlmə stomatoloji xəstəlik).İntensivlik dərəcəsinə görə kariyesi şərti olaraq aşağıdakı növlərə ayırırlar:Ağırlaşmamış kariyes. Dörd ardıcıl mərhələni keçərək inkişaf edir:
1. Ləkə kariyesi. Minada ləkə əmələ gəlir, lakin onun səthi əvvəlki kimi düz və hamar qalır. Problemin səbəbi, minanın çoxlu miqdarda mineral duzlar itirməsidir.
2. Səthi kariyes. Mina dağılır. Ləkə əl ilə toxunuşda nahamar olur.
3. Orta kariyes. Kariyes dentinə çatır, dərinləşmə — karioz boşluq əmələ gəlir.
4. Dərin kariyes. Kariyes pulpaya çatır. Ağrı yaranır.Ağırlaşmış kariyes. Vaxtında müalicə olunmamış kariyesin ən yayılmış ağırlaşmaları arasında aşağıdakıları qeyd etmək olar:
Periodontit. Diş kökünü əhatə edən toxumalar iltihablanır.
Pulpit. Pulpa – dişin yumşaq toxuması iltihablanır. Xəstə güclü ağrılardan şikayətlənir.
Karioz boşluğun lokallaşdığı yerə görə kariyesin aşağıdakı növləri olur:Diş səthində olan təbii çuxurlarda yaranmış;Ağıl və kiçik ağıl dişi arasındakı kontakt səthdə yaranmış;Kəsici və qaflan dişlərin kontakt səthində yaranmış, lakin kəsici kənarları zədələməyən;Kəsici kənarlarla birlikdə qaflan və kəsici dişləri zədələyən;Dişin boynunu zədələmiş (çətin müalicə olunur və tez inkişaf edir).Yaranma vaxtı meyarına görə kariyesi aşağıdakı növlərə ayırırlar:birincili (bir vaxtlar sağlam olan minada formalaşıb);ikincili (qoyulmuş plombun altında əmələ gəlib).
Stomatoloqlar kariyesin yaranmasının iki əsas səbəbini qeyd edirlər:Diş minasına patogen mikroorqanizmlərin mənfi təsiri. İnsanın ağız boşluğunda çoxlu sayda mikroorqanizmlər var, lakin kariogen aktivliyə yalnız laktobakteriyalar və turşu yaradan streptokoklar malikdirlər. Öz həyat fəaliyyətləri zamanı onlar diş toxumalarına dağıdıcı təsir göstərən turş parçalanma məhsullarını ifraz edirlər. Laktobakteriyaların və streptokokların çoxalmaları üçün substrat kimi karbohidratlar xidmət edirlər.Karbohidratların parçalanma məhsulları ilə minanın dağıdılması. Qidalanma məhsulları ilə birilikdə qəbul edilən şəkər ağızda seliyin köməyi ilə fermentasiya olunur. Nəticədə turşular– yağ, propion, qarışqa (formiat) turşuları əmələ gəlir. Onlar diş minasına və dentinə mənfi təsir göstərir.
Kariyesin yaranmasına aşağıdakı amillər də şərait yaradır:
Ağız boşluğunun gigiyena qaydalarına riayət etməmə.Dişlərin quruluşunun anatomik xüsusiyyətləri (dişlərin seyrəkliyi, aralarında ərpin yaranması).Diş minasında fluorun çatışmaması.Çoxlu miqdarda yumşaq və şirin qida qəbulu.Tez-tez qəlyanaltı etmə.Seliyin kifayət miqdarda ifraz olunmaması.Seliyin bufer xüsusiyyətlərinin azalması (selik ağız boşluğunda yaranan qələviləri və turşuları neytrallaşdıra bilmir).Qeyri-rasional qidalanma, vitaminlərin və mineralların çatışmaması.Sağlamlıq durumunun qeyri-qənaətbəxş olması, immunitetin zəifləməsi.Xəstə süd dişlərinin müalicə olunmaması.Xəstəliyə genetik meyillik.
Kariyesin əlamətləri
Karioz prosesin özünü necə büruzə verməsi onun yayılma dərəcəsindən asılıdır. Ləkə mərhələsində o gizli formada keçir. Yalnız həddindən artıq qaynar, soyuq və ya duzlu qida qəbulu zamanı dövri olaraq dişlərin həssaslığının yüksəlməsi müşahidə oluna bilər. Diş minasında ləkə yalnız onun qəhvəyi rəng almasından sonra görünməyə başlayır.Səthi kariyes üçün aşağıdakı əlamətlər xarakterikdir:Müxtəlif kimyəvi qıcıqlandırıcıların təsiri altında yaranan ağrı. Qıcıqlandırıcı amil aradan qaldırıldıqdan sonra dərhal keçib gedir.Üzərindən basıldığı zaman, bərk qidanın çeynənməsi zamanı ağrı (diş boynu zədələndiyi halda yaranır).Temperatur təsirlər zamanı diskomfort.Dişin səthində böyük tünd çökəklik.Orta kariyes aşağıdakı simptomlarla xarakterizə olunur:Qida qəbulu zamanı, küçəyə çıxan (hava soyuqdursa) zaman, üzərindən basıldığı zaman ağrı. Lakin nəzərə almaq lazımdır ki, orta kariyes zamanı ağrı hissləri heç də həmişə müşahidə olunmur. Belə ki, əgər karioz boşluq artıq dağılmış dentinlə mina arasındakı sərhəddə yerləşirsə, pasiyent ümumiyyətlə heç bir diskomfort hiss etmir.Dişdə iri boşluğun olması (pasiyent onu asanlıqla güzgüdə görə və ya dili ilə hiss edə bilər).Ağızdan xoşagəlməz iyin gəlməsi.Dərin kariyesin əlamətlərinə aşağıdakıları aid edirlər:İstənilən qıcıqlandırıcı amil nəticəsində yaranan ağrı.Böyük ölçülü tünd rəngli karioz boşluq.Ağızdan xoşagəlməz iyin gəlməsi.Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.Kariyesin diaqnostikasıKariyesi onun yaranmasından dərhal sonra aşkarlamaq çox vacibdir. Bu diş minasını demək olar ki, zədələmədən problemdən qurtulmağa imkan verəcək.Stomatoloqların istifadə etdikləri diaqnostika üsulları araasında aşağıdakıları qeyd etmək olar:Xüsusi güzgünün və stomatoloji zondun köməyi ilə ağız boşluğunun vizual müayinəsi.Lazer. Bu üsuldan kariyesin başlanğıc mərhələlərinin və xəstəliyin gizli formalarının aşkarlanması üçün istifadə olunur. Lazer müayinəsi zamanı tətbiq olunan avadanlıq kiçik şua dəsti buraxır, hansı ki karioz boşluğa düşdükdə dəyişir. Kariyesin aşkarlanması haqqında məlumat həkimə xüsusi səs siqnalı vasitəsi ilə çatdırılır.Rentgenoqrafiya. Çəkilişin üç növü var: bir dişin, iki və daha çox qonşu dişlərin, panorama çəkilişi (hər iki diş sırası görünür). Rentgen gizli kariyesi aşkarlamağa kömək edir.Elektroodontometriya. Dişlərin həssaslığı zəif elektrik cərəyan verən cihazın köməyi ilə yoxlanılır. Elektrik cərəyan sağlam toxumalara təsir etdikdə, pasiyent heç nə hiss etmir, zədələnmiş toxumalara təsir etdikdə isə — ağrı yaranır.Ransillüminasiya. Ağız boşluğu fotopolimeraz ləmpə ilə işıqlandırılır, nəticədə hətta gizli kariyes belə aydın görünməyə başlayır.Qurutma. Kariyes seliklə örtüldükdə ləkə mərhələsində aydın görünmür. Ona görə də, xəstəliyin olmasından şübhələndikdə, stomatoloq problemli dişi qurudur və onu tamponlarla izolyasiya edir.Minanın vital boyanması. Əvvəlcədən qurudulmuş dişin üzərinə metilenli göy boyayıcının iki faizli məhlulunun nazik qatı vurulur. Bir neçə dəqiqədən sonra məhlul yuyulub təmizlənir. Mina zədələnmədiyi halda, rəng əvvəlki kimi qalır. Zədələnmiş yerlər isə, əksinə, aydın görünməyə başlayır.Lüminessent stomatoskopiya. Qaranlıq otaqda dişlərin üzərinə ultrabənövşəyi işıq yönəldilir. Belə şüalanma zamanı sağlam dişlər mavi, kariyes isə tünd ləkələr kimi görünür.Kariyesin müalicəsiKariyesin ləkə mərhələsində aradan qaldırılmasıPatoloji prosesin yayılmasının və diş minasının sonrakı zədələnməsinin qarşısını almaq üçün, ləkə mərhələsində olan kariyes zamanı xüsusi remineralizasiya preparatlarından istifadə olunur. Diş həkimi kariyes diaqnozu qoyduqdan sonra, diş təmizlənir. Çürümənin böyüklüyüne görə bu proses diş kökünə qədər gedər ve təbii ki, o zamanda sinirləri öldürmək lazım olur. Diş diblərindəki mikrob ocaqlarını təmizləmək üçün immun sistemi hərəkətə keçirmək lazımdır. Ev şəraitində bunu çörəkotu çayı ilə etmək mümkündür.Məsələn, aşağıdakılardan:“Remodent”;Kalsium qlükonat;Natrium xlorid və s.Onlar diş səthinə applikasiyaların qoyulması yolu ilə və ya elektroforezin köməyi ilə vurulur.Kariyesin bu cür deşilməsiz müalicəsi tamamilə ağrısız və təhlükəsizdir.Kariyesin Iсоn-la müalicəsiIсоn – dişlərin müalicəsi üçün yeni preparatdır. O minaya asanlıqla hopan və onu bərkidən polimer komponentlərdən hazırlanıbdır. Karioz proseslə zədələnmiş minaya nüfuz edərək Iсоn onu parıltılı edir, onun turş parçalanmaya qarşı davamlılığını artırır. Təəssüf ki, bu üsul yalnız ləkə mərhələsində olan kariyes zamanı effektivdir.Səthi, orta və dərin diş kariyesinin bor-maşınla müalicəsiKariyesin aradan qaldırılmasının ən çox yayılmış və ən köhnə üsuludur — bu karioz boşluğun bor-maşınla yonulması, ardınca isə yaranmış çuxurun plomblanmasıdır. Xəstənin ağrı hiss etməməsi üçün həkim ona anesteziya (iynə, aerozol) təklif edir. Plomblama materialı qoyulmazdan əvvəl təmizlənmiş səth əlavə olaraq antiseptiklərlə və adgezivlərlə təmizlənir. “Dəlik” çox dərin olduqda, içinə araqat (prokladka) qoyulur. Yalnız bundan sonra keramik, kompozit və ya metallokeramik plomb qoyulur. Plomblama materialı donan kimi, diş cilalanır.Kariyesin təhlükəsiKariyes minanın dağılmasına və dişin dərin qatlarının iltihablanmasına gətirib çıxarır. O vaxtında müalicə olunmadığı halda, pulpit əmələ gəlir. Bu zaman xəstə güclü ağrılardan əziyyət çəkir. Dişin tam dağılması – bu kariyesin ən ağır nəticəsidir. Bu xəstəlik ciddi iltihabi proseslərə (meningit və s.) gətirib çıxara bilər. Diş həkimi kariyes diaqnozu qoyduqdan sonra, diş təmizlənir. Çürümənin böyüklüyüne görə bu proses diş kökünə qədər gedər ve təbii ki, o zamanda sinirləri öldürmək lazım olur. Diş diblərindəki mikrob ocaqlarını təmizləmək üçün immun sistemi hərəkətə keçirmək lazımdır. Ev şəraitində bunu çörəkotu çayı ilə etmək mümkündür.Kariyesin profilaktikasıKariyesin inkişafının qarşısını almaq üçün aşağıdakıları etmək tövsiyə olunur:İldə bir dəfə stomatoloqu ziyarət etmək;Dişləri yaxşı yumaq;Keyfiyyətli diş məcun və fırçalarından istifadə etmək;Dişlərin gigiyenik təmizlənməsini flossla (diş sapını) tamamlamaq;Rasional şəkildə qidalanmaq, daha çox meyvə və tərəvəzlər yemək;Kurslar şəklində vitamin və mineral komplekslərini qəbul etmək;Yeməkdən sonra şəkərsiz saqqızdan istifadə etmək.Kariyesə ağız içindəki bakteriyalar səbəb olur. Bakteriyaları zərərsiz hala
gətirmək üçün ev şəraitində bəzi bitki çaylarından ( adaçayı, darçın və s.)
istifadə etmək lazımdır.Flüorlu diş məcunlarından istifadə. Flüor dişlərin möhkəm və sağlam
olmasını normada saxlayır.Sağlam qidalanma, şəkərli qidalardan uzaq durmaq( xüsusən də uşaqlar)Vaxtı-vaxtında müayinə üçün diş həkiminin yanına getməkDişlərə müntəzəm qulluq
| ['stomotoloji problemlər', 'stomotoligiya', 'diş çürüməsi', 'karies', 'kariesli dişlər', 'kariyes', 'diş müalicəsi', 'diş sağlamlığı'] |
23 | https://kayzen.az/blog/ushaq_terbiyesi/28669/cizgi-filml%C9%99rinin-u%C5%9Faqlara-t%C9%99siri.html | Cizgi filmlərinin uşaqlara təsiri | nigarm | Uşaq tərbiyəsi | 12 avqust 2023, 09:13 |
Müasir uşaqlar daha çox yeni tipli cizgi filmlərinə baxmağa üstünlük verirlər, hansı ki, mütəxəssislər bu tip filmlərin uşaqların psixologiyasında dərin və zərərli iz buraxdığını söyləyirlər. Uşaqlara aqressivlik, zorakılıq təbliğ edən cizgi filmləri çoxalır.
Mütəxəssislər deyir ki, cizgi filmləri uşaqların özünü dərk etməsi, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malikdir. Amma bu, hər cizgi filminə aid edilə bilməz. Bu gün telekanalları zəbt edən qanlı, döyüşlü-davalı ciizgi filmləri uşaq psixologiyasına olduqca böyük zərər verir. Yenicə ətraf aləmlə tanışlığa başlayan uşaq cizgilərdəki münasibəti həyatında da görmək istəyəcək.
Çoxları razılaşar ki, 35-40 yaşlı insanlar sülhü, paylaşmağı, sakitliyi, təbiəti və heyvanları sevməyi daha yaxşı bacarırlar. Təbiidir, burada onların körpəlikdə bu cür hissləri aşılayan cizgi filmlərinə baxmasının önəmli rolu var.Müasir cizgi filmlərinin uşaqlara zərəri Amerikada aparılan bir araşdırmanın nəticələrinə görə uşaqlar 18 aylıq olarkən televizora maraq yaranmağa başlayır. Amma bu, hələ onların tamaşaçı olduğunu göstərmir. 2 yaş yarımlığından başlayaraq cizgi filmlərinə maraq oyanır. Bu yaşda olan uşaqların təqlidetmə qabiliyyəti yavaş-yavaş yaranır.
Baxdıqları cizgi filmləri bu yöndə önəmli təsirə malikdir. Tez-tez kadr dəyişikliyi körpə beynində qarışıqlığa və pozğunluğa da səbəb ola bilər. 3-6 yaş arası uşaqlarda isə bu təsirin önəmi daha da artır, çünki araşdırmaçılar bu yaş qrupuna aid uşaqlarının televiziya izlərkən «məna» axtardığını ortaya çıxardılar.
6-11 yaş qrupuna aid uşaqların izlədiyi proqramların təsirləri daha çoxdur, çünki bu yaş qrupu uşaqlarda diqqət və dəqiq izləmə tam inkişaf etmiş olur.
Cizgi filmləri uşaqlara 4 formada mənfi təsir edə bilər:Zorakılığa yönləndirmə: araşdırmalara görə, şiddət, qorxu məzmunlu cizgi filmi izləyən uşaqlar, digər yaşıdlarına görə daha çox dalaşqan, üsyankar olurlar. Ətraflarına daim zərər vermək barədə düşünürlər və cox aqressiv olurlar.Diqqətsizlik: mütəxəssislərin fikrincə, gündə orta hesabla 4-5 saat cizgi filminə baxan uşaqlarda diqqət əksikliyi olur. El dilində belə uşaqlara "ölgün" «lodur» deyirlər. Onlarda aktivlik, yaşıdlarına nisbətən, 30-40% az olur.Həqiqətdən uzaqlaşma: valideynlər diqqət etməzsə, uşağın izlədiyi cizgi filmləri hər gün bir az onun həyatına daxil olur. Uşaq artıq özünü o personajlardan biri hesab etməyə başlayır. Belə uşaqlar həmişə gerçək olmayan dünyada yaşayırlar, reallığa adaptasiya ola bilmirlər. Onların gələcəkdə ictimaiyyətə yararlı fərd ola bilməsi ehtimalı olduqca azdır.Ehtiyatlı davranışın azalması və risk artımı: xüsusilə, 10-12 yaş aralığında olan və mühakimə bacarığı hələ inkişaf etməmiş uşaqlar gerçəklə xəyal arasındakı fərqi təyin etməkdə çətinlik çəkirlər. Ona görə də, onlar ciddi təhlükəsizlik problemləri yaşaya bilərlər. Cizgi filmində gördükləri hərəkətləri gerçəklikdə də sınaqdan keçirmək istəyirlər.
Aqressiv cizgi filmləri izləyən uşaqlar 3 qat daha aqressiv olur
Amerikada bir qrup psixoloq tərəfindən aparılan başqa bir araşdırma, müasir cizgi filmlərinin uşaqlara həyatı öyrətmək əvəzinə, onları şiddət və zorakılığa meyilləndirdiyini ortaya çıxardı. «Seattle» Uşaq Xəstəxanası Araşdırma İnstitutunun 330 uşaq üzərində ağardığı araşdırmanın nəticələrinə görə, məktəb öncəsi dövrdə şiddət mövzulu cizgi filmlər izləyən uşaqlar daha sonra yaşıdlarına görə 3 qat daha aqressiv olur.Bu cür uşaqlarda hiylə, pis davranış, itaətsizlik, aqressivlik və vicdan əzabı çəkməmək kimi davranışların sıx müşahidə edildiyi ortaya çıxdı. Araşdırmaya görə, uşaqlar məktəbə başladıqları andan məzun olduqları zamana qədər məktəbdə təxminən 13 min saat keçirirlər. Eyni müddət ərzində televiziya qarşısında keçirdikləri vaxt isə təxminən 18 min saatdır. Bu 18 min saat, ümumiyyətlə, uşaqların zehni, fiziki və ruhi inkişafına mənfi təsir göstərir
Uşaqlar körpəlikdə izlədikləri cizgi filminin məzmununa deyil, daha çox rəngli kadrlarına və maraqlı səslərinə diqqət edirlər. İnsan və heyvan fiqurları da bu yaşda uşaqların marağını daha çox çəkir. Hər yaş qrupu izlədiklərindən fərqi yollarda təsirlənirlər. Məktəb yaşlı uşaqlarda, daha çox oğlanlarda şiddət, qorxu aşılayan filmlərə maraq yaranır. Bunun səbəbi də telekanallarda yalnız bu məzmunlu filmlər yayımlanmasıdır. Uşaqlar, şiddət məzmunlu görüntülərdəki qəhrəmanlarla eyniləşmək meylindədir. Xüsusilə, film qəhrəmanlarının uğurlarını görüb bundan təsirlənirlər və onlar kimi olmaq arzusuna düşürlər. Uşaqların alt şüurlarına zərərli informasiyalar yerləşir və bunun fəsadları ağır olur. Bu cür filmləri elə bəsit təqdim edirlər ki, elə bil, bu, normal bir haldır. Valideynlər diqqətli olsunlar, şiddət və qorxu məzmunlu filmlər izləyən uşaqlar gələcəyin potensial şiddət və zorakılıq tətbiq edənləri ola bilər.
Düzgün seçilən cizgi filmləri uşaqların inkişafına müsbət təsir edir. Lakin bəzən elə cizgi filmləri nümayiş olunur ki, uşağın tərbiyəsinə mənfi təsir göstərir. Xüsusilə son illər çəkilən cizgi filmlərində zorakılıq və aqressiya əlamətlərinə tez-tez rast gəlinir. Ona görə də valideynlər uşaqların izləməsi üçün cizgi filmi seçərkən ehtiyatlı olmalı, bəzi vacib məqamlara diqqət yetirməlidir.
Əslində hər bir cizgi filminin konkret süjeti olmalıdır. Təəssüf ki, müasir cizgi filmlərinin əksəriyyətində heç bir süjet xətti olmur. Adətən cizgi filminin qəhrəmanlarından biri qovur, digəri isə qaçır. Belə görüntü və dinamika uşaqları cəlb etsə də, əslində heç bir məna ifadə etmir. Həmin cizgi filmləri uşaqlara heç nə öyrətmir və izah etmir, əksinə uşaqların əqli inkişafına mənfi təsir göstərir. Son vaxtlar çəkilən əksər cizgi filmlərində dəqiq və məntiqli sonluq da olmur. Bir bölümdə cizgi filmi qəhrəmanının başına ütü düşür, odda yanır, amma elə həmin bölümün digər hissəsində qəhrəman yenidən sağ-salamat üzə çıxır. Belə görüntülər heç bir məntiqə əsaslanmır və uşaqlarda təhlükəli fəsadlar yaradır. Əksər cizgi filmlərində qəhrəmanların geyimləri bir bölümdə bir neçə dəfə dəyişir. Həmin filmi izləyən uşaqlarda məkan qavramı formalaşmır, onlar harda və necə gəldi davranır, ictimai yerlərdə davranış qaydalarını pozmağa meyilli olur. Cizgi filmləri uşağın psixologiyasına mənfi təsir göstərməməli, onu sakitləşdirməli və maarifləndirməlidir, mənasız dinamik hərəkətlər əvəzinə öyrədici və tərbiyəedici süjetlər olmalıdır. Əlbəttə ki, uşaqların bilik və dünyagörüşünün artırılmasına xidmət edən kifayət qədər cizgi filmləri var. Ata-analar faydalı cizgi filmlərini seçərək övladlarının onlara tamaşa etməsinə çalışmalıdır. Çox vaxt valideynlər buna ciddi əhəmiyyət vermir və uşağın evdə sakit oturması naminə onlar üçün nəzərdə tutulan müxtəlif növ cizgi filmlərinin verildiyi kanalları fərqinə varmadan işə salırlar.
Cizgi filmləri aqressiya və zorakılığı deyil, mehribanlıq, humanistlik və səmimiyyət təbliğ etməlidir. Lakin təəssüf ki, əksər cizgi filmlərində tamamilə bunun əksi nümayiş olunur. Zülümkarlıq, qorxu və ölüm barədə olan cizgi filmi qəhrəmanları uşaqlar üçün mənfi nümunə olur.
Cizgi filmi düzgün seçilsə də uşaqların uzun müddət televizor qarşısında əyləşməsi də yolverilməzdir. Uşaqların cizgi filmlərini izləmək müddətinin onların yaşına uyğun olması barədə psixoloqların mövqeləri var. Uşaqların film izləmə müddəti yaşa görə müxtəlifdir və valideynlər bunu mütləq nəzərə almalıdır.
Bəs cizgi filminin baxılma müddəti yaşa görə necə təyin olunur ?3 yaşa qədər uşaqlar televiziyada nümayiş olunan cizgi filmlərinə çox az baxa bilər – cəmi 20-30 dəqiqə olmaqla gündə iki və ya üç dəfə. Həmin yaş dövründə uşaq televizora hər dəfə 10 dəqiqədən çox baxmamalıdır.4 yaşında uşaqların televiziya ekranını izləmə müddəti 30-40 dəqiqə olmalı, gündə üç və ya dörd dəfə və hər dəfə 10 dəqiqəni ötməməlidir.5 yaşı olan uşaqlar 1 saat televizora baxa bilər. Onlar hər dəfə 20 dəqiqə olmaqla gün ərzində üç dəfə ekran qarşısında əyləşə bilər.6 yaşında uşaq 1 saat – 1 saat 30 dəqiqə ərzində televiziya ekranında nümayiş olunan cizgi filminə tamaşa edə bilər, lakin gündə iki və ya üç dəfə 30 dəqiqədən artıq olmamaq şərti ilə animasiya filmlərinə baxa bilər.Sonrakı illərdə uşaqlar tədricən 2 saata qədər “mavi ekranı” izləyə bilərlər. Yaxşı olar ki, uşaq televizora baxarkən valideynlərdən biri onunla bərabər baxıb nəyin baş verdiyini ona başa salsın və uşağın baş verən hadisələrə necə reaksiya verdiyini müşahidə etsin.Dünyanın müxtəlif ölkələrində qadağan olunmuş 13 cizgi filmini sizə təqdim edirik
«SpongeBob» (ABŞ)
Dünyanın ən məşhur cizgi filmlərindən biri olan «SpongeBob» «SquarePants Nickelodeon»un ən çox izlənilən serialı idi, lakin bəzi epizodlar məhdudiyyətləri aşdığı üçün qadağan edilib. ”Orta yaşlı xərçəng” bölümü 2018-ci ildən bəri yayımlanmır. «Pokemon» (Türkiyə)
«Pokemon»un 38-ci seriyasındakı 12 Hz tezliyində parlaq mavi və qırmızı yanıb-sönən işıqların uşaqların sağlamlığına zərər verdiyi iddiası müzakirələrə səbəb olub. “Pokemon şok” adlanan bu hadisədən sonraki epizod Yaponiya, Türkiyə və Yaxın Şərq ölkələrində qadağan edilib. «Batman» (ABŞ)
Televiziya tarixinin ən çox baxılan animasiyalarından biri olan «Batman: cəsur və cəsarətli»nin ikinci sezonunun 24-cü bölümündə “Yırtıcı quşlar” ilə birlikdə oxuduğu mahnıda ədəbsiz cümlələr olduğu üçün qadağan edilib. Heç vaxt televiziyada yayımlanmayan bu bölüm serialın DVD dəstinə “bonus” olaraq əlavə edilib.«Peppa Pig» (Çin)
Demək olar ki, tamamilə uşaq tamaşaçıları cəlb edən «Peppa Pig», onlar üçün «təhlükə» yaratdığına görə Çində qadağan edilib. Bildirilib ki, «Peppa Pig»in ölkədə, mahnı sözlərində və tatuajlarda uyğunsuz şəkildə yayılması iğtişaş yaradıb.«Mikki Maus» (İngiltərə)
Britaniya məhkəməsi «Mikki Mouse»un “Dəli həkim” bölümündə qorxulu epizodlar olduğuna görə onu qadağan edib. Ümumiyyətlə, «Mikki mous»un bəzi bölümlərində uşaqları qorxuda biləcək bir çox nüansların olduğunu qeyd ediblər.«Kiçik Toonun macəraları» (ABD)
1990-cı illərdən bəri yayımlanan «Kiçik Toonun macəraları» çizgi filiminin bir bölümündə qəhrəmanlar spirtli içkidən istifadə etdiklərinə görə izlənilməsi qadağan edilib. Bölümdə üç dostun uçurumdan atılıb səmaya qalxmazdan əvvəl sərxoş vəziyyətdə yaşadıqları macəralarından söhbət gedirdi. Uşaqların sevdikləri personajda məsuliyyətsiz davranış görməməsi üçün edilən bu senzuraya görə çizgi filminin televiziyada yayımlanması dayandırılıb."Bugs Bunny" (Kanada)
1998-ci ildə Kanada bu çizgi filmi cinsiyyətçiliyi və qadın düşmançılığını təlqin etdiyinə görə, qadağan edib. «Simpsonlar» (Rusiya)
Bu cizgi film ailə qruluşu ilə bağlı uşaqlara mənfi nümünələr göstərir. Buarda qətl və zorakılıq təsvirləri yumoristik şəkildə təqdim edilir. Bəzi tədqiqatçılar bu cizgi filminin uşaqlarda depressiyaya səbəb ola biləcəyini bildiriblər.
| ['cizgi filimləri', 'cizgi filmlərinin zərərləri', 'usaq terbiyesi', 'uşaq tərbiyəsi'] |
24 | https://kayzen.az/blog/ushaq_terbiyesi/28657/u%C5%9Faqlar%C4%B1n-d%C3%BCnyas%C4%B1n%C4%B1-onlar%C4%B1n-r%C9%99sml%C9%99rind%C9%99-k%C9%99%C5%9Ff-edin.html | Uşaqların dünyasını onların rəsmlərində kəşf edin | nigarm | Uşaq tərbiyəsi | 22 iyul 2023, 18:52 |
Ev və ağac şəkli
Övladınıza ev, ağac və insan şəkli çəkməyi təklif edin. Onun (Mən evi necə çəkim? Evin neçə pencərəsi olur? Ağacın yarpaqları necə olur? və.s) suallarına isə cavab verməyin. Çalışın uşağınıza başa salasınız ki, rəsmi o özü tək, bir kimsənin köməyi olmadan çəkməlidir. Bu şəkli çəkmək üçün övladınıza tam sərbəstlik verin. O rəsm çəkməklə məşğul olan zaman siz onun verdiyi sual və şərhləri, həmçinin işləmə müddətini və digər vacib momentləri qeyd edin. Balaca şəkli bitirəndən sonra onunla söhbət edin: RənglərRəsm çəkərkən rənglərdən istifadə də önəmlidir. Uşaq rəsm çəkərkən və müəyyən mövzuları çəkərkən rənglərə yer vermirsə emosional yoxsulluğunu və assosiallığı ola biləcəyini göstərir. Uşaq rənglərdən iki cür istifadə edir: birinci təbiəti təqlid edir (yaşıl otlar, sarı günəş), 2-ci halda şüuraltını təqib edir (izləyir). İkincisi uşağın düşüncə və şəxsiyyəti haqqında daha çox məlumat verir.Qırmızı 6 yaşınadək uşaqlar tez-tez istifadə edir və normal haldır. Xəstə uşaqlar bu rəngi daha az istifadə edirlər. 6 yaş üzərində uşaqlarda aqressivliyi təmsil edir.Mavi bu rəngi istifadə edən uşaqlar qırmızı rəngi istifadə edənlərlə müqayisədə daha kontrolludur. Uşaq olmağı tamamillə rədd etdikdə mavi qəhvəyi rənglə əvəz olunur. Uşağın mavi rəngi hədsiz istifadəsi həddən artıq özünənəzarətli (kontrollu) olduğunu göstərir.Yaşıl sosial münasibətləri təmsil edirSarı bəzən uşağın böyüklərə çox bağlı olduğunu göstərirQəhvəyi daxili eyni zamanda ailədaxili və sosial ziddiyyətlər, uyğunlaşma problemi yaşadığını göstərir. İnadkar (tərs) uşaqların bu rəngdən ötrü “ürəkləri gedir”.Bənövşəyi– narahatlıq göstəricisidir.Qara hər yaşda istifadə olunur, əsasən daxili sıxıntını ifadə edir.Sosial, zəngin duyğu dünyasına sahib uşaqlar rəsm çəkərkən bir neçə rəng istifadə etdiyi halda, asosial, qapalı uşaqlar 1-2 rəngdən istifadəylə kifayətlənirlər.
Bundan sonra rəsmin izahına, şərhinə keçmək olar. Psixoloqların fikrincə, əgər uşaq rəsmini canlandırsaq, o zaman onun həyatında həqiqətən nələrin baş verdiyini görərik. Əgər ilk olaraq balaca ağac çəkirsə, hansıki, həyat mənbəyi sayılır, deməli onun üçün bu digərlərindən daha vacibdir. Yox əgər birinci ev şəkli çəkirsə, deməli onun üçün təhlükəsizlik və şəxsi uğurları daha önəmlidir.
Ağacın xarakteristikasıƏgər:rəsmdəki agac daha böyükdür və qabarıq çəkilib, bu zaman sizin övladınızın enerji ehtiyyatı çoxdur və o həyata həddindən artıq pozitiv yanaşır;ağac evə sarı əyilibsə, deməli köprə evə bağlıdır və onun sakit, rahat, ən əsası təhlükəsiz mühütə ehtiyacı var. Həmçinin, bu müəyyən dərəcədə balacanın qapalı olmasının da gizli əlamətidir;yarpaqları üzü aşağı dikilmiş agac isə uşağın müəyyən həll olunmamış problemlərindən xəbər verir. Qapalı və depressiyaya meyilli uşaqlar çox vaxt söyüd ağacı çəkirlər;Yarpaqları şək üzü yuxarı dikilən və öz kökü üstündə möhkəm duran ağac rəsminin sahibi isə özündə arxayın və gələcəyə can atan biridir;Ağacın yarpaqları kənarlara baxırsa, deməli o digərlərinə yardım etməyə can atır;Rəsimdəki ağacın yarpaqları bol çəkilib və onlar evə sarı meyillidirlər. Bu balacanın bir tərəfli maraq sahibi olduğundan xəbər verir;Ağacın yarpaqları evdən uzaq çəkilibsə, o zaman bu uşağın ailədən uzaq şəxsi həyatının olduğu anlamına gəlir.Ağacın kağızdakı yerinə yuxarıdaki yazılanlara baxaraq izah verilir. Eyni zamanda ağacın quruluşuna da fikir vermək lazımdır. (kök, gövdə, yarpaqlar, budaqlar, meyvələr, ətrafı). Gövdə insanın dəyişməz mənliyini, budaqlar özünü ətrafına ifadə etmə şəklini göstərir. Budaqlar xaricə doğrudursa sosial, içə doğrusudursa- qapalı olmaqdan xəbər verir. Ağacın gövdəsini və ya budaqlarını çəkərkən edilən hər bir “səhv” çəkənin əvvəllər yaşadığı travmaları göstərir. Səhv gövdənin nə qədər üstündədirsə uşağın yaşadığı sarsıntı da bir o qədər yaxın keçmişdə olmuşdur.HeyvanlarHeyvanlarla qarşılaşmaq emosional ünsiyyət qurmaq deməkdir. Qarşılaşdığı heyvanı ya canayaxın ya da itələyici hesab edə bilər: onu öz növünə aid heyvanların özəlliklərinə sahib bir varlıq olaraq görə bilər. Elə buna görədir ki, uşaq bəzən insandan çox heyvan rəsmi çəkməyə üstünlük verir.İt, pişik oxşanmağı (əzizlənməyi) sevən uşaqlar çəkir. 10+ uşaqlarda emosional problemlərə işarədir.Yırtıcı heyvanlar çəkinilən (qorxulan) atanı təmsil edir. Bu heyvanlar qəhramanın qarşısında rəsm edilirsə: çəkinmənin əksinə ataya verilən dəyəri təmsil edir.Quşlar və balıqlar quşlar mistizmi ifadə edir. Balıqlar- xoşbəxtliyi ifadə edir. Bəzən uşaq balığı tilovda rəsm edə bilər. Bu balıqçı kimdir, balıq kimdir? Ovlanan balıq uşağın özüdürmü? Bunu daha detallı araşdıraraq müəyyənləşdirmək olar.Uşaqların heyvan şəkilləri çəkməsi bəzən insanlar arasında olmağı xoşlamadığı mənasına da gələ bilər.
“Bütün quruluşlar insan biçimindədir: üzləri, gözləri, ağızları, qulaqları hətda ruhları belə var”. Demək ki uşaqlar ev şəkli çəkərkən də özlərini ifadə edirlər. Ev rəsmi analiz olunarkən: evin özü qədər (qapılar, pəncərələr, bəzək əşyaları), ətrafına da (yollar, ağaclar) baxılır. Kağıza yaxşı yerləşdirilmiş (mərkəzdə çəkilmiş), açıq pəncərəli, çox qapılı bir ev uşağın mülayim xarakterli, sosial və paylaşmağı sevən olduğunu göstərir.Bunun əksinə ev kiçikdirsə, uşaq kağızın hamısından istifadə etməmişdirsə pəncərələr kiçikdirsə və ya ev pəncərəsizdirsə evin ətrafında sıx, hündür ağaclar varsa uşağın emosional problemləri olduğunu göstərir.Ev kağızın kənarına çıxırsa böyük ehtimal emosionala aclıq içindədir (sevgiyə ehtiyacı var), və ya uyğunlaşma problemləri yaşayır. Qapının ya da yolun çəkilməməsi hər yaşdakı uşaq üçün uğursuzluq göstəricisidir.Evin xarakteristikasıUşaq rəsmindəki ev müxtəlif cür görünə bilər: böyük və çoxmərtəbəli, bağ evi, kənd evi, köhnə daxma və hətta həbsxana. Evin içində insan təsvir olunubsa, deməli onun himayəyə, müdafiyəyə ehtiyacı var. Əgər şəkildə ev mühüm yer tutursa, bu balacanın maddi nemətlərə meyilli olduğunu göstırir.Boru
Əgər balaca ev çəkərkən daha çox diqqəti onun borusuna yönəldirsə, deməli evdəki ab-hava onu ciddi narahat edir. Bu eyni zamanda güc və kişilik də deməkdir.Dam
Əgər balacanı günah hissi və supereqo narahat edirsə, onun çəkdiyi ev şəklində dam sivri-uclu olacaq.Pəncərə
Əgər şəkildəki evdə pəncərə yoxdursa, deməli balaca qapalı biridir. Çoxlu sayda pəncərə isə əksinə, onun fəal və hər cür münasibətə açccedil;ıq olduğundan xəbər verir. Balaca pəncərələr isə övladınızın utancaq olduğunu göstərir.Qapı
Qapısız ev uşağın psixoloji çətinliyinin göstəricisidir. Əgər balaca utancağdırsa, o zaman onun çəkdiyi evin qapısı kiçik ölçüdə olacaq. Evin yan tərəfində çəkilən qapı isə qaçma anlamına gəlir.Pilləkən və cığır
Pilləkanlar əgər ən-ənəvi qaydada çəkilibsə, deməli balaca sosial fəallığa can atır. Ixtilaf və əlçatmazlıq isə pilləkanların lay divara dirənməsi deməkdir. Düz və səliqəli yollar, cığırlar balacanın öz hərəkətlərini tam idarə etdiyini bildirir. Uzun-uzadı yollar isə məsafəli münasibətlər deməkdir.
Insanı anlamaq üçün onun çəkdiyi insan şəklini analiz etmək lazımdır. əgər balaca daim özünü təsvir edirsə, bu o deməkdir ki, o öz həyatını tam idarə edir. Şəkildə başqa birinin olmasısa, bu insanın balacanın həyatında mühüm rol oynadığını bildirir. «Mən insan çəkirəm”Qoyun balaca bir insan şəkli çəksin. Çalışın yaradıcı prosesə müdaxilə etməyəsiniz. Balaca sizdən yardım istəsə belə, yaxın durmayın. Imkan verin bildiyi kimi çəksin. Verdiyi suallara konkret cavab verməyin, amma onların hamısını qeyd edin ki, sonra analiz edə biləsiniz. Balaca rəssam işini bitirdikdən sonra, maraqlanın görün o nə isə əlavə etmək istəyir, ya yox. Iş tamam olandan sonra onunla bir səhbət edin. Öyrənin, bu şəkildəki kimdir, xasiyyəti necədir. Hardadır, hara gedir, nə işlə məşğuldur və s. Bundan sonra aşağıdaki plan üzrə rəsmin təfsirinə keçin:Uşaq kimin rəsmini çəkib. Çox vaxt balaca özünün aid olduğu cinsin nümayəndəsini çəkir. Bu da normal sayılır. Identifikasiyanın (eyniləşmə) pozulduğu zaman uşaq ya cinsiyyətsiz varlıq, ya da əks cinsin nümayəndəsini çəkir.Rəsmdəki insanın hərəkətləri də çox önəmlildir. Uşaq onu istənilən vəziyyətdə təsvir edə bilər. Şəkildəki insan sola baxırsa, deməli balacaya keçmişini daha xoş gəlir, nəinki, yaşadığı zaman. Yox əgər sağa baxırsa, bu o deməkdir ki, balaca indiki mühütünə çox bağlıdır. əgər baş profil, bədən isə anfas təsvir olunubsa, bu uşağın ünsiyyətə ehtiyacı olduğundan xəbər verir. Qaçıb gizlənmək hissini qaçan adam biruzə verir. Xasiyyətinin müvazinətli olmasını isə rahat addımlayan insan şəkli üzə çıxarır.Əgər insan kağızın tam ortasında çəkilibsə, bu onun tam normal və özünəarxayın bir şəxsiyyət olduğunu göstərir. əgər kağızın yuxarısında çəkilibsə, böyük ümidlərlə yaşadığını, özü haqqında yüksək fikirdə olan biri deməkdir. Kağızın aşağı hissəsində çəkilibsə, deməli depressiyadadır, özünü köməksiz, inamsızdır. Yox əgər şəkil kağızın qırağında təsvir olunubsa, bu zaman sizin övladınız sərbəst qərar verməkdə qorxur və sizə ehtiyacı var.Bədən bu həyati gücün bir yerə toplanması deməkdir. əgər övladınız sivri və ya kvadrat bədən çəkirsə, bu onun cəsarətli olmasından irəli gəlir. Həddindən artıq iri bədən özündən narazılıq əlamətidir. Yox əgər bədən balacadırsa, bu o deməkdir ki, körpə tez-tez alçaldılır və təhqir olunur.Baş intellekt və xəyal simvolu sayılır. Hələ erkən yaşlarından uşaq anlayır ki, baş bədənin çox vacib hissəsidir. Şəkildə başın alın hissə çəkilməyibsə, deməli balacanı zəka, ağıl bir o qədər də maraqlandırmır. Uşağın mənəvi və fiziki tarazlığını başın və bədənin ölçülərinin düzgün çəkilməsi biruzə verir. Uşaq böyük bədənə balaca baş çəkirsə, deməli onun əqli inkişafı ləng gedir. əgər onu müdafiaya ehtiyacı varsa, o mütləq baş örtüyü çəkəcək.Üz isə ünsiyyətin simvoludur. Balacanın ünsiyyət qurmaqla bağlı problemi varsa, o insanın üz cizgilərini dəqiq çəkə bilməyəcək. Çənənin qabarıq təsviri onun hakim, daha üstün olma ehtiyacından irəli gəlir. Gözəllik vurğunu olanlarsa, cizgiləri çox səliqəli və qəşəng təsvir edirlər.Qulaqlar qavrama və mənimsəmənin dərəcəsini göstərir. əgər balaca iri qulaqlar çəkirsə, deməli, uşaqda hallyusinasiyalar olur. balaca qulaqlar və ya ümumiyyətlə qulaqların olmaması isə balacanın tənqid və kritika eşitmək istəməməsi deməkdir.Dodaqlar seksual sahənin simvoludur.Ağiz açıq və dişlərlə dolu şəkildə çəkilibsə, bu aqressiya göstəricisidir. əgər övladınız balaca ağız və ya ümumiyyətlə ağızsız üz çəkirsə, bu onun ətrafa söz vasitəsilə təsir qüvvəsinin olmadığı anlamına gəlir.Gözlər əgər iri çəkilibsə, deməli uşağınız qorxu və həyəcan içindədir. Yox əgər gözlər saç, papaqla örtülübsə, o zaman balaca xoşagəlməz görüntülırdın uzaq olmaq istəyir. „nöqtə” və ya “xətt” formalı gözlər isə ona qoyulan ağlamaq olmaz qadağasını bildirir.Burunsuz üz intellektual çatışmazlıqdan xəbər verir. Bəzi psixoloqlar isə burunu seksuallıq simvolu kimi qəbul edirlər.Boğaz nazik və uzundursa, bu tormozlaşmadan xəbər verir. Həmçinin, bu yüksək maraqdan da irəli gələ bilər. Gödək və yoğun boğaz isə onun istək və maraqları qarşısında gücsüz olduğu anlamına gəlir.Çiyinlər fiziki güc və hömüranlıq nişanəsidir. Həyəcan və qorxudan iti çiyinlər xəbər verir. Maili çiyinlərsə, həyat eşqinin sönməsi, ümidsizlik, gunah hissinin yüksək olması anlamına gəlir.Əllər fəallıq və ünsiyyət göstəricisidir. əgər balaca sadə bir şəkli çəkirsə, bu onun nəyəsə qadir olduğundan xəbər verir. Barmaqların beşdən artıq olması, onun özünü çox güclü, az olmasısa çox zəif hiss etməsini deməkdir. Uzun əllər və dırnaqlar, həmçinin, yumruqlar aqressiyanın əlamətidir. Bədəndən ayrı çəkilən əllər uşağın gərgin olduğunu göstərir. Özlərində əmin olmayan, qapalı balacalar isə əlləri ya arxalarında, ya da ciblərində gizlədirlər. Ümumiyyətlə əlsiz bədən isə passivlik deməkdir.Ayaqlar dayaq və sərbəst hərəkəti simvolizə edir. əgər balacanız sərbəstliyə can atırsa, bu zaman o uzun ayaqlar çəkəcək.
Bəzəmə və Rəngləmə
Uşağınız rəsm boyayarkən hansı rənglərdən istifadə etdiyinə fikir verin. Qara rəng — aqressiya, qırmızı — fəallıq, qəhvəyi – naxoşluq əlamətidir.
Əgər balaca rəsmdəki bütün boş yerləri doldurmağa çalışırsa, bu o deməkdir ki, onu tənhalıq hissi narahat edir. Övladınızın qayğıya, sevgiyə ehtiyacı var. Bunu ondan əsirgəməyin. Duman, bulud çəkən balacar isə qorxu və həyəcan içindədirlər. Günəş, alov isə işıq və hərarətin simvolizə edir.
Rəsmdəki xətlərin keyfiyyəti
əgər balaca rəssam karandaşı kağıza bərk basırsa və çəkdiyi xətlər düzdürsə, deməli o iradəlidir, aydın təfəkkürü var və emosional cəhətdən heç bir problemi yoxdur. Karandaşı həddindən artıq bərk basıb onu tez-tez sındıran, xətləri isə yarımçıq olan uşaq emosional gərginlik içindədir. Karandaşı xəfif basanlar isə özlərində arxayın olmayanlardı.
Şəklin ölçüsü
əgər övladınız bütün vərəqi şəkillə doldurursa, bilin ki, uşağınız çox aqressivdir və tez coşan və sərhəd tanımayan biridir. Balaca rəsm isə natamamlıq komoleksindən və depressiyaya meyillilikdən xəbər verir.Əsas simvollar:Ev sığınacaq, ailə istiliyi, xarici aləmə açılan qapıPəncərələr uşaqlar təxminən 6 yaşa qədər pəncərələri evin kənar divarlarına bitişik çəkirlər. Buna “doldurma” deyilir. Bu yaşa qədər uşaqlar boşluq anlayışını qavramırlar, 6 yaşdan sonra belə bir hal uşağın zehni və məkan qavrama əngəli və ya ciddi bir emosional pozuntusu olduğunu göstərir.Yol çox önəmlidir. Emosional problemləri olan uşaqlar evin yolunu çıxmaz olaraq (harasa getməyən yol) və ya qara/ qırmızıya boyayaraq çəkə bilərlər.Göy cismləri günəş atanın təsirini göstərir. Qırmızı və ya qarayla rənglənmiş günəş atanı tam qəbullanmamış uşağın şübhəli fikirləridir. Ay və gecə – mistizmlə yanaşı dostluq və sevgi münasibətlərini də göstərə bilər. Ay əsasən ölümlə əlaqələndirilir. Eyni zamanda cinsəlliyi də simvolizə edir. Səma– böyük məqsədlərin ifadəsidir (yüksəlmə).Su ana ilə əlaqəlidir və əsasən doğulma ilə əlaqədər hər şeyi təmsil edir. Yağışı göstərən kəsik xətlər isə narahat insanların rəsmlərində tez-tez istifadə olunur.Piyada keçidi uşaq rəsmlərində tez-tez rast gəlinir. Vəzifə məsuliyyətini, sosial təzyiqi, ailə təzyiqini simvolizə edir.Rəsmdə İnsanlar; Burun cinsəlliyi təmsil edirGözlər dünyaya necə baxdığını ortaya çıxarır, homoseksuallıq xüsusiyyətləri daşıyan oğlan və qızlar əsasən gözləri böyük çəkirlər.Kirpiklər inkişaf etməmiş aqressiv uşaqlar kirpikləri tikan kimi (biz-biz) çəkir. Saçlar cinsəl xüsusiyyət daşıyır. Narsistlər əsasən baxımlı və dalğalı saçlar çəkirlər. Qulaqlar biliyə ac uşaqlar qulaqları böyük çəkə bilər amma əsasən qulaq çəkməyi unudurlar.Qulaq eyni zamanda ailə rəsmlərində üzvlərin bir-birini dinləyib-dinləmədiyindən xəbər verir.Ağız anayla bağlıdır. Eyni zamanda erotizmi və sosiallığı da ifadə edir. Ağız çəkməyi unudan uşaqda cinsi və ya ünsiyyət problemləri olduğunu göstərir. Dişi göstərən açıq ağız aqressivlikdir.Qalın dodaqlara emosional uşaqların şəkillərində rast gəlinir. Dairəvi ağız kiçik yaşlı uşaqların rəsmlərində müşahidə olunur, irəli yaşlarda isə əqli geriliyin göstəricisi ola bilər. Çənə kişiliyin göstəricisidir. Bu əsasən irəli yaşlı uşaqların rəsmlərində görülür. Əllər sosiallığın göstəricisidir.Ciblər və düymələr: insanlara verilən dəyəri göstərir. Hədsiz sayda çəkilmiş düymə və cib aslılıq (bağlılıq) duyğusunun göstəricisidir.Psixoloq məsləhətlərini diqqətlə oxuyun ki, „uşağdı da şəkil çəkir ” deyib övladınızın daxili aləminə və emosional durumuna biganə qalmayasınız.
| ['uşaq psixologiyası', 'uşaq dünyası', 'rəsmlər danışır', 'rəsmlərin mənaları'] |
25 | https://kayzen.az/blog/etiket/28656/etiket-qaydalar%C4%B1.html | Etiket qaydaları | nigarm | Etiket və nəzakət qaydaları | 22 iyul 2023, 18:21 |
Etiket – lazım olduğu zaman yaxşı davrana bilməkdir. Əslində etiketin əsəsları kifayyət qədər sadədir. Bu nitq mədəniyyəti, sadə nəzkat, səliqəli xarici görnüş və öz emosiyalarını idarə etmək bacarığıdır. Bu həm kişi, həm də qadınlara aiddir.Hər kəsin bilməli olduğu aktual etiket qaydalar: Əgər siz “Mən sizi dəvət edirəm” kəlməsini işlədirsinizsə, dəməli, hesabı siz ödəməlisiniz.Amma əgər siz “Gəlin restorana gedək” ifadəsini işlədirsinizsə, bu halda hər kəs öz yerinə ödəyir.Zəng etmədən qonaq getməyin. Bir britaniyali xanim deyirdi ki, çağırılmamış qonaq gəldikdə, o çətirini götürüb ayaqqablarını geyinirdi və şlyapasını qoyurdu. Əgər gələn insan ona xoş gəlirdisə, “Ah, nə yaxşı, mən elə indicə gəlmişəm” söyləyirdi. Əks halda isə “ah, nə pis oldu mən getməyə hazırlaşırdım”.İctimai yerlerdə telefonunuzu süfrəyə qoymayın. Belə etməklə siz bu rabitə qurğusunun həyatınızda nə dərəcədə mühüm rol oynadığını və ərafdakıların danışdıqlarının sizə nə dərəcədə maraqsız olduğunu vurğulayırsınız.Kişi hec vaxt qadının cantasını daşımamalıdır. Qadın paltosunu da o, yalnız qarderoba aparamaq üçün götürməlidir.Əgər siz kiminləsə yol gedirsinizsə və o, sizin tanımadığınız bir kəslə salamlaşsa, siz də salam verməlisiniz.Ayaqqabılar hər zaman təmiz olmalıdır. Amma ayaqqabının ictimai yerlərdə təmizlənməsi nəninki mədəni hal deyil, heç bir etik və gigiyenik qaydalara sığışmır.Həmsöhbətə ehtiyac duyduğunuz zaman telefonla boş-boş mənasız danışmaqdansa, bir-birinizlə görüşsəniz yaxşıdır.Əgər sizi təhqir edirlərsə, bu zaman səsinizi qaldırıb kobudluqla cavab verib onun səviyyəsinə enməyin. Gülümsəyin və tərbiyəsiz mübahisədən uzaqlaşın.Qadınlar otaqda şlyapalarını çıxartmaya bilərlər, amma papağı çıxartmaq lazımdır.Ətirlərdən həddindən artıq çox istifadə etmək olmaz.Qadının yanında kişi yalnız onun izni ilə siqaret çəkə bilər.Kim olmasında asılı olmayaraq otağa ilk daxil olan salamlaşmalıdır.Çox bərkdən gülmək, səs-küylə danışmaq, insanları başdan ayağa süzmək olmaz.Bağlı qapını döymədən açmaq olmaz.
Etiket fransız sözü olub – davranış qaydaları deməkdir. Ona cəmiyyətdə qəbul edilmiş ədəb və nəzakət qaydaları daxildir. Bir-birinə hörmət etmədən, özünə müəyyən qadağalar qoymadan yaşamaq mümkün olmadığı qədər, bu normalara riayət etmədən heç bir siyasi, iqtisadi, mədəni münasibətlər də yaratmaq mümkünsüzdür. Etiket sözü – etika sözü ilə eyni kökdən olub, jestin gözəlliyi və başqa insanlara qarşı hörmət münasibətinə əsaslanaraq, ümumi qəbul olunmuş davranış qaydalarını özündə əks etdirir. Etiket – insanın cəmiyyət arasında davranış norma və qaydalarıdır. Etiket banisi İngiltərə və Fransadır. Sonra isə əxlaq qaydaları İtaliyada yarandı.Etiketin bir neçə növləri vardır:Dövlət etiketiDiplomatik etiketHərbi etiket Dini etiket Ümumvətəndaş etiketiÜmumvətəndaş etiketi də öz növbəsində: İşgüzar və qeyri-işgüzarMərasimMasaarxasıSöhbət (Ünsiyyət) etiketlərinə bölünürEtiketin ümumi qaydalarına aşağıdakıları daxil edirlər:İlk öncə xoş niyyətli olmaq lazımdır.Klassik qızıl qaydanı yaddan çıxarmaq olmaz: “Özünə rəva bilmədiyini başqasına rəva bilmə!”Nəzakətli olmaq əsil vikipediyaçının keyfiyyət nişanıdır. Bunu yaddan çıxarmayın! Yaddan çıxarmayın ki, yazılı ünsiyyətdə sərhədi keçmək şifahi ünsiyyətdəkinə nisbətən xeyli asandır.Bütün danışıqlarınızı imzalamağı unutmayın. Sözlərinizin arxasında durun.Konsensusa doğru fəaliyyət göstərin, destruktiv olmayın.Diqqətinizi şəxslərə deyil, məzmuna yönəldin.Sualları qulaqardına vurmayın, kar-kor oyunu oynamayın, müraciətləri cavabsız qoymayın.Yanlışlarınızı etiraf etməyi bacarın, səhvlərinizi qəbul edin! Üzr istəməkdən heç zaman çəkinməyin.Öz qüsurlarınızı nəzarətdə saxlayın! Qərəzinizi və qəzəbinizi cilovlayın!Bağışlayın və unudun!Tərifləməkdən usanmayın. Uğurlu istifadəçilərə daim öz təşəkkürünüzü çatdırın. Mükafatlar və ulduzlar verməkdən çəkinməyin!Mübahisələri başlayan heç vaxt siz olmayın və başlamasına da imkan yaratmayın. Barışıqlara və vasitəçiliklərə əl atın. Başqalarının mübahisələrində vasitəçi olun.“Çıxın gedin!” Əgər mübahisənin nəticəsi sizi qane etmirsə və bir şey dəyişə bilmirsinizsə, başqa məqalələrin redaktəsi ilə məşğul olun, mübahisəli məqalələri oxumayın. Hirsiniz soyuyanda və arqumentləriniz doğru olanda geri dönərsiniz.Geri çevirmələrdən uzaq olun və üç dəfə geri çevirmə qaydasına bağlı qalın. Redaktə savaşlarından kənarda qalın.İnsanlara şəxsi hücumlar, əsassız ittihamlar etməyin, təhqirə keçməyin, qisas almayın, istifadəçiləri damğalamayın (faşist, irqçi və s.), onları kiçiltməyin, ələ salmayın. Oturub-durma etiket qaydalarına görə insan çox yüngül yeriyib tələsməməlidir: bu, yüngüllük və yelbeyinliyə dəlalət edər. Çox ağır yeriyib ləngiməməlidir – bu, kəsalət və tənbəlliyə dəlalət edir. Təkəbbürlü adamlar kimi özünü çəkə-çəkə yeriməməli, arvadlar və ədabazlar kimi özünü burcuda-burcuda irəliləməməli, əllərini yanına sıxmamalı və yellənə-yellənə getməməlidir. Bütün hallarda həddi gözləməlidir. Yeriyəndə, çox o yana-bu yana baxmamalıdır, bu, gözaydınlıq – huşu yerində olmayanların işidir: həmişə başını aşağı salmamalıdır, bu qəmli-kədərli və fikri yerində olmayanların işidir.Nəqliyyata minərkən etket qaydaları.Oturmaqda belə edilməməlidir – ayağını uzatmamalı, ayaqlarını bir-birinin üzərinə aşırmamalı, dizi üstə oturmamalı. Başını dizinin üstünə qoymamalı, əlini dayamamalı, bu, qəm və kədər əlamətidir. Boynunu yana əyməməli, saçı və bədənin başqa üzvü ilə oynamamalı, barmağını ağıza-burnuna soxmamalı, barmaqlarını və bədəninin başqa üzvlərini şaqqıldatmamalıdır. Bərkdən əsnəməməli, camaatın qabağında uzanmamalı, adamların yanında burnunun zibilini yerə atmamalı, eləcə də, tüpürməməli; çox ehtiyac olduqda, elə edilməidir ki, camaat səsini eşitməsin, boş əli, ətəyi, qolu ilə ağız-burnunu silməməli, çox tüpürməyi adət etməməlidir.
Bir məclisə getdikdə öz yerini bilməli, nə yuxarı, nə də aşağıda oturmamalı. Oturan adamın ən böyüyü odursa, harada gəlsə otura bilər, harada otursa, ora məclisin başı hesab edilər. Qəribdirsə və öz yerində oturmayıbsa, məsələn başa düşdükdə öz yerinə keçməli, öz yerini tutulmuş görsə, hay-küy qaldırmadan, ürəyinə bir şey salmadan, üsulluca məclisi tərk etməlidir.Camaat arasında əlindən və üzündən başqa heç yeri açıq olmamalı, böyüklərinin yanında ayağı yalın, dizi cırmaqlı gəzməməli, heç yerdə istər təklikdə, istərsə cütlükdə dizdən göbəyə qədər bədəni açıq görünməməlidir.Bir adamın hüzurunda yuxulamamalı, arxası üstə də yatmamalı, xüsusilə, xoruldayan olsa; çünki dalı üstə yatmaq xorultunun səsini artırır. Camaat arasında yuxu güc gəlsə, durub gəzməli, mümkün deyilsə, bir şey haqqında fikirləşməklə yuxuya qalib gəlməli, mürgüləməməlidir. Əgər camaat içərisində olsa və hamı yatsa, onlara qoşulmalı, ya oradan çıxmalı, yatanlar içində tək oyaq qalmamalı, ümumiyyətlə, elə etməli ki, camaatın zəhmətinə və nifrətinə səbəb olmayasan. Heç bir məclisdə heç kəsə yük olmamaq lazımdır.Hər şeydən əvvəl, uşaqlara yaşlarına, maraqlarına və əqli inkişafına uyğun hədiyyə verilməlidir. Hədiyyə tərbiyəvi funksiya daşıyır. Balaca uşağa hədiyyə seçmək daha asandır. Oyuncaqlardan başqa şəkilli kitablar, rəsm üçün ləvazimatlar – karandaşlar, rənglər, plastilin və s. hədiyyə etmək olar. Bir az böyük yaşda olan uşaqlara müxtəlif oyunlar, bəzi qabiliyyətlərinin inkişafına yönəldilmiş kitablar hədiyyə etmək olar. Getdikləri dərnəklərdə və məşğələlərdə məşğuliyyətlər üçün lazım olan əşyalar hədiyyə etmək daha münasib olar. İşgüzar hədiyyələr kontakt qurulması və xoş atmosferin yaradılması məqsədi ilə edilir. Həmin insana qarşı olan xoş münasibətinizi göstərmək üsullarından biridir.İş etiketi tələblərinə əsasən, birinci görüş vaxtı əvvəlcə hədiyyələr sahiblər tərəfindən edilir. Əgər sizin firmanıza xarici partnyorlar gəlibsə, onda hörmət əlaməti olaraq onlara sadə suvenirlər təqdim etmək olar. Sonrakı əməkdaşlıq dövründə hər iki tərəfdən hədiyyələr gözlənilir. Biznes-hədiyyə ucuz olmalıdır. Hətta əgər siz müvəffəqiyyətli firmada işləyirsinizsə, nə qonağa, nə də iş yoldaşına bahalı hədiyyələr vermək olmaz. Əks-təqdirdə, öz hədiyyənizlə siz onları pis vəziyyətə qoyacaqsınız. Daha əlamətdar günlərdə – ad günü, 8 Mart, təqaüdə çıxmaq münasibətilə saat, portfel, qovluq, alışqan və s. hədiyyə etmək olar. Biznes-hədiyyələrə şlyapalar, köynəklər, corablar və s. aid etmək olmaz. Qalstuklar, şərflər və örpəklər istisna təşkil edir. Hədiyyə seçiminə ciddi yanaşmaq lazımdır. İnsanın maraqlarını, zövqünü nəzərə almaq lazımdır. Hədiyyə onun məşğuliyyət və işinə uyğun olmalıdır.Süfrə mədəniyyəti haqqında aşağıdakıları demək olar:Hər birimiz cəmiyyətdə özümüzü aparmaq mədəniyyətinə riayət etməliyik. Onlardan biri də süfrə mədəniyyətidir. İlk baxışda bizə sadə görünsə də, stol arxasında necə davranmağı, yemək qaydasını, əllərimizi hara qoymağı, xoşlamadığımız yemək gətirələrsə, necə münasibət bəsləməyi, bizə elə gəlir ki, bilirik. Amma müxtəlif məclislərdə iştirak edən zaman səhvlərə yol verildikcə, anlayırıq ki, bu kimi qaydaları bilmirik. Stol arxasında özünü aparmaq bacarığı, təmkinlə yemək qaydası insanın ümumi mədəni səviyyəsini göstərir. Bunları bilmək üçün aşağıdakılara diqqət edək.Əvvəl oturuşumuza fikir verməliyik. Stulun arxasına az söykənərək düz oturmaq, stulu stola çox yaxın çəkməmək lazımdır. Stolun arxasında əyləşən zaman yaxşısı budur ki, əllərimizi dizlərimizin üstünə qoyaq. Yemək prosesində bütün hallarda dirsəkləri stola qoymaq məsləhət deyil. Çünki geniş açılmış qollarımız sizinlə yanaşı, əyləşənlərə mane ola bilər. Digər məsələlərdən biri də, yeməyə nə vaxt başlamaqdır. Məclisdəkilərə yemək paylanandan sonra, əvvəlcə ev sahibəsi yeməyə başlayır, bununla göstərir ki, digər qonaqlar da yeməyə başlaya bilərlər. Əgər məclisdə qonaq çoxdursa, hamıya xidmət edilməsini gözləmək vacib deyil. Bu zaman xörək soyuyub, öz keyfiyyətini itirə bilər. Buna görə də 3-4 nəfərə xidmət göstəriləndən sonra ev sahibəsi onları yeməyə dəvət edir. Müəyyən səbəbdən ev sahibəsi belə etmirsə, siz 5-6 adama xidmət edildiyini görüb yeməyə başlasanız səhv olmaz. Lakin etiket bunu ev sahibəsi və yanınızda əyləşən qadınlar yeməyə başlayandan sonra etməyə icazə verir. Yeməyi ev sahibinin sağında əyləşmiş qadından başlayaraq paylayırlar. Yemək sol tərəfdən, duru xörək və içki sağ tərəfdən verilir. Ola bilər ki, əvvəllər heç vaxt dadına baxmadığınız xörək verilsin. Bu zaman baxın görün ev sahibəsi nə cür yeyir. Bu xörəyin nədən bişirildiyini və onu yemək qaydasını ev sahibəsindən soruşsanız, etiket pozulmaz.Cəmiyyət içində insan özünü elə aparmalıdır ki, kənardan gülməli və ya pis görünməsin.Etiket qaydasına uyğun olaraq stol arxasında oturarkən ancaq biləyi stolun qırağına qoymaq lazımdır. Xanımlar müvəqqəti olaraq dirsəyini stola qoya bilər. Stolda olan əşyalarla oynamaq, süfrənin qırağını bükmək, ayaqları stolun altında bütün uzunluğuna uzatmaq məsləhət deyil.Dodağını rəngləyən xanımlar kağız salfetlə dodaqlarını silməlidirlər.Yemək yeyən vaxtı dirsək stolda olan halda başı boşqaba çox yaxın tutmaq məsləhət deyil.Başı azacıq boşqaba əyərək qidanı çəngəl və ya qaşıqla bu məsafədə tutmaq lazımdır.Qaynar qidaya üfürmək, yemək yeyərkən ağzı marçıldatmaq, nəsə içərkən qurtum-qurtum içmək məsləhət deyil.Yemək yeyərkən və nəsə içərkən bunu səssiz etmək lazımdır.Makaron, verməşil, əriştə, qayğanaq, jele, tərəvəz yeyilməsində bıçaqdan istifadə qəti olmaz. Bunları ancaq çəngəllə yeyirlər.Yeməkdən sonra bıçağı və çəngəli, tutulan yerləri sağ tərəfə olmaqla, boşqaba paralel şəkildə qoyurlar. Əgər ehtimal varsa ki, onlar növbəti qidada istifadə olunacaq, o zaman onları stolun üstünə qoyurlar.Əgər siz bıçaqdan və çəngəldən istifadə edirsinizsə onda hər zaman bıçağı sağ əldə, çəngəli də sol əldə tutun, onları bir əldən o biri ələ keçirtməyin. Çəngəli sol əldə tutmaq çətinliyini yaşamamaq üçün qabaqcadan buna öyrəşmək üçün məşq etmək lazımdır.Əgər yemək zamanı hər hansı içiləcək bir şey nəzərdə tutulubsa onda ağızda olanlar udulur, sonra içilir. Yaxşı olar ki, içkidən əvvəl dodaq salfetlə silinsin, çünki dodağın yağı stəkanda qalmasın.Bir şey içərkən ancaq özünə süzmək yaxşı deyil. Butulkanı və ya qrafinkanı götürüb birinci stol qonşunuza təklif edin.Qidanın ən yaxşısını seçib özünə çəkmək yaxşı qarşılanmır, sizə ən yaxın olanı çəkin.Çörəyi sousda islatmaq məsləhət deyil, əgər dözməyib bunu etmisizsə onda özünüzə çəngəllə kömək edin, barmaqla yox. Hər bir halda boşqabı çörəklə qurulayıb sivirməyin.Əgər duzqabıda qaşıq yoxdursa onda öz bıçağınızla duz götürə bilərsiz, ancaq bu halda bıçaq təmiz olmalıdır.Siqaret çəkə-çəkə masa arxasına oturmaq olmaz.Əgər stol arxasında siqaret çəkməyənlər oturubsa onda stol arxasında siqaret çəkmək olmaz. Özünə siqaret çəkməyə icazə vermək yalnız qonaqlıqdan sonra olar, uzaq başı axırıncı veriləcək yeməklə dessert arası olar, adətən bu anda qab-qacaq dəyişilməsində kiçik fasilə olur. Amma yaxşısı qonaqlıq verən sahibin təklifini gözləmək lazımdır.Stol arxasında düz oturmaq lazımdır. Stola dirsəyinizi qoymayın, xüsusən əgər əlinizdə bıçaq və çəngəl tutmusunuzsa. Yemək yeyəndə bir az stola əyilərək otururlar, bu pozanı hər hansı bir içki içəndə də saxlamaq lazımdır.Şorba yeyərkən qaşığı sağ əldə tuturlar. Fincanda verilən bəzi növ şorbaları, bulyonları dessert qaşığı ilə yeyirlər.Stol alətlərini tutan yerlərinin ortasından yox uc tərəflərindən tuturlar. Bıçaqla ancaq qidanı kəsirlər, qəti surətdə bıçaqla qidanı ağıza aparmaq olmaz.
Kəsilməsi lazım olmaya bilən yeməkləri, misal üçün qayğanağı ancaq çəngəllə yeyirlər. Bu zaman onu sağ əldə tuturlar və çörəyi sol əldə tutaraq yeyirlər.Yemək yeyib qurtardıqdan sonra işarə olaraq bıçağı və çəngəli boşqaba yan-yana paralel şəkildə qoyurlar ki, siz bundan sonra yemək yeməyəcəksiniz.Əgər hələ yemək yeməyi qurtarmayıbsınızsa onda bu alətləri çarpazlayaraq qoyurlar, bıçağı sağa, çəngəli sola.Boşqabın yanına kağızdan və ya parçadan olan salfet qoyurlar. Onu adətən nəsə içməzdən əvvəl şüşədə ləkə qalmasın deyə yağlı dodağı silmək üçün istifadə edirlər.Stol arxasında oturarkən çörəyi bıçaqla kəsmirik, çörəyi çörək qabından götürərək balaca tikələrlə kəsirik.
Paşteti çəngəllə balaca hissə ayırırıq. Ancaq ailə dairəsində paşteti çörəyin üstünə yaxıb yemək olar. Zəif qaynadılmış yumurtanı balaca qaşıqla yemək lazımdır.Şorba yeyərkən çox vaxt bilmirsən boşqabı nə qədər əyərək yeyəsən. Boşqabı heç əymirik, sadəcə axırda şorbanın az miqdarı boşqabda qalır. Ailə dairəsində boşqabı azacıq əyərək yemək olar. Qaşığı nə şorba yeyən vaxtı, nədə yedikdən sonra stolun üstünə qoymuruq, boşqabın içində saxlayırıq.Nəsə içmək üçün fincana, stəkana su tökərkən ya yarısına qədər, yada ağzına qədər tökülməlidir.Süfrə arxasında etiket – Xanımlar və bəylər üçünBıçaq istifadə edərkən çəngəl sol, bıçaq sağ əllə tutularaq kəsmə işi edilir.Masada çəngəl sola, qaşıq və bıçaq sağa yerləşdirilir.Bıçaq, qaşıq ilə qab arasına qoyular.Bıçaq sağ əllə tutulur və işarə barmağı bıçağın iti olmayan tərəfinə söykədilib kəsmə işi edilir.Bıçağı istifadə etdikdən sonra masaya buraxmamalı, qabın üst yarısına, sizə doğru yanlamasına və iti tərəfi içəri tərəfə qoyulmalıdır.Çəngəl isə istifadə edildikdən sonra qabın üzərinə, bıçağa paralel və sol tərəfə, çəngəlin sapı sağda və ağızı yuxarıya doğru ya da bıçağa dik olaraq qoyulur.Qaşıq da eynən bıçaq kimi istifadə edilir.Əsasən nahar xaric, qaşıq süfrədə yalnız yeməyin başlanğıcında şorba (sulu yeməklər) üçün lazım olur.Mədəni bir ev sahibi xüsusi yeməklərdə və ya ailə arasındakı yeməklərdə qaşığı bıçağın sağına yerləşdirir.Yuxarıdakılardan başqa masa nizamında salat və ya şirniyyat üçün çəngəl, balıq çəngəli, şirniyyat qaşığı, buzlu içəcəklər qaşığı, şorba və çay qaşığı istifadə edə bilərsiniz.Salat çəngəli normal yemək çəngəlindən daha qısa olur və hər iki işdə də istifadə edilə bilər.Salat yemək üçün istifadə edilən çəngəl, yemək qabının sol, yemək çəngəlinin isə iç tərəfinə qoyulur.Xüsusi yeməklərdə salat çəngəli yemək çəngəlinin çöl tərəfinə qoyula bilər.Balıq çəngəli digərlərinə nisbətlə daha qısa və düz olur və qaşığın sağ tərəfinə yerləşdirilir.Şirniyyat qaşığı, şirniyyat qabının içərisinə qoyulur. Lakin daha əvvəldən də masadakı yerinə qoyula bilər (Əgər təmizdirsə!).Şorba qaşıqları şorba qablarının sağ tərəfində olur və digərlərinə nisbətən ən uzun saplı olmalıdır.Böyük ümumi xidmət çəngəl və qaşıqları, xidmət masalarında xidmət ediləcək yemək qablarında olmalıdır. Özünüzə xidməti bunlarla etməlisiniz.Ən rəsmi masalarda belə üçdən çox çəngəl qoyulmaz.Xüsusilə günorta və ya axşam yeməklərində, bütün qonaqlar üçün masaya əvvəldən yerləşdirilmiş ayrıca bir xidmət qabı olmalıdır.Bu qab o biri qablara görə daha böyük olmalıdır, sonradan xidmət edilən qablar bunun üzərinə qoyulur.Salat qabları daha çox düz və yumru olur. Xüsusi yeməklərdə, salat ilə yemək eyni qabda xidmət edilə bilər.Şorba, şirniyyat və meyvə qabları, hər biri ayrı-ayrı boşqablarda xidmət edilməlidir.Dolça, bıçaqların üst tərəfinə qoyulur.Su və şirə stəkanları qonaqlar yerlərində oturduqdan sonra doldurulur.Salfetlər rəsmi olmayan yeməklərdə çəngəllərin sol tərəfinə və ya çəngəlin altına, rəsmi yeməklərdə isə xidmət qabının içinə qoyulur.Masaya oturduqdan sonra ev sahibi, salfeti götürərkən, siz də onunla eyni zamanda salfeti sağ üst küncündən tutaraq açıb dizlərinizin üstünə sərə bilərsiniz.Salfetlər istifadə edildikdən sonra rəsmi yeməklərdə qabın sağına buraxıla bilər.Xüsusi yeməklərdə kağız salfet qoyulursa, bunlar qabın sağına qoyulur. Kağız salfetləri əlinizdə büzdürüb top şəklinə gətirmək çox xoşagəlməz haldır.Rəsmi yeməklərdə süfrəyə oturduqdan sonra qaba əl sürtmək və eləcə də qarsonun işini asanlaşdırmaq üçün ona qab uzatmaq mədəniyyətsizlikdir.Qonaq xidmət etməz. Qonaqlara xidmət edilər və əsasən bu məqsədlə dəvət edilərlər.Yemək əsnasında masadan qalxmaq lazım olsa, salfet kürsü üzərinə və ya masanın sizə aid boş yerinə buraxıla bilər.Salfetə ağzınızı ətrafa göstərmədən silməli və salfetin yağlanan və ya çirklənən yerlərini digər qonaqlardan gizlətməlisiniz!Kişilər üçün etik qaydalarKüçə boyu kişi, xanımdan solda getməlidir. Sağda yalnız hərbi qulluqçular gedə bilərlər, hansı ki, onlar da hərbi salamlaşmanı verməyə hazır olmalıdır.Əgər qadın büdrəyərsə və ya sürüşərsə onun dirsəyindən tutmaq lazımdır.Amma adi vaxtda kişinin qadının əlindən tutub-tutmamağına qadın özü qərar verməlidir.Qadın qarşısında kişinin siqaret çəkməsi düzgün deyil, o yalnız bunu qadından icazə aldıqdan sonra edə bilər.Girişdə və çıxışda kavaler xanımdan əvvəl qapını açır, amma özü arxada gedir.Nərdivandan qalxarkən kişi öz yoldaşından 1-2 pilləkən arxada və ya nərdivandan enərkən isə 1-2 pilləkən qabaqda getməklə öz yoldaşını “sığortalamalıdır”.Liftə girdikdə birinci kişi girməli, çıxışda isə xanım birinci çıxmalıdır.Maşından düşərkən birinci kişi çıxır, o nəqliyyat hərəkətini nəzərdən keçirir və maşının qapısını sərnişinlər tərəfə açmaqla qadınlara çıxmağa kömək edir.Eyni zamanda kişi özü maşını idarə edirsə və ya qabaq oturacaqda oturursa, o qapını açıb qadını dirsəyindən tutmaqla ona düşməsinə kömək edir.Əgər kişi və qadın hər ikisi də taksi sərnişinləridirlərsə, onlar arxa oturacaqda getməlidirlər. Salondan düşərkən xanım birinci düşür, kişi isə ondan sonra.Müəyyən bir yerdə yerləşəndə, kişi qadına üst geyimini çıxartmağa kömək etməli, otaqdan çıxdıqda isə ona geyimini verməlidir.Əgər ictimai nəqliyyatda xanımlar ayaq üstədirlərsə, onda kişilərin oturması uyğun deyil.Etik qaydalara görə kişi xanımla görüşə gecikməməlidir.Əksinə, kavalerdən bir neçə dəqiqə əvvəl gəlməli, çünki onun ləngiməsi xanımı utandıra və onu pis vəziyyətdə qoya bilər.Gözlənilməz hadisələrdə xəbərdarlıq etmək və gecikməyə görə üzr istəmək lazımdır.İstənilən yaşda istənilən qadına böyük predmetləri və böyük çantaları aparmağa kömək etmək lazımdır. Bunlara qadının əl çantası, yüngül kürk və ya manto daxil deyil, amma əgər sağlamlıq vəziyyətləri buna mane olursa kömək etmək olar.Cəmiyyətdə üçüncü bir şəxslə xanım haqqında açıq danışıq qəbuledilməzdir, xüsusilə kişi şirkətində.Danışıq vaxtı kişinin əllərini sinəsində qatlaması və yaxud da əlini cibinə qoyması qəbul edilmir.Həmçinin əlində müxtəlif predmet fırlatmaq da həmsöhbətə hörmətsizlik kimi qəbul edilir.
Bilmək faydalıdır: Kişi həmişə restorana birinci daxil olmalıdır. Əsas səbəb və əlamət kimi qəbul edilən budur ki, ödənişin kimin üzərinə düşəcəyi bilinsin. Böyük şirkətlərdə – restorana dəvət kimdən alınıbsa və restorana kim ilk daxil olubsa ilk ödənişi də o etməlidir. Amma əgər ziyarətçilərin girişində kişi qapıçı ilə qarşılaşırsa onda birinci qadını içəri buraxmalıdır.İctimai nəqliyyatda nəzakət qaydalarıİctimai nəqliyyat vasitəsi gəldikdə ona minməyə tələsməyin, gözləyin nəqliyyat vasitəsi tam dayansın. Minməyə tələsməyin, öncə düşənlərə yol vermək lazımdır.İctimai nəqliyyatda yerinizi yaşlılara, əlillərə, körpələrə, hamilə qadınlara (ümumiyyətlə, oturmaq ehtiyacı sizdən çox olanlara) verməyi unutmayın.Əgər sizə kimsə öz yerini verirsə, gülümsəyib minnətdarlıq etməyi unutmayın, hətta siz o yerdə oturmasanız belə, məsələn, növbəti dayanacaqda düşəcəksinizsə.Adətən yol pulunu kişi də, qadın da özü ödəyir.Kişi yalnız o zaman qadın üçün ödəyə bilər ki, qadın onun yaxın tanışı olsun.Nəqliyyatda kitab və ya qəzet oxuyursunuzsa gərək heç kimə mane olmayasınız.Başqasının oxuduğuna da göz qoymaq düzgün deyil.Oturacaqları əşyalarınızla məşğul etməyin.Nəqliyyata uşaqla minərkən onun başqalarını narahat etməsinə icazə verməyin.Nəqliyyatda bəzənmək, dodaq boyamaq, saç daramaq etik deyil.Nəqliyyat vasitələri ilə gedərkən digər sərnişinlərin üst-başını çirkləndirəcək, zədələyəcək əşyalar aparmaq olmaz.Tanışlıq və təqdimat qaydalarıYaşca kiçik olanı təqdim edirlər, yaxud vacib olsa kiçik yaşlı olan özü-özünü böyüklərə təqdim edir.Yaşından və vəziyyətindən asılı olmayaraq qadın özünü kişiyə ilk təqdim etməməlidir. Yalnız bir istisna olar ki, qadın tələbə, kişi isə professordur.Əgər kiminləsə tanış olursunuzsa çalışın həmin adamın üzünə baxın və gülümsəyin.Əlini ilk olaraq təqdim olunan şəxs uzatmalıdır, yəni, qadın kişiyə, böyük uşağa.Kişilər təqdim edilərkən ayağa qalxmalıdırlar. Qadın yalnız o halda ayağa qalxır ki, tanışlıq ya yaşca cox böyük qadın ya da çox hörmətli bir kişi ilə olsun.Mərasimdə insanları bir-biri ilə ev sahibi yaxud mərasim sahibi tanış edir.Əgər tanışlıq zamanı sizi təqdim edəcək heç bir kəs yoxdursa özünüz əlinizi uzadıb qısaca adınızı deyə bilərsiniz.Həyat yoladışınızı və ya uşaqlarınızı “yoldaşım”, “qızım”, “oğlum” deyə təqdim edirsiniz. Amma dostlarınızı valideynlərinizlə tanış edirsinizsə, ilk olaraq dostunuz təqdim edilməlidir.Kimisə təqdim edərkən “dostumdur” deyə təqdim etməyin, bu qarşınızdakının xətrinə dəyə bilər. Sadəcə adını demək kifayətdir.Süfrə mədəniyyətiBizim ən gözəl milli ənənələrimizdən biri də süfrə mədəniyyətidir. Ailənin bir yerə yığışması, böyüyün yuxarı başda əyləşməsi, hər kəsin də öz yerini bilməsi həm ailədə tərbiyənin göstəricisidir, həm də bir səmimiyyətdir, doğmalıq hissinin təzahürüdür. Ata birinci olaraq “Bismillah!” deyib əlini süfrəyə uzadır, sonra da qalanları yeməyə başlayır. Ailədə səmimiyyət olandan sonra yeyilən yemək də ləzzətli olur. Amma süfrə ilə bağlı elə qanunlarımız var ki, onları tapdamaq olmaz. Uşaqlara kiçik yaşlarından süfrə mədəniyyətini öyrətmək lazımdır. Stol arxasında necə oturmağı, qaşığı və ya çəngəli necə tutmağı, xörəyi necə yeməyi gərək ona kiçik yaşlarında öyrədəsiniz.Uşaqlara öyrətmək lazımdır ki, yemək yeyərkən dodaqlarını yumsunlar. Bir də görürsən ki, biri yanında yemək yeyir və ağzını elə marçıldadır ki, iştahanız qaçır. Əlbəttə, bu, mədəniyyətsizlikdir. Çünki sənin bu cür yeməyin başqasının iştahasını küsdürür.Ağızı marçıldatmaq olmaz, uşağa öyrətmək lazımdır ki, yeməyi kiçik tikələrlə götürsün.Arabir danışmaq da olar, amma gəvəzəlik eləmək doğru deyil. Sizə zarafat gəlməsin, bu zamana qədər yediyi loxması nəfəs borusuna düşüb ölən adamlar da olub. Ona görə də süfrə arxasında danışmaq doğru hesab edilsə də, gəvəzəlik eləmək və ya gülmək düzgün deyil. Süfrədən yarımçıq durmaq da mədəniyyətdən deyil.Hər kəs yeyib qurtarandan sonra süfrənin yığışdırılması, meyvənin və ya çayın verilməsi də bu gözəlliyin bir başqa davamıdır.Bir önəmli məqama da diqqəti çəkmək istəyirik: əgər üzürlü səbəb yoxdursa, hər kəs süfrə başına toplaşmalıdır. Çünki dədə-babadan həmişə belə olub ki, ailə başçısı öz övladları ilə süfrə başında yemək yeyərkən həm də onların gündəlik məşğuliyyəti ilə maraqlanıb, nə iş gördüklərinin bir növ hesabını sorub.“Siz” nə zaman yaranıb?Biz ailə üzvlərimizdən və yaxın adamlarımızdan savayı, bütün yaşlılara “siz” deyə müraciət edirik. Bəs bu şəxs əvəzliyi nə zaman yaranıb?“Siz” müraciəti qədim Roma dövründən bizə yadigardır. O zaman Roma dövlətində iki imperator mövcud idi. Onlardan biri Roma şəhərində, digəri isə Konstantinopolda əyləşirdi. Onların hər hansına müraciət etmək lazım gələndə “siz” deyirdilər. Hökmdara yazılan ərizə də “siz” ilə başlanırdı. Sonra bu imperiya ikiyə parçalandı (Qərb və Şərq imperiyaları). Qərbi Roma barbar qəbilələrinin hücumuna davam gətirməyib süquta uğradı. Sonralar həmin qəbilələrin ayrı-ayrı başçıları da yerli əhalidən onlara “siz” deyə müraciət etmələrini tələb etdilər.Başqa bir fərziyyəyə görə, nəzakət əlaməti sayılan “siz” müraciəti “biz” şəxs əvəzliyinin qarşılıqlı formasıdır. Romanın siyasi xadimləri özləri barədə tez-tez “biz” şəxs əvəzliyini işlədirdilər. Məsələn: Mark Tulli Siseron romalılara müraciət edərkən, – “biz Romanı Katilinədək xilas etdik” – dedikdə, heç də bütün camaatı deyil, şəxsən özünü nəzərdə tuturdu. Beləliklə, qədim siyasi xadimlərdən, natiqlərdən, yazıçılardan bizə qədər gəlib çıxan “siz” şəxs əvəzliyi indi adi müraciət formasına çevrilmişdir.Sevgi mədəniyyətiBu yaxınlarda İnternet saytlarından birində maraqlı bir fikrə rast gəldim: “Sevgi sabitdir. Qərarsız olan bizlərik. Sevgi güvənlik verir, insanlar xəyanət edir. Sevgiyə güvənilir, insanlara əsla!” Bir neçə gün bu kəlmələri beyin laboratoriyamda fasiləsiz analiz etdim. “Sevgiyə güvənilir, insanlara əsla!” Necə də həqiqət dolu kəlmələr. Nədir sevgi? Yox, qardaşım, yox! Mən bu gün ondan danışmayacağam, çünki insanlara güvənmirəm! Çünki insanlar bu gün xəyanət, yalan pərdəsinə bürünərək, bəşəriyyətə sevgi yox, tənhalıq, göz yaşları, əzab-iztirablar satır. Bu bir həqiqətdir ki, sevgi deyəndə əksər gənclərin gözləri qarşısında Şəhidlər Xiyabanı ətrafındakı xəlvəti yerlər, Dənizkənarı Milli Park və s. gözdən iraq, könüldən uzaq məkanlardakı “aşiqi-məcnunlar” canlanır. Bu sevgi deyil! Sevgi 15 yaşına yenicə dolmuş bir yeniyetməni erkən nikaha girərək kortəbii ərə vermək deyildir! Sevgi valideynin: “Kəs səsini, nə sevgi? Sən hələ uşaqsan” – deyib övladın ağzından vuraraq onun yenicə açılmış qəlb gözlərini kor etmək də deyildir! Təkcə onu bilirəm ki, bu gün sevgi azərbaycanlı ailəsində övladlara tərbiyə olunmayan, lakin “Leyli və Məcnun”dan sitatlar gətirilən simvolik bir məfhumdur. Təkcə onu bilirəm ki, sevgi bu gün tərk edilmiş, minlərcə insanın acı göz yaşları, buz tənhalığı, iztirab çəkən ürəkləridir!!! Gəlin unutmayaq ki, bu gün bizim sevgi mədəniyyətinin tərbiyə olunmasına möhtac olan neçə-neçə ailələrimiz var! Gəlin, sevgi mədəniyyətini yumruq-təpiklə məhv yox, mehriban düşüncələrlə, sevgiylə, qayğıyla insanlara tərbiyə edək! Çünki onların buna çox ehtiyacı var!Küçə mədəniyyətiBilirəm, indi siz də fikirləşirsiniz ki, addımbaşı yollara “bəzək” olmuş tüpürcəklər, hətta tez-tez gözümüzə sataşan ağacların dibinə, asfaltlara atılmış salfetlər, butulkalar, yollardakı tıxac vurhavuru, insanların bir-birinə aqressiv münasibəti olduğu halda hansı küçə mədəniyyətindən danışa bilərik?! Avtobusla gedib-gələnlər yaxşı bilər, ən böyük “insan mədəniyyətinə” elə məhz oradaca rast gəlmək olar. “Ay taxtabaş, hara çıxırsan aradan, pulu ver də”, “Taxtabaş özünsən, kor gözlərini aç, gör də, konduktora vermişəm!”. Bu iyrənc, insanın əsəblərini qıcıqlandıran dialoqlar siyahısını bir az da uzada bilərəm, lakin hər səhər işə, dərsə gedərkən qulaqlarınız onsuz da bu “stimul” gətirici sözlərlə dolur, yenidən təkrarın nə mənası? Görünür, bu aqressiya burulğanı hələ uzun müddət bitməyəcək, hər gün minlərcə insanı cənginə alacaq. Burulğandan xilas olmanın yeganə yolu isə bir fərd şəklində özünüdərk və öz hisslərini tərbiyə etməkdən başlayır! Özünə hörmət edib mənəvi mədəniyyətə sahib olan şəxs heç bir zaman qarşısındakını nə alçaldar, nə də təhqir edər! Düşünürəm ki, bunları da tərbiyə etmək yerinə düşər.
| ['etiket qaydaları', 'etika', 'mədəni insan', 'etik qaydalar', 'etiket'] |
26 | https://kayzen.az/blog/psixologiya/28483/r%C9%99ngl%C9%99rin-psixologiyam%C4%B1za-t%C9%99siri.html | Rənglərin psixologiyamıza təsiri | nigarm | Psixologiya | 24 iyun 2023, 09:49 |
İnsan bu həyatı dadaraq, qoxlayaraq, toxunaraq görərək və bir çox hisslərlə kəşf edir.
Bu gün sizə insan üçün əvəzedilməz olan rənglərin insan psixologiyasına təsirindən danışacağıq. Rənglər insan psixologiyasına yaxından təsir edən amillərdir.Tarix boyu şərqdən qərbə hər sahədə rənglərin və insan psixologiyasının əhəmiyyəti vurğulanmış, rəssamlar rənglərin əsərlərindəki təsirlərini nəzərə alarkən, ictimai məkanlarda da bu təsiri nəzərə alaraq dizaynlar hazırlanmışdır.Əslində gözümüzə gələn görüntü iki növ vizual hüceyrə tərəfindən skan edilir. Silindr və ya çubuq formalı olanlar işığı, konus formalı olanlar isə rəngi qəbul edir. Gözümüzdə 7 milyon konusvari və 100 milyon silindrik hüceyrə var. Görmə mərkəzləri hər iki beynin arxa hissələrində yerləşir. Rənglər əvvəlcə bu oksipital loblardakı mərkəzlərdə təhlil edilir.Daha sonra mürəkkəb bir proseslə dərin beyin strukturlarında olan retort mərkəzləri ilə əlaqə başlayır. Bu araşdırmalar çərçivəsində insanların ən çox mavi rəngi, sonra qırmızı və yaşıl rəngləri bəyəndiyini göstərir.
MaviYalnızlığı, kədəri, depressiyanı, müdrikliyi, etibarı və sədaqəti simvollaşdırır. Mavi rəngdən, xüsusən də tünd mavi rəngdən nevroloji klinikalarda mütləq qaçınılmalıdır. Psixoloqlar pasiyentlə müsahibə zamanı heç vaxt mavi paltar geyinməməlidirlər. İş müsahibələrinə mavi geyinmək qətiyyət və bağlılıq deməkdir. Əgər iş müsahibələrinə gedən insanlar kostyumlarında mavi rəngə üstünlük verirlərsə, işə qəbul oluna bilərlər. Buna görə də mavi ən məşhur rənglərdən biri olsa da, qida ilə bağlı məsələlərdə mavi istifadə edərkən diqqətli olmaq lazımdır. Mavi təbii iştah kəsici olduğundan və bəzi hallarda kökəlmək istəyənlər itələyici təsir göstərə biləcəyi üçün mavi rəngdən uzaq durmalıdırlar. Çəki problemi olanlar evlərini mavi rəngə boyayırlar ki, bu da onların arıqlamasına səbəb ola bilər. Bu səbəbdən çəki problemi olanlar yemək otaqlarını və mətbəxlərini mavi rəngə boyamalıdırlar. Mavi və açıq mavi boyalı media səmərəliliyi və performansı artırır. Araşdırmalar göstərir ki, şagirdlər mavi otaqlarda daha yüksək qiymət alır və ağır atletlər daha ağır yükləri qaldıra bilirlər. Qırmızıİstilik, od, qan, şəhvət, sevgi, yaxınlıq, güc, həyəcan və təcavüz kimi məfhumları simvollaşdırır. Qan təzyiqini və tənəffüsü sürətləndirə bilər. İnsanları tez qərarlar verməyə və gözləntiləri artırmağa təşviq edən təsirə malikdir. Qırmızı heyrətamiz bir rəngdir. Qırmızı rəngdə olan sözlər və əşyalar dərhal insanların diqqətini cəlb edir. Qırmızı emosional intensivliyi artıran və canlandıran rəngdir. Qırmızı paltar insanı sərbəst enerjili hərəkət rejiminə keçirə bilər. Qırmızı rəng insanlara vaxtı unutdurur. Buna görə barlar və kazinolar qırmızı rəngə ağırlıq verir. Qırmızı qanın rəngidir və əsrlər boyu təhlükə və məhvin simvolu olmuşdur. Bu səbəbdən svetoforda “dayan” siqnalı kimi istifadə olunur. Əməliyyat otaqlarında çirklənmiş qanın rəngini göstərməyəcəyi üçün qırmızı paltarlar məntiqlə istifadə edilməli, sakitləşdirici mavi və yaşıl rənglərə üstünlük verilir. Qırmızı rəngə üstünlük verənlərin şəxsiyyət analizlərində bu insanların gücə düşkün olduğunu görürük. Gücünə güvənir. Bu insanlar aktiv, iddialı, təşəbbüskardırlar, qazanmağı və nail olmağı sevirlər. Həlledici və istiqamətləndiricidir. SarıParlaq limon sarısı gözləri ən çox yoran rəngdir. Eyni zamanda sarı rəng maddələr mübadiləsini sürətləndirir. Otağı açıq sarı rəngə boyasanız, körpələri ağlatacaqsınız, böyüklər isə əsəbiləşəcək. Həmçinin, sarı vərəqli notebook və kompüter ekranında sarı fon yaxşı fikir deyil. Beyninizi və gözlərinizi yorur. Sarı az miqdarda istifadə edildikdə parlaqlıq və istilik hissi verir. Oynaqlığı, parlaqlığı, səmimiliyi və həyata rahat münasibəti simvollaşdırır. Günəşli bir gün kimi dəvətlidir. Sarı günəş işığı kimidir, orada yaxşı hiss etmək istəyirsən, amma gözlərinə girməsini istəmirsən. Açıq sarı vəziyyətində, çürümə, xəstəlik, paxıllıq və hiylə simvollaşdırır. Buna görə də, seçilmiş tonlar sarıya gəldikdə çox vacibdir. Bu insanlar azad və müstəqil olmağı sevirlər. Onlar dəyişikliyi sevirlər. Günü doya-doya yaşamağı sevirlər. Onlar həyatla doludur. Ətraflarında enerji yayırlar. Həyatlarında bir uğursuzluqla qarşılaşdıqda dərhal yeni bir ritmə daxil olurlar. Bu insanlar yüksək səviyyədə inandırma qabiliyyətinə malikdirlər. İntellektual, idarəedici, ambisiya və iddialı olmaq onun əsas elementləridir.
YaşılO, bir çox anlayışlara münasibətdə görünür, onlardan ən güclüsü və universalı təbiətdir. Müvafiq olaraq, o, həm də həyatı, gəncliyi, yenilənməyi, ümidi və canlılığı simvollaşdırır. Bəzi mədəniyyətlərdə orta yaşlı gəlinlər məhsuldarlığı simvollaşdırmaq üçün yaşıl geyinirlər. Yaşıl gözlər üçün ən rahat rəngdir və görmə qabiliyyətini yaxşılaşdırır. Sakitləşdiricidir və sinir sisteminə təbii təsir göstərir. İnsanları televizora çıxmazdan əvvəl yaşıl otaqlara salmaq onların həyəcanını sakitləşdirə bilər. Yaşılın rəng çalarları müxtəlif mesajlar verir.Tünd yaşıl: Soyuqluğu, kişiliyi, mühafizəkarlığı və zənginliyi ifadə edir.Zümrüd yaşıl: Ölümsüzlük.Zeytun yaşılı: SülhSarımtıl yaşıl: İstehlakçıların ən son üstünlük verdiyi rəngdir.QaraBu mübahisəli bir rəngdir. Bir tərəfdən qaranlıq qüvvələr, cinayət və şər ilə hesab olunur, digər tərəfdən sədaqət, əzm, dözümlülük, tədbirlilik, müdriklik və etibarlılıq ilə əlaqələndirilir. Bir tərəfdən hökmranlıq və qüdrət, digər tərəfdən dərd, qəm və yas deməkdir. Qara bir çox insan üçün geyim rəngidir. Bəziləri güclü və ciddi görünmək üçün qara rəngdən istifadə edirlər. Digərləri daha zəif göründüyü üçün buna üstünlük verirlər.AğSaflığı, təmizliyi və məsumluğu simvollaşdırır. Bir çox mədəniyyətlərdə gəlinlər ağ geyinirlər. Həm də təmizliyi simvollaşdırır. Buna görə həkimlər, tibb bacıları və laborantlar steril olmaq üçün ağ paltar geyinirlər. BənövşəyiBu zadəganlığın rəngidir. Lüks, zənginlik və zərifliyi simvollaşdırır. Həm də romantikanın, həssaslığın və ehtirasın rəngidir. Bəzi insanlar bənövşəyi rəngdən istifadə etməyi xoşlayır, çünki onun çılğın havası var. Digərləri onu süni rəng kimi qəbul edirlər.QəhvəyiTorpağın və ağacın rəngidir. Möhkəm və etibarlı hiss edir. Qəhvəyi təbii, rahat və açıq atmosfer yaradır. O, sabitlik, güc, yetkinlik və etibarlılıq mesajlarını verir. Qəhvəyi ümumiyyətlə kişilərin sevimli rəngidir.ÇəhrayıBu romantik və zərif bir rəngdir. Sakitləşdirici təsiri də var. Araşdırmalar göstərir ki, çəhrayı insanı sakitləşdirir və ürəkləri yumşaldır. Həbsxanada qapı və pəncərə barmaqlıqlarının çəhrayı rəngə boyanması ilə məhbusların aqressiv davranışlarının itdiyi müşahidə edilib. Çəhrayı rəngli otaqda insan hirslənmək istəsə belə uğur qazana bilməz. Çəhrayı sakitləşdirici rol oynayır, enerji cəlb edir. Təəssüf ki, çəhrayı rəngin sakitləşdirici təsiri bəzən qısa müddətli ola bilər.
| ['rəng psixologiyası', 'rənglər', 'psixologiya'] |
27 | https://kayzen.az/blog/paint/28460/van-qoqun-yataq-ota%C4%9F%C4%B1.html | Van Qoqun "Yataq otağı" | nigarm | Məşhur rəsmlər və rəssamlar | 18 iyun 2023, 10:31 |
Van Qoq hər zaman özünəməxsus əsərləriylə olduğu kimi, həyat tərzi, seçimləri, həyata baxışı və çılğın fikirləri ilə də digər rəssamlardan fərqlənirdi. Yaşadığı travmalar, xoşbəxtliklər, itkilət onu bəzən tutqun bəzən də səma kimi açıq əsərlər yaratmağa ruhlandırırdı.
Bu gün sizə dahi rəssam Van Qoqun «The bedroom» (Yataq otağı) əsərinn kiçik hekayəsini danışacağıq.
Van Qoq ilk yataq otağını 1888-ci ildə Fransanın Arles şəhərində sevimli «Sarı Ev»ə — özünü evdəki kimi hiss etdiyi ilk yerə köçdükdən dərhal sonra rənglədi. Neo-impressionist rəssam Georges Seurat-ın nəzəriyyələrindən ilhamlanan rənglərlə dolu bu rəsm Van Qoqun o dövrün yataq otağının divarda görünən portretlərə qədər çox dəqiq təsviridir. Hal-hazırda Amsterdamdakı Van Qoq Muzeyinin kolleksiyasındadır.
Təəssüf ki, həmin ilin sonunda Sarı Evdə baş verən daşqınlar rəssamın bəzi kətanlarına, o cümlədən birinci yataq otağına ziyan vurdu. Saint-Remydəki uşaq evində olarkən Van Qoq qardaşı Teodan rəsmini astarla möhkəmləndirməsini xahiş etdi, lakin Teo Van Qoqa belə riskli bir prosedura başlamazdan əvvəl onun surətini çəkməyi təklif etdi. 1889-cu ilin sentyabr ayının əvvəlində Van Qoq nəhayət öz işini gördüyünü hiss etdi və Teoya yazdı: “Mən Yataq otağının kətanını yenidən düzəltdim. Bu araşdırma, şübhəsiz ki, ən yaxşılarından biridir”. Ölçüsü ilə eyni olan və eyni zamanda orijinaldan fərqli olan bu ikinci variant indi İncəsənət İnstitutunun daimi kolleksiyasının simvollarından biridir.
«Yataq otağı»nın ikinci versiyasını çəkdikdən üç həftə sonra Van Qoq anası və bacısı Villemienə hədiyyə olaraq bir qədər kiçik miqyasda üçüncü versiyanı yaratdı. O, ailəsi üçün evlərini bəzəmək üçün ən yaxşı işlərindən bəzilərinin kiçik nüsxələrini çıxarmaq qərarına gəldi. Onlar hədiyyə kimi nəzərdə tutulmuşdu, lakin daha da əhəmiyyətlisi, onun bir rəssam kimi tərəqqisinin bariz sübutu idi. Bu üçüncü versiya indi Parisdəki Orsey Muzeyindədir.
Üç rəsm ilk baxışda demək olar ki, eyni görünsə də, daha yaxından baxdıqda hər birinin fərqli və unikal detalları üzə çıxır.
Həmin 3 əsərin nüsxəsini sizə təqdim edirik. Diqqətlə baxıb fərqləri görə bilərsiniz:
AMSTERDAMÇİKAQOPARİS
| ['Van Qoq', 'Vinsent van Qoq'] |
28 | https://kayzen.az/blog/psixologiya/28371/yetkinl%C9%99rd%C9%99-diqq%C9%99t-%C3%A7at%C4%B1%C5%9Fmazl%C4%B1%C4%9F%C4%B1,-hiperaktivlik-poz%C4%9Funlu%C4%9Fu.html | Yetkinlərdə diqqət çatışmazlığı, hiperaktivlik pozğunluğu | nigarm | Psixologiya | 31 may 2023, 12:56 |
Böyüklərdə və uşaqlarda gündəlik həyatda zaman-zaman bir vəziyyətə və ya hadisəyə laqeydlik, konsentrasiyanın itirilməsi, diqqətsizlik və ya unutma kimi davranış reaksiyaları müşahidə oluna bilər. Bu reaksiyalar adətən insanın həyatından gələn psixoloji və ya bioloji təsirlərə əsaslanır.
İnsan adətən buna səbəb olan vəziyyətlər aradan qalxdıqda əvvəlki vəziyyətinə qayıdır. Ancaq bu reaksiyalar yaşandıqca, uşaqlıqdan yetkinliyə qədər davam edə bilən diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu ilə tez-tez qarışdırılır. İnsanın diqqəti dağıldıqda və ya stress olduqda və həmin vaxt aktiv hərəkət nümayiş etdirdikdə, onda bu vəziyyətin olduğundan şübhələnir. Bununla belə, diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu heç bir yerdə yaranmır və birdən-birə yox olmur.
Diqqət çatışmazlığı hiperaktivlik pozğunluğu nədir? Nə qədər tez-tez baş verir?
Nöropsikiyatrik bir xəstəlik olan diqqət əskikliyi və hiperaktivlik pozğunluğu uşaqlıqdan başlayaraq yetkinliyə qədər davam edən və həyatı boyu təsirini göstərən bir vəziyyətdir. Onun diaqnozu üçün elmi tədqiqatlar və müxtəlif analiz üsulları kifayət qədər təkmil olmasına baxmayaraq, insanın öz sosial vəziyyəti, ailə quruluşu, genetik xüsusiyyətləri, iqtisadi vəziyyəti diaqnoz mərhələsində mütəxəssisləri məcbur edə bilər.
Diqqət əskikliyi və hiperaktivlik pozğunluğu tibb və psixologiya sahələrində “həddindən artıq və impulsiv fəaliyyət, qavrayış pozğunluğu və diqqəti cəmləyə bilməmə, fəaliyyət pozğunluğu” kimi müəyyən edilir. Yetkinlik dövründə də davam edən bu pozğunluq böyükləri uşaqlardan bir az daha çox məcbur edir.
Çünki yetkin fərdin daha ciddi olması, yerində qərar verməsi və konsentrasiyasının formalaşması gözlənilir və həmin şəxs bu meyarlar çərçivəsində reputasiya qazanır. Diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu olan böyüklərdə bu şərtləri təmin etmək daha çətindir. Yetkinliyin ən çox görülən simptomları bunlardır:
İş, ailə, akademik və sosial mühitlərdə özünü verə bilməmə, zehni olaraq uzaqlaşma, bir nöqtəyə diqqəti cəmləyə bilməmə hallarını müşahidə edilir.
Eyni şəkildə işləyə bilməmə, ailə, akademik və ictimai mühit, məhsuldarlığın itirilməsi, pis vaxt planlaması, hirs və stress hücumları da görülə bilər.
İnsan adətən düşünmədən danışır və ilk ağlına gələni deyir. Bu, insanın öz düşüncəsinə fokuslana bilməməsi problemindən irəli gəlir.
İclasda, evdə, ictimai nəqliyyatda və bu kimi mühitlərdə otura bilməmək, davamlı hərəkət etmək istəyi, hərəkətsizlik səbəbiylə hücumların olması kimi vəziyyətlərdə görülür.
Məsuliyyət hissi tam formalaşmayıb. Ona görə də həmin adam pis evliliklər yaşaya bilər, uşaqları olsa özünə baxa bilməyəcək, işə başlaya bilməyəcək, sosial mühitdən uzaqlaşa bilər.
Hiperaktivlik pozğunluğu dominantdırsa, çünki insan bu vəziyyəti uşaqlıqdan gətirirsə (diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu adətən eyni vaxtda müşahidə olunur, bəzən diqqət çatışmazlığı olan bir insanda hiperaktivlik müşahidə edilmir), impulsiv şəkildə yaşanan fəaliyyət pozğunluğu sinirdə tikə səbəb ola bilər.
Xüsusilə yeniyetməlik dövrünə girdiyiniz zaman diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu ilə bağlı simptomlar xeyli artır. Çünki yeniyetmə fərdin ruhi depressiyası bu pozğunluqla daha da alovlanır və yetkinlik yaşına qədər daşıyacağı pis davranışlara səbəb ola bilər.
Diqqət əskikliyi və hiperaktivlik pozğunluğu olan bir insan üçün yeniyetməlik dövründə qəzəbi minimum səviyyədə idarə etmək qalıcı ola bilər.
Əhalinin 4%-8%-ni əhatə edən bu pozğunluğun ümumiyyətlə kişilərdə müşahidə olunduğuna inanılır. Bu, tamamilə yanlış olan və dəyişdirilməsi lazım olan bir inancdır. Tərbiyə üsulu olaraq cəmiyyətlərdə qız uşaqları ümumiyyətlə daha məzlum mühitdə tərbiyə olunur, oğlanlara isə daha çox yer verilir.
Eyni zamanda oğlanların cəmiyyətdə daha aktiv, qızların isə oturuşmuş olduqları bildirilir. Qızlara olan bu təzyiqlər və cəmiyyətdən gələn qeyri-bərabərlik səbəbindən qızlarda diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğunun diaqnozu oğlanlara nisbətən xeyli aşağıdır.
Psixoloji pozğunluqları başa düşməmək və təzyiq göstərmək gələcəkdə insanın həyatına mənfi təsir göstərir. Əslində diaqnoz qoyulmadan müalicəyə başlanmadığı üçün digər psixi pozğunluqlarda da müşahidə olunur.
Məlum olub ki, yetkinlik dövründə diqqət çatışmazlığı və hiperaktivlik diaqnozu qoyulmuş qadınların əksəriyyətində də böyük depressiya, anksiyete pozğunluğu, passiv-aqressiv şəxsiyyət pozğunluğu və nadir hallarda bipolyar pozğunluq kimi ciddi pozğunluqlar müşahidə olunur.
Diqqət əskikliyi, hiperaktivlik pozğunluğu ilə çıxan digər psixi pozğunluqlar
Psixoloji pozğunluqlar adətən ayrılıqda müşahidə olunmur. Çünki insanda dominant pozğunluq digər psixi vəziyyətlərə təsir edərək başqa psixoloji pozğunluqlara səbəb olur. Xüsusilə uşaqlıqda diqqət əskikliyi və hiperaktivlik pozğunluğu müşahidə olunmayan və müalicə olunmayan, yetkinlik dövründəki həyat şərtləri ilə birləşdikdə digər psixi pozğunluqlar meydana gələ bilər.
Bu psixi pozğunluqlara və diqqət əskikliyi ilə hiperaktiv pozğunluq arasındakı əlaqəyə nəzər salsaq:
Obsesif kompulsiv pozğunluq (obsesif xəstəlik)
İnsan impulsiv davrandığı üçün müəyyən davranışlara aludə ola bilər və dayana bilməz. O fikirləşir ki, baş verməsə, başına pis bir şey gələcək.
Böyük Depressiya
Böyük depressiya, diqqət çatışmazlığı hiperaktivlik pozğunluğu ilə ən çox görülən xəstəliklər arasındadır. Bu pozğunluq səbəbindən insan özünü qeyri-kafi və stresli hiss edir. O, tez-tez təcrid və xor hiss edə bilər. Bu səbəbdən həyata marağı azala, ümidsizliyə düşə, sosial vəziyyətlərdən qaça və özünə qapana bilər. Bunlara əlavə olaraq sosial fobiyanın inkişafı da müşahidə edilə bilər.
Anksiyete pozğunluğu və panik atak
İnsanda hərəkət və qavrayış problemləri olduğu üçün bu vəziyyətlərdə anksiyete pozğunluğu və kədər, stress, qəzəb partlayışları, panik atak da müşahidə edilə bilər.
Öyrənmə pozğunluğu
İnsanda diqqət əskikliyi və hiperaktivlik pozğunluğu görüldüyündə öyrənmək, anlamaq, ağlında saxlamaq, xatırlamaq kimi vəziyyətlərdə əskiklik yaşana bilər. Çünki fərd öz qavrayışını, marağını və konsentrasiyasını tək bir nöqtədə toplaya bilməz. Beləliklə, onlar öyrənməkdə çətinlik çəkə bilərlər.
Tik pozğunluqları
Semptomlar arasında qeyd etdiyimiz tik halı diqqət əskikliyi və hiperaktivlik pozğunluğundan sonra pozğunluq kimi görünə bilər. Adətən fərddə uyğun olmayan, mənasız, həddindən artıq hərəkət və davranışlardan sonra tik yarana bilər.
Maddə istifadəsi — asılılıq problemi
Xüsusilə yetkinlik çağında bir insan qeyri-adekvatlıq hissi və təcrid olunma qorxusu ilə özünü sakitləşdirmək üçün narkotik, spirt, siqaret və narkotik maddələrdən istifadə etməyə başlaya bilər. Bu maddələrin bədənə stimullaşdırıcı təsiri ilə insanın vəziyyəti pisləşə bilər. Buna görə də, maddə istifadəsindən qəti şəkildə çəkinmək lazımdır.
Müalicə üsulları
Diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu olan insanlar mütəxəssis psixoloqdan kömək almalıdırlar. Yetkinlik dövründə rüsvay olmaq və ya dəli hesab etmək qorxusu ilə yetkin fərd psixiatra müraciət etmir və öz problemini həll etməyə çalışır. Bu pozğunluq ciddi psixiatrik problemdir və həkim tərəfindən müəyyən edilə bilər.
Semptomlar dərman və müalicə üsulları ilə minimuma endirilə bilər. Yaş artdıqca simptomlarda azalma müşahidə edilsə də, tamamilə keçmir. Cəmiyyətin yaratdığı təzyiqlər insanlarda ciddi psixoloji təsirlər yarada bilər.
Bu təzyiqlərə məruz qalmadan müalicə olunmaq son dərəcə vacibdir, çünki cəmiyyətin təzyiqi ilə insan özündə bu xəstəliyi inkar edir və qəbul etmir. Ancaq müalicədə ən vacib addım diaqnoz qoyulmuş vəziyyəti qəbul etməkdir. Uyğun olmayan davranışların, diqqətsizlik, fəaliyyət pozğunluğunun səbəbi və ya səbəbləri başa düşüldükdə müalicələr insanın həyatına daha tez və müsbət təsir edir. Unutmayın ki, siz tək deyilsiniz.
| ['diqqətsizlik', 'passivlik', 'depresiya', 'depressiya əlamətləri'] |
29 | https://kayzen.az/blog/litosfer/28316/yerin-daxili-qurulu%C5%9Fu-litosfer.html | Yerin daxili quruluşu | nigarm | litosfer | 27 may 2023, 09:54 |
Yer daxili quruluşuna görə yer qabığı, mantiya və nüvədən ibarətdir. Ümumiyyətlə, yerin mərkəzinə doğru süxurların temperaturu və sıxlığı artır. Yerdə süxurların orta sıxlığı 5,5 q/sm3, səthdə 3,5 q/sm3, Yerin mərkəzində 12,9 q/sm3-dir. Yer qabığında dərinliyə doğru hər 100 m-də temperaturun arrması geotermik qradiyent adlanır və bu, təxminən 3ºC-dir. Süxurların temperaturunun 1ºC artması üçün lazım gələn dərinlik geotermik pillə adlanır (təxminən 33 m-dir). Fəal seysmik sahələrdə geotermik pillə kiçik, platforma sahələrdə isə böyükdür.
Yerin daxilini öyrənmək məqsədilə qazılan quyuların maksimal dərinliyi 15 km-dir. Bu isə yer qabığının orta qalınlığından 3 dəfə azdır. Odur ki, Yerin daxilinin öyrənilməsində, əsasən, seysmik dalğaların müxtəlif süxurlarda yayılma sürətindən geniş istifadə olunur. Yumşaq süxurlarda uzununa seysmik dalğaların sürəti az, kristallik süxurlarda isə çox olur. Bu xüsusiyyətlərinə görə Yer qabığının qatları, onların sərhəd və qalınlıqıarı müəyyən edilir.
Yer qabığı Yerin üst təbəqəsi olub, qalınlığı materiklərdə 15-90 km, okeanlarda isə 5-15 km-dir. Yer qabığının üfüqi strukturunda materik və okean qabığı fəqrlənir. Materik tipli yer qabığı 3 qatdan ibarətdir: çökmə süxur — 0-20 km; qranit — 10-30 km; bazalt — 15-40 km. Qranit və bazalt qatları arasındakı sərhəd Konrad sərhədi adlanır. Okean tipli yer qabığı 2 qatdan ibarətdir: çökmə süxur — 1-3 km; bazalt — 5-10 km.
Yer qabığı ilə yuxarı mantiyanı ayıran sərhəd Moxo (moxoroviçiç) sərhədi adlanır.
Mantiya ("örtük") yer qabığından aşağıda olub, 2900 km dərinliyə qədər davam edir. Mantiyanı təşkil edən əsas maddələr (Mg, Fe, Cu, SiO2) maqmanı əmələ gətirir.
Nüvənin (ümumi qalınlığı 3500 km; xarici və daxili nüvəyə bölünür) ağır metallardan və radioaktiv maddələrdən təşkil olunduğu güman edilir. Nüvədə temperaturun 3500-4000ºC, təzyiqin 3 mln atmosfer olduğu ehtimal olunur.
Seysmik üsulla müəyyən edilmişdir ki, materiklər altında 140-150 km, okeanlar altında 80-90 km dərinliklərdə təzyiq və temperaturun təsiri ilə süxurlar ərinti halında olur. Süxurların ərinti halında olduğu, kipliyin nisbətən azaldığı bu təbəqə astenosfer adlanır. Astenosfer üzərində yerləşən bərk təbəqə litosfer («litos»-daş, «sfer»-təbəqə) adlanır. Litosferə yer qabığını və mantiyanın üst hissəsi daxildir (qalınlığı 90-250 km atasındadır). Onun alt sərhəddi «Benyof zonası» adlanır. Astenosfer və litosfer birlikdə tektonosfer adlanır. Yer qabığına təsir göstərən proseslər-tektonik hərəkətlər, vulkanlar, zəlzələlər-əsasən bu qatda baş verir.
Yer qabığı müxtəlif süxurlardan təşkil olunmuşdur. Mənşəyinə görə süxurlar 3 qrupa bölünür: maqmatik, çökmə, metamorfik.
Yer qabığında maqmatik süxurlar üstünlük təşkil edir. Maqmatik süxurlar maqmanın daxili proseslərlə bağlı Yer səthinə çıxması və ya müəyyən dərinlikdə qalıb soyuması nəticəsində yaranır. Yer qabığına daxil olan və müəyyən dərinlikdə qalaraq, tədricən soyuyub kristallaşmış süxurlar intruziv («daxili»; təzyiq altında tədricən soyuma nəticəsində məsaməsiz və bərk olur) süxurlar adlanır. Yer səthinə çıxaraq daha tez soyuyan, məsaməli və az sıxlığa malik süxurlar effuziv (pükürmə) süxurlar adlanır. İntruziv maqmatik süxurlara qranit, dəmir, mis və digər metal mənşəli faydalı qazıntılar, effuziv mənşəli süxurlara isə bazalt, vulkan tufu, külü, şüşəsi, pemza və s. aiddir.
Çökmə mənşəli süxurlar xarici (ekzogen) proseslərlə bağlı yaranır və tərkibinə görə 2 yerə bölünür: üzvi və qeyri-üzvi. Bu süxurlar əmələgəlmə şəraitinə görə 3 yerə bölünür: qırıntı, kimyəvi və üzvi mənşəli çökmə süxurlar.
Süxurların xarici qüvvələrin təsiri nəticəsində parçalanması aşınma adlanır. Təbii şəraitdən asılı olaraq fiziki (quru iqlim şəraitində, sutkalıq temperatur amplitudunun yüksək olması nəticəsində), kimyəvi (rütubətli iqlim şəraitində və suyun hərəkəti ilə bağlı) və üzvi (canlıların təsiri ilə) aşınma növləri fərqlənir. Aşınma nəticəsində bərk süxurlar parçalanır və qırıntı çökmə süxurlar yaranır. Məsələn: qum, gil, çınqıl, çaydaşı və s.
Kimyəvi çökmə süxurlar suda həll olan maddələrin çökməsi nəticəsində yaranır. Məsələn, daş duz, kalium duzu, fosforit, gips və s.
Üzvi çökmə süxurlar bitki və heyvan mənşəli qalıqlardan yaranır. Məsələn: neft, təbii qaz, torf, daş kömür, qonur kömür, yanar şist, tabaşir, əhəngdaşı və s.
Metamorfik («metamorfoz» — dəyişmə, çevrilmə) süxurlar həm maqmatik, həm də çökmə süxurların yüksək təzyiq və temperatur şəraitində dəyişməsi nəticəsində yaranır. Məsələn, əhəngdaşı→mərmər, qrafit→almaz, qumdaşı→kvarsit, qranit→qneys və s.
Litosfer tavaları: XX əsrin 60-cı illərində Vegener fərziyyəsinin məntiqi davamı olaraq «litosfer tavaları» nəzəriyyəsi irəli sürüldü. Bu nəzəriyyəyə görə, litosfer bütöv olmayıb, çatlarla bir-birindən ayrılan hissələrə -tavalara bölünür. Litosfer tavaları müxtəlif istiqamətlərdə və müxtəlif sürətlə hərəkət edir. Müasir geoloji dövrdə onlar arasında sərhəd Orta okean silsilələrinin oxu üzrə uzanan rift dərəsi boyu, Dünya okeanının ən dərin və uzun çökəkləri (novları), həmçinin cavan qırışıq dağlar üzrə keçir. Lifosfer tavalarının bir-birindən uzaqlaşdığı sərhədlər divergent (orta okean silsilələrinə uyğun gəlir), tavaların toqquşduğu sərhədlər konvergent (Alp-Himalay, Kordilyer-And silsilələri, Sakit okeanın Asiya sahillərinə uyğun gəlir) sərhədlər adlanır. Materik tavaların toqquşma sərhədində cavan qırışıq dağlar, materik və okean tavaların toqquşma sərhədində materik sahillərində qırışıq dağlar və ya adalar qövsü, okeanda isə novlar yaranır.
Böyük litosfer tavaları Afrika, Avrasiya, Hind-Avstraliya, Antarktida, Sakit okeandır (sonuncu ancaq okean tipli qabığa malikdir). Kiçik litosfer tavaları Ərəbistan, Filippin, Kokos, Karib, Naska və s.-dir.
Litosferin tektonik fəal zonaları geosinklinal adlanır. Müasir geoloji dövrdə litosfer tavalarının sərhədləri geosinklinal qurşaqlara uyğundur. Geosinklinal sahələrin inkişafında geoloji dövr ərzində baş verən proseslər bu ardıcıllıqla gedir.
Əyilmiş sahələrə süxurların toplanması;Yer qabığının süxurların ağırlığı altında aşağı çökməsi;Daxili (endogen) qüvvələrin fəallaşması, maqmanın hərəkətə gəlməsi və vulkanizmlə bağlı dağ əmələ gəlməsi;Maqmanın soyuması və qranitləşməsi;Xarici (eksogen) proseslərlə bağlı səthin parçalanıb-hamarlanması və platformaların yaranması.
Litosferin nisbətən sabit, bərkimiş və qalın hissələri platforma (fransızca «plat»-yastı, hamar) adlanır. Adətən, platformalar üzərində geniş düzənliklər, geosinklinaı sahələrdə isə dağlar yerləşir. Geoloji yaşlarına görə platformalar qədim (Arxey və Proterozoyda formalaşan; Şərqi Avropa, Afrika, Antarktida, Avstraliya və s.) və cavan (Paleozoyda və daha sonra formalaşan; Turan, Qərbi Sibir, Braziliya, Ön Qafqaz və s.) platflrmalara bölünür.
Platformaların səthi heç də hər yerdə hamar deyil. O, kristallik süxurların üzə çıxması ilə əlaqədar qalxanlara (antiklinal) və əyilmə (sinklinal) zonalarına malikdir. Şərqu Avropa platformasında Baltik qalxanını, Şimali Amerika platformasında Kanada qalxanını, Cənubi Amerika platformasında Braziliya və Qviana qalxanlarını, Amazon və Orinoko sinklinallarını və s. misaı göstərmək olar.
Yer qabığı daxili (endogen) və xarici (ekzogen) proseslərin təsiri altında daim dəyişir. Endogen qüvvələr vulkan və zəlzələlər yaradır, nəhəng relyef formalarını (dağ qurşaqları) əmələ gətirir. Ekzogen proseslər (Günəş enerjisi, axar sular, külək, canlılar) süxurları parçalayır, relyefi hamarlayır. Endogen proseslərlə bağlı Yer qabığının üfüqi və şaquli hərəkətləri tektonik hərəkətr adlanır. Üfüqi hərəkətlərlə bağlı qırışıqlar (sinklinal-antiklinal), şaquli hərəkətlərlə bağlı faylar (sımıb enmələr-qraben, sınıb qalxmalar-horst, ardıcıl sınmalar-pilləli fay) yaranır.
Dağ əmələ gəlmə (qırışıqlıq) mərhələləri və bu dövrlərdə yaranan ərazilər:Baykal — Şərqi Avropa, Orta Sibir, Çin-Koreya, Hindistan, Afrika, Avstraliya, Antarktida və s.kristallik bünövrələri üzərində ilk dağlar;Kaledon — Tyan-Şan, Altay, Sayanın şimal hissələri, Skandinaviya, Şimali Appalaç, Baykal ətrafı və s.;Hertsin — Ural, Böyük Suayrıcı, Appalaç, Tyan-Şan, Altay (cənub hissələri) və s.;Mezozoy (Kimmeri) — Kordilyer, Verxoyansk, Tibet, Kun-Lun və s.;Alp — And, Kordilyerin Sahil dağları, Sakit okean «odlu qövsü», Alp-Himalay dağ qurşaqları, Orta okean silsilələri və s. (Tyan-Şan, Altay, Sayan — Alp qırışıqlığı dövründı yenidən dağ əmələ gəlmə prosesinə məruz qalmışdır və onlara yenidən törənmiş — cavanlaşmış dağlar deyilir).
| ['yer kürəsi', 'kainat', 'planet', 'nüvə', 'litosfer'] |
30 | https://kayzen.az/blog/sevgi/28268/sevgiliniz-siz%C9%99-n%C9%99-d%C9%99r%C9%99c%C9%99d%C9%99-uy%C4%9Fundur.html | Sevgiliniz sizə nə dərəcədə uyğundur? | nigarm | Sevgi | 21 may 2023, 22:09 |
Uyğun ömür yoldaşına rast gəlmək qəliz məsələdir. Çünki əksər hallarda rastlaşdığımız insanlar bizə uyğun olmur və ünsiyyət məyusluqla sonlanır. Bu isə zamanla sevgiyə olan istəyi və marağı öldürür və «onsuzda bu dəfə də eyni nəticələnəcək» düşüncəsi bizi sıxır.
Bəs qarşımıza çıxan insanın bizə uyğun olub olmadığını, «həqiqətən onu tapdım» deyəcəyimiz insanı necə anlamaq olar ?
Bunun üçün biraz diqqətli olub, müşahidə etməniz kifayətdir.
Qarşınızdaki insanın sizə uyğun olub-olmadığını aşağıda qeyd etdiyimiz məqamlara nəzət yetirərək anlaya bilərsiniz.
1. Ailələriniz və həyatınızda vacib insanlarla tanış olubsa
2. Özünüzü yaxşı hiss etmədiyinizdə belə onunla vaxt keçirmək istəyirsinizsə
3. Günlük, monoton fəaliyyətlər onunla zövqə çevrilirsə
4. Gün ərzində səbəbsiz onun haqqında düşünürsünüzsə
5. Bir-birinizin ehtiyaclarını qarşılayırsınızsa
6. Xəyalınızdak sənətə sahib olmasanız da, sizə dəstək olursa
7. Aranızda sirr yoxdursa
8 Sizi hər gün güldürürsə
9. Onunla qocalmaq sizi qorxutmursa
10. Az və faydalı münaqişələr yaşayırsınızsa
11. Sadəcə ikinizin başa düşdüyü zarafatlarınız varsa
12. Fikirlərinizi başa düşürsə
13. Zarafatla olsa belə sizə qırıcı, alçaldıcı sözlər demirsə
14. Maraq dairələriniz eynidirsə
15. Bir-birinizin seçimlərinə hörmət edirsinizsə
16. Yaşanan hər münaqişədə sizi haqsız hesab etmirsə
17. İstirahət anlayışınız üst-üstə düşürsə
18. Təklikdə olduğu kimi ictimaət içində də sizinlə özəl hə həssas davranırsa, böyük ehtimal siz artıq öz yarınızı tapmısınız. Bir çox misal çəkmək olar öz yarınızı tapmaqla bağlı amma ən əsası hisslərdir. Qəlbinizdə şübhə yoxdursa deməli o şəxs artıq sizinlə eyni «yoldadır».
| ['sevgi', 'sevgili seçimi', 'qadın-kişi münasibətləri', 'cinslərarası münasibətlər', 'sevgili olmaq', 'sevgi münasibətləri'] |
31 | https://kayzen.az/blog/psixologiya/28224/pe%C5%9Fmanl%C4%B1q-hissi-yaradan-10-%C5%9Fey.html | Peşmanlıq hissi yaradan 10 şey | nigarm | Psixologiya | 14 may 2023, 16:45 |
Bəzi şeylər vardır ki, insan keçmişi düşünərək təəssüf hissi keçirir və daim «ey kaş ki» sözünü işlədir. Bu da insanı indiki zamanda yaşamasının qarşısını alır. İnsan unutmamalıdır ki, onun indiki durumu, bir müddət sonra onun keçmişi sayılacaqdır. Odur ki, nə qədər gec deyil, keçmişə xoş xatirələr atmaq lazımdır. 1. Mən özümə görə deyil, başqalarına görə yaşamışam.
Heç olmasa qarşınıza məqsəd qoyun. Bu həyatdan nə istədiyinizi ayırd edin. Onun üstündə zəhmət çəkin. Unutmayın, sizin hədəfiniz olmasa, həmişə başqalaraının hədəf və arzuları uğrunda çalışacaqsınız.2. Mən olduqca çox işləmişəm.
Həyat yalnız pul qazanmaq uğrunda işləmək deyil. O qədər insan var ki, qazancı az olsa da xoşbəxt və kimsədən asılı olmayan halda yaşayır. Haqlı deyiblər, insan gənc vaxtı ömrünü pul qazanmağa sərf edir, daha sonra yaşlanır və qazandıqlarını sağlamlıq əldə etmək yoldunda xərcləyir.
3. Mən öz hisslərimi gizlətmişəm.
Bilirəm, bəzən görmüsünüz ki, bəlkə də ləyaqətli bilmədiyiniz insanlar cəsarət göstərərək sizin qürur üzündən yaxınlaşmadığınızı gəlib elə gözünüzün önündə ikən qapıb aparıblar. Siz isə özünüzü yox, həmin adamı qınamısınız. Sanki bütün dünya sizin qürur üzündən susub yaxınlaşmadığınızı əbədiyyən sizin üçün saxlamalı idi.
4. Mən dostlarla əlaqə saxlamırdım.
Həmişə gözləyirik ki, bizi yada salsınlar. Əksərən diqqətsizlikdən şikayət edən adamların özləri diqqətsiz olurlar. Bu dünyada hamının səninlə maraqlanmaq kimi bir öhdəçiliyi yoxdur. Sənin susqunluğunu və eqoistliyini görən yaxşı dostların belə, sonda səni tək qoyacaqlar.
5. Mən özümə xoşbəxt olmaq imkanı yaratmırdım.
Nə üçün insanlar həmişə şikayət edirlər? Nə üçün bir dəfə də olsun nədənsə məmnun qaldıqlarını etiraf etmirlər? Haqlı deyiblər, bəzən insan xoşbəxt olmağa bəhanə tapmadıqda öz bədbəxtlikləri ilə öyünər. Bu gün nələrə maliksinizsə qədrini bilin. Həm buna görə təşəkkür edin, həm də layiqli istifadə edin.
6. İstəmirdim uşağım olsun.
Bəzən insanlar ailə qurmağı gecikdirir, daha sonra gənc olduğunu və hələ həyat yaşamalı olduğunu iddia edərək övlad məsələsini gözardı edir. Meylini heyvanlara salır. Daha sonra yaşlaşır və görür ki, heç kimə lazım deyil. Artıq ahıl olduğuna görə ona maraq göstərən də yoxdur. Daha bu haqda düşünmək belə, insana əziyyət verir.
7. Həmişə problemdən qaçmışam.
Bu dünyada insan hamıyla yola gedə bilməz. Sözsüz ki, onun düşmənləri də olacaqdır. Ya o kiminləsə düşmənçilik edəcək, ya da onunla edəcəklər. İnsan dağın başına da qaçsa problemlə üzləşəcəkdir. Problem insanı möhkəmlədir. İmmuniteti zəif olan insanı xəstəlik hər yerdə tapar.
8. Həyatda lazım olan fürsətlərdən istifadə etməmişəm.
Bəli, bu gün əlimizə şərait düşərkən hələ zaman vardır deyə, onu ertələyirik. Bir şeyin üzərində uzun zaman götür-qoy edirik və həmin fürsət əlimizdən çıxır. Fürsət elə bir şeydir ki, bəlkə də insanın həyatında bir dəfə parlayır. Odur ki, fürsətləri qənimət bilmək lazımdır..
9. Mən həmişə məni sevən adamları incitmişəm.
Bu cür insanlar çoxdur, bəlkə də özümüz də bu xasiyyətə malikik. Bizim qayğımıza qalan, bizi sevən insanları özümüzdən rədd edirik. Onlarla kobud davranırıq. Məhəbbət göstərmirik. Öz hisslərimizi biruzə verməkdən qorxuruq. İnanın, zaman keçdikdən sonra artıq sizin bu soyuqluğunuzu görən isti münasibət göstərən adamlar belə, sizə laqeyid yanaşacaqlar. Zaman ötdükdən sonra daha sizin isti münasibət göstərməyinizə ehtiyac qalmayacaqdır.
10. Uşaqlarıma az zaman ayırırdım.
Bəzi insanlar var ki, övladlarının 18 yaşa çatmasını gözləyirlər ki, onlara tərbiyə versinlər. Halbuki hələ dünyaya gəlməmişdən öncə körpələri barədə düşünməli idilər. Mal-dövlət gəldi gedərdir. Övlad öz valideyninin qayğısını, sevgisini görməlidir. Övlad yalnız nökərçilik etmək üçün doğulmayıb. O da şəxsiyyətdir. Ona da vaxt ayırmaq lazımdır. Yoxsa artıq gec olacaqdır.
| ['peşman olmaq', 'psixologiya', 'pesman olmaq', 'peşmançılıq', 'peşmançılıq yaşamaq'] |
32 | https://kayzen.az/blog/h%C9%99rb%C3%A7il%C9%99r/18886/i-ri%C3%A7ard.html | I Riçard | luminat | böyük hərbi xadimlər | 14 may 2023, 13:05 |
Dünya tarixində «Aslan ürəkli Riçard» kimi məşhur olan ingilis kralı II Henrixin oğlu Fransanın Akvitaniya vilayətində doğulmuşdur. Bütün dünyada ləyaqət və alicənablıq rəmzi olan Riçardın həyatı gərgin vuruşlarda, döyüşlərdə və intriqalarda keçmişdir. O zaman Fransanın bəzi hissələri İngiltərənin əlində idi. Belə vilayətlərdən biri Fransanın cənub-qərb əyaləti olan Akvitaniya idi. Bu vilayəti və hersoq dərəcəsini ona atası bağışlamışdı. Lakin kralın üç oğlu vardı. Oğullar ataya qarşı qiyam qaldırdılar. Çünki böyük oğul bir varis kimi tezliklə kral olmaq, kiçik oğlu da öz payını almaq istəyirdi. Riçard da qiyamçı qardaşlarına qoşuldu. Çünki atası hakimiyyəti böyük oğluna, Akvitaniyanı da kiçik oğluna verməklə Riçardı tamam əliboş qoymaq istəyirdi. Mübarizədə ata oğullara qalib gəldi. Amma onları bağışladı. Riçard öz əyalətində baronların qiyamı ilə qarşılaşdı. Baronlar artıq ingilis kralı olan böyük oğul III Henrixi və Britaniyanın hersoqu kiçik Joffruanı Riçardı qovmağa dəvət etdilər. Lakin 1183-cü ildə böyük qardaş gözlənilmədən vəfat etdiyinə görə istər-istəməz Riçard kral seçildi.
Atası ondan xahiş etdi ki, öz əyalətini kiçik qardaşına versin. Amma Riçard doğulduğu yeri heç kimə vermək istəmirdi. 1189-cu ildə I Henrix də vəfat etdi. Və I Riçard qanuni kral oldu. Amma ingilis taxt-tacını atıb səlibçilərlə xristianlığın müqəddəs yeri — Qüdsü azad etmək üçün xaç yürüşünə çıxdı və bütün İngiltərə xəzinəsini də özü ilə apardı. O, əvvəl Nessina, sonra da Kipr adalarını asanlıqla fəth etdi. Daha sonra Yaffanı aldı. Nəhayət, 1191-ci ildə gərgin döyüşlərdən sonra Qüdsün yaxınlığındakı Akra şəhərini də ələ keçirdi və bütün qüvvəsilə Qüdsə tərəf yeridi. Lakin Qüdsü almaq o qədər də asan deyildi. Çünki orada Səlahəddin Əyyubi var idi. Öz nüfuzunun təsiri ilə Riçard alman və ingilis cəngavərlərini birləşdirib hərəkətə gəldi.
Beləliklə, dövrün iki böyük sərkərdəsi — aslan ürəkli Riçardla Yaxın Şərqin yeganə hakimi Səlahəddin Əyyubi üz-üzə qaldılar. Kim-kimi yıxacaqdı, məlum deyildi. Hər ikisi ağıllı, ehtiyatlı, hər ikisinin ordusunda ciddi nizam-intizam vardı. Lakin Səlahəddinin bir üstünlüyü vardı ki, o, Qüdsə doğru çəkilə-çəkilə irəli gələn 50 minlik səlibçiləri hər cür ərzaq və sudan məhrum edib gedirdi. Bu cür toqquşmalarla keçən mübarizə bir il çəkdi. Onlar bir-birilərinə artıq yaxşı bələd idilər. Hətta aralarında qarşılıqlı rəğbət də vardı. Buna görə hər ikisi taleyini bəxtin öhdəsinə buraxmaq istəməyib, görüşüb cəngavər sazişi imzaladılar. Akra və onun ətrafı səlibçilərdə, Qüds isə müsəlmanlarda qaldı. Amma bir şərtlə ki, müsəlmanlar üç il ərzində xristianların Qüdsə rahat gəlib-getmələrinə mane olmayacaq.
Bundan sonra I Riçard özü də müqəddəs yerləri ziyarət edib Avropaya yollandı. Amma yolda gəmisi fəlakətə uğradı və ingilis kralı bavariyalı Leopolda əsir düşdü. Bu həmin Leopold idi ki, səfər zamanı daim Riçardla sözləşər və heç cür onun ümumi rəhbərliyini qəbul eləmək istəməzdi. O, ləzzətlə keçmiş müttəfiqini və rəqibini zindana atdı. Sonra onu müqəddəs Roma imperatoru IV Henrixə verdi. Alman imperatoru da Riçardın əlindən yanıqlı idi. O, azadlıq əvəzində Riçarddan 150 min marka pul istədi və yalnız pulu alandan sonra kralı buraxdı.
Nəhayət, vətəninə dönən I Riçard 17 aprel 1194-cü ildə ikinci tacqoyma mərasimi keçirtdi. Bu zaman eşitdi ki, Fransada İngiltərəyə məxsus Normandiya əyalətində qiyam qalxıb. O, Normandiyaya gəlib düşmənlərinin bir də qiyama cəsarət edə bilməməsi üçün burada çox möhkəm Şato Qayyar adlı alınmaz bir qala tikdirdi.
1199-cu ilin yazında bir kəndli qızıl mədəni tapır. Limoj şəhəri arxiyepiskopu bu qızıl mədənini kraldan gizlətmək istəyir və hətta krala verməmək üçün döyüşə girir. Bu döyüş zamanı hücumda irəlidə gedən I Riçard birdən-birə haradansa arbaletdən atılan bir oxla çiynindən ağır yaralanır və az sonra vəfat edir. Sonrakı əsrlərdə I Riçardın adı əfsanəyə dönüb roman xalqlarının və onların poemalarının qəhrəmanına çevrilir.
| ['sərkərdə'] |
33 | https://kayzen.az/blog/co%C4%9Frafiya-tarixi/24090/aral%C4%B1q-d%D3%99nizi-v%C9%99-ya-mediterrana.html | Aralıq dәnizi və ya Mediterrana | luminat | Coğrafiya tarixi | 14 may 2023, 13:03 |
Aralıq dәnizi və ya Mediterrana 3 qitəni əhatə edən tarixi regiondur. Sahəsi 4 mln. km2-ə qədər olan bu ərazi oxşar coğrafi xüsusiyyətlərə malikdir. Dənizsahili ərazilərdə isti və quru yay, mülayim və rütubətli qış müşahidə olunur.Aralıq dənizi ən qədim dövrlərdən gəmiçiliyin inkişafı ilə seçilmişdir. Uzun müddət regionun hər tərəfində inkişaf səviyyəsi təqribən eyni olmuşdur. Regiondakı tikililər memarlıq baxımından oxşar olmuşdur. Ticarət əlaqələri regionun hər tərəfində böyük satış bazarlarının yaranmasına, istehsal alətlərinin, kənd təsərrüfatı məhsullarının mübadilə edilməsinə şərait yaratmışdır. XX əsrədək müxtəlif tarixi vaxtlarda bu region imperiyalar arasında hərb meydanına çevrilmişdir. Regionda Qədim Roma, Bizans, Ərəb, Osmanlı imperiyalarının mədəniyyət izləri hələ də qalmaqdadır. Sonradan müxtəlif dinlərin yayılması regionda yaşayan əhalinin həyat tərzində kəskin fərqlərin yaranmasına səbəb oldu.Aralıq dənizi sahili regionları əvvəllər olduğu kimi, müasir dövrdə də əhalinin ən sıx məskunlaşdığı regionlardan biridir. Lakin eyni tarixi köklərə malik olan bu region ölkələri müasir dövrdə iqtisadi, sosial, etnik, mədəni, iqtisadi, dil, din fərqlərinə görə kəskin seçilir.Baş verən hakimiyyət dəyişiklikləri, irimiqyaslı müharibələr, yaranan dini fərqlər regionun inkişafının zəifləməsinə, yəni ölkələrin tәnәzzülә uğramasına səbəb olmuşdur. Hazırda Aralıq dənizi sahilində iqtisadi-siyasi, sosial fərqlərinə görə – Cәnubi Avropa, Cәnub-Şәrqi Avropa, Cәnub-Qәrbi Asiya və Şimali Afrika olmaqla 4 region mövcuddur.Cәnubi Avropa ölkәlәri – İtaliya, İspaniya, Yunansıtan, Monako, San-Marino iqtisadi inkişaf səviyyəsinə görə regionun ən qabaqcıl ölkələridir. Mineral ehtiyatlarla zəif təmin olunmasına baxmayaraq, bu regionda sənayenin müxtəlif sahələri, xüsusilə də avtomobilqayırma, cihazqayırma, yüngül və yeyinti sənayesi güclü inkişaf etmişdir. Şərabçılıq bu ölkələrin ənənəvi sahələrindən biridir. Əkinçilik, xüsusilə də sitrus meyvəçiliyi, zeytun və üzümçülük geniş yayılmışdır. Ölkələr turizmdən xeyli miqdarda gəlir əldə edir.Şimali Afrika ölkәlәri – Əlcəzair, Misir, Liviya, Tunis və Mərakeş əhalinin həyat səviyyəsinə görə aşağı – yəni, geridә qalmış ölkələrdir. Lakin bu ölkələr iqtisadiyyatın inkişafına görə Afrikanın digər ölkələrindən daha irəlidədir. Bu onların Avropa regionuna yaxınlığı ilə izah olunur. Şimali Afrika ölkələri zəngin neft-qaz ehtiyatlarına malik olub dünya bazarına xammal ixrac edir. İqlimin quraq olması əkinçiliyə mane olur; bu regionda sitrus meyvəçiliyi, turizm və heyvandarlıq (qoyunçuluq, dəvəçilik) inkişaf etmişdir.Aralıq dənizi sahili ölkələri üzümçülüyün inkişafı üçün ən əlverişli ərazilərdir. Üzümçülüyün inkişafı Cənubi Avropa ölkələrinin əksəriyyətinin şərabçılıq üzrə istisaslaşmasına səbəb olmuşdur. Lakin Şimali Afrika ölklərində şərabçılıq, demək olar ki, inkişaf etməmişdir.Cәnub-Şәrqi Avropa regionuna daxil olan – Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Serbiya, Makedoniya və digər ölkələr yaxın zamana qədər sosialist ölkələri blokuna daxil idi. Bu ölkələrdə yeni ictimai münasibətlər hələ də çətinliklə yaranmaqdadır.Siyasi, iqtisadi-sosial xüsusiyyətlərinə görə ziddiyyəti ilə fərqlənən Cәnub-Qәrbi Asiya regionunun bir neçə ölkəsi də Aralıq dənizinə çıxışa malikdir. Bu ölkələr Türkiyə, Livan, Suriya və İsraildir. İsrail–Fələstin münasibətləri və Suriyada baş verən müharibə bu regionda təhlükə mənbəyi olmaqla yanaşı, iqtisadiyyatın zəifləməsinə gətirib çıxarır.Hazırda Aralıq dənizi sahilində yerləşən ölkələr arasında müxtəlif beynəlxalq birlik və təşkilatlar yaranmaqdadır. 2008-ci ildə regionda yerləşən ölkələrin başçılarının iştirakı ilə yeni bir beynəlxalq təşkilat yaradılmasına dair razılıq əldə edilmişdir. Bu təşkilatın 43 üzvü vardır.“Aralıq dәnizi sahili ölkәlәrinin birliyi” adlanan təşkilatın məqsədi regiondakı ölkələr arasında sülh, iqtisadi, mədəni əlaqələri möhkəmlətmək, onların inkişaf səviyyələri arasında fərqi azaltmaqdır.Aralıq dənizi sahili ölkələri üzümçülüyün inkişafı üçün ən əlverişli ərazilərdir. Üzümçülüyün inkişafı Cənubi Avropa ölkələrinin əksəriyyətinin şərabçılıq üzrə istisaslaşmasına səbəb olmuşdur. Lakin Şimali Afrika ölklərində şərabçılıq, demək olar ki, inkişaf etməmişdir.
| ['Aralıq dənizi', 'tarixi coğrafiya', 'Avropanın coğrafiyası'] |
34 | https://kayzen.az/blog/logika/28182/y%C3%BCks%C9%99li%C5%9F-m%C3%BCsabiq%C9%99si-qabiliyy%C9%99t-verbal-imtahan-suallar%C4%B1-2023.html | Yüksəliş müsabiqəsi QABİLİYYƏT VERBAL imtahan sualları 2023 | luminat | Məntiq və IQ | 7 may 2023, 20:18 |
Sual 1Hər bir xalqın tarixində silinməz iz qoymuş görkəmli qadınlar vardır. Azərbaycan xalqının da tarixində görkəmli qadın şəxsiyyətlər az olmamışdır. Onlardan biri də Azərbaycanın ilk qadın hərbi pilotu Züleyxa Seyidməmmədovadır.Züleyxa Seyidməmmədova 1919-cu ildə Bakıda anadan olub. Valideynləri Züleyxanın ali təhsil alıb neft mühəndisi olmasını istəyirdilər. Amma onun arzusu təyyarəçi olmaq idi. O, 1934-cü ildә orta mәktәbi bitirdikdәn sonra Azərbaycan Sәnaye İnstitutunun mədən fakültəsinə daxil olur. Ali tәhsil alan Züleyxa 1935-ci ildә həmin institutda qızlar arasında paraşütlə tullanma üzrә birinci yeri tutur. Bu birincilik onun üçün hәr şeyin başlanğıcı idi. O öz yolunu seçmişdi. Züleyxa Seyidməmmədova ilk fәrdi uçuşunu tәlәbә aeroklubuna üzv olduğu illәrdә edir. 1935-ci ildә Moskvanın Tuşinski aerodromunda keçirilən uçuş tullanışı müsabiqəsində Züleyxa qrup halında tullanmaq üzrә Zaqafqaziya komandasında birinci yeri tutur. Təyyarәdәn paraşütlә 50 dәfә tullandığına görә isә onu paraşüt idmanı üzrә tәlimatçı vәzifәsinә tәyin edirlәr. 1938-ci ildə Züleyxa Seyidməmmədova imtahan verərək Moskvada Jukovksi adına Hərbi Hava Akademiyasına qəbul olunan ilk şturman qız olur.1941-ci ildə N.Y.Jukovski adına Hərbi Hava Akademiyasını bitirdikdən sonra o, ikinci Dünya müharibəsi illərində (1939 -1945) qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olmuş, 500-dən artıq döyüş uçuşu keçirmişdir. Züleyxa Seyidməmmədova göstərdiyi bu misilsiz xidmətlərinə görə “Lenin” ordeni, 2-ci dərəcəli “Vətən müharibəsi”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və bir çox medallarla təltif edilmişdir.Züleyxa xanım ictimai-siyasi fəaliyyətlə də məşğul olub. 1946-1952-ci illərdə komsomol və partiya komitələrində məsul vəzifələrdə çalışmış, 1952-1975-ci illərdə Azərbaycan SSR-in Sosial təminat naziri olmuşdur. O, bu vəzifəyə seçilmiş ilk qadın nazir idi. Sovet Azərbaycanının səlahiyyətli nümayəndəsi kimi o, dünyanın bir çox ölkələrində, o cümlədən Misirdə, Türkiyədə, Rumıniyada və Hindistanda olmuşdur.Seyidməmmədova ölkənin ictimai işlərində fəal iştirak etmişdir. O, ömrünün sonlarına yaxın dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan türklərinin bir araya gəlməsinə çalışmışdır. Sovet dövründə itirilmiş əlaqələrin bərpası ilə ciddi şəkildə məşğul olmuşdur. Mətnə əsasən hansı daha gec baş verib?Sual 1 Bir cavab seçin:Seyidməmmədovanın Jukovski adına Hərbi Hava Akademiyasını bitirməsiSeyidməmmədovanın Azərbaycan SSR-in Sosial təminat naziri olmasıSeyidməmmədovanın paraşütlə tullanma üzrə I yer tutmasıSeyidməmmədovanın II dünya müharibəsi illərində qırıcı təyyarəçi olmasıSeyidməmmədovanın Azərbaycan Sənaye İnstitutunun mədən fakültəsinə daxil olmasıZ.Seyidməmmədovanın Azərbaycan SSR-in Sosial təminat naziri olması 1952-1975-ci illərdə baş verib, digərləri ondan tez olub.Doğru cavab: Z. Seyidməmmədovanın Azərbaycan SSR-in Sosial təminat naziri olmasıSual 2Hər bir xalqın tarixində silinməz iz qoymuş görkəmli qadınlar vardır. Azərbaycan xalqının da tarixində görkəmli qadın şəxsiyyətlər az olmamışdır. Onlardan biri də Azərbaycanın ilk qadın hərbi pilotu Züleyxa Seyidməmmədovadır.Züleyxa Seyidməmmədova 1919-cu ildə Bakıda anadan olub. Valideynləri Züleyxanın ali təhsil alıb neft mühəndisi olmasını istəyirdilər. Amma onun arzusu təyyarəçi olmaq idi. O, 1934-cü ildә orta mәktәbi bitirdikdәn sonra Azərbaycan Sәnaye İnstitutunun mədən fakültəsinə daxil olur. Ali tәhsil alan Züleyxa 1935-ci ildә həmin institutda qızlar arasında paraşütlə tullanma üzrә birinci yeri tutur. Bu birincilik onun üçün hәr şeyin başlanğıcı idi. O öz yolunu seçmişdi.Züleyxa Seyidməmmədova ilk fәrdi uçuşunu tәlәbә aeroklubuna üzv olduğu illәrdә edir. 1935-ci ildә Moskvanın Tuşinski aerodromunda keçirilən uçuş tullanışı müsabiqəsində Züleyxa qrup halında tullanmaq üzrә Zaqafqaziya komandasında birinci yeri tutur. Təyyarәdәn paraşütlә 50 dәfә tullandığına görә isә onu paraşüt idmanı üzrә tәlimatçı vәzifәsinә tәyin edirlәr. 1938-ci ildə Züleyxa Seyidməmmədova imtahan verərək Moskvada Jukovksi adına Hərbi Hava Akademiyasına qəbul olunan ilk şturman qız olur.1941-ci ildə N.Y.Jukovski adına Hərbi Hava Akademiyasını bitirdikdən sonra o, ikinci Dünya müharibəsi illərində (1939 -1945) qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olmuş, 500-dən artıq döyüş uçuşu keçirmişdir. Züleyxa Seyidməmmədova göstərdiyi bu misilsiz xidmətlərinə görə “Lenin” ordeni, 2-ci dərəcəli “Vətən müharibəsi”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və bir çox medallarla təltif edilmişdir.Züleyxa xanım ictimai-siyasi fəaliyyətlə də məşğul olub. 1946-1952-ci illərdə komsomol və partiya komitələrində məsul vəzifələrdə çalışmış, 1952-1975-ci illərdə Azərbaycan SSR-in Sosial təminat naziri olmuşdur. O, bu vəzifəyə seçilmiş ilk qadın nazir idi. Sovet Azərbaycanının səlahiyyətli nümayəndəsi kimi o, dünyanın bir çox ölkələrində, o cümlədən Misirdə, Türkiyədə, Rumıniyada və Hindistanda olmuşdur.Seyidməmmədova ölkənin ictimai işlərində fəal iştirak etmişdir. O, ömrünün sonlarına yaxın dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan türklərinin bir araya gəlməsinə çalışmışdır. Sovet dövründə itirilmiş əlaqələrin bərpası ilə ciddi şəkildə məşğul olmuşdur. Mətnə əsasən Züleyxa Seyidməmmədova ilə bağlı doğru fikri müəyyən edin.Sual 2 Bir cavab seçin:Həm Azərbaycanda, həm də Moskvada paraşütlə tullanma üzrə I yerə çıxmışdı.Qadınlardan ibarət aviasiya polkunun komandiri olmuşdur.Valideynlərinin arzusu onun təyyarəçi olması idi.Tələbəlik illərində 500-dən artıq döyüş uçuşu keçirmişdir.Azərbaycanı digər ölkələrdə uğurla təmsil etdiyi üçün medal və ordenlərlə təltif edilmişdir.Seyidməmmədova həm Azərbaycanda, həm də Moskvada paraşütlə tullanma üzrə I yerə çıxmışdı. Digər məlumatlar yanlışdır.Doğru cavab: Həm Azərbaycanda, həm də Moskvada paraşütlə tullanma üzrə I yerə çıxmışdı.Sual 3Hər bir xalqın tarixində silinməz iz qoymuş görkəmli qadınlar vardır. Azərbaycan xalqının da tarixində görkəmli qadın şəxsiyyətlər az olmamışdır. Onlardan biri də Azərbaycanın ilk qadın hərbi pilotu Züleyxa Seyidməmmədovadır.Züleyxa Seyidməmmədova 1919-cu ildə Bakıda anadan olub. Valideynləri Züleyxanın ali təhsil alıb neft mühəndisi olmasını istəyirdilər. Amma onun arzusu təyyarəçi olmaq idi. O, 1934-cü ildә orta mәktәbi bitirdikdәn sonra Azərbaycan Sәnaye İnstitutunun mədən fakültəsinə daxil olur. Ali tәhsil alan Züleyxa 1935-ci ildә həmin institutda qızlar arasında paraşütlə tullanma üzrә birinci yeri tutur. Bu birincilik onun üçün hәr şeyin başlanğıcı idi. O öz yolunu seçmişdi.Züleyxa Seyidməmmədova ilk fәrdi uçuşunu tәlәbә aeroklubuna üzv olduğu illәrdә edir. 1935-ci ildә Moskvanın Tuşinski aerodromunda keçirilən uçuş tullanışı müsabiqəsində Züleyxa qrup halında tullanmaq üzrә Zaqafqaziya komandasında birinci yeri tutur. Təyyarәdәn paraşütlә 50 dәfә tullandığına görә isә onu paraşüt idmanı üzrә tәlimatçı vәzifәsinә tәyin edirlәr. 1938-ci ildə Züleyxa Seyidməmmədova imtahan verərək Moskvada Jukovksi adına Hərbi Hava Akademiyasına qəbul olunan ilk şturman qız olur.1941-ci ildə N.Y.Jukovski adına Hərbi Hava Akademiyasını bitirdikdən sonra o, ikinci Dünya müharibəsi illərində (1939 -1945) qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olmuş, 500-dən artıq döyüş uçuşu keçirmişdir. Züleyxa Seyidməmmədova göstərdiyi bu misilsiz xidmətlərinə görə “Lenin” ordeni, 2-ci dərəcəli “Vətən müharibəsi”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və bir çox medallarla təltif edilmişdir.Züleyxa xanım ictimai-siyasi fəaliyyətlə də məşğul olub. 1946-1952-ci illərdə komsomol və partiya komitələrində məsul vəzifələrdə çalışmış, 1952-1975-ci illərdə Azərbaycan SSR-in Sosial təminat naziri olmuşdur. O, bu vəzifəyə seçilmiş ilk qadın nazir idi. Sovet Azərbaycanının səlahiyyətli nümayəndəsi kimi o, dünyanın bir çox ölkələrində, o cümlədən Misirdə, Türkiyədə, Rumıniyada və Hindistanda olmuşdur.Seyidməmmədova ölkənin ictimai işlərində fəal iştirak etmişdir. O, ömrünün sonlarına yaxın dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan türklərinin bir araya gəlməsinə çalışmışdır. Sovet dövründə itirilmiş əlaqələrin bərpası ilə ciddi şəkildə məşğul olmuşdur. Mətndə hansı məlumat öz əksini tapıb?Sual 3 Bir cavab seçin:Seyidməmmədovanın Azərbaycan Sənaye İnstitutunun mədən fakültəsini bitirməsiSeyidməmmədovanın II Dünya müharibəsində bir neçə alman təyyarəsini vurmasıII Dünya müharibəsindən sonra qadınlardan ibarət aviasiya polkunun ləğv edilməsiSeyidməmmədovanın dünyanın bir neçə ölkəsində Azərbaycanı təmsil etməsiSeyidməmmədovanın Jukovski adına Hərbi Hava Akademiyasına daxil olan ilk azərbaycanlı olmasıSeyidməmmədovanın dünyanın bir neçə ölkəsində Azərbaycanı təmsil etməsi məlumatı doğrudur, yəni “Sovet Azərbaycanının səlahiyyətli nümayəndəsi kimi dünyanın bir çox ölkələrində, o cümlədən Misirdə, Türkiyədə, Rumıniyada və Hindistanda olmuşdur” cümləsi mətndə verilmişdir. Digər məlumatlar mətndə verilməyib.Doğru cavab: Z. Seyidməmmədovanın dünyanın bir neçə ölkəsində Azərbaycanı təmsil etməsiSual 4Hər bir xalqın tarixində silinməz iz qoymuş görkəmli qadınlar vardır. Azərbaycan xalqının da tarixində görkəmli qadın şəxsiyyətlər az olmamışdır. Onlardan biri də Azərbaycanın ilk qadın hərbi pilotu Züleyxa Seyidməmmədovadır.Züleyxa Seyidməmmədova 1919-cu ildə Bakıda anadan olub. Valideynləri Züleyxanın ali təhsil alıb neft mühəndisi olmasını istəyirdilər. Amma onun arzusu təyyarəçi olmaq idi. O, 1934-cü ildә orta mәktәbi bitirdikdәn sonra Azərbaycan Sәnaye İnstitutunun mədən fakültəsinə daxil olur. Ali tәhsil alan Züleyxa 1935-ci ildә həmin institutda qızlar arasında paraşütlə tullanma üzrә birinci yeri tutur. Bu birincilik onun üçün hәr şeyin başlanğıcı idi. O öz yolunu seçmişdi.Züleyxa Seyidməmmədova ilk fәrdi uçuşunu tәlәbә aeroklubuna üzv olduğu illәrdә edir. 1935-ci ildә Moskvanın Tuşinski aerodromunda keçirilən uçuş tullanışı müsabiqəsində Züleyxa qrup halında tullanmaq üzrә Zaqafqaziya komandasında birinci yeri tutur. Təyyarәdәn paraşütlә 50 dәfә tullandığına görә isә onu paraşüt idmanı üzrә tәlimatçı vәzifәsinә tәyin edirlәr. 1938-ci ildə Züleyxa Seyidməmmədova imtahan verərək Moskvada Jukovksi adına Hərbi Hava Akademiyasına qəbul olunan ilk şturman qız olur.1941-ci ildə N.Y.Jukovski adına Hərbi Hava Akademiyasını bitirdikdən sonra o, ikinci Dünya müharibəsi illərində (1939 -1945) qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olmuş, 500-dən artıq döyüş uçuşu keçirmişdir. Züleyxa Seyidməmmədova göstərdiyi bu misilsiz xidmətlərinə görə “Lenin” ordeni, 2-ci dərəcəli “Vətən müharibəsi”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və bir çox medallarla təltif edilmişdir.Züleyxa xanım ictimai-siyasi fəaliyyətlə də məşğul olub. 1946-1952-ci illərdə komsomol və partiya komitələrində məsul vəzifələrdə çalışmış, 1952-1975-ci illərdə Azərbaycan SSR-in Sosial təminat naziri olmuşdur. O, bu vəzifəyə seçilmiş ilk qadın nazir idi. Sovet Azərbaycanının səlahiyyətli nümayəndəsi kimi o, dünyanın bir çox ölkələrində, o cümlədən Misirdə, Türkiyədə, Rumıniyada və Hindistanda olmuşdur.Seyidməmmədova ölkənin ictimai işlərində fəal iştirak etmişdir. O, ömrünün sonlarına yaxın dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan türklərinin bir araya gəlməsinə çalışmışdır. Sovet dövründə itirilmiş əlaqələrin bərpası ilə ciddi şəkildə məşğul olmuşdur. Mətndə altından xətt çəkilmiş cümlədəki fikri dəqiqliklə ifadə edən variantı müəyyən edin.Sual 4 Bir cavab seçin:O, ahıl yaşında bir neçə ölkədə yaşayan türklərin birləşməsinə əmək sərf etmişdir.O, dünyanın bir neçə ölkəsində yaşayan azərbaycanlıların bir yerə cəmləşməsinə cəhd göstərmişdir.O, təqaüddə olarkən dünyanın bir sıra ölkəsində yaşayışlarını davam etdirən Azərbaycan türkləri ilə tez-tez bir araya gəlmişdir.O, həyatının sonlarına doğru dünya azərbaycanlılarının birlik və həmrəyliyini təmin etmək üçün səy göstərmişdir.O, fərqli ölkələrdə məskunlaşan azərbaycanlıları bir araya gətirmişdir.Mətndə altından xətt çəkilmiş cümlədə ifadə olunan fikir “O, həyatının sonlarına doğru dünya azərbaycanlılarının birlik və həmrəyliyini təmin etmək üçün səy göstərmişdir” cümləsində daha dəqiq əks olunub. Digər cavab variantlarında həmin cümlədən bəzi hissələr “kəsilmiş” və (və ya) cümlədə oxucuya çatdırılan fikir bu və ya digər dərəcədə (cümlələrin identikliyinə xələl gətirəcək qədər) təhrif olunmuşdur.Doğru cavab: O, həyatının sonlarına doğru dünya azərbaycanlılarının birlik və həmrəyliyini təmin etmək üçün səy göstərmişdir.Sual 5Flavi amfiteatrı və ya Kolizey Qədim Romanın ən əzəmətli tarixi abidəsi olub, dünyada ən böyük antik amfiteatr sayılır. VIII əsr salnamələrində belə bir ifadə mövcuddur ki, «Kolizey durduqca Roma da duracaq, nə vaxt Kolizey yox olacaqsa, o vaxt Roma, onunla birlikdə isə dünya da məhv olacaq».Tikili Flavi sülaləsinin nümayəndələri tərəfindən tikildiyinə görə Flavi amfiteatrı adlandırılmışdır. Amfiteatrın inşasına imperator Vespasianın Fələstindəki qələbəsindən sonra başlanmışdır. Tikintisi eramızın 72-ci ilində başlamış, 80-ci ildə başa çatdırılmışdır. VIII əsrdən etibarən tikili Kolizey adlandırılır.Uzun illər Kolizey qladiatorların və vəhşi heyvanların döyüş səhnələrinə, dəniz döyüşlərinin imitasiyasına, düşmənlər üzərində böyük bir qələbə qazanıldığı zaman hərbi paradlara, idman yarışlarına ev sahibliyi etmişdir.Kolizey böyük ustalıqla inşa edilmiş bir tikilidir. Tamaşaçılar arenaya 80 giriş vasitəsilə daxil ola bilirmişlər. Bunlardan biri xüsusi olaraq imperator, üçü mötəbər qonaqlar, senatorlar, yüksək rütbəli dövlət xadimləri üçün nəzərdə tutulmuşdu. Tikilinin giriş, pilləkən və dəhliz sistemlərinin quruluşundan bu günün özündə belə stadion və arenaların tikintisində geniş istifadə olunur.Ellips formasında olan Kolizey 50 000 tamaşaçı qəbul etmək imkanına malik olmuşdur. İlk sıralar, yaxud podium imperator, onun ailə üzvləri, senatorlar və Vesta məbədinin qadın qulluqçuları üçün nəzərdə tutulmuşdur. Daha sonra tamaşaçılar üçün nəzərdə tutulmuş 3 yarus yerləşirdi, 20 sıradan ibarət olan birinci yarus şəhərin vəzifəli şəxsləri və süvarilər təbəqəsinə aid olanlar, ikinci yarus Roma vətəndaşı hüququna malik olan azad sakinlər, üçüncü və ən yuxarı sektorlar isə Romanın ən kasıb sakinləri üçün nəzərdə tutulmuşdu.Hal-hazırda Kolizey İtaliya hökuməti tərəfindən qorunur. Arxeoloqların tövsiyələri əsasında tikili qismən bərpa edilərək onun dağılmasının qarşısını almaq üçün bir çox tədbirlər görülmüşdür. Kolizey hər il milyonlarla insan tərəfindən ziyarət edilir. Mətndə altından xətt çəkilmiş cümlədəki fikri daha dəqiq ifadə edən variantı müəyyən edin.Sual 5 Bir cavab seçin:Romanın məhv olması çox təhlükəlidir, çünki onunla birlikdə Kolizey, nəticə etibarilə dünya da məhv olacaq.Kolizeyin şöhrəti Romanı yaşadacaq, Romanın və dünyanın aqibəti Kolizeyin məhvinə səbəb olacaq.Romanın mövcudluğu Kolizeyə bağlıdır, Kolizeyin sonu Romanın, Romanın sonu dünyanın sonudur.Romanı dünyaya tanıdan Kolizeydir, Kolizey məhv olacaqsa, Roma yer üzündən silinəcək.Romanı yaşadan Kolizey olsa da, məhvinə səbəb olan da həmin abidə olacaq.Mətndə altından xətt çəkilmiş cümlədə ifadə olunan fikir “Romanın mövcudluğu Kolizeyə bağlıdır, Kolizeyin sonu Romanın, Romanın sonu dünyanın sonudur” cümləsində daha dəqiq əks olunub. Digər cavab variantlarında həmin cümlədən bəzi hissələr “kəsilmiş”və (və ya) cümlədə oxucuya çatdırılan fikir bu və ya digər dərəcədə (cümlələrin identikliyinə xələl gətirəcək qədər) təhrif olunmuşdur.Doğru cavab: Romanın mövcudluğu Kolizeyə bağlıdır, Kolizeyin sonu Romanın, Romanın sonu dünyanın sonudur.Sual 6Flavi amfiteatrı və ya Kolizey Qədim Romanın ən əzəmətli tarixi abidəsi olub, dünyada ən böyük antik amfiteatr sayılır. VIII əsr salnamələrində belə bir ifadə mövcuddur ki, «Kolizey durduqca Roma da duracaq, nə vaxt Kolizey yox olacaqsa, o vaxt Roma, onunla birlikdə isə dünya da məhv olacaq».Tikili Flavi sülaləsinin nümayəndələri tərəfindən tikildiyinə görə Flavi amfiteatrı adlandırılmışdır. Amfiteatrın inşasına imperator Vespasianın Fələstindəki qələbəsindən sonra başlanmışdır. Tikintisi eramızın 72-ci ilində başlamış, 80-ci ildə başa çatdırılmışdır. VIII əsrdən etibarən tikili Kolizey adlandırılır.Uzun illər Kolizey qladiatorların və vəhşi heyvanların döyüş səhnələrinə, dəniz döyüşlərinin imitasiyasına, düşmənlər üzərində böyük bir qələbə qazanıldığı zaman hərbi paradlara, idman yarışlarına ev sahibliyi etmişdir.Kolizey böyük ustalıqla inşa edilmiş bir tikilidir. Tamaşaçılar arenaya 80 giriş vasitəsilə daxil ola bilirmişlər. Bunlardan biri xüsusi olaraq imperator, üçü mötəbər qonaqlar, senatorlar, yüksək rütbəli dövlət xadimləri üçün nəzərdə tutulmuşdu. Tikilinin giriş, pilləkən və dəhliz sistemlərinin quruluşundan bu günün özündə belə stadion və arenaların tikintisində geniş istifadə olunur.Ellips formasında olan Kolizey 50 000 tamaşaçı qəbul etmək imkanına malik olmuşdur. İlk sıralar, yaxud podium imperator, onun ailə üzvləri, senatorlar və Vesta məbədinin qadın qulluqçuları üçün nəzərdə tutulmuşdur. Daha sonra tamaşaçılar üçün nəzərdə tutulmuş 3 yarus yerləşirdi, 20 sıradan ibarət olan birinci yarus şəhərin vəzifəli şəxsləri və süvarilər təbəqəsinə aid olanlar, ikinci yarus Roma vətəndaşı hüququna malik olan azad sakinlər, üçüncü və ən yuxarı sektorlar isə Romanın ən kasıb sakinləri üçün nəzərdə tutulmuşdu.Hal-hazırda Kolizey İtaliya hökuməti tərəfindən qorunur. Arxeoloqların tövsiyələri əsasında tikili qismən bərpa edilərək onun dağılmasının qarşısını almaq üçün bir çox tədbirlər görülmüşdür. Kolizey hər il milyonlarla insan tərəfindən ziyarət edilir. Mətnə əsasən doğru fikri müəyyən edin.Sual 6 Bir cavab seçin:Kolizeyin dağılmasının qarşısını almaq üçün İtaliya hökuməti heç bir tədbir görmür.Kolizeydə yalnız idman yarışları göstərilirdi.Romanın kasıb sakinlərinin Kolizeyə girişi qadağan edilmişdi.İmperator üçün tikiliyə giriş ayrı olub.Tikilinin inşasına 10 ildən çox vaxt sərf edilmişdi.Tikilinin 80 girişi olub, bunlardan biri xüsusi olaraq imperator, üçü mötəbər qonaqlar, senatorlar, yüksək rütbəli dövlət xadimləri üçün nəzərdə tutulmuşdur.Doğru cavab: İmperator üçün tikiliyə giriş ayrı olub.Sual 7Flavi amfiteatrı və ya Kolizey Qədim Romanın ən əzəmətli tarixi abidəsi olub, dünyada ən böyük antik amfiteatr sayılır. VIII əsr salnamələrində belə bir ifadə mövcuddur ki, «Kolizey durduqca Roma da duracaq, nə vaxt Kolizey yox olacaqsa, o vaxt Roma, onunla birlikdə isə dünya da məhv olacaq».Tikili Flavi sülaləsinin nümayəndələri tərəfindən tikildiyinə görə Flavi amfiteatrı adlandırılmışdır. Amfiteatrın inşasına imperator Vespasianın Fələstindəki qələbəsindən sonra başlanmışdır. Tikintisi eramızın 72-ci ilində başlamış, 80-ci ildə başa çatdırılmışdır. VIII əsrdən etibarən tikili Kolizey adlandırılır.Uzun illər Kolizey qladiatorların və vəhşi heyvanların döyüş səhnələrinə, dəniz döyüşlərinin imitasiyasına, düşmənlər üzərində böyük bir qələbə qazanıldığı zaman hərbi paradlara, idman yarışlarına ev sahibliyi etmişdir.Kolizey böyük ustalıqla inşa edilmiş bir tikilidir. Tamaşaçılar arenaya 80 giriş vasitəsilə daxil ola bilirmişlər. Bunlardan biri xüsusi olaraq imperator, üçü mötəbər qonaqlar, senatorlar, yüksək rütbəli dövlət xadimləri üçün nəzərdə tutulmuşdu. Tikilinin giriş, pilləkən və dəhliz sistemlərinin quruluşundan bu günün özündə belə stadion və arenaların tikintisində geniş istifadə olunur.Ellips formasında olan Kolizey 50 000 tamaşaçı qəbul etmək imkanına malik olmuşdur. İlk sıralar, yaxud podium imperator, onun ailə üzvləri, senatorlar və Vesta məbədinin qadın qulluqçuları üçün nəzərdə tutulmuşdur. Daha sonra tamaşaçılar üçün nəzərdə tutulmuş 3 yarus yerləşirdi, 20 sıradan ibarət olan birinci yarus şəhərin vəzifəli şəxsləri və süvarilər təbəqəsinə aid olanlar, ikinci yarus Roma vətəndaşı hüququna malik olan azad sakinlər, üçüncü və ən yuxarı sektorlar isə Romanın ən kasıb sakinləri üçün nəzərdə tutulmuşdu.Hal-hazırda Kolizey İtaliya hökuməti tərəfindən qorunur. Arxeoloqların tövsiyələri əsasında tikili qismən bərpa edilərək onun dağılmasının qarşısını almaq üçün bir çox tədbirlər görülmüşdür. Kolizey hər il milyonlarla insan tərəfindən ziyarət edilir. Hansı məlumat mətndə öz əksini tapıb?Sual 7 Bir cavab seçin:Tikilinin girişinin çox olması tamaşaçıların arenaya rahat daxil olmasını təmin edir.Tikilidən qala kimi də istifadə olunub.Stadionların layihələndirilmə və inşasında indi də Kolizeyin bəzi quruluş elementlərindən faydalanırlar.V əsrdən qladiator döyüşləri ləğv edilmişdir.Tikilinin daşlarından digər tikililərin inşasında istifadə olunmuşdur.Tikilinin giriş, pilləkən və dəhliz sistemlərinin quruluşundan bu günün özündə belə stadion və arenaların tikintisində geniş istifadə olunmaqdadır.Doğru cavab: Stadionların layihələndirilmə və inşasında indi də Kolizeyin bəzi quruluş elementlərindən faydalanırlar.Sual 8Flavi amfiteatrı və ya Kolizey Qədim Romanın ən əzəmətli tarixi abidəsi olub, dünyada ən böyük antik amfiteatr sayılır. VIII əsr salnamələrində belə bir ifadə mövcuddur ki, «Kolizey durduqca Roma da duracaq, nə vaxt Kolizey yox olacaqsa, o vaxt Roma, onunla birlikdə isə dünya da məhv olacaq».Tikili Flavi sülaləsinin nümayəndələri tərəfindən tikildiyinə görə Flavi amfiteatrı adlandırılmışdır. Amfiteatrın inşasına imperator Vespasianın Fələstindəki qələbəsindən sonra başlanmışdır. Tikintisi eramızın 72-ci ilində başlamış, 80-ci ildə başa çatdırılmışdır. VIII əsrdən etibarən tikili Kolizey adlandırılır.Uzun illər Kolizey qladiatorların və vəhşi heyvanların döyüş səhnələrinə, dəniz döyüşlərinin imitasiyasına, düşmənlər üzərində böyük bir qələbə qazanıldığı zaman hərbi paradlara, idman yarışlarına ev sahibliyi etmişdir.Kolizey böyük ustalıqla inşa edilmiş bir tikilidir. Tamaşaçılar arenaya 80 giriş vasitəsilə daxil ola bilirmişlər. Bunlardan biri xüsusi olaraq imperator, üçü mötəbər qonaqlar, senatorlar, yüksək rütbəli dövlət xadimləri üçün nəzərdə tutulmuşdu. Tikilinin giriş, pilləkən və dəhliz sistemlərinin quruluşundan bu günün özündə belə stadion və arenaların tikintisində geniş istifadə olunur.Ellips formasında olan Kolizey 50 000 tamaşaçı qəbul etmək imkanına malik olmuşdur. İlk sıralar, yaxud podium imperator, onun ailə üzvləri, senatorlar və Vesta məbədinin qadın qulluqçuları üçün nəzərdə tutulmuşdur. Daha sonra tamaşaçılar üçün nəzərdə tutulmuş 3 yarus yerləşirdi, 20 sıradan ibarət olan birinci yarus şəhərin vəzifəli şəxsləri və süvarilər təbəqəsinə aid olanlar, ikinci yarus Roma vətəndaşı hüququna malik olan azad sakinlər, üçüncü və ən yuxarı sektorlar isə Romanın ən kasıb sakinləri üçün nəzərdə tutulmuşdu.Hal-hazırda Kolizey İtaliya hökuməti tərəfindən qorunur. Arxeoloqların tövsiyələri əsasında tikili qismən bərpa edilərək onun dağılmasının qarşısını almaq üçün bir çox tədbirlər görülmüşdür. Kolizey hər il milyonlarla insan tərəfindən ziyarət edilir. Mətndə hansı suala cavab tapmaq olmur?Sual 8 Bir cavab seçin:Tikilinin forması necədir?Tikili nə üçün Flavi amfiteatrı adlandırılmışdır?Dünyada ən böyük antik amfiteatr hansıdır?Tikilinin tamaşaçı tutumu nə qədərdir?Tikilinin illik ziyarətçi sayı neçə milyondur?Mətndə tikilinin illik ziyarətçi sayı haqqında məlumata rast gəlinmir. Digər məlumatlar mətndə öz əksini tapıb.Doğru cavab: Tikilinin illik ziyarətçi sayı neçə milyondur?Sual 9İrəvan qalası — 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın tapşırığı ilə vəziri Rəvanqulu xan tərəfindən Zəngiçayın sahilində, indiki İrəvan şəhərinin yerində inşa edilməyə başlanmışdır. Qalanın inşa işləri 1511-ci ildə tamamlanmışdı. Qalada 8 məscid, 800 ev olub, burada yalnız azərbaycanlılar yaşayıb. Səfəvilər dövlətinin sərhədlərini xarici basqınlardan qorumalı olan qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınmış, sonralar «Rəvan» sözü dialektdə "İrəvan" kimi işlədilmişdir. Əhalinin yeni tikilmiş qalaya İrəvan qalası deməsi Şah İsmayıla xoş gəlib və belə deyib: “İrəvan qalası İran və Turan məmləkətlərinin qaşıdır, Naxçıvan və Şirvanın qapısı, Azərbaycan mülkünün gözüdür”.Fransız səyyahı Jan Şarden (XVII əsrin II yarısı) İrəvan qalasını müstəqil şəhərə bənzətmişdi. Onun yazdığına görə qalanın əhalisi ancaq müsəlmanlardan ibarət idi. Ermənilər qalaya gündüzlər ticarət məqsədilə gəlir, gecələr isə oranı tərk edirdilər.Qalanın tikintisindən iki əsr sonra onun istehkamları möhkəmləndirilib. Qala 3 tərəfdən dərin xəndəklə əhatə olunmuşdu, dördüncü tərəfdə bir-birindən 36-42 metr aralıda iki divar hörülmüşdü. Onların arasından su axırdı.Qala ikiqat divarla dövrələnmişdi. Qalanın divarları daş və çiy kərpicdən hörülmüşdü. Qalanın çöl divarı 10 metrdən hündür idi və bu divarda 17 bürc vardı. Daxili divar daha hündür idi və onların arasında təxminən 50–60 metr məsafə vardı. Beləliklə, xarici divarın keçilməsi halında hücum edənlər iki sıra divarlar arasında dar bir məkanda qalırdılar ki, bu da onların manevr etməsini çətinləşdirirdi və müdafiə qarnizonunun işini asanlaşdırırdı. İrəvan qalası çayın yüksək sahili boyunca uzanan qərb divarının qövsvari forması istisna olmaqla, dördkünc formaya malik idi. Qalanın iki qapısı var idi: cənub tərəfdən Təbriz qapısı və şimal tərəfdən Şirvan qapısı. Darvazalar qalın dəmir lövhələrdən hazırlanmışdı. Darvazalar xarici divardakı xüsusi otaqlarda yerləşdirilmiş keşikçilər tərəfindən mühafizə olunurdu.İrəvan qalasının divarları çox möhkəm idi və artilleriya atəşinə tab gətirirdi. Qalada gizli su kəməri var idi ki, bu da qarnizonun uzun müddət mühasirəyə tab gətirməsinə imkan verirdi. Ümumiyyətlə, İrəvan qalası Azərbaycan xanlıqlarında mövcud olan qalalar içində ən alınmaz qala hesab olunurdu. Məhz bu qala sayəsində İrəvan xanlığı Rusiya tərəfindən Azərbaycan xanlıqları arasında ən sonda işğal edilmişdir.İrəvan qalası bu gün Ermənistan Respublikası adlanan tarixi Azərbaycan torpağında qalaraq dağıdılan yüzlərlə tarixi-memarlıq abidələrimizdən biridir. Mətnə əsasən İrəvan xanlığının Azərbaycan xanlıqları arasında ən sonda işğal edilməsinin səbəbi kimi qeyd edilir:Sual 9 Bir cavab seçin:əlverişli-coğrafi mövqeyidöyüşçülərin sayının çox olmasıİrəvan xanının nüfuzuordunun döyüş əzmiİrəvan qalasının alınmazlığı “İrəvan qalası Azərbaycan xanlıqlarında mövcud olan qalalar içində ən alınmaz qala hesab olunurdu. Məhz bu qala sayəsində İrəvan xanlığı Rusiya tərəfindən Azərbaycan xanlıqları arasında ən sonda işğal edilmişdir.”Doğru cavab: İrəvan qalasının alınmazlığıSual 10İrəvan qalası — 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın tapşırığı ilə vəziri Rəvanqulu xan tərəfindən Zəngiçayın sahilində, indiki İrəvan şəhərinin yerində inşa edilməyə başlanmışdır. Qalanın inşa işləri 1511-ci ildə tamamlanmışdı. Qalada 8 məscid, 800 ev olub, burada yalnız azərbaycanlılar yaşayıb. Səfəvilər dövlətinin sərhədlərini xarici basqınlardan qorumalı olan qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınmış, sonralar «Rəvan» sözü dialektdə "İrəvan" kimi işlədilmişdir. Əhalinin yeni tikilmiş qalaya İrəvan qalası deməsi Şah İsmayıla xoş gəlib və belə deyib: “İrəvan qalası İran və Turan məmləkətlərinin qaşıdır, Naxçıvan və Şirvanın qapısı, Azərbaycan mülkünün gözüdür”.Fransız səyyahı Jan Şarden (XVII əsrin II yarısı) İrəvan qalasını müstəqil şəhərə bənzətmişdi. Onun yazdığına görə qalanın əhalisi ancaq müsəlmanlardan ibarət idi. Ermənilər qalaya gündüzlər ticarət məqsədilə gəlir, gecələr isə oranı tərk edirdilər.Qalanın tikintisindən iki əsr sonra onun istehkamları möhkəmləndirilib. Qala 3 tərəfdən dərin xəndəklə əhatə olunmuşdu, dördüncü tərəfdə bir-birindən 36-42 metr aralıda iki divar hörülmüşdü. Onların arasından su axırdı.Qala ikiqat divarla dövrələnmişdi. Qalanın divarları daş və çiy kərpicdən hörülmüşdü. Qalanın çöl divarı 10 metrdən hündür idi və bu divarda 17 bürc vardı. Daxili divar daha hündür idi və onların arasında təxminən 50–60 metr məsafə vardı. Beləliklə, xarici divarın keçilməsi halında hücum edənlər iki sıra divarlar arasında dar bir məkanda qalırdılar ki, bu da onların manevr etməsini çətinləşdirirdi və müdafiə qarnizonunun işini asanlaşdırırdı. İrəvan qalası çayın yüksək sahili boyunca uzanan qərb divarının qövsvari forması istisna olmaqla, dördkünc formaya malik idi. Qalanın iki qapısı var idi: cənub tərəfdən Təbriz qapısı və şimal tərəfdən Şirvan qapısı. Darvazalar qalın dəmir lövhələrdən hazırlanmışdı. Darvazalar xarici divardakı xüsusi otaqlarda yerləşdirilmiş keşikçilər tərəfindən mühafizə olunurdu.İrəvan qalasının divarları çox möhkəm idi və artilleriya atəşinə tab gətirirdi. Qalada gizli su kəməri var idi ki, bu da qarnizonun uzun müddət mühasirəyə tab gətirməsinə imkan verirdi. Ümumiyyətlə, İrəvan qalası Azərbaycan xanlıqlarında mövcud olan qalalar içində ən alınmaz qala hesab olunurdu. Məhz bu qala sayəsində İrəvan xanlığı Rusiya tərəfindən Azərbaycan xanlıqları arasında ən sonda işğal edilmişdir.İrəvan qalası bu gün Ermənistan Respublikası adlanan tarixi Azərbaycan torpağında qalaraq dağıdılan yüzlərlə tarixi-memarlıq abidələrimizdən biridir. Mətnə əsasən İrəvan qalasına aid doğru fikri müəyyən edin.Sual 10 Bir cavab seçin:bütün divarlarının hündürlüyünün eyni olmasıqalada yüzlərlə evin olmasıŞah İsmayılın təşəbbüsü ilə qalaya ad verilməsiazərbaycanlılarla yanaşı, başqa millətlərin də yaşamasıhər tərəfdən xəndəklə əhatə olunmasıQalada yüzlərlə evin olması fikri doğrudur. Mətndə qalada 800 evin olması qeyd olunub. Digər məlumatlar yanlışdır.Doğru cavab: qalada yüzlərlə evin olmasıSual 11İrəvan qalası — 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın tapşırığı ilə vəziri Rəvanqulu xan tərəfindən Zəngiçayın sahilində, indiki İrəvan şəhərinin yerində inşa edilməyə başlanmışdır. Qalanın inşa işləri 1511-ci ildə tamamlanmışdı. Qalada 8 məscid, 800 ev olub, burada yalnız azərbaycanlılar yaşayıb. Səfəvilər dövlətinin sərhədlərini xarici basqınlardan qorumalı olan qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınmış, sonralar «Rəvan» sözü dialektdə "İrəvan" kimi işlədilmişdir. Əhalinin yeni tikilmiş qalaya İrəvan qalası deməsi Şah İsmayıla xoş gəlib və belə deyib: “İrəvan qalası İran və Turan məmləkətlərinin qaşıdır, Naxçıvan və Şirvanın qapısı, Azərbaycan mülkünün gözüdür”.Fransız səyyahı Jan Şarden (XVII əsrin II yarısı) İrəvan qalasını müstəqil şəhərə bənzətmişdi. Onun yazdığına görə qalanın əhalisi ancaq müsəlmanlardan ibarət idi. Ermənilər qalaya gündüzlər ticarət məqsədilə gəlir, gecələr isə oranı tərk edirdilər.Qalanın tikintisindən iki əsr sonra onun istehkamları möhkəmləndirilib. Qala 3 tərəfdən dərin xəndəklə əhatə olunmuşdu, dördüncü tərəfdə bir-birindən 36-42 metr aralıda iki divar hörülmüşdü. Onların arasından su axırdı.Qala ikiqat divarla dövrələnmişdi. Qalanın divarları daş və çiy kərpicdən hörülmüşdü. Qalanın çöl divarı 10 metrdən hündür idi və bu divarda 17 bürc vardı. Daxili divar daha hündür idi və onların arasında təxminən 50–60 metr məsafə vardı. Beləliklə, xarici divarın keçilməsi halında hücum edənlər iki sıra divarlar arasında dar bir məkanda qalırdılar ki, bu da onların manevr etməsini çətinləşdirirdi və müdafiə qarnizonunun işini asanlaşdırırdı. İrəvan qalası çayın yüksək sahili boyunca uzanan qərb divarının qövsvari forması istisna olmaqla, dördkünc formaya malik idi. Qalanın iki qapısı var idi: cənub tərəfdən Təbriz qapısı və şimal tərəfdən Şirvan qapısı. Darvazalar qalın dəmir lövhələrdən hazırlanmışdı. Darvazalar xarici divardakı xüsusi otaqlarda yerləşdirilmiş keşikçilər tərəfindən mühafizə olunurdu.İrəvan qalasının divarları çox möhkəm idi və artilleriya atəşinə tab gətirirdi. Qalada gizli su kəməri var idi ki, bu da qarnizonun uzun müddət mühasirəyə tab gətirməsinə imkan verirdi. Ümumiyyətlə, İrəvan qalası Azərbaycan xanlıqlarında mövcud olan qalalar içində ən alınmaz qala hesab olunurdu. Məhz bu qala sayəsində İrəvan xanlığı Rusiya tərəfindən Azərbaycan xanlıqları arasında ən sonda işğal edilmişdir.İrəvan qalası bu gün Ermənistan Respublikası adlanan tarixi Azərbaycan torpağında qalaraq dağıdılan yüzlərlə tarixi-memarlıq abidələrimizdən biridir. Mətnə əsasən nəyi tapmaq olmur?Sual 11 Bir cavab seçin:Qalanın əhalisinin sayınıQalanın əvvəlki adınıQalanın neçə qapısı olduğunuQalanın divarlarının hansı materialla tikildiyiniQalanın neçə ilə tikildiyiniMətndə qalanın əhalisinin sayı verilməyib. Digər variantların cavabları mətndə verilib.Doğru cavab: Qalanın əhalisinin sayınıSual 12İrəvan qalası — 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın tapşırığı ilə vəziri Rəvanqulu xan tərəfindən Zəngiçayın sahilində, indiki İrəvan şəhərinin yerində inşa edilməyə başlanmışdır. Qalanın inşa işləri 1511-ci ildə tamamlanmışdı. Qalada 8 məscid, 800 ev olub, burada yalnız azərbaycanlılar yaşayıb. Səfəvilər dövlətinin sərhədlərini xarici basqınlardan qorumalı olan qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınmış, sonralar «Rəvan» sözü dialektdə "İrəvan" kimi işlədilmişdir. Əhalinin yeni tikilmiş qalaya İrəvan qalası deməsi Şah İsmayıla xoş gəlib və belə deyib: “İrəvan qalası İran və Turan məmləkətlərinin qaşıdır, Naxçıvan və Şirvanın qapısı, Azərbaycan mülkünün gözüdür”.Fransız səyyahı Jan Şarden (XVII əsrin II yarısı) İrəvan qalasını müstəqil şəhərə bənzətmişdi. Onun yazdığına görə qalanın əhalisi ancaq müsəlmanlardan ibarət idi. Ermənilər qalaya gündüzlər ticarət məqsədilə gəlir, gecələr isə oranı tərk edirdilər.Qalanın tikintisindən iki əsr sonra onun istehkamları möhkəmləndirilib. Qala 3 tərəfdən dərin xəndəklə əhatə olunmuşdu, dördüncü tərəfdə bir-birindən 36-42 metr aralıda iki divar hörülmüşdü. Onların arasından su axırdı.Qala ikiqat divarla dövrələnmişdi. Qalanın divarları daş və çiy kərpicdən hörülmüşdü. Qalanın çöl divarı 10 metrdən hündür idi və bu divarda 17 bürc vardı. Daxili divar daha hündür idi və onların arasında təxminən 50–60 metr məsafə vardı. Beləliklə, xarici divarın keçilməsi halında hücum edənlər iki sıra divarlar arasında dar bir məkanda qalırdılar ki, bu da onların manevr etməsini çətinləşdirirdi və müdafiə qarnizonunun işini asanlaşdırırdı. İrəvan qalası çayın yüksək sahili boyunca uzanan qərb divarının qövsvari forması istisna olmaqla, dördkünc formaya malik idi. Qalanın iki qapısı var idi: cənub tərəfdən Təbriz qapısı və şimal tərəfdən Şirvan qapısı. Darvazalar qalın dəmir lövhələrdən hazırlanmışdı. Darvazalar xarici divardakı xüsusi otaqlarda yerləşdirilmiş keşikçilər tərəfindən mühafizə olunurdu.İrəvan qalasının divarları çox möhkəm idi və artilleriya atəşinə tab gətirirdi. Qalada gizli su kəməri var idi ki, bu da qarnizonun uzun müddət mühasirəyə tab gətirməsinə imkan verirdi. Ümumiyyətlə, İrəvan qalası Azərbaycan xanlıqlarında mövcud olan qalalar içində ən alınmaz qala hesab olunurdu. Məhz bu qala sayəsində İrəvan xanlığı Rusiya tərəfindən Azərbaycan xanlıqları arasında ən sonda işğal edilmişdir.İrəvan qalası bu gün Ermənistan Respublikası adlanan tarixi Azərbaycan torpağında qalaraq dağıdılan yüzlərlə tarixi-memarlıq abidələrimizdən biridir. Mətnə əsasən qalanın ikiqat divarı… .Sual 12 Bir cavab seçin:hücum edənlərin manevr etməsini çətinləşdirirdiqalanın görkəminə xüsusi gözəllik qatırdıonun təbii hadisələr zamanı dağılması ehtimalına qarşı düşünülmüşdüqalanın nüfuzunu artırırdıqalaya dördkünc forma verirdiQalanın ikiqat divarı hücum edənlərin manevr etməsini çətinləşdirirdi.Doğru cavab: hücum edənlərin manevr etməsini çətinləşdirirdiSual 13İrəvan qalası — 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın tapşırığı ilə vəziri Rəvanqulu xan tərəfindən Zəngiçayın sahilində, indiki İrəvan şəhərinin yerində inşa edilməyə başlanmışdır. Qalanın inşa işləri 1511-ci ildə tamamlanmışdı. Qalada 8 məscid, 800 ev olub, burada yalnız azərbaycanlılar yaşayıb. Səfəvilər dövlətinin sərhədlərini xarici basqınlardan qorumalı olan qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınmış, sonralar «Rəvan» sözü dialektdə "İrəvan" kimi işlədilmişdir. Əhalinin yeni tikilmiş qalaya İrəvan qalası deməsi Şah İsmayıla xoş gəlib və belə deyib: “İrəvan qalası İran və Turan məmləkətlərinin qaşıdır, Naxçıvan və Şirvanın qapısı, Azərbaycan mülkünün gözüdür”.Fransız səyyahı Jan Şarden (XVII əsrin II yarısı) İrəvan qalasını müstəqil şəhərə bənzətmişdi. Onun yazdığına görə qalanın əhalisi ancaq müsəlmanlardan ibarət idi. Ermənilər qalaya gündüzlər ticarət məqsədilə gəlir, gecələr isə oranı tərk edirdilər.Qalanın tikintisindən iki əsr sonra onun istehkamları möhkəmləndirilib. Qala 3 tərəfdən dərin xəndəklə əhatə olunmuşdu, dördüncü tərəfdə bir-birindən 36-42 metr aralıda iki divar hörülmüşdü. Onların arasından su axırdı.Qala ikiqat divarla dövrələnmişdi. Qalanın divarları daş və çiy kərpicdən hörülmüşdü. Qalanın çöl divarı 10 metrdən hündür idi və bu divarda 17 bürc vardı. Daxili divar daha hündür idi və onların arasında təxminən 50–60 metr məsafə vardı. Beləliklə, xarici divarın keçilməsi halında hücum edənlər iki sıra divarlar arasında dar bir məkanda qalırdılar ki, bu da onların manevr etməsini çətinləşdirirdi və müdafiə qarnizonunun işini asanlaşdırırdı. İrəvan qalası çayın yüksək sahili boyunca uzanan qərb divarının qövsvari forması istisna olmaqla, dördkünc formaya malik idi. Qalanın iki qapısı var idi: cənub tərəfdən Təbriz qapısı və şimal tərəfdən Şirvan qapısı. Darvazalar qalın dəmir lövhələrdən hazırlanmışdı. Darvazalar xarici divardakı xüsusi otaqlarda yerləşdirilmiş keşikçilər tərəfindən mühafizə olunurdu.İrəvan qalasının divarları çox möhkəm idi və artilleriya atəşinə tab gətirirdi. Qalada gizli su kəməri var idi ki, bu da qarnizonun uzun müddət mühasirəyə tab gətirməsinə imkan verirdi. Ümumiyyətlə, İrəvan qalası Azərbaycan xanlıqlarında mövcud olan qalalar içində ən alınmaz qala hesab olunurdu. Məhz bu qala sayəsində İrəvan xanlığı Rusiya tərəfindən Azərbaycan xanlıqları arasında ən sonda işğal edilmişdir.İrəvan qalası bu gün Ermənistan Respublikası adlanan tarixi Azərbaycan torpağında qalaraq dağıdılan yüzlərlə tarixi-memarlıq abidələrimizdən biridir. Mətndə altından xətt çəkilmiş cümlənin mahiyyətini daha dəqiq açıqlayan variantı müəyyən edin.Sual 13 Bir cavab seçin:Qalada su kəməri olmasa idi, qarnizon düşmən hücumuna davam gətirə bilməzdi.Qalada gizli su kəmərinin olması hücum zamanı qarnizonun işini asanlaşdırırdı.Qalanın içində gizli su kəmərinin olması mühasirəyə alınmış qarnizon üçün müstəsna əhəmiyyətə malik idi.Qarnizon su kəmərindən istifadə etməklə düşmən mühasirəsini yara bilirdi.Qarnizonun mühasirəyə davam gətirilə bilməsinin yeganə səbəbi qala daxilində su kəmərinin olması idi.Mətndə altından xətt çəkilmiş cümlədə ifadə olunan fikir “Qalanın içində gizli su kəmərinin olması mühasirəyə alınmış qarnizon üçün müstəsna əhəmiyyətə malik idi” cümləsində daha dəqiq əks olunub. Digər cavab variantlarında həmin cümlədən bəzi hissələr “kəsilmiş”və (və ya) cümlədə oxucuya çatdırılan fikir bu və ya digər dərəcədə (cümlələrin identikliyinə xələl gətirəcək qədər) təhrif olunmuşdur.Doğru cavab: Qalanın içində gizli su kəmərinin olması mühasirəyə alınmış qarnizon üçün müstəsna əhəmiyyətə malik idi.Sual 14Kino dünyasının ən nüfuzlu mükafatı olan “Oskar” (Oscar Awards) Los-Ancelesdə təsis edilib. Rəsmi olaraq “Akademiya mükafatı” adlanır. “Ən yaxşı filmə görə”, “Ən yaxşı kişi roluna görə”, “Ən yaxşı qadın roluna görə”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı sənədli filmə görə” və s. nominasiyaları var.Mükafatın təqdimatı ilk dəfə 1929-cu ilin mayın 16-da “Hollywood Roosevelt Oteli”ndə Duqlas Ferbensk tərəfindən təşkil edilən xüsusi bir mərasimdə baş tutub. O vaxtdan ənənəvi olaraq hər il keçirilən təqdimat mərasimi 1953-cü ildə ilk dəfə olaraq televiziyada yayımlanmağa başlanıb. 1941-ci ildən etibarən Akademiya qaliblərin adını açıqlamaq üçün möhürlənmiş zərfdən istifadə etməyə başlayıb. Hətta “Oskar” mükafatını qazanmış şəxslərin kimliyi barədə məlumatın mərasimdən əvvəl sızdırılmasının qarşısını almaq üçün mərasimdə təqdim olunan heykəllərdə laureatın ad yeri boş saxlanılır. “Oskar” heykəlinin sahibləri bu mükafatı nə ata, nə də sata bilərlər. Əgər istəsələr, mükafatı Akademiyaya bir dollar qarşılığında qaytara bilərlər. Lakin 1992-ci ildə Harold Russel həyat yoldaşının müalicəsinə pul lazım olduğu üçün “Oskar”ını bir kolleksiyaçıya 60.500 dollara satmışdı. Beləliklə, Harold Russel indiyədək “Oskar”ını satmış yeganə laureat kimi tarixə düşmüşdü.“Oskar” tarixində onu boykot edən və mükafatı qəbul etməyənlər də olub. Belə ki, bunu ilk dəfə ssenarist Dadli Nikols edib. O, Akademiya ilə Yazıçılar gildiyası arasındakı qarşıdurmalar səbəbi ilə “Oskar” mükafatı mərasimini boykot etsə də, 1935-ci il mükafatına 1938-ci ildə qovuşub. Nikols karyerası zamanı daha üç “Oskar” mükafatına namizəd olub, lakin mükafatı qazana bilməmişdir.2010-cu ildə dünyanın ən nüfuzlu kino mükafatı müsabiqəsində ilk dəfə olaraq Azərbaycan da qaliblər sırasında yer aldı. Belə ki, aktyor Timur Oduşev “Oskar” mükafatının 32-ci “Hollivudun gənc istedadları” mükafatına (32nd Young Artist Awards) layiq görüldü. “Ən yaxşı xarici film” nominasiyasına iddialı olan “Sahə” adlı bədii filmdə baş rolu ifa edən T.Oduşev “Xarici bədii filmdə ən yaxşı aparıcı rol” nominasiyasında fərqləndi. Mətnə əsasən mülahizəni qiymətləndirin.İlk “Oskar” mükafatının təqdimatı televiziyada yayımlanmayıb.Sual 14 Bir cavab seçin:doğruqiymətləndirilməsi mümkünsüzyanlışİlk “Oskar” mükafatı 1929-cu ildə keçirilib, televiziyada ilk dəfə 1953-cü ildə yayımlanıb.Doğru cavab: doğruSual 15Kino dünyasının ən nüfuzlu mükafatı olan “Oskar” (Oscar Awards) Los-Ancelesdə təsis edilib. Rəsmi olaraq “Akademiya mükafatı” adlanır. “Ən yaxşı filmə görə”, “Ən yaxşı kişi roluna görə”, “Ən yaxşı qadın roluna görə”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı sənədli filmə görə” və s. nominasiyaları var.Mükafatın təqdimatı ilk dəfə 1929-cu ilin mayın 16-da “Hollywood Roosevelt Oteli”ndə Duqlas Ferbensk tərəfindən təşkil edilən xüsusi bir mərasimdə baş tutub. O vaxtdan ənənəvi olaraq hər il keçirilən təqdimat mərasimi 1953-cü ildə ilk dəfə olaraq televiziyada yayımlanmağa başlanıb. 1941-ci ildən etibarən Akademiya qaliblərin adını açıqlamaq üçün möhürlənmiş zərfdən istifadə etməyə başlayıb. Hətta “Oskar” mükafatını qazanmış şəxslərin kimliyi barədə məlumatın mərasimdən əvvəl sızdırılmasının qarşısını almaq üçün mərasimdə təqdim olunan heykəllərdə laureatın ad yeri boş saxlanılır. “Oskar” heykəlinin sahibləri bu mükafatı nə ata, nə də sata bilərlər. Əgər istəsələr, mükafatı Akademiyaya bir dollar qarşılığında qaytara bilərlər. Lakin 1992-ci ildə Harold Russel həyat yoldaşının müalicəsinə pul lazım olduğu üçün “Oskar”ını bir kolleksiyaçıya 60.500 dollara satmışdı. Beləliklə, Harold Russel indiyədək “Oskar”ını satmış yeganə laureat kimi tarixə düşmüşdü.“Oskar” tarixində onu boykot edən və mükafatı qəbul etməyənlər də olub. Belə ki, bunu ilk dəfə ssenarist Dadli Nikols edib. O, Akademiya ilə Yazıçılar gildiyası arasındakı qarşıdurmalar səbəbi ilə “Oskar” mükafatı mərasimini boykot etsə də, 1935-ci il mükafatına 1938-ci ildə qovuşub. Nikols karyerası zamanı daha üç “Oskar” mükafatına namizəd olub, lakin mükafatı qazana bilməmişdir.2010-cu ildə dünyanın ən nüfuzlu kino mükafatı müsabiqəsində ilk dəfə olaraq Azərbaycan da qaliblər sırasında yer aldı. Belə ki, aktyor Timur Oduşev “Oskar” mükafatının 32-ci “Hollivudun gənc istedadları” mükafatına (32nd Young Artist Awards) layiq görüldü. “Ən yaxşı xarici film” nominasiyasına iddialı olan “Sahə” adlı bədii filmdə baş rolu ifa edən T.Oduşev “Xarici bədii filmdə ən yaxşı aparıcı rol” nominasiyasında fərqləndi. Mətnə əsasən mülahizəni qiymətləndirin.“Oskar” mükafatı müsabiqəsinin qalibi Dadli Nikolsun adını məxfi saxlamaq üçün Akademiya xüsusi möhürlənmiş zərfdən istifadə etmişdir.Sual 15 Bir cavab seçin:qiymətləndirilməsi mümkünsüzdoğruyanlış1941-ci ildən etibarən Akademiya qaliblərin adını açıqlamaq üçün möhürlənmiş zərfdən istifadə etməyə başlayıb. D.Nikols isə mükafatı 30-cu illərdə alıb.Doğru cavab: yanlışSual 16Kino dünyasının ən nüfuzlu mükafatı olan “Oskar” (Oscar Awards) Los-Ancelesdə təsis edilib. Rəsmi olaraq “Akademiya mükafatı” adlanır. “Ən yaxşı filmə görə”, “Ən yaxşı kişi roluna görə”, “Ən yaxşı qadın roluna görə”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı sənədli filmə görə” və s. nominasiyaları var.Mükafatın təqdimatı ilk dəfə 1929-cu ilin mayın 16-da “Hollywood Roosevelt Oteli”ndə Duqlas Ferbensk tərəfindən təşkil edilən xüsusi bir mərasimdə baş tutub. O vaxtdan ənənəvi olaraq hər il keçirilən təqdimat mərasimi 1953-cü ildə ilk dəfə olaraq televiziyada yayımlanmağa başlanıb. 1941-ci ildən etibarən Akademiya qaliblərin adını açıqlamaq üçün möhürlənmiş zərfdən istifadə etməyə başlayıb. Hətta “Oskar” mükafatını qazanmış şəxslərin kimliyi barədə məlumatın mərasimdən əvvəl sızdırılmasının qarşısını almaq üçün mərasimdə təqdim olunan heykəllərdə laureatın ad yeri boş saxlanılır. “Oskar” heykəlinin sahibləri bu mükafatı nə ata, nə də sata bilərlər. Əgər istəsələr, mükafatı Akademiyaya bir dollar qarşılığında qaytara bilərlər. Lakin 1992-ci ildə Harold Russel həyat yoldaşının müalicəsinə pul lazım olduğu üçün “Oskar”ını bir kolleksiyaçıya 60.500 dollara satmışdı. Beləliklə, Harold Russel indiyədək “Oskar”ını satmış yeganə laureat kimi tarixə düşmüşdü.“Oskar” tarixində onu boykot edən və mükafatı qəbul etməyənlər də olub. Belə ki, bunu ilk dəfə ssenarist Dadli Nikols edib. O, Akademiya ilə Yazıçılar gildiyası arasındakı qarşıdurmalar səbəbi ilə “Oskar” mükafatı mərasimini boykot etsə də, 1935-ci il mükafatına 1938-ci ildə qovuşub. Nikols karyerası zamanı daha üç “Oskar” mükafatına namizəd olub, lakin mükafatı qazana bilməmişdir.2010-cu ildə dünyanın ən nüfuzlu kino mükafatı müsabiqəsində ilk dəfə olaraq Azərbaycan da qaliblər sırasında yer aldı. Belə ki, aktyor Timur Oduşev “Oskar” mükafatının 32-ci “Hollivudun gənc istedadları” mükafatına (32nd Young Artist Awards) layiq görüldü. “Ən yaxşı xarici film” nominasiyasına iddialı olan “Sahə” adlı bədii filmdə baş rolu ifa edən T.Oduşev “Xarici bədii filmdə ən yaxşı aparıcı rol” nominasiyasında fərqləndi. Mətnə əsasən mülahizəni qiymətləndirin.Harold Russel təsisçilərə etirazını bildirmək üçün ona təqdim olunan “Oskar” heykəlini satmışdır.Sual 16 Bir cavab seçin:doğruqiymətləndirilməsi mümkünsüzyanlışHarold Russel “Oskar” heykəlini təsisçilərə etirazını bildirmək üçün satmamışdı, həyat yoldaşının müalicəsinə pul lazım olduğu üçün satmışdı.Doğru cavab: yanlışSual 17Kino dünyasının ən nüfuzlu mükafatı olan “Oskar” (Oscar Awards) Los-Ancelesdə təsis edilib. Rəsmi olaraq “Akademiya mükafatı” adlanır. “Ən yaxşı filmə görə”, “Ən yaxşı kişi roluna görə”, “Ən yaxşı qadın roluna görə”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı sənədli filmə görə” və s. nominasiyaları var.Mükafatın təqdimatı ilk dəfə 1929-cu ilin mayın 16-da “Hollywood Roosevelt Oteli”ndə Duqlas Ferbensk tərəfindən təşkil edilən xüsusi bir mərasimdə baş tutub. O vaxtdan ənənəvi olaraq hər il keçirilən təqdimat mərasimi 1953-cü ildə ilk dəfə olaraq televiziyada yayımlanmağa başlanıb. 1941-ci ildən etibarən Akademiya qaliblərin adını açıqlamaq üçün möhürlənmiş zərfdən istifadə etməyə başlayıb. Hətta “Oskar” mükafatını qazanmış şəxslərin kimliyi barədə məlumatın mərasimdən əvvəl sızdırılmasının qarşısını almaq üçün mərasimdə təqdim olunan heykəllərdə laureatın ad yeri boş saxlanılır. “Oskar” heykəlinin sahibləri bu mükafatı nə ata, nə də sata bilərlər. Əgər istəsələr, mükafatı Akademiyaya bir dollar qarşılığında qaytara bilərlər. Lakin 1992-ci ildə Harold Russel həyat yoldaşının müalicəsinə pul lazım olduğu üçün “Oskar”ını bir kolleksiyaçıya 60.500 dollara satmışdı. Beləliklə, Harold Russel indiyədək “Oskar”ını satmış yeganə laureat kimi tarixə düşmüşdü.“Oskar” tarixində onu boykot edən və mükafatı qəbul etməyənlər də olub. Belə ki, bunu ilk dəfə ssenarist Dadli Nikols edib. O, Akademiya ilə Yazıçılar gildiyası arasındakı qarşıdurmalar səbəbi ilə “Oskar” mükafatı mərasimini boykot etsə də, 1935-ci il mükafatına 1938-ci ildə qovuşub. Nikols karyerası zamanı daha üç “Oskar” mükafatına namizəd olub, lakin mükafatı qazana bilməmişdir.2010-cu ildə dünyanın ən nüfuzlu kino mükafatı müsabiqəsində ilk dəfə olaraq Azərbaycan da qaliblər sırasında yer aldı. Belə ki, aktyor Timur Oduşev “Oskar” mükafatının 32-ci “Hollivudun gənc istedadları” mükafatına (32nd Young Artist Awards) layiq görüldü. “Ən yaxşı xarici film” nominasiyasına iddialı olan “Sahə” adlı bədii filmdə baş rolu ifa edən T.Oduşev “Xarici bədii filmdə ən yaxşı aparıcı rol” nominasiyasında fərqləndi. Mətnə əsasən mülahizəni qiymətləndirin.Azərbaycanda “Oskar” mükafatını yalnız Timur Oduşev alıb.Sual 17 Bir cavab seçin:qiymətləndirilməsi mümkünsüzdoğruyanlışTimur Oduşev ilk dəfə 2010-cu ildə “Oskar” mükafatını alıb, ondan sonra kimlərin alması haqqında məlumata rast gəlinmir.Doğru cavab: qiymətləndirilməsi mümkünsüzSual 18Rəşid daşı və ya Rozetta daşı – 1799-cu ildə Napoleon Bonapartın Misir ekspedisiyası zamanı İsgəndəriyyədən bir qədər uzaqda yerləşən Rəşid (Rozetta) şəhəri yaxınlığında tapılmış, üzərində üç dildə (qədim yunan, demotik Misir və heroqlifik Misir) eyni məzmunda mətnin əks olunduğu daş yazı abidəsidir. Üst və orta mətnlər müvafiq olaraq heroqlif və demotik yazılardan istifadə etməklə Qədim Misir dilində yazılmış, alt mətn isə qədim yunan dilindədir. Qədim yunan dili linqvistlərə yaxşı tanış olduğundan, üç mətnin qarşılıqlı müqayisəsi Misir heroqliflərini deşifr etməyə imkan vermişdir.1802-ci ildən Britaniya muzeyində saxlanılan Rozetta daşı e.ə. 196-cı ilə aid olub, Misir kralı V Ptolomey haqqında yazılmış rahib fərmanını əks etdirən qranodiorit daş plitədir. Daş kitabənin mətni 14 heroqlifik, 32 demotik və 54 qədim yunan yazı sətrindən ibarətdir.Dünyaca məşhur akademiklər bu daşdan istifadə edərək heroqlifləri deşifr etməyə çalışsa da, heroqliflərin hansı istiqamətdə oxunmalı olduğunu və heroqliflərin V Ptolomeyin adı ilə bağlı olduğunu ilk tapan şəxs ingilis Tomas Yunq idi. 1822-ci ildə Jan-Fransua Şampolyon ilk dəfə olaraq daş kitabəni tədqiq edərək Misirin demotik və heroqlif yazılarını oxumağa səy göstərmişdir. Bunun üçün o, originaldan deyil, köçürmə daşdan istifadə etmişdir. Böyüdülmüş formada olan bu daş köçürmə hal-hazırda onun doğulduğu Fijak şəhərində Yazı meydanında qoyulmuşdur. Şampolyonun genişmiqyaslı tədqiqatlarından sonra bir çox Misir əlyazmaları oxunmuşdur. Demək olar ki, bu daş kitabə Misir elminin inkişafına təkan vermişdir.Şampolyon Jan Fransua ilə yanaşı fransız şərqşünası Silvester de Sasi, İsveç diplomatı David Okerblad, Tomas Yunq da bu daş kitabə üzərində öz tədqiqatlarını aparmışlar. Mətnə əsasən mülahizəni qiymətləndirin.Napoleon Bonapart Rozetta daşını Britaniya muzeyinə hədiyyə etmişdir.Sual 18 Bir cavab seçin:qiymətləndirilməsi mümkünsüzdoğruyanlışMətndə bu haqda məlumata rast gəlinmir.Doğru cavab: qiymətləndirilməsi mümkünsüzSual 19Rəşid daşı və ya Rozetta daşı – 1799-cu ildə Napoleon Bonapartın Misir ekspedisiyası zamanı İsgəndəriyyədən bir qədər uzaqda yerləşən Rəşid (Rozetta) şəhəri yaxınlığında tapılmış, üzərində üç dildə (qədim yunan, demotik Misir və heroqlifik Misir) eyni məzmunda mətnin əks olunduğu daş yazı abidəsidir. Üst və orta mətnlər müvafiq olaraq heroqlif və demotik yazılardan istifadə etməklə Qədim Misir dilində yazılmış, alt mətn isə qədim yunan dilindədir. Qədim yunan dili linqvistlərə yaxşı tanış olduğundan, üç mətnin qarşılıqlı müqayisəsi Misir heroqliflərini deşifr etməyə imkan vermişdir.1802-ci ildən Britaniya muzeyində saxlanılan Rozetta daşı e.ə. 196-cı ilə aid olub, Misir kralı V Ptolomey haqqında yazılmış rahib fərmanını əks etdirən qranodiorit daş plitədir. Daş kitabənin mətni 14 heroqlifik, 32 demotik və 54 qədim yunan yazı sətrindən ibarətdir.Dünyaca məşhur akademiklər bu daşdan istifadə edərək heroqlifləri deşifr etməyə çalışsa da, heroqliflərin hansı istiqamətdə oxunmalı olduğunu və heroqliflərin V Ptolomeyin adı ilə bağlı olduğunu ilk tapan şəxs ingilis Tomas Yunq idi. 1822-ci ildə Jan-Fransua Şampolyon ilk dəfə olaraq daş kitabəni tədqiq edərək Misirin demotik və heroqlif yazılarını oxumağa səy göstərmişdir. Bunun üçün o, originaldan deyil, köçürmə daşdan istifadə etmişdir. Böyüdülmüş formada olan bu daş köçürmə hal-hazırda onun doğulduğu Fijak şəhərində Yazı meydanında qoyulmuşdur. Şampolyonun genişmiqyaslı tədqiqatlarından sonra bir çox Misir əlyazmaları oxunmuşdur. Demək olar ki, bu daş kitabə Misir elminin inkişafına təkan vermişdir.Şampolyon Jan Fransua ilə yanaşı fransız şərqşünası Silvester de Sasi, İsveç diplomatı David Okerblad, Tomas Yunq da bu daş kitabə üzərində öz tədqiqatlarını aparmışlar. Mətnə əsasən mülahizəni qiymətləndirin.Rozetta daşı üzərindəki yazıların araşdırılmasından sonra çox sayda Misir əlyazmasını oxumaq mümkün olmuşdur.Sual 19 Bir cavab seçin:yanlışqiymətləndirilməsi mümkünsüzdoğru “Şampolyonun genişmiqyaslı tədqiqatlarından sonra bir çox Misir əlyazmaları oxunmuşdur”.Doğru cavab: doğruSual 20Rəşid daşı və ya Rozetta daşı – 1799-cu ildə Napoleon Bonapartın Misir ekspedisiyası zamanı İsgəndəriyyədən bir qədər uzaqda yerləşən Rəşid (Rozetta) şəhəri yaxınlığında tapılmış, üzərində üç dildə (qədim yunan, demotik Misir və heroqlifik Misir) eyni məzmunda mətnin əks olunduğu daş yazı abidəsidir. Üst və orta mətnlər müvafiq olaraq heroqlif və demotik yazılardan istifadə etməklə Qədim Misir dilində yazılmış, alt mətn isə qədim yunan dilindədir. Qədim yunan dili linqvistlərə yaxşı tanış olduğundan, üç mətnin qarşılıqlı müqayisəsi Misir heroqliflərini deşifr etməyə imkan vermişdir.1802-ci ildən Britaniya muzeyində saxlanılan Rozetta daşı e.ə. 196-cı ilə aid olub, Misir kralı V Ptolomey haqqında yazılmış rahib fərmanını əks etdirən qranodiorit daş plitədir. Daş kitabənin mətni 14 heroqlifik, 32 demotik və 54 qədim yunan yazı sətrindən ibarətdir.Dünyaca məşhur akademiklər bu daşdan istifadə edərək heroqlifləri deşifr etməyə çalışsa da, heroqliflərin hansı istiqamətdə oxunmalı olduğunu və heroqliflərin V Ptolomeyin adı ilə bağlı olduğunu ilk tapan şəxs ingilis Tomas Yunq idi. 1822-ci ildə Jan-Fransua Şampolyon ilk dəfə olaraq daş kitabəni tədqiq edərək Misirin demotik və heroqlif yazılarını oxumağa səy göstərmişdir. Bunun üçün o, originaldan deyil, köçürmə daşdan istifadə etmişdir. Böyüdülmüş formada olan bu daş köçürmə hal-hazırda onun doğulduğu Fijak şəhərində Yazı meydanında qoyulmuşdur. Şampolyonun genişmiqyaslı tədqiqatlarından sonra bir çox Misir əlyazmaları oxunmuşdur. Demək olar ki, bu daş kitabə Misir elminin inkişafına təkan vermişdir.Şampolyon Jan Fransua ilə yanaşı fransız şərqşünası Silvester de Sasi, İsveç diplomatı David Okerblad, Tomas Yunq da bu daş kitabə üzərində öz tədqiqatlarını aparmışlar. Mətnə əsasən mülahizəni qiymətləndirin.Şampolyon ilk dəfə Rozetta daşında bəhs olunan şəxsin kimliyini müəyyən etmişdir.Sual 20 Bir cavab seçin:qiymətləndirilməsi mümkünsüzdoğruyanlış“...V Ptolomeyin adı ilə bağlı olduğunu ilk tapan şəxs ingilis Tomas Yunq idi”.Doğru cavab: yanlışSual 21Rəşid daşı və ya Rozetta daşı – 1799-cu ildə Napoleon Bonapartın Misir ekspedisiyası zamanı İsgəndəriyyədən bir qədər uzaqda yerləşən Rəşid (Rozetta) şəhəri yaxınlığında tapılmış, üzərində üç dildə (qədim yunan, demotik Misir və heroqlifik Misir) eyni məzmunda mətnin əks olunduğu daş yazı abidəsidir. Üst və orta mətnlər müvafiq olaraq heroqlif və demotik yazılardan istifadə etməklə Qədim Misir dilində yazılmış, alt mətn isə qədim yunan dilindədir. Qədim yunan dili linqvistlərə yaxşı tanış olduğundan, üç mətnin qarşılıqlı müqayisəsi Misir heroqliflərini deşifr etməyə imkan vermişdir.1802-ci ildən Britaniya muzeyində saxlanılan Rozetta daşı e.ə. 196-cı ilə aid olub, Misir kralı V Ptolomey haqqında yazılmış rahib fərmanını əks etdirən qranodiorit daş plitədir. Daş kitabənin mətni 14 heroqlifik, 32 demotik və 54 qədim yunan yazı sətrindən ibarətdir.Dünyaca məşhur akademiklər bu daşdan istifadə edərək heroqlifləri deşifr etməyə çalışsa da, heroqliflərin hansı istiqamətdə oxunmalı olduğunu və heroqliflərin V Ptolomeyin adı ilə bağlı olduğunu ilk tapan şəxs ingilis Tomas Yunq idi. 1822-ci ildə Jan-Fransua Şampolyon ilk dəfə olaraq daş kitabəni tədqiq edərək Misirin demotik və heroqlif yazılarını oxumağa səy göstərmişdir. Bunun üçün o, originaldan deyil, köçürmə daşdan istifadə etmişdir. Böyüdülmüş formada olan bu daş köçürmə hal-hazırda onun doğulduğu Fijak şəhərində Yazı meydanında qoyulmuşdur. Şampolyonun genişmiqyaslı tədqiqatlarından sonra bir çox Misir əlyazmaları oxunmuşdur. Demək olar ki, bu daş kitabə Misir elminin inkişafına təkan vermişdir.Şampolyon Jan Fransua ilə yanaşı fransız şərqşünası Silvester de Sasi, İsveç diplomatı David Okerblad, Tomas Yunq da bu daş kitabə üzərində öz tədqiqatlarını aparmışlar. Mətnə əsasən mülahizəni qiymətləndirin.Rozetta daş kitabəsinin araşdırılması ilə şərq alimləri də məşğul olmuşlar.Sual 21 Bir cavab seçin:yanlışqiymətləndirilməsi mümkünsüzdoğru Mətndə müxtəlif şərqşünasların adları qeyd olunsa da, tədqiqatçıların arasında Şərq alimlərinin olub-olmaması haqqında məlumat yoxdur.Doğru cavab: qiymətləndirilməsi mümkünsüzSual 22Biflyasiya – iqtisadiyyatda həm inflyasiya, həm də deflyasiya proseslərinin eyni zamanda mövcud olmasıdır.Biflyasiyaya bariz nümunə kimi ilkin zərurət təşkil edən malların qiymətinin artması və eyni zamanda zinət əşyalarının qiymətinin azalmasını və ya gündəlik tələbat mallarının qiymətinin artmasını, əsasən, kreditlə alınan əmtəələrin qiymətinin düşməsini göstərmək olar. Bu hal onunla izah olunur ki, biflyasiya zamanı dövlətin mərkəzi bankının pul emissiyası nəticəsində tədavüldə olan pul kütləsinin həcmi artır, bu isə öz növbəsində ilk zərurət təşkil edən malların onlara ümumi tələbatın sabit qalması səbəbindən qiymətlərinin artmasına gətirib çıxarır ki, bu, Qiffen paradoksudur.Qiffen əmtəələri elə bir əmtəələrdir ki, qiymətlər artdıqca onların istifadəsi digər əmtəələrin istehlakının azaldılması hesabına artır. Bu növ əmtəələrin bazarında tələb qanunu işləmir, yəni qiymətlər artdıqda bu əmtəələrin istehlakı azalmır və əksinə. Bu onunla izah olunur ki, bütün Qiffen əmtəələri nisbətən ucuz olan gündəlik tələbat mallarıdır və onları əvəzedici əmtəələr yoxdur.İlk dəfə bu paradoks ingilis iqtisadçısı Robert Qiffen (1837–1910) tərəfindən İrlandiyada XIX əsrin ortalarında hökm sürən aclıq zamanı qeyd olunmuşdur. Bu zaman kartofun qiymətinin artmasına baxmayaraq, bu tərəvəzə tələb kəskin artmışdır. Qiffen bunu kasıb ailələrin büdcəsində kartofa çəkilən xərclərin əsas yer tutması ilə əlaqələndirmişdir. Digər ərzaq məhsullarının qiymətlərinin artması və ailələrin həqiqi gəlirlərinin azalması onların kartof istehlakını artıraraq digər əmtəələrin istehlakının azaltmasına səbəb olmuşdur. Bu səbəbdən kartof istehlakının əyrisi “yüksələn” şəkil alırdı. Qiffen əmtəə zənbilinin çeşidi müxtəlif ölkələr üçün təxminən eynidir və ölkədə istehlakın özünəməxsusluğundan asılı olaraq cüzi surətdə dəyişir.Biflyasiya zamanı eyni zamanda işsizlik artır və əhalinin alıcılıq qabiliyyəti düşür və əhali əsasən, ən zəruri malları alır, zinət əşyalarına tələbat azalır ki, bu da onların qiymətinin düşməsinə gətirir.Biflyasiya iqtisadi böhran zamanı daşınmaz əmlak bazarında tez-tez müşahidə olunur. Bu zaman ekonom sinif mənzillərin qiymətlərinin qalxması, elit yaşayış evlərinin qiymətlərinin ucuzlaşması baş verir. Mətnə əsasən mülahizəni qiymətləndirin.Qiffen paradoksu ilə izah edilən iqtisadi proseslərin ortaya çıxmasında insanların zövq və seçimləri əsas rol oynayır.Sual 22 Bir cavab seçin:yanlışqiymətləndirilməsi mümkünsüzdoğruQiyməti artan gündəlik tələbat mallarına tələbin azalmamasının səbəbi zövq və könüllü seçimləri deyil, məcburiyyətdir.Doğru cavab: yanlışSual 23Biflyasiya – iqtisadiyyatda həm inflyasiya, həm də deflyasiya proseslərinin eyni zamanda mövcud olmasıdır.Biflyasiyaya bariz nümunə kimi ilkin zərurət təşkil edən malların qiymətinin artması və eyni zamanda zinət əşyalarının qiymətinin azalmasını və ya gündəlik tələbat mallarının qiymətinin artmasını, əsasən, kreditlə alınan əmtəələrin qiymətinin düşməsini göstərmək olar. Bu hal onunla izah olunur ki, biflyasiya zamanı dövlətin mərkəzi bankının pul emissiyası nəticəsində tədavüldə olan pul kütləsinin həcmi artır, bu isə öz növbəsində ilk zərurət təşkil edən malların onlara ümumi tələbatın sabit qalması səbəbindən qiymətlərinin artmasına gətirib çıxarır ki, bu, Qiffen paradoksudur.Qiffen əmtəələri elə bir əmtəələrdir ki, qiymətlər artdıqca onların istifadəsi digər əmtəələrin istehlakının azaldılması hesabına artır. Bu növ əmtəələrin bazarında tələb qanunu işləmir, yəni qiymətlər artdıqda bu əmtəələrin istehlakı azalmır və əksinə. Bu onunla izah olunur ki, bütün Qiffen əmtəələri nisbətən ucuz olan gündəlik tələbat mallarıdır və onları əvəzedici əmtəələr yoxdur.İlk dəfə bu paradoks ingilis iqtisadçısı Robert Qiffen (1837–1910) tərəfindən İrlandiyada XIX əsrin ortalarında hökm sürən aclıq zamanı qeyd olunmuşdur. Bu zaman kartofun qiymətinin artmasına baxmayaraq, bu tərəvəzə tələb kəskin artmışdır. Qiffen bunu kasıb ailələrin büdcəsində kartofa çəkilən xərclərin əsas yer tutması ilə əlaqələndirmişdir. Digər ərzaq məhsullarının qiymətlərinin artması və ailələrin həqiqi gəlirlərinin azalması onların kartof istehlakını artıraraq digər əmtəələrin istehlakının azaltmasına səbəb olmuşdur. Bu səbəbdən kartof istehlakının əyrisi “yüksələn” şəkil alırdı. Qiffen əmtəə zənbilinin çeşidi müxtəlif ölkələr üçün təxminən eynidir və ölkədə istehlakın özünəməxsusluğundan asılı olaraq cüzi surətdə dəyişir.Biflyasiya zamanı eyni zamanda işsizlik artır və əhalinin alıcılıq qabiliyyəti düşür və əhali əsasən, ən zəruri malları alır, zinət əşyalarına tələbat azalır ki, bu da onların qiymətinin düşməsinə gətirir.Biflyasiya iqtisadi böhran zamanı daşınmaz əmlak bazarında tez-tez müşahidə olunur. Bu zaman ekonom sinif mənzillərin qiymətlərinin qalxması, elit yaşayış evlərinin qiymətlərinin ucuzlaşması baş verir. Mətnə əsasən mülahizəni qiymətləndirin.Qiffen paradoksuna əsasən qiyməti baha olmayan gündəlik tələbat mallarını digər əmtəələrlə əvəz etmək mümkündür.Sual 23 Bir cavab seçin:doğruyanlışqiymətləndirilməsi mümkünsüzBütün Qiffen əmtəələri nisbətən ucuz olan gündəlik tələbat mallarıdır və onları əvəzedici əmtəələr yoxdur.Doğru cavab: yanlışSual 24Biflyasiya – iqtisadiyyatda həm inflyasiya, həm də deflyasiya proseslərinin eyni zamanda mövcud olmasıdır.Biflyasiyaya bariz nümunə kimi ilkin zərurət təşkil edən malların qiymətinin artması və eyni zamanda zinət əşyalarının qiymətinin azalmasını və ya gündəlik tələbat mallarının qiymətinin artmasını, əsasən, kreditlə alınan əmtəələrin qiymətinin düşməsini göstərmək olar. Bu hal onunla izah olunur ki, biflyasiya zamanı dövlətin mərkəzi bankının pul emissiyası nəticəsində tədavüldə olan pul kütləsinin həcmi artır, bu isə öz növbəsində ilk zərurət təşkil edən malların onlara ümumi tələbatın sabit qalması səbəbindən qiymətlərinin artmasına gətirib çıxarır ki, bu, Qiffen paradoksudur.Qiffen əmtəələri elə bir əmtəələrdir ki, qiymətlər artdıqca onların istifadəsi digər əmtəələrin istehlakının azaldılması hesabına artır. Bu növ əmtəələrin bazarında tələb qanunu işləmir, yəni qiymətlər artdıqda bu əmtəələrin istehlakı azalmır və əksinə. Bu onunla izah olunur ki, bütün Qiffen əmtəələri nisbətən ucuz olan gündəlik tələbat mallarıdır və onları əvəzedici əmtəələr yoxdur.İlk dəfə bu paradoks ingilis iqtisadçısı Robert Qiffen (1837–1910) tərəfindən İrlandiyada XIX əsrin ortalarında hökm sürən aclıq zamanı qeyd olunmuşdur. Bu zaman kartofun qiymətinin artmasına baxmayaraq, bu tərəvəzə tələb kəskin artmışdır. Qiffen bunu kasıb ailələrin büdcəsində kartofa çəkilən xərclərin əsas yer tutması ilə əlaqələndirmişdir. Digər ərzaq məhsullarının qiymətlərinin artması və ailələrin həqiqi gəlirlərinin azalması onların kartof istehlakını artıraraq digər əmtəələrin istehlakının azaltmasına səbəb olmuşdur. Bu səbəbdən kartof istehlakının əyrisi “yüksələn” şəkil alırdı. Qiffen əmtəə zənbilinin çeşidi müxtəlif ölkələr üçün təxminən eynidir və ölkədə istehlakın özünəməxsusluğundan asılı olaraq cüzi surətdə dəyişir.Biflyasiya zamanı eyni zamanda işsizlik artır və əhalinin alıcılıq qabiliyyəti düşür və əhali əsasən, ən zəruri malları alır, zinət əşyalarına tələbat azalır ki, bu da onların qiymətinin düşməsinə gətirir.Biflyasiya iqtisadi böhran zamanı daşınmaz əmlak bazarında tez-tez müşahidə olunur. Bu zaman ekonom sinif mənzillərin qiymətlərinin qalxması, elit yaşayış evlərinin qiymətlərinin ucuzlaşması baş verir. Mətnə əsasən mülahizəni qiymətləndirin.Biflyasiya zamanı daşınmaz əmlak bazarında nisbətən sabit qiymətlər müşahidə olunur.Sual 24 Bir cavab seçin:doğruqiymətləndirilməsi mümkünsüzyanlışBu zaman ekonom sinif mənzillərin qiymətlərinin qalxması elit yaşayış evlərinin qiymətlərinin ucuzlaşması ilə baş verirsə, deməli, daşınmaz əmlak bazarında qiymətlər sabit deyil.Doğru cavab: yanlışSual 25Biflyasiya – iqtisadiyyatda həm inflyasiya, həm də deflyasiya proseslərinin eyni zamanda mövcud olmasıdır.Biflyasiyaya bariz nümunə kimi ilkin zərurət təşkil edən malların qiymətinin artması və eyni zamanda zinət əşyalarının qiymətinin azalmasını və ya gündəlik tələbat mallarının qiymətinin artmasını, əsasən, kreditlə alınan əmtəələrin qiymətinin düşməsini göstərmək olar. Bu hal onunla izah olunur ki, biflyasiya zamanı dövlətin mərkəzi bankının pul emissiyası nəticəsində tədavüldə olan pul kütləsinin həcmi artır, bu isə öz növbəsində ilk zərurət təşkil edən malların onlara ümumi tələbatın sabit qalması səbəbindən qiymətlərinin artmasına gətirib çıxarır ki, bu, Qiffen paradoksudur.Qiffen əmtəələri elə bir əmtəələrdir ki, qiymətlər artdıqca onların istifadəsi digər əmtəələrin istehlakının azaldılması hesabına artır. Bu növ əmtəələrin bazarında tələb qanunu işləmir, yəni qiymətlər artdıqda bu əmtəələrin istehlakı azalmır və əksinə. Bu onunla izah olunur ki, bütün Qiffen əmtəələri nisbətən ucuz olan gündəlik tələbat mallarıdır və onları əvəzedici əmtəələr yoxdur.İlk dəfə bu paradoks ingilis iqtisadçısı Robert Qiffen (1837–1910) tərəfindən İrlandiyada XIX əsrin ortalarında hökm sürən aclıq zamanı qeyd olunmuşdur. Bu zaman kartofun qiymətinin artmasına baxmayaraq, bu tərəvəzə tələb kəskin artmışdır. Qiffen bunu kasıb ailələrin büdcəsində kartofa çəkilən xərclərin əsas yer tutması ilə əlaqələndirmişdir. Digər ərzaq məhsullarının qiymətlərinin artması və ailələrin həqiqi gəlirlərinin azalması onların kartof istehlakını artıraraq digər əmtəələrin istehlakının azaltmasına səbəb olmuşdur. Bu səbəbdən kartof istehlakının əyrisi “yüksələn” şəkil alırdı. Qiffen əmtəə zənbilinin çeşidi müxtəlif ölkələr üçün təxminən eynidir və ölkədə istehlakın özünəməxsusluğundan asılı olaraq cüzi surətdə dəyişir.Biflyasiya zamanı eyni zamanda işsizlik artır və əhalinin alıcılıq qabiliyyəti düşür və əhali əsasən, ən zəruri malları alır, zinət əşyalarına tələbat azalır ki, bu da onların qiymətinin düşməsinə gətirir.Biflyasiya iqtisadi böhran zamanı daşınmaz əmlak bazarında tez-tez müşahidə olunur. Bu zaman ekonom sinif mənzillərin qiymətlərinin qalxması, elit yaşayış evlərinin qiymətlərinin ucuzlaşması baş verir. Mətnə əsasən mülahizəni qiymətləndirin.Qiffen paradoksuna inkişaf etmiş ölkələrdə rast gəlinmir.Sual 25 Bir cavab seçin:qiymətləndirilməsi mümkünsüzdoğruyanlışMətndə bu haqda məlumata rast gəlinmir.Doğru cavab: qiymətləndirilməsi mümkünsüz
| ['yüksəliş müsabiqəsi imtahan sualları', 'yüksəliş müsabiqəsinin sualları', 'verbal məntiq sualları'] |
35 | https://kayzen.az/blog/psixologiya/28135/u%C5%9Faqlara-harada-v%C9%99-n%C9%99-zaman-yox-dem%C9%99liyik.html | Uşaqlara harada və nə zaman yox deməliyik? | nigarm | Psixologiya | 27 aprel 2023, 22:37 |
Uşaqlarına “yox” demək bu gün bir çox valideynlər üçün ümumi problemdir. Yox deməyin mənfi nəticələrə gətirib çıxaracağından qorxan və bəzən necə davranacağını bilməyən valideynlərlə rastlaşırıq.
Bununla belə, valideynlik nə uşağın hər dediyinə “yox” demək, nə də onun hər dediyinə “hə” demək deyil. Valideynlik müsbət motivasiya elementlərindən istifadə etməklə uşağı nizam-intizam qaydaları çərçivəsində böyütmək bacarığıdır. Müsbət motivasiya və mənfi motivasiya çox vacibdir. Çünki bu, ümumiyyətlə ölkəmizdə tətbiq olunan mənfi motivasiyadır.
Təkcə uşaqlara deyil, biz böyüklərin də bir-birimizə münasibəti həmişə mənfi motivasiya yönümlü olur. Əlimizdə olan müsbət cəhətləri, nailiyyətləri, istedadları deyil, bacarmadıqlarımızı, çox yaxşı olmadığımız sahələri önə çəkirik. Biz uşaqlarımıza da bu cür münasibət qurduğumuz zaman uşaqlarla ünsiyyətimizdə anlaşılmazlıqlar olur və sağlam ünsiyyət qura bilmirik. Çünki uşaqlar bizi dinləmir.
Əvvəlcə onu vurğulamaq lazımdır ki, uşaqlara “yox” deməklə pis valideyn olmayacaqsınız. Uşaqlar öz sərhədlərini bilməlidirlər. Böyümə mərhələlərində onlara harada dayanacaqlarını və sərhədlərini zaman-zaman xatırlatmaq lazımdır, çünki sosiallaşma mərhələsində uşaqların yaşadıqları əsl sıxıntı bu nöqtədə ortaya çıxır. Onlar tələbkardırlar, hər şeyi istəyə bilərlər, hər şeyi əsaslandıra bilərlər. Ancaq onlara verdiyiniz hərtərəfli rahatlıq xoşbəxtlikdən daha çox bədbəxtlik gətirir.
İstədiyini asanlıqla əldə etməyə öyrəşmiş uşağın özünü motivasiya etməkdə, istəklərini gecikdirməkdə, gözləməkdə, başqa insanlara və onların hüquqlarına hörmət etməkdə problemlər yaşadığı görülür. Çünki çöldə həyat belə deyil.
Sosial həyatda onların istədiyi hər şeyi etməyə hazır olan fərdlər, dostlar, işəgötürənlər, iş yoldaşları yoxdur. O, hər şeydə səy göstərməli, buna layiq olmalı olacaq.
Bu, valideyn olaraq uşağa aşılamalı olduğunuz əsas xüsusiyyətdir. Öz ayaqları üzərində dayanmaq bacarığı.
İlk növbədə uşaqlara “yox” dediyiniz sahələri düzgün müəyyən etmək lazımdır. Nəyə “yox” deyirsinizsə, o, məntiqli səbəbə əsaslanmalıdır.
Nəyə “yox” desəniz, o bir daha “hə” olmamalıdır, ona görə də “yox” deməzdən əvvəl bu sözü doğru yerdə istifadə etdiyinizə əmin olmalısınız.
Uzun müddət inandırmağa çalışmaq və uzun izahatlar vermək uşağın qərarınızın dəyişəcəyini düşünməsinə səbəb olur. Qəzəblənmədən sakit və izahlı bir “yox” həmişə daha təsirli olur.
Qaydalar heç vaxt müzakirə edilməməlidir. Danışıqlar nəticəsində bəli və yox anlayışları dəyişdirilərsə, siz bir daha heç vaxt nizam-intizam sizin əlinizdə olmayacaq və vəziyyət həmişə münaqişəyə çevriləcək.
Unutmayın ki, siz böyüklərsiniz, son qərar mərkəzisiniz və biz böyüklər qaydaları təyin edirik.
Sırf “yox” dediyiniz üçün uşağınızın sizi yormasına və ya gözünüzün önündə şou göstərməsinə icazə verməyin. İstənilən münasibət və reaksiya halında onunla söhbət edin və məntiqli, əsaslı səbəblər gətirərək verdiyiniz qərarın müzakirəyə qapalı olduğunu ona deyin.
Təbii ki, uşaqlar zaman-zaman istədiklərini əldə etmək üçün hər cür səy göstərəcəklər, əsas odur ki, sizin sabit valideynlik münasibətiniz olsun.
Bundan əlavə, uşaqlara “yox” deməyi öyrətmək də var. Bu ikisi əslində bir-birindən ayrılmaz əhəmiyyətli və əlaqəlidir. Sosiallaşma ilə yanaşı, uşaqlar özlərinə “yox” deməyi və özləri də “yox” deməyi öyrənirlər. Biz valideynlər uşaqları bu məsələdə çaşdırırıq. Uşaqların kimə, nə vaxt və hansı vəziyyətdə “yox” deməli olduğunu dəqiq deyə bilmərik.
Bunun əslində çox aydın izahı var. Uşaqlarınıza, xüsusən də dostları ilə münasibətlərində istəmədikləri bir şeyi edən və ya onları etməyə məcbur edən və ya məcbur etməyə çalışan dostlarına və böyüklərinə “yox” deməkdən çəkinməmələrini söyləməlisiniz.
Bu həm də son illərdə gündəmdə olan təhlükələrin qarşısının alınması üçün atılan addımdır. Çünki çox təəssüflər olsun ki, biz artıq ancaq tanımadığı adamlar tərəfindən deyil, həmçinin ailə daxilində, bizə tanış olan insanlar tərəfindən istismara məruz qalırıq.
Son aylar gündəmə gələn təqib, zorakılıq və bu kimi xoşagəlməz hadisələrin demək olar ki, hamısı ailəyə yaxın şəxslər tərəfindən törədilir.
Unutmayın ki, doğru yerdə istifadə edilən “yox” ilk andan bir çox problemi aradan qaldıracaq.*
| ['uşaq psixologiyası', 'usaq terbiyesi'] |
36 | https://kayzen.az/blog/ushaq_terbiyesi/28092/u%C5%9Faq-t%C9%99rbiy%C9%99sind%C9%99-c%C9%99zaland%C4%B1rma-nec%C9%99-olmal%C4%B1d%C4%B1r.html | Uşaq tərbiyəsində cəzalandırma necə olmalıdır? | nigarm | Uşaq tərbiyəsi | 22 aprel 2023, 17:50 |
Uşaqda arzuolunmaz davranışı aradan qaldırmaq üçün adətən valideynlər cəza tətbiq edirlər. Ailələr ümumiyyətlə evdə asayişi qorumaq və uşağın intizam şüurunu artırmaq üçün cəza metodundan istifadə edirlər. Cəza, uşaq üçün lazımlı və uşaq tərbiyəsində vacib rol oynayan məqamlardan biridir. Amma bu üsul düzgün tətbiq edilmədikdə, həddindən artıq sərt olduqda, uşaqlara psixoloj və ya fiziki zorakılıq hesab oluna və uşağın valideynə olan inamını sındıra bilər.
Özümüzü tərbiyələndirək.
Uşaq dünyaya gələn andan artıq onunla xüsusi maraqlanmaq, onu ikinci plana atmamaq lazımdır. Çünki o, həyat və yaşam barədə anlayışı olmayan, təcrübəsiz bir insandır. Uşaqlarda ilkin tərbiyə, müşahidə yolu ilə olur. Çünki hələ danışmağı və fikirlər deməyi-anlamağı bacarmayan yeni bir insan, ancaq müşahidə edərək ətraf mühiti və davranışları öyrənə bilər. 0-6 yaş aralığında uşaq üçün ana-ata nümunədir. Uşaq birbaşa ailənin davranışını qəbul edir və onu tətbiq etməyə çalışır. Ailədə şiddət, səs-küy, mənfi ünsiyyət olarsa, uşaqdan sakit və təmkinli olmağı tələb etmək absurddur. Zorakılığı müşahidə edən və hətta yaşayan uşağa nə qədər sakitliyin, düzgünlüyün gözəl olmasından danışsanız da, onun döyüşkən və ya aqressiv olmasının qarşısını ala bilməyəcəksiniz. Ona görə də uşaq tərbiyəsindən öncə özünütərbiyə ilə məşğul olmalısınız. Ədalətsizliyin və şiddətin hökm sürdüyü ailədə sağlam fərd böyütmək ehtimalı çox aşağıdır.
Psixoloji və fiziki zorakılıq uşaqlarda zamanla nələrə səbəb ola bilər ?
Döyülməyə, psixoloji zorakılığa məruz qalan uşaqlar ailələrinə qəzəblənir və zamanla onlara nifrət edirlər. Əksər hallarda uşaqlıqda fiziki və ya psixoloji zorakılığa məruz qalan umşaqlar böyüyüb yetkin fərd olduda, uşaqlıq travmalarının mənfi nəticələri ilə üz-üzə qalırlar.
Yaşadıqları zorakılıqlar onlara ya şiddətə meyilliliklə, ya qorxaqlıqla ya da davamlı olaraq kimdənsə asılı olmaqla özünü biruzə verir. Həyatda qarşılaşdıqları problemləri şiddətlə həll etməyə meylli olurlar. Özlərinə və ətrafdakılara hörmət etmirlər, özlərinə inamları olmur.
Bəs necə etmək lazımdır ki, tətbiq olunan cəzalar uşaqda travmaya səbəb olmasın ?
Cəza heç vaxt uşağa nəyin doğru və nəyin yanlış olduğunu öyrətmir. Cəza sadəcə uşağa nizam-intizamlı olmağı və gələcək həyatda qanunlarla dolu bir həyatın onu gözlədiyini, hər istədiyini edə bilməyəcəyini, etdiyi hər yanlış hərəkətin bir cəzası olacağını izah etməyin, öyrətməyin bir yoludur. Amma uşağa cəza verərkən mütləq ona nə üçün cəzalandırıldığı izah olunmalıdır. Əks halda onun yanlış hesab etmədiyi bir şey üçün cəzalandırılması, valideynə qarşı nifrət hissini oyada bilər. Ona görə də uşağa etdiyi hərəkətin düzgün olmadığını izah etmək, buna görə də cəzalandırıldığını bildirmək və necə etməlidir ki, cəzaya məruz qalmasın deyə ətraflı izah etmək lazımdır.
Uşağı yalana sövq etməyin
Bəzən valideynlər «bu uşaqla normal davranmaq mümkün deyil gərək sərt olasan» deyib uşağa qarşı aqressiv, gərgin profil sərgiləyirlər. Amma sözə baxmayan, davamlı sərhədləri pozan uşaqlara qışqırıb və aqressiv davranıb onları yola gətirmək düzgün metod deyil. Bu, uşaqları yalana sövq edir. Artıq sizin anlayışlı olmadığınızı, onu anlamağa çalışmadığınızı görən uşaq, yalan deyib sizi sakitləşdirməyin ən asan yol olduğunu anlayır. Və "əsas odur bu an əsəb və stres keçsin" düşüncəsi ilə sizin əsəbi anınızı sakitləşdirmək üçün sizi qane edəcək amma əslində yalan fikrlərlə sizi sakitləşdirəcək.
Düzgün cəzalandırma metodu necə olmalıdır ?
Cəza, alçaldılma, təhqir, qorxu olmadan, düzgün və ekspertlərin tövsiyə etdiyi kimi tətbiq edilməlidir. Əgər övladınızı yaxşı bir fərd kimi böyütmək istəyirsinizsə, cəza üsulunda nəzərə alınmalı olan nüanslara əməl etməlisiniz. Uşağın bir mövzuda səhv davranışını gördüyünüz zaman etməli olduğunuz ilk şey xəbərdarlıq etməkdir.
Burada vacib olan məqam, uşağın etdiyi səhvdən uzun müddət keçməməsidir. Səhvin üzərindən 30-40 dəqiqə keçdikdən sonra edilən xəbərdarlıq artıq öz ciddiyyətini və əhəmiyyətini itirir. Buna görə də səhv hərəkəti müşahidə etdiyiniz anda övladınızı yanınıza çağırıb və ya özünüz ona yaxınlaşıb baş vermş mənfi halı ona izah edib, ilk xəbərdarlığı etmək lazımdır.
Əgər izdihamlı bir mühitdəsinizsə, uşağınızla tək qalacağınız yerə çəkilin və xəbərdarlığınızı yalnız onun eşidəcəyi formada edin. Sıx mühitlərdə uşağınızın səhvini ona deməyin. Bu həm onun utanmasına səbəb ola bilər həm də sizə fokuslanmaqda çətinlik çəkə bilər.
Əgər xəbərdarlıq etmənizə rəğmən eyni səhv yenə baş verirsə, bu halda artıq övladınıza deyə bilərsiniz ki, onun pis davranışı sizi əsəbiləşdirir və onun səhv hərəkəti ailəniz tərəfindən bəyənilmir.
Və bu davranış bir daha təkrarlanarsa, artıq bu dəfə cəzalandırılacaq.
Onu da qeyd etmək lazımdır ki, heç vaxt uşağınızı sonradan tətbiq etməyəcəyiniz cəza ilə hədələməyin. Yəni ancaq edəcəyiniz, real cəzalarla övladınızı xəbərdar edin.
Arzuolunmaz davranış hələ də baş verirsə, cəzanı xatırladın. Amma xatırlatma edərkən əsla övladınızla yüksək tonda və ya fiziki şiddət (qolundan tutub sıxmaq, qulağını dartmaq, itələmək və s.) göstərməyin.
Cəzaları isə sərt etməməyə çalışın. Sağlam və adekvat insan böyütmək istəyirsinizsə onun maraq dairəsində olan oyuncaq, oyun, gəzinti, şirniyyat və bu kimi fəaliyyətlərə ilk vaxtlarda qısamüddətli məhdudiyyətlər qoyaraq cəzalandıra bilərsiniz.
Cəza müddəti bitdikdən sonra uşağınızın cəzalandırılmasının səbəbini təkrarlayın və bir də bu halın baş verməyəcəyinə dair ondan söz verməsini istəyin. Daha sonra yaranmış problemə görə üzr istəməsini xahiş edin və bir daha bu davranışı etməyəcəyini söyləyin. Övladınızı qucaqlayın və onun üzrünü qəbul etdiyinizi deyərək cümləni bitirin. Beləliklə övladınız növbəti addımlarını düşünərək və heçkəsi incitməmək üçün ehtiyyatla atacaq. Çünki artıq edilən hər bir hərəkətin hesabatını verməli olduğunu bilir.
Nəzərə alın ki, övlad əsas tərbiyəni müşahidə edərək alır. Bu səbəbdən siz tərbiyəyə özünüzdən başlamalısınız. Yanlış etdiyiniz zaman övladınızdan üzr istəməyi bacarmalısınız. Məsələn sizin qarderobunuzdan icazəsiz nəsə götürməyini istəmirsinizsə, siz də onun əşyalarını onun xəbəri olmadan götürməyin. Zamanla görəcəksiniz ki, sərgilədiyiniz davranışın eynisini o da sizə tətbiq edir.
| ['uşaq tərbiyəsi', 'psixologiya', 'usaq terbiyesi', 'şiddət', 'cəzalandırma'] |
37 | https://kayzen.az/blog/musiqi/28078/fikr%C9%99t-%C9%99mirov-yarad%C4%B1c%C4%B1l%C4%B1%C4%9F%C4%B1n%C4%B1n-mirvarisi-az%C9%99rbaycan-kapri%C3%A7%C3%A7iosu.html | Fikrət Əmirov yaradıcılığının mirvarisi - Azərbaycan Kapriççiosu | nigarm | Musiqi | 20 aprel 2023, 19:32 |
Vətən eşqi sonsuz və intəhasızdır. Hər bir vətəndaş bu eşqi öz təbirincə izhar edir. İnsanlara vətən sevgisini aşılamaqda sənətkarların rolu daha böyükdür. Kimi sözü, kimi musiqisi, kimi təsviri sənət nümunələri ilə bu sevgini ifadə edir. Böyük bəstəkar Fikrət Əmirovun yaradıcılığında da vətənpərvərlik mövzusu mühüm yer tutur. “Mənim yaradıcılıq xəmirim xalq musiqisi ilə yoğurulub”, – deyən bəstəkar öz əsərlərində də məhz bu fikrə əsaslanan sənət inciləri yaradıb. Müxtəlif janrlı əsərlərində xalq musiqisi intonasiyalarından rişələnən melodiyalar onun hiss və duyğularını yüksək peşəkarlıqla sənətsevərlərə çatdırır. Bu peşəkarlığın kökündə, təbii ki, Fikrət Əmirovun böyük istedadı, gərgin zəhməti və sonsuz vətən eşqi dayanır.
Fikrət Əmirovun “Azərbaycan süitası”, “Azərbaycan kapriççiosu” və “Azərbaycan qravürləri” əsərlərində qədim diyarımızın tarixi, dünəni, bu günü, füsunkar təbiəti, insanların mərd, mübariz olması və bu kimi düşüncələr yüksək vətənpərvərlik mövqeyi ilə notlara düzülüb və xoş melodiyalarla da qulaqlara süzülür. Bu əsərlər öz melodik gözəlliyi və yüksək professionallığı ilə dünya musiqiçilərinin də diqqətini cəlb edib. “Azərbaycan süitası”, “Azərbaycan kapriççosu” və “Azərbaycan qüravürləri” ilə bağlı düşüncələrimizi də bu əsərlər haqqında deyilən fikirlərdən nümunələrlə diqqətə çatdırmaq istərdik.“Azərbaycan kapriççiosu” “Fikrət Əmirov “Azərbaycan kapriççiosu”nda folklor materialı üzərində lakin onu təkrarlamadan, incə motivlər yaratmışdır. Atonallığın təsirinə düşmədən, artıq, mənasız akkordlardan uzaq qaçaraq, o, ustalıqla orkestrləşmədə Bartok üslubunda gözəl və heyrətamiz əsər bəstələyə bilmişdir” (Ferdi Ştatser, alman musiqişünası).“Möcüzəli Azərbaycan melosu ilə zəngin olan Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” parlaq, rəngarəng bir kompozisiyadır. Bu əsər bəstəkara xas olan parlaqlıqla yazılaraq, rus simfonizmi ənənələrinin davamı olub, ruhən P.İ.Çaykovskinin “İtalyan kapriççiosu”na yaxındır” (Abram Staseviç, dirijor, Rusiyanın Əməkdar incəsənət xadimi).“Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” çox bayramsayağı bir əsər olub, xalq şənliyini ifadə edərək, nikbinliyi və musiqi dilinin təravətliliyi ilə diqqəti çəkir” (Natali Raxlin, dirijor, SSRİ Xalq artisti).“Azərbaycan kapriççiosu” (1961) parlaq, milli ruhda bir əsər olub, özünəməxsus təzadlı lövhələrdən qurulmuşdur. Çox melodik, rəngarəng, temperamentli musiqisi ilə seçilən bu əsər yüksək dərəcədə zövqlü orkestr palitrası ilə fərqlənir.“Azərbaycan kapriççiosu” Fikrət Əmirovun “Nizami” simfoniyası, “Şur” və “Kürd ovşarı” simfonik muğamlarından sonra yaranaraq, onun daha da təkmilləşmiş üslubunu, cilalanmış dəst-xəttini əks etdirir. Bəstəkar bu əsərində ümumşərq musiqisinə xas olan xalq improvizasiyalılığını canlandıra bilmişdir. “Azərbaycan kapriççiosu” bir neçə başlıca məziyyətlərinə görə fərqlənir: melodizm, lad əsası, ritmika və tembr.“Şərq barokko üslubu” – “Azərbaycan kapriççiosu”nun üslubunu belə səciyyələndirmək olar. Bu təmtəraqlı, təntənəli musiqi təzadlı lövhələrdən ibarətdir. Burada təmtəraqla yanaşı, incə lirika, kapriççio janrına xas olan mövzuların müxtəlif görünüşlər almasına rast gəlinir. Bəstəkarın zəngin təxəyyülü xalq musiqisinə yaxın mövzuların bir-birini əvəzləməsində, bu mövzuların bir-biri ilə əlaqələndirilməsində özünü büruzə verir,Onu da qeyd etməliyik ki, kapriççionun tematizmi bəstəkarın “Səhər” və “Böyük dayaq” filmlərinə yazdığı musiqinin bir sıra fraqmentləri ilə assosiasiya yaradır.
| ['Fikrət Əmirov', 'Fikret Emirov'] |
38 | https://kayzen.az/blog/logika/28044/y%C3%BCks%C9%99li%C5%9F-m%C3%BCsabiq%C9%99si-imtahan-suallar%C4%B1-2023-%7C-d%C3%BCnya-%C3%BCzr%C9%99-sual-bloku.html | Yüksəliş müsabiqəsi imtahan sualları 2023 | Dünya üzrə sual bloku | luminat | Məntiq və IQ | 16 aprel 2023, 15:02 |
Sual 1Tarixi “ipək yolu” ilə həyata keçirilən ticarətdə Çinə ixrac olunurdu:çayçini qablaripəkatlarkağız Doğru cavab: atlarSual 2Turizm mərkəzlərinin sahəvi əhəmiyyəti nəzərə alınmaqla məntiqi ardıcıllığı tamamlayın.→ Yessentuki→ Ölü dəniz→ ?Qobustan kitabəsiİçərişəhərNaftalanŞəki xan sarayıYanardağDoğru cavab: NaftalanSual 3Dünyanın ən dərin çökəkliyi olan Marian çökəkliyi hansı okeanda yerləşir?Hind okeanındaŞimal Buzlu okeandaAtlantik okeandaCənub okeanındaSakit okeandaDoğru cavab: Sakit okeandaSual 4Hansı daha əvvəl baş vermişdir?SSRİ-nin dağılması“Ərəb baharı” prosesinin sona çatmasıİran İslam inqilabıİsrail-Fələstin münaqişəsinin başlamasıBerlin divarının dağıdılmasıDoğru cavab: İsrail-Fələstin münaqişəsinin başlamasıSual 5Dövlətçilik tarixi eramızdan əvvəl başlayır:1)ABŞ-nin2)Hindistanın3)Çinin4)Rusiyanın2, 31, 21, 33, 42, 4Doğru cavab: 2, 3Sual 6Anlayışlardan hansı orta əsr islam alimlərindən birinin adından götürülmüşdür?kompütermonitoralqoritmanaloqproqramDoğru cavab: alqoritmSual 7Hansı daha uzunömürlü dövlət olmuşdur?Osmanlı İmperiyasıFransa İmperatorluğuTeymuri dövlətiRusiya İmperiyasıBöyük Monqol İmperatorluğuDoğru cavab: Osmanlı İmperiyasıSual 8Yazıçı və əsərlərin doğru göstərildiyi cavabı tapın.Heminquey – “Sofinin dünyası”Markes – “Hökmdar”Hüqo – “Qoca və dəniz”Şekspir – “Kerri bacı”Servantes – “Don Kixot”Doğru cavab: Servantes – “Don Kixot”Sual 9Əsərlərdən hansı A. Çexova aiddir?“Şinel”“Hərb və sülh”“6 №-li palata”“Hacı Murad”“Baxçasaray fontanı”Doğru cavab: “6 №-li palata”Sual 10Dünyanın ən böyük adası hansı ölkənin idarəçiliyindədir?RusiyanınİspaniyanınFransanınDanimarkanınBelçikanınDoğru cavab: DanimarkanınSual 11“Müharibə sənəti” əsərini yazmış qədim şərq mütəfəkkiri, hərbi strateq:KonfutsiFirdovsiSun TszıBuddaMaoDoğru cavab: Sun TszıSual 12Ən bolsulu çay şəbəkəsinə malik materik hansıdır?AntarktidaCənubi AmerikaAvstraliyaAfrikaAvropaDoğru cavab: Cənubi AmerikaSual 13Böyük coğrafi kəşfləri daha da asanlaşdırmışdır:Osmanlının süqutugəmiçiliyin inkişafımətbəənin icadıxristianlığın iki qola ayrılmasıotlaq sahələrinin azlığıDoğru cavab: gəmiçiliyin inkişafıSual 14“Oskar” mükafatı hansıdır?“Qızıl cəngavər”“Palma budağı”“Qızıl kəmər”“Qızıl qlobus”“Qızıl moruq”Doğru cavab: “Qızıl cəngavər”Sual 15Dünyada müxtəlif səbəblərə görə ən çox qaçqın-miqrantlar hansı ölkələrdə cəmlənib?Nepalda və SomalidəABŞ-də və AlmaniyadaRusiyada və YaponiyadaAvstraliyada və Yeni ZelandiyadaQazaxıstanda və MonqolustandaDoğru cavab: ABŞ-də və AlmaniyadaSual 16Nobel mükafatına layiq görülənlər ən çox hansı ölkənin təmsilçiləri olmuşdur?ABŞ-ninÇininİngiltərəninFransanınAlmaniyanınDoğru cavab: ABŞ-ninSual 17Hansı fantaziya janrında yazılmış ədəbiyyat nümunələrindəndir?“1984”“Nyu-York trilogiyası”“Quzuların səssizliyi”“Yüz ilin tənhalığı”“Üzüklərin hökmdarı”Doğru cavab: “Üzüklərin hökmdarı”Sual 18Şəkildə hansı incəsənət nümunəsi əks olunmuşdur?natürmortbarelyeffreskaqraffitimozaikaDoğru cavab: mozaikaSual 19Mövzusu yunan mifologiyasından götürülmüş film:“Troya”“Məğlubedilməz”“Patriot”“Kral Artur”“Günəşin imperiyası”Doğru cavab: “Troya”Sual 20Hansı slavyan xalqıdır?macaravarrumınyunanbolqarDoğru cavab: bolqarSual 21Pərviz Müşərrəf hansı ölkəyə rəhbərlik etmişdir?SuriyayaİraqaLiviyayaMisirəPakistanaDoğru cavab: PakistanaSual 22Daha çox Günəş enerjisi potensialına malik ölkələr hansılardır?Finlandiya, İsveçBƏƏ, ƏlcəzairAzərbaycan, KanadaAvstraliya, Norveçİslandiya, Səudiyyə ƏrəbistanıDoğru cavab: BƏƏ, ƏlcəzairSual 23Verilmiş ölkələrdən hansıların dövlət dili eynidir?İran – İraqİtaliya – FransaBraziliya – ArgentinaMacarıstan – İsveçrəABŞ – AvstraliyaDoğru cavab: ABŞ – AvstraliyaSual 24Avropada qurulan ilk universitet hansıdır?BoloniyaKembricVyanaOksfordBerlinDoğru cavab: BoloniyaSual 25Mandela hansına qarşı mübarizə aparmışdır?ABŞ müstəmləkəçiliyinəmonarxiyayairqi ayrı-seçkiliyəFransa işğalınakapitalist sisteməDoğru cavab: irqi ayrı-seçkiliyə
| ['yüksəliş müsabiqəsi imtahan sualları', 'yüksəliş müsabiqəsinin sualları', 'Yüksəliş sualları'] |
39 | https://kayzen.az/blog/f%C9%99ls%C9%99f%C9%99/28038/a-h%C9%99rfi-il%C9%99-ba%C5%9Flayan-f%C9%99ls%C9%99f%C9%99-terminl%C9%99ri.html | A hərfi ilə başlayan fəlsəfə terminləri | gunelb | Fəlsəfə | 16 aprel 2023, 01:24 |
ABSURD — avropa mənşəli bu kəlmə dilimzə bizim gündəlik həyatımızda vərdiş etdiyimiz və düzgün təfəkkür tərzinin əsasını təşkil edən məntiqin qaydalarının əksinə çıxan, onlara əhəmiyyət verməyən, aralarında məntiqi əlaqənin pozulması kimi tərcümə edilir. Absurd və absurdluq təfəkkürdə və reallıqda mövcuddur. İnsan bəzən real həyatda müşahidə etdiyi hər hansı bir hadisəni, yaxud şeyi məntiqi cəhətdən izah etməkdə çətinlik çəkir və bu ona absurd — qeyri məntiqi kimi görünür. Lakin insana bəzən absurd təzhürü bağışlayan, onun məntiqi analizindən kənarda qalan şey, hal və ya hadisələrə qeyri — həqiqi anlamı yükləmək olmaz. Kəlmə dilimizdə özünün orijinal orfoepik formasını qorumuşdur.
ABA - dilimizin daha qədim kəlmələrindəndir. Bəzi türk dillərində hələ də işlənməkdədir. “Hörmətəlayiq adam” deməkdir. Aba kəlməsi qədim türk dillərində çox işlənir və müxtəlif mənaları ifadə edirdi. Ana, abla və baba mənasında da işlədilmişdir..
ABİ — əski türk dillərində can, ruh mənasını ifadə edərdi, bundan başqa məcazi mənada —soyuqluq mənasına da gəlirdi. Farscadaki ab+i sözü ilə eyniləşdirmək olmaz. Müasir türkcədə isə abi sözü ağabəy sözünün qısaldılmış formasında böyük qardaşa və özündən böyüklərə xitabən işlədilir.
ABIZ — əski türkcədə ruhlarla bağlı işlənirdi, mənəvi, ruhi mənalarını ifadə edir.
ABSTRAKSİYA — mücərrədlik. Elmi tədqiqat metodudur. Obyektiv aləmi dərk etməyə istiqamətlənmişdir.
ABSTRAKT — tamın bir tərəfi, birtərəfli, sadə, inkişaf etməmiş olan hissəsi. Dilimizdə işlək ifadə kimi, ərəbcədən keçmə mücərrəd ifadəsi də mövcuddur.
AÇIĞ — oğuz mənşəlidir. İntiqam, kin, qərəz, istirab, ələm və s. mənaları vardır. Bəzi yerlərdə —acıh yaxud açuv kimi də keçmişdir. Əski türkcədə ələm, əziyyət anlamlarında keçər. Misal üçün Orhon Yenisey yazılı abidələrində iltin kantın açığ bolur ifadəsi mövcuddur.
AÇIQLAMA - Müasir dilimizdə çox işlənir, türkcə kəlmədir. Məna olaraq izah, şərh, yaxud hər hansı bir hadisəni, bir halı vəziyyəti həll etdikdən sonra onun detalları ilə olan bağı və əlaqələri ortaya çıxarmaq şərtilə deyilən fikirlər, yaxud aydınlatmağa deyilir. Bir şeyin mahiyyətinin dəlilini aşkar edib ortaya çıxarmaqdır. Bəzən anlaşılmaz bir vəziyyətin səbəb və şəraitini izah etmək üçün açıqlamalara ehtiyac duyulur.
ACİVİKA — kəlmə etibarı ilə hind mənşəlidir. Ruhun yaşadığını irəli sürən qeyri-ortodoksal qədim hind təlimlərin-dəndir.
ACUN — əski türkcədə çox işlənənən kəlmələrdəndir. —Dünya, —yer üzü mənalarına gəlir. Acun sözünün daha müasiri “kürrey-i ərz” sözü də işlənirdi. Bu söz acun sözünə ekvivalentdir və ərəbcədən keçən birləşmədir.
AD — əski türkcədən gəlmədir, hal-hazırda çox işlənən və müxtəlif mənalara gələn sözlərdən biridir. Dilimizdə adlar əşyalara məxsus ən böyük xarakterik xüsusiyyət olub, bilavasitə onun mahiyyətini tərif edir. Adlar vasitəsilə biz canlı və cansız təbiətdə və kainatda olan hər var olanı tanıyır, bilirik. Adlar və sifətlər bütün var olanların ən mühüm xüsusyyətlərini təşkil edir. Doğulduğu zaman adama verilən şəxsi isim. Ad və soyad. Ad qoymaq. Adın nədir? Adını söyləmək və s.
ADAPTASİYA — insanların yeni etnik mühitə uyğunlaşmasına deyilir. Ümumi mənada fəlsəfədə uyğunlaşma, həmahəng olmağa deyilir. Adaptasiya və ya akkomodasiya ən çox biologiyada işlədilir, misal üçün növlərin adaptasiyası.
ADƏT — müəyyən etnik birlik daxilində qəbul edilmiş davranış qaydalarıdır. Adətlər və ənənələr hər hansı bir xalqa, topluma, hətta kiçik topluma da aid ola bilər. Adətlər bu sosial birliklərin yüz, hətta min illərdən süzülüb gələn köklərə malikdir.
ADDİTİV və Qeyri-Additiv — tam və onu təşkil edən hissələr [hissə və tam] arasındakı nisbətin tiplərini əks etdirən anlayışlar.
ADEKVAT — bir-birinə uyan, uyğun gələn, həmahəng olan deməkdir. Latın dilindən avropa dillərinə keçən və dilimizdə də çox rastlanan bu kəlməyə bərabər bölünmüş, bir-birinə uyğun gələn müəyyən şeyləri yaxud məziyyətləri ifadə etmək üçün işlədilir. Misal üçün adekvat tədbirlər, adekvat fikirlər və s. Adekvatlıq [lat. Adaeguatus — bərabərləşdirilmiş -uyğunluq, bərabərlik ekvivalentlik] mahiyyət etibarı ilə digər qarşılığını tam mənası ilə qarşılayan, ehtiva edən düşüncə tərzidir.
AĞIL — hissiyyatın qarşılığı olaraq düşünmə, anlamaq, dərk etmək qabiliyyəti arasında məcburi əlaqələr qurmaq qabiliyyəti. Ağıl insanın ən yüksək təfəkkür qabiliyyəti hesab edilir və insanın məhz insan olma xüsusiyyətini özündə təcəssüm etdirir, onu digər canlılardan fərqləndirir. Ağıl kəlməsi bəzən ərəb dilindən keçmə əql sözü ilə eyniləşdirilir ki, bu da əslində doğrudur, lakin orta əslər Şərq peripatetizmində əqllər ülvi varlıqlar kimi xarakterizə olunrudu. Fəlsəfədə isə yüksək inkişaf etmiş və mürəkkəb differensiya edilmiş beynə malik orqanizmlərin psxi fəalliyyətlərinin xüsusi funksiyası Əql sözü ərəb dilində ə'qələ [d»] felinin I bab məsdəridir. Bu feldən aqil, məqul və s. kimi sözlər də əmələ gəlmişdir. Ərəb dilindən Azərbaycan türkcəsinə tərcümədə anlamaq, başa düşmək, haqqında fikir yürütmək və s.mənalarla tərcümə edilir..
AĞRUK — mənaları çoxdur. Oğuzca kəlmədir. Əşya, şey, yük, ağırlıq anlamları vardır. Aarık — avruk — ağruk — ağurluq — ağırlıq.
AFFEKT — insanın əhvaldan və ehtirasdan (hissdən) fərqli olaraq güclü, coşqun baş verən və nisbətən qısamüddətli olan emosional həyəcanı, qəzəbi, dəhşəti və s. Affekt kəskin ifadəli hərəkətlərlə (spesifik mimika və əl hərəkətləri) və səs reaksiyaları (ağlama, qışqırıq) ilə müşayiət olunur. Bəzən də, əksinə həyəcandan donub qalma baş verir. Affektin zahiri, xarici ifadə formaları, eləcə də dərinliyi çox cəhətdən insanın fərdi xüsusiyyətlərindən, xüsusilə onun iradəsinin tərbiyə olunmasından, ali sinir fəaliyyətinin tipoloji xüsusiyyətlərindən xeyli dərəcədə asılıdır. Affekt vəziyyətində insan o şeydən mütəəssir olur ki, o, onda həyəcan əmələ gətirir ("şüurun daralması"), nəticədə insanda intellektual proseslərin gedişi pozulur və onun öz davranışı üzərində nəzarəti zəifləyir. Affektin aradan qaldırılması xeyli dərəcədə iradə gücü tələb edir və onun başlanğıc mərhələsində yüngül keçir.
AKKULTURASIYA — mədəniyyətlərin qarşılıqlı nüfuzu deməkdir. Bu halda müstəqil mədəniyyətlərin öz əvvəlki modelləri dəyişikliyə məruz qalır.
AKSlDENSlYA — əşyanın mühümdən, substansional olandan [substansiya] fərqli müvəqqəti, keçici, qeyri mühüm xassəsi. Aksidenisya termini əvəzinə dilimizdə daha çox tarixən ərəz termini işlənilirdi. Bu anlamda aksidensiya nisbətən, yeni, modern bir termindir və avropa mənşəli hesab olunur.
AKSIOLOGIYA — dəyərlər mahiyyətinin fəlsəfi tədqiqi. Aksiologiya termini mədə-niyyətşünaslığın və fəlsəfənin ortaq termini kimi götürülməlidir, çünki hər iki elm sahəsi mümkün imkanlarından istifadə edərək bu vəya digər dərəcədə insani dəyərlər sistemini və onun cəmiyyətdəki yerini öyrənir. Məhz bu tədqiqlərin sayəsində insana, onun gündəlik həyatında var olan yaxud olmayan faydalı, zəruri, yaxud zərərli və qeyri-zəruri olan dəyərlər sistemi öyrənilib, üzə çıxarılmaqdadır.
AKSİOM — dəlilə, sübuta ehtiyacı olmayan deməkdir. Aksiomlar elə nəzəri ifadələrdir ki, onların doğruluğuna, düzgünlüyünə etibar etməmək mümkün deyil. Fəlsəfədə də hər hansı bir müddəaya və tərifə ehtiyacı olmayan, özlüyündən açıq-aydın olan və digər təsbitlərə dəlil mahiyyəti daşıyan, müəyyən elmi nəzəriyyənin deduktiv quruluşunda isbata ehtiyacı olmayan, lakin həmin nəzəriyyənin digər müddəalarının isbatının əsası kimi qəbul olunan nəzəri təklif.
AKSİYA — hərəkət, fəaliyyət. Aksiya elə bir hərəkətdir ki, insanın hər hansı bir xarici səbəblə deyil, birbaşa istəkdən qaynaqlanır. Aksiyaların arxasında müstəqil iradə dayanır. Aksiya kəlməsi müasir sosioloji anlam kimi daha geniş mənalarda işlənməkdədir. İnsanların toplaşaraq hər hansı bir məkanda planlayaraq keçirdikləri kütləvi etiraz nümayişləri ilə eyni mənada da işlədilir.
AKT - Hərəkət, iş. Sxolastik fəlsəfədə Aristotelin anergia = reallaşdırma, aktlaşdırma, həyata keçirmə mənaları ilə üst-üstə düşür
AKTİVİZM — fəallıq, yaxud qətiyyət. İnsanın həyatının və fikirlərinin əsas reallığının təsirdən, iş və fəaliyyətlərdən ibarət olduğunu önə sürən nəzəriyyə yaxud dünyagörüşü tərzidir. Aktivizm kəlməsinin kökü act-dir. İzm prefiksi sufiksi isə nəzəriyyələrin və müddəaların sonuna artırılan şəkilçidir.
AKTUAL — içərisində olduğumuz zaman kəsiyi üçün bir mənası, əhəmiyyəti olan, danışılan anda ortaya çıxan, yaxud da var olan deməkdir. Sözün kökünə hərəkətin tərzini bildir — al şəkilçisi artırılmışdır. Aktual sözü dilimizdə müxtəlif anlamlarda işlənməkdədir. Belə ki, hər hansı bir hal və hərəkətin, yaxud şeyin lazım-lılıq, vaciblik dərəcəsini bildirmək üçün işlədilir. Yaxud da həqiqi olan, təsirli olan və ya ola bilən vəziyyətdə olmaq deməkdir.
AKTUALLAŞDIRMA — anlam olaraq varlığın dəyişkənliyini bildirən məfhumdur. Bu dəyişkənlik əsasən var olan şeyin zərurətini üzə çıxartmaqdan ötrü istifadə edilir.
AQNOZİA — hiss orqanlarında hər hansı bir pozğunluq, yaxud, əksiklik olmamasına rəğmən idrakın olmaması, pozulması. Kəlmə yunan dilindən digər dillərə keçmişdir. Hərfi mənada bilinməyən, məlum olmayan deməkdir. Sokrata görə aqnozia fəlsəfədə sualları cavablamaq üçün əsas istinadgahın olmaması, yaxud hardan başlayacağını bilməməyə deyilir. Söz mənşəcə yunan sözüdür. Bizim dilimizə isə rus -avropa kanalı vasitəsilə transfer edilmişdir.
AQNOSTİSİZM — dünyanın dərk olunması imkanını tamamilə və ya qismən inkar edən təlim.
ALGU - əski türkcədən tərcümədə bütün, hamı, yaxud cəmiyyət kimi çevirmək mümkündür.
ALP — sözü bəzi müsbət keyfiyyətləri ehtiva edir. Əski türkcədə çox işlək bir ifadə olmuşdur. Ariflik, cəsarət, igidlik, fədakarlıq, qəhrəmanlıq və s. kimi mənalara gəlir. Qədim türklər toplum, cəmiyyət içərisində öz müsbət keyfiyyətləri ilə fərqlənən insanlara alp deyərdilər. Tarixi mənbələrdən məlum olduğu kimi, Atillanın bir digər adı da Alp ər Tonqa idi. Kitabi Dədə Qorqud datsanlarında da belə bir ifadə mövcud idi: Hanı dediyim Alp ərənlər, dünya mənim deyənlər’.
ALTERNATİV — seçimdə müqayisə, iki şey arasında qeyri-könüllü seçim aparmaq. Fəlsəfədə hər hansı biri qəbul olunduğu təqdirdə digəri kənarda qalan, keçərsiz hesab edilən prinsiplərdir. Bir-birini qarşılıqlı istisna edən iki ya daha çox imkandan birini seçmək zərurəti.
ALQORİTM — eyni tipdən olan bütün məsələlərin həllinə doğru aparan əməliyyatların, bir sıra sistemin müəyyən qaydada yerinə yetirilməsi haqqında dəqiq göstərişdir.
ALLAH — dini təsəvvürlərə görə dünyanı yaradan və idarə edən fövqəltəbii qüvvə, hər şeyin səbəbi. Allah adının, kökünün hardan qaynaqlandığı barədə müxtəlif iddialar mövcuddur. Qurana əsaslanan, ərəb dilçilərinə görə Allah adı ilk dəfə müəqəddəs kitabda Allahın özünün məhz özü haqqında işlətdiyi addır. Bundan başqa Allah adının əl-ilah müəyyənlik artiklı və ilah sözünün birləşməsindən əmələ gəldiyini də iddia edənlər vardır. Lakin digər dillərdə bu ad tamam başqa deyimlərdə mövcud olmuşdur. Belə ki, türk dillərində Tenqri sözü türk xalqlarının islam dinini qəbul etməzdən əvvəl işlətdikləri xüsusi ad idi. Rus ilində Бог sözü, ingilis dilində God sözləri Allah mənasını verməkdədir. Allaha müxtəlif xalqlarda Tanrı, Xuda, Pərvərdigar, Xaliq, Yaradan, Xudavənd, Rəbb və s. kimi adlar aid edilmişdir. İslam dinində Allahı anmaq üçün 99 addan istifadə olunur. Dilçi alimlər bu sözün İlah (əl-ilah və ya əl-laha) kökündən törədiyini güman edirlər. Ərəb dili ilə qohum olan digər dillərdə «Allah» kəlməsi belə səslənir: ibrani dilində «Eloah”, arami dilində „Elaha“, süryani dilində „Ələhə“.
ALOGİZM — məntiqi təfəkkürün rolunun həqiqətə çatmağın vasitəsi olmasının inkar edilməsi, yaxud kiçildilməsinə alogizm deyilir. Alogizm insan təfəkkürünə, əqli imkanlarına neqativ münasibətin formalaşmasıdır. A yunan-cada inkar hissəcəyi kimi işlənir. Loqos isə ağıl, zəka deməkdir. Bu bağlamda ortaya çıxan alogizm terminin hərfi mənası əqli, zəkanı inkar edən təfəkkür tərzi deməkdir.
ALTRUİZM — başqa adamlara təmənnasız xidmət göstərilməsindən, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməkdən ibarət əxlaqi prinsip. Başqa sözlə desək, alturizm bir insanın öz həyatını bir digərinə qurban verməsidir. Bəzən insan öz daxili mənliyində belə bir hissə qapılır ki, mənə özümdən heç bir fayda və xeyir olmayacaq, qoy başqaları üçün yaşayım ki, onlara bir faydam, xeyrim toxunsun. Alturistlərə görə insan gərək daxili təlatümünü içində boğsun və başqaları üçün fədakarlıq etsin.
AMİL — Obyektiv və subyektiv şərtlərdən asılı olaraq həlledici ünsür, yaxud hər hansı bir şərtləndirici. Ərəbcədə mövcud olan amələ [J*&] felindən əmələ gəlmişdir. Hərfi anlamda amil işi görən, məmul isə görülən iş mənasındadır. Əməli yerinə yetirən, işi görən deməkdir. Amillər müxtəlif ortam-larda işlənir; coğrafi amil, iqtisadi amil və s.
AMORALİZM — əxlaqsızlıq, əxlaqdan kənar davranış tərzi deməkdir. Fəlsəfi anlamda isə hər cür əxlaqın inkarı, əxlaq qanunlarından imtina, —xeyir və şərin fövqündə durmağa cəhd olunmasıdır.
ANTİNOMİYA — İki qanun və ya qayda arasındakı təzad, qanunların, qaydaların, prinsiplərin bir-birinə tərs düşməsi. Yunan mənşəli kəlmədir. Kantda 4 növ antinomiya var idi: 1. Kainat və qalaktika zaman baxımından əbədi deyil, antitez — əbədidir. 2. Hər şeyin özlüyündən ibarət olduğu son, saf hissələr mövcuddur, antitez — yoxdur. 3. Kainatda müstəqil olaraq bir özbaşınalıq mövcuddur, yoxdur — hər şey təbiətin qanunları daxilində hərəkət edər. 4. Kainatın səbəbi olan vacib bir varlıq vardır, belə bir varlıq yoxdur.
ANALİZ və SİNTEZ — Analiz elə bir prosesin məcmusudur ki, tamı hissələrinə bölüb ayırma, yəni ən ümumi mənada bütövün fikrən, yaxud faktik olarak tərkib hissələrinə bölünməsi və bütövün tərkib hissələrinin birləşib bütövü əmələ gətirməsi prosesləri. Yunan mənşəlidir. Yunancada fəlsəfi aspektdə analiz parçalama, ayırma, sintez isə birləşdirmə, bütövləşdirmə deməkdir. Sintez isə [yun. synthesis — birləşmə| həm birşeyi və ya hadisəni küll halında, onu təşkiledən hissələri arasındakı qarşılıqlı əlaqə vəvəhdəti daxilində tədqiq etmə üsulu ya da bəsit maddə və ya elementləri birləşdirmə yolu ilə mürəkkəb kimyəvi birləşmələr alma.
ANALİTİK — Aristoteldə formal məntiqlə eyni mənada işlədilir. // birinci analitiklər, ikinci analitiklər və s. XX əsr fəlsəfəsində cərəyandır, mahiyyət etibarı ilə fəlsəfənin ənənəvi qrupları, istiqamətləri, həmçinin problemlərin məzmununun aydınlaşdırılmasını dilin təhlilində görən ayrı-ayrı filosofları birləşdirir. Müasir dönəmdə analitik informasiya termini daha çox işlədilir. Analitik informasiya daha ətraflı, izahlı xəbər deməkdir.
ANALOQ — uyğunluq, oxşarlıq, loqosa uyğun olan; osm. tr. mümasil; J^Laa] — idrak nəzəriyyəsi terminidir. Hərfi mənada bənzəyən, oxşar olan deməkdir. Yunan dilindən alınmışdır. Aristotelə görə müxtəlif şeylərə uyğunlaşa bilib eyni mənada onun əvəzinə də keçərli olan termindir. Misal üçün yaxşı hava yaxud yaxşı əşya və s. Digər mənada isə bir terminin bir başqasına olan nisbətinin, bir üçüncünün dördüncüyə olan nisbəti ilə eyni əlaqədə olmasına deyilir. Aralarında, xüsusilə də təsirlərində oxşarlıq olan [az və ya çox] iki mənalı sözlər.
ANALOGİYA — uyğunluq — eyniyyət təşkil etməyən obyektlərin bəzi cəhətlərdən keyfiyyətcə, münasibətcə oxşarlığı deməkdir. Hərfi mənada bənzərlik mənasını verir.
ANARXİZM — rəhbərsizlik, hakimiyyətsizlikl — hərc-mərclik, başıpozuqluq, kütlənin nəzarətindən kənar, demokratizm prinsiplərinə uymayan hərəkətlər. Hər cür hakimiyyətə və dövlətə düşməncəsinə yanaşan, xırda xüsusi mülkiyyətin mənafeyini və xırda kəndli təsərrüfatını cəmiyyətin iri istehsala əsaslanan tərəqqisinə qarşı xırda burjua ictimai-siyasi cərəyanıdır. Anarxiya hər hansı bir kiçik sosial cəmiyyətdə də ola bilər.
ANİMİZM — ruhlardan qaynaqlanan hal və ya hərəkətlərin varlığını önə sürən dünyagörüşü. Şamanist dini təlimlərdə mövcuddur. Olan hadisələrin, baş verənlərin ruhlar aləminə bağlı olan qüdrətdən qaynaqlandığını, bilavasitə ruhlarla əlaqələndirldiyi dini təsəvvür. Yaxud da tək və eyni ruhun təfəkkür və təbii həyatımızın qaynağı olduğunu irəli sürən görüş. Animizm bəzən uşaqlarda maddi və cansız əşyaları canlı göstərə bilmək bacarığına da deyilir. Guya ruhlar insanların, heyvanların həyatına, ətraf aləmin predmetinə və hadisələrinə təsir göstərir.
ANLAM — məna, sözün mənası. Bir sözün, kəlmənin, təyin etdiyi, düşündürdüyü şeydir. Yaxud gerçəkliyin mənimsənilməsini şüura xas olan və predmetin mənaca məzmununun açılmasını və yenidən canlandırılmasını ifadə edən forması. Türkcədir, dilimizdə daha çox bu terminin ərəbcə versiyası olan məna sözündən istifadə edirik.
ANLAMA — Anlayış idrakın, dilin tətbiqi ilə bağlı pilləsində aləmin iniaks formalarından biri, predmet və hadisələri ümumiləşdirməyin forması. Anlama və anlamlardan çıxarılan mənalar həm məcazi, həm də həqiqi ola bilər. Dilçilər bəzən anlamanın tərifini belər verirlər: —Ağlımıza gələn ilk mənadır”. Anlamanın vasitəçiliyi sadəcə sözlərlə olmur, hiss üzvləri ilə, əqli qabiliyyətlə də mümkündür.
ANTAQONİST- ictimai inkişaf ziddiyyətlərinin keyfiyyətcə müxtəlif tipləri. Antoqonizm isə bir-birinə tam ziddiyət deməkdir. Məsələn, fəhlə sinifi ilə burjuaziyanın münasibəti, ya da liberalizm ilə totalitarizmin münasibəti.
ANTROPOMORFİZM — insani xüsusiyətləri başqa bir varlığa, xüusilə də Tanrıya aid edilməsi.
ANTROPOLOGİYA — canlı varlıq olaraq insanı və onun tarixin müxtəlif ictimai iqtisadi formasiyalarında inkişaf tarixini araşdıran təbiət elmidir. Fəlsəfədə mövzusu sırf insan olan elmdir. Konkret həyatı və həqiqətdəki yeri baxımından insanın özü və özünün quruluşu haqqında fəlsəfi elmi təlimdir.
ANTİK - e.ə. VII əsrin sonundan qədim yunan quldarlıq cəmiyyətində, e. ə. II əsrdən başlayaraq eramızın VI əsrinin əvvəllə-rinədək Qədim Roma quldarlıq cəmiyyətində inkişaf etdirilmiş fəlsəfi təlimlərin məcmusu. „Antik fəlsəfə“ anlayışı altında Qədim Yunanıstanda və Qədim Romada yaranan fəlsəfə nəzərdə tutulur, bu səbəbdən bu ölkələrin fəlsəfəsi aid olduqları bölgələrinin adı ilə deyil məhz bu terminlə ifadə edilirdi. Fəlsəfədə antik dövr təxmini olaraq er.əv. VII və b.er. VI əsrlərini əhatə edir. Termin olaraq isə yunancaya məxsusdur, lakin avropada isə adətə bu söz ancient olaraq məlumdur.
ANTİLOGİZM — məntiqin düsturu olub qəti sillogizmin mühakimələrinin onun nəticəsinin inkarı ilə bir araya gəlməməsini ifadə edir. Anti şəkilçisi dilimizdə mövcud olan ön çəkilçilərdən hesab olunur. Azərbaycan dilində na, bi, la, anti, a və s. Kəliçilər mövcuddur ki, bunlar da əsasən ya ərəb-fars mənşəli, yaxud da Avropalı mənşəli şəkilçilər olaraq məlumdur. Anti şəkilçisi sözlərin qarşısında gəldikdə sözə adətən əks anlam verir.
ANTİNOMİYA — mühakimənin gedişində bir-birinə zidd, lakin eyni dərəcədə əsaslandırılmış hökmün meydana gəlməsi. Misal üçün, Semantik anti-nomiyalar. Antinomiya anlayışı antik dövrdə meydana gəlmişdir.
ANTİSİPASİYA — qabaqgörənlik, bir şey haqqında qabaqcadan yaranmış təsəvvür. Hadisənin gedişatını qabaqcadan xəbər vermək.
ANTİTEZİS — fəlsəfi məntiqdə inkişaf prosesində əsas müddəanın inkarı; tezisə qarşı qoyulan müddəa. Antitezis Hegel triadasının ünsürlərindən biridir. Bax: triada — tezis, antitezis, sintez. Tezis irəli sürülən müddəadırsa, antitezis bu iddianın qarşısına irəli sürülən fikir, iddiadır.
ANTROPOGENEZ — insanın ictimai varlıq kimi meydana gəlməsi və inkişafı prosesinə deyilir. Yunan-cada anthoropos — insan və genesis — mənşə mənalarını ifadə edir.
ANTROPOLOGIZM - materializmdə insanın təbiətin ən yüksək və kamil məhsulu olması haqqında dünyagörüşü forması; bu dünyagörüşünə görə insanı yaxından dərk edib qavraya bilsək elə təbiətdə mövcud olan sirli — soraqlı məsələləri də açıb ortaya qoya bilər, onlardan agah ola bilərik, çünki insanın cismani fəaliyyətinin üzvi vəhdətində təbiətin bütün məhsuldar qüvvələri iştirak edir.
ANTROPOMORFİZM — insana xas olan xassə və xususiyyətlərin xarici təbiət qüvvələrinə köçürülməsi və bunların uydurma əfsanəvi varlıqlara [allahlara, ruhlara və s.] aid edilməsi. Termin olaraq antroporfizmə uyğundur. Ən əski dinlərdən müasir səmavi dinlərə qədər gəlib çatmışdır.
ANTROPOSOSİOLOGİYA — antropologiya elminin məlumatlarını təhrif edərək ayrı-ayrı adamların və onların qruplarının sosial vəziyyətlərinin insanın anatomik-fizioloji əlamətləri ilə bilavasitə əlaqəsini müəyyən edən və bu əsasda da ictimai hadisələri nəzərdən keçirən sosioloji nəzəriyyə.
ANTROPOSOFİYA — mistik dekadentçilik təlimi, teosofiyanın formalarından biri.
APORİA — Bir məsələdə ortaya çıxan problemin həllinin tapıla bilməməsi vəziyyəti, çıxış yolunun olmaması. Ümumiyyətlə natiqin mövzunun hansı istiqamətindən getməsi lazım gəldiyini, mövzuya haradan başlanıb harada qurtaracağı, nə deyiləcəyi haqqında yolunu itirdiyi vəziyyətin adı olaraq ya da natiqin nə söyləyəcəyini yaxud nə düşünəcəyini bilmədiyi bir vəziyyətdə müraciət etdiyi, ümumiyyətlə ediləsi şübhə ifadəsi olaraq təyin olunar.
APATİYA — laqeydlik vəziyyəti, müəyyən hərəkətlərə meylin, istəyin olmaması. Çox vaxt ali sinir fəaliyyətinin pozulması nəticəsində olur. Yunan dilindən tərcümədə ehtirasızlıq, hissizlik kimi tərcümə olunur. Apatiya şəxsdə hər hansı bir hadisə nəticəsində ortaya çıxa bilər, yaxud bu duyğusuzluq vəziyyəti onda fitrətən mövcud ola bilər. Psixologiyada çox işlənən bir termin kimi apatiya adətən sinir fəaliyyətinin pozulması olaraq xarakterizə edilir. Stoiklərdə çox rast gələn bir hal olaraq, Şərq dini fəlsəfi baxışları, xüsusilə mütləq sükunətin insan ruhunun yüksək halı olan nirvana haqqında buddizm və caynizm təlimləri təsir göstərmişdir.
APEYRON — əbədi hərəkətdə olan, sonsuz, qeyri-müəyyən, keyfiyyətsiz materiyanı ifadə etmək üçün Anak-simandrın tətbiq etdiyi anlayış. Yunan dilindən Avropa dillərinə keçmişdir, hərfi mənada sonsuz, hüdudsuz deməkdir.
APODEYTİKA — qəti sübut olunan şey, mütləq səhih biliyi ifadə etmək üçün anlayış. Yunan dilindən dilimizə hərfi tərcümədə inandırıcı mənasına uyğun gəlir.
APOLOGETİKA — teologiyanın bir sahəsi. Termin öz başlanğıcını qədim yu-nancadan götürmüşdür. Lakin daha sonralar apologetiklər xristianlıqda da mövcud olmuşlar və indi bu termin daha çox xristianlıqda müdafiə mövqeyindən çıxış edənlər kimi bir anlam qazanmışdır.
APORİYA — çətin vəziyyət. Yunancadan avropa dillərinə keçmişdir. Çətin həll olunan problemi ifadə etmək üçün qədim yunan fəlsəfəsində işlədilən anlayış anlamını verir.
APOSTERİORİ — Sonradan gələn mənasındakı latın dilindən keçmə fəlsəfi anlayış. Tez-tez —sonradan gələn məlumat mənasında istifadə edilər və təcrübə, hisslərlə əldə edilən məlumatı ifadə edər. Klassik alman filosofu Kantdan sonra məlumat fəlsəfəsindəki təməl anlayışlardan birini meydana gətirır.
APPERSEPSİYA — hər bir yeni qavrayışın insanın əvvəlki həyat təcrübəsindən və qavrayış anında onun psixi vəziyyətindən asılılığı.
APRİORİ — Təcrübədən asılı olmayan, amma təcrübəylə canlandırılabilən, şüuruna varıla bilən bilik. Apriori bilik təcrübəsindən kənarda qalan biliyin doğru qəbul edilməsidir. Hər cürə təcrübədən əvvəl, yalnız ağıla əsaslanaraq qəbul olunan, əvvəlcədən mənimsənilən, qanunlardan çıxarılan sırf teorik anlamda qəbul edilə bilən. İdealist fəlsəfədə termin, aposterioridən fərqli olaraq təcrübədən əvvəl və təcrübədən asılı olmadan əldə edilən və başlanğıc şüura xas biliyi ifadə edir.
APROBASİYA — nəzəri olaraq qurulmuş metodların, hesablamaların, xüsusilədə iqtisadi olaraq proqnozlaşdırılmış modellərin təcrübədə, həqiqi həyatda sınaqdan keçirilməsi. Aprobativ etika [lat. approbatio — bəyənilmə] — əxlaq haqqında idealist nəzəriyyədir.
ARREQASİYA — siyasi qərarları qəbul edənlərin qarşılıqlı bərabərliyinin qorunması.
ARXETİP — hər şeyin ona görə həyata keçirildiyi düşünülən əsas ideya. Mundus archetypus: həqiqət dünyasında hər şeyin onlara görə həyata keçirildiyi ideyalar, ilk prinsiplər dünyası.
ARI — Tarix boyu bəzi millətlər və xalqlar öz millətinin saflığı, təmizliyi və qarışıqsızlığı ideyasını əllərində bayraq tutaraq irqin ariliyi nəzəriyyəsindən mənfəətlərinə uyğun faydalanmışlar.
ARPA — əski türkcədə sehr, tilsim, şamanist ənənələrdə qamların oxuduğu dua deməkdir.
ARVİŞ — sehr, tilsimli, sirli hal və xüsusiyyətlər, türkcədir.
ARQUMENT — gətirilən dəlilin əsası. Nəyinsə tərifinin sübutunun əsasında dayanan şey. Hər hansı bir tərifin əsaslandığı yaxud onun doğru və yaxud yalnış olduğunu ortaya qoyan prinsip. Əsası latıncadan götürülmüşdür. Arguere — göstərmək, tanıtmaq, açıqlamaq mənalarını verir. Dilimizdə daha çox ərəbcədən keçmə dəlil ifadəsi işlənir. Misal üçün; Məsələni aydınlaşdırmaq üçün daha əsaslı bir arqument gətir. Yaxud; gətirdiyiniz arqumentlər kifayət etmir, daha açıq bir dəlilə ehtiyac var.
ASSİMİLASİYA — qarşılıqlı mənəvi nüfuzetmə. Assimliyasiya müxtəlif elm sahələrində mövcuddur. Belə ki, istər dilçilikdə, istər biologiyada, istərsə də sosiologiyada assimliyasiya aid olduğu elmin xarakterik xüsusiyyətlərinə və tədqiqi metodologiyasına tabe olaraq özünəməxsus anlamlar ifadə edir.
ASKETİZM — Ümumi olaraq ənənəvi, ayinlərdə təbii fəaliyyətləri, hissi-yyatları imkan olduğu qədər azaltmağa çalışmaq şərtilə özünün və nəfsinin öhdəsindən gəlmə vərdişlərinin aşılanmsı. Asketizmi bəzən dünyəvi olanlardan uzaqlaşmaq kimi də xarakterizə edirlər. Asketik həyat formasını sufizmlə eyniləşdirənlər də vardır.
ASSOSIASIYA — birləşmə, əlaqələnmə və s. Tamın hissələri arasında olan bağllılıq, əlaqələnmə, birləşmə və s. Müasir anlamda assosiasiyalar qruplaşmış birliklər, ittifaqlar, təşkilatlar mənasında işlədilir.
ASTRONOMIYA — göy cisimləri, onların sistemləri və kosmik materiyanın başqa formalarının vəziyyəti, hərəkəti, quruluşu və inkişafı haqqında elm. Yunancada astron ulduz, nomos isə qanun, qayda deməkdir. Astronomiya elmi Şərqdə özünəməxsus adla nücum elmi adlandırılmışdır. Nücum hərfi mənada ulduzlar deməkdir. Bu elm qədimdən bəzi xalqlarda tayfalarda mövcud olmuşdur.
ATARAKSIYA — ruhi rahatlıq və sakitlik vəziyyəti, bəzi qədim yunan filosoflarının fikrincə ataraktiv hala mütəfəkkir, dühalar, sufilər nail ola bilir. Xüsusilə də, Stoa fəlsəfəsində insanın davranışları ilə psixoloji təlimin məqsədi, ideyası olaraq ortaya çıxan və mütləq yaxşı olaraq xarakterizə edilən ruhi hüzur, sakinlik, dərdlərdən arınmış olma halı. Ataraktiv vəziyyət günümüzdə daha çox sufilərin asketik hallarına bənzəyir. Belə ki, bütün bu hal və məziyyətlər əslində insan ruhunun maddi olanlardan arınaraq onlardan üstün olan, onların fövqündə dayanan ruhi halları kəsb etmədir. Yalnız bu formada insan özünün daxili məninə təskinlik verir və maddi gərginliklərdən və sıxıntılardan xilas olur. Bu və ya bu qəbildən olan təcrübə halları, psixoloji təlimlər həm islamda, həm digər səmavi dinlərdə, eləcə də qeyri-səmavi dinlərdə də müxtəlif dövrlərdə fərqli formalarda təzahür etmişdir.
ATEİZM — Tanrını rədd etmək, təbiətdə və kainatda Tanrının rolunu danmaq. Sovet hakimiyyəti dövründə Sovet İttifaqına daxil olan ölkələrdə və kommunizmin hakim olduğu dövlətlərdə Marksizm — Leninizm fəlsəfəsi əsasında elmi ateizm geniş tədris edilirdi. Elmi ateizm Tanrının varlığının təhrif edilməsi ideyasını elmi dəlillər və arqumentlərə dayanaraq əsaslandırırdı. Ərəbcədə isə daha çox ilhad termini işlədilir. Ateizm a — teos — yəni hərfi anlamda Tanrının inkarı deməkdir. Bu cür baxışlar sistemi sadəcə islamdan, xristinalıqdan və yəhudilikdən bizə məlum olan Tanrı anlayışını deyil, hər növ dini iman və etiqadi sistemlərdə Tanrı və Tanrı adına olan hər varlığı inkar edir.
ATƏŞGAH — atəşpərəst məbədi, ibadətgah. Sözün sonuna artırılan atəş+gah şəkilçisi fasrcada yer və məkan bildirir. Misal üçün xanəgah, ibadətgah və s. Atəşgah sözünün özündən də göründüyü kimi bu məbəddə əsas olan od, alov olmuşdur. İndi də dünyanın fərqli yerlərində mövcud olan atəşgahlarda insanlar toplaşaraq oda, alova sitayiş edirdilər. Azərbaycanda da zərdüşt-lərin qədim sitayiş yerləri olan atəşgahlar tarixi abidələr kimi qorunub saxlanılır.
ATOM — bölünməyən, parçalanmayan. Qədim dövrdən bəri mütəfəkkirləri, filosofları düşündürən əsas məsələlərdən biri də təbiətin ən kiçik bölünməyən parçası, hissəsi olmuşdur. Antik yunan filosofları bunlara a-tomos [bölünməyən, parçalanmayan] deyirdilər. Daha sonraları atomlar maddənin ən kiçik bölünməz zərrəcikləri kimi xarakterizə edilirdi. Bu ideyanın əsasını qoyan filosof alim isə Jon Dalton olmuşdur.
ATRİBUT — qalıcı, əsas xüsusiyyətlər, sifətlər. Söz latın mənşəlidir, hərfi mənada verirəm, bəxş edirəm deməkdir. Müasir anlamda çox işlənir. Misal üçün, dövlətin atributları, təşkilatın atributları və s. Azərbaycan dövlətinin himninin atributlarını onun sözləri və musiqisi təşkil edir. Atributlar elə şeylərdir ki, onlarsız həmin varlıq, şey yaxud predmet nə düşüncədə nə də reallıqda mövcud ola bilməz.
ATA — ata, ulu əcdad, bilgə. Əski bir kəlmə olub, qədim oğuz dilindən bu yana işlədilməkdədir. Valideyn mənasında çox işlənir. Lakin fərqli anlamlarda da daşıyır. Misal üçün; ulu, hörmətə layiq insan, dədə, baba mənasında, ad və soyadın bağlandığı əcdad yaxud da bilgə, mütəfəkkir mənalarını verir.
ATAHAN — qurucu, böyük. Ata+han sözlərinin kombinasiyasından yaranmışdır. Əski türklərdə atahan deyimi əsasən dövlətin ilk qurucusuna deyilirdi, çünki bəzən dövlət onun adı ilə adlandırılırdı. Misal üçün; Osmanlı dövləti — Osman; Teymurilər Dövləti — Əmir Teymur və s.
ATALAY — məşhur olan adam. Bəzi qədim türkcəni araşdıran tədqiqatlarda bu sözün əslində Atillanın adından atilay şəklində törədiyini iddia edənlər var. Hərfi anlamda isə məşhur olmuş, ortaya çıxmış, öz cəsarəti və şücaətinə görə fərqlənmiş şəxslərə şamil edilirdi.
ATASAGUN — ulu həkim. Ata+saqun sözlərinin kombinasiyasından əmələ gəlmişdir. Saqun şamanist təlimlərdə ən yaxşı özünü göstərən fərqlənən qamlar üçün işlədilirdi. Hərfi anlamda ən yaxşı müalicə edən, dərdə dərman edən adam deməkdir.
AVERROİZM — Orta əsrlərdə Qərbdə ortaya çıxmış fəlsəfi təlim. Sözün kökündə dayanan Averroes müsəlman aləmində İbn Rüşd kimi tanınır. Orta əsr fəlsəfəsində İbn Rüşdün ideyalarını tədris edən və yayanlara averroistlər adını verirdilər. Qərbin ənənəvi kilsə fəlsəfəsi Orta əsrlər Avropa Universitetlərinə nüfuz edən və tədris edilən averroizmin qarşısını alır, bu təlimin ardıcılını isə lənətləyib yandırırdılar.
AVESTA — Zərdüştiliyin müqəddəs kitablar külliyyatı. Bəzi tədqiqatlara görə bu kitab Makedoniyalı İsgəndərin səfəri əsnasında onun tərəfindən yararlı hesab edilməmiş və yandırılmışdır. Tarixçilər Avestanın inək dərilərinə yazıldığını iddia edirlər. Lakin sonrada onun vedalar adlanan müxtəlif parçaları bərpa edilmişdir.
AVROPASENTRİZM — avropasayağılıq. Sözün kökündən də göründüyü kimi, bu dünyagörüşü formasında Avropa elmi-mədəni məkan olaraq önə çəkilir. Tarixi etibarı ilə daha müasir olan bu təlimdə cəmiyyətdə mövcud olan bütün yaxşı dəyərlərin, elmin, incəsənətin, fəlsəfənin, ədəbiyyatın və s. Avropadan qaynaqlandığı və ya oradan təsirləndiyi qeyd olunur.
AVTOXTONLUQ — yaxud aborigenlik; bir xalqın, yaxud millətin hər hansı bir yerə, bölgəyə, regiona aid olması, yerli əhali hesab edilməsi.
AVTONOMİYA — yunancadan digər Avropa dillərinə keçən bu terminin hərfi mənası özünü idarə etmə deməkdir. Termnin ingiliscədən dilimizə bir mənası da autonomous — muxtariyyət anlamındadır.
AVTORİTARIİZM — Latın dilində təşəbbüsçü, müəllif bani yaradıcı və s.mənaları verən avtoritarlıq qeyri-demokratik rejimləri və onlara uyğun olan siyasi şüur formalarını ifadə etmək üçün işlədilir.Avtoritarizm nəzəriyyəsi XIX əsrin başlanğıcında J.de Mentr və L.de Bonald kimi ulturamühafizəkar nəzəriyyəçilər tərəfindən işlənib hazırlanmışdır. (Fransa inqilabına və sosialist hərakatına cavab olaraq ).
AVTORİTET- termin olaraq nüfuz, etibar, səlahiyyət və s. Anlamlar ifadə edir. Misal üçün, Avtoritet qazanmaq. Avtoritetdən düşmək. Nüfuzlu adam.
AZADLIQ — bağlı olmamaq, kiminsə təsiri altında qalmamaq, məcbur edilməmək, hər növ xarici istəkdən arınmış olmaq. Fəlsəfi anlayış; insanların idrak və zərurətə yiyələnməsi vasitəsi ilə nail olduğu real sərbəstlik. Azadlıq anarxiya və hərcmərclikdən ciddi şəkildə fərqlənir. Azadlığın əsasında demokratizm və humanizm dayanmırsa azadlıq başıpozuqluğa və hərcmərcliyə çevrilir. Dilimizdə azadlıqla yanaşı hürriyyət terminindən də istifadə edilirdi. Misal üçün; hürr insan = azad insan.
AVVAM — kütlə, insan təbəqəsi, avamlar. Ərəbcədə avvam adlandırılan bu insan təbəqəsi guya Haqdan xüsusi bilik, işarə, yaxud zəka almamışlar. Bu səbəbdən onlar sözlərin daxilinə nüfuz edə bilmir, onlar ancaq hərfi anlamda qəbul edirlər.
AYƏ — ayə. ərəbcədən hərfi mənası —işarə, —əlamət deməkdir. Qurani Kərimin surələri təşkil edən cümlələrə ayə deyilir. Allahın varlığını və peyğəmbərlərin peyğəmbərliyini təsdiq etmək üçün göstərilən möcüzələrə də ayə deyilir.
ARXETİP — ideya yaxud ilkin başlanğıc. Antik fəlsəfənin sonlarında timsal, ideya. Yunancada arche — başlanğıc, əvvəl, tupos — forma, nümunə demək idi.
AFFEKT — ruhi həyəcan. İnsanın hallardan və ehtirasdan [hissdənl fərqli olaraq güclü, gərgin olaraq baş verən və nisbətən qısa müddətli olan emosional həyəcanı, qəzəbi, dəhşəti və s. Affekt kəskin ifadəli hərəkətlərlə [spesifik mimika və əl hərəkətləril və səs reaksiyaları [ağlama, qışqırıql ilə də müşayiət olunur.
AYAN — sabit olan varlıqlar. Əyan sözünün kökündə dayanan eyn [ j^| kəlməsinin hərfi mənaları göz, nəzər, bulaq, mənbə və s. dir. Müsəlman Şərqi fəlsəfəsində zatı mümkün olan varlıqların Allahın elmindəki həqiqətləri əyani sabitələrdir.
AFFITSİRLƏŞMƏ — səbəbi olma. Qərb filosofu Kant tərəfindən ortaya çıxarılan və onun fəlsəfəsində işlək bir söz olan bu termin məna olaraq predmetin hiss üzvlərinə təsir etmə qabiliyyətini ifadə edir.
AKÇORA — Yaxşılıq mələyi. Ak və çora sözlərinin birləşməsindən əmələ gəlmişdir. Şamanizmdə daha çox təsadüf olunur. Şamanist adət ənələrdə akçora xeyir gətirən mələk kimi xarakterizə edilirdi.
AKSİOM — dəlilə ehtiyac olmadan qəbul edilən müddəadır. Aksiomlar irəli sürülən elə təkliflərdir ki, onların düzgünlüyü, dəqiqliyi müzakirə mövzusu deyil. Aksiomlar adətən məlum həqiqətlər olur. Adətən riyaziyyata hər hansı bir yeni bölmə və ya anlayış daxil edildikdə bu yeni bölmə bir sıra qəbul edilmiş mülahizələr əsasında qurulur. Belə mülahizələr sistem daxilində aksiom adlanır.
AVAR — Heybətlilik, inadkarlıq. Əski türkcədə abar şəklində işlənilirdi. Bu sözdən törəyən abartmaq, abartı ifadəsi də mövcuddur. Abartmaq — nəyisə şişirtmək. Mübaliğə etmək deməkdir. Avar adında xalq da mövcuddur.
AYIRD — Fərq, müxtəliflik. Dilimizdə hazırda ayırd etmək ifadəsi mövcuddur.
Müəllif: ADİLƏ NƏZƏROVA
Mənbə: FƏLSƏFƏ TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ
“Elm və təhsil” nəşriyyatı, Bakı — 2014
| ['fəlsəfə terminləri', 'termin', 'terminlər'] |
40 | https://kayzen.az/blog/tarixi-siyasi/27998/az%C9%99rbaycan-co%C4%9Frafiyas%C4%B1-hans%C4%B1-%C9%99razil%C9%99ri-%C9%99hat%C9%99-edir.html | Azərbaycan coğrafiyası hansı əraziləri əhatə edir? | gunelb | Azərbaycan tarixi-siyasi cografiyası | 12 aprel 2023, 00:16 |
Hazırkı çağdaş dönəmdə İran iki məsələni əsas götürərək Azərbaycana təsir etmək niyyətini açıqca ortaya qoyur. Bunlardan birincisi Azərbaycanın tarixən İranın bir parçası olduğu, ikincisi isə Azərbaycanda yaşayan əhalinin əslində fars olması, Səlcuqlu imperiyası zamanında onların “türkləşməsi”nin baş verməsi iddialarıdır.
Hazırda fars rejimi bu iki uydurma fikirlə sadəcə Azərbaycana basqı gerçəkləşdirmir, eyni zamanda Güney Azərbaycanda yaşayan soydaşlarımızı bu fikirlərə inandırmaqla onları həm bizdən qoparır, eyni zamanda assimilyasiya siyasəti həyata keçirir.
Onu da vurğulamaq gərəklidir ki, “İranı min illərdir Türklər idarə edib” cümləsini işlətmək də yanlışdır. Çünki, bu fikir farsların uydurduqları “Azərbaycan İranın bir parçasıdır” fikri ilə üst-üstə düşür. Orta Çağda “İran” və “Azərbaycan” coğrafiyalarının dəqiq təsvirinin təqdim olunması bu fikirlərimizi doğrulayacaq.
İlk olaraq“Azərbaycan” adının Orta Çağ qaynaqlarında necə xatırlandığına baxaq.
Bu ad ilk dəfə Dərbənd daşları üzərində həkk olunub və orada bildirilir ki, “Bura və burdan aşağılar Adurbadaqan/Azərbaycandır.” Bu, onu deməyə əsas verir ki, Azərbaycanın quzey sərhədi Dərbənd şəhəridir. Lakin, bu daşlardan Azərbaycanın güney sərhədini müəyyən etmək mümkün olmur. Bunun üçünsə ərəbdilli qaynaqlara göz gəzdirilməlidir. Çox təəssüf ki, ərəbdilli coğrafi əsərlərdə dəqiq məlumatlar yoxdur. Bunun bir səbəbi odur ki, ərəbdilli coğrafiyaçıların çoxu Azərbaycanı görməyiblər. İkinci səbəb isə onlar antik yunan-roma coğrafiyaçılarının təsirinə düşmüş və bu əraziləri yanlış təsvir etmişdilər. Lakin, buraları öz gözləri ilə görən ərəbdilli tarixçilər Azərbaycan sərhədlərini daha dəqiq təsvir edirlər. Ərəb coğrafiyaçılarına görə, bu coğrafiya Azərbaycan və Arran kimi təqdim olunsa da, tarixçilər bu əraziləri başqa formada təsvir edir.
IX əsrdə yaşamış ərəb tarixçisi Əl-Bələzuri “Fütuhül-büldən” əsərində Azərbaycanın fəthini anladarkən Bərdə, Beyləqan, Muğan, Cilan, Şabran kimi şəhərlərin adını çəkir və Azərbaycanın mərkəzi şəhərinin Ərdəbil olduğunu vurğulayır. Əsərdə Azərbaycanın fəthi ilə bağlı məlumat verilərkən Arran adı çəkilmir. IX yüzillikdə yaşamış Əbu Cəfər Məhəmməd bin Cərir ət-Təbəri özünün “Tarixüt-Təbəri” adlı əsərində Azərbaycan haqqında daha dəqiq məlumat verir:
“Əcəmin Atəşgahları orda (Azərbaycanda) idi. Pəhləvi dilində atəşə “ezer” deyirlər. Ona görə əcəm xalqı bura Azərbaycan adını vermişlər. Ən böyük atəş məbədi ordadır. (Ərazisi) Həmədan tərəflərdən başlayıb, Zəncan və Əhərdən davam edib, ta Dərbəndi-Xəzərə qədər uzanır.… Ərəbcədə ora (Dərbəndə) əl-Bab deyirlər”.
Ət-Təbəri əsərinin başqa bir yerində yazır:
“Hz. Səmak Bəkirin Xəlifə Hz. Ömər bin Xəttaba yazdığı məktub da diqqətdən kənarda qalmamalıdır. “İsfəndiyarı məhbus etdim. (Hələlik) Azərbaycanda müharibə aparmıram. Dərbəndə çatında orda dərbəndlilərlə savaşıb oranı fəth edəcəm”.
IX yüzillik ərəb coğrafiyaçısı İbn Havqəlin “Sürətül-ərz” adlı əsərində “Azərbaycan xəritəsi” cızmış və bura Azərbaycanın əsas hissəsi ilə bərabər Arran, Muğan, Şirvan və Ərməniyyəni (Ərməniyyə ərəb dilli coğrafi ədəbiyyata antik qaynaqlardan keçmişdir və indiki ermənilərlə heç bir bağlantısı yoxdur. Ermənilər özlərinə “hay” adlandırırlar) daxil etmişdir. Beləliklə, anlaşılır ki, Azərbaycanın ərazisi Həmədan şəhərindən başlayır Dərbənd şəhərinə qədər davam edir.
İndi isə İranın haranı çevrələdiyinə bir nəzər salaq. Qeyd etmək lazımdır ki, “İran” adı Orta Çağ qaynaqlarının çoxunda yoxdur. Çox az saylı qaynaqlarda “İran” və ya “İranşəhr” kimi işlədilir ki, bu da indiki İranı əhatə etmir. Ərəb coğrafiyaçı Yaqut əl-Həməvinin “Məcməül-buldən” əsərini və bu əsərin Səfiəddin Əbdülmömin bin Əbdülhaqq əl-Bağdadi tərəfindən yığcam formaya salınmış “Mərasitül-ittila əla əsmail-əmkinə vəl-bika” adlı əsərində “İran” sözcüyü belə xatırlanır:
“Bura İraq, fars, əl-Cibal və Xorasanı bir araya gətirən biladın (şəhərin) adıdır. Yenə bura bütün iqlimlərə görə orta iqlimdir”.
Bu əsər İranın sərhədlərini dəqiq göstərir və Azərbaycandan güneydə bir bölgə olduğunu açıqca göstərir. Eyni zamanda “İran” anlamı avropalıların “Persiya” adlandırdıqları Haxamanış (Əhəmənilər) imperiyasının əhatə etdiyi torpaqlar deyildi. Bu qavram Antik Çağda istifadə edilsə də Orta Çağda dünyanın coğrafiyası dəyişmişdi. Həmçinin Persiya bir qavram olaraq və “fars”, nə də “İran” anlamlarını ifadə etmir. Farsdilli qaynaqlarda da çox hallarda bu ada rast gəlinmir, lakin bir neçəsi istisna təşkil edir. Fəzlullah Rəşidəddin Həmədaninin “Cameüt-təvarix” əsərinin “Tarixi-mübarəki-Qazan” cildində Hülakü xanın öncə İrana, ardından Azərbaycan gəlməsi təsvir olunur. Bu da yuxarıda Yaqut əl-Həməvinin fikrini bir daha təsdiq edir.
Daha bir irəli sürülən iddia: bu coğrafiyalarda Türk hakimiyyəti qurulduqdan sonra əhali türkləşərək assimilyasiya oldumu? Bunun üçün iki məqama diqqət yetirmək lazımdır. Birincisi, Türk hökmdarları belə bir siyasət aparmışdılarmı?
Həm Qaraxanlı və Qəznəli, həm də Səlcuqlu tarixinə nəzər saldıqda fərqli bir mənzərə ilə qarşılaşırıq. Hər üç dövlətin rəsmi yazışma dili fars dili idi. Fars dili məhz bu dövlətlər zamanında inkişaf etdi, Firdovsi öz “Şahnamə” əsərini bu zaman yazdı. Səlcuqlular zamanında işə sadəcə fars dilini bilən katiblər götürülürdü. Hətta, Əbu Reyhan əl-Biruni və Nizami Gəncəvi Türk dilində əsər yazmaq istəmiş, lakin məmurlar buna etiraz etmişdi və onlar məcburən yad dillərdə yazmışdılar. Bu faktlar göstərir ki, deyilənlər uydurmadır.
Azərbaycanda türklərin varlığını ilkin qaynaqlar da sübut edir. Antik qaynaqlardan bu coğrafiyalarda Türk əsilli İskit, Sak və Kimmerlərin yaşadıqları izləmək mümkündür. Musa Kalankatuklunun “Alban tarixi” əsərində Azərbaycanda hunların yaşadığını, eyni zamanda burada Sanatürk adlı bir hakimin olduğunu görmək mümkündür. Bu baxımdan ən dəqiq bilgiləri ərəbdilli qaynaqlar verir. Ət-Təbəri özünün “Ər-Rəsul vəl-mülk” əsərində yazır:
“Və həmin il (H. 89) Məsləmə bin Əbdülməlik Azərbaycan bölgəsində Türk qəzasına (məntəqəsinə) çatdı. Ta Dərbəndə qədər irəlilədi. Bir çox qala və şəhər ələ keçirdi”.
İbn Kəsr də özünün “Əl-bidayə vən-nihayə fit-tarix” əsərində bildirir:
”Bu ildə (H.89) Küteybə bin Müslim Türk bölgələrinə hərəkət etdi. Azərbaycan tərəflərdəki Babül-Əbvab (Dərbənd) şəhərinə çatdı. Çoxlu sayda qala və şəhərləri fəth etdi”.
Əl-Məsudinin “Mürucüz-zəhəb” əsərində Xəzər dənizi ətrafında türk qəbilələrinin yaşadığı haqqında yazır:
“...Bu dənizin müxtəlif sahillərində insanlar yaşamaqdadırlar. Bu dəniz Babül-Əbvab, Xəzər, Gil, Deyləm, Cürcan, Təbəristan dənizi adı ilə də tanınır. Ətrafında müxtəlif Türk qəbilələri yaşayırlar. Bir tərəfi Xorasandan Xarəzmə birləşir”.
Azərbaycanın Türk yurdu olmasını İbn Hişam özünün “Kitabüt-tican fi-mülkü Himyər” adlı əsərində Xəlifə Müaviyə ilə IX yüzillik ərəb tarixçi-coğrafiyaçısı İbn Übeyd bin Şəriyə ilə söhbətində aydın şəkildə əks olunur. Xəlifə Azərbaycan haqqında İbn Übeyddən xatirəsini soruşarkən o da belə cavab verir “Ora Türk torpağıdır. Orada Türklər cəm halda məskunlaşmışlar.” Bir çoxları bunu Cürhumiyə aid etsələr də bu faktın ilk işləndiyi yer məhz İbn Hişamın əsəridir. Qaynaqlardakı bilgiləri birlikdə təhlil edərək belə sonuca varmaq mümkündür ki, Dərbənddən Həmədana qədər uzanan Azərbaycan ən əskidən Türk yurdu olmuşdur.
Deyilən fikirlərin təsdiqi kimi Mahmud Kaşğarlının “Divani-lüğət it-Türk” əsərindəki yeganə Türk dünyasının xəritəsinə diqqət yetirmək lazımıdır. İndiki Anadolu coğrafiyasından Yaponiyaya qədər uzanan Asyanın ərazisini əhatə edən xəritədə Azərbaycan adına rast gəlinsə də İran adı bu xəritədə yoxdur. Bu onu deməyə əsas verir ki, Azərbaycan Türk dünyasının bir parçası idi. İran Orta Çağda iddia olunan kimi İran nəinki geniş bir ərazini əhatə etmir, heç onun adı da çəkilmirdi.
Gerçəkdən də çağdaş dövrün iddiaları ilə tarix fərqli düşüncələr sərgiləyir və guya tarixə dayanaraq özünü qədim və dərin gələnəyi olan bir coğrafiya kimi göstərərək indi hanasısa ölkəyə təsir etməyə cəhd etmək əsassızdır. Fakt odur ki, min illərdir Güneyində və Quzeyində Türklərin yaşadığı Azərbaycanın ərazilərinin çox hissəsi başqa dövlətlərin tərkibindədir.
| ['Güney Azərbaycan', 'Azərbaycan'] |
41 | https://kayzen.az/blog/azerbaycan/27992/k%C9%99la%C4%9Fay%C4%B1-ip%C9%99k-kimi-tarix.html | Kəlağayı - İpək kimi tarix | nigarm | Azərbaycan | 11 aprel 2023, 12:41 |
İncəlik və zəriflik nümunəsi olan kəlağayı, qədim zamanlardan günümüzədək xanımlarımızın sevimli aksesuarıdır. Bu zərif baş örtüyü müasir dövrdə də öz aktuallığını qoruyub saxlayır. Qədim zamanlar gəncliyə addım atan hər bir xanıma, elçilikdə ailə həyatı quracaq xanıma kalağayı hədiyyə edərdilər. Kalağayı Azərbaycan adətlərinə xüsusi rəng qatan dəyərdir. Qızlar sevdikləri oğlanın elçi göndərməsinə razılığı ona kəlağayısını verməklə bildirərdilər. Kəlağayını oğlana bağışlayan qız eşqinə ömürlük sadiq qalacağına and içərmiş. Ənənəyə görə, yeni qurulan ailədə uşaq dünyaya gələn zaman onu, anasının gəlin gedərkən başına örtdüyü qırmızı kəlağayıya bükərmişlər. Gənc qızların, orta və yaşlı qadınların örtdüyü kəlağayılar bir-birindən fərqlənirdi. Adətən, toy zamanı gəlinin başına qırmızı kəlağayı örtər, yasda hər kəs qara kəlağayıya bürünərdi. Gənc qadınlar və qızlar kəlağayını “örpək”, yaşlı qadınlar isə “çalma” və ya “dingə” üsulu ilə bağlayardılar. Bu adət indi də davam edir. Qısacası kalağayı Azərbaycan xanımının qarderobunda daim xüsusi yerdə olub və olmağa da davam edir. Araşdırdıqca görürsən ki, kəlağayı sosial fərqləri də aradan qaldırıb, varlı qadınların kəlağayısı yoxsul qadınların kəlağayısından çox seçilməyib. İndi isə gəlin kalağayının tarixinə nəzər salaq. Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır.
Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı paytaxt Bakıdan 165 km. şimal qərbdə yerləşən İsmayıllı rayonun Basqal qəsəbəsində və elə həmin səmtdə, lakin 320 km. məsafədə olan Şəki şəhərində daha geniş yayılmışdır.Kəlağayının daha çox məhz bu bölgələrdə toxunmasının və yüksək keyfiyyətinin səbəbi, heç şübhəsiz Şəki ipəyidir. Kəlağayının hazırlandığı bu unikal parçanın yaranması özü böyük prosesdir, tarixi isə çox qədimdir.
Azərbaycanda ipəkçilik qədim zamandan təşəkkül tapıb böyük inkişaf yolu keçmişdir. Tədqiqatlar göstərir ki, Şəkidə ipəkçiliyin tarixi hələ miladdan əvvəlki dövrlərə təsadüf edir. Şəki uzun illər Azərbaycanda, eləcə də Qafqazda ipəkçiliyin mərkəzi olmuşdur. XIX əsrdə dünyada ən böyük ipəksarıma fabriki məhz Şəkidə fəaliyyət göstərirdi. Şəki ipəyi nəinki Azərbaycanda, həmçinin Şərq ölkələrində, Avropada, Rusiyada da tanınır və yüksək qiymətləndirilirdi. Hətta II Nikolayın çarlığı dövründə rus imperiyasında tədavülə buraxılan beşyüzlük əsginazlara əzilməməsi, qırışmaması üçün məhz Şəki ipəyi qatılırdı. 1862-ci ildə Londonda keçirilən beynəlxalq sərgidə Şəki ipəyi medala layiq görülmüşdü. Fransanın Lion şəhərinin Sent-Etyen şirkəti Şəki ipəyinin daimi alıcılarından idi. Təsadüfi deyil ki, XIX əsrin əvvəllərində Şəkini ipəkçilikdə qazandığı uğurlarına görə “Qafqazın Lionu” adlandırırdılar. Elə bu səbəbdən kəlağayı istehsalı ilə məşğul olan yerli əhali ipəyi adətən Şəkidə hazırlayıb, kəlağayını isə Basqalda yaradırdılar. Beləcə iki bölgə arasında müəyyən qədər məsafə olsa da, onların yollarını, elə məhz kəlağayı bağlayırdı.Müxtəlif illərdə ölkəmizdə səfərdə olmuş A.Oleari, A.Cenkinson, E.Çələbi, A. Düma, F.Kotov kimi səyahətçi və diplomatlar öz qeydlərində kəlağayıdan ağız dolusu danışmışdılar. 1870-ci ildə Basqal kəlağayısı Londonda keçirilən sənət sərgisində gümüş medala layiq görülmüşdür. Azərbaycanda kəlağayıçılığın dəqiq tarixi məlum deyil. Bu barədə fikirlər müxtəlifdir. Akademik Ə.Əlizadə “Hüdud-əl-aləm” əsərinə istinadən X əsrdə toxuculuğun əsas mərkəzlərindən olan Bərzənd şəhərində baş örtüyü istehsal olunduğunu qeyd edir. Ancaq hansı baş örtüyündən danışıldığı bilinmir. “Əcaib-əd-dünya” adlı XIII əsrə aid anonim mənbədə Təbrizin sənət məhsulları içərisində güləbətinlə tikilmiş xüsusi baş örtüyünün adı çəkilir. Sənətşünaslıq doktoru S.Sadıxova XVI əsrin 70-ci illərinə aid miniatür sənəti nümunələrində sadə (aşağı) zümrədən (təbəqə) yünün Şamaxıda mövcudluğundan bəhs edir. Məşhur türk səyyahı Evliya Çələbinin Naxçıvan kişilərinin qələmkar parçadan köynək geydikləri haqqında məlumatı, hələ XVII əsrə qədər Azərbaycanın toxuculuq mərkəzlərində basmanaxış üsulu ilə bəzək texnikasının özünün yüksək inkişaf mərhələsində olduğunu sübut edir. Şəkidə də əl dəzgahı ilə kəlağayı toxunmasının 500 ilə yaxın tarixi olub. Bu tarix qonşu Xanabad və ümumən Ərəş mahalı toxuculuğu ənənələri ilə eyni yaşda, eyni xarakterdədir. Əgər Xanabad ipək parça toxuculuğunun ən bariz nümunələri olan qanovuz, darayı, alafa ilə şöhrətlənibsə, Şəki özünün müxtəlif ölçülərdə olan ağ, qara, soğanı, innabı və s. kəlağayıları ilə öyünüb. Kəlağayı istehsalı Azərbaycanda basmanaxış sənətinin bir sahəsini təşkil edib. Bu sənət sahəsi XIX-XX əsrin əvvəllərində daha çox Şəki, Gəncə, Şuşa və Şirvanın Basqal və Mücü kəndlərində geniş yayılıb. Təkcə Basqalda XX əsrin əvəlində 1500 dəzgaha malik 900 kustar şərbafxana (toxuma emalatxanası) vardı ki, burada il ərzində 1 milyon 800 min ədəd kəlağayı istehsal olunub. Bir kalağayının hazırlanmasında bir çox insanın imzası olur. Kalağayının rənglənməsi, naxış vurulması və s.Toxucu (tərrax) (kəlağayı toxuyan), boyaqçı (kəlağayını boyayan), qəlibçi (qəlibin köməkliyi ilə kəlağayıya müxtəlif naxışlar vuran), kəlağayıçı (ornamentalist sənətkar). Bu proseslərdən ən qəlizi boyaqçının işi hesab edilir.
Çünki lazım olan rəngi qaynar suda olan kalağayıya vermək incə duyum və zövq tələb edir.
Bu o qədər də asan iş deyil. Kəlağayının rənglənməsində adətən sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və s. bitkilərindən istifadə edilir.
Kəlağayıya daha da zəriflik qatan naxışları dəmir və taxta qəliblər vasitəsilə vururlar.
Kəlağayının yeləni (haşiyəsi), bəzən də xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və ya nəbati naxışlarla bəzədilir. Kəlağayıya vurulan naxışlar özündə böyük məna ehtiva edir.
Kəlağayıda olan hər bir naxışın öz mənası var. Ən çox sevilən və üstünlük verilən naxış isə butadır
.
Bu naxış «balalı buta», «küsülü buta», «qovuşan buta», «qönçə buta» və s. bir çox növə ayrılır. Onu da qeyd etmək lazımdır ki, tədqiqatçılar butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğunu ehtimal edirlər. Kəlağayıları onlara vurulan naxışlara diqqət edərək hansı bölgəyə aid olduğunu anlamaq olar.
Məsələn Şəki və Basqal kəlağayıları içərisində “Şah buta”, “Saya buta” və “Xırda buta” çeşniləri ilə digərlərindən seçilir.
“Heyratı”, “Soğanı”, “İstiotu”, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar isə vaxtı ilə Yaxın Şərq və Qafqaz xalqları arasında böyük şöhrət qazanmışdı.Kəlağayı bu gün də Azərbaycanda geyim elementi kimi istifadə olunur və çadradan fərqli olaraq onun dinlə heç bir əlaqəsi yoxdur. Adına şeirlər, qəzəllər yazılan, Azərbaycan xanımının nəcibliyinə naxış kimi yaraşan kalağayı bizim heç vaxt itirməyəcəyimiz bir dəyərdir. Qeyd edək ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə qurumun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Qeyd: Hal-hazırda Basqalda “İnkişaf” Elmi Təşkilatın təşəbbüsü ilə “Kəlağayı” Mərkəzi fəaliyyət göstərir. Burada bütün kəlağayı ənənələri tamamilə bərpa olunmuşdur. Həmçinin Basqalda unikal interaktiv “Kəlağayı” muzeyi yaradılmışdır. Bura gələn ziyarətçilər nəinki kəlağayının tarixi və ənənələri ilə tanış olurlar, eləcə də sənətin yaranma prosesini canlı görüb, hətta məhsulun hazırlanmasında da iştirak edə bilərlər. Kəlağayı yalnız Basqalda yerləşən muzeydə deyil, eyni zamanda Moskvada Dövlət Şərq Xalqlarının İncəsənət Muzeyində, Bakıda Milli Tarix Muzeyində, Azərbaycan İncəsənət Muzeyində xalqımızın məişətində və həyatında oynadığı böyük rol kimi təqdim olunur. Əminliklə deyə bilərik ki, kəlağayı daim Azərbaycan xalqının ayrılmaz hissəsi kimi yaşayacaq. Çünki kəlağayı ənənəsini yalnız bu sənətlə məşğul olanlar deyil, bütünlükdə xalq yaşadır.
| ['kəlağayı', 'kəlağayı sənəti', 'boyaqçılıq', 'ipək milli geyimlər', 'milli bəzək elementi', 'kelagayi haqqinda', 'kelagayi'] |
42 | https://kayzen.az/blog/logika/27987/y%C3%BCks%C9%99li%C5%9F-m%C3%BCsabiq%C9%99sinin-imtahan-suallar%C4%B1-d%C3%BCnya-%C3%BCzr%C9%99-sual-bloku.html | "Yüksəliş" müsabiqəsinin imtahan sualları - Dünya üzrə sual bloku | luminat | Məntiq və IQ | 10 aprel 2023, 00:55 |
Sual 1Yüzillik müharibə hansı ölkələr arasında baş vermişdir?Fransa ilə İngiltərəİtaliya ilə AlmaniyaFransa ilə Almaniyaİspaniya ilə Fransaİngiltərə ilə AlmaniyaDüzgün cavab: Fransa ilə İngiltərə Sual 2Quru üzərindən ən çox ölkə ilə sərhədi olan dövlət hansıdır?BraziliyaAmerika Birləşmiş ŞtatlarıRusiya FederasiyasıKanadaÇin Xalq Demokratik RespublikasıDüzgün cavab: Rusiya FederasiyasıSual 3Dünyanın antik (klassik) dövrə aid yeddi möcüzəsinin yer aldığı ölkələrdən biri:İtaliyaİranÇinHindistanTürkiyəDüzgün cavab: TürkiyəSual 4BMT-nin rəsmi dillərindən biri deyil:almanispanrusingilisərəbDüzgün cavab: almanSual 5Əhalisinin sıxlığına görə dünyada birinci yeri tutan ölkə:ABŞYaponiyaHindistanÇinBanqladeşDüzgün cavab: BanqladeşSual 6Əsərlərdən hansı L.Tolstoya aiddir?“Cinlər”“Anna Karenina”“Cinayət və cəza”“Karamazov qardaşları”“İdiot”Düzgün cavab: “Anna Karenina”Sual 7Hansı ixtira sənaye inqilabında böyük rol oynamışdır?kağızkompastəkərbuxar maşınımexaniki saatDüzgün cavab: buxar maşınıSual 8Qış turizminin inkişaf etdirilməsi üçün təbii-coğrafi şəraiti nisbətən az əlverişliliyə malik olan ölkə:FinlandiyaKanadaNorveçHollandiyaİsveçDüzgün cavab: HollandiyaSual 9Çin səddi bilavasitə hansı məqsədlə tikilmişdir?Göytürklərin hücumlarından qorunmaq üçünHun türklərinin hücumlarından qorunmaq üçünKəndlilərin ölkəni tərk etməsinin qarşısını almaq üçünDaxili ticarəti xarici iqtisadi müdaxilələrdən qorumaq üçünMonqolların hücumundan qorunmaq üçünDüzgün cavab: Hun türklərinin hücumlarından qorunmaq üçünSual 10Bir neçə sözdən ibarət məşhur “Ən qısa hekayələr” müəllifi kimi tanınan yazıçı:ServantesHeminqueyQoqolŞekspirMopassanDüzgün cavab: HeminqueySual 11Renessansın ortaya çıxdığı İtalyan şəhəri:MilanRomaFlorensiyaVenesiyaTurinDüzgün cavab: FlorensiyaSual 12Ən çox biomüxtəlifliyə malik olan təbii zona hansıdır?Tropik səhralarEkvatorial meşələrArktik səhralarİynəyarpaqlı meşələrYüksək dağ landşaftlarıDüzgün cavab: Ekvatorial meşələrSual 13Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi:MolyerDefoStendalŞillerDanteDüzgün cavab: MolyerSual 14Hansı kollektiv hərbi müdafiə təşkilatıdır?ATƏTNATOMDBAvropa Birliyiİslam Konfransı TəşkilatıDüzgün cavab: NATOSual 15ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri hansılardır?1. İngiltərə2. ABŞ3. Fransa4. Türkiyə5. Rusiya2, 3, 51, 2, 31, 2, 41, 4, 53, 4, 5Düzgün cavab: 2, 3, 5Sual 16Öz dövrünü qabaqlayan və hələlik hər kəs tərəfindən qəbul edilməyən yeni incəsənət nümunələrinə verilən ad:avanqardpostmodernizmvirtuoznovatoreksponatDüzgün cavab: avanqardSual 17Qərbi Avropa ölkələrinin yüksək iqtisadi inkişafının nəticələrindəndir:1. “Demoqrafik partlayışın” yaranması2. Xammaltutumlu sahələrin payının artması3. Əhalinin “qocalması” prosesinin dərinləşməsi4. Qeyri-istehsal sahələrinin payının artması5. Əhalinin təbii artımının azaldılması üçün demoqrafik siyasətin aparılması2, 51, 23, 44, 51, 3Düzgün cavab: 3, 4Sual 18Avropanın ən uzun çayı hara tökülür?Xəzər dənizinəAtlantik okeanaŞimal dənizinəQara dənizəAralıq dənizinəDüzgün cavab: Xəzər dənizinəSual 19Birinci və İkinci dünya müharibələrinə aid oxşar cəhət:Fransa və İngiltərənin bir-birinə qarşı vuruşmasıAlmaniya və müttəfiqlərinin məğlub olmasıTürkiyənin bitərəf olmasıHərbi əməliyyatların Qərbi Avropa və Şimali Amerikada aparılmasıAlmaniya və Yaponiyanın müttəfiq olmasıDüzgün cavab: Almaniya və müttəfiqlərinin məğlub olmasıSual 20“Soyuq müharibə” hansı dövrü əhatə edir?XX əsrin birinci yarısınıSSRİ-nin dağılmasından hazırkı dövrədəkSSRİ-nin Əfqanıstana hərbi müdaxiləsindən SSRİ dağılanadəkII Dünya müharibəsi başa çatandan SSRİ dağılanadəkI Dünya müharibəsindən II Dünya müharibəsinədəkDüzgün cavab: II Dünya müharibəsi başa çatandan SSRİ dağılanadəkSual 21Roma şəhərinin əsas simvolu hesab olunan memarlıq abidəsi:Zəfər tağıSofiya məbədiKolizey məbədiLotus məbədiVersal sarayıDüzgün cavab: Kolizey məbədiSual 22Yazdığı səyahət qeydləri (xatirələri) sayəsində qərbdə şərqşünaslıq elminin yaranmasına böyük töhfə vermiş məşhur avropalı səyyah:Marko PoloVasko da QamaXristofor KolumbErasmusRafaelloDüzgün cavab: Marko PoloSual 23Latın Amerikası ölkələrinin əksəriyyətində dövlət dili hansıdır?almanispanportuqalfransızingilisDüzgün cavab: ispanSual 24OPEC təşkilatına üzv olan ölkələrin ortaq xüsusiyyəti:Hər birində neft ixrac edilir.Hər biri dünyanın siyasi arenasında mühüm yer tutur.Heç birində ekoloji cəhətdən problem yaşanmır.Hər biri inkişaf etmiş ölkədir.Hər biri hərb sahəsi üzrə ixtisaslaşıb.Düzgün cavab: Hər birində neft ixrac edilir.Sual 25Daha sonra baş vermişdir:Səlib yürüşləriXristianlığın iki böyük qola ayrılmasıAzərbaycanda İslam dininin yayılmasıMüsəlmanların İspaniyanı ələ keçirməsiXalqların böyük köçüDüzgün cavab: Səlib yürüşləri
| ['yüksəliş müsabiqəsinin sualları', 'yüksəliş müsabiqəsi imtahan sualları', 'Yüksəliş sualları'] |
43 | https://kayzen.az/blog/logika/27985/y%C3%BCks%C9%99li%C5%9F-m%C3%BCsabiq%C9%99sinin-imtahan-suallar%C4%B1-m%C3%BCasir-trendl%C9%99r.html | "Yüksəliş" müsabiqəsinin imtahan sualları - Müasir trendlər | luminat | Məntiq və IQ | 10 aprel 2023, 00:48 |
Sual 1“Urbanizasiya” anlayışının düzgün mənası:İnkişaf etməkdə olan ölkələrdə əhalinin sayının kəskin şəkildə artmasıdır.İnkişaf etməkdə olan ölkələrdə əhalinin sayının kəskin şəkildə azalmasıdır.Müxtəlif səbəblərdən (iqtisadi problemlər, siyasi repressiya, ekoloji gərginlik və s.) bir ölkədən digərinə əhalinin köçməsidir.Bir xalqın öz dini, mədəniyyəti və milli şüurunu itirməklə başqa bir xalqa qarışmasıdır.Dünya, region, ölkə əhalisi içərisində şəhər əhalisinin sayı və payının artması, şəhərlərin rolunun yüksəlməsi, şəhər həyat tərzinin yayılmasıdır.Düzgün cavab: Dünya, region, ölkə əhalisi içərisində şəhər əhalisinin sayı və payının artması, şəhərlərin rolunun yüksəlməsi, şəhər həyat tərzinin yayılmasıdır. Sual 2Hansı Greenpeace təşkilatının fəaliyyət sahələrindən biri deyil?dövlətlər qarşısında təkliflərlə çıxış etməkəsas insan hüquq və azadlıqlarının təbliğ etməkətraf mühitə mənfi təsir edən amilləri müəyyənləşdirməkelmi araşdırmalar həyata keçirməkictimai rəyə təsir göstərməkDüzgün cavab: əsas insan hüquq və azadlıqlarının təbliğ etməkSual 3İnternet televiziyaları ilə bağlı doğru fikri müəyyən edin.1. Müxtəlif məzmunlu proqramlara yer verilir.2. Yalnız kompüterlər vasitəsilə izləmək mümkündür.3. Yayımın keyfiyyəti müxtəlif istifadəçilərdə fərqli ola bilər.4. Yayımlarının əhatə dairəsi məhduddur1, 33, 42, 31, 22, 4Düzgün cavab: 1, 3Sual 4Kriptovalyutalarla bağlı doğru cavabı müəyyən edin.I. Hər bir kriptovalyutaya aid xüsusi banknotlar mövcuddur.II. Hələlik heç bir dövlətdə hər hansı şəkildə istifadəsinə icazə verilməyib.III. Kompüterlər vasitəsilə müəyyən proqramlardan istifadə etməklə kriptovalyuta istehsal etmək mümkündür.I və IIYalnız III və IIIYalnız IIYalnız IIIDüzgün cavab: Yalnız III Sual 5Son 20 ildə aşağıdakı şəhərlərin hansında Yay Olimpiya Oyunları keçirilməmişdir?AfinaParisPekinRio de JaneyroLondonDüzgün cavab: ParisSual 6Geniş kütlə hansı anlayışı ilk dəfə COVID-19 infeksiyası ilə mübarizə dövründə eşitdi?distant təhsilsosial məsafəkarantinizolyasiyatibbi maskaDüzgün cavab: sosial məsafəSual 7Mərkəzi Asiyada yerləşən bu göl antropogen təsirlər nəticəsində hövzəsi quruyaraq səhralara çevrilmiş, yerləşdiyi regionda qlobal problemlər yaranmasına səbəb olmuşdur:BaykalXəzərİssikulBalxaşAralDüzgün cavab: AralSual 8Hansını (və ya hansıları) qloballaşmanın təzahür etdiyi sahələrə aid etmək olar?I. İqtisadiII. SiyasiIII. TexnolojiYalnız I və IIYalnız II, II və IIIYalnız II və IIIYalnız IIDüzgün cavab: I, II və IIISual 9Hansı “Big data”-nın xüsusiyyətlərindən deyil?Sistem böyük həcmli dataların daxil olmasına və mübadiləsinə imkan verməlidirDatalar emal edildikdən sonra əlavə dəyər yaratmalıdırToplanan datalar eyni növ və formatda olmalıdırDaxil edilən datalar etibarlı və doğru informasiya ehtiva etməlidirMəlumatları hazırlanması və emalı sürətli olmalıdırDüzgün cavab: Toplanan datalar eyni növ və formatda olmalıdırSual 10Rəqəmsal texnologiyaların və sosial şəbəkələrin geniş istifadəsi mühitində böyüyüb formalaşan nəsli ifadə etmək üçün istifadə edilən anlayış:“Z” nəsli“X” nəsli“β” nəsli“Səssiz” nəsil“Uşaq bumu” nəsliDüzgün cavab: “Z” nəsliSual 11Amazon şirkətinin fəaliyyət sahələrindən biridir:kompüter proqramçılığıelektron ticarətkiber təhlükəsizliksosial mediatəhsilə dəstəkDüzgün cavab: elektron ticarətSual 12Avropa ölkəsi olmasına baxmayaraq, Avropa Birliyinə üzv olmayan ölkə hansıdır?NorveçFinlandiyaDanimarkaLüksemburqİsveçDüzgün cavab: NorveçSual 13COVID-19 infeksiyasının ortaya çıxdığı ilk həftələrdə hansılar haqqında birmənalı fikir yox idi?1. ilk vaksinin istifadə veriləcəyi tarix2. xəstəliyin yoluxucu olub-olmadığı3. gigiyenik tədbirlərin vacibliyi4. neçə dəfə qapanmaların olacağı2, 31, 41, 22, 43, 4Düzgün cavab: 1, 4Sual 14Müstəqil Azərbaycanın ilk qadın olimpiya çempionu:Şabanovaİ. AşumovaŞubinaStadnikMeftahəddinovaDüzgün cavab: Z. MeftahəddinovaSual 15Hansı sosial medianın bir xüsusiyyətidir?Müəyyən yaş limitindən aşağıda yer alanların bütün sosial media resurslarından istifadəsinə mane olan mexanizmlər vardır.Yazılı sosial media yayımlarının məzmununda istənilən vaxt düzəliş etmək mümkündür.Ünsiyyət tək tərəflidir.Sosial media tətbiqlərinə müəyyən vaxt limitlərində qoşulmaq mümkündür.Əhəmiyyətli görülən hər hadisəni sosial mediada paylaşmaq mümkün deyil.Düzgün cavab: Yazılı sosial media yayımlarının məzmununda istənilən vaxt düzəliş etmək mümkündür.Sual 16Peyk sisteminin istifadə məqsədlərinə aiddir:hava haqqında məlumatların əldə edilməsiYalnız GPS-dən istifadəcihazlar arasında kabel rabitəsinin təmin edilməsiKompüterlərdə proqram təminatının yenilənməsiİstehsal prosesinin avtomatlaşdırılmasıDüzgün cavab: hava haqqında məlumatların əldə edilməsiSual 17Aşağıdakılardan hansı (və ya hansılar) bərpa olunan enerji mənbələrinin əhəmiyyətini daha da artırır?II. Neft və təbii qaz kimi mənbələrin mövcud ehtiyacı təmin etməməsiII. Digər enerji mənbələrinin ətraf mühitə zərər vurmasıIII. Digər enerji mənbələrinin tükənən olmasıII və IIIYalnız IIII və IIYalnız IYalnız IIDüzgün cavab: II və IIISual 18Çoxfikirlilik, çoxpartiyalılıq adlanır:plüralizmsosializmlegitimlikqlobalizmsentrizmDüzgün cavab: plüralizmSual 19Mühafizəkarlıqla (konservatizm) bağlı doğru cavabı müəyyən edin.I. Xüsusi mülkiyyətə qarşıdırlar.II. Adət-ənənələrə önəm verirlər.III. Müasir olan hər şeyi rədd etmirlər.Yalnız IYalnız III və III və IIIII və IIIDüzgün cavab: II və IIISual 20Yüksəliş layihəsi ilə bağlı aşağıdakı fikirlərdən hansı doğrudur?Müsabiqədə iştirak üçün idarəetmə sahəsində ali təhsil almaq tələb olunur.Müsabiqənin bütün mərhələləri yalnız bir formatda keçirilir.Yüksək vəzifələrə təyin olunma imkanı yaradan yeganə vasitədir.Ölkəmizdə ilk dəfə 2022-ci ildə keçiriləcək.İnsan kapitalından ölkənin inkişafında istifadə imkanlarını genişləndirir.Düzgün cavab: İnsan kapitalından ölkənin inkişafında istifadə imkanlarını genişləndirir.Sual 21Hansı hazırda dövlətlərin həyati mənafelərindən ən əhəmiyyətlisidir?beynəlxalq təşkilatlara üzvlüktexnoloji asılılığa son qoymaqmüsbət demoqrafik göstəricilərə nail olmaqturizm sektorunu inkişaf etdirməktəhlükəsizlikDüzgün cavab: təhlükəsizlikSual 22Qlobal ekoloji problemlərdən olan Ozon dəliyinin genişlənməsi birbaşa təsir edər:I. Təsərrüfatın səmərəlilik göstəricilərinəII. Kosmik rabitənin keyfiyyətinəIII. Dəniz nəqliyyatının intensivliyinəI və III və IIIyalnız Iyalnız IIII və IIIDüzgün cavab: yalnız ISual 23Hansı “yaşıl enerji” növlərindən deyil?GeotermalBioqazBiokütləTəbii qazHidrogen enerjisiDüzgün cavab: Təbii qazSual 24Hansılar BMT tərəfindən 2015-ci ildə qəbul edilən Davamlı İnkişaf proqramının məqsədlərindəndir?1. yoxsulluğa son2. xidmət sektorunun xüsusi çəkisinin artırılması3. keyfiyyətli təhsil4. yerli idarəetmənin gücləndirilməsi1, 31, 22, 42, 31, 4Düzgün cavab: 1, 3Sual 25Hansı sinxron mesajlaşma vasitəsidir?MozillaOutlookSlaydYandexSkypeDüzgün cavab: Skype
| ['Yüksəliş sualları', 'yüksəliş müsabiqəsinin sualları', 'yüksəliş müsabiqəsi imtahan sualları', 'müasir trendlər'] |
44 | https://kayzen.az/blog/karyera/27933/az%C9%99rbaycanda-%C9%99n-yax%C5%9F%C4%B1-vakansiya-sayt%C4%B1-hans%C4%B1d%C4%B1r.html | Azərbaycanda ən yaxşı vakansiya saytı hansıdır? | kayzen | Karyera və yüksəliş | 28 mart 2023, 11:55 |
İşədüzəltmə agentlikləri, 5 manat verib CV hazırlatdırmaq, tanış-bilişə iş üçün müraciət etmək, “yaxşı iş olsa mənə deyərsən” tipli tapşırıqlar – artıq o vaxtlar geridə qalır. İndi texnologiyanın inkişafı ilə işaxtaranlar vakant işləri onlayn axtarış platformalarında tapa bilirlər. Bu araşdırmada “Azərbaycanda ən yaxşı vakansiya saytları hansılardır?” mövzusuna baxacağıq.Qeyd edək ki, araşdırmada 2 tərəf nəzərdə tutulur:HR, rekruter, şirkətin rəhbəri – işəgötürənIşsiz, daha yaxşı iş axtaran, əmək bazarını araşdırmaq istəyən – işaxtaran tərəf.Biz ən yaxşı saytları seçəndə həm işəgötürən, həm də işaxtaran üçün uyğun olmasını diqqətə almalıyıq.Əvvəldən razılaşaq ki, söhbət yerli saytlardan gedir. Linkedin, hh.ru və s. qlobal platformaları buraya aid etmirik.Həmçinin, məqsədimiz ən yaxşısını seçməkdir (ən çox adam girən, ən çox izləyicisi olan, ən premium yox).Müqayisəni necə aparaq?Saytları müqayisə etmək üçün bəzi parametrləri seçdim.Aktual gündəlik vakansiya paylaşımı – hər gün (daha doğrusu iş günlərində) heç olmasa 15-20 yeni vakansiya olmalıdır. Tanınmış şirkətlərin, bankların, holdinqlərin vakansiyası mütəmadi olaraq qoyulmalıdır.Şəhər və rayonlar üzrə kataloq – Qubada iş axtaran adam girib saytda onlarla, yüzlərlə elanı oxumaq məcburiyyətində olmamalıdır. Hər rayon, şəhər, region üçün ayrıca filtr və xüsusi səhifə olmalıdır. Maraqlıdır ki, ən çox ziyarət edilən jobsearch.az saytında bu sadə funksiya yoxdur.İxtisaslar üzrə bölgü – marketoloq, auditor, ofisiant – əslində, hər bir ixtisasın özünün ayrıca səhifəsi olmalıdır ki, müvafiq vakansiyaları axtaranda üzə çıxsın. Yerli saytların yalnız bir neçəsində bu mövcuddur.İxtisas kateqoriyaları üzrə bölgü – kataloq bütün saytlarda var, bu sahədə elə də ciddi problem yoxdur.Şirkət haqqında məlumat – şirkət haqda qısa məlumatı, onun ünvanını, sosial media hesablarını əlavə etmək imkanı varmı?İşəgötürənin ayrıca paneli – insan resurslarında işləyən mütəxəssis hər dəfə sayta e-mail yazmalıdır yoxsa öz panelində istədiyi formada hər şeyi idarə edə bilər?Video və ya foto yerləşdirmək imkanı – əksər saytlarda bu yoxdur. Əslində isə, HR menecer çalışmalıdır ki, iş elanının içində şirkət haqda, qoyulan vakansiya haqda vizual məlumat yerləşdirmək mümkün olsun.Vakansiya Içində mətnin tərtibatı (bold, italic, HTML, list items və s.) – yəqin ki, çoxlarınız görmüsünüz, boss.az saytında mətnin tərtibatı pisdir. Bir adamın keçmiş iş təcrübəsini oxuyana qədər adamın gözü qaralır.
Vəzifələr, öhdəliklər, əlaqə məlumatları və s. vizual olaraq aydın seçilməldiir. Son zamanlarda saytların dizaynı normallaşdığına görə indi bu problem aradan qalxır.Zəng və görüntü statistikası – hər vakansiyanı neçə nəfər gördü, neçə nəfər “müraciət et” düyməsinə tıkladı və s.?Rahat filtrasiyaFiltrasiya olmadan axtarış – ölkədə yalnız bir saytda, busy.az saytında kataloq deyil, axtarış mühərriki məntiqi ilə intuitiv yaxşı axtarış sistemi var. Smartjob və browser.az saytında da search engine məntiqi var, amma əla səviyyədə deyil.Məqalələr – karyera qurmaq, müsahibəyə hazırlaşmaq, iş dünyasının incəlikləri haqda məqalələr də əslində bir karyera saytının ayrılmaz tərkib hissəsi olmaldır. Yerli yeni saytların əksəriyyətində BLOQ bölməsində məqalələr yerləşdirilir. Amma köhnə saytlarda (jobsearch.az, boss.az, ejob.az) məqalələr yoxdur.İşaxtaranın ayrıca paneli – gözaltı etdiyim vakansiyalara baxmaq, əvvəl etdiyim müraciətləri görmək, özümə onlayn CV düzəltmək üçün işaxtaranın ayrıca paneli olmalıdır. Hellojob.az saytının CV hazırlamaq üçün olan hissəsi başqalarından daha yaxşı yaradılıb.Sosial media hesabları – Linkedin, İnstagram, Facebook və s.Telegram – etiraf edək ki, messencerlər həyatımızın ayrılmaz parçasına çevrilib. WhatsApp yaxud Telegram vasitəsilə yeni vakansiyalar haqda məlumat almaq bizə daha rahatdır nəinki sayta hər gün girmək. Demək olar ki, bütün iş saytlarının Telegram-da kanalı var. Amma unikal Telegram bot isə yalnız bir saytda var (busy.az).Aparılan analizin nəticəsini ümumi cədvəl şəklində aşağıda görə bilərsiniz:Müqayisəli cədvələ tam olaraq burada baxa bilərsiniz.Vakansiya saytlarının reytinqi1. Busy.azBusy.az saytının reytinqdə birinci yerə çıxması təəccüblü deyil:Saytda axtarış çox yaxşı işləyir: şirkət, ixtisas, bacarıq üzrə sürətli search funksiyası var.Vakansiya arxivində 100.000-ə yaxın iş elanı (ölkədə ən böyük arxiv) var. Bir şirkətin 5-6 il əvvəl qoyduğu vakansiyaları belə tapmaq mümkündürİnterfeysi sadədir, anlaşıqlıdır və iş axtaranlar üçün rahatdırKaryera və insan resursları haqda ən çox məqalə də buradadırƏn böyük üstünlük işaxtarma üçün Telegram botu funksiyasıdırƏsas minus (mənfi cəhəti) odur ki, vakansiyaya baxış və müraciət statistikası yoxdur. Başqa kriteriyalarda isə bütün digər saytları üstələyir.2. Hellojob.azHellojob.az, iş axtaran və işverənləri bir araya gətirən bir platformdur. Saytda geniş iş elanları, şirkətlər haqqında məlumatlar, interaktiv alətlər mövcuddur. İş axtaranlar sayt üzərindən CV-lərini göndərərək və ya elanlara müraciət edərək uyğun işi tapa bilərlər. İşverənlər isə vakansiyalarını saytda yerləşdirərək geniş bir iş axtaran kütləsinə çatmaq imkanı əldə edirlər.Statistik göstəricilərinə görə ölkədə 2-ci ən çox girilən saytdır.
Bu sayt xüsusilə də dizaynına görə rahatdır.3. Smartjob.azYeni olmasına baxmayaraq Azərbaycanda fəal olan iş axtarış saytlarından biridir. Sayt iş axtaranlar üçün müxtəlif sahələrdə iş imkanlarını təklif edir.
Elə bir qeyri-adi özəlliyi yoxdur, amma bir vakansiya saytı üçün lazım olacaq şeylərin çoxu yaxşı səviyyədə tətbiq olunub.4. Browser.azBrowser.az saytının dizaynı heç yaxşı deyil, rənglər içində adam itib-batır. Amma etiraf etmək lazımdır ki, saytın strukturu yaxşıdır. Hər ixtisasın, şəhərin, kateqoriyanın və s. ayrıca səhifəsi var.5. Jobsearch.az“Jobsearch.az” Azərbaycanın ən ilk iş elanı saytlarından biridir. 2005-ci ildən fəaliyyət göstərən sayt, Azərbaycan ərazisində müxtəlif sahələrdə iş axtaranların və vakant yerlər tələb edən şirkətlərin olduğu bir platformadır. Hazırda ən çox traffiki olan, ən çox adamın girdiyi sayt ölkədə birincidir. Vakansiyaları yerləşdirmək ödənişlidir.ən çox ziyarət olunandırtanınmış şirkətlər əksər hallarda vakansiyanı burada yerləşdirir.əvvəlki bərbad dizayndan əl çəkərək, indi minimalist, müasir dizaynda sayt hazırlayıblar.De-fakto olaraq ölkədə lider sayt olsalar da, funksionalı çox zəifdir. Maaş filtri rahat deyil, ixtisas üzrə axtarış yoxdur, hər xırrda şeyi düzəltmək üçün sayta e-mail yazmaq lazımdır və s.Offer.azAzərbaycanda ən çox ziyarət edilən iş axtarış saytlarından biridir. Saytın vakansiya bazası genişdir və istifadəçilər üçün hər zaman güncəl məlumatlar təqdim edilir. Sürətinə görə seçilir, mobil telefonda ən tez açılan saytdır.Ejob.azKöhnə interfeysi olan bu saytın aktiv vakansiyalarının sayı da digərlərinə nisbətən azdır. Loqoları iyrəncdir, sayt özündə etibarlı imic yaratmır.Boss.azLayihə fəaliyyətinə 2008-ci ildə başlayıb və hal-hazırda geniş vakansiya saytlarından biridir. Saytın interfeysi sadə, daha doğrusu primitivdir. Filtrləmə imkanları zəifdir, amma illər öncə ölkədə ən populyar vakansiya saytlarından biri idi. Əsasən aşağı maaşlı işlər burada nəşr olunur.Vakansiya.azƏsas məqsədi şirkətlər və iş axtaranlar arasında bir bağlantı yaratmaq olan Vakansiya.az saytının yaxşı adı olsa da, dizayn və funksional baxımından geri qalır.Position.azPosition.az – daha bir köhnəsayağı, funksionalına və tanıtımına görə ortabab bir saytdır.Hrin.coYeni açılmış HRin.co bir sıra yenilikləri özündə cəmləşdirən iş elanı platformasıdır. Daha çox sosial mediada reklam olunur, saytın özünün ayrıca loyal kütləsi yoxdur.XülasəAzərbaycanda iş axtarış saytları arasında ən yaxşısını seçmək əslində çətin görünə bilər. Amma analizimizin köməyilə ən populyar olan və ən geniş funksionala malik vakansiya saytlarınıdüzgün kriteriyalar ilə seçmək mümkündür.Əslində jobsearch.az funksionalına, imkanlarına görə digər saytlardan xeyli geri qalır. Amma populyar olduğuna, insanların yadında hələ də qaldığına görə sıralamanı aşağıdakı kimi etməyi daha düzgün hesab edirəm. Beləliklə, top 3-lük:Busy.azHellojob.azJobsearch.azİş axtarmaq istəyən, daha yaxşı maaşlı vakansiyalara üz tutmaq istəyən şəxslər bu 3 sayta baxsalar onlara tam kifayət edər.Müəllif: Aysel Soltanova, İKT sahəsində araşdırmaçı-ekspert
| ['vakansiya saytları', 'iş axtarma üsülları', 'iş axtarmaq'] |
45 | https://kayzen.az/blog/maraqli-faktlar/27921/%C3%B6lk%C9%99l%C9%99rin-maraql%C4%B1-ramazan-ad%C9%99tl%C9%99ri-%7C-ramazan-bayram%C4%B1-haqq%C4%B1nda.html | Ölkələrin Maraqlı Ramazan adətləri | Ramazan bayramı haqqında | Sabuhi_G | Maraqlı faktlar | 23 mart 2023, 18:43 |
Dünyada İslamı qəbul edən milyardlarla insan var. Eyni müqəddəs kitaba inansalar da, müxtəlif coğrafiyaların mədəniyyətləri ilə böyüyən bu insanlar 11 ayın sultanı sayılan Ramazan ayını fərqli adət-ənənələrlə qarşılayırlar. Budur, hər bir ölkənin öz mədəniyyəti ilə yoğurduğu və illər ərzində formalaşdırdığı ən diqqət çəkən Ramazan ənənələri.
Misirdə Ramazan bayramı adətləri
Misirdə yol kənarlarında, mağazalarda, evlərin eyvanlarında asılmış fanus adlanan dəbdəbəli fənərlərə və rəngli kağız bəzəklərə baxaraq Ramazanın gəldiyini asanlıqla başa düşə bilərsiniz. Bu ölkədə bayram havasını yaşadan etdirən bu ənənənin tarixi 969-cu ildən başlayır. Ramazan çıraqları olaraq da bilinən fənərlər Fatimilər tərəfindən Misirə gətirilib. O vaxtdan bəri birlik-bərabərlik və xoşbəxtlik simvoluna çevrilən fənərlərdən misirlilər Ramazan ayında bu niyyətlərini gücləndirmək üçün istifadə edirlər. Bu, Misirdə Ramazan ayında üstünlük təşkil edən yeganə ənənə deyil. Məsələn, misirlilər iftar süfrəsində süddə isladılmış xurma ilə iftar edirlər. Lakin iftarı axşam namazından sonra edirlər. Sahurda isə doyma xüsusiyyətinə görə demək olar ki, hər süfrədə xırdalanmış lobyadan hazırlanmış xörək olur.Yəməndə Ramazan adətləri
Yəməndə Ramazan ayında kişilərin gözlərinə sürmə çəkdiyini görsəniz, təəccüblənməyin. Yəmən kişiləri əsrlərdir ki, Ramazan ayında Məhəmməd peyğəmbərin gözünə sürmə çəkmək ənənəsini davam etdirirlər. Məhz bu səbəbdən Yəməndə Ramazan ayı gələndə məscidlərin həyətində tez-tez sürməçilərə rast gəlmək mümkündür. Yəməndə Ramazan ayına xas olan digər bir ənənə evlərin rənglənməsidir. Kifayət qədər maddi imkanı olan yəmənlilər evlərini rənglədiyi halda, nisbətən aşağı gəliri olanlar divarlarını yumaqla kifayətlənməli olurlar. Ramazan ayı Yəmənə gəlməzdən əvvəl xeyriyyəçilər tərəfindən məscidlərin xalçalarının təzələnməsi başqa bir ənənədir.Pakistanda Maraqlı Ramazan adətləri
Əhalinin təxminən 90 faizinin müsəlman olduğu Pakistanda Ramazan bayramı böyük coşqu ilə qeyd olunur. Hələ Ramazan ayı gəlməmiş məscidlər, hüseyniyyələr təmizlənir, bəzənir. Məscidlərdə iftar vermək əsrlərdən bəri davam edən bir ənənədir. Həmçinin, Ay Gecəsi adlanan Çaand Rat dövründə müsəlman ailələri yeni ayı gözləmək üçün açıq ərazilərə toplaşırlar. Təzə ay görünəndə qadınlar Şəvval ayının gəlişini qeyd etmək üçün Mehndi adlandırdıqları xına ilə əllərinə gözəl motivlər çəkirlər. Daha sonra həmin axşam yeyiləcək yeməkləri hazırlamağa başlayırlar və min-bir nemətin olduğu süfrələr düzəldirlər. Burda mağazalar və marketlər səhərin ilk işığına qədər açıqdır. Ramazan ayında Pakistanda Celibi adlı desert növünü camaat arasında paylanır. Ancaq Pakistanda Ramazan süfrəsi dedikdə ilk ağıla Pakora yeməkləri gəlir.
Qırğızıstanda Ramazan bayramı adətləri
Qırğızıstanda Ramazan ayında əsrlərdir davam edən bir ənənə vardır. “Ca Ramazan” adlanan bu ənənədə uşaqlar və gənclər Ramazan ayının 15-ci günündən sonra toplaşırlar. Onlar bir-bir atlı və ya piyada şəkildə küçələrdə dolaşır, bütün qapıları döyərək, müxtəlif ölkəyə məxsus musiqi alətlərinin müşayiəti ilə dua, istək və niyyəti özündə əks etdirən bayatılar oxuyurlar. Uşaq və yeniyetələrin bu xoş dualarına cavab olaraq onlara müxtəlif ikramlar də təklif edir.İndoneziyada Ramazan adətləri
Ramazan bayramı haqqında maraqlı məlumatlar
İndoneziyada Ramazan bayramının şövqlə qeyd olunduğu coğrafiyalardan biridir. Burda Türkiyə mədəniyyətində oxşarı olan çox maraqlı bir ənənə var: “Wayang Golek”. Yaxşı, amma bu «Wayang Golek» nədir desəniz, dərhal cavab verək. İndoneziyada Ramazan axşamlarının vazkeçilməz hissəsi olan “Wayang Golek” əyləncəli bir kukla tamaşasıdır. Adətən iftardan sonra ictimai yerlərdə və yarmarkalarda çalınan “Wayang Golek” Ramazan gecələrini unudulmaz edən detallardan biridir. Qeyd edək ki, bu ənənə Türkiyədəki Qaragöz-Hacivat kukla tamaşasına çox bənzəyir.Təbii ki, İndoneziyada maraqlı Ramazan ənənələri bununla məhdudlaşmır. İndoneziyada illərdir davam edən ən maraqlı ənənələrdən biri Padusandır. Padusan, bir növ təmizləmə ritualı, Mərkəzi Java və Yogyakarta bölgəsində tətbiq olunan bir ənənədir. İnsanlar çay, göl, su quyusu kimi yerlərdə yuyunur və təmizlənirlər. Bu yolla insanlar Allaha daha yaxın olduqlarına inanırlar. Bu ənənə sayəsində təkcə bədənin deyil, ruhun və zehnin da təmizləndiyinə inanılır. İndoneziyada hər il Ramazan ayında keçirilən başqa bir ənənə də atəş futboludur. Bu ənənədə futbol matçı zamanı yanan kokos( hind qoz) top kimi istifadə olunur. Qarşılaşmanın baş tutması üçün hava qaranlıq olmalıdır. Oyunçular ayaqqabıdan, qapıçılar isə əlcəkdən istifadə edə bilməz. Keçmişdə İndoneziya döyüşçülərini gücləndirmək üçün oynanılan bu oyun indi yalnız Ramazan ayında əyləncə kimi keçirilir.Bu adətlər nə qədər bir-birindən fərqlənsə də hər biri Ramazan bayramına ayrı bir gözəllik və rəng qatır, bayramı özəl edir.
| ['Ramazan', 'orucluq', 'ramazan ayı', 'oruc haqqında bilmədiklərimiz'] |
46 | https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/27897/zamanla-qeyri-b%C9%99rab%C9%99r-d%C3%B6y%C3%BC%C5%9F%C3%BCn-qalibi-%C5%9Fostakovi%C3%A7.html | Zamanla qeyri-bərabər döyüşün qalibi | Şostakoviç | gunelb | böyük musiqiçilər | 19 mart 2023, 01:12 |
Əslində bu yazıda elə lap öncədən — incəsənətin özü başdan-başa paradoksdur! – söyləmək olardı. Və bu da doğru olardı, çünki yüksək incəsənəti sırf əyləncə deyil, insanın daima dünyanın dərkinin cəhdi kimi qəbul etsək, lap kiçicik araşdırmada incəsənətin, incəsənət tarixinin hansısa məntiqi varsa belə, onun da paradokslardan ibarət olduğu qənaətinə gələrdik.
Maraqlıdır ki, çox zaman yaranmış tarixi, ictimai, sosial və hətta siyasi şəraitdən asılı olaraq böyük təkid və basqılarla müəllifin istəklərinə rəğmən yaranmış əsərlər, sonradan elə o müəllifinin məşhurlaşması və hətta tarix səhifələrində qalması üçün açar rolunu oynayıb. Çox zaman bütün bunlar elə situasiyada, elə tərzdə baş verib ki, istər-istəməz burada hansısa ilahi qüvvənin, qəzavü-qədərin, lap elə qədimlərdə deyildiyi kimi hikməti-ilahiyyənin rol oynadığını düşünürsən. Əslində həqiqətən də incəsənət lap qədim zamanlardan az qala bütünlüklə metafizika üzərində qurulub. Amma bu yazıda taleyin işlərinə qarışmaqdan vaz keçərək, sadəcə, faktlara müraciət edək, onları sərgiləyək. Musiqiçi olduğum üçün bəşərin yaratdığı sənət növləri arasında yalnız bəstəkarların üzləşdiyi paradokslarla kifayətlənək, çünki başqa incəsənət növlərinə keçsək, burda artıq məqalə deyil, bütöv bir monoqrafiya tələb olunardı.
Öncədən onu da söyləyim ki, bu yazıda incəsənət problemlərini araşdıracağıq, onun dərinliklərinə baş vurmayacağıq, sadəcə, müxtəlif bəstəkarlar və onların əsərləri ilə taleyin oynadığı ilginc oyunlardan bəhs ediləcək. „Fransız Bethoveni“ olmağa layiq hesab edilən Camille Saint-Saëns (1835-1921) lap kiçik yaşlarından „Wunderkind“ (musiqiçilərin bioqrafiyalarında erkən yetişmiş uşaqların müstəsna uğurlarını göstərmək üçün istifadə olunan və almancadan tərcümə edilməyən bu termin “möcüzə-uşaq” anlamını verir) kimi məşhurlaşmışdı. Onun bioqrafiyasında istənilən kəsi heyrətə gətirəcək faktlar bunlardır: 3 yaşında o artıq oxuya və yaza bilirdi və bu yaşda da ilk əsərini nota(!) almışdı; 5 yaşında o artıq Motsartın operasını təhlil və partituradan ifa edə bilirmiş; 10 yaşında Parisdə konsertindən sonra dinləyicilərə Bethovenin 32 sonatasından istədiklərini əzbərdən(!) ifa edəcəyini söyləmişdi, yəni bu sonataların hamısını əzbər bilirmiş.Belə iti zəka və istedada malik bəstəkar, həmçinin pianoçu, dirijor, tənqidçi və pedaqoq, musiqidən başqa astronomiya, arxeologiya ilə də məşğul olur, pyes və şeirlər yazırdı. Həyatı boyu karyerasının yüksəlişi ilə yeni əsərlər yaratmağa ruhlanan bəstəkar doğrudan da bir çox şedevrlərə imza atır – simfoniyalar, operalar, konsertlər və s. (bunların bir çoxu indi də ifa edilir), bunlarla məşhurlaşır, lakin tale onunla qəribə bir oyun oynayır. 1886-cı ildə Avstriyada olarkən dostları üçün sırf zarafat xətrinə, bir növ əqli dincəlmə kimi “Le Carnaval des animaux” (Canlıların karnavalı) silsiləsini yazır. Zarafat, istehza kimi düşünülmüş bu əsərdə bəstəkar bir çox peşə yoldaşını təqlid edir, onların yazı üslubunu yamsılayır, burada bəhs edilən heyvanların satirik obrazlarında bir çox müasirlərinin portretlərini yaradır. Həqiqi fransız cırnağı ilə qələmə alınmış bu əsər yalnız bircə ifa üçün nəzərdə tutulubmuş və bəstəkar bunun nəinki dərcini, hətta bircə nömrə istisna (məşhur “Qu quşu”) növbəti ifasını belə istəmirmiş. Qısası, Saint-Saëns “qeyri-ciddi” əsərin müəllifi olduğunu bildirməyi arzulamadığından, bütövlükdə əsərin cəmi bircə ifası baş tutur. Amma iş belə gətirir ki, bəstəkarın ölümündən sonra, 1922-ci ildə “Karnaval” ilk dəfə dərc edilir və onun bütün dünyada kütləvi ifası başlanır. Bəstəkar həyatı boyu uğurlu karyerası ilə kifayət qədər məşhurlaşmışdısa da onun dünya şöhrəti məhz ifa etmədiyi “Karnaval” ilə baş tutur! Zarafat və istehza xatirinə yazılmış bu əsər sonda bəstəkarın bir növ vizit kartına çevrilir və bu indiyədək belə qalmaqdadır. Həyatı boyu olmazın uğurlara imza atmış sanballı bəstəkar, irimiqyaslı formalara üstünlük versə də tarixin hökmü onun bir nömrəli əsəri pyedestalını nə 3 saylı simfoniyasına, nə “Samson və Dalila” operasına, nə də ki, müxtəlif alətlər üçün konsertlərinə verdi, bu sadəcə, uşaqlar üçün zarafatyana qələmə alınmış silsilə — “Le Carnaval des animaux” oldu.
Belə bir hadisə erməni əsilli sovet bəstəkarı Aram Xaçaturyanın da başına gəlmişdi. Musiqi təhsilinə 19 yaşında (yəni çox gec) başlayan Xaçaturyan 1942-ci ildə «Qayane» baletini yazır. Baleti səhnəyə qoyacaq baletmeyster bəstəkara əsərin hər halda balet olduğunu bir daha xatırladır, rəqsə uyğun səhnələrin azlığından gileylənir və burada mütləq xəncərlərlə rəqs (yəqin ki, həm də milli kolorit-filan olmasını istəyirmiş) səhnəsinin gərək olduğunu şərt kimi bildirmiş və ondan bu rəqsi mütləq yazıb baletə əlavə etməsini qəti surətdə tələb etmişdi. Əks təqdirdə bu işdən imtina edəcəyini bildirən baletmeyster özündənrazı, həm də az-çox titullu bəstəkarı çox bərk qəzəbləndirir, lakin onun hiyləgər təbiəti bu şansı buraxmaq və baletin Böyük Teatrda qoyuluşundan vaz keçməsinə imkan vermir. Böyük əsəb və dilxorçuluqla bir rəqs səhnəsi yazıb baletmeysterə gətirən Xaçaturyan o zaman hamıya «məni cəfəngiyata məcbur etdilər, yetkin bir baletə axmaq rəqs yazdırdılar, bunu baletdən ötrü etdim» — deyirmiş. Nəticədə bu baletdəki «Xəncərlərlə rəqs» Xaçaturyanın da bütün dünyada vizit kartına çevrilir və faktiki olaraq o, məhz bu səhnəyə görə məşhurlaşır.
Ondan fərqli olaraq müstəsna istedadı və uğurlu karyerası olan – bəstəkar artıq 13 yaşında konservatoriyaya daxil olmuş, hələ 19 yaşında ilk simfoniyası böyük müvəffəqiyyətlə bir çox dünya şöhrətli kollektivlər tərəfindən ifa edilmişdi — Dmitri Şostakoviç isə lap gəncliyindən, hələ 20-ci illərin sonunda, sovet totalitarizminin erkən və “avanqard” dövründə, kommunist rəhbərliyi tərəfindən klassik rus bəstəkarlıq məktəbinə alternativ kimi, bir növ ölkənin qeyri-rəsmi baş bəstəkarı seçilmişdi. Bu da boşuna deyildi, yeni ideologiya özlüyündə “köhnə”nin darmadağın edilməsini və yeni incəsənətin yaradılmasını tələb edirdi – hazırda rusların “наше все” adlandırdığı Puşkinin, o zaman “mülkədar” şairi kimi qadağan edilməsi də bu məcrada baş vermişdi.
Həyatının keşməkeşlərinə baxmayaraq, Şostakoviç bu statusunu, hətta 1936-cı ildə ölkənin baş tribunası olan “Pravda” qəzetində ona qarşı dərc edilmiş (sözün hərfi mənasında: belə məqalələrdən sonra, haqqında bəhs edilmiş insanları gecələr “qara tabut” — “emka” avtomobili gedər-gəlməzə aparırdı) “Musiqi yerinə cəfəngiyat” adlı öldürücü məqalədən sonra da saxlaya bildi. Və sovetlərin ən böyük sifarişi məhz Şostakoviçin qələmindən çıxdı – 7 saylı simfoniya bəstəkara misilsiz bir uğur gətirdi.
Əfsanəyə görə “Leninqrad” simfoniyası bəstəkarın faşizmə etirazı idi və almanların hücumundan sonra yazılmağa başlamışdı. Bu əsər 1942-ci ildə dünya şöhrəti qazandı – musiqidən daha artıq aksiya olan bu əsər sovetlərin müttəfiqləri olan ABŞ və Böyük Britaniya rəhbərliyi tərəfindən, bundan başqa bütün dünyada çox böyük nüfuzu olan yəhudi icması tərəfindən təqdir edilir, misilsiz bir əsər kimi onu bir çox ölkələrin orkestrləri və dirijorları ifa edir, bütün əsas radiostansiyalar tərəfindən yayımlanır. Xaricdə yaşayan iki böyük rus bəstəkarı – Rahmaninov və Stravinski (bunlardan başqa Bartok) bu əsərin estetikadan daha çox siyasi xarakter daşımasını deyir, hətta bəziləri əsərin baş mövzusunu parodiya da edir. Amma reallıq belə idi, nəticədə Şostakoviç XX əsrin ən məşhur və ən çox ifa edilən bəstəkarı olur. Amma bunun səbəbi onun müstəsna istedadı deyil, hər zaman kifayət qədər təvazökar həyat sürən sənətkarın öz istəyinə rəğmən zamanının təbliğat maşınının dişləri arasına keçməsi olur.
Həqiqət isə belə idi ki, bütün rəsmi məlumatlara rəğmən, bəstəkar bu əsəri hələ 1941-ci ilin yayının lap əvvəlində başlamışdı. Lakin tamam başqa məqsədlərlə yazılışına başlanmış bu əsər almanların hücumundan sonra müstəsna təbliğatı əhəmiyyətə malik olur və bu simfoniya sovet xalqının dönməz iradəsinin rəmzinə çevrilir. O zamanlar sovetlər böyük müharibəyə hazırlaşır və ideoloji sahədə də (kino, ədəbiyyat, musiqi və s.) bu istiqamətdə işlər görülürdü. Gələcək müharibə haqda o zaman çoxlu filmlər çəkilmiş, çoxlu şeir və musiqi əsərləri yazılmışdı. Şostakoviç də bu mənada istisna deyildi, bu üzdən bəzi tədqiqatçılar əsərin yazılmasını ideoloji sifariş kimi qəbul edirlər. Beləcə, müharibəyə hazırlıq üçün sifariş edilmiş simfoniya bəstəkarın əbədiyyətə ucalmasına xidmət etdi. Yaratdığı çox dəyərli və miqyaslı əsərlərə rəğmən, indiyə kimi Şostakoviçin ən yayğın əsəri məhz qeyri-musiqi səbəbindən məşhurlaşmış “Leninqrad” simfoniyasıdır.
Maraqlıdır ki, eyni taleyi yarım əsr əvvəl başqa bir dahi rus bəstəkarı – Çaykovski yaşamışdı. Şostakoviç XX əsrdə Çaykovski və Bethovenlə bərabər dünyada ən çox ifa edilən iki bəstəkardan biriydi. Maraqlıdır ki, Çaykovskinin sağlığında onun Rusiyada məşhurlaşmasının səbəbi yazdığı müstəsna gözəllikdə əsərlər – simfoniyalar, konsertlər, operalar və ya baletlər yox, yenə də özlüyündə ideoloji yük daşıyan “1812-ci il” Təntənəli Üvertürası olmuşdu.
Bu əsərin yaranma taleyi də çox maraqlıdır. Dövləti yubileylər Rusiyada ilk öncə imperator I Nikolayın zamanında ideoloji əhəmiyyətə malik idi. Poltava döyüşünün və Peterburqun salınmasının 200 illiyi, sonradan Sevastopol döyüşünün 50 illiyi və Puşkinin 100 illiyi keçirildi və kulminasiya nöqtəsinə Romanovların 300 illiyində çatdı – taleyin oyunlarından kim xəbərdar idi? Hazırda Rusiyada 200 illiyi qeyd edilən və rus tarixi üçün böyük əhəmiyyət kəsb edən Borodino döyüşü də bu qəbildəndir. II Aleksandrın dövründə Rusiyanın bir zamanlar dünyanın fatehi olan Napoleona qalib gəlməsi rus tarixinin şərəf səhifəsi və Borodino döyüşü rus silahının təntənəsi elan edildi. Bu, rus patriotizminin coşqusu idi.
Amma maraqlıdır ki, 1882-ci ildə (Borodinonun 70 illiyində) belə bir Üvertüra yazılması sifarişi Çaykovskiyə dövlət tərəfindən yox, dirijor Nikolay Rubinşteyn tərəfindən, özü də heç bir təntənəyə yox, sadəcə, Ümumrusiya bədii-sənaye sərgisinin açılışı münasibətilə səxsi sifariş kimi edilmişdi. O zaman Rubinşteyn bu üvertüranın ya II Aleksandrın tacqoymasının 25 illiyinə, ya da İsa Məsihin Məbədinin açılışı şərəfinə yazıldığını vurğulamışdı. Lakin Çaykovskini bu mövzular maraqlandırmırdı və o, dirijora məktubunda “belə ideyaların banal bir əsərin yaranmasına gətirib çıxaracağını” vurğulamışdı. Amma bütün bunlara rəğmən Çaykovski professional idi.
O, həvəssiz olmasına baxmayaraq işə başlayır və nəticədə bəstəkarı Rusiyada məşhurlaşdıran “1812-ci il” isimli Təntənəli üvertürası yaranır. Böyük Vətən müharibəsinə ithafən yazılmış bu monumental əsərdə açıq havada ifa üçün nəzərdə tutulmuş, böyük simfonik orkestrin tərkibində təntənə üçün böyük zənglər əlavə edilmişdi. Maraqlısı budur ki, bu əsərdə rusları xarakterizə edən melodiyaların qarşılığı, “düşmən” mövzusu bütün bəşəriyyət üçün azadlıq simvolu olan “Marselyoza”dır. Ən başlıcası isə bundadır ki, “Marselyoza” elə Napoleonun zamanında Fransanın rəsmi himni kimi ləğv edilmişdi və məhz Napoleondan sonra bu melodiya yenidən himn statusuna qayıtmışdı.
Əsərlə bağlı başqa bir kazus da sovet zamanı baş verdi. 1942-ci ildə müharibə ilə bağlı rus patriotizmi dalğası dövlət tərəfindən qaldırılan zaman bu əsərin ifası üçün çətinliklər yarandı. Mövzuca çox uyğun olan, rus dahisi tərəfindən birinci Vətən Müharibəsi qəhrəmanlarına ithafən yazılmış bu vətənpərvər mövzulu əsərin sonu rus monarxiyasının himni olan «Боже, царя храни!» mövzusu ilə bitirdi. Buna əsla yol vermək olmazdı, o üzdən əsər üzərində sovetlərə xas, kiçik bir “cərrahiyyə” əməliyyatı aparılıb ideoloji qəliblərə uyğun vəziyyətə gətirildikdən sonra ifa mümkün oldu. Çaykovskininsə Rusiyada məhz milli bəstəkar kimi tanınması, sonrakı misilsiz şöhrəti də istəməyərəkdən başladığı bu əsərlə bağlı idi.
Bu siyahını xeyli uzatmaq olar. İncəsənətdə, xüsusilə sənətkarların bioqrafiyalarında paradokslarla daima üzləşirik. Şübhəsiz ki, buraya Üzeyir bəyi də əlavə etmək olar. İlk yazılı musiqi əsəri kimi milli musiqimiz üçün müstəsna əhəmiyyətə malik “Leyli və Məcnun” operası dahi bəstəkar tərəfindən lap gəncliyində, hələ 23 yaşında ikən qələmə alınmışdı. Sonradan onun özünün də məktublarında dəfələrlə “musiqi savadını artırmaq zərurəti” haqdakı qeydlərinə və həyatının sonrakı dövrlərində bir çox dəyərli əsərləri, o cümlədən şah əsəri “Koroğlu”nu yazmağına, “Arşın mal alan” operettasının müstəsna uğuruna rəğmən “Leyli və Məcnun” istər forma cəhətdən, istər musiqi dili, istərsə də tarixi mənada Üzeyir bəyin bir növ brendi olaraq qaldı.
Tarixin ölçüləri özünəməxsusdur, görünür insan fəhmi, hətta dahilərin belə fəhmi onun dərkinə yetmir. Və istənilən sənətkar öz taleyi boyu, tarixin dolanbaclarında Zaman adlı Minotavrla daima qeyri-bərabər mübarizəyə məhkumdur... Mənbə: kulis.az
| ['Dmitri Şostakoviç', 'Şostakoviç'] |
47 | https://kayzen.az/blog/politologiya/27896/osmanl%C4%B1n%C4%B1n-z%C3%BChuru.html | Osmanlının zühuru | gunelb | Tarix və politologiya | 19 mart 2023, 00:49 |
Qobu çölündən qopub möhtəşəm Xarəzmi yerlə-yeksan etdikdən sonra monqollar iki hissəyə bölündülər. Bir hissəsi şimala doğru getdi. Çingiz xanın əmri ilə Cəbə və Sabutay noyonların başçılığı altında 30 minlik monqol ordu ilə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddini təqib etmək üçün Azərbaycana girdilər. Bir neçə ildən sonra Cəlaləddinin ölüm xəbərini alan noyonlar işğal etdikləri torpaqları buraxaraq Dərbənddən geri qayıtdılar.
Uzun müddət qalmasalar da monqollar Azərbaycan, İran, İraq, Anadolunun daxil olduğu, Bizans qapılarına qədər uzanan Böyük Səlcuq imperiyasını sarsıtdılar. Monqolların səfərindən sonra Səlcuq imperiyası dərəbəylərə parçalandı. Cəbə noyonun səfərindən 20 il sonra isə Çingiz xanın nəvəsi Hülaki xan çətinlik çəkmədən bu ərazilərdə Elxanilər dövlətini yaratdı. Hülaki xanın Anadolu və Misir səfərləri uğurlu olsa da, monqollar bu torpaqlarda tam olaraq öz hakimiyyətlərini qura bilmədilər.
Süleymanşah oğulları
Böyük Səlcuq imperiyasını Azərbaycan və İranı Atabəylər vasitəsi ilə idarə etsələr də, Anadoluda demək olar ki, müstəqil türk bəylikləri yaranmışdı. Bu bəyliklər Səlcuq sultanlarına tabe olsalar da, demək olar ki, hər bir Oğuz boyu öz müstəqilliyini elan etmişdi. Sultanlar bu bəyliklərlə daha çox problem yaşamamaq üçün onlara Bizans sərhədlərində torpaqlar verir və bu yolla həm də öz sərhədlərini qoruyurdular.
Oğuzların Qayı boyundan olan və sonradan tarixə Osmanlılar kimi düşən Süleyman şah oğulları Səlcuqlarla Anadoluya gəlməmişdilər. Monqolların axını zamanı Xarəzəmşahın qulluğunda olan Ərtoğrul Qazi Cəlaləddinlə birlikdə Azərbaycana, buradan da Anadoluya gəlir. Cəlaləddin öldükdən Ərtoğrul Qazi Keyqubadın qulluğuna girir. Keyqubad Süleymanşahoğullarına Bizans sərhədində boğazlara doğru açılan torpaqlarda, indiki Əskişəhir yaxınlığında Söyüdlü adlanan ərazini yurd yeri verir və burda balaca Qayı bəyliyi elan olunur.
Osmanlının yaranışı barədə rəvayətlərin birində deyilir ki, Səlcuq Rum Sultanı monqollarla savaşda məğlub olanda onun köməyinə o zamana qədər Anadoluda heç kimin tanımadığı tayfa çatır və məhz bu kömək nəticəsində Keyqubad monqollara qalib gəlir. Və göstərdiyi köməyin hədiyyəsi olaraq Ərtoğrul Qazi Qərb torpaqlarını hədiyyə alır.
Osmancıq
Ərtoğrul Qazi Bəlxdən monqollardan qaçaraq Anadolunun Bizans qapısına qədər gəldikdən və Söyüdlüdə məskunlaşdıqdan sonra Osman adını verdiyi oğlu doğuldu. Hər kəsin Osmancıq adlandırdığı və sonradan ən böyük imperiyalarından birinin qurucusu olan Osman Qazi ağca qoyunların üstündə oturaraq ox atmağı öyrənir və taxta qılıncı ilə düşmənləri «öldürürdü».
Ərtoğrul Qazi 1281-ci ildə öldü. O vaxtlarda Osmancıq tez-tez Bizans torpaqlarına hücum edir və böyük qənimətlərlə geri dönürdü. Bu üzdən Qayı oğulları içində və ətraf torpaqlarda artıq Osmancığın avtoriteti açıq hiss olunurdu. Hələ atası sağ ikən o, Biləciyi, İnəgölü və Əskişəhiri Bizanslılardan alaraq öz torpaqlarına qatmışdı. Məhz bu fəthlərə görə Elxanilərə asi olduğu üçün əsir götürülərək Təbrizə, Elxani sarayına aparılan Keyqubadın yerinə Səlcuq taxtına oturdulan Qiyasəddin Məsuddan Sancaq bəyi ünvanını aldı.
«Oyun içində oyun»
Biləcəyin fəthi ilə Bizans torpaqları içinə girən Osmancıq, bu fəthini «oyun içində oyun» adlandırmışdı. Osmanın güclənməsindən və İnəgölündə bir qalanı fəth etməsindən təşvişə düşən Biləcik senyoru, Osman Qazini Biləciyə dəvət edib onu burda öldürməyi planlaşdırmışdı. Biləcik senyorundan oğlunun toyuna dəvət alan Osman bu təklifə müsbət cavab vermiş, amma yol üstündəykən Xırmanqayası senyoru, Biləcik senyorunun alçaq planlarını Osmana açıqlamışdı. Toya gələn Osman əsgərləri pusquda durmuşdular. Bizanslıların onlara qarşı hərəkətə keçdiyini biləndə pusqudan çıxıb düşməni qılıncdan keçirmişdi. Bizans qapıları önündə strateji bir qalanın taleyi bu şəkildə həll edilmişdi.
Xain sui-qəsdi Osmana xəbər verən Xırmanqayası senyoru ömrünün sonuna qədər Osmanın dostu və müttəfiqi olmuşdu.
Dərviş təkkələrinin qurduğu dövlət
Orta əsrlərdə mili ideya deyilən bir anlayış yoxdu. Böyük dövlətlərin ideoloji təməlləri dini sektaların yaratdığı ordenlər (müsəlman türklərdə təkkə) tərəfindən yaradılır və dərin dövlətlər elə bu təkkələr tərəfindən idarə olunurdu. Böyük Səlcuq Sultanlığının iflasını görən Anadolu dərviş təkkələri yeni xanədan və yeni dövlət yaratmaq istəyirdilər.
Osmanlı dövlətinin də yaranmasında belə ordenlərdən bir neçəsi iştirak etmişdi. O vaxt Osmanlı imperatorluğunun mənəvi atası və yol göstərəni Keyikli Baba deyilən bir övliya idi. Keyikli Baba Osmanın mürşidi hesab olunurdu. Osmancıq Keyikli Babanın icazəsi və məsləhəti olmadan heç bir addım atmazdı. Daha sonra isə Osman Qazinin oğlu Orxan Qazi hər zaman hər yerdə Keyikli Babanı özünün mürşidi və böyüyü olaraq göstərirdi. Orxan Qazinin Keyikli Babaya olan mənəvi bağlılığı atası Osman Qaziyə olan hörmət və izzətindən artıq idi. Bursanın fəthi zamanı Keyikli Baba Orxan Qazinin ordusuna qatılmış, Orxan Qazi ilə birlikdə Bursanın fəthində iştirak etmişdi. Bu fəthdən sonra Orxan Qazi İnəgölünü Keyikli Babaya bağışlamaq istəmiş, lakin mürşidi etiraz etmişdi: «Bizim qayəmiz Allahın rizasını qazanmaqdır. Siz bu əraziləri daha kasıb ailələrə versəniz, daha böyük savab işləmiş olarsınız».
Keyikli Baba dərviş təkkəsinin rəhbəri olmaqla yanaşı böyük bir fəzilət qapısıydı. Orxan Qazi mürşidi son dəfə ziyarət edərkən «Taxtınız Kəbə nuruna, feyz və bərəkətinə sahib olsun. Dövlətinizin təməli xalq olsun»,- söyləmişdi.
Osmanlı dövlətinin yaranmasında digər övliya Əxi təkkəsinin mürşidi, Şeyx Ədəbalıydı. Bütün Azərbaycan, İran və Anadoluda çox böyük qüdrət sahibi olan Əxi təkkələrinin köməyindən faydalanmaq üçün Osman Qazi Şeyx Ədabalının qızı Malhun Hatun ilə evlənmiş, bu nikahdan Orxan Qazi doğulmuşdu. Osmanlı rəvayətlərində bildirilir ki, bir gecə Şeyx Ədabalının dərgahına gələn Osman yuxusunda şeyxin sinəsindən çıxan bir ayın onun sinəsinə girdiyini görmüşdü. Bu yuxunu şeyxə danışdıqdan sonra Şeyx onun yuxusunu belə yozmuşdu: «Sən, Ərtoğrul Qazi oğlu Osman, atandan sonra bəy olacaqsan, qızım Malhun Xatunla evlənəcəksən. Məndən çıxıb sənə gələn nur budur. Sizin soyunuzdan çoxlu padşahlar çıxacaq, dövlətlər soyunuzun hakimiyyətini qəbul edəcək».
Şeyx Ədabalı Osmanı dövlətinin ideoloqu, Orxan Qazinin babasıdır. Əslən Qaramanlı olan Şeyx Ədabalı zamanının böyük övliyaları olan Mövlanə Cəlaləddin Rumi və Hacı Bəktaş Vəli ilə söhbətlər etmişdi. Ən ünlü şeyxlərindən biri idi. Qaramandan yola çıxan şeyx bütün Anadolunu, İran və Azərbaycanı, İraq və Ərəbi gəzərək hər yerdə əxi ordenini bir yerə toplamış və sonda Osmanlı dövlətini qurulmasına şahidlik edərək gözlərini birdəfəlik yummuşdu. Onun Əxi təkkəsinə rəhbərlik etməsi isə Osmanıların gücünə güc qatmışdı. Osmana, daha doğrusu nəvələrinə vəsiyyətində bunları söyləmişdi: «Keçmişini bilməyən, gələcəyini də bilməz. Osman, keçmişini yaxşı bil ki, gələcəyinə sağlam ayaq basasan». Şeyxin ölümündən 4 ay sonra Osman Qazi də ölmüş və xanədanı Orxan Qaziyə buraxmışdı.
Quruluş
Osmanlı dövlətinin quruluş tarixi 1299-cu ilə təsadüf edir. Xanədanın elan olunması İnəgölü fəthindən sonra baş verdi. Osman Qazi öz bəyliyinin istiqlalını elan etdi və bundan sonra kimsəyə itaət etməyəcəyini açıqladı. Artıq Səlcuqlar tarix səhnəsindən silinmiş, Elxanilərin qüdrəti isə Anadoluda tamamilə zəifləmişdi. Tək təhlükə Bizans tərəfdən idi. Anadolu bəylikləri və təkkələrinin Osman Qazinin xanədanını qəbul etməkdən savayı yolları qalmamışdı. Çünki “kafir Bizans”ın qarşısında Osmanlı əşirəti dururdu.
Osman Bizans ordusu ilə 1302-ci ildə Qoyunhisar savaşında üz-üzə gəldi. Bizans ordusu Osmanlı əşirətindən dəfələrlə güclü olmasına baxmayaraq türk atlıları bizanslıları darmadağın etdi. Savaşda Osman Qazinin əsas silahdaşlarından Aydoğdu bəy şəhid düşdü və bu itki Osmanı çox pərişan etdi.
Bu savaşdan sonra Osman Qazi fəthlərini davam etdirərək torpaqlarını istər Qərbə, istərsə də Şərqə doğru genişləndirdi. Xanədanın elan olunmasından sonra 27 il yaşayan Osman Qazi Anadoluda bir çox önəmli torpaqlara yiyələndi. 1315-ci ildə Bizanslıların ən önəmli və böyük qalalarından biri olan Bursanı mühasirəyə aldı. Sonradan xəstələnərək komandanlığı oğlu Orxan Qaziyə verdi. Bundan sonra felən Sultan olsa da bütün dövlət işlərini Orxan Qazi gördü. 1326-cı ildə Bursanın fəth olunma xəbərini aldıqda, ağır xəstə olmasına baxmayaraq oraya aparılmasını istədi. Bir neçə gündən sonra Bursada 68 yaşında vəfat etdi. Bu dünyadan rahat gedirdi, çünki Ərtoğrul Qazidən miras olaraq aldığı 4800 kvadrat kilometr torpağı 16 000 kvadrat kilometrə çatdıra bilmişdi.
Türk törəsini pozdular
1281-ci ildə Ərtoğrul Qazi Söyüdlüdə canını Allaha tapşırırkən, Osmancığın Orxan adlı bir oğlu dünyaya gəldi. Hələ ilk gənclik illərindən başlayaraq Orxan atasının ordusunda önəmli sərkərdə kimi Bizans qalalarına qarşı aparılan qazavatlarda ad çıxarmışdı. Osman xəstələndikdən sonra da xanədan Orxanın idarəsinə keçmişdi. Lakin Osman Qazi 1326-cı ildə vəfat etdikdən sonra Bursada türk oğuz boylarının qurultayı keçirilmiş və qurultay törələrə uyğun olaraq xanədanın Osman Qazının böyük oğlu Əlaəddin bəyə keçməsini doğru saymışdı.
Buna baxmayaraq Əlaəddin bəy xanədandan imtina etmişdi. İmtina səbəbi isə Orxanın hərbi sahədə çox qabiliyyətli olması, atasının Orxan bəyə dövlət işlərində göstərdiyi etimad, həmçinin əxi təkkələri ilə qan qohumluğu idi.
Zamanın çoxunu elm öyrənməyə sərf edən Əlaəddin bəy xanədanın Orxanın rəhbərliyi altında daha böyük uğurlar qazana biləcəyini önə sürmüşdü. Bu imtinadan sonra qurultay Orxan bəyi Sultan elan etmiş və Orxan da böyük qardaşını özünün baş vəziri təyin etmişdi. Əlaəddin bəy ölənə qədər qardaşı ilə birlikdə Osmanlı dövlətinin yaradılmasında müəyyən rolu olmuşdu.
Əlaəddin bəyin imtinasına baxmayaraq, kiçik qardaşı Orxan bəyin sultan elan olunması əslində əsrlərdir davam edən türk törəsinin pozulması demək idi. Törəyə görə miras yalnız nəslin böyük nümayəndəsinə mənsubdur. Sonradan bu törə digər Osmanlı Sultanları tərəfindən də pozulacaq, tax-taca sahib olmaq üçün Sultanlar ata və qardaşlarını, həmçinin oğullarını edam etdirəcəkdilər.
Maltəpə savaşı; İznik və İzmirin fəthi
Orxan Qazinin ən böyük nailiyyətlərindən biri xanədan sahibi olduqdan sonra on il ərzində öz torpaqlarını Qara dənizdən Mərmərə dənizinə qədər genişləndirməsi oldu. Bizans on il müddətində demək olar ki, Kiçik Asiyadakı bütün torpaqlarını itirdi. Dardaneli keçən Sultan Orxanın axınçıları faktiki olaraq Şərqi Romanın paytaxtı Konstinopolu qurudan mühasirəyə aldılar. Lakin dəniz yolu ilə davamlı yardım alan şəhər yüz il Osmanlı təzyiqləri qarşısında davam gətirə bildi. Buna baxmayaraq Orxan Qazi yunanların tarixi şəhərləri olan Nikeya və Nikemediyanı (türklər bu şəhərləri İznik və İzmir adlandırdılar), işğal edərək Bizansı Kiçik Asiyadan tamamilə çıxardı.
Osmanlı axınçılarının boğazları fəth etmək üzrə olduğunu görən Bizans türklərin qarşısına bütün gücü ilə çıxdı. Məqsəd türk təhdidinə birdəfəlik son vermək və Kiçik Asiyadakı Bizans hegemoniyasını bərpa etməkdi.
Sakarya çayı boyunca irəliləyən Orxan Qazi Maltəpədə düşmənlə üzləşdi. 8 min əsgəri vardı və bu qüvvə ilə Bizans ordusunu yenmək imkansız görünürdü. Çünki Bizans ordusu türklərdən dəfələrlə çox idi. 1329-cu ildə baş verən Bizans-Osmanlı savaşı bir gün sürdü. Bütün günü Bizans ordusu qarşısında güclə davam gətirən Orxan Qazi başa düşdü ki, sabah ordusu darmadağın ola bilər. Ordular öz mövqelərinə çəkiləndə bizanslılardan fərqli olaraq Orxan ordusuna istirahət vermədi. Osmanlı axınçıları gecə yarısı Bizans düşərgəsinə soxulub düşməni doğramağa başladılar.
Gözlənilməz gecə basqınından panikaya düşən Bizans ordusu qaçmağa üz qoydu. İmperatorlar yaralı bir şəkildə canını qurtarsa da, ordusunun bir hissəsi qırıldı, digər hissəsi isə əsir düşdü. Maltəpədən dönən Osman Qazi zəfərini artıq təslim olan İzmir və İznikdə bayram etdi. Qalaları təslim edən Orxan Qazi hər kəsə aman verdi. Bizanslılar cizyə vergisini verməklə dini ayinlərini sərbəst şəkildə yerinə yetirə bilərdilər.
Paytaxt müvəqqəti olaraq İznikə köçürüldü və burda böyük islam abidələri inşa edildi.
İmperatorluğun memarı
Sultan Orxan qazinin ən böyük işlərindən bir Osmanlı dövlətini qurması oldu. Osman Qazinin zamanında nazir rütbələri – vəzirlik və paşalıq institutları təsis olundu. Osmanlı Divan Təşkilatı yaranmaqda olan imperiyanın dəftərxana və idarə işlərini həyata keçirməyə başladı. Fəth olunan şəhərlərin və torpaqların idarəsi isə qazılara həvalə olundu. Qazıların yanında həmçinin hərbi işləri idarə edən subaşılar vəzifə alardılar. İstər qazıları, istəsə də subaşıları Sultan təyin edərdi. Osmanlı dövlətinin təşkilindən başlayan bu təsisatlar uzun illər boyu davam etdi.
Orxan Qazinin böyük yeniliklərdən birini orduda apardı. Yaranmasından on il keçəndən sonra Osmanlı dövlətinin və ordunun əsas bel sütunlarından biri olan yeniçəri institutu da məhz Orxan Qazi tərəfindən yaradıldı. Əsasən piyada qoşun olaraq nəzərdə tutulan yeniçərilər müharibələrdə əsir götürülən, ya da qul uşaqlardan və qul bazarlarından satın alınan uşaqlardan təşkil olunurdu. Bu uşaqların ata və anaları olmur, onlar yalnız dövlət üçün xüsusi məktəblərdə yetişdirilirdilər. Əsasən xristian uşaqları bu məktəblərə cəlb edilir, onlara islamı qəbul etdirir və keçmişləri unutdurulurdu. Uzun əsrlər boyu yeniçəri məktəblərinin sirləri dövlət sirri kimi qorunur və bu məktəblərdə əsasən təkkə üzvləri yeni gətirilən uşaqlara dərs keçir, onlara döyüş sənətini öyrədirdilər. Sonradan Osmanlı dövlətinin qüdrətlənməsində və imperiyaya çevrilməsində, Osmanlı xanədanının 600 il davam etməsində yeniçəri məktəblərinin böyük rolu oldu.
Sonradan Aradıq dənizinə hakim olan osmanlı donanmasının da əsası Orxan Qazi tərəfindən qoyulmuşdu.
Orxan Qazi aldığı şəhərlərdə heç kimi incitməz, artıq qan tökməzdi. Aldığı bütün Bizans şəhərlərində müsəlman memarlıq abidələri tikərək xristian abidələrini unutdurmağa çalışardı. Lakin heç bir yerdə kilsələri dağıtmaz, boş kilsələri məscidə çevirərdi.
«Osmanlıya iki qitə üzərində hökm etmək yetməz»
Orxan Qazi Osmanlı xanədanın ən ədalətli və ən fəzilətli sultanı kimi tanınır. Hətta elmi və fəziləti ilə seçilən, bir çox hallarda ədalətin qapısı olaraq vəsf edilən Sultan Süleyman Qanuni belə onun əlinə su tökməyə layiq deyildi. Təkkələrdə yetişən və bütün ömrü boyu təkkələrlə əlaqəsini kəsməyən Orxan Qazi son nəfəsinə qədər Allahın məzlum qulu olduğunu unutmamışdı. O son dərəcə dindar, təvazökar və təbəəsinə özünü sevdirməyi bacaran birisi idi. Ölümündən öncə oğlu Sultan Murada aşağıdakıları vəsiyyət etmişdi: «Oğul, səltənətinlə məğrur olma. Dünya səltənəti keçicidir, amma bir fürsətdir. Allah yolunda xidmət üçün bu fürsəti yaxşı dəyərləndir… Rum elinin fəthini tamamla. Konstantinopolu fəth et, ya da fəthə hazırla. Anadolu bəylərinin üzərinə çox getmə. Onlar bir müddət sonra ağacdakı alma kimi ovcuna düşəcəklər. Anadolu ilə problem yaranmasa, Rumelini rahat həll edəcəksən. Cənnət məkan atam Osman Qazi xan bir ovuc torpaqlarda bəylik yaratdı. Biz o bəylikdən Sultanlıq qurduq. Səlcuqların varisi biz olduğumuz kimi, Romanının da varisi bizik… Amma Osmanlıya iki qitə üzərində hökm etmək belə yetməz… «Qurani Kərim”in buyruqlarına boyun əy. Unutma ki, gecikən ədalət ən pis ədalətdir. Sonunda ədalət yerini tapsa belə, gecikən ədalət zülmdür.»
Tarixçilər onu sarısaçlı, mavigözlü və pəhləvan cüssəli təsvir ediblər. Səltənətinin 38 il sürdüyü bildirilir. Ölüm tarixi dəqiq göstərilmir-1358-1362-ci illər arasında dünyasını dəyişdiyini yazırlar. Orxan Qazi Üsküdarı, Kadıköyü alaraq Avropa qitəsinə çıxış imkanı qazandı. Bir çox Anadolu bəylikləri onun zamanında Osmanlı xanədanına təslim edildi. Ankaranı da Orxan Qazi aldı və Anadolunun şərqinə doğru irəlilədi. Öləndə atası Orxan Qazidən aldığı 16 min kvadrat kilometr ərazini 95 min kvadrat kilometrə çatdıraraq oğlu Murada təslim etdi. Ölməmişdən əvvəl Bursaya gəldi və burda sakitcə həyat vida etdi. Atasının ayaqları altında dəfn edildi.
Müəllif: Azər QaramanlıMənbə: kulis.az
| ['Bizans torpaqları', 'Osmanlılar', 'Osmanlı dövləti', 'Sultan Süleyman'] |
48 | https://kayzen.az/blog/kitab/27809/xalqa-nec%C9%99-kitab-oxutduraq.html | Xalqa necə kitab oxutduraq? | gunelb | Kitablar və mütaliə | 28 fevral 2023, 01:22 |
Bir mədəniyyəti yox etmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, yetər (R.Bredberi)
Ata tərəfdən uzaq qohumlarımız var, kəndə yaşayırlar. Ata təsərrüfatla məşguldu, ana isə evdar qadındır. Üç uşaqları var. Adətən, yay aylarında onlara qonaq gedərdik. Bəzən bir həfət onlarda qalırdıq. Bu həftə boyu bir şeyə diqqət etmişdim ki, uşaqlar boş vaxtlarında kitab oxuyurlar. Düzü, təəccüblənirdim. Kənd yerində yaşayan uşaqların mütaliəyə belə güclü həvəsinin olmağı mənə qəribə gəlirdi. Düşünürdüm, indi məktəbdə belə uşaqlara kitabə zorla oxudurlar, qaldı evdə onların könüllü müataliə etməsi…
Bakıdan gələndə, onlara “sizə nə gətirim?” deyəndə, hamısı kitab istəyirdi. Hər dəfə bu cavabı eşidəndə təəcublənirdim. Məktəbdə də yaxşı oxuyurdular. Zaman keçdi, o uşaqlar böyüdü, ücü də yüksək balla yaxşı universitetlərə qəbul oldular. Sonralar artıq gənc olan bu qohum uşaqlar şəhərə təhsil almağa gələndə də bir şeyə diqqət etdim. Başqa tələbələr kimi günlərini əyləncələrdə, avaralıqla deyil, kitabxanalarda, ya da evdə kitab arxasında keçirirdilər.
Hər üçü təhsilini başa vurdu, oxuduqları sahədə uğurlu mütəxəssis oldular. Kasıb həyatları geridə qaldı. İmkanları, güzəranları yaxşılaşdı.İndi İldə iki dəfə xarici ölkələrə gedir ailəlikcə orda istirahət edirlər. Onların uşaqlari şəhərin prestijli məktəblərində oxuyurlar.
Bu qohumlarımız sadəcə bir nümunə idi. Onlarla, yüzlərlə elə kasıb, təvazökar ailələrdən çıxan, amma yaxşı oxumağı, təhsili, zəhməti sayəsində uğur qazanan, həyatını dəyişən insanlar var. Əminəm ki, siz özünüz də nə qədər belə adam tanıyırsınız.
Əksi də olur. Məsələn, görürsən, imkanlı, ziyalı ailələrdə uşaqlar doğulur. Gözünü açır, evdə hər şey var. Oxumaq, təhsil almaq, özünü yetişdirmək yolunda heç bir maneə yoxdur. Valideynləri ona lazım olacaq istənilən kitabı, getmək istədiyi hər hansı kursu tapmağa, maliyyəlləşdirməyə gücü çatan adamlardı. Bu bolluğun, bu imkanların içində böyüyən uşaqlar, bəzən təhsildən, kitabdan tamamilə uzaq düşür. Oxumağa meyli, həvəsi olmur. Ziyalı ata-anası sayəsində bütün qapılar üzünə açıqdır deyə, düşünür ki, ömrü boyu belə olacaq. Məsələn tanınmış aktyor Siyavuş Aslan və Ofeliya Aslanın oğlu Çingiz hal hazırda küçədə qalır. Atasından qalan var-dövləti qumarda uduzub, dəfələrlə türməyə düşüb. İndi qalmağa yeri də yoxdur. Bəlkə də zamanında təhsil alıb, oxusaydı, bu gün belə vəziyyətdə yaşamazdı. Məşhurların, uğurlu insanların sonu yaxşı olmayan uşaqları məsələsində onlarla misallar çəkmək olar.
Yanvar ayının ortasında Bakıda " Birinci Turan Kitab Festivalı«keçirildi. Festivalda 40-a yaxın nəşriyyat, 20-yə yaxın kitab mağazası iştirak edirdi. Doğrudan da festival çox maraqlı idi. Kitab təqdimatları, imza və qiraət saatları, mühazirələr təşkil olunmuşdu. Bundan başqa, müəlliflərlə görüşlər keçirildi. Amma sərgidə oxucuların sayı az idi. Bəlkə də səbəb sərginin düz dördgünlük olmasıydı.
İnsanın bir çox vərdişi ailədə formalaşır. Kitab oxuma vərdişi də həmçinin. Şəxsən mən gözümü açandan evimizdə içi kitablarla dolu böyük dolab görmüşəm. Sovetlər dövründə atam xeyli qəzet və jurnala abunə yazilmışdı. “Azərbaycan qadını”, “Ulduz”, “Azərbaycan”, “Elm və texnika” jurnalıllarının bütün nüsxələri bizə gəlirdi. Biz uşaqlar rus dilində təhsil aldığımıza görə, atam o dildə də bir neçə qəzet və jurnal alırdı. O nəşrlər, jurnallar, kitablar mənim bir oxucu kimi zövqümü formalaşdırdı.
Valideynlərim mütaliəni çox sevirdilər. Mənə də kitabları sevməyi öyrədirdilər. Gecələr kitab oxumaqla, müxtəlif nağıl qəhrəmanlaını sevdirməklə, məndə kitablara qarşı dərin maraq yarada bilmişdilər. Ailəmin aşıladıgı bu kitab oxuma vərdişi həyatda mənə çox şey qazandırdı.
Yadımdadır, o vaxtlar xüsusi “avtolavka” deyilən maşınlarda rayon və kəndlərə səyyar kitab mağazaları gələrdi. Dünya ədəbiyyatından seçmə əsərləri tərcümə edib, antoloqiyalar hazırlayıb rayon və kənd kitabxanalarına göndərirdilər. Müxtəlif xalqların klassik və müasir ədəbiyyatları tərcümə edilib, almanax şəklində buraxılır, Azərbaycanın bütün kəndlərinə göndərilirdi. Əllərində kitab, jurnal, qəzet oxuyan insanları ictimai nəqliyyatda, küçələrdə, parklarda görmək adi hal idi. Hər yay tətillində ədəbiyyat müəllimimiz oxuyacağımız əsərlərin siyahısını verərdı. Bütün yayı kitabxanadan və ya kitab mağazalarından həmin ədəbiyyatı alıb, oxuyardıq. Ona görə də 30 il əvvəl insanların nitqi daha səlis idi, indi isə 18-25 yaşlı insanlar danışanda, görürsən ki, cümlə qura bilmir, qırıq-qırıq danışırlar. Səbəb budur ki, kitab oxumurlar, mətndən uzaq düşüblər, cümlə necə qurulur, xəbərləri yoxdu.
Sovetlər dağılandan sonra hər şey kimi, kitaba münasibət də dəyişdi. İnsanlar mütaliədə soyudular. Bir çox bukinist və kitab mağazaları yığışdırıldı. Bəzi kitab mağazalarının təyinatı dəyişdirildi. Onların yerində şadlıq sarayları, restoran, kafe və donərxanalar tikildi. Vaxtı ilə Bakıda 100-ə yaxın “kitab evi” vardı. Hazırda şəhər mərkəzində uzaqbaşı on dənə kitab evi tapmaq olar. Dunya ədəbiyyatı incilərinin yerini kriminal kitablar tutmağa başladı. Düzgün cümlələrlə, sensuzaradan keçdiyi üçün hər nöqtə-vergülü qaydasında olan, insanlara ən azıś sözlərin doğru yazılışını öyrədən, azdan-çoxdan maarifləndirici missiyası olan nəşrlərin yerini sarı mətbuat tutdu. O illərdə ölkədə yayılmış sarı mətbuat bumunu, o qəribə-qəribə mətnləri təkcə əxlaqçı yanaşmadan deyil, həm də linqvistik yanaşmadan qiymətləndirmək lazımdı. Çünki o qəzetlər, jurnallar sayəsində küçə dili, jarqon, avam dil mətbuata ayaq açdı və leqallaşdı. Qınamalı da deyil, o illərdə ölkədə xaos vardı, bir-birinin ardınca baş verən taleyüklü siyasi hadisələr fonunda hər yerdə olduğu kimi, kitab, mətbuat sahəsində də xaosun yaşanmağı təəccüblü deyildi. O illərdə təkcə çörək qəhətə çəkilmədi, yaxşı kitab, keyfiyyətli qəzet-jurnal, bir sözlə, yaxşı mətn də qəhətə çəkildi. Sonrakı otuz il ərzində ölkədə bir çox problem öz həllini tapdı. Kitab, nəşriyyat sahəsində də azdan-çoxdan bir səliqə-səhman yarandı. Yerli ədəbiyyata yeni imzalar gəldi, tərcümə işi vüsət aldı. Amma insanlarımızın oxuma vərdişi, sovet illərindəki kitab həvəsi tam yerinə gəlmədi. Müasir dövrdə cəmiyyətimizin ən böyük problemlərindən biri də insanların kitaba və oxumağa marağının az olmasıdır. Fikirlər versək, görərik ki, cəmiyyət kitabdan və mutailədən get-gedə uzaqlaşır.
Sovet dövrünün evlərindəki kitab dolu olan şkafların yerini büllur, suvenir dolu şkaflar əvəz edib. İndi nadir hallarda evlərdə kitaba rast gəlmək olar. Şagirdlər, tələbələr qiymət xatirinə ancaq dərslikləri oxuyurlar. Bədii ədəbiyyata vaxt ayırmırlar. Buna da səbəb erkən yaşlardan kitab vərdişlərinə sahib olmamaqdır. Fikir vermişəm, məktəbdə uşaqlar çox vaxt yazıçıların əsərlərini mündəricatdan oxuyurlar. Bu da onlarda nə əsər haqqında, nə qəhramanları haqqında tam fikir, təsəvvür formalaşdırmır.
Müasir dövrün insanı öz vaxtını daha çox internetdə keçirirlər. Şou, kriminal xəbərləri müasir oxucunun gündəmini zəbt edib. Bir çoxları bu informasiyanı maraqdan oxuyur, dinləyir. Bu kimi xəbərlərin isə insan həyatına hər hansı bir təsiri, faydası olacaq informativ yükü yoxdur. Əsl erudisiya, intellekt kitab vasitəsilə qazanılandır. Buna görə də, çox kitab oxunan cəmiyyətlərdə kriminalın səviyyəsi aşağıdır.
Kitab oxumayan toplumda kriminal, narkomaniya, aqressiya artıqca, cəmiyyət də deqredasiyaya uğrayır. Əgər əvvələr ən mötəbər məclislərin bəzəyi alimlər, ziyalılar idisə bu gün onların yerini şou biznes əhli, artistlər, alverçilər tutub.
Bəzən ətrafımda tanışlar, qohumlar vaxt edib kitab oxuya bilmədiklərindən şikayət edirlər. Çox vaxtında işlərinin çox olması bəhanə gətirirlər. Amma ən azı gündə bir saat kitaba vaxt ayırmaqla intellektual boşluğu doldura bilərlər.
Cəmiyyətdə kitaba olan marağı artırmaq fərdi məsələ deyil. Dövlətin kitab siyasəti olmalıdır. Təhsil ocaqlarında — məktəblərdə, universitetlərdə seminarlar, dərnəklər və kitab klubları təşkil olunmaldı. Kitabxanalar yeni nəşrlərlə təmin olunmalı, insanların kitab oxuması üçün dövlət xüsusi proqramlar hazırlamalıdır. Və yaxud, necə ki „Şuşa ili“, „multikulturalizm ili“, „Nəsimi ili“ elan edilir, beləcə də “Kitab ili” elan etmək və həmin il kitabın inkişafına dəstək vermək olar. Eyni zamanda, televiziya kanallarında, KİV-lərdə kitab təqdimatları, sərgilər, festivallardan verlişlər hazırlamaq, bununla da insanlarda kitab və oxumağa maraq, həvəs oyatmaq olar.
Müəllif: Həcər Bayram
Mənbə: kulis.az
| ['kitab', 'kitab oxumaq', 'nəşriyyat', 'mütaliə', 'mütaliə etmək'] |
49 | https://kayzen.az/blog/politologiya/27776/ssri-1960-c%C4%B1-ill%C9%99rin-ikinci-yarisi-1980-ci-ill%C9%99rin-ortalarinda.html | SSRİ 1960-cı İLLƏRİN İKİNCİ YARISI -1980-ci İLLƏRİN ORTALARINDA | gunelb | Tarix və politologiya | 28 fevral 2023, 00:10 |
İctimai-siyasi həyat
N.S.Xruşşovun istefası ilə onun başladığı ictimai-siyasi həyatın liberallaşması prosesinin dəyişiklikləri dayandı. N.S.Xruşşovun istefasının təşəbbüskarı və təşkilatçılardan biri olan L.İ.Brejnev Sov.İKP MK-nın birinci katibi (1966-cı ildən Baş katibi) seçildi. Brejnev Leonid İliç (1906-1982) Yekaterinoslav quberniyasının Kamensk qəsəbəsində fəhlə ailəsində doğulmuşdur. 1935-ci ildə Metallurgiya İnstitutunu bitirmiş, 1939-cu ildən partiya işinə keçmişdir. Böyük Vətən müharibəsində siyasi işçi kimi iştirak edərək general-mayor rütbəsində 4-cü Ukrayna cəbhəsinin siyasi idarəsinin rəisi olmuşdur. Qazaxıstan KP MK-nın birinci katibi kimi xam torpaqların mənimsənilməsində iştirak etmiş, 1960-cı ildən SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri seçilmişdir. N.S.Xruşşovun istefasının təşkilatçılarından biri olan L.İ.Brejnev 1964-cü ilin oktyabrın 14-də Sov.İKP MK-nın birinci katibi seçildi. Yeni birinci katib yumşaq, təvazökar, protokol qaydalarına ciddi əməl edən partiya rəhbəri kimi tarixə düşmüşdür. Xüsusilə ömrünün son illərində təntənəyə, təltiflərə, tərifə aludə olan L.Brejnevin dörd dəfə Sovet İttifaqı Qəhrəmanı, Sovet İttifaqı Marşalı, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri, Müdafiə Şurasının sədri adları və vəzifələrinə sahib olmuşdur. Hakimiyyətdə olduğu müddətdə L.Brej-nev 114 dəfə SSRİ-nin Ali dövlət mükafatı ilə təltif edilmişdir. Onun ünvanına yağan tərif və təltiflər uzun müddət sovet cəmiyyətində istehza və rişxəndlə qarşılanmışdır. Eyni zamanda çox ehtiyatlı və mühafizəkar bir şəxs olan L.İ.Brejnev cəmiyyətdə sabitliyin təmin edilməsinə xüsusi önəm verirdi.
SSRİ Nazirlər Sovetinin sədri təyin edilən A.Kosıgin, Xarkov vilayət partiya komitəsinin sabiq katibi, Mərkəzi Komitənin kadr məsələsi üzrə katibi olan N.Podqornı, Rəyasət Heyətinin tərkibinə daxil edilən P.Şelest, MK-nın katibi, Partiya Nəzarət Komitəsinin sədri, Nazirlər Sovetinin sədr müavini N.Şelepin və Rəyasət Heyətinin üzvü, ideologiya sahəsində məsul şəxs M.Sus-lov yeni hakimiyyətin nüvəsini təşkil edirdilər. 1964-cü ildəki noyabr Plenumu N.S.Xruşşovun dövründə sənaye və kənd partiya təşkilatlarına bölünən orqanları bütün səviyyələrdə, o cümlədən sovet, həmkarlar, komsomol təşkilatlarının vahid təşkilatlarda birləşmələrini qərara aldı. 1964-cü ilin dekabrından başlayaraq diyar, vilayət və rayon komitələri bərpa edildi. 1965-ci ildə xalq təsərrüfatı şuraları ləğv olundu və iqtisadiyyatın sahələr üzrə idarə edilmə prinsipi bərpa edildi. 1966-cı ildə Sov.İKP-nin XXIII qurultayında N.S.Xruş-şovun şəxsi təşəbbüsü ilə partiyanın Nizamnaməsinə daxil edilən seçkili partiya orqanları rəhbərlərinin vaxtaşırı məcburi dəyişdirilməsi qaydası Nizamnamədən çıxarıldı. İ.Stalin dövrünün qorxusu və N.Xruşşov dövrünün saysız-hesabsız yenilikləri ilə ümidsizliyə qapılan partiya aparatı yeni hakimiyyətin partnomenkla-turanı şəriksiz hakimiyyətə qovuşdurmasını sevinclə qarşıladı. L.İ.Brejnev XXIII qurultayda Baş katib seçildi, Mərkəzi Komitənin Rəyasət Heyəti yenidən Siyasi Büro adlandırıldı. Mərkəzi Komitənin üzvlərinin sayı 1966-cı ildəki 300 nəfərdən 10 il ərzində 40% artaraq 420 nəfərə çatdı. Şəxsi sədaqətin və başda duran rəhbərə danışıqsız tabe olmaq vərdişlərinin işçinin qabiliyyətindən ön plana keçdiyi 70-ci illərdə özünəməxsus «sovet feodalizmi»n xatırladan partiya ailəçiliyi yüksək həddə çatmışdı. Buna qarşı İ.Stalin dövlət terroru, N.S.Xruşşov isə qanuni vasitələrlə uzun müddət mübarizə aparmışdır.
Ölkənin yeni rəhbərləri Sov.İKP MK-nın birinci katibi L.Brejnev ilə SSRİ Nazirlər Sovetinin sədri A.Kosıgin arasında iqtisadi strategiyanın müəyyən edilməsində fikir ayrılığı mövcud idi. L.Brejnev ilk olaraq kənd təsərrüfatı, ağır sənaye, müdafiənin, 1972-ci ildən isə «Sibirin mənimsənilməsinin» tərəfdarı idi. Hökumətin başçısı A.Kosıgin vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinin əsası olan yüngül sənayeni ön plana çəkirdi. Kosıgin Aleksey Nikolayeviç (1904-1980) Peterburqda fəhlə ailəsində doğulmuşdur. Vətəndaş müharibəsi illərində Qızıl Ordu sıralarında xidmət etmiş, Leninqrad Toxuculuq İnstitutunu bitirmişdir. 1940-1946-cı illərdə SSRİ XKS sədrinin müavini kimi müəssisələrin şərqə köçürülməsi və orada ölkənin sənaye bazasının yaradılması işinə rəhbərlik etmişdir. Maliyyə, yüngül və ərzaq sənayesi nazirləri, SSRİ Dövlət Plan Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1964-1980-ci illərdə SSRİ Nazirlər Sovetinin sədri, Sov.İKP MK Siyasi Bürosunun üzvü olmuşdur.
İqtisadi srategiyanın müəyyən edilməsində olduğu kimi, siyasi məsələlərin həlli yolunda da partiya rəhbərliyi arasında fikir ayrılığı və çəkişmələr qalırdı. Siyasi məsələlərin həllinə mühafizəkar münasibətin tərəfdarları L.Brejnev və özünü partiyalılıq prinsipinə söykənən təmiz sovet ideologiyasının qoruyucusu kimi təqdim edən M.Suslov idi. Onların belə mühafizəkar mövqeyi 70-ci illərin ikinci yarısında daha da güclənərək A.Kosıginin texnokrat istiqamətli tədbirlərinin məhdudlaşdırılmasına, bəzi partiya liderlərinin mövqelərinin zəiflədilməsinə yönəldi. Partiya və dövlətin üst qatlarında yerləşən rəhbər kadrların iddia və vəzifə çəkişmələri 1965-ci ilin sonuna doğru N.Xruşşovun istefaya göndərilməsinin təşkilatçılarından olan N.Podqornı və A.Şelepinin mövqeyinin xeyli zəifləməsi ilə müşayiət olundu. A.Şelepin Mərkəzi Həmkarlar Şurasının sədri təyin edilərək, əslində dövlət hakimiyyətindən uzaqlaşdırılmış oldu. N.Podqornı isə fəxri kürsü hesab edilən SSRİ Ali Sovetinin sədri seçildi. A.N.Şelepinin komsomol yoldaşı, onu DTK-nın başçısı vəzifəsində əvəz etmiş V.S.Semiçastnı 1967-ci ilin martında Stalinin qızı Svetlana Alliluyevanın daimi yaşamaq məqsədi ilə Qərbdə qaldığı səbəbi ilə vəzifəsini itirdi.
1966-cı ilin aprelində Sov.İKP-nin XXIII qurultayında Baş katib seçildikdən sonra L.İ.Brejnev müharibəyə qədər siyasi fəaliyyətə başladığı Dnepropet-rovskidən olan kadrları öz ətrafına yığmağa başladı. 1966-cı ildə N.Podqornını Mərkəzi Komitənin katibi vəzifəsində «dnepropetrovsk qruplaşması»na daxil olan A.P.Kirilenko əvəz etdi. L.Brejnevə yaxın olan K.U.Çernenko, V.V.Şerbitski, D.A.Kunayev, N.A.Şelokov mühüm vəzifələrə təyin edildilər.
Ağır sənaye, hərbi sənaye kompleksi və müdafiənin inkişafına üstünlük verən L.Brejnevin həyata keçirdiyi tədbirləri hərbçilər müdafiə edirdi. 1966-cı ilin əvvəllərində hərbçilər elan edilən azalan hərbi xərclərin yenidən baxılmasına nail oldular. Müdafiə sənayesinə rəhbərlik edən general D.F.Ustinov Mərkəzi Komitə Siyasi Bürosunun üzv namizədliyinə və Katibliyin tərkibinə daxil edildi. 1967-ci ilin martında Müdafiə Naziri P.Y.Malinovski vəfat etdikdən sonra bu vəzifəyə hərbçilərin təkidi ilə A.A.Qreçko təyin olundu. Yalnız onun ölümündən sonra 1976-cı ilin aprelində D. Ustinov müdafiə naziri təyin edildi. 1976-cı il mayın 7-də L.İ.Brejnev Sovet İttifaqı Marşalı oldu. Əslində bu partiya liderinin hərbçilərin rəhbəri ilə işbirliyinin nəticəsi idi. İki gün keçdikdən sonra Dnepropetrovsk əhalisi öz həmyerlisinin əzəmətli heykəlinin açılışında iştirak etdi.
70-ci illərdə tamamilə aydın oldu ki, 1961-ci ildə Sov.İKP Proqramında elan edilən kommunizm quruculuğu konsepsiyası, həqiqətdən, çox uzaq olub, daha çox mifə bənzəyir. Odur ki, sovet rəhbərliyi kommunizm quruculuğu və dövlətin ölüb getməsi yerinə hətta marksizm-leninizm klassiklərinin əsərlərində olmayan inkişaf etmiş sosializm konsepsiyası irəli sürdü. 1966-cı ilin dekabrın 21-də F.M.Burlatski «Pravda» qəzetində «İnkişaf etmiş sosializm cəmiyyəti quruculuğuna dair» məqalə çap etdirmişdir. 1967-ci ildə Oktyabr inqilabının 50 illyi ilə əlaqədar nitqində L.İ.Brejnev elan etdi ki, SSRİ-də artıq inkişaf etmiş sosializm cəmiyyəti qurulmuşdur. Bu yeni anlayış nəzəriyyə ilə həyat arasındakı uçurumu xeyli azaldaraq uzun bir tarixi mərhələni əhatə etməklə kommunizm quruculuğunu, dövlətin ölüb getməsini sonu bəlli olmayan uzaq gələcəyə istiqamətləndirirdi. 1977-ci il oktyabrın 7-də qəbul edilən Sovet Sosialist Respublikalar İttifaqının Konstitusiyası (Əsas Qanun) SSRİ-də inkişaf etmiş sosializmin qurulduğunu təsbit etdi. 1977-ci il L.İ.Brejnev Konstitusiyası girişdən, 9 bölmədən, 21 fəsildən, 174 maddədən ibarətdir. Müqayisə üçün qeyd edək ki, 1936-cı il Konstitusiyasının yalnız 13 fəsli, 146 maddəsi var idi.
Yeni Sovet Konstitusiyası elan etdi ki, SSRİ artıq proletariat diktaturası dövləti olmayıb «fəhlələrin, kəndlilərin və ziyalıların, ölkənin bütün millət və xalqlarının zəhmətkeşlərinin iradəsini və mənafeyini ifadə edən ümumxalq sosialist dövlətidir». Sovet dövlətinin ümumxalq xarakteri sovetlərin yeni xalq deputatları sovetləri adında öz əksini tapmışdır. Bütün hakimiyyətin SSRİ-nin siyasi əsasını təşkil edən xalq deputatları sovetlərinə məxsus olması təsbit edilsə də, real olaraq bütün səviyyələrdə sovetlərin əslində heç bir hakimiyyəti yox idi, onlar yalnız partiya orqanlarının göstəriş və qərarlarını yerinə yetirirdilər. Konstitusiyanın 6-cı maddəsində inkişaf etmiş sosializm cəmiyyətinin siyasi sisteminin özəyi olan Kommunist Partiyasının rəhbər və istiqamətverici rolu rəsmi olaraq qanunvericilik yolu ilə təsbit edilmişdi. Bu rəsmi təsbit əslində ictimai həyatın bütün sahələrində hakim rol oynayan partiya aparatının mövqeyinin formal olaraq möhkəmlənməsi idi.
Konstitusiyada qeyd olunan əsas yenilik inkişaf etmiş sosializmin qurulmasının təsbit edilməsi və «ümumxalq dövləti»nin yaradılmasının elan edilməsidir. Beləliklə, dövlətin ölüb-getməsi qeyri-müəyyən vaxta təxirə salınaraq əsas diqqət qanunçuluğun və hüquq qaydalarının hərtərəfli möhkəmləndirilməsinə yönəldilmişdir. Dövlətin əsas vəzifəsi «sinifsiz kommunist cəmiyyəti» qurmaq idi. SSRİ-nin iqtisadi sisteminin əsasını istehsal vasitələri üzərində sosialist mülkiyyəti, siyasi sisteminin əsasını sovetlər, sosial əsasını fəhlə, kəndli və ziyalıların ittifaqı təşkil edirdi.
İnkişaf etmiş sosializmin Konstitusiyasında 1918, 1924 və 1936-cı illərdəki Konstitusiyalarda olmayan yeni xarici siyasət məsələlərindən bəhs edən bölmə yer almışdır. Xarici siyasətin əsas istiqamətinin «SSRİ-də kommunizm qurmaq» üçün əlverişli beynəlxalq şəraitin təmin edilməsinə, «dünya sosializm sisteminin mövqeyinin möhkəmləndirilməsinə, xalqların milli azadlıq və sosial tərəqqi uğrunda mübarizəsinin» müdafiəsinə yönəldilməsi nəzərdə tutulmuşdur. SSRİ-nin sosialist ölkələrinə və müstəmləkəçilikdən azad olmuş dövlətlərə münasibətdə sosialist beynəlmiləlçiliyi prinsipi təsbit edilmişdir. Praktik olaraq bu vəziyyət çox zaman xalqların suveren bərabərlik prinsipi öhdəliyinə, onların öz müqəddəratını təyin etməsi hüququnun pozulması, sosialist dövlətlərinə xarici siyasət müdaxilənin əsaslandırılması ilə müşayiət olunurdu.
İnkişaf etmiş sosializmin Kosntitusiyasına görə dövlət hakimiyyətinin ali orqanı olan ikipalatalı SSRİ Ali Soveti İttifaq Soveti və Millətlər Sovetindən ibarət idi. Ali Sovet mühüm dövlət məsələlərini, o cümlədən Ümumittifaq Konstitusiyasının dəyişdirilməsi, İttifaqın tərkibinə yeni respublikaların qəbulu, dövlət büdcəsinin, sosial və iqtisadi inkişaf planının qəbul edilməsini həll etmək hüququna malik idi. SSRİ Ali Sovetinin sessiyaları arasında onun vəzifəsini Rəyasət Heyəti yerinə yetirirdi. SSRİ Nazirlər Soveti dövlət idarəçiliyi sistemi vasitəsilə cari idarəçilik işlərinə rəhbərlik edirdi.
Yeni Brejnev Konstitusiyasında milli-dövlət quruluşu məsələsi 1936-cı il Konstitusiyasında olduğu kimi qalmışdır. 69-cu maddəyə əsasən, SSR İttifaqı «vahid çoxmillətli ittifaq dövləti» kimi təsbit edilmişdir ki, bu da mərkəzi fede-ralizmin möhkəmləndirilməsi demək idi. Bu maddə ilə ziddiyyət təşkil edən Konstitusiyanın 71-ci maddəsi hər bir respublikanın «SSRİ-dən azad çıxmaq hüququnu», 75 və 80-ci maddələr isə onların suverenliyini elan etmişdir.
1977-ci il SSRİ Kosntitusiyası Brejnev daxili və xarici siyasət istiqamətinin mühafizəkar xüsusiyyətini qəti olaraq müəyyən edib, partiyanın cəmiyyət üzərində sərt nəzarətini qanuniləşdirərək, milli məsələlərdəki təhlükəli ziddiyyətləri müəyyən müddətə dondurmuş oldu.
N.S.Xruşşovun istefasından sonra şəxsiyyətə pərəstiş siyasətinin tənqidi, demək olar ki, başa çatdı. Həbs düşərgələri və repressiyaya məruz qalan şəxslər haqqında dərc edilən məqalələr mətbuat səhifələrindən yoxa çıxdı. Rəsmi tənqid sovet tarixinə qara ləkə yaxanlara qarşı sipər aldı. Eyni zamanda mətbuatda İ.V.Stalinin Böyük Vətən müharibəsi dövründə Ali Baş Komandan kimi xidmətlərindən bəhs edən məqalələr dərc edilirdi. Hətta Sov.İKP-nin XXIII qurultayı ərəfəsində İ.Stalinə rəsmi olaraq bəraət verilməsi nəzərdə tutulduğu halda rəhbərlik açıq olaraq XX qurultayın qərarlarına yenidən baxılmasına yol verməyərək, bu məsələnin tədricən səs-küysüz həll etməyi qərara aldı. Çox güman ki, İ.V.Stalinin bəraəti ilə bağlı görkəmli elm və mədəniyyət xadimlərinin Mərkəzi Komitəyə yazdıqları etiraz məktubları və ziyalıların bu məsələyə mənfi münasibəti partiya və dövlət rəhbərliyini belə bir addım atmağa sövq etmişdir. 1969-cu ildə İ.V.Stalinin anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq XX qurultayın kursunun dəyişdirilməsinə Sov.İKP-nin ali hakimiyyət nümayəndələrindən Q.İ.Voronov, K.T.Mazurov, P.M.Maşerov, D.S.Polyanski, A.N.Şelepin yenidən cəhd etsə də, ziyalıların və xarici kommunist partiyaları liderlərinin kəskin etirazı buna mane oldu. Sovet rəhbərliyi «Pravda» qəzetində İ.Stalinin fəaliyyəti haqqında ehtiyatla, ölçülü bir məlumat dərc etdirməklə kifayətləndi. Rəsmi senzura G.K.Jukovun xatirələrindən ibarət olan kitabından İ.Stalin haqqındakı tənqidi fikirləri çıxardı. Tədricən İ.Stalinin obrazı kino ekranlarında, xüsusilə Böyük Vətən müharibəsindən bəhs edən filmlərdə göründü.
L.İ.Brejnevin başçılıq etdiyi partiya elitasının İ.V.Stalinin bəraitinə cəhd etməsi A.T.Tvardovskinin başında durduğu «Yeni dünya» («Новый мир») jurnalının təmsil etdiyi cəmiyyətin liberal əhvali-ruhiyyəli hissəsinin müqaviməti ilə üzləşdi. «Yeni dünya» jurnalının tənqidçi yazarları V.Y.Lakşin, İ.T.Vinoqradov, A.İ.Kondratoviç ədəbiyyatda Stalin ənənələrinə qarşı barışmaz mübarizə aparırdılar. «Yeni dünya» jurnalının əsas opponentləri ehkamçı stalinçi mövqeyi müdafiə edən «Oktyabr» və «Molodaya qvardiya» jurnalları idi. 1969-cu ildə «Oktyabr» jurnalının baş redaktoru V.A.Koçetov «Sən nə istəyirsən» («Чего же ты хочешь») romanını çap etdirdi və bu, cəmiyyətdə ziyalılara həcv kimi qəbul edildi. Romanda partiya qurultaylarında keçmişin tənqidinin qəbul edilməz olduğundan, ölkəyə Qərbin təsirinin zərərindən bəhs edilirdi. Yazıçı liberal ziyalılarla yanaşı, «millətçi slavyanpərəstləri» də tənqid etmişdir. «Pravda» qəzeti «Yeni dünya» jurnalın düzgün olmayan ideya mövqeyinə, «Oktyabr» jurnalın çap olunan əsərləri keyfiyyətin aşağı tələbkarlığa görə tənqid etdi. «Molodaya qvardiya» jurnalı 60-cı illərin ortalarından milli əsaslara söykənən mövqedən çıxış edirdi. Onun müəllifləri M.Lobanov, S.Semanov, V.Çalmayev Rusiyanın özünəməxsus inkişafını önə çəkərək mədəniyyətin amerikalılaşdırılmasına etiraz edir, Rusiyanı qəti olaraq Qərbə, ziyalıları isə xalqa qarşı qoyaraq açıq millətçiliyə meyil edirdilər.
60-cı illərin axırlarında A.T.Tvardovskinin «Gizli Nəşr»də, sonra Qərbdə çap etdirdiyi «Yaddaş haqlılığı» («По право памяти») şəxsiyyətə pərəstişin dirçəldilməsinə qarşı yönəldilmiş antistalinçi poeması «Yeni dünya» jurnalı üzərinə hücumları gücləndirdi. Jurnalı kosmopolitizmdə təqsirləndirən Yazıçılar İttifaqının katibliyi A.Tvardovskinin bir sıra əməkdaşın redaksiya heyətindən uzaqlaşdırdı və baş redaktor da istefa verməyə məcbur oldu. Artıq əvvəlki «Yeni dünya» mövcud deyildi. Bu bir daha təsdiq etdi ki, inzibati vasitələrlə öz qələbəsini təmin edən partiya aparatı və onun rəhbərləri cəmiyyətdə açıq müzakirə aparmaq qabiliyyətindən çox uzaqdırlar. Odur ki, ictimai problemlərin həllinin müzakirələri rəsmi orqanlardan fərqli olaraq «gizli nəşr»lərə keçdi.
SSRİ-də partiya və dövlətin müəyyən etdiyi rəsmi mədəniyyətin mühafizəkar xarakteri artdıqca rəsmi olmayan, alternativ mədəniyyət geniş miqyas aldı. Daha çox əhəmiyyət kəsb edən bədii ədəbiyyat əsərləri «gizli nəşr»lər vasitəsilə çap olunurdu. A.Q.Bitovun, F.A.İskəndərin, V.Yerofeyevin əsərləri yalnız Qərbdə çap edilirdi. V.P.Aksenov, A.D.Sinyavski, V.N.Voynoviç, S.D.Dovlatov və b. yazıçılar xarici ölkələrə mühacirət etməyə məcbur oldular.
Yenistalinizm və «durğunluq» ideologiyasına qarşı duran qüvvələrdən biri də «kəndli» yazıçılar olmuşdur. F.Abramov, B.Belov, B.Mojayev, V.Ras-putin, V.Tendryakov kimi yazıçılar kollektivləşmənin rus kəndinin həyatındakı mənfi nəticələrindən ətraflı bəhs etmişlər. Bu xətti, eyni zamanda S.V.Viku-lovun baş redaktoru olduğu «Bizim müasirimiz» («Наш современник») və M.N.Alekseyevin baş redaktorluğu altında «Moskva» jurnalları davam etdirmişdir.
1970-ci il noyabrın 5-də partiyanın MK-nın Katibliyinin iclası olmuşdur. «Gənc qvardiya» («Молодая гвардия») jurnalının redaktoru, keçmiş qırıcı-təyyarəçi A.V.Nikonov, V.Çalmayev və S.Semanovun məqaləsini çap etdirdiyi üçün vəzifələrindən azad edilmişdir. Onun yerinə MK-nın təlimatçısı F.Y.Ov-çarenko təyin olundu. 1972-ci ildə onun ölümündən sonra jurnalın redaktoru vəzifəsinə keçmiş redaktorun ideya silahdaşı, «Kölgələr günorta itir» («Тени изчезают в полдень») romanının və «Əbədi çağırış» («Вечный зов». 19701976) trilogoyiasının müəllifi görkəmli yazıçı A.S.İvanov təyin edilmişdir.
Brejnev hakimiyyətinə qarşı obyektiv müxalifət mövqeyindən çıxış edən mərkəzlərdən biri 1966-cı ildə yaradılan Tarix və Mədəniyyət Abidələrini Qoruyan Ümumrusiya Cəmiyyəti olmuşdur. Hərəkatın rəhbərləri görkəmli vətənpərvərlər, arxeoloq və tarixçi B.A.Rıbakov, kimyaçı-fizik İ.V.Petryanov-Sokolov, rəssamlar P.Korin və İ.Qlazunov, yazıçılar L.Leonov, V.Solouxin, V.D.İvanov, Moskva Kreml muzeyinin rəhbəri V.N.İvanov olmuşdur. 1968-1969-cu illərdə mərkəzdə rus tarixi və mədəniyyətini kompleks şəkildə öyrənən «Rus klubu» fəaliyyətə başlamışdı ki, bu da qeyri-leqal rus ziyalılarının birliyi idi. İlk dəfə olaraq birlik rus mədəniyyəti və mənəviyyatının təşəkkülü məsələlərini müzakirə etməyə başlamışdı. Yazıçılar A.İ.Bayquşev, V.A.Çivilixin, şairlər İ.İ.Kobzev, S.Y.Kunyayev, Q.V.Serebryakov, V.V.Sorokin, tənqidçi və ədəbiyyatşünas V.A.Çalmayev, Y.L. Prokuşev, jurnalistlər İ.D.Zaxarçenko, A.V.Nikonov, QULAQ məhkum həyatı yaşamış publisist O.V.Volkov və d. klubun fəal üzvlərindən idi.
B.Ş.Okucava, Y.İ.Vizbor, Y.Ç.Kim və V.S.Vısotskinin müəllif mahnıları milyonları coşduraraq əsl şəhər folkloruna çevrilmişdi. Onların sovet reallığını tənqid edən mahnılar maqnitofon yazılışı ilə əhali arasında yayılaraq «maq-nitofon inqilabının» əsasını qoymuşdur. V.Vısotskinin azadolmayan hissləri tərənnüm edən mahnıları cəmiyyətin müxtəlif təbəqələri arasında eyni dərəcədə şöhrət qazanmışdı. Ziyalıların arasında təqibi nəticəsində Yazıçılar İttifaqı və Kinematoqrafçılar İttifaqının üzvlüyündən azad edilən və xaricə mühacirətə getməyə məcbur olan A.A.Qaliçin bədii yaradıcılığı geniş şöhrət qazanmışdır. Liberal ziyalıların hakimiyyətlə olan əlaqələrinin gündən-günə pisləşməsi onların fərqli düşünənlər hərəkatını müdafiə etməsinə səbəb oldu.
Hakimiyyətin yeritdiyi rəsmi siyasətə qarşı öz etirazlarını açıq və mərdliklə bildirən dissident hərəkatı meydana gəldi. 1968-ci il avqustun 25-də Qızıl meydanda sovet qoşunlarının Çexoslovakiyaya müdaxiləsinə etiraz əlaməti olaraq səkkiz nəfər, o cümlədən tələbə T.Bayeva, filoloqlar K.Ba-bitski, L.Boqoraz-Bruxman, şair V.Delone, fəhlə V.Dremlyuq, fizik P.Lit-vinov, sənətşünas V.Faynberq və şairə N.Qorbanevskaya aksiya təşkil etdilər. Onların hamısı həbs edilərək həbs düşərgələrinə, sürgün və ya məcburi psixi müalicəxanaya göndərildi.
Yeni hakimiyyətin baş ideoloqu rolunu icra edən M.A.Suslov ilk gündən N.S.Xruşşov dövrünün mədəni mülayimləşmə mərhələsinə qarşı olduğunu açıq bildirdi. 1965-ci ildə yazıçılar A.D.Sinyavski «Məhkəmə gedir» («Суд идет»), «Lyubimov», Y.M.Daniel «Danışır Moskva» («Говорит Москва»), «Bağışlanma» («Искупление») adlı totalitarizmin sosial və psixoloji mahiyyətindən bəhs edən əsərlərin xaricdə və şair V.Y.Tarsisin «Sfinks» «Gizli Nəşr» jurnalında çap etdirdikləri üçün həbs edildilər. «Sovet dövlətini və ictimai quruluşunu ləkələdikləri» üçün A.Sinyavski yeddi, Y.Daniel beş il müddətinə azadlıqdan məhrum edildilər. Bu, XX qurultaydan sonra SSRİ-də keçirilən birinci açıq siyasi məhkəmə prosessi kimi tarixdə öz yerini tutdu. 1966-cı ildə Sov.İKP-nin XXIII qurultayının ünvanına görkəmli mədəniyyət xadimləri K.İ.Çukovski, İ.Q.Erenburq, V.B.Şklovski, P.Q.Antokolski, V.A.Kaverin və b. imzası ilə yazıçılar A.Sinyavski və Y.Danielin müdafiəsi məqsədilə məktubla müraciət etdilər. Eyni zamanda yaradıcı ziyalıların bir çoxu hakim partiyanın kursunu müdafiə edirdi. Onlar arasında L.S.Sobolev, S.P.Antonov, K.A.Fedin, N.S.Tixonov, K.M.Simonov, A.A.Surkov, S.V.Mixalkov və b. var idi. 1968-ci ilin aprelindən dissident hərəkatı iki-üç aydan bir gizli surətdə çap etdirdiyi «Cari hadisələrin xronikası» («Хроника текущих событий») nəşrini buraxdı ki, burada da hakimiyyətin azadlıq üzərinə hücumları öz əksini tapırdı. 1968-ci ilin aprelindən 1983-cü ilə kimi onu tərtib edən N.Y.Qorbanevskaya və b. «gizli nəşr» vasitəsilə «hüquq müdafiəçiləri bülleteni»nin 64 nömrəsini buraxmışdır.
1960-cı illərin axırlarından dissident cərəyanları «Demokratik hərəkatda» birləşərək üç ideologiya istiqaməti müəyyən etdi. Bunlar öz hərəkat proqramlarına uyğun olaraq Roe və Jores Medvedevin təmsil etdikləri «əsl marksizm-leni-nizm», A.Saxarovun liberalizm və A.Soljenitsının müdafiə etdiyi «xristian ideologiyası» istiqamətləridir. Birinci proqramın ideyası ondan ibarətdir ki, İ.Stalin marksizm-leninizm ideologiyasını təhrif etdiyi üçün onun köklərinə qayıtmaqla cəmiyyəti sağlamlaşdırmaq mümkündür. İkinci proqram tədricən Qərb tipli demokratiyaya ictimai mülkiyyəti qorumaq şərtilə keçməyi nəzərdə tuturdu. A.Soljenitsının müdafiə etdiyi üçüncü proqram xristian əxlaqı dəyərini cəmiyyətin həyatının əsası kimi irəli sürərək slavyanofillər kimi Rusiyanın özünəməxsus ənənəsini önə çəkirdi. Xüsusilə iki görkəmli tarixi şəxsiyyət A.Soljenitsın və A.Saxarov dissident hərəkatının simvolları kimi öz ölkələrində təcrid edilməklərinə baxmayaraq bütün dünyada şöhrət qazanırdılar. 1968-ci ildə Qərbdə A.İ.Soljenitsının «Dairədə birinci» («В круге первом») romanı dərc edildi ki, müəllif öz həbsinin son illərini keçirdiyi Moskva altındakı Baş Düşərgə İdarəsi sisteminə daxil olan elmi institut və konstruktor bürolarında çalışan məhbusların həyatının bir hissəsindən bəhs edir. Buna cavab olaraq hakimiyyəti təmsil edənlər onu Yazıçılar İttifaqının sıralarından xaric etdilər. 1970-ci ildə A.İ.Soljenitsın ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. 1973-cü ildə yazıçının Qərbdə «QULAQ Arxipelaqı» romanının birinci cildi çapdan çıxdı. 1974-cü ilin fevralında A.Soljenitsın dövlətə xəyanət maddəsilə sovet vətəndaşlığından məhrum edilərək SSRİ-dən sürgün edildi.
1970-ci ildə Sovet İttifaqında görkəmli fizik və riyaziyyatçı alim, hidrogen bombasının yaradıcılarından biri A.D.Saxarov və məhşur riyaziyyatçı İ.R.Şa-fareviçin iştirakı ilə İnsan Hüquqlarının Müdafiə Komitəsi yaradıldı. 1973-cü ildə «Beynəlxalq əfv» təşkilatının rus bölməsi meydana gəldi. Onun üzvləri hakimiyyət orqanlarının təqibinə məruz qalan fərqli düşünənlər haqqında məlumat toplayır, onlara hüquqi və maddi yardım edir, onların fəaliyyətinə dair məlumatları beynəlxalq mərkəzlərə ötürürdülər. Xüsusilə hakimiyyəti orduya da sirayət edən fərqli düşünənlərin fəaliyyəti bərk narahat etdi. 1969-cu ildə Baltik donanması zabitlərinin yaratdığı «Demokratik hüquqlar uğrunda mübarizə ittifaqı» darmadağın edildi. 1975-ci ildə Baltik donanmasının «Storo-jevoy» gəmisində üsyan başladı, heyət xalqı mövcud rejimə qarşı çıxış etməyə çağırdı. Gəmi havadan hücuma məruz qaldı, üçüncü həmlədən sonra «sto-rojevoy» böyük qayıq əleyhinə gəminin komandirinin siyasi hissə üzrə müavini V.M.Sablinin başçılığı altındakı üsyan yatırıldı və ondan başqa heç kim cəzalandırılmadı. Təqib, təzyiq və həbslərə baxmayaraq, hüquq müdafiəçiləri hərəkatı artmaqda davam edirdi. Onun önəmli liderlərindən biri məhz akademik A.D.Saxarov idi. 1975-ci ildə ona hüquq müdafiəsi fəaliyyətinə görə Nobel sülh mükafatı təqdim edildi. Buna cavab kimi sovet hakimiyyəti mətbuat səhifələrində akademikə qarşı ittiham dolu məqalələr çap edilməsini təşkil etdi. 1980-ci ildə isə A.Saxarov əcnəbilər buraxılmayan Qorki şəhərinə sürgün edildi.
1975-ci ildə SSRİ Helsinki Yekun Aktına qol çəkdi ki, bu bir tərəfdən Avropanın müharibədən sonrakı sərhədlərini təsdiq etdiyi üçün sovet diplomatiyasının uğuru idi, digər bir tərəfdən isə Sovet İttifaqı insan hüququna hörmət etməyi öz öhdəsinə götürdüyünə görə açıq repressiyalar artıq mümkün deyildi. Yekun aktının humanitar maddələrinin pozulmasına dair məlumat toplamaq məqsədilə Y.F.Orlovun rəhbərliyi altında sovet hüquq müdafiəçiləri Moskva Helsinki Qrupunu yaratdılar. MHQ dissident hərəkatının başqa qrupları ilə sıx əməkdaşlıq edərək 1982-ci ilə kimi fəaliyyət göstərdi. Hüquq müdafiəçiləri hərəkatının fəal üzvlərinin sayı çox deyildi. 1975-ci ildə «siyasi ziyankar əməlinə» görə 20 min nəfərə yaxın adam DTK-nın «profilaktik təd-birləri»nə məruz qalmışdır. Ancaq «gizli nəşr» və xarici verilişlər nəticəsində onların fəaliyyəti ölkədə geniş əks-səda doğururdu. Hüquq müdafiəçiləri mənəvi azadlıq axtaran intellektual elita ilə qarşılıqlı əlaqə saxlayırdılar. 1966-1988-ci illərdə «SSRİ vətəndaşı» yüksək adını ləkələdiyi, SSRİ dövlətinin nüfuzu və təhlükəsizliyinə zərər verdiyi üçün 100 nəfərə kimi adam, o cümlədən M.S.Voslenski (1976), P.Q.Qriqorenko (1978), V.P.Aksenov (1980), V.N.Voynoviç (1986) vətəndaşlıqdan məhrum edilmişdir. Q.Vins, A.Ginzburq, V.Morov, M.Dımşits, E.Kuznetsov kimi həbsdə olan müxalifətçilər xaricdə həbs edilən iki sovet kəşfiyyatçısı ilə, V.K.Bukovski isə Çili kommunistlərinin həbsə atılan lideri L.Korvalanla dəyişdirilmişdir.
Hakimiyyət orqanları dissidentlərlə mübarizə vasitələri kimi müvafiq qanunvericilikdən və kütləvi informasiyanın qaralama kampaniyalarından istifadə edirdilər. DTK cəza tədbirlərinin başlıca təşkilatçısı idi. Dissidentlər bir qayda olaraq, sovet ümumxalq dövlətinin zəiflədilməsi və nüfuzdan salınmasına yönəldilmiş təhlükəli ictimai fəaliyyətdə, dövlət və quruluşu, SSRİ-nin xarici təhlükəsizliyini dağıtmaq məqsədilə çalışmaqda ittiham olunurdular. SSRİ Ali Məhkəməsi və Prokurorluğun rəsmi məlumatına əsasən, ölkədə 1956-1987-ci illərdə 8145 adam oxşar maddə ilə məhkum edilmişdir. 1956-1960-cı illərdə hər il orta hesabla 935, 1961-1965-ci illərdə 214, 1966-1970-ci illərdə 136, 1971-1975-ci illərdə 161, 1976-1980-ci illərdə 69, 1981-1985-ci illərdə 108 nəfər adam mühakimə olunmuşdur.
Həyat göstərdi ki, bir neçə yüz nəfər mövcud rejimə qarşı fərqli düşünən insan Qərbin də mənəvi və maddi köməyi sayəsində ölkə vətəndaşlarının böyük bir hissəsinin rəğbətini qazanaraq rejimə qarşı müxtəlif vasitələrlə mübarizə aparmışdır. Qarşıdurma hər şeydən əvvəl, cəmiyyətdəki ziddiyyətin nəticəsində baş vermişdir. Dissidentlik ideyasını dünyanın kütləvi informasiya vasitələri daha da populyarlaşdırmışdır. Təkcə akademik A.D.Saxarov 1972-1979-cu illərdə 150 mətbuat konfransı təşkil etmiş, xarici radiolar üçün 1200 veriliş hazırlamışdır.
1980-ci illərin ikinci yarısından SSRİ-də dissident hərəkatı dayandırılmışdı, həbsdə olan dissidentlər azad edilmişdir. 1986-cı ildən dissident qruplarının yerini siyasi klublar, sonra isə xalq cəbhələri tutmuşdur.
L.İ.Brejnev və onun yaxın ətrafı sovet cəmiyyətində, hətta hakimiyyət aparatında müxalifətin meydana gəlməsini görməzlikdən gələrək ölkədəki vəziyyət və onun perspektivləri haqqında açıq müzakirə açmağa cəsarət etmədilər.
Müəllif: Tahir Baxşəliyev
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
| ['Rusiya tarixi', 'SSRİ dövləti', 'SSRİ', 'yenistalinizm', 'Brejnev'] |
50 | https://kayzen.az/blog/edebiyyat/27745/yeralt%C4%B1-underground-%C9%99d%C9%99biyyat-n%C9%99dir.html | Yeraltı (underground) ədəbiyyat nədir? | gunelb | Ədəbiyyat | 14 fevral 2023, 02:48 |
“Yeraltı mədəniyyət” müasir incəsənətdə (musiqi, ədəbiyyat, kino, təsviri incəsənət və s.) kütləvi mədəniyyətə, əsas və rəsmi sənətə zidd olan yaradıcı meyllər toplusudur. “Yeraltı mədəniyyət”ə qeyri-rəsmi, müstəqil və ya senzuralı növlər və sənət əsərləri daxildir. “Yeraltı” ilə əsas cərəyan arasındakı sərhəd həmişə bulanıqdır, çünki bir “yeraltı” olaraq başlayan bir çox sənət növü və əsərləri zaman keçdikcə populyarlaşdı və geniş yayıldı. “Yeraltı”, hakim ideologiyanı pozmaq, üslub və dil məhdudiyyətlərini bilməmək, ümumiyyətlə, qəbul edilmiş dəyərləri, normaları, sosial və bədii ənənələri rədd etmək, tez-tez ictimaiyyəti şoka salmaq, üsyanla xarakterizə olunur.
“Yeraltı cəmiyyət”də qəbul edilən siyasi, əxlaqi və etik istiqamətləri və davranış stereotiplərini rədd edir və tez-tez pozur, gündəlik həyatda yeni davranış modelləri tətbiq edir. “Amerika və Avropa yeraltı”larının tipik mövzuları «cinsi inqilab», narkotik, din əleyhinə, marjinal qrupların problemləridir. Bu termin XX əsrin ikinci yarısında yaranıb və istifadə olunmağa başlayıb. Ekstremal və avangard metal və grunge kimi rok musiqisinin bəzi növləri “yeraltı” olaraq təsnif edildi. Hip-hopun bu anlayışı “gi-funk və gangsta rap”ə aid edilə bilər.
Çox vaxt kasıb məhəllələrdən olan İspan və Afrikalı Amerikalılar kiçik qruplarda körpülər altında, parklarda və köhnə klublarda qovuşmaq və rap döyüşləri üçün toplanırdılar. Sonradan, “yeraltı üslublar” sonradan çox məşhur olan bu cür «partiyalardan» yarandı. SSRİ-də “yeraltı” müxtəlif formalar aldı. Rəsmi senzura səbəbiylə, demək olar ki, bütün qeyri-rəsmi, yəni hakimiyyət tərəfindən tanınmayan sənət, musiqi və ədəbiyyat da daxil olmaqla, “yeraltı” olduğu ortaya çıxdı və var olmağa çalışarkən bəzən öz alt mədəniyyətini yaratmaq məcburiyyətində qaldı. Müstəqil kitab nəşrləri belə ortaya çıxdı – samizdat,musiqinin “yeraltı” yayılması — magnitizdat, qeyri-rəsmi konsertlər — ev sahibləri. Bundan əlavə, Sovet “yeraltı” siyasətinin əhəmiyyətli bir hissəsi siyasiləşdirildi, çünki kütləvi sənətdəki hər hansı bir müxalifət eyni senzura səbəbiylə xaric edildi.
«Yeraltı» sözü ona görə istifadə olunur ki, sərt rejimlər altında müqavimət hərəkatlarının tarixi var, burada “yeraltı” termini müqavimətçilərin zəruri məxfiliyinə istinad etmək üçün istifadə edilmişdir, bu termin mod mədəniyyəti, hippi mədəniyyəti, pank mədəniyyəti, texno musiqi/ rave mədəniyyəti və “yeraltı hip hop” kimi müxtəlif subkulturaları təyin etməyə başladı.
Samizdat – ədəbi, dini və jurnalistik əsərlərin qeyri-rəsmi və buna görə də senzurasız istehsalı və yayılması üsullarıdır. Samizdat haqqında ətraflı danışacağıq.
Musiqinin “yeraltı” yayımı — magnitizdat, qeyri-rəsmi konsertlər — kvartirniki.
“Yeraltı ədəbiyyat” həm avtoritar dövlətlərdə gizli istehsal olunan və yayılan ədəbiyyat, həm də plüralist cəmiyyətlərin norma və dəyərlərinə uyğun gəlməyən ədəbiyyatdır, hamının dilə gətirmədiyi etirafları edirlər, cəmiyyətin mənfi tərəflərini göstərirlər. Üçüncü mənada, “yeraltı ədəbiyyat” kimi samizdatın ədəbi keyfiyyətinə və yayılmasına çatmadan yalnız surətdə çıxarılan və ya öz nəşrlərində çıxan mətnlərdən danışılır. “Yeraltı ədəbiyyat”la fanzinlər arasında keçidlər də axıcıdır. Tətbiq olunan norma və qanunlardan asılı olaraq “yeraltı ədəbiyyat”ın məzmunu və estetik xüsusiyyətləri də dəyişir.Fransız Qədim Rejimində ( Antoine de Baecque) “yeraltı ədəbiyyat” əsasən pis xarakterə və qaranlıq sirrlərə malik olan krala qarşı yönəldilmişdir. Siyasi gizli ədəbiyyat da Milli Sosialist və Faşizm dövründə ( İqnazio Silone ) yaranmışdır. Keçmiş kommunist blokunda, xüsusən də keçmiş Sovet İttifaqında və Polşada gizli siyasi ədəbiyyat samizdat adlanan nəşrdə geniş çap olunurdu.
Bölmə məntəqələri yerli ziyalılar arasında tapıldıədəbi, tələbə və ya elmi mühitdə. Underground öz nəşrlərini “partiya-dövlət tərəfindən idarə olunan ictimai sferanın antitezisi” kimi görürdü. Rus ədəbiyyatında qeydləri dövlətə məxsus " Melodiya " etiketi tərəfindən nəşr edilən, lakin mahnıları əsasən səs yazıları vasitəsilə yayılan və fahişəlik, cinayət, antisemitizm mövzuları ilə çıxış edən Vladimir Semjonowitsch Wyssozki -ni də aid etmək olar. dekret edilmiş mədəniyyət siyasəti baş verdi.
“Mədəni yeraltı ədəbiyyat”a çox vaxt “yeraltı ədəbiyyat” da deyilir, məs. B. Anglo-Sakson ədəbiyyatında Allen Ginsberg, Jack Kerouac, William S. Burroughs, Neal Cassady və daha sonra Charles Bukowski kimi Beat Generation və hippilərin nəşrləri ilk dəfə müasir cəmiyyətə alternativ perspektivlər təklif etdi.
“Yeraltı ədəbiyyat”ı 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində yaranmış “Mən azadam” deyə qışqıran ədəbiyyat növüdür. Bir var olmaq hekayəsindən çox yox olmaqdır. Daha çox içki, seks, argo, vulqarik ifadələr, narkotik, günah, cinayət, evsizlik, transseksuallıq, işsizlik və bunlardan da çox haqqında danışmadığımız və ya danışa bilmədiklərimizdən bəhs edir. Cəmiyyətin normal olaraq qəbul etdiyi hər şeyi rədd edən “yeraltı ədəbiyyat”ı toplum tərəfindən qəbul görənləri inkar edir. Biz normalda cəmiyyət arasında edə bilməyəcəyimiz hərəkətləri öz daxilimizdə, evimizdə, rahat hiss etdiyimiz məkanda edirik, “yeraltı ədəbiyyat“da bu hərəkətlərin təzahüründən ortaya çıxan kitablardır. Məsələn, türk ədəbiyyatında Emrah Serbesin “Erken Kaybedenler” əsərində oğlanların enerjili, kədərli, hiyləgər dünyasına səyahət edirik. Əsər erkən itirənlər, yolunu azmış insanların manifesti adlanır.
“Yeraltı ədəbiyyat”ın digər adı “gizli ədəbiyyat”dır, tez-tez bir yerin qanuni standartlarına zidd olan, özünü nəşr edən əsərləri əhatə edən bir redaksiya və nəşr prosesi növünə aiddir. Gizli ədəbiyyat çox vaxt senzuradan, təqibdən və ya digər təzyiqlərdən yan keçmək cəhdidir. Akademik tədqiqatda bu cür ədəbiyyata heterodoks nəşrlər (rəsmi icazə verilən, ortodoks nəşrlərdən fərqli olaraq) aid edilə bilər. “Yeraltı ədəbiyyat” nümunələri arasında sovet dissidentlərinin Samizdat ədəbiyyatı, Əl-Andalus İspaniyanın Aljamiado ədəbiyyatı, və X əsrdən XIX əsrə qədər Çinin Hunan bölgəsində bəzi yuxarı təbəqədən olan qadınların yazısı. XVIII əsrdə Fransada Maarifçilik dövründə çoxlu gizli nəşrlər broşüra və ya əlyazma şəklində yayılırdı, adətən qədim rejim tərəfindən olduqca vulqarizm hesab olunacaq mətnlərdən ibarət idi, hətta birbaşa ateist mətnlər idi.
Samizdatın mənası “özünü nəşr etmək” deməkdir. Şərq Bloku üzrə dissident fəaliyyətinin bir formasıdır ki, burada fərdlər senzuraya məruz qalmış və “yeraltı” müvəqqəti nəşrləri çox vaxt əl ilə çoxaldır və sənədləri oxucudan oxucuya ötürürdü. Əllə reproduksiya təcrübəsi geniş yayılmışdı, çünki əksər yazı maşınları və çap cihazları rəsmi qeydiyyat və giriş icazəsi tələb edirdi. Bu, rəsmi Sovet senzurasından yayınmaq üçün istifadə edilən kütləvi təcrübə idi.Aljamia mətnləri Avropa dillərini, xüsusən də Mozarab, Araqon, Portuqal, İspan və ya Ladino kimi roman dillərini transkripsiya etmək üçün ərəb qrafikasından istifadə edən əlyazmalardır. Hər üç gizli əlyazma xüsusilə 1720-ci illərdə çiçəkləndi və “Üç saxtakarın risaləsi” və “Möhtərəm Jean Mesliers Ateist Əhdi” kimi mübahisəli əsərlərdən ibarət idi. Hər iki mətn daha sonra Volter tərəfindən redaktə edilmiş versiyalarda nəşr edilmişdir, lakin əlyazma nüsxələri bütün Avropanın şəxsi kitabxanalarında tapılıb. XVIII əsr Fransasının “yeraltı ədəbiyyat”ı da qonşu İsveçrə və ya Hollandiyada istehsal olunan və Fransaya qaçaq yolla gətirilən çap əsərlərindən ibarət idi. Bu kitablar adətən «fəlsəfi əsərlər» adlanırdı, lakin məzmunca pornoqrafiya, utopik romanlar, siyasi böhtan və baron Holbach, Julien Offray de La Mettrie və Jean-Jacques Rousseau kimi radikal maarifçi filosofların aktual fəlsəfi əsərlərindən çox müxtəlif idi. “Yeraltı ədəbiyyat” elə bir məxfi ədəbiyyat növüdür ki, onun məqsədi mütləq dövrün senzurasından yayınmağı nəzərdə tutmur, məqsədi yalnız nəşr xərclərini azaltmaq ola bilər, çox vaxt müəlliflərin özləri tərəfindən maliyyələşdirilir.
Ədəbiyyatımızda Cavid Osmanovun “Mediamən”, “Mücahidin yolu”, Cəlil Cavanşirin “Qadın corabları”, Çingiz Ələkbərzadənin “Zindan” əsərlərini “yeraltı ədəbiyyat”a misal göstərmək olar. “Mediamən”də həyatın inanılmaz dəyişikliyi, daimi daxili konflikt, rus sektoru ilə Azərbaycan sektoru arasında soyuq müharibə, sevgi, seks, inanılmaz sonluq… təsvir olunur. “Mücahidin yolu” əsərində qan, terror, qorxu,söyüş, seks,çılpaqlıq, müharibə, pul,sekta,silah,satqınlıq, əxlaqsızlıq mövzularına toxunulur.Cəlil Cavanşirin “Qadın corabları” əsərində cəmiyyətdəki xaos, nizamsızlıq, dəyərlər sisteminin çöküşü mövzuları təsvir olunur.
Çarlz Bukovskinin “Qadınlar” əsərində qadınlar dalana dirənmiş həyat tərzi kimi deyil, tanınmış şair və yazıçı kimi Chinaskinin sonrakı həyatına yönəlib. Bununla belə, Chinaskinin yalnız müvəqqəti məmnuniyyət tapdığı qadınların eyni daimi karuselini əks etdirir. Qadınlar Chinaskinin qarşılaşdığı və cinsi əlaqədə olduğu hər yeni qadınla qarşılaşdığı bir çox fəsadlara diqqət yetirir. Qadınlarla münasibəti haqqında soruşduqda, o, münasibətlərə verdiyindən daha çox şey verdiyini söylədi və bu, Chinaskinin bir obraz kimi inkişafı üçün, xüsusən də romanın əvvəlində mərkəzi təməl rolunu oynayır. Mənbə: kulis.az
| ['yeraltı mədəniyyət', 'yeraltı ədəbiyyat', 'underground', 'nədir'] |
51 | https://kayzen.az/blog/TAvA/27703/sofi-loren-haqq%C4%B1nda.html | Sofi Loren haqqında | gunelb | Tanınmış aktyorlar və aktrisalar | 3 fevral 2023, 21:14 |
Heykəltaraşlıq arzusundan aktrisalığa…
Cina Lollobridcida 4 iyul 1927-ci ildə İtaliyanın Subyako şəhərində yerləşən Latsio rayonunda doğulub. Onun atası dülgər, anası isə evdar qadın olub. Ailədə Cinanın özündən başqa daha üç bacısı da vardı. Culiana, Fernando və Mariya. Cinanın uşaqlığı çox çətin illərə təsadüf edib. Həddindən artıq kasıblıq çəkən ailə başçısı daha yaxşı iş tapıb ailəsini dolandıra bilməkdən ötrü Romanın yaxınlığındakı şəhərə köçməli olur. Həmin ərəfədə Cinanın bacılarından biri çəkiliş meydançalarına gedərək orda kiçik rəsmlər və karikaturalar çəkib sonra küçələrdə satmağa başlayır. Aktrisalıqla əvvəldən bir o qədər arası olmayan Cina daha çox opera müğənnisi və heykəltaraş olmaq istəyir. Ancaq digər üç bacısından da gözəl olan Cinaya bir gün anası təklif edir ki, kino sahəsində öz bəxtini sınasın. 1946-cı ildə “Qara qartal” filmində ilk debütünü edir. Daha sonra isə “İçkinin sevgisi” filmində epizodik rola çəkilir. Ard-arda gələn kino təkliflərindən sonra Cina gözəlliyi ilə kişilərin diqqətini cəlb etdiyini və onların xoşuna gəldiyini hiss edir. O, 1947-ci ildə keçirilən “Miss İtaliya” gözəllik yarışmasına qatılmağı qərara alır. Həmin müsabiqə gələcək aktrisanın taleyində çox mühüm əhəmiyyət kəsb edir. “Miss İtaliya”nın üçüncüsü seçilən Cina elə həmin zaman İtaliyanın ən qabaqcıl film prodüsserlərinin və Hollivudda çox böyük nüfuz sahibi olan iş adamı, Hovard Xyuzun diqqətini cəlb edir. Xyuz Cinanı Hollivuda dəvət edir. Lakin Cina bu təkliflə razılaşmır. O, anasının ona dediyi sözləri xatırlayır:
“Ən yaxşısı ya həkimə, ya da vəkilə ərə get. Belə olsa, sən heç bir zaman hardan pul tapım sualı ilə qarşılaşmayacaqsan.”
Psixoloq əri menecerə çevirən qadın.Cina anasının sözlərinə qulaq asır və 1949-cu ildə yuqoslaviyalı psixoloq Milko Skofiçə ərə gedir. Skofiç bir neçə ildən sonra tibb sahəsini yarımçıq qoyub Cinanın meneceri olur.
1950-ci ildə Cina özünün ilk rolu olan “Alina” filminə çəkilir. Ardınca isə “Sərhədsiz ürək” 1950, “Gənc Kruza” 1951, “Diqqət, quldurlar!” 1951 filmlərinə çəkilir. 1951-ci ildə fransalı rejissor Kristian Jak aktrisanı çəkəcəyi “Fanfan Tülpan” filminə dəvət edir. Çəkiliş meydançasında onun tərəf müqabili fransız aktyor Jerar Filip olur. Film gözlənilməz uğur gətirir. Kann film festivalında ən yaxşı rejissor işinə görə mükafat və festivalın əsas mükafatını qazanır. Daha sonra isə Berlin film festivalında da “Gümüş ayı” mükafatı əldə edir. Cina isə dünya kinosunun səmalarında parlaq işıq saçmağa başlayır. Amerika film prodüsserlərindən gələn təkliflərin ardı arası kəsilmədiyindən Cina Amerikaya getməli olur. O, “Trapesiya” 1956, “Heç vaxt olmadığı qədər az” 1959, “Sentyabrda gəl” 1961 kimi Amerika filmlərinə çəkilir. Xamfri Boqarto, Frenk Sinatro, Rok Xandson kimi məşhur aktyorlarla tərəf müqabili olmasına baxmayaraq Hollivud Cinaya lazım olan uğuru gətirmir.
Buna baxmayaraq aktrisa Avropada həddindən artıq nailiyyətlər əldə edir. 1953-cü ildə aktrisa Luici Komençinin “Çörək sevfgi və fantaziya” filminə çəklir ki, bu film ona böyük şöhrət qazandırır. Bir çox kinofestivallardan mükafatla qayıdan film aktrisaya da ən yaxşı aktyor işinə görə “Gümüş lent” mükafatı bəxş edir.
Bütün dövrlərin ən yaddaqalan Esmereldası...1956-cı ildə aktrisa özünün sənət tarixində ən möhtəşəm rolunu ifa edir. Viktor Hüqonun “Paris Notrdam kilsəsi” filmində Esmeraldanı canlandıran Cina bu rolla adını tarixə və kinosevərlərin xatirəsinə həkk etməyi bacarır. Cinanın yaratdığı Esmeralda obrazı fransızların da qeyd etdiyi kimi ən yaxşı Esmeralda olur. Bu səbəbdən də Fransada belə onu alqışla qarşılayırlar. Hətta onu Bricit Barto ilə bərabərləşdirirlər. Yeri gəlmişkən sonralar Cina bilir ki, Lolla sözü fransız dilində böyük sinə anlamını daşıyır.
İtaliyada da Cinanın daha güclü və amansız rəqibi olur. Bu bütün dövrlərin ən istedadlı və gözəl aktrisası Sofi Loren olur. Mətbuatdan da məlum olduğu kimi iki gözəl qadının arasında hər zaman güclü rəqabət olub. Onların mübarizəsi o qədər güclənib ki, pərəstişkarlar belə Sofi və Cina sevərlərə bölünür. Mətbuat onların bu rəqabətinə “sinələrin müharibəsi” adını verir. Çünki, Loren bir dəfə öz müsahibəsində Cinanın sinəsinin təbii yox, silikondan olduğunu deyir. Lollobridcida isə bundan bərk qəzəblənib onun yalanını və ən yaxşı sinənin kimə aid olmasını sübut etmək üçün publika qarşısında soyunmalarını təklif edib. Sonradan bu mübahisə dinc yola qoyulsa da, iki məşhurun arasındakı mübarizə sonralar da, bitmək bilmir. 1956-cı ildən sonra Cina istedadını təkcə kino sahəsində istifadə etməklə kifayətlənməyib “Toska” əsərində ariya ifa edərək İtaliyanın ən perestijli mükafatı olan “David di Donatella”ya layiq görülür.
60-cı ilin əvvəllərindən aktrisa kinoda az-az görünməyə başlayır. O, bunu oynadığı rolları yenidən təkrar etmək istəməməsi ilə rol seçiminə ciddi diqqət yetirdiyi üçün etdiyini açlıqlayır.
Aktrisa daha ciddi və düşündürücü obrazlara can atırdı. 70-ci ilin sonlarına doğru yaxınlaşdıqda Cinanın kinokaryerası demək olar ki, sona çatdı. Bunun üçün isə o, qətiyyən peşmançılıq çəkmirdi. Özünü ailəsinin və 1957-ci ildə doğulmuş, atasının şərəfinə elə Milko adı verdiyi oğlunun tərbiyəsinə həsr etdi. Həmçinin Cina özünü jurnalistika, heykəltaraşlıq və rejissorluqda da sınadı. Onun 1974-cü ildə Fidel Kastro ilə hazırladığı geniş müsahibə uzun müddət mətbuatın və ictimayyətin marağına səbəb oldu. Aktrisanın hazırladığı hekəltaraşlıq işləri bu günə qədər də dünyanın ən bahalı muzeylərində qorunub saxlanmaqdadır. Fotoaparatla çəkdiyi şəkillər də olduqca diqqətə layiq işlər idi.
112 il yaşamaq arzusu...
1971-ci ildə on doqquz illik evlilikdən sonra Lollobridci Milkodan ayrılıdı. Onlar boşanandan bir neçə il sonra Milko avtomobil qəzasında həlak olur.
Bu hadisədən sonra aktrisa heç kimlə yenidən ailə qurmaq istəmir. Baxmayaraq ki, onunla evlənmək üçün can atanların sayı hesabı yox idi.
Lakin, 2007-ci ildə maraqlı bir xəbər dünya mətbuatını bürüdü. 79 yaşlı aktrisa özündən düz 34 yaş kiçik olan ispaniyalı arxitektor Xavier Riqauya ərə gedirdi. Bu xəbər elə böyük səs-küy yaratmışdı ki, aktrisa bu fikri təkzib etmək məcburiyyətində qaldı.
Öz istedad və bacarığına inanan, sənət yolunda bütün əziyyətlərin öhdəsindən məharətlə gələn Cina Lollobridcida dünyanın ən məşhur aktrisalarından birinə çevrilməyi bacardı.
Romanın yaxınlığında yerləşən malikanəsində öz qocalıq həyatını yaşayayn aktrisa 16 yanvar 2023-cü ildə 95 yaşında vəfat edir. Onun ən böyük arzusu isə xalası kimi 112 il yaşamaq idi. Bu arzudan onu 12 il uzaq salır...
Müəllif: Samirə ƏşrəfMənbə: kulis.az
| ['Sofi Loren', 'Sofi Loren haqqında', 'aktrisa Sofi Loren', 'Sofi Loren haqqında maraqlı faktlar', 'aktrisa'] |
52 | https://kayzen.az/blog/stil/27684/g%C3%B6z%C9%99lliyin-g%C9%99tirdiyi-riskl%C9%99r.html | Gözəlliyin gətirdiyi risklər | gunelb | Yaraşıqlı görünüş, gözəl imic | 29 yanvar 2023, 23:53 |
İstənilən xanımın mücrüsündə istər bahalı, istər də ucuz metallardan hazırlanmış müxtəlif formalı və ölçülü zinət əşyaları var. Bəs bu cür metal bəzək əşyalarının orqanizmə, xüsusən də dəriyə, həmçinin əhvala təsiri necədir? Həkimlər deyirlər ki, gözəlliyin cazibəsinə aldanıb, sağlamlığınızı təhlükəyə ata bilərsiniz.
Bəzək əşyaları, aksesuarlar bineyi-qədimdən həm dünya, həm də bizim xanımların marağındadır. Geyimlərini tamamlamaq, bəzəklərinə bəzək qatmaq, özlərini daha gözəl görmək və göstərmək üçün bu cür məmulatlar əvəzolunmazdır. İstənilən xanımın mücrüsündə istər bahalı, istər də ucuz metallardan hazırlanmış müxtəlif formalı və ölçülü zinət əşyaları var. İndiyə qədər daha çox qızıl və gümüş məmulatlara üstünlük verilsə də, son zamanlarda bijuteriyadan daha çox istifadə olunduğunu görürük. Əlbəttə ki, bunun müxtəlif səbəbləri var. Məsələn, bijuteriyanın daha ucuz, əlçatan və rəngarəng olması və s. Bəs bu cür metal bəzək əşyalarının orqanizmə, xüsusən də dəriyə, həmçinin əhvala təsiri necədir? Bu məsələ insanları həmişə düşündürüb və araşdırmalar aparılıb. Bir çox alimlər bu təsirin hər bir insanın orqanizminə özəl olaraq təsir etdiyini bildirirlər. Kimi qızıl, kimi gümüş, kimi isə adicə bijuteriyanı heç bir problem olmadan taxır.
Bijuteriyanın əhvalımıza təsiri təsdiq olunubDünya psixoloqlarının fikrincə isə, bijuteriyanın müalicəvi əhəmiyyəti var. Necə? Çox asan! Təzə aksesuarların alınması əhval-ruhiyyəni yüksəldir, alanı stressdən azad edir. Zinət əşyalarını taxıb baxmaq insanı məişət problemlərindən fikrən uzaqlaşdırır. Hətta bu cür stressatmanın əsəb sistemi üçün 8 saatlıq yuxudan daha üstün olduğu barədə düşüncələr də var. Bərq vuran gözəlliklər insan beynini rahatlamaq gücünə malikdir.
Dünyada məşhur olan rəng terapiyasını da bijuteriyalarla həyata keçirmək olar. Axı rənglər insan orqanizminə, psixologiyasına, əhvalına təsir edir. Bunun üçün xüsusi həkimlərə getməyə ehtiyac da yoxdur. Bir balaca sirrini bilib, özümüz də edə bilərik. Məsələn, qəhvəyi rəng sakitləşdirir, narıncı rəng həyəcan gətirir, mavi rəng iştahanı zəiflədir, sarı rəng işləmək həvəsi yaradır, qırmızı rəng güc-qüvvə verir. Bu rəngli daş-qaşdan istifadə etməklə öz əhvalımızı özümüz təyin edə bilərik.
İnsanlar nəyə diqqət etməlidirlər?
Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin dekanı, dermatoveneroloq Elşad Novruzov deyir ki, müxtəlif bəzək əşyaları dəridə allergik reaksiyalar yarada bilər: “Buna tibdə kontakt allergik dermatiti və ya təmas allergik dermatiti deyirlər. Bu cür allergik dermatitlər istənilən toxunma nəticəsində (həmçinin də bijuteriyaya) yaranır. Fərdi olaraq məmulatın hazırlandığı maddəyə qarşı həssaslıq ola da bilər, olmaya da. Hər hansı bir zinət əşyasını, bijuteriyanı taxandan sonra mütləq dəriyə nəzər yetirmək lazımdır. Əgər dəridə heç bir reaksiya olmadısa, bu, normaldır. Yox, əgər qaşınma, qızarma və yüngül quruma varsa, deməli, istifadəçi narahat olmalıdır. Bu, allergiyanın ilkin əlamətidir. Demək, bədəndə taxılan bijuteriyaya qıcıq var. Belə hallarda həmin məmulatdan istifadə olunmamasını məsləhət görürük. Əgər həmin insan bu qıcığa fikir vermirsə, istifadəni davam edirsə, qıcıq mütəmadi olaraq bədənə daxil olur və ekzema xəstəliyinə çevrilir. Həmin insan müalicə almalı olur, amma qış fəslinə keçəndə yenidən xəstəlik baş qaldırır. Payızda, qışda havalar soyuyanda dəri quruyur, ekzema da quru dərini sevir. Əlamətləri də dəridə qızarmanın, qaşınmanın çox olması, quruluğun artması, hətta bunun nəticəsində dəridə çatların əmələ gəlməsidir. Bu xəstəlik hər il payız və qış aylarında təkrarlana bilir. Ona görə də məsləhət görürük ki, yeni taxılan bəzək əşyasından sonra dəridə yüngül qızartı, qaşınma, quruluq olduğu halda, ondan təkrar istifadə etməsinlər. Qıcıq daxil olanda insan orqanizmi qıcıqla mübarizə aparır və qalib gəlir. Təkrar qıcıq gəlmirsə, özü-özünə sağalır. Amma davamlı gəlirsə, keçir digər xəstəliyə.
Həkim qeyd etdi ki, insan orqanizminin qızıl və gümüşə qarşı həssaslığı azdır: “Ona görə də həmin metallardan hazırlanmış bəzək məmulatları çox nadir hallarda reaksiya verir. Məsələn, əvvəllər qızıldan (bəzən gümüşdən də) dişlər qoyurdular. Ona görə ki, insan orqanizmi həmin maddəni qəbul edə bilir, ona qarşı allergik reaksiya vermir”.
Qidalanma, dərmanlar, hava şəraiti və nəmişlik
Kosmetoloq Nuriyə Adıgözəlova deyir ki, bir çoxlarımız zinət əşyalarımızı taxandan sonra dərimizdə qaralma görürük: “Buna müxtəlif səbəblər gətirirlər. Amma elm sübut edir ki, bu, oksidləşmənin güclənməsinin nəticəsidir. Yəni dəri məmulatın hazırlandığı maddələrə görə qarala bilər. Məsələn, hazırlanan məmulatın tərkibində mis ola bilər ki, onun da oksidləşmə xüsusiyyəti var. İstifadə olunan kosmetik vasitələrlə taxılan zinət əşyasının bir-birinə reaksiyası da dəriyə təsir edə bilər. Belə olduğu halda, mütləq kosmetik vasitənin tərkibini oxumaq lazımdır. Bundan başqa, gündəlik qida rasionumuzun da önəmi çoxdur. Ola bilər ki, bəzilərində sual yaranar: qidamızın taxdığımız zinət əşyasına nə dəxli var? Baxın, alimlər araşdırıblar ki, ət yeməyi sevən insanlar tərləyəndə bədənlərindən azot da ayrılır ki, o da bəzək əşyasının tərkibində olan mis və nikellə reaksiyaya girib dəridə qaralma verə bilər. Bu, qızıldan hazırlanmış məmulatlara da aiddir. Çünki heç bir qızıl bəzək əşyasının tərkibi yüz faiz qızıl olmur. Mütləq onlara mis, nikel və s. qatılır. Əlavə olaraq deyə bilərəm ki, qəbul etdiyimiz dərmanlar, hava şəraiti, nəmişlik və s. də bəzək əşyalarımızın dərimizdə müxtəlif reaksiyasına təsir edə bilər”.
Müəllif: Xanım AydınMənbə: kaspi.az
| ['bijuteriya', 'zinət əşyaları', 'qızıl zinət əşyaları', 'gümüş', 'gümüş zinət əşyaları', 'aksesuarlar', 'bəzək əşyaları'] |
53 | https://kayzen.az/blog/politologiya/27609/slavyanofill%C9%99r-v%C9%99-q%C9%99rb%C3%A7il%C9%99r.-rus-utopik-sosializmi.html | Slavyanofillər və qərbçilər. Rus utopik sosializmi | gunelb | Tarix və politologiya | 23 yanvar 2023, 01:05 |
XIX əsrin birinci yarısında Rusiyada mövcud ictimai quruluşun ideoloji nöqteyi-nəzərdən dərk edilməsi prosesi formalaşmışdır. Qraf Sergey Uvarov və onun «Rəsmi xalqçılıq nəzəriyyəsi» («Теория официальной народности») rəsmi mütləqiyyət nöqteyi-nəzərini ifadə edirdi. Bununla birlikdə fərqli ideoloji istiqamətlər də meydana çıxmışdır. XIX əsrin I yarısında daha çox özlərini «slavyanpərəstlər» («славянофилы») və «qərbçilər («западники») adlandıran iki cərəyan fərqlənmişdir. XIX əsrin 30-40-cı illərində formalaşan slavyanpərəstlik istiqamətinin tanınmış nümayəndələri qədim zadəgan soykökündən olan A.S.Xomyakov (1804-1860), İ.V. (1806-1856) və P.V. (1808-1856) Kireyev qardaşları, İ.S. (1823-1886) və K.S. (1817-1860) Aksakov qardaşları, Y.F.Samarin (18191876) olmuşdur. Slavyanpərəstlərin mərkəzi Moskva şəhəri idi. Burada onlar Rusiyanın tarixi yolu, dünyadakı yerinə dair qızğın müzakirələr təşkil edirdilər. Slavyanpərəstlərin «Moskvalı» («Москвитянин»), «Rus», «Xəbər» («Мольва»), «Gün» («День») qəzetləri, «Rus müsahibəsi» («Русская беседа») jurnalı nəşr edilmişdir. XIX əsrin 40-50-ci illəri slavyanpərəstlərin ideyasının zirvəsi qəbul edilmişdir.1836-cı ilin oktyabrında «Teleskop» jurnalında qadına ünvanlanmış məktub forması geydirilmiş fəlsəfə traktatı çap edilmişdir. 1829-cu il tarixi qoyulmuş məktub-traktatın müəllifinin adı yox idi. Lakin heç kim üçün sirr deyildi ki, yazı tanınmış moskvalı filosof Pyotr Yakovleviç Çaadayevin (17841856) qələminə məxsusdur. Traktat o dövrdə böyük sensasiyaya səbəb olmuşdur.«Fəlsəfi məktubda» Rusiyanın tarixi, onun bu günü və gələcəyi sərt alçaldılmış bir şəkildə təsvir edilmişdir. Hakimiyyət tez bir vaxtda jurnalı bağladı, senzor həbs olundu, müəllif ev dustağı edilərək ona həkim-psixiatr müayinəsi təyin olundu.Müasirlərinin çoxu, o cümlədən onun tarixi filosofluğunu qəbul etməyərək tənqid edən köhnə tanışı A.S.Puşkin 1836-cı ilin oktyabrında müəllifə göndərdiyi məktubda qeyd etmişdir ki, Qərbi Avropa ölkələrindən fərqli olaraq Rusiya tarixinin öz xüsusi alın yazısı olmuşdur. Puşkin və Çaadayev arasındakı dostcasına fikir mübadiləsi tədricən fəlsəfi fikrin iki istiqamətinin, yəni slavyan-pərəstlik və qərbçilik qruplarının yaranmasına səbəb olmuşdur. Birincilərin sələfi A.S.Puşkini, ikincilərin sələfi isə P.Y.Çaadayaevi hesab etmək olar.Rusiyanın və Qərbi Avropa dövlətlərinin tarixinə dərindən bələd olan yüksək təhsil sahibi slavyanpərəstlər ökələrin tarixini tutuşdurub müqayisə edərək belə bir nəticəyə gəlmişdi ki, Rusiya özünəməxsus xüsusiyyətə malik ölkə olduğu üçün başqa ölkələrdən fərqli olaraq öz yolu ilə davam etməlidir. Onlar Rusiyanın nadir tarixi yolunu ölkədə sinfi mübarizənin, möhkəm silki qaydaların olmamasında, eyni zamanda mövcud kənd icmaları və pravoslavlıqda görürdü. Bu əlamətləri başqa slavyan ölkələrinin tarixində də müəyyən edən slavyan-pərəstlər Rusiyanın bütün slavyan dövlətlərini himayə edərək onları pravoslav xristian dini və pravoslav monarxiyası altında birləşdirməyə çağırırdılar.Onlar Avropa nümunəsində hər hansı bir nümayəndəlik, yəni parlament təsisatını rədd edərək özlərinin məşhur şüarını, xalqa fikir, çara qərar verməyi ifadə edirdilər. Slavyanpərəstlər hesab edirdi ki, Rusiyada hakimiyyət heç bir yazılı qanuna, yəni konsititusiyaya əsaslanmayan mütləqiyyət formasında olmalıdır, yalnız monarxla xalq arasında sıx əlaqə mövcud olmalıdır. Odur ki, Rusiya torpaqlarının öz səsini çara çatdırması məqsədilə Zemstvo məclislərini dirçəltmək tələb olunurdu.Mövcud Rusiya quruluşunun nöqsanlarını onlar bununla bağlayırdılar ki, ölkə özünəməxsus inkişaf yolundan çıxmışdır. Onlar bunun təqsirini I Pyotrda görür və belə hesab edirdilər ki, o, zorla Rusiyanı Qərbin yoluna döndərmiş və ruslara yabançı olan Qərb qaydaları tətbiq etmişdir. Slavyanpərəstlər Böyük Pyotrdan əvvəlki Rusiyanın patriarxal adət və qaydalarını bərpa etməyə çağırırdılar.Slavyanpərəstlər xalqla yaxınlaşmağa, onun məişət və mədəniyyətini öyrənməyə çağırırdılar. Bu sahədə onlar çalışaraq mədəniyyət və dilə aid abidələri toplayıb kitab və sənədlər toplusu kimi çap edirdilər. P.V.Kiryevskinin birinci rus xalq mahnıları külliyyatı, V.İ.Dalın «Canlı böyük rus dili lüğəti» («Толковый словарь живого великорусского языка») buna parlaq misaldır. Slavyanpərəstlər Rusiya kəndlilərinin məişətinin, sənət və yarmarkaların tarixinin öyrənilməsinin başlanğıcını qoymuşdur.Slavyanpərəstliklə bərabər Rusiyada ikinci bir ictimai axın, yəni qərbçilər meydana gəlmişdir. Onların tanınmış nüməyəndələri yazıçılar V.P.Botkin (1811-1869) və İ.S.Turgenev (1818-1883), Moskva Universitetinin tarixçi professorları T.N.Qranovski (1813-1855), B.N.Çiçerin (1828-1904), K.D.Kavelin (1818-1885) idi. Bu axının tərəfdarları həm rəsmi xalqçılıq nəzəriyyəsinə, həm də slavyanpərəstlik istiqamətinə qarşı mübarizə aparmışdır. Qərbçilər belə hesab edirdi ki, Rusiya Qərbi Avropa ölkələrinin yolu ilə gedərək tez bir zamanda Avropa kimi olmalıdır. Xüsusilə onlar İngiltərə və Fransadakı qaydaları ideallaşdıraraq Rusiya üçün örnək hesab edirdilər. Qərbçilər Rusiyadakı qaydaları, xüsusilə təhkimçiliyi, məmurların özbaşınalığını, iqtisadi quruluşun geriliyini sərt tənqid edirdilər. Onlar kapitalist qaydalarının, burjua dövlət quruluşunun, söz, mətbuat azadlığının lehinə çıxırdılar.Slavyanpərəstlər Rusiyanın keçmişini ideallaşdıraraq ölkənin gələcəyi üçün onu əsas örnək aldığı halda, qərbçilər və ya «rusiyalı avropalılar» ölkənin keçmiş tarixində heç bir öyrənməli məqam görmürdülər. Onlar keçmiş Rusiya tarixində hər şeyi «qaranlıq» və «ibtidai» şəkildə təsəvvür edirdi. Onların nöqteyi-nəzərinə əsasən, «tərəqqinin işığı» Rusiyaya Qərbdən gəlir, odur ki, Böyük Pyotrun işlərini qərbçilər ruhyüksəkliyi ilə qəbul edirdi. Pyotr dövründəki amansızlıq, qan tökülməsi deyil, yalnız islahatlar onları maraqlandırmışdı.Fransa inqilabının azadlıq, bərabərlik, qardaşlıq şüarı qərbçilərə görə ictimai təşkilatar üçün əsas oriyentir idi. Onlar Rusiyanın inqilabi yolla dəyişdirilməsinin əleyhinə olaraq kor-koranə Qərb ölkələrinin siyasi və iqtisadi təcrübəsini tətbiq etməyə çağırırdı. «Rusiyalı avropalılar» öz ağıl və gücünü İngiltərə və Fransadakı burjua-parlament quruluşunun təbliğinə, Rusiya qaydalarının amansız tənqidinə yönəltmişdir.XIX əsrin 40-cı illərində Rusiyada ölkənin həyatını əsaslı yenidən qurulmağı nəzərdə tutan nəzəriyyə meydana çıxmışdır. Onun yaradıcı və təbliğatçılarını bəziləri inqilabçı-demokratlar, digərləri xalq sosialistləri, üçüncülər isə utopik-sosialistlər adlandırmışdır. Onların ideyaları mövcud ictimai quruluşa qarşı dərin düşmənçilik bəsləyirdi. Onlar bütün dövlət quruluşunu dəyişdirmək məqsədilə inqilab tərəfdarı idi, ölkənin keçmişini ideallaşdıran slavyanpərəstlərə qarşı amansız mübarizə aparırdılar. Qərbçiləri də burjua Avropası qarşısında əyilməkdə təqsirləndirən utopiklər onları əsas rəqib hesab etmirdilər. Onlar belə hesab edirdi ki, Rusiyadakı ideal dövlət quruluşunu rus kəndlərindəki kənd icmaları prinsipi əsasında qurmaq mümkündür. Burada bölgü əmək senzinə əsaslanmır, əsas mülkiyyət hesab edilən torpaq bütün icmaya məxsusdur, üzvlər arasındakı münasibətlər isə dövlət qanunu ilə deyil, köhnə ənənə və adətlərlə tənzimlənir. Bu ictimai fikir istiqamətinin əsasını qoymuş tanınmış ictimai xadim və rəhbərlər V.Q.Belinski (1811-1848), A.İ.Gertsen (1812-1870), N.Q.Çernışevski (1828-1889) inqilabçı və utopik sosialist idi.Ədalətli dövlət quruluşu nəzəriyyəsi bəşər tarixinin müxtəlif mərhələlərində meydana çıxmışdır. XVI-XVIII əsrlərdə Qərbi Avropada utopiya adı almış bir neçə belə nəzəriyyə yaranmışdır. 1516-cı ildə ingilis filosofu Tomas Morun «Utopiya» əsəri nəşr edilmişdir. Bu əsərdə uydurulmuş Utopiya adasında sülh və firavanlığın hökm sürdüyü, xüsusi mülkiyyətin olmadığı, əmək fəaliyyətilə yaşamaq məqsədilə tələb edilən vəsaiti əldə etmək üçün deyil, vətəndaşların yüksək şüur səviyyəsinə ödənilməsi məqsədilə məşğul olan fantastik ölkə təsvir edilmişdi.Belə rəvayətə əsaslanmış nəzəriyyələr insanların diqqətini cəlb edərək sonralar da daim meydana çıxmışdır. Bəziləri düşünürdü ki, insanların həyatını təşkil etməyin ədalətli formasını müəyyən etməklə ədalətsizlik, istismar və yoxsulluğa son qoymaq mümkündür. Məhz belə nəzəriyyələr XIX əsrin 40-cı illəri və ikinci yarısında Rusiyada yayılaraq çox məşhurlaşmışdır. Vissarion Qiqoryeviç Belinskinin (1811-1848) yaradıcılığı rus ictimai fikri və ictimai hərəkatı tarixində böyük əhəmiyyətə malik olmuşdur. 1834-cü ildən mətbuatda bir ədəbiyyat tənqidçisi və publisist kimi çıxış etməyə başlamış V.Belinski öz kəskin qələmi sayəsində ədəbiyyatda realizm və xəlqilik uğrunda mübarizə apararaq rus ədəbiyatının inkişafını dərindən və hərtərəfli təhlil etmiş, dahi söz ustaları A.S.Puşkin, M.Y.Lermontov, N.V.Qoqolun yaradıcılığını dərindən başa düşməkdə oxucuya kömək etmişdi. V.Belinskinin idealı azad və bərabərhüquqlu vətəndaşların yaşayıb çalışa biləcəyi sosializm cəmiyyəti idi. O Qərbi Avropa utopik sosialistlərindən fərqli olaraq başa düşürdü ki, sosializmə dinc yolla çatmaq mümkün deyil. Odur ki, inqilab tərəfdarı idi. V.Belinski «Qoqola məktub»unu yazaraq onu «Dostlarla yazışmadan seçilmiş yerlər» kitabındakı səhvləri üstündə tənqid edərək belə bir nəticəyə gəlmişdir ki, birinci dərəcəli vəzifələr mütləqiyyətə və təhkimçiliyə qarşı mübarizə aparmaqdan, xalq içərisində maarifi yaymaqdan ibarətdir. İstedadlı və görkəmli tənqidçi olan V.Belinski bəhs etdiyi ədəbi və bədii əsərlərə onların ideya istiqaməti nöqteyi-nəzərindən qiymət vermişdir. Əsərlərin bədii dəyərindən daha çox onu başlıca olaraq sosial ideya, ictimai istiqamət maraqlandırmışdır. Hətta ömrünün sonlarında əvvəllər yaradıcılığını bütün müəlliflərdən üstün qəbul etdiyi A.S.Puşkinin yaradıcılığını «dünənki gün» («вчерашним днем») hesab etmişdir.İctimai fikrin, inqilabi istiqamətin başqa bir məşhur nümayəndəsi varlı mülkədar ailəsindən olan Aleksandr İvanoviç Gertsen (1812-1870) olmuşdur. Uşaqlıq və gənclik illərində çox mütaliə edən A.Gertsen gözəl təhsil alaraq 1833-cü ildə Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir. Universitetdə təhsil aldığı illərdə A.Sen-Simon, Ş.Furye, P.Ouenin sosialist təlimi ilə maraqlanan A.Gertsen tədricən həmfikir olduğu gənclərlə dərnək təşkil edərək siyasi məsələləri, həyatın dəyişdirilməsi planını müzakirə edirdilər. 1834-cü ildə bu gizli qrupun fəaliyyətini aşkar edən hakimiyyət Gertseni əvvəl Permə, sonra Vyatkaya göndərdi ki, o quberniya dəftərxanasında məmur kimi xidmət etmişdir. 1840-cı ildə sürgün ləğv edildikdən sonra 1847-ci ildə A.Gertsen xaricə getdi, Fransadakı 1848-ci il inqilabının şahidi oldu. Monarxiyanın devrilməsini ruh yüksəkliyi ilə qəbul edən A.Gertseni burjua respublika hökumətinin üsyan etmiş fəhlələrə divan tutulması sarsıtdı, burjua quruluşunun xalqa zidd mahiyyətini başa düşdü və nəzərini Rusiyaya çevirərək ümid etdi ki, məhz onun ölkəsi bütün dünyaya inqilabi yeniləşmə yolunu göstərəcəkdir. O hesab edirdi ki, Rusiyada kəndli icması vasitəsilə sosializm qurmaq olar. Bu məqsədə çatmaq üçün kəndliləri torpaqla birlikdə təhkimçilikdən azad edərək kənd icmaları vasitəsilə bütün Rusiyada ümumi özünüidarə formasını təsbit etmək lazımdır. Bütün bu dəyşiklik A.Gertsenə görə inqilabi yolla həyata keçirilməli idi. O ümid edirdi ki, Rusiya kapitalizm quruluşunu keçirmədən kəndli icması vasitəsilə sosializmə qovuşa bilər. Gertsenin bu utopik nəzəriyyəsi «Rusiya so-sializmi» adını alaraq sonrakı rus sosialistləri və inqilabçıları nəslinin nümayəndələrinə çox əhəmiyyətli təsir göstərmişdir. 1852-ci ildə A.İ.Gertsen Londonda «Azad rus mətbəəsi»ni yaratmış, əvvəlcə «Polyarnaya zvezda» almanaxını, sonra «Kolokol» qəzetini nəşr etdirmişdir ki, bu 1857-1867-ci illəri əhatə etmişdir.Rus sosializminin görkəmli nümayəndələrindən biri Nikolay Qavriloviç Çernışevski (1828-1889) olmuşdur. Saratov keşişinin oğlu olan N.Çernışevski Saratov dini seminariyasında, sonra Peterburq Universitetinin Tarix-filologiya fakültəsində təhsil almışdır. 1853-cü ildə Peterburqdakı qabaqcıl jurnallar olan «Oteçestvennıye zapiski» və «Sovremennik»də əməkdaşlıq etməyə başlamışdır. Çox böyük mütəfəkkir və publisist istedadı sayəsində Belinskinin işini davam etdirən N.Çernışevski bədii yaradıcılıq fəaliyyətini siyasi mübarizə vasitəsinə tabe etmişdir. Xüsusilə 1861-ci il islahatının hazırlanması və keçirilməsi ilə əlaqədar onun publisist fəaliyyəti daha fəal olmuşdur. Çarizm və mülkədarlarla heç bir sazişə getməyən N.Çernışevskinin fikrincə, yalnız xalqın öz mübarizəsi sosializm quruluşu yaranmasına gətirib çıxara bilər. Gertsen kimi Çernışevski də belə hesab edirdi ki, rus kəndində icmanın mövcud olması kapitalizmdən yan keçərək feodalizmdən bilavasitə sosializmə keçmək şəraiti yaradar. N.Çernışevski islahatın soyğunçu xarakterini ifşa edərək izah edirdi ki, kəndlilərin torpaqla azad edilməsi problemi həll edilməmişdir və Rusiyanı ancaq xalq inqilabi azadlığa çıxarıb onu dəyişdirə bilər. Hakimiyyət N.Q.Çernışevskini həbs edərək Sibirə sürgün etmiş, ömrünün son illərini Saratovda keçirən N.Q.Çernışevski orada da vəfat etmişdir.Bütün rus inqilabçı-demokratları, yaxud utopik sosialistləri Rusiyanın ictimai və siyasi quruluşunun qızğın və istedadlı tənqidçiləri olduğu halda, onların cəmiyyəti dəyişdirmək təklifləri idillik xarakter daşıyırdı. Onlar kəndlilərin həyat tərzinin həqiqi mahiyyətini başa düşməyərək onlar arasında görmək istədikləri əmlak bərabərliyini, qarşılıqlı yardımı, qrup halında xudbinliyin olmamasını görürdülər. Əslində isə belə bir icma mövcud deyildi. Düzdür, bütün əlamətlər mövcud olmaqla yanaşı, onlarla birlikdə elə cəhətlər meydana çıxmışdı ki, onlar da icmanı ictimai etalon hesab etməyə imkan vermirdi.İcma daha əməksevər və təşəbbüskarlara fərqlənmək imkanı verməyərək hamını minimum təminat səviyyəsində yaşamağa məcbur edirdi. Burada doğrudan da torpaq üzərində xüsusi mülkiyyət yox idi, torpaqlar ailə üzvlərinin artması ilə bağlı təkrar bölüşdürülürdü ki, bu da məhsuldar əməyə olan marağı azaldırdı. Zamanla başqasına keçmək ehtimalı torpaq əkinçilik işlərinin təkmilləşdirilməsinin qarşısını alırdı. Məhz icma yoxsulluğun və kəndlilərin həyat səviyyəsinin aşağı olmasının əsl səbəkarı idi. Çoxlu məhsul tədarük etmək başqaları ilə bölüşmək ehtimalına görə kəndliləri cəlb etmirdi.XIX əsrin ortalarında Rusiya kəndlərində iki yüz ildən çox mövcud olmuş əmlak, təsərrüfatları idarə etməyin eyni qaydaları qalmaqda idi ki, bu da yeni, məhsuldar forma və qaydaların tətbiqinə mane olurdu. İcma kəndliləri acından ölməkdən xilas etdiyi halda, böyük və möhkəm fərdi kəndli təsərrüfatlarının yaranmasına mane olurdu. O zəifləri müdafiə edərək güclü və bacarıqlı üzvlərinin qarşısına sədd çəkirdi. İnqilabçı demokratlar isə icmanı yeni ictimai quruluşun rüşeymi hesab edirdilər. Müəllif: Tahir Baxşəliyev
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
| ['Rus sosializmi', 'Rusiya tarixi', 'Nikolay Qavriloviç Çernışevski'] |
54 | https://kayzen.az/blog/intellekt/27473/d%C3%BCnyag%C3%B6r%C3%BC%C5%9F%C3%BC-%C3%BC%C3%A7%C3%BCn-intellektual-x%C9%99ms%C9%99-suallar%C4%B1-v%C9%99-cavablar%C4%B1.html | Dünyagörüşü üçün intellektual Xəmsə sualları və cavabları | gunelb | İntellekt və təhsil | 18 yanvar 2023, 00:12 |
Qaraca qız
1. Süleyman Sani Axundovun “Qaraca qız” hekayəsi məhz bu silsiləyə daxildir. “Qorxulu nağıllar”
2. O, “Forbs” jurnalına görə 2004 və 2005-ci illərdə dünyada ən nüfuzlu qadın seçilmiş, həmçinin “Time” jurnalının müəyyənləşdirdiyi 100 nüfuzlu şəxs siyahısına daxil olan 2 afroamerikalıdan biri olmuşdur. Kondoliza Rays
3. Onun “Cangüdən” albomu ən çox satılan 2-ci albomdur. “Keşişin arvadı” filmindəki rola görə 10 mln ABŞ dolları almaqla o həm də ən böyük qanarar alan aktrisalardan biri oldu. Uitni Hyuston
4. Nyu-York ştatının “Fırlanan daş” kazinosunda debüt edən bu idmançının ləqəbi “Sancan arı”dır. Leyla Əli
5. Hər il Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatının təqdim edilmə mərasiminin keçirildiyi “Kodak” kinoteatrında 2333-cü ulduz məhz bu aktrisanın adını daşıyır. Holli Berri
“Rəngli” coğrafiya
1. Latın dilindən “ağ” kimi tərcümə olunan bu adı romalılar Duvr yaxınlığındakı təbaşirli qayalara görə vermişdilər. Albion
2. Məhz bu dağ sistemində yerləşən K-2 zirvəsi Comolunqma ilə yanaşı dünyanın ən hündür zirvəsi adına iddialıdır. Qaraqorum
3. Bu, həm Qazaxıstanın Cezqazqan və Qızıl Orda vilayətlərində çay, həm də Azərbaycanın İmişli və Sabirabad rayonlarında göllər adıdır. Sarısu
4. Efiopiyada Tana gölündən başlayan bu çayı Sudanda əl-Bəhr əl-Əzraq, Efiopiyada isə Abbay adlandırırlar. Mavi Nil
5. Sahilində Hicaz əyaləti yerləşdiyindən ərəblər bu su hövzəsini Hicaz dənizi adlandırırlar. Qırmızı dəniz
Ördəklər
1. Bu məşhur ifadəni adətən jurnalist Robert Kornelissenin adı ilə bağlayırlar. Qəzet ördəyi
2. Hyui, Dyui, Lui və xəsis milyonçu Skruc Makdak məhz bu personajın qohumlarıdır. Donald Dak
3. İlk vaxtlar quş-məməli adlandırılan bu canlının bəzi xüsusiyyətləri: qan dövranı sisteminin quruluşu, bədən temperaturunun ətraf mühitin temperaturundan asılı olaraq tez-tez dəyişməsi onu sürünənlərə yaxınlaşdırır.Ördəkburun
4. Bu amerikalının bir neçə şousunda Vebster adlı ördək də iştirak edir. Devid Kopperfild
5. Məhz bu idman növündə heç bir xal qazanmayan oyunçunu və 0 hesabını “ducks-egg”, yəni “ördək yumurtası” adlandırırlar. Kriket
Yunan mifologiyası
1. Öz şəxsiyyətinə həddindən artıq fikir vermə ilə müşaiyət olunan psixi pozğunluq məhz bu antik personajın adı ilə bağlıdır. Nartsis
2. Yunan mifologiyasında tale ilahələrindən Kloto — ömür sapını toxuyur, Laxesis həyat püşklərini bölüşdürür, Antropos isə vaxtı gələndə məhz bunu edir. ipi kəsir
3. Qədim yunan əsatirində dünyanın və ondakı həyatın əmələ gəlməsindən daha əvvəl mövcud olmuş qarma-qarışıq, qeyri-mütəşəkkil aləm məhz belə adlanırdı. xaos
4. Yunan mifologiyasında Zevs yüzbaşlı odpüskürən əjdaha Tifonu məğlub etdikdən sonra onu Siciliyadakı bu dağın içinə məhkum edir. Etna
5. Yunan mifologiyasında epik poeziyanın muzası məhz o idi. Kalliopa
Dəmiri isti-isti döyərlər
1. Adının mənası tərcümədə “dəmir” olan bu dünya şöhrətli sərkərdə 1336-cı ildə anadan olmuşdur. Əmir Teymur (Teyrmurləng)
2. O, 1967-ci ilin sentyabrında Sovet İttifaqına rəsmi səfəri zamanı Azərbaycan SSR-də də olmuşdur. Süleyman Dəmirəl
3. 1989-cu ilə qədər Avropanı iki yerə bölən siyasi və iqtisadi baryer tarixi ədəbiyyatda həm də belə adlanır. “Dəmir pərdə”
4. Şimali Qafqazda Jeleznaya dağının ətəyində bu kurort şəhəri yerləşir. Jeleznovodsk
5. XIV Lüdovikin zamanında Bastiliyada saxlanmış müəmmalı şəxsi onun haqqında olan rəvayətlərdə bu cür adlandırmışlar. “Dəmir maska”
Gizli Bakı
1. 1806-cı il oktyabrın 3-də ləğv olunması ilə onun ərazisi Rusiyaya birləşdirildi. Bakı xanlığı
2. Bu Azərbaycan alimi və şairinin “Kitabi-Əsgəriyyə” hekayəsi milli nəsrimizin ilk nümunələrindəndir. Abbasqulu ağa Bakıxanov
3. Öz dövrünün bütün poetik janrlarında yazan bu türk şairi qəsidə və elegiya ustası kimi məşhurdur. Mahmud Bakı
4. İngilis arxeoloqu Uilyam Flinders Pitrinin fikrincə, məhz bu qədim kitabda rast gəlinən “doğan günəş dağı Baxoy” sözləri Bakıya aiddir. “Ölülər kitabı”
5. Məhz bu rəssamın “Geopolitik uşaq” əsərində qadın əli ilə Bakı şəhərini göstərir. Salvador Dali
İtirilmiş mövzu
1. Stiven Spilberqin “İtirilmiş dünya” filmi məhz bu filmin davamı olaraq çəkilmişdi. “Yura dövrünün parkı”
2. Əsasən “kiçik janr”a üstünlük verən bu fransız yazıçısının ən irihəcmli əsərlərindən biri “İtirilmiş xəyallar” adlanır. Onore de Balzak
3. Con Miltonun məşhur poemasının adında məhz bu əfsanəvi məkan “itirilmiş” şəkildə təsvir edilir. Cənnət
4. Xəlil Cibran, Frans Kafka, Benito Mussolini, Amedeo Modilyani, Çarli Çaplin, Boris Pasternak, Ho Şi Min, Şarl de Qoll, Sergey Prokofyev və başqaları məhz onun nümayəndələridir. İtirilmiş nəsil
5. Məhz bu ingilis yazıçısı 1912-ci ildə yazılmış elmi-fantastik “İtirilmiş dünya” əsərinin müəllifidir. Artur Konan Doyl
Mənə dəniz verin
1. Onun müasir ölçüsü 1929-cu ildə Monakoda keçirilmiş Beynəlxalq Hidroqrafiya Konfransında qəbul olunmuşdur. Dəniz mili
2. Onun uduş strategiyalarından biri elmi populyarizator Yakov Perelman tərəfindən təsvir edilmişdir. “Dəniz döyüşü” oyunu
3. Bəzi ehtimallara görə, bu dəniz öz adını əsasən Çin çaylarının gətirdiyi kanalizasiya yığıntıları və qismən tozlu küləklərə görə almışdır. Sarı dəniz
4. BMT-in bu ixtisaslaşmış təşkilatı 1948-ci il martın 6-da Cenevrədə yaradılmışdır. Beynəlxalq Dəniz Təşkilatı
5. Bu film yazıçı Firudin Ağayevin “İldırım dənizə çaxır” və “İldırım ömrü” romanlarının motivləri əsasında çəkilmişdir. “İşarəni sənizdən gözləyin”
Real mövzu
1. Ədəbiyyat və incəsənətdə obyektiv varlığı və onun tipik xüsusiyyətlərini düzgün təsvir etmək məqsədini daşıyan əsas cərəyan məhz belə adlanır.realizm
2. İspan və portuqal dillərində “real” sözü məhz bu mənanı verir. krala aid və ya kral
3. İlk belə şou 1991-ci ildə ABŞ-da Con de Moll tərəfindən yaradılmış və adı «Böyük qardaş» olmuşdur. realiti şou
4. Türkiyəli futbolçu Nihat Kahveci 2002-ci ildə 4 milyon avroya məhz bu ispan klubuna transfer olundu. Real Sociedad
5. Qapalı kortda “divarla” oynanılan bu oyunun sələfi real-tennis olmuşdur. skvoş
Gün var əsrə bərabər
1. Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü — ümumxalq hüzn günü məhz bu gündür. 20 yanvar
2. Musa Nağıyev və Şəmsi Əsədullayevin nəvəsi olan bu xanım “Qafqaz günləri” adlı romanın müəllifidir. Ümbül Banu (Banin)
3. 1971-ci ildə ekranlaşdırılmış bu filmdə baş rolları Həsən Məmmədov və Leyla Şıxlinskaya ifa etmişlər. “Gün keçdi”
4. Ceyms Kukda bu gəmi, Küxelbekerdə isə litseyə aid idi. Gündəlik
5. Zanbaqkimilər fəsiləsindən bu çoxillik bitki cinsi bəzi ölkələrdə qurudulmuş çiçəyindən yeməyə xoş ətir vermək üçün istifadə edilir. günotu
Ədəbi personajlar
1. 1848-ci il Fransa inqilabı məhz bu azərbaycanlı gəncin Parisə getmək arzusunu gözündə qoymuşdu. Şahbaz bəy
2. 1914-cü ildə leytenant Harri Kolburnla Birinci Dünya müharibəsinə yollanan ayı balası məhz bu ədəbi personajın prototipi olmuşdu. Vinni-Pux
3. Məhz bu personajın adı fransız dilindən “hər yerdən keçən” kimi tərcümə olunur. Paspartu
4. Balzakın məhz bu qəhrəmanını “burjua kral Liri” adlandırırlar. Qorio ata
5. Onun haqqında Con Dikson Karr, Elleri Kuin, Moris Leblan, Stiven Kinq, Reks Staut və hətta ABŞ prezidenti Franklin Ruzvelt yazmışlar. Şerlok Holms
Ad günün mübarək
1. XIX əsrin sonunda sinif salamı kimi yaradılan bu mahnı ingilisdilli ölkələrdə ən çox ifa olunan mahnıdır. “Happy Birthday to you”
2. Məhz bu kraliçanın doğum günü — 24 may Commonwealth Day (Millətlər Birliyi günü) və ya İmperiya günü kimi qeyd edilir. Viktoriya
3. Rasim Ocaqovun bu filmi Rüstəm İbrahimbəyovun “Ad günü” və “Ezamiyyət” hekayələri üzrə çəkilmişdir. “Ad günü”
4. 1968-ci ildə yazılmış “Birthday” mahnısı məhz bu qrupun repertuarına daxil idi. “Bitlz”
5. Avropada ad günü tədbirlərinin geniş miqyasda keçirilməsi məhz bu iranəsilli allahın kultu ilə bağlı idi. Mitra
Şir
1. Üç şir təsviri ilk vaxtlar məhz bu ingilis hökmdarının, sonralar isə bütün İngiltərənin dövlət gerbi olmuşdu. Şirürəkli Riçard
2. 1256-cı ildən məlum olan bu şəhər 1772-1918-ci illərdə Avstriyanın tərkibində olduğu dövrdə Lemberq adlanırdı.Lvov
3. Hunların hökmdarı Attila və vandal kralı Qeyzerixi “Əbədi şəhər”ə hücum fikrindən daşındıran bu papa “Romanın xilaskarı” kimi şöhrət qazanmışdı.I Lev
4. Lenin məhz onu “rus inqilabının güzgüsü” adlandırırdı. Lev Tolstoy
5. Bu alim öz soyadını evinin yaxınlığındakı “Leeuwenport” – “Şir qapıları”ın adından götürmüşdür. Antoni van Levenhuk
Qalalar
1. 1806-cı ildə öz qoşunları ilə Bakıya gələn bu Rusiyalı general Qoşa qala qapısı qarşısında öldürülmüş və başı kəsilmişdir. Sisyanov
2. Kral Arturun yaşadığı qala məhz belə adlanırdı. Kamelot
3. Bunun qısa növünün notassiyası 0-0, uzun növünün notassiyası isə 0-0-0 kimi qeyd edilir. qalaqurma
4. Yazıçı Qılman İlkin öz kitabında qeyd edir ki, Abşeronda ilk qala məhz bu kənddə tikilib. Qala
5. Məhz bu ingilis futbol komandası zolaqlı formasına görə sağsağanlar ləqəbi qazanıb. Newcastle United
Gəmi
1. Atalar sözü onunla mübahisə etməyi məsləhət görmür. Gəmiçi
2. Bu gəminin qiyamçı matroslarını Zaqatalaya sürgün etmişdilər. “Potyomkin”
3. Gəncliyi ticarət və balina ovlayan gəmilərdə keçmiş bu amerikan yazıçısı 1851-ci ildə “Mobi Dik və ya Ağ balina” adlı romanını yazır. German Melvill
4. XV əsrdə yaşamış holland rəssamı İeronim Bosxun bu adda rəsm əsəri, alman yazıçısı Sebastyan Brantın isə satirik poeması vardır. “Axmaqların gəmisi”
5. «Dunkan» gəmisi 37 dərəcə cənub enliyində qəzaya uğramış məhz bu adlı gəmini axtarırdı. «Britaniya» Mənbə: tarix.konspekt.az
| ['sual-cavab', 'intellektual suallar', 'xəmsə sualları', 'breyn-rinq sualları', 'brain-ring sualları'] |
55 | https://kayzen.az/blog/politologiya/27549/rus-yapon-m%C3%BCharib%C9%99si.html | Rus-yapon müharibəsi | gunelb | Tarix və politologiya | 11 yanvar 2023, 20:09 |
II Nikolayın 1899-cu ilin əvvəlində İngiltərənin kraliçası Viktoriyaya yazdığı məktubdan məlum olur ki, Rusiyanın xarici siyasətində Uzaq Şərq regionu və uzunmüddətli sülhün bərqərar olması məsələləri birinci sıraya yerləşmişdi. 1898-ci ilin avqustun 12-də Peterburqdakı xarici dövlətlərin nümayəndələrinə xarici işlər naziri adından Rusiyanın təkliflərindən ibarət yazılı müraciət təqdim edilmişdi. Müraciətdə beynəlxalq miqyasda silahlanma yarışının ayrı-ayrı ölkələrin maliyyə sabitliyi üçün nöqsan olduğu, dünyadakı sabitliyi pozduğu qeyd olunur və məsələni müzakirə etmək məqsədilə beynəlxalq konfrans çağrılması təklif edilirdi.
Böyük dünya dövlətləri geniş hərbi proqramlar həyata keçirməyə başladığı üçün Rusiyanın dəvətinə soyuq yanaşaraq hətta onu tənqid etməyə səy göstərdilər. Almaniya admiral Tirpitsin proqramı əsasında güclü hərbi-dəniz donanması yaratmağa başladı. Avstriya-Macarıstan quru qoşunlarının müasir silahlarla təminatını sürətləndirdi. ABŞ imperiya iddialarına söykənərək 1898-ci ilin aprelində İspaniyaya müharibə elan etdi. Onun donanmasını məğlub edib İspaniya ilə sülh müqaviləsi bağladı. Müqaviləyə əsasən, Karib dənizindəki Kuba və Puerto-Riko, Sakit okeandakı Quam və Filippin ABŞ-ın himayəsinə keçdi. Böyük Britaniya susqunluğunu qoruyur, Yaponiya isə onun donanması böyük dəniz dövlətlərinin donanması səviyyəsinə çatdıqdan sonra məsələyə münasibət bildirmək imkanından bəhs edirdi.
1899-cu il yayın əvvəlində Hollandiya şəhəri Haaqada Londondakı rus səfiri baron Y.Y.Staalın başçılığı ilə 27 ölkənin təmsil edildiyi nümayəndələrin birinci beynəlxalq konfransı toplandı. Konfransda müharibə və sülhü, hərbi mübahisələrin sülh yolu ilə həllinə dair bəyannaməni, quru və dəniz döyüşləri haqqında qayda və qanunları nəzərdə tutan hüquqi aktlar qəbul edilmişdi. Konfransın qərarına əsasən, dövlətlər arasında mübahisəli şəraiti həll etmək məqsədilə beynəlxalq arbitraj instansiyası kimi Haaqada Beynəlxalq Məhkəmə təsis olunmuşdu.
Rusiyanın silahlanmasının məhdudlaşdırılması təklifi dünya ölkələrinin bu məsələdəki mövqeyinə təsir göstərmişdi. Hətta Rusiyanın müttəfiqi Fransa belə bu ideyanı müdafiə etmədi. 1899-cu ilin oktyabrında Haaqa konfransı başa çatdıqdan az bir vaxt sonra Böyük Britaniya Afrika qitəsinin cənubunda tam nəzarəti ələ almaq məqsədilə orada Hollandiyadan çıxan adamlar tərəfindən təsis olunmuş Transvaal Respublikası və Oranjevo azad dövlət qurumuna qarşı hərbi əməliyyata başlayaraq 1902-ci ildə özlərinin strateji imperiya məqsədlərini təmin etmiş oldular.
Rusiyanın ümumi silahlanmasının məhdudlaşdırılması ideyasına təkcə böyük dövlətlər deyil, daxili liberalbaxışlı qüvvələr də tənqidi yanaşırdı. XX əsrin əvvəllərində Rusiya ordusu 900 min nəfərlik quru qoşunu ilə dünyada birinci, donanmasının sayına görə isə İngiltərə və Fransadan sonra üçüncü sırada yerləşmişdi. Düzdür, ölkənin silahlı qüvvələri qabaqcıl dövlətlərini silahlı qüvvələrindən müasir hərbi-texniki təchizatına görə geri qalırdı, amma bu fərqi aradan qaldırmağa çalışırdılar. Hərbi gücü sayəsində dünyada Rusiyadan ehtiyat edir və onunla hesablaşırdılar.
XIX əsrin II yarısında Çin imperiyası dərin böhran keçirirdi. Pekindəki imperator hökuməti ölkəni daxildən parçalayan feodal güruhlarının mübarizəsi şəraitində idarə edirdi. Nəhəng Asiya imperiyası üçün əsas təhlükəni xarici dövlətlərin ekspansiyası təşkil edirdi. İngiltərə, Fransa, Almaniya, daha sonra isə ABŞ və Yaponiya bu ölkədə möhkəmlənərək onu tam ələ keçirə bilmədikdə nüfuz dairələrinə bölmək məqsədi daşıyırdılar. 1840-cı ildə İngiltərə Çinə qarşı Birinci tiryək müharibəsini başlayaraq 1842-ci ildə onu Nankin müqaviləsini bağlamağa məcbur etdi. Çin imperiyası ingilis malları üçün öz limanlarını açmağa, Syanqan (Honkonq) adasını təcavüzkara verməyə və küllü miqdarda təzminat ödəməyə məcbur oldu.
1894-cü ildə Yaponiya imperialist işğalçılıq siyasətinə Çinə hücum etməklə başladı. 1895-ci ilin aprelində son dərəcə ağır şərtli Simonoseki müqaviləsi imzalandı. Şərtlərə əsasən, nominal olaraq Çindən asılı olan Koreya müstəqil elan edildi. Formoza (Tayvan) adası Yaponiyaya verildi. Eyni zamanda, Lyaodun yarımadasını və külli miqdarda təzminatı yapon tərəfinə verən Çin limanlarını da yapon mallarına açıq elan etdi. Mahiyyət etibarilə Çin Yaponiyadan yarımmüstəmləkə asılılığı vəziyyətinə düşmüşdü. Lakin Rusiya sərhədləri yaxınlığında zəif Çinin yerinə güclü Yaponiyanı görməkdən uzaq idi. Bu məsələdə Paris də Peterburq ilə həmrəy idi.
ABŞ Yaponiya əleyhinə kollektiv aksiyada iştirak etmək fikrində deyildi. İngiltərə isə açıq Yaponiyanın tərəfini saxladı. Gözlənilmədiyi halda Almaniya Rusiyanı müdafiə etdi və üç dövlət Yaponiyadan Lyaodun yarımadasından imtina edərək əvəzində Çindən böyük təzminat almağı tələb etdi. Yaponiya üç böyük dövlətin tələbini qəbul etməyə məcbur oldu. Çin Fransadan aldığı istiqraz hesabına təzminatı ödədi.
1858-ci ildə Rusiya ilə Çin arasında sərhədin Amur çayı üzərindən keçməsi şərti ilə Ayqun müqaviləsi imzaladı. İki il sonra, 1860-cı ildə Pekində Rusiya-Çin traktatı imzalandı ki, buna görə hər iki dövlət arasındakı sərhəd demarkasiya xətti ümumi cizgilərlə müəyyən olundu, ticarət və diplomatik münasibətlər xarakteri təsbit edildi. 1867-ci ildə Oxot və Yapon dənizləri rayonunda Rusiya ilə Yaponiya arasında sərhəd dairəsində ayırma baş verdi. Rusiya yurisdiksiyasında olan Kuril adalarını Yapon tərəfinə vermək şərtilə Yaponiyaya məxsus Cənubi Saxalinə sahib oldu.
1897-ci ildə Almaniya Çinə desant çıxararaq Sindao limanını işğal edib hökumətdən onu 99 il müddətinə icarəyə götürmək icazəsi aldı. Eyni ildə Rusiya 25 il müddətinə Port-Arturu və Dalni limanı adını verdiyi Taliyenvanı Pekindən icarəyə götürdü. Port-Artura dair müqavilə imzalandıqdan 20 gün sonra İngiltərə Şandun yarımadasındakı Vey-Xay limanını işğal etdi. İki həftə sonra Fransa Çinin cənub qurtaracağındakı Kuanq-Çou limanını ələ keçirdi.
Xarici qəsbkarların işğallarına cavab olaraq 1899-cu ildə Mərkəzi və Şimali Çində xaricilərə qarşı ixetyanlar xalq hərəkatı başladı. İngiltərə, Almaniya, Rusiya, Fransa, Yaponiya, ABŞ, İtaliya və Avstriya-Macarıstan Çinə qarşı birgə hərbi əməliyyat təşkil etdilər. Alman generalı Valderzenin başçılığı altında 40 minlik ekspediya korpusu 1900-cu ilin yayında Pekinə daxil oldu. Rusiya ordusu Mancuriya ərazisinə daxil olaraq bütün Mancuriya dəmiryolu boyunca mövqe tutdu. Peterburqda elan olundu ki, qayda-qanun bərpa edildikdən sonra ordu Çini tərk etməlidir. Lakin Rusiyanın öz vədini yerinə yetirməyə tələsməməsi vəziyyəti kəskinləşdirdi.
1895-ci il oktyabrın 8-də Koreyanın paytaxtı Seulda yapon casusları Yaponiyanın əleyhinə olan kraliça Mini öldürdülər. Koreyada yaponların bu vəhşiliyinə qarşı xalqın silahlı mübarizəsi başladı. Xarici dövlətlərin susqun qaldığı bir şəraitdə yalnız Rusiya Koreyaya kömək əlini uzatdı. 1896-cı ilin mayında hər iki dövlət arasında müqavilə imzalandı ki, Rusiya Koreyada monarxı müdafiə etməyə, ehtiyac olarsa, hərbi kömək göstərməyə söz verdi. Lakin Yaponiya Rusiyanın mövqeyinin güclənməsi ilə razı ola bilməzdi. Xüsusilə 1902-ci ildə imzalanmış ingilis-yapon ittifaq müqaviləsidən sonra Yaponiya İngiltərənin köməyi ilə Koreya və Çində özünün ərazi ekspansiyasını davam etdirmək imkanı qazanmış, İngiltərə isə Rusiyanı dayandırmaq siyasəti yürüdərək Yaponiyanın təcavüzkar işğalçılıq siyasətini milliləşdirərək dəstəkləyirdi.
Rusiya Yaponiya ilə müharibə etmək məqsədi daşımırdı. II Nikolay və rus diplomatiyası Rusiyanın Mancuriyadan çəkilməsini və Koreyanın yapon maraq dairəsi kimi qəbul etməyini tələb edən Yaponiya ilə müharibə aparmaqdan qaçmağa çalışırdı. Rusiyanın qismən güzəştə getmək niyyəti yapon tərəfini qane etmirdi. Onlar tam olaraq Mancuriya və Koreyanı özünə tabe etmək istəyirdi.
Yaponiyanın barışmaz mövqeyini Böyük Britaniya və ABŞ müdafiə etdiyi üçün 1902 və 1903-cü illərdəki Peterburq, Tokio, London, Berlin və Paris arasında danışıqlardan heç biri konkret nəticə əldə olunmadı. Böyük dövlətlərin açıq və gizli köməyini təmin edən Yaponiya Koreyada öz ağalığının tanınmasını və Rusiyadan Mancuriyanı tərk etməsini tələb edirdi.
1904-cü il yanvarın 27-nə keçən gecə (fevralın 8-i) 10 yapon esminesi qəfil hücuma keçərək Port-Arturun xarici reydində olan 2 zirehli gəmi və I kreyseri sıradan çıxardı. Ertəsi gün 6 yapon kreyseri və 8 mina gəmisi Koreyanın Çemulpo limanındakı «Varyaq» kreyseri və «Koreyets» kanonerkasına hücum etdilər. Yalnız yanvarın 28-də Yaponiya Rusiyaya müharibə elan etdi. Bir il yarımlıq danışıqlardan sonra Rusiya müharibəyə cəlb edilmiş oldu.
Hərbi və iqtisadi cəhətdən Rusiyadan zəif olan Yaponiya hərbi-coğrafi üstünlüyə malik idi. Rusiya hərbi münaqişəni qızışdırmamaq məqsədi ilə Uzaq Şərq və Mancuriyada hərbi gücünü artırmırdı. 1904-cü ilin əvvəlində regionda bir-birindən uzaq məsafədə yerləşmiş yüz min nəfər hərbi qoşunu var idi. Ordunun sərəncamında ancaq 148 artilleriya topu var idi. Port-Arturda rus hərbi eskadrası 55 gəmidən ibarət idi ki, onların da çoxu köhnə və kiçik gəmilərdən ibarət idi.
Uzun müddət müharibəyə hazırlaşan Yaponiyanın təqribən 1500 min canlı qüvvəsi, 1140 topu mövcud idi. Yaponiya yeni dəniz texnikası ilə təmin edilmiş, 200 gəmiyə malik idi.
1904- cü il avqust ayında Mancuriyadakı quru əməliyyatında Lyaoyan döyüşündə rus ordusu 17 min, yaponlar 24 min adam itirmişdi. Bir aydan sonrakı Şaxe çayı döyüşündə rus ordusu 42 min, yapon ordusu təqribən 30 min döyüşçü itirdi. 1905-ci ilin fevral-mart aylarındakı quruda baş verən ən qanlı Mukden döyüşündə ruslar 80 min, yaponlar 70 min adam itirmişdi. Ölən və yaralananlarla birlikdə Rusiya 400 min, Yaponiya isə 300 min nəfər zabit və əsgər itirmişdi.
1905- ci ilin mayında Koreya bərzəxindəki Tsusima adası yaxınlığındakı yapon donanması vitse-admiral Z.P.Rojestvenskinin komandanlığı altında olan rus hərbi eskadrasını məğlub etdi. Müharibə vaxtı İngiltərə və ABŞ-dan 400 mln. dollar həcmində kredit almış Yaponiya bir sıra qələbələr qazansa da, müharibəni davam etdirməyə ehtiyatları qalmamışdı.
Avropada Almaniyanın mövqeyinin güclənməsi və alman təhlükəsi müqabilində 1904-cü ilin aprelində İngiltərə və Fransa təcili olaraq mübahisəli məsələləri həll edərək «qəlb razılaşması» («сердечное соглашение») bağladılar. London və Parisdə rus-yapon müharibəsini başa çatdırmaq məqsədilə hazırlanmış təklifləri Peterburq ingilis-fransız ittifaqının Rusiya əleyhinə güc nümayişi kimi qəbul edərək eşitmək belə istəmirdi.1905-ci ilin mayında ABŞ prezidenti T.Ruzveltin vasitəçilik təklifinə II Nikolay müsbət cavab verdi, sabiq maliyyə naziri S.Y.Vittenin başçılığı ilə rus nümayəndə heyəti ABŞ-ın Portsmut şəhərinə yola düşdü. Danışıqlarda sərt mövqe tutan Yaponiya Rusiyanın tamamilə Koreya və Mancuriyadan getməsini, rus Uzaq Şərq donanmasının təhvil verilməsini, təzminat ödənilməsi və Cənubi Saxalinin ilhaq edilməsini tələb edirdi. ABŞ prezidenti II Nikolaya şəxsi müraciətində məsləhət görürdü ki, Rusiya Cənubi Saxalini Yaponiyaya qaytarsın və adanın şimalı üçün haqq ödəsin. Lakin bu «dostluq» çağırışı rus çarının mövqeyini dəyişdirmədi.
1905-ci il avqustun 23-də imzalanmış razılaşmaya əsasən Rusiya Cənubi Mancuriyanın Yaponiyaya icarəyə verilməsini, Saxalinin yarısının və Koreya üzərində maraq dairəsinin Yaponiyaya aid olmasını qəbul etdi. Tərəflər qoşunlarını Mancuriyadan çıxarmağa, dəmiryol xəttini ticarət məqsədilə istifadə etməyə, azad dənizçilik və ticarətə mane olmamağı öz üzərinə götürdü.
Portsmut müqaviləsi rus diplomatiyasının, xüsusilə Sergey Yulyeviç Vittenin şübhəsiz qələbəsi hesab edilməlidir. Uğursuz müharibədən sonra bir çox məsələlərdə bərabərhüquqlu tərəfdaşlar arasında bağlanmış sülh Yaponiyada milli dairələrin böyük narazılığı ilə qarşılanmışdır.
Lakin Rusiya tərəfi və şəxsən S.Y.Vitte də bilmirdi ki, hərbi uğurlarına baxmayaraq, o dövrdə Yaponiyanın iqtisadi və maliyyə vəziyyəti ağır olduğu üçün Yaponiya müharibəni davam etdirmək gücündə deyildi.
Portsmut sülhündən sonra Rusiya ilə Yaponiyanın münasibətləri yaxşılaşmağa başladı. 1907-ci ilin yanvarında bağlanmış rus-yapon razılaşmasına əsasən, tərəflər bir-birinin ərazi bütövlüyünü qəbul etdi. Rusiya Koreyanın Yaponiyanın maraq dairəsində olmasını, Yaponiya Rusiya imperiyasının Monqolustanda üstünlüyünü tanıdı. 1910-cu ilin yayında Peterburqda imzalanmış yeni razılaşmaya əsasən, tərəflər Çinin status-kvosunun pozulması, hər hansı birinə təhlükə yaranması şəraitində birgə hərəkət etmək qərarına gəldilər. Beləliklə, XX əsrin ikinci onilliyində Rusiya və Yaponiya geosiyasi tərəfdaşa çevrilmişdi. Müəllif: Tahir Baxşəliyev
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
| ['Rusiya tarixi', 'Çin imperiyası', 'rus-yapon müharibəsi'] |
56 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/27561/h%C9%99yat-da-%C9%99slind%C9%99-bu-deyilmi-%7C-sevgi-hekay%C9%99si.html | Həyat Da Əslində Bu Deyilmi? | Sevgi hekayəsi | Apollon | Düşündürücü hekayələr | 11 yanvar 2023, 11:27 |
Həyat yoldaşımın sakit təbiətIi birisi olması onda ən sevdiyim cəhət idi. Evliliyimizin ilk illəri bir çoxlarının qibtə edəcəyi qədər gözəl və xoş bir şəkildə keçmişdi.Ancaq iki illik nişan və beş illik evlilikdən sonra bu sakitlik məni yormağa başladı. Bir vaxtlar çox sevdiyim həyat yoldaşımın bu xüsusiyyəti indi mənim ürəyimcə deyildi.Münasibətə gəlincə, mən çox yeniliksevər və xəyalpərəst, hətta son dərəcə həssas bir qadındım. Şirniyyat istəyən balaca uşaq kimi romantik anlara can atırdım.Monoton bir münasibət məni bir yerdən sonra yorurdu. Yoldaşımın sakitliyi, başqa sözlə desək, sonrakı illərdə romantik olmaması səbəbindən aramızdakı münasibət soyuq idi. Onun məni sevdiyinə şüphəm yox idi, sadəcə istədiyim sevgisini göstərməsi və sevdiyini hiss etməyim idi.Nəhayət, qərarımı ona da bildirdim: boşanmaq istəyirdim. Doğrusu, bu, onun üçün gözlənilməz idi. Ona görə də təəccüb dolu bir ifadə ilə: “Niyə?” – deyə soruşdu.
Mən də: “Əslində bir səbəb yoxdur. Sadəcə olaraq, yorulmuşam”, – deyə cavab verdim...Bütün gecəni bir kəlmə də danışmadı. Çox güman ki, düşünürdü. Onun bu “səssizliyi” isə ümidsizliyimi daha da artırırdı. Bəli, mən hisslərini belə ifadə etməkdə aciz olan adamla evlənmişdim. Xeyli düşünəndən sonra nəhayət: “Səni öz qərarından döndərmək üçün nə edə bilərəm?” – deyə soruşdu. Artıq son ümidlərim də yox olmaq üzrə idi. “Əslində əsas məsələ də elə budur. Öz sualının cavabını özün tapa bilsən, qərarımdan dönə bilərəm”, – dedim və sonra da əlavə etdim: “Deyək ki, bir uçurumun kənarında bir çiçək var. O çiçəyi dərmək sənə əllərini, ayaqlarını, gözlərini itirmək bahasına başa gəlir. O çiçəyi mənim üçün dərə bilərsənmi?” Diqqətlə üzümə baxdı və: “Sənə bunun cavabını sabah verəcəyəm”, – dedi. Bu cavabdan sonra son ümidlərim də yox oldu...Ertəsi gün yuxudan oyananda evdə yox idi. Mətbəx masasının üzərində boş bir süd şüşəsi, altında isə öz əli ilə yazdığı bir məktub var idi. Məktub “Əzizim!” sözü ilə başlayırdı…
“Əzizim! O çiçəyi sənin üçün dərməzdim. Çünki hər dəfə komputerinin “altını üstünə çevirib” monitorun qarşısında ağlayanda, onu düzəltmək üçün əllərimə ehtiyacım var…
Hər dəfə açarlarını evdə unudub qapının ağzında qalanda, evə tez çatmaq üçün ayaqlarıma ehtiyacım var…
Hər dəfə maşınınla yolunu azıb kömək istəyəndə, sənə yol göstərmək üçün gözlərimə ehtiyacım var…
Hər dəfə evə yorğun gələndə yorğunluğunu unutdurmaq üçün dilimə ehtiyacım var…
Əgər bütün bunlardan sonra hələ də səni məndən çox sevən biri varsa, o uçuruma gedib, o çiçəyi sənin üçün dərə bilərəm...”Artıq göz yaşlarımı saxlaya bilmirdim. Nəhayət, məktubun son cümləsinə çatdım… “Əgər məktubu oxuyub qurtardınsa və bu cavabımdan razı qaldınsa, qapını aç. Səni çox sevdiyin küncütlü çörək və təzə südlə qapının ağzında gözləyirəm...”Tez qaçıb qapını açdım. Doğrudan da, əlində küncütlü çörək və bir şüşə təzə süd var idi. Həyəcandan isə üzü qıpqırmızı olmuşdu. Artıq sözə ehtiyac yox idi. Mən də o gündən o çiçəyi o uçurumun kənarında “saxlamağı” qərara aldım...İlk illər yaşadığımız həyəcanlar sonralar yox olub gedə bilər. Halbuki məhəbbət həmişə var. Bəlkə, bir az həyəcansız, bəlkə, bir az qeyri – romantik… Bəlkə, bir az cansıxıcı, bəlkə, bir az monoton...Ancaq yenə də var. Yetər ki, biz onu görməyi bacaraq. HƏYAT DA ƏSLİNDƏ BU DEYILMİ?
| ['sevgi', 'hekayə', 'hekayələr', 'sevgi hekayəsi', 'məhəbbət hekayəsi', 'xoşbəxt ailə', 'ailə səadəti'] |
57 | https://kayzen.az/blog/time-management/27526/birc%C9%99-saat%C4%B1n-q%C9%99drini-bilm%C9%99y%C9%99n-adam-h%C9%99yat%C4%B1n-da-d%C9%99y%C9%99rini-bilm%C9%99z-ba%C5%9Fl%C4%B1%C4%9F%C4%B1-il%C9%99-qoymaq.html | Bircə saatın qədrini bilməyən adam həyatın da dəyərini bilməz | gunelb | Time-management (zamanı idarə etmək) | 9 yanvar 2023, 00:42 |
«Vaxt» mənşəcə ərəb sözüdür, zaman bildirir. İşlənmə məqamından asılı olaraq zamanın müxtəlif çalarlarını da əks etdirir. Məsələn, «Bir vaxt cavan idim», «Vaxtdır, gəlini gətirək», «Vaxt gələr məni xatırlayarsan», «Vaxtsız gələn qonaq kisəsindən yeyər» və s. Vaxt həm də qızıldan qiymətlidir — deyirlər, amma nədənsə bir manatının qədrini yetərincə bilən insan da çox hallarda bu «qızıl»ın, yəni, vaxtın dəyərini o qədər anlamır. Ya bəlkə də vaxt gözə görünmədiyindən hansı qiymətdə, hansı bahalıqda, hansı mərtəbədə olduğu xəyalımıza gəlmir? Deyirlər ki, dünyada ən dəqiq millət almanlardır. Dəfələrlə səyahətlər zamanı biz bunun şahidi olmuşuq. Bəlkə də elə ona görə almanlar dünyanın ən mədəni xalqı sayılırlar. Əslində, dəqiqlik mədəniyyəti çox vacibdir. Bu xəzinəni, analoqu olmayan bu varidatı Tanrı bizə bəxş edir. Onu qoruyub saxlamaq, ondan səmərəli istifadə etmək məhz özümüzdən və bir də ətrafımızdan asılıdır.
Vaxtla bağlı o qədər müdrik deyimlər, atalar sözləri, ifadələr var ki, sayı-hesabı bilinməz: «Vaxt itdi, baxt bitdi», «Vaxt atlı, biz piyada», «Vaxtı boş olanın sözü çox olar», «Vaxtın qiyməti yoxdur», «Vaxtında görülməmiş iş həmişə görülməmiş qalar», «Vaxtsız açılan gül tez solar», «Vaxt qızıldır, bir dəqiqəsini də boş qoymaq olmaz», «Vaxt insana hər şeyi öyrədir», «Vaxtı itirsən hədər, görərsən böyük zərər» və s. Məsləhət və tövsiyələrdə də vaxtın qədrini bilməklə bağlı xeyli sayda mənalı deyimlər var: «Qocalığa cavanlıqdan hazırlıq aparmaq lazımdır», «Vaxt olacaq ömür yetəcək başa, hörmət qoy hamıya, hörmətlə yaşa».
Keçirilən bütün rəsmi tədbirlər, iclaslar, simpoziumlar, eləcə də mərasimlər, toylar, ad günləriE müəyyən zaman kəsiyində baş tutur. Bütün marşrutlar — istər yerdə olsun, istər havada, suda — vaxta, zamana görə müəyyən edilir. Yəni, udduğumuz hava, içdiyimiz su, yediyimiz çörək, ümumiyyətlə, yaşadığımız həyat, bir sözlə, hər bir şey vaxta bağlıdır. Hara çağırılırıqsa, bizə göndərilən dəvətnamələrdə məhz müəyyən vaxt göstərilir. Başlanılacaq tədbirin, mərasimin saatı qeyd edilir. Amma gəlin görək biz bu qızıldan qiymətli vaxtın qədrini həqiqətən də bilirikmi?Azərbaycanda bəlkə də yeganə olaraq ölkə rəhbərliyinin iştirak etdiyi rəsmi tədbirlər, beynəlxalq konfranslar öz vaxtında başlayır. Çünki heç zaman Prezident bu tədbirlərə gecikmir, vaxtında gəlir. Amma hansısa bir nazirliyin, qurumun keçirdiyi iclasın, toplantının başlanma vaxtı saat 19.00 göstərilsə də, 20.00-da ya başlaya, ya başlamaya! İştirakçıların əksəriyyəti gəlsə də, gözləmək məcburiyyətində olur. İtən vaxt heç kəsin vecinə deyil. Halbuki bir dəqiqəlik gecikmənin həyat bahasına başa gəldiyi dəfələrlə qeyd edilib. Bu mənada şadlıq saraylarında keçirilən toylarda da vaxt ən dəyərsiz şeyə çevrilib. Dəvətnamədə toyun başlanma vaxtı 18.00 yazılsa da, 20.00-da, 20.30-da, bəzən də 21.00-da başlanır. Gəlinlə bəyi boş salona gətirməmək üçün onlar restoranın həyətində saatlarla maşında əyləşib toy adamlarının toplanmasını gözləyirlər. Bu yaxınlarda Bakıdakı şadlıq saraylarının birində baş verən xoşagəlməz hadisə də məhz vaxta əməl etməməyin acı nəticəsidir. Bəylə gəlini maşından düşməyə qoymayıblar ki, hələ salon boşdur. Bir neçə dəqiqədən sonra isə geyimli-kecimli, boynu qalstuklu bir nəfər cütlüyə yaxınlaşaraq "üzüklərinizi verin, içəridə nikah qeyd ediləndə sizə təqdim olunacaq" — deyib. Beləliklə, üzükləri alıb qeyb olan insanı nikah vaxtı tapmaq müşkülə çevrilib. Məlum olub ki, bəylə gəlindən üzük istəyən fırıldaqçı imiş.
Tələbəlik illərində sözü bir yerə qoyaraq dərsdən qaçmışdıq. Müəllimi çox sevdiyimizdən bəzilərimiz dəhlizdə dayanaraq nəticədən xəbər tutmaq istəyirdik. Mühazirə oxuyacaq professor auditoriyadan çıxmadı. Maraq bizi götürdü. Qapıya yaxınlaşıb baxdıq ki, o, boş auditoriyaya mühazirə oxuyur. Onun bu hərəkəti bizə çox ağır təsir etdi. İçəri daxil olub üzr istədik. Halını pozmayaraq dedi: «Dövlət mənə pul verir. Mən vaxtımı boş keçirə bilmərəm. Bu saatda mühazirə oxumalıyam, oxuyuram da. Eşidən qazanır, eşitməyən itirir. Mən vəzifəmi yerinə yetirirəm, vaxtımı itirmirəm. Siz həm vəzifənizi yerinə yetirimirsiniz, üstəlik də, vaxtınızı itirirsiniz. İtən qızılı tapmaq olar, vaxtı isə yox».
Qulağımızda sırğa oldu bu sözlər… Sanki nadincliyimiz də o gündən sonra yoxa çıxdı. Böyük alman şairi Höte deyirdi: «Faydasız həyat vaxtsız ölümə bərabərdir». Onsuz da bu dünya fanidir. Qiymətli günlərimizin, ömrümüzün qədrini bilək. Hər şeydən üstün olan vaxtın boş yerə qanadlanıb getməsinə yol verməyək. Hər hansı məclisə gecikməyənin nə günahı var ki, onun vaxtını öldürəni gözləmək məcburiyyətində qalsın?! Böyük Səməd Vurğunun çox məşhur misrasıdır: "Ötməsin yel kimi vaxt üstümüzdən".
Vaxtın da qədrini gərək vaxtında biləsən. İtirəndən sonra heyifsilənməyə dəyməz. Bu itmiş vaxtlar isə təkcə ömür aparmır. Uğurları, qazancları, neçə-neçə mənalı, gərəkli işləri həyatımızdan yox edir. Hətta müharibələrdə də bu prinsipə əməl edilməlidir. Görkəmli sərkərdələrdən birinin sözüdür: «Vaxtında atılan tüfəngin səsi vaxtsız atılan topun səsindən üstündür». Çünki gecikəndə hədəf də itir.
Bu gün Bakıdakı şadlıq saraylarından tutmuş konsert salonlarına qədər öz vaxtında başlanan tədbirə çox az təsadüf edilir. İnsanlar, elə bil ki, bu vaxt itkisinə öyrəniblər. Bir kimsənin də yadına düşmür ki, bu qənimət ömür vaxtlara bölünərək hədər gedir. Gileylənənlər, narazılıqla başlarını tərpədənlər də olur. Amma vəziyyət dəyişməz qalır. Sanki bunun «acığı» mərasimin sonunda alınır. Toylarda axıra, adətən, toy sahibləri və yaxın qohumları qalır, tədbir və iclaslarda çıxış edənlər tribunadan sonra oturacağa sarı yox, qapıya tərəf gedirlər. Konsert salonlarında isə əməlli-başlı qarışıqlıq düşür. Pərdə enməmiş, səhnədə nümayiş etdirilən proqram başa çatmamış tamaşaçılar ayağa qalxaraq basabasla qarderoba tələsirlər.
Doğrudan da, hər şey vaxtında gözəldir. Dəqiqlik həm də mədəniyyətdir! Hər kəs buna özlüyündə əməl etsə, nə əvvəldə gözləyən çox olar, nə axırda qaçan! Əslində, həyat nə tamaşadır, nə də bayramdır. Həyat çox çətin dərsdir! Bu dərsin sınaqlarından uğurla çıxmaq üçün isə vaxtımızın qədrini bilməliyik! Öz vaxtımızın dəyərini saxlamaq üçün ilk növbədə, başqalarının da vaxtının boş getməməsinə hörmətlə yanaşmalıyıq. Müəllif: Flora XƏLİLZADƏMənbə: anl.az
| ['vaxt', 'vaxtdan düzgün istifada', 'zaman', 'zaman anlayışı', 'gecikmək'] |
58 | https://kayzen.az/blog/islam-tarixi/27517/islamdan-%C9%99vv%C9%99l-%C9%99r%C9%99bistan-yar%C4%B1madas%C4%B1.html | İslamdan əvvəl Ərəbistan yarımadası | gunelb | islam tarixi | 4 yanvar 2023, 15:51 |
Ərəblərin Vəziyyəti
Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s) ərəb yarımadasının Hicaz bölgəsində, Məkkə şəhərində doğulmuşdur. Onun həyatını və insanlıq tarixində etdiyi böyük inqilabı qavraya bilmək üçün, yaşadığı əsrdə ərəbistanın ümumi vəziyyətinin və ərəblərin yaşayışının ana xəttləri ilə də olsa, öyrənilməsində fayda vardır.
İslamiyyətdən əvvəl ərəblər, hələ millət halına gələ bilmədikləri üçün qəbilələr halında yaşayırdılar. Hər qəbilə, digərlərindən ayrı bir dövlət kimi idi. Qəbilə başçısına “Şeyx” deyilirdi. Hicaz və Yəmən bölgələrində bəzi şəhərlər qurulmuşsa da, ümumiyyətlə çöllərdə çadır və köçəri həyatı keçirirdilər. Hicaz bölgəsində üç əhəmiyyətli şəhər, Məkkə, Yəsrib (Mədinə) və Taif var idi. Məkkədə Qüreyş qəbiləsi, Taifdə Sakif qəbiləsi, Yəsribdə Evs və Həzrəc adlı ərəb qəbilələri ilə Kaynukaoğullan, Nadiroğullan və Kurayzaoğulları olmaqla üç yəhudi qəbiləsi var idi. Digər qəbilələr ümumiyyətlə köçəri idilər.
Qəbilələr arasında qan iddiası və sərhəd kimi səbəblər üzündən döyüş əskik olmazdı. Yalnız ilin dörd ayında (Məhərrəm, Rəcəb, Zilqədə və Zilhiccə aylarında) döyüşməzdilər. Bu aylara “əşhür-i hurum” (döyüşülməsi, qan tökülməsi haram olan hörmətli aylar) deyilir. Bu əsnada, bütün qəbilələr təhlükəsizlik içində səyahət edə bildikləri üçün, ümumiyyətlə böyük yarmarkalar bu aylarda qurulardı. Məkkənin hakimi, Kəbə və ətrafındakı bütlərin qoruyucusu olduqları üçün Qüreyş qəbiləsi, digər bütün qəbilələrdən daha çox hörmət sahibi idi. Bu səbəblə Qureyşlilər, ilin hər mövsümündə dilədikləri yerə səyahət edə bilirdilər.
Hicaz bölgəsindəki yarmarkaların ən əhəmiyyətliləri, Məkkə ətrafında qurulmaqda olan Ukaz, Məcənnə və Zülməcaz yarmarkaları idi. Bu yarmarkalara ölkənin dörd bir tərəfindən axın-axın gələnlər arasında satıcılar, iffətsiz qadınlar, şairlər, natiqlər, kahinlər və müxtəlif dinlərə mənsub şəxslər də olurdu. Taiflə Nəhlə arasında qurulmaqda olan Ukaz yarmarkasında, şeir yarışmaları edilər, bəyənilib dərəcə qazanan şeirlər, Kəbənin divarlarına asılardı. Bu şəkildə Kəbə divarında asılmış olan yeddi məşhur şeirə və ya qəsidəyə “əl-Mualləqatus-səba” (Yeddi Asqı) deyilmişdir.
İslamdan əvvəl, ərəblərin əksəriyyəti bütpərəst idi. Düzəltmiş olduqları bir sıra heykəllərə ilah deyə sitayiş edirdilər. Ən əhəmiyyətli bütlər; Hubel, Lat, Mənat, Uzza, Vədd, Suva, Yeğus, Yeuk və Nəsr adlarını daşıyanlar idi. Məkkədə Kəbə və ətrafına 360-a qədər büt yerləşdirilmişdi. Hər qəbilənin ayrı bir bütü, hər bütün xüsusi bir ziyarət günü vardı. Beləliklə, ilin hər günündə bütlərini ziyarətə gələnlərlə dolub daşan Məkkə, bir ticarət mərkəzi olduğu qədər, bütpərəstliyin də mərkəzi halına gəlmişdi. Ərəbistanda bütpərəstlərdən başqa, yəhudi, xristian, atəşpərəst və sabii dinlərinə mənsub insanlar da vardı. Bunlardan başqa, çox az sayda, Hz. İbrahimin təbliğindən o dövrə çatan dini əsaslan mənimsəmiş tək Tann inancında olan “Hənif’lər var idi. Varaka b. Novfəl, Abdullah b. Caxş, Osman b. Huveyris və Kuss b. Səidə bunlardan idi. İslamiyyətdən əvvəl ərəb yarımadasının şimalında (Suriyada) “Nəbti”, cənubunda (Yəməndə) “Himyəri”, İraqda isə “Süryani” yazıları istifadə edilirdi. Hicaz ərəbləri Suriya və İraqa ticarət üçün etdikləri səyahətlərdə ərəbcəni Nəbti və Süryani yazılan ilə yazmağı öyrəndilər. Daha sonrakı əsrlərdə, Nəbti yazısından “Nəsix”, Süryani yazısından da “Kufi” deyilən yazı növləri meydana gəlmişdir. Ancaq, ərəblər arasında oxuyub yazma bilənlərin sayı son dərəcə az idi. Comərdlik, qonaqpərvərlik, sözündə durma, düşmənləri belə olsa özlərinə sığınanlan himayə, cəsarət, kimi bəzi yaxşı xüsusiyyətlərlə yanaşı soyğunçuluq, faizçilik, zənginləri üstün, kasıblan xor görmə, içki və qumar düşkünlüyü, qəbiləçilik təəssübkeşliyi ilə qan tökmə kimi son dərəcə çirkin adətləri də var idi. Hələ kölə və qadınlara insan dəyəri verməzdilər. Qadınlar, ölən ərindən, atasından və digər yaxınlarından miras ala bilmədikləri kimi, özləri miras malları arasında, mirasçılara qalardı. Kişilər istədikləri qədər qadınla evlənə bilərdilər. Fahişəlik sanki peşə halına gəlmişdi. Buna görə bəzi insanlar qız uşaqlarını diri-diri torpağa basdıracaq dərəcədə vəhşilik göstərmişdilər.
İslamiyyət gəldiyi əsnada tək ərəblər və ərəbistan deyil, bütün dünya, zülm, pozğunluq və cəhalətin qaranlığı içində idi. Maddi və ruhi çətinliklər içində böhrana düşmüş olan insanlıq, bir mürşid, bir qurtancı gözləməkdə idi.
Qurani-Kərim “Cahiliyyət Dövrü ” deyilən bu qaranlıq dövrü, “İnsanların öz əlləriylə işlədikləri pisliklər üzündən, fəsad (hər tərəfi örtdü) quruda və dənizdə yayıldı.”
Məkkə və KəbəYer üzündə Allaha ibadət üçün qurulan ilk bina, bütün namazlarda qibləgah olaraq yönəlməkdə olduğumuz Kəbədir.25 Allahın əmriylə Hz. İbrahim və oğlu Hz. İsmayıl tərəfindən26 miladdan 2000 il əvvəl Məkkədə inşa edilmişdir.27 Təvafa başlama yerinin işarəsi olmaq üçün, Kəbənin cənub-şərq küncündə (Rükn-i Hacər-i Əsvəd) yerləşən “Hacər-i Əsvəd” deyilən qara daşı Hz. İbrahim, Əbu Kubeys dağından gətirərək hələ də orada olan küncə qoymuşdur. İnşaatın tamamlanmasından sonra Hz. İbrahim ilk təvafı oğlu Hz. İsmayılla birlikdə etmiş, bütün insanları həccə, Kəbəni ziyarətə dəvət etmişdir.
Məkkə şəhəri, Hz. Peyğəmbərin (s.ə.s) böyük babalarından Kusay tərəfindən, Kəbənin inşasından çox sonra qurulmuşdur. Allaha ibadət etmək üçün qurulmuş olan Kəbə, zamanla “Tövhid İnancf’nın unudulmasıyla, bütlərlə doldurulmuş, Məkkə bütpərəstliyin mərkəzi halına gəlmişdir.
Məkkə Şəhərinin QurulmasıHz. İsmayıl, daha sonra bu bölgəyə yerləşən “Curhumilər" dən bir qızla evləndi. Özü İbrani, Curhumilər Yəmənli Aribə (xalis) ərəblərindən idi. Bu səbəblə İsmailoğullanna “müstarabə (ərəbləşmiş) ərəbləri” deyilirdi.
Yəməndə “Seylül-arim ”29 deyilən sel fəlakətindən sonra bu bölgəyə gələn Huzaa Qəbiləsi, İsmailoğullannın da köməyi ilə, Curhumiləri Məkkədən qovub çıxardılar. Curhumilər, Kəbəyə hədiyyə edilmiş olan qızıl maral heykəlləri ilə digər qiymətli əşyaları Zəmzəm quyusuna atıb, üzərini torpaqla doldurduqdan sonra, quyunun yerini naməlum hala gətirərək Məkkədən qaçdılar. Buna görə Zəmzəm quyusu uzun müddət bağlı qaldı.
Məkkə bölgəsinin hakimiyyəti və Kəbə gözətçiliyi üç əsrə qədər Huza-alılarda qaldıqdan sonra Kusay b. Kilab (Hakim), miladi 5-ci əsrdə Kəbənin gözətçiliyini ələ keçirdi. Qüreyşin başma keçərək, Huzaalılan bu bölgədən çıxardı. Kəbənin ətrafinda bu günki Məkkə şəhərini qurdu. Ölümündən sonra qəbilə başçılığı və Kəbə gözətçiliyi oğlu Əbdülmanafa, ondan da oğlu Haşimə keçdi. Haşim ticarət üçün getdiyi Şam səfərində Qəzzədə ölüncə, rifadə (ziyarətçiləri qarşılama və saxlama) və sikayə (ziyarətçilərə su təmin etmə) vəzifələrini kiçik qardaşı Muttəlib öz üzərinə götürdü.
Məkkə və Kəbə ilə Əlaqədar Xüsusi Vəzifələr
Məkkə şəhərini quran Kusay, şəhərin idarəsi və Kəbəni ziyarətə gələnlərə xidmətlə əlaqədar bəzi vəzifələr təyin etdi. Bu xidmətlər Hz. İsmayılın nəslindən olan şəxslər tərəfindən yerinə yetirilirdi. Bu xidmət və vəzifələrdən bir qismi bunlardır:
1. Hicaba: Kəbənin pərdədarlığı və açarlarını daşıma vəzifəsidir.
2. Siqayə: Kəbəni ziyarətə gələnlərin suyunu təmin etmə və Zəmzəm quyusuna baxma vəzifəsidir.
3. Rifadə: Kəbəni ziyarət üçün Məkkəyə gələnləri qarşılama, saxlama və möhtaclara köməkçi olma vəzifəsidir.
4. Nədvə: Kusay tərəfindən qurulan “Darun-Nədvə” adlı müşavirə məclisi binasmda edilən yığıncaqlara başçılıq etmək vəzifəsidir. Döyüş, sülh və məmləkətin digər bütün əhəmiyyətli işlərinin qərarı, burada edilən yığıncaqlarda verilərdi. Qırx yaşından kiçik olanlar, bu məclisə alınmazdı.
5. Liva: Müharibə zamanında və döyüşçülərin toplanmasında bayrağı daşıma vəzifəsidir.
6. Qiyadə: Müharibədə döyüşçülərə əmr etmə vəzifəsidir.
7.Səfarə: Eyni cəmiyyət içindəki fərdlər və ya qəbilələr arasında meydana gələn mübahisələrdə hakim olaraq ara düzəltmək xidmətidir.
8. Xəzinə-i əmval: Döyüş üçün hazırlanan silah, mal və alətləri mühafizə etmək vəzifəsidir.
9. Əzlam: Oxlar ilə fala baxma işidir.
Kəbənin üzərinə qoyulmuş olan Hubel adlı bütün yanında üç fal oxu var idi. Birində: “əmərani rabbi” (Rəbbim mənə əmr etdi); digərində “nəhani rab-bi” (Rəbbim mənə qadağan etdi), yazılı idi. Üçünçüsü isə boş idi.
Edəcəyi iş mövzusunda qərar verə bilməyən adam, əzlam işiylə vəzifəli kimsə vasitəçiliyi ilə bu oxlardan birini seçərdi. Birinci ox çıxarsa, hazırladığı işi edər, ikincisi çıxarsa o işdən imtina edərdi. Üçüncüsü çıxarsa, o işi bir il təxirə salar, ertəsi il falı yeniləyərdi.
10. Nəzarə: Bir yerdən başqa bir yerə nəql ediləcək şeyləri idarə və müayinə etdikdən sonra “daşıma sənədi” vermə vəzifəsidir.
Ərəblər arasında hər biri böyük bir şərəf sayılan bu xidmət və vəzifələrin hamısı Kusayın əlində olmasına baxmayaraq, daha sonra Qüreyş arasında paylaşdırılmışdır. Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -1 (Əsri-Səadət Dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
| ['Məkkə', 'Kəbə', 'islam tarixi', 'islam dininin tarixi', 'ərəb tarixi'] |
59 | https://kayzen.az/blog/kino/27327/buratinonun-mac%C9%99ralar%C4%B1-filmi-haqq%C4%B1nda.html | “Buratinonun macəraları” filmi haqqında | gunelb | Kino | 1 yanvar 2023, 11:35 |
Saf baxışlı, günəş təbəssümlü, uzunburun oğlan. Ona baxanda adamın ürəyindən keçirdi ki, məktəbə getməyəsən, yollanasan dünyanın o başına macəra arxasınca. Bu yolda yaxşı dostlar tapasan, dünyanın sirlərindən agah olasan və arzularına çatasan. Bəh-bəh… Ona görə də “Buratinonun macəraları” filmi bütün uşaqların sevə-sevə baxdığı filmlərdən idi.
“Buratinonun macəraları” filmi ekranlara 1976-cı ildə çıxıb. Həmin il SSRİ-nin ən baxımlı kinosu oldu. Bu filmlə neçə-neçə nəsillər böyüdü. “Belarusfilm”də işləyən rejissor Leonid Neçayevə “Mosfilm”dən təklif gəlir ki, Aleksey Tolstoyun “Qızıl açar və ya Buratinonon macəraları” nağılı əsasında animasiya filmi çəksin.
Neçayev işə başlayır, amma multfilm üzərində iş onu cəlb etmir ki, etmir. İşdən imtina da etmək istəmir. Belarusa qayıdanda sifarişin içindən “multfilm” sözünü çıxardır və kinostudiyanın direktoruna göstərib deyir ki, Moskva bədii uşaq filmi sifariş edib. Kinostudiyada ona inanırlar. Nəticədə ekranlara “Buratinonun macəraları” adlı rəngarəng, məzəli, maraqlı, illərlə nəsillərin marağını çəkən kino çıxır.9 yaşlı Dima İosifov Buratino roluna təsadüfən düşüb. Fiqurlu konkisürənlər məktəbinə “Belarusfilm”dən gələn nümayəndə sadəcə onu seçib. Sən demə, 30 fiqurlu konkisürən uşaqdan yalnız bir nəfəri — Dima oğlan imiş.
Əvvəlcə onu Arlekino roluna dəvət edirlər. Az müddət sonra onu Buratino roluna sınağa çəkmək qərarına gəlirlər. Saçını, qaşını qırxıb, qrimləyirlər. Sifətinə taxta görünüşü verirlər. Burnu üzərində iş uzun çəkir. Əl işi olduğundan çəkiliş müddətində 40-dan artıq burun nümunəsi düzəldilir. Hər dəfə burun üzərində iş bir-birindən fərqli çıxırdı. Fikir versəniz, filmin sonuna qədər burunlar fərqlidir, bəzisi qısa, qalın, yaxud nazik uzun olurdu.
Həmkarları ilə Dima tez dostlaşır, xüsusən də Peronu oynayan Roman Stolkarsla.
Uşaqlar bəzən çəkiliş meydanında dəcəllik edirdilər, bununla belə aktyorlar onlara həmkarları kimi yanaşırdılar. Dimanın dediyinə görə, Papa Karlonu oynayan Nikolay Qrinko ilə və Yuri Katin Yartsevlə (Cüzeppe) ünsiyyətdən zövq alıb.
Vladimir Basovu (Duremar) çox sevib.
Vladimir Etuşdan (Karabas-Barabas) uşağın xoşu gəlmirmiş. Ona görə də şam qozasını ağacdan onun başına atanda çalışırmış ki, düz təpəsinin ortasını nişanlayıb var gücü ilə vursun. Etuş da ağrıdan Dimaya çox qəzəblənib.
Balaca aktyorun uşaq psixologiyasında Baadur Suladze zədə kimi qalıb. Dima etiraf edir ki, ondan pul tələb edən kafe sahibini oynayan aktyorla illər sonra da rastlaşanda bədənimdən qorxulu gizilti keçirdi.
Filmdə dublyor işləməyib. Bütün qorxulu tryuklarda da aktyorlar özləri çəkiliblər.
İçərisində Buratinonun olduğu kuzənin sındırılma səhnəsində Dima həqiqətən onun içində olub. Həm də bir kadra çəkilib, çünki kuzə cəmi bir dənə olub. Kadr çəkilib başa çatıncaya qədər bütün yaradıcı heyət həyəcan içində mənzərəni seyr ediblər.
Buratinonun təpəsi aşağı ağacdan asıldığı səhnəni çəkməyə anası icazə vermirmiş. Çəkiliş qrupu balaca bir hiylə işlədib. Guya fasiləyə çıxırlar və anasından xahiş ediblər ki, uşağa buterbrod alıb gətirsin. Ana buterbrod arxasınca gedən kimi həmin səhnəni çəkiblər.
Dmitri yenə kino sahəsində çalışır. Onlarla filmə çəkilib. Rejissor kimi filmlər və seriallar çəkir.
Şəxsi həyatında isə çox xoşbəxt ər və üç uşaq atasıdır. Buratinoya çəkilməyindən 40 ildən artıq vaxt keçsə də, nə qədər filmlərə çəkilsə də onu hələ də küçədə barmaqla göstərib, “Buratino” — deyə çağırırlar.
90-cı illərdə şayiə yayıldı ki, Buratinonu oynayan aktyor Əfqanıstan müharibəsində həlak olub. Amma bu o deyildi. Çox az adam bilir ki, Buratino roluna Minsk məktəblisi Kolya Koblikov təsdiq olunmuşdu. Çəkilişlər başlayanda Kolya zədə aldığından onu Dima ilə əvəz edirlər. Əfqanıstanda əsgərlik keçən Kolya 19 yaşında orda həlak olur. Keçək ikinci sevimli obraz olan Malvinaya. Rejissor assistenti qatarla harasa gedirmiş və onunla bir kupedə anası ilə altı yaşlı bir gözəl qızcığaz gedirmiş.
Tatyana Prosenko Malvina roluna belə dəvət olunur. Filmə də, kupedə oynayıb-oxuduğu kimi, əyləncəli yanaşırdı. Filmdə ağlamaq lazım gələndə isə bu günəş təbəssümlü qızı heç cür ağlada bilmirlər. Gözünə qliserin tökülməsi belə iş yaramır, yaş axır, amma gözlər gülür.
Axırda rejissor hamının əzizlədiyi bu qıza elə acıqlanır ki, qızın gözlərindən yaş süzülməyə başlayır, Leonid Aleksandroviç dərhal “çəkin!” — deyə göstəriş verir. Çəkilişdən sonra isə rejissor qıza konfet verib, işinin öhdəsindən əla gəldiyi üçün təbrik edir. Hələ çəkiliş vaxtı qızın süd dişləri töküldüyündən diş həkiminə gedib ona farfordan diş düzəltdirməli də olublar.
Rejissor sonradan bu mavi gözlü qızcığaz üçün ayrıca “Qırmızıpapaq” filmini yazır, amma çəkilişlərə az qalmış Tanya yıxılır, beyni silkələnir, həkimlər ona çəkilməyi qadağan edirlər. Filmə başqası çəkilir, amma Tanya Kinematoqrafiya institutunun məzunu olur. Həyat yoldaşı Aleksey Volçukovdur-aktyor və jurnalist. İki uşaqları var.
Tanya ilə Dimanın dostluğu indiyə qədər davam edir. Roman Stolkar isə İsraildə yaşayır, kino ilə heç bir əlaqəsi yoxdur. Həkim-pediatr olan Roman həm də dörd uşaq atasıdır.
Tomas Aqustinos (Artemon) Kanadada yaşayır, biznesmendir. Tanyanı kino çəkilişləri zamanı sevən Tomas sevgisinə cavab almadığından, Tanyanı unutmaq üçün həm kinodan, həm də Rusiyada gedib.
Arlekino rolunu oynayan Qriqori Svetlorusıy haqqında fərqli məlumatlar var — gah təhlükəsizlik orqanlarında çalışdığını deyirlər, gah da kriminal avtoritet olduğunu. Hər bir halda, Amerikada yaşadığı bəllidir.
Papa Karlo roluna Nikolay Qrinkonu çəkməyə kino sahəsinə rəhbərlik edən məmurlar dövlət məmurları icazə vermirmiş ki, o, yalnız Qulliver tipli obrazları oynaya bilər. Rejissor isə təkidlə onu çəkir. Aktyor yüzlərlə rol oynayıb, Tarkovskinin filmlərində belə. Dünya kino festivallarında isə ona “Papa Karlo” deyə müraciət ediblər. Aktyor 89 yaşında dünyasını dəyişib. Minskdə yaşadığı evə barelyefi vurulub. Küçələrdən biri onun adını daşıyır.
Bu filmdə oynayan bütün aktyorlar yaddaşlarda həmin obrazlarla yazılıb, bu günə qədər.
Filmi senzura qəbul etməyib, “bu sırtıq oğlan gələcək nəslin tərbiyəsini poza bilər” — deyiblər, — “yaxşı nümunə deyil”. Yalnız ilin sonu kinostudiyanın planı xatirinə qəbul edilən film növbəti ilin ən sevilən filmi olur. 1976-cı ilin yanvarında ekranlara çıxan “Buratinonun macəraları” filmi. Müəllif: Ramilə QurbanlıMənbə: lent.az
| ['Buratino', 'Buratinonun macəraları', 'Buratinonun macəraları filmi', 'rus filmləri', 'rus kinoları', 'rus kinosu'] |
60 | https://kayzen.az/blog/politologiya/27420/%C5%9F%C9%99rq-slavyanlar%C4%B1-q%C9%99dim-zamanlarda_2.html | Şərq slavyanları qədim zamanlarda | gunelb | Tarix və politologiya | 1 yanvar 2023, 11:35 |
Ümumilikdə, slavyanların mənşəyi və yayılması problemi bu gün də müzakirə olunmaqdadır. Kiyev-Peçersk məbədinin keşişi Nestorun qələmə aldığı qədim rus yazılı abidəsi olan «Ötən illərin dastanı» salnaməsində müəllif slavyanların yuxarı Dunay və Drava çayları arasındakı ərazidə yerləşdirmişdir. Buradan romalılar tərəfindən sıxışdırılan slavyanlar yeni Visla və Dnepr çayları ərazisində məskunlaşmışdır. Qədim Roma tarixçisi Tatsitə əsaslanan rus tarixçisi S.M.Solovyov slavyanların ana yurdunun «Dunay» variantını müdafiə etmişdir. S.M.Solovyovun şagirdi tarixçi V.O.Klyuçevski də «Dunay» variantını qəbul etməklə bərabər qeyd etmişdir ki, şərq slavyanları Dunaydan Dneprə yayılmadan təqribən 500 il Karpat dağlarının ətəklərində olmuşlar. Klyuçevskiyə görə, yalnız VII əsrdən başlayaraq şərq slavyanları tədricən müasir Rusiya düzənliyində məskunlaşmışdır.
Müasir ədəbiyyatda slavyanların etnik icma şəklində yerləşmələri ilə bağlı iki yayılmış nöqteyi-nəzər var. Birinci belə baxış Oder-Visla nəzəriyyəsi olub, slavyanların Oder və Visla çayları arasındakı ərazilərdə məskunlaşmasından, digər ideya onların Oderlə Orta Dnepr arasındakı ərazilərdə məskunlaşmasından bəhs edən Oder-Dnepr nəzəriyyəsidir. Slavyanların Hind-Avropa icmalarından ayrılması prosesi isə onların torpaqların əkilməsinə keçməsi ilə birbaşa bağlıdır.Hunların dövləti yıxıldıqdan sonra Dunay və Dnepr sahillərində, Pripyat, Desna və Yuxarı Oka çayları boyu meşə talalarında əhali yenidən məskunlaşmağa başlamışdır. Bu alimlərin qeyd etdiyi kimi, əsl demoqrafik partlayış olub slavyan əhalisinin sürətlə və böyük miqyasda artaraq Şərqi Avropanın geniş ərazilərinə yayılması demək idi. Bu bizim eranın V-VI əsrlərində baş vermişdir. Slavyan əhalisi, xüsusilə hun atlılarının çata bilmədiyi Karpat ətrafında, Mərkəzi və Şimali Avropanın ərazilərində artmışdır. Slavyanlar arasında güclü köç prosesi baş verirdi. Şimal-şərq meşələrində gizlənmiş əhali cənuba, özlərinin qədim məskənləri olan Orta Dnepr boyuna, Dnestr və Buq çayları hövzələrinə qayıtmağa başlamışdır. Vislaboyundan və Karpatdan slavyanlar Dunayboyu torpaqlara hərəkət etdi ki, V əsrdən bu yerlərin əhalisi öz tərkibinə görə slavyanlardan ibarət olmuşdur. Slavyanlar almanların tərk etdiyi ərazilərdə yerləşərək Qərbdə Elba çayına kimi və Orta Dnepr boyundan şərqə doğru hərəkət etmişdir.Eyni zamanda slavyanlar arasında cəmiyyətin sosial tərkibinin dəyişilməsi ilə bağlı tayfa başçısı və ağsaqqalların rolu artmış, onların ətrafında döyüş drujinaları meydana gəlmiş, cəmiyyət varlılara və yoxsullara bölünməyə başlamışdır. Dnepr və Dunayboyu əhalisi Balkanlar və yunan şəhərləri ilə ticarəti bərpa etməyə başlamışdır.V əsrdən başlayaraq əvvəllər skif, sarmat, hun tayfalarının ağalıq etdiyi Dnepr və Dnestr hövzələrində şərqi slavyan tayfalarının «antlar» yəni, İran dilində «ucqar sakin» («жители окраин») adlanan hissəsi möhkəmlənmişdir. Məhz qədim şərq slavyanları — antlar Rusiyanın cənub-şərqində yaşayan İran tayfaları ilə müqayisədə bu cür idi. Bunların slavyan olduğunu qədim yunan müəllifləri də təsdiq edir. Onlar göstərir ki, V-VI əsrlərdə Avropanın cənub şərq hissəsində iki böyük slavyan tayfa təsisatı əmələ gəlmişdir. Bunlardan biri sklavin və ya slavyan tayfa ittifaqı, ikincisi onlara qohum ant ittifaqı idi. Sklavinlərin tayfa ittifaqı Balkan yarımadasının şimal hissəsində, antlar isə aşağı Dunaydan Azov dənizinə olan ərazilərdə məskunlaşmışdır.Mənimsədikləri ərazilərdə möhkəmlənmiş antlar V əsrdən başlayaraq Dunay üzrə hərəkət edib Balkan yarımadasına, Bizans imperiyasının sərhədlərinə yayılaraq, hətta Balkan slavyanları ilə düşmənçilik belə etmişdir. Bizans isə onları bir-birinə qarşı qoymağa çalışırdı.Bu onillik ərzində uzun təhlükəli yürüşlərə çıxan slavyanlar güclü hərbi ittifaqlar yaradır, tayfa drujinalarını birləşdirir, çay və kiçik dəniz donanmaları təşkil edərək uzaq məsafələrə çay və dənizlərlə hərəkət etməyə çalışırdılar. Onlar daim Dunayı keçərək Bizans şəhərlərini işğal edir, əhalini əsir götürüb təzminat tələb edirdi. Slavyan dəstələri hətta Aralıq dənizi sahillərinə belə çatırdı. Mahiyyət etibarilə Qərbdə almanların etdiyi kimi şərq slavyanları Balkanlardakı Bizans imperiyasının ərazilərini müstəmləkələşdirməyə başlamışdır. Antların hücumunun qarşısını kəsmək məqsədilə Bizans imperatorları Dunay boyu bir sıra qalalar inşa etdirmişdir. Slavyanların hücumlarının qarşısını kəsə bilməyən Bizans hakimiyyəti onları bahalı hədiyyələr, qızıl, qiymətli parça, qablarla ələ almağa çalışaraq bəzi sərhəd ərazilərini güzəştə gedir, slavyan başçılarını xidmətə qəbul edirdi.Yalnız cənuba deyil, slavyan drujinaları Balkanlara can atırdı. Baltik dənizindən Karpata kimi Mərkəzi və Şərqi Avropanın geniş ərazilərində yaşayan slavyan əhalisinin böyük kütləsi müstəmlələləşdirmə yürüşünə cəlb olunmuşdur.Baltik hövzəsindən slavyan tayfalarının bir hissəsi Avropanın dərinliyinə çəkilmiş almanların yerinə qərbə doğru genişlənmişdir. Onların digər hissəsi şərqə — İlmen gölü sahillərinə doğru irəliləmişdir. Burada Baltik sahillərindən şərq və cənuba doğru uzanmış qədim ticarət yolunun kəsişməsində iki slavyan köç axını qarşılaşmışdır. Onlardan biri qərbdən olan slavyan kolonistləri, ikincisi cənubdan olan və zaman-zaman köçərilərin basqınları sayəsində şimala çəkilmiş mühacirlər idi.İlmen ətrafında güclü slavyan mərkəzi belə formalaşmışdır ki, bu da sonradan Novqorod slovenləri adını almışdır. Mahiyyət etibarilə V-VI əsrlərdə bütün Şərqi Avropa vasitəsilə bu ərazilərdə yaşamış bütün slavyanları əhatə edən möhkəm xətt uzanmışdır. Köç prosesi slavyan tayfa ittifaqını formalaşdırmış vasitələrdən olmuşdur.I-II əsrlərdəki antik, VI-VII əsrlərdəki Bizans müəllifləri slavyanları ve-ned, ant, sklavin adları ilə qeyd etmişlər. VI əsrdə slavyanlar sloven adı ilə dünyadakı köç prosesinə qoşuldu. VI-VII əsrlərdə slavyanlar üç əsas istiqamətdə, cənuba — Balkan yarımadasına, qərbə — Orta Dunay, Oder və Elba çayları arasındakı ərazilərə, Şərq və Şimal Şərqi Avropa düzənliyinə yayılmışdır. Bununla eyni vaxtda slayanların üç — cənub, qərb və şərq qollarına ayrılması baş vermişdir. Slavyanların geniş ərazilərə yayılması «xalqların böyük köçü»nün birbaşa nəticəsidir.Məhz qədim rus torpaqlarında məskunlaşan slavyanlar müasir rus, Ukrayna, belorus xalqlarının ümumi vətəni olmuşdur. Şərqi slavyan tayfalarının yerləşdiyi ərazilər şimalda Neva çayı və Ladoqa gölünə, cənubda Dneprin orta axarlarına, qərbdə Karpat dağlarına, şərqdə Oka çayı sahillərinin sıx meşələrinə kimi uzanmışdır. Slavyanlar məskunlaşdığı yeni ərazilərdə fin-uqor, balt xalqları ilə qonşu oldu. Bunlar müasir karel, mari, mordva, komi, veps xalqlarının əcdadları çud, merya, ves, korel, murom tayfaları idi. Müasir estonlar qədim findilli əhalinin, litva və latışlar isə baltların davamçılarıdır.Şərq slavyanlarının yeni ərazilərdə yerləşməsi ilə onlar arasında ayrı-ayrı qruplar tayfalar halında birləşdi. Bu qohumluq əlaqələrinə əsaslanan birlik olmayıb müəyyən ərazilərə sahib olan dövlətöncəsi birliklər idi. Rusiya ərazisində 12 tayfa, o cümlədən polyan, drevlyan, volınyan, dreqoviç, severyan, xorvat, tiverli, uliç, rodimiç, kriviç, vyatiç və slovenlər məlum idi. Əsasən əkinçiliklə məşğul olan slavyanlar buğda, arpa, yarma, darı becərirdi. İnək, donuz, keçi qoyun və at saxlayan slavyanlar ovçuluq və balıqçılıqla da məşğul olurdu. Meşələrdən giləmeyvə, göbələk, bal toplanırdı.Şərq slavyanları təbiət qüvvələrini ilahiləşdirərək ayrı-ayrı ilahi bütlərə səcdə edirdi. Başqa sözlə, şərq slavyanları bütpərəst idi. Onların baş allahı Perun ildırım və fırtına, Dajboq günəş, Striboq külək, Svaroq odu təmsil edirdi. Slavyanlar ağac və daşdan öz inandıqları Allahların fiqurlarını — idollarını hazırlayır və çətin anlarda onlara müraciət edirdilər. Yeraltı dünyanın varlığına inanan slavyanlar ölən adamın qəbrinə yemək və su ilə dolu qab-qacaq, döyüşçülərə silah qoyurdu. Bəzən ölən adamın arvadını da onunla birlikdə dəfn edirdilər.Slavyanların adətləri təbiətlə sıx bağlı olmuşdur. Məsələn, yazda slavyanlar qışı yola salaraq Maslenits bayramını qeyd edirdilər. Yayda ilin ən uzun günündə gənclər şənlənərək yanan tonqalların üzərindən atlayır, qızlar çələng toxuyaraq onu suya atırdılar. Müəllif: Tahir Baxşəliyev
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
| ['slavyanlar', 'Rusiya tarixi', 'şərq slavyanları', 'Rusiya ərazisində tayfalar'] |
61 | https://kayzen.az/blog/intellekt/27472/intellektual-suallar-v%C9%99-cavablar%C4%B1-x%C9%99ms%C9%99-v%C9%99-brain-ring-oyunu-suallar%C4%B1na-n%C3%BCmun%C9%99l%C9%99r.html | İntellektual suallar və cavabları / Xəmsə və Brain-ring oyunu suallarına nümunələr | gunelb | İntellekt və təhsil | 29 dekabr 2022, 11:24 |
Mənim ağ şəhərimOryol və Xarkov kimi şəhərlərin daxil olduğu Belqorod quberniyasının mərkəzi 1727-1779-cu illərdə məhz bu şəhər olmuşdur. BelqorodXIII-XIV əsrlərdə yaşadığı güman edilən bu şəxsin məzarı Ağşəhərdə (Akşehir) yerləşir.Molla NəsrəddinBəzi mülahizələrə görə adı kelt dilindən “ağ şəhər” kimi tərcümə olunan Vindobona şəhəri bizə məhz bu adla tanışdır. VyanaŞimali Afrikada yerləşən məhz bu şəhərin adı ispan dilindən “ağ ev” kimi tərcümə olunur. KasablankaBu şəhər öz tarixini e.ə. III əsrdə keltlərin Sava və Dunay çaylarının qovuşduğu yerdə yaratdıqları Sinqidunum adlı ərazidən götürür. Belqrad “Kürən” mövzuMəşhur “Kürənlər ittifaqı”nın sirrini məhz bu xəfiyyə açmışdı. Şerlok HolmsX əsrin sonlarında Qrenlandiyanın cənub və qərb sahillərinin, Disko adasının, Deyvis boğazının kəşfi məhz bu norman dənizçisinin adıyla bağlıdır. Kürən ErikFutbol haqqında anlayışı belə olmayan, lakin futbol ulduzuna çevrilmək istəyən Səid Kürənoğolu adlı gənc Əziz Nesinin məhz bu əsərinin baş qəhrəmanıdır. “Futbol kralı”Müasir sirk və estrada sənətində məhz bu 2 “rəngli” təlxək ənənəvi kloun cütlüyünü əmələ gətirirlər. Ağ və kürənXX əsrdə qırılma, ətraf mühitin korlanması və koyotlarla hibridləşmə nəticəsində canavarlar fəsiləsinin bu növü fəsilənin ən nadir nümayəndəsinə çevrilmişdir. Kürən canavarQızıl balıqEkliptikanın Cənub qütbü bu bürcdə yerləşir. Qızıl balıq“Qızıl balıq” ləqəbli Yana Kloçkova idmanın bu növü ilə məşğul olur. ÜzgüçülükQızıl balıq cinslərindən biri bu astronomik cihazın adı ilə üst-üstə düşür. TeleskopArzuları yerinə yetirmək iqtidarında olan qızıl balıqla insanın qarşılaşması mövzusuna ilk dəfə onların əsərlərində rast gəlinir.Qrimm qardaşlarıVarşavada doğulmuş Şmul Qelbfits İngiltərədə öz adını Semuel Qoldfişə dəyişsə də, yalnız ABŞ-a yollandıqdan sonra kino sənayesinin görkəmli nümayəndələrindən biri olur.Semuel QoldvinKlodlar“Kikboksçu” və “Universal əsgər” filmlərindən hamımıza yaxşı tanış olan bu belçikalı aktyor, daha çox döyüş janrında filmlərə çəkimişdir. Jan Klod Van Damme1999-cu ildə çəkilmiş filmdə Tomas Kraun rolunu ifa edən Pirs Brosnan bu rəssamın rəsmlərinin böyük pərəstişkarı olan, varlı, lakin soyğunçu bir şəxsin obrazını yaradır. Klod MoneBu rejissorun “Kişi və Qadın” filmi 2 nominasiyada Oskara layiq görülmüşdü. Klod LeluşMusiqidə impressionizmin banisi məhz bu bəstəkar hesab olunur. Klod DebüssiBu fransalı etnoqraf və sosioloq ibtidai təfəkkür nəzəriyyəsinin yaradıcısıdır. Klod Levi-StrosHəştərxandan gələn gəmiDərinlik gəmisi olan batiskafın ilk modeli bu isveçrəli alim tərəfindən hazırlanmışdır.Ogüst PikkarOrdubad rayonunda yerləşən bu dağda eramızdan əvvələ aid olan qayaüstü rəsmlər aşkar edilmişdir. GəmiqayaStiven Spilberqin çəkdiyi bu film qaradərili qulları Amerikaya aparan gəmi və oradakı qiyamdan bəhs edir. “Amistad”İkinci Dünya müharibəsini başa çatdıran Yaponiyanın təslim aktı məhz bu gəmidə imzalanmışdı. “Missuri”Vikinqlərin istifadə etdiyi əjdahabaşlı gəmilər məhz bu cür adlanırdı.DrakkarBiz mehriban ailəyik1924- cü ildə yaradılmış FİDE-nin, yəni, Beynəlxalq Şahmat Federasiyasının şüarı məhz belə səslənir. “Biz hamımız bir ailəyik”Simpsonlar ailəsinin bu üzvü seriyaların birində Azərbaycanı təmsil etmişdi. Liza SimpsonOrta əsrlərdə İtaliyanın siyasi həyatında mühüm rol oynamış bu ispan əsilli ailə zəhər hazırlanmasında yerli italyan zəhərli göbələklərinin ekstraktlarından istifadə edirdi. BorciaBu fransız bankir ailəsi XIX əsrin sonlarında Bakı neftinin xaricə satılması üçün “Xəzər Qara dəniz şirkəti”ni yaratmışdır. RotşildTroyalıları Troya atının şəhər üçün bədbəxtliyə səbəb olacağına inandırmağa çalışan bu şəxsi və onun oğullarını cəzalandırmaq məqsədilə Afina dəniz ilanları göndərir. LaokoonAğ atlı oğlanBaş qəhrəmanı 12-13 yaşlı Murad olan bu filmi aktyor və rejissor Həsən Əblucun xatirəsinə həsr edilmişdir. “Ağ atlı oğlan”“Uayt Hors” (“Ağ at”) adlı şotland kompaniyası məhz bu içkini istehsal edir. ViskiAğ rəngdən qorxma xəstəliyi leykofobiyadan əziyyət çəkdiyindən bu sərkərdənin tövlələrində bir qayda olaraq ağ at görmək olmazdı. Napoleon Bonapartİngilislər dənizdə rast gəlinən məhz bu hadisəni “ağ atlar” (“white horses”) adlandırırlar. Köpüklü dalğalar1961-ci ildə yazılmış “”Ağ at” villası” romanının müəllifi məhz bu qadın yazıçı idi. Aqata KristiÖlüm sevinməsin qoyAvropada XIV əsrin ortalarında yayılan və sonrakı dövrlərdə də bir neçə dəfə təkrarlanan taun epidemiyası məhz bu adı daşıyır. “Qara ölüm”İlk dəfə 1916-cı ildə Bakıda tamaşaya qoyulan bu komediyanı N.Nərimanov “ideyası inqilablı bir əsər” adlandırırdı.“Ölülər”Bu ingilis yazıçısının ən yaxşı əsərlərindən biri 1937-ci ildə qələmə alınmış “Nildə ölüm” romanıdır. Aqata Kristi“Qədim Misirin bibliyası” adlandırılan bu ədəbi abidə tarixdə ilk illüstrasiyalı kitab sayılır. “Ölülər kitabı”Ölmə prosesinin dinamika və mexanizmini, ölümün səbəb və əlamətlərini, xəstənin ölümqabağı əziyyətlərini yüngülləşdirmək problemlərini öyrənən tibb sahəsi məhz belə adlanır. TanatologiyaYeni zelandiyalılarSərkərdə Maksimus roluna görə “Oskar” mükafatı almış bu aktyor əslən Yeni Zelandiyadandır. Rassel KrouHələ sağlığında ikən bu alpinistin portreti Yeni Zelandiyanın 5 dollarlıq əskinasının üzərində təsvir olunmuşdu. Edmund Hillari100 dollarlıq Yeni Zelandiya əskinasının üzərində isə bu Nobel mükafatı laureatının portretini görmək olar. Ernest RezerfordFernando Alonsonun 2003-cü ildə qələbəsinə qədər bu yeni zelandiyalı Formula 1-də qələbə qazanan ən gənc pilot idi. Brüs MaklarenYeni Zelandiyanın ən tanınmış yazıçısı bu qadındır.Ketrin MensfildSimvolik mövzu1982-ci ildə Skott Falman bu simvolu yaradarkən cəmi 2 hissi — sevinc və kədəri verə bilmişdi.smayl (emotikon)Hər il bu şəhərdə karnaval vaxtı şəhərin simvolik açarı kral Momoya verilir. Rio de JaneyroƏdəbiyyat və incəsənətdə fərdiyyətçiliyi və mistisizmi ifadə edən bu cərəyan XIX əsrin sonlarında meydana gəlmişdir. SimvolizmHarvard Universitetinin dini simvolika üzrə professoru Robert Lenqdon obrazını məhz bu şəxs öz kitablarında yaratmışdır.Den BraunMorze əlifbasına görə məhz bu durğu işarəsi 6 nöqtə ilə ifadə olunur. nöqtə“Boz” mövzuÖz patronu kardinal Rişelyönün kölgəsində qalmağa üstünlük verən Fransua Le Kler dü Tramble və ya Jozef ata tarixdə ilk belə şəxs sayılır. Boz kardinalMəhz bu dini ordenin üzvlərini geyindikləri əbanın rənginə müvafiq olaraq “boz monaxlar” adlandırırlar.FransiskanlarƏnənəvi olaraq ən yaxşı danışan quş hesab olunan və kral tutuquşusu adlandırılan bu canlının digər adı boz tutuquşudur. JakoSiyasi ədəbiyyatda güc mövqeyindən diplomatik vasitə kimi istifadə edilən hərbi gəmilər məhz belə adlanır.“Boz diplomatlar”Məhz bu ingilis yazıçısı ədəbi fəaliyyətə “Bozun oçerkləri” adlı kitabla başlamışdır. Çarlz DikkensBayquşlarAtributlarından biri bayquş olan məhz bu ilahəni Homer “bayquşgözlü” adlandırırdı. AfinaKanadalı həkimlərin fikrincə, məhz bu yazıçının yaratdığı bayquş obrazı disleksiyadan – yazmaq və oxumağı öyrənməyin çətin olduğu psixi pozğunluqdan əziyyət çəkirdi. Alan MilnMəhz bu ədəbi qəhrəmanın bayquşu Hedviq adlanır.Harri Potter1978-ci ildə Maqsud İbrahimbəyovun eyniadlı povesti əsasında ekranlaşdırılmış bu filmin quruluşçu rejissoru Şamil Mahmudbəyov olmuşdur. “Bayquş gələndə”Təbiət və canlılar haqqında bir sıra kitabların müəllifi olan Kanada yazıçısı Corc Stensfeld Belani məhz bu təxəllüslə yazırdı. Boz Bayquş (Grey Owl)YanvarYanvar ayı öz adını Numa Pompilinin dövründə məhz bu allahın şərəfinə almışdı. YanusƏsası 1565-ci il yanvarın 1-də Eştasiu de Sa tərəfindən qoyulmuş bu şəhər 1960-cı ilədək Braziliyanın paytaxtı olmuşdu. Rio-de-JaneyroHər il 31 dekabr – 4 yanvar aralığında aksiya qiymətlərinin yüksəlməsi fenomeni Santa Klaus rallisi və ya məhz belə adlanır. Yanvar effektiMəhz bu xalq yanvarı “leden”, yəni buz ayı adlandırır. ÇexlərNeapolda hər il bu müqəddəsin qanının “canlanaraq” maye halına keçməsi kimi qəribə fenomen müşahidə edilir. YanuariUçdu göylərəO sahəyə gübrə səpən təyyarəni ilk əvvəl simurq quşu, dah sonra isə cin hesab etmişdi. XanXVII əsrdə yaşamış bu fransız dramaturqu və şairi aya uçuşun 7 üsulunu qeyd etmişdi. Sirano de BerjerakKubanın Ali milli Playya-Xiron ordeninə layiq görülən ilk şəxs məhz bu rusiyalı kosmonavt olmuşdur. Yuri QaqarinBu almaniyalı mühəndis öz konstruksiyasına əsasən düzəldilmiş motorsuz uçan aparat — planerdə 2000 dəfədən çox uçuş həyata keçirmiş və elə uçuşlarından birində qəzaya uğrayaraq ölmüşdür. Otto LilientalBu fotoqraf 1858-ci ildə aerostatdan istifadə edərək tarixdə ilk dəfə aerofotoçəkiliş aparmışdır. Nadar (Feliks Turnaşon)
Qoy həmişə günəş olsunŞabran, Gədəbəy, Kəlbəcər, Saatlı və Şamaxıda bu adda kəndlər, Bakıda isə bu adda qəsəbə var. GünəşliBəzi Avropa dillərində həftənin bu gününün adı günəşlə bağlıdır. Bazar1928-ci ildə Bakıda məhz bu şairin «Günəşi içənlərin türküsü» adlı ilk şerlər kitabı çapdan çıxmışdır.Nazim HikmətOnlar 200 min km eninə uzana bilir və orta hesabla 10-20 sutka müşahidə olunurlar. Günəş ləkələriGünəşin birbaşa şüalanmasından günəş vannaları vasitəsilə müalicə və profilaktika üçün istifadə bu terminlə ifadə olunur. Helioterapiya
| ['sual-cavab', 'intellektual suallar', 'xəmsə sualları', 'breyn-rinq sualları', 'brain-ring sualları', 'suallar və cavablar', 'dünyagörüşü'] |
62 | https://kayzen.az/blog/politologiya/27479/rusiya-xvii-%C9%99srin-i-yar%C4%B1s%C4%B1nda.html | Rusiya XVII əsrin I yarısında | gunelb | Tarix və politologiya | 29 dekabr 2022, 11:24 |
Yeni çar Mixail Romanov gənc və təcrübəsiz idi. Lakin boyarların çarı idarə edə biləcəkləri niyyəti baş tutmadı. Yeni çarın ətrafında tez bir zamanda nüfuzlu boyar, knyaz, zadəgan, dyaklardan ibarət tərəfdarları qrupu yarandı. Bir az sonra çarın atası patriarx Filaret əsirlikdən qayıtdı və faktiki olaraq oğlunun hakimiyyət şəriki oldu. Təcrübəli, ağıllı, möhkəm xarakterli 64 yaşlı patriarx dini və dünyəvi hakimiyyəti öz əlində birləşdirdi. Yeni prikazlar yaranır, köhnələr isə yenidən bərpa olunurdu. Onların başına sağ qalmış boyar və dyaklar təyin olunurdu. Yeni dövlət sistemində Minin və Pojarski də təmsil olundu. Minin Duma zadəganı oldu. Voyevoda boyar rütbəsi alaraq hökumət və orduda mühüm yer tutdu. İlk gündən birinci Romanovlar monarxiyası özlərindən əvvəl XVI əsrdə olduğu kimi mütləq hakimiyyət formasında meydana gəlmişdir. Yeni çar Kostromadan Moskvaya hərəkət edərkən boyarlar çara müraciətlərində özlərini onun «xolopları» adlandırırdılar, gənc çar isə onlardan sözsüz tabeçilik tələb edirdi. Bununla yanaşı, çar hər yerdə özünü bütün xalqın, o cümlədən «Qarışıqlıq dövründə» incidilən və təhqir edilənlərin müdafiəçisi, ədalət və qayda-qanunun təminatçısı kimi təqdim edirdi. Xalqla yeni hakimiyyətin bir tam kimi birliyi belə yarandı. Yeni çar hakimiyyəti ehtiyatlı və uzaqgörən siyasət yeridərək ölkənin bütün təbəqələrini birliyə, sakitliyə təşviq edirdi. Heç bir boyar, zadəgan, dyak keçmiş əməllərinə görə təqib edilmir, hər biri öz əvvəlki mövqeyini, torpağını, rütbəsini saxlayırdı. Çar hakimiyyəti «Qarışıqlıq dövrü» sonrası ilk illərdə seçkili orqanlar olan Boyar Duması və Zemstvo məclisinin xidmətindən davamlı istifadə edirdi. Seçkili orqan üzvləri tez-tez toplaşaraq mühüm dövlət əhəmiyyətli məsələləri, o cümələdən, vergi, xarici siyasət işlərini həll edirdilər. Artıq yeni çarın hakimiyyəti möhkəmləndikdən sonra, xüsusilə patriarx Fi-laretin Moskvaya gəlməsi ilə Zemstvo məclisi daha gec-gec toplanmağa başladı, XVII əsrin ikinci yarısında isə ümumiyyətlə, Rusiya dövlət sistemindən çıxarıldı. Boyar duması da get-gedə çardan asılı vəziyyətə düşərək onun ayrı-ayrı tapşırıqlarını yerinə yetirməyə başladı.Rusiya cəmiyyətinin sabitlik yolunda davam etməsi üçün ölkədə dolaşaraq heç kimə tabe olmayan kazak dəstələrini, quldur qruplarını, polyak əsgərlərini ləğv etmək lazım idi. 1615-ci ildə Pojarskinin qoşunu Rusiyanın mərkəzi qəzalarında əməliyyatlar aparan fırıldaqçı Lisovskinin adamlarına bir neçə zərbə vuraraq onları cənuba qovdu, şlyaxtaçı elə orada da öldü. Ryazandan Moskvaya doğru hərəkət edən Zarutski Marina Mnişek və oğlu İvanı bayraq edərək 1612-1613-cü illərdə fırıldaqçıların keçdiyi yolu təkrar etmək niyyətində idi. Lakin çar voyevodaları onu cənuba doğru sıxışdıraraq Voronej altında məğlub etdilər. Ələ keçən Zarutski və İvanı Moskva altında edam etdilər, zindana atılan Marina Mnişek bir il son orada öldü. Ölkənin cənub qəzaları düşməndən azad edilsə də, şimalda, yəni, Voloqodsk, Belozero və Karqopol qəzalarında ataman Balovenin beş minlik kazak dəstəsi dəhşət, soyğun və qorxu yayırdı. Uzun danışıqlardan sonra bağışlanma və yaxşı muzd müqabilində kazakların bir hissəsi atamandan ayrıldı. Yerdə qalan qoşun Moskvaya hücum edərkən məğlub oldu, ataman Baloven tutularaq asıldı. Yalnız XVII əsrin 20-ci illərinin əvvəllərində ölkədə vəziyyət sabitləşdi.Polşa kralı III Sigizmund Moskvada çarın seçilməsini qəbul etməyərək oğlu Vladislavı qanuni Moskva hökmdarı hesab edirdi. 1613-cü ildə rus polku Qərbə doğru irəliləyərək bir neçə şəhəri azad etdikdən sonra Smolenskə yaxınlaşdı və uzun danışıqlar başladı. Eyni zamanda Novqoroda da qoşun göndərilsə də, məğlub oldu. İsveçlilər əlavə bir çox torpaqları da tutaraq Pskovu mühasirə etdilər. Diplomatiyanı işə salan yeni hakimiyyətin təsiri ilə alman imperatoru Polşa ilə Rusiya, İngiltərə kralı İsveçlə Rusiya arasında danışıqlara vasitəçi olmağa razı oldular. Danışıqların uzanmasından istifadə edən polyak qoşunu Vladislav başqa olmaqla 1617-ci ilin yazında Rusiyaya yürüşə başladı, bir neçə şəhəri tutub Ukrayna kazaklarının getmanı Pyotr Saqaydaçnının köməyi ilə Moskvaya yaxınlaşdı. D.M.Pojarski polyak dəstəsinə Kaluqa altında zərbə vursa da, sentyabrın sonunda polyak qoşunu Moskvanı mühasirə etdi. Moskvanın ciddi müqaviməti polyakları yenidən danışıqlara başlamağa məcbur etdi. 1618-ci ilin dekabrında Troitsa-Sergiyev kilsəsinin yaxınlığındakı Deulino kəndində 14,5 il müddətinə barışıq imzalandı. Sülhün şərtlərinə əsasən, Polşa Rusiyadan olan bütün əsirləri, o cümlədən patriarx Filareti geri qaytarmalı, polyaklar tutduqları Moskvaya yaxın olan şəhərləri tərk etməli, Smolenski isə özlərində saxlamalı idi. Vladislav Rusiya taxtına olan iddiasından əl çəkmədiyi üçün Polşa ilə mübarizə qalırdı. 1617-ci ilin fevralında Stolbovo kəndində İsveçlə sülh müqaviləsi imzalandı ki, buna əsasən, İsveç kralı Rusiya taxtına olan iddiasından imtina edir, Novqorodu qaytarırdı. Baltik sahillərinin qədim rus şəhərləri Yam, Koporye, Oreşek, İvanqorod İsveçin əlində qalırdı ki, bu da Rusiyanın Baltik dənizinə çıxışını itirməsi demək idi. Faktiki olaraq, qonşuları Rusiyanı XV yüzilliyin sonlarında III İvan dövründəki sərhədlərə sıxışdırmışdır ki, bu «Qarışıqlıq dövrü»nün nəticəsində baş vemişdir.«Qarışıqlıq dövrü» Rusiyaya ağır zərbə vuraraq onu bir neçə on il geri atmışdır. Mərkəzi və yerli hakimiyyəti bərpa edən yeni çar Mixail Romanov öz yaxın ətrafı ilə «Qarışıqlıq dövrü»nün qalmaqallarını aradan qaldıraraq ölkənin bərpa olunmasına başladı. Çar 1619-cu ildə növbəti Zemstvo məclisini topladı ki, onun da vəzifəsi ölkənin dirçəlməsi məqsədilə tədbirlər müəyyənləşdirmək oldu. Müzakirələrdən sonra Zemstvo məclisi iclasının nəticəsinə əsasən hakimiyyət əhalinin vergi yükünü azaltdı. Hərb zamanı fövqəladə vergilər ləğv edildi, vergilər əhalinin gəlirinə görə hesablanmağa başlandı.Hakimiyyətin qəbul etdiyi yeni Qanuna əsasən «Qarışıqlıq dövrü»ndə qanunsuz zəbt edilən torpaqlar müsadirə edilirdi. Kazakları sakitləşdirmək məqsədilə dövlətə xidmət etmək istəyənlərə torpaq payı verilir, muzd müəyyən edilirdi. Boyar və zadəganlara öz təsərrüfatlarını «boş» qoymaq qadağan idi. «Qarışıqlıq dövrü»ndə özünün son həddinə çatan sərxoşluqla sərt mübarizə başladı. İri şəhərlərdə və qonaq evlərinin həyətlərində içki müəssisələrinin açılması qadağan olundu. Tez-tez yanğına səbəb olduğu üçün siqar çəkilməsi də yasaq edildi.Hakimiyyət qaçqın kəndlilərin axtarıb tapılaraq geri qaytarılması tədbirini daha da sərtləşdirərək 5, sonra 9, daha sonra isə 15 il müəyyən etmişdir. 30-cu illərin ortalarında şəhərlərdən qaçan posad adamının axtarıb tapılmasına dair fərman elan olundu. Hakimiyyət ölkənin dirçəldilməsi məqsədilə mülkədar, votçina, kilsə torpaqlarını işçi qüvvəsi ilə, dövləti şəhər və kəndlərdəki vergi ödəyən adamlarla təmin edirdi.Ölkədə dinc sülh şəraitinin təmin olunması, sadə adamlar üçün ağır olsa da, ümumi qayda-qanunun bərpası nəticəni verdi. Artıq 20-30-cu illərdən başlayaraq kənd təsərrüfatı bərpa olundu. Boş qalmış torpaqlar, xüsusilə mərkəzi qəzalarda, Moskva ətrafında becərilməyə başladı. Üçtarlalı əkin sisteminin yayılması sahəsində məhsuldarlıq artdı. Volqaboyunda və cənubi qaratorpaq zonalarında torpaqları əkməyə başladılar. Krım tatar-türklərinin basqınından qorunmaq üçün Belqorod kərtik və ya nişan sərhəd xətti çəkildi. Kənd təsərrüfatının inkişafı sənətkarların daha çox məhsul istehsal edərək bazara çıxmasına təkan verdi. Maldarlıq, xüsusilə şimalın, Oka, Klyazma, yuxarı Volqa, Surun çaylaq yerlərində yayılmışdır. Dəri emalı, balıq ovçuluğu xəzinəyə yüklü gəlir gətirirdi.Qarışıqlığın ağır nəticələrinə baxmayaraq, XVII yüzilliyin 20-30-cu illərində Rusiya sənayesində canlanma da olmuşdur. Moskvada 100 nəfərdən çox adamın çalışdığı topxana mövcud idi ki, burada da top, zəng hazırlayırdılar. Silah palatası odlu və soyuq silahların istehsalı üzrə ixtisaslaşmışdı. Sikkəxana ölkənin ən böyük müəssisələrindən idi ki, burada da Rusiya sikkələri zərb edilirdi. Toxucu evində 100-dən çox toxuculuq dəzgahı işləyirdi ki, burada da çar sarayı və satış üçün parça, kətan və s. hazırlanırdı. 20-ci illərin əvvəllərində Moskvada çap evi bərpa olundu ki, burada da sayları 1000 nüsxəyə çatan dini və dünyəvi kitablar çap edilmişdi. Rusiya üçün yeni olan xaricilərin vəsaiti hesabına filiz, dəri, şüşə emalı zavodları meydana gəlmişdi.XVII əsrdə «Qarışıqlıq dövrü»nün ilk illərindən sonra birinci Romanovlar sülaləsinin hakimiyyəti Ural və Sibirin zəngin sərvətlərinin mənimsənilməsinə başladılar. Çar Mixail məmurlarla birlikdə Ural ətrafı və Sibirə səfər edərək misəritmə və filiz emalı zavodlarının tikilməsinə şərait yaratdılar. Nerçinsk Dəmirəritmə Zavodu ilk belə müəssisə oldu. Belə müəssisələrin sahibkarları dövlət tərəfindən xüsusi güzəştlərlə təmin olunurdu. Bu zaman rus adamları Yeniseyə kimi gələrək Krasnoyar şəhərinin əsasını qoydu. Hakimiyyət yeni torpaqlardakı yerli xalqlara xüsusi diqqət göstərilməsini tələb edirdi. Belə ki, Volqaboyu və Sibir kəndli və posad adamına təhkimçilik qaydası şamil edilmirdi. 1624-cü ildə çar Mixail Volqadakı öz voyevodalarına göndərdiyi fərmanda çuvaş, mordva, qazan tatarlarına ehmalla yanaşmağı, onları zorla işləməyə məcbur etməməyi, əldə edilən ərzağın dəyərini ödəməyi tələb etmişdir. Sibirə də eyni məzmunlu fərmanı göndərən çar dövlətin qaydasını nümayiş etdirməsi ilə bərabər, sərt məmur və voyevodaların da özbaşınalığının qarşısını almışdır.Rusiyanın xarici vəziyyəti də tədricən bərpa olunurdu. Yeni çar hakimiyyəti İngiltərə, Hollandiya, İsveç, Türkiyə, Danimarka, Fransa və İran ilə dostluq münasibətləri saxlayırdı. Bir çox yaxın və uzaq qonşu dövlətləri Mixailin çar taxtına seçilməsini dəstəklədi. Yeni hakimiyyət xarici əlaqələri, ticarəti canlandırmaq məqsədilə, ingilis və holland tacirlərinə güzəştlər müəyyənləşdirdi, xarici gəmilər Arxangelskə yanaşdılar. Diplomatik əlaqələrin artması Rusiyanın Qərb dünyası üçün açıq olduğunu göstərmirdi. Xarici işğalçıların, xüsusilə katolik polyakaların Rusiyaya gətirdiyi bəlalar hələ yaddaşlarda hopub qalmışdı. Xüsusilə İngiltərə burjua inqilabından sonra yaranmış vəziyyət, 1649-cu ildə çar fərmanlarında Mixail və onun oğlu Aleksey Mixayloviçin «qardaşım» adlandırdıqları kral I Karlın edam edilməsi Rusiya cəmiyyəində Qərblə münasibətlərdə şübhə və təşvişin yaranmasına səbəb olmuşdu.Vladislavın Rusiya taxtına iddiası ilə bağlı olaraq Qərb torpaqlarındakı müvəqqəti sakitlik, Krım türklərinin basqınları, Volqaboyu və Ural ətrafında yerli xalqların fəallığı ordunu daim təkmilləşdirməyi tələb edirdi. Məhz Mixail Romanovun çarlığı dövründə hərbi xidmətə xarici ölkədən olan muzdlu əsgər və zabitlərin cəlb edilməsinə başlanmışdır. Səbəbi Qərb dövlətlərinin hərbi elm və texnikasının qabaqcıl olması ilə izah olunurdu. Eyni zamanda, xaricdən silah və sursat, muşket, qılınc, top mərmisi və s. alırdılar. Moskvada strelets polkları ilə bərabər müharibə vaxtı toplanan zadəgan və kazak süvari dəstələrinə əlavə olaraq muzdlu süvari reytar və draqun polkları meydana gəlmişdi. Xarici muzdlu əsgərlərdən və azad rus adamlarından ibarət olan polklar «xarici cərgə» adlanırdı. Draqun polku yüngül süvari və odlu silahla təhciz olunaraq atlı və piyada cərgə ilə döyüşürdü. Reytar polku isə ağır zirehli geyimi, nizə və qılıncı olan döyüşçülər idi. Yeni piyada polkları yaranmışdı. Bunlar yüz və on nəfərlik əvvəlki polklardan fərqli olaraq xarici zabitlərin komandirliyi altında rotalardan ibarət idi. Belə polkların silah-sursatı da əsasən, xaricdən alınırdı.1632-ci ilin yazında Polşa kralı III Sigizmund öldü, ölkədə taxt-tac mübarizəsi başladı. İsveç və Polşa münasibətləri kəskinləşdi, isveçlilər Polşaya hücum etmyə hazırlaşırdı. Çarın atası patriarx Filaret başda olmaqla bir çox əsl-zadə Polşa ilə müharibə tərəfdarı idi. 1632-ci ilin yayında Mixail Romanov Zemstvo məclisini çağırdı, yığıncaqdan Polşa ilə müharibə qərarı çıxdı.1632-ci il avqustun 3-də təqribən 100 min nəfərlik rus ordusu 1609-1611-ci illərdəki Smolensk döyüşünün qəhrəman voyevodası, yeddi il patriarx Filaretlə polyak əsirliyində olan Mixail Borisoviç Şeinin başçılığı ilə 1632-1634-cü illəri əhatə edən Smolensk hücumuna başladı. Rusiya qoşunları Doroqobuj, Novqorod-Seversk, Starodub şəhərlərini tutdu. Şeinin ordusu tezliklə Smolenskə çatıb onu mühasirə etdi. İsveç ordusu isə Polşaya daxil oldu. Qoca və keçmiş xidmətlər ilə yaşayan Şeinin yavaş hərəkət etməsi, Polşadakı döyüşdə İsveç kralının ölməsi Polşa taxtına seçilmiş gənc və döyüşkən Vladislavın Smolenskə hücum edib bir neçə şəhəri alaraq Şeinin ordusunu mühasirəyə salması ilə nəticələndi. Ağır vəziyyətdə olan rus voyevodası barışıq imzalayaraq ordusunu, hərbi təhcizatı, silah-sursatı Polşa kralına verib, bayraqla birlikdə onun qarşısında əyilməli idi. Xarici muzdlu qoşunun bir hissəsi polyakların tərəfinə keçdi. Qələbədən ruhlanan Vladislav Moskvaya hücum etsə də, onu knyaz D.M.Pojarskinin başçılığı altında olan rus qoşunu qarşıladı. Hücumu davam etdirmək iqtidarı olmayan Reç-Pospolita 1634-cü ildə Vyazma yaxınlığındakı Polyanovke çayı üzərində sülh barışığı imzaladı. Sülhün şərtlərinə əsasən, Rusiya polyakların işğal etdiyi Smolensk və başqa şəhərləri geri ala bilmədi. Ancaq Vladislav Rusiya taxtına olan iddiasından əl çəkdi ki, bu da Rusiyanın Romanovlar mütləq monarxiyasının beynəlxalq mövqeyini möhkəmlətdi. Smolensk məğlubiyyətinə görə Şein və onun yaxın köməkçiləri satqınçılıqda təqsirli hesab edilərək edam olundular, bir çox voyevoda qamçı cəzasından sonra Sibirə sürgün olundu.1637-ci ildə don kazakları türk qalası olan Azovu işğal etdilər. Çarın asılılığında olan, onun kömək və müdafiəsini hiss edən Don kazaklarının bu yürüşü hətta Rusiya dövlətinin hakimiyyətini təmsil edən adamlara belə məlum olmamışdır. Krım tatar-türklərinin Rusiya torpaqlarına qənimət məqsədilə davamlı basqınları, türk sultanının Krım dövlətini müdafiə etməsi, XVII əsrdə Osmanlı-Rusiya münasibətlərini kəskinləşdirmişdi. Qalanın altından lağım ataraq barıtla onu partladan Don kazakları Azovu ələ keçirdikdən sonra 1637-ci ildən 1642-ci ilə kimi beş il ona sahib oldular. Kazaklar çara müraciət edərək Azovu «öz əlinin altına» almasını təklif etdilər. Çar türklərdən gizli olaraq Azova ərzaq, silah, barıt və s. göndərirdi. Lakin Rusiya Osmanlı imperiyası və Krım xanlığı ilə böyük müharibəyə hazır olmadığı üçün 1642-ci ilin yazında Zemstvo məclisinin də qəbul etdiyi nəticəyə əsasən, çar hakimiyyəti kazaklara Azovu tərk etmək göstərişi verdi. Bundan narazı qalan kazaklar şəhər qala divarlarını partladaraq Azovu tərk etdilər, türklər və Krım qoşunu Azova sahib oldu.Mahiyyət etibarilə XVII əsrin birinci yarısını çar Mixail Romanovun dövrü adlandırmaq olar. Ona görə yox ki, çar Rusiya dövlətinin başında dururdu, məsələ bundadır ki, Mixail Romanov ölkədə baş verən bütün hadisə və proseslərə öz şəxsi möhürün vurmuşdur. Onun dövlət işlərinə sakit və ciddi yanaşması hətta öz ətrafına yığdığı yaxınlarının belə keçmiş və rəqibləri ilə haqq-hesab çəkməsinə imkan yaratmamış, cəmiyyətdəki ictimai qüvvələrin tarazlığını qoruyub saxlamışdır. Çar heç kimi edam etməmiş və yaxud etibardan salmamışdır. Yalnız birləşmiş dövlətin əleyhinə olanlar, yeni seçilmiş çar kimi onu qəbul etməyən kazaklar, soyğunçu və oğrular, polyak hərbi qoşununun qalıqları sərt cəzalandırılmışdır. Dövlətdə qayda-qanun və sakitliyə xüsusi əhəmiyyət verən çar Mixail kəndli və posad adamlarının qiyamlarını amansızlıqla yatırmışdır. Padşahın, onun ailəsinin, uşaqlarının ünvanına layiq olmayan sözlər söyləmək dövlət əleyhinə ağır cinayət hesab olunaraq cəzası qamçı ilə döyülmək və s. olmuşdur. Çətinliklə ələ aldığı çar hakimiyyətini Mixail ümumxalq mülkü kimi qoruyub saxlamışdır. Mixail Romanovun Yev-dokiya Streşneva ilə evliliyindən on uşağı, yeddi qızı, üç oğlu olmuşdur. 1629-cu ilin martında taxtın varisi şahzadə Aleksey (1629-1679) doğulmuşdur. Çar Mixail Romanovun nüfuzu tədricən artmışdır. Artıq heç kimin ağlına belə gəlməzdi ki, çar Mixail zəif və təsir altına düşən bir insandır. 1645-ci il iyulun 12-də 50 yaşlı çar Mixail Fyodoroviç Romanov vəfat etdi. Müəllif: Tahir Baxşəliyev
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
| ['Rusiya tarixi', 'kazaklar', 'patriarx Filaret', 'çar hakimiyyəti'] |
63 | https://kayzen.az/blog/politologiya/27476/livoniya-m%C3%BCharib%C9%99si.html | Livoniya müharibəsi | gunelb | Tarix və politologiya | 25 dekabr 2022, 21:45 |
IV İvan Qroznının xarici siyasətinin əsas istiqamətlərindən biri məhsuldar torpaqları olan, şərqdə yerləşən Kazan və Həştərxana sahib olmaq idi. Bir tərəfdən zadəganlarına torpaq payı ayırmaq zərurəti, başqa bir tərəfdən şərq ölkələri ilə Moskva çarlığının əlaqələrinə əhəmiyyərli yol açan Volqa ticarət yolunun əl keçirilməsi marağı məsələnin qısa bir vaxtda həll olunmasını tələb edirdi. Başqa bir tərəfdən, Rus dövlətilə Kazan xanlığı arasındakı qanlı toqquşmalar zaman-zaman davam etmişdir ki, İvan Qroznı buna son qoymaq istəyirdi. 1552-ci il iyunun 1-də 150 minlik rus ordusu başda çar olmaqla Kazana doğru hərəkət etdi. Avqustun 23-də şəhərə yaxınlaşan son ordu bir neçə dəfə cəhd etsə də, möhkəm müdafiəsi olan şəhəri ala bilmədi. Belə olduqda sentyabrın 30-da əsas şəhər darvazalarının altında lağım atılaraq partladıldı. Qanlı döyüşdən sonra oktyabrın 2-də şəhər alındı və Kazan xanlığı süqut etdi. Volqada yaşayan əhali Rus dövlətinin tərkibinə daxil oldu. Bəziləri rus çarının hakimiyyətini könüllü olaraq qəbul etdi. Başqırdlar dəqiq müəyyən edilən bəxşiş müqabilində IV İvandan öz mülklərinin sahibi olmaq hüququ almışdı. Kazanın süqutuna kimi çuvaşlar «padşaha qulluq etmək» arzusunda olduqlarını bildirərək Moskva qoşunu tərəfdə Kazan xanlığına qarşı döyüşdə iştirak etdilər. Mari və udmurtlarla rus dövlətinin münasibətləri bir xeyli mürəkkəb olaraq qalmışdı. 1556-cı ildə 30 minlik rus ordusu Həştərxana yaxınlaşdı və heç bir müqavimətə rast gəlmədən şəhəri tutdu. Sonuncu Həştərxan xanı Yamgürçəyin dəstələri məğlub oldu. Tezliklə XIV yüzilliyin sonlarında Volqa ilə İrtış çayları arasındakı çöllük ərazidə meydana gələn, Qızıl Ordudan ayrılan köçərilərin Noqay Ordu dövləti də rus çarından asılılığı qəbul etdi. Beləliklə, bütün Volqa ticarət yolu Moskva rus dövlətinin əlinə keçdi ki, bu bir tərəfdən Rusiyanın Şimali Qafqaz və Orta Asiya xalqları ilə əlaqələrini artırdı, başqa bir tərəfdən Volqa ticarət yoluna nəzarət etmək imkanı əldə edən Rus dövlətinin Şərq ölkələrilə münasibətləri xeyli möhkəmləndi. Başlıcası, Rus dövləti şərqdən davam edən soyğunçu tatar basqınlarından birdəfəlik azad oldu. Ölkənin cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə birinci Tula müdafiə xətti tikildi.Volqaboyu torpaqlarının işğal edilməsi Rus dövlətinin şərq və cənubda mövqeyini xeyli möhkəmləndirdi. Çar IV İvan Qərbə — bir vaxtlar Polşa krallarına qarşı mübarizədə Moskvanın müttəfiqi olan, hazırda isə «Yuriyev pu-lu» haqqını verməkdən imtina edib pravoslav əhalisini sıxışdıran Livoniyaya hücum etməyi planlaşdırdı. 1558-ci ilin yanvarındakı birinci Livoniya yürüşü müvəffəqiyyətli oldu, Narva, Derpt, Revel ələ keçdi. Alıst, Rakobor, Krasnı, İzborsk, Vışqorod, Oreşek şəhərlərində rus qarnizonları yerləşdirildi. 1559-cu ildə barışıq imzalandı. Livoniya magistri barışıqdan istifadə edərək Polşa kralı ilə ittifaq bağlayıb ondan hərbi kömək aldı.1562-ci ildə IV İvan Livoniyanın müttəfiqi Litvaya hücum etmək məqsədilə Zemstvo məclisini çağırdı, əsas hədəf isə Polotsk seçildi. Qoşunun başında duran çar vəsiyyatnamə tərtib edərək böyük oğlu İvanı varis, kiçik qardaşı Fyodoru Suzdal-Udel knyazı elan etdi. Noyabrın 30-da yürüşə başlayan çar ordusu iki aydan sonra Polotska çataraq top atəşindən sonra şəhər uğrunda döyüşə başladı. Fevralın 14-də Polotsk yandırıldı və təslim oldu. Çar təntənə ilə Moskvya döndü. 1564-cü il yanvarın sonunda Ulla çayında Litva polku knyaz P.İ.Şuyski başda olmaqla rus ordusunu məğlub etdi, sərkərdə öldürüldü, 600 nəfərdən çox dvoryan əsir düşdü. Cəza tədbirlərindən ehtiyat edən bir çox Voyevoda, o cümlədən çarın xoş münasibət bəslədiyi görkəmli hərbi sərkərdə, knyaz A.M.Kurbski Litvaya qaçdı. Bu azmış kimi A.M.Kurbski çara məktub göndərərək onu qaralayıb öz əməlini təmizə çıxarmağa çalışmışdır. Çar isə qaçqın knyazla mübarizəyə başlayaraq hakimiyyətin mahiyyətini, ondan asılı olanların vəzifə və borcunu izah etmişdir. 1564-cü ilin iyulunda çar Böyük Litva knyazlığına təkrar hücum təşkil etsə də, uğur qazana bilmədi.1569-cu ildə Böyük Litva knyazlığı Polşa ilə uniya imzalayaraq vahid Reç-Pospolita dövlətində birləşdilər. Artıq Rusiyanın qərb sərhədlərində Avropa timsalında təlim görüb silahlanmış qüdrətli ordu dayanmışdır.İvan Qroznı Livon Ordeni cəbhəsində hərbi əməliyyatları dayandıraraq Reç-Pospolita ilə sülh bağlayıb nisbətən zəif İsveçdən torpaqlar işğal etmək niyyətində idi.1571- ci ilin aprelin 5-də Krım xanı Dövlət-Gəray Moskvaya hücum edərək mayın 24-də şəhəri yandırdı. Krım tatarlarının hücumundan şimala qaçan IV İvanın Moskvanı başsız qoyması ilə şəhəri yandırıb külə çevirən Dövlət-Gəray yüklü qənimətlə ölkəsinə döndü.1572- ci ilin yanvarında İsveç kralı III Yuxanla müharibə edən IV İvan İsveç torpaqlarına daxil oldu. İsveçlilər yaya kimi barışıq imzalamağı təklif etdilər. Krım xanının yeni basqınından ehtiyat edən çar razı oldu.1572-ci ilin iyulunda Krım xanı Dövlət-Gəray növbəti dəfə Moskvaya hücum təşkil etsə də, onu şəhərin 45 kilometrliyində knyaz M.İ.Vorotınskinin polku qarşıladı. Ağır zərbə alan krımlılar döyüş meydanından qaçdılar. 1572-ci ilin payızında çar və hər iki oğlu isveçlilərə qarşı yürüşə başlayaraq Estoniyanın Payda, Kalover, Korkus şəhərlərin ələ keçirdilər. Livoniya yürüşü də davam edirdi. 1575-ci ildə Salis və Pernov işğal olundu. Nəticədə Revelə Tallinə (başqa adı Kalıvan) kimi olan bütün sahilboyu torpaqlar çarın əlinə keçdi. 1577-ci ilin yanvarında rus ordusu Reç-Pospolitaya tabe olan Livoniya torpaqlarına hücum edərək Reveli mühasirə etdi. Revel və Riqadan başqa demək olar ki, bütün şəhərlər çar İvana təslim oldu. Lakin bu iyirmiillik müharibədə sonuncu uğur oldu. Yeni uğursuzluqlar çarın uzun illər dövləti tükədərək əldə etdiyi qələbələrə son qoydu.Polşa-Litva dövlətinin yeni kralı seçilən təcrübəli və güclü Transilvaniya knyazı Stefan Batori Polotska hücum edib 1579-cu ildə onu Litvanın tərkibinə qatdı. Növbəti il kral Veliki Lukaya hücum edib buranı aldı. Çar tez-tələsik barışıq istədi. Rus dövlətinin mövqeyinin zəifləməsindən istifadə edən İsveç kralı 1580-ci il noyabrın 4-də hücuma keçib Korel və ətrafını aldı.1581-ci ilin avqustun 18-də Stefan Batori Pskovu mühasirəyə aldı. İlk vaxtlar polyak qoşunu uğur qazansa da, tezliklə voyevoda knyaz İ.P.Şuyskinin başçılıq etdiyi qoşun onları geri oturtdu. Uzun danışıqlardan sonra 1582-ci ildə Yam-Zapolsk adlanan yerdə sülh müqaviləsi imzalandı. 10 il müddətinə bağlanan sülhün şərtlərinə əsasən, Polotsk və Livoniya torpaqları Reç-Pospoli-taya keçdi, Veliki Luki və Velijadan başqa ətrafı Rusiyaya qaytarıldı. Bir il sonra 7 il müddətinə İsveçlə imzalanan Plyussk sülhünə əsasən, Rus dövləti Estoniya və Kareliyadakı ərazilərdən imtina etdi. Beləliklə, iyirmi illik Livoniya müharibəsi ölkə üçün heç bir nəticə vermədən başa çatdı, hətta İvan-qorod rayonunda Rusun vaxtı ilə ələ keçirdiyi bir sıra torpaqlar belə itirilmişdir.Ural dağlarının arxasında Qızıl Ordunun bir parçası olan Sibir xanlığı yerləşmişdir ki, burada da Sibir tatarları və onların tabe etdiyi Xantı, Mansi xalqları yaşayırdılar. Xanlıqda əhali əsasən ovçuluq və maldarlıqla məşğul olurdu. Sibir xanlığının tatar-türk üst təbəqəsi islama, yerli xalqların nümayəndələri bütpərəstliyə etiqad edirdi. Kazanın süqutundan sonra Sibir hökmdarları Rusiyadan asılılığı qəbul etdilər. Sibirin yeni xanı Kuçum Moskvaya bac ödəməkdən imtina edərək tez-tez sərhəddə yerləşən ruslarla qarşı-qarşıya gəlirdilər.Uralı əhatə edən torpaqları çarın icazəsi ilə varlı sənayeçilər olan Stro-qanovlar mənimsəməyə başladı. Onların əsas işi duz emal etmək idi ki, soyuducu olmadığı üçün qida məhsullarını xarab olmaqdan xilas edən duz çox gəlir gətirən bir nemət olmuşdu. Tez bir zamanda bu işdən zənginləşən Stro-qanovlar öz hesablarına şəhərcik və qalalar salaraq onların müdafiəsini ka-zaklara tapşırdılar. Belə kazak dəstələrindən birinin komandiri ataman Yermak Timofeyeviç təqribən 600 nəfərlik dəstə ilə 1581-ci ildə Sibirə yürüş təşkil etdi. Yermak Çusov çayını, sonra Ural aşırımını və Tagil çayını keçib İrtış çayındakı Kucumun paytaxtı Kaşılıka hücum etdi. Qılınc və oxla silahlanmış xanlığın əsgərləri kazakların odlu silahı qarşısında davam gətirmədən döyüş meydanından qaçdılar. 1582-ci ilin oktyabrında Yermak və kazaklar Sibir xanlığının boş qalmış paytaxtına daxil oldu. Qışı burada keçirən Yermak ətraf əhalini rus təəbəliyinə qəbul edərək onlara yasak (dəri xəracı) kəsdi. Onlar indi Kuçuma deyil, Moskvaya xərac verməyə borclu idi. Bir neçə ildən sonra tatar türkləri Yermakın dəstəsinə qəfil basqın təşkil etdi, qaçmaq istərkən İrtış çayına atılan ataman boğulub öldü. Yermakın ardınca Sibirə kazak, strelets, kəndli, sənətkar və ovçular axışdı. XVI yüzilliyin sonunda Kuçum qəti olaraq məğlub oldu və Sibir xanlığı süqut etdi. Sibirin mənimsənilməsində bir çox Sibir xalqları Rusiya dövlətinin təəbəliyinə qəbul oldu. Müəllif: Tahir Baxşəliyev
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
| ['Rusiya tarixi', 'İvan Qroznının xarici siyasəti', 'Ural dağları', 'Qızıl Ordu', 'rus ordusu', 'İvan Qroznı'] |
64 | https://kayzen.az/blog/politologiya/27452/qali%C3%A7-vol%C4%B1n-knyazl%C4%B1%C4%9F%C4%B1_2.html | Qaliç-Volın knyazlığı | gunelb | Tarix və politologiya | 18 dekabr 2022, 21:43 |
Keçmiş Vladimir-Volın torpaqları əsasında təşəkkül tapmış Qaliç-Volın knyazlığı Rusun qərb və cənub-qərb sərhədlərində yerləşmişdir. XI-XII əsrlərdə Vladimir-Volını böyük Kiyev knyazının göndərdiyi ikinci dərəcəli knyazlar idarə edirdi. Burada böyük knyaz Svyatoslav Yaroslaviçin canişini kimi gənc Vladimir Monomax hakimiyyətdə olmuşdur.
Qaliç-Volın təsərrüfat, ticarət və ətraf dünya ilə siyasi əlaqələrin əlverişli olduğu ərazidə yerləşmişdi. Onun sərhədləri bir tərəfdən Karpat dağlarının önünə və Dunayın axınına dayanırdı. Buradan Macarıstana, Bolqarıstana, Dunay çayı vasitəsilə Avropanın mərkəzinə, Balkan ölkələri və Bizansa ticarət yolları uzanırdı. Şimaldan, şimal-şərq və şərqdən bu torpaqlar Kiyev knyazlığı ilə qonşu idi ki, onlar da əvvəlki gücünü itirsə də, qonşularını qüdrətli Rostov-Suzdal knyazlarının basqınından qoruyurdu.
Bu ərazidə vahid Rus dövlətinin mövcud olduğu illərdə bir sıra iri şəhərlər, o cümlədən I Vladimirin şərəfinə adlandırılmış Vladimir-Volın şəhəri inkişaf edib möhkəmlənmişdir. Şəhər uzun illər böyük knyaz canişininin iqamətgahı olmuşdur. Eyni zamanda, duz ticarətinin mərkəzinə çevrilmiş Qaliçdə XII əsrin ortalarından güclü boyar dəstəsi və fəal şəhər təbəqəsi yaranmışdır. Vaxtı ilə az əhəmiyyət kəsb edən Vladimir-Volın ömürlük Yaroslav Mudrının vaxtsız vəfat etmiş böyük oğlu Vladimirin soyundan olan Rostislav Vladimiro-viçə verilmişdir. Artıq Peremışl, Doroqobuj, Terebovl, Bujesk, Turiysk, Çer-ven, Lutsk, Xolm kimi şəhərlər Rostislaviçlərə məxsus idi. Zənginliyi və gözəlliyi ilə seçiliş bu şəhərlər daş qalaları, iç binaları ilə diqqəti cəlb edirdi. Nə vaxtsa bu şəhərlərin çoxu Vladimir, sonra isə Yaroslav Mudrı tərəfindən Polşadan ələ keçirilmişdir. Onlar Rusun tərkibinə daxil olaraq sonradan iki böyük şəhər — Vladimir-Volın və Qaliçlə birlikdə müstəqil Qaliç-Volın knyazlığının dayağı olmuşdur.
XII-XIII əsrlərin qovuşuğunda knyaz Roman Mstislaviç Volınski Volın və Qaliç knyazlıqlarını birləşdirərək Rusun cənub-qərbində böyük və qüdrətli Qaliç-Volın knyazlığını yaratmışdır. Bu baş tutana kimi Qaliç-Volın torpaqları xeyli dramatik hadisələrin, knyazlar, boyarlar arasındakı qanlı çəkişmənin, xarici dövlətlərin, xüsusilə macar və polyakların siyasi münaqişələrə müdaxiləsinin şahidi olmuşdur.
Uzun mübarizədən sonra Qaliç taxtına Yuri Dalqorukinin qızı Olqa ilə evli olan ağıllı, döyüşkən Yaroslav Osmomısl sahib olmuşdur. Məhz onun zamanı Qaliç knyazlığı özünün zənginliyi, Macarıstan, Polşa, Bizansla əlaqələri sayəsində önə çıxmışdır.
Qaliç knyazlığı Rostislaviçlərin möhkəm hakimiyyəti altında olduğu kimi, Volın knyazlığında, Vladimir şəhərində Monomax soyu hökmdarlıq edirdi. Burada Monomaxın nəvəsi İzyaslav Mstislaviç knyazlıq edirdi. Sonra Mo-nomaxoviçlər Volın knyazlığını bir neçə udel knyazlıqlarına böldülər.
XII əsrin sonlarından başlayaraq digər böyük rus dövlət-knyazlıqda da birləşməyə, mərkəzləşdirilmiş hakimiyyətə meyil meydana çıxmağa başlamışdır. Xüsusilə bu xətti knyaz Roman Mstislaviç daha qətiyyətlə həyata keçirmişdir. Şəhərlilərə, kiçik torpaq sahiblərinə arxalanmış knyaz boyarların müqavimətini qıraraq udel knyazlarını özünə tabe etmişdir. Yaroslav Osmomıslın ölümündən sonra Qaliçdəki hakimiyyət çəkişməsindən istifadə edərək 1199-cu ildə Roman Mstislaviç Volın və Qaliçi birləşdirmişdir. Sonradan o, Kiyev böyük knyazı olaraq Almaniya imperiyasının ərazisinə bərabər olan böyük torpaqlara sahib olmuşdur. Roman Mstislaviç Yaroslav Osmomısl kimi mərkəzləşdirilmiş hakimiyyət siyasətini davam etdirərək boyarların separatizmini qıraraq şəhərlərin inkişafına şərait yaratmışdır. Fransa, İngiltərə və Avropanın digər dövlətlərində meydana gəlməkdə olan mərkəzləşdirilmiş hakimiyyət siyasəti yolu ilə davam edən böyük rus knyazlıqlarının hökmdarları torpaq münasibətlərinə əsasən onlardan asılı olan kiçik torpaq sahiblərinə və inkişaf etməkdə olan şəhərlərə arxalanırdı.
Roman Mstislaviçin siyasətini onun oğlu, Monomaxlar nəslinin beşinci budağı Daniil Romanoviç davam etdirmişdir. 1205-ci ildə atası vəfat etdikdə onun cəmi dörd yaşı olmuşdur. Qaliç-Volın boyarları baş qaldırdığı üçün kn-yaginya azyaşlı varislə Polşaya qaçmağa məcbur olmuşdur. Boyarlar Qaliçdə knyazlıq etməyə İqor Severskinin oğlanlarını dəvət etmişdir. Hakimiyyət mübarizəsi nəticəsində bir çox boyar ailəsi öldürülmüş, ən çox isə sadə adamlar döyüş meydanında, təsərrüfatları isə arxa cəbhədə məhv olmuşdur.
1211-ci ildə Daniil Qaliçə dönsə də, boyarlar onu və anasını yenidən qovaraq hakimiyyəti öz tərəfdarına vermişdi ki, bu bütün Ryurikoviçlər arasında narazılığa səbəb olmuşdur. Yalnız 1221-ci ildə Daniil Volın taxtını geri qaytarmış, 1234-cü ildə isə Qaliçdə möhkəmlənmişdir. İstedadlı sərkərdə olan knyazın şəxsi qəhrəmanlığı haqqında əfsanələr danışılmaqdadır. Zəngin Qaliç boyarları ilə mübarizədə Daniil Romanoviç şəhərlilərə və drunijanaya arxalanmışdır. Lakin Daniil Romanoviç knyazlıqda möhkəmləndikdən sonra da boyarlar onun mərkəzləşdirilmiş hakimiyyət siyasətinə qarşı mübarizə apararaq Macarıstan və yaxud Polşa ilə gizli sövdələşərək knyazlığın siyasi və hərbi gücünü sarsıtmağa səy göstərmişdir.
Müəllif: Tahir Baxşəliyev
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
| ['Rusiya tarixi', 'Qaliç knyazlığı', 'knyazlıq', 'Rus dövlətləri', 'Rus dövləti', 'Qaliç'] |
65 | https://kayzen.az/blog/politologiya/27421/norman-n%C9%99z%C9%99riyy%C9%99si.html | Norman nəzəriyyəsi | gunelb | Tarix və politologiya | 13 dekabr 2022, 00:31 |
IX-XII əsrlərdə Qərbi Avropanın böyük çay hövzələrinin sahilləri vikinqlər tərəfindən dağıdıcı hücumlara uğramışdır. Avropa mədəniyyəti dairəsinə daxil olan vikinqlər 911-ci ildə Şimali Fransada, 1030-cu ildə Cənubi İtaliyada ilk Norman dövlətlərini qurdu. Əsas məşğuliyyətləri ticarət və qənimət əldə etmək üçün soyğunçuluq olan norman tayfaları Şərqi Avropaya, əsas ticarət yolları olan Volqa və Dneprə üz tutdular ki, burada da onlar şərqi slavyanlarla qarşılaşdı. «Ötən illərin dastanı» qədim rus salnaməsinin xəbər verdiyi kimi, 862-ci ildə beş, o cümlədən iki slavyan (ilmen slovenləri və kriviçlər) və üç fin-uqor (çud, ves, merya) tayfa ittifaqının dəvəti ilə Cənubi Baltikyanı ərazilərdən varyaq-rus knyazlıq sülaləsinin əsasını qoyan üç qardaş — Ryurik, Sineus və Truvor öz drujinası ilə gəlmişdir. Ryurik Ladoqada, sonra Novqorodda, Sineus Beloozeroda, Truvor İzborskdə knyazlıq etmişdir. Sineus və Truvor öldükdən sonra Ryurik təkbaşına knyazlıq etmişdir. Qeyd etmək lazımdır ki, salnamədə şərh edilən hadisə və faktlarda çoxsaylı qarışıq və ziddiyyətli fikir, qiymət və əfsanəyə rast gəlirik.
Salnamədə belə rəvayət edilir ki, Ryurikin iki voyevodası Askold və Dir knyazdan öz drujinaları ilə Trasqrada (Konstantinopol) yürüşə çıxmaq məqsədilə razılıq alır. Dnepr boyu hərəkət edən Askold və Dir Kiyevdə dayanaraq knyazlıq etməyə başlayır. 879-cu ildə Ryurik öldükdən sonra Novqorodda onun əqrəbası Oleq knyazlıq edir. 882-ci ildə Oleq salnamənin Ryurikin oğlu elan etdiyi İqoru yanına alaraq cənub şəhərləri olan Smolensk, Lyubeçi fəth etdikdən sonra Kiyevi ələ keçirərək Askold və Diri öldürür. Beləliklə, Oleq şimal-qərbi və cənub slavyan torpaqlarını öz hakimiyyəti altında birləşdirərək ərazini vahid Rus torpaqlığı, Kiyevi isə dövlətin paytaxtı elan etmişdir. Məhz salnamədə fərz edilən slavyanlar arasında knyazlıq edən ruslardan slavyan torpaqları Rusiya torpaqları və yaxud Rus adlanmışdır. Sonradan, artıq elmi ədəbiyyatda IX əsrin sonlarından şərqi slavyan torpaqlarında meydana çıxan dövlət Kiyev Rusu və yaxud Qədim Rus kimi tanınmışdır.
Tarix elmində bu gün də rus və varyaqların kim olması müzakirəsi davam edir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, qədim tarixi mənbələr rus və varyaqların haqqında ziddiyyətli məlumatlar vermişdir.
Məsələn, «Ötən illərin dastanı»nda varyaqların mənşəyi ilə bağlı üç müxtəlif rəvayət irəli sürülmüşdür. Birinci rəvayətə əsasən, varyaqlar Yutlandiyadan Volqa Bulqarıstanına kimi olan Volqa-Baltik yolunda əmələ gələn dövlət-ərazi təsisatının başçıları idi. İkinci rəvayətə əsasən, varyaqlar almanlardan fərqli olaraq ayrıca etnos olmuşdur. Üçüncü, sonrakı rəvayətə əsasən, varyaqlar Baltikyanı regionun qərb torpaqlarının müxtəlif etnoslarını, o cümlədən skan-dinavları əhatə edən xalq idi.
«Rus» termininin mənşəyi ilə bağlı ziddiyyətli rəvayətlərdən yuxarıda bəhs edildiyi üçün onu təkrar etməyə ehtiyac yoxdur.
XVII əsrin əvvəllərində isveç alimi P.Petrey yeni bir iddia ilə çıxış edərək rus və varyaqların isveçli olduqlarını qeyd etmişdir. XVIII əsrdə Peterburq Elmlər Akademiyasında xidmət edən alman tarixçi alimləri Q.Z.Bayer, Q.F.Miller və A.L.Şletser belə bir fikir səsləndirmişdir ki, rus və varyaqlar norman (yəni, alman-skandinav) tayfası olub, slavyan xalqına dövlətçilik gətirmişdir. Beləliklə, rusların mənşəyi ilə bağlı norman nəzəriyyəsi (normanizm) meydana çıxmışdır.
1749-cu il sentyabr 6-da Peterburq Elmlər Akademiyasının yığıncağında akademik Qerxard Miller «Rus xalqı adının mənşəyi» haqqında latın dilində söylədiyi məruzə auditoriyadakıların milli hissiyyatına toxunmuşdur. Birinci olaraq astronom Nikita Popov müəllifi dayandıraraq, məruzənin elm üçün biabırçılıq olduğunu söyləmişdir.
Məruzənin mahiyyəti ondan ibarət idi ki, qədim rus salnaməsini oxuyan alman alimi belə bir nəticəyə gəlmişdir ki, Kiyev Rus dövlətinin əsasını salnaməçi Nestorun «varyaqlar» adlandırdığı normanlar qoymuşdur.
Akademiyanın iclasında baş vermiş hadisəni araşdırmaq məqsədilə görkəmli rus fiziki, kimyaçı, mineroloq, astronom, tarixçi və şair Mixail Vasilyeviç Lomonosovun (1711-1765) baş rol oynadığı komissiya təşkil olundu. M.V.Lo-monosovun rəyinə əsasən, tarixçi alman aliminin «Rus xalqı adının mənşəyi» haqqındakı işi ziyankar və təhlükəli təbliğatdır. M.V.Lomonosovun yazdığı «Rus xalqından başlayaraq Böyük Knyaz Birinci Yaroslav və 1054-cü ilə kimi Qədim Rus Tarixi» əsərində rus xalqının və onun dövlət quruluşunun qədimliyi və avtoxton olması nəzəriyyəsini müdafiə etmişdir. M.V.Lomonosova görə, varyaq-ruslar şərqi slavyanların yaşadığı ərazilərə cənub Baltikyanı sahillərdən gəlmişlər və özləri də artıq bu zaman slavyanlar olaraq slavyan dilində danışırdılar. Bu iddianın tərəfdarları isə tarix elmində antinormanizm nəzəriyyəsinin əsasını qoydu. O vaxtdan başlayaraq vətən və xarici tarixi ədəbiyyatda rus xalqının və dövlətinin mənşəyi məsələsi yeni faktlar və fikirlər işığında daim müzakirə obyekti olmuşdur. Qeyd etmək vacibdir ki, tarix elmi məsələ ilə bağlı axtarışlarını davam etməkdədir. Müəllif: Tahir Baxşəliyev
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
Ali məktəblərin bakalavr pilləsi üçün dərslik). Bakı, «Təhsil», 2021
| ['rus xalqı', 'rus termini', 'varyaq-ruslar'] |
66 | https://kayzen.az/blog/politologiya/27405/q%C9%99dim-slavyanlar%C4%B1n-s%C9%99l%C9%99fl%C9%99ri.html | Qədim slavyanların sələfləri | gunelb | Tarix və politologiya | 7 dekabr 2022, 22:31 |
Slavyanların ulu əcdadları Asiyanın dərinliklərindən hərəkət edən güclü Hind-Avropa köçəri tayfaları olan kimmerlərlə qarşı-qarşıya gəlmişdir. Şimali Qara dəniz sahilləri çöllərinə sahib olan kimmerlər slavyanların ulu əcdadlarını Şimal meşələrinə çəkilməyə məcbur etmişdir. Zaman-zaman Asiyanın dərinliklərindən cənubi Ural dağları və Xəzər dənizi keçidi ilə Şərqi Avropaya hücum edən köçəri tayfalar yerli əhalini soyub-talamaqla bərabər onları Şimala doğru qaçmağa sövq etmişdir.
Bizim eradan əvvəl VI əsrdən IV əsrə kimi şərq slavyanlarının əcdadları köçəri skif tayfalarının yeni hücumlarına uğramışdır. Kimmeri tayfalarını sıxışdıran skiflər Aşağı Volqaboyundan Dunayın mənsəbinə kimi olan ərazilərdə yerləşməklə slavyan və baltların təhlükəli qonşularına çevrildilər.
B.e.ə. VII-VI əsrlərdə Qara dənizin şimal sahillərində isə çoxsaylı yunan koloniyaları olan şəhər-dövlətlər (polis) meydana gəlmişdir. Nikolaev yaxınlığındakı Olviya, indiki Sevastopol ərazisindəki Xerson, Rostov-Don yaxınlığındakı Tanais, Pantikapey (Kerç) və b. belə şəhər-dövlətlər idi. Demək olar ki, bütün şəhər-dövlətlər yunan həyat tərzini əks etdirən quldarlıq respublikaları idi. Yerli skiflərlə ticarət əlaqələri yaradan yunanlar onlardan çörək, balıq alaraq əvəzində parça, şərab, yağ, ziynət əşyaları satırdı.
Yunanlar Qara dənizi Pont Evksinsk (yəni, «Qonaqpərvər dəniz») adlandırmışdır. Azov dənizi Meotida, ona axan iri çayları isə Borisfen (Dnepr), Tanais (Don), Tiras (Dnestr), İstr (Dunay) adlanırdı. Krım yarımadası isə vaxtı ilə burada məskunlaşmış tavrov tayfalarının adı ilə Tavrida adlandırlmışdır. Yunan-skif əlaqələri nəticəsində b.e.ə. V-IV əsrlərdə mərkəzi Pantikarlu olmaqla ellin-skif Bosfor çarlığı yaranmışdır.B.e.ə. III əsrdə köçəri sarmat tayfaları skifləri Qara dəniz çöllərindən Krıma doğru sıxışdırıb çıxardılar. Sarmatların sahib olduğu ərazilərin sərhədləri Karpat, Visla, Dunaydan başlayaraq Don, Volqa, Urala kimi uzanmışdır. Krıma çəkilən skiflər isə müasir Simferopolun yaxınlığında yerləşmiş Skif Nea-polu mərkəz olmaqla Skif çarlığını qurdu. Müasir Rusiya ərazisində yaşayan osetinlərin dili skif və sarmat dilinə ən yaxın olanıdır. Bizim eranın II-III əsrlərində Germanarixin başçılıq etdiyi alman qot tayfaları sarmatları məğlub edərək qonşu tayfaları, o cümlədən fin və slavyan tayfalarını da qotlara tabe etmişdir. Öz dövlətlərini quran qotlar maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olurdu.
IV əsrin sonlarından Şərqdən hərəkət edən köçəri hun tayfaları alanları məğlub edib Qafqaza qovduqdan sonra Qara dəniz çöllərində hərəkət edərək Qot dövlətini dağıtdıqdan sonra qılınc və odla cənub slavyanlarının yaşayış məntəqələrinə daxil oldular. Slavyanlar növbəti dəfə həyatlarını xilas edərək məhsuldar cənubi Qara dəniz torpaqlarından gizlənmək üçün meşələrə qaçmağa məcbur oldu.
Ümumilikdə, bizim eranın IV-VII əsrləri tarixə «xalqların böyük köçü» kimi daxil olmuşdur. Xalqların böyük köçünün ən iri çoxsaylı hücumlarından biri olan hun işğalları Avrasiya çöllərində türk və monqol tayfalarının ağalığının başlanğıcı idi. Türk tayfaları olan hunlar Dunay çayı boyu bərəkətli torpaqları öz dövlətlərinin tərkibinə qataraq görkəmli sərkərdə Atillanın başçılığı altında romalıların işğal etdiyi ərazilərə hücum edərək bütün Avropanı qorxu altında saxlayırdılar. İstedadlı sərkərdə və diplomat olan Atillanın Qərbi Avropanı işğal etmək cəhdi 451-ci ildə Şimali Fransadakı Şampan əyalətinin Katalaun çölündə Roma ordusu ilə qarşı-qarşıya gətirdi. Avropanın bir çox xalqlarının daxil olduğu Roma ordusu Atillanın çoxmillətli ordusunu məğlub etdikdən sonra hunlar Dunaya doğru geri çəkildi. Növbəti dəfə evlənərkən burnundan açılan qanın yuxuda boğazına axması ilə boğularaq vəfat edən Atillanın ölümündən sonra taxt-tac çəkişməsi Hun dövlətinin dağılmasına səbəb oldu. VI əsrdə Şərqdən Qara dəniz sahillərinə türk dilində danışan türk, avar, bolqar, xəzər tayfalarının basqınları başladı. VI əsrdə Dunay çayı hövzəsində Avar xaqanlığı meydana gəldi ki, onlar da əsasən Bizans imperiyasına dağıdıcı yürüşlər təşkil edirdi. Slavyan torpaqları da avarların viranedici hücumlarına məruz qalmışdır. VIII əsrin sonlarında frankların hücumu ilə Avar xaqanlığı dağıdıldı. Avar xaqanlığından şərqə doğru isə köçərilərin Türk xaqanlığı mövcud idi. Mərkəzi Asiyanın böyük ərazilərini, Xəzəryanı və Azovyanı tayfaları birləşdirən bu dövlət daxili çəkişmələr nəticəsində VII əsrin ortalarında dağıldı. Bu çöl dövlətinin xarabalıqları yerində isə yeni Volqa Bulqarıstanı və Xəzər xaqanlığı kimi dövlətlər yarandı.
VII əsrin birinci yarısında köçəri bolqarlar Azov çöllərində mərkəzi Fanaqoriya olan Böyük Bolqar dövlətini yaratdı. Əvvəllər bir olan Bolqarıstan sonra iki yerə bölündü. Bolqarların bir hissəsi Dunay çayı boyunca Dunay Bolqarıstanı dövlətini yaratdı. Bolqarların başqa bir hissəsi şimala — Kama ilə Volqa arasındakı meşəlik ərazisində Volqa Bulqarıstanı dövlətini qurdu. Dunay Bolqarıstanının köçəri türk tayfaları yerli əkinçi slavyan tayfaları ilə qaynayıb qarışaraq, tədricən onların adət-ənənə və dilini mənimsəyərək vahid bolqar xalqını yaratdı. Volqa Bulqarları Dunaydakı qardaşlarından fərqli olaraq türk adət-ənənələrini və dillərini qoruyub saxladı. Volqa Bulqarıstanının X əsrin əvvəllərində Ərəb xilafəti ilə dostluq əlaqələrini qurması onların islamı qəbul etməkləri ilə nəticələndi. Şəhərlərdə məscidlər inşa edildi, müsəlman din xadimləri — mollalar dini ayinləri yerinə yetirməyə başladı, ərəb yazısı geniş yayıldı. XIII əsrin əvvəllərində Volqa Bulqarıstanı monqollar tərəfindən dağıdıldı.
VII əsrin ortalarında Volqadan Dona kimi, Şimali Qafqaz və bütün Krımı birləşdirən Xəzər xaqanlığı yaranmışdır. Volqa ilə Xəzər dənizinə, Don çayı vasitəsi ilə Azov və Qara dənizə çıxış kimi vacib ticarət yollarına sahib olan Xəzər xaqanlığı Bizans, İran, Şərqin Ərəb ölkələri, Şimali Avropa ilə ticarət əlaqəsi saxlayırdı. Xəzər dövlətində türk, ərəb, slavyan, yəhudi və b. xalqların nümayəndələri yaşayırdı ki, onlar da müxtəlif dinlərə xidmət edirdi. VIII əsrdən mərkəzi İtil şəhəri olan xaqanlığın dövlət dini isə yəhudilik idi. Dövlət X əsrin ortalarına qədər yaşamışdır.
Bütün bu tayfa və xalqlar ucsuz-bucaqsız Şərqi Avropa düzənliyində slavyanların sələfləri olmaqla yanaşı, sonradan onlarla qonşu olaraq bir-birinə qarşılıqlı təsir göstərmişdir. Müəllif: Tahir Baxşəliyev
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
| ['slavyanların sələfləri', 'slavyanlar', 'slavyan xalqları', 'şərq slavyanları'] |
67 | https://kayzen.az/blog/Azerbaycan-kinosu/27323/n%C9%99simi-filmi-haqq%C4%B1nda.html | “Nəsimi” filmi haqqında | gunelb | Azərbaycan kinosu | 7 dekabr 2022, 17:02 |
1972-ci il elə 2019-cu il kimi böyük Azərbaycan şairi, filosofu Nəsiminin ili imiş. Bu belə elan olunmasa da şairin 600 illlik yubileyinə ithaf olunmuş “Nəsimi” filminin çəkiliməsi üçün göstəriş verilib.
Nəsimişünaslar, dilçilər, filoloqlar, rejissor və ssenaristlər məşvərətə yığılıb və hamı İsa Hüseynovun “Məhşər” romanı üzərində dayanıb ki, Nəsimi barədə ən yaxşı film çəkmək üçün məsləhətli əsərdir. Məhz ən yaxşı, göstəriş elə olub ki, indiyə qədər çəkilən Azərbaycan filmlərinin ən yaxşısı bu olmalıdır, yəni şairin adına layiq. Filmin çəkilişləri boyu da həmin məşvərətdə olan Nəsimişünaslar və filoloqlar öz məsləhətlərini verir, çəkilişlərdə iştirak edirdilər ki, kino sarıdan deyil, məhz Nəsimi dövrü, onun dili, hürufilik baxımından, yanlışlığa yol verilməsin. M. Quluzadə (Nəsiminin yaradıcılığı üzrə), Z. Quluzadə (fəlsəfə üzrə), T. Musəvi (tarix üzrə), R. Əfəndiyev (etnoqrafiya üzrə) Əli Fəhmi şairin qəzəllərini düzgün ifa etsinlər deyə qəzəlləri sətirbəsətir izah edib, əridib yağ kimi aktyorların boğazına töküb.Ən böyük əziyyət isə təbii ki, ssenari müəllifi İsa Hüseynov və filmin rejissoru Həsən Seyidbəylinin boynuna düşüb. Nədən, çünki onlar birlikdə yalnız filmin böyük məsuliyyətini daşımırdılar, həm də bu qədər nəzarətdə saxlayan və məsləhət verən mütəxəssisi xoşluqla yola verib filmi ərsəyə gətirməli idilər. Bəzən isə bu iki şəxsin öz arasında fikir ayrılğı yaranırdı bir mətləbə gələ bilmirdilər. Bax, mərakə onda başlayırdı.
Nə yaxşı ki, belə hal çox olmayıb, bir dəfə Nəimi edam ediləndə Nəsimin “Ayrılır” rədifli qəzəli söyləməsini İsa Hüseynov təklif edib rejissor razilaşmayıb, müəllifin təkidi ilə o səhnə elə çəkilib, Həsən Seyidbəyli deyirmiş ki, narahat qaldiğim səhnə idi, yaxşı ki, filmin nümayişində narahatlığa əsas olmadığını gördüm.
İsa Hüseynov at arabasının altında
İsa Hüseynov senari əlində çəkiliş meydanında olarmış. Çəkiliş prosesində senariyə əlavə etdiyi kadrlar saysızdir, elə orda vəziyyətin, məkanın tələb etdiyini yerindəcə təklif verərmiş. Bəzən çəkiliş qrupuna lazım olan, ona aid olmayan köməyi də əsirgəməzmiş. Məsələn, Əmir Teymur obrazına çəkilən Yusif Vəliyevin yaddaşında problem olduğundan obrazın sözlərini unudardı. İsa müəllim hər dəfə sözləri kənardan pışıldayarmış. Bu minvalla Nəsimi ilə Teymurun daloqu səhnəsində Yusif Vəliyevə kömək etmək və bu əsnada kadra düşməmək üçün müəllif kadrda olan at arabasının altına girib büzüşüb oturub ordan Teymura suflyorluq edib.
Nəsimi Rasim Balayevi ölümdən qurtarıb
“Nəsimi” filminə qədər “Azərbaycanfilm”də lentə alınan bütün filmlərdə dekorasiyadan istifadə olunurdu. “Nəsimi” filmində dekorasiya yoxdur. Çəkilişlər hamısı pavilyonda deyil, təbiətdə, uyğun məkanlarda çəkilib.
Qobustandan tutmuş Özbəkistanın Xivə şəhərinə qədər çəkilişlərin coğrafiyasıdır. Teymurləngin əsgərlərlə yürüşü Mərəzə yolunda Cəngidə çəkilib. Həmin kütləvi səhnəyə yığılmış 5 minə qədər könüllü tələbə kinostudiyada kostyumlarını geyinib hardasa 50-60 avtobusla Cəngiyə gediblər. Nəsimin edam səhnəsi Hələbə getməyin müşkül olması səbəbindən Özbəkistanın Hələbi xatırladan tarixi Xivə şəhərində reallaşıb.
Naxçıvanda-Əlincə qalasında, Suraxanıdakı Atəşgah kompleksində, Ramana qalasında da çəkilişlər olub.
Məsələdə Heydər Əliyevın imzası var, İsa Hüseynovu özü çağırıb, göstəriş verib ki, ən yaxşı, şairin adına layiq film olmalıdır. Təkcə İsa Hüseynov deyil hər kəs filmin üstündə nanə yarpağı kimi əsirmiş. O vaxt Heydər Əliyevin Qurban Xəlilov adlı (Fərhad Xəlilovun atası) müavini olub, aktyorların seçimi belə onun nəzarəti ilə keçirilib. Rejissor Nəsimi obrazına heç tanınmayan gənc Rasim Balayevi çəkmək istədiyini deyəndə Qurban Xəlilov etiraz edib, risklidir –deyib. Nəsimi roluna hətta Rusiyadan hansısa aktyoru dəvət etmək istəyiblər. Rejissor yalnız Rasimi o rola uyğun gördüyünü israr etdikdən sonra Qurban Xəlilov – bütün məsuliyyət sənin boynunda qalır-şərti ilə razılıq verib. Sonradan bunu özü Rasim Balayevə etiraf edib ki, mən razı deyildim sənin çəkilməyinə, bala, bağışla məni.
Rasim Balayev İncəsənət institutunu bitirəndən Nəsimiyə çəkilincəyə qədər çoxsaylı sınaq şəkilişlərində olub, hamısı uğursuzluqla nəticələnib. Həmin dönəmdə aktyorun arxa-dayağı atası da rəhmətə gedib. Gənc aktyor və yeni ailə qurmuş adam, maddi və mənəvi çətinliklərin məngənəsində ağır depressiya ilə xəstəxanaya yerləşdirilib: “Xəstəxanada yatırdım, filmin ikinci rejissoru gətirdi mənə senari verdi ki, Həsən Seyidbəyli dedi oxusun, getdi. Bir də gəlib soruşanda ki, oxudun, yalandan dedim ki, oxudum, amma mən bu yaxınlarda öləcəm, başqa adam tapın. Bu da gedib Həsən müəllimə deyib. Bir də gördüm həkimlər hamısı gəldi üstümə, yenidən müayinə, konsilium. Həsən müəllim əlində sanatoriyaya göndəriş, dedi get dincəl hər gün günorta gəl məşqlərə, iki ay məşq elədik, sonra çəkilişlər başladı. Məni Həsən Seyidbəyli Nəsimi obrazı ilə həyata qaytardı”.
Çəkiliş vaxtı günvurma ilə, zəhərlənmə ilə xəstəxanaya düşənlər olub
Həsən Seyidbəyli Nəsimi obrazı üçün yeni sima axtaranda televiziyada Rasim Balayevin qəzəl dediyini görüb, cizgiləri xoşuna gəlib. Ona görə də qətiyyətlə onun üzərində dayanmaqla həm də bir gənci həyata və sənətə bəxş etmiş olub.
Rasim Balayev danışır ki, əsas çəkilişlər gün altında səhra kimi qızmar yerlərdə keçirilirdi. Şox çətinliklər vardı deyir, amma ən çətini psixoloji məqamları yaşayırmış kimi vermək idi. Xüsusən edam səhnəsində əziyyət çəkib, o çəklişin birinci günü Rasim Balayev istirahətdən qayıdıbmış, nə qədər çalışıblarsa üzündə əzab ifadəsi alınmayıb, gümrahlıq, fərahlıq yağıb. Çəkilişi təxirə salıblar: “ Belə edamı nə eşitmişdim, nə oxumuşdum, qalmışdım əlacsız ki, necə yaradım. İsa Hüseynov əlində bir mıx yaxınlaşdı, verdi mənə dedi var gücünlə sıx ovcuna batsın. Sıxırdım, ağrıyan kimi boşalırdı əlim. Uzun çək-çevirdən sonra həmin o filmdə eşidilən inilti çıxdı məndən, həqiqətən mıxın ovcuma pərçimlənməsindən çıxan inilti idi.”
Həmin səhnədə günün altında üzündə əzab ifadəsi yaransın deyə ona su da verməyə icazə olmayıb, kadr çəkilib bitən kimi ətrafda izləyən sadə camaat hamısı əllərində hazır tutduqları su dolu stəkanla Rsim Balayevi dövrəyə alıblar. Aktyor deyir ki, ən çətin alnlarımda o sevgi məni yaşadıb, indi də o sevgini məhz çəkiliş neydanlarında yaşamaq istərdim…
Filmin çəkilişləri zamanı çox hadisələr baş verib. Qobustandakı çəkilişdə rejissor assistentini ilan sancıb, aktrisa Xalidə Quliyeva (Fatimə) atdan yıxılıb. Atasının, Nəiminin edamı vaxtı qayalıqlar özünü çırpıb meydana getmək istədiyi səhnə çəkilərkən aktrisanın əlinin üstünə əqrəb çıxıb, hiss etməyib çəkilişə, obraza necə qapılıbsa, sonradan bilib ki, əlinə əqrəb çıxıbmış. Kimisi günvurmadan, kimisi zəhərlənmədən xəstəxanalara düşüb.
Aktrisa Xalidə Quliyeva filmə çəkiləndə hələ tələbə olub. Onu Həsən Seyidbəyli Tofiq Tağızadənin “Qızıl qaz” filmindən bəyənib. Xalidə senarini oxuyanda Fatiməni oynayaram-deyib. Rejissor elə onu oynayacaqsan-cavabını verib. Aktrisanın uzun hörükləri olub, filmdə isə Fatimə saçlarını qırxdırmış olur ki, Nəiminin varisi olduğunu gizlədə bilsin. Rejissor aktrisanın üzünün ifafəsindən saçından çətin keçəcəyini anlayıb kəsdirmə-deyir. Onun saçlarını özbək qızları kimi xırda-xırda çoxsaylı hörüklər atıb başına dolayıb gizlədib üstündən parik taxırlar. Xalidə xanım danışır ki, çölün düzü, isti hava, başımda qalın parik, papaq, ayağımda yun corablar, əynimdə jilet tər götürüb gedirdi. Hamı elə mənim günümdə idi, yanımızda təcili yardım gözləyirdi, hər ehtimala hazır vəziyyətdə. O istinin altında hələ yaddab çıxıb kinostudiyada qalmış papağı da gözləməli olduq, Teymurləngin papağını. Sonra da yağış yağdı, istinin arxasınca, lap buxarlanırdıq, amma çəkilişi saxlamadan çəkdik sona qədər. Kütləvi səhnələrdən kimsə o iki daşın arasında çətir tapıb başına tutmuşdu, rejissor vaxtında görməsə çəkilişə düşəcəkdi.”
Xalidə Quliyeva bəzi səhnələrdə atı özü çapırmış, yıxılandan sonar onu dublyorla əvəz ediblər.
Həsən Seyidəyli də İsa Hüseynov kimi məhz Heydər Əliyevin özü tərəfindən bu filmə şərəfləndirilib. Ona qədər rejissor “Bizim Cəbiş müəllim”lə özünü təsdiqləmişdi, “Uzaq sahillərdə”kimi senarinin müəllifi idi.
“Nəsimi” filmi 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında tarixi mövzuda ən yaxşı filmə görə mükafat alıb.
Ən yaxşı kişi rolunun ifasına görə aktyor Rasim Balayev II mükafatı qazanıb. Hərçənd, Yusif Vəliyevin Əmir Teymuru, İsmayıl Osmanlınən Fəzlullah Nəimisi, Məmmədrza Şeyxzamanovun Şeyxi, Səməndər Rzayevin Şirvanşah I İbrahimi, Kamal Xudaverdiyevin Yusifi, Tofiq Mirzəyevin Dövlət bəyi, Muxtar Maniyevin Miranşahı, Əbdül Mahmudovun dərvişi kişi rolu kimi zəif deyildilər.
Şeyxin qızı Şəmsi oynayan Almaz Əsgərova yalnız bu filmlə yaddaşlarda qalıb.
— Məni vəsf et, şair, — Cəsf zamanı deyil, afət — Yalvarıram, ölümə gedirəm
Səni bu hüsni-camal ilə, kamal ilə görüb
Qorxdular həqq deməyə, döndülər insan dedilər- misraları elə bil həm də aktrisanın hüsnünə yazılıb. Filmdən sonar həyat yoldaşının faciəli ölümünə dözməyən aktrisa da həyata çox gənc yaşlarında əlvida deyib.Dərviş rolunu oynayan Şeyx Əbdül Mahmudbəyov isə danışır ki, Dərvişi boğma səhnəsində özünü rəsmən boğulmuş hesab edib: “Necə yapışdısa boğazımdan Nəimi məni xilas edəndə elə bildim ağzımı açıb danışa bilməyəcəm, ona görə də səhnə təbii alınmışdı. Lap, o “Uzaq sahillərdə” filmində deyir e, qoy, bir özümə gəlim, mən də kadra “stop” deyiləndən sonra xeyli özümə gəlməklə məşğul oldum”. Müəllif: Ramilə QurbanlıMənbə: lent.az
| ['Nəsimi filmi', 'Nəsimi filmi haqqında', 'Azərbaycan kinosu', 'Azərbaycan filmləri', 'Azərbaycan filmi', 'kino', 'filmlər', 'film'] |
68 | https://kayzen.az/blog/Azerbaycan-kinosu/27319/ki%C5%9Fi-s%C3%B6z%C3%BC-filmi-haqq%C4%B1nda.html | “Kişi sözü” filmi haqqında | gunelb | Azərbaycan kinosu | 5 dekabr 2022, 00:29 |
“Kişi sözü” filmi 1987-ci ildə çəkilib. 32 ildir ki, ekranlardan düşmür, sevilərək baxılır və qəhrəmanlarının sözləri aforizmlərə çevrilib.
Hərçənd, film ekranlara çıxanda birmənalı qarşılanmamışdı. Filmi bəyənməyənlər, alınmadığını söyləyənlər də vardı.
Əməkdar incəsənət xadimi və əməkdar məşqçi (yeri gəlmişkən, ölkədə bu titulları eyni vaxtda daşıyan yeganə adamdır – R.Q.), kinorejissor Cahangir Mehdiyevin gənclik yaşlarında ərsəyə gətirdi “Kişi sözü” necə yarandı?
Cahangir Mehdiyev xoruzu necə banlatdı...
“Azərbaycan klassik ədəbiyyatını çox sevirəm, mənim qanımdadır. “Papaq” filmindən sonra hiss edirdim ki, ondan da milli bir film çəkməliyəm. “Kişi sözü” ifadəsi dilimizdə var, işlədirik və mentalitetimizin bir elementidir. Nədənsə bu söz ətrafında düşünürdüm və bu fikir məni İsi Məlikzadə ilə görüşdürdü. Dedim, elə bir ssenari istəyirəm ki, “O olmasın, bu olsun” kimi yaddaqalan olsun. Bizim milli kinematoqrafa düşsün. Bilirdim ki, mən çox film çəkməyəcəm, az olacaq, heç olmasa yaddaqalan olsun. Bir müddət sonra İsi Məlikzadə “Kişi kimi” adında bir ssenari gətirdi. Dedim, gəl bunu “Kişi sözü” eliyək. Mən də qollarımı çırmadım, birlikdə bu filmi ərsəyə gətirdik. Filmdə bir epizod var, xoruz banlayır, Qasım deyir ki, cinsi kişidir, əbəs yerə banlamaz. Onu da mən əlavə etmişəm, çünki kənd yerlərində özüm şahidi olmuşam ki, dünya dağılsa da xoruz səhər saatlarında banlayır, kişinin sözü bir olar. Xoruz sözə baxmırdı. İki obrazın — Qasımla Nəbi kişinin arasında durub banlamalı idi. Biz atırdıq stolun üstünə, o qaçırdı. Axırda iki ayağından da tutub, möhkəm sıxdım və qoydum stolun üstünə, dedim, indi çəkin. Ayaqları necə keyidisə, xoruz tərpənə bilmədi. Banlamasını isə fonoqramla verdik, ta onu banlamağa da məcbur edə bilməzdım”...
Leyla Bədirbəyli Sənubəri dondurdu
Solmaz rolu Sənubər İsgəndərovanın kinoda ilk işidir: “İkinci kursda oxuyurdum, sınaq çəkilişlərinə dəvət etdilər, ümidsiz də olsam getdim. Çox böyük kastinq var idi, keçdiyimi eşidəndə inanmağım gəlmirdi. Çəkiliş prosesi çox gözəl ab-hava ilə yadımda qalıb. Bir gün rejissor assistenti dedi ki, gəl səni filmdəki ananla tanış edim. Mən də bilmirdim hələ anamı kim oynayacaq. Onun üçün xüsusi ayrılmış otağa girəndə qarşımda Leyla Bədirbəylini gördüm və ayaqlarım yerə yapışdı. Baxdı mənə, dedi, hə, bu mənim qızım ola bilər. Bah, daha məni saxlamaq olar, sevincdən o gecəni yata bilməmişdim ki, Leyla xanım mənim haqqımda yaxşı fikir dedi”.
“İndi məni göstərəcəklər...” yaxud, “Qasım gəlir”
Qasım — Əjdər Həmidov: “Mən Sumqayıt teatrında işləyirdim, dram teatrına Mərahim Fərzəlibəyovla görüşməyə gəlmişdim, onu qapıda gözləyirdim. Gördüm, bir nəfər gözlərini zilləyib mənə. Baxdı, baxdı, sonra yaxınlaşıb özünü təqdim etdi ki, Cahangir Mehdiyevəm və məni kinostudiyaya sınağa çağırdı. Əvvəl getmək istəmədim, çünki ona qədər kino sınaqlarında olmuşdum, rejissorların peşəsidir, çağırırlar, sonra da yaddan çıxıb gedir. Sonra necə oldusa, getdim. Şəkil çəkildi, sonra da kino sınağı oldu, on gün sonra çağırdılar ki, çəkilirsən. Belə çəkildim, uğurlu da oldu, ondan sonra neçə-neçə filmlərə çəkilmişəm, amma hamının yaddaşında Qasımam ki, Qasım...”
Sonda xoruz şişlik olub
Çəkilişlər kənd Əhmədlidə olub. Kəndin ortasında boş meydanda mağaza, aptek quraşdırılıb. O cümlədən, xoruzun banlaması səhnəsi. Xoruzu isə kənddən tapıb gətirtdiriblər. Əhmədlidə bir qaboy çalan varmış, onun həyətindən. Qaboy çalan sənətkar həmkarlarına hörmət əlaməti olaraq çəkilişdən sonra xoruzu şişə çəkdirib, onlara qonaqlıq verib. Bəzi hissələr Masazır kəndində çəkilib, məsələn, heyvanat aləmi ilə olan səhnələr.
Şamaxıda — Çuxuryurdda göldə çəkilən səhnələr çəkilib. Qəbiristanlıq səhnəsi Şamaxıda Mirzə Ələkbər Sabir dəfn olunan qəbiristanlıqda lentə alınıb. Solmazla Qasımın səhnəsindən iki addım aralıda şairin məzarı idi. Qasım Solmaza olan məhəbbətini həmin məzarda dəfn edir. Yeri gəlmişkən, bu səhnə ssenaridə olmayıb. Onu rejissor özü əlavə edib. Rejissorun daha bir əlavəsi Solmazın kəndin ortasında ağırlıq qaldırması səhnəsi ssenaristi hövsələdən çıxardıb. Xeyli mübahisədən sonra rejissor dediyinin üstündə durub və kənd qızının kəndin ortasında ağırlıq, yəni ştanq qaldırması filmdə qalıb.
Filmdə daha bir epizod var. Kənddə yaşlı ərlə arvad şahmat oynayır. Bu yer də müəllifi qıcıqlandırmışdı. İsi Məlikzadə kənd mühitinə yaxşı bələd olduğundan bilirdi ki, kənd adamı, özü də kolxozçu uzaqbaşı nərd oynayar. Cahangir Mehdiyev isə onları şahmat oynatdırır, amma kişinin hirslənib şahmat taxtasını çevirməsi əsil Azərbaycan kişisinin jestidir.
Rejissor etiraf edir ki, filmdə mübaliğə çoxdur, o qədər də hər dediyin sözə əməl etmək olmaz: “Qasım çox gənc yaşda olduğundan ona asan gəlir. Filmin ardı çəkilsə, Qasımda çox dəyişikliklər olduğunun şahidi olarıq. İndiyə qədər mesajlar alıram ki, niyə filmin ardı çəkilmir? Yadınızdadırsa, film tamamlanmır, ardını çəkməyə yeri var. Mənim obrazım — Niyaz üç yol ayrıcında qalır, Qasımın papağını bir cavan uşaq başına qoyur, Qasım özü atasının çomağını götürür. Təklifi çoxdan vermişəm, maraqlanan yoxdur”. Filmin bəstəkarı Vasif Adıgözəlovdur. Mahnıların mətnini isə Ramiz Rövşən yazıb.Rollarda Əjdər Həmidov (Qasım), Muxtar Avşarov (Ələmdar),
Cəvahir Bayramova (Nübar),Tələt Rəhmanov (Bayandur), Əfrasiyab Məmmədov (Nəbi), Cahangir Mehdiyev (Niyaz) ,Sənubər İsgəndərli (Solmaz) çəkiliblər. Müəllif: Ramilə QurbanlıMənbə: lent.az
| ['kişi sözü filmi', 'Qasım gəlir', 'azərbaycan kinosu', 'azərbaycan filmləri', 'filmlər', 'kino'] |
69 | https://kayzen.az/blog/az-proza/27381/dindarlar%C4%B1n-m%C9%99scidd%C9%99-%C3%B6ld%C3%BCrd%C3%BCy%C3%BC-az%C9%99rbaycan-%C5%9Fairi-%7C-seyid-%C9%99zim-%C5%9Firvani.html | Dindarların məsciddə öldürdüyü azərbaycan şairi | Seyid Əzim Şirvani | gunelb | Azərbaycan ədəbiyyatı | 3 dekabr 2022, 00:53 |
Seyid Əzim Şirvani Seyid Məhəmməd oğlu Mir Cəfərzadə Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxı şəhərində Qalabazar məhəlləsində, ruhani ailəsində anadan olub. Ona babası Əzimin adını veriblər.
Əzimin 7 yaşı olanda atası Seyid Məhəmməd vəfat etdiyinə görə, o, anasının himayəsində yaşayır. Daha sonra Dağıstanın Yaqsay kəndində yaşayan ana babası Molla Hüseyn qızını və nəvəsini yanına gətirir. Oğlu olmadığı üçün o, balaca Əzimə doğma bir bala kimi meyl salır və zirək, qabil uşaq olan nəvəsinə böyük qayğı göstərir. Seyid Əzim ilk təhsilinin Dağıstanda alır. O, burada türk, fars və ərəb dillərini öyrənir. A. Zaxarovun yazdığına görə Dağıstanda yaşadığı müddətdə Seyid Əzim bir neçə Dağıstan dillərini də öyrənmişdi.Dağıstanda Seyid Əzim 10 ildən artıq yaşayır. 1853-cü ildə 18 yaşında ikən o, anası Gülsüm xanım ilə birlikdə Şamaxıya qayıdır.
20 yaşında ikən Seyid Əzim «təkmili-ülum» məqsədi ilə İraqa gedir. Bir neçə il Bağdadda qalandan sonra o, Şama köçür. Vətənə qayıdıb bir müddət Şamaxıda yaşadıqdan sonra, Seyid Əzim, ikinci dəfə yenə səfərə çıxır. Bu dəfə Məkkə və Mədinədən keçərək Misirə, Qahirə şəhərinə gedir.
Seyid Əzim 19 yaşında ikən anasının yaxşı tanıdığı Məşədi Mövsümün qızı Ceyran xanımla evlənir. 1856-cı ildə Seyid Əzimin oğlu Mir Cəfər anadan olur. Seyid Əzimin Mir Cəfərdən başqa Həcər və Fatma adlı qızları da olur.
1859-cu ildə Şamaxı şəhərində baş verən zəlzələdə Seyid Əzimin ailəsi də böyük zərər çəkib.
19-cu əsrin sonlarına doğru Seyid Əzim Şamaxıda yeni üsulla «Məclis» adlı bir məktəb açır. Seyid Əzimin bu məktəbində köhnə mollaxanalardan fərqli olaraq, şagirdlərə Azərbaycan, rus, fars dilləri öyrədilir və müasir elmlərdən ibtidai məlumat verilirdi.
Mirzə Ələkbər Sabir məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində dərs alıblar. Zaqafqaziya tədris dairəsi Seyid Əzim Şirvaninin maarif sahəsindəki xidmətlərinin nəzərə alaraq, 1886-cı ildə onu gümüş medalla təltif edib.
Seyid Əzim bütün maddi və mənəvi çətinliklərə baxmayaraq, 18 ildən artıq öz məktəbində müəllimlik edib. Nəhayət, bir tərəfdən mövhumatçıların və ruhanilərin müxtəlif bəhanələrlə ona qarşı hücuma keçmələri, digər tərəfdən də o zaman Şamaxıda dövlət tərəfindən açılan şəhər məktəbinin təsiri nəticəsində get-gedə həmin məktəb artıq öz fəaliyyətini dayandırmağa məcbur olur.
1879-cu ildə Seyid Əzimin “ipə-sapa yatmazlığından” cana doymuş hökumət nümayəndələri ilə ruhanilərin işbirliyi sayəsində müəllimlikdən kənarlaşdırılır. Lakin bəzi maarifpərvər insanların səyləri sayəsində Seyid Əzimi müəllimliyə qaytarmaq mümkün olur.
Seyid Əzim maarifçi və tənqidi-satirik şeirlərilə mövhumatı, nadanlığı qamçılayır, bu səbəbdən də mövhumatçı dindarların kəskin müqaviməti ilə üzləşirdi, “Əkinçi”də yazmağa başladıqdan sonra isə nadan dairələrdə onu sevməyənlərin, ona düşməncəsinə münasibət bəsləyənlərin sayı daha da artdı.
Seyid Əzim isə Şamaxıda açılmış həmin şəhər məktəbinə müəllim təyin edilib, ömrünün sonuna qədər orada Azərbaycan dili və ədəbiyyat dərslərini aparır.
Seyid Əzimin «Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani» adlı dərs kitabından başqa «Tacül-kütüb» adlı dərslik də yazıb. Bu dərsliyə şairlərdən və müxtəlif ədəbi mənbələrdən etdiyi tərcümələri də daxil edib. Seyid Əzim həmin dərsliyi əlyazma şəklində o zamanlar Qori seminariyasının tatar şöbəsi müdiri A. O. Çernyayevskiyə göndərir və A. O. Çernyayevski də həmin kitabdan bir neçə hekayə alıb, tərtib etdiyi «Vətən dili» dərsliyində çap edir.
Ə. Haqverdiyev «Mirzə Fətəli Axundovun həyat və fəaliyyəti» adlı məqaləsində M. Axundovun Seyid Əzimlə əlaqələrindən bəhs edərək göstərir ki, «Mirzə o zamanın görkəmli şairləri — Zakir və Seyid Əzimlə ilə dostluq edir və yazışırdı».
Seyid Əzimin ölümü haqqında yazarkən bir qayda olaraq, “1888-ci il iyunun 1-də Şamaxıda vəfat edib” cümləsi ilə kifayətlənirlər. Halbuki onun 53 yaşında qəfil ölümü ilə bağlı iddialardan biri sui-qəsd nəticəsində dünyasını dəyişməsi ilə bağlıdır.
Böyük maarifçinin məscid qapısında yaradılan süni basabasda öldüyü deyilir. Bir variantda isə o, möhvumatçı insanlar tərəfindən qətlə yetirilib. Ancaq birinci ehtimal daha çox yayğındır.
Onun haqqında elə dedi-qodular gəzirdi ki, danışmağa adamlar ürək etmirmişlər.
S.Ə.Şirvaninin bu günə kimi 300 nəfərə qədər nəvə-nəticəsi olub. Bunlardan biri də filosof, rejissor Teymur Daimidir.
Müəllif: kulis.az
| ['Seyid Əzim Şirvani', 'Seyid Əzim', 'Mirzə Fətəli Axundov', 'Azərbaycan ədəbiyyatı'] |
70 | https://kayzen.az/blog/musiqi/27336/tofiq-quliyev-%7C-%C9%99b%C9%99di-n%C9%99%C4%9Fm%C9%99kar.html | Tofiq Quliyev | Əbədi nəğməkar | gunelb | Musiqi | 20 noyabr 2022, 22:02 |
Azərbaycan musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında bəstəkar, dirijor, pianoçu, folklorşünas, ictimai xadim, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin də özünəməxsus yeri var. Onun ürəkaçan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur. Böyük bəstəkarın sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğı da bir növ onun xatirəsinə olan ehtiramın bariz nümunəsidir. Ölməz əsərləri ilə milyonlarla insanın bədii zövqünü oxşayan, əbədi rəğbətini qazanan, ürəklərdə möhtəşəm sənətkar heykəlini ucaldan Tofiq Quliyev mənalı və şərəfli həyat yaşayıb. O, 1917-ci il noyabrın 7-də Bakı şəhərində anadan olub, erkən yaşlarından musiqiyə maraq göstərib, xalq musiqisinin gözəlliklərindən ilhamlanıb. Ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoymuş T.Quliyev Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki məktəbin fortepiano sinfinə daxil olub. Bu təhsil ocağında dərs deyən, həyatdan çox gənc ikən köçmüş, lakin əbədilik qazanmış Asəf Zeynallı onun inkişafına böyük təsir göstərib. Məhz sevimli müəlliminin məsləhəti ilə 14 yaşlı Tofiq Quliyev M.Ə.Sabirin sözlərinə “Məktəbli” mahnısını yazıb və bu zamandan etibarən dostu, görkəmli sənətkar Qara Qarayev ona “Sən bizim bəstəkarımızsan” deyib.1934-cü ildə musiqiyə olan məhəbbəti T.Quliyevi Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarır və o, meyilini təkcə fortepianoya salmaqla kifayətlənmir, eyni zamanda, dirijorluq fakültəsinə daxil olur. Hələ konservatoriyada oxuduğu günlərdə — 1935-ci ildə Azərbaycan Dövlət Dram Teatrında dirijorluq fəaliyyətinə başlayır, sonralar müxtəlif musiqi kollektivlərinə dirijor kimi rəhbərlik edir.O dövrün gənclərin musiqiyə gəlişi və ilk uğurlu addımları dahi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Məhz bu qüdrətli sənətkar bir çox insanların musiqiçi və şəxsiyyət kimi püxtələşməsində əvəzsiz rol oynayıb. T.Quliyev “mənəvi ata” saydığı dahi ustadın başladığı sənət-yaradıcılıq yolunu uğurla davam etdirib və illər ötdükcə, Azərbaycan musiqisinin ləyaqətli təmsilçisinə çevrilib. Məhz Ü.Hacıbəylinin və böyük sənətkar Bülbülün rəhbərliyi ilə gənc musiqiçinin fəaliyyət sahəsi şaxələnir. O, konservatoriyada təşkil edilmiş Elmi-Tədqiqat Musiqi Kabinəsinin işində fəal iştirak edib. 1936-cı ildə T.Quliyev tarzən Mansur Mansurovun ifasında “Rast” və “Segah-Zabul” muğam dəsgahlarını nota köçürüb və onlar milli musiqi tarixində ilk dəfə olaraq nəşr edilib. Bu nəcib təşəbbüsə musiqimizin atası Üzeyir Hacıbəyli o vaxt belə qiymət verib: “Muğamların nota yazılması Azərbaycan musiqi həyatında böyük çevriliş yaratmaqla incəsənətimizə böyük xidmətdir”. Sonralar da musiqi folklorunun toplanılması sahəsində mühüm işlər görmüş bəstəkar 1955-ci ildə “Azərbaycan xalq rəqsləri”ni fortepiano üçün işləmiş, “Azərbaycan xalq mahnıları” topluları üçün çoxsaylı mahnıları nota köçürmüşdür. Xalq musiqi incilərinin mükəmməl nümunələri olan “Evləri var xana-xana” və “Qoy gülüm gəlsin, ay, nənə” mahnılarını səs və simfonik orkestr üçün işləyib. Bəstəkar həm də hind, bolqar, ərəb mahnılarının böyük bədii ustalıqla səs və fortepiano üçün variantlarını yaradıb.1936-cı ildə Ü.Hacıbəylinin şəxsi təşəbbüsü və təklifi ilə Tofiq Quliyev P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakültəsində təhsilini davam etdirib. Moskvada oxuduğu illərdə dirijor-bəstəkar T.Quliyevin adına bu şəhərin konsert afişalarında tez-tez rast gəlinirdi. Onun parlaq musiqi istedadı Ümumittifaq caz orkestrinin rəhbəri A.Tsfasmanın diqqətini cəlb edir. Məşhur dirijorun dəvəti ilə T.Quliyev 1937-1939-cu illərdə ansamblın tərkibində piano ifaçısı kimi fəaliyyət göstərir və bu, onun gələcək professional taleyini müəyyən edir. 1939-cu ildə Moskva şəhərində belə konsertlərdən birini izləyən görkəmli dövlət xadimi Mirzə İbrahimov gənc musiqiçiyə Bakıda Azərbaycan Dövlət Estrada orkestrini yaratmağı təklif edir. “Caz musiqisinin sərbəstliyi və nikbin əhval-ruhiyyəsini” özünə doğma bilən T.Quliyev bu təklifi bəyənir və təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 1941-ci il sentyabrın 6-da milli musiqimizin yeni səhifəsi açılır — M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında həmin orkestrin böyük müvəffəqiyyətlə ilk çıxışı olur. Caz orkestrinin premyerasının İkinci Dünya müharibəsinin qanlı-qadalı günlərindən birinə təsadüf etməsinə baxmayaraq, insanlar bu hadisəni bayram əhval-ruhiyyəsi ilə qarşıladılar. Çox gözəl tərtib olunmuş musiqi proqramına o günün tələbinə cavab verən mahnılarla yanaşı, T.Quliyev sırf caz üslubunda yazılmış “Bəs pələng hanı?”, “Molla Nəsrəddin və plov” məzhəkəli mahnısını və “Zibeydə” vokal miniatürünü daxil edir. Həmin illərdə yaranmış bu nadir əsərlər Azərbaycan cazı və estrada musiqisinin əsasını təşkil edən klassik nümunələrdir.Dövlət Caz Orkestrinin ilk repertuarına Tofiq Quliyev Amerikanın caz ustalarının əsərlərini də daxil edir. O, Dük Ellinqtonun məşhur “Karvan” pyesini “Çahargah” məqamında işləyir, muğamın özünəməxsus çalarını, xırdalıqlarını əsərə daxil edir və sanki onun Azərbaycan variantını yaradır. Bu konserti diqqətlə izləyən dahi sənətkarımız Üzeyir Hacıbəyli istedadlı musiqiçiyə xüsusilə “Çahargah” kompozisiyasını bəyəndiyini söyləyir. Beləliklə, T.Quliyev milli musiqi tarixində ilk dəfə olaraq muğam və caz musiqisinin sintezini yaradır və bu yenilik bəstəkarın mahir bir pianoçu və bəstəkar kimi yetişdiyini göstərir.Caz kollektivi saxlamaq məqsədilə, gənc ifaçıların hamısını Naxçıvanda yerləşən 402-ci atıcı diviziyanın sərəncamına göndərirlər.Sənətkarın müharibə illərində bəstələdiyi bir sıra mahnıları – “Azərbaycan diviziyası”, “Vətən haqqında mahnı”, “Azərbaycan”, “Döyüşçülərin mahnısı” və s. insanların təmiz hisslərini, vətənə məhəbbətini tərənnüm edir, onlarda ruh yüksəkliyi yaradır.1939-cu ildə Tofiq Quliyev həm də teatr musiqi sahəsinə müraciət edir və M.Qorki adına Gənc tamaşaçılar Teatrının “Babək” tamaşası üçün musiqi bəstələyir. Sonralar müxtəlif teatrlarla əməkdaşlıq edən bəstəkar, bir çox pyeslərə, o cümlədən, U.Şekspirin “On ikinci gecə”, C.Cabbarlının “Aydın” və “Yaşar”, N.Hikmətin “Qəribə adam” və s. əsərlərinə musiqi yazır. Bu tamaşalar üçün bəstələnmiş mahnılar tez bir zamanda yayılır, dinləyicilərin dilinin əzbəri olur.Müharibədən sonrakı illərdə T.Quliyev yenidən təşkil olunmuş estrada orkestri üçün onlarla mahnı bəstələyir. Bu zaman onun, həm də Rəşid Behbudov kimi görkəmli müğənni ilə əməkdaşlığı, keçmiş SSRİ-nin müxtəlif şəhərlərində pianoçu kimi çıxışları, şöhrətini daha da artırır.O, 1951-ci ildə Moskva konservatoriyasında təhsilini başa vurur və 1954-cü ildə burada bəstəkarlıq və dirijorluq üzrə aspiranturanı bitirir. Bu günlərdə “Azərbaycan süitası”, romanslar, fortepiano üçün variasiya və prelüdlər yazır.Doğma yurduna qayıdan Tofiq Quliyev parlaq fəaliyyəti ilə musiqimizin tərəqqisi yolunda çalışır. O, Azərbaycan Dövlət Konservatoriyasında pedaqoq, filarmoniyanın direktoru, kinostudiyanın baş musiqi redaktoru, uzun zaman Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi fəaliyyət göstərir, kəsərli sözü ilə öz peşəkarlıq mövqeyini təsdiq edir. Geniş musiqi-ictimai fəaliyyətinə baxmayaraq, T.Quliyev bir an belə yaradıcılıqdan uzaqlaşmır, fasiləsiz olaraq müxtəlif janrlarda əsərlər yaradır. Lakin bəstəkarı xalqa tanıdan və sevdirən, ilk növbədə, onun müxtəlif əhval-ruhiyyəli mahnıları olur. Azərbaycan mahnı janrının inkişafında əvəzsiz xidmətləri olan Tofiq Quliyev yaradıcılığının ilk mərhələsində yazdığı “Bakı haqqında mahnı”, “Züleyxa”, “Neftçilər mahnısı”, “Süfrə mahnısı” kimi geniş yayılmış vokal incilər dinləyicilərin hafizəsinə həmişəlik həkk olunur.Bəstəkar Azərbaycan musiqisində lirik mahnıların klassik nümunələrini yaradır. Tofiq Quliyevin vokal inciləri özünəməxsus, heç bir başqa bəstəkarın üslubuna bənzəməyən dəst-xətti ilə seçilir. Sənətkarın Nizaminin “Könlüm” və “Sevgilimə”, Xaqaninin “Bəxtəvər oldum” sözlərinə yazdığı romanslar son dərəcə füsunkar səslənir. “Sənə də qalmaz”, “Qəmgin mahnı”, “İlk bahar”, “Neylim”, “Axşam mahnısı”, “Bakı gecələri” kimi mahnıları insanın daxili aləmini, həyəcanını, məhəbbətini romantik bir dillə əks etdirir. Bu mahnılar musiqi dilinin xəlqiliyi, melodiyalarının axınlılığı və zənginliyi ilə fərqlənir. Tofiq Quliyev hər bir mahnı üçün yadda qalan orijinal intonasiya tapır, insanların saf və etibarlı hisslərini rəngli boyalarla təsvir edir. Qüdrətli sənətkar mahnı yaradıcılığında müasir musiqi üslubunu — xalq musiqisinin zəngin aləmindən bəhrələnən xüsusiyyətlərlə uzlaşdırır. Maraqlı sintezə nail olan bəstəkar zamanın nəbzini duyan, peşəkarlığın yüksək zirvəsində duran vokal miniatürlər yazır və milli mahnı janrını yeni inkişaf pilləsinə ucaldır.T.Quliyev çox böyük diqqətlə öz romans və mahnıları üçün söz seçir, çalışır ki, musiqi şeirin ruhunu, məzmununu dəqiq üzə çıxarsın. O dövrün müxtəlif problemlərini tərənnüm edən, mövzu cəhətdən rəngarəng olan Səməd Vurğun, Rəsul Rza, Zeynal Cabbarzadə, İslam Səfərli, Ənvər Əlibəylinin şeirlərinə müraciət edir. Dənizin qoynundan “qara qızıl” çıxaranları “Gənc neftçilər” mahnısında, zəhmətkeş insanları “Pambıq” mahnısında, “Saçaqlı qız” əsərlərində tərənnüm edir. “Moldova-Azərbaycan”, “Zlata Praqa”, “Bratislava” haqqında mahnıları dostluq, sülh və əmin-amanlığın himninə çevrilir. Lakin dinləyicilər Tofiq Quliyevi yumoristik, şən əhval-ruhiyyəli bir sənətkar kimi də sevirlər. Onun oynaq melodiya və ritmi ilə fərqlənən “Badamlı” və “Toy mahnısı” bu sahədəki axtarışlarının bəhrəsidir.Sənətkarın yaradıcılığında mahnı janrı aparıcı olsa da, bədii istedadı bununla məhdudlaşmır. O, həmişə böyük həvəslə kino sənəti üçün çalışır, yetmişdən çox filmə musiqi bəstələyir. “Səbuhi”, “Ögey ana”, “Görüş”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı”, “Telefonçu qız”, “Nəsimi” və s. filmlərə yazdığı musiqi özünün melodikliyi, təbiiliyi ilə seçilir, mahnıları isə coşqun ilhamla oxunur.T.Quliyev milli musiqili komediya janrına da öz töhfəsini verir, “Aktrisa”, “Qızıl axtaranlar”, “Sənin bircə sözün”, “Sabahın xeyir, Ella” kimi əsərlərini yazır. Bu operettaların musiqi parçaları tamaşanın müvəffəqiyyət qazanmasında, obrazların səhnə təcəssümündə həmişə böyük rol oynayır. Kiçik yaşlı tamaşaçıları da unutmayan sənətkar “Artıq tamah”, “Şəngülüm, Şüngülüm, Məngülüm” və s. uşaq pyeslərinə musiqi bəstələyir. 1969-cu ildə bəstəkarın üç xoreoqrafik novelladan ibarət “Məhəbbət mahnısı” adlı baleti isə Moskvada müvəffəqiyyətlə səhnələşdirilir.Respublikamızın musiqi həyatında fəal iştirak edən T.Quliyev daim müxtəlif musiqi festivalları, müsabiqələrin keçirilməsi üçün çalışır, dövrü mətbuatda aktuallığı ilə seçilən məqalələrlə çıxış edir.Yaradıcılığının yetkin və kamil dövründə böyük sənətkarımız Tofiq Quliyevin şərəfli əməyi ulu öndərimiz Heydər Əliyev və onun ləyaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. 1997-ci ildə o, “İstiqlal ordeni” ilə təltif edilib. 2000-ci ildə dünyasını dəyişən Tofiq Quliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən sənətkarın yaşadığı binaya xatirə lövhəsi vurulur, Bakının küçələrindən birinə və 12 nömrəli musiqi məktəbinə bəstəkarın adı verilib. Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamı görkəmli sənətkarın xatirəsinə dərin hörmət və ehtiramın təcəssümü kimi qiymətləndirilib, ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanıb.Böyük sənət fədaisi, əsl vətənpərvər Tofiq Quliyev bütün qüvvə və istedadını xalqına sərf etmiş, hörmət və ehtiram qazanmışdır. Adı musiqi tariximizə böyük hərflərlə həkk olunmuş müdrik sənətkarın bənzərsiz yaradıcılığı xalqımız tərəfindən həmişə yüksək tutulacaq. Mənbə: Azərbaycan qəzeti
| ['Tofiq Quliyev', 'Azərbaycan musiqi sənəti', 'Azərbaycan musiqisi', 'Azərbaycan musiqi mədəniyyəti'] |
71 | https://kayzen.az/blog/kitab/27344/niy%C9%99-kitab-oxumuruq.html | Niyə kitab oxumuruq?! | gunelb | Kitablar və mütaliə | 17 noyabr 2022, 00:41 |
Mütəxəssislər bunu ciddi ədəbiyyatın yaranmaması, dil baryeri və texnoloji inkişafla əlaqələndirirlər
İlk kitab çapından beş əsrdən çox vaxt keçir. Yüzilliklər ərzində kitab çapı avadanlıqları, üsulları əsaslı dəyişiblər. İlk dəfə almaniyalı alim İohan Quttenberq tərəfindən 1445-ci il sentyabrın 30-da xristianlığın müqəddəs kitabı «Bibliya» metal lövhələrin köməyi ilə çap olunub. Təbii ki, kitab çapında əsas məqsəd insanları kitab oxumağa sövq etmək, bu yolla da kitab satışını həyata keçirmək idi. İlk vaxtlar bir kitabın ərsəyə gəlməsi böyük maliyyə vəsaiti, eyni zamanda uzun vaxt, əmək tələb edirdi. Zamanla texnologiyaların inkişafı sayəsində kitab çapı təkmilləşsə də, bu inkişaf kitab oxuyanların sayına əks təsir edirdi, desək yanılmarıq. Çünki texnoloji inkişaf insanları bir-biri ilə ünsiyyətdən, kitab oxumaqdan və bir çox məşğuliyyətlərdən uzaq salırdı. Hətta texnologiyalar sayəsində insanlar tənbəlləşir, bir çox vərdişləri — yazını, kitab oxumağı unudurdular. Bu isə yazı və nitq qabiliyyətinin zəifləməsində özünü göstərirdi.
Azərbaycanda kitab oxucularının sayı niyə azalıb?Araşdırmalar göstərir ki, kitab oxumaq yaddaşı gücləndirməklə yanaşı, diqqəti artırır, danışıq və yazı qabiliyyətini yaxşılaşdırır. Bəzən hətta kitab oxumağın stres atmağa, əsəb və gərginliyin azalmasına kömək etdiyi bildirilir. Ən əsası isə, kitablar sayəsində informasiya əldə edir, dünyagörüşümüz genişlənir və söz ehtiyatımız artır.
Əbəs yerə deyil ki, səlis danışığı, sözlərdən yerli-yerində istifadəni məhz mütaliə ilə bağlayırlar. Doğrudur, müasir dövrdə texnologiyanın inkişafi nəticəsində insanlar kitab oxumağa az vaxt ayırır, daha çox internet vasitəsilə informasiya əldə etməyə çalışırlar. Hər iki vasitənin fərqi ondadır ki, kitab oxumaq insanı sakitləşdirir və beyni dincəldir.
Zamanla oxuduğumuz kitabların elektron variantları da ortaya çıxdı və insanlar kompüterdə, mobil telefon, planşetdə kitabları PDF formatında oxumağa başladı. Böyük əksəriyyətin fikrincə, eyni kitab olmasına rəğmən elektron versiya əlimizdə vərəqləyərək oxuduğumuz kitabın yerini vermir. Kompüterdə, telefonda kitab oxumaq gözləri yormaqla yanaşı, sanki insanın fikrini yayındırır. Bir müddət elektron kitablar geniş yayılsa da, onlardan istifadə ənənəvi kitabın yerini vermədi və zamanla «e-book»lardan istifadə azaldı.
Ümumilikdə, Azərbaycanda kitab oxucularının sayının azaldığı, gənclərin kitaba marağının olmadığı vurğulansa da, oxucu sayının azalması əsasən kitab qiymətləri ilə əlaqələndirilir və qiymətlərin heç də qənaətbəxş olmadığı qeyd olunur.
Kitab məhsullarının istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının üzərində olan əlavə dəyər vergisinin (ƏDV) kitab sənayesinə, qiymətlərə təsirsiz ötüşmədiyi bəlli idi. Amma mayın 13-də Nazirlər Kabineti "İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı«nı təsdiqlədi. Qərara əsasən, rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı, müxtəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton, kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük, illüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər, kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları, kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr ƏDV-dən azad edildi.
Bəs ƏDV-nin ləğvi kitab qiymətlərinə necə təsir edib? Ümumiyyətlə, bəhanə edilən qiymətlərin düşməsi insanları başını telefondan qaldırıb kitab oxumağa sövq edəcəkmi?
»Fəlsəfi, mühakimə tərzini formalaşdıracaq ədəbiyyat yox səviyyəsindədir"
Millli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa qəzetimizə açıqlamasında deyib ki, ümumiyyətlə, kitab oxucuları ilə bağlı məsələni müəyyənləşdirmək ciddi sosioloji sorğu tələb edir. Deputat ümumilikdə mütaliə səviyyəsinin aşağı olduğunu deyir. O, çevrəmizdə olan insanların oxumağa münasibətini ümumiləşdirərək bu fikrə gəldiyini qeyd edir.
Fazil Mustafa vurğulayır ki, dəqiq rəqəm demək, vəziyyəti izah etmək çətindir. Azərbaycanda mütaliənin azalmasının əsas səbəbi dil baryeri ilə bağlıdır. Çünki səviyyəli ədəbiyyatlar ingilis dilində, nisbətən köhnə ədəbiyyatlar isə rus dilindədir. Lakin tərcümə sahəsi son illərdə xeyli inkişaf edib, hətta yunan-latın dilini orijinaldan tərcümə edən Türkiyə nəşriyyatlarının buraxdığı kitablar da Azərbaycanda yayılmaqdadır. Bununla belə, ədəbiyyat bilgisi yetərli olmayanlar üç dildə normal mətnləri oxumaqda çətinlik çəkirlər. Ona görə də azərbaycandilli nəşrlərə üstünlük verilir.
Deputat bildirir ki, son vaxtlar Azərbaycan nəşriyyatları müəyyən tərcümə ədəbiyyatını nəşr edib, bu sahədə xeyli işlər görüblər. Orijinaldan olmasa belə, əsasən Nobel mükafatı laureatlarının əsərləri tərcümə olunur. Bu da bütövlükdə məsələyə müsbət təsir göstərə bilmir, çünki kitab oxumaq vərdişi orta məktəbdən ənənəyə çevrilməlidir. Onun sözlərinə görə, məktəbdə bunu sistemli şəkildə təlqin edən mexanizm yoxdur. Bu da öz təsirini yuxarı yaş qruplarında göstərməyə başlayır. Digər tərəfdən telefon, planşet və digər vasitələrlə daha çevik, rahat informasiya almaq vərdişi insanları tamamilə öz əsarətinə alıb. Bu da kitaba marağı, dəyəri arxa plana keçirir.
Fazil Mustafa bildirir ki, bəzən insanlar ziyalı və ya çox oxumuş olduğunu göstərmək üçün bir neçə diplomlarının olduğunu deyirlər. Bununla da özlərinin inkişafını, ziyalılığını müəyyən edirlər. Bu da əslində diplomu olub mütaliə etməyənlərin çoxluğunu ortaya qoyur. Deputat düşünür ki, belə məsələlərdə hansı yazıçıya üstünlük verilməsi də zövqlə bağlıdır. Təbii ki, Azərbaycanda istər gənc, istərsə də yaşlı yazarlar arasında müəyyən ədəbiyyat nümunələri yaranır, amma bu ədəbiyyat cəlbedici olmur.
Fazil Mustafa vurğulayır ki, ədəbiyyatın tanıtımı da önəmlidir: «Hansı üslubda yazının daha çox diqqəti cəlb etdiyinə baxmaq lazımdır. Bir sıra yerlərdə daha çox detektiv janrın oxunması ilə fəxr edirlər. Əslində, bu janr çox da maraqlı düşüncə tərzi aşılamır».
Müsahibimizin fikrincə, fəlsəfi, mühakimə tərzini formalaşdıracaq ədəbiyyat yox səviyyəsindədir. Bu da sonrakı mərhələdə düşünən insan obrazının yetişməyini əngəlləyir. Azərbaycanda düşünən insan qıtlığı kifayət qədər özünü hiss etdirməkdədir. Bütün bunlar müzakirə olunub müəyyənləşdirilməlidir ki, hansı çıxış yolu var və prosesi necə tənzimləyə bilərik. Həm də burada məşhurluq da müəyyən rol oynayır. Məsələn, Orxan Pamuk Nobel mükafatı almasaydı, bəlkə də digər ölkələrdə bu qədər məşhurlaşa bilməyəcəkdi. Elə yazıçılar var ki, onlar məhz digər ölkələrdə məşhurlaşandan sonra öz ölkəsində dəyərə malik olurlar. Ən acınacaqlı durum odur ki, bizim yazıçılar beynəlxalq arenada hansısa əsəri ilə təlatüm yarada biləcək bir potensial ortaya qoya bilmirlər. Ancaq daxili auditoriya, daxili mühit üçün nələrsə yazmaq hələ böyük yazıçı olmaq mənasına gəlmir. Görünür, daha çox xarici müəlliflərin əsərlərini oxumaq və dəyər vermək də buradan qaynaqlanır.
Hazırda daha çox satılan tərcümə kitablarıdır
"Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli qeyd edir ki, Azərbaycan dilində kitablara marağın artması sevindirici haldır: «Məsələn, əvvəllər rus dilində kitabların satışı 70 faiz təşkil edirdisə, indi bu dildə kitabların satışı azalıb, 40-60 faiz arasındadır. Azərbaycan dilində kitabların satışı isə artır».
Kitab mağazaları şəbəkəsinin rəhbəri deyir ki, pandemiya dövründə dünyada kitab satışları artsa da, təəssüf ki, Azərbaycanda satışda böyük fərq yaranmadı. Əsasən kitaba aidiyyəti olmayan, asudə vaxt keçirmək üçün pazl, nömrələrlə rəngləmə və digər məhsulların satışı artıb. Qonşu Gürcüstanla müqayisədə Azərbaycanda kitab mağazalarının sayı azdır. Gürcüstanda kitab satışı həyata keçirən mağazaların sayı 300-ə yaxın olduğu halda, Azərbaycanda bu say 60-dan çox deyil. Nəzərə alaq ki, Gürcüstanın əhalisi də Azərbaycandan daha azdır.
Nigar Köçərlinin sözlərinə görə, hazırda tərcümə kitabları daha çox satılır. O qeyd edir ki, satışın 80, bəzən 90 faizini digər dillərdən tərcümə olunmuş kitablar təşkil edir. Yerli yazıçıların kitabları satışda üstünlük təşkil etmir. Qiymətlər də kitabın keyfiyyəti, üz qabığı kimi bir sıra amillərdən asılı olaraq 5-15 manat arasında dəyişir.
Mədəni-mənəvi dirçəlişin tək yolu kitabdır
«Qanun» Nəşrlər Evinin redaktoru, yazıçı Şərif Ağayar qəzetimizin əməkdaşına açıqlamasında deyib ki, Azərbaycanda kitab oxucuları getdikcə artmaqdadır. O, ötən il təşkil edilmiş sərgilərdə bunun şahidi olduğunu deyir.
Şərif Ağayar vurğulayır ki, xarici yazıçılar qədər olmasa da, yerli yazarlara da maraq var. Təbliğat və işi yaxşı qurmaqdan çox şey asılıdır. Həm də kitab elə bir dəyərdir ki, ona münasibətdə heç bir ayrı-seçkilik olmamalıdır. Hamı çəkici eyni zindana döyməlidir. Xüsusən mətbuat və daha çox televiziyalar bu cür tədbirlərdə aktiv olmalı, oxucunun lazımınca məlumatlandırılmasına və kitab üçün evdən çıxıb gəlməsinə stimul verməlidir. Lap kitab almayan belə, ailəsini, yaxınlarını götürüb heç olmasa bir dəfə sərgidə iştirak etməlidir. Adi günlərdə kitab mağazalarına və endirim kampaniyalarına getmək lazımdır.
Ş.Ağayar deyir ki, kitaba xüsusi həssaslıqla yanaşmalı, işğaldan azad edilmiş ərazilərdə, respublikanın digər bölgələrində sərgilər keçirməliyik: "Ən əsası, kitab yayım şəbəkəsi modern prinsiplər üzərində daha yaxşı qurulmalıdır. Müstəqil nəşriyyatların inkişafı üçün xüsusi layihələr olmalı, ölkənin hər yerində geniş, müasir mağazalar açılmalıdır. Əvvəl ziyanla işləsə belə, bunlar yaradılmalı, müvafiq instansiyalar bu işdə maraqlı olmalıdırlar. Kitabı həyatımızda vacib komponent kimi hiss etməliyik".
O qeyd edir ki, bəzi ali təhsilli şəxslər illərlə kitab oxumur. Bu, dəhşətlidir, insan mütaliənin əhəmiyyətini anlamalıdır. Ölkə kimi də, fərd kimi də mədəni-mənəvi dirçəlişimizin tək yolu kitabdır.
Şərif Ağayar tədricən bölgələrdə də kitab sərgiləri keçirmək fikrində olduqlarını deyir. Bircə kağızın və digər vacib ləvazimatlarım qiymətində artım çox olmasın. Hər hansı böhran kitab sahəsinə çox tez təsir edir.
Müşahidələr, eyni zamanda mütəxəssis rəyləri də göstərir ki, texnologiyaların inkişafı kitab oxumağa marağı azaldır. Kitab oxumaq uşaqlıqdan aşılanmalı və böyüdükcə insanda vərdiş halına çevrilməlidir. İndi isə əksər valideynlər uşaqlarının nəinki digər ədəbiyyata, heç dərsliklərə belə həvəsləri olmadığını, onları oxumağa məcbur etdiklərini deyirlər. Bəs bu yanlış gedişat necə durdurulmalıdır? Axı kitab oxumaq özünüinkişafın, mənəvi ruhun qidasıdır. Mütaliə bir çox bacarıqları inkişaf etdirir. Bəs kitaba dəyər verməyən, oxumağa vaxt ayırmayan gənclik mənəvi qidasını nə ilə ödəyir?..
Müəllif: Əsmər QARDAŞXANOVA,
Mənbə: Azərbaycan qəzeti
| ['kitab', 'mütaliyə etmək', 'mütaliə', 'mütaliə etmək', 'kitab oxumaq'] |
72 | https://kayzen.az/blog/Az%C9%99rbaycan-dili/27337/qrammatik-m%C9%99na,-onun-ifad%C9%99-vasit%C9%99l%C9%99ri.-qrammatik-kateqoriyalar.html | Qrammatik məna, onun ifadə vasitələri. Qrammatik kateqoriyalar | gunelb | Azərbaycan dili | 16 noyabr 2022, 16:29 |
Fikrin reallaşması üçün — dilin ekspressiv funksiyasının həyata keçirilməsi üçün qrammatik mənanın da çox böyük əhəmiyyəti vardır. Əgər leksik məna dilin nominativ funksiyasını realaşdırırsa, qrammatik məna nominativ vahidlərin ekspressiv ifadəlilik sistemində fəaliyyət göstərməsini şərtləndirir. Əgər qrammatik mənalar olmasaydı, sözlər təkcə adlıq səviyyədə işlənər, ünsiyyət yaratmazdı. «Qrammatik məna» anlayışını geniş şəkildə başa düşmək lazımdır. Bu, birinci növbədə sözün leksik mənası ilə paralel şəkildə işlətdiyimiz və qruplaşma zamanı nəzərə aldığımız mənadır. Məsələn, hər bir əşyanın öz leksik-lüğəvi mənasından başqa, qrammatik mənası da nəzərdə tutulur ki, hansı nitq hissəsinə aiddir. Bundan əlavə, həmin nitq hissəsinin hansı qrammatik əlamətlər və vəziyyətlər qəbul etməsi və edə bilməsi nəzərə alınır. Dildə kitablar, dəftərim, məndən, yaxşıyam və s. kimi sözlər yoxdur. Hər hansı bir dildə anlayışın adı olan kitab, dəftər, mən, yaxşı və s. sözlər vardır. Bu səbəbdən də lüğətlərdə birinciləri axtarmaq olmaz. Çünki lüğətlər qrammatik məna cəhətindən təcrid olunmuş sözləri əhatə edir.Qrammatik mənaları ifadə etmək üçün hər bir dilin özünəməxsus forma və vasitələri vardır. Hər hansı bir dil özünün qrammatik-tipoloji xüsusiyyətləri ilə başqalarından seçilir. Elə dilin müstəqilliyinin də əsas şərti budur.Dediyimiz kimi, hər bir dilin qrammatik quruluşu, onun forma və vasitələrinin əsas mənbəyidir. Deməli hər hansı bir dildə müəyyən qrammatik məna yalnız öz qrammatik özülü əsasında ifadə edilir. Buna görə də qrammatik mənaların ifadə formaları müxtəlifdir. Özlüyündə aydındır ki, qohum dillərin qrammatik quruluşu təxminən eyni olduğu üçün onlarda qrammatik mənaların ifadə üsulları da eyni olmalıdır. Məs., türk dillərinin qrammatik kateqoriyaları təxminən eynidir. Əgər müxtəlif sistemli dillərin qrammatik mənalarının ifadə formalarında bir uyğunluq nəzərə çarparsa, bu, tam təsadüf və ya qrammatik təqliddir. Məsələn, Azərbaycan və rus dilləri müxtəlif ailələrə mənsubdur, onların hər ikisində hal kateqoriyası var, hələ sayı da uyğun gəlir. Əlbəttə, bu təsadüfdür. Əgər halların daxili mahiyyətinə nüfuz etsək, aydın olar ki, bu dillərin halları və onların ifadə etdikləri mənalar arasında çoxlu fərq vardır.Bununla belə, qeyd etmək lazımdır ki, hər hansı bir dildə müəyyən qrammatik kateqoriyanın olub-olmaması və yaxud nüəyyən qrammatik mənanın qrammatik forma və ya başqa vasitələrlə ifadə edilməsi dilin zənginliyinə və kasıblığına, inkişaf etməsinə və geri qalmağına dəlalət etmir.Əgər rus dilində mənsubiyyət kateqoriyası, fars və fransız dilində hal kateqoriyası, Azərbaycan dilində cins kateqoriyası yoxdursa, bu o demək deyil ki, həmin dillər bu cəhətdən kasıbdır. Dilin inkişaf etməsini onun qrammatik quruluşunda axtarmaq olmaz.Dünya dillərində qrammatik mənaları ifadə etmək üçün, əsasən, iki üsul vardır: Qrammatik kateqoriyalar. Qrammatik vasitələr.Qrammatik kateqoriyalar. Qrammatik kateqoriyalar qrammatik mənaların ən geniş yayılmış ifadə formalarından biridir. Qrammatik kateqoriyaların tədqiqi hələ qədim yunan dilçiliyindən başlamışdır. Yunan dilçiliyində qrammatika təmayülünün nümayəndələri — xüsusilə Appolon Diskol və Frakiyalı Dionisi qrammatik kateqoriya anlayışını geniş mənada götürürdülər. Belə ki, bu gün ümumi qrammatik kateqoriya adlandırdığımız, sözlərin leksik qrammatik əlamətlərinə görə ümumi cəhətləri üzrə təsnif olunan qruplar yunan dilçilərinə də məlum idi. Ümumi semantik, morfoloji-sintaktik əlamətlər əsasında birləşən söz qrupları ümumi qrammatik kateqoriya kimi qəbul edilir. Məsələyə bu mövqedən yanaşdıqda yunan dilçiliyi ilə müasir dilçilik arasında fərq görünmür. Lakin xüsusi qrammatik kateqoriya adlanan qrammatik formalar haqqında indi də tam fikir yoxdur. Bu sahədəki fikir ayrılıqlarının şərhinə keçməzdən əvvəl qrammatik kateqoriya və qrammatik forma məsələsini izah etmək lazımdır. Qrammatik forma ilə kateqoriyanı eyniləşdirmək olmaz. Qrammatik formaların məna və əhatə dairəsi daha genişdir. Belə ki, bütün qrammatik kateqoriyalar qrammatik forma olduğu halda, bütün qrammatik formalar qrammatik kateqoriya deyil. Deməli, qrammatik kateqoriyalar qrammatik formanın bir hissəsidir. Belə ki, bütün sözdüzəldici, sözdəyişdirici şəkilçilər qrammatik forma olduğu halda, yalnız forma düzəldən şəkilçilər qrammatik kateqoriya ola bilir.Dilçilik ədəbiyyatında qrammatik kateqoriyalar müxtəlif cür şərh edilir. A.A.Reformatski qrammatik məna daşıyıcısı olaraq kateqoriya ilə vasitələr arasında kəskin sədd görmür.Prof. N.N.Məmmədov da «Dilçiliyə giriş»də qrammatik kateqoriyalar haqqında birtərəfli tərif verir. O yazır: «Qramma-tik kateqoriyalar dildə mövcud olan gerçək həqiqətlərlə (?) bağlıdır… Qrammatik kateqoriya dedikdə, həmcins əşya (?) və hadisələrin müəyyən qruplar üzrə toplanması haqqında anlayış nəzərdə tutulur».76Burada etiraz doğuran nədir? Birinci, dil özü obyektiv gerçəklikdə mövcud deyil. İkinci, həmcins əşya ilə qrammatk kateqoriyanı necə əlaqələndirmək olar? Bundan əlavə prof. N.Məmmədov qrammatik kateqoriyaları növlərə ayırmadan izah edir.Azərbaycan dilçiliyində prof M.H.Hüseynzadə də qrammatik kateqoriyalardan bəhs etmişdir. O, dildəki qrammatik kateqoriyaları ümumi və xüsusi olaraq iki qrupa bölür. Prof. M.Hüseynzadənin bölgüsündə ümumi dedikdə sözlərin morfoloji, sintaktik, leksik, semantik cəhətlərinə görə ümumi oxşarlığı (nitq hissələri) deyil, yalnız isim kateqoriyaları nəzərdə tutulur. Burada bir həqiqət vardır. Çünki ümumi kateqoriyalar adlandırılan isim kateqoiyaları adlara və substantivləşən bütün sözlərə aid olur.77 Bu meyarla yanaşdıqda cins kateqoriyasını da ümumi hesab etmək olar. Çünki bu kateqoriya adlarda cinsi müəyyənləşdirdiyi kimi fellərdə də müəyyən dərəcədə iştirak edir. Bu kateqoriya Azərbaycan dilində olmadığı üçun M.Hüseynzadə ondan bəhs etməmişdir.Deməli, ümumi qrammatik kateqoriya dedikdə əksər nitq hissələrini əhatə edənlər nəzərdə tutulduğu kimi, xüsusi qrammatik kateqoriyalar dedikdə də bir nitq hissəsinin xüsusi qrammatik əlaməti nəzərdə tutulur.Ümumi qrammatik kateqoriyalar bunlardır: 1. Kəmiyyət kateqoriyası. 2. Xəbərlik kateqoriyası.
Xüsusi qrammatik kateqoriyalar isə bunlardır: 1. Hal kateqoriyası. 2. Mənsubiyyət kateqoriyası. 3. Dərəcə kateqoriyası. 4. İnkarlık kateqoriyası. 5. Təsirlik kateqoriyası. 6. Növ kateqoriyası. Müəllif: Adil Babayev
Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəblər üçün dərslik). “Gənclik” nəşriyyatı, Bakı,2015. 572 səh.
| ['Azərbaycan dili', 'nitq', 'nitq mədəniyyəti', 'Azərbaycan dilçiliy', 'qrammatik kateqoriya', 'qrammatika'] |
73 | https://kayzen.az/blog/az-proza/27333/mirvarid-dilbazi-%7C-az%C9%99rbaycan%C4%B1n-ilk-qad%C4%B1n-xalq-%C5%9Fairi.html | Mirvarid Dilbazi | Azərbaycanın ilk qadın Xalq şairi | gunelb | Azərbaycan ədəbiyyatı | 15 noyabr 2022, 21:39 |
Bir əsrə sığmayan səksən doqquz illik ömür yaşayıb. Həyatı keşməkeşlərdə, tarixin çaxnaşmalarında keçib. Onun bu dünyada var olduğu səksən doqquz ildə məmləkətində dörd dəfə dövlət quruluşu
dəyişib...
Mirvarid Dilbazinin 1912-ci il avqustun 19-da dünyaya göz açdığı kənd — Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndi Şimali Azərbaycanın bütün əraziləri kimi, Rusiya imperiyasının tərkibində idi... Zəhərə batırılmış badam içinə oxşayan uşaqlıq...O, əsilzadə idi. Mənsub olduğu Dilbazilər Azərbaycanın məşhur nəsillərindən biridir. Türk əsillidirlər. Onlardan tarixi mənbələrdə Qaray, Qaraylı, Qaraman kimi bəhs edilib. Xanlıqlar kəndi tarixi yurd yerləri olub. Araşdırmalarda əvvəlki adının Xanoğulları kimi qeyd olunduğu bildirilib, Dilbazi isə ulu babaları Molla Ali ağanın ləqəbi olub. XVIII yüzilikdə yaşamış Molla Ali ağanın bu ləqəbi alması Nadir şahla bağlı əhvalatla əlaqələndirilir.
Tədqiqatlardan Dilbazilərin xanlıq, bəylik titullarının Səfəvilər dövrünə gedib çıxdığı məlumdur. İmtiyazları Əfşarlar, sonra xanlıqlar dövründə də qalıb. Çar Rusiyası Şimali Azərbaycanı öz müstəmləkəsinə çevirdikdən sonra Qafqazda ağaların, bəylərin hüquq və imtiyazları təsbit olunub. Bu hüquqlar Qazax mahalı üzrə Dilbazilərə də şamil edilib.
Dilbazilər bir çox sahədə məşhurlaşıblar. Şairlik şöhrətini bu soyada ilk bəxş edən isə Mirvarid Dilbazi olmayıb. Onun ulu babası, "Şair" təxəllüsü ilə şeirlər yazan Əbdürrəhman ağa Dilbazinin adı Azərbaycan ədəbiyyatı tarixində qalıb. Əbdürrəhman ağa Xanlıqlar kəndində dünyaya gəlib. Dövrünün mütərəqqi ziyalılarından olub. Bəzi mənbələrdə bildirilib ki, bədxahları igid, sözü üzə deyən, doğruları danışmaqdan çəkinməyən, əhali arasında böyük hörmətə malik Əbdürrəhman ağanın Qazax mahalını Cavad xana vermək istədiyini, onların əlbir olduqlarını, tez-tez görüşdüklərini Gürcüstan hakimi İrakliyə deyiblər. Qəzəblənən İrakli şairin gözlərini çıxartdırıb. Başqa bir söyləntiyə görə, Əbdürrəhman ağa Dilbazinin 1804-cü ildə Sisianovun Gəncə xanı Cavad xanı qətlə yetirməsinə həsr etdiyi divan başına bəla olub, gözləri həmin əsərə görə çıxarılıb.
Mirvarid Dilbazi 1994-cü ildə çap olunmuş «Bənövşələr üstə göz yaşları» xatirələr kitabında yazıb ki, XVII, XVIII və XIX yüzilliklərin axırınadək nəslimiz ziyalı-mülkədar nəsli olub: «Nəslimizdə müdrik, xalq hörməti qazanmış, Tiflisdə, Gəncədə mötəbər sayılan, çoxsaylı ziyalı dostları olan Böyük ağa, Çingiz ağa, Əbdürrəhim ağa, Baba Hüseyn ağa, İsmayıl ağa və adlarını unutduğum adlı-sanlı, səxavətli, xeyirxah yaşlı nəsli təmsil edən kişilər də yetişmişdi. Cavan atam da əmizadələrinin xeyirxah duyğuları ilə tərbiyələnib, inkişafa can atırdı».
Bəy ailəsində dünyaya gəlmişdi Mirvarid xanım. Bir xanım kimi böyüməli, nazı çəkilməli idi. Amma həyat ağır sınaqlarını ondan heç əsirgəmədi… Çəkdiyi acıları sonralar — 1998-ci ilin yanvarında «Biz od üstündə doğulduq» adlı məqaləsində qələmə aldı: «Mən ölümlər və sürgünlər, qadağanlar, milli qırğınlar və soyğunlar, milli təhqirlər, milli əsarət görmüş nəslin nümayəndəsiyəm. Uşaqlığım zəhərə batırılmış badam içinə oxşayır».
Dünya ləngər vurduqca, siyasət səhnəsi dəyişdikcə, hələlik olanlardan baş açmayan o balaca qızın da həyatına təsir göstərirdi… Cavan atası Paşa bəyi tez itirdi. Daş Salahlıda babası Mustafa ağanın mülkündə yaşamalı oldu. Baxdığı hər yer — Damcılı, Dilican yaylaqları əsrarəngiz təbiət mənzərələri ilə gözlərini oxşayır, ona gözəllikləri sevməyi öyrədirdi. Bir də o zamanlar görüb-götürdüyü ailə ənənələri, ona örnək olan doğmalarının tövsiyələri sonralar da harayına çox çatacaqdı...
O illərdə yaşadıqları böyük bir sevinc də olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Müstəqil dövləti alqışlayan, bərqərar olması, güclənməsi üçün əllərindən gələni əsirgəməyənlər arasında Dilbazilər də vardı. Lakin milli dərdləri daha böyük oldu. Şair yada salırdı ki, 1920-ci ildə kəndlərimizə qəfil erməni hücumları, az ömürlü, iztirablı qaçqın günlərimiz bir-birini əvəz edirdi...
1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradıb hakimiyyəti ələ keçirən bolşeviklər yeni qaydalar, sərt qadağalar tətbiq etməyə başladılar. Bütün xanlar, ağalar, bəylər kimi, Dilbazilər də imtiyazlarından məhrum edilib, torpaqları əllərindən alınıb. Keçmişlərini isə sovet rejimi unutmayıb. Təqiblərə, həbslərə, sürgünlərə, repressiyalara məruz qalıblar. Azərbaycanda sovet hakimiyyətini qəbul etməyən Dilbazilərin əksəriyyəti ya evindən, vətənindən qaçaq düşüb, ya da məhv ediliblər. Qalanlar isə nə qədər çətin olsa da, yollarına davam ediblər. 1921-ci ildə anası və bacısı ilə Bakıya köçən Mirvarid Dilbazinin o illərdə oxuyub öyrənməyə böyük marağı olub. Bacısı Yaqut Dilbazi ilə birlikdə qızlar seminariyasında dövrün görkəmli pedaqoqlarından dərs alıb.
Axşamlar Nərimanov arvadı Gülsüm xanımla vaxt tapıb məktəbə gəlirdi. Seminariyanın şagirdləri onların başına toplaşırdılar. Nəriman Nərimanov onlara şeir əzbərlətdirir, nəğmə oxutdurur, dərslərini yoxlayırdı. Keçmişdən, gələcəkdən maraqlı söhbətlər edirdi. Xüsusilə gələcək barədə elə şirin danışırdı ki, onu dinləyən uşaqlar quş olub, o gözəl gələcəyə uçmaq istəyirdilər: «Nərimanov özü də buna inanırdı. O, fikrə gedəndə biz çiyninə söykənir, ona sığınırdıq. Məktəbimizdən gedəndə isə yaman darıxırdıq. Doktor Nərimanov bizim üçün dünyanın ən əziz, ən doğma, ən maraqlı insanlarından biri idi», — Mirvarid xanım yazır, sonra isə Nəriman Nərimanovla son görüşlərini yada salırdı...
Bir axşam yenə məktəbin çıraqları yanıb, böyük salonda Nərimanovun ətrafına toplaşıblar. O, gec ayrılıb gedib. Bir neçə ay gözləri yolda qalıb. Ancaq Nərimanov bir daha gəlməyib. Sonradan öyrəniblər ki, onu Moskvaya aparıblar. 1925-ci ildə Nərimanovun ölüm xəbərini eşidiblər...Həyatın məngənəsində...İyirmi altı yaşından dul qalmış, bütün ümidini onlara — iki qızına bağlamış anaları ilə Bakıda da çox çətin günlər keçiriblər. O ağrılı-acılı vaxtlarını Mirvarid xanım qüssə ilə xatırlayırdı: «Bacım Yaqutla mən bir „ləğv“ olunmuşların qalqısı idik. Odur ki, bizim haqqımızda yaxşı insanlar yaxşı söz deməkdən çəkinirdilər. Şükür ki, pis söz də deyən yoxdu. Mərkəzdə oxuduğumuz ali məktəblərdən Xanlıqlar, Daş Salahlı kəndlərinə bizim haqqımızda göndərilən sorğulara xeyrimizə cavablar gəlirdi. Biz iki bacı, bir ana camaatın köməyi ilə sürgünlərdən, qırğınlardan uzaq olduq. Lakin maddi məhrumiyyətin pəncəsindən qurtara bilmədik.
Çünki var-yoxumuz babamın evində qalmışdı».
İçərişəhərdə məşhur folklorşünas Əbülqasım Hüseynzadənin evində dəmir çarpayı, kiçik divan, qarğı kitab rəfi və balaca yemək stolundan başqa heç nəyi olmayan 9-10 kvadratmetrlik bir otaqda qalırdılar. Mirvarid xanım xatırlayırdı: «Biz iki bacı orta məktəbdə müəllimlik edirdik. Qeyrətli ana bu az pulla bizi gözütox, ürəyişad, gələcəyə ümidlə dolandırdı. O illər ölkədə hər şey qıt, bəlkə də yox idi. Geyim-kecim üçün hökumət qızıl mağazası açmışdı. Biz iki bacı da seminariyadan aldığımız iki qızıl medalı və anamızın əldə olan-qalan qızıl ziynətlərini verib oradan bir-iki dəst paltarlıq parça aldıq».
İçərişəhərdəki o kiçik otağın alçaq pəncərəsinin taxtası gənc Mirvarid xanıma yazı stolunu əvəz edib. Sonralar Nəvainin «Fərhad və Şirin» əsərinin tərcüməsi, 1941-ci ilədək nəşr olunan şeirləri və poemaları həmin pəncərə qarşısında yaranıb.
Mirvarid Dilbazi Qızlar Seminariyasını bitirəndən sonra Biləcəridəki onillik dəmiryol məktəbində işləyib. İlk günlərdən bacarıqlı müəllim kimi tanınıb. 1928-ci ildən şəhərdə rus məktəbində dərs deyib. Ali təhsil almaq niyyətindəydi. O da, bacısı Yaqut xanım da Ali Pedaqoji İnstituta daxil olublar. Ancaq maddi ehtiyaclar ucbatından Yaqut xanım 19 nömrəli məktəbdə işləyib ki, kiçik bacısı ali təhsil ala bilsin. Mirvarid xanım Ali Pedaqoji İnstitutun Ədəbiyyat-ictimaiyyət fakültəsində təhsil alıb. Sabit Rəhman, Cəfər Xəndan, Məmməd Rahim də o zaman həmin ali məktəbin tələbələri idilər. Əli Nazim, Əli Sultanlı, Bəkir Çobanzadə unudulmaz müəllimləri olublar. Əli Sultanlının Qərb, Əli Nazimin proletar ədəbiyyatından dərs dedikləri heç vaxt xatirindən çıxmayıb.
Mirvarid Dilbazi bədii yaradıcılığa təhsil illərində başlayıb. 1927-ci ildə «Oktyabr alovları» adlı jurnalda «Qadınların hürriyyəti» adlı ilk şeiri işıq üzü görüb. 1920-ci illərin sonlarında qələmə aldığı «Zəhra», «Qurtuluş», «Qadın» şeirləri də həmin jurnalda dərc olunub.
Ali məktəbi 1932-ci ildə bitirib. Qubaya işə göndərilib. Quba Partiya Məktəbində müəllim işləyib. İki il sonra Bakıya dönüb. 1934-1938-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları Fondunda şöbə müdiri, 1938-1940-cı illərdə Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi işləyib.
Yenə həyatın ağır sınaqlarından keçirdi… Mirvarid Dilbazi 1920-ci ildən başlayaraq üzləşdikləri faciələri illər sonra qüssə ilə yada salırdı: «Toplu-tüfəngli „qızıl“ ordunun işğalıyla kəndlərimizdə dəyişən həyat tərzi, sinfi mübarizə şüarı altında həbslər, sürgünlər, kütləvi ölümlər, dağıdılan əmlaklar, 37-ci ilin fəlakətli günləri, gecələr döyülən qapılar, 18 yaşlı dayımın aparıldığı qara maşının arxasınca tökülən göz yaşlarımız, onun Sibir cəhənnəmindən gələn məktubları, babamın həbsi, daha nələr… nələr...»
Bütün bunların ağrısı onun uşaqlıq və gənclik illərində ürəyindən keçib. Anası hazırladığı xörəyi, paltarı qoca, günahsız məhbus atasına vermək üçün gəncliyə yenicə qədəm qoyan iki qızı ilə birgə dəniz qırağındakı həbsxananın qapısı önünə səhər gedib, axşam qayıdıb.
1930-cu illərin «təmizləmə» dövründə Mirvarid Dilbazinin babasını da güllələnənlərin siyahısına salıblar: «Lakin xeyirxah camaat qocanın ağ saqqalını qana bulanmağa qoymadı. Onu ölümə verilənlərin doldurulduğu damdan çıxardılar, sürgündənsə saxlaya bilmədilər. Onun 18 yaşlı oğlu ilə birlikdə qəbri Qazaxıstan çöllərində qumlar altda qaldı. Ağbirçək nənəm ordan tək qayıtdı. Ziyalı dayılarımın qəbirləri Türkiyənin Amasiya şəhərində bir dağ ətəyində, anamın, nənəmin qəbirləri Bakıdadır». Beləcə, böyük bir ailənin üzvlərindən heç birinə doğma kənd torpağında, nənə-babalarının, ata-analarının yatdığı məzarlıqda dəfn edilmək qismət olmayıb. 1937-ci ildə sovet hakimiyyətinin repressiya siyasətinin güdazına gedən, sürgün olunduğu Qazaxıstanda dünyasını dəyişən babası Mustafanın qəbri indiyədək naməlumdur. Asfaltı yarıb göyərən ot kimi çətinlikləri yarıb keçənlərYaradıcılıq yolu da asan olmayıb. Çox çətinliklərlə üzləşsə də, qələmdən, əməkdən, qeyrətdən, xalqına, sənətinə məhəbbətdən başqa köməkçisi olmayıb. Onlar bir sinif kimi ləğv olunmuşların övladları idilər. Lakin arasında boya-başa çatdıqları kənd camaatına borclu sayırdılar özlərini. Aldadılmış, qorxudulmuş o camaat öz milli xeyirxahlıq duyğularına sadiq qalaraq «mərkəz»dən göndərilən suallara Mirvarid xanımgilin xeyrinə cavab verirdi. «Biz bu xeyirxahların köməyi ilə asfaltı yarıb göyərən ot kimi çətinlikləri yarıb keçdik, öz varlığımızı, etiqadımızı saxlaya bildik», — deyirdi Mirvarid Dilbazi.
Xalq artisti olan Əminə Dilbazinin qardaşı Rəşidlə ailə qurub. Əmiuşağı idilər. 1942-ci ildə Rəşid Böyük Vətən müharibəsinə yollanıb. O, gedəndən sonra qızı dünyaya gəlib. Mirvarid xanım Xatirə adını verdikləri övladına həm ana, həm də ata olub. Səməd Vurğunun məsləhəti ilə ikinci dəfə ailə həyatı quranda isə o, artıq nənə idi, bir nəvəsi vardı.
Mirvarid Dilbazi şeirlər, «Məshəti», "Əlcəzairli qız", «Partizan Aliyə», «Avey dağla söhbət» və digər poemalar, «Xocalı fəryadı», «Məhsəti» pyeslərini qələmə alıb. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuel Marşak və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini Azərbaycan dilinə tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. Bəstəkarlardan Fikrət Əmirov, Ağabacı Rzayeva, Süleyman Ələsgərov, Tofiq Quliyev, Şəfiqə Axundova və başqaları şairin sözlərinə mahnılar, romans və oratoriyalar bəstələyiblər.
Müxtəlif illərdə Dövlət mükafatına, Xalq şairi, Əməkdar mədəniyyət işçisi adlarına, "Əmək igidliyinə görə" medalı, iki dəfə "Şərəf nişanı", «Qırmızı əmək bayrağı», "İstiqlal" ordenlərinə layiq görülüb.
1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində baş verən hadisələr Mirvarid Dilbazini də sarsıtdı. Ömrünün ahıl çağında yenidən erməni xəyanəti ilə üzləşmək onu dəhşətə gətirdi. Gözəlliyinə heyran olduğu Qarabağ torpağı, meşələrinin nəğməsini dinlədiyi, dağlarının havasını udduğu, buz bulaqlarının suyunu içib qoynunda dincəldiyi Ağdam, Şahbulaq, Abdal Gülablı cənnəti üzərinə yağdırılan raket, top mərmilərinin ağrısı sanki onun ürəyindən keçirdi. Xalq şairi Vətən oğullarını dönməzliyə, vüqarlı olmağa səsləyirdi.
Yurd-yuvasından didərgin düşmüş qaçqın və köçkünlərimizə həsr etdiyi «Ağla, kamanım, ağla», «Qoymayın ağlayım məni», 20 Yanvar faciəsi ilə bağlı yazdığı "Öpün bu qanlı torpağı", "Şəhidlər qəbiristanında", «Qanlı yanvar bayatıları» və digər şeirləri o faciəli tarixi əks etdirib. Kədərini, sevincini kövrək misralara çevirən şair ömrünün payız çağlarında xalqımızın qələbəsini görmək arzusu ilə yazıb-yaradırdı:
Odum, ocağım,
Ana qucağım
Qalsam həyatım,
Ölsəm torpağım, Azərbaycanım!Ömrünün ahıl çağında Qarabağ dərdi bütün dərdlərini üstələyib. Qarabağ niskili ilə dünyasını dəyişib. Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də vəfat edib. Müəllif: Zöhrə FƏRƏCOVA,
Mənbə: Azərbaycan qəzeti
| ['Mirvarid Dilbazi', 'xalq şairi Mirvarid Dilbazi', 'Mirvarid Dilbazi yaradıcılığı'] |
74 | https://kayzen.az/blog/Azerbaycan-kinosu/27318/qay%C4%B1nana-filmi-haqq%C4%B1nda.html | “Qayınana“ filmi haqqında | gunelb | Azərbaycan kinosu | 13 noyabr 2022, 19:33 |
“Ay bu lüstr qırıla düşə bunun təpəsinə, nə ürəyimdən tikan çıxardı...”
“Sən arvad saxlayan yetim deyilsən”
“Ay, başına dönüm, adam nə qədər mamasından olar, ay bunun mamasının qarnına çiban çıxsın”
“Adə, Qrişa, itüvə tapşır, qapımdan keçəndə ürməsin”
“Gördün, yıxılmışdım”…
Elə bilirəm, haqqında danışacağım filmi artıq tanıdınız. Bunu bilməyiniz üçün bu qədər sitat yetərlidir. Qalanını sonda verəcəm. İndi keçək mətləbə. “Qayınana” filmi barədə danışıram, illərin dolaylarında heç səngiməyən, köhnəlməyən, dəbdən düşməyən məşhur “Qayınana”dan. Əsər uzun müddət Musiqili Teatrın səhnəsində oynanılıb. Bir dəfə tamaşaya Heydər Əliyev də gəlib. Tamaşa və xüsusilə Nəsibə Zeynalovanın oyunu onun o qədər xoşuna gəlib ki, tamaşadan sonra yaradıcı qrupla səhnə arxasında görüşəndə deyib ki, bunu hökmən film kimi işləyin.
1978-ci ilin filmidir. Əsəri Məcid Şamxalov yazıb. Filmin xülasəsində belə yazılıb, hər halda. Filmi araşdıranda məlum oldu ki...
Əsər Məcid Şamxalovun imzası ilə 1964-cü ildə çap olunub. Ondan hələ səkkiz il əvvəl — 1957-ci ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Teatrında belə bir əsər səhnəyə qoyulub. 1974-cü ildə isə bu məşhur komediyaya bəstəkar Zakir Bağırov musiqi bəstələyib. Olub musiqili komediya.
1865-ci ildə Qubada dünyaya gələn, sonradan Azərbaycanın ilk müəllimələrindən biri, ilk qadın nasiri, ilk qadın dramaturqu və ilk qadın rejissorumuz Səkinə Axundzadənin “Gəlin və qayınana” adlı pyesi olub. 1900-cü ildə Bakıya köçən bu qadın Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris edirmiş. Həmin illərdə də "Əbülfəz və Rəna" hekayəsini, daha sonra «Elmin bəhrəsi», «Haqq söz acı olar», «Gəlin və qayınana» pyeslərini yazıb. Bu pyeslər qadın obrazlarının qabardıldığı ilk Azərbaycan əsərləridir.
Səkinə xanım işlədiyi Qızlar Məktəbinin müəllimələri və tələbələri ilə birlikdə bu əsərləri səhnələşdirir, özü quruluş verirdi: «Madam ki, qadınlar kişilərlə birlikdə səhnəyə çıxa bilməz, kişilərin önündə səhnə ala bilməz, o zaman qadınlar da öz teatrını yaradar» şüarı ilə meydana atılıb.
Səkinə Axundzadə Hüseyn Ərəblinski və Abbas Mirzə Şərifzadə kimi səhnə fədailərinin dövrünün sənətkarı idi. Onlarla birgə Azərbaycanda dramaturgiyanın, teatr mədəniyyətinin inkişafı üçün çalışıb. Onun pyesləri həm Bakıda, həm də Tiflisdə səhnələşdirilib.
Həmin illərdə (bəzi mənbələrdə 1916, bəzi mənbələrdə 1918) Məcid Şamxalov da Bakıda teatr və ədəbiyyat təhsili alır, eyni zamanda, bütün bu proseslərin canlı şahidi olur.
1920-ci ildə sovet işğalından, Hacı Zeynalabdin Tağıyevin mülklərinin müsadirə olunmasından sonra Səkinə Axundzadə Qubaya qayıdır. Uzun müddət astma xəstəliyindən yatır və 1927-ci ildə vəfat edir.Oğlu, professor Yusif Ağabəyov da 1937-ci ildə sürgün edilir, güllələnir. Səkinə Axundzadənin qardaşı qızı Reyhan Topçubaşova (ilk qadın rəssamımızdır) baş verənlərdən və verəcəklərdən qorxuya düşüb, Səkinə Axundzadənin bütün əsərlərini yandırır. Beləliklə, ilk qadın nasirimizin və dramaturqumuzun bütün əsərləri yalnız yaddaşlarda yaşayır. Yaddaş...
1950-ci illərə isə o məşhur şahidlərdən kimsə qalmamışdı. Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Cəfər Cabbarlı, Əbülfət Vəli, Hüseynqulu Sarabski, Üzeyir Hacıbəyov artıq həyatda yox idilər. Qalanlar isə Sovet dövründə Səkinə Axundzadənin, Abbas Mirzə Şərifzadənin adını çəkə bilməzdilər. Məcid Şamxalovun «Qayınana” pyesi məzmunca Səkinə Axundzadənin „Gəlin və qayınana“ pyesi ilə eynidir, ya yox – bunu deyən kimsə yoxdur. Sadəcə, Məcid Şamxalov imzası ilə „Qayınana“dan başqa bir məşhur əsərə, ədəbi nümunəyə rast gəlinmir.
Qayıdaq “Qayınana” filminə. Ssenari müəllifi Əjdər İbrahimov və Marqarita Maleyevadır. Əjdər İbrahimovun həyat yoldaşıdır. Bu filmdən başqa daha iki filmdə bu xanımın imzası var. İkincinin də rejissoru Əjdər İbrahimovdur (“Qəribə adam”), üçüncüsü “Narahat adam” filmidir ki, onun ssenarisini yazıb və film Əjdər İbrahimov haqqındadır.
“Qayınana” filmini Hüseyn Seyidzadə çəkib. Musiqilər Tofiq Quliyevindir.
Çəkilişlər “Azərbaycanfilm” kinostudiyasının pavilyonunda aparılıb. Sadəcə, rəssam Nadir Zeynalov elə dekorasiya edib ki, ev səhnələri elə bil evdə çəkilib. Bağ yeri səhnələri Nardaran bağlarında lentə alınıb. Cənnət xalanın diş çəkdirməsi səhnəsi keçmiş “İnqilab”, indiki Həsən Əliyev prospektində yerləşən stomatoloji kabinetdə çəkilib. Oradakı “Diş kabineti” indi də durur. Filmin çəkilişləri 5-6 ay davam edib. Filmdəki geyimlər hamısı xaricdən gətirilmiş, bahalı paltarlar olub.
İlqar rolunun ifaçısı İlham Namiq Kamalın dediyinə görə, onun roluna 14 aktyor sınaq çəkilişlərinə dəvət edilib. O vaxt həmin yaşda olan aktyorların demək olar ki, hamısı. O cümlədən, Hacımurad Yegizarov, Fuad Poladov. Bəli, baş rolu oynayan Fuad Poladov da əvvəl İlqar rolunun sınağına dəvət edilib, amma o rola sınaqdan keçməyib. Əvəzində rejissor onu Ayaz rolu üçün daha münasib bilib.
Ayaz roluna isə Ceyhun Mirzəyev dəvət edilibmiş.
Rejissorun ən sevimli aktyoru Ceyhun Mirzəyev sınaqda Ayaz roluna yansımayıb — rejissorun fikrincə. Nəticədə o rola Fuad Poladov çəkilib.
Rejissor filmdə aktyorların heç bir improvizasiyasına yol verməyib, deyib ki, situasiya elə komediyadır, onu verin, yetər.
Ümumiyyətlə, Hüseyn Seyidzadə oyunçuluğun və şit zarafatların əleyhinə olan rejissor idi. Komediyanı da ciddi oynamağın tərəfdarı idi.
Məsələn, belə bir situasiya olub çəkiliş vaxtı Nəsibə xanım oğlunun arxasınca – “çamadanlarından muğayat ol” — deməliykən “maçadanlarından muğayat ol” — deyib. Rejissor çəkilişi saxlayıb və möhkəm acığı tutub aktrisaya. İlham Namiq Kamalın dediyinə görə, onun “mehriban olun” ifadəsi də özünün improvizasiyasıdır, amma bu söz yerinə düşdüyü üçün Əjdər İbrahimovun etirazı olmayıb. Rejissor özü improvizələr edib, yəni ssenaridən kənara çıxıb. Məsələn, gəlinin kuklası filmə rejissorun əlavəsidir. Cənnət xalanın başının üstündə asılan “Məşədi Kazım”ın şəkli də improvizə idi. Şəkil aktyor Məmməd Sadıqovun şəkli imiş. Onu müxtəlif rakurslardan çəkiblər ki, kadrı oynadanda şəklin ifadələri dəyişirmiş kimi görünsün. Çilçırağın qırılıb xrustal kimi dağılması, yanğınsöndürənlərin hoqqabazlığı rejissor təxəyyülünün məhsuludur.
Filmdəki heyətdən, İlham Namiq Kamaldan başqa, sağ qalan ikinci aktyor Afət rolunun ifaçısı İnara Quliyevadır. İnaranın atası Bakıda yaşayıb, Neft Daşlarında çalışırmış. Sonradan Moskvaya köçüblər. İnara ixtisasca musiqili teatr rejissorudur. Rusiya Operetta teatrında çalışıb. Rusiya teatr və kino aktrisasıdır. Əməkdar artistdir. Rusiya telekanallarında bir çox verilişlərin layihə müəllifidir. “Azərbaycanfilm”də üç filmdə əsas rollara çəkilib – “Qayınana”da Afət, “Alma almaya bənzər”də Aişə müəllimə, “Dədə Qorqud” da Selcan. Epizodlarda çəkildiyi filmlər də var.
Rollarda Nəsibə Zeynalova (Cənnət), İnarə Quliyeva (Afət; Zərifə), İlham Namiq Kamal (İlqar), Tanilə Əhmərova (Sevda), Fuad Poladov (Ayaz), Səfurə İbrahimova (Sədaqət), Tələt Rəhmanov (Əli) çəkiliblər.
Filmdə Ofeliya Sənani – Sevda obrazında Tanilə Əhmərovanı səsləndirib. Afət rolunda İnara Quliyeva isə Əminə Yusifqızının səsi ilə “danışır”.
Filmdən yaddaqalan sitatlar:
“Ağəz, bu əziz gündə evimə it gətirib, məni iylətdirəcəksən?”“Ver çamadanları soxsun gözünə, qurban olsun qara köpəyə, bir də zəhmət verməsinlər o itə”“Gəlin mənim süpürgəmdü. Harada qoydum, orada da qalmalıdı”“Mən bu evin yiyəsiyəm, ağasıyam, xanımıyam. Bir sözüm iki olmamalıdı”“Atasının gülünü dərmişəm, balasından da gülab çəkəcəyəm”“Adam öz evinin xanımı da olar, qulluqçusu da”“Evi döndərib köhnə qəbiristanlığa, yatanda da yuxuma kəllə girir”“İndi yığışacaqlar bura, kəllə dolu, cib boş”“Pulları çin-çin bibi, sir-sifəti cin bibi”… “dedim göyərçin bibi”“Onu aton doğub, yoxsa anon əkib?”“Onbarmağa gedib, nənəsi üçün kəfən almağa”“Aağəz, o quş dögül, xalis bayquşdu”,“Görüm təsbeh sahibi ona qənim olsun, qənim” Müəllif: Ramilə QurbanlıMənbə: lent.az
| ['qaynana', 'qayınana', 'qayınana filmi', 'azərbaycan kinoları', 'azərbaycan kinosu'] |
75 | https://kayzen.az/blog/politologiya/6488/etnoqrafiya-elminin-predmeti-v%C9%99-v%C9%99zif%C9%99l%C9%99ri.html | Etnoqrafiya elminin predmeti və vəzifələri | luminat | Tarix və politologiya | 12 noyabr 2022, 23:52 |
Etnoqrafiya dünya xalqlarının həyat və məişətindən bəhs edən tarix elmidir. O, yunan sözü olan «etnos» və «qrafo» sözlərindən əmələ gəlməklə «xalqın təsviri» mənasını verir. Bu elmi bəzən etnologiya da adlandırırlar. Məişət dedikdə fərdi və ictimai həyatda bərqərar olunmuş ənənəvi formalar başa düşülür. Hər bir xalqın özünəməxsus məişət forması vardır ki, ayrı-ayrı xalqlarda bunlar çox vaxt bir-birindən köklü surətdə fərqlənir. Xalqın məişəti ilə yanaşı etnoqrafiya bir elm kimi xalqın mədəniyyətini də öyrənir. Bir qayda olaraq dünya xalqlarının mədəniyyəti iki sahəyə ayrılır: maddi mədəniyyət və mənəvi mədəniyyət. Maddi mədəniyyət anlayışına insan əli ilə yaradılan bütün maddi nemətlər və əşyalar daxildir. Məs: yaşayış məskənləri və evlər, geyimlər və nəqliyyat vasitələri, yeməklər və içkilər, əmək alətləri, silahlar və bəzəklər; Mənəvi mədəniyyət anlayışına isə insan zəkasının yaratdığı bütün mənəvi məhsullar daxildir: ədəbiyyat, incəsənət, elm, din, fəlsəfə, əxlaq, musiqi, adət -ənənələr və i. a.
Təbiidir ki, dünyanın hər bir xalqının özünəməxsus mədəniyyəti vardır. Lakin müxtəlif xalqlarda mədəniyyətin inkişaf səviyyəsi eyni deyildir; həm də hər bir xalqın mədəniyyətində keyfiyyət özünəməxsusluğu vardır. Bu keyfiyyət özünəməxsusluğu hər bir xalqın etnik və ya milli ənənəsini təşkil edir. Lakin etnoqrafiya elmi müxtəlif xalqların məişət və mədəniyyətində olan müxtəlifliyi öyrənməklə kifayətlənmir. O, eyni zamanda xalqların məişət və mədəniyyətində nəzərə çarpan oxşar cəhətləri də öyrənir. Maddi və mənəvi-mədəniyyətdə, ictimai və ailə məişətində mövcud olan ümumi qanunauyğunluqları müəyyən etməyə kömək göstərən həmin oxşar və fərqli xüsusiyyətlər bəşəriyyətin inkişaf dialektikasını dərk etməyə imkan yaradır.
Tarixi inkişafın müəyyən mərhələlərində bəşər mədəniyyəti müxtəlif olmuşdur. Belə ki, ibtidai icma dövründə insanların ilk sosial birliyi olan qəbilənin az-çox dərəcədə yekcins mədəniyyəti vardır. İndiyədək ibtidai icma quruluşu şəraitində yaşayan bütün qəbilələrdə də bu cür vəziyyət müşahidə olunur. Lakin sinfi cəmiyyətdə hakim siniflərin məişət və mədəniyyəti, istismar olunan siniflərin məişət və mədəniyyətindən fərqlənir.
Etnoqrafiya elmi yalnız müasir xalqları öyrənmir; o, həmçinin hazırda siyasi fəaliyyət səhnəsindən çıxmış, yox olmuş xalqları da öyrənir. Bununla etnoqrafiyanın xüsusi bir sahəsi-tarixi etnoqrafiya məşgul olur.
Rus alimlərindən S.P.Tolstov etnoqrafiyanın predmetindən danışaraq yazırdı ki, bu elm dünyanın müxtəlif xalqlarının məişət və mədəniyyətindəki xüsusiyyətləri bilavasitə öyrənən, müşahidə edən tarix elmidir. Bu elm xalqın məişət və mədəniyyətindəki xüsusiyyətlərin tarixi dəyişkənliyini və inkişafını, xalqların etnogenezini, etnik coğrafiyasını, onların qarşılıqlı mədəni-tarixi əlaqələrini tədqiq etməklə məşğul olur. Y.V.Bromley və S.A.Tokaryev etnoqrafiyanın tədqiqat obyektindən, predmet və metodlarından danışaraq yazırlar; «Etnoqrafiya — əsas tədqiqat obyekti bilavasitə etnos və ya etnik birliklərin digər tipləri olan tarix elmidir». 1968-ci ildə nəşr olunan «Etnoqrafiyanın əsasları» adlanan kitabında S.Tokaryev etnoqrafiyaya ümumiləşdirilmiş tərif verərək yazır: «Etnoqrafiya dünya xalqlarının məişət və mədəniyyətini öyrənən tarix elmidir». Y.Bromley isə 1973-cü ildə nəşr edilən «Etnos və etnoqrafiya» əsərində, habelə 1981-ci ildə çap olunan «Etnoqrafiyanın müasir problemləri» adlanan kitabında etnoqrafiyanı «etnik birliklər haqqında elm» adlandırır. S.Tokaryevin həmin ümumiləşdirilmiş tərifini nəzərə alan Sankt-Peterburqlu alim R.İts etnoqrafiyaya aşağıdakı kimi tərif verir: «Etnoqrafiya xalqların məişətindən və etnik tarixindən, dünya mədəniyyətinin tərkib hissəsi kimi onların məişət və mədəniyyətindəki spesifik cəhətlərin formalaşmasından bəhs edən tarix elmidir.» Bu deyilənlərdən aydın görünür ki, etnoqrafiya elminin əsas tədqaqat obyekti, bilavasitə etnosdur, xalqın özüdür. Məhz xalq anlayışı etnoqrafiyanın əsas və başlıca anlayışıdır, çünki xalq anlayışı çox vaxt etnosla eyniləşdirilir. Qədim yunan termini olan etnos etimoloji cəhətdən «xalq», «qəbilə», «insan qrupu» anlayışlarına uyğun gəlir. Y.Poplinskinin göstərdiyi kimi qədim yunanlar özlərini başqalarından fərqləndirməkdən ötrü, qeyri-yunanları «etnos» adlandırmışdılar. Bununla da qeyri-yunanların yunanlardan fərqli olan real mədəni-məişət fərqlərini aşkara çıxarırdılar. Beləliklə, etnosun əsas ekvivalenti bizim dildə xalq anlayışına uyğun gəlir. Bununla belə XX əsrin 60-70-ci illərində etnoqrafiyanın əsas tədqiqat obyekti olan etnos mətbuat səhifələrində diskussiya mənbəyinə çevrilmişdi. Bromley etnosun mənşə birliyi məsələsini adətən tarixi-sosial planda verirdi. Digər sovet alimi L.Qumilyov etnosa bioloji cəhətdən yanaşaraq onu fərdiləşdirirdi. Lakin L.Qumilyov 1990-cı ildə nəşr edilmiş «Etnosun coğrafiyası» kitabında etnosa mücərrəd anlayış baxımından yanaşmır, ona bir tərəfdən tarixi prosesin təmsilçisi kimi baxır, digər tərəfdən də onu (etnosu) tarixi inkişafın təkan vericisi, onun hərəkət verici qüvvəsi kimi qəbul edirdi.
L.Qumilyova görə etnos bu və ya başqa dərəcədə sosial pərdəyə bürünmüş biofiziki varlıq olduğundan, hansının birinci və əsas olması barədə aparılan diskussiya mənasız bir şeydir. Çünki bunlar bir-birini o dərəcədə şərtləndirir ki, bunlardan biri olmadan, o biri mümkün deyildir. Bu diskussiya yumurta-cücə əhvalatını xatırladır.
Mütərəqqi elm xadimlərinin böyük əksəriyyəti etnosa sosial-tarixi mahiyyət verərək, onun alçaq mənşəli etnosdan yüksək formalı etnosa qədər dialektik inkişaf yolunu göstərmişlər.
Hər bir etnik birliyin beş əlaməti vardır ki, bunlardan bəziləri əsas, başlıca əlamətdir, digərləri isə ikinci dərəcəli əlamətlərdir. Belə ki, hər bir etnik birliyin vahid dili, vahid etnik ərazisi, məişət- mədəniyyət ümumiliyi və mənşə birliyi mövcuddur; bununla belə hər bir etnik birliyin öz-özünü dərk etmək, öz-özünü anlamaq xüsusiyyəti vardır. Hər bir xalqın müxtəlif tarixi inkişaf dövründə onun etnoqrafik xarakteristikasında, göstərilən əlamətlərdən biri və ya bir neçəsi ön plana çıxa bilər.
DİL. Yer kürəsində yaşayan xalqların əksəriyyəti öz milli dillərində danışır. Lakin çox vaxt müxtəlif xalqlar eyni bir dildə danışırlar. Məs. bütün Latın Amerikası ölkələrində — ispan dilində, Avstriya, Almaniya, İsveçrə və b. ölkələrdə alman dilində danışırlar. Eyni zamanda biz, bir xalq arasında iki və ya daha artıq dillərin yayılmasını da müşahidə edirik. Məs: irlandiyalılar həm irland, həm də ingilis dilində, hindistanlılar həm hindi, həm də ingilis dilində, Rusiya xalqları həm rus, həm də öz milli ana dillərində danışırlar. Buradan belə nəticə çıxır ki, dil bir xalqı başqalarından fərqləndirən yeganə əlamət hesab edilə bilməz.ETNİK ƏRAZİ. Etnik ərazi, yəni müəyyən xalqın yerləşdiyi vilayət onu başqa xalqlardan fərqləndirən mühüm əlamətlərdən biridir. Hər bir xalq adətən müəyyən bir ərazidə formalaşır. Lakin, bəzən tarixi inkişaf prosesində bir xalq başqa bir xalqla ərazi cəhətdən qarışıq yaşamağa məcbur olur. Belə bir vəziyyətdə parçalanmış etnik ərazi yaranmış olur: çünki xalqın müxtəlif hissələri arasındakı əlaqələr sarsımış vəziyyətdə olur. Buna misal olaraq Rusiyada yaşayan başqırdları, azərbaycanlıları, tatarları, karelləri, buryatları və s. göstərmək olar. Belə bir şəraitdə xalqın daxili birləşmə qüvvəsi zəifləyir, hətta azlıqda qalan kiçik hissələri böyük xalqlarla qaynayıb qarışır. Lakin elmə belə bir hal da məlumdur ki, xalq öz ərazi birliyinin pozulmasına baxmayaraq, vahid bir birlik kimi öz inkişafını davam etdirir.MƏİŞƏT VƏ MƏDƏNİYYƏT ÜMUMİLİYİ. Oxşar təbii şəraitdə, bir-birilə ünsiyyətdə yaşayan insanlar bir qayda olaraq maddi və mənəvi mədə-niyyət sahəsində oxşar mədəni ünsürlər yaradırlar. Məs: çox vaxt yaşayış məskənləri, evlər, geyim tipləri ayrı-ayrı nəqliyyat növləri bir-birinə bənzəyir. Bütün bu ünsürlər etnik əlamətlər sayıla bilər. Lakin bunlar ikinci dərəcəli əlamətlərdir; çünki mədəniyyətin oxşar əlamətlərinin yayılma sahəsi çox vaxt etnik əlamətlərlə uyğun gəlmir. Məs. karellər və vepslər maddi mədəniyyətin bütün xüsusiyyətinə görə şimali ruslara çox yaxındırlar; moldavanların maddi mədəniyyəti ukraynalılarınkı ilə, latışlarınkı isə estonlarla çox uyğunluq təşkil edir.
MƏNŞƏ BİRLİYİ. Bu cəhət yalnız nadir hallarda bir xalqı başqalarından ayırmaq üçün fərqləndirici əlamət sayıla bilər. Lakin xalqları fərqləndirərkən onu da mütləq nəzərə almaq lazımdır. Məs. müxtəlif ölkələrdə yaşayan qaraçılar, yəhudilər, zəncilər və s. mənşə etibarilə ayrıca qrup təşkil edirlər.
ETNİK ÖZ-ÖZÜNÜ ANLAMA. Etnik birlik əlamətlərindən birini də etnik öz-özünü anlama təşkil edir. Bəzi alimlər bu aləməti hətta əsas, həlledici əlamət kimi qəbul edirlər. Qarışıq mənşəli insanlar adətən özlərini istədiyi etnosa aid edə bilərlər.
ETNOQRAFİYANIN MƏNBƏLƏRİ VƏ TƏDQİQAT ÜSULLARI
Etnoqafiya elminin əsas mənbəsini tədqaqatçının çöl müşahidələri təşkil edir. Etnoqrafın çöl müşahidələri müxtəlif formalarda aparılır:
Bilavasitə müşahidə,
Etnoqrafın yerli əhalinin işində fəal iştirakı,
İnformatorlarla müsahibə.
Bu üsullarla toplanılan materiallar etnoqraf tərəfindən çöl gündəliyinə daxil edilir. Eyni zamanda tədqiqatçı müxtəlif rəsmlər çəkir, məlumatçıların söhbətlərini maqnitofon lentinə yazır. İmkan olduqda o, həm də maddi mədəniyyət əşyaları toplayır və bu yolla muzey fondlarını zənginləşdirir. Bir qayda olaraq çöl işlərinin aparılmasının iki başlıca metodu vardır: 1) Ekspedisiya üsulu və 2) Stasionar üsul. Birinci üsula görə etnoqraf tək və ya bir neçə nəfər mütəxəssislə birlikdə onu maraqlandıran obyektə gedir. Orada yaşayan əhalinin məişət və mədəniyyətini müşahidə edir. Bir qayda olaraq ekspedisiya qısa müddət üçün (10 gündən 3 aya qədər) nəzərdə tutulur. Bu müddət qısa olsa da, geniş ərazidə etnoqrafik material toplanılır. Stasionar iş üsuluna görə etnoqraf uzun müddət (bəzən 10-15 il) müəyyən bir kəndin və ya şəhərin əhalisi içərisində qalır, onun sakinlərinin məişət və mədəniyyətini öyrənir. Hər iki iş üsulunun həm müsbət və həm də mənfi cəhətləri vardır. Məs. Ekspedisiya zamanı etnoqraf eyni zamanda bir çox kəndləri öyrənir və burada topladığı materiallar əsasında müqayisələr və ümumiləşdirmələr etmək imkanına malik olur. Digər tərəfdən müşahidəçi həmin kəndlərin hər birində qısa müddət ərzində qaldığından (bəzən cəmi 1-2 gün və ya 1-2 saat) o, həmin kənd sakinlərini hərtərəfli və bütünlüklə öyrənə bilmir, onları yalnız səthi tədqiq edir. Stasionar iş üsulu zamanı etnoqraf müəyyyən bir kəndin, rayonun və ya zonanın əhalisini dərindən və hərtərəfli öyrənsə də o, müqayisələr və ümumiləşdirmələr edə bilmir. Buna görə də etnoqrafik çöl tədqiqatları ilə məşğul olarkən, hər iki iş üsulunu əlaqələndirmək lazımdır.
ETNOQRAFİYA BİR ELM kimi digər humanitar və təbiət elmləri ilə sıx surətdə əlaqədardır. Onun antropologiya, arxeologiya, linqvistika, folkloristika və çoğrafiya ilə sıx əlaqəsi mövcuddur. Antropologiyanın irqlərin yaranmasına dair olan bölməsi, insan irqlərinin ərazi cəhətcə yayılması, tarixi-sosial əlaqələr zəminində insanın fiziki simasının dəyişməsini öyrənən sahələri etnik antropologiya adlanır. Arxeoloji materiallar üzrə mədəni-məişət xüsusiyyətlərinin müəyyənləşdirilməsi qədim etnik qrupları bir-birindən ayırmağa imkan verir. Arxeologiyada son vaxtlarda meydana çıxan bu xətt paleoetnoqrafiya adlanır. Etnik antropologiyanın və paleoetnoqrafiyanın verdiyi materiallar xalqın etnik tarixinin ilk mərhələlərini öyrənməyə imkan verir. Yuxarıda dediyimiz kimi etnoqrafiyanın dilşünaslıqla, ədəbiyyatşünaslıq və folklorşünaslıqla da tematik və problem yaxınlığı vardır ki, bunlar xalqların mənəvi mədəniyyətlərinin spesifik cəhətlərini anlamağa imkan yaradır. Hər bir dilin daxili inkişaf qanunauyğunluğu mövcuddur ki, bu bilavasitə həmin dilin daşıyıcıları ilə sıx surətdə əlaqədardır. Odur ki, dilşünaslıqda xüsusi bir bölmə-etnolinqvistika bölməsi vardır. Elmin bu sahəsi dilin mənşəyini, onun başqa dillərlə qohumlugunu və yaxınlığını öyrənməklə məşgul olur. Elmlərin etnososiologiya və etnopsixologiya sahələrinə də bu mövqedən yanaşmaq lazımdır. Etnoqrafiyanı öz ağuşunda böyüdən coğrafiya əhalini, onun yerləşməsini, ətraf mühitə insanların təsirini öyrənməklə yanaşı bu elmlə də öz sıx əlaqəsini saxlayır. Etnoqrafiya ilə əlaqəsi olan coğrafiyanın həmin sahələri demoqrafiya, statistika, etnocoğrafiya, etnokartoqrafiya, etnostatistika və s. dir. Etnobotanika və etnozoologiya elmləri də etnik birliklərin qədim inkişaf tarixini izləməyə imkan verir.
Elmin müstəqil bir sahəsi kimi etnoqrafiya XIX əsrin ortalarında Qərbi Avropa və Amerika ölkələrində təşəkkül tapmağa başlamışdır. XIX əsrin 60-70-ci illərində müxtəlif ölkələrdə etnoqrafik təşkilatlar və cəmiyyətlər meydana çıxmışdır. Lakin «Etnoqrafiya» sözünü bundan əvvəlki tarixi dövrlərdə də işlətmişdilər. Ancaq o vaxtlar bu söz elmi məna daşımırdı. Hələ 1607-ci ildə yazıçı İohan Zommer Maqdeburq şəhərində «Etnoqrafik məcmuə» nəşr etməyə başlamışdı. 1791-ci ildə isə Nyurenberq şəhərində «Etnoqrafik albom» dərc edilmişdir. 1820-ci ildə macar xalq geyim kompleksini əks etdirən albom dərc olundu ki, bu albomun üstünə «Etnoqrafiya» sözü yazılmışdı. 1826-cı ildə İtaliya coğrafı Adriano Balbi «Etnoqrafik atlas» çap etdirmişdi. Hazırda müasir etnoqrafiyanın qarşısında çox mühüm vəzifələr durur ki, bunları da başlıca olaraq 6 qrupa ayırmaq mümkündür:
1) Ayrı-ayrı ölkələrin, həmçinin bütün dünya əhalisinin etnik tərkibinin öyrənilməsi;
2) Xalqların etnik tarixi və etnogenezi problemi.
3) Nəsli qəbilə quruluşunun, yəni sinifsiz cəmiyyətin öyrənilməsi.
4) Tarixən formalaşan milli-mədəni ənənələrin öyrənilməsi.
5) Müasir məişətin öyrənilməsi.
6) Müasir etnik proseslərin öyrənilməsi.
1. İlk baxışda birinci problemin araşdırılması adama çox asan görünür. Məs. biz deyirik ki, İtaliyada italyanlar, Koreyada koreyalılar yaşayırlar. Əslində isə bu məsələ göründüyündən qat-qat çətindir. Çünki hər bir ölkədə əsas millətdən başqa, bir çox digər xalqların nümayəndələri də, yəni azlıqda qalan qeyri-əsas xalqlar da yaşayır. Çox vaxt bu milli azlıqların sayını müəyyən etmək o qədər də asan olmur. Çünki, belə bir sual meydana çıxır ki, biz əhalinin hansı qrupunu müstəqil xalq, hansını isə əsas millətin tərkib hissəsi kimi qiymətləndirməliyik? Məhz, buna görə də etnoqraflar adətən etnik və etnoqrafik qrupları həmçinin milli azlıqları həm əsas xalqdan, həm də bir-birindən fərqləndirməyə çalışırlar.
2. Xalqların etnik tarixi və etnogenezi problemi, hər bir xalqın sistematik tədqiqinə başlanılan zaman, tədqiqatçının qarşıya qoyduğu əvvəlinci məsələlərdən biridir. Bu məsələ eyni dərəcədə həm tarixçini, həm arxeoloqu, həm antropoloqu, həm də dilşünası maraqlandırır. Bu problemin həll edilməsi üçün bütün adları çəkilən elmlərin məlumatından istifadə olunmalıdır. Başqa sözlə desək, hər hansı bir xalq arasında üstünlük təşkil edən irqi tiplər haqqındakı məlumatları (antropologiya); onun dili haqqındakı məlumatı (dilşünaslıq); öyrənilən xalqın əcdadlarının qədim maddi izləri haqqındakı məlumatları (arxeologiya); habelə yazılı mənbələrin və xalqın özünün folklor materiallarını mütləq nəzərə almaq lazımdır. Məlum olduğu kimi xalqın mənşəi uzun sürən, mürəkkəb tarixi-etnik prosesdir. Xalqın etnik tarixi, onun həm ictimai-iqtisadi, həm siyasi, həm də mədəni tarixi ilə əlaqədardır. Bu tarixi inkişaf gedişində, bəzən xalqın dili də dəyişikliyə məruz qalır. Etnik inkişaf prosesində müəyyən vaxt ərzində insanların sosial birliklərinin tipləri də dəyişilir. Qəbilələrdən qəbilə ittifaqları yaranır ki, bunlar da sonralar xalqlara, axırıncılar isə öz növbəsində, kapitalist münasibətlərinin inkişafı ilə əlaqədar olaraq, etnik birliyin yeni tipi olan millətlərə çevrilirlər.
3.Nəsli qəbilə quruluşunu, yəni sinifsiz cəmiyyəti qismən arxeoloji məlumatlar əsasında öyrənmək mümkündür. Lakin məlum olduğu kimi arxeoloji materiallar cansız, dilsiz materiallardır. Onların əsasında biz yalnız ibtidai insanların əmək alətlərini, incəsənəti, qismən təsərrüfat formalarını və maddi mədəniyyətin digər sahələrini öyrənə bilərik. İbtidai insanların ictimai quruluşunun bir çox cəhətləri (ana nəsli qaydaları, ailə və nigahın ilkin formaları, yaşa və cinsə görə bölgü, hakimiyyətin təşkili) indiyədək arxaik qaydaların nisbətən hökm sürdüyü Avstraliya, Amerika və Afrikanın yerli əhalisinin öyrənilməsi prosesində mümkün olmuşdur.
4.Tarixən formalaşmış milli mədəni ənənələrin öyrənilməsi də mühüm problemlərdəndir. Mütərəqqi alimlər göstərirlər ki, hər bir xalq öz böyüklüyündən və kiçikliyindən asılı olmayaraq dünya mədəniyyəti xəzinəsinə müəyyən əvəzedilməz incilər bəxş edir. Beynəlmiləl mədəniyyətin yaranmasında hər bir xalqın mədəni nailiyyətinin səviyyəsini bilmək lazımdır. Burada maddi mədəniyyət abidələri, tikintinin tipləri və formaları, sənətkarlıq texnikası, bədii sənətkarlıq, xalq musiqisi, xalq təbabəti və s.dən söhbət gedir. Milli mədəniyyətlərin öyrənilməsi, onlarda olan müsbət və mənfi cəhətlərin hərtərəfli müəyyən edilməsi ona görə vacibdir ki, bu beynəlmiləl tərbiyəyə və bizə pis adətlərdən xilas olmaqda kömək edir. Eyni zamanda əməyə, hər bir xalqın yaradıcılığına hörmətlə yanaşmağı öyrədir.
5.Müasir məişətin öyrənilməsi problemi yalnız son zamanlarda qarşıya qoyulmuşdur. Buna görə də hələlik o, zəif öyrənilən sahələrdən sayılır. Etnoqraflar çoxdan öyrənilmiş məişət və mədəniyyət formalarını tədqiq etməyə adət etdiklərindən yeniliyi müşahidə etməkdə çətinlik çəkirlər. Müasir məişətimizi öyrənmək üçün daha çox müşahidə aparmaq, tədqiq etmək, mədəni-məişət formalarının dəyişilməsi prosesini, yeni etnik ənənələrin formalaşmasını izləmək lazımdır.
6.Müasir etnik proseslərin öyrənilməsi problemi dünya etnoqrafiyası qarşısında duran ən mühüm problemlərdən biridir. Müasir dünyada baş verən böyük ictimai-iqtisadi və siyasi dəyişikliklər öz təsirini xalqların etnik inkişafında da göstərir. Millətlərin qovuşması, etnik birliklərin böyüməsi və yeni millətlərin formalaşması prosesi müasir dövrün əsas proseslərindəndir. Bu hər şeydən əvvəl o ölkələrdə daha çox nəzərə çarpır ki, orada etnik rəngarənglik daha çoxdur. Məsələn, Qafqazda, Tacikistanda, Hindistanda, İndoneziyada və bir sıra Afrika ölkələrində vəziyyət belədir. Hazırda etnik inkişaf prosesində pərakəndəlik aradan qalxır, əhali daha iri etnik qruplarda birləşirlər. Bəzi ölkələrdə bu proses həyat səviyyəsinin iqtisadi və mədəni cəhətdən yüksəlməsi ilə, keçmiş müstəməkələrdə və asılı ölkələrdə isə azadlıq hərəkatı ilə bağlıdır.
Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası
| ['etnoqrafiya'] |
76 | https://kayzen.az/blog/politologiya/27312/franklin-delano-ruzvelt-franklin-d.-roosevelt.html | Franklin Delano Ruzvelt (FRANKLIN D. ROOSEVELT) | luminat | Tarix və politologiya | 10 noyabr 2022, 17:20 |
Franklin D.Ruzvelt XX əsrin ən görkəmli və parlaq siyasi xadimlərindən biri hesab edilir. Onun prezidentliyi ölkə daxilində və bütün dünyada böyük hadisələr, kataklizmlərlə zəngin dövrə təsadüf edir. 1932-ci ildə Amerika xalqı dövlət sükanını Ruzveltə etibar edərkən ölkə batan «Titanik»i xatırladırdı: banklar bağlanmış, konveyrlər dayanmışdı, fermerlər torpaq becərmir, milyonlarla əhali Xilasetmə Ordusunun təşkil etdiyi pulsuz yemək payını almaq üçün alçaldıcı növbələrə dayanırdılar. Ruzveltə nəinki ölkəsini milli faciə hesab edilən ağır iqtisadi böhrandan çıxarmaq nəsib oldu, o, millətin öz gücünə inamını özünə qaytararaq Birləşmiş Ştatları super hegemon dövlətə çevirdi. Məhz onun təşəbbüs və bilavasitə iştirakıyla antihitler koalisiyası yaradılmış, bəşəriyyət faşist taunundan xilas edilmişdi. Taleyin qəribə işləri olur. Ömrünün çiçəkləndiyi dövründə hərəkət etmək qabiliyyətini itirən Ruzveltin həyatı xəstəxana palatası çərçivəsində qala bilərdi. Lakin o özündə nəhəng iradə və enerji ehtiyatı taparaq acı qisməti ilə barışmamış vətənin ağır günündə ölkəsinə rəhbərlik etmişdir.Ruzveltlər sülaləsindən çoxlu dövlət xadimləri, iş adamları, bankirlər, torpaq sahibləri çıxmışdır. Məhz bu səbəbdən Ruzveltlər daim ictimaiyyətin diqqət mərkəzində olmuş, haqlarında şayiələr dolaşmışdır. Hətta 1935-ci ildə Amerika yəhudi icması prezidentin yəhudi olduğunu bildirib. Bu fakt öz təsdiqini tapmasa da, birmənalı olaraq inkar da edilməmişdir. Amerika tarixçiləri, həmçinin F.D.Ruzveltin bioqrafları yalnız Yeni Dünyada yaşamış Ruzveltlərin nəsil şəcərəsini dəqiq müəyyənləşdirə biliblər. İlk olaraq Klaus Martinson van Ruzvelt 1643-cü ildə Hollandiyadan köçərək Amerikaya gəlmişdir. O və oğlu Nikolas haqqında bilgilər yox dərəcəsindədir. Amma Nikolasın Teodor və Franklin Ruzveltlərin ulu babası olduğu məlumdur. Nikolasın böyük oğlu İoannın nəslindən Teodor, kiçik oğlu İakovun nəslindən isə Franklin dünyaya gəlib.Franklin D.Ruzvelt 1882-ci il 30 yanvarda Nyu-Yorkda anadan olub. Atası Ceyms Ruzvelt şəhərin varlı və nüfuzlu iş adamlarından idi. Anası Sara Delano əcdadları «Meyfla- uer» gəmisində Amerikaya köçən piliqrimlərdən olan aristokrat ailədən çıxmışdı. Ailənin maddi problemləri olmadığı üçün balaca Franklin yalnız xüsusi müəllimlər yanında təhsil alır. 14 yaşında ikən valideynləri onu təhsil almaq üçün Boston yaxınlığında yerləşən Qroton şəhərindəki nüfuzlu ictimai məktəbə göndərirlər.1900-cü ildə məktəbi uğurla bitirən Franklin dənizçi olmağa qərar versə də, valideynlərinin sərt təpkisi ilə üzləşir. Onların istəyilə gənc Ruzvelt Harvard Universitetində təhsilini davam etdirir.Elə həmin il ailəyə bədbəxtlik üz verir. Franklinin atası vəfat edir.1904-cü ilə qədər Harvardda təhsil alan Ruzvelt bu ərəfədə prezident T.Ruzveltin uzaq qohumu Eleonora Ruzveltlə tanış olmuş və onlar 1905-ci ildə ailə qurmuşlar. Onların beş övladı olmuşdur.1904-1907-ci illərdə Kolumbiya Universitetinin hüquq fakultəsində oxuduqdan sonra, Ruzvelt Nyu-York Vəkillər Assosiasiyasına daxil olur. Üç il «Karter, Ledyard və Milbern» vəkillər kontorunda çalışır. Bu nüfuzlu vəkillər kontoru «Standart oyl», «Ameriken tobako» kimi nüfuzlu şirkətlərə qulluq edirdi.F.D.Ruzveltin siyasi karyera etməsinə Teodor Ruzveltin böyük təsiri olub. Xanımı ilə tez-tez Ağ Evdə ziyafətlərdə iştirak edən Ruzvelt prezidentdən dəyərli məsləhətlər alır. Onun siyasi fəaliyyət üçün Demokrat partiyasını seçməsi atasına olan böyük rəğbətdən irəli gəlirdi. Atası vaxtilə bu partiyanın alovlu tərəfdarı olmaqla yanaşı demokrat-prezident Klivlendlə dostluq əlaqələrinə malik idi.1910-cu il noyabrda Ruzvelt Nyu-York parlamentinə seçilir. İki il burada fəaliyyət göstərir. Vilson prezident seçildikdən sonra isə hərbi-dəniz nazirinin müavini təyin edilir və yeddi il bu vəzifədə çalışır. 1920-ci il prezident seçkilərində demokrat Ceyms Koksla birgə vitse-prezidentliyə namizəd göstərilir. Seçkilərdə ağır məğlubiyyətdən sonra, qısa müddətə siyasətdən kənarlaşır və Merilend sığorta kompaniyasının Nyu-York şöbəsinə başçılıq edir. Tezliklə siyasi fəaliyyətini bərpa edəcəyini güman etsə də, bu niyyəti 1928-ci ilədək yubanır.1921-ci ilin yayında inzibati qayğılardan azad olan Ruz- velt Kampobello sahillərində dincələn ailəsinin yanına gedir. Bir neçə gün sonra ayaqlarında dəhşətli ağrılar başlayır və hərarəti 40 dərəcəyə çatır. Həkimlərin ilkin müayinəsi onun uşaq poliomelitinə mübtəla olduğunu göstərir. Nəticədə hər iki ayağı iflic olan Ruzvelt hərəkət etmək qabiliyyətini itirir. Tam sağalmaq niyyətilə bir müddət böyük siyasətdən kənar qalaraq, elmi-ictimai fəaliyyət göstərmiş, ABŞ-in xarici siyasət kursunu təkmilləşdirmək üçün Vudro Vilson fondunun, Con Hopkins Universiteti nəzdində diplomatlar hazırlayacaq Uolter Peyc Məktəbinin yaradıcılarından olmuşdur.Yenidən siyasi arenaya qayıdan Ruzvelt 1928-ci və 1930-cu illərdə ardıcıl olaraq Nyu-York ştatının qubernatoru seçilir. Qubernator olduğu müddətdə dövlət idarəetmə sisteminə yaxından bələd olur və 1932-ci il prezident seçkilərinə demokrat partiyasından namizəd göstərilir.Ruzveltin seçkiönü kompaniyasının aparıcı mövzusu ölkənin ağır iqtisadi böhrandan çıxarılması idi. Ümummilli qurtuluş planı hazırlamaq məqsədilə o, R.Moli, S.Rozenman kimi Universitet professorlarına müraciət edir. Ağ Evə gedən yolda, ona Cozef Kennedi, H.Morgentau, U.Vudin, H.Leman və digər böyük kapital sahibləri maliyyə dəstəyi verirlər. 8 noyabr 1932-ci ildə keçirilən seçkilərdə F.D.Ruzvelt 57,4 % səs toplayaraq prezident seçilir.Fəaliyyətə başladığı ilk günlərdən ölkənin iqtisadi bataqlıqdan xilas etmək üçün «Yeni xətt» sosial-iqtisadi islahatlar proqramını həyata keçirir. Ruzvelt hökuməti birinci olaraq ölkənin maliyyə sistemini qaydaya salmaq üçün xaotik bank əməliyyatlarında radikal islahatlar keçirir. Bununla yanaşı təxirəsalınmaz sosial problem — işsizlik probleminin həlli gündəmə gətirilir. Əhalinin maddi vəziyyətini yaxşılaşdırmaq üçün müvəqqəti vasitələrdən — ayrı-ayrı ştat və icmalara birbaşa yardım etməkdən — istifadə edilir. «Yeni xətt» proqramında əsas amil kimi nəzərdə tutulmasına baxmayaraq işsizlik problemi yalnız İkinci Dünya Müharibəsi başladıqda tam həllini tapmışdır.Ruzveltin proqramının başlıca ideyası çox sadə idi: yeni iş yerləri açmaqla əmək qabiliyyətli işsizləri küçələrdən yığışdırmaq, onların öz bacarıqlarına olan inamını özünə qaytarmaq. Bu işlərdə Ruzveltin inandığı şəxslərdən olan Harri Hopkins böyük işlər gördü. Məhz Hopkinsin rəhbərlik etdiyi administrasiya 122.000 ictimai bina, 664.000 km yeni yollar, 77.000 körpü və 285 aeroport tikdi.İqtisadiyyatın ən çox ziyan çəkdiyi kənd təsərrüfatı sahəsində də təcili tədbirlər görüldü. Qəbul edilmiş Konqres qanunlarına əsaslanaraq istehsala və qiymətlərə dövlət nəzarəti gücləndirildi. Əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə maksimal iş günü və ən aşağı məvacib həddi müəyyənləşdirildi, 16 yaşına çatmamış uşaqlara işləmək qadağan edildi.Prezidentliyinin ilk illərində Ruzveltin xarici siyasi kursu ikili xarakter daşımışdı. «Yeni xətt» iqtisadi proqramının uğurla həyata keçməsinə çalışaraq, xalqın və Konqresin istəyinə uyğun olaraq təcridçilik siyasətinə qarşı çıxmır, lakin təcridçiliyi heç də uğurlu hesab etmirdi.30-cu illərin sonlarına yaxın «Üçüncü reyx»in yeritdiyi təcavüzkar siyasət bütün dünyada sülhə təhlükə yaradırdı. T.Cefferson, T.Ruzveltin baxışlarını əsas tutan Ruzvelt Avropada güclərin tarazlığının saxlanmasının ABŞ-ın həyati maraqları çərçivəsində olduğunu yaxşı bilirdi. Vilson kimi o da «elə bir dünya» arzusunda idi ki, burada sülhün bərqərar olması üçün kollektiv təhlükəsizlik prinsipləri əsas tutulsun. Yuxarıda qeyd etdiyimiz amillərlə yanaşı, azad dünya iqtisadiyyatının inkişafina şərait yaradılması da zərurətə çevrilirdi.Hitler və «Üçüncü reyx» Avropada qüvvələr tarazlığına, bütün dünyada sülhə və azad dünya iqtisadiyyatına açıq-aşkar təhlükə yaradırdı.Təcavüzkarların Avropa və Asiyada hər növbəti qələbəsi Amerika iqtisadiyyatına üz verə biləcək fəlakəti yaxınlaşdırırdı. Digər tərəfdən ABŞ və Avropadakı müttəfiqlərinin Dünya okeanına nəzarəti itirmələri «Ox» dövlətlərinin Qərb yarımkürəsinə birbaşa hücumunu təmin edə bilərdi.Ruzvelt hələ 1941-ci ilə qədər də müharibəni yeni dünyanın qurulması uğrunda təcavüzkar və sülhsevər millətlər, liberal demokratiya və barbarlıq, vətəndaş və cinayətkar, xeyir və şər arasında mübarizə kimi şərh edirdi. Lakin yuxarıda qeyd etdiyimiz səbəblərdən artıq Avropada başlanmış müharibəyə tərəddüdlə yanaşılırdı. Lakin Pörl-Harbör faciəsi bu tərəddüdlərə son qoydu.Müharibədə iştirakla yanaşı, Ruzvelti 1943-cü ildən daha bir problem — müharibədən sonra düşmən dövlətlərlə qurulacaq münasibətlər də narahat edirdi. Bu problemin həlli yönündə atdığı hər addım haqda xalqa hesabat verməli idi. İctimai rəy, Konqresə seçkilər və nəhayət 1944-cü ildə keçiriləcək prezident seçkiləri bunu zəruri edirdi.Tarixin ən fəlakətli müharibəsində ABŞ-ın iştirakını təmin etmək və onu bu müharibədən qalib çıxartmaq, ölkəyə rəhbərlik edən şəxsdən böyük iradə və güc tələb edirdi. 1945-ci ilin ilk aylarından Ruzveltin səhhəti korlanır. Bu ərəfədə artıq Avropada münasibətlər aydınlaşmağa doğru gedirdi. Həkimlərin məsləhəti ilə o, Uorm-Sprinqsdəki malikanəsində dincəlməyə gedir. Elə burada da 12 aprel 1945-ci ildə beyninə qan sızması nəticəsində vəfat edir. Bədbəxt hadisə rəssam Elizabet Şuvalova onun portretini çəkərkən baş verib.Statistik baxımdan Ruzveltin bütün prezidentlərdən fərqi, onun ardıcıl olaraq dörd dəfə prezident seçilməsidir.Amerika xalqı dövrün tələblərinə uyğun olaraq ona əsası Corc Vaşinqton tərəfindən qoyulmuş ənənəni pozmağı güzəştə getsə də, tezliklə Konstitusiyaya edilmiş düzəlişlə, bir şəxsin iki dəfədən artıq prezident seçilməsini rəsmən yasaqlayır.30-cu illərin ortalarında F.D.Ruzveltin bioqrafiyasını yazmaq istəyən Emil Lüdviq prezidentlə söhbətində ona belə deyir: «Bu iş mənim üçün təzə və olduqca çətindir. Napoleon, Bismark, Höte və Bolivarın bioqrafiyasını yazmaq mənə daha asan idi. Sizi dəyərləndirmək çox çətindir — Siz yaşayırsınız». Bu sözlərdən mütəəssir olan Ruzvelt belə cavab verir: «...O halda təklif edərdim ki, yüz il gözləyəsiniz».Haqqında kitablar, monoqrafiyalar yazılması üçün yüz il gözləmək lazım gəlmədi. Bu gün nəinki Birləşmiş Ştatlarda, dünyanın əksər ölkələrinin kitabxanalarında onun haqqında yazılmış kitablar onlarladır. Zaman keçdikcə Franklin D.Ruzveltin şəxsiyyətinə olan maraq daha da artır. Dünyada mürəkkəb qlobal proseslərin getdiyi, yeni güc mərkəzlərinin formalaşdığı bir dövrdə məhz belə xadimlərin yeri görünür.Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentləri” kitabı. Bakı, 2012, 248 səh.
| ['Franklin Ruzvelt', 'Amerika prezidenti', 'Amerika prezidentləri', 'Franklin Delano Ruzvelt', 'ABŞ prezidenti', 'ABŞ prezidentləri'] |
77 | https://kayzen.az/blog/din/27266/az%C9%99rbaycanda-kils%C9%99l%C9%99r-dini-d%C3%B6z%C3%BCml%C3%BCl%C3%BCy%C3%BCn-uzun%C3%B6m%C3%BCrl%C3%BC-%C5%9Fahidl%C9%99ri.html | Azərbaycanda kilsələr - dini dözümlülüyün uzunömürlü şahidləri | gunelb | Din və teologiya | 7 noyabr 2022, 23:55 |
Azərbaycan tarixən müxtəlif inancların, fərqli dini konfessiyaların birgə və əmin-amanlıq şəraitində yaşadığı ölkədir. Respublikamızda kilsələr, sinaqoqlar, məscidlər və müxtəlif dini məbədlər eyni vaxtda yanaşı fəaliyyət göstərir. Keçən silsilə yazılarımızda şəxsi müşahidələrimizə, müxtəlif mənbələrə, o cümlədən də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytına əsaslanaraq ölkə ərazisində mövcud olan qədim alban məbədləri, daha sonra məscidlərimiz haqqında oxucularımıza silsilə yazılar təqdim etmişik. İndi isə paytaxtda və bölgələrdə fəaliyyət göstərən kilsələr haqqında məlumat verəcəyik.
Pravoslav kafedral kilsəsi 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında, rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin maddi yardımı və ianələr hesabına inşa edilib. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri, o cümlədən rus çarının Qafqazdakı canişini qraf Vorontsov-Daşkov iştirak edib.
İlk zamanlar məbəd 262-ci Salyan piyada ehtiyat alayının tabeliyində idi və onların mənəvi ehtiyaclarını ödəyirdi. 1920-ci ildə Sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olmuş, onun baş keşişi isə güllələnib. Məbəd kommunist rejimi vaxtı anbara çevrilsə də, bir müddət sonra isə idmançıların ixtiyarına verilərək, idman zalı kimi istifadə olunmağa başlanıb.
1990-cı ildə Qanlı Yanvar hadisələri zamanı kilsənin dam örtüyünə iki mərmi düşüb. Bunun nəticəsində dam tamamilə dağılmış, döşəmə çöküb, divarlar isə çatlayıb. Məbədin yarıdağılmış binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinin sərəncamına verilib. Bakıda Arxiyerey Kafedrasının təsis edilməsindən sonra kilsədə bərpa işlərinin aparılmasına imkan yaranıb. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin qayğısı və köməyi ilə məbəddə təmir-bərpa işləri aparılıb. Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi Azərbaycana səfəri zamanı 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan edərək ona baş kafedral kilsə statusu verib. Açılış mərasimində Ulu Öndər Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçıları iştirak ediblər. Moskvada yaşamış Ümumrusiya Azərbaycan Konqresinin sabiq vitse-prezidenti Aydın Qurbanovun köməkliyi ilə kilsənin ikinci həyatına qovuşdurulması diqqətəlayiq haldır. O, Bakı və Azərbaycan Yeparxiyasının əsas kilsəsinin dirçəldilməsi üçün tələb olunan maliyyə və maddi vəsaitlərinin əsas hissəsini öz üzərinə götürüb. Azərbaycanın paytaxtında Rus Pravoslav məbədinin bərpa edilməsində göstərdiyi xidmətlərə görə Moskva və Ümumrusiya Patriarxı II Aleksi müsəlman xeyriyyəçini «Pravoslav Ordeni» ilə təltif edib. Sözügedən pravoslav ibadət yerində xristian ənənəyə görə, Bakı şəhərinin himayəçisi Müqəddəs Varfolomeyin qurumuş cəsədindən olan hissələr saxlanılır.
Bakıdakı daha bir möhtəşəm kilsə «Mixail-Arxangel» pravoslav kilsəsidir. Mixail Arxangel kilsəsi Bakıdakı ən qədim pravoslav məbədlərindən biridir. Kilsə XIX əsrin 40-cı illərində inşa edilmişdir və hərbi ibadət yerlərindən sayılırdı. 1855-ci il tarixli, 39 saylı «Qafqaz» qəzetinin məlumatına görə, məbəd Xəzər dəniz idarəsinin bütün rütbəli şəxsləri tərəfindən, Rusiya könüllü donanmasının və polkunun şefi şərəfinə tikilib. Bu səbəbdən, onun dua otağı ilk vaxtlar gəmi göyərtəsini xatırladırdı və o, Xəzər donanmasına tabe idi. Bu dövrdə məbəd, «Donanma kilsəsi» (rusça «Flotskaya») adlanırdı. Kilsə pskov stilində inşa edilib. 1873-cü ildə məbədin binası Bakı batalyonuna, daha sonra isə Salyan polkuna verilir. 1875-ci ildə kilsə Yeparxial idarənin rəhbərliyinə verilib.1891-ci ildə hərbi idarənin protosviterinin razılığı ilə kilsə binasının bərpası başlanıb və 1892-ci ilin noyabr ayında təmir işləri yekunlaşıb. Təmir-bərpa işi Müqəddəs Sinodun vəsaiti hesabına aparılmışdı və 22 min rubla başa gəlmişdi. Kilsədə yeni çar qapıları və qurbangah quraşdırılıb, həmçinin məbədin digər yerləri də dəyişdirilib. Bütün nəqqaşlıq işləri rəssam Ems tərəfindən görülüb.
1 noyabr 1892-ci ildə yenicə bərpa edilmiş məbəddə Nikolay Baş kilsəsinin protoireyi və baş keşişi Aleksandr Vasilyeviç Yuniskiy tərəfindən ruhanilər məclisi ilə birgə Müqəddəs Arxistriq Mixailin şərəfinə müqəddəsləşdirilmə mərasimi həyata keçirilib. Kilsədə bir çox ikonalar var idi, amma onların arasında daha çox Müqəddəs Mitropolit Moskovskiy Aleksiy və Yaşaran İlahi Ana ikonaları seçilirdi. Bu ikonalar Salyan polkuna Afonsk Panteleymey monastrından hədiyyə kimi göndərilmişdi. Kilsədə Müqəddəs Mixail adına yalnız bir prestol (xristian məbədində bəzi dini mərasimlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuş kiçik masa) vardı. 8 noyabr 1899-cu ildə kilsəyə Müqəddəs Arxistriq Mixail adına ikona bağışlandı. Bu ikona Salyan polkunun himayəçisi sayılırdı. 1918-ci ildən 1923-cü ilə kimi Mixail-Arxangel kilsəsinin baş keşişi protoiyerey Sergiy Qorodsov olub. Sonradan o, Novosibirsk şəhərinin mitropoliti olub və Sibir əhalisi arasında müqəddəs insan kimi tanınıb. 1936-cı ildə sözü gedən məbəd Sovet hakimiyyəti tərəfindən bağlanıldı və yataqxanaya çevrildi. Faşizm üzərində qələbədən sonra, 1946-cı ildə kilsənin binası yenidən Rus Pravoslav Kilsəsinə qaytarıldı. 25 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksiy Mixail-Arxangel kilsəsinə baş çəkib və burada dua mərasimini həyata keçirib. Hal-hazırda Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin təşəbbüsü ilə məbədin aşağı mərtəbəsində müqəddəs apostol Varfolomey adına prixod (aşağı kilsə təşkilatına mənsub üzvlərinin yaşadığı yer) tikilir. Bakıda diqqəti çəkən daha bir xristian abidəsi «Müqəddəs Məryəm — mövlud» pravoslav kilsəsidir. Bazilika formasında olan «Müqəddəs Məryəm — mövlud» kilsəsi 1896-cı ildə ianələr hesabına inşa edilib. Kilsədə prixod məktəbi fəaliyyət göstərib. Oktyabr inqilabından sonra məbəd bağlanaraq hərbi kazarmaya çevrilib. 1944-cü ildə bu ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə qaytarılıb və ona Stavropol-Bakı yeparxiyasının Kafedral Kilsəsi statusu verilib.
1946-cı ildə Azərbaycandakı pravoslav kilsələrinin blaqoçini protoyerey Serqiy Kazanskinin təşəbbüsü ilə kilsədə əlavə mehrab quraşdırılıb. Kilsədə 1999-cu ildən 2001-ci ilə kimi Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşeinin qayğısı ilə yenidənqurma işləri aparılıb. 2001-ci ildə, mayın 26-da Moskva və Ümumrusiya Patriarxı II Aleksiy Müqəddəs Məryəm — mövlud kilsəsinə baş çəkib və burada dua mərasimini həyata keçirib. Kilsədə pravoslav ədəbiyyatı ilə zəngin kitabxana, uşaqlar üçün bazar günü məktəbi, həmçinin ehsan yeməkxanası fəaliyyət göstərir.
Bakıda həm arxitektura, həm də görünüş baxımından diqqətəlayiq xristian abidələrindən biri də «Bakirə Müqəddəs Məryəm» katolik kilsəsidir. Bakıda 1912-ci ildə neft maqnatları — Rılskilər ailəsi tərəfindən Bakirə Müqəddəs Məryəm katolik kilsəsi (memarı İ.K.Ploşko) inşa edilib. Sovet dövründə 1934-cü ildə kilsə dağıdılıb və onun yerində Dzerjinski adına klub — indiki Şəhriyar adına Mədəniyyət Evi tikilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün dini icmalara şərait yaradıldığı kimi Katolik icmasına da qayğı göstərilib və Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə dini məbədə ehtiyac duyan katoliklər üçün o vaxt bolşeviklər tərəfindən uçurulmuş kilsənin yerinə yenisinin inşa edilməsi məqsədi ilə ərazi ayrılıb. Bu ərazi 2004-cü ildə Azərbaycana gələn Vatikanın nümayəndə heyətinin başçısı kardinal Toran tərəfindən Roma-katolik kilsəsinin ənənəsinə uyğun olaraq təqdis edilib. Bir il sonra isə ölkəmizə səfər edən Roma-katolik kilsəsinin rəsmisi kardinal Kresçensio Sepe Prezident İlham Əliyev tərəfindən qəbul edilib, digər dini icmaların rəhbərləri ilə görüşüb və daha sonra tikiləcək kilsənin təməlqoyma mərasimində bünövrəyə yerləşdiriləcək ilk daşı təqdis edərək öz xeyir-dualarını verib. Bolşeviklər tərəfindən uçurulan Bakirə Müqəddəs Məryəm kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb. Eyni vaxtda 250-300 nəfərin ibadət edə biləcəyi salonu olan bu kilsə Neapol Memarlıq Universitetinin professoru Pado Ruceyro və Bakı şəhərinin baş memarı Akif Abdullayevin layihəsi əsasında inşa olunub. 2007-ci ilin aprelində Roma-katolik kilsəsinin Cənubi Qafqaz üzrə apostol nunsisi arxiyepiskop Klaudio Qudjerotti yeni kilsəni təqdis edib və ilk ibadəti həyata keçirib. Kilsənin rəsmi açılışı isə Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin 2008-ci ilin martında Azərbaycana səfəri çərçivəsində baş tutub. Açılış mərasimində dövlət başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus-pravoslav kilsəsinin Bakı və Xəzəryanı yeparxiyasının yepiskopu Aleksandr İşein, aparıcı dini icmaların rəhbərləri, diplomatik korpusun nümayəndələri, xarici qonaqlar iştirak ediblər. Bölgələrimizdə də böyük xristian kilsələri fəaliyyət göstərir. Gəncədə inşa edilmiş «Aleksandr Nevski» pravoslav kilsəsi 1887-ci ildə köhnə qəbiristanlığın yerində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılıb. Kilsənin binası Bizans memarlıq üslubunda kərpicdən tikilib. Bolşevik inqilabına qədər bu pravoslav ibadət yeri Baş kilsə stasuna malik idi. XX əsrin 20-ci illərində məbəd Sovet hakimiyəti tərəfindən bağlanılıb və başqa məqsədlər üçün istifadə olunub. 1946-cı ildə məbəd Rus Pravoslav kilsəsinə qaytarılıb. Kilsənin əski interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxıb. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonları xüsusilə qeyd etmək lazımdır.Məbəddə ibadət mərasimləri altıncı və bazar günləri, həmçinin pravoslav bayramlarında keçirilir.
Şimal bölgəsində-xaçmaz rayonunda yerləşən «Müqəddəs möcüzəvi Nikolay» pravoslav kilsəsi isə 1946-cı ilədək şəxsi ev olub, bundan sonra kilsə kimi istifadəyə verilmişdir. Kilsənin 64 kvadratmetr sahəsi var. Kilsənin həyəti abadlaşdırılıb, əlavə olaraq dini ayinlər həyata keçirmək üçün üç otaq tikilib. Bölgə xristianlarının dini mərkəzi kimi fəaliyyət göstərən kilsədə Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının rəhbərliyi ilə dini ayinlər icra edilir.
Dini və etnik tolerantlığın nümunəvi bölgələrindən sayılan Qəbələ rayonunda da "Çotari" Alban-Udi kilsəsi fəaliyyət göstərir.
Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Çotari alban-udi kilsəsi yerli sakinlərin vəsaiti hesabına 1723-cü ildə inşa edilib. Kilsənin adı qəsəbədəki Çotari məhəlləsinin adından götürülüb. Sovet hakimiyyəti illərində fındıq anbarı kimi fəaliyyət göstərmiş kilsədə 2003-cü ildə əsaslı bərpa və yenidənqurma işlərinə başlanılıb, 2006-cı ildə dindarların istifadəsinə verilib.
Oğuzda da «Kiski Qerqes» Alban-Udi kilsəsi fəaliyyətdədir.
Şimal-Qərb bölgəsində də xristian kilsələri mövcuddur. «Müqəddəs Georgi» gürcü-pravoslav kilsəsi Qax rayonunun Qaxingiloy kənd ərazisində yerləşir. Bu kilsə 1888-ci ildə xristian din əzabkeşi müqəddəs Georginin şərəfinə könüllü ianələr və Qafqazda Xristianlığın Bərpası İdarəsinin maliyyəsi ilə tikilib. Kilsə binasının ərazisi 120 kvadratmetrdir. Kilsə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur. Orada dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.
Qaxın Kötüklü kəndində də «Müqəddəs Sameba» gürcü-pravoslav kilsəsi var. Sahəsi 0.06 hektar olan kilsə 1892-1894-cü illərdə Qafqazda Xristianlığın Bərpası İdarəsi tərəfindən maliyyələşdirilərək tikilib. Kilsə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dini-tarixi abidə kimi qorunur. Hazırda kilsə binasının vəziyyəti orta səviyyədədir.
Qaxın Meşəbaş kəndindəki «Müqəddəs Mixeyil» gürcü-pravoslav kilsəsinin sahəsi 0.03 hektardır. Bu kilsə 1892-1894-cü illərdə Qafqazda Xristianlığın Bərpası İdarəsi tərəfindən maliyyələşdirilərək inşa edilib. 1992-1993-cü illərdə yenidən təmir olunub. Kilsə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dini-tarixi abidə kimi qorunur. Kilsə binasının vəziyyətini orta qiymətləndirirlər.
Qaxın Əlibəyli kəndində də «Müqəddəs Nino» gürcü-pravoslav kilsəsi xristianların istifadəsindədir. Ərazisi 0.32 hektar olan kilsə XIX əsrin sonlarında (1888-ci ildə) Qafqazda Xristianlığın Bərpası İdarəsi tərəfindən maliyyələşdirilərək tikilib. Kilsə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dini-tarixi abidə kimi qorunur.
Müəllif: S.ABDULLAYEVA, 525-ci qəzet.- 2013.- 11 dekabr.- S.6.
Mənbə: anl.az
| ['Müqəddəs Məryəm - mövlud kilsəsi', 'rus kilsəsi', 'kilsə', 'kilsələr', 'xristian kilsələri'] |
78 | https://kayzen.az/blog/kulturologiya/27259/q%C4%B1z-qalas%C4%B1-yax%C4%B1nl%C4%B1%C4%9F%C4%B1ndak%C4%B1-abid%C9%99.html | Qız qalası yaxınlığındakı abidə | gunelb | Kulturologiya (mədəniyyətşünaslıq) | 6 noyabr 2022, 01:28 |
Bakıda Qız qalası ətrafında ikimərtəbəli karvansaray yaxınlığında yerləşən, istifadəsiz qalmış bir abidə müəyyən zamanlarda “Alban kilsəsi”, “Erməni kilsəsi” və yaxud “Müqəddəs Varvara” kilsəsi kimi tanınmışdır. XIX əsrin II yarısında kilsənin qarşısındakı keçmiş “Varvarevskaya” küçəsi də (indiki H.Rzayeva küçəsi) bu kilsənin o dövrdəki adı ilə adlandırılmışdır. Ümumiyyətlə, Qafqazda, Rusiyada və Avropada “Müqəddəs Varvara” adlı kilsələr çoxdur. Bu kilsələr, bütpərəst ailəsində doğulub, daha sonra xristianlığı qəbul etdiyi üçün 306-cı ildə öldürülmüş və sonradan müqəddəslik almış Varvaranın şərəfinə ucaldılmışdır.
Mənbələrdən aydın olur ki, Qız qalası ilə ikimərtəbəli karvansarayın arasında, XVII əsrə aid olduğu ehtimal edilən kvadratşəkilli zala malik, məhəllə məscidi olaraq karvansaray kompleksinə aid edilərək xalq arasında “Meydan məscidi” kimi tanınmışdır.
Orta əsrlərdə bu məhəllədə bəzzaz dükanları var idi. İndiki A.Zeynallı küçəsi XX əsrin əvvəllərinə kimi Minarəli (Minaretskaya) küçəsi adlanırdı. Bu küçə karvan ticarət yolu üzərində olduğu üçün İçərişəhərin əsas memarlıq abidələri — məscidlər, karvansaraylar, hamamlar, aşağı və yuxarı bazar meydanları, həmçinin onlarla abidə məhz bu ərazidə yerləşirdi. Qız qalası yaxınlığında fəaliyyət göstərən iki meydan məscidinin biri də Varfolomey kilsəsinin qalıqlarının yerində olmuşdur. Engelbert Kempfer yol qeydlərində bu məscidlər haqqında məlumat verir. Müasirlərinin açıqlamalarına görə, 1960-cı illərdə bu məscidin mehrabını görənlər olub. Məscidin varlığına dair B.Dorn və S.Aşurbəylinin əsərlərində də məlumat var. Hətta B.Dorn yazır ki, məscidin giriş qapısının üzərindəki epiqrafik yazı oxunmur.
Abidənin vaxtilə məscid kimi inşa edilməsini, onun çöl tərəfdən tinlərində memarlıq bəzəyi sayılan stalaktitsiz açılmış kəsikləri də sübut edir. Biz orta əsr məhəllə tipli məscidlərin timsalında bunu fərq edirik. Çünki tipik xristian abidələrində belə kəsiklər olmur. Belə stalaktitli kəsikləri XVI əsrə aid Xacə Bani məscidinin tinlərində də görmək olar. Bəhs olunan abidə 1971 — 1992 — 1996-cı illərdə qəza vəziyyətində olduğu üçün və tarixi şəraitdən asılı olaraq qismən sökülmüş, sadəcə, abidənin və zəng qülləsinin aşağı hissələri qalmışdır. Məscidin aşağı hissəsi hazırda torpaq altındadır. Məscid ilə zəng qülləsi arasında inşaat texnikası cəhətdən fərq vardır. Zəng qülləsi yonularaq cilalanmış daşlardan tikilmiş, məscid isə yonulmamış daşlardan inşa olunmuşdür. Bundan belə nəticə çıxarmaq olar ki, zəng qülləsi daha sonrakı dövrdə inşa olunmuşdur.
Beləliklə, təqribən XIX əsrin II yarısında müsəlman məscidinin damında bəzi dəyişikliklər edilərək (məscidin damında dəlik açılaraq qübbə ucaldılmışdır) tipik xristian kilsəsinə çevrilmışdir. Zəng qüllələri kilsələrin yanında inşa olunurdu. Sovmələr (xristianlıqda kiçik məhəllə tipli ibadət yerləri) yanında zəng qülləsi tikilmirdi. Demək, sonradan məscidin şimal hissəsində üç hissədən ibarət zəng qülləsi də ucaldılmışdır. Zəng qülləsinin inşası o dövrdə çəkilmiş fotoda aydın görünür. 1871-ci ildə inşa olunmuş “Parapet” bağındakı erməni kilsəsinin və İçərişəhərdə 1857-ci ildə inşa olunmuş Qoşa qala qapıları yaxınlığındakı müqəddəs Nikolay kilsəsinin zəng qüllələri bir-birinə oxşardır.
Bu abidənin tarixini araşdırarkən əsli Moskvanın hərbi-tarixi mühəndislik muzeyində saxlanılan bir xəritə diqqəti cəlb edir. 1796-cı ildə mühəndis-polkovnik Kovalerov Xristian Truzson tərəfindən tərtib edilən xəritədə bəhs olunan məscid “erməni kilsəsi” kimi qeyd olunmuşdur. Bu, hər halda yaxınlıqda yerləşən Qasım bəy və övladlarına bağışlanılmış ikimərtəbəli karvansarayın sonradan — erməni karvansarayı və həmin kompleksə aid olan məscidin qübbəsində dəyişiklikdən sonra erməni kilsəsi adını alması ilə əlaqədardır. Truzsonun xəritəsində Qız qalası yanında məscid və sıratağlı dini-memarlıq kompleksi də aydın təsvir olunur.
1861-ci ildə rus hidpoqrafı kapitan-leytenant Ulskiy tərəfindən tərtib edilən Bakı və ətrafı xəritəsində maraqlıdır ki, İçərişəhər ərazisindəki memarlıq abidələrinin mükəmməl izahı verildiyinə baxmayaraq, ikimərtəbəli karvansaray yanında heç bir abidə və yaxud kilsə təsvir olunmur.
1906-cı ildə Bakıda çap olunmuş “İssledovanie serkvey i prixodov Bakinskoy qubernii” kitabında A.İ.Onitskiy Qız qalası yaxınlığında 1815 və 1865-ci illərdə inşa olunmuş iki kilsə haqqında məlumat verir. Bu kitabda kilsələrdən birinin adı göstərilir (Varfolomey), lakin digərinin adı haqqında məlumat yoxdur. Kitabda bu kilsələrin yerli əhalidən yığılmış vəsait hesabına inşa olunduğuna dair məlumat da vardır. Bu barədə tədqiqatçı Ə.Paşazadənin də əsərlərində məlumat verilir.
Engelbert Kempferin 1683-cü ildə qələmə aldığı və 1712-ci ildə çap olunan “Bakı” qrafik rəsmini, həmçinin onun bu barədə yazdığı çöl gündəliyini araşdırarkən məlum olur ki, bu dövrdə Qız qalası yaxınlığında heç bir kilsə olmayıb, əksinə, iki məscidin olduğu aydınlaşır. Qız qalası qarşısında 1998-ci ildə arxeoloji qazıntılar nəticəsində arxeoloq F.İbrahimov tərəfindən tapılan və IX əsrə aid olunduğu ehtimal edilən məscid aşkarlanmışdır. Lakin indiyə qədər Qız qalası qarşısında minarənin olduğu bizə məlum deyildi. E.Kempferin “Bakı” qrafik rəsmini diqqətlə araşdırarkən buradakı məscidlərdən birinin minarəli olduğu aydınlaşır. E.Kempferin əsərlərinin tədqiqatçısı, alman alimi, doktor Lottar Veysin məlumatlarına əsasən, E.Kempferin Bakı xəritəsi və Azərbaycan haqqındakı qeydləri hələ lazımi dərəcədə araşdırılmamışdır. Bu qrafik rəsm və qeydlər öyrənildikdən sonra bəhs etdiyimiz abidə haqqında daha dolğun məlumatlar əldə etmək mümkün olacaq.
Məlumatlardan belə nəticə çıxarmaq olar ki, Bakıda 1724-cü ilə kimi ermənilər yaşamamışlar. Tədqiqatçıların araşdırmalarına görə, 1724-cü il I Pyotrun ermənilər haqqında verdiyi xüsusi Bəyannamədən sonra Bakıya ilk 11 erməni ailəsi (bəzi mənbələrdə 100 nəfərə yaxın) köçürülür. Bu ailələrin əksəriyyəti tacir idilər. Bəyannamədəki müddəalardan məlum olduğu kimi, I Pyotrun ermənilər üçün yaratdığı şəraitdən istifadə edərək onlar İçərişəhərdə bir neçə ticarət obyektini, o cümlədən ikimərtəbəli karvansarayı satın alırlar. Daha sonra Dumaya müraciət edib Bakıda onlara aid ibadət yerlərinin olmadığını qeyd edərək erməni kilsəsi tikmək istəklərini bildirirlər. Lakin Duma buna razılıq vermir. O zaman ikimərtəbəli karvansarayın yanında yerləşən bu kompleksə aid olan, lakin uzun zaman istifadəsiz qalmış məscidin damında dəlik açaraq kilsəyə xarakterik qübbə tikirlər. Beləliklə, məscid bir müddət erməni kilsəsi kimi fəaliyyət göstərir. XIX əsrin əvvəllərində abidə “Müqəddəs Varvara” kilsəsi adını almışdır.
Əslində, ərazidəki dini abidələrin inşasından daha öncə bu yerdə atəşpərəstlik məbədinin fəaliyyət göstərdiyi ehtimal olunur. Bəhs etdiyimiz abidə ilə əlaqəsi olmayan 10 hücrənin varlığı da bu ərazidə vaxtilə atəşpərəstlik məbədinin fəaliyyətdə olduğunu sübut edir. Zəng qülləsinin yerində isə atəşpərəstlik məbədinə aid səcdəgahın olması ehtimal edilir. Buna 1964-cü ilin mart ayında arxeoloji qazıntılar nəticəsində Qız qalası qarşısında sıratağlı dini-memarlıq kompleksi ərazisindən aşkar olunan, atəşpərəstlik dininə aid üçsəkili səkkizguşəli postament üzərindəki üst hissəsi neft töküb yandırılmaq üçün ovulmuş sütun da sübutdur. Bu ərazidə, əslində, müxtəlif dövrlərdə inşa olunmuş üç dinin (atəşpərəstlik məbədi, islam dövrü məscidi və xristian provoslav sovməsi) abidələrinin olduğu bəllidir.
İkimərtəbəli karvansaraya bitişik, təyinatsız qalmış və tarixi tam öyrənilməmiş bir abidənin aqibətini araşdırmaq üçün 12 sentyabr 2011-ci il tarixdən etibarən bu ərazidə xilasedici arxeoloji kəşfiyyat və torpaq təmizlik işlərinə başlanılmışdır.
1970-ci illərdə mülki-müdafiə anbarı kimi istifadə olunan bu bina daha sonra banka çevrilmişdir. Bir müddət istifadəsiz qaldıqdan sonra, 1991-ci ildə abidənin yuxarı hissəsi sökülərək içi torpaq və daşla doldurulmuşdur.
İlk vaxtlar işə başlayarkən bu ərazidə 1727-1796-cı illərdə inşa edildiyi ehtimal edilən bir kilsənin öncə tikilmış digər daha qədim dini abidənin üzərində olduğu güman edilirdi. Əldə olunan bir sənəddə isə qazıntı aparılan sahədə yerləşən erməni qriqoryan kilsəsinə aid olan və yanında yerləşən 13 otaqdan ibarət ikimərtəbəli binanın rus-müsəlman məktəbinə kirayə verildiyi bildirilir. Bununla bərabər arxivdən ayrı-ayrı dövrlərdə Bakının müxtəlif ərazilərində erməni qriqoryan kilsələrinin tikilməsi barədə sənədlər və digər yazışmalar da əldə olunmuşdur.
Sentyabr ayının ikinci yarısında abidə ərazisində təmizləmə apararkən kilsənin döşəmə səviyyəsindən 2 metrə yaxın dərinlikdə torpaq qatındakı mədəni təbəqədən son orta əsrlərə aid maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Bu maddi mədəniyyət nümunələri içərisində saxsı qab qırıqları, polixrom və monoxrom gil məişət qablarının fraqmentlərinə rast gəlinirdi.
Ümumiyyətlə, düzbucaqlı şəkildə inşa olunmuş kilsənin ümumi sahəsi 100 kvadratmetrə yaxındır. Qazıntı sahəsində təqribən 1 metr dərinlikdə, abidənin şərq tərəfində, şimal və cənub tərəfdən 80 sm. ölçüdə pillələri olan, kərpicdən tikilib üzərinə mərmər suvaq çəkilmiş 4.75x1.60x0.85 ölçüdə minbər aşkar olunmuşdur. Minbərin şimal və cənub tərəflərində 2x2 metr ölçüdə iki kiçik otaq da var. Minbərdən 1.2 metr aşağıda isə üzəri asfalt qatı ilə örtülmüş döşəmə aşkarlanmışdı. Kilsənin vaxtilə simal və cənub tərəfdən 1.75 metr enində qapıları üzə çıxmışdı. Kilsənin qərb tərəfində 1.60x1.30 metr ölçüdə pəncərə yeri var.
Qazıntı sahəsində torpaq qatının aşağı düşməsi tikili daxilində dörd iri daş sütunun olduğunu üzə çıxardı. Bu sütunlar abidənin mərkəzində deyil, qərb tərəfə yaxın paralel və simmetrik yerləşdirilmişdir. Daş sütunların üzərinə kəcdən suvaq çəkilmişdir. Sütunların arasındakı məsafə bərabər olub, 4.3 metrdir. Qazıntı sahəsində şimal-qərb tərəfdə yerləşən sütunun dibindən heyvan buynuzları, XX əsrin əvvəllərinə aid məişət əşya tullantıları və XVII-XVIII əsrlərə dair gil qab qırıqları aşkar olunmuşdur.
Kilsənin daxilindəki sütunların döşəməaltı hissəsinin qayada deyil, torpaq üzərində tikildiyi aydın olur. Sütunların oturduğu döşəmənin altı qazıntı zamanı material vermədi. Buna istinadən ehtimal etmək olar ki, kilsənin döşəməsinin altındakı təbəqə tökmə torpaqdır.
Sütunlar iki hissədən ibarətdir. Kilsənin döşəməsinin üzərindən qalxan sütunlar iri və yonulmuş daşlardan dördkünc formada, səliqəli tikilmişdir. Bu sütunların inşası zamanı yaxşı yonulmuş iri bud daşlarla bərabər, hər halda müsəlman qəbiristanlığından gətirilmiş sinə daşlarından da istifadə olunmuşdur. Bu sinə daşlarının yan tərəfləri kəsilərək sütunun formasına uyğunlaşdırılmışdır. Bu sütunlar, hər halda, kilsənin qübbəsini saxlamaq məqsədilə inşa olunmuşdur. Döşəmə altından bu sütunların kobud daşlarla səliqəsiz davam etdiyi müşahidə olunurdu. Döşəmənin altındakı bu tikili, çox güman ki, döşəmə üstündəki sütunların möhkəmliyini qorumaq məqsədi ilə torpaq qatı üzərində tikilmiş tumba rolunu oynayırmış. Döşəmə altındakı 1,5 metr hündürlüyündə olan sütunaltı tumbalar isə döşəməüstü tumbalardan daha böyük və kobud daşlardan səliqəsiz tikilmişdir.
Arxeoloji kəşfiyyat zamanı sahənin mərkəzindən daha bir yanı və üz hissələrində ərəb qrafikası ilə yazılmış sinə daşı aşkar olunmuşdur. Daşın üzərində “Qurani Kərim”in “Bəqərə” surəsinin 256-cı ayəsindən bəzi sətirlər (Allahın tərifi) həkk olunmuşdur. Qəbir daşı XV-XVI əsrlərə aid olunur. Qəbir daşını araşdırarkən maraqlı fakt aşkar oldu: daş sütunlardan birinə uyğun yan tərəflərinin kəsilib sütunun inşasında istifadə olunduğu ortaya çıxdı.
Şimal-şərqdə yerləşən sütunun dibindən XVII əsrin sonlarına aid ağzı və lüləyi qırılmış çıraq tapıldı. Narın qumlu gildən bişirilmiş və açıq-qırmızı rəng almış çıraq maraqlı və təkmil formaya malikdir.
Bu ərazidən cənub-qərb sütununa yaxın təqribən döşəmə üstündən 70x50x40 ölçülü daş aşkar olundu. Daşın üzərindəki yazının son sətrində ərəb rəqəmlərilə 1793 yazısı aydın oxunur. Bundan nəticə çıxararaq ehtimal etmək olar ki, kilsə məhz 1793-cü ildə inşa edilmişdir.
Döşəmə səviyyəsindən 30 sm. aşağıda 50x50 ölçüdə kobud daşlarla tikilmiş quyuya bənzər tikili aşkar edildi. Tikilinin yaxınlığından, kilsə döşəməsindən təqribən 2 metr dərinlikdə mərkəzində oyuq olan uzunsov daş tapıldı. Daşda yanıq izləri yox idi. Onun təsərrüfatda həvəng daşı kimi istifadə edildiyi ehtimalı var.
Ərazidə orta əsrlərə aid xeyli sayda dulus məmulatı da tapıldı. Ərazinin mərkəzində atılmış şurfun təqribən 2-2,5 metr dərinliyindən polixrom və monoxrom qab qırıqları, qalın divarlı küpün oturacaq hissəsi aşkar olunmuşdur. Bəzi qabların səthi krem və ya ağ rəngli anqobla yaxşıca örtülmüşdü. Üzərində yayğın yaşıl mina ləkələri vardı. Bu ləkələr şəffaf mina altında sarımtıl-narıncı fon yaradırdı. Nimçə fraqmentlərinin kənarları və yanlarının yaşıl və sarı minası axarlı idi. Bəzi qab qırıqlarının oturacağının mərkəzi çoxləçəkli güllərlə bəzədilmişdi. Belə güllər, adətən daxili dairənin boş sahəsinə çəkilirdi. Camların isə yanları krem rəngli anqob fonunda, dairə boyu dalğavari oyma naxışla bəzədilmişdir. Bu qabları XIV-XV əsrlərə aid etmək olar.
Sahədən açıq və tünd rəngli iki ədəd kaşı qırığı da aşkar olunmuşdu. Bakıda, orta əsrlərdə kaşılardan adətən ictimai binaların bəzədilməsində istifadə edilirdi. Ümumiyyətlə, bina üzlüyündə iri ölçülü, ulduzvari və çoxbucaqlı naxışlı kaşıların hazırlanması böyük ustalıq tələb edir. İçərişəhərdə Məhəmməd məscidinin həyətində və Hacı Qayıb hamamının qarşısında belə çoxşaxəli kaşı qırıqları aşkar edilmişdi.
Ərazidən həmçinin xeyli miqdarda metaldan korroziyaya uğramış inşaat ləvazimatı da aşkar olunmuşdur. Onların çoxu qoyun və keçilərə aiddir. Sümüklər içərisində it kəllə sümüyünə də rast gəlinir. Bu sümüklər bəzən bir yerə yığılmış halda olurdu. Ehtimal etmək olar ki, müəyyən dövrdə yaxınlıqda yerləşən ikimərtəbəli karvansarayda qalan qonaqlar üçün kəsilmiş heyvanların sümükləri məhz yaxın olduğu üçün bu sahədə basdırılmışdır.
Qız qalası rayonunda yerləşən bütün abidələr müstəsna elmi əhəmiyyətə malikdir. Ərazidə turizmə xidmət edən ekspozisiyanın və info tabloların qoyulması məqsədəuyğundur. Bu tarixi məkanda aparılacaq daha geniş arxeoloji qazıntı işləri abidənin torpaq altında yatan gizli sirlərini aşkara çıxaracaq, məscidin içinin təmizlənməsinə, mehrabının üzə çıxmasına və bu abidə kompleksinin yaxın gələcəkdə konservasiya edilməsinə zəmin olacaq, həmçinin onun müasir turizm obyekti kimi təqdim olunmasına şərait yaradacaqdır.
Müəllif: Kamil İBRAHİMOV, professor
Mənbə: anl.az
| ['qız qalası', 'abidələr', 'abidə', 'tarixi abidələr'] |
79 | https://kayzen.az/blog/psixologiya/27254/oyunlar%C4%B1n-t%C9%99limd%C9%99-rolu.html | Oyunların təlimdə rolu | gunelb | Psixologiya | 25 okyabr 2022, 14:25 |
Məlumdur ki, əyləncəli oyun şəklində verilmiş bilik uşaqlar tərəfindən daha tez, möhkəm və asan qavranılır.
Oyun elə bir təlim növüdür ki, burada şagird aktiv və yaradıcı şəkildə cəmiyyətin davranış qaydalarını və normalarını, insanların əməyə, ictimai əmlaka münasibətini, insanlar arasında qarşılıqlı münasibətləri öyrənir. Bu, elə bir fəaliyyət növüdür ki, şagirdlərin sosial davranışına, onların həyata və bir-birinə olan münasibətlərinin formalaşmasına əsaslı təsir edir.
Məşhur pedaqoq A.S.Makarenko uşaq oyunlarının rolunu belə xarakterizə etmişdir: «Oyun uşaqlar üçün böyüklərin iş fəaliyyəti qədər dəyərlidir. Uşaq oyunda özünü necə aparırsa, gələcəkdə işləyəcəyi yerdə də bir çox hallarda özünü elə aparacaq. Beləliklə, gələcəyin lideri oyun oynayaraq təhsil alır...».
Uşaqları oyun zamanı müşahidə edən P.F.Lesqaft «Uşaq oyunu əyləncə deyil» ifadəsini təkrar etməyi sevərdi. Oyun uşaqların iş fəaliyyətidir. Oyun uşaqların ən sevimli və təbii fəaliyyətidir.
K.D.Uşinski qeyd edirdi ki, uşaqların ümumi və psixi sağlamlığını müəyyən etmək üçün onların oyununun müşahidə edilməsi əhəmiyyətlidir. Əgər uşaq oyunlara maraq göstərmirsə və ya öz yaşına görə stereotip, passiv və ya bəsit oynayırsa, bu, böyüklər üçün ciddi siqnal olmalıdır: belə uşaq xüsusi diqqət tələb edir. Bu «xüsusi» uşaq ya istedadlıdır, ya da əqli geriliyə malikdir. Oyun həm uşağın psixoloji vəziyyətinin və şəxsiyyət kimi inkişafının diaqnostikasını aparmaq üçün bir vasitədir, həm də uşağın inkişafındakı ləngiməni və qüsurları aradan qaldırmaq üçün əla metoddur.
Oyunlar qaydalı və qaydasız olur. Yaradıcı oyunlar uşaqlar tərəfindən yaradılan qaydasız oyunlardır.
Qaydalı oyunlar uşaqların davranışlarını idarə etmək qabiliyyətini artırır, onların impulsivliyini azaldır və bununla da xarakterin formalaşmasına yardım edir. Qaydalı oyunlara didaktik, mütəhərrik, və rollu oyunlar aid edilir. Doyunca qaydalı oyunlar oynamış uşaqların məktəb intizamına uyğunlaşması daha rahat gedir.
Didaktik (öyrədici) oyunlar şərti olaraq 3 növə ayrılır: oyuncaqla (müxtəlif əşya) ilə oynanan oyunlar, şifahi və ya sözlü (tapmaca) oyunlar, loto (cüt şəkilli kart) oyunlar.
Dərs zamanı didaktik oyunlardan istifadə uşaqlarda yaddaş, diqqət və təfəkkürün inkişafına kömək edir.
Rollu oyun oynayarkən şagird hər hansı bir obrazı canlandırır, öz təəssüratlarını üzə çıxarır. Oyun vəziyyətinin xəyal olduğunu anlayan uşaqlar buna baxmayaraq, olduqca real hisslər və təcrübələr yaşayır və bununla da daxili dünyalarını zənginləşdirirlər. Psixoloqlar hesab edirlər ki, rollu oyun uşaq oyunlarının inkişafının ən yüksək formasıdır. Rollu oyun uşaqların idraki inkişafında böyük əhəmiyyət kəsb edir, onlarda diqqəti və yaddaşı inkişaf etdirir. Tərəfdaşlar ilə birgə oyun zamanı uşaqlar ünsiyyət qurmağı, başqalarının istək və fəaliyyətlərini nəzərə almağı, fikirlərini müdafiə etməyi, təkid etmə qabiliyyətini, həmçinin birgə planlar hazırlamağı və həyata keçirməyi öyrənirlər. Müxtəlif rolları yerinə yetirərkən, uşaq müxtəlif fəaliyyətlərin bütün aspektlərini əhatə etməyə başlayır ki, bu da öz növbəsində insanın düşüncə qabiliyyətini inkişaf etdirməyə, başqasının fikrini qəbul etməyə kömək edir.
Oyunların bu müxtəlifliyi fərqli məqsəd daşıyan fənlərin tədrisini şagirdlər üçün daha maraqlı və cəlbedici etməyə imkan yaradır. Adətən:
didaktik oyunlardan riyaziyyat, ana dili; rollu oyunlardan ana dili, həyat bilgisi, tarix; mütəhərrik oyunlardan fiziki tərbiyə, həyat bilgisi fənlərində istifadə edilir.
Qeyd edək ki, təhsilin istənilən pilləsində oyunlardan məqsədli istifadə şagird nailiyyətinə müsbət təsir edir.
Hazırladı: TİPİİ-nin baş mütəxəssisi Sevda Adıgözəlova
Mənbə: tipii.edu.az
| ['uşaq oyunları', 'oyunlar', 'oyun', 'oyun oynamaq', 'öyrədici oyunlar', 'sosial davranış'] |
80 | https://kayzen.az/blog/psixologiya/27252/u%C5%9Faq-r%C9%99sml%C9%99rinin-analizi.html | Uşaq rəsmlərinin analizi | gunelb | Psixologiya | 16 okyabr 2022, 11:41 |
“Uşaq çəkdiklərində edə biləcəklərini, yazdıqlarında isə zəifliklərini görür”.
D.Engelhart
Müasir dövrdə uşaqların rəsmlərinə laqeyd yanaşmaq yol verilməzdir. Bu rəsmlərdən bir çox istiqamətdə yararlanmaq mümkündür:
Zəka testlərində: çəkdiyi şəklə əsasən uşağın zəka səviyyəsi (IQ) öyrənilə bilər. Əlaqə vasitəsi kimi: rəsm şifahi nitq ilə bağlı problemlərə çarə ola bilər; Uşağın daxili dünyasını kəşf etmək vasitəsi olaraq. Uşağın bədənini tanımasını və məkandakı mövqeyini kəşf etməsini təmin edən bir vasitə olaraq.
Hər yaş dövrünün özünəməxsus şəkil çəkmək tərzi vardır. Uşaqların çəkdiyi rəsmlər zəkalarının inkişafı ilə paralel olaraq müəyyən mərhələlərdən keçir:
Qaralama dövrü (1-4 yaş arası) – bu yaş dövründə rəsmlər daha çox oyun məqsədlidir. Valideynlər 1 yaşlı uşaqlara rəsm çəkmək şansı versələr, onlar ancaq “ləkələr” edərlər. Xoşbəxt uşaqlar adətən kağızın böyük hissəsini əhatə edən xətlər çəkirlər. 3 yaşdan etibarən uşaqlar rəsm çəkməyi öyrənir və çəkdiklərinə müəyyən məna verməyə başlayırlar. Bu yaş dövrü “iribaş insan” çəkmək mərhələsidir. Dünyanın istənilən yerində 3, 4, 5 yaşlı uşaqlar gövdə və başı təmsil edən dairə, qol və ayaqları çöplərdən ibarət iribaş adamı eyni çəkirlər. Sxemdən əvvəlki dövr (4-7 yaş arası) – 4 yaşlı uşaqlar qolları və ayaqları olan çöp adam çəkə bilirlər. Beş yaşlı uşağın çəkdiyi rəsmlərdə isə insan və evlər daha anlaşıqlı olur. 4-5 yaşlı uşaqlar adətən rəng fərqi etmədən rəsmləri boyayırlar. Bu yaşlarda əsas rəngləri öyrənirlər. Unutmamalıyıq ki, uşaq hansı rəngi sevirsə, rəsmlərdə də ağırlıq o rəngə verilir. Qırmızı rəng iddianı təmsil edir. Çəhrayı, sarı, narıncı kimi isti rəngləri seçən uşaqlar sevgi dolu, tez uyğunlaşandırlar. Qara, mavi, yaşıl, qəhvəyi kimi soyuq rəngləri seçən uşaqlar isə çəkingən, əsl hisslərini gizlədən uşaqlardırlar. Sxematik dövr (7-9 yaş arası) – rəsmlər daha aydındır. İlk baxışdan rəsmin mənası rahatlıqla anlaşılır. Rəsmlər daha çox reallığı əks etdirir. Realist dövr (9-12 yaş arası) – bu mərhələdə qız və oğlan uşaqlarının rəsmlərində fərqlər özünü göstərir. Qız uşaqları daha çox gəlincik, paltar, gül rəsmləri, oğlan uşaqları isə maşın, gəmi, təyyarə çəkirlər. Təbiilik dövrü (12-14 yaş arası) – bu yaş dövrünə aid olan uşaqların əsas xüsusiyyəti gördükləri obyektlərin incəliklərini rəsmlərində əks etdirmək həvəsidir. Rənglərdən isə mükəmməl şəkildə istifadə edirlər.
Zehni geriliyi olan uşaqların rəsmləri:
Rəsmlərində hər hansı məna olmur. Plansız və cılız çəkirlər. Adətən rəsm əvəzinə kağızın müxtəlif yerlərinə qaralamalar edirlər. Uşaqlar rəsmlərində, məsələn, ağacları tərsinə çəkirlərsə, bu, onlarda öyrənmə çətinliyinə işarə ola bilər.
İstedadlı uşaqların rəsmləri:
Kağızın böyük hissəsindən istifadə edirlər. Fərqli anlayışlar arasında məntiqli əlaqə qura bilirlər. Rənglərdən düzgün şəkildə istifadə edirlər.
Uşağın psixoloji xüsusiyyətlərini əks etdirən rəsmlər:
Məktəb fobiyası: məktəb, şagird rəsmi çəkmək istəməzlər. Ev və evdə xoşbəxt uşaq rəsmləri çəkərlər.
İnamsızlığı əks etdirən rəsmlər: rəsm kağızın kiçik hissəsində çəkilir. İnsan rəsmi çəkərkən əl və ayaqların olmaması mühitə gec adaptasiya olmağı, əlaqə zəifliyini, özündən başqa insanlarla birlikdə olmağın çətinliyini ifadə edir.
Hiperaktiv uşaqların rəsmləri: rəsmlər parlaq rənglərdə və qaralamalar ilə dolu olur. Adətən rəsmləri yarımçıq qalır. Çəkdikləri rəsmlər isə çox böyük olur.
Cinsi kimlik: ana və ataya hədsiz yaxınlaşma, yataq otağının çəkilməsi, uşaq əmizdirən, don geyinən ata, bığı olan ana və s. kimi rəsmlər bizə bəzi ipucları verir.
Ailədaxili problemlərin olduğunu ifadə edən rəsmlər: ailə üzvlərinin bir neçəsinin əksikliyi, ailə fərdlərini çəkməyi rədd etməsi, valideyn fiqurlarının olmaması parçalanmış ailəni, sevgi əksikliyini, ana-ata və uşaqlar arasında əşyaların yerləşdirilməsi əlaqə problemlərini göstərir.
Ana-atanın çox böyük, uşağın isə çox kiçik və ya ana-atadan birinin böyük, digərinin kiçik çəkilmiş olması ailədə təzyiqi, ailə fərdləri arasında problemin olduğunu, ana-atanın çox qabarıq çəkilməsi onlara olan heyranlığı təmsil edə bilir. Rəsmdə kiçik bacı-qardaşın ana-atanın əlindən tutması və digər uşağın çox uzaqlarda çəkilməsi və ya heç çəkilməməsi sevgi azlığının, bacı-qardaş qısqanclığının nəticəsi ola bilər.
Rəsmlərdəki fiqurların mənaları:
Başın böyük və ya çox kiçik çəkilməsi zehni fəaliyyətdə problemin olduğunu, zehni geriliyi ifadə edir.
Bədən üzvlərinin çəkilməməsi narahatlıq olan hissələri əks etdirə bilər.
Qolların qabarıq çəkilməsi ailəiçi və uşağa yönəlmiş şiddəti, qolların çəkilməməsi isə güc və qüvvət azlığını, ağızın böyük və ya kiçik çəkilməsi dil və danışma problemlərini, ağızın çəkilməməsi əlaqə problemlərini göstərir.
Gözlərin böyük çəkilməsi ətrafdakılara qarşı marağı, boş və mənasız baxan gözlərin olması görmə problemlərini vurğulayır.
Burunun böyük çəkilməsi bronxit və buna bənzər problemlərin olduğunu göstərir. Burunun olmaması gücsüzlüyü, dəstəksizliyi təmsil edir.
Qulaqların böyük çəkilməsi isə eşitmə problemlərini vurğulayır.
Əllərin böyük çəkilməsi şiddəti, kiçik çəkilməsi isə güvənsizliyi, ətrafa adaptasiya çətinliklərini göstərir.
Ayaqların qabarıq olması özünə qarşı güvəni, kiçik çəkilməsi isə güvənsizliyə işarət edir.
İnsan rəsmi çəkərkən cinsi orqanın çəkilməsi aqressiyanı, hücumu və ana-atanı çılpaq gördüyünü təmsil edə bilər.
Uşaqların çəkdikləri insan rəsmlərində özlərini əks etdirdikləri qəbul edilmiş gerçəklikdir. Prudhommeaunun sözləri ilə desək: “Uşaq insan rəsmi çəkərkən əslində özünü çəkər, təbii özünü necə hiss edirsə, o şəkildə”.
7 və 9 yaşa qədər uşaqların rəsmlərində şəffaflıq olması normaldır. Şəffaflıq, sadəcə xaricdən çəkilməli lazım olan əşyanın daxilinin də təsvir olunmasıdır.
10 yaşına keçmiş uşaqların rəsmlərindəki şəffaflıq onların zehni geriliyinin ola biləcəyini göstərir. Yaşıdlarından geri qalan yeniyetmələr insan rəsmi çəkərkən paltarın altından bədən üzvlərini də çəkirlər. Digər tərəfdən, bu, onların zehni geriliklə yanaşı, daxili problemlərinin də olduğunu göstərir. Rəsm uşağın daxili dünyasıdır.
Rəsmləri analiz edərkən bəzi məqamlara diqqət yetirmək lazımdır:
Rəsmin geometrik xüsusiyyətlərinə (yuxarıda, aşağıda, sağda, solda, mərkəzdə); Rəsmin ölçüsünə; Xətlərin kəskinliyinə (qırıq-qırıq və ya tam xətlər); Rəsmdə istifadə olunan rənglərə; Rəsmdə qaralamaların, tərəddüdlərin olub-olmamasına.
Uşaq rəsm çəkərkən onu müdaxilə etmədən izləmək lazımdır. Rəsmləri analiz edərkən diqqət edilməsi lazım olan məqamlardan biri də xətlərdir. Əgər qələm kağıza bərk basılmışdırsa, bu, onlarda aqressiyanın olmasını göstərə bilər. Xətlər qırıq-qırıqdırsa, bu, uşaqlardakı özgüvən, diqqət əskikliyinə işarədir.
Unutmaq lazım deyildir ki, uşaq rəsmlərində önəmli cəhət onun estetik gözəlliyi yox, nə qədər çox elementi özündə birləşdirməsidir. Uşaqları öz yaşıdları ilə müqayisə etmək lazım deyil. Hər bir uşaq eyni olmadığı kimi, onların çəkdiyi rəsmlər də fərqli ola bilər.
Qısası, uşaqların rəsmləri olduqca müxtəlifdir. Onların analiz edilməsi, düzgün şərhlər verilməsi valideynlərdən, müəllimlərdən, psixoloqlardan peşəkarlıq tələb edir. Rəsmlərin ən önəmli cəhəti isə onların uşağa yaxınlaşdıran bir yol olmasıdır. Uşaqlar söyləyə bilmədikləri hisslərini rəsmlərlə ifadə edirlər. Mənbə: tipii.edu.az
| ['rəsm', 'uşaq rəsmləri', 'rəsm çəkmək', 'rəsmlərin mənaları', 'uşaq rəsmlərinin mənaları'] |
81 | https://kayzen.az/blog/psixologiya/27250/sinifd%C9%99-gender-b%C9%99rab%C9%99rliyini-nec%C9%99-inki%C5%9Faf-etdirm%C9%99k-olar.html | Sinifdə gender bərabərliyini necə inkişaf etdirmək olar | gunelb | Psixologiya | 12 okyabr 2022, 00:53 |
Bütün sinif üzvlərinə cinsindən asılı olmayaraq uğur qazanma şansı verilməsi vacibdir. Ənənəvi stereotiplərə meydan oxuyaraq və şagirdləriniz üçün bərabər imkanlar yaradaraq sinifinizdə gender bərabərliyinə nail olmağa kömək edə bilərsiniz. Bu inklüziv sinif mühitini inkişaf etdirəcək, cinsindən asılı olmayaraq insanlar xoş və hörmətlə qarşılanacaq.
1-ci hissə. Gender stereotiplərinə meydan oxumaq
Ənənəvi cinsi stereotipləri dağıdan tədris nümunələri seçin. Dərslər zamanı həm peşəkar həyatda, həm də ev şəraitində ənənəvi gender rollarını alt-üst edən nümunələrdən istifadə edin. Bu, şagirdlərinizə müəyyən öhdəlikləri kimlərin üzərinə götürməli olduğu barədə təsəvvürlərini genişləndirmələrinə kömək edəcək. Məsələn, bir kişi stüardessanın, bir qadın mexanikin və ya evdə qalan bir atanın (işləməyən) xüsusiyyətlərini göstərən tədris nümunələri göstərin. Şagirdlərinizdən cinsiyyətçi dildən istifadə etdikdə nə demək istədiklərini soruşun. Məktəbdə “qız kimi qaçmaq” və ya “kişi olmaq” kimi cinsiyyətçi fikirlər eşitdikdə bu üslubdan istifadənin sosial təsirlərini izah edin. Bu ifadələrin hər iki cinsiyyətdə də qoyduğu məhdudiyyətləri izah etmək şagirdlərinizin düşünmə bacarıqlarının inkişafına kömək edə bilər. Məsələn, “Sənin Murada qız kimi oynayırsan dediyini eşitdim. Bununla nə demək istəyirsən? Bir çox qadın tennisdə çox məharətlidir. Məsələn, Serena Williams. Və ya, “Vüsala kişi ol dediyini eşitdim. Bu sənin üçün nə ifadə edir? Skripkada ifa etmək çətindi və Vüsal onu öyrənmək üçün çox çalışıb. Bunda kişi olub-olmamaqla əlaqəli nəyinsə olduğunu düşünmürəm. Sinif materialları bir cinsi stereotipləşdirdikdə bu haqda düşünün. Dərs mətnləri və ya videolar bir cinsi ifadə edən zaman bunu açıq şəkildə müzakirə edin və materialı başa düşməyin nə demək olduğu barədə danışın. Bu, şagirdlərinizə mənbələri tənqidi təhlil etməyə kömək edəcəkdir. Məsələn, Azərbaycan dili dərsində kişilərdən istiqamət və rəğbət görmək istəyən qadın təsvir olunur. Bu haqda fikirlərinizi bildirə bilərsiniz. Məsələn, “Qadınlar özləri özlərinə bəs edir və bu qədər kiminsə onlara rəhbərlik etməsinə ehtiyac yoxdur. Hekayə müəllifinin bu hekayə ilə bizə nə demək istədiyini düşünürsünüz? Sizcə qadınlara münasibəti necədir? 2-ci hissə. Bərabər imkanların yaradılması
1. Bütün şagirdlərdən müxtəlif sinif işlərində iştirak etmələrini istəyin. Fiziki işləri oğlanlara, dizaynla bağlı və ya təşkilati vəzifələri qızlara verməyin. Bütün işləri bütün şagirdlərə bərabər şəkildə tapşırın.
Qızlar oğlanlar kimi idman ləvazimatlarını da daşımağı mükəmməl bacarırlar.
2. Hər iki cinsdən şagirdlərə müraciət edin. Şagirdləri dərsə qatılmağa çağırdığınız zaman cinslər arasında dəyişiklik etməyə diqqət edin. Araşdırmalar göstərir ki, kişi və qadın müəllimlər oğlanlara daha çox müraciət etməyə meyllidirlər.
Dəyişiklik bütün şagirdlərə eşidilmə şansı verəcək. Bəzi şagirdlərin digərlərindən daha utancaq olduğunu müşahidə etdikdə, növbəli şəkildə daha sakit şagirdləri çağırın. Beləliklə, hər kəs öz töhfəsini verəcək.
3. Hamıya eyni şəkildə müraciət edin. Qızlara “əzizim”, “canım” və ya oğlanlara “centilmen”, “alicənab” kimi nəvaziş göstərən ifadələrdən istifadə etməyin. Yaxşı niyyətli olsa belə, bu üslub aşağılayıcı və ya hər hansı bir cinslə daha səmimi qəbul edilə bilər.
Şagird sizdən müəyyən müraciət formasından istifadə etməyinizi istəmədiyi halda ona adı ilə müraciət edin.
4. Sinif layihələri və müzakirələr üçün qarışıq cinslərdən ibarət qruplar yaradın. Şagirdlərə qrup işləri tapşıram zaman qarışıq cinslərdən ibarət qruplar yaradaraq oğlan və qızların güclü komanda üzvü ola biləcəklərini göstərin. Şagirdlər özləri qruplar yaradan zaman çox vaxt cinslərinə görə özlərini ayırırlar.
Qrupda bu cür birlikdə çalışmaq şagirdlərinizə hər iki cinsin də prosesə dəyərli töhfələr verə biləcəyini göstərəcəkdir. Əgər sinfinizdə qrup layihələrinə çox yer vermirsinizsə, sinfinizi inteqrasiya etmək və hər iki cins üzrə uşaqlar arasında əlaqəni artırmaq üçün şagirdlərinizi qarışıq şəkildə əyləşdirin.
5. Bütün şagirdləri hisslərini bölüşməyə təşviq edin. Dərsdə şagirdləri həm oğlanları, həm də qızları narahat edən cari hadisələr və ya maraqlandıqları mövzularla əlaqədar hisslərini müzakirə etməyin sağlam və normal olduğuna əmin edin. Tez-tez sinif müzakirəsi şəxsi maraq dairəsinə və ya milli xəbərlərə yönələ bilər.
Məsələn, mühüm bir hadisə baş veribsə, beş dəqiqənizi ayırın və dərsdən öncə bu haqda danışın. Bir qrup lisey və ya kollec tələbəsinə müraciət edə bilərsiniz: “Bilirəm ki, hamımız dünənki hadisə haqqında düşünürük. Bu hadisələr üzücü və hamı üçün çox emosional ola bilər. Siz necə hiss edirsiniz? Hisslərinizi bölüşə bilərsiniz. ” Daha kiçik yaşlılar üçün, məsələn, “Səhərki yanğın siqnalı məni həqiqətən təəccübləndirdi. Biraz qorxduğumu hiss etdim. Siz necə? Hisslərinizi paylaşa bilərsiniz.
3-cü hissə. İnklüziv mühitin inkişafı
1. Mümkün qədər neytral cinsi dildən istifadə edin. Şagirdlərinizə kollektiv olaraq müraciət edin. “Hamı” və ya “sinif” şagirdlərinizə əla xitab nümunələridir.
2. Şagirdlərdən öz cinsləri adından danışmağı istəməkdən çəkinin. Şagirdlərdən böyük bir qrupun yerinə deyil, öz adlarına danışmalarını xahiş edin. “Sizcə, bu hadisə ilə bağlı əksər oğlanlar necə hiss edər?” kimi suallar verməyin.
Sualı bu şəkildə ifadə edə bilərsiniz: “Bu hekayədə kişilərin təsvirinə münasibətiniz necə oldu?” Həm oğlanların, həm də qızların müəyyən bir mətndə və ya əsərdə verilən cinsin necə təsvir olunduğunu müzakirə etmələrinə imkan yaradın. Məsələn, qadınların təsvirini yalnız qızların müzakirə etməsinə ehtiyac yoxdur.
3. Həm kişi, həm də qadın üçün tədris materialları seçin. Müxtəlif cinsdən perspektivləri əks etdirən materiallar axtarın. Tapmaqda çətinlik çəkirsinizsə, təcrübəli bir kitabxanaçı ilə ehtiyaclarınızı müzakirə edin.
Kitabxanaçı sizi yeni müəlliflər və ya rejissorlarla tanış edə bilər, beləliklə, tədris planınız daha əhatəli olacaq. Şagirdləriniz çoxsaylı perspektivlərdən faydalanacaqlar. Müəyyən bir mövzuda bir sıra tənqidi fikirləri tapmaqda çətinlik çəkirsinizsə, bu çatışmazlığı yuxarı sinif şagirdləri üçün dilə gətirin. Bu bərabərsizliyi izah edə biləcək hər hansı tarixi və ya sosial konteksti təsvir edin.
4. Təchizat və ya materialları cinsinə görə ayırmaqdan çəkinin. Kiçik şagirdlər üçün kostyumları və incəsənət ləvazimatlarını oğlanlar və qızlar üçün bölmələrə ayırmaq yerinə, onları qarışdırın. Bu, şagirdlərinizə ənənəvi cinsiyyət rollarına sadiq qalmaqla bağlı narahatlıqları olmadan özlərini yaradıcılıqla ifadə etməyə imkan verəcəkdir.
Yaradıcı oyun inkişafın vacib bir hissəsidir. Oğlanlar gözə çarpan, parıltılı, qızlar isə polis məmuru kimi geyinməyi sınayarkən özlərini sərbəst hiss etməlidirlər. Yaşca böyük şagirdlər üçün sinif tapşırıqlarında danışanın cinsinə əhəmiyyət vermədən sinifdə dialoqu ucadan oxumalarını xahiş edin. Bir qız bir oğlanın, hekayədəki qulluqçunun dialoqunu oxuduğu kimi bir kralın da dialoqunu asanlıqla oxuya bilər.
5. Öz tədris metodlarınızı araşdırmaq üçün sinifinizi lentə alın. Videonu izləyin, hər iki cinsin nümayəndəsini dərsə çağırıb-çağırmadığınızı, qızları oğlanları dinlədiyiniz kimi diqqətlə dinlədiyinizi və hər cinsdən olan şagirdlərə hansı növ suallar verdiyinizi qiymətləndirin.
Şagirdlərinizə daha ədalətli bir mühit yaratmaq üçün öz tədrisinizi necə uyğunlaşdıracağınıza dair strategiya hazırlayın. Əksər məktəblər bununla bağlı problem yaratmır. Ancaq yenə də məktəb rəhbərliyindən icazə almağınız daha yaxşı olar. Öz tədris metodlarınızı müşahidə etmək üçün sinif çəkilişinə icazə vermələrini rəhbərlikdən xahiş edə bilərsiniz.
6. Etibarlı bir həmkarınızdan dərsinizdə oturub sizə əks-əlaqə bildirməsini xahiş edin. Həmkarınızdan cinsi bərabərliyi nəzərə alaraq sinfi necə idarə etdiyiniz barədə tənqidi əks-əlaqə verməsini xahiş edin. Bütün şagirdlərinizin nailiyyət əldə etməsinə imkan yaradacaq müxtəlif strategiya və yanaşmalar təklif etməsini xahiş edin.
Mümkün olsa, hər hansı inkişaf olub-olmadığını müəyyən etmək üçün növbəti dərslərdə də oturmasını xahiş edin. Əks təqdirdə yeni bir yanaşma üzərində müzakirə aparın. Sinifdə gender bərabərliyini yaratmaq üçün xüsusilə uğurlu olduğunu düşündüyünüz bir müəllim varsa, optimal bir mühit əldə etmək üçün ondan məsləhətlər istəyin. Tərcümə etdi: TİPİM-in əməkdaşı Sevinc MəmmədovaMənbə: tipii.edu.az
| ['sinifdə gender bərabərliyi', 'tədris metodları', 'tədris', 'şagird'] |
82 | https://kayzen.az/blog/kitab/27248/azalanda-%C3%A7oxalan-xo%C5%9Fb%C9%99xtlik-minimalizm-kitab%C4%B1-haqq%C4%B1nda.html | Azalanda çoxalan xoşbəxtlik – “Minimalizm” kitabı haqqında | gunelb | Kitablar və mütaliə | 10 okyabr 2022, 15:39 |
Ətrafda səs-küy, qaçaqaç, harasa tez çatmaq istəyi, gec qalmaq qorxusu, varlıq içində yoxluq, yoxluğun bolluğu, sahib olduqlarımızın həzzini, olmadıqlarımızın xiffətini çəkə-çəkə ömür bitir.
Doğulanda balaca qarına, öləndə balaca qəbirə yerləşən insan yaşayarkən yerə-göyə sığmır. Bəs nə edək sualına “Minimalizm” kitabında çox gözəl cavab veriblər.
Coşua Filds Milbörn və Rayan Nikodemusun qələmə aldığı “Love People Use Things. Because the opposite never works” (insanları sev, əşyaları istifadə et. Tərsi əsla işə yaramır) kitabını təsadüfən kitab mağazasında görüb annotasiyası ilə tanış oldum. İlk səhifələrindən diqqəti necə çəkdisə, hava limanı yolu, orada gözləmə və uçuş müddətində qeydlər apara-apara kitabı oxuyub bitirdim. Bu yazıda istəyirəm etdiyim qeydlər və onlardan çıxardığım nəticələri sizinlə də paylaşım.
Əgər bir iqtisadiyyat insanlar yalnız ehtiyacı olan şeyləri alanda çökürsə, o iqtisadiyyat demək ki, heç zaman dayanıqlı olmayıb. Hadisələr kitabda bu fikrin izahı ilə başlayır. Ümumiyyətlə kitabın məğzi qısa desək həyatımızdan artıq əşyaların və artıq insanların çıxarılmasına həsr edilib. Özü ilə mənasız yarışa girən insanın çox işləyib çox qazanmaq və çox da xərcləmək alqoritmi ilə hərəkət edərək zamanla özünü necə bitirdiyini izah edir.
Bizi stresə salan şeylər çiynimizdə daşıdığımız artıq yüklərdir. Biz onlardan xilas olduqca fiziki və mənəvi çox yüngülləşirik. İnsan həyatında əşya sayını çoxaltdıqca, həmin əşyalar onun beynində yer edir və özü də hiss etmədən o əşyaların zamanla qulluqçusuna çevrilir. Məsələn deyək ki, sizin 2 və ya 3 maşınınız var, əlavə 1 eviniz var. Onlara qulluq etmək, vaxtlı-vaxtında ziyarət etmək, hər şeyin qaydasında olub-olmadığını yoxlamaq, onun təmirinə və saxlanmasına xərc çəkmək və bütün bunların fikir olaraq beyninizdə daim açıq qalması bizi bir müddət sonra ciddi yoracaq. Aldığımız şeylərin dəyəri təkcə ona ödədiyimiz pulla ölçülmür. Ona baxım lazım olur, yenidən təmir etmək, vaxtlı-vaxtında ziyarət etmək, yoxlamaq, yerini dəyişdirmək, təmizləmək, depolamaq, harasa qoymaq və s. bu kimi xırda şeylər beynimizi o əşya qaldığı müddətcə məşğul edir. Araşdırmaya görə orta bir amerikalının evində 300 mindən çox hissə (əşya) var. Hər bir amerikalı ildə ortalama 37 kq pal-paltar atır. Atılan paltarların 95%-i isə yenidən emal edilə bilər. 50% amerikalının 1 aylıq maaşı qədər yığımı var, 62% amerikalının evində əlavə 1000 dolları yoxdur. 100-150 min dollar illik qazanc əldə edən amerikalının 25%-nin 2000 dollar əlavə ehtiyacı yaransa ödəyə bilməyəcək. Amerikalı uşaqlar dünya uşaq nüfuzunun 3%-dən bir az çox olmasına rəğmən, dünyada uşaqların istifadə etdiyi oyuncaqların 40%-i həmin o 3%-in payına düşür. Bu arada elə həmin araşdırmaya görə həddindən çox oyuncaq uşağın diqqət dağınıqlığından əziyyət çəkməsinə gətirib çıxarır. Bu hələ Amerikadır, görün digər ölkələrdə vəziyyət necədir. İnsanların çoxu sadəcə bu günü xilas etməyə çalışır. Dayandığı an vəziyyət baş-ayaq gedə bilər.
Lazım olanlar, olmayanlar və dəyərsiz olanlar…
Müəlliflər insanın sahib olduğu əşyaları 3 yerə bölürlər: Lazım olanlar, lazım olmayanlar və dəyərsiz şeylər. Bütün əşyalarımızı bu 3 kateqoriyadan birinə aid edib sonra zamanla ilk öncə dəyərsiz olanlardan, daha sonra lazım olmayanlardan xilas olmaq lazımdır. Təbii ki, əşyaların vacibliyi zamana görə dəyişə bilər. Az əşya, çox rahatlıq. Mən həqiqətən özüm də bir zamanlar mənasız əşyalar bolluğundan əziyyət çəkmişəm. Və həmişə də fikirləşirdim ki, görəsən onların hamısından yetəri qədər istifadə edirəmmi, onlar üçün əziyyət çəkmişəm, almışam və s. Hər baxdıqca da əlavə stres verirdi. Oxumadığım kitablar belə bir zamanlar ciddi stress verməyə başlamışdı. Təxmini buna bənzər “Asla Yalnız Yemə” kitabı bir xeyli fikirlərimi dəyişdirməyi bacardı. Onun üstünə də “Minimalizm” kitabı tam nöqtə atışı oldu desəm, yanılmaram.
Xatirələr əşyalardadır, yoxsa insanın özündə?!
Kitaba görə insanların xatirələri, anları olduğu üçün əşyalarını saxlaması səhvdir. Çünki anlar əşyalarda deyil, insanların özündə olduğu üçün əşyaları saxlamağa ehtiyac yoxdur. Hərçənd bu fikirlə razılaşmasam da, həddindən çox əşya ilə evi doldurmağın qəti əleyhinəyəm. “Yığdığım əşyaların ağırlığı altında boğulduğumu hiss etdiyim anda nələrisə dəyişməli olduğumu dərk etdim. O gündən bu suala cavab axtardım – “Həyatım daha azla necə daha gözəl ola bilər?” Müəlliflər hər gün bir kiçik əşyanızdan imtina edin deyə tövsiyə verir. Gündəlik bir lazımsız və ya çox az istifadə edilən əşyanızı ya satın, ya hədiyyə edin deyir. Mənə görə insan istifadə etmədiyi əşyasını hədiyyə edəndə çox xoşbəxt olmalıdır. Müəyyən yaş və karyera mərhələləri var ki, o dönəmdə insan dəyişimi düzgün idarə edə bilməsə, bir boşluğa düşür. O boşluq əslində varlıq içində yoxluq da adlandırıla bilər. Hər şey var, amma nəsə çatmır. Bu hissə ad qoymağa macal tapmamış insanoğlu o boşluğu əşyalarla doldura biləcəyinə inanıb, davamlı şəkildə istehlak edir. Sonu olmayan yarışda daim qaçaqaçda olmaqla ən dəyərli varlığının – zamanın necə bir göz qırpımında axıb getdiyinin fərqinə varmır.
Bir-birinin üstünə yox, yerinə…
Həyatınızda vacib olanlara yer vermək üçün nələrdənsə imtina etməyi bacarmaq lazımdır. Biri birinin üstünə deyil, yerinə gəlməlidir. Kitabda paylaşmağın verdiyi rahatlıq barədə də çox gözəl nümunə var.
Yaxşı kitab fikrinizi dəyişdirər, möhtəşəm kitab isə sizi hərəkətə keçirər. Edgar Dale-nin öyrənmə piramidasına görə:
Oxuduğumuzun 10%-ni, Eşitdiyimizin 20%-ni, Gördüyümüzün 30%-ni, Gördüyümüz və eşitdiyimizin 50%-ni, Başqaları ilə müzakir etdiyimizin 70%-ni, Təcrübədə yaşadığımızın 80%-ni, Başqalarına öyrətdiyimizin isə 95%-ni xatırlayırıq.
Elə bu araşdırma özü də göstərir ki, paylaşmaq və öyrətmək insanı pulla ala bilməyəcəyi qədər mənəvi rahatlıq verir.
Fərqində olmaq…
Ümumiyyətlə insanlar çox oxumaq yox, lazım olanı oxumalıdır. Lazım olanın həqiqətən lazım olduğunu müəyyən etmək özü də ayrı bir çətinlikdir. O səbəbdən məlumat – bilgi – fərqində olma ardıcıllığına diqqət yetirməliyik. İnsanların demək olar hamısı məlumatlıdır, amma hamısı məlumatı olduğu şeyin bilgisinə sahib deyil deyə mühakimə edə bilmir, bacarmır. Lakin bilgisinə sahib olduğun şeyin fərqində olmaq artıq insanı hərəkətə keçirir. Fərqində olmayan insan hara gedəcəyini bilir, amma niyə ora getmək lazım olduğunu bilmir sanki. Özünü tənqid, düzgün təhlil və gələcək üçün addımlar fərqindəlikdən başlayır. Tomas Vuda görə dünyada ən yaxşı dərmanlar havayıdır – diet, idman, yuxu, günəş işığı.İnsan bu tip dəyərli imkanların bəzən fərqində olmur. Qərbdə son dönəmlər insanların depressiyaya girməsinə səbəb kimi həyatlarının mənasını itirmələri göstərilir. Məqsədsiz və hər şeyin rahat əlçatan olduğu bir dövrdə onlar varlıq içində yoxluq yaşayırlar. Müəlliflər burada da insanların vəhşicəsinə istehlak cəmiyyəti olmamıza diqqət çəkmək istəyir. Konfutsi deyir ki, iki həyatımız var və ikincisi sadəcə bir həyatımızın olduğunu fərq etdiyimizdə başlayar.
Həyatı dolu yaşamağın sirri
Müəlliflər burada mənalı həyat, həyatın mənası axtarmaqla bağlı maraqlı parallellər aparırlar. Onlardan birini qeyd edim. Zövq almaq – sevdiyimiz bir tortu yeyərkən o anlıq zövq alırıq. Amma bu zövq tort bitdiyində bitir. Demək ki, zövq aldığımız şeylər həyatın məqsədi ola bilməz. Əgər belə olarsa, o halda zövq aldığımız şeylər bitən kimi yenə də boşluğa düşəcəyik. Bədənə faydalı olan yemək yemək isə xoşbəxtlikdir deyə bilərik. Xoşbəxtlik faydalı bir qərar verdiyiniz və o qərara doğru yol aldığınız anda sizinlə olar. Daha doğrusu, məqsəd mənalı həyat yaşamaqdır, o olduqda xoşbəxt ola bilərik. Xoşbəxtlik anlamlı həyatın yan məhsuludur deyə bilərik. Əgər xoşbəxtlik sağlam bir yeməkdirsə, məmnuniyyət davamlı bir dietdir deyə bilərik. Həzz almaq isə firavanlığın bir üst səviyyəsidir. Yəni nahar yeməyindən zövq ala bilər, hətta xoşbəxt də ola bilər, bu cür həyat tərzindən məmnun da ola bilərsiniz, amma yeməyi dəyər verdiyiniz biri ilə paylaşdığınız anda həzz alarsınız. Həyatdan həzz almaq həyata və ya proseslərə digər insanlar daxil olarkən yaranır.
Dəyərləri qorumaq üçün 5 imtina etməli olduğumuz şeylər
Dəyərlər məsələsində özümüzün ən yaxşı versiyamız olmasını istəyirsizsə, bu 5 şeydən imtina etməliyik:
Mükəmməlliyin ardınca qaçmamalıyıq. Mükəmməl iş yoxdur, amma hər gün bir öncəkindən daha yaxşı işləmək olar, prosesləri daha yaxşı idarə etmək həmişə mümkündür. Zövq və xoşbəxtliyin ardınca qaçmayın. Bunun əvəzinə mənalı həyat yaşamağa çalışmaq lazımdır. Gözləntilərinizi böyük tutmayın. Bunun əvəzinə öz standartlarınızı yüksəldin. Ani məmnunluq və ya məmnuniyyətsizliyin sizi kontrol etməsinə icazə verməyin. Unutmayaq ki, müvəqqəti məmnunluq da məmnunsuzluq da elə müvəqqətidir. Mənalı işlər görmək və nəticədə mənalı ömür sürmək lazımdır. Dəyərlərinizdən güzəştə getməyin.
Gördüyünüz kimi kitabda bir çox maraqlı mövzulara toxunublar. Hər açılan mövzu deyərdim ki, sanki hər gün həyatımızda qarşılaşdığımız hadisələrdir, bizə özümüzü göstərir. Xüsusən dəyərlər məsələsində müəlliflərin qeydləri çox xoşuma gəldi. Bu gün dəyərlərdən danışıb dəyərlərini çeynəyən n qədər adamları bu kitabdan sonra daha yaxşı başa düşürük. Məsələn, kitabın ümumiyyətlə süjet xətti dağınıq olsa da, bütün həyati aspektlərə toxunublar. Məsələn, onlardan bir neçə fikri yekun olaraq sizə təqdim edirəm;
Minimalizm nədir sualına 9 cavab:
Minimalistlər mülk əvəzinə təcrübələrə yatırım edərlər – səyahət, konsertlər, tətillər, teatr və digər hobbilər. Minimalizmin qaydalarından biri borcunun olmamasına çalışmaqdır. Borclu olmaq bizim azadlığımızı əlimizdən alır. Pul hər şey deyil, amma heç bir şey də deyil. Minimalist olaraq pul sahibi olmağa qarşı deyiləm, amma pul problemləri yaşamağa qarşıyam deyir müəlliflər. Gözəl həyatı satın ala bilərik, amma mənalı həyatı satın ala bilmərik – onu ancaq yaşaya bilərik. Məşğul olmaq kifayət deyil, hamı məşğuldur. Əsas olan sən nə ilə məşğulsan?! Yaxşı işlər pul qazandıra bilər, böyük işlər fərq yaradır. Nə dedikləri qədər yaxşı deyilsən, nə də dedikləri qədər pis. Tənqidə qarşı dözümlü ol və yoluna davam et. Bir münasibət toksikdirmi və ya toksik deyil deyə düşünürsüzsə, böyük ehtimal toksikdir. Münasibətləri ayırd etməyə çalışanda dolaşığa düşürsünüzsə, özünüzlə tək qalanda da nə istədiyiniz aydın deyilsə, buraxın getsin. Əslində kimsə kimisə tərk edəndə, tək o getmir, həm də özü özündən gedir adam. Dünyada ən böyük sevgi dürüstlükdür. Sevdiyini ən gözəl ifadə – dürüstlükdür.
Əziz dost, dəyərli oxucu. Minimalizm olsun ya olmasın, özümüzü biləndən bütün elm adamları, mütəfəkkirlər, ədiblərimiz yazılarında mənalı həyat yaşamağı tövsiyə edib, onun dadının çox şirin olmasını, həyatda bütün məqam və mövqelərdən üstün olduğunu bildiriblər. Bu kitab da təxmini bu fikri axıra qədər müdafiə edir.
Ən çox bəyəndiyim fikirlərdən biri də xəyanət mövzusudur. Bu təkcə kişi-qadın münasibətlərində deyil, bütün növ ictimai-sosial zümrələr arası münasibətlərə də aiddir. O fikir də çox netdir: Dünyada ən böyük xəyanət insanın özünə xəyanətdir. Çalışın heç olmasa özünüzə xəyanət etməyin. Qalanlarına hardasa haqq qazandırma üçün bəhanələriniz ola bilər, amma özünüzü aldada bilməzsiz.
Həyatda az problem deyil, azın çoxluğu problemdir. Ona görə də qızıl orta düsturu hə yerdə eyni məntiqlə işləyir: Azı da zərər, çoxu da, hər şey miqdarında gözəldir. Müəllif: Rafiq HunaltayMənbə: facemark.az
| ['minimalizm', 'minimalistlər', 'kitab', 'kitab oxumaq', 'mütaliə', 'mütaliə etmək', 'insan'] |
83 | https://kayzen.az/blog/TAvA/27242/m%C3%BCn%C9%99vv%C9%99r-k%C9%99l%C9%99nt%C9%99rli-haqq%C4%B1nda-maraql%C4%B1-faktlar.html | Münəvvər Kələntərli haqqında maraqlı faktlar | gunelb | Tanınmış aktyorlar və aktrisalar | 8 okyabr 2022, 01:00 |
Münəvvər Kələntərli 1912-ci ildə Lənkəranda çoxuşaqlı ailədə anadan olub. Kiçik qardaşı Cabbar ikinci dünya müharibəsindən geri qayıtmayıb. Aktrisa uzun illər qardaşının sağ olması ehtimalı ilə yaşayıb. 17 yaşında Bakıya gəlib. Böyük qardaşı Haşım Kələntərli Bakıya gələndən sonra bacısı Münəvvəri də öz yanına gətirib. Haşım Kələntərli həm el mahnılarının, həm də muğamların mahir ifaçısı olub. O, bacısı Münəvvərlə 30-cu illərdə Azərbaycan radiosunun efirində səslənən bir çox konsert proqramında iştirak edir.
Dayıları Yavər Kələntərli onların istedadlarının fərqində olub və xüsusən Münəvvərə oxuması üçün icazə verib. Bu səbəbdən də Münəvvərin səhnəyə çıxması ilə bağlı ailədə heç vaxt söz-söhbət olmayıb”.
1933-cü ildən səhnə fəaliyyətinə başlayıb. O, əvvəlcə Opera Teatrında, sonra isə Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. Müxtəlif rollar yaradan Münəvvər xanım çalışdığı teatrların ən aparıcı aktrisasına çevrilib. «O olmasın, bu olsun», «Gözün aydın», «Qızılaxtaranlar», «Ulduz» tamaşalarında aparıcı obrazlarla çıxış edib. 1941-1945-ci illər müharibəsi zamanı digər sənət adamları ilə birgə səngərlərə, hospitallara gedib.
Münəvvər Kələntərli 1953-cü ildə «Vətən» kinoteatrına direktor müavini təyin olunub. Bundan sonra teatrdan çıxıb, ancaq filmlərə çəkilib. “Arşın mal alan”, «Bəxtiyar”, „Görüş”, “Qızmar günəş altında”, „O olmasın, bu olsun” kimi maraqlı filmlərə çəkilən aktrisa kinostudiyada ən rahat aktrisalardan sayılıb. Həmişə bir dubla çəkilib. Ona görə də Adil İsgəndərov deyərmiş ki, “Mina, bu camaat, çəkliş qrupu ən çox səninlə istirahət edir”.
Aktrisa 25 yaşında Ənvər adlı ləzgi əsilli şəxs ilə ailə qurur. Bu evlilikdən onların Validə adlı qızları doğulur. Lakin, bu izdivacın ömrü uzun olmur. Onların ayrılmasına səbəb isə həyat yoldaşının Bakıda yox, Qusarda yaşamaq istəyi olur. Aktrisa isə „Mən sənətimi atıb, heç yerə gedə bilmərəm“, deyib qızı ilə birgə Bakıda qalır. Deyilənə görə çox yaxşı insan hesab olunan Ənvər Münəvvərin səhnələrdə çıxış etməsini istəmədiyinə görə başını götürüb gedir.
Münəvvər həyat yoldaşından ayrılandan sonra ikinci dəfə heç kimlə ailə həyatı qurmur. Həmişə „mənim ərim də var, qızım da” deyir. Hüquqşünas olan qızı Validənin şəkəri yüksək olduğu üçün doğuş vaxtı uşağı tələf olur. Bundan sonra Validə həyat yoldaşından ayılır. O, da anası kimi bir daha ailə qurmur və anası ilə eyni yaşda — ömrünün 51-ci ilində şəkər xəstəliyindən dünyasını dəyişir. Anasının yanında dəfn olur.
Deyilənə görə aktrisanın digər bacı və qardaşları da qırx, əlli yaşdan çox yaşamayıblar. Şəkər xəstəliyi isə onların nəslində irsi olub. Dünyasını dəyişən digər bacı və bacı qardaşlarının ailəsinə özü baxıb.
Münəvvər Kələntərliyə yaxınları, dostları Mina deyə müraciət ediblər. Şövkət Ələkbərova, Nəcibə Məlikova, Gülxar Həsənova, Rübabə Muradova ilə sıx rəfiqəlik edib. Münəvvər xanım yaxşı “biş-düş” edirmiş. Ona görə də qastrol səfərlərindən qayıdanda hamı onun başına yığışarmış. Aktrisa sonralar Nəsibə Zeynalova ilə dostluq edib. Nəsibə xanım hər zaman Münəvvər Kələntərlini öz müəlliməsi adlandırıb.
“O olmasın, bu olsun» filmindəki məşhur epizodda, gəlinin yengəsini ifa edən aktrisa qapı açılan zaman həqiqətən də yerə yıxılır və barmağı sınır. Buna baxmayaraq işinə davam edir. Həmin səhnə çəkilən zaman aktrisa əslində ağrıdan ağlayır.Münəvvər bütün kinolarda öz paltarlarında çəkilib. Hətta «Arşın mal alan”ın birinci variantı çəkilən zaman o, Lənkərandan çoxlu pal-paltar gətirib, aktyorları geyindirib.
»Kino sənətin Üzeyir Hacıbəyovun «Arşın mal alan» filmindəki Xala roluyla başlayıb. Bu filmin çəkilməsi o zaman bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edirdi. «Arşın mal alan»ın çəkilişlərinə ermənilərin Üzeyir bəyin bu məşhur əsərini mənimsəməyə cəhd etdikləri bir vaxtda Stalinin icazəsiylə başlanır. Filmdə rol alan aktyorların əksəriyyəti əsərin müəllifinin seçimiydi. Xala obrazına təsdiq edilən filmə çəkiləndə Münəvvər Kələntərlinin 31 yaşı olub. Amma xala rolunu canlandırıb. Ətli-canlı biri olduğu üçün onu seçiblər. Çəkisi ilə bağlı heç zaman kompleksi olmayıb. Bu roluna görə SSRİ dövlət mükafatına layiq görülür. 28 yaşında əməkdar artist adına layiq görülür.
Dava-dalaş sevən adam olmayıb, amma bir dəfə dünyasını dəyişmiş bacısının qızına görə qonşu ilə dalaşıb. Bacısının qızı qonşuda bişən kabab iyindən şişib xəstələnir, yatağa düşür. Münəvvər xanıma bu hadisə çox pis təsir edir və bacısının qonuşusu ilə dalaşır.
Bacısı qızı Nanə Kələntərli müsahibələrinin birində bu haqda deyir: “Minanın kor bağırsağı ağrıyırdı. Çəkiliş olmalı idi. Həmin vaxt ağrısının tutacağından çəkinib əməliyyata girdi. Təəssüf ki, əməliyyatdan 2 gün sonra dünyasını dəyişir. O zaman Mina deputatlığa namizədliyini irəli sürmüşdü. Nəticənin qəzetdə çıxmasını gözləyirdi. Namizədlikdən keçmişdi, amma biz qəzeti gətirəndə əməliyyata görə artıq başı yaxşı işləmirdi, hallüsinasiyalar görürdü”.
Aktrisanı əməliyyat edən həkim böyük səhvə yol verib, əməliyyat düzgün aparılmayıb. Korbağırsaq kəsiləndən sonra düzgün tikilməyib, eyni zamanda digər sağlam böyrək də zədələnib. 1963-cü il fevralın 5-də 51 yaşında dünyasını dəyişib.
Mənbə: kulis.az
| ['Münəvvər Kələntərli', 'aktrisa Münəvvər Kələntərli', 'azəerbaycan filmləri', 'aktrisa', 'aktrisalar'] |
84 | https://kayzen.az/blog/t%C3%BCrkl%C9%99r/27245/b%C3%B6y%C3%BCk-k%C3%B6%C3%A7-yaxud-avrasiya-nec%C9%99-tan%C4%B1nm%C4%B1%C5%9Fd%C4%B1.html | "Böyük köç" yaxud Avrasiya necə tanınmışdı | gunelb | Türklərin tarixi | 3 okyabr 2022, 11:40 |
Elə vaxt gəldi ki, Altayda həddən arıq insan sıxlığı yarandı. Torpaq hamını ərzaqla təmin edə bilmədiyindən gözlər uzaqlara dikildi. Oradan dünyanın dörd tərəfinə yollar uzanırdı. Çox götür-qoydan sonra türk xalqları stepə (çöl) doğru köç etməyi qərara aldılar. Bu köç bəşər tarixində möhtəşəm hadisə idi. Onu Amerikanın kəşfi və məskunlaşdırılması ilə müqayisə etmək olar. Həmin köçü Böyük köç adlandırırdılar. Bu hadisə II əsrdə Altaydan başlamış və Avropaya tərəf istiqamət almışdı. Böyük köç üç yüz ildən artıq davam etmişdi. Üç yüz il az müddət deyil. Lakin yeni-yeni ərazilərin az vaxt ərzində məskunlaşdırılması da mümkün olan iş deyildi. Əks təqdirdə bu köç Böyük köç adlanmazdı.
Düzdür, türk ailələrinin kütləvi köçü əvvəllər də olmuşdu. O zaman onlar Hindistana, İrana, Orta Asiyaya köç etmişdilər. Lakin həmin köç böyük deyil, kütləvi köç xarakteri daşıyırdı. Skiflərin stepə köç etməsi də böyük köç sayılmırdı. Çünki o zamanlar türklər həm zəif, həm də azsaylı idilər.
Ən qədim türk qəbilələrindən biri olan qıpçaqlar stepə doğru ehtiyatla, eyni zamanda inamla irəliləyirdilər. Çox güman ki, Altaydan ilk köç edənlər qıpçaqlardır. Bəlkə də elə bu səbəbdən bütün köçərilərə qıpçaq deyirdilər. Onlar başqa xalqlara müyəssər ola bilməyən işlər görürdülər. Həmin vaxtlar qıpçaqlar çoxlu sayda kəşflər etmişdilər. Kəşflər onların həyatını yüngülləşdirir, özlərinə inam yaradırdı. Əks-təqdirdə onlar stepdə yaşaya bilməzdilər.
Altayın iqlimi sərt olduğuna görə torpağın məhsuldarlığı az idi. Dağlarda isə əkinəyararlı yerlər geniş deyildi. Altaylılar çıxış yolunu stepə köçməkdə görürdülər. Çünki stepdə məhsuldar torpaq yetərincə idi, lakin stepdə yaşamaq da hər kəsin işi deyildi. Step hələ çox qədimlərdən insanları qorxudurdu. Orada ocaq qalamaq üçün yanacaq, koma qurmaq üçün ağac yox idi. Stepdə çay az olduğundan mal-qara, bostan suvarmaq, hətta içmək üçün su çatışmırdı. Külək həftələrlə əsirdi. Boran olanda komalar qarın altında qalırdı. Bir sözlə, step adamların üzünə gülmürdü. Elə bu səbəbdən hətta qədim insanlar da bu yerlərdə məskən salmaqdan çəkinirdilər. Onlar dağlarda, dənizlərin qırağında, meşələrdə yaşamağı stepdə yaşamaqdan üstün tuturdular. Onlar uzaq məsafələr qət etməkdə də aciz idilər, çünki ayaqqabıları davam gətirmirdi. Ayaqyalın hərəkət etmək isə mümkün deyildi.
Bütün bu çətinliklərə baxmayaraq, Altay türklərinin yeganə çıxış yolu ancaq stepdən keçib getmək idi. Onlar zəngin otlaqlara, əkin üçün yararlı torpaqlara yetişmək üçün stepdən keçmək məcburiyyətində qalmışdılar. Maneələri dəf etmək üçün həmin dövrdə bir çox kəşflər edilmişdi. Türklər torpağı şumlamaq üçün çuqun xış hazırlamış, dəmirdən müxtəlif əmək alətləri — balta, kərki, bülöv düzəltmişdilər. İlk dəfə kərpic istehsalına da türklər başlamışdılar. Türk əkinçiləri gərgin zəhmətləri sayəsində hələ II əsrdə, hətta Böyük stepi özlərinə tabe edə bilmişdilər.
Türklər Stepin əkin sahələrini suvarmaqdan ötrü suvarma sistemləri yaratmışdılar. Taxılı əl dəyirmanlarında üyüdürdülər. Altayda dünyada ilk dəfə olaraq tirlərdən komalar, yaşayış binaları tikmişdilər. Onlar böyük köçün sonuna qədər qədim rus yaşayış yerlərinin əsasını qoymuşdular. Avropada ilk hamamları türklər tikmişdilər. Türklərin Avropaya gəlişinə qədər ingilislər, almanlar, yunanlar, o cümlədən ruslar çəlləklərdə çimirdilər. İndiyədək Avropada bir şam işığı ilə havanı isidən türk hamamının sirrini hələ də aça bilməmişlər. Rus tarixçi alimlərindən B.P.Qumilyovun, A.A.Qorskinin, İ.Y.Yermolovanın tədqiqat nəticələrinə əsasən o da məlum olmuşdur ki, köçəri adlandırılan türklər metaləridən sobalar ixtira etmişdilər. İnsanlar türklərin gəlişinə qədər də metal ilə tanış idilər. Lakin onlar metal əritməyi bacarmırdılar. Çünki metaləridən sobalardan xəbərsiz idilər. Onlar metal filizini əritmir, yandırırdılar. Metal bolluğu türkləri elmi-texniki kəşflərə gətirib çıxarmışdı. Onlar kürə tikməyi öyrənmişdilər. Bu, təkərin kəşfinə bərabər dəyərləndirilə bilər.
Türklər dəmir özül üzərində yüksəlmişdilər. Onlar atı əhliləşdirəndən sonra qılınc, nizə, xəncər meydana gəlmişdi. At minib çapmaq üçün süvari paltarı, o cümlədən şalvar icad etmişdilər.
Yeganə iş heyvanı at olduğundan at qoşulmuş arabaları təkərlər üstündə evə çevirmişdilər. Qışda isti, yayda sərin qalması üçün hər tərəfdən onu keçə örtüyə almışdılar. Keçə yağış yağanda islanmır, damcıları axıb yerə tökülürdü. Dünyanın heç bir yerində yundan türklər kimi çox tez bir vaxtda keçə düzəldə bilmirdilər. Keçə su keçirmədiyindən süvarilər ondan yapıncı kimi istifadə edir, başlarına yundan hazırlanmış keçə papaq qoyurdular. Keçədən arbabaşı deyilən gözəl xalçalar toxuyur, uzunboğaz keçə çəkmələr tikir, stepdə yaşayanlar yunu emal edərək özlərinə geyim əşyaları hazırlayırdılar. Dövrümüzdə step türklərinin vaxtilə keçədən hazırladıqları nazik yun materiallara fetr deyirlər.
Qıpçaq — ən qədim türk qəbilələrinə verilmiş addır. Doğrudan da sərt step ilə mübarizəyə ancaq güclü qəbilə tab gətirə, stepdə məskunlaşa bilərdi. Türklər öz talelərini özləri həll etdilər. Onları Altaydan qovmamışdılar. Özləri yeni həyat qurmaq üçün getmişdilər. Türk xalqının Hindistanda, Orta Asiyada, ən əsası isə Uralda və qədim Altayda vaxtilə qazanılmış zəngin həyat təcrübəsi var idi. Təəssüf ki, bunlar tarixçilər tərəfindən şərh olunmur, unutqanlıq, çox vaxt da ikili standart nümayiş etdirilir.
Həqiqətdə isə türklər stepdə qısa zaman kəsiyində şəhərlər, çayların üstündə körpülər salmış, suvarma kanalları çəkmişdilər. Bunlar türk xalqının nailiyyəti kimi yüksək dəyərləndirilməlidir.
Köçəri türklər təkərlər üstündə qurulmuş mənzillərində döşəmə üzərinə arbabaş deyilən keçə xalça salır, ortaya su qaynatmaq və yemək hazırlamaq üçün sumavar qoyurdular. Türk sumavarına hazırda rus samovarı deyilir ki, bu da həqiqətə uyğun deyil. Sumavar da, üç at qoşulmuş araba (ruslar ona «troyka» deyirlər) da türklərin böyük köçü zamanı meydana gəlmişdir. Türklər axşam düşəndə özlərinin mənzil-arabalarını dairəvi cəmləşdirməklə, bir növ, təhlükəsizlik qalası yaradırdılar.
Onlar stepə köç edəndən sonra da qədim məskənləri Altay dağlarının gözəlliklərini unutmurdular. Bunun nəticəsində stepdə türk mədəniyyətinin daha bir möcüzəsi — kurqanlar meydana gəlmişdi. Kurqanlar dağların əlilə düzəldilən surəti idi. Kurqanlar Altay ənənələrinin gözlə görünə bilən davamı kimi dəyərləndirilirdi.
Kurqanı xanın, yaxud digər görkəmli sərkərdənin dəfn olunduğu yerdə düzəldirdilər. Kurqan müqəddəs sayılırdı. Step qıpçaqları kurqanın yanında mərhumu yad edir, allah saydıqları Tenqriyə səcdə edirdilər. Mərasim əcdadların vəsiyyətlərinə tam riayət yolu ilə icra olunurdu.
Kurqanları öyrənən arxeoloqlar müəyyənləşdirmişdilər ki, step kurqanlarını torpaq tökməklə qaldırmır, inşa edirmişlər. Step qıpçaqları ilk vaxtlar ölənləri Altaydakı kimi dəfn edirdilər. Lakin stepin təbiəti fərqli olduğu üçün dəfn mərasimi ayrı cür keçirilməli idi. Halbuki ölmüş qəbilə adamlarını çox vaxt torpağa basdırmır, göylərə tapşırırdılar. Çünki qayalı dağlarda və əbədi donuşluqda qəbir qazmaq mümkün deyildi. Altaylılar mərhumun cəsədini ağ parçaya büküb müqəddəs saydıqları yerə aparar, hündür daş tava üstünə qoyandan sonra yaxın bir yerdə yağ hopdurulmış ağac budaqlarından tonqal qalayardılar. Yırtıcı quşlar tonqaldan qalxan tüstünün iyinə cəsədin yanına uçuşurdular. Bundan sonra vida daşının üzərində boz ləkələr və sür-sümük qalırdı. Belə «dəfn» mərasiminin öz fəlsəfi mənası vardı.Türklər güman edirdilər ki, ölmək yeni həyata qovuşmaq deməkdir. Ona görə ki, insanın ruhu ölməzdir, insan öləndən sonra ruhu digər insanın və yaxud canlının daxilində özünə yer tapır. Düşünürdülər ki, ölənin cəsədini yeni həyata hədiyyə edirlər. Altaylılar digər hallarda ölənin cəsədini dağların başında torpağa basdırırdılar. Bu zaman torpaqda tirlərdən kiçicik «ev» tikirdilər. Belə qəbir-evciklər indiki dövr tabutlarının başlanğıcını qoymuşdur. Bu, qədim Altayda belə idi. Step şəraitində isə kara gəlmirdi. Odur ki, ölənləri torpağa basdırırdılar. Tanınmış adamları basdırandan sonra qəbrin üstünə dağ kimi yüksələn torpaq töküb kurqan düzəldir, zirvəsinə yırtıcı quşların yığışdıqları qədim qonaqlıq-vida daşını xatırladan abidə qoyurdular. Kurqanın içində tirlərdən kiçicik otaq qururdular. Mərhumun cəsədini həmin otağa qoyurdular. Oraya yemək, silah, müxtəlif əşyalar, öldürülmüş at və qul cəsədləri də qoyulurdu. Dəfn otağına yuxarı tərəfdən yeraltı yol da olurdu. Din xadimləri həmin yol ilə dəfn otağına düşürdülər. Kurqanların heç də hamısında yeraltı yol olmurdu. Ancaq müqəddəs sayılan şəxslərin və hökmdarların cəsədlərinin uyuduğu kurqanlarda yeraltı yol düzəldirdilər.
Kurqanlar türk torpaqlarının mənzərəsini tamam dəyişmişdi. Onlar yalnız türklərə məxsusluğu ilə tanınırdı. Qonşu xalqlar kurqan görəndə bilirdilər ki, həmin yerlər türk ərazisidir. Onların anlamında kurqan sərhəd demək idi.
Step kurqanları, bir növ, uzaqdan görünən mayak idi. Həmin səbəbdən də kurqanları yol boyu inşa edirdilər. Bu, ənənə kimi müasir dövrdə də davam etdirilir. Step məzarlıqlarını əsas gediş-gəlişli yol boyu salırlar.
Kurqan step adamı üçün səma altında ibadətgah idi. Giriş hissəsində «Haram» adlanan meydança düzəldirdilər. Həmin meydançada söhbət etmək haram sayılırdı. Orada ancaq ibadət etmək olardı. Kurqanın kəlləsində kərpicdən xeyməyə bənzər fiqur qoyurdular. IV əsrdə stepdə ilk məbədlər meydana gəlmişdi. Qıpçaqlar ibadət etdikləri həmin məbədlərə kilsə deyirdilər. Kilsə kaylasa sözündəndir. Kaylasa Tibetin qərb hissəsindəki əfsanəvi dağın adıdır.
Xeymə təsviri müqəddəs dağın konturlarının təkrarıdır. O, məhz həmin vaxtlarda ehram arxitekturasında bərqərar olmuşdur. Həmin təsvir türk dini mədəniyyətinin növbəti yeni əlaməti idi.
Böyük Altay türklərinin Avrasiya ərazisində məqsədli hərəkəti mədəniyyətin inkişafı idi. Türklər özlərinin yeni dövlətlərini yaratmaqla o zaman pərakəndə olan qədim dünyanı birləşdirmək əzmi göstərirdilər. Avrasiya məhz bu yolla tanınmışdı.
Müəllif: Arif HÜSEYNOVMənbə: anl.az
| ['altaylılar', 'altay dağlar', 'altay türklər', 'step qıpçaqları', 'step kurqanları', 'kurqanlar', 'qıpçaqlar'] |
85 | https://kayzen.az/blog/Azerbaycan-kinosu/27235/f%C9%99ryad-filmi-haqq%C4%B1nda-maraql%C4%B1-m%C9%99lumatlar.html | Fəryad filmi haqqında maraqlı məlumatlar | gunelb | Azərbaycan kinosu | 24 sentyabr 2022, 12:51 |
“Fəryad” filmi deyən kimi dərhal filmin özü keçir arxa plana, ön plana Ceyhun Mirzəyev gəlir. Simasındakı Qarabağ nisgilindən, həsrətindən, ahından yaranan fəryadla.
Filmin hazırlığına 1992-ci ilin sonlarında başlanmışdı. Çəkilişlərə 1993-cü ilin yanvarında start verilib. Ona qədər aktyorların seçimi üçün sınaq çəkilişləri keçirilirdi. İsmayıl roluna çox aktyor sınağa dəvət edilib, hətta Fəxrəddin Manafov.
Ssenari müəllifi Vaqif Mustafayevlə rejissor Ceyhun Mirzəyev “İsmayıl obrazının canlı alınması üçün aktyor oynamalı yox, yaşamalıdır” — deyə qərara gəlirlər ki, Ceyhun Mirzəyev özü çəkilsin.
Filmin operatoru Kənan Məmmədov isə Ceyhunun Mirzəyevin dolu bədənli olduğunu arqument gətirib, alınmayacağından ehtiyat edirdi.
Çəkilişlər səkkiz ay davam edib. Goranboy rayonunda, Murov dağının ətəyində həmin il qış həmişəkindən daha sərt idi, elə bil.
20 nəfərlik çəkiliş qrupu Naftalanda pansionatda yerləşib, hər gün Murovdağ, Zeyvə, Qaraçinar kəndlərinə çəkilişə gedib, gecə vaxtı pansionata qayıdıb dincəlirmişlər.
“Fəryad” filminin əsas qəhrəmanı İsmayılın Xankəndində əsir saxlandığı yer “Azərbaycanfilm” kinostudiyasının pavilyonunda qurulub, çəkilib. Onu da deyək ki, ssenari real hadisələr əsasında yazılıb, İsmayıl real obrazdır.Ssenari müəllifi və rejissor əsirlikdən qaytarılan, hospitalda yatan həmin adamla görüşüblər.
Filmdəki zirzəmi səhnəsi 5-ci kardioloji xəstəxananın zirzəmisində lentə alınıb.
Filmin operatoru Kənan Məmmədov deyir ki, o çətin çəkiliş prosesində Ceyhun Mirzəyevin filmi, obrazı necə yaşadığını görüb, onun haqqında “rola uyğun deyil” rəyi verməkdə yanıldığımı anladım.
Murovdağın ətəyində filmin ən ağır kadrları lentə alınıb. Möhkəm qar yağıb, yerdə oturmuşdu. Naftalanda pansionatda Xocalı qaçqınları yaşayırdı. Çəkiliş məsulları gedib onlarla danışıblar ki, Xocalı faciəsini filmə çəkirik, gəlin həmin səhnədə özünüz çəkilin ki, daha canlı olsun. Canla-başla razılaşıblar. Düşünüblər ki, belə bir filmin çəkilməsi təbliğat vasitəsi kimi xeyrimizə işləyər, yurdlarına qayıtmağa kömək edən bir detal olar. O vaxt səsimizi dünya eşitmirdi, faciələrimizi özümüz qışqırıb, özümüz də eşidirdik. Dünyanı biz maraqlandırmırdıq. Sonunda bunları anlayıb, özümüz həll etdik məsələmizi. Görünür, bu zamanın yetişməsi üçün “Fəryad” filmi də çəkilməli idi.Filmdə qarın üstünə yıxılan yaralı insanlar Xocalı sakinləri özləridir. Kadrların yaxşı alınması üçün təbii ki, həmin anda nə operatoru, nə ssenari müəllifini insanların nə yaşadığı barədə düşünməyə vaxtları belə olmayıb. “Sən burdan yıxıl, sən belə qışqır” – deyə göstəriş verən operator Kənan Məmmədov deyir ki, bir də gördüm, kimsə hönkürüb ağlayır. Dönüb gördüm Ceyhun Mirzəyevdir: “O faciədən sağ çıxanlara burda onu yenidən yaşadıb, öldürməyək, dayandırın” — deyir.
Kadrlar o qədər real alınır ki, o vaxt televiziyalar real Xocalı kadrları ilə filmin kadrlarını süjetlərdə bəzən dəyişik salıb verirdilər.
Filmdə istifadə edilən silahları kinostudiyanın pirotexnika şöbəsinin rəhbəri Əlibala Məmmədov tapmışdı, bəzilərini şöbənin anbarından, bəzilərini də hərbi hissələrdən.
Filmin büdcəsi yox dərəcəsində olduğundan hamı Qarabağ mövzusu üçün müəyyən güzəştlər edirdi. Hətta musiqiləri AzTV-nin səsyazma studiyalarında səsləndirilib. Bunun üçün bəstəkar Cavanşir Quliyev sədrə müraciət edib və razılıq alıb. Bəstəkardan söz düşmüşkən, Cavanşir Quliyev filmin sonluğu üçün əla bir musiqi-marş bəstələyib, amma sonda qərar alınıb ki, onu verməsinlər. Bəstəkar özü bu barədə heç nə deməsə də, belə başa düşdük ki, o vaxtın məğlub ruhu ilə musiqinin mübarizə havası uyğun gəlməyib. Amma bu gün üçün o marş lap yerinə düşür, hər şeyin öz zamanı. Odur ki, yazının sonunda həmin musiqini təqdim edəcəyik.
Aktrisa Sənubər İsgəndərova filmdə bircə kadra çəkilib. Deyir ki, Ceyhun Mirzəyevlə dost idik, o, dedi, mən də təmənnasız çəkildim: “Və indi deyirəm ki, nə yaxşı o filmdə bircə kadrlıq da olsa, əməyim var”.
“Ögey ana”dakı İsmayılı bu filmə gətirmək ideyası isə çəkiliş prosesində Ceyhunun öz ağlına gəlib. Yaradıcı qrup ideyanı bəyənib, bir əlavə ilə — İsmayılın cəbhəyə yola salındığı kadra “Ögey ana”dan balaca İsmayılın atasının arxasınca ağladığı səhnəni salmaqla məsələ həll olunub.
Ceyhun Mirzəyev filmin çəkilişlərində tez-tez ürək ağrılarından şikayət edirmiş. Xanımı Lidiya Mirzəyeva müsahibəsində demişdi ki, Ceyhun çəkilişlərdən evə gələndə elə bil müharibənin özündən gəlirdi, döyüşdən çıxana oxşayırdı: “Gecəni də yata bilmirdi, ah-ufla o tərəf, bu tərəfə çevrilirdi yatağında”.
Doğulduğu Ağdamın Abdal-Gülablı kəndinin itkisinə, Xocalı faciəsinə, Qarabağ dəhşətlərinə hayqırtısı. Son dəfə hayqırdı və ürəyi partladı. Filmin montajına qədər dözmədi. O qədər real yaşadı filmdəki rolunu. İsmayılın döyüldüyü, işgəncə verildiyi kamera səhnələri Bayıl həbsxanasında lentə alınıb, Stalinin yatdığı kamera ilə üzbəüz kamerada.
Cavanşir Quliyev danışır ki, Ceyhun səhnələr təbii alınsın deyə özünü həqiqətən döydürürdü. Onu kaskadyorun əvəz etməsi təklif edilsə də, razı olmadı. Bir kadr isə dəfələrlə çəkilirdi: “Bəlkə də o döyülən səhnələrdə ürəyindəki tromb tərpənib deyə az sonra ürəyi partladı”.
Kənan Məmmədov danışır ki, öz paltarının altından ona zirehli gödəkçə geyindirmişdik, amma onları soyunanda gördük ki, bədənində döyülən yerlər göyərib.
Ceyhun Mirzəyevin vertolyotla çəkildiyi kadrlar yenə Goranboyda çəkilib. Vertolyotu isə Gəncədən Surət Hüseynov göndərib. Cəmi iki saata vertolyot çəkilib qayıtmalı idi. Ha gözləyirlər gəlib çıxmaq bilmir, hava şəraiti uyğun olmadığından, dumanlı olduğundan düşünürlər yəqin gəlməyəcək. Bir də eşidirlər ki, səsi gəlir. Bir neçə dəqiqədən sonra dumanın içindən vertolyotun özü çıxır. Kadrı 20 dəqiqəyə çəkirlər, bəzi məqamlarda Çingiz Mustafayevin çəkdiyi kadrlar bədiiləşdirilib: “Gör körpə uşağın başına nə oyun açıblar” dediyi yerdən.
Vertolyot missiyasını yerinə yetirib geri dönmək istəyəndə xarab olub, iki saat əvəzinə çəkiliş meydanında dörd saat qalmalı olub. Pilot pəri açıb düzəldəndən sonra gedə biliblər.
Çəkiliş vaxtı Ceyhun Mirzəyevin səhhətində ciddi narahatlıqlar yaranıb. Ürəyində problem olduğu üçün orqanizmi zəifləmişdi. Soyuq hava, ürəyi zəif adam. Üstəlik də çəkilişlərdən birində az qala ölmüşdü.
Vertolyota zərərçəkənləri mindirib özü balaca qız uşağını işgəncə ilə öldürən erməninin üstünə gedəndə hiss edir ki, düz boğazını üzə biləcək yerdə nazik məftil çəkilib. Çölün düzündə o məftili ora kim hansı məqsədlə çəkmişdi aydın olmayıb, amma Ceyhun Mirzəyev son anda əli ilə məftili qaldırıb keçdiyi üçün ovcunun içi kəsilib.
Filmdə rus və gürcü aktyorlar da çəkilib, epizodik kadrlarda. Erməni dilində danışılan səhnələri isə İrəvan teatrının aktyoru Vidadi Əliyevlə oğlu, SOY kompaniyasının rəhbəri Oqtay Əliyev səsləndiriblər.
Yalnız Məlik Dadaşov öz hissələrində səsini başqasının səsləndirməsinə razı olmayıb ki, mənim səsimi əvəz edə bilən olmayacaq. Aktyor özü mətni erməni dilinə çevirtdirib, əzbərləyib və səsləndirib. Görünür, bu qədər təbii oynadığı üçün aktyor sonralar küçəyə çıxa bilmirmiş, hamı onu “erməni” adlandırırmış. Bir dəfə hətta onu döymək istəyən kütlənin əlindən aktyoru sənət dostları güclə almışdılar.
İsmayılın dostu Rövşən rolunu oynayan aktyor Hacı İsmayılovla Ceyhun həyatda dost olublar. Aktyor deyir, ilk dəfə milli ordu formasını o filmdə geyinib arzuma çatmışam.
Filmin montaj prosesi gedəndə Ceyhun Mirzəyev haqqında televiziyada veriliş hazırlanırmış. Çəkilişlər vaxtı, sonra montaj prosesində qəribə tələskənlik varmış Ceyhun Mirzəyevdə, çalışırmış ki, tez bitirsin filmi.
Bir də martın 5-də gedib kassaya ki, bəlkə pulumuz köçüb, 8 mart üçün Lidiyaya çəkmə almaq istəyirəm. Həmin vaxt pul köçürülən vaxt deyilmiş.
Kinostudiyadan montajdan çıxanda deyib ki, gedirəm görüm, hazırladıqları verilişi necə montaj ediblər və yollanıb Azərbaycan televiziyasına.
Orda halı pisləşib. Onun haqqında veriliş hazırlayan Hicran Hüseynov Ceyhunu tez evinə çatdırıb. Evdə qızı Cəmiləni çağırıb, onun üzünə baxıb və gözlərini yumub. Təcili yardım gələndə artıq keçindiyi məlum olub. 5 mart 1993-cü ildə. 46 yaşında.
Film isə öz həyatını davam etdirir — rejissorun həyatı yarıda qırılsa da. Montaj da olur, premyera da. Sonralar müxtəlif mükafatlara layiq görülür. Ölümündən sonra Ceyhun Mirzəyev də “Humay” mükafatına layiq görülür o filmə görə. “Fəryad” Vaqif Mustafayevin də ssenariyə görə “Tağıyev” mükafatı aldığı işdir. Ssenari müəllifi Vaqif Mustafayev, quruluşçu rejissor Ceyhun Mirzəyev, quruluşçu operator Kənan Məmmədov, quruluşçu rəssam Rafiz İsmayılov, bəstəkar Cavanşir Quliyevdir. Rollarda Ceyhun Mirzəyev, Məlik Dadaşov, Hacı İsmayılov, Liana Qudadze, Fikrət Məmmədov, Nəcibə Behbudova və başqaları çəkilib.
“Fəryad” filmi bu gün də Qarabağ müharibəsi haqqında çəkilən ən səmimi film hesab edilir.
Sonda ürəkaçan bir xəbər. “Fəryad” filminin ikinci hissəsinin lentə alınması üçün Mədəniyyət nazirliyi Vaqif Mustafayevə ssenari yazmağı sifariş verib. Rejissor ssenari üzərində işə başlayıb. Könül istərdi ki, filmin çəkilişləri Xocalıda aparılsın... Mənbə: lent.az
| ['Fəryad filmi', 'fəryad', 'Qarabağ müharibəsi haqqında film', 'müharibə filmləri', 'müharibə filmlərinin qəhrəmanları'] |
86 | https://kayzen.az/blog/maraqli-faktlar/27232/ssri-nin-m%C9%99xfi-layih%C9%99l%C9%99ri.html | SSRİ-nin məxfi layihələri | gunelb | Maraqlı faktlar | 23 sentyabr 2022, 00:39 |
Gizli yeraltı obyektlər, yüz metrlərlə hündürlüyü olan antennalar, adron kollayderlər – bütün bunlar SSRİ-nin gün işığına çıxan məxfi layihələridir.
Neft daşları
Keçən əsrin ən möhtəşəm layihələrindən biri olan Neft daşları 1949-cu ildə Xəzər dənizində salınıb. Bura sanki ayrıca bir dünyadır. 2 mindən çox insanın yaşadığı bu məkanda insan həyatı üçün vacib olunan bütün şərtlər, infrastruktur təmin olunub.
Proton komplektiAvropadan çox öncə SSRİ-də adron kollayderinin yaradılmasına cəhd edilib. 1983-cü ildə tədqiqat institutu olan “Proton” tərəfindən Protvinoda layihənin icrasına start verilib. Hətta yerin 60 metr dərinliyinə iki əsas halqa belə yerləşdirilib, hansı ki, dərinliyi 21 kilometrə çatdıra biləcək qabiliyyətdə idi. Lakin ölkədə “yenidənqurma” siyasətinin törətdiyi fəsadlar bu layihənin həyata keçirilməsinə mane oldu.
Sualtı qayıqlar bazası
Bu obyekt Balaklavada yerləşirdi. SSRİ dönəmində bura məxfi xəritələrdə «объект 825 ГТС» adı ilə verilirdi. Obyektin tikintisinə 1961-ci ildən başlanılmışdı və mümkün nüvə hücumuna qarşı hesablanmışdı. Obyektə yalnız iki giriş qapısı vasitəsilə daxil ola bilərdilər. Sahəsi 5100 kv.metr idi. Özünün xüsusi hospitalı, çörəkbişirmə sexi, idman mərkəzi vardı. Mümkün nüvə hücumu zamanı bütün Balaklava sakinlərini burda yerləşdirmək mümkün idi və ərzaq ehtiyatı 3 ili görərdi.
Çernobıl-2 stansiyası
1985-ci ildə “Duqa” radiolokasiya stansiyası inşa edildi. Bu obyekt qitələrarası ballistik raketlərin aşkar edilməsi üçün nəzərdə tutulmuşdu. Antennaların hündürlüyü 150 mterə bərabər idi və 160 km radiusda olan ərazini nəzarətdə saxlaya bilirdi. Çernobıl AES-də məlum qəzadan sonra bura öz əhəmiyyətini itirdi və “Çernobıl-2” adlandırıldı. Hazırda isə turistlərin ayaq açdığı yerə çevrilib.
“Döyüş köstəbəyi”
Bu obyektin vəzifəsi yer altında şübhə çəkmədən düşmən obyektlərini, gəmiləri məhv etməkdən ibarət idi. Bu partlayışlar nəticəsində zəlzələ də yaradıla bilirdi. Silah Ural rayonlarında test edildi və sübut olundu ki, 15 km dərinliyə enərək, düşmən obyektlərini məhv etmək iqtidarındadır. Lakin növbəti sınaq zamanı faciə yaşandı, qayıq partladı və bütün komanda üzvləri həlak oldu.
Kosmik qırıcı – “Spiral”
“Soyuq müharibə” illərində sovet alimləri düşmənə kosmosdan zərbə endirmək, eləcə də düşmənin siqnallarını müəyyən etmək üçün belə bir layihə üzərində işlədilər. Bu obyektin fantastik imkanları vardı: istənilən hava və landşaft şərtlərində fəaliyyət göstərə, kosmosdan bombardman edə və düşmənin siqnallarını müəyyənləşdirə bilirdi. Aparat istehsal olunsa da test edilmədi və 70-ci illərin ikinci yarısında gözlənilmədən ortadan götürüldü.
Beyin radiosuBioloji silahlardan sonra kütləni məhv etmək üçün ən “uğurlu” silah psixoloji silahlardır. İnsan beyninə radio dalğalar vasitəsilə təsir etməklə ona istədiyiniz işi gördürmək mümkündür. Belə bir təkliflə 1923-cü ildə Bernard Kajinskiy çıxış edib. İt üzərində təcrübə aparıldı və onun beyninə radio dalğalar göndərildi. İt bu siqnallara mavfiq olaraq, rəfdən kitab götürdü. 1924-cü ildən sonra təcrübələr bilinməyən səbəblərdən dayandırıldı.
Uçan tank: A-40
1941-ci ildə müharibənin gedişində tankları partizanlara dəstək məqsədilə, havadan daşımaq ehtiyacı yaranmışdı. Bunun üçün belə bir layihə üzərində düşünülməyə başlandı. Lakin təcrübə aparılsa da, bu layihədən imtina olundu. Çünki yük o qədər ağır idi ki, motorda yanğın baş verdi.
Atom reaktorlu təyyarə – M 60(Атомолёт)
SSRİ-də atom energetikasının inkişafı dövründə alimlər kerosinlə yanaşı, atom enerjisi ilə də işləyə bilən təyyarə üzərində fikirləşməyə başladılar. Bu icad yanacağa olan ehtiyacı azalda bilərdi. Lakin uçuş zamanı pilotun radiasiyaya məruz qalması və baş verə biləcək böyük faciəni nəzərə alaraq, layihəni dayandırmaq məcburiyyətində qaldılar.
Meteoroloji silahXX əsrin 80-ci illərində insanın havaya təsiri süəkli araşdırılırdı. Meteoroloji silahlar vasitəsilə düşmən ərazisində təbii fəlakətlər yaratmaq sovet rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdən idi.
Lazer silahları
Stasionar lazer silahlarının istifadəsi üçün Moskva ərazisində bir neçə təcrübə şaxtaları mövcud idi. Təcrübələr müsbət yekunlaşsa da, 90-cı illərin əvvəllərində nədənsə, ortadan qaldırıldı.
Sibir xorası
“Soyuq müharibə” dövründə sovet alimləri bioloji silahlar üzərində də çalışmağa başlamışdılar. Bioloji silahlar 1925-ci il Cenevrə konvensiyası ilə qadağan olunduğuna görə, bu iş gizli şəkildə sürdülürdü. Layihə Aral dənizində yerləşən bir adada həyata keçirilirdi. Aral gölü quruduqdan sonra həmin ərazi yarımadaya çevrildi və virusun arealının genişlənə biləcəyi təhlükəsi ortaya çıxdı. Layihənin sonrakı aqibəti haqda heç nə bilinmir.
SSRİ-də ilk nüvə faciəsi – “Çelyabinsk-40”
SSRİ-də ilk nüvə faciəsi Çernobılda deyil, ondan 29 il əvvəl Uralda, “Mayak” stansiyasında baş verdi. Həmin layihənin məxfi kod adı “Çelyabinsk-40” idi. Hadisə 30 il ictimaiyyətdən gizlədildi. Deyilirdi ki, faciədən sonra bir çox insan radiasiyaya məruz qalmışdı. Mənbə: libre.az
| ['uçan tank', 'meteoroloji silah', 'lazer silahları', 'Çelyabinsk-40', 'atom reaktorlu təyyarə', 'kosmik qırıcı', 'Çernobıl-2 stansiyası'] |
87 | https://kayzen.az/blog/herb/27229/qad%C4%B1n-generallar.html | Qadın generallar | gunelb | Hərb | 18 sentyabr 2022, 17:17 |
Tarixən qadınlar arasında döyüşçülər, sərkərdələr çox olub. Tomirisdən tutmuş, Janna d’Arka qədər bir çox döyüşçü qadınların adlarını göstərmək olar. Cəmiyyətdə belə bir fikir hakimdir ki, hərb işi kişilərin işidir və qadınlardan hərbçi olmaz. Lakin bu, heç də belə deyil və zaman-zaman bütün ölkələrdə qadın hərbçilərin sayı artmaqdadır. Hazırda bu rəqəm 10% təşkil edir.
İndi isə sizə müxtəlif ölkələrdə general rütbəsi almış qadınların bəzilərini təqdim edəcəyik.
Azərbaycan
Azərbaycan tarixində yeganə qadın general keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Əməliyyat-Texniki İdarısinin eks-rəisi Natəvan Mirvətova olub. O, 2009-cu il martın 28-də Azərbaycan Prezidentinin sərəncamı ilə general-mayort ali hərbi rütbəsi alıb. 2018-ci ilin aprelində “MTN işi” çərçivəsində məsuliyyətə cəlb olunan qadın generalın hərbi rütbəsi geri alınıb.
GürcüstanGürcüstan tarixində yeganə general rütbəsi daşıyan qadın İrina İmerlişvilidir. O, Milli Təhlükəsizlik Şurasının keçmiş sədri, “Gürcü Arzusu” partiyasından deputat və ədliyyə general-mayorudur.
Qazaxıstan
Qazaxıstan tarixində yeganə qadın-general Prokurorluq orqanlarının əməkdaşıdır. Belə ki, Saule Aytpayeva uzun illər Qazaxıstan Baş Prokurorluğunun İnformasiya və Statistika Xidmətində çalışıb. 2013-cü ilin mayında ona general-mayor rütbəsi verilib.
Türkiyə
Qardaş Türkiyə Ordusunda isə Hərbi Hava Qüvvələrinin zabiti Bilgəxan Bülbül Silahlı Qüvvələrin ilk qadın general olmaq şanslarını qazansa da, 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhdlə bağlı hadisələr zamanı onun həyat yoldaşının da adının Fətullah Gülənlə yanaşı hallanması bu iddialara son qoyub.
Pakistan
Pakistan Dost Pakistan Ordusunda isə 3 qadın general var. Onlar tibb xidməti general-mayorları – Şahidə Badşah, Nigar Cöhər Xan və Şahidə Malikdir.
İspaniya
2019-cu ildə İspaniya Ordusunun hərbi qulluqçusu, 56 yaşlı Patrisiya Orteqa Quru Qoşunları Mühəndis-Politexnik Korpusunun briqada generalı təyin olunub. O orduda yeganə qadın generaldır.
Ukrayna
Azərbaycana dost ölkələrdən Ukraynaya gəlincə, ilk dəfə 2018-ci il oktybarın 14-də prezident Pyotr Poroşenko Milli Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb İdarəsinin rəisi Lyudmila Şuqaleyə tibb xidməti general-mayoru ali hərbi rütbəsi vermişdi. 2020-ci ilin martında isə prezident Vladimir Zelenski Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin rəis müavini Yuliya Laputinaya general-mayor rütbəsi verilməsi ilə bağlı sərəncam imzalayıb.
Rusiya
Rusiyada fərqli qurum və müəssisələrdə ümumilikdə 44 qadın general xidmət edir. Amma həmin generallar arasında yalnız 1-nin karyerası Silahlı Qüvvələrlə bağlıdır. Belə ki, Rusiya Ordusunda yeganə general rütbəsini daşıyan qadın – Tatyana Viktorovna Şevtsovadır. O 1969-cu ildə Kaluqa vilayətinin Kozelsk şəhərində anadan olub. 1991-ci ildə Leninqrad Maliyyə İnstitutunu bitirən Şevtsova uzun illər Federal Vergi Xidmətinin direktor müavini, 2010-cu ildə isə Rusiya müdafiə nazirinin məsləhətçisi təyin olunmuşdu. 2010-cu il avqustun 4-dən isə müdafiə nazirinin müavini səlahiyyətlərini icra edir.
ABŞ
Ümumiyyətlə, ABŞ Ordusunda bu günə qədər 49 qadın general olub.
Enn Elizabet Danvudi – ABŞ Ordusunun generalı. O 1953-cü il yanvarın 14-də Virciniya ştatının Fort-Biver bazasında anadan olub. 22 yaşında qadınlardan ibarət hərbi korpusda 2 illik xidmətə başlyan Danvudi sonralar 82-ci hava-desant diviziyasında yeganə qadın-batalyon komandiri çalışıb. O, İraq və Əfqanıstanda hərbi əməliyyatlarda iştirak edib və 2002-ci ildə generla-mayor, 2005-ci ildə isə general-leytenant rütbəsi alıb. 2008-ci ildə 4-cü ulduzunu da alaraq ABŞ Ordusu tarixində ilk tam general rütbəsi alan qadın olub. 2008-2012-ci illərdə Ordunun maddi təminat üzrə komandanı olan Enn Danvudi 38 illik xidmətdən sonra təqaüdə çıxıb.
Klaudiya Kennedi – ABŞ Ordusunun ilk qadın general-leytenantı. O 1947-ci il 14 iyulda Almaniyanın Frankfurt şəhərində anadan olub. Kennedi 1997-ci il mayın 21-də general-leytenant rütbəsi alıb. O uzun illər ABŞ Baş Qərargahının kəşfiyyat xidmətinin rəisi olub. Xanım general 2000-ci ildə istefa verib. Çin
Çin Ordusu da son illər aktiv şəkildə qadın hərbçiləri ordusuna cəlb edir. Rəsmi olaraq, Min Xalq Ordusunda 2 qadın general var. Onlardan biri Hərbi Hava Qüvvələrinin general-mayoru, diviziya komandiri Çen Vei, digəri isə general-mayor Tan Bindir. Məhz həmin qadın generallar 2019-cu ilin oktybarında Pekində Çin Xalq Azadlıq Ordusunun yaranmasının 70 illiyinə həsr olunmuş təntənəli parada rəhbərlik etmişdilər.
İsrail
İsrail Dünyanın ən yüksək döyüş hazırlığına malik ordularından birinə malik İsrail qadınlar üçün hərbi karyera qurmaq həmişə əlverişli olub. Hazırda yüksək zabit heyəti arasında qadınların sayı ildən-ilə sürətlə artır. Belə ki, Orduda 40-dan çox polkovnik, 7 briqada generalı var.
Orna Babrivay – İsrail Ordusunun kadrlar şöbəsinin rəisi, general mayordur.
Şaron Nir – Baş Qərargah rəisinin gender məsələləri üzrə məsləhətçisi, briqada generalıdır.
Mixal Tşuva – Baş Qəraragahın administrasiya şöbəsinin rəisi, briqada generalıdır.
Ariella Ben Avraam – Baş hərbi senzor, briqada generalıdır.
Orli Markman – Hərbi Appelyasiya Məhkəməsinin sədr müavini, briqada generalı
Orli Ştern – Müdafiə Nazirliyinin mühəndis-tikinti şöbəsinin rəisi, briqada generalı
Ariella Leyzroviç – Baş Qərargah rəisinin baş maliyyə məsləhətçisidir.
Böyük Britaniya
Böyük Britaniya Ordusunda ilk dəfə qadına general-mayor rütbəsi 2015-ci ilin senyabrlnda verildi. 52 yaşlı Syuzan Ric general rütbəsi almaqla yanaşı, orduda baş hüquqşünas vəzifəsini də aldı. 2018-ci ildə qəbul edilən qərarla qadınlar Böyük Britaniya Ordusunda istənilən hərbi vəzifəyə, o cümlədən xüsusi təyinatlı qüvvələrdə postlara iddialı ola bilərlər.
Fransa
Fransada Silahlı Qüvvələrdə xidmət edən qadınların sayı şəxsi heyətin 10,5%-ni təşkil edir. Ölkənin müdafiə naziri postunu da qadın Plorans Parli icra edir. Hazırda Fransa Ordusunda qadın generalların sayı azlıq təşkil edir. Quru qoşunlarında 169 generaldan 2-si, Hərbi Dəniz Qüvvələrində 59 generaldan 1-i, Hərbi Hava Qüvvələrində isə 72 generaldan 3-ü general rütbəsi daşıyır. İntendant Xidmətində 29 generaldan 6-sı, Baş Silahlandırma İdarəsində 115 generaldan 20-si və Hərbi-Sanitar Xidmətdə isə 45 generaldan 12-si qadındır. Müəllif: Alov Inanna EyvazovaMənbə: libre.az
| ['Azərbaycan', 'Fransa', 'Türkiyə', 'Böyük Britaniya', 'Rusiya', 'İsrail', 'Çin', 'qadın generallar', 'qadın general', 'Ukrayna', 'ABŞ', 'Pakistan'] |
88 | https://kayzen.az/blog/Azerbaycan-kinosu/27219/bizim-c%C9%99bi%C5%9F-m%C3%BC%C9%99llim-filmi-haqq%C4%B1nda-maraql%C4%B1-m%C9%99lumatlar.html | Bizim Cəbiş müəllim filmi haqqında maraqlı məlumatlar | gunelb | Azərbaycan kinosu | 8 sentyabr 2022, 00:37 |
“Allah ikinizin də bəlasını versin-sənin də, Hitlerin də…”
“Ana, atamızı unutmuşuq
Atanız bizi unudub. Cəbiş, baları yetim qoymaq istəyirsən?”
“Sən burda neyniyirsən?
Ay rəhmətliyin oğlu, adam burda neyniyər? Aç qapını bombalar töküldü başıma”.
“Pulun var sənin?
Sənin yox, sizin.
Yaxşı, pulun var sizin?”
“Ay qız, Tanyə…”
“Bizim uşağı görmədin?
Uşağın olub bəyəm?
Kül başuva, doğan vaxtımdı? Tanyəni deyirəm, əmanətdü, əmanət.”
“Xoşun gəlir? Gözləri yaşıldu?”
“Yəni ayda bir dəfə mənim arvadımla bazaar getməyə ixtiyarım yoxdu?”
Bu yerdə, ümumiyyətlə yazı boyu filmin adını çəkməsəm belə oxucu artıq sitatlardan bildi söhbət hansı filmdən gedir.
1969-cu ilin filmidir. 60-70-ci illər Azərbaycan ədəbiyyatının intibah dövrü olub. Həmin dövrdə kinoda, teatrda, rəssamlıqda, musiqidə, ümumiyyətlə mədəniyyətin bütün sahələrində ən gözəl əsərlər, ən peşəkar sənətkarlar meydana gəlib. Sevdiyimiz “şərikli çörək” də o illərin filmidir. “Bizim Cəbiş müəllim” də.
«Müharibənin 1001-ci gecəsi» yoxsa “Bizim Cəbiş müəllim”
Film Maqsud İbrahimbəyovun «Müharibənin 1001-ci gecəsi» ssenarisi əsasında çəkilib. Maqsud və Rüstəm qardaşları qədər köhnə Bakı həyatını, insanlarının psixologiyasını bilən üçüncü adam az tapılar.
Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.
Böyük Vətən müharibəsində Azərbaycan neftinin nə dərəcədə böyük rol oynaması haqqında fikirlər ilk dəfə olaraq «Bizim Cəbiş Müəllim» filmində Nəcəfov obrazının dili ilə söylənilib. Doğrudan da, bu filmdə rejissor Həsən Seyidbəyli filmin ssenari müəllifi Maqsud İbrahimbəyov çox cəsarətli addım atıblar. Nəcəfov obrazının dili ilə rusların xoşuna gəlməyən, daima nəzəratlərində saxladığı faktları aşkar ifadə ediblər. Böyük Vətən müharibəsində Sovetlər tərəfindən iştirak edən hər 1000 tankdan 700-nü, hər 1000 təyyarədən 700-nü yanacaqla Azərbaycan təmin edib. Bu fakt ilk dəfə «Bizim Cəbiş Müəllim» filmində aşkara çıxarıldı… Filmin çəkilişi başa çatdıqdan sonra Moskvaya göndərdilər. Həmişə olduğu kimi bu dəfə də Moskva filmin bir neçə epizodu ilə yanaşı, Nəcəfov obrazının dili ilə deyilən faktların çıxarılmasına göstəriş verir. Həsən Seyidbəyli gərgin mübahisədən sonra istədiyinə nail olur.
Həsən Seyidbəyli Makedonu təsadüfən tapmışdı
Rejissor Makedon rolunun ifaçısı Aqil Ağacanovla bulvarda təsadüfən nərd oynayırmış. Qarşısındakının rejissor olduğunu bilən Aqil onunla mərcə girir. Əgər rejissor uduzsa onu kinoya çəkəcək. Razılaşırlar. Nərddə uduzduqdan sonra Həsən Seyidbəyli sözünü tutaraq onu Makedon roluna sınağa çağırır. Aqil Ağacanov sınaqdan keçəndən sonra rejissor onu çağırıb deyir ki, səni zatən Makedon rolu üçün gözüm tutduğuna görə səninlə nərd oynamağa başladım. Gəldiyimiz mərc isə səndən çox mənim mənafeyimə xidmət edirdi.
“Çağırsa ellər gedərəm davaya” barədə həqiqət“Bizim Cəbiş müəllim”ə dəfələrlə baxmış tamaşaçıların əksəri bu fikirdədir ki, “Çağırsa ellər gedərəm davaya” da Əliağa Vahidindir. Amma adı titrlərə düsməyən meyxana müəllifi Molla Məhəmməddir.
Filmdə məhəllə uşaqlarının (Namiq, Makedon və s.) dediyi meyxananı səsləndirən də şairin özüdür.
73,5 dəqiqəlik “Bizim Cəbiş müəllim”ə Molla Məhəmmədin meyxanası necə daxil edilib?
Molla Məhəmməd – 1950-ci ildə Maştağa kəndində doğulmuş Məmmədqulu Əhmədovdur. “Molla Məhəmməd” təxəllüsünü ona oturub-durduğu, yaşından böyük kişilər veriblər. Məmmədquluda görüb-götürmək, eşitdiyini-oxuduğunu beş dəqiqədə qulağına sırğa etmək bacarığını duyanlar təxəllüs verməkdə yanılmayıblar. Bədahətən şeir demək (bədiyyə), əsasən də qəzəl yazmaq istedadı ilə Molla Məhəmməd tez bir zamanda kənddə məşhurlaşıb.
Onu Nəsibə Zeynalovanın oğlu Cahangirlə yaxından tanışlığı filmə gətirib çıxardır. Bağ qonşusu idilər. Günlərin bir günü Cahangir uşaqlıq dostu Molla Məhəmmədin yazdığı “Çağırsa ellər, gedərəm davaya” meyxanasını anasına göstərir. Öz növbəsində, o da filmində müharibə illərinin canlı ab-havasmı yaratmağa çalışan Həsən Seyidbəyliyə. Meyxana kinorejissorun elə xoşuna gəlir ki, onun səsləndirilməsi də müəllifin özünə, yəni Molla Məhəmmədə həvalə edilir.
Bizim Süleyman Ələsgərov
Bizim iki Süleyman Ələsgərovumuz olub. Biri görkəmli bəstəkar, o biri aktyor. Cəbiş müəllim obrazının ifaçısı aktyor Süleyman Ələsgərovdur. İxtisasca həkim olmalı idi, çünki Tibb İnstitutunun üçüncü kursunda oxuyanda getdiyi teatr dərnəyindən Gənc Tamaşaçılar Teatrının aktyor ştatına müsabiqə yolu ilə işə götürülüb. Sənətə bağlandığından institutu atıb. Ömür boyu Gənc Tamaşaçılar Teatrında işləyib. “Hacı Qəmbər” tamaşasında Hacı Qəmbər obrazı gözlərim qarşısındadır, çünki yaşıma görə gördüyüm yalnız uşaq vaxtı həmin tamaşa olub. 34 filmə çəkilib. Cəbiş müəllim obrazı onun visit kartı sayılır. Deyilənə görə aktyor xasiyyətcə obraza çox bənzəyirmiş. 83 yaşına, yəni ömrünün sonuna qədər
səhnədə olub. Ölümündən az əvvəl qrim güzgüsünü gənc aktyor Elşən Rüstəmova həvalə edib. 1989-cu ildə dünyasını dəyişib.
Bu filmdəki roluna görə xalq artisti 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında diploma layiq görülüb.
Cəbişin arvadı
Fikir vermisiniz, filmdə obrazın adı belə də gedir, öz adı yoxdur-yalnız Cəbişin arvadıdır. Mentalitetin göstəricisidir. Lent.az-ın criminal yazarı Nizamın fantazyasın agörə guya Cəbişin arvadı ona xəyanət edir, özü də qonşu Əbülfəzlə. Deyir hayıf Cəbiş kimi kişiyə arvadı xəyanət edir, rejissor guya bunu xırda detallarla işarə verib: “məsələn Əbülfəzin fürsətdən istifadə edib bazarda qadının qolundan tutması, öz evində kürəyinə, əlinə toxunması buna işarədir.”
Yeri gəlmişkən, həmin o kürəyinə toxunduğu yerdən Moskva senzurası çox maraqlı bir epizpodu kəsib atıb. Həmin yerdə Cəbişin arvadı Əbülfəzi yun çubuğunun altına salıb qənşirin çıxardır. Hayıf ki, filmdə həmin yer yoxdur.
Şəfiqə Məmmədova bu obrazı əvəzsiz ifa edib. Yer qoymayıb ki, deyəsən başqa kimsə daha yaxşı ifa edərdi. Mənbə: lent.az
| ['Azərbaycan filmləri', 'Azərbaycan kinosu', 'bizim Cəbiş müəllim', 'Cəbiş müəllim', 'Cəbiş müəllim filmi', 'Cəbiş müəllim kinosu', 'Həsən Seyidbəyli'] |
89 | https://kayzen.az/blog/kitab/27212/kitab-oxumaq-niy%C9%99-vacibdir.html | Kitab oxumaq niyə vacibdir? | gunelb | Kitablar və mütaliə | 2 sentyabr 2022, 00:26 |
Son dövrlərdə bir çox hadisələr bizə neqativ təsir edir – xüsusən də, stres və səhv qərarlar. Bir neçə il əvvəl nələrisə dəyişsəydik, bu gün bəlkə də daha xoşbəxt olardıq. Xoşbəxtlikdən sağlamlığımızı və rifahımızı qorumaq və yaxşılaşdırmaq üçün mistik iksir və ya milyon dollarlıq məhsul lazım deyil. Sağlam olmaq üçün reseptimiz əlimizin altındadır — sadəcə bir kitab.
Yel Universitetinin tədqiqatçıları tərəfindən 2016-cı ildə edilən bir araşdırma gündə yalnız 30 dəqiqə kitab oxuyan insanların ümumiyyətlə oxumayanlardan orta hesabla iki il daha çox yaşadıqlarını müəyyən etdi. Başqa bir hesabatda həftədə üç saatdan çox oxuduğunu bildirən oxucuların 2001-2012-ci illərdə ölmək ehtimalının yalnız qəzet və jurnal oxuyanlarla müqayisədə 23% daha az olduğu ortaya çıxdı. Əlbəttə ki, oxumaq sizi ölümsüz etməyəcək, ancaq elmi cəhətdən sübut edilmişdir ki, oxumağın qazandırdığı bilik və beyin inkişafı qocalıq xəstəlikləri ilə mübarizədə kömək edir.
Təəssüf ki, dünya əhalisinin 17%-i savadsızlığa görə bu üstünlüklərdən istifadə edə bilmir. Kitab və jurnallardan əlavə, bu əhali küçə lövhələrini, menyuları və ya tibbi təlimatları da oxuya bilmir. Nəticədə, onların yoxsulluq içində qalma ehtimalı daha da çoxalır və onlar sağlamlıqla bağlı məlumatlardan xəbərsiz olurlar.
Savadsızlıq insanları həyatının hər bir mərhələsində geridə qoyur. Onlar uşaq ikən məktəbdə müvəffəqiyyət qazana bilmirlər. Yetkinlik yaşına çatdıqda isə iş bazarından kənarda qalırlar. Valideyn olduqları zaman övladlarının təhsilinə dəstək verə bilmirlər. Əslində oxumağın əhəmiyyəti ölçülməzdir və həyatın bütün sahələrinə sirayət edir.
Kitab oxumağın faydaları
Uşaqlar oxumağı kiçik yaşlarından öyrənməlidir, çünki bu, beyin inkişafı üçün vacibdir. Yəni müəyyən biliklər əldə edildikdən sonra oxumaq dayanmamalıdır. Oxumaq yaşından, iqtisadi vəziyyətindən və maraqlarından asılı olmayaraq hər kəsin edə biləcəyi maraqlı fəaliyyətlərdən biridir. Buna görə də oxumağın gündəlik həyatımıza necə təsir etdiyini bilmək çox vacibdir.
Oxu beynimizi sağlam saxlayır
Hər hansı bir əzələ kimi, beyin də sağlam və güclü qalması üçün məşq etdirilməlidir. Oxumağı beyin üçün ağırlıq qaldırma kimi düşünün. Əslində tez-tez beyin məşqi etmək yaşlıların zehni geriliyini 32% azaldır. Alzheimer xəstəliyi və demensiyadan əziyyət çəkənlər üçün mütəmadi oxu faydalı ola bilər.
Bundan əlavə, oxucular hafizələrini inkişaf etdirə və daha güclü analitik bacarıqlar əldə edə bilərlər. Kitabı başa düşmək üçün oxucular müxtəlif obrazları, süjet xəttini xatırlamaqla yanaşı, baş verənləri analiz etməli və proqnozlaşdırmalı olurlar. Müəmmalı cinayət haqqında düşünün. Bundan sonra baş verəcəklər barədə proqnoz vermək insan təbiətinə xasdır və bu proqnozları vermək üçün analitik bacarıqlardan istifadə edirik. Oxumaqla zehninizi canlandırdığınız zaman diqqətinizi və konsentrasiyanızı da inkişaf etdirə bilərsiniz.
Özünüzü kəşf etməyə kömək edir
Hər yaxşı kitab oxucu üçün yeni düşüncələr açır. Kitab oxuyarkən hansısa formada o kitabdakı hadisələri, duyğuları, təcrübələri və personajları özünüzlə əlaqələndirməyə çalışırsınız.
Bu nəinki kitaba qarışmağınızı təmin edir, həm də həyatınızda hələ baş verməmiş vəziyyətləri necə hiss edəcəyinizi və onlara necə reaksiya verəcəyinizi də dərk etdirir. Bəyənmə və bəyənməməyin ölçülərini genişləndirməyə kömək edir.
Beləliklə, oxuduğunuz hər bir səhifə ilə “özünüzün” yeni bir hissəsini kəşf etmək şansınız ola bilər!
Stresi azaldır
Stres həyatın qaçılmaz bir hissəsidir və təəssüf ki, həddindən artıq olması ömrümüzü qısalda bilər. Oxumaq bununla mübarizə aparmağa kömək edir. Tədqiqatçılar mütaliənin stresi təxminən 68% azalda biləcəyini müəyyən ediblər. Oxumaq psixi sağlamlığı da gücləndirir. Mənəvi əhəmiyyətli mətnlər (dini, meditativ və s.) qan təzyiqini aşağı salır, özünüinkişafla bağlı kitablar əhval-ruhiyyə pozuntusu olan şəxslərə kömək edir. Ümumiyyətlə, oxumaq sakitləşdirici bir mexanizmdir və oxucuda rahatlıq və əmin-amanlıq hissi yaradır.
Empatiya bacarığını artırır
“Kitabqurdu olanlar introvert olurlar” stereotipinin əksinə olaraq, oxumaq sizi ünsiyyətcil edə bilər. Hər kitab fərqli şəraitdə yaşayan unikal personajlar yaradır. Hekayələri oxuyaraq başqalarını daha yaxşı başa düşməyi və empatik olmağı öyrənirik. Eləcə də, nə qədər çox oxusaq, insanlar üçün maraqlı həmsöhbət ola bilərik, çünki öz fikrimizi ifadəli çatdırmağı və fikirlərimizi əsaslandırmağı öyrənmiş oluruq.
Bizi daha ağıllı edir
Daha da ağıllı olmaq istəyirsiniz? Oxuyun. Geniş janrları və ya tipik maraq sahəmizin xaricindəki mövzuları oxuyaraq birbaşa öyrənmədiyimiz mövzular haqqında hərtərəfli məlumat əldə edə bilərik. Bəli, qeyri-bədii (akademik, şəxsi inkişaf və s.) kitablar yeni məlumatlar öyrənmək üçün əladır, ancaq bədii kitablar da bizə yeni biliklər verə bilər. Kitablar bizə başqa insanların fikirlərinə, davranışlarına fərqli prizmalardan baxmağa və ya özümüzün yeni fikirlər irəli sürməyimiz üçün ilham verə bilərlər.
Söz ehtiyatımızı artırır
Oxumaq söz ehtiyatımızı təbii olaraq genişləndirir, çünki oxuduqca naməlum sözlərin mənasını kontekst vasitəsilə başa düşürük və bu sözlər bir neçə dəfə kitabda qarşımıza çıxırsa, hafizəmizdə möhkəmlənmiş olur.
Yazı bacarıqlarımızı inkişaf etdirir
Yazı bacarığı həm təhsildə, həm də işdə uğur qazanmaq üçün çox vacibdir. Son illərdə, xüsusən də prestijli qurumlara müraciətlər zamanı esse və digər yazı növlərinə üstünlük verilir. Peşəkar həyata gəldikdə, tərcümeyi-hallar və motivasiya məktubları işə qəbulun əsasını təşkil edir. Bunların hər biri keyfiyyətli yazı tələb edir, çünki məzmun yaxşı deyilsə və ya səhvlər varsa, avtomatik olaraq bizim haqqımızdakı düşüncəyə mənfi təsir edəcək və çox güman ki, əks-əlaqə almayacağıq. Yazı bizim güclü “geyimimiz” deyilsə, yazı bacarıqlarımızı necə inkişaf etdirəcəyimizi bilmək vacibdir.
Oxumaq və yazmaq bir-biri ilə əlaqəlidir. Nə qədər çox oxusaq, yazı bacarıqlarımız bir o qədər yaxşılaşır, çünki oxumaq əslində axıcılığı, yazı üslubunu və cümlə quruluşunu düzgün etməyi inkişaf etdirir.
Uşaqlarımızla keçirdiyimiz vaxtı səmərəli edir
Valideynlər üçün oxu uşaqları ilə səmərəli vaxt keçirmək üçün mükəmməl bir yoldur. Araşdırmalar göstərir ki, valideynləri təhsilə cəlb edildikdə uşaqların motivasiyası və uğuru yaxşılaşır. Uşaq kitablarını yatmadan əvvəl oxumaq və uşaqları gənc yaşlarından öyrənməyə və oxumağa təşviq etmək onların gələcəkdə uğur qazanmasını təmin edir. Həmçinin oxumaqdan və yazmaqdan zövq alan uşaqların güclü intellektə malik olma ehtimalı bu fəaliyyətlərdə iştirak etməyənlərə nisbətən üç qat daha çoxdur.
Oxu pulsuz əyləncə təklif edir
Son olaraq və ən əsası oxumaq əyləncəlidir. Gözlərimizi zilləyərək telefona və ya televiziya verlişlərinə uzun müddət vaxt ayırmaq əvəzinə, yeni bir kitabın səhifəsindəki sətirləri oxuyaq. İnstaqramda olan mükəmməl bir şəkilə həsəd aparmaq əvəzinə özümüzü sevdiyimiz kitabın və personajlarının sehrli ölkəsinə aparaq. Beyin hüceyrələrimizi zədələmək əvəzinə oxumaqla bu hüceyrələrdən bəzilərini bərpa edək.
Bizə maraqlı olan mövzularda kitab oxusaq, oxu bizim üçün daha əyləncəli və xoş olar. Xoş mütaliələr!
Hazırladı: TİPİM-in əməkdaşı Aynur RəhimovaMənbə: www.finereads.com/blog/why-is-reading-important/
| ['kitab', 'kitab oxumaq', 'kitab oxumağın xeyirləri', 'kitab oxumaqın faydaları', 'kitablar', 'oxu', 'oxumaq', 'oxumağı öyrətmək'] |
90 | https://kayzen.az/blog/Bilirsinizmi/27202/%C3%A7i%C3%A7%C9%99kl%C9%99rin-m%C9%99nalar%C4%B1-n%C9%99dir.html | Çiçəklərin mənaları nədir? | gunelb | Bilirsinizmi? | 21 avqust 2022, 23:56 |
Fərqli gözəllikləri və qoxuları olan çiçəklər mənaları ilə də önəm daşıyırlar. Hər çiçəyin fərqli mənaları var. Hətta eyni adlı çiçəklər də rəngləri fərqli olduğu üçün fərqli mənalar daşıyır. Hər bir çiçəyin mənası onun hansı məqsədlə hədiyyə edildiyini izah edir. Çiçəklərin mənalarını təqdim edirik.
1. Ağ qızılgül – günahsızlıq
Ağ qızılgül məsumluğu, saflığı və təmizliyi təmsil edir. Əsasən evlilik təklifi edəcək kişilər ağ qızılgül seçirlər.
2. Qırmızı qızılgül – sevgiQırmızı qızılgül sevgini ifadə edir. Sevgilərini etiraf etməyə çalışan kişilər adətən ilk növbədə qırmızı qızılgüldən istifadə edirlər. Eyni zamanda, 14 fevral — Sevgililər günündə az qala “gül qırğını” yaşanır. Bütün kişilər sevdiyi qadınlara qırmızı qızılgül hədiyyə edirlər.
3. Çəhrayı qızılgül – könlüm sənindirQızların qəlbini fəth etməyə çalışan kişilərin köməyinə qaçan güllər arasındadır. Zərifliyi və gözəlliyi ilə göz oxşayır.
4. Sarı qızılgül- sevgiAvropanın XVIII əsrə qədər sarı qızılgüldən xəbəri olmayıb. İstilik və sevgini təmsil edir.
5. Mavi qızılgül – sirrSirri və əsrarəngizliyi təmsil edir. Mümkünsüzü və əlçatmaz olanı ifadə edir.
6. Ağ qərənfil — təmizlik, saflıqSaflığı və təmizliyi ifadə edir.
7. Qırmızı qərənfil – sevgiSevgini təmsil edən qırmızı qərənfillər, adətən seçkilər zamanı siyasi partiyaların zorla hamının əlinə verdikləri çiçəklərdir.
8. Çəhrayı qərənfil — səmimiyyətÇəhrayı qərənfil səmimiyyəti ifadə edir. Çəhrayı çiçəklər həmişə zərif və sevimli olur.
9. Sarı qərənfil — kədər
Sarı qərənfillər kədəri təmsil edir.
10. Ağ qərənfil — saflıq, təmizlik
Ağ rəng həmişə saflığı və təmizliyi təmsil edir. Bu səbəbdən ağ çiçəklər saflığın və təmizliyin simvoludur.
11. Qırmızı lalə — səni sevirəm
Qırmızı sevginin rəngidir. Qırmızı çiçəklər sevgini təmsil edirlər. Bu sevgi mütləq sevgiliyə olan sevgi deyil. Bu, ananıza, atanıza və uşağınıza olan sevgi ola bilər.
12. Çəhrayı lalə — anlayış
Anlayışı ifadə edən çiçəyin olması gözəldir. Ümid edək ki, hamı bir-birini başa düşsün və bu çiçək insanlara örnək olsun.
13. Sarı lalə — gərginlik
Bir çiçəyin gərginliyi ifadə etməsi çox qəribədir.
14. Ağ səhləb çiçəyi — məsumluq, lütf
Ağ səhləb dəbli çiçəklər arasındadır. Məsumiyyəti və zərifliyi təmsil edir. Qızların sevimli çiçəklərindən biridir.
15. Çəhrayı səhləb çiçəyi – sevimlilik
Səhləb çiçəyi hər rəngində öz zərifliyini qoruyub saxlayır. Çəhrayı səhləb zərifliyi ifadə edir.
16. Bənövşəyi səhləb çiçəyi- nəciblikBənövşəyi səhləb çiçəyi nəcibliyi təmsil edir. Son illərdə gəlinlərin əlində ən çox görünən çiçəkdir.
17. Mavi səhləb çiçəyi — sevgilərin ən böyüyü
Mavi səhləb çiçəyi sevgilərin ən böyüyünü ifadə edir.
18. Çobanyastığı — təmiz ürək
Çobanyastığı baharı gətirən bir çiçəkdir. Görünüşü ilə xoş təsir bağışlayan füsunkar və sevimli çiçəklər sırasındadır.
19. Kaktus — səmimiyyət
Kaktus, sevdiyin bir şəxsə göndərildikdə “sevgimiz üçün bütün çətinliklərə dözməliyik” anlamını verir. Qadınların çox da sevmədiyi çiçək olsa da, mənası böyükdür.
20. Mələkotu – ilham mənbəyimsən
Sevdiyiniz insana mələkotu göndərmək, görünüşü və qoxusu pis olsa da, ilham, ümid və sevinc deməkdir. Sevdiyiniz insan mələkotu çiçəyinin mənasını bilirsə, çox təsirlənəcək. Çiçəyin mənasını kiçik bir qeydlə yaza bilərsiniz.
Mənbə: ilk.az
| ['ağ qızılgül', 'qızılgüllərin mənaları', 'gül', 'güllərin mənası', 'güllərin mənaları', 'səhləb çiçəyi', 'çiçək', 'çiçəklərin mənaları', 'bitkilər'] |
91 | https://kayzen.az/blog/ixtira-k%C9%99%C5%9Ff/27193/d%C3%BCnyada-inqilabi-d%C9%99yi%C5%9Fiklik-yaradan-ixtiralar.html | Dünyada inqilabi dəyişiklik yaradan ixtiralar | gunelb | İxtiralar və kəşflər | 14 avqust 2022, 01:47 |
Dünyanı dəyişdirən bu ixtiraların necə edildiyini oxuduqda çox təəccüblənəcəksiniz. Hər ixtiranın altında böyük səy və əziyyət dayanır. Həmin böyük ixtiraları sizə təqdim edirik.
1. Təkər
İnsanlar təkərin ixtirasına qədər daşınma və köçlə bağlı böyük çətinlik çəkiblər. Günümüzdə də təkərlər və çarxlar bir çox texnologiyanın əsasını təşkil edir.
2. Daxili yanma mühərrikiDaxili yanma mühərrikləri yüksək istilikdəki yanacağın piston içində yandırılması ilə hərəkəti təmin edir. Bu kimyəvi enerjinin mexaniki enerjiyə çevrilməsinin təmin edən mühərriklərin yerini müasir mühərriklər alıb.
3. PenisilinVacib ixtiralardan biri olan penisilin şotland alim Alexander Fleming tərəfindən hazırlanıb. Bu icad
sayəsində milyonlarla insanın həyatı xilas olunub.
4. TelefonBir çox mütəxəssisin üzərində çalışmalar apardığı telefonun patentini ilk dəfə Alexander Graham Bell 1876-cı ildə alıb. Texnologiya inkişaf etdikdə telefonlar da dəyişib.
5. İnternet
İnternet 1960-cı ildə kompüter tərəfindən icad edilib. Bu ixtira ABŞ Müdafiə Sənayesi üçün hazırlanıb. Bu ixtira ABŞ Kəşfiyyat İdarəsinin (CIA) məşhurlaşmasını təmin edib.
6. Kompas
Qədim yunanlar e. ə. VI əsrdə maqniti kəşf etmişdilər. Məşhur filosof Thales maqnit daşında bir ruhun olduğunu və bunun sayəsində çəkmə və itələmə xüsusiyyətlərinə malik olduğunu bildirib. Maqnitlə şimal istiqamətini təyin etməyi isə ilk dəfə I əsrdə çinli dənizçilər bacarıblar.
7. İşıq
Bildiyimiz kimi, işığı Thomas Edison ixtira edib. O, elektrikin hansısa formada lampanı işıqlandırmaq üçün istifadə edilməsi fikri üzərində çalışıb. Kömürləşdirilmiş ünsürlərin iplik formasına gətirilərək havası boşaldılmış lampanın içinə yerləşdirilməsi ilə işıq meydana gəlib.
8. Mətbəə
Mətbəə ilk dəfə Johann Gutenberg tərəfindən icad olunub. Mətbəənin istifadəsinə ilk dəfə Uzaq Şərqdə başlanılıb.
9. Mikroprosessor
İnteqrasiya edilmiş sxemlərin kiçik ölçülərinin proqramlaşdırıla bilən kompüterlərin gücü ilə birləşdirilməsi mükəmməl bir fikir idi. Ted Hoff bir çox əməliyyat edəcək vahid inteqrasiya sxemi hazırlayıb. Mühəndis dostlarının köməyi ilə bunu həyata keçirib.
10. Kamera
Kameranı bir nəfər ixtira etməyib. Müxtəlif mütəxəssislər kamera ixtirası üçün çalışmalar həyata keçiriblər.
Mənbə: ilk.az
| ['ixtira', 'ixtiralar', 'kəşflər', 'kəşf', 'kəşf etmək', 'telefon ixtirası', 'pensilin ixtirası', 'işıq ixtirası', 'kamera ixtirası', 'internet ixtirası'] |
92 | https://kayzen.az/blog/aforizmler/27191/t%C9%99l%C9%99b%C9%99-ad%C4%B1-qazananlara-yazmaq-%C3%BC%C3%A7%C3%BCn-t%C9%99brik-mesajlar.html | Tələbə adı qazananlar üçün təbrik mesajları | gunelb | Hikmət dənizi və aforizmlər | 11 avqust 2022, 21:12 |
Abituriyentlərin səbirsizliklə gözlədikləri nəticələr bəlli oldu. Dəyərli tələbələr üçün Universitetə qəbul olma münasibəti ilə təbrik mesajları hazırladıq və tələbələrin yaxınlarının istifadə etməsi üçün mesajlarımızı təqdim edirik.
Məqaləmizdə Universitet qaliblərinə təbrik mesajları; Universitete qəbul olanlar üçün təsirli təbrik mesajları, Ali məktəbə qəbul olanlar üçün yeni təbrik mesajları, universitet qalibləri üçün duyğusal mesajlar və Akademiyaya qəbul olanlar üçün təbrik mesajları tapa bilərsiniz.
Universitetə qəbul olan əziz qardaş və bacılarımıza bir ömür xoşbəxt olmağı və ideallarına uyğun olaraq uğur qazanmağı arzu edirik.
Ali məktəbə qəbul olmuş tələbəyə təbrik mesajı
Hansı universiteti seçirsən seç, hansı ölkəyə gedirsən get, bilki, həmişə sənə dəstək olacağıq və hər zaman arxanda duran bir ailən olacaq. Biz səni çox sevirik.Əldə etdiyiniz uğur böyük qətiyyət və əzmkarlığın nəticəsi olduğunu bilirəm. İnanıram ki, yeni və daha böyük nailiyyətlər üçün aşa bilməyəcəyin əngəl yoxdur. Yeni tələbə adın mübarək olsun!Canım, bu gün qazandığın universitetlə bizə ən yaxşı hədiyyəni verdin. İnşallah sonrakı həyatında da həmişə belə olacaq. Bu gözəl nailiyyətlərin qalıcı olacağı ümidi ilə. Təbrik edirəm səni!Məktəb illərində hədəflədiyin ali məktəbə qəbul olmağın bizi çox xoşbəxt edir. Ümid edirəm və əminəm ki, bu uğurlar davamlı olacaq. Tələbəlik illərində sənə zehin açıqlığı arzu edirəm!Tələbə adına layiq görülmüş bütün abituriyentləri səmimi qəlbdən təbrik edirəm. Yeni həyatlarında daim uğurlar arzu edirəm. İnşallah hər şey ürəyinizcə olar.Bəli, dostlar… Günlərlə gözlədiyiniz imtahan nəticələri açıqlandı. Bilirəm ki, sevinənlər, təəssüflənənlər və təəccübləndirənlər var. Ümid edirəm arzuladığınız universiteti və sevdiyiniz bölümü qazanmısınız. gələcəyə dair atdığınız bu ilk addımlarınız xeyirli olsun...Gənclik illərinin ən gözəl zamanları tələbəlik illəridir. Tələbə adını qazanmaq hər kəsə nəsib olmur. Ailəni və sevdiklərini bu adı qazanmaqla sevindirdiyin üçün sənə öz minnətdarlığımı bildirirəm. Uğurlarının davamlı olmasını arzu edirəm.Şagird… Abituriyent… və Tələbə… Uğurun sirri əzm! Təbriklər!Bu gün ali məktəbə qəbul oldun, İnşallah o gün olsun ki, yaxşı bir işə qəbul olduğun xəbərini eşidək!Uzun müddətdir bu anı gözləyirdik. Bacaracağına inanırdıq. Səni tələbə olmağın münasibətilə təbrik edirik.Məktəb illərində hədəflədiyin nöqtəyə çatmağın bizi sevindirdi. Uğurlarının davamlı olacağına inanırıq.Hansı universiteti seçməyindən asılı olmayaraq, biz həmişə sənə dəstək olacağıq. Uğurlarını qeyd etdiyimiz kimi, ümidsizliyə qapılanda səni ruhlandırıb yoluna davam etməyə həvəsləndirəcəyik.Bu gün ən xoşbəxt günündür. Əylən, coş, xoşbəxtliyi hiss et. Bu gün əziyyətinin bəhrəsini gördüyün gündür. Tələbə olmağın münasibətilə səni təbrik edirik.Əziz gənclər, qəbul imtahanlarının nəticələrinin sizin üçün xeyirli olmasını arzu edirəm.Bu gün qəbul olmağınla ən gözəl hədiyyəni ərmağan etdin. Bundan sonrakı həyatının da gözəl keçəcəyinə ümid edirik. Uğurların bol olsun.Heç kim müvəffəqiyyət pilləkənlərinə əlləri cibində qalxmır. Tələbə adını qazanmağın münasibətilə səni təbrik edirik.
Əldə etdiyin nailiyyətin böyük əzm və iradənin nəticəsi olduğunu bilirəm. Daha böyük uğurlar qazanmaq üçün dəf edə bilməyəcəyin maneənin olmadığına inanıram. Tələbə olmağın münasibətilə səni təbrik edirəm.Əziz qızım, bu gün səninlə bir daha qürur duydum. Sən bizim sevimli övladımızsan. Səni çox sevirik.Yorulmadan mübarizə apardın və hər gün daha yaxşı nəticələrə imza atdın. Səninlə qürur duyuruq.Bir gün sənin tələbə adını qazanacağını xəyal etmirdim. Və həmin möcüzəvi gün gəlib çatdı. Bu gün səninlə bir daha qürur duyduq.Bizə tələbə olmaq yolunda kömək edən, əllərindən gələni əsirgəməyən müəllimlərə təşəkkür edirik.İnsan məğluq olanda yox, mübarizəni dayandıranda tükənər. Sən də mübarizə apardın və universitetə qəbul oldun.Bu gün sənin üçün gözəl gündür, çünki illərdir çəkdiyin zəhmətin nəticəsini gördün. Artıq yeni bir həyata başlayırsan. Bu yolda sənə uğurlar arzulayırıq.Universitetə qəbul olmaq hər şeyin sona çatdığı anlamına gəlmir. Bu, sadəcə, bir başlanğıcdır.Bu gün sənin uğuruna yenidən şahid oldum. Universitet həyatın xeyirli olsun. Təbrik edirəm.Hər zaman çalışdın, əmək sərf etdin, şikayətlənmədin. Səninlə fəxr edirik.Haqq edilən uğur üçün yalnız bir şey demək olar: təbrik edirik!Yadımdadır, bir gün tələbə olacağını bizə demişdin. Bu gün sözünü tutub istəyinə nail oldun. Təbrik edirik.Səni çox sevir, uğurlarına sənin qədər sevinirəm. Səninlə qürur duyuram. Tələbə adını qazanmağın münasibətilə təbrik edirəm.Gəncliyin ən gözəl anları olan universitet həyatına qədəm qoyan gəncləri təbrik edirəm. Ölkəmiz və xalqımız üçün faydalı olsunlar.Universitetə qəbul olmağın sənin uğur əsərindir. Təbrik edirik, əziz oğlumuz.Düşüncələr məqsədləri doğurur. Məqsədlər fəaliyyətə çevrilir. Fəaliyyət vərdişləri aşılayır. Vərdişlər xarakteri müəyyən edərək taleyimixi təyin edir. Taleyində tələbə olmaq varmış və bu məni xoşbəxt edir.Hər şeydən əvvəl plan lazımdır. Nuh peyğəmbər gəmisini düzəltməyə başlayarkən yağış hələ yağmırdı. Sən də tələbə olmağınla bacarıqlı olduğunu sübut etdin. Təbrik edirəm.Uğur bir səfərdir, dayanma məntəqəsi deyil. Universitet də bir səfərdir və bu səfərdə sənə uğur arzu edirəm.Əziz qızım, sənin bu nəticəyə nail olacağına həmişə inanırdıq. Yeni həyatın xeyirli olsun. Təbrik edirik.Hədəfi düz ortasından vurdun. İdeal universitetin xeyirli olsun.Gedirik, amma könlümüz, ağlımız həmişə burada qalacaq. Gözəl günlərdə görüşmək üzrə, sağ olun. Mən artıq tələbəyəm...Uğur üçün plan qurmamısınızsa, deməli, uğursuzluğa düçar olmusunuz. Sən də plan qurdun və uğuru əldə etdin.İnsan bir şeyi ürəkdən istəsə, ona nail olar. Sən də bunu bacardın. Təbrik edirik.Universitetə qəbul olan dostlarımı təbrik edirəm. Xalqımız sizdən çox şey gözləyir. Allah sizə yar olsun.Sizə gözlənilməz anlarda uğurlar, qələbə yolunda gözlənilməz iş dönüşləri arzulayıram!Ümid edirəm ki, həyatınızda gördüyünüz işlər sizi həmişə irəli aparacaq, uğurlarınızın davamlı olmasını arzu edirəm.Arzu edirəm ki, həyatınızın hər anında xəyallarınızın gücünü hiss edəsiniz. Uğurlar sizin olsun.Uğurlarınızın baş qəhrəmanı olan tutqularınızı hər nəfəsdə yaşamağınızı arzu edirəm.İnancının ən böyük zəfəri olan uğurunun daimi, xoşbəxtliyinin yanaqlarından axan hər bir damla gözyaşının səbəbi olacağına ümid edirəm...Həmişə özünüzə ən yaxşısına layiq olduğunuzu təkrarlayın, hədəfinizi bir gün də unutmadan. Uğur sevinci ilə ayaqlarınızdan süpürülməyinizi arzu edirəm.Qoy layiq olduğunuz bütün gözəlliklər həyatınız boyu həmişə sizdən bir addım öndə olsun. Gözəl ürəyinizin uğurla dolmasına imkan verməyin.Uğurlarınız çox olsun ki, heç nəyin ambisiyanızdan qurtula bilməyəcəyini unutmayasınız, alqış sədaları qulaqlarınızda cingildəyir. Mənbə: ilk.az
| ['tələbə olmaq', 'tələbə', 'tələbəlik', 'təbrik mesajları', 'universitetə qəbul olmaq'] |
93 | https://kayzen.az/blog/Az%C9%99rbaycan-dili/27187/%C3%BCslubi-fiqurlar.html | Üslubi fiqurlar | gunelb | Azərbaycan dili | 9 avqust 2022, 02:19 |
Nitq mədəniyyəti müstəqil fənn kimi çox qədim tarixə malikdir. Nitq mədəniyyəti — Ritorika qədim Yunanıstanda, Romada, Ərəbistanda, Çində geniş yayılmışdı (Bu haqda irəlidə bəhs ediləcək). Azərbaycanda isə nitq mədəniyyətinin -ritorikanın bu və ya digər elementi dağınıq halda min ildən bəridir ki, mövcuddur. Azərbaycanın şair və mütəfəkkirləri nitqin gözəlliyi, ekspressivliyi, təmizliyi, konkretliyi və s. cəhətləri haqqında çox bəhs etmişlər. Lakin bir müstəqil sahə olaraq nitq mədəniyyəti Azərbaycanda XX əsrin ortalarında diqqəti cəlb etmiş, Elmlər Akademiyasının Dilçilik İnstitutu nəzdində nitq mədəniyyəti şöbəsi açılmış, 80-ci illərdən başlayaraq bəzi ali məktəblərdə tədris planına salınmışdır. 1969-cu ildən başlayaraq Azərbaycan dilinə diqqət artdığı kimi, nitq mədəniyyəti məsələlərinə də diqqət artırılmışdır. Müstəqillik illəri dilimizin, sosial həyatımızın bütün sahələrində işlənməsi ilə əlamətdar olduğu kimi, dilçiliyimizin də inkişafına gündəlik dövlət qayğısının göstərilməsi ilə əlamətdardır. Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası prezidentinin 18 iyun 2001-ci il tarixli fərmanında Azərbaycan dilinin indiyədək misli görünməmiş səviyyədə yüksək qiymətləndirilməsi ilə yanaşı, onun demək olar ki, bütün problemləri şərh edilir. Eyni zamanda qarşıda duran elmi və təşkilati problemlər göstərilir. Orada deyilir: «Çox qəribə görünsə də, Azərbaycan dilçiliyinin sovet dövründə əldə edilmiş sürətli inkişaf tempi son illərdə aşağı düşmüşdür və bu sahədə bir durğunluq müşahidə olunur. Azərbaycan nitq mədəniyyəti məsələlərinin tədqiqinə və nizamlanmasına kəskin ehtiyac duyulur».
Bu fərman dilçiliyimizin bütün sahələri qarşısında geniş inkişaf perspektivləri açdığı kimi, Azərbaycan nitq mədəniyyəti problemlərinə yanaşmanı da kökündən yaxşılaşdırmağı tələb edir. Buna görə də bir fənn olaraq nitq mədəniyyəti təhsil sistemininən aktual problemlərindən biri olmalıdır. ADU-da Azərbaycan nitq mədəniyyəti müstəqil fənn kimi tədris edilmir (Azərbaycan filologiyası bölməsi istisna edilir).
Buna görə də Azərbaycan dilinin hər hansı bir bölməsini tədris edərkən həmin sahənin nitq mədəniyyəti problemləri ilə əlaqəli öyrənilməsi lazım gəlir.
RİTORİKANIN BAŞQA ELMLƏRLƏ ƏLAQƏSİ
Məlumdur ki, heç bir elm təkcə öz qanunları əsasında, təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Bu, bütün təbiət və cəmiyyət hadisələrinə aiddir. Hər bir fərd cəmiyyətin üzvü kimi yaşayır və inkişaf edir. Cəmiyyətin başqa üzvləri ilə əlaqəsini itirmiş adam sosial həyatın fəal üzvü ola bilməz. Beləliklə, cəmiyyətin struktur sistemindən çıxmış olar. Amma bu, o demək deyil ki, hər bir adam bütün insanlarla əlaqədə və münasibətdə olmalıdır. İnsan yalnız yaxın adamlarla təşkil olunmuş cəmiyyətin fəal üzvü olub, dünyanın bütün adamları ilə əlaqə və münasibət qura bilər. Elm də belədir. Hər bir elm öz obyekt və predmetini və sərhədlərini müəyyən etdikdən sonra başqa elmlərin elmi uğurlarından istifadə etməklə daha da inkişaf edir. Burada da hər bir elmin özünə yaxın — uyğun olan elmlərlə əlaqəsi daha möhkəm, başqa elmlərlə əlaqəsi isə nisbətən zəif olur. Ritorika da humanitar elm sahəsi olduğu üçün ilk öncə bu elmlərlə əlaqədardır: 1) Dilçilik;2) Ədəbiyyat — Ədəbiyyatşünaslıq;3) Üslubiyyat;4) Tarix;5) Etika;6) Estetika;7) Psixologiya;8) Pedaqogika;9) Fiziologiya;10) məntiq və s. Ritorika və dilçilik.Nitq fəaliyyəti tamamilə dilə əsaslanır. Dil nitqin bazası, nitq isə dilin ifadə formasıdır. Dil nitqi formalaşdırdığı kimi nitq də dili yaşadır. Bu, o deməkdir ki, bilmədiyin dildə danışa bilməzsən. Dil də nitq şəklində fəaliyyət göstərməsə, ölər. Nitq özü tamamilə dil bazasında yarandığı kimi, bəlağətli nitq (ritorika) da dil normaları əsasında yaranır. Dil normalarından kənarda heç bir ritorik akt yarana bilməz. Dil normalarını tənzimləyən, onları ümumiləşdirən elm dilçilik olduğu üçün tamamilə dil qanunlarına əsaslanan ritorika dilçiliyin bir bölməsi hesab edilir. Dilçiliyin fonetika, leksikologiya, frazeologiya, morfologiya bölmələri ritorikanı da əhatə edir. Belə ki, Azərbaycan dilinin fonetik qanun və vasitələri nitqin ekspressivliyini artırdığı üçün hər bir ritor bu prosodik vasitələrdən bacarıqla istifadə edə bilməlidirr. Eləcə də dilimizin leksik tərkibini mükəmməl surətdə mənimsəmiş, geniş söz ehtiyatına malik olan adam lüğəvi vahidlərdən yerində və bacarıqla istifadə edə bilər. Sözlərin seçilməsi, onların nominativ və məcazi mənalarından mahir ritor bacarıqla istifadə edir. Bu, onun nitqinin bütün ritorik tələblərini təmin edir. Əksinə, leksik normalardan kənara çıxan (loru, jarqon, vulqar sözlər işlədən) adam dərhal dinləyicinin marağının sönməsinə səbəb olur. Eyni sözləri frazeoloji vahidlərdən istifadə edə bilmək qabiliyyəti haqqında da demək olar. Məlumdur ki, paremioloji vahidlər nitqin effektini artırır. Məsələn,
Yoruldum — əldən düşdüm.
İnanmıram — Gözüm su içmir.
Gizli saxla — bir daş altda, bir daş üstdə və s.
Çox asanlıqla inanmaq olar ki, birinci-nominativ mənada işlənən sözlərdən istifadə edən adi, ikincilərdən istifadə edən isə ritor (əsl natiq) hesab olunur.
Dilin morfoloji normaları da belədir. Qrammatik forma və kateqoriya şəklində sabitləşmiş qrammatik məna ifadəçiləri normativ sistem təşkil edir. Bu normativ sistemi mənimsəmək, onları nitqdə yerli yerində işlətmək ritorikanı dilin formal sistemi ilə əlaqələndirir. Dilin sintaktik səviyyəsini, oradakı müxtəlif dil xüsusiyyətlərini (fonosintaktik cəhətləri, aktual üzvlənməni, fonetik-ritmik qruplara ayırmanı dərindən bilmək ritorun ən başlıca vəzifəsidir. Beləliklə, aydın olur ki, ritorika tamamilə dilçilik çərçivəsində fəaliyyət göstərir. Ritorika və ədəbiyyat — ədəbiyyatşünaslıq.
Ritor — əslində danışdığı dildə yaranmış olan ədəbiyyatla yanaşı, ədəbiyyatşünaslığı da bilməlidir. Ədəbi janrların poeziya, nəsr, dram janrlarının əsas xüsusiyyətlərini bilməyən bir natiq nə şeirin poetik siqlətini, nə nəsrin fikir axarını, nə dramın dialoji çoxcəhətliliyini dinləyiciyə yüksək səviyyədə çatdıra bilər. Xüsusilə əruz vəznində yazılmış şeirləri oxumaq, dinləyiciyə çatdırmaq üçün natiqdən — ritordan bu sahəni yaxşı bilmək tələb olunur. İstər heca vəznində, istər sərbəst vəzndə yazılmış şeir olsun, onu ifadəli şəkildə düzgün oxumasan, əsərin dəyərini, düşündüyün kimi, dinləyicini də razı sala bilməzsən. Nəsr və dram əsərlərinin xüsusiyyətlərini də dərindən mənimsəmək lazımdır. Nağil ilə oçerki eyni tonda, eyni ahəngdə oxumaq olmaz. Eləcə də dramatik əsərlə komik əsəri eyni formada oxumaq natiq üçün qüsurdur.
QOŞMA (Q.B.Zakir).
Badi-səba mənim dərdi-dilimi,Ol Büti-zibayə dedin, nə dedi?
Ahu-naləm asimanə yetdiyin,Gərdəni minayə dedin, nədedi? Düşüb ayağına sən o zalımın,Söylədinmi necəliyin halımın?
Onun Həsrətindən rəngi-alımın,Döndüyün heyvayə dedin, nə dedi? Görsə idin varmı məni-bimarə,Nüsxeyi-hüsnündə onun bir çarə;
Dildə iztirab, təkdə buxarə,
Şərimdə sevdayə dedin, nə dedi?
Qəm əlindən payı-bəstə olduğum,
Hali pərişan, dil şikəstə olduğum,
Bəstəri möhnətdə xəstə olduğum,
Gözləri səhlayə dedin, nə dedi?
Sərasər fələyin şəmsü-mahına,
Tamam yer üzünün qibləgahına,
Zakirin əhvalın xublar şahına,
Ağlaya-ağlaya dedin, nə dedi?
Ritorika və tarix.
Ritorikanın tarixlə əlaqəsini ritorika tarixi ilə eyniləşdirmək olmaz. Bunlar nə qədər yaxın olsalar da, bir-birinin eyni deyil. Ritorikanın tarix elmi ilə əlaqəsi dedikdə ritorun tarix elmini yaxşı bilməsi nəzərdə tutulur. Azərbaycanın sovet dövrü tarixindən danışan bir natiq bu dövrün hadisələrini yaxşı bilməkdən əlavə, həmin hadisələrin görünməyən tərəflərini də bilməli və milli mövqedən çıxış etməyi bacarmalıdır. Əgər, ritor tarixi hadisələri — onların səbəblərini, gedişini, nəticələrini yaxşı bilməsə, onun nitqi inandırıcı olmayacaq, inamsız danışacaq, dinləyicini özünə cəlb edə bilməyəcək. Məsələn, Azərbaycanda sovet hakimiyyəti qurulması tarixini götürək. Neçə il bundan əvvəl natiqlər bolşevik platformasından yazılan tarixi hadisələri zövq və şövqlə danışırdı. İndi isə həmin hadisə haqqında milli dövlətçiliyimizin məhv edilməsi, xalqımızın milli müstəqilliyinin, azadlığının əlindən alınması kimi danışmaq lazım gələcək. Bu hadisəni yüksək pafosla, zövq və şövqlə nəql etmək olarmı? Şübhəsiz, natiq bu zaman təəssüf hissi ilə, aramla, astadan, pauzalarla danışmalı olacaqdır.
Ritorika və etika.
Etika fəlsəfi termin olub, yunanca etos — əxlaq, xarakter. Adət deməkdir.40 Natiq nitqində etik problemlərin hamısına əməl etməlidir. Xüsusilə sözseçimi ritorun ən başlıca vəzifəsidir. Ritor çıxış etdiyi bütün auditoriya qarşısında öz ləyaqətini saxlamaq üçün bütün etik normalara riayət etməlidir. Ritor unutmamalıdır ki, onun geyimi, xarici görkəmi, əl-qolunu yerli-yersiz, mənalı və mənasız qaldırıb salması onun nüfuzunu müəyyən edir. Ritorun işlətdiyi bircə ədəbsiz söz onun daxili aləminin puç olduğunu sübut edər və ona heç kəs qulaq asmaz. Məlumdur ki, vulqar sözlər poetik sözlərə nisbətən daha ekspressiv olur. Nə qədər yüksək səviyyədə banışırsa-danışsm, hansı hadisəni necə gözəl şərh edirsə etsin, sonda bircə ədəbsiz ifadə işlətsə, ritorun bütün nitqi mənasızlığa yuvarlanar, dəyərdən düşər. Vulqar sözlər bədii ədəbiyyatda personajın daxili aləmini açmaq, onun kobud və ədəbsiz olduğunu göstərmək üçün işlədilir. Müəllifin və ritorun dilində belə sözlər işlətmək olmaz. Ritorun auditoriyaya — dinləyicilərə münasibəti də əsas etik problemlərdəndir. Dinləyicilərlə ritor arasında vəzifəcə nə qədər böyük fərq olursa-olsun, ikinci birincilərə hörmətlə yanaşmalı və hətta tənqidi məqamlarda belə etik normalardan kənara çıxmamalıdır. Ritorun nitq zamanı hərəkətləri də etik normalar çərçivəsindən kənara çıxmamalıdır. O, heykəl kimi dayanıb, yeknəsək ahənglə, sürətli danışığı ilə dinləyicini bezikdirməməlidir. Eyni zamanda yerli-yersiz saçını sığallamamalı, qalstukunu, pencəyini düzəltməməlidir. Təsəvvür edin ki, bir adlı-sanlı natiq üzü tüklü, köynəy çirkli və yaxalığı əzik şəkildə, rəngləri müxtəlif olan paltar və ayaqqabıda auditoriya qarşısında çıxış edir, əlindəki kitabı, karandaşı, təbaşiri tez-tez ya stola çırpır, ya da göyə qaldıraraq diqqəti onlara cəlb edir. Belə bir çıxış nə qədər zəngin olsa da, heç kəsdə müsbət təsir buraxmaz.
Ritorika və estetika.
Estetika termini də mənşəcə yunan dilinə aid olub -aisthetikos sözündəndir.Mənası hiss edilən, həssas deməkdir. XVII əsrdən başlayaraq müstəqil fəlsəfi anlayış kimi işlənməkdədir. XX əsrdə estetika sözü öz ilkin mənasından əlavə zövq, gözəllik, səliqəlilik kimi mənalarda işlənmişdir. Hətta texniki estetika termin birləşməsi də işlənməkdədir ki, bu da istehsalatda səliqəlilik, dəqiqlik, hər şeyin öz yerində olmasını tələb edir. İnsanın estetik tərbiyəsi dedikdə isə onun xarici formasından tutmuş daxili aləminə qədər zövqlü, gözəl və biçimli olması nəzərdə tutulur. Natiqlik sənətində isə estetika etika ilə vəhdətdə götürülür. Əgər ritor etik normaların hamısına cavab verən bir şəkildə çıxış edirsə, deməli, estetika da onun içərisində əks olunmuşdur. Çünki estetika təkcə zahiri görkəmi nəzərdə tutmur, habelə, dilin gözəlliklərini məharətlə dinləyiciyə çatdırmağı nəzərdə tutur. Estetika geniş mənada gözəllik aləmi deməkdir. Əgər, ritorun nitqi bütün cəhətlərdən gözəldirsə, deməli, estetik kateqoriyalar gözlənilmişdir. Ritorika və psixologiya.
«Dilçiliyə giriş» fənnindən məlumdur ki, dilçiliklə (dillə) psixologiya bir-biri ilə sıx əlaqədədir. Psixologiya insanların səciyyəvi xüsusiyyətlərini öyrənir. Bu elm insanların (hətta heyvanların) fəaliyyətini və davranışını öyrənir. Qədim zamanlarda psixologiya ruh haqqında elm kimi dəyərləndirilirdi. XIX əsrdə artıq müstəqil elm kimi formalaşdı.
İnsan nitqi (dili) bilavasitə təfəkkür ilə bağlı olduğu üçün psixologiya ilə də bağlıdır. Təfəkkür insanın dili ilə psixologiyasının birləşdiyi nöqtədir. İnsan düşünəndə və danışanda onun bütün beyin qabığı fəaliyyətdə olur. Bu prosesdə nitq mərkəzi xüsusi fəaliyyətdə olmalıdır ki, səs siqnallarını analiz edərək onu mənalandıra bilsin. Bu proses həm dinləmə, həm də danışma zamanı fəal surətdə davam edir. İnsanın danışıq zamanı hansı psixi prosesin təsiri altında olması həlledici rola malikdir. Əgər ritor müsbət emosiyaların təsiri altmdadırsa, onda onun psixolinqvistik mexanizmi açıq olur, nəticədə nitqi gözəl olur. Əksinə, mənfi emosiyaların təsiri altında olduqda psixolinqvistik mexanizm sanki bağlı olur. Bu vaxt hər bir adam bildiyini də danışa bilmir. Bunu hər bir adam öz şəxsi həyatında dəfələrlə sınaqdan çıxarmışdır ki, bildiyini danışa bilmir. Məsələn, başına bədbəxt hadisə gəlmiş heç bir natiq, heç bir mövzunu sövqlə danışa bilməz. Və yaxud, ritorun çıxışınınən yaxşı məqamında bir qeyri-adi hadisə baş versə, o nitqini əvvəlki kimi davam etdirə bilməyəcək.
Bundan əlavə, ritor qarşısında çıxış etdiyi auditoriyanın psixologiyasını da bilməlidir (nəzərə almalıdır) . Ritorika və pedaqogika.
Pedaqogika deddikdə, hər şeydən əvvəl, təlim prosesi nəzərdə tutulur. Yunan dilindən götürülmüş bu terminin mənası insanı tərbiyələndirmək deməkdir. Pedaqogika tərbiyənin mahiyyətini, məqsədini, vəzifələrini və qanuna uyğunluqlarını öyrənir. Pedaqogika habelə təlim və təhsil prosesində və həyatda şəxsiyyətin rolunu müəyyənləşdirir. Pedaqogika cəmiyyət üçün çox lazımlı bir sənətdir. Buna görə də o, qədim Yunanıstanda e.ə. V-IV əsrlərdə meydana gəlmişdir. Müasir dövrdə təlim və təhsil sistemini pedaqoji atributsuz təsəvvür etmək çətindir. Bu gün pedaqogika təkcə təlim və tərbiyə məsələləri ilə məhdudlaşmır. Cəmiyyətdə hər bir üzvün tərbiyəsi, əxlaqi davranışı, o cümlədən başqaları ilə mədəni rəftarı kimi vacib məsələləri öyrənir. Tədris prosesində müəllimin nitqinin gözəlliyi tələbəni (şagirdi) cəlb etmək, elmi sevdirmək üçün əsas cəhətdir. Böyük rus pedaqoqu K.D.Uşinski nahaq deməmişdir ki, müəllim şəxsiyyəti tərbiyədə hər şeydir. Müəllim öz bəlağətli nitqi ilə tədris etdiyi fənninin incəliklərini tələbə və şagirdlərinə sevdirdiyi kimi, bir şəxsiyyət kimi özünə hörmət və nüfuz da qazanır.
Yeni yetişən nəslin və gənc mütəxəssislərin nitq mədəniyyəti, əsasən, ali və orta məktəb müəllimlərinin fəaliyyətindən asılıdır. Ali məktəb tələbələri ədəbi dilin bütün normalarını bilməli və ona əməl etməlidir. Bu vəzifənin təməli orta məktəbdə qoyulmalı, ali məktəbdə isə bu iş tamamlanmalıdır. Bu işdə bütün fənn müəllimləri iştirak etməlidir. Tələbələrin əksəriyyəti burjua, sosial, demokrat və s. kimi sözlərin vurğusunu düzgün tələffüz etmirlər. Bu sözlər daha çox tarix dərslərində işlədilir. Əlbəttə, tarix müəllimi buna biganə qala bilməz.
Məlumdur ki, hər bir adamın nitqi onun keçirdiyi psixoloji proseslərdən və emosiyalardan asılıdır. Məsələn, mənfi emosiyaların təsiri altında olan tələbənin nitqinin psixo-linqvistik mexanizmi sanki bağlı olur. O, istədiyi fikri ifadə edə bilmir. Bu onun səsinin ahəngində, intonasiyasının pozulmasında, sözləri təhrif etməsində, dil vahidlərini bəzən düzgün seçə bilməməsində hiss olunur. Müəllim bu vaxt tələbinin səhvlərini düzəltməli, onun dil xətalarını təshih etməlidir.
Nitq mədəniyyəti problemi daha çox dil və bununla bağlı elmlər (ümumi dilçilik, dil tarixi, müasir dil və s.) və ədəbiyyatşünaslıqla bağlıdır.
Dil qanunlarını öyrənmək birinci növbədə dilçiliyin vəzifəsidir. Dilçilikdən dərs deyən müəllim ilk növbədə tələbənin nitqindəki dialektizmlərlə mübarizə aparmalıdır.
Ədəbi tələffüz, yüksək nitq mədəniyyəti normaları ədəbiyyat dərslərində daha böyük zərurət kəsb edir. Bədii sözün estetik duyumu, onun ekspressiv siqləti, induktiv təsiri məhz onu yüksək ədəbi dillə çatdırmağı tələb edir.
Klassik ədəbiyyatımızdakı əruzun bütün bəhrlərini təfılələri üzrə düzgün mənimsəmədən klassik şeiri nə demək, nə də tədris etmək olar.
Şeirin xüsusiyyətlərindən, daxili məzmunundan, onun hansı auditoriyada deyilməsindən çox şey asılıdır. Burada şablondan istifadə etmək olmaz.
Müəllim özü tələbənin nitq mədəniyyətinin formalaşmasında nümunə olmalıdır. Müəllim nitqi mühazirə ilə seminarda, birinci kursla beşinci kursda, milli auditoriya ilə qeyri-milli auditoriyada eyni ola bilməz.
Ritorika və fiziologiya.
Məlumdur ki, şifahi nitq səsli dildir. Burada səsin böyük rolu vardır. Ritorun səs telləri (bütövlükdə səs cihazı) sağlam olmalıdır. Nə qədər gözəl sözlər işlədirsə işlətsin, səsi xırıltılı, dili pəltək olan natiq heç bir uğur qazana bilməz. Fizioloji qüsur olaraq kəkələmək də nitqin eybəcərliyinə gətirib çıxarır.
Danışıq səslərinin düzgün tələffüzü, orfoepiya qaydalarına riayət etmək nitqi gözəlləşdirən amillərdən biridir. Bəzən elə adamlara rast gəlmək olur ki, nitq axını prosesində sanki ilişmələr baş verir. Buna görə də istər-istəməz danışanın nitqi qırılır. Bu, həm onun özünə, həm də dinləyiciyə pis təsir edir. Nitqin fizioloji qüsurlarını aradan qaldırmaq üçün Loqopediya adlanan elm sahəsi mövcuddur (loqos — yunanca söz, pediya -təlim deməkdir). Əgər nitqi qüsurlu uşağın eşitmə qabiliyyəti varsa, onun nitq qüsurlarını aradan qaldırmaq mümkündür. Eşitmə qabiliyyəti də nitqin bəlağətli alınmasında əhəmiyyətli rol oynayır. Əgər, ritorun özü zəif eşidirsə, o, qışqıra-qışqıra danışacaq. Onda bəlağətli nitqin keyfiyyətlərindən biri aradan çıxmış olacaqdır. Belə nitqə heç kəs qulaq asmaz. Ritorika və məntiq.
Məntiq sözü ərəbcə nitq sözündəndir. Ritorun nitqinin effekti onun məntiqiliyindən asılıdır. Ritor öz nitqini elə qurmlıdır ki, məntiqin heç bir qanunu pozulmasın. Məntiqin dillə əlaqəsi o qədər möhkəmdir ki, XIX əsrdə Avropa dilçiliyində məntiqizm cərəyanı yaranmışdı. Onlar dil qanunlarını məntiqlə eyniləşdirirdilər. Halbuki onları eyniləşdirmək olmaz. Ritorikanın məntiqlə əlaqəsinə gəldikdə göstərmək lazımdır ki, məntiqə əsaslanmayan heç bir cümlə obyektiv gerçəkliyi əks etdirə bilməz. Başqa sözlə desək, qrammatik cəhətdən düzgün qurulmuş söz birləşməsi (qarpız kababı, günəş küftəsi və s.) və cümlə (Sumqayıt günəşin anasına şikayət etdi ki, əlimə su tökməyib) obyektiv gerçəkliyi əks etdirmir. Yəni məntiqi cəhətdən düzgün deyil, insan təfəkkürünə sığmır.
Hər bir ritor məntiqi cəhətdən cümləsini düzgün qurmalı olduğu kimi, sübutlardan faktlardan düzgün və yerində istifadə edə bilməlidir. Onun mülahizə və mühakimələri düzgün və konkret olmalı, əqli ümumiləşdirməsi dinləyicini razı salmalıdır.
Ritor məntiqi sillogizmlərdən öz nitqində geniş istifadə edə bilməli, onları dinləyiciyə çtdırmağı bacarmalıdır. Habelə hökmün silloqistik ifadələrindən düzgün istifadə edə bilməlidir. Onlar aşağıdakılardır:
1) Barbara — Ümumi iqrarı hökm — Bütün tələbələr insandır.
2) Selarent — Xüsusi iqrarı hökm — Bəzi tələbələr əlaçıdır. Yasəmən bəzi tələbələrdəndir.
Deməli, Yasəmən əlaçıdır, əlaçı olduğu üçün tələbədir, tələbə olduğu üçün insandır.
Belə silloqistik hökmlərin nəticələri həmişə düzgün olur.
Təfəkkürün bütün (eyniyyət, ziddiyyət, kafi əsas, üçüncünü istisna) qanunları dildə öz əksini tapdığı üçün ritor bunlardan istifadə edə bilməli və ya onları nəzərə almalıdır. Məqsəddən uzaq düşməmək üçün kafi əsas qanununun nitqdə roluna baxaq. Bu qanun tələb edir ki, fikrini sübut üçün kafi əsas olduqda onu əlavə dəlillərlə yükləmək olmaz. Bu haqda A.Bakıxanov deyirdi:
Müddəanı sübut üçün eldə belə məsəl var,
Artıq sözlər küfrə dönər, məsələni gəl qutar. Bir qədim rəvayət də bu haqda dəyərli material kimi verilir. Orada deyilir: Bir nəfər öz dostu — hökmdarın evinə qonaq gedəndə həmişə böyük təntənə ilə qarşılanırmış. Bir dəfə də dostu gilə gedəndə onu heç kəs qarşılamır. İçəri ginib bunun səbəbini soruşduqda dostunun arvadı deyir: Ərimin sizi təntənə ilə qarşılamamağmm düz 86 səbəbi var. Qoy onları sayım: Birinci — ərim artıq ölmüşdür.
Dostu təəssüflə deyir:
— Daha 85 səbəb lazım deyil.
Əgər müəllim ən yaxşı ritor olsa belə, «isim» bəhsini keçəndə bütün adları sadalasa, üç günə qurtarmaz. Onda ona heç kəs qulaq asmaz.
Müəllif: Adil Babayev
Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəblər üçün dərslik). “Gənclik” nəşriyyatı, Bakı,2015. 572 səh. homdom.az saytın xəritəsi
| ['azərbaycan dili', 'nitq mədəniyyəti', 'müasir Azərbaycan dili', 'ritor məntiqi', 'ritorika', 'pedaqogika', 'ümumi dilçilik', 'psixologiya', 'məntiq'] |
94 | https://kayzen.az/blog/Az%C9%99rbaycan-dili/27186/nitq-m%C9%99d%C9%99niyy%C9%99tinin-%C9%99saslar%C4%B1.html | Nitq mədəniyyətinin əsasları | gunelb | Azərbaycan dili | 5 avqust 2022, 17:08 |
Müasir dilimizdə işlətdiyimiz mədəniyyət sözü çox geniş anlayış ifadə edir. Bu anlayış yaxşı-pis, müsbət-mənfi sözləri qədər və bəlkə, onlardan daha geniş məna ifadə edir. Mədəni sözü ərəbcə şəhərli deməkdir. İlk əvvəl mədəni-şəhərli insan davranışının və fəaliyyətinin bütün növlərində şəhərdən uzaq bədəviliyə qarşı qoyulurdu. Baqşa sözlə, şəhərlinin hərəkəti, davranışı, danışığı bədəvilərə nisbətən mədəni hesab olunurdu. Sonradan mədəniyyət sözü öz mənasını daraldaraq mədəniyyətsizliyə qarşı qoyuldu. Azərbaycan dilinin izahlı lüğətində bu sözün üç mənası verilmişdir:
1. İnsan cəmiyyətinin istehsalatda, ictimai və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin məcmusu;
2. Xalqın və ya siniflərin müəyyən dövrdə əldə etdiyi nailiyyətlərin məcmusu, belə nailiyyətlərin səviyyəsi // təsərrüfat və ya zehni fəaliyyətin inkişaf səviyyəsi;
3. Savadlılıq, elmilik // mədəni adamın tələblərinə uyğun gələn həyat şəraitinin məcmusu, yaşayış mədəniyyəti.
Bu izahı tam və dolğun hesab etmək olmaz. Çünki, birinci bənddəki insanların istehsalatda və mədəni həyatda əldə etdiyi nailiyyətlərin, uğurların (maliyyə, təsərrüfat və s.) hamısını mədəniyyətə daxil etmək olmaz. 3-cü bənddə isə taftalogiya özünü göstərir: «mədəni adamın tələblərinə uyğun gələn ifadəsi də taftalogiya olub sözün mənasını dolğun əks etdirmir.
Azərbaycan dilində mədəniyyət sözünün bir termin kimi işlənməsi tarixi çox da qədim deyil. Sovet hakimiyyətinin ilk onilliklərində bu söz ərəb mənşəli olduğu üçün onu «Kultura» sözü ilə əvəz etmişdilər. Bu söz latın mənşəli olub cultura sözündəndir. Mənası — Vozdelivanie, tərbiyə, təhsil, inkişaf, hörmət deməkdir».
İnsanın mədəni səviyyəsinin və həyatın inkişafı nəticəsində mədəniyyətin çox çeşidli sahələri yaranmışdır. Məsələn:
1. Dövrlə bağlı: Antik mədəniyyət
2. Millətlə bağlı: Ərəb mədəniyyəti
3. Məkanla bağlı: Kənd mədəniyyəti, şəhər mədəniyyəti, Avropa mədəniyyəti.
Qeyd etmək lazımdır ki, mədəniyyət insan fəaliyyəti ilə bağlı olduğu üçün konkret yerin — məkanın mədəniyyəti anlayışı şərti formada başa düşülür. Məsələn, Avropa mədəniyyəti dedikdə burada yaşayan xalqların mədəniyyəti başa düşülür, yoxsa yerin mədəniyyəti olmaz. Eyni sözləri Fransa mədəniyyəti, İran mədəniyyəti və s. haqqında demək olar.
4. İnsanın həyat və fəaliyyətinin müxtəlif sahələri ilə bağlı müəllim mədəniyyəti, tələbə mədəniyyəti, oxuma mədəniyyəti, səhnə mədəniyyəti, sürücü mədəniyyəti, satıcı-ticarət mədəniyyəti və s..
Bunlardan biri də «insanın atributu» olan danışıq mədəniyyətidir. Danışıqsız insanı təsəvvür etmək olmaz. İnsan ünsiyyət sözündəndir. Əgər lalların əl-hərəkət (doktilo) vasitəsini istisna etsək, insanı danışıqsız təsəvvür etmək olmaz. Hər bir insan cəmiyyətin əsil mənada üzvü olmaq üçün nitqə malik olmalıdır. Tələbə və müəllimlərin içərisində, qurultay iştirakçılrı, deputatlar, böyük və kiçik toplantıların iştirakçıları arasında bircə nəfər də olsun lal adama rast gəlmək olmaz. Çünki burada danışmaq lazımdır. İnsan kiçik yaşlarından danışıq vərdişləri əldə etdiyi zamandan ömrünün sonun qədər öz danışığını təkmilləşdirir. Çünki insan təkcə öz dilinin quruluşunu bilməklə kifayətlənməməlidir. Bunu ən kobud, mədəniyyətsiz adamlar da bilir. Eyni zamanda insan danışdığı insan danışdığı dilin, xüsusilə, ana dilinin incəliklərini bilməli, fikrini gözəl ifadə edə bilməlidir. Burada M.R.Lvovun bir müqayisəsini xatırlatmaq yerinə düşərdi. O yazır: «Bədən tərbiyəsi haqlı olaraq, orta və ali məktəblərdə lazımlı bir fənn kimi qəbul edilir və ona milyardlarla pul xərclənir, ancaq nitq mədəniyyəti qrammatikanın hüdudsuz sahəsinin pərsəng daşı kimi dilçiliyə aid edilir». Dilçilikdə bu məsələ ikinci dərəcəli bir iş hesab edilir. Əslində isə belə olmamalıdır. Qəti şəkildə inanmaq lazımdır ki, nitq mədəniyyəti insan mədəniyyətinin, nitq gözəlliyi insan gözəlliyinin, nitqin təsirliliyi insan nüfuzunun (avtoritetinin) tərkib hissəsidir. Bu səbəbdən də nitq mədəniyyəti dil normaları məcmusu kimi yalnız qrammatika tədris olunan yerlərdə deyil, mühəndislərə, hüquqşünaslara, aviatorlara, həkimlərə də tədris edilməlidir. Onların da öz sahələrində mədəni danışığı təmin edilməlidir. Hər bir adam nitqində özünü təqdim edir. Əgər öz bəlağətli nitqi ilə özünü təqdim edə bilmirsə, nə müəllimin, nə baş nazirin sözünə qulaq asmaz, ona hörmət etməzlər. Əksinə, nitqi gözəl olan adam özünə cəmiyyətdə böyük nüfuz qazandırır. Bu mənada Böyük fars şairi Sədinin sözləri yada düşür:
Ağızdakı dil nədir?
Hünər sahibinin xəzinəsini açan,
Əgər danışmasa, heç kəs bilməz ki,
O zərgərdir, ya saqqızsatan.
Burada çoxlu incə mətləblər vardır. Eyni mövzunu müxtəlif auditoriyada eyni cür şərh etmək olmaz; Eyni mövzunu müəllimlə tələbə eyni cür izah edə bilməz. Yəni bu problem aşağıdakı məsələləri əhatə edir:
1) Kim danışır?
2) Kimə danışır?
3) Hansı şəraitdə danışır?
4) Nə barədə danışır?
5) Nə məqsədlə, nə səbəbə danışır
6) Öz fikrini çatdıra bilirmi, onu başa düşürlərmi?
7) Ona auditoriyanın (dinləyicilərin) münasibəti necədir?
8) Onun nitqini arzu edirlərmi?
9) Danışdığı mövzunu yaxşı bilirmi? və s.
Nitq mədəniyyəti bir sıra problemlə vəhdətdə olub, öz spesifik xüsusiyyətləri ilə onlardan ayrılır. Yəni onları təcrid etmək mümkün olmadığı kimi, eyniləşdirmək də olmaz. Bu problemlər aşağıdakılardır: a) Ritorika — bəlağət; b) Üslub və üslubiyyat; c) Norma.
RİTORİKA
Çox vaxt ritorika (bəlağətli nitq) ilə nitq mədəniyyətini eyniləşdirmişlər. Ritorika — yunanca natiqlik sənəti haqqında elm deməkdir, geniş mənada isə bədii nəsr — bədii oxuma sənəti mənasında işlənmişdir. Qədim yunan və Roma natiqləri S.Çiseron, Kvantilian ritorikanı 5 hissədən ibarət hesab etmişlər: materialın tapılması (seçilməsi); yerləşdirilməsi (ardıcıllıq); sözlərlə ifadəsi (yüksək orta və aşğı üslubda ifadə etmək), habelə sözlərin seçilməsi; yadda saxlamaq (yada salmaq) və nitqin ifadəsi.
Bu qədim sənət növü insanlara böyük hörmət gətirirdi. Sonralar isə V.Hüqodan başlayaraq ritorika gurultulu ifadələr, mənasız sözlər yığını (nycTocnoBua), hay-küy mənasında işlənmişdir. Nitq mədəniyyəti isə başlıca olaraq ritorikanı özündə əks edirir. Başqa sözlə, ritorikasız nitq mədəniyyəti ola bilməz. ÜSLUB VƏ ÜSLUBİYYAT
Dilçilikdə, ədəbiyyatşünaslıqda, müsiqidə, vokal sənətində, memarlıqda, xalçaçılıqda və insan idrakının, sosial şüurun fəaliyyət göstərdiyi bir sıra sahələrdə üslub (stil) aparıcı xüsusiyyətə malikdir. Stil sözü dünya elmində və mədəniyyətdə üsluba nisbətən daha qədimdir.
Stil termini yunan dilindən latın dilinə keçmiş «Stilus» sözündən olub, çubuq, qələm deməkdir. Sonradan bu söz yazı manerası «Obraz sisteminin bədii təsvir vasitələrinin, yaradıcılıq üsullarının ümumiliyi olub, ideya vəhdəti eyniliyi ilə şərtləndirilir.
Üslub termini isə ərəbcə tərz, ifadə tərzi, üsul mənasındadır.
Ümumiyyətlə götürdükdə, üslub hər şeyin öz «məni»dir. Yəni hər hansı bir kateqoriyadan olan fəaliyyət növünün özünəməxsus keyfiyyət məcmusudur. Hər hansı bir sahənin ilkin inkişaf mərhələsində üslubu ola bilməz. Lap elə dilin özünü götürmüş olsaq, onun ilkin inkişaf mərhələsində hansı üslubundan bəhs etmək olar? Qəbilə dilinin bədii, funksional, elmi və s. üslubundan danışmaq olarmı?
Üslubun yaranması və çoxlu üslubların meydana gəlməsi dilin inkişafı ilə bağlıdır. Bütün dil üslubları dilin inkişaf səviyyəsindən asılıdır. Üslub çox geniş anlayışdır. Bu gün artıq akademik üslub, arxaik üslub, dialoq üslubu, monoloq üslubu, janr üslubu, realist üslub, romantik üslub, funksional üslub, bədii üslub, elmi üslub və s. üslub növləri vardır ki, bunların hamısı dilin öz inkişafı və tarixi durumu ilə bağdıdır. Bundan əlavə, poetik üslub — ayrı-ayrı sənətkarların fərdi üslubu da vardır ki, onlar da bilavasitə dilin tarixi inkişafından asılıdır.
Üslub anlayışının tarixi çox qədimdir. Hələ yunan dilçiliyində Aristotel insan nitqi və onun fəlsəfi problemlərindən danışarkən üslub məsələlərinə toxunurdu. Sonra romalılar üslub anlayışını nitqə tətbiq etdilər. Həm yunanları, həm də romalıları üslub məsələsində bir ümumi cəhət birləşdirirdi. O da hər iki ölkə alimlərinin üslub (stil) terminini ritorika, bəlağətli nitq, geniş mənada natiqlik sənəti kimi başa düşmələri idi.
Böyük yunan alimi Aristotel (e.ə. 384-322) üslub məsələsini nitq mədəniyyəti ilə əlaqələndirərək yazırdı: «Üslubun qiyməti onun aydmlığmdadır… Əgər nitq aydın deyilsə, deməli, o (natiq — A.B.) öz məqsədinə nail ola bilməz. Üslub həddən çox alçaq, həddən çox yüksək olmamalıdır, lakin nitqin mövzusuna uyğun gəlməlidir».
Qədim Romanın məşhur natiqi, yazıçısı, vəkili, görkəmli siyasi xadimi Mark Tulli Siseron (e.ə. 106 — 43) natiqlik sənəti haqqında traktat yazmışdır. Siseronun aşağıdakı sözlərini bilməyən üslubiyyatçı və natiq yoxdur: «Əsil natiq o şəxsdir ki, adi işlər haqqında sadə, böyük işlər haqqında əzəmətlə, orta səviyyəli işlər barədə isə yuxarıdakılar arasında orta mövqe tutan bir üslubla danışmağı bacarsm».
Qədim Hindistanda da üsluba nitq əlaməti kimi baxmışlar. Üslubiyyatı isə nitqi bəzəyən elementlər haqqında təlim kimi qiymətləndirmişlər.
Azərbaycan ədəbiyyatının Nizami, Nəsimi, Füzuli, M.F.Axundov, S.Ə.Şirvani, C.Məmmədquluzadə və başqa görkəmli nümayəndələri bədii və rəsmi üslubun müxtəlif sahələri haqqında qiymətli fikirlər söyləmişlər. Məsələn, M.Füzuli bədii üslublar içərisində qəzələ üstünlük verərək deyirdi:
Qəzəldir səfa bəxşi əhli-nəzər,
Qəzəldir artıran şairin şöhrətini.
Qəzəl de ki, məşhuru-dövran ola,
Oxumaq da, yazmaq da asan ola.
M.F.Axundov bədii üslubun bir çox məsələlərinə toxunmuşdur. O, şeirdə poetikanı əsas amil hesab edərək deyirdi: «Şeir gərək son dərəcə ziyadə ləzzətə bais ola və hüzndə və fərəhdə ziyadə təsirə bais ola. Əgər olmasa, sadə nəzmdir».
Sonra böyük ədib İranın bir sıra şairlərinin əsərlərini tənqid edərək yazır: «. və hərgiz bilmir ki, poeziya nə tövr gərək olsun və hər pərpuç nəzmi poeziya hesab edir. Belə zənn eləyir ki, poeziya ibarətdir bir neçə taqqa-turuqu əlfazı bir vəzni-müəyyəndə nəzmə çəkib axırma qafiyə verməkdən və məhbubları qeyri vaqe süfat ilə tərif etməkdən və baharı və xəzanı qeyri-təbii təşbihat ilə vəsf eləməkdən. Necə ki, Tehranın mütəəxxirin şüərasmdan Qaani təxəllüsündə bir şairin divanı bir növ cəfəngiyyat ilə doludur. Dəxi fəhm edə bilmir ki, poeziyada məzmun gərək ki, məbaratib nəsrdə bəyan olunan məzamindən müəsirtər düşə və ya poeziya gərək ya hekayətə, ya şikayətə şamil ola».1
M.F.Axundov haqlı olaraq belə hesab edir ki, bədii personajın danışıq üslubu onun hərəkətləri ilə həmahəng olmalı, obrazın daxili aləminin açılmasına gömək etməlidir. Ədib Mirzə Ağaya onun pyesləri haqqında verdiyi məsləhətdə deyirdi: «bütün bu əhvalat şirin və təsirli ibarələrlə ifadə edilməlidir. İnşallah bu ibarələrlə sizin qələminizin gücünü görəcəyik. Bu cür edin ki, Sara ismətli və həyalı görünsün. Buna görə də onun anası ilə və başqaları ilə olan bütün danışıqlarını dəyişdirin».
Böyük demokrat C.Məmmədquluzadə istər bədii, istərsə də publisistik yaradıcılığında ana dilinin varlığı, saflığı, xəlqiliyi uğrunda mübarizə aparmışdır. O, həmişə «türkün açıq ana dili»ndə yazmış və bunu öz həmfikirlərindən tələb etmişdir. «Molla Nəsrəddin» və onun ətrafına toplaşan Ə.Haqverdiyev, M.Ə.Sabir, O.F.Nemanzadə, onlarla sıx həmfikir olan F.B.Köçərli və onlarla başqaları ədəbi üslübun xalq qoluna üstünlük verirdilər. Əsrin əvvəllərində «Füyuzat» və «Şəlalə» kimi jurnallar ümumtürk məsələsini qoymaqda nə qədər haqlı idilərsə, doğma Azərbaycan dilini bəyənməməkdə bir o qədər yanılırdılar. «Şəlalə» jurnalının 1913-cü il 2 mart tarixli sayında şəlaləçilərə cavab olaraq «Dil məsələsi» adlı məqalə dərc edilmişdir. Burada deyilir: «Şairin və ya müəllifin yazdığı əsər ancaq o vaxtı fayda verə bilər ki, o əsər «El malı» ola bilə. Bir əsər də «el malı» ola bilmək üçün elin dilində, elin anladığı tərzdə yazılmalıdır. Misal üçün «Şəlalə»nin üçüncü sayında birinci səhifədə «Hirs və təmə» ünvanlı yazılmış məqalənin ilk sətirlərini götürək. Belə qurma dil ədəbi dil ola bilməz!.. Hər bir qövmün ədibləri və ürəfası tərəfindən o qövmün dilinin ruhuna və qanununa müvafiq yaradılmış, zərifləndirilmiş və sərbəstləndirilmiş (zənginləşdirilmiş — A.B.) dil o qövmün ədəbi dilidir».1 Buraya qədər deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, üslub anlayışı insan idrakının, insan fəaliyyətinin bütün sahələrini əhatə edir.
Deməli, insan fəaliyyətinin bütün dövrlərində üslub anlayışı bu və ya digər dərəcədə mövcud olmuşdur. Buna görə də çox vaxt üslublar tarixindən bəhs edərkən onu yazıya qədərki və yazı ənənəsindən sonrakı deyə 2 dövrə bölürlər.
«Yazıya qədərki şifahi ədəbi dilin funksional üslubunun tarixi də qədimdir. Bu üslub hər bir dildə uzun illər yazı ənənəsi olmayan şəraitdə yaranır. Mənsub olduğu xalqın tarixinin qədim dövrlərindən təşəkkül tapan ədəbi şöhrət üslubu formalaşdığı prosesdə özünün dil vahidlərindən müxtəlif məqsədlər üçün söz və ifadə seçib işlətmək prinsiplərini yaratmışdır. Bu üslub dilin ictimai vəzifəsini yerinə yetirərkən onun iki mikro üslubu meydana gəlmişdir. Məişət-ədəbi söhbət mikro üslubda ata qayğısı — ana nəvazişi, ata məsləhəti — ana nəsihəti üçün ədəbi səciyyəli söz və ifadələr — dil vahidləri seçilib işlədilmişdir. Rəsmi-ədəbi söhbət üslubunda da müxtəlif müraciətlər, ricalar, xahişlər üçün mədəni söz tərkiblərinə, ifadələrə müraciət olunmuşdur.
Yazıya qədərki Azərbaycan şifahi ədəbi dilində də həm poetik funksional üslub, həm də ədəbi söhbət funksional üslubu fəaliyyət göstərmişdir»
İnsanın iş üslubu, danışıq tərzi, cəmiyyətdəki davranışı üslubun bu və ya digər sahəsi ilə əlaqədardır. İnsan idrakı kamilləşdikcə o, nəyin yaxşı, nəyin pis olduğunu dərk etmiş, özünün bütün fəaliyyətində üslub, tərz, üsul, manera və s. kimi cəhətlərlə bağlı olmuşdur. Buna görə də üslubları öyrənib onları bu və ya digər əlamətlərinə görə qruplaşdırmaq ehtiyacı meydana gəlmişdir. Bu, artıq üslubiyyatm bir elm kimi yaranması demək idi.
ÜSLUBİYYATIN YARANMASI VƏ FORMALAŞMASI
Üslubların özü kimi onları bütöv halda öyrənən üslubiyyat haqqında hamının eyni cür, birmənalı şəkildə qəbul edə biləcəyi fikir yoxdur.
Bizi maraqlandıran dilçilikdəki üslub məsələsidir.
Görkəmli Azərbaycan alimi Ə.M.Dəmirçizadə üslubları öyrənən elm kimi üslubiyyatı belə səciyyələndirir: «Üslubiyyat dilin ifadəlilik vasitələrinin məqsədəuyğun surətdə istifadə edilmə qayda və qanunlarından, xüsusiyyət və əlamətlərindən, ifadə vasitələrinin sistem təşkil etməsi xüsusiyyətlərinə görə formalaşan müxtəlif üslubların əlamətdar cəhətlərindən bəhs edən elmdir».1
Bu tərifi ideal adlandırmaq mümkün olmasa da, hələlik dillə bağlı üslubiyyata verilən ən mükəmməl tərifdir. M.K.Moren və N.N.Teterevnikova isə üslubiyyata belə bir tərif verirlər: «Üslubiyyat — ünsiyyətin müxtəlif şəraitində ifadə etmək üçün dil vasitələrinin seçilməsi və işlədilməsi prinsiplərini öyrənən müstəqil filoloji elmdir».
Bu tərif də əsasən, üslubiyyatı düzgün səciyyələndirir. Amma üslubiyyatı «müstəqil filoloji elm» kimi qəbul etmək, ona dilçilik və ədəbiyyatşünaslıq səviyyəsində müstəqillik statusu vermək demək olardı. Üslubların tarixi qədim olsa da, bir elm kimi üslubiyyatm tarixi XX əsrin 20-ci illərindən başlayır. Üslubiyyatm bir elm sahəsi kimi bünövrəsini Praqa funksional dilçilik məktəbinin banisi görkəmli dilçi Villem Matezius, onun həmkarları V.Skaliçka, F.Travniçek, B.Havranek və başqaları dilin özünü funksional fəaliyyət prosesində götürürlər.
«Praqa dilçilik dərnəyi»nin tezislərində dilin üslubi cəhətlərindən danışılır. Burada ədəbi dil, şeir dili və onların xüsusiyyətlərindən bəhs edilir ki, bu bilgiləri üslubiyyat elminin ilkin qaynaqlarından hesab etmək olar.
«Funksional dilçilik məktəbinə görə, insan fəaliyyətinin məhsulu olmaqla dilin, eyni zamanda məqsəd istiqaməti vardır. Nitq fəaliyyətinin ünsiyyətvasitəsi kimi təhlili göstərir ki, danışanın daha aydın nəzərə çarpan məqsədi ifadədir. Odur ki, linqvistik təhlilə funksional baxımdan yanaşmaq lazımdır. Bu baxımdan, dil də hər hansı bir məqsədə xidmət edən ifadə vasitələri sistemidir^1
Praqa funksional dilçiləri əslində üslubla funksional dil anlayışlarını eyniləşdirirlər. Onlar ədəbi dilin funksiyaları ilə funksional dillər (üslublar — A.B.) arasındakı münasibətləri aşağıdakı kimi qəbul edirlər. Ədəbi dilin funksiyaları: a) kommunikativ dil ifadəsi, b) praktik xüsusi dil ifadəsi, c) nəzəri xüsusi dil vahidləri, ç) estetik dil ifadəsi.; Funksional dillər: a) danışıq, b) kargüzarlıq, c) elmi, ç) poetik.29 30
Dilçiliyin başqa şöbələri kimi, üslubiyyat da öz növbəsində: a) nəzəri və təcrübi; b) ümumi və xüsusi; c) təsviri, tarixi və müqayisəli olaraq üç sahəyə ayrılır. Bu sahələri şərh etmək bizim məqsədimizə daxil deyil.
M.Mikayılov da üslubiyyatı maraqlı şəkildə təsnif edir. Onun fikrincə, dilçilik parametri ilə üslubiyyatı aşağıdakı qruplara ayırmaq mümkündür: 1) ümumi üslubiyyat; 2) xüsusi üslubiyyat; 3) dilin üslubiyyatı; 4) nitqin üslubiyyatı5) praktik üslubiyyat.
«Ümumi üslubiyyat — ümumiyyətlə, nitq fəaliyyətidir, bütün və ya əksər dillərə aid olan universal məsələləri, xüsusi üslubiyyat isə bu və ya digər konkret dilin üslubu quruluşunu öyrənir...
Dilin üslubiyyatı dilin üslubu quruluşunu — yəni üslublar sistemini həm sinxron, həm də diaxron planda, nitq üslubiyyatı isə nitq üslublarını, yəni əsas janrlar çərçivəsində kompozisiya sistemini, yaxud ictimai nitqin konstruktiv növlərini öyrənir. Praktik üslubiyyat, şəraitindən, məzmun və məqsəddən asılı olaraq nitqin müxtəlif imkanlarını, nitqin keyfiyyətini öyrənir. O, nitqdə nəyin yaxşı və ya pis olduğunu müəyyən edir.
Üslubiyyat bir termin kimi XX əsrin I rübündə elmə daxil olmuş, əsasən, ədəbiyyatşünaslığa aid edilmişdir. Keçən əsrin 40-cı illərindən başlayaraq dilçilikdə və ədəbiyyatşünaslıqda hegemonluğu ələ alan akademik V.V.Vinoqradov üslubiyyatm müstəqil dil sahəsi olduğunu qətiyyətlə sübut etdi. Alim haqlı olaraq göstərdi ki, bədii üslub məhz bədii dillə yaranır. Buna görə də o dilçilik sahəsi olmalıdır. Amma alim bədii ədəbiyyatın üslubiyyatı (cTHnncTHKa xyao>ı<ecTBeHHOH nnTepaTypw) adı ilə xüsusi üslubiyyat da göstərir. Beləliklə, V.V.Vinoqradov üslubiyyatm 3 növünü göstərirdi:
1. «Sistemlər sistemi» olan dilin üslubiyyatı. Bunu o, eyni zamanda «struktur üslubiyyat» da adlandırır. Strüktur üslubiyyat «sistemlər sistemi» kimi dilin vahid daxili quruluşunu, sözlərin, söz sırasının, sistem şəklində olan müxtəlif xüsusi formaların əlaqələrini, qarşılıqlı təsirini öyrənir, aydınlaşdırır və təsnif edir. Eyni zamanda tarixən dəyişkən meylləri, dil üslublarının qarşılıqlı növlərini — funksional üslubları öyrənir. Bundan başqa, sözlərin, söz birləşmələrinin semantik quruluşunda, leksik və qrammatik sinonimlərdə əks olunan incə məna fərqlərini — ekspressivliyi, intonasiyanın keyfiyyətini, sözlərin cümlədə öz yerinə görə işlənmə variasiyalarını öyrənmək də dil üslubiyyatmm vəzifəsidir.
2. Nitq üslubiyyatı. Nitq üslubiyyatı şifahi və yazılı nitqin ictimai cəhətdən şərtlənmiş növlərin, janrlar arasında olan ən incə semantik, ekspressiv üslubi fərqləri, geniş mənada nitqin melodiyasını, intonasiyasını və s. öyrənir.
3. Bədii ədəbiyyatın üslubiyyatı. Bu da bədii əsərlərin dilini öyrənir.
Üslublar, onların növləri Azərbaycanda hələ qədimdən bəlli idi. Bu haqda prof.H.Ə.Həsənovun fikri maraqlıdır: «Azərbaycan ədəbi (yazılı ədəbi) dilin fəal təşəkkül prosesində ikən, ümumən, ədəbi dilin funksional üslublar bölgüsü mütəfəkkir yazıçılarımıza da bəlli idi. Görkəmli Azərbaycan şairi Ə.Xaqaninin hələ 800 ilə əvvəl gəlmə ədəbi dil materiallarına əsaslanaraq verdiyi funksional üslubi bölgü elə Azərbaycan yazılı ədəbi dilinin ilkin formalaşma mərhələsinə də şamil edilə bilər. Ə.Xaqani alim dostu Qütbəddinə yazdığı məktubunda nəsr əsərlərindən və onların üslub xüsusiyyətlərindən bəhs edərək demişdir: «Katiblik (nəsrlə yazmaq) üç növdən artıq deyil: dəbiranə, vaizanə və mühəqqiqanə. Lakin «ibarət/t/lər» və sözlə ifadə oynamaq üslubları çoxdur. Y.Seyidov qeyd edir ki, Xaqaninin bu bölgüsündə 1) «dəbiranə» bədii və rəsmi-kargüzarlıq üslubuna, 2) «vaizanə» dini-didaktik sluba, 3) «mühəqqiqanə» elmi-tədqiqat üslubuna uyğun gəlir».
Ə.Dəmirçizadə müasir Azərbaycan dilinin aparıcı funksional üslublarını, bədii, elmi və ictimai-siyasi terminlərə əsaslanaraq, üç növünü göstərir. Bu cəhətdən Xaqaninin bölgüsü üzrə «vaizanə» dini-didaktik üslub ədəbi dilin «ictimai-siyasi üslub» növünün bir qoludur. Rəsmi-kargüzarlıq anlayışını bildirən üslub qolu da buraya daxildir».
Dilçilikdə üslubiyyat dedikdə, əsasən iki üslubiyyat növü nəzərdə tutulur. Bunlardan birincisi dil vahidlərinin üslubiyya-tıdır ki, onların özləri də müxtəlif yarımqruplara bölünür. Məsələn, fonetik üslubiyyat, leksik üslubiyyat, morfoloji üslubiyyat və sintaktik üslubiyyat. Üslubiyyatm bu bölmələri modallıqla sıx əlaqədardır. Hətta cümlənin aktual üzvlənmə-sində iştirak edən prosodik vasitələr də üslubi fonetikaya aiddir.
Müasir Azərbaycan dilini mükəmməl bilən hər bir adam səslərin uzanması, qısaldılması, vurğu, intonasiya və s. vasitəsilə fonetik üslub yarada bilər.
Hər hansı bir samitin və ya saitin tez-tez təkrarlanması xüsusi üslubi məqam yaradır. Məsələn, S.Rüstəmin «Çapayev» şeirindəki kimi (Ç samiti orada müəyyən ahəng yaradır). Uşaqlar üçün olan yanıltmacların hamısında səslərin təkrarı məqsədyönlü şəkildə ifadəni çətinləşdirir.
S.Rüstəmin «Bahar rəqsi» şeirində iki misrada 3 sait — a, ə, ı təkrarlanır; 20 sait-heca 3 sait hesabına yaranır.
Lənkərandayıq, lənkərandayıq,
Həyəcandayıq, həyəcandayıq.
Eləcə də uşaqlar üçün qurulan yanıltmaclarda: Getdim gördüm bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var... Burada da k və r samitlərinin təkrarı məqsədyönlü şəkildə qurulmuşdur.
Leksik üslubiyyatda əsas məsələ sözlərin seçilməsidir. Burada da təkrarlar, paronimlər, sinonimlər və s. əsas rol oynayır. Hətta bəzən söz və ifadələrin qarşılaşdırılması da güclü üslubi məqam yaradır. Məsələn,… .Nəuzibillah bir dəqiqəliyə belə güman eləyək: Yer üzündə heç bir din yoxdur, yəni cəmi millətlər dinsizdir. və habelə nə kafir var, nə iman əhli var, nə sünni, nə şiə, nə xaçpərəst, nə bütpərəst, nə erməni Qriqoryan, nə ortodoks, nə rus, nə müsəlman, nə kilsə və nə məscid, nəuzibillah, nə isna əşəri, nə şafeyi, nə həmbəli, hənəfi, babi, malakan, prigun, şeyx, dərviş. (üzr istəyirik).35
Onomastik laydan da üslubi məqsədlər üçün istifadə edilir. Obrazın daxili aləmini açmaq üçün onlara verilən ad və soyadlardan geniş istifadə edilir. Məsələn, Haray Həşirzadə, Lal Dinməzov, Yazıq Fağırzadə kimi ad və soyadlar obrazın xarakterini əvvəlcədən oxucuya məlum edir.
Üslubi morfologiyada müəyyən şəkilçilərin artırılması və ya ixtisarı üslubi xarakter daşıyır. Məsələn, Xalqın düşmənləri xalq düşmənlərini məhv edir. Burada xalq sözünün birincisində yiyəlik hal şəkilçisi vardır. Deməli, düşmənlər də, xalq da konkretdir. İkinci xalq sözündə isə müəyyənlik bildirən yiyəlik hal şəkilçisi yoxdur. Buna görə də həm xalq, həm də düşmən sözləri qeyri-müəyyəndir (yəni uydurmadır).
Dil vahidləri məhz sintaktik səviyyədə geniş fəaliyyət imkanı qazanır. Sintaktik üslubiyyat da dil strukturunun bşqa səviyyə üslublarına nisbətən daha geniş və əhatəlidir. Burada söz sırası, cümlənin məqsəd və avaza görə dəyişməsi, prosodik vasitəlrlə yaranan üslubi məqamlar sintaktik təkrarlar, cümlənin sadələşdirilməsi və s. əsas rol oynayır. Məsələn, Zarafat kənarda qalsın, mən qorxuram ki, İran azərbaycanlıları deyərlər ki, Culfadan başlamış, bir tərəfi Savuç bulaq İran Kürdüstanı: Həmədan, Qəzvin, ta gəldi çıxdı Gilana və Şimal tərəfdə Şura Azərbaycanına qədər, belə bir məmləkətin — ki, adı İran Azərbaycanıdır, — cəmi əhalisinin ana dili türk dilidir və türk dili də olmalıdır.
Azərbaycan dilinin funksional üslubları aşağıdakılardır:
1. Bədii üslub. Burada terminlər işlənmir. Əsas sərt bədiilik -obrazlılıqdır. Növləri — qəzəl, qəsidə, şeir, nəsr, dram və s. üslubu. Bundan əlavə hər sənətkarın öz üslubu olur.
2. Elmi üslub. Burada terminlər əsas yer tutur. Bədiiliyə yol vermək olmaz. Elmi üslubda: monoqrafiya, dərslik, elmi rəy və s.
3. Publisistik üslub. Bu üslub hamının başa düşə biləcəyi şəkildə olmalıdır.
4. Rəsmi-kargüzarlıq üslubu — Dəftərxana sənədləri üslubudur.
5. Natiqlik üslubu. Məruzə, Mühazirə, çıxış.
6. Məişət üslubu. Ailə-məişət üslubu.
7. Epistolyar üslub — Məktublar, intim məktublar, rəsmi məktublar və ədəbi məktublar. Müəllif: Adil Babayev
Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəblər üçün dərslik). “Gənclik” nəşriyyatı, Bakı,2015. 572 səh.
| ['Azərbayan dili', 'nitq', 'nitq mədəniyyəti', 'müasir Azərbaycan dili', 'dilin üslubiyyatı', 'dilin üslubu', 'bədii ədəbiyyatın üslubiyyatı', 'nitq üslubiyyatı', 'üslub'] |
95 | https://kayzen.az/blog/intellekt/27177/intellektual-sual-v%C9%99-cavablar.html | İntellektual sual və cavablar | gunelb | İntellekt və təhsil | 18 iyul 2022, 23:47 |
Fiziklər
1. 1922-ci ildə 14 yaşında Bakı Dövlət Universitetinə daxil olan bu şəxs eyni vaxtda iki fakültədə: fizika-riyaziyyat və kimya fakültələrində təhsil alırdı.Lev Landau
2. Ömrünün sonunda bu dahi ingilis fizik və riyaziyyatçısı peyğəmbər Daniil haqqında, Apokalipsisin şərhinə dair kitab yazmışdır. İsaak Nyuton
3. Onun ölçülməsi ilə müxtəlif vaxtlarda Qalileo Qaliley, Olaf Remer, Nikola Fuko, Ceyms Bradley, Albert Maykelson və başqaları məşğul olmuşlar. işıq sürəti
4. 1938-ci il Nobel mükafatı laureatı olan bu italyan və amerikan aliminin neytronlar fizikası sahəsində gördüyü işlər atom bombasının yaradılmasına gətirib çıxarmışdı. Enriko Fermi
5. Məşhur isveçrəli dramaturq Fridrix Dyurrenmattın bu pyesinin qəhrəmanları Albert Eynşteyn, İsaak Nyuton və Myobiusdur. “Fiziklər”
Sənə əjdaha lazımdır?1. Etamin bu bürcün ən parlaq ulduzudur. Əjdaha bürcü
2. Bu iki şəxsin Roma Kolizeyində baş tutmuş məşhur savaşını “Əjdahanın qayıdışı” filmində görmək olar. Çak Norris və Brüs Li
3. Cənubi Afrikanın ən yüksək nöqtəsi olan Tabana-Ntlenyana zirvəsi məhz bu dağlarda yerləşir. Əjdaha dağları
4. Ketsalkoatl adlı qanadlı ilan məhz bu qədim xalqın panteonuna daxil olan illahdır. astek
5. XVI əsrdə kavaleriya əsgərlərinin bayrağındakı əjdaha təsviri məhz bu sözün yaranmasına səbəb olmuşdu. Draqun
Noyabr
1. Cəlil Məmmədquluzadənin məhz bu əsəri “Noyabr ayının 12-ci günü idi” cümləsi ilə başlayır. “Poçt qutusu”
2. Bu, Rusiya Federasiyasında 1993-cü il dekabrın 12-də, Azərbaycan Respublikasında isə 1995-ci il noyabrın 12-də baş vermişdir. Konstitusiyanın qəbulu
3. Bu müharibənin başa çatdığı tarix – 11 noyabr Fransada Barışıq günü adı ilə milli bayram kimi qeyd olunur. Birinci Dünya müharibəsi
4. 1918-ci ildə məhz bu ölkədə baş vermiş Noyabr inqilabı monarxiyanı devimiş və parlamentli respublika qurulmasına gətirib çıxarmışdı. Almaniya
5. Məhz bu siyasi xadimin doğulduğu tarix – 14 noyabr Hindistanda Uşaqlar günü kimi qeyd edilir. Cəvahirləl Nehru
Dərviş Parisi partladır
1. Əsasən Bakı kəndlərində dini musiqi ilə müşayət olunan oğlan toylarını bəzən belə də adlandırırlar. Dərviş toyu
2. Bu cadiküni-məşhur həkimi-nəbatətin doğma şəhərini öz əcinnələri vasitəsi ilə darmadağın etmişdi. Dərviş Məstəli şah
3. «Bustan» və «Gülüstan» poemalarının müəllifi olan bu şair 20 il dərviş paltarında gəzmiş və səyahət etmişdir. Səədi
4. Teatr Xadimləri İttifaqı 1992-ci ildə məhz bu mükafatı təsis etmişdir.«Qızıl Dərviş»
5. XV əsrdə Türkiyədə yaradılmış bu dərviş ordeni 1925-ci ilə kimi fəaliyyət göstərmiş və sonralar Albaniyaya keçmişdir. bəktaşilər
İrəli, ulduzlara doğru
1. Avropa Birliyinin bayrağında bu sayda ulduz təsvir olunub. 12
2. XIX əsrdə yazılmış bu povestin obrazları ulduzlar tərəfindən yazılmış taleyi dəyişməyə cəhd göstərirlər.“Aldanmış kəvakib”
3. Əsası 1977-ci ildə qoyulmuş bu kinoepopeyanın müəllifi rejissor Corc Lukasdır. “Ulduz müharibələri”
4. ABŞ-dakı bu ərazini həm də “Tənha ulduz ştatı” adlandırırlar. Texas
5. 1967-ci ildən ölkəmizdə çap olunan bu jurnalın baş redaktoru Elçin Hüseynbəylidir. “Ulduz”
Sükanı belə saxla
1. “Sükanı belə saxla” sözlərini Saqqal Ramiz, Uzundraz Oktay və Əhməd məhz onun sayəsində komendantdan eşitmişdilər. Leyla
2. “Böyük sükançı” ifadəsi məhz bu kommunist rəhbəri haqqında deyilirdi. Mao Tszedun
3. Məhz bu elmin adı yunan dilindən “gəmini idarə etmək bacarığı” kimi tərcümə olunur. Kibernetika
4. SSRİ-də nəşr edilən əsası 1928-ci ildə qoyulmuş bu aylıq elmi-populyar jurnal sürücülər, avtomobil həvəskarları və təlimçilər üçün nəzərdə tutulurdu. “Za rulyom”
5. Roma mifologiyasında Eneyin tərəfdaşlarından biri olan bu sükançının adı ilə İtaliyanın cənubunda burun adlandırılmışdır.Palinur
Alfadan Omeqaya
1. Çayların aşağı axınlarında çay qolları şəbəkəsi ilə parçalanmış çay çöküntülərindən ibarət ovallıq məhz belə adlanır. Delta
2. Nadir hallarda tətbiq olunan bu kütlə vahidini bəzən mikroqram adlandırırlar. Qamma
3. Holland alimi Ludolf van Seylen onun hesablanmasına 10 il sərf etmiş, əldə etdiyi nəticələr alimin məzar daşı üzərinə yazılmışdı. “Pi” ədədi
4. İki proton və iki neytrondan ibarət olan helium nüvəsi məhz belə adlanır. Alfa-zərrəcik
5. Qədim Romada yarımdairəvi yemək stolu stibadi və ya məhz belə adlanırdı. Siqma
Karlos
1. 1970-ci ildə dünya çempionu olmuş futbol üzrə Braziliya yığmasının kapitanı o idi. Karlos Alberto Torres
2. Münhen Olimpiya oyunlarında yelkənli qayıq idman növü üzrə yarışlarda çıxış edən bu İspaniya kralı 15-ci yeri tutmuşdu. I Xuan Karlos
3. Bu amerikalı yazıçı 1960-cı ildə meksikalı sehrbaz Xuan Matusla görüşün onun bütün həyatını dəyişdirdiyini bildirirdi. Karlos Kastenada
4. İspan kralı II Filippin oğlundan bəhs edən “Don Karlos” poemasının müəllifi bu alman şairidir. Fridrix Şiller
5. Karlos Saul Menem bu Cənubi Amerika ölkəsinin prezidenti olmuşdur. Argentina
Ölkələr və şəhərlər
1. 1947-ci ildən bu dövlətin himni Rabindranat Taqorun sözlərinə yazılmış “xalqın ruhu” adlı himndir. Hindistan
2.Yaşıl saçlı leopard “Zakumi” məhz bu ölkədə keçirilən futbol üzrə dünya çempoinatının rəmzidir. Cənubi Afrika Respublikası
3.1943-cü ildə ən yaxşı film və rejissor işi nominasiyasında qalib gəlmiş bu filmin rejissoru Maykl Kertiçdir.“Kasablanka”
4. Yuli Sezar tərəfindən dağıdılan Çelanum şəhəri bizim eranın III əsrində imperator Avrelian tərəfindən yenidən tikiləndən sonra adı imperatorun şərəfinə dəyişdirilərək məhz belə adlandı. Orlean
5. Prezident və hökümət qərargahı Abicanda yerləşsə də, Kotdivuarın rəsmi paytaxtı məhz bu şəhər hesab olunur.Yamusukro
Oyna gülüm, oyna
1. Bu rəqs məzəli xarakter daşıyaraq inqilabdan əvvəl Bakıda mövcüd olmuş qoçuların tüfeyli həyat tərzini gostərir. Qoçəli
2. Bu məişət rəqsi zamanı əllər sağım prosesi, bədən isə qabağa əyilmiş vəziyətdə olur. Keçi məməsi
3. Bu rəqs krit xalq rəqsləri olan “sirtos” və “pidixtos”un bəzi elementlərini özündə birləşdirir. sirtaki
4. Bu bal rəqsinin “qaraçı”, “Əndəlüs”, “kreol” və “Argentina” növləri vardır. tanqo
5. Əl-ayağın qeyri-ixtiyari titrəməsi ilə müşaiət olunan bu əsəb xəstəliyinin adının yaranması Almaniyada məbədə sağalmaq üçün gələn xəstələrin rəqsə bənzər hərəkətləri ilə bağlıdır. Müqəddəs Vitt rəqsi
Rəsm və rəssamlar
1. Bu rəssam 1903-cü ildə Markiz adalarındakı Atuona qəsəbəsində vəfat etmişdir. Pol Qoqen
2. Bu ixtiraçı və rəssam Nyu-York Milli rəsm Akademiyasının banilərindən biri və ilk prezidenti olmuşdur. Samuel Morze
3. Məhz bu rəssam Azərbaycan satirik karikaturasının əsasını qoymuşdur. Əzim Əzimzadə
4. Bu hollandiyalı rəssamın “Nisbilik” litoqrafiyasında bir-birilə perpendikulyar birləşdirilmiş pilləkənlə hərəkət edən insanlar təsvir olunub.Moris Eşer
5. 1928-ci ildə 3-cü dəfə Bakıya gələn bu rus yazıçısının dəniz kənarında çəkilmiş rəsminin müəllifi Mikayıl Abdullayevdir. Maksim Qorki
Diqqətli olun
1. ABŞ prezidenti Franklin Ruzvelt bəzən öz həmsöhbətinə məhz bu məqsədlə “Mən bu səhər öz nənəmi öldürmüşəm” sözləri ilə müraciət edirdi. diqqətini cəlb etmək üçün
2. Rəsmi qəbulların, görüşlərin, məruzə və çıxışların sonunda məhz bu ifadəni eşitmək olar. “Diqqətinizə görə sağ olun”
3. “Diqqətə layiq olmayan qadın” adlı dörd pərdəli komediyanın müəllifi məhz bu britaniyalı dramaturqdur. Oskar Uayld
4. Üç yaşdan başlayaraq insanda diqqətin məhz bu növü yaranmağa başlayır. İxtiyari diqqət
5. Yoqa praktikasında diqqətin tamamilə hər-hansı fikir və ya obyektə yönəldilməsi məhz belə adlanır. Dxarana
Çıxdı buz üstə qoçaq
1. M.Ə.Sabirin şerində “dərsə gedən bir uşağ”ın sözlərinə görə, məhz bu fəsilin gəlməsi ilə buzun qəmi artacaqdır. Yaz
2. Məhz bu hekayənin qəhrəmanı xalası üçün buz almağa göndərilsə də, yolda qonşusu ilə vuruşmaqdan özünü saxlaya bilməmişdi. “Buz”
3. Tarixə Buz döyüşü adı ilə düşən məhz bu döyüşdə Aleksandr Nevskinin başçılıq etdiyi ruslar almanları 7 verst buz üzərində qaçmağa məcbur etmişdilər. Çud döyüşü
4. ABŞ-ın Milli Xokkey Liqasının 61 rekordunu müəyyənləşdirən bu idmançı “Böyük” (The Great One) ləqəbinə layiq görülmüş, 80-ci illərdə “ən qiymətli oyunçu” adını almışdı. Ueyn Qretski
5. Belə donanmaya malik ən böyük dövlətlər Rusiya, ABŞ, Kanada, İsveç və Finlandiyadır. Buzqıran donanma
Xərçəng
1. Bu xəstəliyin silindrik hüceyrəli və yastı hüceyrəli növləri aid edilir. Xərçəng xəstəliyi
2. İngilisdilli jarqonda məhz bu məhsul “xərçəng çubuqları” (“cancer sticks”) adlanır. Siqaret
3. Astrologiyada Xərçəng bürcü bu göy cismi tərəfindən idarə olunan yeganə zodiak bürcü hesab edilir. Ay
4. İvan Krılovun məşhur təmsilində xərçəngin “dostları” məhz bu iki canlı idi. Durna balığı və qu quşu
5. Bu yazıçının Parisdəki amerikan icmasına həsr olunmuş “Xərçəng tropiki” əsəri ona ilk şöhrəti gətirmişdi. Henri Miller
...kant...
1. Onun və Kleopatranın birləşmiş qüvvələri Aktsi döyüşündə Oktaviana məğlub olmuşdular. Mark Antoni
2. XV əsrin sonlarında meydana gəlmiş bu siyasi iqtisad məktəbi dövlətin təsərrüfata fəal müdaxiləsini nəzərdə tuturdu. Merkantilizm
3. “Gün keçdi” filminə inansaq, İkinci Dünya müharibəsində əsərlərini itirən bu rəssam hər gün onları yuxuda gördyünü deyirdi. Kavalkanti
4. Bu oxuma tərzinin adı “gözəl ifa” mənasını verir. Belkanto
5. Çoxluqlar nəzəriyyəsinin yaradıcısı bu alman riyaziyyatçısıdır. Georq Kantor
Mənbə: tarix.konspekt.az Bakı şəhəri ərazisində satılan 2 otaqlı mənzil elanlarıBakı şəhəri ərazisində satılan 1 otaqlı mənzil elanlarıBakı şəhəri ərazisində satılan 3 otaqlı mənzil elanlarıBakı şəhəri ərazisində satılan 4 otaqlı mənzil elanları
| ['intellektual suallar', 'xəmsə sualları', 'breyn-rinq sualları', 'brain-ring sualları'] |
96 | https://kayzen.az/blog/seirler_edebiyyat/27174/ramiz-r%C3%B6v%C5%9F%C9%99nin-sevgi-%C5%9Feirl%C9%99ri.html | Ramiz Rövşənin sevgi şeirləri | gunelb | ŞEİRLƏR | 12 iyul 2022, 17:47 |
Sevgi açarı
Hər yolun öz sonu var,
hər evin öz açarı.
Ayrılığa dözməyi
hərə bir cür bacarır.
Çoxdu hirsi, acığı
yarı yolda sönənlər.
Bir vaxt çırpıb çıxdığı
qapılara dönənlər.
Səhər-səhər, obaşdan
qapıları döyənlər.
Pıçıltıyla yavaşdan:
— Aç, gəlmişəm, — deyənlər.
Sonra açılan qapı
və qapıda dayanan
bir köynəksiz, yad kişi.
Və onun arxasından
qorxa-qorxa boylanan
Bir vaxt hər kirpiyini
sevə-sevə öpdüyün
bir cüt gözün təşvişi.
… Yox, köhnə sevgilərə
qayıtmaq dəlilikdi.
Yatan evi yuxudan
oyatmaq dəlilikdi.
Çoxdandı ki, bu evdə
yoxdu səni gözləyən.
Şəklini tumarlayıb
körpətək əzizləyən.
Şəklin çoxdan cırılıb,
verilibdi yellərə.
Burda hər şey yaddı, yad;
kar qapı, kor pəncərə.
Girsən, səni tanımaz
bu evin bir güzgüsü.
Bu evdə gəzən indi
özgəsidi, özgəsi.
Daha burda
dayanıb-durmağa nə ehtiyac?
Bu qapıdan
başını birdəfəlik götür qaç.
“Hər yolun öz sonu var”, -
axı kim deyib bunu?
Kim nə bilir hardadı,
yolun əvvəli, sonu?
Bütün yollar qarışıb,
əriyib bir-birində.
Əvvəli, sonu yoxdu
bütün sevgilərin də.
Neçə ürəyə düşür
bir sevginin açarı.
Bir qapı bağlanırsa,
başqa qapı açılır.
İndi səni gözləyən
bir qapı var hardasa;
görmədiyin bir evin
sənə həsrət qapısı.
Orda bir qız darıxır, -
səni tanımasa da,
səni sevməkdən ötrü
tanrı seçib o qızı.
Ömründə görmədiyin
o ev sənin evindi.
Get, o evdə yolunu
gözləyəni sevindir.
1977
TOY
Sən getdiyin yolu azıb,
başqa yola çıxmısan.
Hara gedirdin, qadası,
gəlib hara çıxmısan?
Bu nə toydu, atam oğlu?
Bir ölən eşqin yası...
Sən sevən qız başqasıydı,
sən alan qız başqası.
Bu səs-küylü toy axşamı
qardaş-bacın oynayır.
Səndən başqa burda hamı
əl-qol açıb oynayır.
Əllərə bax, bu əllərə;
yellənir qanad kimi.
Müğənni də qalxıb zilə,
şahə qalxan at kimi.
Yox!.. Bu toyun səndən ötrü
bir damcı sevinci yox.
Oturmağa gücün çatmır,
qaçmağa da gücün yox.
Rəhmin gəlir yanındakı
bu yad qıza, şad qıza.
Ağ gəlinlik donundakı
bu yazıq, xoşbəxt qıza.
Bu qız sənə yadsa əgər,
yüz yol öp, nə xeyri var?
Sənə doğma olacaqmı
o doğduğu balalar?!.
… Bəlkə tale görüşdürüb,
rast salıb fələk sizi.
İkinizə bəs eləyər
tək bu qızın sevgisi.
O sevgiylə qızınarsan
ən soyuq havalarda.
O sevginin işığında
böyüyər balalar da.
Dur, bu qızla oyna görüm
ömrün bu xoş anında.
Kim bədbəxt olar, kim, -
bu cür xoşbəxt qızın yanında?!..
1973
SON GÖRÜŞ
Bu vaxtsız sevginin əcəli yetdi,
Buydu qismətimiz -
ya tez, ya da gec.
Hərə öz dərdini apardı-getdi,
Bəs niyə dərdimiz azalmadı heç?
Dünya dağılmadı biz ayrılanda,
Göylər bir az yağış çilədi ancaq.
Mən sənə xoşbəxtlik dilədim onda,
Sən mənə rahatlıq dilədin ancaq.
Rahatlıq dilədin ev-eşiyimə,
körpəmin beşiyinə.
Nəvəsi dizinin üstünə çıxan
atama, anama da.
Bir vaxt səndən qabaq rastıma çıxan,
məni səndən alan qadınıma da.
İstədim son dəfə basım bağrıma,
Dedin:
— Nəyə lazım, yox, yaxşı deyil!..
Ağladın.
Dedim ki, kiri, ağlama!
Dedin ki, yağışdı, göz yaşı deyil.
— Bu görüş sonuncu görüşdü daha,
bu gün ayrılırıq, — deyib gəlmişdin.
Bəs niyə mənimlə bu ayrılığa
ən gözəl donunu geyib gəlmişdin?
Bəs niyə o cürə gözəldin onda?
İndi bunu necə yozum -
bilmirəm.
Bəlkə də son dəfə mənim yadımda
Gözəl qalmaq idi arzun -
bilmirəm.
Bir sevgi yarımçıq qırıldı o gün,
Yağış da kəsildi, bulud da getdi.
Bir qızla bir kişi ayrıldı o gün,
Hərəsi bir yana üz tutdu-getdi.
… O qızdan gözəl qız tapılmaz daha,
Daha o kişidən igidi yoxdu.
Amma bu dünyada xoşbəxt olmağa
Daha heç birinin ümidi yoxdu…
MƏN DƏ DƏYİŞKƏNƏM HAVALAR KİMİ
Sən mənim ömrümün həyəcanısan,
bir batan gəmidən gələn SOS kimi.
Yuxusuz gecəmin lap əvvəlində
çəkdiyim sonuncu papiros kimi.
Sən mənim dərdimə dərman deyilsən,
Sən mənim dərdimi ovutduransan.
Sən mənim sevdiyim insan deyilsən,
Mənə sevdiyimi unutduransan.
Sən susuz səhraya çilənən yağış,
qaranlıq gecədə yanan çıraqsan.
Qar basmış bir çöldə yolunu azmış
yolçunun rastına çıxan ocaqsan.
Kor olan deyiləm sənin tüstünə,
yenə öz yolumu mən gedəcəyəm.
Hələlik bir azca tutub üstünə
donmuş əllərimi isidəcəyəm.
Nə yaxşı, rastıma çıxdı bu ocaq,
bu donmuş əllərim qızındı bir az.
Heyif, bu ocağın istisi ancaq
donmuş ürəyimin buzuna çatmaz.
Yox, ocaq neyləsin?.. Onda günah yox.
Günahkar varsa da, mənəm… ocaq yox.
Öz alov dilini uzadıb necə
üzümü-gözümü yalayır yazıq.
Bu ocaq sonuncu kösövünəcən,
mənimçün yanmağa hazırdı, hazır.
Burda həmişəlik qalsaydım əgər,
Özümə ev-eşik qursaydım əgər,
Sən də bu ocağın keşik çəkəni,
Evimin xanımı olsaydın əgər, -
Lap səni sevsəm də, sevməsəm də mən,
burda yaşamağa nə vardı onda.
Bir az dincələrdim özüm-özümdən,
bir rahat həyatım olardı onda.
Amma “rahat həyat” mənlik deyil ki,
mən də dəyişkənəm havalar kimi.
Odur ki, ayrılaq, sağ-salamat qal.
Yolumdan saxlama -
məni yola sal.
Bəlkə də hardasa bir təzə sevgi
çıxacaq rastıma
CANAVAR kimi!..
1977
TƏBƏSSÜM
O məclisdə deyəsən
tək bircə mən yadıydım.
Qarışmırdım heç kəsə,
hamıdan azadıydım.
Təkliyim, tənhalığım
yoxsa dəydi gözünə?
Çiyninin üstən baxıb
gülümsədin üzümə.
O təbəssüm görəsən
nəyin işarəsiydi?
Bəlkə məni gözləyən
dərdlərin çarəsiydi.
Onda mən lap cavandım,
nə görmüşdüm mən axı?
Ömrüm hələ yavandı;
yoxdu dərdim, günahım.
Hələ dərdlər, günahlar
qabaqdaydı, qabaqda.
Üstümə qatar-qatar
gəlirdilər uzaqdan.
… O məclisdə, bəlkə də,
sən ən gözəl xanımdın.
Mən səni tanımırdım,
sən məni tanımırdın.
Heç bilmirəm kimiydin,
nəydi sənin adın da.
Amma o təbəssümün
yadımdadı, yadımda.
O təbəssüm -
Bəlkə də anlasaydım
mən dəli;
Baş tutmayan bir eşqin
əvvəliydi, əvvəli.
O ötəri, gözucu,
xilaskar təbəssümün.
O həm ana, həm bacı,
həm də yar təbəssümü.
O gündən illər keçib; —
biz bu illər uzunu
Nə bir yol rast gəlmişik,
nə görmüşəm üzünü.
Bəlkə o məclisdəki
o tənha, o tək oğlan
Sənin yadından da
lap çoxdan çıxıbdı, çoxdan.
Bəlkə xoşbəxtsən bu gün;
ər də var, ailə də.
Amma o təbəssümün
mənimlədi hələ də.
Gizlicə bağışlanan
çiçək kimi, gül kimi,
Qalıbdı bu vaxtacan
aramızda sirr kimi...
2001
Mənbə: 525.az
| ['sevgi şeirləri', 'sevgiyə aid şeirlər', 'sevgi şeiri', 'ramiz rövşən sevgi şeirləri', 'Ramiz Rövşənin şeirləri'] |
97 | https://kayzen.az/blog/kitab/27146/m%C9%99d%C9%99ni-zorak%C4%B1l%C4%B1q-ed%C9%99n-adamlar.html | Mədəni zorakılıq edən adamlar | gunelb | Kitablar və mütaliə | 10 iyul 2022, 23:55 |
Təxminən dörd il qabaq Bakının məşhur kitab mağazalarından birində satıcı-məsləhətçi vəzifəsində işləyirdim. Gün ərzində yüzlərlə müştərinin kitab zövqünə uyğun əsərlər məsləhət edirdim, onlar üçün yaxşı üz qabığı olan, yaxşı hekayəsi olan romanlar seçirdim.
İki il bu işlə məşğul oldum. Deyilənə görə, gülərüz və səbrli satıcı olduğum üçün müştərilər mağazaya girəndə məni axtarırlarmış. Özümü tərifləmək istəmirəm, amma həqiqətən, elə adamlara, elə “kitab əhlinə” dözürdüm ki, səbr edib onların nazı ilə oynayırdım ki, kənardan özümə baxsam, ya peyğəmbər kimi görünərdim, ya da Qandi kimi.
Uzun sözün qısası, bu gün kitab mağazalarında satıcı işləyən dostları, gəncləri görəndə onların nələr çəkdiyini çox yaxşı başa düşürəm və çalışıram ki, kitab alanda, kitab seçəndə onları yormayım. Uzaq başı kassada işləyən gözəl xanımlara yaxınlaşıb sistemdən kitabın həmin mağazada olub-olmamasını soruşuram, vəssalam. Yeri gəlmişkən, kassada işləyən xanımlar həmişə gözəl olur və mən həmişə onlara vuruluram. Nəysə.
Dünən dostum, dəyərli şair Şəhriyar Del Geraninin kitab oxumağa dair gözəl bir yazısını oxudum. Yazıda belə bir fikir var idi: “Pis adamlar kitab oxumamalıdır”.
Kitabçı işləyəndə başıma gələn bir neçə hadisəni danışsam, əzizimiz Şəhriyar abinin nə qədər haqlı olduğunu biləcəksiniz.
Məsələn, bir dəfə səhər tezdən, it tayadan düşməmiş bir qarasaqqal, əli təsbehli oğlan dükana girdi. AVM-lərdə mağazalar saat onda açılmasına baxmayaraq bu qardaşın necə bu saatda mağazamızda peyda olması mənə maraqlı gəlməmişdi. Çünki yeni gələn kitabları bir saat ərzində rəflərdə yerbəyer etməli idim. Yeni gələn kitabların içində Quran kitabı da var idi. Və kitablar səliqəli şəkildə döşəməyə qoyulmuşdu. Bir-bir bütün kitablara barkod vurub yığırdım. Qardaş yerdəki Quran kitabını görüb atıldı döşəməyə. “Bismillah” deyə-deyə kitabı öpüb alnına qoydu. Mən hələ də nə Quran kitabına, nə də oğlana fikir verirdim. Birdən kövrək səslə qışqırdı:
Başın xarab olub sənin?
Müəllim, mağaza işləmir...
A kişi, Quranı niyə yerə tullamısınız?
Tullamamışıq, yerə qoymuşuq.
Niyə? Başınız qaçıb sizin?
Ay qardaş, işləmirik biz, çıxın çölə.
Nə vaxt açılacaq mağaza?
10:00-da.
Gələcəm, səninlə də ayrıca söhbət edəcəm. Bu kitabı da ən üstə qoyun.
Yaxşı, ver hələ arxasına barkod vurum sonra.
Belə müştərilərlə gündə üç-dörd dəfə dialoqa girirdim. O adamlara başa salmaq olmurdu ki, mənimçün bütün kitablar satılacaq əmtəədir. İstər Tolstoyun kitabı olsun, istər Allahın, fərqi yoxdur. Mən hər birinə barkod vurub rəfə yığıram. Altdadı, üstdədi, qıraqda-bucaqdadı, mənim üçün fərqi yoxdur. Təyin olunmuş yerinə yığıb müştərilərimi gözləyirəm.
Daha bir məsələn. Bir dəfə bir gənc xanım (tələbə olduğuna şübhə etmirəm) gülərüzlə yaxınlaşıb kitab istədi. Dialoq başladı:
Mənə Xalid Hüseynin hansı kitabını məsləhət görürsünüz?
İlk dəfə oxuyacaqsınız?
Sevgilisi olduğunu bütün meymunluğu ilə bildirən oğlan söhbəti kəsir:
Artıq sual vermə...
Cavab vermirəm.
Bəli.
Buyurun, “Çərpələng uçuran”dan başlayın.
Nədən bəhs edir?
Yenə həmin “meymun”:
Aşkım, neynirsən e, gedək, oxuyacaqsan daaa...
Qıza yazığım gəldi. Necə olur ki, gözəl qızlar gedib belə oğlanlarla sevgili olur, başa düşmürəm. Axı adam özünə hörmət eləməlidir. Şəxsən sevgilisinə aşkım deyən adam mənə görə ən hörmətsiz adamdı. Birinci, dilinə hörmət etmir, ikinci, qarşısındakı adama mədəni zorakılıq edir.
Və mən əmin idim ki, nə o Quranı öpüb alnına qoyan, nə də sevgilisinə “aşkım” deyən oğlan kitab oxuyur. Kitab oxuyan adam bu cür düngüş olmaz. AVM-də bu cür bambılılıq eləməz.
Kitab mədəniyyət aktıdır. Pis adamlar kitab oxusa, əlbəttə ki, müəyyən müddətdən sonra öz zövqlərini hələ də formalaşdıra bilməyəcəklərsə, onda o adamların elə təsbeh çevirib, “aşkım” deyə-deyə Bakının küçələrində sülənməkləri daha məqsədə uyğundur. Çünki belə adamlar mədəni yerlərə özlərini soxuşduraraq mədəni asayişi pozurlar.
Kitabı onun dəyərini, mənəvi yükünü anlayan beş-on nəfər oxusa, həm cəmiyyətin, həm də kitabçıların başı dinc, zövqü şad-xürrəm olar.
Müəllif: Rəvan CavidMənbə: kulis.az
| ['kitab', 'mütaliyə etmək', 'mütaliə', 'mütaliə vərdişləri', 'mədəniyyət', 'kitab mədəniyyəti'] |
98 | https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/27144/nax%C3%A7%C4%B1van-muxtar-respublikas%C4%B1-heyd%C9%99r-%C9%99liyevin-hakimiyy%C9%99ti-ill%C9%99rind%C9%99.html | Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində | gunelb | Azərbaycan tarixi | 25 iyun 2022, 13:44 |
1969-cu ildə Brejnevin dönəmində Azərbaycan KP MK-nın 1-ci katibi təyin edilən Heydər Əliyev 1982-ci ilə qədər bu vəzifədə qaldı. Həmin il Yuriy Andropov SSRİ KP MK-nın Baş katibi seçilməsindən dərhal sonra Heydər Əliyevi Siyasi Büro üzvlüyünə, eləcə də SSRİ Nazirlər Sovetinin müavini vəzifəsinə təyin etdi. Heydər Əliyev bu vəzifəni Andropovun ölümündən sonra da davam etdirdi. 1985-ci ildə Konstantin Çernenkonun vəfatından sonra SSRİ KP MK-nın Baş katibi Mixail Qorbaçov seçildi. Heydər Əliyev Siyasi Büro üzvləri ilə müzakirələrdə Qorbaçov lehinə çıxış etməsinə baxmayaraq bir müddət sonra ona qarşı başlanan kampaniyadan sığortalana bilmədi. Mixail Qorbaçov Heydər Əliyevi Brejnev nomenklaturasının üzvü kimi formalaşdırdığı “yenidənqurma” siyasətinə təhdid kimi görürdü. Həyat yoldaşı Zərifə Əliyevanın ölümü bu dövrdə Heydər Əliyevin sağlamlığına pis təsir etdi. 1987-ci ilin may ayında Əliyev infarkt keçirdi. Bu hadisədən 5 ay sonra isə SSRİ Nazirlər Sovetinin müavini və Siyasi Büro üzvlüyü vəzifələrindən istefa verdi. Heydər Əliyev həmin günləri “The Washington Post” qəzetinə verdiyi müsahibədə belə xatırlayırdı:
“Qorbaçovun hakimiyyətinin ilk iki ilində birlikdə yaxşı işləyirdik. 1987-ci ilin oktyabrında mənim və bir neçə yoldaşımın məsələsi Siyasi Büroda müzakirəyə çıxarılmazdan əvvəl hiss etdim ki, onun mənə münasibəti dəyişib. Bir gün özü mənə yaxınlaşaraq getməyin lazım olduğunu dedi. Mən də Baş katib nə vaxt desə, o vaxt da getməyə hazır olduğumu bildirdim.”
Bir müddət SSRİ Nazirlər Sovetinin Dövlət müşaviri işləyən Heydər Əliyev 1988-ci ildə təqaüdə çıx(arıl)dı.
1988-1990-cı illər SSRİ üçün ağır keçdi. İqtisadi tənəzzül, mərkəzi hakimiyyətin regionlara nəzarəti itirməsi dövlətin faktiki olaraq dağılmasına gətirib çıxardı. Heydər Əliyev istefa verdikdən sonra Mixail Qorbaçova qarşı sərt mövqedə duran əsas fiqurlardan biri idi. Bu baxımdan Naxçıvan MSSR rəhbərliyi də prinsipial olaraq fərqlənmirdi. 1988-ci ildən etibarən Naxçıvanda AXC-nin təşkilatçılığı ilə güclü millətçi hərəkat formalaşmışdı. Bu hərəkatın təşkil etdiyi ilk vacib aksiya Naxçıvan ərazisində SSRİ-İran sərhədlərinin sökülməsi idi.[2] 1990-cı ilin əvvəlində Naxçıvanda faktiki olaraq Sovet hakimiyyəti devrildi. Səkinə Əliyevanın rəhbərlik etdiyi Naxçıvan MSSR 19 yanvar 1990-cı ildə SSRİ tərkibindən çıxaraq öz müstəqilliyini elan edən ilk respublika oldu. Heydər Əliyev həmin günü daha sonralar belə xatırlayır:“ Mən Moskvada olarkən eşitdim ki, Naxçıvan MSSR SSRİ tərkibində çıxmaq haqqında qərar qəbul edib. İndi Sovetlər İtiifaqı dağılıb. O vaxtdan çox illər keçib, çox şeylər unudulub. Sovetlər İttifaqında olan ölkələr öz müstəqilliklərini elan ediblər. Ancaq naxçıvanlıların bu cəsarətli addımı o vaxt Sovetlər İttifaqında yeganə addım idi.” Həmin gün AXC-nin Bakıda da Sovet hakimiyyətini devirməyə çalışması şəhərə ordunun daxil olması, əksəriyyəti mülki şəxslərin olduğu 170-ə yaxın insanın ölümü ilə nəticələnən qarşıdurmalarla yekunlaşdı. Bu hadisə Heydər Əliyevin siyasi səhnəyə qayıtmasına gətirib çıxardı. Faciədən 1 gün sonra Moskvadakı Azərbaycan nümayəndəliyində təşkil edilən brifinqdə Heydər Əliyev açıq formada Bakıya qoşunların girməsi pislədi və bu faciənin günahkarı kimi Əbdürrəhman Vəzirovu göstərdi:
“Əziz həmvətənlilərim, xanımlar və cənablar! Sizə məlum olduğu kimi, mən uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləmişəm, Sov. İKP MK Siyasi Bürosunun üzvü olmuşam. Geniş infarkt keçirmişəm. Xəstəliyimlə əlaqədar iki ildən artıqdır ki, təqaüddəyəm. Azərbaycanı tərk etdiyim 1982-ci ilin dekabrından keçən müddətdə bu gün ilk dəfədir ki, Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinin astanasına qədəm qoyuram. Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilmədim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı daimi nümayəndəsi Zöhrab İbrahimovdan xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm. Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Qırğını törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır.”
Sovet Ordusunun Bakıya və ölkənin digər ərazilərinə daxil olmasından sonra Sovet hakimiyyətinin müvəqqəti devrildiyi rayonlarda hökumət strukturları bərpa edildi. 18 yanvarda istefa verən Əbdürrəhman Vəzirovun yerinə Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov Azərbaycan KP MK-nın 1-ci katibi seçildi. İqtidara gəldikdən sonra Ayaz Mütəllibov Naxçıvan MSSR KP MK-nın baş katibi Heydər İsayevi vəzifəsindən azad etdi, onun yerinə isə Afiyəddin Cəlilov təyin edildi. Bundan başqa, Naxçıvan MSSR-in Azərbaycan SSR tərkibindən çıxaraq özünü müstəqil elan etməsi haqqında qərar anti-konstitutsion olduğu üçün 27 yanvar tarixində Azərbaycan Ali Soveti tərəfindən ləğv edildi (“Kommunist” qəzeti, 28.01.1990:1). Heydər Əliyevin Moskvadakı məlum çıxışından sonra ona qarşı qaralama kampaniyasının başladılması[3] Rusiyada yaşam imkanlarını məhdudlaşdırmışdı. Əliyev təqibdən qurtulmaq üçün 1990-cı il iyulun 20-də Bakıya gəldi. Ayaz Mütəllibov Heydər Əliyevi köhnə nomenklatura üzvü olması və eyni zamanda iqtidarına təhlükə kimi gördüyü üçün ona qarşı izolyasiya siyasəti apardı. Bakıda yaşamın mümkün olmayacağını yəqin edən Heydər Əliyev 2 gün sonra Naxçıvana getmək məcburiyyətində qaldı .
Heydər Əliyevin ilkin dövrlərdə Naxçıvanda fəaliyyətiHeydər Əliyevin Azərbaycandan fərqli olaraq Naxçıvanda nüfuzu çox böyük idi. Naxçıvandakı nomenklatura Azərbaycandakı nomenklatura ilə müqayisədə beynəlmiləlçilikdən uzaqda durmuşdu və millətçi xüsusiyyətləri ilə tanınırdı. Heydər Əliyev də ona qarşı edilən təqiblərdən sonra kommunist ideala qarşı fikirləri getdikcə soyumuşdu və bu baxımdan özünü Naxçıvan nomenklaturası ilə daha yaxın hesab edirdi. Heydər Əliyev sonralar həmin günləri belə xatırlayıb: “Ətrafımdakı səlahiyyətli şəxslər mənə maneə törədirdi. Keçmiş fəaliyyətimi nəzərdən keçirmək üçün komissiya yaradıldı. Moskvadakı isti mənzilimdən qışda 40 dərəcə şaxta olan Naxçıvana gəlməyə məcbur oldum. Kabinetimdə palto və papaqla otururdum, əllərimi isitməyə belə imkan tapmırdım. Mən belə şəraitdə yaşayırdım və inanırdım ki, daha siyasətə qayıda bilməyəcəm” (Çernyavskiy, 2002:62). Naxçıvana gəldikdən sonra Heydər Əliyev qısa müddət əvvəl vəfat edən bacısı Sura Əliyevanın evində yaşamağa başladı (Andriyanov və Miralamov, 2005:115). O, bacısının dəfnində Moskvadakı rəhbərlikdən icazə ala bilmədiyi üçün iştirak edə bilməmişdi. Regiona gəlməsindən 1 ay sonra, 21 avqust 1990-cı il tarixində Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri Afiyəddin Cəlilov[4] Naxçıvan və Azərbaycan tarixindəki xidmətlərini nəzərə alaraq Heydər Əliyevə muxtar respublikanın vətəndaşı statusunu verdi (Hacıyev, 2015:297). Bu status ona sentyabr ayında baş tutacaq Azərbaycan SSR parlament seçkilərində iştirak etməyə imkan verdi. Heydər Əliyevin Ayaz Mütəllibov və eləcə də Moskvaya qarşı sərt münasibəti onu AXC nümayəndələri ilə mövqelərini yaxınlaşdırdı. 1990-cı ilin sentyabrın 30-da keçirilən seçkilərdə Heydər Əliyev AXC ilə birgə formalaşdırılan müxalif “Demokratik Azərbaycan” bloku tərkibində 34 nömrəli Nehrəm seçki dairəsindən deputatlığa namizədliyini irəli sürdü. Ölkədə müxalifət 15 faiz səs alsa da Naxçıvanda böyük uğur qazandı. Burada parlamentin demək olar ki, yarısı “Demokratik Azərbaycan” bloku namizədlərindən ibarət idi. Seçkilərdə müxalifətdən ən yüksək nəticəni Heydər Əliyev göstərmişdi. Belə ki, Nehrəm seçicilərinin 95 faizi ona səs vermişdi. Yeni formalaşdırılan məclisin ilk sessiyası noyabrın 17-də həyata keçirildi. Bu sessiyada mühüm qərarlar qəbul olundu. Naxçıvan Ali Məclisinin Birinci sessiyasında deputat Heydər Əlirza oğlunun təklifi ilə Naxçıvan Ali Məclisi qərara aldı:
Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunsun. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının ali qanunvericilik orqanlarından xahiş edir ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında məsələyə baxsın və Azərbaycan Respublikasının yeni dövlət rəmzləri – bayrağı, gerbi və himni qəbul olunsun. Naxçıvan MSSR-in adı dəyişdirilərək Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Respublikası adlandırılsın. “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsi qəbul edilsin. 20 yanvar Naxçıvan Muxtar Respublikasında “milli matəm günü” kimi qeyd edilsin (Orucov, 2003:118-119, “Kommunist” qəzeti, 21.11.1990:2).
Bu qərarlardan sonra 1918-ci ildə qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının bayrağı rəsmi dövlət atributu kimi zala gətirildi. Birinci sessiya zamanı eyni zamanda Naxçıvan MSSR Ali Rəyasət Heyəti sədri vəzifəsi ləğv edildi. Bu vəzifəni daşıyan Afiyəddin Cəlilov Naxçıvan Ali Məclisin sədri seçildi (“Kommunist” qəzeti, 19.11.1990:2). Naxçıvan Ali Məclisinin bu qərarları Azərbaycan SSR rəhbərliyi tərəfindən qəbul edildi. Noyabrın 29-da Azərbaycan SSR-in prezidenti Ayaz Mütəllibovun fərmanında qeyd edilir: Respublikanın ictimai həyatında baş verən dəyişiklikləri, milli mənlik şüurunun artdığını, Azərbaycan dövlət quruluşunun inkişafını nəzərə alaraq Azərbaycan SSR-in adının və dövlət bayrağının dəyişdirilməsini zəruri hesab edirəm:
Bu məqsədlə Respublika Ali Sovetinə tövsiyə olunsun ki, Azərbaycan SSR Konstitusiyasında dəyişikliklər edilməsi haqqında qanun qəbul edilsin. Həmin qanunla respublikanın adı “Azərbaycan Respublikası” adlandırılsın. Dövlətin bayrağı eni bərabər, rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklində təsbit olunsun: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdə olsun, qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri verilsin. Azərbaycanın Dirçəliş günü olan “28 May” istirahət günü kimi elan edilsin (“Kommunist” qəzeti, 01.12.1990:1).
Naxçıvan Ali Sovetinin bu müraciəti rəsmi olaraq 5 fevral 1991-ci ildə Azərbaycan Ali Soveti tərəfindən qəbul edildi. Həmin gün həm Naxçıvan MSSR-in adı, həm də Azərbaycanın dövlət bayrağı dəyişdirildi. Bu ortaq qərarlara rəğmən Azərbaycan və Naxçıvan MR arasında uzlaşmazlıqlar davam etdi. Azərbaycan rəhbərliyi 1990-cı il dekabrından etibarən SSRİ-də müzakirə edilən yeni ittifaq müqaviləsi (Suveren Respublikalar İttifaqı-SRİ) müzakirələrində daha uzlaşmaçı mövqedə dayanmışdı. Afiyəddin Cəlilov-Heydər Əliyev tandemi isə Azərbaycanın heç bir ittifaqa daxil olmamasını, müstəqil siyasi kursa davam etməsini müdafiə edirdi. Bununla bağlı yekun qərar 7 mart 1991-ci ildə Azərbaycan Ali Sovetinin növbəti sessiyasında qəbul edilməli idi. Bu sessiyada iştirak edən Heydər Əliyevin çıxışında deputatları referendumun əleyhinə çıxmağa çağırdı:
“Hörmətli xalq deputatları! Yeni İttifaq müqaviləsi ilə əlaqədar olaraq təyin olunmuş referendumda iştirak etmək və ya etməmək çox mühüm məsələdir. Azərbaycan xalqının gələcək taleyi həll olunur. Ona görə də mülahizə və təkliflərimi mən də bildirmək istəyirəm. 1922-ci ildən Azərbaycan Sovet İttifaqının tərkibindədir. Bu müddət ərzində xalqımız tarixi yol keçib, nailiyyətlər əldə edib. Eyni zamanda çox itkilərə, çətinliklərə də məruz qalıb. Bunları inkar etmək olmaz. Biz hamımız, hər halda tam əksəriyyətimiz bu İttifaqa həddindən artıq inanmışıq, sədaqətlə xidmət etmişik, xalqımızın səadətini, xoşbəxt gələcəyini bu İttifaq daxilində görmüşük. Mən və mənlə birlikdə xeyli müddət respublikaya rəhbərlik edən həmkarlarım İttifaqın möhkəmlənməsi üçün daim çalışmış, Azərbaycan xalqında da bu İttifaqa sadiqlik və məhəbbət hissiyyatları yaratmağa cəhd etmişik. Fəqət son illərdə dünyada, ölkədə gedən ictimai, siyasi proseslər keçmişimizə münasibəti, ümumi dünyagörüşünü dəyişdirmiş, Sovet İttifaqında mərkəzlə respublikalar arasında olan iqtisadi, siyasi əlaqələr açılmış, çılpaqlaşmış, hansı tərəfin daha çox xeyir götürdüyü, zərər çəkdiyi aydınlaşmışdır. Bir neçə respublikada baş vermiş milli demokratik hərəkatların İttifaq dövləti tərəfindən zorakılıqla, hərbi qoşun hissələri vasitəsilə boğulması tədbirləri İttifaqın imperiya siyasəti apardığını tam aşkar etmişdir. İttifaq dağılmağa başlamışdır. Ölkənin rəhbərliyi yetmiş il mövcud olan İttifaqın yararsız olduğunu bəyan edərək, respublikaları yeni İttifaq yaratmağa dəvət edir. Qorbaçov bir neçə çıxışında hətta belə demişdir ki, guya ölkədə indiyə qədər həqiqi İttifaq olmayıb, respublikalar heç də İttifaqda yaşamayıb, əsl İttifaq bundan sonra yaranacaqdır. Həqiqəti isə desək, yeni İttifaq müqaviləsinin layihəsi əvvəlkindən də yararsızdır. Respublikanın keçmiş rəhbəri kimi, mən də belə yararsız və naməlum İttifaqa xidmət etdiyimi, buraxdığımız səhvləri etiraf edirəm və heyfsilənirəm. Nəzərə almaq lazımdır ki, hər dövrün öz hökmü var. Biz də, demək olar ki, bu salonda oturanların hamısı, o hökmün təsiri altında olmuşuq. İndi isə hesab edirəm ki, bizim xalqımız üçün yetmiş illik imtahan bəsdir. Yeni bir İttifaqa girməyi Azərbaycan xalqına rəva bilmirəm. Bir sözlə, mən yeni İttifaqa nail olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Bu, bütün seçicilərimin, deputatı olduğum Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının yekdil fikridir. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam.”
Lakin bu çıxışa baxmayaraq Azərbaycan Ali Soveti deputatlarının böyük əksəriyyəti referendumun keçirilməsinin lehinə səs verdi. Naxçıvan MR Ali Məclisi isə martın 14-də verdiyi qərarla referendumu boykot etdi. Bu qərar Naxçıvan MR ilə Azərbaycan hökuməti arasındakı münasibəti gərginləşdirdi. Martın 17-də keçirilən referendumda Azərbaycan vətəndaşlarının 93,3 faizi respublikanın SSRİ tərkibində saxlanmasına səs verdi. Naxçıvanda isə əhalinin 20 faizi referendumda iştirak etmişdi. Heydər Əliyevin “ANS” telekanalına verdiyi müsahibədə Naxçıvandakı referendumda iştirak edənlərin 18 faizinin Sovet hərbçiləri, 2 faizinin isə yerli vətəndaşlar olduğunu bildirdi. Naxçıvanın referendumu boykot etməsindən sonra Azərbaycan hökuməti burada aprelin 5-də faktiki çevriliş həyata keçirdi. Naxçıvan Ali Məclisinin sədri Afiyəddin Cəlilov vəzifəsindən kənarlaşdırıldı, onun yerinə isə yetərsay olmadan keçirilən sessiyada Azərbaycan KP üzvü Əkbər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçildi (Hacıyev, 2015:309). Əkbər Əliyev Suveren Respublikalar İttifaqı (SRİ) haqqında müqaviləni işləyib tamamlamaq və imzalamaq üçün Azərbaycan Respublikasının 9 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyətinin tərkibində idi. Bununla da boykot qərarına rəğmən Naxçıvan MR-in gələcəkdə qurulacaq SRİ tərkibində qalacağı dəqiqləşdi. Bu qərar qəbul edildikdən 1 ay sonra, iyulun 19-da Heydər Əliyev Sov. İKP üzvü sıralarından çıxdığı barədə bəyanat verdi. Əliyevin Naxçıvanda iqtidara gəlişi və Azərbaycanla pisləşən münasibətlər
Azərbaycanın yaz-yay aylarında DQMV və ətraf ərazilərdə Sovet qoşunları ilə birlikdə həyata keçirdiyi əməliyyatlar ölkədəki siyasi vəziyyəti nisbətən sabitləşdirmişdi. Həm DQMV-nin Azərbaycan tərkibində qalmağa razı olması, həm də Naxçıvanda Bakının diqtəsi ilə yeni hökumətin qurulması Ayaz Mütəllibovun siyasi qələbəsi demək idi. Lakin avqust ayında Moskvada həyata keçirilən uğursuz çevriliş bütün bunların üzərindən xətt çəkdi. Azərbaycan hökumətinin əvvəlcə bu çevrilişi dəstəkləməsindən müxalifət məharətlə istifadə etdi. 29 avqust 1991-ci ildə Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında çıxış edən Heydər Əliyev hökuməti istefaya çağırdı:
“Hörmətli xalq nümayəndələri! Ölkədə siyasi-iqtisadi böhran, dövlət hakimiyyətinin böhranı kəskin şəkildə kəskinləşib. Bu dövrdə respublikamızın vəziyyəti xüsusilə ağırdır. Bunun əsas səbəbi ölkədəki mürtəce siyasəti davam etdirən Azərbaycan Kommunist Partiyası və onun kobud səhvləridir. Bu siyasətin nəticəsidir ki, respublikanın kommunist rəhbərliyi avqustun 19-22-də ölkədə həyata keçirilən dövlət çevrilişini faktiki olaraq təsdiqləyib və bununla da Azərbaycan xalqını çox pis vəziyyətə salıb. Bu mövqeyinə görə Azərbaycan Kommunist Partiyası dərhal hakimiyyətdən getməlidir.”.Bu sessiyadan 1 gün sonra “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” qəbul edildi. Lakin bu qərar Naxçıvan MR ilə Azərbaycan arasındakı ziddiyyətləri azaltmadı. “QKÇP” çevrilişi digər respublikalarda olduğu kimi, Naxçıvana da ciddi təsir etdi. Bu regionda əhalinin mütləq əksəriyyəti Heydər Əliyevi Naxçıvan Ali Məclisinin sədri kimi görmək istəyirdi. 60 min nəfərin Naxçıvanda həyata keçirdiyi mitinqdən sonra 1991-ci ilin sentyabrın 3-də Naxçıvan Ali Məclisinin fövqəladə sessiyası çağırıldı. Bu sessiyada AXC deputatlarının dəstəklədiyi[5] Heydər Əliyev respublika Ali Məclisinin sədri seçildi.[6] Heydər Əliyev iqtidara gəldikdən dərhal sonra Naxçıvanda Azərbaycan KP-ni, eləcə də komsomolun fəaliyyətini dayandırdı, onların bütün strukturları ləğv edildi. Heydər Əliyevin qərarı ilə Naxçıvan Baş naziri vəzifəsinə AXC üzvü Becan Fərzəliyev təyin edildi. Bundan başqa, Əliyevin müavinləri seçilən Qafar Məmmədov və Asif Kələntərli də AXC üzvləri idi. Sədr seçildikdən 2 gün sonra Nehrəm kəndindəki çıxışında Heydər Əliyev AXC-ni ölkədəki demokratik qüvvələrin simvolu adlandırdı:
“Gəlin, bir həqiqəti deyək. Həqiqət isə ondan ibarətdir ki, Azərbaycan Xalq Cəbhəsi, Naxçıvan Xalq Cəbhəsi yaranan vaxtdan demokratiya uğrunda mübarizə aparıb. Azərbaycan Kommunist Partiyası və onun mürtəce rəhbərliyi – Vəzirov, Mütəllibov başda olmaq şərtilə bütün demokratik hərəkatları boğub. Bu, həqiqətdir. İkinci həqiqət də ondan ibarətdir ki, 19 avqustda Moskvada dövlət çevrilişi olub və iqtidar mürtəce qüvvələrin əlinə keçib. Azərbaycan Xalq Cəbhəsi, o cümlədən Naxçıvan Xalq Cəbhəsi iqtidarın Yazov və Kryuçkovun əlinə keçməsinə baxmayaraq bu rejimə qarşı fikrini çəkinmədən qeyd edib və açıq şəkildə demokratik qüvvələrin tərəfində olduğunu bildirib.”
Azərbaycan hökuməti Naxçıvandakı seçimi faktiki olaraq tanımadı. Həmin dövrdə Heydər Əliyevi Naxçıvan Ali Məclisi sədri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edən yeganə lider Ermənistan Ali Sovetinin sədri Levon Ter-Petrosyan olmuşdu.[7] Hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanda keçiriləcək prezident seçkilərini boykot etdi. Buna səbəb Konstitusiyaya yaşı 65-dən yuxarı olan vətəndaşların Azərbaycan Respublikasının Prezidenti seçilə bilməyəcəyi haqqında maddənin əlavə olunması idi.[8] Bununla seçkilərdə Heydər Əliyevin iştirakına imkan verilməməsi nəzərdə tutulmuşdu.
Naxçıvan MR Ali Məclisinin verdiyi qərarda deyilirdi:
Azərbaycan Respublikası Prezidentinin seçilməsi üçün 8 sentyabr 1991-ci il tarixə təyin edilmiş seçkilərin Naxçıvan MR ərazisində keçirilməsi dayandırılsın. Azərbaycan Respublikası Ali Sovetindən respublika prezidentliyinə seçkilərin daha sonrakı müddətə keçirilməsi xahiş edilsin (Hacıyev, 2015:316)
Boykot barədə qərar onsuz da mürəkkəb olan Naxçıvan MR-Azərbaycan münasibətlərini daha da gərginləşdirdi. Ayaz Mütəllibov Heydər Əliyevə və onun qərarına münasibəti daha sonra belə açıqlamışdı: “Əliyevin yerində olsaydım, siyasətə ümumiyyətlə qayıtmazdım. Ümumiyyətlə, keçmiş liderlərin aktiv siyasi fəaliyyətə qayıtması həm demokratiyanın uğuru kimi, həm də əskikliyi kimi qiymətləndirmək lazımdır. Mən bir şeyi istisna, hər şeyi bağışlaya bilərdim. Mən gözləmirdim ki, Naxçıvan Ali Soveti ilk ümumxalq prezident seçkilərini boykot etmək qərarı verəcək. Hesab edirəm ki, bu təhqirə təkcə mən yox, bütün xalqım məruz qalıb.”
Prezident seçkilərini Naxçıvan MR-dən başqa DQMV və Goranboyun Şaumyan hissəsindəki ermənilər boykot etmişdi. Buna baxmayaraq, sentyabrın 8-də səsvermə baş tutdu. AXC-nin qatılmadığı prezident seçkilərində Ayaz Mütəllibov və Azərbaycan Sosial Demokrat partiyasının üzvü Zərdüşt Əlizadə mübarizə aparırdı. Lakin seçkilərə az qalmış Zərdüşt Əlizadə namizədliyini geri götürdü. Əhalinin 84,4%-in iştirak etdiyi seçkilərdə tək namizəd olan Ayaz Mütəllibov 98,5% səslə prezident seçildi. Seçkilərdə NMR-in iştirak etməməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Mərkəzi Seçki Komissiyasının sədri Məmməd Qazıyev “Kommersant” müxbirinə verdiyi müsahibədə bu addımı anti-konstitutsion adlandırmışdı: “Naxçıvan MR Ali Məclisi NMR-də yaşayan Azərbaycan vətəndaşlarının 170 min seçki bülleteninin hamısını Mərkəzi Seçki Komissiyasına qaytarıb. NMR Ali Məclisi özbaşınalıq edərək vətəndaşları konstitusion seçkilərdə iştirak hüququndan məhrum edib”. Heydər Əliyev isə “Kommersant”ın müxbirinə verdiyi müsahibədə rəsmi Bakını günahlandırdı: “ Sentyabrın 4-dən (prezident seçkilərinin dayandırılması barədə qərar qəbul edilən gündən) Naxçıvan MR Bakı tərəfindən iqtisadi və informasiya blokadasına məruz qalıb. Yanacaq tədarükü tamamilə kəsilib. Muxtar respublikada bütün avtomobillər, o cümlədən təcili tibbi yardım maşınları yerində dayanıb. Bakıdakı milislər sənədləri yoxladıqdan sonra “yuxarıdan” verilən əmrə istinad edərək naxçıvanlıları Bakı bazarlarından qovublar. NMR Məclisinin qərarları respublika mətbuatında dərc olunmur. Hal-hazırda bizdə olan yoxlanılmamış məlumatlara görə, NMR Ali Məclisinə qarşı repressiv tədbirlər görmək üçün Bakıda respublika Daxili İşlər Nazirliyinin və DTK-nın əməkdaşlarından ibarət xüsusi dəstələr yaradılıb.”
Sentyabrın 10-da “İnterfaks”a verdiyi müsahibədə Prezident Ayaz Mütəllibov Heydər Əliyevin iddiasını faktiki olaraq etiraf etdi: “Mənim məlumatıma görə, Dağlıq Qarabağda seçicilərin 12 faizi seçkilərdə iştirak edib. Naxçıvan Muxtar Respublikasındakı vəziyyəti isə “konstitusiyaya zidd aksiya” və “Heydər Əliyevin siyasi ambisiyalarının reallaşması” hesab etmək olar. Bununla bağlı xüsusi istintaq komissiyası yaradılacaq və Azərbaycan hökuməti olaraq Əliyevin ağlını başına gətirəcəyik.” Bu açıqlamaya qarşı Heydər Əliyevin cavabı isə belə idi: “Bakıdan silahlı hücum olarsa rusların Ağ Evi müdafiə etdiyi kimi, Naxçıvanın 330 min sakini də öz Məclisini müdafiə etməyə hazırdır”. Bununla belə, Ayaz Mütəllibov Heydər Əliyevi həbs etmək üçün cəhd etdi. İki qrup xüsusi təyinatlı gizlicə Naxçıvana gələrək əməliyyat həyata keçirməyə çalışsa da buna nail ola bilmədi. Əməliyyatdan vaxtında xəbərdar olan Heydər Əliyev Naxçıvan televiziyasında Prezident Ayaz Mütəllibova müraciət ünvanladı: “Səhərə kimi adamlarınız Naxçıvandan çıxmasa camaat ayağa qalxacaq, bu sizin başınızın bəlaya düçar olması ilə nəticələnəcək.” (Furman və Abbasov, 2001:169). Əməliyyat uğursuz alındığı üçün göndərilən xüsusi dəstə Naxçıvandan çıxdı.
Azərbaycanla Naxçıvan MR rəhbərliyi arasında bu dövrdə əsas ziddiyyətli məqamlardan biri də blokada idi. Azərbaycan hökuməti DQMV-yə, eləcə də Ermənistana tam iqtisadi blokada həyata keçirmək istəyirdi. Belə ki, Ermənistan və DQMV ərazisinə təbii qaz və elektrik xətləri Azərbaycan ərazisindən gəlirdi. Bundan başqa, Ermənistana gedən malların ən azı 2/3 hissəsi Azərbaycandan keçirdi. Bu blokadanın həyata keçməsi Ermənistanla bərabər Naxçıvana da ciddi iqtisadi zərbə demək idi. Belə ki, Naxçıvan MR-in enerji sistemi və iqtisadiyyatı Ermənistanla bağlı idi. Ermənistandan keçən əsas dəmir yolu xətti Naxçıvan üçün böyük əhəmiyyət daşıyırdı. Heç bir müstəqil infrastrukturu olmayan Naxçıvanın tam blokada qalması əhalinin ac qalması demək idi. Bu səbəbdən Heydər Əliyev blokadaya qarşı çıxırdı. 1991-ci ilin sentyabr aylarında dəmir yolu xəttində hərəkət Heydər Əliyevlə Levon Ter-Petrosyan arasındakı danışıqlardan sonra bərpa edilmişdi (Hacıyev, 2015:323). Lakin qısa müddət sonra yenidən qatarlara hücumların baş verməsi hərəkətin dayanması ilə nəticələndi. Heydər Əliyev 1991-ci il 14 oktyabr tarixində bu dəfə Meğri rayonunun rəhbəri Yemok Andriasyanla danışıqlar apardı. Andriasyanın cavab məktubu “İzvestiya” qəzetində yayımlandı: “Mən əminəm ki, bütün mübahisələr danışıqlar yolu ilə həll oluna bilər və bu, tədricən iki qonşu region arasında münasibətlərin normallaşmasına gətirib çıxaracaq. Biz Naxçıvana gedən qatarların Meğri hissəsindən keçən hissəsində təhlükəsiz hərəkətin təmin ediləcəyinə tam zəmanət veririk”. Həmin günləri Ermənistan Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Aşot Manuçaryan belə xatırlayır: “Heydər Əliyevlə əla münasibətimiz var idi. Biz onlara Naxçıvanda bir çox cəhətdən kömək etdik. Məsələn, Ermənistan Respublikasının Nazirlər Şurası Naxçıvanı blokadaya alınmaması barədə qərar qəbul etmişdi. Azərbaycan Ermənistanı blokadaya alsa da Ermənistandan Naxçıvana rabitə, dəmir yolu, elektrik, təbii qaz xətləri işləyirdi.” Heydər Əliyevin Ermənistan dövlət nümayəndələri ilə apardığı danışıqlar müttəfiqi olduğu AXC ilə münasibətlərin soyuması ilə nəticələndi. Bu baxımdan Naxçıvan Xalq Cəbhəsi ilə Azərbaycan Xalq Cəbhəsi arasında uzlaşmazlıqlar yaranmışdı. Belə ki, Azərbaycan Xalq Cəbhəsinin Heydər Əliyevi Ermənistanla separat danışıqlar aparması haqqında iddiası Naxçıvan MR-in Baş naziri, AXC üzvü Becan Fərzəliyev tərəfindən yalanlanmışdı. Azərbaycanın müstəqilliyi və 1992-ci il may çevrilişinə qədərki proseslər
1991-ci ilin sentyabr-oktyabr ayları Azərbaycan üçün çox gərgin keçdi. Avqust çevrilişindən sonra sərhəd ərazilərdə Sovet bölmələrinin fəaliyyəti faktiki olaraq dayanmışdı. Bu erməni hərbi qüvvələrinin Dağlıq Qarabağ və ətrafında, eləcə də Naxçıvandakı ərazilərə hücumu ilə nəticələndi. Ermənilər Qarabağda “Halqa əməliyyatı” zamanı itirdikləri əraziləri (Çaykənd və Qarabulaq istisna) qısa müddət ərzində geri qaytara bildilər. Ermənistanın daxili işlər naziri Aşot Manuçaryan xatırlayır: “Biz hər bir şeyi Sovet hökumətindən gizli yaratmağa məcbur idik, buna görə də biz ordu yaratmağa müvəffəq olduq. Azərbaycanlıların sərəncamında isə yalnız milis qüvvələri var idi.” ( De Vaal, 2008:192). Azərbaycan Prezidenti Ayaz Mütəllibov sentyabrın 5-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaradılması haqqında, oktyabrın 9-da isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında qanunu imzalasa da ölkədə faktiki olaraq heç bir hərbi birləşmə yox idi. Azərbaycanın ikinci müdafiə naziri olmuş Tacəddin Mehdiyev xatırlayır: “ Heç bir hərbi avadanlığımız yox idi. Heç kəslə danışmaq mümkün deyildi. İndi mobil telefonlar var. O vaxt bütün danışıqlarımız dinlənilirdi. Nə kazarma, nə silah, nə də texnikamız var idi.” ( De Vaal, 2008:192).
Ermənilərin qısa müddət ərzində uğurları müxalifətin Ayaz Mütəllibova ciddi təzyiqi ilə nəticələndi. Azərbaycanın oktyabrın 18-də müstəqilliyini elan etməsindən sonra bu təzyiqlər daha da gücləndi. Prezident Ayaz Mütəllibov müxalifətə güzəştə gedərək Azərbaycan Ali Sovetini faktiki olaraq məhdudlaşdırdı və onun səlahiyyətləriniAzərbaycan Ali Sovetinin Milli Şurasına verdi. Azərbaycan Ali Sovetinin Milli Şurası hər biri 25 nəfərdən ibarət olan 2 fraksiyadan ( “Demokratik Blok” və “Kommunist blok”) ibarət idi. Bu hökumət səlahiyyətlərinin faktiki olaraq bölünməsi demək idi. Azərbaycandan fərqli olaraq Naxçıvanda respublika tam olaraq “Demokratik Blok”un üzvləri tərəfindən idarə olunurdu. Azərbaycan hökuməti ilə Naxçıvan MR hökuməti arasındakı gərginlikdə vasitəçi kimi çıxış edən Azərbaycan Demokratik Qüvvələrin Məsləhət Şurasının nümayəndələri oktyabrda Naxçıvana gələrək burada NMR Ali Məclisinin sədri Heydər Əliyevlə bağlı qapılar arasında görüş keçirdi. (“Ayna” qəzeti, 01.10.1991:2). Bu görüşün nəticələri ilə bağlı açıqlama verilməsə də Azərbaycanla Naxçıvan MR arasındakı münasibətlər ilin sonuna doğru yumşalmağa başladı. Bunda Azərbaycanın Naxçıvana həyata keçirdiyi yardımın miqdarının artmasının böyük rolu vardı. Lakin Naxçıvanın ərzaq sıxıntısından başqa müdafiəsi ilə bağlı ciddi probleməri mövcud idi. 1991-ci ilin sentyabrın 7-də Naxçıvan MR-də “Dövlət Müdafiə Komitəsi” yaradılmışdı. Bu muxtar respublikanın müstəqil ordu quruculuğunda atdığı ilk addım idi. Komitəyə coğrafiya müəllimi, baş leytenant Elman Abbasov rəhbərlik edirdi (“Ayna” qəzeti, 01.11.1991:2). Naxçıvanda bu dövrdə Sovet Ordusunun 75-ci motoatıcı diviziyası və 41-ci sərhəd dəstəsi fəaliyyət göstərirdi. Bu qoşunların statusu ilə bağlı Naxçıvan MR Ali Məclisi oktyabrın 26-da və dekabrın 16-da qərarlar qəbul etsə də ordunun taleyi ilə bağlı dövlətlərarası müqavilə olmadığı üçün mərkəzi hökumət bu aktlarla bağlı yekun qərarı vermədi (“Səs” qəzeti, 09.10.1992:2). Heydər Əliyev 1992-ci ilin yanvarın 16-da Naxçıvan Muxtar Respublikasının ərazisindəki bütün hərbi hissələrin Ali Məclisə tabe olması haqqında qərar qəbul etdi. Bu qərarla regiondakı keçmiş Sovet bölmələrinə aid hərbi qulluqçular şəxsi əşyalarından başqa heç nəyi respublikadan çıxara bilməzdi.
1992-ci il Azərbaycan xalqı üçün ağır başladı. 1992-ci ilin fevral ayına qədər Dağlıq Qarabağdakı erməni bölmələri anklav içərisində qalan azərbaycanlılar yaşayan Xocalı istisna, bütün yaşayış məntəqələrini ələ keçirdi. Növbəti hədəf Xocalı idi. 1989-cu ilə qədər kənd olan Xocalı 1992-ci ilə kimi süni şəkildə böyüdüldü və ona şəhər statusu verildi. Ayaz Mütəllibov Xocalını Azərbaycanın regionda əsas dayaq məntəqəsinə keçirmək planı var idi. Bu səbəblə şəhərə böyük sərmayə qoyuldu, binalar tikildi. Lakin Ayaz Mütəllibov SSRİ-nin dağılmasını hesablamamışdı. Sovet DİN qoşunlarının köməyindən məhrum olan Xocalı 1992-ci ilin əvvəlindən blokadada qaldı. Bu dövrdə Azərbaycandakı siyasi proseslər Ayaz Mütəllibovun əleyhinə işləyirdi. Prezidentə qarşı faktiki ikili ittifaq (Naxçıvan MR hökuməti – Azərbaycan Ali Sovetinin Milli Şurası ) mövcud idi. Azərbaycan Ali Sovetinin Milli Şurası 1991-ci ilin dekabrın 20-də MDB-yə daxil olmama haqqında qərar qəbul etmişdi. Azərbaycanın bu qərardan 1 gün sonra “Alma-Ata konfransı”na dəvət edilməməsi Rusiyanın Qarabağ münaqişəsində neytral mövqeyini dəyişməsi demək idi. Ayaz Mütəllibov xatırlayır:
“Azərbaycana qarşı təxribat hazırlanmışdı. Bizi Alma-Ataya dəvət etməmişdilər. Mən öz təşəbbüsümlə ora getdim. Mən dövlət başçılarının toplaşdığı otağa daxil olanda çoxları məni orada görəcəyini gözləmirdi. Məni görən Yeltsin Şuşkeviçə üzünü tutdu və onun danışmasını istədi. Şuşkeviç belə dedi: “Ayaz Niyazoviç, bizim belə bir fikrimiz var ki, Azərbaycanı hələlik MDB-yə qəbul etməyək. Sizin respublikanızda münaqişə başa çatandan sonra biz bu məsələyə qayıdacağıq. Bizi səhv başa düşməyin. Biz hələ SSRİ dövründə başlayan münaqişəni MDB-yə ötürmək istəmirik. Biz MDB tarixinə sıfırdan başlamaq istəyirik”. Yeltsinin yanında Levon Ter-Petrosyan oturmuşdu. Mən ona işarə edərək Qarabağda İrəvandan gələn erməni ekspedisiya korpusunun legionerlərinin vuruşması barədə Yeltsinə məlumat verdim. Yeltsin arqumentlərimi dinlədi və sonra dedi: “Azərbaycan MDB-yə daxil olmalıdır”.
Lakin Milli Şura Mütəllibovun fikirləri ilə razılaşmadı. Bu amil Qarabağdakı 366-cı motoatıcı alayın regiondan çıxarılmasını gecikdirdi. 14 fevral 1992-ci il tarixində Minskdə keçiriləcək Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının konfransında MDB Birləşmiş Silahlı Qüvvələrinin yaradılması haqqında müqavilənin imzalanması gözlənilirdi. Mütəlibovun bu məsələ ilə bağlı millət vəkilləri qarşısında çıxışından əvvəl Rusiya prezidenti Boris Yeltsin ona zəng edərək 366-cı alayın Xankəndidən çıxarılacağını vəd etdi. Yeltsin bunun üçün əsas şərt kimi Azərbaycanın MDB Birləşmiş Silahlı Qüvvələrinin yaradılması barədə müqaviləsini imzalamasını istədi. Ancaq buna baxmayaraq, AXC-dən olan deputatların təzyiqi ilə parlament Azərbaycanın MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin yaradılması ilə bağlı razılaşmaya qoşulmama barədə qərar verdi. Bu qərar Xocalının taleyini həll etdi. Şəhərin Azərbaycan bölmələrinin nəzarət etdiyi ərazilərdən çox aralı olması blokadanı yarmağı demək olar ki, mümkünsüz etmişdi. Buna baxmayaraq, fevralın əvvəlində Azərbaycan bölmələri Əsgəran istiqamətindən hücuma keçərək Xocalıya yol açmağa cəhd etdi. Lakin ermənilərin ciddi müqavimətinə rast gələn bölmələr hücumu dayandırmağa məcbur oldu. Ermənilər fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum edərək şəhəri ələ keçirdilər. Xocalının itirilməsi Ayaz Mütəllibov iqtidarına ağır zərbə idi. Prezident bu hadisənin Rusiya ilə əlaqəli olduğuna inanırdı. Bu səbəblə Rusiya ilə danışıqlara gedərək Dağlıq Qarabağın təmas xəttində bu ölkənin sülhməramlılarının yerləşdirilməsinə icazə verdi. Prezident əsas şərt kimi Xocalının, eləcə də Əsgəranın Azərbaycana geri qaytarılmasını irəli sürdü. Martın əvvəlində Ağdama gələn rus bölmələri Əsgəran və Xocalı əməliyyatına başladı. Lakin əməliyyatın əvvəlində Bakıda baş verən hadisələr buna imkan vermədi. AXC-nin güclü təzyiqindən sonra martın 5-də Ali Sovetin sədri Elmira Qafarova, 1 gün sonra isə Ayaz Mütəllibov istefa verməyə məcbur oldu (De Vaal, 2008:202). Əsgərana daxil olan rus bölmələri prezidentin devrilməsindən sonra geri qayıdaraq ərazini tərk etdilər. Prezident səlahiyyətlərini martın 5-də Ali Sovetin sədri seçilmiş Yaqub Məmmədov icra etməyə başladı.
Ayaz Mütəllibovun devrilməsi həm Naxçıvan MR lideri Heydər Əliyev, həm də AXC üçün böyük qələbə idi. Buna baxmayaraq, Ali Sovetdə Mütəllibovun tərəfdarları çox idi. Yeni seçilən Ali Sovetin sədri Yaqub Məmmədovun siyasi təcrübəsinin azlığı ona dövləti idarə etməyə imkan vermədi. Onun Tehranda Levon Ter-Petrosyanla görüşü zamanı erməni hərbi bölmələri hücuma keçərək Şuşa şəhərini ələ keçirdi. Şuşanın işğalı yeni hökumət böhranı formalaşdırdı. Ayaz Mütəllibovun tərəfdarları bundan istifadə edərək eks-prezidenti yenidən hakimiyyətə gətirməyə çalışdı.[10] Bu, Heydər Əliyev və AXC-nin ciddi etirazı ilə nəticələndi. AXC liderləri kifayət qədər güclü olduqları üçün Heydər Əliyev faktoru ilə hesablaşmamağa başlamışdı. Müttəfiqlər artıq bir-birinə qarşı idi. Heydər Əliyev “Aydınlıq” qəzetinə verdiyi müsahibədə hadisələrlə bağlı bunları qeyd etdi:
“Dövlət çevrilişi ediləcəyini mən burada eşitmişdim. Mayın 13-dən 14-nə keçən gecə mən Yaqub Məmmədova telefonla zəng etdim və nəhayət, gecə saat 1-dən sonra onu evində tapa bildim. Mən həmin gecə dövlət çevrilişi olacağı haqqında əldə etdiyim məlumatı ona çatdırdım. O da məni əmin etdi ki, bu haqda ona da xəbər çatıb, ancaq bunun qarşısını alacaq. Mən ona xatırlatdım ki, əgər Siz – Yaqub Məmmədov buna qol qoysanız Azərbaycan xalqı qarşısında cavabdeh daşıyacaqsınız və heç kəs bunu bağışlamayacaq. O qətiyyətlə bildirdi ki, buna yol verməyəcək. Ancaq təəssüf ki, Yaqub Məmmədov bu çevrilişin çox fəal iştirakçısı oldu. Vəziyyətdən çıxış yolu tapmaq lazım idi. AXC-dən Qurban Məmmədov mənə zəng etdi. Bildirdim ki, mən xalq hərəkatını müdafiə edirəm, biz Naxçıvanda Ayaz Mütəllibovu heç vaxt Azərbaycan Prezidenti kimi tanımayacağıq. Səhərisi gün hələ Mütəllibovun hakimiyyətdə olduğu anlarda, axşam saat 7-də Naxçıvan televiziyası ilə çıxış etdim. 20 dəqiqəlik həmin çıxışın lent yazısını Azərbaycan televiziyasına göndərdim. Ancaq təəssüf hissi ilə deməliyəm ki, həmin çıxışın Azərbaycan xalqına çatdırılmasına AXC rəhbərliyi bütün vasitələrlə mane oldu. Mənim çıxışım yüksək səviyyəli AXC senzurasından keçmədi.”
Mayın 15-də İsgəndər Həmidovun rəhbərliyi altında olan AXC könüllüləri əsgərlər və zirehli texnikadan istifadə edərək parlamentin binası və şəhər televiziya stansiyasını hücumla ələ keçirdi. Atışmada ona yaxın şəxs həlak oldu ( De Vaal,2008:213). Bu dəfə Ayaz Mütəllibov istefa verərək ölkəni tərk etməyə məcbur oldu. Yaqub Məmmədov çevrilişdəki roluna görə mayın 18-də Ali Sovetin sədri vəzifəsindən istefa verdi. Həmin gün deputatlar Ali Sovetin sədri vəzifəsinə 2 nəfəri təklif etdilər. Onlardan biri Azərbaycan Ali Soveti Milli Şurasının müavini İsa Qəmbərov, digəri isə Naxçıvan Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinin sədr müavini Heydər Əliyev idi. Deputatların əksəriyyəti İsa Qəmbərovun seçilməsini təkid edirdi, lakin digər deputatlar israrla Heydər Əliyevin adını səsverməyə daxil edilməsini tələb etdi. Qısa fasilədən sonra Azərbaycan Ali Sovetinin Milli Şurasının sədr müavini Ziyad Səmədzadə Heydər Əliyevə zəng etdiyini, lakin ona zəng çatmadığını bildirdi (“Xalq qəzeti”, 19.05.1992:1). Heydər Əliyev “Aydınlıq” qəzetinə verdiyi müsahibədə isə ona heç kəsin zəng etmədiyini bildirmişdi:
Heydər bəy, mayın 18-də Azərbaycan Ali Sovetinin sədrliyinə namizədliyinizə irəli sürülməsi üçün Sizə zəng edilmişdimi? Ziyad Səmədzadə elan etdi ki, Sizi tapa bilməyib. Xeyr, heç kəs mənə zəng etməyib. Həmin gün gecədən xeyli keçənə qədər öz iş yerimdə olmuşam. Ermənistanla sərhəddə vəziyyət çox gərgin idi. Əgər zəng etsəydilər nə cavab verərdiniz? Olmayan bir şey haqqında fikir yürütməyin heç bir mənası yoxdur (“Aydınlıq qəzeti”, 03.06.1992:2).
Beləliklə, səsverməyə təkcə İsa Qəmbərovun adı daxil edildi. Mayın 18-də aparılan səsvermədə tək namizəd İsa Qəmbərov Ali Sovetin sədri vəzifəsinə seçildi. Azərbaycan Prezidenti səlahiyyətlərini həyata keçirən İsa Qəmbərov növbəti gün Ali Sovetin Milli Şurasının adını dəyişdirdi. Bununla da ölkənin parlamenti Milli Məclis adlandırıldı. Beləliklə, mayın 18-dən etibarən ölkədə iqtidar faktiki olaraq AXC-nin əlinə keçdi. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevlə AXC arasında münasibətlər tamamilə pozuldu. İlk qarşıdurma artıq Sədərək döyüşləri ilə başlamışdı.
Qeydlər
Andropovun Heydər Əliyevlə dostluğu 1956-cı ildən başlayır. İddialara görə o zaman “Alfa” qrupunun tərkibində olan Heydər Əliyev Macarıstanda səfir işləyən Andropovun oğlunu macar inqilabçıların əlindən alıb. Hazırda həmin gün “Dünya azərbaycanlılarının həmrəyliyi günü” kimi qeyd edilir. İlk dəfə bayram kimi Naxçıvan Ali Məclisi sədri Heydər Əliyev 16 dekabr 1991-ci il tarixli qərarı ilə qeyd edilməyə başlanıb.“Pravda” qəzetində 4 fevral 1990-cı ildə yayımlanan “Алиевщина, или Плач по «сладкому» времени” məqaləsini qeyd etmək olar.1990-cı ilin aprelində Səkinə Əliyeva Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən azad edildi. SSRİ-də aparılan reformla bu vəzifə ilə Naxçıvan MSSR KP MK-nın baş katibi vəzifələri birləşdirildi. Beləliklə, Afiyəddin Cəlilov avtomatik olaraq Naxçıvan MSSR-in liderinə çevrildi. AXC üzvlərindən bu seçimi dəstəkləməyən şəxslərdən biri Arif Rəhimov olub. Naxçıvan Ali Məclisinin sədri avtomatik olaraq Azərbaycan Ali Soveti sədrinin müavini vəzifəsini daşıyırdı.Levon Ter-Petrosyan və Heydər Əliyev arasındakı diplomatik münasibətin saxlanması sentyabrın 12-də erməni tərəfinin Ordubadda ələ keçirdiyi mal-qaranın geri verilməsi ilə nəticələndi.1991-ci ildə Heydər Əliyevin 68 yaşı var idi. Ayaz Mütəllibov bu qərara görə Naxçıvanı “kor bağırsaq” adlandırmışdı. Bu çevriliş “Azərbaycan “QKÇP”si”adlandırılır (“Aydınlıq qəzeti”, 03.06.1992:3). İstifadə edilən ədəbiyyat
Kitablar
De Vaal, T. (2008). Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. İlay MMC.Hacıyev, İ. & Həbibbəyli, İ & Səfərli, F. & Qədirzadə, Q. & Baxşəliyev, B. (2015). Naxçıvan tarixi. 3 cilddə, III cild. Əcəmi.Orucov, H. (2003). Heydər Əliyev və Azərbaycanda milli siyasət.Tsotne, T. (2019). The nationality politics of 1989 in the Soviet Union according to the Gorbachev Foundation. Köz-gazdaság, 14(4), 293-306.Андриянов, В. И., & оглы Мираламов, Г. Ф. (2005). Гейдар Алиев (p. 17). Молодая гвардия.Зенькович, Н. А. (2007). Гейдар Алиев. Зигзаги судьбы.Фурман, Д., & Абасов, А. (2001). Азербайджанская революция. Азербайджан и Россия: общества и государства. Москва: Права человека.Чернявский, С. И. (2002). Новый путь Азербайджана. Азер-Медиа, Книга и бизнес.Чернявский, С. И. (2003). Внешняя политика Азербайджанской Республики (1988-2003). Адилоглы
Qəzetlər
“Aydınlıq” qəzeti,1992“Ayna” qəzeti,1991“İzvestiya” qəzeti,1992“Kommunist” qəzeti, 1990“Səs” qəzeti, 1992“The Washington Post” (Ze Vaşinqton Post) qəzeti, 1990. Müəllif: Tural Həmid
| ['Heydər Əliyev', 'Heydər Əliyevin hakimiyyəti illəri', 'Naxçıvan Muxtar Respublikası', 'Heydər Əliyevin Naxçıvanda fəaliyyəti'] |
99 | https://kayzen.az/blog/rus-dili/27143/az%C9%99rbaycanda-rus-dili-v%C9%99rdi%C5%9F,-ehtiyac-yoxsa-m%C9%99d%C9%99niyy%C9%99t.html | Azərbaycanda rus dili - vərdiş, ehtiyac yoxsa mədəniyyət? | gunelb | Rus dilini öyrənək | 16 iyun 2022, 01:56 |
Rus dili Azərbaycanda getdikcə daha nadir bir hala çevrilən, lakin ona olduqca tələbat hiss edilən bir dildir.
Rus dilini kim seçir?34 yaşlı mühəndis Əhməd Heybətov, hamının azərbaycanca danışdığı ailədə doğulub, lakin beşinci sinifə qədər məktəbində tədris rus dilində aparılıb. Ailəsində hesab olunurdu ki, yalnız bu yolla yaxşı təhsil almaq mümkündür. «Atamın təhsili olmayıb, bacısı isə şəhərin mərkəzində yaşayırdı, professor arvadı idi. Onların ailəsində hamı rusca danışırdı, — Əhməd xatırlayır. — O, bundan özü üçün nəticə çıxardı».
1995-ci ildə Əhməd, Azərbaycan sinifinə keçirildi. Həmin dövrü xatırlayaraq, o qeyd edir ki, 1990-cı illərin ilk yarısı rusca danışanlar üçün pis vaxt olub.
Bunun belə olmasında 1990-cı ilin yanvarında, Bakıya sovet tanklarının yeridilməsi az rol oynamayıb, o zaman nümayişlərin dağıdılması nəticəsində 100-dən çox mülki vətəndaş həlak olmuşdu. Əhmədi Azərbaycan sinifinə keçirərkən atası ona demişdi: «Burada tezliklə rus sektorunu bağlayacaqlar (Azərbaycanda rus və Azərbaycan siniflərinin bölgüsü belə adlanır — BBC). Sən rus dilini elə də yaxşı bilmirsən, oxumaq sənə çətin olacaq».Əhmədin dediyinə görə, yeni sinifə keçəndən sonra, o, dərhal fərqi hiss etdi: dərsliklər daha pis idi, müəllimlər, işi heç də o dərəcədə sevmirdi. İnstitutda da o, Azərbaycan dilində oxuyub. Həmin illərdə dərsliklər çatışmırdı, məlumatı internetdə axtarırdım, hər şey rus dilində idi. Bu da dilin öyrənilməsinə kömək etdi, — Əhməd deyir. — Rus dilini öyrənmək üçün müəllimim olmayıb, dili öz-özümə öyrənmişəm. Rusiyaya gedib-gələn tanışlarımla ünsiyyətdə olmuşam. Lakin həmin dövrdə, uşaqlıqdan tanıdıqlarımdan çoxları artıq çıxıb getmişdi.
Əsas səbəb — rus dilini bilməyim, mənə, digər həmvətənlərimlə müqayisədə, üstünlük verir. Bundan əlavə, mədəniyyət və intellektual baxımdan da bu, üstünlük deməkdir, — Əhməd vurğulayır.
Mən rus dilini öyrənməyə başlayanda ingilis dili dəbdə idi. Enerjimi buna sərf edə bilərdim, lakin rus dilini öyrənməyi qərara aldım. Mənə elə gəlir ki, bu dilə maraq yaxın 10 il ərzində azalmayacaq. Coğrafi baxımdan da, bizi təxminən 250 milyonluq rusdilli əhali əhatə edir. Biz əsasən, rusdilli ölkələrə gedib-gəlirik və onlarla iqtisadi əlaqələr saxlayırıq, — o davam edir.
HR-menecer Rəna Əliyevanın dediyinə görə, rus dilini bilmə səviyyəsinin enməsinə baxmayaraq, bu dilə, iş prosesində, əvvəlkitək tələbat var.
Bu, onunla bağlıdır kı, Azərbaycanda çalışan transmilli şirkətlərin Şərqi Avropada da nümayəndəlikləri var.
Bu halda əməkdaşların rus dilini bilməsi vacibdir.
"Çox vaxt, Kiyev, Moskva və ya Almatıda yerləşən regional mənzil-qərargah rusdilli peşəkarları işə götürməyə üstünlük verir, — deyir Əliyeva. — İnsan iri, zəngin şirkətdə işləməyə can atırsa, mütləq rus dilini öyrənəcək".
Onun sözlərinə görə, əsasən, rusdilli kadrlara böyük tələbat logistika, satınalmalar, mühəndislik və turizm sahələrində hiss olunur.
«Bəlkə də, bu bir qədər düzgün deyil, lakin mən şirkətə işçi götürəndə, vacibdir ki, o, rus dilini bilsin, hətta müştərilərlə ünsiyyətə girmək ehtiyacı olmasa belə», — bir reklam şirkətinin rəhbəri Anar Vəliyev deyir (soyadı, xahişinə uyğun olaraq, dəyişdirilib).
«Mənə elə gəlir ki, o, kifayət dərəcədə savadlı bir adam olmalıdır və ümumilikdə, işçilərlə, sözün hər bir mənasında, ümumi dil tapmaq lazımdır», — o, izah edir.
Rusiyaya açılan yolRus dilinin öyrənilməsinin daha bir səbəbi — emiqrasiyadır. Taleh Rzaxanov adlı gənc kiçik bir köşkdə gecə növbəsində işləyir, siqaret və digər xırdavat satır.
Yuxusunu gündüz alır, hərdən, dərsə hazırlaşır. Taleh qiyabi oxuyur və «hər şeyi sıfırdan» başlamaq üçün Rusiyaya köçməyi planlaşdırır.
Buna onu Rusiyada təhsil almış qohumu həvəsləndirib. O, Bakıya dönəndən bəri müvəffəqiyyətli bir bizneslə məşğuldur.
«Qəribə görünə bilər — hamı indi Avropa və ABŞ-a can atır, mən isə Rusiyanı istəyirəm», — Taleh deyir.
Onun bir arzusu var — «kino və incəsənət sahəsində nəsə yeni, qeyri-adi bir fəaliyyətlə məşğul olmaq, Moskvada axı, yaxşı kino sənət məktəbləri var».
Geri dönməyi o, düşünmür: «Mən məşğul olmaq istədiyimə tələbat burada, çətin ki, olsun. Mütəxəssis olsam isə, orada iş tapa biləcəyəm».
Təhsili olan istənilən cavan adam üçün iş tapmaq çətin deyil, xüsusilə ofis işi, — Taleh bildirir.
Əvvəl Türkiyəyə getmək istəyirdim, — o davam edir. — Orada xalam qalır, yaşamaq çətin olmazdı. Lakin sevdiyim qız bunu bilən kimi, qarşı çıxdı, məni buraxmaq istəmədi.
Elə oldu ki, getmədim. Amma bu dəfə planlarımı gizli saxlayacağam, — oğlan gülümsəyərək deyir.
Bakıya gələnlərin çoxu bu ölkədə rus dilinin kübarlıq statusuna malik olduğunu qeyd edir.
İlk dəfə gələndən anladım kı, bakılı ilə qeyri-bakılı arasında bir fərq var. Və bu, heç də həmişə yaşayış yerinin göstəricisi ilə eyni deyil, — Gürcüstandan olan menecer Georgi Vaşakidze deyir.
Konkret nəyisə xatırlaya bilmirəm, amma məndə yaranan təsəvvürə görə, rus dilini bilmək — bu, bakılı üçün mütləq bir atributdur, — o davam edir.
Rus dilinə tələbat var, lakin bu tələbat iqtisadi səciyyə daşıyır. Hazırda, rus dilini bilmək kübarlıq təbəqəsinə yaxınlıqdan daha çox, özünü göstərmək, mənəm-mənəmlik etməkdən xəbər verə bilər, — filosof Rəhman Bədəlov deyir.
Bədəlov qeyd edir ki, ənənəvi olaraq, rusdilli təhsil Bakıda həmişə daha keyfiyyətli sayılıb, lakin indi bu tendensiya artıq müşahidə edilmir.
"İndi, artıq demək düzgün olmazdı kı, ən yaxşı təhsili Bakıda məhz, rus dilində almaq olar, bu, belə deyil. Hələ 90-cı illərdə mənim ən yaxşı tələbələrim azərbaycandillilər idi", — o, izah edir.
Hazırda rus və Azərbaycan dilində dərsliklər ən azı, məktəblərdə keyfiyyətcə eynidir. Təhsil Nazirliyinin göstərişi var ki, rus və Azərbaycan sektoru üçün dərsliklər eyni olmalıdır, — məktəb müəllimi Vaqif Abbasov deyir. — Təkcə, yalnız tərcümə zamanı səhvlərə, qeyri-dəqiqliyə yol verilir, hərdən, bütöv bəndlər buraxılır. Sovet illərində Azərbaycan və rus sinifləri üçün dərsliklər arasında fərq cüzi idi və həmin fərq, əsasən, kağızın keyfiyyətində və poliqrafiyada özünü göstərirdi, — keçmişdə məktəb və institut müəlliməsi kimi çalışmış, indi isə təqaüdçü olan Lətifə Zeynalova qeyd edir. İnstitut üçün nəzərdə tutulan dərsliklərdə isə, həqiqətən də, böyük bir fərq var idi. Keyfiyyətli tərcümələr çatışmırdı, odur ki, rus dilində təhsil almaq daha prestijli sayılırdı, — o, davam edir.
Yekunlaşdıraraq, demək olar kı, rus dilinin Azərbaycanda aktuallığı üç faktorla əlaqəlidir: Rusiya və digər rusdilli ölkələr ilə iqtisadi əlaqələr, Rusiya mədəniyyətinin təsiri və davam edən ənənə. Bütün bunlara görə çoxları indiyədək rus dilinə üstünlük verməkdədir.
Rus dili haradan gəldi?
Rusiya imperiyası Qafqaza XIX əsrin əvvəlində gəlib, o zaman Bakı əhalisinin əksəriyyəti türk və fars dilində danışırdı. İnqilabdan əvvəl, ilk neft bumu dövründə şəhərin etnik tərkibi və onun ardınca istifadədə olan dillərin tərkibi dəyişməyə başladı.
1920-ci illərdə Bakıda artıq 214,7 min adam yaşayardı, ən çoxsaylı etnik qrup isə slavyanlardan ibarət idi (ruslar, ukraynalılar və belaruslar) — Bakıda onların payı 35,5% idi. «Zaqafqasiya tatarları» yalnız 21,4% təşkil edirdi, ermənilər də, təxminən, o qədər idi.
Britaniya öz müstəmləkələrinə necə təsir göstərirdisə, Rusiya imperiyasının da Qafqaza mədəni təsiri çox böyük oldu, çoxmillətli şəhər şəraitində isə rus dili qarşılıqlı ünsiyyət dilinə çevrildi, — Bədəlov qeyd edir. — Bu təsirin sayəsində XIX əsrdə Azərbaycanda mədəni renessans baş verdi.
Zeynalovanın sözlərinə görə, özgə dildə oxumaq onun üçün böyük bir stress idi.
İkinci sinifdə ikinci ilə qaldım, çünki valideyinlərim mənimlə məşğul olmurdular, — o xatırlayır. — Mən sinifdə heç nəyi başa düşmürdüm, ən arxadakı parta arxasında otururdum, hamı kütbaş olduğumu düşünürdü. Axırda, qorxumdan nitqimdə kəkələmə əmələ gəldi və yuxarı siniflərədək belə davam etdi.
Dördüncü sinifdə oxuyanda, valideyinləri o və qardaşları üçün repetitor tutdu. Lətifənin sözlərinə görə, rus dilində təhsil almağından heyfslənmir.
Yalnız bir dili bilənlər həmişə məndə əndişə doğurub, — pedaqoq deyir. — Rus dili Rusiyada təhsil almaq imkanı yaradırdı və böyük sayda rus və rus dilinə tərcümə olunmuş kitablardan istifadəni mümkün edirdi. Hətta rus dilində məktəb dərsliklərinin keyfiyyəti də daha yüksək idi. Mən indiyədək mənim uşaqlıq dövrümdəki kitablarda olan gözəl illüstrasiyaları yada salıram.
Çoxluqdan — azlığa
SSRİ dağıldıqdan sonra o zamankı Bakının əsasən, rusdilli olan əhalisi şəhəri tərk etməyə başladı.
Eyni zamanda, rus dilindən imtina siyasəti başladı, xüsusilə bu, ilk illərdə hiss olunurdu. Bəzən, yeni siyasət arxasınca gedən valideyinlər rusdilli uşaqlarını Azərbaycan dilində tədris aparılan siniflərə keçirirdi.
«Həmin illərdə ölkə rəhbərliyi zənn edirdi ki, Azərbaycan dili uğrunda mübarizə mütləq rus dili əleyhinə mübarizə deməkdir», — Bədəlov qeyd edir.
1999-cu ilin siyahıyalınmasına görə, o zaman Bakıda rusların sayı 115 min idi, halbuki, həmin ildən 10 il əvvəlki siyahıyaalınmada 295 min rus qeydə alınmışdı.
2009-cu ildə isə bütün Azərbaycanda yaşayan rusların ümumi sayı 119 min idi. Digər rusdilli sakinlərin sayında da azalma baş vermişdi.
Keçmiş bakılıların yığcam yaşayış yerləri hazırda İsrail, ABŞ və Kanadada var. Almaniya, Rusiya və digər ölkələrdə diasporlar var.
Ümumilikdə, Azərbaycan, müstəqilliyini elan edəndən sonra, 2010-cu ilə qədər ölkədən emiqrasiya edənlərin sayı 1,434 milyondur.
Həmin dövrdə Bakıya kənd bölgələrindən gələnlərin hesabına şəhər əhalisinin sayı 4 milyonadək artıb.
«Avrasiya irsi» fondunun 2008-ci ildə keçirdiyi tədqiqata əsasən, Ermənistan və Gürcüstanla yanaşı Azərbaycan, postsovet dövlətləri arasında rus dilinin ən az inkişaf etdiyi ölkələr qrupuna aiddir.
Azərbaycan Təhsiil Nazirliyi artıq ikinci ildir ki, Bakının məktəb və lisey müəllimləri arasında «rus dilinin intensiv tədrisi» proqramını həyata keçirir.
Bu il və gələn il 50 müəllimin bu sahədə bacarığının «gücləndirilməsi» nəzərdə tutulub.
Rus dili mövzusu, məmurlar və ya deputatlar onun qadağan edilməsini təklif edəndə, sosial şəbəkələrdə tez-tez müzakirə olunur.
Rus dilinin müstəqil Azərbaycana lazım olub-olmaması ətrafında vaxtaşırı siyasi diskussiyalar aparılır.
Disput.az forumundan bəzi sitatlar:
«Hətta Şirvan şəhərində də rus sektoru olan iki məktəb var. Eşidəndə, inanmadım. Axı, kənddə rus dilinə nə ehtiyac .Ondansa ingilis dilini öyrənsinlər»; «Mənim tanışlarım arasında rus dili və ədəbiyyatı fənni üzrə repetitorlar var, şagirdlərinin sayı-hesabı qurtarmaq bilmir. Çoxları rus dilini ikinci xarici dil qismində öyrənmək istəyir»; «Gürcü öz dilində danışır, erməni öz dilində danışır, biz isə inadkarcasına»yox, hər şey rusca olmalıdır deyirik"; "İngilis dilini bilmək gərəkdir, bu, karyera, burada və ya xaricdə iş tapmaq üçün lazımdır. Digər xarici dillər kimi, rus dilini də bilmək lazımdır, ən azı, inkişaf üçün"; «Təəccüb edirəm, öz dilimizi inkişaf etdirmək əvəzinə, özgənin dilini inkişaf etdirmək təklif olunur». «Bu, istənilən işğalçnın əsas məqsədidir — doğma dili və tarixi zəif bilmək. MDB dövlətlərinin Rusiya tərəfindən, belə deyək, „rusdilli işğalının“ hələ də davam etdiyini zənn etmək olar. Demişəm və bir daha təkrarlayım: Xalqımızın adət-ənənələri məhz azərbaycandilli vətəndaşlarımızım sayəsində qorunub saxlanılıb. Bir çox rusdillilərin, adət və ənənələrimiz barədə biliyi səthidir. „Rusdilli“ deyəndə, azərbaycanlıları nəzərdə tuturam». «Sizdə rus dilinin statusu hələ qəbul olunmayıb? Onda, sizə gəlirik».
Keçmişdə, məhz Bakı rus dilini yerli dialektizmlər ilə zənginləşdirib və həmin o dialektizmlər bugünkü emiqrant bakılıların nitqini fərqləndirir — bu mənada, misal üçün, «demyanka» (badımcan), «domaşniki» (şap-şaplar), «sobirun» (dost məclisi) və «vıtıkatsya» (mənəm-mənəmlik etmək) kimi sözləri nümünə kimi qeyd etmək olar. Müəllif: Məhərrəm ZeynalovMənbə: bbc.com
| ['rus dili', 'dialektizm', 'azərbaycanda rus dili', 'rus dilini bilməyin üstünlükləri', 'rus dilində danışmaq', 'rus dilini bilmək'] |