heziyevv's picture
Upload 2 files
8facb60
text
"Qarabağda azərbaycanlılara qarşı soyqırımlar — erməni-daşnak quldur dəstələrinin Qarabağın Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında azərbaycanlılara qarşı törətdikləri soyqırımı və talanlar.
"
"Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyası bu vəhşilikləri dərindən araşdırmış, bu haqda çoxlu şahid ifadələri, baxış protokolları, məruzələr, faktik məlumatlar toplamışdır.
"
"Sovet Rusiyasının Birinci dünya müharibəsi cəbhələrində hərbi əməliyyatların dayandırmasından əvvəl erməni əsgərləri kütləvi surətdə fərarilik edərək, cəbhədən qaçır və özləri ilə çoxlu oğurluq tüfəng, pulemyot və digər hərbi sursatlar aparırdılar.
"
"Fövqəladə Təhqiqat Komissiyasının üzvü Mixaylovun toplanmış faktlar əsasında hazırladığı məruzədə deyilirdi ki, Cavanşir qəzasının müsəlman əhalisi qonşuları ermənilərə çox sadəlövhcəsinə inanır və həmin silahların gələcəkdə onlara qarşı yönəldiləcəyini təsəvvürlərinə belə gətirmirdilər.
"
"Buna görə də onlar həmin silahların gətirilməsinin qarşısını almaq üçün heç bir tədbir görmürdülər.
"
"Rusiyada Oktyabr çevrilişindən sonra isə Yuxarı Qarabağa, o cümlədən Cavanşir qəzasının erməni kəndlərinə silah və sursat, demək olar ki, açıq şəkildə gətirilməyə başladı.
"
"Mixaylovun məruzəsində göstərilirdi ki, 1917-ci ilin dekabrından başlayaraq, erməni-daşnak quldur dəstələri Kolanı icmasının azərbaycanlı kəndlərinə basqın edir və onlardan hələ yer üzərində mövcud olmayan Ermənistan Respublikasının tanımağı tələb edir və guya öz dövlətləri üçün azərbaycanlılardan zorla vergi yığırdılar.
"
"Erməni təqiblərindən bezmiş Cavanşir qəzasının bir neçə kəndinin, o cümlədən imarət-Qərvənd kəndinin əhalisi və Umudlu kəndi əhalisinin bir hissəsi payız aylarında böyük tələfatla Murovdağı aşaraq, Cavanşir qəzasının aran kəndlərinə üz tutur və orada məskunlaşırlar.
"
"Mixaylovun 1919-cu il mayın 9-da Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məruzədə göstərilirdi ki, axır vaxtlar vəziyyət bir qədər yüngülləşsə də, Cavanşir qəzasındakı ermənilər buradakı azərbaycanlıların torpaqlarını Ermənistan Respublikasının ərazisi elan edərək, Azərbaycan Respublikasının hakimiyyətini tanımaq belə istəmir və öz zorakılıq hərəkətlərini əvvəlki kimi davam etdirirlər.
"
"Ona görə də Fövqəladə Təhqiqat Komissiyasının üzvləri erməni kəndlərindən keçərək, qəzanın dağətəyi hissəsində dağıdılmış azərbaycanlı kəndlərinə baxış keçirə bilmirdilər.
"
"Qarabağ bölgəsində 1918-ci il və 1919-cu ilin əvvəllərində ermənilərin törətdikləri soyqırımlarına daha çox məruz qalan qəzalardan biri də Cəbrayıl qəzası idi.
"
"Qəza 12 azərbaycanlı və 3 erməni kənd icmasından ibarət idi.
"
"Fövqəladə Təhqiqat Komissiyasının topladığı materiala və dindirilmiş şahidlərin ifadələrinə görə, qəza əhalisi Qarabağın başqa qəzalarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər haqqında deyilənləri əvvəllər ağıllarına belə sığışdıra bilmirdilər.
"
"1918-ci il dekabrın ilk günlərindən ermənilər qəzanın azərbaycanlı əhalisinə qarşı silahlı təxribatlara başladılar.
"
"Ermənilər, əvvəlcə, tək-tək qətllər törədir, basqın edərək, azərbaycanlılara məxsus mal-heyvanı sürüb aparırdılar.
"
"Getdikcə daha da mütəşəkkilləşən erməni quldur dəstələri azərbaycanlı kəndlərinə açıq silahlı hücumlar etməyə başlayırlar.
"
"Buna baxmayaraq, Fövqəladə Təhqiqat Komissiyası üzvlərinin dindirdikləri şahidlərin ifadələrində və Cəbrayıl qəza rəisinin 1919-cu il fevralın 17-də Qarabağ general-qubernatoru Xosrov Paşa bəy Sultanova raportunda bildirilirdi ki: Məruzədə 1918-ci ilin sonu - 1919-cu ilin əvvəllərində Cəbrayıl qəzasında erməni silahlı quldur dəstələrinin azərbaycanlılar yaşayan Eyvazlı, Dolanlar, Şıxlar, Məlikü və digər kəndlərə hücum edərək, azərbaycanlı əhalinin əmlakını qarət edib yandırdıqları, mal-heyvanlarının isə sürüb apardıqları haqda çoxlu faktlar sadalanır.
"
"Qarabağda ermənilərin azərbaycanlılara vurduğu ən böyük ziyan isə Şuşa qəzasının ərazisi və həmişə ələ keçirməyə can atdıqları Şuşa şəhəri idi.
"
"Oktyabr çevrilişindən sonra onsuz da hədsiz sursat ələ keçirmiş ermənilər daha sürətlə silahlanmağa başladılar.
"
"Silahlı erməni quldur dəstələri cəbhələrdən qaçan fərari erməni əsgər və zabitlərinin hesabına getdikcə daha da çoxalırdı.
"
"Şuşa-Qaryagin və Şuşa-Əsgəran yollarının tamamilə nəzarət altına alan ermənilər həmin yollarla gedib-gələn azərbaycanlıları qarət edir, silahlarını əllərindən alır və bu keçidləri tədricən bütünlüklə azərbaycanlıların üzünə bağlayırdılar.
"
"Bu quldur dəstələri getdikcə daha mütəşəkkil hərbi birləşmələrə çevrilirdilər.
"
"Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində göstərilirdi ki, Şuşa şəhərindəki və ətraf kəndlərdəki erməni əhalisi Azərbaycanın hakimiyyətini tanımayıb, bu günə qədər də tanımaq istəmirlər.
"
"Onlar Azərbaycan Hökumətinə vergi verməkdən və hər hansı mükəlləfiyyətləri yerinə yetirməkdən imtina edirlər.
"
"Şahidlərin ifadələrinə görə, 1918-ci ilin dekabrında ermənilər Qoqo kəndinin azərbaycanlılar yaşayan 55 evini dağıtmış və yandırmışlar.
"
"Mülkədar Cavanşirin də malikanəsini viran edərək, ailə başçısı Əsəd ağa Cavanşiri, oğlu Soltan ağanı, qızı iranə bəyimi, qardaşı qızı Fatma bəyimi, evin qulluqçusu və nökərlərini vəhşicəsinə qətlə yetirmiş, bütün avadanlıq, mal-qara və kənd təsərrüfatı alətlərini qarət edib aparmışdılar.
"
"Ermənilər Tuğ kəndinin azərbaycanlılara məxsus hissəsini də dağıtmışlar.
"
"33 evden ibarət Salakətin kəndini, Şıxımlı, Gövşadlı, Divanlılar və Çərəküz kəndlərini tamamilə dağıdaraq yandırmış, əmlaklarını qarət etmişdilər.
"
"Şahid ifadələrini ümumiləşdirən komissiya qeyd edirdi ki, təkcə Şuşa qəzasında dağıdılmış, yandırılmış, talan edilmiş azərbaycanlı kəndlərində öldürülənlərin sayı 100 nəfərdən çox idi.
"
"Öldürülənlər üzərində ağlagəlməz vəhşiliklər edilmişdi.
"
"Qəzanın azərbaycanlı əhalisi 100 milyon manatdan çox zərər çəkmişdir.
"
"Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıdakı ingilis komandanlığı ilə razılaşdıraraq, 1919-cu ilin yanvarında Azərbaycanın ayrılmaz hissəsi olan Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları ərazisində ermənilərin törətdikləri soyqırımlarının qarşısını almaq üçün müvəqqəti general-qubernatorluq yaratdı.
"
"Buna baxmayaraq, Şuşa şəhərində və ətraf kəndlərdəki ermənilər general-qubernatorun hakimiyyətini tanımır, Şuşadakı erməni milli şurasının bütün tapşırıqlarını danışıqsız yerinə yetirirdilər.
"
"1919-cu il iyunun 1-də çoxlu sayda silahlı ermənilərin gizli yolla şəhərə daxil olması barədə məlumat alan Şuşadakı Azərbaycan hakimiyyət orqanları azərbaycanlılara məxsus Üçtığ yüksəkliyində gözətçilərin sayını artırdı.
"
"iyunun 4-də Üçtığ yüksəkliyi tərəfdən gözlənilmədən başlayan atışma tezliklə bütün şəhəri bürüdü.
"
"50 nəfərə yaxm silahlı erməni qulduru azərbaycanlı əsgərlərin səngərlərinə hücum etdi.
"
"Nəticədə, 3 nəfər azərbaycanlı əsgər qətlə yetirilmiş, ermənilərdən isə hücuma rəhbərlik edən Arzumanov və digərləri məhv edilmişdi.
"
"Azərbaycanın yüzlərlə kəndini yerlə yeksan edən, əhalisinə qarşı tarixdə görünməmiş vəhşiliklər törədən ermənilər bütün bu faktları saxtalaşdırır, özlərini ""zərərçəkən"" kimi qələmə verir, azərbaycanlılara və Azərbaycan Hökumətinə qarşı təbliğat aparır, bütün dünyaya haray-həşir salırdılar.
"
"Ermənilərin bütün pozuculuq hərəkətlərinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ciddi səyləri nəticəsində 1919-cu il avqustun sonlarında Azərbaycan Hökuməti ilə erməni milli şurası arasında bəyannamə imzalanmışdı.
"
"Bu bəyannamə ilə Qarabağ erməniləri Azərbaycan Hökumətinin hakimiyyətini tanıyır, Azərbaycan Hökuməti isə onlara mədəni-milli muxtariyyət hüququ verirdi.
"
"Lakin bütün bunlara baxmayaraq, Qarabağ erməniləri, gizli olaraq, yeni təxribatlara hazırlaşırdılar.
"
"Belə təxribatlardan biri 1920-ci il martın 22-də -Azərbaycan xalqının Novruz bayramı günü törədilmişdi.
"
"Martın 23-də bütün günü Şuşada atışma getmiş və günbatana yaxın qiyamçılar Azərbaycan ordu hissələrinin qarşısında duruş gətirə bilməyərək, şəhəri tərk etmişdilər.
"
"Şuşa şəhəri və Şuşa qəzası kəndləri ilə yanaşı, Qarabağın Cavanşir və Zəngəzur qəzalarının erməni əhalisi də qiyam qaldırıb Azərbaycan əhalisi və Azərbaycan əsgərləri üzərinə hücum etmişdilər.
"
"Lakin hər yerdə erməni-daşnak quldur birləşmələrinə ağır zərbələr endirilmiş, onların hücumları dəf edilmişdi.
"
"Ermənilərin gizli şəkildə hazırladıqları hücum planları puça çıxmışdı.
"
"Aprel işğalınadək Qarabağ erməniləri öz iddialarından əl çəkməmişdilər.
"
"iki cəbhəyə işləməyi məharətlə bacaran ermənilər, bir tərəfdən, Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çalışmış, digər tərəfdən də bolşevik ordusunun Azərbaycana müdaxiləsini asanlaşdırmaq məqsədilə Sovet Rusiyası ilə əlaqəyə girərək 1920-ci ilin yazında Moskvanın sifarişi ilə qiyam qaldırmış, Azərbaycan ordusunun əsas qüvvələrinin başını Dağlıq Qarabağda qatmışlar.
"
"Bununla da, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti öz hərbi qüvvələrini ölkəni şimal sərhədlərini keçmiş bolşeviklərə qarşı yönəldə bilməmişdi.
"
"Şirinbəyovlar soyu Azərbaycanın, Qarabağ ın ünlü soylarındandır.
"
"Kristallohidratlar - müstəqil quruluş vahidi kimi tərkibində neytral HO molekulları şəklində H və O olan kristallik birləşmələr.
"
"Belə su krisallizasion su adlanır.
"
"Onun miqdarı susuz birləşmələr ilə sadə və sabit nisbətdədir.
"
"Müxtəlif duzlar kristallohidrat sıralarını təşkil edir.
"
"Hər bir kristallohidrat müəyyən temperatur intervalında və su buxarı təzyiqində dayanıqlı olur.
"
"Bir çox kristallohidratlar suyu hətta otaq temperaturunda itirir, digərlərinin suyu itirməsi üçün xeyli istilik tələb olunur.
"
"Su buxarının təzyiqi aşağı düşdükdə kristallohidratlar susuz duz və suya parçalanır, yüksələndə isə bərpa olunur.
"
"Geologiya terminlərinin izahlı lüğəti.
"
"— Səhifələrin sayı: 679 Gəncə Aksiz idarəsi - Gəncə quberniyası və Zaqatala dairəsi üçün yaradılmış qurum.
"
"də təsis olunmuşdur.
"
"Zaqafqaziya Aksiz idarəsinin Azərbaycan ərazisində mövcud olan və sonra ləğv edilmiş 3,5, 7-ci və qismən 4 və 6-cı aksiz dairələrini əvəz edən idarə məntəqələrə, məntəqələr isə rayonlara bölünmüşdü.
"
"Məntəqələrə nəzarət məntəqə müfəttişlərinə həvalə olunmuşdu.
"
"Kristobalit - polimorf modifikasiyaları: a-kristobalit - kubik və b-kristobalit - tetraqonal.
"
"a-kristobalit 1470 C-dən yuxarı sabit olub, temperatur aşağı düşdükcə tridimitə, sonuncu isə kvarsa keçir.
"
"Lakin sürətlə soyudulduqda 180-275 C-də b-kristobalit keçir.
"
"Oktaedr.
"
"ikiləşmə üzrə polisintetik.
"
"Aqreqat: pulcuqvars, sferolitli, lifli, sızma, gizli kristallik.
"
"Rəngsiz, ağ.
"
"Parıltısı şüşəli.
"
"Effuziv süxurlarda: traxit, dasit, vulkanik tuflarda, həmçinin termal metamorfizmə uğramış qumdaşlarında, maqnezit damarlarında rast gəlinir.
"
"Hipergen kristobalit – opalın təkrar kristallaşma məhsuludur.
"
"Növ müxtəlifliyi: lüssatit, lüssatin, psevdolüssatin.
"
"Geologiya terminlərinin izahlı lüğəti.
"
"— Səhifələrin sayı: 679 edilmiş hərbi xidmət borcu.
"
"mükəlləfiyyətin yerinə yetirilməsinə cəlb olunurdular.
"
"Ksenogen minerallar - təsadüfi minerallar.
"
"Yan süxurların yad maddəsinin maqma ilə assosiasiya zamanı və onların qeyri-normal tərkibli kristallaşma sahələrində əmələ gəlir maqmanın yan süxurarın yad maddəsinin assimilyasiya etməsi və belə qeyri-normal sahələrin kristallaşması nəticəsində əmələ gələn təsadüfi minerallar.
"
"Geologiya terminlərinin izahlı lüğəti.
"
"— Səhifələrin sayı: 679 Formiatlar — formik turşunun estetləri və duzları.
"
"Metal formalaşmaları adətən metal hidroksidləri, oksidləri və karbonatları formik turşu ilə reaksiya ilə hazırlanır.
"
"Formik turşu esterləri spirtlərin formik turşusu ilə reaksiya yolu ilə əldə edilir.
"
"Reaksiya katalizator ilə və ya olmadan davam edə bilər.
"
"""Kərim Qəriboğlu"" - Azərbaycan milli azadlıq hərəkatının iştirakçısı.
"
"Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.
"
"Azərbaycan Milli Şurasının ""Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanununa"" əsasən, Nuxa qəzasından Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdi.
"
"Parlamentdə Əhrar fraksiyasının üzvü idi.
"
"Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə Nazirliyi — ölkənin maliyyə sisteminin təşkilinə və tənzimlənməsinə bilavasitə rəhbərlik edən hakimiyyət orqanı.
"
"1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasnın qərarı ilə Fətəli Xan Xoyski tərəfındən Tiflisdə yaradılmış 1-ci hökumət kabinəsində ilk maliyyə naziri və xalq maarifi naziri vəzifələrinin icrası Nəsib bəy Yusifbəyliyə tapşırılmışdı.
"
"Həmin il iyunun 17-də Xoyskinin Gəncədə təşkil etdiyi 2-ci hökumət kabinəsində maliyyə naziri vəzifəsinə Əbdüləli bəy Əmircanov təyin olunmuşdu.
"
"1918-ci ilin sentyabrında Qafqaz islam Ordusu Bakını azad etdikdən və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdükdən sonra oktyabrın 6-da Xoyskinin 2-ci hökumət kabinəsində dəyişikliklər edilərkən maliyyə naziri vəzifəsi Məmməd Həsən Hacınskiyə tapşırıldı.
"
"Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti yaradıldıqdan sonra Xoyskinin dekabrın 26-da Parlamentin tapşırığı ilə təşkil etdiyi 3-cü hökumət kabinəsində maliyyə naziri vəzifəsini Slavyan-Rus Cəmiyyətindən olan i.Protasov tutdu.
"
"Xoyskinin kabinəsi istefa verdikdən sonra 1919-cu il aprelin 14-də Yusifbəylinin təşkil etdiyi 4-cü hökumət kabinəsində bu vəzifəyə Əlağa Həsənov, 1919-cu ilin dekabrın 24-də Yusifbəylinin təşkil etdiyi beşinci hökumət kabinəsində isə Rəşid bəy Qaplanov təyin olundular.
"
"Nazirlik ilk günlərdən öz fəaliyyətini dövlətin pul vəsaiti fondlarının yaradılması, gəlirlərinin artırılması, xərclərə mümkün qədər qənaət edilməsi, dağıdılmış maliyyə işinin qaydaya salınması, müxtəlif sahələr üzrə pul və kredit sistemlərinin tənzimlənməsi, dövlətin maliyyə strukturunun yaradılması və onun işinin düzgün qurulması istiqamətlərinə yönəltmişdi.
"
"Pul tədavülü və inflyasiya məsələsi o illərdə təkcə müstəqilliyini yenicə elan etmiş Azərbaycan Cümhuriyyəti üçün deyil, eləcə də Birinci Dünya müharibəsinin təsiri ilə bütün dünya dövlətləri qarşısında duran başlıca məsələ idi.
"
"inflyasiya nəticəsində qiymətdən düşməkdə olan manatın məzənnəsini tənzimləmək mümkün olmasa da, nazirlik ölkədə normal pul tədavülü dövriyyəsini qoruyub saxlamaq üçün ciddi addımlar atmışdı.
"
"1919-cu il sentyabrın 30-da Bakıda fəaliyyətə başlamış Azərbaycan Dövlət Bankının bu sahədə müstəsna əhəmiyyəti olmuşdu.
"
"Dövlət Bankının Gəncədə, Şamaxıda, Lənkəranda və başqa şəhərlərdə də şöbələri yaradılmışdı.
"
"1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributlarından birini əks etdirən 25, 50, 100, 250 və 500 manat dəyərində kağız əsginaslar dövriyyəyə buraxılmışdı.
"
"Yüksək bədii zövqlə hazırlanmış bu əsginasların üzərində Nazirlər şurasının sədri Yusifbəylinin və maliyyə naziri Həsənovun imzaları var idi.
"
"Maliyyə nazirliyi, qısa vaxtda, ölkədə maliyyə aparatının yaradılması sahəsində də çox işlər görə bilmişdi.
"
"Ölkənin maliyyə strukturunun bütün sahələrində, həm mərkəzi, həm də yerli maliyyə idarələrinin mükəmməl və planlı sistemi yaradılmışdı.
"
"Nazirlik ölkədə pul-kredit əməliyyatlarının həyata keçirilməsi üzərində tam nəzarəti təmin etməklə öz işlərini getdikcə daha da təkmilləşdirirdi.
"
"Aprel işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin başqa nazirlikləri kimi, maliyyə nazirliyinin də fəaliyyətinə son qoyuldu.
"
"Azərbaycan Milli Şurasının icraiyyə Orqanı - Azərbaycan Milli Şurasının icraedici orqanı.
"
"olunmasını öz üzərlərinə götürmək qərarına gəldilər və özlərini Azərbaycan Milli Şurası elan etdilər.
"
"Həmin iclasda MilliŞuranın rəyasət heyəti seçildi.
"
"Xosrov Paşa bəy Sultanov daxil oldu.
"
"Bu zaman Batum konfransında Türkiyə nümayəndə heyəti ilə danışıqlar aparan göstərmiş peşəkar aktyor truppası.
"
"Nicat və Şəfa maarifçilik cəmiyyətlərinin köməyi ilə yaradılmışdı.
"
"qayğı göstərirdi.
"
"Cəmiyyətin aktyor truppası Haqverdiyevin, Vəzirovun, Hacıbəylinin, Namiq Kamalın sərlərindən ibarət tamaşalar hazırlayır, xeyriyyə tamaşalarında iştirak edir, Bakı və onun ətraf rayonlarında çıxış edirdilər.
"
"Milli teatr sənətinin inkişafında cəmiyyətin aktyor truppasının mühüm rolu olmuşdur.
"
"Azərbaycan Xalq Cümhuriyyəti nazirlikləri — Dövlət idarəsinin hər hansı bir sahəsinə rəhbərlik edən mərkəzi hökumət orqanı, həmçinin həmin idarənin yerləşdiyi bina.
"
"Azərbaycan Xalq Cümhuriyyəti Poçt və Teleqraf Nazirliyi ölkənin rabitə müəssisələrinin yaradılmasına və rabitə işinin təşkilinə rəhbərlik edən ali hakimiyyət orqanıdır.
"
"Əsası 1918-ci il mayın 28-də qoyulmuşdur.
"
"Azərbaycan Milli Şurasının tapşırığı ilə Fətəli xan Xoyskinin yaratdığı 1-ci müvəqqəti hökumət kabinəsində təsis edilmiş ilk poçt və teleqraf naziri vəzifəsinə, eyni zamanda, yollar naziri olan Xudadat bəy Məlik-Aslanov təyin edilmişdi.
"
"Həmin il iyunun 17-də Xoyskinin Gəncədə təşkil etdiyi 2-ci hökumət kabinəsində də hər iki vəzifənin icrası ona tapşırılmışdı.
"
"1918 ilin sentyabrında Azərbaycan və Türkiyə hərbi hissələrindən ibarət olan Qafqaz islam Ordusu Bakını azad etdikdən sonra Xoyski hökuməti Bakıya köçdü və 1918 il oktyabrın 6-da onun 2-ci hökumət kabinəsində dəyişikliklər edilərkən, poçt və teleqraf naziri vəzifəsinin icrası Ağa bəy Aşurova həvalə olundu.
"
"Azərbaycan Cümhuriyyəti Parlamenti fəaliyyətə başlayandan sonra parlamentin tapşırığı ilə 1918 il dekabrın 26-da Xoyskinin yaratdığı üçüncü hökumət kabinəsində poçt və teleqraf naziri vəzifəsi sosialist Aslan bəy Səfikürdskiyə tapşırıldı.
"
"1919 il aprelin 14-də və dekabrın 24-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü və 5-ci hökumət kabinələrində isə poçt və teleqraf naziri vəzifəsini sosialist Camo Hacınski tutdu.
"
"1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının tapşırığı ilə Fətəli xan Xoyskinin yaratdığı Müvəqqəti Hökumət kabinəsi tərəfindən təsis edilmişdi.
"
"Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1-3-cü kabinələrində maarif naziri Nəsib bəy Yusifbəyli idi.
"
"Yusifbəylinin təşkil etdiyi 4-cü Hökumət kabinəsində bu vəzifəyə Rəşid bəy Qaplanov, 5-ci Hökumət kabinəsində isə əvvəlcə Həmid bəy Şahtaxtinski, sonra isə Nurməmməd bəy Şahsuvarov təyin olunmuşdu.
"
"Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən xalqın maarifləndirilməsinə birinci dərəcəli əhəmiyyət verirdi.
"
"XMN öz fəaliyyətinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədərki dövrdə xalq maarifinin vəziyyətinin öyrənilməsi və bu sahədə həyata keçiriləcək vəzifələrin müəyyənləşdirilməsi ilə başladı.
"
"Nazirlik xalq təhsilini sürətlə inkişaf etdirmək məqsədilə islahatlar keçirmək üçün qısa müddət ərzində təkliflər hazırlayıb Hökumətə təqdim etdi.
"
"Xalq məktəbləri və tədris dairələrinin direktoru vəzifələri ləğv olunaraq, məktəb və təhsil işinin idarə olunması XMN-nin və xalq məktəbləri təlimatçılarının sərəncamına verildi.
"
"Azərbaycan Xalq Cümhuriyyəti dövründə vətəndaşların və nəqliyyatını hərəkətini, yüklərin daşınmasını təmin edən yollar şəbəkəsinin fəaliyyətinə rəhbərlik edən ali icra hakimiyyəti orqanı.
"
"1918-ci il mayın 28-də - Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin elan olunduğu gün Fətəli xan Xoyskinin təşkil etdiyi hökumət kabinəsində ilk nazirliklərdən idi.
"
"ilk yollar naziri vəzifəsinə hələ Zaqafqaziya Cümhuriyyəti hökumətində yollar naziri işləmiş, dəmir yol işləri sahəsində böyük təcrübəsi olan məşhur ixtiraçı-mühəndis Xudadat bəy Məlik-Aslanov təyin olunmuşdu.
"
"Sonrakı dörd hökumət kabinələrində də Yollar Nazirliyi vəzifəsini Məlik-Aslanov tutmuşdur.
"
"1919-cu ilin sonuna yaxın Yollar Nazirliyinin strukturuna işlər idarəsi, dəmir yol idarəsi, su və şose yolları idarəsi daxil idi.
"
"Bakı Dənizçilik Məktəbi, Azərbaycan dəmir yolunun mühafızəsi idarəsi və Bibiheybət buxtasının torpaqla doldurulması idarəsi də nazirliyin tabeliyində idi.
"
"Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Gəncədə Azərbaycan Dəmir Yolu idarəsi yaradıldı.
"
"idarənin ştatları milli mənsubiyyətindən asılı olmayaraq, keçmiş Zaqafqaziya dəmir yolu işçilərinin hesabına komplektləşdirilirdi.
"
"Yalnız Tiflis-Gəncə şəhərləri arasında sərnişin qatarları işləyirdi.
"
"Yük qatarları işləmir, Gəncədən Kürdəmirədək ərazi cəbhə xətti hesab edilirdi.
"
"Kürdəmirdən Bakıya qədərki dəmir yol xəttində nə baş verdiyindən xəbər yox idi.
"
"Hökumət Gəncədə olarkən onun sərəncamında cəmi 651 yük vaqonu , 86 sərnişin vaqonu olmuşdur.
"
"Hökumətin sərəncamında acınacaqlı vəziyyətdə olan 77 parovoz var idi.
"
"Gəlirin yox dərəcəsində olduğu belə bir şəraitdə hətta, işçilərə əmək haqqı ödəmək belə mümkün deyildi.
"
"1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə hərbi hissələrindən ibarət Qafqaz islam Ordusu tərəfındən Bakı azad olunduqdan sonra Yollar Nazirliyi ilə bərabər dəmir yolu idarəsi də Bakıya köçürüldü.
"
"Dəmir yol vaqonlarmın sayı 1152 açıq, 965 platforma, 820 sistern, 194 sərnişin və 153 parovoz hesabına artsa da, sərnişin və yük vaqonlarının yarısından çoxu, parovozların isə 60 faizə qədəri tam yararsız halda idi.
"
"Lakin Bakıda emalatxana və lazımi materialların olması dəmir yolunda çatışmayan vəsaitləri və materialları əldə etməyə imkan verirdi.
"
"Bakıya köçdükdən sonra nazirliyin neft məhsullarını Türkiyə komandanlığının ünvanına Batuma və Aleksandropola göndərməsi işi intensivləşdirildi.
"
"Eyni zamanda, Bakı - Batum neft kəməri bərpa edilərək, onunla neft nəql olunması işi bərpa olundu.
"
"Ölkədə ictimai asayişi, qanunçuluqu və hüquq normalarını qoruyan dövlət orqanı.
"
"918 il mayın 28-də Azərbaycan Milli Şurasının qərarı ilə Fətəli xan Xoyski tərəfindən Tiflisdə təşkil edilmiş birinci Azərbaycan Xalq Cümhuriyyəti Hökümətində x.Xoyskinin Nazirlər Şurasının sədri vəzifəsi ilə yanaşı, həm də daxili işlər naziri vəzifəsini icra edirdi.
"
"Həmin il Hökümət Gəncəyə köçdükdən sonra iyunun 17-də x.Xoyskinin burada təşkil etdiyi ikinci Hökümətdə daxili işlər naziri vəzifəsini Behbud xan Cavanşir tutdu.
"
"Noyabr-dekabr aylarında isə Behbud xan Cavanşirin sənaye və ticarət naziri vəzifəsinə təyin olunması ilə əlaqədar daxili işlər naziri vəzifəsini müvəqqəti olaraq general-mayor Məmməd Sadıq bəy Ağabəyov icra etmişdir.
"
"Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fəaliyyətə başladıqdan sonra Parlamentin tapşırığı ilə 1918 il dekabrın 26-da x.Xoyskinin təşkil etdiyi üçüncü Hökümət kabinəsində daxili işlər naziri vəzifəsi Xəlil bəy Xasməmmədova həvalə olundu.
"
"1919 ilin aprelin 14-də Nəsib bəy Yusifbəylinin dördüncü Hökümət kabinəsində o özü Hökümətin sədri vəzifəsi ilə yanaşı, həm də daxili işlər naziri vəzifəsini icra etdi.
"
"1919 ilin dekabrında Yusifbəylinin yaratdığı beşinci Hökümət kabinəsində daxili işlər naziri vəzifəsini əvvəlcə Məmməd Həsən Hacınski, sonra isə Mustafa bəy Vəkilov tutmuşdur.
"
"DiN mürəkkəb tarixi dövrdə ölkədə hökm sürən anarxiyanın qarşısının alınması, qanunçuluğun və hüquq normalarının bərqərar edilməsi, ölkə vətəndaşlarının şəxsi və əmlak təhlükəsizliklərinin təmin olunması, cinayətkarlıqla mübarizə aparılması bununla ölkədə sabitlik yaradılmasında mühüm rol oynamışdır.
"
"Azərbaycan Xalq Cümhuriyyətinin dini etiqad məsələləri ilə məşğul olan icra hakimiyyəti orqanı.
"
"Milli ənənələrə qayıtmaq, əhalinin dini ehtiyaclarını ödəmək məqsədilə yaradılmışdı.
"
"1918 il iyunun 19-da Fətəli xan Xoyskinin Gəncədə təşkil etdiyi 2-ci Hökumət kabinəsində Azərbaycan Cümhuriyyəti Xalq Maarifi və Dini Etiqad Nazirliyi adı ilə formalaşdırılmış və Nəsib bəy Yusifbəyli nazir təsdiq olunmuşdu.
"
"Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918 il sentyabrın 17-də Bakıya köçdükdən sonra oktyabrın 6-da Fətəli xan Xoyskinin 2-ci Hökumət kabinəsində dəyişiklik aparılmış, himayədarlıq və dini etiqad nazirliyi yaradılmış, Musa bəy Rəfiyev nazir təyin edilmişdi.
"
"1918 il dekabrın 26-da Fətəli xan Xoyski 3-cü Hökumət kabinəsini təşkil edərkən himayədarlıq nazirliyi müstəqil nazirlik kimi təsis olunmuş, dini etiqad məsələləri yenə də xalq maarifi nazirliyinə həvalə olunaraq, xalq maarifi və dini etiqad nazirliyi yaradılmış, Nəsib bəy Yusifbəyli nazir təyin olunmuşdu.
"
"Nəsib bəy Yusifbəylinin 1919-cu il aprelin 14-də və dekabrın 22-də təşkil etdiyi 4-cü və 5-ci Hökumət kabinələrində də Xalq Maarifi və Dini Etiqad Nazirliyi birlikdə olmuş, nazir vəzifəsini 4-cü Hökumət kabinəsində Rəşid bəy Qaplanov, 5-ci Hökumət kabinəsində isə əvvəlcə Həmid bəy Şahtaxtinski, sonra Nurməmməd bəy Şahsuvarov icra etmişdilər.
"
"Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il üçün buraxılmış Ünvan-təqvimində başqa nazirliklərin fəaliyyəti haqqında məlumatlar verildiyi halda, dini etiqad nazirliyi barədə yalnız bunlar deyilmişdir: dini etiqad naziri Həmid bəy Şahtaxtinski, nazirliyin katibləri Rza Şahbazbəyov və Çerqeştov, xüsusi tapşırıqlar məmuru Yusif əfəndi Əfəndizadə və qeydiyyatçı Mahmud Mahmudovdur.
"
"Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkədə icra strukturlarının qərarlarının yerinə yetirilməsi üzərində dövlət nəzarətini təmin edən orqan.
"
"918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Fətəli xan Xoyskinin təşkil etdiyi Cümhuriyyətin birinci müvəqqəti Hökumətində dövlət nəzarəti naziri vəzifəsinə sosialist Camo bəy Hacınski təyin olunmuşdu.
"
"Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra 1918-ci il iyunun 17-də Xoyskinin təşkil etdiyi ikinci Hökumət kabinəsində dövlət nəzarəti naziri vəzifəsinin icrası müvəqqəti olaraq xarici işlər naziri Məmməd Həsən Hacınskiyə həvalə olundu.
"
"1918-ci ilin sentyabrında Bakı Qafqaz islam Ordusu tərəfindən azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Gəncədən Bakıya köçdü və oktyabrın 6-da Xoyskinin ikinci Hökumətinin tərkibində dəyişikliklər edilərkən bu vəzifənin icrası Əbdüləli bəy Əmircanova tapşırıldı.
"
"Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fəaliyyətə başladıqdan sonra Parlamentin tapşırığı ilə Fətəli xan Xoyskinin təşkil etdiyi üçüncü Hökumət kabinəsində dövlət nəzarəti naziri vəzifəsi Hacınskiyə həvalə olundu.
"
"1919-cu ilin yanvarında Hacınskinin Paris Sülh Konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin tərkibində xaricə getməsi ilə əlaqədar bu vəzifənin icrası Əliağa Həsənov tapşırıldı.
"
"1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin dördüncü Hökumət kabinəsində dövlət nəzarəti naziri vəzifəsinə ""Müsavat"" partiyasından Nəriman bəy Nərimanbəyli, 1919-cu il dekabrın 24-də yenə Yusifbəylinin beşinci Hökumət kabinəsində isə ""ittihad"" partiyasının üzvü Heybətqulu Məmmədbəyov təyin olundu.
"
"Ölkənin maliyyə sisteminin təşkilinə və tənzimlənməsinə bilavasitə rəhbərlik edən hakimiyyət orqanı.1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasnın qərarı ilə Fətəli Xan Xoyski tərəfındən Tiflisdə yaradılmış 1-ci hökumət kabinəsində ilk maliyyə naziri və xalq maarifi naziri vəzifələrinin icrası Nəsib bəy Yusifbəyliyə tapşırılmışdı.
"
"Həmin il iyunun 17-də Xoyskinin Gəncədə təşkil etdiyi 2-ci hökumət kabinəsində maliyyə naziri vəzifəsinə Əbdüləli bəy Əmircanov təyin olunmuşdu.
"
"1918-ci ilin sentyabrında Qafqaz islam Ordusu Bakını azad etdikdən və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdükdən sonra oktyabrın 6-da Xoyskinin 2-ci hökumət kabinəsində dəyişikliklər edilərkən maliyyə naziri vəzifəsi Məmməd Həsən Hacınskiyə tapşırıldı.
"
"Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti yaradıldıqdan sonra Xoyskinin dekabrın 26-da Parlamentin tapşırığı ilə təşkil etdiyi 3-cü hökumət kabinəsində maliyyə naziri vəzifəsini Slavyan-Rus Cəmiyyətindən olan i.Protasov tutdu.
"
"Xoyskinin kabinəsi istefa verdikdən sonra 1919-cu il aprelin 14-də Yusifbəylinin təşkil etdiyi 4-cü hökumət kabinəsində bu vəzifəyə Əlağa Həsənov, 1919-cu ilin dekabrın 24-də Yusifbəylinin təşkil etdiyi beşinci hökumət kabinəsində isə Rəşid bəy Qaplanov təyin olundular.
"
"Səhiyyə Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətində ölkənin səhiyyə sisteminin yaradılmasına və fəaliyyətinə rəhbərlik edən ali icra orqanıdır.1918-ci il iyunun 17-də Fətəli xan Xoyski tərəfındən Gəncədə təşkil edilmiş 2-ci hökumət kabinəsində Xalq Səhiyyəsi və Himayədarlıq Nazirliyi adı ilə təsis edilmişdir.
"
"Doktor Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ilk səhiyyə və himayədarlıq naziri təyin olunmuşdur.
"
"1918-ci ilin sentyabrında Bakı Azərbaycan və Türkiyə hərbi hissələrindən ibarət Qafqaz islam Ordusu tərəfindən azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Gəncədən Bakıya köçdü və oktyabrın 6-da x.Xoyskinin 2-ci hökumətində dəyişikliklər edildikdə Səhiyyə Nazirliyi müstəqil nazirliyə çevrildi və Rəfibəyli səhiyyə naziri təyin olundu.
"
"Himayədarlıq və dini etiqad işləri isə ayrıca nazirlikdə birləşdirildi.
"
"Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti işə başladıqdan sonra Parlamentin tapşırığı ilə x.Xoyskinin təşkil etdiyi 3-cü hökumət kabinəsində xalq səhiyyə naziri vəzifəsi Gindesə həvalə olundu.
"
"1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü hökumət kabinəsində səhiyyə naziri vəzifəsinə Dastakov, 1919-cu il dekabrın 24-də yenə Yusifbəylinin təşkil etdiyi 5-ci hökumət kabinəsində isə Musa Rəfiyev təyin olundu.
"
"Xarici işlər Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini həyata keçirən dövlət orqanıdır.1918-ci il mayın 28-də, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün Fətəli xan Xoyski tərəfındən Tiflisdə təşkil olunmuş Müvəqqəti Hökumət kabinəsi tərəfindən təsis olunmuşdur.
"
"Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci və 2-ci Hökumət kabinələrində xarici işlər naziri vəzifəsinə Məmməd Həsən Hacınski təyin edilmişdi.
"
"Hökumət Gəncədən Bakıya köçdükdən sonra, 1918-ci il oktyabrın 6-da Xoyski hökumətində dəyişikliklər edilərkən xarici işlər naziri vəzifəsi Əlimərdan bəy Topçubaşova həvalə olundu.
"
"Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti yaradıldıqdan sonra Parlamentin tapşırığı ilə Xoyski tərəfindən dekabrın 26-da formalaşdırılmış 3-cü Hökumət kabinəsində Xoyski Baş nazir vəzifəsi ilə yanaşı xarici işlər naziri vəzifəsini də icra etmişdir.
"
"1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü Hökumət kabinəsində bu vəzifəni Məmməd Yusif Cəfərov, 1919-cu il dekabrın 24-də 5-ci Hökumət kabinəsində isə x.Xoyski tutmuşdur.
"
"Əmək Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətində əmək münasibətlərini və bununla bağlı digər prosesləri tənzimləyən hökumət orqanıdır.Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 21 yanvar tarixli qərarı ilə təsis olunmuşdu.
"
"Ölkədə hakimiyyətin teztez dəyişməsi nəticəsində Azərbaycan sənayesinin xaotik vəziyyətə düşməsi əmək nazirliyinin yaranmasına səbəb oldu.
"
"Müxtəlif qurumlar arasında yaranmış münaqişəli məsələlərin düzgün həllində əmək nazirliyinin üzərinə çox ağır və məsuliyyətli vəzifə düşürdü.
"
"Bu məqsədlə əmək nazirinin 1919-cu il 26 yanvar tarixli qərarı ilə kollektiv müqavilənin şərtləri bir sıra dəyişikliklərlə bərpa olundu, iş verənlərlə işə götürülənlər arasındakı münasibətləri tənzimləyən bir sıra dekrət və qərarlar qəbul edildi, əməyin mühafizəsi üzərində bütün nəzarət işləri nazirliyin tabeliyində cəmləşdirildi.
"
"Fəaliyyət dairəsini daha da genişləndirən nazirlik bütün imkanlardan istifadə edərək, əməklə kapital arasında qarşılıqlı münasibətləri tənzimləmək funksiyasını da öz üzərinə götürmüşdü.
"
"Əkinçilik və Dövlət Əmlakı Nazirliyi Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Əkinçilik və Dövlət Əmlakı Nazirliyi - Azərbaycan Xalq Cümhuriyyətində kənd təsərrüfatının, maddi sərvətlərin və mülkiyyətin nizamlanmasına rəhbərlik edən icra orqanıdır.1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qərarı ilə yaradılmışdı.
"
"Fətəli xan Xoyskinin Tiflisdə təşkil etdiyi 1-ci Hökumət kabinəsində ilk əkinçilik və dövlət əmək naziri vəzifəsinə Əkbər Ağa Şeyxülislamov təyin olunmuşdu.
"
"Azərbaycan Milli Şurası və Hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdükdən sonra iyunun 17-də Xoyskinin Gəncədə təşkil etdiyi 2-ci Hökumət kabinəsində əkinçilik naziri vəzifəsinin icrası Xosrov Paşa bəy Sultanova tapşırıldı.
"
"1918-ci ilin dekabrında Azərbaycan Parlamenti işə başladıqdan sonra Parlamentin tapşırığına əsasən dekabrın 26-da Xoyskinin təşkil etdiyi 3-cü Hökumət kabinəsində də əkinçilik və dövlət əmlakı naziri vəzifəsi Xosrov Paşa bəy Sultanova həvalə edildi.
"
"1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü Hökumət kabinəsində bu vəzifə Aslan bəy Qardaşova həvalə olundu.
"
"Həmin il dekabrın 26-da yenə də Yusifbəylinin təşkil etdiyi 5-ci Hökumət kabinəsində əkinçilik və dövlət əmlakı naziri vəzifəsini Əhməd Cövdət Pepinov tutdu.
"
"Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin bütün məhkəmə və hüquq idarələri sisteminə və onların fəaliyyətinə nəzarət edən hökumət orqanıdır.1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə yaradılmışdı.
"
"Fətəli xan Xoyskinin Tiflisdə təşkil etdiyi 1-ci hökumət kabinəsində ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədov olmuşdur.
"
"Həmin il iyunun 17-də Fətəli xan Xoyski tərəfindən Gəncədə təşkil olunmuş 2-ci Hökumət kabinəsində özü Nazirlər Şurasının sədri vəzifəsi ilə yanaşı, ədliyyə naziri vəzifəsini də icra etmişdir.
"
"1918-ci il iyunun 27-də keçmiş Tiflis məhkəmə palatasının üzvü Teymur bəy Makinski nazirin müavini təyin olunmuşdu.
"
"Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fəaliyyətə başladıqdan sonra Xoyskinin dekabrın 26-da təşkil etdiyi 3-cü Hökumət kabinəsində ədliyyə naziri vəzifəsi boş qaldı və 1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəyli yeni Hökumət təşkil edənə qədər həmin vəzifənin icrası Makinskiyə tapşırıldı.
"
"Yusifbəylinin təşkil etdiyi Cümhuriyyətin 4-cü Hökumət kabinəsində bu vəzifəni sosialist Aslan bəy Səfikürdski tutdu.
"
"Yusifbəylinin təşkil etdiyi 5-ci Hökumət kabinəsində isə ədliyyə naziri vəzifəsi Xasməmmədova həvalə olundu.
"
"Bakıda anadan olub və BDU-nun ədəbiyyat fakültəsini bitirib.
"
"cəmləşdirmişdi.
"
"Cəmiyyət Türkiyə və Avropa ölkələrində fəaliy- Əli və Nino Azərbaycan dilinə ilk dəfə 1972-ci ildə ixtisarla Məcid Musazadə tərəfindən çevrilib və o vaxt Almaniyanın Münxen şəhərində fəaliyyət göstərən Azadlıq radiosu” vasitəsilə il yarım ərzində hissə-hissə dinləyicilər üçün səsləndirilib.
"
"Musazadə tarixi faktlara istinadən göstərir ki, Qarabağ heç zaman ermənilərin olmamışdır, nə indi, nə qədim dövrlərdə.
"
"Tanınmış Gürcüstan, Azərbaycan, Ermənistan, eləcə də rus tarixçiləri belə bir nəticəyə gəlmişlər ki,eramızdan əvvəl 4-cü əsrədək bu ərazidə heç zaman ermənilər olmayıb.
"
"Qarabağ erməniləri orada sonradan məskunlaşıblar: XIX əsrin əvvəllərində çar Rusiyasının himayəsi və qayğısı nəticəsində Türkiyədən və irandan gəliblər.
"
"Musazadə elmi əsərində alman tarixçisi Henrix Zimmferin 1923-cü ildə yazdığı Ermənistan yeni dövrdə” məqaləsinə istinadla yazırdı: Böyük Ermənistan”ın mövcudluğu iddiası əsaslı deyil və elmi axtarışlar tələb edir”.
"
"O, Qarabağ ermənilərinin əsassız tələblərinə belə münasibət bildirir: Qarabağ erməniləri deyirlər ki, onlar Azərbaycan dövləti tərəfindən unudulub, istismar olunub.
"
"Faktlar isə əksini deyir.
"
"Qarabağda 126 000 erməni yaşayır .
"
"Sonuncu illərin rəsmi məlumatına görə, Qarabağda 1715 çarpayılıq xəstəxana, 286 həkim, 1470 nəfər orta tibb işçisi var.
"
"Vilayət mineral bulaqlar, isti sular, sanatoriya və istirahət mərkəzləri ilə zəngindir.
"
"Qarabağın 234 məktəbində 38 000 erməni məktəblisi oxuyur.
"
"Burada bir çox teatr, milli xor və rəqs qrupu, 3 muzey və 178 kinoteatr vardır.
"
"Stepanakertdə, eləcə də 4 rayonda erməni dilində qəzetlər çıxır, erməni dilində radio verilişləri gedir.
"
"Onlar şikayət edirlər ki, universitetləri yoxdur, lakin harada görünüb ki, 126 000 əhali üçün universitet olsun?” Musazadənin bu dəyərli əsəri Əlimuxtar Ordubadinin 1990-cı ildə Parisdə fransız dilində hazırlayıb Monrealda nəşr etdirdiyi Qafbüro, Dağlıq Qarabağ, Stalin” kitabında çap olunub, bir çox ölkələrdə yayılıb.
"
"Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında və ərazi bütövlüyümüzün qorunması baxımından bu əsərin əhəmiyyəti böyük idi.
"
"Nəsiman Yaqublu yazır ki, Musazadənin şəxsi arxivində Qarabağ hadisələri ilə bağlı BMT-nin Baş katibi Peres de Heylerə və Türkiyənin o zamankı prezidenti Turqut Özala ünvanladığı məktublar da var.
"
"Musazadənin 90-cı illərdə Azərbaycana göndərdiyi, müəllifi müharibədə həlak olmuş Haqverdiyevin hazırladığı Nizami” portreti mədəniyyətimizə onun qəlbən bağlılığının nəticəsidir.
"
"1905-ci ildə Bakıda doğulub.
"
"Atasının adı iskəndər olub.
"
"Anası isə şair Səməd Mənsur Kazımzadənin yaxın qohumlarından olub.
"
"Bakıdakı Pedaqoji institutdan məzun olduqdan sonra Əli Tağızadə Gəncədə müəllim işləyib, Müsavat Partiyasının oradakı gizli təşkilatına üzv olub.
"
"1928-ci ildə Müsavatın Gəncədəki gizli təşkilatının üzvləri təqibə məruz qaldığı üçün irana mühacirət edib.
"
"Təbrizə gəldikdən sonra həmin vaxt Tehranda olan digər mühacir, Məhəmmədəmin Rəsulzadənin əmisi oğlu, Müsavat Partiyasını quran 3 şəxsdən biri olan Məhəmmədəli Rəsuloğlu ilə təmas qurub, onun təşəbbüsü ilə münasibət yaratdığı Türkiyənin Azərbaycandakı ilk səfiri olmuş Məmduh Şövkət Esendalın maddi və mənəvi dəstəyi ilə istanbula gəlib.
"
"Şamil Atabəy 5.5.1925-20.11.1975 Azərbaycan” jurnalında mətbu fəaliyyəti ilə məşğul olan legionerlərdən Şamil Atabəyin də adını çəkir.
"
"Şamil Atabəy yazılarında əsasən Stalin rejiminin tənqidi ilə məşğul olub.
"
"Özünün Kommunistlərin ideoloji işləri” məqaləsində isə göstərirdi ki, Pravda” qəzetinin hər bir baş məqaləsi insanın şəxsiyyətini öldürən, insan vicdanına ləkə yaxan, insanı Kremlin kor bir aləti mənsəbinə endirən ən dəhşətli vasitədir”.
"
"General Steven Rockwell Trevor super qəhrəman Ecazkar qadın ilə birlikdə DC Comics tərəfindən nəşr olunan Amerikan Komiks jurnallarında görünən bədii bir xarakterdir.
"
"Xarakter William Moulton Marston tərəfindən yaradılmış və ilk olaraq All Star Comics # 8-də yaranmışdır.
"
"Steve Trevor, Diana adlı ""insan Dünya""sına tanıdan və Wonder Woman-ın Birləşmiş Millətlər Təşkilatındakı fəaliyyət göstərən adamı etibarlı dostu, sevgilisi və ortağıdır.
"
"Mübtəda budaq cümləsi-Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələr.Mübtəda budaq cümləsi, ya baş cümlənin buraxılmış mübtədası əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunur, mübtədanı izah edir.
"
"meyvə bol olur.
"
"Bəzən mübtəda budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır.
"
"Baş cümlədə mübtəda vəzifəsindən qarşılıq bildirən söz olur və ya təsəvvür edilir.Məsələn: keçirsə, o gizlində qalmalıdır.
"
"1926 cı ildə Fatma Tutayuq ailə həyatı qurmuşdur.
"
"1927-ci ildə Haşım Feyzullayev Müsavat təşkilatının üzvü kimi həbs edilib və ona on il iş kəsiblər.
"
"Haşım Feyzullayev Solovki adalarına sürgün olunmuşdu.
"
"Qalmaqal teleserialının ""birini mövsüm""ünün premyerası 5 aprel 2012-ci ildə ABŞ-ın ABC telekanalında baş tutmuşdur; mövsümün final seriyası isə 17 may 2012-ci ildə efirə gedib.
"
"Ümumilikdə birinci mövsüm yeddi seriyadan ibarətdir.
"
"11 may 2012-ci ildə ABC telekanalı serialın ikinci mövsümünün çıxacağını elan etmişdir.
"
"""""Qalmaqal"""" teleserialının birinci mövsümündə izləyicilər Oliviya Poup və onun tərəfdaşlarının böhran menecmenti firması, ABŞ Prezidenti Fitcerald Qrant və Ağ ev aparatının başçısı Sayrus Binlə tanış olur.
"