text
stringlengths
9
739
Maliyyə nazirliyi, qısa vaxtda, ölkədə maliyyə aparatının yaradılması sahəsində də çox işlər görə bilmişdi.
Ölkənin maliyyə strukturunun bütün sahələrində, həm mərkəzi, həm də yerli maliyyə idarələrinin mükəmməl və planlı sistemi yaradılmışdı.
Nazirlik ölkədə pul-kredit əməliyyatlarının həyata keçirilməsi üzərində tam nəzarəti təmin etməklə öz işlərini getdikcə daha da təkmilləşdirirdi.
Aprel işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin başqa nazirlikləri kimi, maliyyə nazirliyinin də fəaliyyətinə son qoyuldu.
Azərbaycan Milli Şurasının icraiyyə Orqanı - Azərbaycan Milli Şurasının icraedici orqanı.
olunmasını öz üzərlərinə götürmək qərarına gəldilər və özlərini Azərbaycan Milli Şurası elan etdilər.
Həmin iclasda MilliŞuranın rəyasət heyəti seçildi.
Xosrov Paşa bəy Sultanov daxil oldu.
Bu zaman Batum konfransında Türkiyə nümayəndə heyəti ilə danışıqlar aparan göstərmiş peşəkar aktyor truppası.
Nicat və Şəfa maarifçilik cəmiyyətlərinin köməyi ilə yaradılmışdı.
qayğı göstərirdi.
Cəmiyyətin aktyor truppası Haqverdiyevin, Vəzirovun, Hacıbəylinin, Namiq Kamalın sərlərindən ibarət tamaşalar hazırlayır, xeyriyyə tamaşalarında iştirak edir, Bakı və onun ətraf rayonlarında çıxış edirdilər.
Milli teatr sənətinin inkişafında cəmiyyətin aktyor truppasının mühüm rolu olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti nazirlikləri — Dövlət idarəsinin hər hansı bir sahəsinə rəhbərlik edən mərkəzi hökumət orqanı, həmçinin həmin idarənin yerləşdiyi bina.
Azərbaycan Xalq Cümhuriyyəti Poçt və Teleqraf Nazirliyi ölkənin rabitə müəssisələrinin yaradılmasına və rabitə işinin təşkilinə rəhbərlik edən ali hakimiyyət orqanıdır.
Əsası 1918-ci il mayın 28-də qoyulmuşdur.
Azərbaycan Milli Şurasının tapşırığı ilə Fətəli xan Xoyskinin yaratdığı 1-ci müvəqqəti hökumət kabinəsində təsis edilmiş ilk poçt və teleqraf naziri vəzifəsinə, eyni zamanda, yollar naziri olan Xudadat bəy Məlik-Aslanov təyin edilmişdi.
Həmin il iyunun 17-də Xoyskinin Gəncədə təşkil etdiyi 2-ci hökumət kabinəsində də hər iki vəzifənin icrası ona tapşırılmışdı.
1918 ilin sentyabrında Azərbaycan və Türkiyə hərbi hissələrindən ibarət olan Qafqaz islam Ordusu Bakını azad etdikdən sonra Xoyski hökuməti Bakıya köçdü və 1918 il oktyabrın 6-da onun 2-ci hökumət kabinəsində dəyişikliklər edilərkən, poçt və teleqraf naziri vəzifəsinin icrası Ağa bəy Aşurova həvalə olundu.
Azərbaycan Cümhuriyyəti Parlamenti fəaliyyətə başlayandan sonra parlamentin tapşırığı ilə 1918 il dekabrın 26-da Xoyskinin yaratdığı üçüncü hökumət kabinəsində poçt və teleqraf naziri vəzifəsi sosialist Aslan bəy Səfikürdskiyə tapşırıldı.
1919 il aprelin 14-də və dekabrın 24-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü və 5-ci hökumət kabinələrində isə poçt və teleqraf naziri vəzifəsini sosialist Camo Hacınski tutdu.
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının tapşırığı ilə Fətəli xan Xoyskinin yaratdığı Müvəqqəti Hökumət kabinəsi tərəfindən təsis edilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1-3-cü kabinələrində maarif naziri Nəsib bəy Yusifbəyli idi.
Yusifbəylinin təşkil etdiyi 4-cü Hökumət kabinəsində bu vəzifəyə Rəşid bəy Qaplanov, 5-ci Hökumət kabinəsində isə əvvəlcə Həmid bəy Şahtaxtinski, sonra isə Nurməmməd bəy Şahsuvarov təyin olunmuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən xalqın maarifləndirilməsinə birinci dərəcəli əhəmiyyət verirdi.
XMN öz fəaliyyətinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədərki dövrdə xalq maarifinin vəziyyətinin öyrənilməsi və bu sahədə həyata keçiriləcək vəzifələrin müəyyənləşdirilməsi ilə başladı.
Nazirlik xalq təhsilini sürətlə inkişaf etdirmək məqsədilə islahatlar keçirmək üçün qısa müddət ərzində təkliflər hazırlayıb Hökumətə təqdim etdi.
Xalq məktəbləri və tədris dairələrinin direktoru vəzifələri ləğv olunaraq, məktəb və təhsil işinin idarə olunması XMN-nin və xalq məktəbləri təlimatçılarının sərəncamına verildi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə vətəndaşların və nəqliyyatını hərəkətini, yüklərin daşınmasını təmin edən yollar şəbəkəsinin fəaliyyətinə rəhbərlik edən ali icra hakimiyyəti orqanı.
1918-ci il mayın 28-də - Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin elan olunduğu gün Fətəli xan Xoyskinin təşkil etdiyi hökumət kabinəsində ilk nazirliklərdən idi.
ilk yollar naziri vəzifəsinə hələ Zaqafqaziya Cümhuriyyəti hökumətində yollar naziri işləmiş, dəmir yol işləri sahəsində böyük təcrübəsi olan məşhur ixtiraçı-mühəndis Xudadat bəy Məlik-Aslanov təyin olunmuşdu.
Sonrakı dörd hökumət kabinələrində də Yollar Nazirliyi vəzifəsini Məlik-Aslanov tutmuşdur.
1919-cu ilin sonuna yaxın Yollar Nazirliyinin strukturuna işlər idarəsi, dəmir yol idarəsi, su və şose yolları idarəsi daxil idi.
Bakı Dənizçilik Məktəbi, Azərbaycan dəmir yolunun mühafızəsi idarəsi və Bibiheybət buxtasının torpaqla doldurulması idarəsi də nazirliyin tabeliyində idi.
Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Gəncədə Azərbaycan Dəmir Yolu idarəsi yaradıldı.
idarənin ştatları milli mənsubiyyətindən asılı olmayaraq, keçmiş Zaqafqaziya dəmir yolu işçilərinin hesabına komplektləşdirilirdi.
Yalnız Tiflis-Gəncə şəhərləri arasında sərnişin qatarları işləyirdi.
Yük qatarları işləmir, Gəncədən Kürdəmirədək ərazi cəbhə xətti hesab edilirdi.
Kürdəmirdən Bakıya qədərki dəmir yol xəttində nə baş verdiyindən xəbər yox idi.
Hökumət Gəncədə olarkən onun sərəncamında cəmi 651 yük vaqonu , 86 sərnişin vaqonu olmuşdur.
Hökumətin sərəncamında acınacaqlı vəziyyətdə olan 77 parovoz var idi.
Gəlirin yox dərəcəsində olduğu belə bir şəraitdə hətta, işçilərə əmək haqqı ödəmək belə mümkün deyildi.
1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə hərbi hissələrindən ibarət Qafqaz islam Ordusu tərəfındən Bakı azad olunduqdan sonra Yollar Nazirliyi ilə bərabər dəmir yolu idarəsi də Bakıya köçürüldü.
Dəmir yol vaqonlarmın sayı 1152 açıq, 965 platforma, 820 sistern, 194 sərnişin və 153 parovoz hesabına artsa da, sərnişin və yük vaqonlarının yarısından çoxu, parovozların isə 60 faizə qədəri tam yararsız halda idi.
Lakin Bakıda emalatxana və lazımi materialların olması dəmir yolunda çatışmayan vəsaitləri və materialları əldə etməyə imkan verirdi.
Bakıya köçdükdən sonra nazirliyin neft məhsullarını Türkiyə komandanlığının ünvanına Batuma və Aleksandropola göndərməsi işi intensivləşdirildi.
Eyni zamanda, Bakı - Batum neft kəməri bərpa edilərək, onunla neft nəql olunması işi bərpa olundu.
Ölkədə ictimai asayişi, qanunçuluqu və hüquq normalarını qoruyan dövlət orqanı.
918 il mayın 28-də Azərbaycan Milli Şurasının qərarı ilə Fətəli xan Xoyski tərəfindən Tiflisdə təşkil edilmiş birinci Azərbaycan Xalq Cümhuriyyəti Hökümətində x.Xoyskinin Nazirlər Şurasının sədri vəzifəsi ilə yanaşı, həm də daxili işlər naziri vəzifəsini icra edirdi.
Həmin il Hökümət Gəncəyə köçdükdən sonra iyunun 17-də x.Xoyskinin burada təşkil etdiyi ikinci Hökümətdə daxili işlər naziri vəzifəsini Behbud xan Cavanşir tutdu.
Noyabr-dekabr aylarında isə Behbud xan Cavanşirin sənaye və ticarət naziri vəzifəsinə təyin olunması ilə əlaqədar daxili işlər naziri vəzifəsini müvəqqəti olaraq general-mayor Məmməd Sadıq bəy Ağabəyov icra etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fəaliyyətə başladıqdan sonra Parlamentin tapşırığı ilə 1918 il dekabrın 26-da x.Xoyskinin təşkil etdiyi üçüncü Hökümət kabinəsində daxili işlər naziri vəzifəsi Xəlil bəy Xasməmmədova həvalə olundu.
1919 ilin aprelin 14-də Nəsib bəy Yusifbəylinin dördüncü Hökümət kabinəsində o özü Hökümətin sədri vəzifəsi ilə yanaşı, həm də daxili işlər naziri vəzifəsini icra etdi.
1919 ilin dekabrında Yusifbəylinin yaratdığı beşinci Hökümət kabinəsində daxili işlər naziri vəzifəsini əvvəlcə Məmməd Həsən Hacınski, sonra isə Mustafa bəy Vəkilov tutmuşdur.
DiN mürəkkəb tarixi dövrdə ölkədə hökm sürən anarxiyanın qarşısının alınması, qanunçuluğun və hüquq normalarının bərqərar edilməsi, ölkə vətəndaşlarının şəxsi və əmlak təhlükəsizliklərinin təmin olunması, cinayətkarlıqla mübarizə aparılması bununla ölkədə sabitlik yaradılmasında mühüm rol oynamışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin dini etiqad məsələləri ilə məşğul olan icra hakimiyyəti orqanı.
Milli ənənələrə qayıtmaq, əhalinin dini ehtiyaclarını ödəmək məqsədilə yaradılmışdı.
1918 il iyunun 19-da Fətəli xan Xoyskinin Gəncədə təşkil etdiyi 2-ci Hökumət kabinəsində Azərbaycan Cümhuriyyəti Xalq Maarifi və Dini Etiqad Nazirliyi adı ilə formalaşdırılmış və Nəsib bəy Yusifbəyli nazir təsdiq olunmuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918 il sentyabrın 17-də Bakıya köçdükdən sonra oktyabrın 6-da Fətəli xan Xoyskinin 2-ci Hökumət kabinəsində dəyişiklik aparılmış, himayədarlıq və dini etiqad nazirliyi yaradılmış, Musa bəy Rəfiyev nazir təyin edilmişdi.
1918 il dekabrın 26-da Fətəli xan Xoyski 3-cü Hökumət kabinəsini təşkil edərkən himayədarlıq nazirliyi müstəqil nazirlik kimi təsis olunmuş, dini etiqad məsələləri yenə də xalq maarifi nazirliyinə həvalə olunaraq, xalq maarifi və dini etiqad nazirliyi yaradılmış, Nəsib bəy Yusifbəyli nazir təyin olunmuşdu.
Nəsib bəy Yusifbəylinin 1919-cu il aprelin 14-də və dekabrın 22-də təşkil etdiyi 4-cü və 5-ci Hökumət kabinələrində də Xalq Maarifi və Dini Etiqad Nazirliyi birlikdə olmuş, nazir vəzifəsini 4-cü Hökumət kabinəsində Rəşid bəy Qaplanov, 5-ci Hökumət kabinəsində isə əvvəlcə Həmid bəy Şahtaxtinski, sonra Nurməmməd bəy Şahsuvarov icra etmişdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il üçün buraxılmış Ünvan-təqvimində başqa nazirliklərin fəaliyyəti haqqında məlumatlar verildiyi halda, dini etiqad nazirliyi barədə yalnız bunlar deyilmişdir: dini etiqad naziri Həmid bəy Şahtaxtinski, nazirliyin katibləri Rza Şahbazbəyov və Çerqeştov, xüsusi tapşırıqlar məmuru Yusif əfəndi Əfəndizadə və qeydiyyatçı Mahmud Mahmudovdur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkədə icra strukturlarının qərarlarının yerinə yetirilməsi üzərində dövlət nəzarətini təmin edən orqan.
918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Fətəli xan Xoyskinin təşkil etdiyi Cümhuriyyətin birinci müvəqqəti Hökumətində dövlət nəzarəti naziri vəzifəsinə sosialist Camo bəy Hacınski təyin olunmuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra 1918-ci il iyunun 17-də Xoyskinin təşkil etdiyi ikinci Hökumət kabinəsində dövlət nəzarəti naziri vəzifəsinin icrası müvəqqəti olaraq xarici işlər naziri Məmməd Həsən Hacınskiyə həvalə olundu.
1918-ci ilin sentyabrında Bakı Qafqaz islam Ordusu tərəfindən azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Gəncədən Bakıya köçdü və oktyabrın 6-da Xoyskinin ikinci Hökumətinin tərkibində dəyişikliklər edilərkən bu vəzifənin icrası Əbdüləli bəy Əmircanova tapşırıldı.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fəaliyyətə başladıqdan sonra Parlamentin tapşırığı ilə Fətəli xan Xoyskinin təşkil etdiyi üçüncü Hökumət kabinəsində dövlət nəzarəti naziri vəzifəsi Hacınskiyə həvalə olundu.
1919-cu ilin yanvarında Hacınskinin Paris Sülh Konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin tərkibində xaricə getməsi ilə əlaqədar bu vəzifənin icrası Əliağa Həsənov tapşırıldı.
1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin dördüncü Hökumət kabinəsində dövlət nəzarəti naziri vəzifəsinə "Müsavat" partiyasından Nəriman bəy Nərimanbəyli, 1919-cu il dekabrın 24-də yenə Yusifbəylinin beşinci Hökumət kabinəsində isə "ittihad" partiyasının üzvü Heybətqulu Məmmədbəyov təyin olundu.
Ölkənin maliyyə sisteminin təşkilinə və tənzimlənməsinə bilavasitə rəhbərlik edən hakimiyyət orqanı.1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasnın qərarı ilə Fətəli Xan Xoyski tərəfındən Tiflisdə yaradılmış 1-ci hökumət kabinəsində ilk maliyyə naziri və xalq maarifi naziri vəzifələrinin icrası Nəsib bəy Yusifbəyliyə tapşırılmışdı.
Həmin il iyunun 17-də Xoyskinin Gəncədə təşkil etdiyi 2-ci hökumət kabinəsində maliyyə naziri vəzifəsinə Əbdüləli bəy Əmircanov təyin olunmuşdu.
1918-ci ilin sentyabrında Qafqaz islam Ordusu Bakını azad etdikdən və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdükdən sonra oktyabrın 6-da Xoyskinin 2-ci hökumət kabinəsində dəyişikliklər edilərkən maliyyə naziri vəzifəsi Məmməd Həsən Hacınskiyə tapşırıldı.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti yaradıldıqdan sonra Xoyskinin dekabrın 26-da Parlamentin tapşırığı ilə təşkil etdiyi 3-cü hökumət kabinəsində maliyyə naziri vəzifəsini Slavyan-Rus Cəmiyyətindən olan i.Protasov tutdu.
Xoyskinin kabinəsi istefa verdikdən sonra 1919-cu il aprelin 14-də Yusifbəylinin təşkil etdiyi 4-cü hökumət kabinəsində bu vəzifəyə Əlağa Həsənov, 1919-cu ilin dekabrın 24-də Yusifbəylinin təşkil etdiyi beşinci hökumət kabinəsində isə Rəşid bəy Qaplanov təyin olundular.
Səhiyyə Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətində ölkənin səhiyyə sisteminin yaradılmasına və fəaliyyətinə rəhbərlik edən ali icra orqanıdır.1918-ci il iyunun 17-də Fətəli xan Xoyski tərəfındən Gəncədə təşkil edilmiş 2-ci hökumət kabinəsində Xalq Səhiyyəsi və Himayədarlıq Nazirliyi adı ilə təsis edilmişdir.
Doktor Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ilk səhiyyə və himayədarlıq naziri təyin olunmuşdur.
1918-ci ilin sentyabrında Bakı Azərbaycan və Türkiyə hərbi hissələrindən ibarət Qafqaz islam Ordusu tərəfindən azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Gəncədən Bakıya köçdü və oktyabrın 6-da x.Xoyskinin 2-ci hökumətində dəyişikliklər edildikdə Səhiyyə Nazirliyi müstəqil nazirliyə çevrildi və Rəfibəyli səhiyyə naziri təyin olundu.
Himayədarlıq və dini etiqad işləri isə ayrıca nazirlikdə birləşdirildi.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti işə başladıqdan sonra Parlamentin tapşırığı ilə x.Xoyskinin təşkil etdiyi 3-cü hökumət kabinəsində xalq səhiyyə naziri vəzifəsi Gindesə həvalə olundu.
1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü hökumət kabinəsində səhiyyə naziri vəzifəsinə Dastakov, 1919-cu il dekabrın 24-də yenə Yusifbəylinin təşkil etdiyi 5-ci hökumət kabinəsində isə Musa Rəfiyev təyin olundu.
Xarici işlər Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini həyata keçirən dövlət orqanıdır.1918-ci il mayın 28-də, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün Fətəli xan Xoyski tərəfındən Tiflisdə təşkil olunmuş Müvəqqəti Hökumət kabinəsi tərəfindən təsis olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci və 2-ci Hökumət kabinələrində xarici işlər naziri vəzifəsinə Məmməd Həsən Hacınski təyin edilmişdi.
Hökumət Gəncədən Bakıya köçdükdən sonra, 1918-ci il oktyabrın 6-da Xoyski hökumətində dəyişikliklər edilərkən xarici işlər naziri vəzifəsi Əlimərdan bəy Topçubaşova həvalə olundu.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti yaradıldıqdan sonra Parlamentin tapşırığı ilə Xoyski tərəfindən dekabrın 26-da formalaşdırılmış 3-cü Hökumət kabinəsində Xoyski Baş nazir vəzifəsi ilə yanaşı xarici işlər naziri vəzifəsini də icra etmişdir.
1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü Hökumət kabinəsində bu vəzifəni Məmməd Yusif Cəfərov, 1919-cu il dekabrın 24-də 5-ci Hökumət kabinəsində isə x.Xoyski tutmuşdur.
Əmək Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətində əmək münasibətlərini və bununla bağlı digər prosesləri tənzimləyən hökumət orqanıdır.Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 21 yanvar tarixli qərarı ilə təsis olunmuşdu.
Ölkədə hakimiyyətin teztez dəyişməsi nəticəsində Azərbaycan sənayesinin xaotik vəziyyətə düşməsi əmək nazirliyinin yaranmasına səbəb oldu.
Müxtəlif qurumlar arasında yaranmış münaqişəli məsələlərin düzgün həllində əmək nazirliyinin üzərinə çox ağır və məsuliyyətli vəzifə düşürdü.
Bu məqsədlə əmək nazirinin 1919-cu il 26 yanvar tarixli qərarı ilə kollektiv müqavilənin şərtləri bir sıra dəyişikliklərlə bərpa olundu, iş verənlərlə işə götürülənlər arasındakı münasibətləri tənzimləyən bir sıra dekrət və qərarlar qəbul edildi, əməyin mühafizəsi üzərində bütün nəzarət işləri nazirliyin tabeliyində cəmləşdirildi.
Fəaliyyət dairəsini daha da genişləndirən nazirlik bütün imkanlardan istifadə edərək, əməklə kapital arasında qarşılıqlı münasibətləri tənzimləmək funksiyasını da öz üzərinə götürmüşdü.
Əkinçilik və Dövlət Əmlakı Nazirliyi Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Əkinçilik və Dövlət Əmlakı Nazirliyi - Azərbaycan Xalq Cümhuriyyətində kənd təsərrüfatının, maddi sərvətlərin və mülkiyyətin nizamlanmasına rəhbərlik edən icra orqanıdır.1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qərarı ilə yaradılmışdı.
Fətəli xan Xoyskinin Tiflisdə təşkil etdiyi 1-ci Hökumət kabinəsində ilk əkinçilik və dövlət əmək naziri vəzifəsinə Əkbər Ağa Şeyxülislamov təyin olunmuşdu.
Azərbaycan Milli Şurası və Hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdükdən sonra iyunun 17-də Xoyskinin Gəncədə təşkil etdiyi 2-ci Hökumət kabinəsində əkinçilik naziri vəzifəsinin icrası Xosrov Paşa bəy Sultanova tapşırıldı.
1918-ci ilin dekabrında Azərbaycan Parlamenti işə başladıqdan sonra Parlamentin tapşırığına əsasən dekabrın 26-da Xoyskinin təşkil etdiyi 3-cü Hökumət kabinəsində də əkinçilik və dövlət əmlakı naziri vəzifəsi Xosrov Paşa bəy Sultanova həvalə edildi.
1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü Hökumət kabinəsində bu vəzifə Aslan bəy Qardaşova həvalə olundu.
Həmin il dekabrın 26-da yenə də Yusifbəylinin təşkil etdiyi 5-ci Hökumət kabinəsində əkinçilik və dövlət əmlakı naziri vəzifəsini Əhməd Cövdət Pepinov tutdu.
Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin bütün məhkəmə və hüquq idarələri sisteminə və onların fəaliyyətinə nəzarət edən hökumət orqanıdır.1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə yaradılmışdı.
Fətəli xan Xoyskinin Tiflisdə təşkil etdiyi 1-ci hökumət kabinəsində ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədov olmuşdur.
Həmin il iyunun 17-də Fətəli xan Xoyski tərəfindən Gəncədə təşkil olunmuş 2-ci Hökumət kabinəsində özü Nazirlər Şurasının sədri vəzifəsi ilə yanaşı, ədliyyə naziri vəzifəsini də icra etmişdir.
1918-ci il iyunun 27-də keçmiş Tiflis məhkəmə palatasının üzvü Teymur bəy Makinski nazirin müavini təyin olunmuşdu.