text
stringlengths
9
739
Bundan sonra Krım tatarları tərəfindən istifadə edilmişdir.
30 iyun 1991-ci il tarixində Krım tatarlarının Beynəlxalq himni olarak qəbul edilmişdir.
Marş, rusçaya Liliya Bucurova tərəfindən çevirilmişdir.
Azərbaycanın səs salan layihələrinə imzasını atan Ruslan Sabirli karyerasına müxtəlif reklamlarda rol almaqla başlamışdır və hal-hazırda da onun təsvirinə ən prestij brendlərin siması kimi efirlərdə və bilbordlarda rast gəlmək mümkündür.
Kinoya ilk gəlişi "Qayınana" serialına qonaq aktyor kimi dəvət alması ilə başladı və yaratdığı obrazla tamaşaçıların böyük marağına səbəb oldu.
Dərhal ardınca isə Həyat varsa layihəsinin "Xəyanət", "Əsl Sevgi" və "Sürücü" filmlərində baş rollar aldı.
Ən böyük şöhrəti isə baş rollarını canlandırdığı "Muradına çatan Günəş" serialındakı kapitan Murad və "Sənə inanıram" serialındakı iş adamı Həmid obrazı ilə qazandı.
Ruslan Sabirli kino və serial aləmində bir-birindən fərqli rollarla tamaşaçıların görüşünə gəldi.
Uğurlu layihələrdə müxtəlif obrazlara həyat verərək yeni dövrün ən uğurlu kinoaktyorları cərgəsinə girdi.
Qafqazda Facebook.com və Odnoklassniki.ru sosial şəbəkələrində təsdiqlənmiş profil statusunu alan ilk tanınmış insandır.
Ruslan Sabirli Azərbaycanda böyük uğur qazanmış, cəmiyyətdə kitab və mütaliənin təbliğinə; eləcə də gənc kinematoqrafçıların, yazıçıların kəşf edilməsi və tanıdılması istiqamətində ölkənin bir nömrəli layihəsi olan kitab və kinonu özündə birləşdirən Buktreyler Festivalının təsisçisi və rəhbəridir.
Avropada aktyorluq və prodüserlik təhsilini aldıqdan sonra özünü prodüser kimi sınamağa qərar verən Ruslan Sabirli 2014-cü ildən ilk layihəsi - Buktreyler Festivalı üzərində çalışmağa başlayır.
Beləliklə, o, 2016-cı ildə ilk Buktreyler Festivalını tamaşaçılarına təqdim edir.
Festival cəmiyyətdə o qədər böyük maraq doğurur ki, Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi kimi qurumlar və Azercell, Libraff kimi şirkətlər tərəfdaş qismində çıxış edirlər.
Yaradıldığı ilk gündən festival Respublikanın müxtəlif bölgələrindən olan və müxtəlif sahələrdə çalışan gəncləri öz ətrafında birləşdirməyi bacarır.
Qalmaqal teleserialının "üçüncümövsüm"ünün premyerası 3 oktyabr 2013-cü ildə ABŞ-ın ABC telekanalında baş tutmuş, yekun seriya isə 17 aprel 2014-cü ildə efirə verilmişdir.
Mövsüm on səkkiz seriyadan ibarətdir.
Üçüncü mövsümdə də, Şonda Rayms serialın şouranneri olmağa davam etmişdir; mövsümün istehsalı ilə ABC Studios və ShondaLand Production Company birlikdə məşğul olmuşlar.
Əvvəlki mövsümlər kimi də, üçüncü mövsümdə də seriyalar cümə axşamları 22.00-da efirə verilmişdir.
Üçüncü mövsümdə də Oliviya Pouo və onun partyorları, həmçinin Ağ ev sakinlərinin süjet xəttləri inkişaf etdirilir.
Üçüncü mövsümün əsas aktyor heyətinə on aktyor daxildir; bu rolların ifaçıları hamısı əvvəlki mövsümlərdə də çəkilmişdilər, yeddi aktyor isə ilk mövsümdən serialın aktyor heyətində qalmağa davam edir.
Əsas rolun ifaçısı olan aktrisa Kerri Vaşinqton üçüncü mövsümdə aktyor işinə görə, Dram serialında ən yaxşı qadın rolu nominasiyasında NAACP Image Award mükafatına layiq görülmüş, Ekran Aktyorları Gildiyasının mükafatı, Qızıl qlobus mükafatı, Emmi mükafatına namizəd göstərilmişdir.
9 may 2014-cü ildə ABC telekanalı serialın dördüncü mövsümünün çəkiləcəyini açıqlamışdır.
Üçüncü mövsümün əsas mövzuları Fitsin ikinci müddət üçün prezidentliyə seçilməsi, Atası ilay Poupun Oliviyanın həyatına qayıtmaq istəyi, anası Maya Lyuisin isə 20 il ərzində ölmüş hesab edilməsinə baxmayaraq sağ olması və terrorist kimi tanınmasıdır.
Mətbuatın Oliviya və Fitsin münasibətlərindən xəbər tutmasından sonra bütün müştərilər Oliviyanın komandasından üz döndərirlər, şirkət ciddi maddi çətinlik qarşısında qalır və bu vəziyyətdən çıxış üçün komanda şübhəli nüfuza malik olan şəxslərlə işləməyə məcbur olur.
Atasının Oliviyanın həyatına qarşımaq cəhdləri ona mənfi təsir edir.
Oliviyanın vəziyyətindən narahat olan Ceyk və Qek B613-ün fəaliyyəti ilə bağlı araşdırmaya başlayır.
Tezliklə, onlar "Reminqton əməliyyatı" adlı məxfi əməliyyat haqqında məlumat alırlar.
Əməliyyat çərçivəsində o zaman hərbi qulluqçu olan Fits islandiya üzərində sərnişin təyyarəsini vuraraq qəzaya düşməsinə səbəb olmuş, qəzada 300 nəfər həlak olmuşdur ki, onlardan da biri Oliviyanın anasıdır.
Oliviya bu haqqda öyrəndikdə, Fitsin yanına gedərək məlumatı dəqiqləşdirmək istəsə də, o, cavab verməkdən imtina edir.
Əməliyyat haqqında həqiqətləri öyrənməyə qərarlı olan Oliviya komandasına araşdırmaları davam etdirməyi tapşırır.
Araşdırma nəticəsində bəlli olur ki, reysdən bir nəfər federal marşalın göstərişi ilə düşürülmüşdür, lakin həmin şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmur.
Kuinn Çarli ilə münasibət qurmağa çalışır və bundn istifadə edən Çarli, həmin sərnişinin kimliyini təsdiqləyə biləcək yeganə şahidin öldürülməsini ona həvalə edir.
Bu haqqda məlumat alan Qek Kuinnə əziyyətlər verir.
Fits başa düşür ki, seçkilərdə onun ən əsas rəqibi konqresvumen Cozefina "Cozi" Markus ola bilər.
Lakin, namizəd ola bilmək üçün Markus partiyadaxili seçkilərdə Demokrat partiyasından olan əsas namizəd Semuel Restona qalib gəlməlidir.
Sayrus Cozini zərərsizləşdirməyə cəhdlər etsə də, onun bütün cəhdləri uğursuzluqla nəticələnir.
Oliviya, Fitsin təyyarəni vurmasını öyrəndikdən sonra, onun seçki qərargahının rəhbəri olmaq təklifini rədd edərək Markusla işləməyə başlayır.
Lakin, bacısı ilə yaşanmış hadisədən sonra, konqresvumen namizədliyini geri götürməli olur.
Məlum olur ki, təyyardən düşürülmüş sərnişin, Oliviyanın iyirmi ildir ki, ölmüş hesab edilən anasıdır.
Rouen həyat yoldaşının ölümünü saxtalaşdıraraq onu həbsxanaya salmışdır.
Maya həmin həbsxanadan qaçır və artıq böyümüş qızı ilə görüşür.
Rouen həbsdən qaçmış Mayanı ələ keçirmək üçün onun adını təhlükəli terroristlər siyahısına salsa da, Oliviya prezidentin köməkliyi ilə anasını Honkonqa uçan təyyarəyə oturda bilir.
Təyyarə getdikdən sonra isə Oliviya anasının həqiqətən də Mari Uolles adlı məşhur terrorist olmasını öyrənir.
Roueni həbs etdirən Fits onu Pentaqonda saxlayır.
Oliviya anasının həbs olunması üçün prezidentə müraciət etsə də, Uolles qaça bilir.
Sayrus müəyyənləşdirir ki, vitse-prezident Salli Lenqston qarşıdan gələn seçkilərdə Fitsi dəstəkləmək fikrində deyil və müstəqil namizəd kimi öz namizədliyini irəli sürməyi planlaşdırır.
Sayrus hiss edir ki, Sallinin əri Deniel Duqlas onun əri Ceymslə maraqlanır.
Salliyə qarşı istifadə etmək üçün, Sayrus, öz əri və Duqlas arasında romantik görüş təşkil edərək onların şəkillərini çəkdirir.
Lakin, Ceyms, ərinin onu siyasi oyunlarda istifadə etmək istəyini başa düşür və qisas almaq üçün Duqlasla cinsi əlaqəyə girir.
Salli ərinin ona kişi ilə xəyanət etdiyini öyrənərkən qəzəblənir və onu öldürür.
Daha sonra Sayrusa zəng edən Salli qətlin üstünün örtülməsi üçün ondan kömək istəyir.
Ceyms Duqlasın rəsmi ölüm səbəbinə inanmır və fikirlərini Devid Rouzenlə bölüşür.
Təhqiqata başlayan Devid tezliklə Milli Təhlükəsizlik Agentliyində işləyən bir xanımda Salli və Sayrusun həmin gecəki telefon danışığının səsyazmasının olmasını öyrənir.
Oliviya Fitsin seçki qərargahının rəhbəri olmağa razılaşır, Salli isə müstəqil namizəd olduğunu elan edir.
Azad olmuş vitse-prezident yerinə Fits, Kaliforniya qubernatoru Endryu Nikolsu təyin edir.
Nikols Melli ilə olan keçmiş romantik münasibətlərini bərpa etməyə çalşır.
Sayrus, Duqlasla bağlı həqiqətin heç zaman ortalığa çıxmaması üçün, Ceykdən Sallinin öldürülməsini tələb edir.
Ceyk isə, Sayrusun sübutları jurnalistə vermək istəyən əri Ceymsi öldürür.
Melli və Fitsin böyük uşaqları Karen və Cerri Ağ evə gəlirlər.
Onların seçkiqabağı təşviqat kompaniyasında dəstək kimi istifadə edilməsi planlaşdırılır.
Maya və Adnan Salif terrorist Dominik Bellə əməkdaşlıq edərək bomba əldə edirlər.
Sallinin kilsədə olduğu vaxt bomba partladılır.
Sağ qalan Salli təcili olaraq yaralılara kömək etməyə başlayır.
Canlı efirdə göstərilən bu kadrlar onun reytinqlərinin qalxmasına səbəb olur.
Demək olar ki, seçkilərin nəticəsi artıq məlumdur; Oliviya və Sayrus Fitsin məğlub olacağını düşünürlər.
Vəziyyəti dəyişmək istəyən Rouen Gizli xidmətin əməkdaşı Toma Fitsin oğlu Cerrini öldürməyi tapşırır.
Cerrinin faciəvi ölümü seçkilərin nəticəsinə təsir edərək Fitsin yenidən prezident seçilməsinə səbəb olur.
Oliviya atasının məsləhətinə qulaq asaraq, Ceyklə birlikdə Vaşinqtonu tərk edərək adaya yola düşür.
10 may 2013-cü ildə ABC telekanalı "Qalmaqal”" serialının üçüncü mövsümünün çəkiləcəyini elan edir.
ABC telekanalında göstərilən digər teleseriallar kimi "Qalmaqal”" serialının da üçüncü mövsümü 2013-2014 efir mövsümündə iki yerə bölünmüşdür; ilk on seriya Yeni ildən əvvəl göstərilmiş və yayım 26 fevral 2014-cü ilə kimi dayandırılmışdır.
7 dekabr 2013-cü ildə ABC Studios əsas rolu canlandıran aktrisa Kerri Vaşinqtonun hamiləliyi ilə əlaqədar olaraq seriyaların sayı 22-dən 18-ə qədər azaldılıb; mövsüm finalı isə planlaşdırıldığından dörd həftə əvvəl, 17 aprel 2014-cü ildə efirə verilmişdir.
9 may 2014-cü ildə ABC telekanalı serialın dördüncü mövsümünün çəkiləcəyini və 2014-cü ilin yazında efirə veriləcəyini elan etmişdir.
Üçüncü mövsümün əsas aktyor heyətinə on aktyor daxildir; bütün bu aktyorlar əvvəlki mövsümlərdə rol almışdılar, yeddi aktyor isə birinci mövsümdən əsas aktyor heyətində qalmışdır.
Kerri Vaşinqton serialın protaqonisti, böhran meneceri işi ilə məşğul olan keçmiş Ağ ev ictimayətlə əlaqələr direktoru Oliviya Poup rolunda geri qayıtmışdır.
Skott Foli Kapitan Ceyk Ballard rolunu canlandırmışdır.
Kolambus Şort Oliviyanın şirkət işçisi Harrison Rayt, Derbi Stençfild Ebbi Uilan rolunu canlandırmışdır.
Keti Lous mövsümün ortasında, B613-də işləmək üçün Oliviyanın şirkətini tərk etmiş Kuin Perkins, Gilyermo Dias ciddi psixoloji problemləri olan Qek rolunu canlandırmışdır.
Ceff Perri həyat yoldaşı ölmüş Ağ ev aparatının rəhbəri Sayrus Bin rolunu canlandırmışdır.
Coşua Malina federal prokuror vəzifəsinə bərpa olunmuş Devid Rouzeni canlandırmışdır.
Bellami Yanq vitse-prezident Endryu Nikolsla romanı olan birinci xanım Melli Qrantı, Toni Qolduin isə prezident III Fitcerald Fits” Tomas Qrantı canlandırmağa davam etmişdir.
14 iyun 2013-cü ildə aktyor Skott Folinin əsas heyət aktyoru kimi çıxış edəcəyi elan olunmuşdur.
28 avqust 2013-cü ildə aktrisa Liza Kudrounun üçüncü mövsümün bir neçə seriyasında konqresvumen Cozefina Markus rolunu canlandıracağı təsdiqlənmişdir.
Daha sonra Şonda Rayms, özünün "Şəxsi təcrübə”" adlı tamamlanmış serialında oynamış aktyor Pol Adelşteyni Oliviyanın rəqibi olan Leo Bergen roluna dəvət etmişdir.
23 sentyabr 2013-cü ildə aktrisa Salli Pressmanın konqresvumen Cozi Markusun bacısını canlandıracağı elan edilmişdir.
Aktyor Cek Koulman vitse –prezident Salli Lenqstonun həyat yoldaşı Deniel Duqlas rolu ilə serialın aktyor heyətinə qoşulmuşdur.
5 noyabr 2013-cü ildə aktrisa Handi Aleksanderin Oliviyanın anasını canlandıracağı və onun personajının mövsümün süjetinin inkişafına ciddi təsir edəcəyi elan edilmişdir.
6 dekabr 2013-cü ildə Con Tenni vitse-prezident kürsüsünə namizəd və birinci xanımın sevgilisi Endryu Nikols rolunu canlandırmışdır.
6 fevral 2014-cü ildə Dilan Minnettt və Madlen Kerrollun prezidentin övladları Cerri və Kareni canlandıracaqları bildirilmişdir.
"Qalmaqal”" serialının üçüncü mövsümü tənqidçilər tərəfindən müsbət qarşılanmış, əksər tənqidçilər ikinci mövsümdə əldə edilmiş yüksək nəticənin üçüncü mövsümdə də saxlanması ilə serialın gözlənilən ümidləri doğrultduğunu qeyd etmişlər.
Rəy aqqreqatoru Rotten Tomatoes 7 tənqidçinin rəyi əsasında filmi 100 % təravətli 9/10 balla qiymətləndirmişdir.
Saytın konsesusunda deyilir ki, "Qalmaqalın üçüncü mövsümündə personajların çiçək kimi açılması sayəsində serial valehedici olmuşdur.”" Üçüncü mövsümün premyerası sosial şəbəkələrdə 712877 müzakirəyə səbəb olaraq cümə axşamı gecə yayımlanan ən məşhur şou olmuşdur.
Baş rol ifaçısı Kerri Vaşinqton canlandırdığı personaja görə Emmi və Qızıl qlobus mükafatlarına namizəd göstərilmişdir.
Üçüncü mövsümün pemyerası ekranların qarşısına 10,5 milyon izləyici toplaya bilmişdir ki, bu da ikinci mövsümün birinci seriyasının göstəricisindən 71 % çox olmuşdur.
Mövsümün final seriyasını 10.5 milyon nəfər izləmişdir ki, bu da ikinci mövsümün final seriyasının göstəricisindən 15 % çoxdur.
Üçüncü mövsümün ortalama izləyici sayı 11,5 milyon olmuşdur ki, bu da ikinci mövsümün göstəricilərini 39 % artıq olmuşdur.
Beləliklə, Qalmaqal” serialının üçüncü mövsümü ABŞ-da 2013-2014 televiziya mövsümünün ən reytinqli serialı olmuşdur.
Georgi Leonidzenin Tar haqqında mahnı” adlı şeirləri Əlixan Binnətoğlu tərəfindən Azərbaycan dilinə tərcümə edilib.
Mirzə Maşov 1991-ci ildə təsis edilən "Dayaq" Gürcüstan Azərbaycanlıları Assosiasiyasının yardılmasında Əlixan Binnətoğlu birlikdə yaxından iştirak etdi və təsis konfransında həmin Assosiasiyanın içraçı katibi təyin seçildi.
Mirzə Maşov 1998-ci ilə qədər "Dayaq" Gürcüstan Azərbaycanlıları Assosiasiyasının icraçı katibi vəzifəsini tutmuşdur.