text
stringlengths
9
739
Vendersin fikrinə görə Ozunun əsərləri – yüz saat proyeksiyada bir-tək uzun filmdir və bu yüz saat – dünya kinosunun ən müqəddəs sərvətidir”.
Jan-Mark Ero — Fransa dövlət xadimi və siyasətçisi, Fransa Sosialist partiyasının üzvü, 14 mart 1977-ci ildən 20 mart 1989-cu ilədək San- Erbelanın Meri, 20 mart 1989- 21 iyun 2012-ci ilədək Nantın Meri, 15 may 2012-ci ildən 31 mart 2014-cü ilə qədər Fransanın Baş Naziri, 11 fevral 2016-cı ildən 10 may 2017-ci ilədək Fransanın Daxili işlər Naziri vəzifəsində çalışmışdır.
Jan-Mark Ero 1950-ci ildə yanvarın 25-də Molevrədə dünyaya gəlib.
Sonralar Nantes Universitetində almanca təhsil alır.
1969-1970-ci illərdə isə Cənubi Amerikanın Vürzburq şəhərində təhsil alır.
O bir il sınaq müddəti üçün Nant bölgəsində qalır.
1973-cü ildə Milli Məclisə üzv seçilir.
1986-cı ildə qonşu San-Erblen şəhərində Alman dili müəllimi işləmişdir.
1997-2012-ci illərdə Fransanın Milli Məclisində sosialistlərin parlament fraksiyasının sədri; 1986, 1988, 1993, 1997, 2002, 2007 və 2012-ci illərdəAtlantik Lorie Departamentindən Fransa Milli Məclisinin üzvü oldu.
1976-1982-ci ildə Atlantik Lorie Departamentinin baş müşaviri seçilir.
2002 və 2008-ci illərdə Nant-Metropol icmasının idarə Heyətinin üzvü seçilir.
31 mart 2014-cü ildə Jan-Mark Ero bələdiyyə seçkilərində sosialistlərin uğursuzluqlarına görə tutduğu vəzifədən istefa verdi.
11 fevral 2014-cü ildə Loran Fabiusun istefasının ardından Xarici işlər Naziri təyin edildi.
1918-ci ilin may ayında Şərqin ilk demokratik respublikasının - Azərbaycan Cümhuriyyətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri də iqtisadi müstəqilliyin təmin olunması və müstəqil maliyyə-fiskal-vergi sisteminin qurulması idi.
Mövcud olduğu 23 ay müddətində dövlətin iqtisadi siyasətini həyata keçirəcək nazirlik və müvafiq qurumlar təsis edildi, dövlətin iqtisadi tənzimləmə fəaliyyətini təmin etmək və gücləndirmək üçün büdcə-fiskal siyasətinin istiqamətləri müəyyənləşdirildi.
"Cari dövr üçün maliyyə-fiskal siyasət."
"Cümhuriyyət özünün imkanlarını müəyyən etdikdən sonra həyata keçirdiyi maliyyə-vergi siyasəti."
Bu siyasətin əsas prioritetləri isə vergilərin artırılması deyil, tədiyyə qabiliyyətinin yüksəldilməsi yolu ilə vergilərin tədricən azaldılmasına üstünlük verilməsi idi.
Nazirlər Kabineti müstəqil büdcə quruculuğuna və vergi işinin təşkilinə mühüm yer verirdi.
1918-ci ilin sonlarında Azərbaycanda müstəqil dövlətin büdcə quruculuğu təcrübəsinin əsası qoyuldu.
Vergi siyasətini həyata keçirmək məqsədilə parlamentin 1919-cu il iyunun 17-də qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyi təsis olundu.
Yeni quruma vergi müvəkkillərinin və vergi məntəqələrinin fəaliyyətini nəzarətdə saxlamaq və təftiş etmək səlahiyyətləri verildi.
Həmin dövrdə Vergi polisinin təsis edilməsi nəzərdə tutulsa da, hökumət bu qurumun fəaliyyətini məqsədəuyğun hesab etməmişdi.
Vergi Müfəttişliyinin yaradılması və fəaliyyətə başlaması ilə vergi orqanlarının mərkəzi və yerli şəbəkəsi formalaşdırıldı.
Cümhuriyyətin vergi siyasəti ilə bağlı mühüm addımlardan biri həmin dövr üçün xüsusi aktuallıq kəsb edən aksiz vergilərinin toplanmasını təmin etmək idi.
Bu məqsədlə aksiz idarələri yaradılmışdı.
idarələr Bakı, Gəncə quberniyaları və Zaqatala dairəsi daxil olmaqla mərkəzləşdirildi, qəza rəislərinin vergi yığmaq funksiyası ləğv olundu.
Vergi müfəttişliyi ilə bərabər, şəhər özünüidarəetmə orqanları da bəzi vergilərin toplanmasına kömək edirdi.
Hökumətin vergi növləri aşağıdakı tədiyyələr üzrə müəyyənləşdirilmişdi: Azərbaycan Cümhuriyyətinin hakimiyyətinin ilk illərində ölkənin maliyyə vəziyyəti qənaətbəxş deyildi.
Xəzinənin əsas gəlir mənbəyi olan neft sənayesində durğunluq yaranmış, Batumi limanı ilə xaricə ixracın həcmi xeyli azalmışdı, əsas alıcı ölkə olan Rusiya ilə münasibətlərin gərginləşməsi neft sənayesini ağır vəziyyətə salmışdı.
Xəzinənin əsas mənbəyi olan neftdənkənar sahələrin inkişafı da zəif idi.
Ölkənin ixracının əsasını təşkil edən neft sənayesi dağılmış, ağırlıq ərzaq-əmtəə məhsullarının üzərinə keçmişdi.
Parlamentdə və hökumət strukturlarında neft sənayesinin aksiz vergisinə cəlb edilməsi, yaxud dövlət inhisarına verilməsi məsələsi ətrafında geniş müzakirələr başlandı.
Məqsəd Bakı neftindən xəzinəyə daha çox gəlir daxil olmasını təmin etmək idi.
Geniş müzakirə və diskussiyalardan sonra liberal iqtisadiyyata üstünlük verilməsi, neft məhsullarının sərbəst satışı yolu ilə büdcəyə müəyyən məbləğin köçürülməsi məqsədəuyğun hesab olundu.
Bununla əlaqədar aksiz rüsumları haqqında nizamnamə qəbul edildi.
Neft məhsulları aksizlərinin, gömrük rüsumlarının və dəmir yolu üzrə vergi dərəcələrinin artırılması məqsədəuyğun hesab olundu.
Nazirlər Kabineti tərəfindən 1918-ci il oktyabrın 1-də neft sənayesinin özəlləşdirilməsi barədə dekret imzalandı və bu qərar həmin sahədə vergi tənzimlənməsində müsbət rol oynadı.
1919-cu ilin ortalarında dövlət vergi siyasətinin formalaşmasında əsas rol oynayan ən mühüm qanun qəbul olundu ki, bu da ölkənin maliyyə-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edirdi.
Qanun birbaşa vergilərin təyin olunmuş vaxt və tarif dərəcələrini müəyyən edirdi.
Həmin növ vergilər hər 100 manatdan 30 manat olmaqla ilin başlanğıcında, fevralın 1-dən gec olmayaraq ödənilirdi.
Digər vergilər müxtəlif rüblər üzrə, gəlir vergisi isə ilin sonunda, gəlirin həcmi bəlli olandan sonra ödənilirdi.
Vergi Müfəttişliyi 1919-cu ilin büdcə zərfinin müzakirələri zamanı dövlət büdcəsinə daxil olan gəlir mənbələrini genişləndirmək məqsədilə əmtəə və xammalın istehsalını artırmaq, digər iqtisadi sahələri canlandırmaq təklifləri ilə hökumətə müraciət etdi.
Hökumət gəlir mənbələrinin artırılması təşəbbüsünü yüksək dəyərləndirərək bank fəaliyyətini canlandırmaq və banklara etibarı artırmaq üçün fəaliyyət planı hazırladı.
Məqsəd imkanlı şəxslərin əlində cəmləşmiş 100 milyonlarla rubl pulun milli iqtisadiyyata və ticarətə cəlb edilməsi idi.
Hökumətin həyata keçirdiyi siyasət nəticəsində 1919-cu ildə dövlət büdcəsinə ödənilən vergilərin həcmində əvvəlki illə müqayisədə artım qeydə alındı.
Büdcədə dolayı və neft mədənlərindən alınan vergilər gəlirlərin 52,3 %-ni təşkil edirdi.
Balıqçılıq təsərrüfatından daxil olan vergilər isə ümumi vergi gəlirlərinin təxminən 30 %-nə bərabər idi.
Gömrük daxilolmalarının payı vergilərdə 15 % idi.
Digər vergilərin ümumi payı isə 4-5 % təşkil edirdi.
Vergi siyasətində ən mühüm məqamlardan biri parlamentin 1919-cu il oktyabrın 2-də qəbul etdiyi qanuna əsasən, hərbi verginin ləğv edilməsidir.
1915-ci il aprelin 19-dan hərbi mükəlləfiyyətdən azad olunanlara tətbiq olunan verginin ləğvi hərbçilərdə yaranmış sosial narahatlığı da aradan qaldırdı.
Əli Qılınc, əsl adı Süleyman Asəf Əmrullah ya da daha çox bilinən adı ilə Qılınc Əli , türk hərbiçi və siyasətçi.
3 mart 1906-cı il tarixində "istanbul Gedikli Kiçik Zabitlər Məktəbi"ni bitirdikdən sonra, göstərdiyi üstün xidmətlərinə görə mayor rütbəsi almışdır.
I Dünya Müharibəsinə qatılmış, Çanaqqala döyüşlərində yaralanmışdır.
Qafqaz islam Ordusunda Nuru paşanın yavərliyini etmişdir.
Qafqaz islam Ordusu yaradıldığı zaman Ənvər paşanın qardaşı Nuru paşa onun komandanı təyin edildi.
Bu ordunun tapşırığı Qafqazda türk təsirini daha da artırmaq idi.
Əli Qılınc Nuru paşanın yavəri kimi Qafqaz islam Ordusunun bütün hərəkatlarında iştirak etmişdir.
Bakının azad edilməsindəki xidmətlərinə görə təltif edilmişdir.
Mudros barışığına görə Osmanlı qoşunları Azərbaycan Xalq Cümhuriyyətini tərk etməyə məcbur edildikdən sonra Anadoluya geri dönmüş və Türkiyə istiqlaliyyət Müharibəsində iştirak etmişdir.28 oktyabr 1919-cu ildə Mustafa Kamal Paşa tərəfindən Maraş, Antep ətraflarında "Qüvvə-i Millini" qurmaq tapşırıldı.
Bu bölgəyə gedərkən Mustafa Kamal Paşanın təklifi ilə, sonradan öz adı kimi istifadə edəcəyi kod adı Qılınc Əli adından istifadfə etdi.
Qarailan və Şahin bəy ilə birlikdə bu bölgədəki üsyanları yatırtdı və Kırşehir üsyançılarını darmadağın etdi.
Keferdiz ağası Xurşud ağanın iqamətgahını qərərgah olaraq istifadə etmişdir.
Xurşud ağanın 200-dən çox silahlı adamlarını kordinasiya etmişdir.
Xurşud ağanın şəxsi sərvəti ilə aldığı silah-sursatın Qüvvə-i Milliyə tərəfdarlarına çatdırılmasına nəzarət etmişdir.
Ağrı üsyanından sonra qurulan istiqlal məhkəmələrində üzvlük etmişdir.
Uğurlarına görə 21 oktyabr 1923-cü ildə Qırmızı-Yaşıl zolaqlı istiqlal Medalı ilə təltif edilmişdir.
1920-1938-ci illər arasında Qaziantep millətvəkili olaraq TBMM-də çalışmışdır.
7 iyun 1934-cü ildə polkovnik rütbəsi ilə ordudan ehtiyyata buraxılmışdır.
Xurşud ağanın Hatayın Türkiyəyə qaqtılması üçün Hatay prezidenti Tayfur Sökmenə verdiyi dəstəyin dövlətlə əlaqələndirilməsini təmin etmişdir.
1961-ci ildə Yeni Türkiyə partiyasının qurucularından olmuşdur.
Türkiyənin respublika tarixinin ilk qadın keramikaçısı Füreyya Koral ilə evlənmişdir.
Türk futbolçu və baş məşqçisi Gündüz Qılınc, yazıçısı Altemur Qılınc, Fahir Qılınc və Kəskin Qılıncın atasıdır.
14 iyul 1971-ci ildə istanbulda vəfat etmişdir.
Zincirliquyu məzarlığında dəfn edilmişdir.
Ağkörpü Tiflis quberniyasının Borçalı qəzasında kənd adı.
Ağkörpü - Tiflis quberniyasının Borçalı qəzasında kənd adı.
XIX əsrin 30-cu illərində kəndə Türkiyədən gəlmiş ermənilər yerləşdirilmişdir.
Həmin əsrin 70-ci illərində Opret kənd icmasına mənsub məntəqələrdən idi.
XIX əsrdə Yelizavetpol quberniyasının Zəngəzur qəzasında Yuxarı Ağkörpü və Aşağı Ağkörpü kənd adları ilə mənşəcə eynidir.
Ağ Körpü XVIII- XIX əsrlərdə Cənubi Qafqazda yaşamış bir türkmənşəli elin adı olmuşdur.
axc.preslib.az Topçubaşov-Çandler kontraktı — Parisdə Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşovla Nyu-York şəhərindən Amerika Birləşmiş Ştatları Konqresi nümayəndələr palatasının üzvü Valter Çandler arasında Azərbaycanın mənafelərini müdafiə etmək haqqında imzalanmış müqavilə.
Müqaviləyə görə, Çandler 3 ay müddətinə Azərbaycan Xalq Cümhuriyyətinin mənafeyini və müstəqilliyini müdafiə etməyi öz üzərinə götürürdü.
Ufa direktoriyası — Oktyabr çevrilişindən sonra Ufada bolşeviklərə qarşı yaradılmış hakimiyyət orqanı.
1918-ci il sentyabrın 23-dən noyabrın 18-dək fəaliyyət göstərmişdir.
Ufa direktoriyası oktyabrın 9-da Ufadan Omska köçmüşdü.
Direktoriya Rusiyanın yenidən birləşdirilməsi uğrunda mübarizə aparır, Avstriya-alman blokuna qarşı müharibənin davam etdirilməsi tərəfdarı kimi çıxış edirdi.
Sibir, Ural və Uzaq şərqdə Kolçak hakimiyyətinin bərqərar edilməsinə kömək göstərirdi.
Lakin Kolçak 1918-ci il noyabrın 18-də çevriliş edərək Ufa direktoriyasını da qovmuş, özünün hərbi diktaturasını qurmuşdu.
General Biçeraxov Kolçakla əlaqə yaratmışdı.
O, Bakıya müdaxilə edən ingilis hərbi qüvvələrinin komandanı Tomsonla əlaqə yaradaraq.
Kolçak hökumətinə tabe olmadığı halda, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini buraxmağa təhrik edirdi.
Lakin Biçeraxovun dövlət çevrilişi cəhdlərinin üstü açıldıqdan sonra, onun hərbi hissələri buraxıldı.
.MAO neyronun hüceyrə daxili stress hormonları parçalayır.KOMT isə hüceyrələrin sinapslar arası stress hormonları parçalayır.
Ağ Təklə Tiflis quberniyasının Tiflis qəzasında kənd adı.
Ağ Təklə- Tiflis quberniyasının Tiflis qəzasında kənd adı.
Gürcücə yazılış forması Aqtaqla.
Təklə tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir.
Bəzi tədqiqatçıların toponimin "ağ" komponentini "şərq", Qara Təklə adında qara sözünün "qərb" mənasında olması fikri düz deyil.