Unnamed: 0
int64 0
5.23k
| text
stringlengths 16
2.03k
| answer
stringlengths 15
2.16k
|
---|---|---|
5,215 | Salam. Bir sual vermək istəyirəm. Nigaha daxil olarkən qızlıq soyadımı dəyişmək istəmirəm. Onun ilə birlikdə həyat yoldaşımın soyadından daşıya bilərəmmi? | Nikahın qeydə alınması zamanı ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçəyaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişdirməsinə səbəb olmur. Nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir. |
5,216 | Salam men naxçivan qeydiyyatiyam sexsiyyet vesiqenin vaxti bitib bakidan yenisin ala bilerem ? | Nəzərinizə çatdırırıq kiNaxçıvan Muxtar Respublikası “ASAN xidmət” mərkəzlərinin əhatə dairəsinə aid olmadığından şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi xidməti ilə bağlı “ASAN xidmət” mərkəzlərinə müraciət etməyiniz mümkün olmayacaq. |
5,217 | Salam fin kod nedir yeni nesil vesiqelerde hansi hissededi? | Şəxsiyyət vəsiqəsinin aşağı hissəsində yerləşən kodun sonuncu simvol nəzərə alınmamaqla son 7 simvolu Sizin FİN Kodunuzu təşkil edir. Yeni nəsil şəxsiyyət vəsiqələrində isə FİN kod aşağı sağ küncdə yerləşən 7 simvoldan ibarət olan koddur. |
5,218 | Salam.sabah asan imza almaq ucun muraciet etmek olar?bugun xidmet dayandirilmiwdi | Qeyd edək kivətəndaş müraciəti çox olduğu halda növbə verilməsi müvəqqəti dayandırılır. Bu barədə öncədən məlumat qeyd etməyimiz mümkün olmur. |
5,219 | Salam bosanma erizesi elektron qaydada yazilirsa onu nece legv etmek olar? | Qeyd edək kibununla bağlı məlumatı ərizə yazdığınız qurumla dəqiqləşdirə bilərsiniz. |
5,220 | Zaks ucun hansi analier verilir xais cavab vererdiz | Nikaha daxil olmaq istəyən şəxslər aşağıdakı xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər: 1.hemoqlobinopatiyalar: 1.1. böyük beta-talassemiya; 1.2. aralıq beta-talassemiya; 1.3. drepanotalassemiya; 1.4. oraqvari hüceyrəli anemiya; 2. İİV/QİÇS; 3. sifilis. |
5,221 | Salam.şəxsiyyət vəsiqəsini deyişmək üçün rüsum nə qədərdi və neçə günə əldə etmək mümkündür vəsiqəni? | Zəhmət olmasadaimi qeydiyyatda olduğunuz rayonu bildirin. Şəxsiyyət vəsiqəsi hansı əsasla dəyişdirilir? Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq? |
5,222 | vaxtı bitdiyi üçün.heç bir dəyişiklik olmayacaq | ,zəhmət olmasadaimi qeydiyyatda olduğunuz rayonu bildirin. |
5,223 | Salam.Asan xidmetde nigah sertleri nelerdir,analiz asan xidmetde goturulur,evvelceden erize ile muraciet etmek lazimdir,şərtlər nələrdir,rüsum nə qədərdir? | Nikahın qeydə alınması üçün tələb olunan tibbi arayışı istənilən “ASAN xidmət” mərkəzindən və istənilən dövlət tibb müəssisəsindən əldə etmək olar. “ASAN xidmət” mərkəzlərində bir nəfər üçün arayışın verilməsi ilə bağlı 9 manat ödəniş nəzərdə tutulub. Sənəd 5 – 9 iş günü müddətinə təqdim olunur. Tibbi arayışı əldə etdikdən sonra nikahın qeydə alınması ilə bağlı qeydiyyat məhdudiyyəti olmadığı üçün istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz. Əgər nikah digər VVADQ (ZAQS) şöbəsində qeydə alınacaqsaöncədən həmin şöbədən "ASAN xidmət" mərkəzi vasitəsi ilə verilən arayışın qəbul edilib-edilməyəcəyinə dair məlumatı dəqiqləşdirməyiniz xahiş olunur. Qeyd edək kitələb olunan tibbi arayışın digər tibb müəssisələrindən əldə olunması ilə bağlı məlumat əldə etmək üçün Səhiyyə Nazirliyinə müraciət edə bilərsiniz. Ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: http://asan.gov.az/az/service/asan-xidmetler/funksional-yardimci-xidmetler/tibb-xidmetleri/nikaha-daxil-olmaq-isteyen-sexslerin-tibbi-mueayineden-kecdiklerini-tesdiq-eden-arayisin-verilmesi |
5,224 | suraxanı rayonu | Nəzərinizə çatdırırıq kişəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. 253550 yaş tamam olduqdan sonra köhnə nümunəli şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı (məlumat dəyişikliyi olmayacağı halda) zəruri sənədlər: şəxsiyyət vəsiqəsidövlət rüsumunun ödənilməsi barədə qəbz. Yeni şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə əldə olunursa35 manat3 iş günü müddətinə əldə olunursa25 manat10 gün müddətinə əldə olunursa5 manat məbləğində dövlət rüsumu ödənilir. Yeni nümunəli şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsi ilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb. Nəzərinizə çatdırırıq kirüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsi ilə ödənilir. Bankın xidmət haqqı: 0.4 manat. |
5,225 | Sabahınız xeyir Balaken rayonuna ne vaxt geleceksiz | Nəzərinizə çatdırırıq ki“ASAN xidmət” in Səyyar qrupunun 28.03.2019 - 26.04.2019 tarixində Balakən rayonunda xidmət göstərməsi nəzərdə tutulub. Səyyar xidmət barədə məlumat əldə etmək üçün 9108 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. |
5,226 | Salam asan xidmet Zerdaba ne vaxt gelecey? | Nəzərinizə çatdırırıq ki“ASAN xidmət” in Səyyar qrupunun 28.03.2019 - 16.04.2019 tarixində Zərdab rayonunda xidmət göstərməsi nəzərdə tutulub. Səyyar xidmət barədə məlumat əldə etmək üçün 9108 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. |
5,227 | Salam. Hər vaxtınız xeyir. Mən bilmək istəyirəm əcnəbi vətəndaşlar üçün 5 illik daimi yaşayış vəsiqəsini vaxtı bitdikdən sonra asan xidmət mərkəzində dəyişmək mümkündür ya yox? Miqrasiya xidməti asan xidmət mərkəzində dəyişmək mümkündür dedi. | Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) xidməti ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət etmək olar. Daimi icazənin verilməsi (və ya müddətin uzadılması) ilə bağlı mövcud icazənin müddətinin bitməsindən 3 ay əvvəl müraciət etmək lazımdır. Müvafiq icazə əsasında azı 2 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər. Əsaslar barədə ətraflı məlumat əldə etmək üçün Miqrasiya Məcələsinin 45.0.1–45.0.7-ci maddələri ilə tanış ola bilərsiniz. Tələb olunan sənədlər və dövlət rüsumu barədə məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: https://asan.gov.az/az/service/asan-xidmetler/miqrasiya-xidmetleri/ecnebilere-ve-vetendasligi-olmayan-sexslere-azerbaycan-respublikasinin-erazisinde-daimi-yasamaq-icazesinin-verilmesi-mueddetinin-uzadilmasi |