Unnamed: 0
int64 0
6.93k
| url
stringlengths 41
313
| title
stringlengths 3
153
| author
stringclasses 256
values | category
stringclasses 371
values | date
stringlengths 17
23
| content
stringlengths 3
89.6k
| tags
stringlengths 6
314
|
---|---|---|---|---|---|---|---|
400 | https://kayzen.az/blog/qadinlar/23193/%C5%9F%C9%99fiq%C9%99-xan%C4%B1m-qasp%C4%B1ral%C4%B1-modernist-t%C3%BCrk-qad%C4%B1n%C4%B1.html | Şəfiqə xanım Qaspıralı: Modernist türk qadını | Apollon | Məşhur qadınlar | 3 iyun 2019, 13:03 |
Modernist türk millətçiliyinin önəm verdiyi dəyərlərdən biri türk qadınının ictimai-siyasi yaşamda fəal iştirakıdır. Aydınlanma sürəcindən cumhuriyyətin süqutunadək olan dönəmdə ictimai həyatda dəyər qazanan qadınlar oldu. Həmidə xanım Cavanşir, Hənifə xanım Mikayılova bu cür qadınlardan idi. Azərbaycanda kifayət qədər tanıdılmayan tanınmış şəxsiyyətlərdən biri də Şəfiqə xanım Qaspıralıdır.
Türk dünyasının aydınlarından İsmayıl bəy Qaspıralının qızı, Azərbaycan Xalq Cumhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəylinin xanımı.
Nəsib bəylə Şəfiqə xanım 1902-ci ildə Baxçasarayda tanış olublar. Həmin dönəmdə Novorossiysk universitetində təhsil alan tələbələr Krımda olarkən Qaspıralının ziyarətinə gəlirlər. Hüquq təhsil alan Nəsib bəy bu tanışlıqdan sonra Şəfiqə xanımla məktublaşmağa başlayır, daha sonra isə “Tərcüman” qəzetinin iyirmi illik yubileyinə dəvət edilir.
1906-cı ildə Nəsib bəylə Şəfiqə xanım ailə həyatı qururlar. Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlir, burada Şəfiqə xanım Nəsib bəyin ailəsi ilə tanış olur, daha sonra isə birlikdə yenidən Krıma qayıdırlar. Gəncədə yaşadığı təəssüratları Şəfiqə xanım öz dərgisində oxucalara çatdırır.
1912-ci ilədək Nəsib bəyin təhsili ilə əlaqədar Krımda qalırlar, bu müddətdə onların iki övladı dünyaya gəlir. Şəfiqə xanım mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu “Tərcüman” qəzeti vasitəsilə gəlir. Həmin dönəmdə gənc bir qızın qadın azadlığı ilə bağlı mövzulara toxunması olduqca önəmli idi. Məhz buna görədir ki, bu fəaliyyətini genişləndirərək 1906-cı ildə imperiyada yaşayan türklərin ilk qadın jurnalı olan “Qadın dünyası” (“Aləmi-nisvan”) dərgisini nəşr etdirir. Bu dövrdən etibarən artıq “Tərcüman” təkcə Qaspıralının deyil, Şəfiqə xanım və Nəsib bəyin də dəstəyi ilə çap olunur, sol düşüncəli Nəsib bəy Qaspıralı ilə fikir mübadiləsindən sonra millətçi görüşə sahiblənir.
1908-ci ildə Şəfiqə xanm Nəsib bəylə birlikdə Tərcümanın 25 illiyini keçirirlər. Fəqət Nəsib bəyin həmin dövrdə şəriət olaraq normal, lakin azadlıq carçısı bir xanımın düşüncəsi baxımından bağışlanmaz olan səhvi ailənin dağılmasına səbəb olur. Belə ki, Nəsib bəyin Gəncədə ikən bir qadınla dini nikahda yaşaması üzə çıxır və Şəfiqə xanım bunu bağışlamır.
Şəfiqə xanım Krıma qayıdır, 1914-cü ildə Qaspıralının dəfn mərasimində Nəsib bəylə görüşür, lakin onu yenə də bağışlamır, Yusifbəyli soyadından imtina edir.
Şəfiqə xanımla Nəsib bəyin münasibətləri sonrakı dönəmlərdə Nəsib bəyin uşaqların adına ünvanladığı məktublar vasitəsilə davam edir. Bu məktubların mətni, həmçinin ümumiyyətlə Şəfiqə xanımla Nəsib bəyin gənclik illərindən məktublaşmaları haqqında maraqlı məlumatlar Vilayət Quliyevin “Baş nazirin xanımı" adlı geniş məqaləsində mövcuddur.
Çar Rusiyasında baş verən dəyişikliklərdən sonra Şəfiqə xanım fəaliyyət sahəsini genişləndirir, daha böyük planlar üzərində çalışır.
1917-ci ilin aprelində o, Kazan şəhərində keçirilən Rusiya müsəlman-türk qadınları konqresinə nümayəndə seçilir.
1917-ci il mayın 1-11-nə qədər Moskvada Rusiya müsəlmanlarının Birinci konqresində Krımı təmsil edir.
1917-ci ilin aprelindən Şəfiqə xanımın rəhbərliyi ilə Krımda “Qadın komitələri” yaradılır.
1917-ci ilin dekabrında o, Gözləvdən Tatar Milli Qurultayına, 1918-1919-cu illərdə isə iki dəfə Krım Millət Məclisinə üzv seçilir.
Bağçasarayda İsmayıl Qaspıralı adına Darülmüəllimatın və Milli Muzeyin yaradılmasında, Gözəl Sənətlər Məktəbinin təsis edilməsində önəmli rol oynayır. Krımda milli qüvvələrin dövlətçilik uğrunda apardığı mücadiləyə dəstək verir. Fəqət Krım türklərinin bu fəaliyyəti çar Rusiyasının qəzəbinə düçar olur, 1918-ci il fevralın 23-də “Tərcüman” qəzeti qapadılır, mətbəə isə müsadirə edilir.
1919-cu ildə Şəfiqə xanım övladları ilə birgə Azərbaycana qayıdır.
Nəsib bəylə şəxsi münasibətləri düzəlməsə də, Şəfiqə xanım gənc Cumhuriyyətə öz töhfəsini verməyə başlayır. O, Xalq Maarifi Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kurslar təşkil edir. Lakin faicələr çox yaxında idi.
Cumhuriyyət devrilir, Nəsib bəy müəmmalı şəkildə öldürülür. Yeni rejim üçün Şəfiqə xanım düşmən olsa da, Xalq Maarif komissarlığında məktəbəqədər tərbiyə müəssisələri üzrə təlimatçı vəzifəsi verilir, həmçinin dərsliklərin tərcüməsi və nəşrində iştirak edir. Lakin bu prosesin uzun sürməyəcəyi aydın idi.
TBBM-in Bakıdakı təmsilçisi Memduh Şövketin səyi nəticəsində Şəfiqə xanım və ailəsi Türkiyəyə gətirilir. Türkiyədə olarkən digər Qaspıralı övladları kimi səfalət içində yaşasa da, uşaq evlərində, Hilali-Əhmərdə (Qızıl Ay), tərcüməçilik sahəsində çalışaraq həyatla mübarizə aparır.
1930-cu ildə Türkiyədə Krım Qadınlar Cəmiyyətini təsis edir. Övladlarına ali təhsil verir. İllər boyu topladığı zəngin arxivini tədqiqatçı Nəcib Həbləmitoğluna bağışlayır. Sonuncu isə “Şəfiqə Qaspıralı və Rusiyada türk qadın hərəkatı (1893-1920)” adlı Azərbaycan tarixi üçün də mühüm olan bir kitab dərc etdirir.
1975-ci ilin avqustunda Şəfiqə xanım Türkiyədə həyata göz yumur.
Türk qadınlarına örnək olacaq fədakar bir qadın obrazına çevrilir.
Dilqəm Əhməd
kultura.az
| ['qadın', 'cəsur qadın', 'maarifçi qadın', 'Şəfiqə xanım Qaspıralı', 'Şəfiqə Qasprinskaya', 'Şəfiqə Qaspıralı'] |
401 | https://kayzen.az/blog/edebiyyat/23389/mademuazel-koko-%7C-gi-de-mopassan.html | Mademuazel Koko | Gi de Mopassan | Apollon | Ədəbiyyat | 3 iyun 2019, 13:01 |
Biz psixiatriya xəstəxanasından çıxanda həyətin bir küncündə ucaboy, arıq bir kişi hansısa xəyali iti çağırırdı. Kişi elə hey mülayim, zəif səslə təkrar edirdi:
– Koko! Bura gəl, əzizim! Yanıma gəl, Koko!
Kişi belə deyib əlini dizinə çırpırdı, adətən insanlar heyvanı yanlarına çağıranda belə edirlər. Mən xəstəxananın həkiminə həmin kişini göstərib soruşdum:
– O arıq kişi kimdir? Niyə bu xəstəxanaya düşüb?
– Ah, o arıq kişini deyirsən? O heç də maraqlı insan deyil! O Françoz adında bir faytonçudur. O itini çayda boğub öldürəndən sonra dəli olub!
Mən həkimdən xahiş etdim ki, o kişinin başına gələnləri mənə danışsın.Adətən belə adi, yazıq görkəmli insanlar ürəyimizə daha çox təsir edir. Həkimə həmin kişi haqda onun dostu olan mehtər danşıb. Budur, həmin arıq kişinin həyat hekayəsi:
– Parisin kənarında yaşayan varlı bir burjua varmış. Sena çayının sahilində onun böyük malikanəsi varmış. Françoz bu ailənin faytonçusu imiş. O çox xeyirxah, mərhəmətli, sadə bir insanmış, onu aldatmaq çox asanmış.
Bir gün o işdən qayıdanda arxasınca bir it düşür. Əvvəlcə o itə əhəmiyyət vermir, amma görəndə ki, it ondan əl çəkmir, o geri dönüb itə baxır, bilmək istəyir ki, bu iti tanıyır, ya yox. Yox, o bu iti tanımır. Dişi it imiş, dəhşətli dərəcədə arıq imiş. İt dayanmadan faytonçunun arxasınca qaçır, ona baxanda ac olduğu açıqca hiss olunurmuş. Françoz iti qovmaq istəyir.
– Rədd ol! Rədd ol!
İt bir neçə addım geri çəkilir, şöngüyüb gözləməyə başlayır. Elə ki faytonçu yoluna davam edir, it yenidən onun arxasınca qaçır.
Kişi aşağı əyilir, özünü elə göstərir ki, guya yerdən daş götürür. İt bir az uzaqlaşır, amma yenidən kişinin arxasınca gedir.
Nəhayət, faytonçu Françozun bu itə yazığı gəlir, onu səsləyib yanına çağırır. İt qorxa-qorxa ona yaxınlaşır. Françoz onun belini tumarlayır, onun miskin görkəminə baxıb kövrəlir.
– Gəl, gəl gedək!
İt həmin dəqiqə quyruğunu bulayır. Sanki hiss edir ki, faytonçu onu qəbul edib, tez təzə sahibindən qabağa qaçır.
Françoz tövlədə itə samandan yer düzəldir, sonra mətbəxə gedib ona çörək gətirir. Çörəyi yeyəndən sonra it yatır. Malikanə sahibi it haqda eşidib faytonçuya onu saxlamağa icazə verir. İt çox sədaqətli imiş.
Françoz iti çox sevirmiş, elə hey təkrar edirmiş:
– Bu it insan kimidir. Sadəcə danışa bilmir.
Françoz itə qırmızı dəridən xalta düzəltdirir, xaltanın üstündəki mis lövhəyə aşağıdakı sözlər həkk edibmiş: Mademuazel Koko, faytonçu Françoza məxsusdur.
Koko ildə 4 dəfə balalayırmış. Françoz hər dəfə itin balasından birini götürər, o biri küçükləri isə insafsızcasına çaya atırmış.
Əvvəlcə bağban itlərdən şikayət edir, bir müddət sonra aşpaz şikayətlənir. Çünki itlər hara gəldi girirmiş, sobanın altına, buz qutusuna, kömür yeşiyinə. İtlər həm də nə görsələr oğurlayırmış. Malikanə sahibi şikayətlərdən təngə gəlir, Françoza əmr edir ki, Kokonu rədd etsin. Faytonçu Kokonu azdırmaq istəyir. Onu yük maşınının sürücüsünə verir ki, Parisin o biri tərəfinə aparıb orda azdırsın. Koko elə həmin gün geri qayıdır, çox yorğun halda, ayaqları yaralı vəziyyətdə.
Françoz bir qərar qəbul etməli idi. Qatar bələdçisinə beş frank verir, tapşırır ki, iti Qavr şəhərində yerə atsın. Üç gün sonra Koko yenə də qayıdır. Yorğun, ayaqları yaralı...
Malikanənin sahibinin ona yazığı gəlir. Amma Koko həyətdə olanda o biri itlər də onun yanına gəlməyə başlayır. Hətta bir dəfə ziyafət vaxtı itlərdən biri yekə bir hinduşkanı aşpazın gözləri önündə oğurlayıb aparır, aşpaz hinduşkanı itin ağzından ala bilmir.
Bu dəfə malikanə sahibinin səbri tükınir, Françoza hirsli-hirsli deyir:
– Əgər sabah səhərə qədər bu iti çaya atmasan səni işdən çıxaracam, eşidirsən?
Yazıq Françoz şoka düşür, nə edəcəyini bilmir. Ona ayrılmış otağa gəlir, pal-paltarını çamadana yığıb getmək istəyir. Ancaq bir az götür-qoy edir, başa düşür ki, bu iti özüylə hərləsə özünə normal iş tapa bilməyəcək. Malikanə sahibi ona normal zəhmət haqqı verir, onu yeməklə təmin edirmiş. Françoz başa düşür ki, itə görə işini əldən verməyə dəyməz. Səhər dan yeri söküləndə Koko ilə vidaşlaşmağı qərara alır.
Gecə o çox narahat yatır. Dan yeri söküləndə o möhkəm bir kəndir götürür, sonra iti götürmək üçün tövləyə girir. İt sahibini görüb silkələnir, sonra onun yanına gəlir.
Françoz fikrindən daşınmaq istəyir. Kokonun qulaqlarını tumarlayır, onun burnundan öpür.
Bir az aralıdan saat səsi eşidilir. Səhər saat 6 olur. Françoz daha tərəddüd edə bilməzdi. O gedib tövlənin qapısını açıb iti çağırır:
– Gəl! Gəl!
İt quyruğunu bulayır, tövlədən çıxır.
Onlar çayın sahilinə çatırlar. Françoz suyun dərin olan tərəfinə gedir. Sonra o əlindəki kəndiri Kokonun xaltasına, kəndirin bir ucuna isə ağır daş bağlayır. Sonra Kokonu dəli kimi öpür, kənardan baxana elə gələrdi ki, o heyvanla yox, insanla vidalaşır. İti sinəsinə sıxır, onu yırğalayıb deyir:
— Mənim əziz Kokom! Mənim şirin Kokom!
Koko məmnun-məmnun mırıldayır.
Françoz 10 dəfə cəhd edir ki, Kokonu çaya tullasın, amma cəsarəti çatmır. Bir az sonra o bütün cəsarətini toplayıb var gücü ilə iti çaya tullayır. Koko əvvəlcə üzməyə çalışır, Françoz bir vaxtlar onu çayda yuyunduranda üzdüyü kimi. Ancaq üzə bilmir, çünki kəndirə bağlanmış daş onun başını aşağı dartır. Daş Kokonun başını suyun altına dartanda o suda batan insan kimi sahibinə baxır, sanki ona yalvarır. Əvvəlcə bədəninin yuxarı hissəsi batır, dal ayaqları yuxarıda yellənir. Nəhayət, suda görünməz olur. İtin batdığı yerdə su köpüklənir, sanki çay qaynayırdı. Françox 10 dəqiqə it batan yerdən çəkilmir. Elə hey öz-özünə deyir:
— Görəsən yazıq heyvan suda batanda mənim haqda nə düşünürmüş?
Həmin hadisədən sonra demək olar Françoz ağlını itirir. O bir ay xəstə yatır, hər gecə itini yuxuda görür. Ona elə gəlirmiş ki, itin onun əllərini yaladığını hiss edir, onun hürməyini eşidir. Həkim çağırırlar. Bir müddət sonra o sağalır. Bundan sonra keçmiş malikanə sahibi onu Ryan yaxınlığındakı Biesard şəhərindəki malikanələrinə aparırlar. İyun ayı imiş. Bu malikanə də Sena sahilindəymiş. O hər gün səhər mehtərlə birlikdə çayda çimirmiş.
Bir gün yenə də çayda çiməndə Françoz mehtəri səsləyir:
–Bir ora bax! Gör sudakı nədir? Deyəsən məni yenə də işdən çıxaracaqlar!
Diqqətlə baxanda suda qalmaqdan şişmiş it leşi görürlər.
Françoz it leşinə tərəf üzüb zarafatla deyir:
–Ah, gör tilovumuza nə düşüb, dost! Gör nə boydadır! Heyf ki, ölüdür!
Françoz leşin lap yanına qədər üzəndə görür ki, leş demək olar çürümək üzrədir.
Qəflətən o it leşinə diqqətlə baxır. Lap yaxına gedir. İtin boğazından tutub xaltaya diqqətlə baxır. Hələ də rəngi dəyişmiş xaltadan sallanan, artıq yaşıl rəngə çevrilmiş mis lövhəyə həkk olunmuş sözləri oxuyur: Mademuazel Koko, faytonçu Françoza məxsusdur.
Ölmüş it sahibini tapmaq üçün yüz mildən çox məsafə qət edibmiş. Həmin vaxt Françoz dəhşətlə bağırır və sahilə tərəf üzür. Sahilə çatanda paltarını geyməmiş kəndə doğru qaçır. O dəli olur!
İngiliscədən tərcümə: Sevil Gültən
| ['dünya ədəbiyyatı', 'Gi de Mopassan', 'hekayə'] |
402 | https://kayzen.az/blog/kino/23153/yorulmu%C5%9F-atlar%C4%B1-g%C3%BCll%C9%99l%C9%99yirl%C9%99r.html | Yorulmuş atları güllələyirlər | Apollon | Kino | 27 may 2019, 20:56 |
ABŞ Böyük depressiya dövründədir. Hər yerdə aclıq və yoxsulluq hökm sürür. İnsanlar pul qazanmaq və bir parça çörək üçün hər şeyi etməyə hazırdır. O cümlədən, günlərlə davam edən rəqs marafonunda iştirak etmək və marafonun sonunda veriləcək 1500 dollar mükafatı almaq üçün ölkənin müxtəlif yerlərindən gəlmiş cütlüklər arasında ölüm-dirim mübarizəsi gedir.
Kaliforniya sahillərində təşkil edilən marafonun qalibi isə yalnız bir cütlük ola bilər. Bütün ümidlər təsadüfən yarışmada tanış olan və birlikdə iştiraka məcbur edilən Robertlə Qloriyayadır. Robertin uşaqlıq xatirələrinə həkk olunmuş babasının yorulmuş atı güllələməsi səhnəsi isə filmin sonunda onun özünün Qloriyanı güllələməsi epizodu ilə üst-üstə düşür. Söhbət 1969-cu ildə çəkilmiş “Yorulmuş atları güllələyirlər” filmindən gedir…
1932-ci ildə ABŞ-da Böyük depressiya dövrüdür. Milyonlarla işsiz, inamını və ümidini itirmiş insan kütləsi pul qazanmaq üçün istənilən ağır işi görməyə hazırdır. İnsanlar iş axtarmaq üçün doğma evlərini, yurdlarını tərk edir və bir parça çörəkdən ötrü istənilən şərtlər altında çalışmağa razılıq verirdilər. Aclıqdan əziyyət çəkən əhali hər şeyə hazır idi. Bundan istifadə edən işbazlar isə daha çox pul qazanmaq üçün heç nədən çəkinmir və daha çox gəlir gətirəcək əyləncə növlərini fikirləşib tapırdılar. Bunlardan biri də rəqs marafonu olur.
Onlarla cütlük fasiləsiz, günlərlə rəqs edir və yalnız marafonun sonunadək ayaqüstə qalıb rəqsə davam etməyi bacaran cütlüyə 1500 dollar pul mükafatı verilirdi. Kaliforniya sahillərində təşkil edilən belə marafonlardan birinin iştirakçıları da Robert Sayverton (Maykl Sarrazin) və Qloriya Bitqi (Ceyn Fonda) olur. Onlardan savayı, marafonda gənc kovboy və qoca dənizçi, hamilə qadın və fermer əri, abırsız keçmişi olan aktrisa və başqaları iştirak edirdilər. Mükafatdan ötrü yarışmaya qatılanlar müxtəlif yaş qrupundan və peşədən olsalar da, onları birləşdirən təbəqə eyni idi – hamı pul qazanmaq və həyatda qalmaq istəyirdi.
Robert marafona təsadüfən qatılır. O, iş axtarmaq üçün Kaliforniyanı qarış-qarış gəzir. Təsadüfən sahildə marafon zalını görür və içəri daxil olur. Onu gözləmədiyi halda rəqs edənlər siyahısına salırlar. Robert bunun zarafat olduğunu sanır və onun etiraz etməsinə macal vermirlər. Eyni zamanda, təşkilatçılar Qloriya Bittinin tərəf-müqabilini bronxit xəstəsi olduğu üçün yarışmaya buraxmırlar. Qloriyaya təcili tərəfdaş lazım olur və bu, Robertdən başqası olmur. Onlara 67 nömrəsini verirlər…
İştirakçılar günlərlə dayanmadan rəqs etməlidirlər. Yalnız 10 dəqiqədən bir fasilə verilir. Yorğunluqdan, gücsüzlük və yuxusuzluqdan marafon iştirakçıları reallıq hissini itirərək “Mən” anlayışından məhrum olurlar. Onlar yorulmuş at kimi “son nəfəslərilə” qələbəyə inadla cəhd edirlər. Əsas məsələ də odur ki, qalib gələcək cütlüyün belə “finiş”dən sonra bu həyatı yaşamağa gücü yetəcəkmi? Axı, yorulmuş atları güllələyirlər…
Mükafatlar
1970-ci il, “Oskar” – İkinci planda ən yaxşı aktyor (Qiq Yanq)
1971-ci il, Britaniya Akademiyası Mükafatı – İkinci planda ən yaxşı aktrisa (Suzanna York)
1970-ci il, “Qızıl Qlobus” – İkinci planda ən yaxşı aktyor (Qiq Yanq)
1970-ci il, Taormina Beynəlxalq Film Festivalı – “Qızıl Xaribda” mükafatı (rejissor Sidni Pollak)
1969-cu il, Nyu-York Kinotənqidçilər İttifaqı – Ən yaxşı aktrisa (Ceyn Fonda) 1970-ci il, ABŞ Rejissorlar Gildiyası – Ən yaxşı bədii film rejissoru (Sidni Pollak)
1970-ci il, ABŞ Kinotənqidçilər Milli Şurası – Ən yaxşı film
1970-ci il, ABŞ Ssenaristlər Gildiyası – Ən yaxşı dram ssenaristi (Ceyms Po, Robert E.Tompson)
1970-ci il, Kanzas Kinotənqidçilər İttifaqı – Ən yaxşı aktrisa (Ceyn Fonda), İkinci planda ən yaxşı aktyor (Qiq Yanq)
Maraqlı faktlar
Film Horas MakKoyyun (1897-1955) eyniadlı romanı əsasında çəkilib. Sidni Pollak 1971-ci ildə müsahibələrinin birində deyib: “Film Horas MakKoyyun 1935-ci ildə yazdığı kitab əsasında çəkilib. ABŞ-da bu kitab çox az məlumdur, onu daha yaxşı Fransada tanıyırlar. Əsərin ekranlaşdırılması hüququ ilk dəfə Çarlz Çaplində olub. Daha sonra isə müxtəlif vaxtlarda 14 rejissor film çəkmək istəyib. Ancaq prodüserlər bu işə pul qoymağa ehtiyat edirdilər. Çünki süjet çox qaranlıq idi. Mən Ceyms Po və Robert Tomsonla birlikdə filmin ssenarisi üzərində 1964-cü ildə işləməyə başlamışam və yalnız 1969-cu ildə pul tapa bildim…”.
Böyük depressiya (Great Depression) – Dünya iqtisadi böhranı 1929-1939-cu illəri əhatə edib. ABŞ, Kanada, Böyük Brtianiya, Almaniya və Fransa bu böhrandan ciddi əziyyət çəkib. Xüsusilə, ən böyük ziyan sənaye şəhərlərinə dəyib, tikinti işləri faktiki olaraq tamamilə dayandırılıb. Kənd təsərrüfatı məhsullarına tələbat qiymət ödəmə qabiliyyətinin zəifləməsi səbəbindən 40-60% azalıb.
Pollak hesab edirdi ki, Qiq Yanq Rokki roluna uyğun deyil. O, bu rolda aktyor Layonel Stenderi görmək istəyirdi.
Ceyn Fonda (Qloriya) xatirələrində yazır ki, əvvəlcə filmdə çəkilməyə marağı olmayıb. Ssenari onun xoşuna gəlməyibmiş. Ancaq rejissor əri Roj Vadimin təkidi ilə Sidni Pollakla tanış olan Ceyn Qloriya rolunda çəkilməyə razılıq verir. O, obrazını real oynamaq üçün filmə çəkilməzdən əvvəl Battonsomla birlikdə, həqiqətən, günlərlə rəqs etməyə başlayır. Ceynin sözlərinə görə, bu məşqlərdən iki gün sonra onda hallüsinasiyalar başlayıb.
Filmin saundtreki o dövrün çoxsaylı standartlarını özündə cəmləyirdi:
“Easy Come, Easy Go” (Johnny Green and Edward Heyman);
“Sweet Sue” (Victor Young and Will J. Harris);
“Paradise” (Nacio Herb Brown and Gordon Clifford);
“Coquette” (Green and E. Y. Harburg);
“The Japanese Sandman” (Richard A. Whiting and Ray Egan);
“By the Beautiful Sea” (Harry Carroll and Harold R. Atteridge);
“Between the Devil and the Deep Blue Sea” (Harold Arlen and Ted Koehler);
“The Best Things in Life Are Free” (Buddy G. DeSylva, Lew Brown, and Ray Henderson);
“Brother, Can You Spare a Dime?” (Jay Gorney and E. Y. Harburg);
“I Found a Million Dollar Baby (in a Five and Ten Cent Store)” (Harry Warren, Billy Rose, and Mort Dixon);
“California, Here I Come” (Buddy G. DeSylva, Joseph Meyer, and Al Jolson).
Rəqs meydançasındakı orkestr həqiqi caz musiqiçilərindən (titrdə göstərilməyib) təşkil edilib. Bobbi Hatçersonun rəhbərliyilə orkestrdə Hug Bell, Ronni Brict, Teddy Bukner, Hedli Kaliman, Teddi Edvards, Turman Grin, Co Harris, İke İsaaks, Harold Land və Les Robertson olublar.
Saundrek “ABC Records” adı altında 1969-cu ildə buraxılıb, ancaq heç vaxt kompakt-diskə yazılmayıb. Büdcə: 4 milyon 860 min dollar.
Premyera: 10 dekabr, 1969-cu il (Nyu-York).
Şüar: “People are the ultimate spectacle” (“İnsanlar sonuncu tamaşadır”).
Nümayişindən sonra filmə kinotənqidçilər tərəfindən müsbət rəylər verilir. “Barbarella” filmindən sonra ikinci ciddi rolunu oynayan Ceyn Fondanın aktrisalığı xüsusilə qeyd olunur.
35 yaşlı Sidni Pollak üçün film dönüş nöqtəsi olur.
“Mən filmi pul qazanmaq üçün yox, öz yaradıcı və vətəndaş ideyalarımı ifadə etmək üçün çəkirəm. Bu, belə olmasaydı, mən kino sahəsində deyil, Voll-stritdə işləyərdim” – Sidni Pollak.
Film “Nyu-York Tayms” tənqidçilərinin “1000 ən yaxşı film” siyahısına daxil edilib.
Horas MakKoy – amerikalı yazıçı-ssenarist, 1897-ci ildə ABŞ-ın Tennessi ştatında anadan olub. Birinci dünya müharibəsi zamanı Amerika aviasiyasında xidmət edib, döyüşlərdə iştirak edib və yaralanıb. 1919-1930-cu illərdə Dallasda qəzetlərin birində idman şöbəsinin redaktoru işləyib. Daha sonra Hollivuda yollanıb, əvvəlcə aktyor, sonra ssnearist kimi çalışıb. “Yorulmuş atları güllələyirlər” əsəri ölümündən sonra ekranlaşdırılıb.
Ceyn Fonda – 1937-ci ildə Nyu-Yorkda anadan olub. Aktyor Henri Fondanın qızıdır.
Qiq Yanq (1913-1978) – Nyu-Yorkda doğulub. “Oskar” mükafatçısıdır, teatr, kino və televiziyada çalışıb.
Suzanna York (1939-2011) – britaniyalı aktrisa, “BAFTA” mükafatçısı, 1972-ci ildə Kann Film Festivalının “Ən yaxşı aktrisa”sı.
Süjet
Rəqs marafonunun iştirakçıları 1500 dollar mükafatdan ötrü dayanmadan öz tərəf-müqabili ilə rəqs etməlidir. Qaydalara əsasən, yoxsulluq ucbatından marafonda iştirak edən yarışmaçılar hər iki saatdan bir 10 dəqiqə dincələ bilərlər. Bundan başqa, gün ərzində 7 dəfə pulsuz yemək ala bilirlər. Bəzən iştirakçılar xüsusi nömrələr göstərir və tamaşaçılar dəstək əlaməti olaraq meydançaya xırda sikkələr atırlar. Robert təsadüfən yarışmaya qatılır və Qloriya ilə tərəf-müqabili olur. Marafonda dənizçi-veteran, hamilə Rubi və onun əri Ceyms, gənc aktrisa Elis və Rollo (ümid edirlər ki, onlar Hollivud agentlərinin diqqətini cəlb edəcək və iş təklifi alacaqlar) iştirak edirlər. Aparıcı Rokki marafona biznes vasitəsi kimi baxır, o, biletləri satır və marafonun əyləncəli olmasına çalışırdı. 600 saat sonra ilk “derbi” başlayır: iştirakçılar halqa ətrafında 10 dəqiqə qaçmalı və sona qalan 3 iştirakçı marafondan uzaqlaşdırılır.
Epizodların birində Robertlə Qloriya qısqanclıq üzündən mübahisə edir və onlar tərəf-müqabillərini dəyişməli olurlar: Robert Elislə, Qloriya Rollo ilə rəqs etməli olur. Ancaq Rollo tezliklə iş tapdığından marafonu tərk edir, Qloriya isə 24 saat ərzində özünə yeni tərəf-müqabili tapmazsa, yarışmadan uzaqlaşdırılacağı şərtilə üz-üzə qalır. Dənizçinin tərəf-müqabili rəqs zamanı huşunu itirir və Qloriya dənizçi ilə rəqsə başlayır. Ancaq ikinci “derbi” zamanı dənizçinin halı pisləşir, finiş zamanı məlum olur ki, o artıq çoxdan keçinib. Elisin isterikaları başlayır: o daha marafonda iştirak edə bilməz, Qloriya ilə Robert yenidən birləşir. Rokki Qloriyaya təklif edir ki, tamaşaçıların diqqətini çəkmək və toy hədiyyələrindən 200-300 dollar qazanmaq üçün Robertlə saxta toy etsin.
Qloriya bundan imtina etdikdə Rokki ona bütün sirri açır: iştirakçılara verilməli olan 1500 dollar onların marafonda qaldıqları dövrdə yeyib-içdikləri, tibbi xidmətlər və digər xərclərinə çıxılacaq və mükafatın məbləği cüzi miqdarda qalacaq. Bundan sonra yarışmada qalmağın mənasız olduğunu görən Qloriya marafonu tərk edir. Körpüdə Robertlə söhbət edən yorğun və ümidləri puç olmuş Qloriya həyatda heç bir məna görmədiyini deyərək onu öldürməsini xahiş edir. Robert Qloriyanın bu istəyini qəbul edərək onu tapançası ilə güllələyir. Film Rokkinin cütlüklərin rəqsi fonunda səsləndirdiyi fikirlərlə tamamlanır: “Bu insanlar hələ də qələbəyə ümid edərək mübarizə aparırlar. Taleyin saatı isə onların vaxtını hesablayır. Marafon davam edir və davam edəcək”.
Nəticə
Film “atlar” haqqında olmasa da, simvolik olaraq bu mövzuya toxunulub. Ümidsiz iştirakçılar yaşamaq uğrunda mübarizə aparır, bu mübarizədən ya qalib, ya da məğlub çıxmalıdırlar. Məğlub olanları isə istənilən halda, ölüm gözləyir. Çünki cəmiyyət güclü olmağı bacarmayanı “sıxışdırır”, “məhv edir”, “yolundan təmizləyir”. 121 dəqiqəlik filmi izləyərkən aktyorların məharətlə canlandırdığı fiziki yorğunluq və mənəvi böhranı ekran qarşısında əyləşən tamaşaçı da hiss edir, onlarla birlikdə yorulur, onlarla birlikdə ümidsizliyə qapılır.
“Yorulmuş atlar” heç vaxt ucuz sonluqla barışa bilməz. Filmin psixoloji təsiri də elə bundadır. Biz bilirik, bu son gələcək və qaçılmazdır. Hətta ölümlə nəticələnsə belə, son mütləq gələcək…
Ceyn Fondanın yaratdığı obraz hər nə qədər əsəbi, kobud, acı həqiqətləri dürüst söyləyən, ətrafdakı hər şeyə ironiya ilə yanaşan, həqiqətin üzünə düz baxmağı bacaran olsa da, sonda mənəvi yorğunluq bütün bu məziyyətlərə qalib gəlir və onu həyatına son qoymağa vadar edir.
Marafon davam edir və davam edəcək…
Nuranə Abbasova
“Ustad” jurnalı
| ['kinematoqrafiya', 'kino', 'film', 'Yorulmuş atları güllələyirlər'] |
403 | https://kayzen.az/blog/yazar/23404/etel-lilian-voyni%C3%A7.html | Etel Lilian Voyniç | Apollon | Yazıçılar | 24 may 2019, 12:59 |
Etel Lilian Voyniç 1864-cü il may ayının 11-də İrlandiyanın Kork qraflığının Kork şəhərində, çox məşhur ingilis riyaziyyatçı Corc Bulun ailəsində dünyaya göz açıb. Kiçik Liliana demək olar ki, atasını tanımaq belə nəsib olmayıb. Çünki bu tanınmış elm adamı qızcığazın altı aylığında vəfat edib. Atasının erkən yaşlarında həyatdan getməsinə baxmayaraq elmdə əldə etdiyi nailiyyətlərə görə onu böyük elm xadimi kimi Böyük Britaniya ensiklopediyasına daxil ediblər.
Lilianın ana tərəfi də tanınmış elm xadimlərindən olub. Onun anası Meri Everestin atası tanınmış yunan dilçiliyi üzrə alim, professor idi. Qeyd edək ki, dünyanın Himalay dağlarında yerləşən ən hündür zirvəsi məhz Etel Lilianın anasının əmisi — Corc Everestin şərəfinə adlandırılıb.
Atasız Etelin uşaqlığı çox çətin və kədərli keçib. Ərinin ölümü ilə asanlıqla barışa bilməyən anası psixoloji gərginliklərdən savayı həm də maddi sıxıntılar içərisində beş kiçik qızcığazın tələbatlarını ödəmək məcburiyyətində idi. Meri Bul bacardığı işlərin hamısı ilə məşğul oldu — riyaziyyat fənnindən dərs deməyə, qəzet və jurnallara məqalələr yazmağa başladı. Amma bununla belə o bir sıra hallarda üzərinə düşən bütün işlərin öhdəsindən fiziki cəhətdən belə gələ bilmirdi.
Hətta Etel səkkiz yaşı olanda möhkəm xəstələndi, amma anası lazım olan qulluğu göstərə bilmədiyindən məcbur qalıb onu həmin dövrlər şaxtada rəis işləyən əmisinin yanına göndərdi. Və bu ilk «səfər» Etelin xatirəsində dərin izlər buraxdı. Onun evinə gəldiyi qohumu fanatik həddə dindar, puritanlar kimi əxlaq və davranış məsələlərində çox tələbkar bir şəxs idi. Və o, uşaqlarının tərbiyəsində məhz bu qaydalardan istifadə edirdi. Balaca Etel də təbii ki, bu sərt adamın qaydalarına uymalı idi.
İllər keçdi… Qızcığaz çətinliklə də olsa böyüdü. 18 yaşına çatarkən ona ən yaxın qohumlarından kiçik həcmdə miras qaldı. Maddi vəziyyəti nisbətən düzələn Etel ilk növbədə arzusunda olduğu Berlindəki konservatoriyada oxudu, eyni zamanda Berlin Universitetində slavyanşünaslıq leksiyalarının dinləyicisi oldu. Amma görünür tale onun üçün tamam başqa bir həyat yolu hazırlamışdı. Çünki o, musiqi təhsili alsa da əllərində müəyyən problemlər yarandığı üçün onunla məşğul ola bilmədi.
Etel Lilian gənclik illərində Londonda onun həyatında dəyişikliklər yaradacaq insanlarla maraqlanmağa başlamışdı. Həyatın, insanların ən dərin çalarlarını, cizgilərini öyrənməyə çalışan Lilian ölkələrini tərk edərək İngiltərənin paytaxtında sığınacaq tapmış bir sıra siyasi emiqrantlarla tanış oldu. Onların əksəriyyəti siyasi baxışlarına görə təqib edilən polyak və rus inqilabçıları idi. Bu emiqrantların arasında yaradıcı insanların da olması Eteli ümumiyyətlə bu insanlara ürəkdən bağlamışdı. Bunlardan başqa, bu həmin dövr idi ki, inqilabi mübarizənin romantikası ziyalılar üçün ən dəbdə olan «məşğuliyyət» hesab edilirdi. Və onsuz da dünyanın ədalətsiz düzəninə yasın tutulmasının rəmzi olaraq qara paltarlar geyinən Etel Lilian üçün bu "əzabkeşlər" hər kəsdən fərqli görünürdü. O, bu çağlarda Londonda yaşayan «Gizli Rusiya» əsərinin müəllifi, inqilabçı, emiqrant-yazıçı S.M.Stepnyak-Kravçiniski ilə tanış oldu və bu tanışlıq onda sehirli təsəvvürlər yaradan həmin ölkəyə getmək istəyi oyatdı.
Nəhayət 1887ci ilin avqustunda Etel bu istəyini reallaşdırdı. Onun Rusiyadakı həyatı təxminən iki il sürdü. Etel bu illər ərzində bəzi ailələrin uşaqlarına ingilis dilindən və ya musiqi dərsləri verməklə, dayəlik etməklə keçindi. Etel Lilian1889-cu ilin yayında yenidən vətənə qayıtdı, elə həmin ildə S.M.Kravçiniskiyə qoşularaq «Azad Rusiya» jurnalının redaksiyasında və «Rus azadlığının dostları Cəmiyyəti»ndə işləməyə başladı. Və bu arada Etelin Rusiyada gördükləri, apardığımüşahidələri onda nəsə yazmaq, dövrün bütün keşməkeşlərini təsvir etmək arzusu oyatdı. Və o, özünün ən məşhur romanını «Ovod»u yazmağa başladı. O, tezliklə əsərini bitirdi və roman Londonda, ardınca ABŞ-da çap olundu. İçtimaiyyət tərəfində çox böyük maraqla qarşılanan əsər qısa müddətdə Etelə istedadlı yazıçı şöhrəti gətirdi. Heç bir il çəkmədi ki,Ovod" rus dilinə tərcümə olunaraq Rusiyada da nəşr edildi. Və burada da inanılmaz populyarlıq qazandı.
Siyasi fəaliyyətinə görə sərt şəkildə — katorqa ilə cəzalandırılmış məşhur polyak inqilabçısı Vilfred Mixael Voyniç Sibir katorqasından qaçmağa müvəffəq olmuş, çox böyük çətinliklərlə Londona gəlib burada yaşamağa başlamışdı. Etel Lilian başqa ziyalı emiqrantlar kimi Vilfred Voyniçi də yaxından tanıyırdı. Gənc yazıçı Etel Lilianın Vilfredlə bu tanışlığı 1890-cu ildə onların evlənməsi ilə nəticələndi. Evliliklərinin ilk vaxtları hər şey yaxşı təsir bağışlasa da bir neçə ildən sonra uğursuzluqla nəticələndi. Gənclər bu nigahı sürdürə bilmədilər və ayrıldılar. Amma maraqlıdır ki, Etel Lilian ömrünün sonunadək ərinin familyasını özü üçün qoruyub saxladı, ondan imtina etmədi.
Bunun əsl səbəbini heç kəs bilməsə də belə təxmin edilir ki, burada 1831-ci ildə ərinin ölümündən sonra «Voyniçin Manuskripti» kimi adlandırılan sirli əlyazmaya Etelin sahiblənməsi əsas rol oynayıb.
Həyatın ən müxtəlif üzünü, gəzib-gördüyü yerləri, şahidi olduğu hadisələri Etel Voyniç böyük yazıçı ustalığı ilə yaradıcılığına gətirə bilirdi. «Ovod»dan bir qədər sonra — 1891-ci ildə o,Cek Reymond" romanını yazdı. Bu romanı da oxucular tərəfindən böyük maraqla qarşılandı. Sonra yaradıcılığında kiçik bir fasilə yaşayan yazıçının 1894-cü ildə qələmə aldığı «Oliviya Letem» romanı işıq üzü gördü ki, çoxları bu əsərdə təsvir edilən obrazda Etel Lilianın özünü təsviretdiyini söyləyir. Hər halda Etel Voyniçin qələmindən çıxan əsərlər artıq dünyanın ən müxtəlif dillərində, ən müxtəlif yerlərində oxunmaqdaydı. Əslində Etel Voyniçin yazdığı əksər əsərlər arasında müəyyən qədər fasilələr olmuşdur. Onunyazdığı «Rusiya yumoru» kitabı 1895-ci ildə yazılsa da «Qırılmış dostluq» romanı təxminən beş ildən sonra tamamlandı. Və qeyd edək ki, Etel Lilian Voyniç növbəti dəfə də oxucularının zövqünü oxşaya bildi. Bu əsəri də digər dillərə tərcüməolundu.
Onun şəxsi həyatında da bəzi yeniliklər baş verdi. Belə ki 1896-cı ildə Böyük Britaniyanın gələcəkdə «as xəfiyyəsu» adlandırılacaq Sidney Reyli Etel Liliana aşiq olduğunu bildirir. Və onlar xeyli müddət birlikdə olurlar. Hətta yazıçıonunla altı aylıq İtaliya səfərinə çıxdı. Amma bu münasibətlər yazıçının həyatında uzun müddət qalmadı...
1931-ci ildə Etel Lilian əsərləri dəfələrlə çap olunmuş Birləşmiş Ştatlara köçmək qərarına gəlir. Və çox çəkmir ki, o, Nyu-Yorka yerləşir. Burada yazıçının dahi polyak bəstəkarı Fredrik Şopenin məktubları kolleksiyalarından etdiyi tərcümələr işıq üzü görür. Onda artıq yazıçının 67 yaşı var idi. Maraqlıdır ki, Voyniç bədii tərcümələrlə də intensiv şəkildə məşğul olub və N.V.Qoqolun, M.Y.Lermontovun, F.M.Dostoyevskinin M.Y.Saltıkov-Şedrinin, Q.İ.Uspenskinin… əsərlərini tərcümə edib. Taras Şevçenkonun şeirlərini ingilis dilinə uğurla çevirib. Məhz Voyniç bu tərcümələriylə İngiltərədə heç tanınmayan şairi ingilislərə tanıtdı. Onu qeyd edək ki, məhz bu şeirlərin tərcüməsindən sonra Etel Voyniç bir müddət yaradıcılıqdan çəkildi və özünü bütünlüklə musiqiyə həsr etdi. Bu illərdə yazıçının musiqi əsərləri də yarandı. Bunlar çox böyük uğur qazanmasa da onların sırasında «Vavilyon» oratoriyası daha gözəl hesab edilir. Bu, təxminən 40-cı illərədək sürdü və sonradan oxucular Etel Voyniçin yalnız 1945-ci ildə yeni, həm də sonuncu romanını — «Sən ayaqqabıları çıxar» əsərini qarşıladılar. Roman Makmillan nəşriyyatında nəşr olundu.
Sonra o yazmaq istəsə də bunu etmədi. Daha doğrusu, edə bilmədi. Artıq o çox qocalmışdı. Ölüm onun 96 yaşında qonağı oldu və Etel Lilian Voyniç 1960-cı il 28 iyulda Nyu-Yorkda gözlərini əbədi yumdu. Özünün vəsiyyətinə görə, onun bədəni yandırılaraq külü Nyu-Yorkun mərkəzi parkına səpildi.
portal.azertag.az
| ['ədəbiyyat', 'dünya ədəbiyyatı', 'Etel Lilian Voyniç'] |
404 | https://kayzen.az/blog/kino/23396/pakistan-kinosu-haqda-d%C3%BC%C5%9F%C3%BCnc%C9%99l%C9%99r.html | Pakistan kinosu haqda düşüncələr | Apollon | Kino | 24 may 2019, 12:42 |
Tarixin müəyyən dönəmində Hindistan kinosunun vahid ailəsinə daxil olan Pakistan kinosu Hindistan dini mənsubiyyətinə görə ikiyə bölünəndən sonra öz adını İslamla şərəfləndirib Pakistan İslam Respublikasının kinosuna çevrildi. Beləliklə, Bollivud kino sənayesindən ayrılıb, Lahorda özünün Lollivud kino sənayesini yaradan Pakistan ötən əsrin 60-cı illərinin sonunda ekranlara “Sayxa” filmiylə təşrif buyuranda sadə statistik tamaşaçı Pakistan-Hindistan münasibətlərindən xəbərsizdi.
Belə ki, o dövr ekranlarda heyranlıqla tamaşa etdiyimiz hind filmləri kimi, mentalitetimizə uyğun abır-həyasıyla seçilən “Sayxa” elə hind filmi kimi də yaddaşlarımızda qaldı. Əgər bu gün internetə girib “Sayxa” haqda məlumat almaq istəsəniz, yenə də çaşıb qalacaqsınız. Çünki bəzi yerlərdə o hind, bəzilərində isə Pakistan filmi kimi təqdim olunur. Ancaq, bununla belə, Pakistan kino tarixinin elə bir dövrü olub ki, Pakistan kinosunun Hindistan, hind kinosunun isə Pakistanın kino ekranlarına çıxarılmasına qadağalar qoyulub. Yəni ölkələri arasında gedən müharibələrin ağrı-acısını kino sənətkarları da çəkməli olublar. 70-ci illərdə hind kinosu onun pakistanlı pərəstişkarlarına pirat yoluyla çatırdı.
Doğrudur, 50-60-cı illər Pakistan kinosunun yüksəliş mərhələsi kimi qeydə alınsa da (“Sayxa” 1956-cı ildə çəkilmişdi), 70-ci illərdə o özünün böhran dövrünü yaşayıb. Belə ki, Hindistanın ikiyə bölünməsi nəticəsində yaranan Pakistan da ikiyə bölünüb, ölkənin şərqində yeni bir dövlət – Banqladeşin yaranması ilə regionun siyasi xəritəsi dəyişdi. Bu siyasətdən incəsənətin ən vacib sahələrindən olan kino ağır zərbə aldı. Pakistan, Lahor və Kəraçi ilə yanaşı, özünün əsas kino mərkəzlərindən biri sayılan Dəkkəni itirdi. Bu illərdə məşhur kino bülbülü, müğənni Runa Leyla da Dəkkəyə köçdü.
Ölkənin digər kino sənətkarı, Pakistan kinosunun Marlon Brandosu və Elvis Preslisi kimi şöhrətlənən gözəl simalı Vahid Murad da kinonun bu böhranına dözməyib intihar etdi. Vahid Murad bizə həmin illər ekranlardan digər məşhur kino ulduzu Babra Şəriflə çəkildiyi “Şabana” filmindən tanışdır. 1976-cı ildə çəkilən bu film 1972-ci il Bollivud istehsalı olan “Zita və Gita”nın oxşarı idi, Babra Şərif də burda Hema Malini kimi iki bacı obrazında tək özü oynayırdı.
Beləliklə, hər bir ölkənin kino tarixinə nəzər salsaq, onun ölkənin siyasi tarixindən geri qalmadığını fakt kimi qəbul edərik. Kinoda isə bu məsələ xüsusilə həssasdır. Hər bir dövlətin kinosu, insan ürəyinin kardioqramı kimi, dövlətin ürəyinin kardioqramıdır. Pakistan kinosunun timsalında da bu belədir. Digər ölkələrdə olduğu kimi, bu kardioqramdakı xətləri yaradan nöqtələr kino sənətkarlarının özləridir, onların taleləridir.
Burda haşiyə çıxmaq istərdim. Çox uzağa getmədən, Pakistanın vaxtilə daxil olduğu Hindistan kino ailəsindən misal çəkim.
Ötən ilin fevralında dünya şöhrətli Bollivud ulduzu Şridevinin müəmmalı ölümü müasir kino sənayesinin (xüsusilə Şərqdə) sənətkar qurbanları bahasına yaşadığına bir sübutdur. Demək olar ki, bütün həyatını kinoya həsr etmiş, 4 yaşından etibarən hind kinosunun siması olaraq 300-dən artıq filmə çəkilmiş bu gözəl aktrisanın ölüm səbəbləri ciddi şəkildə araşdırılmadı. Ölüm səbəbi isə, çox gülməli olduğu qədər də, ağlamalıydı. Guya vanna qəbul edərkən, huşunu itirib, vannadakı suda boğularaq ölüb. Beləliklə, Bollivudun kino sütunlarından birini öz çiyinlərində saxlayan Şridevi haqqında danışdığım kardioqramın nöqtəsi kimi köçdü dünyadan.
Yenidən kinoda abır-həya məsələlərinə qayıdım. Yadımdadır, ötən əsrin 60-cı illərində kinoteatrlarımızda anşlaqla göstərilən hind filmlərinə qocalı-cavanlı, ailəliklə hamı baxmaq istəyirdi. Anam deyərdi ki, heyf deyil hind kinosu, abır-həya gözləyirlər, heç bir açıq-saçıq səhnə yoxdur. Hindistan kino sənətkarları özləri də bu xüsusiyyətlərini filmlərində vurğulamağı unutmurdular. Yəqin ki, kinosevərlər “Sanqam” filmində Rac Kapurun yaratdığı obrazın Eyfel qülləsi başında gözəl Vyadjentamalanı öpmək istərkən, onun buna yol verməməsi və bunu alqışlayan qoca fransız xanımlarıyla olan epizodu xatırlayırlar. O qadınlar “Hindistandansınız?!” deyərək heyranlıqla baxmışdı bu sevgili çütlüyə.
Bəli, Hindistan kinosu belə xüsusiyyətləriylə tək müsəlman Şərqində deyil, həm də Qərbdə sevilirdi. Ancaq indi belə deyil. Məsələn, bu gün dünya söhrətli Bollivud ulduzu Şahrux Xan öz müsəlman mənsubiyyətini qorumaqçün öpüşməklə bağlı səhnələrə çəkilməkdən imtina etsə də, hərdən bu qadağasını reallaşdıra bilmir...
Bəs Pakistan İslam Respublikası necə, köküylə Qərbə bağlı olan bu incəsənət növünü öz müsəlman mentalitetinə uyğunlaşdıra bilirmi?
Bu günlərdə Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmandla kino ilə bağlı söhbətim əsnasında onun bu fakta münasibətini öyrənmək istədim. Səfir öz ölkəsinin kinosu haqda kifayət qədər danışsa da, bu sualın üzərindən keçdi. Pakistanın müasir kinosuyla tanış olmaq istəyən istənilən kəs də bu suala cavab verməkdə çətinlik çəkəcək.
Həqiqətən, Pakistan kinosu bu baxımdan, məsələn, digər İslam respublikası olan İran kinosundan fərqlənir. Bunu ilk növbədə bu kinonun hind kinosuna bağlılığıyla da əlaqələndirmək olar, yəni melodram – rəqslər, musiqi, gözəl cütlüklər bu kinonun əsas atributları olaraq hələ də qalır.
Müasir hind filmlərində kadrarxası mahnıların ifaçıları əsasən Pakistan aktyorlarıdır; bu onların Bollivuda can atmaları faktlarından biridir. Bu ifaçıların ən görkəmli nümayəndələri Atif Aslam və Armida Rana hesab olunsa da, hind kinosunda onlar tək deyil. Digər bir fakt isə odur ki, Pakistan bu gün Qərbin bir çox kino sənətkarlarıyla əməkdaşlığa üstünlük verir; Almaniya, Kanada, Fransa və digər Qərb ölkələriylə birgə çəkilən filmlər yetərincədir. Bu gün Pakistan kinosunun gənc aktrisalarının kinoya gəlişini izləsək, onların ilk əvvəl model biznesiylə bağlılığının şahidi olacağıq. Bu xüsusda bütün müsəlman ölkələrində olduğu kimi, qadın sənətkarların sənətə gəlişinin enişli-yoxuşlu olduğunu təsəvvür etmək çətin olmur.
Pakistan kinosunun bir xüsusiyyəti də diqqətçəkəndir. Əksər filmlərində şəriət əxlaq normalarına münasibətə yer ayrılır və patriarxal adət-ənənələrə qarşı bir üsyankar ruh duyulur. Əksər hallarda da belə filmlər qadın ölümü ilə bitir. Bu filmlərin mövzusu bir növ, bizim də tez-tez eşitdiyimiz kriminal xəbərlərin (namus üstündə qətllər) mövzusuna yaxın olur.
Məsələn, iki Qərb ölkəsiylə əməkdaşlığın məhsulu olan “Toy” filmində də pakistanlı gənc öz bacısını namus üstündə qətlə yetirir. Filmin ssenari müəllifi və rejissoru qərbli Stiven Streker olduğu üçün Qərbin müsəlman dünyasında qadına qarşı zorakılığın bu “nümunə”sini lentə almaq istəyini anlamaq olar.
Lakin Pakistanın özünün istehsalı olan “Son söz” filmi (ssenari müəllifi və rejissor Şoib Mansur) müsəlman cəmiyyətinin patriarxal ənənələrini sağdan və soldan elə şəkildə qamçılayır ki...
2011-ci il istehsalı olan bu filmin qısa annotasiyasını təqdim edib, ona baxmağınızı məsləhət görərdim.
Filmin baş qəhrəmanı Zeynəb (aktrisa Humaima Malik) atasını qətlə yetirərək ölüm hökmüylə dar ağacından asılmağa gətirilib. Ölümdən öncə son arzusu mətbuat qarşısında onu qatil edən səbəblərin qısa hekayəsini danışmaq olduğu üçün ona bu imkan yaradılmışdır. O, ailələrində baş alıb gedən kasıblıqdan, anasını ona oğul bəxş etməyənə qədər hər il dünyaya bir uşaq gətirməyə məcbur edən atasının zülmlərindən söhbət açır. Ailədə dünyaya gələn 14 qızdan birinin də evdən çölə çıxmağa icazəsi yoxdur. Ata deyir ki, evə çörəyi kişi gətirər. Nadan insana xas bütün xüsusiyyətlər bu atanın dünyagörüşündə cəmlənib və ən dəhşətlisi də budur ki, bu kişi əhatəsində xüsusi hörmətə layiq bir şəxs kimi dəyərləndirilir. O, ətrafının ona bu xüsusda olan hörmətini qoruyub saxlamaqçün hətta öz doğma övladını belə öldürməkdən çəkinmir. Həyatın dibinə qədər sürüklənən bir insan nə edə bilərsə, hamısını edir.
“Ruzini verən Allahdır” deviziylə yaşayan ər dünyaya gətizdirdiyi uşaqlara çörəkpulu tapmadığı anda, özüylə təkbətək qalanda belə bu devizinə sadiq qalıb qızlarını işləməyə buraxmır və sonda qızı tərəfindən qətlə yetirilir.
Filmin sonunda bu hekayəni dinləyən qadın jurnalistlərdən biri dərhal Prezident Administrasiyasına zəng edib edamın ləğv edilməsi haqda fərman verilməsini xahiş edir. Lakin gecə olduğu üçün yatmış prezidenti oyatmağa cəsarət edən tapılmır. Beləliklə, günahsız bir qadın edam olunur.* Film belə bir sonluqla bitir. Ata artıq yoxdur, heç bir təhsil almamış qızlar evlərinin qarşısında kafe açıb, biş-düşlərini satmaqla məşğuldur və “cəmiyyətə qoşulduqları”, ata və ər çörəyinə möhtac olmadıqları üçün xoşbəxtdirlər.
Bəli, bugünkü Pakistan kinosunda qadın azadlığı və qadına qarşı zorakılıqla mübarizə mövzusu prioritetdir. Bunu haqqında söhbət açdığım filmin Pakistan kinosunda yüksək prokata sahib olması faktı da sübut edir.
Təbii ki, belə mövzuların aktuallığı Pakistan İslam Respublikasının ictimai-siyasi həyatında qadınların çoxluq təşkil etməsinə səbəb olan bir təkan kimi dəyərləndirilməlidir.
Belə ki, həyatına Bollivudda başlayan Pakistan kinosu öz Lollivudunu yaradıb. Eyni zamanda azad aktrisalarına imkan yaradıb ki, istedadlarıyla tək Bollivuda deyil, Hollivuda qədər yol açıb parlaya bilsinlər.
«Mədəniyyət» qəzeti
Sədaqət KAMAL
| ['kino', 'kinematoqrafiya', 'Pakistan kinosu', 'hind kinosu', 'Pakistan'] |
405 | https://kayzen.az/blog/t%C3%BCrkl%C9%99r/23292/19-qarda%C5%9F%C4%B1n%C4%B1-%C3%B6ld%C3%BCr%C9%99n-osmanl%C4%B1-sultan%C4%B1.html | 19 qardaşını öldürən Osmanlı sultanı | Apollon | Türklərin tarixi | 16 may 2019, 21:13 |
Hər toplumda cəlladlar qorxulan, nifrət edilən şəxslər olublar. Hətta bir çox yerdə həmişə lənətləniblər. Osmanlı dövründə cəlladlar yalnız yaşadığı dövrdə deyil, ölərkən belə xalq tərəfindən dışlanıb, hətta qəbirləri belə ayrıca olub.
Buna görə bəzən cəlladlar üçün ayrıca qəbirsitanlıqlar da yaradılıb. Bunlardan biri də Əyyub məzarlığıdır. Bir zamanlar bu qəbiristanlıq dünyadakı yeganə cəllad məzarlığı kimi ad çıxarıb. Ad çıxarmışdı deyirik… Çünki yüzlərlə cəlladın məzarı zaman keçdikcə həm unudulmuş, həm də yerli əhali tərəfindən dağıdılmışdı. İstanbulda yerləşən cəllad məzarları dağıdılıb, yerlərində binalar və digər obyektlər tikilib.
Osmanlıda cəlladlar necə seçilirdi? Onlar niyə bu sənəti seçirdilər? Bütün bu sualların cavablarını Yaşar Karadumanın araşdırmasında tapmaq mümkündür.
Osmanlı dövründə adam asmaq, boğmaq və baş kəsmək bir cəza növü idi və buna görə sarayda həmişə cəlladlar saxlanılırdı. Bir qrup cəllad isə padşah və digər yüksək rütbəli əyanların əmrini yerinə yetirmək üçün hazır vəziyyətdə gözləyərdi. Sarayda verilən ölüm cəzaları Topkapı sarayı bağçası önündə bir çeşmənin yanında həyata keçirilirdi. Cəlladlar qanlı əllərini və baltalarını məhz bu çeşmədə yuyardı. Bu çeşmənin sağında və solunda kəsilmiş başları simvolizə edən baş daşları olardı və bu daşlara ibrət daşları deyilərdi. Bu çeşmənin bir adı da cəllad çeşməsi idi və daha çox bu adla tanınırdı. Digər adı isə siyasət çeşməsi idi.
Cəlladların qaldığı yer isə çeşmənin yerləşdiyi divarın arxasında idi. Cəzalar bəzən də “Yeddi qüllə” zindanında həyata keçirilirdi. Bu yerlər hazırda ziyarətə açıqdır və insanlar edamların, cəzaların həyatı keçirildiyi yerləri gəzə bilərlər.
Edam cəzaları insanın mövqeyi, vəzifəsi və rütbəsinə görə dəyişirdi. Osmanlı sultanları və şəhzadələrinin qanı tökülməz, iplə boğularaq öldürülərdi. Bu öldürmə adəti türklərin müsəlman olmadan öncə inandığı şamanizm adətindən irəli gəlirdi.
Doğan Avcıoğlu “Türklərin tarixi” adlı əsərinin ikinci cildində “Şamanist türklər qan axıtmaqdan çəkinərlər. Buna görə də Osmanlı şahzadələri boğularaq öldürülürdü” — deyir.
Edam olunacaq şəxs sadə xalq nümayəndəsindən biri idisə kəllə kəsmə cəzası tətbiq olunardı. İstanbuldan kənarda imperatorluğun uzaq vilayətlərində edam olunan dövlət adamlarının öldürüldüyünü isbat etmək üçün kəsilmiş başı torbaya qoyulur və İstanbula gətirilirdi. Gümüş bir qabın içində sultana kəsilmiş baş təqdim olunardı. Bədəni isə öldürüldüyü yerdə dəfn edilərdi. Bu səbəblə də başı başqa yerdə, bədəni başqa yerdə dəfn edilmiş iki məzarı olan dövlət adamları çoxdur. Onların arasında isə sədrəzəmlər üstünlük təşkil edir. Bunlardan ən məşhuru isə Vyana mühasirəsində uğursuzluğu səbəbiylə başı kəsilərək sultana aparılan və sonra da başı dənizə atılan məşhur sərkərdə Mustafa Kara Paşa idi.
Kəsilmiş başlar isə bal ilə dolu torbaya qoyularaq daşınardı. Bu kəsilən başlar bəzən də Topkapı sarayının ilk giriş qapısında asılardı. Bununla xalqa ibrət dərsi vermək səbəbiylə həmin başlar günlərlə orada asılı qalardı. Başların qoyulduğu giriş qapısının oyuqları hələ də qalmaqdadır. Başlar burada adətən üç gün qalardı. Bəzən də eyni anda oyuqlara yüzlərlə kəsilmiş baş qoyulardı. Cəlladlar edam etdikləri müsəlmanları öldükdən sonra beli üstə, müsəlman olmayanları isə üzü üstə uzadır, kəsilmiş başlarını qıçlarının üzərinə qoyurdular.
Öldürülən adamın cəsədi, üzərindəki geyim və s. cəlladın əmlakı sayılırdı. Cəllad istəsə öldürdüyü adamı ya dəfn edə, ya da onun cəsədini qohumlarına sata bilərdi. Osmanlıda cəlladlar, xüsusən, kar və lallardan seçilirdi. Kar olmaları öldürdükləri adamın səsini duyaraq duyğusal hislərə qapılmamağına görə önəmliydi.
Osmanlı tarixində ən həzin boğaraq öldürmə hadisəsi 28 yanvar 1595-ci ildə yaşanıb. Bu Fateh Sultan Mehmetin imperatorluğun davamlı olması üçün “Nizami alem” fərmanına görə verdiyi əmrdi. Bu fərmana əsasən bir qardaş hakimiyyətə gələrdisə mütləq bütün qardaşları öldürülməli idi. III Mehmet 19 uşaq və yeniyetmə yaşında olan şahzadə qardaşlarını bir gecədə boğduraraq öldürtdü. Ertəsi gün isə qiymətli daş-qaşlarla bəzədilmiş 19 tabut yan-yana saraya qoyulmuşdu.
Osmanlı xalqında insan öldürdüklərinə görə cəlladları insanı hislərdən uzaq məxluqat hesab edirdilər. Ona görə də onların sadə xalqla bir yerdə dəfn edilməsinə imkan vermirdilər. Tarixçi Reşat Ekrem Koçu “Toplum, din və əxlaq anlayışımızın ən gözəl örnəklərindən biri cana qıyan, kəsən və ya boğan cəlladın ölüsünü xalq qəbiristanlığında basdırılmasına izn verilməməsi son dərəcə təqdirə layiq bir haldır.” deyə dəyərləndirir. Bu səbəbə görə də cəlladlar üçün İstanbulun ən gözdən uzaq yerində xalqdan ayrı olaraq məzarlıq yaradılmışdı. İstanbulda iki yerdə cəllad qəbiristanlığı tanınmaqdadır. Haldun Hürel.” Istanbulu gəzirəm gözlərim açıq” adlı əsərində bunlardan birinin Ədirnəqapıdan Ayvansarayadək enən yerdə Eğrikapı ətrafında olduğunu bildirir.
Digər bir cəllad məzarlığı isə Əyyubda Karyağdıbaba təpəsinin yaxınlığındadır. Həmin vaxtlar bura İstanbulun ən uc nöqtəsi olaraq quşun uçmadığı, heç bir karvanın keçmədiyi doğru-dürüst yolu belə olmayan ağaclar içində kabus kimi bir yer idi. Buraya Karyağdıbaba deyilməsinin səbəbi ondan biraz aşağıda bir bektaşı məqbərəsinin olmasıdır. Hazırda bura normal bir məzarlığa çevrilmiş aralarında tək-tük cəllad məzarlığı qalmışdır. Bunların cəllad məzarı olmasını bilmək elə də çətin deyil Çünki bütün bunlar onların baş daşlarından da bilinir.
Osmanlıda xalqdan biri dəfn edilərkən başdaşına nə işlə məşğul olmaqları yazılırdı. Amma cəlladlara isə bu münasibət yox idi. Hazırda orada iki cəllad məzarını görmək mümkündür. Onlar yan-yana dəfn edilib. Baş daşlarına isə bu səbəbdən nə ölüm tarixi, nə doğulduğu tarix, nə cinsləri, nə də nə işlə məğul olduqları yazılmayıb.
parafr.az
| ['türklərin tarixi', 'türk hökmdarları', 'Fateh Sultan Mehmet', 'osmanlı tarixi'] |
406 | https://kayzen.az/blog/azerbaycan/23163/mixaylo-%C9%99fsan%C9%99l%C9%99%C5%9Fmi%C5%9F-h%C9%99qiq%C9%99t.html | Mixaylo - Əfsanələşmiş həqiqət | Apollon | Azərbaycan | 16 may 2019, 21:09 |
Yad ellərdə “Xilaskar Mixaylo”, yalquzaq yanaşmalarda “şeytan, iblis”, ortaq “sovetlər dili”ndə “Qeroy”, ana Vətənində “Əfsanəvi igid” – Mehdi Hüseynzadə, Öz kənd-kəsəyindəsə, sadəcə, “novxanılı balası”...
“Uzaq sahillərdə” filmindən tanıdığımız analoqsuz partizan, faşizm “növrağı” məntəqələrinin amansız qənimi, qərib ünvanlı başdaşısı üzərindəki yazıya, çoxsaylı sənədlərə, uzaq elli əcnəbilərin xatirələrinə görə, başqa xalqların da azadlığı uğrunda çarpışan altruist, “Kaş ki, mən bir sarı yarpaq olaydım, Sabahın yelləri alaydı məni, Aşaraq bu qarlı uca dağları, Vətən torpağına salaydı məni” kimi qəlb-qələmli və… məlum filmdəki “bədii Anjelika”nın realı olan Sloveniya gözəli Anjelinin altmış dörd il sonra (2008) belə ruhuna göz yaşları axıtdığı incəqəlbli bir Aşiq...
Deyirəm, bu ümumsovet qəhrəmanımızın o uzaq od-alovlar içində vaxt tapıb öz qələmilə Novxanı ünvanına yazdığı bayatıvari misralarını bəri başdan təqdim edim ki, yazı boyu toxunacağım “sunami”fason tarmarçılığı, onun sırf milli davamçısı olan Mübariz İbrahimovun igidliyini təftiş-təsnif edən psixoloq (?!) nərmin şahmarzadələrə çoçün gəlməsin:
Əzizim ellər ayrısı,
Bülbüləm – güllər ayrısı,
Bir gününə dözmədim, yar,
Olmuşam illər ayrısı...
M.Hüseynzadənin dostu (sonralar Azərbaycan Rəssamlar İttifaqının katibi) M.Tərlanovun dediklərinə görə, bu gələcək “qırğınçı”nın ən çox sevdiyi şairlər ən humanist şairlərimizmiş – Hüseyn Cavid və Mikayıl Müşfiq...
Bu insan elə canlı atomluq etdiyi ölkələrdə də Cavid-Müşfiq ideyalarını hədəfləyibmiş; bəşəri azadlıq, humanizm, haqq-halallıq…
Xatirələrdən-xatirələrə, kitablardan-kitablara keçə-keçə yaşayıb-yaşlanan – Qəhrəman+ Anadan olmasının 100 illiyi Azərbaycan Prezidentinin sərəncamı ilə dövlət səviyyəsində qeyd edilən bu qəhrəman soydaşımızla bağlı tək elə ölkəmizdə deyil, Rusiya, Almaniya, İtaliya arxivlərində də qiymətli sənədlər var. Bunu əcnəbi arxivlərdə tədqiqatlar aparmış İ.Abbasov da öz yazılarında vurğulayaraq qeyd edir ki, həmin sənədlərdən bəziləri xüsusi kəşfiyyat-diversiya qrupuna başçılıq etmiş, alman, fransız, italyan dillərində sərbəst danışa bilmiş qeyri-adi partizan “Mixaylo”nun həm də çox yüksək istedad və intellektə malik olduğundan bəhs edir:
“Mehdi sloven dilini və bu ölkənin folklorunu da öyrənməklə yanaşı, qızğın müharibə “fasilə”lərində rəssamlıq, dilçilik “davaları” da açıb. Bir sıra sənədlərdə onun yüksək intellektə malik olduğunu almanların özləri də etiraf edirlər”.
Mehdinin komandiri və dostu Cavad Həkimli: “Almanlar Vitovle kəndində Mehdinin dəfn olunduğu əraziyə gözətçi qoymuşdular ki, məzarı ziyarət edən olmasın. Lakin iki həftə sonra Mehdinin döyüş yoldaşları gecə gözətçini öldürüb, meyiti götürmüş və Çepovan kəndində müsəlman qayda-qanunlarına uyğun şəkildə dəfn etmişlər. Bu əməliyyata başçılıq edən Şamil Hüryanov 1945-ci il martın ortalarında həlak olub”.
Əfsanəvi qəhrəmanımızın anadan olmasının 90 illiyi münasibətilə çəkilmiş “Mixaylo” sənədli filminin rejissoru Tahir Əliyevin müsahibəsindən: “Biz o uzaq ellərdə Mehdinin 10 nəfərə yaxın partizan yoldaşını lentə aldıq. Avstriya, Sloveniya və İtaliyada apardığımız çəkilişlərdə onu tanıyan və haqqında eşidənlərin hər biri böyük rəğbət və nostalji duyğularla danışırdı. Sabiq partizanlar bizə “Uzaq sahillərdə” filmindən tanış olan Anjelikanın sağ olduğunu söyləyəndə, qulaqlarımıza inanmadıq. Kökəncə sloveniyalı və əsl adı Anjeli olan o xanımla böyük təkidlərdən sonra (özü də Mehdinin həlak olduğu yerdə) görüşə bildik. Müharibədən sonra ailə həyatı quran, bir oğlu, bir qızı, neçə-neçə nəvə-nəticəsi olan bu igid və zərif xanım “Mixaylo”nun məzarı önündə göz yaşlarını saxlaya bilmədi və 1944-cü ildə Mehdi ilə çəkdirdiyi (uzun illər sevgilərlə qoruyub-saxladığı) şəkli bizə bağışladı...”
Bütün dünyanı lərzəyə salan faşizmin “başına bəla” olmuş bu – Novxanılı balası
22 dekabr 1918-ci ildə doğulub, 1932-də daxil olduğu Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Leninqrad (Sankt-Peterburq) Xarici Dillər İnstitutunda oxuyub, 1940-da Bakıya qayıdaraq təhsilini ADPİ-də davam etdirib. 1941-ci ilin avqustunda orduya çağırılıb, 1942-də Tbilisi hərbi piyada məktəbini bitirdikdən sonra cəbhəyə yollanıb. Stalinqrad döyüşlərində minomyot taqımının komandiri olub, avqustda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmada ağır yaralanaraq almanlara əsir düşüb. Berlində üçaylıq “dil kursu”na (tərcüməçi kimi faşistlərə işləyəcəyi ehtimalı ilə) yazdırılıb.
Bir il sonra bir dəstə azərbaycanlı əsirlə faşist əsarətindən qaçaraq, Yuqoslaviya və İtaliya partizanlarına qoşulub. Diviziyaların birində italyan-yuqoslav korpusu qərargahının xüsusi təxribat-kəşfiyyat dəstəsini yaradıb.
İlk vaxtlar hitlerçi zabit (hərdən də yoxsul kəndli) libasında Adriatik dənizi sahillərindəki strateji ünvanları “maraqlı bir sərbəstliklə” gəzişib, partizanlara vacib məlumatlar ötürüb, bir müddət sonra isə öz igidlik və diversiya fəhmilə ən təcrübəli veteranları belə heyrətdə qoyub.
Bu “heyrət”in səbəbləri həddən çox olduğundan onları tamamilə şərhsiz və xeyli ixtisarla təqdim edirəm.
1944-cü ilin əvvəlində bir qrup əsirlə İtaliyadakı düşərgədən qaçıb Yuqoslaviya Xalq Azadlıq Ordusu Sloven Sahilyanı 9-cu korpusu partizanlarına qoşulan Mehdi tezliklə ərazidəki partizan hərəkatının “Mixaylo” ləqəbli fəal iştirakçısına çevrilir, faşistləri lərzəyə salan onlarla diversiya əməliyyatında iştirak edir. Onun komandanlığı altında partizanlar yerli həbsxanaya hücum edərək kameraların qapılarını açdırıb 700 əsiri (147-si sovet hərbçisi) buraxandan və həbsxana rəisini də tutaraq partizan qərargahına aparandan sonra faşist radiosu xəbər yaymışdı ki, guya həbsxanaya 3 minlik partizan diviziyası hücum edib.
Döyüş yoldaşı Cavad Həkimlinin xatirələrindən: “Mehdi elə bir vahimə yaratmışdı ki, almanlar şəhərə tək çıxmaqdan qorxurdular. Onlara elə gəlirdi ki, “Mixaylo” nəhəng bir dəstənin adıdır və ona hansısa bir qeyri-adi, fövqəlgüc pəhləvan rəhbərlik edir”.
Hələ, araşdırmalara görə, “bu misilsiz Qəhrəmanın yaratdığı qrupun gördüyü işlərin əksəriyyəti əsirlikdən sonra qoşulduğu briqadalardan birinin — 800 nəfərdən ibarət “Birinci Zərbə – Rus briqadasının adına yazılıb”. Bunu Yuqoslaviya hərbi tarixçisi Stanko Patelin sözləri birmənalı təsdiq edir: ”Diversant Mixaylo rəqibin rəhbər kadrlarını daha çox məhv etmişdi, nəinki öz mövcudluğu ərzində bütün 9-cu korpus”. Yuxarıdakı “şovinist hesab”ı isə elə həmin xalqın “Mixaylonun partizanlıq oylağı” Sloveniyada sovet partizan batalyonunun komandiri olmuş (1957-ci ildə SSRİ antifaşist hərəkatı iştirakçılarının nümayəndə heyətinin Yuqoslaviya səfərində iştirak etmiş) Anatoli Dyaçenkonun xatirələri dolayısı ilə Hüseynzadənin xeyrinə təkzib edir:
“Yuqoslaviyalılar bizim Mehdinin xatirəsini əbədiləşdirmək üçün qəbri üstündə gözəl bir abidə ucaltmışlar. Qəbri bəzəyən tər gülləri hər gün buraya bu qəhrəmanın cəsur əməlləri haqda hər gün eşidən yerli əhali gətirir. Xüsusi tədbirlər zamanı gətirilən əklillər üzərindəki hekayətlər isə “Bizim dostumuz Mixaylo” sözləri ilə başlayır...”.
Qəhrəmanlıqları yazı-pozu çərçivələrinə sığmayan bu soydaşımız barədə “Yuqoslaviyada döyüşən 8000-ə yaxın partizan arasında yalnız M.Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilib” faktından sonra –
Xatirəsi...
Məşhur bədii “Uzaq sahillərdə” və kinorejissor T.Əliyevin onun 90 illik yubileyi ərəfəsində çəkdiyi sənədli “Mixaylo” filmləri, Bakıdakı heykəli, Novxanıdakı abidəsi, adını daşıyan məktəb, qəsəbə, küçə, gəmi, haqqında yazılmış kitablar məlum.
Keçək “yad” öygülərinə: Sloveniyalı yazıçı Peter Amaliettinin “Mixaylonun təkbaşına qisası” ikicildlik romanı, Sloveniyanın Nova Gorica şəhəri yaxınlığındakı Shempas kəndində (öldürüldüyü ərazidə) büstü, Maribor şəhərində abidəsi, yüzlərlə xatirə, minlərlə qəlbdəki rəğbət-məhəbbət izharları…
Tahir ABBASLI
«Mədəniyyət» qəzeti
| ['Azərbaycan', 'qəhrəman', 'Mehdi Hüseynzadə', 'Mixaylo'] |
407 | https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/23308/zaman%C4%B1-qabaqlayan-ixtira%C3%A7%C4%B1-nikola-tesla.html | Zamanı qabaqlayan ixtiraçı: Nikola Tesla | Apollon | Böyük insanlar,şəxsiyyətlər | 15 may 2019, 12:04 |
“İndiki zaman onların ola bilər, amma uğrunda çalışdığım gələcək mənimdir”.
Nikola Tesla
Serb əsilli Amerika alimi Nikola Tesla elektrik və elektromaqnetizmə olan anadangəlmə istedadı ilə həm yaşadığı dövrdəki elmə, həm də gündəlik həyatımıza damğasını vurub. Teslanın bir çox icad və inkişaf etdirdiyi prinsiplər indi də istifadə edilməkdədir.
1856-cı il iyulun 10-da Avstriya İmperiyasının Smiljan qəsəbəsində dünyaya gələn Teslanın təhsil həyatı təbəddülatlı keçib. Keşiş olan və oğlunun da keşiş olmağını istəyən atasının əksinə gedərək Avstriya İmperiyasındakı müxtəlif şəhərlərdə məktəbə gedib, müxtəlif universitetlərdə dərs alıb, işlərdə çalışıb. Bu illərdə əldə etdiyi texniki biliklər və iş təcrübəsi gələcəkdə karyerasına və ən əsası, xəyallarına yön verəcəkdi.
Alternativ axım
1884-cü ildə Nyu Yorka köçən və araşdırmalarına burada davam edən Nikola Tesla Tomas Edisonla əməkdaşlıq etməyə başlayıb, lakin Edisonun Teslanın alternativ axım sistemlərinə aid kəşflərilə tam razılaşmadığı üçün iki alim yollarını ayırıb. Edison maddi səbəblərdən dolayı öz kəşfi birbaşa axım sisteminin dəyişməsini istəmirdi.
Çox keçmədi ki, yeni çeşiddə elektrik motorları və generatorlar üzərində işləyən Tesla alternativ axım sistemini inkişaf etdirdi. Onun üsulu ilə elektrik enerjisi birbaşa axından daha sürətli başa gəlir, yüksək voltajlı olur, uzaq məsəfəyə daha tez və ucuz daşınırdı.
Sonralar Tesla inkişaf etdirdiyi alternativ axımın patentini 1885-ci ildə Corc Uestinqousa satdı. Zamanla alternativ axımın ucuz, keyfiyyətli, etibarlı üsul olduğu bütün dünyaya məlum oldu. Bu sistemlə Tesla dünyanın ən varlı adamı ola bilərdi. İstehsal edilən enerjiyə görə hissə alan Teslanın gəliri o qədər böyüdü ki,” Westinghouse Electric Company” bu borc səbəbi ilə 1907-ci ildə iflas həddinə gəldi. Corc Uestinqous sonralar nəql edir ki, bu məsələni həll etmək üçün Tesla ilə danışanda, o, müqaviləni cırıb və borclarını silib.
Naqilsiz enerji
Daha sonra Tesla araşdırmalarını naqilsiz enerjiyə fokusladı. İlk dəfə 1891-ci ildə patentini aldığı “Tesla bobini” ilə qısa məsəfayə naqilsiz enerji ötürməyi bacardı. Əslində yüksəldici transformator olan Tesla bobini ilə həddən artıq yüksək gərginlik əldə etmək mümkün idi.
O dövrlərdə radio dalğalar və uzaq məsəfələrə ötürülməsi aktual mövzu idi. Tesla da bununla maraqlanırdı. 1893-cü ildə, Quqliemo Markoninin icadından iki il əvvəl Tesla kifayət qədər texnika və elmi məlumatlarla radio dalğaları ilə əlaqə mövzusuna diqqət yetirdi, lakin əldə etdiyi nəticələrlə xəbərləşməyə deyil, elektrikin naqilsiz ötürülməsinə yönəlmişdi.
Naqilsiz qlobal xəbərləşmə və enerji sistemi
1901-ci ildə karyerasının ən böyük uğursuzluğu olan Vardenklayf qülləsinin inşasına başlayıb. Teslanın məqsədi Nyu Yorkdakı qüllədən İngiltərəyə və Atlantik okeandakı gəmilərə teleqraf, səs, hətta görüntü və elektrik ötürmək idi. Tesla bu layihə üçün məşhur biznesmen Çarlz Morqanı qismən razı salmağı bacarıb. Lakin dayanmadan artan xərclər, Markoninin teleqrafı daha ucuza göndərə bilməsi, Teslanın zamanla etibarını itirmsəsi səbəbi ilə layihə yarıda qalıb.
Tesla internetin ibtidai versiyası sayılan, tamamlansa dünyanı yüz il irəli aparacaq layihəsinə çox güvənirdi, lakin əvəzində Vardenklayf qülləsinin sökülüb artıqlarının borclarının əvəzinə verilməsinə boyun əyməli olub.
Tanınmış ixtiraçı 1943-cü il yanvarın 7-sində bir müddətdir tək yaşadığı “Nyu Yorker” otelindəki otağında, 87 yaşında vəfat edib. Ardınca hələ də istifadə edilən icadlar, sistemlər və prinsiplər qoyub. Məsələn, bu yazını oxuduğunuz ekranı, enerjisini, təməlini Teslanın sxemləşdirdiyi modern elektrik enerjisi istehsalı və paylama sistemləri təşkil edir. Yüzlərlə icadı ilə XX əsrə yön verən bu dahi elm adamının şərəfinə ölümündən 17 il sonra beynəlxalq vahidlər sistemində maqnetik induksiya ölçü vahidinə “Tesla” adı verilib.
Tərcümə: Cəmilə MƏMMƏDLİ
nationalgeographic.com
| ['alim', 'ixtiraçı', 'Nikola Tesla', 'dahi fizik', 'fizik', 'fizika alimi'] |
408 | https://kayzen.az/blog/aforizmler/23357/9-m%C3%BCdrik-qayda.html | 9 müdrik qayda | Apollon | Hikmət dənizi və aforizmlər | 12 may 2019, 18:24 |
Həyat — çox qiymətli dərslər öyrədən müdrik bir müəllimdir. Bu, adi deyim yox, sübut olunmuş təcrübədir. Həyat məktəbində dərsə hazırlıqsız gəlmək qəbul olunmur. Əgər dərs öyrənmək lazımdırsa, siz bu vəziyyətdən düzgün nəticə çıxarmayana qədər həyat adlı müəllim onu dəfələrlə təkrarlayacq. Odur ki, həyatda çətin həyat sınaqlarından keçən adama müdrik və ya təcrübəli deyirik. Başqalarının səhvlərini təkrarlamaq istəmirsinizsə, müdriklərin məsləhətlərinə əməl etməyə dəyər.
Təəssüf ki, biz həyat dərslərini çox gec öyrənirik. Başımız daşa dəyməyənə qədər imtahandan keçmiş sayılmırıq. Ömür adlı səyahətdə insan iki duyğu arasında seçim etməli olur: ya biz inkişaf edirik, ya da həmişə və haradasa laxlayırıq. Hər bir həyat dərsi bizə böyümək və inkişaf etmək üçün göndərilir.
Əgər gözlənilməyən hadisə baş verirsə, biz həyat ritmini itirir, iflasa uğrayır və problemlərin öhdəsindən gələ bilmirik.
1. Ömür adlı səyahət — öyrənməli olduğumuz dərslər seriyasıdır
Baş verənlərə qarşı çıxmağa çalışmayın. Müxalif güc müqavimət gücü ilə bərabərdir. Həyatınızda baş verənlərdən qaçmağa çalışmaqla və müqavimət göstərməklə öz energetikanızı sıfıra endirirsiniz. Bu da həyatı heçə yaşamaq deməkdir.
Həyatda ən çətin situasiyaları yada salın. Şübhəsiz ki, çox ağır günləriniz olub, amma indi sahib olduğunuz “məniniz” o dərdlərin və yaşanmış təcrübələrin nəticəsidir. Bu gün siz dünənki həyat təcrübəsinin nəticəsiniz. Əgər həyat yolunda sizi nə isə narahat edirsə, deməli, dərsdən kəsilmisiniz. Bu da o deməkdir ki, gələcəkdə sizi eyni hadisənin təkrarı gözləyir. Baş verməsini istəmirsiniz? O zaman könüllü şəkildə dəyişin.
2. Kainatın sevimliləri deyə bir şey yoxdur
Yəqin ki, sizə də hərdən elə gəlir ki, kiminsə bəxti daha çox gətirir, kiminsə az. Dünyada heç kim «bəxtəvər damğası» ilə doğulmur, bu barədə unudun getsin. Karma və tale gələcəyimizin keçmiş nəticəsidir. Uğurlu insanların bu səviyyəyə çatana qədər hansı yollardan keçdiyini təsəvvür edə bilmərsiniz. Hər kəsə çiyinlərində daşıya biləcək qədər yük verilir. Məhsul əldə etmək üçün əvvəlcə zəhmət çəkməlisiniz. Əgər bəxtiniz hələ də gətirməyibsə, deməli, arzuların qarşılığı ödənməyib və siz uğura hələ hazır deyilsiniz. Bəzən də olur ki, böyük pul və şan-şöhrət insanı məhv edir, o, böyümək və inkişaf etmək əvəzinə iflasa uğrayır və ölür.
3. Həyat — inam və əqidəmizin güzgüsüdür
İnanclar insanın yaxşı və pis haqqında sahib olduğu təsəvvürlər toplusudur. Şəxsiyyət bir neçə qabıqdan, mərkəzində nüvə və ya İD-dən ibarətdir. İD — insan xislətinin özünü identifikasiyasıdır. Nüvəni dəyişmək çox çətindir, lakin özünü identifikasiya növbəti inam mərhələsini formalaşdırır.
Bizim reallığın istənilən təsviri xarakteristikası bizim əqidə və inanclarımızdan təşkil olunub. İnamlar isə bacarıq və qabiliyyət adlanan yeni bir səviyyə formalaşdırır.
Qabiliyyət bizim bilik və nələrisə həyata keçirmək bacarıqlarımızdır. Biz nəyisə edə bilərik, ya yox? Əgər edə biləriksə, necə? Bu sual bizim bacarıqlarımızın səviyyəsini xarakterizə edir. Qabiliyyətlər inamlar əsasında yaranır.
Qabiliyyətlər davranış modelini ortaya çıxarır: hərəkət və ya hərəkətsizlik. Bu isə qabiliyyətdən asılı olaraq dəyişir.
İndi isə gəlin bu səviyyəyə «anti» şəkilçisini əlavə edək. Beləliklə biz anti-identifikasiya alacağıq. İnkişaf etməli olan inamlar iflasa uğrayan anti-inamlara çevrilir. Bu zaman bacarıqları həyata keçirmək qeyri-mümkün olur. Bu yolla insan anti-davranışlarını həyata keçirir və şəxsi anti- identifikasiyalarını daha çox möhkəmləndirir. Ah-vay bu hekayədə baş rolu oynayır və bu, dəhşətdir.
Dəhşətli fenomen insana həm yuxarı qalxmağa mane olur, həm də şampan burğusu kimi özünə çəkir. Nəticədə bu reallıqdan günbəgün çıxmaq çətinləşir.
4. Heç nəyə bağlanmayın
Bağlılıq həm öz həyatımızı, həm də bağlandığımız insanın həyatını zəhərləyir. Yəqin ki, bu paradoksu hər kəs müşahidə edib: qadın ərindən nə qədər çox yapışsa, qayğısına qalsa, üstündə nə qədər çox əssə və onu itirməkdən nə qədər çox qorxsa da, kişi səylərini qiymətləndirmir. Ömrünü ərinin yolunda fəda edən qadın sonda sevgisiz qalır. Bu, kişi əclaf olduğu üçün baş vermir. Məsələ ondadır ki, kişinin bütün energetikası bu cür fədakarlığa müqavimət göstərir.
Belə davranış kişinin energetikasını sorur, bu zaman o, özünü günahkar və borclu hiss etməyə başlayır. Yadda saxlayın ki, bu hisslərin sevgi ilə heç bir əlaqəsi yoxdur. Qadının hisslərini də sevgi adlandırmaq olmaz. Çox güman ki, qadın bu insana olan hisslərini çox sevir və status kvo-nu qorumağa çalışır.
Bir şeyə aşırı bağlılıq və öhdəlik uşaqlıq duyğusudur, uşaq öz oyuncaqlarını heç kimlə paylaşmaq istəməyəndə, onları özü ilə eyniləşdirir, hətta müəyyən edir.
Əgər siz nəyisə həqiqətən istəyirsinizsə, arzuolunanı azad buraxmaq və enerjinin sərbəst axmasına icazə vermək lazımdır ki, arzular həyatınıza qayıda bilsin.
5. Ürəyin istədiyi kimi yaşa
Ağlınızın səsini nə qədər çox dinləsəniz, qəlbin və ruhun səsini o qədər çox boğursunuz. Əgər ağlınız və qəlbiniz arasında seçim etmək lazımdırsa, cəsarətlə ürəyi seçin. Qəlbiniz həmişə ən yaxşı bələdçiniz olacaq. Əlbəttə ki, qəlbinizin səsini dinləyin dedikdə şəxsi mənfəət və eqolarınızı təmin etmək nəzərdə tutulmur. Ürəyin hökmü dərin dəyərlərinizlə üst-üstə düşür.
6. Nə qədər çox çalışsanız, bir o qədər çox qazanacaqsınız
Özünüzü “Uğur və ya şans bir gecədə qonaq gəlir” illüziyalarıyla aldatmayın. Uğur — 1 faizdən ibarətdir, qalanı alın təridir. Tər axınını insan sevdiyi işlə məşğul olmağa və bütün çətinliklər gözündə asanlaşmağa başlayanda hiss edir. Bu yalnız xoşunuza gələn məşğuliyyətə olan sədaqətin sayəsində mümkündür, arzular və imkanlar birləşəndə, hər şey daha asanlıqla əldə edilir. Əslində, insan böyük iş görür. Odur ki, asan yollar axtarmayın, böyük hədəflər üçün səy göstərmək lazım gələcək.
7. Hadisələri pisə və yaxşıya bölməyin
Baş verənlərə qiymət verməkdən imtina edin. Bütün hadisələr neytraldır. Yağış yağanda kimsə yerdə palçıq görür, başqası bu təbiət hadisəsini ulduzların əksi kimi qəbul edir. Hadisələrə reaksiyanızı diqqət istiqaməti təyin edir. Əgər həyatın əzab, ətrafdakıların qurd olduğu fikrinə inansaq, bu zaman hər kəsi sizə hücum çəkməyə və parçalamağa çalışacaq. Bəs əksinə? Biz diqqətimizi yönəltdiyimiz hadisələrin hərəkətlərini gücləndirir və onları enerji ilə sulayırıq. Yalnız suvarma üsulu və keyfiyyəti çox fərqli ola bilər.
8. İnsanları müsbət və mənfiləri ilə qəbul edin
Biz bu dünyaya bir insan təcrübəsini yaşamaq üçün gəlmişik. Və bu təcrübədə bizə başqaları kömək edir. Allahın digər insanların əlləri, bizim üzərimizdəki təsirləri xaricində başqa əlləri yoxdur. Əlbəttə ki, bəzən özünü ətraf-aləmdən tədric etmiş və quyunun dibinə enmiş insanı qəbul etmək çətin olur. Amma bu da bizə nəsə öyrədə bilər. Ən azından onu öyrədir ki, həyatda daha vacib dəyərlər var və biz heç vaxt onun kimi olmaq istəməzdik. Hər şey müqayisədə bilinir. Bax, bu adam sizə müqayisə etmək imkanı verir.
İnsanları olduğu kimi qəbul etməklə biz gözləntiləri aşağı salır və daha dinc həyat yaşayırıq. Sevinc və sülh qəlbin sağlam vəziyyətidir. Həm özünüzə, həm də yaxınlarımıza qarşı şişirdilmiş gözləntilər bizi məyus edən başlıca səbəblərdir.
Həddindən artıq gözləntiləri olan bir şəxs qeyri-sabit daxili vəziyyətində elə düşünür ki, günahkar başqalarıdır. Həddindən artıq tələblərdən həm insan özü, həm də başqaları əziyyət çəkir.
Bu, ər-arvad münasibətlərində daha aydın görünür. Qadın həmişə ərinin kifayət qədər yaxşı olmadığını, az qazandığını, vəzifələrini düzgün yerinə yetirmədiyini düşünür. Eyni zamanda, o unudur ki, özü də mükəmməl deyil. Qadın ərinin enerjisini gəmirir, eyni zamanda onun sükunətindən özü də daim narahat olur. Analar da bəzən uşaqlarına qarşı eyni cür davranır və onlardan daha müdrik davranmağı tələb edir, halbuki, uşaqlar dünyanı səhvlər vasitəsilə tanıyır.
Şişirdilmiş gözləntilər sindromu ilə mübarizə yolunda ilk addım – özünü aldatdığını və tələyə düşdüyünü dərk etməkdir. Bu tələyə düşmək olmaz. Əgər “daha yaxşı ola bilərdi” kimi fikirləri ilə yaşamağa davam etsəniz, sonsuza qədər əzab çəkməli olacaqsınız. Çünki mükəmməlliyin sərhədi yoxdur. Ən sərfəli investisiyalar bir qayda olaraq özünə qoyulan yatırımlardır.
9. Biz başqalarını yox, özümüzü dəyişmək üçün yaradılmışıq
Daim öz biliyini inkişaf etdirən insan həm özü, həm də başqaları üçün maraqlı olur. «Hər kəs dünyanı dəyişdirmək istəyir, amma heç kim özünü dəyişdirməyi düşünmür». (Lev Tolstoy )* Başqalarına tonlarla məsləhət verməyə hazır olsaq da, çox az adam özü və nəfsi üzərində işləyir. Halbuki öz kompleksləri, nəfsi və zərərli vərdişləri üzərində qələbə qazanmaq ən böyük qələbədir.
Çox vaxt biz yaşamaq üçün dəyişmək məcburiyyətində qalırıq, bəzən də bu prosesi ağrı, qorxu və şübhə müşayiət edir. Bununla da biz xatirələrdən, vərdişlərdən və keçmişin ənənələrindən qurtuluruq. Yalnız keçmişin yükündən azad olmaq bizə indi ilə yaşamağa və həyatdan zövq almağa imkan verir.
«Görmək istədiyiniz dəyişiklik özünüz olun». (Mahatma Qandi)
Düşüncələri ancaq müsbət istiqamətdə dəyişdirin. İcazə verməyin ki, keçmiş xatirələr sizdən mənfi bir qəhrəman yaratsın. Müsbət emosiyalara və fikirlərə üstünlük verin ki, həyatınızı əsaslı şəkildə dəyişəsiniz. Sizin vəzifəniz xəyal qurmaq və hərəkət etmək, həyatınızda baş verən möcüzələri salamlamaqdır. Və əgər nə isə istədiyiniz kimi alınmırsa, demək ki, sizin üçün daha yaxşı olacaq. Sadəcə, rahatlanın və həzz alın.
publika.az
| ['hikmətli sözlər', 'müdrik kəlamlar'] |
409 | https://kayzen.az/blog/edebiyyat/23122/%C9%99d%C9%99biyyat%C4%B1n-qara-qraf%C4%B1.html | Ədəbiyyatın “Qara qraf”ı | Apollon | Ədəbiyyat | 4 may 2019, 23:09 |
Fransa ədəbiyyatı deyərkən ağlımıza hansı adlar gəlir? Orta səviyyəli oxucu üçün 3-4 ad var: V.Hüqo, O.Balzak, A.Düma, Molyer, Mopassan və daha bir neçə nəfər. Onların həyatı barədə isə çox az şey bilirik. Ən azı öz payıma deyim. Öyrəndikcə isə təəccüb, heyrət bir-birini əvəzləyir.
19-cu əsrin dahi Fransız yazıçısı Aleksandr Düma Azərbaycan oxucusu üçün həm tanışdır, həm də doğma. Müəllifin “Qafqaz səfəri” əsəri onu bizə daha da yaxın edib. Digər əsərləriylə yanaşı sevə-sevə oxuyuruq.
Dümanın şəklini ilk dəfə görəndə onda nəsə qeyri-adilik sezmişdim. Tip olaraq fransızlara bənzəmirdi. Əsmər çöhrə, qıvrım saç onu sarışın, ağbəniz soydaşlarından fərqləndirirdi. Buna o qədər də əhəmiyyət verməmişdim. Ancaq amerikalı araşdırmaçı jurnalist Tom Reissin “Qara Qraf” kitabını oxuduqdan sonra şübhələrimdə haqlı olduğumu gördüm.
Teas Pressin uğurlu nəşrlərindən olan bu kitab 18-ci əsrin sonu, Fransa inqilabı, quldarlıq sisteminə ilk dəfə son qoyulması və digər məsələlərdən bəhs edir. Ancaq ən önəmlisi Aleksandr Dümanın atası Aleks Düma haqdadır.
Yazıçı Dümanın niyə fransız tipində olmadığı burda anlaşılır. Onun atası mulatdır. Yəni, ağbənizli fransızla zənci qadının oğludur. Bəs necə bu baş verib, ətraflı adını çəkdiyim kitabdadır.
Amerikalı tarixçi jurnalist Tom Reiss uzun illər Aleksandr Dümanın atasını araşdırmaqla məşğuq olub. Bunun üçün bir çox ölkənin arxivində araşdırma aparıb. Tədqiqatı apararkən maralı, kuryoz hadisələr də olub.
Gələk kitaba. 18-ci əsrdə Avropanın bir çox ölkəsinin Amerika qitəsində müstəmləkəsi vardı. Həmin müstəmləkələr də o ölkələrə külli miqdarda gəlir gətirirdi. Amma bütün bunlar Afrikadan gətirilmiş qulların ağır əməyi və faciəli həyatı hesabına olurdu. Fransanın mülkü olan Haiti adası o dövrün əsas şəkər istehsal mərkəzlərindən idi. Gəliri çox, əziyyəti isə dəhşətli olan bu sahəni işçiylə təmin etmək üçün daima qullar gətirilirdi. Onların da önəmli hissəsi ağır əməkdən və pis münasibətdən tələf olurdular. Az qala gündə 18 saat işləməyə məcbur edilirdilər. Hər qulun ortalama 10-15 il faydalı dövrü olurdu. Sonra isə onlar yeni qullarla əvəzlənirdilər. Ancaq bəziləri yerli şəraitə öyrəşir, hətta azadlıq qazanıb uğurlar da əldə edirdilər. Plantator olanlar belə vardı.
Adanın cazibəsi bir çox insanı özünə çəkirdi. Həyatda uğur qazana bilməyənlər, daha çox qazanmaq istəyənlər üzünü Haitiyə tutmuşdu. Onların arasında Şarl Davi dö la Payetri də vardı. Yerli mulat plantator xanımla evlənən Şarl yaxşı təsərrüfatçı olduğunu göstərir. Arvadının şəkər plantasiyaları daha çox xeyir verməyə başlayır. Bir müddət sonra Şarlın böyük qardaşı Antuan adada peyda olur. Qısa müddətliyinə gəldiyini desə də 10 il adanı tərk edə bilmir.
Fransa kralının imzaladığı qanunla ağ irqdən olanlar zənci qullarla evlənə bilməzdilər. Zənci qul azad olunsa belə mütləq xristianlığı qəbul etməli idi. Lakin Antuan zənci qul qadınla gizlicə evlənir. Qanunu pozduğu üçün təqib edilir və arvadı Mari-Sessetta Düma və bir neçə qulla birgə qaçırlar. Onlar adanın cənubundakı dağlara sığınıb uzun illər qaçaq həyatı yaşayırlar. Burada 1762-ci ildə Aleksandr Payetri (sonradan Düma) anadan olur.
Bir haşiyə çıxım ki, Antuan Payetri yaxşı pul qazanmaq üçün qul ticarətiylə məşğul olur. Amma bu işdə ciddi uğurlar qazana bilmir. Lakin onun mulat oğlu isə quldarlığın ləğvi üçün çalışıb. Bu daha sonra baş verəcək.
Aleks 10 yaşına qədər Haitidə yaşadıqdan sonra Fransaya gəlir. Onun əsas həyatı da bundan sonra başlayır. Aldığı təhsil, zadəgan əsilli atasıyla Parisdə keçirdiyi günlər Aleksin gələcək həyatında növbəti mərhələdi. Məşhur yazarın romanlarını yazarkən ilham aldığı atası 34 yaşında draqunlar alayına yazılır. Özü də sıravi olaraq. Hansı ki, qalxacağı ən yuxarı pillə alayın çavuşu rütbəsiydi. Lakin Alkes Düma buna baxmayaraq qısa müddətdən sonra kapral rütbəsi alır.
1789-cu ildə baş verən Böyük Fransa İnqilabı ənənəvi düzəni sarsıtdı. İndiyə qədər mövcud olan bütün sistemlərdə dəyişikliklər oldu. Orduda da köhnə, feodal quruluş yerini inqilabın gətirdiyi düzənə verdi. Vaxtilə hərbidə zadəgan soyuna görə rütbələr verilirdisə artıq bacarıq ön plana çıxdı. Aleks də inqilabın gətirdiyi bərabərlikdən yararlana bildi. Əgər o bu qabiliyyətilə inqilabdan əvvəl ortaya çıxsaydı mövcud feodal quruluş onun önünü kəsəcəkdi.
Kitabda Aleks Dümanın sürətli yüksəlişini izləmək olar. Fransanın şimal sərhədlərində Avstriya ordusuna qarşı göstərdiyi nümunəvi qəhrəmanlıqlar onun generallığa qədər qısa zamanda qalxmasını təmin edir. Cəsurluğu, strateji düşünmə bacarığı, şəxsi heyətlə xoş münasibəti onu əsgərlərin və zabit yoldaşlarının sevimlisinə çevirir. Avstriyalılara qarşı Alp dağlarındakı Mon-Senin yüksəkliyinin alınmasıyla Düma özünü hər tərəfli göstərir. Daha sonra Fransız ordusunun İtaliyaya səfəri zamanı isə şöhrətinin zirvəsinə çatıb. Lakin Napoleonun başıbəlalı Misir çıxarmasında vəziyyət dəyişib. Napoleonla onsuz da yaxşı olmayan münasibətləri daha da pisləşib. Misirdən geri qayıdarkən isə gəmiləri qəzalı vəziyyətdə olduğundan İtaliyanın Taranto limanına məcburi lövbər salırlar. Burada o iki ildən çox həbsxanada saxlanılır. Uzun boylu, cəngavər duruşlu, cəsarətli döyüşçü Aleks həbsxana divarları arasında xəstəlik tapır. Vətənə qayıdanda isə unudulduğunu, əvvəlki şöhrətinin kimsənin vecinə olmadığını görür. Ömrünün sonuna qədər sakit həyat yaşayır. Atasının həyatını romanlarında canlandıracaq oğlu Aleksandr Düma həmin müddətdə dünyaya gələcək.
Yazıçı Düma atasını əsərlərinin qəhrəmanı edəcəkdi. “Üç muşketyor”, “Monte Kristo qrafı”, “Jorj” romanlarında atasını qələmə aldığını yazar etiraf edib.
Hər birində general Dümanın həyatının ayrı-ayrı epizodlarını yaradıb.
Bu kitabdan sonra yazıçının əsərlərini başqa gözlə oxuyacaqsınız.
Rəşad Babalı
| ['ədəbiyyat', 'dünya ədəbiyyatı', 'Aleksandr Düma', 'esse'] |
410 | https://kayzen.az/blog/Azerbaycan-kinosu/23305/eld%C9%99niz-zeynalov-paradoksu.html | Eldəniz Zeynalov paradoksu | Apollon | Azərbaycan kinosu | 3 may 2019, 15:53 |
Deyilənə görə, onun adını böyük şairimiz Səməd Vurğun qoymuşdu. Dostu Abdulla Şaiqgildə olanda eşidir ki, qonşuluqda bir uşaq dünyaya gəldi. Sevincək deyir: «Bu uşağın adını mən qoyuram. Aybənizimiz var, Gülbənizimiz var, qoy bu uşaq da olsun Eldəniz».
Beləcə Eldəniz Zeynalov — gələcəyin heç kimə bənzəməyən duzlu-məzəli aktyoru bu keşməşkeşli dünyaya kimin, kimin — dahi Səməd Vurğunun «yazdığı» vizit vəsiqəsi ilə qədəm qoyur.
Yaxşı igid dayısına oxşayar — deyiblər. Eldəniz Zeynalov da 64 illik ömür yolu və yaradıcılığı ilə xalqın bu inamının boş yerdən yaranmadığını bir daha təsdiqlədi. Lakin bir «amma» ilə. Çünki onun dayısı — Azərbaycan teatr sənətinin qüdrətli aktyorlarından olan Həsənağa Salayev romantik aktyor məktəbinin korifeylərindən idi. Eldəniz isə Azərbaycan gəncinin, kişisinin lətifə yaratmaq, lətifəni anlamaq, zarafat etməyi bacarmaq istedadının estetikasını kinomuza gətirən, həyatı ekrana, ekranı isə həyata yaxınlaşdırmağı bacaran realist, hətta bir az da irəli gedib demək istərdim ki, naturalist oldu.
Mən tələbə olanda hər səhər Universitetə o vaxtkı «9 Yanvar bağının yanından keçib gedir, elə o yola da qayıdırdım və bu həndəvərdə diqqətimi ən çox çəkən Eldəniz Zeynalovun — bir vaxtlar yalnız ekranlardan tanıdığım, əlçatmaz hesab etdiyim, indi isə ya ayaq üstə dayanıb siqaret çəkə-çəkə kimləsə söhbət edən, yaxud oradakı məşhur çayxanada oturub duzlu söhbətləri ilə admlara xoş anlar yaşadan bu maraqlı, koloritli adamın sadəliyi, özü ilə başqaları arasında heç bir fərq qoymaması, əksinə, onların içində əriyib yox olmaq istəyi, ən başlıcası isə bunu özünə yaraşdırmayan bəzilərindən fərqli olaraq bu sadəlikdən, adilikdən ləzzət alması idi. Eldəniz Zeynalov üçün „qərdeşim“, „anam-bacım“ deyə müraciət etdiyi tərəf müqabllərinin sosial statusunun, yaşının heç bir əhəmiyyəti yox idi. O, rastlaşdığı təsadüfi bir adamdan təklif olunan siqareti almağı, onunla ayaqüstü də olsa hal-əhval tutmağı özünə ayıb bilmirdi, hər səhər yaşadığı mənzilin üstündəki uşaq bağçasına tələsən körpə uşaqlarla da zarafatlaşmağa macal tapırdı və məncə, onun bənzərsizliyi, təkrarsızlığı, ən başlıcası isə bu gün tamarzı qaldığımız səmimiyyəti də elə bunda idi.
Eldəniz Zeynalovun qəribə, bu gün bir çox aktyorların bir qədər başqa şəkildə yamsıladıqları danışıq tərzi, köklü bakılılara xas ləhcəsi vardı. Bir sözü, ifadəni tez-tez ikinci dəfə təkrar demək, nitqinə qəribə bir ahəng verən tələskənlik onun təkcə özünə yox, yaratdığı obrazlara da xas olan keyfiyyətlər idi. Amma bu o demək deyildi ki, rol oynayanda Eldənizin fərqli ahəngdə, diksiyada danışmağa gücü çatmırdı. Yox, qətiyyən belə deyildi. Sadəcə olaraq Eldəniz reallıqla sənət arasındakı sərhədləri sözün yaxşı mənasında dağıtmağı, sənəti gerçəkliyə, gerçəkliyi isə sənətə qovuşdurmağı bacaran aktyor idi. O, yaratdığı obrazların ardınca getmirdi, əksinə, onları öz ardınca aparırdı və məncə, onun kino sənətimizdəki ən mühün xidmətlərindən biri də bu idi.
1963-cü ildə ustad Adil İskəndərov gənc Eldənizi „Əhməd haradadır“ filmində rəngsaz Əhməd roluna dəvət edəndə də yəqin ki, onun bu qabiliyyətini nəzərə almışdı və tələbəsi müəlliminin etimadını artıqlaması ilə doğrultdu. Həddən artıq qısqanc nişanlısının şıltaqlığından bezən, onu gah nəvazişlə, gah da ərkyana atmacalarla ovundurmğa çalışan bu gəncin iştirak etdiyi epizodlar filmdə təbii auranın yaranmasında az rol oynamırdı. Lakin ən əsası Əhmədin sadəliyi, səmimiyyəti idi. Obrazın yozumunda Eldənizin üz tutduğu əsas istinad nöqtəsi — səmimiyyət növbəti filmində onu ən böyük yaradıcılıq uğuruna qovuşdurdu. O, özünün „şah“ rolunu 31 yaşında çəkildiyi bu filmdə — »Bir cənub şəhərində" filmində oynadı.
Mən vaxtilə çinovniklərin, senzuranın qəzəbinə tuş gələn bu filmin məziyyətlərini 50 illik zaman məsafəsindən daha aydın görürəm. Bu film cəmiyyətin, insanın qəsdinə dayanan və çox vaxt əlacsızlıqdan, yaxud fərqinə varmadan «mentalitet» sözü ilə pərdələdiyimiz, «zərərsizləşdirməyə» çalışdığımız komplekslərin, yasaqların, tabuların əsl mahiyyətini, bu normalara təslim olan insanların ruhi-psixoloji sarsıntılarını göstərməklə yanaşı, həm də sovet əxlaqının riyakar, antihumanist xislətini açan mükəmməl bir sənət hadisəsi idi. İnsanlarin bütün ömrü boyu onlara təklif olunan rolu oynamağa, daxilən əzab çəkə-çəkə yaşamağa məhkum edildiyi cəmiyyətin əxlaqi-sosial ziddiyyətlərini o dövrdə nəinki Azərbaycan, heç sovet kinosunda da bu film qədər dərindən faş edən ekran əsərləri tapmaq çətindir. Filmdəki Eldəniz Zeynalov — Həsən Məmmədov tandemi isə kinomuza yeni tipli 2 qəhrəman — bu yasaqlara tabe olmaq istəməyən, daxili azadlığa can atan Tofiq və Murad obrazlarını gətirdi, kino sənətimizdə yeni bir mərhələnin əsasını qoydu.
Eldəniz Zeynlov zahirən bivec, avara adam təsiri bağışlayan Tofiqin sonda vulkan kimi püskürən daxili etirazını, məhəllə timsalında modelləşdirilən cəmiyyətə qarşı başladığı üsyanı hətta həmin tandemin digər tərəfindən — kino sahəsində nisbətən daha çox təcrübəsi olan Həsən Məmmədovdan da daha təsirli, daha yaşarı oynayır, reallığın bu 2 həssas insanı çıxılmazlıq məngənəsində sıxdığı situasiyaların dramatizmini özünün təbii temperamenti, ifadəli baxışları ilə tamaşaçılara çatdıra bilirdi. O, Tofiqin təqdimində yenə də özünün sınanılmış üsuluna — qəhrəmanının səmimiyyətinə istinad edir, elə buna görə də tamaşaçı onun üst qatda hətta bir az gülməli təsir bağışlayan aqibətini daxilən yaşayır, ona acıyır, hərəkətlərinə haqq qazandırır. Lakin ən maraqlısı budur ki, aktyor öz təbii stixiyasından irəli gələn yumoru da unutmur.
«Tofiqin canı üçün buraxmaram», «Klyanus ya malçik», «Buna bax alə, ubit menya xoçet» kimi replikalar onun fərdi keyfiyyətlərindən soraq verirsə, Muradla söhbət etdiyi səhnədə dediyi sözlər («Sən məni mütləq vurmalısan. Amma elə yerimdən vur ki, ölməyim də»), üzünün cizgiləri, gözlərinin dibinə çökmüş ağrı, fnal səhnəsində isə köynəyini cıraraq «Vur, nə gözləyirsən, vur» deyə hayqırması Tofiqi — zahirən qeyri-ciddi, bivec adam təsiri bağışlayan bu gənci yalnız ürəyinin hökmü ilə hərəkət edən, daxili azadlığa can atan və əsərin digər personajlarından fərqli olaraq buna nail olan əsl qəhrəman səviyyəsinə qaldırır. Onun Tofiqi kinomuzda ilk (və bəlkə də hələ ki yeganə) obrazdır ki, hətta ölümdən belə qorxmayaraq, steorotip məhəllə, ailə etiketlərinin qapalı orbitindən çıxmağa çalışır, bəzi məqamlarda gülməli, bəzi məqanlarda isə faciəvi, dramatik vəziyyətlərə düşsə də, bunu bacarır. O, məhlənin hər qarışından qan iyi gələn güşəsi ilə arvadı ilə qol-qola addımlamağa cəsarət edən ilk kişi kimi hamıya nümunə göstərir və sübut edir ki, burada qeyri-əxlaqi heç nə yoxdur, əksinə, hamını təəccübləndirən bu davranış jesti məhlədə — qapalı məkanda "əxlaq təəssübkeşi" rolunu oynayıb kənarda qız-gəlinə söz atanların, sataşanların riyakarlığından qat-qat əxlaqidir.
Kino tədqiqatçılarından xahiş edirəm, bu faktı unutmasınlar.
Gözləmək olardı ki, bu filmdən sonra rejissorlar Eldənizi rahat buraxmayacaqlar, onun üstündə, necə deyərlər, dava salacaqlar. Təəssüf ki, belə olmadı və onun kino yaradıcılığında 2-ci dərəcəli, epizodik rollar «mərhələsi» başladı. «Yeddi oğul...»da kəndli, «Bizim Cəbiş müəllim»də alverçi, «O qızı tapın»da Səyavuş, «Babamızın babasının babası» filmində həkim, «Bəyin oğurlanması»nda inspektor, «Yol əhvalatı»nda şikayətçi… Amma Eldəniz Zeynalov bu kiçik rollarda da yaratdığı obrazların koloriti ilə tamaşaçıların qəlbinə yol tapdı, özünün bənzərsizliyini təsdiqlədi.
Lakin kimin ağlına gələrdi ki, bu zarafatcıl, uşaq kimi səmimi aktyor bir gün mənim (və yəqin ki, çoxlarının) hələ də izahını tapmadığı bir paradoksun müəllifi olacaq, hər şeyin heç də həmişə göründüyü kimi olmaması barədə bir pritça yaradacaq? Siz filmlərdən, televiziya tamaşalarında guya ovcumuzun içi kimi tanıdığımız Eldəniz Zeynalovu Dezdemonanı boğmaq ərəfəsində məşhur monoloqunu söyləyən Otello rolunda təsəvvür edirsinizmi? Mən o səhnəni görmüşəm və bilmirəm neçə il əvvəl televiziya ilə nümayiş olunan bu səhnəni görməyənləri onun həqiqiliyinə necə inandırım. Yox, bu, qətiyyən zarafat, parodiya deyildi. Gülüş ustalarının faciə qəhrəmanlarını oynamağa uyarsızlığını göstərməyə də xidmət etmirdi bu səhnə. Amma boynuma alıram, məni Otellonun — o qısqanc mavrın səhnə təcəssümü haqqında tamam fərqli ölçülərlə fikirləşməyə cövq edən nə isə qəribə bir sehr vardı o səhnədə.
Bu, kökündə qəribə, izaholunmaz bir sirr dayanan paradoks idi — Eldəniz Zeynalov paradoksu.
O paradoksun izahını hamımızın sevimlisi Eldəniz Zeynalov özü ilə apardı.
Ruhun şad olsun, Eldəniz müəllim! Yerin yaman görünür.
Əlisəfdər HÜSEYNOV
«525-ci qəzet»
| ['Azərbaycan kinosu', 'aktyor', 'Eldəniz Zeynalov'] |
411 | https://kayzen.az/blog/qadin/23299/nobel-m%C3%BCkafat%C4%B1na-layiq-g%C3%B6r%C3%BClm%C9%99y%C9%99n-dahi-qad%C4%B1nlar.html | Nobel mükafatına layiq görülməyən dahi qadınlar | Apollon | Qadın | 1 may 2019, 15:45 |
Bu gün qadınlar cəmiyyətimizin aparıcı qüvvəsidir. Dünyanın müxtəlif ölkələrində qadınlar ictimai-siyasi, elmi və mədəni həyatda ciddi rol oynayırlar və söz sahibidirlər. Lakin elmi tədqiqatlar sahəsində uzun müddət qadınlar kişi həmkarlarının kölgəsində qalıb. Yaxud hansısa ciddi elmi ixtiranın məhz qadın tərəfindən edilməsi elmi və ictimai dairələrdə mümkünsüz hesab olunub. Son onilliklərə qədər xüsusilə dəqiq və təbiət elmlərində əsas söz sahibi kişilər olublar.
Beynəlxalq Qadınlar Günü münasibətilə İsveçrənin “Neue Zürcher Zeitung” qəzetində dərc olunan məqalə əldə etdikləri elmi nəticələrə görə layiq olduqları mükafatları almayan, ixtiralarına görə Nobel mükafatının onlara deyil, kişi həmkarlarına nəsib olduğu qadın dahilərə həsr edilib.
Məqalədə oxuculara ilk olaraq amerikalı astronom Henriyetta Sven Livitt (1868-1921) haqqında söhbət açılıb. Harvard Universiteti Rəsədxanasında saatda 25 sent məvaciblə “kompüter” olaraq çalışan H.Livitt gecə səmasının fotolarında müxtəlif ulduzların analizi ilə məşğul olub, fotolar əsasında onların parlaqlığını ölçüb. Sırf riyazi hesablama işləri apardıqlarına görə, rəsədxana rəhbəri Edvard Pikerinq Henriyetta və digər əməkdaşları kompüter adlandırıb.
H.Livitt analiz və hesablamaları nəticəsində Sefeid dəyişkən ulduzlarının işıqsaçma gücü və dövriliyi arasında əlaqəni aşkara çıxarıb, kainatın “Süd yolu” (Kəhkəşan) ilə məhdudlaşmadığını isbatlayıb. O, bir növ kainatda ulduzlararası məsafəni müəyyən etmək üçün ölçü metodları təqdim edib. Bütün bu elmi nailiyyətlər isə rəsədxana rəhbəri Pikerinqin adı ilə nəşr olunub. Livittin adı isə ən yaxşı halda yalnız araşdırma iştirakçısı kimi qeyd edilib. Livittin Sefeidlərarası dövrilik və işıqsaçma gücü arasında əlaqə metodundan yararlanan Edvar Habbl 1920-ci ildə Andromeda dumanlığının “Süd yolu”nda yerləşən ulduz topası deyil, ona ən yaxın yerləşən ayrıca qalaktika olduğunu isbat edib.
Elmi nailiyyətləri ilə kölgədə qalan qadınlar arasında avstriyalı fizik Lize Maytnerin (1878-1968) adı da qeyd edilməlidir. Vyanada doğulan yəhudi əsilli alim nasist Almaniyasında təqib olunduğuna görə Berlindəki elmi araşdırmalarını İsveçdə davam etdirib. O, 1938-ci ildə uran atomlarının parçalanmasını elmi şəkildə sübuta yetirib. Lakin nüvə parçalanması ixtirasına görə Nobel mükafatını L.Maytner deyil, Berlində əməkdaşlıq etdiyi almaniyalı professor Otto Hahn alıb.
Amerikalı genetik Netti Stevens (1861-1912) apardığı tədqiqatlar nəticəsində 1905-ci ildə ilk dəfə X və Y xromosomlarının doğulacaq körpənin cinsiyyətini müəyyən etdiyini sübuta yetirib. Bu kəşfə baxmayaraq, elm aləmi eyni kəşfi bir neçə ay sonra etmiş Edmund Vilsonun nəticələrini qəbul edib.
Yaxud da britaniyalı astrofizik Coselin Bernell (1943) hələ doktoranturada təhsil alarkən 1967-ci ildə ilk dəfə pulsar adlanan ulduzları müşahidə edib. Pulsarlar elektromaqnitik radiasiya şüası yayan yüksək məqnitləşmiş və böyük sürətlə dönən neytron ulduzları olub müşahidə edildikdə bir növ mayaka bənzəyirlər. 1974-cü ildə bu ixtiraya görə Nobel mükafatı isə Bernellin elmi rəhbəri Antoni Heviş və Martin Rayla təqdim olunub.
Elm aləmində qadın alimlərin nailiyyətlərinin inkar edilməsi və ya lazımi diqqətə layiq görülməməsi, eləcə də onların araşdırmalarının kişi həmkarlarının adına çıxılması “Matilda effekti” adlanır. Həmin məsələni ilk dəfə amerikalı qadın haqları müdafiəçisi Matilda Keyc ictimailəşdirdiyi üçün bu, elmi dairələrdə onun adı ilə tanınır.
AzərTAc
| ['qadınlar', 'dahi qadınlar', 'qadın alimlər'] |
412 | https://kayzen.az/blog/sevgi/23268/sevgini-nec%C9%99-hiss-etdirm%C9%99k-olar.html | Sevgini necə hiss etdirmək olar? | Apollon | Sevgi | 29 aprel 2019, 12:54 |
Yoxsa, siz də “Həyat yoldaşımı çox sevirəm, ancaq sevgimi göstərə bilmirəm”, – deyənlərdənsiniz? Əgər belədirsə, onda aşağıdakıları oxumağa dəyər…
Bir insanın öz həyat yoldaşını sevməsi həm ehtiyac, həm də zərurətdir. Ancaq unutmayın ki, ailənizdə sevgini artırmaq istəyirsinizsə, sevginizi sevdiyiniz adama hiss etdirməlisiniz. Çünki insan sevgisini hiss etdirdikcə bu, qarşı tərəfə də müsbət təsir göstərir və qarşı tərəfdə də sevginin artmasına səbəb olur.
Üstəlik, bu sevgi mübadiləsi davam etdikcə ailə daha da möhkəmlənir. Təbii ki, burada ailə həyatı üçün yeganə amilin sevgi olduğunu demək olmaz. Ailədə sevgi nə qədər vacibdirsə, hörmət, etibar, sədaqət də bir o qədər vacibdir.
Elə isə sevgini necə hiss etdirmək olar?
Hər şeydən əvvəl deyək ki, “Mən ürəyimdə sevirəm” sözünü lüğətinizdən çıxarmalısınız. Çünki həyat yoldaşınız sevginizi hiss edə bilmirsə, deməli, bu sevgiyə etimad da etməyəcək. Sevginizi hiss etdirmək üçün ən yaxşı yol həyat yoldaşınızı tanımaqdır. Bunun üçün əvvəlcə onun daha çox nədən xoşu gəldiyini müəyyən etməlisiniz.
Məsələn, bəziləri sevginin onlara şifahi ifadə edilməsini, bəziləri müəyyən vasitələrlə hiss etdirilməsini, bəziləri isə sevginin hədiyyələrlə büruzə verilməsini istəyə bilərlər. Siz bu üsulların birindən və ya özünüz müəyyən etdiyiniz hər hansı bir üsuldan istifadə edərək sevginizi hiss etdirə bilərsiniz.
Təbii ki, bu məsələdə səmimi və təbii olmağı da unutmamalısınız. Bu sevgi mübadiləsi get-gedə həyat yoldaşınızın sevginizə etimad etməsinə səbəb olacaq və istər-istəməz o da bu sevgidən kənarda qalmayacaq. Digər tərəfdən, bu, evdəki atmosferə də müsbət təsir göstərəcək və ailədə ünsiyyətin artmasına gətirib çıxaracaq. Əgər uşaqlarınız varsa, təbii ki, onlar da bu sevgidən öz paylarını alacaq.
| ['sevgi', 'sevgini göstərmək', 'ailə səadəti', 'xoşbəxt evlilik'] |
413 | https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/23277/b%C9%99d%C9%99nin-ideal-i%C5%9F-qrafiki.html | Bədənin ideal iş qrafiki | Apollon | sağlam həyat tərzi | 26 aprel 2019, 12:16 |
Qədim çinlilər orqanlar arasındakı həyat enerjisinin hərəkətinə əsaslanaraq ideal gün rejimini hesablayıb. Çinli alimlər belə həyat ritminin bədəni xəstəliklərdən qoruduğunu və orqanların yaşlanmasının qarşısını aldığını iddia edir.
Saat 06:00
Bu saatda istəməsək də, bədən oyanır. Amin turşuları, hormonlar və şəkərin ifrazı başlayır. Odur ki, saat 6-da oyanmaq faydalıdır, lakin şəkər və alkoqoldan uzaq durmalısınız.
Saat 07:00
Bu saatda ürəyin fəaliyyəti güclənir. Seks hormonları ifraz olunur. İdman etməyin, çünki bu, ürəyin daha da yüklənməsinə səbəb olacaq. Acqarına bir stəkan su için və səhər yeməyi yeyin.
Saat 08:00
Bədən «yanacaq» tələb edir. Təəssüf ki, insult və infarktlar daha çox bu zaman baş verir. Saat 8 qan analizi üçün ideal zamandır, bir saatdan sonra stressdən dolayı qanın tərkibi artıq dəyişəcək.
Saat 09:00
Saat 9-da bədən daha az ağrı və qorxu hiss edir. İnyeksiya və kimyəvi üsulla müalicə üçün bu ən yaxşı vaxtdır: Fəsad olmayacaq, şəfa isə sürətlənəcək.
Saat 10:00
Bu saat dərs üçün idealdır, çünki beyin artıq daha oyaq olur. Beynin çətin məsələləri həll etmək və vacib qərarlar vermək qabiliyyəti yüksəlir. Bədənin temperaturu artır.
Saat 11:00
Bədən yağ yandırır. Odur ki, ürəyiniz istədiyi hər şeyi yeyə bilərsiniz. Ürək döyüntüsü və qan dövranı optimal səviyyəyə çatır. Bu saatda kardioloq müayinəsindən keçməyin, çünki diaqnoz səhv ola bilər.
Saat 12:00
Yarım gün keçdi. Bədən keyiyib, beyin isə yaxşı deyil. Oksigen çatışmazlığını kompensasiya etmək üçün açıq pəncərə qarşısında oturun və otağı havalandırın. Yeganə aktiv orqan artıq mədədir, o yeməyin həzm olunması üçün mədə şirəsi ifraz edir.
Saat 13:00
Diqqət azalır, orqanizm həzmə proqramlaşdırılır. Saat 13:00-da nahar edin və özünüzə kiçik istirahət verin. Yaxşı olardı ki, bu saatda əsəbiləşməyəsiniz, naharı isə sakit şəraitdə yemək lazımdır. Orqanizmə imkan verin ki, qidalı maddələri həzm etsin.
Saat 14:00
Saat 14:00-da yaşam gücü minimumdadır. Vücudun dincəlməyə ihtiyacı var.
Saat 15:00
Beyin yenidən aktivləşir, çalışmağa davam edə bilərsiniz. Maksimum diqqət və konsentrasiya. Ev işləri üçün ideal vaxtdır.
Saat 16:00
Beyindən sonra bədən oyanır. Odur ki, fiziki məşqlər üçün ideal vaxtdır. Ağciyərlər və nəfəs yolları açılır. Təmiz havada gəzin. Bu həm də mədəyə faydalı olacaq.
Saat 17:00
Əllə işləmək üçün əla vaxtdır. Biznesmenlər özünə daha əmin olur, rəssamlar şedevrlər yaradır, idmançılar isə ən yaxşı nəticələrini qazanırlar. Yeri gəlmişkən, rekordların əksəriyyəti məhz bu vaxtda qeydə alınır.
Saat 18:00
Bu saat mədəni istirahəti üçündür. Bütün hisslər kəskinləşir. Dırnaqlar və saçlar daha sürətlə uzanır. Bədən bir az yorğun düşür. Sinirlər ağrı və qəzəbə daha güclü reaksiya verir.
Saat 19:00
Bu saatda bədən müalicəyə, dəri isə kosmetik prosedurlara qarşı çox həssasdır. Dəri məsamələri açılır, diqqət zəifləyir, beyin rahatlaşır.
Saat 20:00
Görmə qabiliyyəti güclənir. Geyim seçimi üçün ən yaxşı vaxtdır. 20:00-dək şam etmək lazımdır, çünki bundan sonra orqanizm zəifləyir. Qaraciyər fəal işləyir, odur ki, bu saatda spirtli içkilər qəbul etmək daha məntiqlidir.
Saat 21:00
Bədənin temperaturu və maddələr mübadiləsi aşağı düşür. Saat 21:00-dan sonra yemək olmaz. Yemək tam həzm olunmur. Sadəcə mədə və qaraciyər işləyir.
Saat 22:00
Qaraciyər işini dayandırır. Siqaret çəkməyin, çünki bütün nikotin dərhal orqanizmə daxil olacaq, qaraciyər isə onu təmizlənməyəcək.
Saat 23:00
İstəməsək də, yuxuya getməyə başlayırıq. Bədən boşalır. Maddələr mübadiləsi, temperatur, ürək və sinirlərin aktivliyi minimuma qədər azalır. Stress hormonu kortizol artıq istehsal olunmur. Cavan qalmaq istəyirsinizsə, yatağa bu saatda girmək lazımdır: dərinin hüceyrələrinin bərpası başlayır.
Saat 24:00
Bədən növbəti gün üçün bütün resurslara qənaət edir. Bu anda yatmaq lazımdır.
Saat 01:00-dan 03:00-a qədər
Bu zaman bütün hisslər kütləşir. Ehtiyatlı olun, fəlakətlər, bədbəxt hadisələr və qəzalar bu saatlarda baş verir. Bu zaman evdən çıxmamaq daha yaxşı olar.
Saat 03:00-dan 05:00-a qədər
Qan təzyiqi minimuma çatır. Ən azı bir neçə gün ərzində bu rejimi müşahidə etməyə çalışın və nəticəni görəcəksiniz!
publika.az
| ['sağlam həyat tərzi', 'sağlamlıq üçün', 'bədənin iş qrafiki'] |
414 | https://kayzen.az/blog/xalq_tebabeti/23314/ampeloterapiya-%C3%BCz%C3%BCml%C9%99-m%C3%BCalic%C9%99.html | Ampeloterapiya - üzümlə müalicə | Apollon | Xalq təbabəti | 25 aprel 2019, 20:28 |
Üzüm təbiətin yeganə nemətidir ki, ona xüsusi olaraq ampeloqrafiya elmi həsr edilib. Yunanca ampelos – üzüm, qrafo — yazıram deməkdir. Ampeloqrafiya üzüm, üzümün müxtəlif növ və sortları, onun xüsusiyyətlərinin ətraf mühit və insan amilinin təsirindən dəyişmə qanunauyğunluqlarını öyrənən elmdir. XIX əsrin əvvəllərindən bir elm kimi inkişaf etməyə başlayıb.
İlk dəfə ampeloqrafiya terminini 1661-ci ildə elmə gətirən polşalı təbiətşünas Filip Yakov Saks onun banisi hesab edilir. Ampeloqrafiyanın elmi əsasını ispan alimi Simon de Roxas Klemente işləyib.
Xüsusilə də xroniki xəstəliklərin müalicəsində üzüm və onun təzə sıxılmış şirəsindən istifadə ampelotepiya adlanır. Ampeloterapiya dietoterapiyanın bir hissəsi olub, həkimin təyinatı əsasında medikamentoz müalicə, dietoterapiya və ya klimatoterapiya ilə birgə tətbiq edilir.
Ampeloterapiya zamanı qidada müəyyən məhdudiyyətlərə yol vermək lazımdır. Daha yaxşı olar ki, müalicə müddətində kvas, şirin qazlı içkilər, hisə verilmiş, turşuya, duza qoyulmuş, çox yağlı məhsullar, çiy kələm, çuğundur və turp yeyilməsin. Həmçinin digər giləmeyvə, meyvə və göyərtilərin qəbulu dayandırılmalıdır. Ampeloterapiya prosedurlarına başlamazdan əvvəl xəstə dişlərin müalicə edilməsi məsləhətdir. Üzüm şirəsi içiləndən sonra ağız boşluğu su ilə yaxalanmalıdır.
Ampeloterapiyanın aparılma qaydası belədir: gündə 3 dəfə 400 qram üzüm yeyilir- onu üç hissəyə bölüb bir hissəsi səhər acqarına, ikinci hissə nahardan 2 saat əvvəl və üçüncü hissə nahardan 3 saat sonra yeyilir. Dördüncü həftəyə qədər üzümün gündəlik miqdarı artırılaraq 3 kiloqrama çatdırılır. Bundan sonra üzümün miqdarını hər qəbulda tədricən azaltmaq lazımdır, həkimlər həzm sistemində hər hansı narahatlığı olanların üzümün giləmeyvələrini yeməyi deyil, təzə sıxılmış şirəsini içməyi məsləhət görürlər.
Ampeloterapiya şəkərli diabet, mədənin xora xəstəliyi, xroniki vərəmin kəskinləşmə mərhələsi, piylənmə, hipertoniya və xroniki ishal zamanı aparılmır. Prosedur zamanı əsasən üzümün şasla, rislinq, semilyon, qaus, tağüzüm, ağ kişmiş və çeleki sortlarından istifadə edilir.
AzərTAc
| ['xalq təbabəti', 'üzüm', 'üzümün faydaları', 'ampeloqrafiya', 'ampeloterapiya', 'üzümlə müalicə'] |
415 | https://kayzen.az/blog/qadin/23232/400-illik-tarixi-olan-13-q%C4%B1z%C4%B1l-qayda.html | 400 illik tarixi olan 13 qızıl qayda | Apollon | Qadın | 23 aprel 2019, 12:15 |
1620-ci ildə ravvin (iudaizmdə ustad, dahi) İçhak Ben Elyakın qızı üçün yazdığı “Xeyirxah qəlb” kitabında ideal qadın barədə 13 qızıl qayda yer alıb.
1. Yatmış kişini oyatmayın.
2. Əriniz yeməyin hazır olmasını çox gözləməli deyil.
3. Aclıq qəzəbin atasıdır.
4. Ona etiraz etməyin və iddia etməyin ki, sizin məsləhətiniz onun təklifindən daha yaxşıdır.
5. Ona zərər verən və ya incidən heç bir şey söyləməyin.
6. Ərinizlə kral kimi davransanız, o da sizinlə əsl kraliça kimi rəftar edəcək.
7. Onun düşmənlərini tərifləməyin və dostlarına nifrət etməyin.
8. Ondan mümkünsüz şeylər gözləməyin və tələb etməyin.
9. Onun pulları ilə ehtiyatlı olun.
10. Pulunuzu ondan gizlətməyin.
11. Onun sirlərini sirr olaraq saxlayın.
12. İstəklərinə diqqət yetirsəniz, o da sizin qulunuz olacaq.
13. Əriniz qəzəbli olduğu zaman diqqətli olun. O an nə çox şən, nə də sərt olmayın — gülümsəyib sakit və yumşaq səslə danışın.
| ['qadın', 'ideal qadın', 'yəhudi', 'yəhudi mədəniyyəti'] |
416 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/23263/ail%C9%99-xo%C5%9Fb%C9%99xtliyi-%C3%BC%C3%A7%C3%BCn-10-prinsip.html | Ailə xoşbəxtliyi üçün 10 prinsip | Apollon | Xoşbəxt ailə | 21 aprel 2019, 20:58 |
İnsan səadətini başqa yerdə yox, öz evində axtarmalıdır. Elə isə, bir-birinizə sevginizi hiss etdirin. Həyat yoldaşınızın yol verdiyi xırda-para qüsurlara göz yumun.
Unutmayın ki, ailə həyatınızı sevgi və yoldaşlıq üzərində qursanız, əbədi səadətə nail ola bilərsiniz. İndi də psixoloqların ailə xoşbəxtliyi ilə bağlı müəyyən etdikləri bəzi prinsiplər barədə:
1. Qısa ayrılıqlar ailə münasibətlərini möhkəmləndirir. Uzun ayrılıqlar isə ailənin dağılmasına səbəb olur. Uzun ayrılıqlara yol verməyin.
2. Xoşbəxt ailə üçün bir-birinizin xarakterini yaxşı bilməlisiniz. Ancaq bu şəkildə problemlərdən uzaq ola bilərsiniz.
3. Heç bir anlaşılmazlığın uzunmüddətli olmasına yol verməyin. Qısa bir vaxtda məsələni yaxşılıqla bitirin.
4. Keçmiş nişanlınızdan və ya həyat yoldaşınızdan danışmayın. Keçmişə aid xatirələrinizi unudun.
5. İdealist olmayın. Güzəştə getməyə çalışın və qarşı tərəfdən möcüzə gözləməyin.
6. Hər vasitə ilə bir-birinizə sevginizi ifadə etməyi unutmayın.
7. Çətinliklərə təslim olmayın. Həyata ümidlə baxın. Üzünüz həmişə gülsün.
8. Kiçik və ya böyük qüsurlara görə bir-birinizi ittiham etməyin. Səhvsiz insan olmaz, bağışlamağı bacarın.
9. Mübahisə edərkən keçmişdə baş verənləri genişləndirməyə çalışmayın.
10. Yersiz və əsassız qısqanclıqlara və ya şübhələrə yol verməyin. Bunlar ailəni uçuruma aparır.
| ['xoşbəxt ailə', 'xoşbəxt ailənin sirləri'] |
417 | https://kayzen.az/blog/kulinariya/23258/d%C3%BCnya-%C5%9F%C3%B6hr%C9%99tli-a%C5%9Fpazdan-m%C9%99tb%C9%99x-sirl%C9%99ri.html | Dünya şöhrətli aşpazdan mətbəx sirləri | Apollon | Kulinariya | 21 aprel 2019, 20:54 |
1. Qordon Ramsey hesab edir ki, yaşıl reyhan və nanə kimi göyərtiləri xırda-xırda doğramaq doğru deyil, bu zaman onun ləzzəti qaça bilər. Yumşaq yarpaqları bir-birinin üstünə qoyub rulon halına gətirərək doğrayın. Beləliklə, onlar taxtaya yapışmaz və yeməklərinizdən nəfis qoxular gələr.
2. Dəyməmiş meyvələri bir ədəd bananla birlikdə kağız paketə qoyub bir bir müddət qaranlıq yerdə saxlayın. Kağızı açdığınız zaman meyvələr dəymiş vəziyyətdə olacaq.
3. Acı bibər doğradıqdan sonra barmaqlarda qalan acılığı limon suyu ilə aradan qaldırmaq mümkündür. Bu, həm acını yox edir, həm də dəriyə müsbət təsir edir.
4. Kivi və avokado kimi meyvələri soymaq üçün bıçağa ehtiyac yoxdur. Meyvəni iki yerə bölüb çay qaşığı ilə lətini qabığından ayırın.
5. Ananas çox faydalı meyvədir, ancaq yeməyə yararlı olub-olmadığını başa düşmək çox çətindir. Bunu üçün ananasın ən ortadakı yarpaqlarını yavaş-yavaş çıxarın. Əgər yarpaq asanlıqla qopursa, deməli, ananas tam yetişib.
6. Əgər kartof, alma, avokado kimi məhsulların yarısını istifadə etmisinizsə, qalan hissəsini limonlu suda saxlaya bilərsiniz. Limon turşusu qaralmasının qarşısını alacaq, su isə oksigenin qida ilə təmas etməsinin qarşısını alacaq.
7. Makaron bişirərkən bir-birinə yapışmaması üçün bir neçə damcı zeytun yağı əlavə edin. Makaronu süzdükdən sonra üzərinə soyuq su əlavə etməyi unutmayın.
8. Yumurtanın quru bişməməsi üçün tavanı oddan almazdan əvvəl yarım xörək qaşığı qaymaq əlavə edin.
9. Bifşteks bişirərkən ətin bişib-bişmədiyini sadə əl testi ilə yoxlaya bilərsiniz. Ətin sərtliyi əlin ətli hissəsi ilə eynidirsə, deməli, az bişib. Əlinizin alt hissəsinin sərtliyi orta səviyyəyə bərabərdirsə, yuxarı hissənin sərtliyi yaxşı bişmiş bifşteksə bərabərdir.
publika.az
| ['aşpaz', 'mətbəx sirləri', 'Qordon Ramsey'] |
418 | https://kayzen.az/blog/edebiyyat/23282/g%C3%B6z%C9%99llik-%C9%99siri-oskar-uayld.html | Gözəllik əsiri: Oskar Uayld | Apollon | Ədəbiyyat | 16 aprel 2019, 16:19 |
XX əsrin sonlarından başlayaraq dünya ədəbiyyatında ən görkəmli şəxslərdən birinə çevrilən irland əsilli ingilis yazıçı Oskar Uayld (1854-1900) haqqında indinin özündə də təkcə elmi araşdırmalar deyil, romanlar, monoqrafiyalar yazılır, televerilişlər hazırlanır, dillər əzbəri olmuş aforizmlərindən həm ciddi, həm də zarafatla siatatlar gətirilir. Pyesləri hələ də dünya teatrlarında səhnəyə qoyulmaqdadır. Oxucularına məxsusi estetik zövq aşılayan Uayld dövrünün problemlərini incə nüanslar, yumor və sarkazmla işıqlandırır, cəmiyyətin dəyərlərinə, prinsiplərinə qarşı meydan oxuyurdu.
İngiltərə öz şairini əxlaqsızlıqda günahlandırıb, ondan “üz döndərmişdi”. Lakin tale elə gətirdi ki, bir əsrdən sonra adı İngiltərənin ən tanınmış və dahi yazıçılarının qəbri yerləşən Vestminister abbatlığında “Şairlər məskəni”ndə əksini tapdı. Dünya və ingilis ədəbiyyatına, mədəniyyətinə misilsiz töhfələr verən Uayld elit cəmiyyətlərin yaddaşında pərəstiş abidəsi kimi qalıb. Milyonlarla oxucu ingilis ədəbiyyatının nümayəndələrini sadalayarkən Şeksprin, Dikkensin adı ilə bərabər Oskar Uayldın da adını çəkirlər. Bu isə təkcə ədəbi fakt deyil, həm də sosial mədəniyyətə öz təsirini göstərmiş fenomendir.
Əsərlərindəki ab-hava, qalmaqallı, münaqişəli səhnələr, sarkazmla müşayət olunan paradoksal dioloqlar, sosial ifşaedicilik onun həyatı ilə də sıx bağlı idi. Ən az əsərləri qədər həyatı da müzakirə obyekti olub… Fikrimcə, yazıçının düşüncələrinin dərin qatlarına enmək, qələmindən çıxan əsərlərindəki ideyalara daha yaxşı bələd olmaq üçün onun həyatının müəyyən məqamlarını nəzərdən keçirmək lazımdır...
Yeni-yeni məşhurlaşmağa başlayan gənc Oskara bütün qapılar açıq idi. Yaraşıqlı, hazırcavab Oskar kübar cəmiyyətlərdə xüsusi yerə sahib idi və hamı tərəfindən heyranlıqla qarşılanırdı. İti ağlı ilə bərabər, xarici görünüşünə də pərəstiş edilən bu cavan bütün Avropanı valeh edirdi. Ancaq heç kimin ağlına belə gəlməzdi ki, məşhurluğunun zirvəsində olan “şahzadə” hər kəs tərəfindən unudulmuş yazıq bir adam kimi qaranlıq otel otağının nimdaş yatağında can verəcək...
Hər şey uşaqlığından başlamışdı… Anası — İrlandiya azadlıq hərəkatı nümayəndələrindən biri, şairə Ceyn Françesko ikinci oğlunu çox sevirdi. Ancaq qız arzuladığı üçün bir müddətlik də olsa “təbiətin səhvini” düzəltmək qərarına gəlir və Oskarı körpəlikdən qız kimi geyindirir, hətta saçlarını da uzadır.
Oskarın atası Uilyam Uayld həkim idi. Oskar hələ kollecdə oxuduğu dövrdə atasının pasiyenti ilə qalmaqallı xəbərləri yayılır və anası boşanaraq uşaqları ilə birgə Londona köçür. Oskar atasını daha heç vaxt görmür, anasına isə dərin rəğbət bəsləyir. Məhz anasının sayəsində poeziyaya maraq salır və onda şair olmağa istək yaranır.
Məktəbi əla qiymətlərlə bitirən Oskar Dublindəki Triniti kollecinə daxil olmaq imkanı əldə edir. Burada antik ədəbiyyatla maraqlanan Uayld müəllimi Con Maxefedən təkcə klassiklərin yaradıcılığını deyil, həm də ünsiyyət mədəniyyətini öyrənir. 20 yaşlı O.Uayld kollecdə də təhsilini yüksək səviyyədə başa vurandan sonra Oksfordda müqəddəs Maqdalena kollecinə daxil olur. Artıq 4 ildən sonra buranı da bitirən yaraşıqlı gənc “dünyanı fəth etmək” üçün yola düşür...
İstedadlı, hazırcavab irland London salonlarının ən arzuolunan qonağına çevrilir. Dəblə geyinən Oskar cəmiyyətin yüksək təbəqəsi içində ad qazanmışdı. Gözoxşayan libasları, yaxasına gül taxdığı pencəkləri ilə hər kəsin diqqətini özünə cəlb edirdi. Təbii ki, bununla yanaşı nadir ədəbi istedadı olan gənci tezliklə Londonun “Estetlər şahzadəsi” adlandırmağa başlayırlar. Zahiri gözəlliyə çox önəm verən Oskar deyirdi: “Mənim üçün gözəllik möcüzələr möcüzəsidir. Yalnız dayaz adamlar xarici görkəmə önəm vermir, insanı zahiri görkəminə görə dəyərləndirə bilmirlər. Dünyanın əsl sirri görünən tərəfindədir, görünməyən şeylərdənsə danışmağa dəyməz!”
Artıq Avropada tanınandan sonra Oskar Amerikaya yollanır. Yeni dünyanı kəşf etməyə, ədəbi mühiti ilə tanış olmağa can atır… Buraya ayaq basdığı andan haqqındakı söhbətlər yayılmağa başlayır...
“Britaniyalı narsist”in İngiltərə intibahı haqqında mühazirələrini dinləmək üçün Amerikanın hər yerindən axışırdılar. Oskar Uayld özü bu haqda deyirdi: “Hətta Dikkens belə, məni dinləmək üçün yığışan bu cür böyük auditoriyaya sahib deyildi. Məni çağırırıdılar, məni alqışlayırdılar, mənimlə bir şahzadə kimi davranırdılar”.
“Estetlər şahzadəsi” şöhrət dənizində qərq olmuşdu… Qəzetlər, jurnallar, ədəbi həmkarları ondan yazır, onu müzakirə edirdilər… Bəzən tənqidlərə qarşı çıxmayan Oskar bundan heç şikayətlənmirdi: “Sizdən nə danışırlarsa danışsınlar, hər halda, bu, sizin haqqınızda heç danışmamaqdan daha yaxşıdır”.
Amerikada təntənəli çıxışlarından sonra Oskar yenidən Avropaya qayıdır. Özünün də yazıdığı kimi yer fəth olunmuşdu, indi bircə göylər qalırdı… Viktor Hüqo, Prlen, Anatol Frans, Emil Zolya kimi dostların əhatəsində parlaq istedadını nümayiş etdirirdi.
Parisdən sonra Londana köçən Oskar tezliklə burada evlənir. İyirmi doqquz yaşlı gənc həyat yoldaşının — Konstans Lloydun gözəlliyinə vurğun idi. Xoşbəxt ailədə bir-birinin ardınca iki oğlan dünyaya gəlir: Siril və Vivyan.
Ancaq uşaqlarını gec-gec görürdü, çünki daim yazır, redaktə edir, yüksək cəmiyyət məclislərində iştirak edirdi… Həyatının bu dövründə onun “İdeal ər”, “Ledi Uindermirin yelpiyi”, “Diqqətdən kənar qalan qadın” teatrlarda uğurla səhnəyə qoyulur. Dramaturq Oskar Uayldın şöhrəti, şair Oskar Uayldın şöhrətini üstələyirdi...
1890-cı ildə “Lippincott’s” dərgisinin bir nömrəsində Uayldın “Dorian Qreyin portreti” romanı çap olundu. Bu, böyük səs-küyə səbəb oldu. Tənqidçilər yazıçının üstünə düşdülər, hətta əsəri əxlaqsızlıq nümunəsi də adlandırdılar. Oskar Uayld Britaniya redaksiyalarına onlarla məktub göndərir və izah etməyə çalışırdı ki, incəsənət əxlaqdan asılı deyil. Bütün bu söz-söhbətlərə baxmayaraq roman geniş oxucu kütləsi qazanır.
Məşhurluğun bihuşluğundan Oksar qarşıdakı uçurumları görə bilmirdi. O, 1891-ci ildə Bibliya süjeti əsasında “Salomeya” pyesini yazır. Ancaq İngiltərədə əsəri səhnələşdirməkdən imtina edirlər.
Həmin vaxtlar Oskarı narahat edən başqa şey vardı. Həyat yoldaşı Konstans iki uşaq dünyaya gətirəndən sonra xarici görkəminə o qədər də fikir vermirdi. Bu isə gözəllik aşiqinə heç xoş gəlmirdi. Bunun əksinə, indi Oskarın ətrafında ədəbiyyatsevər gənclər çoxalırdı. Zahirən də yaraşıqlı olan cavan oğlanlar onun ağzından çıxan hər sözü tuturdular...
“Sevgisiz nikah qorxuludur. Ancaq ondan da dəhşətlisi var. Bu, birtərəfli məhəbbətin, birtərəfli sadiqliyin, birtərəfli bağlılığın olduğu nikahdır. Belə olan halda iki qəlbdən biri qırılmağa məhkumdur”.
Oskar isə kimin qəlbinin qırılacağını bilirdi… Bu cür davam etmək onun üçün çətin idi. 17 yaşlı Robert Ross onun ilk rəğbət bəslədiyi gənc olur və Oskarın ömrünün sonuna qədər ona sadiq qalır. Tale elə gətirir ki, məhz Robert Ross onu Alfred Duqlasla tanış edir. Sonralar Alfred Duqlas “Estetlər şahzadəsi”nin həyatını məhv edən adam olacaqdı...
Dostlarının “Buzi” çağırdığı Alfred Oskarın xəyalında canlandırdığı “Dorian Qreyin” bənzəri idi. O, isterik şeirlər yazır, ədəbi şöhrət qazanmaq arzusu ilə alışıb-yanırdı. Beləliklə, onlar ayrılmaz dostlara çevrilirlər.
Oskar və Buzi hər yerə, ədəbi məclislərə, yığıncaqlara birlikdə gedirdilər. Hətta evində, həyat yoldaşı və uşaqları ilə olanda da Buzi yanından ayrılmırdı. Bütün bunlar Oskara təsir edirdi və demək olar ki, heç nə yazmırdı… Buziyə o qədər bağlanmışdı ki, bütün istəklərini yerinə yetirməyə çalışır, bunun üçün borca girməkdən də çəkinmirdi. Oskar məktublarının birində özünü Apollona, Buzini isə Giasintə bənzədirdi. Sonralar məhz bu məktub məhkəmədə əleyhinə dəlil kimi istifadə ediləcəkdi...
1895-ci ilin fevralında Buzinin atası lord Quinzberi oğlunun hərəkətlərindən xəbər tutur və Oskarla əlaqələrini kəsmək üçün məktub vasitəsilə ikisinə də xəbərdarlıq edir. Təhqir olunan Oskar bu iftiraya görə onu məhkəməyə verir, nəzarət altına alınan lord Quinzberi bir ay keçməmiş azadlığa buraxılır. Elə sabahı gün Oskarın özünü həbs edirlər. Onun “hərəkət və davranışları” dövrün İngiltərəsi üçün “cinayət” sayılırdı...
İlk vaxtlar Buzi onu hər gün ziyarət etsə də, bir müddətdən sonra Oskarın vəkili onlara görüşmək, hətta məktublaşmaq üçün də icazə vermir. Təəssüf ki, bu da Uayldı xilas edə bilmir… Londonda məhkəmə günü gözəl nitqi ilə hər kəsi heyran edən Oskar günahsız olduğunu, heç bir əxlaqsızlığa yol vermədiyini deyir. Bundan sonra onu növbəti məhkəmə iclasına qədər azadlığa buraxırlar… Onu sevən oxucularının, onu tanıyanların müdafiəsinə güvənən “şahzadə” növbəti məhkəmə görüşünə də tərəddüdsüz gedir… Lakin işlər heç də gözlədiyi kimi getmir, lord Quinzberinin şikayəti ilə məhkəmə onu günahkar elan edərək iki ilə qədər həbs və ağır işlərlə cəzalanıdırır.
Bu iki il ərzində Buzi bir dəfə də olsun Oskarı ziyarət etmir, heç məktub da yazmr. Yalnız azadlığa çıxmağına yaxın az miqdarda pul çeki göndərir. Oskarın sadiq dostu, ona pərəstiş edən Robert Ross isə tez-tez pul göndərir, baş çəkib sağlamlığı ilə maraqlanırdı.
Təbii ki, belə səs-küydən sonra Uayldın pyesləri bir-birinin ardınca səhnələrdən, kitabları isə dükanların vitrinlərindən yığışdırılır.
Həbsxana şair üçün əsl cəhənnəmə çevrilmişdi. Təkadamlıq kamerada qalan Uaylda yazmaq, oxumaq, hətta gəzməyə çıxmaq da qadağan edilmişdi. Buradakı yeməklər isə mədəsini pozaraq ağır xəstəliyə səbəb olmuşdu. Onu daha çox sarsıdansa anasının ölümü və arvadının ondan boşanması idi. Konstans boşandıqdan sonra oğullarına ayrı soyad (Holland) veirir və o vaxtdan sonra Oskar Siril və Vivyanı bir daha görmür (onlara deyirlər ki, ataları ölüb).
1897-ci ildə Uayld həbsxanadan çıxır, onu qarşılayan isə ən sadiq dostu Robert Ross olur. Tezliklə şair başqa soyadla Fransaya gedir. Konstansın maddi yardımı ilə burada yaşamağa başlayır. Bütün çətinliklərdən, mənəvi əzablardan sonra Fransada sakit bir guşəyə çəkilib yenidən yazıb yaratmaq istəyən Uayld Buzidən məktub alan kimi onun yanına tələsir. Çox keçmir ki, həyatları yenidən cəhənnəmə çevrilir. Oskarın Buzi ilə birlikdə olduğundan xəbər tutan Konstans pul göndərməkdən imtina edir. Bundan sonra Buzi də çətinliklər içində boğulan Uayldı tərk edib, onu dərdləri ilə baş-başa qoyur.
Oskar Parisə qayıdandan sonra son tamamlanmış əsəri “Redinq həbsxanasının balladası” böyük tirajla çap olunur. Kitabın üz qabığında isə Uayld soyadı yox idi, əvəzində “C.3.3” (blok C, 3-cü mərtəbə, 3-cü kamera) yazılmışdı...
Rəğbət bəslədiyi Buzinin onu atıb getməsi, ətrafdakıların münasibəti həyatını dözülməz edirdi. Yanında yalnız Robert var idi. İçməyə başlayan Oskarın xəstəliyi şiddətlənir, həbsxanada keçirdiyi ağır günlərin nəticəsi olaraq da qulaq iltihabı dözülməz ağrılar verirdi… Əzab dolu son günlərini yaşayan Oskar Uayld 1890-cı ildə noyabrın 30-u dünyadan köçür. İllər sonra qəbri Fransadakı məşhur Per-Laşez məzarlığına köçürülür.
Xavər ZAHİR
| ['dünya ədəbiyyatı', 'ingilis ədəbiyyatı', 'Oscar Wilde', 'Oskar Uayld'] |
419 | https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/23160/%C3%A7ox-keyfiyy%C9%99tl%C9%99ril%C9%99-birinci-i-%C5%9Fah-abbas.html | Çox keyfiyyətlərilə birinci – I Şah Abbas | Apollon | Azərbaycan tarixi | 29 mart 2019, 15:17 |
Avropada “Böyük Abbas”, sənədlərdə “42 illik Əzəmət” və 390 ildir xalqının xatirəsində “Cənnətməkan şah oğlu”...
Bu şahın taxt vaxtınadək bütün vilayətləri (Qarabağ, Ərdəbil, Lənkəran istisna) Osmanlı və digər dövlətlərin əlinə keçmiş Azərbaycan (cahanşümul dövlətçilik nümunəsi yaradıcısının ünvanına K.Marks kimi bir ideologiya kralının qələmindən “on dörd ildə on dörd ölkə fatehi” fikrini saldırmış Qızılbaş səltənəti) bənzərsiz milli mədəniyyət və hərbi potensialından məhrum edilməkdə, şanlı Səfəvilər məmləkəti tənəzzülə uğramaqda idi.
Uşaqlıq çağlarımda (ötən əsrin 50-60-cı illəri), bircə səhifə belə tarix oxumamış babamın barəsində heç nəyi dəqiq bilmədiyi bu şahın sadəliyi, xəlqi qayğı-sayğıları haqda işlətdiyi (“yeri behiştdik”, “canı cənnətdik”, “adil qılınclı” və s.) sözlərin havası məni bu yazıya onun elə bu cəhətlərindən başlamağa səslədi.
Məsələn
1627-ci il tarixli, “Muhammad Qasim” imzalı sənədə görə, bu böyük hökmdar, öz dövr-dünyasını heyran qoymuş sərkərdə-şah xalqın yaddaşında, keçirdiyi islahatlar, geniş quruculuq, uğurlu hərbi əməliyyatlar və ölkənin gələcəyi naminə apardığı köçürmələr siyasətilə bərabər, “ən adilliyi, ağıllılığı, tez-tez “təğyiri-libas” olub, “xalqa oxşaması” ilə qalıb. O, ölkənin vəziyyətini yaxından öyrənməkçün tərk-libas olub, ya təkbaşına, ya da vəzir-vəkillərilə xalqın içində gəzər, çörəkçidən çörək, qəssabdan ət alaraq saraya dönüb, çəkisi düz olmayan məhsul sahiblərini dərhal cəzalandırardı.
Hərbi yürüşlər zamanı xalq arasına çıxar, yerli məmurların xalqla necə davrandığını araşdırar, şikayət edilənlərin “dərsini verib”, qəsəbə-şəhər hakimlərini dəyişərdi. Onun sarayında olmuş avropalı səyyahlardan italyan Della Vallenin xatirələrinə görə, “ortaboy, yaşıl gözlər, qısa alın və incə çənəyə malik bu qüdrətli şah bir qayda olaraq sadə geyinər, zinət şeylərindən istifadə etməzdi. Yalnız qılıncının qəbzəsi qızıldan idi. O, sadə xalqa bərəkətli torpaqlar, sürülər hədiyyə etməkdən, digər ehtiyaclarını ödəmələri məqsədilə mal-pul paylamaqdan yorulmazdı”.
Səfəvi tarixçisi, “Dünyanın bəzəyi olan Abbasın tarixi” əsərinin müəllifi İsgəndər bəy Münşi: “...O, son dərəcə hiddətli təbiət, odlu-alovlu xasiyyət, qüvvət, əzəmət, şövkət, cah-cəlal və padşahlıqla yanaşı, özündə olduqca mülayim, yumşaq, dərviş xarakteri və sadəlikləri cəmləşdirib. O, mülayim və həlim vaxtlarında saray adamlarıyla o qədər qaynayıb-qarışır ki, sanki onlarla dost və qardaşdır”.
Görkəmli Azərbaycan şairi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm”indən: “Şah Abbas məmləkəti abad etmək və rəiyyətin asayişi işlərində bütün dünyada məşhurdur. Onun bir çox mülki və əsgəri qanunları İran şahları üçün rəhbər olmuşdur. Avropa tarixçiləri bu padişaha “Böyük” ləqəbi vermişlər. O, xalq arasında indi də adil sifətilə tanınmaqdadır. İctimai binalar və xeyriyyə müəssisələri tikdirməkdə bu padişahın misli olmamışdır. Onun təlim-tərbiyəsi sayəsində bir çox fazil şəxslər öz dövrünün başçılarından olmuş, dünya şöhrəti qazanmışlar. İşinin çoxluğuna baxmayaraq o, kamil adamlarla müsahib olmağa mail, gözəl təbi-şerə malik idi”.
Bu şahın doğma dilimizə verdiyi önəmin (sarayda yalnız azərbaycanca danışmağın məcburi və zəruriliyi) dərəcəsini reallıqla anlamaqçün bir daha D.Vallenin məktubuna (may, 1618) diqqət yetirək: “Şah mənim türk dilini bilib-bilmədiyimi soruşdu, “xoş gəldi, səfa gəldi” deyərək səyahətimin səbəbləri haqda məni türk dilində sorğu-sual etdi”.
Digər tarixi sənədlərdən seçmələr: Şah I Abbas daxili iğtişaş və xarici müdaxilələr qarşısında məhvolma təhlükəsi qarşısında qalan Səfəvi dövlətini nəinki xilas etmiş, həmçinin ona ən qüdrətli bir dövr yaşatmışdır. Elə bu səbəbdən tarixçilər onu Qanuni Sultan Süleymana bənzədiblər. “O, mahir hərbi strateq kimi, diplomatik yolla həll ediləsi münaqişəni müharibəyə çevirməyə tələsməz, əgər başqa yol yox idisə, döyüş meydanında ordusuna mükəmməl komandan kimi rəhbərlik edər, cəsur bir döyüşçü kimi özünü təhlükəyə atmaqdan çəkinməzdi. Verdiyi əmrlərin əməliyyəsində o dərəcədə qətiyyətli və güzəştsizdi ki, cavabdehlərin bunları ləngimədən həyata keçirməkdən başqa çarəsi qalmırdı”.
Bu şahın alim, həkim, şair, musiqiçi, rəssam, memar və digər sənət adamlarına hamiliyilə bağlı bircə faktı xatırladaq: Məsihi, S.Əfşar, M.M.Qəzvini və hamısının təxəllüsü “Təbrizi” olan Şəmsəddin, Qasım, Əbdüllətif, Əlirza, Molla Abdulla və Saib onun sarayında çalışıb, burada “çalçıbaşı”nın rəhbərlik etdiyi saray orkestri fəaliyyət göstərib, “Şah kitabxanası”nda dini və dünyəvi məzmunlu saysız-hesabsız kitab olub. İsfahanda ucaltdığı saray və məscidlər Səfəvi memarlıq məktəbinin şedevrləri sayılıb. Ölkənin müxtəlif ünvanlarından dəvət olunmuş sənətkar və ustaların yaşaması üçün onun əmrilə xüsusi məhəllə salınıb.
Bütün bunlar isə bu şahı Azərbaycan xalqının süjetli nağıl-dastan, rəvayət və “gündəlik tələbat” söhbətlərinin daimi qəhrəmanına çevirib...
İndisə, qırx iki illik hakimiyyəti dövründə dünya gedişatına çox mühüm izlər qoymuş bu hakimin doğum və “təxti-rəvan” tarixçələri, habelə yuxarıda bəhs edilən əfsanəvi mülki keyfiyyətlərini daha da şöhrətləndirib-“status”laşdırmış saysız-hesabsız hərbi-hökmi fəaliyyət arsenalından –
Bəzi epizodlar
1571-ci ilin yanvarında Heratda doğulan, Azərbaycan tarixinin çox görkəmli, Şah İsmayıldan sonra Səfəvilər sülaləsinin ən tanınmış nümayəndəsi olan Abbas hələ yaşyarımlıq ikən (atası – şahzadə Məhəmməd Xudabəndə Şiraza vali təyin edildiyi üçün) Herat valisi seçilir və xüsusi qabiliyyətlərə malik Sultan Ustaclı onun təlim-tərbiyə lələsi təyin olunur. 1578-ci ildə Xudabəndə şah seçilən zaman Herat valisi kimi vəzifəsini davam etdirən Abbas üç il sonra (oktyabr 1587, 16 yaşında) şah elan edilib, Səfəvi taxt-tacına əyləşdirilir.
Daxili problemlərin və Azərbaycanın bütün əsr boyu siyasi gərginlik yaşadığı Osmanlı imperiyası ilə münasibətlərin həllinə vaxt qazanmaqçün danışıqlara başlayan şah 1590-cı ildə İstanbul sülhünü imzalayaraq, Azərbaycanın əksər torpaqları və Səfəvilərə məxsus Gürcüstan ərazisini Osmanlı dövlətinə verməli olur. Bu “qaçılmaz düşkünlük”dən sonra tezliklə ölkəni çətin vəziyyətdən qurtarmaqçün daxili iğtişaşlara son qoyub maliyyə vəziyyətini yaxşılaşdırmaq və güclü nizami ordu yaratmaq işlərinə başlayır. Lakin 1600-cü illərin əvvəlində portuqallara qarşı hərbi əməliyyatlara başlamaq məcburiyyətində qalır və “Allahın iradəsi, döyüş qəhrəmanlarının gücü” ilə İran körfəzinə çıxışları olan qalalarla Bəhreyn adalarını ələ keçirir.
Qarşıda isə daha mühüm-müqəddəs vəzifələr dururdu; hər iki tərəfdən (Osmanlı-Azərbaycan) olan babalarından (Sultan Səlim-Şah İsmayıl) miras qalmış xəta-əda nəticələrini aradan qaldırıb, başçılıq etdiyi məmləkətin tarixi sərhədlərini bərpa etmək! Xüsusən də, dövlət üçün böyük iqtisadi və mədəni əhəmiyyəti olan Azərbaycan ərazisini Osmanlıdan geri almaq!
Çox məğrur (və buna tam haqqı olan) şah bu məqsədlə nəzərdə tutduğu çox irimiqyaslı savaş üçün ciddi hazırlığa başlayır və 1603-1607-ci illər müharibəsində qazandığı qələbələr nəticəsində Azərbaycan ərazisi işğaldan tamamilə azad olunur.
O öz tabeçiliyində qalmış torpaqları (vahid inzibati ərazi kimi) ümumilikdə “Azərbaycan” adlandırırdı...
Osmanlı tarixçisi İbrahim Pəçəvi isə belə yazmalı oldu: “Beləliklə, Osmanlı-islam döyüşçülərinin 10-12 ildə əldə etdikləri hər şey ikicə ildə itirildi...”
Və bu böyük, ümummilli, özəl-özgür Qələbədən –
Öncə-sonrakılar...
Hər biri aylar-illər, “su yerinə axan qanlar”, cürbəcür faciələrlə müşayiət olunan o olaylar o qədər çox ki, onları yalnız qaçaraq sürət, ixtisar, bəzilərinisə müxtəsər işarətlərlə sadalamaq mümkün.
İrili-xırdalı bir çox savaşlardan sonra 1593-cü ildə ilk dəfə (və böyük təntənə ilə) Ərdəbilə gəlib, Qızılbaşların nəzarətindəki Azərbaycan vilayətlərini və Kür-Araz çayları arasındakı geniş ərazini vahid Azərbaycan bəylərbəyiliyində birləşdirən (sənədlərə görə, iki ildə bu bəylərbəyilik qoşununun sayı 10 minə çatır və rəsmi fərmanla “Azərbaycan qoşunu” adlandırılır) bu şah Azərbaycanın bütövlüyünü, onun “vüqarlı adını qorudu, onun Səfəvilər dövlətinə mənsub olması fikrini sönməyə qoymadı”.
1598-ci ildə dövlətin paytaxtını cəbhə bölgəsinə yaxın olan Qəzvindən İsfahana köçürən şahın keçirdiyi maliyyə tədbirləri dövlət xəzinəsini zənginləşdirdi. Hərbi islahatlar nəticəsində qızılbaşlar, qulamlar, tüfəngçilər və artilleriyadan ibarət qoşun növləri təşkil edildi, Azərbaycan türklərindən ibarət qızılbaş süvari dəstələri bərpa olundu. Nəticədə odlu silahlarla təchiz edilmiş 116 minlik nizami ordu yaradıldı. Bu olayların canlı şahidlərindən Oruc bəy Bayat yazır: “İndi bizim ölkədə Fars əyalətlərinin hamısında tanınan və böyük nüfuza malik olan 32 nəcabətli sülalə var”.
1622-ci ildə Qəndəhar bölgəsini Moğollardan, Hörmüzüsə Portuqaliyadan geri alan şah iki il sonra Bağdadı ələ keçirməklə Səfəvi imperiyasının keçmiş sərhədlərini bərpa edir. 1626-1629-cu illərdə Osmanlı dövlətilə müharibədə mühüm uğur qazanaraq Ərəb İraqını ələ keçirir.
Bu şah sənədlərə Ağqoyunlu və Səfəvi dövlətləri tarixində (əlbəttə, Uzun Həsəndən sonra və ulu babası Şah İsmayılın xarici siyasət xəttinə sadiq qalmaqla) Qərb ölkələrilə ən sıx əlaqələr yaradan, onlarla diplomatik danışıqlar aparıb, itirilmiş əraziləri geri qaytarmağa lazımi köməklik göstərmələrini təmin edən hökmdar kimi də düşüb.
1629-cu il yanvarın 19-da Fərahabadda vəfat etmiş görkəmli Səfəvi hökmdarı Kaşanda dəfn olunub.
Tahir ABBASLI
«Mədəniyyət» qəzeti
| ['Azərbaycan', 'Azərbaycan tarixi', 'I Şah Abbas', 'Şah Abbas'] |
420 | https://kayzen.az/blog/menecment/23104/i%C5%9Fd%C9%99-c%C9%99sar%C9%99t.html | İşdə cəsarət | Rafiq Hunaltay | Apollon | Menecment | 27 mart 2019, 12:04 |
Universitetin 3-cü kursunda oxuyarkən Nurgün Holdinqə işə düzəlmişdim. Marketinq sahəsində ilk iş yerim idi. Hələ diplomumu almamışdım, funskional tabeliyimdə 26 nəfər müxtəlif ranqda adam var idi. Bir gün gəldilər ki, bəs, sənin müdirə sözün keçir, sən yaxşısan, bizim bir məsələ var onu iclasda qaldırmaq lazımdır. Çox sonra başa düşdüm ki, işə gələn yeni işçini yem kimi qabağa atmaq istəmişdilər. Amma bəxtlərindən o hadisədən sonra da həmişə belə “söhbətlər” mənlik oldu.
Mövzudan uzaqlaşmadan deyim ki, adamların istəklərini yerə salmayıb həmin görüşü təşkil etdim. Görüşün mövzusu əmək haqqını manatla almaq barədə idi. O vaxt əmək haqqları həmin şirkətdə dollarla verilirdi, manat daha dəyərli idi və işçilər də rəqəm eyni qalmaqla, amma manatla istəyirdilər maaşlarını. İclasda sözü verdik bunlara, o qədər nəm-nüm elədilər ki, müdir heç nə başa düşmədi, açıq deyə bilmirdilər. Məğzi açıq demədən, əsaslandırmalar edirdilər ki, bu da söhbətin nədən getdiyini anlamağa imkan vermirdi. Nəisə, görüşdə dedim bəs filankəs müəllim, işçilər maaşlarını dollarla yox, manatla almaq istəyirlər. İşin mustafası budur.
Baxdı, baxdı və dedi ki, məsələn, sən nə qədər alırsan? (işçilərdən birinə müraciətlə) – dedi 600 dollar. Dedi burda nə var ki, aldı əlinə kalkulyatoru 600 dolları manata çevirdi, dedi get kassaya de bu qədər manat versinlər də. Bir anlıq sakitlik çökdü. Müraciət etdiyi adam da donub üzünə baxırdı. Üzündə çarəsiz təsdiq ifadəsi vardı. Yenə də açıq deyəmmirdi. Və bu dəfə də mövzuya girdim ki, bəs filankəs müəllim, elə yox, yəni 600 dollar alan indi elə 600 manat almaq istəyir. Elə bunu demişdim ki, həmin filankəs müəllim acıqlı halda “Rafiq bir sus da, səndən soruşuram mən? öz dilləri yoxdu?” dedi. Mövzu beləcə bağlandı. Amma indiyənə kimi o hadisəni yadıma salanda, pis oluram. Müdir kalkulyatoru çıxarıb hesablamaqla rəsmən məzələnmişdi. Bu qalsın burda, keçirəm başqa bir keysə.
İdealda işləyən vaxtlarımdı. Dəli kimi mütaliə edirəm, nə gəldi oxuyuram, oxuduğum hər şeyi də tətbiq etməyə çalışıram. Sağ olsun müdir, marktoloqdan daha üstün marketinq təfəkkürlü insan idi. Həmişə yeniliyə, dəyişikliyə meydan verirdi. Bir dəfə də oxudum ki, bəs, şənbə günü işləyənlər qeyri-effektiv olur. O saat iclasların birində hamının içində məsələ qaldırdım ki, gəlin, şənbə gününü ləğv edək. Bir-iki cəhddən sonra tam yığışdırdıq. Aradan bir-iki həftə keçmişdi, nəsə müdirə iş lazım olub, İT direktorunu axtarıb, o da tapılmayıb, axırda da yazıb ki, iş vaxtım deyil falan. Bir də gördüm müdir mənə yığıb dedi, ya yazdı indi dəqiq yadımda deyil, bəs sənə 6-cı gün gəlməmək lazımdırsa, gəlmə. Amma hamının adından 6-cı gün məsələsini bir də qabartma. İndi də İlqar müəllimlə, hərdən bu məsələni xatırlayıb gülürük. Fürsətdən istifadə edib Ona dərin təşəkkürümü bildirirəm. Mənim öz sahəmdə yetişməyimdə əvəzsiz rolu olub.
Bir dəfə də Kontakt Home-da mənə dedilər ki, bəs müdir onun dediklərinə etiraz edilməsini sevmir. Eybi yox, həmin an qəbul et, sonra necə istəyirsən edərsən, amma camaatın yanında etiraz etmə. Uzun danışmayacam, bir məsələ üzrə anlaşmazlıq yaranmışdı. Hər iki tərəf olaraq çox əsəbi idik, yola verib ortamın sakitləşməsini də gözləyə bilərdim, amma etmədim. Doğru bildiyim şeyi dedim, o da təbii olaraq razılaşmadı, bizdə belədir falan. Mən də elə stoldan o duran durdum və bir də o şirkətə ayağımı basmadım. Bugün təhlil edəndə özümdən bu hərəkətimə görə xoşum gəlir. Çünki illərlə tərbiyə etdiyim “mən”i nə pula, nə statusa, nə ictimai qınağa, heç nəyə satmamışdım.
Gələk sonuncu keysə. Gilanda çalışarkən müdirim əcnəbi idi. Bu adam da fikrinə əks fikir söylənməsini qəti sevmirdi. Və bunu çox açıq şəkildə biruzə verirdi, əsəbiləşirdi, qızarırdı falan. Şəxsən mənə görə bir rəhbərin öz hisslərini belə biruzə verməsi yaxşı xüsusiyyət deyil. Müdir dediyin soyuqqanlı olmalıdır. Qısası, yanımda bir neçə dəfə bu cür davranan insanları yumşaq desək danlamışdı. Mən danlamışdı deyim, Siz təhqir etmişdi oxuyun. Öz-özümə fikirləşirdim ki, mən də onun dediyi kimi yox, başqa cür düşünsəm və eyni şey mənə qarşı da baş versə, nə edəcəm. İndidən düşünürdüm ki, elə bir hal olan kimi addımımı dərhal atım. Və hər irili-xırdalı iclasda nəyi səmimi olaraq düşünürdümsə, onu deyirdim, səhv dediyini düşündüyüm hər şeyi də üzünə deyirdim.
Təbii olaraq 2 il 8 ay ərzində xeyli mübahisələrimiz də oldu buna görə. Amma heç vaxt bu prinsipimdən dönmədim. Düşündüyüm kimi hərəkət edəcəm, vəssəlam. Səhv düşünə bilərəm, amma bunu dərk etdiyim anda da səhvimi qəbul etməyi də bacarıram. Ən pis hal isə danışalacaq yerdə susmaq, susulacaq yerdə danışmaqdır. Bundan ən çox siyasətçilər istifadə edir. İşdə bu metodu istifadə edənlərə də buna görə “politik”, “yaxşı oyunçu” falan deyirlər.
Bu 3 hadisəni yazma səbəbim var. Ötən dəfə HBR-da bir məqalə oxudum. İnsanların iş yerlərində cəsarətli davranmaları mövzusunda idi. Oxumuşkən başıma gələn keyslərdən bir neçəsini yazıb mövzuya aid öz fikirlərimi bildirmək istədim. Dostlar, cəsarət istər işdə olsun, istər həyatda çox önəmli xarakterdir. Bəli, cəsarət xarakterdir, onun əksi isə xoşa gələn hal deyil.
Həqiqəti pul qabağında utandırmaq olmaz
İşdə cəsarətin üstün cəhətləri ilə yanaşı, bir çox minusları da var. Məsələn, sənə demoqoq deyirlər, səndən bir çoxunun zəhləsi gedə bilər, xüsusən də cəsarət göstərə bilməyən əməkdaşların. Səndən elə müdirin də xoşu gəlməyəcək bəlkə də. İlk səhvində bağışlamaz, maaşın artmaz və s. Amma müdirdən müdirə də fərq var, hamıya aid etmək olmaz. Ətrafımda yaxşı rəhbərləri də çox görmüşəm. Cəsarətli biri kimi tanınsaz, bir az yorulacaqsız. Çünki hansısa cəsarətli addım atıb əks-hücuma məruz qala bilərsiniz. Bu da sizi işinizdən yayındıra bilər, bəzən də beldən aşağı zərbələr ala bilərsiniz. Cəsarətli addımlarınız kimisə “komfort zonasından” dəbərdə bilər. Komfort zona da “məhrəm” kimi bir şeydi, girilməz yəni. Bəzi adamlar var ki, uzun illər çalışdığı iş mühitində bəlli standartlar daxilində özü üçün şahmat dili ilə desək, “qala qurub” oturub. Üstünə getdin, hücuma keçəcək. Yəni deməyim odur ki, əks-zərbələr hər tərəfdən gələ bilər, gərək nəzərə alasız.
Bir də bir şeyi dəqiq bilirəm. Səninlə eyni mövqedə olanı da başa düşmək olar, əks mövqedə olanı da. Amma bitərəf qalanlar, “hamının dostu”, “konkret mövqeyi olmayanlar” çox təhlükəli adamlardır. Belə adamlardan uzaq durmaq lazımdır. Onlar çünki daim güclünün yanında olurlar. Bugün sənin, sabah başqasının, o biri gün də Allah Kərimdir. Səsləndirdiyin fikirləri özünlə tək qalanda da eyni cür düşünürsənsə, səmimisən. Sonradan düşündüyün səhv ya düz çıxdı fərqi yoxdur. Əsas odur ki, inandığına və müdafiə etdiyin fikrə səmimi olaraq inanırsan. Belə adamlara, hətta səhv çıxsalar belə hörmət etmək lazımdır.
Cəsarətin də limiti var. Don Kixotluq eləmək olmaz. Və ya adını cəsarət qoyub “babam mənə kor deyib, nə gəldisə vur” da olmaz. Hər işdə qırmızı xətt var. Qırmızı xətt keçildisə, reaksiya verməlisən. İnsanın dəyərləri, prinsipləri onun xarakterini göstərir. İlk öncə dəyərlərinin nə olduğunu özün üçün yəqin edəcəksən, daha sonra o dəyərlər üçün qırmızı xəttin nələr olduğunu biləcəksən. Onun keçilməsinə də heç vaxt izn verməyəcəksən. Əks halda bir fərd olaraq özünüzə hörmətiniz azalacaq və daha da qəddar olmağa başlayacaqsız. Ən çox nifrət etdiyiniz adamlar isə dəyərlərinə sadiq olan adamlar olacaq. Çünki onlar qoruya bildilər o dəyərləri, Siz yox.
Cəsarətin bir problemi də onun daha çox hücum tələb etməsindədir. Cəsarət müdafiə olunmağı sevmir.Hücum edən bilirsiniz ki, çox itki verir. Bir də cəsarətli addımlar birinci mərhələdə effektivdir. Sonrakı mərhələdə quru cəsarətli deyilmiş söz kifayət etməyəcək, onu əsaslı arqumentlər və işinizlə də sübut etməlisiniz. O halda adama deyirlər ki, “dili olduğu kimi dilçəyi də var”.
Hötenin yaxşı bir sözü var. Deyir “ideyalarla xarakter qovuşanda minillərlə dünyanı heyrətə salan hadisələr baş verir”. Xaraktersiz ideya boş söz yığınıdır. Onun icra mexanizmi yoxdur, xaraktersiz ideya sümüksüz ət kimidir, ayaq üstə dura bilməz. Bu yazını həm də çalışdığı sahədə doğru bildiyini daim müdafiə edən, haqqı tapdalananı mümkün itkilərə, risklərə rəğmən müdafiə edənlərə həsr etmək istəyirəm. Həyat çox qısadır, onu mənalı yaşamaq lazımdır.
Müəllif: Rafiq Hunaltay
| ['menecment', 'menecer', 'menecerin xüsusiyyətləri', 'iş həyatı', 'cəsarət', 'Rafiq Hunaltay'] |
421 | https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/23162/fyodor-%C5%9Falyapin-%7C-%C5%9F%C3%B6hr%C9%99t-yolu-bak%C4%B1dan-ke%C3%A7%C9%99n-m%C3%BC%C4%9F%C9%99nni.html | Fyodor Şalyapin | Şöhrət yolu Bakıdan keçən müğənni | Apollon | böyük musiqiçilər | 27 mart 2019, 12:02 |
XX əsrin əvvəllərində Bakının mədəni həyatında böyük inkişaf başlamışdı. Avropa ölkələri ilə mədəni əlaqələr güclənir, şəhərə incəsənət xadimlərinin qastrollarının ardı-arası kəsilmirdi. O zaman “neft və milyonlar şəhəri”nin musiqili qonaqlarından biri də dünya şöhrətli rus müğənni Fyodor Şalyapin idi.
Fyodor İvanoviç Şalyapin 1873-cü ildə Rusiyanın Kazan şəhərində dünyaya göz açmışdı. Erkən çağlardan musiqiyə maraq göstərmiş, kilsə xorunda oxumuşdu. Bu müddətdə skripkada da ifa etməyi öyrənir və mütaliə ilə ciddi məşğul olur. Teatra sonsuz həvəsi onu müxtəlif truppaların tərkibində çıxış etməyə sövq edir. O, Kazan şəhərində qastrolda olan V.N.Lyubimov-Derqaçın kiçik operetta kollektivi ilə səfərə çıxır… Truppa 1891-ci ildə Bakıya gəlir. Burada fransız operalarından bir neçə partiya ifa edir. Görkəmli xanəndə Cabbar Qaryağdıoğlu ilə tanış olur…
Bakının qaynar həyatı onda dərin maraq doğurur. Truppa qastrol səfərini başa vurub geri dönərkən o, kollektivdən ayrılır və burada qalır. Rastlaşdığı afişaların birində oxuyur ki, J.Lassalın fransız operettası Bakıda qastrol səfərindədir. Vaxt itirmədən onları tapır və həmin kollektivə qəbul olunur.
Araşdırmalardan məlum olur ki, J.Lassal truppası tamaşalara 19 oktyabr 1891-ci ildə başlayıb. Truppa təkcə operettaları deyil, həm də opera əsərlərini də (“Traviata”, “Karmen”, “Faust” və s.) müvəffəqiyyətlə tamaşaya qoyub. Şalyapin “Traviata”da Jermonun bütün partiyasını cəmi dörd günə oxuyub əzbərləyir. Onun səhnədə ilk çıxışı uğurlu alınır və alqışlarla qarşılanır...
Amma bir müddət sonra truppa fəaliyyətini davam etdirə bilmir və Şalyapin işsiz qalır. Ehtiyac onu Bakı limanında yük daşımağa, vağzalda gecələməyə məcbur edir. Tiflisə üz tutan F.Şalyapin orada təsadüfən tanınmış opera müğənnisi Dmitri Usatovla qarşılaşır. O, sənətçi ilə bir neçə ay şəxsən məşğul olur. Musiqi dərnəklərində təşkil edilən konsertlərdə çıxış edən gənc ifaçı sonra Tiflis Opera Teatrında işə götürülür, 1894-cü ilədək burada çalışır. Xoşbəxtlik dalınca Moskvaya gedir. Böyük Teatrda işə düzəlməyə çalışsa da, arzusu yerinə yetmir. 1895-ci ildə Peterburqdakı Mariinsk Teatrından dəvət alır və teatrın rəhbərliyi həmin ilin fevral ayında gənc vokalistlə birillik müqavilə bağlayır. Bir müddət sonra bu teatrdan da ayrılır. Onun çoxdan arzuladığı Moskva debütü 1896-cı ildə baş tutur...
F.Şalyapin ikinci dəfə Bakıya 1900-cü ilin fevral ayında gəlir. Yerli qəzetlər müğənniyə səhifələrində geniş yer ayırır. Qastrolları haqqında xəbərlər dərc edilir. Opera səhnə ustaları və müğənnilər İzabella Zvixer, L.M.Klementiyev, L.Q.Yakovlev, İ.V.Tartakov və başqalarının iştirakı ilə “İvan Susanin”, “Rusalka”, “Knyaz İqor”, “Yevgeni Onegin”, “Demon”, “Aida”, “Faust”, “Karmen” və başqa operalar nümayiş olunur.* “Kaspi” qəzeti 30 mart 1900-cü il nömrəsində F.Şalyapinin yaradıcılığı haqqında yazırdı: “Şalyapinin simasında həm zahiri görünüş, nadir səs, səhnə texnikası, hər bir hərəkət, davranış, nəhayət, geyim və qrim həmahəng olub bir-birini tamamlamışdır...”.
F.Şalyapinin Bakı qastrolu martın 31-də başa çatır. Bu səfərdən sonra on il müddətində onun yolu Qafqaza düşmür. 1910-cu ilin sentyabrında yenidən Rusiya imperiyasının cənub şəhərlərinə qastrola çıxır. Bakıya gəlməyi də unutmur. Bu səfərdə onu skripkaçı N.Avyerino və pianoçu F.Keneman müşayiət edir. Müğənni sentyabrın 22-də Nikitin qardaşlarının sirkində konsert proqramı ilə musiqisevərlərin qarşısına çıxır. Onun Bakıya son səfəri isə 1915-ci ildə gerçəkləşir…
F.Şalyapin 8 və 11 mayda şəhərdə iki konsert verir. O, hər iki konsertdə rus bəstəkarlarından Qlinka, Rimski-Korsakov, Darqomıjski, Musorqski, Rubinşteyn, Çaykovski, Raxmaninov və başqalarının əsərlərini ifa edir.
F.Şalyapinin sənət şöhrəti daha da uzaqlara gedib çıxır. Milanın La Skala Teatrından “Faust”da Mefistofel partiyasını ifa etmək təklifi alır. Teatrın rəhbərliyi səhnədə 10 dəfə çıxış üçün müğənniyə 15 min frank pul təklif edir. Onun Milan səhnəsindəki çıxışı sürəkli alqışlarla qarşılanır. Sənətkar bu uğurundan sonra kommersiya cəhətdən böyük qazanc gətirən xarici səfərlərə üstünlük verir. Mətbuat onun bu addımı haqqında yazırdı: “F.Şalyapin pulu sevir. O, heç vaxt xeyriyyə konsertləri verməyib. O, “pulsuz yalnız quşlar oxuyur” sözlərini təkrar etməyi xoşlayır”. Ancaq müğənninin o vaxta qədər Kiyevdə, Xarkovda və Sankt-Peterburqda böyük fəhlə auditoriyaları qarşısında xeyli çıxışları olmuşdu...
Oktyabr inqilabından (1917) sonra F.Şalyapinə “Xalq artisti” fəxri adı verilir. Ancaq o, məfkurə baxımından bolşeviklərlə birləşə bilmir. Məhz bu səbəbdən Parisə qastrol səfərindən geri dönmür. 1928-ci ildə sovet hökuməti onu “Xalq artisti” adından məhrum edir və SSRİ-yə gəlişinə qadağa qoyur...
Müğənni 1938-ci il aprelin 12-də Parisdə dünyasını dəyişir. Vəsiyyətinə görə, cənazəsi Rusiyaya gətirilir və dünyaya göz açdığı Kazan şəhərində dəfn olunur.
Savalan FƏRƏCOV
«Mədəniyyət» qəzeti
| ['dünya musiqisi', 'musiqiçi', 'müğənni', 'Fyodor Şalyapin'] |
422 | https://kayzen.az/blog/az-proza/23206/manaf-s%C3%BCleymanov.html | Manaf Süleymanov | Apollon | Azərbaycan ədəbiyyatı | 26 mart 2019, 11:54 |
Könlünü sözə bağlayandan, əlinə qələm alıb duyğulanan gündən saysız-hesabsız məqalə, hekayə, povest, roman və nəhayət, xatirələrini yazıb. Onlarla kitabın müəllifi kimi tanınıb, sevilib. Dövrünün məşhur yazıçılarından biri kimi böyük rəğbət qazanıb. Elmi axtarışlarla da məşğul olub. Alimlik dərəcəsi alıb. Ali məktəblərdə dosent kimi çalışıb. Tanrı ona bağışlanan ömür payında da səxavətli olub. 90 ilə kimi ömür sürüb Manaf Süleymanov. O, sadəcə yazılarının dərci və kitablarının nəşri ilə məşğul olmurdu.
Xarici ölkə ədəbiyyatından, xüsusilə də rus və ingilis yazıçılarının əsərlərini Azərbaycan dilinə məharətlə tərcümə edirdi. Ondan bizə böyük bir ədəbi irs yadigar qalıb. Yəqin ki, tədqiqatçılar, ədəbiyyatçılar Manaf Süleymanov yaradıcılığını bu günün gözü ilə araşdıraraq bu yazıçının Azərbaycan ədəbiyyatına, tarixinə bəxş etdiyi töhfələrin həqiqi dəyərini verəcəklər. O, çox cəfakeş, fədakar, həm də həyat həqiqətinə sadiqliyi ilə seçilən bir qələm sahibi idi.
Manaf Fərəc oğlu Süleymanov 1912-ci ilin yazında İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. İlk təhsilini bu kənddə alan Manaf Süleymanovun sonrakı taleyi Bakı ilə bağlıdır. İndiki Neft Akademiyasının geoloji-kəşfiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirən Manaf Süleymanov kəşfiyyatçı dağ mühəndisi diplomu ilə geoloq kimi əmək fəaliyyətinə başlayıb. Uzun müddət Qaradağ Neft-Qaz Mədənləri İdarəsində mühəndis kimi çalışıb. Sonralar doğma institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasında assistent, dosent olmuşdur.
Geoloq əslində torpağın dərin qatlarını öyrənməyi, oxumağı, bir sözlə, dəqiq axtarışlar aparmağı bacarmalıdır. Məhz geoloqların çətin əməyinin, gərgin axtarışlarının, düzgün təyinatlarının nəticəsində torpağın dərinliklərində olan sərvətlər üzə çıxır. Bu mənada geoloqla yazıçılıq arasında qəribə ünsiyyət, yaxud da oxşarlıq var: biri torpağın ürəyini oxuyur, o biri də həyatın rənglərini araşdırır. Xoşbəxtlikdən Manaf Süleymanovda bu iki qabiliyyət bir-birinə qovuşaraq böyük xariqələrə, nailiyyətlərə yol açırdı. Uzun illər neftçilərlə çalışması, bu sərvətin axtarışında olması onun ədəbi yaradıcılığında da öz bəhrəsini verirdi.
Professor Bayram Tahirbəyov Manaf Süleymanov haqqında fikrini çox dəqiq və səlis ifadə edib: «Elə yazıçılar var ki, bütün ömürləri boyu ancaq bir mövzuya müraciət edirlər. Manaf Süleymanovun da qələminə ən çox yatan mövzu fəhlə həyatı, qurub-yaradan əmək adamlarının ömür-günü olub. Bu mövzu qocaman yazıçının bütün yaradıcılığının əriş-arğacını, mayasını təşkil edirdi».
O, ədəbi yaradıcılığa 1947-ci ildə «Azərbaycan» jurnalında dərc olunan «Yerin sirri» romanı ilə gəldi. Bir qədər sonra isə dəniz neftçilərinin fədakarlığından bəhs edən «Dalğalar qoynunda», «Fırtına», «Zirvələr» romanlarının müəllifi kimi tanındı. Hətta o dövrdə Manaf Süleymanovun imzası SSRİ-nin bütün müttəfiq respublikalarında məşhur idi. «Yerin sirri» romanı alman, çex, slovak, rumın və dünya xalqlarının başqa-başqa dillərinə tərcümə edildi. Bununla bərabər müəllif həm də dövri mətbuatda müxtəlif mövzulu məqalələri ilə də çıxış edirdi. İlk yazıları «Fərəcoğlu» imzası ilə işıq üzü görürdü.
1937-ci il repressiyalarının ağrı-acılarını görən, dörd yanındakı qələm dostlarının «yoxa» çıxmasının əzablarını içində çəkən Manaf Süleymanov həyatın bütün rənglərindən xəbərdar idi. O, xeyirlə şərin qoşalaşaraq bir-biri ilə necə mübarizə apardığını, haqqın bəzən min arşın quyunun dibinə düşdüyünü öz gözləri ilə görürdü. Qəribədir ki, o, sovet dövründə bütün bunları gündəliyində qeyd edirdi. Sanki nə vaxtsa bu ziddiyyətli həyatın bitəcəyinə, həqiqətləri yazacağına, millətinə çatdıracağına bir ümidi var idi. Doğrudur, o, sovet dövründə ədəbiyyata gəlmişdi. Onu həm də «sovet yazıçısı» adlandırırdılar.
Burada qeyri-təbii bir məsələ yox idi. O, bu quruluşda təhsil almışdı, oxumuşdu, yaşadığı hakimiyyətin ideyalarına inanırdı. Amma buna baxmayaraq həyatda baş verənlər arasındakı fərqlər, ziddiyyətlər yazıçını çaşdırır, çox hallarda da sarsıdırdı. Bununla belə, hər qaranlıq gecənin bir işıqlı səhəri olacağına inanırdı. Heç vaxt oxucusunu aldatmayan, ona yalan söyləməyən Manaf Süleymanov duyduqlarını və özünün inandıqlarını yazırdı.
1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Manaf Süleymanov bəzən də oxucusunu aldatmamaq, ona vəsf və mədhiyyə dolu əsərlər bağışlamamaq üçün xarici ölkə ədəbiyyatının klassiklərini dilimizə çevirirdi. Cek London, Con Steynbek, O.Henri, M.Kopelen, A.Qrasi, Oqoto, Aleks La Çuma, Y.Makmani, P.Abrams, R.Riv, A.Paton, Fillim Altman, S.Moem kimi ingilis yazıçılarının əsərlərini Azərbaycan dilinə məhz Manaf Süleymanov tərcümə edib. Uzun illər həm keçmiş SSRİ-nin, həm də Azərbaycandakı dövlət arxivlərində çalışaraq qiymətli sənədlər əldə edən Manaf Süleymanovun bu zəngin ədəbi irsi indi Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilir.
Manaf Süleymanov ingilis, fars, ərəb dillərini təmiz bilməklə yanaşı, rus dilində də yazırdı. Əlbəttə, ilk əlyazmaları Azərbaycan dilindədir, lakin bütün bu yazıları ərəb əlifbasında qələmə alıb. Vaxtilə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında ilk arxiv sənədləri toplayan, Üzeyir Hacıbəylinin məktublarının surətini tapan məhz Manaf Süleymanov olub. Əlbəttə, o, adi yazıçı deyildi. Manaf Süleymanov Azərbaycan bədii ədəbiyyat tarixinin ən yaddaqalan nümayəndələrindən biri idi. Bu gün də arxivlərdə qorunan müxtəlif janrlı əsərləri arasında ssenariləri, oçerkləri, xatirə və gündəlik qeydləri var. O, ömrünün müəyyən anlarını "Şagirdlik illərim" adlı xatirəsində əbədiləşdirib. O, dünyaya gəldiyi qəsəbənin bu xatirələrdə sözlə elə rəsmini çəkib ki, qədim tarixə malik olan Lahıc qəsəbəsi haqqında dərin məlumat almaq istəyirsənsə, öncə gərək bu əsərə diqqət yetirəsən. 1989-cu ildə Samsun Universiteti yazıçının «Bir kitabdan birğac sətir» toplusunu çap edib.
Eləcə də müstəqilliyimizi qazandıqdan sonra müəllifin «Son bahara çatdıq», «Neft milyonçusu», "Şərqdə ilk demokratik cümhuriyyət", "Şagirdlik illərim" adlı kitabları çap edildi. Ötən əsrin sonlarında əməkdar mədəniyyət xadimi fəxri adına layiq görülən Manaf Süleymanovu həmkarlarından ən çox fərqləndirən bir cəhət onun tarixi həqiqətlərə sadiqliyi idi. Zəngin yaradıcılığı və bütün əsərlərinə çəkdiyi gərgin zəhməti ilə bərabər bu gün Manaf Süleymanovun adı çəkiləndə istər-istəməz dərhal yadımıza «Eşitdiklərim, oxuduqlarım, gördüklərim...» adlı kitabı düşür. Sağlığında iki dəfə nəşr edilmiş bu kitab oxucular arasında böyük əks-səda doğurdu. Uzun illər bilmədiyimiz, əslində bizdən gizlədilən elə həqiqətlər, məlumatlar, hadisələr var idi ki, biz onu ilk dəfə məhz bu kitabda oxuduq. «Eşitdiklərim, oxuduqlarım, gördüklərim...»
1984-cü ildə «Azərbaycan» jurnalında dərc edildi və ədəbi ictimaiyyətdə böyük rəğbət yaratdı. Əsərin maraqla qarşılanmasına səbəb birdən-birə bilmədiklərimizin üzə çıxması oldu. 1987-ci ildə isə kitab halında oxuculara çatdırıldı. Burada Bakının qədim keçmişindən, inqilab dövründə «neft səltənətində» baş verən hadisələrdən, paytaxtımızın qarışıq günlərindən, düçar olduğu bəlalardan, daşnakların şəhər sakinlərinin başına açdığı oyunlardan və s.-dən bəhs edilirdi. Bir həqiqəti də deyək ki, Manaf Süleymanov bu kitabı ilə o vaxt ən çox oxunan, sevilən yazıçılardan birinə çevrildi.
Təsəvvür edin ki, yeni nəşr 50 min tirajla çap edilsə də, kitab mağazalarında tapılmırdı. 1989-cu ildə görkəmli yazıçının şöhrət qazanmış «Eşitdiklərim, oxuduqlarım, gördüklərim...» kitabı 70 min tirajla yenidən çap edildi. Müəllif əsər üzərində bir daha işləmişdi, redaktəyə, ixtisara məruz qalmış bir sıra məsələləri də ikinci nəşrə əlavə etmişdi. Artıq bu kitabda biz ilk dəfə Bakı milyonçularının millətin tərəqqisi naminə gördüyü işlərdən, xeyirxah əməllərindən xəbər tutur, maarifpərvər ziyalılarımızı tanıyır, Stalinlə Məmməd Əmin Rəsulzadənin görüşlərindən bəhs edən epizodları oxuyur, bir sözlə, yazıçının eşitdiklərini, oxuduqlarını, gördüklərini xəyalımızda canlandıraraq saf-çürük edir, tariximizin qəsddən gizlədilmiş səhifələrindən, yalançı inqilabçıların xəyanətlərindən xəbərdar olurduq.
Bu kitabı Bakının keçmişinə səyahət də adlandırmaq olar. Paytaxtımızın tarixindən, coğrafi mövqeyindən, köhnə məhəllələrindən, qoynunda yaşayan insanların adət-ənənələrindən, yaşam tərzindən, dolanışığından, milyonçularından, qoçularından, ziyalılarından geniş söhbət açan müəllif neft sənayesinin inkişafı ilə bağlı müəyyən məqamları da oxucunun diqqətinə çatdırıb. Bu sərvətdən bəhrələnən insanlar haqqında da oxuculara ətraflı və dəqiq məlumat verib. Kitabda maraqlı cəhətlərdən biri də 1918-ci ildə Bakıda baş verən qırğınlarla bağlıdır. Erməni milli şurasının üzvlərindən ibarət daşnakların bu şəhərin başına gətirdikləri müsibətlərin bir çox ağır səhnələrini də kitabda görmək mümkündür. Həmişə olduğu kimi, ermənilər məhz Novruz bayramı ərəfəsində Bakı sakinlərinə hücum etdilər. Müəllif yazır: "...Salyan kazarmalarından daşnak soldat və zabitləri şəhərin müsəlman məhəllələrini top və pulemyot atəşinə tutdular.
...Gözlənilmədən top güllələri başladı bizim daxmaların üstünə düşməyə; evlər yerlə-yeksan olur, neftlə bulanmış taxtalar alışır, adamlar fəryad qopara-qopara, arvadlı-uşaqlı dəli kimi qaçır, gizlənməyə yer axtarır, fəryad, nalə, şivən, ağlaşma səsləri göylərə ucalırdı. Ata-anasını itirmiş uşaqlar ağlaşırdılar. Şəhərə tərəf gələn daşnak soldat və zabitləri bərkdən şərqi oxumağa başladılar:
Bir, iki, Qafqaz oldu bizimki,
Bir, iki, Bakı oldu bizimki,
Dənizdən dənizə.
Qara dəniz, Aralıq dənizi,
Üstəlik Kirit adası,
Şimal sərhədimiz Voronej şəhri,
Paytaxtımız Tiflis şəhəri.
Yaşa, çox yaşa Andronik paşa..."
Bir məsələ də maraqlıdır ki, Bakıda yaradılan bütün cəmiyyətlərin, təşkilatların əsas üzvləri daşnaklardan ibarət olurdu. Ən bağışlanmazı odur ki, müsəlman milli şurasının da üzvləri ermənilər idi və onlar da yardımları ancaq daşnaklara edirdi. O günlərdə mikoyanların, şaumyanların çiçəyi çırtlayırdı. Çünki türklərin böyük bir şəhəri qan içində çırpınırdı. Kitabdan oxuyuruq ki, oğru gavurların, cib və başkəsənlərin bayram etdiyi o günlərdə türk ordusunun Bakıya gəlmə xəbəri erməni milli şurasını və daşnak hərbçilərini qorxuya salıb.
Müəllif yazır: «Erməni milli şurası üzvləri, daşnak başçıları və onların yaxın qohumları hamıdan əvvəl öz gəmilərində, ya da çox baha qiymətə kirələdikləri gəmilərdə aradan çıxmışlar. Aradan çıxa bilməyənlər müsəlman milyonçu dostlarının, ya da qız verdikləri qudalarının qala tək möhkəm evlərində, Mərdəkan bağlarında daldalanmışdılar». Yadımıza 1990-cı il düşür. İki il öncə Ermənistanda yaşayan soydaşlarımız öz yurdlarından vəhşicəsinə qovulmuşdular. Bəziləri dağda-dərədə qurd-quşa yem oldu, şaxtada dondu, minbir əzabla qətlə yetirildi. Bakıdakı ermənilər isə rahat vaqonlarda, təyyarələrdə paytaxtı tərk etdilər. Bütün var-dövlətlərini, pullarını da özləri ilə apardılar.
Əldən ələ keçən Bakının dərdli günlərindən müfəssəl məlumat verən Manaf Süleymanov xalq mahnısı kimi dillərdə məşhurlaşan «Küçələrə su səpmişəm»in sovet dövründə təhrifə məruz qaldığını da göstərib. O dövrdə türk əsgərlərinin Bakıya gəlməsini məhəbbətlə qarşılayan yerli sakinlər onlara nicat gətirən qüvvə kimi baxaraq gəlişlərinə öz məhəbbətlərini bildirirdilər. Ağız-ağıza verərək xorla oxuduqları mahnının əsl mətni belədir:
Küçələrə su səpmişəm,
Türk gələndə toz olmasın.
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın.
Türk adından vahimələnənlər məhz bu mahnıda «türk» sözünü «yar»la əvəz ediblər. Yadımıza Səməd Vurğunun məşhur bir misrası düşdü:
Bakının sayrışan ulduzlarından,
Boyasız, çadrasız türk qızlarından.
Burada da «türk» sözü redaktə edilərək "şən«lə əvəz olunub. „Eşitdiklərim, oxuduqlarım, gördüklərim...“ kitabında bir çox qaranlıq mətləblərə aydınlıq gətirilir. Ermənilərin qorxaqlığından, zülmkarlığından, ikiüzlülüyündən, xəyanətkarlığından maraqlı faktlar gətirən müəllif erməni qonşusu dəllək Akopun söylədiklərini olduğu kimi qələmə alıb: „Birtəhər üzünü qırxıb odekalonladım… Paşa ayağa qalxdı, üstümə bir kağız pul tulladı. Mən də… cəld çıxdım dəhlizə. Bayır qapını açmaq istədim. Gördüm bağlıdır. O vaxtacan ingilis qıpılı görməmişdim. Qayıdıb məsələni paşaya deməyə cürətim çatmadı, qorxdum. Siçan tələyə düşən kimi qalmışam. Birdən paşa dəhlizə çıxdı. Məni gördükdə təəccüblə soruşdu: “Şurda, pəzəvəng, hərif, boş-boşuna nə yapıyorsan?» Qapıya işarə edib bildirdim ki, aça bilmirəm. «Ah» – deyə paşa səsini istehza ilə ucaltdı, – abdal gavur, tüfəng atıb, günahsız islam yavrularını qıra bilirsən, dostlarınız ingilislərin qıfılını açmazsan, – yaxınlaşıb qapını açıb dedi – haydı, pırlan dişarıya!"
Budur, türk kişisinin böyüklüyü. Günahsıza əl qaldırmaz, qadına, qocaya, yaşlıya, uşağa güllə atmaz. Əslində erməninin fəqiri yoxdur. Biz həmişə humanistik, böyüyük. Geniş ürəyə sahibik, əsl insanıq. O ermənidir ki, körpəni də qətlə yetirir, qadını da öldürür, qocaya da işgəncə verir. Sonra da özünü hamıya «fağır», «zavallı» göstərir. Manaf Süleymanov bu həqiqətləri vaxtilə çox dolğun və olduğu kimi qələmə alıb. Əslində taleyimizin güzgüsü sayılan «Eşitdiklərim, oxuduqlarım, gördüklərim...» kitabı bir yazıçı ömrünün ədəbi zirvəsinə bəs edəcək qədər mükəmməl və uğurludur…
Flora Xəlilzadə
əməkdar jurnalist
| ['Azərbaycan ədəbiyyatı', 'yazıçı', 'tədqiqatçı', 'Manaf Süleymanov'] |
423 | https://kayzen.az/blog/erzaq/23188/yax%C5%9F%C4%B1-bitki-ya%C4%9F%C4%B1n%C4%B1-nec%C9%99-se%C3%A7m%C9%99li.html | Yaxşı bitki yağını necə seçməli? | Apollon | Ərzaqlar | 24 mart 2019, 19:13 |
Bitki yağları ən tez-tez istifadə olunan məhsullardandır. Mütəxəssislər sübut edir ki, ürək-damar sistemininin sağlamlığı üçün insan hər gün 1 x.q. bitki yağı istehlak etməlidir.
Bu mənada ən faydalı bitki yağı zeytun yağı sayılır. Mütəxəssislər bitki yağını seçərkən bəzi göstəricilərə fikir verməyi tövsiyə edirlər.
— Yemək bişirmək üçün rafinə edilmiş, salatlar üçün isə rafinə edilməmiş yağdan istifadə edin. Rafinə edilməmiş yağı qızdırmaq olmaz, bu zaman ziyanlı maddələr ifraz olunur.
— Rafinə edilmiş yağın heç bir qoxusu və dadı olmur. Əksinə isə rafinə edilməmiş yağ öz spesifik qoxusunu və dadını saxlayır.
— Ən yaxşı bitki yağı «premium» növü olandır. Daha sonra əla növ və 1-ci növ gedir.
— Soyuq sıxılma üsulu ilə («холодный отжим») hazırlanmış yağ daha faydalı sayılır.
— Bitki yağı işıq sevmir və işığın təsirindən tez xarab olur. Bu səbəbdən bitki yağını alanda dükandakı rəfin dərinliyində yerləşən yağı götürün.
— Daha təzə yağ seçin. Yararlıq müddəti bitənə yaxın yağın keyfiyyəti azalır.
— Rafinə olunmuş bitki yağı şəffaf və açıq sarı rəngində olmalıdır. Yağın rəngi nə qədər açıqdırsa, yağ da bir o qədər yaxşı sayılır.
— Bəzən bitki yağlarının üzərində «E vitamini ilə», «tərkibində E vitamini var» və s. kimi qeydlər olur. Bu sadəcə reklam hiyləsidir. İstənilən bitki yağında bu faydalı və vacib vitamin mövcuddur.
— Yağın üzərində «xolesterinsiz» yazılıbsa, bu da sadəcə reklam üçündür. Buna aldanmayın və artıq pul ödməyin! Heç bir bitki yağında xolesterin yoxdur və ola da bilməz.
— Növbəti reklam hiyəsi bitki yağının üzərində «konservantsız» və «rəngvericisiz» qeydlərdir. Bitki yağlarının tərkibinə konservantlar yoxdur. Konservantlar məhsulda mikrobların inkişafına mane olur, lakin bitki yağında mikroblar yaşaya bilmir.
Həmçinin bitki yağın tərkibinə demək olar ki, heç bir kimyəvi qatqını (rəngverici və s.) əlavə etmək mümkün deyil.
| ['evdarlıq', 'bitki yağı', 'bitki yağları', 'sağlamlıq üçün'] |
424 | https://kayzen.az/blog/paint/23180/akademizm.html | Akademizm | Apollon | Məşhur rəsmlər və rəssamlar | 20 mart 2019, 10:33 |
Akademizm XVII-XIX əsrlərdə Avropa rəngkarlığında mövcud olan cərəyandır. Fransada akademiya yarandıqdan sonra, akademistlərin yaradıcılığını əhatələyir, həmçinin incəsənət təhsilinin sistemləşdirilməsinə xidmət edir, akademik təhsilin inkişafı üçün böyük önəm kəsb edirdi.
O klassik ənənələrə dayanır, qədim antik və intibah dövr incəsənətinin xarici formalarına, rəsm texnikasına əsaslanırdı. Əsas yaradıcı üsulu eklektizm (bir neçə üslubun sintezi) idi.
Akademizmi iki cür qiymətləndirmək olardı: o rəssamlıq məktəbinin əsaslarını qoruyur, rəngkarlıqda olan keçmiş ənənələri hörmətlə anır və onun it-bat olmamasına zəmanət verirdi. Bunu bir az loru dildə izah edim.
Deməli, antik və intibah dövrünə nəzər salanda düzgün anatomiyalı ideal fiqurlar, dəqiq kompozisiyalar, diqqətlə seçilmiş süjetlər, ən xırda detala qədər nəzərə alınmış, mahircə işlənmiş əsərlər görürük. Vaxt keçdikcə bu ənənələr itir. Məsələn, bugün müasir incəsənətdə bu kimi ənənələr qorunmur. Rastınıza çıxan gözəl portretləri, ideallaşdırılmış yaxud ilahiləşdirilmiş obrazları, dəqiq işlənmiş geyimləri, onların parıldayan parçalarını, dəqiq və gözəl üz cizgilərini və s. xatırlayın, ardınca o əsərləri daha müasir əsərlərlə müqayisə edin.
Bu halda akademizmin hansı ənənələri qoruduğunu və inkişaf etdirməyə davam etdiyini anlamış olarsınız. Lakin ikinci bir məsələ var idi. Bu halda incəsənətdə yeniliyə yol açılmırdı. Bu cavan, aktiv, yenilikçi rəssamların etirazına səbəb olurdu. Akademizm bu vəziyyətdə çox mühafizəkar rol almış olurdu. Sanki keçmiş ənənlərindən möhkəm yapışmış yaşlı insan, cavan birini buna boyun əyməyə məcbur edirdi.
Akdemizmə məxsus əsərlərdə ideal, çılpaq fiqurlara, erotizmə, eklektizmə, cəh-cəlala, gözəlliyə, səthi əyləncəyə, xarici gözəlliyə rast gəlinir. Bu artıq o həddə çatır ki, “Salon”da tamaşaçıların gözləri gözəl Veneraları, amurları axtarır. Artıq incəsənət əsərlərini insan bədəninin gözəlliyi ilə qiymətləndirməyə başlayırdılar. Bunu aradan qaldırmaq üçün sonradan akademizm üçün aparıcı janr olaraq tarixi və alleqorik janrı seçirlər.
aartaaz
| ['Avropa rəngkarlığı', 'cərəyanlar', 'akademizm'] |
425 | https://kayzen.az/blog/maraqli-faktlar/23168/ya%C5%9F%C4%B1l-yol-un-real-q%C9%99hr%C9%99man%C4%B1.html | "Yaşıl yol"un real qəhrəmanı | Apollon | Maraqlı faktlar | 17 mart 2019, 23:38 |
George Stinney Jr. ABŞ-da 20-ci əsrdə ölümə məhkum edilən ən gənc insandı. Elektrik stuluna bağlanıb edam edildiyində cəmi 14 yaşı varıydı.
Məhkəmə vaxtı, öldürüləcəyi günə qədər günahsız olduğunu deyib həmişə əlində bir İncil daşıdı. 11 yaşlı Betty və 7 yaşlı Mary adlı qızları öldürməkdə günahlandırılırdı. Səbəb isə sadəcə onların öldürüldüyü evin yaxınlığında tapılmasıydı.
Məhkəməsindəki bütün jürilər ağdəriliydi. Məhkəmə cəmi 2 saat çəkdi və cəza cəmi 10 dəqiqə sonra verildi. Heç bir tərəddüd edilmədən. Öldürülməzdən öncə George hələ cəmi 14 yaşındaykən valideynlərini görmədən 81 gün keçirtdi. Ailəsiylə təmas qurması qadağan olunmuşdu.
Yaşadığı yerdən 80 km uzaqlıqda, onu müdafiə eləməsi üçün bir vəkil belə təyin olunmadan təmtək qalmışdı. Başına 5380 volt elektrik verildi və əzab içində dünyasını dəyişdi.
Ölümündən 70 il sonra əslində günahsız olduğu Cənubi Karolinadaki bir hakim tərəfindən isbat olundu. İki qızın öldürüldüyü alət 19.07 kiloqramdan daha ağır idi, buna görə də Stinneyin onu qaldıra bilməsi mümkün deyildi, iki qızı öldürəcək qədər sərt vura biləcək gücü də yoxuydu. Uşaq günahsızıydı, sadəcə qaradərili olduğu üçün bütün günahlar üzərinə atıldı və daha 14 yaşında ikən bəlkə də minlərlə gözəllik yaşayacağı o həyatı əlindən alındı.
Stephen King Stinneyin hekayəsini eşidəndən sonra çox təsirlənib 1996-cı ildə Green Mile (Yaşıl Yol) kitabını yazır, daha sonra isə hamımızın yaxşı tanıdığı eyniadlı film çəkilir.
| ['zənci', 'qəddarlıq', 'zəncilər', 'George Stinney Jr', 'yaşıl yol', 'green mile'] |
426 | https://kayzen.az/blog/menecment/23105/i%C5%9F-h%C9%99yat%C4%B1nda-pis-v%C9%99rdi%C5%9Fl%C9%99r.html | İş həyatında pis vərdişlər | Apollon | Menecment | 16 mart 2019, 13:46 |
“Pis rəhbər” – insanların işdən çıxmasına təsir edən səbəblərdən biridir. Lakin, insanlar bunu da nəzərə almalıdırlar ki, rəhbərlə pis münasibətlərinin səbəbi elə özləri ola bilərlər.
Ona görə də əgər özünüzü işdə rahat hiss etmək istəyirsinizsə, bu kimi pis vərdişləri unutmalısınız:
1. İşə gecikmək
Təbii ki, burada tək-tək halda baş vermiş səbəblərdən gecikmələr nəzərdə tutulmur. Həyatda başımıza hər bir şey gələ bilər. Söhbət patoloji gecikmələrdən gedir. Əgər hər gün ofisə ən gec gələn sizsinizsə, rəhbərlik bundan məmnun olmayacaq.
2. Görüşlərə gecikmək
Belə halda rəhbəriniz düşünə bilər ki, sizin üçün sizin işləriniz şirkətin işlərindən daha əhəmiyyətlidir.
3. Göstərişləri təxirə salmaq
Bəli, bu qıcıqlandırıcıdır. Çalışın rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirəsiniz. Əks halda isə münasibətlər pozula bilər.
4. Sonsuz sayda suallar vermək
Əgər iş ilə bağlı sual vermək istəyirsinizsə, rəhbərlik sizin bilik və bacarıqlarınıza şübhə ilə yanaşa bilər. Yaxşı olar ki, aydın olmayan məsələləri özünüz araşdırıb həllini tapasınız.
5. Həll yollarını yox, problemləri səsləndirmək
Əməkdaşın əsas vəzifəsi rəhbərin yükünü artırmaq deyil, azaltmaqdır. Bu səbəbdən problemi dedikdən sonra, onun həll yollarını da təklif edin.
6. Səliqəsiz olmaq
Sizin iş yeriniz necə insan olduğunuzu göstərir. Çalışın iş yerinizdə səliqəliyə riayət edəsiniz.
7. Telefonla danışmaq
Təbii ki, burada təcili zənglərdən söhbət getmir. Lakin yaxşı olar ki, işdənkənar bütün zəngləri nahar fasiləsinə və ya asudə vaxtınıza saxlayasınız.
8. İş yoldaşlarınız ilə söhbət etmək
Əgər siz çox ünsiyyətcil insansınızsa, özünüzü işdə idarə etmək kifayət qədər çətin ola bilər.
9. Qeybət etmək
Bu, sizə olan etimadı azaldır.
10. İştiraksız olmaq
Ən yaxşı işçilər – rəhbərliyə bütün məsələlərdə kömək edən işçidir.
| ['iş həyatı', 'rəhbər və işçi', 'müdir', 'iş münasibətləri', 'iş effektivliyi'] |
427 | https://kayzen.az/blog/azerbaycan/23157/bak%C4%B1da-alman-memarlar%C4%B1n%C4%B1n-izl%C9%99ri.html | Bakıda alman memarlarının izləri | Apollon | Azərbaycan | 12 mart 2019, 16:26 |
Adolf Eyxler 20 illik peşə fəaliyyətində bir çox tikililərin layihəsini hazırlayıb
XIX əsrin sonu — XX əsrin əvvəllərində neft bumu yaşanan Bakıda bir sıra xarici ölkələrdən memarların layihəsi əsasında müxtəlif təyinatlı binalar tikilib. Bunların sırasında alman əsilli memarların da ucaltdığı 80-dən artıq bina bu gün paytaxtımızın gözəlliyinə rəng qatır. Bu yazıda Adolf Eyxlerin layihələri ilə Bakıda inşa olunan memarlıq incilərindən söz açacağıq.
Adolf Eyxler 1869-cu ildə Rusiyanın Oryol şəhərində anadan olub. Kimyaçı və əczaçı olan atası Vilhelm Eduard Eyxler 1860-cı ildə məşhur neft maqnatı Vasili Kokerevin dəvəti ilə Bakıya gəlir və Suraxanıda onun neft emalı zavodlarında, kerosin zavodunda çalışmağa başlayır. Qısa müddətdə şöhrəti bütün Bakıya yayılır. 1888-ci ildə artıq “Neft sənayeçiləri birliyi” kerosinin keyfiyyətinə nəzarət etməyi ona həvalə etmişdi. O həm də şəhərin ictimai həyatında fəal iştirak edirdi. Təbiətsevər şəxs idi, öz vəsaiti hesabına 1878-ci ildə Mixaylov (indiki Qubernator) bağını abadlaşdırmışdı. Əsilzadələrin sevimli istirahət məkanı olan bağda nadir ağaclar əkilmişdi.
1891-ci ildə Vilhelm Eduard Eyxler vəfat edir, Adolfla daha çox əmisi Karl maraqlanır. Onu da qeyd edək ki, Bakıda ilk apteki də Karl Eyxler açmışdı. İndiki “Araz” kinoteatrının yaxınlığında, Nizami küçəsində yerləşən aptek “Eyxlerin apteki” kimi tanınırdı…
Şəxsi mülklər, ictimai binalar
Adolf Eyxler Peterburqda təhsil almışdı. XIX əsrin 90-cı illərində memar kimi fəaliyyətə başladığı dövrdə Bakıda antisanitariya vəziyyətinin hökm sürdüyü bəzi karvansaraların bağlanmasına və zibilliklərin ləğvinə nail olmuşdu. Onun layihəsi üzrə ilk bina Bakının köhnə məhəllələrindən birində — Murtuza Muxtarov (keçmiş Persidski) və Çingiz Mustafayev (o zamankı Suraxanski) küçələrinin kəsişməsində 1892-ci ildə inşa edilib. Uzun müddət məktəb binası kimi fəaliyyət göstərən tikili kifayət qədər geniş ərazini əhatə edir. Eyxlerin üslubuna xas olan memarlıq ciddiliyi bu binada da özünü əks etdirir. O həm şəxsi evlərin, həm də dini məbədlərin layihəsini verib. Memar 1904-cü ildə təmənnasız olaraq uşaqlar üçün internat məktəbini də layihələndirib.
Ümumiyyətlə, Eyxlerin layihələndirdiyi mülklərə diqqət edərkən onların ümumi bir qanunauyğunluğa malik olduğunu görürük. Memarın şəxsi mülk üzrə işləri o qədər də dəbdəbəli olmayıb. Daha çox orta səviyyəli tacirlər və şəhər sakinləri ona sifarişlər verib. Zərgərpalan 135 ünvanında yerləşən birmərtəbəli mülk də Eyxlerin layihəsi əsasında 1902-ci ildə inşa edilib. 1893-cü ildə Bakının tanınmış tacirlərindən Hacı Məhəmməd İbrahim Hacı Mehdi oğlu Eyxlərə sifariş verir. Bu mülk indiki Azərbaycan prospekti və Təbriz Xəlilbəyli, Dilarə Əliyeva küçələrinin kəsişməsində yerləşir.
Bina özünəməxsus minimal naxışlarla bəzədilib. Mülkün üzərində onun 1894-cü ildə tikildiyi qeyd olunub. Həmin ildə memarın sifariş aldığı daha bir villa tipli bina Bakının qədim tikililəri sırasında yer alır. Bina Bakının qədim küçələrindən sayılan keçmiş M.Qorki (indiki Mirzə İbrahimov) və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilib. Tikili üzərində çox az sayda naxış və ornament istifadə olunmaqla layihələndirilib. Binanın S.Rəhimov küçəsinə baxan hissəsində günəş simvolundan istifadə olunub.
Bakı milyonçularından Dadaşovlara məxsus olan və 3 küçəni əhatə edən möhtəşəm ikimərtəbəli mülkün layihə müəllifi də Eyxlerdir. Bina indiki Nizami, Zərgərpalan və Nigar Rəfibəyli küçələrində yerləşir. XX əsrin əvvəllərində inşa edilən binanın eyvanlarının quruluşunda Avropa memarlığının təsiri diqqəti cəlb edir. Hazırda Daxili İşlər Nazirliyinin arxa küçəsində yerləşən və üç küçəyə açılan bu əzəmətli mülk Eyxlerin ən uğurlu işlərindən hesab olunur.
Görkəmli memarın ərsəyə gətirdiyi möhtəşəm binalar arasında Sabunçu qəsəbəsinin mərkəzi küçəsində yerləşən və 1901-ci ildə inşa edilən Bəşir bəy Aşurbəyova məxsus mülk də var. Bu mülk şəhərdəki mülklərdən xeyli fərqlənir. Üzərindəki bəzəkləri, naxışları və üslubu ilə bənzərsiz bir memarlıq abidəsidir.
İbadət ocaqları
Eyxlerin layihələndirdiyi ən möhtəşəm binalardan biri isə Bakıdakı alman-lüteran kilsəsi (kirxa) və onun qarşısındakı qoşa binalardır. Hazırda burada Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalı fəaliyyət göstərir.
Ərazi 1877-ci ildə Eyxlerin əmisi üçün dini məbəd tikilmək məqsədilə ayrılsa da, məsələ xeyli müddət uzanır. 1886-cı ildə Bakı Şəhər Dumasında lüteran kilsəsinin tikilməsinə icazə verilir. Kilsə 1896-1899-cu illərdə Bakının alman icmasından toplanan ianə əsasında Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilib. Kirxanın təməlqoyma mərasimində Nobel qardaşları və ailəsi də iştirak etmişdi. Çünki maliyyənin əsas hissəsini bu ailə ödəmişdi. İlkin sifarişə əsasən, kirxanın arxitekturası 1854-cü ildə Göygöldə ucaldılan lüteran kilsəsinin tam oxşarı olmalı idi. Eyxler bununla razılaşmır və Almaniyanın Malburq şəhərindəki kilsənin modelini əsas tutur, ona əlavələr edərək yeni layihə hazırlayır. Kirxa bu gün paytaxtımızın tarixi tikililəri sırasında özünəməxsus yer tutur.
Kirxanın ətrafındakı iki binada isə din xadimləri yaşayıblar. 1930-cu illərin repressiya dalğası bu insanlardan yan keçməyib. 1937-ci ildə burada yaşayan kahinlər və ailələri bolşeviklər tərəfindən güllələnib. Əgər Adolf Eyxler memar kimi Bakıda heç bir bina tikməsəydi belə, təkcə iki tikiliyə görə tarixə düşə bilərdi. Bunlardan biri kirxa, digəri isə 1895-ci ildə Bakı milyonçusu Hacıbaba Haşımovun Eyxlerə sifariş verdiyi məscid idi.
1896-cı ildə Bakının dağlıq hissəsində, hündür bir ərazidə, füsunkar mənzərəsi şəhərə açılan yerdə məscid inşa edilir. Adolf Eyxler alman olsa da, Bakı mühitinə çox gözəl bələd idi. Onun Azərbaycan memarlığına dair mükəmməl biliklərə sahib olması bu tikilidə özünü aydın şəkildə əks etdirir. Şirvanşahlar dövrünün memarlıq üslubu və Abşeron məscidlərinin interyerinə uyğun qurulan bu məscid hazırda “İmam Hüseyn” məscidi kimi tanınır. Onu da bildirək ki, 2017-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə bu ibadət məkanında əsaslı təmir işləri aparılaraq dindarların istifadəsinə verilib.
* * *
...1911-ci il fevralın 5-i səhər saat beş radələrində Eyxlerlərin mənzilində atəş səsi eşidildi. Ertəsi gün qəzetlər memarın 42 yaşında intiharından yazırdı. İntiharın motivləri isə daha sonra bəlli olacaqdı. Adolf Eyxler çiçək xəstəliyindən əziyyət çəkirdi və əzablara dözməyərək canına qıymışdı. O, şəhərin dağlıq hissəsində yerləşən lüteran qəbiristanlığında torpağa tapşırıldı.
Lalə AZƏRİ
«Mədəniyyət» qəzeti
| ['Azərbaycan', 'Bakı', 'memarlıq', 'memarlıq abidələri', 'Vilhelm Eduard Eyxler', 'Adolf Eyxler'] |
428 | https://kayzen.az/blog/dieta/23148/%C3%A7in-p%C9%99hrizi.html | Çin pəhrizi | Apollon | Dietologiya | 9 mart 2019, 15:17 |
Çin qadınlarının yaş artdıqca dəyişməyən siluetləri, tarım, qamətli və zərif bədənləri onların qidalanmasından qaynaqlanır.
Çinlilər nadir halda piylənmədən əziyyət çəkir. Daha çox düyü və balıq məhsulları yeyirlər. İçki, çörək, şirniyyatdan uzaqdırlar. Bu pəhrizlə siz 10 kq asanlıqla ata biləcəksiz. Pəhriz 50-60 yaşlı xanımlarda da effekt verir. Pəhriz 7 günlükdür. Pəhriz müddətində yalnız adi su və yaşıl çay içmək tövsiyyə olunur.
Bazar ertəsi:
Səhər – yaşıl çayla suxarı
Günorta: 150 qr bişmiş balıq, suxarı, 1 stəkan mineral su
Axşam: kök salatı yağla, 2 bişmiş yumurta Yaşıl çay
Çərşənbə axşamı:
Səhər: kələm salatı – 150 qr, yaşıl çay, suxarı
Günorta: 4 xprək qaşığı suda bişmiş düyü, təzə kök salatı zeytun yağı ilə, 1 st mineral su
Axşam: 150 qr suda bişmiş balıq, bir dilim çörək pomidorla
Çərşənbə:
Səhər: Sürtgəcdən keçirilmiş kök limon suyu ilə, yaşıl çay
Günorta: 300 qr balıq, pomidor şirəsi
Axşam: 150 qr suda bişmiş file, 1 stəkan kefir
Cümə axşamı:
Səhər: Alma şirəsi, portağal
Günorta: 4 x.q bişmiş düyü, göyərti, alma
Axşam: 2 suda bişmiş kartof, 200 qr balıq, bir dilim çörək
Cümə:
Səhər: düyü sıyığı, yaşıl çay
Günorta: Bişmiş balıq, kələm salatı, 1 st. Mineral su
Axşam: Yalnız alma
Şənbə:
Səhər: kök salatı, tost ilə yaşıl çay
Günorta: yaşıl salat, alma
Axşam: 150 qr suda bişmiş ət, salat yarpaqları, portrağal
Bazar:
Səhər: meyvə salatı, mineral su
Günorta: bişmiş düyü bal ilə, mineral su
Axşam: buxarda bişmiş 150 qr balıq, dəniz kələmi salatı.
| ['pəhriz', 'dieta', 'arıqlamaq', 'arıqlamağın yolları', 'çin pəhrizi'] |
429 | https://kayzen.az/blog/ushaq_terbiyesi/23135/ail%C9%99d%C9%99-u%C5%9Faq-t%C9%99rbiy%C9%99si-n%C9%99l%C9%99ri-bilm%C9%99li.html | Ailədə uşaq tərbiyəsi: nələri bilməli? | Apollon | Uşaq tərbiyəsi | 6 mart 2019, 13:11 |
Ailə nədir? Müasir ensiklopediyalarda və lüğətlərdə ailəyə, demək olar ki, eyni tərif verilmişdir. Ailə bir-biri ilə məişət birliyi və qarşılıqlı məsuliyyətlə bağlı olan adamların nikah və ya qan qohumluğuna əsaslanan birliyidir. Ana, ata, bacı, qardaş — bizim ailə dünyamızın acılı-şirinli xatirələri bu doğma adamlarla bağlıdır.
Biz övladlıq, qardaşlıq və bacılıq hissi ilə onlarla ömürlük bağlıyıq. Ailə həm də cəmiyyətin ilkin özəyi, onun sosial strukturunun ünsürlərindən biridir. Ailə həm də qarşılıqlı məhəbbət, inam, etibar və hörmətə əsaslanan birlikdir. Məsələyə daha dərindən yanaşdıqda isə ailə özlüyündə kiçik bir dövləti xatırladır. Dövlətdə dövlətin başçısı, dövlətin idarə olunmasında iştirak edənlər, onun vətəndaşları olduğu kimi, bu struktur eynilə ailəyə də aiddir.
Ailə münasibətlərində cəmiyyətin bütün ünsürləri öz ifadəsini tapır. Ailə həmçinin insani münasibətlərin ilk aşılandığı məktəbdir. Demək olar ki, ilk əxlaqi təcrübə, yaxşı, pis, sevgi, nifrət, mərhəmət, xeyirxahlıq və bu kimi xüsusiyyətlər məhz birinci ailədə təşəkkül tapır və sonra cəmiyyətə daxil olur.
Ailə — insanın bir şəxsiyyət kimi yetişməsində böyük rol oynayır. O cümlədən uşaq şəxsiyyətinin formalaşmasında da ailənin rolu əvəzsizdir. Hər bir şəxsin sonrakı taleyi, həyatda tutacağı mövqe ailə tərbiyəsi ilə bilavasitə bağlıdır. Bəs uşağın tərbiyəsinə nə vaxtdan başlamaq lazımdır? Bir vaxt valideynlərdən biri məşhur rus pedaqoqu K. D. Uşinskiyə belə bir sualla müraciət edir. Görkəmli pedaqoq:
— Sizin uşağın neçə yaşı var? — deyə xəbər alır.
— İki yaşı… K. D.
Uşinski başını yelləyərək:
— Siz düz iki il gecikmisiniz, — deyə cavab verir...
Bu sözlərdə böyük həqiqət var. Deməli, uşağın tərbiyəsinə anadan olan kimi başlamaq lazımdır.
İnsanların ən ləyaqətlisi və ən yetkini əxlaqı gözəl olanlar və ailə üzvlərinə ehtiramla yanaşanlardır. Ailədə uşaqların tərbiyəsi qayğısına qalmaq valideynlər üçün ən qiymətli sərvət hesab olunur. Buna görə də valideynlər ilk gündən övladlarına düzgün tərbiyə verməlidirlər. Peyğəmbərimizin (s.ə.s.) söylədiyi kimi: «Heç bir ata övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz».
Ailədə uşaqları yaxşı tərbiyə etmək üçün birinci şərt valideynlərin övladlarla ədalətli rəftarı, birini o birindən üstün tutmamasıdır. Əgər valideyn övladlarından biri ilə o biri arasında fərq qoyursa, o biri övladda bu övlada qarşı qısqanclıq və ya nifrət meydana gələ bilər.
Ailədə ilk tərbiyəçilər də ata və anadır. Ata-anaların böyük əksəriyyəti daha çox valideyn kimi bir-birilərinə bənzəyir: Onların hər biri gözünün işığını da öz övladına verməyə hazırdır. Bunu hər birimiz öz ailəmizdə müşahidə edə bilərik. Valideynlərimiz bizə, öz övladlarına qarşı o qədər həssas və ülvi hisslərlə yanaşırlar ki, sözlə ifadə etmək çətindir. Lakin valideynlərimiz bunun əvəzində heç də həmişə arzuladıqları övladı görə bilmirlər. Oskar Uayldın uşaqların tərbiyəsi ilə bağlı fikirlərindən biri isə belədir: «Uşağa buyurmaq yox, öyrətmək, idarə etmək yox, istiqamət vermək, əmr etmək yox, məsləhət vermək, öyüd vermək yox, sübut etmək lazımdır»...
Uşaqlar ailənin, ata və ananın güzgüsüdür. Valideynin şəxsi nümunəsi tərbiyə işində son dərərcə böyük rol oynayır. Uşaqlar ata və analarının timsalında sosial təcrübələri mənimsəyirlər. Belə ki, valideynlər özlərinin zahiri görkəmləri, dünyagörüşləri, maraq və meyilləri ilə gənc nəslə mühüm təsir göstərirlər. Üstəlik, uşağın yaşı nə qədər azdırsa, valideynin şəxsi nümunəsi o qədər əhəmiyyətlidir.
Təsadüfi deyil ki, görkəmli rus pedaqoqu B. A. Suxomlinski tərbiyədə ailənin, valideynlərin rolundan bəhs edərək göstərirdi ki, yeniyetmələrin əxlaqi siması insanın uşaqlıq illərində necə tərbiyə olunmasından, anadan olandan 10-11 yaşına kimi onun qəlbinə nə qoyulmasından asılıdır.
Bir də görürsən ki, bir televiziya kanalında ata-anasını axtaran, göz yaşları içində boğulan qız uşağını göstərirlər. Başqa bir kanalda övladları tərəfindən atılmış gözüyaşlı bir ananı «təqdim edirlər». Digər kriminal xəbərdə bir-birini bıçaqlayan ata-oğuldan danışırlar və sair və ilaxır. Bütün bunlar gündəlik xəbərlərdir və demək olar ki, hamımız üçün adidir. Demək ətrafımızda, qonşuluğumuzda, ailələrdə çox böyük sosial aşınmalar var. Ona görə də bu gün ailə məsələləri hamının, xüsusilə də, cəmiyyətin və dövlətin diqqət mərkəzində dayanan strateji bir məsələyə çevrilməkdədir. Yuxarıda saydığım hadisələrin səbəblərini mən, ilk növbədə, ailələrdə əxlaqi dəyərlərin itməsində görürəm. Ailəyə təkcə iki nəfərin qarşılıqlı məhəbbət yuvası kimi baxan insanlarda görürəm. Digər tərəfdən, ailələrdə yaşanan problemlərin başlıca səbəblərindən biri də həmin ailələrdə ata-ana münasibətlərinin düzgün tənzimlənməməsindədir.
Məsələn, bu yaxınlarda şahidi olduğum bir söhbəti xatırlamaq istəyirəm. Deyəsən, danışan gənc bir müəllimə idi. Və o müəllimə rəfiqəsinə bunları deyirdi: «2-ci sinifdə uşaqlara „Həyat bilgisi“ndən testlər vermişdim. Suallardan biri də belə idi ki, evə pulu kim gətirir? Şagirdlərimin çoxu bu sualın cavabında yazmışdı ki, ana»… Ola bilsin ki, gənc müəllimə öz şagirdlərinin məntiqi təfəkkürünün zəif inkişaf etməsindən şikayətlənirdi. Ancaq mən isə düşünürəm ki, həmin uşaqlar işin doğrusunu yazıblar. Çünki biz bu gün sosial-iqtisadi problemlərin artdığı elə bir dövrdə yaşayırıq ki, ailələrdə pul qazanmaq, ailəni dolandırmaq məsələsi bəzən ataların yox, anaların üzərinə düşür. Halbuki müasir ailə üçün atanın tərbiyə funksiyası müstəsna əhəmiyyətə malikdir.
Bu gün uşaq tərbiyəsi sahəsində ən ciddi nöqsanlar o ailələrdə müşahidə olunur ki, o ailədə atanın nüfuzu azdır, ya da öz tərbiyə funksiyasını yerinə yetirə bilmir. Çünki atanın ailə həyatındakı düzgün mövqeyi uşaqların bir şəxsiyyət kimi formalaşması üçün əlverişli şərait yaradır. Onun ana ilə düzgün münasibəti də ailədə böyük tərbiyəvi əhəmiyyət daşıyır. Ata nüfuzunun köklərini də məhz burada axtarmaq lazımdır. Ailənin bütün ağırlığı əsas etibarilə atanın çiyinlərinə düşür. Buna görə də həyatda ata olmaq asan, lakin atalıq etmək çətindir. Ailədə sağlam psixoloji və mənəvi mühitin bərqərar olmasında, həmçinin uşaqların layiqli vətəndaş kimi böyüməsində atanın əməyi, xüsusilə, böyükdür.
Mən ən mükəmməl ata obrazını Peyğəmbərimizin (s.ə.s.) simasında görürəm. Onun ən yüksək əxlaqi dəyərlərə malik simasını bir xatırlayın. Peyğəmbərimiz (s.ə.s.) ailə fərdlərinə qarşı çox həssas davranmış, onlara böyük qiymət vermişdir. Müxtəlif söz və davranışlarla onların maddi və mənəvi köməkçisi olmuşdur. Peyğəmbərimiz uşaqlarını, nəvələrini öpər, oxşayar və onları çox sevərdi. Uşaqlarla şəfqət və mərhəmətlə rəftar edərdi. Bu anlayışın bütün müsəlmanlar tərəfindən mənimsənilməsi və həyat tərzinə çevrilməsi üçün də «Kiçiklərimizə mərhəmət etməyən və böyüklərimizə hörmət göstərməyən bizdən deyil», — buyurmuşdur.
Sonda Peyğəmbərimizin bir kəlamını xatırlayıb, bu yazımı başa vurmaq istəyirəm. «Bir kişi Rəsulullahdan soruşdu: „Valideynin övlad üzərində haqqı nədən ibarətdir?“ Peyğəmbərimiz (s.ə.s.) buyurdu: „Onlar sənin cənnətin və cəhənnəmindir“…
»Ailəm" jurnalı
| ['ailə', 'valideyn - övlad münasibətləri', 'uşaq tərbiyəsi'] |
430 | https://kayzen.az/blog/kino/23123/lui-de-fines-s%C9%99daq%C9%99tli,-q%C4%B1sqanc.html | Lui de Funes: sədaqətli, qısqanc... | Apollon | Kino | 4 mart 2019, 13:42 |
Məşhur, çox sevilən fransız komiki Lui de Funes Fransada Sena çayının yuxarı ətrafındakı bir əyalətdə dünyaya gəlib, 1914-cü ildə. O əyalətlərdə həmin illərdəki bütün uşaqlar kimi onun da uşaqlığı ağacdan asılmış yelləncəklərdə keçib.
Fransız komediyasının gələcək metrinin məktəb illəri çox sönük keçib. Dəqiq elmlər ümumiyyətlə Luiyə görə deyildi. Həmin dərslərdə tam fəaliyyətsiz olurdu demək də düzgün olmazdı, çünki müəlliminin arxasınca mimikalarla nə hoqqa desən çıxardırdı. Bir dəfə sinifdə Zorronu yamsılayarkən zəif qız sinif yoldaşının üstünə necə yıxılıbsa, yazıq qız ciddi zədə alıb. Bu hadisədən sonra anası Luini məktəbdən çıxardıb pul qazanmaq üçün işləməyə göndərib. Yeniyetməliyindən oğlanın görmədiyi iş qalmayıb –satıcı, mühasib, yükdaşıyan.
Özünün dediyinə görə bunlar ona alçaqlıq deyil, yalnız şərəf gətirib. Hərbi-tibbi komissiyanın onun ordu sıralarına yararsız olduğunu bəyan etməsi isə gələcək aktyor üçün ən sarsıdıcı, alçaldıcı zərbə olub. 1 m 64 sm-lik boyu olan Luinin cəmi 55 kq çəkisi varmış, komissiya da məhz bu səbəbdən belə bir qərar verib.
Bədbinlikdən güldürən aktyor
Yaradıcılıq karyerası çox gənc yaşlarında başlayıb. Gündüz işləyib gecə oxuduğu kollecin tələbələri arasından rejissor məhz onu seçdi, “Şah hinduşkası” filmində çəkmək üçün. Bu filmdəki oynamasından sonra tənqidçilər belə bir fikir səsləndirdilər ki, kinoya onunla yeni estetika gəldi.
Lui de Funes 1941-ci ildə Ren Simonun teatr kurslarına gedirdi. Eyni vaxtda filmlərə də çəkilirdi. İlk uğurundan sonra xeyli müddət onu uğursuzluq müşayiət edirdi. Rejissorlar Funesi gah simasının mənasızlığında, hərəkətsizlikdə, gah da həddən artıq, yersiz hərəkətli olmaqda qınayırdılar.
Uğur onun qapısına yaxın belə gəlmirdi. Bununla belə aktyor çalışırdı. Lui “Günahsızlar Parisdə” filmi ilə parlamağa başladı, eyni janrın ustaları Qaben və Burvinlə birgə.
Elastik mimikalar və xalorik temperament əsl komediya aktyoruna xas xüsusiyyətlərdir. Bunların hər iksinin Luidə birləşməsi onu bütün dünyaya tanıtdı. Oynamadığı rol yoxdur, adi bazar alverçisindən Sezar obrazına qədər. Ən “uğurlu bilet” isə “Atam, anam, xidmətçi və mən” filmindəki müsyo Kalomelya rolu oldu. Ardınca “Tutulmayıbsa, oğru deyil” filmindəki məşhur obrazı uğurunu bir daha təsdiqlədi. Bu filmə görə Fransada Fyu-fyu ləqəbini, bütün dünyada isə ördək balası Donald adını aldı.
Özü aktyor kimi obrazlarına xüsusi çalar verirdi, deyirdi ki, aktyor danışmamalıdır, hərəkətləri, mimikaları onun deyəcəklərini əvəz edər və bu, daha maraqlı ola bilər. Ssenaristlər məxsusi olaraq Lui üçün sözsüz obrazlar yazırdılar.
“Atam, anam, arvadım və mən” ekranlara çıxanda Lui de Funes artıq dünyada tanınan komediya aktyoru idi. Buna baxmayaraq bütün komediya aktyorları kimi o da komplekslərdən azad ola bilmirdi: “Mən əslində çox bədbin adamam, kinoda çıxartdığım oyunlar özümün bu bədbinlikdən azad olmağıma xidmət edir ”.
Çox məşhur fransız komediya aktyorlarını özünün məşhur rəqibləri hesab edirdi-Fernandel, Toto, Burvil bu sıradan idi. Amma onlarla bir filmdə oynayandan sonra özü də hiss etdi ki, bu aktyorların yanında da parlaq görünür. Çəkildiyi bütün filmlər dünya miqyasında kinoprokatları “alırdı”.
Fantomas
1964-cü ildə ekranlara çıxan “Fantomas” filmləri seriyası isə onu hər bir evdə çox böyük şöhrət qazandırdı.
“Böyük gəzinti”, “Razinya” sonrakı uğurlu filmlərdir. Bu filmlər nəinki Fransada bütün dünyada bir neçə onilliklər çox populyar oldu.
Lui de Funes 1967-ci ildə çəkilən “Oskar” filminin ssenari müəllifi idi, həm də burda rol almışdı.
1968-ci ildə Fransanın ən çox sevilən və ən məşhur aktyoru idi. Onun qonorarı bütün həmkarlarından çox olurdu, 2.5 mln. frank.
1960-cı illərin sonlarında onun karyerasında eniş başladı. Bu eniş 1970-ci ildə həmkarı və yaxın dostu Burvili itirəndən sonra daha da qabarıq sezildi. Bununla belə 70-ci illərdə çox sayda filmlərə çəkildi, amma artıq bu həmin böyük Lui de Funesə oxşamırdı.
1975-ci ildə aktyor iki infarkt keçirdi. Kinonu atan Lui de Funes gül-çiçək və meyvə-tərəvəz əkməklə məşğul olurdu. Dəvətləri qəbul etmirdi. Elə bil bütün dünyadan incimişdi. Onun komik xarakteri tamamilə dəyişmişdi, psixoloji gərginlik yaşayırdı, bunu yaxınlarına da yaşadırdı.
Bir gün Jan Jironun bağa, onun yanına gəlməsi Luini yenidən dünya kinosuna qaytardı. Bu dostluq sayəsində jandarm obrazlarından ibarət silsilə filmlər çıxdı meydana. Tamaşaçılar Lui de Funesi yenidən fərqli obrazlarda sevdi.
Lui de Funes kifayət qədər sirli adam idi. Təmiz aristokrat, arvadına sadiq, balıq tutmağı sevən və gül-çiçək becərən insan. Səs-küylü, dəb-dəbəli həyatı sevməzdi, heç kimə maneə olmadan, sakit, öz aləmində yaşayırdı.
Arvadı ilə Ren Simonun aktyorluq kurslarında tanış olmuşdu. Janna, Gi de Mopassanın nəslindən idi və bununla fəxr edirdi. Məşhur aktyor ideal ər idi, hədsiz qısqanclığını nəzərə almasaq. Lui de Funes 1983-cü ildə 69 yaşında dünyasını dəyişdi. Ölümündən əvvəl zarafatla deyirdi ki, ən gözəl komediyası öz dəfnində oynanılan olacaq.
Özündən sonra iki oğlu qaldı. Biri əvvəl filmlərə çəkilsə də sonradan təyyarəçi olmağa üstünlük verdi, ikincisi isə həkimdir. General de Qollun bir vaxtlar tərtib etdiyi Fransanın böyük şəxsiyyətləri siyahısında Lui de Funes 17-ci yerdədir. Alen Delon belə siyahıda ondan sonradır.
Ramilə Qurbanlı
| ['aktyorlar', 'fransız kinosu', 'fransız aktyor', 'Lui de Fines'] |
431 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/22932/m%C3%BCk%C9%99mm%C9%99l-evliliyin-sirl%C9%99ri.html | Mükəmməl evliliyin sirləri | Apollon | Xoşbəxt ailə | 26 fevral 2019, 16:25 |
Uğurlu bir karyera üçün komanda işinin nə qədər vacib olduğunu göstərən bir çox araşdırma var. Komanda yoldaşları ilə yaxşı yola getmək, lazım gəldikdə kömək istəmək, səbrli olmaq və ya ortaq məqsəd üçün işləmək…
Bunları hamımız bilirik. Bəs iş həyatında uğura aparan bu tövsiyələri evliliyinizə də tətbiq edə biləcəyinizi düşünmüşdünüz? Həm də bu məsləhətlər əslində xoşbəxt bir evliliyin ən vacib addımlarıdır. Yəni mükəmməl evliliyin sirri iş yerinizdədir.
Kömək istəyin
Verimli iş üçün komanda yoldaşlarınızdan kömək istəməyin vacib olduğunu bilirsiniz. Çünki birindən kömək istəyə bilmək düşünüldüyündən daha çətindir. Kömək istədikdə qarşınızdakı insana olan hörmətinizi, təcrübələrinə, bacarıqlarına, ya da düşüncələrinə qarşı olan inancınızı göstərmiş olursunuz. Həmçinin bunu evliliyinizə də tətbiq etdikdə partnyorunuza hörmət və inamı göstərirsiniz. Bu zaman çətin anlarınızda kömək istəyə biləcəyiniz birinin olduğunu bir daha başa düşəcəksiniz.
Bir-birinizlə fəxr edin
Evlilik bir çox cəhəti ilə iş həyatına bənzəyir. İş yerinizdəki daim uğurlu olan qruplara baxın. Hamısının sirri eynidir. Komanda üzvləri bir-birinin uğuruna kölgə salmağa çalışmır. Əksinə bir-birləri üçün xoşbəxt olmağı bacarırlar. Evlilikdə də qarşı tərəfin uğurları sizi xoşbəxt edə bildikdə və onun üçün sevindikdə mükəmməl münasibət üçün ən vacib addımı atmış olursunuz.
Səbrli olun
İş həyatında bir işin bitməsi üçün günlərlə, aylarla çalışdığımız vaxtlar olur. Müdirimizə, iş yoldaşlarımıza, ya da müştərilərə davamlı olaraq səbr göstərməli oluruq. Ancaq məsələ münasibətə gəldikdə o qədər səbrli olmuruq. Halbuki səbrli olmaq qarşımızdakı insana əhəmiyyət verdiyimizi göstərməyin ən yaxşı yoludur. Partnyorumuza olan inamımızı, bir şəkildə işləri yoluna qoyacağımıza dair inancımızı göstərmək üçün sözlərdən çox səbrli olmaq işə yarayır. Əlbəttə sərhədlərinizin aşılmasına icazə verməyə ehtiyac yoxdur, amma həll oluna bilən problemlər üçün deyinmək yerinə səbr etmək, sənə inanıram deməyin ən yaxşı yoludur.
leydi.az
| ['evlilik həyatı', 'evlilik', 'mükəmməl evlilik', 'xoşbəxt ailə', 'xoşbəxt ailənin sirləri', 'ideal evlilik', 'evlenmek', 'evlənmək istəyənlər'] |
432 | https://kayzen.az/blog/ginekologiya/23060/mastopatiya-x%C9%99r%C3%A7%C9%99ng%C9%99-%C3%A7evril%C9%99-bil%C9%99r.html | Mastopatiya xərçəngə çevrilə bilər? | Apollon | ginekologiya | 25 fevral 2019, 12:57 |
Mastopatiya süd vəzinin fibroz-kistoz xəstəliyi olub dishormonal proseslə əlaqədar yaranır. Süd vəzi ilə yumurtalıqların funksional pozulmaları və qalxanabənzər vəzi arasında sıx əlaqə vardır. Hər hansı birində dəyişiklik yaranarsa digər orqanların da yoxlanması zəruridir.
Süd vəzi kistaları və süd vəzi fibroadenomalarına hal hazırda çox rast gəlinir. Süd vəzi kistaları içi maye ilə dolu, hamar sərhədli, hərəkətli xoşxassəli dəyişikliklərdir. Kistalar adətən süd vəzi axacaqlarında inkişaf edir.
Kista ve fibroadenomaların əmələ gəlmə səbəbləri olduqca müxtəlifdir:
— ginekoloji problemlər
— endokrinoloji problemlər
— irsi faktor
— sonsuzluq
— stress
— abort
— süd vəzidə daha öncə cərrahi əməliyyatın icra olması
— piylənmə və s.
Süd vəzidəki hər hansı düyünü xanımlar öz əlləri ilə də aşkar edə bilərlər. Bunun üçün hər ay aybaşı bitəndən sonraki həftə, duş qəbul edərken əlləri sabunlu halda hər iki süd vəzini palpasiya (əllə müayinə) etməlidirlər.
Ələ gələn hamar səthli, hərəkətli düyünlər xoşxassəli deyişiklikləri göstərir. Əgər əlinizə bərkimiş, hərəkətsiz, sanki dəri ilə bitişik törəmə gələrsə bu daha ciddi prosesin olduğunu göstərir. Hər iki halda Mammoloqa müraciət etməyiniz məsləhətdir.
Süd vəzi kistalarının xərçəngə keçmə halları çox az təsadüf olur. Lakin vaxtında qarşısı alınmazsa iltihablaşması cərrahi əməliyyata gətirib cıxarır, ölcüsünün büyüməsi isə punksiyaya (şprislə kistadan mayenin çəkilməsi) səbəb olur.
Süd vəzi fibroadenomaları isə xərçəngə çevrilə bilən, kistalara nisbətən daha çox əməliyyata gərək duyan düyünlərdir. Süd vəzi fibroadenomalarının ölçüsü 2 sm-dən böyük olarsa, daxilində kalsinatlar, damarlar görünərsə, sərhədləri kələ-kötür olarsa bu zaman daha ciddi nəzarət gərəkir və çox halda cərrahi əməliyyatla nəticələnir.
El arasında belə səhv məlumat var ki, mastopatiya müalicə olunmur. Buna aydınlıq gətirmək istərdim. Süd vəzidəki hər bir dəyişiklik başqa bir orqandan qaynaqlanan nəticədir (bura zob, ginekoloji problemlər, nevroloji pozğunluqlar, qaraciyər problemləri, şəkər, piylənmə və daha çox xəstəliklər aiddir). Əgər həkim bu səbəbləri aşkar etmədən müalicə edərsə müalicə effektsiz alınar, yaxud düyünlər təkrar bir də əmələ gələ bilər.
Vaxtında aşkar olunduqda süd vəzi kistaları və fibroadenomaları konservativ (dərmanla) müalicə oluna bilir. Ona görə hər bir xanım hər ay mütəmadi olaraq özü özünü yoxlamalı, 6 aydan bir USM müayinəsindən keçməlidir. Sağlam olun!
Kəmalə Rəhimova
mammoloq-onkoloq
| ['ginekologiya', 'qadın xəstəlikləri', 'mastopatiya'] |
433 | https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/23079/d%C9%99rimiz-n%C9%99d%C9%99n-x%C9%99b%C9%99r-verir.html | Dərimiz nədən xəbər verir? | Apollon | sağlam həyat tərzi | 20 fevral 2019, 14:12 |
Dərimiz bizim güzgümüzdür – desək yanılmarıq məncə, qarşımızdakı insanın dərisinə baxıb sağlamlığı haqqında yetərincə məlumatlanmaq olar. Aşağıda yazdığım yazıda dəri rənginin dəyişməsi dəridəki səpgilər, hansı vitamin və mineral çatışmazlığının dərimizə təsiri və sairələrin bizim sağlamlığımıza necə təsir etdiyini görəcəksiniz.
1. Dəri solğunluğu, quruluğu: Əgər dərinizdə solğunluq, quruluq, tük tökülməsi əlamətləri varsa heç bir təlaşa düşməzdən əvvəl gündə 2-3 litr çiy su içməyə başlayın. Bunu 2-3 həftə etdikdən sonra dəri əlamətlərinə baxın, əgər keçməsə qandan analiz verərək qanda qalxanabənzər vəz hormonlarını yoxlatdırın. Qalxanabənzər vəzin zəif işləməsi, qanda yodun çatışmazlığı varsa saydığım dəri əlamətləri tez yorulma, əsəbilik və ürəkdöyünmələrdə olmalıdır.
Analizdə vəzin çatışmazlığı yəni hipoterioz varsa 500 qram qurudulmuş yaşıl qozu üyüdüb toz formasına salın, üstünə 1.5 kq bal qarışdırıb məcun hazırlayın, məcundan gündə 2 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yeyin. Hər 3 aydan bir qalxanabənzər vəzin hormonlarını yoxlatdırın. Əgər dəri quruluğu varsa və qalxanabənzər vəzidə bir problem yoxdursa, onda belə edin – 2 ay səhər ac qarına 1 stəkan kök şirəsi, axşam ac qarına 1 stəkan balqabaq şirəsi için.
2. Əgər saçlarınız sürətlə ağarmağa başladısa: 2 stəkan suyun üstünə 1 stəkan buğda tökün, 12 saatdan sonra süzüb suyunu hər 6 saatdan bir için, 1 stəkan buğdanın üstünə 5 dəfə hər dəfə 2 stəkan su tökdükdən sonra buğdanı atıb yenisini hazırlayın, bunu 2 ay edə bilərsiniz, Buğda suyunun dadı xoşunuza gəlməsə hər bir stəkan buğda suyunun üstünə 1 xörək qaşığı limon şirəsi, 1 çay qaşığı bal qarışdırıb içə bilərsiniz. Turp çox yemək saç ağarmasının qarşısını alır.
3. Əgər göz altında şişkinlik və rəng dəyişməsi varsa: Gündə 3 dəfə 1 çay qaşığı ud hindi tozunu 1 stəkan qaynar suya qarışdırıb ilıq olanda 1 çay qaşığı bal qarışdırıb için, bunu 2 ay edin. Xatırladım ki, gözaltı şişkinlik və rəngin dəyişməsi böyrək, qaraciyər və ürək xəstəlikləri zaman ola bilir. Ud hindi saydığım bütün orqanlara müsbət təsir edir.
4. Əgər dərinizdə çibanlar çox çıxarsa: Hicama etdirin, hicama dəri sağlamlığı üçün mükəmməl bir çarədir. Hicama nəinki dəri çibanlarına, eyni zamanda dəridəki sızanaqlar, səpgilər varsa faydalı bir müalicə vasitəsidir.
5. Sifətdəki sızanaqlar və göbələk xəstəliyi: Əgər sifətinizdə, kürəyinizdə sizi narahat edən sızanaqlar tez-tez çıxırsa dərinizdə əl və ayaq barmaqlarınızda göbələk varsa, ayaq baldırlarında, paça arasında qaşınmalardan əziyyət çəkirsinizsə alma sirkəsindən istifadə edin. Alma sirkəsinin təbii olması vacib şərtdir. Alma sirkəsini pambıqla gündə iki, üç dəfə dərinizə vura bilərsiniz.
6. Dəridəki nöqtəvari xalların çoxalması: Əgər dərinizdə nöqtəvari xallar çoxalırsa, deməli dərinizin immun qabiliyyəti azalıb. İmmunitetin yüksəldilməsi bu xalların azalmasına səbəb olacaqdır. Xatırladım ki, bu xallar HPV viruslarıdır, təhlükəli deyillər, amma insanı göründüyündən yaşlı göstərə bilirlər. Gündə 2 dəfə dərinizə qarazirə yağı çəkin, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı qarazirə yağı için, bu həm bədən müqavimətini, həm də dəri müqavimətini artırdığından dəriniz təmizlənəcəkdir.
7. Dəridəki kiçik qabarcıqlar və qabıqlanmalar: Bu daha çox A vitamini və sink mineralının çatışmazlığı nəticəsində baş verir. Gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan kök və balqabaq şirələrinin qarışığını için, bunu 2 ay edin, qoz, fındıq, xurma, badam, günəbaxan, araxis, zəyərək tumu, balqabaq toxumu, kərə yağı, yumurta bol-bol yeyin, əlamətlər aradan qalxacaqdır.
8. Dodaq çatlaması: Əgər dodaq çatlaması varsa, çiy su içmənizi çoxaldın, gündə 2-3 litr çiy su için. Şəkərinizi yoxlatdırın, şəkər xəstəliyi zamanda ağız quruluğu olduğundan dodaqlarda çatlama ola bilir. Əgər dodaqda çatlama və rəng dəyişməsi varsa onda B qrup vitaminlərin çatışmazlığı ola bilir, bol-bol göyərti yeyin, yaşıl buğda suyunu için, balqabaq şirəsi için, badam balqabaq tumu, araxisdə zəngin sink olduğundan dodaq çatlamasına faydalıdır.
9. Dəri qalınlaşması: Əgər qarşınıza belə bir adam çıxıbsa, əsasən qadın xeylaqlarında belə bir dəri qalınlaşması varsa, belə xanımların bədən formaları dəyişir kişi bədəninə bənzəyir, boyun ardında bir şişkinlik əmələ gəlir, belə insanlar hormonal dərmanlar qəbul edir. Bunu onlara çatdırın, hormonal dərmanlar bütün bədən formasını dəyişir, insanı eybəcərlişdirir. Xatırladım ki, hormonal dərmanları ziyansız dərman bitkilərinə dəyişmək olur. Bu bitkilər: Ərküdə, Biyan kökü, Aslan pəncəsi, Ud hindi, Qarazirə, Boymadərən, Adaçayı, Güldəfnə və s.
10. Dəridəki tüklənmələr: Bu daha çox qadınlarda baş verir sifətdə və bədəndə kişi tüklənməsinə bənzər tüklənmələr baş verir, belə xanımlarda adət düzənsizliyi və diskomfort hallar meydana gəlir. Belə xanımlar ərküdə, aslan pəncəsi və boymadərən bitkilərini bir-birinə qarışdırıb, qarışıqdan 2 orta xörək qaşığı götürüb 3 stəkan suda dəmləyib gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içsinlər. Müalicəni 2 ay edib bir ay isə 1 ovuc soğan qabığını 3 stəkan suda dəmləyib gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan soğan qabığının suyunu içsinlər.
Fizuli Hüseynov
| ['dəri', 'dəri problemləri', 'dəri xəstəlikləri'] |
434 | https://kayzen.az/blog/ushaq_terbiyesi/23074/yaponlarda-u%C5%9Faq-t%C9%99rbiy%C9%99si.html | Yaponlarda uşaq tərbiyəsi | Apollon | Uşaq tərbiyəsi | 17 fevral 2019, 18:11 |
Gündoğar ölkəsinə gələnlər yaponların müxtəlif nəsillər arasındakı qarşılıqlı anlaşmasına heyran qalır. Uşaqlar — itaətkar və ağıllıdır, böyüklər adekvat, nənələr və babalar isə qayğıkeşdir, amma onlar nəvələrini ərköyünlüyə öyrətmirlər. Belə yekdilliyin səbəbi uşaqların xüsusi tərbiyə sistemi əsasında yetişdirilməsidir və bu ənənənin kökləri uzaq keçmişə gedib çıxır.
Əsrlər əvvəl Yaponiyada analar işi ilə uşaqların tərbiyəsini birləşdirdi. Onlarda heç bir uşaq bağçası və ya anası işdən gələnə qədər evdə oturub nəvələrinə dayəlik edən nənələr olmayıb. Odur ki, ana harada olurdusa, uşaqları da özü ilə birlikdə ora aparırdı. Hətta qadın tarlaya gedəndə də uşağı parça ilə kürəyinə bağlayırdı. Bu zaman o, körpə ilə daim ünsiyyət qurur və ona gördüyü işlərdən danışardı. Təəccüblü deyil ki, belə uşaqlar danışmağı, yeriməyi və oxumağı tez öyrənərdi.
Bu zaman körpə bütün həyatı proseslərdə (iş, istirahət, gəzinti) iştirak edir, onun üçün dünyanı öyrənmək və inkişaf etmək daha asan olurdu. Təəccüblü deyil ki, yaponlar indi uşaqlarını bu ənənə əsasında yetişdirməyi üstün tuturlar. Ananın hara getməsindən asılı olmayaraq, körpə hər zaman onun yanındadır – ya qucağında, ya kürəyində, ya da əlindən tutub yavaş-yavaş onunla yanaşı gedir.
Yapon anaları ümumiyyətlə, uşağın 3 yaşına qədər analıq məzuniyyətinə çıxır. Ölkədə bağçalar olmasına baxmayaraq, körpəni onlara vermək ayıb hesab olunur. Nənə ilə babanın da körpəyə dayəlik etməsi müsbət qarşılanmır. Uşağın üç yaşı tamam olduqdan sonra uşaq bağçasına göndərilir.
Bağçada da, evdə də uşaqlara duyğulara həssas olmağı öyrədirlər. Özü də yalnız özlərinə qarşı deyil, digər insanlara, heyvanlara, hətta cansız obyektlərə də diqqət yetirməyin vacibliyini izah edirlər. Məsələn, uşaq oyuncaq maşını və ya hər hansı digər oyuncağını sındıranda, ana onu tənbeh edib oyuncağı əlindən almayacaq, amma mütləq bildirəcək ki, o, bu hərəkəti ilə maşını incidir.
Elə düşünmək lazım deyil ki, uşağın təlim-tərbiyəsinin bütün yükü anasının çiyinlərinə düşür. Yaponiyada atalar da övladlarına dayəlik etməyə çox həvəslidir.
Yaponiyada tərbiyə qaydaları
Artıq deyildiyi kimi, Yaponiyada uşaqlar valideynlərindən böyük diqqət görür: qucaqlaşmalar, söhbətlər, gəzinti və s. Bu zaman ana və ata uşaqlara heç vaxt səsini ucaltmır, nəsihətlər oxumur və ya cismani cəzaları tətbiq etmirlər. Bütün bunların əvəzinə yaponlar uşaqlarına nəzakətli davranmağı, başqalarına qarşı diqqətli olmağı, öz davranışı ilə heç kimə mane olmamağı öyrədir.
Bəs uşaqlar özünü pis aparanda yaponlar nə edir?
Uşaqların ərköyün böyüməməsi üçün nə etməliyik? Uşaqlara qışqırmayan və cəza verməyən yaponlar onlara özünü düzgün aparmaq qaydalarını necə təşviq edirlər? Cavab sadədir – valideynlər narazılığını baxışları və intonasiya ilə göstərir. Yaponiyalı uşaqlar davranışlarının valideynlərini məyus və pərt etdiyini görəndə peşmançılıq və günah hissi keçirir və dərhal onları düzəltməyə çalışırlar.
Gördüyünüz kimi, Yaponiyada uşaqlar valideynlərinin qayğı və məhəbbət dənizində üzürlər, həm də doğulduğu gündən cəmiyyətin həyat prinsiplərini mənimsəyirlər. Sözsüz ki, bu sistem tərbiyəsi digər ölkələrin sakinləri üçün çox qeyri-adidir. Lakin yüz illik təcrübə göstərir ki, bu, inanılmaz dərəcədə effektlidir, qanuna tabe olan və layiqli vətəndaşlar yetişdirməyə kömək edir.
Aytən Məftun
| ['uşaq tərbiyəsi', 'yapon mədəniyyəti', 'yapon tərbiyəsi'] |
435 | https://kayzen.az/blog/azerbaycan/23031/nobel-m%C3%BCkafat%C4%B1-v%C9%99-az%C9%99rbaycan.html | Nobel mükafatı və Azərbaycan | Apollon | Azərbaycan | 17 fevral 2019, 18:10 |
Alfred Bernhard Nobel 1833-cü il oktyabr ayının 27-də İsveçin paytaxtı Stokholmda dünyaya gəlmişdir. 1842-ci ildə ailəsi ilə birlikdə Sankt-Peterburqa getmiş, professor N.N.Zinindən kimya elmini öyrənməyə başlamışdır. 1849-cu ildə təhsilini davam etdirmək üçün Alfred Avropa və Amerikaya getmişdir.
2 illik səyahətdən sonra Rusiyaya qayıtmış və çar ordusu üçün silah istehsal edən ailə fabriklərini idarə etməyə başlamışdır. 1853-cü ildə Krım müharibəsinin başlaması “Nobel” şirkətinin çiçəklənməsinə səbəb olmuşdur. Lakin ailə biznesinin iflasa uğramasından sonra atası ilə İsveçə qayıtmış, həyatını partlayıcı maddələrin tədqiqinə həsr etmiş, tüstüsüz barıtın, uğultulu-civəli kapsul detonatorun, dinamitin ixtiraçısı olmuş və 1868-ci ildə ixtirasının patentini almışdır.
1875-ci ildə Nobel qardaşları Bakıda “Товарищество Бранобель” adlı “Nobel Qardaşları” şirkətini yaratmışdır. Az müddətdə Nobel qardaşları Abşeronun bir sıra neft mədənlərinin sahibi olmuş, zavodlar almış və xeyli kapitala yiyələnmişdilər. O, 1889-cu ildə Ümumdünya konqresində iştirak etmişdir. Lakin Rusiyada proletar inqilabından sonra 1920-ci ilin aprel ayında bolşeviklər Bakıya daxil olmuş və neft sənayesini milliləşdirmişlər. Lakin Nobellərin milyonları batmamış, pullar xarici banklara yatırılmışdır. İndi həmin pullar “Nobel mükafatı” formasında müxtəlif sahədə mühüm kəşf və ixtiraları olan alimlərə təqdim olunur.
Nobel mükafatının məbləği təxminən 1 mln. 450 min dollara bərabərdir. Alfred Nobel dramaturq kimi fəaliyyət göstərmişdir. Onun yeganə əsəri 4 hissəli “Nemezida” faciəsidir. Pyesin 1896-cı ildə Parisdə çap olunmuş bütün tirajı (3 nüsxədən başqa) Nobelin ölümündən sonra məhv edilmişdir. Görkəmli ixtiraçı-alim Alfred Nobel 1896-cı il dekabr ayının 10-da vəfat etmiş, Stokholmda dəfn edilmişdir.
Nobel mükafatı böyük ixtiraçı alim Alfred Nobelin vəsiyyətnaməsi əsasında 5 bərabər hissəyə bölünür. İsveç Bankının 300 illiyi ilə əlaqədar olaraq 1969-cu ildə sayca altıncı iqtisadiyyat üzrə Nobel mükafatı təsis edilmişdir. Alfred Nobelin 150-yə yaxın ixtirası, kəşfi olmuşdur. Bu günə kimi bu böyük mükafata 856 adam layiq görülmüşdür. Bunlardan 25-i qadındır. Bunların arasında 14 nəfər müsəlman var. Nobel mükafatına layiq görülən ilk müsəlman qadın Cənubi Azərbaycandan olan Şirin Ədabidir. Ümumiyyətlə, 4 nəfərə 2 dəfə Nobel mükafatı verilmişdir. Bir ailədən 2 nəfərə — ata və oğul olan Borlara verilmişdir.
Məlumat üçün bildirək ki, dünyada sayca 5-ci olan (ABŞ, Almaniya, İngiltərə, Rusiya) Nobel İnformasiya Mərkəzi məhz Azərbaycanda 3 iyun 1996-cı il 70 saylı nazirlər kabinetinin qərarı əsasında yaradılmışdır. Bu təşkilatın yaradılmasının təşəbbüskarı və yaradıcısı Beynəlxalq Nobel İnformasiya Mərkəzinin üzvü 1996-cı ildə həqiqi üzv seçilmiş ilk Azərbaycanlı olan Bəybala Ələsgərovdur. O, 2005-ci ildə Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndə, 2013-cü ildə isə Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti seçilmişdir, tarix elmləri doktorudur.
Tarixi faktlar göstərir ki, Nobel mükafatına təqdim olunmuş ilk Azərbaycanlı göz həkimi Sona Vəlixanlıdır. O, 1940-cı ildə təqdim olunmuş, lakin II Dünya müharibəsinin başlanması ilə əlaqədar mükafat verilməmişdir.
Azərbaycanda Nobel İnformasiya Mərkəzi yaradıldıqdan sonra ölkənin bir çox görkəmli alimləri Mərkəz vasitəsilə Nobel mükafatına təqdim olunmuşdur. Onlar Nemət Qasımov, Ofeliya Abakarova, Telman Əliyev, Solmaz Qasımova, Pərviz Yəhyalı, akademik Adil Qəribov və Şeyxülislam Allahşükür Paşazadədir.
Qeyd edək ki, akademik Adil Qəribov və Şeyxülislam Allahşükür Paşazadə bütün ekspertlərdən keçmiş, yalnız gizli səsvermədən çıxa bilməmişdir. Şeyx Həzrətlərinə Nobel mükafatının verilməməsi texniki səbəblər üzündən olmuşdur.
Bütün Azərbaycan alimlərinə bildirək ki, Azərbaycan Nobel İnformasiya Mərkəzi nəzdində Nobel mükafatı üzrə bütün istiqamətlərdə xüsusi ekspert qrupları yaradılmışdır.
Bəybala Ələsgərov, tarix elmləri doktoru
Elnarə Mehbalıyeva, dosent
| ['nobel', 'Nobel mükafatı'] |
436 | https://kayzen.az/blog/edebiyyat/22676/mal-d%C3%B6vl%C9%99t-toplamaq-qaydalar%C4%B1-haqq%C4%B1nda-%7C-qabusnam%C9%99.html | Mal-dövlət toplamaq qaydaları haqqında | Qabusnamə | Apollon | Ədəbiyyat | 13 fevral 2019, 14:35 |
Ey oğul, bir şey ələ gətirmək mümkünsə, fürsəti fövt etmə, lakin şey üstündə özünü təhlükəyə də vermə. Səy et, hər şeyi özünə layiq, ən yaxşı üsulla ələ gətir. Elə ki gətirdin, möhkəm saxla, heçə-puça xərcləmə, əldə saxlamaq, ələ gətirməkdən çətindir. Xərcləmək lazım gəldikdə çalış, onun əvəzini tez yerinə qoy, əgər hey götürüb əvəzini yerinə qoymasan, Qarun dövləti də olsa, qurtarar. Lakin ona çox da könül salma, əbədi hesab etmə ki, bir gün sona çatdıqda kədərlənməyəsən.
Deyiblər ki: ”Bir şeyi düşmənə qoyub getmək, onu dostdan xahişlə istəməkdən yaxşıdır”. Bir şeyi bərk-bərk saxlamaq onu bərk axtarmaqdan məsləhətlidir. Azda olsa, hər şeyi saxlamağı vacib bil, çünki azı saxlamağı bacarmayan, çoxu da saxlaya bilməz. Öz işini başqalarının işindən üstün tut, kahıllıqdan utan, kahıllıq bədbəxtliyin şagirdidir. Zəhmətdən əmələ gəlir. Görmürsənmi, əmək nemət yaradır, tənbəllik isə dövlət dağıdır?!
Müdrik adamlar deyiblər: “Abadlıq istəyirsinizsə, çalışqan olun, dövlət istəyirsinizsə, qənaətcil olun, çox dost istəyirsinizsə təvazökar olun”. Zəhmət və səy nəticəsində əmələ gəlmiş şeyi tənbəllik və xamlıq üzündən itirmək ağıllı iş hesab edilməz. Ehtiyac günü peşmançılıq fayda verməz. Zəhmət çəkirsənsə, çalış bəhrəsini də özün götür. Şey nə qədər qiymətli olur-olsun, onu layiqli adama müzayiqə etmə, çünki heç kəs, heç bir şeyi özü ilə gora aparmayacaq. Lakin başqalarına möhtac olmamaq üçün gərək insanın çıxarı gəlirinə uyğun olsun, çünki ehtiyac yalnız yoxsulların evində deyil, bütün evlərdə ola bilər. Məsələn, əgər birinin gəliri bir dirəm, çıxarı bir dirəm bir həbbədirsə, o həmişə ehtiyac içində olar. Gəlir bir dirəmsə, çıxar bir dirəmdən bir həbbə az olmalıdır. Belə evdə heç vaxt ehtiyac olmaz.
Nəyin varsa, ona da qane ol, çünki qənaət özü dövlət deməkdir. Qismətində nə varsa, o da sənə çatacaq. Xoş söz və adamların köməyi ilə düzələ bilən işlərə pul sərf etmə. Yoxsul adamın qədir-qiyməti olmaz. Bil ki, qara camaat xeyir görmədiyi halda dövlətliləri xoşlar, zərər çəkmədiyi halda bütün kasıblardan da acığı gələr. İnsanın ən ağır günü ehtiyacdır. Varlılar tərəfindən edilərkən təriflənən hərəkətlər yoxsullar üçün eyib hesab edilər.
İnsanların zinətini onların əliaçıqlığında bil, hər kəsin qiymətini isə onun zinətinə görə təyin et. Lakin israfı düşmən bil, onu uğursuzluq hesab et. Allahın düşmən hesab etdiyi hər şey onun bəndələri üçün uğursuzluq olar. Necə ki deyiblər: “İsraf etməyiniz, o, israfedənləri sevməz”. Böyük Allahın sevmədiyi şeyləri sən də sevmə.
Hər bədbəxtliyin bir səbəbi var, yoxsulluğun da səbəbi israfçılıqdır. İsrafçılıq yalnız mal-dövləti xərcləməkdə deyil, yemək, işləmək, danışmaq hər iş olur-olsun, israf etmə, çünki israf bədəni taqətdən salar, ruhu incidər, ağlı çaşdırar, ömrü söndürər. Görmürsənmi, çırağın ömrü yağa bağlıdır?! Lakin çırağa həddindən artıq yağ töksən, o dərhal sönər. Ölümə səbəb olan həmin yağ qaydasında tökülsə, həyata səbəb olar. Belə məlum olur ki, ölümə səbəb həmin israfdır. Deməli, çırağa həyat verən yağdır, lakin həddini aşdıqda israf meydana çıxır, həyat verən həmin yağ dönüb öldürücü olur. Allah da ona görə israfı düşmən hesab etmişdir.
Alimlər də heç bir işdə israfı bəyənməyiblər, çünki israfın nəticəsi həmişə ziyan olur. Lakin öz həyatını acı eləmə, ruzi qapısını üzünə bağlama, imkan daxilində özünə yaxşı bax, lazım olan heç bir şeydə səhlənkarlıq etmə. Öz işində səhlənkarlıq göstərən bəxtindən fayda götürə bilməz və arzularına çata bilməz. Xülasə, ələ gətirə bildiyin şeyləri xeyirli işlərə sərf et, var-dövlətini paxıl adama tapşırma, qumarbazlara, əyyaşlara etibar etmə. Mal-dövlət toplamaqda səhlənkarlıq etmə, rahatlıq zəhmətdədir, zəhmət isə dincəlməkdə.
Bu günün rahatlığı sabahın zəhməti olduğu kimi, bu günün də zəhməti sabahın istirahəti olar. Zəhmətli-zəhmətsiz hər nə əlinə gəlirsə, çalış bir dirəmdən iki dang evinə və ailənə xərclə. Lazım gəlsə, ehtiyacın olsa belə, bundan artıq xərcləmə. Beləliklə, iki dang xərclədikdən sonra o biri iki dangı ehtiyat topla və onu yadına salma. Onu varislərinə və qocalıq günlərin üçün saxla ki, köməyinə çatsın. Yerdə qalan o biri iki dangı isə bəzək-düzək işlərinə sərf et. Lakin elə bəzək-düzək şeyləri al ki, onlar xarab və məhv olmasınlar. Məsələn: daş-qaş, qızıl, gümüş, bürünc, mis və bunun kimi.
Bundan artıq bir şeyin olsa, torpağa ver, çünki torpağa nə versən, artıqlaması ilə geri alarsan, mayan da həmişə yerində qalar, qazancın da bol və halal olar. Hər məcburiyyət və zəruriyyət ucundan avadanlığını satma və demə ki: “Nə olsun, bu gün məcburən satıram, başqa vaxt alaram”. Əvəzini mütləq ümidi ilə hər dəfə çətinlik üz verdikdə, avadanlığı satsan, ola bilər ala bilməyəsən, əvvəlki də əldən getsin, ev boş qalsın. Beləliklə, çox çəkməz ki, sən müflislərin müflisi olarsan.
Bir də ki, hər zərurət üzündən borc alıb girov qoyma. Pulu sələmlə verib sələmlə alma, borc istəməyi ən böyük rəzalət və həyasızlıq hesab et, bacardıqca özün də heç kəsə bir dirhəm belə borc vermə, xüsusilə, dostlara, çünki dostlardan borcu istəmək ən ağır işdir. Lakin borcu verdikdə onu artıq özününkü hesab etmə, ürəyində elə tut ki, o pulu dostuna bağışlayıbsan. Özü qaytarmayınca istəmə ki, bunun nəticəsində dostluq pozulmasın, çünki dostu düşmən etmək asandır, düşməni dost etmək isə çox çətindir. Birincisi — uşaqların, ikincisi isə ağıllı qocaların işidir. Adamların ən yaxşısı olmaq üçün varından müstəhəqq adamlara pay ver, başqalarının malında isə gözün olmasın. Etibarlılıqda, ad qazanmaqda öz malını özününkü bil, özgə malını özgəninki.
| ['ədəbiyyat', 'bədii ədəbiyyat', 'Qabusnamə'] |
437 | https://kayzen.az/blog/stil/22957/%C3%BCz%C3%BCn-d%C9%99risin%C9%99-g%C3%BCnd%C9%99lik-%C3%BCmumi-qulluq-qaydalar%C4%B1.html | Üzün dərisinə gündəlik ümumi qulluq qaydaları | Apollon | Yaraşıqlı görünüş, gözəl imic | 11 fevral 2019, 15:45 |
Dərinin quruluşu
İnsanın dərisi 3 qatdan ibarətdir: epidermis, derma (dərinin özü), dərialtı piy toxuması. Ətraf mühitin təsirinə bilavasitə məruz qalan xarici qat epidermis adlanır. Bu qatın qalınlığı təxminən 0,3-1 mm-dir. Ən nazik epidermis qatı göz qapaqlarında, ən qalın epidermis qatı isə əllərin iç və ayaqların alt səthində olur.
Epidermis özü də bir neçə təbəqədən ibarətdir. Aşağı qatın hüceyrələri daimi olaraq bölünürlər və yuxarıya tərəf hərəkət edirlər; müəyyən müddətdən sonra bu hüceyrələr ölərək dərinin üst qatından kiçicik pulcuqlar şəklində laybalay xaric olurlar. Dərini bir qədər sürtərək ona mikroskop altında baxdıqda, onun səthindən qopub xaric olan kiçik tozcuqları görmək olar – bunlar məhz ölmüş hüceyrələrdir. Dəri səthində olan bu ölmüş hüceyrələr dərinin tam şəkildə nəfəs almasına, həmçinin kremlərin, maska və s. bu kimi vasitələrin tərkibində olan faydalı maddələrin dəriyə daxil olmasına mane olur. Məhz buna görə, vaxtaşırı olaraq ölmüş hüceyrələri dəri səthindən xaric etmək üçün skrab və ya pilinqdən istifadə etmək lazımdır. Bu bir növ dərinin əsaslı şəkildə təmizlənməsidir.
Epidermis hüceyrələrinin tam şəkildə yenilənməsi 26-28 gün ərzində baş verir. Buna görə də dəriyə qulluq edilməsi üçün istifadə edilən kosmetoloji vasitələrin (kremlər, maskalar və s.) effekti də çox tez olmur. Bu effekt yalnız köhnə dəri hüceyrələri müalicəvi tərkiblərin təsirinə məruz qalan yeni hüceyrələrlə tam şəkildə əvəz olunandan sonra (yəni 1 aydan sonra) baş verəcəkdir.
Alimlər müəyyən etmişlər ki, dərinin qocalması prosesi cinsi yetkinlikdən sonra başlayır. Məhz buna görə, dəriyə daimi olaraq düzgün qulluq edilməsinə 17-18 yaşlarından başlamaq lazımdır ki, o da cavan və sağlam qalsın. 25-30 yaşlarından sonra dərinin qocalması sürətləndiyi üçün, xüsusi vasitələrdən (cavanlaşdırıcı kremlər, maskalar, masaj, xüsusi gimnastika və s.) istifadə edilməsi vacib hesab edilir.
Derma (dərinin özü) – dərinin daha qalın qatıdır (2,5 mm-dək). Derma bir-biri ilə çarpazlaşaraq özünəməxsus karkas (tor) əmələ gətirən zülal tərkibli kollagen və elastin liflərdən ibarətdir ki, bizim dərimiz sanki onun üzərinə “dartılmışdır”. Dərinin tarım və elastik və ya qırışıq və cansız olması da məhz bu liflərin vəziyyətindən asılı olur. Kollagen liflər nəmliyi həm özlərinə hopdurur, həm də toplayırlar. Onlarda nəmlilik nə qədər çox toplanırsa, bizim dərimiz də o qədər hamar və elastik görünür.
Derma qatının ikinci vacib vəzifəsi – epidermisin oksigen və qida maddələri ilə (vitaminlər, zülallar, mineral maddələr, mikroelementlər və amin turşuları) təmin edilməsidir. Epidermis qatının özündə qan damarları olmur. Derma qatı isə çoxlu sayda xırda kapilyarlarla zəngin olduğu üçün qida maddələri ilə yaxşı təmin edilir. Epidermis və derma qatları bir-biri ilə sıx şəkildə əlaqəlidirlər. Ancaq insan orqanizminin qocalması ilə bu əlaqə getdikcə zəifləməyə başlayır. Bunun nəticəsində epidermis qatı getdikcə daha az miqdarda oksigen və qida maddələri alır ki, bu səbəbdən də insanın dərisi qocalır.
Dəri tipləri
Su-yağ balansının vəziyyətindən asılı olaraq insanların üz dərisinin aşağıdakı tipləri ayrıd edilir: normal dəri; quru dəri; yağlı dəri; qarışıq dəri. İnsan öz dəri tipini necə ayırd edə bilər? Bunun üçün aşağıdakıları etmək lazımdır:
1. Kosmetik süddən istifadə etməklə üzünüzü yuyun.
2. Bir saat gözləyin.
3. Diqqət yetirin ki, dərinizdə dartılma hissiyyatı varmı?
4. Bir neçə ədəd nazik kağız (məsələn, siqaret kağızı) parçası götürərək onları dərinizin müxtəlif hissələrinə (çənə, yanaqlar, alın, burun) sıxın.
5. Daha sonra bu kağız parçasını işığa tutaraq onun üzərində yağlılıq izlərinin olub-olmamasına diqqət yetirin.
6. Əgər bütün kağız parçalarında yağ izləri olarsa, demək, sizin dəriniz yağlı dəri tipinə, əgər yağ izləri yalnız alın, burun və çənəyə qoyulmuş vərəqlərdə olarsa, sizin dəriniz qarışıq dəri tipinə, əgər yağ izləri heç bir kağız parçalarında olmazsa, sizin dəriniz normal dəri tipinə, əgər dərinizdə onun dartılması hissiyyatı olarsa, sizin dəriniz quru dəri tipinə aid edilir.
Üzün dərisinə gündəlik ümumi qulluq qaydaları
Təxminən 17-18 yaşlarından etibarən dəriyə müntəzəm və düzgün şəkildə qulluq etmək lazımdır. Bu dərinin gözəlliyini və cavanlığını uzun müddət ərzində qorumağa imkan verir.
İlk növbədə dəriyə zərif şəkildə “rəftar etməni” öyrənmək vacib hesab edilir. Kosmetik vasitələri dəriyə yüngül və yumşaq toxunuşlarla, dərini dartmadan və çox sıxmadan çəkmək lazımdır. Müvafiq tələbat olmadan dərinizə toxunmamağa, kosmetik krem, maska və digər vasitələri yalnız əllərinizi yaxşı-yaxşı yuduqdan sonra dərinizə çəkməyə adət etməyə çalışın!
Dəriyə gündəlik qulluq edilməsi aşağıdakı mərhələlərdən ibarətdir: dərinin təmizlənməsi; dərinin nəmləndirilməsi; dərinin tonuslandırılması; dərinin qidalandırılması; dərinin qorunması.
Gündəlik təmizlənmə
Dərinin təmizlənməsi gündəlik (ilkin və ya səthi) və dərin olmaqla aparılır. Mənzillərimizdə gündəlik istifadə etdiyimiz su üzün dərisi üçün o qədər də xeyirli deyil. Onun tərkibində olan xlor və mineral duzlar dərinin qurumasına səbəb olur. Ən başlıcası isə odur ki, bu maddələr dəridəki tər və piy vəzilərinin ifraz etdiyi maddələrlə kimyəvi reaksiyaya girərək onların axarlarının bağlanmasına səbəb olur. Üzünüzü yalnız içməli (butulkalarda satılan) və mineral (qazsız) sularla yumağa çalışın (əlacsız qaldıqda – qaynanmış sudan istifadə edin). Üzünüzü sərin su ilə (otaq temperaturundan artıq olmayan) yumaq daha yaxşı hesab olunur. Yalnız yağlı dərisi olan insanlar istisna təşkil edirlər. Belə dərisi olanlar üzlərini əvvəlcə ilıq su ilə yumalı, daha sonra isə nisbətən sərin su ilə yaxalamalıdırlar.
Sabunla yumağa gəldikdə isə, kosmetoloqların ümumi rəyinə əsasən, dərinin tipindən asılı olmayaraq, üz dərisinin sabunla yuyulması, ümumiyyətlə, məsləhət görülmür. Sabun əvəzinə xüsusi gel və xüsusi köpüklənən vasitələrdən (“penka”) istifadə etmək daha məqsədəuyğun hesab edilir. Mütəxəssislər tərəfindən hər dəri tipi üçün xüsusi gel və köpüklənən vasitələr hazırlanmışdır. Hər bir şəxs yalnız öz dəri tipinə uyğun olan vasitələrdən istifadə etməlidir! Üzün dərisini gün ərzində 1 dəfədən artıq olmayaraq – səhərlər su ilə yumaq məsləhət görülür (yağlı dəri istisna olmaqla – bu dərini gündə 2 dəfə su ilə yumaq olar).
Hər səhər dərinin gündəlik təmizlənməsindən sonra onu soyuducunun buz qabında hazırlanmış, kub şəklində olan buz parçası ilə ehtiyatla sürtmək olar. Bu, dəri hüceyrələrində mübadilə prosesini gücləndirərək qırışların hamarlanmasına, üz dərisinin gözəl rəng almasına, yanaqların təbii olaraq qızarmasına səbəb olur. Bu zaman adi buz parçasından savayı, müxtəlif ot dəmləmələrinin dondurulması ilə hazırlanan buz parçalarından da (kosmetik buz) istifadə etmək olar. Çobanyastığı, nanə (yarpız), üçbarmaq (pişikdili), boymadərən (qanotu), adaçayı, cökə ağacının çiçəyi, qızıl gül ləçəklərindən və ya bu bitkilərin müxtəlif cür qarışıqlarından hazırlanmış dəmləmələr daha yaxşı effekt verir.
Bir və ya bir neçə bitki qarışığından ibarət olmaqla, bir xörək qaşığı ot götürərək onu termosda 1 stəkan qaynar su əlavə edib dəmləyin. Bu dəmləməni 30 dəqiqə saxladıqdan sonra soyudun, süzün və soyuducunun buz hazırlanan qabına tökün. Dəmləmə üçün ya qaynadılmış sudan, ya butulkalarda satılan içməli sudan, ya da qazsız mineral sudan istifadə etmək lazımdır. Dərinin həddindən artıq soyumaması üçün üzün “buzla yuyulması” 2-3 dəqiqədən artıq olmamalıdır. Buz parçasını üzün dərisinə yalnız masaj xətləri üzrə (bax. şəklə) və ehtiyatla sürtmək lazımdır. Üzün “buzla yuyulmasından” yağlı və problemli, çox quru və həssas dərilərdə istifadə etmək olmaz!
Dərinin axşam təmizlənməsi və kosmetikadan azad edilməsi üçün adi sudan yox, kosmetik “süddən” istifadə edilməsi daha məqsədəuyğun hesab edilir. Təmizləyici maddəni 2 dəqiqə ərzində üz, boyun və sinə nahiyələrinə barmaqların ucu ilə yüngülcə masaj hərəkətləri etməklə sürtmək lazımdır. Sonra təmizləyici maddəni dəridən xaric etmək üçün ilıq suda isladılmış xüsusi süngər (“sponj”), birdəfəlik pam-bıq disklərindən və ya ilıq kompreslərdən istifadə edirlər. Lazım olan hallarda təmizləyici maddəni dəriyə təkrarən 2-ci dəfə də sürtmək olar.
| ['üz dərisinə qulluq', 'üz baxımı', 'gözəl üz dərisi üçün', 'dəriyə qulluq', 'üz dərisi', 'üz dərisinin təmizlənməsi', 'dermatologiya'] |
438 | https://kayzen.az/blog/happy/22962/ki%C5%9Fi-qad%C4%B1n-m%C3%BCnasib%C9%99tl%C9%99rinin-10-sirri.html | Kişi-qadın münasibətlərinin 10 sirri | Apollon | Xoşbəxtlik üçün | 11 fevral 2019, 15:44 |
1. Münasibətlərdə hər kəs özünə qarşı diqqət axtarır.
Əgər tərəflərdən hər hansı biri kifayət qədər diqqət görmürsə, belə münasibətlərin aqibəti uğursuzluğa məhkumdur. Heç nə münasibətləri biganəlik və etinasızlıq qədər riskə atmır. Pis hərəkətlər, pis xarakter və ya zərərli vərdişlər, bununla müqayisədə əhəmiyyətsizdir.
Diqqətin iki növü var: kişi və qadın. Qadından gözlənilir ki, o, həmsöhbətinə qulaq assın. Qadın diqqət forması — müqavimət göstərmir və etiraz etmir, o, kişinin təklifləri ilə tam razılaşır. Kişi qadında məhz bu tip diqqəti axtarır. Ona lazımdır ki, qadını dediklərinə və ya təkliflərinə həmişə diqqətlə, anlayışla qulaq assın və hər şeyə maraqla yanaşsın, eləcə də cinsəl istəklərinə qarşılıq versin.
Kişi diqqəti forması — cəlb olunma prosesidir. Kişi maraqlandığı qadını yeni təəssüratların formalaşması prosesinə cəlb etməyə çalışır. O, hər şeyə istiqamət verməyə çalışır, həmçinin onun fikrincə, diqqətə layiq olan yeni nələrsə təklif edir. Əgər qadın belə şeylərə qulaq asmağı dayandırsa, kişi ona marağını itirir.
2. Qadın və kişi arasında energetik əlaqə səviyyəsi mövcuddur.
Münasibətdə olan insanlar arasında gözəgörünməz kanal yaranır. Əgər insanlar ayrılırlarsa, o, partnyorlardan birinin enerjisi ilə qidalanaraq digərində iztirab doğurmaqla fəaliyyətini davam etdirir. Odur ki, kişi və ya qadın ayrılıq zamanı alternativ olaraq özünü ya yaxşı, ya da pis hiss edəcək. Ayrıldıqda hər şeyə görə, qarşı tərəfə təşəkkür etmək, bağışlamaq və onu minnətdarlıq hissiylə buraxmaq çox vacibdir. Onda əlaqə tədricən yox olacaq.
3. Qadınla münasibətlərə başlamazdan əvvəl kişi anası ilə “boşanmalıdır”!
Ana kişinin həyatında ən birinci qadındır. Hər bir oğlan 12 yaşına qədər anasına sıx bağlı olur. Müəyyən müddət sonra oğlan uşağı atasının himayəsi altına düşür ki, ona kişiliyi öyrətsin. Amma heç də həmişə belə olmur. Bəzən kişi sonrakı illər də əvvəlki kimi anasına sıx bağlı olaraq qalır.
Belə bir ana bəzən özü oğlunu buraxmır, üstəlik onu hansısa qıza etibar etmir. Bunun əvəzinə o, oğlunun həyatının idarəsini öz əlinə alacaq və imkan verməyəcək ki, özü-öz qərarlarını yerinə yetirsin. Həqiqətin gözünə dik baxın, belə bir kişiyə ərə getməyə dəyməz, çünki onunla münasibətlər çətin ki, sizə yaxşı nəsə versin.
4. Bəzən qadın şüuraltı olaraq kişini cəsarətindən məhrum etmək istəyir ki, ondan uzaqlaşmasın.
Təbiət kişi çiyinlərinə yük, tədqiqatçı ruh və novatorluq həvalə edib. Kişilik — maneələrin öhdəsindən gəlmək, yeni əmrlər vermək, yeni kəşflər etmək deməkdir, o evə «qənimət» gətirmək lazım olduqda özünü göstərir. Qadın isə kişinin zamanla həll etməyə çalışdığı tapmaca kimidir. Qadında kişini məhz bu xüsusiyyət cəlb edir. Amma bəzən qadın əndişələnməyə başlayır ki, birdən onun sevgilisi yeni birini araşdırmaq istəyər.
Belə hallarda qadın kişinin öyrənmək istəyini kəsir, bu zaman o, kəşf olunmaq və qulluq istəyən qadının bütün tələbatını ödəyən itaətkar ərə çevrilir. Amma əfsus ki, bu, artıq əsl kişi deyil, çünki belə hallarda onun bütün cəsarəti bir qayda olaraq yoxa çıxır.
5. Kişinin sosial durumu birbaşa qadından aldığı sevgi ilə mütənasibdir.
Gündəlik həyatda və karyerada uğur qazanmaq, daha çoxuna nail olmaq üçün kişiyə böyük dəstək və sevgi verin. Bu, həm də oğul analarına aiddir.
Əgər evdə maddi baxımdan korluq varsa və ya nə isə çatışmırsa, əmin olmaq lazımdır ki, kişi öz qadını tərəfindən kifayət qədər enerji və dəstək alır. O, öz inamı ilə kişini üstünlükləri olduğuna və çiyinlərində hər yükü qaldıra biləcəyinə inandırmağı bacarmalıdır. Bu vəziyyətdə kişinin daha çox qazanmasına və nailiyyətlər əldə etməsinə zəmanət verilir.
6. Sevgi bütün münasibətlərdə şəxsi inkişafla sıx bağlıdır.
Əgər inkişaf yoxdursa, sevgi də yoxdur. Əgər ikinci yarınız sizin yeni nəsə öyrənmək, işləmək və oxumaq istəyinizi mənfi qarşılayırsa, bu münasibətlərdə çox güman ki, sevgi olmadığı barədə düşünməyə dəyər. Bu cür fikir ayrılıqları və anlaşılmazlıqlar narahatlıq doğurmalıdır. O, işləməyə, kurslara və ya seminarlara getməyə icazə vermirsə, kitab oxumağa və ya almağa imkan vermirsə, o cümlədən sizin inkişafınıza təsir edən digər fəaliyyətləri qadağan edirsə, çox ehtimal ki, içində sevgiyə yer olmayan münasibəti davam etdirirsiniz. Bu, qurban və cəllad əlaqələrinə daha çox bənzəyir. Bəzən belə münasibətlər onların daxili travmaları səbəbindən iki tərəfə çox uyğun gəlir.
7. Kişi qadının güzgüsüdür!
Əgər onda nə isə səni qan etmirsə, səbəbi özündə axtar! Əgər ikinci yarınız sizin inkişafınıza müsbət təsir etmirsə, yaxud iztirab çəkməyə məcbur edirsə və buna baxmayaraq, ayrılmırsınızsa, deməli, bu münasibətlər hər iki tərəf üçün sərfəlidir.
Bu vəziyyətdəsinizsə, qarşı tərəfin sizə nə verdiyi barədə düşünün. Bu, hər hansı məsələ ola bilər, özünüz üçün hansısa məsələni aydınlaşdırmaq imkanı və ya ümumi ssenarinin reallaşması.
8. Qalib gəlmək üçün qadının gözündə böyüməlisiniz!
Kişiyə qalib gəlmək üçün qadın ona uduzmağa məcburdur. Qadın enerjisi üfüqi, kişi enerji isə şaqulidir. Kişinin yuxarı doğru böyüməyə və daha yüksək səviyyələrə çatmağa ehtiyacı var, bu halda o, daha güclü və daha müvəffəqiyyətli olacaq. Qadına gəlincə, əgər o, şaquli yolu seçirsə və kişiyə qalib gəlirsə, oyunun sonunda onu yorğunluq və boşluq gözləyir. Belə qadın qazandığı qələbələrə baxmayaraq, bir çox hallarda tək və bədbəxtdir.
Üfüqi inkişaf yolunu seçərək qadın kişilər qarşısında məğlubiyyətini sanki qəbul edir və onları məğlub etmək istəmir. Amma eyni zamanda sülh və tarazlıq qazanır, həyatına doğru insanlar daxil edir, o, öz enerjisi ilə onun üçün məqsədinə çatan kişini qidalandırır. Belə bir qadın nəticə qazanır.
9. Kişi öz qadınını kraliçaya çevirmək istəyir, qadına isə hazır Kral lazımdır.
Qadın həmişə arzu edir ki, özü-özünü dərk etməkdə kişi ona kömək etsin. Beləcə o, qadına müxtəlif hadisələrin ondan keçməsinə və daha yaxşı olmasına kömək edəcək. Lakin buna yalnız öz uşaq qorxularına qalib gələn və əcdadlarının ruhunu sakitləşdirən Kral qadirdir.
Kişini kral etmək üçün onunla kral kimi rəftar etmək, onun bütün məziyyət və ləyaqətini qəbul etməlisiniz. Və belə bir insanın yanında qadın özünü hər zaman xoşbəxtlik və bolluq içində hiss edəcək.
10. Qadın qulaqları ilə sevir, odur ki, kişinin nə yox, necə danışdığı vacibdir!
Kişi səsi qadının əhvalına çox güclü təsir göstərir. Əgər kişi qadınla xoşagəlməz tərzdə və tonda danışsa, onda qadın qarşı tərəfə diqqət və qayğı göstərməkdən imtina edəcək. Diqqətin olmaması isə kişinin uğur qazanmasına mənfi təsir edəcək. Odur ki, Kral bilməlidir ki, işlərdə daha sürətli irəliləyiş üçün öz qadınla evdə nəvazişlə danışmaq lazımdır. Bu 10 sirr münasibətləri yenidən nəzərdən keçirmək və onları keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün gözəl imkandır. Onların köməyi ilə siz sadəcə ailə problemlərini qaydaya salmaqla qalmayacaq, həm də maddi baxımdan əhəmiyyətli dərəcədə irəliləyişə nail olacaqsınız.
Hazırladı: Aytən Məftun
| ['kişi-qadın münasibətləri', 'sevgi', 'münasibətlər', 'kişi- qadın münasibəti', 'qadın və kişi münasibətləri', 'qadın-kişi münasibətləri', 'cinslərarası münasibətlər'] |
439 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/22936/bo%C5%9Fanm%C4%B1%C5%9F-psixoloqdan-q%C4%B1z%C4%B1l-d%C9%99y%C9%99rind%C9%99-evlilik-m%C9%99sl%C9%99h%C9%99tl%C9%99ri.html | Boşanmış psixoloqdan qızıl dəyərində evlilik məsləhətləri | Apollon | Xoşbəxt ailə | 6 yanvar 2019, 14:02 |
16 illik evliliyi boşanma ilə nəticələndi və o da, izləyicilərinə tövsiyələr etdi. Tövsiyələrində bir az peşmanlıq da hiss edilirdi. Boşanmış amerikan psixoloq Gerald Rogersin tövsiyələri izləyicilərindən minlərlə bəyənmə və rəy aldı. Gerald Rogers tövsiyələrinin bəlkə başqa münasibətlərini xilas edəcəyini düşünərək, Facebookda bunları yazdı: “Çox sevdiyim bir qadını 16 il davam edən bir evlilikdən sonra itirmiş biri olaraq sizə bəzi məsləhətlər vermək istəyirəm.” Onun bəzi tövsiyələrini sizlərə təqdim edirik:
Münasibətiniz barəsində tənbəl olmayın!
Unutmayın ki, ürək əmanət ediləcək ən vacib, ən müqəddəs xəzinə olduğu halda, o, sizi seçdi. Buna görə də münasibət barəsində qətiyyən tənbəl hərəkət etməyin. Bir münasibətdə yadınızda saxlamalı olduğunuz ilk şey nə qarşınızdakının sizə aid, nə də sizin qarşınızdakına aid olduğunuz gerçəyidir. Ona evlənmə təklif etdikdə onun ürəyinin sahibi olmaq və bunu qorumaq üçün istədiyi və layiq olduğu insan olmağa söz vermiş olursunuz.
Həyatınızda xüsusi yeri olan insanın yerinə başqasını qoymayın!
Sevdiyiniz insanın ürəyinin qoruyucusu olmaqdakı qərarlılığınızı eynilə öz ürəyinizə qarşı da göstərin. Özünüzü də, dünyanı da tam mənası ilə sevin. Amma sevdiyiniz insanın sizin həyatınızda xüsusi bir yeri olduğunu və oraya, ondan başqa kiminsə girməməli olduğunu ağlınızdan çıxarmayın.
Hər gün yenidən bir-birinizi seçmək üçün səbəbləriniz olsun!
Onunla birlikdə olduğunuz müddətdə eyni insan olaraq qalmaq mümkün deyil. Daim dəyişəcəksiniz. Hətta bir neçə il sonra ikiniz də eyni insan olmayacaqsınız. Dəyişiklik qapıdadır. İkinizin də hər gün bir-birinizi yenidən seçməyiniz üçün əsaslı səbəbləriniz olmalıdır. Amma unutmayın ki, o daim sizinlə olacaq deyə bir şey yoxdur. Əgər onun ürəyinə əhəmiyyət vermirsinizsə, ürəyinizin açarını bir başqasına verə bilər və bunu geri qazanmaq bir də mümkün olmaz. Buna görə də onun sevgisini qazanmaq üçün daim mübarizə aparın.
Səhvlərə yox, onu sevdiyinizə fokuslanın!
Sadəcə onu niyə sevdiyinizə fokuslanın. Fokuslandıqca sevginiz də böyüyəcəkdir. Əgər səhvlərə fokuslansanız, gördüyünüz hər şey sizə səhv etmək üçün bir səbəb olacaqdır. Sevginizə fokuslanmağınız sizə tam mənada kömək etməz əlbəttə, amma ən azı bunun sayəsində sevginizlə bir çox problemin öhdəsindən gələ bilərsiniz. Sevdiyiniz insana və sevginizə doğru bucaqdan baxdığınız müddətcə dünyanın ən şanslı insanlarından biri olduğunuzu görəcəksiniz.
Sevdiyiniz insanı dəyişdirməyə çalışmayın!
Sevdiyiniz insana istiqamət verməyə çalışmaqdan əl çəkin. Etməli olduğunuz şey sadəcə onu sevməkdir. Əgər bir gün həqiqətən dəyişsə, qoyun bu dəyişiklik sizin istəyinizlə deyil, öz seçimi ilə olsun.
Hisslərinizin arxasında durun!
Həyatınızdakı insanın vəzifəsi sizi “xoşbəxt bir insan” halına gətirmək deyil. Dolayı olaraq “bədbəxt bir insan” da edə bilməz. Öz xoşbəxtliyiniz sadəcə özünüzdən asılıdır.
Əsəbləşəndə onu günahlandırmayın!
Sevdiyiniz insana qarşı əsəbiliyinizin tək səbəbi sizin içinizdəki bir hissin hərəkətə keçməsinə səbəb olmasıdır. Hisslər isə sadəcə sizə aiddir. Yəni hamısı sizdən asılıdır. Hiss etdiklərinizi ölçmək üçün özünüzə vaxt ayırın və bütün sualları özünüzə verin. İçinizdəki neqativ hisslərin səbəbini yaxşı müəyyən etdiyiniz müddətcə o hisslərin növbəti dəfə sizi incitməsinin qarşısını ala bilərsiniz.
leydi.az
| ['evlilik həyatı', 'ailə həyatı', 'kişi-qadın münasibətləri', 'boşanmaq', 'boşanmalar', 'boşanma'] |
440 | https://kayzen.az/blog/happy/23007/xo%C5%9Fb%C9%99xt-ed%C9%99n-hormonlar.html | Xoşbəxt edən hormonlar | Apollon | Xoşbəxtlik üçün | 10 dekabr 2018, 10:14 |
İnanmaq nə qədər çətin olsa da, xoşbəxtlik hissinin səbəbi tam olaraq bir kimyadır. Yaşadığımız sərhədsiz həzz hissi — çətin biokimyəvi prosselərin zənciridir. Onları idarə edənlər isə xoşbəxtlik hormonlarıdır.
Xoşbəxtlik hormonu həm insanlarda həm də hevyanlarda baş beyində istehsal olunur. Əhvalımıza təsir edən 2 əsas maddə vardır:
Seratonin
Daxildən işıq saçan insanlar bu hormona ehtiyac duymurlar və özlərini ikiqat xoşbəxt hiss edə bilərlər, belə ki,alimlər müəyyən ediblər ki, bu natural kimyəvi element insanı xərçəng xəstəliyindən qoruya bilir. Serotonin, bəzi hüceyrələrin özünü məhvetməsinə hökm verə biləcək xüsusiyyətə malikdir. Hal hazırda alimlər bu fenomen əsasında xərçəngin müalicəsinin yeni metodu üzərində çalışırlar.
Serotonin gərginliyi aradan qaldırır, yuxu və iştaha təsir edir, həzz hissini formalaşdırır və əhvalı yüksəldir. Şokolad, banan, xurma və əncirdə onun miqdarı böyükdür.
Belə ki, serotoninn miqdarı çoxaldıqca əhval yaxşılaşır, əhval yaxşılaşdıqda da serotoninin miqdarı çoxalır.
Endorfin
Endorfinin çox olduğu halda — insan özünü tam güclü, enerji dolu, optimistik və təmamilə xoşbəxt hiss edir. Bu bioloji aktiv birləşmələr (neyropeptidlər) beyin hüceyrələri və sinir sistemi tərəfindən istehsal olunur. Onlar da xoşbəxtlik hormolarına aid edirlirlər. Xüsusi reseptorlarla birləşərərək, beyində yerləşən həzz mərkəzinə gedən sinir impulslarının gedişatını yüngülləşdirirlər. Bu sinir mərkəzini oyadılması bizə yüngüllük, gumrahlıq və sevinc hissi verir.
Endorfinlər həmçinin güclü ağrıkəsici, hərarət salma və iltihabəleyhi təsirə malikdirlər. Buna misal olaraq, hamiləlik zamanı onların miqdarı artır, doğuşdan sonra isə kəskin olaraq azalır. Məhz bu doğuşdan sonrakı depressiyaya səbəb olur.
Bizi ən çox nə xoşbəxt edir?
İntensiv fiziki yük. Yarım saat məşq ərzində qanda «xoşbəxtlik hormonu » konsentrasiyası 5-7 dəfə artır. Həzz 1-2 saat davam edir. Bu vasitə əsasən kişilərə yaxşı təsir edir.Qida. Əhalinin 40% — i yaxşı yeməyi həzz mənbəyi hesab edir. Lakin hər yemək endorfin sintezinə təsir etmir. Bu sahədə birinci yerdə karbohidratlı qida və şokoladdır. İkinci yerdə isə banan. Eyni təsirə dondurma da malikdir. Digər şirnilər isə endorfini istehsalını aşağı səviyyədə stimullaşdırma təsirinə malikdirlər.Hamiləlik qadına xoşbəxtlik hissini 9 ay müddətində verir. Endorfinin istehsal səviyyəsinin pik nöqtəsi doğuş zamanı baş verir.Ultrabənövşəyi şüalar. Orqanizmdə serotoninin konsentrasiyasını çoxaldır. Məhz bu səbəbdən isti və günü uzanması insanlara müsbət təsir göstərir.Soyuq. Kanadalı alimlərin fikrinə əsasən dozalanmış soyuq temperatur xoşbəxtlik hormonun istehsalını çoxaldır. Hətta qarın üstündə ayaqyalın qaçmaq və gəzməklə nevroz və depressiyanı müalicə edirlər.Gülüş. Biz güldüyümüz zaman endorfinin miqdarı kəskin olaraq artır.İncəsənət. O xəstələr ki müalicəvi dozada musiqi və rəssamlıq təyin edilmişdir,onlarda digərləri ilə müqayisədə daha az ağrıkəsici preparatlara ehtiyac qalmışdır. Bundan əlavə onların qan təzyiqi normallaşmışdır.
| ['hormonlar', 'xoşbəxtlik hormonları', 'xoşbəxtlik'] |
441 | https://kayzen.az/blog/edebiyyat/22675/d%C3%B6y%C3%BC%C5%9F-haqq%C4%B1nda-%7C-qabusnam%C9%99.html | Döyüş haqqında | Qabusnamə | Apollon | Ədəbiyyat | 8 dekabr 2018, 08:55 |
Ey oğul, döyüş meydanında olsan, orada yavaş tərpənib süstlük göstərmək yaramaz. Düşmən sənə üstün gəlib axşam xörəyi yeməmişdən əvvəl, sən ona qələbə çalıb səhər çayını iç. Döyüşün ortasına düşmüş olsan, özünü itirib canından qorxma, gorda yatmalı olan adam heç bir vəchlə evdə yata bilməyəcək, necə ki, təbəri dilində mən demişəm:
Heç qorxusu yoxdur düşmən olsa şir,
Bilmərəm dünyada mən qorxu nədir.
Nə gözəl demişdir o ağıllı pir:
“Öləsi adama ev olar qəbir!”
Həmin mənanı farsca da deyirəm ki, hamıya məlum olsun:
Açıq ya da gizli şir olsa düşmən,
Şirə sən şəmşirlə cavab ver həmən.
Gorda tək yatmağa məhkum olsan sən,
Evdə nigarınla yata bilməzsən!
Döyüşdə bir addım irəli getmək mümkünsə, bir qədəm geri qoyma. Düşmən tərəfindən mühasirəyə alınsan, savaşı dayandırma, çünki yalnız savaşla düşməni ram etmək olar. Onlar sənin igidliyini gördükdə qorxuya düşərlər. Belə yerdə ölümü özün üçün xoşbəxtlik hesab et. Heç vaxt qorxma, ürəkli ol. Qoçaqların əlində qısa qılınclar uzun görünər.
Vuruşda ehmallıq yaramaz, balaca qorxaqlıq və ya süstlük oldumu, min canın olsun, birini də salamat apara bilməzsən. Ən alçaq adam sənə üstün gələr. Beləliklə, öldürülsən, rüsvayçılıq olar, bədnamlıqla şöhrət taparsan. Qəhrəmanlıqda məşhur olsan, səndən bir səliqəsizlik baş versə də, ziyan çəkməzsən, tay-tuşların içində başıaşağı olmazsan. Lakin şöhrət və dövlət olmadıqda adamın öz tay-tuşları arasında hörməti də olmur. Belə yaşayışdan isə ölüm üstündür. Yaxşı adla ölmək pis adla yaşamaqdan yaxşıdır.
Xoşdur yaxşı adla əgər ölsəm mən,
Mənə ad qalacaq, öləcək bədən.
Lakin nahaq qan tökməyə həvəskar olma, heç bir insanın qanını halal hesab etmə. Öldürsən, yol kəsənləri, oğruları, gor qazanları, yol azanları öldür. Nahaq qan hər iki dünyanın bəla qapılarını sənin üzünə açmış olar. Qiyamətdə cəzasını alarsan, bu dünyada pis ad qazanarsan. Gücsüzlər sənə etibar etməz. Xidmətçilərin ümidi qırılar. Xalq sənə nifrət edər. Camaat ürəklərində sənə kin bəslər. O dünyada bütün əzab-işgəncələr nahaq qan üstündə verilər. Lakin mən kitablarda oxumuşam, təcrübədən də görmüşəm ki, nahaq qanın cəzasını elə bu dünyada da çəkərlər. Əgər adamın öz taleyi uğurlu olsa, bəla onun övladına yetişər. Buna görə, özünə və balalarına yazığın gəlsin, nahaq qan tökmə. Lakin haqq qanın axıdılmasında da kahıllıq göstərmə, işlərinə ziyan dəyər.
Məsələn, mənim babam Şəmsülməalı haqqında nağıl edirlər ki, o, çox qəddar adam imiş və heç kəsi bağışlamazmış. Çox pis adam imiş, buna görə qoşun ona nifrət edirmiş. Qoşun mənim əmim Fələkülməali ilə əlbir olur, o, məcburiyyət üzündən gəlib öz atasını həbs edir, çünki ordu ona demişdi: “Sən bu işdə bizimlə bir olmasan, biz bu şahlığı özgələrinə verəcəyik”. Şahlığın öz xanədanının əlindən çıxacağını gördükdə zərurət üzündən, şahlıq xatirinə bu işi elədi. Babamı tutub əl-qolunu bağladılar, kəcavəyə mindirdilər, inanılmış adamlardan ibarət keşikçi qoydular və Kənaşı qalasına göndərdilər. Onu yola salanlar içərisində Abdullah adlı bir adam var idi. Yolda Şəmsülməali həmin adama deyir: “Ya Abdullah, bu işin kim tərəfindən edildiyini, bu tədbirin necə həyata keçirildiyini bilirsənmi? Necə oldu ki, mən bu işdən xəbər tutmadım?” Abdullah deyir ki, bunu filankəslər və filankəslər etmişlər. Beş sipəhsaların adınıçəkir, deyir: “Bu işi onlar etmiş, ordunu onlar yoldan çıxarmışlar, bu işdə mənim də əlim olmuşdur. Lakin sən bu işi məndən görmə, özündən gör, çünki bunun səbəbi ordunun üz döndərməsi deyil, sənin çoxlu adam öldürməyindir”.
Şəmsülməali deyir: “Səhvin var, bu işmənim başıma adamları öldürmədiyim üçün gəlmişdir. Əgər iş ağıllı qurulsaydı, gərək sənin və o beş nəfərin də qanı axıdılmış olaydı. Belə etmiş olsaydım, həm işlərim sahman olardı, həm özüm salamat qalardım”.
Bunu deyirəm, biləsən ki, görülməsi zəruri olan işlərdə ehmallıq etməyəsən, məcburi olanlarda süstlük göstərməyəsən. Bir də ki, adam axtalatmağı özünə adət etmə, bu, qan tökməyə bərabər bir şeydir. Öz şəhvətin xatirinə bir nəslin kökünü kəsirsən, bundan daha ağır zülm ola bilməz. Sənə xədim lazımsa, xədim edilmiş tap ki, onun günahı başqasının boynunda olsun, sən bu günaha batmayasan.
Döyüş məsələsinə gəldikdə isə, dediyim kimi ol, canının hayına qalma, nə qədər ki, bədənini itlərə yem etməmisən, adını şirlər adına qoşa bilməzsən. Bil ki, bir gün doğulan, bir gün də öləcəkdir. Canlılar üç növdür: danışan canlılar, danışıb ölənlər, canlı ölülər, yəni: mələklər, insanlar, quşlar və heyvanlar.
Pəhləvi dilində bir pars kitabında oxumuşam: Zərdüştdən soruşurlar ki, “canlılar neçə növdür?” O da belə cavab verib deyir: “Danışan canlılar, danışan və ölən canlılar, ölən canlılar”. Demək, məlum olur ki, bütün canlılar ölür və heç kəs öz əcəlindən əvvəl getmir. Ona görə də döyüşdə inamla vuruşub səy göstərmək lazımdır ki, həm çörəyə çatasan, həm şöhrət tapasan.
Ölüm və ölmək haqqında əmirəlmöminin Əli ibn Əbu Talib əleyhissəlam bir hədisdə belə demişdir: “Doğulduğum gün də ölmüşəm”. İndi mən hədisdən-hədisə keçsəm, çox danışmalı olaram. Hərçənd deyiblər ki, “çox bilən çox danışar”. Qayıdıram əvvəlki sözə: bil ki, çörək və adı bu dünyada qazanarlar. Elə ki qazandın, çalış mal-dövlət topla, topladığını yaxşı saxla və yerində xərclə.
| ['ədəbiyyat', 'bədii ədəbiyyat', 'Qabusnamə'] |
442 | https://kayzen.az/blog/qadin/22963/qad%C4%B1n%C4%B1n-enerji-v%C9%99-g%C3%BCc-m%C9%99rk%C9%99zl%C9%99ri.html | Qadının enerji və güc mərkəzləri | Apollon | Qadın | 8 dekabr 2018, 08:39 |
Qadın gücünün ilk mənbəyi sakral qadın mərkəzi bölgəsində — uşaqlığında (Svadhishthana adlanan çakrada) yerləşir. Qadınların seksual enerji mənbəyi buradadır. Bu mənbə açıq olanda qadının həyat eşqi, həyat gücü və gözəlliyi işıq saçır, o, inanılmaz dərəcədə cəzbedici və heyranedici görünür.
O, özünü sevir, hörmət edir, özünə inanır, öz məziyyətlərini görür, öz ləyaqətini hiss edir və özünü təzə açmış çiçək kimi qoruyur. O, başqa insanları sevir və hörmət edir. O, həyatın hər anından zövq almağı bacarır. Belə qadınların enerjisi kişiləri həmişə özünə çəkir.
Bu mərkəzdə pozuntular qadınların bir çox komplekslərinin olmasına gətirib çıxarır: o, incikdir, hər şeydən şübhələnir, menstruasiya və reproduktiv orqanlarda problemlər yaranır, kişiləri qəbul etmir, seksdən həzz almır, enerji toplaya və onu qoruya bilmir, özünü hər an yorğun və tükənmiş hiss edir, özünə qulluq etmir, öz bədənini qəbul etmir və s.
Bəs seksual mərkəzi nə açır?
İntim əzələlərin daimi inkişafı, gözəl geyim, bəzək əşyaları, makiyaj, rəqslər, incə yeriş.Şirniyyat məhsullarının istifadəsi və onların dadından həzz almaq bacarığı.Qadınlığın açılması üçün meditativ məşqlər.Komplekslərin analizi, şüuraltı dağıdıcı proqramlarla iş.Yaradıcılıqla məşğul olmaq, gözəl və zərif musiqi dinləmək, kitab oxumaq, gözəl rəsm əsərinə tamaşa etmək, romantik filmlərə baxmaq, zərif qadınlar haqqında mütaliə.
Estetik zövq aldığınız hər şey sizi bərəkətli enerji ilə təmin etməyə qadirdir. Bu, sizə əsl xoşbəxtlik, fiziki rahatlıq və ruhi səadət bağışlayacaq, ən vacibi əsas enerji mərkəzini hərəkətə gətirəcək.
Qadının ikinci güc mərkəzi
Qadının ikinci güc mərkəzi Anaxata çakra sahəsində — ürəkdə yerləşir. Məhəbbət enerji mənbəyi buradadır. Əgər qadının ürəyi açıqdırsa, sevgisinin ən saf enerjisini dünyaya yayır, ətrafa minnətdarlıq hissiylə baxır, o, sevinclə parıldayır, istənilən şəraitdə xoşbəxt ola bilir. O, ən təmiz sevgi və qayğını ötürməyi və qəbul etməyi bacarır. O, dünya, qohumları, uşaqları və ən əsası öz əri ilə sevgiyə əsaslanan dərin və inamlı isti münasibətlər yaratmağa qadirdir. O, hər insanlıq halından anlamağa, başqalarının dərdini duymağa, onlara etibar etməyə və şəfa verməyə qadirdir.
Ürək mərkəzində pozuntular yaşayan qadınlar adətən qapalı olur. O, nə uşaq, nə ünsiyyət, nə də hər hansı münasibət istəyir. O, işə gedə, hətta əlavə öhdəlikləri öz üzərinə götürə bilər, təki ürək nahiyəsindəki ağrıları hiss etməsin. Onun yol yoldaşları bax, bunlardır: depressiya tutmaları, özünə və həyata qarşı məyusluq, güvənmək qorxusu, özünə inamı və həyatın mənasını itirmək.
O, istilik yox, soyuqluq saçır. Buzlar kraliçasına çevrilir. Belə bir vəziyyət bəlkə də qadın xəstəliklərinin inkişafına və sonsuzluğa gətirib çıxarır.
Ürək mərkəzinin açılmasına nə kömək edir?
Bir seçilmiş tanrıya meditasiya və ya ibadət etmək qəlbi saf sevgi ilə doldurur. Qadın tanrıçalara dua etmək — Məryəm ana, Kuan-İn, İsida və s.Heç bir mənfəət güdmədən insanlara yardım etmək, yemək bişirmək, istər yemək, istər maddi predmetlər, elmi bilik və ya təcrübəni bölüşmək, eləcə də uşaqların qayğısına qalmaq.Səmimi dua, dini musiqi, ruhani musiqi dinləmək.Açıq rəngli yüngül paltar geymək və daha tünd rənglərdən qaçmaq əlverişli hesab olunur.Ərli qadınlarla və analarla daha çox ünsiyyət qurmaq.Ürək çakralarını açan praktika və meditasiyalar, inciklikləri bağışlama və təhqirlərdən təmizlənmə ayinləri. Çəhrayı kvars, həmçinin ay daşları taxmaq.
Menyuya daha çox süd və süd məhsulları, yaşıl tərəvəz daxil edin, zorakılıq (ət, balıq, yumurta) enerjisini özündə ehtiva edən heyvan məhsullarından imtina edin. Hil, şatavari otları, daha çox gül çayları, xüsusilə qızılgül çayı için.
Qadının üçüncü güc mərkəzi
Qadın üçüncü güc qüvvəsi boğaz nahiyəsində — Vişudxa çakrasında yerləşir. Bu mərkəzin məqsədi — dünyaya saflıq, təmizlik, gözəllik, harmoniya, ahəng, zövq və dad bəxş etməkdir. O, məhz bunun üçün də bizə verilib. Əgər bu mərkəz inkişaf edibsə, qadın özünü mənəviyyatını, İlahi gücünü və yaradıcı potensialını hiss edir. O, fəsahətli (Aydın, gözəl, səlis, düzgün nitq), çox düzgün və aydın danışır, onu dinləmək xoşdur, o, həqiqəti görür və onu ifadə edə bilir. Onun nitqi şirin və xoşdur. “O, mahnı kimidir”, — sözlərini məhz belə qadınlar haqqında deyirlər.
Əgər burada müəyyən pozuntular varsa, qadın mənfi şeylər haqqında danışmağa, söyüş söyməyə, qeybət etməyə və inancını itirməyə meyilli olacaq. Dünya rəngləri onun üçün solur, o, həyatda nə gözəlliyi, nə sevinci görə bilir. Həyatın ona xəyal qırıqlığı yaşatdığını düşünür. Onu heç nə qane etmir. O, sürətlə solur. Əlbəttə ki, burada heç bir zəriflikdən söhbət də gedə bilməz.
Bu mühüm mərkəzin işini nə qaydaya salır və harmonizasiya edir?
Mənəvi inkişaf, dini ədəbiyyat, müqəddəs yazıları mütaliə. Müəllimlər, ümumi mənəvi prinsipləri və idealları olan insanlarla ünsiyyət. Ustad, yaxud böyük məhəbbət ehtiyatı və təcrübəsi olan şəxslərlə işləmək. Mühazirələr dinləmək, təlimlərdə iştirak etmək. Karmanın sualını araşdırmaq. Sağlam və təmiz həyat tərzini sürmək: xarici və daxili nəzarət.
publika.az
| ['qadın', 'qadın enerjisi', 'qadın bədəni', 'qadın hissiyyatı', 'seksual qadın', 'cinsi həvəs', 'cinsi həyat', 'seksual harmoniya', 'seksual şövq'] |
443 | https://kayzen.az/blog/daily-problems/22949/pis-%C9%99hval-ruhiyy%C9%99y%C9%99-qalib-g%C9%99lm%C9%99yin-10-yolu.html | Pis əhval-ruhiyyəyə qalib gəlməyin 10 yolu | Apollon | Gündəlik həyatın çətinlikləri | 1 dekabr 2018, 20:36 |
1. Yemək və idman
Hər iki halda beyin eyni hormonu ifraz etdiyinə görə sıranın birinci yerindədirlər. Xüsusən də, şokolad əhvalınızın yüksəlməsinə və özünüzü daha xoşbəxt hiss etməyə səbəb olacaq. Ən adi gəzinti də əhvalınızı dəyişə bilər. Günəşli günlərdə küçəyə çıxmağa tənbəllik etməyin.
2. Yaradıcılıqla məşğul olmaq
Rəsm çəkmək, musiqi ilə məşğul olmaq, yazmaq — hər biri kömək edə bilər. Bunları mükəmməl etmək vacib deyil, bacarmasanız da, öyrənməyə cəhd edin.
3. Gülümsəyin
Özünü çox pis hiss edirsinizsə, gülümsəyin. Yaxşı əhval-ruhiyyə ilə gülüş arasında xüsusi əlaqə var. Üzün mimikası əhvalınızı dəyişməyə təsir edə bilir.
4. Yaxşı bir əməl edin
Başqası üçün yaxşı nəsə etsəniz, özünüzü də yaxşı hiss edəcəksiniz. Hətta ən kiçik yaxşı əməliniz də əhvalınızı yüksəldəcək.
5. Musiqi dinləyin
Musiqi — sirli qüvvədir. Sevimli musiqinizi dinləyin.
6. Mənfi emosiyanı başqalarına hiss etdirməyin
İnsanlar eqoistdir və ilk növbədə, özləri haqda düşünür. Bu, əslində, normaldır. Amma əhvalınız pis olanda digərlərinin də kefini pozmaq yaxşı deyil. Başqalarını incidəcək və ya kobudluq edəcəyinizi düşünürsünüzsə, həmin yerdən uzaqlaşıb tək qalmaq hər zaman yaxşı fikirdir. Sonra özünüzə bu hərəkətinizə görə minnətdar olacaqsınız.
7. Anı yaşayın
Gözlərinizi yumun və nəsə düşünün. Beynimiz elə qurulub ki, onda ilişib qalan bir hadisə onun haqda daha da çox düşünməyə, o hadisənin mənfi enerjisini böyütməyə səbəb olur. Ancaq dərdiniz barədə düşündüyünüzü hiss edəndə başqa fikirlərə keçid edin. Özünüzə yazığınız gəlməsin və ən yaxşısı, sizi məşğul edəcək bir işlə məşğul olun.
8. Dərindən nəfəs alın və beyninizi təmizləyin
Bir neçə dərin nəfəsalma sakitləşməyinizə kömək edəcək. Bunu meditasiyanın ən sadə forması hesab etmək olar.
9. Səbəbləri tapın
Kefinizin pis olması nadir hallarda baş verirsə, narahat olmağa dəyməz. Tez-tez kefiniz pozulursa, mümkün ola biləcək səbəbləri araşdırın. Gündəlik tutun və açar hadisələri qeyd edin, sonra onları analiz edin. Bu, səbəbi tapmağa kömək edə bilər.
10. Problemi həll edin
Bu, ən vacibidir. Səbəbi tapdınızsa, onunla mübarizə aparın. İnsanla bağlı məsələdirsə, özü ilə danışın. Bütün fikirlərinizi və boş vaxtınızı ona həsr etməyin, amma həyatınıza mane olmasına da imkan verməyin.
| ['depressiya', 'çətinliklər', 'problemlər', 'pis əhval', 'stress', 'narahatlıq', 'narahatçılıq', 'yaxşı əhval-ruhiyyə', 'əhvali-ruhiyyə'] |
444 | https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/22945/nikola-tesla-%7C-ba%C5%9F%C4%B1-b%C9%99lal%C4%B1-dahi.html | Nikola Tesla | Başı bəlalı dahi | Guilty | Böyük insanlar,şəxsiyyətlər | 29 noyabr 2018, 18:21 |
1883-cü ildə serbiyalı elm adamı Nikola Tesla, Continental Edison Şirkətinin Avropa bölümündə işləyirdi.Çok zəkalı bir ixtiraçı idi. Fabrik müdürü ve Edisonun dostu Charles Batchelor onu şansını Amerika'da axtarmağa razı salaraq özünü Edisona tanıtmağı üçün məktub verdi. Beləcə Teslanın ölümünə qədər davam edən sıxıntılı və çiləli bir həyat başladı. Tesla, New Yorkda Edisonla tanış olan kimi Edison onu dərhal işə aldı. Tesla gündə on səkkiz saat işləyib Edison'un ibtidai dinamolarını inkişaf etdirməyin yollarını tapdı. Nəhayət onları tamamilə başdan dizayn etməyi təklif etdi. Edison'a görə bu bir nəticəsi olamayan və illərcə üzərində işləməyi tələb edən böyük bir iş idi, amma Teslaya, "Əgər bunu eliyə bilsən sənə 50.000 dollar verəcəm… əgər bacarsan," dedi. Tesla bu proyekt üstündə gecə gündüz işlədi və sadəcə bir il sonra dinamonu avtomatik idarəedicilərlə tamamlanmış ve qüsursuz şəkildə yenilənmiş olarak ortaya qoydu. Yaxşı xəbəri vermək və 50,000 dolarını almak üçün Edisona getdi.
Edison bunu eşidəndə xeyli məmnun olmuşdu, ama iş pul məsələsinə gələndə genc Teslaya, "Tesla, bizim Amerikan lətifələrimizi başa düşmürsən," deyərək maaşında kiçik bir artış elədi...
Teslanın ən çox istədiyi dəyişən elektrik cərəyanı sistemi yaratmaq idi. Edison birbaşa cərəyan sisteminə inanırdı və yalnızca Teslanın araşdırmasına dəstək verməməklə qalmayıb onu sabotaj edə bilmək üçün əlindən gələni edirdi. Tesla özünün elektrik şirkətini quran Pittsburghlu böyük işadamı George Westinghouse'a müraciət etdi. Westinghouse,Teslanın araşdırmasına tam dəstək verdi ve gələcəkdəki mənfəəti üçün cömərd bir patent haqqı təklif etdi. Teslanın yaratdığı dəyişən elektrik cərəyanı sistemi
bugün hələ də standartdır; ancaq, patentlər onun adına alındıqdan sonra digər elm adamları önə çıxıb Tesla üçün təməli hazırladıqlarını iddia edərək ixtiradan pay almağa çalışdılar. Teslanın adı bu qarışıqlıqda unuduldu və hər kəs bu icadı Westinghouse'un adı ilə birgə hallandırmağa başladı.
Bir il sonra Westinghouse'un, Teslayla imzalamış olduğu cömərd patent haqları müqaviləsini nümunə alan digər patent sahibləri də bu haqdan pay almağı tələb etməyə başladı. Westinghouse elm adamına əgər bütün patent haqqını ödəyərsə şirketin iflas olacağını açıqladı;Teslanı patentlərini 216.000 dolara satmağı qəbul etməyə razı saldı. Bu rəqəm şübhəsiz çok böyük idi, amma o dövürdəki əsil dəyəri olan
12 milyon dollardan çox az idi. Səhmdarla Teslanın elinden zənginliyini, patentləri və ən vacibi də kariyerasının ən böyük ixtirasının şərəf dəyərini aldılar.
Guglielmo Marconi adı həmişə radionun ixtirası ilə birlikdə hallanmışdır.Ancaq ixtirasını meydana gətirərkən Marconinin, Teslanın 1897-ci ildə aldığı bir patenti istifadə etdiyi ve araşdırmasının Teslanın araşdırmalarına söykəndiyini çox az adam bilir. Tesla yenə nə pul, nə də tərif aldı. Dəyişən elektrik cərəyanı sistemindən başqa indüksiya motorunu da ixtira etdi və o«radionun əsl atasıdır.»
Ancaq, bu ixtiralarının heç birində onun adı yoxdur.
Bir çox insan həqiqətlərlə məşğul olan elmin, dünyanın geri qalanının başına dərd olan önəmsiz rəqabətin xaricində olduğu xəyalına inanır. Nikola Tesla bunlardan bir idi. Elmin siyasətlə bir əlaqəsi olmadığına inanırdı, şöhrət ve zənginliyə etina etmədiyini deyirdi. Amma yaşlandıqca bu onun elmi işlərini məhv etdi. Adı yeni ixtiralarla birlikdə hallanmadığı üçün fikirlərinə yatırım edəcək adam tapa bilmirdi. Gələcək üçün möhtəşəm ixtiralar üzərində düşünürkən digərləri onun onsuz da almış olduğu patentleri oğurladılar.
Hər şeyi özü eləməyə çalışdı amma sadəcə yorğun düşdü və gücsüzləşdi.
Edison onun tam tərsi idi. Əslində böyük bir elm adamı ya da ixtiraçı deyildi; bir dəfə riyaziyyatçı olmağının lazım olmadığını, çünki hər zaman bir riyaziyyatçını işə ala biləcəyini demişdi… O əslində bir iş adamı və marketoloq idi. Xaricdəki fürsətləri dəyərləndirir, sahədəki ən yaxşı olanı işə alıb özü üçün çalışdırırdı.Əgər vacib olardısa rəqiblərindən oğurlayardı. Amma onun adı Tesladan çox daha yaxşı bilinir ve daha çox ixtira ilə birlikdə hallanır.
1917-ci ildə gücdən düşdüyü vaxtlarda Teslaya,Edison Amerikalı Elektrik Mühəndisləri İnstitutu Medalı veriləcəyi bildirildi. Tesla medalı qəbul etmədi.
«Mənə köynəyimə iynələyib institutunuzun üzvləri qarşısında boş bir saat boyunca sinəmi gərərək gəzə biləcəyim bir şərəf verməyi təklif edirsiniz. Bədənimə madal verib, açlığa davam etməyinə icazə verirsiniz, çünki institutunuzun büyük hissəsinin dayandığı təməli yaradan ağlım ve onun yaradıcı məhsullarını tanımağı rədd etdiniz.»
Tesla yaşlı bir adam olaraq yoxsulluq içində ölmüşdür.
| ['Nikola Tesla', 'fizika alimi', 'fizik', 'dahi fizik', 'dahi insan'] |
445 | https://kayzen.az/blog/azerbaycan/22704/az%C9%99rbaycan-k%C9%99la%C4%9Fay%C4%B1s%C4%B1.html | Azərbaycan kəlağayısı | Apollon | Azərbaycan | 28 noyabr 2018, 20:57 |
Azərbaycanda istehsalı qədimdən məlum olan kəlağayı ipək sapdan toxunmuş dördkünc formalı qadınlar üçün nəzərdə tutulmuş baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat” da deyilir. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksəkkeyfiyyətli kəlağayılar hazırlanırdı.
Kəlağayının haşiyəsi, bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilirdi. Bu və ya digər şərbaflıq mərkəzinin kəlağayıları ornamentlərinə görə bir-birindən seçilirdi.
Yaşlı və qoca qadınlar kəlağayını çalma, yaxud dingə bağlayır, cavan qadınlar və qızlar isə örpək kimi istifadə edirdilər. Qadınlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtərdilər. Bu ənənə bu gün də davam edir.
Yaxın Şərq və Qafqaz xalqları arasında geniş yayılmış kəlağayılar ölçü və rəng cəhətdən müxtəlif olur. Adətən yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar isə ağ və əlvan rəngli kiçik ölçülü kəlağayılara üstünlük verirlər.
Kəlağayı qədim adətlərimizin də ayrılmaz tərkib hissəsi olub, öz rəngləri ilə xeyir, şər, səadət və bədbəxtlik barədə xəbərdaredici rol oynayıb. Gəlin gətirilərkən başına ağ kəlağayı örtmək, gəlin arabasının qabağına ağ, soğanı, narıncı, zoğalı kəlağayılar bağlamaq, hüzn, matəm günləri evlərin qarşısından qara kəlağayılar asmaq, niyyət baş tutduqda məscidlərə, ziyarətgahlara kəlağayı aparmaq, kasıblara, şikəstlərə kəlağayı pay vermək kimi adətlərimiz buna nümunədir.
Basma naxış üsulu ilə naxışlanan Şərq motivli haşiyəli kəlağayılar ölkəmizin sərhədlərindən kənarda da şöhrət qazanmışdır. Şəki və Basqal kəlağayıları sırasında “Şah buta”, “ Saya buta”, “Xırda buta” çeşnilərindən daha çox istifadə olunmuşdur. “Heyratı”, “Soğanı”, “İstiotu “, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar böyük şöhrət qazanmışdır. Bu ipək məhsulları yerli sakinlərin, qonaqların və turistlərin zövqünü oxşamış, bu sənət nümunələri sərgilərdə, yarmarkalarda nümayiş etdirilmişdir.
Hazırda ölkəmizdə kəlağayı toxuculuğu işini davam etdirənlər çoxdur. Həmçinin Azərbaycanda milli dəyərlərimizi yaşadan zərif kəlağayı örtən qadınlarımız da çoxdur. Onlar bu örtüklərdə daha cazibəli, daha füsunkar görünürlər.
Kəlağayılarımız hər zaman naz-qəmzəli, şux yerişli Azərbaycan qadınlarının bənzərsiz gözəlliyinə xüsusi bir sirr, müəmma qatmışdır. Bu kəlağayılarda şairlərin, aşıqların fəxrlə tərənnüm etdikləri utancaq və ürkək baxışlar, işvəkar təbəssümlər, qadın simasının gözəllik cizgiləri gizlənmişdir.
Kəlağayı istehsalında müxtəlif rəng çalarlarından istifadə olunur. Müxtəlif bitki növlərindən- sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və başqa bitkilərdən boyaqlar hazırlanır. Kəlağayılar el sənətinin zərif, rahat, qadınlara gözəllik gətirən ismət simvolu sayılır.
azertag.az
| ['kəlağayı', 'kəlağayı sənəti', 'milli geyimlər', 'milli bəzək elementi', 'kelagayi haqqinda', 'kelagayi'] |
446 | https://kayzen.az/blog/kino/22830/andrey-tarkovskinin-qad%C4%B1nlar%C4%B1.html | Andrey Tarkovskinin qadınları | Apollon | Kino | 25 noyabr 2018, 19:02 |
Sarışın İrme Rauş
Dünya kinosunun nəhəng simalarından biri Andrey Tarkovski iki dəfə ailə həyatı qurub. Hər evlilikdən bir oğlu doğulub. İlk evləndiyi qadınla 1957-ci ildə tanış olub. İrme Rauş adlı bu qadın Tarkovskinin Kinomatoqrafiya Universitetində tələbə yoldaşı olub. 1957-ci ildə evlənirlər. Elə həmin il oğlan övladları dünyaya gəlir. Tarkovski oğlunun adını atasının şərəfinə Arsen qoyur. Uşaqdan sonra ailədə problem yaranır. 60-cı illərin əvvəlində onlar boşanırlar. İrma Rauş “İvanın uşaqlığı” filmində İvanın anası rolunu ifa edib.
Valentina Malyavina
Lakin bir müddət sonra o, “İvanın uşaqlığı” filmində baş rolu ifa edən aktrisa Valentina Malyavinaya aşiq olur. Aktrisa həmin günləri belə xatırlayır: “Onunla birlikdə olmaq çox çətin idi. O, hər zaman məni özününküləşdirmək istəyirdi. Heç vaxt məndən ayrılmaq istəmirdi. O, çox dahi və istedadlı insan idi. Sonra mən operator Pavel Arsenova ərə getdim. O, isə evləndi. Lakin, münasibətimiz davam edirdi. Çox yaxın dostlarımız bizim sevgimizdən xəbərdar idilər. Və onlar bizim münasibətimizə çox diqqətlə yanaşırdılar.
O, çox qəribə adam idi. Bəzən çox isti havada başına qalın papaq qoyub, boynuna şərf bağlayıb bayıra çıxardı. Bununla yanaşı o, həm də çox müasir və səliqəli geyinərdi. Həmçinin gözəl geyimli və baxımlı qadınların vurğunu idi. Məndən tez-tez nə üçün onunla ailə qurmadığımı xəbər alırlar… Doğrudu bir çox gözəl aktrisalar onun filmində çəkilməyi, onunla sevgili olmağı arzu edirdilər. Onlar ölümündən sonra belə onu öz aralarında bölə bilmədilər. Mən isə istəmədim. Çünki belə bizim hamımız üçün asan olacaqdı...”
“İvanın uşaqlığı” filmi 1962-ci ildə Venesiya film festivalında əsas mükafatı qazanır. Həmin festivala Tarkovski məhz Valentina Malyavinayla gedir. Tarkovski ilə Malyavina arasından qara pişik həmin ərəfədə keçir. Belə ki, festivala yollanan film heyətinin tərkibində filmdə əsgər rolunu ifa edən aktyor Andrey Konçalovski də olur. Malyavinanı dəlicəsinə sevən Tarkoviski isə sevdiyi qadını Konçalovskiyə qısqanır. Malyavina ilə Konçalovski həmin gecə səhərə qədər barda əylənirlər. Sonra Tarkovski ilə aktrisa arasında gərginlik yaranır. Tarkovski ilə bir otaqda qalan Konçalovski qapını nə qədər döysə də, rejissor qapını açmır.
Larisa Kizilova
“Andrey Rublev” filminin çəkilişləri vaxtı Tarkovskinin həyatı dəyişir. Belə ki, o, ikinci dəfə evlənəcəyi qadın Larisa Kizilova ilə tanış olur. Larisa onun sonuna qədər evli olduğu qadın olur. Bu evlilikdən də onların bir oğlu olur.
Larisa ilə evlənməsini Tarkovskinin bir çox yaxın dostları və qohumları qəbul etməyib. Hətta bu məsələ ilə bağlı Tarkovski öz doğma bacısı ilə dəfələrlə mübahisə edib, münasibətini kəsməli olub.
Larisa həmin günləri belə xatırlayır. “Bizimki ilk baxışdan məhəbbət idi. Film direktorunun kabinetində əyləşmişdim. Birdən o, gəldi. Bilmirdim ki, o, Andrey Tarkovskidi. Gördüm çox işıqlı, zərif, gözəl geyimli kişi içəri daxil oldu. Hisslərimi biruzə verməmək üçün mübarizə aparırdım. Onun mehriban münasibətinə cavab verməməyə çalışırdım. Axı biz ikimiz də ailəli idik. Mənim bir qızım, onun isə oğlu vardı. Hər ikimiz də bir-birimizə yaxınlaşmamaq üçün mübarizə aparsaq da, nəticəsi olmadı. Bizim iş münasibətimiz sevgiyə çevriləndə, Andrey mənim qarşımda diz üstə çöküb dedi: “Əziz Lara, bizim münasibətimiz müəyyənləşməyənə qədər mənim sizə olan sevgim ötüb keçməyəcək. Sizə o qədər hörmət edirəmki, heç vaxt sizə “sən” deyə müraciət edə bilmirəm”. Mən isə cavab verdim ki, eyni duyğuları mən də sizə qarşı hiss edirəm.
Biz yeddi il nigahsız birlikdə olduq. Nigahlanmağımıza qarşı çıxan da mən idim. Mənə elə gəlirdi ki, onun mənə qarşı olan hissləri ötüb keçəcək. Lakin, sonralar belə qərara gəldik ki, evlənsək yaxşıdı. Toydan əvvəl Andrey “Solyaris” filminə görə xaricə uçmalı oldu. Toy günü havanın pis olması ucbatından Andrey vaxtında gəlib çata bilmədi.
Sonralar mən onsuz, o, isə mənsiz yaşaya bilmirdik. Xəstələnəndə həmişə deyərdim ki, — mən birinci öləcəm. O isə cavab verirdi. Sən necə xudbinsən. – Əvvəlcə mən öləcəm”.
Nataliya Bondarçuk
Andrey Takovskinin növbəti sevgilisi isə aktrisa Nataliya Bondarçuk olur. Onlar tanış olduqları zaman hər ikisi evli olur. Onların arasındakı məhəbbət “Solyaris” filminin çəkilişiləri zamanı başlayır. Deyilənlərə görə “Solyaris” filminin qəhrəmanı məhz rejissorun ikinci arvadı Larisa Kizilovanın prototipi olur. Hətta Tarkovski bu qadının əlindən o qədər bezir ki, “İfritə” adlı ssenari də yazmalı olur.
Nataliya ilə Tarkovski arasında yaranan məhəbbətin ömrü çox da uzun çəkmir. Bir müddət sonra onlar ayrılırlar. Lakin Nataliya dahi adlandırdığı rejissoru unuda bilmir. Hətta depressiyaya düşüb intihara cəhd edir.
Nataliya Tarkovski haqqında xatirələrində yazır: "İndi onun arvadı Larisanın haqqında çox sözlər yazılır. Onu Tarkovskini ailəsindən ayırmaqda, xaricə köçüb orda yaşamasında və ölümündə günahlandırırlar. Ancaq bütün hallarda o, Larisanı seçdi. Deməli onun yanında görmək istədiyi qadın məhz Larisa idi. Mən ondan çox güclü təsirlənmişdim. O, ilk dəfə məni görəndə “Baxın, necə də gözəldi. Bu ki, lap mələkdi” demişdi. O, mənə rəsm əsəri kimi saatlarla baxmağı çox sevərdi. Maraqlı olan bu idi ki, o, məni özünə yaxın buraxmışdı. Hətta o, sonralar deyirdi ki, mənə elə gəlir ki, səni mən yaratmışam”.
“Solyaris” filmi Kannda əsas mükafata layiq görüləndə biz onunla bir yerdə idik. Lakin, mən bilirdim ki, bizim sevgi romanımızın başa çatmasına az qalıb. Elə də oldu. Festivaldan qayıdanda hava limanında onu həyat yoldaşı və oğlu qarşıladı.
Onunla ayrılıq mənə baha başa gəldi. Çünki, mən onun məşuqəsi olmaq istəmirdim. O da bunu başa düşürdü. Lakin, onsuz da yaşaya bilmirdim. Sonra mən intihara cəhd etdim. Damarlarımı kəsdim… İndi həmin hərəkətimi çox dəhşətli və qorxulu addım hesab edirəm. Ancaq o vaxtı bircə fikir məni məşğul edirdi.
«Onu mənə vermədilər… Bu məhəbbət ailəmin dağılmasına səbəb oldu. Bu təhlükəli sevgidən sonra mən kilsəyə gedib müqəddəs suda təmizləndim. Məni bədbəxtlikdən ikinci ərim Nikolay Burlyaev xilas etdi. Bizi yaxınlaşdıran həm də Tarkovskiyə olan məhəbbət idi. Çünki Burlyaev “İvanın uşaqlığı” filmində baş rola çəkilmişdi. Mən onu Tarkovskinin xəyali oğlu kimi sevdim.»
Əsrarəngiz Marqarita Terexova
Rejissorun bacısı müsahibələrinin birində qeyd edir ki, Marqarita ilə qardaşı arasında bir yaxınlaşma olmuşdu. Bu fikri Tarkovskinin ikinci arvadı Larisa Kizilovanın qızı Olqa da öz müsahibəsində təsdiqləyir. Lakin, aktrisa özü heç vaxt Tarkovski ilə sevgi münasibəti olduğunu açıqlamayıb.
Rejissorun qızlığı Olqadan da xoşu gəlirmiş. Larisa qızını Tarkovskidən uzaq tutmaq üçün əlindən gələni edirmiş. Rejissor ölümündən az əvvəl Aleksandr adlı daha bir oğlu olduğunu da öyrənir. Bu oğlanın anası isə Skandaviyalı Berit idi.
Rejissor əlli dörd yaşında xərçəngdən dünyasını dəyişir. Ölümündən bir müddət əvvəl o, arvadı Larisa və oğlu ilə birlikdə Fransaya köçür və mətbuata açıqlama verir ki, onlar bir də heç vaxt Moskvaya qayıtmayacaqlar: “Nə diri, nə də ölü halda mənim və mənim yaxınlarımın əzab çəkməsinə, alçalmasına səbəb olmuş ölkəyə qayıtmaq istəmirəm”.
Qohumlarının və bacısı Mariyanın israrına məhəl qoymayan, rejissorun son anına qədər onun yanında olan arvadı Larisa onun son vəsiyyətini yerinə yetirərək, Tarkovskini “Sent Jenevyev de Bua” qəbristanlığında dəfn etməyə nail olur.
Hazırladı: Samirə Əşrəf
| ['kino', 'rus kinosu', 'Andrey Tarkovski', 'rejissor'] |
447 | https://kayzen.az/blog/moda/22853/z%C3%B6vql%C3%BC-geyindiyinizi-g%C3%B6st%C9%99r%C9%99n-amill%C9%99r.html | Zövqlü geyindiyinizi göstərən amillər | Apollon | Moda dünyası | 24 noyabr 2018, 00:04 |
Belə deyirlər ki, zövqlər ətrafında mübahisə etmək olmaz. Müasir dəb də hər kəsə öz istədiyi tərzdə geyinməyə icazə verir. Lakin dəb dünyasının özünün yazılmamış qanunları var ki, onlara görə kimin zövqümüzü oxşadığını, kimin isə əksinə zövqümüzü korladığını müəyyən etmək olur.
Hər insan geyimində ümumi qaydaları nəzərə alıb öz imzasını qoymağı bacarmalıdır. Təbii ki, necə gəldi geyinənləri nəzərdə tutmuruq. Ancaq özünəməxsusluğu ilə fərqlənən şəxs modapərəst adına layiq görülə bilər.
1. Geyiminizlə bağlı hər gün tərif eşidirsiniz.
2. Heç vaxt pis və ya qəribə geyindiyinizi hiss etmirsiniz.
3. Dostlarınız və ailə üzvləriniz həmişə sizinlə birlikdə alış-verişə çıxmağı təklif edirlər.
4. Öz üslubunuzu 3 sözlə ifadə edə bilirsiniz.
5. Qarderobunuzda heç vaxt dəbdən düşməyən, istənilən vəziyyət üçün uyğun olan və nəhayət, klassikləşmiş: plaş, qara qısa don, ağ düyməli köynək, bej və ya qara stiletto və s. bu kimi geyimlər var.
6. Sizin etibar edə biləcəyiniz bacarıqlı dərzi tanışınız var və dostlarınız onun əlaqə nömrələrini sizdən tez-tez soruşurlar.
7. Rəfiqələriniz və iş yoldaşlarınız hər hansı vacib tədbirə və ya mərasimə gedərkən paltar seçmək üçün ona yardım etməyinizi xahiş edirlər.
8. Küçədə tanımadığınız adamlar sizi saxlayıb utana-utana əyninizdəki paltarı, çantanı və ya hər hansı aksessuarı bəyəndiyini deyib onu haradan aldığınızla maraqlanırlar.
9. “Instagram” bloqunuzda sizi izləyənlər köhnə şəkillərinizi tez-tez bəyənib xoş sözlər yazırlar.
10. Geyinməyə paltar tapmayanda heç nədən maraqlı kombin düzəldib evdən çıxırsınız.
11. İllər əvvəl çəkdirdiyiniz şəkillərə baxanda geyiminizdən utanmır, əksinə, özünüzü bəyənirsiniz.
12. Qüsursuz görünmək üçün sizin bahalı brendlərdən alış-veriş etməyə və ya çoxlu pula ehtiyacınız yoxdur. Ucuz geyimlə də zövqlü görünmək olar — prinsipinə əməl edirsiniz.
13. Aldığınız hər hansı geyimə görə evə gələndən sonra peşmançılıq çəkmirsinizsə…
14. Dəbin sizi idarə etməsinə icazə vermirsiniz.
Əgər bu siyahıdakı bütün deyilənlərlə razılaşıb “hə” cavabını verə bildinizsə, sizi təbrik edə bilərik. Siz zövqlə geyinməyi bacaran xalis modapərəstsiniz.
publika.az
| ['dəb', 'moda', 'dəbli olmaq', 'zövq', 'zövqlü geyinmək'] |
448 | https://kayzen.az/blog/daily-problems/22855/evlilik-t%C9%99zyiqinin-f%C9%99sadlar%C4%B1.html | Evlilik təzyiqinin fəsadları | Apollon | Gündəlik həyatın çətinlikləri | 21 noyabr 2018, 22:43 |
Övladını zorla evliliyə sürükləyən valideynlər bu gün də mövcuddu. İstəmədiyi biri ilə evlənməyə məhkum olunan gənclərin özünə qəsd etdiklərini çox görmüşük. Təəssüf ki, valideynlər hərdən atdıqları addımların sonluğunu düşünmürlər. Məhz buna görə də adətən qızlar çıxış yolunu qaçmaqda tapırlar.
Elə əsl həngamə də bundan sonra başlayır. Valideynin istədiyi biri ilə deyil, sevdiyi şəxslə qaçan qızlar bütün yaxınları, qohumları tərəfindən daim təzyiqlərə məruz qalır. Halbuki, belə olan halda yalnız bir çıxış yolu var. Necə deyərlər, olan-olub, keçən də keçib. Ana və atanın, qohumların yenidən hədə-qorxuları görəsən nəyi dəyişdirəcək? Ya da valideynlər övladını geri qaytarıb yenidən zorla başqasına ərə verməyimi planlaşdırırlar? İstənilən halda bu cür düşüncənin arxasında maarifsizlik “yatır”. Çünki cəmiyyət olaraq kimlərisə təqib etmək, həyatlarını zindana çevirmək sanki ümumi bir simvolumuzdur.
Məsələni dəyərləndirən ekspertlər də valideynlərin göstərdiyi təzyiqin tamamilə yanlış olduğunu düşünürlər. Onların sözlərinə görə, yetkinlik yaşına çatmış hər bir şəxsin evlənmək hüququ var və heç kəsin ona sərt təpki vermək haqqı yoxdur. Hüquqşünas İradə Cavadova cəmiyyətimizdə valideynin hətta 30 yaşı olan övladına təzyiq göstərdiyini söyləyir:
“Azərbaycanın daha çox regionlarında belə məsələlərlə üzləşirik. Valideynlər hesab edirlər ki, 18 yaşına çatmış və o yaşdan yuxarı olan övladlar hələ uşaqdır. Azərbaycanda buna münasibət birmənalı deyil. 21 yaşında gənc xanımdı, o artıq valideynlərinin tənbehi ilə yaşaya bilməz. Onun şəxsi həyatı var. Azad fikri və seçim hüququ var. Sevdiyi oğlanla ailə qurub və həm qız tərəfi, həm də oğlan tərəfi buna hər hansı bir təzyiq göstərə bilməz. Əgər qız yetkinlik yaşına çatmamış olsaydı, o zaman valideyn deyə bilərdi ki, hələ yetkinlik yaşına çatmayıb və ailə qurmaq hüququ yoxdur. Həmçinin hansısa hüquq mühafizə orqanlarına müraciət edə bilərlər. Hər iki gənc müstəqil şəxslərdi və özlərinin seçim hüquqları var. Buna hörmətlə yanaşmaq lazımdır”.
Sosioloq Əhməd Qəşəmoğlu isə hələ lap qədim adət-ənənələrimizdən bəri belə hadisə baş verdikdən sonra məsələnin bağlandığını bildirib. Sosioloqun fikrincə, əgər qız öz istəyi ilə qaçıbsa, ona qarışmaq heç bir halda düzgün deyil:
“Artıq iş-işdən keçib. Düşünürəm ki, bu gənclərə qarışmaq mümkün deyil. Son vaxtlar cəmiyyətdə müəyyən gərginlik var. İntihar halları da artıb. Ona görə də ehtiyatlı olmaq lazımdır. Yəni, uşağa birmənalı olaraq heç bir təzyiq göstərmək olmaz. Təzyiqin ancaq mənfi nəticəsi ola bilər. Əgər valideynlər bilsəydilər ki, qız başqa birinə qaçacaq, o zaman müəyyən maarifləndirici söhbətlər apara bilərdilər. Azərbaycan mühitində ictimai rəy və qınaq yeni bir şey deyil. Hər zaman belə hallar olub. Lakin yenidən bu məsələlərə qarışmaq heç məqbul sayılmır”.
gencaile.az
| ['evlilik', 'evlilik qorxusu', 'evlənmək', 'ailə təzyiqi', 'zorla evlənmək'] |
449 | https://kayzen.az/blog/ushaq_terbiyesi/22657/u%C5%9Faq-t%C9%99rbiy%C9%99sind%C9%99-yol-veril%C9%99n-s%C9%99hvl%C9%99r.html | Uşaq tərbiyəsində yol verilən səhvlər | Apollon | Uşaq tərbiyəsi | 16 noyabr 2018, 21:35 |
Günümüzdə artan hallardan biri də uşağına “yox" deməyi bacarmayan valideynlərin sayının artmasıdır. Bu davranışlar ilə böyüdülən uşaqlar ümumi olaraq “mən “mərkəzli olurlar. Xüsusilə, özlərinə əhəmiyyət verən, beləliklə də insani həssaslığı zəif olan bir nəsil yetişməkdədir. Uşağın böyüdülməsində valideynlər tərəfindən edilən bir çox xətalar vardır. Bunları ümumiləşdirsək aşağıdakı maddələr ortaya çıxmış olar:
1. Uşağa yalan demək! Bir çoxumuz uşaqlıqda bu mənzərə ilə rastlaşmışıq “ağzını aç bu sonuncu qaşıqdır, bax bu sondur… “ beləliklə sonuncu qaşıqların həddi hesabı bilinməz. Beləliklə, əslində uşağa yalan danışmağı öyrədən ana-atalardır.
2. Söz verib, tutmamaq! Bax, bu məsələdə bir çox ana atalarımız təəssüf olsun ki, mənfi mənada olduqca uğurludur. Zamanı doğru bölə bilmədiyimiz üçün uşağımıza verdiyimiz sözü də yerinə yetirmirik. Uşaq bir şey istədiyi zaman, “Yaxşı edərik “deyirik. Uşaq “Nə zaman? “soruşanda isə təsadüfən ağlımıza gələn cavabı vermiş oluruq: “Həftə sonu edərik yaxud filan tarixdə edərik “. Unutmayın ki, uşaqlar çox ağıllıdırlar və onlara verilən sözləri unutmazlar. Günü gəldiyi zaman “Bəs edəcəkdik? “ deyə soruşarlar. Uşaqların yaddaşlarında tutduğu bir dəftər vardır və hər şeyi oraya qeyd edərlər. “Dedi və Etmədi “deyə yaddaşına yazılar. Uşağın sizə olan güvəni tam olaraq qırıldığı zaman isə nə desəniz də mənası olmaz,sözünüzə qulaq asmaz və sizə tabe olmaz.
3. Uşağın yerinə qərar vermək! Uşağa verilən suallara, uşaqların yerinə cavab verən ata-analar çoxdur. ABŞ-da belə valideynlərə “Helicopter parent” yəni “Vertolyot ana ata “deyilir.
4. Uşaqları texnologiyadan asılı etmək! Siz ev işlərinizi rahat etmək üçün uşağınızı TV, iPad qarşısında saatlarla cizgi filmi izləsin deyə qoyduğunuz zaman həm fiziki, həm də zehni inkişafına zərər vermiş olursunuz. Ekran qarşısında keçirilən vaxtı azaltmaqla onların daha yaradıcı və daha az aqressiv olmalarına kömək etmiş olarsınız.
5. Uşağınızı eşitməmək! Uşağınız sizə birşey danışdığı zaman onu maraqla dinləyin. Unutmayın ki siz uşağınızın qarşısında bir modelsiniz və o da sizi, sizin onu eşitmədiyiniz kimi dinləməyə bilər. Əgər uşağınız sizə bir şey deməyə çalışırsa, onu dinləyin.
6. Başqalarının yanında mühakimə etmək! Uşaqlarımız haqqında olan fikirlərimizi başqalarının da yanında bəzən çox rahatlıqla ifadə edirik. Bunun adı əslində “Stigma “ dır, yəni onu damğalamış oluruq. “Xalası bax, bu uşaq çox dəcəldir “, “Müəlliməsi, bu evdə də belə edir “kimi ifadələr uşağınızı alçaltmış olar.
7. Uşağın hər istədiyini etmək!
8. Qaydalar qoymamaq! Qaydaların olmadığını bir ailədə məsuliyyət hissi inkişaf etməz. Qaydalar ailə üzvləri arasında rahat başa düşülən dillə olmalı və tətbiq edilməlidir.
9. Uşağınıza dediklərinizi, özünüzün etməməniz! Uşaqların etməsini istədiyiniz şeyləri siz etməsəniz, onlar da sizin sözünüzün əsası olmadığını düşünə bilər. Bunun ən sadə misalı, özü sağlam qidalanmayan ana – ataların uşaqlarını sağlam qidalanmağa məcbur etmələridir.
10. Uşağınızı özünüzdən asılı halda böyütmək! Əgər siz uşağınızın çantasını hazırlayıb, bir yerə gedərkən əlindən tutursunuzsa, özü öz başına gəzməsinə icazə vermirsinizsə, onlara bacarıqsız olmağı öyrədirsiniz. Bir müddət sonra uşaqlar, hər şeyi etməyin sizin öhdəliyiniz olduğunu düşünəcək, siz olmadan heç bir yerə gedə bilməyəcək, öhdəliklərinin məsuliyyətini ala bilməyəcəkdir.
11. “-Mış”kimi etmək! Sevirmiş, əhəmiyyət verirmiş kimi davranmamaq lazımdır. Çünki uşaqlar səmimiyyətlə olan və səmimiyyətsiz olan şeyləri çox gözəl şəkildə bir birindən ayırmağı bacarır.
Bənövşə Soltanova
Narınc Psixologiya Mərkəzi.
| ['uşaq tərbiyəsi', 'uşaq psixologiyası', 'valideyn-uşaq münasibətləri', 'valideyn olmaq', 'övlad tərbiyəsi'] |
450 | https://kayzen.az/blog/futbol/22714/%C9%99fsan%C9%99vi-futbol-hakimi-tofiq-b%C9%99hramov.html | Əfsanəvi futbol hakimi - Tofiq Bəhramov | Apollon | Futbol | 16 noyabr 2018, 21:28 |
Dünya futbol tarixinə “Qızıl fit” almış yeganə laynsman kimi düşən azərbaycanlı futbol hakimi Tofiq Bəhramov 1925-ci il yanvarın 29- da Ağdamda dünyaya göz açıb.
Tofiq Bəhramov futbolçu karyerasına 1940-cı ildə başlayıb. O, əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftyanik”ə dəvət olunub. Lakin o, ayağından aldığı zədə nəticəsində futbolçu karyerasına erkən son qoyub.
Ancaq futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmayıb və hakim kimi bu idman növündə fəaliyyətini davam etdirib. 1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alan azərbaycanlı hakim, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb.
Tofiq Bəhramov idman tarixinə keçmiş SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi düşüb. İki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edib. Dünya çempionatının final oyununa düşmək üçün Tofiq Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib.
O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.
Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb. Bundan başqa, azərbaycanlı hakim 1972-ci ildə qitələrarası kubokun finalını idarə edib.
Əfsanəvi azərbaycanlı hakim tarixdə öz ədalətli qərarı ilə unudulmaz iz qoyub. 1966-cı ildə dünya çempionatının Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Herstin mübahisəli qolunu qeydə alan Tofiq Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi. Həmin ərəfədə “Qızıl fit”lə yalnız baş hakimlər təltif olunurdu.
Tofiq Bəhramov isə bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası “Qızıl fit”i və “Qızıl ilahə”nin kiçik modelini həmyerlimizə təqdim etmişdi.
Azərbaycanlı idman ustası, həmçinin 1970-ci il dünya çempionatında da hakim kimi futbol meydançasına çıxıb. Ən əsası isə əfsanəvi yarış sayılan Braziliya-Uruqvay yarımfinal yarışını idarə edib.
Əfsanəvi azərbaycanlı futbol hakiminin haqqında sənədli film də çəkilib, ingilis yazıçısı Artur Hopkraft özünün ən məşhur “Futbol adamı” kitabını Azərbaycan arbitrinə həsr edib.
Tofiq Bəhramov Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Hazırda Azərbaycanda ölkənin bir nömrəli idman arenası – Respublika stadionu Tofiq Bəhramovun adını daşıyır. Dünyada hakimlər içərisində ilk dəfə 2004-cü ildə məhz ona abidə ucaldılıb.
Azərbaycan və dünya futbolunda unudulmaz xidmətləri olan Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.
azertag.az
| ['futbol', 'azərbaycanlı futbolçu', 'futbolçu', 'futbol hakimi', 'əfsanəvi futbolçular', 'Tofiq Bəhramov'] |
451 | https://kayzen.az/blog/evdarliq/22812/%C9%99dviyyatlardan-nec%C9%99-istifad%C9%99-etm%C9%99li.html | Ədviyyatlardan necə istifadə etməli? | Apollon | Evdarlıq | 16 noyabr 2018, 19:58 |
Bişirdiyiniz bütün xörəklərin ləzzətli olmağını istəyirsinizsə, ədviyyatlardan düzgün istifadə etmək qaydalarını öyrənməlisiniz.
Qoyun və mal əti üçün: qırmızı, qara və pul bibər, mixək, kəklikotu, kimyon, zirə, sarıkök, zərdəçal, soğan, oreqano.
Toyuq və digər quş ətləri üçün: kəklikotu, rozmarin, reyhan qurusu, adaçayı, kəklikotu Balıq əti üçün: dəfnə yarpağı, ağ istiot, zəncəfil, pul bibər,soğan, keşniş və ya toxumu, çili bibəri, xardal, şüyüd, kəklikotu, soğan.
Qril (izqara) üçün: qırmızı istiot, mayoran, hind qozu, zirə, zəncəfil, çili bibəri, hil.
Kələm üçün: keşniş, razyana, qara xardalın toxumu, kimyon.
Kartof üçün: keşniş, sarıkök, zərdəçal, şüyüd.
Marinadlar üçün: dəfnə yarpağı, şüyüdün budaqları və ya qurudulmuşu, soğan.
Meyvə şirələri və kompotlar üçün: darçın, mixək, hil, cirə.
Xəmir bişmələri üçün: darçın, mixək, zəncəfil, cirə, apelsin və limon qabığı, xaş-xaş, vanil, küncüt, razyana.
Paştetlər üçün: ağ istiot, dəfnə yarpağı, cirə, keşniş toxumu, mixək, zirə.
İsti süd üçün: zərdəçal, zəfəran, darçın.
| ['ədviyyat', 'ədviyyatlardan istifadə', 'ədviyyatlar'] |
452 | https://kayzen.az/blog/edebiyyat/22673/zarafat,-n%C9%99rd-,-%C5%9Fahmat-v%C9%99-onlar%C4%B1n-%C5%9F%C9%99rtl%C9%99ri-haqq%C4%B1nda-%7C-qabusnam%C9%99.html | Zarafat, nərd, şahmat və onların şərtləri haqqında | Qabusnamə | Apollon | Ədəbiyyat | 12 noyabr 2018, 22:02 |
Bil, ey oğul, deyiblər: “zarafat şərin müqəddiməsidir”, yəni zarafat bütün bəlaların bələdçisidir. Bacardıqca şit zarafatdan qaç, əgər zarafat etsən, heç olmazsa, məst vaxtı etmə, belə halda şər və bəla daha çox olar. İstər ayıq ol, istərsə məst, nalayiq zarafatlardan və söyüş söyməkdən utan, xüsusilə nərd və şahmat oynadıqda, çünki bu iki oyunda adamlar daha tez əsəbiləşir və zarafata az davam gətirirlər.
Çox nərd və şahmat oynamağı özünə adət etmə, oynamalı olsan, hərdənbir oyna, quşdan, qoyundan, qonaqlıqdan və ya bunlardan daha kiçik olan bir şeydən oyna. Girov və puldan oynama, puldan oynamaq tərbiyəsizlikdir və qumar hesab edilər. Oynamağı yaxşı bilirsənsə, qumarbazlıqda ad çıxarmışla oynama ki, sən də qumarbaz kimi tanınarsan. Oynayırsansa, özündən daha adlı-sanlı və şöhrətlisi ilə oyna.
Nərd və şahmatda nəzakət qaydası belədir: əgər nərd oynasan, zərləri qoy əvvəlcə rəqib götürsün, şahmatda da ilk gedişi ona ver. Lakin cığalbazlar, xidmətçilər, arvadlar, uşaqlar və tündxasiyyətli adamlarla girovdan oynama, axırı cəncəl olar. Zərin xalları üstündə rəqiblə mübahisə edib hay-küy qaldırma, and içmə ki, filanı atmışdım. Andın doğru olsa da, camaat onu yalan güman edər.
Bütün şər və fəsadın əsası zarafatdır; zarafat etməkdən özünü qoru. Hərçənd zarafat nə günahdır, nə eyib. Peyğəmbər (s.) də zarafat edib.
Hekayət. Aişənin evində bir qarı var idi, bir gün Peyğəmbərdən (s.) soruşdu: “Ey Allahın elçisi, mənim üzüm behiştə gedənlərinki kimidir, ya cəhənnəmə”, yəni: “Mən behiştliyəm, ya cəhənnəmlik?”
Deyirlər Allahın elçisi zarafat edərdi, lakin həm də doğrusunu deyərdi. Peyğəmbər (s.) zarafatyana qarıya deyir: “O dünyada heç bir qoca qadın behiştdə olmayacaq”. Qarının kefi pozulur, ağlamağa başlayır.
Peyğəmbər (s.) gülərək deyir: “Ağlama, mənim sözümdə xilaf olabilməz, doğru dedim ki, heç bir qoca behiştdə olmayacaq, çünki qiyamət günü hamı qəbirdən cavan qalxacaq”. Qarının könlü açılır.
Zarafat etmək olar, lakin söyüş söymək yaramaz. Əgər söyüş etməli olsan, barı az söy və öz taylarına de ki, cavab qaytarsalar, eyib olmasın. Şit zarafat etdikdə də ona ciddilik qarışdır, lakin söyüşdən qaç. Doğrudur, hərzarafatda bir şitlik var, lakin həddini bilmək lazımdır. Hər nə desən, onu da eşidərsən, xalqa nə edirsənsə, onu da xalqdan gözləməlisən. Lakin heç kəslə dalaşma, dalaşmaq kişi işi deyil, arvad və uşaq işidir. Əgər, işdir, biriilə dalaşmalı olsan, elə dalaş ki, barışığa yer qalsın.
Çox da sırtıq və inad olma. Alçaq adamların ən pis xasiyyəti sırtıqlıq və inaddır. Ən gözəl sifət təvazökarlıqdır. Təvazö elə bir vergidir ki, heç kəs ona həsəd etməz. Hər sözbaşı demə: „a kişi!“, çünki səbəbsiz olaraq „a kişi“ deyən adam kişini kişilikdən salmış olar.
Şərab içmək, zarafat etmək, eşqbazlıq — bunların hamısı cavanların işidir, lakin bu işlərin əndazəsini bilmək yaxşıdır, bunları elə gözəl təşkil etmək olar ki, camaat sənə irad tuta bilməz.
İndi ki şərab içmək, zarafat etmək, nərd və şahmat haqqında bir neçə söz deyildi, istər-istəməz məhəbbət, eşqbazlıq qaydaları və onların şərtləri haqqında da bəzi şeylər demək lazım gəlir. Yerinə yetirib-yetirməyəcəyini bilmirəm, çünki ürəyə hökm etmək çətin işdir.
| ['ədəbiyyat', 'Qabusnamədən kəlamlar', 'Qabusnamə', 'qumar'] |
453 | https://kayzen.az/blog/optimist/22459/toy-musiqil%C9%99ri-nec%C9%99-se%C3%A7ilm%C9%99lidir.html | Toy musiqiləri necə seçilməlidir? | Apollon | Hər şey gözəldir | 9 noyabr 2018, 23:43 |
Professional bir qrupla birlikdə hazırlayırsınızsa…
Seçkilərin bir çoxunu onlara buraxa bilərsiniz, ancaq qrupun kifayət qədər professional olmadığına inanırsınızsa, əlbəttə ki, bütün siyahıya əl atmanız lazım ola bilər. Bu vəziyyət bir az da gənc cütlüyün büdcəsi daxilində təyin olunur. Bir çox orkestr qrupu bütün siyahını özü nizamlasa da, sizdən bəzi parçaların hansıları olacağını istəyəcəklər.
Bunlar arasında toya giriş musiqini, ilk rəqsin reallaşdırılacağı parça və tortun kəsiləcəyi mahnı iştirak etməkdədir. Ən əhəmiyyətli anlarda çalacaq olan bu musiqiləri öz idarənizə almağı unutmamalısınız.
Qonaqların zövqünə xitab etmək üçün
Təbii ki, ifadə etdiyimiz kimi, toyunuza çox müxtəlif musiqilər dinləyən iştirakçılar iştirak edəcək. Bu səbəblə əksəriyyətlə öz zövqlərinizə görə musiqilər seçsəniz də, bir qisimini onların da qatıla biləcəkləri musiqilər olaraq təyin etməlisiniz. Xüsusilə yaşı böyük olan qonaqlarınız son illərdə ortaya çıxan musiqi növlərinə qarşı soyuq ola bilərlər və onları da rahatlatdırmaq üçün onların dövrlərindən bir neçə parçaya yer verərək onları məmnun edə bilər, bir tərəfdən də nostaljik bir hava verə bilərsiniz.
Toyunuz yeməkli olacaqsa…
Yeməkli toylar edənlərin diqqət etmələri lazım olan ən əhəmiyyətli mövzu, yemək əsnasında çox hərəkətli parçalardan qaçmaq olmalıdır. Çünki yeməkləri əsnasında narahat olmadan kefli bir şəkildə yeyə bilən və dostları ilə söhbət ədəbilən insanlar toydan çox daha məmnun bir şəkildə ayrılacaqlar. Lakin sıra tort kəsməyə gəldiyində isə hərəkətli və ola bildiyincə canlı bir mahnı seçim edə bilər, beləcə toyunuzun ən əhəmiyyətli anını unudulmaz bir hala gətirə bilərsiniz.
Əyləncəyə davam
Əlbəttə, daha fərqli bir anlayış təyin etmək də mümkün. Toyunuzdakı yaşı böyük iştirakçılar böyük ehtimalla tez saatlarda yavaş – yavaş salonu tərk edəcəklər. O ana qədər daha sakit və köhnə tip musiqilərlə idarə edə bilər, onlar ayrıldıqdan və öz yoldaşlarınız salonda qaldıqdan sonra öz təyin edəcəyiniz mahnılar və DJ ilə könülünüzcə əylənə bilərsiniz.
| ['toy', 'toy musiqiləri', 'toyun təşkili', 'toya hazırlıq'] |
454 | https://kayzen.az/blog/Azerbaycan-kinosu/22707/az%C9%99rbaycanda-cizgi-filml%C9%99rinin-yaranma-tarixi.html | Azərbaycanda cizgi filmlərinin yaranma tarixi | Apollon | Azərbaycan kinosu | 8 noyabr 2018, 23:04 |
Azərbaycanda cizgi film yaratmaq istəyi və bu istəyin həyata keçirilməsi XX əsrin 30-cu illərinə aid edilir. “Azərbaycanfilm” studiyası bu işdə xüsusi səy görsətmiş, lazım olan texniki avadanlıqları Moskvadan alıb gətirmişdir.
“Lökbatan” və “Neft simfoniyası” (rej. B.Pumpyanski) sənədli filmlərinin çəkilişi zamanı texniki animasiyadan istifadə edilmiş, “Cat” təlimat filmində isə (rəs. Basov) animasiyadan bütünlüklə istifadə olunmuşdur. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilmişdir. Bu film kinostudiya işçiləri üçün stimul rolunu oynadı və bir qrup təşəbbüskar da cizgi filmi yaratmaq qərarına gəldi. Cizgi filmlərinin mövzusu xalq nağıllarından götürülürdü.
A.Papov tərəfindən “Abbasın bədbəxtliyi” adlı ssenari yazıldı və filmin operatoru Q.Yegiazarov, rejissoru E.Dikaryov oldu. Filmdə nümayiş olunan rəsmlər isə Q.Xalıqov, C.Zeynalov, M.Maqomayev və Ə.Mirzəyevə məxsus idi.
Böyük Vətən müharibəsi başlamamışdan bir qədər əvvəl studiyada “Sindbad dəniz səyyahıdır” adlı ikinci cizgi filminin çəkilişlərinə hazırlıq görülürdü. Bu, səsli film olmalı idi. Lakin təəssüf ki, müharibənin başlanması ilə əlaqədar işlər yarımçıq qaldı.
60-cı illərin sonlarında kinostudiyada cizgi filmlərinin çəkilişi üçün şərait yaradıldı. Cizgi filmlərinin çəkilişi üçün 20 nəfərdən ibarət rəssamlar qrupu yaradılmış, bu sənətin sirrlərini öyrənmək üçün studiyada xüsusi kurslar açılmışdır.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 1968-ci ildə cizgi filmləri sexi bərpa olundu. Direktor Ə.İsgəndərov sexin istifadəyə verilməsinə və cizgi filmləri üzrə kadrların hazırlanmasına, eyni zamanda cizgi filmlərinin istehsalı prosesinə xüsusi diqqət yetirirdi.
Nəhayət, 1969-cu il fevralın 28-də “Cırtdan” adlı xalq nağılının motivləri əsasında eyni adlı cizgi filmin istehsalı başa çatdırıldı. Kinostudiyanın cizgi filmləri sexinin bərpasından sonra çəkilmiş birinci film “Cırtdan” oldu. Film 1969-cu ildə ekranlara buraxıldı və uzun müddət kinoteatrlarımızın ekranlarında oldu. Beləliklə, “Cırtdan”ın istehsalı ilə Azərbaycanda cizgi filmləri tarixinin ikinci dövrü başlandı.
70-ci illərdə kinostudiyanın cizgi filmləri şöbəsində 20-dən artıq cizgi filmi istehsal olunmuşdur. 1971-ci ildə A.Şaiqin eyniadlı əsəri əsasında “Tülkü həccə gedir” (rej. N.Məmədov, B. Əliyev) cizgi filmi çəkildi. Bu cizgi filmi istər üslub, istərsə də sənətkarlıq baxımından ən maraqlı işlərdən biridir. “Çaqqal oğlu çaqqal” kukla filmi (1972, rej. M.Rəfiyev) ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir.
80-ci illərdə kinostudiyada 38 adda cizgi filmi istehsal olunmuşdur. Azərbaycan cizgi filmləri bədii keyfiyyət baxımdan eyni səviyyədə deyildi. Bunun bir neçə səbəbi var idi: birincisi kadrların hazırlığı, peşəkarlığı, ikincisi isə texniki avadanlığın, xüsusilə boyaların kasadlığı ilə əlaqədar idi.
80-ci illərin sonunda ölkədə gedən ictimai-siyasi proseslər, bunların bütün sahələrə, o cümlədən yaradıcı təşkilatlara təsiri, “Azərbaycanfilm”in yeni iş üsuluna keçməsi ilə əlaqədar yollar axtarması kinostudiya nəzdindəki birlik və şöbələrin müstəqil fəaliyyət görsətməsinə təkan verdi.
1990-cı ilin aprel ayında Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfatın icarə formasına keçdilər. Multiplikasiya sexinin adı da dəyişdirilib, “Azanfilm” Yaradıcılıq-İstehsalat Birliyi oldu. “Azanfilm” – Azərbaycan animasiya filmləri deməkdir.
90-cı illərdə “Azanfilm” markası altında 19 cizgi filmi çəkilmişdir. 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi keçirilmiş, bu festivalda ən yaxşı cizgi filminə görə rejissor V.Talıbova priz və diplom verilmişdir.
azertag.az
| ['Azərbaycan', 'Azəraycan televiziyası', 'televiziya', 'cizgi filmləri', 'cizgi filmi'] |
455 | https://kayzen.az/blog/ad%C9%99tl%C9%99r/22705/az%C9%99rbaycanda-toy-ad%C9%99t-%C9%99n%C9%99n%C9%99l%C9%99ri.html | Azərbaycanda toy adət-ənənələri | Apollon | adət-ənənələr | 3 noyabr 2018, 21:22 |
Bir xalqın tarixi kökünü, milli mənəviyyatını öyrənmək istəyiriksə, mütləq həmin xalqın milli adət-ənənələrinə nəzər salmalıyıq. Çünki milli adət-ənənələr hər bir xalqın milli mənəviyyatının zənginliyindən, irsindən, inkişafından və dəyərlərindən xəbər verir.
Milli dəyərlərə bağlılıq, milli irsə sahib çıxmaq o qədər vacib nüansdır ki, hər birimiz bu missiyanın öhdəsindən layiqincə gəlməliyik. Adət-ənənələrin yaşadılması çox vacibdir. Onu yaşatmalı olan isə biz vətəndaşlarıq.
Azərbaycan xalqının da özünə məxsus bir-birindən gözəl dəyərləri mövcuddur. Milli musiqi mədəniyyətimiz, toy-nişan adətlərimiz, milli rəqslərimiz, milli geyim tərzimiz və.s.
Toy şənlikləri
Azərbaycanda toy şənlikləri qədim və zəngin xalq adət-ənənələrinə söykənir. Azərbaycan xalqının ailə məişətində ən zəngin adət və ənənələr toy mərasimində icra edilirdi. Bütün dünya xalqlarında olduğu kimi, Azərbaycanda da əsrlər boyu özünəməxsus şəkildə toy mərasimi keçirilmişdir. Toya qədər isə qız bəyənmə, xəbər göndərmə, kiçik elçilik, böyük nişan, xonça gətirmə, bayramlıq, danışığagəlmə, cehiz, fətirüstü, çörəkbişirdi, paltarbiçdi, qız şahı, xınayaxdı, kəbinkəsdirmə, qız toyu, gəlin aparma və.s. kimi bir sıra mərhələlər mövcuddur.
Bəzi toy adətlərimiz (“çörəkbişdi”, “paltarbiçdi”, “damdan alma atma”) dəyişikliyə məruz qalıb, müəyyən mənada sıradan çıxıb.
Qız bəyənmə və ya qızgörmə. Xalq arasında qızla oğlan bir-birlərini bəyəndikdən sonra valideynlərin fikri öyrənilir. Oğlanın ata-anası razı olduqdan sonra qızın yaxın adamlarına – xalasına, bibisinə, anasına xəbər göndərir. Onların ağzı aranır.
Xəbər göndərmə. Oğlan evi arayıb, axtarıb qız evinə münasib, yaxın bir adam göndərir ki, kim tərəfdən elçi gəldiyini qız evinə xəbər versin. Bəzən elə olur ki, qız evi razılıq vermir. Onda elin-obanın ən mötəbər, hörmətli adamı qız evini razılığa gətirməyə çalışır.
Elçilik. Ata ailəyə yaxın olan adamları — əmini, dayını və başqa qohumları evə dəvət edir. Məsləhətləşdikdən sonra “elçi” getməyi qərara alırlar.
Bəlgə və ya kiçik nişan. Qızın “hə”sini aldıqdan sonra uzağı bir aya qıza “bəlgə” deyilən kiçik nişan gətirirlər.
Böyük nişan. Bəlgədən bir neçə ay sonra böyük nişan gətirirlər. Buna oğlan tərəfi çoxdan hazırlaşmış olur. Nişanda qız üçün hər nə lazımdırsa alıb gətirirlər.
Ölkənin bir sıra rayonlarında əhalinin etnik tərkibinin müxtəlifliyinə və fərqləndirici xüsusiyyətlərin olmasına baxmayaraq, toy şənlikləri bir-birinə çox bənzəyir. Toyun gedişatı bütün bölgələrdə eyni qaydada keçirilsə də, lakin hər bölgənin özünəməxsus fərqli toy adəti də olur.
| ['milli adət-ənənələr', 'adət-ənənələr', 'mili toy adətləri', 'Azərbaycan toyu', 'toy adet eneneleri'] |
456 | https://kayzen.az/blog/kino/22528/kim-ki-duk-h%C9%99tta-q%C9%99ddarl%C4%B1qda-da-g%C3%B6z%C9%99llik-tapmaq-olar.html | Kim Ki Duk: “Hətta qəddarlıqda da gözəllik tapmaq olar” | Apollon | Kino | 2 noyabr 2018, 11:12 |
2018-ci ilin 16 sentyabrında Almatı Film Festivalı çərçivəsində məşhur Koreya rejissoru Kim Ki Dukun master klassı təşkil edildi.
“Kino…öyrənilə bilməz. Bu, həyatı yaşamaq kimidir. Filmlərimin materialı həmişə mənim öz şəxsi təcrübələrim oldu – deyə Kim Ki Duk vurğuladı”. Rejissor şəxsi təcrübələrini tamaşaçılarla bölüşərkən belə söylədi…
Kino barədə
Ən məşhur filmim – “Yaz, Yay, Payız, Qış və yenə Yaz”- hansısa xalqdan, dövlətdən, müharibədən bəhs etmir. O, təbiətin qanunlarından bəhs edir. Onu çox insan izləyib, ancaq mənim digər filmlərimə də tamaşa edən insanlar, onlara xas olan müəyyən qanunauyğunluğa yəqin diqqət ediblər: filmlərimdə həmişə yaşam dövriyyəsini göstərməyə cəhd etmişəm – biz haradan başlayırıqsa, oraya da qayıdırıq. Buna görə də filmlərimin finalında yaxşı və pis adamlar yoxdur. Və bəlkə bu səbəbdən mən hələ də kinonun nə olduğunu bilmirəm.
Yeni film barədə
Növbəti günlərdə “İnsan, məkan, zaman və yenə insan” adlı yeni filmim nümayiş olunacaq. Adı oxşardır, ancaq tamamilə fərqli ssenarisi var. Mənə elə gəlir əksər tamaşaçılar bu filmə 10 dəqiqədən artıq baxa bilməyəcəklər! Ancaq istərdim ki, siz səbirli olasız və filmi sona qədər izləyəsiz. Axı biz, həyat çətin, dolaşıq olduğu üçün, ömrümüzün 10 ilindən sonra ondan əl çəkmirik, elə deyil? Bu filmi çəkdiyim ərəfədə, sürəkli olaraq tarixdə baş verən müharibələr haqqında düşünürdüm: İkinci Dünya Müharibəsi, Vyetnam, Koreya müharibələri… Hamısı ağlımdaydı.
Bu suala cavab tapmaq istəyirdim: İnsanlıq nədir? Özümə sual edirdim: əgər müharibələr dövr edirsə və təkrarlanırsa, bəs insanlıq nə üçün yaşamağa davam edir? Çox qəddar filmdi, tamaşa etmək çətindi, ancaq ortaya gözəl film çıxarmaq istəyirdim və buna çalışdım.
Gözəllik haqqında
Biz zibili tullayanda heç ağlımıza da gəlmir ki, onun içinə düşən toxumdan günlərin bir günündə çiçək yarana bilər. Mənim üçün gözəllik buna bənzər prosesdir. Gözəllik özlüyündə mövcud deyil, onu, insana xas olan istənilən davranış və düşüncələrdə tapmaq olar, hətta ən qəddarlarında belə. Başqa cür desək, qara rəng nə qədər qapqara olsa, ağ rəng bir o qədər bəmbəyaz olacaq.
Ssenarilər barədə
Mənim kinematoqrafa qarşı sevgim ssenarilər yazmaqla başladı. Bu prosesin çətinliyi barədə danışmaq elə də vacib deyil, ancaq deyə bilərəm ki, filmin ərsəyə gəlməsinə həsr olunan enerjinin 80%-i məhz ssenariyə sərf olunur. Şəxsən mənim üçün ən əsas mərhələ, hekayənin sonrakı gedişatına təkan verəcək əsas ideyanı düşünüb tapmaqdır. İdeya tapmaq üçün sadəcə oturmaq, içmək, çəkmək və fantaziya qurmaq bəs deyil, ssenari belə yaranmır! Mənə görə ssenari qəfil aldığımız məktuba bənzəyir, bu, sənin qapının qəfil döyülməsidir. Mənimçün ssenarinin redaktə mərhələsindən neçə dəfə keçəcəyi və bu işə nə qədər zaman sərf olunacağı önəmli deyil, həmin ssenarinin yeni tapıntı, kəşf olması önəmlidir.
Milli kinematoqraf haqqında
Mənim üçün kinematoqrafda milli sərhədlər və dövlət sərhədləri mövcüd deyil. Əgər ayrıca götürülmüş hansısa ölkənin filmlərində çox məxsusi çalarlar olsaydı, siz yəqin ki, indi burada olmazdınız. Bir filmin yapon, koreya, qazax yaxud rus filmi olduğu fərq etmir, kino bizim qəlbimizin səsidir.
Film qəhrəmanlarının susqunluğa barədə
Özümü çox bəxtigətirmiş rejissor hesab edirəm və digər rejissorlardan ən çox, demək olar dialoqsuz filmlər çəkməyimlə fərqlənirəm. Bu davranışımın səbəbləri barədə düşünmüşəm. Məsələ burasındadır ki, karyeramın əvvəllərində kinonu öyrənərkən, həmin filmlərin dilini başa düşmürdüm (mən indi də ingiliscə danışmağı bacarmıram) və təkcə görüntülərə, mənzərələrə tamaşa edirdim. Həmin məqamda, hərəkətlərimizin, davranışlarımızın sözlərimizdən daha ifadəli, aydın, aşkar olduğunu dərk edirdim. Əlbəttə ki, bütün filmləri bu formada çəkmək maraqsız alınar. Buna görə də 2010-cu ildən bəri mənim filmlərində də dialoqlar peyda olmağa başladı.
Depressiyanı yenmək haqqında
“Ariran” adlı nəğmə var. Bu nəğmədə koreya insanının bütün qəm-qüssəsi ifadə olunub: doğuluşdan gələn kədər, dünyada yaşamağın hüznü, taleyin bəxş etdiyi qüssə. Həyat mənə ağır gələndə bu nəğməni oxuyuram.
Kinoda musiqi barədə
Hər filmdə musiqinin olması vacib deyil. Musiqi, filmdə nəsə çatışmayanda lazım olur. Ki, görüntüləri süsləyib zinətləndirsin. Axı sükutun özü də bir musiqidir!
Aktyorlarla çalışmaq barədə
Kastinq keçirərkən aktyorun ssenarini nə dərəcədə anladığını qiymətləndirirəm. Onun obrazı yaxşı oynamasından ziyadə, yaxşı hiss etməyi mənim üçün önəmlidir. Əlbəttə ki, iş prosesində təkliflərimi irəli sürür, vəziyyətə nəzarət edirəm. Çəkilişlər zamanı aktyorları dəyişməməyə və roluna uyğunlaşmaqda çətinlik çəkənlərə kömək etməyə çalışıram. Aktyor işinin öhdəsindən yetərincə gəldikdə, mən sadəcə kənarda oturub susuram.
Büdcə haqqında
Əgər əlinizdəki büdcə kiçikdisə, onda siz qısa müddət ərzində bütün ehtiyatlarınızı, qüvvənizi 100 % işə yönləndirərək çalışmağı bacarmalı və eyni zamanda rejissor, operator, montajor və yeri gəlsə aktyor olmağı bacarmalısız. Belə gərgin iş nəticəsində yaxşı film ərsəyə gətirməyiniz və diqqət cəlb etməyiniz mümkün olacaq.
bilge.az
| ['kino', 'rejissor', 'Kim Ki Duk'] |
457 | https://kayzen.az/blog/ushaq_terbiyesi/22658/feminist-o%C4%9Ful-yeti%C5%9Fdirm%C9%99k.html | Feminist oğul yetişdirmək | Apollon | Uşaq tərbiyəsi | 30 okyabr 2018, 19:23 |
Hələlik, oğlum üçün edə biləcəyim ən yaxşı şey ona bizim dəyərlərimizi, ədaləti, empatiyanı, kübarlığı və mərdliyi öyrədən, bütün cins, irq, din və obrazlardan bəhs edən kitablar oxumaqdı. Qabyuyan maşını boşaltdığı və döşəməni sildiyi üçün başına sığal çəkə bilərəm. Bunlar onun xoşbəxt oğlan olması üçün lazımdı. Onu itimizi bəsləməsi, ağacları suvarması, incidildiyi və yaxud qorxduğu zaman bunu ifadə etməsi və sevgi ilə qucaqlaşması üçün həvəsləndirə bilərəm.
Bir mövzunuz varmı? — şirniyyat mağazasındakı konditer ustası məndən soruşdu. Beysbol, super qəhrəmanlar, yanğınsöndürən maşın?!
Oğlumun ikinci yaş gününü qeyd etməyə hazırlaşırdıq.
Maraq dairəsini şaxələndirməyə çalışsaq da, oğlumun bircə marağı vardı: Avtomobil. İlk sözü «get» oldu. İkincisi isə «maşın». Hər gecə müxtəlif oyuncaq maşınları qucaqlayıb yatır, yuxuya gedənə qədər onları yataqda şəfqətlə oynadırdı.
Nəticədə təslim oldum və «maşın mövzulu tort» kataloqunu — 50 səhifəlik bir kitabı, yük maşını, qatar, yarış avtomobili və yerqazanın antologiyasını öyrəndiyim yerdə tapdım özümü. Vanilli, qanaj kremli, üçmərtəbəli, Vosvosla (tısbağa maşın) bəzədilmiş, şokoladlı «avtomobil grossu» şəklində bir tort sifariş verdim. Oğlum heyran oldu.
2001- ci ildə Wellesley Şəhərciyinə birinci sinif şagirdi kimi ilk addımımı atanda özümlə bağlı xəyalım bu deyildi. Shafer Salonunda masamın üstündəki kompüterimin başında, qeydiyyat zamanı fənn proqramımı qadın çalışmaları ilə doldurardım. Bunlar, dünyadan baş çıxarda bilməyim üçün idi. İstiqamətimi müəyyənləşdirəcək kompasım olacaqdılar. Qərar verdim ki, təbiət yox, harda və necə yetişməyin əsasdır. Və əlbəttə ki, ictimai cinsiyyət də bir inşadır.
Məzuniyyətimdən on üç il sonra da bu prinsiplərdən imtina etməmişəm. Ancaq indi bütün bunların mənim üçün o qədər də inandırıcı olduğunu deyə bilmərəm. Bir traktor görüntüsünün oğlumda yaratdığı qarşısı alınmaz coşqu və ruh yüksəkliyi gerçəkliyini dəyişə bilmərəm. Amma qızların da traktor sürə biləcəyinə onu inandırmaq olar. Bir çox dərsi öyrətməklə yanaşı, feminist bir oğul da yetişdiməyə çalışıram. «Feminist bir oğul” deyərkən, bəhs etdiyim fərziyyələri mühakimə edən, ədalətsizliyə qarşı çıxan, „əzələlərini“ zülm və təzyiqi söküb atmaq üçün istifadə edən bir oğuldan danışıram.
Oğlumun həyatı bir çox oğlandan fərqlənir — xüsusilə ictimaiyyətdə cinsi rolları necə qavraması ilə bağlı. Evdən kənarda bütün günü işlə məşğul olan iki anası daha var. Biri həkimi — cəmiyyətin ravvini bir qadın və doktorantura rəhbəri bir böyük anası (nənəsi) var. İllər əvvəl qadınlar üçün bu cür hallar əlçatmaz və anlaşılmaz idi. Ən sevdiyi uşaq baxıcısı isə Wellesleyi bitirən qara dərili trans kişidi. Və mən onu hər səhər İspan dilli bir baxçaya aparıram. Orada merenqe rəqsini öyrənir. Kağız boşqablardan və plastik qamışlardan günəbaxan düzəldir. Körpə bayquşlar haqqında İspanca kitablar oxuyur.
Çevrəmdəki dostların və ona baxanların oğlumu feminist yetişdirmək üçün bəs edəcəyini düşünmək istəyirəm. Bəlkə də həqiqətən kifayətdir. Lakin mətbuat oğlan və kişilərin taleyi haqqında daha pessimist hekayələr danışır və bu məni qorxudur. Rebecca Solnit „Mənə ağıl öyrədən adamlar (Men Explain Things to Me) adlı sınaq kitabında “zorakılığın irqi, sinfi, dini, milliyyəti olmadığını, amma bir ictimai cinsiyyəti olduğunu» deyir. ABŞ-da hər 6,2 dəqiqədə bir təcavüz hadisəsi bildirilir. Amerikalı qadınlar arasında yaralananları varsa, buna bir nömrəli səbəb onların döyülməsi olur. ABŞ — da hər gün üçdən çox qadın əri və oğlan dostları tərəfindən öldürülür. Bu rəqəmlər qorxuncdu. Hollivuddan və ölkənin ən sivil yerlərindən belə, bu cür hallar haqda xəbərlər gəlir. İctimai cinsiyyət qəlibləri də gündəlik söhbətlərin bir hissəsi olur.
Məhəlləmizdəki kafelərdən birində bir xarici dörd aylıq oğlumun ayaqlarına baxıb «futbolçu olacaq deyəsən” dedi. „Ya da bir rəqqas” — deyə cavab verdim.
Yunan balıq bazarında bir qadın, oğlumun bənövşəyi köynəyini və kəpənəkli beretini görərək, “Nə şirin, nə zərif bir qızdı» dedi. «Təşəkkür edirəm» deyə cavab verdim, «oğlum həqiqətən şirin və zərifdi». «Ay, bağışlayın..» deyərək uşağın cinsiyyətini «səhv» anladığı üçün üzr istədi. İnsanlar tez-tez övladımın qız, yoxsa oğlan olduğunu soruşurlar. «Oğlan” deyəndə həmişə bir narahatlıq hiss edirəm. Əslində, onun ictimai cinsi hələ formalaşmaqdadı. Doğuşdan oğlan kimi təyin olunub, lakin bəlkə gələcəkdə ictimai cinsini fərqli ifadə edəcək.
Maraqlıdı: Feminizm mənim oğlumun gender təcrübəsinə necə təsir edəcək?
Digər oğlanların qızlarla necə davrandığını fərq edəcəkmi? Kişilərin fiziki, emosional və şifahi olaraq çox yer tutmasına fikir verəcəkmi? Yumşaqlıq və güc, danışma və dinləmə, hörmət və etiraz arasında sağlam bir tarazlıq quraraq, bu dünyada var olmağı necə öyrənəcək?
Bu suallar yeni deyil. Ancaq getdikcə daha çox həyatımıza toxunur.
Hələlik, oğlum üçün edə biləcəyim ən yaxşı şey ona bizim dəyərlərimizi, ədaləti, empatiyanı, kübarlığı və mərdliyi əks etdirən və bütün ictimai cinslərdən, irqlərdən, dinlərdən obrazlardan bəhs edən kitablar oxumaqdı. Ya da qabyuyan maşını boşaltdığı və yerləri sildiyi üçün başına sığal çəkə bilərəm. Bunlar onun xoşbəxt uşaq olmasını təmin edən fəaliyyətlərdi. Onu itimizi bəsləməsi, ağaclarımızı suvarması, incidildiyi və yaxud qorxduğu zaman bunu ifadə etməsi və sevgiylə qucaqlaşması üçün həvəsləndirə bilərəm.
Ən önəmlisi, onu bizim xəbər axını ilə yüklənmiş, tənha, sınıq — sökük dünyamızın sonsuza qədər belə davam etməyəcəyinə inandırmaq və müxtəlif təcrübələrlə bunu əsaslandırmaqdı. Dünyanı dəyişdirməyə başlayacaq — yavaş yavaş, dağınıq şəkildə… və başlanğıc niyyəti — oğlan uşaqlarına qızların da traktor sürə biləcəyini öyrətmək olacaq.
Jordan Namerow
Wellesley jurnalının 2018-ci il qış sayı
Tərcümə etdi: Günel Dəniz
| ['uşaq tərbiyəsi', 'ana-oğul', 'ana övlad münasibətləri', 'oğlan uşağı'] |
458 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/22656/g%C9%99lin-m%C9%99nim-s%C3%BCp%C3%BCrg%C9%99mdir.html | Gəlin mənim süpürgəmdir! | Apollon | Xoşbəxt ailə | 30 okyabr 2018, 19:16 |
Son zamanlar boşanmalar daha çoxdur və artmağa davam edir. Bəs ailələrin dağılmasına səbəb nədir?
Ailə qurarkən hər kəs xoşbəxt olmaq üçün evlənir lakin bu xoşbəxtliyin qarşısını alan nədir? Yəni ailə həyatı quran şəxslər nələrə diqqət etməlidirlər? Uzun zamandan bəri həll olunmayan qaynana-gəlin çəkişməsi yoxsa ər-arvad çəkişməsi yaxud da kənar şəxslərin müdaxiləsi?
Qaynana və gəlin probleminin başlıca yaranma səbəbi “sahiblənmə” duyğusudur. Arasdırmalar göstərib ki, qadınlarda kişilərlə müqayisədə sahiblənmə duyğusu daha yüksəkdir! Ana övladını, evini, yolaşını, işini demək olar ki hər şeyi sahiblənir! Oğul mənimdirsə, onun evi də, yoldaşı da, övladları da mənimdir deyə sahiblənməyə başlayır. Burada isə nəzərə alınmalıdır ki, gəlin də bir qadındır və onun sahiblənmə duyğusu var və elə burada “qaynana-gəlin” problemi yaranmağa başlayır! Bunun həlli isə gəlinin və yoldaşının üzərinə düşür. Yəni ki gəlin nəzərə almalıdır ki, qaynanası oğlunu itirmək qorxusu yaşayır. Bu məqamda gəlinlər bir az daha təmkinli olmalıdırlar.
Kişinin üzərinə düşən vəzifə isə yoldaşına “mənim anama yaxın ol yaxud mənim anamı sev və ya mənim anama hörmət saxla” kimi sözlərdən istifadə edərək yoldaşınızı sıxışdırmayasınız çünki sizin israrınız ilə yaranan bir münasibət əlbəttə bir yerdə qırılacaq və davamlı olmayacaqdır! Və əsla ananız və yoldaşınızı müqayisə etməyin və belə bir şəraitin yaranmasının qarşısını alın!
Qaynanalar isə gelinə hər şeyi öyrətməyə çalışır, yeni ki artıq o gəlnini tam hazır bir şəkildə görmək istəyir lakin burada diqqət etməlidir ki, gəlnin yaş və təcrübəsi eyni deyil! Nəyisə öyrətməyə çalışmayın, buraxın zaman öyrətsin. Gəlinlər qaynananın müdaxiləsinə icazə verməlidirlər. Yəni ki, əgər qaynana evdə nəyisə dəyişmək istəsə, yaxud səhv tapsa onu dəstəkləyin. Çünki qaynanalar təsdiqlənməyi sevirlər. Bu isə müvəqqəti bir hissdir, yəni zamanla itirmək qorxusu ləğv olduqda artıq qarışmayacaq! Ər- arvad münaqişələrinin səbəbi isə evdə yoldaşın danışmamağı, yaxud da telefon və s. kimi texnoloji vasitələrdən istifadə edərək vaxt ayırmaması və s. Xanımlar ilk növbədə baxmalıdır ki, yoldaşının anası ilə münasibət necədir?
Anası onunla necə rəftar edir? Yoldaşı özünə bağlamağın ən yaxşı yolu anasından öyrənməkdir! Və yoldaşınızın marağı nəyədir? Məsələn: futbol, maşın, siyasət və s. Onun maraq dairəsindən danışın və beləliklə artıq yoldaşınız sizi həm dinləməyə, həm də danışdırmağa meyil edəcəkdir! Bu gün ailələrə mənfi tərəfdən müdaxilə çoxdur! Qohumlar, qonşular, dost-tanışlar ailəyə müdaxilələr etməyə çalışırlar! Bu cür danış, bu tərzdə cavab versən yaxşıdır yaxud mən sənin yerində olmaq istəmərəm və s. kimi cümlələrdən istifadə edərək ailədəki kiçik bir problemin həll olunmaz vəziyyətə gətirib çıxarmağı bacarırlar! Yaxşı olardı ki, buna icazə verməyəsiz ailəniz sizin məhrəmiyyətiniz və şəxsi məkanınızdır, başqasının ora müdaxiləsi düzgün deyil, bu sizin ən yaxınınız olsa belə!
Aytən Əlizadə
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
| ['ailədaxili münasibətlər', 'ailədaxili problemlər', 'qaynana', 'qaynana gəlin münasibətləri'] |
459 | https://kayzen.az/blog/esse/22541/%C3%B6z%C3%BCn%C3%BC-%C9%99xlaqs%C4%B1z-sayan-dahi-filosof.html | Özünü əxlaqsız sayan dahi filosof | Apollon | Esse | 28 okyabr 2018, 20:48 |
“Bəli mən əxlaqsızam, lakin cinayətkar və qatil deyiləm. İnsanlara verilən mükəmməl, sərhədsiz ehtiras duyğusunu tərənnüm edir, şəhvət düşkünlərini müdafiə edirəm. Əgər şəhvət əxlaqsızlıqdırsa o zaman mən ən böyük əxlaqsızam ”
Markiz De Sad qədər cəsarətli filosof – yazar tapmaq çətindir desəm yəqin ki, etiraz etməzsiniz. Yuxarıda yazdığım fikirlər əlbəttə, ona məxsusdur. Bütün dövrlərin ən çox təqib və təhqir olunan, müxtəlif siyasi rejimlərin həbsdə saxladığı yazıçı monarxiyaya qarşı ciddi mənada mübarizə aparan ilk inqilabçı demokratlardan biridir. Əsərlərində Tanrıya qarşı üsyan edən De Sad bəşəriyyətin bütün bəlalarına görə onu günahkar hesab edir. Yazdığı bütün kitablarda azad hissləri, sərhədsiz ehtirası təbliğ edən yazıçı bununla insan duyğularının qanun və Tanrı qorxusu ilə məhdudlaşdırılmasını qəbul etmir.
“Yataq otağında fəlsəfə” ni oxuyan əksər insanlar bunun pornoqrafik əsər olduğunu düşünürlər. Lakin mən qətiyyən belə düşünmürəm. Bəlkə də Markis de Sad seksual manyak olub. Amma etiraf etmək lazımdır ki, o həm də dünya ədəbiyyatı və inqilabları tarixində özünü təsdiq etmiş ən cəsarətli mütəfəkkirdir. O, əxlaq və əxlaqsızlıq arasındakı sərhədi axtarmır, onun üçün belə bir bölgü yoxdur. Sadəcə insan hisslərinin azad olmasını istəyir. Adını çəkdiyim əsər inqilabı, siyasi, fəlsəfi və psixoloji mesajlarla zəngindir.
Ləyaqətli olduğunu düşünərək şəhvətdən həzz ala bilməyənləri axmaq adlandıran De Sad “Yataq otağında fəlsəfə ” əsərinin girişində yazır:
Şəhvətpərəst qadınlar, qoy, ehtiras alovu ilə alışıb – yanan Sent – Anj sizin üçün ibrətamiz davranış nümunəsi olsun... Nəfslərini ləyaqətin cəfəng mənasızlığı və dinin mənfur qaydaları ilə qoruyan gənc qızlar, odlu – alovlu Enejiyə bənzəməyə çalışın... Gənc kişilərsə ədəbsizliyi şəhvət düşkünü olan Dolmansedən öyrənsinlər.
Markis De Sad Fransanın fərqli siyasi rejimlərinin dövründə zindan məhbusu olub. Onun üçün ortaq mövqe saxtakarlıqdır. Bu səbəbə görə də ikili oyunlar oynamağı bacarmayıb. Siyasi rejimlərin axmaq fəaliyyətini kəskin tənqid edib, katolikləri ləyaqətsiz, mənfur adamlar adlandırıb. “Yataq otağında fəlsəfə” kitabında dahi filosof dini qaydaları, insanların həyatına hakim kəsilmiş köhnə ənənələrə etirazını ifadə edir. Hesab edir ki, din hakimiyyətin dayağıdır və insanları susdurmaq, cəhalətə sürükləmək üçün ən ideal vasitədir. Fransızlar, əgər respublaçı olmaq istəyirsinizsə, bir daha cəhd etməlisiniz. Bu sözlərdən sonra sadə fransızların inqilab həvəsi daha da artmışdı. De Sad öz xalqına müraciətində yazır:
“Əgər fransız, bədbəxtlikdən, özünü xristianlıq adlanan məzarlığın içinə gömmək qərarına gəlsə, respublikaçı ruhunun iti və kəskin tiyəsi kütləşəcək. Sərsəm və cəfəng dinin banallığı yenidən tüğyan edəcək, keşişlər əldə etdiyi var – dövlət sayəsində monarxiyanı yenidən bərpa edəcəklər”
De Sad əmin idi ki, dində heç bir gözəllik, möhtəşəmlik, bəşəri məqsədlər, ali duyğular yoxdur. Din cəfəngiyyatdır, təbiət özü hər şeyə hakimdir. İnsanlar despotizmdən daha çox fəlsəfədən qorxurlar. Qanunlar azadlığından istifadə edənləri cəzalandırır. Mənə elə gəlir ki, “ Yataq otağında fəlsəfə ” hər bir yetkin oxucunun oxumalı olduğu əsərdi. Bu əsərə görə dostumla aramızda mübahisə yaranmışdı. O, düşünürdü ki, Markis De Sad yalnız pornoqrafiya yazarıdır. Qətiyyən razı deyiləm. Oxucu kitabdan özünə lazım olan informasiyaları qəbul edir. Bir də onu deyim ki, “Yataq odasında fəlsəfə” ni əllərinizlə yox, beyninizlə oxuyun. O zaman mənimlə razılaşarsız.
Nicat Həşimzadə
| ['esse', 'Markiz de Sad'] |
460 | https://kayzen.az/blog/PR/22510/yuri-levitan-kremlin-d%C9%99mir-s%C9%99si.html | Yuri Levitan - Kremlin dəmir səsi | Apollon | Public relations | 27 okyabr 2018, 12:46 |
Yuri Levitan 2 oktyabr 1914-cü ildə Rusiyanın Vladimirsk şəhərində anadan olub. Atası liman işçisi, anası isə evdar xanım olmuşdu. Öz dayısından o, teatr və poeziyaya sevgini öyrənmişdi. O oxuyan zaman səsini hər kəs bir neçə binadan eşidə bilirdi.
Uşaqlıq illərində Levitanın heç ağlına belə gəlməyib ki, nə vaxtsa təkcə SSRİ-də deyil, bütün dünyada ən tanınmış səs sahiblərindən biri, məşhur diktor olacaq. Çünki o, orta təhsil aldığı vaxtlar aktyor olmaq istəyib.
Yəhudi ailəsində dünyaya göz açan Levitanın atası dərzi, anası evdar qadın olub. 17 yaşına çatdıqdan sonra o valideynlərindən ayrılaraq, Rusiyanın Vladimir şəhərindən Moskvaya gəlib. Aktyor olmaq arzusunu həyata keçirmək üçün sənədlərini Kino texnikumuna verib. Ancaq qəbul komissiyasının üzvlərini Levitanın bilik və bacarığı qane etməyib. Ümidləri bu təhsil ocağından qırılan gənc Yuri təsadüfən radio diktorlarının qəbulu ilə bağlı elana rast gəlib. Ümidsiz olsa da müsabiqədə iştirak edib. Bu dəfə tale Levitanın üzünə gülüb. Danışığında əyalət ləhcəsi olmasına baxmayaraq komissiya üzvləri müsbət rəy veriblər.
Beləliklə bir müddət təcrübə keçdikdən sonra Levitan Radio Verilişləri Komitəsində işə başlayıb. 19 yaşlı diktora yalnız gecə saatlarında qəzetlərin xülasəsini oxumağı həvalə ediblər. Bəlkə də Levitanın diktorluq fəaliyyəti elə ömrünün sonuna qədər beləcə də davam edəcəkdi. Amma...
Həmin günlərin birində gecə vaxtı kabinetində işləyən Stalin təsadüfən radionu işə salıb. Bu vaxt Levitan “Pravda” qəzetinin xülasəsini oxuyurmuş. Onun səsi Stalinin diqqətini cəlb edib. Bir müddət qulaq asdıqdan sonra elə gecə ikən Radio Verlişləri Komitəsinin sədrinə zəng vurub göstəriş verib ki, qurultayın açılışı ilə bağlı sabahkı məruzəsini məhz bu tanımadığı diktor oxumalıdır. Səhərisi gün beş saatlıq məruzəni bir dəfə də olsun səhv etmədən və çaşmadan oxuyan Yuri Levitan həmi gündən Stalin tərəfindən Sovet İttifaqının baş diktoru və “Kremlin rəsmi səsi” statusunu daşıyıb.
1941-ci ildə müharibənin başlanması ilə bağlı xəbəri efir vasitəsi ilə ilk dəfə xarici işlər komissarı Molotov çatdırsa da Stalinin göstərişi ilə ikinci dəfə bu xəbəri Levitan səsləndirib.
1941-45-ci illərdə Levitan “Sovinformbüro”nun və Stalinin əmrlərini səsləndirib. Stalinin bu barədə xüsusi əmri olub: “Müdafiə Komitəsinin məlumatlarının əhaliyə çatdırılması yavnız Yuri Levitana həvalə edilsin”.
Hitlerin cəzalandırmaq istədiyi insanların siyahısında Levitanın adı birinci yerdə olub. Onun səsi füreri hədsiz dərəcədə hiddətləndirib, hətta sakit oturduğu vaxtda onu yerindən oynadıb. Bu səsə dözməyən Hitler əlini stola çırparaq qışqırıb:
“İlk növbədə Sovet İttifaqının səsini kəsmək lazımdır”. Bu məqsədlə o Levitanın öldürülməsi ilə bağlı xüsusi göstərişlər verib, onu məhv edən şəxsə 250 min marka mükafat vəd edib. Bu məsələdən agah olan sovet rəhbərliyi Levitanın təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçiriblər. Levitanın xarici görünüşü ilə bağlı mətbuatda mütəmadi olaraq yanlış məlumatlar veriblər. Ümumiyyətlə həmin dövrdə yaxın çərçivəsindən başqa Levitanı heç kim üzdəm tanımayıb.
1941-ci ildə Radio komitəsinin həyətindəki bomba partlayışından sonra alman radiosu radio mərkəzinin dağıdılması və Levitanın məhv edilməsi ilə bağlı xəbər yayıb. Ancaq 20 dəqiqədən sonra Levitanın əzəmətli səsi efirdən yenidən eşidilib:
— Sovet qoşunlarının şücaəti nəticəsində hər 7 saniyədən bir bir alman əsgəri məhv edilir.
Marşal Rokossovski Levitanın səsindəki gücü bir dviziyanın gücü ilə bərabər olduğunu söyləyib.
Müharibə dövründə Levitan milyonlarla sovet insanı üçün sanki bir ümid yeri olub. İnsanlar saatlarla cəbhədəki vəziyyətlə bağlı məlumatları eşitmək üçün səbirsizliklə Levitanın səsini gözləyiblər.
Müharibə illərində Yuri Levitan “Sovinformbüro”nun iki mindən artıq məlumatını, yüz iyirmidən artıq Müdafiə Komitəsinin xəbərini oxuyub.
1945-ci ildə alman faşizmi üzərində qələbə xəbərini çatdırmaq da Levitana tapşırılıb. Həmin möhtəşəm xəbəri çatdırmaq məqamında Levitan kiçik bir problemlə üzləşib. Kremldən çıxab radio komitəsinə kedən zaman Qızıl meydana toplaşmış saysız-hesabsız insanların arasından keçmək müşkülə dönüb. İnsanlara toxuna-toxuna keçən diktora əsəbi şəkildə irad tutanlar da olub:
— Hara gedirsən? Mane olma, bir ayaq saxla. İndi Levitan qələbə xəbərini deyəcək.
Levitan çətinliklə insanların arasından çıxıb və onların illərlə gözlədiyi xəbəri səsləndirməyə tələsib.
Müharibədən sonrakı illərdə Yuri Levitan hökumət və dövlət müraciətlərini oxuyub, Qızıl meydandan, Kremlin Qurultaylar sarayından reportajlar aparıb, televiziya və radioda bir sıra verilişlərin aparıcısı olub.
Yuri Levitan sovetlər birliyində ilk SSRİ xalq artisti adını alan diktor olub.
Levitanın şəxsi həyatı uğursuz olub. On bir il rəsmi nikahda olduğu həyat yoldaşı onu atıb. O qızı və qayınanası ilə birlikdə yaşayıb. Qayınanası Yurinin xətrini çox istəyib, ona hörmətlə yanaşıb, ömrünün sonuna kimi kürəkəninin qayğısını çəkib.
Yuri Levitan 1983-cü ildə veteranlarla görüşə gedən zaman Belqorod şəhərinin ətrafında yolda ikən ürəyindən kəskin ağrı tutub. Onu yaxınlıqdakı kənd xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
İlham Cəmiloğlu
| ['məşhur diktor', 'diktor', 'Юрий Левитан', 'Yuri Levitan'] |
461 | https://kayzen.az/blog/f%C9%99ls%C9%99f%C9%99/22549/bertran-rassel-pax%C4%B1ll%C4%B1q.html | Bertran Rassel: Paxıllıq | Apollon | Fəlsəfə | 25 okyabr 2018, 22:42 |
Özünü bədbəxt hiss etməyin ən böyük səbəblərindən biri də paxıllıq duyğusudur. Düşünürəm ki, paxıllıq ən yayğın və kökü dərinlərdə yatan duyğudur. Tərbiyəçilər, bir yaşı olmamış uşaqlarda belə aydın şəkildə müşahidə edilən bu duyğunun təzahürlərinə qarşı diqqətli davranmalıdılar. İki uşaqdan birinə daha artıq qayğı göstərmək, anında digərinin diqqətini cəlb edə və onun əzab çəkməsinə səbəb ola bilər. Uşaqlarla münasibətdə olan hər kəs, onlar arasında hər hansı bir nəsnəni bölüşdürərkən adil davranmağa çalışmalıdır. Ancaq uşaqlar hiss etdikləri qısqanclığı (ki bu da paxıllığın bir növüdür) dilə gətirməkdə böyüklər qədər açıqürəkli olmur.
Bu duyğu uşaqlar qədər yetkin insanlar arasında da yayğındır. Məsələn, qadın xidmətçilərə baxaq: Heç vaxt unutmaram, evli xidmətçimizə hamilə olduğu üçün ağır əşyalara güc vurmamasını söyləmişdik, bunu görən digər xidmətçilər də ağır əşyaları qaldırmaqdan boyun qaçırmağa başladılar və nəticədə bu cür işləri özümüz həyata keçirməyə məcbur qaldıq. Paxıllıq həm də demokratiyanın təməlidir.
Heraklit, “Aramızda heç kim birinci olmayacaq” bəyan edən Efes xalqının bütün nümayəndələrinin asılmalı olduğunu söyləmişdi. Qədim Yunan dövlətlərində baş verən demokratik hərəkatların demək olar hamısının paxıllıq duyğusundan qaynaqlandığını düşünürəm. Eyni hal modern demokratiya üçün də keçərlidir. Doğrudu, demokratiyanın ən yaxşı idarə forması olduğunu irəli sürən idealist nəzəriyyələr vardır. Ancaq praktik siyasət sferalarının heç birində böyük dəyişikliklərə səbəb olacaq dərəcədə güclü, idealist nəzəriyyələr yoxdur; böyük dəyişiklər baş verdikdən sonra onları haqlı göstərmək üçün ortaya atılan nəzəriyyələr həmişə bu hərəkatların təməlində yatan gerçək motivi gizlətmək üçündür. Və demokratik nəzəriyyələrə hərəkət enerjisi ötürən əsas motiv heç şübhəsiz ki, paxıllıq duyğusudur. Həyatını xalqın xilasına həsr edən Xanım Rolandın xatirələrini oxuyun. Görəcəksiz ki, son dərəcə ehtiraslı bir demokrat olmağının əsas səbəbi, zadəganların qəsrlərinə baş çəkərkən həmişə xidmətçilər üçün ayrılmış otağa dəvət edilməsi olmuşdur.
Hörmət-izzətli qadınların arasında da paxıllıq duyğusu mərkəzi yer tutur. Metroda oturub ətrafa nəzər salırsız, gözəl geyimli bir xanım içəri girəndə vaqondakı xanımların gözlərinə diqqət edin. Görəcəksiz ki, hər biri (bəlkə də içəri girən xanımdan daha gözəl geyimlilər istisna olmaqla) bu qadına bəd niyyətli baxışlarla nəzər salır və onda hansısa qüsur tapmaqdan ötrü çırpınıb durur. Qeybət də bu cür pisniyyətliliyin göstəricilərindən biridir, üstəlik də, ortaya atılan dəlilin nə dərəcədə gerçək ya yanlış olmasından asılı olmayaraq, başqa qadın haqqında söylənilən pis şayiə anında gerçək hesab edilməyə başlanır. Təşəxxüslü əxlaqi inanc da eyni cür davranır, bu əxlaqı mənimsəyən insanlar fərqli davranış sərgiləyənlərin azadlığına paxıllıq duyur, onların cəzalanmasını arzulayır və bu cəzalandırma istəyini əxlaqla əlaqələndirirlər.
Oxşar halətə kişilər arasında da rast gəlinir, sadəcə fərq bundan ibarətdir ki, qadınlar demək olar bütün digər qadınları özlərinə rəqib gördükləri halda, kişilər paxıllıq duyğusunu daha çox öz məsləkdaşlarına qarşı hiss edirlər. Siz heç bir aktyoru başqa bir aktyorun yanında tərifləmək kimi düşüncəsiz davranışa yol vermisizmi? Bir siyasətçini eyni partiyanın nümayəndəsi olan digər bir siyasətçiyə tərifləmisizmi? Əgər belə hərəkətə yol vermisizsə, böyük ehtimal ki, həmsöhbətinizdə paxıllıq, qisqanclıq duyğusunun yaranmasının səbəbkarı olmusunuz. Leybnitslə Huygensin yazışmaları arasnda, Nyutonun dəliliyə düçar olmasından gileyləndiklərini göstərən məktublar vardır. “ Tayı-bərabəri olmayan müdrikin, Cənab Nyutonun da ağlını itirməsi nə böyük bədbəxtlikdi, deyilmi?” deyə dediqodu edirdilər. Bu iki məşhur insan sözügedən məktublarda böyük xoşnudluqla yalandan gözyaşı axıdırdılar. Halbuki, bu dediqodu Nyutonun bir-iki qəribə davranışından qaynaqlanırdı və əsla onun dəliliyinin isbatı sayıla bilməzdi.
Adi insan naturasına xas olan cəhətlər arasında paxıllıq duyğusu ən pis duyğudur, təkcə bu duyğunun əsiri olan insanı pisliyə meylləndirməklə qalmır, həmin insanın özünü də bədbəxliyə sürükləyir. Paxıl insanlar sahib olduqları nəsnələrin varlığından sevinc duymaqdansa, başqalarının sahib olduğu nəsnələrin ucbatından əzab çəkirlər. Başqalarının üstünlüklərini yox edib, eyni üstünlüklərdən özləri yararlanmaq istəyirlər. Bu duyğuya nəzarət edilməyəndə, o, insana xas olan bütün yaxşı cəhətləri yox edir və insanın öz bacarıqlarını bütün dolğunluğuyla sərgiləməsinə əngəl olur. Fəhlə işyerinə piyada gedirsə, həkim niyə xəstəsinə baş çəkməyə avtomobillə getməlidi? Başqa insanlar soyuqdan titrəyirlərsə, elm adamı nə üçün isti otaqlarda işlədilir? Dünya üçün böyük əhəmiyyət daşıyan istedadlı bir insan evinin ağır və bezdirici işlərini özü niyə yerinə yetirmir ki? Paxıllıq duyğusu bu cür suallara cavab tapmağa imkan vermir. Yaxşı ki, insan təbiətində bu duyğunun şiddətlənməsinin qarşısını alan, onun mənfi təsirlərini məhdudlaşdıran başqa bir duyğu – heyranlıq duyğusu da mövcuddur. İnsan övladının xoşbəxtliyini artırmaq istəyən insanlar, onlardakı paxıllıq duyğusunu azaldıb heyranlıq duyğusunu artırmağa çalışmalıdılar.
Paxıllığın müalicəsi nədir? Hətta övliyalar arasında belə paxıllıq halı üzə çıxa bilər, ancaq bir övliyanın nəfsinə qalib gəlmək ehtimalı da daha çoxdur. Görəsən, Müqəddəs Simeon Stolpnik digər övliyanın daha yüksək və dar sütunun üzərində daha uzun müddət ərzində dayandığını eşitsəydi, bundan məmnun qalardımı? Şübhə edirəm. Ancaq övliyaları bir yana qoysaq, adi kişilər və qadınlar üçün paxıllığın əsas dərmanı düşünürəm ki, xoşbəxtliyə yetməkdir. Ancaq problem ondadır ki, paxıllıq özü xoşbəxtliyə çatmağa əngəl olur. Uşaqlıqda yaşanılan pis hadisələrin, diqqət yetərsizliklərinin paxıllığı artıracağı qənaətindəyəm. Qardaş yaxud bacısının ondan üstün tutulduğunu görən uşaq paxıllığa vərdiş edir və həyata atıldığı zaman uşaqlıqda yaşadığı həmin hadisələrə bənzər haqsızlıqlara qarşı daha həssas olur və oxşar haqsızlıqlara uğrayarkən daha şiddətli reaksiya verir və gələcəkdə də sürəkli olaraq haqsızlıqla qarşılacağını düşünür, şübhə içində yaşayır. Belə insan, sanıram ki, xoşbəxt deyil və xəyalındakı haqsızlıqlar səbəbindən öz dostları üçün də dözülməz insana çevrilir. Onu heç kimin sevmədiyinə inanmağa başladıqdan sonra da sərgilədiyi davranışlarıyla bu inancını qeyri-ixtiyari şəkildə haqlı çıxarır.
Valideynlərin uşaqlarına qarşı yetəri qədər sevgi bəxş etməməsi də digər bir problemdir və oxşar nəticələrə gətirib çıxarır. Özündən daha çox sevilən qardaş yaxud bacıya sahib olmayan bir uşaq da, başqa ailələrin öz uşaqlarını daha çox sevdiyinin fərqinə vara bilər. Belə vəziyyətdə o, həm digər uşaqlara, həm də öz valideynlərinə qarşı nifrət duya bilər. Böyüdükdən sonra da özünü İsmayıl peyğəmbər kimi hiss edəcək. Bəzi xoşbəxtliklər insanın anadangəlmə haqqıdır, bu xoşbəxtliklərdən məhrum olan insan demək olar ki, həmişə doğru yoldan sapır və böyüdükcə bütün dünyaya qarşı nifrət hiss etməyə başlayır.
Ancaq başqalarına paxıllıq edən bir insan sizə belə də söyləyə bilər: “Mənə paxıllığın dərmanı xoşbəxtlikdir demək nəyə yaraya bilər ki? Elə başqalarına paxıllıq etdiyim üçün xoşbəxt ola bilmirəm də, siz isə mənə paxıllıqdan xilas olmasam xoşbəxtliyə çata bilməyəcəyimi söyləyirsiz.” Ancaq həyat əslində heç bir zaman bu qədər məntiqli deyildir. Paxıllıq duyğusunun səbəblərini dərk edən insanlar, bu duyğuları aşmaq yolunda irəliyə doğru böyük addım atmış olurlar. Sahib olduğun əşyalar və qabiliyyətlərlə digərlərinin sahib olduqları arasında hər zaman müqayisə apararaq yaşamaq pis vərdişdir. Əgər insanın qarşısına gözəl anlar çıxıbsa, onlardan ləzzət almaq lazımdı, bu məqamın başqalarınki qədər gözəl olmadığını düşünməyə baş yormaq lazım deyil. Başqalarının paxıllığını çəkən adam “Qəşəng, günəşli bir gündür, bahar fəslidir, quşlar cəh-cəh vurur, ağaclar da başdan-ayağa qədər çiçək açıb, ancaq eşitdiyimə görə, Sciliyada yaz fəsli bundan min qat daha gözəlmiş…
Deyilənə görə, Helikan qoruğundakı quşlar bu quşlardan daha şirin cəhcəhləyir və Şaron gülləri mənim baxçamdakı güllərdən daha cazibəliymişlər…” deyə düşünə bilər. O, bu cür düşündükcə də Günəş parlaqlığını itirməyə başlar, quşların səsi xoşagəlməz ciyiltiyə, çiçəklər isə heç dönüb baxılmağa belə dəyməyən önəmsiz bitkilərə çevrilər. Bu cür düşünən insan həyatın onun qarşısına çıxaran bütün zövqlərindən narazı qalacaq. Örnəyi, öz-özünə “Doğrudur, könlümün şahzadəsi olan qadınım çox gözəldi, onu sevirəm də, o da məni sevir, ancaq allah bilir Bilqeys (Səba krallığının gözəlliyiylə nam salmış əfsanəvi qadın hökmdarı-tərc.) onunla müqayisədə nə qədər də gözəlmiş! Ah, kaş ki, Suleyman şahin əlinə keçən fürsətlər mənim də əlimə keçəydi!”, deyə söylənəcək.
Bu cür müqayisələr yersiz və axmaqcasınadır, fərqi yoxdur, istər məmnunsuzluğumuzun səbəbi Bilqyes olsun, istər qapı qonşumuzda yaşayan xanım, belə düşünmək boşunadır. Ağıllı bir insan üçün əlində olan həzz və sevinc mənbələri, başqalarının sahib olduğunun çoxluğu səbəbindən öz dəyərini əsla itirməz. Paxıllıq duyğusu qismən ənənəvi, qismən də intellektual baxımdan bərbad duyğudur və hər şeyi olduğu kimi deyil, digər nəsnələrlə müqayisə içində, onlarla əlaqəli olaraq görməkdən irəli gəlir. Deyək ki, mənim aylıq maaşım ehtiyaclarımı qarşılayacaq səviyyədədir. Əslində bundan məmnun qalmalıyam. Ancaq məndən heç bir baxımdan üstün olmayan başqa bir insanın mənim maaşımın iki qatını aldığını öyrənirəm. Əgər başqalarına paxıllıq duymağa meylli bir insanamsa, bunu eşitdikdən sonra maaşım mənim gözümə anındaca yetərsiz görünməyə başlayacaq və haqsızlığa düçar olduğumu düşünərək öz-özümə iztirab verməyə başlayacağam.
Bu cür halların çarəsi zehni disipplinə malik olmağa vərdiş etməkdir, yəni boş şeylər barədə baş yormaqdan qurtulmağa çalışmalıyıq. Hər şeyi bir yana qoyaq, bəyəm xoşbəxtlikdən daha qısqanılacaq nəsə varmı həyatda? Və əgər mən özümü qısqanclıqdan, paxıllıqdan xilas etsəm xoşbəxtliyə qovuşa bilərəm, üstəlik qısqanılacaq bir insana çevrilərəm. Mən burda xoşbəxt olarkən isə, mənim maaşımın iki qatını alan insan da onun maaşının iki qatını alan insana paxıllıq duyaraq orada iztirab çəkəcək və bərbad vəziyyəti bu formada da sürüb gedəcək. Şan-şərəf həvəsindəsizsə, Napoleona qibtə edə bilərsiniz. Ancaq Napoleon da Sezarı həzm edə bilmirdi, Sezar İsgəndər Zülqərneyni, İsgəndər özü isə heç bir zaman yaşamamış Herakla qibtə edirdi. Demək ki, sadəcə uğur qazanmaqla paxıllıq duyğusundan xilas ola bilməzsiniz, çünki tarixdə və əfsanələrdə sizdən daha böyük işlər bacaran varlıqlar olub. Həyatın sizə bəxş etdiyi həzzlərin dadını çıxararaq, işinizi ürəklə həyata keçirərək, bəlkə də yanlış olaraq sizdən daha yaxşı həyata sahib olduğunu düşündüyünüz insanlarla özünüzü müqayisə etməkdən əl çəkərək paxıllıq duyğusuna qalib gələ bilərsiniz.
Əndazəni aşan təvazökarlığın paxıllıqla böyük bağlılığı var. Təvazökarlıq yaxşı mənada mənəvi keyfiyyət kimi qəbul edilir. Əlbəttə, bunda haqlılıq payı var. Ancaq təvazökar insanlar cəsarətləndirilməyə ehtiyac duyurlar və çox zaman bacaracaqları işləri həyata keçirməyə belə çəkinirlər. Təvazökarlar ətraflarındakı insanların onlardan daha uğurlu olduqlarına inanırlar. Buna görə də paxıllığa, paxıllığın yaratdığı bədbəxtliyə və bədniyyətliliyə meylli olurlar. Uşağa, onun dəyərli olduğunu hiss etdirməyin doğru davranış olduğuna inanıram. Zənn edirəm ki, bir tovuzquşu başqa tovuzquşunun quyruğunun gözəlliyindən dolayı əzab çəkmir, çünki hər tovuzquşu dünyadakı ən gözəl quyruğun məhz onda olduğu qənaətindədir. Bəlkə də buna görə tovuzquşları sakit, rahat, sülhsevər quşlardır. Tovuzquşuna, özünü sevməyin çox pis cəhət olduğu öyrədilsəydi, yəqin ki, zavallı quş özünü çox bədbəxt hiss edərdi.
Quyruğunu açıb həzzlə dolaşan başqa tovuzquşunu görərkən yəqin ki, öz-özünə belə gileylənərdi: “Mənim quyruğumun onun quyruğundan daha gözəl olduğunu düşünməməliyəm, çünki, bu, özünübəyənmişlikdir, özündənrazılıqdır..Ancaq kaş ki, mənim quyruğum onunkundan daha gözəl olaydı! Bu iyrənc quş gör öz gözəlliyinə necə güvənir, necə özündən müştəbehdi! Bəlkə, onun tüklərindən bir neçəsin qoparıb gözəlliyini korlayım? Belə etsəm, onun gözəlliyini korlasam, daha onunla özümü müqayisə etməyə də gərək qalmaz..”. Ya da, özünkündən daha gözəl quyruğu olan tovuz quşuna tələ quracaq, onun, “tovuzquşu davranışı”na zidd davrandığı üçün çox pis varlıq olduğunu isbat etməyə çalışacaq və tovuzquşular toplantısında bunu hər kəsə bəyan edəcəkdir.
Beləliklə o, get-gedə gözəl quyruğa malik bütün tovuzquşuların pis varlıq olduğuna hər kəsi inandıracaq və tovuzquşular ölkəsinin kralına da, öz ətrafına, təkcə iki-üç dənə korşalmış tükdən ibarət, yığılmış quyruğu olan tovuzquşular toplamasını məsləhət görəcəkdir. Sonra da gözəl tovuzquşulara ölüm cəzası verdirəcək və nəticədə həqiqətən görkəmli bir quyruq haqda təsəvvürlər, keçmişin qaranlıqlarına gömülüb, solğun xatirəyə çevriləcək. Bax, əxlaq maskası taxmış paxılın zəfər düşüncəsi bu cürdür. Halbuki, hər tovuzquşunun özünü ən gözəl tovuzquşu hesab etdiyi bir məkanda bu cür istəklərə və düşüncələrə gərək olmayacaq. Belə olsa, hər tovuzquşu bu həyat yarışmasından birincilik hədiyyəsini gözləyər və hər biri öz partnyoruna dəyər verdiyindən, onun təsdiqini gördüyü üçün birinciliyi qazandığına inanar.
Paxıllıq digər tərəfdən rəqabətlə də əlaqəlidir. Əldə etməyə heç bir ehtimalımızın olmadığına inandığımız nadir şansı qısqanmarıq. Sosial təbəqələşmə dəyişməzdisə, ən aşağı sosial təbəqədə yer alan insanlar, zənginlər ilə yoxsullar arasındakı fərqin Tanri tərəfindən müəyyən edildiyinə inandıqları müddətcə, onlardan daha yuxarı təbəqə içində yaşayan insanları qısqanmazlar. Dilənçilər onlardan daha artıq pul toplayan digər dilənçilərə paxıllıq etsələr də, milyonerləri qisqanmazlar. Modern dünyadakı ictimai qərarsızlıqla sosializm və demokratiyanın bərabərlik tezisləri, paxıllığın hədəflərini nəzərdən qaçırır. Bu gün, bu hal, daha adil bir cəmiyyətə qovuşmağımız üçün, üzərindən atlanmağa gərək duyulası xoşagəlməz meyllə əlaqəlidir. Sosial bərabərsizlikləri məntiqli şəkildə analiz edərkən, görürük ki, daha üstün mənəvi keyfiyyətlərdən qaynaqlandığı istisna olmaqla, bu bərabərsizliklər haqsızlıqdır və sosial təbəqələr arasında yaranan paxıllığın əsas çarəsi bu bərabərsizliyin ortadan qaldırılmasıdır. Məhz bu səbəbdən, dövrümüzdə paxıllıq bu qədər geniş yayılıb. Yoxsul varlıya paxıllıq edir, kasıb millət varlı millətə, qadınlar kişilərin azadlığını qısqanır, namuslu qadınlar da namuslu olmadıqları halda heç bir cəza görməyən qadınları.
Paxıllıq fərqli sosial təbəqələr, rifah səviyyəsi fərqli olan millətlər, müxtəlif cinslər arasında bərabərliyi təmin etməyin aparıcı psixi motivi olsa da, bu yolla əldə edilən bərabərlik, özünü bədbəxt hiss edənlərin üzünü güldürmək yerinə, xoşbəxt və halından məmnun olanların həzz mənbələrini məhdudlaşdırmaq, onların həyatdan duyduqları ləzzəti azaltmaq bahasına əldə ediləcək. Şəxsi həyatda zərərli olan ehtiraslar, sosial həyata tətbiq edildikdə də yarardan çox zərər gətirir. Paxıllıq kimi mənfi cəhətın yaxşılıq yaradacağını gözləmək yanlışdır. Buna ümid edə bilmərik. Buna görə də daha ədalətli formasiya istəyən insanlar çıxış mənbəsini paxıllıqdan deyil, digər motivlərdən götürməlidilər.
Butun pis cəhətlər bir-birinə bağlıdır və bunların hər biri digərinin səbəbkarı ola bilər. Xüsusən də yorğunluq tez-tez paxıllığın yaranmasına yol aça bilər. Bir insan həyata keçirməyə məcbur olduğu iş üçün özünü yetərsiz sayarsa, bezginləşəcək və daha az əziyyət çəkənlərə qarşı paxıllıq duyacaq. Bu halda paxıllığı azaltmağın bir yolu da yorğunluğu azaltmaqdır. Ancaq bundan daha önəmli çıxış yolu təməl instinktlərimizə dolğun həyat bəxş etməkdir. İşlə bağlı sanılan paxıllığın əsas qaynağı çox zaman cinsi həyatın yetərsizliyi olur. Xoşbəxt evliliyi olan bir insan ailəsini normal şərtlər daxilində yaşatmağa kifayət edəcək gəlirə sahibdisə, başqalarının daha varlı və uğurlu olmasına qarşı paxıllıq hiss etmir. İnsanların xoşbəxtliyi üçün gərəkli olan nəsnələr əslində bəsitdir, əslində o qədər bəsitdir ki, hiyləgər və saxta insanlar həqiqətən nəyə ehtiyac duyduqlarını açıq-aydın şəkildə söyləməkdən çəkinirlər. Yuxarıda haqqında söhbət açdığımız qadınlar – hər xoş geyimli qadına qısqanc nəzərlərlə baxan qadınlar mütləq şəkildə söyləyə bilərik ki, instiktiv baxımdan xoşbəxt həyat yaşamırlar. İnstiktiv xoşbəxtlik Anglo-Sakson dünyasında, xüsusən də qadınlar arasında nadir rast gəlinən xoşbəxtlikdir. Mənə elə gəlir ki, sivilizasiya bu mənada yanlış yola sürüklənib. Əgər paxıllığın yayılmasını məhdudlaşdırmaq istəyiriksə, bu vəziyyəti düzəltməliyik. Yoxsa hamımızın daxili nifrətlə dolacaq.
Əvvəllər insanlar sadəcə qonşularına paxıllıq edərdilər, çünki başqaları haqqında bilgiləri az olardı. Bu gün isə informasiya vasitələri çoxaldığı üçün heç tanımadıqları insanlar haqqında belə çox məlumat sahibidilər. Filmlərdən izlədikləri həyata baxıb, zənginlərin həyat tərzlərini öyrəndikərini sanırlar, qəzet və televiziya vasitəsiylə digər millətlərin mənfi cəhətlərinə şahid olurlar, propaqanda yoluyla dərisinin rəngi fərqli olanların hansı alçaqlıqlara yol verdiklərindən xəbərdar olurlar. Sarılar ağlardan hürkür, ağlar qaralara nifrət edir və bu vəziyyət belə də davam edir. Bütün bu nifrətin ancaq propaqanda vasitəsiylə yayıldığını söyləyə bilərsiniz, ancaq bu səthi açıqlamadı. Bəs dostluq propaqandası nəyə görə düşmənlik propaqandasından daha zəif olur? Çünki, modern sivilizasiyamızın insanı nifrətə dostluqdan daha çox meyl göstərir. Nifrətə istiqamətlənir, çünki həyatından məmnun deyildir, həyatının mənasını itirib, dünya nemətlərindən başqalarının ləzzət aldığını və özünün onlardan yararlanmadığını hiss edir.
Modern insanın həyatındakı həzzlər və əyləncələrin toplamı şübhəsiz ki, ibtidai icmaların malik olduğundan xeyli böyükdür, ancaq modern insana bu kifayət etmir, başqa əyləncələrin, daha fərqli zövq mənbələrinin mövcud ola biləcəyini də dərk edir. Uşaqlarınızı zooparka apararkən, meymunlara diqqət edin: əgər akrobatlıq etmirlərsə və fıstıq yemirlərsə, çöhrələrini qəmginlik bürüyür. İnsan onlara baxarkən, elə sanır ki, sanki onlar da insan olmaq istəyir, ancaq bacarmırlar və bu işin sirrini heç cür çözə bilmirlər. Sanki, təkamül yolunda yollarını itirmişlər, əmiuşaqları inkişaf etsə də, özləri geridə qalmışlar. Mənə elə gəlir ki, modern, sivil insanın zehninə də oxşar narahatlıq hakim kəsilib. Özündən daha üstün bir nəsnənin əlini uzadıb götürə biləcəyi bir yerdə mövcud olduğunu bilir, ancaq onu harada və necə tapacağını bilmir. Ümidsizlik içində öz vəziyyətində olan digər ümidsiz, bədbəxt insanlara saldırıb, əsəbini onlardan çıxır.
Təkamüldə önəmli bir mərhələyə qədəm basmışıq, ancaq bu son dayanacaq deyil və bu dönəmi tez zamanda arxada buraxmalıyıq, yoxsa əksəriyyətimiz bu yolda tələf olacaq, qalanlarımız da şübhə və qorxu meşəsində öz yolumuzu itirəcəyik. Modern insan bu ümidsizlik bataqlığından xilas olmaq üçün dünyagörüşünü və zəkasını inkişaf etdirmək qədər, könlünü də genişlətməlidir. Nəfsinə qalib gəlməyi bacarmalı və bunu həyata keçirərkən də azadlığını əldə etməyi öyrənməlidir.
Bertran Rassel
| ['Bertran Rassel', 'fəlsəfə', 'paxıllıq'] |
462 | https://kayzen.az/blog/esse/22562/%C3%B6z%C3%BCm%C3%BCz-%C3%BC%C3%A7%C3%BCn-d%C3%BC%C5%9F%C3%BCnm%C9%99k-%7C-alain-de-botton.html | Özümüz üçün düşünmək | Alain de Botton | Apollon | Esse | 23 okyabr 2018, 21:30 |
Sokrat bizə təkcə başqalarının fikirlərinin xətalı olacağını göstərməklə qalmır, həm də nəyin doğru olduğuna özümüz qərar verək deyə, bəsit bir düşünüş metodu da təklif edir. Çox az sayda filosof düşünərək yaşamağa başlamaq üçün bu qədər az şeyə ehtiyac olduğunu düşünür.
Sokrata görə düşünərək yaşamaq üçün illər boyunca təhsil almağa və aşırı dərəcədə boş zamana sahib olmağımıza gərək yoxdur. Bəlli bir mövzuya qarşı maraq duyan, zehnindəki daşları yerli-yerində nizamlamış və ağlauyğun olduğu iddia edilən bir düşüncəni gözdən keçirmək istəyən hər kəs, Sokratın bu metodunu tətbiq edərək, küçədə yeriyərkən bir dostuyla həmin mövzuda söhbətə başlayıb, yarım saatdan da qısa bir zaman içindəcə bir ya da iki təsirli, məntiqli qənaət əldə edə bilər.
Sokratın, hər kəs tərəfindən doğru hesab olunan ideyaları sorğulamaq metoduna, Platonun qələmə aldığı dialoqlarda rast gələ bilərik. Bu metodun əsas xüsusiyyəti dialoq boyunca tutarlı mərhələlərlə irəliləməkdir və əslində bu metodu, yemək reseptlərinə və bələdçi kitablara xas olan bəsit dillə rahat şəkildə ifadə edərək, hər kəsin bizdən qəbul etməyimizi istədiyi və daxilən qarşı çıxmaq istədiyimiz düşüncələri yanlışlamaq üçün tətbiq edə bilərik.
Bunu həyata keçirərkən filosofa qarşı haqsızlıq etdiyimizi düşünməyimizə gərək yoxdur. Bu metoda görə, bir ifadənin, ideyanın doğru olub-olmadığını anlamaq üçün, bu ifadənin əksəriyyət tərəfindən qəbul edilib-edilmədiyinə ya da önəmli insanlar tərəfindən uzun müddət boyunca mənimsənmiş, təsdiqlənmiş olub-olmadığına diqqət etməyimizə gərək yoxdur. Doğru ifadə – məntiqi ziddiyyətə yol açmayan ifadədir. Əgər əksini isbatlamaq mümkün deyilsə, bir ifadə doğru qəbul edilir. Əgər əksi isbatlana bilərsə, bu ifadəylə irəli sürülən bir dünyagörüşə inananların say çoxluğuna rəğmən, ifadə yanlış olacaq və onunla bağlı şübhəyə qapılmaqla haqlı davranmış olacağıq.
Sokratın düşünmə metoduna dair bir örnək:
1. Ortaq ağla uyğun olan, əksəriyyət tərəfindən doğru sayılan hər hansı bir yanaşmanı ifadə edən ideya seçin.
Örnəyi:
Cəsarət savaş zamanı geri çəkilməməkdir.
Ərdəmli olmaq üçün zəngin olmağa gərək var.
2. Bu fikirləri söyləyən insanın özgüvənini və dediyi sözlərin doğruluğuna duyduğu qəti inamı bir müddətlik kənara qoyun və bu fikirlərin yanlış olduğunu fərz edin. Və bu fikirlərin doğru sayılmayacağı durumlar, hallar ya da kontekstlər tapmağa çalışın və sorğulayın.
Örnəyi:
Bir insan savaş zamanı geri çəkilməsinə rəğmən cəsur ola bilərmi?
Bir insan savaş meydanını tərk etməməsinə rəğmən cəsarətsiz ola bilərmi?
Bir insan pulu olduğu halda ərdəmsiz ola bilərmi?
Bir insan pulsuz olduğu halda ərdəmli ola bilərmi?
3. Əgər bu sorğulama əsasında hər hansı bir istisna hal tapa bilsəniz, demək ki, bu fikirlərdə yanlışlıq ya da ən azından əskiklik var.
Deməli:
Bir insanın, cəsur olduğu halda savaş meydanından geri çəkilməsi mümkündür.
Bir insanın, savaş meydanından geri çəkilmədiyi halda cəsarətsiz olması da mümkündür.
Bir insanın, pulu olduğu halda saxtakarın ən pisi olması mümkündür.
Bir insanın, pulsuz olduğu halda ərdəmli olması da mümkündür.
4. İndi isə, əvvəldə istifadə etdiyiniz fikirlərə nüanslar əlavə etməli və bu ifadələri, özündə istisnaları da ehtiva edəcək biçimdə formalaşdırmalısınız.
Örnəyi:
Bir insan, savaş zamanı həm irəliləyərək, həm də geri çəkilərək cəsarət göstərə bilər.
Pulu olanlar, ancaq bu pulu ərdəmli yollarla qazanacaqları təqdirdə ərdəmli hesab oluna bilərlər.
Pulu olmayanlarsa, əgər ərdəmli ola-ola pul qazanmağın mümkün olmadığı şərtlər altında yaşayırlarsa və ərdəmli qalmağı seçirlərsə, deməli həqiqətən ərdəmlidilər.
5. Əgər təkmilləşdirdiyiniz ifadələrlə bağlı başqa istisnalar da tapsanız, düşünüş prosesini yeniləyin. Əksini isbat edə bilməyəcəyimiz ifadələr doğru ifadələrdi; əlbəttə, əgər insan övladının bu cür bir həqiqətə yetməsi mümkündüsə. Fəqət insan, bir ideyanın və nəsnənin məhz nə olmadığını dərk etməklə, onun nə olduğunu bildirəcək dolğun bilgiyə yaxınlaşa bilər.
6. Aristofanın örtük altından ifadə etmək istədikləri nə olarsa olsun, düşüncənin qənaətləri, sezginin qənaətlərindən daha üstündür.
Əlbəttə, fəlsəfəylə məşğul olmadan da doğru qənaətlərə çatmaq mümkündü. Sokratın metodunu tətbiq etməsək də, pulsuz insanların həm pul qazanıb, həm ərdəmli qalmağın mümkün olmadığı şərtlər altında ərdəmli qalmağı seçdikləri üçün ərdəmli insanlar olduqlarının ya da bir insanın savaş meydanından geri çəkilməsinə rəğmən cəsur olduğunun fərqinə vara bilərik. Ancaq o zaman da, bəlkə də bizimlə eyni fikirdə olmayanlara necə cavab verməyi bacarmarıq. Və nəticədə, çevrələri üzərində nüfuz sahibi olan insanlar da ərdəmli olmaq üçün pulun qəti şəkildə zəruri olduğu ya da savaşda geri çəkilən insanların feminin olduğu barədə israr edib bizi susdurarlar. Bizə güc qazandıracaq əks-arqumentlərdən (örnəyi, Plateya savaşı yaxud əxlaqı baxımdan çökmüş bir cəmiyyətin zənginliyi) məhrumuqsa, boynumuzu bükərək “Məncə, mən haqlıyam” deməkdən başqa çarəmiz olmaz. Təbii, gözlənildiyi kimi haqlı olduğumuzu da əsla sübut edə bilmərik.
Sokrata görə, bir insan, zehnindəki düşüncənin doğru olduğunu düşünürsə, lakin həmin düşüncəyə qarşı irəli sürülən etirazlara məntiqli şəkildə cavab verəcək şüurdan məhrumdusa, bu insanın düşüncəsi “doğru rəydir”. Sokrat bilgini “doğru rəydən”dən üstün tutur. Çünki, bilgi sahibi olmaq təkcə bir nəsnə və ideyanın nə üçün doğru olduğunu bilmək deyil, eyni zamanda da digər ideya variantlarının, yanaşmaların nə üçün yanlış olduğunu da bilmək deməkdir.
Filosof doğruların bu iki biçimini böyük heykəltaraş Dadalusun gözəl heykəllərindən örnək göstərərək açıqlayır. İntuisiya yoluyla əldə edilən doğrular, pyedestal üzərinə hər hansı bir dəstək istifadə etmədən oturdulmuş heykələ bənzəyir. Sərt əsən külək bu heykəlin aşmasına səbəb ola bilər. Ancaq əldə etdiyimiz qənaətin səbəblərini və ona qarşı söylənəcək arqumentləri bilsək, bu doğru rəyi dəstəkləyib onu daha da gücləndirmiş olarıq. O zaman bu doğru mövqe tellərin köməkliyilə yerə bağlanıb, sabitlənmiş heykələ bənzəyəcək. Qısacası, Sokratın düşünmə metodu sayəsində biz də öz düşüncələrimizi yaradıb irəli sürə bilər, fırtınayla qarşılaşsaq belə, özümüzü güvən içində hiss edə bilərik.
| ['esse', 'Alain de Botton', 'Sokrat'] |
463 | https://kayzen.az/blog/sevgi/22568/yesenin-v%C9%99-dunkan.html | Yesenin və Dunkan | Apollon | Sevgi | 22 okyabr 2018, 16:55 |
Qızılı saçlı şairin çoxlu sevgi əlaqələri olub, o, qadınları tez-tez dəyişirdi. Lakin bütün romanları ötəri, keçici idi, Zinaida Rayx və Aysedora Dunkanla olan əlaqələrindən başqa. Yesenin yalnız onlar haqqında deyirdi ki, bu qadınları həqiqi məhəbbətlə sevib. Şairin hər iki sevgilisinin taleyi faciəli sonluqla bitir: Zinaida Rayx öz evində qətlə yetirilir, Aysedora Dunkan isə şərflə boğularaq öldürülür.
Aysedora Dunkanı müasir tərzdə rəqs edən ilk rəqqasə, striptizin banisi, görkəmli balerina adlandırırlar. Aysedora hara gedirdisə, arxasınca qalmaqallar və macəralar şleyfi (qadın paltarının yerlə sürünən uzun dal ətəyi – tərc.) də ardınca gedirdi. O, hətta bir dəfə səhnədə “ədəbsiz” hərəkət etdiyinə və tamamilə açıq-saçıq paltarla çıxdığına görə həbs olunmuşdu.
Yesenin və Dunkan rəqqasənin oynadığı məclislərdən birində tanış olurlar. Beş dəqiqədən sonra şair sözün əsl mənasında onun ayaqlarının altına sərilib gözəl baldırlarını qucaqlamışdı, üç saatdan sonra isə birlikdə getmiş və düz üç il ayrılmamışdılar. “Məhəbbət kordur” adlanan möcüzə baş vermişdi. Onlar ayrı-ayrı dillərdə danışırdılar, ayrı-ayrı ölkələrdə və mühitlərdə böyümüşdülər və ən nəhayət, Aysedora Yesenindən 15 yaş böyük idi – ancaq bir-birlərini görərkən bütün bunların hamısını və bütün dünyada olub-qalan hər şeyi tamamilə unutdular və hər şeyə üstün gələn fövqəlbəşər duyğuların dalğalarında üzərək həyatdan və məhəbbətdən zövq aldılar.
Təbii ki, belə bir sevgi uzun müddət sürə bilməzdi. Dunkan gənc Yesenini dəli kimi qısqanırdı. Xarici səfərlərdə Rusiyada tanınmış bir şairi böyük rəqqasənin əri kimi təqdim edəndə Yesenin utancından ölürdü. Sərxoşluğa aludə olmuş Yesenin huşu başında olmayanda Aysedoranı “cəhənnəmə göndərir”, arabir döyür, ağır sovet çəkmələrini ona tolazlayır, qaçıb gedir və iztirab içində, nəvaziş və peşmanlıqla geri qayıdır, başını onun dizlərinə qoyub ağlayardı.
Onlar qəfil qarşılaşdıqları kimi gözlənilmədən də ayrıldılar. Ərinin sərxoş halları Aysedoranı təngə gətirdi. Yesenin birdən ayılıb qarşısında yaşlaşmış yadelli qadın gördü. Bir ildən sonra şair artıq yox idi, daha bir ildən sonra isə rəqqasə də yox idi. Ancaq onların böyük və faciəvi sevgi tarixçələri hələ çox yaşayacaq.
| ['sevgi', 'şairlərin sevgisi', 'Sergey Yesenin', 'Aysedora Dunkan'] |
464 | https://kayzen.az/blog/aforizmler/22574/allah%C4%B1-d%C9%99rk-etm%C9%99k-yolu-haqq%C4%B1nda-%7C-qabusnam%C9%99.html | Allahı dərk etmək yolu haqqında | Qabusnamə | Apollon | Hikmət dənizi və aforizmlər | 21 okyabr 2018, 20:13 |
Ey oğul, bil və agah ol ki, dünyada olan, olmayan və ola bilən hər nə varsa, hamısını olduğu kimi adam dərk edə bilər, yalnız o böyük Yaradandan başqa. Onu dərk etməyə yol yoxdur, ondan savayı nə varsa, hamısı dərk edilə bilər. Sən yalnız o zaman Haqq-Taalanı dərk edə bilərsən ki, özün dərketməz olasan.
Dərk edilən naxış, dərk edən isə nəqqaş kimi bir şeydir, əgər maddə naxışı qəbul etmirsə, heç bir nəqqaş onun üzərinə naxış vurmağı bacarmaz. Görmürsənmi, daşa nisbətən mum daha tez naxış qəbul etdiyindən ondan möhrə hazırlayırlar, daşdan isə hazırlamırlar.
Deməli, dərk edilmiş hər şeydə bir dərkolunma xüsusiyyəti var və o, Yaradanın nəyə qabil olduğunu göstərir. Ona görə sən özünə bax, Yaradana baxma. Sən yaradılmışa diqqət et ki, Yaradanı əql ilə dərk edə biləsən. Ayıq ol, vaxtı əldən verməyəsən, çünki vaxt keçicidir, keçici şeyin isə əvvəli və sonu olar.
Bağlı gördüyün bu dünyanın bağlılığına heyran olma və güman etmə ki, bu bağ həmişə açılmamış qalacaq. Sən Yaradanın yaxşılıqları və nemətləri haqqında fikirləş, özü haqqında fikirləşmə, çünki yolu o adam daha çox azır ki, yol olmayan yerdə yol axtarsın. Peyğəmbər əleyhissəlam demişkən: “Allahın nemətləri haqqında fikirləşin, zatı haqqında fikirləşməyin”.
Əgər bizi yaradan Allah öz bəndələrinə Onu dərk etməyə cəsarət və ixtiyar verməsəydi, heç kəs bu barədə bir söz deməyə cürət etməzdi. Sən Haqqı nə adlandırırsan adlandır, onun haqqında nə düşünürsən düşün, bu, Yaradanın ilahiliyinə deyil, yalnız sənin acizlik və miskinliyinə dəlalət edər, çünki sən Allahı heç vaxt layiq olduğu qədər tərifləyə bilməzsən. Belə olan təqdirdə sən Onu necə dərk edə bilərsən?
Əgər sən tövhidin nə olduğunu bilmək istəyirsənsə, bil ki, sənin üçün mümkün olmayan hər şey Onun üçün mümkündür, məsələn, təklik kimi.
Kim təkliyin mahiyyətini anlasa, o müşriklikdən azad olar. Təklik yalnız böyük Yaradana xasdır, ondan başqa nə varsa, hamısı cütdür. Xüsusiyyətinə görə ikiləşən hər şey ya tərkibinə görə ikiləşər, cisim kimi, ya parçalanmağına görə ikiləşər, ədəd kimi, ya fərqinə görə ikiləşər, sifət kimi, ya təzahürə görə ikiləşər, cövhər kimi, ya mənşəyinə görə ikiləşər, əsli və fəri kimi, ya məkana görə ikiləşər,fəza və boşluq kimi, ya fəhmə görə ikiləşər, ağıl və nəfs kimi, ya müvazinətə görə ikiləşər, təbiət və surət kimi, ya qarşılaşmaya görə ikiləşər, ehtimal və qətilik kimi, ya qəbul edilmə nöqteyi-nəzərindən iki cür ola bilər, azlıq və çoxluq kimi, ya dərk edilmə baxımından iki ola bilər, varlıq və yoxluq kimi.
Bunlar ziddiyyətli olduqları qədər də, ikilik əlamətinə malikdirlər və onları tək adlandırmaq olmaz. Təklik yalnız Allaha aiddir. İkilik xüsusiyyəti olan nə varsa, onların heç biri Allah ola bilməz. Tövhidin mahiyyəti ondan ibarətdir ki, ürəyinə gələn hər şeyin Allah olmadığını biləsən, onların şəriki və tayı olmayan bir Allah tərəfindən yaradıldığını qəbul edəsən.
| ['ədəbiyyat', 'bədii ədəbiyyat', 'Qabusnamə'] |
465 | https://kayzen.az/blog/sevgi/22567/sevgi-hekay%C9%99si-%7C-bernard-%C5%9Fou-stella-patrik-kempbell.html | Sevgi hekayəsi | Bernard Şou – Stella Patrik Kempbell | Apollon | Sevgi | 20 okyabr 2018, 20:25 |
Düz altmış il boyunca Şou əlliyə yaxın pyes yazıb. Hələ Birinci dünya savaşınadək o, təkcə İngiltərədə deyil, həm də bütün Avropada böyük dramaturq kimi tanınırdı. Uzun illər onun sevgilisi olmuş Stella Patrik Kempbell isə dövrünün ən məşhur və heyrətamiz aktrisası kimi London səhnəsində parlayırdı. Onların macərası olduqca qəribə və müəmmalarla dolu tarixçədən ibarətdir.
Sevgililər 40 il ərzində bir-birilərinə, demək olar ki, dünyadakı bütün məsələlərə dair çoxlu məktublar yazıblar. Hər ikisinin dili məcaz və aforizmlərlə, istehza və tikanlı sözlərlə zəngin idi. Stella Bernard Şouya məktubunda deyir: “Əgər mən Sizin kimi məktub yaza bilsəydim, Cənab Tanrının özü ilə yazışardm”.
Cütlük təkcə səhnədə deyil, həyatda da rol oynayırdılar. Məhz buna görə də onların münasibətləri haqqında indiyədək vahid bir fikir yoxdur: aralarında real məhəbbət romanı yaşanıbmı, yoxsa hislərinin bütün çılğınlıqları yalnız kağız üzərindəmi qalıb?
Stella 17 yaşında Patrik Kempbellə kor-koranə aşiq olur və ərə gedir. Qayğısız gənc çiçəkləri və quşları sevirdi. Üç ildən sonra illüziyalar əriyir və missis Patrik Kempbell qucağında iki uşaq – oğlu Beo və qızı Stella – və həyatda heç nədən başı çıxmayan, müvəffəqiyyət ardınca İngiltərənin cənub müstəmləkələrinə üz tutmağı qərara alan əri ilə həyatla mübarizə aparmalı olur. Stella özünü, uşaqlarını dolandırmaq, hələ üstəlik Patrikin növbəti “xəyali layihələri”nə də pul göndərmək üçün həddən artıq çalışmalı, ağır işlərdə işləməli olur.
Bernard Şou evli idi və arvadı Şarlotta ilə aralarında heç bir yaxınlıq olmayacağını razılaşmışdılar. O, seksual zəminə dayanan məhəbbəti qəbul etmirdi. Arvadı onun qayğısına qalır, qulluq edirdi və Şou həyatında heç nəyi dəyişməyə hazırlaşmırdı. Stella isə onun qəlbinin və ruhunun dərinliklərinə çökmüş, dərin iz buraxmışdı. Əlbəttə, o, yazıçını ilk növbədə bir aktrisa kimi heyran qoymuşdu. Şou onun istedadı qarşısında baş əyir və etiraf edirdi ki, Stella səhnədə bir balaca “gözlərini ağardan” kimi bütün normal kişilər əsərin bədii dəyərini düzgün qiymətləndirmək bacarığından məhrum olurlar. Şou bu təsiri “faciəvi korluq” adlandırırdı.
Aktrisa şöhrətli yazıçını sevirdimi? Bu hələ də müəmma olaraq qalır? Əlbəttə, Şounun bu qədər açıq ehtiramı ona böyük zövq verirdi. Lakin qadın həm də anlayırdı ki, bütün bu flirtlər hamısı işin maraqları xatirinədir – sevgili qismində olmaq onun işinə yarayırdı. Şou özü də etiraf edirdi ki: “Qadınlar mənim yanımda çox şey itirilər… Mən onları xeyli üfürüb köpürdürəm. Ciblərim sevgi qərikləri ilə doludur, ancaq onlar adi qəpiklər deyil, qəlpdirlər… Məhəbbət isə məni əyləndirir, gücümü bərpa edir”. Stella ona eyni kartlarla cavab verir, onu şirnikləndirərək özünə çəkir, xüsusilə də ciddi gün rejimini və arvadının kefini pozmamağa çalışmasını lağa qoyurdu.
Aktrisa çox ağır həyat yaşayır. İngilis-bur müharibəsində əri, Birinci Dünya savaşında isə oğlu həlak olur. “Qılıqsız Pat” (Şou onu belə adlandırırdı) qocalır, rollarından və maliyyə vəsaitlərindən məhrum olur. İngiltərədəki mülkünü satıb xoşbəxt həyat axtarışına çıxmağa məcbur olur.
Kitablardan bir qədər pul qazanmaq məqsədilə Şounun razılığı və iştirakı ilə memuarlarını və məktublaşmalarının bir qismini nəşr etdirir. “Epistolyar məhəbbət”in epiloqu Jerom Kiltinin “Əziz yalançı” pyesi olur. Onun dünya teatr səhnələrindəki uğuru gözlənilənləri də ötüb keçir. Qeyri-adi sevgililərin qeyri-adi məhəbbəti (gerçəkmi, yoxsa epistolyarmı?) kağız üzərindəki sözlərdən, 40 illik məhəbbət etiraflarından ibarət olmaqla qalmadı, münasibətlərin tamam fərqli, özəl təzahürü kimi yaddaşlara yazıldı.
| ['sevgi', 'yazıçıların sevgisi', 'Bernard Şou', 'Stella Patrik Kempbell'] |
466 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/22563/evl%C9%99nm%C9%99k-%C3%A7%C9%99tin-deyil,-evli-olmaq-%C3%A7%C9%99tindir.html | Evlənmək çətin deyil, evli olmaq çətindir | Apollon | Xoşbəxt ailə | 20 okyabr 2018, 20:23 |
Ailə həyatı yalnız sevgi və sevinc hisslərindən ibarət deyil. Düzdür, insanlar tək qalmamaq, birlikdə xoşbəxt olmaq, səadətə, sevgilisinə qovuşmaq, oğullu-qızlı olmaq üçün ailə qururlar. Lakin mükəmməl insan olmur. Səhv etməksə hamıya məxsusdur.Ümumiyyətlə, qadınların psixologiyası münasibətlərdə kişilərin psixologiyasından fərqlənir və nəticədə fikir ayrılığına gətirib çıxarır.
Həm qadın, həm də kişilər səhv edirlər. Lakin bu yazıda qadınların şəxsi münasibətlər zamanı yol verdikləri səhvlərdən söhbət gedəcək.Qadınlarımız davranışı ilə sevdiyi kişilərin ən pis xüsusiyyətlərini belə aradan qaldıra bilərlər. Amma, bu o demək deyil ki, münasibətlərdəki bütün problemlər qadınların təqsiri üzündən yaranır və kişilərin öz mənfi cəhətlərini aradan qaldırmağa ehtiyacı yoxdur.
Qeyd edək ki, uğurlu münasibətlərin 50 faizi qadınların davranışından asılıdır. Qadınların bəzi hərəkətləri həyat yoldaşları ilə münasibətlərdə dağıdıcı rol oynayır. Əlbətdə qadınlar bu səhvləri bilmədən, düşünmədən də edə bilərlər. Bu səhv hərəkətlərin çoxu qadınların anaları tərəfindən aşılana bilər.Sən onu olduğu kimi sevirdinsə, indi nəyə görə dəyişdirmək istəyirsən?
Qadınlar çox vaxt sevdiyi insanı ideallaşdırırlar. Onun pis vərdişlərini aradan qaldırmağa çalışırlar. Problemlər də məhz pis vərdişlər aradan qalxmayanda başlayır. Lakin belə vəziyyətdə xanımlar qərar verməyə tələsməməlidirlər. Bu məsələni zamanla həll etmək olar. Qadınlar sevdiyi insanı dəyişdirməyə cəhd etməməlidirlər. Ona görə ki, hər bir şəxsin özünəməxsus xarakteri və vərdişləri var. Bir uğursuzluq baş verən zaman bəzi qadınlar narahat olur, özlərinə bədbəxt, uğursuz insan deyirlər. Əslində isə bəzi qadınlarımızın kifayət qədər təcrübəsi olsa, zamanla bu problemləri aradan qaldırmaq mümkün olacaq.
Qadınlara məsləhətlər
Sevdiyiniz insan nədən zövq alırsa, ona səmimi maraq göstərin. Bu onun işi, sevdiyi məşğuliyyəti, etdiyi idman növü də ola bilər. Sizin onun sevdiyi, zövq aldığı məşğuliyyətlərə maraq göstərməyiniz süni görünməməlidir.Bundan başqa, möhkəm və mehriban ailə üçün qadının yaxşı əhvalda olması vacibdir. Belə ki, kişilər sevdikləri qadının yaxşı əhval-ruhiyyədə olmağını xoşlayırlar.
Kişi gülməli bir şey danışanda, zarafat etmək istəyəndə qadın təbəssümlə cavab verməyə, yeri gələndə gülməyə çalışmalıdır. Amma kişinin hər sözünə səbəbsiz reaksiya verib həddini aşmaq da məsləhət deyil.Kişilər özlərini əvəzolunmaz, fərqli hiss etməkdən zövq alırlar. Bu səbəbdən də həyat yoldaşınıza bəyəndiyiniz xüsusiyyətlərini deyin.
Həyat yoldaşınıza sizə qarşı olan hər hansı bir diqqətinə, evdə gördüyü hansısa işinə görə təşəkkür edin. Davranışını qiymətləndirdiyinizi ona hiss etdirin.Çalışın ki, həyat yoldaşınızla fikirlərinizlə bölüşəsiniz. Ona məsləhətlərinin sizin üçün nə qədər əhəmiyyətli olduğunu bildirin. Bu onun xoşuna gələcək və sizə görə məsuliyyət hiss edəcək.
Gəlin, qadınların kişilərlə münasibətlərində buraxdığı əsas səhvlərinə nəzər salaq.
1. Qadınlar sevdiyi kişilər üçün özlərini qurban verirlər. Onlar ümid edirlər ki, fədakarlıqları kişilər tərəfindən yüksək qiymətləndiriləcək və kişinin ona sevgisi dəfələrlə artacaq. Təəssüf ki, bu çox nadir hallarda baş verir. Çox vaxt əksinə olur. Kişinin qadına olan marağı azalır.
2. Qadınlar kişilərin potensial imkanlarına aşiq olurlar.
3. Qadınlar özlərini ana kimi aparır və kişilərlə uşaq kimi rəftar edirlər.
4. Bəzən qadınlar özlərini hədsiz yüksəkdə tutur, bəzən isə çox zəif olduqlarını düşünürlər.
5. Elə cütlüklər var ki, münasibətləri münaqişələr üzərində qurulur. Bəziləri bu hisslərə alışır və şüuraltı münaqişəli vəziyyətlər axtarırlar (qüvvə toplamaq üçün).
6. Elə qadınlar var ki, istədiklərinə nail olmaq üçün özlərini balaca şıltaq qız kimi aparırlar.
Əlbəttə ki, cütlüklər arasındakı münaqişələrə səbəb olan başqa amillər də var. Bu münaqişələri düzgün həll etmək üçünsə qadınlara səbirli olmağı məsləhət görürəm. Ən əsası isə maraqlı həmsöhbət olmağa çalışın. Həm danışmaq, həm də dinləmək əhəmiyyətlidir. Bununla yanaşı özünüzə diqqət ayırmağı unutmayın. Qadın hər zaman, hər bir şəraitdə qadın olduğunu unutmamalıdır.
Aygün Ağabalayeva
Harmoniya psixologiya mərkəzinin baş psixoloqu
| ['evlənmək', 'ailə həyatı', 'ailə problemləri', 'ailə qurmaq', 'Aile münasibətləri', 'evlilik haqda', 'evli qadın'] |
467 | https://kayzen.az/blog/intellekt/22547/mi%C3%A7io-kaku-il%C9%99-m%C3%BCsahib%C9%99.html | Miçio Kaku ilə müsahibə | Apollon | İntellekt və təhsil | 17 okyabr 2018, 23:03 |
2013-cü ildə Nyu York Times qəzeti Miçio Kakunu Nyu Yorkun ən ağıllı adamlarından biri kimi qeyd etmişdi. Yapon əsilli bu amerikalı fizik fizikanın qara dəliklər və kainat genişləməsini öyrənən sahələrində araşdırmalar aparır. Həm də məşhur elm populyarizatorudur. Alim “Gələcəyin fizikası”, “Mümkünsüzlüyün fizikası”, “Supersicim nəzəriyyəsinə giriş”, “Gələcəyin fizikası” kimi elmi-kütləvi mövzuda yazılmış bestseller kitabların və Discovery, BBC kimi radioteleviziya qurumlarında hazırlanan proqramların müəllifidir. Kaku həm də dünyaca məşhur müəllimdir, Nyu York Siti kollecində nəzəri fizika professorudur və dünyanın müxtəlif intellektual mərkəzlərində mühazirələr oxuyur.
– Siz “Gələcəyin fizikası” adlı kitabınızda gələcək təhsilin internet texnologiyaları və Google Glass tipli qadjetlər (kiçik ölçülü köməkçi cihaz-tərc.) üzərində təməllənəcəyini yazırsız. Bu sferada gələcəkdə daha hansı qlobal dəyişikliklərin baş verəcəyi gözlənilir?
– Əsas dəyişiklik ondan ibarətdir ki, öyrənmə prosesi artıq əzbərçilik əsasında həyata keçməyəcək. Tezliklə komputerlər və Googla Glass eynəkləri bütün zəruri informasiyaların yüklənməsini həyata keçirəcək kiçik linzalara transformasiya olunacaq. Əlavə reallıqla təchiz olunmuş eynəklər artıq mövcuddur və onlarda bu funksiya artıq işləyir. Buna görə də bir neçə ildən sonra şagirdlər və tələbələr imtahan zamanı öz suallarının cavabını internetdə asanlıqla axtara biləcəklər: Bir anlıq göz qırpmaq bəs edəcək ki, istədiyin informasiya tapılsın. Digər tərəfdən beyni lazımsız informasiyalarla doldurmağa heç bir gərək olmayacaq, praktikanın da göstərdiyi kimi, belə biliklər həyatın sonrakı mərhələlərində də insana lazım olmur. Və beləliklə, bu lazımsız bilgilərdən qurtulan əqli rezerv düşünmək, analiz etmək, arqumentasiya və doğru qərar qəbul etməyə istiqamətlənəcək.
– Bu halda imtahanlara və müəllimlərə ehtiyac aradan qalxacaqmı?
– Sözsüz ki, bu halda biz daha avtonom olacağıq, öz həyatımızla bağlı daha böyük məsuliyyət daşımağa başlayacağıq, dolayısıyla, hansısa “kontroledici orqanlara” ehtiyac duyulmayacaq. İnsanlar öz istədikləri formada şəxsi təhsillə məşğul olacaqlar və onlara həqiqətən zəruri olan bilgiləri özləri real olaraq seçə biləcəklər. Əgər xüsusi konsultasiyaya gərək duysalar, bu ehtiyaclarını, örnəyi, “ağıllı” divarların köməkliyilə ödəyəcəklər. Süni intellekt texnologiyalarına əsaslanan belə cihazlar tezliklə hər yanda olacaq: ofislərdə, küçələrdə, mənzillərdə. Divara yaxınlaşıb belə söyləmək kifayət edəcək: “Mən biologiya professoru ilə danışmaq istəyirəm”. Və anında divarda sizə lazım olan bütün sualları cavablayacaq alim zühur edəcək. Bu sistem təkcə təhsil sahəsinə deyil, tibb, hüquqşünaslıq, dizayn, psixologiya və digər sferalara da tətbiq olunacaq. Əlbəttə, hansısa mütəxəssislərə real ehtiyac da olacaq, örnəyi, cərrahlara, ancaq sadə problemləri virtual şəkildə həll edə biləcəyik. Müəllimlərə qaldıqda, onlara “canlı”, “real” formada gərək duyulmayacağı dəqiqdi.
– İnsanlar şəxsitəhsilə, onlayn-bilgilənmə prosesinə sürətlə uyğunlaşmağı bacaracaqlarmı?
– Universitet onlayn-kursları artıq mövcuddur, bu həqiqətən də parlaq ideyadır. Doğrudur, sözügedən proqramlardan uzaqlaşanların sayı xeyli yüksəkdir. Ona görə ki, insanlar müəllimsiz, “yalnız sən və monitor” prinsipi əsasında işləməyi hələ öyrənə bilməyiblər, bununçün onların motivasiyası yoxdur. Digər tərəfdən, onlayn sistem hələ yenicə yaranıb, düzəlişlərə ehtiyacı var. Ancaq kifayət qədər sürətlə inkişaf edir, mükəmməlləşir və sözsüz ki, gələcək 50 il ərzində təhsil onun əsasında aparılacaq. Universitetlər də mühafizə ediləcək, ancaq əsasən bulud depolaması əsasında çalışan virtual ali məktəblərə çevriləcəklər. Ənənəvi təhsil müəssələrində həyata keçirilən mühazirələrə üz tutanlar uğursuz sayılacaqlar. Onlar barəsində belə söylənəcək: “ O, öz təhsil sistemini özü nizamlaya bilmir”.
– İndi bilgi dağarcığının əsas göstəricisi diplom sayılır. Gələcəkdə hər hansı bir mütəxəssis bu və ya digər sferada sahib olduğu bilgi və bacarıqlarının keyfiyyətini sərgiləmək və isbatlamaq üçün hansı üsuldan istifadə edəcək?
– Diplomlar gərəksiz olacağına görə ortadan qalxacaq, çünki şəxsitəhsil prosesi müəyyən zaman və məkan çərçivələriylə məhdudlaşmayacaq. Ehtimal ki, xüsusi sertifikasiya mərkəzləri yaranacaq və mütəxəssislər bilik, vərdiş və bacarıqlarını müəyyən etməkdən ötrü ixtisas imtahanlarından keçəcəklər. Və nəticədən asılı olaraq mütəxəssis ya işi əldə edəcək, ya da yox. Yəqin ki, zamanla unifikasiya edilmiş bal şkalası da tətbiq ediləcək və onların sayı insanın cəmiyyət içindəki yerini müəyyənləşdirəcək. Buna müvafiq olaraq universitetlər də xidmət təchizatçıları olacaqlar, fəqət özləri bu xidmətlərin keyfiyyətini ölçməyəcəklər. ABŞ-da, Kanadada, Yaponiyada, Avropada portfolio sistemi çox məşhurdur, insan təhsil prosesi zamanı əldə etdiyi diplomları, sertifikatları, şəhadətnamələri yığır və onu işə götürənə təqdim edir. Toplanmış intellektual baza təhsil sisteminin əsas elementlərindən biri olacaq, informasiya texnologiyaları isə insan xidmətlərini daha əlçatan və şəffaf edəcək.
– Böyüklərdən təhsil prosesinə şüurlu münasibət göstərəcəklərini gözləmək olar. Bəs uşaqlar necə, məgər onlar üzərində davamlı kontrol olmasa, öyrənməyə can atacaqlarmı?
– Uşaq tərbiyəsinə yönəlik xidmətlər də aktiv şəkildə inkişaf edəcək. Yaxın 10-15 il ərzində sistemdışı təhsil imkanları sərhədsiz olacaq. Onlayn pedaqoqika yayğınlaşacaq. Yeri gəlmişkən onlayn dedikdə, hər kəsin komputer qarşısında oturub monitora baxacağını nəzərdə tutmuram, insanların yaşadığı mühitin özü də, qarşılıqlı təsirlənməni həyata keçirən qovuşma nöqtələri də, interfeyslər də dəyişikliyə uğrayır. Gələcəyin informasiya-komunikasiya qərarlarıyla zənginləşən şəhərləri yeni maariflənmiş ortamın öz-özlüyündən yaranan aktiv mərkəzləri olacaqlar. Uşaqlar üçün real şəhərlərdə və xüsusi hazırlanmış məkanlarda, günlərlə və aylarla davam edən böyük oyunların keçirilməsi barədə tez-tez təkliflər irəli sürüləcək. Dərsliklər süni intellektlə əlaqələndiriləcək və o, onun xidmətinə müraciət edən insanların ehtiyacına uyğun olaraq – yaş həddindən asılı olmadan, bu insanın yaşı altı da ola bilər, altmış da – təhsil materialları, fotolar, mətnlər, videolar, çalışmalar, sxemlər tapıb, onlara təqdim edəcək. Bu cür mexanizmlər çoxdur və onlar tədricən yayılmaqdadılar.
– Dövrümüzdə yaxşı mütəxəssis olmaq üçün təməl biliklərə yiyələnməyə və təcrübə toplamağa gərək var. Bəs, gələcəkdə uğurlu insan olmaqdan ötrü nə etmək lazımdı?
– Real uğur əldə etmək üçün robotların bacarmayacağı qabiliyyətləri inkişaf etdirmək lazımdı: yaradıcılığı, təxəyyülü, liderlik keyfiyyətini, təşəbbüskarlığı. Toplum tədricən mal-əmtəə iqtisadiyyatından intellektual-yaradıcı iqtisadiyyata keçir. Toni Bleyerin sevə-sevə “İngiltərənin rok-n-rolldan əldə etdiyi gəlir, mədən quyularından əldə etdiyi gəlirdən daha çoxdur” fikrini söyləməsi əbəs deyil. Əmtəə-mal bazarıyla, koqnitiv-yaradıcı potensialı arasındakı balansı qoruyan ölkələrin uğur qazanmaq şansı xeyli yüksək olacaq. Təkcə kənd təsərrüfatına inanan millətlər çox davam gətirə bilməz, onlar yoxsulluğa məhkumdular.
– Əksər futuroloqlar belə söyləyir ki, iş yerlərinin böyük hissəsini tezliklə robotlar tutacaqlar. Bəs, insana nə qalacaq?
– Ən gəlirli sahələr biotexnologiya, nanotexnologiya və süni intellektlə bağlı sferalar olacaq. Təkcə təhsil sistemi deyil, iş sistemi də dəyişir. Tezliklə fabrikalarda daha insanlar çalışmayacaq, ancaq intellektual sferalarda çoxsaylı, yeni iş sahələri meydana çıxacaq. Əsas odur ki, zamanında düzgün istiqaməti seçəsən, dəyişikliyə hazır olasan. Əksər insanların problemi bundan ibarətdir ki, onlar ətalətlidilər, tənbəldilər, kütlədən fərqli addım atmağa ehtiyat edirlər. Əgər gələcəkdə uğur qazanmaq istəyirsizsə, digər insanlardan fərqlənməkdən qorxmamalısınız, öz həyatınızla bağlı məsuliyyəti öz əlinizə almaqdan, bircə gün içindəcə hər şeyi dəyişib, yeni yola qədəm qoymaqdan çəkinməməlisiniz.
– İndi dünyada işsizlik dərəcəsi heç vaxt olmadığı qədər yüksəkdir, ilk növbədə gənclər arasında. Bu hal təkcə dünyəvi böhranla bağlıdır, yoxsa bunda qeyri-effektiv təhsil sisteminin də rolu var?
– Mövcud təhsil sistemi keçmişin mütəxəssislərini hazırlayır. Biz onları öyrədirik ki, işə getsinlər, halbuki bu iş sahələri daha mövcud deyil, onları, çoxdan effektliyini itirmiş intellektual vasitələrlə təmin edirik. Ona görə də indi dünyada işsizlərin sayı bu qədər yüksəkdir. Belə olduğu halda hansısa biznes sahibi bu məzunları nəyə əsasən işə alsın? Üstəlik, onlar lazimi biliklər və təcübədən də məhrumdularsa. Nəticədə, dünyanın aparıcı kompaniyalarının əksəriyyətində 50-60 yaşlı insanlar dominantlıq edir. Və insanlar rahat şəkildə 120 il yaşamağa başladıqda, bu insanlar hələ öyrənməyə, təhsil almağa davam edəcəklər və düşünürəm ki, qaçılmaz olaraq fasiləsiz təhsil konsepsiyasına uyğunlaşacaqlar. Buna görə də təhsil sahəsində çalışan mütəxəssislər indi, gələcəyin texnologiyasiyla birbaşa əlaqədə olan təbiət elmləriylə bağlı tədris proqramlarına əsaslı şəkildə, yenidən nəzər salırlar.
– Axı intellektual əməklə məşğul olmağa hər kəs can atmır. Zehni əməklə maraqlanmayan insanlar robotlar dünyasında yaşamaq üçün hansı qabiliyyətlərə malik olmalıdır?
– Yüksək dərəcədə inkişaf etmiş heç bir süni intellekt insanı tamamilə əvəz etmək iqtidarında deyil. Bizim maşınlar qarşısındakı üstün cəhətlərimiz təsəvvür etdiyimizdən də çoxdur. Məsələn, robotlarda yaradıcı, obrazlı təfəkkür çatışmır, onların şüuru, intuisiyası yoxdur. Buna görə də onlar, örnəyi, iş fəaliyyətlərində intellektdən çox intuisiyaya güvənən fond brokerlərini əvəzləyə bilməzlər. Bağbanlar, inşaatçılar, iş fəaliyyətləri avtomatik hərəkət deyil, müxtəlif mərhələ və məkanlara uyğun olaraq fərqli yanaşma tələb edən fiziki əmək nümayəndələri işlərini itirməyəcəklər, sağ qalacaqlar. Yaxın zamanlarda, indi intellektual fəaliyyət sahəsi sayılan proqramlaşdırma, veb-dizayn, 3D planlaşdırma kimi sahələr “əməkçi” sahələr hesab olunmağa başlayacaqlar. Ümumiyyətlə, insan nə işlə məşğul olarsa olsun, fərq etməz, gərəkdi ki, işinə yaradıcı yanaşsın, canlı təxəyyülə, təkmil intuisiyaya və sürətlə dəyişən ətraf mühitə uyğunlaşmaq qabiliyyətinə malik olmağa çalışsın.
– Tibbdən tutmuş kibernetikaya qədər müasir texnologiyanın inkişafıyla bağlı olaraq insan intellektini hansı dəyişikliklər gözləyir?
– 2050-ci ilə qədər, praktiki olaraq bütün sferalarda bəşəriyyətin ən üstün zəkalarını belə üstələyəcək üstün zəkanın yaradılacağı tamamilə real ehtimaldır. Örnəyi, bu yaxınlarda “Human Brain Project” proektində birləşən beynəlxalq alimlər komandası 1 milyard dollarlıq investisiyaya başa gələn, insan beyninin Big Brain adlı unikal xəritəsini çıxardılar. Bu xəritə beynin detallı quruluşunu 20 mikrometrlik dəqiqliklə göstərir. Bu cür anatomik atlas təkcə, ağır xəstəliklərin müalicəsiylə məşğul olan nevroloqların və neyrocərrahların işini rahatlaşdırmaqla qalmır, həm də beynin emosiyaları, informasiya qəbulunu necə işlədiyini də izləməyə imkan yaradır. Bu nəsnə üstün zəkanın yaradılması prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək. Həmçinin, bilik bazasını işləyən təbii koqnitiv prosesləri maksimal təhlükəsizliklə mükəmməlləşdirib, stimullaşdırmağa imkan yaradacaq. Zehni fasiləsiz informasiyayla təmin edən beyin çipləri yaxın gələcəyin texnoloji yenilikləri olacaq.
Mənbə: www.vestnikkavkaza.ru
| ['böyük fiziklər', 'fizikafizik', 'Miçio Kaku', 'nobelli alim'] |
468 | https://kayzen.az/blog/edebiyyat/22529/ya%C5%9Fl%C4%B1-insanla-g%C3%B6r%C3%BC%C5%9Fd%C9%99n-ald%C4%B1%C4%9F%C4%B1m-d%C9%99rs.html | Yaşlı insanla görüşdən aldığım dərs | Apollon | Ədəbiyyat | 17 okyabr 2018, 23:00 |
Bir zamanlar mən qərbdə çap olunan, bölgədə məşhur və nüfuzlu sayılan bir qəzetlə əməkdaşlıq edirdim və günlərin bir günü redaktor istifadəyə verilməsi planlaşdırılan, milyonlarla büdcəsi olan bir layihəylə bağlı müsahibə almaq üçün məni istefaya çıxmış, varlı bir sənayeçinin yanına göndərdi.
Layihə yararlı olacaqmı? Şəhərin buna ehtiyacı varmı? Onun maliyyələşməsi asan və sərfəli olacaqmı? Redaktor nələri soruşacağımı mənə tapşıraraq, müsahibimin yaşlı və ya gənc olması haqqında heç bir məlumat vermədi, sadəcə bildirdi ki, o indi sənaye işindən kənarlaşıb və sən onu istənilən vaxt evdə tapa bilərsən. O vaxtlar mən çox gənc idim-yaşım iyirmi ikidən çox olmazdı və həyat mənə öz ticari, iqtisadi tərəfləri ilə deyil, öz tapmacaları, sirrləri ilə daha maraqlı gəlirdi. Lakin mənim verəcəyim suallar yadımda idi və keçmiş sənayeçidən onlara aydın cavab almağa hazırlaşırdım.
O çox məhşur bir sənayeçi, mən isə gənc və tanınmamış jurnalist olduğumdan, müsahibəmizi yol boyunca düşünürdüm, fikrimdə müsahibimin obrazını təsəvvür edirdim.
Onu orta yaşlı biri, dövlətli olduğu üçün özündən razı, iti baxışlı və bir azda reportyorlara qarşı biganə insan kimi təsəvvür edirdim. Mənsə öz növbəmdə bacardıqca rəsmi, ciddi olmalı, gəlişimin səbəbini qısa, konkret deməli, onun cavablarını aydın qavramalı, yadımda saxlayıb qeyd etməli idim.
Onun imarəti yeddi böyük evlə birlikdə hasara alınmış, iki tərəfdən hündür dəmir darvazası olan həyətdə yerləşirdi. İmarət böyüklüyü ilə məni heyrətləndirdi. Sarı daşdan hörülmüş, qırmızı-qəhvəyi rəngli kərpicli damı olan, fransız stilində bəzədilmiş, gözəl giriş qapılı ev, nüfüzlu sahibi haqqda təəssürat yaradırdı.
Evə yaxınlaşdıqca anlayırdım ki, yalnız dəyərli insanlar bu evin kandarından keçmə şərəfinə nail ola bilərlər. Mən üzərimə qoyulmuş ağır missiyanın öhdəsindən gəlmək üçün fikrimi toplayırdım. Qapıda məni ciddi görkəmli, əynində qısa şalvar olan, ağ manjetli, mis rəngdə parlaq düyməli göy pencək geyinmiş lakey qarşıladı. Mənim nəylə bağlı gəlməyimlə maraqlandı. Səbəbi söylədim. Məni içəriyə dəvət etmədən harasa getdi, lakin az keçməmiş geri döndü. Biz geniş pilləkənlə yuxarıya qalxdıq, pilləkənin qarşısındakı zalda gözəl pərdələr asılmış pəncərələr və üzəri əl işləməsi olan mebel var idi. Hər yer o qədər geniş idi ki, içimdə ölçüsüzlük, sonsuzluq hissi oyanırdı. Geniş qapıdan kitabxana görünürdi, üzəri naxışlı rəflər bahalı üzlüklər çəkilmiş kitablarla dolu idi.
Boyük kaminin qarşısında məni təccübləndirəcək dərəcədə kiçik və zəifləmiş bir qoca oturmuşdu. Onun çiyinləri balaca, saçları düm ağ, əlinin və üzünün dərisi isə inanılmaz dərəcədə şəffaf və qırışlı idi. Dərində yerləşən mavi gözlərini demək olar ki, qırpmırdı və bu onun baxışlarını daha iti edirdi.
-Mister İks? — dəqiqləşdirmək üçün sual verdim.
O başını yellədi.
Mən onun qocalığına və zəifliyinə təəccüblənərək öncədən hazırladığım nitqdə gəlişimin məqsədini izah etməyə başladım. O, əllərini dizinin üstünə saldığı qara yun adyalın üzərinə qoyaraq, sakit halda mənə qulaq asırdı. Hərdən barmaqlarını yumub açırdı.
-Bəli — deyərək mənim dediklərimi astadan, çətinliklə təsdiq edirdi — Bəli.
Mən nitqimi bitirdikdən sonra, o, gözlərini yavaşca aşağı salaraq “bəli, oğlum, mən sizin bütün suallarınıza cavab verəcəm, amma mənə indi bu söhbətlər çox maraqsızdır və mənə görə bu barədə danışmağın mənası yoxdur. Bilmirəm nəyə görə fikirlərim onlara bu qədər maraqlıdır?”.
Mən onun bu sözlərini eşitdikdə təəccübümdən donub qaldım. O, o qədər qoca, o qədər halsiz idi ki, vaxtı ilə onu çox qabağa aparmış həyat adlı qüvvə, indi onu tərk eləmişdi.
Bu əzəmətli ev, böyük iş, onu hamıdan fərqli edən, şan-şöhrət gətirən içindəki alov, ehtiras sönərək heç nə ilə maraqlanmayan sönük bir qocaya çevirmişdir. Lakin bu insanın dövləti və nüfuzu çox böyük olduğundan onun adı hələ də çox əhəmiyyətli idi. Fiziki olaraq demək olar ki, artıq bu dünyaya məxsus olmasa da, kölgə kimi görünsə də onun dediyi sözlər hələ də yaşamasının sübutu idi. Verdiyim sualların hamısını aramla, çətinliklə, nazik barmaqlarını büküb aça-aça, arada öskürərək cavab veriridi.
O danışdıqca mən dəftərçəmdə qeyd edirdim və yazdıqca anlayırdım ki, müsahibənin mənə maraqlı olan hissəsi bu böyük layihənin reallaşması və gəlir gətirməsi yox (onun fikrincə layihə uğurlu idi və gəlir gətirəcəkdi), bir vaxtlar böyük gücə, nüfuza, hökmə malik olan insanın qocalığa bu cür zəifliklə uduzması idi. Əlbətdə ki, həyat davam edəcək, layihə həyata keçəcək, gəlir gətirəcək, ondan minlər və milyonlar xeyir götürəcək. Amma nə vaxtsa gənc olmuş adam indi sönük bir qocaya çevrilib! Kimə lazımdı bu qədər var-dövlət? Necə də mənasızdır! İndi onun yığdıqlarının heç bir əhəmiyyəti yoxdur.
Qəzet üçün diqqətlə yazıdığım qeydlər deyil, məhz bu məqamlar məni o qədər təsirləndirmişdi ki, başqa heç nə haqqında düşünə bilmirdim.
Üzərindən bir müddət keçməsindən sonra belə mən onu çox düşündüm — nəyə görə bu görüş mənə belə təsir etdi, qəzetin maraqlandırdığı məsələ yox, tamam başqa bir məqam məni təsirləndirdi.
Belə başa düşdüm ki, bu insanın yaşı, yoxa çıxmaqda olan sağlamlığı, evinin möhtəşəmliyi, məni müsahibəyə göndərən redaktora zərrə qədər də maraqlı deyil və bu məni çox təəccübləndirdi. Öz-özümdən soruşurdum: “Nəyə görə məni təsirləndirən, maraqlandıran bir məqam qəzet redaksiyasını maraqlandırmır? Gördüyüm hadisəni necə istifadə eləyim?”.
Səbəbi özüm üçün etdiyim kiçik bir kəşfdə gördüm — jurnalistika, reportyorluq öz çılpaq faktlarıyla mənə maraqlı deyildi, mənə maraqlı olan jurnalistikanın açıqlamadıqları dərinliklər idi.
Hələ də nüfuzlu ada malik, bu gücsüz, heysiz bədən, gəncliyində çalışıb topladığı dövlətə baxmayaraq, indi ancaq öz nazik, qırışlı barmaqlarını büküb-açıb, başını aşağı salaraq “indi bu söhbətlər çox maraqsızdır, bu barədə danışmağın mənası yoxdur” söyləyir. Bu mənzərə həm insanlar, həm də tanrı üçün bir dərsdir.
Mənim ətrafımda şəhər həyatı qaynayırdı. Trolleybuslar məftillərlə sürüşür, tramvaylar relsləri taqqıldadırdı. Küçədə yüz minlərlə cavan, energetik, həyata ac, iddialı, insanlar özlərinə yol açaraq kütlənin arasından keçib gedirlər. Nə vaxtsa bu prosesin bir hissəsi olmuş şəxs indi öz möhtəşəm imarətində, kaminin yanında unudlumuş şəkilə tək oturub. Mən redaksiyaya tələsirdim.
“İks məsələylə bağlı nə dedi?” — redaktorum dərhal maraqlandı.
Mən ona dəftərcəmdə qeyd etdiyim cavabları oxudum.
— Əla! Gözəl!- redaktor sevindi — Bizədə elə bu lazım idi. Mənə dediyiniz hər şeyi yazın, suallar və cavablarla birlikdə.
— Bəs onun necə qocaldığı haqqında nə yazım? — öz gördüklərimin təsirindən çıxmadığım üçün soruşdum — bilirsiniz, o çox qocadı, heysizdir. Çətinliklə danışır. Bu məqəmlar kədərli olsa da çox vacibdir.
— Yox. Yox və yenədə yox — başı qarışıq redaktor cavab verdi — Öz işinizlə məşğul olun. Ancaq cavablarını yazın. Onun yaşını unudun. Bizə lazım olanı almışıq. İşi pozmayın. Fikrinizi layihəyə və onun buna münasibətinə yönləndirin. Onun yaşı isə bizi maraqlandırmamalıdır.
Mən oturub qeydlərimdə yazdıqlarımı məqalə şəklinə salmağa başladım və çalışırdım ki, gördüklərim və hiss etdiklərim məqaləyə təsir etməsin. Sabahkı gün məqalə qəzetin ilk səhifəsində çap olundu və məqalədə energetik və həyat dolu bir insanın bu layihəyə hədsiz marağı yazıldı.
Şübhəsiz ki, oxucuların çoxu onu əvvəl tanıdıqları kimi təsəvvür edirdilər. Lakin illər keçsə də mən o möhtəşəm evdə, kaminin qarşısında gücsüz, halsız halda oturub barmaqlarını büküb-açan qocanı fikrimdən çıxara bilmirdim.
Şəhər qəzetinin redaktoru özünü maraqlandıran layihəylə bağlı demək olar ki, həyat əhəmiyyətli cavabları alandan sonra, mənim qarşımda həmişəlik bir sual qoydu: buna bənzər anoloji hadisələrlə,daha böyük problemlərlə, talelərlə, faciələrlə nə etməli?
Qəzetdə yazılması lazım bilinməyən bu cür faktları, situasiyaları necə diqqətdən kənar qoymaq olar?* Bir necə il sonra, nəhayət ki, mən bu suallara cavab tapdım.
Anladım ki, jurnalistika bunun üçün uyğun sahə deyil. Buna redaksiyasının tələb etdiyi dar çərçivədə deyil, fərqli yanaşma tərzi tələb olunur.
Bu tərz həyatın bütün rənglərinin təsvir olunduğu, hamıya tanış kontrastların göstərildiyi bir rəsm əsərinə bənzəməlidir.
Şəhər qəzetinin redaktorunu maraqlandıran dəqiq faktlar isə keçici idi, çox deyil — aid olduğu saat və gün üçün aktual olurdu.
İndi anladım ki, ədəbiyyat rəssamın gördüyünü çəkməsinə bənzəyir. Ədəbiyyat həyatı gördüyü kimi, riyakarlıq etmədən, həqiqəti gizlətmədən təsvir etmək, insanların arzularına, xəyallarına nüfuz etməkdir.
Mənim gördüyüm və haqqında düşündüyüm, təsirləndiyim və gündəlik qəzetlərin məhəl qoymadığı hadisələri yazmağa məhz ədəbiyyat imkan verirdi.
Məhz bu hadisə mənə jurnalistika ilə ədəbiyyatın fərqini aydın etməyə kömək etdi.
1938
Teodor Drayzerin məqalələrindən
Tərcümə etdi: Leyla Cahangirova
| ['ədəbiyyat', 'dünya ədəbiyyatı', 'Teodor Drayzer'] |
469 | https://kayzen.az/blog/paint/22509/niko-pirosmani.html | Niko Pirosmani | Apollon | Məşhur rəsmlər və rəssamlar | 14 okyabr 2018, 17:14 |
Parisin «Bel Vyu» adlı miniatür teatrı 1905-ci ildə Tiflis şəhərinə bir həftəlik qastrol səfərinə gəlir. Səfərdən bir neçə gün öncə şəhərin görkəmli yerlərində «Yenilik! Bel Vyu öz ecazkar aktrisası Marqarita de Sevr ilə qonağımızdır!» məzmunlu afişalar yapışdırılır. Afişaların üstünü şanson müğənnisi, ecazkar rəqqasə Marqaritanın şəkli bəzəyir.
Sonralar rus yazıçısı Paustovski bu fransız xanım haqda belə yazmışdı: «Bütün kişilər Marqaritanın gözəlliyinə ehtiyac duyurdu. Lakin onun ürəyinin qapıları həmişə bağlı idi. Xanım davranışlarında özünə etinasız görünsə də, gəzdirdiyi gözəlliyə ciddi qulluq elədiyi hiss olunurdu. Şux ipək geyimi və bihuşedici Şərq ətirləri Marqaritanın gözəlliyinə əlavələr qatır, onu daha „təhlükəli“ gözələ döndərirdi».
Bəzən bir qarın yeməyə və bir şüşə çaxıra kafelərin girəcəyinə, divarlarına şəkillər çəkən, gecələr Kür çayının sahillərində tənha veyilləndikdən sonra Tiflisin qaranlıq zirzəmilərində gecələyən Niko Pirosmani Marqaritanın afişadakı şəklini görən kimi ona aşiq olur. Qırx üç yaşlı kimsəsiz, səfil rəssam qastrola gələn teatr heyətinin qaldığı mehmanxananın yerini soraqlayıb gecəylə tapır. Niko şəkildə gördüyü fransız xanıma öz sevgisini çatdırmaq üçün səhər tezdən bazara gedib borc-xərc tapdığı pullarına bir qucaq qızılgül alır. O, gətirdiyi gülləri Marqaritanın müvəqqəti yaşadığı məhəlləyə aparan dar cığırlı daş döşəmələrlərə bir-bir düzərək düz onun yaşadığı otağın qarşısına qədər uzadır. Yollarına qızılgül səpələnmiş aktrisa səhər tezdən gördüyü mənzərədən çox təsirlənir və bu jestin müəllifi ilə maraqlanır. Güllərin kim tərəfindən düzüldüyü teatr truppası üçün bir neçə gün müəmmalı qalır.
Niko gülləri, üzünü görmədən sevdiyi qadının məhəlləyə qalxdığı daş cığırlara düzdükdən sonra bu sevincini zirzəmi kafelərin birində qeyd etməyə yollanır. İçki məclisində özünü saxlaya bilməyən Pirosmani söhbəti dostlarına açır. Həmin günün axşamı səfil rəssamın sevgi macərası kafelərdə söylənərək bir neçə günə bütün Tiflisə yayılır.
Belə bir insanın mövcudluğundan xəbər tutan Marqarita Pirosmaniyə teatrlarının konsert dəvətnaməsini göndərir. Dəqiq yeri-yurdu bilinməyən, tutduğu əməlinin sərxoşluğunu günlərlə davam etdirən rəssam dəvətdən xəbərsiz olur. Heyranı olduğu aktrisanın göndərdiyi dəvətnamə teatrın Parisə dönüşündən bir neçə gün sonra rəssama çatır. Sevdiyi xanımın dəvətnaməsini vaxtında almayan Niko eşidəndə ki, Marqarita hansısa varlı bir pərəstişkarı ilə Tiflisdən Parisə gedib, çox sarsılır. Lakin bu əhvalatdan tarixə «Aktrisa Marqarita» adlı bir Pirosmani şedevri ərməğan olur.
Zirzəmi kafelərinin küncündə çaxırla baş-başa qalan Pirosmani haqda yayılan söz-söhbət getdikcə şişirdilib dastana çevrilir. Guya rəssam Marqaritanın yaşadığı məhəlləyə bir araba gül göndəribmiş. Gürcü gopbazları sonralar başqa versiyalar danışdılar. Guya Nikonun bir evi varmış, bir gün o evi satıb Tiflis mağazalarındakı bütün gülləri alaraq doqquz arabaya yükləyib Marqaritaya göndərir.
Sonralar həmin əhvalatdan xəbər tutan məşhur rus şairi A.Voznesenski «Milyon alıx roz» şeirini yazır. Şeirə Raymond Pauls gözəl bir nəğmə bəstələyir. Həmin mahnı Alla Puqaçovanın ifasında bütün dünyaya yayılır.
Nikolay Aslanoviç Pirosmanaşvili təxminən 1862-ci ildə Kaxetin Mirzəyanı adlı dağ kəndində kasıb bir ailədə dünyaya gəlmişdi. Niko dörduşaqlı ailənin ən kiçiyi idi. O, səkkiz yaşında olarkən atası Aslan dünyasını dəyişir. Ərinin ölümündən sonra ailənin maddi durumu ağırlaşdığına görə anası Təklə xanım Nikonu bakılı sahibkar Eprosina Kələntərova soyadlı xanımın yanına qulluqçu göndərir. Atasının ölənə qədər qulluq elədiyi Kələntərovlar ailəsinə qaynayıb-qarışan Niko 1870-ci illərin ortalarında öz tay-tuşu olan Georgi Kələntərovla Şulaver kəndindən Tiflisə gəlirlər. Niko Tiflisdə əl işləri ilə məşğul olan bir-iki usta yanında olur, gürcü və rus dillərində yazıb-oxumağı öyrənir. Lakin o, ustaların verdiyi cüzi məvacibdən bezir və təxminən 1876-cı ildə yenidən Mirzəyanı kəndinə, bacısının yanına qayıdır. Gələcəyin məşhur rəssamı burada bir müddət çobanlıqla məşğul olur.
Şəhər mühitinə can atan Pirosmani 1880-ci ildə yenidən Tiflisə gəlir, yaşam pulu qazanmaq üçün rəssam dostu Qiqo Zaziaşvili ilə dekotariv yazılar dükanı kirayələyir. Kafe-dükanların üstünə yazdıqları reklam yazılardan gələn gəlirlə dolana bilməyən dostlar dükanı bağlamalı olurlar.
Niko 1890-cı ildən dəmir yolunda yol nəzarətçisi işləyəsi olur. Yoldəyişmə işində ciddi rejimə dözməyən Pirosmani tezliklə bu işdən də azad edilir.
Niko cüzi pul qazanıb yaşamaq üçün Dmitri Aluqişvili adlı bir alverçi tanışı ilə süd dükanı açır. Elə həmin vaxtlardan rəssamın ilkin əl işi yaranmağa başlayır. Pirosmani dükanın giriş qapısının yanlarına, ölümündən sonra şedevr sayılacaq, «Ağ inək» və «Qara inək» adlı iki rəsm çəkib asır. Bu rəsmlərdən sonra dükana gələn müştərilərin sayı günü-gündən artır. Lakin alverə maraq göstərməyən Niko tez-tez dükanı tərk edib Mirzəyanı kəndindəki doğmalarının yanına qaçır, orada da qərar tuta bilmir, təzədən Tiflisə qayıdırdı. Bir müddət süd alveri ilə məşğul olan dostunun verdiyi cüzi pulla dolansa da, Niko Pirosmani 1880-cı ildən artıq öz rəsm sənəti ilə pul qazanmağa qərar verir.
Heç bir rəssamlıq məktəbində təhsil almadan, qeyri-adi rəsmlər çəkən bu arıq, ucaboy, adamayovuşmaz adam haqda müxtəlif söz-söhbət gəzməyə başlayır. Guya Niko gecələr müqəddəs varlıqlarla gəzib-dolaşdığına görə onun fırçasını Tanrının özü idarə edir.
Pirosmani öz rəsmlərini köhnə stolüstü klyonkalardan düzəltdiyi freskalarda çəkirdi. Elə buna görə rəssam klyonkalardakı rəngləri yox etmək üçün çəkdiyi rəsmlərin əksəriyyətini qara fonda işləməli olurdu.
Evsiz-eşiksiz rəssam ailə qurmağa risk eləmir, beləcə, hərdən aldığı sifarişləri yerinə yetirərək xırda gəlirlə yaşayır, Tiflisin zirzəmilərində sərxoş uyuyurdu. Rəsm çəkmək ehtirası günü-gündən alovlansa da, heç kim Pirosmanaşvilini rəssam kimi görmür, onun meyxanalar üçün çəkdiyi rəsmlərini ciddiyə almırdı.
1912-ci ildə futurist şair İlya, onun qardaşı futurist rəssam Kirill və rəssam dostları Mixail Lyö Dantyü Nikonun bir neçə rəsmini toplayaraq haqqında yazıb qəzetlərdə çap elətdirirlər. Beləcə, futurist rəssamların 1913-cü ildə Moskvada düzənlədiyi «Mişen» adlı sərgidə şair İlya Zdaneviçin Tiflisdən gətirdiyi Pirosmani rəsmlərinin də bir neçəsini salonun divarından asırlar. Sərgidən sonra gənc gürcü rəssamları Pirosmaninin yaradıcılığı ilə maraqlanmağa başlayır, Almaniyada təhsil almış David Şeverdnadze isə onun rəsmlərini toplamağa girişir.
5 may, 1916-cı ildə Kirill Zdaneviç öz emalatxanasında Pirosmaninin birgünlük sərgisini keçirdir. Lakin belə xırda cəhdlər onun həyatında heç nəyi dəyişə bilmir, evsiz rəssamın maddi ehtiyaclarını ödəmirdi. Təkcə bir dəfə Tiflisdə yenicə yaranmış Rəssamlar İttifaqı ona 200 manat yardım edə bilir. Rəssamın arzuladığı geniş həyətli bir ev, həyətində mütəmadi olaraq müxtəlif rəssamların rəsmlərindən ibarət sərgi keçirtmək arzusu, elə arzu olaraq da bu dünyada qalır.
Pirosmaninin müasiri olan gürcü rəssamı Lado Qudiaşvili öz xatirələrində yazır: «Nikonu Rəssamlar İttifaqının iclasına dəvət etmək mənə həvalə olundu. Soraqlaşaraq onun yaşadığı evi çox çətinliklə tapdım. Mən ora çatanda gördüm uşaqlar onun qapısını daşlayırlar. İçəridən isə dəli adamın boğuq bağırtı səsi gəlirdi. Qapını ədəblə döydüyümə görə durub açdı. Dərin bir zirzəmidə yaşayırdı. Dəvətimi eşitdikdən sonra ayağa durub üst-başını göstərərək belə dedi, bu əyin-başla mötəbər insanların üzünə necə çıxa bilərəm?»
Məşhur rəssam Pirosmani 1918-ci ildə 56 yaşında öz zirzəmisində tənhalıq içində dünyadan köçür. Ölümündən sonra onun çoxlu sərgiləri düzənlənir, haqqında əsərlər yazılır, həyatından kino çəkilir. Nikonun əsərlərinin hər birinin qiyməti milyon dollarla qiymətləndirilir.
Pirosmani bu dünyanı gözəlləşdirmək üçün özündən sonra «Aktrisa Marqarita», «Maral», «Beş zadəganın şənlənməsi», "Çariça Tamara", «Kaxetiya çaxırı», «Zürafə», "Şota Rustaveli", "İnək sağan", «Müqəddəs Qeorqi», «Bulağa gedən ana», «Süpürgəçi», «Pivə içən qadın», «Odun daşıyan» kimi iki yüzə yaxın rəsm əsəri qoyub getdi…
Murad Köhnəqala
| ['məşhur rəssamlar', 'məşhur rəsmlər', 'Niko Pirosmani'] |
470 | https://kayzen.az/blog/erzaq/22442/lik%C3%B6r.html | Likör | Apollon | Ərzaqlar | 14 okyabr 2018, 17:06 |
Likör meyvə tərkibli, şirin alkohollu içkidir. O 16-50* sərtlikdə və meyvə dadına malik olur. Likörün ilk dəfə nə zaman meydana gəldiyi məlum deyil. İlk likörün Fekam şəhərində bir monarx tərəfindən hazırlanması barədə söyləntilər var. Likörün tərkibində az miqdara spirt və meyvə dadının olmasına görə o yarandığı dövrdən uzun illər aristoktarların içkisi olub.
Likörün müxtəlif cür hazırlanma texnologiyası var
* Bitki tərkibli spirt və ya brendi bir neçə ay dincəlməyə qoyulur.
* Sitrus meyvə və ya giləmeyvədən əldə edilmiş içki filtirasiyadan keçirilir.
* Spirt tərkibli sirop hazırlanır, tərkibinə şəkər tozu əlavə edilir. Şəkər tozunun çox olması likörün çox şirin olmasına səbəb olur.
* Meyvə siropu və spirtli qarışım eyni qabda qarışdırırlır, filtirasiya edilir və şüşələrə doldurulur.
Aşağıdakı növlərdə likörlər hazırlanır:
* sərt (35-45-50*) məşhur Benedictine və Chartreuse likörləri
* desert (25-30*) giləmeyvə və sitrus meyvəsi, tropik meyvə tərkibli. Belə likörlərin dadı turşaşirin olur, ən çox turşməzə meyvə və giləmeyvələrin və ya sitrus meyvələrinin qarışımından hazırlanır.
* likör kremi (16-23*) Onun tərkibində 49-60% şəkər olur. Bu likörə yağsız qaymaq əlavə edilir.
Müalicə məqsədilə təbii yollarla hazırlanmış likördən istifadə edilir. Bu yolla hazırlanmış likörün tərkibində süni rəngləndiricilər olmur.
Bütün növ likörlər soyuqlama xəstəliyinin əlamətlərini aradan qaldırmaqda kömək olur. Tərkibi limonlu, portağallı, ballı və nanəli likörlər orqanizmin immunitetini qaldırır və müalicəvi təsirə malikdir. Yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı likörü hamamda istifadə etmək çox faydalıdır. Bu zaman likörü hamamdakı qaynar daşın üstünə sıçradaraq par əmələ gətirmək lazımdır. Bu zaman bitkilərdə olan efir yağları par vasitəsilə tənəffüs yollarına daxil olaraq müalicəvi təsir göstərir.
Gün ərzində az miqdarda likör içmək qan damarlarındakı piy hissəciklərinin əriməsinə səbəb olur. Likörün müalicəvi tərkibi onun tərkibindəki meyvələrdən asılı olur. Ən yaxşı müalicəvi likör moruq likörüdür.
| ['içkilər', 'spirtli içkilər', 'likör'] |
471 | https://kayzen.az/blog/f%C9%99ls%C9%99f%C9%99/22527/artur-%C5%9Fopenhauer-qad%C4%B1nlar-haqq%C4%B1nda.html | Artur Şopenhauer: Qadınlar haqqında | Apollon | Fəlsəfə | 13 okyabr 2018, 10:38 |
“İnsan həyatının başlanğıcı qadın sinəsində doğur
İlk kiçik sözləriniz onun dodaqlarından öyrənilir,
İlk göz yaşlarınızı o silir, və son nəfəsiniz
Tez-tez onların qulaqlarına üfürülür,
Kişilər onlara rəhbərlik etmiş insanın son saatında
Ona qayğı göstərmək kimi rəzil işdən qaçdıqları halda.”
Hər iki parça qadının dəyərini doğru nöqteyi-nəzərdən göstərir. Qadın bədəninin görünüşünə baxmaq kifayətdir ki, onun nə mənəvi, nə də fiziki olaraq ağır iş üçün nəzərdə tutulmadığını anlayasan. O, həyata olan borcunu əslində etdikləri ilə deyil, əzabları ilə ödəyir – doğmaqla, uşağa baxmaqla, səbirli və gülərüz yoldaş olmağa məcbur olduğu ərinə tabe olmaqla. Yüksək kədərlər və sevinclər və ya gücün əzəmətli nümayişi onlar üçün deyil. Qadının həyatı kişininkindən daha sakit, daha nəzərəçarpmaz və daha yumşaq axıb getməlidir, fərqi yoxdur, o xoşbəxtdir, ya yox.
Qadın lap əvvələn ilk uşaqlıq illərimizin tərbiyəçisi və dayəsi kimi hərəkət etməyə yönəlikdir, sadə bir səbəbə görə — çünki özləri də uşaqdırlar, səfehdirlər, uzağı görməzlər, bir sözlə, həyatları boyunca böyük uşaq olaraq qalırlar, uşaqla əsl insan olan kişinin ortasında bir yerdə dayanırlar. Təsəvvür edin, bir gənc qız hər gün uşaqla necə oynayır, onunla rəqs edir, mahnı oxuyur; sonra da bir kişini, bütün ən xoş niyyətləri ilə birlikdə, qızın yerində olsaydı nə edərdi, deyə təsəvvür edin.
Təbiət qızları yaradanda dramatik mənada “silkələyici effekt” deyilən bir şeyi nəzərdə tutub; onları bir neçə il həyatlarının qalan illərinin hesabına gözəllik və cazibə ilə təmin edir, onlar da bu illər ərzində bundan istifadə edərək kişinin fantaziyasını o qədər tovlayırlar ki, kişi bu və ya digər formada bir ömürlük onların qayğılarına qalmağa can atır — əslində, kişi məsələni diqqətlə nəzərdən keçirsə, kifayət qədər haqq qazandırıla bilməyəcək bir addımdır bu. Buna görə də, Təbiət qadını, özünün başqa məxluqları kimi, mövcudluğunu qorumaq üçün silah və ləvazimatla və bu ləvazimatın onun xidmətində olduğu müddətlə təchiz edib; yəni Təbiət burada özünün ənənəvi qənaətcilliyi ilə hərəkət edib. Necə ki, dişi qarışqa cinsi əlaqədən sonra daha lazımsız, hətta yumurtalarını bəsləmə üçün təhlükəli olan qanadlarını itirir, qadınlar da bir və ya iki uşaq doğduqdan sonra əksər hallarda gözəlliyini itirirlər; çox güman ki, elə eyni səbəblərə görə. Amma yenə də, gənc qızlar ürəklərində ev işlərini və digər bu kimi məsələləri ikinci dərəcəli hesab edirlər, hətta adi bir maraq kimi qəbul edirlər. Onlar yalnız sevgini, qələbəni və bunlarla əlaqəsi olan geyim, rəqs və s. kimi məsələləri ciddi hesab edirlər.
Bir şey nə qədər daha nəcib və daha mükəmməldirsə, bir o qədər daha gec və daha yavaş çatır öz yetkinliyinə. Kişi düşünmə və mənəvi qabiliyyət yetkinliyinə iyirmi səkkiz yaşında güclə çatır, qadın isə on səkkiz yaşında; lakin onun bu yetkinliyi çox dar çərçivəli düşünmə bacarığıdır. Buna görə də qadınlar bütün həyatları boyunca uşaq olaraq qalırlar, burunlarının ucundan uzağı görə bilmirlər, indiki zamana ilişib qalırlar, bir şeyin gerçək mahiyyəti əvəzinə onun görüntüsünü əsas tuturlar, boş, mənasız bir şeyi çox əhəmiyyətli məsələ kimi qəbul edirlər. İnsanın düşüncə gücünün məziyyəti odur ki, o, heyvan kimi yalnız bugünündə yaşamır, keçmişi və gələcəyi müşahidə edir, ölçüb-biçir; və buradan yaranır ehtiyatlılıq, qayğı və insanlarda tez-tez müşahidə etdiyimiz narahatlıq, həyəcan. Bunun gətirdiyi xeyirdə və zərərdə qadın öz əqli zəifliyi nəticəsində daha az iştirak etməli olur.
Hər şeydən öncə o, intellektual olaraq uzaqgörən deyil; intuitiv qavrayışının yaxında olanı tez qəbul etməsinə baxmayaraq, baxış dairəsi çox məhduddur və uzaqda olan heç bir şeyi əhatə etmir; beləliklə də, o anda orada olmayan və ya keçmiş olan, ya da gələcəkdə olanlar qadınlara kişilərdən daha az təsir edir. Buna görə də qadınlar, hətta bəzən dəliliyin sərhədlərinə yaxınlaşacaq qədər ekstravaqantlığa meyllidirlər. Qadınlar ürəklərində düşünürlər ki, kişinin təyinatı pul qazanmaqdır və onlar da bunu xərcləyə bilərlər, mümkün olsa elə ərlərinin sağlığında, mümkün olmasa, ən azından onlar öləndən sonra.
Kişi qazandığını evi saxlamaq üçün qadına verdikcə, qadın bu inancında daha da möhkəmlənir. Düzdür, bütün bunlar nəticədə onlar üçün zərər gətirir, lakin üstünlüyü də var – ki, qadın kişidən daha çox indiki zamanda yaşayır, əgər ümumilikdə dözüləbiləndirsə, kişidən daha artıq zövq ala bilir indiki zamanından. Yalnız qadınlara məxsus olan və kişiləri yolundan sapdırmaq, ehtiyac olduqda, kişi qayğılar altında əzilərkən ona təsəlli vermək üçün qadınlara yardım edən o gümrahlığın, şənliyin kökü də buradadır. Qədim zamanlarda almanların etdiyi kimi, çətin şəraitlərdə qadınlarla məsləhətləşmək məsələsi də gözdən qaçırılmamalıdır; çünki onların məsələləri qavrama yolları bizdən fərqlidir, başlıca olaraq ona görə ki, onlara hədəfə gedən ən qısa yolu xoşlayırlar və adətən də diqqətlərini ən yaxınlıqda olan şeylərin üzərində cəmləşdirirlər; biz isə bir qayda olaraq uzağa baxaraq, hədəfin özünü deyil, arxasındakını görürük, nəticədə, burnumuzun altında olduğuna görə hədəfi görə bilmirik; sonra isə daha yaxın və sadə bir baxışa nail olmaq üçün yenidən geriyə, lazım olan şeyin üzərinə qaytarılmalı oluruq. Buna görə də, qadınlar hökmlərində, rəylərində bizdən daha ayıqdırlar, buna görə də onlar əşyalarda gerçəklikdə olduğundan başqa bir şey görmürlər; biz isə, əgər ehtiraslarımız oyanıbsa, gerçəklikdə olanı bir az şişirdirik və ya təxəyyülümüzü də əlavə edirik.
Qadınlar əqli güclərinin zəif olması səbəbindən bədbəxtliyə kişilərdən daha çox şəfqət göstərirlər və nəticə etibarilə də daha insancıl görünürlər. Lakin digər tərəfdən, qadınlar ədalət, düzgünlük və vicdan məsələlərində kişilərə uduzurlar. Yenə də, əqli qabiliyyətlərinin zəifliyi ucbatından, gözlə görünən, real və indiki zamana aid olan şeylər onlar üzərində daha çox gücə malikdir, mücərrəd düşüncələr, dəyişməz qaydalar, yaxud qəti qəbul olunmuş qərarlar, ümumiyyətlə, keçmişlə və gələcəklə, ortalıqda olmayan və ya uzaqda olanla bağlı hər şey isə, əksinə, nadir hallarda onlara təsir edir. Buna görə də, qadınlar yaxşı xarakterin, məziyyətin birinci və əsas keyfiyyətinə malik olurlar, lakin bu məziyyəti inkişaf etdirmək üçün tez-tez gərəkli olan ikinci dərəcəli keyfiyyətlərdən məhrumdurlar. Bu mənada qadın, qara ciyəri olan, lakin öd kisəsi olmayan bir orqanizmlə müqayisə oluna bilər.
Qadın xarakterinin ən böyük çatışmazlığı onun “ədalət duyğusu”ndan məhrum olmasıdır. Bu da, artıq istinad etdiyimiz kimi, onların əqli və fikir gücünün əskikliyi səbəbindən yaranır; amma bunun da səbəbi odur ki, Təbiət onları zəif bir cins olaraq gücdən deyil, hiyləgərlikdən asılı olmağa yönləndirib; buna görə də onlar instinktiv olaraq riyakardılar və yalan danışmaq üçün qarşısıalınmaz bir həvəsə sahibdirlər. Çünki şirlər caynaq və dişlərlə, fillər, ayılar iri dişlərlə, öküzlər buynuzla, mürəkkəb böcəkləri qara, mürəkkəbli maye ilə təchiz olunduqları kimi, Təbiət qadını da onun mühafizəsi və müdafiəsi üçün simulyasiya, riyakarlıq qabiliyyəti ilə təmin etmişdir və Təbiətin kişilərə qüvvətli bədən və düşüncə formalarında verdiyi bütün güc qadınlarda yalnız bu formada təzahür edir.
Beləliklə, riyakarlıq qadınlarda anadangəlmədir və demək olar ki, çox ağıllı qadında olduğu qədər, çox səfeh qadında da mövcuddur. Bu səbəbdən də, qadınların hər fürsətdə riyakarlıq etmələri, yuxarıda qeyd olunan heyvanların hücuma məruz qaldıqda öz silahlarını işə salmaları qədər təbiidir və onlar bunu edərkən öz hüquqlarından müəyyən bir ölçüdə istifadə etmiş kimi hiss edirlər özlərini. Buna görə də, tamamilə doğru və qeyri-riyakar qadın bəlkə də mümkünsüzdür. Buna görə də, qadınlar digərlərindəki riyakarlığı çox asanlıqla duya bilirlər; buna görə də, qadınlara qarşı riyakarlıq cəhdi tövsiyə edilmir. Məhz bu cür əvvəlcədən müəyyən edilmiş fundamental çatışmazlıq və ona aid olan digər məsələlər səbəbindən saxtakarlıq, etibarsızlıq, satqınlıq, nankorluq və s. xüsusiyyətlər əmələ gəlir. Ədalət mühakiməsi zamanı andını pozduğuna görə günahkar olan qadınlara kişilərdən daha çox rast gəlinir. Əslində, mübahisəli məsələdir ki, qadınlara ümumiyyətlə and içməyə icazə verilməlidirmi, ya yox. Heç bir şeyə ehtiyacı olmayan qadınların cibgirlik etmələri və mağazalardan gizlicə nəsə götürmələri zaman-zaman təkrarlanan hadisələrdəndir.
Təbiət insan irqinin çoxalmasının qayğısına qalmaq üçün, növün nəsli pozulmasın deyə, gənc, sağlam və yaraşıqlı kişiləri dəvət edib. Bu, Təbiətin möhkəm iradəsidir və öz ifadəsini qadınların ehtiraslarında tapır. Bu qanun gücünə və qədimliyinə görə bütün digər qanunları üstələyir. Hansısa kişi öz hüquqlarını və maraqlarını bu qanuna mane olacaq formada qoyursa, vay halına; çünki o, nə etsə də, nə söyləsə də, bu hüquqlar və maraqlar elə ilk həlledici anda amansızcasına məhv ediləcək. Çünki qadının gizli, ifadəedilməz, hətta qeyri-şüuri, lakin anadangəlmə əxlaqı bunu söyləyir: “Biz, bir individium olaraq bizə bir az qayğı göstərdiklərinə görə növ üzərində hüquqlar əldə etdiklərini zənn edənləri aldatmaq haqqına sahibik. Növün quruluşu və nəticə etibarilə, rifahı da, bizdən törəyən növbəti nəsil vasitəsilə bizim əllərimizə verilmiş və bizim qayğımıza həvalə edilmişdir; icazə verin, vəzifələrimizi vicdanlı yerinə yetirək.”
Lakin qadınlar bu ali prinsipi heç bir halda “in abstracto” dərk etmirlər, yalnız “in concreto” anlayırlar və fürsət düşən kimi göstərdikləri davranış tərzindən başqa, bunu ifadə etmə üsullarına sahib deyillər. Beləcə, vicdan qadınları bizim təsəvvür etdiyimizdən daha az dərəcədə narahat edir, çünki onlar qəlblərinin qaranlıq dərinliklərində dərk edirlər ki, fərdə qarşı öz öhdəliklərini pozmaqla, bu öhdəlikləri haqq iddiası fərdlərdən əbədi olaraq yuxarıda dayanan növə münasibətdə daha yaxşı yerinə yetirir.
Qadınların həqiqətdə tamamilə irqin çoxalması üçün mövcud olması və təyinatlarının burda bitməsi səbəbindən, onlar fərdlərdən daha çox növ üçün yaşayırlar və qəlblərində növə aid məsələləri fərdlərə aid məsələlərdən daha ciddi qəbul edirlər. Bu, onların bütün varlıqlarına və xarakterlərinə müəyyən bir yelbeyinlik və ümumiyyətlə, fundamental olaraq kişilərdən fərqli bir istiqamət verir; bu isə evlilik həyatında bu qədər geniş yayılmış və az qala, artıq normal vəziyyətə çevrilmiş ixtilafları inkişaf etdirən əsas şərtlərdəndir.
Kişilər arasında sadə bir laqeydlik təbii bir duyğudur, amma qadınlar arasında bu, artıq əsl düşmənçilikdir. Bəlkə də bu ona görədir ki, “odium figulinum” (tərcüməçinin qeydi: qrup nifrəti, gildiya daxilində qısqanclıq) faktı kişilərdə yalnız gündəlik məsələlərlə məhdudlanır, lakin qadınlarda bütün cinsi əhatə edir, çünki onların yalnız bir işi var. Hətta onlar küçədə görüşdükləri zaman bir-birilərinə qvelflər və qibellinlər (Tərcüməçinin qeydi: Guelphs və Ghibellines – Orta əsrlərdə Müqəddəs Roma İmperatorunun (Guelph) və Papanın (Ghibellin) tərəfində olan siyasi fraksiyalar) kimi baxırlar. İki qadın ilk dəfə tanış olduqları zaman kişilərin həmin situasiyada göstərdiklərindən daha çox riyakarlıq və əlacsız səmimiyyət göstərirlər. Buna görə də iki qadın arasında qarşılıqlı komplimentlər iki kişi arasında olan komplimentlərdən daha gülünc görünür.
Bundan əlavə, bir kişi, bir qayda olaraq, başqalarına, hətta ondan aşağı mövqedə olanlara da müəyyən bir diqqət və insanlıq duyğusu ilə müraciət edir; lakin yuxarı mövqedə olan bir qadının özündən daha aşağı mövqeli qadınla (onun xidmətində olmayan) danışarkən necə təkəbbür və sayğısızlıqla davrandığını görmək dözülməzdir. Bəlkə də bu, qadınlar arasında vəzifə, mövqe fərqlərinin bizimkindən daha təsadüfi olması ilə bağlıdır, nəticə olaraq da, bu fərq onların davranış xətlərini daha tez dəyişir və onları havaya qaldırır, yaxud ona görə ki, bizimlə bağlı olduqda, yüzlərlə məsələ ölçülüb-biçilir, onların vəziyyətində isə hər şey yalnız bir şeydən, daha dəqiqi, hansı kişinin xoşuna gəlmələrindən asılıdır; və bundan əlavə, bacarıqlarının birtərəfli təbiəti səbəbindən, bir-birilərinə kişilər arasında olandan daha yaxın münasibətdə dayanırlar, buna görə də vəzifələr, mövqelər arasındakı fərqləri daha qabarıq təqdim etməyə çalışırlar.
Yalnız intellekti seksual instinktləri tərəfindən dumanlanmış olan kişi bu bəstəboy, dar çiyinli, iri ombalı və qısa ayaqlı irqə “gözəl cins” deyə bilər; çünki bu cinsin bütün gözəlliyi elə bu instinktə əsaslanır. Qadınları gözəl deyil, qeyri-estetik cins adlandırmaq daha doğru olardı. Onların nə musiqi, nə poeziya, nə də incəsənətə yönəlik hər hansı real və həqiqi bir hissiyyatı və kövrəkliyi yoxdur, əgər onlar belə şeylərdən təsirləndiklərini göstərirlərsə, bu, xoşa gəlmək istəyindən irəli gələn adi bir lağlağıdan, oyunbazlıqdan başqa bir şey deyil. Bu, onları hər hansı bir şeyə münasibətdə saf obyektiv maraq göstərmək bacarığından məhrum edir, bunun da səbəbi, güman edirəm ki, aşağıdakı kimidir:
Kişi anlamaq və ya məcbur etmək yolu ilə hər şeyin üzərində birbaşa hökmranlıq qazanmağa cəhd edir. Qadın isə həmişə və hər yerdə dolayı, yəni kişi vasitəsilə hökmranlıq qazanmaq istəyir; qadının bütün birbaşa hökmranlığı yalnız kişiyə yönəlməklə məhdudlaşır.
Buna görə də qadının təbiətində hər şeyə yalnız kişini əldə etmək vasitəsi kimi baxmaq xüsusiyyəti var, qadının başqa şeylərə marağı saxtadır, məqsədinə çatmaq üçün işvə və hiyləgərlikdən ibarət olan adi bir dolanbacdır. Hələ Russo da qeyd etmişdi ki, “qadınlar, ümumiyyətlə, sənətin heç bir növünü qidalandırmırlar, sənətdən heç nə anlamırlar və onlar heç bir istedada malik deyillər” (D’Alamberə məktublar, qeyd XX). Saxtalığın arxa tərəfini görə bilən hər kəs bunu anlaya bilər. Qadınların konsertdə, operada və ya tamaşadakı davranışlarını, məsələn, böyük bir sənət əsərinin ən gözəl parçasında cəfəng söhbətlər edərək göstərdikləri uşaq sadəlövhlüyünü görmək kifayətdir. Əgər doğrudan da yunanlar qadınlara tamaşaya getməyi qadağan etmişlərsə, doğru hərəkət ediblər; çünki nəticə olaraq hər halda nəsə eşidə bilirlərmiş teatrda. Bizim zamanımızda “qadınlar kilsədə sussun” ifadəsini “qadınlar teatrda sussun” ifadəsi ilə əvəz etmək lazımdır və heç olmasa teatr pərdəsinin üzərinə böyük hərflərlə yazılmalıdır.
Əgər bütöv bir cinsin ən görkəmli nümayəndəsinin belə incəsənətdə həqiqətən də böyük, dahicəsinə və orijinal bir şey yaratmadığını, yaxud dünya üçün əbədi dəyərə malik olan heç bir töhfə vermədiyini nəzərə alsaq, qadınlardan nə isə fərqli bir şey gözləmək olmaz. Bu, rəsmə münasibətdə daha da pisdir; bu sənətin texnikası bizim olduğu qədər onlar üçün də əlçatandır. Ona görə də bu sahədə daha səylə çalışırlar. Amma yenə də fəxrlə göstərə biləcəkləri bir əsər yoxdur; çox sadə bir səbəbə görə ki, gərəkli və rəsm üçün birbaşa vacib olan düşüncə obyektivliyi qadınlarda çatışmır. Onlar həmişə subyektiv olanın üzərində vurğu edirlər. Buna görə də sıradan qadınların rəsmlərə ümumiyyətlə həssaslığı yoxdur: çünki “təbiət heç vaxt hoppanmır”. Hələ Uarte 300 ildir məşhur olan kitabı “Elmlərə yönəlik qabiliyyətlərin tədqiqi” əsərində iddia edir ki, qadınlar daha yüksək qabiliyyətlərə malik deyillər. Fərdi və xüsusi istisnalar məsələnin mahiyyətini dəyişmir; qadınlar, ümumilikdə götürdükdə, ən dolğun və sağalmaz filisterdirlər (tərcüməçinin qeydi: filister — ictimai görüş dairəsi çox dar olan riyakar xasiyyətli adam, meşşan.)
Qadınlara ərlərinin mövqe və rütbələrini paylaşmağa imkan verən həddindən ziyadə absurd bərabərlik ucbatından, onlar kişilərin rəzil ambisiyalarının daimi stimuluna çevrilirlər. Və bundan əlavə, qadınların filister olması səbəbindən, onların ahənglik verdiyi və idarəçiliyə malik olduğu həmin cəmiyyət artıq korlanmışdır. Onlara münasibətdə Napoleonun prinsipinə riayət etmək lazımdır: “qadınların rütbəsi olmur”; Şanfor (Chamfort) da çox doğru söyləyir: “Onlar ağlımızla deyil, bizim zəifliklərimizlə, səfehliyimizlə münasibətə girmək üçün yaradılıblar. Qadınlarla kişilər arasında bədənlərin cazibəsi mövcuddur, çox nadir hallarda ağılların, ruhların, xarakterlərin cazibəsi yaşanır”. Onlar hər aspektdə sexus sequior – ikinci cinsdirlər, buna görə də onların zəifliklərinə, acizliklərinə ehtiyatla yanaşmaq lazımdır, lakin onlarla həddindən artıq ehtiramla davranmaq gülüncdür və bu, bizi onların gözündə alçaldır. Təbiət insan irqini iki yerə bölərkən, onu dəqiqliklə ortadan bölməyib! Bu bölgü zidd qütblər əmələ gətirib və mənfi və müsbət qütblər arasındakı fərqlilik yalnız keyfiyyət deyil, həm də kəmiyyət məsələsidir. Bu, qədim insanların və bu gün Şərq xalqının qadına baxışıdır; onlar, xristian-tevtonik axmaqlığın ən yüksək dərəcəli məhsulu olan fransızların nəzakət və absurd ehtiram ideyalarına malik olan bizdən daha yaxşı biliblər qadınların həqiqi mövqeyini. Bu ideyalar onları sadəcə xudbin və təkəbbürlü etdi, hətta o qədər xudbin və təkəbbürlü etdi ki, onlar insana, öz müqəddəsliklərini və toxunulmazlıqlarını düşünərək ürəkləri istəyən hər şeyi edə biləcəklərini zənn edən müqəddəs Benares meymunlarını xatırladırlar.
Lakin Qərbdə qadın, xüsusilə də, “ledi” yanlış, saxta statusdadır; çünki qadın, qədim insanlar tərəfindən doğru olaraq adlandırılmış ikinci cins heç bir vəchlə bizim şərəf və ehtiramımızın predmeti olmağa, başını kişidən daha dik tutmağa və onunla eyni hüquqlara malik olmağa layiq deyil. Qadınların saxta mövqelərinin nəticələri açıq-aydın göz qabağındadır. Buna görə də, Avropadakı bu İki Nömrəli insan irqinin öz təbii yerinə, təbii mövqeyinə qaytarılması çox arzuedilən olardı və yalnız bütün Asiyanın deyil, qədim Yunan və Romanın da gülünc hesab edəcəyi bu dilxor ledidən xilas olunardı. Bunun nəticəsi olaraq bizim sosial, mülki və siyasi məsələlərimizin vəziyyəti ölçüyəgəlməz dərəcədə yaxşılaşardı. Sali qanununa ehtiyac qalmazdı; bu, gərəksiz bir cəfəngiyat olar. Əgər ciddi danışsaq, Avropa ledisi əslində ümumiyyətlə mövcudiyyətinə heç bir ehtiyac olmayan bir məxluqdur; amma evdar qadına və evdar qadın olmağa ümid edən gənc qızlara ehtiyac var; lakin onlar xudbin, lovğa olmaq üçün deyil, evcil və itaətkar olmaq yönündə tərbiyələndirilməlidirlər. Avropada ledilərin olması səbəbindəndir ki, aşağı mövqeli qadınlar, yəni bu cinsin daha böyük əksəriyyəti Şərqdə olduğundan daha bədbəxtdirlər.
Hətta Lord Bayron da söyləyir: “Qədim yunanlarda qadınların vəziyyəti ilə bağlı fikir kifayət qədər münasibdir. Cəngavərlik və feodal dövrünün qalığı olan bugünkü statusları isə qondarma və qeyri-təbiidir. Onlar evin qayğısına qalmalıdırlar – həm də yaxşı qidalandırılmalı və geyindirilməlidirlər – lakin heç vaxt cəmiyyətin içinə qarışdırılmamalıdırlar. Yaxşı dini təhsil almalıdırlar – amma nə poeziya, nə də siyasət oxumamalıdırlar – dindarlıq və yemək kitablarından başqa heç nə oxumamalıdırlar. Musiqi – rəsm – rəqs – həmçinin hərdən bir az bağçılıq və yer şumlamaq. Mən onları Epirdə (Tərcüməçinin qeydi: Yunanıstanda əyalət) yolları çox yaxşı təmir edərkən görmüşəm. Niyə də olmasın? Həmçinin saman toplamaq və sağıcılıq”.
Dünyada bizim yaşadığımız və monoqamiyanın qüvvədə olduğu bu hissədə evlənmək hüquqlarını tən yarı bölmək və vəzifələrini iki dəfə artırmaq deməkdir. Əgər qanunlar qadına kişilərlə bərabər hüquqlar verirsə, o zaman onları əqlin maskulin gücü ilə də təmin etməlidir. Lakin əksinə olaraq, fakt ondan ibarətdir ki, qanunların qadınlara verdiyi şərəf və imtiyazların həcmi təbiətin onlara verdiyi həddi ötüb keçir, bu imtiyazları gerçəkdən paylaşa bilən qadınların sayı isə proporsional olaraq azalır; buna görə də digər qadınlar, təbiətin verdiyindən artıq imtiyaz əldə edən qadınların həmin əlavə imtiyazların həcmi qədər öz təbii hüquqlarından məhrum olunurlar.
Monoqamiya institutunun və onu müşayiət edən qanunların qadına verdiyi bu qeyri-təbii imtiyazlara görədir ki, qadın, əslində heç vaxt olmadığı halda, kişiyə tamamilə ekvivalent hesab edilir, ağıllı və ehtiyatlı kişilər də belə bir böyük qurban və bu cür ədalətsiz nizama razılıq verməzdən öncə yaxşıca götür-qoy etməyə məcbur olurlar. Buna görə də, poliqamiyanın olduğu xalqlarda hər bir qadın özünə sığınacaq tapdığı halda, monoqamiyanın olduğu hər yerdə evli qadınların sayı məhduddur və beləliklə, saysız-hesabsız qadın dəstəksiz və köməksiz qalır; yuxarı təbəqədən olan belə qadınlar gərəksiz qarımış qızlara çevrilirlər, aşağı təbəqədən olanlar isə iyrənc xarakterli çox çətin işlərə qədər alçaldılırlar, yaxud fahişələrə çevrilirlər və şərəfdən məhrum olduğu kimi, sevincdən də məhrum bir həyat yaşayırlar. Lakin bu şərtlər altında onlar kişi cinsi üçün lazımlı olurlar; belə qadınlar, tale tərəfindən özlərinə ər tapmaq və ya tapmağa ümid etmək kimi iltifat görmüş qadınların cazibəsindən mühafizə olunmaq üçün xüsusi vasitə kimi qəbul olunur.
Təkcə Londonda 80 min fahişə var. O zaman, bu cür ən dəhşətli bir sonluğa belə sürətlə gəlmiş olan bu qadınlar monoqamiya mehrabı üzərindəki insan qurbanlarından başqa nədirlər axı? Burda istinad etdiyimiz və zavallı durumuna salınmış bu qadınlar təşəxxüslü və təkəbbürlü avropa ledisinin qaçılmaz kölgəsidir. Buna görə də, ümumilikdə götürdükdə, poliqamiya qadın cinsinin xeyrindədir. Digər tərəfdən, arvadı xroniki xəstəlikdən əziyyət çəkən və ya övladı olmayan, yaxud arvadı tədricən çox qocalan bir kişinin niyə ikincisi ilə evlənə bilməməsinin heç bir məntiqi səbəbi yoxdur. Çoxlu insan Mormonizmə üz tutur, dəqiq bir səbəbə görə: onlar bu qeyri-təbii monoqamiya institutunu yararsız hesab edirlər. Qadınlara qeyri-təbii hüquqların verilməsi həm də onların üzərinə qeyri-təbii vəzifələr qoyur, bu vəzifələrin pozulması isə onları bədbəxt edir. Məsələn, bir kişi çox vaxt düşünür ki, uyğun bir qadın tapılmayınca evlənmək onun sosial mövqeyinə və maliyyə durumuna zərər vura bilər. Sonra o, başqa şərtlər altında öz seçiminə uyğun qadın əldə etmək istəyinə düşəcək, bu şərtlər isə qadının və uşaqlarının gələcəyini təminat altına alacaq şərtlərdir.
Bu şərtlər nə qədər ədalətli, məntiqli və adekvat olsa da və qadın mülki cəmiyyətin əsası olan evliliyin gətirdiyi bu hədsiz imtiyazlardan məmnun olsa da, yenə də şərəf və ləyaqətinin müəyyən bir qismini itirməyə məcbur olacaq və bu da bədbəxt, kədərli bir həyata gətirib çıxaracaq, çünki təbiət bizi elə yaratmışdır ki, biz əslində öz dəyəri bütün ölçülərdən kənarda qalan başqa insanların fikirlərindən asılıyıq. Eyni zamanda da, əgər qadın buna razılıq verməsə, daha sonra sevmədiyi kişi ilə evlənmək və ya qarımış qıza çevrilmək riski ilə üz-üzə dayanır; özünə ev tapmaq üçün ona ayrılmış vaxt çox qısadır. Monoqamiya institutunun bu aspekti ilə bağlı, Tomaziyin “de Concubinatu” adlı dərindən öyrənilmiş elmi əsərində söylənilir ki, Lüteran islahatlarına qədər bütün xalqlarda və bütün dövrlərdə cariyəliyə, nikahdan əlavə qadınlarla yaşamağa icazə verilirdi, hətta bu, müəyyən ölçüdə qanunla tanınmış və heç bir ləyaqət pozuntusu ilə assosiasiya olunmayan bir institut idi. Yalnız lüteran islahatlarından sonra bu mövqe zəiflədildi. Bu, rahiblərin evliliyinə haqq qazandırma vasitəsi kimi qəbul olundu və katoliklər də bu məsələdə lüteranlardan geridə qalmağa cürət etmədilər.
Poliqamiya haqqında mübahisə etməyə ehtiyac yoxdur, poliqamiya hər yerdə mövcud olan bir fakt, problemin həlli üçün adi bir qayda kimi qəbul olunmalıdır. Harada və kimdir həqiqətən monoqam olan? Hamımız həyatda müəyyən bir dövrdə yaşayırıq və əksəriyyətimiz həmişə poliqamiyada oluruq. Nəticə etibarilə, nəzərə aldıqda ki, hər kişinin çoxlu qadına ehtiyacı var, onlara bunu etməyə icazə verməkdən başqa yol qalmır, hətta üstəlik bir kişinin üzərinə çoxlu qadını təmin etmək öhdəliyi də qoyulmalıdır. Bu üsullar qadını ikinci dərəcəli varlıq kimi öz əvvəlki, uyğun və təbii yerinə qaytaracaq və beləliklə də ledi, gülünc rəğbət və ehtiram iddiaları olan, Avropa sivilizasiyasının və xristian-tevtonik axmaqlığının bu monstrı daha mövcud olmayacaq; yenə də qadınlar olacaq, amma hazırda Avropanın dolu olduğu “bədbəxt qadınlar” olmayacaq. Mormonların yanaşması çox doğrudur.
Hindistanda heç bir qadın müstəqil deyil, onlar Manu qanunlarına əsasən atalarının, ərlərinin, oğullarının və ya qardaşlarının idarəsi altındadırlar.
Əlbəttə ki, dul qadınların ölmüş ərlərinin cəsədləri üzərində özlərini qurban etməli olduğu ideyası iyrəncdir; lakin uşaqları üçün işlədiyinə inanaraq bütün həyatı boyunca zəhmətlə çalışan ərin qazandığı pulların qadınları tərəfindən öz məşuqələrinə xərclənməsi də iyrəncdir. “Orta xətti tutanlar xoşbəxtdirlər”. Heyvanlarda və insanlarda anaya olan ilk sevgi təmiz instinktivdir və uşaq fiziki köməksizliyindən qurtulanda bu sevgi bitir. Bundan sonra, ilk sevgi vərdiş və məntiq əsasında yaranan bir sevgi ilə bərpa olunmalıdır; lakin bu o qədər tez-tez baş vermir, xüsusilə də ananın atanı sevmədiyi ailələrdə. Atanın övladlarına olan sevgisi başqa təbiətə malikdir və daha səmimidir; bu sevgi atanın öz daxili mənini uşaqda görməsindədir və buna görə də, əslində metafizikdir.
İstər yeni, istərsə də köhnə dünyada olsun, demək olar ki, bütün xalqlar, hətta qottentotlar arasında da mülkiyyət yalnız kişi nəsli ilə irsən keçir; yalnız Avropa bundan uzaqlaşıb. Kişinin uzun müddətli mübarizə və ağır iş nəticəsində çətinliklə əldə etdiyi mülkiyyət ondan sonra qadının əlinə keçməlidir və o da öz istəklərinə uyğun olaraq bunu qısa müddətdə ya xərcləyir, ya da boş yerə sərf edir. Lakin bu çox böyük ədalətsizlikdir və qadınların vərəsəlik hüququ məhdudlaşdırılmaqla bunun qarşısı alınmalıdır.
Fikrimcə, daha yaxşı tənzimləmə o olardı ki, vərəsəlikdə qadınlar, istər dul olsun, istər qızı, mülkiyyətin və ya kapitalın özünə deyil, yalnız girovla təmin olunan və həyatı əminlik altına alan müəyyən pul miqdarına sahib ola bilsinlər; kişi vərəsələrin olmadığı hallar istisnadır. Pul qazanan insanlar qadınlar deyil, kişilərdir, ona görə də qadınların mülkiyyətə qeyd-şərtsiz sahiblənməsinə haqq qazandırmaq olmaz, eləcə də onlar mülkiyyətin idarə olunması bacarığına malik deyillər. Əgər kapital, atlar və daşınmaz əmlak kimi sərvətlər vərəsəliklə qadına keçərsə, heç bir vəchlə bu sərvəti onun sərbəst ixtiyarına vermək olmaz. Onlara həmişə qəyyum lazımdır; buna görə də qadınların öz uşaqları üzərində qəyyumluğuna da hansı şərtlər daxilində olursa olsun, icazə verilməməlidir. Qadınların şöhrətpərəstlikləri, hətta kişilərinkindən çox olmasa da, içində bir təhlükə daşıyır, çünki onların şöhrətpərəstliyi birbaşa maddi şeylərə yönəlikdir – onların şəxsi gözəlliklərinə, daha sonra da zahiri bərbəzək, təmtəraq və göstərişə. Buna görə də qadınlar kübar cəmiyyət içində özlərini dənizdə balıq kimi hiss edirlər. Buna görə də və xüsusilə də daha zəif əqli gücə malik olmaları səbəbindən onlar ekstravaqant olmağa bu qədər meyllidirlər.
Oxşar fikirləri qadınların ekstravaqant təbiətli olduqlarını qeyd edən qədim yazılarda da görmək olur. Amma kişilərin şöhrətpərəstliyi daha çox intellekt, idrak və cəsarət kimi qeyri-maddi üstünlüklərə istiqamətlənir. Aristotel “Politika” əsərində izah edir ki, spartalılar qadınlara çox şey verməklə, onlara vərəsəlik və cehiz hüququ, böyük miqdarda azadlıqlar verməklə özlərinə çox ciddi ziyan etdilər və bu da Spartanın çöküşünə böyük töhfə verdi. Bəlkə Fransada da saray həyatının və hökumətin tədricən korlanmasında, bunun birinci inqilaba aparıb çıxarmasında və nəticədə də bütün bu qaydasızlıqların yaranmasında idarəçiliyə XIII Luisin vaxtından bəri artmaqda olan qadın təsiridir? Hər bir halda, qadın cinsinin, simptomları “ledi” qismində özünü göstərən bu yanlış statusu sosial mühitimizin fundamental qüsurudur və bu qüsur cəmiyyətin düz mərkəzindən çıxaraq öz zərərli təsirini bütün istiqamətlərdə göstərir.
Təbiəti etibarilə itaət etməsi nəzərdə tutulan qadın mütləq müstəqillik əldə edərək qeyri-təbii, özünə uyğun olmayan bir mövqeyə yerləşdirildikdə, dərhal ona nəzarət və onu idarə edən kişilər axtarmağa başlayır; çünki onun sahibə ehtiyacı var. Qadın əgər cavandırsa, kişi onun üçün sevgili, əgər yaşlıdırsa, kişi onun üçün rahib olacaq.
Tərcümə: Rəşad Səfər
kultura.az
| ['fəlsəfə', 'qadın', 'qadınlar', 'Artur Şopenhauer'] |
472 | https://kayzen.az/blog/erzaq/22500/ke%C3%A7i-%C9%99ti.html | Keçi əti | Apollon | Ərzaqlar | 12 okyabr 2018, 12:34 |
Müasir dövrdə keçi ətindən dünyanın hər bir yerində istifadə edilir. Ondan hazırlanan yeməklər çox məşhurdur. Keçinin süddündən, dərisindən və tükündən də istidfadə edildiyini nəzərə alsaq onun nə qədər faydalı bir heyvan olduğunu anlamaq çətin deyil. Keçi ətinin xüsusi qoxusu olur ki, bu da onun tərinin və sidiyinin qoxusunun təbii olaraq ətə hopmasından irəli gəlir. Ətə iyin hopmaması üçün bəzən onun dərisini soyarkən əlcək geyinir və sonra əlcəyi çıxardıb əti doğrayırlar. Bu ətə qoxunun hopmasının qarşısını alır.
Keçi ətinin vitamin və faydalı maddələrlə zəngin olduğu qədim zamanlardan məlumdur. Bəzi xəstəliklər zamanı hətta həkimlər keçi əti yeməyi məsləhət görürlər. Keçi ətinin tərkibində olan makro və mikroelementlər bir çox xəstəliklərin sağalmasını sürətləndirir.
Necə seçməli?
Keçi ətinin bazarlardan və ya marketlərdən almaq məsləhət görülmür. Keçi ətini təzə kəsilmiş halda almaq daha məqsədəuyğun sayılır. Əgər iri supermarketlərdən keçi əti almalı olsanız o zaman onun təzəliyinə əmin olmalısınız. Təzə keçi ətinin üstündə selik və ya ləkələr olmamalıdır. Təzə keçi ətinidən pis qoxu hiss edilməməlidir.
100 qram keçi ətinin qida dəyəri:
• Zülallar – 39,1 qr.
• Yağlar – 28,6 qr.
• Su – 5 qr.
• Kalori – 216 kKal.
Keçi ətinin tərkibi amin turşular, orqanizm üçün vacib olan vitaminlər (tiamin, retinol,riboflavin və s.) və mikroelementlərlə zəngindir. Keçi ətinin tərkibində insan orqanizmi üçün vacib sayılan yağ turşuları var.
Tərkibində parazitlər olan keçi əti ən faydalı ətlərdən sayılmır. Dietoloqlar ateresklerozdan, ürək xəstəliklərindən və immunitet zəifliyindən əziyyət çəkən yaşlı insanlara keçi əti yeməyi məsləhət bilirlər.
Keçi əti orqanizm üçün ən yaxşı müalicəvi ət hesab edilir. Onda olan yağın miqdarı qoyun və donuz ətində olan yağın miqdarından çox azdır. Keçi ətində xolesterolun miqdarı çox azdır. Bu səbəbdən də o dietik ət hesab edilir. Ən dadlı keçi əti isə yaxşı qidalandırılmış və 1,5 aydan çox yaşı olan keçinin əti sayılır. Ətinin dadlı və keyfiyyətli olması üçün isə keçi südü və təbii qidalarla bəslənməlidir.
immunitet.az
| ['ət məhsulları', 'ət', 'keçi əti'] |
473 | https://kayzen.az/blog/ushaq_terbiyesi/22524/u%C5%9Faqlara-maliyy%C9%99-savadl%C4%B1l%C4%B1%C4%9F%C4%B1n%C4%B1-%C3%B6yr%C9%99d%C9%99n-oyunlar.html | Uşaqlara maliyyə savadlılığını öyrədən oyunlar | Apollon | Uşaq tərbiyəsi | 12 okyabr 2018, 12:33 |
Uşağın maliyyə həyatı ilk cib xərcliyi ilə başlayır. Moneykids.ru portalının ekspertləri uşaqlara nominalına görə pulları ayırd etməyi və mağazada alış-veriş etməyi öyrədən 3 əsas oyunu seçib. Övladınızın artıq 5 yaşı tamam olubsa onunla bu maliyyə savadlılığının ilkin anlayışlarını öyrədən oyunları oynaya bilərsiniz.
I oyun – «Pul xırdalama»
Uşaqlar mağazada pulqabınızdan necə pul çıxardığını görürlər. Bəs onlar özləri lazımi məbləği toplaya bilər? İlk oyun uşaqlara qəpikləri ayırd etməkdən, banknotları xırdalamaqdan və eyni bir məbləği müxtəlif vasitələr ilə toplamaqdan ibarətdir.
Oyunun qaydaları: Xırda pulları stola səpələyin və növlərini uşağa izah edin. Ona qəpiklərlə yaxından tanış olmağa, ölçüsünü, çəkisini, rəngini və qalınlığını nəzərdən keçirməyə şərait yaradın. Eyni şeyi kağız pullarla da təkrar edin. Xırda pulların daha böyük məbləğ yaratmaq üçün bir vasitə olduğunu izah edin. Bu prosesin necə baş verdiyini göstərin. Məsələn, 5 AZN, 1 AZN və qəpiklərdən necə 10 AZN yaratmaq olar? Kombinasiyalar istəyinizə uyğun şəkildə müxtəlif cür ola bilər. İndi isə övladınıza 20 manatınızı xırdalamağı tapşırın.
Bu oyun uşaqlara pulları ayırd etməyi və saymağı öyrədəcək. Prosesi daha da çətinləşdirmək istəyirsinizsə, müəyyən zaman təyin edin və övladınıza bu müddət başa çatmadan eyni bir məbləği müxtəlif kombinasiyalar ilə toplamağı tapşırın.
II oyun – «Mağaza»
Artıq övladınız müxtəlif pullardan istənilən məbləği təşkil etməyin mümkün olduğunu bilir. Bəs bu pullar ilə nə etməli? Düzdür, mağazaya getmək və alış-verişin hesabını ödəmək.
Oyunun qaydaları: İlk öncə mağazaya səfər səhnəsini evdə canlandırın. Uşaq vaxtı oynadığımız kimi, lakin indi kağızlarla deyil, əsl xırda pul və qəpiklərlə. “Məhsulları” stolun üzərinə düzün: oyuncaqlar, soyuducudan olan qida məhsulları və s. Hər məhsula qiymət nişanı vurun. Kimin satıcı, kiminsə alıcı olduğunu aranızda razılaşdırın. Əgər alıcı övladınızdırsa, o, lazımi məbləği qəpik və pullarla toplamalı və məhsul qarşılığında sizə verməlidir. Verdiyi məbləğ çox olarsa xırdasını gözləsin. Daha sonradan rolları dəyişin. İndi isə satıcı olan övladınızın vəzifəsi ona pulu düz verib, vermədiyinizi yoxlamaqdır. Və əgər lazımdırsa xırda qaytarmalıdır.
Bu oyun uşaqlara məhsul-pul münasibətlərinin əsas prinsipini öyrədəcək: hər hansı bir məhsulu əldə etmək üçün hesabını ödəmək lazımdır. Satıcı bu pulları qəbul edəcək, onlardan öz biznesinin inkişafı üçün yararlanacaq – yeni məhsullar alacaq və hazırda satdığı məhsulların çeşidini təkmilləşdirəcək.
III oyun – «Supermarketdə sınaq»
Bundan öncəki oyunlar övladınıza pulları ayırd etməyi və alış-verişin hesabını ödəməyi öyrətdi. İndi bilikləri təcrübədə sınaqdan keçirmək zamanıdır.
Oyunun qaydaları: Övladınıza mağazaya getməyi təklif edin. Ona bu dəfə onun “başçı” olduğunu izah edin: bu zaman onun tapşırığı planlaşdırdığınız bütün məhsulları alıb, almadığınızı və buna pulun bəs edib, etmədiyini yoxlamaqdır.
1. Uşaqla birgə siyahı tərtib edin və mağazada xərcləməyi planlaşdırdığını məbləği təyin edin.
Qeyd: Bu zaman uşağın öz diqqətini toplaması daha rahat olsun deyə siyahının uzun olmaması (maksimum 3-4 məhsul), məbləğin isə çox olmaması məsləhət görülür.
2. Uşaqla birgə mağazada gəzin. Onun tapşırığı siyahıda olan bütün məhsulları toplamaq və planlaşdırılan məbləğə uyğun davranmaqdır. Uşağın diqqətini eyni bir kateqoriyanın məhsulunun (məsələn, süd) qiymətinin fərqli ola bildiyinə yönəldin. İzah edin ki, qiymət istehsalçının adından və məhsulun çəkisindən asılı olaraq dəyişir.
3. Alış-verişin sonunda övladınıza siyahıda olmayan bahalı bir məhsul almağı təklif edin, məsələn, şirniyyatla dolu qutu. Uşağınız razılaşdıqda buna pulun bəs edib, etməyəcəyini soruşun. Əlbəttə ki, pul kifayət etməyəcək. Bu zaman ona iki variant təklif edin: ya siyahıdakı məhsullardan imtina edirsiniz və şirniyyat dolu qutunu alırsınız, ya da şirniyyatı təxirə salırsınız və daha əvvəldən planlaşdırdığınız məhsulları götürərək kassaya doğru gedirsiniz. Qoyun seçimi övladınız etsin.
Bu oyunun sonunda uşaq bir neçə şeyi öyrənmiş olacaq:
Birincisi, mağazaya yollanmazdan əvvəl siyahı tərtib etmək lazım olduğunu biləcək. Siyahı ilə mağazaya yollanarkən düşünülməmiş alış-veriş etmək riskini minimuma endirmiş olursunuz.
İkincisi, eyni çeşid məhsulun dəyərinin müxtəlif ola biləcəyini öyrənəcək. Və ən bahalı məhsul heç də həmişə ən yaxşı deyil.
Üçüncüsü, alış-verişin arzuolunan və mütləq deyə iki hissəyə bölündüyünü dərk edəcək.
Dördüncü dərs isə onu kassada gözləyəcək. Uşaq hesabı ödəməli və kassirin ona məbləği düzgünmü qaytardığını yoxlamalıdır. Pulun qalığını özündə saxlamağı təklif edin. O bu pulları oyuncağa, şirniyyata xərcləyə və yaxud daxılına ata bilər.
banker.az
| ['uşaq tərbiyəsi', 'pul', 'pul xərcləmək', 'pula münasibət', 'cib xərcliyi'] |
474 | https://kayzen.az/blog/flora/22514/pomelo.html | Pomelo | Apollon | Flora | 10 okyabr 2018, 17:04 |
Pomelo həmişəyaşıl sitrus ağacının meyvəsidir. Onun meyvəsi qalın qabığa malik olur, pomelonun iri dilimləri açıq sarı rəngdə olub, tünd dada malikdir. Pomelonun qabığı sarı rəngdə, günəş şüalarının daha çox dəydiyi nahiyələri isə açıq-çəhrayı rəngdə olur. Meyvənin dadı və tərkibi qreypfurta daha çox oxşayır. Bu meyvə iriliyinə görə sitrus meyvələri içərisində birinci yerdə durur. Onun meyvəsinin çəkisi 10 kq-a qədər böyüyə bilir.
Pomelonun vətəni Malaziya, Asiya ölkələri, Fici adaları və Tonqo sayılır.Bu sitrus meyvəsinin diametri 30 sm-ə qədər ola bilir. Çinlilər yeni il ərəfəsində bir-birilərinə bu meyvədən hədiyyə edirlər. Taylandda bu meyvə Allahın insanlara bəxş etdiyi ən yaxşı nemət sayılır. İndi pomelo Çində, Vyetnamda, Tayvanda, Taylandda, İndoneziyada, Hindistanda və Taitidə yetişdiriir. Pomelonun yığılması üçün ən yaxşı vaxt fevral ayı hesab edilir. Onu ən çox bu ayda almaq məsləhət görülür.
Pomelo alarkən aşağıdakılara diqqət yetirmək lazımdır:
* meyvənin qabığı zədəsiz və parlaq olmalıdır
* meyvədən təzə sitrus meyvəsinin ətri gəlməlidir
* meyvənin hər tərəfi eyni rəngdə olmalıdır.
Meyvənin bir tərəfinin sarı, digər tərəfinin isə yaşıl rəngdə olması onun tam yetişməməsinin əlamətidir.
Pomelonun ölçüsünə baxmayaraq onu qısa bir zamanda asanlıqla soymaq mümkün olur. Kiçik ölçüdə aparılan kəsik bu meyvənin asanlıqla soyulmasına səbəb olur. Onu portağal kimi rahatca soymaq olur. Pomelo da portağal kimi dilimlərə ayrılır və hər dilimin içərisində 5-6 toxum olur.
100 qram pomeloda olan qida dəyəri:
* Yağlar – 0,8 qram
* Zülallar – 0,08 qram
* Karbohidratlar – 0,6 qram
* Su – 88,5 qram
* Kalori dəyəri – 38 kKal.
Pomelonun tərkibində vitaminlər (A, C, B1, B2, B5), minerallar (kalsium, kalium, dəmir, fosfor, natrium), liflər, efir yağları və təbii turşular var. Dietoloqlar pasientlərinə bu meyvədən yeməyi məsləhət bilir. Pomelo maddələr mübadiləsini sürətləndirir,piylənməni azaldır və piy əmələ gəlməsinin qarşısını alır, çəkinin azalmasına səbəb olur. Pomelonun tərkibində olan C vitamini orqanizmin möhkəmlənməsinə, virus və bakteriyalarla mübarizə etməsinə yardım edir. Bu meyvəni yemək yaz-payız aylarında orqanizmi virus xəstəliklərinə yoluxmaqdan qoruyur. Ondan təzyiqi aşağı salmaq üçün də istifadə etmək mümkündür.
Kosmetologiyada
Pomelonun daxili orqanlarla yanaşı dəriyə də faydası çox böyükdür. Onu yemək dərinin gözəlləşəsinə səbəb olur. Bu məqsədlə pomelo meyvəsinin lətini əzib üzə maska şəklində də qoyurlar. Maskanı hazırlamaq üçün 100 qram meyvənin şirəsinə 1 çay qaşığı bal və 1 çay qaşığı limon şirəsi əlavə edərək 10-15 dəqiqə üzdə saxlamaq və ilıq su ilə yumaq da üzə çox gözəl tərsir edir Bu maska dərini qidalandırır, xırda qırışları açır, dərinin parıldamasına səbəb olur. Pomelo şirəsi ilə yulaf ununun qarışımından hazırlanmış maska da dərinin sağlamlaşmasına səbəb olur. Bu maska əsasən gözətrafı nahiyəyə tətbiq edilir. Maskanın tətbiq edilməsi göz ətrafının dincəlməsinə, qidalanmasına və dərinin bərpa edilməsinə səbəb olur. Pomelo şirəsinin üzə sürtmək dərinin tonusunun artırır və dəridəki ləkələrin aradan qalxmasına səbəb olur.
Qida sənayesində
Qida sənayesində pomelodan milli Asiya yeməklərində istifadə edilir. Onun lətindən marmeladların, sousların, salatların, piroqların, quru meyvələrin, mürəbbələrin hazırlanmasında geniş istifadə edilir.
Pomelo meyvəsinin ziyanı
Pomelo meyvəsindən allergiyası olan adamların yeməsi məsləhət görülmür. Bu onlarda səpgilərin meydana çıxmasına, səslərində xırıltıların əmələ gəlməsinə səbəb ola bilir. Hepatit, qastrit və nefritdən də əziyyət çəkənlərə pomelo meyvəsi yemək tövsiyə edilmir.
immunitet.az
| ['faydalı meyvələr', 'sitrus meyvələri', 'pomelo'] |
475 | https://kayzen.az/blog/yazar/22373/bronte-bac%C4%B1lar%C4%B1.html | Bronte bacıları | Apollon | Yazıçılar | 8 okyabr 2018, 12:50 |
Şarlotta Bronte — Emili Bronte — Enn Bronte
«Kabinetimiz» — deyirdi onlar. Orada hər şeyi acgözlüklə öyrənirdilər: ingilis ədəbiyyatının şedevrlərini, bir-birinin xasiyyətini, hətta ətrafdakı bataqlıqların tutqun təbiətini də. Öyrəndikləri hər şeyi söz kərpicləri ilə gələcəkdə onları məşhurlaşdıracaq şeirlərinin, romanlarının divarlarına hörürdülər.
Evləri üç tərəfdən qəbiristanlıqla əhatə olunmuşdu, son dərəcə kədərli və soyuq görünüşü vardı. Qonaqlardan biri həmin ev haqqında «qaranlıq, kədərli bir evdir, sanki yağışdan rəngi qaralan məzar daşlarından hörüblər» — demişdi. Balaca Şarlotta, Emili və Enn evlərini sevirdilər — bu da sizinçün onların normal ingilis şagirdi olmamaqları ilə bağlı bir işarə.
Ataları irlandiyalı kasıb fermer idi, ömrünün sonlarına yaxın ingilis kilsəsinin keşişi olan Patrik Brunti soyadını dəniz döyüşlərində qəhrəmanlığı ilə ad çıxaran və hersoq titulu daşıyan Brontenin soyadı ilə dəyişdi. Patrik elə hesab edirdi ki, belə daha təmtəraqlı səslənir. Əslinə qalsa qoca bir az ağıldan «o söz» idi… 1821-ci ildə arvadının ölümündən sonra isə daha da qəribə oldu. Daima öz kabinetinə çəkilib qalır, orada işləyir və xütbələr oxuyurdu, altı övladı isə başlı-başına böyüyürdü.
Uşaqlara məktəb təhsili vermək üçün yeganə cəhd faciə ilə nəticələndi. Böyük qızların ikisini də — Mariya ilə Elizabeti — yaxınlıqdakı məktəb-pansiona göndərdi (orada antisanitariya əlindən tərpənmək olmurdu) və az sonra qızlar vərəmə yoluxub öldülər. Dərd əlindən beli bükülən cənab Bronte digər iki qızını — Şarlotta ilə Emilini evə gətirdi. Orada altı il yaşadılar və müstəqil şəkildə oxuyub öyrənməyə davam etdilər, əylənmək üçün müxtəlif oyunlar, söhbət etmək uçun hadisələr fikirləşdilər. Təxəyyüllərinə söz ola bilməzdi. Üç bacı və qardaşları Brenuel iki komandaya ayrılıb fantastik krallıqlar fikirləşirdilər. Emili ilə Enn öz ölkələrinə — Hondap, Şarlotta ilə Brenuel isə — Anqriya adı vermişdi.
On il ərzində öz sehrli torpaqlarında «gəzib-dolaşdılar», kağız və qənd qutularının kartonundan özləri üçün müxtəlif kitablar cildlədilər. Belə oyunlar onlara vaxtı keçirmək və yaradıcılıq qabiliyyətini üzə çıxarmağa kömək etdi, çünki qızlar hansısa bir varlının qapını kəsdirib qəlbini və əlini onlara uzadana qədər özlərinə yaxşı bir sənət tapmaq arzu ilə yaşayırdılar.
Bədbəxtlikdən heç bir varlı ortalığa çıxmadı, bu səbəbdən də bacılar müəllimlik və tərbiyəçiliklə məşğul oldular, özgə uşaqlara baxmağa başladılar. Şarlotta xeyli vaxt Brüsseldə yaşadı və orada evli bir kişiyə aşiq oldu, Emili isə gizlində şeirlər yazdı. Bacılar evlərində şəxsi məktəb açmaq fikrinə düşsələr də, şagirdlər kədərli və bataqlıq Hauorta getməkdən imtina etdilər.
Bir dəfə hər şeyə burnunu soxan Şarlottanın ağlına belə bir fikir gəldi: bacılar roman yazıb onu çap etdirməyə çalışmalıdırlar. Şarlotta özü ikisini yazdı. Birincisini — «Müəllim»i — bütün nəşriyyatlar geri qaytardı. Amma ikinci cəhdinə — «Cen Eyr» — o biri bacılarının yazdığı — «Tufanlı yoxuşlar» (Emili) və «Aqnes Qrey» (Enn) — romanlar kimi işıq üzü görmək nəsib oldu. Naşir bacılara kitabın üzərində müəllifi heç kəsin tanımadığı qadın adları ilə olan kitabın oxucuda maraq oyatmayacağını bildirəndə, bacılar özlərinə ləqəb götürdülər — Karrer, Ellis və Akton Bell. Tənqidçilərin və oxucuların daha böyük diqqət və marağına səbəb olan kitab «Ceyn Eyr» oldu.
Kədərli də olsa, qeyd etmək lazımdır ki, sən demə bu uğurlu başlanğıc sonun əvvəli imiş. 1848-ci ildə, roman işıq üzü görəndən cəmi bir-neçə ay sonra Brenuel həddən çox spirtli içki içdiyindən öldü. Emili qardaşının xatirəsini əziz tutmaq üçün onun dəfninə ayaqyalın getməkdən — baxmayaraq ki, bayırda tufan idi — ağıllı bir şey fikirləşə bilmədi. O, vərəm xəstəliyinə tutuldu.
Bronte ailəsinə xas qəribəlik ondan da yan keçməmişdi və Emili tibbi yardımdan, yeməkdən və hətta qulluqdan da qəti şəkildə imtina etdi. Aradan üç ay keçməmiş o, zəifləyib əldən düşərək öldü. Ölümündən əvvəl dəhşətli dərəcədə arıqlamışdı. Məzarının eni cəmi qırx santimetr idi və yerli tabutqayıran bu vaxta qədər böyük adam üçün belə dar tabut düzəltməmişdi. Nəticədə Enn də vərəmə yoluxdu. Uzun müddət xəstəliyini gizlətməyə çalışdı, hər şey aşkar olanda isə müalicə olunmaq artıq çox gec idi. Bir neçə aydan sonra o da bacısının ardınca məzara getdi.
Şarlotta tamamilə tək qaldı. O, həyatını bacılarının romanlarının redaktəsinə həsr etdi və vaxtaşırı onları mətbuatda dərc etdirməyə başladı. (Şarlotta Ennin ikinci romanını «Uayldfell-Hollu naməlum qadın» adlandırmışdı və səhvən bacıları ədəbi irsdən də məhrum etmişdi). Həmin ərəfədə o, bir sıra yazarlarla tanış olmaq imkanı əldə etmişdi, hansılar ki, aralarında Elizabet Haskel və Uilyam Meykpis Tekkerey də vardı. Şarlotta evi nadir hallarda tərk edir, qoca və əlil atasına baxırdı.
1854-cü ildə atasının fikrinə zidd olaraq ərə getdi, amma bu nikah uzun çəkmədi. Şarlotta hamilə qaldı və övladını dünyaya gətirməyə macal tapmadan öldü. Ölümünə səbəb kimi yatalaq, vərəm (ailənin əbədi lənəti) və hamiləliyinin qarşısıalınmaz öyümə və qusmaları (hamiləlik dövründə nadir hallarda ağırlaşan səbəb, davamlı və ağır öyümə-qusma ilə müşahidə olunur) göstərilirdi. Yerlilərin uydurduğu əfsanələrə görə Şarlottanın dəfnində bataqlıq tərəfdən hansısa büzüşüb qalan qara fiqur boylanıb baxırmış. Əgər hər şey doğrudan da beləydisə, o zaman bu, qaranlıq və sirli Bronte ailəsinin sonuncu əfsanəsi idi.
Zahir hər şeyi həll eləmir
Emili üç bacının arasında mübaliğəsiz gözəli idi. Boyu 170 santimetr olardı, yəni dövrünün qadını üçün nəzərəçarpacaq dərəcədə uzun hesab olunurdu. Özünün cəzbedici görkəmi və üzünün gözəl cizgiləri ilə hər zaman sirr atmosferində olurdu və kişilər bunda qəribə bir fitnəkarlıq hiss edirdilər. Enn də görünüşcə diqqət çəkirdi.
Di gəl bu məsələdə Şarlottanın bəxti heç gətirməmişdi. Balaca (cəmi 147 santimetr) boyu ilə sərçəyə oxşayırdı, uzağı yaxşı görə bilmədiyi üçün həmişə eynəkdə gəzər və son dərəcə sadə geyinərdi. Hələ bu harasıdır; yadlardan heç kəs ona diqqət ayırmırdı. «Bu axşam xanım Bronteni gördüm. Demək istəyirəm ki, heç olmasa çirkin görünmək üçün o, ən azı indikindən iki dəfə artıq gözəl olmalıdır,» — Şarlotta ilə qarşılaşan cavanlardan biri demişdi. Burada bir şeyi demək yerinə düşər; əgər Şarlottanın zahiri görünüşü ilə bağlı nəsə bir kompleksi vardısa da, o, bunun öhdəsindən öz ədəbi istedadı ilə gəlirdi. Ən doğma əsərini — yöndəmsiz mürəbbiyə Ceyn Eyri özünə həsr etmişdi.
İç dünyaya açılan pəncərə
Üç bacının arasında Emili qəribə xasiyyəti ilə seçilirdi. Saatlarla pəncərə önündə dayanıb fikirləşməyi xoşlayardı. Nə barədə düşünürdü? Güman ki, pərvazları, pəncərə bəndlərini, bu kimi şeyləri… Bir dəfə Şarlotta onu pəncərə qarşısında görəndə, əvvəlcə bacısının bataqlığa baxdığını güman etmişdi. Amma pəncərə bəndlərinin bağlı olduğunu görəndə heyrətdən çaşıb qalmışdı. Bu qəribə, yeniyetmə qız altı saat sərasər adi, ağ pəncərə bəndlərinə baxaraq durubmuş.
İmtinalar kolleksiyası
Şarlotta Bronte nəşriyyat mətbəxinə asanlıqla girməmişdi. Onun ilk romanı — «Müəllim» — naşirlər tərəfindən geri qaytarılmışdı. Hər dəfə əlyazmasını geri aldıqdan sonra onu üstündəki imtina məktubu ilə birlikdə növbəti nəşriyyata göndərirdi. Az sonra roman nəşiryyatların imtina qeydləri ilə zənginləşmişdi və bu, onun üçün heç də yaxşı reklam deyildi.
Qəribə olan odur ki, «Müəllim» yalnız yazıçının ölümündən sonra işıq üzü görə bildi.
Brenuel — Bacıların unudulmuş qardaşı
Bronte ailəsində altı uşaq doğulmuşdu. Onlardan ikisi həddi-buluğa çatmadan öldü. Üçü isə ədəbiyyat ulduzu oldu. Bir də Brenuel vardı. Ailənin dördüncü uşağı və yeganə oğul övladı. Bəlkə də Brenuel o biri uşaqlardan da istedadlı idi. O, üç sahədə böyük qabiliyyət sahibiydi: poeziya, rəssamlıq və pedaqogika (hələ şagirdlərin anaları ilə yaşadığı eşq macəraları da bir yandan, amma belə macəralardan biri böyük problemlə nəticələnmişdi). Brenuelin şeirlərini Semyuel Teylor Kolridc də bəyənirdi, bacılarının təsviri olan portretlər isə son dərəcə canlı olurdu. Gənc Brenuel əməlli-başlı əbədiyyət yolçuluğuna çıxmışdı.
Bədbəxtlikdən bütün zəif cəhətləri ilə bir yerdə alkoqola və tiryəkə — XIX yüzillikdə bu narkotik vasitədən asılılıq bütün digər xəstəliklərdən üstün sayılırdı — olan asılılığı onu məhvə aparırdı. Bir işdən digərinə keçən və alkoqol tutmalarından əziyyət çəkən Brenuel hələ otuz yaşı tamam olmamış gün-gündən uçurumun dibinə yuvarlanırdı. Nəticədə, Bronte ailəsinin kabusu olan vərəmə (XIX əsrin bir çox yazarları kimi) yoluxdu və vərəmlə içkinin şokundan otuz bir yaşında öldü. Deyilənlərə görə sadəcə belə də etmək olar fikrini sübuta yetirmək üçün Brenuel çiynini divar sobasının ətəyinə dayayaraq ölübmüş.
Robinsonlar və gürzə
Bronte Enn üç bacı arasında ən yaxşı mürəbbiyə kimi (həmişə fikirli olan Emili ümumiyyətlə bu işə yaramırdı, ciddi xasiyyətli Şarlotta isə uşaqlara əsl qul münasibəti göstərirdi) ad çıxarmışdı. Onun üstünlüyü ipə-sapa yatmayan uşaqları yola gətirmək idi və bu bacarığı ona xeyli uğur və valideyn sevgisi qazandırmışdı. Valideynlərdən bir cütlük — Edmund və Lidiya Robinsonlar Ennə etibar etdiklərindən ondan oğul övladları üçün mürəbbiyə məsləhət etməyi istəmişdilər.
Enn yanlışlığa yol vermiş, öz yüngülxasiyyət və narkoman qardaşı Brenueli məsləhət bilmişdi. Qardaşı da tezliklə xanım Robinsonla eşqbazlıq etməyə başlamışdı və qadın ondan on yeddi yaş böyük idi. Aralarındakı münasibət iki il yarım davam etmişdi. Bundan xəbər tutan qəzəbli ər təkcə Brenueli deyil, Enni də «bu gürzəni onların ailəsinin içinə soxduğu üçün» qovmuşdu.
Çiləkeş Ceyn
Şarlotta Bronte öz «Ceyn Eyr»ini ləqəblə çap etdirmişdi, amma gerçək adını gizlətmək əsla ürəyincə deyildi. Əlyazmasını naşirlərə göndərərkən qoşma məktubda: "Əgər cənab Karrer Bell ilə əlaqə saxlamaq fikrinə düşsəniz, yaxşı olar ki, xanım Bronteyə yazasınız. Hauort, Bredford, Yorşkir qraflığı. Əgər məktubu başqa ada göndərsəniz o, mənə gəlib çatmayacaq" — yazırdı. Bir də bu yazışmaların xərcini ödəməyə də imkan tapmır, markanı başqa vaxt göndərəcəyinə söz verirdi.
Təəccüblü deyil ki, roman beş dəfə nəşriyyatdan qayıtdıqdan sonra, axır ki, Londondakı «Cmit Elder və Ko» nəşriyyatının diqqətini çəkmişdi. İlkin rəylər o qədər də ürəkaçan deyildi. Tənqidçilər «Karrer Bell»i haradasa qadın hisslərindən uzaq düşən, atalarımızın və babalarımızın hisslərinə qəsd edən biri adlandırırdılar. Yazıçıya ilk dəstək verən nüfuzlu fiqurlardan biri Uilyam Meykpis Tekkerey olmuşdu. Şarlottanın təsirli əfsanəsi onu elə sarsıtmışdı ki, bioqrafların dediyinə görə o, elə öz eşikağasının yanındaca göz yaşlarına hakim ola bilməmişdi.
Robert Şnakenberq
Tərcümə etdi: Əyyub QİYAS
| ['yazıçılar', 'Bronte bacıları', 'Şarlotta Bronte', 'Emili Bronte', 'Enn Bronte'] |
476 | https://kayzen.az/blog/esse/22456/xo%C5%9Fb%C9%99xtlik-axtar%C4%B1%C5%9F%C4%B1.html | Xoşbəxtlik axtarışı | Apollon | Esse | 7 okyabr 2018, 00:16 |
Bəşəriyyətin əsas siması olan insan daim axtarışdadır. O, gah müxtəlif obrazların fonunda «uzaq səyahətlərə çıxır», gah da axtarışlar arasında «itib-batır». Təbiətindəki «axtarmaq və tapmaq» xüsusiyyəti onu demək olar ki, hər zaman qalib cəngavərə çevirmək gücünə malikdir.
Axtarış obyektlərinə gəlincə isə — bu, özlüyündə «müxtəlif səpkili mövzular məcmusudur» — desəm, yanılmaram; elmi axtarış, söz dünyasına baş vuraraq həyata keçirilən ədəbi-bədii axtarış, xoşbəxtlik axtarışı və s.
Özümü tanıyandan, dünyanı dərk edəndən bəri xoşbəxtlik arxasınca gah qaçan, gah ləng addımlarla addımlayan biri kimi deyə bilərəm ki, mütləq olaraq xoşbəxtlik duyğusuna qovuşmaq hətta arzu, istək performansında da mümkün deyil. Zamanı geri qaytarmaq və ya xəzinə tapmaq kimi utopik düşüncə və arzular vasitəsilə xoşbəxt olmaq düşüncəsi isə fikir sahibləri üçün sadəcə olaraq xəyal dünyasına növbəti səyahət şansıdır.
* * *
Məşhur Amerika rejissoru Robert Zemekisin illər öncə ekranlara çıxan «Geriyə, gələcəyə» adlı fantastik filmindəki qəhrəmanların zamanlararası səyahətini bu gün də həyəcansız izləyə bilmirəm. Filmin əsas qəhrəmanı Martin Makflayın doktor Braun tərəfindən icad olunan zaman maşını ilə gah keçmişə, gah gələcəyə yollanması filmi izləyən insanda bir növ ümid yaradır; nə vaxtsa bu cür zaman maşınının kəşf olunacağını, həmin maşınla keçmiş günlərə yollanıb səhvlərinə düzəliş edəcəyini və ya ötən günləri xatirə olaraq xatırlamaq deyil, canlı surətdə görə bilmək şansına sahib olacağını xəyal edir. Ya da elə gələcəyə getmək, müəyyən zaman sonra tutacağı mövqeyi, qazanacaqları və ya itirəcəklərinin şahidi olmaq yəqin ki, izləyicilərin əksəriyyətin fikrindən keçmişdir.
* * *
Bu yerdə söyləməliyəm ki, Paulo Koelyonun «Kimyagər» əsəri mənim üçün bir çox hallarda «xoşbəxtlik» mövzusuna açar rolunu oynayır. Santyaqonun «yuxusu», həmin yuxunun ardınca uzaq diyarlara yollanması və nəhayət, taleyinə yazılmış uğuru əldə etməsi oxucunu «axtardığını tapacağına» bir daha əmin edir — bu mövzuda istifadə etdikləri «olmayacaq», «ola bilməz» kimi yanlış ifadələrə inanan kəslərin isə ümid etməkdən başqa «yolu» qalmır.
Əslində, bu cür fatalist düşüncələrin hansı sonluqla yekunlaşacağını bilmək üçün elə Santyaqo kimi «yuxuların yozulmasına müraciət etmək» ən uğurlu variantdır. Bu zaman da başqa əngəl yaranır: yuxuyozan tapmalı. Bəs haradan? Bəlkə elə yuxuları özün yozasan; hansısa şəxsin, əşyanın, ya da fantastik varlıqların hansı məqsədlə yuxuna gəldiyini məhz özün dərk edəsən… Zira, yuxular bizə hadisələrin başlanması, kulminasiyası və finalı haqqında ip ucu vermək gücünə malikdir.
Beləliklə, xoşbəxtlik axtarışında olan insan göndərilən «siqnallar»ı, «işarələr»i qəbul etməli, həm ətrafında, həm də yuxusunda gördüyü hər şeyə — hər bir nəsnəyə diqqət yetirməli, heç bir əlaməti gözdən qaçırmamalı, ən kiçik, mənasız görünən hadisədən belə diqqətini yayındırmadan incələməyi bacarmalıdır. Hər nə qədər «bacarmalıdır» ifadəsi özlüyündə hökm kimi səslənsə də, bunu həyat devizinə çevirmək elə insanın öz əlindədir.
Bəs tale, qismət, bəxt? Axı həyatı idarə etməyə yönəlmiş bütün bu anlayışlar dolayı yolla da olsa, özlərini yaşamın bir hissəsinə aid etməyi bacarmışlar. Elə bu yerdə daha bir sual çıxır ortaya — fatalist düşüncə tərzi ilə kamilliyə və əslində dolayı yolla da olsa, xoşbəxtliyə doğru addımlamaq olarmı? Təbii ki, yox. Bu üsul olsa-olsa, mənəvi cəhətdən arxayınlığa apara bilər. Lakin xoşbəxtlik tənliyinin həlli kimi həm fiziki, həm mənəvi sakitliyə qovuşmağa çalışan insan üçün bu vəziyyətə çatmaq elə xoşbəxtliyi əldə etməkdir. Bu, hər nə qədər istisna hal olsa belə, xoşbəxtliyin həyata keçməsi yolunda «istifadə edə bildiyimiz» mümkün variantlardandır.
* * *
Və bir gün insan başa düşür ki, ən cüzi hadisələrə, əhəmiyyətsiz hesab etdiyi hisslərə görə də xoşbəxt olmaq mümkündür. Elə həmin andan da xoşbəxtliyi az qala ən xırda detallarda axtardığı kimi, onu ən adi hadisə zamanı itirə biləcəyini yaxşı başa düşür. «Mənim olanları, mənə bağlı olanları qorumaq» instinkti sayəsində özünün, sevdiklərinin həyatını mühafizə etməyə çalışır, övladının qayğısına qalır...
Baş verən heç nəyə "əhəmiyyətsizdir" — deyib keçməyək. «Xoş-bəxtlik» və «Bəd-bəxtlik» arasında bir hecalıq fərq olduğu kimi, xoşbəxt olmaqla bədbəxt olmaq arasında da bir addımlıq məsafə var… Bəxtimizi sınayaq, məsafələri qoruyaq, xoşbəxt olaq…
Xatirə NURGÜL
| ['esse', 'xoşbəxtlik', 'xoşbəxt olmağın sirri', 'xoşbəxt olmaq'] |
477 | https://kayzen.az/blog/yazar/22382/lev-tolstoy-nikolayevi%C3%A7.html | Lev Tolstoy Nikolayeviç | Apollon | Yazıçılar | 4 okyabr 2018, 14:18 |
Dünya ədəbiyyatına iki nəhəng roman bəxş etməyinə baxmayaraq, ömür yolunda baş verən mənəvi dəyişiklik dövrünə qədər Lev Nikolayeviç Tolstoy adi rus zadəganlarından biri kimi yaşamışdı. Öz həyat tərzini belə təsvir edirdi:
“Müharibədə adam öldürmüşəm, öldürmək üçün duelə adam çağırmışam, kartda uduzmuşam, kəndlilərin qazandığına şərik olmuşam, onları cəzalandırmışam, əxlaqsızlıq eləmişəm, yalan danışmışam. İnsanları aldatmaq, oğurluq, zinanın bütün növləri, sərxoşluq, zorakılıq, qətl… Əlimi bulamadığım elə bir cinayət yoxdur…”[1]
Şübhəsiz ki, belə həyat tərzi bir çoxlarına maraqlı və dolğun görünə bilər, amma incə ruhlu Tolstoy üçün bu, ağır yük idi. O, kəndliləri vurub öldürməkdən, onların dul arvadlarını zorlamaqdan üstün bir şey istəyirdi. Və… axtardığını tapmaqdan ötrü ömrünün yarısını sərf etmişdi.
Tolstoy zəngin və kübar ailədə doğulmuşdu, ailənin Puşkinə birbaşa qohumluğu çatırdı. Pis oxuyurdu, müəllimləri onun haqqında: “Əlindən gəlmir, oxumaq da istəmir” – deyirdilər. Gəncliyinin böyük hissəsi qumar oynamaqla, dəri zöhrəvi xəstəliklərini müalicə etdirməklə keçmiş, sonra özünün ədəbi istedadını hiss etmişdi. Otuz yaşına qədər Tolstoy bir-neçə iri həcmli əsər yazmağa macal tapmış, həm də ciddi gündəlik səviyyəsində olan və tez-tez dəyişib redaktə etdiyi tərcümeyi-halını – tövbəsini yazıb kənara qoya bilmişdi.
Tolstoy qeydlərində özünü ölümlə cəngdə olan bir insan kimi təsvir edir, Sevastopolun qanlı müdafiəsinin veteranı olaraq döyüş meydanındakı vəhşilikləri və qəddarlıqları qələmə alırdı. Ölümdən çox qorxurdu və o barədə fikirləşəndə bəzən durduğu yerdə bədənini soyuq tər basırdı. Ona elə gəlirdi ki, ölüm mələyi sinəsinə çöküb. 1860-cı ildə qardaşı Nikolayın ölümü bir daha ona həyatın faniliyini diqtə etmişdi. Təxminən ömrünün dördüncü onilliyinə çatanda eybəcər, qoca kişi olduğunu və evlənib normal ailəyə sahiblənmək üçün vaxtın keçdiyini dərk etmişdi. Moskvalı həkimin qızı Sofiya Andreyevna Bers 1862-ci ildə ona ərə getməyə razılıq verəndə qraf heyrətini gizlədə bilməmişdi.
Sonra nisbi sakitlik və stabillik dönəmi başlamışdı, nəticədə Tolstoy on üç dəfə ata olmuş, yaradıcılığının zirvəsi olan iki əsəri – “Hərb və sülh ”lə “Anna Karenina” romanlarını yazmışdı.
Bu əsərlər ona böyük şöhrət gətirdi, həyat səviyyəsini qaldırdı, eyni zamanda Tolstoya onun bu vaxta qədər yaşadığı həyatın yanlışlığını sübut etdi. Yazıçı ruhi sarsıntı keçirir, bu sarsıntılar fiziki ağrılarla əvəzləndi. Tolstoy haqqında deyirdilər ki: “Onun polad əzələləri, amma zəif əsəbləri var”. Revmatizmdən əziyyət çəkirdi, bağırsaq pozğunluğu, diş ağrıları, malyariya, ürəktutması, tromboflebit[2] və yatalaq qızdırması ona rahatlıq vermirdi. Həm də bir neçə mikroiflic keçirmişdi.
Yazıçı açıq-aşkar orta yaş həddinin böhran dövrünü yaşayır və bu böhran onun mənəvi transformasiyasına çevrilirdi. Tolstoy birmənalı şəkildə seksdən, içkidən, tütündən, ətdən uzaq durdu və həyatını “xristian anarxizminə” həsr etdi. Provaslav kilsəsini qəbul etmədən (bu səbəbdən provaslav keşişləri arasında kifayət qədər tərəfdar toplaya bilməməyi o qədər də təəccüb doğurmur) İsa Məsihin təlimlərinə uyğun bir həyat yaşamağa başladı. 1901-ci ildə kilsə onun adını lənətlənmişlər sırasına yazdı. Eyni zamanda, keçmiş təhkimçiləri arasında da onu sevməyən çox adam vardı və Tolstoy bunun ciddiliyini anlayaraq onlara yardım etmək məcburiyyətində qaldı. Nəticədə, yazıçının həyat yoldaşı bu alturizm[3] hallarına tab gətirə bilmirdi.
Sonunda Tolstoy xəstəliyinin və bəlalarının kökünü tapdı. “Xəstəliyimin adı – Sonyadır”[4] deyərək, arvadını nəzərdə tutduğunu bildirdi. Lakin o vaxta qədər arvadı onun bu şıltaqlıqlarına dözmüş, çoxlu övlad dünyaya gətirib onlara tərbiyə vermiş, “Hərb və sülh”ü yeddi dəfə üzündən köçürmüşdü. Yeni peyda olmuş “müqəddəs” isə onu öz ideyaları ilə bezdirən əsəbilik mənbəyi kimi qəbul edirdi. Özünü kübar dişi aslan kimi təsəvvür edən Sofiya Andreyevna ərinin qəfildən ruhi-mənəvi təmizlik axtarışına düşməyindən qorxur, bunu “xəstəlik” adlandırırdı. Şəhər kənarındakı mülkə zəvvarlar axışmağa başlamışdı və bu, vəziyyəti yalnız gərginləşdirirdi. Üstəlik, Tostoy bütün mülkiyyət və vərəsəlik hüququndan, kitablarının gəlirindən imtina etmişdi və qadının bundan doğan narahatlığı tamamilə məntiqə uyğun idi. Yazıçı pullarını kisə ilə səpələyəndə qadın qəzəbindən alışıb yanırdı.
Son nöqtəni Tolstoyu əmlakının yarısını ona vəsiyyət etməyə razı salan Çertkov qoydu. Bütün bunlar Sofiya Andreyevnanı boğaza yığdığından, qadın hər şeyi öz nəzarətinə götürdü. Ərinin ardınca qarabaqara gəzir, onu izləyir, teatr binokulu ilə arxasınca baxırdı. Tolstoy ayrılmağı təklif edəndə Sofiya Andreyevna onu intihar edəcəyi ilə hədələdi. Arvadının onun gündəliklərini eşlədiyindən xəbər tutanda, qərara aldı ki, artıq hər şeyi bitirmək zamanıdır. Uzun gecələrin birində arvadına məktub yazaraq qırx səkkiz illik birgə ailə həyatına görə ona minnətdarlığını bildirən yazıçı evi tərk etdi. “Bütün mən yaşda olan qocaların etdiyi hərəkəti edirəm, – səksən iki yaşlı dahi məktubda yazmışdı. – Mənim kimilər həyatın son günlərini sakit və tənha keçirmək üçün fani dünyadan uzaqlaşmağa çalışırlar”.
Təəssüf ki, arzuladığı son günlər onu şaxtalı dəmiryol stansiyasında haqladı, yazıçı ağciyər iltihabından huşunu itirdi. Sayıqlayan, uzun ağ saqqalı sırsıra bağlayan böyük yazıçı stansiya rəisinin iş otağındakı döşəmədə dünyasını dəyişdi. Bu hadisə 1910-cu ilin 20 noyabrında baş verdi.
Xan oğlu
Kim ki, insanlığı dünyanı gözləyən rus bəlasından qorunmağa səsləmiş, yeni Çingiz xanın zühurunu xəbər vermişdi, yanılmırdı. Hər halda Tolstoyun böyük monqol sərkərdəsi ilə birbaşa qan qohumu olmağı haqqında əfsanələr dolaşır.
Seçmədilər
1901-ci ildə, ədəbiyyat üzrə ilk Nobel mükafatı təqdim olunanda Tolstoyun adı əsas iddiaçılar sırasında idi, amma mükafat ona verilmədi. Bu şərəfə qəribə soyadlı fransız şair Sülli Pryüdom layiq görüldü. Heç bir rəsmi izahat vermədilər, amma ola bilər ki, Tolstoyun siyasi baxışları konservativ ovqatlı Nobel komitəsinin maraqları ilə üst-üstə düşmürdü. Komissiya üzvlərindən biri onu “sivilizasiyanın bütün inkişaf formalarına qarşı müxalifətdə olan səthi yazıçı” (bu dumanlı ifadə forması heç nə demirdi) olmaqda ittiham etmişdi. Amma Tolstoy onunla eyni səbəbə görə mükafatdan kənarda qalan Henrik İbsen və Emil Zolya ilə bir sırada yer almışdı.
Tam ifşa
Otuz dörd yaşlı Tolstoy zifaf gecəsində on səkkiz yaşlı xanımını gündəliyindən onun digər qadınlarla (kəndli qadınlarla da) yaşadığı eşq macəraları yazılan yerləri oxumağa məcbur etmişdi. Onun sədaqət və səmimiyyət barədə təsəvvürü belə idi və Sofiya Andreyevnaya görə bu, ifrat səmimiyyət idi. Ertəsi gün qadın gündəliyində yaşadıqlarından ikrah hissi keçirdiyini və “çirkaba düşdüyünü” qeyd etmişdi.
Narkotiklərə “YOX” de!
Tolstoy işini yarımçıq saxlamazdı və bu onun dini baxışlarına aid idi. Ətdən imtina etməklə hisslərini cilovlaya biləcəyini düşünən yazıçı, qatı vegeterian olmuş, ciddi dietə oturmuşdu, gündəlik yeməyi yulaf sıyığı, çörək və tərəvəz şorbası idi. O, tənbəki çəkməkdən və alkoqollu içkilərdən də imtina etmiş, kəndliləri də onun kimi həyat tərzi keçirməyə çağırmışdı. Tolstoy “İnsanlar nədən məst olur?” adlı oçerkində yazırdı ki, “insanı məst edən şeylər onun vicdanına da möhür vurur”. “Kənar təsirlər insanı vicdanın tələblərindən sapdıraraq onu şüur pozğunluğuna aparır, bunu dərk etmək yaşamağa mane olur, yaşamaq üçün səbəb axtaran insanlar beyinlərini zəhərləməyə meyl edir və bununla da vicdanlarını azad etmək fikrinə düşürlər”.
Vavilon dilində danışa bilirsiz?
Qatı pəhriz və vegeterinalıq tərəfdarı olan, xristian anarxizminə meyl edən Tolstoy eyni enerji ilə esperanto – süni dil yaratmaq istəyirdi. O, bu süni dil vasitəsilə dünya əhalisini birləşdirmək, müxtəlif millətlərin nümayəndələrini ünsiyyət problemindən azad etmək arzusunda idi. Onun fikrinə görə esperanto – çox sadə danışıq dili ola bilərdi: “…altı il əvvəl esperanto qrammatikası, lüğəti və məqalələri alarkən 2 saatdan artıq olmayan məşğələlərimdən sonra mən sərbəst yaza bilməsəm də bu dildə çətinlik çəkmədən oxuya bilirdim”.[5] Müqəddəs işlərin heç biri Tolstoy üçün çətin görünmürdü: “…esperantonu öyrənmək və onu yaymaq – yazırdı, – elə xristianlıq təlimidir və Tanrı səltənətinə xidmət edən insanın əsas və yeganə həyat amalıdır”.[6]
Şou davam edir! (Bəs qardaş – yoxdur)
Belə mənəvi ruh adamı olan Tolstoy bəzən qəribə və son dərəcə sərt olurdu. Qardaşı Dmitrini Oryol şəhərindəki mehmanxanada ölüm yatağında qoyub getmiş, xristian dini yolundan çıxdığı, Tanrının qəzəbinə tuş gəldiyi üçün hətta ona son dəfə baxmağa da səy göstərməmişdi. Qardaşının ölümündən Peterburqda xəbər tutan kimi gündəliyində: “Qardaşım Dmitrinin ölümündən bir az əvvəl xəbər tutdum. Sabahdan etibarən günlərimi onlar haqqında ancaq xoş xatirələrə dala bilmək eşqiylə yaşamaq istəyirəm”, – yazmışdı. Atasının bibisi Aleksandra Alekseyevna Tolstaya sonralar xatirələrində belə qeyd etmişdi: “Bir neçə gündən sonra qardaşını orada qoyub teatra getdiyini boynuna aldı”. İpləmə!
BU DA SİZƏ ROMANTİKA: ZİFAF GECƏSİ TOLSTOY ON SƏKKİZ YAŞLI XANIMINI GÜNDƏLİYİNDƏN ONUN AXMAQ EŞQ MACƏRALARINI OXUMAĞA MƏCBUR EDİR.
Üzü divara!
Tolstoyun xətrinə dəydiyi ikinci adam yazıçı İvan Sergeyeviç Turgenyev idi. Onlar uzun müddət yaxın dost olublar, amma sonralar Tolstoyun xarakterindəki qəribə dəyişikliklər üzündən bu iki insanın yolu ayrılıb. Günlərin birində Turgenyev bronxitdən gileylənəndə, amansız Tolstoy bunu “bədgümanlıq” adlandırıb: “Özündən xəstəlik adı tapıb, “bronxit”, – Lev Nikolayeviç 14 aprel 1856-cı ildə kiçik bacısı Mariyaya yazıb – inanıram ki, bu xəstəliyin adı daşürəklikdir”. “Biz, əks qütblərin adamlarıyıq, – Turgenyev 24 aprel 1859-cu ildə V.P.Botkinə ünvanlandığı məktubunda qeyd edirdi. – Əgər şorba içirəmsə və bu şorba xoşuma gəlirsə, demək, Tolstoyun bu şorbadan zəhləsi gedəcəyinə əmin olmalıyam”.
Qəti ayrılıq anı ümumi dostlardan birinin evindəki naharda baş vermişdi. Tolstoy Turgenyevin xaricdə yaşayan kəbindənkənar qızı Polinanın tərbiyə metodlarını tənqid edənə qədər söhbət sakit keçmişdi. Tolstoy inadla deyirmiş ki, əgər Polina Turgenyevin qanuni qızı olsaydı, onda onun təhsilinə daha ciddi yanaşardı. Qəzəblənmiş Turgenyev oturduğu yerdən dik qalxmış, hətta əlini qaldırmış, sonra özünü birtəhər ələ alaraq sekundantlarını[7] göndərəcəyinə söz verib getmişdi.
Dostların təkidi ilə təkbətək görüş baş tutmasa da, iki ədəbiyyat nəhənginin dostluğu tarixə qovuşmuşdu. “Sanki biz müxtəlif əsrlərdə və müxtəlif planetlərdə yaşamağa məhkum olmuşuq”, – 26 dekabr 1861-ci ildə Turgenyev A.A.Fetə yazdığı məktubda belə deyirdi. Qonşu olmaqlarına baxmayaraq, bir müddət belə yaşamışdılar. Tolstoy dinə bağlandıqdan və bir vaxtlar könlünə toxunduğu adamlara (onlar o qədər də az deyildi) barışıq məktubları göndərənədək bu, beləcə davam etmişdi. Turgenyev onun üzrxahlığını qəbul etsə də, aralarındakı dostluq bərpa olunmadan qalmışdı.
Heç nə barədə kitab
“Saynfeld” serialının izləyiciləri, bağışlayın, amma “Hərb və sülh” serialının işçi adı heç də “Hərb: kimə lazımdır bu dəb?” olmayıb (bu sözləri həmin o məşhur komediya serialının baş rol ifaçısı Eleyn Benes 1990-cı ildə rus yazıçısı Yuriy Testikovla görüşərkən deyib ). Serialn ilk adı lap şekspirsayağı imiş: “Axırı yaxşı qurtaran hər şey yaxşıdır”.
Sadiq pərəstişkarlar
Tostoy bütləşə bilən ilk yazıçılardandır. Hətta onun özü-özünü bütləşdirdiyini də söyləmək mümkündür. Ömrünün son illərində yüzlərlə pərəstişkarı heç olmasa onun plaşının ətəyindən yapışa bilmək ümidi ilə axışıb yazıçının malikanəsinə gəlirdi.
Son söz
Tostoy ömrünün sonunadək üsyankar olaraq qaldı. Ölüm ayağında olarkən dostları təkidlə onu provoslav kilsəsi ilə barışığa dəvət etdilər. Tolstoy razılaşmadı. “Lap ölüm səhrası ilə yola çıxsam belə, – guya o, deyib, – iki vur iki heç vaxt altı eləməz”. Yeri gəlmişkən, bu, uydurma-zad deyil. Lakin Tolstoyun ölümqabağı dedikləri bir o qədər dərin olmasa da, daha sirli olub: “…Lev Tostoydan başqa, bütün xalq uçurumdadır, sizsə bircə Levi görürsüz… Kişilər belə ölmür…” Sonra huşunu itirməkdə olan yazıçı pıçıldayaraq: “Mən həqiqət aşiqiyəm…” – deyib.
Robert Şnakenberq
Rus dilindən tərcümə edən: Əyyub QİYAS
[1] Lev Nikolayeviç Tolstoy “Tövbə”
[2]Tromboflebit – damarların qan laxtaları ilə qapanması xəstəliyi
[3] Alturizm – öz mənafeyini unudub başqalarının qeydinə qalmaq, başqalarına təmənnasız yardım etməyə hazır olmaq.
[4] Mənbə təsdiqlənməyib, bəlkə də boş əfsanədir.
[5] L.N.Tolstoyun 27 aprel 1894-cü il məktubu.
[6] Elə həmin məktubdan.
[7] Sekundant – dueldə şahidlik edənlər.
| ['yazıçılar', 'dünya ədəbiyyatı', 'rus ədəbiyyatı', 'Lev Tolstoy', 'rus yazıçısı', 'Tolstoy'] |
478 | https://kayzen.az/blog/erzaq/22449/br%C4%B1nza-pendiri.html | Brınza pendiri | Apollon | Ərzaqlar | 30 sentyabr 2018, 14:10 |
Brınza pendiri duzlu pendirlərdəndir Onu inək, keçi, qoyun və s. südündən hazırlayırlar. Bəzi hallarda isə brınza pendiri bu südlərin qarışımından hazırlanır. Brınza pendirinin duz tutaraq dadlanması 60 günə baş verir. Düzdür marketlərdə ondan alarkən üstündəki etiketdə bu barədə yazılara rast gəlinmir.
Brınza pendirinin çox duzlu və sərt olması onun 60 gün ərzində duzda qaldığının göstəricisidir. Brınza pendirinin üst hissəsində digər pendirlərdəki kimi qovuqcuqlar olmur. Əgər marketdən aldığınız brınza pendirinin kənarı qurudursa bu onun uzun müddət əvvəl kəsildiyini bildirir. Bu zaman o pendiri almaq məsələhət götülmür. Bu cür pendir öz keyfiyyətini də itirmiş olur.
Brınza pendirini digər pendirləırdən fərqləndirmək üçün onun üst hissəsini adətən xüsusi bəzəkli edirlər. Brınza pendirinin daxilində boş qabarcıqlar tamamən az olur. Brınza pendirinin tərkibində yağın miqdarı 40%-dən çox olamamlıdır. Ən dadlı brınza pendiririnin tərkibində isə yağın miqdarı 50% olur. Bu yağlılıqda olan brınza pendiri daha dadlı olur.
Brınza pendirini ilk dəfə Şərqdə — ərəb ölkələrində hazırlayıblar. İlk dəfə brınza pendiri 7 min il əvvəl hazırlanıb. Onu ərəb taciri Kənan kəşf edib. Uzaq səfərə çıxan tacir Kənan özü ilə çoxlu miqdarda süd götürüb və bu südü uzun müddət itifadə etməyi düşünüb. O südü iri saxsı küplərə doldurub. Bir-neçə kilometr yol getdikdən sonbra tacir acmış və yemək istəmişdir. Bu zaman o küpün ağzını açdıqda südün qatılaşdığını və bərkiyib keyfiyyətini itirdiyini görmüşdür. O həmin qatı maddəyə duz vurmuş və yemişdir. Beləliklə də ilk dəfə pendir qida kimi istifadə edilmişdir.
Bolqarlar pendiri xüsusi qayda ilə saxlayırlar. Onlar brınza pendirinə qırmızı istiot və kərə yağı əlavə edərək qarışdırır, sonra da onu perqament kağıza büküb duxovkada bişirirlər. Bu cür hazırlanmış pendir ətirli, zərif və dadlı olur. Brınza pendirini özünün duzlu suyunda saxlamaq lazımdır.
100 qram brınza pendirinin qida dəyəri:
* Zülallar – 22,2 qr.
* Yağlar – 19,2 qr.
* Karbohidratlar – 0,4 qr.
* Su – 52 qr.
* Kalori – 260 kKal.
Brınza pendirinin tərkibində 288 kalori, 15 qram zülal, 26 qram yağ, kalsium, natrium, fosfat var. Brınza pendiri B1, B2, C vitaminləri ilə zəngindir. Bu pendiri ən azı bir ay duzda qaldıqdan sonra yemək lazımdır. Brınza pendiri orqanizm üçün ən faydalı pendirlərdəndir. O insan dərisinə müsbət təsir göstərir. Davamlı olaraq brınza pendiri yemək orqanizmin cavan və sağlam qalmasına, dərinin möhkəmlənməsinə səbəb olur. Tərkibində kalsiumun çox olması brınza pendirinin dişlər və sümük sistemi üçün faydalı olduğunu göstərir. Brınza pendiri həzmi yaxşılaşdırır və orqanizm üçün lazım olan bağıqsaq bakteriyalarının çoxalmasına səbəb olur.
Brınza pendirinin zərərli xüsusiyyətləri
Böyrək, qaraciyər, öd, mədə və mədəaltı vəzi xəstəliklərindən əziyyət çəkənlərə brınza pendiri yemək məsləhət görülmür. Buna səbəb onun tərkibində olan duzların miqdarının çox olmasıdır. Duzluluğun çox olması tromb əmələ gəlməsini sürətləndirə bildiyinə görə yeməzdən əvvəl onu bir müdddət suda saxlamaq lazımdır. Suda saxlanılan pendiri allergiya xəstələri də istifadə edə bilərlər.
Brınza pendirinin tərkibində kalium yoxdur. Bu isə qan dövranı və sinir sistemi xəsstələri üçün məsləhətli sayılmır. Laktozaya allergiyası olan xəstələrə brınza pendiri yemək məsləhət görülmür.
| ['pendir', 'pendirin növləri', 'Brınza pendiri'] |
479 | https://kayzen.az/blog/sevgi/22455/h%C3%BCqonun-q%C9%99mli-sevgilisi.html | Hüqonun qəmli sevgilisi | Apollon | Sevgi | 29 sentyabr 2018, 20:14 |
Viktor Hüqonun adı çəkiləndə qarşımızda zəhmli baxışları ilə bizə boylanan, yaşlı kişi, sifətinə qətiyyətli üz cizgiləri hopan insan canlanır. Adətən, belə insanları xarakterizə etmək elə də çətinlik yaratmır: kimsə onun yanında artıq-əskik danışa bilməz və belə adam zarafat etməyi xoşlamaz, hər zaman ciddi mövqeyi ilə fərqlənər. Hətta suyu içəndə, xörək yeyəndə də qidalanma mədəniyyətinin bütün qaydalarına əməl edər, övladları cıqqırını çıxarmaz, kimsə icazəsiz mənzildən çıxmaz, kənar qadınlarla göz-qaşla danışmaz, ümumiyyətlə belə kateqoriyadan olanları yaxına buraxmaz.
İlk baxışda Viktor Hüqo da yuxarıda söylənən xarakterik obrazla uyğun gəlir. Sən demə, burada yanlışlıq varmış. Hər bir kişi kimi Hüqonun da içində balaca uşaq əyləşibmiş, o da dostları ilə kafe-restoranlara gedib hündürdən danışıb-gülüb, o da gözəl qadınlardan vaz keçə bilməyib, yaradıcılıq üçün ilham pərisini zərif cinsdə axtarıb. Necə deyərlər, həyatın qanunauyğunluğu, Tanrının kişilərə bəxş etdiyi bütün xüsusiyyətlərdən dahi yazıçı da qidalanıb.
Böyük insan, bütün dövrlərin ən möhtəşən roman ustası, adı qızıl hərflərlə yazılan Viktor Hüqonun çox da yazılmayan gizli həyatı hamını maraqlandırıb. Hələ sağlığında qəzet müxbirləri qapısının ağzından çəkilməyib, şəxsi həyatına dair qeydlər götürüb tirajlarını artırıblar. Fotoqraflar şəklini çəkib iri qonorar alıblar, mənzilindəki qulluqçular da səxavətindən yararlanıblar. Bir sözlə, bu zəhmli kişi ürəyi istəyəndə çox səxavətli olurmuş. Hərdən isə xəsisliyi tutarmış. Səbəbi izah olunmur. Belə güman edilir ki, Hüqonun tərs damarı ovqatı ilə bağlı imiş. Kefi kök olanda pul xərcləyər, təlx olanda bircə qroşuindan keçməzmiş.
Viktor Hüqo qadınları əlcək kimi dəyişib və il vaxtlar belə əlaqələrini gizlətməyə çalışıb. Sonra hamının bildiyini duyub daha heç nəyi gizlətməyib. Yalnız bir qadından üzülüşə bilməyib. O qadının adı Cülyetta Drue olub. Hüqo Cülyettanı unuda bilməyib. Düzdür, Hüqo ilə rəsmi nigah bağlamaq Cülyettaya nəsib olmasa da, istənilən vaxt — düz 50 il şirin qadın obrazında qalmağı bacarıb.
20-ci əsrdə Hüqonun hansı səbəbdən onunla evlənməməsi müzakirə mövzusuna çevrildi. Məlum oldu ki, yazıçı həyat yoldaşından ayrılmaq istəməyib. Ümumiyyətlə, kənarda çoxsaylı qadınları olan məşhur yazıçılar həyat yoldaşları ilə ayrılmağa üstünlük verməyiblər. Belə bir kişi sistemi onda da qüvvəsində imiş: «Həyat yoldaşının öz yeri, kənardakıların öz yeri». Düz 50 il ərzində Drue Hüqonun kölgəsində qaldı. Yalnız gilzi görüşlər, sevgi dolu sözlər. Gerçəkdə isə məşuqə adlandırılan Cülyetta qəmli həyatını yaşayırdı.
Onlar tanış olanda Hüqonun 31 yaşı vardı. Kifayət qədər cəmiyyətdə tanınan oğlan daha yeni bir uğura imza atdı. Həmin uğur «Notrdam kilsəsi» əsərinin dərcindən sonra yarandı. Şan-şöhrətin qanadında uçan 5 övlad atasına qadınlar biganə qalmırdı. Cülyetta Druenin isə taleyi gətirmirdi. Iki yaşında yetim qalmış, 19 yaşında isə məşhur heykəltaraş Jan Jak Pradye ilə nigahsız yaşayırdı. Heykəltaraş onun büstünü də yonmuşdu. Onların qızı oldu. Ailə münaqişələri belə həyatı yarıda qoydu. Cülyetta ayrılandan sonra özünü və yenicə doğulan qızını təmin etməli idi. Nəhayət, teatrda işə düzəldi. Az məvacib verirdilər. Tamaşaçılar istedadına yox, daha çox gözəlliyinə baxırdılar.
Buna baxmayaraq, getdikcə Druenin ulduzu parlayırdı. Çünki tamaşaya gələnlər arasında imkanlı adamlar da var idi. Tamaşa qurtaran kimi onu müxtəlif yerlərə dəvət edir, kimisi pul, kimisi bahalı hədiyyə verirdi. Yuxarı təbəqə ilə tanışlıq Cülyettaya xoş təsir bağışlayırdı. Artıq bahalı paltarlarla bal mərasimlərində görünür, zinyət əşyaları taxırdı. Yeni arzular, yeni sevgilər. Düzdür, yenə pul çatmırdı və borca girirdi, ancaq əvvəlki çətin günlərdən canını qurtarmışdı. Yazıçı Viktor Hüqo ilə tanışlıq Cülyetta Druenin həyatını kökündən dəyişdi.
Bəzi araşdırmalara əsasən onlar maskaradda tanış olublar. Başqa romantik ehtimallar da səslənir. Belə ki, Hüqo pyeslərindən birinin tamaşası zamanı teatra gedib və Cülyettanı görüb aşiq olub. İkinci dərəcəli surətlərdən birini həmin qadın oynayırmış. Müasirləri Cülyetta Drueni istedadlı aktrisa hesab etmirdilər. Ona yalnız ikinci dərəcəli rollar həvalə edilərmiş. Hüqonun pyesində kiçik rol alması qadını sevindirmişdi. Həmişə deyərmiş ki, «cənab Hüqonun pyeslərində kiçik rol olmur». Tale elə gətirdi ki, kiçik rol həyatının həlledici məqamına çevrildi. Parıltılı paltarda Cülyetta çox cazibədar görünürdü. Dostları Hüqoya məsləhət gördülər ki, belə yüngül qadına baş qoşmasın. O, heç kimə qulaq asmadı.
Cülyetta ilə tanışlıqdan sonra onun qarşısına şərtlər qoyan yazıçı bəzən qısqanclıq nümayişində həddini aşırdı. Nəticədə qadın teatrdakı işindən ayrıldı. Ayrılma təkcə teatrla qurtarmadı. Varlı kişilərlə ünsiyyətinə də son qoydu. Rus knyazı Anatoli Demidov onun üçün Parisdə ayrıca iqamətgahda qalmasına icazə vermişdi. Daha o evə də ayaq basmadı, məclislərə qatılmadı, imkanlı kişilərin hədiyylərindən imtina etdi, pullarını özünə qaytardı. Indi o, yalnız Viktor Hüqonun səxavətinə bel bağlayırdı. Yazıçı ona qarşı elə də səxavətli deyildi. Cülyetta istənilən vaxt ondan ayrıla bilmirdi. Həm məşhurluğunun kölgəsində xumarlanır, həm də zabitəsindən çəkinirdi.
Tezliklə cəmiyyət arasında söz-söhbət yayıldı ki, Hüqonun yeni məşuqəsi var. O, bundan əsəbləşmir, əksinə söz düşəndə deyərdi ki, Cülyetta ilə tanışlıqdan sonra özünü yaxşı hiss edir. Cülyetta isə özünü elə aparardı ki, qeybət üçün əsas yaranmasın. Həm köhnə məşuqlarının Hüqoya sirr açmalarından qorxar, həm də yazıçını çox da zərbə altında qoymazdı. Bu məqsədlə qadın qapalı həyata başladı. Hətta cəmiyyətdəki şübhəli baxışları azaltmaq üçün təzə paltarlar və ənlik-kişrşanlar almadı. Solğun bənizlə gəzdi, nimdaş paltarla küçələrdən ötüb keçdi. Bunun bir neçə səbəbi vardı. Birincisi, adamların şübhələnməməsi üçün qapalı həyat tərzini seçmişdi. Ikincisi, təzə paltar üçün pul az idi. Üçüncüsü, Hüqo onu anlatmışdı ki, «gözəl qadına gözəl paltar lazım deyil. O köhnə paltarda da gözəldir». Amma camalından nisbi razılıq da əskik olmazdı. Belə bir yazıçı məhz onu seçmişdi.
Hüqo gecələr yanına gələr, onsuz yaşaya bilmədiyini söyləyər, ancaq qəti qərara gələ bilmirdi. Heç cür ailəsindən ayrılıb Cülyetta ilə rəsmi nigaha girmirdi. Yazıçı hesab edirdi ki, məşuqə ilə evlənmək olmaz. Hərçənd, Cülyettasız qala bilmirdi, ancaq evlənmək də istəmirdi. Bəlkə də əvvəllər subay vaxtında rastına çıxsaydı, rəsmi qaydada evlənərdi. Lakin indi, 5 uşağı olduğu halda belə etməyi özünə sığışdırmırdı. Həm də Hüqo cəmiyyətdə ailə dəyərlərindən danışa bilməzdi.
Mehriban günlərin birində Cülyetta ilə Hüqo arasında qalmaqal yarandı. Söz-söhbətin səbəbi maliyyə ilə bağlı idi. Yox, söhbət yazıçının ona pul verməməsindən getmirdi. Məlum oldu ki, Hüqo ilə tanışlıqdan əvvəl Cülyettanın ayrı-ayrı adamlara ümumilikdə 20 000 frank borcu varmış. Cülyetta borcları qaytarmaq üçün bütün qızıl-zinyət əşyalarını lombarda qoysa da, vəziyyətdən çıxa bilməyib. Onu axtarsalar da, tapa bilməyiblər. Nəhayət, bu barədə Hüqoya şikayətləniblər. Yazıçı qadının yanına gedərək qışqırıb: «Belə fırıldağına görə səndən ayrılıram». Və çıxıb gedib. Qayıdanda isə mənzili boş görüb. Cülyetta evi tərk etmişdi. Hüqo öyrənib ki, sevgilisi Normandiyaya — qohumlarının malikanəsinə üz tutub.
Əvvəlcə yazıçı onsuz yaşaya biləcəyinə ümid edib. Ayrı-ayrı evlərdə müxtəlif qadınlarla görüşüb. Ona elə gəlirdi ki, «Səfillər» qədər ağır roman yükünü çəkmək üçün ətrafında mütləq qadınlar olmalıdır. Viktor Hüqo çox zabitəli kişi təcəssümünü özündə əks etdirdiyindən, hər qadın yazıçı ilə sevgili olmağa razılaşmazmış. Məşhur adamla sevgi həyatını yaşamağa razılaşanlar, sonradan peşmanlıq çəkərmişlər. Heç Hüqo da onların arxasınca qaçıb geri qaytarmazmış: «Kim imtina edir, özü bilər, Fransa başdan-ayağa gözəl qadınlarla doludur». Ancaq bütün bu sevgi romanları müvəqqəti təsir bağışlayıb.
Qəlb sevdası tapmayan yazıçı yeni sevgisinə ümid bəsləyər. Həyat yoldaşı ilə həmin qəlb sevdası alınmayıb. Beş övladının sevinci də qəlbindəki narahatlığı aparmayıb. Yeni romanlar üçün yeni qadınlar. Ancaq heç cür alınmırdı. Nəhayət, yenidən Cülyetta Drueni axtarıb. Normandiyaya gedərək köhnə sevgilisini tapıb. Onu sevdiyini, yaşamağın çətinliyini anladıb. Qadın ünsiyyətin yeni mərhələsinə razılaşıb. Bir şərt qoyub ki, zabitəli yazıçı onun xətrinə dəyməsin. Bildirək ki, Cülyettanın borc məsələsinə aydınlıq gəlməyib, bu barədə çox da yazılmır. Ola bilsin ki, Hüqo o vaxtkı külli miqdarlı borcu bağlayıb. Bəlkə də yox. Hər halda qadın yenidən Parisə qayıtmağa razılaşmazdı. Çünki borclular onu gündüz vaxtı çıraqla axtarırdılar. Qayıtmışdısa, deməli pullar qaytarılmışdı, şikayətçilərin ağzı yumulmuşdu.
Onlar yenidən birləşdilər. Hüqonun yaradıcılığının çiçəklənmə dövrü yenidən başlandı. Bir-birinin ardınca romanlar yazdı. Ancaq bu o demək deyildi ki, Hüqo yalnız Cülyetta ilə görüşürdü. Bütün Fransa və Cülyetta bilirdi ki, Viktor Hüqo kənar məcaralarından usanan deyil, yenə də qadınları əlcək kimi dəyişir. Ancaq bu qadının ürəyində bircə xətircəmlik vardı ki, kimin yanında olursa-olsun, sonda məşhur sevgilisi yenə onun yanına gələcək. Görəsən, niyə Hüqo hələ də ondan əl çəkə bilmirdi? Bir səbəb vardı. Viktor Hüqo ilham pərisini və ruh gözəlliyini bu qadında tapmışdı. Cülyetta da bunu hiss edirdi. Hətta baş verən bir hadisədən sonra qadın yenə onu atmadı.
Günlərin birində Hüqo evli qadınla təmas qurdu. Həmin qadının əri arvadından şübhələnib xəfiyyələri ardınca saldırdı. Izlənmə prosesinin sonu yaxşı qurtarmadı. Hüqo ilə o qadını bir yerdə tutdular. Qəzetlərdə yazıçı rüsvay edildi. Ölkə rəhbərliyi jandarmeriya ilə razılığa gəlib Hüqonu rüsvayçılıqdan qurtardı. Həmin evli qadın isə həbsxanaya salınıb iş kəsildi. Bu hadisə baş verəndə Cülyetta Druenin 40 yaşı vardı. O, yazıçını bağışladı. Həm də bağışlamaqdan savayı əlacı yox idi. Artıq neçə il gizli görüşdüyü kişiyə alışqanlıq yaranmışdı. Digər qadınlardan fərqli olaraq düşünürdü ki, yaradıcı adamın xətrinə dəymək, onu öz dünyasından ayırmaq olmaz. Yoxsa, Hüqo başqa qadınların yanına getməklə, onu birdəfəlik unudar. Yazıçı xəstələnəndə qadın onun qulluğunda dayanar, ən qəmli vaxtlarında ürək-dirək verərdi. Hətta, əsərlərini oxuyub ruh yüksəkliyi bəxş edər, yenidən yazmağa həvəsləndirərdi.
Düz 50 il bir yerdə oldular. Sevgili həyatlarının 50-ci yubileyində Hüqo Cülyettanın şəklini çəkdirdi. Şəklin üstündə yazılmışdı: «50 ilin sevgisi». Qadın daha qocalmışdı. O şəkli bağrına basdı, qoca Hüqonu qucaqlayıb öpdü. Lakin əlləri titrəyir, səsi xırıldayırdı. Üç aydan sonra Cülyetta Drue həyatdan köçdü. Hüqo bu ayrılığa 2 il dözdü. Çox yaşaya bilmədi. 50 il bir yerdə olduğu qadının yoxluğunu başqa sevgililərlə çıxmağa çalışdı. Alınmadı. Ürəyi aldatmaq olmazdı. Viktor Hüqo Cülyetta Druedən sonra yalnız iki il yaşadı. Ölənə yaxın nəvəsinə məktub yazdı: "Öz sevgini axtar. Ona sevinc bəxş et. Sev onu. Nə qədər ki, sevir, sən də sev".
Azər Qismət
| ['sevgi', 'esse', 'Viktor Hüqo', 'yazıçıların sevgisi'] |
480 | https://kayzen.az/blog/aforizmler/22460/larry-kingd%C9%99n-h%C9%99yat-d%C9%99rsl%C9%99ri.html | Larry King-dən həyat dərsləri | Apollon | Hikmət dənizi və aforizmlər | 27 sentyabr 2018, 16:31 |
“Amma” əvəzinə “və” istifadə edin. Məsələn, “Siz bunu düz etmisiniz, amma…” əvəzinə “Siz bunu düz etmisiniz, və… “ deyin. Çünki “amma” özündən əvvəl deyilən hər şeyin üzərindən xətt çəkir.
“Buna baxmayaraq” əvəzinə “və” istifadə edin. Məsələn, “Mən sizin üçün bunun nə qədər çətin olduğunu bilirəm, buna baxmayaraq…” əvəzinə ““Mən sizin üçün bunun nə qədər çətin olduğunu bilirəm və …” deyin. Çünki “buna baxmayaraq” ifadəsi sizin həmsöhbətinizə açıq-aydın bildirir ki, onun hiss, arzu və gözləntiləri sizin heç vecinizə də deyil.
Kobud “yox” deməkdən çəkinin, çünki bu ifadə müəyyən intonasiyayla deyildiyində, həmsöhbətinizdə böyük neqativ təəssürat yarada bilər.
Öz lüğətinizdən “düzünü desəm” ifadəsini tamamilə çıxarın, çünki bu elə səslənir ki, sanki düzlük, həqiqəti söyləmək sizin üçün istisnadır.
“Artıq” sözününü “hələ” sözü əvəzinə işlədərək, baxış bucağınızı dəyişdirin. Məsələn, “Siz hələ də bitirməmisiniz?” əvəzinə “Siz artıq bitirmisiniz?” deyin…
“Sadəcə” sözünü həmişəlik unudun və ya başqa sözlə əvəzləyin. Məsələn, “Mən sadəcə olaraq öz fikrimi deyirəm”, “Bu sadəcə bir ideyadır,” əvəzinə “ Bu mənim fikrimdir”; “ Bu mənim ideyamdır,” deməyiniz kifayətdir.
“Səhv” sözünü yığışdırın. Bunun əvəzinə dəqiqləşdirici sual verin və həmsöhbərinizə sizin də problemin həllində maraqlı olduğunuzu hiss etdirin. “Bu bizim gözlədiyimiz kimi olmadı. Gəlin problemi həll etmək yollarını düşünək və gələcəkdə bunun təkrarlanmasının qarşısını alaq,” demək “Sən səhv etdin. Bütün günahlar səndədir,” deməkdən qat-qat nəzakətli və faydalıdır.
Səmimi suallar verin. Verilən qısa “hə” “yox” cavablarıyla qane olmayın. Məsələn, “Sizə zəng etmək olar?” sualının əvəzinə “Mən sizə nə vaxt zəng edə bilərəm,” deməklə daha səmimi ünsiyyət qurmaq mümkündür.
“Əgər” sözünü “Bu andan etibarən” sözüylə əvəzləyin. Məsələn, “Əgər mən tövsiyələrə qulaq assaydım..,” əvəzinə “Bu andan etibarən, tövsiyələrə qulaq asacağam” deyin. Çünki birinci halda siz ancaq keçmiş üçün peşmançılıq hissi keçirir və heç bir şeyi dəyişmirsiniz. İkinci halda isə, bunu tamamilə dəyişir və fayda əldə etmək üçün hərəkətə keçmiş olursunuz.
“Etməliyəm” əvəzinə “Edəcəyəm”, “Etmək istəyirəm” deyin. “Mən ilk əvvəl bir az fikirləşməliyəm,” əvəzinə “Bir az fikirləşmək istəyərdim,” demək daha məqsədəuyğundur.
| ['Larry King', 'hikmətli sözlər', 'həyati məsləhətlər', 'dəyərli sözlər'] |
481 | https://kayzen.az/blog/yazar/22379/mark-tven.html | Mark Tven | Apollon | Yazıçılar | 26 sentyabr 2018, 14:10 |
Bəlkə də imzası uydurma idi, amma yazarlar arasında «gerçək» Samuel Lenqhorn Klemens qədər səmimi ikinci bir imzaya rast gəlmək çətindir. «Mark Tven» sadəcə, Klemensin çoxsaylı təxəllüslərindən biridir. O, eyni zamanda Tomas Cefferson Snodqrass, Avara, Coş, Çavuş Fatom və U.Epami-nondas Adrastus Blab imzaları ilə də çap olunurdu. Lakin onun ən məşhur təxəllüsü naviqasiya sahəsindən gəlmiş və «iki dəniz ölçüsündən» götürülmüşdü — çay gəmilərinin hərəkət etməsi üçün lazım olan minimal dərinlik. O, bu təxəllüsü hələ gəncliyində, Missisipi ilə üzərkən, gəmidə işləyəndə götürmüşdü.
Amerikalıların əksəriyyəti Tveni onun doğma ştatı olmağına baxmayaraq, nifrət etdiyi Missuri ilə bağlayırlar. "Əgər, siz bizim ştatda dünyaya gəlmisinzsə, onun adına «Missura-a» deyin, — Tven bir dəfə belə demişdi. — Yox, əgər bizim ştatda doğulmamısınızsa, o zaman «Missuru-i» deyə bilərsiniz. Amma əgər bizim ştatda doğulmusunuzsa, ömrünüz boyu burada yaşamağa məhkum olduğunuz üçün ona «balaca» deyin". O, bu «balaca»dan, daha doğrusu, kasıblıqdan bezdi və on səkkiz yaşı olanda ata evini tərk edərək, bir daha ora qayıtmadı.
Bir gün kapitan olmaq ümidi ilə çay gəmisində işə düzəldi, çünki o vaxtlar bu iş ölkədə sayca üçüncü gəlirli vəzifə hesab olunurdu. Daha sonra kiçik qardaşı Henrini də özünə qoşdu. 1858-ci ilin mayında Tven yuxuda qardaşını dəmir tabutda gördü. Bir ay sonra onun yuxusu çin çıxdı: Henri paraxodda baş verən partlayış nəticəsində həlak oldu. Bu hadisə və öncəgörən yuxular Tveni ömrünün sonuna qədər təqib etdi.
Vətəndaş müharibəsi illəri dövründə Tven bir müddət cənubluların qeyri-nizami xalq ordusunda xidmət etdi, amma o, özünü əsgər kimi təsəvvür edə bilmirdi. Bir neçə gün piyada hərəkət edərək, Amerikanın cənubuna, San-Fransiskoya gedib çıxdı və orada jurnalistliyə başladı. Ədəbi şöhrətin ləzzətini ilk dəfə 1865-ci ildə «Kalaversalı məşhur hoppanan qurbağa» hekayəsi çap olunanda duydu. Bir qədər sonra yol qeydlərindən ibarət çap olunan iki — «Xaricdəki sadəlövhlər» və "Çətindir" kitabları onun şöhrətini daha da artırdı.
Bir qədər əvvəl qazandığı şöhrəti daha da möhkəmlətmək üçün Tven silsilə mühazirələr demək məqsədilə səyahətə çıxdı. Bir çoxları onu tarixdə danışıq janrında fəaliyyət göstərən ilk artist hesab edirlər. Elə bu keyfiyyəti bəs edirdi ki, missurili sarkazm ustası Amerika mədəniyyət tarixində özünə layiqli yer tuta bilsin. Lakin o, nail olduğu uğurlarla kifayətlənmədi və roman yazdı. Bir çox tənqidçilərin fikrinə görə onun yazdığı romanlar müasir ABŞ ədəbiyyatının yaranmasına böyük təkan verib.
1885-ci ildə çap olunan «Qeklberri Finnin macəraları» birmənalı qarşılanmadı. Luiza Mey Olkott kitabı ikrahla kənara qoyaraq müəllifə: "Əgər siz yeniyetmələr üçün «Qeklberri Finndən» maraqlı bir şey yaza bilmirsinizsə, məndən sizə məsləhət, yaxşı olar ki, heç nə yazmayasınız", — dedi. Qadın bununla kifayətlənmədi, Massaçusets ştatında Tvenin kitablarının satışına qadağa qoydurdu. Qeyd etmək lazımdır ki, bu, hələlik Qek Finin tarixində ilk təqiblər idi, əsər sonralar da öz kobudluğu və zənciləri təsvir etdiyi üçün irqçiliyinə görə hiddət doğurmuşdu. Lakin Olkottun yaratdığı şirkət ağıla gəlməyən uğura imza atdı: kitabların satışı qısa zaman ərzində üç yüz faiz çoxaldı, Tven isə böyük və əbədi uğur qazandı.
Ömrünün sonrakı iki onilliyi ərzində Tven şöhrətini bütün dünyaya yaydı. O, oxucular qarşısında çıxış etməklə xeyli sərvət topladı, lakin varidatının bir hissəsini uğursuz kapital qoyuluşları üzündən (Məsələn, «Tven yataq sancaqları» kimi bir şey icad etmişdi, son dərəcə qeyri-praktik bir şey idi, guya körpələrin adyalda qurdalanmağının qarşısını alırdı. Çox güman ki, bu, geniş alıcı kütləsi üçün istehsal olunan ən axmaq tapıntılardan biri olub) itirdi. 1895-ci ildə Tven müflis olduğunu elan etdi, lakin bir qədər sonra işləri yoluna düşdü. 1904-cü ildə yazıçı həyatının ən ağır zərbəsini aldı — sevimli həyat yoldaşı Livi dünyasını dəyişdi.
Markın remarkası
Tven incəsənəti «yaramaz mövzularda çərənləmək» həddinə gətirib çıxartmışdı və bu, o vaxtlar idi ki, indi apardığı verilişlərdə ağızlarına gələni danışan tele-aparıcıların hələ izi-tozu da yox idi. Adətən, nahardan sonra kiçik cəmiyyətlərdə çıxış edir, mühazirələr deyir, yataq məsələləri, məhrəm şeylər barədə ağlına gələni çərənləyirdi. Bəzən onun intim məsələlərlə bağlı danışdıqları iyrənc həddə çatırdı.
Patentləşdirilmiş vasitələr
Tven müxtəlif qurğu və mexanizmlərin aşiqi idi, bəzən belə şeyləri ya özü düzəldər, ya da alardı. Yazıçı serb əsilli amerikalı mühəndis Nikolay Tesla ilə dostluq edirdi. Müasirləri Teslanı ciddi qəbul etmir, onu «başdanxarab alim» adlandırırdılar.
Bu iki dost tez-tez laboratoriyada görüşür, söhbət edir, bir çox elmi ideyaları praktik şəkildə sınaqdan keçirirdilər.
Tven üç ixtirasını patentləşdirmişdi: özü tənzimlənən çiyinbağı, yapışqanlı albom və yaddaş inkişafına təsir edən tarixi oyun. Bir sözlə, tənqidçilərdən birinin təbirincə desək, «bu oyun vergi deklarasiyası və loqarifm cədvəli kimi bir şey olub». Bu üç ixtiradan yalnız biri — yapışqanlı albom yazıçıya az-çox xeyir gətirib.
Tven makinada yazan müəlliflərin pioneri olub. Hələ 1874-cü ildə o, qeyri-adi bir qurğudan istifadə edərək ən primitiv yazı makinası düzəldib və əsərlərini nəşriyyata yazı makinasından çıxmış şəkildə təqdim edən ilk yazıçılardan biri olub.
Ulduzlar toqquşanda
1874-cü ildə Konnektikut ştatının Hartford şəhərinə köçən Tven başqa bir ədəbiyyat ulduzunun — «Tom dayının daxması» əsərinin müəllifi Harriet Biçer-Stonun qonşuluqda yaşadığından xəbər tutur. Hansı ki, Abraam Linkoln həmin yazıçı qadını Vətəndaş müharibəsini qızışdıran adlandırmışdı. O vaxtlar Tven hələ şöhrət mərtəbəsinə yüksəlməmişdi, amma Biçer-Stou Amerikanın ən tanınmış və cazibədar xanımlarından biri hesab olunurdu. Lakin Tven daha dəbdəbəli malikanə sahibi idi. On doqquz otaqdan ibarət, qotik memarlıq üslubunda olan imarəti hər kəsin həsəd apardığı ev sayılırdı. Tven maliyyə çətinlikləri ilə üzləşib Avropaya köçmək məcburiyyətində qalanda 1891-ci ildə həmin malikanəni satdı.
Ah, bu yaramaz uşaqlar...
Pişikləri çox sevın Tvenin uşaqları görməyə gözü yox idi. Hər halda bunu özü etiraf edirdi. Qohumlarından biri təzə doğulan körpəsini oynadarkən: «Cənab Klemens, məgər siz uşaqları xoşlamırsınız?» — deyib, xəbər almışdı. «Yox, mənim onlardan zəhləm gedir», — yazıçı cavab vermişdi.
Tvenin dietası
Tven ac qalmağın xeyirli olduğuna çox inanırdı. Elə ki, bir qədər soyuqlayır, ya da hərarəti artırdı, o zaman özünü 2-3 gün ac qalmağa məcbur edir və deyirdi ki, bununla xəstəliyə güc gələ bilir. «Bəzən aclıq xəstəyə dərmandan yaxşı kömək edir».
Axan ulduzlar
Çox vaxt verdiyi maliyyə proqnozları özünü doğrultmasa da, Tvenin öz ölümü ilə bağlı verdiyi proqnoz əsl Nostradamussayağı olmuşdu. Yazıçı 1835-ci ilin noyabrında dünyaya gəlmişdi və o vaxt Qaliley kometası Yerə yaxınlaşmışdı. Tven demişdi ki, o, öləndə də kometa geri qayıdacaq. «Mən Qaliley kometası ilə eyni vaxtda dünyaya gəlmişəm, — yazıçı 1909-cu ildə demişdi. — Gələn il o yenə peyda olacaq və mən onunla bir yerdə dünyadan gedəcəyəm». Bəli, kometa 1910-cu ildə səmada növbəti dəfə göründü və ertəsi gün Tven dünyasını dəyişdi.
Robert ŞNAKENBERQ
Tərcümə etdi: Əyyub QİYAS
"Ədəbiyyat" qəzeti
| ['yazıçılar', 'dünya ədəbiyyatı', 'Mark Tven'] |
482 | https://kayzen.az/blog/erzaq/22451/konyak.html | Konyak | Apollon | Ərzaqlar | 26 sentyabr 2018, 13:34 |
Konyak (fr.cognac) Fransanın Konyak şəhərində istehsal olunan spirtli ikçidir. Konyak üzümdən xüsusi texnologiya yolu ilə əldə edilir. Konyak ağ üzüm növündən hazırlanır. Onun hazırlanması zamanı isə əsasən uni blan növlü ağ üzümdən istifadə olunur. Bu üzüm növü oktyabr ayının ortalarında yetişir. Konyakın hazırlanması üçün əldə edilən spirt iki texnoloji prosesdən keçir.
Əvvəlcə sıxılma yolu ilə şirə əldə edilir, sonra isə onun fermentasiyası həyata keçirilir. Bu zaman şirəyə şəkər əlavə edilmir. Sonra əldə edilən şərab 270-450 litrlik palıd çəlləklərə doldurulur. Konyak çəlləklərədə ən azı 2 il, ən çox isə 70 il saxlanılır. Bu müddət ərzində şərabın rəngi dəyişilərək açıq qəhvəyi rəng alır.
Konyak müxtəlif dadlarda və keyfiyyətdə ola bilir. Bu barədə isə onun üzərinə yapışdırılmış etiketdə qeydlər aparılır. V.S. onun 2 il, V.S.O.P. 4 il, V.V.S.O.P 5 il, X.O. isə 6 il və daha çox saxlanılmasının göstəricisidir.
Konyalkın faydalı xüsusiyyətləri
Heç bir spirtli içki orqanizm üçün faydalı ola bilməz. Yanlız konyak orqanizm üçün müalicə və profilaktika xarakteri daşıya bilir. Az miqdarda konyak içmək arterial təzyiqin az miqdarda yüksəlməsinə, baş ağrılarının yox olmasına və zəifliyin aradan qalxmasına səbəb olur.
Konyakın tərkibində çoxlu bioloji maddələr var. Bu maddələr iştahanın artmasına və mədə fəaliyyətinin yaxşılaşmasına səbəb olur. Soyuqlama zamanı bir stəkan qaynar çaya bir çay qaşığı konyak əlavə edib içmək çox faydalıdır. Bu immuniteti artırır və soyuqlama xəstəliyinin əlamətlərinin azalmasına səbəb olur.
Soyuqlamalar zamanı az miqdarda konyaka zəncəfil qarışdırıb içmək orqanizmi isidir və sağalmanı sürətləndirir. İsidilmiş konyakla boğazı yaxalamaq infeksiya əlamətlərinin aradan qalxmasına səbəb olur. Konyaka bal və limon əlavə edib içdikdə yüksək tempratur aşağı düşür. Bronxit və laringit zamanı, yuxusuzluqda, əsəb gərginliyində, yorğunluqda az miqdarda konyak içmək çox faydalıdır.
Kosmetologiyada da konyakdan geniş istifadə edilir. Qara nöqtələri konyakla silməklə onlardan xilas olmaq mümkündür. Mütəmadi olaraq dərini konyakla silmək səpgilərin əmələ gəlməsinin qarşısını alır. Konyaka süd, gil əlavə edərək ağız və göz bölgələrinə sürtmək və 20-25 dəqiqə saxlamaq dərinin rahatlanmasına səbəb olur.
Konyakın zərərli xüsusiyyətləri
Digər spirtli içkilərdən fərqli olaraq konyakın orqanizmə az zərəri var. Həddindən çox konyak içmək alkoholizmə səbəb olur. Öddaşı, yüksək təzyiq, şəkəri diabet və aşağı təzyiqdən əziyyət çəkənlərə konyak içmək məsləhət görülmür. Qeyd etmək lazımdır ki, yanlız keyfiyyətli konyak orqanizmə müalicəvi təsir bağışlaya bilir.
| ['faydalı içkilər', 'spirtli içkilər', 'konyak', 'cognac'] |
483 | https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/22430/rixard-vaqner-musiqid%C9%99-mistik-simvolizmin-banisi.html | Rixard Vaqner - Musiqidə mistik simvolizmin banisi | Apollon | böyük musiqiçilər | 24 sentyabr 2018, 16:17 |
O haradan bilərdi ki, günlərin birində dünyanı qan çanağına çevirmiş, milyonlarla insanın qatili olan Hitlerin sevimli bəstəkarı olacaq. Haradan bilərdi ki, əsərlərinin ifası və dinlənilməsi bir çox ölkələrdə yasaqlanacaq. Günlərin birində isə adı opera sənətində reformator olaraq əbədiləşəcək.
Leypsiq. 1813-cü ilin 22 mayı. Sadə polis məmuru ailəsində növbəti oğlan usağı, sayca yeddinci, dünyaya gəlir. Yeni doğulmuş körpə Rixard Vaqner idi. Bir müddətdən sonra atası dünyadan köçür. Anası isə bir ildən sonra aktyor Lüdviq Qeyer ilə ailə həyatı qurur.
Qeyer uşaqları himayəsinə götürür. Onların savadlanması ilə yaxından məşğul olur. Vaqnerə böyük maraqda bulunan atalıq onu daima özüylə teatr salonlarına apararaq uşağın hər hansı bir bacarığa yetəcəyini gözləyirdi.
Bəlkə də elə teatr onda böyük təəssürat yaratmış miflərə və mistitizmə maraq oyadaraq sonralar sənətinin leytmotivinə çevrilmişdi. Ailədə digər uşaqlar qabiliyyətli idilər. Təkcə Vaqner sakit və susqun təbiəti ilə çılğınlıq və bacarıq nümayiş etdirmirdi.
Deyilənə görə Vaqner atalığına çox bənzəyirdi. Hətta şayiələr gəzirdi ki, guya Vaqner elə Lüdviq Qeyerin oğlu idi. Hər halda o, 14 yaşına qədər atalığının familində getmişdi. Atalığı Qeyer digər otaqda can verəndə Vaqner fortopianoda əsər ifa edirdi. Qeyer: “Əzizim, bu uşaqda istedad var, görürəm” — deyərək dünyadan köçür.
Atalığın vəfatından sonra anası Vaqner üçün piano müəllimi tutur. Müəllim uşaqdan qətiyyən razı deyildi. Onu qabiliyyətsiz və bacarıqsız adlandırırdı. Hətta qammaları bilməməkdə onu suçlayırdı. Vaqner isə inadkarlıqla qammaları gördüyünü və onlarla danışdığını söyləyir. Müəllim təəccüb və dəhşət içindədir. Uşağın havalandığını düşünür.
Yaradana və Bethovenə inanıram
Gənc Vaqner Leypsiq teatr lojasında əyləşib Bethovenin əsərlərini dinləyirdi. O, səhnədə baş verənlərə heyran qalmışdı. Bethoven musiqisi onu məftun etmişdi. Vaqner özlüyündə “Mən Yaradana və Bethovenə inanıram. Günlərin birində mən də Bethoven kimi nə isə yaradacağam. Amma daha möhtəşəmini yaradacağam…” — söyləyir.
Şekspiri orijinaldan oxumaq
Şekspir Vaqner üçün düha idi. O, yazıçının ahəngini daha yaxından duymaq, hiss etmək və əsərlərini orijinaldan oxumaq üçün ingilis dilini öyrənir. Sonralar isə öz operalarını Şekspir əsərlərinə kökləyir.
Günlərin birində
17 yaşlı gənc Vaqner öz aləmində opera yazdığını zənn edərək teatra bəstəsini təqdim edir. Orkestr bu cəfəngiyatı çalmaqdan imtina edir. Amma o vaxt teatra təhkim olunmuş kopelmeyster özünü bəstəkar hesab edən gəncə yaxşı qulaqburması vermək üçün Vaqnerin operasını ifa edəcəyini söyləyərək orkestri rəyə gətirir. Məşqlərdə iştirak edən Vaqner operanın olduqca bərbad olduğunu görərək əsərini (“Si bemol major”) dirijordan geri istəyir. O isə razılaşmır.
Deyilənə görə operanı dinləmək üçün tamaşaya kifayət qədər insan toplaşmışdı. Öncə hamı sakit halda operanı dinləyir. Sonra ard-arda səslənən qonq səsləri insanlara qıcıq verir. Zalda replikaların, gülüşmələrin sayı artmağa başlayır. Bu uğursuzluq zamanı Vaqner huşunu itirərək yerə yıxılır. Operanın ardından yazılan tənqidi resenziyalar gənc bəstəkarı daha da məhv edirdi. Hətta deyilənə görə Venada olan zamanlarda “Toy” adlı operasını qələmə almış, ilk uğursuzluğunun yaratdığı zədədən ayılmayan Vaqner hazır parteturanı yandıraraq məhv etmişdi.
Uğursuzluğunun yeganə müsbət cəhəti Vaqnerin nəhayət, qərara gələrək Leypsiq Universitetinə sənədlərini verməsi olur. Hamı kimi adi tələbə olan bəstəkar universitetdə oxuduğu dönəmlərdə musiqiyə əvvəlkindən daha çox önəm verməyə başlayır, musiqi onu öz cazibəsinə salmaqda davam edir.
1833-cü ildə Vaqner Vyursburq teatrına ayda 10 quldinq müqabilində işə düzəlir. Burada o, ilk dəfə Tereza adlı bir xanıma aşiq olur. Bu məhəbbət onu yeni əsərlər yazmağa ruhlandırır. Bəstəkar “Pəri” adlı operasını tamamlayır. Amma onu səhnələşdirmək nəsibi olmur. Adı çəkilən opera bəstəkarın ölümündən sonra səhnəyə qoyulmuşdu.
1834-cü ildə Vaqnerə Lauxştatda kopelmeyster vəzifəsi təklif olunur. “Mən mənzil üçün təyin olunmuş yerə getdikdə mənzil sahibləri mənə söylədilər ki, əgər məhz bu evi kirayə götürərəmsə, o zaman şəhərin ən gözəl xanımı ilə qonşu olmaq şərəfinə nail olaram. Mən bu xanımı görəndə anladım ki, bu şəhərdə hələ çox qalacağam”. Vaqner gündəliyində belə yazır. Bu xanım Minne Planer idi.
Minne ilə məhəbbətindən “Məhəbbət qadağası” adlı opera yaranır. Şekspir əsərləri əsasında yazılmış bu operaya Vaqner özü dirijorluq edirdi. Gözlənilən nəticə alınmır. Yenə də uğursuzluq… Aktyor obrazın sözlərini unudur. İfaçılar nə çaldığını bilmir. Tamaşaçılar səhnədə nələrin cərəyan etdiyini müəyyənləşdirə bilməyib salonu tərk edirlər və.s. Bu dəfə Vaqner huşunu itirib yerə yıxılmır. Çünki xoşbəxt idi. İki illik sevgi macərasından sonra nəhayət, Minne bəstəkarın evlilik təklifini razılıqla qarşılamışdı.
1837-ci ildə bəstəkar eyni vəzifə təklifini Riqa teatrından da alır və düşünmədən oraya yollanır. Minne ilə evlilikdən sonra teatr bağlanır. Xanım Planer bu izdivacın uğursuz olduğunu söyləyirdi. Evliliyin onu müflis etdiyi qənaətinə gəlir. Vaqner sevimli xanımını razı salmaqdan və onun maddi tələbatını ödəməkdən ötrü borc götürür. Sonra isə tutulmaq təhlükəsini hiss edərək həyat yoldaşı ilə birgə şəhərdən qaçmaq qərarına gəlir.
1839-cu ildə Parisə pənah gətirən Vaqner uğur səhifələrini yazmağı düşünürdü. Paris teatrı onun bəstələrini ağır və maraqsız hesab edirdi. Onların fikrincə bu tip operalar qulağa yad gəlir və tamaşaçıda pis əhval-ruhiyyə yaradır. Çünki fransızlara əyləndirici musiqilər lazım idi. Düşündürücü və ağır operalar ilə repertuarı yükləmək onların fikrincə doğru deyildi. “Kolumb” uvertürası da uğursuzluqla üzləşir. Üvertüra fit sədaları ilə qarşılanır. Konsertdən sonra Vaqner özünə və həyat yoldaşına bıçaq xəsarəti yetirir. Xoşbəxtlikdən hər ikisi də sağ qalır.
Sonradan Drezden teatrı onun operasını səhnələşdirməyə razı olur. Nəhayət, uğur qazanılır. Tamaşaçılar Vaqneri ayaq üstündə alqışlayırlar. Bundan sonra uğur uğur ardından gəlir. Amma bəstəkar bu qədər müvəffəqiyyət dairəsində müflis həyatını davam etdirirdi. Çünki qazancı qəpik-quruşdan başqa bir şey deyildi. O səbəbdən də o, ard-arda borca girərək kriditorların həbs hədəsi ilə üz-üzə qalır.
Minnenin pul düşkünlüyü, borca görə üstünə getdiyi dostunun yalançı vədləri Vaqneri özündən çıxarırdı. O, hər iki yahudiyə nifrət edirdi. Bəlkə də antisemit çıxışları da elə bundan qaynaqlanırdı.
Vaqnerin həyatında ən uğurlu tanışlıq X. fon Byulov ilə olur. Doğrudur, Bavariyada olduğu zamanlarda Kozima və Vaqner arasında olan münasibətlər böyük səs-küyə səbəb olmuşdu. Əslində Vaqner uşaq kimi Kozimaya vurulmuşdu. 50 yaşlı bəstəkar onsuz özünü təsəvvür etmirdi. Byulov bundan xəbər tutsa da, Vaqnerə qarşı münasibətini dəyişmir və maraqlısı odur ki, o, Vaqnerin növbəti operalarına dirijorluq etməkdə davam edir. Bir neçə müddətdən sonra Kozimanın İzolda adlı qızı dünyaya gəlir. O, Vaqnerin qızı idi. Bu ərəfələrdə isə “Tristan və İzolda” operası yaradıcılıq üfüqlərini aşmaqda davam edirdi. Opera məhəbbət və ölümün vəhdətindən, Vaqnerin fəlsəfi fikirlərinin toplusundan ibarət idi. Ümumiyyətlə, operanın tarixçəsi haqqında mistik əsəvvürlər mövcud idi. Deyilənə görə Tristan obrazını oynayan aktyor ard-arda operanın məşqlərini edərkən səsindən məhrum olaraq havalanır.
Vaqner və Kozima ətrafında dolaşan nalayiq fikirlər nəhayət, cənab Byulovun Kozimadan rəsmi boşanması üçün lüzum yaradır. Yalnız bundan sonra dolaşan söz-söhbət səngiyir. 1870-ci ildə onlar nikahlarını rəsmiləşdirirlər. Bu vaxt Kozima və Vaqnerin iki övladı var idi. Vaqnerin ən böyük arzusu Beyreytdə teatr tikmək idi. O, arzusuna çatır. Lyudviq II Bavarski isə ömrünün sonuna qədər bəstəkarın həyatında onun bütün maddi ehtiyaclarını ödəyən birisi olur. Sənətə vurğun hökmdar Vaqner sənətinin pərəstişkarı idi. Noyşvanştayn qəsri də Vaqnerin şərəfinə hökmdar tərəfindən ucaldılmışdı.
Vaqner Hitlerin də sevimli bəstəkarı idi. Faşist Almaniyası öz qanlı aksiyalarını, edamlarını Vaqner musiqisinin sədaları altında gerçəkləşdirirdi. Cəllad fobiyası xalqın yaddaşında elə silinməz iz salmışdı ki, Vaqner uzun illər hamının yaddaşında sevilməyən, qara qüvvəli bəstəkar kimi əbədiləşmişdi. İsraildə XX əsrə qədər Vaqner musiqisi yasaqlanmışdı. Bəstəkar şarlatan obrazına bürünmüşdü.
Vaqner opera sənətinin novatoru idi. O, istədiyinə nail olur. Bəli, musiqilərinə valeh olduğu Bethoven və Motsartdan fərqli bir sənət əsərləri bəstələyərək yeni üslub yaradır. Dünya opera tarixində operanın Vaqnerdən öncə və Vaqnerdən sonra üslubu mövcuddur. Vaqner ona bələd bütün mifik, utopik, mistik təfəkkürünü ortaya qoyaraq opera üzərində böyük sənətkar imzasını atır. Və özündən sonra qeyri-adi irs yadigar qoyur.
Soyuq fevral günlərinin birində iş otağında not dəftərinə yeni notlar yazan bəstəkarı bütün ailə masa ətrafında gözləyirdi. Təamlar boşqablara qoyulmuşdu. Vaqner isə nədənsə nahara gecikir. Bəstəkar demək olar ki, həyat yoldaşı Kozimanın əllərində dünyadan gedir. Son sözləri isə “Mənim saatım” kəlməsi olur.
Hazırladı: Günel EYVAZLI
| ['böyük musiqiçilər', 'bəstəkar', 'Rixard Vaqner'] |
484 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/22415/h%C9%99yat-yolda%C5%9F%C4%B1n%C4%B1zla-bel%C9%99-dil-tap%C4%B1n.html | Həyat yoldaşınızla belə dil tapın | Apollon | Xoşbəxt ailə | 24 sentyabr 2018, 10:44 |
Bütün evliliklərin ilk illərində tərəflərin bir-birinə münasibəti adətən çox yaxşı olur. Bir müddət sonra isə bəzən ilişkilərin səviyyəsində geriləmə hiss olunur. Bir növ tərəflər üçün hər şey adiləşir. Belə vəziyyətdə isə cütlüklər arasında mübahisələr qaçılmaz olur. Bəs görəsən, həyat yoldaşınızla problemlərinizi necə həll edə bilərsiniz?
Fərqli yönlərinizi qəbul edin
Ortaq nöqtələriniz nə qədər çox olsa da, fərqli yönləriniz də yox deyil. Fərqli olan bəzi xasiyyətlərinizi dəyişmək mümkün olsa da, bunu heç də bütün xasiyyətlərinizə aid etmək olmaz. Yəni xarakterin tamamən dəyişməsini gözləmək sadəlöhvlükdən başqa bir şey deyil. Bu səbəbdən həyat yoldaşınızı olduğu kimi qəbul etmək və münasibətlərə bu çərçivədə davam etmək lazımdır.
Bir-birinizin haqlarına sayğı göstərin
Münasibətlərin normal davam etməsi üçün qarşı tərəfin hüquqlarına hörmət etməyiniz vacibdir. Həyat yoldaşınızın dostları ilə ilişkilərinə, ictimai fəaliyyətinə və digər bu kimi hüquqlarına hörmət etmək lazımdır. Hər şeyin dəyişməsini gözləmək, öz maraqlarınız istiqamətində nələrsə tələb etmək doğru deyil.
Gözləntilərinizi açıqlamalısınız
Tərəflərin dini və ya irqi cəhətdən fərqlənməsi, eləcə də iqtisadi amillər münasibətlərə təsir edir. Bu vəziyyətdə həyat yoldaşınızın xarakteri böyük əhəmiyyət daşıyır. Bir-birinizə qarşı olan hissləriniz real və sarsılmazdırsa, bir-birinizi istənilən durumda qəbul etməyə hazır olursunuz. Amma əgər beklə bir vəziyyətlə qarşı-qarşıya qalmısınızsa, bu durumda bir-birinin gözləntiləri barədə danışmaq faydalı ola bilər. Əgər keçmişiniz bir-birindən olduqca fərqlənirsə, sağlam münasibət qurmaq üçün bir az vaxta ehtiyacınız olacaq.
Problemsiz ünsiyyət problemsiz münasibətə yol açır
Problemlərinizi həll edərkən qarşı tərəfi anlamağınız, dürüstlük və özünüzü onun yerinə qoyaraq məsələyə yanaşmağınız daha məqsədəuyğun olar. Tərəflər ünsiyyət qurmaqla yanaşı, hadisələrə soyuqqanlı yanaşmalıdır. Yalnız belə olduqda önəmli məqamlarda düzgün qərar vermək mümkün olur. Problemsiz ünsiyyət problemsiz münasibətin açarıdır desək, yanılmarıq.
Hər mübahisəni davaya çevirməyin
Ən adi anlaşmazlıqda bunu ciddi davaya çevirmək cütlüklərin ən ciddi səhvlərindən biridir. Hər mübahisə davaya çevriləcəksə, bu amil münasibətlərin bitməsini şərtləndirəcək. Bu kimi durumlarda ən azı tərəflərdən biri daha sakit olmalı və uzlaşma yolu axtarmalıdır.
gencaile.az
| ['ailə həyatı', 'ailə münasibətləri', 'ailə problemləri'] |
485 | https://kayzen.az/blog/%C5%9F%C9%99h%C9%99rl%C9%99r/22200/roma-%C9%99b%C9%99di-%C5%9F%C9%99h%C9%99rdir.html | Roma əbədi şəhərdir | Apollon | Şəhərlər | 22 sentyabr 2018, 16:54 |
Roma təkcə İtaliyanın paytaxtı deyil, həm də dünyanın ən qədim şəhərlərindən biridir. Roma açıq səma altında əsl muzeydir. Burada bir neçə min il əvvəl insanların necə yaşaması göz qabağındadır. Roma Tibr çayının sahillərində yeddi təpənin üstündə yerləşir. Onu Əbədi şəhər adlandırırlar. Axı, onun təqribən 3 min il yaşı var. Qədim əfsanəyə görə, Romanın bünövrəsini dişi canavarın süd verib bəslədiyi Romul və Rem adlı iki qardaş qoyub. Şəhərin hasarını tikən qardaşlar arasında mübahisə düşüb: görəsən, şəhər kimin olacaq? Qəzəblənən Romul Remi öldürüb və gələcək paytaxta öz adını verib: Roma. Beləcə, Romul Romanın yeddi hökmdarından biri olub. Ticarət yollarının kəsişməsində əlverişli bir yerdə yerləşən şəhər isə zaman keçəndən sonra qüdrətli Roma İmperiyasının paytaxtına çevrilib.
Qədim Romanın sakinləri plebeylərə (rəiyyət) və patrisilərə (kübarlar) bölünüb. İstər plebeylər, istərsə də patrisilər ümumi hamamlara (termalar) getməyi və qladiator döyüşlərinə baxmağı sevirmişlər. Bu döyüşlər əsl müharibə meydanı idi. Aylarla davam edən bu döyüşlərdə təqribən 20 000 adam iştirak edib. Məsələn, imperator Trayanın təşkil etdiyi döyüş 123 gün davam edib. Qladiatorlar təkcə öz aralarında deyil, həm də məxsusi olaraq Afrikadan Romaya gətirilən vəhşi və yırtıcı heyvanlarla döyüşürdülər. Qladiator döyüşləri keçirmək üçün Romada və bütün imperiya boyu xüsusi meydanlar yaradılıb, dəniz döyüşləri keçirmək üçün bu meydanları su ilə doldururdular. Eramızın 80-ci illərində romalıların əsas əyləncə yeri Kolizey olub. Kolizey latın sözü “colosseus”-dən törəyib “nəhəng, əzəmətli” deməkdir. Antik dövrün ən böyük amfiteatrı indiyə qədər turistləri öz ölçüləri mat qoyur.
Roma çox gözəl şəhərdir, amma burada gəzib-dolaşmaq asan deyil. İtaliya paytaxtında metronun cəmi iki qolu çəkilib, çünki Romanın altında çox qədim məzarlıqlar yerləşir. Onları katakomba adlandırırlar. Romanın altında 150-170 kilometr məsafədə divarlarında dəfn üçün oyuqlar olan yeraltı yollardan ibarət labirintlər uzanır. Əlbəttə, Romada qədim tikililərə təkcə yerin altında təsadüf edilmir. Burada hər addımbaşı teatrların qalıqlarına, zəfər tağlarına və sütunlara, məbəd və şəhər villalarına təsadüf edirsən. Xarabalıqlar sayəsində 2000 il əvvəl Roma İmperiyasının paytaxtının necə olmasını təsəvvür etmək mümkündür. Qədim Romanın düz ortasında Roma Forumu yerləşir: ən qədim tikililər — Vesta məbədi, Saturn və Vulkan səcdəgahları, Septimi Sever tağı və bir çox qədim abidələr buradadır. Bu meydan vaxtilə ictimai həyatın mərkəzi olub.
Romalılar forumu inşa etməmişdən əvvəl düzənlikdə qurutma kanalları çəkiblər. Zaman keçdikcə bu kanallar indiyə qədər saz vəziyyətdə olan kanalizasiyaya çevrilib. Qədim Romada su kəməri də olub. İndiyə qədər bulaq suyu kiçik küçə fəvvarələrinə qədim akveduklar vasitəsilə daxil olur. Bu suyu həm turistlər, həm də şəhər sakinləri böyük məmnuniyyətlə içirlər.
Romada gəzib-dolaşarkən təsadüfən İtaliyanın hüdudlarından kənara çıxıb başqa ölkənin ərazisinə düşə bilərsən. Qədim şəhərin düz mərkəzində Vatikan dövləti yerləşir. Vatikan dünyanın yeganə ölkəsidir ki, burada hakimiyyət bir adamın – Roma Papasının əlində cəmləşib. Vatikanın ərazisi çox kiçikdir. Onun ərazisini piyada bir saatdan az müddətdə gəzib-dolaşmaq olar. Miniatür ölçülərinə görə Vatikanı hətta cırtdan dövlət adlandırırlar. Vatikanın öz gerbi, bayrağı, öz qvardiyası və hətta öz dili (latın dili) var. Dünyanın ən kiçik dövlətində qəzetlər çıxır. Onun öz radiosu, hətta öz dəmir yolu var. Doğrudur, onun uzunluğu cəmi 275 metrdir.
Romanın ən çox maraq doğuran 15 görməli yeri
1. Venesiya meydanı və Kapitoli
Venesiya meydanı Romanın əsas meydanıdır. Venesiya Sarayı məhz bu meydanda yerləşir, adını da elə buradan götürüb. Mərkəzdə yerləşdiyi üçün turistlərin əsas ekskursiya marşrutları bu meydandan başlayır. Quldarlıq və orta əsrlər dövrlərinə aid bir çox abidələr, o cümlədən Kapitoli təpəsi, Roma forumu onun yaxınlığında yerləşir.
2. Roma forumu
Roma forumu Venesiya meydanının yaxınlığındadır. Qədim dövrlərdən başlamış eramızın I əsrinə qədər iqtisadi, ticari və siyasi amillər baxımından məhz bu yeri Romanın qəlbi adlandırıblar. Burada məbədlərin, məhkəmə zallarının və bir çox digər tikililərin qalıqlarını görmək olar.
3. Böyük sirk (Çirko Massimo)
Xarabalıqları bizim günlərə gəlib çıxan Böyük sirk romalıların əyləncə yeri olub. Bu sirkdə cəng arabalarında yarışlar, at yarışları keçirilir, cürbəcür tamaşalar təşkil olunurmuş. Sirkin arenası başdan-başa heykəllər, sütunlar və fəvvarələrlə bəzədilib.
4. Panteon
Romanın daha bir görməli yeridir. Onu qədim memarlığın şah əsəri adlandırırlar. Uzun əsrlər arxitekturası və ideal proporsiyaları insanları valeh edib. Əvvəllər bütpərəst məbədi olub, sonralar Santa Mariya Della Rotonda xristian bazilikasına çevrilib. Fərqləndirici xüsusiyyəti onun günbəzidir.
5. Xalq meydanı (Piazza del Popolo)
Xalq meydanı Müqəddəs Pyotr meydanından sonra Romanın ən tanınmış küçəsidir. İstər meydanın özündə, istərsə də ətrafında çoxsaylı mədəni-tarixi abidələr — kilsələr, fəvvarələr, Romanın qədim və müasir tarixini əks etdirən obelisklər yerləşir. Bayram tədbirləri çox vaxt məhz bu meydanda keçirilir.
6. Trevi fəvvarəsi
Trevi fəvvarəsi həqiqətən də həm İtaliyanın, həm də dünyanın ən gözəl fəvvarələrindən biridir. Çanaqda dayanıb başında tritonların (qədim yunan əsatirində yarı balıq, yarı insan bədənli allah) durduğu atlar qoşulmuş cəng arabasını idarə edən Okean allahının heykəli fəvvarənin əsas bəzəyidir. Bu fəvvarə ilə bağlı məşhur ənənə var. Həmin ənənəyə görə, gözlərini qapayıb sağ əlin ilə sol çiynindən fəvvarəyə metal pul atmalısan. Pul fəvvarəyə düşsə, deməli, Romaya qayıdacaqsan. Bu ənənəyə çoxları inandığı üçün fəvvarəyə yetərincə pul atırlar. Şəhərin hakimiyyət orqanları da bu pulları toplayıb xeyriyyə işlərinə yönəldirlər.
7. Navon meydanı
Uzun illərdir Navon meydanı istər yerli sakinlərin, istərsə də turistlərin sevimli görüş yeridir. Çoxsaylı italyan kafeləri, küçə rəssamları, karikaturaçılar və musiqiçilər bu meydanda özünəməxsus aura yaradırlar. Qışda burada rəngarəng Milad yarmarkaları keçirilir. Gəzməli-görməli yerləri isə nəyə desən dəyər: Dörd çay, Mavr, Neptun fəvvarələri, habelə Müqəddəs Aqnessa kilsəsi meydanın ən baxımlı yerləridir.
8. Müqəddəs Pyotr meydanı
Şəksiz ki, Müqəddəs Pyotr meydanı da Romanın ən görməli yerlərindən biridir. Meydanın mərkəzində 284 sütunla əhatə olunmuş Müqəddəs Pyotr bazilikası ucalır. Möhtəşəm fasadı sayəsində bu bazilika dünyanın ən böyük kilsələrindən biri sayılır. Deyilənə görə, məbəd apostol Pyotrun dəfn olunduğu yerdə inşa edilib və zaman-zaman Mikelancelo, Bernini və Bramante kimi dahi rəssamlar və heykəltəraşlar tərəfindən modernləşdirilib.
9. Appian yolu
Appian yolu Roma İmperiyasının möcüzələrindən biridir. 540 kilometr uzunluğunda bu yol Romanın düz mərkəzindən Aralıq dənizinin sahilinə — liman şəhəri Brindiziyə qədər uzanır. Hazırda tarixi abidə sayılır. Sərdabə, kolumbari, qəsr, qala və yeraltı katakombaların mənzərəli xarabalıqları bu antik yola unudulmaz görkəm verir.
10. Karakalla hamamı
Karakalla hamamı qədim dövrlərdə ən iri termal kompleks olub. Hər gün minlərlə adam çimib təmizlənmək və lazımlı adamlarla ünsiyyət qurmaq üçün bu hamama gəlirmiş. Hazırda qədim hamam tarix-memarlıq abidəsidir. Yay mövsümünü Roma Operasının burada keçirir.
11. İspan pilləkəni
Avropanın bu ən gözəl pilləkəni hətta ən dünyagörmüş səyyahları da mat qoyur. İspan meydanından başlayan pilləkən Pinço təpəsinə yönəlir. Onun 138 pilləsinin eni bütün pilləkən boyu dəyişir. İspan pilləkəni həm Romanın qonaqlarının, həm də yerli sakinlərin ən sevimli görüş və gəzinti yeridir.
12. Vatikan
Vatikan dövlət içində dövlətdir. Bütün katoliklərin can atdığı bu şəhər-dövlət Romanın ürəyində yerləşir. Bu kiçik ərazidə gəzməli-görməli yerlərin sayı heç də az deyil. Buradan Müqəddəs Pyotr kilsəsinin müşahidə meydançasına qalxıb bütün Romanı quş uçuşu yüksəkliyindən seyr etmək olar.
13. Sikstin kapellası
Sikstin kapellası İtaliya İntibahının şah əsərlərindəndir. Vatikanın ərazisində, Müqəddəs Pyotr kilsəsinin yanında yerləşir. Sikstin kapellası ilk növbədə böyük İtaliya rəssamlarının yaratdıqları dahiyanə freskalarla bəzədilmiş daxili tərtibatı sayəsində məşhurdur.
14. Kolizey
Romanın ən gözəl xarabalığı Kolizey dünyanın ən möhtəşəm tarixi abidələrindən biri sayılır. Roma İmperiyası dövründə qladiatorlar üçün ölüm-dirim meydanı olan Kolizey şəhərin tən ortasında yerləşir, qədim tarixi və mürəkkəb arxitekturası ilə hər il milyonlarla turist cəlb edir. Hətta VIII əsrdə yaşamış filosof Beda Dostopoçtennı deyib: “Kolizey durduqca, Roma da duracaq, nə vaxt Kolizey yox olacaqsa, o vaxt da Roma, onunla birlikdə isə bütün dünya məhv olacaq".
15. Borgeze villası
Romanın mərkəzindən şimalda yerləşən valehedici landşaft parkı belə adlanır. XVIII əsrdə inşa edilən bu mənzərəli saray kardinal Kamillo Borgezeyə məxsus olub. Hazırda Roma sakinlərinin və qonaqlarının sevimli gəzinti yeridir. Villanın mərkəzində Borgeze qalereyası yerləşir.
azertag.az
| ['şəhərlər', 'gözəl şəhərlər', 'Roma', 'paytaxt şəhər', 'İtaliya'] |
486 | https://kayzen.az/blog/yazar/22380/onore-de-balzak.html | Onore de Balzak | Apollon | Yazıçılar | 21 sentyabr 2018, 13:06 |
«Dərin olmasam da, — bir dəfə Onore de Balzak demişdi, — kifayət qədər əhatəli adamam». Bu, ikibaşlı fikrin nə səbəbdən və hansı şəraitdə söyləndiyi məlum deyil; yəqin ya öz xarici görünüşünə, ya da zəhmətlə qazandığı ədəbi uğurlarına (ya da elə hər ikisinə) görə belə qətiyyətlə deyib. Mübaliğəsiz olaraq Balzakı dünya yazarları arasında ən gonbul qələm adamı kimi qəbul etmək olar. 160 santimetr boyu olan ağır cəmdək iki çöp kimi nazik ayaqlar üstə zorla tab gətirirdi. O, birmənalı olaraq özünün qarqantüasayağı (Fransua Rablenin «Qarqantüa və Pantaqruel» romanının qarınqulu qəhrəmanına işarədir. tərc.) iştahı, qeyri-adi bər-bəzəyi və ədəbsizliyi ilə məşhur idi.
Dəqiq məlumata görə bir dəfə Paris restoranlarının birində nahar edən ədib bir neçə düjin (bir düjin on iki ədəd deməkdir — tər.) qoyun kotleti, şalğam suyunda bişən ördək, bir-iki balıq, iki qızardılmış kəklik və yüzdən çox dəniz ilbizi aşırıb. Nahar on iki armud və müxtəlif şirniyyatlar, meyvə və içkilərlə başa çatıb. Onun özünü süfrə arxasında aparmağı kənardan çox iyrənc görünürdü. O, birbaşa bıçaqdan yeyir, yemək qalıqları ağzının kənarından ətrafa səpələnirdi. Çoxlarının onu axmaq yerinə qoymağı, dadbilmə qabiliyyətini itirən adam kimi təsəvvür etməyi əsla təəccüb doğurmurdu. Sadə kəndli ailəsində doğulan Onore Balsa soyadını dəyişmiş, ona aristokratlara aid «de» əlavəsi yapışdırmaqla özünü cəmiyyətə zadəgan kimi sırıya bilmişdi.
Müasirləri Balzakın həyat tərziylə dahiliyini səhv salmasınlar deyə, o, özünü dünyanın ən dahi yazıçılarından biri kimi təsdiq etməyə çalışdı və buna nail ola bildi. Qələmindən çıxan çoxcildlik "İnsan komediyası" silsiləsindən olan yazılar Balzakın Napoleondansonrakı cəmiyyətdəki ciddi müşahidələrinin bəhrəsi idi. Amma bu silsiləni yaratmaq onun həyat amalı deyildi. İlk dövrlərdə Balzak özünü faciə müəllifi kimi görürdü. Lakin onun Oliviyer Kromvelə həsr etdiyi pyesdəki qəhrəman ingilis xalqının həyatında iz buraxan gerçək diktator Kromveldən daha sərt alınmışdı. Pyesi oxuyan professorlardan biri yazıçının anasına demişdi ki, oğlu ədəbiyyatdan başqa nə işlə istəsə məşğul ola bilər.
Amma bu ittihamlar Balzakın gözünü qorxutmadı. Özünü kütləvi ədəbiyyatda sınamaq fikrinə düşən yazıçı 1822-ci ildə bir-birinin ardınca beş roman çap etdirdi. Bu kitablar da onun romanlarına seçdiyi təxəllüslər kimi ürəkaçan olmadı. Onlardan biri — «Lord R.Oon» (Lord R.Hoone), sadəcə, Balzakın adının anoqrammasıydı. Bəzən zahid həyatı sürən və gücünü sayı-hesabı bilinməyən boşalmış qəhvə fincanlarıyla qoruyub saxlamağa çalışan yazıçı gününün on beş saatını məktublara sərf edirdi. (Balzakın uzaq durduğu yeganə stimulverici vasitə tütün idi, yazıçı tütünün insan ağlını zəiflətdiyini deyirdi.) Romanlarının mövzusunu müxtəlif görüşlərdə, qəbul və toplantılarda seçirdi — bəzən bircə təsadüfi dialoq növbəti romanı yazmaq üçün bəhanə olurdu.
İyirmi il ərzində Balzak doxsan yeddi roman yazdı və onların ümumi səhifə sayı on bir mindən artıq idi. Onlardan bəziləri pornoqrafik cəhətdən son dərəcə kəskin alınmışdı. Digərləri isə — başdanxarablıq nümunəsi sayılırdı. Götürək elə baş qəhrəmanı xonsa-mələk olan, gənc cütlüyə Norveç fiordlarını (dar və girintili-çıxıntılı körfəz — tərc.) öyrədən «Serafita» romanını. Balzakın şəxsi həyatı qəribə keçsə də, bir o qədər maraqlı olmayıb.
Xarici görkəminin kasadlığına, gigiyena qaydalarından uzaq olmağına baxmayaraq, yüzlərlə qadınla yaxınlıq etməsi, son dərəcə heyrət doğurur. Balzak qazandığı pulların hamısını bir anda havaya verənlərdən olub. O, özünü inandırmışdı ki, hər bir insan aristokratlar kimi yaxşı yaşamalıdır və onun kifayət qədər yaxşı qazancı belə, bəzən buna bəs etmirdi. Bu səbəbdən də Balzak həmişə borca düşürdü. Sonra o, pul içində üzən — axtardığı yar idi, yetirdi pərvərdigar — polyak zadəgan qadınla qarşılaşıb, amma qadın özünü bu dahinin ağuşunda xoşbəxt hiss etsə belə, bir gün Balzakın bədxərcliyi üzündən bütün sərvətini itirəcəyini dərk edib. Qadın yazıçıya onun ölümündən bir neçə ay əvvəl ona ərə gedib, hansı ki, həmin vaxt yazıçının səhhəti onu muma döndərmiş, halsız etmişdi.
Toy səyahətindən sonra Parisdəki evinə qayıdan Balzak, dönərkən uzun illər ərzində ona xidmət edən, qulluğunda duran xidmətçisinin dəli olduğunu görür. Bu, «yaxşı əlamət deyil!» — yazıçı çığıraraq deyir. O, yanılmamışdı. Bir neçə ay sonra onun illər ötdükcə zəifləyən ürəyi dayandı. Ömrünün son illərində Balzak yaratdığı dünyada yaşadı. «Byanşonu çağırın gəlsin… ancaq o, məni xilas edə bilər», — deyən, yazıçı son nəfəsində "İnsan komediyası«ndakı həkim qəhrəmanı xatırlayır.
Qəhvə manyakı
Balzakın qeyri-adi yazıçılıq uğurlarına təkan verən nə idi? Eynən bizim milyonlarla həmvətənimizin gündəlik istifadə etdiyi üsul, yatıb yuxudan durandan sonra işləmək üçün güc yığmaq, gümrah olmaq — sınaqdan çıxan qəhvə. Düzdür, Balzakın bu içkiyə olan sevgisi ifrat hal almışdı; o, gün ərzində azı əlli fincan qara, tünd türk qəhvəsi içirdi. O dövrdə kütləvi qəhvəxanalar və qəhvə şəbəkələri olmadığından, bu qədər qəhvə tapmaq asan məsələ deyildi. Qəhvə dəmləməyə vaxtı olmayanda isə yazıçı bir ovuc dənəvər qəhvəni üyüdüb ağzına atırdı.
»Qəhvə mənim həyatımda önəmli rol oynayır, — Balzak etiraf edirdi. — Onun mənim fəaliyyətimə birbaşa epik təsiri var". Kənar təsirləri də istisna etmək olmaz. Həddən artıq qəhvə içmək yazıçının mədəsində kəskin ağrılara səbəb oldu, təzyiqini yüksəltdi və son nəticədə gətirib ürək genişlənməsinə çıxartdı. Həddən artıq kofein qəbul etmək yazıçının axırına çıxdı, Balzak dünyasını dəyişəndə əlli iki yaşı tamam olmamışdı.
Gözümü verərəm
Balzakın sevimli içkisi təkcə qəhvə deyildi, o, çayın da dadını yaxşı bilirdi. Yaxşı çay çeşidlərindən birini ona rus konsulu bağışlamışdı, konsula isə çayı Çin imperatoru özü hədiyyə etmişdi. Bahalı, ekzotik çay yarpaqları imperatorun şəxsi nəzarəti ilə toplanmış, karvanla Rusiyaya gətirilmişdi. Çində həmin çayla bağlı əfsanələr dolaşırdı. Deyirdilər ki, onun dadına baxan adamın gözü kor olur. Təəccüblü deyil ki, Balzak ən sevimli dostlarını bu bahalı içkiyə qonaq edirdi. Onun köhnə dostu Loran-Janın qismətinə bir neçə dəfə həmin çayın dadına baxmaq düşmüşdü və adam hər dəfəsində: «Yenə gözlərimlə risk edirəm, amma — lənət şeytana! — Bu çay ona layiqdir!»
Buna görə qəbul etmirdilər
Balzakın qarın dostlarından biri deyirdi ki, dahi ilə dəlini nazik tül pərdə ayırır. Böyük alman alimi və təbiətşünası Aleksandr fon Humboldt bir dəfə psixiatr dostundan xahiş etmişdi ki, onu əsl başdanxarabla görüşdürsün. Bu xahişdən sonra psixiatr evindəki nahara bir-neçə pasienti ilə yanaşı, Humboltla Balzakı da dəvət edir. Humboltla ilk dəfə qarşılaşan Balzak adi davranışı ilə o qədər də diqqət çəkmir, yemək zamanı isə ağzındakıları çeynəyə-çeynəyə laqeyd və qarışıq fikirlərlə durmadan gəvələyir. Süfrə arxasındakı söhbət başa çatandan sonra Humbolt dostuna tərəf əyilərək, belə bir nadir nüsxəylə görüşdürdüyü üçün ona minnətdarlıq edir. Psixiatr yalnız bu vaxt kartı açır və süfrə arxasındakı gerçək başdanxarabları ona göstərəndən sonra: «Sizin diqqətlə baxdığınız adam isə Onore de Balzakdır!» — deyir.
Nəşəxor
Bir dəfə şair Şarl Bodlerin təşkil etdiyi məclisdə Balzak nəşə çəkmək fikrinə düşür, hər şey qayda-qanunla, tanış həkim-psixiatrın nəzarəti altında olur. Hadisə XVII əsrin ən dəbdəbəli məkanlarından birində, pəncərələri birbaşa Senaya açılan malikanədə baş verir. Amma ətrafdakı mənzərəyə münasibət nəticə etibarilə ürəkaçan olmur. Balzak gözlədiyi kimi narkotikanın təsirindən «uçaraq, göyə qalxa» bilmir və onun effektindən narazı qalır. Yazıçı heyrətə gəlir: nəşə onun ağlını başından çıxarmır.
Ac dahi
Balzak özünü zadəgan kimi qələmə verməyə çalışsa da, aclığın nə olduğunu yaxşı bilirdi. Ömrünün kasıb çağlarını öz soyuq və mebelsiz miskin daxmasında keçirmişdi. Amma bu, dahi yazıçının iradəsini qıra bilmədi və o, evin interyerini öz təxəyyülü hesabına dəyişdi. Sadəcə, fırçanı götürüb, boş divarlarda evində görmək istədiyi əşyaların adlarını yazmaqla məsələni yoluna qoydu. Divarlardan birində yazmışdı: «Qırmızı ağacdan üzü cilalanmış kamod». Digərində: «Divar xalçası ilə Venetsiya güzgüsü». Soyuq, odunsuz sobanın üstündə isə «Rafaelin çəkdiyi mənzərə»… yazılmışdı.
Balzakın miskin sığınacağı Parisin ən axmaq rayonlarından birindəydi. Onun kimi tələbləri olan adam üçün bu sığınacaq son dərəcə dəhşətli və yarıtmaz idi. Balzak o qədər kasıb idi ki, çox vaxt naharı bir quru bulkanı suda isladıb yeməklə keçirirdi. Yazıçının acınacaqlı həyatını görən Paris kitab ticarətçilərindən biri onun yeni romanını almaqdan imtina etmişdi.
Gecə vaxtı evinə girən oğrunun onun yazı masasının kilidini qırmağı ilə bağlı əhvalat da çox məşhurdur. Yuxudan oyanan Balzak oğruya belə demişdi: «Gecənin qaranlığında masa üstə pul axtarmağa dəyməz, çünki o masanın qanuni sahibi heç gün işığında da onu tapa bilmir!»
Bahalı substansiya
Məlum mayeləri orqanizmdə qorumaq...Balzak dostlarına etiraf edirdi ki, sevişərkən işi aparıb heç vaxt toxum artırmağa qədər çıxarmır, çünki yaradıcılıq enerjisini itirməkdən ehtiyat edir. «Bütün həngamələr, sevgi oyunları, həzz almaq, təbii ki, yaxşı şeydir, — sonralar dostlarından biri Balzakın dediklərini bu şəkildə yaymışdı, — amma məsələni toxum artırmağa qədər uzatmaq lazım deyil». Balzak kişi toxumlarını beynin yaratdığı cövhər hesab edir, onun cinsi yolla ifrazını mümkün yaradıcı enerjinin itirilməsi adlandırırdı.
Bir dəfə Balzak çoxsaylı məşuqələrinin biriylə sevişib qurtaran kimi uca səslə demişdi: «Bu gün səhər roman yazmaqdan məhrum oldum!»
Robert ŞNAKENBERQ
Tərcümə etdi: Əyyub QİYAS
"Ədəbiyyat" qəzeti
| ['yazıçılar', 'dünya ədəbiyyatı', 'Onore de Balzak', 'yazıçı', 'fransız yazıçı'] |
487 | https://kayzen.az/blog/erzaq/22443/d%C9%99v%C9%99-%C9%99ti.html | Dəvə əti | Apollon | Ərzaqlar | 21 sentyabr 2018, 13:03 |
Dəvə ətindən qədim zamanlardan isitifadə edilib. İslam dini dəvə ətini müsəlmanlar üçün halal sayır. Dəvə əti qədim zamanlardan əksər ölkələrin mətbəxində əsas qida vasitəsi sayılıb. Buna səbəb isə uzaq səfərlərə çıxan zaman ətin uzun müddət saxlanıla bilməsi olub. Dəvələr uzun müddət aclığa və susuzluğa davam gətirə bilən heyvanlardandır.
Səfərə çıxanlar özləri ilə həmişə dəvə götürürlərmiş. Səyyahlar dəvənin dözümlülüyündən həm nəqliyyat vasitəsi kimi, həm də qida vasitəsi kimi istifadə ediblər. Dəvə ətinin bütün dünya mətbəxlərinə yayılmasında səyyahların rolu olub.
Qədim zamanlarda İran və Romada dəvə ətindən delikates kimi istifadə edilib. Monqolustanda onun yağından istifadə olunub. Yaxın Şərqdə, Şimali Afrikada və Orta Asiyada dəvə ətindən daha çox istifadə edilir. Şərq ölkələrində dəvə ətinin impotensiyanı aradan qaldırması haqda söyləntilər var.
Qida sənayesində dəvə ətinin qovurmasından, kartof ilə bişirilmiş sousundan, delikates kimi istifadə edilir. Ondan dadlı qutab hazırlanır. Bəzi ölkələrin gündəlik qida rasionunda dəvə ətindən istifadə edilir. Ərəb ölkələrində dəvə ətindən müxtəlif dadlı yeməklər bişirilir. Dəvə ətini müxtəlif tərəvəzlər və göyərtilərlə qarışdırıb dadlı yeməklər hazırlamaq olur. Dəvə ətinin 100 qramında 160,2 qram kalori var. Onu bişirdikdə isə bu rəqəm 230 qrama qədər yüksəlir.
100 qram dəvə ətinin qüda dəyəri:
— Zülallar – 18,9 qr.
— Yağlar – 9,4 qr.
— Su – 70,7 qr.
— Kalori – 160,2 kKal.
Dəvə ətinin tərkibi kalium, fosfor, maqnium, B1, B2, PP, B9, C, A və E vitaminləri ilə zəngindir. Dəvə ətinin tərkibində olan xüsusi kimyəvi maddələr onun qiymətli olmasını sübut edir. Dəvə ətində olan züllalar və yağların tərkibində xolesterin azdır. Dəvə ətinin tərkibindəki bioloji aktiv maddələrin olması onu dietoloqların xüsusi tərtib olunmuş dietalarına daxil edib. Dəvə əti ən yaxşı dietik ətlərdən biri sayılır. Dəvə ətinin tərkibi mikroelementlər və dəmirlə zəngindir. Onun tərkibindəki dəmir orqanizm tərəfindən asanlıqla sorulur. Bu səbəbdən də uşaqlara dəvə əti yedirməkdə fayda var.
Bu qida onların inkişafına müsbət təsir edir və orqanizmlərinin infeksion xəstəliklərə qarşı müdafiə qüvvəsini artırır. Tərkibində olan kalsium və sink hüceyrələrin inkişafını sürətləndirir, saçları möhkəmləndirir və parlaq edir. Dəvə əti yemək dəri, selikli qişa və qan xəstəlikləri zamanı çox faydalıddır. Dəvə əti yemək qan azlığını aradan qaldırır, orqanizmin müdafiə qüvvəsini artırır, həzmi sürətləndirir. Onun tərkibində olan mikroelementlər qanda şəkərin miqdarını idarə edir. O iltihab əleyhinə, antioksidant, immun sistemi yüksəldici təsirə malikdir.
Dəvə ətinin qaraciyərində və böyrəklərində isə riboflovinin və B2 vitamininin miqdarı çox yüksəkdir. Bu orqanizmdə bütün orqanların işinə təsir edir və onların fəaliyyətini sürətləndirir. Dəvə əti yemək anemiyanın əlamətlərinin azalmasına səbəb olur. Ondan dadlı qutab bişirilir. Dəvə ətindən hazırlanan kotletlərin dadı çox gözəl olur. Dəvə ətinindan hazırlanan basdırmanın dadından isə doymaq mümkün deyil. Dəvə ətində aşağıdakı reseptlə dadlı paştet hazırlanı.
Lazım olanlar:
— 250 qram ət
— 40 qram göbələk
— 30 qram quyruq
— 1 baş soğan
— soya çubuqları
— soya sousu
— şərab
— sirkə.
Paşteti hazırlamaq üçün ət yuyulur və 30 dəqiqə ərzində bişirilir. Sonra o sümüklərdən azad edilir,soğan, zəncəfil kökü əlavə edilir və yenidən bişirilir. Ətin suyu çəkilib quru qaldığı zaman ona göbələk və üyüdülmüş quyruq əlavə edilir və qarışdırırlır. Sonra duz, istiot, şərab, sous və sirkə əlavə edilib yenidən 20 dəqiqə bişirilir. Zövqə görə keşniş əlavə edilir. Dəvə ətinin zərərli xüsusiyyətləri+ Dəvə ətinin istifadə edilməsi üçün xüsusi bir ölçü və qadağa yoxdur. Onun zərərləri barədə heç bir məlumata rast gəlinmir.
immunitet.az
Bəzi iddialara görə, dana ətinin üzərinə şəkər tozu əlavə etməklə, dəvə ətinin dadını almaq mümkündür. Ümumiyyətlə, dəvə qutabının hazırlanmasında istifadə edilən ətin mənşəyi barədə müxtəlif iddialar səsləndirilir. Qeyd edilir ki, Azərbaycanda o qədər dəvə yoxdur ki, illərlə satışı təşkil olunan dəvə qutabına bəs etsin.
| ['ət', 'dəvə əti', 'dəvə ətinin faydaları'] |
488 | https://kayzen.az/blog/az-proza/22446/qar%C4%B1m%C4%B1%C5%9F%C4%B1n-monoloqu-%C5%9Firing%C3%BCl-musayeva.html | Qarımışın monoloqu | Şiringül Musayeva | ShiringulMusayeva | Azərbaycan ədəbiyyatı | 21 sentyabr 2018, 11:33 |
Deyirlər ki,qarımışlar o biri qızlara nisbətən daha çox ailəyə,evə bağlı qızlar olurlar.Onların işi-peşəsi hər şeyi saf-çürük etmək,başqalarının qayğısına qalmaq,problemini həll etməkdir.Özgələrin problemin həll etmək də həmişə xeyir gətirmir.Bu barədə atalarımızın gözəl bir məsəli də var:el üçün ağlayan gözsüz qalar.
Atalarımızın belə bir məsəli də var:sonalayan sona düşər.
Mən indi sona düşmüşəm.Amma bu barədə gərək sona düşməmişdən fikirləşəydim.Sonrakı peşmançılıq fayda verməz,yaxud müsəlmanın sonrakı ağlı.Bu müsəlmanın sonrakı ağlı da toydan sonra dınqıltı misalındadır,çünki mənim kimi bir qarımış sonradan nə qədər ağıllansa da əvvəlki gözəlliyini,təravətini,cazibəsini bir də geri qaytara bilmir.
Öz həyat təcrübəmdən bilirəm ki,mənə hər şey bir qədər gec çatır.Mən həyat hadisələrin,həyat müəmmaların,yaxud elə gündəlik məişət məsələlərin bir qədər gec anlayıram,hansısa bir qənaətə çox gec-başım daşdan-daşa dəyəndən sonra gəlirəm.Bəlkə də, bu, mənim oğlaqlığımdan irəli gəlir.Bizi-oğlaqları idarə edən Saturn Günəş ətrafında çox ləng fırlanır.Onun üstündə Ay ,Yupiter,Mars,Yer öz dövrələrin bir neçə dəfə təkrar edir.Və astroloqların fikrincə oğlaqların ləngliyinin,astagəlliyinin səbəbi də elə bundadır.Oğlaqlarda yetişkənlik gec başa çatır.Şəxsən zirəklik ,qamarlamaq,rastlaşdığı yaxşı situasiyalardan istifadə etmək bacarığı həmişə mənə yad olub.Əksinə, əlimdəki yaxşıları elə asanlıqla yelə vermişəm ki...Və heç kəs mənə düzgün yol göstərməyib.İndi isə başa düşürəm ki..vaxtilə ətrafımda olan adamlar mənə düzgün yol göstərmək üçün yox,əksinə əlimdəki yaxşıları qamarlamaq üçün mövcud imiş...
Görəsən, bu Saturn niyə bir az cəld hərəkət etmir? Axı insan ömrü planet ömrü deyil,insan nələrə isə gecikir,müəyyən yaş dövrlərində insan üçün mümkün olan şeylər sonra gec olur..Saturna nə var ki,gec də olsa ,öz dövrəsini başa vurur-tələsməyin,təntiməyin nə mənası? O,yollarda heç nə itirmir,bəlkə də, qazanır.İnsan isə gəlib elə bir görkəmə düşür ki...Mən indi hara getsəm gizli bir rişxənd ,ironiya ilə qarşılaşıram,çünki insanlar təbiətin əlində aciz olsalar da,təbiətin yaratdıqlarına rişxənd etmək imkanı qazananda sevinirlər.
Nə isə...qarımışlıq onların yox mənim problemimdir.Özü yıxılan ağlamaz...Keçənə güzəşt...
Mənə elə gəlir ki, dünyada ən mənhus problem qarımışlıqdır.Yəqin, bu mənim problemim olduğu üçün mənə belə gəlir.İnsan üçün öz məni hər şeydən əvvəl gəlir axı.Yəqin ki, hər hansı bir xəstə üçün ən dəhşətli problem onun xəstəliyi,hansısa cinayətkar üçün ən müdhiş problem onun cinayəti törətdiyi an və sairdir.Durub belə vəziyyətləri sadalasam gec olar və siz yorularsınız.İndi hansınızsa ürəyində rişxəndlə deyir:”Bəsdir ,ay qarımış,keç əsas mətləbə,mus-mus deyincə birdəfəlik Mustafa de”
Deyim də...əzizlərim.Amma Mustafanı da hər yerdə demək olmur,o da yerinə,zamanına baxır.
Mənə təəccüblü gələn odur ki,nədənsə qarımış sözü ancaq qızlara şamil edilir.Əslində oğlanlardan da evlənməmiş qocalanlar olur.Amma qarımış qızların adı həm həyatda,həm də bədii ədəbiyyatda çox hallanır.Mən hələ elə müəllifə rast gəlməmişəm ki ,qarımışları müsbət planda versin.Nə qədər başımdan böyük işlərə burnumu soxsam da böyüklərin bu sirrini hələ anlamamışam.Bəzən mənim kimi qarımışlara gec çatan o qədər bu kimi müəmmalı məsələlər var ki...nə bilim vallah...birdirmi,ikidirmi...
Atalarımız deyib ki ,qız qaldıqca qızıla dönər.Amma gəl görüm kişilərimiz də bunu deyirmi?
Əslində mən özümü qızıl kimi qiymətli və gərəkli sayıram.Və elə deyəsən, lazım olmadığım yerdə qızıl kimi dəyərimi də itirmişəm.
Mən hələ də gözələm ,qəşəngəm, gözlərim parıldayır,saçlarım qarğa qanadı tək qaradır.Nə olsun ki ,bir qədər gecikmişəm,vaxtında ailə həyatı qurmamışam,-o qədər gecikənlər,vaxtında ailə qurmayanlar var ki...Əsas odur ki,ləyaqətlə yaşamışam,keçdiyim həyat yolunda heç bir insan şərəfinə,qadın ləyaqətinə əskiklik gətirən iş görməmişəm.Düzdür,bu heç də bütün hallarda yüksək qiymətləndirilmir və yaxud hər bir fərd və ya millət buna bir başqa bucaq altından baxır.Məsələn:hansısa bir avropalı,amerikalı üçün mənim keçdiyim həyat yolu o qədər də təqdir ediləcək,riqqətə gətirəcək həyat yolu sayılmaz,hansısa avropalı mənim əxlaqıma,tərbiyəmə,indiyə kimi əlimə yad bir cins nümayəndəsinin əlinin dəyməməsinə xüsusi hörmət bəsləməz.Eləsi isə bir qədər ironiya ilə mənə yanaşar,məni dilbilməzlikdə,adamayovuşmazlıqda günahlandırar.Bəs necə?
Qadın birinci növbədə qadın olmalıdır və qadın kimi də kişiləri ətrafına cəlb etməyi bacarmalıdır.Əgər qadın bunları bacarmırsa ,gəlib belə bir yaşa çatırsa,əlbəttə ki,günah onun özündədir.Hər bir yaradılmış dünyaya nə üçün gəldiyini əvvəlcədən düzgün müəyyənləşdirməli,öz həyatını təbiətin ona bəxş etdikləri əsasında qurmalı,hər şeydən vaxtlı-vaxtında bəhrələnməlidir,sonra gec olar.
Nə isə...Dəmiri isti –isti döyərlər.
O qədər problemlər,çatışmayan cəhətlər var ki,heç bilmirəm hansını sadalayım.Elə bu problemlərə baş apardığım üçün yəqin qarıyıb qalmışam.Mənim kimisinə deyirlər:özünə umac ova bilmir,özgəsinə əriştə kəsir.Nə olsun ki,umac ova bilmirəm,bəlkə,heç umac mənim qismətim deyil,ona görə ova bilmirəm.İndi mən umac ova bilmirəm deyə əriştə yeməməliyəm?
Bəzən fikirləşirəm ki,görəsən həyatda ürəyincə yaşamaq mümkündürmü? Həyatla biz bir-birimizə düz mütənasib gəlirikmi? Bizim istədiklərimiz,xəyallarımız həyatın bizə verdikləri ilə üst-üstə düşürmü? Bəlkə elə insanların istədikləri həyatın onlara verdikləri ilə düz mütənasib gəlmədiyi üçün bu qədər problemlər yaranır? Hərə bu dünyadan bir şey istəyir...Kimi istədiyini əldə etmək üçün mərdliklə,kimi də namərdliklə mübarizə aparır,Kimi də eləcə durub gözləyir.
Əslində,mən adamayovuşmaz,dilbilməz,bir sözlə,qarımağa meylli qız deyildim.Mənim bu yerə gəlib çatmağımda məndən çox başqaları günahkardır.Məsələn mənim kişi barəsindəki xəyalımda nənələrimizin nağılları,aşıqlarımızın-Dədə Qorquddan tutmuş Dədə Ələsgərə qədər- dastanları ilə cilalanmış obrazlar həyatdakı kişi surətləri ilə düz mütənasib gəlmirdi.Və mən də tərs mütənasiblikdən baş çıxartmadığım üçün,gözləyir,nə vaxtsa ağ atlı oğlanımın gələcəyinə inanırdım.Görən nə üçün kişilər,oğlanlar nağıllardakı,dastanlardakı obrazlarına uyğun gəlmirlər? Onlar uyğun gəlmirsə bu heç də o demək deyil ki,dünya yaxşı oğlanlardan xalidir.Artıq dumanlı da olsa hiss edirəm ki,çox çətin yola çıxmışam,həyatda mənim xəyalımdakı oğlanlar azdır ,deyəsən.Mən nə qədər gec anlayan olsam da görürəm ki,artıq “Koroğlunun qocalığı”nda deyildiyi kimi igidliyin dövranı keçib.İndi ,deyəsən,mərd,mübariz yox başqa cür oğlanlar çoxalıb.İndi bu oğlanlar dünyaya yeni kriteriyalar gətiriblər,Koroğlunu dilbilməz adam kimi küncə sıxışdırıblar.Elə bil indi Keçəl Həmzələr dünyanı tutub,nəinki dünyanı tutub,indi onlara hörmət edirlər,analar öz qızlarını bu Keçəl Həmzələrə verməklə fəxr edir,qızlar onları əldə etmək üçün dəridən –qabıqdan çıxır,qadınlar istəyir ki, oğlu Koroğlu yox,məhz Keçəl Həmzə olsun.
Deyirlər ki ,hər qəhrəman kişinin arxasında mütləq bir qəhrəman qadın durur. Bizim qadınlar da nə isə ...Son dövrlərdə hər sahədə kiçikləşmə gedir,deyəsən.Əlbəttə bu qadın sahəsindən də yan ötə bilməz.Nə qadınları qınamaq olar,nə də kişiləri,qismətləri beləymiş.Qismət fövqəlbəşər bir şeydir.Yazıya pozu yoxdur.Qismətdən artıq yemək olmaz.
Hərçənd, indi qisməti dəyişməyə çox cəhd edirlər:falçılar,ekstrasenslər,nə bilim nələr,dünya doludur.Amma heç kim bu kiçikləşməyə bir çarə tapmaq istəmir.Özü də bu, bütün dünyada belədir:Amerikada da, Asiyada da ,Afrikada da...
İnanıram ,hətta tam əminliklə deyirəm :hər bir qadın heç olmasa həyatında bir-iki dəfə ekstrasens,bizim dilimizlə desək falçı yanında olub;kimi ruzi duası,kimi şans duası yazdırıb,kimi istəyib; ərini evinə qaytarsın,amma hələ bir qadın da olmayıb ,gedib bircə dua yazdırsın ki,əri kiçik insan olmasın, bir az böyük insan olsun,kimlərinsə halına yansın,vəzifədədirsə camaatı az çapıb talasın, haqqı –nahaqdan seçsin,mizan –tərəzi yiyəsidirsə düzü- əyriyə tay tutmasın.
Nə bilim...birdirmi...ikidirmi?
Son vaxtlar eşidirəm ki, hətta sənətkarlar da,elm adamları da kiçikləşib.Elə şair,yazıçı var ki, biz onu böyük şair və yaxud yazıçı kimi tanısaq da əslində çox kiçikdir.İndi şairlər,yazıçılar ucuz qramofon kimi bütün günü boş- boş danışırlar,hər kəs özünü dahi deyə təqdim edir,(əslində içlərində bundan əsər-əlamət olmadığını çox gözəl bilirlər) var gücləri ilə dövlətdən nə isə qoparmağa çalışırlar,cəmiyyətdə saxta ,gülünc sözləri ilə ,boğazdan yuxarı vətən, millət,eşq tərənnümləri ilə özlərinə qarşı köklü bir nifrət yaradıblar,amma bütün bunlar veclərinə də deyil ,çünki məqsədləri ancaq pul qazanmaq,yaxşı yaşamaqdır.Belə baxanda heç o sənətkarları qınamaq da olmur,yəqin cılız sənətkar olmaq üçün yaranıblar.Amma adamı qıcıqlandıran odur ki,bu cılız sənətkarlar (Dünya ədəbiyyatının həndəvərinə gələ bilməsələr də...)hər yerdə böyüklüklərindən dəm vurur,cəmiyyəti buna inandırmağa çalışır,bəzən ,hətta buna nail olur,yaxşı yaşayırlar.Bir sıra qadın jurnalist,nə bilim şairə,yazar təbəqəsi də əmələ gəlib ki ,işləri-peşələri təqdimat mərasimləri təşkil etmək ,orada burada görünmək,nəylə desən məşğul olmaqdır. Vay-vay ...deyəsən bəşər deyil bu...deməklə məsələdən yan keçsəm olurmu?
Indi hansınızsa deyir ki,sən nə isə bu yazı-pozu adamlarına yaman ilişirsən xeyir ola ,ay qarımış?
Xeyir olmamış nə var ki,şərə lənət.Elə-belə sözgəlişi deyirəm də:qarımış olanda nə olar,mən də bir cəmiyyət nümayəndəsiyəm,istər-istəməz belə müşahidələr edirəm və arabir də kiçik müdaxilələr edirəm.Hərçənd, bu müdaxilələrin heç kimə bir isti-soyuğu yoxdur, mənim sözlərimdən sonra heç bir sənətkar sənətini əldən qoymayacaq,yalançı yalançılığından,hiyləgər hiyləgərliyindən qalmayacaq.Dünyanın bünövrəsi necə qurulubsa elə də davam edəcək.
O gün oturub televizora baxırdım gördüm son vaxtlar sürtüklüyü ilə xüsusi seçilən,yalançı ,fırıldaqçı bir şairciyəz ekranda Füzulini böyük yalançı adlandırır,təəccüblənmədim: neçə illər bundan qabaq birisi də beləcə deyirdi ki,rüşvət necə əsr bundan qabaq Füzulinin dövründə,Osmanlı imperiyasında da olub.Və indi də davam edir.Düz sözə nə deyəsən...Pulun yoxsa,adamın yoxsa hünərin var elə bu sənətkarlar,yazarlar mühitində tanın ,irəli çəkil görüm,necə tanınırsan.
Nə isə...Heyif deyil o qızlar ki,hər şeyə göz yumur,ərə getmək xatirinə ərə gedir. Bu ərə getmək xatirinə ərə getmək asan görünməyinə baxmayaraq, çox çətin bir gedişdir.Ərə getdiyin adamın xarakterinə,pintiliyinə,hansısa iyrənc hərəkətlərinə,xəstəliyinə göz yummaq və ərə getmək...Çoxları bu gedişi edir və sonra peşman olur.Çünki insan həyatında məhdudiyyətlər çoxdur.Təbiətdə ceyran balası dönüb aslan balası olmadığı kimi,yaxud dəniz yosunları səhrada bitmədiyi kimi insan da düşdüyü mühitdən uzaqlaşıb yeni bir mühitdə yeni bir həyata başlaya bilmir.İyirmi birinci əsr yox, otuzuncu əsr də olsa bu, yəqin ki,belə olacaqdır.
Nə isə...Təbiətdəki yaradılmışların məhv olma əzabları anidir,bir neçə dəqiqəlikdir,cəmiyyətdə məhvolma prosesi isə uzunmüddətlidir:daha çox sarsıntılar və ürəkağrıları verir.Nə etmək olar...Təbiətin və cəmiyyətin qanunları belədir.Mənim müşahidələrimə görə hər hansı bir fərd cəmiyyətin kriteriyalarına cavab vermirsə eləcə məhvə məhkumdur.Odur ki,çalışıb cəmiyyətlə ayaqlaşmaq lazımdır.Təbiətdə hər şeyi bir qüvvə idarə etdiyi kimi cəmiyyətdə də hər şeyi bir qüvvə idarə edir.Bu qüvvə ya Allahın iradəsi,ya da şeytanın şəridir.Bəlkə, Təbiəti Allahın iradəsi,cəmiyyəti isə şeytanın şəri idarə edir? Ola bilir...Fikir vermisinizsə Təbiət hamıya eyni ölçülərlə yanaşır,hətta şahla gədaya belə fərq qoymur,cəmiyyət isə...Sözsüz ,cəmiyyəti şeytan idarə edir.Biri elə Amerika...SSRİ-ni dağıtmadımı? Bu dəqiqə dünyanın hər yerində barmağı yoxdurmu? Nə isə...Şeytanın şərindən baş çıxarmaq mümkün olmadığı kimi,Amerikanın işlərindən də baş açmaq müşkül məsələdir.
Bəzən taleyimin qırılmaz zəncirlərlə mənə bağlandığını hiss edirəm:ondan qaçmaq,qurtulmaq da get-gedə çətinləşir.Və mən get-gedə əmin oluram ki,həyatdakı hər bir fərdin taleyi beləcə qırılmaz zəncirlərlə ona bağlanır,heç bir fərd ondan yaxa qurtarmağı bacarmır.Deyək ki, mən qarımışam,mənim üçün müəyyən sədlər,sərhədlər var,mən həya pərdəsini atıb ən dərin hüceyrələrimdə yerləşən instinktlərin tələbi ilə hərəkət edə bilmirəm.Bəs hər hansı dilənçi necə öz taleyini dəyişə bilərmi? Bu tale dəyişmə işi hər hansı bir fərdin iradəsi hesabına mümkündürmü?
Kimi dindirsən həyatından narazıdır.Hamı deyir ki, belə olmalı deyil elə olmalıdır .Hamı deyir ki ,millət kimi nə isə çox geridə qalmışıq,məsələn:patriot deyilik,bir-birimizə can yandırmırıq.Hamı da müəyyən dərəcədə haqlıdır.Amma ,əzizlərim,biz necə patriot ola bilərik axı,gözümüzü açıb görmüşük ki,şairlərimiz,yazıçılarımız Sovet hökumətini tərifləyir,Sovet hökumətinə yarınır.Sonra da birdən- birə məlum oldu ki Sovet hökuməti pisdir.Eyni adamlar Sovet vaxtı Soveti tərifləyirdi,Sovet getdi dedilər ki ,onlar Sovet əleyhinə yazırlarmış.Nə bilim vallah...Mənə bu və bu kimi məsələlər nə isə çatmır. Bir var xalqın ziyalısı ,bir də var xalqın biznesmeni.Bizdə ziyalı və biznesmen arasında elə də fərq yoxdur.Ziyalılar da biznes ilə məşğuldurlar ,deyəsən. Keçmişdə də yazarlar təbəqəsi belə olubsa vaveyla...
Mən öz qarımışlığımla barışana qədər,bu gün də “böyük qarımış” kimi tanınana qədər o qədər ümid və arzularımı puç etmişəm ki...İlk gəncliyimdə hər ailə quran cütlüyə baxar və sevinclə düşünərdim;hər şey yaxşı olacaq,mən də ağ gəlinlik paltarı geyinəcək,gözəl,mərd və alicənab bir oğlanla yan-yana duracağam.Sonra da biz-o və mən yataq otağına yollanacayıq ki,səhər oradan bəxtəvər ər-arvad kimi çıxaq.
Hardasa evlər içində mənim də evim olmalıydı,uşaqlar içində mənim də uşaqlarım olmalıydı.Və mən tamamilə buna layiq idim.Amma atalar deyib ki ,sən saydığını say,gör Fələk nə sayır.Sən demə Fələk mənim üçün başqa şeylər sayırmış.
Əvvəllər mən jurnalist olmağı arzu edirdim və xəyalən hansısa böyük şairdən,yazıçıdan intervyü alırdım.Sonra isə necə olurdusa həmin böyük,dünya şöhrətli sənətkar mənə vurulurdu və mən qeyri-adi istedad sahibinin qeyri-adi məhəbbəti qarşısında ram olurdum,bu böyük sənətkarın qeyri adi məhəbbəti məni dünyanın ən bəxtəvər qadını edirdi.Nədənsə düşünürdüm ki, şairlərin yazıçıların məhəbbəti möhtəşəm olar,təmiz olar.Lakin illər ötdü...özüm ərə getməsəm də yaxın bir rəfiqəm yazıçıya ərə getdi,daha doğrusu bizim tələbə yoldaşımız dönüb yazıçı-jurnalist oldu.Və bu oğlan nədənsə mənim ilk gəncliyimdə xəyalı ilə yaşadığım mühitin adı çəkiləndə təəssüflə,dəhşətlə,ümidsizliklə üz-gözünü büzürdü,yəni ki ,apar tulla.Nə isə...Dediyim odur ki,insan xoşbəxt məxluq deyil Milyon-milyon insan yarandığı bu dünyada məhrumiyyətlər içərisində yaşayır.Bütün cəhdlərinə,hətta alçalmalarına baxmayaraq cüzi arzularını belə həyata keçirə bilmir
Nə isə...Bəzən mənə elə gəlir ki,insanın xoşbəxtliyinin şərti nə ağıldır,nə bacarıq,nə ləyaqət...Yalnız və yalnız fürsəti fövtə verməməkdir...Bəli...bəli… fürsət bir quşdur ki,uçurdunsa heç...Mən deyəsən çox tez-tez atalar sözündən istifadə edirəm,-bu da mənim qarımışlığımdan irəli gəlir.Yadımdadır mən uşaq olanda qonşumuzda Məxluqə adlı bir yaşlı qız var idi:həmişə məsəllərlə,hədislərlə söhbət edərdi və biz uşaqlar ona ironiya ilə yanaşardıq.Nə deyirsən de,axırda bu qız özündən on yaş kiçik xalası oğluna(anasının və xalasının səyi nəticəsində)ərə getdi.Nə isə...deyəsən kişilər də bəzən amansızlığa məruz qalır,baxmayaraq yer üzündəki haqsızlıqların çoxunun səbəbkarı onlardır.
Sözüm onda deyil,əslində mən insanları qadın,kişi qütblərinə ayırmağı xoşlamıram.İnsan insandır da nə fərqi qadındır,ya kişi.Əsas məsələ odur ki ,o kimdir həyatda hansı işlərlə məşğuldur.Məsələn ,mənim qonşumun tanışı Vasif-bomj.Hər gün əlində iki dolu zənbil hardansa gəlir,həyətdəki oturacaqda oturur gətirdiklərini səliqə ilə yerbəyer edir,yeməlisini yeyir,saxlanmalısını saxlayır,elə vaxt elə həyətdəcə,oturacaqda yatır.Heç kim də ona əhəmiyyət vermir.Elə üç az yaşlı uşaqla küçədə gecələyən Rəhiməyə də əhəmiyyət verən yoxdur.Əksinə hamı onlardan qorunmağa çalışır,Rəhimənin küçədə gecələyən azyaşlı uşaqlarını hansısa tərbiyəsizlikdə,nə bilim nədə,günahlandırırlar.Məncə, Rəhiməyə ,Vasifə hansısa pullu ,imkanlı birisi çox asanlıqla kömək edə bilər Bizim cəmiyyət çox sevir kimlərinsə arxasınca danışmağı,özü isə...Hər halda xalqı, mentaliteti fərdlər yox cəmiyyət təşkil edir.Cəmiyyət kimi biz kimik? Hə...onu deyirdim axı heç kim Vasifə ,Rəhiməyə fikir vermir. Bir də ki,bomjluqVasifin,Rəhimənin taleyidir və heç kimin taleyi heç kimə aid deyil,hamı çalışır ki, özü bomj olmasın.Yəqin bu səbəbdən bizim bir para vəzifə adamlarımız vəzifəyə seçilən kimi oğurluğa başlayırlar.Vəzifədən qovulurlar, hətta həbsxanalarda çürüyürlər,oğurladıqları pullar gözlərindən gəlir.Amma...öhd yoxdur ki,yoxdur...Nə qədər ev alsalar da,mülk tikdirsələr də doymurlar ki,doymurlar,yəqin gələcəkdə Vasifin,Rəhimənin gününə düşməkdən qorxurlar.
Əslində bu Vasif çox xeyirxah ,şən bomjdur,gözləri həmişə gülür və tamamilə sağlamdır.Adamı görən kimi saxlayır və bir neçə məsləhət verir.Hərdən istəyirəm ,mən də ona məsləhət verim ki,heç olmasa bir çəllək tapıb onun içində yatsın,yaşasın.Vaxtilə Diogen yaşamırdı,məgər? Sonra fikrimdən vaz keçirəm,çünki jek işçiləri açıq havada ,oturacaqda yatmağa qarışmasalar da ,həyətin harasınasa çəllək qoymağa heç cür icazə verməzlər.Adicə evinə bir divar kağızı çəkəndə hazır olurlar ki,şirinlik ver.Nə isə demək istəyirəm ki quyuya su tökməklə sulu olmur gərək cəmiyyətin öz içindən yaxşılıq,patriotluq ,toxgözlük ,xeyirxahlıq gəlsin. Millət ali, insani hissləri ilə,genləri ilə daşıdığı mərdliyi ilə,qorxmazlığı ilə millət olur.Yoxsa bizim yazarlar təbəqəsinin boğazdan yuxarı yazdığı vətən haqqındakı sönük və yalançı şeirləri ilə yox .Yəni cəmiyyətimiz bir balaca kimlərisə suçlamaqdansa öz əyər əskiyini,insanlığını bərpa etsin Bu qədər...Çox dərinə getməyim.Şəhərdə hər şey pulnandır.Vasif jek işçisi Sayada pul verməsə çəlləyi heç bir saniyə də duruş gətirməz.Bizim idarə məmurları salamı da pulnan alır.O idarə işçisinə ki,səndən xeyir gəlmir,hətta gül kimi başını qaldırıb adamın üzünə də baxmır,salamını da almır.Bəs nə...eşitməmisiz bağda ərik var idi salambəlik var idi,bağdan ərik qurtardı,salambəlik qurtardı.
Nə isə dediyim odur ki,insan xoşbəxt məxluq deyil.Deyirlər ki,həyat mübarizləri sevmir...Bir yandan da deyirlər ki,insan mübariz olmalıdırƏslində həyat üçün bir elə də fərqi yoxdur:istər mübariz ol istər mülayim,istərsə də müti.Həyat onsuz da sıxışdırdığını sıxışdırır,lap cecəyi çıxana qədər,yəni canı çıxana qədər.Sonda bunu da icra edir.Əsas məsələ can çıxana qədər aparılan sıxışdırılma əməliyyatıdır.Bəzən mənə elə gəlir ki,varlı iş adamları elə də sıxışdırılma əməliyyatına məruz qalmır,-qarınlı,başlıdırlar.
Mənimki, deyəsən, gözü götürməməkdir.Adama deyərlər:bacarana baş qurban.Bu nədir görəsən; atalar sözüdür,yoxsa məsəl? Hərdən özümün lap yöndəmsiz,zəhlətökən qarımış olduğum qənaətinə gəlirəm:axı mən nə üçün hər şeyə belə kinlə,qərəzlə yanaşıram?Bu insanlar yaşamağa məhkumdurlar və onlar çalışıb yaxşı yaşamaq,var-dövlət yığmaq,xoşbəxt olmaq istəyirlərsə nəyi pisdir ki...Nə bilim vallah...
İyirmi birinci əsr olmağına ,milyon-milyon nəsillərin bir-birini əvəz etməsinə baxmayaraq Yer üzü insanları hələ bir xoşbəxt cəmiyyət qura bilməyiblər.Hələ bütün dünyada haqsızlıq,bərabərsizlik hökm sürür.Güclü gücsüzü əzir,heç bir bərabərlikdən,qardaşlıqdan söhbət gedə bilməz.Hegemon dövlətlər xırda dövlətləri əzir,xırda dövlətlər də başını itirib bəzən özü-özünü əzir...Hələ də dünya xaos və özbaşınalıq meydanıdır Dünya düzəlmir ki,düzəlmir ,baba,-bunu da rəhmətlik Məmməd Araz deyib .
Vaxtilə demokratiya adı ilə Sovet hakimiyyətinə əl uzadan Amerika bizə nə verdi? Biz heç Suriyaya,Liviyaya,İraqa nə verdi? Məncə, biz ,doğrudan da, şükür eləməliyik ki,ölkəmiz Liviya,Suriya kimi ayaqlar altında qalmayıb.İraq kimi bombalanmayıb.Halva-halva deməklə ağız şirin olmur ,əzizlərim.Bu açıq okeanda –dünyada xırda bir qayıq-Azərbaycan ilə hərəkət etmək sizə asan gəlməsin.Başına gələn başmaqçı olar.Görə-görə gəlmişik.Az qalırdı ölkəmiz doxsanıncı illərdə Yer üzündən silinsin.Hər yerindən duran”Burda mənəm ,Bağdadda kor xəlifə”deyirdi.Çox şükür ki, rəhmətlik Heydər Əliyev var idi.
Çörəyi ver çörəkçiyə birini də üstəlik.Zər qədrini zərgər bilər.Çox şükür bu günə .Və az nala-mıxa vurun.Hər kəs özündən başlasın ,-əvvəl evin içi,sonra çölü.Yəni ,hərə özünü təzələsin ,özünü tərbiyə etsin.Öz işini vicdanla icra etsin.Müəllimindən tutmuş həkiminə qədər,xırda məmuruna qədər.Səhiyyəmiz,təhsilimiz özünü düzəltsin.Hərə ölkəmiz üçün sözün əsl mənasında daş üstə daş qoysun.Və hər bir ziyalımız bu işdə vacib amildir.Bunu unutmasın...
Mən isə asta-asta Bakının küçələrini gəzir və düşünürəm...Düşünürəm...Düşünürəm… Düşünməksə...Yüz fikir bir borcu ödəməz,-deyiblər…
| ['düşündürcü hekayə', 'qarımış qız', 'evdə qalmaq', 'qadın düşüncəsi', 'qadın dünyası'] |
489 | https://kayzen.az/blog/esse/22412/anlamaq-bir-az-da-sevm%C9%99m%C9%99kdir.html | Anlamaq bir az da sevməməkdir... | Apollon | Esse | 19 sentyabr 2018, 13:53 |
Adamlar var ki, itirməyi sevirlər. Yox, itirməyi yox, riskə getməyi deyək. Meydan oxumağı. Yüz faiz itirəcəklərini bilə-bilə başqalarına, taleyə və bəlkə də, özlərinə sübut eləməyi ki, başqa cür də ola bilər, başqa cür də mümkündür.
Biz necə də oxşayırıq, hə?..
Ayrı vaxt olsa, bu qənaətə sevinərdim. İndi yox. Heç cür alınmır. Əksinə, təəssüflənirəm. Adam bu qədər cığal, tərs, bu qədər asi olmamalıydı. İtirməkdən bir az da olsa qorxmalıydı. Səhv eləməyi və səhvlərini bu qədər sevməməliydi…
Biz nə qədər fərqliyik — mən sirri sevmirəm. Çünki bilirəm, sirrin ömrü açılana qədərdir. Və ən pisi, mən onu mumkün qədər tez açmaq istəyirəm. O məni narahat edir. Kənar təsirlərlə narahat olmağı sevmirəm. Sirr açılanda isə adətən, adamlar məyus olurlar. Bəlkə, ona görə ki, qarşıdakı hədəf qeybə çəkilir, məqsəd ömrünü bizə bağışlayır. Bəlkə də, məsələ başqadır. Məsələn, məlum olur ki, kəşf elədiyin çox adi, sıradan, xırda, bəlkə də, mənasız həqiqətmiş və sən bu həqiqətin arxasınca düşmədən də yaşaya bilərdin. Zamandan daha çox gözləntilərinə heyfin gəlir. Sən nəsə irreal, sehirli, mürəkkəb bir şey gözləyirdin. Əvəzində isə...
«Adətən belə olur» deyib özümü sığortalamaq istəyirəm. İtirəcək heç nə olmayanda sığortalanmaq xoşuma gəlir. Risk ehtimalı olmayanda. Süni risk vəziyyəti yaradırsan. Bu da bir cür beyin qumarıdır.
Anlamağa çalışma. Bəzən anlamaq heç nəyə yaramır.
Təəssüf ki, başqa cür mümkün olmur. Anlamaq bir az da sevməməkdir. Biz anlamadığımız adamları daha rahatlıqla sevirik. Onlarda özümüzü görmürük deyə...
.
Rəbiqə Namiqqızı
| ['esse', 'Rəbiqə Namiqqızı', 'sevmək', 'anlamaq'] |
490 | https://kayzen.az/blog/kino/22404/orson-uells.html | Orson Uells | Apollon | Kino | 19 sentyabr 2018, 13:48 |
Mənim ilk müəllimim anam olub. Anam çox nadir gözəlliyə malik qadın idi. O, siyasətlə maraqlanırdı. Həmçinin, tüfəngatma üzrə bir neçə dəfə çempion olmuşdu. Musiqi sahəsində isə istedadlı pianoçu idi. Uşaq vaxtı mən evimizə gələn musiqiçi qonaqlar üçün pianinoda musiqilər çalardım. İfa etdiyim musiqilər onların xoşlarına gəlirdisə, mən daha coşqunluqla mahnılar ifa edb, musiqi alətlərini parçalayırdım.
Anam rəhmətə gedəndə səkkiz yaşım vardı. Və onun ölümündən sonra mən hər ehtimala qarşı musiqi alətlərinə toxunmadım...
Atam incə və həssas qəlbə malik insan idi. Onun bütün dostları atamı ürəyiaçıqlığına, xeyirxahlığına və dözümlülüyünə görə çox sevirdilər. O, səyahət etməyi sevərdi. Mənim səyahət etməyə olan sevgimi də uşaqlıqdan atam formalaşdırmışdı.
Məktəbi bitirməyimə lap az qalmışdı. Bir gün o, məndən soruşdu: Məktəbi bitirdikdən sonra nə ilə məşğul olacaqsan? — Mən rəssam olmaq istədiyimi bildirəndə, atam bu cavabdan narazı qalmışdı. Çünki o, mənim Harvard Universitetinə daxil olub, oranın məzunu olmağımı çox istəyirdi.
On beş yaşım tamam olanda rəsmlə məşğul olmaq üçün İrlandiyaya yola düşdüm. Atam böhran zamanı müflis olub dünyasını dəyişmişdi. Yola çıxanda, cibimdə təxminən iki yüz dollar vardı. Mən qürubun ovsunlayıcı gözəlliyi ucbatından Qolueydə düşdüm. Demək olar ki, bütün kapitalımı xərclədim. Bir neçə gün arabanın altında gecələyərək İrlandiyanı təsvir etməyə cəhd etdim. Dublinə çatanda cibimdə cəmi bir neçə şillinq qalmışdı. Həmin pulları da «Qeyt» teatrında göstəriləcək bir tamaşanın biletinə və yaxşı şam yeməyinə xərcləyib bitirdim.
Elə ertəsi günü teatrda işləyən adamlardan xahiş etdim ki, mənə bir neçə tamaşada qonaq aktyor qismində iştirak etmək üçün köməklik etsinlər. Teatrın direktoru dərhal mənə bir tamaşada baş rolu ifa etməyi tapşırdı. «Qeyt» teatrında ilk dəfə peşəkar aktyor kimi tamaşaçıyla rastlaşdım. Mən əxlaqsız və pozulmuş hersoq obrazını canlandırırdım. Debüt rolum qaydasında olmadı. Tamaşanın ən məsuliyyətli hissəsində qılınc qına ilişdi. Mənim acıqlı qışqırığım zalı bürüdü. Vəziyyəti düzəltmək üçün intihar edən adam sayağı səhnənin aşağı taxtına aparan pillələrin hündürlüyündən atıldım. Heç bir xəsarət görməməyim əsl möcüzəydi. Lakin mən sonralar heç vaxt həmin tamaşada eşitdiyim qədər gurultulu alqışlar eşitmədim.
Teatrda təzə-təzə çıxış etməyə başlayanda tamaşlara da oyun kimi yanaşırdım. Heç bir rolumu ciddi ifa etmirdim. Rolları yaxşı və ya pis ifa edirəm fikri məni maraqlandırmırdı. İndi isə bu hərəkətlərim məni narahat edir. Bu gün nə baş verirsə-versin, mən «Brodvey» və «Uest-End» teatrlarına olan sevgimi heç nəyə dəyişmərəm...
On yeddi yaşım olanda İspaniyanın cənubunda yerləşən Sevilya şəhərinə köçdüm. Həftənin iki gününü detektiv ssenari yazmaqla məşğul olurdum. Bu da hər həftəyə üç dollar gəlir demək idi. Bu pulla mən Sevilyada dvoryan qrandlar kimi həyat yaşayırdım. Orada yaşayan insanların çox hissəsi buğa döyüşlərinə böyük ehtirasla tamaşa edirdilər. Bir müddət sonra buğalara qalib gəlmək ehtirası mənə də yoluxdu. Hətta özümü bu sahədə sınamaq qərarına da gəldim. Afişada mənim adımın altından amerikalı matador sözləri yazılmışdı. Lakin bir müddət sonra anladım ki, məndən buğa ram edən çıxmaz. Və yenidən ssenarilər yazmağa qaldığım yerdən davam etdim.
Radio həyatı
Daha sonra radioda işləməyə başladım. Radio həyatımda çox yüksək sürətlə fəaliyyət göstərirdim. Ən xoşlamdığım iş isə verilişdən qabaq olan hazırlıq məşqləri idi. Buna görə bəhanə tapmaq üçün xeyli baş sındırırdım. Radioda hazırladığım «Mars planeti» verilişi mənə xeyli uğur gətirmişdi. Lakin həmin verilişdən sonra kiminlə rastlaşırdımsa, gülümsəyərək məndən soruşurdular: -Ey, Orson, necəsən? Marsda nə var, nə yox?
Filmlərim
Mənim birinci filmim «Vətəndaş Keyn»i bir çoxları avtobioqrafik film hesab edirlər. Lakin bu heç də belə deyil. Keyn kasıb doğulmuşdu. Mən isə Keynin varidat sahibi olduğu yaşda kasıblaşmışdım. Mənə elə gəlir ki, Keyn — iyrənc fiqurdur. Ancaq bir insan kimi mən ona rəğbət bəsləyirəm. Filmin bəzi epizodlarını vəzifəpərəst Uilyam Rendolfa Xersta tərcümeyi-halının faktlarıyla olan oxşarlığına görə qadağan etməyə çalışırdılar. Mənim adımla bağlı olan bütün xəbərlərin Rendolf Xerstin sahib olduğu mətbu orqanlarda qadağan olunmuşdu. Mənə deyəndə ki, filmdə bunu etmək olmaz. Mən təəccüblə donub qalırdım. Axı niyə?!
Filmdə iştirak edən bütün aktyorlar mənim rəhbərlik etdiyim «Merkuri» teatrından idilər. O vaxta qədər onlardan heç biri kinoda işləməmişdi. Ancaq mən də köhnə kino aktyorlarıyla işləyə bilmirdim. Mənim yeni olmağım onları qıcıqlandırardı. Bu isə filmi korlayardı.
«Vətəndaş Keyn» filmini montaj etmək üçün bizə doqquz ay vaxt lazım oldu. Həftənin altı günü bu film üzərində işləyirdim. Hətta lazım gəlsəydi, biz bu film üzərində indiyənə qədər də işləyə bilərdik. Uzun planlar vardı ki, onları mən çəkmişdim. Mən də montaj etməliydim.
Yəqin tamaşaçılar da son illər çəkdiyim filmlərdə qısa kadrların çox olduğunu görürlər. Bu, həm də o deməkdir ki, deməli mənim film çəkmək üçün pulum azdır. Uzun planlı kadrlar üçün nəhəng miqdarda pullar lazım gəlir ki, kadra yerləşən hər elementi nəzarət altında saxlamağı bacarasan. Bununla yanaşı mən böyük planlı kadrların da əleyhinəyəm. Çünki tamaşaçıya gərəkli olan azadlığı vermək lazımdır ki, kadr ətrafında görmək istədiklərinə nəzər yetirə bilsin.
Mənim gəlişimlə Hollivudun çöküşü bir vaxta təsadüf edirdi. Müstəqil kino istehsalının başlanması rejissorluq karyeramın sonu demək idi. Əgər mən oraya beş il əvvəlki kimi məsum və tanınmayan oğlan kimi gəlmiş olsaydım, öz şöhrətimi özüm yaradardım.
Bir il ərzində böyük studiyalarda çəlkilən qırxa yaxın filmin içərisində Orson Uellesin cəmi bircə filmi yer alırdı. «Müstəqil» prodüserlər özləri üçün işləyirdilər. Orada mənə yer yox idi.
1946-cı ildə ekranlaşdırdığım "Özgə" filmi sayca dördüncü filmim idi. Bu filmdə mənə aid heç nə yoxdu. Adı titrlər də getməsə də, ssenarini Con Xyuston yazmışdı. Filmi çəkdim ona görə ki, adi bir rejissor idim. Və heç kimdən də pis deyildim. Üstəlik çəkilişləri qoyulan vaxtdan on gün tez tamamlayıb təhvil verməyi də bacarmışdım. Müəllifi olduğum filmlər içərisində bu film mənim qənaətimcə ən aşağı sıralarda dayanır.
Şekspirin əsərlərini kinoya gətirməkdə inad etmək istəmirəm. Mən bilmirəm Şekspir və kinonun xöşbəxt nikahı baş tutacaq, ya yox… Bizim əsrdə xeyli suallar var ki, onları misal üçün səksən milyon insanın gözü qarşısında müzakirə etmək olmaz. Bu səbəbdən də indiki auditoriyaya məhz kinematoqraf kimi müraciət etmək lazımdır. Bayağılıqdan qaçmağın başqa yolu da klassiklərə müraciət etməkdədir.
«Maqbet» filminin çəkilişlərini iyirmi üç gün ərzində tamamladıq. Kino sahəsindən bir az başı çıxan adamlar yaxşı bilirlər ki, bu qədər az müddətə film çəkmək nə deməkdir. Və bu filmi çəkərkən mən sənət əsəri yaradacağam kimi lovğa fikirləri qarşıma məqsəd qoymamışdım. Ancaq mənə belə gəlir ki, hər bir rejissor sənət əsəri yaratmaq üçün cəhd göstərməlidi. Hətta çəkdiyi filmlər cəfəngiyat olsa belə, bunun üçün çalışmalıdır.
«Maqbet» filmi daha yaxşı alına bilərdi, əgər çəkiliş vaxtını bir az da uzatmaq mümkün olsaydı. Təəssüfləndirici əsas məqam ondan ibarətdir ki, heç bir kino tənqidçisi məni filmi bu qədər qısa vaxtda çəkib bitirdiyim üçün tərifləmədi. Əksinə, onlar filmin qısa müddətdə yekunlaşmasını qalmaqla çevirdilər. Əlbəttə, onlar haqlıydılar. Lakinmən hər kəsə ayrı-ayrılıqda başa sala bilməzdim ki, filmin çəkilməsi üçün lazım olan əlavə vaxta görə heç kim mənə bircə qəpik də pul verməmişdi.
Maqbet kral seçilənə qədər iyrəncdir. Kral seçildikdən sonra isə o, özünü itirir. Bununla yanaşı Maqbet dahi olmağı bacarır. O, öz arvadının və şöhrətpərəstliyinin qurbanı olur. Şöhrətpərəstlik hər zaman iyrəncdir. Bu zəiflikdir. Şekspir genişmiqyaslı mövzuları əsas götürmüşdü: qısqanclıq- «Otello», şöhrətpərəstlik- «Maqbet».
«Otello» filmini çəkmək üçün isə mənə iyirmi üç gün yox, dörd il vaxt lazım oldu. Çəkiliş müddəti, aşağı-yuxarı, yaxşı vəziyyətdə keçirdi. Ancaq bəzən mən başqa yerlərdə çəkiliş etmək üçün məkan axtarışına çıxmalı olurdum. Belə olan halda çəkiliş qrupunu azad buraxırdım.
Heç nəyə baxmayaraq «Otello» filmi yaxşı alınıb, ya pis sualına belə cavab vermək olar. Bu Şekspirlə Verdinin operası qədər yaxınlaşmağa bənzəyir. Mənə elə gəlir ki, Verdinin və ya Buatonun Şekspirin pyeslərinə hansısa dəyişikliyi daxil edib yeni incəsənət nümunəsi yaratmağa hüquqları çatır. Əgər kino da incəsənətin əsas formalarından biri kimi qəbul olunursa, o zaman mən də qanunauyğun prinsipləri izləyərək klassikanın ekranda güclü dəyişikliyini yaratmaqda azadam.
"Şanxaylı ledi" filminin çəkilmə tarixi də çox maraqlı olub. «80 gün dünya ətrafında» mənzərəli teatr tamaşasını hazırlayırdım. Tamaşanın prodüseri də Mayk Todd olmalıydı. Lakin iş elə gətirdi ki, Todd qəflətən müflisləşdi. Premyera günü artıq Bostondaydım. Əlimdə isə bir qəpik də olsun pul yox idi. Hətta vəziyyət o qədər pis idi ki, kostyumları saxlamaq üçün lazım olan otaq pulunu da ödəyə bilmirdik. Bu səbəbdən də biz hardasa əlli min dollar borc götürməli olduq. Bu məbləğ olmadan premyeranı təşkil edə bilməzdik. Həmin ərəfədə mən aktrisa Rita Xeyvortdan da ayrılmışdım. Biz bir-birimizlə danışmırdıq. Və onun iştirakı ilə hər hansısa film çəkmək istəmirdim.
Mən Bostondan telefon zəngi sifariş edib Hollivudda yerləşən «Kolambiya» firmasının keçmiş direktoru Qarri Konla danışdım. Və ona dedim ki, hal-hazırda əlimdə sizin üçün gözəl süjet var. Əgər siz mənə tez bir zamanda poçt vasitəsi ilə avans kimi əlli min dollar pul yollasanız, mən işə başlayaram. O, süjetin nədən bəhs etdiyini soruşdu. Onunla teatr otağından danışırdım. Telefonun yanındakı masada cib kitabçası kimi nəşr olunmuş balaca kitablar vardı. Onlardan birinin üzərinə baxıb dedim: "Şanxaylı ledi" romanı… Ona həmin romanın çəkilmə haqlarını müəllifdən aldıqdan sonra istənilən vaxtda filmə başlayacağımı bildirdim. Bir saatdan sonra Qarri bizə lazım olan məbləği yolladı.
Təyyarədə mən kitabçadakı romanı oxudum. Bu, tək kəlmə ilə dəhşət idi. Belə olan halda özüm elə həmin dəqiqə inanılmaz sürətlə yeni ssenari yazmağa məcbur oldum. Altı həftəyə son dərəcə ucuz bir film çəkmək üçün Hollivuda gəldim. Həm də çoxlu pul qazanmaq istəyirdim ki, teatr tamaşaları üçün lazım olan işlərimi həll edə bilim. Kon filmə Ritanı çəkməyimi təklif etdi. Mən ona başa saldım ki, filmin qadın qəhrəmanı mənfi obrazdı, qatildi. Bu, özünü təsdiq etmiş, müəyyən tamaşaçı sevgisi qazanan Rita üçün uğurlu seçim deyil. Rita isə bu rolu ifa etmək üçün israr edirdi. Film çəkildi və gözlənilməz uğur qazandı. Rita həqiqətən də gözəl iş yaratmışdı. Film ilk baxışdan əldə olunan üç yüz əlli min dollardan əlavə iki milyon dollar gəlir gətirdi.
Frans Kafkanın «Məhkəmə» romanı əsasında çox gözəl film çəkmək olardı. Bu barədə mən özmü nəzərdə tutmuram. Ümumiyyətlə deyirəm. Bir gün mənim yanıma bir adam gəlib dedi ki, film çəkmək üçün lazım olan məbləği tapa bilər. Və mənim yeganə işim Fransaya gedib həmin filmi çəkməkdən ibarət olacaq. Daha sonra o mənə on beş romanın adı yazılmış siyahı təqdim etdi. Həmin siyahıda məni ən çox qane edən və o birilərindən daha yaxşı əsər olan Kafkanın «Məhkəmə» romanı oldu. Buna görə də mən öz ssenarim əsasında yox, Kafkanın əsəri üzərindən film çəkməli oldum. Mən Kafkanın romandakı nöqteyi-nəzəri ilə razı deyiləm. Təbii ki, onu yaxşı yazıçı hesab edirəm. Lakin Kafka fövqəladə dərəcədə dahi deyil.
Kino haqqında
Kino incəsənətdirmi? Sualına belə cavab verərdim: Xeyr, kino incəsənət deyil. Səssiz kino dönəmində bəlkə də mümkün idi. Amma o zaman da sənətkarlar bunu etmədilər. Mənim üçün kino jurnalistika və ya illüstrasiya sənəti kimi incəsənəti özündə çox az əks etdirir.
İyirmi ilə yaxındır ki, kinoda heç bir inqilab baş vermir. İnqilab olmayan incəsəntdə durğunluq başlanır. Ümid edirəm ki, kinoya yeni rejissorlar gələcəklər. Və onlar yeni kinematoqrafiyanı yaratmağa nail olacaqlar.
Kino üçün beş komediya janrlı ssenari yazmışam. Teatrda isə komik tamaşalar daha çox səhnələşdirmişəm, nəinki dramatik. Komediya janrına mənim xüsusi heyranlığım var. Ancaq nədənsə bircə dəfə də olsun prodüserləri yola gətirə bilməmişəm ki, onlar mənə kinokomediya janrında film çəkmək üçün şərait yaratsınlar. Çox istərdim ki, kinoda öz yumorumu, hardasa öz «Don Kixot»umu yaradım. Ancaq onu da deyim ki, mənim bütün filmlərimidə ölçülü formada yumor var. Həmin yumoru ancaq bir amerikalı duya bilər. Başqa heç bir ölkənin tamaşaçısı bunu hiss edə bilməz.
Belə hesab edirəm ki, kino artıq ölür. Ancaq bu o demək deyil ki, kino həmişə ölü olaraq qalacaq. Kino hardasa teatrla oxşar sənət növüdü. Teatr da bütün zamanlarda ölür. Ancaq heç vaxt tam şəkildə yox olmur. Bu, bir az da ilin fəsillərini xatırladır. Bir ildə yaz, yay, payız və qış vardır. Hal-hazırda kinematoqrafiya payız fəslini yaşayır.
Tənqid və tənqidçilər
Mən tənqidlərə qarşı çox diqqətliyəm. Ciddi filmlər haqqında ciddi tənqidçilərin fikirlərini qəbul etməyə məcburam. Başqa çıxış yolum yoxdu. Əlbəttə, çox istərdim ki, məni boğan və işləməyimə mane olan mənfi fikirlər yox, həm də yaxşı fikirlər eşidim. Məhz öldürücü fikirlər həmişə yaddaşda özlərinə yer edirlər...
Elə istəyərdim ki, tənqid və tənqidçilərin təriflərinin, qeydlərinin əlindən qaçıb canımı qutaram. Heç olmasa iki il tənqidsiz yaşaya bilsəm, bədii yaradıcılığımda nəhəng irəliləyiş edə bilərəm.
Ədəbiyyat
Kitab və mütaliə sahəsində çox acgözəm. Tarix, memuar, fəlsəfə, antropologiya məni maraqlandırır. Kitabı ədəbiyyata olan sevgimdən və ya filmlər üçün hər hansısa ideyanı mənimsəməkdən ötrü oxumuram. Mütaliəni sırf maariflənmək və şəxsi zövqüm naminə edirəm. Çox yaxın dostlarım var ki, onlar xeyli sayda yeni çıxan əsərləri tapıb oxuyurlar. Ancaq mənə elə gəlir ki, onlardan heç biri mənim kimi klassikaya bağlı olsunlar. Bir neçə müəllif var ki, təkrar-təkrar onları mütaliə etməkdən yorulmuram. Servantes, Fildinq, Qibbon, Qoqol, Xezlitt, Konrad, Şatobrian, Platon, Kollet, Dikkens, Plutarx, Mark Tven və İvlin Vo. Tövrat kimi ilham vermək üçün yox, sırf mənəvi həzz üçün Monten hər zaman mənimlədi. Şekspir əlbəttə ki, həyatın çörəyidi. Hərdən o qədər də ciddi olamayan ədəbiyyata da baş vururam. Vudxauz məni sakitləşdirir və dəyişilməz həzz hissi bəxş edir.
Təsirləndiklərim
Hər kəs deyir ki, guya mən Frits Lanqın «Nibelunqov» filminə həddindən çox baxdığım üçün «Maqbet»də həmin filmdən təsirlənməyim hiss olunur. Əslində isə bu səhv fikirdi. Çünki mən həmin filmi görməmişəm. Mən ümumiyyətlə, heç bir alman istehsalı olan film izləməmişəm. Lakin alman teatrından çox güclü təsirləndiyimi etiraf edirəm.
Başqa bir filmdən güclü təsirlənməyə bircə dəfə məruz qalmışam. «Vətəndaş Keyn»in çəkilişləri zamanı Con Fordun «Dilican» filminə qırx dəfə tamaşa etdiyimi xatırlayıram. Con Ford mənim ilham mənbəyim, «Dilican» filmi isə ən sevimli filmimdir. Con Fordla yanaşı Eyzenşteynə, Qriffitə, Çaplinə də heyran olmuşam. Bu gün isə yapon kinosu məni valeh edir. Midzoqutinin «Yağışdan sonra görünən Ay», Kurosavanın «Yaşamaq» filmləri gözəldir.
Sevdiyim rejissorlar və həmkarlarım
Hal-hazırda Renuarı, Qriffiti, De Sikonu, Flaerti, Vaydu, eləcə də Marsel Panolyanın ilk filmlərini çox sevirəm. Kinematoqrafiya bütünlüklə Devit Qriffitin «Dözümsüzlük» filminə borcludu. Filmdə müəyyən səhvlər olsa da, məndə çox güclü təəssüratlar yaradıb. Bu yaxınlarda Vittorio de Sikonun "Şuşa" filminə baxdım. Qəfildən kamera yoxa çıxdı, ekran itdi. Bu, həyatın özü idi...
İtaliya heyrətləndirici aktyorlar ölkəsidi. Onlar ilk dəfə filmə çəkiləndə hər rolu, hər şeyi ifa etməyə qadirdilər. Ancaq sonrakı filmlərdə artıq daha təcrübəli aktyorlardan nüsxələməyə başlayırlar. Fransada bunu etmək mümkün deyil.
Aleksandr Kordun qəfil ölümü İngiltərə kinosuna ağır zərbə oldu. Mən yaxın dostumu, kino isə dahi bir insanı itirdi.
Rober Bresson aktyorları görmək istəmir. Onları nələrisə etməyə məcbur edir. Xeyli rejissorda düzlük çatışmır. Bir sözlə, Bressonun filmlərinə dözə bilmirəm. Bressonun «Cibgir» filmi göstərilən kinoteatrdan çıxanda hara gedəcəyimi bilmirdim. Filmə baxandan sonra bayıra atılıb öz-özümə dedim: «Aman Allah, bu, Bressonun filmidi!» Rossellinin filmləri məndə soyuqluq yaradır. Və mənə heç nə vermir. Müasirlərim arasında ən istedadlı rejissor Federiko Fellinidir. Onun filmlərində əyalət oğlanının böyük şəhərlə bağlı arzuları hiss olunur.
Özüm barədə
Hamı mənim dahi olduğumu inkar edir. Ancaq məsələ burasındadır ki, heç kim də məni dahi adlandırmayıb. Mənim haqqımda ən iyrənc sözlər yazılıb. Hamısı da yalan sözlər… «Ekranın bədheybəti!», «Dəhşət!», «Səfehlik!» və s. Məni bədheybət hesab edirlər, çünki heybətli rollar ifa edirəm. Prodüserlər üçün əfsanə adlar belə yaranır, hansılar ki, çoxları bu adlardan qorxurlar. Bütlər mövcud deyil. Mövcud olan ancaq ideyalardı.
Qrimə çox əhəmiyyət verirəm. Ona görə ki, qrim altında gizlənməyi sevirəm. Mən özümü ekranda görməyi sevmirəm. Ancaq filmdə işlədikdən sonra gördüyün işə baxmağa məcbursan. Nə qədər çox qrimlənsəm, özümü o qədər az tanıyıram. Bu da mənə ifa etdiyim rola obyektiv qiymət verməkdə köməklik edir.
Servantesin «Don Kixot» romanını ekranlaşdırmaq istəyirəm. Ancaq bir məsələ var ki, o məni hər şeydən çox narahat edir. Don Kixot mənim müasir dünyamda yaşayır. Ancaq mənə elə gəlir ki, mən bizim dövrün mənəvi həqiqətlərini dəyişdirə bilərəm. Çünki müasir dövr Don Kixotu məhv etməyə məcburdu.
Hazırladı: Samirə Əşrəf
| ['kino', 'aktyor', 'rejissor', 'Orson Welles', 'Orson Uells'] |
491 | https://kayzen.az/blog/sevgi/22305/%C5%9F%C9%99hv%C9%99t-yoxsa-e%C5%9Fq.html | Şəhvət yoxsa eşq? | Apollon | Sevgi | 16 sentyabr 2018, 16:38 |
Bir ürəkdə iki sevgi ola bilərmi? Lev Tolstoyun “İblis” povestini oxuyandan sonra bu mövzuda yazmaq qərarına gəldim.
“Dirilmə” romanını oxuyanlar xatırlayar, Nexlyudov qulluqçu qız Katyuşanın həyatını məhv etdikdən sonra uzun müddət günah hissi ona əzab verir. Ona elə gəlir ki, Katyuşanın başına gələn bütün bəlalara görə o, günahkardır. Atasından miras qalmış malikanəni kəndlilərə bağışlamaq fikriylə yaşayan bu gəncin daxilində iki hiss daim mübarizədə idi — şeytani hiss və mənəvi hiss. Şeytani hiss insanı həmişə günaha sürükləyir. Amma adına şeytani dediyimiz bu hiss əslində şəhvani hissdir. Bu hiss insana xas olan bir hissdir. Biz o hissə tabe olanda bunun adını günah qoyuruq.
Bir yazımda Abbasqulu ağa Bakıxanovun “Təhzibi-əxlaq” əsərindən sitat gətirmişdim. Həmin əsərdə eşqin dərəcələri sadalanır. Mövzuya dəxli olduğu üçün bir daha təkrar yazıram: “Birinci meyl yaranır; dəmirin maqnitə, samanın kəhrəbaya meyli kimi. İkinci ünsiyyətdir ki, bu da uzun müddətə yaranır. Üçüncü həyavi-nəfsdən ibarət olan həvəsdir. Həvəs insanı çox şeyə sürükləyə bilər, o, nəfsin odunu körükləyən maşadır. Ehtirası yaradan nəfsdir. Dördüncüsü şövqdür ki, onsuz insan heç bir istəyinə çata bilməz. Beşinci isə məhəbbətdir”.
Əslində Nexlyudov günahsızdır, o, kəndə gəlib burada Katyuşanı görüb, ona vurulub və onun həm qəlbinə, həm də bədəninə sahiblənib. Amma mənsub olduğu sinif ona Katyuşanı həyatının qadını etməyə imkan vermirdi. O, Katyuşa ilə kef çəksə də bu qıza vurulmuşdu. Sonra bu qızı əxlaqsızlığına görə malikanədən qovurlar, o, sözün əsl mənasında çirkaba bulaşır. Adam öldürüb günahı bu kimsəsiz qızın üstünə atırlar.
Bu məqamda Nexlyudovun vicdan hissi baş qaldırır. Katyuşa Nexlyudovun canlı günahı idi, buna görə də öz imtiyazlarından istifadə edib qızı onu gözləyən cəzadan xilas etmək istəyir. Onun Katyuşa ilə həbsxanadakı görüşünü xatırlayırsınız? Həbsxanada yüzlərlə adam yatalaq xəstəliyinə tutulub ölür. Katyuşa isə sağlamdır və o, heç nəyə ümid bağlamadan olmayan günahının cəzasını çəkir, onun iradəsi sarsılmayıb. Zavallı qız keçmişindən xilas olmaq üçün Nexlyudovun bütün yardımlarından imtina edir.
Tolstoyun günahkar qəhrəmanları həmişə vicdan əzabı içində qovurulurlar.
Əslində faciənin kökündə sinfi bərabərsizlik dayanır. Şəhvət istəkdən yaranır və təbii hissdir. Sevirsənsə, sevdiyinə sahib olmaq istəyirsən.
“İblis” povestində də Tolstoy oxşar situasiya yaradıb. Şəhərdə təhsil almış Yevgeni atasının ölümündən sonra kəndə qayıdıb atasından qalma malikanədə yaşamağa başlayır və çökmüş təsərrüfatı dirçəltmək məqsədilə işə başlayır. Amma düşünür ki, qadınsız keçinə bilməyəcək və beləliklə ərli qadın olan Stepanidanın əsirinə çevrilir. Əri bu qadına sahib ola bilməyib. Nəticədə bu ehtiraslı qadın istədiyini başqa kişilərdə axtarmağa başlayıb.
Yevgeninin onunla gizli görüşləri mütəmadi hal alır. Onlar tarlada, samanlıqda görüşüb sevişirlər. Sonra Yevgeni yaxşı bir ailənin qızıyla evlənir, amma Stepanida kabus kimi onu izləyir.
Təsadüfən, həyat onları yenidən görüşdürür. Evə qulluqçu lazım olur, iki nəfər qadın çağırırlar. Yevgeni baxıb görür ki, bu iki qulluqçu qadından biri Stepanidadır. Bununla da xoşbəxt ailənin qara günləri başlayır. Yevgeni özünə nəzarəti itirir, Stepanidanı süpürləmək üçün fürsət axtarır. Bu, artıq şəhvət deyil, qızın izaholunmaz cazibəsi onu əsir edib. O, bu cazibədən xilas ola bilmir və baxmayaq ki, arvadını sevir, sonda ona xəyanət edir.
O, bir rahib haqqında oxuduqlarını xatırlayır. Həmin rahib müalicə üçün əlini bədəninə vurmalı olduğu qadının cazibəsinə uymamaq üçün o biri əlini tavaya qoyaraq barmaqlarını yandırmışdı. Amma bu, çox sadəlövh bir üsuldur. Sergi ata da qarşısında soyunan qadına qarşı ehtiraslarını cilovlaya bilməyib barmağını baltayla vurub atmışdı.
Tolstoy günahsız Yevgenini öz əliylə öldürür. O, tapança ilə özünü vurur. Özünü vurmazdan əvvəl isə düşünür ki, gərək həyatımı Stepanida ilə yaşayaydım...
Kənan Hacı
| ['esse', 'Kənan Hacı', 'eşq', 'şəhvət', 'Tolstoy', 'məhəbbət psixologiyası', 'məhəbbət anlamı'] |
492 | https://kayzen.az/blog/kisiler/22417/subay-ki%C5%9Fil%C9%99r-%C3%BC%C3%A7%C3%BCn-8-t%C3%B6vsiy%C9%99.html | Subay kişilər üçün 8 tövsiyə | Apollon | Kişilər | 16 sentyabr 2018, 16:32 |
Subaylıqdan bezən və artıq ciddi münasibət qurmaq istəyən kişilər, diqqətiniz bizdə olsun. Xanımların qəlbini asanlıqla qazanmağınız üçün sizə bir neçə məsləhətimiz olacaq.
1. Əgər bir qadınla ilk görüşünüz gözəl keçibsə, ona zəng edib yenidən görüşə dəvət edin. Əgər görüşünüz pis keçdisə, ürəyinizcə olmadısa, zəng edib onu tanıdığınıza şad olduğunuzu və gələcək həyatında ona şans dilədiyinizi deyin. Səssiz yoxa çıxmayın. Sağollaşıb getdikdən sonra heç bir əlaqə saxlmasanız, mesaj yazmasanız, bu, sizin qorxaqlığınız kimi başa düşüləcək. Sonrakı münasibətinizdə etdiyiniz bu hərəkət eynisiylə sizə qarşı ediləcək. Bu, həm də xoşagəlməz bir hərəkətdir.
2. Bir qadına özü ilə bağlı 3 sual verin. Və cavablarını dinləyin, ya da dinləyirmiş kimi davranın.
3. Əgər əvvəl evli olmusunuzsa, ya hələ də evlisinizsə, bu, ilk görüşdə heç bir detallara girmədən deyilməsi lazım olan məsələdir. Və əgər hələ də evlisinizsə, boşanma niyyətindəsinizsə, bilin ki, sevgilinizin rəfiqələri boşandıqdan sonra sizi xoşlayacaqlar.
4. İlk görüşdə hesabı siz ödəyin. Bu, incə və xoş bir davranışdır. Yadda saxlayın ki, comərd bir adam simic adamdan daha yaraşıqlı görünür.
5. İlk görüşə getmədən əvvəl çəngəl, bıçaq istifadəsini öyrənin. Salfet kağızdan istifadə edin, yemək yeyərkən ağzınızı bağlayın.
6. Gülümsəyin. Qəhqəhə çəkin, çoxlu gülün. Belə daha yaxşı görünəcəksiniz və ikinizin də gərginliyinizi aradan götürəcək.
7. Bacı və ananızla yaxın bir münasibətdə olmanız yaxşı, şəfqətli bir haldır. Yox, əgər qıza ananızla dost olduğunuzu desəniz, heç bir qız sizinlə sevgili olmaq istəməz. Bu, bir az qorxuducu haldır. Sizin dostunuz sizinlə yaşıd olan kişilər olmalıdır.
8. İlk görüşdən sonra ona mütləq zəng edin. Deyəcəyiniz mənfi, ya müsbət olsa da, fərq etməz. Heç bir xanım yarı yolda tərk edib gedənlərdən xoşlanmaz.
| ['kişilər', 'kişi psixologiyası', 'subaylıq', 'münasibətlər', 'ilk görüş', 'flirt', 'tanisliq', 'qadin kisi munasibetleri', 'sevgi axtarışları'] |
493 | https://kayzen.az/blog/az-proza/22314/ramiz-r%C3%B6v%C5%9F%C9%99nl%C9%99-ba%C4%9Fl%C4%B1-fakt-v%C9%99-%C9%99hvalatlar.html | Ramiz Rövşənlə bağlı fakt və əhvalatlar | Apollon | Azərbaycan ədəbiyyatı | 16 sentyabr 2018, 16:23 |
Ramiz Rövşən müsahibələrinin birində belə demişdi: “Bir mövzuda iki şair şeir yazar, birinə mükafat verərlər, o birini edam edərlər”.
***
Başqa bir müsahibəsinə isə özü haqqında belə söyləyib: “Beş-altı şeir yazmışam, bunu mənə bağışlamayacaqlar”.
***
Məclislərin birində Aqşin Yeniseylə Ramiz Rövşən bir yerdəymiş. İçib keflənəndən sonra Aqşin Ramiz müəllimlə zarafatlaşmaq istəyir:
— Şair, nədənsə mən iki yüz içəndə özümdən şeir deyirəm, üç yüz içəndə Vaqif Cəbrayılzadədən, daha çox içəndə sizinkilər düşür yadıma…
Ramiz Rövşən üzünü ofisianta tutur:
— Cavanların arağını bol eləyin!
***
70 illik yubileyində Ramiz Rövşənə Ədəbiyyata xidmətlərinə görə mükafat verilir. Yazıçı Anar mükafatı təqdim edəndə deyir ki, TÜRKSOY sənə medal da göndərib. Medalı Ramiz Rövşənin sinəsinə taxmaq istəyəndə şair gülümsəyərək etiraz eləyir: “Sinəm medala öyrəşməyib, sonra taxaram”.
***
Seyran Səxavətin tələbəlik xatirəsi: “O vaxt Ramiz çox tərbiyəli idi. Biz onun yanında pis görünürdük deyə, ona deyirdik ki, siqaret çək də. O da bədahətən şeir deyirdi: “Mən siqaret çəkmirəm, çəkmirəm. Mən özüm siqaretəm zamanın qarşısında”.
***
Tədbirlərin birində Ramiz Rövşən SSRİ dövründə məhz Allaha tez-tez xitab etdiyi üçün şeirlərinə qadağa qoyulduğunu etiraf edib.
***
Onu Azərbaycanın yaşayan ən böyük şairi adlandırırlar. Şairin isə bu fikrə münasibəti belədir: “Mən Azərbaycanın axırıncı şairiyəm və uçurumun qarşısındayam. Əgər mən çəkilsəm, hər şey dağılar”.
***
Xaricdə yaşayan soydaşlarımızdan biri Ramiz Rövşənə deyib ki, şeiriniz bizi çətinlikdən xilas etdi. Şair onlardan soruşub: “Bəs şeirlərim Ramiz Rövşəni niyə xilas etmir?”
***
Bir dəfə məşhur “Qara paltarlı qadın” şeirindəki qadının kimliyinə aydınlıq gətirib. Onun sözlərinə görə, şeirdəki qadın onun xanımı deyil: “Sözügedən şeirdə qadın kişidən daha yüksəkdə durur. Qadını o qədər alçaltmışıq ki, kişilərlə bərabər etmişik”.
***
Ramiz Rövşənin ən məşhur şeirlərindən olan “Ayrılıq” 20 ilə yazılıb. Şairin dediyinə görə, şeirin ilk iki bəndi tələbəlik illərində konkret ünvana yazılıb.
Yenə bu şəhərdə üz-üzə gəldik
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.
Aradan nə qədər il keçib görən,
— Tanıya bilmədim, məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
O, 20 ildən sonra şeirə yenidən qayırdaq qalan bəndlərini yazıb və şeirə fəlsəfi məzmun verib.
***
Həmin bu şeiri ithaf etdiyi qıza sevgisini etiraf etməyə çətinlik çəkirmiş. Bir dəfə dərdini Seyran Səxavətlə bölüşüb. Seyran məsələni yoluna qoyacağını vəd edib. Deyib, istəyirsən lap qızı auditoriyadan çağırıb gətirim. Ramiz utancaq olduğu üçün razı olmayıb.
***
Ramiz Rövşən Moskva Ali Ssenari Kurslarını bitirib. O, həm də kinossenaristdi. Ssenariləri əsasında xeyli film çəkilib. Ramiz Rövşən gənc yaşlarında Moskvada təhsil alarkən dahi rus rejissor Andrey Tarkovskinin məşhur “Stalker” filminin çəkilişlərində olub. Onun Tarkovski ilə şəxsi münasibəti də varmış.
***
Ramiz Rövşənin imza günü idi. Bir xanım şairin kitabını alıb ona imzaladandan sonra dedi ki, sizə bir kitab hədiyyə etmək istəyirəm.
— Nə kitab? – şair maraqla soruşdu.
— Mən dietoloqam — Xanım dieta kitabını masaya qoydu- Özüm yazmışam.
Həm də Yazıçılar Birliyinə üzv olmaq istəyirəm.
Ramiz Rövşən gülümsündü:
— Faydasını görsəm, mütləq sizi tapacam. Qəribədir ki, həmin qadın da kök idi.
***
Mirşahin Ramiz Rövşənnən müsahibə götürür:
— Elə bir şeiriniz olubmu ki, onu yazandan sonra ayağa durub deyəsiz ki, mən dahiyəm?
Ramiz Rövşənin cavabı:
— Xeyr! Çünki heç vaxt dahiliyimə şübhə etməmişəm.
***
Şəhriyar Del Gerani bir dəfə Ramiz Rövşəndən zarafatla soruşur:
— Ramiz müəllim, şeirlərinizdəki göy üzünə daş atan oğlanın axırı necə oldu?
Ramiz Rövşən cavab verir:
— Sənin şeirlərində itlərə daş atmağa gedib.
***
Oxuculardan biri ona kitabını imzalatmaq istəyir. Lakin Ramiz Rövşən imzalamaqdan imtina edir. Səbəb kitabın pirat nüsxə olmasıydı. Bu məsələ birmənalı qarşılanmadı. Kimiləri şairi buna görə qınadı, kimiləri isə onu haqlı hesab etdi.
***
Yeyib-içmək məclisində Ramiz müəllim araq içərkən bir balaca yaxasına tökülür. Şairlərdən hansısa ona sataşır:
— Yaşlanmısız, əvvəlki kimi içə bilmirsiz.
Ramiz Rövşən:
— Hələ sən yaxama tökülən qədər iç, sonra danışarıq.
***
Ramiz Rövşənin deyimlərindən: “Bir arzum var – Xalq şairi olmayım, bir vəsiyyətim var – Fəxri xiyabanda basdırılmayım”.
***
Daha bir deyim: “İndiki cavanların ağzından süd, əlindən qan iyi gəlir”.
***
Ramiz Rövşənin daha bir qəribəliyi: son illər heç yerə müsahibə və açıqlama vermir. Yalnız 70 illik yubileyində bir-iki kəlmə danışıb, o qədər. Halbuki, o, çox əla həmsöhbətdir.
pia.az
| ['Ramiz Rövşən', 'Ramiz Rovsen'] |
494 | https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/21731/xalqlar%C4%B1n-b%C3%B6y%C3%BCk-k%C3%B6%C3%A7%C3%BC-v%C9%99-hunlar.html | Xalqların böyük köçü və hunlar | luminat | orta əsrlər tarixi | 16 sentyabr 2018, 14:18 |
«Xalqların böyük köçü»nün başlanması. Avrasiya materikində türk tayfalarının yaşadığı torpaqlar kontinental iqlimə malik ərazilərdir. Burada çöl və səhralar zaman keçdikcə böyüyür. Bu isə otlaq sahələrinin azalmasına səbəb olur.
Erkən orta əsrlərdə də əsas məşğuliyyəti maldarlıq olan türk tayfaları qərbə yürüş etdilər. Həmin tayfaları ümumilikdə hunlar adlandırırdılar. Bu köçün siyasi və sosial səbəbləri də var idi. Əhalinin artımı və tayfalar arasında siyasi çəkişmələr də hunların köç etməsinə böyük təsir göstərdi. Tarixə «Xalqların böyük köçü»nün başlanğıcı kimi düşmüş bu yürüş eramızın IV əsrindən başlayaraq VI əsrə qədər davam etmişdir.
Hunların böyük bir qismi İdildən (Volqadan) qərbə doğru yayıldı. Onların təsiri altında alanlar, qotlar və digər xalqlar da Mərkəzi və Qərbi Avropaya köç etdilər. Avropada quldarlıq quruluşu feodal münasibətləri ilə əvəz olundu.
Hunların digər bir hissəsi Ön Asiya istiqamətində hərəkət edərək Qafqaz dağlarını aşdı. Dərbənd keçidi vasitəsilə Azərbaycana, mənbələrdə deyildiyi kimi, «Odlar ölkəsinə» gəldi və bizim xalqımızın tərkibinə daxil oldu. Böyük bir hun birliyi isə Qərbi Türküstan ətrafına köçdü.
Qərbi Hun dövlətinin meydana gəlməsi. Qərbə doğru hərəkət edən hunlar Don sahilində alanları məğlub etdilər. Sonra onlar Don çayını keçib Azov ətrafı əraziləri, Şimali Qafqazı ələ keçirdilər. Krımda hunlar ostqot tayfaları ilə üzləşdilər. 371-ci ildə baş vermiş bir neçə döyüş hunların qələbəsi ilə nəticələndi. Dunay çayının sahillərinə gələn hunl ar burada məskunlaşmış digər qot tayfalarını da məğlub edərək Pannoniyada (indiki Macarıstan ərazisinin qərbi) yerləşdilər. Bununla da Cənub-Şərqi Avropanın bir hissəsi hunların tabeliyinə keçdi.
Atillanın hakimiyyəti dövründə Hun dövləti qüdrətli imperatorluğa çevrildi. İmperatorluğun sərhədləri şərqdə Volqa çayından qərbdə Reyn çayına, cənubda Balkan yarımadasından şimalda Baltik sahillərinə qədər böyük bir ərazini əhatə edirdi. Bu imperatorluğun ərazisinə müasir Rumıniya, Macarıstan, Avstriya, Çexiya, Slovakiya, Cənubi Rusiya və Almaniyanın bir hissəsi daxil idi.
Atillanın ordusunda hunlarla yanaşı, bir çox tayfa və xalqların döyüşçüləri vuruşurdular. Hər bir tayfanın Atillanın yanında nümayəndəsi var idi. Qərb dövlətlərində yaşayan əhali bu sərkərdəni «Tanrı qırmancı Atilla» adlandırırdı.
Bizansla münasibətlər. Bizans Qərbi Hun imperatorluğu ilə bağladığı barışıq şərtlərini pozur, illik vergini əskik ödəyir və gecikdirir, qaçqınları himayə edirdi. 447-ci ildə Atilla yenicə təşkil olunmuş ordusu ilə Bizansa yürüş etdi. Yolu üzərindəki bütün şəhərləri ələ keçirdi və Konstantinopolu mühasirəyə aldı. Bizans imperatoru ölkəni xilas etmək üçün təcili olaraq Atillanın yanına elçi göndərdi, Atillanın tələb etdiyi bütün şərtlərə əməl edəcəyini bildirdi. Elçilər çox ağır şərtlərlə sülh müqaviləsi imzaladılar.
Katalaun döyüşü. Atillanın əsas məqsədlərindən biri Qərbi Roma imperiyasını tabe etmək idi. 451-ci ildə Atillanm 200 minlik ordusu Qalliyaya doğru irəliləməyə başladı. Hunlar Orleana çatdılar. Burada onlar Atillanın uşaqlıq dostu Aetsinin komandan olduğu Roma ordusu ilə qarşılaşdılar. Döyüş Katalaun ərazisində baş verdi. Qot tarixçisi həmin döyüşü geniş şəkildə təsvir edərək göstərir ki, həmin iyul günündə Katalaun düzənliyində 160 min hun və romalı həlak oldu. Atilla ordusunun yenilməzliyini görən Aetsi geri çəkilməyə məcbur oldu.
Atilla 452-ci ildə Roma üzərinə yenidən yürüş etdi. Romalılar papa III Leonun başçılığı ilə onun yanına böyük bir elçi heyətini göndərdilər. Papa bildirdi ki, romalılar onun bütün şərtlərini qəbul edirlər.
Atilla İtaliyadan zəfərlə qayıtdıqdan sonra İrana — Sasanilər dövləti üzərinə yürüş edib Sasaniləri özündən asılı vəziyyətə salmaq istəyirdi. Lakin o, 453-cü ildə qəflətən vəfat etdi. Atillanm ölümündən sonra ölkədə hakimiyyət onun oğlanları arasında bölündü. Bundan sonra Qərbi Hun imperatorluğu tədricən zəifləməyə başladı və 470-ci ildə süqut etdi.
Ağ Hun imperatorluğu. Qərbi Türküstan ətrafına köçən hunlar IV əsrin sonlarında burada Ağ Hun dövlətini yaratdılar. Ağ Hun dövləti öz ərazisini getdikcə genişləndirirdi. Onun torpaqlarına Mərkəzi Asiya, Əfqanıstan, Şimal-Qərbi Hindistanın bir hissəsi daxil idi. Ağ Hun imperatorluğunun sərhədləri Seyhun (indiki Sırdərya) çayı və Səmərqənd ətrafından başlayaraq qərbdə Xəzər dənizinin cənubuna qədər uzanırdı. V əsrdə hakimiyyətdə olan Eftal xanın adı ilə bu dövlət Eftallılar dövləti kimi də tanınırdı.
Ağ hunların qərb qonşusu və əsas rəqibi Sasani—İran imperiyası idi. 430-cu ildə Ağsuvar xanın hakimiyyəti dövründə Ağ hunlar Sasanilərə sarsıdıcı zərbələr endirdilər. Sasanilər Ağ Hun imperatorluğundan asılı vəziyyətə salındı.
V əsrin sonlarında, Mihiraqula xanın hakimiyyəti dövründə Ağ Hun imperatorluğu öz qüdrətinin ən yüksək zirvəsinə çatdı. Bu dövlət yaxşı silahlanmış və yüksək təlim görmüş nizami orduya malik idi. Ağ hunların döyüş filləri də var idi. Hindistan üzərinə aramsız yürüşlər davam edirdi. Nəhayət, onlar Şimal-Qərbi Hindistanı tamamilə özlərinə tabe etdilər. Zaman keçdikcə geniş ərazilərə malik olan imperatorluğu idarə etmək çətinləşirdi. Mərkəzi Asiyanın ən qədim vilayətlərindən biri olan Xarəzm də həmin vaxt Ağ Hun dövlətinin tabeliyində idi. Orada əkinçilik, sənətkarlıq və ticarət inkişaf etmişdi. Xarəzm hakimləri Xarəzmşah titulu daşıyırdılar. III əsrdən vilayətin mərkəzi Kiyat şəhəri idi. Sonra Ürgənc şəhəri paytaxt oldu.
VI əsrin ortalarından başlayaraq Ağ Hun dövləti zəifləməyə başladı. Ayrı-ayrı bölgələrdə mərkəzi hakimiyyətə qarşı çıxışlar artdı. Müstəqil xaqanlıqlar meydana gəldi. Bu zaman meydana gəlmiş yeni bir türk dövləti — Göytürk dövləti ilə toqquşmalar başlandı. 567-ci ildə Göytürk xaqanı İstəmi xanla Sasani şahı Xosrov Ənuşirəvanın birləşmiş qüvvələri Ağ hunlar üzərinə yürüşə keçdilər. Hunlar məğlub oldular. Nəticədə Ağ Hun imperatorluğu dağıldı. Onun torpaqları Göytürklərlə Sasanilər arasında bölüşdürüldü. Ağ Hun imperatorluğu dağıldıqdan sonra Xarəzm Göytürklərin tabeliyinə keçdi.
Təsərrüfat. Başqa türk tayfalarından fərqli olaraq, Ağ hunlar oturaq həyata daha tez keçmişdilər. Onlar əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olurdular. Ağ hunlar ticarət yollarının üzərində çoxlu şəhərlər salmışdılar. Böyük İpək yolu Ağ Hun dövlətinin ərazisindən keçirdi. Bu yolun bir hissəsi Ağ hunların nəzarəti altında idi.
| ['hun imperiyası', 'hunlar'] |
495 | https://kayzen.az/blog/paint/22401/vermeyerin-inci-s%C4%B1r%C4%9Fal%C4%B1-q%C4%B1z-%C4%B1-o,-kim-idi.html | Vermeyerin "İnci sırğalı qız"ı: O, kim idi? | Apollon | Məşhur rəsmlər və rəssamlar | 15 sentyabr 2018, 16:47 |
Soluna dönərək, o, qəfildən bizə tərəf baxır, onun yumşaq siması gecə göy üzündəki Ay kimi parlaqdır. Başında dəbdəbəli mavi- sarı çalma vardır, inanılmaz dolğunluqda inci isə onun qulağından asılmışdır. Parlaq yaş ləkə sanki indi danışacaqmış kimi açıq olan ağzının küncünü bəzəyir. Lakin onun sözləri sirr olaraq qalır.
Cazibədar, ancaq səssiz olan bu incə, adsız varlıq sadəcə "İnci sırğalı qız" kimi tanınır. Treysi Şevalyenin bestseller olmuş və öz növbəsində 2003-cü ildə baş rolda Skarlett Yohanssonun iştirakı ilə ekranlaşdırılmış tarixi romanına ilham verən bu rəsm təqribən 1665-ci ildə holland Qızıl əsr incəsənətinin sənətkarlarından biri, Yohannes Vermeyer tərəfindən çəkilmişdir.
Son iki il ərzində Vermeyerin şedevri dünyanı gəzərək, Haaqadakı Mauritsxeys Royal Şəkil Qalereyasının kolleksiyasını nümayiş etdirən qastrol sərgisi çərçivəsində Tokionu, Kobeni, San-Fransiskonu, Nyu-Yorku, Atlantanı və Bolonyanı ziyarət etmişdir. Rəsm 1903-cü ildən bu qalereyanın kolleksiyasının daimi parçasıdır. Bu sərgiyə, holland rəsmlərinin dünyada ən gözəl kolleksiyalarından birinə malik olması ilə öyünən və təzəlikcə yenidən ictimaiyyətə açılmış Mauritsxeysin 30 milyon avroya (41 milyon dollara) başa gələn rekonstruksiyası vəsilə olmuşdur.
Getdiyi hər yerdə Vermeyerin «Qız»ı kino ulduzunun belə həsəd aparacağı qədər kütlə cəlb etdi. Məsələn, o, Tokioda olduqda, həmin il istənilən başqa qlobal sərgidən daha çox ziyarətçi qəbul etmişdi. Ümumilikdə, dünyada 2,2 milyondan çox adam Vermeyerin "Şimalın Mona Lizası" kimi təsvir edilən xəyali obrazına qiymət vermək üçün gəlmişdi.
İndi ki o, sağ-salamat evə, Haaqaya qayıtmışdır və Mauritsxeysin afişası kimi yenidən gündəmdədir, bu əsrarəngiz gözəllik haqqında daha çox şey öyrənməyin əsl zamanıdır. Başlanğıc üçün, o kim idi? Və niyə o, ürəklərimizi fəth etməkdə bu qədər uğurlu olmuşdur?
"Qaranlıq fiqur"
Həqiqət budur ki, çılğın fərziyyələrə baxmayaraq (o, rəssamın qızı idi, ya bəlkə də, onun sevgilisi?), ehtimal ki, biz Vermeyerin «Qız»ı üçün modelin kimliyini heç vaxt bilməyəcəyik- əgər ümumiyyətlə belə bir model var idisə. Vermeyer özü incəsənət tarixində qaranlıq bir fiqurdur. Vaxtilə heç vaxt tərk etmədiyi doğma şəhərinin şərəfinə «Delftin sfinksi» ləqəbi qoşulmuş Vermeyer, az əsər ərsəyə gətirmişdir — bu gün təqribən yalnız otuz şəklin ona məxsus olduğu qəbul edilmişdir. O, həmçinin arxasınca bir neçə bioqrafik iz buraxmışdır, ən azından həyat yoldaşının ondan 15 uşaq dünyaya gətirdiyini bilirik.
O, qadınları dağınıq ev interyerlərində təsvir etməkdə ixtisaslaşmış işıq ustası kimi tanınır və onun rəsmləri qismən ona görə yüksək qiymətləndirilir ki, onlar çox vaxt sirlərlə doludur. Kompozisiyalarını maddi obyektlər və təhkiyə detalları ilə dolduran holland müasirlərinin bir çoxundan fərqli olaraq Vermeyer, seyrçini cırnatmaqdan və mənanı gizlətməkdən zövq alırdı. Məsələn, onun kətanlarından birində zərif bir cütlük musiqi dərsi ilə məşğuldur — lakin centlmen qadının müəllimidir, nişanlısıdır, yoxsa sevgilisi? Bunu biz heç vaxt bilməyəcəyik.
Onun «Qız»ına gəlincə, bu əsər adamı daha çox çətinə salır. Mauritsxeysin direktoru Emili Qordenkerin bu yaxınlarda mənə dediyi kimi, XVII əsrdə seyrçilər Vermeyerin rəsminə baxaraq bir portret yox, «troni» kimi tanınan şəkil tipi görürdülər. «Troni », ekzotik qiyafətlər geydirilmiş baş və çiyinlərin eskizidir", — o izah edir. Burada qeyri-ixtiyari ipucu çalmadır: o seyrçiləri uzaq xəyal dünyasına apararaq kətana Şərq koloriti qatır. «Hərçənd ola bilər ki, kimsə bu rəsm üçün model olmuşdur»,- Qordenker deyir,- «necə ki Rubens çox vaxt xanımına bənzəyən obrazlar çəkirdi, lakin o konkret bir şəxs deyil, daha ümumiləşdirilmiş, əbədi, əsrarəngiz bir kəs- bəlkə də sivilla və ya Bibliya obrazı idi». Bundan əlavə, bir nəzəriyyəyə görə, əslində geyilmək üçün həddindən artıq böyük olan qeyri-real inci, ümumi atmosferə uydurma və fantaziya qatan bijuteriya parçası kimi başa düşülməlidir.
Qordenkerə görə, insanları «Qız»a cəlb edən şey, bu «gizəm duyğusu»dur. «Bir tərəfdən, o, sadəcə möhtəşəmdir- bunu görmək asandır»- o deyir. «Lakin kompozisiya da çox mahiranədir. Bu qaranlıq fondan, o, çox canlı görünüşlə birdən bizim fəzamıza daxil olur — və jest bu sehrin böyük bir hissəsidir. Onun ağzı açıqdır, bunu holland rəsm əsərlərində çox da görə bilməzsiniz, buna görə də o elə görünür ki, sanki sizinlə söhbət etməyə hazırlaşır. Onun nə deyəcəyini bilmək üçün maraqdan çatlayıram. Və dünyanın hər yerində — Yaponiyada, ABŞ-da, İtaliyada — hamının reaksiyası eynidir: siz insanların necə bu hekayəni tamamlamağa çalışdığını görə bilərsiniz ».
«Obraz böyük təsirə malikdir, çünki o həll edilməmişdir,» rəsm haqqında romanı üç milyondan çox nüsxə satmış Treysi Şevalye razılaşır. «Siz heç bir zaman onun nə düşündüyü və ya necə hiss etdiyi sualına cavab verə bilməzsiniz. Əgər bu həll olunarsa, onda siz sonrakı şəklə keçə bilərsiniz. Ancaq olmur, buna görə də siz təkrar-təkrar şəklə qayıdaraq, bu sirri açmağa çalışırsınız. Bütün şedevrlərin üzərimizdə təsiri belədir: biz onları anlamağa can atırıq, lakin heç vaxt anlamayacağıq. »
İtirilmiş və tapılmış
Maraqlı olsa da, bu, heç də həmişə belə olmamışdır. Yüz il bundan əvvəl Mauritsxeysə gələn ziyarətçilər Paulyus Potterin, baş qəhrəmanı böyük, üstünə palçıq sıçramış buğa olan və Hollandiya naturalizmində son söz kimi qiymətləndirilən nəhəng "Öküz" (1647) kətanını görməyə daha çox can atırdılar. O zamanlar Vermeyerin "İnci sırğalı qız"ı super ulduzdan çox kənarda durmuş çəkingən bir qız idi.
Rəsm 1881-ci ildə Haaqada hərraca çıxarılmışdı. «O, çox çirkli idi və yalnız iki nəfər bunun nə olduğunu başa düşdü — görkəmli sənətşünas və kolleksiyaçı», — Qordenker açıqlayır. Dost olduqları üçün, iki kişi bir-birinə qarşı təklif verməməyə razılaşdılar. Nəticədə kolleksiyaçı, Arnoldes des Tombe, onu kiçicik bir məbləğə, iki qulden və 30 sentə ala bildi- bu " əsl sövdələşmə" idi. «Sonra 1903-cü ildə Des Tombe onu öz vəsiyyətində sürpriz kimi Mauritsxeysə miras buraxdı», — Qordenker davam edir.
Bu gün insanların vaxtilə şəklin keyfiyyətini müəyyənləşdirə bilməmələri inanılmaz görünür. Məlumdur ki, Vermeyer, ağ boyalı fırçanın yalnız iki mahiranə toxunuşu ilə tünd boz ləkə üzərində mirvari illüziyası yaratmışdır: ön tərəfdə, pəncərədən gələn işığı qaytaran aydın parıltı ləkəsi və aşağıya doğru qızın yaxalığının əksini göstərən digər xəfif parıltı. Şəklin hərracda ortaya çıxdığı il, 1881-ci il olmasına baxmayaraq, fransızların Vermeyeri «yenidən kəşfindən» yalnız on il keçmişdi. 1675-ci ildə rəssamın ölümündən sonrakı iki əsr ərzində isə o, qaranlıqda çürüyürdü.
İncəsənət tarixi dəyişkən ola bilər — bu elə də təəccüblü deyil. Lakin Vermeyerin taleyi dəyişdiyi kimi, onun «Qız»ı da XX əsrin sonuna doğru populyarlıq sıçraması yaşadı. Dönüş nöqtəsi 1995-ci ildə Vaşinqtonda Milli İncəsənət Qalereyasında açılan və giriş rekordları qıran Vermeyer sərgisi idi. «Qız» sərgini müşayiət edən afişa üçün sima olaraq seçilmişdi və bununla onun məşhurluq statusu təmin edildi. Qordenkerin izah etdiyi kimi: «Bu şəkildə maraqlı bir şey var: o, çox yaxşı reproduksiya olunur. Və biz reproduksiya əsrində yaşayırıq. Bu ona şöhrət qazandırdı.»
«Ondan mükəmməl afişa alınır», Şevalye razılaşır. «Rənglər, işıq, təsvirin sadəliyi, o düz baxış: Vermeyerin çox rəsmləri bizə baxmayan, öz dünyalarında olan insanlardır, lakin o, bizi içinə çəkir. Bu mənada o, çox müasirdir. Mona Liza haqqında düşündükdə, o da bizə baxır, amma o cəlbedici deyil — şəklin içində arxaya söykənib, müstəqilcə. Halbuki „İnci sırğalı qız“ düz oradadır- onunla bizim aramızda heç bir şey yoxdur. O, eyni zamanda, son dərəcə açıq və yenə də sirli ola bilmək kimi sehrli keyfiyyətə malikdir — və onu bu qədər cazibədar edən şey budur».
Mənbə: Alastair Sooke, «Vermeer's Girl with a Pearl Earring: Who was she?», www.bbc.com, October 21, 2014.
İngilis dilindən tərcümə edən: Günay Rzalı
| ['məşhur rəssamlar', 'məşhur rəsmlər', 'Yan Vermeer', 'İnci sırğalı qız'] |
496 | https://kayzen.az/blog/esse/22413/%C3%B6z%C3%BCn%C3%BC-eyb%C9%99c%C9%99rl%C9%99%C5%9Fdirm%C9%99k.html | Özünü eybəcərləşdirmək | Apollon | Esse | 14 sentyabr 2018, 13:39 |
Gözəllik – insan övladının lap qədimnən uzun bir inkişaf yolu keçərək yaratdığı hər şeydə, gördüyü hər mənzərədə axtardığı bir meyardır. Gözəllik insanın ruhunun qidasıdır da demək istərdim.
Son zamanlar gözəllik uğrunda (qadınlarımızın yazacaqdım, haqsızlıq etməyim qadınlara, kişilər də maşallah olsun heç geri qalmırlar) aparılan mücadilə çətin ki, ruhlara qida olsun. Bilirəm indi zaman başqadır. Tibb çox inkişaf edib. Bir zamanlar xəyal kimi görünənlər indi tam real həyatımıza girib. Güzgü qarşısında «kaş ki” deyilənlər üçün indi heç üzülmədən klinikalara gedib, o kaşkiləri istənilən formaya salmaq çox rahatdır.
Düzgün anlaşılsın, lütfən, mən gözəllik aşiqiyəm. Genetikdi bu, rəhmətlik babamın bir sözü vardı – adamın evdə pişiyi də gözəl olmalıdı. Amma klinikalarda qadınlı, kişili hamının eyni simaya salınması, sanki inkubator kimi eyniləşməsi gözəllik deyil.
Bu başdan bir qeyd edim, mən də hər bir normal insan kimi bunun qüsuru olan insanlara aid olduğunu istisna edərək deyirəm. Məcburluq olan yerdə məqbuldu. Bir müəllimimiz vardı. Rejissorluqdan dərs deyirdi bizə, gözəl bir sözü vardı. Deyirdi ki, unutmayın, bir insan ki, xarici görünüşü ilə mütləq aşırı dərəcədə hər kəsdən fərqlənmək istəyir, onun daxili dünyası boşdu. Bu yolla ətrafdakıların diqqətini çəkmək istəyir.
Həqiqət var. Bir insan nədən dodaqlarını qeyri-normal dərəcədə böyütsün? Nədən qaşlarını heç qaş bitməyəcək yerə qaldırıb təbiətin ahəngini pozsun? Nədən dırnaqlarını qartal caynağı formasına salsın? Həqiqətən də bütün bunların gözəllik gətirirmi? Belə insanlara ciddi yanaşıldığına şübhəm var. Hər bir kəs fərdiliyi ilə seçilməlidir. İnsan necə özəlliyini itirib, „mənim dodaqlarımı filankəsin dodaqları kimi, qaşlarımı başqa birinin qaşı kimi, burnumu da digər birinin burnu kimi düzəldin” desin? İnsan özəlliyini hər hansı bir qəzada yox, könüllü surətdə, üstəlik, külli miqdarda pul ödəyib dəyişir.
Neçə il bundan əvvəl Hollivudun məşhur aktyoru Tom Kruz qabaq dişlərinin əyriliyini düzəltdiyinə görə tamaşaçıların qınağına tuş gəldi. “Sən artıq bizim sevdiyimiz o Tom deyilsən” deyə etiraz etmişdilər ona.
Dünya şöhrətli aktrisa Monika Belluççi heç bir plastik əməliyyat etdirməyib. „Üzümdəki qırışları sevirəm” deyir. Qırışlarımı itirsəm, yaşımı da itirəcəyəm? Özümü üzümdəki qırışlarımla birgə sevirəm”.
Sizi sevənlər olduğunuz kimi sevəcəklər. Özəlliyinizi qoruyun. Özünüzü qınaq obyektinə çevirməyin. Ruhunuzu gözəlləşdirin, beyninizi qidalandırın. Zamanla barışın, zamanın sizdən aldıqlarını süni surətdə geriyə qaytarmağa çalışmayın, zamanın sizə verdiklərini dəyərləndirib sahib çıxın. Fərdiliyinizi qoruyun. Şəxsiyyətiniz sizin həm daxili, həm xaricinizlə birlikdə sahib olduqlarınızdı. Şəxsiyyətinizi qoruyun.
Gözəllik nələrəsə müdaxilə edib istədiyin formaya düşmək deyil. Gözəllik təbiilikdi. Bir aktyor oyununu bəyəndikdə dediyimiz ilk söz belə olur: “Necə təbii oynayır”. Rəsm əsərinin gözəlliyindən təsirlənəndə „necə gözəldir, təbiidir” deyirik. Təbii olaq…
Flora Hüseynova
| ['esse', 'Flora Hüseynova', 'estetik əməliyyat', 'estetik prosedurlar', 'sünilik'] |
497 | https://kayzen.az/blog/yazar/22381/artur-konan-doyl.html | Artur Konan Doyl | Apollon | Yazıçılar | 14 sentyabr 2018, 13:28 |
Artur Konan Doyl bacarıqsız terapevt kimi tanınsa da, bir oftalmoloq kimi böyük şöhrət qazanmışdı. Yazıçının böyük həvəslə qələmə aldığı tarixi romanları hələ öz sağlığında oxumurdular. O, pərilərin gerçək mövcudluğunu və gözbağlayıcı Harri Qudininin qeyri-adi bacarıq sahibi olduğunu heç kəsə sübut edə bilmirdi. Amma A.K.Doyl müəyyən şeylərə nail ola bildi və onun yaradıcılığı nəşriyyat aləminə yenilik gətirdi.
O, uydurduğu detektiv qəhrəmanı sayəsində qucaq-qucaq pul qazandı və bu qəhrəman ədəbiyyat aləminin ən məşhur alver simasına çevrildi. Əgər bir insanın məzar daşı üzərindəki adının qarşısında «ser» sözü yazılırsa, demək, o, həyatda nəyisə səhvsiz edib.
Şotland əsilli Konan Doyl həyatını əsl ingilis centlmeni kimi yaşamışdı. Anası oğlunun adını Çarlz Dikkensin, Valter Skottun əsərlərindən tanıyıb sevdiyi tarixi şəxsiyyət — kral Arturun şərəfinə qoymuşdu. O, Edinburq Universitetində tibb təhsili almış, bir müddət gəmi həkimi işləmişdi. Sonra isə sevimli yazıçısı Dikkensin doğulduğu Portsmutda məskunlaşmışdı. Doyl hər zaman xəstə azlığından şikayətlənərdi, amma sonralar yol qəzalarında həyatını itirən adamlar ona təcrübəsini artırmaqda kömək etdi. Yazıçı 1885-ci ildə pasientlərindən birinin bacısı Luiza Hokins ilə evlənmişdi.
Konan Doyl detektiv hekayələr yazmağa başlasa da, yaratdığı Şerlok Holms obrazı tezliklə şöhrət tapa bilmədi. Şerlok Holmsın macəralarından bəhs edən ilk hekayə — «Qırmızı çalarlı etüd» 1887-ci ildə «Viton» dərgisinin Milad bayramı sayında işıq üzü gördü. Üç il sonra Konan Doyl İngiltərəni tərk edib Vyanaya, oftalmologiya təcrübəsi qazanmağa getdi. Amma bu dəfə də onun göz həkimi kimi şöhrət tapmağına pasient qıtlığı mane oldu və peşə fəaliyyətində iki dəfə uğursuzluğa düçar olan Doyl yenidən yazıçı kimi fəaliyyət göstərməyə başladı.
O, tarixi əsərlər müəllifi kimi şöhrət qazanacağını güman etsə də, «Mixey Klarkın macəraları» (1889) romanı və daha sonra qələmə aldığı bir çox əsərlər tənqid və oxucular tərəfindən yaxşı qarşılanmadı. Nəhayət, 1891-ci ildən yeni nəşrə başlayan «Strend» dərgisi onun Şerlok Holmsın macəralarını hissə-hissə çap etməyə başladı. Konan Doylun universitet müəllimi Jozef Bellin simasında qələmə aldığı ağıllı, bacarıqlı və qəzəbli şəxsi detektiv oxucuya viktorian dövrünün məftunluq əzəmətini yaşatdı. Axır ki, K.Doyl şöhrət buzunu əridə bildi. O, Holmsdan bəhs edən 24 əhvalat yazdı, nəhayət, ondan bezən yazıçı "Şerlok Holmsın son işi" (1893) hekayəsində qəhrəmanını öldürdü.
O dövrdə Holms yüz minlərlə oxucunun sevimli qəhrəmanı idi və son hekayədən sonra yazıçının evinə sevimli qəhrəmanın ölümündən narazı qalan saysız-hesabsız oxucu məktubları axışdı. Hətta sevimli xəfiyyəsinin ölümünə kədərlənib qoluna qara lent bağlayanlar da vardı. 1902-ci ildə Doyl Holmsı diriltmək qərarına gəldi və bu «xortlama» yazıçnın bank hesabını zəngiləşdirdi. Bu vaxt artıq o, həkimlik fəaliyyətindən uzaqlaşmış, Cin Lekki adlı başqa bir qadına aşiq olmuşdu, lakin yazıçının vərəmdən əziyyət çəkən arvadına xatir bu münasibətlər platonik səviyyədə idi. 1906-cı ildə Luiza vəfat etdi və K.Doyl axır ki, Cin ilə ailə qurdu.
Dünya şöhrəti qazanan Konan Doyl insan haqlarının müdafiəçisi kimi fəaliyyət göstərməyə başladı. O, iki hay-küylü məhkəmədə iştirak edərək ictimaiyyətin diqqətini qanunsuz yerə ittiham olunan məhkumlara yönəltməyə çalışdı. Eyni zamanda Britaniya siyasətini təmsil edərək ingilis-Afrika müharibəsi dönəmində patriotik və ritorik çıxışları ilə kütlə qarşısında sevildi, bu fəaliyyətinə qarşılıq olaraq yazıçı kimi cəngavər titulu aldı. İki dəfə parlamentə düşməyə cəhd etdi və ikisində də uğursuzluğa düçar oldu. Daha sonra Doyl diqqətini spiritisizmə yönəldərək ölülərlə danışmağa cəhd etdi və pərilərin mövcudluğunu sübut etməyə çalışdı. Yazıçının rasional təfəkkürə meyli onun həyatında dönüş yaratdı. Ədəbiyyat cameəsinin gülüş hədəfinə çevrilən yazıçı yeganə dəstəyi ikinci arvadından aldı. 1930-cu ildə, yazıçının ölümündən sonra qadın mərhum əri ilə spritistik seans keçirmək üçün xüsusi təyyarə sifariş etdi. Göylərə yaxın olmaq — ruhlara yaxın olmaq idi.
Bütün dövrlərin adamı
Konan Doyl yaxşı idmançı idi və daha çox kriket, qolf və xizək sürməklə ad çıxarmışdı. Boksu idmanın ən yaxşı növü hesab edən yazıçı bəzən axşamlar evə gələrkən kostyumunu soyunmadan boksla məşğul olurdu.
1914-cü ildə Nyu-Yorka səfərində «Filadelfiya atletika» və «Nyu-York yaniki» komandaları arasında keçirilən beysbol yarışına baxmışdı. Bir dəfə tərkibində Ceyms Barri və Edvard Vudli kimi ulduz yazıçılar olan kriket komandasının tərkibində yarışmışdı. İngilis futbol fanatları bu günə qədər Konan Doyla minnətdar olmalıdırlar, çünki məhz o 1884-cü ildə Portsmut futbol klubunun əsasını qoymuşdu. Doyl eyni zamanda A.A.Smit adı ilə həmin klubun birinci qapıçısı kimi oyunlarda iştirak etmişdi. Həmin dövrdə nüfuzlu bir adamın futbol oynamağı cəmiyyətdə birmənalı qarşılanmadığı üçün yazıçı başqa adla çıxış edirdi.
Əzizim, Şerrinq Ford!
Əgər Konan Doyl öz məşhur xəfiyyəsinin adını ilkin variantda olduğu kimi Şerrinq-ford Xoup saxlasaydı, o zaman dünya (hələ ingilisi demirəm) ədəbiyyat tarixi tamam başqa mənzərə ilə qarşılaşacaqdı. Bu adı bəyənməyən arvadı Luiza Doyldan başqa bir ad fikirləşməyi istəmişdi. Bu səbəbdən "Şerlok«u — sevimli skripkaçı Alfred Şerlokun şərəfinə, „Holms“u isə — məşhur vəkili Oliver Uendell Holmsın şərəfinə adlandırdı. Həmin dövrdə məşhur vəkil kriminal psixologiyaya həsr etdiyi kitabı təzə çap etdirmişdi. Nəzərə almaq lazımdır ki, Şerlok Holms və „Yaşıl sahələr“ komediya serialının baş qəhrəmanı Oliver Uendell Duqlas eyni adamın şərəfinə adlandırılıb.
Holms necə yaraşıqlı oldu?
Əgər hər şey ilkin düşüncə ilə davam etsəydi, o zaman Holms təkcə axmaq adla tanınmayacaqdı, həm də bu obraz bizim uşaqlıqdan tanıdığımız qəhrəmandan çox fərqlənəcəkdi. 1887-ci ildə „Qırmızı çalarlı etüd“ün çapı ilə bağlı danışıqlar gedərkən Konan Doyl hekayənin illüstrasiyaları üçün o ərəfədə ruhi xəstəxanada müalicə olunan əyyaş atasının çəkdiyi rəsmlərdən istifadə edilməyi tələb etdi. Çarlz Doylun çəkdiyi rəsmlər qeyri-peşəkar idi. O rəsmlərdə Holms gonbul, saqqallı, balacaboy təsvir olunmuşdu və fransız rəssamı Anri de Tuluz-Lotrekaya oxşayırdı. Kitabın az satılmağının bir səbəbi də rəsmlərin uğursuzluğu idi. Lakin Holmsla bağlı əhvalatlar növbəti mərhələyə çatanda qərara alındı ki, bu işə peşəkar illüstrator-rəssam Sidni Pedcet dəvət olunsun.
Rəssam böyük Doylun çəkdiyi şəkilləri birmənalı olaraq qəbul etmədi və Holmsu tamam başqa görkəmdə təsəvvür etdiyini söylədi. „Bu, o deyil, — Pedcet dedi, — qadınlar onu bəyənməlidir, bu 1890-cı illərin tələbidir. Mən elə bir Holms çəkmək istəyirəm ki, bütün qadınlar onu sevsin, bütün kişilər özünü ona oxşatmaq istəsin“. Bu söhbətlərin nəticəsi olaraq təsvir olunan Holms bütün dövrlərin və xalqların sevimlisi oldu və bu sevgi hələ də davam edir.
Masanı taqqıldatmaq
Oğlunun və qardaşının Birinci Dünya müharibəsində həlak olmağı Doyla çox pis təsir etmişdi. O qədər pis təsir etmişdi ki, o, rasional düşüncə tərzini bir kənara qoyub, spiritisizmə, bir qədər sonra isə okkultizmə meyillənmiş, ölülərlə rabitə yaratmağa çalışmışdı. Hal-hazırda spritistik seansları tele-şoular çərçivəsində həyata keçirirlər və belə verilişlərə çıxan şarlatanlar özlərini ekstrasens, ruh çağıran adlandıraraq, adamları aldadırlar. Doylun zamanında isə ruhlarla görüşmək üçün masa arxasına toplaşmaq lazım idi. Əgər ruh çağıranlar məqsədlərinə nail olurdularsa, o zaman masa yerindən tərpənir, ya da taqqıltı səsi eşidilirdi.
O dövrün ən məşhur cindarlarından biri olan nyu-yorklu xanım Marqaret Foks uzun illər ərzində çox varlı adamların etibarını qazanaraq iki bacısı ilə bir yerdə müştərilərinin doğmalarının ruhlarını çağırmaqla böyük pullar qazanmışdı və sonradan bütün bunların adi bir fırıldaqçılıqdan başqa bir şey olmadığı ortaya çıxmışdı. Amma elə adamlar da var idi ki, buna inanır və belə şeyləri müdafiə edirdilər, onlardan biri də Konan Doyl idi. Bu səbəbdən Doylun bəzi „sarsaq“ çıxışları kütlə qarşısında gülüşlə qarşılanırdı. Hətta bir dəfə o, Nyu-Yorkdakı Karnegi-hollda bu mövzuda mühazirə də demişdi. Bu zaman yazıçının çıxışı hay-küy və fit səsləri ilə susdurulmuşdu. Yazıçı zalda eşidilən bir səsi „o dünyadan gələn səda“ kimi qələmə verərkən onun sevincinə orada iştirak edən yaşlı kişi: „Bu mənim qulağımdakı səs aparatının xırıltısıdır“, — deyərək, haram qatmışdı. Orada olanlar bu hadisəyə gülmüş və Şerlok Holmsu yaradan yazıçının ağılına şübhə etmişdilər.
Sizin üçün nə Holms
Konan Doylun okkultizmə meyli onun gəlirlərinə və kitablarının tirajına ciddi təsir edirdi və məhz yazıçının qeyri-adi keyfiyyətlərinə görə keçmiş SSRİ-də onun kitabları uzun zaman qadağan olunmuşdu. Pərilər ölkəsi+ Konan Doyl sanki özü-özünün düşməni idi. 1921-ci ildə çap etdirdiyi „Pərilərin zühuru“ kitabı onun şöhrətinə bir qədər də kölgə saldı. Yazıçı ingilis kəndlərinin birində yaşayan yaxın qohumu olan iki bacının balaca, qanadlı məxluqların varlığı ilə bağlı dilə gətirdikləri cəfəngiyatı gerçək kimi qələmə almış və bu da cəmiyyətdə gülüşlə qarşılanmışdı. Pərilərin əhatəsində olan qızların fotolarının saxta olduğu isə ilk baxışdan məlum idi və Doyl bu addımı atmaqla özünü yenidən biabır etmişdi. Onun 1920-ci illərdə yazdığı məqalələrdə bu mövzu dəfələrlə qabardılırdı və oxucular onun belə yazılarını oxumadan keçirdilər.
Harri ilə Senans
Konan Doylun o dövrün məşhur illüziyaçısı Harri Qudini ilə dostluğu da əslində, yazıçının bu adamın bacarıqlarına olan marağından doğurdu. Onların hər ikisi məşhur idi və ikisi də ruhlar aləminə meyl edirdilər. Qudini mediumlara inanmırdı və Doylla dostluğu sayəsində həmin fırıldaqçılarla tanış olaraq, onları ifşa edirdi. Doyl Qudinin adi bir gözbağlayıcı yox, əsl sehrbaz olduğuna qətiyyətlə inanmışdı. Amma onların yaxınlığı seansların birində gözbağlayıcının Doylun arvadının nənəsinin o dünyadan göndərdiyi xəbərləri dilə gətirməyi ilə pozulmuşdu. Belə ki, Qudini dünyasını dəyişən qarının sözlərini ingilis dilində çatdırmaqla özünü ifşa etmişdi, sən demə qarı ingilis dilini bilmirmiş. Bundan acıqlanan Qudini Konan Doylun spirtizmə marağını məsxərəyə qoyurdu. Köhnə dostlar bir neçə kəskin məktubdan sonra aralarındakı münasibətə birdəfəlik son qoymuşdular.
Dolabdakı skelet
Şerlok Holms kimi dünyaca məşhur qəhrəmanı yaradan bir adamın dünya mistifikasiya tarixində oynadığı mühüm rola nə deyirsiniz?
Antropoloq Con Uinslou 1983-cü ildə çap etdirdiyi məqaləsində Konan Doylun elmdə böyük mübahisələrə səbəb olan „piltdaun adam“ qisminə aid olduğunu iddia etmişdi. 1912-ci ildə tapılan daşlaşmış sümüklərlə yazıçının sümüklərini müqayisə edən həkim Doylun meymuna yaxın bədən quruluşunu diqqətə çatdırmışdı. Həmin tapıntının saxta olduğunu sübuta yetirmək üçün antropoloqlar 40 il tər tökmüşdülər.
Yaxşı, bəs nə səbəbdən Konan Doyl əsas şübhəlilərdən sayılırdı? Çünki o həvəskar-arxeoloq Carlz Dousonla qonşu idi və həmin qalıqları da məhz o tapmışdı. Bundan başqa Doylun dostları arasında bir neçə frenoloq da var idi ki, onlar da kəllə sümüklərinin keçid formalarını araşdırmaqla məşğul olurdular. Məsələn, Doylun 1912-ci ildə çap etdirdiyi „İtmiş dünya“ romanında həmin sümüklərin tapıldığı yerlərlə bağlı müəyyən məlumatlara rast gəlmək olurdu. Amma Konan Doylun belə qeyri-ciddi şeylərə marağı, ruhlara olan meyli yazıçının ömrünün son illərində başa çatmışdı və o, belə şeylərin mənasız olduğunu anlamışdı.
Robert ŞNAKENBERQ
Tərcümə etdi: Əyyub QİYAS
»Ədəbiyyat" qəzeti
| ['yazıçılar', 'dünya ədəbiyyatı', 'detektiv yazar', 'Artur Konan Doyl'] |
498 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/22416/x%C9%99yan%C9%99td%C9%99n-sonra-evliliyi-nec%C9%99-xilas-etm%C9%99li.html | Xəyanətdən sonra evliliyi necə xilas etməli? | Apollon | Xoşbəxt ailə | 14 sentyabr 2018, 13:26 |
Aldatmaq tərəfdaşınıza, sevgilinizə etmiş olduğunuz ən böyük xəyanətdir. Xüsusilə altında cinsi məzmun olan bu fakt günümüzdə insanların “heç vaxt bağışlamayacam” düşüncəsinə səbəb olur. Təqdim etdiyimiz məlumatlar sayəsində uzun bir cəhddən sonra özünüzü tərəfdaşınıza bağışlatdıra bilərsiniz.
Aldatma sonrasında bəzi cütlükər ayrılmayaraq ailələrini müxtəlif səbəblərdən davam etdirir. Bu hadisə sonra cütlər arasında müxtəlif dəyişikliklər görünür. Xüsusilə aldadılan şəxs, tərəfdaşına qarşı qərəzli davranır və ona artıq güvənmir. Lakin günümüzdə bəzi cütlər, aldatma sonrasında ailələrini təkrar xilas etmək üçün səy sərf edir.
Əslinə baxsaq aldatma sonrasında evliliyin bitməsinə səbəb cütlərin bir-birilərinə yenidən inam hissi duyub eşidə bağlıdır. Yenidən inam hissini əldə edəcəyini düşünən cütlər münasibətlərini bitirməyərək davam etdirir. Aparılan araşdırmalara görə, evlilik içərisində gedən aldatma problemindən sonra cütlər bir-birlərinə daha da bağlanır.
Barışmaq
Vəziyyət sonrasında hər iki tərəf bu vəziyyəti qəbul etməlidir. Baş verən bu hadisədən sonra barışmaq və sakit olmaq olduqca əhəmiyyətlidir.
Üzləşmək
Yaşanılan hadisə sonrasında əgər barışmağı seçmizinizsə sakit bir şəkildə vəziyyətlə üzləşin. Sakitliyinizi qoruyun və vəziyyəti bütün açıqlığı ilə öyrənin.
Heç vaxt geriyə dönməyin
Aldadılma qarşısında vəziyyəti qəbul etmisiniz və əlaqənizi xilas etmək istıyirsinizsə, heç vaxt geriyə dönməyi düşünməyin. Davamlı olaraq bu məsələni danışmağınız, davamlı olaraq bu hadisəni ağlınıza gətirməyiniz əlaqənizin pisə getməsinə səbəb ola bilər. Bu səbəblə heç vaxt vəziyyəti özünüzə xatırlatmayın. Razılaşın, amma heç vaxt eyni nöqtəyə geri dönməyin.
Qarşılıqlı ittiham etməyin
Ümumiyyətlə aldatma sonrasında aldadan şəxs “sənin üzündən etdim, sən belə etməsəydin mən də səndən uzaqlaşmazdım" kimi sözlər sərf edir. Bu sözləri işlətmək və əvəzində sizin də müxtəlif üsullarla ittiham etməyiniz münasibətinizi xilas etməkdən çox çıxılmaz vəziyyətə sürükləyir. Adətən bu məsələlərin qayıtdığı münasibətlərdə ayrılma vəziyyəti qaçılmaz olur.
Psixoloji dəstək vacibdir
Son dərəcə kədərli bir hadisə yaşadınız və bu üzüntüdən qazanclı bir şəkildə ayrılmaq istəyirsiniz. Bu qərarınız həqiqətən çox doğrudur. Aldatma kimi vəziyyətlərdə qarşı tərəflə tez-tez davalar etmək əlaqənizin bitməsinə səbəb olur.
Uzaqdan bir mütəxəssisdən kömək almanız, sizin bu məsələdə yetkinliyinizi ortaya qoyacaqdır. Ekspert köməyi ilə qarşı tərəfə necə davranmalı olduğunu və əlaqənizi necə xilas etməyiniz lazım olduğunu daha yaxşı bir şəkildə öyrənəcəksiniz.
gencaile.az
| ['ailə həyatı', 'ailə münasibətləri', 'ailə problemləri', 'xəyanət', 'boşanma təhlükəsi'] |
499 | https://kayzen.az/blog/paint/22403/pablonun-avinyon-q%C4%B1zlar%C4%B1.html | Pablonun "Avinyon qızları" | Apollon | Məşhur rəsmlər və rəssamlar | 12 sentyabr 2018, 11:28 |
İncəsənətdə modernizm 100 yaşındadır, çünki Pablo Pikassonun «Avinyon qızları» adlı rəsm əsərinin artıq 100 yaşı var. 1907-ci ildə Titanik hələ batmamışdı, kino Bur müharibəsinin titrəyən kinoxronikasından ibarət idi, «Antarktikalı» Skott hələ həyatda idi və Rayt qardaşları aktiv uçuş ixtiralarını təbliğ etmək üçün Avropaya səfər etmişdilər.
San-Fransisko hələ də öncəki ilin zəlzələsinin sarsıntısı altında idi. Ancaq anarxiya və kabarenin yarandığı yerdə — Parisin Monmartr təpəsindəki rəssam və yazıçıların basırıq, uçuq-sökük evlərdən ibarət studiyalarında, 25 yaşlı ispan mühaciri müasir incəsənətin ilk və ən böyük şedevrini yaradırdı.
Pikasso, sonradan «Avinyon qızları» olacaq ilk eskizlərini 1906-1907-ci illərin qışında çəkmişdi. Nəhayət ki, yayın əvvəlində 8 futluq kvadratşəkilli kətanını yaratmazdan əvvəl o, öz ideyalarını intensiv şəkildə, Leonardo və ya Jerikonun böyük akademik layihələrinə bənzəyən, düşünülmüş və planlaşdırılmış bir proqramda inkişaf etdirirdi. Bu rəsm reallığın təbiətini Pikassonun müasiri, Albert Eynşteynin fizikası qədər dərindən dəyişdirdi.
Bu, üzərində düşünülməyə dəyər bir yüzillikdir. Bu, yalnız bir rəsm əsərinin tarixində 100 il deyil, həm də modernizmin 100 ilidir. «Avinyon qızları» keçmişi və gələcəyi ayıran çatdır, qırılma nöqtəsidir. Kultural baxımdan, XX əsr 1907-ci ildə başlamışdır. Ali modernizmin digər əsərlərinin tarixini nəzərdən keçirək. Musiqidə, Şönberqin "İntizar"ı 1909-cu ildə bəstələnmişdir və Stravinski «Bahar mərasimi»nə 1910-cu ildə başlamışdır. Ceyms Coys 1914-cü ilə qədər «Uliss» üzərində işləməyə başlamamışdı və o zamana qədər Pikasso artıq kubizmin son mərhələlərində idi.
Müasir incəsənətin ilk nümunələri kimi bir çox başqa əsərlərə haqq qazandıra bilərsiniz. Bəziləri deyərdilər ki, o, Manenin 1863-cü ildəki qalmaqallı çılpaq «Olimpiya»sı ilə başlamışdır. «Olimpiya»dan sonra, XIX əsrin sonu və 1900-cü illərin əvvəlləri, məhz Pikassoda olan eyni seksual sfera ilə bağlı təhrikedici sənət əsərləri ilə boldur: Munkun «Madonna»sı, Klimtin «Afina Pallada»sı, Zolyanın romanları… Bu kontekstdə, iddia edə bilərsiniz ki, «Avinyon qızları», əslində, geridəqalmış, qeyri-orijinal sənət əsəridir, XIX əsrin ən böyük klişelərinin təkrar emalıdır — ekzotik interyerlərdə atılıb-düşən «sərbəst qadınlar». Beləliklə, bu şəkildə yeni olan, bu qədər radikal olan nədir?
Beş çəhrayı bədənli qadın gümüşü və mavi pərdələrə dolaşmışlar. Onlardan ikisi sinələrini qabartmış halda, iri qara gözləri ilə sizə baxaraq qollarını yuxarı qaldıraraq dayanmışdır. Digər üçü maskalıdır: biri şəklin solunda profildə dayanan qalın qəhvəyi taxta, üz simulyakrında; sağda ikisi Afrika maskalarında, onlardan biri diş-diş edilmiş pərdə arxasından boylanır, digəri isə zərli parçalar arasında çömbəlib. Boşqabda, açıq-aydın simvolik mənalı meyvələr toplusu var: testikulyar üzümlə bir dilim qovun, bir alma və armud. Bu nü rəsmidir, burada əyri cizgi görmək demək olar ki, mümkün deyildir — dirsəklər bıçaq kimi itidir, bel və budlar həndəsi siluetlərdir, sinələr üçbucaqdır.
Rəsm ilk baxışdan kvadratdır (əslində, onun hündürlüyü enindən bir neçə santimetr daha çoxdur), bu xüsusiyyət, sizə məkan və simmetriyanı izləməyə imkan verir. Daha doğrusu, düzbucaqlılıq, sizi heç vaxt öz canlılığını itirməyən bu əbədi hərəkət maşınına baxmağa səy göstərməyə vadar edir.
Pikasso daha əvvəl heç bir rəsm üzərində işləmədiyi halda, «Avinyon qızları» üzərində çalışmışdı. Bir sənətşünas hətta iddia edirdi ki, onun altı aylıq yetişmə dövründə yaradılan yüzlərlə rəsmlər və təsvirlər «yalnız Pikasso yaradıcılığında deyil, bütün incəsənət tarixində tək bir şəkil üçün görülən hazırlıq işlərinin misilsiz sayına görə yeganəlik» təşkil edir. Əlbəttə ki, bu sözlər rəssamların ənənəvi olaraq dahiyanə rəsm əsərləri və freskalara sərf etdiyi əməyi düzgün ifadə edir. Pikasso bilirdi ki, nə isə vacib, hətta inqilabi bir şey edir- ancaq nə?
O, bordel səhnəsi ideyası ilə başlamışdı. Rəsmdə bir kişi müştərinin, bir dənizçi və ya rəssamın özünün olması nəzərdə tutulmuşdu. Bu, müasir Paris həyatının Tuluz-Lotrekdən və ya bütün digər utanmazcasına gerçəkçi «müasir həyat rəssamları»ndan çox da uzaq olmayan, şokedici bir parçası olardı. Ancaq siz Nyu-Yorkun Müasir incəsənət muzeyində «Avinyon qızları» qarşısında dayananda bunlardan heç biri barədə düşünmürsünüz və ya bu əlaqələrdən heç birini qurmursunuz.
Bu, hətta əsərin reproduktivində də keçərlidir. Bir təcrübə keçirin. Düz «Avinyon qızları»na baxın və onun mənasını təxmin etməyə çalışın. Bacarmazsınız. Siz heç vaxt güman edə bilməzsiniz ki, bu, beş qadının rəsmidir, hələ onların fahişə olduqlarına qərar vermək bir yana qalsın və ya o kişi qorxularını əks etdirir, yaxud da adətən, obrazları sözlərə çevirdiyimiz hər hansı düzgün yola vara bilməzsiniz. Onu şərh etmək üçün, siz baxışınızı çəkməlisiniz, ya da diqqətinizi dağıtmalısınız. Əslində, rəsmə baxmaq daim bir aspektdən digərinə keçmək deməkdir; o, heç vaxt sizə qəti bir fikir üzərində dayanmağa imkan vermir.
İlk növbədə, bu, baxış haqqında bir şəkildir. Pikasso, mərkəzi fiqurun avtoportret səlahiyyətində olan böyük asimmetrik gözləri ilə cəsarətlə sizi süzür. Maraqlıdır ki, biz Leonardonun və ya Marsel Düşanın yaradıcılığında transvestit avtoportretlərini görməyə öyrəşmişik, lakin biz Pikassonun karikaturaları vasitəsilə aldanaraq bu əsəri nadir hallarda eyni cür qavrayırıq. Onun 1907-ci ildə çəkdiyi rəsm sizi qəzəbli nifrətlə süzən sənət əsəridir.
Afrikan maskalarında Pikassonu valeh edən xüsusiyyət ən sadə şey idi: onlar sizi maskalayırlar, sizi nə isə başqa bir şeyə — heyvana, iblisə, Tanrıya çevirirlər. Modernizm maska taxan incəsənətdir. O, nəzərdə tutduğu mənanı demir; bu, pəncərə deyil, divardır. Pikasso bu mövzunu məhz ona görə seçmişdi ki, o, klişe idi: o göstərmək istəyirdi ki, incəsənətdə orijinallıq süjet-tematikada və ya əxlaqda deyil, forma ixtiraçılığındadır. Bax buna görə də, «Avinyon qızları»nı bordellər, fahişələr və ya müstəmləkəçilik «haqqında» rəsm əsəri kimi görmək doğru deyildir. XVIII və XIX əsrin incəsənətinin böyük, acınacaqlı faciəsi onda idi ki, o Mikelancelonun parlaqlığı ilə müqayisədə yaradıcılıq aktını nəzərdən qaçırmışdı. Pikassonun səs-küyə səbəb olan yeniliyi budur. İncəsənətdə modernizm məhz, formanın məzmun üzərindəki bu qələbəsini nəzərdə tuturdu.
Bu, o demək deyil ki, o, dünya ilə bağlarını qırmışdır. «Avinyon qızları» daha dünyəvi, daha kəskin təsirə malik ola bilməzdi — nəticədə, o, sekslə doludur. Bu, deyək ki, Klimtin əsərlərindəki seksuallıqla heç bir bənzərliyi olmayan seksuallıqdır. Eyni dekadent mühitdə ortaya çıxmasına baxmayaraq, o, əsrin sonundakı rəssamlardan heç birinin ağlına gəlməyən şeyləri edir. Pikasso bu əsərində kubist şəkillərində açıq şəkildə ortaya qoyduğu kəşfləri qabaqlayır: o, öz bədən siluetlərini heç bir işə yaramayan məkanda yastılamaqla, demək olar ki, 500 illik Qərbin perspektiv ənənəsini məhv edir. Məhz bu vizual zorakılıq onu erotizmindən azad edir, çünki o, istənilən mənanı və ya təhkiyəni silir. İstəyin bu cür böyük miqyasda açıqlanması xristian mədəniyyəti bir kənarda qalsın, incəsənətdə görünməmiş hadisə idi. Birinci Dünya müharibəsindən sonra Andre Breton Pikassonun emalatxanasına gəldi, «Avinyon qızları»nı gördü və onu qeyd-şərtsiz müasir şedevr olaraq qəbul etdi. Sürrealistlərin lideri Breton bu əsərdə şüuraltının inqilabi təhlükəsini gördü və o, haqlı idi.
Hətta artıq təsviri incəsənətə ibadət edilməyən indiki dünyada belə, bu rəsmin tayı-bərabəri yoxdur. O, rəssamlığın sonunu qabaqcadan görür, Pikassonun geri çəkilməli olduğu kultural destruksiyaları məmnuniyyətlə seyr edir. Burada Dada, Marsel Düşan və pankı ehtiva edən nə isə anarxist və amansız bir şey var.
Beləliklə, bir yüzillik. Əgər müasir incəsənət sizi maraqlandırırsa, bu onun yüzüncü ildönümüdür. İncəsənət əsərləri gec, ya tez, sonda ağırlaşır, hörmətli olur. Lakin 100 il keçdikdən sonra Pikasso hələ də o qədər yeni, o qədər həyəcanvericidir ki, onu şedevr adlandırmaq həqarət olardı.
"Ədəbiyyat" qəzeti
Mənbə: Jonathan Jones, «Pablo's punks», Guardian, January 9, 2007.
İngilis dilindən tərcümə edən: Günay Rzalı
| ['məşhur rəssamlar', 'məşhur rəsmlər', "Les Demoiselles d'Avignon", 'Avinyon qızları', 'Pablo Pikasso', 'Pikasso'] |