Unnamed: 0
int64 0
6.93k
| url
stringlengths 41
313
| title
stringlengths 3
153
| author
stringclasses 256
values | category
stringclasses 371
values | date
stringlengths 17
23
| content
stringlengths 3
89.6k
| tags
stringlengths 6
314
|
---|---|---|---|---|---|---|---|
800 | https://kayzen.az/blog/psixologiya/20482/valideynin-%C3%B6l%C3%BCm%C3%BCn%C3%BC-u%C5%9Fa%C4%9Fa-nec%C9%99-dey%C9%99k.html | Valideynin ölümünü uşağa necə deyək? | Apollon | Psixologiya | 14 iyun 2017, 11:12 |
Ölüm uşaqlar üçün gizli bir qavrayışdır. Bir çox ailə bu mövzunu uşaqlarına necə izah etməkdə qərarsız qalır. Bəs söhbət hansısa yaxın adamın, hətta valideynlərdən birinin ölümündən gedirsə, onda necə etməli?
Bir neçə il əvvəl aparılan araşdırmalara görə, 5-6 yaşdan balaca uşaqlar ölümün nə olduğunu anlasa da, ölümdən sonra geri qayıdışın olmadığını anlaya bilmirlər. Aparılan son araşdırmalar isə 3, ya da 4 yaşındakı uşaqların ölən insanın geri gəlməyəcəyini anlaya bildiklərini göstərir. Bəs ailədən bir üzvün, ya da ailəyə yaxın birinin ölümünü uşağa daha az zərər verəcək formada və səmimi şəkildə necə açıqlamaq olar?
Valideyn ölümü
Sevdiyi bir insanın, xüsusən də bir valideynin ölümü böyüklər üçün olduğu kimi, uşaqlar üçün də həyatlarındakı ən sarsıdıcı olaydır. Uşaq da yaxın adamlarından birinin ölümündən sonra kədər, xəyal qırıqlığı, qəzəb, ümidsizlik kimi duyğulara qapılır. Uşaqlar yetkinlərdən fərqli olaraq ölümü anlamaq, sağ qalan valideynin sağlığından əmin olmaq, həyatlarındakı, ailə içindəki dəyişikliklərə reaksiya vermək, qəbul etmək və qeyri-müəyyən gələcəklə bağlı bəzi qayğılar yaşayarlar. Bu müddətdə böyüklərin davranışı və ölümə qarşı reaksiyası da uşaqların hadisədən necə təsirlənəcəklərini təyin edir.
Uşaqlar ölüm xəbərini eşidəndə ilk olaraq şokda olurlar. Sonra qorxu, etiraz, hissizlik və qəbullanma şəklində davranış sərgiləyirlər. Uşaq itki ilə bağlı heç bir sual vermirsə, sual verməsi üçün cəsarətləndirilməlidir. Duyğularını ifadə etmək yas dövrünü sağlam, travmasız keçirməsi üçün mühümdür.
Psixoloq yardımı almalıdır
İtki yaşayan uşaqlarda qorxu, qayğı, kabuslar, barmaq əmmək, altını islatmaq, diqqət azalması, ya da həddən çox artması, kobud, dalaşqan, davranış dəyişiklikləri, vəsvəsələr, çox hərəkətlilik, məktəbə olan diqqətin və uğurun azalması, səbəbi olmayan mədə bulantısı, baş ağrı, qidalanma və yuxu problemləri ortaya çıxır. Bu narahatedici hal bir aydan çox davam edərsə, uşaq mütləq mütəxəssis yardımı almalıdır. Ciddi bir xəstəliyi olan valideynin vəziyyəti getdikcə ağırlaşırsa, uşağa həkimlərin onun yaxşılaşması üçün əllərindən gələni etdiklərini, amma sağalıb-sağalmayacağından əmin olmadıqlarını deyə bilərsiniz. Xəstəxanadakı yaxınını ziyarət etmək uşağı rahatladacaq və psixoloji olaraq müəyyən mərhələyə hazırlayacaq.
İtkini uşağa yaxın bir adam açıqlamalıdır
Yaşanılan itkinin uşağa ata/anası, ya da duyğusal olaraq yaxın olan birinin deməsi məsləhətdir. Gerçəyi uşağa mümkün qədər ən qısa zamanda demək lazımdır. Valideynin ani ölümünü isə uşağın özünü zehni şəkildə hazırlaya bilməsi üçün mərhələli şəkildə izah edin. Məsələn, ana, ya atasının qəza keçirdiyi, bir müddətdir xəstəxanada olduğu, həkimlərin onu sağaltmağa çalışdığı, amma xilas edə bilmədikləri və onu itirdikləri kimi izah etmək olar. Uşağa ölümün artıq geri dönüş olmayan bir şey olduğunu da anlatmaq lazımdır.
Digər valideynin dəstəyi önəmlidir
Uşaq valideynlərindən birini itiribsə, sağ qalan digər valideynin daim onun yanında olması mühümdür. Bəzən valideyn özünü yaxşı hiss etmədiyi üçün uşaq da öz acısı ilə valideynin üzərinə çox məsuliyyət yükləmək istəmir. Bu, uşağın daşıya bilməyəcəyi bir yük olur. Uşağın özünə yaxın bildiyi digər şəxslər tərəfindən dəstək görməsi, ehtiyaclarının qarşılanması və normal həyatına qayıda bilməsi üçün ona yardım edilməsi mütləqdir.
“Mələk oldu, göylərə uçdu. İndi bizə baxır...”
“Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova bildirib ki, 7 yaşına qədər uşaqlara ölümü izah etmək olmaz. Onun sözlərinə görə, valideynlər bu məsələdə hansı mövqe tutacaqlarını, uşağa ölümü necə izah edəcəklərini hələ də bilmirlər: “Valideynlər bu mövzu ilə bağlı bizə çox müraciət edir. Böyüklər bilməlidir ki, uşaqlar 7 yaşına qədər ölüm, itki anlayışını, yas dönəmini anlamırlar. Uşaqlar üçün ən çətin dönəm 3-7 yaş arasıdır. 3 yaşına qədər uşaqlarda bağlılıq duyğusu, insani keyfiyyətlər, təfəkkür formalaşmadığı üçün ölümü, itkini heç anlamır. İtki, ölüm anlayışı ancaq 7 yaşdan sonra izah edilməlidir”.
N.Rüstəmova bildirir ki, 7 yaşına qədər uşaqları yas mərasimlərindən uzaq tutmaq lazımdır: “Həmin yaş dövründə olan uşağı yasa, qəbir üstünə aparmaq, qəbir daşını göstərmək, ölən adamın şəklini otağına qoymaq olmaz. Bu, uşaqlarda itirmək qorxusu yarada bilər ki, uşaqlar şüuraltı olaraq qorxmağa başlayır. Tək qalmaq, tək yatmaq, hətta hamam-tualetə tək girmək istəmir. Tez-tez ölüm haqqında suallar verir. “Sən yaşlanacaqsan, qocalacaqsan, öləcəksən. Sən yaşlansan, ölsən, mən nə edərəm?” kimi təşvişləri yaranmağa başlayır. Uşaqda ölüm qorxusu yaranır”.
Psixoloq qeyd edir ki, bəzən valideynlər ölümü uşağa düzgün izah edə bilmədiyi üçün uşaq da ölmək fikrinə düşür: “Uşaqlar ölümün dönər proses olduğunu düşünürlər və anlamırlar ölüm nədir. Valideynlər ölümlə bağlı “Mələk oldu, göylərə uçdu. İndi göydən bizə baxır, bizi gözləyir” kimi izahatlar verirlər. Uşaq isə bunu anlaya bilmədiyindən, hətta ora getmək arzusunda olur. Ölümü oyun, mistika kimi qəbul edirlər. Düşünürlər ki, ölən şəxs gəzməyə gedib, bir həftə, ya 10 gün sonra yenə geri qayıdacaq. Uşaqda ölüm haqqında fikirlər yaranır, “mən də babamın, ya anamın yanına getmək istəyirəm, ölmək istəyirəm” deyir. Və bəzən böyüklər də bunu görüb sarsılır, elə bilirlər uşaq “ölmək istəyirəm”, — deyirsə, öləcək. Amma bu, belə deyil”.
Psixoloq əlavə edir ki, uşağa ölümü daha yaxın biri başa salmalıdır: “Uşağa ölümü 7 yaşdan sonra yaxını, güvəndiyi, sevdiyi, emosional kontakt qurduğu biri izah etməlidir. Bu prosesdə psixoloq da iştirak etsə, daha doğru olar. Uşağa ölümü izah etmədən əvvəl onu hazırlamaq mütləqdir. Onun stressə davamlılığını, ölüm, itki qorxusunu, psixoloji durumunu yoxlamaq lazımdır. Özgüvəni artırılmalıdır. Uşaqda əvvəlcə ölüm haqqında fikirlər oturuşmalıdır. Əks halda uşağa böyük fəsad vermiş olarıq. 3-7 yaş arası uşaq anasını itiribsə, onun anaya bağlılıq duyğusu çox yüksək olduğundan itkini anlamasa belə, anasının yoxluğunu fiziki olaraq hiss edir. Şüuraltı olaraq bunu qəbul edə bilir ki, həmin insan yanında deyil, amma adını qoya bilmir. Uşağa ölümü hekayə üzərindən izah etmək daha məqsədəuyğundur. Yəni bu hadisələri oyuncağı üzərindən öyrənməsi, hadisələrə üçüncü şəxsin mövqeyindən baxması uşağın həzm etməsinə kömək edir”.
Mütəxəssisin fikrincə, belə situasiyada valideynlərin rəftarının birmənalı olması daha məqsədəuyğundur. Ailənin emosional sferası uşağa çox böyük təsir edir. Ailə özü ölümü aşa bilmir və uşağın yanında elə hey ağlayır. Ümumiyyətlə, yasdan çıxmış ailəyə kompleks ailə terapiyası məsləhət görülür. Uşağın psixoloji dəstəyi üçün ana, yaxud ata özü də psixoloji dəstək almalıdır.
Ümumiyyətlə, uşağa hər bir insanın müəyyən yaşa gələndə ölə biləcəyi düşüncəsini aşılamaq lazımdır: ““Bəzi sevdiyimiz insanlar var ki, onlara biz heç nə edə bilmirik. Vaxtı gələndə, onlar dünyasını dəyişirlər. Bizim yanımızda ola bilmirlər. Biz onları əvvəlki kimi qucaqlaya, öpə bilməyəcəyik. Ad günlərimizi keçirəndə ata, ya ana bizim yanımızda ola bilməyəcək. Əlimizdən gələni elədik, amma ananı xilas edə bilmədik” kimi fikirlər demək olar. Amma ölümdən sonrakı prosesləri izah etmək olmaz. Uşağa “O, indi göydən bizə baxır, bizi gözləyir” demək doğru deyil. Bu, uşağı ölümə təşviq etmək deməkdir.
Uşağa “Xəstələndi, öldü” də deyə bilmərik. Uşaq xəstələnməkdən qorxa bilər. Ətrafında hər xəstələnən insanı görəndə həyəcan, onu itirmək qorxusu yaşaya bilər”.
| ['uşaq psixologiyası', 'psixologiya', 'ölüm', 'valideyn ölümü'] |
801 | https://kayzen.az/blog/turizm/20490/s%C9%99yyahlar%C4%B1n-%C9%99n-%C3%A7ox-yol-verdiyi-17-s%C9%99hv.html | Səyyahların ən çox yol verdiyi 17 səhv | Apollon | Turizm | 8 iyun 2017, 11:17 |
1. Səyahəti lap xırdalıqlarına kimi planlaşdırmaq
Bütün işlər kimi, səyahəti də planlaşdırmaq əlbəttə ki, lazımdır. Amma burada bütün xırdalıqları nəzərə alıb, hər addımı əvvələdən yazmaq, əsində, yeni hisslər gətirməli oan səyahəti protokola çevirə bilər. Belə etsəniz səyahətə çıxmazdan əvvəl daha çox zövq alacaqsınız, nəinki səyahətin özündə. Səyahətin ləzzəti isə buradakı yeniliklər, bilmədiyiniz sürprizlərdir. Ona görə də planlaşdırmada o qədər də dərinə getməyin.
2. Ölkədən böyük gözləntilərinizin olması
Əsas odur ki, internetdə gördüyünüz hər şeyi reallıq saymayasınız. Hər şey orada göstərilən kimi deyil. Bunu əvvəlcədən qəbul etsəniz səyahət zamanı dilxor olmayacaqsınız. Çünki əgər internetdə ağ qumları olan əla çimərlik görürsünüzsə, bilin ki, bu şəkilin görünməyən tərəfləri də var.
3. Banka səyahətiniz barədə məlumat verməmək
Təsəvvür edin, xaricdəsiniz, kartınızda pul var, amma onu çıxara bilmirsiniz, çünki bank onu bloklayıb — bundan pis vəziyyət fikirləşmək olmazdı. Ona görə də həmişə telefonunuzun balansında bir az pul saxlayın ki, banka xəbər verib problemi həll edəsiniz. Kartın üstündə zəng etmək və sms göndərmək üçün telefonlar göstərilib. Amma ən yaxşısı odur ki, belə vəziyyətə düşməmək üçün – əvvəlcədən bankı xaricə getməyiniz barədə xəbərdar edəsiniz.
4. Sənədləri hazırlamamaq
Aeroportun girişində, registrasyada, pasport kontrolunda və sair yoxlama yerlərində, bilet, pasport, elektron viza, hotel bronu vıə sair vacib sənədlər üstünüzdə olmalıdır. Həm çap olunmuş, həm də planşet və telefonda baxıla bilən elektron formada. Hərçənd aeroport işçiləri bildirir ki, kağızda olan sənədlərə daha rahat baxmaq olur, ona görə də çap variantını nəzərdən qaçırmayın. Eləcə də pasportun üzünü də çıxarmaq lazımdır ki, pasportu itməmək üçün hoteldə saxlayanda lazım olan vaxt (məsələn polis sizdən pasport istəyəndə) onun göstəriciləri əlinizin altında olsun.
5. Çemodanları artıq əşyalarla doldurmaq
Bütün yeni səyahətçilərin problemidir. Belə çemodanla səyahət etmək fiziki cəhətdən də çətindir – ağır əşyanı bütün səyahət boyunca daşımalı, qaldırmalı, düşürtməlisən. Üstəlik artıq çəkiyə görə ödəniş də tələb olunur. Ona görə də özünüzlə yalnız ən vacib əşyaları götürmək lazımdır.
6. Şəbəkəyə qoşulmaq üçün universal adapter götürməmək
Təsəvvür etmək belə çətindir ki, adaptersiz xaricdə nə edərik. Əvvəllər bu ehtiyac yalnız noutbukla səfər edənlərə aid idi – yəni adapter hamıya lazım olmur. İndi isə üstümüzdəki telefon və smartfonlar enerjini fasiləsiz olaraq «yeməklə» məşğuldur. Xaricdə isə həm şəbəkələr fərqlidir, həm də onlara giriş. Bəzən gərginliklərdəki ərqlər aparatın xarab olmasına səbəb olur. Ona görə də, problem yaranmaması üçün universal adapter götürmək lazımdır.
7. Maye və qayçıları əl yükündə daşımaq
Birdəfəlik yadda saxlayın, bu əşyaları onsuz da təyyarəyə buraxmayacaqlar. Ona görə də əsas yükünüzü yük yerinə verməzdən əvvəl əl yükündəki kəsici alətləri və 100 qramdan artıq tutumu olan bütün mayeləri əsas yükün içərisinə yerləşdirin. Yoxsa onları sadəcə itirəcəksiniz.
8. Telefon üçün enerji doldurma qurğusu götürməmək
Yuxarıda dediyimiz kimi, istənilən vaxt üstümüzdə olan smartfonlar bizim bütün dünya ilə əlaqəmizi təmin edir. Onların enerjisi bitərsə, biz bütün əlaqələrdən məhrum olacağıq. Ona görə də enerji qurğusu daim üstümüzdə olmalıdır. Onları yük yerinə versəniz aeroportdakı saatlarla gözlədiyiniz zaman smantfonsuz qalacaqsınız. Eyni hal yüklərinizi hələ açmadığınız avtobusda da davam edəcək.
9. Bahalı əşyaları yük yerinə vermək
İlk baxışdan bu etibarlı variantdır. Amma yaddan çıxarmayın ki, bütün çemodanlara təhlükəsizlik xidməti baxır, özü də sizin iştirakınız olmadan. Bəli, qanuna görə onlar oğurluq etməməlidirlər, amma belələrinin arasında pis fikrə düşənlər də ola bilər. Nəticədə sizin əşyanız itir və siz heç nə sübut edə bilmirsiniz. Ona görə də bahalı əşyaları yalnız əl yükündə aparmaq məsləhətdir.
10. Həddən artıq kiçik gözləmə vaxtı seçmək
Aeroportda saatlarla uçuşunu gözləmək əməlli-başlı əziyyətdir. Amma uçuşa gecikmək ondan da pisdir. Adətən biz bilet alanda elə reysləri seçirik ki, aeroportda çox vaxt itirməyək. Amma əgər biz səyahətimizi ikinci reyslə davam etdirəcəyiksə, hökmən elə vaxt seçməliyik ki, bir təyyarədən düşüb, yeni reys üçün qeydiyatdan keçməyə və lazım olarsa, təhlükəsizlik nəzarətindən keçməyə də vaxtımız qalsın. Özü də hələ bu yalnız o hala aiddir ki, reyslərin hər ikisi eyni aeroportda kəsişsin. Söhbət bir şəhərdəki başqa başqa aeroportlardan gedirsə, ehtiyat vaxt daha böyük olmalıdır.
11. Pulu aeroportda dəyişmək
Aeroportlardakı problemləri saymaqla qurtarmaz. Bütün qiymətlər bahadır, üstəlik bütün əməliyyatlardan böyük faiz tuturlar. Bir qayda olaraq aeroportlardakı valyuta dəyişmə məntəqələrində məzənnələr turistlər üçün çox əlverişsiz olur. Bankomatlarda isə nağd pul çıxarılmasına görə yüksək komissiyalar var. Ona görə də aeroportda pul dəyişmək məsləhət görülmür. Təcili deyilsə bu işi şəhərə də saxlamaq olar.
12. Aeroportda taksi saxlamaq
Bakıda olduğu kimidir – aeroportdakı taksilər adamdan əl çəkmir, üstəlik qiymətləri də xeyli şişirdirlər. Ona görə də sizi qarşılayan yoxdursa, ən yaxşısı ya UBER-dən. Ya da sifarişli taksidən istifadə etməkdir.
13. Yerli sim-kartlar almamaq
Düzdür bir az axtarmalı olacaqsınız, amma getdiyiniz ölkənin sim kartını alıb istifadə etmək rouminqə qoşulmaqdan daha sərfəlidir. Öz mobil operatorundan rouminq qiymətlərini soruşsanız buna əmin ola bilərsiniz. Sonra həmin simkartı saxlayıb gələcəkdə həmin ölkədə istifadə edə, ya da həmin ölkəyə gedən dostlarınıza bağışlaya bilərsiniz.
14. Həddən artıq çox şey planlaşdırmaq
Adamlar səyahətin hər dəqiqəsindən ləzzət almaq istəyirlər, bu təbiidir. Amma ləzzət anlayışının özü ayrı-ayrı adamlar üçün fərqlidir. Bəziləri səyahət zamanı həddən artıq çox iş planlaşdırırlar. Amma nəzərə almaq lazımdır ki, siz iş görüşməsinə deyil, səyahətə, istirahətə gedirsiniz. Ola bilər ki, hansısa gün yataqda daha çox uzanıb dincəlmək istəyərsiniz və ya restoranda səhər yeməyini daha rahat, tələsmədən yemək fikrinə düşərsiniz. Bunun özü də bir istirahətdir. Üstəlk hər şeyi əvvəlcədən planlaşdırmaq səyahət zamanı xoş sürprizlərlə qarşılaşmaq şansını da azaldır. Sürprizsiz səyahət isə kimə lazımdır? Ona görə də, səyahətdə boş vaxtlar və yerlər də saxlayın.
15. Gedilən ölkənin qanunlarını öyrənməmək
Əslində bu qayda daha çox ekzotik və Asiya ölkələrinə aiddir. Məsələn, Dubayda çiyinləri və ayaqları açıq paltar geyinmək olmaz. Sinqapurda isə adi hal saydığınız hərəkətə görə, sizi böyük məbləğdə cərimə edə bilərlər. Belə hallarla rastlaşmamaq üçün getdiyiniz ölkənin qanunlarını oxumaq lazımdır. Heç olmasa əsas məqamları.
16. Mərkəzdə isə turist yerlərində nahat etmək
Səyahət üçün ölkələr çoxdur, amma onların hamısında mərkəzdəki restoranlar yüksək qiymətlərlə turistləri gözləyirlər. Mərkəzdən, turistlərlə dolu küçələrdən cəmi 1-2 tin uzaqlaşmaqla yarı qiymətə ondan da yaxşı yemək mümkündür. Dadı da ondan geri qalmayacaq.
17. Həddən artıq çox şəkil çəkdirmək
Getdiyin ölkədən təəssüratlar və xatirələr gətirmək əladır. Amma onun da bir ölçüsü olmalıdır. Adətən səyahətdən qaydanda özümüzlə yüzlərlə şəkil gətiririk. Səyahət zamanı da vaxtımızın böyük hissəsi şəkil çəkdirməyə gedir. Amma bunu edərkən əslində gəzintidən zövq almağı yadırğayırıq. Əsas yerlərdə bir neçə şəkil çəkdirmək kifayətdir, qalan vaxtı sadəcə gəzib, səyahətdən ləzzət alın.
| ['səyahət', 'səyahət etmək', 'tətil', 'seyahat etmek', 'səyyah', 'səyyahlara məsləhətlər'] |
802 | https://kayzen.az/blog/qadin/20506/%C9%99sl-qad%C4%B1nl%C4%B1%C4%9F%C4%B1n-4-m%C9%99rh%C9%99l%C9%99si.html | Əsl qadınlığın 4 mərhələsi | Apollon | Qadın | 6 iyun 2017, 11:03 |
Bilicilər əsl qadınlığa gedən yolu 4 qovşağa bölüblər. Əgər bu qovşaqlar bir yolun başında birləşsə, onda mükəmməl qadın anlayışı sadəcə kitablarda qalmaz, gerçəkləşər. Amma bəri başdan deyim ki, qeyd etdiyim bilicilər də kişilərdir: onlar qadından hər şeyin yüzdə yüz olmasını istəyər, lakin özləri bunun 50 faizini etsələr, möcüzə baş vermiş olar. İstənilən halda tövsiyələrində həqiqət payı var. Ən azından, yaxşılığa doğru dəyişiklik hansı qadına ziyan edər ki? Elə isə bilicilərin “qadınlıq bölgüsü”nə nəzər salaq.
1. Fiziki mərhələ. Qadın olmağın ilk yolu fiziki mərhələdir. Yəni əvvəla əsl qadın kimi görünməlisən ki, daxilini də ona görə tənzimləyəsən. Ən əsası geyim, davranış, münasibət, danışıq, yeriş bu fiziki mərhələnin təməl daşıdır. Nahaq deməyiblər ki, geyim insanın daxilinin aynasıdır. İnsan həyat tərzinə, tərbiyəsinə əsasən geyinir. Təbii ki vulqar geyimli qadından yüksək qadınlıq mücəssiməsi gözləmək olmaz. O, artıq qadınlığı geyimi ilə təhqir edib.
Müasir, dəbli, yaraşan, qadınlığı bəlirləyən geyim mütləqdir. Əsl qadın dərisinə, saçlarına, təmizliyinə mütləq diqqət yetirməlidir. Dəb deyərkən, ondan asılı vəziyyətə də düşməməlidir. Məsələn, hazırda dəb idman üslubuna, xüsusən də ayaqqabılarına üstünlük verir. Ancaq bu, o demək deyil ki, operaya, teatra da krasovkada və əsgər botunda gedəsən. Qadın hara nə geyəcəyini özü təyin etməlidir, dəb yox. Bundan başqa, oturub-durması, yerişi, səsi, danışığı geyimlə tənzimlənməlidir. Həqiqətən də gözəl geyimli, xoş görünüşlü qadının söyüşlə, xırıltıyla danışığını görsək, yerli-yersiz şit qəhqəhəsini eşitsək, o, dərhal gözümüzdən düşər. Daha bir vacib fakt – bədən çəkisini diqqətdə saxlamalıdır. Qadının ən gözəl yeri sinəsi və ya uzun ayaqları deyil, onun belidir. İncə bel qadının özünə və yeməyinə diqqətinin göstəricisidir.
2. Emosional mərhələ — ilk növbədə əsl qadın əsəblərini qorumağı bacarmalıdır. Bunu bacarmasa, soyuqqanlı ola bilməsə bütün gözəl keyfiyyətləri zibil qutusuna atmalı olacaq. Elə səs tonu və davranış seçməlidir ki, nə özü başqasını qıcıqlandırsın, nə də başqasına hörmət səddini keçməyə izn versin. Qətiyyən aqressiv adamla söhbət etməsin. Belələri qadını özündən çıxarıb xoşagəlməz görüntüyə səbəb olar. Əsl qadın qarışqanı şişirdib fil eləməz, amma azdan çox yaradar. Bir təbəssümü belə ruha qida verər. Lakin hər şeydən öncə özünü anlamalı və tanımalıdır. Bu həyatdan nə istədiyini, kimi istədiyini bilməlidir. Özünə hörmət edən qadın həyatdan istədiyini almağı bacarmalıdır, yalnız özünə, hislərinə bələd olduğu halda həyatında və ətrafında kimi görmək istədiyini ayırd edə bilər. Əks təqdirdə nə həyatdan zövq ala bilər, nə də münasibəti onu xoşbəxt edər. Münasibətin getdikcə dərinləşməsi də qadından asılıdır. Boşuna deməyiblər ki “Yuvanı dişi quş qurar”.
Dinləməyi, hörmət etməyi, yeri gələndə itaət etməyi, özünü və qarşısındakını bağışlamağı, sevgisini dilə gətirməyi, göstərməyi bacarmalıdır. Bu, ilk növbədə özünə xeyirdir. Çünki səhv addımlardan asılıb qalmaq, keçmişin ətəyindən yapışmaq onu zehni, mənəvi olaraq çökürdər. İnsanı olduğu kimi qəbul etmək, yanlışlarını dərhal deyil, tədricən düzəltmək bacarığı da hər qadına xas deyil. İlk növbədə səbir, iradə və əlbəttə ki, sevgi vacibdir. “Olmalıdır”, “Etməlisən” əmrini kənara qoyun, sevgi zərurətdir, ancaq məcburiyyət deyil. Təkcə sevgiliyə qarşı deyil, bütün yaxınlarına və yadlara qarşı da belədir. Valideynlərə küskünlük saxlamaqla onlardan qisas alınmaz. Əvvəla heç bir valideyn övladının pisliyini istəməz, ola bilsin ki, vəziyyət mənfiliyə yol açıb. Bağışlaya bilmək həyat yoldaşı, qız övladı, bacı – hansı rolda olursa-olsun qadını ilahiləşdirər.
3. İntelektual mərhələ — kimliyi bəlli olmayan “dahi” deyib ki, qadının ağlı iki toyuğun ağlına bərabərdir. Yaxud belə də deyirlər ki, heç bir kişi ağıllı qadını sevməz, onlara boş bədən və gözəllik lazımdır. Təbii ki, qadın kişini qabağına qoyub dəqiqəbaşı ona müəllimlik eləsə, sevməz. Ağıl təkcə nəyisə öyrətmək deyil. Əsl qadın müdrik olar, “baş”ı idarə edən “boyun” olar. Ümumiyyətlə, nitq qabiliyyəti insanın ağlını, məntiqini, təhsilini göstərir. Cümlələri seçib danışmaq lazımdır, jestlər vacibdir, lakin barmaqları qarşındakının gözünə soxmadan…
Əsl qadın biliyini təyinatı üzrə istifadə edər, hara gəldi səpələməz. İnsanları düz yola gətirmək, dini-elmi mübahisələr, siyasi təhlillər – qoy bunu başqaları etsinlər. Siz insanların düşüncəsinə, seçiminə, ideologiyasına tolerant yanaşın. Birinin fikri ilə razılaşmamaq onun yanlış olduğu anlamına gəlməz. Lakin məntiqi itiləmək, gözəl danışmaq üçün kitablar qadının ən yaxşı dostu olmalıdır. Savadlı qadın – savadlı nəsildir. Əsl qadın həyat qanunlarını öyrənər, zamanın axınına qarşı üzməz, amma selə də düşməz.
4. Mənəvi mərhələ — qadın fanatikliyə varmadan Tanrıya və onun yaratdıqlarına hörmətlə yanaşmalıdır. Burada bütün canlılardan söhbət gedir. Lap elə cansızlardan da – daşı da yaradan Uca Tanrıdır. Ona təpik vurmaq asandır, amma kiminsə atdığı daşın ağrısına dözmək də hər qadının işi deyil. Əsl qadın dili dualı olar, qarğışlardan, fitnə-fəsaddan uzaq gəzər. Nə də təkcə öz gücünə arxalanmaz. Əlbəttə xoşbətliyə gedən yolu təyin etmək, yolun üstündəki maneələri qaldırmaq qadının öz bacarığıdır. Ancaq Tanrı o yolu yarıda qoyarsa, heç bir qadın davamını gətirə bilməz. Uğurlu nikah, yaxşı karyera, sağlam övlad, sabit qazanc – bütün bunlar qadının öz iradəsi sayəsində başa gəlibsə, o iradəni də ona verən Allahdır. Bir bütövü iki edən, qovuşdurub tale yazan Yaradana şükr etməyi bacarmaq mütləqdir. Özü, yaxınları, əzizləri üçün dua etməyi unutmamalıdır. Ən əsası bunu göstəriş xatirinə deyil, qəlbən etməlidir. Ən inadkar səy, ən bəhrəli zəhmət Allaha sığınaraq başa gəlir. Uca Yaradan da yuxarıda sadalanan cəhətləri özündə cəmləyən qadınları sevindirər.
Nəhayət, unutmaq olmaz ki, əsl qadın olmaq üçün məktəb, institut fəaliyyət göstərmir. Bu məktəbi qadın özü yaradır – ağlı, davranışı, səliqəsi, xarakteri, zəhməti ilə!
Şəfiqə ŞƏFA
| ['qadın olmaq', 'əsl qadın', 'qadınlıq', 'qadın'] |
803 | https://kayzen.az/blog/f%C9%99ls%C9%99f%C9%99/20605/pifaqor-v%C9%99-pifaqor%C3%A7ular.html | Pifaqor və pifaqorçular | Əliyev | Fəlsəfə | 4 iyun 2017, 19:38 |
Qədim yunan mütəfəkkiri Pifaqoras (Pythagoras) (e.ə. 580-500) Samos adasında anadan olmuşdur. Sonra o, Cənubi İtaliyaya köçüb, orada Kroton şəhərində dini ittifaq (təriqət) yaratmışdı. Pifaqorasın özündən heç bir əsər qalmamışdır. Buna görə də Pifaqoras və onun ardıcıllarının dünyagörüşü yalnız nisbi təsvir edilə bilər. Onlar tərəfindən hansı fikirlərin irəli sürülməsi haqqında dəqiq məlumat yoxdur. Məlumdur ki, e.ə. V-IV əsrlərdə pifaqorçuluq ideyaları təkmilləşdirilib, yeni keyfiyyət və məzmun almışdı, oraya çoxlu yeni ideyalar daxil olunmuşdu. Yalnız onu demək olar ki, Pifaqorasın yaşadığı dövrdə, onun təliminin ümumi nəzəriyyəsi, ondan sonra isə, pifaqorçuluğun fəlsəfəsi yaranmışdı. Daha sonra isə pifaqorçuluq yeni platonçuların fəlsəfəsi ilə birləşib, onun daxilində ərimişdi.
Rəvayətlərə görə, Krotona gələndən sonra, Pifaqoras dini-fəlsəfi «Pifaqorçular ittifaqı» yaratmışdı. Bu ittifaqın yaradılmasında məqsəd — ən istedadlı və ağıllı adamları birləşdirərək, onları cəmiyyəti idarə etmə iqtidarında olan qüvvəyə çevirməkdən ibarət olmuşdu. Bu adamlar həm elmi, həm də əxlaqi cəhətdən başqalarından seçilərək, cəmiyyətin aristokrat təbəqəsini təşkil etməli idilər. Məhz bu cür fəaliyyətlərinin nəticəsində, pifaqorçular Krotonda tanınmışdılar.
«Pifaqorçular ittifaqı» gizli dini-fəlsəfi təşkilat idi, onun daxili həyatı haqqında heç kəsə məlumat verilmirdi. İttifaqa yeni üzvlər, yalnız sınaqlardan keçəndən sonra qəbul edilirdilər. Bunun üçün xüsusi dini mərasim də keçirilirdi.
Məlumdur ki, Pifaqoras bir sıra əxlaqi və mənəvi prinsiplər irəli sürmüşdür. O deyirdi ki, insan nadanlıqdan, ailə ixtilaflarından, fitnədən, biclikdən aralanıb, üç ideala can atmalıdır: gözəllik və şərəfə; həyatda faydalı olan şeyə; ləzzətli və həzz verici şeylərə. Bu ifadələrdə əxlaqsızlıq deyil, möminlik nəzərdə tutulur.
Pifaqorçular çox sərt həyat tərzi çərçivəsində yaşayırdılar. Səhər tezdən yuxudan ayılırdılar, idmanla məşğul olurdular. Gün ərzində hansı işlərin görülməsini planlaşdırırdılar və daim əmək fəaliyyətində idilər. Axşamlar isə, bir yerdə yığılıb, keçdiyi günə yekun vururdular və tanrılarına ibadət edirdilər. Heyvan ətini yemirdilər, cadulara qarşı ayinlər tərtib etmişdilər. Eyni zamanda pifaqorçular zehni əməyə də böyük əhəmiyyət verirdilər. Onlar təbabət, psixoterapiya, riyaziyyat və başqa elmləri inkişaf etdirirdilər. Pifaqorusun özünə bir neçə elmi ixtira aid edirlər. Onun ən böyük ixtiralarından biri həndəsədə düzbucaqlı üçbucağın hipotenuza ilə katetlərin münasibətləri haqqında teoremdir.
Pifaqorçularda biliyin iki növü vardır: «akusmata» (eşidilən) — müəllimlərdən şagirdlərə verilən şifahi və dəlilsiz biliklər; «matemata» (elm, bilik) — biliyin özü.
İctimai həyatda pifaqorçular hakimiyyət problemlərinə diqqət yetirirdilər və cəmiyyətin hakimiyyətsiz qalmasını yol verilməz hesab edirdilər. Ən ali hakimiyyət tanrılara məxsusdur. Onları tanımaq və onlara ibadət etmək hamının borcudur. Tanrılardan sonra, hökmdarlara, böyüklərə, ata-anaya və sonda qanunlara tabe olmaq lazımdır.
Pifaqoras həm də «kosmos» anlayışını müasir mənada, yəni bütün dünyanı əhatə edən fəza kimi başa düşürdü, onun qanunauyğunluğu və ahəngdə olması haqqında danışırdı. Dünyanın və kosmosun gözəlliyi, yalnız düzgün, intizamlı həyat tərzi sürən insanlar üçün açdır. Kosmosun ahəngini insan həyatına keçirmək pifaqorçuların ideallarından biri idi.
Pifaqorçuların kosmoqoniyasına görə, dünya bir kürədir, sonsuz və əbədi boşluqlardan yaranıb və o boşluqlarla nəfəs alır. Bu nəfəs alma nəticəsində dünya genişlənir və bölünür, göy cisimləri, hərəkət və zaman yaranır. Dünyanın mərkəzində od, Zevsin evi, təbiətin qanunu Prinsipi yerləşir. Sonra isə, oddan yaranmış yer, planetlər və ulduzlar gəlir. Onlar odun ətrafında yerləşir. Göründüyü kimi, pifaqorçular yeri kainatın mərkəzi hesab etmirdilər və onu kürə şəklində təsəvvür edirdilər.
Pifaqoras ruhların bir bədəndən başqa bədənlərə köçməsinə inanırdı. O hesab edirdi ki, hər şey müəyyən müddətdən sonra yenidən dünyaya gəlir. Ruh günahlara görə bədəndə qalmağa məhkumdur. Həyatın ən başlıca məqsədi, onu bədən əsarətindən qurtarmaqdan və başqa bədənlərə köçməyə imkan verməməkdən ibarətdir. Buna nail olmaq üçün, pifaqorçuların həyat tərzini yaşamaq lazımdır.
Pifaqoras təliminin tərkib hissəsi olan rəqəmlərin mistikası xüsusi maraq doğurur. Onların inanclarına görə, rəqəmlər əşyalarda əks olunur, hətta şeylər rəqəmlərin obrazlarıdır, onlar hər şeyin əsası və səbəbidir. Bu təkcə cismi olan şeylərə deyil, həm də mücərrəd anlayışlara aiddir. Hər şey, o cümlədən dini, etik, sosial və s. problemlər riyazi mahiyyət daşıyır.
Rəqəmlər həndəsi mənada başa düşülürdü. Belə ki, nöqtə — vahiddir; iki nöqtədən düz xətt alınır; üç nöqtə — artıq müstəvidir. Burada müxtəlif həndəsi fiqurlar haqqında anlayışlar yaranır.
Müəllif: Aydın Əlizadə (fəlsəfə elmləri doktoru)
Mənbə:«Xristianlıq, tarix və fəlsəfə» kitabı
| ['pifaqorçular', 'Pifaqor'] |
804 | https://kayzen.az/blog/346/20475/sevgiyl%C9%99-bi%C5%9Firil%C9%99n-yem%C9%99k-zad.html | Sevgiylə bişirilən yemək zad | Apollon | 346 saylı marşrut | 1 iyun 2017, 10:59 |
Nəyəsə görə, hansısa maraqları əldə əsas tutub, bir çox əsaslı və əsassız səbəblərə söykənib pis romana yaxşı roman, pis insana yaxşı insan deyə bilərəm, amma əsla dadsız yeməyə dadlı yemək deyə bilmərəm. Bu prinsip məsələsidi. Ona görə də çox adamla düşmən olmuşam. Hansı formada deyilməyindən asılı olmayaraq qadının bişirdiyi yeməyə tənqidi münasibət göstərdinsə oldun ömürlük onun düşməni. Bağışlanılmaq şansı yoxdu. Gec-tez hərlədib-fırladıb qisasını alacaq. Əgər istəyirsənsə səni bir evdə yaxşı qarşılasınlar, üzünə yaxşı baxsınlar, gərək o evdə yediyin yeməyi layiq oldu-olmadı tərifləyəsən. Bu mənada dilimi dinc saxlaya bilmirəm. Obyektiv rəyimi bildirirəm və nəticədə düşmən qazanıram.
İş və tale elə gətirib ki, lap erkən yaşlarımdan kafelərdə, restoranlarda, pavilyonlarda, yeməkxanalarda, stolovoylarda sözün həqiqi və məcazi mənasında sülənmişəm. Özümü yeməkdən başı çıxan adam kimi tanıyıram. Görüntüyə, restoranın adına deyil, həmişə dada üstünlük vermişəm.
Bir dəfə bir məclisdə kababın incəliklərindən danışdım. Bəzi adamlar elə bilir kabab əti şişə taxıb közün üstünə qoymaqdır. Xeyr. Ətin hansı bölgədən olmasından tutmuş, ətin doğranmasına, közün hansı ağacın odunundan hazırlanmasına qədər bir xeyli nüanslar kababın hansı keyfiyyətdə hazırlanmasına təbii ki, öz təsirini göstərir. Bekarçılıqdan bel-belə danışırdım. Bir nəfər dedi: “ Müəllim, filan yerdə mükəmməl kabab verirlər. Gedək yeyək, qiymət ver”.
Ərinmədik. Oturduq maşına, getdik həmin yerə. Restoranda adamın qarşılanmasından başa düşdüm ki, o bu məkanın hörmətli qonaqlarından biridi. Adam ofisianta dedi ki, bizə yaxşı kabab ver, qonağım var, məni pərt etməyin, buranın kababını tərifləyib gətirmişəm zad...
Nağıl dili yüyrək olar. Kabab gəldi masaya. Dadına baxdım.
Adam sual verdi:
“Müəllim, necədi?”
Dedim:
“Yüz ballıq şkalayla səksən qiyməti vermək olar.”
Adam ofisantı çağırdı və bir az özünü əsəbi göstərərək dedi ki, kababçı filankəsə denən bizə yaxşı kabab versin, dedim axı qonağım var. Ofisiant da yüngülvarı günah iş görmüş adam kimi dedi ki, filankəs müəllim, kababçı filankəsi bu gün filan yerə toya aparıblar. Yerində köməkçisidi...
Təəssüf ki, bir çox insanlar dada deyil, görüntüyə, restoranın adına üstünlük verirlər. Belə adamları başa düşə bilmirəm. Bir çox hallarda restoran və kafelərdə əla xidmət təşkil olunur. Səliqə-sahmana da fikir verilir. Kloun, müğənni adamın zəhləsini tökür, lakin dad yaddan çıxır.
Dadlı təamlar yemək hər bir insanın hüququdu. Hər ələ keçəni, masanın üstünə qoyulan hər şeyi qarına doldurmaq olmaz. Elə insan var ki, yeməkdən heç bir anlayışı yoxdur. Qabağına silos da qoysan qaşıqlayıb, çəngəlləyib yeyir. Belə adamlara yazığım gəlir. Dadlı yemək bişirən qadına urcah olmaq əlavə bir xoşbəxtlikdi. Bəzi restoranlarda olduğu kimi bir çox qadınlar da masaya cürbəcür şamdan zaddan düzürlər. Guya romantik masa düzəldiblər. Müxtəlif otları qarışdırıb guya salat düzəldirlər. Guya bunlar müasirdilər. Kişi də təkərə düşüb şam işığında bu ot-ələfi yeyir və özünü xoşbəxt hiss edir. Yazıqlar. Daha doğrusu bədbəxtlər.
Bəzi adamlar öz evlərində bişirilən yeməyə öyrəşir və elə hesab edir ki, onların evində bişirilən yemək bütün yeməklərdən dadlıdı. Orijinalı belə olmalıdı. Amma bir müdrik insanın dediyi kimi, həyat hind kinosu deyil. Reallıq reallıqdı. Yaxşı yemək bişirilən evdə böyüyüb sonra da heç nə bişirə bilməyən qadınla evlənmək əsl bədbəxtlikdi.
Bir yaxın qohumum belə bir aqibət yaşadı. Anası həqiqətdən də çox gözəl yemək bişirən qadın idi. O, isə heç yemək bişirə bilməyən bir qıza urcah olmuşdu. Yazıq rəsmən əzab çəkirdi. Bəzən dadlı bir təam yemək arzusuyla axşamlar qorxa-qorxa anası gilə gəlirdi. Bacıları isə heç nə bişirə bilməyən gəlindən qisas almaq üçün əllərinə düşən fürsəti qaçırmırdılar, qardaşı yola salanda balaca bir qazanda ona yemək verirdilər. O bədbəxt bunu bacılarının bir qayğısı kimi dəyərləndirirdi. Amma qarşı tərəf təbii ki, pası tuturdu. Bu balaca qazanda göndərilən yeməklə nəyə işarə vurulduğunu yaxşı başa düşürdü. Somerset Moem demişkən: “Yalnız bir qadın başqa qadının nəyə qadir olduğunu anlaya bilər”. Gəlin ancaq broyler toyuğu qızartmağı bacarırdı. Kənd toyuğunu heç sevmirdi. Deyirdi: “Kənd toyuğundan iy gəlir, bərk olur...”
Hər axşam broyler toyuğu qızardırdı. Qohumumun anası və bacıları isə qardaşları haqqında deyirdilər: “Toyuq yeməkdən axırda onun qanadları çıxacaq.” İndi təsəvvür edin, bir adam hər axşam toyuq qızardır. Onu da necə qızardır allah bilir və sən hər gün bu toyuğu yeməlisən. Söz desən dava düşəcək. Yeməlisən, vəssalam. Səbəb isə sadədi. Sevirsən. Əgər sevirsənsə sevdiyin adam nə bişirirsə bişirsin, o yemək sənin üçün dünyanın ən dadlı yeməyi olmalıdı. Guya sevgiylə bişirilən yemək daha dadlı olur zad...
Nə sevgi, nə məhəbbət. Axı yuxarıda bir müdrikin kəlamını xatırladıq. Həyat hind kinosu deyil. Adam yemək bişirməyi bacarmır, sevgi gəlib onun əvəzinə yemək bişirəcək? Ola bilsin sevgi metafizik ədviyyat növü kimi yeməyə əlavə bir dad versin, lakin bütün hallarda bişirən əllərin özündə kəramət olmalıdı. Sevgi sehrli süfrə deyil ki, “Açıl süfrəm, açıl” deyəndə adamın qabağında cürbəcür dadlı yeməklər düzülsün… Məsuliyyətdən yaxa qurtarmaqdan ötrü gör bu sevgi sözünün üstünə nə qədər yük vurublar. Sevirsənsə guya bütün çatışmazlıqları xoşbəxtlik kimi qəbul etməlisən.
Qadınlar elə bilir ki, kişilər keflərindən kafelərə, restoranlara gedirlər.
“Fizuli dərd əlindən dağa çıxdı,
Dedilər bəxtəvər yaylağa çıxdı”
Düzdü, dostlarla görüşmək, dərdləşmək, paylaşmaq, stress atmaq kimi niyyətlə kafelərə, restoranlara axışan xeyli kişilər var. Bu öz yerində. Evdə belə görüşlər alınmır. Arvadlar öz zəhərlərini istər-istəməz tökürlər masanın üstünə. Bu var və heç kim bunu inkar edə bilməz. Avaralar və avaraçılıq da öz yerində. Bunu da heç kim inkar edə bilməz. Amma bir çox kişilər də evdə düz-əməlli yemək tapa bilmədiklərinə görə kafelərə qaçırlar. Bunu da heç kim inkar edə bilməz.
Conatan Svift “Qulliverin səyahəti” əsərində yazır: “Bizim ölkədə bədənin zəif və xəstə olması, arıqlıq və üzün torpaq rəngində olması nəcabətli nəslə mənsub olmağın ən doğru əlamətləridir”.
İndi hal-hazırda bizim ölkədə də təxminən buna oxşar bir vəziyyət yaranıb. Yekə-yekə qızlar fəxrlə, sevinə-sevinə, heç utanmadan, heç qızarmadan deyirlər: “Mən yemək bişirə bilmirəm eeeeeeeeee…. hahaha...” Əlacları olsa hələ bu sözü deyəndən sonra qalxıb ayağa bir partiya da oynayarlar. “Mən yemək bişirə bilmirəm” sözünü elə fəxrlə, elə qürurla deyirlər ki, guya yemək bişirməyi bacarmaq böyük bir naqislik, geridəqalmışlıq, yemək bişirməyi bacarmamaq isə müasirlik, aristokratlıq göstəricisidi. Soruşsan ki, yaxşı yemək bişirməyi bacarmırsan, ola bilsin yemək bişirməyi öyrənməyə vaxtın olmayıb. Bəs nəyi bacarırsan? Hər halda insan haqqında yüksək fikirdə olmağımız lazımdı. Bəlkə bir neçə xarici dil öyrənib, nəsə bir sənət öyrənib, oxuyub və nəticədə yemək bişirməyi öyrənməyə vaxt tapmayıb. Məlum olur ki, heç nə öyrənməyib. Baş boş, savad yox, heç bir sənəti də duz-əməlli bilmir…
Seriallara baxmaqdan ağılları buxarlanıb. Reallıq hisini itiriblər. Elə bilirlər ki, hər axşam restoranda yemək yeyəcəklər, ya da zəng edəcəklər hər axşam bunlara qablarda yeməklər gələcək. Daha bilmirlər ki, həyat ağzını əjdaha kimi açıb öz qurbanlarını gözləyir. Udur, udur, udur və heç cürə doymaq bilmir ki, bilmir...
Seymur Baycan
| ['346 saylı marşrut', 'Seymur Baycan', 'ərə getmək'] |
805 | https://kayzen.az/blog/azerbaycan/20526/%C5%9Firvan%C5%9Fahlar-saray-kompleksi.html | Şirvanşahlar saray kompleksi | Əliyev | Azərbaycan | 29 may 2017, 15:02 |
Şirvanşahlar sarayı — XV əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş saray kompleksidir. Bakının mərkəzində, İçərişəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Keyqubad məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), Saray hamamı və Ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur.
2000-ci ildə YUNESKO tərəfindən İçərişəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilib.
Şirvanşahlar sarayı nə vaxt yaranıb?
Şirvanşahlar sarayı 1420-ci ildə Dərbəndi sülaləsindən olan I Xəlilullah padşahın sifarişi ilə tikilib. Saray 30 il ərzində tikilib başa çatıb. Sarayın binası 1420-ci illərdə, ona bitişik olan divanxana 1450-ci illərdə, türbə 1435-ci ildə, məscid 1442-ci ildə, Seyid Yəhya Bakuvinin türbəsi 1450-ci illərdə, Şimal darvazası 1585-ci ildə tikilmişdir. Saray İçərişəhərdə yerləşir. Şirvanşahlar sarayı ansamblının binaları yerin relyefinə uyğun olaraq 3 səviyyədə qruplaşdırılıb. Ərazinin ən hündür yerində olan yuxarı həyətdə saray binası və ona bitişik divanxana, aşağı həyətdə türbə və minarəli Şah Məscidi, yuxarı həyətin yaxınlığında Seyid Yəhya Cəlaləddin Bakuvinin türbəsi və ona bitişik kiçik məscid (Keyqubad məscidi də adlanır) yerləşir. Türbə olan həyətin giriş baştağı — Şimal darvazası tikilib. Şirvanşahlar saray ansamblının yaxınlığında hamam, şah kəhrizinin qurtaracağında 500 min litr su tutan ovdan qalıb. Saray 2 mərtəbədən ibarətdir. Birinci mərtəbə 27 otaqdan, ikinci mərtəbə 25 otaqdan ibarətdir. Bakı 15-ci əsrdə Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsi ilə əlaqədar Şirvanşah sarayı tikilmişdir. Şirvanşahlar sarayı Şirvanşahlar dövlətinin hökmdarı I Xəlilullahın yay iqamətgahı idi. Şirvanşahlar sarayı orta əsrlər Azərbaycan memarlıq sənətinin şah əsəri kimi qəbul edilmişdir. İndinin özündə də Şirvanşahlar saray kompleksi Mədəniyyət Nazirliyi tərəfindən bir abidə muzey-qoruq kimi qorunub saxlanılır. Orada 200-dən çox abidə var. Şirvanşahlar sarayının əsas binalarının memarı Əli tərəfindən tikilməsi ehtimal olunur. Memar Əlinin adı 1435-ci il tarixli türbənin baştağındakı badamvari medalyonlarla həkk olunmuşdur. Şimal darvazasının baştağı üzərindəki kitabədə ustad Əmirşah Belyənguhinin adı yazılıb. Sarayın daşları üzərindəki yazılar bu abidənin Azərbaycan xalqına məxsus olduğunu sübut edir, gələcək nəsillər üçün bu abidənin qorunub saxlanılmasının böyük əhəmiyyəti vardır. Sarayın daşları üzərində olan bədii oymalar və memarlıq elementləri, daşlar üzərindəki yazılar bu abidənin Azərbaycan milli memarlıq nümunəsi olduğunu sübut edir.
Bu qədim abidə Azərbaycanın əzəmətindən xəbər verir
Şirvanşah I Xəlilullahın dövründə Bakıda Şirvanşahlar sarayı tikilmişdir. Bu, orta əsrlərdə Azərbaycanda tikilmiş ən əzəmətli tikilidir. Bu abidə kompleksi 1997-ci ildə YUNESKO tərəfindən qorunan abidələrin siyahısına daxil edilmişdir. Bu kompleks saray, divanxana, türbə, məscid və minarə, ovdan və hamamın qalığından ibarətdir.
Şirvanşahlar sarayı XV əsrdə Azərbaycan ərazisində tikilmiş tarixi abidələrdən biridir.
Saray Bakının ən yüksək zirvəsində tikilib. Divanxanaya daxil olan yerdə, qapının üstündə Quranın 10 surəsindən ibarət olan yazıda deyilir ki, Allah öz istədiyi insanları düz yolla aparır. Divanxananın arxitekturasının dünyada heç bir analoqu yoxdur. Bu günədək bütün divanxananın ərazisi pir sayılırdı. Orada süd quyusu adlanan quyu var. Deyilənə görə, südəmər körpəsi olan anaların südü çəkiləndə həmin quyunun ziyarətinə gedirmişlər. Divanxananın yanında türbə yerləşir. Giriş qapısının üstündə sağ və sol tərəfdə yazılı medalyon var. Yazı iki dəfə təkrar olunur. Yazıda Allah, Məhəmməd, Əli, Memar sözləri oxunur. Türbənin giriş qapısında daha bir yazı var: «Mərhəmətli Böyük sultan Xəlilullah hicri tarixlə 839-(1436) ildə bu müqəddəs türbəni anasının və oğlunun xatirəsinə tikdirmişdir.» Bu kompleksə aid olan və təmizlik məbədi hesab olunan hamamlar da var. Buradakı hamamlar yeraltında yerləşdiyi üçün onların üzərində bağlar salınmışdır. Bu hamamlarda su yeraltı quyudan çıxırdı və möhkəm, yanan daş kimi əriyən ağ neftlə qızdırılırdı. Bütün ansambl həmin dövrdə Azərbaycanın arxitekturasının çiçəklənməsindən xəbər verir. Kompleks Şirvanşahlar dövrünün əzəmətindən xəbər verir.
Xüsusi tikiliş üslubuna malik olan Şirvanşahlar sarayı Azərbaycanın digər abidələrindən fərqlənir. Binanın əsas hissəsi 1420-ci ildə tikilib. Şirvanşahlar sarayı bir neçə hissədən ibarətdir:
1. Divanxana (1450)
2. Seyid Yəhya Bakuvi məqbərəsi (1450)
3. Hamamxana (1450)
4. Məzar (1435)
5. Şahın məscidi (1441)
6. Mərad darvazası (1585)
1964-cü ildən kompleks dövlət tərəfindən qorunur və saxlanılır.
Hamamxana
Hamamxana sarayın lap aşağı tərəfində yerləşir. O, 1939-cu ildə aşkar edilmiş, 1953-cü ildə təmizlənmiş və 1961-ci ildə təqdim olunmuşdur. Təmizlənməyə əsaslanaraq demək olar ki, sığınacaqlar künbəzlər tərəfindən örtülür və kümbəzdə olan kəsiklər də lazımi qədər sistemlidir. Hamamxananın planı dörd sütundan ibarət iki geniş dördkünc sığınacaqdan ibarətdir. Sığınacaqların bir qrupu soyunmaq üçün nəzərdə tutulub və "çöl" yaxud «bayır» adlanır. Lakin digər qrup isə yuyunmaq üçün nəzərdə tutulub və «içəri» hissə adlanır. Soyuq və isti su ehtiyatları isə «kazna» adlanır. Doktor Lerç 1733-cü ildə sarayda olmuş və hamamxana haqqında belə demişdir: «Hamamxana çöldən və içəri hissədən çox gözəl bəzədilib. Su ehtiyat hissəsindən qaynadıcıya — »Külxanaya" gəlir və xüsusi borulardan tökülür. Orada çoxlu sığınacaq hissələri var idi, məsələn, yuyunma otağı, «xəlbəti» yəni tək çimmək üçün yer".
Kompleksin quruluşu
Şirvanşahlar memarlıq kompleksinin aşağı həyətində yerləşmiş Şirvanşahlar türbəsi ilə Şah məscidi birlikdə, yuxarı həyətin memarlıq kompleksindən fərqlənən, kiçik bir tikinti kompleksi yaratmışdır. Düzbucaqlı prizma formasında olan Şirvanşahlar türbəsinin Şərq fasadı portal (baştağ) kompozisiyası ilə qeyd edilmiş və dekorativ ünsürlərlə bəzədilmişdir. Bu binanın ifadəli görkəm almasına kompozisiya aydınlığı və memarlıq formalarının ciddiliyi səbəb olmuşdur. Türbə tikintisində işıq kölgə ləkələrinə, şaquli memarlıq hissələri ilə üfüqi formalar arasındakı kontrastlığa və ustaların məharətlə yaratdığı daş üstündəki oymalara geniş yer verilib. Binanın daxili hissəsi çatma günbəzlə nəhayətlənib. Cənub və Şimal tərəflərdə yerləşmiş xidmət otaqları tağtavanla örtülüb. Şimal tərəfdəki otaqda dama aparan dolama pilləkənlər yerləşdirilib. Daxili quruluşun əsas hissəsi salona verilib. Salonun divarlarında çatmatağlı dərin taxçalar yerləşdirilib. Salonun üstü itibucaqlı təpəsi olan günbəzlə örtülüb. Bu günbəz kürəvi formalı yelkənlər üzərində yerləşdirilib. Günbəzin daxili səthi zərif dilim hissələrə parçalanıb. Salonun qərb tərəfindəki iki kiçik otaqda türbə əmlakı saxlanırmış. Salonun ciddi üslublu memarlıq görkəmində nəzərə çarpan cəhət interyerlə qamətli günbəzin düzgün nisbətdə tikilməsidir. Günbəz vaxtilə firuzəyi kaşı lövhələrlə örtülü olub.
Bu türbəni fərqləndirən əlamətdar xüsusiyyətlərdən biri onun yeraltı sərdabə hissəsinin olmasıdır. Nəşlər salonun döşəməsində yerləşdirilmiş sərdabələrdə dəfn edilmiş və sərdabə daş lövhələrlə örtülüb.
Türbənin baştağı Azərbaycan portallarının ən gözəllərindəndir. Bu baştağın dilimi tavanı yuxarıdan çatma yarımgünbəzlə nəhayətlənmiş, aşağıdan isə stalaktitlərlə bəzədilmişdir. Yarımgünbəz 4 cərgədə yerləşdirilmiş stalaktit kəmərinə söykənib.
Baştağda çatmatağın üstündə stilləşmiş nəbati naxışlar, sol və sağdakı medalyonda isə güzgü əksliyi ilə təkrar olunan «memar Əli» sözləri verilmiş, portalın yuxarı hissəsində isə nəsx xətti ilə iki sırada Quran ayələri qabarıq formada oyulub.
Baştağı soldan ayıran çatmatağlı giriş qapısının üstündəki ikisətirli daş kitabə abidənin tikilmə tarixindən xəbər verir: "Ən böyük sultan, əzəmətli Şirvanşah, Allahın nəbisinin adaşı, dinin köməkçisi — Allah onun dövlət və hökmdarlığını əbədi etsin — anası və oğlu üçün — Allah onların hər ikisinə rəhmət etsin — bu nurlu türbənin tikilməsinə 939-cu ildə (miladi 1435-1436) əmr etdi".
Şirvanşahlar saray kompleksinin şimal-qərb hissəsində, divarla əhatə edilmiş kvadrat həyətdə divanxana yerləşir. Həyətin ortasında 1,5 metr hündürlüyündə olan bünövrənin üstündə divanxananın səkkizguşəli mərkəzi pavilyonu ucaldılıb. Bu pavilyonun mərkəzi salonu beş tərəfdən açıq eyvana baxır. Divanxananı təşkil edən xüsusi formalı sütunlar və onların yaratdığı çatmatağlı arka abidənin mərdlik, qüvvət və müdriklik ifadə edən memarlıq obrazını yaratmışdı.
Abidənin damı ikiqat örtüklə örtülmüş, xarici görünüşü dilim-dilim memarlıq formasındadır. Divanxana həyətinin divarları boyu sütunlar üzərində qurulmuş çatmatağlı arkaların yaratdığı uzun, düzbucaqlı eyvan mərkəzi binanı, pavilyonu üç tərəfdən əhatə edir. Həyətin günbatana baxan xarici giriş yolu küçə tərəfdən dərin baştağla qeyd edilmişdir. Abidənin ikinci baştağı pavilyonun çatmatağlı eyvanına qərb tərəfdən bitişərək, darısqal yerdə, pavilyona əzəmətlilik, vüqar və ucalıq təsiri bağışlayır. Bu portalın çatmatağlı taxçası zərif, dilim-dilim formalı yarımgünbəzlə nəhayətlənir. Bu yarımgünbəz zəngin stalaktitlər quruluşuna söykənmişdir. Baştağın timpanları giriş yolunun üstündəki səth üzərində oyma naxışlarla, qabarıq nəbati ornamentlərlə bəzədilmişdir. Güman edilir ki, giriş yolunun üstündə abidənin tarixinə dair yazılar olmuş, lakin nə vaxtsa silinmişdir.
Tədqiqi
1932-1934-cü illərdə Şirvanşahlar sarayının təmiri və bərpası sahəsində müəyyən işlər görülüb ki, bu da abidənin uçmasının qarşısını ala bilib. Həmin dövrdə abidədən Azərbaycan Tarix Muzeyinin binası kimi istifadə etmək nəzərdə tutulmuşdu. Saray kompleksinin ardıcıl şəkildə öyrənilməsi və tədqiq edilməsi işlərinə yalnız Böyük Vətən müharibəsindən sonra başlanılıb. 1945-ci ildə Şirvanşahlar saray kompleksinin ayrı-ayrı abidələri elmi əsaslarla bərpa edilməyə başlanıb. Bərpa işlərinə AMEA-nın həqiqi üzvü, professor Sadıq Dadaşov rəhbərlik edib. Lakin 1946-cı ildə alimin vəfatı Şirvanşahlar saray kompleksinin bərpasını xeyli ləngidib. Yalnız 1950-ci ildə memarlıq işləri idarəsində elmi-bərpa istehsalat emalatxanasının yaradılması nəticəsində Şirvanşahlar saray kompleksinin bərpası yekunlaşdırılıb.
Mənbə:"Şərq" qəzetinin araşdırma qrupu
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb
| ['Şirvanşahlar sarayı', 'Şirvanşahlar', 'Bakı şəhəri', 'Bakının tarixi', 'Sirvansahlar sarayi haqqinda'] |
806 | https://kayzen.az/blog/moda/20446/dior-yarad%C4%B1c%C4%B1l%C4%B1%C4%9F%C4%B1n%C4%B1n-6-%C5%9Fah-%C9%99s%C9%99ri.html | Dior yaradıcılığının 6 şah əsəri | Apollon | Moda dünyası | 26 may 2017, 14:45 |
New Look cərəyanı
I və II Dünya müharibə dövrlərində yaşanan kasıbçılığa, qıtlığa görə paltarlar sadələşmiş və get-gedə kobudlaşmışdı. Ancaq müharibə bitdikdən sonra onun modaya təsiri də azaldı, beləcə, nazlı-qəmzəli görünməyə can atan qadınlar üçün incə geyimlər istehsal olunmağa başladı. 5 illik Dünya müharibəsindən sonra 1947-ci ildə Kristian Dior dəb tarixinə qızıl hərflərlə yazılan «New Look” silueti yaradır. Şübhəsiz, dizayner öz ixtirası ilə dünya dəbinə böyük töhfə verib. Qadını qum saatına bənzədən bu cərəyanın adını Dior özü fikirləşməyib. Bu ad tanınmış amerikalı jurnalist və redaktor Kermel Snouya aiddir. O, Diorun ilk kolleksiyası barədə yazdığı resenziyada dizaynerin yeni kəşfini „New Look” adlandırmışdı.
Kristian Diorun yeni dəb cərəyanı ilk dəfə 1947-ci il fevralın 12-də “Carolle Line» dəfiləsində nümayiş olunub. Onun 1947-ci ildə ilk dəfə nümayiş olunan kolleksiyası Diora böyük uğur qazandırmışdı. Müharibədən sonra hamının əsgər obrazında görməyə alışdığı qadınların enli ətəklərdən istifadə etməsi cəmiyyətdə əsl rezonans doğurmuşdu. Onun ilk kolleksiyasına daxil olan ətəklərdə əsas diqqətçəkən məqam büzülmüş incə bel, kiçik çiyinlər, düz və həddindən artıq enli ətəklər idi. Yoxsulluq və qadağalar içərisində yaşamaqdan bezən cazibədar parisli xanımlar bu kolleksiyanı böyük məmnuniyyətlə qəbul edirdilər.
Əslində, onun inqilab etmək fikri yox idi, sadəcə, müharibədən sonra qadınları yenidən gözəl görmək arzusu ilə alışıb-yanırdı. İkinci Dünya müharibəsi dövründə dəb aləmində vəziyyət qənaətbəxş deyildi: iri çiyinlər, torba kimi ətəklər və nəhəng platforma ayaqqabılar. Dizayner bu geyimlərin qadının bədən quruluşunu layiqli şəkildə vurğulamadığını hesab edirdi. Modelyerin uşaq illəri Fransanın şimal-qərb sahillərində anası və onun rəfiqələrinin əhatəsində keçmişdi. Ona görə də, Dior hələ uşaqlıqdan qadını nəyin zərif göstərdiyini yaxşı bilir və o dövrün təmtəraqlı yubkalarını, beli sıxan korsetləri, enli şlyapaları yenidən dəbə gətirmək istəyirdi. «New Look” cərəyanı sayəsində qadınlar əvvəlki zərifliyinə qovuşmuşdu.
Bu cərəyanın davamçıları bizi indi də darıxmağa qoymur. Onlar mütəmadi olaraq, təkrar-təkrar podiumlarda nümayiş olunur. Vivyen Vestvud, Con Qalyono, Mark Jakobs kimi sadiq davamçılarla yanaşı, „Prada“, „Louis Vuitton“ kimi davamçıları da „New Look“ cərəyanını ölməyə qoymur.
Bar pencəkləri
Kristian Diorun əsas ixtiralarından biri də belə qədər qısalmış, bel xəttinə volan əlavə edilmiş, ən nəhayət, əyinə kip oturan məşhur peplum pencəklərdir. Diorun fikrincə, belə bir əşya hər bir xanımın qarderobunda olmalıdır. Bu pencək otel barlarında təşkil olunmuş kokteyllər, o cümlədən, axşam ziyafətləri üçün ideal seçimdir. Bu səbəbdən, dizayner pencəyə buar adı vermişdi. „Dior”dan olan bar pencəyi bir qayda olaraq, atlas və ya ipək parçadan tikilir, onun önünü girdə atlas düymələr tamamlayır. Bu pencəyi nazik parçadan tikilmiş şalvar ya dəbli qələm ətəklərlə geyinmək təklif edilir.
Qələm ətək
Uzunluğu dizdən bir qədər aşağı olan qələm ətəklər “Christian Dior” moda evinin şah əsərlərindən biridir. Diorun bu fasonu qadın bədəninin incəliyini vurğulayır və yaranan gündən etibarən qadın zərifliyinin etalonu sayılır. Kuturye onu bar pencəkləri və ya əyində yaxşı oturan topla geyinməyi təklif edib. Qabarıq ətəklər+ Yerə qədər uzanmış, krinolin sayəsində qabarıq görünən ətəklər indi də Dior yaradıcılığının bənzərsiz ştrixi sayılır. Kuturye bu cür ətəyə bəzən 40 metrə yaxın parça sərf edirdi, onların çəkisi də olduqca ağır idi. Buna görə, həmkarları Dior tərəfindən şiddətli tənqidə məruz qalırdı.
Koko Şanel onun yaradıcılığını belə xarakterizə edirdi: „Dior qadınları geyindirmir, onlara əzab verir“. Buna baxmayaraq, belə ətək geymək qadınların ürəyincə idi, üstəlik, onlara çox böyük tələbat vardı. Səbəb qadınların onda özünü şahzadə kimi hiss etmələri idi. Maraqlıdır ki, ətəklər hətta asılqanda da öz unikal formasını qoruyub saxlayırdı. Çoxları onu həyatın hələ tam bərpa olunmadığı, hakimiyyətin bir-birinin ardınca dəyişdiyi bir vaxtda ölkəni belə bərbəzəyə qərq etməkdə qınayırdı. Lakin o, bütün bu ittihamlara fikir vermədən öz işini davam edirdi. Uzun illərdən sonra Diorun adı eleqantlığın və gözəlliyin sinonimi sayılır.
Qızılı büstqalter
1947-ci ildə öz zəfər debütündən sonra Kristian Dior bir-birinin ardınca çoxsaylı müştərilərini sevindirməyə davam edirdi. Məsələn, 1957-ci ilin avqustunda öz ölümündən bir neçə ay əvvəl qızılı saplarla işlənmiş büstqalter buraxmışdı. Qurşağa doğru büstqalter elastik lent vasitəsilə bərkidilirdi. Bu, Diorun daha bir ixtirası idi.
Dior ətri
Kristian Dior özünü ancaq moda ustası kimi deyil, həm də uğurlu iş adamı kimi təsdiq edib. Dior modanı biznes sahəsi kimi inkişaf etdirmək üçün onun yeni modelini yaradıb. Belə ki, bir neçə məhsulu bir brend altında birləşdirərək tarixdə ilk moda imperiyasının əsasını məhz Dior qoyub. O, geyim dizaynı ilə yanaşı, biznesin digər aspektləri, o cümlədən, qadın ətir istehsalı ilə maraqlanıb. Dəbdəbə və romantizmi təbliğ edən fransız moda evinin ilk ətirləri 1947-ci ildə yaradılıb və „Miss Dior“ adını alıb. Dior hesab edirdi ki, ətir hər bir şəxsi tamamlayan və onun geyiminin son akkordunu vuran vasitədir:
İki məşhur parisli ətriyyatçı Jan Karl və Pol Vaş tərəfindən yaradılan bu ətir tariximizə əbədi daxil olmuş və bu günə qədər dünyada ən çox satılan məhsullardan biri sayılır.
| ['Kristian Dior', 'Christian Dior', 'moda dünyası'] |
807 | https://kayzen.az/blog/kino/20340/rejissorlar-kino-haqq%C4%B1nda.html | Rejissorlar kino haqqında | Apollon | Kino | 26 may 2017, 14:38 |
1. Lars Fon Triyer
“Tarkovskinin niyə möhtəşəm olduğunu izah etmək çətindir, amma məncə onun filmlərinə baxanda sanki adama vəhy gəlir.”
2. Jan Lük Qodar
“Foto gerçəkdir, kino isə saniyədə iyirmi dörd dəfə gerçək.”
3. Federiko Fellini
“Yaxşı filmin qüsurları da olmalıdır. Həyat kimi, insanlar kimi.”
4. Alfred Hiçkok
Filmdəki mənfi qəhrəman nə qədər güclü alınıbsa film də o qədər yaxşıdır.
5. Nuri Bilgə Ceylan
“Hər yeni film mənə həyatımı necə idarə edəcəyimi öyrədir.”
6. Akira Kurosava
“Yaxşı rejissor yaxşı bir ssenariyə dahiyanə film çəkə bilər; eyni ssenariyə pis rejissor, ancaq adi film çəkə bilər. Amma pis ssenariyə yaxşı bir rejissor belə film çəkə bilməz.”
7. Fatih Akın
“Film çəkmək boks oynamaq kimidir. Burda əsas olan gücü balanslaşdırmaq, taktika və zamanlamadır.”
8. Andrey Tarkovski
“Geniş yayılmış fikrin əksinə, sənətin məqsədi düşündürmək, tezis irəli sürmək və ya bir nümunə təqdim etmək deyil. Xeyr, sənətin məqsədi ən çox insanı ölümə hazırlamaqdır, onu daxili dünyasının ən gizli yerindən vurmaqdır.”
9. Mixael Haneke
“Kitablar həmişə kinodan təsirli olub. Çünki oxucuya heç nə göstərmir, hekayəni öz təxəyyülünün hesabına canlandırmaq imkanı verir. Əslində kinoda bunu eləmək mümkündür. Kino o andakı səhnədə göstərdiyi şeyi nəql etmək məcburiyyətində deyil, bəzi rejissorların bundan xəbəri yoxdur. Nəyi nəql edirlərsə onu göstərirlər, nəyi göstərirlərsə onu demək istəyirlər. Bu sənət deyil!”
10. Stenli Kubrik
“Cinayətkarlara və sənət adamlarına qarşı məndə qəribə bir həssaslıq var. Heç biri həyatı olduğu kimi qəbul etmir. Hər bir həzin hekayə real həyatdakı hadisələrlə təzad içində olmalıdır.”
11. Robert Bresson
“Film çəkəndə nə edəcəyim barədə çox düşünmürəm; sadəcə heç nəyin izahını vermədən göstərməyə çalışır və buna cəhd edirəm.”
12. Mel Bruks
“Barmağımı kəssəm tragediyadır. Qapağı açıq kanalizasiyaya düşüb ölməyim isə komediya.”
13. Zeki Demirkubuz
“Sənət mənə ortaya bir şey qoymaq, həyat haqqında deyilməsi bir az da çətin, bəlkə də hər kəs tərəfindən qəbul edilməyən, ideoloji və dominant fikirlərin xaricində bir iş görmək fürsəti və azadlığı verir. Buna görə kino ilə məşğulam. Kinonun mənim üçün dəyərli, möcüzəvi tərəfi də budur. Bir problemə toxunub fikirlərimi demək üçün obraz və hekayələri yazıram. Bildiyimiz şeylərdən bəhs etmək mənə görə deyil. Bunlar barədə yetərincə çəkirlər. Zülm, sinfi məsələlər və s. haqqında kinoda kifayət qədər bəhs olunub. Bəlkə də bunların arxasında ola biləcək, daha dərin, bəlkə mənim də izahını verə bilmədiyim mövzulardan çəkməyə çalışıram. Sanki çəkə-çəkə özüm də anlamağa çalışıram...”
14. İnqmar Berqman
“Avtomobillər, mebeller, yollar kimi filmlərimin də insanlara faydalı olmasını istəyirəm.”
15. Vonq Karvay
“Film çəkmək insanın fərqli yaşlarda öz fotosunu çəkməsi kimi bir şeydir. Hərəsi bir cür görünsə də, amma əslində hamısı eynidir.”
16. Çarli Çaplin
“Nə vaxta qədər ki, insanlar ölməyi biləcəklər azadlıq da olacaq. Həyatda məni mutsuz edə biləcək ən böyük şey lüksə alışmaqdır.”
17. Bela Tarr
“Məni tanımayan və ömründə heç bir filmə baxmamış bir adama belə filmlərimi göstərsəniz baxıb zövq alacaq. Çünki heç bir koddan, şifrədən istifadə etmədən sırf insan halından bəhs edirəm. Belə bir fikir var ki, filmi başa düşmək üçün intellektual qabiliyyət lazımdır. Məncə buna ehtiyac yoxdur. Filmi hər kəs başa düşə bilər, kino hamı üçündür.”
18. Frank Kapra
“Dram filmlərimdə bəzi qüsurlar buraxdığımı etiraf edirəm. Mən elə bilirdim aktyor ağlayanda dram olur. Sən demə tamaşaçı ağlayanda dram olurmuş.”
19. Orson Uells
“Hollivud sup sektoru da daxil olmaqla təcrübə məqsədli laboratoriyaları olmayan yeganə sənaye sahəsidir.”
20. David Linç
“İnsan qaranlıqda qalanda düşüncələrini tapıb üzə çıxarmağa çalışır. Əgər bu vaxt qorxularınız hərəkətə keçsə elm adamı belə ola bilərsiz.”
21. Jak Tati
“Mən istəyirəm ki, film siz kinoteatrı tərk etdikdən sonra başlasın.”
22. Luis Bunuel
“Kino hissləri, arzuları və şüuraltını izah etmək üçün ən yaxşı vasitədir.”
23. Kventin Tarantino
“İçində zorakılıq səhnələri olan filmlər uşaqları qəddar eləməz. Bəlkə qəddar prodüserlərə çevirər, amma bu da tamam başqa bir mövzudur.”
| ['kino', 'kinomatoqrafiya', 'rejissorlar', 'rejissor'] |
808 | https://kayzen.az/blog/sevgi/20328/lev-tolstoy-v%C9%99-sofya-bers.html | Lev Tolstoy və Sofya Bers | Apollon | Sevgi | 24 may 2017, 10:34 |
Tarix ona nəsə yazanları hər zaman xatırlayır. Bir çox məşhurlar — yazıçılar, musiqiçilər, rəssamlar təkcə işləri ilə deyil, həm də həyatları ilə yadda qalıblar. Bu həyatlar arasında kədərlisi də var, faciəlisi də, xoşbəxti də. Sevgi isə yaradıcı insanların ruhundadır. Onların sevgiləri hər zaman oxunulur, izlənilir.
Onun 18 yaşı vardı, Tolstoyun isə 34. Məşhur yazıçı ideal axtarırdı. Sofya Bers isə aşiq idi, gənc idi. Onların sevgisi heç bir kitaba sığmır. Rusiya tarixində ən çox müzakirə edilən ailə həyatı bəlkə də elə Lev Nikoloyeviç Tolstoy və xanımı Sofya Andreyevnanın həyatıdır. Onlar haqqında o qədər şaiyələr gəzirdi ki...
Ailələrinin ən gizli sirləri belə müzakirə edilirdi. Həmçinin bəlkə də Sofya qədər tənqid edilən ikinci qadın da olmayıb. Onu dahi ərinə pis baxmaqda, yaxşı həyat yoldaşı olmamaqda qınayırdılar. Amma o, bütün həyatını yazıçıya həsr etmişdi. Özü yaşamaq istədiyi kimi deyil, Lev Nikolayeviçin arzu etdiyi kimi yaşamışdı.
Əsl məhəbbəti onu rədd edir...
Həyatı boyu ideal qadın axtaran Tolstoy ilk dəfə gənc olarkən saf kəndli qızı Qlaşaya vurulur. Sonradan hamilə qalan, yazıçının xalasının qulluqçusu olan Qlaşa qovulur. Yaxınları isə ondan imtina edirlər. Qlaşa bəlkə də həlak olardı, əgər Tolstoyun bacısı Maşa onu himayəsinə almasaydı...
Sonradan yazıçı özü-özünə söz verir: öz kəndində heç bir qadınla əlaqə yaratmayacaq. Tolstoy əsl məhəbbəti 22 yaşında dadır. O, bacısı Maşanın ən yaxın rəfiqəsi Zinaida Molostovaya aşiq olur. Tolstoy ona evlənmə təklif edir, lakin Zinaida rədd cavabı verir. Sonradan Tolstoy sınıq qəlbi ilə birlikdə Qafqaza gedir.
«Mən ailə həyatı üçün doğulmamışam»
İkinci dəfə o, 1854-cü ilin yayında aşiq olur. Arsenyevin yetim qalmış üç uşağına himayədarlığı boynuna götürən yazıçı böyük qız, iyirmi yaşlı Valeriyanı sevir. Onlar görüşürlər. Lakin gənc aşiqlər tamam başqa adamlar idilər. Tolstoy arzulayırdı ki, Valeriya sadə paltarda onun yanında gəzərək kasıb insanlara yardım edəcək. Lakin Valeriya bahalı geyimdə və arabada küçələri gəzəcəyini xəyal edirdi. Tolstoy bunu anlayan kimi qıza məktub yazır: «Məncə, mən ailə həyatı üçün doğulmamışam, baxmayaraq ki, onu dünyada hər şeydən çox sevirəm”.
“Əlbəttə ki, hə”
Sofya Andreyevna Bers 22 avqust 1844-cü ildə doğulub. O, Moskva saray həkimi Andrey Bersin ikinci qızı idi. Ailədə isə səkkiz uşaq vardı. Anası Lyubov Aleksandrovna qızlarını oxudurdu. Sofya özü hətta nağıl yazırdı. Ailə Kremldə demək olar ki, kasıblıq içində yaşayırdı.
1862-ci ilin avqustunda Bers ailəsinin uşaqları İviçadakı babalarını ziyarətə gedirlər. Yolda Yasnaya Polyanada dayanırlar. Elə həmin vaxt 34 yaşlı qraf Tolstoy ailənin 18 yaşlı qızı Sofyanı görür. Onlar tez-tez görüşüb söhbətləşirlər. Qraf Sofyanın gözəlliyi və saflığı qarşısında dayana bilmir və ona vurulur. Berslər getdikdən sonra Lev Nikolayeviç bir neçə gün ancaq dözə bilir. Sofyanı yenidən görmək üçün İviçaya gedir və balda onunla rəqs edir. Baxmayaraq ki, yazıçı öz-özünə Sofyanın hələ uşaq olduğunu deyirdi, yenə də hisslərini gizlədə bilmirdi. Berslər Moskavaya qayıdanda Tolstoy onların ardınca gedir. 17 sentyabrda Tolstoy Berslərin evinə gedərək Sofyaya məktub verir və ona evlənmə təklif edir. Sofya otağına qalxır. Qayıdanda isə “əlbəttə ki, hə” cavabını verir. Tolstoy həqiqətən xoşbəxt idi…
Və Tolstoyun ailə həyatı başladı...
Sofya gənc idi, ailənin intim həyatı barədə anasından öyrənmişdi. Buna görə də soyuq və məsafəli idi. Tolstoy isə gənc arvadına qarşı ehtiraslı idi və ondan cavab istəyirdi. Hətta bir dəfə gecələrdən birində Tolstoyun gözünə qarabasma görünür. Ona elə gəlir ki, qucağında sevişdiyi Sofya deyil, gəlincikdir. O, bu barədə arvadına deyir və Sofya bundan çox qorxur. Lakin gecə həyatı dəyişmədən qalır. İlk hamiləliyi Sofya ağır keçirir. 10 iyul 1863-cü ildə ilk övladları Sergey doğulur. Sonradan İlya, Lev, Mariya, Petr, Nikolay, Varvara, Andrey, Mixail, Aleksey, Aleksanra və İvan doğulur. 13 uşaqdan beşi uşaq ikən ölür.
Həyatlarının ilk iyirmi ilini Sofya və Tolstoy bir-birini çox sevirlər. Sofya Tolstoy üçün nələri etmir. O, uşaqlarına özü tərbiyə verir, bişirir, geyindirir. Yasnaya Polyanada müalicə mərkəzi açır. Özü insanlara bacardığı qədər kömək edir. Yazıçıya həmçinin əsərlərində də yardım edir. Əlyazmaları köçürür.
Ailə həyatının 19-cu ilində Tolstoy “Anna Karenina”nı bitirir. O, ruhi böhran yaşayırdı. Artıq bu həyat onu təmin etmirdi. Yazıçı ruhi sakitlik tapa bilmirdi. Bəzən hətta intihara cəhd edirdi. Dində sakitlik tapmağa çalışır, lakin alınmırdı. Evin bütün zəhməti isə Sofyanın çiyinlərində idi. Artıq cütlük arasında davalar olurdu. Sofya bezmişdi. Tolstoy onu aldadırdı. Hər dəfə Sofya hamilə olanda yazıçı gah aşbazla, gah xidmətçi ilə yatırdı. Hər dəfə peşman olsa da, bütün bunlar Sofyanın qəlbini yaralayırdı. 44 yaşında Sofya sonuncu övladını, Vanyanı dünyaya gətirdi. Lakin körpə öldü. Sofya sanki dəli olmuşdu. O, körpənin ölümünü qəbul edə bilmirdi.
Ərinin dostuna vurulur...
Bu faciəni cütlük yaşaya bilmədi. Körpənin ölümündən sonra Sofya həyatını dəyişdi. O, bahalı paltarlar almağa, Moskvaya konsertlərə getməyə başladı. Tezliklə məlum oldu ki, ailə dostu, bəstəkar və pianoçu Aleksandr Sergeyeviç Taneyevə vurulub. Lakin uşaqlar analarına görə utanırdılar. Analarının 52 yaşı vardı. O isə gəncləşirdi, yaşı üçün uyğun olmayan geyimlər geyinirdi. Tolstoy arvadını qısqanırdı. Taneyev isə qadının eşqini anlamadı. O elə bilirdi ki, dostdurlar.
“Elə bilmə ki, səni sevmədiyim üçün getdim. Səni çox sevirəm, amma başqa cür davrana bilməzdim”
24 fevral 1901-ci ildə Tolstoyu kilsədən qovurlar. Sofya ərini dəstəkləyir. Bəlkə də bu, cütlüyün son ən gözəl günləri idi. Onlar yenidən birlikdə idilər və bir-birlərini sevirdilər. Sonradan yenə də ruhi gərginlik, uyğunsuzluq və davalar. Sofya çox qorxurdu ki, onu ərinin düşməni, ona mane olan qadın kimi xatırlayarlar. Nəhayət, elə bir an gəldi ki, Tolstoy daha Yasnaya Polyanada qalmaq istəmədi.
1910-ci il oktyabrın 27-dən 28-nə keçən gecə cütlük arasında sonuncu və dəhşətli mübahisə olur. 82 yaşlı yazıçını qızı Aleksandra yola salır. Tolstoy sonradan arvadına məktub yazır:
“Elə bilmə ki, səni sevmədiyim üçün getdim. Səni çox sevirəm, amma başqa cür davrana bilməzdim”.
Sofya məktubu oxuyandan sonra evin yaxınlığındakı gölə qaçaraq buz kimi suya atılır. Onu çıxarırlar. O, ərini soruşur, lakin qızı atasının yerini demir. Yazıçı yolda soyuqlayır və Astapova adlı kiçik stansiyada vəfat edir.
“Dözülməz dərəcədə darıxıram»
Tolstoyun ölümündən sonra Sofya Andreyevnanı çox qınadılar. Dedilər ki, yazıçıya pis baxıb. Özü isə heç vaxt özünə haqq qazandırmadı. 29 noyabr 1910-cu ildə Sofya yazırdı: “Dözülməz dərəcədə darıxıram. Vicdanım ağrıyır, zəifəm. Rəhmətlik ərimə acıyıram, əzab çəkirəm”.
Sofya intihar etmək istədi. Lakin bacarmadı. Ömrünün qalan hissəsini da ərinə həsr etdi. Əsərlərini topladı. Məktublarını çapa hazırladı.
Sofya Andreyevna Tolstaya 4 noyabr 1919-cu ildə vəfat etdi. Qızı Tatyana deyirdi ki, anası ölümə hazır idi, onu sakitcə gözləyirdi.
Gülər Qasımova
| ['məşhurların sevgiləri', 'yazıçıların sevgisi', 'Lev Tolstoy', 'Sofya Bers', 'Tolstoy'] |
809 | https://kayzen.az/blog/daily-problems/20408/q%C3%BCrurlu-olma%C4%9F%C4%B1n-insan-h%C9%99yat%C4%B1na-t%C9%99siri.html | Qürurlu olmağın insan həyatına təsiri | Apollon | Gündəlik həyatın çətinlikləri | 22 may 2017, 21:25 |
Qürur hissi insanın həyat enerjisini və gücünü zəiflədir. Qürurun ölümə səbəb olan günahlardan biri olduğu da söylənilir. Qürur hissi emosiyaların, hisslərin, neqativ fikirlərin və insana əzəb verən düşüncələrin müccəssəməsidir. Həyatda yaşamaq üçün özündə güc tapmaq istəyən, hyat enerjisi ilə yaşamaq istəyən hər bir şəxs öz fəaliyyətinin həyata keçirmək üçün qürurundan əl çəkməlidir.
Qürurdan əl çəkmək üçün isə əvvəlcə onun varlığını qəbul etmək lazımdır. Qürurlu olmağın müxtəlif yolları vardır. Müxtəlif insanlar qürurlu olmağı müxtəlif cür başa düşür.
1. Qürurlu olmaq səhvsiz yaşayan insanlara xas olan bir xüsusiyyətdir. Belə insanlar hətta öz səhvlərini belə bağışlaya bilmədiklərinə görə səhv addım atmamağa çalışırlar. Bu xüsusiyyətlərinə görə qürurlu adamlar səhvi olanları bəyənmirlər və onlara qarşı xoş olmayan davranışla yanaşırlar.
2. Qürurun meydana çıxmasının səbəblərindən biri də dünyaya qarşı qorxu hissi ilə yaşamaqdır. Bəzi insanlar qorxu və özlərinə qarşı olan acımaq hissini qürurlarının arxasında gizlədirlər. Belə adamlar bir növ özlərinə qarşı zalım olurlar. Bu zalımlıq əksər zamanlarda ətrafdakılara qarşı da yönəlir.
3. Qüruru olan insanlar özlərini hamıdan yüksək hiss edirlər, buna görə də hamıya yuxarıdan aşağı baxırlar.
4. Qürurlu adamlarda özünə qarşı heyranlıq hissi olur. Bu səbədən də onlar qarşçılarındakıların onlara minnətdar olmağını istəyirlər. Onların ən pis xüsusiyyəti isə yaxşılıq elədikləri insanlara ”Mən sənə yaxşılıq eləmişəm, sən həmişə mənə minnətdar olmalısan” demələridir.
5. Bəzi inanlar vardır ki, onlar özlərini uğursuz və bəxtsiz hesab edirlər. Belə adamlarda ruh yüksəkliyi olmur və onlar özlərindən yüksəkdə olan hər bir kəsin dizlərinə qapanmağa, yaltaqlıq eləməyə hazırdırlar. Amma, onlar özlərindən aşağı adam gördükdə özlərini qürurlu aparırlar.
6. Bəzi insanlar özlərini işdə, ailədə və ərtafdakıların rasında vacib, əvəzolunmaz adam sayırlar. Onlara elə gəlir ki, onların gördükləri işi heç kim bacarmaz və onlar daima özləri ilə qürur duyurlar.
7. Bəzi qürur sahibi insanlar vardır ki, onlar özlərini vacib adam hesab edirlər. Onlara elə gəlir ki, istədikləri zamanı çıxıb getsələr geridə qoyduqları onlarsız yaşaya bilməzlər. Ən çox belələri boşanma qərarı verir. Əslində bu onların qürurlu olmasını yox zəif olmalarını bildirir.
8. Həddindən çox ətrafdakıların fikirlərini ön plana çəkən insanlar vardır ki, bu da onların qürurlu olmasında irəli gəlir Belə adamlar bir iş görərkəın ətrafdakıların nə deyəcəyi onları çox narahat edir. Belə adamlarda zaman keçdikcə özünəheyranlıq və nartsizm əmələ gəlir.
9. İnsanların şəxsiyyətində qürur adı aldında lovğzlıq hissi də gizlənir. Lovğaliq özünəməxsus mənlik sahibi olan adamlarda olur. Bu zaman insan özünü ətrafdakılardan üstün tutur və hər zaman bu üstünlüyü təsdiqəmək üçün bir bəhanə axtarır. Belə insanlar həmişə lovğalanır və özləri ilə fəxr edirlər. Lavğalanmaq insanlarda olan komplekslərdən biri sayılır.
10. Bir qrup insanlar vardır ki, onların qüruru onları başqalarına kömək etməyə qoymur. Belə adamlar kiməsə yardım etməyi öz mənliklrinə əskiklik hesab edirlər.
11. Ətrafdakıları təsir altına salaraq onların əməklərindən yararlanan və bununa qürur duyan insanlar vardır. Belə insanlar yanlarında olan insanlara öz işlərini gördürür və bununla da qürur duyarlar.
12. Bəzən insanları başqaları ilə bəhsə girmək və bəhsdə qələbə çalmaq qürurlandırır.
13. Bəzi insanları başqalarının səhvlərini və pis hərəkətlərini üzünə vurmaq qürurlandırır. Belə insanlar ətrafdakılarında çatışmazlıq axatarır və həmişə bu çatışmazlığı onun üzünə vurur. Bu qürür onda əsəbilik, gərginlik və qıcıq yaradır. Belə qüruru ilə öyünən adamı yerində oturtmaq lazımdır.
14. Bəzi insanların qüruru onları ətrafdakılarla sirrlərini bölüşdürməyə yol vermir. Belə adamlar qürurları ucbatından tənhalığa üstünlük verirlər.
15. Bəzi insanlar başqalarını ələ salmaqla qürurlanırlar. Onlar ətrafdakılrı təhqir etməkdən qürur duyarlar.
16. Bəzi insanlar ruhi problemləri və qürurları onların öz çatışmzlığını dillərinə gətirməyə icazə vermir.
| ['insan', 'insan xarakteri', 'qürur', 'qürurlu', 'qürurlu olmaq'] |
810 | https://kayzen.az/blog/kino/19817/marcello-mastroianni.html | Marcello Mastroianni | Apollon | Kino | 20 may 2017, 20:21 |
Marcello Vincenzo Domenico Mastroianni – “italyan sevgili”, “italyan nişanlı” təxəllüslü məşhur aktyor, dahi Fellininin alter-eqosu, Sofi Lorenin daimi tərəf müqabili, aktyor Marcello Mastroianni 1924-cü ilin 28 sentyabrında İtaliyada, Fontana-Liri adlı dağ kəndində xarrat ailəsində anadan olmuşdu. Atası Ottorino Mastroianni kasıb xarrat, anası, yəhudi mənşəli Ida Irolle (İdolson) isə evdar qadın idi. Bir qədər sonra ailə Turinə köçmüş, ailənin ikinci aktyoru, Marcellonun kiçik qardaşı Rudjero da orda doğulmuşdu.
Mastroiannilər ailəsi çox kasib idi. “Mən uzun müddət anamla eyni çarpayıda yatmışam, çünki otaqda yer yox idi. Qardaşlarım bizim yanımızda döşəmədə yatırdılar, atam isə dəhlizdə. Ancaq mən bunda pis heç nə görmürdüm, çünki yaşıdlarım da eyni vəziyyətdə idilər” – Mastroianni uşaqlığını xatırlayanda deyirdi.
Gələcək aktyorun uşaqlıq və gənclik illəri nasizm dövrünə düşmüşdü. Hətta Marcello faşistlər tərəfindən Almaniyanın şimalındakı əsir düşərgələrindən birinə deportasiya olunmuş, bir müddət orda işləmişdi. Düşərgədən qaçmağı bacarmış Mastroianni bir neçə ay Venesiyada gizlənmiş, müharibə başa çatandan sonra Romaya köçmüş, kino şirkətlərinin birində mühasib işinə düzəlmişdi. Bu vəzifədə işləyə-işləyə Roma universitetində inşaat və memarlıq fakultəsinə daxil olmuşdu. Universitetdə dərslərinə hazırlaşmaqla paralel tələbərin hazırladıqları tamaşalarda da iştirak eləyirdi. Elə Giulietta Masina ilə də orda tanış olmuşdu. Hərçənd bir qarnı ac, biri tox yaşamaqdan yorulmuş Marcello aktyor yox, memar olmaq istəyirdi, çünki bu peşədə yaxşı pul qazanacağına inanırdı.
Ancaq Marcellonun memar olmaq arzusu “gözündə qalır”. Luchino Viscontinin ucbatından. Universitetin tamaşalarından birində onun ifasını bəyənən Visconti, Mastroiannini “Elizeo” teatrının truppasına dəvət eləyir.
Mastroianni Viscontinin diqqətini niyə cəlb elədyini anlamırdı. O, zahiri görkəmini – 176 sm-lik boyunu, kobud formalı burnunu, dolu dodaqlarını və nazik əllərini bəyənmirdi. Lakin Visconti onun rola girməyi bacardığını, qəhrəmanlarının ən incə duyğularını belə çatdıra bildiyini düşünürdü. Yəqin elə buna görə bir neçə tamaşadan sonra onu özünün “Bəyaz gecələr” filmində baş rola dəvət eləmişdi. Bu filmdə Mastroianni ilk dəfə melanxolik intellegent obrazını yaradır. Onun ifası Fellininin o qədər xoşuna gəlir ki, gənc aktyor “Şirin həyat” filmində baş rolu alır. Beləcə, onların birgə fəaliyyətlətinin əsası qoyulur. Hərçənd Fellini Marcellonu təkcə aktyorluğuna görə bəyənmirdi: “O, həmişə çox yeyirdi. Bu cəhəti diqqətimi çəkmişdi, çünki yaxşı iştahası olan insanlara simpatiya duyuram. Odur ki, Marcello ilk dəfə diqqətimi oyunu ilə yox, yeməyi ilə cəlb eləmişdi. O, əsl qurman idi” – özü də dadlı yeməkləri sevməyi ilə məşhur olan Fellini M. Mastroianni haqqında deyirdi.
Əslində Fellini “Şirin həyat” filminə Marcellonu yox, amerikalı Paul Newmanı çəkmək istəyirdi. Amma Newman özünü “yuxarıdan aparıb” şərtlər qoymağa başlayanda rejissor rolu adi zahiri görkəmə sahib, tanınmamış aktyora vermək qərarına gəlir.
“Şirin həyat” 1960-cı ildə Kann Kinofestivalında baş mükafata layiq görülür. Marcello Mastroianniyə isə vətənində ilin ən yaxşı aktyoru adı verilir. Bundan sonra Mastroianni Fellininin “Səkkiz yarım”, “İntervyu”, “Cincer və Fred”, “Qadınlar şəhəri” filmlərində də çəkilir.
“Deyəsən, mən Fellininin ruhunun vizual təcəssümü idim, — Marcello deyirdi, — Fellininin alter egoya, öz zəifliklərini yükləyə biləcəyi personaja ehtiyacı vardı. “Səkkiz yarım” filmində mən içimdəki antiqəhrəmanın mahiyyətini üzə çıxartmışam. Ümumiyyətlə, Fellininin filmlərində oynadığım bütün personajlar bəxtsiz insanlardı. Və onlardan çox xoşum gəlirdi, çünki ruhən mənə yaxındılar”...
Aktyorun yaradıcılığında xüsusi yeri olan daha bir rejissor vardı — Vittorio de Sica.
O, aktyorun Sofi Lorenlə duetinin “dirijoru” idi. “İtalyansayağı nigah”, “Dünən, bu gün, sabah” filmləri tənqidçiləri də, tamaşaçıları da səmimiyyəti və ehtirası ilə heyran eləmişdi və dünya kinosunun şedevrləri heab olunurdu.
Sözügedən filmlər Mastroiannini bütün Avropada məşhurlaşdırır. 1961-ci ildə tənqidçilər Mastroianninin digər bir dahi italyan rejissoru M. Antonioninin “Gecə” filmində oynadığı rolu da çox bəyənirlər. Onun soyuq ifası rejissorun vermək istədiyi “müasir cəmiyyətdə yadlaşma” ideyasını dəqiq çatdırırdı.
70-80-ci illərdə aktyor əvvəlkindən daha çox çəkilməyə başlayır. Hər il ekranlara onun iştirakı ilə bir neçə film buraxılır. Onlar tamaşaçılar arasında o qədər də uğur qazanmasalar da, Mastroianni əvvəlki kimi kinotənqidçilərin sevimlisi idi.
1986-cı ildə aktyor, Nikita Mixalkovun “Qara gözlər” filmində oynadığı rola görə üçüncü dəfə “Oskar”a namizəd olur.
Aktyor sonuncu rolunu rejissor Robert Altmanın “Pret-a-porte” filmində oynayır. Bu filmdə Sofi Lorenlə tərəf müqabili olan M. Mastroianni Rusiyadan vətəninə qayıdan və Lorenin personajına aşiq olan italyanı canlandırır.
Mədəaltı vəzinin xərçəngindən əziyyət çəkən Mastroianni “Pret-a-porte” filmindən iki il sonra dünyasını dəyişir. Aktyorun dəfn mərasimi ərəfəsində Romada yerləşən, “Şirin həyat” filmi ilə məşhurlaşmış Trevi fəvvarəsi aktyorun xatirəsinə hörmət əlaməti olaraq söndürülür və üzərinə qara örtük salınır.
Marcello Mastroianni öz sənət fəlsəfəsini belə ifadə eləyirdi: “Mən çox tənbəl, passiv insanam. Mən- hərəkət adamı deyiləm, müşahidəçiyəm. Mən- pəncərə qarşısında dayanıb başqalarına baxan insanam. Fəlsəfəm də italyan fəlsəfəsidi – hər şeyi sabaha saxla. Gecələr mənə bir boşqab spaqetti, bir şüşə şərab və dostlarım lazımdı. Yaxşı filmlərimin hamısında da hərəkət eləyən yox, reaksiya verən personajları oynamışam. Belə rollarda özümü daha rahat hiss eləyirəm...”.
1950-ci ildə, teatr karyerası təzə başlayanda, hələ qadınların üzünə baxmadığı vaxtlarda Mastroianni italyan bəstəkarı Ezio Corabellanın qızı, aktrisa Flora Carabella ilə evlənir. Bir il sonra onların Barbara adlı qızı dünyaya gəlir.
Flora Marcellonun qanuni nigahla evləndiyi yeganə qadın olur. Aktyor uzun, qısa, bütün sevgi macəralarından sonra onun yanına qayıdır. Harda, kiminlə olur-olsun, hər il toylarının ildönümündə Floraya zəng vurur və qızılgül buketi göndərirdi.
“Əvvəllər onun macəralarından xəbər tutanda dəli olurdum, evdə mebelləri sındırır, qışqırıb-bağırırdım. Amma sonra Visconti mənə həyati-vacib bir məsləhət verdi. Dedi ki, “əgər o azad olsa, həmişə sənin yanına qayıdacaq. Marcellonun təbiəti belədi – o, pərvanə kimidi, şamdan şama uçur”- deyə Flora müsahibələrinin birində deyirdi.
“İtalyan sevgili”nin tərəf müqabili olduğu hər aktrisa ilə macəra yaşadığı deyilirdi, hətta Sofi Lorenlə də. Lakin hər ikisi bu şayiələri inkar eləyir, israrla “sevgi münasibətlərinin” ekrandan kənara çıxmadığını, həyatda yalnız yaxşı dost olduqlarını təkrarlayırdılar.
Əvəzində aktyorun amerikalı aktrisa Faye Dunawaylə münasibəti daim mətbuatın gündəmində idi. Onlar çəkiliş zamanı tanış olmuşdular, dərhal da aralarında “elektrik” yaranmışdı.
“Bizim münasibətimiz çəkiliş meydançasında öpüşlə başlamışdı. Ssenariyə görə mən onu qucaqlayıb öpməli idim. Elə həmin öpüşdən sonra məhv olduğumu başa düşdüm. O, şimşək kimi gəlmişdi”, — deyə M. Mastroianni deyirdi.
Onların qitələrarası “gizli” sevgisi üç il davam eləyir və Faye Mastroiannidən boşanmasını tələb eləyəndə hər şey bitir. Ayrılıqlarından bir həftə sonra Faye ictimai şəkildə “Marcello ana uşağıdı, müstəqil qərar verməyə qadir deyil”, — deyə bəyan eləyir.
Marcellonu isə bu ayrılıq çox pis yaralamışdı. “Mən Faye-i çox sevirdim, ancaq hər şey ağrılı bitdi və biz bir daha danışmadıq. Mən bir də onu görmək istəmirdim”, — deyə aktyor sonralar etiraf eləyirdi.
Bir sevgi yarasını nə sağalda bilər? Başqa bir sevgi. Mastroiannidə də belə olur. “Bu yalnız başqalarının başına gələ bilər” filminin çəkilişlərində tanış olduğu 27 yaşlı Catherine Deneuve 46 yaşlı aktyora keçmiş sevgilisini nəinki unutdurur, hətta onun həyatının ən vacib qadınına çevrilir. Floranın nifrətlə “o əcinədi” adlandırdığı Catherine-lə Marcellonun münasibətləri bir neçə il davam eləyir. Bütün bu vaxt ərzində aktyor Parislə Roma arasında yaşayırdı. O, dəfələrlə Catherine-ə evlənmək təklif eləsə də, hər dəfə rədd cavabı alırdı. Bir tərəfdən onun ailəsini dağıtmaq istəməyən Catherine digər tərəfdən ailə institutuna inanmırdı. Ümumiyyətlə, deyilənə görə, fransız aktrisası Mastroianni ilə soyuq və qapalı davranırmış.
Ancaq Marcello onun soyuqluğuna inanmırdı. Müsahibələrinin birində münasibətləri haqqında soruşan jurnalistlərə “Sevir! O mənim sevimli yeməyimi bişirir- lobya! Təsəvvür eləyirsiz, Catherine və lobya!”, — demişdi.
Həqiqətən də, yemək bişirməkdən zəndeyi-zəhləsi gedən Catherine lobya bişirməyin 34 üsulunu öyrənmişdi. Ancaq 1972-ci ildə doğulan qızları Chiara da Catherine-in evliliklə bağlı fikrini dəyişmir. Hətta Marcellonun Flora ilə boşanması da ona təsir eləmir. Deyilənlərə görə, bunu eşidən Giulietta Masina ərinə “Yazıq Marcello fransız müstəqilliyinin sarsılmaz qalasını almaq üçün sonuncu vasitəni də istifadə elədi” söyləyibmiş.
Deneuve-ün növbəti rədd cavabından sonra Marcello arvadına zəng vuraraq: “Flora, o, yenə yox dedi. Hətta sən də onunla evlənməyimə razılıq vermişdin, amma o, yox dedi. Mən ölmək istəyirəm”, — deyir və tezliklə İtaliyaya Floranın yanına qayıdır. Ancaq o, sevdiyi qadını və qızını görmək üçün tez-tez gizlincə Parısə gedir. Chiara onun sevimlisi idi.
Sonralar Chiara Mastroianni valideynlərinin yolunu davam etdirir və aktrisa olur, hətta anası ilə birlikdə Claude Lelouchun “Yalnız ikimiz” filmində çəkilir. Ancaq Marcello Mastroianni ölümlə əlləşdiyi günlərdə həyat yoldaşı Flora ilə birlikdə Catherine Deneuve qızı Chiara da onun yanından ayrılmır.
Aktyorun sonuncu sevgisi rejissor Anna Maria Tato olur. Onlar Parisdə yaşayırdılar, aktyor artıq xərçəng olduğunu bilirdi. Buna görə də ömrünün son günlərində ürəyini boşaltmaq qərarına gəlir. Anna Maria onun yeddi saatlıq etirafını lentə yazır.
Ancaq aktyorun ölümündən bir il sonra lent yazısını kitaba çevirmək istəyəndə əməmlli-başlı qalmaqal başlayır. Mastroianninin qadınlarından heç biri etirafın çap olunmasını istəmir, Anna Marianı aktyorun adından yararlanmaqda ittiham edirlər.
“Mən heç vaxt birlikdə olduğum qadınları saymamışam – sadəcə sevmişəm! Onlar bu həyatda mənə çox şey veriblər. Bəlkə də mən onlara daha az şey vermişəm”, deyə Marcello müsahibələrinin birində etiraf eləyirdi.
azadliq.org
| ['italyan kinosu', 'italyan aktyor', 'Marcello Mastroianni', 'Marçello Mastroyanni'] |
811 | https://kayzen.az/blog/ushaq_terbiyesi/19809/u%C5%9Faqlar%C4%B1n-inki%C5%9Faf%C4%B1n%C4%B1-l%C9%99ngid%C9%99n-%C9%99%C5%9Fyalar.html | Uşaqların inkişafını ləngidən əşyalar | Apollon | Uşaq tərbiyəsi | 20 may 2017, 20:21 |
Müasir valideynlərin uşaqların erkən inkişafı uğrunda yarışdığı bir dövrdə biməyərəkdən onların inkişafına mənfi təsir edən vasitələrdən də fəal şəkildə istifadə etməkdədirlər. Ailə və uşaq psixoloqu Olqa Kramareviç (Ольга Крамаревич) maarifləndirmə niyyəti ilə valideyn həyatını müəyyən mənada asanlaşdıran lakin ifrat istifadə zamanı uşaqların inkişafını ləngidən əşyaların qısa siyahısını təqdim edir: 1 yaşından sonra əmzik.
Əmmə refleksi körpələrə və uşaqlara təhlükəsizlik və rahatlıq hissini təmin edir. 1 yaşından sonra istənilən narahatlıq zamanı əmziyə əl atan uşaqda gələcəkdə dırnaq yemək, qələm gəmirmək və sair bu kimi xoşagəlməz vərdişlər qazana bilər. Üstəlik daima əmzik vasitəsilə rahatlıq halında olan uşaq inkişaf etmək üçün motivasiyasını itirir. Daim ağızda olan əmzik şübhəsiz ki, danışıq qabiliyyətinin inkişafına da mənfi təsiri göstərir.
Yaş yarımından sonra bez. Bədəninin funksiyalarını idarə etməyə başlamaq və onun müvafıq reaksiyasını stimullaşdırmaq üçün uşaqlar müəyyən narahatlıq halında olmalıdır. Bez daim uşağı quru saxladığından, onda yaş olaraq narahatlıq hissinin yaranmasına mane olur və uşağın tezliklə bezdən çıxıb normal tualet vərdişlərində ləngimələr müşahidə olunur. Lakin hər bir uşağın yetişmə məqamı olduğu kimi müəyyən istisnalar da mövcuddur ki, bu halda uşağı məcburən bezdən çıxarmaq üçün ciddi stress yaşatmağa ehtiyac yoxdur. Valideynlərin müəyyən qədər səbrli olmaları gərəkdir.
Əyilmiş uşaq qaşığı. Sıyığa, yuyucu vasitələrə və vaxta qənaət etmək etmək istəyən valideynlər sözsüz ki, əyilmiş qaşıqlardan istifadə edə bilərlər. Lakin bu cür qaşıqlar uşağın motorikasının və məsafə hissiyyatının inkişafını əngəlləyir.
Xodunok. Yenicə ayaq açmış uşaq üçün faydalı hesab edilən bu vasitə əslində onun yıxılmaq imkanını aradan qaldırmaqla normal inkişafına mane olur. Yıxılmaqla uşaq diz və dirsəkləri ilə döşəməni duyaraq daha tez ətraf mühitinə uyğunlaşacaqdır.
Səsli-musiqili interaktiv oyuncaqlar. Müxtəlif sözlər deyən və suallara cavab verən elektron vasitələr əslində uşağın oyun süjetinə məhdudiyyət qoyaraq onun sözlərin mənasına varmadan mexaniki təkrar etməyinə səbəb olacaqdır.
3 yaşından sonra 3 təkərli skuterlər. Əgər valideynlər uşağın tezliklə sərbəst skuter sürməyi öyrənməsini istəyirlərsə o halda müəyyən müddətdən sonra təkərlərin sayını azaltmalıdırlar. Valideynlər unutmamalıdırlar ki, uşağın fiziki inkişafı onun intellektual inkişafı ilə bağlıdır!
İstənilən yaşda televizor. Televizorun ziyanı haqda kifayət qədər məlumatlı olmaqlarına baxmayaraq valideynlər ondan yayındırıcı və başaldadıcı vasitə kimi fəal şəkildə istifadə etməkdədirlər. Televizor bütün ziyanları ilə yanaşı uşaqların təhsil və təlimində problemlərin yaranmasına səbəb olur.
Məhdudiyyətsiz elektron oyunları. Əgər uşaq vaxt və şərt məhdudiyyəti qoyulmadan elektron oyunlarla oynuyursa, onda müəyyən asılılıqlar yarana bilər. Oyunlara aludə olan uşaqlarda müxtəlif növ psixoloji problemlər müşahidə edilə bilər.
vib.az
| ['uşaqların inkişafı', 'uşaq intellektinin inkişafı'] |
812 | https://kayzen.az/blog/fizikl%C9%99r/20421/stiven-hokinqin-h%C9%99yat-qaydalar%C4%B1.html | Stiven Hokinqin həyat qaydaları | Apollon | Görkəmli fiziklər | 18 may 2017, 13:13 |
İQ-ümün neçə olduğunu bilmirəm. Məncə bununla yalnız uğursuzlar maraqlanır.
Mənim məqsədim sadədir; Bütün kainatı anlamaq istəyirəm. O, niyə belədir, necə qurulub və biz niyə buradayıq?
Bərabərlik riyaziyyatın ən maraqsız hissəsidir. Mən şeylərə həndəsənin gözüylə baxmağa çalışıram.
Biz xüsusi görkəmi olmayan bir ulduzun balaca planetinin meymundan törəmiş, inkişaf etmiş varlıqlarıyıq. Amma bizim kainatı öyrənmək şansımız var. Bizi özəl edən budur.
Biz kainatın həyata yararlı olmasına təəccüblənməməliyik. Axı bu, o demək deyil ki, kainat həyat üçün düşünülmüşdür.
Deyə bilmərəm ki, fiziki məhdudiyyətli olmağım mənə işimdə kömək edir, amma o mənə araşdırmalara fokuslanmağa, darıxdırıcı konfranslardan qaçmağa kömək edir.
Əgər harasa getmək istəsəm bu yer kosmos olar. Bill Qeytsin yerinə olsam kosmik gəmi alardım.
Elmi araşdırmanın pul qazanmaqdan daha çox həzz verdiyinə əminəm.
Bir zamanlar mən yalnız belə ünsiyyət qura bilirdim-kimsə mənə əlifbanı göstərəndə qaşlarımı qaldırırdım. Mən söhbət edə bilmirdim, əlbəttə ki, elmi iş yaza bilməzdim. İndisə xoşbəxtlikdən əlimin düyməni basmağa gücü var. Bu düymə kompüterə birləşdirilib, kompüterinsə ekranı daim hərəkət edir. Oradan lazım olan sözü seçirəm. Cümləni bütöv seçəndən sonra isə onu səs sintezatoruna göndərirəm. Sintezatorumun 13 yaşı var və ona çox öyrəşmişəm. Ona görə ki, onunla assosiasiya olunuram və o, elə də monoton deyil, az qala insan kimi intonasiyalar verə bilir, amma heç kim soruşmur ki, maşın ya da Mikki maus necədir.
Həyat olan yerdə ümid var.
Mənim böyük arzum hava limanı piştaxtalarında satılacaq kitab yazmaqdır. Amma əlbəttə kitabın üstünə gərək çılpaq qadın şəkli vurulsun.
Allaha inanıram, çünki siz Allah deyəndə kainatı idarə edən qüvvələri nəzərdə tutursunuz.
Eynşteyn kvant mexanikasını qeyri sabitliyinə və təsadüfiliyinə görə heç vaxt qəbul eləmədi. O deyirdi ki, Tanrı aşıq-aşıq oynamır. O iki dəfə səhv edirdi. Qara dəliklər göstərdi ki, Tanrı nəinki aşıq –aşıq oynayır, hətta istəyəndə onları o qara dəliklərə atır və heç kim onları görmür.
Sizi əmin edirəm ki, bizi gələcəkdən olan turistlər hələ ziyarət etməyib.
Elmi fantastika faydalı ola bilər-o, təxəyyülü inkişaf etdirir və gələcək qarşısında qorxunu aradan qaldırır. Özü də elmi faktlar bəzən elmi fantastikadan da artıq heyrətləndirici olur. Elmi fantastika qara dəlik kimi şeyləri təsəvvür belə etməmişdi.
İnsanlığın qarşılaşdığı ən böyük problem aqressiv instinktlərdir. Mağara dövründə bu instinktlər sağ qalmaq üçün vacib idi. Bu bizim beynimizdə genetik kod kimi qaldı, Darvin bunu təbii seçmə adlandırırdı. İndisə əlimizdə nüvə silahı ilə gözləyə bilmərik ki, təkamül bizi öz instinktlərimizdən azad edəcək. Qorxuram ki, bununla mübarizə üçün gen mühəndisliyinə müraciət etməliyik.
Kosmosa uçana qədər insan nəslinin min il yaşaya biləcəyinə inanmıram. Bu bapbalaca planetdə hər şeyin məhv olması haqda onlarla ssenari var. Amma mən optimistəm. Biz ulduzlara çatacağıq.
İnternetdə gəzmək TV kanallarını durmadan dəyişmək kimi ağılsız bir ideyadır.
Həyat çox faciəvi olardı, əgər belə məzəli olmasaydı…
| ['Stiven Hokinq', 'fizik', 'görkəmli fiziklər'] |
813 | https://kayzen.az/blog/qadin/20472/u%C4%9Furlu-ki%C5%9Finin-%C3%B6n%C3%BCn%C3%BC-k%C9%99s%C9%99n-qad%C4%B1nlar.html | Uğurlu kişinin önünü kəsən qadınlar | _BUMERANQ_ | Qadın | 16 may 2017, 15:02 |
Hər uğurlu kişinin arxasında bir qadın dayanır, yoxsa daha uğurlu olardı.
Bir dostum var. Həkimdi. Danışıb gülər, enerjili, ağıllıdı. Gülüşünün arxasında həmişə bir məyusluq hiss edərsən. Sanki hardasa bir sakitlik tapacağına ümid edir. Bir imperiyanı idarə edəcək gücdədi. Amma illərdi eyni yerdə ayaq döyür, uğursuz deyil. Sadəcə, əminəm ki, layiq olduğunu əldə etməyib. İllər əvvəl bir gün dedi ki, bəyəndiyim qəzet-jurnal yazıları vardı, saxlayırdım. Yoldaşım hamısını atıb. Niyə atdığını soruşanda, “evi zir-zibillə doldurursan, nəyə lazımdı” dedi.
— Sən nə dedin?
— Heç nə, nə deyəydim… Mənim üçün hər şey olan, onun üçün heç nədi. Mənim dəyər verdiyim yazılar onun üçün zir-zibildi. Heç nə demədim. Hər şey aydın deyil?
Möhkəm sarsıldım. Özümü onun yerində təsəvvür etdim. Ətim ürpəndi.
İnsanın şəxsi həyatındakı narahatlıq onun böyük amallar arxasınca getməsinə əngəl yaradır. Hər gün işdən evə — səni anlamayan birinin yanına getmək əzablıdı. Anlamaması bir yana, səni gərəksiz, mənasız söhbətlərlə, aydınlaşdırmalarla yoran, tükəndirən, illərlə eyni sözləri deyən, eyni mövzuda danışan, kimliyini, ruhunu böyütməyən, heç nə ilə maraqlanmayan, heç bir hobbisi, məşğuliyyəti, əyləncəsi olmayan birini hər gün görmək, ona dözmək, onunla yaşamaq insandan nə boyda səbr istəyir. Dözmək, səbr etmək üçün də sonsuz enerji lazımdı. Hiss olunmadan mənasızlığa xərclənən, itirilən bu enerji an-an insanı tərk edir, boşaldır. Bir gün boşluqda qalırsan. Özünü belə hiss etmirsən. Evə gedib güc almaq yerinə, evə gedəndə canını alırlar elə bil.
İnsanı şəxsi həyatındakı neqativlər qədər heç nə tükəndirmir. Necə güclü olmalısan ki, hər gün toparlanıb özünü bərpa edəsən və uğur arxasınca gedəsən. Anlamayanlara nə anladacaqsan? Əvvəllər düşünürdüm ki, insanlar danışaraq anlaşa bilər. Zaman, təcrübə göstərdi ki, danışmağa ehtiyac yaranırsa, dəfələrlə təkrarlanırsa, vəssalam, məsələ bitib. Heç nə çözülməyəcək — ümid yoxdu. Çünki bir-birini anlayan adamlar özlərini bir-birinə uzun-uzadı izah etməyə gərək duymayan tərəflərdi. İnsanlar danışaraq anlaşırlar. Amma başqa mənada. Danışıb bir-birini tanıyıb dostlaşırlar. Bir-birinə uyurlar.
Münasibət aydınlaşdırmağa dəfələrlə, illərlə, günlərlə ehtiyac yaranırsa, boş verin, özünüzü yıpratmayın. Sizin adamınız deyil. Ya barışın, ya ayrılın, amma döyüşməyin, özünüzü yormayın. Əslində, bu mövzu hər kəsə aiddi. İşgüzar qadınlarına öz bayağılıqları ilə mane olan kişilər də var. Həmişə qadının problemini görmək isə ədalətsizlikdi. Ətrafda qadının bekar başından bunca əziyyət çəkən kişilər varkən, özünü görməzliyə vurmaq insafdan deyil. O qədər mənasız, bayağı, bezdirici qadın görürəm, fikirləşirəm, kişi olsam, onunla bir saat bir yerdə yaşaya bilməzdim.
Tanıdığım qadınlar var. On il öncə necə görmüşəmsə, o cür də qalıblar. Söhbətləri, dünyagörüşləri dəyişməyib. İntellektual səviyyə sıfır. Yeni heç nə öyrətməyib adam özünə. Dünyada heç bir marağı olmayan insanla yaşamaq zülmdü.
Bir kişinin əvəzsiz qadını olmaq istəyirsizsə, onun silahdaşına çevriləcəksiz, onun maraqlarını paylaşacaqsız. Özünüzə əziyyət verib onun sahəsi haqda öyrənəcəksiz. Bir kişi sizinlə öz maraqları haqda danışa bilmirsə, ruhu yanınızda deyil. Bir kişini qazanmaq üçün onun ruhunu qazanmaq lazım. Kişi yazarlarımızın maraqlı fikri var: Qadının ən gözəl yeri düşüncəsidi." Əgər kişi üçün düşüncəniz gözəl deyilsə, nə özünüzə əl qatın, nə onun zəhləsini tökün. O, bütün varlığı ilə sizin deyil.
Buna görə də “hər qüdrətli kişinin arxasında böyük qadın var” ingilis deyimini fərqli də ifadə etmək olar: Hər uğurlu kişinin önünü kəsən zəhlətökən və hikkəli qadın var… Yoxsa o kişi daha uğurlu olardı.
Aysel Əlizadə
| ['qadın', 'kişi-qadın münasibətləri', 'qadın psixologiyası', 'qadın düşüncəsi'] |
814 | https://kayzen.az/blog/anal%C4%B1q/19963/%C3%A7oxd%C9%99f%C9%99lik-u%C5%9Faq-bezl%C9%99ri.html | Çoxdəfəlik uşaq bezləri | Apollon | Körpəyə qulluq və analıq | 14 may 2017, 16:47 |
Övladını hər şeyin ən yaxşısı ilə təmin etmək hər bir ananın arzusudur. Lakin, bəzən arzularımız gerçəliklə üst-üstə düşmür. Yaxşı hesab etdiyimiz bəzi şeylər ya övladımızın sağlamlığına, ya cibimizə, ya da ətraf mühitə zərər verə bilir. Şükürlər olsun ki, bu zərərlərdən qaçmağa çalışan analar üçün asanlıq mənbəyi olan daha bir vasitə icad olunub – çoxdəfəlik uşaq bezləri! İlk dəfə olaraq 1999-cu ildə Amerikada patentləşdirilən çoxdəfəlik uşaq bezlərinin daha primitiv formaları əsrlər boyunca dünyanın bütün guşələrində analar tərəfindən istifadə olunub. Müasir dövrdə də analar müəyyən maddi və mənəvi səbəblərdən kütləvi şəkildə çoxdəfəlik uşaq bezlərinə üz tutmağa başlayıblar. Almaniyada artıq valideynlərin 30%-i çoxdəfəlik uşaq bezlərindən istifadə edir. Bunun üçün bir çox səbəblər mövcuddur. Qısaca olaraq bu səbəbləri belə sadalamaq olar:
1. Pula qənaət – çoxdəfəlik uşaq bezlərindən istifadə, xərclərinizi yarıbayarı azaldacaq. Amerikada aparılan hesablamalara əsasən 3 illik müddət ərzində bir uşaq üçün çoxdəfəlik uşaq bezlərini istifadə etməklə valideynlər enerji, su və yuyucu vasitələrə xərclənən pula təqribən 1434 dollar qənəat etmiş olurlar! Bundan əlavə, çoxdəfəlik uşaq bezlərini növbəti uşaqlarınızda da istifadə edə və ya istifadədən sonra sata bilərsiniz.
2. Ətraf mühitin qorunmasına töhfə – çoxdəfəlik uşaq bezlərindən istifadə etdikdə dünyanı 50% daha az zibillədiyimizi bilirdinizmi?
3. Uşaqların sağlamlığına töhfə – çoxdəfəlik uşaq bezlərinin tərkibində mayeni hopduran zəhərli gellər yoxdur. Mayeni hopdurmaq üçün mikrofibr, bambuk, yun və digər materiallardan hazırlanmış içliklərdən istifadə olunur. Bu səbəblə çoxdəfəlik uşaq bezləri geydirilən uşaqlarda adətən dəri qızartıları olmur.
4. Asanlıq – çoxdəfəlik uşaq bezlərini vaxtında yuyub-qurutduqda valideyn bezlərin qurtaracağına və yenisini almaq məcburiyyətində qalacağına dair stress yaşamır. Bundan əlavə, uşaqlar güvəcə daha tez öyrəşirlər, çünki, bədənlərindəki yaşlılığı hiss edir və təbii ehtiyacları ödəmə bacarığına daha tez yiyələnirlər.
5. Gözəllik – rəngarəng çoxdəfəlik uşaq bezləri göz oxşayır və xoş əhval-ruhiyyə oyadır. İsti mövsümlərdə istənilən rəngdə çoxdəfəlik uşaq bezini zövqlü bir köynəklə kombinə edərək dəblə ayaqlaşa bilərsiniz.
3800 birdəfəlik bez 1 ildə 1000 dollar, 24 çoxdəfəlik bez 1-3 ildə 500 dollar
Çoxdəfəlik uşaq bezlərinin istifadəsi çox asandır: içliyi bezin içinə salırsınız, bezi uşağın altına münasib şəkildə yerləşdirirsiniz və basmadüymələri bağlayırsınız. Vəssalam! Balaca cəngavərlər macəralara hazırdır!
Çoxdəfəlik uşaq bezlərini yenicə istifadə etməyə başlamış valideynlərin yol verdiyi əsas xətalar isə bunlardır:
— Bezləri kifayət qədər tez-tez dəyişməmək – çoxdəfəlik uşaq bezlərini gec-gec dəyişdikdə sızmalar baş verə və ifrat nəmişlikdən uşağın dərisi qızara bilər.
-Kifayət qədər bez almamaq – əgər bez sayında sıxıntı çəkmək istəmirsinizsə, ən az 20 çoxdəfəlik uşaq bezi almalısınız. Bu sizə təxminən 2 günə kifayət edə bilər. Lakin, əgər tez-tez yuma imkanınız varsa, dahaaz sayda bezlə kifayətlənmək mümkündür.
— Düzgün yumamaq – çoxdəfəlik uşaq bezlərini yuyarkən bezlərin özünə və ya övladınızın dərisinə zərər verəcək yuyucu vasitələrin, yumşaldıcıların istifadəsi tövsiyyə olunmur: buna ehtiyac yoxdur və bu vasitələr uşağın dərisini qıcıqlandıra bilər. Yumadan öncə bezləri yaxalama rejimindən də keçirə bilərsiniz.
Bu xətalara yol verdikdə, valideynlərin bezlərlə bağlı ümidləri puç ola və onları məyusluğa qapada bilər. Əgər siz də çoxdəfəlik uşaq bezlərinin istifadəsinə başlamaq istəyir, lakin, məlumat azlığından əziyyət çəkir və ya özünüzə tənha hiss edirsinizsə, yenicə fəaliyyətə başlamış “Uşaq-Muşaq” icmasına qoşula bilərsiniz. Facebook və İnstagram-da fəaliyyət göstərən “Uşaq-Muşaq” icmasında çoxdəfəlik uşaq bezləri ilə bağlı suallarınıza cavab ala, uşaqlarla bağlı maraqlı söhbətlər edə və faydalı məlumatlar əldə edə bilərsiniz.
vib.az
| ['bez', 'uşaq bezləri', 'körpəyə qulluq'] |
815 | https://kayzen.az/blog/kino/20176/m%C3%BCharib%C9%99-m%C3%B6vzusunda-%C9%99n-yax%C5%9F%C4%B1-filml%C9%99r.html | Müharibə mövzusunda ən yaxşı filmlər | Apollon | Kino | 9 may 2017, 22:08 |
Baharın 17 anı
Filmdəki hadisələr İkinci Dünya müharibəsində Almaniyanın təslim olmasına az qalmış – 1945-ci ilin 12 fevralından 24 martına qədər olan günləri əhatə edir.
May ayı idi
Bu filmdə Pyotr Todorovskiy öz hərbi uniformasında və döyüş mükafatları ilə oynayıb. Filmdə müharibə iştirakçılarının dinc həyata vərdiş etməsindən söhbət gedir.
Üfüqlər burada sakitdir
Boris Vasilyevin təsirli povesti əsasında çəkilən film yüzbaşı Baskov Fedotun komandanlığı altında fəaliyyət göstərən qız zenitçilər barədədir. Döyüşdə qüvvələrin açıq-aşkar bərabərsizliyinə baxmayaraq qızlar düşmənin qarşısını alır və tapşırığın yerinə yetirilməsi zamanı qəhrəmancasına həlak olurlar.
Şindlerin siyahısı
Stiven Spilberqin real hadisələr əsasında çəkdiyi film müharibə zamanı 1200 yəhudini xilas edən Oskar Şindler barədədir. Yəhudilərdən birinin qızıl dişlərindən hazırlanmış və üzərində Talmuddan «Bir nəfərin həyatını xilas edən bütün dünyanı xilas edir» cümləsinin yazıldığı üzüyün Şindlerə verilməsi səhnəsi, uzun illər sonra xilas edilmiş yəhudilərin Şindlerin qəbrinə hörmət əlaməti olaraq daş qoyması səhnəsi xüsusilə təsirlidir.
Həyat gözəldir
Film ikinci dünya müharibəsi dövründə həyat yoldaşı və oğlu ilə birlikdə yəhudi düşərgələrinə aparılan yəhudi atanın və italyan ananın övladını qorumaq üçün etdiyi saysız-hesabsız fədakarlıqlardan bəhs edir. Film 1998-ci il Kann festivalında mükafat qazanıb. 1999-cu ildə Oskarda 7 nominasiyaya namizəd olan film “Ən yaxşı xarici film”, “Ən yaxşı aktyor” və “Ən yaxşı musiqi” mükafatlarına layiq görülüb.
Mükəmməl dövrə
Film Bosniya müharibəsindən bəhs edir. Hamza adlı şair evə qayıdanda yaralı bir itə baxan 2 yetim uşaqla qarşılaşır. “Mükəmməl dövrə” Bosniya müharibəsi haqqında çəkilmiş, insanlara insanlığı göstərən mükəmməl filmdir.
Janna Dark
Bu film Fransanın milli qəhrəmanı Janna Dark haqqında çəkilib. Yüzillik müharibə dövründə fransız xalqının ingilislərə qarşı azadlıq mübarizəsində iştirak etmiş və mübarizlik simvoluna çevrilmiş Janna Darkın qəhrəmanlıq şücaətindən bəhs edən ekran əsəri müharibə mövzusunda çəkilmiş ən yaxşı filmlərdən biri sayılır.
Qara Şahin
Filmdəki hadisələr 1993-cü ildə ABŞ-ın Somaliyə etdiyi yardıma Mohamed Farrah Aididin mane olması nəticəsində baş vermiş və yüzlərlə insanın ölməsinə səbəb olan müharibədən bəhs edir.
Pianoçu
Film görkəmli pianoçu, dözümlülük və bəxtinin gətirməsi sayəsində sağ çıxmış Polşa yəhudisi, klassik musiqi ifaçısı Vladislav Şpilmanın həyatından bəhs edir. İkinci Dünya müharibəsinin ağır günlərində Şpilman və ailəsi Varşavaya sürgün edilir. Dəhşətli müharibə hər kəsin dinc həyatına son qoyur. Uçuq bir evdə gizlənən pianoçu canını qurtarmağa çalışır. Xarabalıqdakı otaqların birində piano tapan Şpilman hər şeyi unudaraq musiqi dünyasına qapılır. Geri çəkilən alman ordusunun zabitlərindən biri onu şəhərin talan olunmuş xarabalıqlarının arasında görür və ona sağ qalması üçün yardım edir. Filmdə baş rolu mahir aktyor Edrian Broudi ifa edir.
Mənim anam
“Mənim anam” filmi müharibə illərində 70.000 minə qədər finlandiyalı uşağı qorumaq məqsədi ilə isveçli ailələrə paylanmasını göstərən filmlərdən biridir. Hətta bu mövzuda çəkilən ən yaxşı filmdir.
| ['kino', 'film', 'müharibə mövzusunda film', 'müharibə'] |
816 | https://kayzen.az/blog/fitness/20441/bak%C4%B1da-ilk-wings-for-life-y%C3%BCr%C3%BC%C5%9F%C3%BCn%C3%BCn-hesabat%C4%B1.html | Bakıda ilk “Wings for Life” yürüşünün hesabatı | kayzen | İdman və sağlamlıq | 8 may 2017, 21:14 |
Azərbaycanda ilk dəfə olaraq “Wings for Life” xeyriyyə qaçışı təşkil olundu. 7 may 2017-ci il saat 3-də Bakı Bulvarında olan bu yarış diqqətləri cəlb etdi.
“Onurğa beyninin travmalarının tədqiqatlarının inkişafına öz töhfəsini vermək və dünyada milyonlarla insanın həyatlarını yaxşılığa doğru dəyişdirmək üçün birləşib qaça bilməyənlər üçün qaçaq” devizi altında keçirilən tədbirə maraq gözlənildiyindən çox oldu. Bu sevindirici haldır ki, ölkəmizdə belə faydalı sosial eventlərə maraq yaranıb.
«Bakı Marafonu»nda paytaxtın qonaqları da iştirak edirdilər: ingilis,rus dilində danışan xeyli xarici görmək mümknü idi. Həm qoca,həm cavan, hətta məktəblilər də bu yarışda iştirak edirdi. Bulvarda istirahət edənlər də maraqla (həm də təəccüblə) qaçanlara baxırdı:)Yarışda hər kəs iştirak edə bilir, gələn il olacaq yarışda siz öz dostlarınızı rahat dəvət edin.
“Wings for Life World Run” — qaçış yarışlarının unikal növüdür. O, eyni zamanda bütün planet üzrə onlarla ölkədə eyni vaxtda başlamışdı. Hər bir iştirakçı üçün finiş müxtəlif vaxtlarda və məsafədə olurdu.
Yürüşə qoşulmaq üçün ilk öncə smartfona “Wings for Life World Run” tətbiqini yükləyib, qeydiyyatdan keçmək lazım idi. Qaçış başlandıqdan 30 dəqiqə sonra start xəttindən virtual yaxalama avtomobili yola düşür. Virtual avtomobil tədricən sürəti artırır və qaçanlara çatırdı.
Maraqlıdır ki, iştirakçıların arasında xanımlar öz aktivliyi ilə diqqəti cəlb edirdi.
Yarışda rahat idman paltarı və krossovka ayaqqabı geymək lazım idi, çünki bir az qaçandan sonra adam xeyli yorulurdu:
Yarışın ən maraqlı iştirakçılarından olan bu marafonçuya xüsusi afərin düşür:
Dövlət Bayrağı Meydanından start götürən marafon Dəniz Vağzalının yanına qədər uzanırdı. Yarışın sponsoru və əsas təşkilatçısı RedBull şirkəti yorulmuş iştirakçıları həm içki ilə təmin edir, həm də onlara musiqi və təşkilati dəstək ilə onlara yardım edirdi.
Bir daha qeyd edirik ki, Wings for Life World Run — xeyriyyə qaçışıdır, yığılmış vəsaitlər onurğa beyininin travmalarının müalicəsinin üsullarının tədqiqatı ilə məşğul olan Wings for Life fonduna köçürülür. Belə tədbirlərdə aktiv iştirak emtəyə sizi səsləyirik.
| ['qaçış', 'Red Bull', 'xeyriyyə'] |
817 | https://kayzen.az/blog/yazar/20379/nobel-nitqi-%7C-con-steynbek.html | Nobel nitqi | Con Steynbek | Apollon | Yazıçılar | 8 may 2017, 11:04 |
Zatı-aliləri, Min Vackra Fru, Xanımlar və Cənablar!
İsveç Akademiyasına mənim əsərimi bu yüksək mükafata layiq gördüyü üçün təşəkkür edirəm. Dərin hörmət və ehtiram bəslədiyim digər ədiblərdən daha çox Nobel mükafatına layiq görüldüyüm üçün ürəyimdə şübhə var, lakin özümə qarşı duyduğum fəxr və qürur hissi ilə bağlı heç bir şübhə yoxdur.
Bu mükafatı qazanan şəxs üçün ədəbiyyat sahəsi və onun istiqaməti ilə bağlı şəxsi, yaxud elmi fikir söyləmək ənənəvi bir hadisədir. Ancaq belə bir xüsusi gündə, ədəbiyyat adamlarının yüksək vəzifə və öhdəliklərini müzakirə etmək daha yaxşı olardı.
Minnətdar olan və özünü günahkar hiss edən bir siçan kimi ciyildəmək üçün deyil, lakin peşəmdə və illər boyu bu işlə məşğul olan dahi və istedadlı şəxslər qarşısında fəxrlə bir şir kimi nərildəmək üçün həvəsləndirilməyimin səbəbi, dayandığım bu yerin və Nobel mükafatının bu cür şöhrətidir.
Ədəbiyyat boş kilsələrdəki moizələrlə, sönük və zəif tənqidi ruhaniliklə intişar etmir – o, eyni zamanda, monastra sürgün edilmiş, seçilmiş insanlar və ac, ümidsiz lovğa dilənçilər üçün olan bir oyun deyil.
Ədəbiyyat nitq qədər qədimdir. İnsanlar ona ehtiyac duyduğu üçün ədəbiyyat yaranıb və bu dəyişməyib, sadəcə ədəbiyyata olan tələbat artıb.
Ozanlar, bardlar (orta əsr Britaniya və Kelt mədəniyyətində şair-nəğməkar), yazıçılar ayrılmazdırlar. Başlanğıcdan onların rol, vəzifə və öhdəlikləri bizim nəsillərimiz tərəfindən qərarlaşdırılıb.
Bəşəriyyət çətin, problemli və qarışıq bir dövrdən keçir. Mənim böyük sələfim Uliyam Folkner artıq ruhla bağlı problemlər olmadığına görə, yəni sadəcə insan qəlbinin özü ilə mübarizə aparması barədə yazmağın daha vacib olduğunu burada çıxış edərkən qeyd etmiş, ona, belə uzun müddət davam edən universal qorxu faciəsi kimi istinad etmişdi.
Folkner bəşər övladının gücü və zəifliyindən başqalarından çox agah idi. O, bilirdi ki, qorxunu dərk etmək və qət etmək yazıçının var olmasının əsas səbəbidir.
Bu yeni bir şey deyil. Yazıçının qədim vəzifəsi dəyişməyib. O, inkişaf üçün qaranlıq və qorxulu xülyalarımızı işıqlandırmaqla bizim bir çox böyük səhv və qüsurlarımızı ifşa etmək məsuliyyəti daşıyır.
Bundan əlavə, yazıçıya qəlbin və ruhun əzəməti, məğlubiyyət zamanı cəsurluq, cəsarət, mərhəmət və sevgi üçün insanın təsdiq edilmiş qabiliyyətini göstərmək və tərənnüm etmək səlahiyyəti verilib. Zəiflik və ümidsizliyə qarşı sonsuz mübarizədə ümid və rəqabətin əlvan yarış bayraqları dalğalanır.
Mən hesab edirəm ki, insanın mükəmməliyinə şövqlə inanmayan bir yazıçının nə yazısı ola bilər, nə də o, ədəbiyyat nümayəndəsi ola bilər. Mövcud universal qorxu düşüncəmizdə olan qabarıq dalğalar və fiziki dünyadakı müəyyən təhlükəli amillərin manipulyasiyasının nəticəsidir.
Doğrudur ki, anlamanın digər mərhələləri hələ ki, bu böyük mərhələyə çatmamışdır, lakin onların bu mərhələyə çata bilmədiyini və ya bilməyəcəyini zənn etmək üçün heç bir əsas yoxdur. Əslində digər mərhələlərin bu mərhələyə çatdığına əmin olmaq yazıçıların məsuliyyətidir.
İnsanlığın təbiət zərərvericilərinə qarşı dönməz mübarizəsinin uzun və şanlı tarixi ərzində bəzən baş verən məğlubiyyət və ölümə baxmayaraq bizlər potensial qələbə ərəfəsində belə qorxaqlıq və axmaqlıq edərək səhnəni tərk edərdik. Başa düşülə biləcək tərzdə desək mən Alfred Nobelin, kitablarda deyildiyi kimi tənha və mütəfəkkir bir şəxsin həyatını oxumuşam. O, yaradıcı və ya dağıdıcı gücə sahib olan, ancaq vicdan, ya da mühakimə ilə nizamlanmayan, seçim imkanı verməyən partlayıcı maddələr hazırlayıb başa çatdırdı.
Nobel ixtiralarından qəddar və qanlı şəkildə sui-istifadə edildiyini gördü. Ola bilər ki, o sınaq nəticələrinin ən böyük şiddətə — son dağıntılara gətirib çıxaracağını əvvəlcədən təxmin etmişdi. Bəziləri deyir ki, o laqeyd adam olub, ancaq mən buna inanmıram. Məncə o nəzarət sistemini, qoruyucu qapağı kəşf etmək üçün səy göstərirdi. Düşünürəm ki, o bunu nəhayət insan ağlı və ruhunda tapdı. Məncə, onun fikirləri bu mükafat kateqoriyalarında açıq şəkildə göstərilir.
Bu mükafat sahiblərinə ədəbiyyatın funksiyaları olan anlama və ünsiyyət-insan və dünyanın artmaqda və davam etməkdə olan biliyi təklif edildi. Həmçinin onlara bütün şeylərin kuliminasiyası olan sülhün nümayiş etdirilməsi təklif edildi.
Onun ölümündən 50 ildən az müddət sonra təbiətin qapıları bağlandı və bizə seçim etməyin çox böyük məsuliyyəti təklif edildi. Bizlər bir zamanlar Allahın hesab etdiyimiz güclərini qəsb etdik. Qorxaraq və hazırlıqsız şəkildə bütün canlı varlıqların-bütün dünyanın ölüm və yaşamının idarəçiliyini öz üzərimizə götürdük.
Təhlükə, şan və seçim sonda bəşər övladında yer qılır. Beləliklə, onun mükəmməliyinin sınağı çox yaxındadır. Allahın gücünə bənzər güclərə sahib olan bizlər bir zamanlar dua etdiyimiz tanrıların sahib olduğu məsuliyyət və ağılı indi özümüzdə axtarmalıyıq. Bəşər övladının özü bizim ən böyük təhlükəmiz, eləcə də yeganə ümidimizə çevrildi.
Ona görə də bu gün Müqəddəs Conun (Saint John – Həvari İohannı nəzərdə tutur – red. ) fikri burda yaxşı yerinə düşür: Sonda Söz gəlir, Söz isə İnsandır. Və Söz İnsanlarladır.
İngilis dilindən tərcümə etdilər: Muradlı Mədinə və Cümşüdlü Ülviyyə
| ['nobel nitqi', 'John Steinbeck', 'Con Steynbek'] |
818 | https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/19835/italyan-musiqisinin-antonioni-si.html | İtalyan musiqisinin "Antonioni"si | Apollon | böyük musiqiçilər | 3 may 2017, 10:49 |
Uliyam Folkner özündə mədəniyyətləri təsnifləşdirərkən İtalyan mədəniyyətini “Bütün insani hisslərin mədəniyyəti” adlandırmışdı. Maraqlı yanaşmadır, məncə. Hələ o vaxt bu cümlənin məna yükünü başa düşməmişdim, ta ki İtalyan filmləri və musiqiləri ilə yaxından tanış olana kimi. Yəni Fellininin, Antonioninin, Pavarottinin, Andrea Boçellinin sehrinə düşüb, yaxşı mənada onlarla xəstələnənə qədər.
Təbii ki bir xalqın mədəniyyəti bununla məhdudlaşmır, əgər geniş mənada mədəniyyət deyiriksə bura rəssamlıq, ədəbiyyat da daxildir, amma mən italyanların daha çox filmləri və musiqiləri ilə tanışam.
Mənə görə Fellinini sevmək həm də Pavarottini sevməkdir, Antonionini sevmək elə Boçellini sevməkdir. Bu sənətçilərin nəsə mistik bağlılığı var, məsələn Pavarotti musiqidə Fellini kimidir, xəbərin olmadan (musiqinin romantikasında itib-batanda) səni qaldırıb yerə vura bilər, amma Antonioni belə deyil, Boçelli kimi həlimdir, qətiyyən səni incitməz, nə də səni xəlvəti zərbə ilə nokauta salmaz.
İndi mən sizə nə Fellinidən, nə Pavarottidən nə də Antonionidən danışacam. İtalyan mədəniyyətinin dünyaca tanınmış siması, məni əzəmətli səs tembri ilə heyrətləndirən Andrea Boçellidən danışmaq istəyirəm. Həm də ona görə Boçelli mənə maraqlıdır ki, o fiziki qüsurlu sənətçidir — gözləri görmür. Amma ürəyi onun hər şeyi deməkdir, o ürəklə nə şedevrlər yaratmayıb ki…
Andrea Boçelli 1958-ci il 22 sentyabrda dünyaya gəlib. İtalyan tenor, bəstəkar, müğənni və albom prodüseridir. Zəif görmə ilə doğulan Andrea, on iki yaşında futbol oynayarkən keçirdiyi qəza nəticəsində görmə qabiliyyətini tamamilə itirmişdir.
Andreanın şərab istehsalçısı olan atası Alessandro oğlunun musiqiyə marağının olduğunu görüb onu musiqi məktəbinə qoyur. Altı yaşından fortepiano çalmağı öyrənən Andrea, burada fleyta və saksofonda da ifa etməyi öyrənir.
Andrea hüquq fakültəsinin məzunu olur, lakin getdikcə sahəsinin ona yad olduğunu anlayır. O, yenidən musiqi sahəsinə üz tutur, tanınmış opera tenoru Franko Korellinin tələbəsi olur. İfaçının özü dediyi kimi, «bir çoxlarının musiqi kayerasına son verdikləri yaşda mənim musiqi karyeram başladı.» Bunun adı taledir və Andrea öz taleyinin ardınca gedirdi. Bu taleyin iştirakçılarından olan italyan rok ifaçısı Zucchero 1992-ci ildə Pavarotti üçün hazırlanmış "Miserere" mahnısını oxumaq üçün ifaçı axtardığı zaman Andrea peyda olur və tenor bu musiqini o qədər gözəl ifa edir ki, onun bu ifasını dinləyən Pavarotti bu gəncin kim olması barədə maraqlanır və beləliklə, Andrea uğur nərdivanının ilk pilləsinə qalxır.
Hal-hazırda A. Boçelli dünyanın ən yaxşı üçüncü tenoru olaraq qəbul edilməkdədir.
Beynəlxalq şöhrətinə böyük təkan verən “Con te partirò” (Sağollaşmaq vaxtıdır) adlı mahnı ilə Avropada uzun müddət musiqi listlərinin, hit mahnıların başında yer almışdır. Sonralar bu mahnının ingiliscə variantı “Time to say goodbye” ı Sarah Brightmanla birlikdə oxumuş, Şimali Amerikada, Almaniyada həftələrlə mahnı reytinqdə ilk pillələrdə yer almışdır. Bu mahnının yer aldığı albom Almaniyada gəlib-keçmiş ən çox satılan albom kimi musiqi tarixinə düşmüşdür.
Boçelli həm də opera sənətinin geniş kütlə tərəfindən sevilməsinə nail ola bilmiş sənətçidir. 1996-97-ci illərdə Boçelli ilk beynəlxalq albomu olan “Romanza”nı satışa çıxarır, əvvəlcə Avropanı silkələyən albom ardından dünyanın dörd bir tərəfində maraqla qarşılanır.
1999-cu ilin mart ayında ikinci pop-opera albomu olan “Sogno”nu satışa çıxarır və bununla ikinci dəfə beynəlxalq arenada uğur qazanır. Bu “Bocellimania” axınının başlanğıcına səbəb olur.
Bütün bu nailiyyətlərdən sonra Boçelli indiyə qədər olan bütün albomlarından ən uğurlusu olan “Sacred Arias”ı çıxardı. Albom həm də gəlib-keçmiş ən çox satılan klassik solo albom olmuşdur. Bu albom Boçellinin adını Ginnesin rekordlar kitabına yazdırmışdır.
Boçellinin uğurları və karyerası haqqında sizi az da olsa məlumatlandırdım, bilmirəm sizdə ona qarşı nə dərəcədə məhəbbət oyada bildim. Bəlkə çoxlarınız bu müğənnini daha yaxından tanıyır. Amma Boçellinin bioqrafiyasından daha maraqlısı və dəyərlisi mənə görə onun ifalarıdır. “Besame mucho”, “A mano, mano”,“ Ave Maria”, “Con Te Partiro” və başqalarını misal çəkmək olar.
Yuxarıda Boçellini Antonioniyə bənzətmişdim, ifalarını, səs tembrinin həlimliyini Antonioninin filmləri kimi gözəl və əzəmətli olduğunu demişdim. Bəli, Boçelli də Antonioni kimi sənətin, duyğuların fövqündə dayanan sənətçidir. Adamı xoşbəxt uzaqlara apara bilir. Həzin ifası və dərin hissiyyatı ilə...
Orxan Zaman
| ['italyan musiqisi', 'Andrea Boçelli', 'italyan ifaçılar'] |
819 | https://kayzen.az/blog/anal%C4%B1q/20251/k%C3%B6rp%C9%99ni-asan-yat%C4%B1rtma%C4%9F%C4%B1n-q%C4%B1z%C4%B1l-qaydalar%C4%B1.html | Körpəni asan yatırtmağın qızıl qaydaları | Apollon | Körpəyə qulluq və analıq | 3 may 2017, 10:46 |
Kim Uestin məşhur amerikalı yazıçı və yuxu mütəxəssisidir. O, körpələrə yuxu tərbiyəsini inkişaf etdirmə mövzusunda mütəxəssisdir. K. Uestin bildirib ki, körpələrin yatmasından əziyyət çəkən analar özlərini çarəsiz hiss etməsinlər. Bəs yaxşı yatmayan körpənin öhdəsindən necə gəlmək olar?
Yuxu mütəxəssisi, ilk növbədə, “uşağım olsun, onu heç vaxt yelləyərək yatırtmaram”, — deyən analardan bəhs edib. O bildirir ki, məhz həmin analar körpə yatmayanda az qala evin hər yerində yelləncək qururlar. Odur ki, əvvəldən danışmaq olmaz. Çünki uşaq baxımında ən çətin məsələlərdən biri onun yatmasıdır: “Uşaq ağalayarkən səbrli olun. Ən ağlağan körpə belə, orta hesabla 15-20 dəqiqəyə yuxuya gedir. Bu müddətdə ana-atalar kitab oxuyur, duş qəbul edir və ya televizora baxır. Uşaqları yuxuladan davranışlar sırasına yumşaq oyuncaqlarla oynamaq, barmaq əmmək, hekayə dinləmək, saçları və ya ədyalları ilə oynamaq, yellənmək və s. daxilidir. Ən əhəmiyyətli məqam odur ki, bunlardan hansının uşağı rahatlatdığını və yuxulatdığını kəşf edin. Bu, bir qızıl qaydadır. Körpə ilə nəzakətli ifadələrlə ünsiyyət qurmaq, tərif və sevgi müvəffəqiyyətin açarıdır”.
Körpələri fasiləsiz yatırtmaq mümkündürmü?
Yuxu müddətində yüngül yuxu ilə dərin yuxu (REM və qeyri-REM) arasında keçid edirik. Bu keçid zamanı əslində hamımız oyanıb yastığımızı düzəldir, tualetə gedir, su içirik. Çox normal formada da yenidən yuxuya gedə bilirik. Uşaqların da oyandıqdan sonra yenidən normal yuxuya getməsi üçün uyğun mühit hazırlayın. Bunlar aşağıdakılardır:
Qaranlıq: Qaranlıq otaq uşağınızın bioloji ritmiylə uyğundur. Körpə gecə saatlarında da qidalanırsa, bunu zəif işıqda edin.
Səs-küy: Körpələr ana bətnində gurultulu bir mühitdə olurlar. Gecənin səssizliyi onlar üçün tanımadıqları bir mühitdir. Səs-küy onları rahatladır və narahatedici səsləri blok edir.
İstilik: Otaq istiliyinin 20-22 dərəcə olması idealdır.
Ekologiya: Körpənin yatağına bağlanmış səsli oyuncaqlar və otaqdakı bəzəklər ona yuxu əvəzinə oyun zamanıdır mesajını verə bilər. Yatmaq vaxtı oyuncaqları yığışdırın ki, körpənin diqqətini çəkməsin.
Körpələri yelləyərək yatırtmaq doğru üsuldur?
6 aydan kiçik olan körpələr üçün bir qorxusu yoxdur. Uşaq 6-cı ayına girdikdən sonra analar körpələrinə özlərinin sərbəst yuxuya getmələrini öyrətməlidirlər: “Körpələr 6 aydan sonra fasiləsiz 11 saat yata bilər. Bağçaya başlayan uşaqlarda gündəlik yuxu ehtiyacı 11, ibtidai sinif yaşında 10 saatdır. Yuxu saatından 1 saat əvvəl elektron cihazları bağlayın, uşağı sakitləşdirin. Sakit səs tonu ilə kitab oxuyun. Özü sərbəst yuxuya getməyi öyrənən və gün ərzində kifayət qədər yatan bir körpə hələ də gecələr oyanırsa, demək, bunun tibbi səbəbləri ola bilər”.
Mütəxəssis deyir ki, hər hansı bir səbəbdən ortaya çıxan burun tıxanıqlığı da yuxu nizamına mənfi təsir edir. Tənəffüs yollarına təsir edən qrip, astma və allergiya də yuxuya təsir edən tibbi səbəblər arasındadır: “Bu səbəblər ucbatından körpə bütün gecəni yatmaq üçün rahat bir mövqe tapmağa çalışır və yerində eşələnir, ağlayır. Yuxuda nəfəs almağı çətinləşdirən başqa bir səbəb də reflüksdir. Reflüks körpənin mədə turşusunu ağzına qaytarır. Bu da boğazın, badamcıqların şişməsinə səbəb olur, nəfəs almanı çətinləşdirir. Çox uşaqda yuxusuzluq genişlənmiş badamcıqlar və ya limfadan qaynaqlanır”.
Yuxu öncəsi nələr edilməlidir?
Yuxu öncəsi edilən bəzi hərəkətlər beyinə yavaşlama, yuxuya hazırlanma mesajı verir, nəticədə melatonin hormonu istehsal olunmağa başlayır. Ana-körpə arasındakı bağın güclənməsi üçün də bu baxımdan əhəmiyyətlidir. Yuxu öncəsi rituallar üçün 20-30 dəqiqə kifayətdir. Bu müddətdə 2-3 fəaliyyət reallaşdıra bilərsiniz.
Bunları hər gecə mütləq eyni sıra ilə edin.
— İlıq duş
— Uşaq masajı (körpənin otağında edilməli)
— Rahatlatıcı musiqi və ya laylay söyləmək
— Əmizdirmək və ya əmzik vermək
— Qazını çıxarmaq
— Bələmək
— Qucaqlamaq
— Körpə 6 aylıq olduqdan sonra kitab oxumaq
Kim Uestin ən məşhur 5 qaydası:
— Uşağınızın yuxu nizamını nəzərə alaraq planlaşdırma edin.
— Uşağınızın yuxu nizamı ilə əlaqədar məlumatınız olsun.
— Bir uşağın yuxu nizamını yaratmaq üçün heç vaxt gec deyil.
— “Qoy ağlasın” xaricində variantlarınız olduğunu unutmayın.
— Özünüzü çox yükləməyin.
Nəticədə hamımız əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.
ailem.az
| ['körpənin yuxusu', 'körpənin sağlamlığı', 'uşaq yatızdırmaq'] |
820 | https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/20351/freddi-merkurinin-h%C9%99yat-qaydalar%C4%B1.html | Freddi Merkurinin həyat qaydaları | Apollon | böyük musiqiçilər | 28 aprel 2017, 23:00 |
Ümumiyyətlə, mən illustrator olmağa hazırlaşırdım, amma fikrimi dəyişdirdiyimə məmnunam.
9 ilimi məktəb-pansionda keçirmişəm, valideynlərimi nadir hallarda görürdüm. Nəticədə öz problemlərimi özüm həll etməyi və öz ayaqlarım üzərində durmağı öyrəndim.
Gəncliyimdə ümumiyyətlə pulum olmadığı zamanlarda, az-maz, belə deyək, iki həftə pul yığırdım, sonra isə onları bir gündə böyük məmnuniyyətlə xərcləyirdim.
Əzizlərim, mən sadəcə olaraq musiqi fahişəsiyəm.
İnsanlar sevməyə və ayrılmağa davam edirlər – bu tükənməz prosesdir, mən isə bu barədə musiqilər yazmaqda davam edirəm.
Mahnılar yeni paltarlar, yaxud köynəklər kimidirlər; sən onları müəyyən müddət geyinirsən, sonrasa canını onlardan qurtarırsan.
Rod Stüart, Elton Con və mən qrup yaratmaq və onu özümüzün şərəfinə “Saçlar, Burun və Dişlər” adlandırmağa hazırlaşırdıq. Amma heç cür alınmadı, çünki adda sözlərin sıralanması məsələsində razılığa gələ bilmədik. Mən əlbəttə, hesab edirəm ki, “Dişlər” birinci gəlməlidir.
Əgər taleyimə sabah ölmək yazılıbsa, mən buna görə təəssüflənmərəm. Həqiqətən bacardığım nə varsa, hamısını eləmişəm.
Mən sabah üçün yaşayıram. Rədd olsun bu gün.
Boğuq səsim xoşuma gəlir, siqaret çəkməkdəndi, mən elə buna görə çəkirəm ki, səsim boğuq çıxsın.
Mənimçün ən çətin şey növbəti konsert üçün kostyum fikirləşib tapmaqdı: mən artıq hər şey geymişəm.
Səhnədə mən ekstravertəm, həyatda necə olduğuma gəldikdə isə, bu tamam başqa məsələdir.
Dişlərim xoşuma gəlmir, çölə boylanırlar. Düzəltmək fikrindəyəm, amma heç cür vaxt edə bilmirəm. Qalan məsələlərdə isə mən idealam.
Mən konsertlər vermirəm, moda nümayişləri keçirirəm.
Problemlərim nə qədər çoxdursa, mahnılarım bir o qədər yaxşı olur.
Mənim sevgim təhlükəlidir. Bəs kim təhlükəsiz sevgi istəyər ki? Təsəvvürünüzə gətirin mən “Mənim sevgim təhlükəsizdir” adlı mahnı yazmışam. O, heç vaxt satılmazdı.
Mən çox tez vuruluram və buna görə həmişə əzab çəkirəm.
Sənin hər şeyin ola bilər, amma bununla belə, sən həmişə tənha ola bilərsən. Və bu tənhalığın ən kədərli növüdür.
Uğur mənə milyonlarla pərəstişkar və funt sterlinqlər qazandırdı, amma bizim üçün vacib olan bir şeyi məndən aldı – davamlı münasibətləri.
Mən vaxtın çarxını saxlaya və özümü münasibətlərə həsr edə bilmirəm, çarx fırlanır – ona görə də mənimlə birlikdə yaşamaq və xoşbəxt olmaq çətindir.
Məhəbbət – rus ruleti kimidir. Heç kim mənim əslimi sevmir, hər kəs mənim məşhurluğumu və şöhrətimi sevir.
Bir kişini bir qızı sevdiyim tək sevə bilmirəm.
Mənim həqiqi dostlarım yoxdur. İnsanları çox yaxınıma buraxanda, elə bilirəm onları məni məhv edirlər.
O qədər çox pul qazanmışam ki, əlimi-qolumu sallayıb yaşasam, ömrümün sonunadək çatar, ancaq axı mən bir işlə məşğul olmalıyam. Enerjim çoxdur və o necəsə tükənməlidir. Yataqda mən boş-boşuna gün keçirə bilmərəm.
Zirvəyə dırmanandan sonra təkcə bir yol qalır – aşağı və bu ən çətinidir.
3-4 saatlıq yuxu mənə bəs edir. Enerjimi bərpa edirəm və yenidən döyüş meydanına atılıram.
Xoşbəxtliyi almaq olmur. Amma pul onu tapmağa kömək edə bilər.
Çox istərdim Viktoriya epoxasında yaşayım və o nəfis xaosun əhatəsində olum.
Bir vaxtlar Hollivud filmlərinə baxanda, hadisələrin baş verdiyi möhtəşəm evlərdən mənim də olmasını istəyərdim. Hazırda belə bir evim var, ancaq mənimçün vacib olan bu zəhrimara qalmış evləri almaq üçün pul qazanmaq idi, nəinki ona köçmək. Görünür mən o insanlardanam ki, nəyəsə nail olanda, ona olan marağı itir.
Əlbəttə, malikanəmdə valideynlərim və itlərim yaşayır, amma var-dövlətimin əsas hissəsi Meri Ostinə çatacaq.
Müasir incəsənət qadına bənzəyir, əgər onu başa düşməyə çalışsaz, zövq ala bilməyəcəksiz.
Mən dünyanı dəyişməyə hazırlaşmıram. Xoşbəxtlikdir mənimçün vacib olan, xoşbəxt olmaq və həyatdan həzz almaq. Ömrümün qalan illəri ərzində bacardığım qədər həyatdan zövq almaq istəyirəm.
20 ildən sonra nə edəcəm? Əlbəttə ki, ölmüş olacam!
Nə qədər çox olsa, o qədər yaxşıdır, hər şeydə.
“Triller” albomu heyratamiz uğur qazanandan sonra, Maykl Ceksonla mən bir-birimizdən aralandıq. O sadəcə olaraq, öz dünyasına qapandı. Ondan az əvvəl biz gecə klublarına gedərdik, indisə o öz qəsrindən çölə addım atmır. Bu kədərlidir.
Mən demək olar kitab oxumuram, mənə bu vaxt itkisi kimi gəlir. Bilirəm, bu sözlərə görə məni öldürə bilərlər.
Jurnalistlər məni yontulmamış vəhşi kimi qələmə verməkçün sinov gedirlər, “Queen”in digər iştirakçıları isə elə bil sudan çıxmış ağ qaşıqdırlar, əlbəttə ki, bu belə deyil. Mən sizə Brayan Mey haqqında elə şeylər danışaram, əliniz üzünüzdə qalar!
Konsertdən sonra bizi çıxışda dörd limuzin gözləyir, hərə özününkünə minib öz yoluyla gedir. Mətbuat mənə nifrət edir, mən də onlara.
Çox istəyərdim qəzetlər mənim haqda heç vaxt belə yazmasınlar: “O, əslində möhtəşəm insandır”, — axı mənim daxilimdə həm işıq var, həm də zülmət.
Mən buqələmun kimi hər gün dəyişirəm. Hər gün eyni olmaq istəmirəm.
Bəzən özüm özümə çay qoymalı oluram, bu ağır zəhmətdir.
Öləndən sonra cənnətə düşmək istəmirəm, cəhənnəm daha yaxşıdır. Orada qarşınıza çıxacaq maraqlı insanları bir gözünüzün qarşısına gətirin, siz də orada olmaq istəyəcəksiz.
Ölümdən sonra mənim barədə düşünüb-düşünməyəclər. Bu mənim işim deyil. Mən ki ölmüş olacam, nə vecimə.
70 yaşa qədər yaşamağa bir qram da həvəsim yoxdur. Bu elə darıxdırıcıdır ki.
Bizi hələ də Rusiyaya buraxmayıblar, qorxurlar ki, gəncliyi korlayarıq.
| ['Freddie Mercury', 'Freddi Merkuri', 'böyük musiqiçilər'] |
821 | https://kayzen.az/blog/yazar/20298/nikolay-vasilyevi%C3%A7-qoqol.html | Nikolay Vasilyeviç Qoqol | Apollon | Yazıçılar | 27 aprel 2017, 13:55 |
O, Rusiyanın ən məşhur yazıçılarından biridir. Eyni zamnda şair, dramaturq, tənqidçi və publisistdir. Rusiya ilə yanaşı həm də Ukrayna ədəbiyyatının klassiki hesab edilir. Adı rus dahiləri arasında Aleksandr Puşkindən sonra gəlir.
Həyatı
Ukrayna əsilli rus yazıçı Nikolay Vasilyeviç Qoqol Yanovski 1809-cu il 20 martda (bəzi mənbələrdə 31 mart və ya 1 aprel) Malorusiyanın Poltava quberniyasında, Soroçi qәsәbәsindә dünyaya göz açıb. Qoqol orta səviyyəli torpaq sahibi olan ailənin övladı idi. Uşaqlığı kənd həyatına bağlı keçib. Kazak mədəniyyətinin təsiriylə böyüyən Qoqolun əsərlərində də bu, öz əksini tapıb.
Qoqolun atası Vasili Afanasyeviç Qoqol Yanovski eyş-işrəti sevən, vaxtının çoxunu kefdə keçirən xırda mülkədar idi. Nikolayın 15 yaşı olanda atası vəfat edib. Anası Mariya İvanovna sadəlövh, vaxtının çoxunu ibadətlə keçirən, səbəbsiz yerə kədərlənən, darıxan qadın idi. Anasının bu xarakteri Qoqola da öz təsirini göstərib. Əhvalı yüksək olarkən qəfildən kefsiz olub təkliyə çəkilə bilirdi. Uşaq yaşlarından Qoqol malorusların çalıb-oynamalarını, nәğmәlәrini, adət-ənənələrini müşahidə edərək sonradan əsərlərində qeyd edib.
Qoqol ilk təhsilini evdə alıb, müəllimi isə mədrəsə tələbəsi olub. Sonra Niyejin liseyində təhsil alan Qoqol liseyi 1828-ci ildə bitirib.
Lliseydə yaxşı oxumasa da ədəbiyyata böyük həvəsi vardı. Liseydə oxuduğu illərdə Rusiyada dərc olunan bütün kitabları oxuyur, məktəb qəzetlərinə hekayələr və şeirlər yazırdı. O illərdə Qoqolun aktyorluq qabiliyyətinin olduğu da üzə çıxmışdı və məktəb tədbirlərində komik rolları ilə böyük uğur qazanmışdı.
Karyerası
Gənclik illərində şeirə, ədəbiyyata marağı daha da artan Qoqol 1828-ci ildə tövsiyə məktubları alaraq Sankt-Peterburqa gedib. Bura ilə bağlı böyük, parlaq ümidləri olan Qoqol məmur olmaq istəyirdi. Ancaq bu böyük şəhərin acı gerçəyi ilə qarşılaşdıqca bütün xəyallarının yox olduğunu başa düşürdü.
Tövsiyə məktubları bir işə yaramamışdı, iş tapa bilmirdi. Bu zaman Qoqol başqa bir üsulu sınamağa cəhd edərək məktəbdə yazdığı uzun bir şeirini kitab şəklində dərc etdirib. Ancaq tənqidçilərin sərt sözlərindən sonra kitablarının hamısını yığaraq yox edib. Orda olduğu müddətdə də aktyorluğunu sınamaq istədi. Amma teatr tamaşalarında canlı oynamaq istədiyi üçün pafoslu səhnə dili və performans axtaran teatr müdirləri tərəfindən bəyənilmədi.
1830-cu ilin yazında bir nazirlikdə kiçik məmur işi tapa bildi. O zamanlar anasına yazdığı məktubda deyirdi: “Şöbə müdirlərinin axmaq yazılarını təmizləməklə məşğul oluram. Halbuki, bu axmaq işə nifrət edirəm”.
Qoqolun sevmədiyi bu iş bir il davam edib, 1831-ci ildə bir zadəgan məktəbində tarix müəllimliyinə başlayıb.
Bütün bu şanssızlıq və uğursuzluqlar içində Qoqol ədəbiyyata olan marağından əl çəkmirdi. Doğulduğu torpaqlarda baş verən hadisələri də izləyir, anasına yazdığı məktublarda həmişə Ukraynadakı hadisələri, cütçülərin vəziyyətini soruşurdu. Sevimli Ukraynası ağlından heç çıxmırdı. Elə bu zamanlarda Ukraynanı canlandıran “Dikanka axşamları” adlı əsərini ərsəyə gətirəcək hekayələr yazmağa başlayıb. Bu hekayələr 1831-1832-ci illərdə iki cilddə nəşr olunub və çox böyük uğur qazanıb. Hekayələrin təbiiliyi, duyğuları hər kəsə təsir edirdi. Puşkin bir məktubunda bu hekayələrlə bağlı belə yazmışdı:
“Dikanka axşamları”nı indi oxuyub bitirdim. Hekayələr məni təəccübləndirdi. Çox təbii və içdən bir sevinc var, bəzi hissələri isə çox duyğulu idi. Bu növ əsərlər bizim ədəbiyyatımızda o qədər yenidir ki, üzərimdəki təsiri hələ də keçməyib. Deyilənə görə, kitab çap olunan zaman nəşriyyatdakılar gülməkdən dayana bilmirmiş”.
Lakin Puşkin də, oxucularla tənqidçilər də o hekayələri örtən sevincin gizlətdiyi kədərin fərqinə vara bilmirdilər. Məsələn, kitabda bəlkə də ən şən hekayələrindən biri belə bitir: “Bu qəmli insan ürəyi! Onu heç nə düzəldə bilməz”.
Qoqol hekayələrində o zaman bütün Avropanı bürüyən romantizm cərəyanından xilas ola bilməyib, qeyri-adi hadisələrə, fövqəltəbii güclərə çox yer verib. Amma bunu o zamankı Ukrayna insanlarının dünyagörüşünə bağlayaraq və bəzi xalq məsəlləri ilə qarışdıraraq verib. Bu baxımdan, bu ilk hekayələrin romantizmiylə yanaşı güclü realist fikirlər də var.
Qoqolun əsərlərinə xas olan hüznlə qarışıq sevinc bu hekayələrdə də sona qədər müşahidə edilir. 1833-1835-ci illərdə Qoqol sonradan “Mirqorod əhvalatları” adı altında toplayacağı hekayələrini yazıb. Bu hekayələrdə yazıçı həqiqəti daha qabarıq göstərməyə başlayıb. Ukraynanın kiçik ferma sahiblərini “Keçmiş dövr bəyləri” və kiçik şəhər həyatını "İvan İvanoviç ilə İvan Nikiforoviçin necə döyüşdüklərinin hekayəsi” hekayəsində mövzu kimi seçib.
“Keçmiş dövr bəyləri”ndə keçmiş illərin rahat, sakit, tənbəl həyatını canlandırıb. "İvan İvanoviç ilə İvan Nikiforoviçin necə döyüşdüklərinin hekayəsi”ndə isə kiçik bir şəhərdə həyatın necə boş-boşuna keçdiyini izah edib. Bundan əlavə, “Taras Bulba”da da köhnə Ukraynanın parlaq günləri qeyd edilib.
1834-1835-ci illərdə tarixlə məşğul olmağa başlayan Qoqol Peterburq Universitetinin tarix professoru olmaq üçün çalışıb. Böyük Ukrayna tarixi yazmağa başlayan yazıçı orta əsrlər tarixi ilə bağlı bir sıra məqalələr hazırlayıb. Lakin bu iş üçün elmi qaynaqları zəif idi. Buna görə də 1835-ci ildə universitetdən uzaqlaşaraq özünü ancaq ədəbiyyata həsr edib. Artıq nə məmurluq, nə də professorluq deyil, yalnız ədəbiyyatla məşğul olmaq istəyirdi. Yazıçının sonrakı əsərlərində də romantika özünü büruzə verirdi. O hələ də əsərlərində fövqəltəbii qüvvələrə, metafizik hadisələrə yer verirdi. Amma bunlar daha çox hekayələrini çatdırmaq üçün bir vasitə idi. Əsərlərinin təməlində isə ən kiçik detala qədər enən realizm var idi. Artıq Qoqolun əsəri həyatın aynası idi. Təkcə Ukrayna həyatının deyil, Peterburqun da. Qoqolun hekayələrində, komediyalarında artıq yalnız ferma bəylərini deyil, şəhərli tacirləri, sənətkarları, məmurları da görmək mümkün idi.
Qoqol ən böyük əsərlərini bu vasitə ilə yaradırdı. Peterburqda yaxından gördüyü pul, mövqe ehtirası, ictimai bərabərsizlik kimi problemlər “Peterburq hekayələri”ndə özünü göstərib. Kitabdakı ilk hekayə “Nevski bulvarı” 1834-cü ildə yazılıb. Topludakı ən gözəl hekayə sayılan “Kaput” 1839-1840-cı illərdə yazılıb. Bu hekayələrlə Qoqol rus ədəbiyyatında yeni bir cığır açıb. Cəmiyyətin aşağı təbəqələrində yaşayan insanlara qarşı dərin sevgi bu cığırın əsas xüsusiyyətidir.
Qoqol o illərdə yenə də teatr işləri ilə məşğul olub. 1842-ci ildə çap olunan “Evlənmə” adlı pyesinə 1833-cü ildə başlayıb. 1834-cü ildə “Müfəttiş”i yazmağa başlayıb və 1836-cı ildə bu əsər teatrda oynanmağa başlayıb. “Müfəttiş”in oyandırdığı reaksiyalar, pyes barədə yazılan sərt tənqidlər Qoqolun onsuz da zəif olan əsəblərini daha da pozub. Bundan sonra yazıçı Rusiyanı tərk edərək İtaliyaya gedib.
Bundan bir neçə ay əvvəl Puşkin Qoqola onun ən böyük əsəri və dünyanın ən məşhur romanlarından sayılan “Ölü canlar”ın mövzusunu vermişdi. “Ölü canlar”ın qəhrəmanı Çiçikov Rusiyanın bir çox şəhərini dolaşır və hiylə ilə zəngin olmağa başlayır. Qoqol bu mövzu ilə bağlı belə yazırdı: “Puşkin “Ölü canlar”ın mövzusunun mənə çox uyğun olduğunu düşündüyünü bildirib. Onun sözlərinə görə, bu, mənə Çiçikov ilə birlikdə bütün Rusiyanı gəzmək və bir çox insanı canlandırmaq fürsətini verəcək”.
Qoqol Romada Puşkinin tövsiyəsi ilə ən böyük əsəri olan “Ölü canlar”ı yazanda Puşkinin ölüm xəbərini alıb. Bu xəbər onun üçün “Rusiyadan gələ biləcək ən pis xəbər” idi. O vaxta qədər Puşkini düşünmədən, diqqətə almadan heç bir şey yazmayan Qoqol üçün bu, həqiqətən də çox ağır xəbər idi.
1842-ci ildə Qoqol iki vacib əsəri sayılan “Ölü canlar”ın birinci cildini və “Şinel” povestini bitirərək nəşr etdirib. “Şinel”də sadə insanların yaşadıqları acılar, məruz qaldıqları haqsızlıqlar və yoxsulluq oxucuya dərindən təsir edəcək formada, professionallıqla qələmə alınıb.
Dostoyevski bu əsərlə bağlı deyirdi: “Hamımız Qoqolun “Şinel”indən çıxmışıq”.
Bu əsərlə diqqəti cəlb edən Qoqol həmin dövrün hökuməti tərəfindən rus insanını təhqir etməkdə, onun mənfi yönünü göstərməkdə, xalqına xəyanətdə günahlandırılıb. Yazıçının istədiyi xalqını təhqir etmək yox, onu bu vəziyyətə salan dövrü bütün gerçəkliyi ilə göz önünə çıxarmaq idi. Məruz qaldığı bu münasibət onun ruhi sağlamlığına da ciddi zərər vurub.
Yazıçının “Ölü canlar” romanı böyük uğur qazanıb. Ancaq o, öz əsərindən məmnun deyildi. Birinci cild Rusiyanın pis tərəfini göstərirdi. İkinci və üçüncü cild isə rus cəmiyyətinin müsbət tərəfini ortaya qoyacaq və bu cəmiyyətin daha yaxşı vəziyyətə keçə bilməsi üçün gediləcək yolları göstərəcəkdi. Buna görə də Qoqol əsərinə roman deyil, dastan adını verib.
Onun fikrincə “Odissey” necə köhnə yunan cəmiyyətinin həyatını hər istiqamətdən göstərirsə, “Ölü canlar” da eynilə Rusiyanın həm daxilini, həm də xaricini ortaya qoyacaqdı. Lakin Qoqol “Ölü canlar”ın ikinci cildindən heç cür razı qalmırdı. Buna görə, 1845-ci ildə bu cildin əlyazmasını oda ataraq yandırıb. 1850-ci ildə yazdığı ikinci cildi yenidən məhv edib. Bu gün əlimizdə olan ikinci cild Qoqolun evində ələ keçən bəzi qeydlərdən və parçalardan ibarətdir.
Son illəri və ölümü
Puşkinin ölümündən sonra Qoqolun məşhurluğu daha da artıb. Bu maraq Qoqolda liderlik hissi yaradıb və özündə cəmiyyəti dəyişdirmək, insanlara yol göstərmək istəyi formalaşdırmışdı. Bu dövrdə yazıçının köhnə yaradıcılığını itirdiyini demək olar.
Bu dövrdə Qoqolun dinə qarşı münasibəti daha da yüksəlib, əvvəllər tənqid etdiyi kilsəni artıq tərifləməyə başlayıb. Bu davranış pərəstişkarlarının reaksiyasını çəkib, ancaq o, bu reaksiyalara dini şərhlər verib, Tanrının könlünü almaq üçün ona daha da yaxınlaşmağa qərar verib.
1848-ci ildə müqəddəs torpaqları ziyarət etmək üçün Fələstinə gedib. Moskvaya geri dönən Qoqol orada Matvey Konstantinovski adlı rahibin təsiri ilə 1852-ci ildə “Ölü canlar” romanının ikinci hissəsinin əlyazmalarını yandıraraq məhv edib.
Bu hərəkətindən 10 gün sonra, 21 fevralda (bəzi mənbələrdə 4 mart) 43 yaşında Moskvada vəfat edib.
| ['rus ədəbiyyatı', 'Qoqol', 'Nikolay Vasilyeviç Qoqol', 'yazıçılar', 'rus yazıçısı', 'rus yazıçıları'] |
822 | https://kayzen.az/blog/optimist/20297/h%C9%99yat%C4%B1-ciddiy%C9%99-almaq.html | Həyatı ciddiyə almaq | Apollon | Hər şey gözəldir | 27 aprel 2017, 13:52 |
“Axtardığın hər nə varsa, səndən kənarda deyil, sənin öz içindədir” — deyir Mövlana. Onu ancaq öz ruhunun dərinliklərində tapa bilərsən. Çünki həyat — biz onu gördüyümüz yerdədir.
Uşaq vaxtı rus yazıçısı Viktor Draqunskinin məşhur əsərini — “Deniskanın sərgüzəştləri”ni oxumuşdum. Kitabda heç unuda bilmədiyim bir məqam var; müəllim uşaqlara belə bir sual verir: “Həyatda nələri sevirsiz? Nələr sizi xoşbəxt edir?”
Deniskanın dostu uzun bir siyahıda sevdiklərini yazır. “Mən cemli bulkanı, kişmişli şəkərçörəyinı, kolbasanı, yağlı donuz budunu, dondurmanın bütün növlərini, şirin nabatları, şokoladı, limonadı, alma, armud, gilənarı… sevirəm”.
Deniska da bir neçə səhifəlik vərəqdə sevdiklərini yazır. Amma onun yazdıqları tamamilə fərqlidir. Təxmini belədir ki, mən anamı, atamı, dostlarımı, ağacları, çiçəkləri, pişik balalarını, atları, itləri, dovşanları, maralları, ilbizləri, balıqqulağını, dənizi, yosunları, balıqları, kiçik böcəkləri, kəpənəkləri, cücüləri… sevirəm.
Bu həmin 8 yaşlı qəhrəman idi ki, bahalı oyuncaq maşınını kiçik bir atəşböcəyinə dəyişmişdi və səbəbini soruşan anasına belə demişdi: “Axı atəşböcəyi canlıdır!.. Həm də işıq saçır!..”
8 yaşlı oğlan özü də fərqində olmadan həyatın ən böyük tərifini vermişdi. Yəqin ki, o böyüdükdən sonra adi insani sevincləri heç bir bahalı avtomobilə, dəbdəbəli mənzilə dəyişməzdi. Canlı olanı cansız əşyalara dəyişməzdi yəqin ki.
Müəllif bizlərə həyat sevinclərini əslində harda axtarmalı olduğumuzu deyirdi. Bu, həmin o həqiqət idi ki, Mövlana və başqa filosoflar yüzillərdən üzübəri onu deyə-deyə gəlirdi. “Onu ancaq öz ruhunun dərinliklərində tapa bilərsən”.
Həyat gözəldir. Çünki bu həyatda hətta adi gözlə görülə bilməyən böcəklər də yaşamağa can atır. Fərqinə varmadan üstündən keçdiyimiz, heçə saydığımız qarışqa da özündən 20 qat ağırlıqda azuqəni qış ehtiyatı üçün yuvasına daşıyır, yoldaşları üçün, ailə üçün fədakarlıq edir.
Hətta canavarlar da onu gözləyən balalarını “düşünüb” evə yem daşıyır. Çünki təbiət belə qurulub.
Çünki yaşamaq ciddi işdir. Və sən 80 yaşında belə ağac əkəcəksən. “Ona görə yox ki, gələcək nəsillər onun bəhrəsini yeyəcəklər. Ona görə ki, yaşamaq bu qədər ciddi bir işdir”.
Bəzən sosial şəbəkələrdə gənclər “həyat fanidir, onu ciddiyə almayın” tipli yazılar yazırlar. Məncə, həyata belə yanaşmaq düzgün deyil. Böcəklər, qarışqalar belə “həyatı ciddiyə alır”. Həyatı ciddiyə almamaq bizdən əvvəl yaşayanların təcrübəsini, bizdən sonra yaşayacaq olanların xəyallarını, arzularını heçə saymaqdır.
Bir dəfə təbiətlə bağlı sənədli filmdə ana dovşanın dünyaya necə bala gətirdiyini, özü yem dalınca gedərkən yuva qurub onları necə gizlədiyini, torpaqla ört-basdır etdiyini izlədim. Düşündüm ki, çox vaxt biz insanlar həyatla təkbaşına mübarizə aparan, yolunun üstündə hər cür təhlükə, yırtıcı vəhşi heyvanların gözlədiyi bu ana dovşan qədər güclü ola bilmirik.
Həyatı bir böcək qədər ciddiyə alacaqsan. O böcək ki, insan ayaqları altında hər an əzilə, ya da qurd-quşa yem ola bilər, amma yenə də həyata təslim olmur.
Həyat gözəldir, çünki bu həyatda yaşıl-yaşıl otlar, dəniz, günəş, insan var. Yazda ağacların qəribə bir sehrlə puçurlaması və dünyamıza bahar gətirməsi var.
Qışda qarın, payızda yağışın yağmasını seyr etmək kimi kiçik və böyük sevinclər var. Həyat gözəldir. Çünki hər gün getdiyimiz yolların geri dönüşü və doğmalarımıza qovuşmaq var. Bunun sevincini yaşamaq var.
Bəzən yoruluruq, hər şeydən usanırıq. Dərk etmək ağır və ağrılı olur. Hər birimizin həyatında elə bir an olur… O anda həmin kiçik, amma üzümüzə sehrli təbəssüm qonduran o sevincləri düşünün. O sevinclər ki, bəlkə də hissiyyatsız adamlara əhəmiyyətsiz görünə bilərdi, amma sənə necə böyük xoşbəxtlik və həyəcan gətirmişdi. O sevinclər səni tərk etməyib, onlar yenə sənin içindədir və sənin kiçik kəşfini gözləyir.
Sadəcə onları görə bilmək üçün daha bir cəhd et. Daha bir cəhd. Bəlkə də görəcəksən ki, əslində yaşamaq gözəldir. Və hətta günəş də yalnız sənə gülümsəyir…
Günel Natiq
| ['həyat', 'həyat eşqi', 'həyat gözəldir'] |
823 | https://kayzen.az/blog/fizikl%C9%99r/19913/n%C3%BCv%C9%99-fizikas%C4%B1n%C4%B1n-banisi-erniko-fermi.html | Nüvə fizikasının banisi - Enriko Fermi | Apollon | Görkəmli fiziklər | 26 aprel 2017, 11:25 |
Enriko Fermi 1901-ci il sentyabrın 29-da İtaliyanın Roma şəhərində anadan olub. Atası Alberto Fermi dəmiryolu idarəsində qulluqçu vəzifəsində çalışıb. Anası İda de Qattis isə ibtidai sinif müəllimi olub. Baxmayaraq ki ailədə valideynlərdən heç biri onu elmlə məşğul olmağa həvəsləndirməyib, Enriko Fermi hələ uşaq yaşlarından riyaziyyat və fizikaya böyük maraq göstərib. Enriko yazmağı və oxumağı çox tez öyrənib. Son dərəcə güclü hafizəyə və riyazi təfəkkürə malik olan Enriko sinifdə asanlıqla birinci şagird olub. 13 yaşı tamam olanda Enriko iki ay ərzində tərsimi həndəsə kursunu tam mənimsəyib. O, müstəqil surətdə dərslikdə olan 200-dən artıq tapşırığı həll edərək bütün teoremləri təklikdə sübut edə bilmişdi. Fizika və riyaziyyatın ayrı-ayrı bölmələrinə həsr olunmuş bir sıra kitabları müstəqil surətdə öyrənməyə cəhd etmişdi. Enriko nəinki qeyri-adi istedadı, eləcə də çox iti, fövqəladə yaddaşı ilə yaşıdlarından seçilirdi. Əlinə aldığı hər hansı kitabı bir dəfə oxumaq onu mükəmməl surətdə öyrənmək üçün kifayət idi. Atasının dostu Adolfo Amideyi Enrikoda fizika və riyaziyyat elmlərinə maraq oyadıb. Amideyi tezliklə onun nəzəri fizika sahəsində qabiliyyətini hiss edib.
Enriko uşaqlıq dostu E.Persio ilə birlikdə müxtəlif fiziki təcrübələr qoyurdu (məsələn, içməli suyun dəqiq sıxlığını müəyyən etməyə çalışırdı). 1918-ci ildə üçillik lisey kursunu iki ilə başa vuran Ferminin qarşısında gələcək təhsilini harada davam etdirmək sualı durmuşdu. Onu daha çox fizika cəlb edirdi, o, çoxsaylı eksperimentlərin qoyulduğu fiziki aparatlara maraq göstərirdi. Enriko Roma Universitetinə daxil ola bilərdi, lakin 17 yaşlı gənc Pizan Universitetini seçib. Universitetə daxil olmaq üçün isə o, Pizan Normal Məktəbində müsabiqədən keçməli və daha sonra universitet mühazirələri ilə yanaşı, Pizan Normal Məktəbində təhsilini paralel olaraq davam etdirməli idi. Fermi nəinki müsabiqədən keçib, həm də müsabiqədə birinci yerə çıxıb. Müsabiqə zamanı Fermi riyaziyyat professoruna elə bir təsir bağışlamışdı ki, imtahandan sonra professor xüsusi olaraq Enrikonu görüşə dəvət edərək «uzunillik professorluq fəaliyyətim dövründə mən belə bir halla rastlaşmamışam, Fermi dahi insandır və böyük alim olmağa layiqdir» deyib.
Beləliklə də Enriko Fermi Pizan Universiteti nəzdində ali real məktəbinə daxil olub. O, artıq fizika və riyaziyyatı çox gözəl bilirdi. Sonralar artıq məşhur alim kimi tanınanda həyatının bu dövrü barədə yazırdı: «Mən universitetə daxil olanda klassik fizika və nisbilik nəzəriyyəsini indiki kimi bilirdim». Bir çox elmi məsələləri Fermi heç bir müəllimin, məktəbin köməyi olmadan təkbaşına öyrənmişdi. Onun kitablardan öyrəndiyi biliklərə müəllimləri çox az şey əlavə edə bilərdilər. O, bilikləri müstəqil surətdə əldə etməyin olduqca effektiv sistemini işləyib hazırlamışdı. Fenomenal yaddaş ona həm də xarici dilləri tez bir vaxtda öyrənməyə imkan verirdi. Ferminin qeyri-adi qabiliyyətini təkcə tələbələr deyil, tezliklə müəllimlər də hiss etmişdilər. 1920-ci ildə 19 yaşlı gənc artıq bir çox professorların iştirakı ilə kvant nəzəriyyəsinə dair mühazirələr oxuyurdu (bu nəzəriyyə hələ İtaliyada çoxlarına yad mövzu idi).
Elə həmin illərdə də onun elektrodinamika və nisbilik nəzəriyyəsinə dair ilk elmi işləri işıq üzü görüb. Roma Universitetinin professoru, Ferminin uşaqlıq dostu Enriko Persiko sonralar yazırdı: «Onun kitabların öyrənilməsi metodunun mahiyyəti onda idi ki, o, kitablardan yalnız göstərilmiş problemləri və aparılmış təcrübələrin nəticələrini götürürdü. Onları təhlil edir və sonra isə kitab müəllifinin məlumatları ilə öz qənaətlərini müqayisə edirdi. Çox vaxt belə müqayisələr zamanı o, yeni problemlər qaldırır və onları həll edirdi. Bəzən isə artıq hamı tərəfindən qəbul olunan, hamıya yaxşı bəlli olan məsələlərdə səhvlər tapır və onları düzəldirdi». Məlum olmuşdu ki, fizikanın bəzi bölmələrini Enriko öz müəllimlərindən daha yaxşı bilirdi. İtaliyada o vaxtlar fizika elmi olduqca tənəzzül vəziyyətdə idi və tədqiqat işləri demək olar ki, aparılmırdı. Buna görə də 1922-ci ildə eyni vaxtda həm Pizan Universitetini və həm də Pizan Ali Məktəbini bitirən Fermi Gettingenə (Almaniya) gedərək orada məşhur alman fiziki Maks Bornun tələbəsi olur. O, burada digər gənc tədqiqatçılar — Verner Heyzenberq, Volfqanq Pauli (sonralar Nobel mükafatı laureatları) ilə tanış olur. Məhz Gettingendə onun istedadının əsasları daha da möhkəmlənir. O, eyni zamanda məşhur fizik Paul Erenfestin tələbəsi olur.
Qeyd edilməlidir ki, ən bədbin anlarında Erenfest ona hərtərəfli dəstək göstərib. İtaliyaya qayıdandan sonra Fermi statistik fizikanın bir sıra mühüm məsələlərinin həllinə nail ola bilib. Bu məsələlər Pauli prinsipinə tabe olan hissəciklərin hərəkətinin hesablanması metodunun yaradılmasının əsasını təşkil edirdi. 1925-ci ildə Pol Dirakla (Nobel mükafatı laureatı) birgə Pauli prinsipinə tabe olan və sonralar fermion adlandırılacaq hissəciklərin statistikasını işləyib hazırlamışdır. Sonralar bu metod Fermi — Dirak metodu adlandırıldı. Bu metodun kəşfi Fermiyə böyük populyarlıq qazandırdı. 1933-cü ildən başlayaraq Fermi bütövlüklə kvant fizikası məsələləri ilə məşğul olub. 1934-cü ildə o, beta-parçalanma nəzəriyyəsini irəli sürüb. Bu nəzəriyyənin mahiyyəti ondan ibarət idi ki, beta-parçalanma zamanı elektrondan əlavə neytrinolar adlanan hissəciklər də ayrılır. 1926-cı ildə o, artıq Roma Universitetinin nəzəri fizika professoru idi. Florensiya Universitetində də dərs deyirdi. O, burada artıq özünün nəzəri fizika məktəbini yaradır. Gənc alim bu uğurları ilə bütün İtaliya elminin dirçəlməsinə yol açmış olur. Enriko Fermini mühazirələr oxumaq üçün artıq bir sıra nüfuzlu universitetlərə dəvət edirlər. Onun 1932-ci ildə Miçiqan və Kolumbiya Universitetlərində tələbələrə oxuduğu mühazirələr tezliklə "Şüalanmanın kvant nəzəriyyəsi" və «Termodinamika» kimi yeni kitablarının əsasını təşkil edib.
«Fermi effekti»
Enriko Ferminin tədqiqatları nüvə fizikası, statistik mexanika, yüksək enerjilər fizikası, astrofizika sahələrini əhatə edir. Onun statistik mexanikaya dair elmi işləri elektronların bərk cismlərdəki hərəkətinin, eləcə də astrofizikadan tutmuş fizikanın müxtəlif bölmələrinə qədər bir sıra hadisələrin izahını verirdi. Süni radioaktivliyin Frederik və İren Kürilər tərəfindən kəşfindən sonra Enriko Ferminin bütün diqqəti nəzəri fizikanın eksperimental məsələlərinə yönəlib. O, neytronlar vasitəsi ilə süni radioaktivlik effektini yaratmağa qərar verib. Alim çox haqlı olaraq hesab edirdi ki, neytral hissəcik atomun dərinliyinə nüfuz edə bilər. Mövcud olan bütün kimyəvi elementləri neytronlarla bombardman etməklə alim 60-dan artıq radioaktiv element əldə edib. Bu yolda onu çox qiymətli kəşf gözləyirdi. Ferminin əməkdaşları eksperiment gedişində növbəti qeyri-adi hadisə ilə üzləşmişdilər. Müəyyən olunmuşdu ki, gümüş elementinin şüalandırılan nümunəsi və neytron mənbəyi arasında parafin təbəqəsi qoyularsa, onda gümüşün radioaktivliyi kəskin artar.
Onlar üzləşdikləri bu hadisə barədə dərhal «papa»-ya (onlar Fermini böyük sevgi ilə belə adlandırırdılar) üz tutublar. Səhər yeməyi əsnasında Fermi bu sirli tapmacanın izahını tapmışdı. Bu hadisənin mahiyyəti onda idi ki, böyük miqdarda hidrogenin toplandığı parafində neytronlar öz sürətlərini kifayət qədər azaldırlar, bunun da nəticəsində onun gümüş atomları tərəfindən tutulması ehtimalı artmalıdır. Hər şey olduqca sadə (eləcə də dahiyanə) idi. Əməkdaşlarının sevinc və həyəcanlı səs-küyünə son qoyan Fermi öz rəyini belə ümumiləşdirmişdi: «Bunu əvvəlcədən söyləməməyimiz necə də ağılsızlıqdır». Və dərhal da əlavə etmişdi ki, bu cür effekt çoxlu miqdarda hidrogenin olduğu suda da özünü göstərməlidir. Elə həmin gün — 1934-cü il oktyabrın 22-də Ferminin rəhbərlik etdiyi qrup universitetin fizika korpusunun həyətindəki bağdakı fəvvarədə eksperimenti davam etdirib. Məhz bu gün atom əsrinin ilk günü hesab olunur. Ferminin ehtimalı özünü tam təsdiq edib. Sonralar «Fermi effekti» adını almış ləng neytronlar hadisəsi belə kəşf olundu. Enriko Fermi 1938-ci ildə bu kəşfə görə Nobel mükafatına layiq görüldü. Nobel komitəsi ləng neytronların təsiri ilə süni radioaktivliyin kəşfi sahəsində xidmətlərinə görə Fermini bu yüksək elmi ada təqdim edib.
Enriko Ferminin həyatı çox qısa olub O, cəmi 53 il ömür sürüb. Lakin onun həyatı çox zəngin və məhsuldar olub. O, fizika elmi sahəsində çox işlər görüb, bir çox fiziki terminlər onun adı ilə bağlıdır. Qısa ömür sürməsinə baxmayaraq, Enriko Fermi istər nəzəri fizika, istərsə də tədqiqatçılıq sahəsində yüksək zirvələr fəth edib. Onun əsas elmi irsi kimi aşağıdakı sahələri qeyd edirlər: Fermi statistikası, atom və molekulların strukturuna dair işlərin məcmusu, neytronların xassələrinin nəzəri və eksperimental tədqiqi, ləng neytronların kəşfi, beta-parçalanma nəzəriyyəsinin kəşfi, dünyada ilk atom reaktorunun yaradılması, neytron optika üzrə eksperimental və nəzəri tədqiqatlar və başqaları. 1946-cı ildə Fermi Çikaqoda yaradılmış Nüvə Tədqiqatları İnstitutunun əməkdaşı olub. Həyatının son illəri yüksək enerjilər fizikasına həsr olunub.
O, yüksək enerjili kosmik şüaların mövcudluğu fərziyyəsini irəli sürüb. 1950-ci ildə mezonların yaranmasının statistik nəzəriyyəsini əsaslandırıb. Onun tələbələrindən akademik Bruno Pontekorvo haqlı olaraq qeyd edirdi ki, Ferminin universal dahiliyi nəzəri, həm də eksperimental fizikanın bütün sahələrində ona parlaq işlər aparmağa imkan verib. 1950-ci ildə Enriko Fermi London Kral Cəmiyyətinin üzvü, 1953-cü ildə isə Amerika Fizika Cəmiyyətinin prezidenti seçilib. O, bir sıra xarici ölkə elmlər akademiyalarının üzvü idi. Böyük fizik 1954-cü il noyabrın 28-də 53 yaşında elmi yaradıcılığının çiçəklənmə dövründə Çikaqodakı evində mədə xərçəngindən vəfat edib. Bir il sonra isə D.Mendeleyevin dövri sistemində 100-cü yubiley elementi Enriko Ferminin şərəfinə fermium adlandırılıb.
Ümumiləşdirmə edək:
İtaliyanın XX əsrdə yetişdirdiyi ən görkəmli elm dühalarından biri nəzəri fizika sahəsində məşhur alim Enriko Fermi. O, İtaliya və Amerikada elmi məktəblərin yaradıcısı və neytron fizikasının banilərindən biridir. Kvant nəzəriyyəsi və elementar hissəciklər fizikası sahəsində bir sıra elmi işlərin müəllifidir. 1925-ci ildə kvant statistikasını (Fermi-Dirak statistikası), 1934-cü ildə beta-parçalanma nəzəriyyəsini, həmkarları ilə birlikdə isə neytronların iştirakı ilə süni radioaktivliyi kəşf edib. 1942-ci il dekabrın 2-də dünyada ilk dəfə nüvə reaktorunu qurub və zəncirvari nüvə reaksiyasını həyata keçirib. 1938-ci ildə Nobel mükafatına layiq görülüb.
kvantdunya.blogspot.com
| ['görkəmli fiziklər', 'Erniko Fermi', 'fizika', 'kvant fizikası'] |
824 | https://kayzen.az/blog/qadinlar/20318/anuk-emenin-%C5%9Firin-h%C9%99yat%C4%B1.html | Anuk Emenin “Şirin həyat”ı | Apollon | Məşhur qadınlar | 23 aprel 2017, 22:58 |
Əgər fransızlara sual verilsə ki, Anuk Eme kimdir? ”O, cazibədar olduğu qədər də sirrli qadındır” cavabını alarasız. Bəlkə də əsl fransız qadınları ömürlərinin sonuna kimi özlərini sirrli göstərməlidi. Hər halda Anuk Eme bunu bacarıb. Hərçənd buna heç bir cəhdi, xüsusi istəyi olamayıb. Sadəcə belə alınıb…
Əsl adı Fransuaza Sorya Dreyfus olan Anuk 1932-ci il aprel ayının 27-də aktyor ailəsində dünyaya gəlib. Uşaqlıqda kinoya, teatra elə də böyük maraq göstərməyib. Əslində, uşaqlığı müharibə illərinə təsadüf etdiyindən buna heç imkanı da olmayıb. Müharibənin acısı onun ailəsindən yan keçməyib — nənəsi və babası Osvensimdə həlak olublar. Anuk onları xatırlamasa da hər dəfə “müharibə” sözündən qeyri-ixtiyarı sıxılıb, sanki kimdənsə gizlənməyə çalışıb. Amma böyüyəndə Osvensimə gedib. Ona nədənsə elə gəlirdi ki, buranı ziyarət etsə, mütləq rahatlanajaq. Əriylə maşında bir neçə kilometr gedəndən sonra halı pisləşib və o, təngnəfəs olub. Ölüm düşərgəsinin ərazisinə daxil olanda isə hönkürtüylə ağlamağa başlayıb.
Anukun ömrünün sonuna kimi valideynlərinin faciəli itkisinə görə əzab çəkən atası Henri Myürer (bu onun təxəllüsüdür, əsl soyadı Dreyfusdur) qızına da müharibəyə nifrət hissini aşılamışdır. Buna baxmayaraq, Anukun uşaqlığını əzab içində keçirdiyini də demək olmaz. Uşaqlıqda Anuk baletə aludə olub. Əvvəlcə köklüyünə görə onu balet məktəbinə qəbul etmək istəməsələr də, ondakı istedadı görən müəllimlər sonradan fikrilərindən daşınıblar. Lakin bu vaxt artıq Anukun genləri özünü göstərib və o, böyük balerina olmaq istəyindən daşınıb aktyorluq məktəbinə daxil olub.
On beş yaşında Anuk artıq kiçik rolla ekranlarda görünməyə başlayır. Əvvəlcə titrlərdə sadəcə “Anuk” yazmaqla kifayətlənib heç onun soyadını da vermirdilər. Elə onda qızcığaz soyadını dəyişmək fikrinə düşür. Buna çox vaxt sərf etmir. Dalğın halda növbəti bəxtsizin sevgi etirafını dinləyəndə birdən sevincindən qışqırır. Gözünün qabağına titrdə “Baş rolda Anuk Eme” yazılmış sözlər gəlir. “Eme”, “aimee” — tərcümədə sevgilim deməkdir, yəni “Sevgilim Anuk”. Onunçün bundan yaxşı ad ola bilərmi?
17 yaşında “Veronalı aşiq” filmində Culyetta obrazıyla ilk böyük rolunu oynayır. Sirrli, qaradinməz Anuk gözlərinin dərinliyində ehtiras gizlənmiş çılğın yeniyetmə qızların rolunu ifa etmək üçün çox yarayırdı. Aktrisa onu ilhamlandıran romantikadan bezənə kimi onlarla belə rolda çəkildi. Cansıxıcı həyatının müqabilində elə həmin il ailə həyatı qurdu və bu onu bir az şənləndirdi. Xoş sevgi macərası bitəndən sonra isə çox düşünmədən rejissor Nikos Papatakisə ərə getdi və ondan Manuel adlı qızı oldu. Onun bu nigahı da uzun sürmədi. Üç ildən sonra qızı əlində Anuk özünə yeni səadət axtarmağa başladı. Bu dəfəki səadətini yeni ərinin yanında yox, işdə tapdı- Federiko Fellininin filminə çəkilməklə parlaq ulduz oldu. Beləliklə Anuk şöhrətə aparan düz yola çıxdı. “Ulduz olmaq üçün tikanlı yollar keçməlisən» sözləri Anuka aid deyildi. Onun yaradıjılıq yolu heç vaxt tikanlı olmadı. Amma illərlə “sürüşkən aktyorluq yolunda” öz çəkisini saxlamaq hər kəsə də müvəffəq olmur. Bu da Anuk Emenin sirrlərindən biridir. Sirrli intellektual görünüşünə görə amansızcasına istismar olunduğunu anladığı bir vaxtda titrlərdə yazılan adının əks etdiyi soyuq şöhrətin heç bir hiss döğurmadığını bir dəfəlik qət etdi: yalnız ürəyincə olan obrazları yaradacaq. Karyera üçün, pul qazanmaq üçün çəkilməyəcək. Çünki incəsənətdən nəyinsə xatirinə istifadə etmək olmaz. O, bu qərara Fellininin “Şirin həyat” filmindən sonra gəldi. Onun qəhrəmanı soyuq təbiətli, bədbəxt, hər şeydən usanmış intellektual aristokrat qadın zərifliyini itirərək kişilər dünyasını məğlub etməyə qalxmış tükənməkdə olan bütöv bir zümrənin faciəvi təcəssümüdür. O bu rolunu uğurla oynadı. Məgər Fellininin filmində ayrı cür oynamaq olarmı?
Sonra “ 8 1/2” filmi gəlir. Burada sevilməyən, lakin iri gözlərindən kədər yağan zövcə obrazını yaradır. Onda dahi rejissor Anuk Emeni ciddi görünüşü altında hissləri tüğyan edən bütün zamanların və xalqların ən yaxşı aktrisanı adlandırır. Bu Emeyə xoş gəlsə də, yaradıcı kişilərlə ünsiyyət təcrübəsindən bilirdi ki, Fellini beş dəqiqədən sonra onu bütün dövrlərin və xalqların ən istedadsız aktrisası da adlandıra bilər. Düzdür, bu dərəcəyə çatmasalar da, möhkəm mübahisələr edirdilər. Onları həmişə Mastroyani barışdırardı. Açığı Mastroyaninin də xasiyyəti ipək deyildi, amma çox sülhsevər adam idi. Fellini barıt çəlləyi kimi heç nədən partlayanda Anuk başını döndərib səssizcə kənara çəkilərdi. O anlarda xatırlayırdı ki, o bütün dövrlərin və xalqların ən yaxşı aktrisasıdır və hər şeyə tüpürərək, «Fellini özünə başqa aktrisa tapsın» deyərək getmək qərarına gələrdi. «Dərd eləmə, gəl, biz sənə pitsa hazırlamışıq» deyə Mastroyani onu səsləyərdi. Anuk isə: «belə küsüb durmağa dəyərmi, bəlkə elə bir dəfəlik çıxıb gedim?» deyə düşünər, bir anlıq tərəddüddən sonra pitsanı yeməyə qaçardı.
Əvvəllər Anuk Felliniyə çəkiliş meydançasında yaxınlaşıb ondan bir söz soruşmağa belə qorxurdu. Çünki tanışları Anuka xəbərdarlıq etmişdilər ki, Fellini despotdur. Əslində, ilk baxışdan bu gözə çarpmırdı. Fellini heç vaxt deməzdi ki, necə oynamaq lazımdır. O, “ssenarini xatırlayırsanmı?” soruşanda Anuk başıyla “hə” cavabını verən kimi aktrisanı çəkiliş meydançasına dəvət edər və «motor!» komandasını verərdi. Fellini Anuku bütün dövrlərin və xalqların ən yaxşı aktrisası adlandırsa da, bu sözlərə həmişə balaja əlavə edərdi: «Culyetta Mazinadan sonra».
Bir neçə il bundan əvvəl Anuk Eme Berlinin Brandenburq darvazasının qarşısındakı beşulduzlu oteldə müsahibə verərkən bir səhnənin şahidi oldu. Şən halda danışdığı yerdə birdən pəncərəyə baxaraq susdu. Pəncərədən otelin qarşısındakı qazona ehmallıja bir ağ heykəl salırdılar. Bu eynən «Şirin həyat» filmindəki məşhur epizodu xatırladırdı. Uzun müddət nəzərini bu mənzərədən çəkməyən aktrisa pəncərəyə işarə edərək, dərin ah çəkdi: «Bu mənim həyatımda ən xoş an idi. Bilirsiniz, mən indi də Fellini və Marçello üçün çox darıxıram».Əslində, Anuk üçün onun filmə kim tərəfindən dəvət edilməsi əhəmiyyətli deyil. Bu lap Orson Uells də ola bilərdi. Əgər ssenari xoşuna gəlməzsə, heç bir danışıqlara getməzdi. Əksinə, əgər əlinə ürəyincə olan ssenari düşürdüsə, rejissorun kimliyindən asılı olmayaraq, razılıq verərdi. Əgər Anuk “ yox” deyirdisə, hamı bilirdi ki, aktrisanı məcbur etmək, dilə tutmaq qeyri- mümkündür.
Klod Leluş indiyə kimi anlaya bilmir ki, vaxtilə Anuku nejə dilə tuta bilib. Bununla belə “ Kişi və qadın” filmini çəkməklə Leluş Anuk Emenin “ vizit kartı”nı yarada bildi. O vaxt Leluşun heç otuz yaşı da yox idi. Amma hələ ssenari hazır olmamışdan recissor bilirdi ki, baş rolları Anuk Eme və Jan- Lui Trentinyan oynayacaqlar. Trentinyan ssenarini oxumasa da Leluşun hər hansı bir filmində çəkiləməyə hazır idi. Ancaq Anuka gələndə Leluş təşvişə düşərək, aktrisaya zənq vurmağa tərəddüd etdi. Anuku yaxşı tanıyan Trentinyan özü zəng edib Anuka qadın rolunu təklif etdi. Anuk asanlıqla razılıq verdi. O an Leluşa sanki dünyanı bəxş etmişdilər. Lakin bunlar əbəs imiş. Çəkilişə gələn Eme heç bir etiraz qəbul etmədən bahalı qadın bərbəri və vizajisti tələb etdi. Leluşsa kasıb olduğundan bu tələblərin qarşısında aciz qaldı. O, Anukla dost olana qədər hələ cox belə gərginliklər keçirəcəkdi. O zamansa Klod nəinki bahalı vizajisti, heç rəngli plyonkaya vəsaiti olmayan, lakin böyük ümidlərlə yaşayan gənc rejissor idi.
Kim indi 60-cı illərin şedevri sayılan “ Kişi və qadın” filmini rəngli təsəvvür edə bilər? Bəzən pulun olmaması işin xeyrinə işləyir… İtalyan neorealizminin banisi Roberto Rossilini qeyri-peşəkarları dəvət etməklə küçələrdə çəkilişlər etməyə başlayanda bu ona görə deyildi ki, o, kinoda yeni cərəyanın əsasını qoymaq istəyirdi, sadəcə peşəkar aktyorlara böyük məbləğdə pul ödəməyə imkanı yox idi. Eləcə də Klod Leluş keyfiyyətli rəngli film çəkmək istəyirdi, lakin imkanı ağ-qaralı melodram çəkməyə çatırdı…Beləliklə, filmin az qala yarı büdcəsini ayıraraq Anuka bərbər və vizajist gətirdilər. Amma bu hələ son deyildi. İlk çəkiliş günündə qəhrəmanlar uşaqlarıyla katerdə üzməli idilər. Anuk bu səhnədə çəkilməkdən qəti surətdə imtina etdi: “Bu katerə ayağımı da basmaram!”- deyəndə, rejissor onu inandırmağa çalışdı ki, bu səhnə filmin əsas məğzidir, onun mənasını təşkil edir. Anuk heç nə eşitmək istəmirdi, recissora yalnız: «onda ririoreksiyada çəkin» — demişdi.
Rejissor ririoreksiya ilə çəkilişin filmin bütün büdcəsini yediyini düşünüb, çıxış yolunu aktrisanı dəyişməkdə gördü. Gecə yarısı tanış aktrisalara zənq edib təklifini bildirib səhər saat 8-də Davillda olmalarını xahiş edəndə, qadınlar dərhal dəstəyi asdılar. Yeganə Anni Jirardo ona gecə saat ikidən sonra zəng edəcəyini bildirdi. İkiyə kimi Leluş mehmanxananın ətrafında dolaşıb nömrəsinə qayıtdı. Bu zaman zənq çalındı. Dəstəyi qaldırıb: “Hə, nə oldu, madam Jirardo?!”- soruşanda, xəttin o biri başında Anukun istehzalı səsi eşidildi: “Sənə təklifim var. Sabah sənin o çirkli katerinə minərəm. Bir saatın içərisində heç nə baş verməyəcəksə, filmində çəkiləcəyəm. Gecən xeyrə qalsın!”. Jirardo heç zəng də etmədi. Hərdən insan məsuliyyətsizliyi nəyəsə kömək edir...Elə çəkilişin birinci günündən Leluş Anuk Emeyə vuruldu. Amma ona yaxınlaşıb sevgisini etiraf etmək üçün fürsət gözləyirdi. Bu yandan isə Anuk «Kişi və qadın»da qəhrəmanın ölən ərini oynayan Pyer Baruya aşiq olmuşdu. Məhəbbət qarşılıqlı olduğundan, çəkilişlərin sonunda bütün heyət Anukla Barunun toyunda iştirak etdi. Leluş isə özünü danlayırdı: “Axı niyə mən belə astagələm?” Üç ildən sonra Anuk növbəti ərindən ayrıldı və ingilis aktyoru Albert Finniliylə evləndi. Bu nigah Anukun ən uzunömürlü (6 il) və sonuncu nigahı oldu.
1978- ci ildən Anuk Eme tək yaşayır. Qızı Manuel ailə qurmuş, Anukun nəvəsinin artıq 25 yaşı var. 80 filmə çəkilən Anuk Eme unudulmaqdan qorxmayaraq hazırda işinə bir neçə il fasilə verərək nətijəsinin dünyaya gəlməsini səbirsizliklə gözləyir …
“Pəncərə” jurnalı №3
| ['məşhur aktrisalar', 'məşhur qadınlar', 'Anuk Eme'] |
825 | https://kayzen.az/blog/kisiler/20348/k%C9%99m%C9%99rl%C9%99r.html | Kəmərlər | Apollon | Kişilər | 23 aprel 2017, 22:54 |
Kişi kəmərini necə seçmək lazım olduğu barədə hər şeyi bilməlisiniz. Üstəlik, şalvarı kəmərsiz geyinmirlər, bu dəyişilməz bir qaydadır! Kişi kəmərlərinin tarixi uzun əsrlər boyu davam edir.
Qədim zamanlarda kəmərin(toqqanın) varlığı onun sahibinin sanballılığının və varlı olmasının göstəricisi idi. Kəmərlərin içində qəpik və qiymətli əşyaları saxlayırdılar. Cəngavər üçün kəmər şərəf və ləyaqət rəmzi idi. Onu itirmək böyük rüsvayçılıq sayılırdı.
Bu gün hər kişi asanlıqla öz zövgünə, büdcəsinə və geyim tərzinə uyğun kəmər seçə bilər. Beləliklə, gəlin kişi kəmərini necə düzgün seçmək və almaq, onu necə və nə ilə geyinmək və onu necə düzgün saxlamaq lazım olduğu barədə danışaq.
Kişi kəmərlərinin növləri
Düzgün kəmər seçimi əsasən sizə hansı kəmər növü lazım olduğundan asılıdır. Adətən kişi kəmərləri 3 növə ayrılır: Casual(gündəlik), kostyum və idman kəmərləri. Bəzən universal, yənı həm kostyumun şalvarına, həm də cins şalvarına uyğun gələn kəmərlər haqqında da danışırlar.
Casual (kejual). Bu kəmər növü cins şalvarı üçün ideal seçimdir. Casual kəmərinin materialı müxtəlif ola bilər: parça, dəri əvəzedicisi, təbii dəri, kauçuk və s. Rəngi də istənilən çalarlarda ola bilər, açıq qırmızı, turş-yaşıl və ya limon-sarısına qədər fərqlənə bilər. Lakın əlbətdə ki, bu qeyri-adi eksperimentlər etməyi sevənlər üçündür. Daha mühafizəkər modabazlar klassikaya üstünlük verirlər: onlar ağ, qara və ya qəhvəyi rəngdə olan kəmərləri seçirlər.
Casual kəmərinin eni 2-6 sm arası olur. Kəmərin standart eni 5-6 sm olur və belə kəmər cins şalvarının qayışlarına kip oturur. Nəzərə alın ki, adətən cins şalvarının qayışlarının eni 5 sm olur, ona görə də enli kəmər alarkən onu geyinib yoxlamağa tənbəllik etməyin! Son zamanlar ensiz kəmərlər (2sm) dəbə düşüb və onlara adətən gənclər üstünlük verirlər.
Casual kəmərinin toqqası müxtəlif ola bilər. Bəzən onlar qeyri-standart formada, böyük ölçüdə, toqqanın üzərində naxış, şəkil və digər bəzəklərlə olurlar. Hər halda bu qeyri-formal stil üçün olan cins kəməridir.
Şalvar(kostyum) kəməri. Klassik kəmər həm kostyum, həm də ayrıca şalvar geyinənlər üçün uyğundur. Şalvar kəmərinin materialı idealda, təbii keyfiyyətli dəridir. Belə kəmərin kənarları bir az dairəvidir. Lakın əgər büdcəniz bahalı alış-veriş etməyə imkan vermirsə, dəri əvəzedicisindən də istifadə edə bilərsiniz.
Kişi şalvarı kəmərinin rəngi çox gözəçarpan olmamalıdır, yenə də klassik olmalıdır – qara, ağ və qəhvəyi. Kəmərin rəngi və fakturası ayaqqabılar, portfel və qol saatının qayışı ilə uyğunlaşsa daha yaxşı olar (xüsusən də bunların hamısı dəridəndirsə). Şalvar kəmərinin eni – 3-4 sm olur. Belə kəmər cins kəmərindən daha ensiz olur. Belə kəmərin 2 ədəd bağı olur: biri toqqanın yanında hərəkətsiz durur, digəri isə kəmər boyu yerini dəyişə bilir.
Kostyum kəmərinin toqqası ciddi, açıq və bir metaldan olur. Bəzən toqqanı 2 müxtəlif metaldan hazırlayırlar, lakin əsl modabaz belə kəməri heç vaxt almaz.
İdman kəməri. Belə kəmər hərdən bir rastımıza çıxır və təbii ki, onu kostyum ilə geyinmək olmaz. Ümümmiyətlə, kəmərin adından artıq hər şey aydındır, ona görə də bu aksessuar üzərində çox dayanmağa ehtiyac yoxdur.
Kişi kəmərinin ölçüləri
Seçim edərkən kəmərin ölçüsü böyük önəm daşıyır. Ona görə də kəmər alarkən ölçu işarəsinə diqqət yetirin.
Avropa ölçülər sistemi. Kəmərin üzərində 70-dən 120-yədək olan rəqəm olmalıdır. Bu rəqəm belin dairəvi ölcüsü üstə gəl və ya çıx 4 sm deməkdir. Məsələn, əgər kəmərin üzərində 70 rəqəmi varsa, demək bu kəmər belin dairəvi ölçüsü 66-dan 74-dək olan kişilər üçün münasibdir. Əgər rəqəm 80-dirsə, demək beli 76-84 sm olan kişilər üçün uyğundur və s.
Amerika sistemi. Burada ölçü hərflərlə işarə olunur. Ən kiçiyi S(~81-86 sm). Sonra M, L və XL ölçüləri gəlir. Bəzən isə XXL ölçülü nəhəng kəmərlərə də rast gəlinir. Kişi kəmərləri sağdan sola bağlanır! Yəni, toqqa sol tərəfdə olmalıdır. Kişi kəmərini seçmək üçün bir neçə sadə məsləhət Kişi kəmərini almaq üçün mağazaya yollanarkən, aşağıda göstərilən sadə və eyni zamanda vacib olan məqamları unutmayın:
Mütləq kəməri qeyinib yoxlayın. Kəmər nə çox uzun, nə də ki çox qısa olmalıdır (iki boş dəlik olsa lap əla olar). Kəmərin rəngi ayaqqabının rəngi ilə uyğun gəlməlidir. Nə pencək, nə də şalvar ilə deyil, məhz ayaqqabı ilə!
Kostyum şalvarı üçün kəmər lazım olduqda – mümkün qədər ciddi tərzdə olan kəmər seçin. Naxışlı toqqaları, parlaq rəngləri, dəri əlavələrini və digər pərçimləri cins kəmərləri üçün saxlayın. Əgər siz gəncsinizsə, o zaman ensiz kəmərə üstünlük verə bilərsiniz, əks halda 4-5 sm enliyində olan kəmər seçin. O daha çox sanballı və ciddi kişilərə yaraşır.
Kəmərə çox pul xərcəməyə dəyməz. Bu ən vacib olan aksessuar olmadığına görə, çalışın möhkəm və bahalı olmayan, lakın tərzinizə uyğun gələn kəmər seçəsiniz. Kəmərin sizə bir neçə il xidmət etməsini istəyirsinizsə, təbii dəridən olan kəmər alın. Kişi kəmərinə necə qulluq etmək və onu necə saxlamaq lazımdır?
Qarderobun istənilən başqa bir aksessuarı və elementi ilə olduğu kimi, kəmərin də düzgün saxlanılmaya və qulluğa ehtiyacı vardır. Kəməri xalqavarı vəziyyətdə saxlamaq lazımdır («ilbiz şəklində»)! Yalnız və yalnız bu şəkildə! Əgər kəmərin materialı “yorulub” və əyilməyə başlayıbsa, onu açıq vəziyyətdə asın, qoyun bir az “sallaşsın”.
| ['kişilər', 'kişi qarderobu', 'kişi tərzi', 'kəmər'] |
826 | https://kayzen.az/blog/elan/20371/wings-for-life-xeyriyy%C9%99-qa%C3%A7%C4%B1%C5%9F%C4%B1-az%C9%99rbaycana-g%C9%99lir.html | Wings for Life xeyriyyə qaçışı Azərbaycana gəlir | kayzen | Elanlar | 22 aprel 2017, 10:07 |
Bu il Azərbaycanda ilk dəfə olaraq Wings for Life xeyriyyə qaçışı App Run (tətbiq) formatında təşkil olunacaq. 7 may tarixində hər kəs on minlərlə Wings for Life World Run iştirakçılarına qatıla bilər. Onurğa beyininin travmalarının tədqiqatlarının inkişafına öz töhfəsini vermək və dünyada milyonlarla insanın həyatlarını yaxşılığa doğru dəyişdirmək üçün birləşib qaça bilməyənlər üçün qaçaq.
Wings for Life World Run — qaçış yarışlarının unikal növüdür. O, eyni zamanda bütün planet üzrə onlarla ölkədə eyni vaxtda başlayacaq. Hər bir iştirakçı üçün finiş müxtəlif vaxtlarda və müxtəlif məsafədə olacaq. Çünki finiş xətti iştirakçıların arxası ilə gəlib, onları yaxalayacaq.
Yürüşə qoşulmaq üçün ilk öncə smartfonunuza Wings for Life World Run tətbiqini yükləyin, qeydiyyatdan keçin və ölkəmizdəki qaçışa yazılın. Qaçış başlandıqdan 30 dəqiqə sonra start xəttindən virtual yaxalama avtomobili yola düşəcək. Virtual avtomobil tədricən sürətini artırır və qaçanlara çatır. Virtual yaxalama avtomobili sizə çatdığı an — sizin şəxsi finişinizdir, bundan sonra sizin üçün qaçış bitir. Wings for Life World Run tətbiqi iOS və ya Android üçün ödənişsiz şəkildə mövcuddur.
Qaçışa qoşulmaq ödənişsizdir, lakin biz sizi Wings for Life fonduna vəsait keçirib iştirak etməyə çağırırıq. İanənin 100%-i bilavasitə Wings for Life Fonduna onurğa beyininin həyat əhəmiyyətli tədqiqatlarını keçirmək üçün köçürələcək.
Tədbir Bakıda, Dövlət Bayrağı Meydanında 7 may tarixində, saat 14:30-da başlayır. Daha ətraflı vebsaytdan və ya Facebook səhifədən oxuya bilərsiniz.
Siz də qoşul – Qeydiyyatdan indi keçin – http://win.gs/qach
| ['xeyriyyə', 'xeyriyyəçilik', 'Red Bull'] |
827 | https://kayzen.az/blog/kino/20175/m%C9%99%C5%9Fhur-rejissorlar%C4%B1n-%C9%99n-sevdiyi-5-film.html | Məşhur rejissorların ən sevdiyi 5 film | Apollon | Kino | 20 aprel 2017, 19:55 |
Rejissorlar çəkdikləri filmlər ilə milyonlarla insanın rəğbətini qazanır. Ancaq onlar özləri də tamaşaçıdır. Ona görə də həmişə müsahibələrdə hansı filmlərdən ilham aldıqları sualına cavab verməli olurlar.
Stenli Kubrik
Ustad rejissor 1963-cü ildə “Cinema” adlı jurnala verdiyi müsahibədə aşağıdakı filmlərin adını çəkib:
1.“I Vitelloni” (1953)
2.“Wild Strawberries” (1957)
3.“Citizen Kane” (1941)
4.“The Treasure of the Sierra Madre” (1948)
5.“City Lights” (1931)
Vudi Allen
Demək olar ki, ildə 2 film çəkən və getdiyi hər kino festivalından mükafatla qayıdan rejissor Vudi Allenin də tərzinə təsir etmiş əsərlər var. Rejissorun ən sevimli filmləri aşağıdakılardır:
1.“The 400 Blows” (1959)
2.“8½” (1963)
3.“Amarcord” (1972)
4.“The Bicycle Thieves” (1948)
5.“Citizen Kane” (1941)
Sofiya Koppola
Amerikalı rejissor Sofiya Koppolanın siyahısı isə belədir:
1.“Rumble Fish” (1983)
2.“Breathless” (1960)
3.“Sixteen Candles” (1984)
4.“Lolita” (1962)
5.“The Last Picture Show” (1971)
Nuri Bilge Ceylan
Türkiyənin qürur mənbəyi olan, məşhur rejissor Nuri Bilge Ceylanın ilham aldığı filmlər isə belə sıralanıb:
1.“Mirror” (1975)
2.“Andrei Rublev” (1966)
3.“Tokyo Story” (1953)
4.“Late Spring” (1949)
5.“A Man Escaped” (1956)
Kventin Tarantino
Ən çılğın rejissorlar arasında göstərilən Kventin Tarantino da ona ilham verən filmlərin siyahısını paylaşıb:
1.“Apocalypse Now” (1979)
2.“The Bad News Bears” (1976)
3.“Carrie” (1976)
4.“Dazed and Confused” (1993)
5.“The Good, the Bad and the Ugly” (1966)
| ['kino', 'rejissor', 'kino siyahıları', 'məsləhətli kino'] |
828 | https://kayzen.az/blog/intellekt/20266/ingilis-dilini-tez-%C3%B6yr%C9%99nm%C9%99yin-yollar%C4%B1.html | İngilis dilini tez öyrənməyin yolları | Apollon | İntellekt və təhsil | 19 aprel 2017, 22:25 |
Bir qayda olaraq, adamlar cəmi 2-3 ay ərzində xarici dildə nə dərəcədə səlis danışa biləcəyini bilmək istəyir. Adətən onlar tələsirlər, çünki sınaqları var və yaxud tezliklə iş müsahibəsinə girəcəklər. Əlbəttə, ən yaxşısı budur ki, bu barədə düşünmək üçün müsahibənizə 2 ay qalmışa qədər gözləməyəsiniz! Beləliklə, ingilis dilini çox-çox sürətli öyrənmək mümkündürmü? Cəmi 2-3 ay ərzində çox böyük irəliləyişlər əldə etmək mümkündürmü? Cavab – HƏ. Ancaq əlbəttə ki iri miqyaslı irəliləyiş əldə etmək üçün böyük intensivlik və səy tələb olunur. Bizə bu cür məqsəd üçün bəzi sadə şeylər tövsiyə etmək istəyirik:
Oxumaq, oxumaq, oxumaq. İngilis dilini sürətlə öyrənmək üçün asanlıqla edə biləcəklərinizdən biri də mümkün qədər çox oxumaqdır. Hər zaman nəsə oxuyun. Bu, sizin söz ehtiyatınızı artıradacaq və həm də sizə qrammatika və jarqonları öyrənməyə kömək edəcək. Əgər siz uşaq kitablarını oxumaq istəmirsinizsə, asan variant bunun əvəzinə yumoristik kitablar və ya gülməli əhvalatlar oxumaqdır. Siz kitab mağazalarında və internet üzərindən çoxlu ingilis dilində yumoristik kitablar ala bilərsiniz, yaxud da internetdə pulsuz komikslər (gülməli, məzəli hekayələr və əhvalatlar) oxuya bilərsiniz (onlar adətən vebkomikslər adlanır). Və ya əvvəllər ana dilində oxuduğunuz kitabları oxuyun. Əgər siz artıq nə baş verəcəyi barədə bir qədər bilirsinizsə, o zaman sözləri tez təxmin etməyə və başa düşməyə daha az vaxtınız gedəcək.
Qəzetlər dilin əsaslarını öyrənmək üçün yaxşı üsuldur, çünki adətən onlarda çox yaxşı qrammatika vardır və asan başa düşüləcək dildə yazılırlar. Siz New York Times və yaxud The Guardian kimi bir çox yaxşı ingilis dilli qəzetlərin onlayn variantlarını tapa bilərsiniz.
Filmlərə baxmaq. Filmləri seyr etmək də sizə sözlərin necə səsləndiyini eşitməyə və eləcə də yeni sözlər öyrənməyə kömək edəcəkdir. Siz subtitrlərlə birlikdə baxmaqdan başlaya bilərsiniz, ancaq subtitrləri söndürsəniz, daha çox öyrənəcəksiniz. Baza səviyyəli söz ehtiyatınız olduqdan sonra çalışın subtitrləri bağlayasınız və diqqətinizi bildiyiniz sözlərə qulaq asmağa və ekranda baş verənlərdən bilmədiyiniz sözləri tapmağa cəmləyin.
Onlayn yazışma dostları (pen-pallar) tapmaq. Pen-pallar sizin dilinizi öyrənməyə çalışan insanlardır, hansı ki siz onlara məktub (və yaxud e-mail) yazırsınız və onlar cavab verirlər. Siz məktubunuzun yarısını öz doğma dilinizdə yazırsınız ki, onlar öyrənə bilsinlər və yarısını da ingilis dilində ki, siz öyrənə biləsiniz. Siz istədiyiniz hər şey haqqında söhbət edə bilərsiniz. Sizə onlayn pen-pallar tapmaqda kömək edəcək çoxlu saytlar mövcuddur.
İngilis dilində danışan bir ölkəyə səfər edin. Hər kəsin ingilis dilində danışdığı bir ölkəyə səfər etmək sizə daha sürətlə öyrənməkdə yardımçı olacaq. İngilis dilində danışan bir ölkədə müvəqqəti iş və yaxud xaricdə təhsil kursu tapın. Siz qısa müddətli səyahətlər də seçə bilərsiniz, ancaq özünüzü dillə ən azı 3 ay müddətinə tam əhatə etmək daha çox kömək edəcəkdir.
Onlayn vasitələrin üstünlüklərindən faydalanın. Sizə ingilis dilini daha sürətlə öyrənməyə kömək etməkdən ötrü çoxlu onlayn vasitələr vardır. Bunlar USB kart tipli proqramlardan tutmuş mobil app-lərə qədər dəyişir.
İngiliscə danışan dost tapın. Vaxtınızı ana dili indigilis dili olan və yaxud ingilis dilini sevən insanlarla keçirin. Bu sizin öz şəhərinizdə ola bilər, ya da ki ingilis dilində onlayn internet üzərindən danışmağı öyrənə bilərsiniz. İngilis dilində danışanlarla ünsiyyətə girərək və münasibət quraraq siz ingilis dilində danışmağa həvəslənəcəksiniz. Həmçinin, aşkar edəcəksiniz ki, nə qədər çox təcrübə yığsaz, bir kəslə danışmaq və yaxud söhbət etmək bir o qədər asan olacaqdır. Dil mübadiləsi partnyorlarını, mübadilə müəllimlərini, tələbələri, turistləri, mühacirləri, yaxud ingilis dilini sizinlə təcrübədən keçirmək istəyəcəyini düşündüyünüz hər-hansı bir kəsi axtarın. Yadda saxlayın ki, bu formal şəkildə olmamalıdır. Sadəcə gündə 10 və ya 20 dəqiqəni ingilis dilində danışaraq keçirmək çox güman ki sizə tezliklə təkmilləşməyinizə kömək edəcəkdir.
Google şəkillərindən istifadə etmək. Google-da şəkil axtarışı bir dildə olan isimləri (və bəzi növ sözləri) öyrənmək üçün əla üsuldur. Şəkil axtarış alətində yeni sözlər axtarın və ortaya çıxan şəkillər sizə öyrənməkdə yardım edəcəkdir!
Diqqətinizi çox da qrammatikaya cəmləşdirməyin. İngilis dili barədə əsas məsələ ondan ibarətdir ki, əksər insanlar mükəmməl qrammatika ilə danışmırlar və hətta çox az insan normal qrammatikaya uyğun danışır. Əgər siz bütün vaxtınızı qrammatika öyrənməyə sərf etsəniz, bolluca vaxt itirmiş olacaqsınız. Səhv-sühv danışın: problem yoxdur! Kimsə sizin səhvinizi düzəldəcək və zamanla siz öyrənəcəksiniz. Sonda danışdıqlarınız düzgün səslənəcək və hətta bu bardə düşünməli belə olmayacaqsınız.
Cəhd etməkdən qorxmayın! Bir dili tezliklə öyrənməyin ən vacib hissəsi sadəcə onda danışmaqdır. Sadəcə bacardığınız qədər dil biliklərinizdən istifadə edin. Səhv danışmaqdan və yaxud nəyisə düzgün söyləməməkdən qorxmayın. Bacarıqlarınızdan istifadə etməmək sizi daha yavaş sürətlə öyrənməyə məcbur edir. Sadəcə danışın! Siz bunu bacararsınız!
| ['dil öyrənmək', 'ingilis dili', 'xarici dil', 'linqvistika'] |
829 | https://kayzen.az/blog/kisiler/20310/d%C3%BCzg%C3%BCn-t%C9%99ra%C5%9F%C4%B1n-qaydalar%C4%B1.html | Düzgün təraşın qaydaları | Apollon | Kişilər | 18 aprel 2017, 15:23 |
Düzgün təraş olmaq üçün hər şeydən əvvəl cildimizə uyğun təraş bıçağını və köpüyünü seçməliyik. Eyni zamanda üz qırxmaq üçün düzgün texnikadan istifadə etməyimiz təraşdan sonra üzümüzdə batıqların və müxtəlif səpkilərin meydana gəlməsinə də mane olacaq. Bunun üçün etməli olduqlarımızı aşağıdakı kimi sıralaya bilərik:
1. Hazırlanmaq
Təraş olmazdan əvvəl bütün üzünüzü ilıq su ilə yuyun, daha sonra təmizləyici gel ilə yaxşıca silin. Bununla siz əgər üzünüzdə hansısa yara varsa, ora müxtəlif mikrobların keçməsinin qarşısını alacaqsınız.
2. Saqqalı yumuşaltmaq
Kiçik bir dəsmalı isti suda isladıb 30 dəqiqə müddətində üzünüzdə saxlayın. Beləcə saqqalınız yumuşalacaq və onu qırxmaq daha da asanlaşacaq. Əgər duşdan yeni çıxmısınızsa, bu qədər uzun yoldan keçməyiniz lazım deyil. Bu zaman saqqalınız onsuzda islanır və onun kökləri daha yumuşaq olur.
3. Təraş köpüyündən istifadə edin
Su dərinizin üst hissəsini yumuşaldacaq, amma o cildinizin temperaturuna görə tez zamanda buxarlanacaq və daha dərin qatların yumuşalmasına mane olacaq. Buna görə də daha yaxşı olar ki, təraş köpüyündən istifadə edəsiniz, çünki o dərinizi əhatə edərək suyun tez zamanda buxarlanmasının qarşısını alır. Bunun üçün əlinizə kğpük sıxıb onu üzünüzə və boynunuza dairəvi şəkildə yaxşıca yayın. Təraşın rahat olmasını istəyirsinizsə, bu zaman az istifadə edilmiş təraş bışağına üstünlük verin.
4. Saqqalın üst hissəsini qırxmaq
Tıraşa almacıq sümüklərinizdən başlayıb çənənizin aşağısında dayandırın. Boyun hissənizi təraş etməyi sona saxlayın.
5. Boyun və yanaq təraşı
Çənənizin altını və boynunuzu yuxarıya doğru qırxın. Beləcə üzünüzdə kəsiklərin yaranmasına mane ola bilərsiniz.
6. Daha dərin təraş
Dərinizi əlinizlə tutub yuxarıya doğru dartın. Bununla tük köklərini daha dərindən təmizləmiş olacaqsınız.
7. Dodaq üstünün təraşı
Bu zaman əlinizlə ağızınızı maksimum dərəcədə gərginləşdirib yuxarıdan aşağıya doğru təraş edin.
8. Təraş bıçağının təmizlənməsi
Üzünüzü qırxan zamanı ülgücü tez-tez təmizləyin ki, aralara dolan tüklər təraşınıza mane olmasın.
9. Sonuncu dəfə nəzarət
Üzünüzdə qalan təraş köpüyünü ilıq su il yuyun və hər hansı bir yerdə tük qalıb qalmadığını yoxlayın. Bunun üçün təraş bışağını isladıb üzünüzdə asta formada hərəkət etdirin.
10. Nəmləndirici
Bir çox kişilər dəridə yandırcı təsir yaratdığı üçün təraşdan sonra nəmləndiricilərdən istifadə etmirlər. Halbuki təraş dəridə travmatik təsir yaradar və dərinin özünə gəlməsi üçün after-shave istifadə edilməsi şərtdir. Dəriniz yağlıdırsa, bu zaman spirtsiz tonik, qurudursa, yağlı kremlər və ya balzam istifadə etməyiniz daha məqsədə uyğundur. Normal dəriyə sahibsinizsə, bu zaman istədiyiniz tərkibli məhlullardan istifadə edə bilərsiniz.
| ['kişilər', 'baxımlı kişilər', 'təraş', 'təraş etmək', 'düzgün təraş', 'üz qırxmaq'] |
830 | https://kayzen.az/blog/optimist/20308/m%C3%BCnasib%C9%99tl%C9%99r-haqq%C4%B1nda-10-h%C9%99qiq%C9%99t.html | Münasibətlər haqqında 10 həqiqət | Apollon | Hər şey gözəldir | 18 aprel 2017, 15:22 |
Uğurlu münasibət- bir insandan asılı olan uzunmüddətli və möhkəm işdir. Öz münasibətlərinizi daha yaxşı və davamlı etmək üçün aşağıdakıları tövsiyələrə diqqət yetirin:
1. Həyatınızda olan heç bir insan elə-belə qarşınıza çıxmır.
Hər gün insanlar yeni insanlarla qarşılaşır və onların hər birindən özü üçün önəmli nələrsə tapır. Kim isə bu insanları sınağa çəkir, kimi onlardan istifadə edir və dərs verir, kimi isə yeni vərdişlərə yiyələnməyə kömək edir, kimlər isə insanları daha yaxşı edir – və bu ən önəmlisidir.
2. Münasibətlərdə insanlar verdiklərini alırlar.
Ümid etməyin ki, kaprizlərinizə (nazınıza ), günahlandırmalarınıza və təhqirlərinizə qarşılıq olaraq siz təbəssüm, isti münasibət və sevgi etirafı alacaqsınız. Əgər siz anlaşılmaq istəyirsinizsə çalışın ki, özünüz də anlayasınız. Hər şey insanın özünə qayıdır- bu bütün zamanlarda işləyən sadə bir formuldur.
3. Bir insanın həyatında yer üçün mübarizə aparmayın.
Zorla gözəllik olmaz- bir çox insan bu sadə və müdrik həqiqəti unudurlar. Heç vaxt başqa insanın həyatında yer qazanmağa çalışmayın. Siz axı bilmirsiniz ki, bu ona lazımdır, ya yox.
4. Bütün insanlar dəyişir və bu normaldır.
İnsanların tələbatları, düşüncələri və hətta inamları zamanla dəyişir. Buna görə də əgər kimsə sizə dəyişdiyinizi deyirsə üzülməyin və özünüzdə çatışmazlıqlar axtarmayn. Ola bilər ki, bu dəyişikliklər əksinə sizin xeyrinizədir. Əgər yaxın dostunuzla olan maraqlarınız dəyişilibsə, ünsiyyətiniz yox səviyyəsinə enibsə burada qorxulu heç nə yoxdur. Tükənmiş münasibətləri qorumağa çalışmaqdansa dostca münasibəti bitirmək daha yaxşıdır. Səmimi olun. Münasibətlər üzərində işləmək vacibdir.
5. Münasibətlər öz-özünə qurulmur.
Onlar hər bütün tərəflərin aktiv iştirakını tələb edir. Səmimiyyət, qarşılıq və hörmət – bu bütün münasibətlərin başlıca təməlidir.
6. Bağışlamağı bacarmaq lazımdır.
Bir çox insanlar elə bilirlər ki, bağışlamaq zəiflik əlamətidir. Lakin “Mən səni bağışlayıram” kəlməsi heç də “Mən çox yumşaq insanam, buna görə də səndən inciyə bilmirəm, sən isə həyatımı davamlı olaraq korlaya bilərsən və mən sənə heçnə deəməyəcəm” demək deyil. Bu o deməkdir ki, “Mən keçmişə imkan vermərəm ki, gələcəyi və bu günü korlasın, ona görə də səni bağışlayıram”.
7. Mübahisələr – bu boş zaman itkisidir.
Sizi qıcıqlandıran insanlarla mübahisələrə nə qədər az vaxt xərcləsəniz, sevdiyiniz insanlarla ünsiyyətə daha çox vaxtınız qalacaq. Əgər mübahisə sizinlə yaxın insanınız arasında baş veribsə özünüzü əldə alın. İcazə verməyin ki, qəzəb sizə sahib çıxsın, əks halda siz elə söz işlədə bilərsiniz ki, bunun üçün ömrü boyu peşman olarsınız. Bəzən möhkəm bir münasibəti bircə ehtiyatsız deyilən söz məhv edə bilər.
8. Siz başqa bir insanı dəyişə bilməzsiniz.
İnsan yalnız özünü dəyişməyə qadirdir, lakin heç bir halda başqa insanı dəyişə bilməz. Ona görə də siz çalışmalısınz ki, sevdiyiniz insanları olduğu kimi qəbul edəsiniz. Əgər nəsə sizi qane etmirsə bu zaman səmimi olun və bunu insanın özünə deyin. Ola bilər ki, sizin sevdiyiniz insan sizə görə özü dəyişmək istəsin.
9. Həyatınızda bəzi insanların olmaması sizin xeyrinizə ola bilər.
Ətrafınızı dəyişməkdən qorxmayın. Sizə çətinlik yaradan insanları həyatınızdan buraxmaq lazımdır.
10. Yanınızda olan insanların qədrini bilin.
Yaxın insanlarınıza onların sizin üçün nə qədər önəmli olduqlarını deməkdən çəkinməyin. Onlara kifayət qədər zaman ayırın. Ola bilsin ki, sizin münasibətləriniz nə vaxtsa bitəcək, amma əgər nə isə ömür boyu sürmürsə bu o demək deyil ki, ona zaman ayırmaq lazım deyil.
| ['münasibətlər', 'qadın kişi münasibətləri', 'insan münasibətləri', 'cinslərarası münasibətlər'] |
831 | https://kayzen.az/blog/yazar/20319/antuan-de-sent-ekz%C3%BCperi.html | Antuan de Sent-Ekzüperi | Apollon | Yazıçılar | 18 aprel 2017, 15:22 |
Antuan de Sent-Ekzüperi — məşhur fransız yazıçısı. O, 1900-cu ildə Fransanın Leon şəhərində anadan olub. «Balaca şahzadə», "İnsanlar planeti" və başqa əsərlərin müəllifi. Uşaq vaxtı anasından eşitdiyi nağıllar onu ədəbiyyata bağlayır. Amma yazıçı ömrünün çox hissəsini yazı masası arxasında deyil, səmada keçirib. Belə ki, Ekzüperi dövrünün məşhur təyyarəçilərindən biri olub. Təyyarəyə böyük marağı əsgərlik illərində yaranır. 1923-cü ildə ilk dəfə aviaqəzaya uğrayaraq kəllə-beyin travması alır. Odur ki, bir müddət peşəsindən uzaq düşür. Parisə yerləşən Ekzüperi yazıçılıqla məşğul olur. Yazılarından uğur qazana bilmədiyinə görə müxtəlif işlərə əl atır: maşın satır, kitab mağazasında satıcı işləyir.
II Dünya müharibəsi başlayanda hərbi təyyarəçi kimi əməliyyatlarda iştirak etməyə başlayır. Dostları, doğmaları bunun həyat üçün təhlükəli olduğunu Ekzüperə söyləsər də, daha çox yazıçı, jurnalist kimi uğur qazana biləcəyinə inandırmağa çalışsalar da onu fikrindən döndərə bilmirlər. Sent Ekzüperi bir neçə hərbi uçuşlarda iştirak edir və hətta «Hərbi xaç» mükafatına layiq görülür. Lakin Fransanın məğlubiyyətindən sonra Nyu-Yorka köçür.
Orada məşhur "Balaca şəhzadə" əsərini yazır. Lakin o, Fransanın işğal altında olması onu çox sıxırdı və o, faşizmə qarşı mübarizə üçün yollar axtarır. Odur ki, 1943-cü ildə o “Döyüşən Fransa” hərəkatına qoşularaq təyyarəçi-kəşfiyyatçı kimi Hərbi Hava Qüvvələrinin hissələrinə yazılır. Sent-Ekzüperi üçün sürətli texnikanı idarə etmək artıq çətin olsa da, o, 31 iyul 1944-cü ilə təyin olunmuş daha bir uçuşa icazə alır. Ona düşmən əraziləri üzərində kəşfiyyat aparmaq tapşırılır. Saat 8:45-də təyyarə aerodromdan uçur və bir daha geri qayıtmır. Ekzüperinin hansı şəraitdə həlak olması ilə bağlı axtarışlar uzun müddət bir nəticə vermədi. Lakin 54 il sonra, 1998-ci ildə gözlənilməz bir hadisə baş verdi…
Ekzüperinin təyyarəsinin vurulması, qəzaya uğraması və ya özünün düşmən əlinə keçməsi barədə isə uzun illər hər hansı bir məlumat əldə etmək mümkün olmur. Hətta belə şayələr dolaşırdı ki, o, özünə qəsd edib. Lakin 1998-ci ildə “Horizonta” adlı balıqçı gəmisində olanlar biri tora ilişən gümüş qolbağı götürür. Qolbağın üzərindəki sözlər açıq-aydın oxunurdu: “Antoine de Sant-Exupery". Bu tapıntı dərhal beynəlxalq aləmdə böyük əks-sədaya səbəb olur. Mütəxəssislər qolbağın həqiqətən də, Sent-Ekzüperiyə aid olmasını təsdiq edir. Bunun ardınca işə Fransa hökuməti də qarışır. Axtarışlara start verilsə də yenədə nəticə vermir.
Amma 2000-ci ilin may ayında dalğıc Luk Banrel gözlənilmədən 70 metr dərinlikdə təyyarə qalıqlarına rast gəlir. O, dərhal bu barədə Fransa hökumətinə xəbər verir. Təyyarənin qalıqları olan ərazi xüsusi nəzarətə alındı və orada balıq ovu, həmçinin hansısa axtarışlar qadağan edildi. 2003-cü ildə, nəhayət ki, tapıntı bölgəsində axtarışlara başlanıldı. Mütəxəssislər Banrelin dediyi yerdən dənizin dibindən təyyarənin qalıqlarını qaldırdılar. Bu, 2737-L nömrəli təyyarənin kabinəsinin bir hissəsi idi. Dərhal hərbi arxivə müraciət edilir.
Məlum olur ki, o, Ekzüperinin idarə etdiyi təyyarənin bir hissəsidir. Təyyarənin digər qalıqları da aşkar edilir. Ancaq onların heç birində mərmi deşikləri yox idi. Üstəlik, faşist Almaniyasının düşmən hərbi təyyarələrinin vurulmasını qeydə alan və bu barədə şəxsən Hitlerə məlumat verilməsi üçün nəzərdə tutulan gizli jurnalda da Ekzüperinin təyyarəsinin vurulması barədə hər hansı bir məlumat yox idi. Ona görə də ekspertlər təyyarənin texniki nasazlıq və ya Ekzüperinin özünə qəsd etməsi nəticəsində qəzaya uğradığı ehtimalını irəli sürürlər. Lakin 1944-cü ildə Korsika yaxınlığında nəzarət uçuşlarını həyata keçirən alman təyyarəçi, 88 yaşlı Horst Rippert 2008-ci ildə bir etiraf edir. O, Ekzüperinin təyyarəsini vurduğunu söyləyir. Əlavə edir ki, o, pilotun məşhur yazıçı olduğunu bilməyib. Veteran təyyarəçinin bu etirafı sübuta yetmədiyindən Ekzüperinin hansı şəraitdə yoxa çıxması bu gün də müəmma olaraq qalmaqdadır.
Ülviyyə Heydərova
| ['yazıçılar', 'fransız ədəbiyyatı', 'Antuan de Sent-Ekzüperi'] |
832 | https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/19689/akvaterapiya.html | Akvaterapiya | Apollon | sağlam həyat tərzi | 15 aprel 2017, 14:55 |
Akvaterapiya psixoterapevtik və bilavasitə bədən xəstəliklərinin müalicəsi ilə əlaqədar olaraq iki yerə bölünür. Təcrübə göstərir ki, su mühitinə uyğunlaşma və ona qarşı qorxunun dəf edilməsi psixoloji problemlərin asan həll olmasına səbəb olur.
Xüsusilə psixoloji qiymətləndirmə əhəmiyyətli dərəcədə yaxşılaşır, ətrafdakılarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər müşahidə edilir, əhval-ruhiyyə, yaradıcı potensial və işgüzarlıq yaxşılaşır, xəstə müxtəlif “fobiya”, izah olunmayan həyəcan və başqa mənfi psixofizioloji hallardan azad olur. Akvaterapiyanın köməyi ilə bir sıra xəstəlikləri müalicə etmək olar:
— Dayaq-hərəkət aparatının problemləri;
— Kəllə-beyin travmaları;
— Ürək-damar sisteminin xəstəlikləri;
— Uşaqlarda Uşaq Serebral İflici xəstəlikləri;
— Hamilələrdə uşaqsalma təhlükəsi və s.
Üzgüçülük xüsusilə uşaqlara müsbət təsir edir. Su ilə ünsiyyət uşaqlara yeni duyğu, emosiyalar aləmini dərk etməyə kömək edir, onların qarşısında inkişaf və təkmilləşmənin geniş perspektivləri açılır. Su ilə ünsiyyət nəinki uşaqlara, həmçinin hamilə qadınlara, doğuş zamanı travma alan və bununla əlaqədar beynin oksigenlə təmin olunması problemləri olanlara böyük fayda verir. Onlar nəinki suyun altına dalmağa, həmçinin nəfəsin saxlanmasına mənfi münasibət bəsləyirlər. Su dərini təmizləyir, qan dövranı və tənəffüsün yaxşılaşmasına, əzələlərin inkişafına səbəb olur. Suya daxil olan bədən çəkisizliyə oxşar vəziyyətə düşür. Bu skelet-əzələ sistemini (xüsusilə gün ərzində daimi qravitasiya yükü daşıyan əzələlər qrupunu) yüngülləşdirməyə və ürək-damar və dayaq-hərəkət sistemlərini əlavə olaraq yükləmədən terapevtik təsir üsullarından istifadə etməyə imkan verir.
Su çox gözəl yüngülləşdirici vasitədir və onun köməyi ilə insanın həyat tonusu və enerjisi yüksəlir. Akvaterapiya stresə və depressiyaya qarşı da əvəzsiz müsbət təsir göstərir. Hər gün maye qəbul edilməsinin zəruriliyi hamıya məlumdur. Lakin qaynadılmamış, distillə edilməmiş su içmək daha yaxşıdır. Gündə heç olmasa bir dəfə bir stəkan suyun qəbulu qida sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmə cavanlıq və gözəllik bəxş edir. Hovuz reabilitasiyası bir sıra xəstəliklər zamanı tövsiyə edilir:
Travmalar (sınıqlar, bağ və əzələ zədələri) və onların nəticələri. Su məşğələləri zamanı əzələlər boşalır və oynağın hərəkətliyinin atmasına səbəb olur.Dayaq və hərəkət xəstəlikləri. Onurğa sütununun və iri oynaqların üzərinə düşən yükləməni azaldaraq xəstə xüsusi gərginliksiz oynaqların hərəkətlərini artırmaq imkanı əldə edir.Nevroloji xəstəliklər, insult və kəllə-beyin travmalarının nəticələri.Vegeto-damar distoniyası, miqren kimi damar pozğunluqları. Üzgüçülük sayəsində ağciyərlərdə tənəffüsün yaxşılaşması, qanın oksigenlə zənginləşməsi, qan dövranı stimullaşması.Zalda məşğul olmağa mane olan artıq çəki kütləsi ilə müşahidə edilən endokrin pozğunluqları.Nevroz, xroniki yorğunluq sindromu, depressiv və həyəcan halları kimi müxtəlif emosional pozğunluqlar.
«Herba flora» jurnalı
| ['terapiya', 'akvaterapiya', 'müalicə', 'sağlam həyat tərzi'] |
833 | https://kayzen.az/blog/yazar/20299/%C3%B6p%C3%BC%C5%9Fm%C9%99k-%7C-orhan-pamuk.html | Öpüşmək | Orhan Pamuk | Apollon | Yazıçılar | 15 aprel 2017, 14:47 |
Rialto körpüsünün yaxınlığında, balıq bazarı tərəfdə bir cütlük öpüşürdü. Kişi də, qadın da yaxşı geyimli, hündür boylu, yaraşıqlı və gözəl idilər. Ətraflarında Venesiyanı Venesiya edən memarlıq detalları, qotik pəncərələr və batan günəşin, axşamın xoş, yumuşaq işığı və narıncı, bənövşəyi rəngləri vardı. Böyük Kanalın (Grand Canal) düz yanındakı boş bir ərazidə idilər. Bir-birlərinə fokuslanmış, qollarını bir-birinin bədəninə dolamış, bütün dünyanı unutmuşdular. Yenə də bir anlıq özümdən soruşdum: “Görən kameralar hardadı?” Sonra öpüşən bir cütlüyə baxmağın düzgün olmadığını düşünərək başımı başqa tərəfə çevirdim. Başqalarının xoşbəxtliyi hamı kimi məni də bəzən azca kədərləndirir, amma bu dəfə ruhumdan belə bir kölgə keçmədi. Bəlkə də Venesiyaya bu səfər xoşbəxt olmağa gəldiyim üçündür.
Səmimiyyətlə öpüşənlərə rahatlıqla, yumorla baxa bilməyimin bir səbəbi də son romanım “Məsumiyyət muzeyi”ndə bu mövzuda xeyli qələm oynatmağımdır. Qərb mədəniyyətindən kənarda, xüsusilə müsəlman ölkələrində yaşayan mənim kimi milyonlarla adam dodaqdan öpüşən iki sevgilini (şübhəsiz ki, dodaqdan öpüşmək üçün illah sevgili olmağa ehtiyac yoxdur) gündəlik həyatın içində qətiyyən görə bilməz. Qərbdənkənar dünyada dodaqdan öpüşmək (Brejnevlə Qromıkodan başqa) ya evdə, yataq otaqlarında baş tutur, ya da filmlərdə. Milyonlarla, milyardlarla dünya vətəndaşı kimi mən də dodaqdan öpüşməyi həyatımda ilk dəfə kinoteatrda görmüşəm – uşaqlığımda Türkiyədə hələ televizor yox idi. Xatırlayıram ki, “öpüşərkən burunları bir-birinə dəyirmi?” deyə düşünərdim.
Kino tarixinin ən gözəl, ən unudulmaz öpüşmə səhnəsini Hitçkok çəkib, amma çoxlarının zənn etdiyinin əksinə, “Notorious” filmində yox, “Şimal-qərbdən şimala” filmindəki qatar səhnəsində. Burada – Çikaqo qatarının dar kupesində Geri Qrant ilə Eva Meri Seyn öpüşərkən öz ətraflarında fırlanaraq az qala bir dairə cızırlar. Bəlkə də öpüşməyin necə başgicəlləndirici bir şey olduğunu kinosevərlərə hiss etdirmək üçün. Amma bu filmləri, öpüşmə səhnələrini, kamera qarşısında fırlanan cütlükləri cavanlığımda İstanbul kinoteatrlarında seyr edərkən – bəlkə də doya-doya öpüşə bildiyim bir sevgilim olmadığı üçün idi – süni hesab edərdim.
Cavanlığımda küçədə öpüşən iki nəfəri həyatımda ilk dəfə İstanbul zənginlərinin yazlığa getdiyi bir məhəllədə gördüm. Kamera qarşısında iki ulduz rejissorun “motor” deməyi ilə əvvəlcə əllərindəki nanəli-mentollu spreydən ağızlarına iki dəfə fıs-fıs edir, sonra öpüşürdülər. Türk qəzetinlərinin “Artıq sarımsaq yedikdən sonra utanmayacaqsınız!” şüarı ilə reklam etdiyi (və bu gün çoxdan unudulan) bu sprey bizim məhəllənin heç öpüşməyən qızları arasında bir dönəm çox dəbdə idi.
Venesiyadakı ilk günlərimdə Rialto yaxınlarındakı gözəl cütlükdən başqa da öpüşən xeyli cütlük gördüm. Onları gördükcə, kinoteatrları mənə xatırladan başqa bir şeyi də xatırladım, öpüşənlərin arxasında, eynən filmlərdəki kimi, həmişə gözəl bir mənzərənin olması. Gözəl bir mənzərə görəndə bizi öpüşməyə çağıran şey nədir? Yəqin bu dünyanın və həyatın əslində nə qədər gözəl ola biləcəyinin bir anlıq fərqinə varmaqdı. Üstəlik turizm statistikaları və evlilik mütəxəssisləri ən bədbəxt cütlüklərin belə tətillərdə bir-birinə yaxınlaşdığını deyirlər. Amma hər gözəl mənzərə bizdə öpüşmək istəyi, ya da səadət hissi yaratmır. Bəzi mənzərələr bizdə qorxu, hətta metafizik əndişə, bəziləri rahatlıq və huzur, bəziləri də İstanbulun məndə yaratdığı kimi hüzn doğurur. Bəzi şəhərlərin işlənəsi, bəzilərinin əylənəsi, bəzilərinin dayanmadan qaçılası, bəzilərinin tətil ediləsi, bəzilərinin kədərlənəsi, bəzi şəhərlərin də ölünəsi bir yer olması kimi, Venesiya da qaçıb ora gələn turistlər üçün xoşbəxt olunası yerdir. Bu dünyada xoşbəxt ola biləcəyimizi Venesiya mənzərəsinin dərinliyini içimizdə hiss edəndə anlayırıq. Bəlkə də bu sevinc bizi öpüşməyə dəvət edir…
Min illik Venesiya-İstanbul əlaqələrindən danışaraq bəndənizə “xoş gəldin” mükafatı verən mədəni Veneto qubernatoru mərasimdən sonra, çox gözəl bir qadına sahib olmaqla qürurlanan bir kişi kimi, məni bir kənara çəkdi və otağından görünən mənzərəni göstərdi. Grand Canala baxan eyvana çıxdıq. Gözlərimin önündə şahanə bir mənzərə, yaşayan bir canaletto gördüm.
“Yəqin oradan mənzərə daha da gözəl görünür” dedi qubernator, gülümsəyərək yandakı palazzonun eyvanına işarə vuraraq.
O eyvan bu dünyada xoşbəxt olmağın mümkünlüyün hiss edib öpüşüləsi ən uyğun yer ola bilər.
Tərcümə: Qismət
| ['Orhan Pamuk', 'Orxan Pamuk', 'esse', 'öpüşmək'] |
834 | https://kayzen.az/blog/sevgi/20327/mayakovski-v%C9%99-elza.html | Mayakovski və Elza | Apollon | Sevgi | 12 aprel 2017, 23:46 |
… Otel otağının düz altından küçə kafesinin səs-küyü ucalırdı. Sərxoş gülüş səsləri, badə toqquşmaları eşidilirdi. Bu, onu qıcıqlandırırdı. Sakitlik haqqında düşünmək istəyirdi. Amma məşhur Monparnas küçəsinə bunu necə izah edəsən?! İndi onun pulu ancaq bu səs-küylü küçədəki oteldə qalmağa çatırdı. Sonra nə olacaqdı?!
Yatağın üstündəki əşyaların içində gündəliyi vardı. Elza artıq yol çemodanını toplayırdı. Gündəliyin səhifələrində itilənmiş karandaşla yazılmış hərflər görünürdü. O, sürtülmüş və rəngi solmuş dəftəri götürdü. Açdı və pəncərənin qarşısında dayandı. Bir neçə dəqiqə səs-küylü küçəni izlədikdən sonra yazdı: 28 yaşım var. Özümdən bezmişəm.
Fikirlərində hələ də özünü Ella adlandırırdı. 21 il bu adı daşımışdı. Sonradan Andre ilə evlənib Rusiyanı tərk etdikdə, adını Elzaya dəyişmişdi. Elza Triole olmuşdu. Ərinin soyadının önündə Elza adı gözəl görünürdü. Hamıya belə izah edirdi və hamı da ona inanırdı. Yalnız Londonda görüşdüyü Liliya inanmamışdı. Qaşlarını qaldırıb təəccüblənmişdi. Böyük bacını aldatmaq mümkün deyil! Onsuz da təbiət bu bacıları intuisiya ilə tam təmin etmişdi. Başqa şeylərdə isə tamam fərqli idilər. Hətta xarici görünüşcə də. Liliyanın qəhvəyi gözləri, qızılı saçları vardı. Elza isə mavi gözlü, ağ dərili idi.
Liliya uşaqlıqdan özündənrazı idi. Erkən yaşda sevgi romanları yaşayırdı. 14 yaşında Osipi sevirdi. İstədiyinə də çatdı. Briklə evləndi. Osip Brik Rusiyanın məşhur ədəbi tənqidçisi və ədəbiyyatçısı idi. Liliya Osipdən olmayan uşağını abort etdirdiyi üçün bir daha ana ola bilmədi və onlar beş il sonra boşandılar. Liliya inşaatda və riyaziyyat üzrə təhsil almışdı. Amma sonradan hər ikisini yarım buraxmışdı. Elza isə inşaatçı diplomu ala bilmişdi. Elza şeiri sevirdi, Lermontovu, Puşkini əzbər bilirdi.
Elza və Mayakovski
İlk dəfə Vladimir Mayakovski ilə sevgili olan Elza 1915-ci ildə dahi şairlə birlikdə Peterburqa gedir ki, onu evli bacısı ilə tanış etsin və valideynlərini evliliyə razı salsın. Valideynləri bu nikaha qarşı idilər. Elza isə Vladimiri dəli kimi sevirdi. İllər sonra gündəliyində onun haqqında yazmışdı: “Yalnız Vladimir mənə əsl sevgini yaşatdı. Həm fiziki, həm də mənəvi baxımdan”.
18 yaşlı qız şairin böyük qəlbini hiss etmişdi. Bəlkə Ella həm də bacısının yanında yaraşıqlı sevgilisi ilə öyünmək istəmişdi. Axı bacısının əri Osip eynəkli və çirkin idi. Mayakovski isə yaraşıqlı idi.
Lakin gənc qızın ağlına da gəlməzdi ki, bacısıgilə bu səfər hər şeyi dəyişəcək. Mayakovski Ellanın evli bacısına — Liliyaya dəli kimi vurulur. Onsuz da arvadı ilə problemlər yaşayan Osip bu sevgi məsələsinə soyuqqanlı yanaşdı. Vladimir həmin gün elə qonaqlıqdaca poemasını oxudu və onu evin sahibəsinə həsr etdiyini dedi. Ella daxilində əzab çəksə də, sevgilisini bacısına güzəştə getməli oldu. Amma Rusiya artıq onu sıxırdı. Ətrafında bir çox pərəstişkarları vardı, o isə sevgi — əsl sevgi axtarırdı. Heç kimi Vladimirlə eyni görə bilmirdi. Elə ona görə də ilk rast gəldiyi fransız zabitlə evlənir. Onlar birlikdə Rusiyanı tərk edirlər və Ella əsl adını Elza adına dəyişir.
Elza əri Andreyə həyatının mənasının incəsənət olduğunu nə qədər izah etməyə çalışsa da, əri atlarından və yaxtalarından əl çəkmədi. Elza Andreni tərk edib, Avropaya qayıtdı. Əvvəlcə Berlin, sonra London. İngiltərədə o, hətta inşaat kontorunda çalışdı. Baxmayaraq ki, keçmiş əri Andre ona aylıq pul göndərirdi.
Elza yenə də depressiyadan qurtula bilmirdi. Lakin Londonda Mayakovski və bacısı ilə görüşdükdə başa düşür ki, həyatından qaçmaq ona nəsib olmayacaq.
Və budur… Elza xoşbəxtlikdən başı fırlanaraq sevimli Vladimirini Parisdə, Senanın sahilində gəzdirir, onu məşhur şairlərlə tanış edir. Düzdür, bir problem yarandı. Mayakovski sevimli Liliyasına ətir və başqa şeyləri də Elza ilə almalı oldu. Amma yenə də Elza hiss edirdi ki, Vladimirin ona olan hissləri ölməyib. Buna baxmayaraq, Elza bacısını o qədər çox istəyirdi ki, həyatı qədər sevdiyi adamı ona güzəştə getmişdi. Lakin fələk öz oyununu oynamaqda davam edirdi...
1928-ci ildə Elza kafelərdən birində, gənc fransız şair Lui Araqonla tanış oldu. İlk görüşdə Elza anladı ki, bu, odur. Axtardığı, onu Vladimirdən başqa xoşbəxt edəcək adamdır. Lakin bunun üçün ilk maneəni keçmək lazım idi. Araqonu həmin vaxtlar birlikdə olduğu zəngin Paris xanımı Nensi Kyunardan almalı idi. Elza Nensidən yaşca böyük idi. Demək olmazdı ki, Araqon ilk dəfədən Elzaya vuruldu. Elza biclik işlətdi. Mayakovskini Parisə dəvət etdi və iki şairi tanış etdi. Nəticədə Araqon rus ruhuna vuruldu və beləcə, ilahəsini — Elzanı da sevmiş oldu.
Bacılar fərqli yaşayırdılar. Liliya Vladimirlə yanaşı başqa insanlarla da münasibətlər qururdu. Elza isə fəxr edirdi ki, şair ərinə sadiqdir. Liliya qürurlanır ki, heç vaxt qab yumayıb, düymə tikməyib. Elza isə gecələr gözünün nurunu tökdüyü boyunbağıları Parisli xanımlara satır və bundan məmnundur. Liliya fəxr edir ki, Mayakovskinin şeir ilahəsidir. Lakin Elzaya bu, bəs etmir. O, özü adını ədəbiyyat tarixinə yazmaq istəyir.
Elza ilə Lui Araqon düz 42 il evlilik həyatı yaşadılar. Heç kim inanmazdı ki, bu qədər istedadlı və incəsənət aşiqi iki insan belə uzun evlilik yaşaya bilər. Elza gündəliklərində yazırdı ki, əri ilə səhər tezdən durub, günortaya qədər elə yataqdaca yazırmışlar. Bu zaman onlar üçün nə ətraf dünya, nə də bir-biri mövcud olurmuş.
Elza kitablar çıxarır. Çexovun kitablarını tərcümə edir. 73 yaşında isə vəfat edir. Lui Araqon arvadının ölümündən sonra bir neçə il yaşayır. İndi onlar Fransada eyni qəbirdə yatırlar. Məzar daşlarına isə Elzanın romanından sitat yazılıb: “Ölülər müdafiəsiz olurlar. Biz ümid edirik ki, kitablarımız bizi qoruyacaq”.
Mayakovski 14 aprel 1930-cu ildə intihar etdi. Liliya ilə Osip (ilk əri) həmin vaxt Parisdə idilər. Deyilənə görə, Vladimirin ölüm xəbərini alan Liliya bir neçə gün hönkürüb. Sonradan ilk əri ilə birlikdə yaşamağa başlasa da, Liliyanı hər zaman şairin dul qadını bildilər. Sonradan o, komandir Vitaliy Primakovla evləndi. 37-ci ildə əri güllələndikdən sonra isə ədəbiyyatçı Vasiliy Katanyanla birlikdə yaşadı.
Liliya ömür boyu Mayakovskinin şeirlərinin təbliği ilə məşğul oldu. 1978-ci ildə isə yuxu dərmanı içərək, intihara cəhd etdi. Lakin ölümündən qabaq yıxıldı və boynunu sındırdı. 86 yaşında köməksiz şəkildə vəfat etdi.
Gülər Qasımova
| ['məşhurların sevgi macəraları', 'Mayakovski', 'məşhurların sevgiləri'] |
835 | https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/19992/b%C9%99%C5%9F%C9%99riyy%C9%99ti-%C3%B6z-z%C9%99kas%C4%B1-il%C9%99-heyr%C9%99tl%C9%99ndir%C9%99n-10-g%C9%99nc-dahi.html | Bəşəriyyəti öz zəkası ilə heyrətləndirən 10 gənc dahi | Apollon | Böyük insanlar,şəxsiyyətlər | 9 aprel 2017, 23:52 |
Motsart
Klassik musiqinin dahilərindən biri. 35 illik ömrünə 626 əsər sığdırmışdır. 15 yaşından operaları ilə hər kəsin qəlbində taxt qurmuşdur.
Artur Rembo
37 il yaşayıb. Qısa həyatı kasıblıqla keçib. Cəmi 3 il şeir yazıb. 20 yaşından sonra səyahətlərə çıxıb. Dünya bu 3 illik yaradıcılığına görə ona hər zaman minnətdardır.
Evaris Qalua
Müasir cəbrin və qrup nəzəriyyəsinin banisidir. Özü də bu kəşfi gənc yaşlarında edib. Qaluanın qrup nəzəriyyəsi müasir kvant mexanikasında, kristalloqrafiyada və təbiətşünaslıqda öz tətbiqlərini tapmışdır. Son yüzillikdə riyaziyyatın bütün sahələrində Qaluanın ideyaları bu və ya digər şəkildə tətbiqini tapmışdır. 20 yaşında dueldə öldürülüb.
Nikolay Dobrolyubov
25 yaşında gözlərini əbədiyyən yumub. Bu qısa ömürdə rus nəsrinin ən parlaq simalarından biri olmağı bacarıb. Tənqiddə, poeziyada qələmini sınayıb. İvan Qonçarovun “Oblamov” romanı haqqında yazdığı təhlil yazısı əsərin özü qədər məşhurdur.
Mixail Lermontov
“Zəmanəmizin qəhrəmanı” kimi mükəmməl bir romanın müəllifi. Böyük rus şairi. 26 yaşında dueldə öldürüldü. Geriyə onun hər kəsin könlündə taxt quracaq əsərləri qaldı.
Otto Veyninger
Avstiraya filosofu. 23 yaşında vəfat edib. “Cins və xarakter” adlı məşhur kitabı 22 yaşında yazmışdır.
Şah İsmayıl Xətai
Yəqin ki, heç kim onun qədər şanslı olmayacaq. 15 yaşında imperiya qurub özünü şah elan etmək hər adamın qismətinə düşmür.
Albert Eynşteyn
Düzdü, çox yaşayıb. 76 yaşında vəfat edib. Ancaq dünyaya səs salan Nisbilik nəzəriyyəsini 26 yaşında ortaya çıxarıb.
Janna Dark
Cəmi 19 illik həyat… Uşaqlıq illəri Fransa və İngiltərənin 100 illik müharibəsinə təsadüf etmişdi. 16 yaşından ingilislərə qarşı vuruşub. 19 yaşında ingilislər tərəfindən əsir götürülüb və diri-diri yandırılıb.
Şellinq
Klassik alman fəlsəfəsində obyektiv idealizmin görkəmli nümayəndələrindən biridir. 79 il ömür sürsə də, əsas əsərlərindən sayılan «Transsendental idealizm sistemi»ni 25 yaşında yazıb.
Silviya Plat
30 illik bir ömür. 8 yaşında ilk şeirini yazıb. Həyatı boyu manik depressiyadan əziyyət çəkib. İntihara cəhd etdiyi üçün ruhi xəstəxanaya yerləşdirilib. Sonra evlənir, ərinin qısqanclıqları onun həyatını zəhərə çevirir. 1963-cü ildə ikinci mərtəbədə yatan uşaqlarına süd və şirniyyat qoyduqdan sonra başını sobaya soxaraq intihar edib. Geriyə onun bir-birindən gözəl əsərləri qaldı.
*BONUS
Mark Zukerberg
20 yaşında Facebook kimi nəhəng sosial şəbəkə yaratmaq ağlasığmazdır. 32 yaşındadır və hələ də dünyanı heyrətləndirməkdə davam edir...
| ['dahi insanlar'] |
836 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/20248/ail%C9%99nin-inki%C5%9Faf%C4%B1nda-b%C3%B6hranl%C4%B1-d%C3%B6vrl%C9%99r.html | Ailənin inkişafında böhranlı dövrlər | Apollon | Xoşbəxt ailə | 6 aprel 2017, 17:00 |
Ailə münasibətlərində ərlə-arvad arasında baş verən konfliktlər əsas rol oynayır və ailənin inkişafına mane olur. Bu da əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən qaynaqlanır. Belə ki;
— Öz “məni”nin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik
— Müsbət emosiyalara olan tələbatın ödənilməməsi
— İstirahət vaxtının təşkilinə, ərlə-arvadın tələblərinin müxtəlifliyi
— Müsbət emosiyalara olan tələbatın ödənilməməsi: diqqət, başa düşmək, yumşaq münasibət və s. Bunlarla yanaşı başqa faktorlar da ailə münasibətlərinə pis təsir edir. Buna hər şeydən əvvəl ailənin inkişafında böhranlı dövrlərin olması nümunə göstərilə bilər.
Bunlar hansılardır?
Ailə həyatının birinci ili — bu dövr ərlə-arvadın bir-birinə uyğunlaşması dövrüdür. Bu, iki “mən” birləşib bir “biz” olmasıdır.
Bu zaman hisslər inkişaf edir, sevgi, məhəbətin bir qədər azalması, subyektlərin həyatda olduğu kimi qavranılması başlayır. Bu dövrdə gənc ailədə tez-tez konfiliktlər baş verə bilər. Belə bir dönəmdə hər iki tərəfini valideynləri gənc ailədə dəstək olmalıdır. Çünki yeni qurulmuş ailə iki-üç ilə ancaq tam olaraq formalaşır.
İkinci böhranlı dövr — uşaqların dünyaya gəlməsiylə bağlıdır. Hələ ki tam möhkəmlənməmiş “biz” sistemi ciddi imtahanları rastlaşır. Gəlin nəzər salaq; bu zaman baş verən konfliktlərin əsasın nə təşkil edir?
— uşaqların tərbiyəsində ərlə-arvadın fikir ayrılığı
— uşağa xidmətləri bağlı qadın yorğunluğu (özünə diqqət göstərməmək və s)
— onların fəaliyyətində şəxsi maraqları ilə bağlı fərqlilik
— kişidə sosial inkişaf gedir, qadında isə tam əksinə.
Üçüncü böhranlı dövr — ərlə-arvadın birlikdə yaşamasının orta illərinə təsadüf olunur. Subyektlərin bir-birindən doyması baş verir. Hisslərdə yenilik olmur. Bu dövrü hətta duyğu və hisslərin aclıq dövrü də adlandırırlar.
Dördüncü böhranlı dövr — ərlə-arvadın münasibətlərində konfliktlər təxminən 18-24 illik aile həyatından sonra baş verməyə başlayır. Bunun baş vermə səbəbləri uşaqların ailədən getməsi (ailə qurmaqları, xaricdə təhsil alması və s.) ilə təklik hissinin baş qaldırması, arvadın emosional asılılığının artması və s. səbəblərlə bağlı olur.
Beləliklə ərlə-arvadın arasında konfliktlərin baş verməsində xarici faktorların da təsiri var. Ər və ya arvadın isə həddən artıq zaman ayırması, iqtisadi çətinliklər, ailə subyektlərindən birinin işə düzələ bilməməsi, yaşayış üçün mənzilin olmaması və s.
Bunlarla yanaşı, makro faktorlar da ailədə konfliktlərə yol aça bilir. Məsələn: müasir dövrdə cəmiyyətimizdə sosial vəziyyət, mənəvi dəyərlərin qiymətsizləşməsi, ailədə qadının ənənəvi vəziyyətinin dəyişilməsi qadının iqtisadi müstəqilliyi, maliyyə çətinlikləri və s. Statistik hesablamalara görə ailələrin təxminən 80-85%-də konfliktlər baş verir, qalan 15-20%-də isə narazılıqlar özünü göstərir.
Sevda Xəlilova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
| ['ailə həyatı', 'kişi-qadın münasibətləri', 'ailə problemləri'] |
837 | https://kayzen.az/blog/evdarliq/20258/elektrik-enerjisin%C9%99-q%C9%99na%C9%99t.html | Elektrik enerjisinə qənaət | Apollon | Evdarlıq | 6 aprel 2017, 16:52 |
Ailə büdcəsində xərc payı yüksək olan elektrik enerjisindən hansı üsullarla daha az istifadə etmək olar sualı demək olar ki, hamını düşündürür. Bu baxımdan enerji səmərəliliyi, enerjiyə qənaət istiqamətində bir sıra tövsiyələri təqdim edirik.
• İşıqlanmada 100, 75, 60 və 40 Vattlıq lampalarını 25 Vt və daha aşağı vattlıq LED (diod) lampaları əvəz edin. Bilin ki, lampaların dəyişdirilməsinə bir dəfə vəsait qoymaqla sərf olunan elektrik enerjisinin 80 faizə qədər qənaət etmək olar. Mütəxəssislərin fikrincə, enerjiyə qənaət edən və ekoloji baxımdan təhlükəsiz olan müasir işıqlandırma vasitələrinin tətbiqi və istifadəsi zərərli maddələrin, o cümlədən karbon-dioksid qazı tullantılarının faizinin azalmasına gətirib çıxarır. Deməli, bu dəyişiklik həm ailə büdcəsi, həm də ailə üzvlərinin saglamlığı üçün sərfəli və faydalıdır.
• Dəhlizlərdə, eyvanlarda səsə həsas olan işıqlandırma vasitələrindən istifadəyə üstünlük verin.
• Enerji yığan akumulyatorlu mobil telefonları və digər elektrik cihazlarını doldurarkən onları uzun müddət ştepseldən (razetka) asılı vəziyyətdə buraxmayın, şəbəkədən ayrılma zamanı isə kabeli bibaşa ştepseldən çıxarın. Mobil telefonlarınızı USB kabelləri vasitəsilə bilgisayarlardan doldurmağa üstünlük verin. Eenerji mənbəsinə qoşulan bilgisayda işləyərkən onu müəyyən müddətdən sonra ştepseldən ayırın. Batareya enerjisini qorumaq üçün telefonlarınızın Power saver və Sleep mode xüsusiyyətlərindən də istifadə edin.
• Məişətdə işlədilən enerji avadanlıqların iş rejimlərini yaxşılaşdırmaq məqsədilə enerjiyə qənaət edən A+++, A++, A+, ECO + enerji sinfinə aid edilən cihazların alınmasına üstünlük verin. Məişətdə işlədilən enerji avadanlıqları (paltaryuyan, qabyuyan və sair) normadan aşağı yükləməklə işlətməyin. Onları işlədərkən təlimatla tanış olun və enerji sərfi aşağı olan rejimlərdən istifadə edin. Elektroçaydandan istifadə edərkən onu lazım olan qədər su doldurub qaynadın. Artıq suyun qaynaması da çox enerji aparır.
• Kompüterlərdə işləyərkən, kitab oxuyarkən, yazı yazarkən otaqda bütün işıqlandırma sistemindən istifadə etməyin, imkan yarananda kənar işıqlandırma lampalarını söndürüb stolüstü elektrik işıqlandırma lampalarına üstünlük verin.
• Müstəqil enerji mənbələri yaradan və günəş enerjisi ilə işləyən elektrik avadanlıqlarının alınmasına üstünlük verin.
| ['ailə büdcəsi', 'qənaət', 'elektrik enerjisinə qənaət'] |
838 | https://kayzen.az/blog/sevgi/20038/m%C9%99h%C9%99bb%C9%99t-haqq%C4%B1nda-%C9%99n-g%C3%B6z%C9%99l-romanlar.html | Məhəbbət haqqında ən gözəl romanlar | Apollon | Sevgi | 2 aprel 2017, 20:49 |
1. Marqaret Mitçel “Küləklə sovrulanlar” — Sevmək üçün haqlı olmaq vacib deyil!
Roman güclü, gözəl, incə, cazibədar və cəsarətli bir qadının həyat hekayəsi barədədir. Onun uşaq səmimiliyi və həyat eşqi istənilən qadağalarla bəhsə girə bilər. Əsərin qəhrəmanı Skarlet çox şıltaq və çılğın bir qızdır.
O, Eşlini qarşılıqsız olaraq sevdiyi halda, onu həqiqətən sevən Ret Batlerin sevgisini görmür və ondan sadəcə olaraq istifadə edir. Skarlet nümunəvi qız olmasa da, Ret onu olduğu kimi sevir. Amma bu gözəl qadına laqeyd yanaşmaq mümkün deyil. Əsərdəki hadisələr çılğın sevgi və nifrətin fonunda baş verir.
2. Frensis Skott Fitscerald. «Böyük Qetsbi” — Məhəbbət dözümlüdür!
Amerikan yazıçısı Skot Fitsceraldın “Böyük Qetsbi”si caz əsrinin ən məşhur əsərlərindən biri hesab olunur. Roman 1925ci ildə, yazıçı Parisdə yaşayarkən işıq üzü görüb. Roman Böyük Qetsbinin böyük xülyaları, sevgisi və tənhalığı haqqındadır. “Böyük Qetsbi” yüksəklərə qalxan, hakimiyyət və vardövlətin xoşbəxtlik gətirəcəyinə ürəkdən inanan və ən böyük arzusunun gerçəkləşməsinin bir addımlığında olan güclü bir insanın həyat hekayəsidir. Bütün bunlara nail olmaqda onu bir qadına olan sevgisi ilhamlandırıb. Böyük Qetsbinin aşiq olduğu qadın Deyzi onun sevgisinə layiq ola bilmir, amma o, faciəli finala qədər öz məhəbbətinə sadiq qalır.
3. Rəşad Nuri Güntəkin „Çalıquşu“ — Məhəbbət inkişaf edir...
Romanda əsərin qəhrəmanı Fəridənin simasında çətin və məşəqqətli həyat tərzinə baxmayaraq, öz məhəbbətinə sədaqət hissini qoruyub saxlayan əsl türk qızının obrazı bədii ustalıqla qələmə alınıb. Fəridə dəlicəsinə aşiq olsa da, taleyin sınaqlarına hazır olmadığı üçün uzun illər çıxış yolunu Kamrandan qaçmaqda görür. Lakin bu məhəbbət onunla birlikdə böyüyür, nəticədə, qız qüruru ilə barışmağı öyrənir. Roman hər kəsə sədaqət dərsi öyrədir. Orta fransız dini məktəbini yenicə bitirmiş bir qızın dilindən, gündəliyi şəklində verilmiş bu roman Azərbaycanda ən çox sevilən əsərlərdən biridir.
4. Şoderlo De Laklo „Təhlükəli əlaqələr“ — Sevgi ilə zarafat etmirlər
Vikont de Valmon aşiq olduğu dindar xanım de Turvelin məhəbbətini qazanmaq üçün qəddarlığa və hiyləgərliyə əl atır. Bu, ona məqsədinə nail olmağa imkan verir, lakin o, sınaqlardan üzüağ çıxmır.
5. Ceyn Ostin „Qürur və qərəz“ — Məhəbbət özümüzü kəşf etməyə imkan verir
“Qürur və qərəz” ingilis yazıçısı Ceyn Ostinin ən məşhur əsəridir. Əsər yoxsul, xaraktercə qürurlu qadının həyatından bəhs edir. Kişi hisslərinin səmimiyyətinə inanmayan qadın qərəzi əsərin əsas mövzusunu təşkil edir. Kitabın qəhrəmanı hissləri və əqidə məngənəsi arasında qalıb. Üstəlik, cəmiyyət onu sıxır. Belə təzyiqlərə yalnız güclü insan qalib gələ bilər. Nəticədə, hər kəs qəhrəmanın qələbəsi ilə razılaşmağa məcbur olur. Yeri gəlmişkən, qeyd edək ki, bu əsər Azərbaycanda ən çox satılan əsərlərdən biridir.
6. Elizabet Gilbert “Ye, dua et, sev” — Sevgi siz ona hazır olanda gəlir
“Ye, dua et, sev” kitabı Elizabet Gilberti məşhurlaşdıran əsərdir. Bu kitab qəhrəmanın çətin boşanma mərhələsindən sonra uzun bir səyahətə çıxmasından bəhs edir. Elizabet Gilbert hər şeydən imtina edəndə özünə yeni eşq tapır. Bunun üçün xeyli cəsarət və səbir tələb olunur. Əsər qısa zaman ərzində, otuzdan artıq dilə tərcümə olunaraq beynəlxalq bestellerə çevrilib. Kitab müəllifi o qədər məşhurlaşdırıb ki, 2008-ci ildə keçirilən ümumi sorğulara əsasən, o, dünyanın ən nüfuzlu yüz adamından biri seçilib. Bu kitabı adi oxuculardan tutmuş, senatorlar, prezidentlər, yazıçı və məşhur aktyorlar da oxuyub.
7. Frederik Beqbeder “Məhəbbət üç il yaşayır” — Sevgi düşünməyə məcbur edir
Alimlər hər zaman məhəbbətə müəyyən ömür biçir. Bəziləri 2 il 68 gün, bəziləri 3 il, bəziləri isə sonsuz olduğunu deyir. Romanın baş qəhrəmanı kübar həyatdan yazan jurnalist Mark Marronye isə əmindir ki, məhəbbət üç il yaşayır. O, iddia edir ki, əvvəl insanlar bir-birini ehtirasla, sonra incə və dostcasına sevir və nəhayət, bir-birinə darıxdırıcı olurlar. Romanın birinci hissəsində təsvir olunan belə baxışların səbəbi həyat yoldaşının ona qarşı laqeydliyidir. Evliliyinin üçüncü ilində Anna az qala onda ikrah hissi oyatmağa başlayır, o isə başqa bir qadına — Alisaya dəlicəsinə vurulur. Alisa da onu sevir, lakin başqası ilə yaşadığına görə, Markla gizlincə görüşür. O isə öz növbəsində, məhəbbətin üç ildən sonra bitəcəyinə və ayrılacaqlarına tamamilə əmindir. Romanın sonunda baş qəhrəman yazır ki, Alisa ilə artıq üç ildir ki, birlikdədir və o, birgə həyatlarının üçilliyini qorxu içində gözləsə də, məhəbbəti əvvəlki kimi güclüdür.
8. Şarlotta Bronte “Ceyn Eyr” — Sevgi insanı mətinləşdirir...
Əsərin baş qəhrəmanı Ceyn Eyr yetim, kasıb bir qız olmasına rəğmən, çox qürurlu və müstəqil insandır. O, Roçester malikanəsinə ev sahibinin qızına müəllimlik etməyə qəbul olunur. Elə ondan sonra Ceyn Eyr və mister Roçesterin arasında məhəbbət yaranır. Onlar evlənməyə hazırlaşır. Lakin toy günü elə bir sirr açılır ki, Ceyn Eyr malikanəni tərk edib, mister Roçesteri unutmağa çalışır. Lakin əsl məhəbbət heç vaxt unudulmur. Bir-birindən uzaq məsafədə yaşasalar da, onlar bir-birlərinin qəlbinin səsini eşidir. Əsər əsl sevgi, sədaqət haqqında yazılmış ən gözəl romanlardan biridir.
9. Sesilya Ahern “P.S. Səni sevirəm”
Avropada məhəbbət romanlarının ulduzu kimi tanınan irlandiyalı yazıçının debüt əsəri bestsellerlər siyahısındadır. Romanın qəhrəmanları Cerri və Hollini ölüm ayırır. Əsərin əsas mövzusunu da əri Cerrini itirən otuz yaşlı Hollinin yaşadığı ağır günlərindən bəhs edir. Elə bu vaxt poçtla sağlığında həyat yoldaşının ona yazdığı məktubları alır. İndi bu məktublar onu Cerri ilə bağlayan yeganə tellərdir. Ancaq iki şərti gözləmək zəruridir: on iki məktubun hərəsi bir ayda açılmalı və içindəki tapşırıqlara mütləq əməl olunmalıdır.
10. Erix Mariya Remark. „Üç yoldaş“ — Sevgi yaşadır
“Üç yoldaşda” müharibədən sağ çıxmış, yeni, dinc həyata başlayan gənclərin cəmiyyətlə daimi konfliktləri ön plana çəkilir. Müharibədən qayıtmış əsərin əsas qəhrəmanı Robert hər şeyə marağını itirib, həyata laqeyd və qeyri-ciddi yanaşır. Robbi bir az utancaq, çəkingən, insanlara dəyər verən tipdir. Robbinin Patrisiya ilə olan sevgisi onu həyata yenidən bağlayıb yaşadığı hər anı qiymətləndirməyə, ən əsası, əbədi sevginin varlığına inandıra bilir. Robbi ölümcül xəstə olan qızı qorumaq, onu yaşatmaq üçün əlindən gələni edir. Əsl kişinin edə biləcəyi bütün fədakarlıqları edir. Bu yolda vəfalı yoldaşları da ona yardımçı olur.
11. Nikolas Sparks “Yaddaş gündəliyi” — Sevgi ölmür
Nyu və Elli iki müxtəlif sosial təbəqədən olduğu üçün valideynləri onları ayırmağa çalışır və buna nail olur. Lakin onların heç biri birlikdə keçirdikləri xoşbəxt anları unuda bilmir.
12. Artur Qolden “Geyşanın memuarları” — Sevgi zərifdir
Əsər XX əsrin ən tanınmış geyşalarından biri Nitta Sayurinin həyat hekayəsi əhatə edir. Hətta siz məhəbbət romanlarının pərəstişkarı deyilsinizsə və ümumiyyətlə, ilk baxışdan məhəbbətə inanmırsınızsa belə, “Gündoğan ölkə”nin özünəməxsus mühitinə daxil olmaqdan və kənar şəxslər üçün qapalı, gizli bir cəmiyyəti daxildən tanımaqdan inanılmaz həzz alacaqsınız. Roman yalnız kişilərə məxsus olan tam başqa bir aləmə, başqa bir dünyaya açılan qapıdır. Bu aləmdə qadınlar heç vaxt düşündüklərini deyil, yalnız onlardan gözlənilənləri və tələb olunanları deyirlər…
13. Fransuza Saqan “Salam, kədər” — Sevgi böyüməyə kömək edir
Əsərdə həyatın bütün əyləncələrindən dadmaq istəyən ərköyün qızdan danışılır. Anasını çox erkən yaşlarında itirən Sesil uzun müddət monastır pansionunda təhsil alır. Arvadbaz atasının yanına qayıtdıqdan sonra heç bir qaydaqanuna sığmayan, məsuliyyətsiz həyat tərzi keçirməyə başlayır. Ancaq bir gün onların həyatına Anna daxil olur. Lakin Sesil anasının rəfiqəsi olan bu qadını heç bir halda qəbul edə bilmir. Buna səbəb atasının Anna ilə evlənmək fikrinə düşməsidir. O, belə hesab edir ki, atası Anna ilə evlənsə, daha onu əvvəl kimi sevməyəcək və diqqət ayırmayacaq. Onların toyuna mane olmaq üçün Sesil planlar qurmağa başlayır. Əsər Annanın ölümü ilə sona çatır.
14. Jorj Sand “Konsuelo” — Sevgi azaddır
“Konsuelo” romanındakı hadisələr XVIII əsrin ortalarına təsadüf edir. Bu əsər o dövrün təhlükə və həqiqi ehtirasla bol olan atmosferinə baş vurmaq üçün əla imkandır. “Konsuelo” fransız yazıçısı Jorj Sandın ən tanınmış və ən məşhur əsərlərindəndir. Konsuelonun şəfqəti bütün maneələri aradan qaldırır, çünki onun məhəbbəti təmənnasızdır. Qınamaq və qəzəb onun tərzi deyil, insanı incitmək ona xas olmayan şeylərdir. Ona görə də, Konsuelonun hissi onun mənəvi dünyasını pozmur və başqalarına ağrı vermir.
15. Viktor Hüqo “Paris Notr-Dam kilsəsi” – Sevginin gözü kor olur
Dünya ədəbiyyatının ən məşhur əsərlərindən olan „Paris Notr-Dam kilsəsi“ romanında çoxdan unudulmuş dövrün tarixi təsviri ilə yanaşı, insanın azadfikirliliyi və mənəvi müstəqilliyi konsepsiyası Fransadakı cari hadisələrlə əlaqələndirilir. Yazıçı təsvir etdiyi dövrün əlamətlərini romanın bir-biri ilə təzad təşkil edən əsas qəhrəmanlarının — Esmeraldanın, Kvazimodonun və Klod Frollonun xarakterlərində və talelərində təcəssüm etdirmişdi.
| ['sevgi', 'sevgi romanları', 'məhəbbət'] |
839 | https://kayzen.az/blog/edebiyyat/20073/axmaqlar-%7C-ayzek-%C9%99zimov.html | Axmaqlar | Ayzek Əzimov | Apollon | Ədəbiyyat | 1 aprel 2017, 16:19 |
Naron uzunömürlü Rigel irqindən idi və ailənin qalaktika qeydiyyatını aparan dördüncü üzvüydü. Naronun böyük bir dəftəri vardı. Burda qalaktikalarda zəkası inkişaf edən xeyli irq qeyd olunmuşdu, daha kiçik dəftərə isə yetkinləşərək Qalaktika Federasiyasına daxil olmaq hüququ qazanmış irqlərin adı yazılırdı.
Böyük dəftərdə bəzi adların üstündən xətt çəkilmişdi, çünki onlar hansısa səbəbdən uğursuz hesab olunmuşdu. Buna şanssızlıq, biofiziki-biokimyəvi qüsurlar və cəmiyyətə uyğunlaşmamaq kimi təsirlər aid edilirdi. Amma kiçik dəftərə yazılmış heç bir ad bugünədək silinməmişdi. Çapar yaxınlaşanda dolu bədənli və kifayət qədər yaşlı Naron da başını qaldırdı. Xəbərçi – Naron – dedi, – Ulu Varlıq!
– Hə, nə olub? Qurtar bu dəm-dəstgahı!
– Bir qrup varlıq da artıq inkişaf etdi.
– Əla! Əla! Artıq daha sürətlə inkişaf edirlər. Heç bir il keçmədən yeni bir üzvümüz artır. Bəs hansı qrupdur bu? Çapar qalaktikanın kodunu və içindəki planetin koordinatlarını verdi.
– Ah, bəli. – Naron dilləndi.
– O planeti tanıyıram.
– Və bəzəkli hərflərlə planetin adını böyük dəftərə qeyd etdi. Sonra kiçik dəftərə də eyni cür yazdı. Ənənəyə sadiq qalaraq, həmin planetə ən böyük icmanın istifadə etdiyi adı verdi: Yer.
– Bu yeni canlılar rekordu qırdılar, – dedi.
– Qruplardan heç biri zehni inkişafa bu qədər tez çatmamışdı. Ümid edirəm, heç bir səhvə yol verməmişik. – Səhv yoxdur, cənab.
– Çapar dilləndi.
– Atom enerjisini əldə ediblər, ya yox?
– Əldə ediblər, cənab.
– Elə gözlədiyimiz də budur.
– Naron güldü.
– Onda tezliklə kosmik gəmiləriylə gəlib Federasiya ilə bağlantı quracaqlar.
– Möhtərəm Varlıq, – çapar dodaqucu dilləndi.
– Müşahidəçilərimiz onların hələ kosmosa çıxmadıqlarını bildirirlər.
– Yəni heç çıxmayıblar?
– Naron təəccübləndi.
– Heç kosmik stansiyaları da yoxdur?
– Hələ ki yoxdur, cənab.
– Amma onların atom enerjisi var, bəs təcrübə və partlayışları harda edirlər?
– Öz planetlərində, cənab. Altı metr boyu olan Naron ayağa qalxıb guruldadı.
– Necə? Öz planetlərində?!
– Bəli, cənab. Naron ağır-ağır qələmini götürüb kiçik dəftərə yazdığı sonuncu adın üstündən xətt çəkdi. Bu vaxta qədər hələ bu cür hadisə verməmişdi, amma Naron müdrik idi və qalaktikadakı hər kəs kimi bu qaçılmaz sonluğu görmüşdü.
— Axmaqlar. — O mırıldandı.
Tərcümə: Cəmil Salmanov
| ['ədəbiyyat', 'dünya ədəbiyyatı', 'Ayzek Əzimov'] |
840 | https://kayzen.az/blog/qadin/20095/qad%C4%B1nlar-%C9%99n-%C3%A7ox-n%C9%99y%C9%99-pul-x%C9%99rcl%C9%99yir.html | Qadınlar ən çox nəyə pul xərcləyir? | Apollon | Qadın | 30 mart 2017, 21:08 |
Qadınların istehlak sektorunun əsas alıcısı olduğu və kişilərdən daha çox pul xərclədikləri hamımızın bildiyi və qəbul etdiyi həqiqətdir. Amma son zamanlar aparılan araşdırmalar göstərir ki alış-veriş edən qadınlar kişilərdən daha duyğulu davranırlar.
Makiyaj: Gözəllik sektoru bu gün ən çox gəlir əldə edən sahələrdəndir. Ən çox satılan kosmetik məhsul isə kirpik üçün tuşdur. Deməli, qadınlar seksual baxışlara sahib olmaq üçün tuşa böyük ehtiyac duyurlar. Daha sonra onu göz qələmi və pomada izləyir. Ən çox alış-veriş edən qadınlar 24-35 yaş arasında olanlardır. Dodaq qələmi isə 18-24 yaş arası qadınların aldığı kosmetik vasitədir. Araşdırmalara görə, 45 yaşdan yuxarı 31% qadın makiyaj etməyi dayandırır.
Ayaqqabı: İngiltərədə aparılan araşdırmanın nəticələrinə görə, qadınların 96 % -i ilk ayaqqabısını nə vaxt aldığını xatırlayır. Amma yalnız 75%-i ilk sevgilisinin adını xatırlaya bilir. 92 %-i azı bir neçə ayaqqabılarını atdıqları üçün peşman olduqlarını söyləyərkən, 19%-i bir sevgililərini tərk etdikləri üçün peşman olduğunu dilə gətiriblər. Qadınlar ayaqqabı ehtirasından doymaq bilmir. Bu ehtirası daha da konkret hala gətirmək üçün ayaqqabı şirkətlərindən biri araşdırma aparıb. Məlum olub ki, bir qadın həyatı boyu ayaqqabılara təxminən 25.000 dollar pul xərcləyir.
Geyim: «Daily Mail»in araşdırmasına görə, qadınlar həyatları boyu geyimə 125.000 dollar xərcləyir. Buraya çanta, papaq kimi aksessuarlar da daxildir. Qadınların 10%-i hər həftə yeni bir şey aldıqlarını etiraf edir. Amerikalı telejurnalist, müğənni və kitab yazarı Tammi Faye Bakker bir dəfə “Alış-veriş etməyə üstünlük verirəm, çünki terapevtdən daha ucuza başa gəlir” demişdi. 125.000 dollar xərcləməsindən daha çaşdırıcı gələn məqam isə eyni araşdırmaya qatılan qadınların 60%-i hər səhər nə geyəcəklərinə qərar verə bilmədiklərini və qarderoblarının onlara kafi gəlməsini söyləməsi olub.
Estetik əməliyyat: Estetik əməliyyatlar da qadınların çoxlu pul xərclədi bir sahədir. Nəhəng sektor halına gələn estetik əməliyyatlara həvəs göstərən qadınların yaş qrupu 19-40 yaş arasında dəyişir. Ən çox edilən əməliyyat isə sinə böyütmə əməliyyatıdır. Daha sonra burun əməliyyatı və arıqlamaq proseduraları gəlir. Siyahının davamını isə üz dartdırma əməliyyatı izləyir.
Tətil: Müasir dövrün qadınları qayğılarına qalmağı yaxşı bacarırlar. İl ərzində işləyən qadınlar yığdıqları pulları tətildə xərcləyirlər. «Daily Mail»in yazdığı xəbərə görə, qadınlar yalnız tətilə hazırlanmaq üçün təxminən 737 dollar xərcləyirlər. Tətil hər yaşdan və cinsdən insanın çox ehtiyacı olan sahə olsa da, son zamanlar qadınlar bu sahəyə daha çox maraq göstərirlər. Dolayısı ilə daha çox pul xərcləyirlər.
| ['qadın', 'qadınlar', 'alış-veriş', 'şopinq'] |
841 | https://kayzen.az/blog/teskilat/18939/beyn%C9%99lxalq-inki%C5%9Faf-assosiasiyas%C4%B1.html | Beynəlxalq Inkişaf Assosiasiyası | kotler | Beynəlxalq iqtisadi təşkilatlar | 30 mart 2017, 20:51 |
50-ci illərdə dünya ictimaiyyətinin keçmiş yüzilliyi aydın göstərdi ki, ən kasıb inkişaf etməkdə olan ölkələr inkişaf üçün lazım olan borc maliyyəsini Ümumdünya Bankının, qrup dövlətlərin şərtləri əsasında almaq imkanına malik dey¬illər. Bu zaman bankın üzvləri kasıb ölkələrə uzun müddətə güzəştli əsaslarla vəsait verə bilən agentliklərin yaradılmasını təklif etdilər. Yeni institutu Beynəlxalq Inkişaf Cəmiyyəti – BIC (International Development Association — IDA) adlan¬dır¬maq qərara alındı. Lakin təsisçilər BIC-nin iş prinsiplərini qəti olaraq Ümumdünya Bankının qaydala¬rında aparılmasını istəyirdilər. Bu mühakimədən çıxış edən ABŞ prezidenti Duayt Ezenhauer qalan iştirakçıların tərəf¬dar olduğu BIC-nin Ümum¬dünya Bankının tərkibinə daxil olmasının vacibliyini təklif etdi.
BYIB çərçivəsində BIC-nin yaradılması bankın möv¬qeyini möhkəmlətdi, dairəni genişləndirdi və onun fəaliyyə¬tində böyük çeviklik yaratdı. Bank rəhbərliyi Inkişaf Cə¬miyyətinə könüllü hökumət əmanətçilərinin sayının artma¬sına nail oldu və mütəxəssislərin qeyd etdiyi kimi bu bank rəhbərliyinin böyük qələbəsi idi.BIC 1961-ci ildən BMT-nin ixtisaslaşmış müəs¬sisəsidir. BIC-nin Nizamnaməsinə uyğun olaraq ona ancaq BYIB-nın üzvləri üz ola bilər.
BIC muxtariyyəti olan təşkilat sayılır, lakin cəmiyyət əməliyyatları ayrıca hesabat üzrə apardığından onun muxta¬riyyəti formal xarakter daşıyır. Faktiki olaraq BYIB tərəfin¬dən idarə olunan resurslar fondu kimi təqdim edir və onun filialı sayılır.
BIC BYIB-nın filialı olduğundan ondan fərq¬lən¬mir. BIC-də BYIB-nın fəaliyyətində olduğu kimi xüsusi kapital üçün əl¬ve¬rişli şəraitin yaradılmasına, inkişaf etməkdə olan ölkələrə kA¬pi¬tal ixracını genişləndirmək, o həm¬çinin kredit və istiqrazlar ver¬məklə inkişaf etməkdə olan ölkələrin iqtisadi sektorlarının inkişafı üçün layi¬hə¬ləri maliyyələşdirir. BICBYIB-nın eyni stan¬dartla¬rın¬dan istifadə edir və bankla ümumi müdriyyətə malik¬dir. Baxmayaraq ki, BIC-nin özünün formal rəhbər orqanları var¬dır (Rəislər Şurası, Icraedici direktora malikdir), Dünya Ban¬kının prezidenti eyni zamanda BIC-in prezidenti hesab edilir. BIC-nin ştat üzrə əməkdaşları dörd sektora bölünür: ma¬liy¬yələşdirmə əməliyyatları, siyasət, planlaşdırma və təd¬qiqat.
BIC və BYIB-nın suayrıcı fəaliyyət sferası hər adam ba¬şına düşən daxili məhsul istehsalı göstəricilərinin statistik məlumatlarını təşkil edir.Iki təşkilat arasında fərq onların inkişaf etməkdə olan ölkələrə istiqrazların verilməsində, öl¬kələrin kreditləşdirilməsi və investisiyaların verilməsi üçün maliyyə resursları mənbələrində olan şərtlərdə özünü göstə¬rir.
BYIB inkişaf etməkdə olan ölkələrə istiqrazları kom¬mersiya banklarından fərqli olaraq aşağı faizlə və uzun müddətə verir. BYIB-dan fərqli olaraq BIC-ti inkişaf et¬məkdə olan ölkələrdən kasıb ölkələri – BYIB-nın şərtlərinə uyğun olaraq borc ala bilməyən və illik gəliri hər adambaşına 905 dollardan çox olmayan ölkələri kreditləşdirir.
Hazırda 80 ölkə bu kateqoriyaya aid edilir. Bu ölkə¬lərdə 3,2 milyarddan çox (inkişaf etməkdə olan ölkələrdə ya¬şayan əhalinin
ümumi sayının 65 %-i qədər) adam yaşayır. Bu insanlardan 1,2 milyardı hər gün bir dollardan az gəlir əldə edir.BIC faizsiz kreditlər verir. Ilk dəfə Hondurasa, Hin¬dis¬tana, Sudana və Çiliyə belə kreditlə¬rin verilməsi BIC tərəfindən 1961-ci ildə qəbul edilmişdir. Bu ölkələr o vaxta qədər belə kreditlər alırlar ki, həmin ölkədə istehsal olunan məcmu ictimai məhsul BIC üçün qənaətbəxş hesab edilsin. Nə vaxt həmin ölkələrdə məcmu ictimai məh¬sul hər adambaşı üçün müəyyən edilmiş həddən artıq olur, həmin dövlət BIC-dən faizsiz kreditlər almaq imkanından məhrum edilir və ona faiz ödə¬məklə BYIB-dan borc almaq imkanı verilir.
BIC-nin borcları 10 il güzəştli dövrə 35-40 il müddətinə verilir. Belə oxşar borclarda faizlər üstünə gəlmir, lakin xid¬mətə görə ödəmələr (hazırkı vaxtda 0,75 %) nəzərdə tutulur.
BIC-nin maliyyə resursları özünün və cəlb edilmiş mən¬bələr hesabına formalaşır. Öz vəsaitinin əsas hissəsini abunə kapitalı ona üzv olan ölkələrin üzvlük haqqı hesabına əldə edilən vəsait təşkil edir və bunlar BIC resurslarının 90 %-ni təşkil edir və əsasən sənaye ölkələrindən olmaqla 33 ölkədən daxil olur.
Bu kateqoriyaya daxil olan BIC-nin üzvləri tam kapital ödəyir və cəmiyyətə edilmiş və edilməmiş valyutada əlavə və¬sait verir.
BIC-nin qalan üzvləri ilkin üzvlük haqqının 10 %-i qə¬dər azad dönərli valyutada, qalanları isə 90 %-i əlavə üzvlük haqlarını və ödəmələri milli valyuta ilə ödəyirlər.
BIC-nin xüsusi maliyyə resursları özünün fəaliyyətin¬dən, yəni əvvəllər verilmiş borclarından daxil olan təmiz gə¬lirlər hesabına dolur. Cəlb edilmiş maliyyə vəsaitlərinə BYIB-nın köçürmələri və xarici istiqrazlar aid edilir.
Eyni zamanda BYIB maliyyə resurslarının müəyyən hissəsini dünya maliyyə bazarlarında alınan borclar hesabına formalaşdırır. BIC müəyyən dərəcədə nisbətən dövlətli hö¬kumətlərin – üzv ölkələrin əmanətləri hesabına formalaşdırı¬lır. BIC-nin fondu hər üç ildən bir donarların hesabına artır. Onluqların (1993-1996-cı illər) əlavə olunması (IDA-10) 34 dövlətə BIC-nə 18 mlrd. dollar verdilər. On birinci əlavə 1996-1999-cu illərdə ümumi məbləği 22 mlrd. dollar olan maliyyə layihələrinin həyata keçirilməsinə imkan vermişdir ki, bunun da 11 mlrd. dolları donar ölkələrin payına düşür.
IDA-11-dən ən böyük üzvlük haqqı Birləşmiş Ştatlar, Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya və Italiya köçürmüşdür. Nisbətən varlı dövlətlər Türkiyə və Koreya daha çox əmanət qoymuş və bu dövlətlər nə vaxtsa BIC-nin borcluları olmuşlar. Hazırkı vax¬tda bu dövlətlər donor ölkələr sırasına daxildir. Donor ölkə¬lərə həmçinin hələ də BIC-dən borc alan Argentina, Bot¬svana, Braziliya, Çexiya Respublikası, Macarıstan, Meksika, Polşa, Rusiya və Cənubi Koreya aid¬dir.
Belə maliyyə borcları ilə formalaşan BIC həmin resurs¬larla xüsusi biznesi, ətraf mühitin mühafizəsini və kasıb öl¬kələrdə iqtisadiyyatın liberallaşmasına istiqamətlənən isla¬hatların apa¬rılması layihələrini maliyyələşdirir. BIC-nin layi¬hələri iqtisadi artıma, yeni iş yerlərinin yaradılması, gəlirin artmasına və əha¬linin həyat səviyyəsinin yüksəlməsinə imkan verir. Ümumdünya Bankı, BIC və Beynəlxalq kənd təsərrü¬fatının inkişaf fon¬dunun birgə səyi ilə həyata keçirilən Gürcüstan kənd təsərrüfatı layihəsini buna misal göstərmək olar. Layihələrin həyata keçirilməsi ilk növbədə ölkələrin beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının inki¬şafının nəticəsidir. 21,5 mln dollar (15 mln dollar BIC-ti və 6,5 mln dollar isə kənd təsərrüfatının inkişaf fondu hesabına) olan bu kredit kənd təsərrüfatı və yeyinti sənayesi müəssisə¬lərinin özəlləşdirilməsi Kənd kredit ittifaqlarının inkişafı, torpaqların qeydə alınması üzrə tədqiqatların aparılması və kənd təsərrüfatı sahəsində elmi tədqiqatlar aparmaq üçün icazə verilmiş yeni bir kredit xəttinin açılması demək idi.1990-2002-ci illərdə BIC-in rəhbərliyi kənd təsərrüfa¬tını, meşə təsərrüfatını və balıqçılığı inkişaf etdirmək məqsə¬dilə ümumi həcmi 10281 mln dollar olan və bu dövrdə ümumi borc həcminin 12,3 %-ni təşkil edən borcu bəyəndi.
BIC-nin vəsaiti borclu ölkələr arasında onların iqtisadi inkişaf səviyyəsinin nisbi ölçülərindən, hər adambaşına düşən gəlirin səviyyəsindən və əvvəllər təşəbbüs göstərilən layihələrin müvəffəqiyyətlə həyata keçirilməsindən asılı ola¬raq bölüşdürülür (cədvəl 3.9).
Cədvəldən göründüyü kimi BIC-nin 12 il müddətində təqdim olunan ümumi həcminin 42 %-i Afrika ölkələrinin payına düşür. Ikinci yeri 28,7 %-lə Cənubi Asiya ölkələri tu¬tur. Şərqi Asiya və Sakit okean regionuna 15,2 % düşmüşdür. Axırıncı yeri 2,8 %-lə Orta Şərq və Şimali Afrika ölkələri tutur.
BIC-nin fəaliyyətində sosial sektorun investisiyalaşdı¬rılması mərkəzi yer tutur. BIC-nin fəaliyyəti ən geridə qalmış dünya ölkəsində kasıbçılığı aradan qaldırmağa istiqamət¬lənmişdir. Bu təşkilat Dünya bankının mərkəzi çıxışında qeyd edilən belə bir devizlə həyata keçirilir: «Dünyada ka¬sıbların olmaması bizim arzumuzdur».
BIC insan resurslarının inkişafının təhsil, səhiyyə, əhali artımı və iaşə, sosial təhlükəsizlik və gigiyena layihələrinin maliyyələşdirilməsi yoluna tərəfdar çıxır. Layihələrin müəyyən hissəsi ibtidai təhsil və ekoloji vəziyyətin yaxşılaş¬ması üzrə proqramların həyata keçirilməsinə istiqamətlənir.
BIC-nin fondundan sosial sektorun investisiyalaşdırıl¬ması təsdiq edilmiş proqrama uyğun olaraq həyata keçirilir. Maliy-yələşdirmənin köməyi ilə mal və xidmətlərin çatdırıl¬ması, məktəb tikintisi, müəllimlərin öyrədilməsi, xəstəxanalar üçün avadanlıqların çatdırılması və s. həyata keçirilir. Bir qayda olaraq sosial məqsədlər üçün investisiya layihələri beş və yeddi ilə kreditləşdirilir.
BIC-nin sosial sektorun inkişafına diqqəti 80-cı illərin sonunda güclənmişdir. Əgər 1988-ci ildə sosial sektora 0,5 mlrd dollar investisiya qoyulmuşdursa, ancaq bu 90-cı illərdə sosial sektorun maliyyələş¬diril¬məsi həcminin artım meylləri¬nin sabit, möhkəm, davamlı olmasına səbəb olmuşdur. 1995-ci ildə in¬ves¬ti¬siya qoyuluşunun həcmi 1988-ci illə müqayisədə 120 % ar¬ta¬raq 1.1mlrd dollar təşkil etmişdir. 1996-cı ildə 1995-ci illə mü¬qa¬yisədə investisiya qoyuluşunun həcmi sosial sektorda 136 % artaraq 2,6 mlrd dollar təşkil etmişdir. Lakin 1996-cı ildə investisiya qoyuluşunun aşağı düşməsi meyli baş vermiş və 1997-ci illə investisiya qoyuluşu 1,3 mlrd dollar təşkil etmişdir. 1998-ci ildə sosial sektorda investisiya nəinki 1996-cı il səviyyəsinə çatmış hətta onu 0,1 mlrd dollar ötüb keçmiş və 2,7 mlrd dollara çatmışdır ki, bu da bütün keçmiş göstəricilərdən üstün idi. Ümumiyyətlə 1960-2000-ci illər üzrə 106 ölkə üçün sosial sektorun layihələşdirilməsində in¬vestisiya qoyuluşu 120 mlrd. dollar təşkil etmişdir.BIC – nin sosial sektor üçün borcların cəmi (1990-2002-ci illər) 25,5 % təşkil etmişdir.
BIC müəyyən məbləği Afrika və Cənubi Asiya ölkələ¬rində təhsilə və səhiyyəyə ayrılır. Bu ölkələrdə 12 il müddə¬tində təhsilə müvafiq olacaq 3309 mln dollar və 3513,5 mln dollar investisiya qoyulmuşdur. Afrika ölkələrində səhiyyə və digər sosial xidmətlər üçün investisiyanın həcmi 4025,5 mln dollar və Cənubi Asiya ölkələrində 5192,5 mln dollar təşkil etmişdir ki, bu da BIC-nin ikiillik dövründə təqdim etdiyi ümumi borc həcminin təqribən 20 %-ni təşkil edir.
BIC nəqliyyatın inkişafına 11,8, energetikaya 8,1 % qoyulan vəsaiti investisiyalaşdırır.
Müəyyən vəsait – 15843 mln dollar və ya borcun ümumi həcminin 19,2 %-i qanunvericilik və idarəetmənin in¬kişafı üçün ayrılmışdır.
Beləliklə, BIC-nin fəaliyyəti iqtisadiyyatın inkişafı üçün əlverişli və yaxşı şəraitin yaradılmasına və dünyanın ən kasıb ölkələrinin həyatının yaxşılaşdırılmasına istiqamətlənir.
What is IDA?
The International Development Association, IDA, is the World Bank s concessional lending window. It provides long-term loans at zero interest to the poorest of the develo¬ping countries. IDA helps build the human capital, policies, institutions, and physical infrastrukture that these countries urgently need to achieve faster, environmen¬tally sustainable growth. IDA s doal is to reduce disparities across and within countries, especially in access to primary education, bazic health, and water supply and sanitation and to bring more reople into the mainstream by raising their productivity.
History
When the International Bank for Reconstruction and Development (IBRD), batter known as the World Bank, was established in 1944, its first task was to help Europe recover from the devastation of World War II. Once Europe was re¬built, the Bank turned its attention to the developing coun¬tries. As the 1950s progressed, it became clear that the po¬orest developing countries could not afford to borrow ne¬eded capital for development on the terms offered by the ini¬tiative, a group of Bank member countries decided to set up an institution that could lend to very poor developing nati¬ons on highly concessional terms. They called it the interna¬tional Development Assocation (IDA), Its founders saw IDA as a way for the «haves» of the world to help the «have-nots». But they also wanted IDA to be imbued with the dis¬cipline of a bank. For this reason, US President Dwight D. Eisenhower proposed, and other countries agreed, that IDA should be part of the World Bank.
IDA s Articles of Agreement became effective in 1960. The first IDA loans (known as credits) were approved in 1961, to Honduras, India, Sudan and Chile.
IBRD and IDA are run on the same lines. They share the same straff, the same headquarters, report to the same president and use the same rigorous standards when evalua¬ting projects. IDA simrly takes its money out of a different «drawer». A country must be a member of IBRD before it can join IDA; 164 countries are IDA members.
Ida s Borrowers
IDA lends to countries that have a per capita income in 2002 of less than $875 and lack the financial ability to borrow from IBRD.
Ar present, 81 countries are eligible to borrow from IDA. Together these countries are home to 2,5 billion peo¬ple, comprising halt of the total population of the developing countries. An estimated 1,1 bilion people in IDA countries survive on income of less than $1 a day. Some countries, such as India and Indonezia, are eligible for IDA due to their low per capita incomes, but are also creditworthy for some IBRD borrowing. These countries are known as «Blend» borrowers.
IDA eligibility is a transitional arrangement, allowing the poorest countries access to substantial recources before they can obtain from the markets the financing they need in order to invest. As their economies grow, countries graduate from eligibility. The re-payments (or reflows) they make on their loans they had obtained then helr finance new IDA lo¬ans to the remaining poor countries. Over the years, twentu-three countries have seen their economies develop and grow beyond the IDA-eligibility threshold. These countries, that are now too prosperous to qualify for IDA funds include China, Costa Rica, Chile, Egupt, Morocco, Thailand, and Turkey.
IDA Lending
IDA credits have maturities of 20, 35 or 40 years with a 10-year grece period on repayment of principal. There is no interest charge, but credits do carry a small service charge of 0,75 commitments totaled $8,1 billion and disbursements were $6,6 billion.
Since 1960, IDA has lent $135 billion. It lends, on ave¬rage, about $ 6-7 billion a year for different types of deve¬lopment projects, especially those that address peoples basic needs, such as primary education, basic health services, and clean water and sanitation. IDA also funds projects that pro¬tect the enviroment, improve conditions for private business, build needed infrastructure, and support reforms aimed at liberalizing countries economies. All these projects the way toward economic gro th, job creation, higher incomes and a better quality of life.
IDA funds are allocated to the borrowing countries in relation to their income level and track record of success in managing their economies and their ongoing IDA projects.
IDA Funding
Whereas IBRD raises most of its funds on the world s financial markets, IDA is funded largely by contributions from the governments of the richer member countries. Their cumulative contributions since IDA s beginning total US $109 bilion. Additional funds come from repayments of ear¬lier IDA credits and from IBRD s net income.
Donors get togethe every three years to replenish IDA funds. The 13 th replenishment finances projects over the three years starting July 1, 2002. Funding for the 13 th reple¬nishment allows IDA to lend about $23 billion, of which do¬nors contributions will provide a little over half. The remai¬ning funds come largely from reflows of previous IDA cre¬dits, as well as other non-donor resources.
| ['Dünya Bankı'] |
842 | https://kayzen.az/blog/karyera/20184/i%C5%9F-g%C3%B6r%C3%BC%C5%9Fm%C9%99sind%C9%99-bu-c%C3%BCml%C9%99l%C9%99ri-qurmay%C4%B1n.html | İş görüşməsində bu cümlələri qurmayın | Apollon | Karyera və yüksəliş | 27 mart 2017, 23:15 |
Məşhur «Buzzfeed» portalı iş görüşməsi zamanı qətiyyən işlədilməyəcək cümlələrdən ibarət yazı hazırlayıb.
1. Üzr istəyirəm, tıxac var idi
İş görüşməsi zamanı belə cümlə işlətmək, demək olar ki, «yox» cavabı almağa bərabərdir. Çünki sizi işə götürən şəxs ilk görüşə gecikdiyinizə görə hər gün gecikəcəyinizi düşünəcək.
2. Elə bildim ki, sizdə bunun başqa nüsxəsi var
Bəzi işə götürən şəxslər sizdən tərcümeyi-hal, ya da cv tələb edə bilər. Buna görə də özünüzlə 2 ədəd cv və ya tərcümeyi-hal aparmağınız məsləhətlidir.
3. Qələminiz var?
Görüşə getməzdən əvvəl çantanıza 2 ədəd qələm qoymağınız tövsiyə olunur.
4. Gözləyin, telefonumu söndürüm
İş görüşməsi zamanı işlədiləcək ən uğursuz cümlələrdən biri də, «gözləyin telefonumu söndürüm» ifadəsidir. İş adamlarının 1-2 dəqiqə ərzində qərarlar verdiyini nəzərə alsaq, sizin bu ifadəniz onun fikrindən daşınmasına səbəb ola bilər.
5. Əslində, o qədər də əmin deyiləm
Unutmayın ki, rəhbərlər özündən əmin olmayan biri ilə işləmək istəməz.
6. Siz işə necə qəbul olmusunuz?
İşə götürən şəxslər özəl suallara cavab verməkdən qaçarlar
7. Axırıncı işlədiyim şirkətin müdiri çox da yaxşı insan deyildi
Bu ifadə ən uğursuz ifadə hesab olunur. Çünki həmin şəxs sizin qeybətcil olduğunuzu və gələcəkdə onun da haqqında belə danışacağınızı düşünür.
8. Neçə gün məzuniyyət olacaq?
Bu tip sulları işə qəbul olunduqdan sonra vermək daha məqsədəuyğundur.
9. Evlənmişəm, işə ehtiyacım var
İşə götürən şəxslər, ümumiyyətlə, şəxsi həyatınızla bağlı deyil, iş həyatınız haqqında danışmağınızı istəyirlər. Onlar üçün ilk sırada işə girmək istədiyiniz şirkət və mövqeyiniz üçün nə qədər istəkli olduğunuzu görmək gəlir. Buna görə fərdi problemlərinizi kənara qoyun və işi nə qədər istədiyinizi izah edin.
10. «Hər şeyi soruşdum» cavabı
Görüşün sonunda «Soruşmaq istədiyiniz, maraqlandığınız bir şey var mı?» sualına «Hər şeyi soruşdum», — deyə cavab verməniz qarşınızdakı şəxs üçün yetərli olmaya bilər. Buna görə də iş görüşmələrinə ən az üç əvvəlcədən hazırlanmış sualla gedin.
| ['iş görüşməsi', 'iş həyatı', 'iş axtarmaq', 'iş müsahibəsi', 'işəgötürən'] |
843 | https://kayzen.az/blog/psixologiya/20052/emosional-yanma-sindromu.html | Emosional yanma sindromu | Apollon | Psixologiya | 26 mart 2017, 23:36 |
Çox tez-tez belə vəziyyətlə rastlaşırıq: insan həvəslə hansısa bir işə başlayır, tam fədakarlıqla çalışır, sonra birdən-birə ruhdan düşür. Ətraf onun üçün əhəmiyyətsiz olur və passivlik, laqeydlik yaranır. İnsan daxilində bir boşluq hiss edir. Qarşısına qoyduğu məqsədlər belə maraqsız olur. Mütəxəssislər bu prosesi “emosional yanma sindromu” adlandırırlar. Yanma sindromu deyəndə insanda emosional, zehni və fiziki yorğunluqla müşahidə olunan psixi proses nəzərdə tutulur.
Yanma sindromu hansı hallarda baş verə bilər:
1: İş statusunda heç bir dəyişikliyin olmaması (işin monoton olması, əmək haqqının azlığı).
2: Müsbət nəticələri dəyərləndirməmək. İşə çoxlu enerji sərf etmək.
3: Gərək olmayan tənqid. İş yerindəki həmkarlar tərəfindən yetərincə dəstəyin olmaması və yaşanan konflikt, narahatlıqlar, pozulmuş münasibətlər.
4: İşdə özünü ifadə üçün kifayət qədər şəraitin olmaması. Həvəsləndirmə yerinə təzyiqin göstərilməsi.
5: Qarşıda qoyulan məqsədə çatmaq üçün həddindən artıq yüklənmə.
6: Gələcəyə aid perspektivlərin görünməməsi.
7: İş və şəxsi həyat arasında tarazlığın pozulması və s.
Beləliklə, emosional yanma sindromunun yaranma səbəbləri 2 qrupa bölünür: subyektiv (fərdi xüsusiyyətlər), obyektiv ( situativ faktor). Subyektiv faktor: insanın şəxsi xüsusiyyətləri, həyatı dəyərlər sistemi, fərdi psixoloji müdafiə mexanizmləri, əqidə, yaş, ailə üzvləri və həmkarları ilə qarşılıqlı münasibətlər və s… Adətən cavan kadrlar emosional yanma sindromuna daha çox məruz qalırlar. Obyektiv faktor birbaşa xidməti vəzifələrlə bağlıdır: peşəkar yüklənmənin artımı, vəzifə borclarının aydın dərk edilməməsi.
Uzun sürən və həddindən artıq funksional yüklənmə nəticəsində şəxsiyyətlər arasında münasibətlərin gərginləşməsi emosional yanma sindromunun formalaşmasına təkan verir. Emosional yanma sindromu kommunikativ peşələrin nümayəndələri üçün xarakterikdir, “insan-insan” – peşə tipinə aiddir. Bu sindromun formalaşması tədricən baş verir.
Əsas üç mərhələdən ibarətdir:
1: Emosional tükənmə – peşəkar yanmanın birinci mərhələsidir. Gərginlik, ümümi emosional fonun zəifləməsi. Qeyri iradi davranış, boşluq hissi, ətrafdakılara laqeyd münasibət ilk növbədə peşəkar fəaliyyətinə təsir göstərir. İnsan bu dəyişiklərə çox vaxt diqqət yetirmir.
2: İkinci mərhələdə insanda qıcıqlanma, acıq hissləri yaranmağa başlayır. Ünsiyyətə olan təlabat aşağı düşür, insanlar arasında münasibətlərin deformasiyası yaranır. Neqativ fikirlər artır, gündəlik ünsiyyətdə nəinki əməkdaşlara, həm də müştərilərə qarşı sünilik müşahidə olunur.
3: Üçüncü mərhələdə peşəkar motivasiyanin enməsi, məsuliyyətin öz üzərindən atılması müşahidə olunur. İnsan tənhalığa can atır, həyata qarşı marağı azalır. Daim gücsüzlük hiss edir.
Yanma sindromuyla onun birinci əlamətləri aşkar edilən kimi dərhal mübarizə aparmaq lazımdır. Mübarizə aparmadıqda vəziyyət ağırlaşır və onda psixoloqun köməyi olmadan keçinmək çətin olur. Sizə kiçik bir çalışmanı etməyi təklif edirəm: bir vərəq götürüb iki hissəyə bölün. Birinci hissədə sizə sevinc gətirən amilləri, ikincidə isə bununla bağlı keçirdiyiniz müsbət emosiyaları qeyd edin. Əgər birinci hissədə siz cəmi 3 sevinc gətirən amili yazdınızsa, onda bu sizin həyata münasibətinizin dəyişdirilməsinə işarədir.
Ümidinizi itirməyin, sadəcə monoton həyat tərzinizi dəyişin: kinoya gedin, səyahət edin, öz həvəslərinizə vaxt ayırın. İş prosesinə isə rəngarənglik qatın. Bundan başqa, neqativ emosiyaların öhdəsindən gəlməyi öyrənmək əhəmiyyətlidir. Vərəq götürüb eninə və uzununa (hər tərəfdən) şəkil çəkin, bütün neqativ enerjini tökün, sonra vərəqi cırıb zibil səbətinə atın. Bu niyə lazımdır? Emosiyalar heç yerə yox olmur. Biz onları ya dərində gizlədirik, ya da bizi əhatə edənlərə sıçradırıq. Yığdığınız neqativ emosiyaları kağızda əks etdirin.
Yanma sindromunu aradan qaldırmaq üçün başqa metodlardan da istifadə etmək olar:
1: Fiziki yüklənmə – autotreninq, gündəlik gimnastika, kimə isə qaçış və ya müasir rəqslər çox gözəl təsir göstərir.
2: İstirahət. İstirahətsiz effektiv iş mümkün deyil.
3: Sağlamlığı qorumaq: yuxu rejimi, düzgün qidalanma və s. bu kimi hallara riayət etmək.
4: Bütün situasiyalarda qalib gəlməyin mümkün olmamağını qəbul etmək. Bu aqressivliyi və özünə güvən hissinin aşağı düşməsinin qarşısını alır.
5: Özünü qiymətlənməndirməli yalnız ətrafın diqqətinə görə aparmamaq. İşdə müsbət nəticələr əldə etmək üçün yetərincə vaxt ayırmağı bacarmaq.
6: Unutmayın ki, sizin işiniz — bütün həyatınız deyil. Onu sizin həyat kinolentinizin kiçik bir fraqmentinə aid edin.
Mən sizə bütün çətinliklərə baxmayaraq, daxili harmoniyanızı qorumağı arzulayıram. İş həyatımız hər halda müvəqqəti olur. Sinir sistemimiz isə həmişəlik bizimlədir. Onu qorumağa çalışın.
tebib.az
| ['psixoloji sindromlar', 'sindrom', 'emosional yanma sindromu', 'yorğunluq'] |
844 | https://kayzen.az/blog/fitness/20227/%C9%99hvala-uy%C4%9Fun-idman.html | Əhvala uyğun idman | Apollon | İdman və sağlamlıq | 25 mart 2017, 10:14 |
Təbii olaraq insan hər zaman eyni əhval-ruhiyyədə ola bilməz. Mütəmadi olaraq əhval-ruhiyyə dəyişə bilər. İnsan bəzən narahat, bəzən gərgin, həyəcanlı, əsəbi, stressli ola bilər. Bu halda əhval-ruhiyyənizi yaxşılaşdıran idman hərəkətləri sizə kömək ola bilər. İdman edərək əhval-ruhiyyənizi yüksəldə bilərsiniz.
Əsəbisinizsə — Kikboksinq
Əsəbinizi kalori yandıran kikboksa yönləndirin. Əsəbi olduqda bunun öhdəsindən gəlməyin ən yaxşı yolu kikboksla məşğul olmaqdır. Bütün əsəbi enerjinizi qum torbalarından çıxara bilərsiniz. Kikboks öyrənmək üçün isə xüsusi bir kursa da yazıla bilərsiniz.
Tələsirsinizsə — Ştanqqaldırma
Əgər kifayət qədər vaxtınız olmadığını görürsünüzsə, ştanq qaldırın. Bunun üçün bir az istilənmə hərəkətləri etdikdən sonra 3 dəqiqə ərzində ştanq qaldırın, 1 dəqiqə dincəlin və prosesi təkrarlayın. Beləcə, məhdud vaxtınızı dəyərləndirmiş olarsınız.
Başınız qarışıqdırsa — güc məşqi
Bir mövzu barədə qərar verməlisiniz. Bu halda müqavimət idmanı sizə yaxşı təsir edər. Araşdırmalar sübut edib ki, mütəmadi olaraq güc məşqləri etmək insanların zehni, diqqət cəmləmə gücünü yaxşılaşdırır.
Narahatsınızsa – Piyada yeriyin
Özünüzü gərgin və ya narahat hiss edirsinizsə piyada yeriyin. Əhval-ruhiyyəni yaxşılaşdıran idmanlar arasında ən sadə və rahatı piyada gəzməkdir. Bir neçə dəqiqə piyada gəzmək əsəbləri sakitləşdirir, özünüzü daha xoşbəxt hiss etməyi təmin edir. Xüsusilə də çöldə piyada yerimək sizə çox yaxşı təsir edəcək. Araşdırmalara görə, piyada gəzmək stressi azaldır, hətta immunitet sistemini də gücləndirir.
Yorğunsuznuzsa — Tai-Chi
Gün ərzində enerjiniz tükənibsə, günün sonunda yorucu məşq sizi daha çox taqətdən salar. Bunun əvəzinə sizi özünüzə gətirən Tai-Chi işinizə yarayar və enerjinizi artırar. Tai-Chi həm də yuxu keyfiyyətini yaxşılaşdırır, stressi azaldır, ümumi olaraq sağlamlığı yaxşılaşdırır.
Stresdəsinizsə — Velosiped
İstər evdə, istər çöldə olun velosipedə minib pedal çevirməyə başlamaq endorfin ifrazını artıraraq dəqiq və aydın düşünmənizi, beləliklə də stressin öhdəsindən gəlməyinizi təmin edə bilər. Bununla yanaşı, velosipedlə hündür yerə qalxmaq və ya velotrenajorda yüksək sürətlə pedal çevirmək özünüzə inamı artırar.
Bezmisinizsə — Qaçın
Saatlardır bir problemi həll etməyə çalışırsınız, lakin bir fikrə gələ bilmirsiniz? Bu zaman heç nə etməyin, sadəcə çıxın küçəyə və qaçın. Əgər probleminiz üçün doğru həll yolu tapa bilmirsinizsə, qaçış sizin çarənizdir. Bir çox insan qaçış əsnasında gözəl fikirlərə gəlir. Qaçış beyni rahatlandırır, çünki bütün bədən kompleks formada hərəkət edir.
Narahatsınızsa – Yoqa
Əhval-ruhiyyəni yaxşılaşdıran idmanlardan biri də əlbəttə ki, yoqadır. Narahatlıqlarınızın öhdəsindən yoqa ilə gələ bilərsiniz. Yoqa zehni sakitləşdirir. Bu idmanı edərkən bütün narahatlıqlarınız keçər. Əgər yoqa bacarmırsınızsa, kursa yazılın və ya on-line izləyərək öyrənin.
Motivasiyanız yoxdursa – Pilləkan qalxın
Pilləkan qalxmaq yalnız omba əzələlərini məşq etdirmir, eyni zamanda bütün bədənin kalorisini yandırır. Qalxdığınız pillələri sayın, sonra neçə mərtəbəyə uyğun olduğunu hesablayın. Çox az idman sizi bu qədər motivasiya edə bilər.
| ['idman', 'sağlamlıq'] |
845 | https://kayzen.az/blog/aforizmler/20144/s%C9%99hv-etm%C9%99kd%C9%99-qorxulu-he%C3%A7-n%C9%99-yoxdur.html | Səhv etməkdə qorxulu heç nə yoxdur | Apollon | Hikmət dənizi və aforizmlər | 23 mart 2017, 10:13 |
1. Sadəcə getməyə davam edin
“Nə qədər asta getməyiniz vacib deyil, o vaxta qədər ki, dayanmayasınız” Əgər düzgün yolla getməyə davam etsəniz, onda son nəticədə istədiyiniz təyinat məntəqəsinə gedib çıxa biləcəksiniz. Çətin iş davamlı şəkildə yerinə yetirilməldiri. O, insanlar uğura nail olur ki – onlar şəraitdə baxmayaraq, öz ideyalarına sadiq qalır və hədəflərinə doğru hərəkət edirlər.
2. Sizin dostlarınız böyük əhəmiyyət kəsb edir
“Sizdən daha yaxşı olmayan insanlar ilə heç zaman dostluq qurmayın” Sizin dostlar özlüyündə sizin gələcək müqəddəratınızı əks etdirir. Siz, onların indi olduqları yerə doğru hərəkət edirsiniz. Bu, sizin də seçmiş olduğunuz istiqamətdə hərəkət edən insanlar ilə dostluq yaratmaq üçün yaxşı səbəb ola bilər. Ona görə də özünüzü ürəyi həyat eşqi ilə dolu olan və müvəffəqiyyətli insanlar ilə əhatə edin.
3. Yaxşı şeylərin əvəzini ödəmək lazımdır
“Nifrət etmək asan, sevmək çətindir. Həyatımızda bir çox nüanslar məhz buna əsaslanır. Yaxşı olan hər şeyə nail olmaq çətindir, pislik qazanmaq isə əksinə çox asandır” Bu çox şeyi izah edir. Nifrət etmək asandır, neqativləri büruzə vermək də həmçinin, sonra özünə haqq qazandırmaq da asan yoldur. Sevgi, mərhəmət (bağışlamaq) və xeyirxahlıq böyük ürək, böyük ağıl və böyük zəhmət tələb edir.
4. Əvvəlcə vasitələri (alətləri) hazırlayın
“Həyat gözləntiləri əzmkarlıqdan və çalışqanlıqdan asılıdır. Öz işini təkmmilləşdirmək istəyən mexanik, əvvəlcə alətlərini hazırlamalıdır” Konfutsi deyərdi: “Müvəffəqiyyət hazırlıq səviyyəsindən asılıdır və müqaviq hazırlıq səviyyəsi olmazsa, mütləq uğursuzluq üz verəcək”. Həyatda nə ilə məşğul olmağınızdan asılı olmayaraq, əgər uğura nail olmaq istəyirsinizsə, əvvəlcə hazırlaşmalısınız. Hətta ən böyük uğursuzluq, uğura gedən yolu sürətləndirə bilər.
5. Səhv etməkdə qorxulu heç nə yoxdur
Əslində səhv etməkdə qorxulu heç nə yoxdur, lazımı təcrübəni qazandıqdan sonra bu səhvi daima özünüzə xatırlatmayın. Boş şeylərə görə əziyyət çəkmməyin, özünüzü incitməyin. Yol verilən səhvlər heç də bağışlanmaz cinayətlər deyil. Səhvlərə gününüzü korlamaq imkanı verməyin. Neqativ düşüncələrin fikrinizə hakim kəsilməsinə izn verməyin. Səhv etməkdə qorxulu heç nə yoxdur! Səhvlərinizi bayram edin.
6. Hərəkətlərin nəticəsinə diqqət yetirin
“Qəzəbli olanda nəticələr haqqında düşünün” Solomon deyərdi: ” Səbirli insan cəsürda, özünü idarə edən insan isə şəhər fatehlərindən daha yaxşıdır”. Həmişə yadda saxlayın, özünənəzarəti və özünüidarəni qoruyub saxlamaq lazımdır və həmişə nəticələri gözünüzün qabağıan gətirin
7. Düzəlişlər edin
“Əgər hədəflərə nail olmağın mümkünsüzlüyü, özünü aşkar göstərərsə, hədəflərə deyil, hərəkətlərə düzəliş edin” Əgər sizin hədəflərin yerinə yetməsi bu il qeyri mümkün görünərsə, onda onlara nail olma planına nəzrə salmağın və korrektə etməyin əsl məqamı yetişib. Uğursuzluğu bir variant kimi qəbul etməyin, öz uğur yelkənlərinizi açın və öz hədəfinizə doğru rəvan hərəkət edin.
8. Siz hər kəsdən öyrənə bilərsiniz
“Əgər mən digər iki insanla yol gedirəmsə, onda onlardan hər biri mənim müəllimim rolunda çıxış edəcək. Mən onlardan birinin müsbət cəhətlərini təlqin etməyə, digərinin isə mənfilərini özümdə korrektə etməyə çalışacağam” Siz kəsdən dərs ala bilərsiniz və almalısınız, istər o fırıldaqçı olsun, istər də müqəddəs. Hər bir ömür – dərslərlə dolu bir tarixdir. Məsələn Uill Smitin həyat dərslərindən və ya Eynşteynin həyat fəlsəfəsindən özünüz üçün nəsə mənimsəyə bilərsiniz.
9. Ya hər şey, ya da heç nə
“Həyatda nə ilə məşğul olmağınızdan asılı olmayaraq, gördüyünüz işə ürəyinizi qoyun” Nə edirsinizsə edin, amma bunu ürəkə edin, özünüzü işinizə tam həsr edin, ya da ümumiyyətlə bu işi unudun."
Konfutsi
| ['Konfutsi', 'Konfutsidən dəyərli fikirlər', 'Konfutsidən gözəl sözlər'] |
846 | https://kayzen.az/blog/yazar/19941/o%C4%9Fuz-atay.html | Oğuz Atay | Apollon | Yazıçılar | 21 mart 2017, 18:09 |
Həyatı
Oğuz Atay 1934-cü ildə Kastamonuda dünyaya göz açıb. Atası Cəmil Atay, Sinop və Kastamonunun millət vəkili olub. 5 yaşında ailəsi ilə birlikdə Ankaraya köçən Oğuz bugünkü adı Ankara Kolleci olan Ankara Maarif Kollecini, 1957-ci ildə İstanbul Texniki Universitetinin İnşaat fakültəsini bitirib. 3 il sonra o, İstanbul Dövlət Mühəndislik və Memarlıq Akademiyasının inşaat fakültəsində çalışmağa başlayıb. 1975-ci ildə dosent olan Oğuz Atay “Topoqrafiya” adlı ixtisas kitabı yazıb. Bundan əlavə, onun müxtəlif qəzet və jurnallarda yazıları da dərc olunub.
Karyerası
Oğuz Atay bir müddət solçu kütlələrlə yaxınlıq edib. İkinci Ankara dövründə isə özünə ədəbiyyatçı dostlar tapıb. Əsgərlik dostu Cevat Çapan onu Vüsat O.Benerlə tanış edib. Beləcə, bir müddət sonra Vüsat Benerin evi onun üçün kitablardan, yazıçılardan və ədəbiyyatdan rahat danışa bildiyi oylağa çevrilib. O, tez-tez Benerin evinə gedərək onunla uzun-uzun söhbətlər edir, mənəvi dünyasını ortaya qoyaraq sıxıntılarını bölüşürmüş. Bir müddət sonra yazacağı ilk romanı — “Tutunamayanlar”ın elə ilk oxucusu da Vüsat Bener olub.
Oğuz Atay tanınmış yazarların əsərlərini oxuyur, ədəbiyyatla yaxından maraqlanırdı. Ən çox sevdiyi yazıçı Fyodor Dostoyevski idi. Onun 1971-72-ci illərdə yayımlanan “Tutunamayanlar” romanı yazıçıya “TRT Roman mükafatını” qazandırıb. Bu əsərində Oğuz Atay sevimli yazıçıları Fyodor Dostoyevski və Frans Kafkanın adlarını xüsusi vurğulayıb.
Onun əsərlərində xəyallarla həqiqət bir-birinə qarışır. Xüsusən, “Tutunamayanlar” romanında müasir şəhər həyatı içində fərdin yaşadığı təklik, cəmiyyətdən qopmaq və ictimai əxlaqa, qəlibləşmiş düşüncələrə yad olan, tutuna bilməyən fərdlərin daxili dünyası izah edilir. Yazıçının əsərləri tənqid, yumor və ironiyanı özündə birləşdirir.
“Qorxunu gözləyərkən” başlığı altında toplanmış hekayələrini dərc edən Oğuz Atay 1911-1967-ci illərdə yaşamış professor Mustafa İnanın həyatından bəhs edən “Bir alimin həyatı” adlı romanını 1975-ci ildə yayımlayıb. Onun 1973-cü ildə yayımlanan “Oyunlarla yaşananlar” adlı tamaşası Dövlət Teatrında səhnəyə qoyulub.
Ailəsi
Oğuz Atay Texniki Universitetdə tanış olduğu Fikriye Gürbüz adlı xanımla ailə həyatı qurub. Bu evlilikdən cütlüyün Özgə adlı qızları olub. Onlar 6 il evli olsalar da, Oğuz Atay bu münasibətdən xoşbəxt olmayan adam kimi tanınırmış. Yenə kitablara sığınan yazıçının həmin illərdə 5 minə yaxın kitab aldığı məlumdur. 6 illik ailə həyatından sonra cütlük ayrılıb. Ayrılıqdan sonra Oğuz Atay yenidən özünü kitablara verib.
Ölümü
Oğuz Atay səhhətində yaranan problemlərə görə böyük layihəsini başa çatdıra bilməyib. O, “Türkiyənin ruhu”nu yaza bilmədən 1977-ci ilin 17 dekabrında İstanbulda dünyasını dəyişib. Yazıçı “Edinerkapı sakızağacı” qəbristanlığında dəfn edilib.
1987-ci ildə “Gündəlik”, 1988-ci ildə isə “Eylembilim” adlı kitabları yayımlanıb. Sağlığında heç bir kitabı ikinci dəfə nəşr edilməyən Oğuz Atayın kitabları ölümündən sonra böyük maraqla qarşılanıb və dəfələrlə çap edilib.
2005-ci ildə “Mən burdayam — Oğuz Atayın bioqrafik və fantastik həyatı” adlı kitab yayımlanıb. Onun “Təhlükəli oyunlar” romanı 2009-cu ildə “Səyyar səhnə” tərəfindən səhnələşdirilib. “Biɾ alimin həyatı” adlı bioqrafik əsəri isə 2012-ci ildə “Bir alimin dramı: Mustafa İnan” adı ilə teatra uyğunlaşdırılaraq səhnələşdirilib.
Kastamonu Valiliyi tərəfindən 2007-ci ildən bəri ədəbiyyat sahəsində “Oğuz Atay Ədəbiyyat Mükafatı” verilir.
Müsahibəsi
1972-ci ilin 30 sentyabrında «Yeni Ortam” dərgisində Pakize Kutlunun Oğuz Atayla müsahibəsi dərc olunub. Həmin müsahibəni təqdim edirik:
— “1970 TRT Roman Mükafatı”nı qazanan ilk romanınız “Tutunamayanlar”a qarşı tənqidçilər susdular. Romanınızı mükafatlandıran TRT seçici qurum üzvü olan ədəbiyyatçılarımız da bu susqunluğa qoşuldular. Bu haqda nə deyə bilərsiniz?
— Düşünürəm ki, tənqidçilərimizin, daha doğrusu, uzun müddətdir yazmayanların beynində əvvəlcədən müəyyənləşdirilən, sərhədləri çəkilən roman qəlibi var. Buna görə kitabı bu ölçülərə uyğun gəlib-gəlməməsinə görə qiymətləndirirlər. Bəlkə də mənim yazdığım, kompleks və qeyri-adi səhifələr üçün hələ yeni qəlib tapılmayıb.
— Romanınızın quruluş, məzmun və rəngarənglik baxımından indiyə kimi yazılanlardan fərqli olması dərhal diqqət çəkir. Bu dəyişikliklər, mövzudan-mövzuya keçidlər və sürət oxucunun romana girməyini çətinləşdirmir ki? Bu, oxucu ilə aranızda qurmaq istədiyiniz bağa görə düşündürücü deyilmi?
— Ölkəmizdə oxucu sayı olduqca aşağıdır. Böyük izdihamlarla bağ qurduğumuzu sandığımız romanların belə ziyalılardan başqa oxucu kütləsi olduğunu düşünmürəm. Bundan əlavə, ziyalılar ancaq özləri haqqında yazılanları oxumaq məcburiyyətindədir. Bu baxımdan, mənim kimi yeni yazmağa başlayan birini axtarıb tapmaq və alıb oxumaq zəhmətinə qatlaşan oxucuların ilk baxışda yorucu görünən səhifələr arasında çətinlik çəkəcəyinə inanmıram. Oxucu sayı az olan ölkəmizdə belə oxucular bu cür kitabın yayımlandığını bilsələr, bir çox yazarımızın ağlından belə keçirə bilməyəcəyi istedadla kim bilir daha nələr oxuya bilərlər? Oxucunu savadsız hesab edərək yazmaq istədiklərini sadələşdirməyə çalışan yazıçıların nə üçün oturub yazdığını anlamıram.
— “Tutunamayanlar”la nə etmək, nəyi vermək istəmisiniz?
— “Tutunamayanlar”la çox sadə bir iş görmək istəmişəm — insanı izah etməyə çalışmışam. Bağlı dünyalar içində yaşayan yazarların belə bu cümləyə dərhal üsyan edəcəyini, „Guya biz nə edirik ki?“ deyə əsəbiləşəcəyini bildiyim halda bu sadə həqiqəti söyləməsəm, olmaz. Mən qəhrəmanlarının ipini istədiyi kimi oynadaraq insanlardan kuklalar yaradanların böyük romançılıq qabiliyyətindən uzağam. İnsanlara, xüsusilə, tutuna bilməyənlərə hörmətim böyük olduğu üçün yazığım gəlir onlara — belə böyük məsələlərin məqalə, araşdırma, esse kimi yazı növlərinin mövzusu olduğunu düşünürəm.
— “Tutunamayanlar”da Səlim İşıq kimdir?
— Səlim İşıq bir çox tutuna bilməyənlərin ümumiləşmiş obrazıdır. İntihar edən bir dostum var idi, Ural adında, amma Səlim İşıq o qədər deyil. Bəlkə də mən özüməm (Bu cümləni yazmayın). Adlarını yazmağın təhlükəli olduğu bir çox yoldaşlarım var. Hər kəsin „tutqun“ olmaq istədiyi bir ölkədə tutuna bilməməyi seçən Səlim İşıqla yaxınlığının olması bir çoxlarına toxunar deyə onların adlarını sadalamaq istəmirəm. Səlim öldü. Səlimlik də ölüb. Bir dəfə uğurun insanı maraqsızlaşdırdığını yazmışdım, ancaq „tutunmamağın” maraqlılığını da heç kimin buna can yandırmamasında görürəm. Niyə yandırsınlar ki? Bir dostum deyirdi, romanda hamını tutuna bilməməyə çağırıram. Hələ ki, çağırışa cavab ala bilmədim.
— Bəs Turqut Özbən necə?
— Turqut Özbənin vəziyyəti daha fərqlidir. Turqut bütün səylərinə baxmayaraq, tutuna bilmir. Bu baxımdan Səlim qədər ağıllı deyil. Bəlkə də Turqut bütün tutuna bilməyənlərin şahzadəsi kimi ortaya atılıb, onların uğrunda sona qədər dözmək üçün malikanələrdən, avtomobillərdən və kiçik burjua nemətlərindən könüllü imtina edərək tutuna bilməməyi seçir. Səlimlə birlikdə Səlim öldükdən sonra yola çıxır. Son olaraq bir qatarda görüblər onu. Bəlkə səfəri hələ də bitməyib.
— Bir hekayə də yayımlandı “Yeni dərgi”nin 1972-ci il sentyabr sayında. Roman və hekayə arasındakı yaxınlığı necə görürsünüz? Bu gün hələ də ayrı növ olaraq təyin oluna bilərmi?
— Bu günlərdə hekayə yazıram. Qısa yazmaqdan başqa əlacım yoxdur, çünki 60 səhifəlik bir hekayə yazmışdım, jurnallarda yayımlamaq çətin olur. Romanda şeir, pyeslər, məqalə (hamısı xəyaldır təbii ki) kimi bir çox növdən yararlanmışdım. Romanın bu baxımdan hekayədən fərqli imkanları var. İkinci romanım “Təhlükəli oyunlar”da xüsusilə pyes parçaları var. Bunun xaricində, bu iki növ arasında fərqlər varsa, onu tənqidçilər daha yaxşı bilirlər.
— Sevimli yazıçılarınız kimlədir? Niyə sevirsiniz?
— Sevdiyim yazıçıların başında Kafka və Dostoyevskini desəm, “Tutunamayanlar”ı oxuyanlar üçün qeyri-adi olmaz hər halda. İnsanı, əsasən də, Səlim İşığı tənha qoyanların dünyasında belə yazarlara tutuna bilməsək, sonumuz nə olar? Qonçarovun “Oblomov”u bir zamanlar hamımızı çox sarsıtmışdı. Stendal, Laklos, Corc Eliot, Henri Ceyms, Melvill, Nabokov kimi usta yazarlardan da təsirləndiyimi düşünürəm. İnsan roman yazmaq istəyəndə bir yazarın dediyi kimi, başqa romanlara həyəcanla qapılır. Həyatı roman olanlarda bu elə də görünmür.
Oğuz Atayın sözləri
— Sevimli insanlıq, uşaq səmimiyyəti ilə “alma” deyirəm, nə olar, çıx ortalığa...
— Bəzən sözlər şüşə qırıqları kimi insanın ağzına dolur. Sussan ağrıdar, danışsan qanadar.
— Gözlədiyimiz gec gəlir, gələndə isə insan başqa yerlərdə olur.
— Hardan başlayırdıq? Birinci sevirdik, yoxsa güvənirdik?
— “Zamana burax” — Necə də qorxulu sözdür!
— Yola getmək, iki insanın qüsursuz olması deyil, bir-birinin qüsurlarını xoş qarşılamasıdır.
— Kədər insanları yaxınlaşdırır, hansımız xoşbəxtik ki, bu qədər uzaq qaldıq bir-birimizə.
— Qəhvə içmək sözgəlişidir. Əslində, sizinlə uzun danışıb dərdlərimi izah etmək istəyirəm.
— Bu dünyada nə zaman bir ümid işığı tapsanız, onu söndürmək istəyən bir nəfər tapılır.
kulis.az
| ['türk ədəbiyyatı', 'Oğuz Atay', 'yazıçılar', 'Türkiyə ədəbiyyatı'] |
847 | https://kayzen.az/blog/azerbaycan/20127/novruz-q%C9%99dim-tarixi-k%C3%B6kl%C9%99ri-olan-bahar-bayram%C4%B1d%C4%B1r.html | Novruz qədim tarixi kökləri olan bahar bayramıdır | Apollon | Azərbaycan | 20 mart 2017, 12:12 |
Qədim dövrlərdə yaranmış Novruz bayramı xalqımızın ən qiymətli milli-mənəvi dəyərlərindən biridir. Hələ XX əsrin 80-ci illərində Azərbaycanın rəsmi sovet sənədlərində göstərilirdi: “Biz hamımız bəzi adətlərin necə bayağılaşdırıldığının şahidi olmuşuq. Bu da guya adamları mənəvi cəhətdən saflaşdırmaq naminə edilirmiş. Əməksevərliyi, nəcibliyi, rəhmdilliyi tərənnüm edən “Novruz bayramı” dini bayram elan edilmişdi. Halbuki baharın gəlişinin rəmzi olan bu bayram eramızdan çox-çox qabaqlar qeyd edilirdi”.
Xalq yazıçısı Mirzə İbrahimov Novruz bayramının qədimliyi və xalqımızın ruhunda Azərbaycançılıq hissinin yaranmasında mühüm rol oynadığını qeyd edərək yazırdı: “Xalqların lap qədimdən gələn çox gözəl və maraqlı bayramları vardır. Bu bayramlarda insanlar həmişə həyatın çətinliklərini, dərd-qəmini unutmağa çalışıblar. Çalışıblar ki, bayramı ruh yüksəkliyi ilə və əməyə məhəbbətlə qeyd etsinlər. Bayram, təbii olaraq, hər xalqın tarixən formalaşmasını, həyat yolunun xüsusiyyətləri, yaşadığı və ölkənin coğrafi vəziyyəti ilə bağlı olur. İqlimin təkrarolunmaz və gözlənilməz hadisələri də bayramlara öz təsirini göstərmişdir. Bayramın necə keçirilməsi və mənalandırılmasında insanların mənəvi-psixoloji aləmi, əxlaqi, dünya və kosmik aləm barədəki təsəvvürləri də az rol oynamır. Bütün bunların təsirini ən qədim bayramlardan tutmuş bizim əsrimizdə yaranan bayramların da keçirilməsindəki modellərdə, geyim və əyləncə vasitələrinin müxtəlifliyində, zənginliyində, xüsusi milli forma rəngarəngliyində görmək və hiss etmək mümkündür”.
Akademik Teymur Bünyadov Novruz bayramının qədim tarixi kökləri haqqında yazır: “Novruz bayramının dərin tarixi köklərini, ulu qatlarını kiçik ərazi ilə məhdudlaşdırmaq olmaz. Onu daha əhatəli miqyasda arayıb-axtarmaq, geniş nəzərlə baxmaq lazımdır. Bununla əlaqədar dərin məna və məzmun kəsb edən şənliyi hər hansı bir xalqın adı ilə bağlamaq, kiməsə şamil etmək də ən azı ədalətsizlik olardı. Bizə belə gəlir ki, Novruz bayramını Qədim Şərq ölkələrində yaşayan, oturaq güzəran keçirən və yüksək əkinçilik mədəniyyətinə malik olan xalqların ixtisarı, kəşfi, onların bəşərə bəxş etdikləri zəngin mənəvi dünya kimi qiymətləndirmək lazımdır. Şübhəsiz, həmin qədim xalqların, o cümlədən, Azərbaycan xalqının bu bayramın təşəkkül tapmasında, inkişaf etməsində öz töhfəsi, öz payı öz yeri vardır. Bu bayramın ümumi və oxşar cəhətlərilə yanaşı, hər bir xalqın özünəməxsus lokal variantı, səciyyəvi xüsusiyyətləri də aşkar duyulur ki, bu da tamamilə qanunauyğun bir haldır”.
Bu geniş ərazidə yayılan xalq bayramının təşəkkül tarixini dəqiq müəyyənləşdirmək çətin və bəlkə də qeyri-mümkündür. Lakin ehtimal etmək olar ki, onun yaranma tarixi ibtidai icma quruluşunun inkişaf etmiş mərhələsilə bağlıdır. Bəzi yazılarda bu bayramın Babilistanda eradan əvvəl III minillikdə keçirildiyi xəbər verilir. Təxminən həmin dövrdən Azərbaycanda da mövcud olduğu ehtimalı ortaya çıxır. Bu ehtimal, hər şeydən əlavə, ərazimizdə yüksək əkinçilik mədəniyyətinin olması ilə bağlıdır. Zərdüşt salnaməsilə səslənən bu bayramın tarixi 4 min il, bundan əvvələ təxmin edilir. Deməli, Novruz bayramının ilkin izləri çox qədim çağlarla bağlıdır. Roma müəlliflərinin mülahizələrinə görə Zərdüşt eradan əvvəl altıncı minillikdə yaşamışdır. Bu müdrik ağsaqqal uzaqgörən insan, sonralar yarımtanrı səviyyəsinə yüksələn, əfsanələşən real şəxsiyyət olmuşdur. Bəzi müasir tədqiqatçılar onun üç min beş yüz il bundan əvvəl dövran sürdüyünü söyləyirlər. Hər halda, onun dövründə belə bir məzmunlu və həyati bayramın olması şübhəyə səbəb olmamalıdır. Məlumdur ki, Zərdüşt əkinçilik mədəniyyətinin yüksəldilməsinə, insanların güzəranının yaxşılaşmasına çalışmışdır. Bu amillərin, Novruz bayramının keçirilməsinə əsaslı təsir göstərməsi şəksizdir. Novruz bayramı zərdüştliyin geniş yayıldığı Azərbaycan, İran, Orta Asiya, Əfqanıstan, Pakistan və bir sıra başqa ölkələrdə çox-çox qədimlərdən keçirilmişdir. Dahi Nizami Gəncəvi “İsgəndərnamə”sində zərdüştlərin Novruz bayramını necə keçirmələrini zərgər dəqiqliyilə, qəlbə nüfuzedici bir tərzdə təsvir və tərənnüm edir. Folklorşünas alim, professor Azad Nəbiyev də Novruz bayramının qədim dövrdə yarandığını azərbaycançılıq hissinin formalaşmasında mühüm rol oynadığını qeyd edir: “Novruz Şərq xalqlarının islamdan çox-çox əvvəlki əkinçilik, məhsul bolluğu etiqadları ilə bağlı bayramlarındandır. XI əsr ərəb tarixçisi Əbu Reyhan əl-Biruni Novruzu təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanğıcı kimi götürülən dünyəvi bayram adlandırırdı”.
XI əsr tarixçisi Nizam-ül-Mülk özünün “Siyasətnamə”sində isə Novruzu yazın gəlişi ilə bağlı kütləvi xalq bayramı kimi təqdim edir. Daha qədimlərdə təbiətin oyanmasına xoşbəxtlik və səadət rəmzi kimi baxan insanlar yazın gəlişi, havaların istiləşməsi, yeni əkinçilik mövsümünün başlanması, təbiətin yenidən canlanması, yaşıllaşması ilə bağlı müxtəlif nəğmələr, oyunlar, mərasimlər yaratmışlar. Bütün bu ilkin, ibtidai sənət nümunələri isə sonralar Novruz ətrafında cəmləşmişdir.
Novruz mərasimi və onun tarixindən müxtəlif tədqiqatçılar bəhs etmiş, bəziləri onu yanlış olaraq zərdüştliklə, digərləri isə islam dini ilə bağlamağa cəhd göstərmişlər. Lakin bütün ciddi-cəhdlərə baxmayaraq, Novruz nəğmələrində dinlərdən qabaqkı təsəvvürlər bütün aydınlığı ilə əks olunmaqdadır. Bu bayramın dinlərdən çox-çox əvvəl qədim insanların bolluq, bərəkət, qüdsiyyət, əmək, əkinçilik və məişət həyatı ilə bağlı yarandığını əks etdirən solmaz şəfəqləri zaman keçdikcə daha qüdrətlə şöbələnməkdədir.
Məlumdur ki, bütün dinlər onu qəbul edən xalq arasında özündən əvvəlki etiqad və təsəvvürləri sarsıtmağa cəhd göstərmişdir. Qədim əkinçilik bayramının aqibəti də belə olmuşdur. Zərdüştlük bu mərasimi xalqın hafizəsindən çıxarmağın mümkün olmadığını gördükdə, ona atəşpərəst rəngini vurmuşdur. Tonqal yandırmaq, od üstündən atlanmaq və s. kimi ənənələrlə onu “özününküləşdirmişdir”. Bu bayramı rəğbətlə qarşılayan zərdüştlər bütövlükdə onun Zərdüştün adı ilə bağlı yarandığını rəsmiləşdirməyə də cəhd göstərmişlər. Lakin bütün cəhdlərə baxmayaraq, qədim əkinçilik və bərəkət bayramının su kultu ilə bağlı, günəşi, küləyi, yağışı çağırmaq, səməni göyərtmək, axır çərşənbənin müqəddəsliyi və s. ilə bağlı bir çox ikili təsəvvürləri qorunub saxlanmışdır.
İslam xadimləri də, əslində, zərdüştlərin yolu ilə getmişlər. İlk əvvəl islam dini bu bayramı yasaq elan etmiş, lakin onu xalqın hafizəsindən silməkdə aciz olduğunu gördükdə, ona öz rəngini vurmuşdur.
Akademik Teymur Bünyadov çox düzgün olaraq Novruz bayramının dini təsəvvürlərindən uzaq olduğunu göstərir: “Belə bir fikir var ki, Novruz bayramı haqqında yazılı məlumat hələ eradan əvvəl VI əsrin əvvəllərinə aiddir. Zaman keçdikcə iqtisadi həyatda, sosial quruluşlarda, dini baxışlarda dəyişikliklər baş versə də, mənəvi mədəniyyətdə yüksəliş özünü göstərsə də, Novruz bayramının məzmunu dəyişməmiş qalmış, öz mahiyyət və təravətini, demək olar ki, olduğu kimi saxlamışdır. Bu da, heç şübhəsiz, mərasimin təbiətindən doğur, həyatiliyindən irəli gəlir.
İlk sinifli cəmiyyətin dağıldığı və feodalizm ictimai quruluşunun yarandığı bir dövrdə Azərbaycanda Atreopatena və Albaniya kimi qüdrətli dövlətlər olmuş, öz maddi və mənəvi zənginliyilə seçilmişdir. Eramızın III əsrindən təşəkkül tapan Sasani dövləti VII əsrə qədər davam etmişdir. Həmin dövlətin yarandığı və çiçəkləndiyi bir dövrdən Novruz bayramı ümumxalq bayramı olmaqla yanaşı, həm də rəsmi dövlət bayramı kimi yüksək səviyyədə qeyd edilmişdir. Qədim çağlardan Atreopatena və Albaniyada həmin bayramı qeyd etmişlər. Lakin bir neçə əsr Sasani dövlətinin tərkibində olan Azərbaycan dövlətlərində də bu el şənliyinin geniş vüsət alması şübhəsizdir.
Sasani dövlətini rəsmi tanıyan, onunla iqtisadi, sosial və mədəni təmasda olan bir sıra Avropa ölkələri Novruz təntənəsilə əlaqədar hökmdarları yad edir, onlara qiymətli bayram hədiyyələri göndərirmişlər. Eramızın VI-VII əsrlərində yaşayan Sasani hökmdarı Xosrov Pərvizin zəmanəsində Novruz təntənəsinin daha böyük vüsət aldığı qeyd edilir.
1637-ci ildə Şamaxıda olmuş və Novruz bayramında iştirak etmiş alman səyyahı Adam Oleari bu münasibətlə yazır: “Astroloq stolun arxasından tez-tez öz üstürlabı ilə günəşi müşahidə edir, saata baxır, beləliklə, günəşin gecə ilə gündüzün bərabərlik nöqtəsinə çatdığı anı müşahidə edirdi. Elə ki, gözlənilən dəqiqə çatdı, o, ucadan yeni ilin gəlişini elan etdi. Dərhal yaylım atəşi açıldı. Şəhərin qala divarları və bürclərin hər yerindən kəranay çalındı, təbillər səsləndi. Beləliklə də, böyük şənlik bayramı başladı.
Xalqımızın yüksək zövqü və bədii təfəkkürü xalq bayramlarında, el şənliklərində və rəngarəng əyləncələrində özünü aşkarlayır, onun mənəvi dünyasının təzahürünə, aynasına çevrilir. Akademik sonda yazır: “Azərbaycanda sovet hakimiyyəti illərində Novruz bayramına münasibət vaxtaşırı dəyişmişdir. Gah bu bayram keçirilmiş, gah da ona dini don geydirilərək unudulmasına, aradan çıxmasına təzyiq göstərilmişdir. Lakin xalqımız bu əziz bayramı həmişə yad etmiş, onu geniş miqyasda olmasa da, keçirməyə can atmışır. Hazırda məişətimizlə, mənəvi aləmimizlə bağlı bir sıra həyati məsələlərə yenidən baxılmış və mahiyyəti bərpa olunmuşdur. Belə adət-ənənələrimizdən, el şənliklərimizdən biri də Novruz bayramıdır. Bu bayramın geniş miqyasda keçirilməsinin xalqımızın ürəyindən xəbər verməsinə və sevincinə səbəb olacağına əminik. Əminik ki, xalqımız yaşadıqca, onun Novruz bayamı da yaşayacaq, öz təravətini daima saxlayacaqdır”. Milli adət-ənənələrimizə, o cümlədən, Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev “Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik”də bu qədim bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən biri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
Zəngin mənəvi dəyərlərimizə söykənərək, insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğurur.
VAHİD ÖMƏROV
fəlsəfə üzrə fəlsəfə doktoru
«Səs» qəzeti
| ['milli bayramlar', 'novruz bayramı', 'Novruz'] |
848 | https://kayzen.az/blog/qadin/20099/qad%C4%B1nlar-niy%C9%99-%C3%A7ox-dan%C4%B1%C5%9F%C4%B1r.html | Qadınlar niyə çox danışır? | Apollon | Qadın | 19 mart 2017, 20:46 |
Kişilər bir qadının xarici görkəmini nə qədər bəyənsə də, çox danışdığı halda gözündən düşür və bundan şikayət edirlər. Halbuki, bunun əsas səbəbkarı özləridir. Qadınlar sevgi və diqqət görmədikdə çox danışan, deyingən olur.
Bu mövzu il əlaqədar olaraq psixoloqlar müxtəlif araşdırmalar aparıblar. Məlum olub ki, xanımların çox danışmağa üstünlük verməsi daxilində baş qaldıran üsyan və problemləri danışaraq həll edə biləcəklərinə ümid etmələrindən qaynaqlanır.
Deyingən qadınlar kimlərdir:
Yoldaşından kifayət qədər maraq, sevgi və himayə görə bilməyən qadınlar çox deyingən olurlar.Həyat yoldaşından həddindən artıq dərəcədə təzyiq görənlər və tez-tez kobud münasibətə məruz qalanlar.Bəyləri gücsüz, bacarıqsız və tənbəl olanlar.Maddi vəziyyəti aşağı olanlar.Axtardığı ideal kişi xüsusiyyətlərini ərində tapmayanlar.Qulluq baxımından daha az qayğı görən qadınlar.Sahib olduğu nemətlərin dəyərini bilməyənlər.Qayınana-gəlin narahatlığı yaşayan qadınlar.Çalışdığı iş yerində dinclik tapmayan qadınlar.
Bəs bu cür problemləri necə aradan qaldırmaq olar?
Təbii ki, əvvəldə qeyd etdiyimiz kimi, ailə problemlərini araşdıran mütəxəssislər bu məsələlərin hər birinin səbəblərini və aradan qaldırmaq yollarını da arayıb-axtarıblar. Onlar bu nəticəyə gəliblər ki:
Xanımlar nəyəsə həddindən artıq etiraz edəndə, bir sözlə deyingən olmağa başlayanda ciddi qəbul olunmalı və bunun səbəbləri araşdırılmalıdır.
Kişilər xanımlarına və evə qarşı ehtiyac duyduğu diqqət və sevgini göstərməlidir. Ailə fərdləri tez-tez bir araya gələrək evin problemləri haqqında danışmalı və həll yolu axtarmalıdırlar.
Xanımlar kişilərə, kişilər də xanımlara diqqətli olmalı, bir-birlərinin problemlərini dinləməlidirlər.
Ailənin müvəqqəti deyil, daimi və müqəddəs olduğu unudulmamalıdır.
Qadınlar niyə çox danışır?
Həyat yoldaşı tərəfindən dəyər verilməyən qadınlar başqa çıxış yolu tapmadığı üçün deyingənliyi silah olaraq istifadə edirlər. Bunu isə özlərini yoldaşlarına tərifləyərək qabardarlar. Məsələn, “Gənc olanda mən necə də gözəl idim” və.s üstün xüsusiyyətlərini sadalamağa başlayırlar. Bu kimi sözlərlə ərlərinə özlərini tərifləyir, dəyərli və daha yaxşısına layiq olduqlarını isbat etməyə çalışarlar. Qadının bu vəziyyətinə gözünü yuman kişi onu deyingənliklə günahlandırmaqdansa, bunun baş vermə səbəblərini düşünməlidir.
“Görəsən yoldaşım öz evlərindən belə deyingən olubmu? Yoxsa bu deyingənliyinin bir səbəbi var? Bəlkə onun deyingən olmasına mən səbəb oluram?” Əgər həssas ər, həyat yoldaşı, ömür-gün yoldaşı bunları diqqətlə araşdırarsa, yoldaşının deyinməsinin səbəblərini üzə çıxaracaq və problemi kökündən həll edə bilər.
Yaxşı olar ki, qadının lap uşaqlıq illərini araşdırılsın. Çünki uşaqlığında ana və atası tərəfindən kifayət qədər maraq və sevgi görməyən qadınlar, ərlərindən da kifayət qədər sevgi görmədiyi zaman, deyingən olmağa meylli olurlar.
| ['çox danışmaq', 'qadın psixologiyası', 'dedi-qodu', 'qeybət'] |
849 | https://kayzen.az/blog/azerbaycan/20123/novruz-birlik,-qarda%C5%9Fl%C4%B1q-bayram%C4%B1.html | Novruz - Birlik, qardaşlıq bayramı | Apollon | Azərbaycan | 18 mart 2017, 09:53 |
Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl bayramlardan biridir. Qədim İran şəmsi təqvimi ilə fərvərdin ayının birinci gününə, Qriqori təqvimi ilə mart ayının 21-22-nə və ya nadir hallarda 23-nə düşür. Ölkəmizdə Novruz bayramı bir çox türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir. Bir çox tədqiqatçılar Novruzun yaranma tarixini, onun zərdüştlük və ya müsəlman mədəniyyəti ilə əlaqələrini araşdırmış, əski mənbələrdə bir-birini təkzib və ya təsdiq edən müxtəlif faktlar aşkar etmişlər. Lakin ümumi belədir ki, Novruzu konkret bir dinlə, etiqadla bağlamaq düzgün deyil. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirmişdir.
Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Qədim Vavilona da bu bayram nisanın (mart, aprel) 21-ci günü qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə bu 12 günün hər birisinin öz ritualları (mərasim, ayin), öz əyləncələri mövcud idi. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı b.e.ə. 505-ci ildə yaranmışdır.
İslam xadimləri bu bayrama həmişə dini rəng verməyə çalışırlar. Ancaq Novruzun İslamdan da əvvəl yaranmasına görkəmli maarifçilərdən Firdovsi, Rudaki, Avisenna, Nizami, Sədi, Hafiz və başqaları da təsdiq edirlər. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizaminin «Siyasətnamə»sini, Ömər Xəyyamın «Novruznamə»sini və başqalarını qeyd etmək olar. Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz yaxın şərqin qədim əkinçiliklə məşğul olan xalqlar arasında meydana gəldiyini söyləyirlər. Novruz bayramının ayrı-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin (əfsanəvi İran şahları Kəyumərs (Avestada Qaye Mərdan), Cəmşid və başqaları) adı ilə bağlamağa çalışmışlar. İslam dini, Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumu libas geyindirməyə cəhd göstərmişlər. Hətta bəzi din xadimləri belə bir fərziyyə uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki İmam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir. Əslində, xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlarla bağlı deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar. Orta əsr müəllifləri şərq ölkələrində islam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər.
Əbu Reyhan əl-Biruni (XI əsr) Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir. Nizamül Mülk (XI əsr) «Siyasətnamə» əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış «Bahariyyə» adlı lirik şeirində də təsvir və tərənnüm edilir.
Novruz şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20, 21, 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı azərbaycanlılarda baharın — yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz dünya xalqlarının bayramı kimi hər bir xalq bu bayramla bağlı etnik, yerli milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsüm nəğmələri, mərasim nəğmələri yaratmışdır. Ümumilikdə Novruz İranda, Qafqazda və Mərkəzi Asiyada çox təntənəli şəkildə qeyd edilir. Albaniyada Sultan Nevruz bayramı dini bayram kimi Bəktaşilik təriqətinin davamçıları tərəfindən qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Anceles şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Hətta buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən iranlılar və azərbaycanlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə ocaq qalayırlar.
Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsürün — Suyun, Odun, Yelin (havanın), Torpağın isinməsi, «dirilməsi» durur. Odur ki, Novruz şənlikləri təzə ilin başlanmasına, yəni martın 21-nə dörd həftə qalmış keçirilməyə başlayır. Bu aya Boz ay deyirlər. Həmin ayın hər çərşənbəsi təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə, insanların təsəvvüründə ilaxır çərşənbələr yaranmışdır. Əski inamlara görə bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri «dirilmişdir». İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır. Bunlar Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi adlanır. Birinci su çərşənbəsi adlandırılırdı. Yəni, bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir dənə şam yandırardılar. Xonçalar düzəldilərdi.
Üçüncüsü yel çərşənbəsidir. Bəzi bölgələrimizdə çox əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət — Allahımız su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də, ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar.
Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malikdir və bu su saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl axırıncı çərşənbə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən yeddi dəfə tullanmalıdır, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanmaqla bərabər bu sözlər deyilir: «Sarılığım sənə, qırmızılığın mənə». Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Su ilə saflaşma isə suyun real əlamətilə əlaqədardır. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla, keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl bir-birinin üstünə su çiləyirlər. Deyilənə görə axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətta ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu Sudan içərdisə, onlar Təzə ildə bütün xəstəliklərdən uzaqlaşırdılar.
Çərşənbələrin içində ən vacibi axırıncı — axır çərşənbə axşamıdır və əsas qəziyyələr onda başlanır. Həmin gün qədim ənənələrlə zəngin olur, bütün həyat tərzini əhatə edən, təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş, şirniyyatlar: paxlava, şəkərbura, şəkərçörək, şorqoğal, badambura və s. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurta qoyulur. Stolda yeddi növ yemək olmalıdır. Həmin gün hamı öz evində olmalıdır, ancaq uşaqlar ata-analarına baş çəkib, yenə də evə qayıtmalıdırlar.
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı («Gün çıx!» nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır. Novruz bayramı qabağı adətən evdə, həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şirniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.
Bayram həm də qədim oyunlarla zəngindir. Xalqı tərənnüm edən yaradıcılığının bütün janrlarından ən çox nağıllar, hekayələr, dastanlar, lətifələr, məsxərələr və s. istifadə olunur. Qədim ənənələrdən «Xıdır İlyas» (məhsuldarlıq, çiçəklənmə rəmzi), «Kos-kosa» — meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.
Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yayılım atışları açılır. Hələ XIX əsrdə N.Dubrovin bu haqda belə yazmışdır: «Azərbaycanda Baharın gəlməsini şəhər və kəndlərdə açılan yayılım atışları bildirirdi». Azərbaycanda Novruz bayramı təntənəsinin iştirakçısı olan Adam Oleariy hələ 1637-ci ildə yazırdı: «Münəccim (astroloq) tez-tez astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlüyünü təyin edərək gündüzlə gecənin bərabərləşdiyi anda elan etdi: „Təzə il gəldi!“ və elə bu anda yayılım atışları başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə, Bahar bayramı başlandı».
Xalq arasında deyirlər: "Əgər bayram günü evdə olmasan, yeddi il dərbədər olacaqsan". Bir qayda olaraq çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.
Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini — quru və yaxud yağışlı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci gününü — yaz, ikinci — yay, üçüncü — payız, dördüncü günü isə — qış sayırlar.
Nadir XƏLİLOV
| ['bayramlar', 'Novruz bayramı', 'Novruz', 'Novruz adətləri'] |
850 | https://kayzen.az/blog/avtomobil/20131/yanaca%C4%9Fa-nec%C9%99-q%C9%99na%C9%99t-etm%C9%99li.html | Yanacağa necə qənaət etməli? | Apollon | Avtomobil dünyası | 18 mart 2017, 09:52 |
Benzinin qiymətinin artdığı vaxtlarda ona necə qənaət edilməsi barədə tez-tez düşünürük. Yanacağa qənaət etməyin yolu piyada gəzməkdən keçir. Əlbəttə, bu, bir zarafatdır.
Saz avtomobil qənaətin birinci şərtidir. Yanacağa qənaət etmək üçün avtomobilin hissələrinin yaxşı işlədiyinə daim diqqət etməlisiniz.
İkinci şərt avtomobillərin hava, yanacaq filtrlərini tez-tez yoxlamaqdır. Çirkli filtrlər 4 faiz artıq yanacaq sərfiyyatı deməkdir.
Qənaət üçün növbəti şərt avtomobil mühərrikləri üçün məsləhət görülən yağdan istifadə etməyinizdir. Bu zaman yanacağa 2 faiz qənaət edəcəksiniz.
Diqqət etməli olduğunuz növbəti məqam şinlərdə təzyiqin optimal vəziyyətdə olmasıdır. Təzyiqi aşağı olan şin təkcə əlavə benzin demək deyil, həm də şinin ömrünün qısalmasıdır. Heç olmazsa, ayda bir dəfə avtomobil şinlərində təzyiqi yoxlatdırmaq lazımdır. Bununla yanacağa 3 faiz qənaət etmiş olacaqsınız.
Fiziki qanunlara görə, avtomobilin çəkisi yanacaq sərfiyyatına birbaş təsir edir. Ona görə də avtomobillərinizi anbara və zibilliyə çevirməmişdən əvvəl bu barədə düşünün. Bütün lazımsız əşyaları avtomobildən atın. Unutmayın, 100 kq artıq yük 100 km yolda 0.4 l əlavə yanacaq deməkdir.
Avtomobili necə idarə etməyiniz də yanacaq sərfinə təsir edən amillərdəndir. Belə ki, kəskin tormoz verməklə 30-40 faiz artıq yanacaq işlətmiş olacaqsınız.
Yollardakı tıxac təkcə vaxtımızı və əsəbilərimizi korlamır, eyni zamanda daha çox yanacaq xərcləməyimizə də səbəb olur.
Avtomobilin hərəkət sürəti artanda da yanacaq xərci çoxalır. Avtomobillərin əksəriyyətində 80 km/saat sürətdən sonra yanacaq sərfi artmağa başlayır. Sürətdə 96 km/saatı aşanda yanacaq sərfi 14 % artır. Sürət rejiminə riayət etməklə 17,5 %-ə qədər qənaət etmək mümkündür.
İsti hava da yancaq sərfini artıra bilir. Xüsusən də, kondinsionerin işləməsi yanacaq sərfini 25 faiz artıra bilir. Xərcləri azaltmaq üçün aşağı sürətlə pəncərələri açın, sonra kondinsioneri işə salın.
Soyuq hava da yanacaq xərcini artıran səbəblərdəndir. Mənfi 25 dərəcə temperaturda xərclər 12 faiz artır. Getdiyiniz yol 6 km keçəndən sonra bu xərc 22 faizə qədər arta bilir. Ona görə də, müasir avtomobil istehsalçıların əksəriyyəti artıq mühərrik işə salınandan 30 saniyə sonra hərəkət etməyi məsləhət görür. Bu zaman mühərrikin daha sürətlə qızacağı bildirilir. Orta hesabla 3 litrlik mühərrik qızdırılma zamanı 10 dəqiqədə 300ml benzin itirmiş olur. Avtomobil həvəskarlarının diqqətinə:
Qlobal bazarda changan automotive illərdir öz sözünü deyir. Changan Azərbaycan şirkətin Azərbaycanda tək və rəsmi distributorudur.
| ['avtomobil', 'yanacaq', 'benzin'] |
851 | https://kayzen.az/blog/azerbaycan/20110/filarmoniya-binas%C4%B1-niy%C9%99-v%C9%99-nec%C9%99-tikilib.html | Filarmoniya binası niyə və necə tikilib? | Apollon | Azərbaycan | 15 mart 2017, 22:33 |
İndi hamının Azərbaycan Dövlət Filarmoniyası kimi tanıdığı memarlıq abidəsini tikmək ideyası Bakıda dəhşətli bir yanğından sonra ortaya çıxıb. Həmin yanğın 1907-ci il martın 1-dən 2-nə keçən gecə baş verib...
Doğrudur, indiki filarmoniya binasının inşasına bu hadisədən dərhal sonra başlanmayıb. Amma bu barədə danışıqlar, müzakirələr və hətta mübahisələr məhz o yanğından sonra ortaya çıxıb və uzun illər davam edib.
“Ağ Klub”un qara günü
...Vaxtilə indiki “İçərişəhər” metrosunun həndəvərində taxtadan bir pavilyon tikilibmiş. Əhənglə ağardıldığı üçün “Ağ klub” adlandırılan bu məkan Bakı varlılarının əyləncə yeri kimi tanınıb. 1907-ci ilin bir yaz gecəsi yanıb külə dönən də məhz bu tikili olub. O vaxt yanğınla bağlı şəhərdə müxtəlif şaiyələr yayılıb. Kimi həmin gecə Bakıda güclü külək olmasını əsas gətirərək bunu adi təbii fəlakət hesab eləyib, kimi də “Ağ klub”un qəsdən yandırıldığını düşünüb. O dövrdə bu yanğınla bağlı istintaqın gedib-getmədiyini demək çətindir, amma Dövlət Tarix Arxivində saxlanılan çoxsaylı sənədlər sübut edir ki, “Ağ klub”un sahibi – Bakı İctimai Məclisi yanğından dərhal sonra yeni bina tikdirmək qayğısına qalıb və bu məqsədlə şəhər rəhbərliyinə müraciət edib.
Bakı Şəhər Dumasının yanğından cəmi bir neçə gün sonra – 1907-ci il martın 6-da keçirilən iclasında qərara alınıb ki, Mixaylovski bağında – Sadovı və Nikolayevski küçələrinin tinindəki 778 kvadrat sajen (təxminən 1700 kv.m) torpaq sahəsi yay klubu tikmək üçün Bakı İctimai Məclisinə verilsin (söhbət indiki Filarmoniyanın yerləşdiyi ərazidən gedir. Nikolayevski – indiki İstiqlaliyyət, Sadovı isə – Həmzə Niyazi küçələridir). Tikintinin digər şərtlərinə sonradan baxılmalı idi.
Bakı İctimai Məclisinin onda bu yerdə filarmoniya binası tikdirmək arzusu yox idi, baxmayaraq ki, hələ XIX əsrin sonlarından Avropada filarmoniyalar yaranmağa başlamışdı. Bakı İctimai Məclisi öz üzvlərinin “asudə vaxtının səmərəli təşkili məqsədilə” yay klubu tikdirmək istəyirdi, yanan klubun əvəzinə.
Arxiv sənədlərinə əsasən demək olar ki, o vaxt Dumanın torpaq sahəsi ayırmaq barədə qərar qəbul etməsi hələ məsələnin tam həlli demək olmayıb. Digər instansiyaların da razılığını almaq lazım gəlib. Çünki onda Mixaylovski bağına və burdakı yaşıllığa xüsusi diqqət və qayğı göstərilir, bu bağda hər hansı tikiliyə icazə məsələsi etirazla qarşılanırdı.
Dövlət Tarix Arxivində qorunan sənədlər içərisində Mixaylovski bağında, indiki dillə desək, obyekt tikdirmək arzusunda olan Bakı varlılarının ərizələri saxlanılır. Məsələn, hələ 1880-ci ilin oktyabrında şəhər sakini Nikolay Osipov, 1881-ci ilin aprelində bir qrup Bakı varlısı, o cümlədən Z.Tağıyev, De Bur və başqaları, 1886-cı ilin oktyabr ayında Türkiyə təəbəsi olan Genati həmin ərazini alıb orada tikinti aparmaq məqsədilə şəhər upravasına müraciət ediblər. Özü də müraciət edənlər orada teatr binasının tikiləcəyini göstərib və hamısı da rədd cavabı alıblar. Şəhər rəhbərliyi səbəb kimi hər dəfə bağda ağacların kəsiləcəyindən narahatlığını göstərib, burda uzun müddət tikinti işlərinin aparılmasının bitki aləminə ziyan vuracağını xatırladıb. Maraqlıdır, bəs niyə Bakı varlılarının hamısı yay teatrını məhz Mixaylovski bağında tikdirmək istəyib?
“Qoburnat bağı”nda çal-çağır
Mixaylovski – indiki Filarmoniya bağı Bakının ilk ictimai bağı hesab olunur. XIX əsrin ikinci yarısında İçərişəhərin ikiqat qala divarlarından bir qatı sökülür, onların arasında sakinlərə məxsus bağ-bostan yeri upravanın mülkiyyətinə keçir və şəhər rəhbərliyi oranı bağa çevirir. İlk vaxtlar, sadəcə, “Qorodskoy sad” – “şəhər bağı” kimi tanınan ərazi sonralar çar I Nikolayın qardaşı Mixailin şərəfinə “Mixaylovski bağı” adlandırılır. Lakin Bakının general-qubernatoru şəhərin varlılarından olan Hacı Nemətulla Seyidovun bağın kənarında yerləşən evini (o ev sökülüb və yerində “Four Season” – “Dörd Fəsil” oteli tikilib) kirayəyə götürdüyü üçün bu bağı şəhər əhli “Qubernator bağı” – “Qoburnat bağı” adlandırmağa başlayır.
Sonralar bağ çuqunla hasara alınır, burda xarici ölkələrdən gətirilmiş ağaclar əkilir, hovuzlar tikilir, bir sözlə, əsl istirahət guşəsinə çevrilir. Və buranın səliqə-səhmanına diqqət o qədər artırılır ki, deyilənə görə, hətta bağın girişinə xüsusi elan da vurulur: “Əsgərlərin və itlərin daxil olması qadağandır!”
Bağa qulluq xərclərini də şəhər rəhbərliyi öz üzərinə götürür. Arxiv sənədləri içərisində qış aylarında bağın qardan təmizlənməsi, hətta bağda göyərçinlərin yemlənməsi üçün şəhər büdcəsindən pul ayrıldığını təsdiq eləyən sənədlər var. Yay aylarının şənbə və bazar günlərində isə bağda xüsusi hərbi orkestrin ifası üçün xərclər də şəhər büdcəsindən ödənilib. Hələ üstəlik burda ticarət köşklərinin olmasını, tez-tez konsert və xeyriyyə tədbirlərinin təşkilini də nəzərə alsaq, bağda obyekt açmaq istəyənlərin sayının çoxluğunun səbəbi aydınlaşar.
Yay teatrı üçün niyə məhz indiki Filarmoniya binasının yeri istənilib? Bu sualın cavabı Bakı İctimai Məclisinin adından şəhər upravasına göndərilmiş bir məktubda açıqlanır. Həmin sənəddə Bakı İctimai Məclisinin rəhbərliyi 1907-ci ildə yanan “Ağ klub”un əvəzinə yeni yay binası inşa etdirmək istəyini bildirir və bu məqsədlə məhz indiki filarmoniyanın yerinin ayrılmasını xahiş edir. Məktubda yeni binanın tikintisinin onlara baha qiymətə başa gələcəyi göstərilir, amma məhz bu sahənin ayrılmasının vacibliyi vurğulanır: “...İctimai Məclis baha xərclərlə ona görə burda bina tikdirmək istəyir ki, Bakı şəhərinin müstəsna iqlim şəraitini nəzərə alsaq, yay binası üçün bundan sərin və nisbətən təmiz havası olan yer tapmaq mümkün deyil”. Deməli, o vaxt bura həm şəhərin ən sərin, həm də havası nisbətən təmiz olan yeri imiş…
Qafqaz canişini etiraz etmir
Şəhərdə belə əzəmətli bina tikdirmək arzusunda olan Bakı İctimai Məclisi şəhər varlılarının birliyi, indiki terminlə desək, qeyri-hökumət təşkilatı olub. Təşkilatın Ağsaqqallar Şurasına ixtisasca mühəndis-mexanik olan Mixail Unanov rəhbərlik edib. Təbii bir sual yaranır: şəhər rəhbərliyi üstündə əsdiyi bu bağda heç kimə torpaq ayırmadığı halda İctimai Məclisin bina tikdirməsinə niyə icazə verib?
Arxiv sənədləri bu suala da cavab verir: artıq 1909-cu ildən mühəndis Məmmədhəsən Hacınskinin təşəbbüsü ilə Bakı bulvarı salınmış və Mixaylovski bağı şəhərin yeganə istirahət guşəsi kimi əhəmiyyətini itirmişdi...
Bununla belə, yay klubu üçün yer ayrılması asan başa gəlmir və Dumanın 1908-ci il dekabrın 18-də verdiyi qərarla tikinti aparılacaq ərazi 615 kvadrat sajenədək azaldılır. Gözləmək olardı ki, artıq binanın inşasına başlamaq olar. Lakin bundan sonra məsələyə Bakı şəhər rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik Şubinski qarışır. O, 1909-cu il yanvarın 14-də şəhər başçısına ünvanladığı məktubda tikinti ilə əlaqədar Mixaylovski bağında ağacların qırılacağından narahatlığını bildirir və şəhərin baş planında həmin ərazidə tikinti nəzərdə tutulmadığını, eləcə də Şəhər Əsasnaməsini rəhbər tutaraq məsələnin yüksək instansiyalarda həll edilməsinə qədər Dumanın qərarının icrasının dayandırıldığını bildirir.
Bu məsələ Dumanın 1909-cu il yanvarın 27-də keçirilən iclasında bir də müzakirəyə çıxarılır, binanın layihəsinin təqdim edilməsi tələb olunur. İctimai Məclis layihənin hazırlanmasını mülki mühəndis Q.Termikeilova həvalə edir.
Və qərara alınır ki, Bakının baş planında dəyişiklik etməyə icazə üçün Rusiyanın Qafqazdakı canişininə müraciət olunsun.
1910-cu ilin iyun ayında sənədlər baxılmaq üçün Tiflisə – Qafqaz canişinliyinə göndərilir. Tiflisdən Bakı şəhər rəisinə cavab yalnız 1910-cu il oktyabrın 28-də gəlir: “Diyarın Ali hakimiyyəti Mixaylovski bağında İctimai Məclisin yay klubunun tikilməsi üçün torpaq sahəsinin ayrılmasına maneə görmür”.
İcazə sənədinin altında Qafqaz canişininin mülki hissə üzrə köməkçisi Çunkovskinin imzası var. Bu imza tikinti işləri qarşısında yaşıl işıq yandırır. Lakin torpaq sahəsinin həcmi, layihəyə edilən düzəlişlər və s. yenidən vaxt aparır və yay klubu üçün Mixaylovski bağında 800 kvadrat sajen torpaq sahəsi ayrılması barədə Duma daha bir qərarı 1910-cu il mayın 28-də qəbul etməli olur. Görünür, bürokratik sənədləşmə yenə vaxt aparır və İctimai Məclisə torpaq sahəsinin natura şəklində verilməsi barədə akt yalnız 1910-cu il dekabrın 15-də imzalanır. Hələ bu sənəd də sonralar filarmoniya kimi fəaliyyət göstərəcək binanın taleyini həll edə bilmir. 1911-ci ilin martında Şəhər Upravası ilə İctimai Məclis arasında daha bir müqavilə bağlanır. Və bu sənəddə konkret şərtlər göstərilir. Məsələn, müqavilədə nəzərdə tutulur ki, tikinti üçün ayrılan 800 kvadrat sajen torpaq sahəsinin 74 kvadrat sajeni hasara alınmış gül bağçası olmalıdır. Müqavilədə torpağın 24 illiyə icarəyə verilməsi, ilk 12 il üçün ildə 3 min, sonrakı 12 il üçün isə ildə 6 min rubl pul ödənməsi nəzərdə tutulur.
Bundan başqa, İctimai Məclis qarşısında binanın təsdiq edilmiş layihə üzrə daşdan, dəmir-beton örtüklə, özü də şəhər memarının nəzarəti altında tikilməsi öhdəliyi qoyulur. Müqavilənin 9-cu bəndində isə deyilir ki, bu bina tikiləndən sonra istisnasız olaraq Bakı İctimai Məclisinin Nizamnaməsinin 2 və 34-cü maddələri çərçivəsində istifadə edilməlidir. Nizamnamənin həmin maddələrində İctimai Məclisin öz üzvləri üçün maskarad, rəqs, musiqi və ədəbi gecələr keçirmək və s. mədəni-kütləvi tədbirlər nəzərdə tutulurdu… Yalnız belə uzun yazışma və sənədləşmə işləri gedəndən sonra indiki filarmoniya binasının özülü qoyulur…
Yay klubu, yoxsa qumarxana?
Bundan bir neçə ay sonra – 1912-ci il yanvarın 7-də müqavilənin şərtlərinə uyğun olaraq şəhər upravasının iki nümayəndəsi İctimai Məclisin iki nümayəndəsi ilə birlikdə tikintiyə baxış keçirir. Sonda imzalanmış aktda göstərilir ki, inşaat işləri cüzi istisnalarla təsdiq edilmiş layihə üzrə aparılır.
1912-ci il oktyabrın 29-da Upravanın texniki komissiyası artıq hazır binaya baxış keçirir və aşkar olunmuş xırda qüsurların aradan qaldırılması barədə tapşırıq verir. Elə həmin ilin sonlarında bina istismara qəbul edilir və təyinatı üzrə fəaliyyətə başlayır. Köhnə bakılıların dediyinə görə, bu bina o vaxtlar təkcə İctimai Məclisin Nizamnaməsinin 2-ci bəndində göstərilən fəaliyyət – rəqs, musiqi, maskarad yeri olmayıb, burda Bakı varlıları həm də qumar oynayıblar. Bu faktı Məclisin Nizamnaməsində öz əksini tapan bir bölmə də təsdiqləyir. “Oyunlar haqqında” adlanan həmin bölmədə deyilir: “İctimai Məclisin qərarı ilə qadağan olunan oyunlardan başqa bütün oyunlara icazə verilir”.
Nizamnamənin 53-cü maddəsi: “Oyunlar üzrə hesablaşmalar oyun qurtaran kimi aparılmalıdır”. Maddə 54: “Uduzan pulu ödəyə bilmirsə, udan tərəf uduzanın adını üç gündən gec olmayaraq borc kitabına yazdırmalıdır” və s. və i.a.
Bütün bunlar yay klubunun o vaxtlar həm də qumarxana kimi fəaliyyət göstərməsindən xəbər verir. Məclisin Nizamnaməsində klubun gecə saatlarında – səhər saat 4.15-ə qədər işləməsinin rəsmi qeyd edilməsi də təsadüfi deyil.
O da təsadüfi deyil ki, layihənin hazırlanmasından əvvəl memar Monte-Karloya ezam olunub ki, ordakı kazino binasının memarlıq elementləri ilə tanış olsun. Deyilənə görə, o dövrdə Monte-Karlo kazinosu öz gözəlliyi ilə dünyada ad çıxarıbmış… Hansı niyyətlə tikilməsindən asılı olmayaraq, 24 illiyə icarəyə verilən bina həmin təyinat üzrə heç ilk 12 ili fəaliyyət göstərə bilmir. 8 il sonra Azərbaycanda bolşevik hakimiyyəti qurulur və ölkədə həyat dəyişir.
Sovet hakimiyyətinin ilk illərində bütün digər ictimai və şəxsi binalar kimi gələcək filarmoniya binası da milliləşdirilir. Daha doğrusu, sahibinin rəyini, illər əvvəl imzalanmış müqavilələri nəzərə almadan bu bina da dövlət mülkiyyətinə keçirilir. Sovet hakimiyyətinin ilk illərində bura pərakəndə şəkildə fəaliyyət göstərən musiqi kollektivləri toplaşır. Bina, necə deyərlər, ilkin təyinatına oxşar məqsədlərə xidmət edir. Di gəl sonralar bu təyinat dəyişir. Ötən əsrin 30-cu illərinin əvvəllərində bu bina “Müdafiəyə, aviasiya və kimya tikintisinə yardım cəmiyyəti”nin istifadəsinə verilir. Bina isə “Müdafiə evi” adlanır…
Filarmoniya təsis edilsin və...
1936-cı ildə Azərbaycanda filarmoniya təsis edilir və yeni musiqi təşkilatına bina axtarmaq üçün çox baş sındırmağa ehtiyac qalmır. Vaxtilə Bakı İctimai Məclisinin tikdirdiyi möhtəşəm bina filarmoniyaya verilir.
1937-ci ilin avqustunda Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə filarmoniyaya görkəmli bəstəkar Müslüm Maqomayevin adı verilir. Və o vaxtdan bu möhtəşəm bina musiqi mədəniyyətinin təbliğinə xidmət edir, ən böyük konsert təşkilatçısı kimi fəaliyyət göstərir. Amma istisnalar da olur. Məsələn, 1941-ci ilin yayında faşist Almaniyası SSRİ-yə hücum edəndən bir neçə gün sonra burda – filarmoniyanın yay zalında izdihamlı antifaşist mitinqi təşkil edilir. Orda Səməd Vurğun, Məmməd Rahim və o dövrün digər tanınmış ziyalıları xalqı, Vətəni qorumağa çağırır.
Bir də… uzun illər ərzində flarmoniyada təkcə müxtəlif konsertlər deyil, həm də… hüzr məclisləri təşkil olunub. Azərbaycanın bir çox görkəmli şəxsiyyətləri son mənzilə məhz bu binadan yola salınıb...
Filarmoniya binası ilə bağlı bir fakt da illərdi ki, müzakirə və mübahisə predmeti olub. Deyilənə görə, ikinci mərtəbədəki yay zalı memarlıq qanunlarına zidd olaraq tərsinə tikilib. Səbəbi də o olub ki, guya indiki Milli İncəsənət Muzeyinin sahibi olan De Bur filarmoniya binasının memarından yay salonunu elə tikməyi xahiş edib ki, onun evinin balkonundan konsertləri müşahidə eləmək mümkün olsun.
Bu iddianın əsası yoxdur. Əvvəla, De Bur filarmoniya binası tikilməzdən təxminən 20 il əvvəl dünyasını dəyişib. Binanın sonrakı sahibləri də memara xahiş etməklə layihəni dəyişdirə bilməzdi. Çünki yuxarıda xatırlanan arxiv sənədlərindən görünür ki, binanın layihəsi ciddi müzakirədən sonra təsdiq edilib və tikintinin layihə üzrə aparılmasına şəhərin tikinti idarəsi nəzarət edib. Nəhayət, tanınmış memarlardan biri bizimlə söhbət zamanı filarmoniyanın yay zalının tərtibatında heç bir yanlışlıq olmadığını əsaslandırdı. Deməli, bütün bunlar filarmoniya binası ətrafında formalaşan əfsanədən başqa bir şey deyil...
Məlum olduğu kimi filarmoniyalar dünyanın hər yerində əsasən klassik musiqinin təbliğinə üstünlük verir. Elə bizim filarmoniya da… Çünki “filarmoniya” sözü yunanca – phileo (sevmək) və harmonya (harmoniya, musiqi) sözlərinin birləşməsindən yaranıb. İlk filarmoniyalar Avropa və Amerikada XIX əsrdə yaranıb və əsasən simfonik musiqinin təbliği ilə məşğul olub. İndi də əksər ölkələrdə filarmoniyalar musiqi cəmiyyəti və ya konsertlərin təşkili, musiqi sənətinin inkişaf etdirilməsi və təbliği ilə məşğul olan idarələr kimi fəaliyyət göstərir.
Azərbaycan Dövlət Filarmoniyası da uzun illər ölkənin ən böyük konsert təşkilatı, klassik musiqinin təbliği mərkəzi olub. Bu gün də həmin xeyirxah missiyanı yerinə yetirir. Filarmoniyaya vaxtilə maestro Niyazi, Şəmsi Bədəlbəyli kimi böyük sənətkarlar rəhbərlik edib.
Partiya tapşırığı: MƏMURLAR FİLARMONİYAYA!
...Klassik musiqi insanı daxilən saflaşdırır – deyirlər. Onu da eşitmişik ki, ötən əsrin 70-ci illərinin sonlarında, Azərbaycanın rəhbəri olduğu dövrdə ulu öndər Heydər Əliyev yüksək rütbəli dövlət məmurlarını filarmoniyada təşkil edilən klassik musiqi konsertlərinə məcburən göndərirmiş… Rəhbərin göstərişinə əməl etməkdən başqa çıxış yolu olmayan məmurların saflaşıb-saflaşmadığını söyləmək çətindir. Amma klassik musiqinin təbliği və öyrənilməsi baxımından bu, çox maraqlı addım olub.
Ötən əsrin 90-cı illərinin sonlarında təmirlə əlaqədar fəaliyyətini dayandıran filarmoniya dövlət vəsaiti hesabına müasir üslubda təmir olunaraq 2004-cü ildə yenidən musiqisevərlərin istifadəsinə verilib.
Filarmoniya kimi fəaliyyət göstərdiyi ilk gündən burda böyük Üzeyir bəyin üverturası da səslənib, V.Motsartın, P.Çaykovskinin simfoniyaları da, sirli-sehrli Azərbaycan muğamı da ifa olunub, ecazkar caz musiqisi də...
Şərq və qərb, bütövlükdə dünya musiqisinin ifa yeri olan bu musiqi məbədinin memarlıq elementləri də orijinal və bənzərsizdir. Burda İtaliya intibahının elementləri də var, Şərq-müsəlman memarlığının özünəməxsus cizgiləri də. Binanın yerin relyefinə uyğun layihələşdirilməsi isə yüz il keçsə də yerləşdiyi ərazinin ümumi memarlıq ansamblına qətiyyən xələl gətirmir, əksinə, şəhərin ümumi görünüşünü tamamlayır, ona yaraşıq verir.
Filarmoniyanın interyeri də milli ornamentlərlə zəngindir. Təmirdən sonra istər zahiri, istərsə də daxili görkəmi bir az da gözəlləşən filarmoniya binası insanların mədəni istirahətinin, asudə vaxtının səmərəli təşkilində müstəsna rol oynamaqda davam edir. Bu yaxınlarda inşasından yüz il keçən, filarmoniya kimi fəaliyyətində isə səksəni haqlayan bu bina xırda istisnalarla, demək olar ki, elə yüz ildir mədəni-kütləvi tədbirlərə, musiqi mədəniyyətinin təbliğinə xidmət edir. Bu gün olduğu kimi...
publika.az
| ['Azərbaycan', 'tarixi tikililər', 'tarixi abidələr', 'filarmoniya', 'filarmoniyanın tarixi', 'Bakının tarixi', 'filarmoniya binası'] |
852 | https://kayzen.az/blog/moda/20106/bohem-stili.html | Bohem stili | Apollon | Moda dünyası | 12 mart 2017, 22:36 |
Bohem geyim tərzi 1960-cı illərin və 1970-ci illərdə ortaya çıxan həyat tərzinin formalaşması deməkdir. Əslində “bohemian” kəlməsi hippilərdən gəlir. Bu həyat tərzini eyni ilə hippilər kimi azad, rahat, yaşamağı sevən və dərviş ruhlu insanların yaratdığını deyə bilərəm. Məntiqlə geyim-kecimə çox pul xərcləməyən insanların daha az büdcələrlə bir stil yaratması deməkdir.
Müasir moda aləmində dizaynerlər bohem stilinə tez-tez müraciət edirlər. Böyük moda evlərinin geyimlərinə sərvət yatıraraq geyinmək bohem fəlsəfəsinə zidd olsa da artıq belə bir geyim tərzi formalaşıb. Gəlin bohem stilinin əsas detallarına nəzər salaq. Bohem stili nədir və bu stildə necə geyinmək olar?
Ədviyyat rəngləri — Ədviyyat rəngləri və naxışlar bohem tərzinin əsas üslubunu ifadə edən termindir. Özündə bir çox rəngləri birləşdirən bohem üslubu naxışlarla diqqət çəkir. Bohem stilinin əsas naxışları: şal, çiçək, etnik, tribal və suzani naxışlar siyahıda yer alır.
Maksi donlar — Uzun yubka və donlar bohem stilinin əvəzolunmaz geyimləridir. Bohem stilini sevən xanımlar havadan asılı olmayaraq, uzun ətək və donları ilə dolaşırlar.
Saçaqlı aksesuarlar — Saçaq geyim üslubunda ən məşhur dekorlardan biridir. Bu tərzi birinci müasir Amerika hinduları, daha sonra kovboylar məşhurlaşdırır. Saçaqlı çantalar, jiletlər, çəkmələr bohem stilinin önəmli aksesuarlarıdır. Xüsusən də zamşa materialdan tikilən saçaqlı çantaların bohem stilində ayrı yeri var.
Kovboy papaqları — Kovboy papaqlar bohem stilinin əsas atributlarıdır. İsti havalarda həsir papaqlar bu stildə tez-tez istifadə edilir.
Aksessuarlar — Papaqlardan əlavə, bohem stilində geyinən hər bir xanımın dolabında mütləq saç bantları və çiçəkli tac kimi saç aksesuarları olmalıdır. Üst-üstə taxılan toxunma bilərziklər, quş tükləri, təbii daşlar və taxta muncuqlardan hazırlanan aksesuarlar bohem tərzini bildirir.
Bohem çəkmələr — Bohem stilinin eleqantlığı taxta dabanlı zamşa parçadan tikilən çəkmələrdə gizlənib. Adətən qəhvəyi tonlarda olan çəkmələrin üzərində dəri parçalar da əlavə olunur. Klassik kovboy çəkmələri bu stildə əsas yeri tutur. Kimono pencəklər və cübbə paltarlar bohem stili etnik detalların ən çox istifadə edildiyi stillərdəndir.
Enli balaq şalvarlar — Bohem tərzinin ruhu azadlıq və sərbəstlikdir. Buna görə də bohem stilində geyinən birinin qarderobunda 70-ci illərin dəbi olan enli balaqlı, rahat şalvarlara rast gəlməmək qeyri-mümkündür.
Bohem stilini layiqincə daşımaq istəyirsinizsə, bohem stilinin dillərdə dastan olmuş dəb ilahərinin izləri ilə gedə bilərsiniz. Bohem stili dedikdə ilk olaraq ağla Kate Moss, Sienna Miller, Nicole Richie, Mary-Kate Olsen, Vanessa Hudgens, İsabel Marant və Mischa Barton kimi qlamurlar gəlir.
| ['dəb', 'stil', 'moda', 'bohem stili'] |
853 | https://kayzen.az/blog/optimist/15532/t%C9%99k-olanda-n%C9%99-edirs%C9%99n,ay-q%C4%B1z.html | Tək olanda nə edirsən,ay qız? | nilufer | Hər şey gözəldir | 11 mart 2017, 11:14 |
Sevdiyin mahnıları oxuyursan, bunu heç kim söyləməsə də sənə elə gəlir ki,məlahətli,ürəkdən gələn gözəl səsin var.Telefonundakı SMS-lərə baxırsan, lazımsız mesajları silirsən.Gələcək uşaqların üçün ad fikirlərşirsən.Sevdiyin oğlanın anasını yamsılayırsan.Saçlarında bit axtarırsan.Öz-özünə danışırsan.İnternetdə başqalarının yanında girmədiyin saytlara girirsən. Xumar Qədimovaya qulaq asıb kövrəlirsən.Özünə dəlisov dieta növləri fikirləşirsənQarnına yastıq qoyub Hamilələr kimi gəzirsən.Qaşlarını alırsan və sənə elə gəlirki, Super Modelə bənzəyirsənİri Sosisli Pizza Sifariş edib yeyirsən.Qəşəng fiqura üçün çanaq idman hərəkətləri edirsənAyağının baş barmağına baxırsan və üzərindəki balaca tükcükləri pinsetlə dartıb çıxarırsan.Nəm salfetlə bədəninin intim yerlərini silirsən.Ananın Norka Şubasını geyinib evdə şellənirsən.Dəli kimi göyə tullanırsan ki, başın tavana dəysin.Mini-yubka geyinib ayaqlarının gözəlliyinə tamaşa edirsən. Kaş ki valideynlərim icazə verəydilər…Qardaşının otağına girib siyirmələri axtarırsan.amma özün də bilmirsən nə axtarırsan.Melodram janrında bir filmə baxıb o ki var ağlayırsan.Özünə yeni və məhşur soyadlar fikirləşirsən.Telefonla sevmədiyin tanışlarını dolayırsan.Başına kitablar qoyub manekenlər kimi gəzməyə çalışırsan.Güzgünün qarşısına keçib yeni gülüş növlərini sınayırsınız,mimikanla məşq edirsən.Nə vaxtsa saçlarını dibindən kəsdirəcəyin haqda fikirləşirsən.Özünü klipi çəkilən aktrisa kimi aparıb rola girirsən.Həvəsə gəlib ərəb rəqsi oynayırsan.
| ['yeniyetmə psixologiyası', 'gənc qalmaq', 'gənclik', 'qadın psixologiyası', 'qız', 'yeniyetmə', 'yeniyetməlik dövrü'] |
854 | https://kayzen.az/blog/happy/20146/vanqadan-20-t%C3%B6vsiy%C9%99.html | Vanqadan 20 tövsiyə | Apollon | Xoşbəxtlik üçün | 10 mart 2017, 14:12 |
1. Səhərinizi təbəssümlə açın. Təbəssümlə açılan səhər sizə gün ərzində uğur və sevinc gətirəcək.
2. Hər gün heç olmasa bir dəfə, hətta kiçik olsa da belə bir xeyirxah əməliniz olsun. Bunu etsəniz qocaldıqda keçmişinizə nəzər salarkən yaşanmış illəriniz üçün peşimançılıq keçirməyəcəksiniz.
3. Elə düşünməyin ki, bütün həyatınız hələ qarşıdadır. Bu yanlış düşüncədir. Çünki cavanlıqla qocalıq arasındakı məsafə çox qısadır.
4. Bu günün işini sabaha saxlamaq kimi vərdişi özünüzdən uzaq edin.
5. Tənbəlliyin daşını atın. Təbiət öz hərəkətində dayanmaq və ləngimək bilmir, tənbəllik edib ləngiyənləri isə sərt cəzalandırır.
6. Kiçik yaşlarından uşaqları zəhmətə alışdırın. Əgər siz özünüz zəhmət çəkməyi sevmirsinizsə, bununla uşaqlarınıza pis nümunə göstərirsiniz.
7. Heç vaxt unutmayın, Allah kimə daha çox imkan və qabiliyyət verirsə ondan da daha çox cavabdehlik tələb edir.
8. Bəziləri elə düşünür ki, pulla məhəbbəti almaq mümkündür. Bu yanlış fikirdir. Pulla məhəbbəti almaq olmaz.
9. Asudə olmaq istəyirsinizsə hədər və boş yerə vaxt itirməyin.
10. Tələsin, amma həmişə ağılla tələsin.
11. Tez-tez ürəyinizin səsinə qulaq asın, görün o sizə nə deyir.
12. Nə isə deməzdən əvvəl yaxşı-yaxşı düşünün. Dediyiniz söz sizə xoşbəxtlik gətirməklə yanaşı, həyatınıza bədbəxtlik və bəlalar da gətirə bilər.
13. İnsanları mühakimə etməyə tələsməyin. Hər bir insanın özünəməxsus heç də asan olmayan həyatı var.
14. Qarşınıza gücünüz çatmayan, həlli mümkün olmayan vəzifə qoymayın. Çünki o vəzifənin öhdəsindən gələ bilməyəndə özünüzdən gileylənməyə başlayacaqsınız.
15. Xətrinizə kimsə dəyəndə, sizi kimsə incidəndə cavab verməyin. Vaxtınıza və əsəblərinizə qənaət edin.
16. Heç vaxt aldatmayın. Kiçik yalanlar belə böyük bədbəxtliyə səbəb ola bilər.
17. Axmaq adamlarla mübarizə aparmayın, mübahisə etməyin, onları düzəltməyə, dəyişməyə calışmayın. Çünki onlar xəstə yox, sadəcə səfehdirlər.
18. Sevdiyiniz insanlara diqqət və hörmətlə yanaşın, onları dinləməyi bacarın.
19. Keçmişinizdə baş vermiş hadisələrə görə peşimançılıq hissi keçirməyin, baş vermiş dəyişikliklərdən şikayətlənməyin.
20. Həyatınızda baş verən kədərli hadisələri sakit ürəklə qarşılayın. Heç nə və heç kim əbədi deyil. Bu kədər də ötüb geçəcək.
| ['xoşbəxtlik', 'xoşbəxtlik üçün', 'Vanqa'] |
855 | https://kayzen.az/blog/qadinlar/20112/koko-%C5%9Fanel-haqq%C4%B1nda-bilm%C9%99dikl%C9%99rimiz.html | Koko Şanel haqqında bilmədiklərimiz | Apollon | Məşhur qadınlar | 8 mart 2017, 19:53 |
Əsl adı Qabriel Bonhör olsa da, dünya onu Koko Şanel kimi tanıyır. 1883-cü ildə Fransada dünyaya gələn bu xanım 88 il ömür sürüb. O, Fransanın əfsanəvi dizayneri, “Chanel” markasının yaradıcısıdır.
Koko “Time” qəzetinin “Əsrin ən önəmli 100 insanı” siyahısına düşən yeganə dizaynerdir. İlk dəfə qadınlar üçün şalvar hazırlayan, qadınları bezdirici tül geyimlərdən, korsetlərdən xilas edən məhz Koko olub. O, çox keçmədən “Kiçik qara don”u dəbə salıb və bu donla sadəliyin, eyni zamanda, şıqlığın nə demək olduğunu sübut edib.
1960-cı illərdə Odri Hepbern “Tiffanidə səhər yeməyi” adlı filmdə kiçik qara don geyinərək onu daha da populyarlaşdırdı. Qısa, qara don indiki dövrdə belə, xanımların ən vaz keçilməz geyimidir.
Koko Şanel haqqında o qədər çox yazılıb ki, onunla bağlı yeni bir fikir söyləmək, demək olar ki, mümkünsüzdür. Ancaq Koko Şanelin sirlərini üzə çıxardığını iddia edən Mari-Dominik Löliev “Chanel&Co” adlı kitabında onun haqqında daha öncə heç yerdə eşitmədiyimiz məlumatları təqdim edib. Yazar bu məlumatları Koko Şanelin ən yaxın dostları və onun qohumları ilə söhbətləşərək üzə çıxarıb.
* Sevgilisi Etyen Balzan Kokoya eyni evdə yaşamağı təklif edir. Bir dəfə gecə yolda yeriyən sevgililər dilənçi ilə qarşılaşırlar. Koko dilənçini dərhal tanıyır. O, Kokonun atası idi, onu yetimxanaya atıb getdikdən sonra bir daha axtarıb maraqlanmayan atası… Koko bir anda Etyenə tərəf dönür və onunla birlikdə yaşamağa razı olduğunu söyləyir.
* Həyatının son illərində Kokonun saçı seyrəlmişdi. O, bunu birüzə verməmək üçün qeyri-adi üsula əl ataraq, daim istifadə etdiyi şapkasının ön tərəfinə kəkil yapışdırmışdı. Beləcə, daim gur saçları ilə öyünə bilirdi.
* Kokonun eşq macərası yaşadığı məşhur simalardan biri rejissor Lukino Viskonti olub. Qeyd edək ki, Viskonti homoseksual idi. Kokonun kişilərə meyl edən Viskontini özünə necə aşiq etdiyini heç kim bilmir.
* Çantalarından birini “Bagagerie” adlı markanın modelindən ilham alaraq hazırlayıb. Daha doğrusu, həmin modeli olduğu kimi götürüb. Ancaq o dövrdə heç kim Kokonu plagiatçılıqda günahlandırmamışdı.
* Koko 70 yaşdan sonra çox qısa ətəklər geyinməyə başlayıb. Bu, o dövrün dəbi ilə əlaqədar idi. Şübhəsiz, Koko dövrün gənc qızları ilə rəqabət aparmaq istəyirdi.
* 88 yaşında çox vaxt “Ritz” otelində qalırdı. O, hər gecə özünü çarpayıya bağlatdırırdı. Buna səbəb gecənin bir yarısı yuxudan oyanıb otel işçilərini yoldan çıxarmağa çalışması idi. O, qarşısına çıxan hər kəsi cinsi əlaqəyə girmək üçün razı salmağa səy göstərirdi.
* Koko qapalı ayaqqabı geyinəndə heç vaxt ayaq dırnaqlarına dırnaq boyası çəkmirdi, lakin kişilərin ilk nəzər saldıqları yerlərdən biri əllər olduğu üçün dırnaq boyası çəkmədən evdən çıxmırdı.
İlknur
| ['Koko Şanel', 'Coco Chanel', 'Şanelin prinsipləri'] |
856 | https://kayzen.az/blog/azerbaycan/20124/q%C9%99dimliyimizi-ya%C5%9Fadan-novruz-bayram%C4%B1.html | Qədimliyimizi yaşadan Novruz bayramı | Apollon | Azərbaycan | 8 mart 2017, 19:49 |
Onun mahiyyətində türkün halının yetkin ifadəsi var
Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarları yaşayır. Minillər öncə əcdadlarımız inanıblar ki, həyatı var edən od, su, hava və torpaqdır. Sonradan bu əski inanc cilalanıb, sistemli təsəvvürlər halına gəlib. Yüzillərdən bəri yol gələn, çoxlu müqavimətlərə, dəyişmələrə məruz qalan Novruz ötən müddətdə türk ruhunun özünəməxsusluğunu qoruyub saxlayıb. Millət o zaman var olur ki, qədim ruhunun soraqlarını, adət-ənənəsini, bir sözlə, özünəməxsus nəyi varsa, həmısını qoruyub saxlayır.
Belədə həmin millət tarixin dolanbaclarında sarsılmır, başını itirmir. Novruzda qədimliyimizin bütün çalarları var. Hər halda bunun səbəbindəndir ki, tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşanıb. İnsanın ta qədimdən tonqaldan atlanması əslində onun yaşamağa inamını, pisliyin məhv olacağına əminliyini ifadə edib. Bu gün Novruz bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Şübhəsiz, bayram hər şeydən əvvəl insanın içində olmalıdır. Novruzun mahiyyətində türkün halının yetkin ifadəsi var. Elə etmək lazımdır ki, qədimliyimizin soraqları qloballaşma həşirində gözümüzdə qətiyyən adiləşməsin, məzmunsuzlaşmasın. Digər tərəfdən də Novruz bayramında başqa bayramlarda olduğu kimi zəngin süfrənin olması təəssüratının yaradılması ideyası da səhvdir.
Təbiidir ki, insanlar imkanları çatan səviyyədə Novruz süfrəsi açmağa çalışırlar. Novruzda bişirilən şirniyyatların çoxu qədim türk düşüncəsindən soraqlardır. Məsələn, bayramda bişirilən sarı rəngli qoğal günəşi rəmzi şəkildə ifadə edir. Professor Azad Nəbiyev deyir ki, ilaxır çərşənbələriylə bağlı görüşlər ulu əcdadın, ilkin insanın yaranmasında iştirak edən su, od, yel və torpaq mifizmi ilə bilavasitə əlaqədardır. Törəniş düşüncəsi təsəvvürünü formalaşdıran bu ünsürlər mərasim folklorunda müxtəlif kult və mif sistemləri şəklində öz əksini tapıb: «Onların hər biri ilə bağlı silsilə nəğmə və miflər yarandı. Çərşənbələrin hər biri milli yaddaşda insana uğur və xoşbəxtlik gətirən rəmzlər kimi geniş məna və məzmuna malikdir. Mərasim folklorunda çərşənbələrin sayı və sıra düzümü ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Bir sıra hallarda çərşənbələr 5-7-12 arasında göstərilir. Bu isə ümumilikdə Novruz mərasimi, onun keçirilməsi vaxtı və ölçülərinə uyğun gəlmir. Mərasim sistemində Novruza hazırlıq dekabrın 21-dən başlayır və bayram üç mərhələdə davam etdirilir. Birinci mərhələ — Böyük Çillə ilə Kiçik Çillənin arası (21 dekabr-1 fevral). İkinci mərhələ — Kiçik Çillənin davam etdiyi müddət (1-20 fevral). Üçüncü mərhələ — dörd həftəlik axır çərşənbələri əhatə edən Boz Aydır. Bundan sonra isə Novruz gəlir. İlaxır çərşənbələrin sıra düzümündə su, od və yel çərşənbəsindən sonra torpaq çərşənbəsi gəlir. Bu sıra düzümü mərasim folkloru sistemində pozulmazdır».
Azərbaycanlıların ötən minilliklər ərzində çoxsaylı bayramları olub. Şübhəsiz ki, həmin bayramların heç də hamısı bu günümüzə gəlib çıxmayıb. Azərbaycan bayramlarını təsnifləşdirən Azad Nəbiyev deyir ki, bayramlar xalqın ritual və mərasim folklorunun ən əsas göstəricisidir. 40-a yaxın bayramı olan xalqımızın tamam unudulub gedən mərasimləri də var, unudulmaqda olanı da: «Hələlik milli bayramlarımızın 3 tipindən danışmaq mümkündür. Birincisi, mövsüm mərasimləri, yəni, əmək həyatının başlanması, ilin fəsilləri ilə bağlı keçirilən bayramlardır. İkincisi, məişət həyatını əks etdirənlərdir, üçüncüsü isə, dini bayramlardır. Birinci qrupa daxil olan bayramlar əsasən Xıdır Nəbi ilə başlayıb Gül, yaxud Güləkən bayramı ilə başa çatır. 20-yə qədər belə bayramların ən böyüyü Novruzdur. Xıdır Nəbi bayramı türk tayfalarının bir sıra başqa bayramları kimi bolluq, firavan yaşayış etiqadları ilə bağlı meydana gəlib. Bu bayramda əski inanclarımız, ulu əcdadlarımızın təbiətin müqəddəs ünsürləri ilə bağlı mifik və yarımmifik dünyagörüşü əks olunub. Həmin bayramda təbiətin müqəddəs ünsürlərinə inam və etiqad əks olunur. Su və torpaq kultu bayramın əsas atributları kimi bütün mərasim və ayinləri bəzəyir».
Bütün bu bayramların, adət-ənənələrin zirvəsində qədimliyimizi, ucalığımızı, idrakımızın ənginliyini, ruhumuzun bütövlüyünü özündə yaşadan Novruz bayramı durur. Novruzda Zərdüştlükdən gələn xeyrin şər üzərindəki qələbəsinə inam yaşayır, təsdiq olunur: «Azərbaycan türkləri çox əzəli çağlardan əcdadlarının yaranış və törənişi, əski maldar və əkinçilik görüşləri, zaman və fəsil anlayışları, bolluq və firavanlıq istəkləri ilə bağlı silsilə bayramlar yaradıblar. Türkün bayramları bayramdan-bayrama təzələnir, zinətlənir, daha geniş torpaqlara, uluslara, ölkələrə yayılır. Türkün bayramına gələn qonşu ellər onun min bir adət-ənənəsini, mərasimini özü ilə aparıb, türkün bayramını öz elində öz bayramı kimi qoruyub saxlayıb, onu böyük təntənə və toy-büsatla keçirib. Türkün belə böyük, ulu mərasimlərindən biri də hər il yeni təqvimlə martın 20-22-də keçirilən Novruz bayramıdır. Qədim Oğuz mifində Novruzun həm maldarlıq, əkinçilik, həm də təqvim bayramı olduğu öz əksini tapıb. Türk oğlu firavanlığa çıxdığı ildən, yəni taxıl əkib-becərdiyi, sürülər saxlayıb böyütdüyü, özünə paltar biçib-tikdiyi, un üyüdüb çörək yapdığı günü Novruz adlandırıb. Hər il onu həyat, yaşayış, firavanlıq və bolluq günü kimi bayram edib. Novruz mifoloji düşüncəsi türk xalqları tarixində çox dərin qatlardan xəbər verən əski bayramdır. Novruzun Zərdüştilik və İslam düşüncələrindən çox-çox əvvəl, insan yaranışının dörd ünsürü — su, od, yel və torpaqla bağlı etiqadları onun türkün əski təbiət kultları ilə sıx bağlı olduğunu göstərir».
Mifoloq-alim Seyfəddin Rzasoy qeyd edir ki, Novruz bayramının tarixi təqribən 5-6 min il əvvələ gedib çıxır: «Alimlərimizin araşdırmalarına görə, qədim turanlılarda bizim indiki Novruz bayramımızda olduğu kimi, Tura bayramı olub. Bu „tura“ „törə“- „yaranma“ sözündəndir. Novruz bayramı insanın, təbiətin, kainatın yaranış bayramıdır. Köhnə il ölür, yeni il doğulur: „Novruz bayramı mərasimlərində “Kosam ikicanlıdır» ifadəsi işlədilir. Burada «ikicanlı olmaq» Kosanın ilin obrazı kimi anlaşılmasıdır: mərasimin ortasında Kosa ölür, hamı qışqırışır; Kosanın ölməsi-dirilməsi əslində ilin ölüb-dirilməsi, təbiətin yenidən doğulması deməkdir. Əslində bu təsəvvürlərdə zamanın ölüb-dirilməsi durur. İlin axır çərşənbəsində zaman qurtarır. Mifoloji təsəvvürlərdə səthi zaman olmayıb. Novruz bayramında ilin olmaması, yəni konkret rəqəmin dəqiq şəkildə göstərilməməsi əslində zamana mifoloji münasibətdir.
Aydın olur ki, burada yaşadığımız tarixi zaman yoxdur. Novruz bayramı mifoloji zamanla bağlıdır və burada birinci, ikinci, üçüncü, bir sözlə, illərin sıralanması yoxdur, burada cəmi bir zaman var; o, ilin əvvəlində doğulur, böyüyür, qocalır, axırda da ölür. Bunun da əsasında mifologiyamızdakı ölüb-dirilmə haqqındakı təsəvvürlər durur. Ölüb-dirilmə Novruz bayramında bütün çalarlarıyla yaşayır. Xüsusilə kənd yerlərində qadınlar evdəki köhnə şeyləri təzələyirlər: yorğan-döşəyi yuyurlar, divarları ağardırlar, köhnə şeyləri atırlar. Qabaqlar valideynlər balalarına nəsə təzə şey almaq istəyəndə bunu mütləq Novruz bayramına salardılar. Bu, arxetipik şüurla bağlı idi: yəni burada başdan-başa təzələnmə nəzərdə tutulurdu. Bu mənada Novruzun əsas mahiyyəti təzələnmə, yeniləşmə bayramıdır. Novruz bayramının həmin ritualları indi də yaşayır".
Novruzun əsas atributlarından biri də səmənidir: "İnsanın həyatında taxıl, yumurta yeni doğuluşu simvolizə edən elementlərdir. Novruz elə bir geniş mənaya malik bayramdır ki, Şərqdə minillərdən bəri qeyd edilir. Şübhəsiz, Novruz bayramı ilkin, əsas arxetipləri səviyyəsində xalqımızın qədim köklərinə bağlı olan, heç bir mədəniyyət tərəfindən verilməmiş, heç kəsdən götürmədiyimiz öz bayramımızdır".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi. 2010. 20 mart.
| ['bayramlar', 'novruz bayramı', 'Novruz'] |
857 | https://kayzen.az/blog/anal%C4%B1q/20008/k%C3%B6rp%C9%99nin-az-%C3%A7%C9%99ki-y%C4%B1%C4%9Fmas%C4%B1n%C4%B1n-7-s%C9%99b%C9%99bi.html | Körpənin az çəki yığmasının 7 səbəbi | Apollon | Körpəyə qulluq və analıq | 7 mart 2017, 00:02 |
Bəzən, südəmər körpənin çəkisinə təsir edən səbəbləri tapmaq olmur. Xüsusilə əgər ana körpəni tələbinə müvafiq əmizdirir, əlavə qida və əmzik vermirsə. Lakin, körpənin çəkisi dəyişmir və ya çox az artır. Gəlin həyatının ilk həftəsində körpənin çəkisinə nələrin təsir etdiyini öyrənək:
1. Doğum evində əmizdirmənin “pis başlanğıcı”
Bura nəticə etibarilə körpənin çəkisinin artmasına təsir edən bir çox meyarları aid etmək olar. Doğuş zamanı istifadə olunmuş dərmanlar, qeysəriyyə əməliyyatı, doğuşsonrası güclü qanaxma (məsələn, Şihan sindromu), uşaqlıqda ciftin qalıqlarının qalması, körpəni döşə aqressiv qoyma və ya ağız boşluğundan seliyin sorulması, körpənin anasından ayrılması. Bunlardan yayınmaq üçün hamiləlik dövründə əmizdirməyə müvəffəqiyyətli başlamaq barədə oxuyun.
2. Körpəni döşə düzgün qoymamaq
Körpəni döşə düzgün qoymamaq, körpənin əmdiyi südün miqdarını azalda, döş gilələrində ağrıya səbəb ola bilər. Bəzən isə elə olur ki, uşaq sözün hərfi mənasında döşdən saatlarla “asılı qalır”, tez-tez sidiyə gedir (sutkada 15 dəfədən çox), lakin gec-gec və az miqdarda nəcisə gedir (3 dəfədən az və ya çox, lakin çox az miqdarda) – bu, körpənin döşü dərin götürməməsindən və yalnız ön südü əmərək “arxa” südə çatmamasından xəbər verə bilər.
Körpəni döşə qoymaq barədə məqalələr oxuyun, bu barədə və əsas əmizdirmə pozaları barədə video və şəkillərə baxın. Əgər özünüz bacarmırsınızsa, şəhərinizdəki əmizdirmə üzrə məsləhətçiyə müraciət edin. Həmişə yadda saxlayın ki, körpənin döşə düzgün qoyulması – əmizdirmənin uğurunun təminatçısıdır!
3. Körpəni az əmizdirmək
Həmçinin körpəni rejimlə qidalandırmaq, əmzikdən, döş gilələri üçün qoruyuculardan istifadə etmək, körpəyə uşaq çayı vermək döşün stimulyasiyası və boşalmasına mənfi təsir göstərir, bu isə öz növbəsində südün azalmasına gətirib çıxarır.
4. Körpənin ümumi vəziyyəti
Yuxulu və ya zəifləmiş körpə, yarımçıq doğulmuş körpə, sarılıq keçirən, ürək qüsuru, mukovissidoz və ya maddələr mübadiləsi ilə bağlı digər problemlərdən əziyyət çəkən körpələr.
5. Körpənin səhhətinin fizioloji və anatomik xüsusiyyətləri
Məsələn, dilin birləşdirici pərdəsinin (dilatlı bağın) qısa olması, dodağında və damağında çat, boyun əyriliyi, hipo- və ya hipertonus, başın hematoması, respirator problemlər (stridor, tez-tez boğulma), virus və ya bakterial infeksiyalar.
6. Əmizdirən ananın sağlamlığının xüsusiyyətləri
Süd vəzi toxumasının inkişafdan qalması, döşün əməliyyat olunması, döş giləsinin qeyri-adi forması, piylənmə, hormonal problemlər, xüsusilə qalxanvari vəzin problemləri, yumurtalıqların polikistoz sindromu, süd ifrazını azaldan dərmanların və ya otların qəbulu (dostineks, romokriptin, Pseudoephedrine/Sudafed, adaçayı, nanə, cəfəri).
7. Ananın/və ya körpənin psixoloji və ya fiziki stres keçirməsi
Əgər ana südünün az olduğuna və ya keyfiyyətinə şübhə edirsə, adətən körpənin çəkisini əmizdirmədən əvvəl və sonra çəkir, bu südün ifrazına və körpənin çəkisinə təsir edə bilər. Əgər ana daim stres keçirirsə və ya depressiyadadırsa və ya körpə daim hər hansısa prosedurlara və ya stresə məruz qalırsa (ailədə tez-tez baş verən davalar, köçmə, ambulator müalicə, tez-tez həkimə baş çəkmək, körpənin enerjisini çox aparan, ağlaması və ya əsəbi gülüşü ilə müşaiyət olunan müalicəvi massaj, dinamik gimnastika və ya üzgüçülük və s.) – bütün bunlar körpənin çəkisinə təsir edə bilər.* Bu, körpənizin çəkisinin az artması ilə nəticələ bilən əsas səbəblərdir. Gördüyünüz kimi, bu səbəblər kifayət qədər çoxdur və sizə kömək etmək, fikirləşməyinizə səbəb olmaq üçün burada toplanıb. Əgər körpə, doğum evindən çıxdıqdan sonra sutkada 8-12 dəfədən az sidiyə gedirsə və 2 həftəlik ikən doğulduğu çəkini yığmırsa, dərhal onun çəkisinə nəzarət etmək və lazım gələrsə əlavə olaraq sağılmış süd və ya süni qida ilə qidalandırmaq lazımdır.
Müəllif: Natalya Razaxatskaya
əmizdirmə məsləhətçisi (İBCLC), slinqo-məsləhətçi
Tərcümə edən: Xumar Ərşadlı
| ['körpəyə qulluq', 'körpənin çəkisi', 'körpənin sağlamlığı'] |
858 | https://kayzen.az/blog/musiqi/20012/karmen-u%C4%9Fursuzluq,-faci%C9%99,-%C9%99b%C9%99di-%C5%9F%C3%B6hr%C9%99t.html | Karmen - uğursuzluq, faciə, əbədi şöhrət | Apollon | Musiqi | 7 mart 2017, 00:01 |
2012-2013 teatr mövsümünün nəticələrinə görə dünyada ən çox izlənilən operalardan birincisi Verdinin «La Traviata», ikincisi Corc Bizenin «Karmen» operasıdır. Bu statistika dünyadakı 700-dən çox opera teatrının repertuarının araşdırılması zamanı əldə olunmuşdur. «Karmen» fransız bəstəkarı Corc Bizenin 1874-cü ildə Lüdovik, Halevi və Anri Melyakın librettosuna bəstələdiyi 4 pərdəli faciə janrında olan operadır. Operanın librettosunun süjeti Prosper Merimenin eyni adlı novellasından götürülmüşdür.
«Karmen»in musiqisi opera incəsənətinin xəlqilik rəmzidir. Yazılışının üstündən əsr yarıma yaxın vaxt keçməsinə baxmayaraq, indi də «Karmen»i dinləyəndə onun təravətinə valeh olmaya bilmirsən, sanki, opera başdan-ayağa gözəl və həyəcanverici melodiyalar paradıdır. Operadakı parçalar: "Üvertüra", «Habanera», «Sequidilla», Qaraçı mahnısı, Toreadorun kupletləri, Josenin çiçəklə ariyası, 4-cü pərdədən Antrakt. Dünya opera tarixində bu qədər sevilən melodiyaya malik ikinci operanı xatırlamaq çox çətindir.
Uğursuz premyera, tam iflas… Həyat yoldaşı bəstəkarı tərk edir!
Bu opera ilk dəfə 1875-ci il martın 3-də Parisin «opera-komik» teatrında tamaşaya qoyulur. Televiziyanın, radionun, kinoteatrların olmadığı dövr. Orta və yuxarı təbəqənin əyləncə və bədii ehtiyacını ödəyən əsas müəssisələrdən biri opera teatrları idi. Səhnəyə qoyulan, nəinki premyeradan sonra, bəzən premyeradan xeyli əvvəl də müzakirə olunurdu. gözlənilən «Karmen» tamaşası haqqında da premyeradan əvvəl söz-söhbətlər başlamışdı. Bu söhbətlərdə əsas vurğu premyerası göstərilən tamaşanın «amorallığı»na, «açıq-saçıqlığı»na idi. O dövr üçün müasir sayılan parislilər opera səhnəsindəki çılpaq reallıqları həzm edə bilmirdi.
Parislilər, əslində, reallıqla qarşılaşmışdılar. «Karmen»in premyerası Parisin «Opera-Comique» teatrında baş tutur. Zalda kimlər yox idi. Fransanın o dövrkü yüksək cəmiyyətinin böyük hissəsi: bəstəkarlar Charles Gounoud, Leo Delibes, Jacques Offenbach, Jules Massenet, yazıçı Düma-oğul, səfirliklərin nümayəndələri Rotşildlər ailəsi…
Şahidlərin dediyinə görə 1-ci və 2-ci pərdələr alqışlarla qarşılanır, amma sonra, tədricən, zalda susqunluq və buzlaşma başladı. Premyeranı uğursuz adlandırmaq olardı. Operanın süjeti «qəbahətli» (baş qəhrəman tütün fabriki fəhləsi olduğu üçün), musiqisi həddindən artıq mürəkkəb və ciddi sayılmışdı. Opera-komikdə adətən yüksək cəmiyyətin həyat tərzindən alıntılı mövzular göstərilirdi: varlı ailə, ağıllı və komik qulluqçu, yüngül flirt, xoşbəxt final və s…
«Karmen»in qəhrəmanları isə: tütün kombinatının işçiləri, qaçaqmalçılar, yüngül əxlaqlı qadınlar, dezertir əsgər, öküzlə döyüşən matador…
Opera-Comiquedə qoyulan bu operada demək olar ki, nə komik əhvalat, nə də komik personaj vardı. Finalda da ölüm…
Odur ki, mətbuat səhifələrində opera haqqında xoşagələn heç bir söz deyilməmişdi. Tamaşanın sabahı günü qəzetlərin biri vətəndaşları ehtiyatlı olmağa çağırırdı: «Hörmətli, atalar və analar! Ənənəyə sadiq olaraq, siz xanımlarınızı və qızlarınızı onlara layiq axşam əyləncələrinə aparırsınız. Qatır oğrusundan hərbçinin, hərbçidən matadorun qucağına atılan fahişə haqqında nə düşünərdiniz?
Axırda da aldatdığı aşiq xəncərlə onun biabırçı həyatına son qoyur»… Məsələ burasındadır ki, o dövrün Parisində yüksək cəmiyyət mənsubları operaya, həm də öz övladlarına gələcək həyat yoldaşı tapmaq üçün gedirdilər.) Lojalarda oturan valideynlər qızlarını qabaq sıralarda əyləşdirərək, özləri arxada otururdu. Bir qəzet isə həmin gecə səhnədə göstərilən personajları «sosial zibillik» adlandırmışdı. Ümumilikdə Paris qəzetləri operanı tənqid atəşinə tutmaqda bir-biri ilə elə bir bəhsə girmişdilər.
Deyilənlərə görə bu söz-söhbətlərdən sonra kişilər «Karmen»ə ailələrini aparmırmış. Amma özləri gedirmiş.
Tədqiqatçıların rəyinə görə uğursuzluğun əsas səbəblərindən biri tamaşa haqqında vaxtından əvvəl yayılmış söz-söhbət idi… Opera tam iflasa uğrayır. Bundan sarsılan Corc Bizenin gecələr Paris küçələrində dərdini dağıtmaq üçün sərgərdan gəzməkdən savayı çarəsi qalmamışdı. Düşünmüşdü ki, var qüvvəsi ilə ərsəyə gətirdiyi əsərinə verilən qiymət böyük ədalətsizlikdir. Axı o, «Karmen»ə böyük ümid bəsləyirdi. Mətbuat səhifələrindəki rəylər isə onu ümidsizlik uçurumuna aparırdı.
Xatirələrə görə səhərə qədər şəhərdə dolaşan Bizeni, sadəcə, dostu, sonradan operanı redaktə edən Ernest Guiraud tərk etməyib. Xanımı Genevieve Halevy də onu tərk etmişdi, tamaşa bitər-bitməz o, pərəstişkarı pianoçu Elie-Miriam Delaborde ilə teatrı tərk edib.
Kaş Bizenin cəmi 4 ay da səbri çatsaydı…
Gənc Bize xaç suyuna salınma mərasimində üç böyük sərkərdənin – Aleksandrın, Sezarın və Leopoldun şərəfinə Aleksandr, Sezar Leopold adlandırılmasına baxmayaraq, xasiyyətcə süst və əsəbi adam idi, həyəcanını asanlıqla büruzə verirdi. Premyeradan əvvəl yaranmış şayiələr premyeradan sonra yazıya çevrilərək qəzet səhifələrini doldururdu.
Başı çıxan-çıxmayan yazarların əksəriyyəti, əsəri mütləq tənqid edirdi. Bütün bunlar həssas bəstəkarı həddən artıq həyəcanlandırmışdı. Hətta bir dəfə tənqidçilərdən birini Bizenin əlindən zorla alıblarmış. Yüksək keyfiyyətli musiqi yazdığına əmin olan Bizeni üzən səbəblərdən biri də dostlarının: söz sahibi bəstəkarların, yazarların onu müdafiə etməməsi idi.
Qəzetlərdə opera barədə danışan tanınmış şəxslər də Bizeni, ya şəxsən şifahi, ya da məktub şəklində yazılı təbrik etmələrinə, xoş sözlər söyləmələrinə baxmayaraq, ictimai çıxışlarında ehtiyatlı olmağa, fikirlərini ictimai rəylə balanslaşdırmağa çalışırdı. Növbəti üç ay ərzində, yəni düz 3 iyun 1875-ə qədər 33 tamaşa oynanıldı. 34-cüsü isə təxirə salındı. Səbəb – 36 yaşlı müəllifin ürək tutmasından qəfil vəfatı oldu. Sarsıntılara dözməyən Bize düz üç aydan sonra 2 iyun 1875-ci ildə dünyasını dəyişmişdi. Amma buna qədər tamaşa, artıq Vyana opera teatrının marağını çəkmiş və onlar müəlliflə Vyana premyerası barədə razılaşmışdılar.
Bəstəkarın cəmi 4 ay da səbri çatsaydı, sevimli operasının dünyanın ən böyük musiqili teatrlarında, oktyabr ayında Vyananın Opera Teatrında necə böyük uğur qazandığının şahidi olardı. Bizenin vəfatından dörd ay sonra, oktyabr ayında «Karmen»in Vyana premyerası oldu. Operanın dünya şöhrəti də oradan başladı.
Bəlkə də, Parisdə baş tutan premyeranın uğursuzluğunun bir sirri də burdaydı. Əslində, «Karmen» öz musiqisinin genişliyinə, dramatik ağırlığına görə böyük səhnədə oynanılmalı idi. Ard-arda Brüssel, Berlin, London, Barselona, Sankt-Peterburq və digər Avropa premyeraları, daha sonra okeanın o tayında Nyu-York, San-Fransisko premyeraları baş tutdu. Vyanada oynanılan əsərində onun yaxın dostu, bəstəkar Gironun redaksiyasında danışıq dialoqları reçitativlərlə əvəz olunmuş, 4-cü pərdəyə Bizenin «Pert gözəli» əsərindən və «Ariyalı qız» pyesinə yazdığı musiqidən balet səhnələri daxil edilmişdi. Həmin vaxtdan etibarən «Karmen» operası ən repertuarlı əsər kimi dünya opera səhnələrinin bəzəyi olaraq qalır.
Azad sevgi haqqında ilk opera
Operada əsas ideya sevginin azad olması barədə idi. Baş qəhrəman qaraçı qızı Karmen birinci pərdədə əsgər Joseyə, 3-cü pərdədə matador Eskamilyoya vurulur. Karmenin fəlsəfəsi, təxminən belədi: «mən azadam, kimi istəyirəm onu da sevərəm və bu azadlığım üçün ölümə də gedərəm».
Buna görə də əsərin sonunda keçmiş sevgilisi tərəfindən öldürülür. Bu əsər epoxamızın, az qala, ən böyük lirik-dramatik əsəridir. Bize yaradıcılığı üçün səciyyəvi olan melodiya zənginliyi, orkestrləşdirmə rəngarəngliyi, vokal partiyaların ürəyə yatımlılığı, xəlqiliyə və həyat həqiqətlərinin təcəssümünə çağırış bu operada önəmli yer tutur.
Operada müstəqil orkestr nömrələri vardır. Uvertura iki təzadlı bölməni əks etdirir. Hər iki bölmə gözəl musiqiyə malikdir. Operanın musiqisi dramatik qüdrəti, melodik ifadəliliyi, harmoniya parlaqlığı, forma plastikliyi, orkestrləşdirmə şəffaflığı və forma zənginliyi sayəsində dinləyici zövqünü dərindən oxşaya bilir.
Bize musiqisinin funksionallığı operanın özünün məzmunu ilə çox da əlaqəli deyil. Operaya populyarlıq qazandıran onun dramaturgiyası yox, melodiya yükünün böyüklüyüdür. Operanın musiqisi ispan xalq rəqs və xalq musiqi intonasiyaları ilə zəngindir.
Vokal partiyalarının parlaqlığı operada koloritli orkestr müşayiəti ilə özünü göstərir. Hadisələrin inkişaf simfonikliyi forma bitkinliyi ilə uyarlıq təşkil edir. I Pərdədə Sevilyanın siqar fabrikinin yanında suvari eskadronu düşərgə salır. Əsgərlər fabrikdə çalışan gözəl qızlarla əylənirlər. Süvari Xozenin sorağı ilə Mikaela ora yetişir, lakin əsgərlər ona Xozenin başqa eskadronda olduğunu, tezliklə həmin eskadronun onları əvəz edəcəyini deyirlər. Mikaela gedir. Tezliklə Xozenin xidmət etdiyi eskadron ora yetişir. Kapitan Çuniqa serjant Xoze ilə söhbət edərək, siqar fabrikinin cazibəli qızlarından söz salır. Xoze eskadronda yeganə adamdır ki, fabrik qızları ilə maraqlanmır – o, Mikaela ilə nişanlıdır. Fabrikin fasilə zəngi çalınır və qızlar damaqlarında siqar küçəyə çıxırlar. Kişilər dərhal onları haqlayırlar. Bu zaman canlar yaxan qaraçı Karmen gəlir.
O, bütün kişilərin ona necə həsəd aparmasından, onları barmağına dolamaqdan, ələ salıb gülməkdən həzz alır. Heç kim, hətta onun özü belə bilmir ki, bu gün, sabah kim onun şikarına çevriləcək. Xozenin ona laqeyid olması Karmenə xoş gəlmir və o, Xozenin ayaqları altına gül atır. Elə bu dəm fabrik zəngi çalınır, qızlar dərhal iş başına dönürlər. Qayıdan nişanlısı Mikaela, Xozeyə anasından xəbər gətirir və onun necə tənha olduğunu deyir. Mikaela getdikdən sonra fabrikdə qiyamət qalxır. İşçilər arasındakı qalmaqal bıçaqlaşma ilə bitir. Günahkar Karmen çıxır. Kapitan Sunyiqa Xozeyə Karmenə göz qoymagi əmr edir, özü isə order dalınca gedir. Bu müddət ərzində Karmen öz cazibədarlığı ilə Xozeni yoldan çıxarır. Həbs orderi gələnədək Xoze Karmenə qaçmaqda kömək edir.
Qaraçı qızının ölüm oyunu
II Pərdədə hadisədən iki ay keçmiş. «Lilas Pastya» tavernasında Karmen rəfiqələri ilə müştəriləri öz rəqsləri ilə əyləndirirlər. Onları içində kapitan Sunyiqa da vardır. O, Karmenə xəbər verir ki, ona qaçmaqda kömək etdiyinə görə Xoze türməyə salınıb. İndi o azaddır və Karmeni görmək üçün bura gələcək. Kütlənin əhatəsində daxil olan toreador Eskamilyo Karmenin gözəlliyinə məftundur. Taverna bağlandıqdan sonra orada qaçaqmalçılar – Dankayro, Remendado, Karmen, Fraskita və Mersedes qalırlar. Onlar növbəti iş dalınca getməyə hazırlaşırlar. Karmen imtina edərək Xozeni gözləyəcəyini bildirir. Qaçaqmalçılar Karmenə Xozeni də onlara cəlb etməyi təklif edirlər. Xoze gəlir. Düşərgə şeypuru gecə davamiyyətinə səsləyir. Karmen yenə öz məharətini işə salaraq Xozenin qalmasını istəyir.
Düşərgə və eşq arasında qalan Xoze kapitan Sunyiqanın əmrinə tabe olmayaraq ona qılınc çəkir. Beləliklə fərari olan Xoze qaçaqmalçılara qoşulmağa məcbur olur. III Pərdədə bir müddət sonra dağlarda, sərhəddə yaxın bir yerdə qaçaqmalçılar yeni bir iş başındadırlar. Karmen get-gedə Xozedən soyumağa başlayır. Xoze özü də tutduğu işdən heç də məmnun deyil. Karmen və Xoze arasında küskünlük höküm sürür. Qaçaqmalçılar sərhəddə gedərək Xozeni burada gözətçi qoyurlar. Nişanlısı Mikaela dağlara gələrək Xozeni axtarır. Bu zaman o Xozeni kimisə gülləyə tutaraq gizlənir. Lakin Xozenin gülləsi boşa çıxır.
Onun qarşısında Eskamilyio peyda olur, o da etiraf edir ki, Karmeni axtarır və Xoze haqqında o, hər şeyi bilir. Xoze və Eskamilio arasındaki duelə qaçaqmalçılar geri dönmələri ilə mane olurlar. Malı götürüb getmək istəyən qaçaqmalçılar Mikaelanı görürlər və onu öldürmək istəyərkən Xoze onu qoruyur. Xoze və Eskamilo arasında gərgin mübahisə baş verir. Xozeni sakitləşdirən Mikaela ölüm ayağında olan anasının onun yolunu gözlədiyini deyir. İndi o, anasına dönməyə qərar verir. Lakin and içir ki, mütləq geri dönüb Karmeni tapıb bu məsələyə son qoyacaqdır.
Eskamilio hamını Sevilyaya manejə, öküz döyüşünə tamaşaya dəvət edir. IV Pərdədə – Sevilya manej önündəki kütlə ilə dolu meydan. Öküz döyüşünə hazırlıq gedir. Ətrafda hamı şənlənir. Nəhayət Eskamilyo peyda olur. Fraskita və Mersedes Karmenə Xozeni onu izlədiyini deyirlər. Lakin Karmen onunla görüşməkdən qorxmur. Hamı manejə çəkildikdən sonra Xoze Karmenin yolunu kəsərək, qabaqlar onu necə sevdiyini ona xatırladır. Ondan geri dönməsini göz yaşı tökərək xahiş edir, sonra isə hədələyir. Artıq gecdir. Karmen onu daha sevmir. Bundan çarəsiz qalan Xoze Karmeni öldürür və onu həbs edirlər…
Parisin 100 il sonrakı etirafı
«Karmen» operası XIX əsrin opera realizminin zirvələrindən biridir, dünya mədəniyyətinə əvəzsiz töhfədir. Parisin baş opera teatrı – Grand Operada isə «Karmen»in premyerası çox gec, 1959-cu ildə baş tutdu.
Böyük rus bəstəkarı Pyotr İliç Çaykovski yazmışdı: «Mən böyük inamla deyə bilərəm ki, „Karmen“ musiqi dünyasının mütləq şedevri kimi seviləcəkdir…
Ağasəlim Pünhanoğlu
qaynarinfo.az
| ['Jorj Bize', 'karmen', 'carmen', 'opera'] |
859 | https://kayzen.az/blog/azerbaycan/20126/t%C3%BCrk-xalqlar%C4%B1n%C4%B1n-ortaq-yeni-g%C3%BCn-bayram%C4%B1.html | Türk xalqlarının ortaq Yeni Gün bayramı | Apollon | Azərbaycan | 4 mart 2017, 19:11 |
Günəş öz isti şüaları ilə torpağı oyadır, çayların suyu artır, kol dibindən bənövşə baş qaldırır, quşların səsi ətrafı bürüyür. Təbiətdəki bu əhval-ruhiyyə — bahar nəfəsinin duyulması yaddaşlardan süzülüb bu günümüzə çatmış Novruzun gəlişindən xəbər verir. Bu il bayramın özəlliyi odur ki, BMT-nin Baş Məclisinin 64-cü sessiyasının fevralın 24-də qəbul etdiyi qərara uyğun olaraq, martın 21-i “Novruz beynəlxalq günü” kimi təsdiq edildi. Azərbaycanın təşəbbüsü ilə hazırlanmış qətnamə layihəsinə Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniya da qoşulub. Bu qərar Novruza təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri kimi verilən qiymət hesab edilə bilər.
Çin mənbələrinə görə, baharın qədəm qoyması ilə əlaqədar mərasimlər “Yengi Kun” adı ilə Hunlar və Göytürklər dövründən bayram edilirdi. Miladdan öncə ikinci əsrdə yaşamış Çin tarixçisi Simaçen “Tarixi xatirələr” adlı əsərində Hun hökmdarlarının yeni ildə—Novruzda bayram keçirdiklərini qeyd edib.
Türk xalqları əsrlərdən bəri yaddaşlarda yaşayan Novruzu müxtəlif, rəngarəng adətlərlə qarşılayıblar. Onların digər qonşu xalqlarla əlaqələrinin olmasının nəticəsidir ki, Novruz bayramı fars, əfqan, hind, tacik kimi xalqlar, eləcə də Azərbaycanda yaşayan digər azsaylı xalqların nümayəndələri arasında da geniş yayılıb və qeyd edilir.
Bəs bu gün necə, həmin qədim adətlər necə yaşadılır? Azərbaycan xalqı hər il bu bayramı martın 21-i ilə 23-ü arası müxtəlif mərasimlərlə qeyd edir. Bayram gününə qədər isə su, od, torpaq və yel çərşənbələri keçirilir. Süfrənin bəzəyi olan səməni yazın simvolu kimi göyərdilir. Hər evdə şəkərbura, paxlava, qoğal, fəsəli, qatlama kimi şirniyyatlardan ibarət xonça bəzədilir. Şam yandırılır, tonqal qalanır, ölənlərin xatirəsi yad edilir. Bayramda küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedirlər. Bu gün məxsusi olaraq, qulaq falına çıxan hər kəs sevindirici xəbər eşitmək arzusunda olur. “Kosa-kosa” oyunu, keçəlin məzəli əhvalatları bayrama xüsusi şənlik qatır.
Türkiyənin Cənub Şərqi Anadolu bölgəsində Qaziantep və onun ətrafında 22 mart gününə “Sultan Novruz” adı verilib. Bu bölgədə, eləcə də Qarsda Azərbaycanda olduğu kimi, qapı pusma, baca-baca adətləri yaşadılır.
Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi adəti var. Qırğızlar bunu qədim türk şamanlarından qalma adət hesab edirlər. Onlar “Alas-alas, hər bəladan xilas” – deməklə, öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər. Darı yarmasından “Nouruz köcö ” adlı bayram yeməyi hazırlanır. Qırğız süfrəsində məxsusi olaraq Novruzda quzu ətindən və əriştəyə oxşar un məmulatından hazırlanmış beşbarmaq da olur. Bu şirniyyat əllə yeyildiyi üçün belə adlanır.
Türkmənistanda bayramdan beş-altı gün öncə, evlərin təmizlənməsi başlanır. Türkmən çörəyi, plovu və müxtəlif şirniyyatlar hazırlanır. Səməni Novruzun xüsusi yeməyi sayılır. Bir neçə ailə bir araya gəlib, böyük bir qazanda buğda, un və şəkərdən səməni bişirirlər. Bayrama bir gün qalmış bişirilən bu yemək 21 martda süfrələri bəzəyir. Qazaxıstanda, adətə görə, evlərin divarlarına, müxtəlif əşyalar üzərinə gil qablar atıb sındırırlar. Bu adət köhnə ilin pisliklərindən, xəstəliklərindən yeni ildə uzaq olmaq məqsədi daşıyır. Qazaxlar da tonqal üzərindən atlanırlar. “Novruz köcü”, Novruz şorbası və ya “lapa” adlı yeməklər bişirilib qonşulara paylanır.
Özbəkistanın Səmərqənd, Buxara, Əndican şəhərlərində Novruza həsr edilmiş şənliklər bir həftəyə qədər davam edir. Özbəklərin bişirdikləri xüsusi yeməklərdən ən əsası məşhur özbək plovu, samsa və sümələkdir. S hərfi ilə başlayan sünbül, səbzi, sirkə, iydə (sancid) kimi 7 nemət süfrəyə düzülür. Güləş və at yarışları bayrama xüsusi bir gözəllik qatır. Novruz günü bir-birlərini qucaqlamaq və danışmağa başlamazdan əvvəl üç qaşıq bal yemək ən əski adətlərdəndir. Bölgələrdə təsərrüfatda çalışan yaşlı insanlar əlini yağa batırıb öküzlərin buynuzunu yağlayır ki, yeni il bərəkətli olsun.
Tacikistanda Novruz martın əvvəlindən, 21 mart gününəcən, baharın gəlişini və təbiətin canlanmasını qarşılamaq məqsədilə qeyd edilir. Adətə görə, süfrəyə qoyulan süd təmizliyi, şirniyyat yaşama sevincini, şəkər sərinlik və istirahəti, şam atəşə sitayişi, daraq qadının gözəlliyini təmsil edir. İslam dövründən sonra isə bunların yerini əsasən “Ş” ilə başlayan 7 nemət əvəz edir. Uşaqlar qapı döyüb bayram payı istəyir, ancaq gizlənmirlər. Onlar yaz çiçəklərindən dərib yığır, qapıları döyüb, ev sahibinə çiçəklərdən hədiyyə edirlər. Ev sahibi isə onlara konfet, yumurta, ya da pul verir.
Əfqanıstanda Novruz şənliklərinin mərkəzi Məzari-Şərif şəhəridir. İnsanlar müqəddəs ziyarətgah sayılan bu şəhərə toplaşır, xüsusi mərasimlər, şənliklər təşkil olunur. Novruzda Məzari-Şərifdə müxtəlif oyunlar, yarışmalar da olur – xoruz döyüşdürürlər, it boğuşdururlar və s. Süfrəyə gətirilən yeddi meyvə qurusundan-ərik, fıstıq, iydə, badam, qoz və quru üzümdən hazırlanmış “Həft meyvə”, Novruz külçəsi adlı xüsusi qurabiyə, qızardılmış balıq Novruz yeməklərinə aiddir. Smanak adlı buğdadan hazırlanan şirniyyatı isə qadınlar gecə xüsusi nəğmələr oxuyaraq bişirirlər. Bayram günü hamı yeni paltarlarını geyir, yaxınlarına qonaq gedir, dünyadan köçmüş əzizlərinin məzarlarını ziyarət edirlər. Güləş, oğlaq və çərpələng uçurtma oyunları bayramın yaddaqalan mərasimlərindəndir. Bu yarışmaların mövsümü Novruzda başlayır. Sonra 3-4 ay davam edir.
Altayda martın 21-də “Cılgayak” bayramı qeyd edilir. Bu bayram da Novruz kimi baharın gəlişi, təbiətin canlanması, yeni bir ilə qədəm qoyulması üçün keçirilir. Süfrəyə bal qatılmış qatıq, dondurulmuş və qurudulmuş ət, qoyun və mal dırnağından yeməklər təqdim edilir. Göy Tanrı dini ənənələrinin hakim olduğu Saxa-Yakutiyada Saxa türkləri Isıah Bayramını yazın gəlişi və ilin bərəkətli olması üçün Tanrıya şükranlıq bayramı kimi keçirirlər. Hollandiyalı səyyah İdesanın qeydlərində bu bayram haqqında ilk bilgilərə rast gəlinir. Şənliyin keçiriləcəyi əraziyə yarım ay qabaqdan ağaclar əkilir. Şaman yerə qımız səpir, dualar edir. Bu, keçmiş ildə olan pisliklərin qovulması, yeni ildə isə ancaq gözəl günlərin olacağına inam məqsədi daşıyır. Gənc qız və oğlanlar ürəyində arzu tutur, əkilmiş ağaca bir parça lent bağlayırlar. Bu inanc digər türk xalqlarında hələ də yaşamaqdadır.
Azərbaycanda Sovet dövründə digər milli-mənəvi dəyərlərimizlə yanaşı, Novruz bayramı da sərt qadağa və təqiblərlə üzləşirdi. Bütün bunlara baxmayaraq, xalq öz milli bayramını qeyri-rəsmi şəkildə olsa da, ailəsi ilə birgə qeyd edirdi. Azərbaycanın müstəqillik əldə etməsindən sonra isə xalqımız uzun illər ayrı düşdüyü milli-mənəvi dəyərlərinə, bayramlarına qovuşdu. Novruz bayramı ən yüksək səviyyədə öz layiqli qiymətini aldı və dövlət səviyyəsində daha böyük təntənə ilə qeyd olunmağa başlanıldı.
Hər il İçərişəhərdə bayram şənlikləri təşkil olunur, ölkə Prezidenti başda olmaqla mühüm rəsmi şəxslər də bayrama qatılır. Bugünlər xalqımız bahar bayramı Novruzu qarşılamağa hazırlaşır. Qoy bu Novruz özü ilə torpağımıza sülh, əmin-amanlıq, bərəkət və xoşbəxtlik gətirsin.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti
| ['milli bayramlar', 'novruz bayramı', 'bayramlar', 'Novruz'] |
860 | https://kayzen.az/blog/edebiyyat/20089/belinskinin-qoqola-m%C9%99ktubu.html | Belinskinin Qoqola məktubu | Apollon | Ədəbiyyat | 4 mart 2017, 19:09 |
Məqaləmi oxuyanda, orada qəzəbli adam gördüyünüzü deməkdə haqlısınız. Əslində, kitabınızı oxuyandan sonrakı vəziyyətimi ifadə eləmək üçün seçdiyiniz epitet hələ çox zəifdir. Amma Siz bunu istedadınızın pərəstişkarı olanların çox da ürəkaçan olmayan rəylərinə aid etməklə yanılırsız.
Yox, burada daha ciddi səbəb var. Təhqir olunmuş qürurla birtəhər barışmaq olardı, məsələ təkcə bunda olsaydı, bu barədə susacaq qədər ağıllı adam olduğumu düşünürəm. Amma həqiqət hissini, insan ləyaqətinin təhqirini udmaq olmur. Yalan və əxlaqsızlığı din pərdəsi altında, yalan və qırmancların köməyi ilə həqiqət və xeyir kimi təqdim eləyirlərsə – bu yerdə susmaq olmaz.
Bəli, mən sizi çox sevmişəm. Öz vətəninə bağlı olan, onun ümidlərini, şərəfini, şöhrətini sevən bir adam ölkəsinin şüur, inkişaf yolundakı öndərlərindən birini necə sevə bilərsə, mən də Sizi elə sevmişəm. Və bu sevgiyə olan haqqını itirəndən sonra, Sizin bir dəqiqəlik də olsa, sakitliyinizi itirmək üçün əsasınız vardı. Bunu deməklə mən öz sevgimi Sizin istedadınıza verilmiş böyük qiymət olduğunu iddia eləmirəm. Amma bu sevgi təkcə özümün deyil, nə mənim, nə də sizin heç vaxt görmədiyimiz, eyni zamanda sizi heç vaxt görməyən adamların sevgisinin ifadəsidir.
Mən nə kitabınızın alicənab ürəklərə saldığı kədəri, nə də bu kitab işıq üzü görən kimi vəhşicəsinə sevinən düşmənlərinizin – həm ədəbiyyata dəxli olmayan (Çiçikovlar, Nozdrevlər, Qorodniçilər), həm də adlarını yaxşı bildiyiniz, ədəbiyyata dəxli olan düşmənlərinizin halını sizə izah edə bilməyəcəm.
Özünüz yaxşı görürsünüz ki, kitabınızdan hətta ruhən ona çox yaxın olan adamlar belə üz çevirdi. Bu kitab dərin, səmimi inanclarla yazılmış olsaydı belə, insanlara belə təsir etməli idi. Əgər bu kitabı hamı (bəzi adamlar var ki, onların yaxşı rəyinə sevinməmək üçün onları görüb-tanımaq lazımdı) yer üzündəki niyyətlərə səmavi yolla yetişmək kimi hiyləgər, amma həddən artıq maskalanmış vasitə kimi qəbul ediblərsə – bunun da günahı təkcə Sizdədi. Burada təəccüblü olan bir şey varsa, bu da Sizin təəccüblənməyinizdi.
Məncə bunun səbəbi Sizin Rusiyanı fikir adamı kimi (bu rolu Siz kitabınızda uğursuzca oynamısınız) deyil, yaradıcı adam kimi tanımağınızın nəticəsidi. Özü də bu, Sizin fikir adamı olmamağınızdan irəli gəlmir, sadəcə Siz illərdir ki, Rusiyaya öz gözəl uzağınızdan baxmağa alışmısınız, o uzaqdan isə hadisələr olduğu kimi deyil, onları görmək istədiyiniz kimi görünür.
Siz öz gözəl uzağınızda yaşayırsınız, Rusiyaya uzaqsınız, öz içinizdə ya da məhdud bir çevrədə yaşayırsınız, amma özünüzün Rusiyaya təsirinizlə mübarizə aparmaqda özünüz də aciz qalarsınız. Buna görə də Siz Rusiyanın xilasının mistikada, asketizmdə, pietizmdə deyil, sivilizasiyanın, təhsilin, humanizmin uğurlarında olduğunu görməmisiniz. Ona dualar (bu duaları o çox oxuyub), dini moizələr (bu moizələri o çox eşidib) deyil, xalqda əsrlərdi çirkin və nəcisin içində tapdanmış insani ləyaqət hissinin oyanması, kilsə təlimi ilə idarə olunan deyil, sağlam məntiq və ədalətlə idarə olunan hüquq və qanunlar və onların ciddi icrası lazımdı. Bunların əvəzinə Rusiya adamların özlərinə heç bir haqq qazandırmadan, «zənci – insan deyil» deyən amerikalı plantatorlar sayaq insan alveri elədiyi, adamların özlərini adları ilə deyil, ləqəbləri ilə (Vanka, Steşka, Vaska, Palaşka) çağırdıqları, nəhayət, insan şəxsiyyəti, şərəfi, şəxsi əmlakı üçün heç bir zəmanətin, adi polis asayişinin olmadığı, sadəcə müxtəlif xidməti oğru və quldurların yaşadığı ölkədir.
Bu gün Rusiyada ən aktual, müasir milli məsələ: təhkimçilik hüququnun ləğv edilməsi, fiziki cəzanın ləğvi, imkan olduğu qədər heç olmasa, indi mövcud olan qanunların icrasıdır. Bunu hətta hakimiyyətin özü də hiss eləyir – o, mülkədarlarının öz təhkimliləri ilə necə davrandığını, birincilərin hər il nə qədər kəndli öldürdüyünü yaxşı bilir. Hakimiyyətin hərdən ağdərili zəncilərin xeyrinə əl atdığı gülünc yarımtədbirlər və birsaplı qırmancı üçtelli şallaqla əvəz eləməyi də buna sübutdur. Hazırda apatiyalı mürgüdə olan Rusiyanın həyəcanla məşğul olduğu məsələlər bunlardı!
Və belə bir zamanda özünün möhtəşəm, bədii, dərin həqiqətlə dolu əsərləri ilə Rusiyanın özünüdərkinə səbəb olaraq, bu ölkəni güzgüdə özünə baxmağa məcbur edən böyük yazıçı barbar mülkədarları İsa və kilsə adına öz kəndlilərini daha çox çapıb-talamağı öyrədən bir kitabla peyda olur. Bumu məni heyrətə gətirməməliydi? Siz mənim həyatıma qəsd eləməyə cəhd etsəydiniz belə, mən Sizə indi bu biabırçı sətirlərinizə görə elədiyim qədər nifrət eləməzdim. Bütün bunlardan sonra siz istəyirsiz ki, kitabınızın səmimiyyətinə inansınlar? Yox, Siz doğrudan da, Şeytanın deyil, İsanın həqiqətlərinə inansaydınız, o mülkədara elə yazmazdınız. Ona yazardınız ki, tabeliyindəki kəndlilərini İsa ona qardaş buyurub, qardaş isə qardaşın qulu ola bilməz, o bu kəndlilərə azadlıq verməlidi, ən pis halda ancaq onların xidmətlərindən istifadə etməklə kifayətlənməlidi. Və bunu mümkün qədər onları istismar etmədən, insafla eləməlidi.* Hələ «Ay səni, kirli baş-ayaq!» ifadəsi...Siz onsuz da öz ağalarına inanıb, özünü adam saymadığı üçün yuyunmayan bu mujikləri təhqir etməyə hesablanmış bu ifadəni hansı Nozdrevdən, hansı Sobakeviçdən eşitmisiniz? Bəs sizin idealını Puşkinin povestindəki axmaq qadının (onun fikrincə günahkarı da, zərərçəkmişi də kötəkləmək lazımdı) sözlərində tapdığınız rus ədaləti və məhkəməsi anlayışınız? Onsuz da bizdə çox vaxt məhz belə olur, əgər günahsızlığını pulla satın almaq imkanı yoxdursa, məhz günahsızı ittiham eləyirlər! Və belə bir kitabı siz mürəkkəb daxili proseslərin, ali mənəvi aydınlanmanın nəticəsi hesab eləyirsiniz? Belə ola bilməz. Siz ya xəstəsiniz və tezliklə müalicə olunmalısınız, ya da...fikrimi tamamlamağa cəsarət eləmirəm...
Qırmancın moizəçisi, cəhalət apostolu, qaramatın tərəfdarı, tatar ərəblərinin məddahı… – siz neynirsiz? Ayaqlarınızın altına baxın, siz uçurumun üstündə dayanmısınız. Bu təlimi siz pravoslav kilsəsi ilə əsaslandırırsınız, bunu hələ bir az başa düşmək olar – axı bu kilsə həmişə qırmancın dayağı və despotluğun hamisi olub – amma İsanı bu məsələyə niyə qatmısınız? Siz pravoslav kilsəsi lə onun arasında ümumi nə tapdınız axı?* İsa insanlara azadlıq, bərabərlik, qardaşlıq təlimi keçdi və bu təlimi öz əzabları ilə möhürlədi, öz təliminin həqiqiliyini bununla təsdiqlədi. Və bu günə — kilsə təşkil olunub ortodoks prinsipləri hoqqalarını başlatmayana qədər insanların xilası da onda idi. Kilsə isə iyerarxiya yaratdı, qeyri-bərabərliyin tərəfdarı, hakimiyyətin yaltağı, insanlar arasındakı qardaşlığın düşməni oldu və bu günə qədər də belədir. Amma İsa təliminin mənası ötən əsrin fəlsəfi cərəyanları sayəsində açılıb. Məhz buna görə də, Avropada öz kinayəsi ilə fanatizm və cəhalət tonqallarını söndürən hansısa Volter İsanın oğlu adına sizin istər şərqli, istərsə də qərbli rahiblərdən, arxiereylərdən, mitropolitlər və patriarxlardan daha çox layiqdir. Doğrudanmı siz bunu bilmirsiz? Axı bunu hər bir gimnaziyaçı bilir...
Doğrudanmı Siz, «Müfəttiş»i, «Ölü canlar»ı yazan adam, mənhus rus ruhanilərini katolik mənəviyyatından dəfələrlə üstün tutaraq, ona mədhiyyə oxuyursunuz?
Deyək ki, siz ikincinin nə vaxtsa nəsə olduğunu, birincinin isə kübar hakimiyyətin köləsindən başqa heç nə olmadığını bilmirsiniz. Amma doğrudanmı Siz bizim ruhanilərin ümumxalq nifrətə layiq olduğunu, rus xalqının ona nifrət elədiyini bilmirsiz?
Rus xalqı ədəbsiz lətifələri kimin barəsində barəsində danışır? Rahib, rahibin arvadı, rahibin qızı, rahibin köməkçisi barədə. Rus xalqı kimə zırrama nəsli, axmaq, yabı deyir? Rahiblərə! Məgər Rusiyada rahib acgözlüyün, xəsisliyin, yaltaqlığın, arsızlığın simvolu deyilmi? Guya Siz bütün bunları bilmirsiz? Qəribədir! Sizə elə gəlir ki, ruslar dünyanın ən dindar xalqıdı? Ağ yalandı! Dindarlığın əsasları pietizm, tanrı xofu, möminlikdi. Ruslar isə tanrının adını dilinə gətirərkən dallarını qaşıyır. O, ikonalar haqda bu məntiqlə düşünür – yarayar, dua eləyərik, yaramaz, küpün ağzını örtərik. Diqqətlə fikir versəniz, rusların xislətcə ateist xalq olduğunu görərsiniz. Onda xurafatçılıq ola bilər, amma dindarlıqdan əsər-əlamət yoxdur. Xurafatçılıq sivilizasiyanın inkişafı nəticəsində keçib-gedə bilər, amma dindarlıq dərin köklər buraxır.
Fransa buna canlı misaldır, bu ölkədə ziyalı, təhsilli adamların arasında da qatı katolik, ya da xristianlığın başını buraxsa da, hansısa tanrının varlığına inadla inanan insanlar var. Rus xalqı belə deyil: mistik ekzaltasiya onun xislətinə yaddır, onun ağlı, sağlam məntiqi yerindədi, yəqin ki, onun gələcəyindəki tarixi hadisələrin nəhəngliyi də elə bundadı. Bu xalqın hətta ruhaniləri də əsl dindar deyil – sakit, soyuq, asketik nəzərləri ilə seçilən bir neçə fərqli, istisna şəxsiyyət hələ heç nə demək deyil. Bizim ruhanilərin əksəriyyətinin əlamətdar cizgiləri yekə qarın, teoloji pedantlıq və vəhşi cəhalətdir. Onu fanatizmə qarşı dindar dözümsüzlükdə ittiham eləmək insafsızlıq olardı, əksinə, iman işində nümunəvi indiferentizmə görə ona tərif demək lazımdır. Dindarlarasa bizdə ancaq müxtəlif sektalarda rast gəlmək olar ki, onlar da olduqca az saydadır və bir-birinə ziddir.
Sizin rus xalqı və onun hakimləri arasındakı sevgi münasibətlərinə oxuduğunuz mədhiyyənin detallarına varmaq istəmirəm. Birbaşa deyirəm: bu mədhiyyənin oxuyandan sonra sizə rəhm edənlər də olmadı, biz hətta Sizə çox yaxın olan adamların da gözündən düşdüyünüzü gördük. Şəxsən mənə gəlincə, mütləqiyyətin ilahi gözəlliyindən (deyirlər bu sizə sərf eləyir) həzz almağı vicdanınızın öhdəsinə buraxıram. Amma ağıllı davranaraq, onu özünüzün gözəl uzaqlarınızdan seyr eləməyə davam edin – yaxından baxanda o çox da gözəl və təhlükəsiz deyil.
Bircə şeyi vurğulamaq istəyirəm: avropalı, xüsusilə də katolik olan avropalı dindarlıq havasına düşəndə, o yer üzünün güclərinin qanunsuzluğunu ifşa edən yəhudi peyğəmbərlər kimi, qeyri-bərabər hüququn ifşaçısı olur. Bizdə isə əksinədi, insan (hətta ən əxlaqsılı) psixiatr həkimlərin dindarlıq maniyası adlandırdıqları xəstəliyə düçar olanda, o yer üzündəki allaha göydəki allahdan daha çox yaltaqlanır. Özü də bunu elə cəni-dildən eləyəcək ki, tanrı özü onu qul ədəbinə görə mükafatlandırmaq istəsə belə, özünü insanların gözündən salacağının fərqinə varar. Budur qardaş, rus insanı budur.
Yadıma düşdü ki, kitabınızda bunu böyük və qeyd-şərtsiz həqiqət kimi iddia eləyirsiniz ki, sadə xalqa savad nəinki lazım deyil, hətta ziyandı. Heç bilmirəm, buna görə sizə nə deyim? Qoy Sizin vizantiya allahınız sizi bu vizantik fikrə görə bağışlasın, əgər bunları kağıza yazanda doğrudan da nə elədiyinizi bilmirdinizsə…
Mənə deyə bilərsiniz ki, «Ola bilər, mən yanılmışam. Fikirlərimin də hamısı yalandı. Amma siz nəyə görə yanılmaq haqqımı mənim əlimdən alırsınız? Yanılmalarımın səmimi olduğuna inanmaqdan niyə imtina eləyirsiniz?».
Cavab verirəm: çünki bu istiqamət Rusiyada birinci deyil. Düzdü kitabınız indiyə qədər yazılanlardan daha çox ağıl və istedadla yazılıb. Amma Sizdən əvvəlkilər daha həvəs və davamlılıqla işləyiblər. Nəticə əldə eləyənə qədər cəsarətlə hərəkət eləyiblər, hər şeyi vizantiya allahına verib, şeytana heç nə saxlamayıblar. Sizsə həm allaha, həm şeytana şam yandırırsınız, ziddiyyətlərə qapılırsınız, Puşkinə, ədəbiyyata və teatra bəraət qazandırırsınız amma Sizin qənaətinizcə bunlar insan ruhunu xilas etmək iqtidarında deyil, amma onu məhv eləməyə qadirdi.
Bu xalqın Sizin fikirlərinizin səmimiliyinə inanmasını düşünəndə, özünüzü rus cəmiyyətinin gözündə çox yüksək tutmusunuz. Axmaq adamlara yaraşdırılacaq şeylərə dahi adamlarda rast gələndə eyni reaksiyanı vermək olmur. Bəziləri bu qənaətə gəliblər ki, sizin kitabınız yaxşı mənada dəliliyə yaxın olan əqli pozğunluğun nəticəsidir. Amma onlar bu qənaətlərindən imtina eləməli oldular, axı məlumdur ki, kitab bir günə, bir həftəyə, bir aya yazılmayıb, onun ərsəyə gəlməsi bir və ya bir neçə il aparıb, bu fikirlərdə ciddi əlaqə var. səliqəsizcə səpələnmiş fikirlər əslində yaxşıca hesablanıb, hakimiyyətə oxunan mədhiyyə isə dindar yazarın yer üzündəki yaşayışını yaxşıca təmin edir. Buna görə Peterburqda belə şayiələr gəzir ki, kitabı yazılmasının səbəbi sizin varisin oğluna mənəvi ata olmaq niyyətinizdir. Hələ bundan əvvəl Peterburqda sizin Uvarova Rusiyada kitablarınızın yanlış başa düşülməsi barədə şikayət və təmənna dolu məktubunuz müzakirə olunurdu. İndi özünüz düşünün, bu kitabın sizi nəinki bir yazıçı, bir insan kimi də cəmiyyətin gözündən salmasına təəccüblənmək olarmı?
Gördüyüm qədərilə siz rus xalqını yaxşı başa düşmürsünüz. Onun xasiyyətini rus cəmiyyəti müəyyənləşdirir, bu cəmiyyətdə isə ağır məşəqqətlər altında əzilən təzə qüvvələr qaynayır və özünə çıxış yolu tapmadığı üçün bizdə ancaq apatiya, nisgil yaradır. Tatar senzurasına baxmayaraq, hələ ancaq ədəbiyyatda həyat və hərəkət var. Buna görə bizdə yazar adı belə hörmətə layiqdi, buna görə bizdə azacıq istedad qarşılığında belə ədəbi uğurlar belə asan əldə olunur. Şair adı, ədib ünvanı çoxdan epoletlər və zabit mundirlərinin şöhrətini kölgələyib. Buna görə bizdə azacıq istedadla müşayiət olunan liberal davranış belə ümumxalq diqqəti ilə qarşılanır. Buna görə özlərini səmimi ya qeyri-səmimi şəkildə pravoslavlığın, hakimiyyətin və kütlənin ixtiyarına verən şairlərin şöhrəti bir anın içində yox olur. Bir-iki sədaqət şeiri yazıb, kamer-yunker mundirini geyinəndən sonra xalqın sevgisindən məhrum olan Puşkin buna bariz misaldır.
Və siz kitabınızın özündəki bəd ovqata görə deyil, hamının üzünə səsləndirdiyiniz həqiqətlərin ifrat ağırlığına görə rüsvay olduğunu düşünürsünüzsə, çox yanılırsınız. Gəlin düşünək ki, Siz bunu qələm əhli barədə düşünə bilərdiniz, amma sadə camaat bu kateqoriyaya daxil deyil axı. Doğrudanmı «Müfəttiş» və «Ölü canlar»da bu xalqın üzünə dediyiniz həqiqətlərin belə sərt olmadığını düşünürsünüz? O əsərlər yazılanda bu xalq Sizə daha çox qəzəblənmişdi, amma bu qəzəb «Müfəttiş»i və «Ölü canlar»ı gözdən salmadı, amma axırıncı kitabınız sizi rüsvay elədi. Bu məsələdə xalq haqlıdı,: o rus yazıçılarında özünün yeganə öndərlərini, müdafiəçilərini, onu mühafizəkarlıqdan və qaramatdan qurtaracaq xilaskarını görür. Və buna görə də xalq öz yazıçısına pis, istedadsız kitabı bağışlamağa hazırdı, amma ona zərər vuracaq kitabı bağışlamağa hazır deyil. Bu cəhət, xalqda hələ körpə olsa da, nə qədər təzə, sağlam hissiyyatın olmasını göstərir və onun gələcəyinə ümid bağlamağa səsləyir.
Əgər Siz Rusiyanı sevirsinizsə, kitabınızın rüsvay olmasına mənimlə birlikdə sevinin!
Bir az özündənrazılıqla deyim ki, mən rus xalqını azdan-çoxdan tanıyıram. Kitabınızı oxuyanda onun xalqa deyil, hakimiyyətə, senzuraya pis təsir eləyəcəyindən ehtiyat elədim. Hakimiyyətin kitabınızı minlik tirajlarla nəşr etdirib, ucuz qiymətə satacağı barədə Peterburqda söhbət yayılanda, bəzi dostlar məyus oldular. Amma mən o vaxt bu adamlara dedi ki, bu kitab uğur qazanmayacaq və tezcə unudulub gedəcək. Budur, indi kitabınızdan daha çox onun barəsində yazılan yazılar xatırlanır. Bəli, ruslarda həqiqət instinkti hələ inkişaf eləməsə də, bu hiss onlarda çox dərindi!
Sizin müraciətiniz, səmimi ola bilərdi. Amma bunu ictimaiyyətə çatdırmaq fikri olduqca uğursuz idi. Sadəlövh möminliyin vaxtı çoxdan keçib, hətta bizim cəmiyyətdə belə. Bu insanlar artıq başa düşürlər ki, harda dua eləməyin heç bir fərqi yoxdur. Başa düşürlər ki. Yerusəlimdə İsanı axtaranların ya ürəklərində heç vaxt İsa olmayıb, ya da onlar İsanı çoxdan itiriblər. Başqasının əzabını görəndə iztirab çəkməyə qadir olan, əzabkeşlərə baxanda dünya başına dar olan adamlardı ürəklərində İsanı gəzdirənlər və onlara Yerusəlim-zad lazım deyil. Təlqin etməyə çalışdığınız itaət, əvvəla yeni fikir deyil, ikincisi, onun bir tərəfində dəhşətli yekəxanalıq, o biri tərəfində insanlıq ləyaqətinin ən rüsvayçı təhqiri ilə təqdim olunur. Nəsə qeyri-müəyyən bir mükəmməlik əldə etmək, möminliklə hamının fövqündə durmaq – bu ya yekəxanalığın, ya da ağıldankəmliyin ifadəsidir ki, hər iki halda riyakarlığa, saxtalığa aparır.
Bununla belə siz nəinki başqaları haqda – bu, sadəcə nəzakətsizlik olardı — elə özünüz barədə də iyrənc ifadələrlə danışırsınız ki, bu da artıq idbar görünür. Çünki yaxın adamının üzünə şillə vuran adam çaşqınlıq yaradırdı, öz üzünə şillə vuran adam iyrənc görünür. Yox! Siz ancaq qaramata bürünmüsünüz, sizdə aydınlanma-filan yoxdur. Siz bizim dövrün əsl xristian təliminin nə ruhunu, nə də formasını başa düşməmisiniz. Sizin kitabınızdan ölüm qorxusunun, şeytanın və cəhənnəmin qoxusu gəlir. O nə dildir, o nə ifadələrdir! «Cındırlar indi adam olub!» doğrudanmı siz belə düşünürsünüz ki, bu bibliya dilidir? Ciddi bir həqiqət var ki, insan yalanlara qurşananda, ağıl və istedad onu tərk edir. O kitabın üstündə adınız olmasaydı, orda özünüzdən bir yazıçı kimi bəhs etməsəydiniz, bu söz və ifadələr yığınının müəllifi «Müfəttiş»i və «Ölü canlar»ı yazan adamdır?
Şəxsən mənə gəlincə, təkrar eləyirəm: məqaləmi tənqidçilərinizə verdiyiniz cavablara reaksiya hesab etməklə yanılmısınız. Məni qəzəbləndirən təkcə bu olsaydı, mən elə bu məsələyə reaksiya verməklə kifayətlənər, qalan şeylər barədə isə sakit və təmkinlə danışardım. Amma bu da düzdü ki, Sizə diqqət göstərənlərə qarşı münasibətiniz elə də yaxşı deyil. Başa düşürəm, özünün axmaq tərifləri, çılğınlığı ilə adamı gülünc vəziyyətə salan səfehləri yerinə otuzdurmaq vacibdir, amma bu olduqca ağır işdi – çünki hətta saxta sevgiyə də qəddarlıqla cavab vermək insanlıqdan deyil.
Amma Siz, ağlı ilə seçilən adamlar olmasa da, hər halda axmaqlardan bəhs etmirdiniz. Bu adamların əsərinizi oxuyandan sonrakı heyrətləri sizin onlar barəsində dediklərinizdən daha çoxdur. Hər halda, onların Sizə qarşı entuziazmı təmiz və alicənab mənbədən qaynaqlanır, buna görə də, o adamları ümumi və şəxsi düşmənlərinizin ayağına vermək, üstəlik, onları əsərinizin tənqidi zamanı ifrat ittihamçı olmaqda ittiham etməyiniz ağıllı hərəkət deyildi. Əlbəttə, Sizin başınız kitabınıza qarışdığından, bunu ehtiyatsızlıqdan eləmisiniz, amma Vyazemski, aristokratiyada knyaz, ədəbiyyatda isə gədə olan bu adam Sizin fikirlərinizi inkişaf etdirərək, Sizə rəğbət bəsləyənlərə (ən çox da mənə) «danos» göndərdi. O yəqin ki, bunu Sizə minnətdarlığından elədi – axı Siz onun kimi sözü sözə calayan bir adamı böyük şair elan eləmişdiniz. Bunlar çox pis şeylərdi! Sizin istedadınızın dostu olanlarla ədalətli davranmaq vaxtını gözlədiyinizi (Siz qürur nümayiş etdirərək, düşmənlərə bunu nümayiş etdirmişdiniz ) isə mən bilmirdim, bilə də bilməzdim, açığı heç bilmək də istəməzdim. Mənim qarşımda Sizin kitabınız vardı, məqsədləriniz deyil. Mən Sizin kitabınızı oxudum, təkrar-təkrar az qala yüz dəfə oxudum və bu kitabdakı hər şey mənim ruhumu ağrıtdı, təhqir elədi.
Əgər mən hisslərimə tam sərbəstlik versəydim, bu məktub qalın bir dəftərə çevrilə bilərdi. Mən bunu nə qədər çılğınlıqla istəsəm də, heç vaxt sizə bu barədə yazmaq istəməmişdim. Baxmayaraq ki, Siz hamıya barənizdə həqiqəti yazmaq hüququ vermişdiniz. Rusiyada yaşadığım müddətdə mən bunu eləyə bilməzdim, çünki oradakı Şpekinlər başqalarının məktublarını açıb oxuyurlar. Özü də bunu şəxsən maraqlandıqlarına görə deyil, bu işin onların xidmət borcu olduğuna görə eləyirlər.
Amma bu yay vərəm xəstəliyi məni ölkədən getməyə məcbur elədi. Nekrasov Sizin məktubunuzu mənə Zaltsburna göndərdi. Bu gün mən buranı tərk eləyib, Annenkovla birlikdə Parisə yollanıram. Məktubunuzu gözlənilmədən almağım mənə imkan verdi ki, kitabınızı oxuyandan sonra sizin barənizdə düşündüklərimin hamısını özünüzə deyim. Mən yarımçıq danışmağı bacarmıram, mən biclik eləməyi bacarmıram – bu, mənim xislətimə yaddır. Ya Siz, ya da qoy zaman mənə barənizdə yanıldığımı sübut eləsin. Buna ən birinci özüm sevinərəm, amma Sizə dediklərimə görə peşmançılıq çəkmərəm. Burada söhbət mənim ya Sizin şəxsiyyətinizdən getmir. Barəsində danışdığımız məvhum məndən, hətta Sizdən də dəfələrlə yüksəkdə dayanır. Söhbət rus cəmiyyətindən, Rusiyadan gedir.
Bu da mənim axırıncı, yekun sözüm: əgər Siz qürurlu bir barışqanlıqla sözün əsl mənasında dahiyanə əsərlərinizdən imtina etmək bədbəxtliyin yaşamısınızsa, onda indi səmimi barışqanlıqla axırıncı kitabınızdan imtina etməli, onun nəşrinin günahından tövbə eləməli və günahınızı əvvəlki dahiyanə əsərlərinizi xatırladacaq yeni kitablarla yumalısınız.
Zaltsbrunn
15 iyul, 1847-ci il
Tərcümə: Günel Mövlud
| ['rus ədəbiyyatı', 'Belinski', 'Qoqol'] |
861 | https://kayzen.az/blog/psixologiya/20109/danninq-kruqer-effekti.html | Danninq-Kruqer effekti | DrELM | Psixologiya | 1 mart 2017, 11:21 |
1999-cu ilə Kornell Universitetinin psixologiya şöbəsindəki elm adamları (Danninq və Kruqer) maraqlı araşdırma aparırlar. Bu araşdırmaya görə 2000-ci ildə müəlliflərə Şnobel mükafatı təqdim olunur. Təcrübənin ilhamlandığı hadisə iki bankı qarət etmiş oğrunun üzünü limon suyu ilə islatdıqdan sonra kameralar tərəfindən gözəgörünməz olduğuna inanması olmuşdur.
Bu təcrübədə sübut olunur ki, səriştəsiz insanlar xəyali böyüklük (illusory superiority) halına düçar olaraq özlərinin olduqlardan daha çox çoxbilmiş hesab edirlər.
Digər nəticə isə ondan ibarətdir ki, qabiliyyətli insanlar öz qabilliyyətlərini kiçik görür və yanlış olaraq onlara asan gələn işlərin eyni zamanda hamıya da asan olduqlarını düşünür.
Danninq və Kruqer belə fikir irəli sürdülər ki:
1. Təcrübəsiz insan öz qabiliyyətinə ifrat dərəcədə çox dəyər verməyə meyillidir.
2. Təcrübəsi olmayan birisi mütəxəssisin qabiliyyətini dərk edə bilmir.
3. Təcrübəsiz insan öz qabiliyyətsizliyinin ölçüsünü görmək iqtidarında deyil.
4. Əgər bu insanlara təhsil verilərsə keçmişdəki səhvlərini görüb qəbul edirlər.
Nəticə etibarilə bir insan bir mövzu haqqında nə qədər az bilirsə, həmin az bilik o insana hər şeyi bilirmiş kimi özünə arxayınlıq və özgüvən verir.
«Dünyanın dərdi, ağıllıların hər zaman şübhə içindəykən, avamların kobudcasına özlərindən əmin olmalarıdır.»
Bertrand Russell
Araşdırma məqaləsi: http://www.ncbi.nlm.nih.gov/pubmed/10626367
| ['psixologiya', 'təcrübə', 'özgüvən', 'səriştəlik'] |
862 | https://kayzen.az/blog/yazar/19993/dayanmadan-yaza-bilm%C9%99k-%C3%BC%C3%A7%C3%BCn-n%C9%99-etm%C9%99li.html | Dayanmadan yaza bilmək üçün nə etməli? | Apollon | Yazıçılar | 27 fevral 2017, 22:30 |
Əslində Asimov heç də həftənin 7 günü, gündə 8 saat mətn yazmayıb. O hər səhifə başı dayanır, ruhdan düşür və mütəmadi başına bədbəxt hadisələr gəlirdi. Ancaq yazıçı ideyalarının tükənməməsi üçün həyatını taktika və strategiyalara bölmüşdü. Gəlin yazıçının texnikası ilə tanış olaq.
1. Heç zaman öyrənməyi dayandırmayın
Asimov təkcə elmi fantastik əsərlərin müəllifi deyildi, o həm də Kolumbiya universitetində kimya üzrə doktorluq dissertasiyası müdafiə etmişdi. O fizika, qədim dünya tarixi, hətta İncil haqda kitablar yazmışdı. Bəs yazıçı peşəkarların belə öz sahəsində yetərsiz olduğu dövrdə necə bu hərtərəfli elmi səviyyəyə yüksəlmişdi? Onun sirri doktorluq dərəcəsi aldıqdan sonra belə həyatı boyu öyrənməyi dayandırmamaqda idi.
Özü bu haqda deyirdi:“Təkcə məktəb təhsilimlə belə cürbəcür mövzularda kitablar yaza bilməzdim. Daim özünütəhsillə məşğul olmuşam. Hər gün kitabxanamdakı kitabların sayı artmış və mən bilmədiyim mövzularda yazmamaq üçün onlara qapılmışdım”. Yaxşı ideyalar istehsal etmək üçün, gərək yaxşı ideyalar mənimsəyəsən. Diplomla iş bitmir, əksinə hələ yeni başlayır. Isaac Asimov yeniyetməlik dövründə əlinə keçən hər şeyi oxuyurdu.
“İstiqamətimi hələ müəyyənləşdirə bilmədiyim üçün oxuduğum cürbəcür kitablar üzərimdə izlər qoyub. Mənim iyirmi fərqli sahəyə marağım olub və beləcə də qalıb. Beləliklə mən mifologiya, İncil, Şekspir, tarix, elm və s. haqda kitablar yazmışam” Cürbəcür kitablar oxuyun, marağa qapılın, dayanmadan özünüzə investisiya qoyun.
2. Dalanlardan qorxmayın
Həyatına baxdıqda Asimovun tez-tez yazıçı tıxanıqlığı yaşayırmış. “Adətən elmi-fantastik romanlar üzərində işləyərkən tıxandığımı və bircə söz də yaza bilmədiyimi aşkarlayırdım” – deyə yazıçı avtobioqrafik əsərində deyir. Tıxanmaq normaldır. Peşəkarın həvəskardan fərqi odur ki, o tıxandıqdan sonra özünə gəlib işini yarımçıq qoyduğu yerdən davam edə bilir. Asimov belə halların onu dayandırmasına imkan vermir və illər boyu çalışaraq özü üçün strategiya yaratmışdı.
“Oturub gözümü boş səhifələrə zilləmirəm. Gecə və gündüzlər boyu ideyasız başla gəzinmirəm. Sadəcə romanı bir kənara atıb yarımçıq qoyduğum onlarca işin birinin qulpundan yapışıram. Dərgilər üçün məqalələr, esselər, hekayələr yazıram, sənədli ədəbiyyat üzərində işləyirəm. Onlardan yorulana qədər düşüncəm işləməyə hazır olur və bu minvalla təxəyyülüm yenidən dolub-daşır. Yenidən romanın üzərinə qayıdıram və görürəm ki, yenə də asanlıqla yazmağa davam edə bilirəm.”
Yazıçı bu sözləri ilə yazıçı peşəkarlığının irəliləyən pillələrində qarşılaşılan bir vəziyyəti izah edir. Onun fikrinə görə insan beyni üzərində işləməkdən yorulduğu mövzudan ayrılıb başqa işlərə yönələndə, şüuraltında yeni ideyalar üçün məkan açılır.
3. Müqavimətdən çəkinin
Bütün yaradıcı adamlara – alimlərə, yazarlara, rəssamlara ideya yaratmaq qorxusu tanışdır. İnsan yeni bir düşüncəni dünyaya gətirənəcən, minlərlə tənqidçi və dağıdıcı güc onu inkar etmək üçün sırada hazır gözləyir. Bəzən yazar bir məqaləni çap etdirdikdən sonra qorxudan ona verilən şərhlərdən qaçır. Bu qorxu yaradıcılığın ən böyük düşmənlərindəndir Steve Pressfield “Sənət müharibəsi” kitabında bu qorxunu müqavimət adlandırır. Isaac Asimovda tez-tez bu qorxudan bəhs edirdi.
“Adi yazıçılar adətən iş zamanı öz yazdıqlarından şübhəyə düşürlər. Məsəlçün, elə indicə yazdıqları cümlə bir məna daşıyırmı? Bəlkə onu dəyişib daha yaxşı formaya salmaq olar? Adi yazıçılar daim mətni yenidən gözdən keçirir, bəyənmir və düzəlişlər edir, daim başqa özünüifadə yolu axtarır və heç vaxt axıra kimi razı qalmır”. – o deyirdi.
Asimov fikirlərin başqaları tərəfindən qəbul olunmama sindromunun insanı “mükəmməlçiliyə” doğru apardığını düşünürdü. Bəli bu müdafiə hissi yaradır, ancaq yalançı müdafiə. Yazıçı çətin vaxtlarda onun arxasında gizlənir, ancaq digər yandan ideyalar inkişaf etməyə fürsət tapmamış məhv olub gedir. Asimovla bizim fərqimiz burdadır o ideyalarını ifadə etməkdən çəkinmir, bunun üçün hətta yazıçı tıxanıqlığına da razı olurdu.
4. Standartları aşağı endirin
Isaac Asimov ideallara can atmağa həmişə mənfi yanaşırdı. Onun sözlərinə görə birinci dəfədən hər şeyi ideal etməyə çalışmaq böyük səhvdir. Bunun yerinə əsas detallara fikir vermək lazımdır. O deyirdi ki, özünüzü yeni bir əsər yaratmağa hazırlaşan rəssam kimi təsəvvür edin. O əvvəlcə kompozisiyanı beynində canlandırır, sonra rəng ahəngini, balansı və s. düşünməyə başlayır. Bunu edərkən xırdalıqlarda diqqətli olmağa çalışır. Heç bir rəssam ilk dəfədən Mona Lizanı yarada bilməz, ona görə də standartları endirmək məsləhətdir. Əvvəlcə sınaq məhsulu, müvəqqəti cizgiləri, kobud qaralamanı yaradın. Ancaq yazıçı bütün bunları edərkən özündən əmin olmalıdır: “Yazıçı oturub yazdığının keyfiyyətindən narazılıq etməməlidir. O işini sevməlidir. Mən şəxsən işimi sevirəm”.
5. Daha çox yazın
Isaac Asimov mükəmməlçilik bəlasından xilas olmaq üçün daha çox əsər yaratmağı məsləhət görür. “Müəyyən kitabın çapa hazırlanıb ardıyca yenisini yazmaq məcburiyyəti olanda yazıçının “kitabı necə qarşılayacaqlar, necə satılacaq kimi” narahatçılıqları sovuşub gedir. Çünki o artıq bir neçə başqa kitabı satışa verib və indi də bir neçəsi üzərində işləyir. Bunun sayəsində onun həyatında sülh və əminamanlıq hökm sürür.” Asimovun fikrincə əgər hər bir neçə həftədə yazıçının yeni əsəri ortaya çıxırsa onun uğursuzluq haqda düşünməyə vaxtı olmayacaq. Ona görə də yazıçı hər həftə yeni nələrsə yazmağa çalışmalıdır, beləliklə o “ideal”dan qurtula bilər.
6. Sirli üsul
Isaac Asimovun yazıçı dostlarından biri ideya yoxsulluğundan əziyyət çəkir və bir dəfə yazıçıdan soruşur: “Sən bu qədər ideyanı hardan tapa bilirsən?” Asimov cavab verir: “Mən düşünürəm, düşünürəm, düşünürəm, özümü öldürmək həddinə qədər düşünürəm. Bəs nə bilmişdin, yaxşı ideya asan başa gəlmir?...”
Asimov yazır ki, gecələr boyu otağında təkbaşına oturub ideyalar düşünürmüş. “Keçən gecə yuxum gəlmirdi, uzanıb yazmalı olduğum şeylər haqda düşünürdüm və düşünüb, düşünüb ən kədərli yerdə ağlamağa başladım. Bu mənimçün gözəl bir gecə oldu”. Asimov deyirdi ki, əgər ideyaları düşünüb tapmaq asan olsaydı, heç kim bu işlə məşğul olmazdı.
(Məqalədə Isaac Asimovun avrobioqrafik kitabı «It's Been a Good Life»dən istifadə olunub)
oxuzali.az
| ['yazıçılıq dərsləri', 'yazmaq', 'Isaac Asimov'] |
863 | https://kayzen.az/blog/stil/19998/kreml%C9%99r.html | Kremlər | Apollon | Yaraşıqlı görünüş, gözəl imic | 27 fevral 2017, 22:29 |
BB-krem
BB-kremin mənası «beauty balm» və ya “blemish balm”, yəni gözəllik balzamı kimi tərcümə olunur. O, dəridə yaxşı örtük yaradır və hər bir mövsüm üçün münasibdir. Dərini heç də nəmləndirici kremdən pis nəmləndirmir. Elə bu səbəbdən də onu üzə sürtəndə ağırlıq yaratmır, sanki nəmləndirici krem effekti verir. BB-kremi iltihabdan sonra dərinin həddən artıq qabıq verməsinin qarşısını alır, dəri tonunu bərabərləşdirir və artıq piqmentasiyanı və aradan qaldırır. Makiyaj altı üçün gözəl təməldir, qüsurları maskalayır və günəş şüalarından qoruyur. Lakin dəri baxım məhsullarından imtina etməyi və təkcə BB kremlərinə yönəlməyi tövsiyə etmirik. O dərini nəmləndirirsə də, bütünlüklə nəmləndirici kremi əvəz edə bilməz.
CC-krem
BB-kremlərinin uğurundan sonra kosmetika şirkətləri CC-kremlərini satışa çıxarıb. İngiliscədən “сolor сontrol” sözlərinin baş hərflərindən götürülən CC kremlərinin mənası dəri rənginə nəzarət etmək deməkdir. Buradan belə nəticəyə gəlirik ki, CC kremlərinin əsas funksiyası dəri rəngini korreksiya etməkdir. Onlar ilk növbədə dəridə sarımtıl və ya qızartılarla mübarizə üçün yaradılıb. Ona görə də CC-kremlərinin teksturası yuxarıdakından xeyli fərqlənir. Və bir qayda olaraq, bu kremlər daha asan və tez yayılır. CC-kremlərinin tərkibində parıltılı hissəciklər var və bu məhsullar dəriyə işıq verir. Bu kremlərin teksturasında dərini ağırlaşdırmayn SPF və antioksidantlar var. Lakin CC-kremlər yağlı və problemli dərilər üçün uyğun deyil.
DD-krem
DD formulunun yaradılması tonal kremlərin inkişafında daha bir addım olub. O dərini CC və BB kremləri kimi müdafiə və qulluq etmir. Yeri gəlmişkən qeyd edək ki, “Daily defense” sözlərindən götürülən DD kremlərinin mənası “gündəlik müdafiə” deməkdir. DD-kremləri dərini günəşdən və sərbəst radikallardan yüksək səviyyədə qoruması ilə seçilir. Meqapolislərin sakinləri üçün əla variantdır. Lakin ondan sui-istifadə etməyə dəyməz, çünki o dəri məsamələrini bağlamağa qadirdir. Yekunda onu demək olar ki, DD-kremləri qocalan dəri üçün uyğundur.
РР-krem
“Pink рerfect” ("Çəhrayı mükəmməllik") yəni, PP kremləri makiyaj üçün yaxşı bazadır. Kremin tərkibindəki silikon hissəciklər dərinin bütün kələ-kötürlüyünü, çapıqları doldurur və üzü hamar edir. Odur ki, tübikdə çəhrayı rəngli kremi görəndə qorxmayın. O, dəridə şəffaf və görünməz olur. Lakin dərini nəmləndirməyi və əvvəlcədən təmizləməyi unutmayın. РР-kremini çəkdikdən sonra cəsarətlə seçdiyiniz tonal kremi vurmaq olar.
EE-krem
“Extra еxfoliation” — EE-kremləri dəri hüceyrələrini yeniləyir, günəşin təsirindən müdafiə edir, ona parıltı və yüngül rəng verir. Bəziləri onun funksiyalarına dərini ultrabənövşəyi şüalardan, hətta ləkələrdən qorumaq kimi xüsusiyyətləri də daxil edir. EE kremi tez-tez istifadə üçün və həssas dəri sahiblərinə tətbiq etmək məsləhət deyil. Krem qismən piqment ləkələrini gizlətməyə qadirdir.
| ['krem', 'kremlər', 'BB krem', 'CC krem', 'DD krem', 'PP krem', 'EE krem'] |
864 | https://kayzen.az/blog/rus-dili/18784/rus-dilinin-b%C9%99zi-orfoqrafik-qaydalar%C4%B1.html | Rus dilinin bəzi orfoqrafik qaydaları | 2ral | Rus dilini öyrənək | 26 fevral 2017, 18:57 |
Bu məqalədə sizin diqqətinizi rus dilini öyrənməyinizlə əlaqədar olaraq, bəzi mühüm məsələlərə cəlb etmək istəyirəm.
Birincisi, çoxları ь və ъ hərflərini düzgün işlətmir və həmin hərflərin olduğu sözləri düzgün tələffüz etmirlər. Məsələn: шью yerinə шју (bəzən dəшију), съел əvəzinə sel və ya, siyеl, syеl işlədirlər və s. Ikincisi, sözlərin hansında ь və hansında ъ yazmaqda çətinlik çəkirlər. Misal üçün, подъезд sözünü подезд, подијезд kimi yazırlar. Üçüncüsü, sonu ь, ilə bitən isimlərin bir qismi kişi cinsinə, digərləri isə qadın cinsinə aid olduğu üçün şagirdlər həmin isimlərin cümlədəki başqa sözlərlə uzlaşmasında səhvə yol verirlər. Məsələn, день kişi cinsə aid olduğu halda, тень sözü qadın cinsli isimdir. Теплый день—düzgündür, lakin пробежал тень desək və yazsaq səhvə yol vermiş olarıq. Пробежала тень deyilməli və yazılmalıdır. Bu qayda конь (kişi cinsi), лошадь (qadın cinsi) isimlərinə də aiddir. Dördüncüsü, fel formalarında ь müxtəlif hallarda yazılır. Misal üçün: Он трудится.—Ему надо трудиться.
Yuxarıda qeyd etdiyimiz məsələlərlə əlaqədar olaraq aşağıdakıları bilmək lazımdır:
1. Əgər ь səsi saitlə samit səs arasında tələffüz edilirsə (məsələn: şyu, syel, muravyi), bu halda yazıda hər üç səsin birləşməsi xüsusi qayda ilə təsvir olunur: samit hərfdən sonra е, ё, ю, я, и-dən əvvəl ь və ya ъ yazılır. Onlar da (yəniь və ъ) bölüşdürücü işarələr (hərflər) (разделительные) adlanır. ъ hərfi, е, ё, ю, я-dan əvvəl iki halda yazılır:
sonu samit səslə bitən pristavkaların (sözönlərin) axırında: подъем, предъюбилейный, объявление, подъезд;двух, трех, четырех saylarından düzəlmiş mürəkkəb sözlərdə: двухъярусный və s.
2. Sozün qalan hissəsində ь, е, ё, ю, я və habelə и hərflərin-dən əvvəl yazılır. Məsələn: шьёт, обезьяна, воробьи, вышьёт. Başqa dillərdən alınma sözlərin əvvəlində və axırında saitdən sonra к (я) əvəzinə ью yazılır: гор. Нью-Йорк, е (ё) əvəzinə isə alınma sozlərin çoxunda ьo yazılır: батальон, бульон, медальон və s.
Ay adlarından düzəlmiş aşağıdakı sifətlərdə ск suffiksindən qabaq da ь (мягкий знак) yazılır: (сентябрьский, ноябрьский, декабрьский, июньский, июльский, февральский, апрельский, habelə деньской (день—деньской—bütün günü), январский sözü ь-sız yazılır.
Felin məsdər forması (инфинитив) əksər hallarda ь-la bitir; читать, беречь, течь, рассказать, уважать, рисовать, одеваться və s. Saitlərdən sonra qayıdış fellərində ь yazılır: одевать, радуюсь və s. Indiki və sadə gələcək zamanın ikinci şəxsin təki də ь-la yazılır: рассказываешь, читаешь, напишешь, принесешь və s.
Felin üçüncü şəxsinin təki və cəmi qalın tələffüz olunur və ь-sız yazılır. Məsələn: Арзу читает и смотрит. Полад умывается. Lakin məsdər formanı felin üçüncü şəxsindən fərqləndirmək lazımdır. Fel məsdər formada что делать? və что сделать? suallarına cavab olur və ь-la yazılır. Müqayisə edək: Расим трудится и Расиму надо трудиться. Он пишет и Ему надо писать və s. Fel üçüncü şəxsdə что делает? və что сделает? suallarına cavab verir, özü də ь-sız yazılır. Əgər felin əmr forması samit səslə bitərsə bu samitdən sonra ь yazılır: кинь, киньте (at, tulla, atın, tullayın), брось, бросьте və s.
| ['rus dili', 'rus dilinin qrammatikası', 'orfoqrafiya qaydaları'] |
865 | https://kayzen.az/blog/daily-problems/19999/i%C5%9Fd%C9%99-diqq%C9%99tsizlik-sindromu.html | İşdə diqqətsizlik sindromu | Apollon | Gündəlik həyatın çətinlikləri | 26 fevral 2017, 11:02 |
Hamını başına diqqətsizlik və tələskənlik səbəbindən səhvə yol vermək və buna görə də danlanmaq kimi hadisələr gəlir. Bəzən bizim qeyri-iradi diqqətsizliyimiz digərləri tərəfindən səhlənkarlıq və məsuliyyətsizlik kimi qiymətləndirilir. Halbuki, hamıdan daha tez və düzgün yerinə yetirmək istəyirik və buna görə də tələsirik. Amma başımıza gələn əsas bəlaları tələskənlik üzündən olur.
Əslində tələskənlik və diqqətsizlik hissləri müəyyən simptomlar, əlamətlərdir. Onlar daha dərin bir problemin təzahürləridir. Bu ya işdə, ya da sizin daxilinizdə olan bir nüansla bağlıdır, ya da hər ikisinin kombinasiyasıdır. Elə ki, siz problemin mənbəyini anlayırsınız, çıxış yolu istiqamətində addım atmaq sizə daha asan olur.
Amma tələskənlik və diqqətsizliyin səbəbini anlamaq üçün özünüzdə aşağıdakı suallar cavab tapmalısınız.
• Məsələ iş yerinin özündə ola bilərmi?
• Sizin iş mühitiniz çox hərəkətli və xaotikdirmi?
• Sizin işlərin son icra və təhvil müddəti qeyri realdırmı, yəni həmin vaxtda işləri çatdırmaq mümkünsüzdür, bəlkə sizin menecerlər çox tələbkar və səhvləri cəzalandırmağa meyllidir və daima işi təzyiqdə saxlamağa çalışırlar?
• İşdəki digər yoldaşlar da eyni əlamətlərdən əziyyət çəkir və narahatlığı yaşayırmı?
• Siz düşünürsünüz ki, tələskənlik və diqqətsizlik hissi təkcə sizdə baş qaldırıb və yalnız sizə xasdır?
Əgər siz iş yerinin həmin simptomların əlaməti kimi istisna edirsiniz və bu səbəbi kənara qoyursunuzsa, onda məsələnin mənbəyini üzə çıxarmaq üçün bir neçə başqa sual da vermək olar. Yeniyetməlik və uşaqlıq dövründə siz başqa oxşar simptomlarla mübarizə aparmısınız?
Məsələn: daima hər yerə gecikmək, qeyri mütəşəkkillik, plansızlıq, unutqanlıq, öhdəliklərin öhdəsindən gələ bilməmək hissi və s. Sizin diqqətiniz asanlıqla yayılırmı, bəzən balaca bir tapşırığın üzərində saatlarla vaxt keçirirsiniz, baxmayaraq ki, daha vacib və təcili işləriniz var. Sizdə belə hisslər olurmu ki, vaxtında çatdırmaq və digərlərindən geri qalmamaq üçün əksər yoldaşlarınızdan daha çox və daha gərgin işləməlisiniz.
Bu simptomlar sizin şəxsi həyatınıza da sirayət edirmi? Tələskənlik, səhvlərə yol vermək və diqqətin asanlıqla yayılması əksər hallarda, amma heç də həmişə deyil, daha böyük bir əlamətlər yığınının bir hissəsi olur və bu əlamətlər birlikdə formal olaraq, diqqət defisiti adlanan sindromu təşkil edir.
Xroniki tələskənlik və diqqət defisiti
Xroniki tələskənlik və diqqətsizlik ilə mübarizə üçün birinci strategiya – dəyişə biləcəyinizlə bağlı ümid yaratmaqdır. Hələ ki, sizin özünü tələsməyəcəyiniz və diqqətli olacağınız barədə verdiyiniz vədlər bir işə yaramayıb – bu fakt olduqca təəssüf doğurur. Davamlı diqqət defisiti sindromundan əziyyət çəkən insanların çoxu həyatında böyük ağrılar yaşayıb. Onlar hər şeyi öz həmyaşıdları ilə müqayisədə daha çox çətinliklə əldə etdiklərini düşünürlər. Onların davranışı bəzən nəinki kənar şəxslər, hətta onların özləri tərəfindən belə düzgün anlanılmır, bəzən diqqətsiz, məsuliyyətsiz, nizamsız, hətta tənbəllik kimi xüsusiyyətlərə yozulur. Həqiqət isə odur ki, diqqət çatışmazlığı genetika ilə ötürülür və neyrobioloji şərtlərlə əsaslanır.
Diqqətsizlik sindromu iradə və ya xarakter zəifliyi deyil, sadəcə bioloji xüsusiyyətdir. Güclü iradə gücünə sahib olmaq problemin həll etmir. Problemin həlli özünü dərk etmək və sizin müvəffəqiyyət əldə etməyiniz üzün müvafiq strategiyalar tətbiq etməkdir. Tələskənlik və diqqətsizlik ilə mübarizə aparmaq üçün bəzi effektiv strategiyalar isə bunlardır:
Proyekti vaxtından əvvəl başa vurmağa çalışmayın, hətta işi bitirmək üçün daxilinizdə olduqca güclü bir tələbat hiss etsəniz də.Böyük layihələri – xırda hissələrə parçalayın ki, onları idarə etmək daha asan olsun.Saatdan istifadə edin. Fikri asanlıqla yayınan insanlar zamanın necə keçməsini fərqli cür qavrayırlar. Hər tapşırığa başlamaq üçün vaxt müəyyən edin və tapşırığın həlli üçün özünüzə vaxt limiti təyin edin. Taymerdən istifadə edin ki, bir tapşırığı və ya işi sizə bir dəfəyə başa vurmağa kömək etsin. Özünü bu işin icrası üçün lazım olduğunu düşündüyünüzdən daha çox vaxt verin (çünki arada fikir yayınmasına yol verəcəksiniz). Hər 30 dəqiqədən bir isə özünüzə 10 dəqiqəlik istirahət verin.Mümkün olduğu qədər çalışın ki, öz iş mühitinizi özünüz qurasınız. Stolunuzu üzü divara çevirin ki, əlavə fikir yayındırıcı amillər sizi narahat etməsin. Hansı vəziyyətdə daha yaxşı çalışdığınızı və işlərin daha yaxşı getdiyini müəyyən edin. Əksər insanlar sakit, kənar səs-küysüz və çaxnaşma olmayan mühitdə daha yaxşı fəaliyyət göstərə bilir. Qoy, sizin iş yoldaşlarınız bilsin ki, nə vaxt sizi narahat etmək olmaz.Görmə dairəsinin xüsusiyyətləri. Masa üzərində və ya görmə dairənizdə yalnız üzərində çalışdığınız əşyaları saxlayın.
Kənar fikirlərin sizin konsentrasiyanızı dağıtmağa başladığı məqamları tanımağı öyrənin. Diqqətsiz olduğunuz məqamlarda buna görə özünüzü həddin artıq danlamağı və üzməməyi də öyrənin. Yenidən özünüzü tapşırıq üzərinə kökləyin. Sözün əsl mənasında diqqətinizi konsentrasiyada saxlamaq üçün özünüzə məlumat yollayın. Məsələn “diqqətini yayındırma” adlı bir qeyd yaza və onu göz önündə yerləşdirə bilərsiniz. Sizi fikrinizdən yayındıra biləcək, diqqətinizi narahat edəcək ideya və fikirləri bir yerə yazın ki, sonra onları nəzərdən keçirə biləsiniz.Sağlam həyat tərzi sürün, yaxşı pəhriz və yuxu vərdişlərinə əməl edin. Energetik idman hərəkətləri edin, mütəmadi olaraq məşq edin. İdman hərəkətləri, beynin fəaliyyətini optimallaşdırır və beynin müəyyən hormon və fermentlərini stimullaşdırır, bununla da diqqətliliyə və konsentrasiya olunmağa öz təsirini göstərir. Əksər günlərdə, xoşaldığınız hərəkətlərlə məşq etməyə çalışın, yəni sevdiyiniz üslubda məşq edin. Təmiz havada dolaşın. Dəyişikliklər bir gündə və bir saatda baş verməyəcək, amma təmkinlik, praktika və müsbət münasibətin ahəngi sizə tələskənlik və diqqətsizlik hissinin öhdəsindən gəlməyə köməklik edəcək.
banker.az
| ['iş həyatı', 'diqqətsizlik', 'işdə diqqətsizlik'] |
866 | https://kayzen.az/blog/orqanizmin-inki%C5%9Faf%C4%B1/19951/u%C5%9Fa%C4%9F%C4%B1n-ya%C5%9F%C4%B1na-uy%C4%9Fun-boyu-v%C9%99-%C3%A7%C9%99kisi.html | Uşağın yaşına uyğun boyu və çəkisi | Apollon | insan orqanizminin inkişafı | 24 fevral 2017, 21:24 |
Valideynlər arasında övladlarının boyu və inkişafı ilə əlaqədar kifayət qədər narahatçılıqlar var. Bəzən uşaqların bir qismində fiziki inkişafdan geri qalma müşahidə olunur. Məsələn, 8 yaşı olan uşağa 5-6 yaşda nəzərdə tutulmuş geyim alınır. Bu gün orta boy səviyyəsi kişilər üçün 175-177 sm, qadınlar üçün isə 163-166 sm hesab olunur. Gəlin, inkişafdan ləngimənin əsas səbəblərini araşdıraq və boyu artırmaq üçün nəzərdə tutulmuş prinsiplərdən yararlanaq.
Boyun ləngiməsinə təsir edən əsas səbəblər:
1. Uşaqda hər hansı xroniki xəstəliklərin olması
2. Qeyri-rasional birtərəfli qidalanma
3. Orqanizmdə qurd-parazitin olması
4. Fiziki hərəkətsizlik — hipodinamiya
5. Psixoloji travmalar
6. Boy hormonunun defisiti
7. İrsiyyət
Uşağın boyunu artırmaq üçün nə etməli?
1. Düzgün balanslanmış qida: rasionda meyvə-tərəvəzi, dənli bitkiləri, süd məhsullarını, yumurtanı, ət-balığı artırmaq, xəmir xörəklərini, şirniyyatı, konservantları isə azaltmaq lazımdır. Rasionu xüsusən kalsium, sink, A, E, D vitaminləri ilə zənginləşdirmək məsləhətdir. Sink mineralı, əsasən oğlan uşaqlarının boy artımına və ümumi inkişafına müsbət təsir göstərir. Mal əti, quş əti, boranı tumları, buğda kəpəyi və paxla bitkiləri sink ilə daha zəngindir.
2. Fiziki aktivlik, bəzi idman növləri: üzgüçülük, basketbol, yüngül atletika boyu stimullaşdırır, əksinə, ağır atletika, güləş kimi idman növləri — ləngidir.
3. Tam normal yuxu vacibdir. Uşaqların yuxuda böyüməsinin elmi əsası var. Aparılan tədqiqatlar göstərilmişdir ki, boy hormonu yuxu zamanı formalaşaraq ifraz olunur. O səbəbdən vaxtında yatmaq və yuxudan doymaq çox vacib amildir.
4. Günəş şüaları və təmiz hava. Uşaqların və yeniyetmələrin aktiv inkişafı üçün bol günəş və hava lazımdır. Təmiz havada, erkən günəş işığı altında gəzişmək və gün qəbul etmək insan orqanizmi üçün çox önəmlidir, çünki səhər tezdən günəş şüaları dəridə daha fəal D vitaminə çevrilərək, uşağın fiziki inkişafına, xüsusilə də dayaq-hərəkət sisteminə müsbət təsir göstərir.
5. Mədə-bağırsaq sistemi fəaliyyətinin normal olması. Hamıya məlumdur ki, insan orqanizminin inkişafı üçün lazım olan nutriyentlər (vitaminlər, minerallar, zülallar, yağlar və s.) mədə-bağırsaq traktı vasitəsilə orqanizmə daxil olur.
Bu səbəbdən həzm sisteminin qaydada olması gələcək nəslimizin sağlamlığının bünövrəsidir. Qurd-parazitlər, mədə-bağırsağın, öd kisəsinin, qaraciyərin iltihabi zədələnmələri həzm sistemini pozaraq, uşağın inkişafına nəzərə çarpan dərəcədə mənfi təsir göstərir.
Uşaqlarda boy və çəki cədvəli
Valideynlər uşağın boyunu, çəkisini normada olub-olmadığını öyrənmək üçün dəfələrlə həkimə müraciət edirlər, çünki harmonik, yəni yaşa uyğun inkişaf sağlamlığın əsas göstəricilərindən biridir. Nəzərinizə çatdırdığımız cədvəl əsasında yaşından asılı olaraq, uşağın boyunu və çəkisini asanlıqla təyin edə bilərsiniz.
Şəhla Rüstəmova, tibb elmləri üzrə fəlsəfə doktoru, pediatr
| ['uşaq sağlamlığı', 'uşağın boyu', 'uşağın inkişafı'] |
867 | https://kayzen.az/blog/qadin/20028/b%C3%BCt%C3%BCn-i%C5%9Fl%C9%99rini-%C3%A7atd%C4%B1ran-qad%C4%B1nlar.html | “Bütün işlərini çatdıran” qadınlar | Apollon | Qadın | 24 fevral 2017, 21:23 |
Xəstəliklər, depressiyalar və psixoloji problemlərlə əlaqəli fövqəladə halları nəzərə almasaq, ümumilikdə bütün qadınlar bütün işləri eyni cür çatdırır. Çünki, istəsək də, istəməsək də, sutkada cəmi 24 saat var. Bir insan real olaraq müstəqil şəkildə həm uğurlu karyera qura, pul qazana, təsərrüfat apara, uşaqlarını təlim və tərbiyə edə, yaradıcılıqla məşğul ola və həm də ictima layihələrdə iştirak edə bilməz.
Əgər bir qadın deyirsə ki: “Mənim 4 uşağım var, mən bu, bu, bu, bu, bu və bu ictimai layihələrlə məşğulam və uşaqlar bağçadan və məktəbsonrası məşğələlərdən qayıdanda biz çox xoşbəxt oluruq” – belə görünür ki, o qadının uğur qazanmasının sirri dəqiq planlaşdırma yox, uşaq bağçası və məktəbsonrası məşğələlərdir. Bu nə pis, nə də yaxşıdır. Sadəcə olaraq, bu qadın ictimai layihələri özünə prioritet olaraq seçib və uşaqlarım təlim-tərbiyəsini isə uğurlu şəkildə başqalarına həvalə edib.
Həyatımın bu mərhələsində mənim prioritetim uşaqlarımdır. Bir çox şeyləri çatdırıram, uşaqlarım bağçaya və ya məktəbə getmir, bu mənim seçimimdir, bu mənim üçün vacibdir, lakin, bununla bərabər evim daim dağınıqdır, heç vaxt tam olaraq özümə vaxt ayıra bilmirəm və karyeram sıfıra bərabərdir.
Yəni, aydındır ki, hər şeyi çatdırmaq qeyri-mümkündür. Bəs o zaman hər şeyi vaxtında çatdıran qadınlar barədə əfsanələr necə meydana gəlir? Mənim fikrimcə bu sadəcə qadının və onun ətrafının prioritetlərinin üst-üstə düşməsi səbəbilə baş verir. Əgər ailədə bütün qadınlar nəsillər boyunca ideal evdar qadın olub, müntəzəm şəkildə 3 növ yeməklə bəzənmiş nahar süfrələri açıblarsa, paltar tikib, toxuyub və çarpaz tikmə ilə məşğul olublarsa, sənin soyuducun isə yarım-fabrikatlarla doludursa, bu dəhşətdir! Əgər evdə köməkçi tutsan, hamı elə biləcək ki, sən heç nəyi çatdırmırsan və hətta bu il səni Nobel mükafatına layiq görüblərsə də, sən uğursuz bir qadınsan!
Əgər sənin üçün mühüm olan insanlar həyatda əsas şeyin karyera olduğunu düşünürlərsə, sən isə artıq neçə ildir ki, evdə oturmusansa, heç adını da çəkən yoxdursa, o zaman 10 uşağın, malikanən, təsərrüfatın və 2 inəyin də olsa, hamı səni uğursuz hesab edəcək.
Qadının və onun ətrafındakıların priotetləri üst-üstə düşdükdə hər şey mükəmməl gedir. Onda cəmiyyət səni ürəkləndirir, hər cür kömək göstərir və sənin özünüdəyər hissini yüksəldir. Ən pis hal isə, qadının prioritetlərinin ətrafdakı heç kim tərəfindən dəstəklənməməsidir. Xoşbəxtlikdən, bizim diyarlarda xüsusilə indi, internet əsrində bu cür ifrat münasibətə çox rast gəlinmir. Orta hesabla, hər bir qadının ətrafında müxtəlif dəyərlər sisteminə malik çox fərqli insanlar var. Odur ki, fikirlər də müxtəlifdir. Mənim qaynanam üçün də uşaqları daim prioritet olublar. O məni Ceyms Bondun qadın forması, hər şeyi bacaran və hər şeyi çatdıran bir qadın kimi tanıyır. Digər tərəfdən, bəzi tanışlarım məni heç nəyi çatdırmayan, ancaq “süd verməyi və burun silməyi” bacaran korazehin bir qadın hesab edir.
Və əsas məsələ, hansı növ insanların ətrafımda daha çox olmasıdır. Xoşbəxtlikdən, bu msələdə hər şeyi öz istəyimə uyğun nizamlamaq imkanım var.
Bir sözlə, uzun-uzadı yazmağa ehtiyac yoxdur. Demək istədiyim odur ki, uğur məsələsi – əksər hallarda vaxtın düzgün idarə olunması və özünütəşkil yox, daxili prioritetlər, hisslər və cəmiyyətdə münasibət məsələsidir.
Yeri gəlmişkən, cəmiyyət qadına nə qədər sərt çərçivələr qoysa, qadın vaxt azlığını bir o qədər bəhanə edəcək. Dırnaqlarımı boyamağa və pekinsayağı ördək bişirməyə vaxtım yoxdur demək, bu sadalananları etməyə ehtiyacın olmadığını kiməsə izah etməkdən daha asandır. Özü də, bu cür bəhanələr, heç nəyi çatdırmayan qadınlar haqqında dolaşan əfsanələri daha da şişirdir.
Müəllif: Yelena Zamyatkina
Mənbə: «Про женщин, которые “всё успевают”»
Tərcümə edən: Xumar Ərşadlı
| ['qadın', 'işgüzar qadın'] |
868 | https://kayzen.az/blog/aforizmler/20022/h%C9%99yat-bir-sabun-k%C3%B6p%C3%BCy%C3%BCd%C3%BCr.html | Həyat bir sabun köpüyüdür | Apollon | Hikmət dənizi və aforizmlər | 23 fevral 2017, 11:22 |
Həyat bir sənətdir. Və insanoğlu, həyatının həm sənətkarı, həm də alətidir. Özünü tam olaraq necə yaradıbsa, elə də tapacaqdır. İnsanoğlunun hazır olaraq doğulmadığını unutmayın; nə zaman doğulmuş olarsaq olaq, bizlər, yonulmamış daşlar kimiyik. Və o daşların çevriləcəyi heykəllərin gözəl və ya çirkin olacağını müəyyən edən, onları yaradan da bizlərik.
İnsanoğlu özünü həm yox etmə, həm də yenidən yaratmaq gücünə sahibdir.
İnsanoğlu özünü hər an, hər dəqiqə durmadan yeniləyər. Öz-özünü doğurması gərəkdir. Bu dayanmayan doğum sənətini bilməyənlər, çox uzun zaman əvvəl öldüklərini bilməlidirlər.
Kəşflər, kəşflər, kəşflər! Hər gün neçə-neçə kəşflər edilir! Yenə də, gündən-günə həyat kədərlə dolur. Artıq, cəhənnəmi təsvir edə bilmək üçün, xəyal gücünüzə ehtiyacınız yoxdur. Dünyaya işarə edib, “Bax, Cəhənnəm belə bir şeydir.” deməyiniz kifayətdir. Yaxşı bəs, bu mərhələyə necə gəldik? Səbəb budur ki, insan özünü kəşf edə bilmədi.
Həyatın bir başlanğıcı və ya bir sonu yoxdur. Sadəcə bədən doğular və sadəcə bədən ölər. İçimizdəki şey, bədən deyil. Həyatdır. Bunun fərqinə vara bilməyənlər, yaşamış olsalar da, hər zaman ölüm tərəfindən əhatə edilmiş olacaqlar. Fərqinə varanlar isə, ölümün içində belə, həyatı tapacaqlar.
Tanrı adına fantaziyalar öyrədilir. Lakin həqiqətin fərqindəliyi, xəyal gücü ilə yaranmaz, sadəcə, bütün xəyal gücündən vazkeçilərsə, yaranar. Xəyal gücünün içində yaşayan biri, bir yuxuda yaşayır. Olub bitəni yox, öz görmək istədiyini görər.
Dünya üzərində yaşayın, amma ona aid olmayın.
“Həyatın ən sirli açarı nədir?” Mənə nə zaman bu sualı versələr, “yaşayarkən ölmək” deyə cavab verirəm.
Yaşlı bir Brahma rahibi var imiş. Kor olduğu vaxt, uşaqları, müalicə üçün əməliyyat olmasını istəyir, lakin rahib imtina edir. “Niyə gözlərə ehtiyacım olsun; 8 oğlum, 8 gəlinim və bir də ananız var. Mənim üçün görə biləcək 34 göz var ikən, 2 dənə əskik olsa nə olar?” deyir. Və uşaqlarının nəsihətlərinə qulaq asmır. Bir gecə evdə yanğın baş verir. Hər kəs canını xilas etmək üçün bayıra qaçır. O anda yaşlı adam heç kəsin yadına düşmür və rahib alovlar içində kül olur. Buna görə də, övladım, qətiyyən cahillik mövzusunda israr etmə. Bilmək, öz gözlərinə sahib olmaqdır. Bundan başqa, güvənəcəyin bir şey yoxdur.
Həyat nədir? Həyatın sirrindən içəri girin. Elə-belə yaşasanız, həyatı tükəndirə bilər, lakin onu əsla bilə bilməzsiniz. Enerjinizdən, həyatı elə-belə yaşamaq üçün yox, eyni zamanda onu öyrənmək üçün də istifadə edin. Onu öyrənə bilən insan, eyni zamanda, onu yaşamağı da bacaracaq.
Hər kəs öz həyatını yaratmaq məcburiyyətindədir, eynilə, bir insanın, rəqs etməyi öyrənməsi kimi.
Bu dünyada kim hüzur istəməz ki? Lakin insanlar bunun fərqində deyil və onlara hüzur verəcək qaynaqları axtarmazlar. İç varlığımız hüzuru arzulayarkən, etdiyimiz hər şey sadəcə və sadəcə hüzursuzluğumuzu artırır. Unutmayın, ehtiras, hüzursuzluğun qaynağıdır. Hüzuru axtaran insan, ehtiraslarından qurtulmalıdır. Ehtirasların bitdiyi yerdə, hüzur başlayar.
Hüzur axtarın. Lakin unutmayın, onu əgər öncə öz içinizdə tapa bilməsəniz, başqa heç bir yerdə tapa bilməzsiniz. Hüzur, xaricdəki bir şey deyil. O sizi içinizdəki musiqiyə bağlayan və sizin tərəfinizdən yaradılacaq bir şeydir. Buna görə də, hər vəziyyətdə qarşımıza çıxa bilər.
Xoşbəxtlik hər yerdədir, lakin hər kəs, onu təcrübə edə biləcək qəlbə sahib deyil. Bugünə kimi, qəlbini onu təcrübə etməyə açmayan kəs onu tapa bilməmişdir. Bu, özəl bir yerə və ya şərtlərə sahib olmaqla bağlı bir şey deyil. Önəmli olan, insanın xoşbəxtlik duyğusuna çata bilməsi üçün, doğru halda olmasıdır. Beləliklə, hər vəziyyətdə və yerdə xoşbəxtliyi tapacaq.
Düşüncələrinizdən qurtulun. Düşüncələr olmadan harada olursunuzsa olun, Allah sizinlə olacaq. Onu axtarmaq üçün hara gedəcəksiniz? Yaxşı, əslində nə olduğunu tam olaraq bilmədiyiniz bir şeyi necə axtara bilərsiniz? Onu axtararaq yox, içinizdə hüzur yaradaraq tapa bilərsiniz. Bugünə qədər heç kim ona getməyib. O daha çox onu doğru şəkildə dəvət edənə özü gələr. Bunu bilənlər, bir məbədə çevrilər. Mənbə:
Oşo – “Həyat bir sabun köpüyüdür” kitabı.
Hazırladı: Fidan Aslanova
| ['Oşo', 'Oşo aforizmləri', 'hikmət dənizi'] |
869 | https://kayzen.az/blog/maraqli-faktlar/20050/%C9%99n-q%C9%99rib%C9%99-m%C3%BCalic%C9%99-metodlar%C4%B1.html | Ən qəribə müalicə metodları | Apollon | Maraqlı faktlar | 23 fevral 2017, 11:17 |
Dünyada tibb elmi durmadan inkişaf edir. Bununla yanaşı, bizim üçün çox qəribə görünən müalicə metodları da qalır.
1. Mətbəx baltası – çapacaqla müalicə
Son illərə qədər Çin və Tayvanda bu gün hamımızın evində istifadə etdiyi ət doğradığımız mətbəx baltası – çapacaqla müalicə geniş yayılmışdı. Nə qədər qəribə də olsa, iti kəsici imkanları olan bu çapacaqlardan masaj məqsədilə istifadə ediblər. Çapacağı bədənə yumşaq toxundurmaqla onu irəli-geri hərəkət etdiriblər. Bu qəribə masaj növü əsasən insanın bel, baş əl-ayaq nahiyələrində tətbiq edilirdi. Müalicəvi funksiyası isə qanın bədəndə normal axınını təmin etmək, bədənin bir nöqtəsində ilişib qalan enerjini bütün bədən boyunca hərəkət etdirməkdən ibarət olub. Çapacaqla masajın ən önəmli cəhəti bədəndə yatan enerjini oyatmaq və insanda aktivliyi bərpa etməkdir. Bu üsul Çinin bəzi yerlərində indi də tətbiq edilir.
2. Qırmancla müalicə
Bu müalicə üsulu qədim dövrə yox, XXI əsrin Rusiyasına aiddir. Sibirdə psixoloji klinikada tətbiq edilir. Əsasən narkotikdən, alkoqollu içkilərdən istifadə edənləri və cinsi əlaqə aludəçilərini müalicə etmək üçün tətbiq olunur. Bu qəribə müalicə üsulu qırmanclama vasitəsilə həyata keçirilir. Arxası üstə uzanan, içki, narkotik aludəçiliyindən əziyyət çəkən pasiyent qırmanclanır. Üsulu ilk dəfə sınaqdan keçirən rus psixoloqlarının fikrincə, qırmanc zərbələri bədənin narkotik və spirtli içkiyə tələbatını azaldır. Müəyyən müalicə kursundan sonra həmin tələbatlar sıfıra yaxınlaşır. Onu da qeyd edək ki, bu, at qırmancı deyil, o qədər də çox ağrı verməyən materialdan xüsusi üsulla hazırlanır. Deyilənlərə görə, sadalanan xəstəlikləri başqa yerdə müalicə edə bilməyənlər burada müsbət nəticə əldə ediblər.
3. Kartof qabığı ilə müalicə
Yanıq yeri uzun müddət kartof qabıqları ilə müalicə edilib. Bunun ilk səbəbi təbii ki, daha ucuz vasitə olması idi. Amma həqiqətən də yanıqların sağalmasında kartof qabığının xeyri çox olub. O, nəmi uzun müddət tərkibində saxladığı üçün yanıqdakı göynərtini azaldıb. Həm də kartof qabığının tərkibində olan xüsusi kimyəvi maddələr dəridəki duzluluğu aradan qaldırdığı üçün yaranın sakitləşməsi və daha tez sağalmasına səbəb olub.
4. “Özünü yandırmaqla” müalicə
Bu üsul da ilk dəfə Çində tətbiq edilib. Çində mikrobdan əziyyət çəkəm Jui Binti adlı gənc maddi imkansızlıq səbəbindən müalicə oluna bilməyib. Əlacı hər yerdən kəsilən gənc qəribə bir müalicə üsuluna əl atıb. Çünki həkimlərdən qanındakı mikrobların ancaq yüksək temperatur nəticəsində məhv olacağını eşidib. Odur ki, yüngül ocaq qalayaraq yarım metr hündürlüyündə iki qalın ağac parçasını həmin ocağın üzərinə qoyub. Sonra arxası üstə ağacların üzərinə uzanıb. 25 yaşlı gənc bu addımı ilə çoxlarının diqqətini özünə çəkə bilib. Müsbət nəticə ilə sonuclanmasa da, bu üsul bir şəxsin həyatda yaşama istəyini özündə bütün çalarları ilə əks etdirir.
5. Beyni yarmaqla müalicə
Beyindəki miqren ağrılarını, yüksək beyindaxili təzyiqin əzablarından qurtulmaqdan ötrü nəinki Şərq, eləcə də orta əsrlər Avropasının özündə də beyində dəliklər açaraq bu ağrıların azalmasına inanıblar. Deyilənlərə görə, bu üsul tibbi və elmi cəhətdən inkişaf etməyən bir çox ucqar yerlərdə hələ də qalmaqdadır. Onlar bununla ağrıların beyindən çıxacağına inanırlar.
6. Yumurta ilə müalicə
Bu üsul da uzun müddət qədim Çində tətbiq edilib. Çinin bəzi yerlərində indi də qalmaqdadır. Bədəndə gedən çürümənin qarşısını almaq üçün az qaynadılan yumurtanın qabıqlarını əzib 30 dəqiqə bədənin çürüyən hissəsində saxlayırlar.
7. Kirli corablarla müalicə
Bu üsul XX əsrə qədər Avropada da tətbiq olunurdu. Müalicəvi tərkibi bilinməsə də, hər halda insanlar bunu tətbiq edirdilər. Boğaz ağrısından əziyyət çəkən xəstənin boğazına axşam yatarkən kirli və iyli corablar bağlayarmışlar. İnsanlar nədənsə inanırdılar ki, həmin kirli corablar onların boğazlarını müalicə edəcək. Təbii ki, bu o qədər də normal qarşılanmır. Amma kirli corabın boğaza bağlanmasının yeganə müsbət tərəfi nəfəs almada ritmi bərpa etməkdir. Sürətli nəfəsalma pis qoxuların təsiri ilə nisbətən zəifləyir. Yəqin ki, boğazda qıcıqlanma yaradan həmin sürətli nəfəslərin zəifləməsini insanlar boğazın sağalması hesab edib.
8. İlanlarla müalicə
Bu üsul İsrailin bir elmi tədqiqat institutunda aparılıb. Burada revmatizmi məhz diri ilanların vasitəsilə müalicə ediblər. Tədqiqatın nəticələri mərkəz tərəfindən gizli saxlanılıb. Lakin alimlər israrla bu müalicənin ev şəraitində aparılmamasını tövsiyə ediblər.
9. Çiy tütünlə müalicə
Çiy tütün uzun müddət qulaq ağrılarının ən yaxşı dərmanı hesab edilib. Sarsıdıcı qulaq ağrısından əziyyət çəkən adamın qulağına tütünü topa halında qoyaraq bağlayıblar. Tütün ağrıları keyidirmiş.
10. Şokoladla sarımsağı qarışdırmaqla müalicə
Bu sintez yəqin ki, bir çoxlarına qəribə gəlir. Bir tərəfdə şirin şokolad, digər tərəfdə isə acı sarımsaq. Amma insanlar yaddaş zəifliyini aradan qaldırmaq, hafizəni möhkəmləndirmək üçün bu qarışıqdan istifadə ediblər.
| ['müalicə', 'müalicə üsulları', 'qeyri-adi müalicə üsulları'] |
870 | https://kayzen.az/blog/evdarliq/19896/yem%C9%99k-bi%C5%9Firm%C9%99-%C3%BCsullar%C4%B1.html | Yemək bişirmə üsulları | Apollon | Evdarlıq | 21 fevral 2017, 23:18 |
Yemək bişirmək bir sənətdir. Bu sənətin də müxtəlif növləri var. Bir çox xanımlar bu üsulları bilsələr də, bəzilərimiz yemək bişirməyin hansı üsullarının olduğundan xəbərsizik. Deyək ki, bu üsulları bilsək də, bəzən, yemək bişirmə prosesində səhvlərə də yol veririk. Bu yazıda çoxumuzun bilib səhv etdiyi, çoxumuzun isə ümumiyyətlə xəbərsiz olduğu yemək bişirmə üsullarından sizin üçün yazırıq.
Qaynatma üsulu ilə yemək bişirmək
Qaynatma üsulu ilə yemək bişirmək ərzaqların suda qaynama dərəcəsinə gətirilərək bişirilməsidir. Qaynadılma suyu su, ət, toyuq suyu və ya süd ola bilər. Burada 2 nüansa diqqət etmək lazımdır:
1. Ərzaqlar qaynar suya əlavə olunur və təkrar qaynama nöqtəsinə gətirilir, bişməyə davam edilir.
2. Ərzaqlar soyuq suya əlavə edilir, qaynadılır və daha sonra suyu azaldılır, bişməyə davam edilir.
Qaynatma üsulu ilə bişirməyin məqsədi ərzaqların qoxusunu qorumaq, həzmin asanlaşdırılması və qida dəyərləri baxımından güvənilən olmasıdır.
Zəif odda bişirmə üsulu
Bu üsulla kiçik hissələrə bölünmüş ərzaqlar az miqdarda su ilə və zəif odda bişirilir, həmin az su ilə də bişdikdən sonra servis edilir. Qida dəyərinin qorunması baxımından ən yaxşı bişirilmə üsuludur. Əsasən, qaz sobasında və ya sobada bişirilir. Bu üsulla mükəmməl istilik dərəcəsi qaz sobasında 82, sobada isə 170 dərəcədir.
Buxarda bişirmə üsulu
Ərzaqlar buxarda bişirilir. Bu üsulda qida dəyərinin itirilməsi az, həzm isə asan olur. Rəng və forma itirilmir, buna görə də, estetik cəhətdən çox gözəl görüntü olur. Buxarda bişirmək üçün geniş bir qabda su qaynadılır, onun üzərinə dəlikləri olan bir qab və ya buxar qabı yerləşdirilir, ərzaqlar da bu qaba qoyulur. Üzəri də qapaqla örtülür. Ərzaqlar yumşaqlaşana qədər bişirilir.
Sobada bişirmə üsulu
Burada ərzaqlar sobada bişirilir. Hər ərzağın bişirilmə dərəcəsəsi fərqlidir.
Qızartma üsulu ilə bişirmə
Ərzaqların sulu yağda və ya bitki yağlarında qızardılması üsuludur. Az və ya çox yağda qızartma olaraq iki yerə ayrılır. Qızartma qida dəyərinin çox itirilməsinə səbəb olduğu üçün ürək-damar xəstəliklərinin yaranmasına yol açır. Belə xəstəlikləri olan insanlar qızartma yeməklərdən uzaq olsalar yaxşı olar.
| ['evdarlıq', 'yemək bişirmək'] |
871 | https://kayzen.az/blog/fizikl%C9%99r/19910/mariya-sklodovskaya-k%C3%BCri.html | Mariya Sklodovskaya-Küri | Apollon | Görkəmli fiziklər | 21 fevral 2017, 23:16 |
1867-ci il 7 Noyabr dünya ilə bir adı olan fizik və kimyagər Mariya Sklodovskya-Küri doğulmuşdur. Polyak əsilli fransız kimyagəri və fiziki olan bu qadın iki dəfə Nobel mükafatı laureatı (fizika (1903) və kimya (1911)) olmuşdur.
Mariya Kyürinin elmi fəaliyyətində həyat yoldaşı Pyer Kürinin də böyük rolu olmuşdur. Onların 1895-ci ildə baş tutan evliliyi tezliklə dünya əhəmiyyətli nəticələr əldə edən əməkdaşlığın təməlini qoydu. 1896-cı ildə A. Anri Bekkerel təsadüf nəticəsində xarici işıq mənbəyi (Günəş və ya süni işıq) olmadan uran duzlarının şüalanmasını kəşf etdi. Bu, fiziklər üçün əsl sürpriz idi. Sonralar Mariya Bekkerelin bu kəşfini “radioaktivlik” adlandırdı. Fiziklər və kimyaçılar qarşısında əlavə sual meydana çıxdı: görəsən, bu xassə yalnız urana və onun duzlarınamı məxsusdur, yoxsa bu başqa elementlərdə də var? Mariya Küri məhz bu sual ətrafında əri Pyer Küri ilə birlikdə uranda aşkarlanan radioaktivliyin digər elementlərdə mövcud olmasını araşdırmağa qərar verdi və toriumda da radiovtivlik olmasını aşkarladı.
Pyer Kürinin özünü əsasən yeni radiyasiyanın fiziki cəhətdən öyrənilməsinə həsr etdiyi halda, Mariya Küri metal halında saf radium əldə etməyə çalışırdı. O, bu işə ərinin şagirdlərindən biri olan kimyaçı Andre-Lui Debirin köməyi ilə nail oldu. Mariya bu tədqiqatın nəticələrinə əsasən elmlər doktoru adını qazanmışdı və 1903-cü ildə Mariya və Pyer Bekkerel ilə bərabər radioaktivliyin kəşfinə, «radiasiya hadisəsinin tədqiqindəki əvəzedilməz müştərək fəaliyyətlərinə görə» görə fizika üzrə Nobel mükafatına layiq görülmüşlər.
1906-cı ildə Pyer Küri nəqliyyat qəzasında həlak oldu. Lakin Mariya Küri ona təyin olunan pensiyadan imtina edir. Həyat yoldaşının qəfil ölümü Mariya Küriyə ağır zərbə oldu, lakin həmçinin bu hadisə onun karyerasında dönüş nöqtəsi idi: bundan sonra o, bütün enerjisini Pyer Küri ilə başlatdıqları elmi işi təkbaşına tamamlamağa həsr etdi. O, 13 may 1906-cı ildə həyat yoldaşının ölümündən sonra vakant qalan professorluq vəzifəsinə təyin edildi və bununla da Sobon Universitetində dərs deyən ilk qadın professor oldu. Onun sonrakı təcrübələri radiumu metal şəklində almaqdan ibarət olmuşdur. Xanım fizik bu nəticəyə 1910-cu ildə Anri Debirinlə birgə nail olmuşdur.
Mariya və Pyer Küri
O, həmçinin Beynəlxalq Çəki və Ölçü vahidləri Bürosuna radioaktiv maddələrin ilk etalonunu hazırlayıb təqdim edən alim kimi də məşhurdur. Mariya Kürinin digər fundamental nailiyyəti kimya sahəsinə aiddir. O, 1911-ci ildə «kimyanın inkişafındakı əvəzedilməz fəaliyyətinə: radium və polonium elementlərinin kəşf edilməsi, saf halda radiumun ayrılması və bu möhtəşəm elementin təbiətinin öyrənilməsinə görə» kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Bununla da o, Nobel mükafatını iki dəfə alan ilk şəxs kimi elm tarixinə düşmüşdür.
4 iyul 1934 -cü ildə Mariya Küri radioaktiv şüalanmanın yaratdığı qan xərçəngindən dünyasını dəyişdi.
| ['görkəmli fiziklər', 'Mariya Küri', 'Mariya Sklodovskya-Küri', 'fizika'] |
872 | https://kayzen.az/blog/etiket/19936/tibbi-etik-qaydalar-n%C9%99l%C9%99rdir.html | Tibbi etik qaydalar nələrdir? | Apollon | Etiket və nəzakət qaydaları | 20 fevral 2017, 20:51 |
Tibb sistemindən şikayətlənən vətəndaşlarımızla yəqin hər gün qarşılaşırsınız. Haqlı tərəfləri vardır — doğrusu, bizim səhiyyə sistemimizi bəyənmək üçün həqiqətən kor, ya da vicdansız olmalısan. Səhiyyəmiz barəsində yersiz tərif yağdıranların çoxu əsasən ikincini, yəni vicdansızlığı seçirlər. Lakin yenə də onları qınamıram, zira bizim cəmiyyət vicdansızlığı geniş təbliğ edir və mükafatlandırır.
Sözümün canı isə başqadır.
Hüquqda belə bir mövhum vardır: qanundan xəbərsiz olmaq müafiyyətə, yəni məsuliyyətdən azad olmağa gətirib çıxarmır. Əksər şeyləri, elə götürək tibbi etika qaydalarını, həkimlərin davranış və müayinə sırasında hansı “adət-ənənəyə” uyğun davrandıqlarını çoxumuz bilmirik. Çoxumuz bu məsələ haqqında kökündən yanlış təsəvvürə malikdir.
Gəlin, tibbi etikaya kiçik bir nəzər yetirək. Doğrudur, tibbi etika haqqında məsələni məndən daha yaxşı yaza biləcək insanlarımız vardır, lakin onlar susqunluq nümayiş etdirdikləri üçün özümü qabağa verirəm.
Ümumi müddəalar. Təbabət elmdir, yoxsa sənət?
Təbabətin necə bir disiplin olduğuna dair hələ də mübahisələr getməkdədir. Bir çox həkim təbabəti isbata dayalı elmə əsaslanan peşə növü olaraq düşünürlər. Bir sözlə, təbabət tətbiqi bir elm növüdür. Məsələn, bir var riyaziyyat, ali riyaziyyat, bir də var tətbiqi riyaziyyat. Axırıncının praktik tərəfi vardır — bu gün istifadə etdiyimiz bütün cihazlar tətbiqi riyaziyyatın bir qolu olan kompüter proqramçılığı sayəsində işləkdirlər.
Elmin postulatları, tənlikləri, qanunları olur. Təbabət elminin də riyaziyyat, fizika, biologiyada olduğu kimi qanunları, düsturları vardır. Lakin təbabət tətbiqi bir elm olduğu, məhz peşə olaraq insanlara istiqamətləndiyi üçün onun bir də etik qaydaları vardır. Bu qaydalar elmi qanunlar kimi mütləq, isbata dayalı, hər şəraitdə keçərli müddəalar deyildir — bir çox qaydanın kağız üzərində təsviri belə yoxdur. Ancaq təbabət insanlıq tarixi qədər qədim olduğu və hər gün istifadə edildiyi üçün formalaşmış etik qaydaları aşağı-yuxarı bəllidir.
Qısa tarixçə
Tibb etika haqqında bilinən ilk mətn 5-ci əsrin əsəri olan “Formula Comitis Archiatrorum”-dur. Amma müasir Şərq, eləcə də Qərb tibbinin qaydaları Hippokrat, sadə xristian əxlaqı, İbn Sina və həmyerlimiz Ər-Razinin əsərlərinə əsaslanırlar. Müasir dövrdə qanun hökmündə mətn olaraq qəbul edilmiş etik prinsiplər Britaniyada, qismən ABŞ və Kanadada mövcuddur.
Əsas müddəalar
Tibb etikanın çərçivəsini təşkil edən 4 prinsip Tom Böşamp (Tom Beauchamp) və Ceyms Çayldress-in (James Childress) “Biomedikal etikanın prinsipləri” kitabında təsvir edilibdir. Bunlar:
— Hürriyətə hörmət prinsipi: xəstə müalicə metodunu seçmə və ondan imtina haqqına sahibdir (Voluntas aegroti suprema lex.)
-Mənfəət prinsipi: xidmət verən həkim xəstənin mənfəətinə uyğun davranmalıdır (Salus aegroti suprema lex.).
— Xəsarət verməmək prinsipi: xəstəyə yardım etməklə bərabər ona əlavə xəsarət verməkdən çəkinmə (Primum non necere.).
— Ədalət prinsipi: hər kəsə əlçatan ilkin tibbi xidmət təşkili, eləcə də tibii xidmət alacaq insanın qərarına hörmət (Iustitia.).
Qısa cümlələrlə nə etməli
İnsanlarımızı hüquqi terminlərlə boğmadan qısaca daha keyfiyyətli tibbi xidmət almaq üçün onların nə etməli olduğunu belə izah edə bilərəm. Əlbəttə, burada deyəcəklərim qanun hökmündə deyil, lakin illərin təcrübəsi ilə bir çox həkim kimi mənim gəldiyim qənaətdir.
1. Tibb xidmətin detalları aydın izah edilməlidir.
Hər tibbi prosedurun -Hekayəsi -Müayinəsi -Laboratuar təhlilləri və/və ya görüntüləmə metodları ilə incələnməsi mövcuddur. Axırıncı maddə bəzən əksik ola bilər, amma ilk ikisi mütləq olmalıdır. Xəstə şikayətlərini əlbəttə özü ifadə edir. Amma o şikayətləri sinifləndirmək. sahmana salmaq həkimin məsuliyyətində olan məsələdir. Müraciət etdiyiniz həkim sizin şikayətlərini sinifləndirərək qısa icmal şəklində sizinlə razılaşdırmalıdır.
Məsələn:“Demək, sizin 4 gündür sağ böyrünüzdən sancı şəklində ağrılar başlayır və siz, bu zaman zərfində iki dəfə ağrıkəsici dərman içərək qismən ağrının qarşısını ala bilmişsinizdir.” Həkim apardığı müayinələri tək-tək xəstəyə izah etməlidir.
Məsələn: “İndi sizin böyrünüzə yumruğumla ehmallıca vuracağam. Rahat olun, sizi şiddətli ağrıya məruz qoymaq niyyətim yoxdur. Bu proseduru kifayət qədər ehtiyatla icra etməyə çalışacağam.”
Həkim hansı müayinə metodlarını istədiyini və bununla hansı nəticələrə gələcəyini sizə ƏVVƏLCƏDƏN izah etməlidir.
Məsələn: “Bu vəziyyətdə biz, sizdə qarın boşluğunun ultrasəs müayinəsi ilə sidik axarında daş axtarmağa çalışacağıq. Ümumi sidik təhlili də ayrıca bizə problemin sidik sistemindən hansı dərəcədə qaynaqlandığını göstərmək üçün faydalı olacaqdır.” Müraciət etdiyiniz həkim MÜTLƏQ bu sırada sizə aydın izahat verməlidir. Belə məlumatlandırma zamanı anlaşılması çətin olan tibbi terminlərdən istifadə etmək olmaz. Təbabətdə sadə dillə izah edilə bilməyəcək müayinə metodu və ya hərhansı bir anlayış mövcud deyildir.
2. Problemin özü, diaqnoz da aydın izah edilməlidir.
Xəstəyə aparılan müayinələr yardımı ilə müəyyən bir nəticəyə gəlinir. Biz, buna diaqnoz deyirik. Yəni, “sənin dərdin budur, qardaş” şəklində bir izahat. Bax, bu diaqnoz daha sadə, tibbi terminlərdən istifadə edilmədən xəstəyə izah edilməlidir. Bu sırada, diaqnozun nə qədər etibarlı olduğu faktı da bildirilməlidir.
Məsələn: “Sizə aparılan ultrasəs müayinəsi sırasında sol sidik axarının orta hissəsində 6 mm-lik daşa bənzər kölgə gördük. Biz, bu məlumata təqribən 65% ehtimalla etibar edirik. Məsələnin ciddiyətinin çox şiddətli olduğunu düşünmədiyimiz üçün də sizə hələlik başqa müayinə məsləhət görmürük.”
Bəzən diaqnoz dəqiqləşdirilə bilmir. Tibbdə ümumi diaqnozlar buketi mövcuddur. Öz-özlüyündə gözəl səslənsələr də, əslində konkretlik daşımayan, ümumi adlardır. Məsələn, “Fövqəladə hadisə” gözəl səslənir, amma bunun leysan yağış mı, zəlzələ mi olduğu aydın deyildir. Təbabətdə də bu föqəladə vəziyyət adı kimi ümumi diaqnozları vardır. Sidik yollarının daş xəstəliyi bunlardan biridir. Daş olduğunu anladıq da, haranın daşı? Bu məlumat da xəstəyə çatdırılmalıdır.
Məsələn: “Sizə apardığımız ultrasəs müayinəsi və sidik təhlilinə əsasən sizdə sidik yolları iltihabı olduğunu düşünürük. Dəqiq yerini müəyyənləşdirmədik. Sidik kisəsi, sidik kanalı və prostatınızda problem ola bilər. Yenə də problemin şiddətli olmadığını, ayrıca hansı orqanda problem olduğundan asılı olmayaraq eyni müalicə taktikasını seçəcəyimiz üçün diaqnozunuzu dəqiqləşdirmirik.” Bəzən diaqnoz qoyula bilmir. Nə qədər maraqlı olsa da, müayinələr mütləq etibarlı diaqnoz qoyulacağı ilə nəticələnəcək deyə qayda və ya məcburiyyət yoxdur. Xəstəyə 80 müayinə aparıb dəqiq diaqnoz qoymaya bilərsən. İlkin diaqnoz ilə son klinik diaqnozu qarışdırmayaq əlbəttə. İlkin diaqnoz həmişə vardır, amma bir nəticə olaraq əsas diaqnoz kimi ələ alına bilməz. Xəstəyə dəqiq diaqnoz qoyulmadığı faktı belə bir hal mövcuddursa, MÜTLƏQ xəstəyə bildirilməlidir.
3. Proqnoz haqqında aydın izahat verilməlidir.
Hər tibbi problemin bir tarixçəsi vardır. Məsələn, ilk dəfə sidik axarı daşı düşürən siz deyilsiniz axı, deyil mi? Sizdən əvvəl milyonlarla insanda bu hal müşahidə edilmiş və artıq bir qənaət formalaşdırılmışdır. Xəstəliyin, müalicə prosesinin necə keçəcəyinə dair formalaşmış bu variantlara biz, proqnoz deyirik.
Məsələn: “Sizdə tapdığımız sidik axarı daşı 50% ehtimalla bir aya düşəcəkdir. Bu qədər müddət müalicə alaraq gözləyəcəyik. Amma bu sırada bəzən əlavə olaraq hərarət yüksəlməsi, qarşısı alına bilməyən sancılar da görülə bilər. Belə hallarda isə sizə qapalı cərrahi müdaxilə apararaq daşı bizzat çıxarmalıyıq.”
4. Yuxarıda sadalanan bütün hallar kağıza yazılaraq imzalanmalıdır.
Çoxumuz bu qaydaya əməl etmirik. Amma bütün həkim-xəstə söhbətlərinin protokollaşdırılması, sonunda isə YAZILI şəkildə xəstəyə təqdim edilməsi vacibdir. Məhz bu maddə Azərbaycanda unudulur, barmaqarası qarşılanır və nəticədə sui-istifadə halları meydana gəlir.
Azərbaycanda həkimlər arasında bir-birini pisləmək kimi mənfur bir adət vardır. Doğrudur, bütün dünyada belə hal ilə qarşılaşılır, ancaq sivil cəmiyyətlərdə bunun belə bir mədəniyyəti vardır. Mən də öz praktikamda belə hallarla qarşılaşmışam. Məndən sonra xəstənin müraciət etdiyi həkim bəzən mənim xidmətimi bəyənmir, üstəlik yanlış müalicə ediyimi xəstəyə söyləyə bilər. Bütün bu hallarla asan bir mübarizə metodu tapmışdım: müalicədən narazılıq edən həkimin xəstəyə dediklərini yazılı olaraq bildirib imzalamasını tələb edirdim. İndiyə qədər heç kəs belə bir məktub yazmağa cəsarət etmədi. Həkimin sizə şifahi olaraq bildirdiyi məlumatın heç bir əhəmiyyəti yoxdur. Fikir yazılı olaraq da bildirilməlidir. Fikir mütləq aydın, hər kəsin anlayacağı şəkildə yazılmalıdır.
Nəticə
Tibbi xidmətdən narazılıq hər zaman olmuşdur, yenə də olacaqdır. Ancaq hər hadisənin mədəni çərçivəsi, davranış qaydaları, etikası vardır. Bu yazıda diqqətinizə çatdırdığımız müddəalar sadə görünsə də, ciddi təsirə malikdirlər. Nə də olsa, ağlın yolu birdir axı — bu davranış modeli bütün mədəni dünyada qəbul edilmiş universal hadisədir.
Dr. Vasif İsmayıl
| ['etik qaydalar', 'tibbi etika', 'həkimlər'] |
873 | https://kayzen.az/blog/psixologiya/20054/dentofobiya.html | Dentofobiya | Apollon | Psixologiya | 20 fevral 2017, 20:48 |
“Doktor, dişim çox ağrıyırdı, amma həkimin yanına girən kimi ağrısı keçdi” ifadəsinin birbaşa səbəbi stomatoloq qorxusudur. Buna tibdə dentofobiya deyilir. Dentofobiya adi həkim qorxusundan həyəcanın, qorxunun daha kəskin olması ilə fərqlənir. Statistik rəqəmlər göstərir ki, dünya əhalisinin təxminən 14 %-i dentofobiyadan əziyyət çəkir. Əgər aşağıda qeyd olunanlardan ən azı 4-ü sizdə varsa, bu, dentofobiyanızın olma ehtimalını yaradır.
– Dişiniz çox ağrısa belə, həkimə getməməkdə inad edirsinizmi?
– Klinikadan gələn spesifik qoxu qorxunuzu artırırmı?
– Tibbi cihazların səsi sizdə əlavə həyəcan yaradırmı?
– İynədən qorxursunuzmu?
– “Keyləşmə” birdən açılmaz düşüncəsi olurmu?
– Hepatit, QİÇS infeksiyasına tutulmaq qorxusuna qapılırsınızmı?
– Ağrıya dözməyib həkimə məcbur getdiyiniz halda ürək çırpıntısı, mədə bulantısı, soyuq tər basması kimi əlamətlər olurmu?
Diş həkimindən niyə qorxuruq?
Bütün digər fobiyalar kimi, diş həkimi fobiyasının da kökündə məntiqə sığmayan uydurulmuş düşüncələr dayanır. Yəni şəxs əslində bunun qorxulu olmadığını dərk etsə də, beynindən bu düşüncəni heç cür uzaqlaşdıra bilmir. Bu düşüncələrə səbəb isə əvvəllər yaşanmış xoşagəlməyən vəziyyətlərdir. Ola bilər, bu qorxulu hal ya öz başına gəlmiş, ya da bununla bağlı xoş olmayan bir xatirəni kimsə danışmışdır.
Bu qorxunun öhdəsindən necə gələ bilərik?
Bu qorxuya qalib gəlmək üçün həkimin və pasiyentin üzərinə düşən bəzi şərtlər var. İlk olaraq həkimin üzərinə düşəcək şərtləri sadalayaq:
1. Pasiyentə tam güvən hiss aşılanmalı
2. Müalicə planı pasiyentlə müzakirə olunmalı, ona izah olunmalıdır.
3. Tam keyimə olmadan heç bir prosedurun tətbiq edilməyəcəyinə inandırmaq lazımdır.
4. Ən kiçik ağrı zamanı sizi xəbərdar etməsini deyin və belə olan halda proseduru saxlayacağınız güvənini verin.
5. Tibbi alətlərin çıxardığı səslərdən qorxuya düşənlər üçün xüsusi qulaqcıqlarla rahatladıcı musiqi dinlətmək mümkündür.
6. Çox həyəcanlı şəxslərdə kürək və çiyin masajı, isidici yastıqlar istifadə etmək olar.
Pasiyentlərə qorxunun öhdəsindən gəlmək üçün bəzi tövsiyələr:
– Ətrafınızda olan insanlarla bunu müzakirə etməyin
– Müayinədən əvvəl qəhvə, enerji içkiləri və ya qazlı su içməyin. Bu içkilər həyəcanın artmasına səbəb ola bilər
– Müayinəyə gedərkən sürətli yeriməyin, avtomobili sürətlə idarə etməyin
– Həkiminizə qorxunuz barədə məlumat verin
– Müayinə zamanı mobil telefonunuz və ya digər elektron cihazlarda sakitləşdirici musiqilər dinləyə bilərsiniz.
Orxan Fərəcli
Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu,
həkim-psixiatr
| ['psixologiya', 'fobiyalar', 'dentofobiya'] |
874 | https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/19997/yaponlar%C4%B1n-t%C9%99rbiy%C9%99-metodlar%C4%B1.html | Yaponların tərbiyə metodları | Apollon | Ölkələr | 17 fevral 2017, 19:41 |
Yaponiya qəribə ölkədir. Bütün dünya yaponların öz xalqı və təbiətlə harmoniyada yaşamaq arzusuna vurulur, onların inadına və səbrinə həsəd aparır. Bu, onların yeganə xarakterik xüsusiyyətləri deyil. Yaponların tərbiyə metodları da çox fərqlənir.
Gündoğan ölkədə ilk olaraq nəsillər arasında qeyri-adi qarşılıqlı anlaşma nəzərə çarpır. Uşaqlar elə bil, ümumiyyətlə, naz və şıltaqlıq etmirlər. Belə yekdilliyin səbəblərindən biri — uzaq keçmişdən gələn uşaqla birgə qalmaq ənənəsidir.
Belə ki, qədim zamanlardan başlayaraq analar işi ilə uşaq tərbiyəsini birləşdirirdi. Körpə anasına parça ilə bağlanır və daim yanında olurdu. Bu zaman ana daim uşağına səslənir və onunla danışırdı. Bu amil uşağa bütün proseslərdə özünü hiss etməyə imkan verir və vaxtından tez inkişaf etməsinə şərait yaradırdı. Məsələn, Yaponiyada uşaqların addımlamağa başlamazdan əvvəl danışmağı öyrənməsi tez-tez rast gəlinən adi haldır.
Və bu gün Yaponiyada gənc ana hara getməsindən və nə ilə məşğul olmasından asılı olmayaraq körpəsini həmişə ya arxasında gəzdirir, ya da qucağında saxlayır. Adətən, ana uşağın 3 yaşı tamam olana qədər məzuniyyət götürür və evdə oturub uşağa baxır. Bundan sonra isə onu uşaq bağçasına verirlər. Yaponlarda körpələr evi də var, amma balaca uşağın tərbiyəsinin onlara etibar etmək müsbət qarşılanmır, eləcə də nənə və babasının himayəsinə vermək yolverilməzdir.
Lap erkən yaşlarından uşağa öz hisslərinə, hətta onu əhatə edən əşyalara qarşı diqqətli olmağı öyrədirlər. Əgər uşaq sevdiyi maşınını sındırmağa çalışırsa, ana heç bir şey etməyəcək, sadəcə «Sən onu incidirsən» deməklə kifayətlənəcək.
Balacalarla təkcə qadınlar məşğul olmur. Kişi də öz körpəsinin qayğısına qalır, ona böyük həvəslə dayəlik edir. Uşaqlar sanki valideynlərinin diqqət və sevgi dənizində çimirlər. Burada uşaqlara səsini ucaltmaq, öyüd-nəsihət vermək qəbul olunmayıb, cismani cəzalar haqqında danışmağa ümumiyyətlə dəyməz. Bununla belə yaponlar öz uşaqlarını heç vaxt ərköyün böyütmürlər. Yaponlar belə hesab edir ki, uşağı ərköyün etmək ondan imtina etməyə bərabərdir. Uşaqlar isə əgər valideynlərinə narahatlıq veriblərsə, bir qayda olaraq, peşmançılıq və günah hissi keçirirlər. Onlara başqalarına mane olmamaq, hər kəslə nəzakətlə davranmaq anlayışı aşılanır.
Yaponlar narazılıqlarını intonasiya və baxışlarının köməyi ilə göstərir. Uşaqlar görəndə ki, valideynləri onların davranışını bəyənmir, onda özlərini müadiə etmək üçün saysız-hesabsız arqumentlər sadalamaq əvəzinə, səhvlərini düzəltməyə çalışırlar. Sözsüz ki, bütün bunlar nəsillər arasında qarşılıqlı anlaşmaya gətirib çıxarır.
Yekun olaraq onu demək olar ki, Yaponiyada uşaqlar ehtiyacı olduğu valideyn sevgisini, onların isti məhəbbətini və qayğısını hiss edir, eləcə də uşaqlıqdan kollektiv cəmiyyətin prinsiplərini mənimsəyir. Əlbəttə, bu tərbiyə sistemi bizimkindən çox fərqlənir və kiməsə paradoksal görünə də bilər. Lakin o, əsrlər boyu yoxlanılıb və ölkəsinin qanunlarına tabe olan intizamlı vətəndaşlar yetişdirməyə kömək edir.
publika.az
| ['Yaponiya', 'yapon tərbiyəsi', 'yaponlar'] |
875 | https://kayzen.az/blog/yazar/19847/knut-hamsun_2.html | Knut Hamsun | Apollon | Yazıçılar | 16 fevral 2017, 21:11 |
Əsl adı Knud Pederson olan Knut Hamsun 1859-cu il avqustun 4-də Norveçin şimalında yerləşən Lom qəsəbəsində çoxuşaqlı ailədə dünyaya gəlib. Dərzi atanın bütün zəhmətlərinə baxmayaraq ailə olduqca kasıb həyat tərzi sürürdü. Bu səbəbdən də bir müddət sonra Knutun ailəsi dolanışıq ucbatından Xamayroy qəsəbəsində yaşayan qohumlarının yanına köçməli oldu. Knut da gücü çata bildiyi qədər ailəsinə köməklik etməyə çalışır. Ayağında taxtadan düzəldilmiş ayaqqabılarla hər gün səhər açılandan, axşama qədər sürü otarır, onların oğurlanmamasına, itməməsinə göz qoyurdu.
Çox sərt insan olan dayısının istəyi ilə valideynləri Knutun səkkiz yaşı tamam olanda onu bir rahibin yanına təhsil almağa yollayırlar. Ata ocağından ayrı düşən oğlana kilsə həyatı və dayısının sərt həyat şərtləri çox ağır gəlir. Beş ildən sonra sərt dayısının tam əksi olan mülayim xasiyyətli digər dayısı onu özü ilə Knutun doğulduğu qəsəbəyə gətirib bir tacirin yanında işə düzəldir. Bir il sonra Knut daha varlı bir tacirlə işləməyə başlayır və tacirin qızına aşiq olur. Lakin iş elə gətirir ki, tacir iflas edir. Ortalıqda qalmamaq üçün Hamsun əlində olan pulla xırda-xuruş bazarlıq edib həmyerlisi olan bir oğlanla küçə satıcılığına başlayır. Şəhər, kənd demədən bütün günü yollarda dolaşan dostlar əsasən daraq, qələm, kibrit, şam kimi xırdavat alveri edirlər. Bir müddət sonra onların yolu ayrılır. Knut özü təkbaşında satıcılıq etməyə başlayır. Havalar soyuyub, qar yerə düşəndə, o, ailəsinin yanına qayıdır. Yaz gələndə isə yenidən öz işinə başlayır.
On səkkiz yaşı tamam olanda Hamsun pinəçilik öyrənmək üçün Bude şəhərinə yollanır. Bir müddət sonra ara-sıra oxuduğu kitab və qəzetlərdə çıxan şeirlərdən təsirlənərək şeir yazmağa başlayır. Daha sonra “Əsrarəngiz adam” adlı kiçik bir roman da yazıb bitirir. Bir il sonra “Qarşılaşma” adlı daha irihəcmli roman yazıb çap etdirdi. Həmin dönəmlərdə o, artıq İbsenin əsərlərini sevə-sevə oxuyurdu.
Ailəsi onun əsərlərini heyrətlə oxuyurdu. Lakin bir gün Hamsun atasından pul qazandıracaq işlərlə məşğul olması haqqında məsləhət dolu məktub aldı. O, elə Bude şəhərində yerləşən dəftərxana idarəsinə katib kimi işə düzəldi. Müdirin yaxşı kitablardan ibarət kitabxanası vardı. Hamsun boş vaxt tapan kimi ordakı kitablardan oxuyurdu. Qısa zaman ərzində onun gözləri zəifləyir və o, eynəkdən istifadə etməli olur.
İlk yaradıcılıq illəri...
İyirmi yaşında “Frida” adlı hekayə və şeirlər yazıb Kopenhagenə gedir. Əvvəl bir naşirlə, daha sonra şeirlərini bəyəndiyi şairlə görüşüb yazdıqlarını onlara oxutmaq istəsə də bütün cəhdləri boşa çıxır.
Knut həvəsdən düşür və yoxsul vəziyyətdə Oslo şəhərinə qayıdır. Əlində qalan pulla balaca bir otaq kirayələyib məqalələr yazır. “Frida” hekayəsini təkrar-təkrar oxuduqdan sonra vərəqləri cırıb yanan ocağa atır. Yenidən yol hazırlığı görüb Amerikaya gedir. Orada Henri Conson adlı bir müəllimlə tanış olub ondan ingilis dilini öyrənir. Mark Tven və digər yazıçıların əsərləri ilə də Henri sayəsində tanış olmağa başlayır. Əvvəllər ingiliscə sonra Norveç dilində konfrans mətnləri hazırlayır. Gün boyu oxumaq və işləmək onun səhhətinə mənfi təsir göstərdi. Konfransların birində yüksək səslə danışarkən sinəsindən tutan sancıyla öskürüb qan tüpürərək yerə yıxılan yazıçıya həkimlər sürətli vərəm diaqnozu qoyur. Onun bir, ya da iki aylıq ömrü qalmışdı. O, dostları ilə danışarkən deyir: “Ölürəmsə, Norveçdə ölüm”. Dostları müəyyən məbləğdə pul toplayıb onu Norveçə yola saldılar. Səfər başa çatandan sonra heç kimin gözləmədiyi halda Knut sağalmağa başladı. Aradan bir ay, iki ay hətta bir il keçdi. Amma həkimlərin diaqnozu özünü doğrultmadı.
1985-ci ildə Mark Tven haqqında hazırladığı yazıdakı adı Knut Hamsun kimi çap olundu. Soyadının sonundakı d hərfinin itməsinə əhəmiyyət verməyən yazıçı elə o vaxtdan Knut Hamsun imzasıyla yazmağa davam etdi.
Osloda onu yenidən aclıq dolu günlər qarşıladı. Tramvayda bilet satmaqla məşğul olan gələcəyin yazıçısı yazmağa davam edirdi. Yazıçıya şöhrət gətirən “Aclıq” romanı məhz həmin günlərin təcrübəsindən yarandı. Romanı yazdığı zamanlar Knut yenə ac qalırdı, amma bu aclıq onun romanı yazmasına daha çox kömək edirdi. Roman bitdikdən sonra onu “Politika” qəzetinin redaktoru Edvard Brandesə göstərdi. Əsər redaktorun çox xoşuna gəlmişdi. O əlyazmaları evə aparıb qısa müddət ərzində oxuyub bitirdi.
Beləliklə “Aclıq” romanından parçalar ilk dəfə 1888-ci ildə yazıçının adı qeyd olunmadan “Politika” qəzetində dərc olundu.
Otuza yaxın iri həcmli əsərlərin müəllifi olan yazıçının “Aclıq”, “Pan”, “Misteriyalılar”, “Torpağın bərəkəti”,, “Roza”, “Viktoriya” kimi əsərləri bir çox xalqların dilinə tərcümə olunub.
Nobel mükafatı və Göbbelsə bağışlanan hədiyyə...
1920-ci ildə Hamsun “Torpağın bərəkəti” adlı irihəcmli romanına görə “Nobel” mükafatına layiq görülür. 1943-cü ildə yazıçı öz hərəkətlərində daha radikal olmağa başlayır. Açıqdan-açığa faşizmi dəstəkləyir. Adolf Hitlerlə və Jozef Göbbelslə görüşür. Ona təltif olunmuş Nobel mükafatı medalını Göbbelsə bağışlayır. Bu görüşdən sonra milyonlarla oxucu ondan üz çevirir, əsərlərini yandırır.
Hamsun öz inamında səmimi idi və ciddi şəkildə Almaniyanın rəhbərliyi altında Norveçin işıqlı gələcəyinə inanırdı. Qanlı işğalı anlaşılmazlıq hesab edirdi. Özünün də dediyinə görə məhz bu mövzu Hitlerlə görüşündə əsas səbəb idi. İlk dönəmlərdə o, faşizm ideyalarından ilhamlansa da, 1938-ci ildən müharibənin sonuna qədər bir sətir də yaza bilmədi.
Çoxları onun Hitlerə olan münasibətini «zərərli» yazıçılığına bağlayırdılar: o həmişə cəmiyyətin əksinə gedirdi. Müharibənin sonunda Hitlerin intihar etdiyi məlum oldu. Hamsun Hitler üçün nekroloq yazaraq onu «xalqların hüquqları uğrunda mübarizə aparan qəhrəman» adlandırdı. Hamsunun ətrafındakı yaxın insanlar onu bu addımı atmaqdan çəkindirməyə səy göstərsələr də bir nəticə hasil olmadı. Sonralar o, öz hərəkətinin motivlərini oğluna belə izah etdi: «cəngavərlikdən irəli gəlirdi oğul. Cəngavərlikdən...»
Bağışlanan ömür...
Taleyin ironiyası olmalı ki, Hamsunun sonrakı müqəddəratı Moskvada həll olunurdu. Norveçin yeni qurulmuş koalisiya hökuməti Hamsun da daxil olmaqla bir vaxtlar faşizmə dəstək olmuş bütün tanınmış adamların ədalətli şəkildə mühakimə olunmalarını tələb edirdilər. Lakin, söhbət yazıçının üzərinə gəlib çatanda Vyaçeslav Moloxovun üzündəki sərt ifadə dəyişir. O, hesab edir ki, əvəzsiz ədəbiyyat nümunələri yaratmış yazıçını adi nasist kimi mühakimə etmək olmaz. Beləliklə Moloxov Knut Hamsuna toxunmamağı, ona öz həyatını sakit şəkildə sona çatdırmasına imkan yaratmağı məsləhət görür.
1945-ci ilin payızında Hamsun həyat yoldaşı ilə birlikdə psixiatrik xəstəxanaya yerləşdirilir. Yazıçı 4 aydan sonra qocalar evinə köçürülür. 1947-ci ildə böyük yazıçı faşizmə dəstək verdiyi üçün məhkəmə qarşısında dayanır və 80 min dollar məbləğində cərimə olunur.
Bütün bunlara baxmayaraq, Knut Hamsun 1949-cu ildə “Ot basmış cığır boyu” adlı sonuncu romanını yazdı. Əsər ona qurulan məhkəmə prosesi haqqındadır. Bu oxucularını yenidən onun yaradıcılığına qaytaran 90 yaşlı yazıçının son sözü idi. Knut Hamsun 1952-ci ildə 93 yaşında dünyasını dəyişir.
| ['yazıçılar', 'Knut Hamsun'] |
876 | https://kayzen.az/blog/qan-damar/19870/anemiya-n%C9%99dir.html | Anemiya nədir? | Apollon | Qan-damar sistemi | 16 fevral 2017, 21:10 |
Anemiya qanda qırmızı qan hüceyrələrinin (eritrositlər) və ya hemoqlobinin çatışmazlığı ilə müşahidə edilən ciddi xəstəlikdir. Hemoqlobin beyinə, əzələlərə, digər orqanlara oksigeni çatdıran maddədir. Dəmir hemoqlobinin yaradılması üçün zəruridir.
Anemiyanın səbəbi nədir?
Qanın aşağıdakı səbəblərə görə itirilməsi:
• parazitlər ( xüsusilə də qansoran parazitlər)
• bağırsaq qurdları
• menstruasiya zamanı həddindən artıq qan itirmə
• mədə yarası və ya vərəm kimi xroniki xəstəliklər
• qidada dəmirin çatışmazlığı
• orqanizm tərəfindən qidada olan dəmirin mənimsənilməməsi
Anemiyanın qarşısı necə alına bilər?
• Hamilələr və körpələr tərkibində dəmir olan həb və ya sirop qəbul etməlidirlər.
• Dəmirlə zəngin olan qida qəbul edin – misal üçün, tünd yaşıl rəngli tərəvəz (göyərti), ciyər, ət və ya balıq,
• C vitamini ilə zəngin olan meyvələr.
• Körpə uşaqlara çay içizdirməyin.
• Çay və ya qəhvəni xörəklə içməyin.
• Bağırsaq qurdunun qarşısını alın və müalicə edin.
• Doğuşlar arasında intervalı artırın.
Anemiyanın simptomları hansılardır?
Anemiyanın simptomları aşağıdakılardır:
• yorğunluq
• baş ağrıları
• baş gicəllənməsi
• iştahsızlıq
• tez-tez ürək döyüntüləri
• nəfəsin çatmaması
Anemiya nə üçün təhlükəlidir?
Anemiya aşağıdakı səbəblərə görə təhlükəlidir:
• infeksiyalara qarşı müqaviməti azaldır
• kəskin anemiya ürək çatışmazlığına gətirib çıxara bilər
• doğuş zamanı son dərəcə güclü qanaxmalar da həyat üçün təhlükəlidir
• anemiyası olan uşaqlar az çəkili doğulur, digərlərinə nisbətən pis qavrama qabiliyyətli və infeksiyalara qarşı az müqavimətli olurlar
*Qadın hamilədirsə, qanının hemoqlobininin səviyyəsi 11.0 q/dl və ya yuxarı olarsa, normaldır, 10 və 10.9 q/dl arasında olarsa, anemiya yüngül dərəcəlidir.
Anemiyanın aşağıdakı ağırlıq dərəcələri mövcuddur:
Kəskin anemiya: Sizin qanınızda hemoqlobinin səviyyəsi çox aşağıdır. Siz müalicə üçün dərhal öz həkiminizə və ya tibb müəssisəsinə müraciət etməlisiniz.
Orta dərəcəli anemiya: Siz anemiyadan müalicə olunmalısınız. Siz tezliklə öz həkiminizə və ya tibb müəssisəsinə müraciət etməlisiniz.
Yüngül dərəcəli anemiya: Siz gündəlik yeməyinizdə daha çox dəmirlə zəngin olan qida məhsullarından istifadə etməlisiniz.
Dəmirlə zənginolan qidalar:
• tünd yaşıl rəngli tərəvəz (göyərti)
• ət, ciyər və ya balıq
Dəmirin yaxşı mənimsənilməsi üçün daha çox C vitamini ilə zəngin olan meyvələr yeyin:
• portağal
• limon
• manqo
| ['qan-damar sistemi', 'qan-damar sistemi xəstəlikləri', 'anemiya', 'qan azlığı', 'qansızlıq'] |
877 | https://kayzen.az/blog/psixologiya/19954/hans%C4%B1-valideyn-tipis%C9%99n.html | Hansı valideyn tipisən? | Apollon | Psixologiya | 14 fevral 2017, 20:44 |
Həyatda hər kəsin öz vəzifələri vardır. Bu vəzifələr ilə biz nəyisə edirik, qarsılığında nəyisə alırıq. Lakin valideynlik vəzifəsi hər şeyi etməyinə baxmayaraq, qarsılığında heç nə istəməyən yeganə vəzifədir.
Bəs biz yaxşı valideynik?
Bəzən ana va ata olaraq bir cox səhvlər edirik. Valideyn istəyir ki, övladı üçün ən yaxşı həyatı qursun. Bəzən biz belə düşünürük ki, valideynin vəzifəsi övladlarını sevindirməkdən ibarətdir, lakin belə deyil; valideyn övladını həyata düzgün hazırlamaq üçün vəzifələndirilib. Uşaqların tərbiyəsində ilkin olaraq cəzalandırmaq və mükafatlandırmaq bir qayda halında olmalıdır. Cəza və mükafatlandırma isə düzgün qaydada olmalıdır. Əgər cəza və mükafatlandırma yoxdursa, bu zaman usaqda istək və davranışları qaydaya salmaq çətinlik yaradar və ya qarşısını ala bilməzsiniz.
Mükafatlandırma və cəza sistemini psixikamıza təsiri
İnsan mükafatlandırıldığı təqdirdə beyində dopamin hormonu, cəzalandırıldığı təqdirdə isə endorfin hormonu ifraz olunur.
Ailə psixologiyasında 4 cür valideyn tipi vardır:
1. Avtoritar valideyn – dediyimin üzərinə söz deyilməyəcək, müzakirə olunmayacaq və açıqlama verilməyəcək. Bu valideyn həyata özgüvənsiz, içəqapanıq, hər əmrə tabe olan insan formalaşdırır. Gələcəkdə işində uğurlar qazansa da, özgüvənsiz yetişirlər.
2. Liberal valideyn — uşaq sevinsin deyə onun hər dediyinə razı olan, razı olmadığı halda uşaq valideynin üstünə gedərək razı salınan valideyn tipidir. Burada ata, yaxud ana hər hansı biri avtoritar, digəri isə liberal valideyndirsə, burada uşaqda şəxsiyyət pozuntusu olur.
3. Xaotik valideyn — övladı nəyisə maraqla göstərir, yaxud danışmağa can atır valideyn isə başqa işlə məşğuldursa, bu zaman valideyn ilə uşaq arasında ciddi qopuqluq yaşanır. Ananın övlada maraqsız və diqqətsiz olması uşağı tamamilə pozur. Valideynlər anlamalıdırlar ki, əgər sən hər şeyi ilə övlada diqqət və maraqla yaxınlaşırsansa, o da bunu hiss edib hər şeyi ilə sənə diqqət göstərəcəkdir.
4. Demokratik valideyn — bu valideynlər övladına cəza və mükafatlandırmadan istifade edənlərdir. Bu valideynlər daha qərarlı, tutarlı, dəqiq olurlar və duyğuları övladlarına keçirməyi bacarırlar. İzah etdiyimiz valideyn tiplərindən ən uğurlusu demokratik olandır. Çünki qaydalar daxilində uşaq istədiyini edə bilər və daha düzgün yetişər. Uşaq yeməyini yedi, yaxud dərslərini oxudu, bir sözlə, ediləcək olanları etdi deyə onu mükafatlandırmaq lazım deyil, çünki bu, onun vəzifəsidir.
Əgər vəzifəsini ən yaxşı şəkildə edərsə, o zaman mükafatlandırmaq lazımdır. Məsələn: yaxşı oxudu deyə yox, sinif nümayəndəsi oldu deyə mükafatlandırmaq lazımdır.
2 formada mükafatlandırma vardır:
1. Psixoloji mükafatlandırma
2. Material tərzli mükafatlandırma
Bunlar düzgün şəkildə istifadə edilməlidir ki, övladınız rüşvətə meylli bir insan kimi yetişməsin!
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Aytən Əlizadə
| ['ailə', 'valideyn', 'valideyn - övlad münasibəti'] |
878 | https://kayzen.az/blog/sevgi/19955/a%C5%9Fiq-oldu%C4%9Funuz-adam%C4%B1-unutmaq-%C3%BC%C3%A7%C3%BCn-bunlar%C4%B1-edin.html | Aşiq olduğunuz adamı unutmaq üçün bunları edin | Apollon | Sevgi | 14 fevral 2017, 20:40 |
Eşq dünyanın ən gözəl duyğusudur. Lakin bəzən sevdiyiniz şəxs sizə eyni hissləri verməyə bilər. Bu zaman insanın həyatı dözülməz olur. Özünüzü günahlandıra, ona əsəbiləşə bilərsiniz. Lakin bu cür davam edə bilməzsiniz. Ən yaxşısı onu unutmaqdır. Bəs necə?
Aşiq olduğunuzu qəbul edin
İlk addım qəbul etməkdir. Bəli, aşiq oldunuz və o, sizə qarşı eyni hissləri keçirmədi. Çətin ola bilər, ancaq fərqi görəcəksiniz. Bunu ilanın zəhərini əmmək kimi düşünün. Yaranızın olduğunu qəbul edib müdaxilə etsəniz, daha tez sağalar.
Gerçəkləri qəbul edin
Aşiq olduğunuz adam evli ola bilər, düşündüyünüz qədər yaxşı biri olmaya və ya sizi istəməyə bilər. Sizin birlikdə ola bilməməyinizin səbəbi hər nədirsə, bunu qəbul edin və inad edib yerinizdə saymaq əvəzinə yolunuza davam edin.
Sizin şəxsiyyətinizlə əlaqəsi yoxdur
Birinin sizin sevginizə cavab verməməsi sizdə bir problem olması demək deyil. Siz aşiq olmazdan əvvəl kim idinizsə yenə osunuz. Səhv bir şey etməmisiniz. Siz duyğularınıza nəzarət edə bilmədiyiniz kimi, qarşınızdakı insan da edə bilməyə bilər. Olmursa olmur.
Əsəbiləşmək heç bir işə yaramaz
Sizinlə eyni fikirdə olmadığı üçün əsəbləşməyin mənası yoxdur. Əsəbləşmək sağlamlığınıza zərərli olmaqla yanaşı onu geri qaytarmayacaq. İnsanlar aşiq olacağı adamı seçə bilmir. Siz ona aşiq olduğunuz kimi o da başqasına aşiq ola bilər.
Onu düşünməyin
Onun üçün artıq vaxtınızı xərcləməyə dəyməz. Düşüncələrinizə hakim olmasına, ağlınıza girməsinə icazə verməyin. Yeni hobbilər seçin, dostlarınızla vaxt keçirin, yoqaya başlayın. Fikrinizi başqa şeylərə yönləndirsəniz, onu düşünmənizə mane ola bilərsiniz.
Məsafə qoyun
Onu unutmağa çalışarkən onun olduğu yerlərə getmək yaxşı fikir deyil. Eyni iş yerində çalışırsınızsa və ya eyni qrupda oxuyursunuzsa, vəziyyət çətin ola bilər. Ancaq mümkün qədər onun olduğu yerlərdə onun varlığını özünüzə unutdurmalısınız.
Özünüzə zaman verin
Hələ də əziyyət çəkdiyiniz üçün özünüzü günahlandırmayın. Könül yaralarının sağalması zaman alır. Özünüzə bir az vaxt verin. Gün keçdikcə daha yaxşı olacaqsınız.
ailem.az
| ['sevgi', 'ayrılıq', 'unutmaq'] |
879 | https://kayzen.az/blog/kino/19836/%C9%99sli-il%C9%99-d%C3%BCzd%C3%BCr.html | Əsli ilə düzdür | Apollon | Kino | 12 fevral 2017, 20:37 |
Bir vaxtlar sənədlərin üstündə belə qeyd olan dərkənar olurdu. “Əsli ilə düzdür”. İndi varmı?
Dünyaca məşhur İran rejissoru Abbas Kiarostaminin “Surəti düzgündür” və ya “Təsdiqlənmiş nüsxə” filmini belə də çevirə bilərik. Əgər kinonu həyatın bir surəti hesab ediriksə.
Sənət əsərlərinin orijinal və ya surəti məsələsində maraqlı mülahizələr irəli sürən kulturoloq alim James Müller qalereya saxlayan qadınla tanış olur — Qadın (Cüliyet Binoş) onu şəhər kənarındakı muzeylərə gəzməyə aparmağı boynuna götürür. Yolboyu Jeyms Müllerin irəli sürdüyü mülahizəni (“Surət orijinaldan üstündür – ya da ən azı bərabərdir”) müzakirə edən kişi və qadının ünsiyyəti nəzəri qatdan psixoloji qatadək irəliləyir. “Surət surətdir – orijinal orijinal” — deyən qadın ilə “istənilən orijinal elə surətdir” deyən kişinin mübahisəsi psixoloji müstəviyə keçir; kofe içdikləri kafedə ofisiant qadının onları ər-arvad zənn etməsi qəhrəmanlara yeni oyun təklif edir. Qadın Ceymsi ona diqqətsiz davranan, bir uşaqla qoyub tez-tez gedən yazıçı ərinin yerinə qoyur və onunla elə davranır. Ceyms gerçəkdə qadının ərinin surəti olmağa məcbur olur. Həm də bununla “istənilən orijinal surətdir” fikrini sübut edir.
Müllerin Qadının gerçək ərini necə dəqiqliklə oynaya bilməsinə təəccüb etmirik-çünki qadının əsl əri (orijinal) bizə bir dəfə də görünməyib. Necə ki, biz Leonardonun çəkdiyi Cakondanı həyatda görməmişik, biz ona Leonardonun gözü ilə — onun tablosundakı kimi baxmağa məhkumuq. “Surəti ilə düzdür” filmində də biz Ceymsə qadının gözü ilə baxırıq.
15 illik ailə həyatında yaşadığı ərinə hiss etdiyi bütün inciklikləri Ceymsin simasında görən Qadın keçmişlə yaşayır və ən uyğun şəraitdə keçmişi diriltmək istəyir, onu ən yaxşı halı ilə bu günə gətirmək istəyir, amma surət elə surətdir çünki o, başqa rakursdan məhrum, çərçivəyə məhkumdur.
Kiarostaminin “Əsli ilə düzdür” filmindəki Kişi surətinin müəllifi Juliyet Binoşun qəhrəmanı özüdür. Bu paralellik qadın kişi ünsiyyətinin sadə məntiqini ortaya çıxarmağa mane olmur: qadın sevgi və diqqət istəyir, kişi isə onu başa düşmək, onunla mübahisə etməyi seçir. Bununla belə filmdə nəsə bir şey əhvalatı qadının kişidən sevgi-diqqət umması, kişininsə onu anlamaması klişe yanaşmasının banallığına düşməkdən güclə xilas edir. O şeylərdən biri kinonarrativin tamamən başqa mənalara fokuslanmasıdır (qəhrəmanlar nə isə axtarırmış kimi dolaşır, bu gəzinti gəzilən məkanlara deyil, onların “Əsl” olanı tapmaq çabaları ilə, fikir dolanbaclarına, psixoloji gərginliklə vurnuxmasıdır.
Nəzəriyyədən həyata keçid, mürəkkəblikdən sadəliyə keçid düzü, onun əyani izahıdır. Hər bir orijinal özü də surətdirsə, surət bu mənada orijinala bərabərdirsə, qadının bacısı öz adını kəkələyən ərinin tələffüzündə sevirsə, deməli bütövlük insanın özündədir. Orijinal insan özüdür. Kimsə onu tamamlaya bilmir – o, özü özü ilə, özünü taparaq bütöv ola bilər. Binoşun qəhrəmanının qırmızı sırğası da nəyisə dəyişə bilmir. Məkanlar, ətrafdakılar-sanki həyat özü axıb gedir. Kiçik bir şans bitir. Min illik kişi və qadın münasibəti oynanıb gedir.
Niyə kişi qadının təklif etdiyi oyuna razılaşdı? Yalnız öz mülahizə-nəzəriyyəsini sübut etmək üçünmü? Yoxsa bu qadının sırğasız-filansız da olan cazibəsi idi? “Qadının bu oyunda fikri nə idi?” də sorulmur. Film belə suallara yer qoymur.
Çünki ən azı Milan Kunderanın “Avtostop” əsərindəki süjet yada düşür. Şərtiliyin gerçəkliyə toxunması, onu dəyişməsi haqda; maşınla istirahətə gedən gənc sevgililər darıxmamaq üçün oyun düşünürlər: qız düşüb bir dayanacağa gedəcək və oğlan onu tanımadığı biri kimi maşına götürəcək. Bu yeni rollar onların nəinki istirahətini, hətta münasibətlərini pozur, sevgini belə məhv edə bilir. Oyun onlara başqa bir göz verir. Bir gözlə onlar fərqli görünür. Kundera əsərində insan psixologiyasını bir eksperimentar psixoanalitik kimi araşdırır.
Şərqli Kiarostaminin filmində isə oyun qəhrəmanın baxışını dəyişmir, həyatını dəyişmir. Çünki kənarda axtarılan istənilən orijinal elə surətdir. Üstünə “yoxladım, əsli ilə düzdür” yazılmış surət…
Aliyə
| ['İran kinosu', 'Abbas Kiarostami', 'Əsli ilə düzdür', 'Certified Copy', 'Copie conforme'] |
880 | https://kayzen.az/blog/anal%C4%B1q/19957/k%C3%B6rp%C9%99y%C9%99-qulluq-zaman%C4%B1-10-m%C3%BCh%C3%BCm-qayda.html | Körpəyə qulluq zamanı 10 mühüm qayda | Apollon | Körpəyə qulluq və analıq | 11 fevral 2017, 20:06 |
Yeni doğulan körpəyə qulluq zamanı ilk 6 ay daha çox əhəmiyyətlidir. Uşağı qucaqda düzgün tutmaqdan yuxu nizamı, əmizdirmə, qazının çıxarılması kimi bir çox əhəmiyyətli məqamlar var.
Körpəni tutarkən diqqətli olun
Yeni doğulan körpələrin əzələləri hələ inkişaf etmədiyi üçün qucağınıza alarkən diqqət etməlisiniz. Xüsusilə boyun hissəsi yumşaq olduğu üçün bir əlinizlə boynundan tutmalısınız. Beşikdən götürərkən və yatırarkən də körpəni boynundan tutmağı unutmayın. Tutarkən çox sıxmamağa çalışın. Əks təqdirdə beyninə zərər verə bilərsiniz.
Əmizdirərkən körpəni uyğun mövqedə tutun
Ana südü sağlamlıq baxımından olduqca faydalıdır. Körpənin immunitet sistemini gücləndirir. Əmizdirərkən körpənin südə rahat çata bilməsinə diqqət edin. İlk zamanlar bunun təmin edilməsi sizin üzərinizə düşür. Bunun üçün əvvəlcə körpəni sinənizə doğru gətirin. Ac olduğu üçün bəlkə ağzını açacaq, açıq ağzını döşlərin ucuna yerləşdirin. Boynundan dəstəkləyərək daha rahat formada əmməsinə şərait yaradın. Körpənin iki döşünüzü də ən az 10 dəqiqə əmməsinə icazə verin.
Körpənin qazını çıxarmağı unutmayın
Körpənin əmizdirmə əsnasında aldığı hava həzmə mane ola bilər. Bu da körpəni narahat edir. Ona görə də çox havanı sərbəst buraxmaq üçün qazını çıxarmağınız olduqca əhəmiyyətlidir. Körpəni oturma mövqeyində qucağınıza alın. Bir əlinizlə öndən tutun, digər əlinizlə yavaşca kürəyini sığallayın. Yüngül gəyirmə səsini eşidənə qədər davam edin.
İlk günlər yalnız süngər vannası edin
Qalan göbək bağı düşənə qədər körpəyə süngər vannası edin. Göbək bağı quru qaldığı 2-3 həftə müddətində düşəcək. Yaş olduqda yavaşca qurulayın. Yeni doğulan körpələr çox kirlənmir. Buna görə də süngər vannası edərkən körpənin dərisini sərt şəkildə ovmayın. İlıq su istifadə edin. Göbək bağı düşdükdən sonra normal çimizdirə bilərsiniz. İlk il həftədə iki dəfə çimməsi kifayətdir.
Körpənin kürək üstü yatmasını təmin edin
Gün ərzində qısa yuxular üçün belə, arxası üstə yatmasına diqqət edin. Yatarkən körpənin başı və üzü örtülü olmamalıdır. Gecə geyiminə diqqət edin, çox sıxan və narahat edən olmamalıdır.
Bezini zamanında dəyişin
Bez dəyişdirmək pis qoxulu ola bilər. Amma bu, sizin vəzifənizdir. Körpə bezini batırdıqda mümkün olduğu qədər tez dəyişin. Yeni bezi taxmazdan əvvəl dərisini təmizləyin, qoruyucu krem vurun. Bezi dəyişdirməzdən əvvəl bütün vəsaitləri yanınıza qoyun.
Əllərinizi təmiz saxlayın
Yeni doğulan körpələr zəif immunitet sisteminə malikdir və infeksiyalara qarşı həssasdır. Buna görə gigiyena və təmizliyinizə diqqət edin. Körpəyə toxunarkən əlləriniz təmiz olmalıdır. Xüsusilə bez dəyişdirdikdən sonra əllərinizi dezinfeksiya edin. Körpə ağlamağa başladıqda əlinizi yumağa vaxtınız yoxdursa, əl üçün gigiyenik gellərdən yararlana bilərsiniz. Təbii ki, spirtsiz olanlara diqqət edin. Körpəni oynadarkən belə, əlləriniz təmiz olmalıdır.
Bədəninə masaj edin
Körpənin bədənini masaj etmək yuxu keyfiyyətini inkişaf etdirəcək və immunitet sistemini gücləndirəcək. Eyni zamanda daha elastik olmasını təmin edəcək. Gündə 2 və ya 3 dəfə, 10-30 dəqiqəyə qədər masaj edə bilərsiniz. Göbək bağı düşmədən əvvəl etməyin masaj etməyin.
Dərisini nəmləndirin
Körpənin dərisi yaradırsa, nizamlı olaraq nəmləndirici sürtün. Körpələr üçün uyğun olan nəmləndirici istifadə etməlisiniz.
Qətiyyən yelləməyin
Oyun oynayarkən və ya oyandırmağa çalışarkən körpəni yelləməyin. Beyində qanama və hətta ölümə səbəb ola bilər. Oyatmaq istədikdə ayaqlarından qıdıqlaya və ya yanaqlarına yüngül toxuna bilərsiniz. Beşikdə və ya körpə kreslosunda etibarlı otuzdurun. Yıxılmaması üçün kəmərini mütləq taxın. Qucağınızda isə çox möhkəm tutmayın, düzgün nəfəs almasına mane ola bilərsiniz.
ailem.az
| ['körpəyə qulluq', 'körpəyə qayğı'] |
881 | https://kayzen.az/blog/edebiyyat/19800/herman-hesse-%C9%99s%C9%99rin%C9%99-niy%C9%99-yalquzaq-ad%C4%B1-vermi%C5%9Fdi.html | Herman Hesse əsərinə niyə “Yalquzaq" adı vermişdi? | Apollon | Ədəbiyyat | 8 fevral 2017, 10:56 |
Letargiya termini xəstəlik kimi «Encaphilitis Lethargica» diaqnozundan götürülübdür. Mənası baş beynin infeksiyası nəticəsində yaranan halsızlıq və hərəkətsizlik deməkdir. Ona el arasında kiçik ölüm deyirlər. Letargiya yuxusu insan bədəninin hərəkətsiz, süst vəziyyətdə olması, qıcıqlara cavab verməməsi, dəqiq müayinə zamanı belə üzə çıxmayan, bilinməyən həyat funksiyalarının tam itməsi ilə müşahidə olunan bir halıdır. Bu halda insanın dərisi solğunlaşır, bədəni soyuyur, sifət cizgiləri kəskinləşir, göz bəbəkləri işığa belə reaksiya verə bilmir və huşunu itirib naməlum müddətə yuxuya gedir. Bu yuxu qısa və uzun müddətli olur, bəzən illərlə davam edir, hətta iyirmi il belə sürür...
Toplum olaraq buna oxşar xəstəliyi biz yataqda yox, ayaqüstə keçiririk: əslində, ölümlə olum arasında yaşayırıq. Elmə məlum olmayan bu durum xəstəliyin ən ağır formasıdır: adam nə ölü kimi ölüdür, nə də diri kimi diridi, sadəcə hər şeyə laqeyd və biganədir.
Yeni-azad insan...
Oysa, insanın cəmiyyətdən, təbiətdən, hətta öz xislətindən və mahiyyətindən ayrı düşüb ətrafında baş verən bu və ya digər olaylara bunca laqeyd qalmasına, biganələşməsinə səbəb nədir?!
Bu sual zamanından və məkanından asılı olmayaraq həmişə aktual olub. XX əsri hər nə qədər “Elmi-texniki inqilab”, “sürət və kosmos” əsri adlandırsalar da, unutmaq lazım deyil ki, məhz bu dövrdə bəşəriyyət özünün ən dəhşətli faciələrini-iki dünya müharibəsini, ayrı-ayrı xalqların soyqırımını, hətta kütləvi qırğın silahlarının insanların üzərində sınaqdan keçirilməsi kimi ağır olaylar yaşadı. Nə yazıq ki, insanlar maddi cəhətdən zənginləşib yüksəldikcə, ruhi-mənəvi cəhətdən yoxsullaşıb alçalırlar.
Məhz, bu illərdə Avropada mənəvi böhran o həddə gəlib çıxmışdı ki, cəmiyyətdə və onun ətrafında baş verən gerçəkliklərin yenidən dəyərləndirilməsi tələb olunurdu. Ədəbi-fəlsəfi elita böhrandan çıxmaq üçün yeni humanist dəyərlərlə çıxış etməyə başladı…
Qüvvələr nisbəti fərqli idi: Bir tərəfdə dünyanı yenidən bölüşdürmək istəyən və tarixin ən böyük qətliamlarını törədən ideologiyalar və onun daşıyıcıları dayanırdı, digər tərəfdə isə yeni humanist dəyərlərlə çıxış edən, böyük və nəhəng yazarlar.
Ceyms Coysun, Frans Kafkanın, Uilyam Folknerin, Tomas Mannın, Tomas Vulfun, Alber Kamyunun, Semuel Bekketin, Jan Pol Sartrın, Nattali Sarrotun və Virciniya Vulfun yaradıcılığı o zaman sanki bir təcrübə laboratoriyasıydı. Əsas hədəf isə “yeni-azad insan” formalaşdırıb mənəvi böhrandan çıxmaq idi…
Ona görə də onların üzərində işlədikləri əsas xammal hansısa ideologiyalar deyildi, məhz insanın özü və onun psixologiyası idi. Sanki insanlığı və sivilizasiyanı yaratdıqları obrazların dəhşətli əzablarından keçirərək xilas etmək istəyirdilər.
Amma Hernes Hesse həmkarlarından fərqli olaraq insanın psixologiyasını deyil, onun ilkin təbiətini və bütövlükdə isə mahiyyətini dəyişmək istəyirdi. Çünki onun yaratdıqları bütövlükdə yarıheyvan və yarıinsan idı. Hessenin yaradıcılıq “laboratoriyasında” yaranan insan əvvəlcə içindəki heyvanı öldürür, sonra öz mənini dirildir və yeni, azad insanı yaradırdı...
Bu mənada “Yalquzaq” romanı bütün zamanlar və məkanlar üçün əvəz olunmaz bir nümunədir. Çünki bu əsər yazıçının özünün də dediyi kimi insanı ölümə deyil, yaşamaq uğrunda mübarizəyə səsləyir: “Əlbəttə, mənim bu hekayətimi necə başa düşməyi əvvəlcədən oxucunun boynuna qoya bilmərəm və heç istəmirəm də. Qoy kim necə istəyir, elə də başa düşsün, nə lazımdırsa, onu da götürsün. Ancaq kaş onların çoxu görəydi ki, Yalquzağın hekayəsi xəstəlikdən, böhrandan danışsa da, insanı ölümə, fəlakətə deyil, sağlamlığa, dirçəlişə doğru səsləyir. Mənə görə insan bu həyatda ləyaqətli bir ömür yaşamaq üçün mütləq seçim etməlidir: ya haqsızlıqla barışıb kütlə qanunlarına uyğun ömür sürməli, ya ona qarşı mübarizə aparmalı, ya da tamamilə bir kənara çəkilib tərki dünya olmalıdır.”
Hər insanın içində bir canavar gizlənib..
Canavarlar təbiətdə yeganə canlı varlıqlardır ki, erkək dişiyə, yaxud da əksinə, dişi erkəyə, xəyanət etmir. Onlardan biri öldükdə digəri dəstədən ayrılır, ömrünün sonuna qədər tənha yaşayır və yalquzağa çevrilir.
Hessenin bu adı seçməsi təsadüfi deyil, uzun müddət Hindistanda хristianlığın yayılması ilə məşğul olan atası ona iki canavar haqqında bir hind pritçası danışmışdı və bu onun yaddaşında iz qoymuşdu. Deməli, dünya görmüş nurani bir hindli öz nəvəsinə həyat həqiqətlərini belə anladır:
— Hər bir insanın içində sanki iki canavar gizlənib və onların arasında daima ölüm-dirim mübarizəsi gedir. Bu canavarlardan biri şəri-zülmü təmsil edir, digəri isə xeyri-haqqı təmsil edir.
Uşaq bir qədər düşünüb soruşur:
— Bəs, axırda hansı canavar qalib gəlir?
— O, baxır insana… hansını yemləsə o, da qalib gəlir.
Əslində, ”Yalquzaq” adı qəhrəmanın-Harrinin xarakterindəki döyüşkənliyi ifadə etməklə bərabər, həm də onu üzvi şəkildə təbiətlə bağlayan bir “vəhşilikdir”. “Vəhşilik”-insanın üzvi şəkildə təbiətlə bağlılığı, alman ədəbiyyatında həmişə aparıcı tendensiya olub. Hətta Yohan Volfqanq, Volfqanq Amadey Motsart kimi dahilərin adında (volf – almanca canavar deməkdir.) “canavar” sözü işlənmişdir. Sən demə, Harrinin pərəstiş etdiyi bu dahilərin də daxilində bir yırtıcı canavar gizlənib daim ölüm-dirim mübarizəsi aparırmış. Və onların xarakterindəki insani keyfiyyətləri şərtləndirən humanizm ona görə güclü və yenilməzdir ki, onlar bu şəxsi keyfiyyətləri məhz daxillərində gedən amansız mübarizədə qazanıb təsdiq ediblər.
Dünya “Yalquzaq” dan keçib təmizlənməlidir, yoxsa...
Əslində, “Yalquzaq”lıq yadlaşan bir insanın daxili ziddiyyətlərinin təzahürü və bu zidiyyətlərin fonunda onun bir fərd kimi tədricən inkişaf edib təşəkkül tapmasının bariz bir göstəricisidir: ziddiyyətlər içərisində boğulub əldən düşən insan uzun sürən daxili mübarizədən sonra xaraktercə yeni məna və məzmun alaraq, sonda qalib gəlir və bütün dəyərlərin yeganə ölçüsünə çevrilir.
Bəli, yaşadığımız məmləkətin “Yalquzaq”a, çox böyük ehtiyacı var...nəinki, bizim, hətta bütün dünyanın belə “Yalquzaq”dan keçib təmizlənməyə əşhədü-ehtiyacı var.
Çünki “Yalquzaq” romanı həm ideya-məzmun, həm də estetik baxımından çoxqatlı, çoxlaylı, çoxşaxəli olub müxtəlif fəlsəfi konsepsiyaları, düşüncə tərzlərini özündə ehtiva edir. Bu qatlardan biri də insanın özünü dərk etməsidir. Daha doğrusu, real həyatdan təcrid olunub yadlaşan insan, bir tərəfdən özündə “insanlıq”, digər tərəfdən isə “canavarlıq” xisləti hiss edir. Və daxili ziddiyyətlərdən çıxış yolunu ancaq intihar etməkdə görən insan, nəhayət öz daxilindəki bu mürəkkəbliyi dərk edərək “ölməzliyə” gedən yolu tapır. Deməli, özünüdərk son anda xilasa gətirib çıxarır.
Əsərin kompozisiyası sonata janrı üzərində qurulduğuna görə, əsəri oxuduqca sanki adamı bir sirli musiqi müşayiət edir… Və sanki insan ruhu nura boyanır… İnsan “mən”i yerin tərkindən sanki göyə yüksəlir… Zülmət qaranlıqdan işıqlı dünyaya çıxan insana gerçəkliyi arzu edildiyi kimi deyil, olduğu kimi qəbul etməyi öyrədir.
P.S.: İki dünya savaşı arasında qalan yorğun və üzgün insanlar çıxış yolu axtardığı bir zamanda “Yalquzaq” mükafata təqdim olundu: əsərin müəllifi Herman Hеssе 1946-cı ildə “ yaradıcılığında humanist dəyərlərin geniş yer almasına və fərqli üslubuna görə” Nobеl mükafatı aldı.
İbrahim İbrahimli
| ['Hermann Hesse', 'Yalquzaq'] |
882 | https://kayzen.az/blog/fizikl%C9%99r/19904/ri%C3%A7ard-feynman.html | Riçard Feynman | Apollon | Görkəmli fiziklər | 6 fevral 2017, 22:36 |
Riçard Fillips Feynman (Richard Phillips Feynman, 11 may 1918-15 fevral 1988) – görkəmli amerika fiziki. Kvant elektrodinamikasının banilərindən biri. 1943-45-ci illər aralığında Los-Alamosda atom bombası hazırlayan alim-fiziklər qrupuna daxil edilmişdir. Kvant mexanikasında trayektoriyalar üzrə inteqrallama üslunu (1938), eləcə də elementar hissəciklərin çevrilmə və qarşılıqlı təsirini təsvir edən kvant sahə nəzərtiyyəsinin Feynman diaqramları metodunu (1949) işləmişdir. Həmçinin ifrat axıcılıq nəzəriyyəsi və nüvənin parton modelini irəli sürmüşdür. 1965-ci ildə S. Tomonaqo və C. Şvingerlə birgə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.
Uşaqlıq və gənclik illəri
Riçard Fillips Feyman zəngin bir ailədə anadan olmuşdur. Valideynləri — Melvil və Lüsil Nyu-Yorkda Kuinsin cənubunda Far-Rokveydə yaşayırdılar. Atası Riçardın dünyaya gəlməməsindən əvvəl oğlunun alim olacağını qərara almışdı (Həmin illərdə qızlar de-yure akademik dərəcə ala bilsələr də, onların gələcəyi adətən qeyri-müəyyən qalırdı. Bununla belə, Riçard Feymanın kiçik bacısı bu fikri rədd edərək sonralar məşhur astrofizik olur). Atası hər vəchlə körpə Riçarda onu əhatə edən dünyanı dərk etməyə şövq edirdi. Ata oğlunun suallarına özünün fizika, kimya, bioloji biliklərinə əsaslanıb ətraflı cavab verməyə çalışardı. Atası oğlunu bir o qədər sıxmır, ona oğlunu alim görmək arzusunda olduğunu bildirmirdi.
Feyman ilk işinin öhdəsindən 13 yaşında olarkən radioqəbuledicini təmir etməklə gəlir. Bundan sonra gənc Riçard qonşuları arasında məşhurluq qazanır. O ilk əvvəl radioqəbuledicini cəld və keyfiyyətli təmir edir, digər tərəfdən isə aparatı sökməmişdən əvvəl o əlamətlər əsasında məntiqlə nasazlığın səbəblərini araşdırmaq və təyin etməyə cəhd edirdi.
İlk evlilik və Los-Alamos
Riçard Feyman dörd il Massaçusets Texnoloji İnstitutunun fizika fakültəsində təhsil alır, daha sonra təhsilini Prinston universitetində alır.
İkinci Dünya müharibəsi başlayanda Feyman könüllü olaraq cəbhəyə yollanmaq istəyir, lakin ədalətsiz psixi yoxlanış səbəbindən bu arzusuna çata bilmir. Aspiranturada oxuduğu illərdə Feyman on üç yaşından vurulduğu və on doqquz yaşından nişanlandığı Arlin Qrinbaumla evlənir. Nikahdan bir az əvvəl Arlin ölümcül vərəm xəstəliyinə yoluxur. Feymanın valideynləri evliliyə qəti etirazlarını bildirsələr də, Feyman öz bildiyi kimi hərəkət edir. Nikah mərasimi Los-Alamosa yollanan qatara yollanarkən yolüstündə baş tutur. Şahidlər küçədən keçən təsadüfi adamlar olur (çörəkçi və aptekçi), qohumlar mərasimdə iştirak etmirlər. Mərasim başa çatanda Riçard yoldaşının xəstəliyini xatırlayır və özünün də vərəmə yoluxmaması üçün Arlinlə davranışında ehtiyatı əldən vermir. Cütlük Los-Alamosa yetişdikdən dərhal sonra atom bombasının hazırlanması prosesinə (Manhettan Layihəsi) cəlb edilir. Bu layihəyə işçi heyətinin çağrılması anında Feynman hələ də Prinstonda oxuyurdu və layihəyə daxil olmaq ideyasını ona məşhur fizik Robert Vilson verir. İlk əvvəl Feynman atom bombası layihəsinə qoşulmaq ideyasını həvəssiz qarşılayır, lakin sonradan bombanın almanların kəşf etməsini düşünərək layihəyəyə qoşulamağa razılıq verir. Feynman Los-Alamosda işlədyi vaxt Arlin Albukerke şəhərin xəstəxanasında yatırdı. Feyman hər həftə sonunu onunla keçirir.
Los-Alamosda bomba üzərində işlədiyi illərdə Feyman seyfləri yarmaq vərdişlərinə yiyələnir. O atom bombasının işlənilməsinə dair bütün informasiyanı – uranın zənginləşdirliməsi texnologiyasından tutmuş bombanın quraşdırılmasına dair materilları seyflərdən oğurlamaqla həyata keçirilmiş təhlükəsizlik tədbirlənin yetərsizliyini sübut edir. Bu qədər mühüm informasıyanın saxlanıldığı seyflərin həvəskar oğru tərəfindəın yarılması faktı bəşəriyyətin taleyinin bir tükdən asılı olduğuna dəlalət edirdi.
Müharəbədən sonrakı illər
1950-ci illərdə Feyman Kaliforniya texnoliji institutunda işləyir. Müharibədən və yoldaşının ölümündən sonra Feynman dərin sarsıntılar keçirir.Bu illərdə isə ona bu və ya digər fizika kafedrasında çalışmaq haqqında saysız-hesabsız məktublar gəlir. Belə təkliflərdən biri də Prinstondan gəlir. Burada isə o vaxtlar Eynşteyn kimi dahilər dərs deyirdi. Nəhayət Feyman yenidən elmə qayıdır.
Feynman özünün kvant çevrilmələri nəzəriyyəsi üzərində işləməyə davam edir. Bundan əlavə, o Şrödinger tənliyini tətbiq etməklə yüksəkaxıcılıq hadisəsinin fizikasının başa düşülməsinə nail olur. Bu kəşf izahı bir qədər əvvəl üç fizik tərəfindən alınmış yüksəkaxıcılıq hadisəsi ilə birgə alçaq temperaturlar fizikasına yeni təkan verir. Bundan əlavə Feyman kvarkaları kəşf etmiş Mürrey Hell-Mannla birgə daha mükəmməl sərbəst neytronun proton, elektron və antineytrinoya beta-parçalanmasında özünü göstərərn “zəif parçalanma” nəzəriyyəsi üzərində çalışır. Bu nəzəriyyə faktiki olaraq təbitəin yeni qanunlarını açmağa imkan verirdi. Feyman kvant hesablamaları ideyasını səsləndirir.
1960-cı illərdə akademiyanın xahışı ilə Feymana yeni fizika dərsliyi hazırlamaq tapşırığı həvalə olur. Nəticədə indi də tələbə-fiziklərin ən mükəmməl dərslik vəsaiti hesab etdiyi “Feymanın fizika mühazirələri” ərsəyə gəlir.
| ['görkəmli fiziklər', 'fizik', 'fizika', 'Riçard Feynman', 'Richard Phillips Feynman'] |
883 | https://kayzen.az/blog/yazar/19899/b%C9%99dii-%C9%99d%C9%99biyyat-ya%C5%9Famaq-s%C9%99n%C9%99tidirmi.html | Bədii ədəbiyyat yaşamaq sənətidirmi? | Apollon | Yazıçılar | 6 fevral 2017, 22:32 |
İlk hekayəmi yazdığım gündən bəri insanlar yazdıqlarımın “gerçək” olub-olmadığını soruşurlar. Cavablarım bəzən onları qane etsə də, nə qədər səmimi oluram olum, hiss edirəm ki, özümü tam ifadə edə bilməmişəm.
Romanların real, yaxud yalan olması bəzi insanlar üçün yaxşı, pis olması qədər vacibdir və əksər oxucular bilərəkdən, ya da inersiya ilə bu iki şeyi bir-biri ilə əlaqəndirirlər. Məsələn, İspan İnkvizisiyası Amerikadakı ispan koloniyalarında romanların çapını, ya da idxalını, mənasız və cəfəng, həqiqətdən uzaq hesab etdiyi üçün və yerli əhalinin mənəviyyatına zərər verə bilər deyərək yasaqlamışdı. Buna görə də 300 il boyunca ispan əsilli amerikalılar romanı ancaq gizlicə oxuya bildi və ispan Amerikasında ilk roman yalnız müstəqillikdən sonra, 1816-cı ildə Meksikada çap olundu. Müqəddəs Məhkəmə təkcə bəzi əsərləri yox, bütöv bir ədəbi janrı yasaqlayaraq istisnasız bir həqiqəti təsbit etmişdi: Romanlar həmişə yalan danışır, həyatı yalnış təqdim edir. İllər əvvəl bu despot fanatikləri lağa qoyan bir yazı yazmışdım. İndi isə düşünürəm ki, İspan İnkvizisiyası tənqidçilərdən və romançılardan qabaq bədii ədəbiyyat təbiətini, dağıdıcı cəhətlərini ilk anlayan qurumdur.
Əslində romanlar yalan danışır, başqa cür ola da bilməz, amma bu, məsələnin təkcə bir hissəsidir. Digər hissəsi isə romanların yalandan ancaq örtülü formada, olmamış kimi istifadə etməsi və ifadəsi mümkün olan qəribə bir reallığı ifadə etməkləridir. Bu cümlə qulağa həftəbecər kimi gələ bilər, amma əslində çox sadədir. İnsanlar öz talelərindən razı deyillər və az qala hamısı – varlı-yoxsul, ağıllı-sıravi, məşhur-sadə – yaşadıqlarından fərqli bir həyat istəyirlər. Bu istəyi (hiyləgərcəsinə) doyuzdurmaq üçün bədii ədəbiyyat meydana çıxıb. Romanlar ona görə yazılır və oxunur ki, insanlara yaşamadıqlarını boyunlarına almadıqları həyatlar təqdim edilsin. Hər romanın mahiyyətində bir istək və qəbul etməmək elementi var.
Bəs yaxşı, bu o deməkdir ki, roman irrealdır? Cosef Konradın introvert quldurları, Prustun mürgülü aristokratları, Kafkanın anonim, təzyiq altındakı balaca adamları və Borxesin hekayələrindəki müdrik, metafizik xarakterlər bizimlə maraqlanmadıqları üçün və təcrübələri ilə özümüzü onlarla eyniləşdirə bilmədiyimiz üçünmü bizə təsir edir, bizi həyəcanlandırırlar? Qətiyyən yox. Burada diqqətli olmaq lazımdır, çünki bədii əsərdəki doğrular və yalnışlarla bağlı bu yol tələlərlə doludur və bizi cəzb eləyən hər vahə adətən bir ilğımdır.
Bir roman həmişə yalan danışır nə deməkdir? İlk romanım “Şəhər və itlər”dəki hadisələrin – guya – baş verdiyi hərbi məktəbə iftira atdığımı düşünüb romanımı yandıran Leonisio Prado Hərbi məktəbinin tələbələrinin anladığı mənada yox. Başqa bir romanım “Culiya xala və cızmaqaraçı”da ondan bəhs etdiyini zənn edən və sonra bədii əsərin təhrif etdiyi gerçəkləri düzəltmək üçün özü bir kitab yazan birinci həyat yoldaşımın düşündüyü kimi də yox. Hər iki əsər də, təbii ki, xatirələrdən çox əlavələr, təhriflər və mübaliğələrlə doludur; onları yazanda heç vaxt romandan kənardakı insanlara, ya da hadisələrə sadiq qalmağı düşünməmişəm. Yaddaşımda hələ də diri olan və fantaziyamı işə salan təcrübələrlə yazmağa başladım və o materiala mümkün qədər sadiq qalmamağı düşündüm. Romanlar həyatı olduğu kimi ifadə etmək üçün yox, nəsə əlavə edərək dəyişdirmək üçün yazılır. Fransız yazıçı Restif de la Bertonun qısa romanlarında reallıq XVIII əsr Fransız ənənələrinin kataloqunu tərtib etmişcəsinə əks olunub. Fəqət ənənələrin bu cür sadalanmasında hər şey reallığı xatırlatsa da, başqa, balaca və inqilabi bir şey daha var: bu dünyada kişilər qadınlara bədən cizgilərinin saflığı, zərifliyi, mənəvi zənginlikləri üçün yox, təkcə ayaqlarının gözəlliyinə görə aşiq olurlar.
Hər romançı, daha az qaba, daha açıq və daha şüursuz şəkildə reallığı yenidən yaradır və möhtəşəm Restifin səmimiliklə etdiyi kimi, ya bəzəyir, ya da sönükləşdirir. Romançının öz ilişib qaldığı şeyləri də ətə-cana gətirdiyi bu incə, ya da kobud əlavələr (reallığa edilmiş əlavələr) bədii əsərin yeniliyini əmələ gətirir. Bədii əsərin dərinliyi onun ümumi ehtiyacları nə qədər dolğunluqla ifadə etməsi, eləcə də fərqli zaman və məkanlarda nə qədər çox oxucunun öz qaranlıq, narahat demonlarını bu separat sızıntılarda tapması ilə bağlıdır. Mən romanlarımda real xatirələrlə konkret bir əlaqə yaratmağa çalışardımmı? Əlbəttə. Amma həqiqi hadisələri adi formada ifadə etməyin və personajları bioqrafiyaları əllərinə əlcək kimi oturacaq şəkildə təsvir etməyin darıxdırıcılığında ilişib qalsaydım belə, romanlarım olduğundan daha çox, ya da daha az real olmazdılar.
Bir bədii əsərin gerçəkliyini, ya da saxtalığını müəyyənləşdirən şey hadisələrin baş verib-verməməsi yox, yaşanmamış, amma yazılmış olmağı, həqiqi təcrübələrdən yox, sözlərdən ibarət olmasıdır. Sözə çevrilən hadisələr dərin bir metamorfoza keçirir. Gerçəklik – iştirak etdiyim qanlı müharibə, sevdiyim qızın qrotesk profili – bir dənədir, amma onu ifadə edən işarələr sonsuzdur. Bunların bəzilərini seçib, digərlərini göz ardı edərək romançı birini seçir və sonsuz sayda olan başqa variantları öldürür. Beləcə, romançı təbiəti dəyişdirir və təsvir edən təsvir edilən olur.
Burada təkcə realist romançılardan, romanlarında oxucuların öz reallıq təcrübələrinə əsasən inandırıcı hesab etdikləri realist məktəbdən, ya da ənənədən danışıram. Reallıqla uzlaşmayan və irreal olduğu bilinən dünyaların ifadə olunduğu fantastik növdə, reallıqla qurmacanın əlaqəsi problemsiz görünə bilər. Əslində eyni problemdir, amma başqa formada. Fantastikanın “irrealığı” oxucu üçün bir simvol, bir alleqoriya, başqa sözlə desək, “həyatda baş verməsi mümkündür” şəklində gördüyü reallıqların və təcrübələrin təsviridir. Əsas məsələ budur: qurmacadakı doğrunun, ya yalnışın sərhəddini müəyyənləşdirən, hadisələrin “gerçəkliyi” ya da “fantastikliyi” deyil.
Bu ilk metamorfozada, yəni hadisələrə vurulan söz damğasının yanında o qədər də vacib olmayan başqa bir şey də var: zamanın damğası. Real həyat dayanmadan axır, xaotikdir, qarışıqdır, hər hekayə başqa hekayə ilə birləşir və buna görə də nə əvvəli var, nə də sonu. Qurmacada təsvir olunan həyat başgicəlləndirici xaosun, sıranın, sistemin, səbəb-nəticənin, əvvəl-axırın qazanılmış bənzətmələrdir. Bir romanın əhatə dairəsi təkcə yazıldığı dillə yox, zaman içindəki sxemiylə, mövcud olanın içində özünü necə göstərməsiylə, fasilələr və sürətlənmələrlə, təhkiyəçinin nəql etdiyi zamanı açıqlamaq üçün istifadə etdiyi xrononolji baxış bucağı da ilə də müəyyənləşir.
Sözlərlə hadisələr arasındakı uzaqlıq həqiqi zamanla bədii zaman arasındadırsa, burda uçurum var. Bədii zaman müəyyən psixoloji effektlər doğurmaq üçün kəşf olunmuş alətdir. Orada keçmiş indidən sonra ola bilər – nəticə səbəbdən əvvəl gələ bilər – Alexo Karpentiyerin qoca bir kişinin ölməsi ilə başlayan və anasının bətninə düşməsinə qədər qayıdan “Toxuma səyahət” adlı hekayəsindəki kimi. Ya da əksər klassik romanlar kimi, təhkiyəçinin içindən nəql etdiyi, yaxın keçmişə heç vaxt çatmayan çox uzaq bir keçmiş ola bilər. Ya da Bekketin əsərlərində olduğu kimi, keçmişi ya da gələcəyi olmayan sürəkli bir indiki zaman ola bilər. Ya da, keçmiş, indi və gələcəyin birgə mövcud olduğu və bir-birini dağıdıb yox etdiyi bir labirint ola bilər, Folknerin “Səs-küy və hiddət” romanındakı kimi.
Romanların bir əvvəli, bir də sonu var, ən yumuşaq və elastik romanlarda belə, həyat hiss edilən bir məna qazanır, çünki romanlarda içinə batdığımız real həyatın bizə heç vaxt təklif etmədiyi bir baxış bucağı təklif olunur. Bu sistem uydurmadır, həyatı yenidən yaradırmış kimi görünərkən, onu barmaq eləyən hiyləgər romançının əlavələridir. O, həyatın miqyasını kiçildərək onu oxucunun çata biləcəyi yerə qoyan söz sırası içində təqdim edərkən, qurmaca ona bəzən zərifliklə, bəzən vəhşicə xəyanət edir. Beləcə, oxucu onu ittiham edə bilər, başa düşə bilər və ən vacibi də onunla gerçək həyatın heç vaxt təklif etmədiyi bir toxunulmazlıq içində yaşaya bilər.
Onda bədii əsərlə qəzet xəbəri, ya da tarix kitabı arasındakı fərq nədir? Onlar da sözlərdən ibarət deyilmi? Onlar da təhkiyənin süni zamanı içində gerçək zamanın sərhədsiz leysanına düşmürlərmi? Nəyin gerçək olduğuna yaxınlaşanda, söhbətin mövzusu bir-birinə zidd olan strukturlar olur: roman həyata üsyan edir və onu əzir, digər janrlar həyatın köləsi olur. Hər iki nümunədə doğruluq və aldatma anlayışları müxtəlif cür işləyir. Jurnalistikada, ya da tarixdə yazılanla onun qarşılığı olan gerçəyin nə qədər uyuşması vacibdir; yaxınlaşdıqca doğru olur, uzaqlaşdıqca yalnış. Mişelenin “Fransız inqilab tarixi”, ya da Preskotun “Perunun fəthi” əsərlərinin “roman kimi” olduğunu demək onları tənqid etməkdir, çünki bu o deməkdir ki, onlar mənbə kimi dürüst deyillər. “Hərb və sülh”də Napaleonun Rusiya səfəri ilə bağlı tarixi xətaların siyahısını tutmaq vaxt itkisidir; romanın doğruluğu reallığa bağlı deyil.
Bəs yaxşı onda nəyə bağlıdır? Öz inandırmaq gücünə, nəql etdiyi fantaziyanın ötürülmə qüvvəsinə və ecazına. Hər yaxşı roman düzünü deyir və hər pis roman yalançıdır. Bir romanın “düzünü deməsi” oxucunun bir xəyalı təcrübədən keçirməsidir, “yalan danışması” isə bu bədii yalanın alınmaması deməkdir. Bu baxımdan roman əxlaq ötəsidir, ya da başqa cür desək, əxlaqı özündədir; doğruluğu və yalnışlığı sadəcə estetik meyarlardadır.
Yuxarıdakı sözlərim qurmacanın əsassız bir uydurma, dəyəri olmayan bir hoqqabazlıq olması kimi başa düşülə bilər. Amma əksinə, qulağa nə qədər çılğınca gəlir-gəlsin, qurmacanın kökləri insan təcrübəsinə batıb, ondan qidalanır və bu qidanı ona geri qaytarıb onu doyurur. Qurmaca tarixində tez-tez təkrarlanan temalardan biri də romanların gerçək olması və həyatın romanlardakı kimi olduğunu zənn etmək olub. Cəngavərlər haqqındakı kitablar “Don Kixot”un başını xarab eləyərək onu əldə qılınc yel dəyirmanlarına hücum etdirib. Emma Bovarinin faciəsi, əgər Floberin personajı oxuduğu romantik romanlardakı qadın qəhrəmanlar kimi olmaq istəməsəydi, qətiyyən baş verməyəcəkdi.
Reallığın qurmaca kimi olduğunu inandıqları üçün Don Kixot və Emma Bovari dəhşətli təlatümlər keçirirlər. Onları buna görə ittiham etmək olarmı? Xeyr, hekayələr bizi həyəcanlandırır və heyrətləndirir; qurmacanı təcrübədən keçirməyə imkan verən bu imkansız prinsipiallıq insan növünü şərəfləndirən idealist mövqeyin bir işarəsidir. Olduğundan başqa cür olmağı istəmək insanın ən insani arzusudur. Bu, tarixdə ən yaxşıya və ən pis şeylərə səbəb olub, eləcə də bədii əsərlərin dünyasında.
Romanları oxuyanda biz təkcə özümüz olmuruq, həm də romanın bizi özünə çəkən əfsunlanmış varlıqları oluruq. Bu, bir metamorfozadır; həyatın bizi boğan məngənəsi açılır və biz çölə çıxıb başqası oluruq, qurmacanın bizim malımıza çevirdiyi təcrübələri dolayı yolla yaşayırıq. Gözəl bir röya, ətə-cana gələn bir xəyal olan qurmaca, dəhşətli bir parçalanmanı birləşdirərək, təkcə bir həyatı olsa da, min dənə arzusu olan biz şikəst varlıqları tamamlayır. Real həyat ilə onun daha zəngin, daha dəyişkən olmasını istəyən arzular və xəyallar arasındakı bu boşluq qurmacanın ərazisidir.
Hər bədii əsərin qəlbində bir etiraz alovlanır. Yazıçılar bunları yaşaya bilmədikləri üçün yaradıblar və oxucular (inananlar) bu xəyali varlıqlarda öz həyatlarını zənginləşdirəcək sifətlər və macəralarla qarşılaşırlar. Qurmacanın yalanları ilə ifadə edilən reallıq budur – yaşadığımız yalanlar, bizə təsəlli verən, həsrətlərimizi və ümidsizliklərimizi dəf eləyən yalanlar. Romanı – bədii yalanları cəmiyyət özü doğurub, bəs cəmiyyət haqqında romanın şahidliyinə nə qədər inanmaq olar? Bədii əsərlərdəki insanlar həqiqət eləmi olublar? Müəyyən mənada hə, çünki elə olmaq istəyirdilər, sevərkən, əzab çəkərkən, sevinərkən özlərini o cür görürdülər. O yalanlar həyatlarını yox, onları yönləndirən demonlardan – onları sərxoş edən və həyatlarını dözüləsi edən fantaziyalardan bəhs edir. Bir epoxa təkcə ətdən-sümükdən ibarət varlıqlardan yox, həm də onları həbs edən sərhədləri qırmaq üçün insanların çevrildiyi xəyali varlıqlardan ibarətdir. Romanlardakı yalanlar necə gəldi deyil, həyatın çatışmazlıqlarını doldurmaq üçündür. Buna görə yaşanan həyat dolu və mütləq görünür, insanlar hamını əhatə edən bir inancla qismətlərinə razı olanda, romanlar heç bir işə yaramır. Dindar mədəniyyətlər şeir və dram əsəri yaradır, roman yox. Qurmaca əsərlər inancın böhrana girdiyi, bir şeyə inanmaq lazım gələndə, birləşdirici, güvəniləsi mütləq inancın bölünüb dağıldığı, dünya və sonrası haqqında şübhəyə düşülən cəmiyyətlərin sənətidir.
Hər roman post-əxlaqi olduğu kimi, içində bir şübhə toxumu də daşıyır. Dindar mədəniyyətlər böhrana düşəndə, həyat nəzarətedici sistemlərdən, doqmalardan və əmrlərdən xilas olur və bir xaos yaranır. Bu, qurmaca üçün ən yaxşı andır. Bədii ədəbiyyat süni müstəvidə sığınacaq, təhlükəsizlik, real həyatı körükləyən, amma doyura bilməyən, ya da qova bilməyən, arzular və qorxular üçün sərbəst ərazilər yaradır. Bədii ədəbiyyat həyatın müvəqqəti vəkilidir. Reallığa qayıtmaq, kasıblığın, arzu etdiyimizdən daha az olduğumuzun qəddar bir təsdiqidir. Qurmaca fantaziyanı qamçılayaraq insanın doyumsuzluğunu müvəqqəti də olsa, yüngülləşdirir, amma həm də körükləyir.
İspan İnkvizisiya bu təhlükəni başa düşmüşdü. Real həyatda yaşanmamış şüylərin bədii əsərdə olması əndişə qaynağıdır, dünyaya üsyan etməyə və qurumları qarşı asi bir münasibətə çevrilə biləcək təhlükədir. Həyatın başı üstə durub onu nəzarət altına almaq istəyən rejimlərin qurmaca əsərlərə qarşı inamsız olması və onları senzuraya məruz qoyması buna görə başa düşüləndir. Öz mənliyindən çıxıb başqası olmaq, xəyalda belə olsa, daha az kölə olmaq və azadlığın risklərini təcrübədən keçirmək üçün bu ən yaxşı yoldur.
© Mario Varqas Lyosa
Tərcümə: Qismət
“The New York Times Books”, 1984, 7 oktyabr
| ['ədəbiyyat', 'Mario Varqas Lyosa'] |
884 | https://kayzen.az/blog/kitab/19796/kitablar%C4%B1-sevm%C9%99k-%C3%BC%C3%A7%C3%BCn-8-m%C9%99sl%C9%99h%C9%99t.html | Kitabları sevmək üçün 8 məsləhət | Apollon | Kitablar və mütaliə | 4 fevral 2017, 18:04 |
1. Facebooku və ümumilikdə interneti bağlamaq
Oxumağınızın qabağını alan ən mühüm faktordur. Dünyada o Facebookun qırmızı bildirişinin qarşısında duruş gətirə bilən adam çox azdır. Ona görə də telefonun internetini bağlayıb bir kənara qoyun. İndi siz kitabla tək qalmısız…
2. Çantanıza kitab qoymağı unutmayın
Çantanızda mütləq kitab olsun. Yolda oxuyarsız. Növbədə dayananda oxuyarsız. Kafedə dostunuzu gözləyəndə oxuyarsınız. Kitabla vaxt itirməzsiniz. Bunun üçün müqəddəm şərt çantanızda kitab olmasıdır. Kitabsız çölə çıxmayın, sizə soyuq dəyər. Faniliyin qarı tökülər başınıza.
3. Mütaliəni əyləncəyə çevirmək
Mütaliəni əyləncə kimi qavrayın. Özünüzə ayırdığınız zaman kimi baxın. Əsla mütaliəni bir iş hesab etməyin. Siz başqalarından geri qalmamaq üçün oxumursuz. Siz özünüz üçün oxuyursuz. Kitab oxumaqla keçirtdiyiniz gözəl dəqiqələri, saatları gününüzün bəzəyi sayın.
4. Kitabsevərlərlə dost olmaq
Oxudunuz, bəs kimlə müzakirə edəcəksiz? Bəs kimdən məsləhət alacaqsız? Ətrafınızda kitaba mehrini salmış adamların olması vacibdir. Siz onlardan yaxşı məsləhətlər ala bilərsiz. Təbii ki, özünüz də onlara məsləhət verə bilərsiz. Sevdiyin bir kitabı başqasına oxutdurmağın, onu da o kitaba aşiq etməyin necə gözəl hiss olduğunu kitabsevərlər gözəl bilir.
5. Qəliz yox, oxunaqlı kitab seçmək
Folkner çətindir? Getmir? Oxuya bilmirsiz? Prustun hər cümləsində ilişirsiniz? Qoyun bir kənara. Öz zövqünüzə uyğun kitab seçin. Ya da bir kitabı hamı tərifləyir, baxıb görürsünüz, bayağıdır, amma yenə oxumaq istəyirsiz, boş verin. Oxumayın. Kitab sizi özünə çəkmirsə, onu bir kənara qoymaq ən gözəl yoldur. Və unutmayın ki, dünyada sizin ürəyinizcə olan yüzlərlə kitab var.
6. Ədəbiyyat nəşrlərini izləmək
Ədəbiyyatla bağlı qəzetləri, jurnalları, müxtəlif internet saytlarını izləmək sizi daha yaxşı oxucu edəcək. Həm oxuduğunuz yazıçılar haqqında yeni şeylər öyrənə, həm də öz zövqünüzə uyğun yeni kitablar haqda məlumat ala bilərsiniz. Sevdiyin yazıçının müxtəlif məsələlər ətrafında münasibətini, həyatının maraqlı anlarını öyrənmək sizi əyləndirəcək və daha yaxşı oxucuya çevirəcək.
7. Bukinistlərə, kitab mağazalarına tez-tez getmək
Şərt kitab almaq deyil. Şərt kitab aurasına girməkdir. Bəlkə də heç zaman oxumayacağınız kitabları vərəqləməkdir. Yeni kitablar seçməkdir. Ən əsası kitab mühitindən qopmamaqdır. Kitab qoxusuna aludə olmaqdır…
8. Əlfəcin, bloknot və qələm sevgisi
Özünüzə gözəl əlfəcinlər alın. Bu sizə əlavə zövq verəcək. Hər kitab üçün ayrıca əlfəcin də ala bilərsiniz. Almaq nədir, özünüz də düzəldə bilərsiniz. Qələmlə bəyəndiyiniz cümlələri bloknotunuza yaza və hər kitab üçün bir bloknot ayıra bilərsiniz. Ya da hər yazıçı üçün. Bu sizə əlavə stimul verəcək.
Bonus*
“Sevdiyinin sevdiyi hər şeyi sevməkdir sevgi”. Özünüzə kitab sevən bir sevgili tapın. Beləcə kitabı da sevərsiz…
| ['kitablar', 'mütaliə', 'kitab sevgisi', 'kitabları sevmək', 'kitab məsləhətləri'] |
885 | https://kayzen.az/blog/qadin/19863/40-ya%C5%9F-sindromu.html | 40 yaş sindromu | Apollon | Qadın | 31 yanvar 2017, 20:39 |
Qəbul etmək istəsələr də, istəməsələr də 35-45 yaş arasında qadınlar “40 yaş sindromu”nu yaşayırlar. Bu yaşlarda indiyə qədər etdikləri və edə bilmədiklərini gözdən keçirib peşmanlıq hissi duyurlar.
Xarici görünüşlərindən narahat olmağa başlayırlar. Bəyənilməmə qorxusu yaşayırlar. Görünüşləriylə bağlı dəyişikliklər etmək istəyirlər. Bu istək həyat yoldaşları tərəfindən razılıqla qarşılanarsa bir müddət rahat ola bilirlər.
Qadınların əksəriyyəti 35 və üzəri yaşlarda çətin bir dövr yaşayırlar. Bu dövrdə qadınlar özlərini heç də xoşbəxt hiss etmir. Sağlamlığında baş verən hər hansı problemi çox ciddi qarşılayır. Bir-birinə zidd olan duyğuların yaşandığı bu “40 yaş sindromu”nda əksər qadın bu mərhələni çox çətin keçirir. Əgər bu yaşa qədər qadın öz məqsədlərini gerçəkləşdirməyibsə, istədiyi kimi xoşbəxt bir həyat sürməyibsə, 35-45 yaşları arasında bu krizə yaxalanmaq ehtimalı böyükdür.
Mütəxəssislərin fikrincə 40 yaş həyatın durğunlaşdığı, iş və sosial həyatda bir zəifləmə hiss edilən dövrdür. Lakin keçici bir mərhələ olduğu üçün “40 yaş krizi’ adlandırılır. Kişilərə nisbətən qadınlar daha həssas xarakterə sahib olduqları üçün bu dövrdə də olduqca həssas olurlar. Araşdırmaların bir çoxunda göstərilir ki, bu mərhələdə hormonlarda baş verən dəyişikliklər də öz təsirini göstərir. Lakin bu barədə konkret bir fikir söyləmək doğru deyil. Qadın 40 yaşında hələ öz hədəflərinə çatmayıbsa, bunun həyat yoldaşı və ya sevgilisi tərəfindən də bəyənilmədiyini düşünür və bu hiss onu daha çox narahat edir. Həmçinin iş yerində karyera baxımından istədiyi yerdə deyilsə, hələ ailə qurmayıbsa, ana deyilsə, bu sindromu yaşama ehtimalı daha çoxdur. Bu yaşlarda qadının aldadılması onun üçün gənclik dövrünə nisbətən çox ağırdır. Əgər gənc ikən, ”Hələ irəlidə daha gözəl bir həyat var, daha doğru insana rast gələrəm” düşüncəsi ilə yaşayırsa, indi hər şeyin sonu olduğunu düşünür. Əvvəllər fikir vermədikləri qüsurlara indi daha çox diqqət yetirərlər.Övladları olan və xoşbəxt bir ailə həyatı olan bir qadın bu mərhələni rahatlıqla keçirə bilər.
40 yaş sindromunda qadın həyatını gözdən keçirir — arzuları və bu arzulara qarşılıq yaşadığı həyat. Həyata keçirə bilmədikləri şeylər üçün yaşadığı peşmançılıq hissi. yaşayar Həyata keçirmədiyi arzularını bu gün gerçəkləşdirmək istəyər, amma artıq gec olduğunu düşünər, daha gənc olmadığını düşünər və çox istəyindən imtina edər. Bir sözlə, yaşlandığını düşünər. Çəkinin artması, saçların ağarması, tökülməsi, üzdəki qırışlar gözəllik hərisi qadınları məyus edər. Özündən küsər.
Görünüşündən narahat olduğu üçün yaşlanmanı gecikdirən kosmetik vasitələrdən istifadə edər. Plastik əməliyyatlara üstünlük verərlər. Əvvəllər fikir vermədikləri qüsurlara indi daha çox diqqət yetirərlər. Geyimlərinin daha gözəl və yaşlarıdan gənc göstərəcək olmasına diqqət edərlər. Bəzən həyat yoldaşı və uşaqlarından da uzaqlaşmaq, dinamik, əyləncəli bir həyat yaşamaq istəyərlər.
Bu zaman qarşı tərəfin daha anlayışlı olması lazımdır. Qadın paylaşacağı, ona dəyərli olduğunu hiss etdirəcək bir insanla özünü məmnun hiss edə bilər. Çox zaman qadının özünü yaşlı hiss etməsinə səbəb, elə ən yaxınları olur. Hər şeydə “Bu sənə uyğun deyil, sənin artıq o yaşın deyil” deyərlər. “Gənc olmasan da ruhən gəncsən” deyərək o qadına kompliment dediyinizi zənn edərsiz, amma əksinə bu sözlərlə “artıq yaşın çoxdur ” mesajı verərsiniz.
Hər hansı bir işdə onları önəmsəməyib, gənclərin işinə daha çox qiymət verir və gənclərin həvəsləndirilməyə ehtiyacı olduğunu düşünürsünüzsə, yanılırsınız. Gənclik, elə ilhamlanmaq üçün böyük səbəbdir.
Bir şeyi anlamaq lazımdır. Həyat mərhələlərdən ibarətdir. Uşaq, yeniyetmə, gənc, orta yaş, qoca və ahıl dövrlərini yaşayır, insan. Hər yaşın özünəməxsus gözəllikləri var. Gənc olmaq hələ hər şey demək deyil. Gənclik çox tez ötüb keçir. Vacib olan faydalı olmaqdır. Faydalı insan, hansı yaşda olur-olsun, faydalıdır.
Qadınlara sözüm isə, yaşa görə üzülməyə dəyməz! Hiss etdiyiniz yaşdasınız, özünüzü hər yaşda sevin!
Psixoloq Rübabə
fitret.az
| ['qadın', '40 yaş', 'qadın psixologiyası'] |
886 | https://kayzen.az/blog/g%C3%B6z-x%C9%99st%C9%99likl%C9%99ri/19959/quru-g%C3%B6z-sindromu.html | Quru göz sindromu | Apollon | göz xəstəlikləri | 31 yanvar 2017, 20:37 |
Göz quruluğu anlayışı nədir?
Quru göz sindromu oftalmoloqların sıx qarşılaşdığı problemlərdən biridir. İsmindən məlum olduğu kimi bu xəstəlik gözün quruluğu ilə müşahidə olunur. “Quru göz “ – gözün kifayət qədər gözyaşı ifraz etmədiyi ya da gözyaşının normal kimyəvi tərkibə malik olmadığı hallara deyilir.
Normal bir görmə üçün göz almasının ön səthinin nəmliyin yetərli olması şərtdir. Bunun üçün göz yaşının lazımi keyfiyyətinin və düzgün tərkib hissələrinin olması, göz qapaqlarının normal bağlanması vacibdir. Bu faktorlar gözün ön səthinin gözyaşı filminin pozulmasını və gözün qurumasını əngəlliyir.
Göz yaşı təbəqəsi buynuzlu və selikli qişaların epitelinin, göz yaşı vəzin və göz qapaqların birlikdə düzgün fəaliyyət göstərməsi nəticəsində əmələ gəlir. Bu faktorlar biri birinə çox bağlıdırlar. Məsələn, əgər buynuzlu qişanın, yəni gözün üst qişasının, epitelində balaca bir defect əmələ gələrsə, göz yaşı ifrazı reflektor olaraq artır, yaşın tərkib hissəsi dəyişilir, bu da konyunktivanın damarlarının genişlənməsinə və onların keçiricilik qabiliyyətinə təsir edir.
Normal gözyaşı təbəqəsi nə deməkdir?
Düzgün göz yaşı təbəqəsi gözün ön səthinin təmizliyini saxlayıb ona infeksiyalara qarşı fiziki və immun bir qoruma təmin edir.
Göz yaşı su, enzim (ferment), protein, immunoglobulin, lipid, soyulan epitel hüceyrələrin birləşməsindən əmələ gələn komplex bir mayedir. Şərti olaraq göz yaşı filmi üç komponentdən ibarətdir:
1) selikli təbəqəsi,
2) su təbəqəsi,
3)lipid (piy) təbəqəsi.
Bu göstərilən komponentlərdən su təbəqəsinin yetməzliyi quru gözün ən sıx görulən səbəbidir, bu da yaş vəzinin funksiyasının pozulmasının (azalmasının) nəticəsində olur. Bu patologiyanın yaranmasına A vitaminin çatışmazlığı, gözyaşı vəzinin immune xəstəlikləri, pemfigoid, kimyəvi yanıqlar, postmenopauza zamanı estrogen çatışmamazlığı və s. təsir edir. Burada gözün allergik xəstəliklərini, kompyuter sindromunu və virus mənşəli keratokonyunktivitləri də qeyd etmək istəyirəm. Əlbətdə ki, quru göz sindromunun yaranmasında ekoloji faktorların rolunu qeyd etmək lazımdır, yəni havanın kirliyini, artıq dərəcədə insolyasiyanı, külək və tozlu havanın həddən çox olmasını, xüsusən bizim şəhərdə.
Xəstəliyin simptomları hansılardır?
Xəstə həkimə müraciət etdikdə çox vaxt öz şikayətlərini tam formalaşdıra bilmir. Bunun üçün həkim tərəfindən verilən bir neçə sual xəstənin vəziyyətinin müəyyənləşdirməsi üçün kömək edir.
Məsələn:
— Gözünüzdə quruluq hiss edirsinizmi?
— Gözünüzdə qapaqların altında qum varmış kimi hiss olur mu?
— Gözünüzdə yanma hissi olurmu?
— Güzləriniz qızarırmı?
— Kirpiklərdə yapışma hissi varmı?
— Səhər oyandıqda gözlərinizi açmaqda çətinlik çəkirsinizmi?
— Kompyuterlə məşğul olursunuzmu?
— Siqaret çəkirsinizmi? və s.
Bir neçə söz müayinə üsulları haqqında deyərdiniz.
Bir neşə obyektiv müayinə üsulları var ki, onlar diaqnozun qoyulmasında kömək edirlər. Onlardan konyunktiva kisəsinin müxtəlif boyalarla boyanması (məsələn, Fluoressein və ya Rose-Bengalla), gözyaşının qırılma zamanının ölçülməsi, Şirmer testi və s.
Müalicə və məsləhətlər
Göz quruluğunun nəticələri bəzən təhlükəli ola bilir. «Quru göz» sindromundan onun ilkin mərhələsində xilas olmaq lazımdır:
1-ci məsləhət. Gözlər üçün idman. 50 dəqiqə işləyirik, 10 dəqiqə istirahət edirik. Lakin siqaretlə yox. Gəzişin, gözünüzün qabağındakı rəsmi dəyişin. Yaxşıca gözlərinizi qırpın. Ofisdə maksimal uzağa görüntüsü olan pəncərə tapın.
2-ci məsləhət. Yalnız maye-kristal monitordan istifadə edin. Maye-kristal monitorda piksellər fasiləsiz və tərpənmədən yanır. Hərflər və istənilən xətlər dəqiq ötürülür.
3-cü məsləhət. Vitaminlər. Gözlərə xüsusən A, B2, E, C vitaminləri, kalsium və digər faydalı madəllər zəruridir. Kəsmik, şor, yağlı olmayan ət, yer kökü, qaragilə yeyin. Vitaminli-minerallı komplekslər için.
4-cü məsləhət. Profilatika vasitələri: Süni damcı preparatları göz yorğunluğunu və yandırma hissini aradan qaldırır. Yatmazdan qabaq çobanyastığı dəmləməsilə ilığ kompreslər gözlərin yorğunluq və gərginliyini aradan qaldırır.
Quru göz sindromunun müalicəsi çox vaxt palliativ olur. Birinci növbədə bu xəstəliyi yaradan əsas səbəbi aradan qaldırmaq çox vacibdir. Bəzən bu kliniki olaraq mümkün olmur. Odur ki, simptomatik müalicə aparılır. Bu həm konservativ (yəni cür bə cür dərman vasitəsi ilə, süni göz yaşı işlətməklə) həyata keçirilir, və yaxud cərrahi yolla aparılır (xəstəliyin ciddiliyinə və formasından asılı olaraq). Müalicə üsulu təbii ki həkim-oftalmoloq tərəfindən seçilməlidir, özünümüalicə üsullar bu halda ciddi fəsadlarlara yol aça bilər.
Müəllif: Dr. Fəxriyyə Yusifzadə — Oftalmoloq
| ['oftalmologiya', 'göz xəstəlikləri', 'quru göz sindromu'] |
887 | https://kayzen.az/blog/qan-damar/19603/qan-verm%C9%99k.html | Qan vermək | Apollon | Qan-damar sistemi | 29 yanvar 2017, 00:19 |
Qan vermək nədir?
Qan istehsal edilməyən bir toxuma olduğuna görə,yeganə mənbəyi sağlam qan ianəçiləridir. Qan ianəsi həm ictimai,həm fərdi baxımdan əhəmiyyət daşıyır. Çünki insan qan verdiyi zaman orqanizm yeni qan istehsal edir və bunun orqanizm üçün faydası çoxdur. Qan ianəsi,sağlam olan şəxsdən alınan bir miqdar qanın ehtiyac sahibi olan bir şəxsə ötürülməsi prosesidir. Böyük xəstəxanalarda qan toplama mərkəzləri yerləşir. Toplanan qan ehtiyac duyulduqda istifadə edilmək üzrə soyuq şkaflarda saxlanılır.
Kim qan verə bilər?
Yaşı 18-65,çəkisi 50 kq və ondan artıq olan hər bir sağlam insan qan verə bilər. Kişilərdə ən tez 2 ayda bir,qadınlarda isə ən tez 3 ayda bir olmaqla ildə 4 dəfədən çox olmamaq şərtilə qan verə bilərlər. Hüceyrələrin yenilənməsi isə 2 aya qədər vaxt alır. Davamlı qan vermək insan orqanizmi üçün nəinki ziyan,əksinə bir çox xeyirli tərəfləri var.
Kim qan verə bilməz?
Müəyyən hallar var ki,bu,sizin qan verməyinizə mane ola bilər:Müayinədə 37.5 dərəcədən artıq bədən istiliyi olanlar;Nəbz atış sayı dəqiqədə 50-dən az 100-dən artıq olanlar;Damardan narkotik asılılığı olanlar;Laxtalanma faktor konsentrasiyası ilə müalicə alanlar;Son 24 saatda həddindən artıq miqdarda alkoqol qəbul edənlər;Cinsi yolla yoluxmuş bir xəstəlik keçirənlər və keçirmə riski yüksək cinsi əlaqədə olanlar;Soyuqdəymə keçirənlər şikayətlərinin kəsilməsindən 3 gün sonra qan verə bilərlər;Son 12 ay ərzində yoluxucu sarılığı olan biri ilə yaxın təmasda olanlar;Orqan və ya toxuma köçürülməsi olanlar;İynəbatırma ilə döymə dərinizin hər hansı bir yerinə dəlik açmaq (qulaq deşdirmə kimi) kimi əməliyyat etdirənlər;Son 3 il ərzində malyariya xəstəliyi keçirənlər qan vermək olmaz.Malyariya xəstəliyinin epidemiya olaraq yerləşdiyi coğrafi bölgələrdə 6 aydan çox qalanlar 2 il müddətində, 6 aydan az qalanlar isə 12 ay qan verə bilməzlər. İstifadə etməkdə olduğunuz dərmanlar varsa mütləq qan verdiyiniz mərkəzdəki həkimə bildirin. İnfarkt keçirən bir adam qan verə bilməz.
Qan verməyin uyğun olub-olmadığı nəyə əsasən qiymətləndirilir?
Qan verməmişdən əvvəl həkim sizə müayinə etməlidir. Müayinə nəticəsində həkim veriləcək qanın sizə ya da qanı alacaq xəstəyə zərər verə biləcəyi qərarını verərsə səbəbini sizə açıqlayaraq qan ianəsini bir müddət təxirə salır. Bəzən (daşıyıcı xəstəlik və s.) isə mövcud vəziyyət həyatınız boyu sizin qan verməyinizə maneə yaradır.
Qan verərkən qansızlıq yaranırmı?
Verilən qan 450 mln. qədər olur. Bədəndə orta hesabla 5000-6000 mln. qan olur. Alınan qan bədəndəki qanın təxmini dəyəri, 1/13-i qədəri olaraq zərər verməz. Ayrıca qan ianəsindən əvvəl qan sayımı aparılır, həkim tərəfindən qiymətləndirilir. Qan ianəsindən əvvəl aparılan müayinədə qan səviyyəsi aşağı olduğu (anemiya) müşahidə edilərsə qan vermək olmaz. Normalda sağlam fərdlər qan verərlərsə azalan qan hüceyrələri sümük iliyinin çalışması ilə sürətlə yenilənər. Onsuz da bədən, bu hüceyrələrin yaradılması və dağıdılması fəaliyyətlərini davamlı olaraq həyata keçirir. Alınan qan miqdarı isə sağlamlığa mənfi təsir edəcək səviyyədə olmadığına görə, qansız qalmaq kimi bir vəziyyət yaratmır.
Bəs qan verməyin faydası nədir?
Qanaxmalı bir xəstədə və ya böyük bir əməliyyatda 6-8 qutu qana və 4-5 qutu təzə dondurulmuş plazmaya ehtiyac duyulur. Problemli hamiləlik keçirən və ya qanaxmalı hamilə bir qadının həyatını davam etdirməsi üçün qan və qan məhsullarına ehtiyac olur. Həyatında qan və qan məhsullarını almaq məcburiyyətində olan hemofiliya və talessemiya xəstələrinin yaşamağı üçün qana ehtiyacı vardır. Yenidoğulan və qanın dəyişməsi üçün çox təzə qana ehtiyacı olan uşaqlar sizin qanınızı gözləməkdədirlər. Ağır böyrək xəstələrinin də həyatlarını davam etdirmələri üçün qan və qan məhsullarına ehtiyacı vardır. Qan istehsal edilməyən yeganə dərmandır. Bir gün hər kəsin qan və qan məhsullarına ehtiyacı ola bilər. Verəcəyiniz hər qan üçün pulsuz olaraq qan qrupu müəyyən edilir, Hepatit B, Hepatit C və AİDS testləri də aparılır. Qan verməyin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var.
Bəs qan verməyin mənfi tərəfləri nələrdir?
Qan ianə etmək üçün qan verən insanda axtarılan müsbət xüsusiyyətlər vardır. Bu xüsusiyyətlər insanın sağlam olması, ən azı 17 yaşını doldurmuş olması, qan verənin son 8 həftə ərzində qan verməmiş olması, qan verənin antibiotik və ya digər qan durulaşdırıcı dərman vasitələrindən istifadə etməməsi kimi şeylərdir. Bu qaydalar təbii ki, bəzi ölkələrə görə dəyişir. Ancaq əsas xüsusiyyətlər, demək olar ki, eyni qalır. Bu əsas qaydalara riayət edilməzsə qan alan və ya verən adamda yaxşı nəticələrə səbəb olmur. Qan ianə zamanı yüngül baş dönməsi halı olan bir şeydir. Qan ianəsinin əks təsirləri, əsasən, gənclər arasında baş verir. Bu mənfi təsirlər isə bunlardır:
Tərləmə və titrəmə;Özündən getmə və yıxılma;Oynaqlarda sərtləşmə;Stress;Mədə bulanması;Dodaq və burunda uyuşma.
| ['qan köçürmə', 'qan vermək', 'qan'] |
888 | https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/19897/a%C4%9F%C4%B1ll%C4%B1-q%C9%99lyanalt%C4%B1.html | "Ağıllı" qəlyanaltı | Apollon | sağlam həyat tərzi | 28 yanvar 2017, 23:46 |
Bəli, düz eşitdiniz “ağıllı” qəlyanaltı. Yəqin sizə maraqlı gəldi “ağıllı” qəlyanaltı necə olur, ümumiyyətlə bunun nə fərqi var adət etdiyimiz qəlyanaltılardan?
1. Dənli bitkilərə üstünlük verin – Yüksək lifli qidalar enerjini artırar, gün boyu gümrah olmağına kömək edər. Gün ərzində yulaf, tam dənəli az duzlu çubuq kraker və ya cipsi yeyə bilərsən.
2. Səhər yeməyini təkrarla – Səhər yediyin bəzi qidaları acdığın zaman nahara qədər yeyə bilərsən. Bir dilim buğdadan və ya kəpəkdən hazırlanmış çörək üzərində çiyələk mürəbbəsi payız havasında əsl yerinə düşər. Amma diqqət etmək lazımdır ki, mürəbbə az şəkərli olsun.
3. Aşağı və yuxarı kalorili qidaları kombin et – Yerfıstığı kimi sağlıqlı yağlardan ibarət qidalardan kiçik parça alma dilimləri ilə birləşdirib yeyə bilərsən. Ortaya həm fərqli, həm dadlı, həm də sağlıqlı yemək çıxır.
4. Ləbləbi də ye – Əgər harasa gedirsənsə və ya nahara çox varsa o zaman badam, qoz, qovrulmuş boranı tumu, fındıq ləpəsini kiçik qabda yanında götürə bilərsən ya da evdə atışdıra bilərsən. Bu tip ləbləbilər və tumlar bəsləyici formula sahibdir. Ləbləbilərin tərkibində yüksək kalori olduğu üçün çalış ki, onlardan az yeyəsən.
5. Qarışıq qidalar – Çalış ki, nahararası nəsə yeyəndə makro qarışıq qidalar qəbul elə. Misal üçün əgər ləbləbi yeyirsənsə, bir az da, üzüm qəbul elə (zülalar, yağlar, karbonhidratlar birlikdə yayılsın orqanizmə). Bu tip eyni balanslı qidalar səni tox tutar nahara qədər.
6. Diqqətli atışdır – İnternetdə olarkən, iş görərkən və ya televizora baxarkən atışdırma. Bunların əvəzinə fasilə et və kiçik nahar edirmiş kimi atışdır. Bu zaman həm sağlıqlı qidalanacaq, həm də kilo almayacaqsan.
7. Nahar qutusu hazırla – Sağlam qidalardan ibarət kiçik bir yemək qutusu hazırla və özünlə götür. Beləcə kiçik kafelərdə, iş yerində, yol kənarında qida qəbul etməyinə ehtiyac olmayacaq. Həm cibinə, həm də sağlamlığına “qənaət etmiş” olacaqsan.
Qeyd edək ki, 42 qram cipsin tərkibində 1 alma, 1 kasa çiyələk, 1 kasa kök və 4 yemək qaşığı az yağlı hazırlanmış sos ilə eyni kalori var. Su və lif miqdarı yüksək qidalara üstünlük verərək həm daha artıq yemiş, həm də daha az kalori ala bilərsən. Aşağıdakı 100 və aşağı kalorili qidalar və kalori miqdarları sənə ağıllı və sağlam atışdırmaqda kömək olar bilər.
– Orta boy alma = 72 kalori
– Orta boy banan = 105 kalori
– 1 kasa (təxminən 226 qram) qaynadılmış təzə lobya = 44 kalori
– 1 kasa üzüm = 100 kalori
– Təxminən 100 qram kök = 45 kalori
– Təxminən 100 qram brokoli = 30 kalori
foxy.az
| ['sağlam qidalanma', 'sağlam qida', 'qəlyanaltı'] |
889 | https://kayzen.az/blog/ushaq_terbiyesi/19903/izl%C9%99-v%C9%99-n%C9%99tic%C9%99-%C3%A7%C4%B1xar.html | İzlə və nəticə çıxar | Apollon | Uşaq tərbiyəsi | 28 yanvar 2017, 23:44 |
Yaxşı uşaq tərbiyə etmək ətrafda gördüyüm bir çox ailəli dostlarımın əsas narahatçılıqlarındandır. Məsuliyyətli və daha yararlı nəsil yetişdirmək amalında olanlar da indidən gərək bu çətin hazırlıqlara başlasınlar ki, vətənə millətə xeyirli fərdləri yetişdirə bilək.
Məşhur fizik Riçard Feynman həmişə atasının onun yetişməsində necə böyük rol oynadığından yazıb. Feynman uşaq yaşlarında parkda dostları ilə oynarkən bir uşaq ondan soruşur.
— Bu quşu tanıyırsanmı?
— Yox, tanımıram
— Demək atan sənə heç nə öyrətməyib, bu qəhvərəngli boğazı olan quşdur.
Əksinə, Feynmanın atası ona çox şey öyrətmişdi. Bu quşun Spencey bülbülü olduğunu, italyanca, portuqalca, çincə, yaponca bu quşun necə adlandığını. Amma Feynmanın atası həmişə deyərdi: Bir quşun adını bütün dillərdə bilə bilərsən, başqa ölkələrdə adamların bu quşa nə dediklərini və necə yaşadıqlarını. Amma yenə də o quş haqqında heç bir şey bilməyəcəksən oğul. Gəl bərabər bu quşa baxaq və onun nə etdiyi izləyək. Qısası — bir gəzintidə gördüyün quşun adını əzbərləməkdənsə, quşun necə davrandığını və niyə elə davrandığını izlə və nəticə çıxar.
Çıxarılan Dərs: Bir nəsnənin adını bilməklə özünü bilmək arasında böyük fərq var.
Sonralara isə Feynman bildi ki, bu quşun adı fərqliymiş. Heç çin və portuqal dillərində də atası quşun adını düz deməmişdi. Amma Feynman uşaqlıqda izləməyi və nəticə çıxarmağı öyrənmişdi.
Kənan Kərimzadə
| ['düşündürücü hekayələr', 'uşaq tərbiyəsi', 'Riçard Feynman'] |
890 | https://kayzen.az/blog/azerbaycan/18677/m%C9%99tbuat.html | XX əsrin əvvəlində Mətbuat | Azərbaycan | Azərbaycan | 28 yanvar 2017, 00:14 |
Xeyriyyə cəmiyyəti bağlandıqdan sonra Həsən bəy Zərdabi qəzet çıxarmaq fikrinə düşür. «Həyat» qəzetinin 1905-ci il tarixli 115-ci nömrəsində o yazırdı:
«Bizim „Cəmiyyəti Xeyriyyə“ bina tutmadığından aşkar oldu ki, qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı və pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmazsa doğru söz yerdə qalsın».
O dövrdə Azərbaycan dilində qəzet çıxarmaq çox çətin idi. Həsən bəyin özünün yazdığı kimi «pul yox, yazıçı — yoldaş yox, çapxana yox, hürufat yox. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır».
Bu işdə ona yalnız o zaman Bakının general qubernatoru olan Staroselski yaxından kömək edir. Staroselski rus dvoryanlarından olsa da, arvadı gürcü olduğu üçün Qafqaz əhlinə qarşı çox səmimi idi. O Həsən bəyə məsləhət bilir ki, çıxaraçağı qəzetin adını "Əkinçi" qoysun. Hökümətin icazə verməsi üçün də bu düşünülmüş bir yol idi. Guya "Əkinçi" siyasət məsələlərinə qatışmayacaq, ancaq əkin və əkinçilikdən danışacaqdır. Türk dilində hürufat olmadığı üçün Həsən bəyə məsləhət bilirlər ki, qəzeti daşbasması ilə (litoqrafiya üsulu ilə) çıxarsın. Həsən bəy bu fikirlə razılaşmır. Çünki litoqrafiya üsulu ilə qəzeti həftədə ancaq bir və ya iki dəfə çıxarmaq olardı. O isə qəzeti gündəlik etmək fikrində idi.
Uzun müddət düşünüb daşınandan sonra hürufat almaq üçün 1875-ci ilin iyul ayında İstanbula gedir. Hürufatı alıb, qayıdandan sonra əlahiddə bir çapxana açmaq lazım gəlir. Həsən bəyin isə buna gücü çatmır. Staroselski yenə ona kömək əlini uzadır. O Həsən bəyin İstanbuldan gətirdiyi hürufatı quberniya idarəsinin çapxanası üçün satın alır və beləliklə Həsən bəyi çətin vəziyyətdən çıxarır. 1875-ci ilin 22 iyulundan quberniya idarəsinin mətbəəsində "Əkinçi«nin birinci nömrəsi çapdan çıxır. Mürəttib məsələsi də çox çətinliklə həll edilmişdi. O zaman quberniya çapxanasında Minasov adlı bir nəfər erməni mürəttibi işləyirdi. Həsən bəy ondan istifadə etdi. Bir müddətdən sonra Minasov öz bacısı oğlunu da işə qəbul etdirib, ona mürəttibliyi öyrətməyə başladı.
Qəzetin üstündə rəsmi olaraq, „iki həftəlik qəzet“ yazılsa da, Həsən bəy həmin ilin payızından qəzeti həftədə bir dəfə çıxarırdı. Çünki abunəçilərin sayı 400 nəfərə çatmış və qəzetin ətrafında yazıçıların sayı artmışdı. Staroselski özünü qəzetin senzoru təyin etmişdi. O işdən gedəndən sonra isə senzor vitse qubernator oldu. Əlbəttə, Staroselskinin işdən getməsi, Həsən bəyin özünün dediyi kimi, onun üçün bədbəxtçilik idi. Çünki Staroselski gedəndən sonra qəzetin düşmənləri yer-yerdən hücuma keçib, qəzeti bağlatdırmağa çalışdılar. O biri tərəfdən qəzetdə siyasi xəbərləri çap etməyə icazə verilmədiyindən abunəçilərin də narazılığı artırdı. Qəzet barədə danoslar yazılmağa başladı. Jandarm tərəfindən Həsən bəyin hərəkətlərinə göz qoyuldu. Bu barədə Həsən bəy özü belə yazırdı: „Gündə məndən və “Əkinçi»dən danoslar göndərirdilər. Jandarm tərəfdən üstümə qaraulçular qoyuldu… Bununla belə mən qəzeti vaxtında çıxarırdım. Elə ki, Dağıstanda şuluqluq başlandı "Əkinçi«nin də günü dəxi qara oldu. Bir gün Nəcəf bəy Vəzirovun məqaləsini ki, Moskvadan göndərmişdi, vermişdim düzülməyə. Məqalədə bir dərviş bazarda dükanların qabağında qəsidələr oxuyub, onları elm təhsil etməyə çağırırdı. Senzor qol çəkib, çap olunmağa icazə vermişdi. Qəzeti çap olunub paylanandan sonra qubernatorun hökmünə görə o nömrəni bağlayıb, məni istədilər. Gedib gördüm ki, mənim Minasovum oradadır. Qubernator buyurdu ki, Minasov deyir ki, dərvişin sözlərinin qeyri mənası var. Ona görə nömrəni bağlayıb, sənə hökm edirəm ki, bir qeyri nömrə çap edəsən. Cavab verdim ki, qeyri nömrə çıxarda bilmərəm. Mən gedəndən sonra qubernator özü bir nömrə çıxardıb, payladı. Nömrə mənim adımla çıxmışdı. Mən təvəqqe elədim ki, mənim adımdan qəzet çıxarmasınlar».
1877-ci üdə başlayan rus-türk müharibəsi qəzetə böyük zərbə oldu. Bütün rus qəzetləri müharibənin gedişindən ətraflı xəbərlər verdiyi halda "Əkinçi«yə müharibə barədə bir sətir də çap etməyə icazə verilmədi. Hətta müharibənin başlanmasını da bildirmək ona qadağan olunmuşdu. Qəzetin üzərində senzor daha da güclənmişdi. Həsən bəy bu barədə belə yazırdı: „Deyil ki müharibənin gedişi, hətta müharibə zamanı Rusiya içərisində vaqe olmuş təbii fəlakətlərə dair məlumatı, Moskvada soyuqdan sərçələrin donub ölməsini də qəzetə yazmağa müsaidə etməmişdilər. Senzorun fikrincə bunu müsəlmanlar “ruslara Allahın qəzəbi keçmişdir» deyə izah edərlər".
Müharibə barədə heç bir məlumatın verilməməsi abunəçilər içərisində qəzeti xeyli nəzərdən salmışdı.
Həmin bu günlərdə Dağıstanda iğtişaş başladı. Üsyan başçılarından bəziləri güllələndi, bəziləri də sürgün edildi. Bununla "Əkinçi«ni bağlamaq üçün
hökümətin əlinə yaxşı bəhanə düşmüşdü. Bütün Qafqazda üsyanın başlayacağından qorxuya düşən çar höküməti „Əkinçi“nin də bu işdə böyük rol
oynayacağını düşünüb qəzeti bağlatdırdı. Qəzetin axırıncı — 56-cı sayı 1877-ci ilin sentyabrında çıxdı. Qəzet bağlansa da Həsən bəyin özündən əl çəkmədilər. Real məktəbinin direktoru Həsən bəyə təklif etdi ki, o Yekatirinadar və ya Kutaisi gimnaziyasına müəllim getsin. Bu barədə Həsən bəy özü belə yazırdı: „Mən ərizə verib, qulluqdan çıxdım. Çünki mən Bakıdan çıxıb, müsəlman işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirdim.
Dava qurtardı. Amma mənim Bakıda qalmağım müşkül oldu. Padşahlıq qulluğuna məni götürmədilər və bakılılardan da heç kəs məni qulluğa götürmədi.
...Bakıda daha qala bilməyib öz kəndimizə köçüb getdim“.
»Bakinskaya izvestiya" qəzeti 1878-ci il 29 noyabr tarixli 25-ci sayında belə bir elan vermişdi: «Real məktəbinin keçmiş müəllimi Həsən bəy Məlikov 20 noyabrdan istefaya çıxaraq xüsusi müəssisələrdə işlər müdiri, kontorçu, müəllim və sairə bu kimi vəzifələrdə işləmək üçün yer axtarır».
"Əkinçi" bütün Zaqafqaziyada ilk türk qəzeti idi. Qəzet səhifələrində Həsən bəyin yazdıqları əsasən kənd həyatından, kənd təsərrüfatından olurdu. Ancaq bununla belə qəzetin səhifələrində dövrün bir sıra ictimai məsələləri də işıqlandırılır, bu barədə mübahisələr açılırdı. Mollalar, mövhumatçılar, çar çinovnikləri, yalnız öz mənafelərini güdən duma qlasnıları da Həsən bəyin məqalələrində amansızcasına tənqid olunurdu. Azərbaycan dilinin təmizliyi Həsən bəydən ötrü müqəddəsdi. O fars və ərəb sözləri ilə dolu olan və heç kəsin anlamadığı bir dildən sadə Azərbaycan dilinə keçməyi yanar bir ürəklə təbliğ edirdi. O yazırdı: "İstəyirsinizmi türk milləti yaşasın, qabağa getsin, elmi və mərifəti olsun, mədəniyyəti olsun — ona dil verin, türklər öz dillərini itiriblər, sizin sözünüzü onlar anlamazlar. Onların dilini tapın, verin onlar yaşasın, qabağa getsin".
Həsən bəy Zərdabinin "Əkinçi«dən sonrakı həyatı da çox ağır keçmişdir. 16 il Zərdabda qaldıqdan sonra iflic xəstəliyinə tutularaq, Bakıya qayıdır. Yenə qəzetlərdə mühərrirliklə məşğul olur. „Kaspi“ qəzeti səhifələrində öz məqalələri ilə müntəzəm iştirak edir. Peterburq qəzetləri də onu öz səhifələrində iştirak etməyə çağırırdılar. Dumaya seçilir və onun komissiyalarında fəal iştirak edirdi. Dumanın iclaslarından birində məsələ qaldırmışdı ki, şəhər yerlərindən keçən neft boruları üçün vergi alınsın. Bu təklif neft sahibkarlarının böyük qəzəbinə səbəb olmuşdu. Onlardan biri öz qəzəbini belə ifadə etmişdi: „Lütün biri lüt. Özünün cibində bir qəpik olmadığı halda bizim cibimizlə oynayır. Biz onu yetimə qəyyum etdik ki, dumaya seçilməyə ixtiyarı olsun. İndi bizimlə belə rəftar edir“.
Həsən bəy iflic olmasına, dilinin tutulmasına baxmayaraq, duma komissiyalarının iclaslarında fəal iştirak edirdi. Hətta dumaya təzə seçki başladığı zaman özünə qutu da qoydurmuşdu. Ancaq xəstə olduğu üçün onu seçməmişdilər və seçilmədiyini də heç kəs ona bildirməmişdi. Bununla belə o özünü əvvəlki kimi qlasnı hesab edirdi. Lakin iclaslara nə üçün çağırılmadığına təəccüblənirdi.
1907-ci il 28 noyabrda Həsən bəy Zərdabi gözlərini əbədi yumur. Onun dəfni zamanı natiqlərdən biri demişdi: „Həsən bəy Bakıya ac gəldi, ac da getdi“.
»Əkinçi«dən sonra 1873-cü ildə Tiflisdə daş basma üsulu ilə „Ziya“ qəzeti çıxmağa başladı. Qəzetin ilk nömrəsi yanvarın 16-da çıxdı. 2 səhifədən ibarət idi. Naşiri Səid Ünsüzadə, müdir və mühərriri isə Cəlal Ünsüzadə idi. „Ziya“ 1879-cu ildə 46 ədəd, 1880-ci ildə isə 30 ədəd çıxmışdı. 1880-ci il dekabrin 6-dan qəzet „Ziyayi Qafqaziyyə“ adı altında hürufatla çıxmağa başlayır. „Ziyayi Qafqaziyyə“ qəzetinin nəşri 1884-cü ilin 1 iyununadək davam edir. 1881-ci ilin sentyabrın 21- dək 31 nömrə, 1882-ci il 26 oktyabrdan 1883-cü ilin 3 yanvarınadək 32 nömrə, 1893-cü ilin 10 yanvarından dekabrın 6-dək 30 nömrə, 1884-cü ilin yanvarından iyunun 1-dək 11 nömrə çıxmışdır. Axırıncı illərdə qəzeti Səid Ünsüzadə redaktə edirdi.
1883-cü ildən Tiflisdə Azərbaycan dilində „Kəşkül“ adlı bir jurnal da nəşr olunmağa başlayır. Ta 1891-ci ilədək davam edir. Jurnal türk dilindən başqa fars və ərəb dillərində də nəşr edilirdi. Jurnalın səhifələrində siyasət, ticarət, sənaye və ədəbiyyat məsələlərindən müntəzəm bəhs olunurdu.
Adlarını çəkdiyimiz mətbuat orqanları Tiflisdə çap olunsalar da daha çox Bakıda satılırdı. Lakin „Əkinçi“dən fərqli olaraq bu mətbuat orqanlarının heç biri Həsən bəy Zərdabinin xalqdan gələn gözəl ənənələrini davam etdirə bilmədi. Xalqa bağlılıq bunlara tamamilə yad idi. Dərc olunan məqalələrdə cəmiyyətin kəskin ictimai məsələləri qətiyyən öz əksini tapa bilmirdi. Qəzet və jurnal bütün bu məsələlərin yanından sovuşub keçirdi.
1905-ci il inqilabınadək çap edilən qəzetlərdən biri də „Şərqi rus“ idi. 1903- cü ildən Tiflisdə nəşr edilmiş və 1904-cü ilədək davam etmişdir. 1904-cü ildə qəzet bağlanır və redaksiyası Tiflisdən Bakıya köçür. Burada qəzet əvvəllər „Şərqi rusun teleqramları“, sonra 1905-ci ildə „Axşam xəbərləri“ adı ilə nəşrini davam etdirir. Qəzet Məmmədağa Şahtaxtinskinin başçılığı ilə çap edilirdi. Qadın məsələsi, xüsusən, hürufat islahı qəzetin səhifələrində görkəmli yer tuturdu.
Keçən əsrin yetmişinci illərində Bakıda rus dilində çap olunan mətbuat başlıca olaraq, üç qəzetdən ibarət idi. Birinci qəzet 1876-cı ildən çap olunan „Bakinskaya izvestiya“ qəzeti idi. Bu qəzet rəsmi olaraq, Bakı quberniya idarəsinin orqanı idi. 1881-ci ildən isə İmperator Rus Texniki Cəmiyyətinin Bakı şöbəsinin əlinə keçir. O Naruçev tərəfindən redaktə olunurdu. 1888-ci ildə isə qəzetin adı dəyişib, „Bakı ticarət-sənaye vərəqi“ adı ilə öz nəşrini davam etdirir. Bu ad altında o 1888-ci il 15 oktyabradək çap olunur. Redaktor Neruçevin ölümü ilə əlaqədar qəzetin nəşri müvəqqəti saxlanılır. 1889-cu ildən isə qəzet Sokolinskinin redaktəsi altında öz işini davam etdirir. Qəzetin səhifələrində əsasən sənaye, neft istehsalı sahəsi işıqlandırılır, müxtəlif şəhər xəbərləri verilirdi.
Rus dilində ikinci böyük qəzet „Kaspi“ idi. Siyasi-ədəbi qəzet idi. Quberniya idarəsinin katibi Kuzmin tərəfindən təsis edilmişdi. 1887-ci ilin mayında Kuzmin qəzetin çap edilmə hüququnu Svinkinə satır və ona müəllim Liçkus-Xomutov müvəqqəti redaktor təyin olunur. Sonra qəzeti 1888-ci ildə Qoryayevski, 1889-cu ildən isə Sokolinski redaktə edirdi.
XX əsrin əvvəllərində H. Z. Tağıyev „Kaspi“ qəzetini redaksiyası ilə birlikdə alaraq, Ə. M. Topçubaşovun redaktorluğu ilə çap etdirir. Qəzetin ətrafına
H. B. Zərdabi, Əli bəy Hüseynzadə, F. Köçərli, M. A. Şahtaxtlı, M. Mahmudbəyov və başqa azərbaycanlı ziyalılar toplaşaraq öz məqalələri ilə onun həyatında
yaxından iştirak edirdilər. Həsən bəy Zərdabi hətta bir müddət qəzetin əməkdaşı kimi işləmişdir.
Qəzetin səhifələrində artıq Azərbaycanın ictimai və ədəbi həyatı işıqlandırılır. Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən parçalar çap olunurdu.
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
| ['mətbuat', 'Bakının tarixi', 'metbuat tarixi'] |
891 | https://kayzen.az/blog/qan-damar/19946/qan-d%C3%B6vran%C4%B1n%C4%B1-yax%C5%9F%C4%B1la%C5%9Fd%C4%B1rma%C4%9F%C4%B1n-11-%C3%BCsulu.html | Qan dövranını yaxşılaşdırmağın 11 üsulu | Apollon | Qan-damar sistemi | 27 yanvar 2017, 23:58 |
Əsasən soyuq aylarda özünü biruzə verən qan dövranı problemlərini qulaqardına vurmaq olmaz. Təzyiqin qəfil qalxması, yorğunluq, təngnəfəslik, istənilən havada əl və ayaqların soyuması, qəfil tutmalar, baş ağrıları qan dövranı pozulmasının aşkar əlamətləridir.
Qan dövranın zəifləməsi venaların varikoz genişlənməsinə, hipertoniya, kapillyarların görünməsinə, eləcə də, göz ətrafında qara halqaların yaranmasına səbəb olur. Bundan əlavə, zəif qan dövranı ürək çatışmazlığının yaranmasına yol açan səbəblərdən biridir. Səhhətinizdəki ciddi problemləri aradan qaldırmaq və ürək fəaliyyətini qaydaya salmaq üçün təbii üsullardan istifadə edin.
Daha çox istiot
Qida rasionuna daha çox istiot əlavə etmək insanın öz sağlamlığına daha ciddi yanaşması deməkdir! Bütün bu aktiv maddələr qan dövranını gücləndirir: qırmızı bibər, qara istiot, ətirli rozmarin, kəklikotu, darçın, sarımsaq. Maddələr mübadiləsini yaxşılaşdırmaq və gəncliyi qorumaq üçün onlar vacibdir.
Pilləkəndən istifadə edin
Bu, varikoza qarşı ən etibarlı profilaktikadır! Liftdən imtina etməklə ürək əzələsini və qan damarlarını möhkəmləndirmiş olacaqsınız.
Gərnəşin!
Əgər kompüter arxasında çox vaxt keçirirsinizsə, onda tez-tez gərnəşin, heç olmasa, hər saatdan bir qalxıb otaqda gəzişin. Oksigen çatışmazlığı qan dövranının zəifləməsinə gətirib çıxarır. Lakin daimi gəzinti ilə vəziyyəti düzəltmək öz əlinizdədir.
Siqaretdən imtina edin
Nikotin C vitaminini orqanizmdən çıxarır. Bu da birbaşa ürəyin işinə təsir göstərir! Hətta bir-iki gün siqaretdən imtina səhhətinizdə ciddi dəyişikliklər yaradır.
Masajdan zövq alın
Masaj qan dövranını inanılmaz dərəcədə yaxşılaşdırır, mövcud problemin öhdəsindən gəlməyə kömək edir. Əl və ayaqların soyuması zamanı özünüz-özünüzü masaj edin. Bu da çox səmərəlidir.
Düzgün pozada dincəlin
Qan dövranını yaxşılaşdırmaq üçün, sadəcə, bir neçə dəqiqə istirahət kifayət edir. Gündə ən azı 15 dəqiqə döşəmədə uzanın, ayaqlarınızı uzadıb divana qoyun.
Çeşidli vitaminlər
Qida rasionunuza balqabaq və günəbaxan tumu, avokado, tuna balığı, xurma, daha təzə göyərti və meyvə əlavə edin. Bundan başqa, qara şokolad aktiv qan dövranı üçün olduqca faydalıdır.
Kontrast duş
İsti-soyuq duş səhhətinizdə ciddi problemləri aradan qaldırmağa kömək edəcək! Odur ki, isti vannadan sonra sərin duş qəbul etməyi unutmayın. Bu üsulla siz insult riskini 30 faiz azaltmış olacaqsınız.
Aktiv olun
Ürək əzələsini dəstəkləməyin və qan dövranını yaxşılaşdırmağın ən optimal üsulu aktiv olmaqdır. Sübut olunub ki, velosiped sürmək ürək xəstəliklərinin profilaktikası baxımdan əla üsuldur.
Rahat ayaqqabı seçin
Evdə hərdən bir ayaqlayın gəzin. Seçdiyiniz ayaqqabı da mümkün qədər rahat olmalıdır.
İsti su için
Hər gün kifayət qədər isti su için. Bununla ürəyə əvəzsiz xidmət göstərəcəksiniz.
publika.az
| ['qan dövranı', 'qan-damar sistemi'] |
892 | https://kayzen.az/blog/law/19889/nikah-d%C3%B6vr%C3%BCnd%C9%99-qazan%C4%B1lan-%C9%99mlak-nec%C9%99-b%C3%B6l%C3%BCnm%C9%99lidir.html | Nikah dövründə qazanılan əmlak necə bölünməlidir? | Apollon | Hüquq və qanunvericilik | 25 yanvar 2017, 21:32 |
Respublikası konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Nikahın qeydə alınması nəticəsində ər-arvad arasında əmələ gələn hüquqi münasibətlər iki qrupa- şəxsi, yəni qeyri-əmlak münasibətlərinə və əmlak xarakterli münasibətlərə bölünür. Şəxsi hüquq münasibətlərinin mahiyyəti ondan ibarətdir ki, münasibətlərin iqtisadi məzmunu yoxdur. Onların təbiəti əmtəə-pul dəyərindən azaddır. Ailənin simasını şəxsi hüquq münasibətləri təşkil edir. Bu münasibətlər əmlak münasibətlərinə nisbətən həlledici rol oynayır. Bu isə təsadüfü deyildir. Çünki şəxsi hüquq münasibətləri ər-arvadın məhəbbətə, dostluğa, qarşılıqlı hörmətə və şəxsi meylə əsaslanaraq bağladıqları nikahın mahiyyətindən irəli gəlir, nikaha daxil olanların məqsədi ümumi əmlak qazanmaq (əldə etmək) yox, əsil ailə qurmaqdır.
Ər-arvadın şəxsi hüquqlarına nikah bağlanarkən soyad seçmək hüququ daxildir və öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin ( arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Nikaha daxil olanlardan biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir. Nikah pozulduqda ər ( arvad) ümumi soyadlarını saxlaya və ya nikahdan əvvəlki soyadını bərpa edə bilərlər. Bununla yanaşı, şəxsi huquqa onların istədiyi məşğuliyyəti, sənət və yaşayış yerini seçmək hüququ daxildir. Eyni zamanda ailə həyatının məsələlərini birlikdə həll etmək hüququ da bura aiddir. Analıq, atalıq uşaqların tərbiyəsi və təhsili eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.
Ailə qanunvericiliyinə görə ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Hüquqşünas Əli Əhmədov deyir ki, bura birincisi onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcədə xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s) daxildir. İkincisi, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əlakın ər-arvadan kimin adına əldə olunmasında, yaxud əmanətin kimin adına və ya kim tərəfindən əldə olunmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak onların birgə mülkiyyəti sayılır. Onun sözlərinə görə, nikah dövründə ev təsərrüfatı ilə uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Ər-arvadın ümumi əmlak üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda digərinin razılığı ilə hərəkət edir. Ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Onlardan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya ) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydada təsdiq olunmuş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydada təsdiq olunmuş razılığı olmadıqda, o əqdin həyata keçirildiyindən xəbər tutduğu və ya xəbər tutmaq imkanı olduğu gündən 1 (bir) il ərzində həmin əqdin etibarsız sayılmasını tələb edə bilər.
Qeyd edək ki, zinət əşyaları istisna olmaqla fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Əli Əhmədov btildirir ki, onların ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş hər iki tərəfin arzusu ilə notariat qaydasında təsdiq edilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir, ər-arvaddan birinə, dəyəri ona çatacaq payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilməsi nəzərdə tutulur. Hüquqşünasın sözlərinə görə, məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti sayılır.
Qeyd edək ki, əmlakın bölüşdürülməsi ilə bağlı problem boşanma halında özünü daha qabarıq göstərir. Bunun da əsas səbəbi tərəflərin nikaha girən zaman nikah müqaviləsini imzalamamalarıdır. Əvvəllər ailədə yaranan münaqişələr boşanma ilə nəticələnəndə evin kişisi hər şeyi həyat yoldaşı və uşaqlarına qoyub mənzildən çıxırdısa, bu gün belə münaqişələrdə zərər çəkən tərəf daha çox qadınlar olur. Bu kimi problemlərin çoxalması isə nikah müqaviləsinin bağlanmasını zəruri edir. Son illər məhkəmələrdə baxılan mülki mübahisələrin böyük qismi ailə münaqişələrindən qaynaqlanmaqla əmlak xarakterlidir.
Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) İctimai Birliyinin hüquqşünası Fərhad Nəcəfov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanın Ailə Məcəlləsində nikaha daxil olanlar bu müqavilənin bağlanması tövsiyə olunur. Təcrübədə nikaha daxil olan şəxslərin belə bir müqavilə imzalamasına çox nadir hallarda rast gəlinir. Səbəb isə mental dəyərlərdir. Belə ki, tərəflərin evlənməzdən öncə boşanma haqqında düşünərək müqavilə tələb etməsinin bədniyyətlilik və utancverici bir hal kimi qəbul edilməsidir. Onun sözlərinə görə, əslində isə belə bir müqavilənin, razılaşmanın olmaması tərəflər arasında əmlak mübahisəsi mərhələsində ciddi problemlər doğurur. “Əksəriyyət belə düşünür ki, bu müqavilənin imzalanması nikahın daimi olacağına şübhə yaradır. Bu yanlış mövqedən çıxış edənlər nikah müqaviləsinin mahiyyətinə varmır, onun üstünlükləri barədə məlumatsız olurlar. Nikah müqaviləsinin bağlanması tərəfləri belə mübahisələrdən sığortalayır və onların gələcək sosial təminatının qarantı kimi çıxış edir”, – Nəcəfov deyib.
Hüquqşünas bildirib ki, nikah müqaviləsi əmlakın kimin mülkiyyətinə verilməsini, ondan istifadə qaydalarını müəyyənləşdirməyə imkan verir və bu da gələcəkdə yarana biləcək hər hansı mübahisələrin qarşısını ala bilər.
“Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Ər-arvad əmlakla bağlı öz aralarında şifahi razılığa gəlsələr belə, nikaha xitam verilən zaman həmin şifahi razılaşmaya əsaslanaraq əmlak iddiası irəli sürə bilməz. Nikah müqaviləsində tərəflərin bir-birini qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində iştirak üsulları, ailə xərclərində iştirak qaydası ilə bağlı öhdəlikləri, ər-arvadın əmlakının hüquqi rejimi müyyənləşdirilir. Nikah müqaviləsi həm də ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər”, – o deyib.
Hüquqşünas bildirib ki, bununla belə, əgər tərəflər arasında nikah müqaviləsi bağlanmamışdırsa, ər-arvadın nikah dövründə əldə etdikləri mülkiyyət onların birgə mülkiyyətidir və bərabər payda bölünür. Tərəflər nikah müqaviləsi bağlayarsa, qabaqcadan tərəflər bundan fərqli məsələlər müəyyən edə bilərlər. Məsələn, müqavilədə onların nikah müddətində əldə etdikləri mülkiyyətin bölünməsinin fərqli qaydası müəyyən edilə bilər.
Nəcəfovun sözlərinə görə, nikah müqaviləsi tərəflərin hüquq və fəaliyyətini, onların məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. Nikah müqaviləsi bağlandıqdan sonra heç bir tərəf onun icrasından boyun qaçıra bilməz.
Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir, ər-arvaddan birinə, dəyəri ona çatacaq payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti sayılır. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.
Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsinə bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər.
Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsait almaq hüququn məhdudlaşdıran, ər-arvaddan birinin əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilər. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.
gencaile.az
| ['qanunvericilik', 'ailə qanunvericiliyi', 'nikah'] |
893 | https://kayzen.az/blog/ushaq_terbiyesi/19892/u%C5%9Faq-t%C9%99rbiy%C9%99sind%C9%99-15-q%C4%B1z%C4%B1l-qayda.html | Uşaq tərbiyəsində 15 qızıl qayda | Apollon | Uşaq tərbiyəsi | 25 yanvar 2017, 21:25 |
Uşağın tərbiyəsi hövsələ, sevgi, müəyyən güc tələb edən kifayət qədər mürəkkəb və uzun sürən prosesdir. Amma tərbiyə zamanı valideynlər sonradan düzəlməyən nəticələrə gətirən bir çox səhvlərə yol verirlər. Tərbiyə prosesini düzgün təşkil etmək üçün uşaq psixoloqları tərəfindən tətbiq olunmuş prinsiplər var.
1. Uşağı şərtsiz qəbul etmək lazımdır. Yəni onu gözəl, bacarıqlı, ağıllı, köməkçi olduğuna görə deyil, sadəcə var olduğu üçün sevmək lazımdır.
2. Əgər uşaq sizdən xahiş etmirsə, onun gördüyü işə qarışmayın. Bununla siz ona bildirmiş olursunuz ki, “sən bacaracaqsan!”.
3. Əgər uşaq çətinlik çəkirsə və köməyinizi qəbul etməyə hazırdırsa, ona mütləq yardım edin. Bu zaman yalnız onun bacarmadığını edin, digər işləri ona buraxın.
4. Bu gün sizinlə birgə etdiklərini sabah təkbaşına edəcək.
5. Tədricən üzərinizdən uşağınızın şəxsi işlərini götürüb, ona ötürün.
6. Uşağın şəxsiyyəti və bacarıqları yalnız onun sevdiyi və məşğul olduğu istiqamətdə inkişaf edir.
7. “Uşağı vurmaq olar”, – deyə heç bir vəziyyət mövcud deyil.
8. Uşağı yalnız ayrı-ayrı hərəkətlərinə görə danlamaq olar. Onu hisslərinə və istəklərinə görə muhakimə etmək olmaz!
9. Gün ərzində uşağınızı bir neçə dəfə qucaqlayın. 4 dəfə qucaqlaşmaq hər kəs üçün vacibdir. Yaxşı əhval üçün isə gün ərzində 8 dəfə qucaqlaşmaq lazımdır. Və bu, yalnız uşaqlar üçün yox, böyüklər üçün də yaxşı olardı.
10. Uşaqla birgə bir neçə məşğuliyyət, ev işi və ya adət düşünün, hansı ki, sevinc zonası yaradacaq.
11. Ən yaxşı cəza – uşağı incitmək yox, onun istəyini yerinə yetirməməkdir.
12. Uşaqlara böyüklərə nisbətən daha çox hərəkət etmək, irəli getmək, yeniliklərlə tanış olmaq gərəkdir. Odur ki, onlara çox şeyi qadağan etmək gur axan çayın qarşısını almaq istəyinə bənzəyir. Bu isə qeyri-mümkündür. Daha yaxşı olar ki, siz ona düzgün və təhlükəsiz halda məcraya düşməsi üçün yol göstərəsiniz.
13. Uşaqlara nizam-intizam və ədəb-ərkan nəinki lazımdır, hətta onlar bunu istəyir və gözləyirlər. Bu, onların həyatını daha aydın və təhlükəsiz edir.
14. Sizin istiliyinizi duyması üçün uşağın tələbatlarını anlamaq lazımdır.
15. Uşağınızda nə isə dəyişmək istəyən zamanı düşünün: bəlkə bu dəyişiklikləri ilk növbədə özünüzdə gerçəkləşdirəsiniz?!
| ['uşaq tərbiyəsi', 'uşaq psixologiyası', 'övlad tərbiyəsi'] |
894 | https://kayzen.az/blog/Bilirsinizmi/19893/%C3%B6lk%C9%99l%C9%99rin-%C9%99n%C9%99n%C9%99vi-i%C3%A7kil%C9%99ri.html | Ölkələrin ənənəvi içkiləri | Apollon | Bilirsinizmi? | 21 yanvar 2017, 20:52 |
Çika – Perunun evdə hazırlanan qarğıdalı pivəsidir. Perunun kiçik kəndlərində qapısına süpürgə və ucuna qırmızı torba asılan evlər görsəniz, bilin ki, içəriyə girib ləzzətli Peru Çikası içə bilərsiniz.
Klub Mate – Argentina, Boliviya, Peru, Çili kimi ölkələrdə “soyuq çay” kimi içilən Mate gecə həyatı mədəniyyətinin ən vacib parçasıdır. Kafein kimi oyandırıcı təsiri olan soyuq çayı gecə klublarında verərkən, vodka üçün yer açacaq qədər içirsiniz, sonra üzərinə alkol əlavə edilir.
Fernet Kola (Argentina) – Həzmə kömək edən, ədviyyatlı Fernet Kola çox məşhurdu və ən çox kola ilə içilir.
Qlühveyn – Əsasən qış aylarında, Yeni il ərəfəsində çox içilən isti və ədviyyatlı şərabdır.
İnca Kola (Peru) – Kolanın orijinal xam maddəsi olan koko yarpağı və çəyirdəyi, markanın qırmızı rənginin Peru bayrağından ilham aldığını bilirdinizmi? Peruda qazlı limonlu içki görsəniz, mütləq için.
Melvin ya Melon con Vino (Çili) – Yemişin qapağını kəsib içinə ağ şərab, çiyələk tikələri və bəzən nanə yarpaqları ataraq hazırlanan və yemişin stəkan kimi istifadə edilərək içildiyi ləzzətli yay içkisi.
Pimm’s (İngiltərə) – Yay aylarında likör, limonad, nanə yarpaqları, çiyələk və xiyarla hazırlanan əsl yay içkisidir.
Pisko Sour – Peru və Çili arasında “Ən çox bizim” mübahisəsinə səbəb olan Pisko, likörə limon suyu, sirop və yumurta ağı qatılaraq hazırlanan kokteyldir.
Terremoto (Çili) – Dünyanın ən çox inqilab olan ölkəsində hazırlanan və içildiyində inqilab təsiri yaradan bu içki, Santiaqoda La piajaro adlı yerdə kəşf edilib. Tərkibində tam olaraq nə olduğu bilinməsə də, Fernet, Pipeno şərabı, sirop və ananaslı dondurma olduğuna əminik. İçərkən qana elə bir şey qarışır ki, bədən yerindən oynayır.
Gold strayk (Hollandiya) – Tərkibində qızıl parçaları olan bu darçınlı likörün bir nəfəsə içilməsi məsləhətdir. Qızıl parçaları boğazdan keçərkən yaranan kiçik yaralar sayəsində alkol qana daha tez qarışır.
| ['içkilər', 'içki növləri'] |
895 | https://kayzen.az/blog/fizika/19914/kvant-fizikas%C4%B1-n%C9%99dir.html | Kvant fizikası nədir? | Apollon | Fizika | 21 yanvar 2017, 20:48 |
Kvant fizikası (Latınca: Quantum Physics) – kəşf edilənə qədər qəbul edilən ənənəvi Nyuton fizikasının təməli işığın zərrəcik yığını olduğuna söykənirdi. XIX əsr fizikaçılarından Ceyms Klerk Maksvell isə işığın dalğa davranışı göstərdiyini irəli sürdü. Kvant nəzəriyyəsi fizikanın bu ən böyük mübahisəsini uzlaşdırdı.
1905-ci ildə Albert Eynşteyn işığın kvantalara, yəni enerji porsiyalarına sahib olduğu iddiasını ortaya atdı. Bu enerji porsiyalarına foton adı verilirdi. Zərrəcik olaraq adlandırılsalar da fotonlar 1860-cı illərdə Ceyms Maksvellin iddia etdiyi kimi dalğa hərəkətinə bərabər şəkildə müşahidə edilə bilirdi. Bu səbəbdən işıq, dalğa və zərrəcik arasında keçid kimi idi. Ancaq bu vəziyyət, Nyuton fizikası baxımından olduqca böyük ziddiyyət kəsb edirdi.
Eynşteyndən sonra alman əsilli fizik Maks Plank, işıq üzərində çalışmalar apararaq işığın həm dalğa, həm də zərrəcik halında olduğunu söylədi və bütün elm dünyasını təəcübləndirdi. Kvant nəzəriyyəsi adı altında ortaya atdığı bu nəzəriyyəyə görə enerji düz və davamlı deyil, kəsik, qopuq və nöqtəvari porsiyalar halında yayılırdı. Bu düşüncə Plank sabiti olaraq riyaziyyata köçürüldü. Kvant hadisəsində işıq həm maddə, həm də dalğa xüsusiyyəti göstərirdi. Foton deyilən maddəyə kosmosda dalğa yoldaşlıq edirdi. Yəni işıq kosmosda dalğa kimi, qarşısına maneə çıxdıqda isə aktiv zərrəcik kimi davranırdı. Başqa sözlə işıq, qarşısına maneə çıxana qədər enerji şəklinə bürünür, maneə ilə qarşılaşdığında isə sanki maddi varlığı varmış kimi qum dənələrinə oxşar şəkildə zərrəciklər formasını alırdı. Bu nəzəriyyə Planck'dan sonra Albert Eynşteyn, Nils Bor, Louis De Broglie, Ervin Şrödinger, Verner Heyzenberq, Paul Adrian Maurica Dirac və Wolfgang Pauli kimi elm adamları tərəfindən inkişaf etdirildi. Hər birinə bu böyük kəşfdən ötrü Nobel mükafatı verilib.
Elm adamları, artıq maddənin cansız, kor və anlaşılmaz zərrəciklər olduğuna inanmırdılar. Başqa sözlə desək kvant fizikası materialist məna daşımırdı. Çünki maddənin özündə maddi olmayan bir şeylər vardı. Einstein, Phillip Lenard və Compton işığın dənəcik quruluşunu araşdırarkən, Luis De Broglie də dalğaların quruluşunu araşdırmağa başladı. Broglie'nin kəşfi isə fövqəladə idi. Apardığı çalışmalar nəticəsində atom altı zərrəciklərin də dalğa xüsusiyyətləri göstərdiklərini müşahidə etmişdi. Elektron, proton kimi zərrəciklər də özlərini dalğa kimi aparırdılar. Yəni materializmin mütləq maddə olaraq təyin etdiyi atomun içində materialistlərin inancının əksinə maddə deyil, əslində var olmayan enerji dalğaları vardı. Atomun içindəki bu kiçik zərrələr eynilə işıq kimi istədikləri zaman dalğa kimi davranır, istədikləri zaman da zərrəcik xüsusiyyəti göstərirdilər. Yəni materialist şərhə görə atomun içində «mütləq şəkildə var olan maddə», materialistlərin proqnozlarının əksinə bəzən görünən olur, bəzən də yox olurdu. Bu mühüm kəşf gerçək dünya zənn etdiyimiz görüntülərin kölgə varlıq olduğunu, maddənin fizikadan tamamilə uzaqlaşdığını və metafizikaya yönəldiyini göstərirdi.
Fizik Richard Feynman, atom altı zərrəciklər və işıqla bağlı bu maraqlı gerçəyi bu sözlərlə açıqlayır: «Elektronların və işığın necə davrandıqlarını artıq bilirik. Necə davranırlar? Zərrəciklər kimi davrandıqlarını söyləsəm səhv təəssürata gətirib çıxarmış olaram. Dalğa kimi davranırlar desəm, yenə eyni şey. Onlar özlərinə xas, bənzəri olmayan şəkildə hərəkət edirlər. Texniki olaraq buna „kvant mexaniki davranış forması“ deyə bilərik. Bu, daha əvvəl gördüyünüz heç bir şeyə bənzəməyən davranış formasıdır…
Ən azından belə bir sadələşdirmə edə bilərik: elektronlar müəyyən mənada eynilə fotonlar kimi davranırlar; ikisi də eyni şəkildə „əcaibdir“. Necə davrandıqlarını qəbul etmək təxəyyül tələb edir; çünki qəbul edəcəyiniz şey bildiyiniz hər şeydən fərqlidir… Bunun niyə belə olduğunu heç kim bilmir. „Bütün bunları yekunlaşdırsaq, kvant mexanikaçılarının söylədikləri obyektiv (həqiqi) dünyanın bir illuziya olduğu idi. Max Planck Institude of Physics (Max Planck Fizika İnstitutu) idarəçisi prof. Hans-Peter Dürr bu gerçəyi belə təqdim edir: “Maddə hər nədirsə, maddədən hazırlanmamışdır» 1920-lərdə ən məşhur fiziklər Paul Diracdan Niles Bora, Albert Einsteindən Werner Heisenbergə qədər hamı kvant təcrübələrinin nəticələrini açıqlamaq üçün çalışırdı.
Nəticədə, 1927-də Brüsseldəki beşinci Solvay Fizika Konqresində bir qrup fizik – Bohr, Max Born, Paul Dirac, Werner Heisenberg və Wolfgang Pauli- Kvant Mexanikasının Kopenhagen Şərhi olaraq adlandırılan yekun nəticəyə gəldilər. Bu ad, qrupun liderliyindəki Borun çalışdığı yerin adı idi. Bor, kvant nəzəriyyəsinin nəzərdə tutduğu fiziki həqiqətin, bir sistemə dair bizim sahib olduğumuz məlumat olduğunu və bu məlumata söykənərək ortaya atdığımız təxminlər olduğunu söylədi. Ona görə bizim beynimizdəki bu «təxminlər», «zahirdəki» (outside) gerçək ilə əlaqəsiz idi. Yəni «içimizdəki dünya», Aristoteldən bu tərəfə fizikaçıların maraqlandığı başlıca mövzu olan «zahirdəki gerçək» dünya ilə əlaqədar deyildi. Fizikaçılar, bu görüş ilə bağlı köhnə düşüncələrini bir kənara atmışlar və kvant anlayışının fiziki sistem üzərində yalnız «bizim məlumatımızı» təmsil etdiyi barədə həmfikir olmuşdular. Başqa sözlə desək, bizim qəbul etdiyimiz maddi dünya, yalnız bizim beynimizdəki məlumatlar ilə var olurdu. Yəni zahirdəki maddənin əsli ilə heç bir zaman əlaqədə ola bilmirdik.
Jeffrey M. Schwartz, Kopenhagen şərhinə görə ortaya çıxan nəticəni bu şəkildə izah edirdi: Fizikaçı John Archibald Wheelerin söylədiyinə görə: «Heç bir hadisə, müşahidə edilmədən hadisə deyil. » Xülasə etsək, kvant mexanikasının bütün ənənəvi şərhi «qavrayanın» varlığına bağlı idi.
Amit Goswami, bu gerçəyi belə təqdim etmişdi: Bunu soruşduğumuzu fərz edək: Yuxarıya baxmadığımızda da Ay hələ yerindədirmi? Ay, nəticədə kvant obyekti olduğu üçün (tamamilə kvant obyektlərindən meydana gəldiyi üçün), fizikaçı David Mermin'in də ifadə etdiyi kimi buna xeyr deməliyik. Bəlkə də ən əhəmiyyətli və uşaqlığımızda mənimsədiyimiz ən hiyləgər zənn, zahirdə (outside) var olan obyektlərin maddi dünyasının, müşahidə edənlərin meydana gətirdiyi obyektlərdən müstəqil olduğudur. Bu zənnin lehində dolaylı dəlillər var. Məsələn, biz Aya baxdığımızda onun klassik olaraq hesablanmış orbitində olduğu (bizim gözlədiyimiz) yerdə tapırıq. Təbii olaraq, biz ona baxmasaq belə zaman-məkan anlayışı içində Ayın mütləq orada olduğunu zehinimizdə hazırlayarıq. Kvant fizikası isə buna xeyr deyir. Biz Aya baxmadığımızda hər nə qədər çox kiçik miqdarlarda da olsa Ayın mümkün dalğaları yayılır. Biz ona baxdığımızda, dalğa dərhal sönür və dalğa artıq zaman məkan anlayışı içində olmaz. İdealist bir metafizik fərziyyəni ifadə etmək daha aydın olacaq: Əgər ona (yəni Aya) baxan şüurlu bir adam yoxdursa, zaman məkan anlayışı içində heç bir obyekt yoxdur.
Bu əlbəttə bizim qavrayış (perception) dünyamız üçün etibarlıdır. Əlbəttə, xarici dünyada Ayın varlığı aşkardır. Amma biz baxdığımızda, ancaq Ayın öz qavrayış dünyamızdakı varlığı ilə qarşılaşırıq. Kaliforniya Universitetindən nevrologiya və psixiatriya professoru Jeffrey M. Schwartz isə müxtəlif fizikaçıların mövzuyla əlaqədar şərhlərini bu şəkildə qeyd edir: Jacob Bronowski'nin «The Ascent of Man» kitabında ifadə etdiyi kimi: «Fizika elmlərinin bir məqsədi, maddi dünyanın tam bir görüntüsünü vermək idi. 20-ci əsrdə fizikadakı ən böyük müvəffəqiyyətlərdən biri isə bu məqsədin əlçatmaz olduğunu sübut etmək oldu.» Heisenberg'ə görə isə obyektiv həqiqət «buxar olub ucmuşdur». 1958-ci ildə bunları etiraf etmişdir: «Kvant nəzəriyyəsində riyazi olaraq düstura saldığımız təbiətin qanunları artıq birbaşa zərrəciklərlə əlaqədar deyil, zərrəciklər haqqındakı məlumatımızla əlaqədardır.» Bohr isə, «Fizikanın vəzifəsinin ‘təbiətin necə olduğunu tapa bilmək' olduğunu düşünmək səhvdir. Fizika, təbiət haqqında bizim nə söyləyəcəyimizlə bağlıdır.» demişdir. Bir çox ölkədə nümayiş etdirilən «What the Bleep Do We Know» (Nə Bilirik ki?) sənədli filmindəki fizikaçılardan Fred Alan Wolf isə bu gerçəyi belə ifadə edir: Obyektləri meydana gətirənlər, daha çox obyektlər deyil. Obyektləri meydana gətirənlər fikirlər, anlayışlar və məlumatdır.
80 il davam edən insan zəkasının reallaşdıra biləcəyi ən maraqlı və həssas təcrübələrdən sonra qəti və elmi cəhətdən isbat edilmiş olan kvant fizikasının əleyhinə heç bir görüş yoxdur. Aparılmış təcrübələrdən alınan nəticələrin əleyhinə təklif edilən görüş də yoxdur. Kvant nəzəriyyəsi, yüzlərlə fərqli istiqamətdən mümkün olan hər cür təcrübəyə salınmış və elm adamlarının inkişaf etdirdiyi hər cür testi keçmişdir. Bir çox elm adamına Nobel mükafatı qazandırmışdır və hələ qazandırmaqdadır. Şərtsiz, tək gerçək şəklində qəbul edilmiş Newton fizikasının gətirdiyi ən fundamental anlayışı- mütləq maddə anlayışını ortadan qaldırmışdır. Köhnə fizikanın müdafiəçiləri, maddənin tək və gerçək varlıq olduğuna inanan materialistlər, kvant fizikasının gətirdiyi «maddəsizlik» gerçəyi qarşısında həqiqi tərəddüdlər yaşamışlar. Artıq bütün fizika qanunlarını metafizika içində axtarmaq məcburiyyətindədirlər. Bu böyük şok, 20-ci əsrin əvvəllərində, materialistlərə, bu an bu sətirlərlə ifadə edilə bilməyəcək qədər böyük çaxnaşma yaşatmışdır.
Kvant mexanikasının bizlərə göstərmiş olduğu nəticə belədir: Maddə, materialistlərin iddia etdikləri kimi mütləq və sonsuz deyil. Maddə əzəli və ya əbədi olmadığı kimi ətrafımızda gördüyümüz varlıqlar da yalnız bir atom yığını deyillər. Kvant fizikasına görə maddə, materialistlərin heç hesaba qatmadığı ölçülər içində xüsusiyyət dəyişdirmiş və maddənin təməlinin yalnız bir enerji şəkli olduğu elmi cəhətdən sübut edilmişdir. Materializm, kvant fizikasının göstərdiyi gerçəklər ilə elmi mənada qəti olaraq çökmüşdür. Paul Davies və John Gribbin, yeni fizikanın materializmi tamamilə ortadan qaldırdığı gerçəyini bu şəkildə ifadə edirlər: Materializmə həyat verən elm olan fizikanın eyni zamanda materializmin ölümü üçün bir siqnal olduğunu söyləmək doğrudur. 20-ci əsr boyunca yeni fizika, ardıcıl inkişaf ilə materialist doktrinanın təməllərini ortadan qaldırdı. İlk əvvəl, Newton'un məkan və zaman barəsindəki təxminlərini ortadan qaldıran nisbilik nəzəriyyəsi gəldi… və daha sonra kvant nəzəriyyəsi ortaya çıxdı və bizim maddə görüntümüzü tamamilə dəyişdirdi.
kvantdunya.blogspot.com
| ['fizika', 'kvant fizikası'] |
896 | https://kayzen.az/blog/intellekt/19915/%C3%B6z-beyin-bacar%C4%B1qlar%C4%B1n%C4%B1-s%C4%B1nama%C4%9Fa-haz%C4%B1rsan-red-bull-mind-gamers-s%C9%99nin-beyninin-h%C3%BCdudlar%C4%B1n%C4%B1-s%C4%B1namaq-ist%C9%99yir.html | Öz beyin bacarıqlarını sınamağa hazırsan? Red Bull Mind Gamers sənin beyninin hüdudlarını sınamaq istəyir. | kayzen | İntellekt və təhsil | 19 yanvar 2017, 18:45 |
Biz hamımız əqli səviyyədə sınanmağı xoşlayırıq, buna görə də gündəlik krossvord həll edirik və ya kompüter oyunları oynayırıq.
Heyrətamiz və yeni qlobal platforma ilə Red Bull Mind Gamers parlaq zehinlər üçün özlərini sınamaq şansı yaradır.
Bu tədbir artıq Missiya: “Unlock Enoch” ilə bir yerdə başlayır. Yarışmanın dünya finalında — 2017-ci ildə Budapeştdə keçiriləcək «Escape Room» oyunu üzrə qlobal turnirdə iştirak etmək şansı əldə etmək üçün oyunçular yarışın ilk iki mərhələsində öz bacarıqlarını sübut etməlidirlər.
Artıq http://win.gs/mgaze ünvanında onlayn sınaqlar başlayıb. Yarışmada iştirak şansı qazanmaq üçün oyunçular öz şəhərini seçib tək oyunçu (single-player) rejimdə pazl oyunu oynayıb, seçim mərhələsini keçməlidirlər. Onlayn seçim mərhələsini keçmək – ölkə üzrə ən güclülərin siyahısına daxil olmaq deməkdir (Top 30). Onlayn seçim mərhələsi 27 yanvar tarixinə qədər davam edəcək. Növbəti mərhələdə qaliblər real həyatda baş tutan seçim turunda iştirak edirlər. Burada onlayn seçim mərhələsini keçən hər bir oyunçu özünə üç nəfər yoldaş tapıb, dörd nəfərdən ibarət komanda yaratmalı və məntiq, yaradıcılıq, vizual qavrama və strategiya sahəsində bacarıqlarından istifadə etməklə 20 dəqiqə ərzində, komanda şəklində oyunu keçməlidirlər. Seçim turu 3,4 və 5 fevral 2017-ci ildə Park Bulvar ticarət mərkəzinin 4-cü mərtəbəsində baş tutacaq.
Hər ölkənin ən sürətli komandası Missiya: “Unlock Enoch" dünya çempionatında iştirak etməyə yollanacaq.
Facebook-da tədbir səhifəsinə baş çək.
Qalib milli komandalar 2017-ci ilin mart ayında təşkil olunacaq dünya çempionatında iştirak etmək üçün Budapeştə (Macarıstan) səyahət təklifi alacaqlar. Burada onlar indiyə qədər görünməmiş, kvant məntiqinə əsaslanan «Escape Room» oyununun iştirakçısı olacaqlar.
Final oyun, bu sahənin peşəkarları Skot Nikolson, həmçinin Robert Duran, Şon Harrison və Kris Tenuta tərəfindən Kanadanın Brantford şəhərində yerləşən Wilfrid Laurier Universitetində dizayn ediləcək və «Fox in the Box» tərəfindən hazırlanacaq.
Layihənin keçirilməsinin ilham mənbəyi Terra Meyterin çəkdiyi «Mind Gamers» filmi olub, oyun isə “MIT Game Lab”-ın təşkilatçılığı ilə Massaçusets Texnologiya İnstitutu oyun laboratoriyasında tədqiqatçı Konstantin Mitqutş hazırlayıb.
«Müxtəlif ixtisaslar üzrə təhsil alan 40-dan çox tələbə dəvət etdik. Məqsəd ciddi bir məsələni həll etmək idi: „Qlobal, rəqabət yaradan, birləşdirən, mədəniyyətlərarası və çitlərə qarşı dözümlü bir oyununu necə hazırlamaq olar“. – Minqutş deyir.
O, əlavə etdi: „Biz hamımız əqli səviyyədə sınanmağı xoşlayırıq, lakin pazl oyunlarının bir çoxu tək oyunçunun oynaması üçün nəzərdə tutulub. Missiya: “Unlock Enoch” oyununda oyunçular komanda qura, intellektual qüvvələrini birləşdirə və öz nəticələrini milli və beynəlxalq səviyyələrdə müqayisə edə bilərlər. Biz bütün ən görkəmli zəkalar üçün rəqabət məkanı yaratmaq istəyirik“.
Bəs onun iştirakçı komandalara məsləhəti nədir? „Bütün intellektual bacarıqlara malik olan, üzvləri yüksək səviyyədə ünsiyyət nümayiş etdirən yalnız bir komanda qalib ola biləcək“.
Tədbir və onlayn seçim mərhələsində iştirak haqqında əlavə məlumat almaq üçün Red Bull Mind Gamers rəsmi saytına daxil ol.
| ['İntellektual Oyunlar', 'Red Bull'] |
897 | https://kayzen.az/blog/maraqli-faktlar/19834/milyon%C3%A7ular-haqq%C4%B1nda-maraql%C4%B1-faktlar.html | Milyonçular haqqında maraqlı faktlar | Apollon | Maraqlı faktlar | 19 yanvar 2017, 11:40 |
Harri Potter kitabının müəllifi Coan Roulinq bir müddət Böyük Britaniya kraliçasından da varlı olub. Yeri gəlmişkən bu qadın yazıçı kimi ilk varlanan şəxsdir. Lakin o milyarder «statusunu» xərcləyib. Pulunun yarısını xeyriyyə məqsədilə bağışlayıb.
Keçmiş milyarder Çak Fini (Duty Free-nin yaradıcısı) sərvətinin 99 faizini – 6,3 milyard dolları uşaqların təhsilinə xərcləyib.
Milyarder Pol Qetii İtaliya mafiyası tərəfindən qaçırılan 16 yaşlı nəvəsi üçün tələb olunan 17 milyon dolları ödəməkdən imtina edib. 3 ay sonra nəvəsinin kəsilmiş qulağını poçt zərfində alan milyarder 3 milyon dollar ödəməyə razı olur. Lakin yenə də puluna qıymayıb oğrulara 2,2 milyon dollar verir. Bundan başqa, oğluna illik 4 fazilə 800 min dollar borc verib.
Siyahıda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp da yer alır. D.Tramp jurnalistə qarşı 5 milyon dollar həcmində iddia qaldırıb. Buna səbəb isə jurnalistin onu milyarder deyil, milyoner adlandırması olub.
Kolumbiya narkobaronlarından olan Pablo Eskobar «karyera»sının pik dövründə pullarını bağlamaq üçün hər ay rezin iplərə 2500 dollar xərcləyirmiş. Bu milyarderin pulu hər il 10 faiz azalırdı. Çünki siçovullar pulları yeyirdi.
Telekommunikasıya sahəsi üzrə milyarder Henri Nikolas evinin altında gizli seks məkanı düzəltmişdi. Bundan başqa, milyarder təyyarədə o qədər marixuana çəkirmiş ki, pilot ayıq qalmaq üçün əleyhqaz taxırmış.
Professor Deyvid Çeriton öz şagirdlərinin ideyasını investisiya (Google) edərək milyarder olub. Dünyada ilk rəsmi milyarder Con Rokfellerin ölümündə sahib olduğu sərvətin həcmi 1,4 milyard dollar 2007-ci ilin dollar ekvivalenti ilə 663,4 milyard dollara bərabər olub.
Milyarder şeyx Həmid bin Xəlifə Əl Tani Ərəbistan səhrasındakı qeydiyyatını ləğv etdirərək kosmosda qeydiyyata düşüb.
| ['maraqlı faktlar', 'maraqlı məlumatlar', 'milyonçular', 'pul'] |
898 | https://kayzen.az/blog/edebiyyat/19621/intellektual-n%C9%99sr-n%C9%99dir.html | İntellektual nəsr nədir? | Apollon | Ədəbiyyat | 11 yanvar 2017, 11:50 |
Ədəbiyyat fərqli olur. Janrlar, istiqamətlər, baxışlar fərqidir bu. Ədəbiyyatı bu cür bölgülərə ayıra bilərik:
— Əyləncə ədəbiyyatı
— İnformasiya ədəbiyyatı
— İntellektual ədəbiyyat.
Biz intellektual nəsri aydınlaşdırmağa çalışacağıq.
Nədir intellektual nəsr? Onun digərlərindən fərqi nədədir?
“İntellektual nəsr” ədəbi termindir. Bu anlayışda yazılan mətn bütün oxucuları deyil, ağıllı oxucuları düşündürür. İntellektual nəsr həmin mətni izah etmək üçün istifadə olunur. Necə ki, əyləncəli ədəbiyyatda hərəkətlilik, süjetin dinamik olmağı üstünlük təşkil edir, eləcə də intellektual nəsr özündən əvvəlki mətnlərin interpretasiyasını təşkil edir. İntellektual nəsr elmlə, mədəniyyətin digər sahələri ilə körpü rolunu oynayır. Bu nəsr insanı anlamağa çalışır, insanı təsvir etmir. İntellektual əsərlər çox xətli, çox planlı, sadə yox, mürəkkəb süjetli əsərlərdir. İntellektual ədəbiyyat realizm, romantizm ədəbiyyatından kəskin fərqlənir. Bu anlayış ilk dəfə modernist ədəbiyyatda ortaya çıxıb.
Hesab olunur ki, ilk intellektual romanı Tomas Mann yazıb. “İntellektual nəsr”də yazan yazıçılara baxaq:
Herman Hesse
Tomas Mann
Franz Kafka
Ceyms Coys
Marsel Prust
Uliyam Folkner
Mixail Bulqakov
Oldos Haksli
Corc Oruel
Alber Kamyu
Jan Pol Sartr
Qabriel Qarsiya Markes
Vladimir Nabokov
Xulio Kortasar
Kurt Vonnequt
Struqatski qardaşları
Umberto Eko
Milorad Paviç
Milan Kundera
İntellektual nəsrin əsas xüsusiyyətləri bunlardır:
— Modernist və postmodernist ənənələrə söykənir (Bu xüsusiyyət bütün intellektual mətnlər üçün keçərlidir).
— Forma və ifadə tərzində ədəbi eksperimentlər aparmaq.
— İntertekstuallıq (Mətnlər arası əlaqə).
— Reallıqdan fərqli bir dünya yaratmaq (Mif yaradıcılığı).
— Ruhi, mədəni interpretasiya.
— Mətndə dialoq qurmaq. Oxucu həm müəlliflə, həm də qəhrəmanla danışdığını hiss etməlidir.
— Mədəni səviyyəsi yüksək olan oxuculara hesablanır.
— Hərdən süjet qeyri-xətti olmalıdır. Ancaq bu o qədər də vacib deyil.
— İntellektual nəsrə bu janrlar aiddir: magik realizm, fəlsəfi fantastika, antiutopiya.
— Stilistikanın çoxluğu.
Qeyd: Yazı internet materialları əsasında hazırlanıb.
| ['nəsr', 'intellekt', 'intellektual nəsr'] |
899 | https://kayzen.az/blog/psixologiya/19085/u%C5%9Fa%C4%9F%C4%B1n%C4%B1zla-ya%C5%9F%C4%B1na-uy%C4%9Fun-davran%C4%B1n.html | Uşağınızla yaşına uyğun davranın | Apollon | Psixologiya | 11 yanvar 2017, 11:36 |
Uşağın sosial inkişafı onun yaşına və inkişafına uyğun olaraq məsuliyyətləri yerinə yetirməsi, digər şəxslərlə münasibət qura bilməsi, ailə və cəmiyyətin qaydalarına uyğun davranmasıdır. Uşağın ana-atası və ətrafında olan insanlarla yaşaması onun sosial həyatının başlanğıcıdır. Doğulduğu andan etibarən uşağın sosial inkişafı başlayır və çevrəsindəki insanlarla qurduğu münasibətlə davam edir. Uşaqlar dil, fiziki, zehni, hissi baxımdan inkişaf etdikcə çevrəsi də genişlənir. Beləliklə, ailə içində başlayan sosial münasibətlər dostluq münasibətləri və məktəb həyatı ilə davam edir.
0-2 yaşda sosial bacarıqların inkişafı. 2 ayından etibarən uşaq anasını tanıyır. Əvvəllər onunla oynayan hər kəsə gülümsəyən uşaq 6 aydan etibarən yalnız tanıdığı adamlara gülümsəyir. Bu dövrdə bəzi uşaqlar yanlarında ağlayan uşaqların ağlamasına əhəmiyyət vermədiyi halda, bəziləri isə müxtəlif səslər çıxararaq diqqəti öz üzərinə çəkir. 9-14 aylıq uşaqlar öz oyuncaqları ilə oynayırlar. Bu yaş dövrü üçün tək və paralel oyunlar xarakterikdir. Uşaqlar 2 yaşına çatmamış da özlərinə dost seçə bilərlər. Amma bu münasibətlər qısa müddətlidir.
2-6 yaşda sosial bacarıqların inkişafı. Uşaqlar bu yaş dövründə bacardığı hər şeylə qürur duyur. Mən mərkəzçiliyi dövrüdür. Uşaq özünü dünyanın mərkəzində görür. Bu zaman intervalında ana-atası uşağa tualet vərdişləri ilə bağlı cəzalandırma və utandırıcı hərəkət edərsə, uşaqda qorxu və utancaqlıq yarana bilər. 3-4 yaşındakı uşaqlar adını və cinsiyyətini deyə bilir. Telefonda tanıdığı adamlarla danışır. 4 yaşında uşaq böyüklərdən çox öz dostları ilə maraqlanır, paylaşmağa başlayır. Oyun oynayarkən qaydaları başa düşür və tətbiq edir. 5 yaşında qrup oyunları oynamağı sevirlər, öz duyğularını və istəklərini kontrol edə bilirlər. 5-6 yaşda uşaqlarda dostluq, simpatiya, rəqabət, davalar görülür. Empatik anlayışlar inkişaf etməyə başlayır. 2-6 yaş dövründə uşağa müəyyən qədər sərbəstlik vermək lazımdır. Məsələn, uşaq meyvəni yumaq istəyirsə, ona “sən bunu pis yuyarsan, ver mən yuyum” yox, “sən almanı özün yuya bilərsən, əminəm ki, təmiz yuyacaqsan” demək daha düzgündür. Uşağın bir neçə işdə uğurlu olacağı mühit yaradılmalıdır. Əvvəlcə uşağa rahat, daha sonra çətinliklə edə biləcəyi işlər verilməlidir. Məşğul olduğu işdə səhv etdikdə anlayışlı olmaq, etdiyi səhvi özünün tapması lazım olduğunu demək lazımdır.
6-12 yaşda sosial bacarıqların inkişafı. Uşaqlar ana-atasından başqa şəxslərin də bəyəniləcək tərəflərini görməyə başlayır. Uşaq çevrəsi tərəfindən dəstəklənirsə, özünə güvəni artır, daha çox çalışmağa can atır. Başqaları tərəfindən özünə qarşı diqqət və dəyər verilməsini gözləyir. Daha çox öz cinslərindən olanlarla yaxın münasibət qururlar. Onlar üçün böyüklərdən çox öz yaşıdlarının dediyi fikirlər maraqlıdır. Rəqabət və iş birliyi qurmaqdan xoşları gəlir. Müəllimlərin bütün uşaqlara bərabər davranılmasını istəyirlər.
Sosial inkişafa uyğun fəaliyyətlər
Aşağıda uşağın sosial inkişafına müsbət təsir edən fəaliyyətlər verilmişdir:
Blok oyunları: Müxtəlif həndəsi formalı, hissələrdən bütöv yaradılan materialların istifadəsiylə oynanan oyunlara blok oyunları deyilir. Bloklar uşaqların böyük və kiçik motorikasını inkişaf etdirən, düşünərək səbəb-nəticə əlaqəsini quraraq, sual verərək, yoxlayaraq öyrənməsini təmin edən oyunlardır. Uşaqlar blok oyunlarını əsasən digər uşaqlarla oynamağı seçirlər, paylaşmağı, nəzakətli olmağı, növbə ilə oynamağı öyrənirlər.
Sosial inkişafda dram: Dram ifadəni, davranışı, fikri və ya yaşantıları teatr texnikalarından istifadə etməklə canlandırmaqdır. Dramatik oyun, hər kəsin bir vəzifəyə sahib olduğu qrup fəaliyyətidir. Dramatik oyun zamanı fərqli fikir və ifadələr deyilə bilər. Hər kəs müəyyən fikirlərinə görə hörmət qazanmaq şansına malikdir. Dramatik oyun zamanı uşaq oynadığı roldakı şəxsin hiss etdiyi kimi oynamaq və danışmaq üçün cəsarətləndirilməlidir.
Musiqi və sosial inkişaf: Musiqi kəlmələrin ifadə edə bilmədiyi duyğuları ortaya çıxardır. Uşaq musiqi söyləyərkən səsini istifadə etməyi, nəzarət etməyi öyrənir. Musiqili tədbirlərdə uşaqların iştirak etməsi onların ictimai tədbirlərdə təcrübəsini artırır.
Sosial inkişafda hərəkət və yaradıcı rəqs: Uşağın problem həll etməsi və özünü ifadə etməsi üçün yeni kəşflər etməsinə kömək üçün yaradıcı rəqsdən yararlanırlar. Uşağa məktəbəqədər yaş dövründə sistemli hərəkətlər ona sağlamlıqla əlaqəli vərdişləri, nizamlı olmağı, iradəli olmağı qazandırır.
Aynur Şahmuradova
“Narınc” Uşaq Psixologiya Mərkəzinin psixo-pedaqoqu
| ['uşaq psixologiyası', 'uşaqla rəftar', 'uşaqlara münasibət'] |