id
int64
43k
1.05M
date
stringlengths
16
16
category
stringclasses
47 values
title
stringlengths
1
19.1k
text
stringlengths
13
518k
1,046,669
21.02.2024 16:15
Şou-biznes
Təranə Qumral: "Elarizin ifa etdiyi mahnıya görə dava düşdü"
Müğənni Təranə Qumral həmkarı Elariz Məmmədoğlu haqqında açıqlaması ilə diqqət çəkib. Musavat.com teleqraf.com-a istinadən bildirir ki, Təranə Qumral "Tarixin bir günü" verilişində bu sözləri deyib: "Bir dəfə Ağdamlıların toyunda bir estrada müğənnimiz iştirak edirdi. Mən qorxmuram, adını da çəkəcəm. Bilirsiniz ki, mən faktlarla danışıram. Gördük ki, millət çöldədir. Dedim ki, yüz faiz dava düşüb. Elariz Məmmədoğlu isə içəridə mahnı oxuyurdu. Onun ifa etdiyi mahnıya görə toy mərasimində dava düşmüşdü. Hər rayonun öz dinləyicisi var. Gərək, bu kimi halları nəzərə alasan".
1,046,670
21.02.2024 16:27
Dünya
Məşhur jurnalist dözmədi, intihar etdi - FOTO
Hazırda Rusiyada həbsdə olan İqor Solovyov-Girkinin silahdaşı, hərbi bloger Andrey Morozov "Murz" Teleqram kanalında intihar edəcəyini, intiharının səbəblərini yazaraq özünü güllələyib. Milli.Az bildirir ki, Morozovun yazdığına görə o, Rusiya Silahlı Qüvvələrinin Avdeevkadakı itkiləri ilə bağlı yazını silmək məcburiyyətində qalıb: orada hərbi müxbir Avdeevkanın tutulmasına və real itkilərə məhəl qoymadan sevincli reaksiyanı tənqid edib. Bundan sonra Ukraynanın Telegram kanallarında Morozovun kanalından skrinşotlar yayıldı və Solovyov Live-ın aparıcıları onu vətənə xəyanətdə ittiham edərək məsuliyyətə cəlb olunmasını tələb etdilər. Morozov həmkarlarına müraciət edərək yazıb: "Sizin işiniz bu müharibəni Rusiyaya qarşı silah götürən, rusları müdafiə etməyə qalxan hər kəs üzərində tam hərbi Qələbə ilə bitirməkdir. Bunun harada olacağı, Kiyevdə və ya Fransa rəhbərliyinin bu yaxınlarda Belqorodda dinc xalqımıza qarşı terroru təsdiq etdiyi Parisdə, texniki sualdır. Bu alçaqlar ukraynalı faşistlərə nə qədər çox silah versələr, onların özlərində bir o qədər az olacaq".
1,046,671
21.02.2024 14:56
Hadisə
Ağdaşda qadın əməliyyatdan sonra ÖLDÜ
Ağdaş sakini qeysəriyyə əməliyyatından sonra ölüb. Hadisə Ağdaş rayon mərkəzi xəstəxanasında baş verib. Rayonun Hapıtlı kənd sakini, 1991-ci il təvəllüdlü Mərdanova Nübar Qasım qızı qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.//APA
1,046,672
21.02.2024 15:02
Yazarlar
Sərhədləri bilinməyən Rusiya və... Kamil Zeynallının başına gələnlər
Dünyada beynəlxalq hüquq, BMT-ATƏT-filan artıq çoxdan saya salınmır. Yalnızca hərbi güc. Bunu hamıdan yaxşı Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 məlum Qarabağ qətnaməsinin aqibətindən yaxşı bilir. Adı çəkilən qurumlara qalsaydı, torpaqlarımız hələ də erməni işğalı altında idi... Əfsus ki, Azərbaycandan fərqli olaraq, hər hansı hərbi təcavüzlə üzləşməyən bəzi haqsız, böyük dövlətlər də güc amilinə önəm verməkdədır. Biri elə qonşu Rusiya. Günü bu gün də “Güclüyəm, ona görə mənə hər şey olar” mağara prinsipini rəhbər tutan Moskva Ukraynada istədiyinə çatacağı təqdirdə neo-imperialist marağını gizlətmir də. Kremlə yaxın mediada xüsusən də Qazaxıstanla bağlı zaman-zaman təxribatçı-separatçı fikirlərin, ərazi iddialarının, yaxud müttəfiq respublikaların SSRİ tərkibindən qanunsuz çıxması haqda sayıqlamaların yer alması boşuna deyil. Şəkk-şübhə yox ki, Putin Rusiyasının “SSRİ-2” layihəsi var və onun “küləyi” Azərbaycanı da vura bilər... “Üçüncü dünya müharibəsinin başlanması ehtimalı ilə bağlı qorxular əsassız deyil. Çünki hərbi güc qərar qəbul edən mərkəzlərin əsas arqumentinə çevrilib. Sanki Birinci və İkinci Dünya müharibələrinin nəticələrindən dərs çıxarılmayıb”. Bunu dünən Belarus prezidenti Aleksandr Lukaşenko yerli mediaya müsahibəsində söyləyib. Məntiqlidir. Amma dərsi, nəticəni birinci elə Belarusla ittifaq dövləti yaradan Rusiya, onun lideri Putin çıxarmalı deyil? Önümüzdə iki ildir qonşu Ukraynanı xarabazarlığa çevirməklə məşğul olan Rusiya var. İndi əgər rus özünə qardaş hesab etdiyi slavyan xalqının başına bu oyunları açırsa, digərlərinə nə baxır... Gürcüstan prezidenti Salome Zurabişvili də tam haqlıdır deyəndə ki, Rusiya sərhədləri bilinməyən ölkədir. Moskvanın qonşu ölkələrə davamlı hücumlarından danışan Zurabişvili təbii ki, öz ölkəsini misal gətirərək əlavə edib: “Oxşar şeyləri Ukrayna, Moldova haqda, Rusiyanın demək olar, bütün qonşuları haqqa söyləmək olar”. Adam zərrəcə yanılmır. Rusiya gerçəkdən sərhədləri bilinməyən dövlət. Daha dəqiqi, belə deyirlər: “Rusiyanın sərhədləri ruslar yaşayan ərazilərdən keçir”. Yəni bunu bəhanə edib istənilən qonşu ölkəyə təcavüz edə bilərlər. Bu dövləti nəinki bölgə, artıq bütün dünya üçün, qlobal sabitlik üçün təhlükəli edən də budur – “qeyri-müəyyən” sərhədlər, imperiya iştahası, velikorus düşüncəsi... Dünyada və regionda sülhə, barışıq və əməkdaşlığa təhdidi yaradan, potensial müharibə qaynağı olan və sərhədləri bilinməyən başqa bir “dövlət” isə bizim o biri böyrümüzdədir. Bu, əlbəttə ki, konstitusiyası qanuni ərazisinə uyğun gəlməyən, hətta 44 günlük savaşdan sonra da “yeni ərazilər uğrunda yeni müharibə” üçün alışıb-yanan Ermənistandır. Nə qədər ki, Rusiya qanuni sərhədlərinə çəkilməyib və nə qədər ki, onun satelliti və vassalı Ermənistan da real sərhədləri ilə barışıb Azərbaycanla sülh müqaviləsi imzalamayıb bölgədə həqiqi sülh və sabitlik olmayacaq. Odur ki, Azərbaycanın üzərinə düşən əsas şey öz hərbi gücünün qeydinə qalmaq, onu durmadan artırmaq, mürgü vurmamaq və bu iki fitnəkar qonşunun hərəkətlərini diqqətlə izləməkdir. Kamil Zeynallının başına gətirilənlər görküdür. Lap tutaq, öz vətəndaşımız Qarabağda, qanuni ərazimizdə hansısa cinayət əməli törədib. Ondan sizə, Ermənistana nə? Rusiya, Ermənistan Qarabağı Azərbaycan sayırsa, niyə o Azərbaycanda yox, Ermənistanda mühakimə olunmalı, düşmən ölkəyə təhvil verilməlidir?.. Z. SƏFƏROĞLU Zahid SƏFƏROĞLU
1,046,673
21.02.2024 15:07
Dünya
Avropa İttifaqından Rusiyaya yeni sanksiyalar - siyahıda 2 min adam var
Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yeni sanksiyalar paketi çərçivəsində təxminən 200 təşkilat və şəxsin sanksiya siyahısına əlavə edilməsi gözlənilir. "Aİ ölkələrinin səfirləri Rusiyanın Ukraynaya təcavüzü çərçivəsində 13-cü sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəliblər. Bu, Aİ-nin təsdiqlədiyi ən böyük sanksiya paketlərindən biridir”, - Aİ-nin müvəqqəti prezidenti Belçikanın rəsmi sosial media hesabında paylaşım edib. Aİ komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı 13-cü sanksiya paketi ilə bağlı razılaşmanı alqışladıını deyib. "Putinin döyüş maşınının zəiflədilməsinə davam etməliyik", - deyən von der Leyen Ukraynaya görə Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyahısındakı adam və təşkilatların sayının 2 minə çatdığını və Rusiyanın pilotsuz uçuş aparatları kimi silahlara çıxışını daha da azaltdıqlarını bildirib. Musavat.com
1,046,674
21.02.2024 15:08
Hadisə
Bakıda məşhur hoteldə həyəcanlı anlar - VİDEO
Azneft dairəsinin yaxınlığında yerləşən “Four season” hotelində həyəcanlı anlar yaşanıb. Anidən yanğın siqnalı işə düşüb və hər kəsə hoteli tərk etmək barədə göstəriş verilib. Hoteldə tədbir keçirilən zaman verilən xəbərdarlığa görə hər kəs zalı tərk edib. Daha sonra isə hotelin işçiləri siqnalizasiyanın texniki nasazlıq səbəbindən işə düşdüyünü deyərək üzr istəyiblər.//Ölkə.az
1,046,675
21.02.2024 15:10
Ölkə
Gülay efirdə Kamilə görə AĞLADI - VİDEO
Xəbər verdiyimiz kimi, məşqçi Kamil Zeynallı Rusiyanın paytaxtı Moskva şəhərində hava limanında saxlanılıb. Məsələ ilə bağlı müğənni Gülay Zeynallı "Tarixin bir günü" verilişinə telefon zəngi ilə qoşularaq danışıb. O, Kamilin sərbəst buraxılması üçün yardım istəyib və ağlayıb. "Gecə 3-də Kamil zəng etdi ki, məsələ belədir. Dünəndən telefonumuz susmur. Hər kəsə təşəkkür edirəm. Efir vasitəsi ilə demək istəyirəm ki, dövlətimiz Kamilə kömək etsin. Çünki mənim qızımın arxa-dayağı, başının tacı bir insan varsa, o da onun atasıdır. İstəmirəm ki, qızım atasız bir gün keçirsin. Ona görə də Kamilə kömək olsunlar. Xahiş edirəm. Qızım hər şeyi başa düşür, ona izah etmişəm. Gecədən yatmamışıq, hər şeyi demişəm ona. Çünki böyük qızdır, onun hər şeyi bilməyə haqqı var. Ən azından əlində telefonu var, baxır, görür. Amma inanıram ki, dövlət onu tək qoymayacaq. Çünki Kamil yaxşı oğul, atadır. Prezidentimizdən, Mehriban xanımdan xahiş edirəm, bunun öhdəsindən yalnız onlar gələ bilər. Necə ki, Azərbaycanı bütöv etdilərsə, mənim övladımın atasını qaytarsınlar, çox xahiş edirəm" deyə, Gülay vurğulayıb. Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.//Axşam.az
1,046,676
21.02.2024 15:20
Gündəm
SON DƏQİQƏ! Kamil Zeynallı sərbəst buraxıldı
Kamil Zeynallı azadlığa buraxılıb. O, bu gün Bakıya geri qayıdacaq. Bu barədə Kamil Zeynallının vəkili Ələkbər Qarayev məlumat verib. APA
1,046,677
21.02.2024 15:24
Səhiyyə
Səhiyyə Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
Qrip kəskin respirator infeksiyalardan olsa da, digərlərindən ağırlaşmalarının daha təhlükəli olmasına görə fərqlənir. Musavat.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, qripdən ağırlaşmalar iki cür olur və bunlardan birincisi ilk günlərdə müşahidə olunan, digəri isə qrip fonunda immunitetin zəifləməsi ilə bir müddət sonra ortaya çıxan hallardır. O bildirib ki, soyuq fəsillərdə kəskin respirator xəstəliklərin insanlar arasında yayılması daha çox müşahidə olunur: “Fəsillər dəyişərkən immunitet müəyyən qədər arta və ya azala bilər. Soyuq hallarda əhalinin qapalı məkanlarda sıx toplaşması da kəskin respirator infeksiyaların yayılmasında rol oynayır. Eyni zamanda, qidalanmaya diqqət etmək lazımdır ki, immunitetimizi gücləndirə bilək. İmmunitet gücləndirildiyi halda yoluxma olmur, olsa da insan xəstəliyi rahat keçirir”.
1,046,678
21.02.2024 15:34
Kriminal
Əhmədin cinayət işinə bu halda xitam verilə bilər - AÇIQLAMA
“Şizofreniyanın müxtəlif dərəcələri var. Ekspertiza cinayəti törədən şəxsi cinayət məsuliyyətinə cəlb etməyin mümkünlüyünü müəyyən etmək üçün təyin olunur. Yəni cinayət anında şübhəli affekt halında olub, ya şüuru özündə olub? İstənilən halda nəticədən asılı olaraq istintaq qərar qəbul edəcək”. Bu fikirləri Musavat.com-a hüquqşünas Əsabəli Mustafayev bildirib. O qeyd edib ki, əgər ekspertiza Əhməd Əhmədovun cinayət zamanı şüurlu vəziyyətdə olduğuna dair rəy versə, cinayət işi davam edəcək: “Əgər desələr ki, affekt vəziyyətində olub, o zaman cinayət işinə birdəfəlik xitam veriləcək. Bu zaman o daimi müalicə alacaq. Qapalı müalicə müəssisələrində giriş-çıxış məhdudiyyəti var. Əhmədin əsəbi vəziyyətdə cinayətə əl atması müəyyən edilsə, müalicədən sonra mühakimə edəcəklər. Ruhi xəstə kimi qeydiyyata alınsa, cəzaçəkmə müəssisəsindən tibb müəssisəsinə keçirəcəklər. Müalicə bitdikdən sonra cəzaçəkmə müəssisəsinə qaytarılacaq. Əhməd Əhmədovun cəzadan azad edilməsi üçün yalnız affekt vəziyyəti əsas ola bilər”. Qeyd edək ki, Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov Respublika Psixiartiya Xəstəxanasına yerləşdirilib. “Qafqazinfo” xəbər verir ki, istintaq orqanı tərəfindən Ə.Əhmədovun psixi xəstə olmasının müəyyənləşdirilməsi məqsədilə təyin edilmiş ekspertiza ilə əlaqədar o, məhkəmənin qərarı ilə ixtisaslaşmış qapalı tibb müəssisəsinə aparılıb. Ə.Əhmədovun 20 gün müddətində stasionar qaydada saxlanılacağı və bu müddətin sonunda onun psixi xəstəliyi ilə bağlı ekspertiza rəyinin veriləcəyi bildirilib. Qeyd edək ki, Xətai Rayonu ərazisində atasını, anasını, qardaşını, bacısını və onun körpə övladını amansızlıqla qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədovun psixi xəstə olması barədə məlumatlar yayılıb və onun daha əvvəl də ixtisaslaşmış müəssisədə müalicə aldığı bildirilib. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilib və göndəriş əsasında Ə.Əhmədovun 1 nömrəli “Respublika Psixiatriya Xəstəxanasına” əlavə tibbi müayinəyə göndərilməsini açıqlayıb. Həmin vaxt Ə.Əhmədova “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib. Nəticədə Ə.Əhmədov həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab edilib. Nigar HƏSƏNLİ,Musavat.com
1,046,679
21.02.2024 15:29
Son xəbər
Kamil Bakıya qayıdır -Son dəqiqə
Xəbər verdiyimiz kimi, fitnes məşqçisi Kamil Zeynallı sərbəst buraxılıb. Musavat.com xəbər verir ki, məlumatı onun vəkili Ələkbər Qarayev təsdiq edib. Kamil bu gün Bakıya qayıdacaq.
1,046,680
21.02.2024 15:34
Dünya
Viktor Şenderoviçin mənzilləri əlindən alına bilər
“Rusiya veteranları” hərəkatının ictimai fəalları Baş Prokurorluğu yazıçı Viktor Şenderoviçin (Rusiyada xarici agent hesab edilir) RF ordusunu gözdən saldığına görə yoxlamağa çağırıblar. Musavat.com xəbər verir ki, bu barədə “Mash” telegram kanalı yazır. Telekanalın məlumatına görə, müəllif cinayət işi ilə üz-üzədir və o, Moskvadakı üç mənzilini də itirə bilər. Onlardan ikisi Şenderoviçin həyat yoldaşının adınadır. Bundan əlavə, yazıçının əsərlərinə görə qonorar ödənilməsi məhdudlaşdırıla bilər. “Mash” yazır ki, “Rusiya veteranları” Şendəroviçin Ukrayna ordusuna sponsorluq etməyə hazır olduğunu etiraf etdiyi zarafatdan sonra bəyanat verib. Bir vaxtlar Rusiyada çox populyar olan “Kuklalar” verilişinin ssenari müəllifi və aparıcısı olan Viktor Şenderoviç hazırda İsraildə yaşayır. Musavat.com
1,046,681
21.02.2024 15:35
Siyasət
Vaşinqtonda Azərbaycan-ABŞ enerji münasibətləri müzakirə edildi FOTO
Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ Enerji Departamentinin katibi Cennifer Qranholm ilə görüşüb. Musavat.com xəbər verir ki, görüşdə ikitərəfli enerji əməkdaşlığının yeni mərhələdə inkişafı, təbii qaz və “yaşıl enerji”nin tədarükü, həmçinin COP29-la bağlı məsələlər müzakirə edilib. Azərbaycanın ənənəvi enerji təchizatçısı kimi həyata keçirdiyi enerji təhlükəsizliyi layihələri, eləcə də “Xəzər-Qara dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan-Avropa” “yaşıl enerji” dəhlizlərinin inkişafına dair fikir mübadiləsi aparılıb. Bu dəhlizlərin əhəmiyyəti regionlararası inteqrasiya, enerji təhlükəsizliyi və enerji keçidi aspektində dəyərləndirilib. Həmçinin, COP29-a sədrlik edən ölkə kimi Azərbaycanın bərpa olunan enerji və enerji keçidi istiqamətlərində gördüyü tədbirlərdən, qlobal iqlim məqsədlərinə nail olmaq üçün səylərindən danışılıb. 2027-ci ilədək 2 QVt “yaşıl enerji” istehsal güclərinin enerji sisteminə inteqrasiyası nəticəsində qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 33%-ə çatacağı qeyd edilib. Ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası, azad edilmiş ərazilər və Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsinin “yaşıl enerji” keçidini təşviq etdiyi qeyd edilib. Söhbət zamanı enerji saxlanc sistemləri, emissiyaların azaldılması və Azərbaycanın COP çərçivəsində təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb, mümkün tərəfdaşlıq formaları nəzərdən keçirilib.
1,046,682
21.02.2024 15:45
Region
“Ermənistan masaya qoyulan yeməyə çevrilib” - Poqosyan
“Xarici siyasət proseslərində Ermənistan süfrə arxasında əyləşən ölkədən hər kəsin özü üçün ləzzətli bir loxma kəsməyə can atdığı bir dövlətə çevrilib”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Tevan Poqosyana məxsusdur. Onun sözlərinə görə, Paşinyan hökumətinin yeritdiyi xarici siyasət xətti kənar oyunçular üçün kifayət qədər açıq və aydındır: “Bu addımların Ermənistanın suverenliyinin və müstəqilliyinin artırılması ilə heç bir əlaqəsi yoxdur, Ermənistan digər oyunçulara verilən yemək kimi masanın üzərinə qoyulub. Bu gün heç bir ölkə tam müstəqil deyil, çünki bu və ya digər sahədə hər bir ölkə başqalarından asılıdır. Ermənistana gəlincə, tam müstəqillikdən danışarkən nəyin nəzərdə tutulduğu aydın deyil. Ümumi bir misal: ölkə daxili tələbatı tam ödəmək üçün öz sahələrində kifayət qədər buğda yetişdirə bilərmi? Ermənistan kənd təsərrüfatı məhsullarına olan tələbatı yalnız daxili imkanlar hesabına ödəyə bilərmi? Yox. O zaman tam müstəqillikdən danışmağa dəyməz”. Musavat.com
1,046,683
21.02.2024 15:38
Ölkə
Metro ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ - Sabah...
UEFA Avropa Liqasının keçid pley-off mərhələsində mübarizə aparan “Qarabağ” Futbol Klubunun ev oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Musavat.com xəbər verir ki, Bakı Metropolitenindən verilən məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında gecə saatlarında başa çatacaq matça görə metropolitenin stansiyalarında iş saatları fevralın 22-dən fevralın 23-nə keçən gecə 1 saat uzadılacaq. Məlumata görə, “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionundan çıxacaq sərnişinlərin gecə saatlarında mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Həmçinin, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə və qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq stansiyalarda bir sıra tədbirlər görüləcək. Paytaxtımızda təşkil edilən kütləvi tədbirlərlə əlaqədar Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Stansiyaya, əlavə işçi qüvvəsi ayrılmaqla, növbətçilik cədvəli tərtib ediləcək. Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da nəzərdə tutulacaq. Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarlar payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun hərəkət edəcək. Axşam gur saat vaxtından sonra, zərurət yaranarsa, xəttə ehtiyat qatarlar buraxılacaq.
1,046,684
21.02.2024 16:00
Son xəbər
TƏCİLİ: Kamil Zeynallı azadlıqda! Rusiya ilə nədə ANLAŞDIQ? - Qabil Hüseynli danışır...
Kamil Zeynallı azadlığa buraxılıb. O bu gün Bakıya qayıdacaq. Bu barədə vəkili Ələkbər Qarayev məlumat verib. Qeyd edək ki, bu gecə Moskvadan Azərbaycana qayıdarkən azərbaycanlı idmançı Kamil Zeynallı Domodedovo aeroportunda Ermənistanın tələbi isə saxlanılıb. Zeynallıya qarşı irəli sürülən ittihamın surəti yayılıb. İttihamda göstərilir ki, K.Zeynallı Ermənistanda CM-nin 149.1.1., 135.1.1., 135.6.1., 135.11.1., 140.2.2. və 147.1-ci maddələri ilə ittiham olunur. TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə baş verənləri təhlil edir. Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat
1,046,685
21.02.2024 15:50
Son xəbər
Şahramanyan istintaqa çağırıldı
Qarabağın işğal altında olduğu illərdə bölgədə qurulan qondarma və oyuncaq qurumun sonuncu “rəhbəri” Samvel Şahramanyana Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən yaxın günlərdə komitəyə gəlmək tələbi ilə bildiriş göndərilib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə onun vəkili Aşot Danielyan məlumat yayıb. Vəkilin sözlərinə görə, bu bildiriş vaxtilə qondarma quruma məxsus olmuş pulların və avtomobillərin mənimsənilməsilə bağlı aparılan araşdırma ilə bağlıdır. Şahramanyan bütün bunlarla bağlı İstintaq Komitəsinə artıq izahat verib. “Samvel Şahramanyan hansısa korrupsiya cinayətində şübhəli bilinmir. O, ilk dəfə istintaqa çağırılmır”, - deyə Aşot Danielyan bildirib. Musavat.com
1,046,686
21.02.2024 15:57
Region
Ermənistanda 10 mindən çox fərari 37 min dollar ödəməyə razılaşıb
Ermənistanda 10 min nəfərdən çox şəxs 15 milyon dram (37 min dollardan çox) ödəyərək hərbi xidmətə getməmək üçün dövlət orqanlarına müraciət edib. Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə hakim fraksiyadan olan deputat, müvafiq qanun layihəsinin müəllifi Hayk Sarkisyan bildirib. Söhbət vaxtilə xidmətdən yayınan və hazırda 27 yaşı tamam olan vətəndaşlardan gedir. Yaxın vaxtlarda onlara qarşı açılan cinayət işlərinə xitam veriləcək, onlar yeni pasportlar alacaqlar. Deputatın dediyinə görə, bütün prosedur belədir: hərbi xidmətdən yayınanlar Ermənistana qayıdırlar (əvvəlcədən ödəniş etmək qərarına gəlsələr), müstəntiqlər onları hava limanında qarşılayır, ödəməyə hazır olduqları barədə bəyanat yazır, sonra isə yazılı şəkildə bildirirlər. Onlar proses bitənə qədər ölkədən getməməyi öhdəsinə götürür və tələb olunan məbləğ köçürüldükdən sonra cinayət işinə xitam verilir. Sarkisyanın ilkin hesablamalarına görə, bir il ərzində 500-dən minə qədər insan bu qanundan yararlanacaq. Qanun layihəsi 2023-cü ilin sonunda qəbul edilib və hərbi xidmətdən yayındığına görə cinayət məsuliyyətinə cəlb olunan vətəndaşlara aiddir. 27 ildən sonra onlar iki il xidmət etsələr və ya 12 ay xidmət edib 2,5 milyon dram (6,2 min dollar) ödəyərsə, Ermənistana qayıda və təqiblərdən azad ola bilərlər. Digər variantlar 6 ay 5 milyon dram (12,4 min dollar), 1 ay 10 milyon dram (24,8 min dollar) və xidmətsiz 15 milyon dramdır. Qanunun onun qəbul edildiyi vaxt yaşı 25-dən yuxarı olacaq vətəndaşlara da şamil edilməsi təklif olunur. Musavat.com
1,046,687
21.02.2024 15:57
Son xəbər
Kamil Zeynallının sərbəst buraxılma anı - VİDEO
Xəbər verdiyimiz kimi, bu gecə Moskvadan Azərbaycana qayıdarkən Domodedovo hava limanında Ermənistanın tələbi ilə saxlanılan Kamil Zeynallının az öncə azadlığa buraxılıb. Musavat.com Kamil Zeynallının azadlığa buraxılma görüntülərini təqdim edir: Qeyd edək ki, Kamil Zeynallı ötən gün Moskvada saxlanılıb. Məlumata görə, Kamil Zeynallının saxlanılması onun Ermənistan tərəfdən axtarışa verilməsi ilə əlaqədar idi.
1,046,688
21.02.2024 16:02
Dünya
Britaniya Navalnıya görə sanksiyalar TƏTBİQ ETDİ
Böyük Britaniya Aleksey Navalnının öldüyü cəzaçəkmə müəssisəsinin rəhbər vəzifə tutan altı Rusiya vətəndaşına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Britaniya hökumətinin saytında yenilənmiş sanksiyalar siyahısı sübut edir. Belə ki, həbsxana rəhbəri Vadim Kalinin və onun müavinləri Sergey Korjov, Vladimir Pilipçik, Vasili Vıdrin, Aleksandr Obraztsov və Aleksandr Qolyakova qarşı məhdudiyyətlər tətbiq edilib. Musavat.com
1,046,689
21.02.2024 16:12
Son xəbər
Matevosyan: “Rusiya sərhədçiləri Ermənistanı qorumalıdır”
“Türkiyə ilə sərhəddəki Rusiya sərhəd qoşunları müasir Ermənistanın sərhədlərinin legitimliyinin ən mühüm elementidir”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Benyamin Matevosyan öz teleqram kanalında yazıb. Onun sözlərinə görə, bölgədə baş verəcək irimiqyaslı münaqişə zamanı Ermənistanı ruslardan başqa qoruyan olmayacaq. “Gəlin, hipotetik bir vəziyyəti təsəvvür edək: Ermənistanda konstitusiya islahatları baş verib və buna əsasən ölkə bloklara qoşulmamaq statusunu qazanıb. Bütün bunlar 102-ci hərbi bazanın və sərhədçilərin Ermənistan Respublikasından çıxarılmasına səbəb olacaq. “Gözlənilmədən” Türkiyə ilə hüdudlarda türk qoşunları ilə PKK arasında toqquşma baş verir və terrorçuların (məntdə kürd silahlıları kimi verilib - red.) bir hissəsi Ermənistana qaçır. Sonra nə olacaq? Bundan sonra Türkiyə “Ermənistanda antiterror əməliyyatının başladığını elan edə və “kürd separatçılarını məhv etmək” üçün öz qoşunlarını ölkəyə göndərə bilər. Türkiyənin buna qadir olduğuna şübhə etmirsiz? Rusiya sərhədçilərinin Ermənistanda olması nəyə mane olur? Artıq kimə qarşı quduz təbliğat aparılır?” - deyə Matevosyan qeyd edib. Musavat.com
1,046,690
21.02.2024 16:04
Son xəbər
Əziz Orucovun həbs müddəti uzadılıb
Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucovun həbs müddəti daha bir ay uzadılıb. "Report” xəbər verir ki, qərar Bakı Şəhəri Səbail Rayon Məhkəməsində keçirilən iclasda elan olunub. Qeyd edək ki, o, noyabrın 27-də saxlanılıb. Ə.Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb. Səbail Rayon Məhkəməsində noyabrın 28-də keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
1,046,691
21.02.2024 16:38
Hadisə
Sabunçuda mənzildə meyit tapıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Musavat.com nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
1,046,692
21.02.2024 16:07
Son xəbər
Gülay sərbəst buraxılan Kamildən yazdı - FOTO
"Bizə sahib çıxdığınız üçün minnətdarıq" - Gülay azadlığa çıxan Kamildən yazıb. Musavat.com Gülayın həyat yoldaşı haqqında etdiyi paylaşımı təqdim edir:
1,046,693
21.02.2024 16:05
Ölkə
Bələdiyyə sədri HƏBS EDİLDİ
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı bələdiyyəsinin sədri Quliyev Fikrət Əzizağa oğlunun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Musavat.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumatı yayıb. Bildirilib ki, istintaq-əməliyyat tədbirləri ilə Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxslərdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış ilkin sübutlar əsasında Fikrət Quliyev Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
1,046,694
21.02.2024 16:49
Son xəbər
Məşhur aktyor vəfat etdi - FOTO
Məşhur aktyor Toni Qanios dünyasını dəyişib. Musavat.com bakıvaxtı.az-a istinadən xəbər verir ki, 64 yaşlı aktyor Nyu Yorkda müalicə aldığı xəstəxanada ürək tutmasındanvəfat edib. Onurğa iliyi infeksiyası səbəbindən xəstəxanaya aparılan Qaniosun əməliyyat zamanı infarkt keçirdiyi öyrənilib. 1981-ci ildə "Porky's" komediya filmi ilə adından söz etdirən aktyor daha sonra iki serialda çəkilib. Filmdə Ət Tuperello obrazını canlandıran aktyor "ədəbsiz komediya" kateqoriyasında ən ikonik səhnələrdən birində rol alıb. 1979-cu ildə istehsal olunan "Səyyahlar" da aktyorun unudulmaz filmləri sırasındadır.
1,046,695
21.02.2024 17:02
Təhsil
Birinci siniflərə qeydiyyat bu tarixdə BAŞLAYIR
Birinci siniflərə qeydiyyat prosesi 2015-2016-cı tədris ilindən etibarən elektron qaydada həyata keçirilir. Musavat.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilir ki, 2024-2025-ci tədris ili üzrə birinci siniflərə elektron qeydiyyata cari ilin may ayında start verilməsi planlaşdırılır: "Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".
1,046,696
21.02.2024 16:39
Siyasət
“Azərbaycan dili Vətən rolunu oynamalıdır”
“Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Hər bir millət və xalqın dili onun kimlik pasportudur. Azərbaycan dilinə gəldikdə fikrimcə, yeni mərhələdə o, bizim üçün Fridrix Ratsel və Karl Haushoferin “yaşam arealı” nəzəriyyələrində irəli sürdükləri funksiyanı yerinə yetirməlidir”. Musavat.com xəbər verir ki, bu fikirlər deputat Sahib Alıyevə məxsusdur. Deputat qeyd edib ki, Azərbaycanın böyüməsi ilk növbədə dil faktoru ilə bağlı olmalıdır: “Bəli, Azərbaycan oddan-alovdan keçərək torpaqları üzərində suverenliyini tam təmin etdikdən sonra əzmli və iddialı dövlət olaraq böyüməli, güclənməlidir. Hansı coğrafiyada, kimlərin əhatəsində yerləşdiyimizi, keçmişdə yaşadıqlarımızı nəzərə alsaq, biz nəinki güclənməliyik, var olmaq üçün buna məhkumuq. Amma dövlətimizin güclənməsi və böyüməsi yuxarıda adlarını çəkdiyim alman mütəfəkkirlərinin nəzərdə tutduqları kimi kiminsə torpaqlarını ələ keçirmək yoluyla baş verməli deyil. Ən yüksək səviyyədə də dəfələrlə vurğulanıb, Azərbaycanın belə bir niyyəti yoxdur, indi 21-ci əsrdir”. Sahib Alıyev vurğlayıb ki, biz türk dünyası ailəsinin bir üzvü olaraq içimizə, kökümüzə və dilimizə doğru böyüməliyik: “Əlcəzairdə doğulan Alber Kamyu deyirdi ki, onun vətəni fransız dilidir. Bax, Azərbaycan dili bütün daşıyıcıları üçün harada doğulmalarından və yaşamalarından asılı olmayaraq, Vətən rolu oynamalıdır. Azərbaycan deyiləndə göz önünə bəlli bir sərhədlər çərçivəsindəki torpaqdan öncə dilimiz gəlməlidir. Hər bir soydaşımız pasportunu gəzdirib-gəzdirməməsindən asılı olmayaraq, Azərbaycanımızı öz dövlətləri saymalıdır. Böyük ailəmizdə - türk dünyasında da bizə 10 milyon vətəndaşı olan bir ölkə deyil, 50 milyondan artıq insanın Vətən bildiyi dövlət kimi yanaşılmaldır”. Deputat Prezidentin fikirlərinə də istinad edib və qarşıdakı milli vəzifələrə diqqət çəkib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə törənindəki çıxışına dayanaraq mən belə düşünürəm ki, elə bizim yeni milli ideyamız da Böyük, yaxud da Güclü Azərbaycan olmalıdır. Bu Böyüklüyü isə bütün azərbaycanlıların sözün hər anlamında dil biriliyi və texnolji inkişaf təmin etməlidir. Texnoloji inkişaf üçün nələr gərəkdiyini açıqlayarkən xatırlayırsınızsa, Prezidentimiz burada sadəcə dövlət siyasətinin yetərli olmadığını bildirərək onu “böyük bir səfərbərlik tələb edən iş” kimi dəyərləndirdi. Azərbaycan dilini 50 milyondan artıq soydaşımızın öz Vətəni sayması da dövlətdən çox cəmiyyətdən, daha dəqiqi o dilin təəssübkeş daşıyıcılarının səfərbərliyindən asılıdır. Yəni millət və dövlət olaraq böyümək istəyiriksə, dilimizin böyüklüyünü təmin etməliyik. Necə? Bu, artıq geniş diskussiya mövzusudur. Hazırıqmı?” Musavat.com
1,046,697
21.02.2024 16:26
Son xəbər
Yeganə Ramazanova yüksək vəzifəyə TƏYİN EDİLDİ
İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova vəzifəsini tərk edib. Musavat.com xəbər verir ki, o, Elm və Təhsil Nazirliyinə təyinat alıb. Y.Ramazanova bundan sonra nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsində çalışacaq.
1,046,698
21.02.2024 17:40
Ölkə
Yaxın iki ayda Füzuli şəhərinə 300-dən çox ailə köçürüləcək - RƏSMİ
“Yaxın 2 ay ərzində Füzuli şəhərinə köçən ailələrin sayı 846-a çatacaq”. Musavat.com report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “Qarabağ bölgəsində su və irriqasiya infrastrukturunun yenidən qurulması” mövzusunda konfransda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib. “Şəhərdə artıq 527 ailə məskunlaşıb. Bu, 2 000 nəfərə yaxın insan deməkdir. Hazırda köç prosesi davam edir”, - deyə o əlavə edib.
1,046,699
21.02.2024 16:40
İdman
Hakimi təhqir edən klub rəhbəri və futbolçu CƏZALANDIRILDI
AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən “Mil” (Beyləqan) klubunun rəhbəri Röyal Babayev 5 oyunluq cəzalandırılıb. Musavat.com milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna funksionerin Saatlının "Ümid" komandası ilə görüşdə hakimi təhqir etməsi səbəb olub. Eyni turnirdə mübarizə aparan "Bərdə"nin futbolçusu Rəcəb Zaidov da diskvalifikasiya edilib. O, "Göyəzən"lə matçda referini təhqir etdiyi üçün 4 oyunluq cəzaya məruz qalıb.
1,046,700
21.02.2024 16:48
Son xəbər
Ermənistan 4 erməninin ölümünə görə Rusiyanı suçladı
Ermənistan Rusiyanı Nerkin Hand kəndi yaxınlığında insidenti dayandırmamaqda ittiham edib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu ittiham Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən səslənib. Qeyd edək ki, Azərbaycan ordusunun uğurlu əməliyyatı nəticəsində həmin vaxt 4 erməni əsgəri məhv edilib. “Bilirsiniz ki, Nerkin Hand kəndinə Avropa İttifaqı missiyasının çıxışı yoxdur. Ora yalnız Rusiya Federasiyasının hərbçiləri girə bilirlər. Rusiya insidenti dayandıra bilmədi”, - deyə Armen Qriqoryan bildirib. Qriqoryan rəsmi Moskvanın son insidentdə Avropanı günahlandırmasına da münasibət bildirib: “Mən əminəm ki, reallıq başqadır. Aydındır ki, Aİ-nin mülki missiyası sabitləşdirici rol oynayır. Biz onların fəaliyyətini tam dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik”. “Aİ missiyasının hansı səbəbdən Nerkin Hand kəndi yaxınlığındakı hissəyə çıxışı yoxdur” sualına isə Armen Qriqoryan cavab verməyib. Musavat.com
1,046,701
21.02.2024 16:58
Region
Paşinyanın partiyası: “Axtarışda olanlar orduya getməmək üçün...”
“Axtarışda olan yaşı 27-dən yuxarı 10-a yaxın vətəndaş Ermənistana qayıdıb və 15 milyon dram (təxminən 37 min dollar) ödəməyə hazır olduqlarını, məcburi hərbi xidmət keçməyəcəklərini bildiriblər”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində hakim “Vətəndaş sazişi” partiyasının deputatı Ayk Sarkisyan deyib. Deputat bildirib ki, həmin şəxslərə qarşı cinayət işlərinə xitam veriləcək və onlar yeni pasportlar alacaqlar. Ayk Sarkisyanın hesablamalarına görə, bir il ərzində 500-dən 1000-ə qədər vətəndaş qanundan istifadə edəcək. Ermənistanda qəbul edilən yeni qanuna görə, vətəndaşlar 2,5 milyon dram ödəyib 1 il orduda xidmət edə, 5 milyon dram ödəyib 6 ay xidmət edə, 8 milyon dram ödəyib bir ay xidmət edə, ya da 15 milyon dram verib orduya getməyə bilərlər. Musavat.com
1,046,702
21.02.2024 17:00
Region
Qriqoryan: Ermənistanı qoruyan təhlükəsizlik sistemi səmərəsizdir
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan KTMT-ni “faydasız” hesab edir. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, yerli jurnalistlərlə söhbətində bildirib. “Ermənistan bu məsələdə tərəddüd etmir, xarici siyasətini və təhlükəsizliyini şaxələndirir. Bunu açıq şəkildə edir. Diversifikasiya təkcə Qərbi deyil, Çini və bir sıra digər istiqamətləri də əhatə edir. Ermənistanın da bir hissəsi olduğu təhlükəsizlik sistemi 2020-21-ci illərdə işləmədiyindən və ümumilikdə səmərəsiz olduğundan rəsmi İrəvan özü üçün başqa təhlükəsizlik təminatları axtarır. Bu istiqamətdə işlər davam etdirilir. Burada heç bir problem görmürəm”, - deyə o qeyd edib. Musavat.com
1,046,703
21.02.2024 17:27
Gündəm
Cərimələnən bloger səhifələrə hücum təşkil edib?
Bir neçə gün əvvəl Bakı-Quba-Rusiya sərhədi yolunda “Range Rover” markalı avtomobili 200 km/saat sürətlə idarə etdiyinə görə məsuliyyətə cəlb edilən bloger Əsmər Axundzadənin bir sıra sosial şəbəkə səhifələrini qəsdən bağlatdırdığı iddia olunur. “Qafqazinfo” xəbər verir ki, Ə.Axundzadə barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi səhifələrində yaydığı məlumatı paylaşan instaqram səhifələrinin hücuma məruz qaldığı bildirilir. Belə ki, həmin xəbərlə bağlı səhifələrdən edilmiş şikayətlər və digər müdaxilələr səbəbindən bir neçə məşhur instaqram səhifəsi artıq bağlanıb. Səhifə adminləri onlara məxsus olan hesabların Ə.Axundzadənin təşkilatçılığı ilə hücuma məruz qaldığını deyirlər. Eyni zamanda dünən Ə.Axundzadənin “Esma Nur” adı ilə istifadə etdiyi profildən “Yandırdım... üzərliyi” başlığı ilə eyhamlı paylaşımı bu iddiaları gücləndirib. Artıq səhifələrin sahibləri məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. Onlar rəsmi qurumların yaydığı məlumatı paylaşdıqlarını və buna görə fəaliyyətlərinin məhdudlaşdırılmasının ictimai qaydalara və sosial şəbəkələrin iş prinsiplərinə uyğun olmadığını bildirirlər. Xatırladaq ki, məlum hadisədən sonra BDYPİ bir daha bütün yol hərəkət iştirakçılarına müraciət edərək onları reytinq xətrinə bu kimi qayda pozuntularına yol verməməyə çağırıb. Xüsusilə belə şəxslər barəsində ciddi tənbeh tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdarlıq da edib.
1,046,704
21.02.2024 16:59
Son xəbər
Prezident bu rayona yeni icra başçısı TƏYİN ETDİ
Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Musavat.com məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Naim Etibar oğlu Cahidzadə 18 avqust 1989-cu ildə Şahbuz rayon Kolanı kəndində anadan olub. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili alıb. 2011-2014-cu illərdə Naxçıvan Dövlət Universitetində “Maliyyə və kredit” ixtisası üzrə Magistratura təhsili alıb. Əmək fəaliyyətinə 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində tyutor vəzifəsində başlayıb. 2014-cü ildən "Naxçıvan" Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018-ci ildən həmin universitetin İdarəetmə fakültəsinin dekanı vəzifəsində işləyir. 2016-cı ildən AMEA-nın Naxçıvan bölməsinin dissertantıdır. O, bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.
1,046,705
21.02.2024 16:59
Ölkə
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Musavat.com-un məlumatına görə, sərəncamda deyilir: Sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Bundan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
1,046,706
21.02.2024 17:31
Son xəbər
“Yaxın zamanda Suriyaya gedənlər...” - Deputat AÇIQLADI
Azərbaycan vətəndaşlarının digər qrupu Suriyadan repatriasiya edilib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, fevralın 20-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 2-i qadın olmaqla 7 nəfər Azərbaycan vətəndaşının Bakıya repatriasiyası həyata keçirilib. “İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək, daha sonra onların Türkiyə ərazisinə keçidi təşkil olunub. İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri ilə təmin edilib və onlar ölkəyə gətiriliblər. Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək”, - deyə məlumatda bildirilir. Millət vəkili Ceyhun Məmmədov Musavat.com-a şərhində bildirib ki, repatriasiya edilən şəxslər Suriyaya 2011-ci il hadisələrindən sonra gedənlərdir. Millət vəkili xatırladıb ki, gənclər “İslam dövləti” qurmaq adı altında Suriyaya səfər ediblər: “Təəssüf ki, çox sayda azərbaycanlı dünyasını dəyişdi. Söhbət kifayət qədər böyük rəqəmdən gedir. 1477 nəfərdən 903-ü həlak olub. Yaxın zamanda Suriyaya gedənlər demək olar ki, yoxdur. Azərbaycanda bununla bağlı ciddi işlər görüldü. Milli Məclisdə geniş müzakirələr aparıldı, qanun qəbul edildi. Qanunda radikalizmlə mübarizə və s. ilə bağlı məsələlər öz əksini tapdı. Azərbaycan prosesin tənzimlənməsi üçün tədbirlər həyata keçirməkdə davam edir. Hazırda ciddi təhlükə yoxdur. Vətəndaşlar da diqqətli olmalı, xaricdən edilən təbliğatlara aldanmamalı, həyatını təhlükəyə atmamalı, gələcəyini məhv etməməlidir”. Qeyd edək ki, repatriasiya Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”nın müvafiq müddəalarına uyğun olaraq aparılır. Azərbaycan Xarici İşlər Nazirliyinin 2023-cü ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib ki, Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində 661 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunublar. 26 aprel tarixində Sudan Respublikasındakı vəziyyət ilə əlaqədar bu ölkədə yaşayan 26 Azərbaycan Respublikasının vətəndaşı ölkəmizə repatriasiya olunub. Qəzza sektorundan (Fələstin) 12 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə gətirilməsi istiqamətində əlaqələndirmə işləri aparılıb. İl ərzində Suriya Ərəb Respublikasından ölkəmizə 13 nəfər qadın, 49 nəfər uşaq olmaqla 62 nəfərin repatriasiyası həyata keçirilib. Eyni zamanda, İraqdan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə repatriasiyası həyata keçirilib. Hazırda İraq Respublikasında Azərbaycan Respublikası vətəndaşlığı mənsubiyyəti müəyyənləşdirilmiş azyaşlı qalmayıb. Nigar HƏSƏNLİ,Musavat.com
1,046,707
21.02.2024 17:03
Son xəbər
Prezidentin yeni təyin etdiyi icra başçısı KİMDİR? - DOSYE
Naim Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Naim Etibar oğlu Cahidzadə 18 avqust 1989-cu ildə Şahbuz rayon Kolanı kəndində anadan olub. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili alıb. 2011-2014-cu illərdə Naxçıvan Dövlət Universitetində “Maliyyə və kredit” ixtisası üzrə Magistratura təhsili alıb. Əmək fəaliyyətinə 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində tyutor vəzifəsində başlayıb. 2014-cü ildən "Naxçıvan" Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018-ci ildən həmin universitetin İdarəetmə fakültəsinin dekanı vəzifəsində işləyir. 2016-cı ildən AMEA-nın Naxçıvan bölməsinin dissertantıdır.
1,046,708
21.02.2024 17:14
Ölkə
Əhaliyə XƏBƏRDARLIQ- Bu tarixdə QAR YAĞACAQ
Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamadək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var. Fevralın 22-də əsasən Azərbaycanın şərq rayonlarında, 23-də isə əksər yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Lənkəran-Astara, Naxçıvan MR, Qarabağ, Şərqi-Zəngəzur bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, fevralın 23-də əsasən dağlıq və dağətəyi rayonlarda arabir 15-20 m/s-dək güclənəcək.
1,046,709
21.02.2024 17:52
Siyasət
Nikol Paşinyan yenə istefa vermədi - reallaşmayan “miatsum” xülyası - ŞƏRH
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin xilaskarı ola bilər. Bunun üçün o, erməni dövlətini və cəmiyyətini xülya, əsassız iddia və konsepsiyalardan azad etməli, konstitusiyanı dəyişməli, qonşu ölkələrə qarşı ərazi iddialarına son qoymalıdır. Ancaq yalan və saxta açıqlamaları hələ onun xilaskar olmasına imkan vermir. Fevralın 20-də İrəvanın "Azadlıq" meydanında etiraz aksiyası keçirilib və N.Paşinyanın istefası tələb edilib. Mitinq təşkilatçıları bunun üçün yüz əsasın olduğunu açıqlayıblar. Baş nazirin vəzifədən getməsini tələb edən aksiyanın təşkilatçısı bədnam “Birlik” (“Miatsum”) hərəkatıdır. Bu həmin təşkilatdır ki, 1988-ci il fevralın 20-də Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi tələbi ilə mitinqlərə başlamışdı. Yeri gəlmişkən, bu, sovet dövründə ermənilərin ilk "miatsum" aksiyası deyil. 1945, 1963, 1977 və 1983-cü illərdə də erməni ideoloqları "miatsum"a uğursuz cəhd göstəriblər. Ermənilərin bütün bu əsassız iddialarına 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsi və Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-da reallaşdırdığı antiterror əməliyyatları ilə son qoyuldu. “Miatsum”çular isə hələ də reallığı qəbul etməkdə çətinlik çəkirlər. Ermənilər bəzən “revanşistlər kimdir” sualını verirlər. Qarabağı Ermənistana birləşdirmək iddiası ilə yaşayanlar, fəaliyyət göstərənlər belələrindəndir. Onlar Ermənistanın kapitulyasiya aktını imzaladığının hələ də fərqində deyillər. Bu ölkə müharibəni uduzub, işğal etdiyi Azərbaycan torpaqlarından qovulub. Deməli, ermənilərə uzun illər təbliğ olunan ideyaların puç olduğu təsdiqlənib. Onlar sahibi olmadıqları əraziləri ələ keçirmək niyyətində idilər. Təəssüf ki, havadarları revanşistlərin köməyilə erməni cəmiyyətinin başının altına yastıq qoymaqdadır. Belə qüvvələr Ermənistan dövlətinin yenidən qurulmasına maneədir. Onların qənaətincə, rəsmi İrəvan Azərbaycanla Türkiyənin tələblərini yerinə yetirir. Guya bu iki ölkə erməni dövlətçiliyini dağıtmaq istəyir. N.Paşinyanın yeni konstitusiyanın qəbulu ilə bağlı təşəbbüsünü də buna səbəb olaraq göstərirlər. Ancaq baş nazirin istefa tələbi ilə aksiya ilk dəfə keçirilmir. 2020-ci il noyabrın 7-də, dekabrın 5-də də N.Paşinyan qarşısında şərtlər qoyulub. Bildirilib ki, o, bunlara əməl etməzsə, istefaya getməli olacaq. O vaxt bu aksiyalara daşnaklar rəhbərlik edirdi. 2021, 2022 və 2023-cü illərdə də Ermənistanda mahiyyəti hələ də qeyri-müəyyən olan müxalifət baş nazirin və komandasının istefasını tələb edib. Ancaq bu qüvvələr tələblərini əsaslandırmaqda çətinlik çəkib. Onlar daha çox “Nikol istefa versin, qalan işlər biz görərik” deyiblər. Belələri Ermənistanın inkişafı, gələcəyi ilə bağlı atılacaq konkret addımlardan bəhs etməyiblər. Fevralın 20-də keçirilən aksiyada baş nazirin istefası ilə əlaqədar 100 əsasın olması iddiasına baxmayaraq onlar reallığı əks etdirmir. Bu “revanşistlər” Nikol Paşinyanın saxtakarlığına yardım edirlər. Çünki onun yeni konstitusiya və dövlət quruculuğu ilə bağlı addım atmasını gecikdirməsinə əsas verirlər. Belə təəssürat yaranır ki, Paşinyan reallıqdan doğan bütün şərtlərə əməl etməyə hazırdır, ancaq ona “miatsum”lar mane olur. Ötən 4 il də keçmiş prezidentlər Robert Koçaryan, Serj Sarqsyan, Artur Vanetsyan və başqaları Paşinyanın istefasına dəfələrlə cəhd göstərib. Ancaq nəticə onun xeyrinə olub. Ermənistanda hazırda müxalifət konsepsiyasız qüvvələrdən ibarətdir. Onlar əsasən bu iddiaları irəli sürürlər - Rusiya ilə münasibətlərinin qorunması, Azərbaycan, Türkiyəyə əsassız iddialar, Qərbi tənqid etmək, Nikol Paşinyana istefa. Baş nazir isə məsələyə daha fundamental yanaşana oxşayır. Əsas məsələ Ermənistan konstitusiyasının yenidən yazılması, gerb, himnin dəyişməsi, tarix dərslərində dəyişikliyin edilməsi və s-dən ibarətdir. Bütün bu faktlar indiki şəraitdə N.Paşinyanın istefaya getməsinin mümkün olmadığını təsdiqləyir. Bu, həm də onu göstərir ki, Ermənistan cəmiyyəti boş-boş ideyalardan doyub, yorulub. N.Paşinyanın yalan vədləri ilə birlikdə qalmasının başlıca səbəblərindən biri də budur. Baş naziri və komandası həm də ona görə istefa vermir, yaxud vəzifədən getmir ki, ona alternativ hələ formalaşmayıb. Hökumət başçısı verdiyi vədlərə əməl etməzsə, alternativin formalaşmasını tezləşdirəcək.
1,046,710
21.02.2024 18:03
Siyasət
Sülh müqaviləsi manipulyasiya predmeti olmamalıdır
Siyasətdə və ümumiyyətlə həyatda konkret məsələ ilə bağlı doğru və obyektiv mövqeyin müəyyən edilməsi üçün baş verən hadisələrin mahiyyətini anlamaq olduqca mühüm vəzifədir. Əks halda qəbul edilən qərarların, gəlinəcək qənaətlərin və ya konkret məsələ ilə bağlı baxışlar yanlış olacaq və ciddi səhvlərə yer vermək ehtimalı böyükdür. Bu da ki, müəyyən qaçılmaz çətinliklərə səbəb olacaq. Siyasətdə yanlış stereotip və yanaşmaların formalaşması isə ona gətirib çıxara bilər ki, digərlərinin öz hədəflərinə nail olmasında sadəcə bir alətə çevrilirsən. Qeyd olunan yanaşma isə radikalların siyasi mübarizənin əsas alətidir. Kütləvi manipulyasiyalar və əhalinin ictimai şüurunda reallıq hissinin itirilməsi vasitəsilə bu cür siyasətciklər siyasi dividend qazanmağa çalışırlar. Odur ki, nəzarətsiz və emosional informasiyanın təsirinə düşmək olduqca təhlükəlidir. Məsuliyyətli vətəndaş mütləq olaraq hadisələrin mahiyyətini görməli, emosiyalardan uzaq durmalı və müxtəlif manipulyasiyalara əsla uymamalıdır. AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq A.Adil “Sülh müqaviləsi manipulyasiya predmeti olmamalıdır” sərlövhəli məqaləsində yer alıb. Qeyd olunanlar müstəvisində son zamanlar sülh müqaviləsi ətrafında müxtəlif dairələrdə qərəzli şəkildə aparılan manipulyasiyalara toxunmaq istərdik. Mütləq nəzərə alınmalıdır ki, məsələ ilə bağlı davamlı və qərəzli manipulyasiyaların aparılması, ilk növbədə, həm Azərbaycanı təsir altına salmaq istəyən beynəlxalq qüvvələr üçün əlverişlidir, həm də bizim bəla siyasətciklərimizin yaramaz və ucuz demaqogiyalarının inkişafı üçün uyğundur. Odur ki, bu strateji məsələdə obyektivliyi və həqiqəti qoruyaraq dövlətin yanında dayanmaq hər bir vətənpərvər və məsuliyyətli vətəndaşın vəzifəsidir. Yalnız bu günü düşünən və öz xəstə ambisiyalarının əsirinə çevrilmiş radikalların siyasi təfəkküründə “milli strateji maraqlar” məfhumuna rast gəlmək mümkünsüzdür. Ötən 30 il ərzində biz onların konkret işin, böyük uğurun, layihənin və ya strateji əhəmiyyət kəsb edə biləcək konseptual sənədinə şahidlik etməmişik. Onların “vətənpərvərliyi” yalnız sosial şəbəkələr üzərindən edilən boşboğazlıqla məhdudlaşır. Məsuliyyətsiz, qeyri-peşəkar, qərəzli və ucuz demaqogiya hesabına bu siyasətciklər artıq siyasi komikslərin qəhrəmanlarına çevriliblər. Onların faciəsi ondadır ki, bunu hələ də anlamırlar. Siyasətdə unutqanlıq bağışlanmaz haldır. Bəzən isə qərəzli yanaşma sahibləri ya bilərəkdən həqiqəti təhrif edirlər, ya da vacib hadisəni əhalinin ictimai şüurunda unutdurmağa çalışırlar. Burada qeyd edək ki, sözügedən metodlar da məhz radikal siyasətin məhsuludur. Odur ki, Prezident İlham Əliyevin sülh müqaviləsi ilə bağlı konkret və açıq mövqeyini əks etdirən fikirlərinə keçməkdən öncə məsələ ilə bağlı dolğun təsəvvürlərin formalaşdırılması üçün cəmi bir neçə önəmli məqamı vurğulayaq. Hər vətəndaş bir qayda olaraq bilməlidir ki, güclü və məsuliyyətli hakimiyyət gündəlik fəaliyyətində, habelə qəbul etdiyi qərarlarda davamlı olaraq sabahı düşünür. Peşəkar hakimiyyətin fəaliyyəti perspektiv xarakterli və sabaha yönümlüdür. Münaqişənin həlli və danılmaz Qələbəmiz qeyd olunan təsbitin göstəricisi və sübutudur. Məhdud radikal təfəkkür isə yalnız bu günü düşünür və öz tənqidi demaqogiyasında məhz şəxsi maraqlarından istinad edir. Qeyd olunanlar müstəvisində heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev bütün dövrlərdə dövlətçilik ritorikasında ideoloji məsələlərə xüsusi yer ayırır. İdeologiya bilavasitə xalqın sabahı ilə bağlı olan məfhumdur. Dövlətimizin başçısının sülh müqaviləsi ilə bağlı ritorikasının təhlili də açıq-aşkar göstərir ki, Prezident İlham Əliyev müqavilənin imzalanması məsələsinə də bu günün maraqları ilə yox, xalqın perspektiv xarakterli strateji maraqlarından istinad edir. Nəzərə alınmalıdır ki, məhz Azərbaycanın maraqlarına tamamilə cavab verən sülh müqaviləsi ideoloji müstəvidə münaqişəyə birmənalı olaraq son qoya bilər. Yalnız bu halda gələcək nəsil münaqişənin təkrar olunmasından sığortalana bilər. Bunu anlamaq istəməyən vətənşivənlər ucuz demaqogiya vasitəsilə mövzu ətrafında əxlaqsız manipulyasiyalar aparırlar. Unutqanlıq xəstəliyinə yoluxmuş bəzi siyasətciklərin yaddaşlarını Prezident İlham Əliyevin müvafiq çıxışlarından konkret sitatlarla təzələyək: “Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi...” (Yeni Azərbaycan Partiyasının VII qurultayı, 05.03.2021), “Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda müharibə riskini böyük dərəcədə minimuma endirir” (İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən 12.01.2022). Mövzuya hətta bu cür kiçik ekskurs yetərlidir ki, Prezidentin məsələ ilə bağlı mövqeyi hər kəsə açıq şəkildə aydın olsun və bütün qərəzli manipulyasiyalara son qoyulsun. Sülh müqaviləsi ucuz demaqogiya mövzularının predmetinə çevrilməsi Qələbəmizə və şəhidlərimizin tökülmüş qanına xainlikdir.
1,046,711
21.02.2024 18:15
İdman
Tofiq Bəhramov stadionu “Qarabağ”ın oyununa hazırdır? - AÇIQLAMA
"Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu "Braqa"ya qarşı keçirəcəyi oyun üçün son tamamlanma işləri görülür". Musavat.com bildirir ki, bu barədə "Report"a açıqlamasında arenanın direktoru Tələt Məmmədov məlumat verib. O bildirib ki, hazırda stadionda hər şey qaydasındadır, heç bir problem yoxdur. T.Məmmədov arenada ötən ilin dekabrında uçan dam örtüyünün bərpası ilə bağlı Türkiyədən sifariş verilən tavanın nə zaman gətiriləcəyinin hələ dəqiq bilinmədiyini sözlərinə əlavə edib: "Bu, müəyyən zaman tələb edir. Bu işlə sığorta şirkəti məşğuldur. Çünki stadion sığortalanmışdı. Nə zaman gətiriləcəyi barədə hələ dəqiq informasiya yoxdur". Qeyd edək ki, fevralın 22-də keçiriləcək "Qarabağ" - "Braqa" oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında Portuqaliyada baş tutan ilk görüşdə Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.
1,046,712
21.02.2024 19:42
Ölkə
Britaniyada sınaqlar zamanı uğursuzluq: Raket müdafiə nazirinin olduğu sualtı qayığın yanına düşdü - FOTO
Böyük Britaniya Hərbi Dəniz Qüvvələri təmir olunmuş “HMS Vanguard” nüvə sualtı qayığından “Trident II D5” ballistik raketinin buraxılışını həyata keçirib, ancaq sınaq uğursuzluqla nəticələnib. Mənbənin məlumatına görə, raket buraxıldıqdan sonra dərhal kursdan çıxıb və göyərtəsində Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps, həmçinin Birinci Dəniz Lordu (HDQ rəhbəri) admiral Ben Kinin olduğu sualtı qayığın yanına düşüb. İnsidentin yanvarın 30-da Atlantik okeanda ABŞ-nin Florida ştatının sahillərində təlim missiyası zamanı baş verib. “Trident II D5”in Braziliya və Qərbi Afrika arasında, Atlantik okeanın mərkəzində hədəf nöqtəsini vurmaq üçün təxminən 6 min km uçacağı güman edilirdi. Uğursuzluğun səbəbinin müəyyən edilməsi üçün araşdırma başlanılıb. Həmçinin Böyük Britaniya Kanaveral limanında dəniz dibindən raket hissələrinin çıxarılması üçün axtarış əməliyyatına başlayıb. Böyük Britaniya Müdafiə Nazirliyi buraxılış zamanı baş verən uğursuzluğu mənbəyə təsdiqləyib. “Sınaq zamanı anomaliya baş verdi. Milli təhlükəsizlik səbəbi ilə bu mövzu barədə əlavə məlumat verə bilmərik”, - deyə departamentin açıqlamasında bildirilib. Mənbədən qeyd edilib ki, 21-ci əsrdə Britaniya Hərbi Dəniz Qüvvələri “Trident II D5” raketlərini beş dəfə buraxıb, sonuncu sınaq 2016-cı ildə baş verib. Həmin vaxt Florida sahillərində “HMS Vengeance” sualtı qayığı tərəfindən atılan ballistik raketin 9 min km uçaraq Atlantik Okeanın cənubunda Yüksəliş adasının (Ascension Island) cənub-şərqindəki hədəfi vurması nəzərdə tutulurdu. Lakin ABŞ-nin “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən raket kursdan çıxıb və avtomatik olaraq özünü məhv edib.
1,046,713
21.02.2024 19:54
Yaşam
40 yaşdan sonra qocalmanı ləngidən qidalar
Dietoloqlar bizə yaşı 40 yaşdan yuxarı olanların hansı qidalara diqqət yetirməli olduğunu açıqlayıblar. BAKU.WS xarici mediaya istinadən sözügedən qidaları təqdim edir: Qaragilə Tərkibində oksidləşdirici stress və iltihabla mübarizə aparan bir çox flavonoid antioksidant var. Bunlar qocalmanın iki əsas səbəbidir. Qaragilə qocalmanı yavaşlatmağa kömək edir, demans və Altsheymer xəstəliyinin inkişafının qarşısını alır. Çiyələk C vitamini və bitki birləşmələrinin mənbəyidir. Kifayət qədər C vitamini alaraq yaşa bağlı idrak zəifləməsinin qarşısını ala bilərsiniz.Bəzi sübutlar da göstərir ki, həftədə iki dəfədən çox meyvə yemək koqnitiv qocalmanı 2,5 ilə qədər gecikdirə bilər. Avokado Bu meyvə dərini qidalandırmağa və iltihabı azaltmağa kömək edən sağlam yağlarla, xüsusən də mono doymamış yağlarla zəngindir. Avokadonun tərkibində həmçinin iltihabı azaldan, sağlam qocalmanı təşviq edən və dəri sağlamlığını yaxşılaşdıran E vitamini var. Badam Badam E vitamini ilə zəngindir. Bu antioksidant dərini ultrabənövşəyi şüalardan qorumağa kömək edir və dərinin bərpasını təşviq edir. Nar Bu meyvələr ürək xəstəliyi üçün risk faktorlarını azaldır, beyin sağlamlığını və idrak funksiyasını yaxşılaşdırır və yaşlandıqca dərini qoruyur. Püstə Güclü antioksidant xüsusiyyətlərə malikdirlər. Yalnız müntəzəm olaraq bir ovuc püstə istehlak edildikdə, prediabetli insanlarda hüceyrə yaşlanmasına və ömrünün uzadılmasına müsbət təsir göstərə bilər. Qızılbalıq Əzələ kütləsini saxlamaq üçün vacib olan yağsız proteinin mənbəyidir. Bundan əlavə, qızılbalıq ürək xəstəliyi şansını azaldan omeqa-3 yağ turşuları ilə zəngindir. Zoğal Tərkibində qocalmanı yavaşladan bir çox bitki birləşmələri var. Məsələn, C vitamini kimi. Pomidor Bu qidaların tərkibində qocalmanın yaratdığı sərbəst radikallarla mübarizə aparan likopen var. Həmçinin ispanaq və kələm E və K vitaminləri ilə yüksəkdir ki, bu da yaddaş itkisinin və beyin yaşlanmasının qarşısını almağa kömək edir.
1,046,714
21.02.2024 17:16
Dünya
Çin bankları Rusiya ilə əməliyyatları maliyyələşdirməyi DAYANDIRDI
Çinin dörd ən böyük bankından üçü 2024-cü ilin əvvəlindən Rusiyanın sanksiya tətbiq etdiyi kredit təşkilatlarından ödənişləri qəbul etməyi dayandırıb. Musavat.com xəbər verir ki, bu barədə biznes dairələrindəki mənbələrə istinadən Rusiyanın “İzvestiya” nəşri məlumat yayıb. Məhdudiyyətlər Çində aktivlərin həcminə görə birinci, ikinci və dördüncü yerləri tutan Çin Sənaye və Kommersiya Bankı (ICBC), Çin İnşaat Bankı (CCB) və Bank of China tərəfindən tətbiq edilib. Eyni zamanda sadalanan Çin banklarından sonuncu Rusiya şirkətlərindən rubl və yuanla ödənişləri qəbul etməyi dayandırmadıqlarını açıqlayıb. Əməliyyatlarla bağlı problemlər ikinci dərəcəli sanksiyalar riski ilə əlaqələndirilir. Mənbələrin sözlərinə görə, yanvarın əvvəlindən bu banklar Rusiya müştərilərinə ödənişləri qəbul etməyi dayandıracaqları barədə xəbərdarlıq ediblər. Lakin bu problemin ilkin şərtləri dekabrın ikinci yarısında - 12-ci anti-Rusiya sanksiyalar paketinin qüvvəyə minməsi ilə başlayıb. Bundan sonra ABŞ maliyyə əməliyyatlarına nəzarəti gücləndirib. “İzvestiya”nın Rusiya kredit təşkilatlarından birindəki mənbəsi bildirib ki, ödənişlər hansı sistemdən - Avropa SWIFT, Rusiya SPFS və ya Çin CIPS-dən keçməsindən asılı olmayaraq rədd edilir. Çin tərəfi imtinanı bankın daxili siyasəti ilə izah edir. “Milli Ödəniş Şurası” (“NPC”) Ödəniş Xidmətləri Bazarının İştirakçıları Assosiasiyasının İdarə Heyətinin sədri Aleksandr Linnikov hesab edir ki, Çin və Yaxın Şərq bankları Rusiyadan sanksiyalara məruz qalan banklar və şirkətlərlə qarşılıqlı əlaqəyə görə ABŞ-ın ikinci dərəcəli sanksiyalarından qorxurlar. Yanvar ayında Bloomberg mənbələri Çinin dövlət banklarının Rusiyadan olan müştərilərlə işləmək siyasətlərini nəzərdən keçirməyə başladığını və ABŞ-ın yeni tələblərindən sonra məhdudiyyətləri sərtləşdirdiklərini bildirmişdi. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Çin maliyyə təşkilatları sanksiya siyahısında olan müştərilərlə əlaqələri kəsmək istəyir və Rusiya hərbi sənayesinə təkcə dollarla deyil, həm də istənilən başqa valyutada hər hansı xidmət göstərməkdən imtina edir. Onlar həmçinin müştərilərinin Rusiya ilə əlaqələrinin yoxlanılmasını gücləndirmək niyyətindədirlər. Bundan əvvəl bəzi Çin banklarının Rusiyadan ödənişləri geri qaytardığı bildirilirdi. Fevralın əvvəlində SME Bank-ın İdarə Heyətinin sədr müavini Aleksey Potapov bildirib ki, bəzi Çin bankları ikinci dərəcəli Qərb sanksiyaları ilə bağlı narahatlıqlar fonunda Rusiyadan ödənişləri qaytarmağa başlayıblar. O izah edib ki, Çin kredit təşkilatlarının Rusiyadan ödənişlərlə bağlı qərarı əsasən ödənişin məqsədindən və əməliyyatı həyata keçirən şirkətdən asılıdır. Ekspert deyir ki, risk qrupuna ilk növbədə metallar və kompüter komponentləri kimi sanksiya tətbiq edilən mallarla əməliyyatlar daxildir.Potapovun sözlərinə görə, təşkilatın müştəriləri arasında “Chouzhou Commercial Bank”da yuanla ödəniş edən şirkətlər var. O əlavə edib ki, 2023-cü ilin dekabrında bu Çin bankı Rusiya bankından pulu qəbul etsə də, sonra onu geri qaytarmağa başlayıb. Fevralın 7-də “Chouzhou Commercial” bankı müştərilərinə Rusiya və Belarusla əməliyyatlarını dayandırdığını rəsmi şəkildə elan edib. Buna cavab olaraq Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya rəhbərliyi yerli şirkətlərin Çindən idxala görə ödənişlər etməyə çalışarkən qarşılaşmağa başladığı çətinliklərdən xəbərdardır. Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, hökumət bu problemlə ətraflı məşğul olur, çünki bu, onun səlahiyyətindədir. Ümumiyyətlə, o qeyd edib ki, hakimiyyət bu məsələ ilə bağlı öz tərəfdaşları ilə sıx dialoq aparır, məsələlər bu dialoq çərçivəsində həllini tapacaq. Musavat.com
1,046,715
21.02.2024 21:19
Astrologiya
Dörd bürc yeni həyat qurmağa başlayacaq – Bu gündən...
Fevralın 20-dən sonra ulduz falının 4 nümayəndəsi dramatik dəyişikliklərlə üzləşəcək. Bu, həyatın bir çox sahəsinə təsir edəcəkdir. Musavat.com lent.az-a istinadən bildirir ki, dörd Bürc əlaməti inamla irəliləyəcək. Onların qarşısında yeni imkanlar açılacaq və xoşbəxt gələcək üçün şans yaranacaq. Qoç Fevralın 20-dən sonra Qoç bürcünü böyük dəyişikliklər gözləyir. Onlar öz potensiallarını reallaşdıra və təbii istedadlarını üzə çıxara biləcəklər. Bu, Qoçun həyatını kökündən dəyişəcək. Ətrafdakı reallıq sürətlə dəyişməyə başlayacaq. Qoçlar xoşbəxt gələcəyə doğru qəti addımlar atacaq. Onları peşəkar sahədə inanılmaz uğur gözləyir. Qoç bürcü böyük layihələrin həyata keçirilməsini öz üzərinə götürəcək və bu, onlara özünəinam bəxş edəcək. Yeni şərtlərə asanlıqla uyğunlaşacaqlar. Qoç firavanlıq və xoşbəxtlik yolunu tutacaq. Xərçəng Bu bürcün altında doğulanlar fevralın 20-dən sonra yığılıb qalmış problem və çətinliklərdən xilas olacaqlar. Onları böyük dəyişikliklər gözləyir. Əvvəllər qarşıya qoyduğu məqsədlərə arxalanan Xərçənglər karyeralarında uğur qazanacaqlar. Onlar gələcəyə inamla baxa biləcəklər. Xərçənglərin əvvəldən planlaşdırdıqları planları həyata keçirmək şansı olacaq. Hər şeydə şanslı olacaqlar. Xərçənglər inanılmaz cəsarətli ideyaları həyata keçirə biləcəklər. Tez varlanmağı bacaracaqlar. Tərəzi Fevralın 20-dən sonra Tərəzi böyük uğur qazanacaq. Həyatlarında müsbət dəyişikliklərin başlayacağını hiss edəcəklər. Tərəzilərin yeni hədəfləri olacaq. Dəyişikliklər ən çox peşəkar sahəyə təsir edəcək. Tərəzilər nəyə nail olmaq istədiklərini dəqiq biləcəklər. Onları yeni ideyalar ziyarət edəcək, bunun sayəsində xoşbəxt gələcəyə nail ola biləcəklər. Tərəzilər özlərinə hörmətini artıracaqlar. Özlərinə olan şübhələrini aradan qaldıracaqlar. Tərəzilər üçün əhval dəyişikliyindən qaçmaq vacibdir. Şəxsi həyatlarında onlar harmoniya və tam qarşılıqlı anlaşma ilə qarşılaşacaqlar. Dolça Bu bürcün insanları fevralın 20-dən sonra sürətli dəyişikliklərlə üzləşəcəklər. Onlar üçün yeni imkanlar açılacaq. Dolçalar böyük uğurlar əldə etmək əzmində olacaqlar. Onları yeni perspektivlər gözləyir, xüsusən də peşəkar sahədə. Dolçalar aydın bir fəaliyyət planına əməl etsələr, xoşbəxt gələcək qura biləcəklər. Onların şəxsi münasibətləri yaxşılaşmağa başlayacaq, lakin bunun üçün yaxınlarınıza incəlik və qayğı göstərmək vacibdir. Dolçalar yol boyu bütün maneələri dəf etməyə çalışacaqlar.
1,046,716
21.02.2024 20:43
Ölkə
Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda olacaq
Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda olacaq. Musavat.com apa-ya istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələrinə açıqlamasında deyib. Onun sözlərinə görə, burada klassik universitet modelindən söhbət getmir: "Universitetdə birgə tədris prosesi qurulacaq. Birgə tədris prosesi Türkiyə və Azerbaycan müəllimləri tərəfindən aparılacaq. Tədris dili ilk olaraq türk və ingilis dili üzrə olacaq".
1,046,717
21.02.2024 19:17
Dünya
Polşada NATO-dan çıxmaq tələbi ilə aksiya keçirilib - VİDEO
Polşada fermerlərin keçirdiyi aksiyada ölkənin NATO-dan çıxması tələbi də səsləndirilib. Yürüş iştirakçıları əllərində “NATO-ya yox”, “Bu bizim müharibəmiz deyil” yazılı plakatlar tutublar. Xatırladaq ki, Polşada artıq bir neçə gündür ki, fermerlər Ukrayna məhsullarını boykot etməkdə davam edirlər. Polşada fermerlər, Avropa İttifaqının Ukraynadan ucuz idxalı dayandırmaq üçün kifayət qədər iş görməməsindən şikayət edirlər. Onların fikrincə, bu da yerli istehsalın azalmasına gətirib çıxarır. Buna görə də Ukrayna yük maşını sürücülərinin 27 üzv ölkədə işləmək üçün icazə alması tələbinin yenidən tətbiq edilməsini istəyirlər. Mənbə: Apostrophe.ua
1,046,718
21.02.2024 20:55
İdman
Sabah da söz sahibi komandam olacaq - Qurban Qurbanov
Sabah, həqiqətən, bizim üçün çox vacib və dəyərli oyun olacaq. Musavat.com İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa” (Portuqaliya) ilə cavab matçından öncə keçirilən mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis bildirib ki, bu barədə çox danışmaq istəmir: “Rəqib barədə çox danışmağa ehtiyac yoxdur. Portuqaliyada da qeyd etmişdim ki, bizi bu hesab aldatmamalıdır. İnanıram ki, futbolçularım Bakıda daha istəkli və daha düzgün oynayacaqlar. Həmçinin, soyuqqanlı oyun nümayiş etdirəcəklər. Sabaha kimi vaxtımız var. Oyunu yaxşı notla başa vurmaq istəyirik. Əlimizdən gələni edib, şans varsa, ondan yararlanmağa çalışacağıq”. - Komandada son durumu necə dəyərləndirərdiz? Zədə ilə bağlı hansısa problem yoxdur? - ⁠Hər şey qaydasındadır - “Braqa”da hamı Bakıya ancaq qələbə üçün gələcəklərini deyir. Bu, psixoloji tərəfdən komandaya necə təsir edə bilər? - ⁠Tələb gözləniləndir. Çünki onlar yaxşı klubdur. Növbəti mərhələyə keçmək şansları çox idi. Amma bunun futbolçularıma psixoloji təsir edəcəyinə düşünmürəm. Biz “Braqa”nın gücünə bələdik. Matçdan öncə də onların necə oynadığını bilirdik. Oyundan sonra da komanda ilə söhbətdə qeyd etdik ki, Bakıdakı görüşdə sürətli, diqqətli və yaxşı oyun göstərməliyik. Onlar həddindən artıq sürətlidirlər. İllər boyu bu cür gərgin oyun nümayiş etdirən komandadır. Ona görə də cavab qarşılaşmasına son dərəcə yüksək hazırlaşmışıq. - ⁠Sabahkı oyun Azərbaycan futbolunun Avropada özünü təsdiqi üçün bir şansdır. - ⁠Bu günki nəticələrə baxsaq, bəlkə bunu düşünə bilərik. Amma Avropada qazanılan hər bir qələbə bu gün Azərbaycan futbolunda böyük uğur sayılmalıdır. Çünki daha stabil olmaq üçün belə uğurlara ehtiyacımız var. Pley-off oyunlarında isə qələbələr futbolçuların və azarkeşlərin inamı üçün çox vacibdir. Həmçinin hamını bir araya toplayır. Mənim üçün daha vacib olan futbolu bu cür sevmək, azarkeşləri belə oyunlara kökləməkdir. Biz bu cür yanaşsaq da, ola bilər ki, yerimizdə qalaq. Hər bir oyunda bizim bu səviyyəyə çatmağa ehtiyacımız var. Belə qalibiyyətlər bizi daha həvəsli və inamlı edir. Həmçinin nəinki azarkeşlərə, həm də dövlət qurumlarının futbola marağı artır. Həmişə istəmişəm ki, böyük klublar Azərbaycana gəlsinlər. Bununla dayanmaq olmaz. İlk matçda qalib gəlmişik. Sabah biz məğlub olsaq da, bu, uğursuz bir nəticə deyil. Çünki səfər matçında qələbə qazanmağı bacarmışıq. - ⁠Mövsümün əvvəlində bu qədər irəli gedəcəyinizi təxmin etmişdiniz? - ⁠Biz həmişə qarşımıza bir məqsəd qoyuruq. İldən-ilə daha yaxşı olmaq istəyirik. Bunun da hamısı daxili çempionatımızdan başlayır. Qarşımızda bu mərhələyə gəlmək üçün böyük istək var idi, amma tələb yox idi. İlk məqsədimiz minimum Avropa Liqasının qrup mərhələsinə düşmək idi. Sevindirici haldır ki, biz bunu bacardıq. İşlərimiz pis getməyib. Hər şey planlı şəkildə davam edib. Bu gün də futbolçularıma güvənirəm ki, bura kimi gəlib irəliləməyimizdə onların payı çoxdur. Sabah da meydanda söz sahibi komandam olacaq. Mən onlara inanıram və güvənirəm. Ən əsası oyuna düzgün yanaşırıq. İnanıram ki, hər şeyi daha da yaxşı etmək gücündəyik. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Braqa” görüşü saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesabı ilə qalib gəlib.
1,046,719
21.02.2024 17:19
Dünya
Avropa Xalq Partiyası Ursula fon der Lyayeni dəstəklədi
Avropa İttifaqının ən böyük siyasi qüvvələrindən biri olan Avropa Xalq Partiyası Ursula fon der Lyayeni 2024-2029-cu illər üçün Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizəd kimi irəli sürəcək. Musavat.com xəbər verir ki, bu barədə partiyanın rəhbəri Manfred Veber Avropa Parlamentində keçirdiyi mətbuat konfransında məlumat verib: “Avropa Xalq Partiyası Ursula fon der Lyayeni Avropa Komissiyasının növbəti sədri vəzifəsinə namizəd kimi dəstəkləyir”. Xatırladaq ki, xanım Lyayen ötən həftə yenidən Avrpopa Komissiyasının prezidenti olmaq niyyətini açıqlayıb. Musavat.com
1,046,720
21.02.2024 17:22
Son xəbər
Azərbaycanlı şair vəfat etdi - FOTO
Azərbaycanlı şair Tapdıq Yalçın dünyasını dəyişib. Musavat.com qaynarinfo-ya istinadən xəbər verir ki, 65 yaşlı şairin bir müddət öncə ağır beyin əməliyyatı keçirdiyi bildirilir. Qeyd edək ki, 80-ci illər ədəbi nəslinin istedadlı nümayəndəsi Gürcüstanda yaşayıb-yaradıb. Şair doğulduğu Gürcüstanın Qardabani rayonun Qarayazı kəndində dəfn olunacaq. Musavat.com
1,046,721
21.02.2024 17:30
Son xəbər
Ermənistandan RƏSMƏN: Rus hərbçiləri yolu kəsib, kəndə buraxmırlar - “Ana Xəbər”
Bayramovla Mirzoyan görüşəcək - Rəsmi İrəvan Bakıdan yeni təkliflər paketi alıb Şahramanyan istintaqa çağırılıb Əhmədin işinə xitam verilə bilər Rus sərhədçiləri Aİ missiyasını buraxmır Əziz Orucovun həbs müddəti uzadıldı Rusların 2 tankı, 1 BMP-si məhv edildi İsrail Dəməşqə raket zərbəsi endirdi Ukrayna təlim bazasını vurdu - ölənlər var NATO müharibəyə qoşula bilər - Rusiya TVMusavat-ın bu gün saat 17:30-da canlı yayımlanan “Ana Xəbər” buraxılışını aparıcı Emil Salamoğlu təqdim edir. Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat
1,046,722
21.02.2024 17:33
Ölkə
Qarabağa getmək istəyənlərin nəzərinə - Mart ayının biletləri satışa çıxarılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə mart ayına olan biletlər 23 fevral saat 11:00-da satışa çıxarılacaq. Musavat.com bu barədə AYNA-ya istinadən xəbər verir. Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil. Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 691 reys həyata keçirilib, 28227 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
1,046,723
21.02.2024 17:49
Yaxın tarix
Qorbaçovun qarşısında baş əyməyən məhkəmə SƏDRİ
Onu həbs təhlükəsi gözləyəndə Mərkəzi Komitədəki tanışları məsləhət görüblər ki, Mixail Qorbaçovla görüşsün. Vladimir Terebilov bu məsləhəti qəbul etməyib: - Mən Qorbaçovun qarşısında baş əyməyəcəm. 15 il ədliyyə naziri, 5 il Ali Məhkəmənin sədri vəzifəsində işləmişəm. Bu illər ərzindəki fəaliyyətimə Qorbaçov yaxşı bələddir. Mən baş əymədən də o, mənim haqqımda ədalətli qərar verməlidir. Beləliklə, Terebilov baş katibin qapısını döyməyib, Qorbaçov isə məhkəmə sədri haqqında qərar verməyə tələsməyib. Vladimir Terebilov mühakimə və müzakirə obyektinə çevrilməmək üçün ali məhkəmə sədri vəzifəsindən könüllü istefa verib. Qorbaçov bu istefa ilə qane olaraq Terebilovla bağlı cinayət işinin açılmasını dayandırıb. Maraqlıdır, SSRİ Ali Məhkəməsi sədrinin adı hansı cinayətdə hallanıb, Terebilovu istefa ərizəsi yazmağa nə vadar edib? 1916-cı ildə Sankt-Peterburq şəhərində anadan olan Vladimir Terebilov hüquqşünas kimi ilk fəaliyyətinə Leninqrad vilayətində başlayıb. Leninqrad Hüquq İnstitutunda təhsil alarkən institutda qalmaq, elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq istəsə də, Terebilovu təyinatla vilayətin Parqolovo rayonuna müstəntiq göndəriblər. Sovet-alman müharibəsi başlayanda isə Terebilov mühasirədə qalan Leninqradda səfərbərlik dəstəsinin komissarı vəzifəsini icra edib. Şəhərin 900 günlük mühasirəsi dövründə Vladimir Terebilov ən ağır sınaqlardan keçib, Leninqradın müdafiəsi uğrundakı əməliyyatlarda dəfələrlə ölümlə üzləşib. Onun səfərbərliklə bağlı gördüyü işlər Moskvanın diqqətindən yayınmayıb və o, dəfələrlə xidmətlərinə görə mükafatlandırılıb. Müharibədən sonra Terebilov elmi yaradıcılıqla məşğul olmaq arzusunu reallaşdırıb, Moskva Kriminalistika İnstitutunda dissertasiya müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb. Doktorluq işinin müdafiəsi ərəfəsində Vladimir Terebilov SSRİ Baş Prokurorluğuna işə dəvət olunub, Baş prokuror Roman Rudenko onu özünə böyük köməkçi təyin edib. Qısa müddətdə savadı, təşkilatçılıq bacarığı, dərin və mükəmməl hüquqi biliklərə malik olması ilə fərqlənən Terebilov bir ildən sonra istintaq idarəsinə rəis müavini vəzifəsinə təyinat alıb. Vladimir Terebilov Mərkəzi Komitədə də tanınıb. O, əsasən ölkə miqyasında daha çox səs-küy yaradan cinayət hadisələrinin istintaqını apardığından tez-tez Kremlə çağırılıb. Həm Nikita Xruşov, həm də Leonid Brejnev Terebilovu şəxsən tanıyıblar. Onun Brejnevlə münasibəti isə daha yaxın olub. Elə bu münasibətin sayəsində Brejnev SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olanda, 1962-ci ildə Terebilovun daha yüksək vəzifəyə, SSRİ Ali Məhkəməsi sədrinin müavini vəzifəsinə irəli çəkilməsində mühüm rol oynayıb. Zaman-zaman Terebilovla Brejnevin rəsmi münasibətləri dostluq müstəvisinə keçib. Xruşovun devrilməsindən sonra Brejnevin hakimiyyətə sahib olması Terebilovun da vəzifə dayaqlarını möhkəmləndirib və onun üçün yeni imkanlar açılıb. 1970-ci ildə Brejnevin təşəbbüsü ilə Terebilov SSRİ-nin ədliyyə naziri təyin edilib. Terebilov nazir vəzifəsində işləyəndə ölkənin ədliyyə sistemi üçün bir çox yeniliklərə imza atıb. O, 50 cildlik qanunvericilik toplusunun hazırlanmasına rəhbərlik edib, vəkillər haqqında yeni qanun qəbul edilib, Moskvada ədliyyə işçilərinin təkmilləşdirmə institutu fəaliyyətə başlayıb. 1977-ci ildə yeni Konstitusiyanın qəbul edilməsində isə Vladimir Terebilovun xüsusi xidmətləri olub. 14 il nazir vəzifəsində işlədikdən sonra Vladimir Terebilov 1984-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sessiyasında SSRİ Ali Məhkəməsinin sədri vəzifəsinə seçilib. O, eyni zamanda Özbəkistandan SSRİ Ali Sovetinin deputatı da seçilib. Terebilov həm də SSRİ-Nigeriya Dostluq Cəmiyyətinə rəhbərlik edib. Uzun illər yüksək vəzifələrdə işlədiyi dövrdə Terebilovun adı “qara” işlərdə, korrupsiyada hallanmayıb. Amma SSRİ-nin süquta doğru getdiyi illərdə Vladimir Terebilov öz təmiz adını qoruya bilməyib. Özbəkistandan deputat seçilən məhkəmə sədrini dəfələrlə “pambıq işi” ilə bağlı ləkələmək, onu korrupsiyada ittiham etmək istəyiblər. Bu faktlar öz təsdiqini tapmayıb. Bəzi versiyalara görə, Terebilov hakimiyyətə gələn Qorbaçov üçün arzuolunmaz şəxs sayılıb və o, məhkəmə sədrini vəzifədən uzaqlaşdırmaq üçün səbəb axtarıb. Qorbaçovun arzusunu Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi İnamcon Usmanxocayev gerçəkləşdirib, o, “pambıq işi” ilə bağlı istintaqa verdiyi ifadədə Terebilovla pul qarşılığında iş gördüyünü bildirib, qeyd edib ki, məhkəmə sədrinə rüşvəti “pambıq işi”nə görə yox, Özbəkistan məhkəməsində ştatların artırılmasına görə verib, 20 min rubl qarşılığında Terebilov Özbəkistan məhkəməsinə əlavə 26 ştat ayırıb. İnamcon Usmanxocayevin ifadələri Qorbaçovun masasının üstünə qoyulanda baş katib qərar verməkdə tələskənliyə yol verməyib. Yəqin ki, o, Terebilovun yalvarışlarını gözləyib. Yuxarıda qeyd etdiyimiz kimi, Terebilov çıxış yolunu könüllü istefa verməkdə görüb. Qorbaçov rüşvət faktı ilə Terebilova cinayət işi açdırmaq fikrinə də düşüb. Həmin dövrdə SSRİ Nazirlər Sovetinin sədri vəzifəsində olan Nikolay Rıjkov onu bu fikrindən daşındırıb. Vladimir Terebilov istefasından sonra fəaliyyətini ömrünün sonuna qədər Moskva Dövlət Universitetinin hüquq fakültəsində davam etdirib. O, 2004-cü ildə, 88 yaşında vəfat edib. İlham Cəmiloğlu, Musavat.com
1,046,724
21.02.2024 18:27
Ölkə
DYP sürücülərə müraciət etdi
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Musavat.com xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, fevralın 23-ü axşamadək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, dağlıq və dağətəyi rayonlarda güclü külək əsəcəyi gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir. Yağışlı, qarlı havalarda avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına, eləcə də mövsümə uyğun təchizatına nəzarət etməlidirlər. Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər. Piyadalardan isə ehtiyatlı olmaları, səki ilə hərəkət etməklə avtomobil yoluna çıxmamaları, yolları onlar üçün ayrılan piyada keçidlərindən keçmələri xahiş olunur”.
1,046,725
21.02.2024 17:56
Dünya
Türkiyə şirkətləri Rusiyaya görə sanksiya ilə ÜZLƏŞDİ
Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib. Sanksiyalar paketinə üç Çin şirkəti də daxildir. Musavat.com xəbər verir ki, bu barədə “Euractiv” portalı öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, bu şirkətlər Rusiyaya texnologiyaların verilməsində ittiham olunurlar. Bundan əlavə, ilk dəfə olaraq Rusiya hərbi-sənaye kompleksinə qadağan olunmuş texnologiyalara çıxış əldə etməyə kömək etdiyi iddia edilən Hindistan və Türkiyə şirkətlərinə qarşı da ticarət məhdudiyyətləri tətbiq edilib. Yeni məhdudiyyətlər çərçivəsində KXDR-in müdafiə naziri Kan Sun Namın aktivləri Rusiyaya ballistik raketlərin tədarükünə görə dondurulacaq. Musavat.com
1,046,726
21.02.2024 18:08
İqtisadiyyat
Bankdan dollar almaq istəyənlərin diqqətinə - VİDEO
Azərbaycanda vətəndaşların banklardan xarici valyuta, xüsusilə də dollar alışına bir sıra məhdudiyyətlərin olmasıyla bağlı iddialar səsləndirilir. "Kapital Bank"ın rəsmi nümayəndəsi Günel Mavliyarova RTV-yə müsahibəsində vətəndaşları maraqlandıran bəzi məqamlara aydınlıq gətirib. Daha ətraflı videomaterialda:
1,046,727
21.02.2024 18:41
Analitika
ABŞ Rusiyanı daha da gücləndirdi: Ukraynanın nə vaxta qədər tab gətirəcəyi elan edildi
ABŞ konqresmenləri rəsmi Kiyevə hərbi dəstəyin kredit borcuna çevrilməsini və yaxud da Ukraynanın təbii sərvətləri hesabına ödənilməsini tələb edirlər... Avropa Birliyi isə Rusiyanın “qoca qitə”yə gələcək hərbi yürüş üçün “keçid qapısı”nı artıq açmaq üzrə olmasından ciddi narahatlıq keçirir... Ukrayna savaşı ətrafında situasiya qəlizləşməyə başlayıb. ABŞ və Qərb Ukrayna ordusunun müdafiə taktikasına keçmək məcburiyyətində qalmasından ciddi şəkildə narahat olduğunu qətiyyən gizlətmir. Eyni zamanda, Ukrayna ordusunun müdafiə taktikasının bəzi strateji döyüş mövqelərindən geri çəkilmə prosesi ilə müşayiət olunması da kollektiv Qərbi qorxuya salmağa başlayıb. Çünki bu prosesi yaxın gələcək üçün Rusiyanın Avropaya hərbi yürüş “qapı”sını açmağa başlaması kimi dəyərləndirir. Və ona görə də, hazırda Qərb siyasi dairələri Rusiyanın yenidən “cilovlanması” üçün mümkün çıxış yolları axtarırlar. Ancaq ABŞ və Qərbin bəzi səhvləri, eləcə də, Rusiya əleyhinə hədəflərin uğursuzluğu indiki halda, əsas problemlərin sırasına daxildir. Hər halda, Rusiyaya qarşı iqtisadi sanksiyaların uğursuz olduğunu artıq Qərb siyasi dairələrində açıq şəkildə etiraf etmək məcburiyyətində qalıblar. Belə ki, indiyə qədər Qərb şirkətlərinin yalnız 20 faizi Rusiyanı tərk edib. Geri qalanları hələ də Rusiya ərazisində fəaliyyətini davam etdirirlər. Və bu baxımdan, Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi barədə qərarlarda heç bir iştirakı olmayan kənar ölkələrdən onlara riayət edilməsi barədə tələblər həm məntiqsiz, həm də absurd xarakter daşıyır. Digər tərəfdən, Qərb Rusiya enerji resurslarına Avropa bazarlarına çıxışına qadağalar qoyub. Ancaq nə qədər qəribə də olsa, Rusiya neftinin əsas alıcıları da elə məhz Qərb ölkələridir. Belə ki, Avropa ölkələri Hindistan üzərindən Rusiya neftinin idxalını davam etdirirlər. Üstəlik, son statistik məlumatlara görə, məhz embarqoların tətbiqindən sonra Rusiyanın neft gəliri savaşdan öncəki dövrlə müqayisədə ciddi şəkildə artıb. Hər halda, 2023-cü ildə Rusiya neft satışından 350 nilyarda yaxın gəlir əldə edib. Hətta ABŞ belə, Rusiya neftini Hindistandan almaq məcburiyyətində qalıb. Bu baxımdan, hesab etmək olar ki, ABŞ və Qərb iqtisadi sanksiyalar tətbiq etsə də, əslində, Rusiyanı maliyyə gəlirləri ilə daha da zənginləşdirib. Digər tərəfdən, Ukrayna savaşı kollektiv Qərbin daxilində narazılıqları, ziddiyyətləri artırıb, hətta parçalanma meyllərini də gücləndirib. Rusiyaya iqtisadi sanksiyalar tətbiq edən Qərb ölkələri Ukrayna savaşından artıq yorulduqlarını qətiyyən gizlətmirlər. Son vaxtlar Ukraynaya hərbi dəstək də əvvəlki həvəslə verilmir. Əksinə, hərbi dəstək paketləri barədə müzakirələr indi daha çox mübahisələr və müqavimət cəhdləri ilə müşahidə olunur. Və belə situasiya son vaxtlar Ukraynaya yönəlik hərbi yardımların zəifləyərək, kəsilmə həddinə çatmasına yol açıb. Maraqlıdır ki, Avropa Birliyi uzun müzakirə və mübahisələrdən sonra Ukraynaya cəmisi 50 milyard avro həcmində dəstək barədə qərar qəbul edə bildi. Əsas problem isə ondan ibarətdir ki, Avropa Birliyi bu məbləği Ukraynaya dörd il ərzində ödəyəcək. Bu, o deməkdir ki, Ukrayna Avropa Birliyindən hər il təxminən 13 milyard avroya yaxın maliyyə dəstəyi ala biləcək. Halbuki, bu məbləğ Ukrayna ordusunun illik hərbi ehtiyaclarını ödəmək üçün qətiyyən yetərli deyil. Ümumi məbləğin dörd ilə bölünməsi isə əslində, Ukraynadan tələb olunan Rusiyaya qarşı savaş müddətini ifadə edir. Nəhayət, daha bir maraqlı məqam ondan ibarətdir ki, ABŞ-ın Ukraynaya hərbi dəstəyi də demək olar, kəsilib. Düzdür, ABŞ Senatı Ukraynaya hərbi dəstək üçün 60 milyard dollarlıq maliyyə paketini dəstəkləyib. Ancaq bu məsələ ətrafında mübahisələr azalmaq əvəzinə, daha da artıb. Belə ki, respublikaçılar Ukraynaya dəstək paketini dəstəkləyən partiyadaşlarını ABŞ-ın milli maraqlarına xəyanət etməkdə suçlayırlar. Bu səbəbdən də, bu dəstək paketinin ABŞ Konqresi tərəfindən də dəstəklənəcəyi hələlik müəyyən şübhələr doğurur. Və bu, o deməkdir ki, rəsmi Kiyev nə qədər ümid bəsləsə də, ABŞ-ın 60 milyard dollarlıq yardım paketi Konqresdə bloklana bilər. Maraqlıdır ki, ABŞ respublikaçıları Ukraynaya əvəzi ödənilməyən maliyyə yardımlarına qarşı çıxırlar. Onların fikrincə, ABŞ-ın dövlət borcu 34 milyard dollardan artıq olduğu bir vaxtda belə xərclər yolverilməzdir. Respublikaçılar rəsmi Kiyevə maliyyə yardımlarını kredit borcuna çevrilməsini təklif edirlər. Hətta təklif edilən variantlardan biri də ondan ibarətdir ki, ABŞ maliyyə yardımlarının qarşılığında Ukrayna öz təbii sərvətlərinin istifadəsini amerikalılara verməlidir. Və bu, o deməkdir ki, Ukraynanın ABŞ-dan gələcəkdə əvəzini ödəməyəcəyi maliyyə dəstəyi almaq şansları indi o qədər də yüksək deyil. Təbii ki, respublikaçıların belə sərt mövqe tutması Ağ Ev administrasiyasını ciddi şəkildə narahat edir. Hətta prezident Co Bayden Ukrayna ordusunun geri çəkilmək məcburiyyətində qalmasının əsas məsuliyyətini məhz Konqresdə yardımları bloklayan respublikaçıların üzərinə yükləməyə çalışıb. O, bildirib ki, Ukrayna ordusu ABŞ Konqresinin yardımları bloklaması ucbatından geri çəkilməyə məcbur olub. Və indi bu məsələ ABŞ-da seçkiqabağı qarşıdurmanın əsas mövzularından birinə çevrilib. Ancaq Ukrayna zaman itirir. Üstəlik, vaxt ötdükcə, hərbi yardımlar gecikdikcə, Ukrayna ordusu öz döyüş resurslarını tükədir. Hətta bir müddətdən sonra Rusiyanın tədricən hücum taktikasına keçə biləcəyi ehtimal olunur. Ona görə də, indi Avropa ölkələri Rusiya təhlükəsini müvəqqəti də olsa, bloklamaq üçün çıxış yolları axtarırlar. Danimarka öz ordusunun artilleriya sistemlərinin hamısını Ukraynaya verib. Buna bənzər addımlar İsveç və Norveç tərəfindən də atılmağa başlayıb. Finlandiya isə ümumiyyətlə, öz ordusunu gücləndirməklə, Rusiya ilə ehtimal olunan savaşa hazırlaşır. Avropa Birliyinin rəhbərliyində isə Ukraynanın indiki şərtlər daxilində Rusiyanın qarşısında hələ nə qədər tab gətirə biləcəyini müəyyən etməyə çalışırlar. Gəlinən qənaətin ümidfverici olmadığı, Avropa Birliyinin öz üzvlərini Ukraynaya dəstəyi artırmağa və tələsməyə çağırdığı da bildirilir. Hər halda, Avropa Birliyinin diplomatiya və təhlükəsizlik sahəsinə rəhbərlik edən Cozep Borrelin Ukrayna savaşının necə nəticələnəcəyinin yaxın üç ay ərzində məlum olacağını bəyan etməsi “qoca qitə” ölkələrinə Rusiya təhlükəsi barədə xəbərdarlıq mesajı hesab olunur. Elçin XALİDBƏYLİ, Siyasi ekspert, “Yeni Müsavat” Media Qrupu