id
int64
43k
1.05M
date
stringlengths
16
16
category
stringclasses
47 values
title
stringlengths
1
19.1k
text
stringlengths
13
518k
1,046,384
20.02.2024 15:12
Hadisə
Azərbaycanda AĞIR QƏZA - 8 nəfər... + ADLAR
Salyan rayonunun Qırxçıraq kəndi ərazisində mikroavtobusun aşması nəticəsində 8 nəfər xəsarət alıb. Bunlar Salyan sakini, 1964-cü il təvəllüdlü Əsgərov İlqar Dursun oğlu, 2006-cı il təvəllüdlü Əsədova Aysun Elmir qızı, 1960-cı il təvəllüdlü Əzizov Telman Sabir oğlu, 1950-ci il təvəllüdlü Rəhimova Qönçə Habil qızı, 1951-ci il təvəllüdlü Mehdiyeva Südabə Allahverən qızı, 1969-cu il təvəllüdlü Qarayeva Nigar Məzahim qızı, 1957-ci il təvəllüdlü Əliyeva Qətibə Seyfulla qızı və Neftçala rayon sakini, 1990-cı il təvəllüdlü Əsgərova Aysel Valeh qızıdır. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.//Report
1,046,385
20.02.2024 15:24
Son xəbər
Peskov Navalnayanın iddialarına CAVAB verdi
“Rusiya prezidenti Vladimir Putinin Aleksey Navalnının ölümündə əli ola biləcəyi ilə bağlı iddialar tamamilə əsassızdır”. Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Kreml nümayəndəsi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayanın müvafiq sözlərinə belə cavab verib: “Bunu şərhsiz buraxırıq. Təbii ki, bunlar tamamilə əsassız, Rusiya dövlətinin başçısına yersiz ittihamlardır. Lakin Yuliya Navalnayanın bir neçə gün əvvəl dul qaldığını nəzərə alsaq, bunu şərhsiz qoyuram”. Navalnayanın ərinin cəsədində hansısa zəhərin izlərini gizlətmək üçün qohumlarına verilmədiyi ilə bağlı sözlərini Peskov belə şərh edib: “Bu iddia ilə tanış deyiləm. Amma orada belə sözlər var idisə, yenə deyirəm, bunlar əsassız ittihamlardan başqa bir şey deyil. Çünki onlar heç nə ilə əsaslandırılmır, təsdiqlənmir. Bu halda yalnız etik səbəblərə görə mən bu sözləri düzgün qiymətləndirə bilmirəm”. Nigar HƏSƏNLİ,Musavat.com
1,046,387
20.02.2024 15:37
Region
Aşotyandan Paşinyanla bağlı ŞOK SÖZLƏR
“2020-ci il noyabrın 9-dan sonra erməni xalqı yeni müharibələrin, yeni itkilərin, yeni güzəştlərin qarşısını almaq üçün ən mühüm addımı atmadı: Nikol Paşinyanı aradan götürmədi, çox böyük insan və ərazi itkilərinin günahkarlarını cəzalandırmadı. Nikol cəzasız qaldıqca bu, davam edəcək”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın keçmiş təhsil naziri, hazırda həbsdə olan Armen Aşotyan tərəfindən feysbuk şəbəkəsində yayılan statusunda əks olunub. “Nikol sayəsində nə daxili, nə də xarici təhlükəsizlik üçün effektiv mexanizmlərimiz var. Paşinyan öz ordusunu darmadağın etməklə, öz ordusuna barmağını silkələməklə, müdafiə sistemini dağıdıb yenisini qurmamaqla Ermənistanı geosiyasi dilənçiyə çevirdi. Ermənistanın gələcək üçün şansı yalnız bir halda olacaq: əgər ermənilər Nikol Paşinyanı hakimiyyətdən məhrum etsə...”, - deyə Armen Aşotyan yazıb. Musavat.com
1,046,389
20.02.2024 15:46
Maraqlı
Ən pis fəlakət filmindən daha QORXUNCDUR - Hər an yenidən baş verə bilər!
Günəş sisteminə başqa bir ulduzun girməsi və onun cazibə qüvvələrini dəyişdirməsi fikri ən pis fəlakət filmindən daha qorxuludur. Ancaq araşdırmalara görə, belə bir hadisə milyonlarla il əvvəl baş vermiş ola bilər. Hətta onun Yerin orbitini dəyişdiyi və iqlimə böyük təsir göstərdiyi düşünülür və bu hadisə yenidən baş verə bilər. Musavat.com bu barədə Science Alert-ə istinadən xəbər verir. Məqalədə bildirilir ki, təxminən 56 milyon il əvvəl, Palosen və Eosen dövrləri arasında Yerin temperaturu təxminən 8 °C yüksəlib. Lakin bu artımın səbəbi ilə bağlı dəqiq bir nəzəriyyə hazırlanmayıb. Planet Elmləri İnstitutunun alimləri Nathan Kaib və Bordo Astrofizika Laboratoriyasından Sean Raymond bunun səbəbini tapdıqlarını düşünürlər. Onlar öz simulyasiyalarında Günəş sistemindən keçən bir ulduzun planetlərin orbitlərini dəyişdiyi və Yeri öz orbitindən bir qədər kənara çıxardığı qənaətinə gəliblər. Bu simulyasiya niyə daha yaxşıdır? Kaib deyir ki, erkən Yer iqlim anomaliyalarını öyrənməyin ən yaxşı yolu Yerin orbitinə baxmaqdır. Geoloji dəlillərə əsaslanaraq bilirik ki, Palosen-Eosen Termal Maksimum kimi tanınan dövrdə Yer 5-8 dərəcə istiləşib. O da məlumdur ki, Yer kürəsinin iqlimindəki bu dramatik dəyişikliklər Günəş ətrafındakı orbitlə bağlı ola bilər. Bununla belə, Günəş sisteminin zamanla orbitlərindəki dəyişməsini modelləşdirmək çox çətin bir işdir. Kaib həmçinin qeyd edir ki, o zaman Yerin orbital ekssentrikliyi ilə bağlı irəli sürülən nəzəriyyələr var idi, lakin onların simulyasiyalarında əldə etdikləri nəticələr orbital davranışın daha geniş diapazonuna səbəb ola bilər. Belə simulyasiyalarda elm adamları, ümumiyyətlə, qalaktikadakı başqa heç bir obyektin təsiri olmadan Günəş sistemini “geri apararaq” Yerin hansı orbitdə olduğunu anlamağa çalışırlar. Kaib və Raymondun simulyasiyasında xarici təsirlər nəzərə alınıb. 56 milyon il əvvəl Yerin orbitinin qeyri-müəyyənliyinə dair illüstrasiya - buna HD 7977 kimi Günəşə bənzər ulduzun səbəb olduğu düşünülür. Kainata baxdığımız zaman bir çox bölgənin boş olduğunu görərik, qalaktikadakı hər cisim hərəkət edir. Üstəlik, onların hamısının fərqli orbitləri, sürətləri və təcilləri var. Bəzi hallarda başqa bir ulduz Günəşin yaxınlığından keçə bilər. Bu, Günəş Sistemində hesablanması çətin olan qravitasiya təsirlərinə səbəb ola bilər. Kaib və Raymond da bu ehtimalı nəzərdən keçirərək, 2,8 milyon il əvvəl, Günəşə bənzəyən HD7977 ulduzunun Günəş sistemindən keçdiyi hadisəyə diqqət yetirdilər. Bu ulduz o qədər yaxından keçib ki, hətta Günəş Sisteminin sərhədi olan Oort Buludunun içərisində də səyahət edib. Simulyasiyalar nəticəsində tədqiqatçılar bu keçidin planetlərin Günəşlə qarşılıqlı təsirini də dəyişdiyini görüblər. HD 7977 bunu edən ulduzlardan biridir. Alimlər hesab edirlər ki, hər milyon ildən bir ulduz Günəşin 50 min astronomik vahidi (1 astronomik vahid = 150 milyon km) daxilindən keçir. Bu rəqəmin hər 20 milyon ildən bir 10 min astronomik vahid olacağı proqnozlaşdırılır. İnsan sivilizasiyasının ömrü bu uzun dövrlərlə müqayisədə çox qısa görünsə də, potensial iqlim problemləri gələcək nəsillərə təsir etməkdə davam edir. Musavat.com
1,046,390
20.02.2024 15:41
Region
Türkiyədə batan gəminin SON GÖRÜNTÜLƏRİ FOTO
Xəbər verdiyimiz kimi, fevralın 15-i yerli vaxtla saat 20.30 radələrində Türkiyənin Marmara dənizində “BATUHAN A” karqo gəmisi batıb. Hadisə Balıkesir şəhəri yaxınlığında baş verib. Gəmidəki 6 ekipaj üzvündən 5-nin axtarışları davam edir. Musavat.com xəbər verir ki, bu gün SAS komandoları Bursa sahillərində batan gəmiyə dalış edib. Su altında çəkilən görüntülərdə xilasedici qayıq və kəndir nərdivan da əks olunub. Musavat.com
1,046,391
20.02.2024 16:50
Gündəm
Atası tərəfindən döyülən azyaşlı qızın babası DANIŞDI: “Məni zorla maşına oturtmaq istədilər” - VİDEO
Bakıda ata azyaşlı qızına və həyat yoldaşına şiddət göstərib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda atanın azyaşlı qızını döydüyü görünür. Əvvəlcə əlindəki əşya ilə, sonra əli ilə balacanın başından dəfələrlə vurur. Videosu yayılan azyaşlının babası Böyükağa Əzizağa oğlu Əliyev Baku TV-yə danışıb. Onun sözlərinə görə, qızının ailəsində əvvəllər də problem olub, lakin hər dəfə məsələni yoluna qoymağa çalışıblar. “Bu dəfə də gəlib dedi ki, evimdə qalmaq istəyirəm, səhvimi anladım. Qızım etiraz etdi ki, bunların yenə hansısa planı var, qorxuram, bizimlə qalmasın. Dedim ki, qızım, səs eləmə, qoy qalsın, mən də buradayam. Söz-söhbətdən əvvəl qızımın telefonunu alıb format etmişdim. Uşaqların atası evə qayıdanda telefonu qızıma qaytarmağımı istədi. Mən də razılaşdım. Səhər yuxudan durub işə gedəndə telefon məsələsini yenə dedi. Mən də ona telefonu verəndə öz mobil telefonumla bunu kameraya çəkdim ki, sonra sübut edə bilim. Bu, onun etirazına səbəb oldu. Aramızda mübahisə düşdü. Əlbəyaxa olduq. Sonra qızım ayırdı bizi. O, öz maşınına minib getdi. Mən də piyada magistral yola doğru hərəkət etdim. Mağazaya çatanda uşaqların atalarının qohumları mənim qarşımı kəsdilər və məni zorla maşına oturtmaq istədilər. Orada əlbəyaxa olanda qəsəbə sakinləri bizi ayırdılar”, - azyaşlının babası deyib. Qeyd edək ki, Bakı şəhəri, Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov arvadı və qızlarına şiddət göstərib. Şiddət görən ana digər övladlarını qorumaq üçün onun hərəkətlərini əks etdirən görüntüləri lentə alıb. Daha ətraflı Baku TV-nin süjetində:
1,046,392
20.02.2024 17:09
Son xəbər
İranda azərbaycanlı ruhani həbs olunub - FOTO
Bu yaxınlarda bir müsahibəsində - “İşlər belə davam edərsə, İranda mövcud quruluşun süqutu qaçılmaz olacaq”, - deyən məşhur ruhani Məhəmmədtağı Əkbərnejad fevralın 17-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatı tərəfindən Qum şəhərində saxlanaraq naməlum yerə aparılıb. “Azad İran” “YouTube” kanalında yayımlanan süjetdə qeyd olunub ki, son vaxtlar sosial mediadakı tənqidi çıxışları yüz minlərlə insan tərəfindən izlənən din xadimi ilə bərabər, onun “Instagram” səhifəsinin admini olan tələbəsi də həbs edilib. Qum Elmi Hövzəsinin müəllimi olmaqla yanaşı, Əkbərnejad həm də bu şəhərdəki “Fiqh və İslam mədəniyyəti” Araşdırma Mərkəzinin direktorudur, eyni zamanda Kermanşahdakı Kəngavər Elmi Hövzəsinin rəhbəridir. Yayılan məlumatlara görə, həbsi ərəfəsində o, Kermanşaha səfər edibmiş və oradan qayıdandan az sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu barədə canlı yayımda ətraflı bilgi verən Əkbərnejadın dostu və əqidə yoldaşı, İran hakimiyyətinin tanınmış tənqidçilərindən biri, rəsmi “Keyhan” qəzetinin keçmiş baş redaktoru Mehdi Nəsiri deyib ki, Əkbərnejad onsuz da ertəsi gün ruhanilər üçün xüsusi məhkəməyə çağırılıb, lakin SEPAH-ın təhlükəsizlik qurumu bunu gözləmədən hərəkətə keçib. Görünür, bu işdə həmin gün radikal qrupların Əkbərnejadın əleyhinə Qum şəhərində təşkil etdiyi aksiya da az rol oynamayıb. Həmin aksiyada Əkbərnejadın İslam Respublikasının banisini və hazırkı ali rəhbərini təhqir etdiyi bildirilib, “Əkbərnejad, abrın olsun, Qum şəhərini tərk et!” şüarı səsləndirilib.
1,046,393
20.02.2024 15:59
Dünya
Lukaşenkodan HƏYƏCANLI AÇIQLAMA: “On minlərlə əsgər...”
Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, üçüncü dünya müharibəsinin başlanması ehtimalı ilə bağlı qorxular əsassız deyil, çünki hərbi güc qərar qəbul edən mərkəzlərin əsas arqumentinə çevrilib. Musavat.com xəbər verir ki, o, bu fikri milli təhlükəsizlik sisteminin dövlət orqanlarının rəhbərliyi ilə görüşündə bildirib. “Hərbi güc yenidən problemlərin həlli üçün dünya mərkəzlərinin əsas arqumentinə çevrilib. Sanki Birinci və İkinci Dünya müharibələrinin nəticələrindən dərs çıxarılmayıb”, - deyə BelTA agentliyi Lukaşenkonun sözlərindən sitat gətirir. Aleksandr Lukaşenkonun sözlərinə görə, NATO-nun on minlərlə əsgəri, yüzlərlə zirehli texnika, təyyarə və helikopter Rusiya Federasiyası və Belarus sərhədləri yaxınlığında yerləşdirilib. “Belarus və Rusiyanın bilavasitə yaxınlığında Avropada aparılan alyans əməliyyatları çərçivəsində NATO və ABŞ silahlı qüvvələrinin 32 minə yaxın hərbi qulluqçusu yerləşdirilib. Bundan başqa, mindən çox zirehli texnika, 160-a yaxın artilleriya sistemi və minaatan, 235 təyyarə və helikopter də sərhəddə gözləyir”, - deyə Lukaşenko qeyd edib. Musavat.com
1,046,394
20.02.2024 16:00
Ölkə
BU DƏQİQƏLƏRDƏ: İrəvan AYAĞA qalxır, “Paşinyan, get!” mitinqi BAŞLANIR – CANLI
Bu gün “Miasin” alternativ ictimai-siyasi hərəkatının Koordinasiya Şurası İrəvanda “arsax hərəkatı”nın növbəti ildönümünə həsr olunmuş mitinq keçirəcək. Məlumata görə, mitinqdə əsas tələb “arsax”ı təslim edənlərin istefası olacaq. Bildirilib ki, mitinqdə Nikol Paşinyanın Ermənistanın baş naziri postundan istefa verməsinin 100-dən çox səbəbi açıqlanacaq. Ermənistan Demokratik Partiyasının rəhbəri Aram Sərkisyanın sözlərinə görə, mitinq iştirakçıları əvvəlcə Yerablur panteonuna gedəcək, daha sonra Azadlıq meydanında toplanacaq. Bu arada, fevralın 12-də Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddin Zəngilan rayonu istiqamətində atəşkəsi pozaraq hərbçimizi yaralamaqda əli olan şəxslər həbs oluna bilər. Ermənistan Hərbi Polisi məlumat yayıb. Qeyd olunub ki, Ermənistan Müdafiə Nazirliyi təxribat zamanı Azərbaycan tərəfinin qeydə alaraq yaydığı görüntüləri şərh edə bilməyib. Fevralın 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Qafan-Zəngilan hissəsində erməni mühafizəçilərin atəş açması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumat araşdırılır. İlkin məlumata görə, fevralın 12-də bu ərazidə yuxarı komandanlığın hərbi qulluqçunun atəş açması barədə yazılı əmri olmayıb. Bu hal təsdiq olunarsa, əmri pozmaqda təqsirli olan şəxslər məsuliyyətə cəlb olunacaqlar. TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu polkovnik Şair Ramaldanovla söhbətləşir. Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat
1,046,395
20.02.2024 16:10
Dünya
Zelenskidən ŞOK ETİRAF: "Vəziyyət çox ağırdır, Rusiya..."
Ukrayna prezidenti Volodimir Zelenski dünən ölkənin şimalındakı Xarkovun Kupyansk bölgəsində ukraynalı əsgərlərə baş çəkib. Musavat.com xəbər verir ki, Zelenskinin sözlərinə görə, Rusiya Ukraynaya yardımın gecikməsindən istifadə edir. “Cəbhə xəttinin müxtəlif yerlərində vəziyyət son dərəcə ağırdır. Onlar (Rusiya - red.) Ukraynaya yardımın gecikməsindən istifadə edirlər. Artilleriya çatışmazlığı var. Cəbhədə hava hücumundan müdafiəyə və silahlarımızın daha uzun məsafəyə malik olmasına ehtiyac var. Biz dəstəyi davam etdirmək və genişləndirmək üçün tərəfdaşlarımızla mümkün qədər çox çalışırıq" - Ukrayna lideri deyib. Musavat.com
1,046,396
20.02.2024 22:00
Yaşam
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
Fevralın 21-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1,046,397
20.02.2024 16:03
Gündəm
Prezident onlara ali xüsusi rütbə verdi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Dövlət Vergi Xidmətinin iki əməkdaşına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. Həmin şəxslər aşağıdakılardır: Quliyev Kənan Adil oğlu – Daxili təhlükəsizlik baş idarəsinin rəisi Bəylərov Elçin Bəylər oğlu – Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi.
1,046,398
20.02.2024 16:05
Ölkə
Prezident SƏRƏNCAM imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Musavat.com-un xəbərinə görə, Sərəncamla vergi sisteminin inkişafında xidmətlərinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Vəliyev İlkin Etibar oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Musayev Orxan Azad oğlu 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə Abdullayev Vəli Həsən oğlu Kəngərli Cavid Muxtar oğlu Musayev Fəxrəddin Binnət oğlu Süleymanlı Elxan Süleyman oğlu Şahinzadə Fərman İlham oğlu 2-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə Mahmudov Fuad Malik oğlu Məhərrəmov Ramiz Bulut oğlu 3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə Əhmədov Rəşad Kazım oğlu.
1,046,399
20.02.2024 16:27
Gündəm
Məktəbli qızın atasının vəziyyəti pisləşdi - VİDEO
Bakıda qeyri-etik görüntüləri yayılan məktəblilərin birinin atasının vəziyyəti pisləşib. Bu barədə zərərçəkənin nənəsi məlumat verib. “Xəzər Xəbər”in çəkiliş qrupu həmin ailələrdə olub, tərəflərin hadisə ilə bağlı münasibətini öyrənməyə çalışıb. Məlum olub ki, görüntülərdə yer alan şagirdlər qohumdurlar. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. Qeyd edək ki, sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Dövlət qurumları görüntülərlə bağlı araşdırma aparırlar.
1,046,400
20.02.2024 16:07
Siyasət
Prezidentdən MÜHÜM SƏRƏNCAM
Prezident İlham Əliyev qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının (KES) tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Musavat.com xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti tikinti ilə əlaqədar “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin, “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi”nin, “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, “Torpaq icarə müqavilələrinin” və bu müqavilələrlə nəzərdə tutulmuş “Birbaşa razılaşma”ların və “Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri tədbirlər görməli, Azərbaycan Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün dövlət başçısına təqdim etməli, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Energetika Nazirliyi və “Azərenerji” ASC ilə birlikdə investisiya müqaviləsində və enerji alqı-satqı müqaviləsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görülməsini təmin etməli, aidiyyəti qurumlarla birlikdə layihənin həyata keçirildiyi ərazidə zəruri xarici və daxili infrastrukturun təkmilləşdirilməsi, külək elektrik stansiyasının “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi” və “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nə uyğun olaraq, nəzərdə tutulan müddətdə və parametrlərlə ötürücü şəbəkəyə qoşulması, layihənin vaxtlı-vaxtında həyata keçirilməsini təmin etmək üçün tələb edilən digər inzibati və texniki məsələlərin icrası istiqamətində tədbirlər görülməsini təmin etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi”ndə nəzərdə tutulan daxili elektrik yarımstansiyası tikildikdən və quşların mühafizəsi sistemi quraşdırıldıqdan sonra “Azərenerji” ASC onu “ACWA Power Azerbaijan Renewable Energy” MMC-yə icarəyə verəcək.
1,046,401
20.02.2024 21:47
Texnologiya
"WhatsApp"da hər kəsi sevindirəcək YENİLİK: Profil şəkillərini... - FOTO
"WhatsApp"da istifadəçilərin profil fotolarının yayılmasından qoruyan funksiya olacaq. Bu barədə "WABetaInfo" portalı yazır. Tərtibatçılar profil skrinşotlarını çəkməyi qadağan edən funkisya üzərində çalışırlar. Qeyd olunur ki, beş il əvvəl messencerdən istifadəçilərə digər istifadəçilərin profil şəkillərini saxlamaq imkanı verən funksiya ləğv edilib. Bu funksiyanın silinməsi istifadəçilərin xəbəri olmadan həssas istifadəçi məlumatlarını qorumaq üçün əsaslandırılıb. "WhatsApp"ın Android üçün 2.24.4.25 beta versiyası indi profil şəkillərinin skrinşotlarını bloklayan funksiyaya malikdir. Profil şəklinizin skrinşotunu çəkməyə çalışdığınız zaman bunun mümkün olmadığını bildirən bildiriş görünür. Oxşar məhdudiyyət tez-tez bank proqramlarında və ya "Telegram" messencerində olur. Hələlik bu funksiya yalnız "Android"də "WhatsApp"ın bəzi beta istifadəçiləri üçün əlçatandır. Yeniləmənin hər kəs üçün istifadəyə veriləcəyi vaxt barədə məlumat verilməyib.(BAKU.WS)
1,046,402
20.02.2024 16:33
Dünya
Təhqir olunan qızın atası qarşı tərəfə şərt qoyub: "Bundan sonra barışaram"... - VİDEO
“Heç bir şikayətim yoxdur. Oğluma dedim ki, gedin barışın. Ölümü də keçirlər”. Bu sözləri təhqir olunan qızın nənəsi Cəmilə Hacıyeva Baku TV-yə bildirib. O əlavə edib ki, nəvəsinin atası barışıq üçün şərt irəli sürüb: “Atası deyir ki, qızını götürüb gəlsin. Qızıma qarşı nə hərəkət ediblərsə, eynisini o da eləsin. Bundan sonra barışaram. Onlar da gəlmirlər. Rza qızını götürüb gəlsəydi, mən ikisini də qucaqlayıb barışdırardım. Dava nəyə lazımdır?”.
1,046,403
20.02.2024 16:28
Region
“Ermənistan Rusiya ilə qarşıdurmaya girib” - Matevosyan
“Rəsmi İrəvan artıq Rusiyanın opponentlərinin düşərgəsinə qoşulub”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Benyamin Matevosyan öz teleqram kanalında yazıb. “Paşinyan “Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil” deyəndə cümləsini bitirmir. Göründüyü kimi, rəsmi İrəvan “Zelenski Sülh Formulu” ilə birləşdirilən Moskvanın opponentlərinin düşərgəsinə qoşulub. Digər məsələlərlə yanaşı, “Sülh formulu”na “ədalətin bərpası” haqqında bənd daxil olacaq ki, bu da Rusiya Federasiyasına və onun şəxslərinə qarşı beynəlxalq tribunalın yaradılmasını nəzərdə tutur. Ona görə də biz sual veririk: Ermənistan Kiyevə kömək etmək üçün Ukraynaya qoşun göndərəcəkmi? Paşinyan Ukraynanın “Sülh formulu”na qoşulub, bu isə o deməkdir ki, o, öz səylərində ardıcıl olmalıdır”, - deyə Matevosyan qeyd edib. Musavat.com
1,046,404
20.02.2024 16:22
Ölkə
Kəmaləddin Heydərov mərhum müğənninin qızını himayəsinə götürdü
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mərhum əməkdar artist Aygün Bəylərin övladı Canan Hümmətovanı himayəsinə götürüb. "Unikal"ın əldə etdiyi məlumata görə, nazir Cananın xərclərini qarşılayıb. C.Hümmətova Bakı şəhərində yerləşən 20 saylı orta məktəbdə 8-ci sinifdə təhsil alırdı. K.Heydərov bundan sonra sənətçinin qızının Avropa Azərbaycan Məktəbində oxumasını məsləhət görüb və illik təhsil haqqını da ödəyib. Qeyd edək ki, Aygün Bəylər Kəmaləddin Heydərovun bəslədiyi bir neçə məşhur mahnının ifaçısı olub. Bunlar "Qalanı xatirədir", "Özün günahkarsan", "İlahi", "Nə Yaxşı ki, Sən Varsan" mahnılarıdır. Xatırladaq ki, Avropa Azərbaycan Məktəbi Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur.
1,046,405
20.02.2024 16:25
Son xəbər
Cavanşir Quliyev bu gün evə buraxılır
Bir neçə gün öncə Türkiyədə ağır cərrahiyə əməliyyatı keçirən tanınmış bəstəkar Cavanşir Quliyevin vəziyyəti artıq yaxşıdır. Musavat.com bildirir ki, bu barədə Lent.az-a onun yaxın dostu, rejissor Ramiz Mirzəyev məlumat verib. "O artıq özünü yaxşı hiss edir, bu gün evə buraxılacaq. Bir neçə gün evdə istirahət etdikdən sonra Bakıya dönəcək. Hər şey yaxşıdır", - o bildirib.
1,046,406
20.02.2024 16:26
Siyasət
İlham Əliyev-Şolts-Paşinyan görüşündə müəmma... - Petrosyan
Paşinyan Ermənistanın sərhəddə 4 itki verdiyi (təxribatçılar-red) haqda Münhendə danışmadı, yalnız Rusiyanın əleyhinə danışmaq üçün ora getmişdi. İlham Əliyev, Paşinyan və Şoltsun görüşü isə müəmmalı məqamlarla doludur. Ümumiyyətlə, Şolts orada vasitəçi idi, yoxsa sadəcə, görüşün təşkilatçısı? Çünki Azərbaycan tərəfi Şoltsun yalnız görüşün təşkilatçısı rolunu oynadığını bildirir. Paşinyanın İlham Əliyevə daha böyük vədlər verməsindən ciddi şəkildə qorxuram. Bu barədə Ermənistanda ədliyyə general-mayoru olan Tatul Petrosyan deyib. T.Petrosyan bildirib ki, Ermənistan artıq uçurumdadır. "Növbə Ermənistana çatıb. Artıq anklavlardan danışırlar. Azərbaycan kəndləri adlandırdıqları 4 kəndin qaytarılmasından bəhs edirlər, daha sonra 4 anklav kəndi də qaytaracaqlar. Paşinyan bu 8 kəndi mütləq Azərbaycana təhvil verəcək. Yeni vədlər isə dəhlizlə bağlıdır. Əliyev tələb edir ki, ona dəhliz Mehridən lazımdır, Sisyandan yox. Çünki qışda Sisyanın yolları keçilməz olur", - erməni general bildirib. T.Petrosyan qeyd edib ki, Paşinyan Rusiya hərbi bazasını və sərhədçilərini də Ermənistandan çıxarmağa hazırlaşır: "Yeni konstitusiya layihəsində bu məsələ öz əksini tapacaq. Bu gün Ermənistan və Türkiyə sərhədini Rusiya qoşunları qoruyur. Bizim Türkiyə ilə heç bir demarkasiya və delimitasiyamız yoxdur. Sovet İttifaqı da çoxdan yoxa çıxıb. Əgər Rusiya qoşunları çıxarsa, Türkiyə də Ermənistandan öz payını qoparacaq".//Publika.az
1,046,407
20.02.2024 16:35
Son xəbər
“Hraparak” Ermənistanı ÇALXALADI
“Münxen səfərindən sonra Ermənistanda yeni impulsla anti-Rusiya əhval-ruhiyyəsi yaranacaq və hazırda nisbətən tarazlıqda qalan Ermənistan-Rusiya münasibətlərini birdəfəlik sıradan çıxarmağa cəhd ediləcək”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazıb. Hökumətyönlü mənbələr Qərbin belə bir tələb irəli sürdüyünü, bunun müqabilində Azərbaycanın hərbi ambisiyalarını cilovlayacağını vəd etdiyini bildirir. Məhz buna görə də Paşinyan Münxendə erməni icmasının nümayəndələri ilə görüşündə bunu bir daha təkrar edib. “Mən çoxdan demişdim ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil, bu, bizim səmimi mövqeyimizdir”, - deyə yazıda qeyd olunub. Musavat.com
1,046,408
20.02.2024 16:40
Son xəbər
Özbəkistan qaz təchizatı şəbəkəsinə 470 milyon dollar yatıracaq
Özbəkistan Rusiyadan qaz idxalını artırmaq üçün magistral qaz kəmərlərini modernləşdirəcək. Musavat.com xəbər verir ki, bunu nəzərdə tutan layihə hökumətin qəbul etdiyi investisiya proqramına daxil edilib. Proqrama əsasən, “Uztransqaz” SC magistral qaz kəmərləri sisteminin modernləşdirilməsinə 470 milyon dollara qədər investisiya cəlb edəcək. Modernizasiyanın 2024-2030-cu illərdə həyata keçirilməsi nəzərdə tutulur. Layihənin maliyyələşdirilməsi xarici bankların vəsaitləri hesabına həyata keçiriləcək. Xatırladaq ki, 2022-2023-cü il qış mövsümündə Özbəkistan kəskin soyuqlar səbəbindən genişmiqyaslı enerji böhranı ilə üzləşdi. Hakimiyyət orqanlarının məlumatına görə, qışda pik yüklənmə zamanı respublika üzrə sutkada 20 milyon kubmetrədək qaz çatışmazlığı yaranır. Ölkə prezidenti Şavkat Mirziyoyev məmurları payız-qış mövsümünə hazırlıqda səhlənkarlığa görə tənqid edib. Bununla bağlı qaz, elektrik enerjisi, kömür və mazut idxalının intensivləşdirilməsi qərara alınıb. 2023-cü il oktyabrın 7-də Özbəkistan enerji resursları defisitinin bir hissəsini ödəmək üçün Rusiyadan, Qazaxıstan ərazisindən qaz idxal etməyə başlayıb. Qazın alınması üzrə müqavilə iki il müddətinə bağlanıb, həcmi sutkada 9 milyon kubmetr - ildə təxminən 2,8 milyard kubmetr təşkil edəcək. “Uztransqaz” SC ölkənin qaz nəqli sisteminin operatorudur və təbii qazın daxili bazara nəqlini, həmçinin Özbəkistandan qazın ixracını və tranzitini təmin edir. Musavat.com
1,046,409
20.02.2024 16:47
Region
Rusiyada kadr böhranı dərinləşir
Kadr çatışmazlığı yaşayan Rusiyanın 100-dən çox müəssisəsi Tacikistanın Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyinə işçi qüvvəsi ilə təmin olunmaq üçün sorğu göndərib. Musavat.com-un xəbərinə görə, bu barədə VIII Sankt-Peterburq Beynəlxalq Əmək Forumunda Tacikistanın əmək naziri Gülnorə Xasanzoda məlumat verib. Onun dediyinə görə, 102-dən çox Rusiya müəssisəsi quruma rəsmi olaraq sorğu göndərib. G.Xasanzoda bildirib ki, ölkəsi Rusiyanın miqrasiya qaydalarını sərtləşdirməsini müsbət qiymətləndirir, bunun qanunsuz hərəkətlərin qarşısını almağa yönəldiyinə əmindir. 2023-cü ildə Rusiyada işsizlik tarixi minimum səviyyəyə çatıb - onun orta illik səviyyəsi 3,2 faiz təşkil edib. Bu, 1992-ci ildən bəri ən aşağı göstəricidir. “FinExpertiza” audit və konsaltinq şəbəkəsinin analitik xidmətinin mütəxəssisləri “Rostrud” və “Rosstat”ın məlumatlarının tədqiqinin nəticələrinə əsasən qeyd ediblər ki, 2023-cü ilin sonuna Rusiyada kadr ehtiyatı 2005-ci ildən bəri minimum səviyyəyə enib: Bir işsizə dörd vakant yer düşür. Tacikistanın Əmək Nazirliyinin məlumatına görə, 2023-cü ildə Rusiyaya işləmək üçün gedənlərin sayı 2022-ci ildəki 794 min nəfərə qarşı 15 faiz azalaraq 627 min nəfər olub. Musavat.com
1,046,410
20.02.2024 16:42
Region
Navalnının qardaşı axtarışa verildi
Rusiya müxalifətinin həbsxanada müəmmalı şəkildə ölmüş nümayəndəsi Aleksey Navalnının qardaşı Oleq Navalnı barəsində axtarış elan edilib. Bu barədə Rusiyanın Daxil İşlər Nazirliyindən bildirilib. Ona qarşı irəli sürülən ittiham hələ ki məlum deyil. Xatırladaq ki, bu il fevralın 16-da Aleksey Navalnı Rusiyanın Yamalo-Nenesk muxtar dairəsində 3 saylı islah əmək müəssisəsində ölüb. İstintaq Komitəsi siyasətçinin ölüm faktı üzrə araşdırmalara başlayıb.//Report
1,046,411
20.02.2024 17:21
Gündəm
Zorakılığı törədən şagird HƏBS OLUNA BİLƏR
Xəbər verdiyimiz kimi, paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ barədə cinayət işi qaldırılıb. “Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıldı. İstintaq hərəkətləri davam etdirilir”, - deyə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib. Digər tərəfdən, sosial mediada zorakılığı törədən qız XI sinif şagirdi olduğuna görə onun həbs edilməyəcəyi barədə müzakirələr yaranıb. Sfera.az bildirir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 20-ci maddəsində cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi qeyd olunub. Belə ki, Məcəllənin 20.1 maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. 20.3-cü maddəyə əsasən isə, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman bu Məcəllənin 20.1 və 20.2-ci maddələrində nəzərdə tutulmuş yaş həddinə çatmamış şəxslər barəsində görülən tədbirlər və həmin tədbirlərin tətbiqi qaydası müvafiq qanunla müəyyən edilir. Nəticə olaraq, 156 nömrəli tam orta məktəbin XI sinif şagirdi həbs oluna bilər.
1,046,412
20.02.2024 16:45
Ölkə
Elçin Süleymanova yüksək vəzifə verildi
Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə sabiq prorektoru Elçin Süleymanova yeni vəzifə verilib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini təyin edilib. Bu barədə nazir Sahil Babayev müvafiq əmr imzalayıb. Qeyd edək ki, Elçin Süleymanov ötən ilin dekabr ayında elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə vəzifəsindən azad edilmişdi.//Qaynarinfo
1,046,413
20.02.2024 16:54
Dünya
İsveçdən Ukraynaya DƏSTƏK
İsveç hökuməti bu günə qədər Ukraynaya 7,1 milyard kron (630 milyon avro) dəyərində ən böyük hərbi yardım paketini təqdim edib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu, İsveçin Ukraynaya göndərdiyi 15-ci hərbi yardım paketidir. İsveç müdafiə naziri Pol Yonson mətbuat konfransında yardım verilməsini təsdiqləyib. Yerli mətbuatın xəbərinə görə, dəstək paketinə aşağıdakılar daxildir: • 10 ədəd “Stridsbat 90” sinifli desant hücum kateri; • 20 desant gəmisi; • minalar və torpedalar kimi sualtı silahlar; • “Robot 70” tipli zenit sistemləri; • “TOW” modelli tank əleyhinə robotlar; • sursatla birlikdə qumbaraatanlar; • artilleriya sursatları; • əl qumbaraları; • “Karl Qustav” qumbaraatanları; • tibbi avadanlıq; • təcili yardım maşınları. Məlumata görə, 1 milyard kron müxtəlif fondlar vasitəsilə hərbi texnikanın alınmasına, daha bir milyardı isə Ukrayna üçün yeni “Stridsfordon 90” döyüş maşınlarının sifarişinə yönəldiləcək. Musavat.com
1,046,415
20.02.2024 17:00
Hadisə
Təyyarə partlayış səbəbindən məcburi eniş etdi - FOTO/VİDEO
“Royal Air Philippines” şirkətinin “RW602” reysi ilə Şanxaya uçan təyyarəsi Honkonq məcburi eniş edib. Buna səbəb poverbankın partlaması olub. Sərnişinlərdən biri poverbank vasitəsilə öz “iPad”ini doldurmaq istəyib, lakin bu zaman cihazda partlayış baş verib. Bu da təyyarənin salonunda tüstülənməyə səbəb olub. Xəsarət alıb-almayanlar barədə məlumat verilmir.//Oxu.az
1,046,416
20.02.2024 17:20
Siyasət
Milli Məclis Fikrət Məmmədovla bağlı təqdimata BU TARİXDƏ baxacaq
Azərbaycan Respublikası Milli Məclisinin növbəti iclası 23 fevralda keçiriləcək. Musavat.com xəbər verir ki, iclasın gündəliyinə təklif olunan birinci məsələ keçmiş ədliyyə naziri Fikrət Məmmədovla bağlı olacaq. Eyni zamanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi müzakirə ediləcək. İclasın gündəliyini təqdim edirik: 1. Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında. 2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi. 3. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 5. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 6. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 7. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 8. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. 9. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). Musavat.com
1,046,417
20.02.2024 19:22
Şou-biznes
Balaəlinin başına iş gəldi, ifasını yarımçıq DAYANDIRDILAR – VİDEO
Məclislərdən birində qonaq olan meyxanaçı Balaəli Maştağalının başına iş gəlib. Belə ki, meyxanaçı mahnısını ifa edən zaman texniki problem yaşanıb və onun mahnısı yarımçıq dayandırılıb. Bu isə meyxanaçının əsəbləşməsinə səbəb olub. Çox keçmədən Balaəlinin köməkçiləri problem aradan qaldırıblar. Bundan sonra isə meyxanaçı "fonoqram"la səhnə çıxışını davam etdirməyə başlayıb. Musavat.com bildirir ki, görüntülər Bakıvaxtı.az-ın kameralarına belə yansıyıb:
1,046,418
20.02.2024 19:47
Gündəm
Ərinin azyaşlı qızına şiddət göstərməsinin görüntülərini çəkən ana DANIŞDI - VİDEO
“Uşaqlarla söyüşlə danışırdı. Etiraz edəndə məni də təhqir edirdi”. Bunu qadın ərinin qızına fiziki şiddət göstərməsi məsələsi ilə bağlı Baku TV-yə açıqlamasında deyib. Azyaşlının anasının sözlərinə görə, atası 15 yaşlı qızını təhsildən yayındırmağa çalışıb: “Beyninə ancaq evlilik haqqında fikirlər yeridirdi. Deyirdi ki, səni aparıb nənənin yanına qoyacağıq, o sənə tərbiyə verəcək. Sonra da sənə toy edəcəyəm, cehiz verəcəyəm”. Özünün və övladlarının dəfələrlə şiddətə məruz qaldığını deyən ana yaşadıqları zorakılığa görə 2019-cu ildə həyat yoldaşını polisə şikayət etdiyini də bildirib. “Ağsaqqallara qulaq asıb bir dəfə bağışladım. Uşaqlara görə barışdım. Amma indi qəti qərarımdır, boşanmaq istəyirəm”, - o söyləyib. Qeyd edək ki, Bakı şəhəri, Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov arvadı və qızlarına şiddət göstərib. Şiddət görən ana digər övladlarını qorumaq üçün onun hərəkətlərini əks etdirən görüntüləri lentə alıb. Daha ətraflı Baku TV-nin süjetində:
1,046,419
20.02.2024 17:12
İqtisadiyyat
Ən çox şikayət edilən banklar açıqlanıb - "Bank of Baku" liderdir
2024-cü ilin yanvar ayında Azərbaycanda ən çox şikayət edilən bank 6,22 indeksi ilə "Bank of Baku" seçilib. Musavat.com bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. "Bank BTB" siyahıda ikinci (5,18 indeksi), "Yapı Kredi Azərbaycan" isə üçüncü (4,17indeksi) olub. Xidmət səviyyəsinin aşağı olduğu banklar siyahısında "Bank VTB Azərbaycan" (2,89 indeksi), "Express Bank" (2,88 indeksi), "Bank Avrasiya" (2,72 indeksi) və "Yelo Bank" (2,54 indeksi) da var.
1,046,420
20.02.2024 21:53
Ölkə
Əxlaqsızlıq edən telefon, internet deyil, adamlardır!
Sosial baxımdan bütün dünyada gərginlik, qarışıqlıq var. İnsanların şüurunda, davranışlarında elmin, tibbin hələlik baş açmadığı dəyişiklər baş verir. Gözlənilməz reaksiyaları, qəddarlıqları, aqressiyanı kimi GMO qidalarla əlaqələndirir, kimisi bəşəriyyəti saran müharibələrin psixologiyalara mənfi təsiri ilə izah edir, kimisi texnoloji yeniliklərin beyinlərdə yaratdığı fəsadlara bağlayır, kimisi də sosial-iqtisadi problemlərə işarə edir və s... Şübhəsiz, bunların hamısının rolu var və insan cəmiyyətləri, xüsusilə gənc, orta nəsil tam fərqlidir. Pisdir, yaxşıdır, perspektivdə nələrlə qarşılaşacağıq, bunu proqnozlaşdımaq da mümkün deyil. Fakt budur ki, bəşəriyyət yeni minilliyin, yeni əsrin əvvəllərində gərgin bir mərhələ yaşayır. Dünyanın bir parçası kimi, Azərbaycanda da belədir. İnsanları ən çox cəmiyyətdəki aqressiya, qəddar davranışlar və onların səbəbləri narahat edir, düşündürür.Diqqət daha çox yeniyetmə və gənclərə yönəlib. Əhməd Əhmədov adlı gəncin bütün ailə üzvlərini qətlə yetirməsindən sonra fevralın 19-da yeniyetmə qızların iştirakı ilə baş vermiş biabırçı hadisənin məlum videosu yayıldı. Bütün ölkə indi bundan danışır və çoxları iki ünvanı qamçılayır – məktəbi, müəllimləri və sosial şəbəkələri.Məktəbi, müəllimi qınamaq, ittiham etmək, asıb-kəsmək asandır. Ancaq məktəbin, müəllimin dərdini dinləyə bilərikmi? Bilirsiniz aqressiv, anormal ailələrdən gəlmiş uşaqlar məktəbin, müəllimin başına hansı oyunları açırlar? Müəllimlərin əksəri sözün əsl mənasında sinir xəstəsi olub... Razıyam, məktəblərdə vəziyyət ideal deyil və çox şeyləri dəyişmək lazımdır. Ancaq cəmiyyətin özü daha bərbaddır, cəmiyyəti müalicə etmək, sağaltmaq lazımdır... Bəli, yenə də bu prosesdə məktəbin, müəllimin üzərinə yük düşəcək. Ona görə də məktəblərin, müəllimin nüfuzunu, səlahiyyətini artırmaq lazımdır. Məktəbə o imkan verilməlidir ki, çətin tərbiyə olunan uşaqları müvafiq müəssisəyə göndərməyə ixtiyarı çatsın. Habelə, dövlət belə müəssisələr yaratmalıdır. Məktəblərdə, siniflərdə tərbiyəvi mühiti korlayan uşaqlarla ayrıca təhsil müəssisəsi məşğul olmalıdır...Problemli, aqressiv uşaq yetirən ailələrlə bağlı isə xüsusi dövlət proqramları hazırlanmalıdır. Bu ailələr hansısa uyğun mexanizmlə nəzarətə alınmalı, onlarla daim işlənilməlidir. Belə ailələrdə travma, anormal əxlaqla böyüyənlər cəmiyyətə bəla yetişir, hər birimizi bu bəla yaxalaya bilər...Neqativ hadisələrin günahkarı qismində telefonları, interneti, sosial şəbəkələri ittiham etmək də nəticə verən deyil. Hər hansı neqativ halın görüntüsü yayılanda deyirlər ki, ölkədə filan sosial şəbəkə (Tik-tok və s.), məktəblərdə telefon qadağan edilməlidir.Sirr deyil və narahatedicidir, xüsusən Tik-tokda xeyli tərbiyəsizliklə məşğul olan adamlar var. Bu səhifələr bloklanmalı, o cür iş aparanlar cəzalandırılmalıdır. Ancaq istənilən halda günahkar internet, telefon deyil. Məgər, məsələn, sonuncu əxlaqsız davranışı, bir qıza həmcinsləri tərəfindən işgəncə verilməsini cansız telefon özü törədib və çəkib? Ya Tik-tok düz-qoş edib yayıb olmayan şeyi?! Problem internetdə, Tik-tokda, telefonda deyil!Problem odur ki, əxlaqsız, savadsız, cahil ailələr, onların övladları artıq bol-bol "məhsul", "bəhrə", nəticə verir. İnternet, telefon sadəcə cinayətləri ifşa edir, göstərir...Tutaq ki, telefon, internet yoxdur və bu yaramazlıq baş verib. Onda heç bu cinayətlərdən xəbər tutub tədbir də görülməsi mümkün olmayacaqdı. Heç olmasa internet, telefon hesabına bunları bilirik və cəza olur...Nə qədər ki, problemi cəmiyyətin savadsızlığında, sosial gərginliklərin artmasına qarşı proqramların azlığında yox, texnoloji yeniliklərdə, internetdə görəcəyik, daha da bərbad duruma düşəcəyik. Sadəcə, texnoloji yeniliklərdən normal, faydalı istifadə etməyi bacaran cəmiyyət qurmalıyıq!Necə ki, bıçaq cərrah əlində şəfa, cani əlində bəladır, texnoloji yenilik də eynisidir.Tv-lərdə, sosial şəbəkələrdə böyük səhifələr üzərindən sağlam düşüncələrin formalaşması, müsbət, adekvat təbliğatların aparılması üçün ciddi layihələr olmalıdır. İnsanları onların toplaşdıqları yerə gedərək maarifləndirmək lazımdır. Bunun mexanizmləri işlənməli və gecikmədən reallaşmalıdır. Məsələn, adamlar Tik-tokda cəmləşibsə, normal təbliğatı orada aparmağa başlamalıyıq.Sabah insanlar haradadırsa, ora getmək artıq şərtdir. Yoxsa işlər çətin olacaq...İnsan, cəmiyyət elədir ki, onun özbaşına formalaşması mümkün deyil. Tarix boyunca bütün mədəni, demokratik dəyərlər ilkdə inzibati metodlarla formalaşdırılıb. Məsələn, Almaniyada 70-80 il öncə növbə mədəniyyəti necə formalaşıb bilirsiz? Növbəni pozanı döyüblər, hətta bəzilərini güllələyiblər də! Beləcə, ənənəni yaradıblar. Heç bir ənənə, heç bir normal mühit özbaşına yaranmır. Uyğun qaydada əmələ gətirmək lazımdır... Elşad MƏMMƏDLİ
1,046,421
20.02.2024 17:16
Son xəbər
AÇIQLANDI: NATO sərhədə 32 min əsgər yerləşdirdi, rus ordusu BU şəhərə girir - “Ana Xəbər”
Atəş açan ermənilər həbs oluna bilər Navalnının qardaşı axtarışa verilib Şahramanyan göründü, məzarlığa getdi İrəvanda rayon rəhbərliyi atəşə tutuldu Türkiyədə fransız casus şəbəkəsi ifşa edilib Bakı Ukraynaya humanitar yardım yola salıb Uzaqmənzilli silahlara ehtiyac var - Zelenski Yuliya Navalnaya Aİ rəhbərləri ilə görüşdü İsrail ordusu Livan ərazisini bombaladı Üçüncü Dünya müharibəsi başlaya bilər Məktəbliyə görə onlar cəzalanacaqlar – Rəsmi Səfirlər Bakıda Navalnını yad etdilər TVMusavat-ın “Ana Xəbər” buraxılışını aparıcı Emil Salamoğlu təqdim edir. Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat
1,046,422
20.02.2024 17:24
Ölkə
İstəSən tarif paketində yeniliklər davam edir!
Abunəçilərə WhatsApp yazışmaları üçün əlavə trafik və tarifin istifadə müddəti bitmədən öncə yeniləmək imkanı verilib​​​​​​. Müştərilərinə davamlı olaraq yeni texnoloji həllər və xidmətlər təqdim etməyi hədəfləyən Azercell -in “İstəSən” tarif paketində yeniliklər davam edir. İstifadəçilərin istək və tələbatını nəzərə alan lider mobil operator ilk rəqəmsal tarif olan “İstəSən” paketində bu dəfə ödənişsiz WhatsApp yazışmaları üçün 1GB internet trafik əlavə edib. Bundan əlavə abunəçilər tarifin əsas internet həcmi bitdikdə “Kabinetim” tətbiqində tarifi həm mövcud dizaynda, həm də istədikləri yeni dizayna dəyişərək istifadə müddəti bitmədən asanlıqla yeniləyə biləcəklər. Qeyd edək ki, “İstəSən” ilk dəfə olaraq sərbəst dizayn edilə bilən, ölkədaxili dəqiqələri, mobil internet və ən populyar sosial şəbəkələr üçün meqabaytları özündə birləşdirən rəqəmsal məhsuldur. Tarif dizaynına dəyişiklikləri özünəxidmət tətbiqi olan “Kabinetim”-də etmək mümkündür. Abunəçilər paketin üzərinə danışıq dəqiqələri, əsas internet balansı, eləcə də Instagram/Facebook, YouTube və TikTok üçün internet əlavə etmək imkanına sahibdirlər. Daha çox həcm əldə edərək, mobil rabitə xərclərinə daha çox qənaət etmək olur. Ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/plans-and-services/mobile-tariffs/prepaid/istesen.html linkinə keçid alın.
1,046,423
20.02.2024 17:33
Dünya
Hakan Fidandan ŞOK HƏMLƏ - Türkiyə BU TARİXDƏ hərəkətə keçir
Türkiyənin xarici işlər naziri Hakan Fidan fevralın 21-22-də Braziliyada keçiriləcək G20 Xarici İşlər Nazirləri Toplantısında Qəzzada baş verən faciəyə diqqət çəkəcək və bir daha beynəlxalq ictimaiyyəti təcili atəşkəs və humanitar yardıma çağıracaq. Musavat.com xəbər verir ki, sammit iki əsas gündəmdən ibarət olacaq: “G20”nin davam edən beynəlxalq gərginliklə mübarizədə rolu və "Qlobal idarəetmə islahatları". H. Fidan görüşlərdə Türkiyə üçün qlobal idarəçilik islahatlarının əhəmiyyətinə toxunacaq və çoxtərəfliliyin güclənməsinə işarə edəcək. Nazir İsrailin Qəzzaya hücumlarında BMT Təhlükəsizlik Şurasının qeyri-kafiliyinə də diqqət çəkəcək. Rusiya, Çin, Latın Amerikası və Afrika ölkələri, Avropa Birliyi və Afrika Birliyinin, eləcə də Qərb ölkələrinin üzv olduğu G20-də Türkiyənin İsrail-Fələstin məsələsinə münasibəti bir daha ifadə olunacaq və beynəlxalq ictimaiyyətə çağırış ediləcək. Görüşdə H. Fidan beynəlxalq münaqişələrə ikili standartlardan uzaq, diplomatiya yolu ilə həll yolları axtarılmaqla ədalətli, əhatəli və effektiv beynəlxalq sistemin formalaşa biləcəyi mesajını verəcək. G20 toplantısında Rusiya-Ukrayna müharibəsindən sonra böhrana səbəb olan ərzaq təhlükəsizliyi və enerji məsələsinin də gündəmdə olacağı gözlənilir. “Qlobal idarəetmə islahatı” sessiyasında BMT, Ümumdünya Ticarət Təşkilatı (ÜTT), beynəlxalq inkişaf bankları və beynəlxalq maliyyə institutlarının islahatları müzakirə olunacaq. Hakan Fidan bu sessiyada prezident Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” devizi çərçivəsində Türkiyənin fikirlərini çatdıracaq. Musavat.com
1,046,424
20.02.2024 17:26
Ölkə
“Azərsun Holdinq” müəssisələri 2024-cü il üçün təcrübə proqramına start verib FOTO
Cəmiyyətə faydalı olmaq dəyərinin təzahürlərindən biri kimi tələbələrin fərdi və peşəkar inkişafına dəstək olmaq, akademik və işgüzar mühitlər arasında əlaqələri möhkəmləndirmək məqsədi ilə “Azərsun Holdinq” təcrübə proqramı ənənəsini 2024-ci ildə də davam etdirib.İstehsalat təcrübə proqramında iştirak edəcək tələbələr üçün “Xoşgəldin Günü” adlı tədbir təşkil olunub. “Azərsun” Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Şirkətlər Qrupunun rəhbər şəxsləri tələbələr qarşısında çıxış edərək təcrübələrini paylaşıblar. Ümumilikdə “Azərsun Holdinq”in 8 müəssisəsi 6 universitetlə təcrübə proqramı layihəsi çərçivəsində əməkdaşlığa başlayıb. Təcrübə proqramı müddətində tələbələr, aidiyyatı sahə üzrə peşəkar ekspertlərdən mentorluq alacaq və real layihələr üzərində çalışaraq praktiki bacarıqlar əldə edəcəklər. Bu proqram, tələbələrə həm peşəkar iş atmosferi ilə əlaqədar bacarıqlar qazanması, həm də gələcək karyeraları üçün sağlam təməl formalaşdırması üçün mühim əhəmiyyət kəsb edir.
1,046,425
20.02.2024 17:45
Mənəviyyat
Ramazan ayının təqvimi AÇIQLANDI - FOTO
Azərbaycanda Ramazan ayı martın 11-də başlayacaq. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Musavat.com xəbər verir ki, idarənin təqviminə əsasən, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir. Ramazan bayramı aprelin 10-11-nə təsadüf edəcək. Musavat.com Ramazan ayının təqvimini təqdim edir:
1,046,426
20.02.2024 17:51
Region
İrəvan QARIŞDI - “Bakı həbsxanalarına düşən nümayəndələri QAYTARIN!” FOTO
Ermənistanda müxalifətdə olan Respublika Partiyasının gənclər qanadının nümayəndələri Xarici İşlər Nazirliyinin binası yaxınlığında etiraz aksiyası keçiriblər. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Respublika Partiyasının gənclər təşkilatının rəhbəri Henrix Danielyan jurnalistlərə açıqlama verib. “2018-ci ildən bu binada əbədi nahar fasiləsi verilir. Siyasətiniz nəticəsində Bakı həbsxanalarına düşmüş “dqr”in (Qarabağın işğal altında olduğu illərdə bölgədə qurulan oyuncaq və qondarma quruma verilən uydurma ad - red.) nümayəndələrinin qaytarılması istiqamətində addımlar atmırsınız”, - deyə o bildirib. Danielyanın sözlərinə görə, Xarici İşlər Nazirliyinin siyasəti nəticəsində Qarabağ ermənilərsiz qalıb. Aksiya iştirakçılarının əllərində separatçı quldurların şəkilləri də olub. Henrix Danielyan həmçinin Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərliyini nazirlik binasını turizm agentliyinə çevirməkdə ittiham edib. Aksiya iştirakçıları Ermənistan XİN-in binasına əliboş gəlmədiklərini də bildiriblər. “Onların hərəkətsizliyini bir az da artırmaq üçün müxtəlif stolüstü oyunlar və oyuncaqlar gətirdik”, - deyə onlardan biri söyləyib. Musavat.com
1,046,427
20.02.2024 22:12
Gündəm
Qorxunc vəziyyət: Uşaqlarda xərçəng xəstəliyi artır - VİDEO
Dünya Xərçəng araşdırmaları fondu bildirir ki, hər il dünyada orta hesabla 14 milyon insanda xərçəng xəstəliyi aşkarlanır. Buna genetik və digər faktorlar səbəb olur. Təəssüf ki, son illər bu xəstəlikdən əziyyət çəkən uşaqların sayı artıb. Ötən il ölkəmizdə 167 uşaqda xərçəng xəstəliyi aşkarlanıb. BAKU.WS xəbər verir ki, onkoloq Afət Cabbarova "Xəbərin olsun" proqramına açıqlamasında, azyaşlılarda xəstəliyin yaranmasına əsas səbəbinin genetik faktorlar olduğunu bildirib: "Uşaqlarda ən çox beyin mənşəli şişlərə rast gəlinib. Böyrək və göz dibi şişlərə də rast gəlinir. Bunlarda da genetik meyllilik üstünlük təşkil edir. 5-10 yaş arası uşaqlarda olur". Həkim onu da qeyd edib ki, xəstəliyin yaranmasında qidalanmanın da rolu böyükdür: "Bəzən deyirlər "fastfood" və qazlı içkilər bu xəstəliyi yaradır. Bu düz deyil. Amma bu şişin yaranmasında onların da payı var". Ətraflı videoda:
1,046,428
20.02.2024 17:57
Son xəbər
17 dəfə özünü hamilə kimi göstərib dövlətdən pul, işdən icazə aldı
2000-ci ildən bəri 17 dəfə özünü hamilə kimi göstərərək dövlətdən sosial yardım alan qadın tutulub. BAKU.WS xəbər verir ki, hadisə İtaliyada cərəyan edib. Belə ki, 55 yaşlı Barbara Loele adlı qadın saxta hamiləliyi səbəbindən dövlət müavinətlərindən "fırıldaqçılıq yolu ilə kiçik bir sərvət əldə etməkdə" və 24 il işdən xeyli vaxt ayırmaqda günahlandırılıb. Loele, iddia edilən 17 hamiləlikdən yalnız beşinin baş verdiyini, digərlərinin isə uşaqların düşməsi ilə nəticələndiyini iddia edib. Qadın son uşağını dekabr ayında dünyaya gətirdiyini söyləyib, lakin polis əvvəlki doqquz ay ərzində onu yaxından izlədiklərini və bütün hamiləliyin yalan olduğunu bildirib. 55 yaşlı qadın qarnına yastıq qoymaqla da ittiham olunub. Loelenin əri, 55 yaşlı Davide Pizzinato dindirmə zamanı polisə Loelenin hamilə olmadığını bildiyini deyib. Pizzinatonun həyat yoldaşının dələduzluqda ittiham olunduqdan sonra ona qarşı daha yüngül cəza verilməsi müqabilində ifadə verdiyi güman edilir. Polisə 5 övladının həqiqətən var olduğunu və bütün hamiləliklərinin real olduğunu deyən qadına 1 il 6 ay həbs cəzası verilib.
1,046,429
20.02.2024 18:09
Ölkə
Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ - Bu tələb ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir. Musavat.com APA-ya istinadən xəbər verir ki, bu, “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola biləcəklər.
1,046,430
20.02.2024 20:35
Dünya
Qızları pedofil atanın tapılmasına kömək etdilər
ABŞ-ın Florida ştatında iki qız iki uşağı zorlamaqda ittiham olunan atalarının izinə düşərək həbs olunmasına kömək ediblər. Floridadan olan 51 yaşlı Davy Albarran uşaqları zorlamaqda ittiham olunub. Amerikalı polisdən qaça bilsə də, qızları cinayətkar atanı tapmağa kömək ediblər. Qızlar televiziyaya çıxıblar və məşhur şouda atalarının cinayətləri haqqında məlumat veriblər. Sonra onun axtarışı haqqında məlumatı sosial şəbəkələrdə yerləşdirərək, qaçağı görən amerikalıları polislə əlaqə saxlamağa çağırıblar. Demək olar ki, bir il yarım sonra polis cinayətkarı tapıb saxlamağa müvəffəq olub. Onun Lakeland ətrafında bir anbarda gizləndiyi üzə çıxıb. Həmin şəxs həbs edilib və azyaşlıların cinsi toxunulmazlığına qarşı cinayətlər törətməkdə ittiham olunub./Lent.az
1,046,431
20.02.2024 21:25
Dünya
Yuliya Navalnayanın “X” sosial şəbəkəsindəki hesabı bloklanıb - FOTO
“X” sosial şəbəkəsi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayanın hesabını bloklayıb. Navalnayanın hesabını açmağa çalışarkən, bildiriş gəlir ki, “hesab dayandırılıb”. Qeyd edək ki, Yuliya fevralın 19-da sosial şəbəkədə hesab açıb. Mənbə: meduza.io
1,046,432
20.02.2024 17:54
Siyasət
Mişel Paşinyanla danışdı: Bu məsələlər MÜZAKİRƏ EDİLDİ
Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişellə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Musavat.com xəbər verir ki, Ş.Mişel bu barədə X-də yazıb. Tərəflər AB-Ermənistan münasibətlərini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər. “Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi AB-nin gündəmində əsas yer tutur”, - AB rəsmisi yazıb. Musavat.com
1,046,433
20.02.2024 17:59
Son xəbər
“Kreml onu gözdən salmaq üçün hər şeyi etdi” - Qallyamov
“Kreml Yuliya Navalnayanı gözdən sala bilməyəcək. Onun nəinki müxalifəti konsolidasiya etmək, həm də yeni seçicilərlə işləmək şansı var”. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu iddia Rusiyanın tanınmış politoloqu, müxalif siyasətçi Abbas Qallyamov tərəfindən səslənib. “Onun soyadı var və həyat yoldaşının başladığı işi davam etdirmək hüququna malikdir. Onun siyasi keçmişi yoxdur. Rusiyada korrupsiyaya görə siyasətçilərə etibar etmək adət deyil, hamı onların eqoist maraqlarından şübhələnir. Yuliyanın motivasiyası isə zahirdədir, başa düşüləndir və insanlar tərəfindən müsbət qiymətləndirilir”, - deyə Qallyamov qeyd edib. Onun sözlərinə görə, Rusiyada müxalifətin özəyini birləşdirmək üçün bir ad kifayət edəcək. Eyni zamanda, Yuliya Navalnaya yeni auditoriyanı - indiyə qədər ənənəvi müxalifətlə məşğul olmaqdan qorxanları cəlb edə bilər. “Alekseyin imkanları daha məhdud idi. Kreml onu gözdən salmaq üçün hər şeyi etdi. Yuliyanı gözdən salmaq isə çox gecdir, indi qara təbliğata inanan yoxdur”, - deyə Qallyamov bildirib. Musavat.com
1,046,434
20.02.2024 18:33
Səhiyyə
Qaraciyər piylənməsinin AZ BİLİNƏN ƏLAMƏTLƏRİ - Əgər sizdə bunlar varsa...
Yorğunluq, ürəkbulanma, iştahsızlıq, kilo itkisi, qarın ağrısı, çaşqınlıq və diqqətsizlik kimi problemlər qaraciyər yağlanmasının əlaməti ola bilər. Musavat.com xəbər verir ki, bu sözləri türkiyəli həkim İlksoy İkibiroğlu deyib. Həkim qaraciyərin qəbul edilən bütün qidaları idarə etdiyini, zərərli maddələri ayırdığını, qanla qarışmasının qarşısını aldığını və xaric olmasını təmin etdiyini qeyd edib: “Qaraciyər insanın ümumi sağlamlıq vəziyyətini qoruyur. Sağlam qaraciyər həyat keyfiyyətini yaxşılaşdırır. Qaraciyərin yağlanması qaraciyərin sağlamlığı üçün təhlükə yaradan xəstəliklərdən biridir. Qaraciyərin yağlanmasına işarə edən əsas simptomların yorğunluq, ürəkbulanma, iştahsızlıq, kilo itkisi, qarın ağrısı, çaşqınlıq və diqqətsizlik kimi problemlər olduğunu söyləyən İkibiroğlu davamlı halsızlıq və yorğunluğun əhəmiyyətli əlamətlər olduğunu vurğulayıb. "Əsas bilinən əlamətlərə əlavə olaraq, ağız qoxusu və bədən qoxusu, şişkinlik, hemoroid, bədən istiliyinin artması, gözlərdə və ovuclarda qızartı, dəridə qaşınma və səpgilər də qaraciyər yağlanmasının simptomlarındandır" - həkim qeyd edib. Musavat.com
1,046,435
20.02.2024 18:45
Analitika
Fransanın Azərbaycanla savaş planının SENSASİON detalları üzə çıxdı: Paris Zəngəzur dəhlizini "uran yolu"na çevirmək istəyir
Fransız mənşəli Qərb emissarlarının Ermənistan baş naziri Nikol Paşinyana nəyin bahasına olursa-olsun, Azərbaycanla genişmiqyaslı müharibəyə nail olmaq tapşırığı verdikləri iddia edilir... Əsas məqsədin Fransanın Cənubi Qafqaza qoşun yeritməsi, konkret olaraq, Ermənistana hərbi kontingent yerləşdirilməsi üçün bəhanənin qazanılması olduğu bildirilir... Cənubi Qafqaz regionu ətrafında situasiya qəliz geopolitik manevrlər ucbatından gərginləşmə istiqamətində inkişaf edir. Bu regionda geopolitik maraqları olan beynəlxalq siyasi iradə mərkəzləri amansız mübarizə mərhələsinə keçid etməklə, Cənubi Qafqaz ölkələrinin gələcək taleyini böyük təhlükə altına atmaqdan belə, çəkinmirlər. Və regional situasiyanın bu qədər ziddiyyətli faktorlara bağlı olması müəyyən mənada, həm də yeni savaş təhlükəsinin inkaredilməz əlaməti sayıla bilər. Hələlik Cənubi Qafqazda "nə hərb, nə sülh" vəziyyəti hökm sürməkdədir. Ancaq ən təhlükəli məqam ondan ibarətdir ki, bu regionda sülhü prosesi məhz savaş təhlükəsinə paralellik təşkil edir. Ona görə də, yekun sülh sazişinin yaxın vaxtlarda imzalana biləcəyi ilə bağlı əminlik mövcud deyil. Belə vəziyyət isə uzun müddət davam edə bilməz. Və bu baxımdan, yaxın vaxtlarda savaşın "ayaq səsləri"nin daha aydın eşidilə biləcəyi qətiyyən istisna deyil. Düzdür, Münhen Təhlükəsizlik Konfransında uzun fasilədən sonra nəhayət ki, Azərbaycan və Ermənistan liderləri arasında ikitərəfli görüş keçirildi. Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə baş tutan bu görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan sülh prosesini davam etdirmək barədə razılığa gəldilər. Və bu prosesin inkişafının təmin olunması barədə xarici işlər nazirlərinə uyğun təlimatlar da verdilər. Ancaq bütün bunlara baxmayaraq, rəsmi İrəvanın sülh gündəliyinə uyğun hərəkət edəcəyi qətiyyən inandırıcı görünmür. Əsas səbəb isə ondan ibarətdir ki, Paşinyan hakimiyyəti müstəqil davranmaq imkanlarından məhrum edilib. Rəsmi İrəvan birmənalı şəkildə ABŞ və Qərbin təlimatları ilə hərəkət edir. Xüsusilə də, Paşinyan hakimiyyətinin qəbul etdiyi və ya edəcəyi bütün qərarların məzmunu məhz Fransanın hakim dairələrində müəyyən olunur. Və yalnız bundan sonra rəsmi İrəvan Parisdən aldığı təlimatları öz siyasi qərarı kimi icra etməyə çalışır. Maraqlıdır ki, Paşinyan hakimiyyətinə yaxın siyasi dairələrdən Ermənistan mətbuatına sızan məxfi məlumatların məzmunu da bu reallığı növbəti dəfə təsdiqləyir. Ermənistanda nəşr olunan “Hraparak” qəzetinin iddiasına görə, baş nazir Nikol Paşinyanın Münxen səfərindən sonra Ermənistanda Rusiya əleyhinə əhval-ruhiyyə yeni impuls qazanacaq. Çünki erməni baş nazir Münhendə Qərbin fransız emissarlarından Rusiyanı Ermənistandan birdəfəlik sıxışdırıb, çıxartmaq tapşırığı alıb. Təbii ki, Qərbdən, xüsusilə də, Fransadan birbaşa asılı vəziyyətdə olan Paşinyan hakimiyyətinin onsuz da "qopma" həddinə qədər korlanmış Ermənistan-Rusiya münasibətlərini ümumiyyətlə, məhv etməyə cəhd göstərəcəyi iddia edilir. Hökumətin daxilində olan mənbələr Qərbin bu barədə baş nazir Nikol Paşinyana sərt tələb irəli sürdüyünü, üstəlik, Rusiyanın Ermənistandan çıxarılması məsələsində açıq-aşkar səbrsiz davrandıqlarını, hətta ifrat şəkildə tələsdiklərini də vurğulayırlar. Ancaq erməni mənbələri onu da bildirirlər ki, fransız mənşəli Qərb emissarları baş nazir Nikol Paşinyana Rusiya əleyhinə addımların qarşılığında Azərbaycanla bağlı müəyyən vədlər də veriblər. İddia olunur ki, Fransa erməni baş nazirə Azərbaycanın hərbi ambisiyalarını bloklaya biləcəyini bildirib. Ona görə də, baş nazir Paşinyanın Münhendə erməni icmasının nümayəndələri ilə görüşündə heç nədən narahat olmadan "Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil” açıqlamasına cəsarət göstərib. Maraqlıdır ki, erməni baş nazirin fransız mənşəli Qərb emissarları ilə anlaşmasının digər önəmli məqamları barədə də müəyyən məlumatlar sızıb. Həmin məlumata görə, rəsmi İrəvandan Rusiyanı Ermənistandan çıxartmağı tələb edən fransız emissarlar Azərbaycanla bağlı Fransanın daha aqressiv planlar qurduğuna eyham vurublar. Və həmin planlar Ermənistanın Azərbaycanla yeni silahlı toqquşmalara ehtiyac duyduğunu təsdiqləyir. Məsələ ondadır ki, iddialara görə, rəsmi Paris Paşinyan hakimiyyətdən Azərbaycanı təxribata çəkib, savaş situasiyası yaratmağı tələb edir. Əgər, rəsmi İrəvan buna nail olarsa, Fransa Azərbaycanın Ermənistana hərbi müdaxilə etməsinin qarşısını alacağını vəd edir. Bunu etmək üçün isə rəsmi Parisin Azərbaycanla yeni savaşın başlandığını bəhanə gətirərək, Cənubi Qafqaza qoşun yeritmək, yəni, Ermənistanda hərbi kontingent yerləşdirmək niyyətində olduğu bildirilir. Fransanın belə təhlükəli planlar qurmaqda bir neçə geopolitik hədəfinin olduğu da iddia edilir. Birincisi, rəsmi Paris nəhayət ki, mövqeləri zəifləmiş Rusiyanın regiondan çıxarılmasına ümidverici şans qazana bilər. Buna paralel olaraq, Afrikadan qovulan Fransa Cənubi Qafqaza öz hərbi kontingentini yerləşdirmək üçün bəhanəyə də ehtiyac duyur. Digər tərəfdən, rəsmi Paris Zəngəzur dəhlizinə nəzarəti Fransanın əlində cəmləşdirmək niyyətini əsas hədəf kimi müəyyən edib. Və Zəngəzur dəhlizinə nəzarət Fransa üçün taleyüklü məsələ hesab olunur. Məsələ ondadır ki, rəsmi Paris Qərblə Şərqi birləşdirəcək Zəngəzur dəhlizi ilə daşınacaq yükləri, bu nəqliyyat-kommunikasiya xətti üzrə iqtisadi-ticari mal dövriyyəsini, maliyyə axınını təkbaşına nəzarətə götürməklə, Fransaya nəhəng yeni gəlir qaynağı aça biləcəyinə ümid bəsləyir. Digər tərəfdən, Zəngəzur dəhlizinə nəzarəti ələ keçirtməklə, rəsmi Paris gələcəkdə Azərbaycana təzyiq mexanizmi yaratmağı düşünür. Belə ki, rəsmi Paris Orta Asiyadan aldığı uranın Fransaya daşınması üçün Azərbaycana qarşı belə təzyiq mexanizminə ciddi şəkildə ehtiyac duyur. Çünki, rəsmi Paris ilə korlanmış münasibətlər şəraitində Azərbaycan öz ərazisindən Orta Asiya uranının Fransaya daşınmasına icazə vermək niyyətində deyil. Və bu baxımdan, Fransanın Zəngəzur dəhlizini "uran yolu"na çevirmək cəhdləri inkaredilməz reallıqdır. Elçin XALİDBƏYLİ, Siyasi ekspert, "Yeni Müsavat" Media Qrupu
1,046,436
20.02.2024 18:06
Sosial
Psixoloq bullinqin SƏBƏBİNİ açıqladı
"Bullinqin əsl səbəbi qruplaşmalardır. Bunu əsasən oxumayan, bacarıqsız, aşağı qiymətlər alan uşaqlar, eyni zamanda bullinq etdiyi uşağın ailəsi ilə bərabər olmayan ailələrin uşaqları edirlər". Bu fikirləri Musavat.com-a psixoloq Vəfa Rəşidova deyib. O bildirib ki, adətən oxuyan, sakit, tərbiyəli, özünə qapanan, özünü müdafiə edə bilməyən, amma yaxşı ailənin övladları bullinqə məruz qalır: "Bullinq edən uşaqlar isə əksinə, oxumayan, tərbiyə görməyən, xaotik ailələrin, ana, yaxud ata ilə problemləri olan ailələrin uşaqlarıdır. Bunun qarşısını almaq üçün ilk növbədə uşaqları özgüvənli yetişdirmək lazımdır. Özgüvəni olmayan uşaq bullinq edəcək, qısqanclıq, pislik, təcavüz edəcək, həbsxanaya da düşəcək. Yəni nə qədər ki, valideynlər öz uşaqlarının problemlərini gizlədəcəklər, bu kimi hallar bir o qədər çox olacaq". Nigar HƏSƏNLİ,Musavat.com
1,046,437
20.02.2024 18:34
Yazarlar
Azərbaycan və Türkiyəyə “yan baxmaq” istəyənlərə Ankara XƏBƏRDARLIĞI
Zəfər seçkisindən sonra keçirilən andiçmə mərasimindəki çıxışında “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, deyən Prezident İlham Əliyev ənənəsinə sadiq qalaraq, 5-ci dəfə prezident seçildikdən sonra da ilk rəsmi səfərini qardaş Türkiyəyə etdi. Dövlət başçımız xüsusilə vurğuladı ki, Azərbaycan və Türkiyə xalqları əcdadların bütün ənənələrinə sadiqdirlər. Təkcə bu fakt Azərbaycan-Türkiyə münasibətlərinin hansı səviyyədə olduğunun bariz nümayişidir. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla ikitərəfli və geniş tərkibli görüşlər zamanı, həmçinin mətbuat qarşısında səsləndirilən bəyanatlarda iki qardaş ölkənin keçmiş əlaqələri, mövcud münasibətləri, əməkdaşlıq perspektivləri barədə önəmli açıqlamalar, çox vacib mesajlar verildi. Prezident İlham Əliyev bildirdi ki, Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Nə xoşdur ki, Türkiyənin bu gün dünya miqyasında söz sahibi olduğu iki qardaş liderin görüşündə qürurla səslənir. Prezident İlham Əliyev fəxarətlə söylədi ki, təkcə bölgəmizdə deyil, dünya miqyasında da bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Bəli, Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Dost-düşmən sevinir, düşmənin gözü kor olur bu uğura, bu reallığa: Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Düz 36 il əvvəl separatizm ocağının çatıldığı Türk yurdunda, Xankəndidə bayrağını ucaltmış, Zəfər seçkisində separatizmə, xunta rejiminin tabutuna son mismarı vurmuş İlham Əliyev qələbələrimizin qazanılmasına bizim qədər sevinən, torpaqlarımızın yağılardan təmizlənməsi prosesində hər an Azərbaycanın yanında olan qardaş ölkədə məmnunluqla o şərəfli tarixi xatırlatdı. “2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarındanTürkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı”, deyən dövlət başçısı bəyan etdi ki, Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Həmçinin qeyd etdi ki, İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Qardaş ölkələrin liderləri çıxışlarında Şuşa Bəyannaməsinə istinad etdilər, heç şübhəsiz ki, bu, təsadüfi deyildi. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin müttəfiqliyinin, qardaşlığının 21-ci əsrdə yeni zirvəyə qaldırılmasıdır, yaddaşımızın yenilənməsidir, tarixi Qars müqaviləsinin məntiqi davamıdır. Prezident bildirdi ki, bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Ancaq söhbət təkcə iki qardaş ölkənin müttəfiqliyindən getmir, hədəfimiz daha da böyüyüb. Sitat: “Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək”. Cari ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyi elan olundu. Daha bir möhtəşəm hadisə: müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də sözügedən görüşdə iştirak edəcək! Bu, dünyanın ədalətsizliyindən on illərdir əziyyətlər çəkən Quzey Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına inteqrasiyası ilə bağlı növbəti tarixi addımdır. Ölkə başçımız da bildirdi ki, bu hadisə Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək. 2015-ci ildə, qardaş Türkiyənin evsahibliyi ilə keçirilən G-20-lərin Antalya Zirvəsinə Azərbaycan Prezidenti və Birinci xanım fəxri qonaqlar olaraq dəvət edilmişdilər. Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlətini dünyanın önəmli liderlərinin zirvəsində fəxri qonaq olaraq görmək istəmişdi. İndi Azərbaycan Prezidenti Türk Dövlətlərinin Şuşa Zirvəsinə “Yavru Vatan”ın lideri Ersin Tatarı dəvət edir, möhtəşəm hadisədir, həm də gözəl ənənədir! Quzey Kipr Türk Cümhuriyyətinin müstəqil dövlət olaraq tanınmasına da şahidlik edəcəyik bir gün. Necə ki, Azərbaycanın yolunu kəsməyə çox çalışdı, antitürk qüvvələr, amma Qarabağımıza gedən yolumuzda sədd olmağı bacarmadılar, əzib keçdik hamısını! Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın türkofobiya, islamofobiya mərəzinə yoluxanlara qəti xəbərdarlığı da qürurvericidir: “Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik... Qəbul olunan qərar ləğv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi davam etdirəcəyik”. Bu, “dünya beşdən böyükdür”, ismarıcının məntiqi davamıdır, Azərbaycan-Türkiyə birliyinin əbədi olmasının xatırlanmasıdır! Cənab Ərdoğanın İrəvana xəbərdarlığı da unudulmamalıdır. “Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik” - mövqeyi Ermənistandakı revanşçılara və havadarlarına “ağlınızı başınıza yığın”, demək idi. Türkiyə lideri bir daha vurğuladı ki, Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bəli, əgər Ermənistan bu fürsət pəncərəsindən dünyaya boylanmaq istəyirsə, Türkiyə və Azərbaycana qarşı absurdlardan əl çəkməlidir! Azərbaycan və Türkiyə liderlərinin Ankara görüşü zamanı iki qardaş ölkə arasında növbəti mühüm sazişlər imzalandı. Bunlardır həmin sazişlər: “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i; “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”. Xeyirli-uğurlu olsun! Xüsusən də “Bir millət, iki dövlət”in birgə universitetində ali təhsil alacaq gənclərimiz gələcəkdə bu birliyə güc qatacaqlar! Necə ki, dövlət başçısı bildirdi: “Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bəli, bu universitetin yaradılması bizim birliyimizin növbəti rəmzidir. Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Özü də yaradılışı azad Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universiteti ilə eyni dövrə düşdü iki qardaş ölkənin birgə ali məktəbi!” Ümumilikdə Ankarada əldə olunan anlaşmalar “Bir millət, iki dövlət”in birgə həyata keçirdiyi çoxsaylı layihələrə yenilərinin əlavə olunmasıdır. Bəli, iki ölkə arasında nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır, enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Dövlət başçısı bildirdi ki, ticarət dövriyyəmiz sürətlə artır və rekord həddə çatıb. Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 7,5 milyard dollara çatıb. Amma bununla kifayətlənmək niyyətində deyilik, hədəf 15 milyarddır! Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilib. Ölkəmizin başçısı qeyd etdi ki, əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir. Ancaq qarşıda daha bir hədəf var: Zəngəzur dəhlizinin işləməsi halında bütövlükdə Turan dünyası üçün yeni üfüqlər açılacaq, Azərbaycan və Türkiyə arasında 1920-ci ildə uçurulmuş körpünün bərpası ilə iki qardaş arasındakı quru əlaqə bərpa olunacaq! Zəngəzur dəhlizinin bərpası halında iki ölkə arasında əlaqələr daha da yüksəklərə qaldırılacaq, buna qəti şübhəmiz yoxdur. Dövlət başçımız bildirdi ki, əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. “Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır”, deməklə Prezident İlham Əliyev həm də Şuşa Müttəfiqliyinə işarə etdi. Həm də iki qardaş ölkənin Turan Ordusu yaradılması istiqamətində önəmli addımlar atdığını söyləmək üçün kifayət qədər əsaslar var. Azərbaycan Prezidenti də söylədi: “İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq”. Bu, Azərbaycan və həmçinin Türkiyəyə “yan baxmaq” istəyən çevrələrə Ankara xəbərdarlığı oldu! Şuşa Bəyannaməsi yasaq edir bu baxışları, unutmasınlar! 2021-ci ilin iyununda Şuşa səfəri zamanı cənab Ərdoğanla Azərbaycan Prezidenti arasında ilginc dialoq olmuşdu, yəqin xatırlayırsınız: İlham Əliyev: O yer ki var, iki dağın arasında, orası Xankəndi şəhəri R.T.Ərdoğan: Hotel ordamı? Azərbaycan Prezidenti: hayr, hayr. Orda da olacaq... R.T.Ərdoğan: İnşallah, İnşallah... O zaman hələ separatçı xunta rejiminin kökü qazılmamışdı, amma nəyi, nə zaman etməyi hamıdan yaxşı bilən lider heç bir şübhəsi olmadan əmin etmişdi qardaşını! Budur, Xankəndiyə getmək zamanı çatdı. Hətta Xocalıya da... Yeri gəlmişkən, 26 fevralda Rəcəb Tayyib bəyin 70 illik yubiley yaşı tamam olacaq. Ötən il Türkiyə Cümhurbaşqanının ad günündə Xocalıya səfər edəcəyi xəbəri də yayılmışdı... Bəlkə elə... Elşad PAŞASOY
1,046,438
20.02.2024 18:21
Dünya
ŞOK GÖRÜNTÜLƏR yayıldı: Navalnının cəsədi... - FOTO
Fevralın 16-da Rusiyada saxlandığı həbsxanada öldüyü açıqlanan rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümünün dəqiq səbəbləri ilə bağlı araşdırmalar davam edir. Musavat.com xəbər verir ki, Rusiyanın müxalif media qurumları Nalvanının cəsədinin Yamalo-Nenets Muxtar Bölgəsindəki həbsxanadan morqa aparıldığı anları əks etdirdiyi iddia edilən görüntüləri paylaşıb. Təhlükəsizlik kamerasının görüntülərinə görə, fevralın 16-dan 17-nə keçən gecə konvoyda əvvəlcə polis maşını, daha sonra sedan əks olunur. İki avtomobildən sonra Navanının cəsədinin olduğu iddia edilən həbsxana mikroavtobusu onun yanından keçir və polis maşını onun ardınca gəlir. Nobel mükafatlı rusiyalı dissident jurnalist Dmitri Muratova məxsus “Novaya qazeta” bildirib ki, Navalnının cansız cəsədi Labytnangi həbsxanasından çıxarıldıqdan sonra yarılma üçün Salekhard şəhərindəki Regional Klinik Xəstəxananın meyitxanasına aparılıb. Rusiya İstintaq Komitəsi Navalnının vəkilləri və ailəsi ilə əlaqə saxlayıb. Navalnının mətbuat katibi Kira Yarmış sosial media hesabında açıqlamasında deyib: “Müstəntiqlər ailəyə və vəkillərə kimyəvi ekspertizalar aparılacağını və ən azı 14 gün daha meyiti qaytarmayacaqlarını bildiriblər”. Navalnının tərəfdarları cəsədin ailəyə qaytarılması üçün onlayn petisiyaya başlayıb. Musavat.com
1,046,439
20.02.2024 18:15
Reportaj
Ölüm xəbəri yayılan Cavanşir Quliyev DANIŞDI - VİDEO
Bir neçə gün öncə Türkiyədə ağır cərrahiyə əməliyyatı keçirmiş tanınmış bəstəkar Cavanşir Quliyev əməliyyatdan sonra ilk dəfə danışıb. Musavat.com xəbər verir ki, sənətkar Real TV-ə müsahibə verib. Bildirilir ki, onun vəziyyəti artıq yaxşıdır. Sözügedən videomüsahibəni təqdim edirik:
1,046,440
20.02.2024 18:57
Son xəbər
Azərbaycanda canlı efirdə GƏRGİNLİK: "5 diplomun da olsa, ağlın…" - VİDEO
"TV Müsavat"ın canlı efirində gərgin anlar yaşanıb. Musavat.com xəbər verir ki, aparıcı Sevinc Telmanqızının moderatorluğu ilə yayımlanan "Canlı Debat" verilişinin qonaqları hərbi ekspert Üzeyir Cəfərov və siyasətçi Rauf Qurbanov olub. Tərəflər arasında fikir ayrılığı mübahisəyə çevrilib. Sözügedən anları əks etdirən görüntüləri təqdim edirik:
1,046,441
20.02.2024 21:00
Son xəbər
Məşhur rusiyalı alpinist Qırğızıstan dağlarında itkin düşüb, axtarışa PUA-lar cəlb edilib - FOTO
Məşhur rusiyalı alpinist Yevgeni Qlazunov Qırğızıstanda yerləşən Aksu zirvəsinə təkbaşına qalxarkən itkin düşüb. Məlumatı Qırğızıstanın Alpinizm və Dırmanma Federasiyası yayıb. “Hazırda Yevgeni Qlazunovun axtarışları davam etdirilir, lakin əraziyə çoxlu qarın yağması axtarış işlərini çətinləşdirir”, - deyə federasiyanın məlumatında qeyd olunub. Məlumatda, həmçinin qeyd olunur ki, Y.Qlazunovun axtarışlarına, o cümlədən pilotsuz uçan aparatlar da cəlb edilib. Mənbə: Mountain.ru
1,046,442
20.02.2024 21:12
Son xəbər
Nəvainin Şəmkirdəki fermasını sökdülər -Fotolar
Xəbər verdiyimiz kimi, Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Şəmkirdə ferma tikdirir. Axşam.az xəbər verir ki, sənətçi bununla bağlı paylaşım edərək, ferma işlərinin yarımçıq qaldığını deyib. O bildirib ki, Şəmkirdə nənəsinə aid torpaq sahəsində tikdirdiyi fermanı tamamlamağa icazə verməyiblər: "Şəmkirin bəzi icra nümayəndələri bizim kiçik fermamızı sökməyə gəliblər. Orada balaca göl tikmişdim ki, heyvanlar su içsin, içərisində balıqalr olsun, amma onu da sökürlər. Suyu doldurmağa belə vaxt olmadı. Dubay və Tailanddan sonra kəndə gəldim, ilhamlandım. Qərara gəldim ki, təbiətə və heyvanlara yaxın olmaq, dünyada baş verənləri düşünməmək üçün gedə biləcəyim bir ferma tikdirim. Torpaq sahəsi nənəmə aid idi və tikintiyə başladım. Bildirdilər ki, bu sahədə əkin işləri edəcəklər. Mən də işimizin bu olduğunu dedim. Amma razılaşmayıb, söküblər. Axı mən şəhərin mərkəzində hündürmərtəbəli biznes mərkəzi tikmirəm. Enerjimi yeni bir işə sərf etmək istəyirdim. Əsəbiləşdim, kiminlə və necə əlaqə saxlamalı olduğumu bilmirəm. Ümid edirəm ki, lazımi qurumlardan bunu kimsə görüb mənə yardım edəcək".
1,046,443
20.02.2024 19:35
Siyasət
Gürcüstandan AŞPA sədrinə Azərbaycanla bağlı MÜRACİƏT
Gürcüstan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA sədrinə Azərbaycanla bağlı məktub ünvanlayıb. Bununla bağlı Musavat.com-a Azərbaycan Milli Məclisindən məlumat verilib. Qeyd edilib ki, Givi Mikanadze AŞPA sədri Teodoros Rusopulosa məktubunda AŞPA-nın sessiyası zamanı Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qəbul edilmiş qətnaməyə toxunulur. Bildirilir ki, bu cür sərt qərarlar AŞPA-nın Azərbaycanla və Cənubi Qafqazla gələcək münasibətləri, eləcə də AŞPA-nın özünün gələcəyi üçün mümkün olan mənfi nəticələr əsaslı şəkildə müzakirə edilmədən və təhlil olunmadan qəbul edilir. Bu isə narahatlıq doğurur. Gürcüstanın qurumdakı nümayəndə heyətinin rəhbəri hesab edir ki, bu qətnamə AŞPA çərçivəsində Azərbaycanla gələcək əməkdaşlığı və fikir mübadiləsini mümkünsüz edir. Bu, AŞPA-nın Cənubi Qafqaz regionu ilə qarşılıqlı fəaliyyətinə də mənfi təsir göstərəcək. "Üstəlik, bu qərar Avropa Şurasının dialoq və əməkdaşlıq üçün vacib platforma kimi missiyasına və nüfuzuna da xələl gətirir. Bu qətnamə Avropa Şurasının dəyər və öhdəliklərinin ruhuna zidd olmaqla yanaşı, daha çox qütbləşməyə səbəb ola və AŞPA-ya üzv dövlətlər arasında xüsusilə dəyərli olan etimad əsaslı əməkdaşlığa xələl gətirə bilər" - deyə, gürcüstanlı deputatın məktubunda vurğulanıb. G.Mikanadze yuxarıda göstərilənləri nəzərə alaraq, AŞPA-nı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qərarın zərərli nəticələrinin qarşısını almaq üçün bu qətnamənin yenidən nəzərdən keçirilməsinə çağırır. Məktubun sonunda bu qətnamənin ləğvinin Avropa Şurasının maraqlarına xidmət edəcəyinə əminlik ifadə olunur.
1,046,444
20.02.2024 19:32
Sosial
YÜKSƏK VƏZİFƏYƏ təyin olunan Elçin Süleymanovdan ÖZƏL açıqlama: “Yaxın vaxtlarda...”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini təyin edilən Elçin Süleymanov öz təəssüratlarını Musavat.com-la bölüşüb. O bildirib ki, fevralın 1-dən yeni işinin başındadır: “Bu təyinata qədər bir neçə elm mərkəzindən dəvət almışdım. Mən ixtisasca iqtisadçıyam. Mənə yaxın sahə olduğu üçün bu təklifi dəyərləndirdim. Bakı Mühəndislik Universitetində məzunların məşğulluğu məsələləri ilə kifayət qədər tanış idim. Eyni zamanda universitetdə uzun müddət elmi tədqiqatın kurasiyası ilə məşğul idim, elmi işlər üzrə prorektor idim. İndi isə bunu əmək bazarı və sosial müdafiə sahəsində davam etdirəcəm. Bu sahədə çox güclü bir kollektiv var. Yeni işimin əsas istiqaməti əhalinin məşğulluğu, sosial müdafiə - pensiya sistemi və s.-dir. Bu istiqamətlərlə bağlı elmi tədqiqatlar, dünya təcrübəsinin Azərbaycana tətbiqi. Ümid edirəm ki, vəzifələrimin öhdəsindən gələcəm. Kifayət qədər məhsuldar görüşlərimiz olur. Bakı Dövlət Universiteti ilə, eyni zamanda beynəlxalq qurumlarla görüşlər keçiririk. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin davam etdirdiyi bir neçə layihəsi var ki, onların da işçi qrupu ilə görüşlərimiz olur. Ümid edirəm ki, faydalı işlər görəcəyik. Yaxşı nəticələrimiz var. Yaxın vaxtlarda tədqiqatlarımızı ictimailəşdirməyi planlaşdırırıq”. Xatırladaq ki, Elçin Süleymanov ötən ilin dekabr ayında elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə sabiq prorektoru vəzifəsindən azad edilib. Aytən NovruzMusavat.com
1,046,445
20.02.2024 19:30
Hadisə
Azərbaycanda daha bir DƏHŞƏT: ana uşağın başını daşla əzdi - VİDEO
Ağstafa rayonunda ana uşağını döyüb. Musavat.com xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən azyaşlı xəstəxanaya yerləşdirilib: “Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır. İlkin məlumata görə, uşağa anası tərəfindən daşla baş nahiyəsindən xəsarət yetirilib. Faktla bağlı müvafiq ekspertiza təyin olunub. Ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
1,046,446
20.02.2024 19:28
Ölkə
Fikrət Məmmədov Prezidentə və deputatlara təşəkkür etdi
Fevralın 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda iclası keçirilib. Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir. İclası açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyə 5 məsələ daxildir. Birinci məsələ Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqındadır. Əli Hüseynli Fikrət Məmmədovu peşəkar hüquqşünas və qanunun aliliyini həmişə uca tutan kadr kimi dəyərləndirib. Bildirib ki, Fikrət Məmmədov bu vəzifəyə təyin olunmaqla Konstitusiya Məhkəməsinin fəaliyyətinə öz töhfələrini verəcək. Məsələ barədə çıxış edən komitə üzvləri Fəzail Ağamalı, Bəhruz Məhərrəmov, Tahir Kərimli, Əminə Ağazadə, Elşən Musayev Fikrət Məmmədovun təcrübəli hüquqşünas kimi ölkəmizdə məhkəmə islahatlarının həyata keçirilməsi işində yaxından iştirak etdiyini qeyd ediblər. Deputatlar onun hüquq ictimaiyyəti arasında qazandığı nüfuzu və ədliyyə sisteminin inkişafı sahəsindəki fəaliyyətini yüksək qiymətləndiriblər. İclasda çıxış edən Fikrət Məmmədov ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə və onun namizədliyini dəstəklədikləri üçün deputatlara təşəkkürünü bildirib. Sonra məsələ Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub. Əli Hüseynli bildirib ki, gündəliyin 2-ci məsələsi ölkə başçısı tərəfindən daxil olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Qanun layihəsinin birinci oxunuşu barədə məlumat verən Məhkəmə Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov bildirib ki, bu dəyişikliklər ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, Məhkəmə Hüquq Şurasına əlçatanlığın asanlaşdırılması məqsədi daşıyır. Dəyişikliklər məhkəmə fəaliyyətini tezləşdirməyə kömək edəcək. Sonra o, Məhkəmə Hüquq Şurasında görülmüş işlər barədə məlumat verib, deputatları maraqlandıran sualları cavablandırıb. Bu qanun layihəsi də Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib. Sonra Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyin növbəti 2 məsələsi “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi və ​Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) ölkə başçısı tərəfindən bir zərfdə daxil olub. Qanun layihələri barədə məlumat verən deputat Kamal Cəfərov bildirib ki, hər iki məsələ 2023-cü il fevralın 24-də “Fövqəladə vəziyyət haqqında” qanuna edilmiş dəyişikliklərlə bağlıdır və onlara uyğunlaşdırma xarakteri daşıyır. Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. Sonra komitə sədri Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyin 5-ci məsələsi ikinci oxunuşda​Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov təqdim etmişdi. Həmin iclasda deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirilib. Sonra gündəliyin 5-ci məsələsi də Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub. Onlayn iclasda komitə üzvləri Azay Quliyev, Vüqar İskəndərov, Sabir Hacıyev, Cəbi Quliyev və digər rəsmi şəxslər iştirak ediblər. Musavat.com
1,046,447
20.02.2024 19:40
Dünya
Paşinyan Fransaya gedir
Ermənistanın baş naziri Nikol Paşinyan sabah Parisə səfərə yola düşəcək. Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. L’Humanite yazır ki, Ermənistanın baş naziri Fransa Müqavimətinin qəhrəmanı, erməni döyüşçü Misak Manuşyan və həyat yoldaşı Meli ilə bağlı mərasimdə iştirak edəcək. Bildirilir ki, hələ ötən ilin iyulunda Makron Paşinyanı Fransaya dəvət etmişdi. Hələlik səfərlə bağlı rəsmi açıqlama yoxdur. Musavat.com
1,046,448
20.02.2024 20:00
Ölkə
Azərbaycanda bu şəxslər 2500 manat CƏRİMƏLƏNƏCƏK
Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulmasına görə cərimələr sərtləşdirilir. Musavat.com xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, vəzifəli şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Qüvvədə olan məcəlləyə əsasən, gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə fiziki şəxslər qırx manatdan səksən manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Musavat.com
1,046,449
20.02.2024 20:24
Gündəm
Əhməd bu cinayəti tək törətməyib - ŞOK İDDİA VİDEO
Son vaxtlar ölkədə cinayətlərin, qətllərin sayı çoxalmaqdadır. Ailəsinin 5 üzvünü faciəvi şəkildə öldürməkdə şübhəli bilinən Əhməd Əhmədova hansı cəza veriləcəyi ilə bağlı müzakirələr səngimək bilmir. Onun cinayəti anlaqsız vəziyyətdə etdiyi sübuta yetirilərsə, doqquz aylıq məcburi müalicədən sonra sərbəst buraxıla biləcəyi ilə bağlı fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb. Bundan başqa, 156 saylı orta məktəbdə yaşıdları tərəfindən məsxərəyə qoyularaq alçaldılan qızla bağlı məsələ ölkə gündəmində ajiotaj yaradıb. Həmçinin, yaxın günlərdə narkoman taksi sürücülərinin həbs olunması da əhalinin narahatlığına səbəb olub. Xüsusilə də, ailəsini qətlə yetirən Əhmədin taksi sürücüsü kimi fəaliyyət göstərməsi faktı təşviş yaradıb. Məsələnin aktuallığını nəzərə alaraq, "TV Müsavat"ın əməkdaşı həkim-psixoterapevt, Bakı Dövlət Universitetinin və Bakı 1 sayli Tibb Kolleci "Daxili xəstəlikler" kafedrasının müəllimi Sevinc Edison qızı ilə həmsöhbət olub. O, insanları narahat edən bir sıra sualları cavablandırıb. Musavat.com həmin videomaterialı təqdim edir: Afaq Mirayiq,Rafət Şahbazov Musavat.com
1,046,450
20.02.2024 20:30
Region
Paşinyana qarşı etirazlar BAŞLADI - İrəvandan ŞOK GÖRÜNTÜLƏR VİDEO
Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə “Birgə” hərəkatının mitinqi başlayıb. Musavat.com xəbər verir ki, Azadlıq meydanında toplaşan təşkilatçılar Paşinyanın istefası üçün əsas olan 100 faktı təqdim edirlər. Etirazçılar "Artsax" hərəkatının 36-cı ildönümündə, fevralın 20-də silsilə mitinqlərə başlayıblar. Etiraz aksiyasından görüntüləri təqdim edirik:
1,046,459
20.02.2024 20:50
Siyasət
Kipr prezidenti İlham Əliyevə CAVAB VERDİ - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyəyə rəsmi səfərə gedib. Prezident İlham Əliyev Ankarada bir sıra tarixi açıqlamalarla çıxış edib. Onlardan biri də Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin iyul ayında Şuşada keçirilməsi nəzərdə tutulan qeyri-rəsmi Zirvə toplantısı ilə bağlıdır. Dövlət başçısı bildirib ki, Zirvə toplantısına Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) də dəvət olunacaq. Musavat.com xəbər verir ki, ŞKTC Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində onu Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə dəvət etməsinə görə dövlət başçısına minnətdarlığını bildirib.
1,046,460
20.02.2024 21:22
Ölkə
Pərviz Şahbazov ABŞ-a niyə gedib?
Politoloq: “Vaşinqton Azərbaycanın enerji layihələrini daim dəstəkləyib” Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ-da səfərdədir. Energetika Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr və digər mövzular ətrafında müzakirələrin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Nazir Vaşinqtonda Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşüb. Rəsmi məlumata əsasən görüşdə Azərbaycanla Dünya Bankı arasında enerji sahəsində çoxşaxəli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib: “Ölkəmizdə enerji keçidinin bərpa olunan enerji və enerji səmərəliliyi komponentlərinə Dünya Bankının dəstəyinin artırılması, əməkdaşlıq gündəliyində olan prioritet layihələrin icrasının sürətləndirilməsi, həmçinin COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Energetika naziri Pərviz Şahbazov Azərbaycanda daxili istehlak və ixrac məqsədilə bərpa olunan enerjinin inkişaf etdirilməsi, şəbəkənin gücləndirilməsi və modernləşdirilməsi, həmçinin regional “yaşıl enerji” dəhlizinin həyata keçirilməsi ilə bağlı genişmiqyaslı fəaliyyətdə Dünya Bankının iştirakını yüksək qiymətləndirib”. Görüşdə verilən məlumata görə, Dünya Bankının AYİB və digər potensial tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində 2027-ci ilədək Azərbaycanda istismara veriləcək 8 külək və günəş elektrik stansiyalarının enerji sisteminə inteqrasiyası məqsədilə şəbəkənin gücləndirilməsi prosesinin intensivləşdirilməsi və bu məqsədlə maliyyə dəstəyinin tezləşdirilməsi ölkəmizin bərpa olunan enerji ilə bağlı hədəflərinin reallaşdırılması üçün mühüm əhəmiyyət daşıyır: ““Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin, növbəti illərdə dənizdə külək enerjisi potensialının artırılması üzrə əməkdaşlığın isə Azərbaycanın “yaşıl enerji”nin təchizatçısı olmasını dəstəklədiyi vurğulanıb. Bu xüsusda 4 ölkəni əhatə edən dəhlizin texniki-iqtisadi əsaslandırlmasının hazırlanması, Birgə Müəssisənin yaradılması, həmçinin Mərkəzi Asiyadan bu dəhliz vasitəsilə “yaşıl enerji”nin ötürülməsi ilə bağlı məlumatlar diqqətə çatdırılıb”. Antonella Bassani bildirib ki, Dünya Bankı COP-a sədrlik edən ölkə olaraq Azərbaycana “yaşıl enerji keçidi” üzrə əldə etdiyi irəliləyişləri nümayiş etdirməkdə, birgə layihələrin tezliklə reallaşmasında və iddialı islahat gündəliyinin icrasında kömək etməyə hazırdır. Görüşdə, həmçinin 760 MVt gücündə Bankə və Biləsuvar günəş enerjisi layihələrinin enerji sisteminə qoşulması, damüstü günəş panelləri, enerji saxlanc sistemləri, “yaşıl hidrogen”, enerji səmərəliliyi və emissiyaların azaldılması üzrə əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.P.Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında görüşlə bağlı paylaşımında Dünya Bankı ilə COP29-a töhfə olaraq şəbəkənin gücləndirilməsi layihəsinə maliyyə dəstəyinin sürətləndirilməsinin razılaşdırıldığını qeyd edib: “ABŞ-da Dünya Bankının vitse-prezidenti Antonella Bassani ilə görüşdə COP29-a töhfə olaraq şəbəkənin gücləndirilməsi layihəsinə maliyyə dəstəyinin sürətləndirilməsini razılaşdırdıq. DB Azərbaycanın yaşıl enerji keçidi üzrə nailiyyətlərinin artırılmasına dəstək verməyə hazırdır”. P.Şahbazov sosial hesabında ABŞ-ın ABŞ-nin Edison Elektrik İnstitutunun prezidenti və icraçı direktoru Dan Brullet ilə də görüşdüyünü qeyd edib: “Vaşinqtonda Edison Elektrik İnstitutunun prezidenti və icraçı direktoru Dan Brullet ilə görüşdük. Bütün ABŞ investorlarına məxsus elektrik şirkətlərini təmsil edən bu birlik ilə əməkdaşlıq imkanlarını dəyərləndirdik”. Qeyd edək ki, P.Şahbazovun ABŞ-a səfəri bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı hazırlıqların tərkib hissəsi kimi qiymətləndirilir. ABŞ-ın hazırkı hakimiyyəti qlobal enerji keçidinin sürətləndirilməsi, alternativ və bərpa olunan enerjinin rolunun sürətlə artırılması siyasəti yürüdür. Bu baxımdan Ağ Ev administrasiyası Bakıda keçiriləcək COP29-da ənənəvi enerjidaşıyıcılarının istehlakının azaldılması üzrə konkret öhdəliklərin götürülməsində çox maraqlıdır. Belə öhdəliklərin xüsusilə ənənəvi enerjidaşıyıcıları istehsalçıları ilə razılaşdırmaq üçün Azərbaycan ABŞ və digər nüfuzlu dövlətlərin, nüfuzlu maliyyə qurumlarının dəstəyinə ciddi ehtiyac duyur. Açıqlanan rəsmi məlumata görə, gələn həftə Böyük Britaniyanın enerji təhlükəsizliyi və emissiyaların sıfır səviyyəsinə nail olunması strategiyası məsələləri üzrə naziri Qrem Stüart Azərbaycana səfər edəcək. O, fevralın 22-də ADA Universitetində mühazirə deyəcək, bu ilin noyabrında Azərbaycanda keçiriləcək ilə əlaqədar Böyük Britaniyanın COP26-ya dair təcrübəsindən danışacaq. 2021-ci ildə COP konfransına bu ölkə ev sahibliyi edib. ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi də ölkəsinin Azərbaycanın bərpa olunan enerji layihələrinə xüsusi önəm verdiyini açıqlayıb. Onun mətbuata verdiyi açıqlamaya görə, ABŞ və Azərbaycan növbəti mərhələdə əsas diqqəti bərpa olunan enerji mənbələrinə yönəldərək enerji sektorunda əməkdaşlığı davam etdirəcək: “Mən bir amerikalı kimi Cənub Qaz Dəhlizi (SGC), Bakı-Tbilisi-Ceyhan kimi layihələr vasitəsilə Azərbaycanla birlikdə gördüyümüz işlərlə fəxr edirəm. Bunlar Avropanın enerji təhlükəsizliyini artıran, Azərbaycanda rifahın və təhlükəsizliyin artmasına töhfə verən layihələrdir”. Diplomat əlavə edib ki, Bakı və Vaşinqtonun enerji sektorunda yaxşı əməkdaşlıq tarixi var: “İndi isə biz bərpa olunan enerji mənbələrinə diqqət yetiririk”. Səfirinin sözlərinə görə, Azərbaycanın bu sahənin inkişafı ilə bağlı böyük potensialı var: “Avropa və digər ölkələr “yaşıl iqtisadiyyata keçid etməyə çalışır. “Yaşıl keçid” tamamlanana və karbon neytrallığı üzrə COP hədəflərinə nail olunana qədər Avropa və digər tərəfdaşlar da, Rusiya təbii qazından asılılıqdan qurtulmağa çalışırlar. Azərbaycan isə müxtəlifliyi və böyük təhlükəsizliyi təmsil edən mənbə təklif edir”. Onun fikrincə, bərpa olunan enerji mənbələrinin bütün potensialını açmaq üçün Azərbaycan mövcud infrastrukturun genişləndirilməsi istiqamətində işlər görməlidir: “Hidrogen, külək və ekoloji cəhətdən təmiz və bərpa olunan enerjinin digər növləri sahəsində texnologiyaların inkişafına, texniki-iqtisadi əsaslandırmalara və investisiya imkanlarına gəlincə, burada perspektivlər var. Bu istiqamətdə investisiyalar tələb olunur. Bunun üçün isə müəyyən planlaşdırma lazımdır”. Prezident İlham Əliyev andiçmə mərasimində Azərbaycanda başladılan bərpa olunan enerji layihələrinə xarici ölkələrdən böyük maraq olduğunu açıqlayıb: “Bizim planlarımıza görə, 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri, yeni enerji növləri yaradılmalıdır, əsasən günəş, külək və hidro – su elektrik stansiyaları. Dediyim rəqəm tam realdır, bu, artıq imzalanmış kontraktlar əsasında olacaqdır. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcmdə təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq. Elektrik enerjisinin böyük hissəsi bərpaolunan enerji hesabına istehsal ediləcək. Biz iqlim dəyişikliyi məsələlərinə də öz töhfəmizi vermiş olacağıq, xüsusilə nəzərə alsaq ki, Azərbaycan bu il COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcəkdir. Ona görə bərpaolunan enerji növləri ilə bağlı bizim hədəflərimiz aydındır. Onu da bildirməliyəm ki, bütün bu layihələr xarici investorlar tərəfindən icra edilir və ediləcək. Əgər belə demək mümkündürsə, biz indi xarici investorların rəqabət prosesini də görürük. Çünki o qədər çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir ki, bizim bu qədər imkanımız hələ ki, yoxdur. Halbuki Dünya Bankının qolu olan Beynəlxalq Maliyyə Korporasiyası təkcə dənizdə külək potensialımızı 157 min meqavat səviyyəsində təsbit edib”. Fevralın 16-da Münxendə Prezident İ.Əliyev ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynlə görüşüb. Rəsmi məlumata görə, görüşdə enerji sahəsində əməkdaşlıq, Orta Dəhlizin inkişaf etdirilməsi və Azərbaycanın bu prosesdə rolu müzakirə olunub, COP29 çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub. Söhbət zamanı həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair fikir mübadiləsi aparılıb. Beləliklə, ABŞ-ın Azərbaycanın bərpa olunan enerji layihələrinə maraq göstərdiyi açıq hiss olunur. ABŞ rəsmilərinin açıqlamalarından görünür ki, Vaşinqton bu layihələri dəstəkləməkdə maraqlıdır. Bu marağın bir neçə səbəbi var. Birincisini yuxarıda qeyd etdik: rəsmi Bakının ambisiyalı yaşıl enerji layihələri ABŞ-ın hazırkı administrasiyasının alternativ enerjiyə keçid siyasəti ilə tam uzlaşır. İkinci mühüm səbəb Azərbaycanda istehsal olunacaq alternativ enerjinin ixrac bazarının Avropa olmasıdır. ABŞ Avropanın Rusiyanın enerji asılılığından tamamilə qurtulması, bu zaman məhz ağırlığın alternativ mənbələrə salınmasında maraqlıdır. Politoloq Elxan Şahinoğlunun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə reallaşdırılan enerji layihələri birmənalı olaraq ABŞ tərəfindən dəstəklənib: “Münasibətlərdə müəyyən məqamlarda yaranan ziqzaqlar, ABŞ-dan bir sıra hallarda səsləndirilən haqsız mövqelərə baxmayaraq, Azərbaycanın enerji layihələri daim Vaşinqton tərəfindən dəstəklənib. Hazırda Azərbaycanın bərpa olunan enerji istehsalı layihələri ilə bağlı da dəstəyi də hiss etmək olur. Bu sahədə ölkələr arasında müzakirələr aparılır, Azərbaycanın energetika nazirinin ABŞ-sa səfəri də həmin müzakirələrin tərkib hissəsidir”. Dünya SAKİT,Musavat.com
1,046,461
20.02.2024 22:24
Ölkə
Aytən Səfərova: "Biabırçılıqdır, məktəb direktoru..."
Aparıcı Aytən Səfərova 156 nömrəli tam orta məktəbdə baş verən hadisəni tənqid edib. Musavat.com teleqraf.com-a istinadən bildirir ki, o, aparıcısı olduğu "Xəbər ertəsi" verilişində bu sözləri deyib: "Çox təəssüf, bu kimi hadisələr tez-tez baş verir. Kadrlar o qədər dəhşətlidir ki... Qız uşağının başqa bir qız uşağı tərəfindən alçaldılması, gündüz-günorta vaxtı uzun saçlarını burub qayçılaması, onun alnına təhqiramiz ifadələr yazması, başına yumurta çırpması - bütün bunları əlinə telefon alıb çəkənlər normal insan deyillər. Biabırçılıqdır. İş-işdən keçəndən sonra isə məsələyə münasibət bildirilir. Sən direktorsan, direktor müavinisən... Mənim yadımdadır ki, təhsil aldığın məktəbin direktorunun hər bir şagirddən xəbəri olurdu: kim hansı ailədən, hansı ayaqqabıda gəlir. Bu gün də belə direktorlar var. Amma iş-işdən keçəndən sonra belə açıqlamalar kimə lazımdır? Direktor, direktor müavini öz hayında... Dəfələrlə məktəblərdə psixoloq çatışmazlığı məsələsinə toxunmuşuq. Ştatı var, psixoloqu yoxdur".
1,046,462
20.02.2024 21:36
Son xəbər
İrandakı səfirliyimizə hücum edən şəxsə ölüm hökmü verildi
“Azərbaycanın İrandakı səfirliyində terror aktı törədən şəxs haqqında ölüm hökmü çıxarılıb”. “Qafqazinfo” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalist Mir Şahin Ağayevə müsahibəsində deyib. K.Əliyev bildirib ki, təqsirləndirilən Yasin Hüseynzadəyə üç epizod üzrə ittiham verilib. Qeyd edək ki, İran qanunvericiliyinə əsasən, barəsində hökm çıxarılan şəxs 20 gün ərzində Ali Məhkəməyə şikayət verə bilər. Hüququndan istifadə edərsə, Ali Məhkəmənin qərarından sonra hökm icra ediləcək.
1,046,463
20.02.2024 22:36
İdman
Futbol tarixinin ən yaxşı müdafiəçilərinin reytinqi dərc edildi
Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri futbol tarixinin ən yaxşı cinah müdafiəçilərinin reytinqini dərc edib. Birinci yeri “Milan”ın əfsanəsi Paolo Maldini (İtaliya) tutub. İkinci yerdə braziliyalı Roberto Karlos (Braziliya) qərarlaşıb. Üçüncü yerə başqa bir braziliyalı, Azərbaycan millisinin də baş məşqçisi olmuş Karlos Alberto Torres layiq görülüb. İlk onluğu isə ardıcıllıqla Dani Alves (Braziliya), Filip Lam (Almaniya), Kafu (Braziliya), Eşli Koul (İngiltərə), Rud Krol (Niderland), Jalma Santos (Braziliya), Lilian Thuram (Fransa) tamamlayıb.
1,046,464
20.02.2024 22:48
Dünya
Estoniyada Rusiyanın 10 casusu saxlanılıb
Estoniyada Rusiya xüsusi xidmət orqanlarının 10 casusu saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaja Kallas "X" sosial şəbəkəsində paylaşım edib. "Biz Rusiya təhlükəsizlik qüvvələrinin ərazimizdə hibrid əməliyyatını uğurla aşkar etdik. Kreml bütün demokratik cəmiyyətləri hədəfə alır. Bizim cavabımız onu ifşa etməkdir", - Kallas paylaşımda qeyd edib.
1,046,465
20.02.2024 23:12
Ölkə
Bakıda arvadına və qızına şiddət göstərən şəxsin cəzası nə olacaq? - VİDEO
Bu gün Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında Bakıda kişinin arvadına və azyaşlı qızına şiddət göstərməsi ilə bağlı görüntülər yayıb. K.Ağazadə bildirib ki, ata mütəmadi olaraq arvadına və üç qızına şiddət göstərir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub: “Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”. Hadisəni törədən şəxsi hansı cəza gözləyir? Hüquqşünas Cavid Babayev bildirib ki, ümumilikdə cinayət hadisəsinin hansı xarakterli olması, ağırlığı və hansı şəraitdə törədildiyi ibtidai araşdırmanın nəticəsi ilə müəyyən olunur: “Çəkilən görüntüdə qeydə alınan zorakı hərəkətlərin mütəmadiliyi və ağırlığı Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə tövsif oluna bilər. Belə ki, Cinayət Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə nəticələnə bilər. Eyni zamanda, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin 2.1-ci və 2.4-cü ağırlaşdırıcı bəndlərinə əsasən isə təyin oluna biləcək cəza iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə əhatə olunur”.
1,046,466
20.02.2024 23:25
Ölkə
Ağdamda icra nümayəndəsi qəzada öldü: Sükan arxasında içkili olub? - VİDEO
Ağdam Rayon İcra Hakimiyyəti başçısının Əlimədətli kənd ərazi nümayəndəsi, 1985-ci il təvəllüdlü Fərrux Cabbarov yol-nəqliyyat hadisəsi zamanı vəfat edib. Mərhumun qohumunun sözlərinə görə, icra nümayəndəsi sükan arxasında olarkən ürək tutması səbəbindən dünyasını dəyişib. Sosial şəbəkələrdə Fərrux Cabbarovun sürücülük hüququnun olmaması, avtomobilinin başqasına məxsus olması və ona etibarnamənin verilməməsi haqda yayılan xəbərlərə mərhumun qohumu belə aydınlıq gətirib: “Çoxu deyir ki, içkili olub, sürücülük vəsiqəsi olmayıb. Xeyr, yalan söhbətdir. Sürücülük vəsiqəsi var, içki qəbul edən insan deyil. Rayonumuz, camaatımız üçün çalışan biri idi”. Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır. Ətraflı Baku TV-nin süjetində:
1,046,467
20.02.2024 23:37
İdman
Mbappenin Kral Klubuna keçiddən qazancı açıqlandı
Fransa çempionu PSJ-nin 25 yaşlı fransız hücumçusu Kilian Mbappe “Real” Madriddən 150 milyon avroluq transfer bonusu alacaq. Musavat.com BBC-yə istinadən xəbər verir ki, Mbappe ispan klubu ilə illik 15 milyon avro maaşla 5 illik müqavilə imzalayacaq. Mbappe Kral Klubunda 10 nömrəli forma geyinəcək. Transfermarkt fransalı futbolçunun transfer dəyərini 180 milyon avro qiymətləndirir. Musavat.com
1,046,468
20.02.2024 23:52
Dünya
Avropa İttifaqı Gürcüstandan xarici siyasətini onunla tam uyğunlaşdırmasını gözləyir - Borrel
Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josep Borrell bildirib ki, Gürcüstan Aİ üzvü olmaq üçün Brüsselin xarici siyasət kursuna tam şəkildə uyğunlaşmalıdır. O, həmçinin Gürcüstanı “anti-Qərb dezinformasiyası ilə mübarizə aparmağa” çağırıb: "Bu gün Gürcüstanın Aİ-yə üzv olmaq üçün namizəd statusunu almasından sonra ilk görüşümüzdür. Avropa İttifaqı ümumi dəyərlərə və prinsiplərə əsaslanan bir cəmiyyətdir və bu, indi yaşadığımız çox mürəkkəb və hətta təhlükəli geosiyasi şəraitdə xüsusilə vacibdir. Biz sizin strateji səylərinizi alqışlayırıq, sizin (Gürcüstan – red.) xarici siyasətinizin Aİ-nin xarici siyasətinə uyğunlaşdırılmasının bir qədər də dərinləşməsini alqışlayırıq, lakin növbəti illərdə biz bu inteqrasiyanın daha əhəmiyyətli dərəcədə yüksək olacağını gözləyirik. Biz həmçinin anti-Qərb dezinformasiyasının və ritorikasının yayılmasından narahatıq və sizi informasiya manipulyasiyası və seçkilərə kənar müdaxilə ilə mübarizədə səylərinizi ikiqat artırmağa çağırırıq”. Avropa İttifaqına daxil olmaq üçün bütün namizəd ölkələrə qarşı qoyulan şərtlərdən biri də birliyin xarici siyasətinə, o cümlədən sanksiyalar məsələsinə tam riayət etməkdir. Keçən il Borrell və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Parlamentində bildirmişdilər ki, Aİ xarici ölkələrlə münasibətlərini onların “Ukraynadakı münaqişə” və “Çinin dünya səhnəsində rolunun güclənməsində ilə bağlı tutduğu mövqedən asılı olaraq” quracaq. Musavat.com
1,046,469
21.02.2024 00:07
Hadisə
Ağstafada anasının başına daşla vurduğu azyaşlı xəstəxanaya yerləşdirilib
Fevralın 20-də 14:20 radələrində Ağstafa rayonu, Heydər Əliyev prospekti, Səməd Vurğun parkına 2014-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) ilə bağlı çağırış daxil olub. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, azyaşlı saat 14:40 radələrində başın təpə nahiyəsinin çapılmış yaraları diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili yardım şöbəsinə ambulansla gətirilib. "Ona zəruri tibbi xidmətlər göstərilib, tetanus əleyhinə zərdab vurulub. Hazırda Ağstafa RMX-nın Təcili yardım şöbəsində həkim nəzarətindədir", - deyə məlumatda qeyd edilib. Xatırladaq ki, sosial şəbəkə platformalarında azyaşlı oğlan uşağının anası tərəfindən daşla xəsarət yetirilməsinə dair məlumat yayılıb.
1,046,470
20.02.2024 22:31
Dünya
Rusların Ukraynaya atdığı Şimali Koreya raketləri ilə bağlı şok tədqiqat: Komponentərin 90 faizi...
Rusiyanın Ukraynaya atdığı Şimali Koreya istehsallı raketlərdə Avropa və Amerika Birləşmiş Ştatlarının şirkətlərinin məhsulu olan yüzlərlə komponent aşkar edilib. Bu nəticəyə Britaniyanın Conflict Armament Research (CAR) tədqiqat təşkilatı gəlib. CNN-in məlumatına görə, tədqiqatçılar 2024-cü ilin yanvarında Xarkovda tapılan Şimali Koreyaya məxsus ballistik raketin qalıqlarından 290 komponenti tədqiq ediblər. Məlum olub ki, elementlərin 75 faizi Amerika qeydiyyatı olan şirkətlər tərəfindən hazırlanıb satılıb. Tədqiqatçılar raketdə tapılan komponentlərin daha 16 faizinin Avropada, 9 faizinin isə Asiyada qeydiyyatdan keçmiş şirkətlərlə əlaqəli olduğunu müəyyən ediblər. Beləliklə, Şimali Koreyanın raketləri ABŞ, Çin, Almaniya, Yaponiya, Hollandiya, Sinqapur, İsveçrə və Tayvanda istehsal olunan komponentlərlə yığdığı aydın olub. Analitiklər tərəfindən araşdırılan komponentlərin 2021-2023-cü illər arasında istehsal edildiyi qeyd olunur. Mütəxəssislər bu istehsal tarixlərinə əsaslanaraq bildirirlər ki, raketlər “2023-cü ilin martından əvvəl yığıla bilməzdi”. Tədqiqatçılar vurğulayırlar ki, Şimali Koreya “təxminən iyirmi ildir ki, qüvvədə olan sanksiyalardan yayınmağa və komponentlərin əldə edilməsinə imkan verən güclü şəbəkə inkişaf etdirib”. Dekabrın 30-dan fevralın 7-dək Rusiya işğalçı qüvvələri Ukrayna ərazisinə Şimali Koreya istehsalı olan ən azı 24 ballistik raket atıb. Bu silahlarla düşmən ölkənin 7 rayonuna 12 hücum həyata keçirib. Ukraynanın baş prokuroru Andrey Kostin vurğulayıb ki, ruslar bu raket hücumları nəticəsində azı 14 dinc sakini öldürüb, 70-dən çox ukraynalı isə yaralayıb. Cənubi Koreyanın BMT-dəki nümayəndəsi Hvanq Junq Kook qeyd edib ki, KXDR Ukraynaya qarşı müharibədə istifadə etmək üçün öz raketlərini ruslara verməklə Ukraynadan nüvə yükü daşıya bilən raketlərin sınaq poliqonu kimi istifadə edir. Musavat.com
1,046,471
21.02.2024 03:38
Ölkə
Ölkəni silkələyən videodakı qızdan ŞOK AÇIQLAMA: “Vecimə də deyil” - VİDEO
İlk yayın vaxtı 22:34 Bir vətəndaş olaraq hər kəs gözləyirdi ki, həmcinsini zorakılığa məruz qoyan yeniyetmə qız üzr istəyəcək və tutduğu əməldən peşman olduğunu bildirəcək. Metbuat.az xəbər verir ki, həmin yeniyetmə sosial şəbəkədə gözlənilənlərin əksinə olaraq əməlindən utanmadığını bildirib. Yeniyetmə qız isə özü yazıb ki, “vecimə də deyil”. Daha ətraflı ATV-nin sujetində:
1,046,472
20.02.2024 22:39
Ölkə
Baş prokuror: Erməni separatçılarının 1987-ci ildən indiyədək törətdiyi bütün cinayətlər təhlil edilir
2023-cü ilin sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirlərindən sonra xüsusi xidmət orqanları tərəfindən saxlanılan erməni separatçılarının rəhbərləri ilə bağlı istintaq davam edir. "Report" xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Real TV-də Mir Şahin Ağayevə müsahibəsində deyib. "Həmin mütəşəkkil dəstə ilə bağlı istintaq qrupuna bir çox dövlət qurumları daxil edilib. Çünki onlar çoxsaylı cinayətlər törətmişlər. Hazırda prokurorluqda son ittihamlar üzərində işləyirik. Onların hər birinin törətdiyi əməl dəqiqləşdirilir. Çünki biz 1987-ci ildən törədilən bütün cinayətləri təhlil edirik, öyrənirik. Onlar hamısı bizdə sənədləşdirilib", - Baş prokuror bildirib. K.Əliyev diqqətə çatdırıb ki, yaxın vaxtlarda onlara son ittihamlar elan ediləcək, cinayət işləri məhkəməyə göndəriləcək: "Bununla da beynəlxalq təşkilatlar, eləcə də bir qrup ölkələr şəffaf, hərtərəfli və obyektiv məhkəmə baxışının baş tutduğunun şahidi olacaqlar".
1,046,473
20.02.2024 22:46
İqtisadiyyat
Kimlər pensiyaya daha tez çıxacaqlar? - AÇIQLAMA - VİDEO
Azərbaycanda əmək pensiyası yaşı kişilərdə 65, qadınlarda isə 2024-cü ilin iyun ayının 30-dək 63 il 6 ay olsa da, bu, heç də hamıya aid deyil. Belə ki, bəzi sahələrdə çalışan şəxslərin pensiya yaşı 5 ildən 15-dək azaldılır. Maraqlıdır, bəs, bu, kimlərə aiddir? Hüquqşünas Sahib Məmmədov bildirib ki, zərərli iş yerlərində işləyənlər müvafiq stajı yığdıqdan sonra vaxtından əvvəl güzəştli şərtlərlə əmək pensiyasına çıxa bilərlər: “Bu siyahıya dağ-mədən işçiləri, kimya sənayesi, metallurgiya, hətta səhiyyənin riskli hesab edilən sahələrində fəaliyyət göstərənlər daxildir. Onlar sözügedən güzəştli hüquqdan istifadə edə bilərlər”. Qanunvericiliyə görə, həmçinin müəyyən şərtlərlə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar, hərbçilər, prokurorluq, ədliyyə, miqrasiya və fövqəladə hallar orqanlarında işləyənlərin də güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ var. Bundan başqa, beş və daha çox uşaq dünyaya gətirənlərin, övladlığa və ya qəyyumluğa götürüb onları səkkiz yaşınadək böyütmüş qadınların da erkən yaşda pensiyaya çıxması mümkündür. Eyni zamanda əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş analara eyni hüquq verilir. Ətraflı Baku TV-nin süjetində:
1,046,474
21.02.2024 00:19
Ölkə
Bahalı qəbirlər tarixə qovuşur, qəbir yeri alınması da yığışdırılır - VİDEO
Kimliyindən asılı olmayaraq hər kəsin qəbri eyni formada və vahid qiymətdə olacaq. Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Xəzər Xəbər”ə müsahibəsində deyib. Millət vəkilinin sözlərinə görə, qəbirlərin vahid qiymətlərinin olması mövzusu da hazırda müzakirə olunur. Bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunacaq. Siyavuş Novruzov həmçinin vətəndaşların tez-tez bələdiyyələrdən torpaq almaqla bağlı narazılıq məsələsinə də aydınlıq gətirib. Millət vəkili dotasiya və subvensiyaları bəzən eyni bələdiyyələrin aldığını, bunun da ciddi problem olduğunu deyib. Qeyd edib ki, hansı bələdiyyənin layihəsi maraqlıdırsa, ona dotasiya vermək lazımdır. Ətraflı süjetdə:
1,046,475
21.02.2024 00:33
Dünya
İlon Maskın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb
Amerikalı iş adamı və “X” sosial şəbəkəsinin sahibi İlon Mask 2024-cü il Nobel Sülh Mükafatına namizədlərdən biri olub. Bu barədə Nobel Komitəsinin məlumatlarına istinadən məlumat yayılıb. Bu təklif Maskın bəşəriyyətin rifahına yönəlmiş texnologiyaların inkişafına verdiyi töhfəni qeyd edən norveçli deputat Marius Nilsen tərəfindən irəli sürülüb. “Maskın təsis etdiyi, sahib olduğu və ya rəhbərlik etdiyi bir çox texnoloji şirkətlərin məqsədi cəmiyyəti təkmilləşdirmək, həm Yer, həm də kosmos haqqında bilikləri artırmaq, eyni zamanda bütün dünyada kommunikasiya və əlaqəni təmin etməkdir”, - Nilsen bildirib. Qeyd olunur ki, milyarder dünyada dialoqu qətiyyətlə müdafiə etdiyinə, söz azadlığına və öz fikrini ifadə etmək bacarığına görə bu mükafata namizəd olub. İlon Maskın nüfuzlu mükafat uğrunda mübarizədə rəqibləri arasında Kolumbiya Prezidenti Qustavo Petro, “WikiLeaks”in yaradıcısı Culian Assanj, həmçinin İsrail və Fələstindən olan insan haqları təşkilatlarının nümayəndələri var. Xatırladaq ki, 2024-cü il mükafatının qalibi oktyabrın 11-də elan olunacaq.
1,046,478
21.02.2024 00:46
Dünya
Husilər Ədən körfəzində İsrailin gəmisinə raket zərbələri endirib
Yəmənin üsyançı hərəkatı “Ənsar Allah” Ədən körfəzində İsrailin “MSC Silver” gəmisinə raket zərbəsi endirib. “Report”un xəbərinə görə, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səriya sosial şəbəkə hesabında bildirib. “Yəmən Hərbi Dəniz Qüvvələri bir sıra gəmi əleyhinə raketlərdən istifadə etməklə Ədən körfəzində İsrailin “MSC Silver” gəmisinə qarşı əməliyyat keçirib”, - hərəkatın sözçüsü “X”dəki (keçmiş tviter) səhifəsində yazıb.
1,046,482
20.02.2024 23:03
Ölkə
İlham Əliyev Paşinyandan hansı əraziləri TƏLƏB EDİB? - Münxendə ŞOK SİYAHI üzə çıxdı VİDEO
Aparıcı Sevinc Telmanqızı TV Müsavat-ın canlı efirində mühüm məqama toxunub. Musavat.com xəbər verir ki, Sevinc Telmanqızı Münxendəki qapalı görüşün pərdəarxası məqamlarından danışıb. Ətraflı videoda:
1,046,483
20.02.2024 23:11
Ölkə
Belə təhsili olan ölkədə bullinq də görəcəksiz, əxlaqsızlıq da... - Sevinc Telmanqızıdan HƏYƏCAN TƏBİLİ - VİDEO
Aparıcı Sevinc Telmanqızı TV Müsavat-ın canlı efirində Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən olunan zorakılıqdan danışıb. Musavat.com xəbər verir ki, 156 saylı məktəbin XI sinif şagirdi yanvarın 17-si məktəbdən kənarda, 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Sevinc Telmanqızı bildirib ki, bu qudurğanlıq, zorakılıq, tərbiyəsizlikdir. Ətraflı videoda:
1,046,485
21.02.2024 02:59
Son xəbər
Əhməd QATİL DEYİL! - Bütün ailəsini qətl edən qatilə hüquqşünasdan FƏRQLİ yanaşma - VİDEO
İlk yayın vaxtı 23:18 TV Müsavat-ın canlı efirinin qonağı hüquqşünas Şamil Paşayev olub. Musavat.com xəbər verir ki, Şamil Paşayev ailəsinin 5 üzvünü faciəvi şəkildə öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovla bağlı danışıb. Ətraflı videoda:
1,046,488
20.02.2024 23:28
Son xəbər
Bakıda azyaşlı qızına fiziki şiddət göstərən ata həbs edilib
Qızına şiddət göstərən Elnur Məmmədov həbs edilib. Bu barədə Musavat.com-a DİN mətbuat xidmətindən məlumat verilib. Bildirilib k, Xəzər rayon Məhkəməsinin qərarı ilə Elnur Məmmədov barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.
1,046,490
20.02.2024 23:29
Yazarlar
Türkiyə ilə Azərbaycan arasındakı qara yara
Azərbaycan Prezidenti İlham Əliyev 7 fevral seçkilərində qalib gəldikdən sonrakı ilk rəsmi səfərini qardaş Türkiyəyə etdi. Bu, bir gələnəkdir - çox da xoş gələnəkdir. Üstəlik, ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş ölkənin Prezidentinin andiçmədən sonrakı ilk səfərinin hara, nə vaxt və necə olmasının öz zamanlaması, anlamı, mahiyyəti vardır. Bu anlam, mahiyyət Ankarada rəsmi qarşılanmadan tutmuş, səfər içində keçirilən görüşlər, imzalanan sənədlər, mətbuata birgə açıqlamalar və ismarıclarda öz əksini tapdı. Biz bu səfərə “İki bədəndə bir can” olan dövlətlərin Ali Baş Komandanlarının görüşünü önplanda tutaraq baxa bilərik; bu səfəri “Şuşa Bəyannaməsi” adlı-ünvanlı unikal sənədə imza atmış liderlərin növbəti müzakirə, məsləhət-məşvərət imkanı olaraq dəyərləndirməliyik; deyə bilərik ki, Ankara müzakirələri “Zəngəzur dəhlizi”nə, ümumən bölgəmizə, dünyamıza və öz ailəmiz olan Türk dünyasına ortaq baxışın təcallasıdır; İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın ikitərəfli və çoxtərəfli görüşləri qardaş ölkələrimizin ötən illərdəki işbirliyinə dair hesabatların, arayışların, bu günkü mövcud durumun dəyərləndirilməsi, gələcəyə böyük, aydın baxışın təntənəsidir; İlham Əliyevin bu il ökə daxilində (Bakı (10 yanvar), Xankəndi (07 fevral), Bakı (14 fevral)), ölkə xaricində (Münxen (16-18 fevral)) verdiyi - bir-birini tamamlayan, undulmaz (tarixi!) ismarıclarının (Türkiyəyə rəsmi səfər müddətində) Ankarada qardaşlıq çiçəyi açdığını gördük. Bəli, bu səfər məhz bugünlərdə və məhz Türkiyəyə olmalı, o yeni ismarıclar da məhz qardaş ölkədə, Prezident Ərdoğanla birgə verilməliydi. - Ozan demiş, “Dünya duysun bu səsi. Bu səs haqqın səsidir”! Prezident Əliyevin qardaş ölkəyə səfəri, səfərdən az öncə deyilmiş bu sözlərin işığında baş tutması ilə bir ayrı gözəllik daşıyır: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır"! Azərbaycan Prezidenti Türkiyəyə getməmişdən lap az öncə nüfuzlu Münxen Beynəlxalq Təhlükəsizlik Konfransında (qarşı tərəfin müraciətinə əsasən) ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla görüşdə, ATƏT çərçivəsində keçmişin qalığı olan bir sıra mexanizmlərin artıq rəsmi qaydada ləğv edilməli olduğunu bildirmişdi.- Bunlar: “ATƏT-in Minsk Qrupu”, “Yüksək Səviyyəli Planlaşdırma Komitəsi” və “ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi” kimi tam fəaliyyətsiz olan strukturlardır. Və bu buraxma strukturların buraxılması yalnız Azərbaycan üçün deyil, bizim bütün dost-qardaşlarımız, dost-qonşularımız üçün də sərfəli olacaqdır. Prezident İlham Əliyevin 19 fevralda qardaş ölkə paytaxtında (birgə mətbuat konfransında) dediyi səmimi fikirlər qardaşlığımızın, işbirliyimizin, gələcəyimizi bircə inşa etməyimizin parlaq ifadəsi oldu. Bəli, “ortaq keçmişdən ortaq gələcəy”ə inamla gedirik! Bəli, “Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”. - Xalqlarımız əcdadlarımızın bütün gələnəklərinə sadiqdir. Azərbaycanın dövlət başçısı “Şuşa Bəyannaməsi” imzalandıqdan (15.06.2021) sonrakı açıqlamasında da əcdad və gələcək nəsil vurğusu etmişdi: “XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”. Azərbaycan Prezidenti 44 günlük müharibədə Türkiyənin göstərdiyi yüksək qardaşlıq örnəyini Ankarada bir daha qədirşünaslıqla vurğuladı: “Savaşın ilk saatlarından Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı”; bəli, “Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq”! Azərbaycan Prezidenti Türkiyənin bu gün dünya miqyasında söz sahibi olduğunu qürurla bildirib, qardaş ölkəni bölgəmizdə əmin-amanlığın, barışın, işbirliyinin qarantı adlandırdı; bütün Yer üzündə bir çox məsələnin həllinin məhz Türkiyənin mövqeyindən asılı olduğunu bildirdi. - “Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir”. Yuxarıda Azərbaycan Prezidentinin andiçmə törənindəki nitqində Türk dünyasını haqlı olaraq bizim ailəmiz adlandırdığını xatırladıq; minnətdarlıqla deməliyəm ki, İlham Əliyev Ankarada qardaş ölkə lideri ilə birgə mətbuat konfransında bir daha və bir daha Türk dünyası vurğusu yapdı: “Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək”. Artıq bəlli olduğu kimi, bu ilin iyulunda Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Müşahidəçi statusunda olan Quzey Kıprıs Türk Cümhuriyyətinin Prezidenti də Azərbaycan Prezidentinin dəvəti ilə Zirvə görüşündə iştirak edəcək. - Və “bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”. Müzəffər Ali Baş Komandanın Ankarada vurğuladığı kimi, “Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub”. Həmçinin “müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Birgə istehsalla əlaqədar konkret planlar mövcuddur. Bu planlar gerçəkləşdikdə ictimaiyyət də bundan xəbərdar olacaqdır”. Ordu, müdafiə sənayesi çox önəmlidir, əlbəttə; əlbəttə, təhsil də ordu və müdafiə sənayesindən az önəm daşımır. Yuxarıda gələcək nəsil vurğusu etdik - bu vurğu təhsil, təhsilin gələcəyi vurğusunu da ifadə etməkdədir. Hazırda bu planda söhbət, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasından gedir. Bu barədə Ankarada önəmli anlaşma imzalandı: “Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır”. Bəli, Prezidentin vurğuladığı kimi, Türkiyə-Azərbaycan Universitetinin yaradılması, yalnız təhsil məsələsi olmayıb, bizim güclü birliyimizin növbəti parlaq rəmzidir. - “Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir”! Və nəhayət! “Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir.”(Prezident Rəcəb Tayyib Ərdoğan). “Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı.” - Bu sözlər də Prezident Ərdoğana aiddir. Beləliklə, Türkiyə ilə Azərbaycan arasındakı “qara yara” sağaldılmalı, sağlamlaşdırılmalıdır. İki sağlam mühitin arasında kəsafətə nə yer, nə də ehtiyac yoxdur… QARDAŞLIĞIMIZ ZAVAL GÖRMƏSİN! Əkbər Qoşalı
1,046,491
20.02.2024 23:36
Son xəbər
Sarkisyan: Əsgərlərimiz müqavimət göstərmək belə istəməyəcək
Dəqiq məlumatım olmadığından ordumuzun resurslarının böyüklüyü ilə bağlı nəsə deməkdə çətinlik çəkirəm, amma iradənin olmadığı və ordumuzu daha da bədbəxt etməyə çalışmaları göz qabağındadır. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan jurnalistlərlə söhbətində bildirib. “Belə getsə, əsgərlərimiz heç müqavimət göstərmək istəməyəcək”, - deyə Sarkisyan bildirib. Musavat.com
1,046,494
21.02.2024 01:00
Şou-biznes
Rəhman Rəhmanovun gəlini efirdə ailə sirlərini ÜZƏ ÇIXARDI – VİDEO
Əməkdar artist Rəhman Rəhmanovun mərhum oğlu İlham Rəhmanovun həyat yoldaşı Azadə efirə çıxaraq, qayınanası Ulduzə xanımın səsləndirdiyi “Övladlarım üzərində əziyyətim hədsiz dərəcədə çox olub. Birinci övladım İlham xəstə olub. 9 il ona görə xəstəxanalara gedib, gəlmişəm. İlham reanimasiyada olanda 3 gün xəstəxananın dəhlizlərində yatmışam. Hamı övladımın komadan çıxmağını gözlədiyi zaman mən oğlum İlhamın ürəyinin dayanmağını gözləyirdim” fikirlərinə cavab verib. Bizim.Media xəbər verir ki, bu haqda sənətkarın gəlini qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb. Sənətkarın gəlini mərhum əri İlhamın narkotik aludəçisi olmadığını ağ ciyərindən əziyyət çəkdiyini bildirib: “İlhamla ailə quranda onun bütün sirrlərini bilirdim. Ona rəhmim gəlib, sonra sevib onunla ailə qurmuşam. İlham ana sevgisi görməyib. Onun hər addımında anası Ulduzə xanım yox, atası Rəhman müəllim yanında olub. O, narkotik aludəçisi olmayıb. Onun ciyərində xəstəlik vardı. Həkimlər isə dedilər ki, bu müalicəlik deyil. Dedilər ki, əməliyyat olunmalıdır və qabırğaları çıxarılmalıdır. Rəhman müəllim bizə gücə çatan dərəcədə ev almışdı. İlhamın qardaşları Emil, Teymur və bacısı Rəhilə bizim yanımızda yaşayırdı. 3 il İlhama da, Rəhiləyə də mən baxmışam. O zaman Emil Naxçıvanda hərbi xidmətdə idi. O hərbi xidmətdən gələndən sonra bizlə yaşadı. Emildə cüzi nələrsə hiss elədim. Zəng edib onun atasına bu haqda xəbər verdim. Rəhman müəllim isə onu danlayıb müalicə olunmaq üçün apardı həkimə. Dəfələrlə Emili Rəhman müəllim müalicə etdi”. Azadə qayınatasının onlara aldığı evi İlhamın müalicəsi üçün satmaq məcburiyyətində qaldığını söyləyib: “İlhamın əməliyyatı üçün isə bizə çox pul lazım idi. Mən Rəhman müəllimə söylədim ki, mənə bu ev yox İlham lazımdır. Dedim ki, “sat evi İlham həyatda sağ qalsın”. Evi satdıq və bütün pulu onun müalicəsinə xərclədik. O, əməliyyat olundu. Ona xəstəxanada mən baxdım. İşləyirdim sonra isə gəlib ona yemək gətirirdim. Xəstəxanada İlham bir məni, bir də atasını görürdü. İmkan olduqca onun bacısını aparırdım yanına”. R.Rəhmanovun gəlini əri İlhamın yaşadığı evlərinin həyətində yıxılaraq dünyasını dəyişdiyini açıqlayıb: “İlham sağalmağa doğru gedirdi. Sonra biz kirayədə qaldıq. Bizimlə birgə İlhamın bacısı Rəhilə və anası Ulduz xanım qalırdı. O arada bir bacısıgilə gedirdi. Bir valideyn kimi Ulduz xanımın və Gülü ananın da (Rəhman Rəhmanovun ikinic həyat yoldaşını nəzərdə tutur – red.) hər zaman hörmətini saxlamışam. Onlara qarşı heç zaman pis olmamışam. Günlərin bir günü İlham pilləkandan düşərkən baş üstü yerə yıxılır və şah damarı kəsildiyi üçün o, dünyasını dəyişdi. Həkimlər söylədilər ki, daş kəllə sümüyünün içinə girib və onu o daşı çıxarda bilmədikləri üçün İlham dünyasını dəyişdi” Azadə Rəhman Rəhmanovun birinci həyat yoldaşı Ulduz xanımdan ayrılarkən ona Kubinka ərazisində 7 otaqlı ev qoyduğunu bildirib: “Ulduz xanım Emil və İlham kimi gözəl övladları dünyaya gətirib. Allah onun canını sağ eləsin. Bizim uşağımız olmadı. Amma mən İlham dünyasını dəyişsə də, ikinci dəfə ailə qurmadım. Biz 3 il birlikdə yaşadıq. Mən bu illər ərzində özümü bu ailəyə həsr elədim (ağlayır). Bu efirə çıxmaqda məqsədim odur ki, Ulduz xanımın verilişə belə müsahibələr verməyi lazım deyil. Bu gün əgər sən Rəhman müəllimdən ayrılmısansa, lazım deyil onun və ailəsi haqda pis sözlər danışmaq. Axı o nə zamansa sənin sevdiyin insan və ailə olub. Ulduz xanım deyir ki, mən kirayədə qalıram. Amma mən bildiyim qədərilə Rəhman müəllimin Kubinkada 7 otaqlı evləri olub. Eşitdiyimə görə, Rəhman müəllim bir tək kostyumunu götürüb o evdən çıxıb. 7 otaqlı evi isə Ulduz xanım nə edibsə, bilmirəm, amma indi özü dediyi kimi kirayələrdə qalır. Bizim verilişə çıxıb ailə sirlərimizi dağıtmağımız düzgün deyildi. Amma bunu Ulduz xanım istədi.Rəhman müəllim abırından çıxıb heçnəyi danışmır. Biz İlhamla bir evdə tək deyil ailəlikcə bir yerdə yaşamışıq. Biz çox kasıb yaşadıq, amma heç kimə əyilmədik. Rəhman müəllim və Gülü ana maddi sıxıntıları ola-ola bizə yardım edirdilər. Məndə o zamanlar işləyirdim. Bir fikrim var idi ki, ərim İlhamı ayağa qaldırım. Bu gün Emilin də, İlhamın da yatdığı torpağa hörmət etmək lazımdır”. Qeyd edək ki, Emil Rəhmanoğlu 44 yaşında xəstəxanada dünyasını dəyişib. O, Biləcəri ərazisində yerləşən məzarlıqda 19 il əvvəl vəfat edən qardaşı İlhamın yanında dəfn edilib.
1,046,497
21.02.2024 01:14
Dünya
Rusiya səfiri Navalnının ölümü ilə bağlı Portuqaliya XİN-ə çağırılıb
Rusiyanın Lissabondakı səfiri Mixail Kamınin Aleksey Navalnının ölümü ilə bağlı Portuqaliya Xarici İşlər Nazirliyinə çağırılıb. “Report” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir. Səfirin nazirliyə çağırılmasına səbəb kimi Kremlin Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümünə şərh verməməsi göstərilib. Qeyd edək ki, fevralın 17-də Böyük Britaniya Xarici İşlər Nazirliyi Navalnının ölümü ilə bağlı Rusiya səfirinin müşavirini çağırıb. Ardınca Rusiya diplomatları İspaniya, Latviya, Litva, Niderland, Norveç, Polşa, Finlandiya, Fransa, Almaniya, İsveç və Estoniyanın Xarici İşlər Nazirliklərinə də çağırılıb. Xatırladaq ki, fevralın 16-da A.Navalnı həbsxanada ölüb.
1,046,498
20.02.2024 23:57
İdman
Azərbaycanın Avropa çempionu: 3 qızıl medal qazandım
Mübarizəmi sona qədər davam etdirdiyimdən 3 qızıl medal qazandım. “Report”un xəbərinə görə, bu sözləri Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında üç qızıl medal qazanan Dadaş Dadaşbəyli jurnalistlərə açıqlamasında deyib. Yarışa hazırlığım çətin oldu. Türkiyədə ilk təlim-məşq toplantısını keçirdim. Dizimdən zədə almışdım. Üç qızıl medal qazanacağıma tam əmin deyildim. Amma qızıl, bürünc medallar qazanacağımı düşünürdüm. Hədəfim də bu idi. Mübarizəmi sona qədər davam etdirdiyimdən 3 qızıl medal qazandım. İnşallah ay yarımdan sonra Dünya Kuboku yarışında iştirak edəcəyəm. Artıq bu yarışda 109 kiloqramdan artıq çəkidə mübarizə aparacağam. Burada da uğurlu nəticə qazanmaq istəyirik. Əminəm ki, son lisenziya turniri də bizim üçün uğurlu olacaq. Xatırladaq ki, 109 kiloqram çəki dərəcəsində çıxış edən Dadaş Dadaşbəyli birdən qaldırma hərəkətində 176 kiloqramın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionu olub. İdmançı təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 212 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb. O, toplam 388 kiloqram (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
1,046,500
21.02.2024 01:27
Dünya
Avropa Komissiyası Ukraynaya 75 milyon avro yardım ayırıb
Avropa Komissiyası (AK) “humanitar layihələr” üçün Ukraynaya 75 milyon, Moldovaya isə 8 milyon avro ayrıldığını açıqlayıb. APA-nın məlumatına görə, bu barədə AK-nin saytında dərc olunan məlumatda deyilir. “83 milyon avroluq humanitar maliyyə vəsaitindən: 75 milyon avrosu Ukraynadakı humanitar layihələrə ayrılıb. Moldovada humanitar layihələrə 8 milyon avro ayrılıb”, - hesabatda qeyd olunur. Ukraynada humanitar layihələr təcili yardımın təmin edilməsinə, o cümlədən mənzil, mühafizə, təmiz su, təhsil və səhiyyə kimi əsas ehtiyacların əldə edilməsinə yönəlib. Moldovaya ayrılan pullar əhalinin ən həssas təbəqələrinə ünvanlı yardım göstərilməsinə yönəldilməlidir. Avropa Komissiyasının məlumatına görə, bugünkü yardımla birlikdə Ukrayna münaqişəsi nəticəsində zərər çəkmiş mülki əhali üçün humanitar proqramlara ayrılan vəsaitin həcmi 926 milyon avroya çatır. Bunlardan 860 milyon avrosu Ukraynaya, 66 milyon avrosu isə Moldovaya ayrılıb.
1,046,502
21.02.2024 01:40
Dünya
Naməlum şəxs şərab zavoduna girərək 60 min litr şərabı yerə tökdü - VİDEO
İspaniyada naməlum şəxs şərab zavoduna girərək 60 min litr şərabı yerə töküb. Musavat.com xəbər verir ki, həmin şəxs yaxalanmamaq üçün səhər tezdən hərəkətə keçib. Şirkətə dəyən ziyan 2 milyon avro dəyərində qiymətləndirilir və Mülki Qvardiya cinayətkarı axtarır. Musavat.com
1,046,503
21.02.2024 01:53
Dünya
ABŞ Dövlət Departamenti: Ukrayna özünü müdafiə etmək üçün...
"Konqresin əlavə dəstəyi olmadan Ukrayna özünü müdafiə etmək üçün hava hücumundan müdafiə sistemlərini və sursat ehtiyatlarını artıra bilməyəcək". Musavat.com xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller səsləndirib. Musavat.com
1,046,504
21.02.2024 02:06
Ölkə
Namaz qılınan toyun sahibi danışdı - VİDEO
Sosial şəbəkələrdə şadlıq sarayında toy mərasimi zamanı camaat namazının qılındığını əks etdirən videogörüntülər yayılıb. Görüntülər sosial şəbəkədə müzakirəyə çevrilib. Bu hadisə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Toy mərasiminin sahibi Oqtay Quliyev hadisəyə münasibət bildirib. "Məlum video ilə bağlı bir məsələyə aydınlıq gətirməliyəm. Toyu milli adət-ənənələrimizə uyğun olaraq təşkil etmişəm. Muğam üçlüyü əsas toyun aparıcısı idi. Təbii ki, digər toylardan fərqi içki və rəqsin olmaması idi. Toyda dindarlar və möminlərla yanaşı qeyri-dindar qonaqlarım da iştirak edirdi. Möminləri nəzərə alaraq şadlıq evində bir otaqda namaz üçün şərait yaradılmışdı. Ancaq bəzi dindarların təşəbbüsü və təkidi ilə şadlıq evinin ortasında mənim fikrim nəzərə alınmadan camaat namazı qılındı. Həmin namazı lentə alan qonaqlar onu sosial şəbəkələrdə paylaşıblar. Özümə qalsa, bunu doğru hal hesab etmirəm. Düzdür, namaz vaxtında qılınmalıdır, ancaq bəzi məqamlarda şəraiti nəzərə almaq lazımdır. Bura toydur", - mərasimin sahibi qeyd edib.//İqtisadiyyat.az
1,046,506
21.02.2024 08:38
Son xəbər
Bakıda bu tarixdə şaxta olacaq - XƏBƏRDARLIQ
İlk yayın vaxtı 02:19 Fevralın 26-dan etibarən Bakıda və Abşeron yarımadasında hava şəraiti yenidən kəskin dəyişəcək. Musavat.com xəbər verir ki, fevralın 26-da paytaxtda 2 dərəcə şaxta olacaq. Fevralın 28-də gecə də havanın temperaturu -1 dərəcə təşkil edəcək.
1,046,507
21.02.2024 08:00
Analitika
İki ölkənin bir kölgəsi – Azərbaycan və Türkiyənin dillərdə dastan büsatı
Bu, yazılmamış, amma az qala bütün ölkələrdə tətbiq olunan beynəlxalq qaydadır: bir ölkədə prezident və ya parlament seçkilərindən qalib çıxan siyasətçi ilk səfərini mütləq dost-müttəfiq ölkəyə edir. Bəzən, dostu, müttəfiqi çox olan ölkələr onları sıralayır, birinci birinə, sonra digərinə, daha sonra o birinə səfər edir. Bu, daha çox simvolik məna daşıyır, ancaq hər ölkə özünün səfini də belə göstərir, düşmənlərinə və ya rəqiblərinə mesaj verir. Artıq neçə vaxtdır ki, Türkiyədə seçkilərdə qalib gələn siyasi qüvvənin – AKP-nin lideri Rəcəb Tayyib Ərdoğan ilk səfərini Azərbaycana edir. Elə Azərbaycanın dövlət başçısı İlham Əliyev də artıq neçənci dəfədir ki, seçkidə qalib gələndən sonra Türkiyəyə səfər edir, görüşlər keçirir. Bu dəfə də istisna olmadı. 7 fevral seçkisində növbəti dəfə qalib gələrək prezident seçilən İlham Əliyev andiçmə mərasimindən bir neçə gün sonra qardaş ölkəyə səfər etdi və göstərdi ki, bu iki ölkənin dostluğu, qardaşlığı əzizdir və bu birgəliyə sədaqət olduğu kimi də davam edir. Türkiyə və Azərbaycanın münasibətindən, əlaqələrindən bəhs edərkən hər iki ölkədə və onlardan kənarda adətən “qardaş ölkələr” istilahı işlədirlər və bu, havayı söz deyil, altında möhkəm özül var. Bu gün dünyada “dost-qardaş” ölkələr çoxdur, amma onların bir xeylisinin “qardaşlığı” mənafelərinin ilk toqquşmasına qədərdir, ondan sonra araya soyuqluq düşməsi halları da tez-tez olur. Məsələn, 4-5 il öncə hamıdan daha “yaxın olan qardaşlar” Rusiya və Belarus idi, aralarından su keçmirdi, hətta bu iki ölkə vahid ittifaqda birləşib, ancaq bir gün Rusiya ayağını dirəyib Belarusdan qaz pulunu dərhal ödəməyi tələb etdi. Prezident Lukaşenko gecəylə Azərbaycana müraciət edərək pul istədi ki, “qardaş”ının borcunu ödəsin. Başqa dost-müttəfiq ölkələrin arasında da belə hallara rast gəlinir. Şükür ki, Azərbaycan və Türkiyə dostluğa, qardaşlığa daha böyük önəm verir, ona xələl gəlməsini istəmirlər. Hər iki ölkə yekcins tərkibə malik olmadığından bəzən gah Anadoluda, gah da bizim ölkədə çatlaq səslər eşidilir, aranı ya nadanlıqdan, ya da bilərəkdən vurmağa çalışanlar, xoşagəlməz söz-söhbətlər yaradanlar olur. Ancaq hər iki ölkədə onların ağzından anındaca vurulur. Məşhur mahnıda deyildiyi kimi, “Egeydən Xəzərə qədər, beşikdən məzara qədər Azərbaycan-Türkiyə”. Türkiyə nəinki bizim üçün, eləcə də bütövlükdə türk dünyası üçün dəyərli ölkədir. Bu gün Türk Dövlətləri Təşkilatına üzv olan müstəqil dövlətlərin təhlükəsizliyinin və suverenliyinin qarantoru məhz Türkiyədir. Bu dövlət dünya miqyasında söz sahibidir. Son 10 ildə bu faktor daha qabarıq şəkildədir və təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlərin həlli Türkiyənin mövqeyindən asılıdır. Azərbaycan dövlət və millət olaraq Türkiyənin uğurlarına öz uğurları kimi sevinir, onun üzləşdiyi çətinlikləri öz problemi sayır, itkilərini öz itkisi hesab edir, ekstremal durumlarda yardım etməyə çalışır. Məsələn, son bir neçə ildə Türkiyədə şiddətli meşə yanğınları tüğyan edəndə köməyə ilk yetişən Azərbaycan yanğınsöndürənləri olur. Ötən ilin fevralında Türkiyənin cənub-şərq əyalətlərində baş verən güclü zəlzələdən sonra da ölkəmizin xilasediciləri fəlakət zonasına birinci yetişmiş, sonuncu tərk etmişdilər. Azərbaycan inşaatçılarnın zəlzələ zonasında fədakar və effektiv əməyi sayəsində zəlzələdən zərər çəkənlərin mənzillə təmin edilməsi işi intensiv şəkildə davam edir. Öz növbəsində Türkiyənin şirkətləri də Azərbaycanın işğaldan azad edilmiş rayonlarında infrastrukturun bərpasına ciddi töhfə verirlər. Ayrıca, Azərbaycan-Türkiyə qardaşlığından danışarkən 2020-ci ilin oktyabr-noyabr aylarında Türkiyənin Azərbaycana verdiyi dəstək barədə çox danışmaq olar. Bu barədə dəfələrlə və təfərrüatlı şəkildə yazılıb, bütün Azərbaycan xalqı bu həqiqətləri bilir və onları unudası, gözardı edəsi deyil. Həmin vaxt Türkiyə Azərbaycanın növbəti dəfə təklənməsinə, silah-sursat sarıdan korluq çəkməsinə imkan vermədi, arxamızda dağ kimi durdu və bu dəstəyin nəticəsi 44 günün içində özünü göstərdi. Bu iki çulğaşmış ölkənin vahid kölgəsi, nəhayət, Qafqaza “sərinlik” - sülh və əmin-amanlıq gətirəcək. Azərbaycanla Türkiyənin arasında müttəfiqlik sazişi var, hər iki dövlət, necə deyərlər, yaman gündə bir-birinə arxa-dayaq olmağı öhdəyə götürüb. Eyni zamanda bu müttəfiqlik büsatı bu və ya digər şəkildə Türk Dövlətləri Təşkilatına da inikas edir. Bunu gizlətməyə heç bir ehtiyac yoxdur, Türkiyə öz iqtisadi, siyasi, hərbi qüdrətinə görə TDT-nin lideridir, ancaq qardaş ölkənin liderliyi bəzi “köhnə qardaş”ların liderliyindən ona görə fərqlənir ki, rəsmi Ankara öz tərəfdaşlarına xroniki təzyiqlər etmək, hər məsələdə dominant mövqe tutmaq niyyətindən uzaqdır. Əks təqdirdə bu dostluqlar uzunömürlü və effektiv olmaz. Məlum olduğu kimi, bu ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşü keçiriləcək və həmin sammitdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də müşahidəçi statusunda iştirak edəcək. Əslində bəlkə də TDT-nin Avropanın ŞKTC qarşı 50 ildir yeritdiyi ayrı-seçkilik siyasətini durdurmaq, bu dövlətə münasibətini dəyişdirmək üçün daha effektiv qərarlar verməyinin vaxtıdır. Çünki yunanlar Kıprıs türkləri ilə birlikdə yaşamaq istəmir, türklər də adadan köçüb getmək, deportasiya olunmaq niyyətində deyillər. Demək, TDT bir neçə yüz ildən bəri bu adada yaşayan insanların təhlükəsizliyinə birdəfəlik təmin etməli, ŞKTC-nın tanınması yolundakı buzu sındırmalıdır. İki ölkənin yaxın dostluq-qardaşlıq münasibətlərinin əsas göstəricilərindən biri də ortaq layihələrdə əməkdaşlıq və ticarət tərəfdaşlığıdır. Bu gün Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi rekord həddədir, 7,5 milyard dollara çatıb və bu son hədd deyil. İrəlidə bu dövriyyənin daha da artması üçün hərtərəfli ciddi potensial var. Türkiyə Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında əsas tranzit və paylayıcı ölkədir. Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilib. Bu ilin ortalarında tam istismara verilməlii olan Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmağa imkan verəcək. Bir sözlə, Azərbaycan-Türkiyə birliyi dönməz, sarsılmaz, əbədi olmalıdır, hər iki ölkənin xalqının rifahı, təhlükəsizliyi, gələcək inkiafı üçün önəmli rol oynaçalıdır. Bunun belə olması üçün ortada əzm və iradə var. Musavat.com
1,046,508
20.02.2024 09:11
Siyasət
“Mitinq müxalifəti”nin son patronu - İrəvan bu gün... - SENSASİON DETALLAR
Politoloq: “Paşinyan hakimiyyətinin rusofob siyasətinə baxmayaraq, Rusiya Ermənistandan çıxmaq fikrində deyil, ona görə də...” Bu gün İrəvanda radikal müxalifət yenidən etiraz mitinqlərinə başlayır. Həm də, deyəsən, bu dəfə daha böyük əzm və ümidlə. Əsas tələb isə dəyişməyib: Paşinyan komandası hakimiyyəti qeyd-şərtsiz getməlidir. “Əgər Paşinyan öz xoşu ilə gedərsə, biz onun və ailəsinin təhlükəsizliyinə zəmanət veririk”. Bunu Ermənistanın keçmiş baş naziri, “Birlikdə” hərəkatının üzvü Qrant Baqratyan deyib. O qeyd edib ki, bu günə - fevralın 20-nə təyin olunan mitinq hər kəsə açıqdır. “Bir çoxları artıq qoşulub. Bir çox siyasi qüvvələrlə, o cümlədən "artsax parlamenti"ndə təmsil olunan üç qüvvə ilə ciddi iş aparılıb", - deyə o iddia edib. Belə görünür ki, “Qarabağ klanı” da fürsət gözləyir və hakimiyyətə qayıtmaq üçün həm də rus süngülərinə ümid edir. Təsadüfi deyil ki, bugünlərdə Rusiyanın hakim “Vahid Rusiya” partiyasının Moskvada təşkil etdiyi “Müstəmləkəçiliyə qarşı: millətlərin azadlığı uğrunda” adlı təsis qurultayına Ermənistandan hakim “Mülki Müqavilə” partiyasını yox, Xocalı canisi Serj Sərkisyanın sədri olduğu radikal müxalifətçi Ermənistan Respublika Partiyası dəvət edilib. Ermənistan nümayəndə heyəti tamamilə rusiyayönlü şəxslərdən - Eduard Şarmazanov, Hayk Mamicanyan və Anna Mkrtçyandan ibarət olub. Qəribədir, deyilmi? Yəni Moskva bununla açıq şəkildə göstərir ki, Ermənistanda hələ də rusiyayönlü qüvvələrə arxalanır. Təbii ki, bu, ən əvvəl Paşinyana mesajdır. Maraqlıdır ki, artıq Sərkisyan da “xortlamağa” başlayıb, ölkə daxilində özünü fəal şəkildə təbliğ edir. Axırıncı cəhd, sonuncu patron... Radikal-revanşist müxalifətin iqtidar əleyhinə bu dəfə konstitusiya dəyişikliyi bəhanəsi və Rusiyanın açıq dəstəyi də daxil olmaqla, öz ətrafına daha çox etirazçı toplamaq şansı necədir? Ermənistan qarışa bilərmi? Moskva həqiqətənmi Nikolla bağlı “düyməyə” basıb? Azər Badamov Deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda radikal müxalifət yenidən xalqı meydanlara çıxartmağa və Paşinyan hakimiyyətini devirməyə çalışır: “Xüsusilə radikal müxalifət son vaxtlar Ermənistan hakimiyyətinin konstitusiyada dəyişikliklərin edilməsi ilə bağlı səsləndirdikləri açıqlamalardan sonra bu mövzudan daha çox istifadə edir və çalışır ki, hakimiyyətə qarşı narazı olanların sayı çoxalsın. Paşinyan hakimiyyəti Rusiyadan uzaqlaşmağa və Qərbə inteqrasiya olunmağa çalışır. Ona görə Qarabağdakı məğlubiyyətinə görə də Rusiyanı günahlandırır və Rusiyanın təmsil olunduğu təşkilatlardan uzaqlaşmağa çalışır. O cümlədən son vaxtlar Rusiyaya qarşı açıqlamaların verilməsi də adi hal alıb. Paşinyan hakimiyyətinin qərbyönümlü olması Rusiya tərəfindən qəbul olunmur. Rusiya Ermənistanda tarixən mövcud olmuş və bu gün də iqtisadiyyatını idarə edir və sərhədlərin təhlükəsizliyini qoruyur. Paşinyan hakimiyyətinin rusofob siyasətinə baxmayaraq, Rusiya Ermənistandan çıxmaq fikrində deyil. Ona görə də Rusiyanın hakim "Vahid Rusiya" partiyasının Moskvada təşkil etdiyi “Müstəmləkəçiliyə qarşı: millətlərin azadlığı uğrunda” adlı təsis qurultayına da Ermənistanın iqtidar partiyasını yox, müxalifətin nümayəndələrini dəvət edib. Moskvaya dəvət olunmuş müxalifət nümayəndələrinə xüsusi tapşırıqların verildiyini hesab edirəm. Xüsusilə Qarabağ klanının rəhbəri adlandırılan Serj Sərkisyanın xüsusi aktivliyini görürük. Amma onların bütün çalışmalarının nəticəsiz olacağını hesab edirəm. Ermənistan ictimaiyyətində radikal müxalifətə və xüsusilə Qarabağ klanına qarşı bir nifrət var. Düzdür, etiraz aksiyalarına müəyyən qədər insanların qoşulacağı gözləniləndir. Amma bunun kütləvi hal alacağına inanmıram". Sona Əliyeva Keçmiş deputat, siyasi şərhçi Sona Əliyevanın fikrincə, Ermənistanda keçiriləcək mitinqin əsas səbəblərindən biri Paşinyanın Qərbə səfəri, orada keçirdiyi görüşlərdir: “Nikol Vovayeviç bu görüşlərlə Kremlə mesaj verdi ki, öz problemlərinin həllini Qərb vasitəsilə çözmək istəyir. İrəvan Bakı ilə sülh müqaviləsinin bağlanmasında da əsas vasitəçi kimi Qərb qütbünü götürür. Ona görə də Kreml Ermənistan siyasətindəki bütün "irili-xırdalı" füqurlardan son həmlə kimi istifadə etməyə çalışır. Doğrudur, Moskva budəfəki mitinqlərlə ciddi nəyəsə nail ola bilməyəcək. Amma Qərbə və İrəvana “mən hələ buradayam, getmək fikrim də yoxdur” - ismarışını göndərəcək. Yayılan məlumatlara görə, mitinqin maliyyə məsələsini də biznesmen siyasətçi Qagik Çarukyan və keçmiş prezident Serj Sərkisyanın kürəkəni Eduard Şarmazanov öz üzərinə götürüb. Üstəlik, mitinqin əsas tezisləri də yenidən redaktə olunmuş formada birbaşa Kremldən gəlib. Bu mitinqdən sonra Rusiyanın Ermənistana basqıları daha da artacaq. Ehtimal ki, Qarabağın dağlıq hissəsindəki rusiyalı sülhməramlılar da Rusiyaya yox, Ermənistana üz tutacaq. Yəni Kreml Ermənistanda qalmaq üçün bütün mümkün resurslarını səfərbər edəcək. Bundan başqa, Ermənistan ordusu hələ də rusmeylli zabitlərdən tam təmizlənməyib. Budəfəki mitinqlərin davamı olaraq cəbhəddə də müəyyən təxribatlara əl atılacaq. Təbii ki, Rusiya Ermənistan-Azərbaycan sərhədində təxribatlara qol qoymaqla Qərbə və onun Cənubi Qafqazdakı havadarına qulaqburması verməyi düşünür. Bütün bunlar rəsmi Bakıya həm diplomatik, həm də hərbi müstəvidə əlavə üstünlüklər qazandıra bilər". Fuad Heydər Politoloq Fuad Heydər isə hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının getdiyi bir zamanda hər vəchlə buna mane olmaq istəyən qüvvələr görünür: “Burada əsas məqsəd yekun sülh sənədinə imza atılmaması, iki ölkə arasındakı münaqişəyə son qoyulmamasıdır. Ona görə də xüsusilə də Rusiyaya bağlı olan həmin radikal müxalifət adlanan kəsim Paşinyana bu və ya digər şəkildə təsir etmək niyyətindədir. Sülhün əsas şərtlərindən biri də Ermənistanın konstitusiya dəyişikliyinə getməsidir. Lakin belə olduğu təqdirdə həmin ermənilərin özləri üçün uydurduğu yalan hekayələr də bitmiş olacaq. Ona görə də hazırda kilsə ilə Paşinyan arasında da çox ciddi mübarizə gedir. Mitinqlə bağlı məsələyə gəlincə isə düşünmürəm ki, Sərkisyan və ya Köçəryan ciddi kütlə toplaya bilsin. Çünki həmin şəxslər Ermənistan cəmiyyətinin ictimai-siyasi həyatında vurulmuş kartdan başqa bir şey deyillər. O nöqteyi-nəzərdən də demək olar ki, Paşinyana qarşı hazırkı müxalifət heç bir ciddi nəticə əldə edə bilməyəcək. Bütün bunların fonunda Ermənistanla Azərbaycan arasında hazırkı şərtlər daxilində sülh müqaviləsinin imzalanması belə təəssüf ki, hələ də hər şeyin bitdiyini göstərmir. Çünki ortada hələ ciddi maneələr var. Kimsə bizə təminat verə bilərmi ki, sülh müqaviləsinin sabahı sərhəddə hər hansı təxribatla üzləşməyəcəyik. Məsələn, Zəngilanda baş verən hadisə zamanı Paşinyan həmin terrorçu təşkilatla kommunikasiyalarının olmamasını söylədi. O zaman belə çıxır ki, hazırda Ermənistan sərhədlərini terrorçular qoruyur? Bu isə bizə həm də əsas verir ki, beynəlxalq hüququ da əldə rəhbər tutaraq bəzi addımları ataq. Lakin biz bunu istəmirik. Bölgəyə sülhün gəlməsinin, kommunikasiya xətlərinin açılmasının tərəfdarıyıq. Bunun üçün də sonuna qədər mübarizə aparacağıq". Cavanşir ABBASLI,“Yeni Müsavat”
1,046,515
21.02.2024 00:56
İdman
Azərbaycanlı idmançı tanınmış döyüşçünü məğlub etdi
Azərbaycanın MMA döyüşçüsü Mirəli Hüseynov ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən "Lights Out Xtreme Fighting" yarışında kəmər qazanıb. "Report"un ABŞ bürosu xəbər verir ki, 29 yaşlı idmançı yarışda 75 kiloda rəqibi tanınmış MMA döyüşçüsü, yerli idmançı Tommy Aarona qalib gəlib. O, qələbəsini arenada Azərbaycanın üç rəngli bayrağına bürünərək qeyd edib. Həmyerlimiz “Report”a açıqlamasında deyib ki, qələbəsini Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizə həsr edib: "Uşaqlıqda güləşlə məşğul olmuşam. Azərbaycanda bir çox çempionluqlarım var. MMA-da dəfələrlə Azərbaycan çempionu olmuşam və beynəlxalq yarışlarda ölkəmizi laqincə təmsil etmişəm. İki ildir, Kaliforniyada "America Kickboxing Academy (AKA)"-da yarışlara hazırlaşıram. Daha əvvəl də bir necə qələbə qazandım və bundan sonra da uğurların ardı gələcək. Ölkəmdən uzaqda olsam da bütün uğurlarımı Azərbaycana həsr edirəm. Qələbəmi Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizə həsr edirəm". M.Hüseynov vurğulayıb ki, hədəfi yaxın gələcəkdə UFC-də ("Ultimate Fighting Championship" (UFC)) iştirak etməkdir.
1,046,529
21.02.2024 02:33
Şou-biznes
Rəşid Behbudovun qızına NƏ OLUB? - FOTO
Mərhum əfsanəvi müğənni Rəşid Behbudovun qızı, opera və vokal ifaçısı, Əməkdar artist Rəşidə Rəşid yeni paylaşımı ilə diqqətləri üzərinə cəmləyib. Bizim.Media xəbər verir ki, sənətçi yeni fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək, maraq doğuracaq şərh yazıb. "Mən yoxam bu dünyada... Mən yoxam bu röyada", - deyə Rəşidə vurğulayıb. Sözügedən şəkilə isə R.Rəşid həyat yoldaşı Kamil Şahverdinin, qızı Juliya Behbudovanın və oğlu Rəşid Behbudovun adlarını işarələyib.