id
int64 43k
1.05M
| date
stringlengths 16
16
| category
stringclasses 47
values | title
stringlengths 1
19.1k
⌀ | text
stringlengths 13
518k
⌀ |
---|---|---|---|---|
1,046,278 | 20.02.2024 09:15 | Son xəbər | TƏCİLİ: Ermənistan hərəkətə keçir – ordumuz S300-ləri HAZIR VƏZİYYƏTƏ GƏTİRDİ – “Səhər Xəbər” | İsrail İordaniyanın qərbində nəzarəti saxlamaq niyyətindədir Kanada Ukraynaya 800-dən çox dron ianə edəcək Netanyahu: “HƏMAS-la razılaşma yalnız bu yolla bağlana bilər” “Kütləvi şəkildə Ermənistandan imtina edirlər” - Elinar Vardanyan Navalnının həyat yoldaşından ŞOK AÇIQLAMA SON DƏQİQƏ! İran hərəkətə keçdi: Genişmiqyaslı müharibə... Bakı məktəbində ŞOK HADİSƏ: Polis və məktəb rəhbərliyi hərəkətə keçdi DİN-dən məktəbli qızların biabırçı hərəkətləri ilə bağlı AÇIQLAMA Avdeyevka işğal edildi: ruslar irəliləyə bilməyəcək Əliyev danışığa gedirsə, deməli... - Xaçatryan Putinə qarşı plan: Navalnını onlar öldürüb - Sensasiya Əliyev danışığa gedirsə, deməli... - Xaçatryan Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 09.15-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Səhər Xəbər” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Facebook səhifəsinin ünvanı: https://www.facebook.com/NewMusavat Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat |
1,046,279 | 20.02.2024 09:35 | İqtisadiyyat | Rubl görün neçəyə oldu - MƏZƏNNƏ | Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Musavat.com xəbər verir ki, avronun məzənnəsi 0,08 % azalaraq 1,8308 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0184 manat təşkil edib. |
1,046,280 | 20.02.2024 09:46 | Yaşam | Limonun az adamın bildiyi faydaları | Sağlam qidalanma sahəsində mütəxəssislər limonu pəhrizinizə mümkün qədər tez-tez daxil etməyi tövsiyə edirlər - onların şirəsi və ya meyvə parçaları müxtəlif içkilərə əlavə edilə bilər. Limonun çox faydalı olduğunu hər kəs bilir. Lakin nə səbəbdən faydalı olduğunu isə az adam bilir. Limon ümumi sağlamlığı qorumağa və bədəni içəridən gücləndirməyə kömək edən antioksidanlarla zəngindir. Son illərdə limonlu suyun böyrəklərdə daş əmələ gəlməsi riskini azaltmaq və sağlam həzm sistemini dəstəkləmək qabiliyyətinə görə bir çox ölkədə populyarlığı əhəmiyyətli dərəcədə artıb. Limonda olan C vitamini və antioksidanlar ürək sağlamlığını yaxşılaşdırır. Bu vitaminin müntəzəm istehlakı sərbəst radikalların bədənin hüceyrələrinə təsirini azalda bilər ki, bu da aterosklerozun inkişafının qarşısını alır. Bundan əlavə, limon daha az bilinən, lakin əhəmiyyətli xüsusiyyətlərə malikdir. Bir meyvədə tövsiyə olunan gündəlik C vitamini dozasının üçdə birindən çoxu var ki, bu da orqanizmin dəmiri mənimsəməsinə kömək edir. C vitamini dəmir mənbələri ilə birləşdirildikdə, dəmirin udulması artır, bu da dəmir çatışmazlığı və aşağı hemoqlobin səviyyəsinin səbəb olduğu dəmir çatışmazlığı anemiyasının inkişafının qarşısını alır. Limonun müntəzəm istifadəsi zərərli sərbəst radikalları zərərsizləşdirərək immuniteti artırır. O, sümükləri də gücləndirir, kollageni sintez edir və dərini cavan saxlayır. Limon aroması da sinir sisteminizə sakitləşdirici təsir göstərir, stressi aradan qaldırmağa kömək edir.//Lent.az |
1,046,281 | 20.02.2024 09:58 | Siyasət | İrəvandan Bakıya qarşı ŞOK təxribat - Müharibə ilə bağlı... | Mifik “artsax”ın oyuncaq deputatları yenidən toplaşmağa hazırlaşır; bu, 19 sentyabrdan sonra separatçı ünsürlərin ilk belə provokativ yığıncağı sayılacaq - reaksiya Mifik “artsax” tarixin zibilliyinə atılsa da, erməni separatçı-revanşistlər kapitulyant ölkədə vaxtaşırı baş qaldırmağa çalışırlar. Bu da növbəti fakt - “Joxovurd” qəzetinin məlumatına görə, uydurma “artsax parlamenti”nin “deputatları” yaxın vaxtlarda “iclas” çağırmaq niyyətindədirlər. İddia olunur ki, artıq konsensus da əldə olunub və “tədbirin” vaxtı ilə bağlı müzakirələr aparılır. “Bizə çatan məlumatlara görə, gündəlikdəki əsas məsələ, fevralın 2-də yazdığımız kimi, "parlamentin istintaq komissiyası"nın yaradılması məsələsi olacaq. 2023-cü ilin mart ayından “artsax” sakinlərinin maaşlarından tutulan məbləğlərin yığılan pensiya fonduna köçürülmədiyini, bəzi naməlum xərclərə yönəldildiyini yazmışdıq. Bununla əlaqədar deputatlar “vətəndaşlar”ın əmanətlərinin nəyə sərf edildiyini və buna görə kimin cavabdeh olduğunu öyrənmək üçün təhqiqat komissiyası yaratmaq niyyətindədirlər", - qəzet yazıb. Aydındır ki, motivindən asılı olmayaraq, belə bir “iclas” baş tutarsa, 19 sentyabr antiterror tədbirlərindən sonra ilk dəfə olacaq və sözsüz ki, separatçı ünsürlərin Azərbaycana qarşı açıq təxribatı sayılacaq. Eyni zamanda bu avantüraya mane olmayan Nikol Paşinyan iqtidarına konkret sual yaradacaq. Bəs hakimiyyət təxribata imkan yaradacaqmı? Şübhə yox ki, məsələdə hər hansı loyallıq ən əvvəl Paşinyan hökumətinin Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyinin növbəti təsdiqi olacaq. Yəni ərazi bütövlüyü ilə bağlı davam edən “ikili oyun”. Xatırladaq ki, İrəvan rəsmiləri Ermənistanda mifik “artsax” institutlarının saxlanmasının ölkənin milli təhlükəsizliyinə təhlükə olduğu barədə dəfələrlə açıqlamalar verib. Spiker Alen Simonyan açıq surətdə qeyd edib ki, Ermənistan ərazisində dövlətə aid olmayan strukturlar fəaliyyət gösətər bilməz. Habelə, baş nazir Nikol Paşinyan da bu tezisi inkişaf etdirir. Ümumiyyətlə, gerb, himn dəyişikliyinin zərurəti, qanunvericilikdə ərazi iddialarının qaldırılması müzakirə mövzusudur. Separatçıların hərəkətlənməsi isə rəsmi İrəvanın bəyanatlarına daban-dabana ziddir. O zaman separatçıların plan və proqramı nədən ibarətdir? Bu cür toplantılar hansı məkrli niyyətdən və hədəflərdən irəli gəlir? Qulamhüseyn Əlibəyli Hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a açıqladı ki, bu toplantı ilə Azərbaycanın suverenliyinə xələl gətirilən hərəkətlərə yol verilir. Q.Əlibəyli Azərbaycanın öz ərazi bütövlüyünü qorumalı olduğunu vurğuladı. Onun sözlərinə görə, Qarabağdan gedən ermənilərin pensiya və əmanət problemlərinin həlli üçün yollar mövcuddur: “Birincisi, əgər Qarabağa gəlmək istəsələr, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Ancaq İrəvanda oturub bizim suverenliyimizə qəsd, ərazi iddiası olmamalıdır. Onlar Azərbaycan hökumətinə müraciət etməklə sosial məsələlərinə baxıla bilər. Yəni qarşılıqlı razılaşma əsasında olmalıdır. Digər tərəfdən, əgər Qarabağa qayıtmırlarsa, yaşadıqları ölkənin hökumətinə müraciət etməlidirlər. Ancaq heç birini etməyib, Ermənistanda qondarma parlament yığışaraq müzakirələr aparırsa, deməli, başqa dövlətə qarşı iddia sayılır. Ona görə ”mühacir hökumət" yaradılması böyük əhəmiyyət kəsb etməsə də, təxribat xarakterli hərəkətlərdir". Q.Əlibəyli qeyd etdi ki, ermənilər bölgədən öz xoşu ilə gediblər: “Əgər "mühacir hökumət" yaradılarsa, o halda, revanşizmə yol verilir. Azərbaycan hakim dairələri buna etirazını bildirməlidir. Hər şeydən əvvəl isə Ermənistan hakimiyyəti Azərbaycanla əlaqələri normallaşdırmaq istəyirsə, bu hərəkətlərə yol verilməsinin qarşısını almalıdır". Ramiyə Məmmədova Siyasi şərhçi Ramiyə Məmmədova antiterror əməliyyatından sonra Qarabağı tərk etmiş ermənilərin sosial məsələlərinin həll edilməsini gözlənilən bir proses adlandırır. Ekspert hesab edir ki, bununla Ermənistan dövləti məşğul olmalıdır: “Əlbəttə, 30 il bir ərazidə yaşamış insanların köçdükdən sonra müəyyən sosial məsələləri meydana çıxır. Misal üçün, Ağdərənin hansısa kəndində, yaxud Xocavənddə yaşamış erməni indi sosial dəstək istəyir. Onun kimi yüzlərlə belə erməni var. Hazırda Ermənistan hökuməti onlar üçün yataqxanalar, ictimai mənzillər ayırıb. Həmçinin xaricdən maliyyə dəstəyi gözlənilir. Məncə, Şahramanyan, eləcə də Qarabağdan qaçmış digər cinayətkar separatçılar, onların qondarma deputatları pula göz dikdikləri üçün toplaşırlar. Yəni pensiya, əmanət problemlərini Paşinyan hökuməti həll etməlidir. Görünür ki, separatçılar maliyyəni əldə etmək üçün yığıncaqlar keçirir. Ancaq düşünmürəm ki, Paşinyan buna imkan versin. O da bilir ki, separatçılar maliyyə səbəbindən fəallaşır”. Təhlilçi burada siyasi məqsəd az görür, nəticəsiz olacağını düşünür: “Prezident onlara bir daha mesaj verdi ki, Xankəndidə seçki qutusuna atılan bülleten separatçıların tabutuna vurulan son mismar idi. Eləcə də sərhəd təxribatına cavab olaraq 4 erməni terrorçunu məhv eləməklə göstərdik ki, bundan sonra Azərbaycana qarşı hansı addımlar atılacaqsa, bədəli ağır olacaq. Onlar da bunu gözəl dərk edirlər. Sadəcə, pul üstündə bir qovğa var və Paşinyanla separatçılar bölüşə bilmirlər”. Emil SALAMOĞLU,“Yeni Müsavat” |
1,046,282 | 20.02.2024 10:10 | Yazarlar | Nikol Paşinyan niyə zəif “oyunçu”dur?.. | Əgər Azərbaycan-Ermənistan sərhədində bir müddətdir davam edən atəşkəsin bu yaxınlarda pozulması Münxen Təhlükəsizlik Konfransı ilə bağlı idisə, bu, onu deməyə əsas verir ki, erməni baş naziri Nikol Paşinyan cənabları çox zəif “oyunçu”dur, çünki belə ehtimal var idi ki, sərhəddə atəşkəs rejiminin pozulması N.Paşinyana ona görə lazım idi ki, birincisi, Bakıdan Münxen siyasi əhlinə şikayət etsin, ikincisi, heç bir əngəl və mane olmadığı halda bu vaxta qədər sülh sazişini imzalamamasını onunla izah etsin ki, guya Bakı sülh yox, müharibə istəyir... Amma Paşinyan cənabları Münxhendə nəyəsə nail oldumu? Əlbəttə ki, yox! Həm də ona görə ki, bu konfrans təhlükəsizlik sahəsində mühüm tədbir olsa da onun tövsiyyələri yalnız və yalnız fikir mübadiləsi xarakteri daşıyır,- o, bir növ Davos iqtisadi Forumu kimi bir şeydir, əlbət ki, təhlükəsizlik siyasəti sayəsində... Bəs əvəzində nə baş verdi? Birincisi, Azərbaycan Prezidenti əsas Avropa liderləri ilə görüşdü, müzakirələr apardı. Düşünürük və həm də ümid edirik ki, bu mühüm görüşlər Azərbaycan-Avropa müstəvisində son vaxtlarda yaranmış gərginliyi azaltmaq iqtidarında olacaq, çünki avropalılar onları maraqlandıran suallara Azərbaycanın birinci şəxsindən cavablar aldılar ki, bu da çox önəmli bir detaldır. İkincisi, Azərbaycan-Ermənistan liderlərinin ikitərəfli görüşü baş tutdu və bu görüş Makronsuz-filansız, yəni Fransa prezidentinin iştirakı olmadan keçdi və bu, bir daha onu göstərdi ki, Azərbaycan özünün son bəyanatlarına sadiqdir. Yada salaq ki, rəsmi Bakı bu yaxınlarda bəyan etmişdi ki, onun yağışdan sonra göbələk kimi artan vasitəçilərə qəti ehtiyacı yoxdur, Bakı və İrəvan onların iştirakı olmadan da anlaşa blər. Təəssüf ki, görüşdə nələrin müzakirə olunması bizə bəlli deyil. Məlum olanı budur ki, İrəvanın son bəhanəsi konstitusiyaya və müstəqillik aktına düzəliş etməkdir. Amma burada da bəzi məqamlar var. Birincisi, bilinmir ki, Paşinyan və komandası bu məsələdə nə qədər qətiyyətli və israrlıdır? İlk baxışda belə təəssürat yaranır ki, İrəvan sülh sazişini imzalamamaq üçün və yaxud da bu prosesi uzatmaq üçün yaxşı bəhanə tapıb. Bir tərəfdən də məsələ ciddidir, çünki nə vaxtsa imzalanacaq sülh sazişinin etibarlılığı və dayanıqlığı bununla bağlıdır. Digər tərəfdən isə, cəmiyyətin bu məsələyə dəqiq münasibəti bəlli deyildir. Biz bu sətirləri yazanda belə xəbərlər deyilirdi ki, guya erməni müxalifəti fevralın 20-də böyük mitinqlərə hazırlaşır. Ən maraqlısı budur ki, mitinqin məqsədi N.Paşinyanın qərbpərəst siyasətinə etiraz etmək və ona son qoymaqdır. Bu nə deməkdir? Yoxsa Rusiya Paşinyana qarşı qəti hücuma keçir? Hələ ki tam məlum deyil, amma o da var ki, erməni baş nazirin əsas opponentləri məhz rusiyayönümlü müxalifətdir... Bir sözlə, görək, nə olur? Bizim proqnozumuza gəldikdə, düşünürük ki, rusiyayönümlü müxalifətin daxildə revanş götürməsi üçün hələ həlledici məqam yetişməyibdir. Həm də burada başqa məqam da var. Kremldə də belə hesab edirlər ki, Ermənistanın son vaxtlarda yürütdüyü qərbpərəst siyasət yalnız Nikol Paşinyanla bağlıdır. Belədirmi? Bizə elə gəlir ki, yox, çünki İrəvanı bu vaxta qədər Rusiyanın orbitində saxlayan ən əsas məsələ keçmiş Dağlıq Qarabağ problemi idi. O, artıq yoxdur, üstəlik, nəinki erməni ordusu, hətta erməni əhalisi də otuz ildən sonra keçmiş Dağlıq Qarabağdan, necə deyərlər, dabanlarına tüpürüb qaçdılar. Odur ki, daha Rusiya onlara lazım deyil... Əlbəttə, İrəvanın Qərbə istiqamət götürməsində Nikol Paşinyanın da rolu var və biz bunu tamam inkar etmirik. Amma belə olduğu təqdirdə erməni baş nazirin Qərb siyasi kampaniyasının nə ilə bitəcəyini proqnozlaşdırmaq elə də asan məsələ deyil, çünki Nikol elə də mahir siyasi “oyunçu” deyil. Biz daim qeyd edirik ki, erməni cəmiyyəti Nikola bu vaxta qədər ona görə dözüb ki, o, daha müharibə istəmir. Nikol isə qətiyyət göstərib Bakı ilə sülh sazişi imzalamır, ölkəsinin regional siyasətini kardinal şəkildə dəyişməyə tələsmir və əgər belə davam etsə, o, gec-tez bunun da bədəlini ödəyəcək... Hüseynbala Səlimov |
1,046,283 | 20.02.2024 09:48 | Siyasət | “Gücünüzü etiraf edirik və artan nüfuzunuz ilə hesablaşırıq” | Bildiyiniz kimi, Prezident İlham Əliyev cari ilin 16-18 fevral tarixlərində Almaniyada 60-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmişdir. Mühüm görüşlərlə zəngin olan sözügedən səfər birmənalı olaraq ölkəmizin diplomatiya tarixində əlamətdar hadisə kimi həkk olacaqdır. Əlbəttə ki, zaman-zaman əldə olunmuş uğurları həm siyasi müstəvidə, həm də əhalinin ictimai təfəkküründə təsbit etmək üçün mütləq olaraq ixtisaslaşmış təhlillərin aparılmasına və maarifləndirici izahlara ehtiyac yaranır. Aparılacaq təhlillərdə müxtəlif metodlardan istifadə olunması isə mülahizələrin populyarlaşdırılmasına xidmət edəcəkdir. Prezident İlham Əliyev tərəfindən vətənpərvər gənclərin formalaşdırılması məsələsinə ayrılan xüsusi diqqəti nəzərə alaraq, burada digər metodlarla yanaşı mütləq olaraq elmi-populyar metodlardan da geniş istifadə olunmalıdır. Böyük məzmunu asan dildə cəmiyyətə çatdıran populyar elmi metodlar davamlı ictimai fikrinin formalaşdırılması prosesində əvəzolunmazdırlar. Qərbdə konkret siyasi hadisələrin təhlili zamanı istifadə olunan ən populyar sosial-psixoloji və politoloji təhlil metodlarından biri məhz biheviorizmdir. İnsanın davranışı (jestlər, mimika, hərəkətlər və s.) üzərindən aparılan bu cür təhlillər vasitəsilə siyasətçilər tərəfindən atılan konkret addımların və qəbul olunan qərarların əsl səbəbləri müəyyən olunur. Böyük siyasətdə bilavasitə siyasətçilər tərəfindən bilərəkdən biheviorizm metodlarından istifadə olunması isə əhalinin ictimai şüurunda konkret məsələlərlə bağlı lazımi stereotiplərin formalaşdırılmasına xidmət edir. Təsadüfi deyil ki, Qərbin siyasi texnoloqları biheviorizmin altcərəyanlarından biri hesab olunan “bədən dili” metodlarından olduqca geniş şəkildə istifadə edirlər. Belə ki, Prezident İlham Əliyevin yuxarıda adıçəkilən konfrans çərçivəsində təşkil olunmuş çoxsaylı görüşlərinin bəzi təsvirlərini məhz “bədən dili” kontekstində təhlil etsək növbəti ümumiləşdirilmiş qənaətə gələ bilərik: “Beynəlxalq ictimaiyyət Azərbaycanın gücünü etiraf edir və ölkənin artan nüfuzu ilə hesablaşır”. “Bədən dili” metodlarına istinadən populyar dildə bəzi mülahizələrimizi qeyd edək. Burada “bədən dili” metodları kontekstində xüsusi olaraq Almaniya kansleri Olaf Şoltsun masada əyləşmə tərzinə, üzünün cizgilərinə və baxışlarına diqqət yetirmək lazımdır. Alman kansleri diqqətini ayırmadan öz tərəf müqabilinin gözlərinə baxır. Nəzərə alınmalıdır ki, bu metoddan diplomatiyada adətən inandırmaq üçün istifadə olunur. O.Şolts masada onlardan başqa heç kim olmadığına rəğmən sanki nəyisə xəlvət demək üçün Prezident İlham Əliyev tərəfə əyilməsi səmimi mühit yaratmaq istəyindən irəli gəlir. “Bədən dili” kontekstində fotodakı mənzərənin siyasi şərhi budur: Olaf Şolts bütün hərəkətləri ilə nümayiş etdirir və ya inandırmaq istəyir ki, Prezident İlham Əliyev onun üçün çox lazımlı, dəyərli və vacib tərəf müqabilidir. Kanslerin üzünün cizgiləri isə o məzmundadır ki, o hansısa məsələdə Prezident İlham Əliyevi razı salmaq istəyir. Fotonun ümumi mənzərəsi onu göstərir ki, vəziyyəti diktə edən tərəf məhz Azərbaycandır, aparılan danışıqlarda da son söz sahibi yenə də Azərbaycandır. Burada xüsusi olaraq Almaniya kansleri Olaf Şoltsun Prezident İlham Əliyev tərəfə uzadılmış qoluna diqqət yetirmək lazımdır. “Bədən dili” kontekstində sözügedən mənzərənin izahı budur: Situasiyanı diktə edən tərəf məhz Azərbaycandır, mövcud münasibətlərin qorunub saxlanılmasında isə maraqlı tərəf ilk növbədə Almaniyadır, Azərbaycan deyil. Xatırladaq ki, diplomatiyada isə ümumiyyətlə əlini uzadan kiçik tərəf hesab olunur. Bu foto bədən dili kontekstində kifayət qədər ifadəli və məzmunludur. Birincisi, Almaniya kansleri daha çox Prezident İlham Əliyevə yaxın duraraq sanki mövcud münasibətlərdə Azərbaycan tərəfini seçdiyini nümayiş etdirmək istəyir. Ermənistanın Baş nazirinin duruşu və baxışı isə birmənalı olaraq “küsülü insan” ifadəsindədirlər. Burada eyni zamanda Olaf Şoltsun əllərinin vəziyyəti də informasiya baxımından özündə maraqlı məzmun ehtiva edirlər. Kansler öz əllərini elə sıxıb ki, sanki tərəflər bir-birinin əllərini sıxmış kimi dayanıblar. Bununla da Almaniyanın kansleri şüuraltı səviyyədə Avropa ictimaiyyətinə mesaj ötürmək istəyir ki, Azərbaycan-Ermənistan münasibətlərində Almaniya moderator rolunu oynayır. Əslində isə biheviorist nəzəriyyələrə əsasən O.Şoltsun bu jestinin mənası budur: Avropa danışıqlar prosesində öz vasitəçilik rolunu itirməkdən çox qorxur. Bu fotolarda isə ilk növbədə bir tərəfdən Prezident İlham Əliyevin sərbəst və rahat əyləşməsi, digər tərəfdən isə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi məşhur Con Kerri və ATƏT-in fəaliyyətdə olan sədri İan Borqunun sanki öz rəhbəri qarşısında əlləri sıxılmış şəkildə farağat formasında əyləşmələri diqqət çəkir. Bu cür vizual mənzərə yenə də Prezident İlham Əliyevin gücünün etirafı və ölkəmizin dünyada artan nüfuz ilə hesablaşmasının əksidir. Politoloq A.Adil,Musavat.com |
1,046,284 | 20.02.2024 10:22 | Ölkə | DİN Xankəndi ilə bağlı məlumat yaydı | Ötən gün Xankəndi şəhəri ərazisində 13 silah aşkarlanıb. Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, fevralın 19-da 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 9 ədəd qumbara, 17 alışdırıcı, 54 ədəd patron darağı, 1575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. |
1,046,285 | 20.02.2024 10:01 | Siyasət | Türkiyə mediası Əliyevin səfərindən NƏLƏR YAZDI... FOTO | Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfəri qardaş ölkə mediasında geniş işıqlandırılıb. AZƏRTAC xəbər verir ki, Türkiyənin mətbu orqanları tərəfindən yayılan informasiyalarda Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarında səsləndirdikləri fikirlərə, birinci xanım Mehriban Əliyevanın Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşünə, eləcə də səfər çərçivəsində imzalanan Azərbaycan-Türkiyə sənədlərinin imzalanmasına xüsusi diqqət çəkilib. Anadolu Agentliyi dövlətimizin başçısının Türkiyəyə səfəri ilə bağlı “Azərbaycan Prezidenti Əliyev: Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”, “Prezident Ərdoğan: Qarabağda işğalın başa çatması ilə bölgəmizdə daimi sülh üçün tarixi imkan pəncərəsi açıldı” sərlövhələri ilə bir neçə məqalə yayımlayıb. Türkiyə və Azərbaycan prezidentlərinin fikirlərinin geniş oxucu kütləsinə çatdırılan xəbərlərdə dövlətimizin başçısının Türkiyənin bu gün dünyadakı rolu vurğulanıb, İkinci Qarabağ müharibəsi dövründə qardaş ölkənin daim Azərbaycanın yanında olduğu, sülh yolu ilə həll olunmayan tarixi məsələnin savaş meydanında cəmi 44 gün ərzində həll edildiyi diqqətə çatdırılıb, Türk dünyasının birləşməsinin, ortaq köklərə sahib olan xalqların bir arada olmasının Türk Dövlətləri Təşkilatının (TDT) hər bir üzvünü gücləndirəcəyi, TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin də qatılacağı bildirilib. “TRT” və “İyirmidört” Prezident İlham Əliyevin çıxışını “Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır” sərlövhəsi ilə yayımlayıb, dövlətimizin başçısından sitatlar verilib. Yazılar “Türk dünyasının birləşməsi TDT-nin gücünə güc qatacaq ", “Separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur”, “Təhsildə əməkdaşlıq vurğusu” kimi altbaşlıqlarla yayımlanıb. Məlumatlarda Azərbaycan Prezidentinin “Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”, “Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır”, “Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək”, “Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir”, “Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır” kimi fikirləri yer alıb. “NTV” media şirkəti tərəfindən hazırlanana məqalədə isə deyilir: “Azərbaycan Prezidenti İlham Əliyev ölkəsində keçirilən seçkilərdə qalib gəldikdən sonra ilk rəsmi səfərini Ankaraya edib. Rəsmi mərasimlə qarşılanan Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Liderlərin daha sonra nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçirilib. Görüşdən sonra iki ölkə arasında üç müqavilə imzalanıb. Birgə mətbuat konfransında çıxış edən Prezident Ərdoğan Ermənistan və Azərbaycan arasında daimi sülh üçün tarixi fürsət pəncərəsinin açıldığını, Prezident Əliyev isə “Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır”,- deyə bildiriblər”. Yazıda, həmçinin Prezident İlham Əliyevin Ankarada Anıtqəbiri ziyarət etməsi və ölkələrimiz arasında imzalanan anlaşmalara diqqət çəkilib. İstanbul ticarət qəzeti “Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib” başlıqlı məqaləsində Prezident İlham Əliyevin Türkiyənin regionda sülhün, sabitliyin və əməkdaşlığın təminatçısı olduğunu vurğuladığı, Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı hər zaman Azərbaycanın yanında olduğunu xatırlatdığı qeyd olunub. “Ensonhaber.com” saytı isə dövlətimizin başçısının Ankaraya səfərinə dair yazısını Azərbaycan Prezidentinin söylədiyi kimi, “Türkiyə bu gün dünya çapında söz sahibidir” sərlövhəsi ilə yayımlayıb. Dövlət başçılarının görüşünə dair videoçarxın da yer aldığı informasiyalarda Prezident İlham Əliyevin seçkilərdə qazandığı qələbədən sonra ilk səfərini Ankaraya etdiyi, bunun bir ənənəyə çevrildiyi bildirilib. Məqalələrdə Prezident İlham Əliyevin “Hər dəfə Türkiyədə olarkən qardaş ölkədə gedən genişmiqyaslı inkişaf prosesini izləyirəm. Buna çox sevinirəm və bir daha görürəm ki, əziz Qardaşımın səyləri nəticəsində qardaş ölkə yeni zirvələri fəth edir”, “2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi” kimi fikirləri xüsusi qeyd edilib. “Cumhuriyyet” qəzetində dərc olunan yazıda Azərbaycan Prezidentinin Anıtqəbiri ziyarət etdiyi, səfər zamanı üç müqavilənin imzalandığı, dövlət başçılarının mətbuata bəyanatında bir sıra vacib məsələlərə diqqət çəkdikləri vurğulanıb. “A haber” saytında yayımlanan xəbərdə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 7-də ölkəsində keçirilən prezident seçkilərindən sonra ilk rəsmi səfərini Türkiyəyə edib. İki lider mətbuata bəyanatında açıqlamalar verərkən Prezident Ərdoğan iki xalqın “Bir millət, iki dövlət” kimi çiyin-çiyinə hərəkət etdiyini bildirib. Prezident Əliyev isə Türkiyə barədə yüksək fikirlər səsləndirib, Türkiyənin dünyada söz sahibi dövlət olduğunu vurğulanıb. Portalda dərc olunan digər informasiyada isə “Türkiyə-Azərbaycan Universitetindən bəhs edilib. Bildirilib ki, bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək. “Akşam” və “Güneş” dərgilərində yayılan məqalələrdə Prezident İlham Əliyevin Türkiyənin dünyada söz sahibi, bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantı olduğunu bəyan etdiyi diqqətə çatdırılıb. Qardaş ölkənin Anadolu Agentliyi, “Daily Sabah”, “Milliyet.com”, “Hürriyet”, “Haber Türk”, “A haber”, “TV 100” kimi media orqanları Ankarada Azərbaycanın və Türkiyənin birinci xanımları Mehriban Əliyevanın və Əminə Ərdoğan ilə görüşünü də geniş işıqlandırıb. |
1,046,286 | 20.02.2024 10:35 | İqtisadiyyat | Rusiyadan postsovet məkanına pulköçürmələri azalıb - Ermənistana isə... | Azərbaycanın qərb və cənub bölgəsinin gəlirlərində RF-dən gələn pullar mühüm yer tutur 2023-cü ilin sonunda fiziki şəxslər tərəfindən Rusiyadan xarici valyuta köçürmələrinin həcmi 2022-ci ilin nəticələri ilə müqayisədə təxminən iki dəfə azalaraq 27,8 milyard dollara düşüb. Rusiya Mərkəzi Bankının rəsmi statistikasından aydın olur ki, il ərzində fiziki şəxslərin rublla transsərhəd köçürmələri 25,8 faiz artaraq 1,2 trilyon rubl təşkil edib. Məlumatdan aydın olur ki, Ukraynada işğalçı müharibə başladıqdan sonra Rusiyadan xalis xarici valyuta köçürmələrinin həcmi 2022-ci ilin əvvəlindən kəskin artıb və 2022-ci ilin dördüncü rübündə pik həddə çatıb: oktyabr-dekabr aylarında 20,4 milyard dollar köçürülüb. Ümumilikdə, 2022-ci ilin sonuna fiziki şəxslərin xarici valyutada köçürmələrinin həcmi 54,3 milyard dollar təşkil edib. Xarici valyutada pul köçürmələrinin həcmində kəskin azalma 2023-cü ilin birinci rübündə başlayıb, ilin sonunadək davam edib. Qeyd edək ki, Rusiya postsovet ölkələrindən olan əmək qüvvəsi üçün həmişə cəlbedici olub: iş tapmaq imkanları geniş, əmək haqqı öz ölkələrindəkindən yüksək olduğuna görə. Ukraynadakı işğalçı müharibə başladıqdan, Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etdikdən sonra da - 2022-ci il ərzində də postsovet ölkələrindən Şimala qazanc dalınca gedənlərin sayı azalmayıb. Bu proses yalnız ötən il - Rusiya hakimiyyəti ölkədə vətəndaşlıq alanları Ukrayna çöllərinə açıq ölümə göndərməyə başladıqdan sonra səngiməyə üz tutub. Bu sahədə yalnız Tacikistan fərqlənib - oradan Rusiyaya gedən əmək miqrantlarının sayında 4 min nəfər artım olub. Rusiyaya qazanca gedənlərin sayının azalması reallıqda oradan postsovet məkanına pulköçürmələrinin azalmasına əsas faktor deyil. Rusiyalı ekspertlər Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin azalmasının səbəblərindən biri kimi texniki çətinlikləri göstərirlər. Məsələn, 2023-cü ilin may ayından Qazaxıstanda bank hesabı açmaq çətinləşib və yayda ilk dəfə olaraq transsərhəd əməliyyatları həyata keçirmək üçün fəal şəkildə istifadə edilən pulköçürmə sisteminə - Unistream şirkətinə qarşı ABŞ sanksiyaları tətbiq edilib. Bundan dərhal sonra xarici banklar sistemlə işləməyi dayandırmağa başlayıblar. Onların arasında Gürcüstanın Georgian Bank of Georgia və TBC bankları da var. Ekspertlərə görə, Rusiyadan pul köçürmələrinin azalmasına Qərb yurisdiksiyalarının sanksiyalardan yayınma və onların həyata keçirilməsinə nəzarəti gücləndirmək üzrə ümumi siyasəti də təsir edə bilər. Formal olaraq, sadalanan ölkələrin heç biri Qərbin sanksiya rejimlərinə əməl etməyə borclu deyil, lakin maliyyə institutlarının Amerika bankları ilə sıx əlaqəsi və onlara qarşı sanksiyaların riskləri səbəbindən ABŞ kimi Qərb yurisdiksiyalarının məhdudiyyətlərinə əməl etməyə məcbur olurlar. Müharibə və sanksiyalar yeni başlayanda qonşu ölkələrə köçən Rusiya vətəndaşlarının bir hissəsinin geri qayıtması, ölkədən xarici valyuta ilə köçürmələrdə çətinliklərin yaranması da Şimal qonşudan yaxın çevrəyə pulköçürmələrinin azalmasının səbəbləri sırasındadır. Maraqlıdır ki, ötən il Rusiyadan Qazaxıstan, Gürcüstan, Ermənistan və Qırğızıstana pul köçürmələri 2022-ci illə müqayisədə 12 faiz azalaraq 7,7 milyard dollar təşkil edib. Bunu həmin ölkələrin mərkəzi banklarının 2024-cü ilin yanvarında dərc olunmuş məlumatları sübut edir. Bu ölkələr arasında yalnız Ermənistana köçürmələrdə azalma deyil, artım qeydə alınıb. Belə ki, Ermənistan pul köçürmələrinin həcminə görə dörd qonşu ölkə arasında lider olub. Rusiyalılar 2023-cü ildə bu ölkəyə 3,6 milyard dollar göndəriblər (2022-ci illə müqayisədə 15 faiz artım). İkinci yerdə Qırğızıstan olub (2,3 milyard dollar), Gürcüstan (1,5 milyard dollar, 27,2 faiz azalma) isə ilk üçlüyü qapayıb. 2023-cü ildə Rusiyadan Qazaxıstana 0,23 milyard dollar göndərilib. Göründüyü kimi, dövlətlər arasındakı kifayət qədər soyuq münasibətlərə rəğmən, Rusiyadan Ermənistana pulköçürmələri nəinki azalmayıb, əksinə, artıb. Elə bu mehriban “düşmənlər” arasında ticarət dövriyyəsində də ciddi artım diqqəti cəlb edir. Belə ki, Ermənistanın Statistika İdarəsinin məlumatına əsasən, 2023-cü ildə ölkə ilə Rusiya arasında ticarət dövriyyəsi 43 faiz artaraq 7 milyard 306 milyon dollara çatıb. 2022-ci illə müqayisədə Ermənistanın ümumi xarici ticarətində Rusiyanın payı təxminən eyni səviyyədə qalıb (35,6 faizdən 35,3 faizə qədər azalıb). Ermənistandan ixrac təxminən 39 faiz artaraq 3 milyard 418 milyon dollar təşkil edib. Beləliklə, Rusiya ilə ticarətdə ixrac və idxal demək olar ki, bərabərləşib (47 faiz/53 faiz). Yuxarıda da qeyd etdiyimiz kimi, Rusiyadan əksər qonşu ölkələrə pulköçürmələrinin azalmasının əsas səbəblərindən biri həmin ölkə banklarının ikincili sanksiyalardan çəkinərək Rusiya ilə əməliyyatlara məhdudiyyət tətbiq etməsidir. Lakin bu qorxu nədənsə Ermənistan banklarına aid deyil. Onlar Rusiya ilə əməliyyatları davam etdirir, Rusiya şirkətləri və fiziki şəxslərinə məmnuniyyətlə xidmət göstərirlər. Halbuki ABŞ Maliyyə Nazirliyi Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, hətta Çin banklarına belə əməliyyatları dayandırmaq üçün təzyiq rıçaqlarını rahatlıqla tapıb. Ermənistan banklarına münasibətdə isə həmin rıçaqlar nədənsə “gücsüz” qalıb... Azərbaycana gəlincə, 2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 829 milyon 410 min dollar pul baratları göndərilib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ili müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə və ya 1 milyard 437 milyon 926 min dollar azdır. 2023-cü il ərzində pul köçürmə sistemləri ilə banklara ümumilikdə 2 milyard 468 milyon manat daxil olub, banklardan kənara isə 616,4 milyon manat köçürülüb. 2022-ci ildə bu məbləğlər müvafiq olaraq 5 milyard 798,6 milyon manat və 1 milyard 4,4 milyon manat təşkil etmişdi. Beləliklə, ötən il pul köçürmə sistemləri üzrə banklara daxil olan vəsait 3 milyard 330,6 milyon manat, banklardan kənara köçürülən vəsait isə 388 milyon manat azalıb. Bu isə o deməkdir ki, illik müqayisədə Azərbaycana pul köçürmələri 57.4 faiz, ölkədən xaricə köçürmələr isə 4.5 faiz azalıb. Ötən il pul köçürmə sistemləri ilə banklara daxil olan bir ödənişin orta hesabla məbləği 526,6 manata düşüb. 2022-ci ildə orta məbləğ 915,9 manat idi. Aydındır ki, pulköçürmələrində azalma əsasən Rusiyadan köçürmələrdəki dinamikadan qaynaqlanır. Halbuki Azərbaycandan Rusiyaya gedib əmək miqrantı kimi çalışanların sayının kəskin azaldığını söyləmək mümkün deyil. Rusiya Miqrasiya Xidmətinin məlumatına əsasən, 2017-2019-cu illərdə bu ölkəyə gəlib rəsmi əmək miqrantı kimi qeydiyyata düşən azərbaycanlılarına illik sayı 56-57 min nəfər təşkil edib. 2021-ci ildə bu göstərici 63,9 min nəfərə çatıb. 2022-ci ildə Rusiyaya iş dalınca gedib rəsmi qeydiyyata düşən azərbaycanlıların sayında 3 faizə yaxın artım baş verib. Ukraynadakı müharibəyə cəlb olunmaq təhlükəsinə baxmayaraq, 95,1 min nəfər insan Rusiyaya gedişinin əsas səbəbi olaraq əmək miqrasiyasını göstərərək, rəsmi əmək miqrantı kimi qeydiyyata düşüb. Bir çox soydaşlarımız əmək miqrantı kimi ödəniş ödəməmək üçün Rusiya vətəndaşlığı alırlar. Belə ki, 2019-cu ildə 9,5 min azərbaycanlı şimal qonşunun vətəndaşı olubsa, 2021-ci ildə bu rəqəm 30,8 min nəfərə çatıb. 2022-ci ildə vətəndaşlığın həm də hərbi mükəlləfiyyət yaratmasına baxmayaraq, 23 min azərbaycanlı Rusiya vətəndaşlığı alıb. 2023-cü illə bağlı statistika hələ açıqlanmayıb, amma cüzi azalmanın olması gözləniləndir. Rusiyadan göndərilən pullar Azərbaycanın bir sıra bölgələrində əhalinin gəlirlərində ciddi paya malikdir. Dövlət Statistika Komitəsinin xaricdən göndərilən pul baratları daxilolmalar üzrə apardığı hesablamalar göstərir ki, 2022-ci ildə Qazax-Tovuz rayonu bu pulların həcminə görə birinci yerdə olub. Belə ki, son bir ildə Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Şəmkir rayonlarının sakinləri Rusiyadan adambaşına orta hesabla 13 manat pul alıblar. Yəni bu ərazidə yaşayan hər bir şəxsə il ərzində Rusiya Federasiyasından orta hesabla 156 manat pul göndərilib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə bu rəqəm cəmi 8 manat 10 qəpik olub. Beləliklə, 60 faizdən çox artım var. Lənkəran-Astara rayonu adambaşına orta pul köçürmələrinin ən çox olduğu ikinci iqtisadi rayondur. Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlıya köçürülən aylıq pullar hər sakinə orta hesabla 12 manat 10 qəpik təşkil edib. Maraqlıdır ki, 2021-ci ildə bu rəqəm daha çox olub - 13 manat 10 qəpik. Üçüncü yeri hər ay orta hesabla adambaşına 12 manat (2021-ci ildə bu rəqəm 8 manat 50 qəpik) daxil olan Gəncə-Daşkəsən bölgəsi tutur. Ən az “xarici” pullar Mil-Muğan iqtisadi rayonunun sakinlərinin payına düşüb. Bu rayon əhalisinin gəlirlərində pul köçürmələrinin xüsusi çəkisi cəmi 0,5 faiz təşkil edib. Eyni göstərici üzrə ikinci ən aşağı nəticə Sumqayıt şəhərinin də daxil olduğu Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Burada xaricdən pul köçürmələri əhalinin gəlirlərinin cəmi 0,6 faizini təşkil edib. Göründüyü kimi, şimaldan gələn pulların azalması qərb və cənub bölgəsinin əhalisi üçün kifayət mənfi təsirlərə səbəb ola bilir... Dünya SAKİT,“Yeni Müsavat” |
1,046,287 | 20.02.2024 10:47 | Şou-biznes | Xalq artisti səhnəyə açıq-saçıq geyimdə çıxdı - VİDEO | Xalq artisti Aygün Kazımovanın səhnə geyimi gündəm olub. Sənətçi səhnəyə gümüşü rəngli qısa top və ətəkdə çıxıb. Görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik: milli.az |
1,046,288 | 20.02.2024 10:59 | Ölkə | FHN bu şəxslərə MÜRACİƏT ETDİ - DİQQƏT | Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyi qaydaları ilə bağlı kafe və restoran sahiblərinə müraciət edib. Bu barədə Musavat.com-a FHN-dən məlumat verilib. Bildirilib ki, bu çərçivədə, respublika ərazisində iaşə obyektlərində, o cümlədən kafe və restoranlarda baş vermiş yanğınların Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlili nəticəsində həmin yanğınların bir hissəsinin tüstü bacalarının yağ qalıqlarından vaxtlı-vaxtında təmizlənməməsi nəticəsində baş verdiyi müəyyən edilib. Belə ki, kafe və restoranların mətbəxində zamanla tüstü bacalarında yağ qatı əmələ gəlir. Yüksək yanma xassəsinə malik bu yağlar bacaların şaquli və üfüqi kanallarında və mühərriklərin üzərində yığılır, vaxtında təmizlənmədikdə ani qığılcımdan yanğın baş verməsinə səbəb olur. Yalnız FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənlərinin gərgin əməyi və səriştəli fəaliyyəti sayəsində bu kimi yanğınların genişlənməsinə imkan verilmədən qarşısının alınması mümkün olur. Yuxarıda qeyd olunanları, habelə iaşə obyektlərinin insanların kütləvi toplaşdığı məkanlar olduğunu və bu obyektlərin bir hissəsinin yaşayış binalarında yerləşdiyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi kafe və restoran sahiblərinə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən tüstü bacalarının yağ qalıqlarından vaxtlı-vaxtında təmizlənməsinin təmin olunmasına çağırır. |
1,046,289 | 20.02.2024 10:32 | Ölkə | AZAL-dan xüsusi təklif: Dubay, Ər-Riyad və Nyu Dehli marşrutu üzrə endirimlər | "Azərbaycan Hava Yolları" QSC (AZAL) bir sıra məşhur istiqamətlərə – Dubay, Ər-Riyad və Nyu Dehli şəhərlərinə uçuşlara yeni endirim aksiyasına start verir. Musavat.com AZAL-a istinadən xəbər verir ki, təklif çərçivəsində endirimli aviabiletləri 20-29 fevral 2024-cü il tarixlərində əldə etmək mümkündür. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 24 fevral-27 oktyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur. Belə ki, Bakıdan Dubay şəhərinə aviabiletlərin qiyməti bir tərəfə 130 avro, hər iki istiqamətdə 234 avro təşkil edir. Ər-Riyad şəhərinə səyahət edərkən biletləri bir tərəfə 69 avroya, gediş-dönüş aviabiletlərini 128 avroya əldə etmək mümkündür. Nyu Dehli şəhərinə aviabiletlərin qiyməti isə bir tərəfə 150 avro, hər iki istiqamətdə 272 avro təşkil edir. Bu şəhərlər sərnişinlərə unudulmaz səyahət təcrübəsi vəd edir və müxtəlif mətbəx, tarixi və memarlıq nümunələrinə qərq olmaq imkanı yaradır. Aksiya çərçivəsində aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir. Endirimli aviabiletlərin sayı məhduddur. Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir. Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. AZAL ilə sərfəli qiymətə səyahət etmək fürsətini qaçırmayın! |
1,046,290 | 20.02.2024 11:10 | Siyasət | İrəvandan Cümhuriyyətlə bağlı həyasız İDDİA - Bakıdan sərt reaksiyalar | Tarixçi alimlərimiz erməni yalanlarını alt-üst etdilər; əslində ötən əsrin əvvəllərində Azərbaycan və Ermənistana münasibət necə olub? “Azərbaycan da öz konstitusiyasında Müsavat Azərbaycanının (Azərbaycan Xalq Cümhuriyyəti - red.) varisi olmaq hüquq normasını təsbit edib. Lakin Birinci Ermənistan Respublikasından fərqli olaraq, Müsavat Azərbaycanı Millətlər Liqasının Baş Şurası tərəfindən müstəqil dövlət kimi tanınmadı. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan bu xoşagəlməz "bərabərsizliyi" və ondan irəli gələn bütün səbəb-nəticə hadisələrinin mümkünlüyünü aydın şəkildə dərk edir". “Yeni Müsavat”ın məlumatına görə, belə bir iddianı Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri David Ananyan rəsmi Bakının sülh müqaviləsi üçün Ermənistan qarşısında qoyduğu konstitusiya şərtindən danışarkən irəli sürüb. Ananyan facebook səhifəsində həmçinin yazıb: “Ermənistanın Müstəqillik Bəyannaməsində vurğulanır: "1918-ci il mayın 28-də yaradılmış müstəqil Ermənistan Respublikasının demokratik ənənələrinin inkişafı..." Əlbəttə ki, burada söhbət Birinci Ermənistan Respublikasından gedir. Birinci Ermənistan Respublikası beynəlxalq səviyyədə - hazırkı BMT-nin hüquqi sələfi olan Millətlər Liqasının Baş Şurası tərəfindən tanındı və beynəlxalq hüquq normalarına uyğun şəkildə (keçən əsrin 20-ci illərində bu proses yarımçıq qalsa da) öz sərhədlərini müəyyən etdi". Onun sözlərinə görə, Azərbaycan İrəvanı Müstəqillik Bəyannaməsindən imtina etməyə məcbur etməklə Birinci Ermənistan Respublikasının hüquqi varisi olmaq missiyasından da əl çəkməyə vadar etmək istəyir: “Bu da mahiyyətcə gələcəkdə tarixi vətənimizin, beynəlxalq hüquq əsasında bizə məxsus olan vətənimizin (?! - red.) ən ciddi hissəsinə nəzarət etmək üçün (oxu: ”miatsum" üçün! - red.) hüquqi imkandan könüllü imtina deməkdir". Yəni bir daha aydın olur ki, Ermənistanın Müstəqillik Bəyannaməsi konstitusiyaya məhz yeni ərazilərin işğalına əsas yaratmaq üçün salınıb. Son zamanlar Azərbaycan davamlı şəkildə Ermənistanı Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının əks olunduğu müstəqillik bəyannaməsini, həmçinin konstitusiyasını dəyişdirməyə çağırır. İrəvanda isə sülh prosesi üçün önəmli addım sayılan bu tələblərə əməl etməkdən boyun qaçırmaq üçün müxtəlif absurd iddialar səsləndirirlər. Bu xüsusda Azərbaycana analoji təklif verilməsi də əcaibdir. Ən əsası ona görə ki, ermənilərə dövlətlərini qurmaq imkanı yaradan, həmçinin paytaxt olaraq İrəvanı güzəştə gedən Azərbaycan Xalq Cümhuriyyəti olub. Özü də bu qondarma dövlət Azərbaycanın tarixi ərazilərində, İrəvan xanlığının mərkəzində yaradılıb. Eyni zamanda Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini bərpa edərkən tam məntiqli şəkildə, haqlı olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir” - yazılması Ermənistanı çox həyəcanlandırıb. Hesab edirlər ki, Azərbaycan bu müddəaya istinad edərək tarixi torpaqlarını geri tələb edə bilər. Azərbaycan dövlətinin rəhbərliyi hər hansı ölkənin ərazilərinə iddia irəli sürmək niyyətində olmadığını dəfələrlə bəyan etsə də, Ermənistanda sakitləşmək istəmirlər. O da istisna deyil ki, bununla sülh prosesini uzatmağa, qanunvericilik bazasındakı ciddi yanlışlıqları düzəltməkdən yayınmağa çalışırlar. Bəs reallıq nədən ibarətdir, 1918-20-ci illərdə nələr baş verib? Millətlər Liqasında Azərbaycan və Ermənistanın tanınma məsələsi əslində necə olub? Anar İsgəndərov Deputat, tarix elmləri doktoru, professor Anar İsgəndərov bu mövzuda Musavat.com-a bildirib ki, o zaman Ermənistan Paris Sülh Konfransında de-fakto tanınmadı: “Azərbaycan Cənubi Qafqazdan gedən yeganə dövlət oldu ki, de-fakto tanındı. Paris Sülh Konfransının Ali Şurasının tövsiyəsi də oldu ki, gedin, üç respublika, üç xalq öz aranızda ərazi məsələsini həll edin, ondan sonra de-yure tanınmaq olacaq. Rusiyanın işğalının baş verməsi isə bölgədə vəziyyəti dəyişdi. Azərbaycan işğal olunandan sonra nə Paris Sülh Konfransı bu məsələyə qayıtdı, nə də biz bu məsələni həll edə bildik. Çünki sovet Rusiyası öz maraqlarına uyğun olaraq o əraziləri böldü və idarə etməyə başladı. Zəngəzur sovet Rusiyasının təkidi ilə Azərbaycandan qoparılaraq ermənilərə verildi”. Tarixçi alim təəssüflə bildirib ki, dünya bu gün Ermənistanın böhtanlarını “tarixi həqiqət” kimi qəbul edir, bizim haqqımıza girir: “Ədalətsiz dünya bizi ədalətsiz adlandırır, bizi etnik təmizləmədə günahkar bilir. Dünya əslində ermənilərin 30 ildə bizə qarşı etdiklərinin hansı birisinin üzərində dayanır? Heç birinin. Bu mənada Ermənistanın ərazisi də saxtadır. Verdiyimiz İrəvanın da haqqını tələb edə bilərik. Çünki biz insani hisslərə əsaslandıq, dostluq, normal qonşuluq, əmin-amanlıq olsun dedik. Hətta ümumi düşmənə qarşı mübarizədə ermənilərə federasiya təklif etmişdik. Amma ermənilər bizim xoş məramımızdan sonra nəinki geri çəkildi, artıq Qarabağla, Naxçıvanla bağlı iddialarını bir az da artırdı, sürətləndirdi”. Anar İsgəndərov bildirib ki, Paris Sülh Konfransının Ali Şurası o dövr üçün çox böyük təşkilat idi, qalib və məğlub dünyanı müəyyən edirdi: “Biz də sözün həqiqi mənasında böyük uğur qazandıq. Amma sonrakı dövrdə bolşevik işğalı bu hadisələrin sona çatdırılmasının qarşısını aldı, hər şeyi yarımçıq qoydu. Bir də fikirləşin, 23 ay bir dövlətin həyatında nədir ki? Bir an bir məqamdır. Ona görə dövlətin ordusu, ərazisi, iqtisadiyyatı ilə bağlı istədiyi, arzuladıqları hamısı yarımçıq qaldı, elə işlər var idi ki, heç başlanmadı. Amma bütün bunlara baxmayaraq, Cümhuriyyət tarixi Azərbaycanın tarixində şərəfli bir dövrdür, 23 aylıq hakimiyyəti dövründə 350 ilkə imza atıb. Bakının Azərbaycanın paytaxtı olması, Azərbaycan kimi coğrafi məfhum olan Azərbaycan ifadəsinin siyasi məfhuma çevrilməsi, parlamentli respublika, nələr-nələr, bütün bunlar hamısı Cümhuriyyətin xidmətin xidmətləridir. Azərbaycan Respublikasını onun siyasi varisi hesab edirik. Çünki hər şeyin bünövrəsi onda qoyulub”. Musa Qasımlı Deputat, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Ermənistanda səsləndirilən fikirlərin konkret məqsədi var: “Əvvəla, onlar sərhədlərin delimitasiyası, demarkasiyası və sülh sazişinin imzalanması prosesini uzatmaq istəyirlər. Ermənistan beynəlxalq hüququn əleyhinə gedərək 1991-ci ildə Almatı Bəyannaməsində tanınmış sərhədləri pozmaqla yeni şərait yaratdı. Deməli, artıq sərhədlərin sovet dövründəki kimi müəyyənləşdirilməsi məsələsi arxa plana keçə bilər, Azərbaycan bu məsələdə beynəlxalq hüquq və ənənə baxımından haqlıdır. Birincisi, çünki Ermənistan beynəlxalq hüququ pozmuşdu. İkincisi, 1991-ci ildə dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktında yazılıb ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”. Tarixçi alim Ermənistanda səslənən iddiaların hər hansı bir arqumentə söykənmədiyini və əsassız olduğunu tarixi dəlillərlə sübuta yetirdi: “Ermənistanda söylənilən fikirlərin heç bir əsası yoxdur. Birincisi, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin yanvar ayında de-fakto olaraq ərazisi təqribən 114 min kvadrat kilometr olmaqla Paris Sülh Konfransında tanınıb. Soruşulur: ərazisi olmayan bir dövləti Sülh Konfransına dəvətə edərlərmi və onu tanıyarlarmı? Bu ərazinin təqribən 97 min kvadrat kilometri mübahisəsiz olub. İndi isə Azərbaycan Respublikasının ərazisi 86,6 min kvadrat kilometrdir. Sual olunur: Azərbaycanın ərazisinin təqribən 10 min kvadrat kilometri haraya gedib? Ermənilər arxiv sənədlərinə baxa bilərlər. İkincisi, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakından ötrü ABŞ hökuməti o zaman üçün böyük məbləğ hesab edilən 1000 dollar vəsait verib. Bunlara dair sənədlər ABŞ arxivlərində var və kitablarımda da yazmışam. Üçüncüsü, Ararat - Ermənistan Respublikası qurulan zaman ərazisi təqribən 9 min kvadrat kilometr olub. İndi Ermənistan Respublikasının ərazisi təqribən 29 min kvadrat kilometrdir. Soruşulur: 1918-ci il mayın 28-də elan edilən bu respublikanın təqribən 9 min kvadrat kilometr ərazisi necə təqribən 29 min kvadrat kilometr olub? Torpaq da artıb-törəyirmi?” M.Qasımlı qeyd edib ki, Ermənistanda səslənən bu iddialar onların uydurma soyqırımı qurbanları barədə səsləndirdikləri rəqəmlərə bənzəyir: “Əvvəlcə yazırdılar ki, 350 min, 500 min, 650 min, 1 milyon erməni ölüb. İndi isə bu rəqəmi 1 milyon 500 minı çatdırıblar. Belə çıxır, onların ölüləri də artıb-törəyir? Ciddi olmaq lazımdır”. Professor erməni yalanlarını alt-üst edən daha bir fakta diqqət çəkdi: “Tanınmayan bir dövlətə yardım edilməsi məsələsi necə beynəlxalq konfransda müzakirə edilə bilərdi? Parisdə Azərbaycan və Gürcüstan nümayəndə heyətləri birlikdə qəbul edilib və yardım məsələsi müzakirə olunub. Antanta ölkələrindən görkəmli dövlət adamları iclasda iştirak ediblər. Bununla bağlı qərar qəbul edilib. Bu barədə də ABŞ-da arxivlərdə rəsmi sənədlər var. Beşincisi, Azərbaycanın Millətlər Cəmiyyətinə üzv qəbul edilməsi məsələsi də müzakirə edilib. Lakin bu zaman Azərbaycan sovet Rusiyası tərəfindən işğal edildiyi və dövlət müstəqilliyini itirdiyi üçün Millətlər Cəmiyyətinə üzv qəbul edilməyib. Buna dair də Millətlər Cəmiyyətinin rəsmi sənədləri var. Əsassız iddialar, gerçək tarixi saxtalaşdırmaq lazım deyildir. Tarix olduğu kimidir”. Bir zəruri əlavə: fotosunu təqdim etdiyimiz xəritə Azərbaycan Xalq Cümhuriyyətinin Millətlər Liqası tərəfindən tanınmış ərazilərini əks etdirir. Hazırda bu xəritə Millətlər Liqasının arxivindədir. Göründüyü kimi, xəritə fransız dilində çap olunub. Azərbaycanın güzəştə getdiyi ərazilərdə yaradılan, ancaq heç Parisdə də tanınmayan 9 min kv.km-lik Ermənistan ərazisi də aydın görünür... Elşad Paşasoy,“Yeni Müsavat” |
1,046,291 | 20.02.2024 10:37 | Sosial | Ev işlərində enerji səmərəliliyinə nail olmağın yolları - VİDEO | Energetika Nazirliyi Bakıda keçiriləcək COP29 çərçivəsində videoçarx hazırlayıb. Musavat.com xəbər verir ki, videoçarxda ev işlərində enerji səmərəliliyinə nail olmağın yollarından söz açılır. Həmin videoçarxı təqdim edirik: |
1,046,292 | 20.02.2024 11:23 | Ölkə | Əliyev nöqtəni qoydu - bəs Minsk Qrupunun “kökünü” necə kəsməli... | ATƏT keçmiş münaqişənin həllində heç bir uğuru olmamış qurumun ləğvinə qərar verə bilər; Asim Mollazadə: “Çünki nə problem var, nə də onunla məşğul olmağa ehtiyac...” Münxendə, ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla görüşü zamanı Prezident İlham Əliyev ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - Minsk Qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturların rəsmi qaydada ləğv edilməsinin vacibliyini bildirib. Eyni zamanda ATƏT çərçivəsində büdcənin daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib. Sirr deyil ki, erməni tərəfi zaman-zaman bu keçmiş ermənipərəst qurumu gündəmə gətirməklə, həmsədr ölkələrin adını çəkməklə nə vaxtsa onun “diriləcəyinə” ümid edir. Həmin həmsədrlərdın biri - Rusiya günü bu gün də ən yüksək səviyyədə Nikol Paşinyanı qınayır ki, niyə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla “Qarabağ problemi”ni qapadıb? Eləcə də digər iki “vasitəçi” - ABŞ və Fransa indiyədək sözdə ərazi bütövlüyümüzü tanısa da, əməldə hərbi qələbəmizi hələ də tam həzm etməyiblər, qəbullanmayıblar. Asim Mollazadə Erməni tərəfi, separatçılar MQ-nin varlığına hətta yeni revanşist planın “hüquqi elementi” kimi baxırlar. Məlumdur ki, MQ-nin “3 həll prinsipi”ndən biri məhz öz müqəddəratını təyinetmə haqda idi. Bəlkə də Ukrayna müharibəsi araya girməsəydi, “Minsk üçlüyü” bu gün də anti-Azərbaycan kursunu davam etdirirdi. Belə bir təhlükə qalırmı? MQ-nin rəsmi ləğvi Azərbaycana konkret nə verəcək? Gələcəkdə bədnam “üçlüyün” yenidən bir araya gəlib ermənilik etməsi ilə bağlı əndişə ciddidirmi? Nəhayət, MQ-nin yuridik ləğvi mexanizmi necədir? Kim və nədən başlamalı? Yeri gəlmişkən, keçmiş həmsədr ölkələrin postmünaqişə dövründə Ermənistan-Azərbaycan üzrə xüsusi nümayəndələri təyin olunub. Faktiki olaraq, bu ölkələr Ukrayna cəbhəsinə görə bölünsələr də, regiona müdaxilə etmək üçün nümayəndələr ayırıblar. Azərbaycan isə Ermənistanla danışıqları ikitərəfli formatda davam etdirir və üçüncü qüvvəyə ehtiyac olmadığını bəyan edir. Prezident son çıxışında da qeyd etdi ki, Ermənistanla danışıqlar ikitərəfli xarakter daşıyır. Deputat Asim Mollazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, təşkilatın qurumun ləğvi haqda qərarı olmalıdır. Deputatın fikrincə, ATƏT həmin qurumların fəaliyyəti ilə bağlı müvafiq qərarlar qəbul edə bilər. “Çünki nə problem var, nə də onunla məşğul olmağa ehtiyac... Məncə, ATƏT düzgün qərar qəbul edəcək. Ümumiyyətlə, bu qurum münaqişələrin həllində heç bir uğur əldə edə bilmir. Ona görə də Minsk qrupu tarixdən bu günə kimi gətirilib çıxarılan bir formatdır. 30 il ərzində Qarabağ probleminin həllinə də hər hansı töhfə verə bilmədilər”, - deyə A.Mollazadə prezidentin çağırışını düzgün dəyərləndirir. Xəzər Teyyublu Hüquq müdafiəçisi Xəzər Teyyublu da Minsk Qrupunun gorbagor olduğunu hesab edir. Onun sözlərinə görə, keçmiş həmsədrlər regiona 30 il ekskursiya edərək səyahətə çıxırdılar: “ATƏT-in Minsk Qrupu özünü doğrulda bilmədi. Həmsədr ölkələr münaqişəni daha da qızışdırdılar. Bu ölkələr indi də Ukraynada savaşırlar. Zaman sübut etdi ki, həmsədr dövlətlərin işğala son qoymaqda marağı olmayıb. Əksinə, Fransa indi bizi işğalçı adlandırır, ABŞ Senatında və Konqresində əleyhimizə ittihamlar səslənir, qətnamələr qəbul olunur, Rusiya sülhməramlıları saxlamaq üçün bəhanələr axtarır... Ona görə də Minsk Qrupu çoxdan tarixə qovuşub və onun fəaliyyətinə ehtiyac görünmür”. Hüquq müdafiəçisi eynilə Normand formatının da fiaskoya uğradığını düşünür: “Ukrayna böhranını həll edə bilmədilər. Sadəcə, ATƏT qərar verməlidir. Onlar da anlayır ki, münaqişə başa çatıb, Qarabağ hərbi yolla azad olunub, bu təşkilat ən yaxşı halda humanitar dəstək verə, minaların təmizlənməsi istiqamətində hansısa addımlar ata bilər. Rusiya da Minsk Qrupunun əleyhinədir. Lavrov açıq şəkildə bəyan edib ki, bu quruma zərurət yoxdur. Onsuz da onların bir araya gəlməsi mümkün deyil. Minsk Qrupunda olan Fransa və ABŞ Rusiyaya sanksiyalar tətbiq edirsə, bir platformada necə iştirak edə bilərlər?!” Emil SALAMOĞLU,“Yeni Müsavat” |
1,046,293 | 20.02.2024 11:37 | Yazarlar | Keçmiş prokurorun mirası | Bir zamanlar respublikanın, yalan olmasın, yarısını tikən şirkətlər qrupu var idi, indi onun rəsmən çöküş ərəfəsində olduğu söylənir. Vergi idarəsinə milyonlarla manat borcu varmış, işçilərin maaşını verə bilmir, çoxlu idarə və şirkətlərə də ödəmələrini vermir və sairə. Maraqlıdır ki, bu tikinti şirkətini adətən keçmiş baş prokurorumuz Zakir müəllimlə bağlayırdılar. Zakir müəllim pensiyaya yollanan kimi şirkətlər qrupu da kəlləmayallaq olmuşdur. Nə gözəl stabillikdir... Görəsən, Zakir müəllim vəzifədə qalsa, şirkətlər qrupu çökərdimi? Hələ orada bir neçə şirkəti ötən illərdə rebrendinq elədilər - adını dəyişdilər. Bu da şirkətləri başqalarının qapazlamasının əlamətidir. Güman etmirəm Zakir müəllimin vəzifə “sağlığında” orada hər hansı rebrendinq mümkün olaydı. Sözgəlişi, bu rebrendinq bizim iqtisadiyyatda ən populyar proseslərdən biridir. Kimin əlindən nəyisə alırlarsa, dərhal adını da dəyişirlər. Bəzən bir şirkət ildə 3 dəfə adını dəyişir. Axırda lap əvvəldəki ad necə idi, heç kim bilmir. Məsəl üçün, necə anlayasan ki, hazırda “Kor Fatı” korporasiyası adlanan qurum cəmi bir il qabaq “Göyçək Fatma” transmilli şirkətlər qrupu imiş? Rebrendinqin bir müsbət cəhəti var ki, şirkətlərin, biznesin miqyası iri görünür. İldə 3 şirkət açılır, daha kimdir fikirləşən bunlar əslində adını dəyişən 1 şirkətdir? Rəhmətlik Leonid İliçin vaxtında, ötən əsrin Sovetlər Birliyində belə üsul haqda lətifə vardı: relslər oğurlandığı üçün qatar dayanır, Brejnev sərnişinlərə tapşırır ki, pərdələri yellədin, qıraqdan baxanlar elə zənn etsin qatarımız gedir (bu yerdə görkəmli manıslarımızdan Almazxan müəllimin ifasında “Qatarımız ilan kimi süründü” mahnısı efirlərə verilməlidir - Z.H.) İndi bizə nə qalır? Ay sağ olasan: cinayət işlərinin açılmasını gözləmək. Tısbağanı arxası üstə çevirmək və ac-susuz gəbərəcəyini gözləməyə vaxtımız yoxdur, mümkün qədər sürətlə daşı götürüb onun başına əndərmək lazımdır. Hələ şirkətlər qrupunun canı suludur. 14 milyon vergi yeyintisi nəmənə şeydir? 42 özəl və dövlət idarəsi şanlı şirkətlər qrupumuzu məhkəməyə veribmiş. Püff... Xırda rəqəmlərdir. Hələ deyir bəzi fəhlələr və müştərilər də şirkətlər qrupumuza qarşı iddialar qaldırmaqdadır. Hamballar bir abbası istəyir... Türkün sözü, yazıklar olsun! Yıxılana balta çalırlar. Gərək o fəhlələrə əvvəlcədən maaş heç verilməzdi, quru çörək və su ilə işlədilərdilər. Belə olsa, şirkətlər qrupunun qədrini bilərdilər. O cümlədən müştərilər. Utanmırsınızmı? Bəlkə sizə bir mənzili üç nəfərə satıblar, xəbərimiz yoxdur? Nə olar ki? Üçünüz də girin, yaşayın. Sovetin vaxtında bütün millət bu cür yaşayırdı, hələ indiyəcən həmin kommunal mənzilləri xoş xatirələrlə yad edirlər, bayramlarda Stalinə nəzir deyib, qurban kəsirlər. Yaxşı şirkətlər qrupu cins inək kimi şeydir, hər müstəntiqə ildə min litr süd verməyə borcludur. Verməz, kəsərik. Hərçənd rəqəmlərdən, iddia və xəbərlərdən belə çıxır şirkətlər qrupumuzun nə südlüyü qalıb, nə ətliyi, quru sür-sümükdür (yuxarıda yazdığım “canı sulu” ifadəsini etibarlı mənbələrdən dəqiqləşdirdim). Bu bir az bizi narahat edir. Bir az. Çox yox. Çünki hələ kəsiləsi qrupların olduğunu güman edirik. Sonda yazının pritçası: “Qədimdə kinoda Əhmədin anası ölməmişdi, indi Əhmədlər özləri anasını öldürür”. Zamin HACI |
1,046,294 | 20.02.2024 11:50 | Ölkə | Münxendə Azərbaycanın nüfuzuna vurulan möhür - rəylər | Ötən həftə Prezident İlham Əliyev Almaniyada Münxen Təhlükəsizlik Konfransında iştirak etdi. Diqqət çəkən məqamlardan biri Azərbaycan Prezidentinin dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları və çoxlu sayda dövlətlərin prezidentləri ilə ikitərəfli görüşləri oldu. Özü də həmin görüşlər məhz qarşı tərəfin təşəbbüsü və istəyi ilə həyata keçirilib. Bu, Azərbaycan və onun liderinə olan böyük diqqətin əyani təzahürüdür. Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransının yubiley tədbirinə Azərbaycan ilk dəfə çox güclü mövqe ilə, özünəinamlı, 92.12%-lik legitimliyə malik lideri ilə, ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş statusda qatılmışdı. Tədbirin elə ilk günü İlham Əliyevlə görüşmək üçün xarici qonaqların çoxsaylı müraciətləri və az qala sıraya düzülməsi bunun bariz təsdiqi idi. Eyni zamanda bu, onun göstəricisi idi ki, Qərb Azərbaycanın və onun rəhbərinin nüfuzu ilə bütünlüklə hesablaşır. Almaniya kansleri Olaf Şolsun qısamüddətli vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında baş tutan “üçlü” görüşdən sonra isə məlum oldu ki, Bakı İrəvanla münasibətlərin qaydaya salınmasında bundan sonra ikitərəfli formata üstünlük verəcək. Bəs Prezident İlham Əliyevin Münxendə yüksək səviyyədə reallaşan çoxsaylı təmaslarından çıxan digər əsas sonuclar nədir? Hansı nəticələrin altını cızmaq olar? Anar Əliyev: “Azərbaycanın bölgəsəl gücə çevrildiyi, qlobal aktor iddiaları bir daha təsdiqlənmiş oldu” Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Münxen konfransında Azərbaycan Prezidentinin iştirakı, eyni zamanda çox istiqamətli keçirilən görüşlər bir neçə baxımdan Azərbaycan üçün ciddi əhəmiyyət daşıyır və mühüm nəticələr doğuracaq: “Öncə onu qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti ayrı-ayrı dövlət rəhbərləri ilə yanaşı, eyni zamanda beynəlxalq təşkilatların rəhbərləri və biznes strukturlarının idarəçiləri ilə görüşlər keçirdi. Hər bir görüş Azərbaycan dövlətinin dünya üçün, dünyanı ayrı-ayrı güc mərkəzləri, həmçinin böyük iqtisadi subyektlər üçün nə qədər maraqlı olduğunu nümayiş elətdirdi. Bu, bir daha Azərbaycanın qlobal əhəmiyyətinin, strateji əhəmiyyətinin get-gedə daha da artdığının, bölgəmizlə bağlı geosiyasi proseslərdə, geoiqtisadi proseslərdə Azərbaycanın iradəsinin və baxışlarının öyrənilməsinin vacibliyini ortaya qoymuş oldu. Eyni zamanda ABŞ-ın Azərbaycan Prezidenti ilə bir neçə istiqamətli görüşlər keçirməsini qeyd etmək istəyirəm. Çünki həm ABŞ Prezidentinin xüsusi koordinatorunun, eyni zamanda ekoloji məsələlər üzrə xüsusi nümayəndənin, ABŞ dövlət katibinin İlham Əliyevlə görüşlər keçirmək istəyi və bu görüşlərin keçirilməsi Amerikanın Orta Şərq, xüsusilə də Cənubi Qafqazda bir çox istiqamətli maraqlarını həyata keçirməkdə Azərbaycan maraqları ilə hesablaşmaq məcburiyyətində olduğunu, bölgənin iradə sahibi Azərbaycan olduğunu qəbul etdiyini göstərir. Həmçinin Azərbaycanla hesablaşmaq zərurətini ifadə edir. Hesab edirəm ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşlərin miqyası, ölçüsü və əhatə dairəsi Azərbaycanın artıq bölgəsəl gücə çevrildiyini, qlobal aktor iddialarını bir daha təsdiqləmiş oldu. Bu görüşlərdə həm də Azərbaycan liderinin vizionunun, gələcəyə istiqamətlənmiş yanaşmalarının dünyanın ayrı-ayrı dövlətləri və strukturları tərəfindən maraqla qarşılandığını göstərdi. Bu səfər müstəqil Azərbaycan tarixində ən diqqət çəkən və yadda qalacaq səfərlərdən biri oldu. Azərbaycanın böyük bir tarixi mərhələni bitirib yeni hədəflər uğrunda mübarizəyə başladığı bir mərhələdə bu səfər və səfər çərçivəsində keçirilən görüşlər mühüm təsirləri ilə yadda qalacaq”. Aydın Hüseynov: “Dünya liderləri Prezident İlham Əliyevlə görüşmək üçün təkidlə xahiş edirlər” Milli Məclisin deputatı Aydın Hüseynov isə bildirdi ki, Prezidentimizin şəxsi nüfuzu hər keçən gün artır. 44 günlük müharibədən sonra ölkəmizlə yeni münasibətlər yaratmaq, yaxud köhnə əlaqələrə yeni nizam verən ölkələrin sayı kifayət qədərdir: "7 fevralda keçirilən növbədənkənar Prezident seçkisinin nəticələri Azərbaycan dövləti və onun qalib Prezidentinin dünyada reytinqini daha da yüksəltmiş oldu. Münxendə Azərbaycan Prezidentinə xüsusi diqqətin müşahidə olunması təbii idi. Bu gün dünya liderləri Prezident İlham Əliyevlə görüşmək üçün təkidlə xahiş edirlər. Azərbaycanın xarici siyasəti artıq qlobal xarakter daşıyır. Xarici siyasətin konturlarını dövlət başçısı inauqurasiya mərasimində səsləndirib. Azərbaycan Prezident İlham Əliyevin ardıcıl, balanslı, başqalarının maraqlarına hörmət əsasında formalaşdırdığı xarici siyasət kursu ölkəmizi nəinki regional, o cümlədən dünyada orta güc hesab olunan ölkələr kateqoriyasına daxil edib. Bu isə artıq Azərbaycanın növbəti qələbəsidir. Dünya liderləri bir sıra regional və dünyamiqyaslı məsələlərlə bağlı Azərbaycan Prezidentinin mövqeyini öyrənməyi, onunla məsləhətləşməyi üstün tuturlar. Münxendə Prezident İlham Əliyevin daha çox yeni reallıqları diktə edən qlobal lider kimi qarşılandığı aydın formada göründü”. Elxan Şahinoğlu: “Qərbin Azərbaycanla əməkdaşlığa ehtiyacı olduğunu Münxen Təhlükəsizlik Konfransı da göstərdi” Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, dünyada bir neçə ənənəvi konfrans və forum o birilərindən fərqlənir, liderlərin və medianın bu toplantılara marağı daha çox olur. Bunlardan biri Münxen Təhlükəsizlik Konfransıdır: "Liderlər Münxendə açıq diskussiya aparır, panellərdə müxtəlif təhlükələrin miqyasının mənzərəsini təsvir etməyə çalışırlar. Bu toplantılarda bəzi liderlər gələcək planları barədə də mesaj verirlər. Misal üçün, Rusiya prezidenti Vladimir Putin Kremlin xarici və təhlükəsizlik siyasətinin sərtləşəcəyini ilk dəfə 2007-ci ildə Münxen Təhlükəsizlik Konfransındakı çıxışında bəyan etmişdi. Dediyi kimi də oldu, Rusiya bir il sonra Gürcüstanın ərazilərini işğal etdi, 7 il sonra isə Krımı ilhaq edərək Ukraynanın şərqinin işğalını planlaşdırdı. Qərb dövlətləri 2007-ci ildə Putinin çıxışını diqqətə alıb zəruri tədbirlər görsəydilər, bəlkə də bugünkü faciələr baş verməzdi. Misal üçün, Gürcüstan və Ukrayna elə həmin ərəfədə NATO-ya üzv qəbul edilsəydilər, Rusiya Şimali Atlantika Blokuna yeni üzv olan ölkələrə hücuma risk etməzdi. Azərbaycan Prezidenti İlham Əliyev üçün də Münxen Təhlükəsizlik Konfransında iştirak vacibdir. Bu, Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra dövlət başçısının beynəlxalq əhəmiyyətli toplantıda ilk iştirakı idi. Münxendə Azərbaycanın dövlət başçısı ilə görüşmək istəyənlər sırada gözləyirdilər. Halbuki Ermənistanın ümidi ona idi ki, Qarabağda antiterror əməliyyatından sonra Qərb ölkələrinin Azərbaycana münasibəti dəyişəcək, Bakıya təzyiq artacaqdı. Qərbin Azərbaycanla əməkdaşlığa ehtiyacı olduğunu Münxen Təhlükəsizlik Konfransı da göstərdi. Qərbdə bəziləri Qarabağ mövzusunu gündəmdə saxlamağa çalışsa da, onların sayı getdikcə azalır, qərar verən mərkəzlər Bakı ilə əməkdaşlığın genişlənməsində maraqlıdır". Etibar SEYİDAĞA,“Yeni Müsavat” |
1,046,295 | 20.02.2024 12:02 | Siyasət | TDT türk dövlətləri ailəsi rolunda - rəy | Deputat: “Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, Türk dünyasının birliyini möhkəmləndirmək üçün bundan sonra da nə mümkündürsə edəcək” Prezident İlham Əliyev 14 fevralda andiçmə mərasimində çıxışı zamanı bir çox önəmli məqamla yanaşı, Türk dünyasının sıx əməkdaşlığına, Türk Dövlətləri Təşkilatının güclü quruma çevrilməsi məsələsinə də toxunub. Dövlət başçısı vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bu səbəbdən də Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik: “Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir”. Dövlət başçısı əlavə edib ki, bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır: “Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”. Azərbaycan Türk Dövlətləri Təşkilatının üzvləri, Mərkəzi Asiya ölkələri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi elan olunub. Xatırladaq ki, 2021-ci ilin 12 noyabrında İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatının yaradılması barədə qərar qəbul edilib. Bu qərar dünyada türk dövlətlərinin birliyi, inteqrasiyası istiqamətində atılan çox böyük hadisə kimi tarixə düşdü. Elan edilməsindən böyük zaman keçməsə də bu qısa müddətdə TDT böyük məsafə qət etməyi bacarıb və ciddi bir təşkilata çevrilib. TDT Türk dünyası ailəsi, Türk dünyası evinə çevrilməyi bacarıb. Türk Dövlətləri Təşkilatında Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan təmsil olunur. Macarıstan isə müşahidəçi statuslu üzvdür. Aydın Hüseynov Bu barədə “Yeni Müsavat”a şərhində deputat Aydın Hüseynov bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində söylədiyi fikirlər Türk Dövlətləri Təşkilatının əhəmiyyətinin nə qədər böyük olduğu, perspektivi barədə təsəvvür yaradır: “Cənab Prezident çox dəqiq bildirdi ki, Türk dünyası bir ailədir. Bu fikir Azərbaycan Prezidentinin türk dövlətlərinin birliyinə nə dərəcə böyük önəm verdiyinin növbəti nümayişi idi. Azərbaycan türk dövlətlərinin birliyində çox əhəmiyyətli dövlətdir. Azərbaycan həm bu təşkilat çərçivəsində, həmçinin ikitərəfli formatda əməkdaşlığa həmişə çox diqqətlə yanaşıb. Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin səfərlərinin və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, dövlətlərin bu məsələyə əlavə dinamizm verdiyini görürük. Türk Dövlətləri Təşkilatı türkdilli ölkələr arasında ikitərəfli dostluq münasibətlərinə də öz töhfəsini verir. Diqqət edirsinizsə, Azərbaycanın Türkiyə başda olmaqla digər qardaş türk dövlətləri ilə əlaqələrində son iki ildə yeni bir dinamizm, sıçrayış müşahidə olunur. Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik. TDT-nin başlıca vəzifələrindən biri də bir-birinin təəssübünün çəkilməsi və xarici siyasət məsələsində ortaq mövqedən çıxış etməsidir. Bu, təşkilatın beynəlxalq arenada çəkisinin artmasına müsbət təsir göstərən amillərdəndir. İki ildir davam edən Rusiya-Ukrayna müharibəsi, oktyabrın 7-də başlayan HƏMAS-İsrail müharibəsi beynəlxalq ictimaiyyəti ikiyə bölüb. Hər iki bölgə ilə Türk dünyasının yaxın, uzaq əlaqəsi var. Belə hadisələrə münasibətdə siyasətin koordinasiya olunması vacibdir. Qarşılıqlı siyasi fəaliyyətlə bərabər, təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq əsas istiqamətlərdən biridir. Üzv dövlətlər arasında həm ikitərəfli əsasda, həm də artıq daha geniş əsasda hərbi-texniki əməkdaşlıq və hərbi əməkdaşlıq münasibətləri qurulur". Deputatın sözlərinə görə, dünya sanki üçüncü dünya müharibəsinin astanasına gəlib çatıb. Belə bir həssas dövrdə türk dövlətlərinin birlyinə ehtiyac daha da artır. Ona görə də Azərbaycan dövləti artıq ən yüksək səviyyədə bəyan edib ki, Azərbaycan Türk dünyasının birliyini möhkəmləndirmək üçün bundan sonra da nə mümkündürsə edəcək. Türk dünyası dövlətləri milli dövlətlər çərçivəsində bir ailə kimi birləşiblər. Azərbaycan bu prosesin lokomotivi olan dövlətdir. Hazırladı: Etibar SEYİDAĞA |
1,046,296 | 20.02.2024 10:54 | Hadisə | Azərbaycanda vəzifəli şəxs qəzada öldü - FOTO | Ağdamda icra nümayəndəsi qəzada ölüb. Hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Cabarrov Fərrux Nazim oğlu sürcülük hüququ və etibarnamə olmadan idarə etdiyi 02-BR-360 dövlət qeydiyyat nişanlı "Lada Priora" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə, avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Qeyd edək ki, F.Cabbarov Ağdam rayonu Əliməmədədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışırmış. (Trend) |
1,046,297 | 20.02.2024 08:00 | Siyasət | Prezident seçkidən sonra ilk rəsmi səfərini Türkiyəyə etdi - dünyaya mesaj | İki qardaş ölkənin liderləri təkbətək və geniş tərkibdə görüşlər keçirdi, mühüm müzakirələr apardı Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyəyə rəsmi səfər edib. AZƏRTAC xəbər verir ki, Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər qarşılayıblar. Prezident İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni-Anıtqəbiri ziyarət edib. Prezident İlham Əliyev həmçinin fevralın 19-da Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Fevralın 19-da Türkiyə Prezidentinin Sarayında - Külliyedə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Sonra Türkiyə və Azərbaycan prezidentlərinin təkbətək, ardınca geniş tərkibdə görüşləri olub. “Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü hər bir Türk dünyasına mənsub olan insanı sevindirir”. Bunu Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib. “İşbirliyimizin önəmli istiqaməti hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlir”, - deyə Prezident İlham Əliyev bildirib. Dövlət başçısı qeyd edib: “İkinci Qarabağ savaşı və 5 ay əvvəl keçirdiyimiz antiterror tədbirləri bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub. Bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Bu barədə də geniş müzakirələr aparıldı, ortaq istehsalla bağlı konkret planlarımız var. “Türkiyə bölgəmizdə barışın, istiqrarın, sülhün və iş birliyinin qarantıdır”, - deyə dövlət başçısı əlavə edib: “Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək” “Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqlədi”, - Prezident bəyan edib: “Artıq Azərbaycan ərazisində separatçı qüvvələrə yer yoxdur və bundan sonra heç vaxt olmayacaq”. “Təhsillə bağlı bu gün önəmli bir anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür” - prezident bildirib: “Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm də Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır. Bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır. Yad təsirdən uzaq olmalıdır. Bilikli, savadlı, vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması sadəcə olaraq təhsil məsələsi deyil, bu bizim birliyimizin növbəti simvoludur. Əminəm ki, bu universitet yaxın gələcəkdə nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək”. Bu, Prezident İlham Əliyevin yenidən prezident seçildikdən sonra ilk rəsmi dövlət səfərini qardaş ölkəyə etməsi ənənəsidir, yoxsa Azərbaycanla Türkiyə arasında təcili müzakirə olunmalı məsələlər var, səfər həm də buna görə seçkidən dərhal sonra reallaşdırıldı? Ümumiyyətlə, Türkiyə ilə Azərbaycan arasında elə bir məsələ varmı ki, onunla bağlı uzlaşmaya ehtiyac var? Oqtay Qasımov Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidentinin andiçmə mərasimindən sonra ilk rəsmi dövlət səfərini Türkiyəyə etməsi tamamilə təbiidir. Artıq iki qardaş ölkə arasında münasibətlər elə bir səviyyədədir ki, Prezident seçkilərindən sonra ölkə başçıları ilk səfərlərinin Azərbaycana və Türkiyəyə etmələri bir ənənə halını alıb. Bu, eyni zamanda bizim strateji müttəfiqliyimizin bir göstəricisi hesab olunur: “Eyni zamanda dünyada, regionda proseslər o qədər sürətli cərəyan etməkdədir ki, Azərbaycanla Türkiyə arasında müzakirə olunacaq xeyli məsələlərin olması şübhəsizdir. Bununla bağlı yayılan məlumatlar ondan ibarətdir ki, Azərbaycan və Türkiyə arasında hər iki tərəfi maraqlandıran məsələlər müzakirə olunacaq və bu müzakirələrin ruhuna uyğun sənədlər də imzalanacaq. Şübhəsiz ki, Türkiyə və Azərbaycan liderlərinin görüşündə müzakirə olunan və razılaşdırılan məsələlərin mediaya açıqlanan tərəfləri ilə yanaşı, açıqlanmayan tərəfləri də ola bilər və bu da tamamilə təbiidir. Mən hesab eləmirəm ki, hansısa təcili müzakirə olunmalı məsələlər var idi və səfər sırf buna görə seçkidən az sonra həyata keçirildi. Sadəcə, adətən istər Türkiyədə prezident seçkisi, istərsə də Azərbaycanda prezident seçkisindən təxminən 1 həftə, 10 gün sonra yeni seçilən prezidentlərin qardaş dövlətə səfəri həyata keçirilir. İlham Əliyevin budəfəki Türkiyə səfəri də təxminən həmin müddəti əhatə edir. Burada yeganə fərqli bir məqam Azərbaycan Prezidentinin Türkiyəyə birbaşa Münxendən gəlməsidir. Azərbaycanla Türkiyə arasında razılaşdırılmamış hər hansı məsələlərin olduğunu düşünmürəm. Sadəcə, proseslərin sürəti həm bölgəmizdə, həm də beynəlxalq miqyasda baş verənlər müzakirəyə ehtiyac yaradır. Xüsusilə də regionumuzla bağlı məsələlərdə Azərbaycan və Türkiyə arasında koordinasiya olunmuş siyasət izlənməkdədir. Prezident İlham Əliyevin Türkiyə səfəri də bu siyasətin bir qədər də gücləndirilməsinə xidmət edəcək səfərdir. Beynəlxalq səviyyədə proseslər barədə isə Türkiyə ilə Azərbaycan arasında müzakirə edilməli çoxlu sayda məsələlər var. Bu müzakirələr ölkələrimizin həmin məsələlərə münasibətdə koordinasiya olunmuş siyasət yürütməsi üçün əhəmiyyətlidir”. Vüqar Bayramov Deputat Vüqar Bayramov isə bildirib ki, hər zaman haqq işimizə dəstək olan Türkiyə ən vacib günlərdə Azərbaycanın yanında olan qardaş dövlətdir. Ona görə də Azərbaycan Prezidenti seçkidən sonra ilk rəsmi səfərini qardaş ölkəyə reallaşdırdı: “Azərbaycanla Türkiyə arasında siyasi və strateji münasibətlərlə yanaşı, son illər iqtisadi əməkdaşlığın daha da dərinləşməsi müşahidə olunur. Türkiyə Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarındandır. Türkiyə ilə 2023-cü ildə ticarət dövriyyəmiz 7 milyard 650 milyon dollaradək yüksəlib. Bu, 2022-ci illə müqayisədə 30.0 faiz artım deməkdir. Hədəf yaxın illərdə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. Türkiyə 15.0 faizlik pay ilə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Ötən il Azərbaycanın Türkiyəyə ixracatı 5 milyard 359 milyon dollar, qardaş dövlətdən idxalımız isə 2 milyard 291 milyon dollar olub. Digər tərəfdən, Türkiyə ötən il Azərbaycanın 3 milyard 348 milyon dollarlıq qeyri-neft ixracatının 23.4 faizini formalaşdırıb. İki ölkə arasındakı sərmayə qoyuluşlarında da kəskin artımlar müşahidə edilməkdədir. Göründüyü kimi, iqtisadi əlaqələr bütün istiqamətlərdə inkişaf etməkdədir. Azərbaycan Prezidentinin səfəri iki ölkə arasında əlaqələrin daha da güclənməsinə xidmət edəcək. Azərbaycan qardaş Türk dövlətləri ilə strateji münasibətləri daha da dərinləşdirir. Bu, daha güclü Türk dünyası deməkdir". Etibar SEYİDAĞA,“Yeni Müsavat” |
1,046,298 | 20.02.2024 11:02 | Ölkə | Alimlər Məhəmməd Əmin Rəsulzadəyə görə toplandılar - FOTOLAR | Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı müxtəlif təşkilat və qurumlarda tədbirlər keçirilir. Yanvarın 29-da AMEA-nın əsas binasında Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə “Milli istiqlalın görkəmli nümayəndəsi Məhəmməd Əmin Rəsulzadə” mövzusunda elmi konfrans keçirilib. Musavat.com xəbər verir ki, tədbir AMEA Rəyasət Heyəti, Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransı giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açıb. Tədbirdə digər çıxışçılarla yanaşı, “Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzi”nin sədri, tarix elmləri doktoru professor Nəsiman Yaqublu da “Məhəmməd Əmin Rəsulzadənin mühacirət mətbuatı ilə bağlı fəaliyyəti” mövzusunda məruzə edib. Səbail rayon Mərkəzi Kitabxanasında da M.Ə.Rəsulzadəyə həsr edilmiş tədbir keçirilib. Tədbirdə professor Nəsiman Yaqublu Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti ilə bağlı maraqlı məruzə edib. Musavat.com |
1,046,299 | 20.02.2024 10:53 | Şou-biznes | Gülyaz Məmmədovanın rəqsi gündəm oldu - VİDEO | Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova yeni paylaşımları ilə marağa səbəb olublar. Müğənnilər Xalq artisti Şəfiqə Axundovanın 100 illik yubiley gecəsinə qatılıblar. Bacılar həmin gecədən video yayımlayıblar. Görüntüdə Gülyaz Məmmədovan rəqsi əks olunub. "Çingiz Mustafayev adına Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı Şəfiqə Axundovanın 100 illik tədbirindən sonra onun ailə üzvləri ilə birlikdə yaşanan xoş anlar" deyə, müğənnilər videoya yazıblar.//Axşam.az |
1,046,300 | 20.02.2024 11:00 | Hadisə | Azərbaycanda daha bir məktəbli qız VƏFAT ETDİ - FOTO | Qubada daha bir məktəbli xəstəlik səbəbindən vəfat edib. Musavat.com oxu.az-a istinadən xəbər verir ki, Quba şəhəri Hikmət Hüseynov adına 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin XI sinif şagirdi Aytən Elman qızı Baxışova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, dörd gün əvvəl Qubanın Alekseyevka kənd tam orta məktəbində peşə təmayüllü ixtisas üzrə sinifdə təhsil alan Cavidan Həmidov da dünyasını dəyişib. |
1,046,301 | 20.02.2024 11:01 | Ölkə | Azərbaycan referenduma gedə bilər - MÜHÜM GƏLİŞMƏ | Siyasətçilər hesab edir ki, Ana Yasa ölkədə yaranmış yeni reallıqlara uyğunlaşdırılmalıdır; idarəetmə mexanizmi və parlamentin say tərkibi, habelə proporsional sistemin də tətbiqi ilə bağlı təkliflər var; Zahid Oruc: “Bir çox şeylər dəyişməlidir” Azərbaycanda referendumun keçiriləcəyi barədə xəbərlər yayılıb. Hətta bunun qarşıdakı ayların birində baş tutacağı deyilir. Refendumun Naxçıvanın statusu, Nazirlər Kabinetinin taleyi və proporsional seçki sisteminin tətbiqi barədə olacağı iddia olunur. Belə bir referendumun olmasına ehtiyacın yarandığı haqda uzun zamandır söz-söhbətlərə rast gəlinir. Tural Abbaslı AĞ Partiya başqanı Tural Abbaslı bəzi səbəblərə görə referendumu zəruri sayır: “Çünki konstitusiyada yeni yaranmış şəraitə uyğun dəyişikliklər olmalıdır. Yeni siyasi reallıqlar yaranıb. Həm ərazi bütövlüyümüzün təmin olunmasından, həm də iqtidarın elan etdiyi yeni islahatlar kursundan sonra hesab edirəm ki, konstitusiyada dəyişikliklərin edilməsinə böyük ehtiyac yaranıb. Bu, ilk növbədə Naxçıvanın statusu barədə olmalıdır. Bu, yerli idarəetmə mexanizmlərinin yerləşdirilməsi ilə bağlı ola bilər. Eyni zamanda əhalinin sayının artımına görə deputatların sayının artırılması məsələsi gündəmdə olmalıdır. Bundan başqa, proporsional seçki sisteminin bərpası da vacibdir. Düşünürəm ki, müxalifətin parlamentdə təmsilçiliyinin tənzimlənməsi məsələsi üçün konstitusiyaya bəzi maddələr əlavə olunmalıdır. Bilirsiniz ki, dekabrın sonlarında bələdiyyə seçkiləri olmalıdır. Dekabra qədər kifayət qədər vaxt var. Çox rahat formada iki seçki keçirilə bilər. Seçkinin biri referendum ola bilər. Bu, aprel-may aylarında başa tuta bilər. Digər seçki isə növbədənkənar parlament seçkiləri olması mümkündür ki, bu da iyun-iyul aylarına düşə bilər. Bununla da yeni dövrə start verilər. Bir çox məsələlərimiz var. Onunla bağlı bu deyilənlər gerçəkləşə bilər. Əslində bu istiqamətdə söz-söhbətlər gəzirdi. Sonradan bunun olmayacağı barədə fikirlər səsləndi. Bizim gözləntimiz odur ki, referendum olsun, gözlədiyimiz dəyişikliklər baş tutsun”. Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin üzvü Zahid Oruc isə dəyişiklikləri çox vacib bir məqam kimi qəbul edir: “Biz bütövlükdə bütün siyasi proseslər dövründə, o cümlədən son prezident seçkisi kampaniyası müddətində konstitusion islahatları dəstəkləmişik. Bunlar dövrün tələbləridir. Siyasi proseslərin gəldiyi son nöqtə onu göstərir ki, işlər, mexanizmlər dövrün çox vacib tələbləri sırasında yer alır. Prezidentin xüsusi nümayəndələr institutu yaradılıb. Bu, təkcə işğaldan azad edilmiş ərazilərdə deyil, həm də Naxçıvanda tətbiq olunub. Sosial Təddiqatlar Mərkəzi səviyyəsində keçirilən sorğularda ictimai rəy hakimiyyət institutlarına olan münasibəti ortalığa qoydu. Orada da görmək mümkün oldu ki, ictimai rəy yeni baxışları dəstəkləyir, yeni idarəetmə tezislərini dəstəkləməyin tərəfdarıdır. Bu cür prizmalar çox önəmlidir. Zahid Oruc olaraq, qeyd etmək istəyirəm ki, mənim siyasi baxışlarımda bəlli bir mərhələni özündə ehtiva edən dördüncü respublika kimi siyasi, ictimai periodu əhatə edəcək ad var. O adın içərisində bir çox məsələləri özündə ehtiva edən yeni baxışlar toplusu var. Əlbəttə ki, bir çox şeylər dəyişməlidir. Bir növbədənkənar seçkiləri götürsək, onun yalnız konstitusiyada yer alması düzgün deyil. Dövrün tələblərinə uyğun olaraq, bu cür qərarın verilməsi sadə mexanizmlə təsbit olunmalıdır”. Rəşad Bayramov AMİP Ali Məclisinin sədri Rəşad Bayramov vurğuladı ki, Azərbaycanda Konstitusiya islahatları zəruridir və bunun üçün də referendumun keçirilməsinə ehtiyac var: “Xüsusilə də İkinci Qarabağ savaşından sonrakı qələbə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası, eləcə də növbədənkənar prezident seçkisindən sonra dövlət başçısının qarşıya qoyduğu yeni hədəflərlə bağlı fəaliyyət referendumunun keçirilməsini zəruri edir. Düşünürəm ki, konstitusiya islahatları özündə bir sıra mühüm məsələləri ehtiva etməlidir. İlk növbədə, yerli icra hakimiyyətləri və Nazirlər Kabineti ilə bağlı dəyişikliklərə ehtiyac var. Azərbaycanda 14 iqtisadi rayonun yaradılması və yeni institut olaraq Prezidentin səlahiyyətli nümayəndələrinin təyin edilməsindən sonra yerli icra hakimiyyəti orqanlarının idarəçilikdə təsir imkanları çox azalıb və bu sahədə dəyişikliklər edilməlidir. Əgər səlahiyyətli nümayəndələr varsa, bir neçə icra hakimiyyətinin səlahiyyətləri bir səlahiyyətli nümayəndə tərəfindən də həyata keçirilə bilər. Məlumdur ki, yerli icra hakimiyyətləri bir təsisat olaraq SSRİ-də olmuş rayon və şəhər xalq icraiyyə komitələrinin yerinə qurulmuşdu. Başqa sözlə desək, bu təsisatın çox köhnə və səmərəsiz bir sistem olduğu gün kimi ortadadır. Eyni şəkildə bələdiyyələrin statusunun artırılması ilə icra hakimiyyətinin səlahiyyətlərinə aid məsələlərin böyük bir qismini bələdiyyələrə həvalə etmək olar. Daha güclü bələdiyyə institutunun formalaşması üçün Türkiyə modeli əsas götürülə və böyük şəhər bələdiyyələrinin yaradılması, eləcə də bələdiyyə sədrlərinin birbaşa xalq səsverməsi yolu ilə seçilməsi ilə bağlı dəyişikliklər edilə bilər. Digər vacib məqam Nazirlər Kabineti ilə bağlıdır. Nazirlər onsuz da Prezidentə tabedir və onlar arasında koordinasiyanı da vitse-prezident səviyyəsində həyata keçirmək mümkündür. Odur ki, Nazirlər Kabinetinin ləğvi ilə bağlı dəyişikliklərin edilməsi də zəruridir. Dəyişikliklərin edilməsi zəruri olan digər bir məsələ də parlamentin statusunun artırılması və say tərkibi ilə bağlıdır. Məlumdur ki, Azərbaycanda 125 nəfərdən ibarət Milli Məclisin formalaşması əhali sayımızın 7 milyon olduğu dövrə təsadüf edir. Həmin vaxtdan etibarən əhali sayımız 10 milyon nəfəri keçib. Bu da deputatların sayının artırılmasını şərtləndirir. Odur ki, parlament üzvlərinin sayını mövcud 125 nəfərdən ən azı 155 nəfərə çatdırılması daha məqsədəuyğundur. Eyni şəkildə ölkədə siyasi institutların çəkisinin və rolunun artırılması üçün çoxmandatlı seçki sisteminin, yəni proporsional seçki sisteminin bərpası istiqamətində də addımların atılması lazımdır. Azərbaycanda qarışıq seçki sisteminin tətbiqinin daha effektli olacağı qənaətindəyəm. Bütün sadalananlar idarəetmənin təkmilləşməsinə, daha çevik idarəetmə sisteminə keçidə, əlavə lazımsız strukturların ləğv edilməsi ilə büdcə vəsaitinə qənaət olunmasına, millət vəkillərinin seçicilərlə daha effektli əlaqə qura bilməsinə, bələdiyyələrin statusunun artırılması ilə hökumətin yükünün xeyli azalmasına xidmət edir. Bunlara isə böyük ehtiyac var”. Cavanşir ABBASLI,“Yeni Müsavat” |
1,046,302 | 20.02.2024 11:03 | Ölkə | Biabırçı video ilə bağlı məktəbdən AÇIQLAMA | IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkən şagirdlə, həmçinin onun valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb. Musavat.com xəbər verir ki, bu barədə 156 nömrəli tam orta məktəbdən bildirilib. "Məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb. Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir". Qeyd edək ki, Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlərin Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləri olduğu bildirilir. |
1,046,303 | 20.02.2024 11:32 | Sosial | Məktəbli qızların biabırçı hərəkətləri ilə bağlı SENSASİON AÇIQLAMALAR | "İnsanın ilk və müqəddəs peşəsi yaşamaq olub. Yaşamağın ilk öhdəliyi başqalarını yaşatmaqdır. Yaşamaq başqaları ilə eyni nəfəsi almaq, başqaları üçün nəfəs verməkdir. Ailələrdə uşaqlara başqaları ilə yaşamaq nümunə kimi göstərilməlidir. Valideynlər öz nifrətlərini övladlarına öyrətməməlidirlər. Məktəbdə bullinqin olması hər kəsi narahat etməlidir. Baş verən hadisələrdə cəmiyyətin bütün üzvlərinin günahı var". Bu fikirləri Musavat.com-a klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib. O deyib ki, narahatlıq olmadığı və biganə qalındığı üçün bullinq sağlam düşüncəni yox edir: "Uşaqları dinləmək lazımdır. Bullinqin qarşısını almaq üçün onları heç bir halda günahlandırmaq olmaz. Ən xırda səhvlərində cəza tətbiq olunursa, uşaqlar heç vaxt valideynləri ilə səmimi olmayacaqlar. Məktəblərdə psixoloji və hüquqi maarifləndirmə geniş fəaliyyət formasında aparılmalıdır. Psixologiya və hüquq sahəsi hansısa formada şagirdlər üçün aşağı siniflərdən tədris olunmalıdır. Maarifləndirici prosesə valideynlər də cəlb edilməlidirlər. Uşaqlar bullinq və mobbinqin nə olduğunu bilməlidirlər. Məktəb alim yox, insan yetişdirməlidir. Məktəb psixoloqlarının fəaliyyəti genişləndirilməlidir. Fərdi və qrup terapiyaların aparılması üçün şərait yaradılmalıdır". Psixoloq əlavə edib ki, məktəbdə rüblük və illik psixoloji mühitin psixodiaqnostikası aparılmalıdır: "Məktəbdə psixoloji seminarlar və maarifləndirici fəaliyyətlər daimi fəaliyyət planına daxil edilməlidir. Məktəbdə baş verən hansısa bullinq və mobbinq hadisəsi ətraflı araşdırılmalıdır. Psixoloji aspektdən baxış formalaşdırmaq vacibdir. Hadisəni tətikləyən hər şey və hər kəs müşahidə olunmalıdır. Psixoloji rəsm o zaman aydın olacaq. Bullinqi edən şəxsin psixoloji problemi var. İstənilən mənfi hadisədə psixoloji halın nizamsızlığı var. Təkcə bullinqə məruz qalan şəxs yox, hal şahidi olan şəxslər də bullinqə məruz qalmış olurlar. Bu halların baş verməməsi üçün hər kəs əlini yox, düşüncəsini daşın altına qoymalıdır. Əl heç nəyi həll etmir. İnsanlar əl məsəlini hərfi mənada başa düşüblər. Həqiqəti olduğu kimi ifadə etmək lazımdır. O zaman həqiqətin nə olduğu hər kəsə aydın olacaq. Valideynlər övladlarının səhvlərinə səbəb axtarmasınlar və başqalarını günahkar görməsinlər. Müəllimlər şagirdlərinə ayrı-seçkilik etməsinlər. Peşə yaxşını daha yaxşı etmək üçün yox, pisi yaxşıya dəyişmək üçündür. Peşənin müqəddəsliyi də budur. Heç kəs bir-birini günahlandırmasın. Hadisənin iştirakçısı olmadığı halda belə, hər kəs hadisənin içindədir. Hər kəs baş verən hadisələrdən dərs çıxarmalıdır". Qeyd edək ki, 156 nömrəli orta məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 2023-cü il yanvarın 17-si məktəbdən kənarda IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Afaq Mirayiq,Musavat.com |
1,046,304 | 20.02.2024 11:15 | Yazarlar | Bakıda uçan taksilər | Deyirlər, BƏƏ-də, konkret desək, Dubayda 1-2 ilə uçan taksilər istifadəyə veriləcək. “Cobi” adlanan kiçik təyyarələr varmış, 4 adam tuturmuş, sərnişinləri o uçuracaq. Ürəkaçan xəbərdirmi? Bişəkk, elədir. Elm və texnologiya inkişafdadır, bəşər oğlunun rahatlığı üçün yeni-yeni icadlar edir. Fəqət anlaşılan deyil, niyə 2026-nı gözləyirlər. Azərbaycan bu işi 3-4 günə, hətta 8 marta qədər başa gətirə bilər və bəzi sevən gənclər 14 fevralda olduğu kimi, həmin gündə də nazlı yara paketlənmiş “uçan taksi”, yəni “Cobi” də bağışlayarlar. Əslində bizdə “uçan taksi”lər bir neçə il öncədən var. “Prius”lar. Namxuda, uça-uça gedirlər. Sadəcə, hələ qanadları yoxdur. Onu da kreativ düşüncəli qaynaqçı (öz aramızdır, “svarşik” daha əzəmətli və ifadəli səslənir) həll edə bilər. “Cobi” təyyarəsini layihələndirənlər, bir az “Prius”ların üstündə işləsəydilər, motorunun gücünü artırsaydılar və qanad taxsaydılar, indi o maşınlar meqapolislərin səmasında cövlan edirdi. Başqa ölkəni deyə bilmərəm, bizdə alınardı. Çünki bizdə hazır mütəxəssislər, sürücülər var. “Sürücü” deməyək, aşağılamış oluruq, maşallah, hamısı pilotdur. Harda oxuyublar, kurs keçiblər, bəlli deyil, amma, türkün sözü, uzmandırlar. Mən özüm bu il yanvarın 2-də Biləsuvar-Bəhramtəpə yolunun Aranlı qəsəbəsinin yanından keçən hissəsində uçan “Prius” görmüşəm. Böyrümdən qızılquş kimi uçub, keçdi, nömrəsini də görə bilmədim. O gün maşınını 200-lə sürüb videoya çəkən qadın vardı ha, bax, o da hazır pilotdur, al “Cobi”dən birini, ver, gör, göydə nə şoular göstərir. Öz maşınını 200-lə sürübsə, 300-lə də sürə bilər. Amma bizimkilər nə edir? Pilot xanımı tənbeh edir, cərimələyir, qolunu soyudurlar. Düzgün deyil. Mütəxəssisə qiymət vermək lazımdır. Sabah ölkədən gedib Dubayda işləyəndə yüz söz deyəcəklər. Ta deməyəcəklər, adam buradan sırf qədirbilməzliyə görə gedib. Yaxud Quba istiqamətindəki ödənişli yolda sürət məhdudiyyəti tətbiq edirlər. O gün bir Be-eM-Ve o yolda uçarkən qəza törədibmiş, ona görə. Bu da yanlışdır. Xərc çəkib, yol salmısınız, ödənişli etmisiniz, buraxın, könlü istəyən, uçsun, getsin. Pilotlar o yolda 200 sürməyəcəksə, onda elə Siyəzənin, Şabranın böyründən keçən köhnə yolla sürüb gedərlər, ta niyə ödənişli yolla asta sürürlər. İmkan verin, milli pilotlarımız məşq eləsinlər. Qayıdaq hələ çox hündürdə uça bilməyən taksilərimizə. Onların bir xeylisinin sürücüləri “uçur”. Nə çəkirlərsə, hiss edirsən ki, adam artıq havadadır. DİN-in vaxtaşırı yayılan məlumatlarında tez-tez belə ifadələr gedir: “Narkotik maddələrin təsiri altında minik avtomobilini idarə edən şəxslər aşkarlanmış və məsuliyyətə cəlb edilmişdir”. İndi görün, hələ onlardan neçəsi aşkarlanmamış və məsuliyyətə cəlb edilməmişdir. İnşallah, bir gün onlar da aşkarlanacaq və məsuliyyətə cəlb ediləcəkdir. Hiss olunur ki, taksi kimi istifadə olunan o biri maşınlar artıq pilotlarımızın tələbatınına, səriştələrinə cavab vermirlər. Baxırsan, hamısı vuruq-vuruq, böyrü batıq, dalı cırıq, ön şüşəsi çat-çat, güzgüləri qırıq-qırıqdır. Onlar üçün xüsusi yollar ayrılsa, elə olmaz. Yola çıxır, adamlara mane oluruq. Məcbur olurlar, birinci yoldan ikinciyə, oradan üçüncüyə, daha sonra yenidən birinciyə dönürlər ki, heç olmasa, bir maşın qabağa düşsünlər. Çünki sərnişin mənzil başına tez çatmalıdır, bu da 5 manat artıq pul qazanmalıdır ki... aparıb dəmirçiyə versin, manevr edərkən avtomobilin sürtülmüş, əzilmiş yerlərini düzəltdirsin, cərimə ödəsin və s. Ona görə də təcili olaraq “Joby Aviation”in qurucusu və baş icraçı direktoru Co Ben Bevirtlə müqavilə imzalamaq, 5-6 yüz “uçan taksi” almaq lazımdır. (Şəhərimizdəki “Prius”lara qanad və motor qoymaq layihəsi də unudulmamalıdır). Ondan sonra göylər taksilərin olsun, yerlər də işinə-gücünə gedib-gələnlərə qalsın. Hətta yaxşı olar ki, gənc məmurlarun da bir xeylisinə uçan maşınlar verilsin. Çünki onlar da yol-hərəkət qaydalarına riayət edəndə tıncıxırlar, qırmızı işıqda keçir, 60-lıq yolda 120 ilə gedir, qoşa xəttin anasını ağladır, qarşı yola çıxıb önünə gələn sürücüləri böyüzm edirlər. Qoy onlar da uçub getsinlər. Dövlət işidir, gecikməsinlər. Samir SARI |
1,046,305 | 20.02.2024 11:13 | Region | Məşhur seysmoloqdan xəbərdarlıq: bu bölgələrdə güclü zəlzələ gözlənilir | Xəbər verdiyimiz kimi, Türkiyənin Malatya vilayətinin Doğanşehir-Söğüt bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ üzrə alim, professor Naci Görür son vaxtlar yeraltı təkanların qərbə doğru dəyişməsinə diqqət çəkib. Bu barədə sosial media hesabında paylaşım edən alim, zəlzələlərin Doğanşehir və Malatya qırılmalarında gözləndiyini bildirib. Onun sözlərinə görə, buna səbəb bölgənin 6 fevral zəlzələlərindən sonra yüklənmiş olmasıdır. (Publika.az) |
1,046,306 | 20.02.2024 11:22 | Sosial | Ən yüksək göstəriciləri olan qurumların SİYAHISI - FOTOLAR | “ASAN xidmət indeksi” üzrə 2023-cü il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib. Musavat.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, icra hakimiyyəti orqanlarının nümayəndələri və müxtəlif qurumların rəhbər vəzifəli şəxsləri və digər qonaqlar iştirak ediblər. Bildirilib ki, “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanı ilə verilmiş tapşırığa əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla dövlət xidmətlərinin qiymətləndirilməsi tapşırığının icrası 2023-cü ildə də davam etdirilib. Əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır. Bu tapşırığın yerinə yetirilməsi məqsədilə 2023-cü ildə Dövlət Agentliyi tərəfindən 23 mərkəzi icra hakimiyyəti orqanının 208 xidməti, 15 yerli icra hakimiyyəti orqanının 170 xidməti və 9 hüquqi şəxsin 60 xidməti daxil olmaqla, ümumilikdə 438 xidmət qiymətləndirilib. Tədbirin birinci hissəsində 2023-cü ildə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə ilə bağlı qısa təqdimat keçirilib və nəticələr açıqlanıb. Sonra mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə 2023-cü ildə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb. Mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar bunlardır: 1-ci yer: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2-ci yer: Dövlət Miqrasiya Xidməti 3-cü yer: Ədliyyə Nazirliyi Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar: 1-ci yer: Pirallahı Rayon İcra Hakimiyyəti 2-ci yer: Binəqədi Rayon İcra Hakimiyyəti 3-cü yer: Yasamal Rayon İcra Hakimiyyəti Hüquqi şəxslər arasında ən yüksək göstəriciləri olan qurumlar: 1-ci yer: “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 2-ci yer: “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 3-cü yer: “Azəriqaz” İstehsalat Birliyi İkinci hissədə dövlət qurumlarının nümayəndələri üçün qiymətləndirmənin nəticələrinin geniş və interaktiv şəkildə təqdimatı keçirilib. Tədbir sual-cavab hissəsi ilə davam edib. Nigar HƏSƏNLİ,Musavat.com |
1,046,307 | 20.02.2024 11:16 | Gündəm | Əhməd Əhmədov təcridxana rejimini pozur: Qışqırır, söyüş söyür, məhbusları yatmağa qoymur | Bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Təcridxanada təkadamlıq kamerada saxlanılan Əhməd Əhmədov günün bir neçə saatını qışqırmaqla, söyüş söyməklə keçirir. Bu isə Əhmədovun saxlanıldığı ikinci korpusdakı digər məhbusların rejiminə mənfi təsir edir. Bildirilir ki, Əhmədov bəzən gecə saatlarında kamerasında uca səslə söyüşlər söyür, qapını təpikləyir. Onu sakitləşdirmək cəhdləri isə uğursuz olur. Qeyd edək ki, fevralın 13-də Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.**Gununsesi.info |
1,046,308 | 20.02.2024 11:31 | İdman | Beşiktaşın Delibaşı komandadan kənarlaşdırıldı | Türkiyənin "Beşiktaş" klubu 21 yaşlı yetirməsi Emirhan Delibaşla müqaviləni ləğv edib. Buna səbəb futbolçunun tanışlıq saytında qeydiyyatdan keçməsi və azarkeşlərin bu durumu kəskin tənqid etməsi olub. Musavat.com xəbər verir ki, bu barədə İstanbul komandasının mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb. 21 yaşlı Emirxan Dəlibaşla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Futbolçu proqramdan istifadə etdiyinə dair xəbərlərə böhtan adlandırıb. Delibaşa aid edilən profildə onun vanna otağında çəkdirdiyi selfi, komandanın adı və qorxu filmləri, qış idmanları kimi maraqları qeyd olunub. Futbolçu yaşını da 21 əvəzinə 24 yazıb. Bu mövsüm Delibaş cəmi iki dəfə əvəzedici heyətlə meydana çıxıb. Futbolçu Türkiyənin gənclərdən ibarət milli komandalarında 5 oyun keçirib. Musavat.com |
1,046,309 | 20.02.2024 11:27 | Siyasət | SON DƏQİQƏ: Rusiya Ukraynanın 6 şəhərinə QƏFİL hücum etdi - Üzeyir Cəfərovla Rauf Qurbanovun GƏRGİN debatı | Rusiya ordusu Ukrayna ərazisinə 23 “Şahid” PUA-sı ilə hücum edib.Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, hücum Dnepropetrovsk, Kirovoqrad, Zaporojye, Poltava, Xarkov və Nikolayev vilayətlərinə edilib. Ukrayna ordusu Rusiyaya məxsus 23 PUA-nın hamısını vurub. Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Üzeyir Cəfərovla siyasətçi Rauf Qurbanovun debatını izləyəcəksiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Facebook səhifəsinin ünvanı: https://www.facebook.com/NewMusavat Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat |
1,046,310 | 20.02.2024 11:28 | Dünya | 11 ölkənin kəşfiyyat orqanları BİRGƏ ƏMƏLİYYAT keçirdi | ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) və Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) daxil olmaqla beynəlxalq hüquq-mühafizə orqanları "ransomware" virusları ilə tanınan "LockBit" haker qrupuna qarşı əməliyyat keçirib. Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Qeyd olunub ki, əməliyyatda 11 ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib. Qrupun "ransomware" yaymaq üçün istifadə etdiyi 11 min domen adı ələ keçirilib. Əməliyyatın məqsədi "LockBit" haker qrupunu sıradan çıxarmaq olub. Bildirilib ki, "LockBit" hakerləri kompüterlərindəki faylların kilidini açmaq üçün zərərçəkənlərdən pul tələb edən "ransomware" viruslarından istifadə edirdilər. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, "LockBit"in iştirakı ilə ABŞ-da və bütün dünyada 1,4 mindən çox kiberhücum həyata keçirilib. Musavat.com |
1,046,311 | 20.02.2024 11:35 | Ölkə | Yeniyetməyə qarşı zorakılıq edən şagirdləri hansı cəza gözləyir? - "Üç ayadək..." - AÇIQLAMA | Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub. 156 saylı məktəbin XI sinif şagirdi yanvarın 17-si məktəbdən kənarda, 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Hazırda araşdırılma aparılsa da, bullinq edən şagirdlər, o cümlədən onların valideynləri ilə bağlı hüquqi tədbirlərin zəruriliyi vurğulanır. Maraqlıdır, qanunvericiliklə şagirdləri və valideynlərini hansı cəzalar gözləyə bilər? Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Vamiq Şükürov deyib ki, İnzibati Xətalar Məcəlləsinin 181.0.2-ci maddəsinə əsasən, təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir: “Həmin Məcəllənin 189.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir. Əgər İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir”. Müsahibimiz bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 512-ci maddəsinə əsasən, on dörd yaşından on altı yaşınadək olan yetkinlik yaşına çatmayanların törətdikləri xırda xuliqanlığa görə valideynlər və ya digər qanuni nümayəndələr altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir: “Uşaqlar İnzibati Xətalar Məcəlləsinin 189 və 512-ci maddələrində nəzərdə tutulmuş qanunsuzluğa məruz qaldıqda, valideynlərə hadisənin baş verdiyi rayonun yerli icra hakimiyyətinə şikayət etməyi tövsiyə edirəm. Hər bir rayon icra hakimiyyətində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar fəaliyyət göstərir və İnzibati Xətalar Məcəlləsinin 189 və 512-ci maddələrində nəzərdə tutulmuş xətalara həmin komissiyalar baxıb qərar qəbul edirlər. İnzibati Xətalar Məcəlləsinin 181.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildikdə (təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsi) valideynlər və məktəb rəhbərliyi hadisənin baş verdiyi rayonun və ya şəhərin məhkəməsinə müraciət etməlidir”. Vəkil qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin sözügedən maddələrində nəzərdə tutulmuş cəriməni ödəməyən valideynlər, vəzifəli şəxslər və təşkilatlar barəsində həmin Məcəllənin 529-cu maddəsində nəzərdə tutulmuş ağır inzibati tənbehlər tətbiq olunur: “Belə ki, İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur”. |
1,046,312 | 20.02.2024 12:28 | Yaxın tarix | Ön şüşəsinə Stalinin şəkli vurulan maşınlar – sovet dövrünün tarixə qovuşan “ənənə”si | Dünyanın əksər ölkələrində reklam şirkətləri öz müştərilərinin məhsullarını avtomobillərin üzərində də tanıdırlar. Elə Azərbaycanda da maşınların üzərində, yaxud da şüşələrində reklam xarakterli fərqli yazı və şəkillərə rast gəlirik. Keçmiş SSRİ-də isə “hərəkətli” reklamlara çox da üstünlük verilməyib. Adətən süd məhsulları, şirniyyat, alkoqolsuz içki istehsal edən müəssisələrin yük maşınlarının üzərində istehsal etdikləri məhsulların şəkilləri əks edilib. Maraqlı məqamlardan biri odur ki, sovet dövründə, xüsusilə 1970-ci illərdən başlayaraq avtomobillərin ön və arxa şüşələrinə şəkil vurmaq “ənənəsi” bir az da dəbə düşüb. Söhbət heç də hansısa bir məhsulun reklamından getmir. Sovet vətəndaşları həmin illərdə öz maşınlarının şüşələrinə Stalinin şəklini vurublar. Xüsusilə, yük maşınlarında, avtobuslarda “rəhbər”in şüşələrdə şəkillərinə daha çox rast gəlinib. Maraqlıdır, Stalinin vəfatından 20-30 il keçdikdən sonra “xalqlar atası”na bu rəğbət hansı səbəbdən irəli gəlib? Sözsüz ki, Nikita Xruşovun hakimiyyəti dövründə Stalinin şəklini maşın şüşələrinə vurmaq, evdə, kabinetdə asmaq hətta sıravi vətəndaş üçün problem yaradıb. Belə ki, Xruşovun hakimiyyətə gəldiyi gündən əsas fəaliyyət istiqamətlərindən biri də Stalini tarixdən silmək olub. 30 il ölkəyə rəhbərlik edən bir şəxsin abidələri aşırılıb, adına olan küçə və prospektlərin, meydanların, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, qəsəbə, rayon və şəhərlərin adları dəyişdirilib. 1961-ci ildə isə Stalinin balzamlaşdırılmış nəşi mavzoleydən çıxarılıb. Təbii ki, Xruşovun Stalinə qarşı bu münasibəti birmənalı qarşılanmayıb, etiraz səsini ucaldanlar da olub, mitinqlər də keçirilib, xüsusilə Gürcüstanda davamlı etiraz aksiyaları da baş tutub. Stalinin şəklini maşınların ön şüşəsinə vurmaq “ənənə”si də Gürcüstandan başlayıb. Bəzi məlumatlara görə, bunun təşəbbüskarı Tiflisdə Stalinin siyasi fəaliyyətini təbliğ edən qeyri-rəsmi bir təşkilat olub. Bu təşkilat yerli əhaliyə Stalinin şəkillərini pulsuz paylayıb. Daha bir məlumata görə, həmin təşkilat bütün xərcləri öz üzərinə götürərək 30 “Qaz-21” avtomobilinin ön şüşəsinə Stalinin şəkillərini vurublar, həmin avtomobillər təbliğat məqsədi ilə Azərbaycanda, Ermənistanda və Şimali Qafqazda bir dövrə vuraraq geri qayıdıblar. Artıq 1970-ci illərin əvvəllərində şəkilli maşınlara SSRİ-nin demək olar ki, bütün şəhərlərində rast gəlinib. Maraqlı faktlardan biri odur ki, Brejnevin hakimiyyətdə olduğu dövrdə Stalinin şəkillərinə görə heç kimi sorğu-suala tutmayıblar, dövlət yol müfəttişləri şəkilli maşınları saxlamayıblar. 1975-ci ildə, alman faşizmi üzərində qələbənin 30 illik yubileyi ərəfəsində Stalin mşınların şüşələrində daha çox “görünüb”. Araşdırmaçıların qənaətinə görə, Stalinin şəkillərinin maşınlara vurulmasının bir neçə səbəbi olub. Yəni şəkilli avtomobil sahiblərinin məqsədi heç də eyni olmayıb. “Ənənə” daşıyıcılarının bir qrupunun şəkilə marağı sırf Stalinə olan rəğbət və ehtiramdan irəli gəlib. Digər bir qrup, xüsusilə qələbənin 30 illik yubileyində “ənənə”yə qoşulanlar Stalini qələbənin memarı saydıqlarından onun şəklinin maşının ön şüşəsində görünməsindən qürur duyublar. Uzaq səfərə çıxan yük maşınları və avtobus sürücülərinin isə məqsədi tam başqa olub. Belə ki, onlar sürət həddini aşanda yol müfəttişlərindən alacaqları cəzanı “Stalin”lə sığortalayıblar. Yolda dayanan milislər çox vaxt Stalinin şəklinə görə sürücüləri “əfv” ediblər. Bununla bağlı uzun illər Moskvada Dövlət Yol Müfəttişliyində xidmət edən istefada olan milis polkovniki Artyom Koçetovun sonralar qələmə aldığı xatirələrində maraqlı bir açıqlama var: “1970-ci ildə mən kapitan rütbəsində idim. Moskva-Leninqrad şosesinin 56-cı kilometrliyində reyd keçirilirdi. Rəhbərliyin bir neçə yüksək rütbəli zabiti, o cümlədən SSRİ Daxili İşlər Nazirliyinin nümayəndəsi də reyddə iştirak edirdilər. Səhər saat təxminən 8-9 radələrində tərəvəz daşıyan yük maşınını saxladıq. Sürücü sürət həddini aşmışdı. Əvvəlcə sənədlərini tələb etdik. Hər şey qaydasında idi. Sürət həddini nəyə görə aşdığını soruşduq. Belə əsaslandırdı ki, uşaq evinə daşıdığı meyvə-tərəvəz xarab ola bilər, buna görə də günəş qalxmamış mənzil başına çatmaq istəyir. Həmkarlarımdan biri protokol tərtib etmək istəyəndə o, özünü maşının çöl tərəfindən şüşənin üstünə atdı: - Yoldaş Stalin, məni qoruyun. Mən kimsəsiz uşaqlara meyvə aparıram, bunlar isə məni cəzalandırmaq istəyir. Yeriniz görünür, siz həmişə kimsəsizlərin dayağı olmusunuz... Bu “məzhəkə”dən sonra nazirliyin əməkdaşı müfəttişdən sənədləri alıb sürücüyə qaytardı. Mən bu cür hallarla tez-tez rastlaşmışam. “Stalin” sürücülərin dadına tez-tez çatıb...” 1980-ci illərin əvvəllərində SSRİ-də ərzaq qıtlığı yarananda, piştaxtalar boşalanda bəziləri Stalinin şəklini maşınının ön şüşəsinə vurmaqla bildirmək istəyib ki, Stalin ən ağır illərdə belə xalqın qayğısına daha yaxşı qalıb. SSRİ-nin süqutundan sonra şəkilli maşınlar da zaman-zaman yoxa çıxaraq tarixə qovuşub. İlham Cəmiloğlu, Musavat.com |
1,046,313 | 20.02.2024 11:43 | Ölkə | DİN-dən məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı SON DƏQİQƏ açıqlaması | Bakıda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb. Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib. "Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıldı. İstintaq hərəkətləri davam etdirilir", - o vurğulayıb. |
1,046,315 | 20.02.2024 12:12 | Dünya | Amerikalı gənc ilk lotereya bileti ilə zəngin olub | ABŞ-ın Miçiqan ştatının Saqino şəhərinin 21 yaşlı sakini həyatında ilk dəfə lotereya bileti alıb və 500 min dollar udub. Musavat.com xəbər verir ki, bu barədə Michigan Lottery Connect məlumat yayıb. “Mən necə oynayacağımı bilmirdim, ona görə də lotereya biletini evə apardım və valideynlərimdən mənə qaydaları izah etmələrini istədim. 500 min dollar udduğumu biləndə qərara gəldik ki, bilet saxtadır”, - gənc deyir. Biletdə yazılanların doğruluğunu yoxlamaq üçün o, lotereya ofisinə gedib. İşçilər biletin şanslı olduğunu təsdiqləyiblər və onun yarım milyon udduğunu bildiriblər. Bəxti gətirən gənc bu məbləğin bir hissəsini xaricdə təhsilə xərcləmək, qalanını isə gələcəyə saxlamaq istəyir. Musavat.com |
1,046,316 | 20.02.2024 12:01 | Hadisə | Azərbaycanda tanınmış icra başçısına AĞIR İTKİ | Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ailəsinə itki üz verib. İcra başçısının qardaşı Vidadi Alıyev dünyasını dəyişib. Allah rəhmət eləsin! (iqtisadiyyat.az) |
1,046,317 | 20.02.2024 12:02 | Ölkə | “Qırmızı Xaç”ın qırmızı yalanları - Xankəndi ofisi niyə qapadılmır? | “Azərbaycan Ermənistana hücuma hazırlaşır” feyk-tezisi Qərb tərəfindən körüklənməkdə davam edir. Hədəf məlum: Fransa daxil, bəzi Qərb ölkələrinin Ermənistandakı məlum addımları haqlı görünsün. Beynəlxalq birliyi buna inandırmaq üçün isə təbii ki, ən əvvəl “neytral və qərəzsiz” təşkilatlardan istifadə olunur. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) kimi. Məsələ də ondadır ki, BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru vəzifəsini tutan Ariane Bauer komitənin qapalı iclaslarından birində tamamilə neytral olmayan və çox qərəzli açıqlamalar verib. Onun fikrincə, Azərbaycan təhlükəsi səbəbindən BQXK Qarabağda fəal olmalı, Rusiya-Ukrayna müharibəsi BQXK-nın diqqətini digər strateji əhəmiyyətli sahələrdən yayındırmamalıdır. Qeyd edək ki, İsveçrə əsilli, beş dildə səlis danışan bu xanım komitənin üzvü olmaqla yanaşı, Fransa xüsusi xidmət orqanlarının əməkdaşıdır, Qərbin təcrübəli kəşfiyyatçısı hesab edilir. Onun İraq, Ukrayna da daxil olmaqla, qaynar nöqtələrdə iki onillik “iş təcrübəsi” var. 2020-ci ildə Ermənistanla müharibə zamanı Azərbaycanda da işləyib. Yəni o, nə etdiyini yaxşı bilir və tapşırıqları icra edir. İstisna deyil ki, BQXK-nın ictimaiyyəti Azərbaycan tərəfindən məcburi təxribatlara hazırlaması fonunda Qərbin Ermənistanın əli ilə təşkil etdiyi təxribatların şahidi olacağıq. Təbii ki, belə mövqe “Qırmızı Xaç”ın mandatına uyğun gəlmir. BQXK-nın Xankəndidəki ofisinin prinsipcə niyə hələ də fəaliyyət göstərməsi də aydın deyil. Qarabağ münaqişəsi bitib, amma BQXK inadla orada qalmaqda davam edir. Yada salaq ki, bir sıra KİV-lərdə BQXK əməkdaşının 44 günlük müharibə zamanı Fransa kəşfiyyatına məlumat ötürməsi, ardınca onun ölkəmizdən qovulması ilə bağlı xəbərlər yayılmışdı. Maraqlıdır, Azərbaycan BQXK-nın Xankəndidə olmasına niyə hələ də dözür? Çingiz Qənizadə: “Qarabağdan getmək istəməyən erməni əsilli mülki əhaliyə Azərbaycan dövləti, hökumət və qeyri-hökumət təşkilatları diqqət və qayğı göstərir” Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a şərhində BQXK-nın Qarabağda fəallıq olmalıdır fikrinə diqqət çəkib: “Mən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqələr Dövlət Komissiyasının 15 ilə yaxın üzvü olmuşam. Fəaliyyətimiz dövründə dəfələrlə Azərbaycan ərazisinin BQXK-nın Qarabağın ermənilər tərəfindən işğalı və bu işğal nəticəsində BQXK-nın üzərinə düşən fəaliyyətin kifayət qədər həyata keçirilməməsi, hətta fəaliyyətsizliyi, əsir və girovlarımıza qarşı münasibətdə ikili, laqeyd yanaşmaların şahidi olmuşam. Sonrakı dövrlərdə də biz bunun şahidi olmuşuq. BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru vəzifəsini tutan Ariane Bauerin fikirləri nə təşkilatın mandatına, nə də tərəfsizliyinə uyğun deyil. Rusiya-Ukrayna müharibəsində 100 minlərlə insan həlak olub. Ukraynanın suveren əraziləri Rusiya tərəfindən işğal edilib. Ariane Bauer sanki Ukrayna ilə Qarabağdakı məsələləri eyniləşdirməyə çalışır. Halbuki Qarabağda müharibə yoxdur, milli azlıqların həyat və təhlükəsizliyi üçün təhdid yoxdur. A.Bauer eyni zamanda qeyd edir ki, Ukraynadakı hadisələr Qarabağdakı hadisələrdən diqqəti yayındırmamalıdır. O, Qarabağda daha fəal olmaqla bağlı fikirlər səsləndirir. Söhbət hansı fəallıqdan gedir? Hansı məsələlər həll olunmalıdır? Qarabağdan getmək istəməyən erməni əsilli mülki əhaliyə Azərbaycan dövləti, hökumət və qeyri-hökumət təşkilatları diqqət və qayğı göstərir. Onların yaşamını-qidalanmasını, səhhətini tam nəzarətdə saxlayır. Belə olan halda BQXK Xankəndidə hansı fəaliyyəti göstərir? Sadəcə, mərkəzi ofisdən pul silməklə, günlərini keçirməklə, əmək haqqı almaqla məşğuldurlar, yoxsa müəyyən kəşfiyyat məlumatlarının toplanması ilə? Onlar Azərbaycan Silahlı Qüvvələri ilə bağlı, dövlətin həyata keçirdiyi bərpa-quruculuq işləri ilə bağlı Ermənistana və Ermənistanın havadarı olan digər dövlətlərə müəyyən informasiya ötürə bilərlər. Bu zaman sual yaranır ki, BQXK-nın Xankəndidə nə işi var? Əgər təşkilat Azərbaycanda və Ermənistanda fəaliyyət göstərirsə, əsas ofisə tabe olmalıdır, əməkdaşlar isə Xankəndinə ezamiyyətə gedə bilərlər. Lakin orada məskunlaşmaq, hər hansı "fəaliyyət göstərmək" yolverilməzdir. Belə olan halda Azərbaycan onların mandatına baxaraq BQXK-nın Xankəndi, yaxud Qarabağın digər ərazilərində olub-olmaması məsələsini gündəmə gətirməlidir. Hazırda Qarabağda olan azsaylı erməni əhalisi ilə bağlı məsələləri Bakıdakı ofis həll edə bilər. Xankəndidə daimi ofisin olmasını məqsədəuyğun hesab etmirəm". Elçin Mirzəbəyli: “Qanunvericiliyə görə, BQXK-nın Azərbaycandakı fəaliyyəti qeyri-qanunidir, çünki...” Siyasi şərhçi Elçin Mirzəbəyli da komitənuin keçmişi ilə əlaqədar kifayət qədər qaranlıq məqamların olduğunu bildirib: “BQXK-nın casusluq fəaliyyəti ilə məşğul olması yeni məlumat deyil. Birinci Dünya müharibəsi və İkinci Dünya müharibəsi zamanı bununla bağlı çoxsaylı faktlar qeydə alınıb. Bu məlumatlar müxtəlif ölkələr, o cümlədən ABŞ-ın kəşfiyyat orqanları tərəfindən dəfələrlə açıqlanıb. 1941-1945-ci illərdə müxtəlif ölkələr, o cümlədən Rusiya, Türkiyə, Əlcəzair, Misirdə ABŞ kəşfiyyatı tərəfindən BQXK-nın 45 əməkdaşı aşkarlanıb. Onlar alman kəşfiyyatının üzvü olublar. Onların bir qismi Avropanın bir sıra ölkələrində fəaliyyət göstərib. Bu faktlar daha sonra istintaq materiallarında da dərc olunub. Sonrakı proseslərdə, Yaxın Şərqdə və postsovet məkanında BQXK əməkdaşlarının casusluq fəaliyyəti ilə məşğul olması ilə bağlı kifayət qədər fakt var. Komitənin adı ilə əlaqədar başqa cinayət xarakterli əməllərə də rast gəlinib. Təsisatın adı ilə ofşor şirkətləri qeydə alınıb. Hətta uşaq oyuncaqları satılması, dələduzluq, ştat cədvəlinin süni şəkildə şişirdilərək donorların ayırdıqları vəsaitin mənimsənilməsinə qədər çoxsaylı cinayət faktı var. Panamada faəliyyət göstərən "Mossak Fon-seka" hüquq firmasının BQXK ilə iş birliyi quraraq komitənin adından ofşor şirkətlərin qeydiyyata alınması, çirkli pulların yuyulmasında istifadə olunması cinayət işi və məhkəmə predmeti olan faktdır. 2016-cı ildə Ukraynada media resursları araşdırmalar nəticəsində BQXK-nın rəhbər şəxslərinin humanitar yardımların satılması, ödənişli tibb kurslarının açılması, qanunsuz yollarla pul qazanılması və digər korrupsiya halları ilə bağlı məqamları ortaya çıxarmışdılar. 2017-ci ildə aparılan istintaq nəticəsində bəlli olub ki, 10 mindən çox insanın həyatına son qoyan Ebola epidemiyası ilə mübarizə aparmaq üçün ayrılan vəsaitin 5 milyon dolları komitənin əməkdaşları tərəfindən mənimsənilib. İstintaq müəyyən edib ki, Liberiya proqramı çərçivəsində rəqəmlər həddən artıq şişirdilib, qiymətli alışlar həyata keçirilib və qondarma işçilərə əmək haqqı ödənilib". E.Mirzəbəyli vurğulayıb ki, eyni yanaşma Xankəndi ofisində də qeydə alınıb: “Qanunvericiliyinə görə, BQXK-nın Azərbaycandakı fəaliyyəti qeyri-qanunidir, çünki Azərbaycanda 1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Fətəli Xan Xoyskinin və müdafiə naziri əvəzi Əliağa Şıxlinskinin təşəbbüsü ilə Qızıl Aypara Cəmiyyəti yaradılıb. Ölkəmizdə Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti təsisatın öz nizamnaməsi, Cenevrə konvensiyaları və "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" Qanunla tənzimlənir. Sözügedən qanuna əsasən, “Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi kimi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən yeganə milli Qızıl Aypara Cəmiyyətidir”. Bu isə o deməkdir ki, Azərbaycan Respublikasının ərazisində Qızıl Aypara Cəmiyyətindən başqa, eyni missiyanı həyata keçirən hər hansı bir təsisatın, o cümlədən Qırmızı Xaç Cəmiyyətinin fəaliyyətinə icazə verilmir. Çünki Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq, ölkəmizdə bütövlükdə hərəkatı, həm də yeganə milli təsisat kimi təmsil edir. Bu aspektdən yanaşsaq, mahiyyət aşkar görünür. Azərbaycan əleyhinə birtərəfli siyasi mövqe nümayiş etdirməklə səsləndirilən fikirlər əslində qurumun cinayətkar xarakterli əməllərindən diqqəti yayındırmaq üçün uydurulan ənənəvi iddialardan başqa bir şey deyil. Azərbaycan qanunvericiliyi çərçivəsində belə bir təsisatın fəaliyyətinə ehtiyac yoxdur. Xankəndi və digər işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın dövlət qurumları fəaliyyət göstərirlər. Bu qurumlar bütün sosial, humanitar, zəruri ehtiyacları ödəmək iqtidarındadır. Hətta bu missiyanı BQXK-nın casus şəbəkəsindən dəfələrlə yüksək səviyyədə yerinə yetirə bilərlər. Bu baxımdan BQXK Azərbaycan ərazisindən çıxarılmalıdır". Nigar HƏSƏNLİ,“Yeni Müsavat” |
1,046,318 | 20.02.2024 12:05 | Dünya | Ədən körfəzində iki ABŞ gəmisi VURULDU | Yəməndə İrana bağlı olan husilər (“Ənsar Allah” hərəkatı) Ədən körfəzində iki ABŞ gəmisinə hücum edib. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Seri verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, "Sea Champion" ve "Mavis Fortuna" gəmilərinə hücum edilib. Qeyd edək ki, husilərin hücumlarından sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki fəaliyyətini dayandırmaq qərarına gəlib. Xatırladaq ki, qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir. Musavat.com |
1,046,319 | 20.02.2024 12:35 | Kriminal | Nizaməddin Quliyevin qardaşı əmlakları geri istəyir | Həbsdə koronavirusdan vəfat edən Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş əmlakları ilə bağlı Ali Məhkəməyə müraciət edilib. Mərhum Quliyevin hüquqi varisi 600 min manatlıq əmlakın müsadirəsi qərarının ləğv edilməsini istəyir. Eks-icra başçısının vəfatından sonra onun qardaşı hüquqi varisi qismində tanınıb. Onun tərəfindən verilən kassasiya şikayətinə yaxın günlərdə baxılacaq. Mərhum N.Quliyevin dövlət nəfinə alınmış əmlaklarının siyahısını təqdim edirik: Goranboy rayonu, Heydər Əliyev prospekti 106 ünvanında yerləşən orta bazar dəyəri 330 395 manat olan qeyri-yaşayış binası; Goranboy şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən orta bazar dəyəri 143 min manat olan qeyri-yaşayış binası; Goranboy şəhəri, V. Bayramov küçəsində yerləşən orta bazar dəyəri 121 000 manat olan daha bir qeyri-yaşayış binası. Goranboy rayonu, Aşağı Ağcakənd kəndində bazar dəyəri 20 800 manat olan torpaq sahəsi; Qeyd edək ki, Nizaməddin Quliyev 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Külli miqdarda mənimsəmə, rüşvət alma kimi cinayətlərdə təqsirli bilinən sabiq icra başçısı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü il 8 il 6 ay azadlıqdan məhrum edilib. Hökmə əsasən üzərinə həbs qoyulmuş əmlaklar müsadirə edilib. Quliyevin vəfatından sonra Gəncə Apellyasiya Məhkəməsi əmlaklarını müsadirədən azad edib. Sonradan prokurorun protesti əsasında Ali Məhkəmə qərarın əmlakların müsadirədən azad edilməsi hissəsi ləğv edilib. Gəncə Apellyasiya Məhkəməsi təkrar baxışda əmlakların yenidən müsadirəsinə qərar verib. (Qafqazinfo) |
1,046,324 | 20.02.2024 12:47 | Ölkə | Nazir bu şəxsə YÜKSƏK VƏZİFƏ VERDİ | Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri vəzifəsinin icrası Samir Ağabalayevə həvalə edilib. Bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb. S.Ağabalayev uzun müddətdir nazirliyin aparatında çalışır. Belə ki, nazirin müvafiq əmri ilə Aparat rəhbəri vəzifəsini icra etmək müvəqqəti olaraq Samir Ağabalayevə tapşırılıb. Xatırladaq ki, 2019-2023-cü illərdə Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Zaur Əliyev olub. O, ötən ilin sonlarında vəzifəsindən azad edilib. Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il noyabrın 18-də imzaladığı Sərəncamla Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub. (İqtisadiyyat.az) |
1,046,325 | 20.02.2024 12:15 | Hadisə | Azərbaycanın xalq artisti Almaniyada vəfat etdi | Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni, bəstəkar Leyla Şəripova 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib. Bu barədə tacik jurnalist Odil Nozir məlumat yayıb. Qeyd edək ki, L.Şəripova 1965-ci ildə Tacikistan SSR-nin xalq artisti, 1978-ci ildə isə Azərbaycan SSR-nin xalq artisti adını alıb.//Report |
1,046,326 | 20.02.2024 12:17 | Gündəm | Qeyri-etik görüntüləri yayılan şagirdin oxuduğu məktəbin direktoru: "Zarafat edib" - VİDEO | "Hadisə yanvarın 17-də məktəbdən kənarda baş verib. Biz bu hadisə ilə bağlı fevralın 14-də məlumat almışıq. Məlumat aldıqdan sonra şagirdin valideyni ilə əlaqə saxlanılıb və məktəbə dəvət olunub". Bu sözləri 156 nömrəli məktəbin direktoru Gülər İsmayılova mətbuata açıqlamasında bildirib. O əlavə edib ki, görüntülərdə olan şəxslərdən yalnız biri məktəbin şagirdidir: "Digər şəxs bizim məktəbin şagirdi deyil. Həmin şagirdin dərslərdə nəticələri ortadır. Zəif oxuyan şagird deyil. Buna qədər məktəb daxilində heç bir şagirdlərə qarşı oxşar hərəkət etməyib. Həmin şagird və valideyni bizə bildirib ki, zarafat edib. Etdiyi zarafatdan peşmandır". |
1,046,327 | 20.02.2024 12:22 | Dünya | Aİ Rusiyanın penitensiar sisteminə qarşı sanksiyalar vəd edir | Rusiya müxalifətinin lideri Aleksey Navalnının həbsxanada ölməsi Avropa İttifaqının xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasının gündəmini dəyişib. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya Federasiyası ilə bağlı məsələlərin müzakirəsi zamanı diplomatların diqqətinin Moskva ilə Pekin arasında əməkdaşlığa qarşı yönələcək 13-cü sanksiyalar paketinə yönələcəyi gözlənilirdi. Məlum olub ki, iclasda yeni tədbirlər də hazırlanır. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell sanksiyaların Rusiya Federasiyasının penitensiar sisteminə təsir edəcəyini bildirib. Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində iclası adətən növbəti sanksiyalar paketinin müzakirəsində yekun nöqtə olur. Aİ sammitində məhdudiyyətlərlə bağlı xarici işlər nazirlərinin qəbul etdiyi və təsdiq etdiyi qərarlar yalnız təsdiqlənir. Qeyd edək ki, ABŞ və Avropanın qüdrətli ölkələri Navalnını həbsxanada qəsdən öldürüldüyünü iddia edir və əsas məsuliyyəti RF rəhbərliyinin daşıdığını vurğulayırlar. Musavat.com |
1,046,328 | 20.02.2024 12:59 | Ölkə | 10 dərəcə şaxta, QAR, yağış - XƏBƏRDARLIQ | Fevralın 21-də Azərbaycanda havanın yağıntılı olacağı, bəzi yerlərə qar yağacağı gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidromoterologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında havanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. |
1,046,329 | 20.02.2024 12:29 | Ölkə | 156 saylı məktəbdəki hadisə buna görə baş verib | Yaşadığımız dövr və cəmiyyətdə valideyn məsuliyyətindən, həmçinin ailədə valideyn-uşaq münasibətlərinin düzgün qurulmamasından yaranan və bu diqqətsizlik və məsuliyyətsizlik səbəbindən uşaq hüquqlarının pozulmasına gətirib çıxaran bir sıra hallara rast gəlinir. Uşağın böyüdülməsi, cəmiyyətdə layiqli fərd kimi yetişdirilməsində valideynin rolu önəmlidir. Beynəlxalq təcrübədə valideyn məsuliyyəti kimi ən mühüm vəzifələr sırasına uşağın tərbiyə, təhsil, sağlamlıq və müalicəsi daxildir. Bunu təhsil eksperti Kamran Əsədov Bakı şəhəri 156 saylı orta məktəbin qız şagirdlərinin qeyri-etik hərəkətləri barədə açıqlamasında deyib. “Şagirdlər məktəbdə, küçədə məruz qaldıqları təzyiqləri, qeyri-etik davranışları evdə valideyinləri ilə bölüşə, valideyndən dəstək ala bilmədiyi üçün ortaya xoş olmayan mənzərə çıxır. Ailə Məcəlləsinin 58-ci maddəsi uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələrinə həsr olunub və valideynlərin uşaqlarını tərbiyə etməyə borclu olduqları, həmçinin onların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıdıqları ayrıca vurğulanır. Yəni evdə valideynləri tərəfindən zorakılığa məruz qalan və düzgün davranış qaydalarında tərbiyə olunmayan uşaqlar cəmiyyətə təhlükə saçırlar. Bakı şəhəri 156 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə baş verən hadisə onu göstərir ki, valideynlər övladları ilə heç bir ünsiyyət qurmur, onların tərbiyəsi ilə məşğul olmur. Hər bir valideyn məsuliyyətini anlamalı və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir”, - ekspert bildirib. Onun sözlərinə görə, valideyn məsuliyyətinin artırılması məqsədilə İnzibati Xətalar Məcəlləsinin 189-cu və 512-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərə məsuliyyət nəzərdə tutulub: “Valideyinlik təkcə dünyaya uşaq gətirmək, ona geyim, yemək almaq deyil. Valideynlik övladına mənəvi, psixoloji dəstək verməkdir. Valideyinlər sosial şəbəkələrdə vaxt keçirdikləri qədər övladları ilə vaxt keçirmirlər. Valideynlər əllərində telefon tutduqları qədər övladlarının əlini tutmurlar. Valideynlər Vatsapda, sosial şəbəklərdə başqaları ilə danışdıqları qədər övladları ilə danışmırlar”.//Axar.az |
1,046,330 | 20.02.2024 13:11 | Kriminal | Bakıda azyaşlı qıza zorakılıq edən kişi saxlanıldı | Bakıda kişinin azyaşlıya qarşı zorakılıq etməsini əks etdirən görüntülər yayılıb. Videoda onun balaca qıza qarşı kobud davranması, saçını dartması və başına güclü zərbələr vurması görünür. Bundan qorxan uşaq ağladığı zaman isə kişi azyaşlıya bunu belə irad tutur. DİN-in Mətbuat xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov bildirib ki, sözügedən görüntülər araşdırılıb. Onun sözlərinə görə, azyaşlıya qarşı zorakılıq edən Bakı sakini Elnur Məmmədova qarşı cinayət işi açılıb: “Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Elnur Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”. Qeyd edək ki, hadisədən əvvəl E.Məmmədovun həyat yoldaşını döydüyü, daha sonra ananın qızına qarşı edilən zorakılığı telefonla çəkiyi iddia edilir. |
1,046,331 | 20.02.2024 12:23 | Dünya | ABŞ Qəzza ilə bağlı qətnamə TƏKLİF ETDİ | Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasına Qəzza zolağında müvəqqəti atəşkəs tələb edən və anklavın Misirlə sərhədində yerləşən Rəfah şəhərində İsrailin quru əməliyyatının nəticələri barədə xəbərdarlıq edən qətnamə təklif edib. Musavat.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Qətnamənin mətnində qeyd olunur ki, İsrailin hazırkı şəraitdə Rəfaha planlaşdırdığı hücum mülki əhaliyə zərər vuracaq, həmçinin regional sülh və təhlükəsizlik üçün ciddi nəticələrə səbəb olacaq. Birləşmiş Ştatlar Qəzza zolağında dərhal atəşkəslə bağlı Əlcəzairin hazırladığı qətnamə layihəsinə veto qoyacağı ilə bağlı xəbərdarlıq edib. Amerika rəsmiləri bu qətnamənin qəbulunun ABŞ, Misir, İsrail və Qətər arasında girovların azad edilməsinə dair danışıqlara xələl gətirə biləcəyindən ehtiyat edirlər. Qeyd edək ki, fevralın 9-da İsrailin baş naziri Benyamin Netanyahu Rəfah şəhərində genişmiqyaslı hərbi əməliyyata başlamaq planlarını açıqlayıb. İsrail fevralın 12-nə keçən gecə ilk zərbələrini endirib. Lakin əməliyyat başlamazdan əvvəl baş nazir Rəfah sakinlərinin təxliyyəsini təmin edəcəyinə söz verib. Onun sözlərinə görə, İsrail hərbçiləri şəhər əhalisinin təxliyəsi üçün plan hazırlayacaq. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Rəfahda 1 milyondan çox fələstinli var. Qəzza zolağında müharibə başlayandan sonra şəhərin əhalisi xeyli artıb. BMT Rəfah əməliyyatının nəticələrinin fəlakətli olacağı barədə xəbərdarlıq edib. Musavat.com |
1,046,332 | 20.02.2024 13:24 | Şou-biznes | "Aparıcılar Rəvanın evlənməyindən danışırlar, özlərindən isə..." - Elşad Qarayev OD PÜSKÜRDÜ | Müğənni Elşad Qarayev "7 tamam" verilişində qonaq olub. O, aparıcı Nanə Ağamalıyevanın "Oğlunuz Rəvan hər dəfə verilişlərə gəlir və sevgidən, evlənməkdən danışır. Bunlar Elşad müəllimin ən aktual mövzularıdır" fikirlərinə belə reaksiya bildirib: "İndi özümüzdən danışaq. Bizdə o qədər aparıcı var ki, dinmirlər, deyən də yoxdur. Amma kim mənə bu sualı verərsə, açıb deyəcəyəm. Rəvanın evlənməyindən danışırlar, amma özlərindən xəbərləri yoxdur. Onu inşallah deyəcəyəm". Nanə isə cavab olaraq "Həyatım boyu elə bir şərait yaratmamışam ki, kimsə həmkarlarımla bağlı danışsın. Bir insan şərait yaratmasa, kimsə onun haqda danışmaz. Demək ki, edirlərsə, qarşı tərəfdən bu istiliyi alıblar" deyib. Elşad Qarayev isə "Bilirsiniz necədir? Artıq o insanlar da ailə qurublar. Ona görə yaxşı çıxmır, bu söhbəti bağlamaq lazımdır" söyləyib. Qeyd edək ki, Rəvan iki dəfə ailəli olub. İfaçının ilk evliliyindən bir qız, ikinci nikahından da bir qız övladı var. (axşam.az) |
1,046,333 | 20.02.2024 13:36 | Sosial | ŞAD XƏBƏR! Bu şəxslərə ev VERİLƏCƏK - VİDEO | Antiterror tədbirləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və şəhid olanların ailələri evlə təmin ediləcəklər. Bu, bir müddət əvvəl imzalanmış sərəncamlarda öz əksini tapıb. Yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və ötən il aparılmış hərbi əməliyyatlar zamanı ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin də mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulur. Bu arada, indiyədək şəhid ailələri və müharibə iştirakçılarına göstərilən xidmətin həcmi də açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu qəbildən olan 105 min şəxsə sosial ödəniş təyin olunub. Bundan başqa, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olmaqla minlələrlə şəxsə psixoloji və reablitasiya xidmətlərinin göstərildiyi də açıqlanıb. Qurumdan o da bildirilib ki, post-müharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edib və onlara dəstək yönümlü 331 min xidmət göstərilib. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: |
1,046,334 | 20.02.2024 13:47 | İdman | “Neftçi”nin sabiq prezidenti UEFA-dan təyinat aldı | “Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan növbəti dəfə təyinat alıb. Oxu.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Polşada “Legiya” və Norveçin “Molde” komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq. Qeyd edək ki, qarşılaşma fevralın 22-də Varşavada gerçəkləşəcək. İlk matçda Norveç klubu qələbə qazanıb - 3:2. Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub. |
1,046,335 | 20.02.2024 12:51 | Ölkə | Xoşqədəm onu efirdən qovdu - Məndə sənin dosyen var, ağzımı açdırma - VİDEO | "Səni axtarıram" ictimai-sosial verilişinin ötən axşamki buraxılışında qalmaqal yaşanıb. Musavat.com bizim.media-ya istinadən bildirir ki, aylardır ki, sözügedən proqramda iştirak edən Gülxanım adlı qadın aktyor Sərxan Kərəmoğlu ilə dalaşıb. Bu anda ekspertlər Gülxanıma qarşı çıxıb. Bunu görən qadın "Bəsdirin. Yığışdırın şounu, reytinqi yığışdırın. Bu verilişdə hər kəs saflığımdan istifadə elədi" söyləyərək, verilişdə səs tonunu qaldırıb. Bundan sonra bir neçə saniyəlik qadının mikrofonu söndürülüb. Studiyada çaxnaşma yaradan Gülxanıma verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı əsəbiləşib. "Məndə sənin dosyen var. Ağzımı açdırma. Hələ etdiklərini tamaşaçıya göstərmirəm, amma göstərəcəyəm. Çıx studiyadan, məni gözlə", - deyə Xoşqədəm Gülxanıma səslənib. Aparıcı əlinə telefonu götürərək orada yer alan görüntüləri qadına göstərib və həmin informasiyanı yaxın günlərdə tamaşaçılara da təqdim edəcəyini vurğulayıb. Gülxanım isə "Mən sənə güvənmişdim" sözlərini dilə gətirsə də Xoşqədəm buna məhəl qoymayıb və qarşı tərəfi dinləməkdən imtina edib. Verilişdə yaşanan qalmaqal dolu anları sizə təqdim edirik: |
1,046,336 | 20.02.2024 12:50 | Müsahibə | Səhiyyə nazirinin müşaviri: “Məqsəd tibbi məlumatların vahid ekosisteminin formalaşdırılmasıdır” - MÜSAHİBƏ | Səhiyyə Nazirliyi tərəfindən bu ilin əvvəlində “Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırılması” layihəsinin təqdimatı keçirilib. Layihə çərçivəsində “Elektron resept” sistemi və müvafiq mobil tətbiq təqdim olunub. Səhiyyə sektorunun rəqəmsallaşması mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə də nazirlik tərəfindən həyata keçirilən tədbirlər məqsədyönlü addımların ardıcıllığını əks etdirir. Eyni zamanda, bu addımlar innovativ yanaşmalar əsasında səhiyyə xidmətlərinin səmərəliliyi və effektivliyini artıraraq, rəqəmsal vasitələrin tətbiqinin genişləndirilməsini təmin etmək məqsədi daşıyır. Musavat.com xəbər verir ki, səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov bu prosesləri əhatə edən mərhələlər barədə nazirliyin saytına müsahibə verib. - Rüfət müəllim, əvvəlcə oxuculara qısa olaraq “Rəqəmsal səhiyyə” anlayışının nə olduğunu izah edərdiniz... - Formal olaraq “Rəqəmsal səhiyyə” termini səhiyyə sektorunda rəqəmsal texnologiyalardan istifadəni nəzərdə tutur. Bu sistem həm fərdi aspektdə, həm də ölkə əhalisi miqyasında ictimai sağlamlığın keyfiyyətinin təhlili və qiymətləndirilməsi üçün zəruri olan tibbi məlumatların toplanmasını təmin edir. Rəqəmsal səhiyyənin məqsədi səhiyyə sektorunda tibbi məlumatları vahid rəqəmsal çərçivədə birləşdirmək və bu informasiyalardan maksimum faydalanmaqdır. Bu məlumatların təhlili tibbi xidmətin keyfiyyətinin və əhalinin sağlamlığına qayğının yüksək səviyyədə olması, infrastruktur aktivlərinin səmərəli idarə olunması, habelə səhiyyə sektorunun strateji planlaşdırılmasınıa mühüm töhfə verməsini təmin edəcək. - Səhiyyə Nazirliyinin rəqəmsal səhiyyənin tətbiqi ilə bağlı atdığı ilk addımları hansılar olub? - Səhiyyədə rəqəmsallaşma istiqamətində ilk addımlar 2006-cı ildə başlayıb və o dövrün tələbləri ilə müəyyən edilib. Buraya ilk növbədə İT infrastrukturunun yaradılması, vətəndaşların sağlamlıq kartı sistemi çərçivəsində bir çoxsaylı rəqəmsal tibbi registrlərin, ölkə üzrə tibb işçilərinin uçotu sistemi, elektron xidmətlərin, o cümlədən əlilliyin müəyyən edilməsi reyestrinin tətbiqi və bu istiqamətdə bir çox digər tədbirlər aiddir. Qeyd etmək istərdim ki, əvvəlki illərdə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin mütəxəssisləri sektorun rəqəmsallaşdırılması sahəsində böyük işlər görüblər. Bu gün Səhiyyə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sistemində 20 elektron sistem, o cümlədən bir çoxu Mərkəzin mütəxəssisləri tərəfindən yaradılan 70-dən çox proqram modulu fəaliyyət göstərir. - Müasir dünyada rəqəmsal səhiyyəyə olan tələblərdə nə dəyişib? Bu sahədə hansı vəzifələri prioritet hesab edirsiniz? - İlk növbədə, vətəndaşların sağlamlıq vəziyyətinin təhlili üçün əsas olan tibbi məlumatların rolu artıb. Vətəndaşların bütün həyat dövrü ərzində toplanılan tibbi məlumatlarının təhlili xəstəliyin səbəbini daha yaxşı anlamağa, daha dəqiq diaqnoz qoymağa və ən uyğun müalicəni təyin etməyə imkan verir. Radiologiya sahəsində süni intellekt məlumatları və alqoritmləri xəstəliklərin erkən mərhələdə diaqnostikasında əvəzsiz vasitədir. Bundan əlavə, böyük məlumatların təhlili səhiyyə sektoru üçün proseslərin və sahəvi maliyyələşdirmənin optimallaşdırılması, pandemiyanın yayılmasının qarşısının alınması, habelə səhiyyənin keyfiyyətinin artırılması və vətəndaşların ömür uzunluğunu prioritet saxlayan idarəetmə modellərini qurmağa imkan verir. Bu fundamental texnoloji yanaşma dünyanın inkişaf etmiş ölkələrində müasir səhiyyə praktikasında istifadə olunur. Rəqəmsallaşma, sektorun transformasiyasının prioritetlərindən biri kimi Səhiyyə Nazirliyinin rəhbərliyinin gündəmindədir. Rəqəmsallaşma tibb sahəsində irəliləyişləri möhkəmləndirməyə, tibbi nailiyyətlər və yaxın illərdə ölkədə tibbin ardıcıl və planlı şəkildə inkişafı üçün güclü zəmin yaratmağa imkan verəcək. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə “Səhiyyənin Transformasiyası Mərkəzi”nin işçi qrupu çərçivəsində hazırlanan rəqəmsal səhiyyə strategiyasında bütün prioritetlər vətəndaşların sağlamlığının qayğısına, bu məqsədə effektiv və ən qısa müddətdə nail olmağa imkan verən rəqəmsal ekosistemin təmin edilməsinə yönəlib. Üzərində işlədiyimiz əsas vəzifə ölkənin bütün tibb müəssisələrini birləşdirən vahid tibbi məlumat ekosisteminin formalaşdırılması, tibb işçilərinin bu məlumatlara davamlı çıxışının təmin edilməsidir. Ən əsası isə, tibbi məlumatların xəstəliklərin diaqnostikası və tibb işçiləri tərəfindən ən effektiv müalicə üsullarının təyin edilməsi ilə bağlı qərar qəbul etmə prosesinə inteqrasiyasıdır. Əsas məlumat mənbəyi vətəndaşların doğum anından ölüm anına qədər sağlamlığı ilə bağlı bütün məlumatları əks etdirən “Vətəndaşın Tibbi Rəqəmsal Əkizi” adlı reyestr olacaq. Bu məsələyə daha geniş şəkildə baxsaq, deyə bilərik ki, məlumat ananın tibb müəssisəsinə hamiləlik faktının müəyyən edilməsi üçün müraciətindən başlayaraq orqan transplantasiyası anına qədər (əgər vətəndaş öldükdən sonra orqanların donor kimi istifadəsinə razılıq veribsə) müddətini əhatə edəcəkdir. Bu reyestrdə bütün həyat dövrü ərzində toplanan tibbi tarixçə, diaqnozlar, müalicə üsulları, analizlərin nəticələri, radiologiya, reseptlər və sair məlumatlar, o cümlədən xəstəliklərə genetik meylin anamnestik tarixçəsi həkimlər tərəfindən dərin təhlil və xəstəliyin səbəblərinin müəyyən edilməsi üçün əsas vasitəyə çevriləcəkdir. Nəticədə diaqnozu dəqiqləşdirməyə və ən effektiv müalicə üsullarını təyin etməyə imkan verəcəkdir. Toplanılan tibbi məlumatlar bütün ölkə üzrə əhalinin sağlamlıq vəziyyətinin makroanalizi, tibbi xidmətlərə tələbatın və onun keyfiyyətindən məmnunluğun, səhiyyədə tələb olunan infrastrukturun inkişafının planlaşdırılması, sığorta da daxil olmaqla səmərəli iqtisadi modellərdən istifadə, insan resurslarının inkişafı və müvafiq olaraq sektorun inkişafı üçün çevik planlaşdırma, səhiyyədə dövlət qarşısında duran prioritet vəzifələrin həyata keçirilməsi üçün əsas amil olacaq. - Nazirlik yeni rəqəmsal platformaların yaradılmasını elan edib. Onlardan hər hansı birini əhəmiyyət dərəcəsinə görə qeyd edə bilərsinizmi? - Əhəmiyyətli tətbiqlərlə bağlı soruşursunuzsa, Səhiyyə Nazirliyinin müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə “Çağrı Mərkəzi” üçün hazırlanan elektron sorğu izləmə sistemini qeyd etməyə bilmərəm. Bu, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə sağlamlıqlarını qurban verən insanlara dövlət qayğısı ilə bağlı sosial əhəmiyyətli təşəbbüsdür. Qeyd olunan elektron sistem vahid rəqəmsal çərçivə daxilində və real vaxt rejimində vətəndaşların müraciətlərinin icra vəziyyətini izləməyə və Səhiyyə Nazirliyinin müvafiq tibb müəssisələrinə yönləndirməyə imkan verir. Eyni zamanda, müraciətin mövzusuna uyğun olaraq, bu sistemə çıxışı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və YAŞAT Fonduna icraata yönləndirməyə imkan yaradır. “Çağrı Mərkəzi”nin əməkdaşları tərəfindən vətəndaşların gündəlik müraciətləri ilə yanaşı, müharibə veteranları və şəhid ailə üzvləri ilə proaktiv şəkildə əlaqə saxlanılır, mümkün ehtiyacları və cari problemləri öyrənilir. Zəruri hallarda müraciətlər sistemdə qeydiyyata alınır və sistemdə iştirak edən dövlət qurumları ilə birgə həll edilir. 2023-cü ilin aprel ayından bu günə qədər “Çağrı Mərkəzi”nin əməkdaşları tərəfindən 50 mindən çox proaktiv qaydada əlaqə saxlanılıb. Minlərlə vətəndaşa lazımi tibbi yardımın göstərilməsi ilə yanaşı, həmçinin bu müraciətlər sisteminə çıxışı olan digər strukturlar da sosial məsələlərin həllində yardımçı olublar. - Cari ilin əvvəlində elan edilən “Elektron resept” sistemi haqqında daha ətraflı məlumat verə bilərsinizmi? - Əczaçılıq sahəsində tənzimləmənin səmərəliliyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində “Elektron resept” sisteminin yaradılması Səhiyyə Nazirliyinə həvalə edilib. Yaradılan sistem ölkənin dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan dərman vasitələrinin reseptlərinin qeydiyyatı və idarə olunmasının vahid reyestridir. “Elektron resept” sistemindən icbari tibbi sığorta üzrə xidmət alan bütün vətəndaşlar, güzəştli kateqoriyaya aid olan şəxslər, habelə özəl tibbi sığorta üzrə xidmət alan və sığortası olmayan vətəndaşlar istifadə edə bilərlər. Həm fərdi kompüterlərdə, həm də mobil cihazlarda mövcud olan bu həllin çox rahat və intuitiv interfeysi həkimə ölkədə rəsmi qeydiyyatdan keçən dərman vasitələrinin və xəstəliklərin beynəlxalq təsnifatı əsasında reseptlər yazmağa imkan verir. Vətəndaş öz interfeysində ona yazılan bütün reseptləri sadə strukturlaşdırılmış və rahat oxunan formada görəcək. Mobil proqramı reseptim.az saytından, həmçinin “AppStore” və “Google Play” proqram mağazalarından yükləmək mümkündür. Sistem aktiv maddə əsasında reseptlər yazmağa imkan yaradır. Bu da alıcıya dərman alarkən seçim azadlığı verir. Gələcəkdə bu reyestrin dərman vasitələrinin dövriyyəsi monitorinqi reyestrinə inteqrasiyası, habelə nəzarət-kassa aparatının məlumat bazası ilə inteqrasiyası dərman vasitələrinin satışı zamanı aparılan əməliyyatlara, o cümlədən saxta və qeydiyyatsız dərman vasitələrinin yayılmasının, satışının qarşısının alınmasına nəzarəti gücləndirməyə imkan verəcək. Bu reyestr həm də vətəndaşlar üçün tibbi məlumat mənbəyidir və sonradan vətəndaşın rəqəmsal profilindəki tibbi məlumatlarının bütövlüyünü təmin etmək üçün “Vətəndaşın Tibbi Rəqəmsal Əkizi” sistemi ilə birləşdiriləcək. Onu da qeyd etmək istəyirəm ki, “Elektron resept” sistemi tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və ölkə səhiyyəsinin rəqəmsallaşdırılması istiqamətində əsas təşəbbüslərdən biridir. Çox təqdirəlayiq haldır ki, biz bu layihəni səhiyyədə transformasiyanın ilkin mərhələsində həyata keçirmişik. - Səhiyyənin rəqəmsallaşması səhiyyə sistemini idarə etməklə yanaşı, həm də yerlərdə həkimlərin praktiki fəaliyyətinin transformasiyasını və həkimlərin özlərinin rəqəmsallaşdırma sahəsində bilik səviyyəsinin yüksəldilməsini nəzərdə tutur. Bu proseslər necə həyata keçirilir? - Bu proselərin həyata keçirilməsi üçün Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin müvafiq şöbəsi tərəfindən yeni elektron sistemlərin tətbiqi zamanı əyani və ya onlayn rejimdə təlim kursları keçirir. Təlim videomaterialları paylanılır, elektron sistemlərdən istifadə qaydaları göndərilir. Qeyd edək ki, tədris prosesi illər ərzində qurulub və təkmilləşib. Təcrübə göstərir ki, iki ay ərzində ölkənin müvafiq tibb kadrlarına müxtəlif sistemlər üzrə təlim keçmək mümkündür. “2024-2028-ci illər üçün rəqəmsal səhiyyə üzrə Milli Strategiyası” səhiyyədə rəqəmsal bacarıqların istifadəsi məqsədilə təhsil məzmunu tətbiqi istiqamətində addımlar nəzərdə tutur. Azərbaycan Tibb Universitetində və tibb kolleclərində də diplomdan əvvəl təhsil təşkil olunacaq. Bunun üçün müvafiq məzmun və kurikulum hazırlanacaq. Mövcud tibb kadrlarının hazırlanması Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, eləcə də Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin müvafiq şöbəsinin resursları ilə həyata keçirilə bilər. - Nazirlik tərəfindən gələcəkdə teletibb kimi yeniliyin tətbiqi istiqamətində hansı işlər görülür? - Əlbəttə ki, bu istiqamətdə mühüm işlər aparılır. Səhiyyəmiz üçün ən perspektivli teletibb ssenarilərini müəyyən etmək məqsədilə hətta iki tibbi elmi-tədqiqat institutu əsasında pilot layihə həyata keçirdik. Pilot layihənin nəticəsi tibb müəssisəsinə ilkin müraciət zamanı (yalnız ilkin konsultasiya almaq və ya şəxsən baş çəkməyi tələb etməyən addımların razılaşdırılması) vətəndaşların axınının azaldılmasında teletibbdən istifadənin effektivliyini göstərib. Bundan əlavə, teletibb xidmətlərinin müsbət təsiri vətəndaşların tibbi müayinələrinin izahı prosesində də özünü göstərib. Buna görə vətəndaşların yenidən müvafiq izahatlar üçün tibb müəssisəsinə təkrar müraciətinə ehtiyac yaranmır. Bunlar səhiyyə subyektlərinin yükünün azaldılmasında, həkimlər tərəfindən əhaliyə ünvanlı yardımın artırılmasında, vətəndaşların tibb müəssisələrinə müraciət vaxtının və maliyyə xərclərinin azaldılmasında əks etdirən teletibb tətbiqinin ilk və aşkar üstünlükləridir. Paytaxda bölgələrdən çoxlu sayda vətəndaşların gəlməsini nəzərə alsaq, o zaman bu, qlobal iqlim dəyişikliyinə təsir edən aktual problemlərdən biri olan logistika ilə bağlı karbon qazı emissiyalarını da azaldan çox mühüm amildir. Biz, həmçinin teletibb vasitəsilə xəstələrin məsafədən monitorinqi üçün ssenariləri öyrənməyi planlaşdırırıq. Bu da xidmətin ölkənin səhiyyə sisteminə tətbiqi zamanı ssenarilərə olan tələbatı müəyyən etməyə kömək edəcək. Bundan əlavə, bu növ xidmətin tətbiqi üçün müvafiq qanunvericilik tələb olunur. Bununla əlaqədar, aidiyyəti dövlət tənzimləyiciləri və prosesdə iştirak edən strukturlarla birgə işləməliyik. - Rəqəmsal tibbdə hələlik nəyi reallaşdırmaq mümkün olmayıb? Yeni bir səviyyəyə yüksəlmək üçün hansı addımları atmağı düşünürsünüz? - Son 2 il ərzində “2024-2028-ci illər üçün rəqəmsal səhiyyə üzrə Milli Strategiya”nın hazırlanmasından tutmuş bütün ölkə ərazisində bir sıra texnoloji layihələrin genişmiqyaslı həyata keçirilməsinə qədər böyük işlər görülüb. Bunlara “Elektron resept”, “Dərman vasitələrinin təqibi və izlənməsi”, “Elektron bülleten”, “Elektron epikriz” və s. sistemləri, habelə müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiyanın göstərilməsi çərçivəsində müraciətlərin izlənməsi üçün elektron sistem daxildir. Nəyi və necə etməyi bildiyiniz təqdirdə bütün çətinliklərin öhdəsindən gəlmək olar. Səhiyyənin rəqəmsallaşdırılması strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi bu sektorda texnologiyanın tətbiqinə, ilk növbədə onun əməkdaşlarına böyük üstünlüklər yaradacaq. Bu, ölkədə səhiyyənin əsaslı şəkildə yeni səviyyəyə qaldıracaq. |
1,046,337 | 20.02.2024 12:55 | Dünya | M-8-i qaçıran Kuzminovu İspaniyada kim öldürüb? – İzlər azdırılır | Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib ki, İspaniyada həlak olan pilot Maksim Kuzminov hələ Rusiyanın Mi-8 hərbi helikopterini qaçırmağı planlaşdıran zaman “mənəvi cəsəd" olub. Musavat.com xəbər verir ki, bu barədə o, RİA Novosti-yə bildirib. Bir gün əvvəl “Ukrayinska Pravda” nəşri Ukrayna Dövlət Kəşfiyyat İdarəsinə istinadən xəbər verib ki, Rusiyadan qaçan pilot İspaniyada qıza görə öldürülə bilərdi. Güman olunur ki, Ukrayna tərəfi Kuzminovun qətlini ona görə siyasiləşdirmir ki, Rusiya tərəfdən Ukraynaya keçənləri və analoji addımlar atmaq istəyənləri “Rusiyanın qarşıalınmaz qisasçılığı” ilə qorxutmasın. Eyni zamanda, "El Observador" qəzeti yazır ki, Ukrayna hakimiyyətinin versiyasında bir sıra uyğunsuzluqlar var. Pilotun öldüyü iddia edilən yerin adı çəkilməyib və İspaniyada öldürülən adamın yaşı Kuzminovun yaşı ilə uyğun gəlmir. Bilindiyi kimi, 2023-cü ilin sentyabrında Rusiyanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Kuzminovun avqustun 9-da Mi-8 markalı hərbi helikopteri Kursk aerodromundan Xarkov vilayətinə qaçırdığını bildirib. Helikopterdə Kuzminovdan başqa, Ukrayna kəşfiyyatının məlumatına görə, müqavimət nəticəsində həlak olan iki ekipaj üzvü olub. Keçən il sentyabrın 7-də prezidentin mətbuat katibi Dmitri Peskov Ukraynaya qaçırılan Mi-8 helikopteri ilə bağlı məlumatı şərh etməkdən imtina edərək, bunun Müdafiə Nazirliyinin səlahiyyətində olduğunu deyib. Kuzminovun helikopteri qaçırmasından sonra hərbi dairələrdə onun haqqında ölüm hökmü çıxarılıb. Dünən isə Kuzminov yaşadığı evin yanından güllələnmiş halda tapılıb. Musavat.com |
1,046,338 | 20.02.2024 13:59 | İqtisadiyyat | Dollarla bağlı MÜHÜM XƏBƏR | Fevralın 20-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Bankdan Musavat.com-a bildirilib ki, hərracda tələb 102,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. |
1,046,339 | 20.02.2024 14:13 | Şou-biznes | Oktay Kaynarcadan Elşənə hədiyyə - FOTO | Türk aktyor Oktay Kaynarca Elşən Orucoova hədiyyə göndərib. Musavat.com olay-a istinadən bildirir ki, bununla bağlı Elşən instaqramda paylaşım edib. O, hədiyyəsini yerləşdirərək "Diqqətin üçün çox sağ ol, Oqtay "abi"",- deyə vurğulayıb. |
1,046,340 | 20.02.2024 13:09 | Region | MİT-dən ŞOK ƏMƏLİYYAT - Bu ölkənin casusları İstanbulda ƏLƏ KEÇDİ | Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İstanbulda Çin kəşfiyyatı üçün Şərqi Türküstan dərnəkləri və tanınmış türküstanlılar haqqında məlumat toplayan 6 casusu saxlayıb. Musavat.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Qeyd olunub ki, topladıqları məlumat və sənədləri Çin kəşfiyyat orqanlarına ötürdükləri iddia edilən 6 nəfər haqqında həbs qərarı çıxarılıb. Digər bir casusun tutulması istiqamətində işlər davam etdirilir. Musavat.com |
1,046,341 | 20.02.2024 13:20 | Sosial | Qeyri-etik görüntüləri yayılan məktəblilər məsuliyyətə cəlb olunacaq? - Vəkil AÇIQLADI | “Valideynlər məhkəmə qarşısında xüsusi ittiham qaydasında məsələ qaldıra bilərlər ki, o uşaqların valideynləri cinayət məsuliyyətinə cəlb olunsun”. Bunu Musavat.com-a vəkil Əsabəli Mustafayev Bakıda 156 saylı məktəbdə baş verən hadisə ilə bağlı fikir bildirərkən deyib. “Əgər orada xəsarət yetirmə varsa, o iş ya cinayət, ya da inzibati xəta ilə aparıla bilər. O uşaqlar 14 yaşından yuxarıdırsa, bir çox cinayət əməllərinə görə cavabdehdirlər. Azyaşlılar üçün isə bizdə təlim-tərbiyə mərkəzləri var. Adından da göründüyü kimi, cəza müəssisəsi sayılmır. Yəni cinayət əməli törədiblər, ancaq məsuliyyətə cəlb olunmağa yaşları çatmır. Bu müəssisəyə çətin tərbiyə olunan, hüquq pozuntusuna yol vermiş uşaqlar cəlb olunur. Bu məsələ inzibati xəta ilə də rəsmiləşdirilə bilər. Uşaqların özləri də olmasa, valideynləri məsuliyyət daşıyacaqlar”, - vəkil bildirib. O əlavə edib ki, adətən təcrübədə valideynlər həbs olunmur, ancaq cərimələr olur: “Nəzərə alsaq ki, olay KİV-də yayılıb, burada həm mənəvi zərər, həm də cərimə ola bilər. Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı uşağın valideynləri məsələ qaldıra bilər. Burada mən daha çox uşağın təhqir olunduğunu görürəm, onun şərəf və ləyaqətinin alçaldılmasından söhbət gedir. Cinayət Məcəlləsində xüsusi ittiham qaydasında baxıla bilər. Valideynlər məhkəmə qarşısında xüsusi ittiham qaydasında məsələ qaldıra bilərlər ki, o uşaqların valideynləri cinayət məsuliyyətinə cəlb olunsun. Orada cərimə də nəzərdə tutulur, yaxud da uşaqların yaşı çatmırsa, onları təlim-tərbiyə mərkəzlərinə göndərə bilərlər”. Qeyd edək ki, 156 nömrəli orta məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 2023-cü il yanvarın 17-si məktəbdən kənarda IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Afaq Mirayiq,Musavat.com |
1,046,342 | 20.02.2024 13:10 | Kriminal | DİN TƏCİLİ məlumat yaydı: saxlanılan var - VİDEO FOTO | Sabunçu rayonunda axtarışda olan silahlı şəxs tutulub. Musavat.com DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 14-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir zamanı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan Bilgəh qəsəbəsi sakini 1995-ci il təvəllüdlü Mirzə Mirzəyev saxlanılıb. Həmin şəxsdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar olunaraq götürülüb. M.Mirzəyev silah-sursatı satmaq niyyəti ilə özündə saxladığını bildirib. Həmçinin, Sabunçu RPİ-nin 14-cu PŞ-nin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlərin nəticəsi olaraq daha 7 ədəd müvafiq sənədləri olmayan ov silahı vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib. |
1,046,343 | 20.02.2024 14:34 | Gündəm | Canlı efirdə DAVA: Jurnalistlə yazar bir-birini TƏHQİR ETDİ - VİDEO | Türkiyədə "Lider Haber" televiziya kanalının canlı efirində dava düşüb. Musavat.com xəbər verir ki, canlı efirdə qonaq olan yazar Mustafa Albayrak və jurnalist Ümit Zileli bir-birini təhqir edib.Mustafa Albayrak Ümit Zilelini Fətullah Gülənə dəstək verməkdə ittiham edib. Bundan sonra iki qonaq arasında canlı efirdə gərginlik yaşanıb. Sözügedən davanın görüntülərini təqdim edirik:Musavat.com |
1,046,344 | 20.02.2024 13:19 | Hadisə | Bakıda öküz dəhşət saçdı - VİDEO | Bakıda öküz yolda nəqliyyatın hərəkətinə problem yaradıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, öküz yolda qaçaraq, hərəkətə əngəl törədib. Musavat.com Lent.az-a istinadən təhlükəli anların görüntülərini təqdim edir: |
1,046,345 | 20.02.2024 14:21 | Reportaj | 107 ildir fasiləsiz işləyən “Şollar-Bakı”nın “0” nöqtəsindən VİDEO | 20 fevral 1917-ci il. Bakı əhalisi üçün çox əlamətdar günlərdən biri. Altı ildir davam edən “Şollar-Bakı” su kəmərinin tikintisi yekunlaşıb. Mənbəyini Bakıdan 187 kilometr uzaqdan götürən tərtəmiz içməli su təyinat nöqtəsinə çatıb. Bu münasibətlə təntənəli açılış mərasimi təşkil olunub. Fevralın 20-si tarixə “Şollar-Bakı” su kəmərinin istifadəyə verildiyi gün kimi yazılıb. İngilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən su kəməri artıq 107 ildir Bakı əhalisini su ilə təmin edir. “Şollar-Bakı” su kəməri Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir. Bu kəmər mənbəyini Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığındakı Şollar kəndindəki yeraltı sulardan götürür. AZƏRTAC-ın bölgə müxbiri su kəmərinin Şollar kəndindəki mənbəyində yerləşən Şollar-Bakı Su Qurğuları Kompleksinin suqəbuledici kamerasında, həmçinin kəmərin layihələndirilməsi, tikintisi və istismarı zamanı istifadə edilən əşyalardan ibarət sərgi otağında olub, burada çalışan əməkdaşlarla kəmərin 107 illik fəaliyyəti haqqında söhbət edib. “Şollar-Bakı” su kəmərinin mənbəyi əsrarəngiz təbii mənzərəsi ilə diqqət çəkir. Ərazi uca şam və çinar ağacları ilə əhatə olunub. Kompleks Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən çox ciddi mühafizə olunur. Əraziyə xüsusi icazə əsasında və sənədlər yoxlanıldıqdan sonra daxil olmaq mümkündür. Qeyd edək ki, hələ XX əsrin əvvəllərində tikinti işlərinin təhlükəsizliyini təmin etmək üçün ilk dəfə Su polisi məntəqəsi də bu ərazidə yaradılıb. Xaçmaz Su Mənbələri İstismarı Sahəsinin rəisi Namik Əliyev əvvəlcə bizi Şollar-Bakı Su Qurğuları Kompleksinin suqəbuledici kamerası ilə tanış edir. Burada Şahdağın ətəyindən süzülən yeraltı çaylardan və bulaqlardan gələn tərtəmiz suyun sifon tipli 4 tunel vasitəsilə bir mərkəzdə cəmləşərək “Şollar-Bakı” su kəmərinə axmasını müşahidə etmək mümkündür. Namik Əliyev bildirir ki, Şolların mənbəyi artezian üsulu ilə qazılmış 24 quyu və lay sularından qidalanır. Birinci sifon tipli tunelə 16, ikinciyə 5, üçüncüyə isə 3 quyunun suyu daxil olur. Həmçinin dördüncü kaptaj xətti də var ki, bura lay suları və 32 bulaq qoşulur. Quyular mənbədən 2-3 kilometr şimalda “Şahdağ” silsiləsinə doğru meşəlikdə qazılıb. “Bura “Şollar-Bakı” su kəmərinin başlanğıc nöqtəsidir. Bu tunellər vasitəsilə gələn sular burada bir yerə yığılıb kəmərə tökülür. “Şollar” kəməri ellipsoid formalı monolit betondan hazırlanmış borulardan çəkilib. Hündürlüyü 1,7, eni 1,2 metr olan borular marşrut boyunca torpağa basdırılıb. Borular özüaxımlı rejimi təmin etmək üçün ərazinin relyefindən asılı olaraq bəzi yerlərdə torpağın 2, bəzi yerlərdə isə 8 metr dərinliyində yerləşir. Bunun nəticəsidir ki, kəmər H.Z.Tağıyev qəsəbəsindəki nasosxanaya qədər özaxımlıdır. Buradan su nasoslar vasitəsilə Müşfiqabad qəsəbəsinə vurulur, oradan isə özaxımlı rejimdə Bakı şəhərinə nəql olunur”, - deyə Namik Əliyev söyləyir. Kompleksin həyətində xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılıb. Bura gələn hər kəs su kəmərinin çəkilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə Tağıyevin xatirəsini böyük minnətdarlıq hissi və ehtiramla yad edir. “Şollar-Bakı” su kəmərinin mənbəyində həm açıq havada, həm də sərgi otağında XX əsrin əvvəllərində kəmərin layihələndirilməsi, tikintisi və istismarı zamanı istifadə olunan əşyalar, texniki avadanlıqlar və fotolar nümayiş etdirilir. Sahə ustası Valeh Tarıverdiyev bildirir ki, buradakı sərgi “Şollar-Bakı” su kəmərinin istifadəyə verilməsinin 100 illiyi münasibətilə yaradılıb. “Mənbəyini Şollardan götürən 187 kilometrlik su kəmərinin tikintisinə 1911-ci ildə başlanılıb. Lakin kəmərin tikintisində fasilələr yarandığından Şollar suyu Bakı əhalisinə 1917-ci ildə çatdırılıb. Bu sərgi otağında kəmərin qazıntı işləri zamanı istifadə olunan avadanlıqlar, borular, laboratoriya avadanlıqları, cihazlar var. Tikinti prosesində çəkilən nadir fotoşəkillər də burada sərgilənir. Məsələn bu fotoda hələ kəmərin çəkilişindən öncə Bakıda çəlləklərdə su satışı bazarı təsvir olunub. O həmin vaxt idi ki, Bakıda təmiz içməli su yox idi. Bu səbəbdən bir sıra xəstəliklər yayılırdı. Bu foto isə kəmərin tikintisi zamanı betonun tərkibini yoxlamaq üçün yaradılan laboratoriyada çəkilib. Möhkəm olsun deyə o vaxtı betonda istifadə olunan çınqıl əvvəlcədən yuyulub təmizlənirmiş. Baxın həmin fotodakı bir sıra cihaz və avadanlıqla indi burada qorunub saxlanılır. Bunlar hamısı tarixin bir parçasıdır”, - deyən Valeh Tarıverdiyev bir-bir şəkilləri göstərir. Sərgidəki əşyalar və fotolarla tanış olduqca insanın gözü qarşısında su kəmərinin çəkilişi prosesi canlanır. Həmin dövrdə məhdud texniki imkanlarla, əl əməyi ilə belə bir böyük layihənin reallaşdırılması möcüzə kimi görünür. “Şollar-Bakı” su kəmərinin çəkilməsi zamanı Lindley tərəfindən aparılan araşdırmalar bu suyun heç bir təmizləmə əməliyyatına ehtiyacı olmadığını, filtrdən keçirmədən insanlara çatdırmağın mümkünlüyünü təsdiq etmişdi. Bu gün fiziki cəhətdən sağlam nəslin yetişməsində bu gərgin və uzun illərin əməyinin böyük rolu var. Dənizə axan yeraltı çaydan mənbəyini götürən bu suyun tərkibi təbii minerallarla zəngindir. “Şollar” su kəmərinin layihə gücü saniyədə 1,27 kubmetrdir (sutkada 109 min kubmetr). 1917-ci ildə istifadəyə verilən kəmərlə gətirilən suyun həcmi ilk vaxtlar layihə gücünün təxminən 1/3 hissəsini təşkil edib. 1930-cu illərdə həyata keçirilən texniki tədbirlərdən - əlavə artezian quyularının qazılması, su anbarlarının tutumunun 170 min kubmetrədək, nasos stansiyalarının gücünün 3,5 dəfə artırılmasından sonra nəql olunan suyun həcmi sutkada 109 min kubmetrə çatdırılıb. Əbədi həyat mənbəyi olan Şollar suyu hazırda Xaçmaz, Ceyranbatan və Oğuz-Qəbələdən gələn su ilə anbarlarda qarışır və paytaxta paylanılır. |
1,046,346 | 20.02.2024 13:32 | Gündəm | Qatil Əhməd Əhmədovla bağlı SENSASİON GƏLİŞMƏ: Türmədə gecə nələr edir? | Bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədov 1 Saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. təcridxanada 1 nəfərlik kamerada saxlanılan Əhməd Əhmədov günün bir neçə saatını qışqırmaqla, söyüş söyməklə keçirir. Bu isə Əhmədovun saxlanıldığı II korpusdakı digər məhbusların rejiminə mənfi təsir edir. Bildirilir ki, Əhmədov bəzən gecə saatlarında kamerasında uca səslə söyüşlər söyür, qapını təpikləyir. Onu sakitləşdirmək cəhdləri isə uğursuz olur. Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hüquqşünas ekspert Şamil Paşayevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. |
1,046,347 | 20.02.2024 14:46 | Dünya | Səudiyyə Ərəbistanı tarixində İLK: Bu qadın gözəllik yarışmasına qatıldı - FOTO | Səudiyyə Ərəbistanı ilk dəfə qadınların gözəllik yarışmasına qatılıb. Musavat.com xəbər verir ki, Səudiyyə Ərəbistanından olan Rumi Əl-Qahtani adlı gənc qız “Miss Asia 2024”ə namizəd olub. Gənc qızın kürsüdə saçları açıq şəkildə yeriməsi “azadlıq əlaməti” kimi şərh edilib. Qeyd edək ki, yarışın qalibi isə Filippindən Dyan Shane Mag-Abo adlı qadın olub. Musavat.com |
1,046,348 | 20.02.2024 14:58 | İdman | Sabiq futbolçu VƏFAT ETDİ | Almaniya millisinin sabiq futbolçusu Andres Breme dünyasını dəyişib. Keçmiş müdafiəçi 63 yaşında vəfat edib. Qeyd edək ki, Andres Breme 1990-cı ildə Almaniya yığması ilə dünya çempionu olub. O, ölkəsində "Bavariya", İtaliyada "İnter", İspaniyada "Saraqosa" kimi klubların formasını geyinib.//Report |
1,046,349 | 20.02.2024 13:45 | Dünya | Narışkin:” SSRİ Əfqanıstanda uduzmadı, Qərbə güzəştə getdi” | “SSRİ Əfqanıstandakı müharibədə məğlub olmadı”. Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu açıqlama ilə Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin çıxış edib. Narışkin sovet qoşunlarının məhdud kontingentinin Əfqanıstandan çıxarılmasının 35-ci ildönümünə həsr olunmuş dəyirmi masada deyib ki, ölkəmizin Əfqanıstanda məğlubiyyətə uğradığını söyləməyə ehtiyac yoxdur. O, qoşunların çıxarılması qərarının siyasi olduğunu və birtərəfli güzəştlər deyilən məntiqlə qəbul edildiyini bildirib. Lakin Narışkinin fikrincə, Qərb onu dialoqa dəvət üçün deyil, Sovet İttifaqının zəifliyi hesab edib. Musavat.com |
1,046,350 | 20.02.2024 15:10 | Hadisə | Avtobuda iki qadın arasında DAVA: Bir-birinin saçını yoldular - ANBAAN VİDEO | İstanbulda avtobusda iki qadın arasında yaranan mübahisə qısa zamanda davaya çevrilib.Musavat.com xəbər verir ki, hadisə anbaan mobil telefon kamerası ilə lentə alınıb.Dava zamanı qadınlardan biri digərinin saçını yolmağa başlayıb. Söyüş söyərək bir-birinə hücum etməyə başlayan qadınları sakitləşdirmək mümkün olmayıb. Sözügedən davanın görüntülərini təqdim edirik:Musavat.com |
1,046,351 | 20.02.2024 15:21 | Ölkə | Elgizin verilişinə çıxmaram - Ulduz Əhmədova KÜSDÜ | Aparıcı Elgiz Əkbər Əməkdar artist Rəhman Rəhmanovun birinci həyat yoldaşı Ulduz Əhmədovanın onun proqramına qatılmaq istəmədiyini açıqlayıb. Bu haqda öz verilişində danışan Elgiz U.Əhmədovanın ondan küsmə səbəbini açıqlayıb: "Emil Rəhmanovun (mərhum müğənni - red.) ailəsi proqramımıza gəlib danışmaq istəyirdi. Prodüserimiz Ulduz xanıma zəng edib ki, sizin haqqınızda ailə efirdə danışacaq. O da qayıdıb ki, kimin istəsəniz verilişinə çıxaram, Elgizin proqramında cavab verməyəcəyəm. Ulduz xanım məni danışmağa məcbur edir. Emilə və sizə məndən çox dəstək olan olmayıb. Rəhman Rəhmanovun ikinci həyat yoldaşına yardım etdiyim üçün belə danışır. Efirimə gəlib, qapıdan qovum? Siz nə zaman gəlmisiniz, mən qapını üzünüzə bağlamışam". Qeyd edək ki, U.Əhmədova oğlunun ölümündən danışarkən "Emil ilə məni yandırdılar. Övladımın xəstəxanaya düşməsini, reanimasiyada olmasını mənə xəbər etməyiblər. İmkan verməyiblər yataqda üzünü görüm. Bunu Allah götürər? Bunu heç kimə bağışlamayacağam" sözlərini deyib. (Axşam.az) |
1,046,352 | 20.02.2024 14:15 | Sosial | Həmin qızla bağlı onu təhqir edənlərdə çox güclü VİDEO var - AÇIQLAMA | "Son zamanlar məktəblərdə baş verən olaylarda cəmiyyət olaraq biz ancaq məktəbi və müəllimi günahlandırmaqla deyəsən, üstündə oturduğumuz budağı kəsdiyimizin fərqində olmamışıq. Məhz bunun təzahürüdür ki, artıq valideynlər öz üzərinə düşən məsuliyyətdən boyun qaçırmağın asan yolunu tapıblar. Heç kim bu ağıla gələn və ağıla gəlməyən hadisələri törədən uşaqların valideynlərini axtarmır, ictimai qınağa çəkmirlər". Musavat.com xəbər verir ki, bu sözləri təhsil eksperti Elşən Qafarov qalmaqallı məktəbli olayına münasibət bildirərkən deyib. Ekspert qeyd edib ki, bir ay öncə çəkilmiş videonun ötən gün sosial şəbəkədə paylaşıldıqdan sonra yenə də günahkar olaraq məktəbi və müəllimi hədəf almaq doğru deyil: "Hadisənin baş verdiyi və ya iştirakçıların oxuduğu 156 nömrəli məktəb tərbiyənin təşkili ilə bağlı həmişə ərazidə digər məktəblərə nümunə olub. Özüm həmin ərazidə uzun müddət yaşadığım və işlədiyim üçün bunun şəxsən şahidi olmuşam. Son illərdə məktəbdə bullinq hallarında qızların daha çox önə çıxması təəssüf doğurur. Baş verənlərin kökündə isə oğlanlar uğrunda gedən mübahisələr və münaqişələrdir. Bu kimi halların sayı artdıqca bir şeyə əmin olursan ki, deyəsən, bizim xanımların əksəriyyəti ərə getməklə ailə qurmaq, uşaq dünyaya gətirməklə ana olmaq arasında fərqləri dərk etmirlər və ya dərk etmək istəmirlər. Pedaqogikadan bilirik ki, tərbiyəyə təsir edən 3 əsas amil var: ailə, məktəb və mühit. Son 10-15 ildə yeni – çox ciddi bir amil ortaya çıxıb ki, bu da internet amilidir. İnternet amili digər 3 amilin cəmindən daha çox tərbiyəyə təsir etməkdədir. Çünki bu amilin gücünü artıran həm subyektiv amillər (xüsusilə valideyn), həm də sosioloji amillər günü-gündən artmaqdadır. Valideynlər bir çox hallarda borca, kreditə düşərək övladlarına "ağıllı" telefonlar alırlar, uşaq yuxarı sinifə keçdikcə bu telefonların qiyməti və markası da daha bahalısı ilə əvəz olunur, amma övladlarının bu telefonlardan istifadəsinə nəzarət etməyi nədənsə ağıllarına belə gətirmirlər. Telefon artıq məktəbdə imic məsələsinə çevrilib. Baxmayaraq ki, "ağıllı" telefonlarda valideyn nəzarəti bölməsi var, valideynlərə maraqlı deyil bu funksiya. Bir çox hallarda valideynlərin özlərinin gizli həyat sürməsi, övladlarının onların telefon vasitəsi ilə bu gizli həyatlarından xəbər tutması övladlarına təsir imkanını sıfıra endirir. 156 nömrəli məktəbdəki bullinqə məruz qalan qızın heç bir reaksiya verməməsinin iki səbəbi ola bilər: 1. Həmin qız evdə də şiddətə məruz qalır və şiddəti normal qəbul edəcək qədər travma alıb ailədə. Belə uşaqların sayı o qədər çoxdur ki. Nə qədər ki, ailədə hüquqları pozulan uşaqlar dövlət tərəfindən ailədən alınıb xüsusi təhsil müəssisələrinə verilməyəcək, bu halların sayı da artacaq. 2. Görünən odur ki, həmin uşaqla bağlı onu təhqir edənlərdə çox güclü kompromat (video, şəkil və ya səs yazısı) var. Bu kompromat onu təhqir edən qızın marağında olan oğlanla bağlıdır. Hər bir halda sinif rəhbərlərinin peşəkarlığının aşağı olmasının təzahürüdür. Eyni zamanda təcavüz edən qızların ailə tərbiyəsində ciddi problemlərin olduğu görünür". Ekspertin sözlərinə görə, baş verən hər bir hadisəyə ciddi yanaşılmalıdır ki, bu kimi hadisələrin gələcəkdə təkrarlanmasının qarşısı alınsın: "Düşünürəm ki, ilk növbədə rayon icra hakimiyyətlərinin humanitar şöbələri yanında yeniyetmələrin hüquqlarının müdafiəsi üzrə komissiyanın fəaliyyəti genişləndirilməli, bu vəzifəyə bir neçə müvafiq qurumlarla razılaşdırmaqla müəyyən edilmiş təcrübəli şəxslər təyin olunmalıdır. Valideynlər tərəfindən şiddət və zorakılıq, o cümlədən təhsil və digər hüquqları pozulan uşaqlar ailələrdən alınıb dövlətin himayəsinə verilməli, şiddət və zorakılıq göstərən valideynlər valideynlik hüququndan məhrum edilməlidir. Ümumi təhsil müəssisəsində tərbiyə mühitinin yaradılması və ya möhkəmləndirilməsi üçün məktəblərin fərdi nizamnamələri hazırlanıb təsdiq edilməlidir. Məktəb nizamnaməsində təhsil prosesinin bütün tərəflərinin hüquqları, vəzifələri, məsuliyyəti aydın şəkildə göstərilməlidir. Qaydalara riayət edənlər üçün rəğbətləndirmə, etməyənlər üçün isə cəza sistemi müəyyən edilməlidir. "Məktəblinin dostu" layihəsinin regional təhsil idarələrində (Bakı Şəhəri üzrə Təhsil İdarəsi) mərkəzləşdirməklə ilkin mərhələdə ölkənin 500+ şagirdi olan məktəblərə yayılmasını təmin etmək üçün ştat vahidi müəyyən edilməlidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq məktəblərdə cinsi zorakılıqla bağlı 7-ci sinifdən başlayaraq dərsdənkənar məşğələlərin tədrisinə başlanılmalı, bu məşğələlərdə valideynlərin iştirakı təmin edilməlidir. 156 nömrəli məktəbdə baş verən hadisədə iştirakçı olan yeniyetmələri (tacavüz edən qızlar) valideynlərindən alaraq xüsusi tərbiyə müəssisəsinə yerləşdirməklə bu kimi hadisələrin gələcəkdə təkrarlanmasını minimuma endirə bilərik". Xalidə GərayMusavat.com |
1,046,353 | 20.02.2024 15:34 | Kriminal | Türk Eskobar ləqəbli mafiya liderinə qarşı ƏMƏLİYYAT - Silahlar və pullar ƏLƏ KEÇİRİLDİ - VİDEO | Türkiyənin daxili işlər naziri Ali Yerlikaya həbsdə olan "Türk Eskobar" ləqəbli narkotik ticarəti ilə məşğul olan Ürfi Çetinkayanın rəhbərlik etdiyi cinayət təşkilatına qarşı əməliyyat keçirildiyini bildirib. Musavat.com xəbər verir ki, əməliyyat zamanı 42 şübhəlinin saxlanıldığını açıqlanıb. Nazir əməliyyat zamanı çoxlu sayda sənədsiz tapança, silah və pulun ələ keçirildiyini bildirib. Musavat.com |
1,046,355 | 20.02.2024 14:05 | Hadisə | Azyaşlı qızını döyən ata qayınatasını XƏSTƏXANALIQ edib, əmisi isə... - ŞOK VİDEO | Xəbər verildiyi kimi Bakıda azyaşlı qız atası tərəfindən fiziki zorakılığıa məruz qalıb. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsində baş verib. Qəsəbə sakini 1983-cü il təvəllüdlü Elnur Əltəmas oğlu Məmmədov azyaşlı qızını döyüb. İddialara görə atanın qızına fiziki təzyiq göstərməsi anını hər gün qızları ilə birgə şiddət görmüş ana lentə alıb. Məsələni ictimailəşdirən Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə ailəsinə işgəncə verən şəxsin cəzalanması üçün hüquq-mühafizə orqanlarına səslənib. Musavat.com xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə görüntülərlə bağlı məsələ nəzarətə götürülüb: "Ötən həftənin cümə günü bu barədə daxil olan məlumat üzrə araşdırma başlayıb, müvafiq ekspertizalar təyin edilib. 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir". Kəmalə Ağazadə isə publika.az-za bildirib ki, şiddət görən ailənin təhlükəsizliyi aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməlidir: "Fiziki təzyiqə məruz qalan qız, iki bacısı və ana atanın yanındadır. Çalışırıq ki, onlar mühafizə ordeni ilə təmin olunsun. Xəzər Rayon İcra Hakimiyyətindən də bildirilib ki, mühafizə ordeninin təmin olunması ilə bağlı iş aparılacaq. Amma əsas məsələ həm də Vəkillər Bürosundan ailəyə ödənişsiz vəkil ayrılmasıdır". Kəmalə Ağazadə onu da əlavə edib ki, şiddət görən azyaşlının sığınacağa yerləşdirilməsi nəzərdə tutulmur: "Onların evləri var və qız da bildirir ki, atasının yanında qalacaq. Qardaşı da yanındadır. Sadəcə ana özünün və qızlarının həyatının rahat keçməsi üçün təhlükəsizlik qaydalarına uyğun mühafizə ordeni ilə təmin olunmasını istəyir". Bizim.Media məsələ ilə bağlı digər təfərrüatları da əldə edib. Məlum olub ki, azyaşlı qızını döyən Elnur Məmmədovun əmisi öz yoldaşını 20 il öncə küçənin ortasında amansızcasına qətlə yetirib. Qətli törədənin psixoloji problemləri olduğu üçün bir müddət Psixiatriya Xəstəxanalarından birində müalicə olunub çıxdığı və daha sonra öldüyü iddia olunur. Hətta Elnur Məmmədovun bir neçə gün əvvəl qardaşları ilə birgə öz qayınatası Böyükağa Əzizağa oğlu Əliyevi döyüb xəstəxanalıq etdiyi, döyülən şəxsin isə hazırda reanimasiyada müalicə aldığı da deyilir. İddialarla bağlı adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Musavat.com |
1,046,356 | 20.02.2024 15:58 | Hadisə | Yaşlı qadından taksi sürücüsünə ŞOK SÖZLƏR: "Kaş ki, sizi diri-diri yandıralar" - VİDEO | İstanbulda taksiyə minən yaşlı qadının dediyi sözlər gündəm olub. Musavat.com xəbər verir ki, qadın mindiyi taksi sürücüsünə qarğış edib. "Kaş ki, sizin meyitlərinizi diri-diri yandıralar",-deyə yaşlı qadın bildirib. O, bunu taksi sürücülərinin fırıldaqçılıq etdiyinə görə dediyini bildirib. Qadının dediyi sözlərdən şoka taksi sürücüsü ona cavab verməyib. Həmin görüntülər taksi sürücüsün telefonuna əks olunub. Bu görüntülər sosial mediada da geniş müzakirələrə yol açıb. Sosial media izləyiciləri yaşlı qadını dediyi sözlərə tənqid edib. Taksi sürücüsü yaşlı qadını avtomobilindən endirdikdən sonra hadisə ilə bağlı danışıb. O dövlət rəsmilərindən taksi sürücülərinin təhlükəsizlikləri ilə bağlı yardım istəyərək çağırış edib. Sözügedən görüntüləri təqdim edirik: Musavat.com |
1,046,357 | 20.02.2024 19:10 | Kriminal | Azərbaycanda BİABIRÇI OLAY: 3 uşaq anası evdən qaçdı, başqa kişilərlə gəzdi, qardaşı isə... | Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Səlim qısqanclıq zəminində yaranan mübahisə zamanı bacısı Floraya (adlar şərti verilib – red.) xəsarət yetirib. Hadisə Sumqayıt şəhəri, 16-cı mikrorayonda baş verib. Səlim bacısı Floranın həyat yoldaşıyla mütəmadi olaraq mübahisə eləməsi, başqa oğlanlarla münasibət saxlamasından xəbər tutması, Bakı şəhərində yaşayıb-işləmək istəyində israr etməsi səbəbindən onunla aralarında münaqişə yaradıb. Mübahisə zamanı Səlim Floranın qarnından bıçaqla vurub. İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailədə 3 uşaq olublar, ondan başqa iki bacısı da var, hər iki bacısı evlidir: “Böyük bacım Flora 2010-cu ildə Pərvizlə ailə həyatı quraraq Sumqayıt şəhərində yaşayır, üç övladı var. Bacımla ailələrimizin icazəsi olmadan qaçaraq evlənib. Onlar evləndikdən sonra mütəmadi olaraq aralarında mübahisələr olub. Gah Flora uşaqları götürüb rayona gəlib, gah da mən və ya atam Sumqayıta gələrək onları barışdırıb. Flora 2020-ci ilin yanvar ayında Pərvizdən boşanaraq Bakı şəhərində yaşayan digər bacım Vəfagildə qaldı. Vəfa bizə Floranın boşanaraq onlara köçdüyünü, mağazada satıcı işlədiyini, uşaqların isə Pərvizdə qaldığını dedi. Biz də əsəbiləşərək Flora ilə telefonla danışdıq. Dedik, uşaqları da götürüb rayona gəlsin, işdən də çıxsın. Flora isə gəlməyəcəyini dedi”. “Oğlanlarla münasibətdə olduğunu eşitdim” Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddətdən sonra başqa-başqa adamlardan bacısının ayrı-ayrı oğlanlarla münasibətdə olduğunu eşidib: “Həmin söhbət kəndə yayıldığından yenə bacıma rayona gəlməsini dedim. Lakin bacım rayona qayıtmayacağını söylədi. Bir müddətdən sonra Vəfadan Floranın bir oğlanı sevdiyini, hətta onunla evlənmək istədiyini eşitdim. Mən də, atam-anam da Floraya bu fikirdən dönməyini, uşaqları olduğunu, təzə boşandığını söylədik. Flora isə öz bildiyini etdi. Bundan sonra Flora bir müddət də Bakıda yaşayan bibimgildə qaldı. Sonra atam və əmim Bakıya gələrək bacımı uşaqlarla birlikdə rayona gətirdi. Bacım rayonda olduqda buarada da adına sözlər gəzdiyini, ona görə də telefon işlətməməsini, evdən bayıra çıxdıqda mən və ya atamla bir yerdə çıxmasını dedik. Bacım bir müddət bizim dediklərimizi etdi. Lakin sonradan atamın telefonu ilə gah Pərvizlə, gah da rəfiqələri ilə danışmağa başladı. Ondan nə səbəbə yenidən danışdığını dedikdə, bildirdi ki, uşaqların alimenti ilə bağlı danışır”. “Bizdən xəbərsiz evdən qaçdı” Səlimin ifadəsinə görə, 2020-ci ilin axırlarında o və atası olmadan Flora uşağı məktəbə apardığı üçün ona əsəbiləşib və şillə ilə sifətindən vurub: “Flora da həmin vaxtı uşaqları evə qoyaraq bizdən xəbərsiz evdən qaçdı. Əvvəlcə hara getdiyini bilməsək də, sonradan eşitdik ki, Pərvizin yanındadır, barışıblar. Biz də uşaqları Sumqayıta göndərdik. Həmin ərəfələrdə Pərviz zəng edərək Floranın uşaqları da götürərək evdən getmək istədiyini, hansısa sığınacaqda yerləşəcəyini söylədi. Atam Sumqayıta gedərək Floranı fikrindən döndərməyə çalışsa da, bacarmadı. Mənə zəng edərək Floranın öz fikrindən dönmədiyini, evdən getmək istədiyini dedi. Mən də atama Floranın evdən bayıra qoymamasını, özümün də oraya gələcəyimi dedim”. “Bacım boğazını kəsdi” Təqsirləndirilən şəxs qeyd edib ki, səhərisi gün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə Pərvizgilin yaşadığı evə gəlib: “Mən və atam Floraya nə qədər danışsaq da, fikrindən dönmədi. Bizə işinə qarışmamağımızı, öz həyatını yaşamaq istədiyini söylədi. Biz də onun Pərvizlə tam barışıb bir yerdə yaşamasını, yaşamaq istəməsə də bizimlə rayona gəlməyini, burada tək qalmasına icazə verməyəcəyimizi dedik. Flora həmin gün özünü öldürəcəyini deyərək bıçaqla boğazını azca kəsdi ki, onu rayona aparmayaq. Lakin sonra rayona getməyə razılıq verdi. Mən, atam, Flora və bacımın 3 uşağı ilə rayona getmək üçün Bakı şəhəri, "20 Yanvar" metrosunun yanına gəldik. Fikirləşdik ki, oradan Saatlıya gedən taksiylə rayona gedəcəyik. Flora tualetə getmək istədiyini söylədi. Biz də etiraz etmədik”. “Özünü polis maşının qabağına atdı” Səlim bildirib ki, daha sonra Flora özünü yol polisi avtomobilinin qabağına ataraq polislərə onu məcbur rayona apardığımızı, onun başına oyun açacağımızı, sığınacağa getmək istədiyinideyib: “Biz daha Floranı apara bilməyəcəyimizi düşünərək rayona getdik. Flora təxminən 2021-ci ilin yanvar ayının əvvəllərinə kimi sığınacaqda qaldı. Sonra onun sığınacaqdan çıxdığını, yenidən Pərvizlə barışaraq Sumqayıt şəhəri, 16-cı mikrorayonda fərdi evdə kirayə yaşadığını eşitdim”. Səlimin ifadəsinə görə, fevralın əvvələrində Pərviz yenə atasına zəng edib və Floranın onunla yaşadığını, yenə öz bildiyini etdiyini və işləmək fikrinə düşdüyünü söyləyib: “Mən bu münasibətin uzun müddət davam edə bilməyəcəyini fikirləşdim. Özüm də kənddə biabır olduğumdan bacımla ətraflı danışmağı, ya ailəsiylə yaşamasını, ya da, boşanaraq bizimlə yaşamasını təklif etməyi düşündim. Bu səbəbdən Bakı şəhərinə, digər bacımıgildə gəldim”. “Nikaha girəcəklərini söylədilər” Təqsirləndirilən şəxsin sözlərinə görə, növbəti gün səhər saatlarında Pərvizə zəng edərək Sumqayıt şəhərində görüşmələrini deyib: “Həmin gün görüşüb, Sumqayıt şəhərində yerləşən kafelərdən birində söhbət etdik. Pərvizdən bundan sonrakı münasibətlərinin necə olacağını soruşdum. O da Flora ilə danışdığını, uşaqlara görə barışacaqlarını və bir yerdə yaşayacaqlarını, yenidən nikaha girəcəklərini söylədi. Pərvizə bu barədə bacımla da danışmaq istədiyimi dedim. Pərvizgilə gedib Flora ilə də danışdım. O da mənə uşaqlara görə Pərvizlə yenidən nikaha girəcəyini, heç yerdə işləməyəcəyini, mübahisə etməyəcəyini dedi. Biz bir yerdə ASAN xidmətə getdik. Mənim gözümün qabağında nikaha girəcəklərini söylədilər”. “Polisə təslim oldum” Səlim bildirib ki, növbəti dəfə Pərviz ona zəng edərək Floranın fikrindən döndüyünü, nikaha getmək istəmədiyini söyləyib: “Mən də əsəbiləşdim və Pərvizə onlara gələcəyimi dedim. Təxminən saat 16 radələrində onlara gedərək bacımla xeyli söhbət etdim. Bacım dedi ki, hələlik nikah lazım deyil, özü də işləyəcək, onun işinə heç kəsin qarışmasın. Axşam saatlarına kimi bacımla danışaraq onu fikrindən döndərməyə çalışdım, amma xeyri olmadl, Flora öz həyatını yaşamaq istədiyini dedi. Saat təxminən 20 radələrində bacımla eyni otaqda olduğumuz vaxt yenə öz bildiklərini dediyindən, fikrindən dönmədiyindən əsəbiləşdim. Aramızda mübahisə yarandı. Flora öz həyatını yaşamaq istədiyini dedikdə, daha da əsəbiləşərək arxa cibimdən Saatlıdakı evdən gətirdiyim bıçağı çıxarıb, otaqda taxtın üzərində oturmuş bacımın qarnından vurdum. Flora əlini qarnına tutaraq qışqırdı. Mən də əsəbi halda evdən bayıra çıxdım. Pərviz Floranı xəstəxanaya aparmağa çalışdı. Mən Daxili İşlər Nazirliyinin ”102” xidmətinə zəng edərək bacımı bıçaqla vurduğumu söylədim və polis əməkdaşlarına hər şeyi səmimi deyərək bıçağı da təhvil verdim”. İş üzrə zərərçəkmiş Floranın sözlərinə görə, Pərvizlə 2010-cu ildə evlənib, 3 uşaqları var: “Valideynlərim məni Pərvizə vermədiklərindən onunla razılaşaraq məni qaçırdı. Biz evlənərək əvvəlcə Pərvizin anasıgilin yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində qaldıq. Pərvizlə aramızda tez-tez mübahisə olurdu. O, həm məni evə baxmır, həm də səbəbsiz yerə evdə mübahisələr edib mənə nalayiq sözlər deyirdi. Sonra da valideynlərimə zəng edərək məndən gileylənirdi. Mən də bir neçə dəfə evdən çıxaraq atamgilə getmişəm. Lakin sonradan Pərviz mənimlə barışaraq evə gətirib”. “Qardaşım məni hər kəsə qısqanırdı” Zərərçəkmiş qeyd edib ki, 2020-ci ilin yanvarında Pərvizlə boşanıblar: “Uşaqlar bir müddət Pərvizlə qaldı. Özüm isə həmin müddətdə Bakı şəhərinə, bacımgilə köçdüm. Orada qaldığım müddətdə mağazada iş taparaq bir müddət işlədim. İşdən çıxdığından sonra bir neçə gün bibimgildə qaldım. Daha sonra atam əmimlə gələrək bibimgildən məni, uşaqları da Pərvizdən götürərək rayona apardılar. Təxminən 3-4 ay atamgildə qaldım. Həmin ərəfələrdə evdə qardaşım və atamla aramızda mütamadi mübahisələr olurdu. Qardaşım yerli-yersiz məni hər kəsə qısqanırdı. Boşandığımdan və mağazada işlədiyimdən mənim kimlərləsə münasibətdə olmağımdan şübhələnirdi. Haqqımda kənddə yalan-yalan sözlər danışıldığından qardaşım əsəbiləşərək mənimlə tez-tez mübahisə edirdi”. “Pərvizlə barışdıq, amma...” Floranın sözlərinə görə, qardaşının hərəkətlərinə dözə bilmədiyindən evdən qaçıb: “Pərvizə zəng etdim. Onun yanına gələcəyimi evdən heç kəsin bilmədiyini, kim soruşsa, yanında olmağımı gizlətməyini xahiş etdim. Pərvizlə görüşərək onların yaşadığı H.Z.Tağıyev qəsəbəsinə gəldik. Pərviz uşaqlarıyanıma gətirdi və atamgilə burada olduğumu bildirdi. Aramızda yenidən mübahisələr başladığından Pərvizə uşaqları da evdən götürərək gedəcəyimi, sığınacaqda qalacağımı dedim. Pərviz mənə icazə verməyərək münasibətlərin düzələcəyini dedi. Amma onun düzəlmədiyini gördüm və evdən getmək istədim. Həmin ərəfədə atamla qardaşım bizə gəldi və məni rayona aparmaq istədilər. Mən isə nə rayona getmək, nə də Pərvizlə yaşamaq istəmədiyimi dedim. Atamgil məndən əl çəkmədiyindən onlarla getməyə razılıq verdim”. “Hər mübahisə etdikdə atamgilə xəbər verirdi” Flora qeyd edib ki, "20 Yanvar" metrosunun yaxınlığında uşaqları da götürüb və atasıgildən xəbərsiz qaçıb, uşaqlarla birlikdə Bakı şəhərində yerləşən sığınacaqların birində qalıb: “Pərviz dəfələrlə uşaqları götürmək istəsə də, uşaqları ona vermədim. Sığınacaqdan çıxdıqda Pərvizə zəng etdim. Ondan uşaqları aparmasını, sığınacaqdan çıxdığımızı dedim. Pərviz uşaqlarla birlikdə məni Sumqayıt şəhərinə apardı. Qərara gəldik ki, barışaq və birlikdə Sumqayıt şəhəri, 16-cı mikrorayonda fərdi evdə kirayə yaşayaq. Bir müddət hər şey qaydasında oldu. Daha sonra aramızda yenə mübahisələr başladı. Pərviz evə vaxtı-vaxtında baxmadı. Hər mübahisə olduqda Pərviz zəng edərək atamgilə məlumat verirdi”. “Əlimi qarnıma tutaraq ağrıdan qışqırdım” Zərərçəkmiş qeyd edib ki, uşaqlarla evdə olduğu vaxt qardaşı Səlim Pərvizlə evə gəlib: “Səlim mənimlə söhbət edərək vəziyyəti soruşdu. Mən də uşaqlara görə yenidən nikaha girəcəyimizi, heç yerdə işləməyəcəyimi, mübahisə etməyəcəyimi söylədim. Pərviz də hər şeyin qaydasında olacağına söz verdi. Səlim bizə bir yerdə ASAN xidmətə getməyi, orada onun gözü qabağında nikaha girməyimizi təklif etdi. Biz də etiraz etmədik. ASAN xidmət 6-cı gün işləmədiyindən qardaşım bizə zəng edərək 1-ci gün getməyi təklif etdi. Mən isə indi qaçaqaç olmadığını, sonra nikaha girəcəyimi söylədim. Qardaşım Pərvizə zəng vurdu. O da nikaha girmək üçün ASAN xidmətə sonra gedəcəyimizi bildirdi. Növbətu gün qardaşım bizə gəldi, mənimlə xeyli söhbət etdi. Ona tezliklə nikaha girəcəyimizi, ailə işlərimizə çox qarışmamasını, başqa-başqa adamların sözləriylə qızışıb məndən şübhələnməməsini xahiş elədim. Səlim özü burada olduqda nikaha girməyimizi istədikdə razılaşmadım. Mən yataq otağında taxtın üzərində oturub, əlimdə olan paltarları səliqəyə saldıqda birdən qardaşım əsəbiləşərək əlində bıçaq üzərimə gəldi. Bıçaqla qarnımdan bir dəfə vurdu. Əlimi qarnıma tutaraq ağrıdan qışqırdım. Pərviz otağa gəldi, qardaşım əsəbi halda evdən bayıra çıxdı. Pərviz məni xəstəxanaya apardı”. Məhkəmənin hökmü ilə Səlimin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il 7 ay 2 gün müddətinə şərti cəza təyin olunub./Teleqraf.com |
1,046,358 | 20.02.2024 14:12 | Yazarlar | Vardanyan ŞOKda – Sülh müqaviləsi 1 il də ləngisə... | İstənilən ölkədə demoqrafik faktor təhlükəsizlik amilinə birbaşa bağlıdır. O yerdə ki, əhalinin sabaha ümidi yoxdur, gələcəyə inamı sarsılıb, işsizlik baş alıb gedir, ordan kütləvi köç qaçılmazdır. Fərq eləməz, hakimiyyətdə ifrat sağçı-faşistin biri olsun, yoxsa liberal-demokrat. Qonşu Ermənistan bu xüsusda əyani sübut və görkdür. Sən demə, 2023-cü ildə kapitulyant ölkəni 36512 vətəndaş (uşaqlar xaric) tərk edib və geri dönməyib. Bu barədə həyəcan təbili çalan erməni ekspert, Alternativ Layihələr Qrupunun üzvü Elinar Vardanyan ardınca bildirir ki, axır 10 ildə çıxıb gedən və qayıtmayan vətəndaşların ümumi sayı 291327 nəfər olub. Onun da təxminən yarısı - 138024 nəfər son üç ilin, yəni “demokrat” Nikol Paşinyan iqtidarının (!) “payı”na düşür. Yəni guya insan haqları və korrupsiya sahəsində vəziyyətin yaxşılaşması, “məxməri inqilab”a inam da Ermənistanın boşalması prosesini yavaşıtmayıb. Həqiqət belədir ki, hazırda Rusiyada Ermənistanın özündən çox erməni yaşayır... “Yüz minlərlə erməni vətəndaşı “Yaşıl kart” (Green card”) arzusundadır. 2019-21-ci illərdə ABŞ-ın İrəvandakı səfirliyinə “Yaşıl kart” üçün 602359 müraciət daxil olub. Bu rəqəm Gürcüstan və Azərbaycandan müraciət edənlərdən dəfələrlə çoxdur”, - Vardanyan yazıb. Onun sözlərinə görə, bu, əslində mühacirət də deyil, vətəndaşın hər şeyə tüpürüb də ölkəni tərk etmək haqda qərarıdır. “Onların öz gələcəyinə, dövlətin gələcəyinə əminliyi yoxdur. Onlar daim müharibə şəraitində yaşayırlar. Seçim ya/ya-dır. Həll yollarını tapmaq indi hamımızın borcudur. Ermənilərsiz Ermənistan kimə lazımdır”, - sonda o, əlavə edib. Ermənilərsiz Ermənistan... Bəlkə elə belə yaxşıdır? Bölgə üçün, dünya üçün, elə ermənilərin özləri üçün. Axı bu abırsız tayfa ipə-sapa yatmır, normal qonşuluq eləmək, normal qonşu olmaq istəmir. Manyak kimi, özünə də zülm edir, qonşulara da... Hay məxluqatı artıq hamını bezdirib. Baxın, SSRİ 33 ildir dağılıb, amma hələ də özlərinə dövlət qura bilməyiblər. Bu gün də de-fakto Moskvadan dotasiya, vassal asılılığındadırlar, onun-bunun əlinə baxırlar. Sovet dönəmindəki kimi, sərhədlərini rus əsgəri qoruyur. Dövlət yaratmaq bacarıqsızlığı o yana, özlərinə yeni ağa axtarırlar. Daha dəqiqi, birini - Rusiyanı digərinə - Qərbə dəyişmək fikrindədirlər. Təki kimsə “qədim və əzabkeş xalq”ın sarsaq iddialarına dəstək olsun, mifik “böyük ermənistan” naminə onun əvəzinə qonşularla azğın düşmənçiliyi davam etdirsin... Görəsən özünü nə qədər yalançı dövlət atributları ilə, o sırada qondarma bayraqla, gerblə, konstitusiya ilə aldatmaq, təsəlli vermək, “başını başlara qoşmaq” olar? O bayrağı endirmək, qatlayıb cibə qoymaq zamanı çatmadı? Madam dövlət qura, rifaha qoşula bilmirsiniz, rəsmın Rusiyanın tərkibinə girin. Türkiyənin və ya Azərbaycanın bir parçası olun. Onsuz da o torpaqlar sizin deyil. O üzdən ən idealı doğrudan da bölgədən çıxıb getməkdir. Qarabağdan gələnləri də götürün, rədd olun. Şər-xətanızı bizdən, region xalqlarından uzaq edin. Axı özünüz da əla bilirsiniz ki, Qafqaza gəlməsiniz, aborigen deyilsiniz... Vardanyanın “həll yollarını tapmaq hamımızın borcudur” gecikmiş çağırışına gəlincə, yol çoxdan bəlli, cənab haylar! Dağa-daşa nə qədər dırmaşmaq olar? Firavan, dinc və təhlükəsiz həyat böyrünüzdə, xəbəriniz yox. Həll yolu – Bakının, Ankaranın 4 ildir havada asılı qalan barışıq əlini sıxıb onlarla təcili sülh sazişi imzalamaqdır. Erməni lobbisinin təhdid-təzyiqlərinə, Fransasının, AB-nin, Qərbin felinə, hiylə-məkrinə, absurd vədlərinə uymadan! Çünki onlar iki qonşu xalqın barışında maraqlı deyil, olmayacaqlar. Daim aranı qatmağa çalışacaqlar. Zira, bambaşqa hədəflər güdür, reallıqdan uzaq ideallar və təsəvvürlərlə yaşayırlar. “Qozbeli qəbir düzəldər”. Özünüzdən küsün, sülh sənədi daha bir il ləngisə, onda ermənilərsiz Ermənistan gerçəkdən gerçəkləşəcək. Bizdən yenə də demək... Zahid SƏFƏROĞLU |
1,046,359 | 20.02.2024 14:10 | Son xəbər | "O qız həm qohumumuzdur, həm də..." -Təhqir olunan qızın nənəsi DANIŞDI | “Nəvəm ona nəsə pis söz deyib. Sonra 3 qız yığışıb onu söhbətə çağırıblar. Hadisə zamanı yanlarında bir oğlan da olub. O da qızları ayırmayıb. Nəvəmin başına bu oyunu açıblar. Başına yumurta vurublar, saçlarını kəsiblər”. Musavat.com xəbər verir ki, bu sözləri təhqir olunan qızın nənəsi Cəmilə Hacıyeva Baku TV-yə bildirib. O əlavə edib ki, hadisədən sonra nəvəm evə qayıdanda heç kimə heç nə deməyib: “Biz sonradan bu hadisədən xəbər tutmuşuq. Nəvəmin başına oyun açanlar həm qohum, həm də qonşudurlar. Onun atası həmişə bizə gedib-gəlib. İki övladı var, ərköyün və firondurlar. Başlarına nə gəlir edirlər. Həmin qızın bibisi Qala məktəində direktor işləyib. Həmin qız çox firondur, onunla bacarmırlar”. |
1,046,360 | 20.02.2024 14:14 | Dünya | Braziliyada prezidentin impiçmentinə çağırış – Qəzzaya görə | 100-dən çox braziliyalı deputat İsrailin Qəzza zolağındakı hərəkətləri barədə söylədiyi sözlərə görə ölkənin hazırkı prezidenti Luis İnasio Lula da Silvanın impiçment edilməsi təşəbbüsünü dəstəkləyib. Musavat.com xəbər verir ki, bu barədə Braziliya Deputatlar Palatasının üzvü Karla Zambelli X sosial şəbəkəsində məlumat verib. Zambelli hazırkı prezidentə impiçment elan etmək istəyən 108 deputatın siyahısını dərc edib ki, bu da palata üzvlərinin ümumi sayının beşdə birini təşkil edir. Deputat həmçinin braziliyalıları təşəbbüsü dəstəkləmək üçün parlamentarlarla əlaqə saxlamağa çağırıb. Deputatların ümumi sayının üçdə ikisi (513 nəfərdən 342-si) impiçmentin lehinə olarsa, o zaman ərizə baxılmaq üçün Federal Senata təqdim olunacaq. Onun qərarına əsasən, prezident vəzifəsindən kənarlaşdırıla bilər. Bundan əvvəl Braziliya prezidenti Qəzzada baş verənləri Holokostla müqayisə edərək soyqırım adlandırıb. İsrailin baş naziri Benyamin Netanyahu və xarici işlər naziri İsrael Katz Lula da Silvanın bəyanatını tənqid edərək, onu İsrailin özünümüdafiə haqqını inkar etməkdə və yəhudi xalqına zərər verməyə çalışmaqda ittiham ediblər. Fevralın 19-da İsrail Braziliyanın başçısını persona non-qrata elan edib. Musavat.com |
1,046,361 | 20.02.2024 14:17 | Ölkə | Yasamal gölü qurudulur? - İDDİALARA CAVAB GƏLDİ | Son günlərdə kütləvi informasiya vasitələrində Yasamal gölünün qurudulması ilə bağlı bir sıra məlumatlar yayımlanıb. Bildirmək istəyirik ki, sözügedən məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Musavat.com-a "Kristal Abşeron" tikinti şirkətindən məlumat verilib. Məlumatda bildirilir ki, yayımlanan videonun çəkildiyi ərazi gölətrafı bulvar salınması üçün ayrılmış zonadır: "Yəni bu hissədə heç bir bina tikintisi nəzərdə tutulmur. Ərazidə aparılan prosesin məqsədi gölü qurutmaq yox, sadəcə gölün səth hissəsində bərkitmə işləri aparmaqdır. Bu bərkitmə işləri yekunlaşdıqdan sonra gölətrafı bulvar ərazinin salınmasına başlanılacaq. Məsələ ilə maraqlananlara layihənin ilk iki mərhələsinin baş planını təqdim edirik. Qeyd edək ki, bu baş plan Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən qiymətləndirilib. Layihənin tullantıların idarə olunması, texniki və içməli suya qənaət edilməsi kimi məsələlərə müsbət yöndə təsir edəcəyi qənaətinə gəlinib və icra üçün razılıq əldə edilib. Əlavə olaraq bildirək ki, biz “Kristal Abşeron” şirkəti olaraq tikinti aparan zaman seçilmiş ərazidə yaşıllıq varsa, bu yaşıllığı landşaft elementi olaraq saxlayırıq və yeni yaşıl ərazilər salaraq ekoloji sağlam mühit yaradırıq. Gölətrafı 20 hektar bulvar ərazinin və 5 hektarlıq şamlıq parkının salınmasında da əsas məqsəd “Park Yasamal” sakinləri üçün təbiətə yaxın, ekoloji sağlam mühit təşkil etməkdir" İcra olunması nəzərdə tutulan layihənin render şəkilləri ilə aşağıda tanış ola bilərsiniz: |
1,046,362 | 20.02.2024 14:24 | Dünya | İranla bağlı ŞOK AÇIQLAMA -2,8 milyard dollar... | ABŞ-ın “American Club” sığorta şirkətindən məsuliyyət sığortası almış 27 tanker İrana qarşı sanksiyaları pozub. Musavat.com xəbər verir ki, bu barədə “New York Times” qəzetinin araşdırmasında bildirilir. Məlumata görə, şirkət tərəfindən sığortalanmış gəmilər dəniz məlumatlarından və peyk şəkillərindən istifadə edərək məlumat bazası yaradıblar. Tədqiqatçılar gəmilərin yerlərini gizlətmək üçün saxta məkanlar yaradan “spoofing” adlı proqramdan istifadə etdiyini müəyyən ediblər. Qeyd olunub ki, 2023-cü ilin avqustunda “Glory” adlı tanker İranın Aseluye bölgəsində neft yükləyərkən məkan yeri kimi Birləşmiş Ərəb Əmirlikləri sahilləri göstərilib. Bu çərçivədə, “American Club” tərəfindən sığortalanmış 27 tankerin 2023-cü ildən bəri 59 milyon barrel neft daşıdığı təxmin edilir ki, bu da təxminən 2,8 milyard dollar dəyərindədir. “Kpler” şirkətinin hesablamalarına görə, tankerlərin daşıdığı neft o vaxt İranın neft ixracının təxminən 9 faizini təşkil edib. Eyni zamanda, tankerlərin bir çoxunun ABŞ-ın sanksiyaları altında başqa ölkələrdən də neft aldıqları bildirilir. Belə ki, bu tankerlərdən 8-i İran neftini daşımazdan əvvəl sanksiyalara məruz qalan Venesuela neftini daşıyarkən yerlərini gizlədiblər. Musavat.com |
1,046,363 | 20.02.2024 14:37 | Son xəbər | Fransadan erməni biznesmen Samvel Karapetyana ŞOK ZƏRBƏ | Fransa məhkəməsi Lazur sahillərində, Rokbrün-Kap-Marten kurortunda yerləşən “İrina Mariya” villasının mülkiyyət hüququnu dondurub. Musavat.com xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb. Qəzetin informasiyasına əsasən, həmin mülk rəsmi olaraq rus-erməni biznesmen Samvel Karapetyana məxsusdur. Lakin Paris prokurorları hesab edirlər ki, onun əsl benefisiarı Rusiyanın neft-qaz nəhəngi “Qazprom”un törəmə şirkətidir. Qəzetin yazdığına görə, yerli əhali arasında “Villa del Mare” kimi tanınan villa 3 hektarlıq ərazidə yerləşir. Obyektə çoxmərtəbəli əsas binadan əlavə, üç hovuz, tennis kortu və helikopter meydançası da daxildir. Bu əmlakın ümumi dəyəri 120 milyon avro olaraq qiymətləndirilir. Samvel Karapetyan daşınmaz əmlak, tikinti, enerji və maliyyə sahələrində fəaliyyət göstərən “Taşir” şirkətlər qrupunun prezidentidir. “Forbes” jurnalı sahibkarın sərvətini 2,7 milyard dollar qiymətləndirir. “Le Monde”nin yazdığına görə, Karapetyan biznesdəki uğurlarının böyük hissəsini “Qazprom”dan aldığı çoxsaylı müqavilələrə borcludur. Musavat.com |
1,046,364 | 20.02.2024 14:53 | Təhsil | Günel Səfərova İctimai Şuraya namizədliyini verməyib - ÖZƏL | Yanvarın 2-də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər elan edilib. İctimai Şuraya üzvlüyə namizədlərin və seçkidə iştirak edəcək seçicilərin qeydiyyatı üçün sənədlərin qəbul müddəti 31 yanvar 2024-cü il tarixində başa çatıb. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın hazırkı sədri Günel Səfərova Musavat.com-a özəl açıqlamasında bildirib ki, budəfəki seçkidə namizədliyini irəli sürməyib. O qeyd edib ki, elm və təhsil sahəsində fəaliyyətini davam etdirəcək: “İctimai Şura bir mərhələ idi. Bütün mərkəzi qurumlar, yerli idarəetmə qurumlarının yanında ictimai şuralar normal fəaliyyət göstərsə, nəticə də müsbət olar. Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, biz işlək modeli qurmağın mümkünlüyünü sübut etdik. Bəlkə bu, başqa ictimai şuraların xətrinə dəyər, amma Elm və Təhsil Nazirliyinin əhatəliliyi genişdir. Elm və Təhsil Nazirliyi ilə bağlı tez-tez xəbərlər yayılır, çünki demək olar ki, hər kəsin evində təhsilə toxunan məsələ var. Bəlkə buna görə, fəaliyyətimiz gözə göründü. Elə sahələr var ki, orada o qədər də dinamika yoxdur. Şəxsi düşüncəm budur ki, əgər işlək sistem varsa, iş var. Gələcək fəaliyyətim də təhsillə bağlı olacaq, amma İctimai Şura formatında yox”. Günel Səfərova fəaliyyəti dövründə hansı sahələrdə boşluq olduğu barədə də danışıb: “Ali təhsillə bağlı az iş görə bildik. Təhsilin növbəti pilləsi və geniş sahə olduğu üçün az iş görə bildik. Orta ümumtəhsil məktəbləri geniş və ağır sahədir, buna görə də diqqətimizi daha çox bu sahəyə yönəltdik. Elm sahəsinə marağı artırmaq üçün araşdırma aparmaq lazım idi. Azərbaycanda elm populyar sahə deyil. Ali məktəb publik hüquqi şəxs olanda onlarla iş aparmaq çətinləşir. Növbəti İctimai Şuranın tərkibi tərəfindən bu və digər məsələlərə diqqət ayrılacağına ümid edirəm. Mərkəzi qurumda doğru koordinasiyanın qurulması da önəmlidir”. G.Səfərova hələ konkret adlar açıqlanmasa da, bəzi namizədlər barədə də fikirlərini bölüşüb: “Təhsilə konseptual yanaşan, gender məsələlərində Pərvanə Məmmədova kifayət qədər güclü kadrdır. Həmkarların hüquqlarının müdafiəsi, müəllimlərlə bağlı məsələlərin gündəmə gəlməsində Mirzə Cəfərzadənin önəmli rolu var. Gənc müəllimlərdən işləyən, pedaqoji təcrübəsi olanlardan biri Rüfət Əsədzadədir. Məleykə Əlizadə, İlqar Orucovun adını çəkə bilərəm. Düşünürəm ki, insana bağlı sistem qurmaq doğru deyil. Hadisələrlə bağlı mövqe bildirilməli, öncəsində baş verməməsi üçün lazımi təkliflər verilməli, çevik reaksiya olmalı, nəzarət gücləndirilməlidir. Resurslarımız kifayət qədər olmadığı üçün çətinliklərimiz olub. “İctimai iştirakçılıq haqqında” qanun dəyişməlidir. İctimai dinləmələr, rəy sorğusunun keçirilməsi və s. ilə bağlı alətlər var. Bunun üçün büdcə kifayət deyil. Məsələn, Gədəbəydə hadisə olub, ora getmək lazımdır, necə gedək? Bunun bəlli mexanizmi olmalıdır. Əgər Emin Əmrullayevin ictimai nəzarətə yanaşması sağlam olmasa idi, İctimai Şuranın tərkibində kimlərin olmasının o qədər də əhəmiyyəti olmazdı. Səmimi şəkildə İctimai Şuranın fəaliyyətinin mənim sədrlik etdiyim dövrdən daha yaxşı olmasını istəyirəm”. Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzazadə isə Musavat.com-a bildirib ki, İctimai Şuraya qeydiyyat, namizədlər və s. barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək. Nigar HƏSƏNLİ,Musavat.com |
1,046,365 | 20.02.2024 14:30 | Şou-biznes | Mənzurə Musayevadan ŞOK AÇIQLAMA: qayınanası evli ola-ola əri üçün qız tapıbmış - VİDEO | "Mən 9 dənə elçini qaytarıb, o oğlana ərə getmişdim. Əslində əvvəllər deyirdilər "Əşi o müğənnidi, onu kim alacaq", amma o halda belə mənə 9 elçi gəlmişdi. Yəni insanın özündən asılıdır hər şey". Bu sözləri Space TV telekanalında yayımlanan "Duz & İstiot" verilişində Mənzurə Musayeva deyib. "7 il ailəli olmuşuq. Əslində 7 il elə uzun bir müddət deyil. Amma insan söz-söhbətdən bezir. Uşağımız olmadığı üçün artıq qayınanam başqa bir qız tapmışdı. Biz hələ ayrılmamış qız hazır idi. Ona görə istər-istəməz qaçıb canımı qurtardım". Daha ətraflı video-süjeti təqdim edirik: Referans.az |
1,046,366 | 20.02.2024 20:12 | Şou-biznes | Türkiyəli müğənni "Məni candan usandırdı" dedi - VİDEO | Türkiyəli müğənni Ece Mumay yeni addımı ilə diqqət çəkib. Musavat.com baku.ws-ə istinadən bildirir ki, hazırda paytaxt Bakının qonağı olan ifaçı MTV-də yayımlanan "Ulduzlu saat" verilişinə dəvət edilib. Müğənni canlı efir zamanı görkəmli şair Məhəmməd Füzuli kantatası olan "Məni candan usandırdı" qəzəlindən bir parça səsləndirib. Onun bu addımı maraqla qarşılanıb. Xatırladaq ki, Ece Mumay Bakıda həmkarı İlyas Yalçıntaşın konsertində iştirak edib. O sənətçi ilə səhnədə "Şahit" mahnısını səsləndirib. Ətraflı videoda: |
1,046,367 | 20.02.2024 14:36 | Rəsmi | Masdarın baş icraçı direktoru İlham Əliyevi təbrik etdi | Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Musavat.com-un xəbərinə görə, təbrikdə deyilir: “Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə “Masdar” şirkəti adından ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm. Müdrik liderliyiniz və baxışınız sayəsində “Masdar” Azərbaycanın Energetika Nazirliyi ilə ölkənizdə təmiz enerjinin təşviqi istiqamətində birlikdə səylə çalışır. Azərbaycan bərpaolunan enerjinin istehsalında regionda lider olmaqda davam edir. Bu tərəfdaşlığın əyani nəticəsi ötən ilin oktyabrında Azərbaycanın ilk xarici investisiyaya əsaslanan müstəqil sənaye miqyaslı birinci günəş elektrik stansiyası layihəsinin - 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi ilə nümayiş olundu. Prezidentliyinizin yeni dönəminə başlayarkən “Masdar” tərəfdaşlığımızı daha da gücləndirməyi, bununla da birlikdə ölkənin nəhəng təmiz enerji potensialını üzə çıxarmağı səbirsizliklə gözləyir. Bu il Bakıda COP29-un keçiriləcəyini nəzərə alaraq biz Dubayda COP28-də qəbul edilmiş Birləşmiş Ərəb Əmirlikləri Konsensusunun müddəalarını yerinə yetirməyə, BƏƏ-nin və Azərbaycanın təmiz enerjinin, iqlim dəyişikliyi ilə mübarizənin təşviq olunmasına möhkəm sadiqliyini bütün dünyaya nümayiş etdirməyə ümidvarıq. “Masdar” şirkətinin komandası COP29-dan faydalanaraq Azərbaycanın Energetika Nazirliyi və Dövlət Neft Şirkəti ilə birlikdə yeni layihələrin, o cümlədən quruda 1 qiqavat gücə malik bərpaolunan enerji layihələrinin və dəniz/yaşıl hidrogen istehsalı layihələrinin inkişaf etdirilməsində əməkdaşlıq edəcək. Sizinlə Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasında və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında görüşməyi səbirsizliklə gözləyirəm”. |
1,046,368 | 20.02.2024 14:41 | Ölkə | Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən AÇIQLAMA | "Azərbaycanda yaxın zamanlar üçün güclü və dağıdıcı zəlzələ gözlənilmir". Musavat.com xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, təkcə ötən gün sutka ərzində respublikanın müxtəlif bölgələri üzrə 53 yeraltı təkan qeydə alınıb. Baş direktor söyləyib ki, fevralın 18-də təkcə Xəzərdə 11, bu gecə isə 1-2 xırda yeraltı təkanlar qeydə alınıb. Q.Yetirmişli vurğulayıb ki, hazırda enerji boşalması gedir və yeraltı təkanlar enerji boşalması tam bitənədək davam edəcək: "Narahatlığa ehtiyac yoxdur. Əslində, fevralın 18-də Xəzərdə 3 yox, daha çox təkanlar qeydə alınıb. Sadəcə biz maqnitudası 3-dən yuxarı olanları ictimaiyyətə açıqlamışıq. Yüngül təkanlar hiss edilə bilər. Lakin qorxulu heç bir şey yoxdur. Ümumiyyətlə, ölkədə yaxın zamanlar üçün güclü, dağıdıcı zəlzələ gözlənilmir". Qeyd edək ki, fevralın 18-də Xəzər dənizində bir neçə saat fasilə ilə 3 dəfə zəlzələ baş verib. Belə ki, ilk zəlzələ təkanı Xəzər dənizində yerli vaxtla saat 12.30-da 3,4 maqnitudalı, ikinci təkan yerli vaxtla saat 16:46-da 3.1 maqnitudalı, sonuncu və üçüncü təkan isə yerli vaxtla saat 18:49-da 3.5 maqnitudalı zəlzələ formasında qeydə alınıb. |
1,046,369 | 20.02.2024 14:40 | Ölkə | Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salındı | Azərbaycandan Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının sonuncu hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkından Ukraynaya yola salınıb. Məlumata görə, Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 670 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 26 ədəd transformator və komplekt transformator məntəqəsi daxildir. 25 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilir. Qeyd edək ki, ümumi məbləği 7,6 milyon ABŞ dolları olan humanitar yardımın əvvəlki hissələri 2023-cü ilin 30 oktyabr, 21 noyabr, 8 dekabr və 2024-cü ilin yanvarın 11-də Ukraynaya göndərilib. Ümumilikdə, bu çərçivədə Ukraynaya 107 TIR-dan ibarət yük avtomobili karvanı ilə 3,3 milyon metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 72 ədəd transformator və komplekt transformator məntəqəsi yola salınıb.//Report |
1,046,370 | 20.02.2024 14:52 | Gündəm | Zorakılıq edən qızın valideynləri qapını açmır - AÇIQLAMA | “Şagirdlər zorakılıq törədən uşaqla bağlı hər hansı problem yaşamadıqlarını deyirlər”. Bunu 156 saylı məktəbin yaxınlığında zorakılığa məruz qalan yeniyetmə qızla bağlı jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib. Onun sözlərinə görə, zorakılığı törədən şagird qarşı tərəfin ona virtual zorakılıq etdiyini iddia edir: “Hazırda zorakılıq edən şagird və onun ailəsi ilə əlaqə qura bilmirik. Telefonlara cavab vermirlər, qapıya gedən müəllimlərə də qapını açmırlar. Buradan həmin şagirdin valideyninə açıq şəkildə demək istəyirəm ki, bu onun məsuliyyətsizliyidir. Bildirim ki, zorakılıq edən qız qeyd edib ki, bullinqə məruz qalan qız ona virtual zorakılıq göstərib (sosial şəbəkələrdə şəklini paylaşaraq əxlaqsız xidmətlər göstərdiyini qeyd edib – red.). Bu səbəbdən də videodakı davranışa əl atıb. Təbii ki, bu yolverilməzdir”. G.Səfərova əlavə edib ki, 156 saylı məktəb davranış qaydalarına görə pilot layihənin olduğu məktəblərdən biridir: “Hazırda bu yöndən də biz araşdırma aparırıq. Bu məktəbdə müəllimlər üçün bullinq təlimləri keçirilib. Onu da qeyd edim ki, zorakılığa məruz qalan uşaq da 156 saylı məktəbin məzunu olub. Amma videonu çəkən şəxs məktəbin şagirdi olmayıb. Onun kənardan dostu olub”. Şagirdlərin arasında nə baş verdiyi barədə məsələyə gəldikdə isə, nazirlik rəsmisi qeyd edib ki, təfərrüat hələ məlum deyil. Ətraflı videonu təqdim edirik: |
1,046,371 | 20.02.2024 20:47 | Astrologiya | İki bürc üçün ciddi karyera və maliyyə artımı vədi | Önümüzdəki aylarda Bürc dairəsinin iki əlaməti üçün biznes və maliyyə sferasında əla imkanlar açılacaq. Astroloqların proqnozlarına görə, Şir bürcü üçün əlverişli dövr gələcək. İlin hamisi Yaşıl Əjdaha onları qoruyacaq və firavanlığı təmin edəcək. Karyera sahəsində ciddi perspektivlər açıqlanır - peşəkar yüksəliş, maraqlı təkliflər və maliyyə rifahının inkişafı üçün imkanlar olacaq. Həmçinin, işarənin nümayəndələri onların təşviqinə töhfə verəcək patronlar tapacaqlar. Əqrəblər peşəkar sahədə də əlverişli dəyişikliklər yaşayacaqlar. Fevraldan aprelə qədər olan dövr xüsusilə uğurlu olacaq - bu zaman böyük və perspektivli layihələrin həyata keçirilməsində sıçrayış gözləmək olar. Bu, əmək haqqının artmasına, komandada nüfuzun artmasına səbəb olacaq. Bununla belə, astroloqlar xəbərdarlıq edir ki, sağlamlığa diqqət yetirməyin vacibliyini unutmamaq lazımdır./Lent.az |
1,046,372 | 20.02.2024 14:51 | Ölkə | Ramazan ayı bu tarixdə başlayır – RƏSMİ | Azərbaycanda Ramazan ayı martın 11-də başlayacaq. Musavat.com-un məlumatına görə, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. İdarənin təqviminə əsasən, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir. Ramazan bayramı aprelin 10-11-nə təsadüf edəcək. Musavat.com |
1,046,373 | 20.02.2024 15:04 | Hadisə | Azərbaycan Universitetinin tələbəsi həbs edildi - ŞOK SƏBƏB | Fevralın 15-də Azərbaycan Universitetinin 3-cü kurs tələbəsi, 1995-ci il təvəllüdlü Nurlan S. həbs edilib. Sumqayıt Şəhər Məhkəməsi Nurlanı Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilib. 29 yaşlı tələbə 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və həmin gün məhkəmə zalında həbs edilib. Həmçinin məlum olub ki, həbs edilən tələbə “GESKO” şirkətində növbə rəisi vəzifəsində işləyirmiş. Dələduzluq hadisəsinə gəlincə Nurlan S.-in Mirqalib adlı qazini aldadaraq 22 min manat pul alması barədə şikayətdən sonra cinayət məsuliyyətinə cəlb edilməsi məlum olub. Belə ki, Nurlan həmin şəxsi aldadaraq ona müharibədə iştirakına görə torpaq sahəsi ayırtdıracağını və ev alacağını deyib. Bu adla o, həmin şəxsdən 22 min manata yaxın pul alıb və bütün pulları “Topaz”da mərc oyunlarına qoyaraq uduzub. Bundan sonra Mirqalib Q. polisə şikayət edib. Nurlanın ailəsi zərərçəkmişə cəmi 5 min manat qaytara bilib./Publika.az |
1,046,374 | 20.02.2024 14:57 | Son xəbər | İrəvanda rəsmi quruma atəş açıldı | İrəvanda fövqəladə hadisə baş verib. Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Ermənistan Daxili İşlər Nazirliyinin Nor-Nork polis şöbəsinə səhər saat 09:00-da Nor-Nork inzibati ərazi dairəsi rəhbərinin inzibati binasının pəncərələrinin atəşə tutulması barədə məlumat daxil olub. Hadisə yerinə əməliyyat qrupu gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Nor- Nork rayon administrasiyasının pəncərələrində 7 güllə izi aşkar ediblər. Hadisənin baş vermə şəraiti və atəş açan şəxsin kimliyinin aydınlaşdırılması istiqamətində zəruri tədbirlər görülür. Musavat.com |
1,046,375 | 20.02.2024 14:53 | Ölkə | Avtoşluq edərək sosial şəbəkədə paylaşan şəxs saxlanıldı | İdarə etdiyi "Land Rover Velar" markalı avtomobillə yol hərəkət qaydasını pozaraq sosial şəbəkə hesabında paylaşan Quluzadə Afət Əhməd qızı saxlanılıb. Bu barədə Musavat.com-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. O, izahatında törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib. A.Quluzadə barəsində inzibati protokol tərtib edilib. |
1,046,376 | 20.02.2024 15:03 | Region | Samvel Şahramanyandan XƏBƏR VAR - FOTO | Qarabağın işğal altında olduğu illərdə bölgədə qurulan qondarma və oyuncaq qurumun son “rəhbəri” Samvel Şahramanyanı İrəvanda görüblər. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Şahramanyan Qarabağdakı erməni separatçılarının digər nümayəndələri Qaqik Baqunts, yepiskop Vrtanes Abramyan, Sergey Qazaryanla Yerablur məzarlığını ziyarət edib. Samvel Şahramanyan jurnalistlərin suallarına cavab verməyib, dərhal maşına əyləşib və oradan uzaqlaşıb. Qeyd edək ki, bu gün Qarabağda ermənilərin bədnam “Miatsum” təşəbbüsünün başlanmasından 36 il ötür. Musavat.com |
1,046,377 | 20.02.2024 16:45 | İdman | Azərbaycan millisinin sabiq üzvü ağır vəziyyətdə: Pis vərdişlər həyatını məhv edib | Futbol üzrə illi komandamızın sabiq üzvü Fərid Quliyev hazırda ağır durumdadır. Karyerasını bitirdikdən pis vərdişlərə qoşulan Quliyevin səhhəti heç də yaxşı deyil. Orqanizmini zəhərləyən aludəçilikdən qurtula bilməyən 38 yaşlı sabiq bombardir hazırda Maştağada yerləşən reabilitasiya mərkəzində müalicə olunur. Fəridin şəxsi həyatı da bu səbəbdən uğursuz olub. Voleybol üzrə qadınlardan ibarət yığmamızın üzvü Oksana Kiselyova ilə 2018-ci ildə ailə həyatı quran Quliyevin evliliyi bu səbəbdən uzun çəkməyib. Fəridin durumu gün keçdikcə ağırlaşır. Onun daha müasir tələblərə cavab verən müalicəyə ehtiyacı var. Buna görə çoxprofilli xəstəxanaya köçürülməlidir. (Sportfm.az) Qeyd edək ki, Fərid Quliyev "Bakı" və "Neftçi" ilə Azərbaycan Premyer Liqasının qalibi olub. O, eyni zamanda "ağ-qaralar"la ölkə kubokunu qazanıb. 2009/10 mövsümündə "Standart"la ölkə çempionatının bombardiri olub. Quliyev Berti Foqtsun rəhbərliyi dövründə milli komandaya dəvət alıb./Publika.az |
1,046,378 | 20.02.2024 15:13 | Qarabağ xəbərləri | Qarabağ erməniləri ilə bağlı SON DƏQİQƏ açıqlaması | “Qarabağ erməniləri Azərbaycan vətəndaşı kimi qayıda bilməzlər, bu, sadəcə olaraq mümkün deyil”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Qarabağın işğal altında olduğu illərdə bölgədə qurulan oyuncaq qurumun “parlament”inin “spikeri” olmuş Artur Tovmasyan jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, Qarabağ ermənilərinin geri qayıtması üçün beynəlxalq təminatlar lazımdır. Tovmasyanın fikrincə, qarşıda iki yol var: biri “böyük vətənpərvərlik” yolu, digəri isə mövcud reallıqları nəzərə almaqdır. “Düşünürəm ki, kimsəyə zərər verməmək üçün indiki reallıqları rəhbər tutmalıyıq”, - Artur Tovmasyan bildirib. Musavat.com |
1,046,379 | 20.02.2024 16:57 | İdman | Yığmamızın yeni baş məşqçisi hədəfini açıqlayıb: “Bacaracağıq” | "Əsas hədəfimiz karateni əlimizdən gəldiyi qədər yüksəklərə qaldırmaqdır". Musavat.com xəbər verir ki, bunu İdman.Biz-ə kişi karateçilərdən ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi Şahin Atamov deyib. Dünya çempionatının üçqat mükafatçısı təyinatına münasibət bildirib. Daha öncə gənclərdən ibarət millidə də eyni funksiyanı yerinə yetirən Atamov tezliklə karateçilərimizin uğurlu çıxışları sıralayacağına inam ifadə edib: "Komandamızı Türkiyənin Antalya şəhərində Premyer Liqa yarışı gözləyir. Bunun ardınca mayda Xorvatiyada Avropa çempionatına qatılacağıq. Əsas hədəflərimizdən biri bu yarışda yaxşı nəticə qazanmaqdır. İlin yekununda isə dünya çempionatı var. Mundialda ilk dəfə komanda yarışları da keçiriləcək. Burada əsas hədəfimiz Azərbaycanın adını və bayrağını yüksəklərə qaldırmaqdır. Bu istiqamətdə artıq işlərimizi qurmuşuq və plana uyğun davam edəcəyik. Hazırda vacib olan məsələ reytinq yarışlarından qalmamaq və bu turnirlərdə yüksək xal toplayaraq, mövqeyimizi yaxşılaşdırmaqdır. İlkin olaraq da hədəfimiz budur. İnanıram ki, çox çalışaraq bunu bacaracağıq". Qeyd edək ki, Atamov bu postda Qurban Tağıyevi əvəzləyib. Sabiq baş məşqçi isə Azərbaycan Karate Federasiyasında WKF üzrə vitse-prezident təyin edilib. |
1,046,380 | 20.02.2024 15:06 | Hadisə | Avtoyuma məntəqəsində sürücünün bahalı qol saatı oğurlandı - FOTO | Bakıda məşhur avtoyuma məntəqəsində sürücünün bahalı qol saatı oğurlanıb. Hadisə Nizami rayonunda yerləşən avtoyuma məntəqələrindən birində baş verib. Belə ki, 1987-ci ildə Gəncə şəhərində anadan olmuş Elşad Həsənov (soyad şərti) işlədiyi yerdə “Chevrolet” markalı “Malibu” modelli avtomobilin sürücüsünün üzərində “Perrelet 1777” (A1047/D0472) yazıları olan qol saatını oğurlayıb. Təqsirləndirilən şəxs saxlandıqdan sonra bazar dəyəri altı min manat olan qol saatını zədələnmiş halda qaytarıb. Saatın kəməri qırılıb ki, onun da qiyməti 450-500 manatdır. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 1 il 11 ay 22 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Elşad cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməyəcək və üzərində elektron nəzarət vasitəsini gəzdirəcək.//Qaynarinfo |
1,046,381 | 20.02.2024 15:27 | Ölkə | Nazir ona yüksək vəzifə verdi - FOTO | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyəti sədrinə yeni müavin təyin edilib. Nazir Sahil Babayevin 14 fevral 2024-cü il tarixli əmri əmri ilə Azər Əliyev DOST İdarə Heyətinin sədrinin müavini təyin olunub. Qeyd edək ki, Azər Əliyev 10 yanvar 2023-cü il tarixində DOST Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. 2015-2016-cı illərdə Nazirlər Kabineti yanında "İçərişəhər" DTMQ İdarəsində idarə rəisinin köməkçisi (1-ci dərəcə dövlət qulluqçusu), 2016-2017-ci illərdə "İnter" Peşəkar İdman Klubunun prezidenti, 2017-2022-ci illərdə "Atəşgah" Sığorta Şirkətinin İdarə Heyətinin sədri, "Azərbaycan Sığortaçılar Assosiyasiyası"nın Müşahidə Şurasının sədri və İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədr müavini vəzifələrində fəaliyyət göstərib./Qaynarinfo |
1,046,382 | 20.02.2024 15:15 | Gündəm | Bakı-Sumqayıt-Bakı yoluna ALTERNATİV YOL: Bu ərazilərdə evlər SÖKÜLƏCƏK – XƏRİTƏ | “Bakının üç tərəfi təpəlik ərazi, bir hissəsi də dənizdir. Paytaxtın təpəlik relyef ərazidə yerləşməsi şəhərin əlavə giriş-çıxış yollarının yaradılmasına maneə törədir. Bakının iki cənub, bir şimal girişi var. Digər ərazidən giriş yoxdur. Şəhərin giriş-çıxışının məhdudluğu paytaxtdakı nəqliyyat sıxlığı və sair problemləri yaradan əsas amildir”. Musavat.com xəbər verir ki, bu barədə Medianews.az-a nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib. O qeyd edib ki, şəhər nəqliyyatına qoyulan investisiyaya baxmayaraq, relyef öz sözünü deyir. Ekspert vəziyyətdən çıxış yolu kimi, Bakı-Sumqayıt-Bakı yoluna alternativ “Yeni yol” layihəsini təklif edib: “Təklif etdiyim layihə mövcud Bakı-Sumqayıt-Bakı yoluna alternativdir. Layihə şəhər yollarında tıxac məsələsinin həllinə dəstəkdir. Layihə üç mərhələli olaraq Bakı şəhərinin Binəqədi, həmçinin Abşeron rayonlarının ərazilərini əhatə edir. Birinci mərhələ Binəqədi rayonunun 9 mikrorayon ərazisində tikintisi aparılacaq tunel və dolayı yol çəkilişidir. Bu, Abşeron rayonunun Masazır, Saray qəsəbələrini, Binəqədi rayonunun Biləcəri, Binəqədi qəsəbələrini əhatə edəcəkdir. İkinci mərhələ küçələrin genişləndirilməsidir. Bu məqsədlə ərazi üzrə yaşayış və qeyri yaşayış evlərinin satın alınması, plana düşən yaşayış və ya qeyri yaşayış sahələrinin təyin edilməsi, layihəyə uyğun olaraq söküntü işlərinin aparılmasıdır. Üçüncü mərhələ yol ilə kəsişəcək yol və qovşaqların tikilməsi, onların təyin edilməsidir”. Ekspert qeyd edib ki, sözügedən layihənin böyük hissəsi Binəqədi rayonunun Binəqədi və Biləcəri, həmçinin Abşeron rayonunun Masazır qəsəbələrinin ərazisinə düşür: “İlkin mərhələdə 2 gediş, 2 gəliş olmaqla, yolun 4 zolaqlı olması nəzərdə tutulur. Torpaq yatağının eni 16 metr planlaşdırılır. Gələcək perspektivdə 8 zolağa genişləndirmək də mümkün ola bilər. Layihə əsasən bir neçə ərazini əhatə edəcək. Bunlar ilk növbədə Bakı-Sumqayıt şəhəri istiqamətində 4-cü mikrorayon dairəsi, 9-cu və 6-cı mikrorayonların ərazisi, Zərifə Əliyeva adına Göz Klinikasının yaxınlığı, Mircəlal Paşayev və Cavadxan küçələri, Heydər məscidinin yaxınlığı, Həmzə Babaşov və Rezervuar küçələridir. Bununla yanaşı, Biləcəri məscidinin yanı – Məmiş Abbasov küçəsi, Nəsimi, Yəhya Hüseynov, Əhməd Qasımov küçələrinin kəsişməsi (Mehriban marketin yanı), Əhməd Qasımov küçəsi-Baksol yolu kəsişməsi, Məlik Abbasov, 1-ci mədən küçələri, Binəqədi qəsəbəsinin neftlə çirklənmiş əraziləri də layihənin əhatə etdiyi ərazilərdir. Ən nəhayət, layihənin əhatə etdiyi ərazi Əlağa Şıxlinski (Duz zavodunun yanı), Mübariz İbrahimov, İlqar Abdullayev küçələri ilə kəsişmə, Saray-Novxanı yolu, Heydər Əliyev, General Məhəmməd Əsədov küçələri olmaqla, son məntəqə kimi Sumqayıt şəhəri Daş tikinti bazarının yanı olacaq. Yeni yol layihəsi 30 irili-xırdalı küçə ilə kəsişəcək”. A.Əsədov deyib ki, yeni alternativ yol ümumilikdə 16 kilometr, düz xətt boyunca isə 9 kilometr uzunluğunda olacaq. O, smeta xərclərindən də söhbət açıb. Vurğulayıb ki, smeta üzrə birinci mərhələdə torpaq sahələrinin alınması, ikinci mərhələdə yol yatağının salınması və çəkilməsi planlaşdırılıb. Ekspert söyləyib ki, layihənin icra müddəti 3 ildir: “Yeni yol çəkilərsə, ərazidə yaşayan əhali bir çox üstünlüklərə sahib olacaq. İlk növbədə ərazidə, xüsusən də Biləcəri, Binəqədi, Novxanı, Masazır ərazisində mənzil qiymətləri dəyişəcək. Vətəndaşların mülklərinin dəyəri artacaq. Ərazidə məşğulluq artacaq, yeni iş yerləri açılacaq. Yerli ərazi də mərkəzi ərazi sisteminə daxil olacaqdır. Bundan başqa, illərdir həmin ərazilərdə həllini gözləyən kanalizasiya, içməli su, internet kimi sosial problemlərin həllində sıçrayış olacaq. Avtomatik olaraq torpaq və yaşayış sahələrinin qiymətləri də artacaq. Biləcəri, Masazır, Saray, Novxanı qəsəbələrinin Nəsimi metrosuna əlçatanlığı təmin olunacaq. Hətta kanat, funikulyor inşaası ilə ərazidə şəhər turizminin inkişafı mümkündür. Yeni marşrut xətlərinin çəkilməsi, ərazidə sərnişindaşımanın rahatlılığı təmin ediləcək, Biləcəri dəmiryol stansiyasının əhəmiyyəti artacaq, digər şəhər və rayonlara gediş-gəliş asanlaşacaq”. |
1,046,383 | 20.02.2024 15:08 | Ölkə | ƏƏSMN “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə növbəti dəfə birinci yeri tutub | Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət indeksi” üzrə 2023-cü il qiymətləndirməsinin nəticələrini açıqlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qiymətləndirmədə mərkəzi icra hakimiyyəti orqanları arasında 14 xidmət üzrə ən yüksək göstəriciyə (92,38 faiz) malik olmaqla növbəti dəfə birinci yeri tutub. Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib. Bildirilir ki, qiymətləndirmənin nəticələrinə dair təqdimat keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, icra hakimiyyəti orqanlarının nümayəndələri, müxtəlif qurumların rəhbər vəzifəli şəxsləri və digər qonaqlar iştirak ediblər. Nəticələr açıqlandıqdan sonra qiymətləndirmədə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb. 2019-2020-ci il üzrə qiymətləndirmədə 64,40 faizlik nəticə ilə 5-ci yeri tutan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu nəticəni ildən-ilə artırmaqla 2020-2021-ci il üzrə qiymətləndirmədə 79,65 faiz nəticə ilə ikinci yerə, 2022-ci il üzrə qiymətləndirmədə isə 88,48 faiz nəticə ilə birinci yerə nail olub. “ASAN xidmət indeksi” üzrə 2023-cü il qiymətləndirməsində də Nazirlik 92,38 faiz nəticə ilə birinciliyini qoruyub saxlayıb. Beləliklə, 2019-cu ildəki qiymətləndirmədə 5,15 faizlik nəticə ilə 20-ci yerdə qərarlaşmış Nazirlik son illərdə xidmətlərin keyfiyyətinin artırılması sahəsində mühüm uğurlar əldə edərək ön cərgəyə çıxmaqla, xüsusilə son iki ildəki qiymətləndirmələrdə birinci olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu qiymətləndirmədəki növbəti ən yüksək nəticəsi qiymətləndirmənin əhatə etdiyi parametrlər (xidmət barədə məlumatlandırma və xidmətə müraciət imkanları, xidmətin göstərilmə müddəti, informasiya ehtiyatlarının elektronlaşdırılması və digər qurumların sistemlərinə inteqrasiya, xidmətlərin təşkili ilə bağlı əməkdaşlara təlim keçilməsi, vətəndaş məmnunluğunun təmin edilməsinin ölçülməsi və s.) üzrə Nazirlik tərəfindən son illərdə həyata keçirilmiş sistemli və məqsədəuyğun islahatların uğurlu nəticəsidir. Qeyd edək ki, qiymətləndirmədə 23 mərkəzi icra hakimiyyəti orqanının 208 xidməti, 15 yerli icra hakimiyyəti orqanının 170 xidməti və 9 hüquqi şəxsin 60 xidməti daxil olmaqla, ümumilikdə 438 xidmət əhatə olunub. |