Unnamed: 0
int64
0
5.23k
text
stringlengths
16
2.03k
answer
stringlengths
15
2.16k
208
Salam alekuma xaiş cavablandirardiz ölkədən çıxışa stopu yoxlatdirmaw mumkundurmu
13456 və 7 saylı Bakı "ASAN xidmət" mərkəzlərindəhəmçinin 2 saylı SumqayıtQuba və Qəbələ regional “ASAN xidmət” mərkəzlərində ödənişli əsaslarla Vəkillər Kollegiyası tərəfindən ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə məlumatın verilməsi xidməti həyata keçirilir. Məlumat əldə etmək üçün birbaşa yaxınlaşa bilərsiniz.
209
Salam uşaqlarımın 15 və 16 yaşları var soyadların necə dəyişə bilərik ?
Azərbaycan Respublikası vətəndaşlarının öz soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
210
Salam yoldaşımın şexsiyet vesiqesini götüre bilerem asan xidmetden
Hazır sənədi yalnız sənəd sahibi təhvil ala bilər.
211
umle cagri merkezine baxan var?! Gunlerle cavab yoxdu !! Ancag sondurulur zeng !!!
108 Çağrı Mərkəzi bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək canlı iş rejimindəbayram və istirahət günlərində isə 24 saat avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi vasitəsilə xidmət göstərir. Canlı iş rejimində operatorla əlaqə üçün "0" düyməsi seçilməlidir.
212
Salam şexsiyyet vesiqem itib ama rayon qediyyatindayam bakida goture bilerem bide odeniw ne qederdi?
Zəhmət olmasaneçə yaşlı vətəndaş üçün müraciət etdiyinizi qeyd edin. Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq?
213
Salam könüllü qruplarına qoşulmaq istəyirəm hardan və necə qoşula bilərəm?
Könüllülük fəaliyyətinə müraciət etmək üçün konullu.asanschool.az portalı vasitəsilə könüllü anketi doldura bilərsiniz. CV-lərə baxılır və könüllü ehtiyacı olan zaman əlaqə saxlanılır.
214
Göy göl Şeheri Mirxalovkada Kendinde Yataqxanada Qeydiyatda olan Mamedov Vahid Oruc ogluna mecburi köçkün limiti yuklenir ordan köçubler Vahid 20020 rehmete gedib ve mexaniki sayğacin avansinda 2000 manat yigilib opulu nece başqa kartla olan sayğaca köçürtmek olar
Müraciətinizlə bağlı məlumat əldə etmək üçün birbaşa “ASAN Kommunal” mərkəzlərinə6 saylı Bakı "ASAN xidmət" və regional “ASAN xidmət” mərkəzlərinə (2 saylı Sumqayıt və 2 saylı Gəncə "ASAN xidmət" mərkəzi istisna olmaqla) birbaşa müraciət etməyiniz xahiş olunur.
215
Vatsap nomrenız Var?
Whatsapp üzərindən əlaqə mövcud deyil. "ASAN xidmət" mərkəzləri tərəfindən göstərilən xidmətlər barədə məlumat əldə etmək üçün 108 "Çağrı" mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
216
Bayram günlerinde hansı tarixde işleyecek Asan xidmet?
Nəzərinizə çatdırırıq kiDünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 31 dekabr – 5 yanvar tarixlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. 6 yanvar tarixindən etibarən Mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərsiniz.
217
Salam 30 dekabır tarixində tovuz filialı üçün son iş saatı 15:00 olacaq?
Zəhmət olmasahansı xidmətlə bağlı müraciət etmək istədiyinizi qeyd edin.
218
Salam köhnə nesil itirilmiş şəxsiyyət vəsiqəsi üçün cərimə ne qədərdir?
Zəhmət olmasayaşınızı və daimi qeydiyyatda olduğunuz rayonu bildirin.
219
Salam. Məndə şəxsiyyət vəsiqəsi köhnədir. Yəni köhnə formadadı. Amma vaxtı hələ bitməyib. Əgər təzələməsəm vəsiqəni nəsə problem olar, xarice getmek, orada universitet falan oxumaq üçün? İkinci sual: Əgər vəsiqəmi təzələsəm, pasportu da tezelemeliyem?
Müraciətinizlə bağlı məlumatı sənədi təqdim edəcəyiniz müvafiq qurumla dəqiqləşdirə bilərsiniz. Qeyd edək kiümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdəyaxud vətəndaşın soyadıadıatasının adı dəyişdikdə və ya pasporto cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdəpasport dəyişdirilməlidir.
220
Və sabah iş günüdür?
bəliiş günüdür. “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur.
221
Salam ayın 30 u asan xidmet işləyir ? Məhkumluq arayışı üçün gelmek istəyirdim
bəliiş günüdür. “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinə müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur.Arayış hansı quruma təqdim olunacaq?
222
Salam.Usaqlar nə zaman vəsiqə götürə bilər?
İstənilən yaşda şəxsiyyət vəsiqəsi əldə oluna bilər.
223
Salam direkte baxin zehmet olmasa
Qeyd edək kiBakı şəhərində yerləşən "ASAN xidmət" mərkəzləri həftənin şənbə və bazar günləri saat 09:30-dan 17:00-dək (notariat fəaliyyəti ilə bağlı saat 16:00-dəkdigər xidmətlərlə bağlı sənəd qəbulu saat 16:30-dək) fasiləsiz olaraq fəaliyyət göstərir. Nəzərinizə çatdırmaq istərdik ki"ASAN xidmət" mərkəzlərində xidmət növbəlilik prinsipi əsasında həyata keçirilir. asan.gov.az saytı və “ASAN növbə” mobil tətbiqi vasitəsilə onlayn növbə əldə edə bilərsiniz. Cari gün və növbəti 7 gün üzrə müəyyən olunmuş saat aralığında onlayn növbə seçimi imkanı yaradılmışdır. Həmçinin mərkəzə birbaşa müraciət edərək növbə olduğu təqdirdə cari gün və növbəti gün üçün növbə əldə edə bilərsiniz. Xidmətlə bağlı müraciət sayının çoxluğundan asılı olaraq mərkəz daxilində növbənin verilməsi dayandırıla bilər.
225
Salam.Yeni iliniz mübarək.Bilmək istəyirəm Səyyar Asan Xidmət Gədəbəydə nə vaxtacan xidmətdə olacaq?Zəhmə olmasa məlumatınız varsa cavablandırardız
Səyyar xidmət barədə məlumat əldə etmək üçün 108 (3) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
226
Directe baxın zəhmət olmasa
sizin müraciətiniz səhifənin ismarış bölməsində cavablandırılıb.
227
Bugün asan xidmət işləyir?
“ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur.
228
Şəxsiyyət vəsiqəsini ilk dəfə itirdikdə, cərimə olunur? Olunursa da gederi negederdir zəhmət olmasa cavablandirin
Zəhmət olmasaneçə yaşlı vətəndaş üçün müraciət etdiyinizi qeyd edin. Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq?
229
xeyr dəyişiklik olmayacaq.
nəzərinizə çatdırırıq kişəxsiyyət vəsiqəsinin bərpası ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Yaşı 15-dən çox olan vətəndaşın şəxsiyyət vəsiqəsində hər hansı məlumat dəyişikliyi yoxdursaonun bərpası ilə bağlı zəruri sənəd: dövlət rüsumunun ödənilməsi barədə qəbz. İtirilmiş şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə hazırlanırsa90 manat3 iş günü müddətinə hazırlanırsa70 manat10 iş günü müddətinə hazırlanırsa30 manat məbləğində dövlət rüsumu ödənilir. Yeni nümunəli şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb. Dövlət rüsumu "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat
230
Salam. Bizim işıq kartımız itib.. Yenisini almaq üçün Asan xidmətə özüm getməliyəm (abonent mənəm), ya oğlum gedib ala bilərmi?
Smart kartın bərpası ilə bağlı istənilən şəxs müraciət edə bilər.
231
Şənbə günü mümkündürmü bu xidmət? ( Quba Asan xidmətdə)
qeyd edək kiQuba “ASAN xidmət” mərkəzi həftənin şənbə və bazar günləri sənəd qəbulu ilə bağlı saat 09:00-dan 15:30-dək fasiləsiz olaraq fəaliyyət göstərir.
233
Birde sabah yəni 6ci gun işleyirsiz?
“ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinə müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur.
234
Salam,köhne nesil şəxsiyyət vəsiqəsinin vaxtı gelen hefte bitir,yaşadığım yer xırdalan şeheri,geydiyyatda olduğum yer Lenkeran şeheri,asan xitmetin hansı filialına müraciet ede bilerem rayona getmeden?ve rüsüm ne gederdir?melumat deyişikliyi olmayacag
Nəzərinizə çatdırırıq kişəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Köhnə nümunəli şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı (məlumat dəyişikliyi olmayacağı halda) zəruri sənədlər: şəxsiyyət vəsiqəsidövlət rüsumunun ödənilməsi barədə qəbz. Yeni şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə hazırlanırsa70 manat3 iş günü müddətinə hazırlanırsa50 manat10 gün müddətinə hazırlanırsa5 manat məbləğində dövlət rüsumu ödənilir. Yeni nümunəli şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb. Nəzərinizə çatdırırıq kirüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.
235
Salam zəhmət olmasa bilən sualıma cavab verərdi doğum haqqında şəhadətnamədə dəyişiklik edəndə dövlət rüsumu nə qədər pul istəyir
Zəhmət olmasamüraciətinizi aydın şəkildə qeyd edin. Doğum haqqında şəhadətnamədə hansı formada dəyişiklik edilməsini nəzərdə tutursunuz?
236
vesige üçün getdim mene vaxt dediler hemin günü gedib götürmek üçün yene növbe almalıyam yoxsa gedib desem srazu verilir vesigem?
Qeyd edək kiasan.gov.az saytı və “ASAN növbə” mobil tətbiqi vasitəsilə onlayn növbə əldə edə bilərsiniz. Cari gün və növbəti 3 gün üzrə müəyyən olunmuş saat aralığında onlayn növbə seçimi imkanı yaradılmışdır. Həmçinin Mərkəzə birbaşa müraciət edərək növbə olduğu təqdirdə cari gün üçün növbə əldə edə bilərsiniz.
237
Bayramla əlaqadar olaraq sonuncu iş gününüz nə vaxtdır? 30 -31 dekabrda işləyəcəksiz?
30 dekabr tarixində iş günüdür. Nəzərinizə çatdırırıq kiDünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar 31 dekabr – 5 yanvar tarixlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. 6 yanvar tarixindən etibarən Mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərsiniz.
238
Salam. Zəhmət olmasa təcili deyərdiz. Atası rəhmətə getmiş uşaqla xaricə çıxan ana pasport və ölüm kağızından başqa hansı sənədləri təqdim etməlidir sərhədi keçəndə?
Sizin müraciətiniz digər şərhdə cavablandırılıb.
239
Меn hem rus vetendaşıyam hemde azerbaycan.az.vesiqemin vaxtı bitib,tezesin ala bileremmi?
Zəhmət olmasayaşınızı və daimi qeydiyyatda olduğunuz rayonu qeyd edin. Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq?
240
salam agstafa rayonu uzre asan xidmet hacan olacaq rayonda
Səyyar xidmət barədə məlumat əldə etmək üçün 108 (3) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
241
salam rayon qeydiyyatındayam Bakıda məhkumluq haqqında arayış almaq mümkündür?
Zəhmət olmasaqeyd edin. Arayış hansı quruma təqdim olunacaq?
242
Salam. Ayın neçəsi iş günləridir sizdə?
Nəzərinizə çatdırırıq kiDünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 31 dekabr – 5 yanvar tarixlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. 6 yanvar tarixindən etibarən Mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərsiniz.
243
Salam.. Sexsiyyet vesiqesi hazir oldugda aileden biri gelib goture bilirmi ?
15 yaşadək azyaşlıların şəxsiyyət vəsiqəsini valideynlərdən biri müraciət edərək əldə edə bilər. Yaşı 15 və 15- dən çox olan vətəndaşın şəxsiyyət vəsiqəsi ilə bağlı sənədlər təqdim olunduqda və ya hazır sənəd götürüldükdə şəxsiyyət vəsiqəsi sahibi müraciət etməlidir.
244
Salam,sabah isleyirsiniz?
Bəliiş günüdür. “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur.
245
Salam zehmet olmasa direkte baxardiz vacibdi
Müraciətlərin hər biri ardıcıllıqla cavablandırılır. Müraciətlərin çoxluğunu nəzərə almağınız xahiş olunur. Anlayışınız üçün təşəkkür edirik.
246
Salam menim qizim wexsiuyet vereqesin yasamaldan alib .biz Xirdalanda yawayiriq.olar indi Xirdalannan alsin.vaxti otub.Xahiw edirem cavablandirin.iwi ile elaqedar olaraq sened lazim olur.
Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi xidməti ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz. Səyyar xidmət barədə məlumat əldə etmək üçün 108 (3) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
247
Salam men qeydiyyat unvanimi deyismek isdeyirem qaynatamin evine evin senedi orderdi nece olmalidi qeydiyyat isi?
Zəhmət olmasahazırda daimi qeydiyyatda olduğunuz rayonu qeyd edin. Hansı rayonda daimi qeydiyyata alınacaqsınız? Şəxsiyyət vəsiqəsi yeniyoxsa köhnə nümunəlidir? Order neçənci ildə əldə olunub?
248
salam.Xaricde olan ogul, anasina asan xidmetden online goruntulu danisiq vasitesile etibarname vere bilermi bank emeliyyatlari ucun?
Siz müraciətinizlə bağlı məlumat əldə etmək üçün Ədliyyə Nazirliyi ilə əlaqə saxlaya bilərsiniz.
249
Yəni ərizədə qız soyadını oğlanın soyadı ilə dəyişib amma sonra fikrindən daşınıb
Bəlinikahın qeydə alınması mərhələsində soyad dəyişikliyi edilə bilər.
250
Salam xarici pasportun verilme qaydaları nedi.Yaş 28
Nəzərinizə çatdırırıq kiümumvətəndaş pasportunun (xarici pasport) verilməsi və ya dəyişdirilməsi xidməti ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Yaşı 18-dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması ilə bağlı zəruri sənədlər: şəxsiyyət vəsiqəsi18-35 yaş hədlərində kişilər üçün hərbi bilet və ya ilkin hərbi qeydiyyatla bağlı vəsiqə (möhlət hüququna dair qeyd olmaqla)dövlət rüsumunun ödənilməsi barədə qəbz. Ümumvətəndaş pasportunun verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb. İtirilmə və ya korlanma halı yoxdursayaşı 18-dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumu: sənəd 10 iş günü müddətinə alınırsa60 manat5 iş günü müddətinə alınırsa120 manat1 iş günü müddətinə alınırsa210 manat təşkil edir. Dövlət rüsumu "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat. Ümumvətəndaş pasportu dəyişdirilirsəvətəndaşda olan pasport da təqdim olunmalıdır.
251
Çox saģolun.Bir de neçe illik verilir pasport?
Nəzərinizə çatdırırıq kiyaşı 18-dən çox olan şəxs üçün verilən ümumvətəndaş pasportu 10 il müddətinə etibarlı olur.
252
Salam uşağa şəxsiyyət vəsiqəsi alarkən usagida gətirmək lazımdır?
Yeni nümunəli şəxsiyyət vəsiqəsinin əldə olunması ilə bağlı sənəd təqdim olunan zaman şəkil yerində çəkildiyindən azyaşlının iştirakı mütləqdir.
254
Salam, Müəlliməm Güzəşli məznil almaq istəyir, soruşur ki kollec müəllimi ala bilərmi, və ya ala bilmirsə niyə? İlkin ödəniş və ayda ne qədər olur , bağışlamaq olurmu?
Sizin müraciətiniz səhifənin ismarış bölməsində cavablandırılıb.
255
Salam.Mən diplomumu itirmişəm.Bununla bağlı asan xidmət köməklik göstərə bilirmi? Yəni əvəzedici hər hansı bir sənəd?
Nəzərinizə çatdırırıq kimüraciətiniz “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilən xidmətlər siyahısına aid olmadığındantəəssüflər olsun kiSizə xidmət göstərə bilməyəcəyik.
256
Salam vaxtinz xeyir menim qardasim 1991,1992 ci illerde muharibede istidak edib.hec bir yerden dovletden yardim ve pensiya almir .cavadov baba heyder oglu 1957 il salyan sehrinde a adan olub .men bilmek istyiremki devltden pensiya ala biler yoxsa yox?
Zəhmət olmasamüraciət edən şəxsin daimi qeydiyyatda olduğu rayonu qeyd edin. Vətəndaş üçün ilk dəfə pensiya təyin olunur? Neçə il əmək stajı var?
257
Salam beynalxalq passportun vaxti kecibdi.onu deyisdirmeyin qiymeti ne qederdir?
Zəhmət olmasaneçə yaşlı vətəndaş üçün müraciət etdiyinizi qeyd edin.
258
Salam, sizdə tərcüməçi kimi işə düzəlmək üçün hara müraciət etmək lazımdır?
Qeyd edək kitərcümə xidməti müvafiq şirkətlərlə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən əməkdaşlar tərəfindən təmin olunur. İşə qəbul həmin şirkətlər tərəfindən tənzimlənir.
259
həmin müvafiq şirkətlərin adlarını qeyd edə bilərsiniz ki, işə qəbulçün müraciət edim? Təşəkkürlər
"ASAN xidmət" mərkəzlərində "Şəms""Şans""GİP-Language""A-translation" kimi tərcümə şirkətləri fəaliyyət göstərir.
260
Sumqayit Asan kommunala getmisdim qaz ve isiqin adimiza kecirilmesi ile elaqadar.ev oglumun adinadir isde olur men getmisdim atasi.ev alqi satqini qebul etmedi etibarname isteyir.qazida kecirtmediki sened kend ehemiyyetlidi gerek evin kohne sahibi raziliq vere.evin sahibi evin satilmasina raziliq veribse tebii orda komunallar da var.
Müraciətinizin araşdırılması ilə bağlı 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
262
Salam bu gun iwleyirsiniz?
Bəliiş günüdür. “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur.
263
Salam, şexsiyyet vesiqemin 15 aydır ki müddeti bitib.Bilmek isteyirem ki, 15 ay üçün ne qeder cerime ödemeliyem?
Nəzərinizə çatdırırıq kimüvafiq əsas yarandıqdan sonra 1 ay ərzində şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasənvətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə xəbərdarlıq edilir və ya 20 manat məbləğində cərimə tətbiq edilir. İki haldan hansının tətbiq olunacağı sənədlər təqdim olunan zaman DİN-in əməkdaşı tərəfindən bildiriləcək.
265
Salam zəhmət olmasa cavab yazardız hərbiçilər iş yerindən arayışı asan xidmətdən ala bilərlərmi ?
Nəzərinizə çatdırırıq kimüraciətiniz “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilən xidmətlər siyahısına aid olmadığındantəəssüflər olsun kiSizə xidmət göstərə bilməyəcəyik.
266
6aydir ad dəyişmək üçün müraciət etmişik hələ də çağırıb sənədi vermirlər
Nəzərinizə çatdırırıq kivətəndaşın doğum haqqında şəhadətnaməsi Azərbaycan Respublikasının müvafiq qurumundan əldə olunubsaaidiyyəti dövlət orqanlarının sorğulara cavab vermə müddətindən asılı olaraq proses 2-2,5 aydigər ölkənin müvafiq qurumundan əldə olunubsabu müddət 12-14 ay davam edə bilər. Qeyd olunan müddət keçdiyi haldamüraciətinizin araşdırılması üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.
267
Salam.geydiyata dusmek ucun rusum ne gederdir.
Zəhmət olmasamüraciətinizi aydın şəkildə qeyd edin. Siz yaşayış yeri üzrə daimi qeydiyyat ünvanının dəyişdirilməsini nəzərdə tutursunuz?
268
Salam. Bawqa bir Eve qeydiyyata dusmek ucun. Usaqlarin 3 5 yawi var. Onlarda getemlidir asan xidmete ya usqarsiz olar?
Zəhmət olmasaneçə yaşlı vətəndaş üçün müraciət etdiyinizi və daimi qeydiyyatda olduqları rayonu qeyd edin. Hansı rayonda daimi qeydiyyata alınacaqlar? Valideynlər və ya onlardan biri yeni ünvanda qeydiyyatdadırlar? Şəxsiyyət vəsiqəsi yeniyoxsa köhnə nümunəlidir?
269
Salam 5 il bunan qabax adimi soyadimi deyismisem indi ise oz adima soyadima qayitmag isdyeirem nece ede bilerem
Qeyd edək kiyenidən soyadınızın dəyişdirilməsi mümkün olmayacaq. Xidməti təmin edən qurum Ədliyyə Nazirliyidir. Ətraflı məlumat əldə etmək üçün həmin qurumla əlaqə saxlaya bilərsiniz.
271
Salam Asand xidmetde mənzil almaq olur ele bir şey eşitdim kiraye mənziller
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi xidməti 1 saylı Sumqayıt regional "ASAN xidmət" və 2 saylı “ASAN Kommunal” mərkəzində həyata keçirilir. Müraciətinizlə bağlı məlumat əldə etmək üçün Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət fondu ilə əlaqə saxlaya bilərsiniz. Çağrı Mərkəzi: 1549
272
Salam surucluk vesqemi olayn nece deyse bilerem
Sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı onlayn qaydada xidmət göstərilmir.
273
Salam. Men Tovuz Asan Gence asan xidmetlerinde asan imza nomreme sertifikat ala bilmirem. Sebeb?
Nəzərinizə çatdırırıq kiASAN İmza sertifikatının verilməsi bütün “ASAN xidmət” mərkəzlərində (1 saylı Gəncə və 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi istisna olmaqla) həyata keçirilir. Müraciətinizin araşdırılması ilə bağlı 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Çağrı Mərkəzi bazar ertəsi-cümə günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.
274
Salam Men kiraye obiyekt goturmusdum . Saibkarla muqavile baglamışdım.men indi obiyektden cıxmısam sahibkar olmadan icare muqavilesin legv ede bilerem yixsa sahibkarda olmalidi ?
Nəzərinizə çatdırırıq kiicarə müqaviləsinin ləğvi ilə bağlı hər iki tərəfin iştirakı tələb edilir.
275
Salam, 7 sayli asan xidmetin nomresini bilen var??
Nəzərinizə çatdırırıq kiMərkəzlərin ayrıca olaraq əlaqə nömrəsi mövcud deyil. Müraciətinizi buradan da bildirə bilərsiniz. Müraciətlərin hər biri ardıcıllıqla cavablandırılır. Qeyd edək ki"ASAN xidmət" mərkəzləri tərəfindən göstərilən xidmətlər barədə məlumat əldə etmək üçün 108 "Çağrı" mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Çağrı Mərkəzi bazar ertəsi-cümə günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir
277
Salam usaqin aanadan ol.asina gore 500 azn odenowin 1 ay kecib usaqin metirkasi asan xidmetden alinib.bes odeniw hacan edilmelidi
Müavinətlə bağlı xidmət “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilmədiyindəntəəssüflər olsun kisizə xidmət göstərə bilməyəcəyik. Müraciətinizlə bağlı məlumat əldə etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi: 142
278
nece yeni sizden metrlani almisiq sonra hara gedib muraciet elemek lazmdi?
bu barədə məlumat qeyd olunub. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi: 142
279
Salam şikayyət etmək üçün saytınıza daxil oluram, lakin xəta baş verir. Müraciəti hara edə bilərəm
Müraciətinizi “ASAN xidmət” mərkəzinin rəsmi facebook və ya instagram səhifəsinə Dövlət Agentliyin info.gov.az rəsmi elektron ünvanına və ya asan.gov.az internet saytına daxil olaraq “Canlı çat” bölməsi vasitəsilə ünvanlaya bilərsiniz. Həmçinin108 Çağrı mərkəzi ilə əlaqə saxladıqda da müraciətiniz şikayət olaraq qeydə alına bilər.
280
Salam sabah biri gun işdiyirsuzmu
Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar 89 və 10 noyabr tarixlərində "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. 11 noyabr tarixindən etibarən iş günüdür. “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur.
281
Salam, rus vetendaşliq varsa sizde azerbaycanli vesige indiki zamanda yeniletmek olar?
Müraciətinizlə bağlı ətraflı məlumat sənədlərə baxıldıqdan sonra xidmət göstərən inspektor tərəfindən qeyd oluna bilər.
282
Salam sexsiyyet vesiqemin vaxtindan 9 ay kecib asan xidmetye deyiedirende her hansisa bir cerime odemeliyemmi?
Nəzərinizə çatdırırıq kimüvafiq əsas yarandıqdan sonra 1 ay ərzində şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasənvətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə xəbərdarlıq edilir və ya 20 manat məbləğində cərimə tətbiq edilir. İki haldan hansının tətbiq olunacağı sənədlər təqdim olunan zaman DİN-in əməkdaşı tərəfindən bildiriləcək.
283
salam nece qeydiyyatdan kecek?
Zəhmət olmasamüraciətinizi aydın şəkildə qeyd edin. Siz hansı portal üzrə qeydiyyatdan keçməyi nəzərdə tutursunuz?
284
Salam Ağstafa və ya Qazaxda səyyar avtobus və ya qatar xidməti var mı hal hazırda?
4 dekabr tarixindən etibarən Qazax rayonunda Səyyar ASAN avtobusunun fəaliyyəti nəzərdə tutulub. Ətraflı məlumat əldə etmək üçün 108 (3) ilə əlaqə saxlaya bilərsiniz.
285
Salam Atanın pasportunun vaxtı bitib uşagım üçün ananın pasportu ilə uşaga pasport düzəltdirmək olar? Uşagın metirkasının şəkili var metirkası rayonda qalıb gətirən yoxdur öncədən təşəkkürlər
Zəhmət olmasamüraciətinizi dəqiqləşdirin. Siz pasport dedikdə şəxsiyyət vəsiqəsiniyoxsa ümumvətəndaş pasportunu (xarici pasport) nəzərdə tutursunuz?
286
Salam Gence Asan 2 senbe ve bazar gunu isleyir?
“ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur.
287
Salam. Bu gün saat neçəyə qədər işləysiz
“ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur.
288
Salam konullu kimi nece qeydiyyat ola bilerem?
Könüllülük fəaliyyətinə müraciət etmək üçün konullu.asanschool.az saytına daxil olaraq könüllü anketi doldura bilərsiniz. CV-lərə baxılır və könüllü ehtiyacı olan zaman əlaqə saxlanılır.
289
Salam.Gence Asan 1 de muddeti bitmish suruculuk vesiqesini neceye deyismek olar?
Sürücülük vəsiqəsinin dəyişdirilməsi xidməti ilə bağlı 2 saylı Gəncə "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz. 2 saylı Gəncə “ASAN xidmət” mərkəzi Gəncə şəhəriNizami prospekti 784 ünvanında yerləşir. Qeyd edək ki1 saylı Gəncə "ASAN xidmət" mərkəzində bu xidmətlə bağlı sənəd qəbulu həyata keçirilmir.
290
Salam siz sabah çalışırsınız ?
Nəzərinizə çatdırırıq ki89 və 10 noyabr tarixlərində "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olmuşdur. 11 noyabr tarixindən etibarən Mərkəzlər fəaliyyət göstərir.
291
Salam hər vaxtınız xeyr olsun şəxsiyyət vəsiqəmin vaxti keçmişdi.10 gündən çoxdu vaxt keçib.Ama hələ bir xəbər yoxdu.
Nəzərinizə çatdırırıq kişəxsiyyət vəsiqəsi ilə bağlı sənədlər təqdim edildikdə əməkdaşlar tərəfindən onun (şəxsiyyət vəsiqəsinin) hazır olacağı tarix barədə məlumat qeyd olunur. Hazır sənədin götürülməsi ilə bağlı sizə bildirilən tarixdə müraciət edə bilərsiniz. Şəxsiyyət vəsiqəsi hazır olduqdan sonra ən qısa zamanda hazır sənədin götürülməsi ilə bağlı müraciət etməyiniz xahiş olunur.
292
Yaşayış ünvanı dəyişəndə vəsiqənin yenidən dəyişmek lazımdı ?? Qeyd edim ki yeni vəsiqədi.
Yaşayış yeri üzrə daimi qeydiyyatın dəyişdirilməsini nəzərdə tutursunuzsamüvafiq sənədləri təqdim edərək müraciət etməlisiniz. Vətəndaş yeni nümunəli şəxsiyyət vəsiqəsinə malikdirsəqeydiyyat ünvanına dair məlumat sənədin elektron daşıyıcısında (çipdə) dəyişdirilir. Bu zaman qeydiyyat ünvanının dəyişdirilməsi ilə bağlı dövlət rüsumu ödənilmir və xidmət dərhal göstərilir.
293
Salam .şəxsiyyət vəsiqəsin dəyişdirilməsində şəxsin yerinə valdeyni müraciət edə bilərmi ?
Zəhmət olmasaneçə yaşlı vətəndaş üçün müraciət etdiyinizi qeyd edin. Şəxsiyyət vəsiqəsi hansı əsasla dəyişdirilir?
294
20yanvarda olan asan xidmet saat neceden neciye kimi iwdiyir?
Bakı şəhərində yerləşən "ASAN xidmət" mərkəzləri həftənin beş günü saat 09:00-dan 18:00-dəkşənbə və bazar günləri saat 09:30-dan 17:00-dək fasiləsiz olaraq fəaliyyət göstərir. Notariat fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 17:00-dəkşənbə və bazar günləri saat 09:30-dan 16:00-dək fasiləsiz olaraq həyata keçirilir. Digər xidmətlərlə bağlı vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 17:30-dəkşənbə və bazar günləri saat 09:30-dan 16:30-dək fasiləsiz olaraq həyata keçirilir. Forma 1 sənədi (Bakı şəhərində yerləşən əmlakın sənədi qeydiyyat vəsiqəsitorpaq şəhadətnaməsi və ya dövlət aktı olarsa) 1 iş günü müddətinə hazırlanır. Sənədin hazır olma müddəti barədə məlumat Mərkəz daxilində qeyd olunacaq. Qeydiyyatda olan şəxslər barəsində arayış dərhal verilir.
295
Salam mən Sabunçu rayonunda yaşayıram. Nizami rayonundakı 5 saylı asan xidmətə gedə bilərəm ? Yoxsa mütləq Sabunçu rayonundakına getməliyəm ?
Zəhmət olmasahansı xidmətlə bağlı müraciət etdiyinizi qeyd edin.
296
Salam. Yeni əldə edilmiş nömrədə Asan imzanı aktivləşdirmək xidmətinizdə sistem düzəlib mi? Şənbə günü 4 saylı Asan xidmətdə dedilər 2 gündür sistem işləmir.
Qeyd edək kiməlumatların inteqrasiyasında yaranan texniki çətinlik davam edir. Mərkəzə yaxınlaşmadan öncə məlumatı buradan və ya 108 Çağrı mərkəzi ilə əlaqə saxlayaraq əldə etməyiniz tövsiyə olunur.
297
Vəsiqəni 26si almalı idim, şəxsiyyət, yadimnan çıxıb, neçə gün ərzində sizdə qalır və blok olunmur silinmir deaktiv olunmur gəlməsəm.
Şəxsiyyət vəsiqəsi Mərkəzdə saxlanılır. Ən qısa zamanda hazır sənədin götürülməsi ilə bağlı müraciət etməyiniz xahiş olunur.
298
Salam vakansiya melumatlari olur burda
Müraciətinizlə bağlı nəzərinizə çatdırırıq kiDövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində qulluqkeçmə məsələləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibənin keçirilməsi haqqında elansənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməkləDövlət İmtahan Mərkəzinin internet portalındaDövlət Agentliyinin internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. Vakansiyalarla bağlı ətraflı məlumat əldə etmək üçün “www.dim.gov.az” saytını izləyə bilərsiniz. Nəzərə almağınızı xahiş edirik.
299
O nömrələr,qaynar xətt işləməyəcəkdisə suvener kimi qoymusuz ora???
Buyurunmüraciətinizi buradan da bildirə bilərsiniz. Müraciətlərin hər biri ardıcıllıqla cavablandırılır.
300
Online chat ishtemir!!!
qeyd edək kiasan.gov.az saytında "Onlayn əlaqə" bölməsi aktivdir. Müraciətlərin hər biri ardıcıllıqla cavablandırılır.
301
zehmet olmasa onda siz komeklik edin bize.Men qizilca peyvendi uzre imtina kagizi almaq isteyirem.Evden online novbe goturmek ucun hansi xidmet uzre novbe goturmeliyem?
asan.gov.az saytı və "ASAN Növbə" mobil tətbiqi üzərindən onlayn növbə əldə etmək üçün seçimlərdən ardıcıl olaraq "Notariat fəaliyyəti""İmzanın təsdiqi" və "Hazır sənəd" bölmələri seçilməlidir.
302
Əmlaki bagişlamaqin hansi şərtləri var? Həmin evdə min nə qdr zaman yasamaq lazimdi?
Zəhmət olmasaəmlakın yerləşdiyi rayonu bildirin. Əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd çıxarışyoxsa qeydiyyat vəsiqəsidir?
303
Salam mən qızımın soyadını dəyişmək istəyirəm sexiyyet vəsiqəsini dəyişəndə( vaxtı bitib) soyad üçündə size müraciət etməliyəm ve hansı senedlerlə
Zəhmət olmasaneçə yaşlı vətəndaş üçün müraciət etdiyinizi bildirin. Doğum haqqında şəhadətnamə hansı rayonun (və ya ölkənin) Qeydiyyat şöbəsindən (VVADQ-dan) əldə olunub? Soyadın hansı formada (kökdən – hərfi mənadayoxsa sonluğunun) dəyişdirilməsini istəyirsiniz?
304
Asan xidmetden adıma olan torpagin arxivden senedi lazımdı.rysum ne qederdi.Erazi Qaradag rayonundadir
Zəhmət olmasahansı sənədlə bağlı müraciət etdiyinizisənədin alındığı ili və sənədin hansı qurum tərəfindən təqdim olunduğunu qeyd edin.
305
Salam heyet evine qaz ve su ceidirmek isteyirem evin kupcasi yoxdu kupca olmadan cekdire bilerem ?
Sizin müraciətiniz səhifənin ismarış bölməsində cavablandırılmışdır.
306
Salam bir melumat almaq isterdim sizden kecmisin bina evidir ordenle verilib ve verilen sexs dunyasin deyisib onu nece kecirmek olar ve Babam anasin adina verilib babamda dunyasn deyiwib bunu kimin adina kecrmek olar ve melumat verersiz nece edek. ?
Sizin müraciətiniz səhifənin ismarış bölməsində cavablandırılmışdır.
307
6 ci gun saat neçiye kim işdiyir
“ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur.
308
Salam. Apostil xidmeti uchun onlayn novbe goturmek mumkun deyil. "Bu xidmetle bagli melumat yenilenir" qeydi var. Bashqa yol ile bu xidmet uchun onlayn novbe ala bilerem?
Həmin bölmənin aşağı alt hissəsində "Növbəti" düyməsini klikləyərək "Sənəd qəbulu" bölməsini seçərək növbə əldə edə bilərsiniz.
309
salam hər vaxtınız xeyir.Sürücülük vəsiqəsi dəyişdirən zaman Şəhid atası rüsum ödəməyə bilərmi?azaddırmı ödənişdən?
Qeyd edək ki"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanununda sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsində güzəşt nəzərdə tutulmayıb.
310
Salam zəhmət olmasa cavablandırardız bələdiyə səndi ilə aldıģmız torpaqda ev tiktik ama çıxarış ala bilmirik ki işıq qaz çəkə bilək hara múraciyyət edə bilərik?
Zəhmət olmasaəmlakın yerləşdiyi rayonu qeyd edin.
312
Salam Asan xidmət işcisi var burda .?
Buyurunmüraciətinizi təqdim edə bilərsiniz.
313
Salam sabaha sürücülük vesiqəmi deyişe bilerem gelub ?
Zəhmət olmasahazırda vətəndaşda olan sürücülük vəsiqəsinin alınma iliniverildiyi rayonu (və ya ölkəni) və sənəd sahibinin daimi qeydiyyatda olduğu rayonu bildirin.
314
Salam nigah erizesi ucun yaxinlasmaq isteyirik saat neceye kimi isleyirsiz
Zəhmət olmasahansı "ASAN xidmət" mərkəzinə müraciət etmək istədiyinizi qeyd edin.
316
sefirlikde xaricini deyişirler ancaq.. Xaricinin vaxti bitmese idi deyişe bilerdim oda bitdiyi üçün şexsiyyet lazımdır onuda ede bilmirem.
Nəzərinizə çatdırırıq ki"ASAN xidmət" mərkəzləri vasitəsilə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün vətəndaş ölkə ərazisində olmalı və birbaşa Mərkəzə müraciət etməlidir. Digər ölkədə sənədin dəyişdirilməsi ilə bağlı məlumat əldə etmək üçün həmin ölkədə fəaliyyət göstərən Azərbaycan Respublikasının Səfirlik və ya Diplomatik Nümayəndəliyinə müraciət oluna bilər.