id
int64
43k
1.05M
date
stringlengths
16
16
category
stringclasses
47 values
title
stringlengths
1
19.1k
text
stringlengths
13
518k
44,513
17.12.2008 02:49
İqtisadiyyat
DÜNYADA AVTOMOBİL SATIŞI KƏSKİN AŞAĞI DÜŞÜB
Ay ərzində əksər markalardan olan maşınların satışı azalıb. Məsələn, “Toyota” avtomobillərinin satışı 34, “Honda” 32, “Ford” avtomobillərinin satışı isə 31 faiz aşağı düşüb. Böhran Avropanın avtomobil bazarlarında da dərinləşib. Ötən ay avtomobil satışı İspaniyada 50, İsveçdə 36 faiz azalıb. Amma Fransa və Rusiyada azalma tempi bir qədər aşağı düşərək 14-15 faiz təşkil edib. Mütəxəssislərin fikrincə, Rusiya hökumətinin xarici avtomobillərə tətbiq etdiyi gömrük rüsumlarını artırması nəticəsində bu ölkəyə gətirilən maşınların satışı daha da azalacaq. Artıq bundan narazı olan avtomobil satıcıları Rusiyanın müxtəlif şəhərlərində aksiyalar keçiriblər. Əvəzində hökumətin bu qərarını Rusiyada avtomobil istehsalı ilə məşğul olan xarici istehsalçılar müsbət qarşılayıb. Onlar hesab edirlər ki, bu qərar Rusiya avtomobil zavodlarının müflisləşməsinin qarşısını alacaq. Dünyada avtomobil satışının azalması istehsalın aşağı düşməsinə səbəb olub. Yaponiyanın “Toyota” şirkəti iki müəssisədə istehsala iki günlük fasilə verib. “Lexus” markalı avtomobillərin istehsalı da azalıb. Yaponiyada bu maşınlara il ərzində tələbat 24 faiz azalıb.“General motors” şirkətinin Amerikadakı 20 zavodu isə yanvarda işləməyəcək. Dünyanın digər iri avtomobil şirkətləri də gələn il istehsalı məhdudlaşdırmaq niyyətindədir. Mütəxəssislərin fikrincə, avtomobil sənayesində yaranmış vəziyyət kütləvi ixtisarlarla müşahidə olunacaq.Azərbaycanın avtomobil bazarına gəlincə, “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin noyabrda bazarda apardığı monitorinqin nəticələrinə görə, təkrar avtomobil bazarında əvvəlki aylardan fərqli olaraq aktivlik qeydə alınıb: “Noyabrda avtomobil bazarında qeydə alınan aktivlik qiymət artımına səbəb olmasa da, daha çox təklifdə özünü göstərib. Təklif üzrə artım ay ərzində 8,4 faiz təşkil edib”.Birliyin mütəxəssisləri deyir ki, ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında da artım qeydə alınıb: “Bazarda orta qiymət 6,4 faiz azalaraq 19 min 650 ABŞ dollarına bərabər olub”. Qeyd edilir ki, iki ildən artıqdır təkrar bazarda liderliyi böyük fərqlə saxlayan məşhur alman markası - “Mercedes-Benz”in təklif üzrə payında 8 aylıq geriləmənin (12,8 faiz) ardından oktyabrda qeydə alınan (1,5 faiz) artım noyabrda yenidən azalma ilə əvəz olunub (1,1faiz): “Ötən ay Rusiya istehsallı avtomobillərin təkrar bazardakı təklif üzrə payı 4,6 faizdən 7,9 faizə qədər artıb. Ümumilikdə bu 9 markanın təklif üzrə payı 83,5 faiz təşkil edib. Yerdə qalan 16,5 faiz isə 20-dən artıq şirkətin istehsalı olan 85-ə yaxın avtomarka arasında bölünür”. Ekspertlərin rəyinə görə, ili köhnə olan avtomobillərə maraq tədricən azalır: “Artıq 1998-1999-cu illərin istehsalı olan avtomobillər bazarda 1996-1997-ci illərin markalarını sıxışdırmağa başlayıb. Bununla yanaşı, ili yeni olan avtomobillərə olan marağın artımı təklifdə də ili yeni olan avtomobillərin artımı ilə müşahidə olunur. Belə davam edərsə, yaxın gələcəkdə bazarda üstünlük 2000-ci ildən bu yana istehsal olunmuş avtomobillərə keçəcək”.
44,514
17.12.2008 02:52
Dünya
BAKININ YENİ REGİONAL İNKİŞAF PLANI HAZIRLANIR
Bakının regional inkişaf planının hazırlanmasına iki il vaxt lazımdır. Artıq bu məqsədlə 5 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulub. A.Əliyev həmçinin əlavə edib ki, bu vəsait Dünya Bankının Azərbaycanda su xətlərinin çəkilməsinə ayırdığı 200 milyon manatlıq kreditdən yönəldiləcək. Allahverdi Əliyev Bakının baş planı haqqında da danışıb. Onun sözlərinə görə, Bakının baş planı sonuncu dəfə 1985-ci ildə 20 illik müddətə qəbul edilib: “Həmin baş planda Bakının inkişaf istiqaməti göstərilib. Bəlkə də 2000-ci ildə artıq təzə baş plana ehtiyac vardı. Ancaq 2005-ci ildə məlum oldu ki, 1985-ci ildə qəbul edilən baş plan cəmi 30 faiz yerinə yetirilib. Həmin baş plan indi qüvvədədir. Belə ki, baş planda nəqliyyat sistemi və digər məsələlərlə bağlı pozulmalar olub”. Allahverdi Əliyev bildirib ki, ötən il şəhərin baş planının hazırlanmasına başlanılıb.Qeyd edək ki, Şəhərsalma Məcəlləsi qəbul edildikdən sonra şəhərsalma işləri qanunvericiliyinə uyğun aparılacaq.
44,515
17.12.2008 02:50
Ölkə
DİFTERİYADAN ÖLƏN UŞAĞIN ATASI HƏKİMİ DÖYÜB
Sözügedən xəstəxananın baş həkimi Züleyxa Mahmudova isə deyilənlərlə razı deyil. Baş həkim redaksiyamıza müraciət edərək bildirdi ki, difteriya xəstəliyinin müalicəsi üçün tələb olunan dərman yalnız zərdabdır və xəstəxanada 10 illik ehtiyat var: “O uşağın ölümünün səbəbi xəstəxanaya vaxtında gətirilməməsidir. Əgər valideynləri Susanna Abdullayevanı vaxtında difteriya əleyhinə peyvənd etdirsəydilər, bu gün övladlarını itirməzdilər. Uşaq xəstəxanaya gətiriləndən sonra iş vaxtının bitməsinə baxmayaraq mən evdən gəlmişəm. Uşağı mənim nəzarətim altında müayinə ediblər. Onun atası övladının ölümündən sonra burada müalicə həkimini də döyüb. Hazırda bu işlə bağlı prokurorluqda araşdırma aparılır. Bütün valideynlərə müraciət edirəm ki, övladlarını vaxtında peyvənd etdirsinlər”. Xatırladaq ki, ötən il Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi yaxınlığındakı qaçqın şəhərciyində valideynlərinin himayəsində yaşamış Laçın rayonundan olan məcburi köçkün 4 yaşlı Kənan Hüseynov da difteriyadan dünyasını dəyişib. Həmin vaxt K.Hüseynovun yaxınları həkimlərə müraciət etsələr də, Müşfiqabad qəsəbəsindəki poliklinikanın həkimləri xəstəyə baş çəkməklə öz işlərini bitmiş hesab ediblər. 4 yaşlı Kənan da həkimlərin biganəliyinin qurbanı olub. Uşaq Müşfiqabad qəsəbəsindəki təcili yardım məntəqəsinə çatdırılsa da, heç bir tədbir görülməyib.
44,516
17.12.2008 02:55
Ölkə
BİNADAKI PARTLAYIŞDA YETİM QALAN QIZA SAHİB ÇIXAN YOXDUR
Əfəndiyev adına Bakı şəhər 2 saylı xəstəxanada müalicə olunan iki yaşlı Aylin Əlirzayevanın səhhəti isə artıq yaxşılaşıb. Xəstəxanadan APA-ya bildirilib ki, artıq o, evə buraxıla bilər. Lakin iki yaşlı Aylin hadisə zamanı anasını itirdiyi üçün hazırda hüquq-mühafizə orqanları onun kimin himayəsinə verilməsi barədə araşdırma aparır. Xatırladaq ki, Aylinin anası Tamella Əlirzayeva hadisə zamanı həlak olub. Onun xeyli əvvəl həyat yoldaşından ayrıldığı bildirilir. Bakı şəhər 5 saylı xəstəxanadan isə APA-ya bildirilib ki, orada müalicə olunan 69 yaşlı Nurəstə Qurbanovanın səhhətində irəliləyiş yoxdur. Hazırda N. Qurbanovanın vəziyyəti orta ağırdır.Baş vermiş partlayış zamanı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilən 1962-ci il təvəllüdlü Ağamir Kərimov və 1965-ci il təvəllüdlü Afət Mürsəlova isə artıq evə buraxılıblar. Qeyd edək ki, dekabrın 13-də Nizami rayonu, Naxçıvanski küçəsi, 34 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Partlayışın baş verməsinə ilkin versiya kimi binanın 27-ci mənzilində təmir işləri aparıldığı zamanı qaz sızmasının səbəb olduğu bildirilir. Baş vermiş hadisə ilə əlaqədar istintaq tədbirləri davam etdirilir.
44,517
17.12.2008 02:54
Yazarlar
XARİZMATİK BƏSTƏKARIN MARŞI
“Kiminin əvvəli, kiminin axırı” deyən müdrik atalar necə də haqlıymışlar - həmişəki kimi. Görün, Babayev hardan hara düşdü. Adamın yadına Anarın “Evləri köndələn yar” tele-tamaşasındakı Şakir Şəkəroviçin halı düşür. İndi eynən onun kimi Heydər Babayevi də “dütdülü ilə təbrik” eşitmək zorundadır. Məsələn, əgər sabiq naziri tutmasalar, yaxınları ona gözaydınlığı verəcək: “Təbrik edirik, Heydər müəllim, qara bulud başınızdan çəkildi”. Hərgah bir gün onu xaricə getməyə qoysalar, yenə təbrik mesajları gələcək: “Təbrik edirik, cənab Babayev, yolunuz açıldı”. Ancaq bir də var təbriklər bu cür olaydı: “Təbriklər Heydər Abbasoviç, bu çətin və şərəfli vəzifədə - baş nazir postunda Sizə uğurlar arzulayırıq”. Həm də belə təbriklər təkcə dost-tanışdan, qohum-əqrəbadan yox, ölkənin 80 rayonundan, eləcə də bütün nazirlik və komitələrdən gələcəkdi. Hələ mən xarici ölkələrdən, məsələn, qardaş Cibuti ölkəsinin baş naziri Dileyta Məhəmməd Dileytadan, Malinin baş naziri Modibe Sidibedən, Qvineyanın baş naziri Karlos Korreyyadan və adını çəkmədiyim bu sayaq dünya siyasilərindən gələsi təbrik teleqramları barədə danışmıram. Danışmıram ona görə ki, belə təbriklər olmayacaq. O səbəbdən ki, Heydər müəllim baş nazir olmaq şansını, türkün sözü, kayb eləyib. Hazırda baş nazir olub təbrik qəbul eləmək şansı, şəxsi müşahidələrimə görə, Kamal müəllimdə daha çoxdur. Srağagün “Xəzər” telekanalında onun “xarizmatik şəxsiyyət” və “ictimaiyyət arasında müsbət imicə malik dövlət xadimi” adlandırılmasından sonra qəti olaraq belə qərara gəlmişəm. Yeri gəlmişkən, şou-biznesin bəzi-para incəliklərindən bəhs edən həmin verilişdə, nəhayət, belə bir sirrin də üstü açıldı ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Ağadadaşın oxuduğu mahnıların bəstəçisi Kamal müəllim eyni adam imiş. Biz bunu bilmirdik. Neçə vaxt idi o mahir bəstəçini axtarırdıq, tapa bilmirdik. Beləliklə, hər şey, o cümlədən ictimai rəy hazırdır. Bütün telekanallar hər gün Kamal müəllimi göstərirlər. Düzdür, çoxlarına elə görünə bilər ki, bu göstəri təbii və qeyri-təbii fəlakətlərlə bağlıdır, amma yekə çıxmasın, indiyədək qazandığımız təcrübə deyir ki, bu işin içində bir iş var. Tarixən belə olub: bir adamı televiziyada çox göstərirlərsə, ya irəli çəkib daha yaxşı vəzifəyə qoyurlar, ya da “vətənə xəyanət”də, “dövlət çevrilişinə cəhd”də suçlayıb basırlar içəri. Razılaşaq ki, birinci variant daha məqbuldur. Çünki Kamal müəllim artıq bütün parametrlər üzrə de-marş edərək, əksər rəqiblərini, o cümlədən Ziya müəllimi kölgədə qoyub. Ümumiyyətlə, bu xarizmatik şəxsiyyətə rəqib olmaq çox təhlükəlidir. Bunu bilmək üçün uzağa getmək lazım deyil, 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza və dərd-qəm çəkən Fərhad Əliyevə baş çəkib, ona belə bir sual vermək lazımdır: “Sənin torbanı kim tikdi, Əliyev”? Fərhad müəllim bu suala səmimi cavab verəndən sonra gəlib eyni sualı hazırda içi özünü, çölü Qusinskini yandıran Heydər müəllimə də vermək gərəkdir. Daha sonra cavabları tutuşduranda məlum olacaq ki, onların hər ikisinin torbası eyni dərzinin iynə-sapı ilə başa gəlib. Bəlkə də ona görə Ziya müəllim son vaxtlar baş nazir olmaq niyyətindən daşınmış kimi görükür. Adam ağrımayan başına torba salınmasını istəmir və haqlıdır. Salamatı körpü tikməkdir. Neftin bir barelinin qiyməti yenidən 150 dollara çatsa, Ziya müəllim bütün paytaxtı və ölkəni körpüləşdirəcək. Xüləs, əziz oxucular, mənim necə düzgün proqnoz vermək mərifətimdən xəbərdarsınız, əgər yaxın iki-üç ayda Artur müəllimin yerinə Heydərov təyin olunsa, əla nəğmələr, marşlar dinləyəcəyik. Təyin olunmasa, demək, sarayda fövqəladə hal yaranıb, bayatı yeridir. Samir SARI
44,518
17.12.2008 01:56
Ölkə
XƏZƏRİN SAHİLİNDƏKİ TİKİLİLƏR SU ALTINDA QALACAQ
Milli Məclis bu il dekabrın 2-də “Torpaq islahatı haqqında” qanuna dəyişiklik edərək sahil zolağının dövlətə məxsus hissəsinin enini 20-50 metr həddində müəyyənləşdirib. Yəni dekabrın 2-dək vətəndaşlar hər hansı mülk, ev, obyekt, müəssisəni dənizdən 80-130 metr aralıda tikə bilərdilərsə, indi onlar mülklərini sahilin 20 metrliyinə yaxınlaşdıra bilərlər.Ə.Əliyev hesab edir ki, hər ərazidə relyefə uyğun en müəyyən etmək lazımdır. Dəniz Hidrometeorologiya Mərkəzinin rəhbəri “Torpaq islahatı haqqında” qanuna edilən dəyişikliyi belə şərh edib: “Subasma dəniz səthinin relyefinin quruluşundan asılıdır. Əgər relyef hündürdüsə, subasma az olacaq, aşağıdısa, çox. Neftçalada elə yer var ki, dəniz indiki səviyyəsindən bir metr yuxarı qalxsa, sahildə 550-600 metr ərazi suyun altında qala bilər. Bakının Noxvanı, Fatmayı, Mərdəkan kəndlərində isə belə bir təhlükə yoxdur. Dəniz nə qədər qalxsa da, burda tikililər üçün təhlükə yoxdur. Amma Buzovna, Corat, Abşeron yarımadasının şimal hissəsi riskli zona sayılır, oralar subasmaya həssasdır”.
44,519
17.12.2008 01:57
Ölkə
ÇÖRƏK UCUZLAŞDIQCA “ARIQLAYIR”
Xatırladaq ki, bir müddət əvvəl iş adamları çörəyin məhz çəkisini artırdıqlarını əsas götürərək ucuzlaşmaya getməyəcəklərini deyirdilər. Mütəxəssislərin hesablamalarına görə, indiki şəraitdə 50 kiloqram undan çörək bişirilməsinə 22 manat xərc tələb olunur. Bura digər xərcləri də əlavə etsək, 500 qramlıq çörəyin maya dəyəri 15 qəpiyə gəlib çıxır. Bu isə o deməkdir ki, çörəkbişirmə sexləri yenə istehlakçıların cibinə girib onları aldadır.Çörəyin doğrudan da ucuzlaşıb-ucuzlaşmamasını öyrənmək məqsədilə dünən bəzi mağazalara baş çəkdik. 7-ci mikrorayondakı ərzaq dükanlarında çörəyin qiyməti 30 qəpik olsa da bir çoxlarında elə 40 qəpik olaraq qalır. Satıcıdan 30 qəpiklik çörəyi tərəziyə qoyub çəkməsini xahiş etdik. 30 qəpiklik çörəyin çəkisi cəmi 450 qram idi. Çörəyin 40 qəpiyə satıldığı dükanın satıcısı bunu onun çəkisinin ağır olması ilə əlaqələndirdi. 40 qəpiklik çörəyin çəkisi 650 qram idi.“Gənclik” metrosunun ətrafındakı ərzaq dükanlarının hamısında çörəyin qiyməti 40 qəpik olaraq qalır. Buradakı çörəyin kiçik olduğunu görüb satıcıdan onu tərəzidə çəkməsini xahiş etsək də satıcı bunu etməkdən imtina etdi.“Nərimanov” metrosu ətrafındakı dükanlarda isə çörək müxtəlif qiymətlərə satılırdı. Bu ərazidə ilk daxil olduğumuz dükandakı satıcı Əsmər xanım çörəyin ucuzlaşmasının aldadıcı xarakter daşıdığını söylədi: “Çörəyin çəkisindən 200-250 qram kəsir, sonra da 10 qəpik ucuzlaşdırırlar. Yalandan deyirlər ki, çörək ucuzlaşıb. Kasıb camaat da sevinir ki, hökumət sağ olsun, çörəyi ucuzlaşdırıb. Bizim dükanda da çörək 30 qəpiyə enib. Amma çəkisi 450 qramdır”.Digər dükanda isə çörək 35 qəpik, çəkisi isə 500 qram idi.Bu müşahidələrimizdən belə nəticəyə gəldik ki, çörək heç də ucuzlaşmayıb. Çörəyin qiymətinin azalması çəkinin aşağı salınması ilə müşayiət edilirsə, bu, o deməkdir ki, mahiyyətcə hər hansı qiymət dəyişikliyi baş verməyib. Mütəxəssislərin sözlərinə görə, bu gün Bakıda çörəyin qiymətinin aşağı salınması ilə bağlı müzakirələr getsə də, proqnozlar verilsə də, çörək əslində ucuzlaşmayıb. Bir sıra yerlərdə qiyməti endirilən çörəyin isə ya keyfiyyəti, ya da çəkisi aşağı salınıb. Bu isə qiymət azalması sayıla bilməz.Bildirilir ki,ÿ çörək bişirib satan sahibkarların diqqət yetirdiyi əsas məsələ istehlakçını çəkidə aldatmaqdır. Bu isə gizli inflyasiyanın yaranmasına gətirib çıxarır. Eyni zamanda çəkinin azaldılması əvvəllər 1 ədəd çörək alan vətəndaşın 2 çörək almasına səbəb olur.
44,520
17.12.2008 02:56
Kriminal
MASALLIDA EVDƏ PARTLAYIŞ OLDU, 2 QARDAŞ YARALANDI
Sabunçu rayonunun 2-ci Zabrat qəsəbə sakini Arif Babayevə məxsus evdə baş vermiş yanğın nəticəsində 150 kvm. sahədə evin dam örtüyü külə dönüb.Masallıda isə qaz sızmasından partlayış baş verib. Rayon sakini Gülverdi Gülmirzəyevin evində kustar üsulla düzəldilmiş qaz sobasında təbii qazın sızmasından baş verən ani partlayış nəticəsində G.Gülmirzəyev və onun qardaşı Siyab yanıq xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
44,521
17.12.2008 02:59
Astrologiya
ULDUZ FALI
QOÇ - Sürprizlərlə dolu bir təqvim yaşayacaqsınız. Kiçicik gərginlikləri nəzərə almasaq, ətrafınızda cərəyan edən hər bir hadisə ürəyinizcə olacaq. Maraqlı görüşləriniz gözlənilir. BUĞA - Hər bir məsələdə qanunauyğun addım atın. Saxta iş görmək, yalan vəd vermək sizi gözdən sala bilər. Elə edin ki, etibarlı müttəfiq imiciniz öz qüvvəsində qala bilsin. ƏKİZLƏR - “Qoç”larla sizdə təxminən eyni proqnoz olduğundan onlara yazılan tövsiyələri də gözdən keçirin. Sizdə bu proseslər daha çox nahardan sonraya təsadüf edəcək. Axşam qonaq gedin. XƏRÇƏNG - Taleyüklü məsələlərin həlli üçün perspektivli təqvimdir. Mövcud problemlərinizi aradan qaldırmaq üçün əhəmiyyət kəsb edən adamlarla görüşün. Məsuliyyətsizlik etməyin. ŞİR - İştirakçısı olduğunuz prosesləri gərginləşdirməyin. Qanqaraldan işlərə meyl etməsəniz, hörmətiniz artacaq. Günün ikinci yarısını bütünlüklə maliyyə məsələlərinə həsr edin. QIZ - Fəaliyyət zəminində uğurlarınız xeyli artacaq. Bu istiqamətdə sizə etibar etdiyiniz bəzi insanlar da kömək edə bilər. Amma nəzərə alın ki, 12:37-dən mənfi enerjili Ay bürcünüzdədir. TƏRƏZİ - Müəmmalı bir tarixdir. Özünüzlə bağlı situasiyaları nəzarətdə saxlaya bilməyəcəksiniz. Yaxşı olar ki, etibar etdiyiniz adamların rəyi ilə hesablaşasınız. Sizə kömək göstərəcəklər. ƏQRƏB - Daxili duyğularınızı tənzimləmək üçün fiziki işlərdən uzaq olun. Bu gün ulduzlar məclislərdə iştirakınızdan da xəbər verir. Dəvətləri qəbul etməyə çalışın. Səhhətinizə fikir verin. OXATAN - Axşam saat 15-ə qədər nəzərdə tutduğunuz planları reallaşdırmaqda heç bir problemlə rastlaşmayacaqsınız. Sonrakı müddətdə isə ehtiyatlı olun. Axşam saatlarını evdə keçirməlisiniz. OĞLAQ - İxtiyarınızda olan bu şıltaq təqvim sizin üçün uğurlu olmalıdır. Odur ki, vaxtınızı boşa verməyin. Müxtəlif ünvanlara baş çəkməklə maddi və mənəvi rahatlıq qazana bilərsiniz. SUTÖKƏN - Həqiqətə yaxın olan arzularla yaşayın. Paxıl və bədxah adamlara fikir verməyin. Gələn ay üçün görəcəyiniz işləri indidən planlaşdırın. Uzaq səfərə çıxmağı isə təxirə salın. BALIQLAR - Daxili gərginliyiniz xeyli səngiyəcək. Bu isə başınıza yeni ideya və perspektivli fikirlərin gəlməsinə səbəb olacaq. Həlli mürəkkəb olan işlərə girişməyin. Sizə passivlik yaraşmır.
44,522
17.12.2008 01:31
Ölkə
ELŞAD ABDULLAYEVİN UNİVERSİTETİ MƏLEYKƏ ABBASZADƏNİ YALANÇILIQDA SUÇLADI
“2004-cü ilin iyununda Milli Məclis qanunun 21.4. və 21.6. maddələrinə dəyişiklik edərək, qeyri-dövlət ali məktəblərinə tələbə qəbulunun yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılmasını nəzərdə tutub” . Xatırladaq ki, bir neçə gün əvvəl Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bəzi ali məktəblərin qanunsuz tələbə qəbulu apardığını, bu siyahıda ABU-nun birinci yerdə dayandığını bildirmişdi. Komissiya sədri dövlət orqanlarından daxil olan sorğulara əsaslanaraq, təkcə bu özəl ali məktəbə 118 tələbənin qəbul edildiyini demişdi.Universitet rəhbərliyi isə bu ittihamlarla razılaşmır. Abbas Rüstəmov bildirir ki, TQDK sədrinin qeyd etdiyi məzunlar 2004-cü ilədək “Təhsil haqqında” qanunun 21.6 bəndinə əsasən universitetinin tələbələri sırasına qəbul olunub.
44,523
17.12.2008 02:57
Mədəniyyət
FLORA KƏRİMOVA FAİQ AĞAYEVİ SİLLƏLƏDİ
F.Ağayev APA-ya açıqlamasında münaqişənin baş verdiyini təsdiqləyib: “Yeni il çəkilişlərindən çıxanda dəhlizdə Əli Mirəliyevlə rastlaşdım. Mənim adımı bir ildir, harada, necə gəldi hallandırmasını ona irad tutdum. Əli Mirəliyev isə mənə söyüş söydü, cavabını da aldı. Mən əsəbi halda ona xəbərdarlıq elədim ki, bir daha mənim barəmdə heç yerdə danışmasın. Bu məqamda bizə yaxınlaşan Flora Kərimova ”O danışmayacaq, mən danışacağam. Vi çudovişe, vi isçadye ada" söylədi. Flora Kərimova bu sözləri hündürdən söylədiyinə görə televiziyanın təhlükəsizlik xidməti elə bildi, dava düşüb, bizə yaxınlaşdı. Mən isə Flora Kərimovaya söylədim ki, nə danışacaqsınız mənim barəmdə, nə deyəcəksiniz? O da dedi ki, guya mən onun barəsində şayiələr, böhtanlar yayıram".F.Ağayev onu da bildirib ki, F. Kərimova haqqında heç vaxt xoşagəlməz açıqlamalar verməyib: “Bununla belə, həm Flora Kərimovanı, həm də Əli Mirəliyevi bağışlayıram”. Xalq artisti F. Kərimova isə APA-ya bildirib ki, Əli Mirəliyev Faiq Ağayevi deyil, Faiq Ağayev Əli Mirəliyevi söyüb: “Faiq deyir ki, guya Əli Mirəliyev onu söyüb. Amma o, yalan danışır. Mən bacımgildən qonaqlıqdan gəlirdim. Hələ televiziyanın pilləkənlərinə çatmamış söyüşləri eşitdim. Qalxdım yuxarı, gördüm ki, Faiq Ağayev Əli Mirəliyevin üstünə şığıyıb, cangüdənləri də onu divara sıxır, Əli isə dinmir. O, Əlini söyür, Əli də heç bir cavab vermir. Əli bircə onu deyirdi ki, sən mənə nə edə bilərsən ki? Bir də onu söyləyirdi ki, onun oxumağından xoşu gəlmir. Bu səhnəni görəndə, mən də illər ərzində Faiqdən yığdıqlarımı açdım” . F. Kərimova onu da deyib ki, Faiq Ağayevin onun və qızının haqqında danışdıqlarından bezib: “Eşitmişəm, Faiq deyib ki, guya mən qızımı ona sırımaq istəmişəm, guya ona pul atmışam. Hətta onu da deyib ki, guya mənə görə ona xalq artisti adı vermirlərmiş. Bunları mən eşitmişəm. Faiq, vaxtında sən mənim qızımı almaq istəyirdin, bunu bütün şəhər danışırdı. Almaq istəyirdin ki, adını təmizə çıxarasan. Mən sənə adımı biabır edib, qız verərdim?”F. Kərimova Faiq Ağayevin döyüldüyünü də etiraf edib. O, F.Ağayevin onunla birlikdə çəkilişə gələn bacısının həyat yoldaşı tərəfindən döyüldüyünü bildirib: “Mübahisə zamanı ona dedim ki, ”Kim olduğunu bilə-bilə mən sənə qız verərdim? Tı petux". O isə mənə “Siz də lezbiyankasınız” söylədi. Onun bu sözündən sonra bacımın həyat yoldaşı Faiqin ağzına iki yumruq vurdu".Qeyd edək ki, qalmaqal baş verməsi ilə əlaqədar televiziyada Yeni İl şənliyinin çəkilişləri də dayandırılıb.
44,524
17.12.2008 01:05
Mədəniyyət
XUMAR QƏDİMOVA ÖLKƏDƏN QAÇIB
VAQİF MUSTAFAZADƏNİN ADI DÜNYA ŞÖHRƏTLİ CAZMENLƏRİN ENSİKLOPEDİYASINA DÜŞÜBDünya şöhrətli azərbaycanlı cazmen Vaqif Mustafazadənin vəfatının dünən 29-cu ildönümü idi. Bu münasibətlə caz ustasının ev muzeyində onun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə muzeyin direktoru Afaq Əliyeva Amerikada işıq üzü görmüş ensiklopediyada dünyanın ən tanınmış cazmenləri sırasında V.Mustafazadədən bəhs olunduğunu bildirib. Ensiklopediyada həmyerlimizin həyat və yaradıcılığı barədə geniş məlumatlar yer alıb. “YAPRAQ TÖKÜMÜ”nün QƏHRƏMANI BU GÜN BAKIYA GƏLİRİlk dəfə olaraq Azərbaycan, Türkiyə və Rusiya sənətçilərinin iştirakı ilə bədii film çəkiləcəkTürkiyənin tanınmış aktyorları, “Yapraq tökümü” serialının baş qəhrəmanı (Ali Rza) Halil Ergün və “Böyük yalan” serialının baş qəhrəmanı Hülya Dərca (Rüqzan) Azərbaycana gələcəklər. Bədii filmlə bağlı qonaqlar bu gün mətbuat konfransı da keçirəcəklər. Konfransda Azərbaycanın və Türkiyənin sevilən aktrisası Məlahət Abbasova, Azərbaycanın xalq artisti Amaliya Pənahova, xalq artisti Yaşar Nuri və Nəsibə Zeynalova adına Moskva Azərbaycan Estrada Teatrının direktoru Sərxan Kərəmoğlu da iştirak edəcəklər. QƏŞƏM NƏCƏFZADƏNİN İRANDA ŞEİRLƏR KİTABI ÇAP OLUNDUŞair Qəşəm Nəcəfzadənin Tehranda “Yaşmaq” yayım evində “Ölülər bizə gülür” adlı şeirlər kitabı çap edilib. Nəşriyyatın öz hesabına nəşr etdiyi bu kitabda şairin müxtəlif illərdə yazdığı şeirləri toplanıb. Kitabın redaktoru istedadlı şair və naşir Səid Muğanlıdır. Üz qabığının qurucusu Ayxan, şeirləri ərəb qrafikası ilə yazan və ön sözün müəllifi Səttar Mahmudoğludur. Kitab 132 səhifədən ibarətdir.Bundan əlavə, Tehranda “Səhər” musiqi qrupunun buraxdığı alboma Qəşəm Nəcəfzadənin öz səsi ilə şeirləri daxil edilib. İnternet saytlarının və mətbuatın yazdığı xəbərlərə görə, həm albom, həm də “Ölülər bizə gülür” şeirlər kitabı İranda maraqla qarşılanıb.
44,525
17.12.2008 02:05
İdman
FOQTS-HACİEVSKİ DAVASININ SƏBƏBİ BƏLLİ OLDU
Z.Məmmədovun sözlərinə görə, münaqişə Foqtsun millimizə yenicə təyinat aldığı vaxt klublarımızın baş məşqçiləri ilə görüşü zamanı yaranıb: “Hacievski Foqtsa deyib ki, Azərbaycanı hansısa Afrika ölkəsi ilə müqayisə etmə. Fikirləşmə ki, burada heç kimin futboldan başı çıxmır. Əksinə, hamı futbolu gözəl anlayır, yaxşı oyunçular da var. Burada Xristofer Kolumb kimi Amerika kəşf edəcəyini düşünmə”.Z.Məmmədovun fikrincə, Q.Hacievskinin məhz bu sözlərindən sonra B.Foqts “Bakı” klubu ilə prinsip aparmağa başlayıb: “Yəqin Foqts düşünüb ki, Hacievski onun yerinə keçmək istədiyi üçün belə danışır. Halbuki Foqtsa kimi millimizi məhz Hacievski çalışdırıb”.Yığmanın baş məşqçisinin “Bakı”ya ögey münasibət göstərdiyini deyən klub rəsmisi alman mütəxəssisin bu addımını Q.Hacievski ilə aralarında yaranan münaqişə ilə əlaqələndirib: “Vallah, Foqtsun milliyə hansı üsulla oyunçu seçdiyindən baş aça bilmirəm. Yığmaya layiq olan Elvin Əliyev, Cəmşid Məhərrəmov, Rafael Əmirbəyov, Ramazan Abbasov, Romal Hüseynov, Bəxtiyar Soltanov, Aqil Məmmədov kimi futbolçularımız var. Düzdür, Ramazan, Romal, Bəxtiyar və Aqil əsas heyətə az-az düşür. Məgər Foqtsun çağırdığı futbolçular klublarda əsas heyət oyunçularıdır? ”Bakı"da əsas heyətdə daim Elvin, Cəmşid və Rafael çıxış edir. Bəs onlar niyə milliyə dəvət almır? Foqts “Bakı” ilə prinsip aparır. Niyəsini dəqiq bilmirəm. Yəqin Hacievskiyə görədir. Foqts deyir ki, “Bakı”da legionerlər çıxış edir. Elə isə “İnter”, “Olimpik”, “Xəzər-Lənkəran” və ya “Neftçi”də kimlər oynayır?"Z.Məmmədov “Bakı”nın qapılarının yığmanın üzünə həmişə açıq olduğunu da sözlərinə əlavə edib.
44,526
17.12.2008 01:38
İdman
RƏŞAD SADIQOV “VALYADOLİD”də MƏŞQƏ ÇIXDI
Qeyd edək ki, Azərbaycan yığmasının müdafiəçisinə Yunanıstanın OFİ klubundan da təklif gəlib. Yunanlar İspaniya klubundan fərqli olaraq R.Sadıqova birbaşa müqavilə bağlamağı təklif ediblər.Azərbaycan milli komandasının müdafiəçisi Saşa Yunisoğlu Polşanın “Poloniya” klubunu tərk edərək Azərbaycana qayıdıb. Bu barədə qol.az saytına futbolçunun özü məlumat verib. O, transfer vərəqəsini aldığı və hazırda azad agent olduğunu deyib. S.Yunisoğlu ona gələn təkliflərlə bağlı yanvarın əvvəllərində qərar verəcəyini söyləyib.S.Yunisoğlu Rusiyanın premyer-liqa klublarının birindən təklif aldığını söyləsə də onun adını açıqlamayıb. O, gələn ayın ilk günləri həmin komandada baxışdan keçmək üçün qonşu ölkəyə gedəcəyini bildirib. Futbolçu yerli klublardan da təklif aldığını, amma Azərbaycanda oynamaq istəmədiyini vurğulayıb.
44,527
18.12.2008 01:45
Ölkə
TEZLİKLƏ ƏFV OLACAQ
Növbəti əfv fərmanının 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə imzalanacağı gözlənilir. Qeyd edək ki, sonuncu əfv fərmanı bu il avqustun 26-da imzalanıb. Həmin fərman 96 məhbusa şamil olunub.
44,528
18.12.2008 01:45
Gündəm
ƏRDOĞAN ERMƏNİLƏRDƏN ÜZR İSTƏMƏYƏ QARŞI ÇIXDI
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Ərdoğan hakimiyyətə gələndən bəri Ermənistanla münasibətləri normallaşdırmağa çalışdıqlarını bildirib: “Ermənistana hava yolu ilə yük daşınmasına icazə verdik. Vanın Akdamar qəsəbəsindəki erməni kilsəsini bərpa etdik. Prezidentimiz Ermənistan-Türkiyə matçına tamaşa etmək üçün bu ölkəyə getdi. Amma mən şəxsən bu kampaniyaya qatılmıram, onu dəstəkləmirəm. Kampaniyanı təşkil edənləri də anlamıram və yanlış olduğunu düşünürəm. Cinayət törətməmişəm ki, üzr də istəyim. Məsələlərə xoş niyyətlə yanaşmaq başqa, ortada cinayət olmadığı halda üzr istəmək isə tamam başqa şeydir”.Qeyd edək ki, Türkiyə prezidenti Abdullah Gül üzr kampaniyasını cəmiyyətdə fikir plüralizminin təzahürü adlandırmışdı.
44,529
18.12.2008 01:02
Ölkə
NARKOTİKƏ GÖRƏ TUTULAN PROKUROR OĞLUNUN SƏHHƏTİ PİSLƏŞİB
Bundan sonra M.Mirsalamov səhhəti ilə bağlı məhkəmə prosesinə qatılmayacağını deyib. Onun vəkili Nərminə Məmmədova jurnalistlərə açıqlamasında M.Mirsalamovun iki aydır ki, səhhətinin pis olması ilə bağlı Ədliyyə Nazirliyinin müalicə müəssisəsində müalicə olunduğunu deyib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin səhhəti ibtidai istintaq dövründən pisləşib, onda bayılma halları, ürək ağrıları yaranıb. N.Məmmədova məhkəmənin M.Mirsalamov barədə hökm çıxaran zaman bunu nəzərə alacağına ümid etdiyini qeyd edib.Hakim Azər Orucov proses başlayan kimi bildirib ki, təqsirləndirilən şəxs Yalçın Həsənovun vəkili Heydər Əsgərov məhkəməyə anasının vəfat etməsi üzündən prosesdə iştirak etməyəcəyini və məhkəmənin onun iştirakı olmadan davam etdirilməməsini xahiş edib. Bunu nəzərə alan məhkəmə prosesin dekabrın 24-nə qədər təxirə salınması barədə qərar çıxarıb (APA).
44,530
18.12.2008 01:03
Ölkə
PARTLAYIŞA GÖRƏ TUTULAN FƏHLƏLƏRƏ DƏHŞƏTLİ İŞGƏNCƏ VERİLİB
Dekabrın 13-də Nizami rayonu, Naxçıvanski, 34 ünvanında beşmərtəbəli binanın partladılmasında şübhəli bilinən şəxs kimi saxlanılanlardan biri Samir Kərimov Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsində ondan etirafedici izahatın fiziki və psixoloji basqı altında alındığını deyir. O, “Azadlıq” radiosuna bildirib ki, bu söhbətlər rəisin otağında gedib: “Rəis də dedi ki, onlar bunu mütləq boyunlarına alacaq. Sonra başladılar bizi döyməyə. Yerə yıxıldım. Ayaqlarımın altına dəyənəklərlə vururdular. Bədənimin hər yerindən vururdular. Sonra məni qaldırıb dedilər ki, səni soyundurub başına min oyun açacağıq. Mən də dedim ki, bunu etməyin, nə desəniz, boynuma alacam. Daha sonra məni başqa otağa apardılar. İstintaqçılar mənim yerimə ifadə yazdılar, mən də imzaladım”.S.Kərimov daha üç qohumu ilə birlikdə partlayan binadakı mənzillərdən birində bir aya yaxındır təmir işləri apardıqlarını deyir. Onun sözlərinə görə, təmir işləri ilkin mərhələdə olub. Bu səbəbdən Samir “Azəriqaz”ın partlayışla bağlı versiyasını absurd sayır. “Azəriqaz” rəsmiləri partlayışın böyük ehtimalla təmir gedən evdə baş verdiyini, təmirçilərin döşəməyə çəkdiyi boyanın quruması üçün gecə mənzildə qaz sobasını yanılı qoyduğunu iddia edir. Samir isə bildirir ki, pəncərələri partlayışdan bir neçə gün əvvəl dəyişiblər. Heç onların kənarına suvaq da vurulmayıbmış. Oradan hava gəldiyinə görə Samir bütün hallarda partlayışın onların təmir apardığı mənzildə baş vermədiyini iddia edir.“Azadlıq” radiosunun müxbiri Nizami rayon Pİ-nin və 24-cü polis bölməsinin rəislərini gün boyu axtarsa da tapa bilməyib. Növbətçi hissələrdən onların iş yerində olmadıqlarını deyiblər. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə “Azadlıq” radiosuna deyib ki, polis idarəsində işgəncə faktı ilə bağlı deyilənlər doğru deyil. O bildirib ki, təqsirləndirilənlər bu yolla özlərini təmizə çıxarmağa çalışırlar.Mediaya açıqlama verən fəhlələr onu da deyiblər ki, müraciət etdikləri müalicə müəssisələrində onların bədənlərindəki zədələrlə bağlı ekspert rəyi verməkdən imtina ediblər. E.Zahidov bu faktın Nizami rayon Prokurorluğunda araşdırıldığını deyir. Rayon prokurorluğundan isə bildirirlər ki, indi işgəncə ilə üzləşən şəxslərdən ifadələrin alınması prosesi gedir. Yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək.İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov isə bina partlayandan sonra quruma çoxsaylı şikayətlərin gəldiyini deyir. Bildirir ki, bölmədə yalnız təmirçilərə yox, sakinlərdən bir çoxuna da fiziki-psixoloji işgəncə verilib: “Partlayan binada yaşayan insanlardan da polis idarəsinə aparılıb döyülüb, sonra buraxılanlar var. Əgər şəxsdən işgəncə altında etirafedici ifadə alınırsa, həmin müstəntiq özü cinayətkara çevrilir”.E.Behbudov baş verənlərlə bağlı Nizami rayon Pİ-nin rəisi ilə görüşməyə cəhd etdiyini, qarşı tərəfin isə öncədən razılaşsa da görüşə gəlmədiyini deyir. Bu səbəbdən hüquq müdafiəçisi əldə etdiyi faktları daxili işlər naziri Ramil Usubova göndərib və ondan məsələni araşdırmağı xahiş edib.
44,531
18.12.2008 01:45
Ölkə
70 RAYONUN QAZI KƏSİLDİ
“Azəriqaz” Səhmdar Cəmiyyətindən lent.az-a bildiriblər ki, qaz təchizatının məhdudlaşdırılmasına səbəb əhalinin istifadə etdiyi mavi yanacağın haqqını ödəməməsidir. Qurumun mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı bildirib ki, Yardımlı, Lerik, Beyləqan, Balakən, Bərdə, Tərtər, İmişli, Sabirabad və Qazax rayonları əvvəlki aylar üzrə borclarını 100 faiz ödədiyindən həmin rayonlar tam şəkildə təbii qazla təmin olunur. Digər şəhər və rayonlar isə borclarını tam ödəmədiyindən onların qazı kəsilib. Belə ki, 9 rayon istisna olmaqla digər şəhər və rayonlar borcun neçə faizini ödəyibsə, həmin faiz nisbəti ilə də təbii qazla təmin olunur. “Azəriqaz” xəbərdarlıq edir ki, əhali borclarını ödəməsə, qaz təchizatı tam şəkildə dayandırılacaq. K.Eyvazlının sözlərinə görə, bu ilin dekabr ayınadək qazdan istifadə haqqının cəmi 50,5 faizi yığılıb. Qeyd edək ki, Azərbaycanda 80 rayon var.
44,532
18.12.2008 02:05
Kriminal
BAKIDA DƏHŞƏTLİ QƏTL
Xətai rayon Prokurorluğunun apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində hadisənin iki nəfər tərəfindən törədildiyi müəyyən olunub. Qatillər - Suraxanı rayon sakinləri Boziloviç İqor Sergeyeviç və Anar Ruslan oğlu Nuriyev əməliyyat-axtarış tədbirləri nəticəsində artıq həbs ediliblər.
44,533
18.12.2008 02:04
Kriminal
BAKIDA 3 NƏFƏR DONVURMADAN ÖLDÜ
Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində isə təxminən 60-65 yaşlı kişi donvurma diaqnozu ilə 26 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər və həmin şəxs xəstəxanada ölüb. Onun kimliyi müəyyənləşməyib. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün tədbirlər davam etdirilir. Ölən şəxsin ərazidə səfil həyat tərzi keçirən “bomj” olduğu güman edilir.Daha bir “bomj”un meyiti Binəqədi rayonu, Ə.Naxçıvani küçəsindəki parkda aşkarlanıb. 44 yaşlı Oleq Valentinoviç Svetlijinin donvurmadan öldüyü bildirilir. Hər üç faktla bağlı araşdırma aparılır.
44,534
18.12.2008 01:06
Ölkə
NARDARAN SAKİNLƏRİ YENİ AKSİYAYA HAZIRLAŞIR
“Bizdə olan məlumata görə, bu planı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Eskuderonun yaxın adamları həyata keçirmək istəyir. Baş verəcək təhlükənin qarşısını almaq üçün artıq müvafiq qurumlara müraciət edilib. Eskuderonun qanunsuz əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Dünən isə Milli Məclis sakinlərin müraciətinə cavab verib”- deyə R.Əlizadə bildirib.Qeyd edək ki, Nardaran sakinləri yaranmış vəziyyətlə bağlı bu gün mətbuat konfransı keçirəcək. Kənd sakinləri Eskuderonun onlara məxsus 30 hektar torpaq sahəsini zəbt etməsi faktı ilə barışmayacaqlarını bildirirlər.
44,535
18.12.2008 01:07
Kriminal
AZƏRBAYCAN DTK-sının SABİQ SƏDRİNİN EVİ QARƏT OLUNDU
Oğurlanan əşyalar arasında “Vətən qarşısında xidmətlərinə görə IV dərəcəli”, “Hərbi xidmətlərə görə” və “Şərəf nişanı” ordenləri də var. Ümumilikdə oğurluq nəticəsində generala 40 min rubl ziyan dəyib. Qeyd edək ki, İ.Qorelovski 1988-89-cu illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri işləyib. MTN ƏMƏKDAŞI QARƏT OLUNDUMilli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Tahirə Əliyeva metronun “İçərişəhər” stansiyasından Yeni Yasamala hərəkət edən marşrut avtobusunda qarət olunub. MTN əməkdaşının çantasından sənədləri, pulları və xidməti vəsiqəsi oğurlanıb. Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma apralır. İŞ ADAMININ 50 MİN MANATI OĞURLANDINərimanov rayonu, Sabit Rəhman küçəsində naməlum şəxs Bakı sakini Saleh Səmədova məxsus “BMV” markalı avtomobilin qabaq şüşəsini sındıraraq maşındakı 40 min manat və 15 min dolları oğurlayıb. Zərərçəkənin sahibkar olduğu bildirilir. Oğrunun müəyyənləşdirilməsi üçün polis əməkdaşları əməliyyat-axtarış tədbirlərini davam etdirirlər. Faktla bağlı Nərimanov RPİ-də cinayət işi başlanıb.
44,536
18.12.2008 01:08
Dünya
SAAKAŞVİLİ 1281 MƏHBUSU ƏFV ETDİ
Gürcüstan Prezidenti yanında Əfv Komissiyasının sədri Yelena Tevdoradze yerli mətbuata bildirib ki, Saakaşviliyə hər hansı siyahı təqdim edilməyib, o, fərmanı müstəqil şəkildə, yəni öz təşəbbüsü ilə imzalayıb. Tevdoradzenin dediyinə görə, Əfv Komissiyası dekabrın 24-də yenidən yığışacaq: “Çünki Yeni il qabağı da növbəti əfv gözlənilir”.
44,537
18.12.2008 02:07
Media
NƏCƏF NƏCƏFOV ANILIB
A.Əliyev 2010-cu ildə N. Nəcəfovun 55 yaşının tamam olacağını xatırladaraq mərhum jurnalistlə bağlı müsabiqə keçirilməsi və digər addımların atılmasının vacibliyini vurğulayıb.Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şamil Hacıyev isə mərhum jurnalist haqqında sənədli kitab hazırlanmasını təklif edib. Onun sözlərinə görə, bu iş N. Nəcəfovu yaxından tanıyan bir şəxsə həvalə edilə bilər.
44,538
18.12.2008 05:11
Media
“YENİ MÜSAVAT” LİDERDİR
Dekabrın 17-si saat 14-05-ə olan nəticələr belədir:“Yeni Müsavat” - 42 səs“Şərq” - 31 səsAdı bu siyahıda olmayan qəzet - 29 səs “Azadlıq” - 15 səs“525-ci qəzet” - 10 səs“Bakı Xəbər” - 5 səs“Bizim Yol” - 5 səs“Üç nöqtə” - 5 səs“Zerkalo” - 4 səs“Yeni Azərbaycan” - 3 səs“Xalq Cəbhəsi” - 2 səs“Azərbaycan” - 1 səs“Mərkəz” - 1 səs“Exo” - 0“Ədalət” - 0“Həftə içi” - 0“Xalq qəzeti” - 0“Kaspiy” - 0“Novoye vremya” - 0“Respublika” - 0.
44,539
18.12.2008 02:15
Media
AKİF NAĞI HƏLƏ DƏ İSTİNTAQA İFADƏ VERMƏYİB
Xatırladaq ki, redaksiya rəhbərliyi olayla bağlı Binəqədi rayon 5-ci polis bölməsinə dərhal müraciət edib. Təhqiqatçı Elbrus Qədirov və sahə müvəkkili Novruz Qasımov redaksiyaya gələrək, təhqiqata başlayıblar. Artıq A.Nağı sözügedən polis bölməsində ifadə verib. İş Binəqədi rayon Prokurorluğuna göndərilib və müstəntiq İlyas Seyidovun icraatındadır. Şikayət üzrə Cinayət Məcəlləsinin 163.1 maddəsi (jurnalist fəaliyyətinə mane olma) üzrə cinayət işi qaldırılıb. Z.Hacı srağagün Binəqədi rayon Prokurorluğunda ifadə verib. Amma A.Nağı hələ də prokurorluqda ifadə verməyib. Dünən bizə açıqlamasında İ.Seyidov bildirdi ki, QAT sədrinə artıq bildiriş göndərilib: “Yəqin ki, Akif Nağı sabah (bu gün) ifadə verməyə gələcək. Hesab edirəm ki, narahatçılığa əsas yoxdur. Bu işlə bağlı ilkin istintaq aparılıb, indi də biz onun aydınlaşdırılması üçün bütün gücümüzü səfərbər etmişik”. Hüquqşünas ekspertlər isə məsələyə tamam fərqli yöndən baxmağı təklif edir. Onların fikrincə, əgər bu insidentdə tərəflərin yeri dəyişsəydi, yəni hücum edən şəxs Z.Hacı, zərərçəkən isə A.Nağı olsaydı, istintaq daha operativ hərəkət edər və dərhal jurnalist həbs olunardı. Xatırladaq ki, ötən ilin noyabrında “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı da eyni təxribat düzənlənmişdi. Baş redaktorun hücumlardan qorunmaq üçün müqavimət göstərməsi sonuncunun dərhal həbsi və 4 il azadlıqdan məhrum olmasına səbəb olmuşdu. İndiki halda isə hücum çəkən şəxs azadlıqdadır, bütün mətbuat orqanlarında jurnalistə qarşı fiziki təzyiq göstərdiyini etiraf edir. Amma hələ də nə istintaqa ifadə verib, nə də onunla bağlı lazımi tədbir görülür. Maraqlıdır, qanun ancaq jurnalistlərə çatanda işləyir?
44,540
18.12.2008 01:05
Gündəm
AZƏRBAYCANDA ABŞ-a İNANMIRLAR
Türkiyədə isə bu rəqəm 43 faiz olub. İrandan isə sorğuda iştirak edənlərin 64 faizi belə hesab edir ki, ABŞ qəsdən İslam dünyasına hörmət etmir. ABŞ-ın özündə respondentlərin 58 faizi bunun əksini düşünür. Onlar hesab edirlər ki, Birləşmiş Ştatlar İslam dünyasına kifayət qədər hörmətlə yanaşır və onların maraqlarını tanıyır. ABŞ-ın müsəlman ölkələrində demokratiya istəyib-istəmədiyi haqda suala isə Türkiyədə 49 faiz belə cavab verib ki, Vaşinqton ancaq onunla işbirliyinə razı olmaları halında müsəlman ölkələrində demokratiyanı dəstəkləyir. 30 faiz respondent isə ABŞ-ın müsəlman ölkələrində demokratiya istəmədiyinə inanır. Digər müsəlman ölkələrindən, o cümlədən Azərbaycandan sorğuya qatılanlar da bu suala təxminən eyni cavablar veriblər. Fransa, Britaniya və Almaniyadan sorğuda iştirak edənlərin böyük əksəriyyəti isə belə hesab edir ki, ABŞ ancaq onunla əməkdaşlıq etmələri halında müsəlman ölkələrində demokratiyanı dəstəkləyir. ABŞ-dan olan respondentlərin cavabları isə fərqlidir. Onların 44 faizi hesab edir ki, ABŞ bütün hallarda müsəlman ölkələrində demokratiyanı dəstəkləyir.
44,541
18.12.2008 02:09
Media
“QƏNİMƏT HƏFTƏSİ”nin QALİBİ QƏNİMƏT ZAHİD OLDU
“Biri öz dünyasını başqa bir dünyaya, biri isə türməyə dəyişib” deyən çıxışçı azad söz üçün inqilab etdiklərini vurğuladı: “Biz Qənimət Zahid həftəsi keçirməklə azad sözün müdafiəsinə qalxdıq. Sabah İlham Əliyev də azad sözə görə təqibə məruz qalsa, onu da təbliğ edəcək, onunla da bağlı həftə keçirəcəyik”. ASİ-nin digər həmsədri Eldəniz Elgün isə bildirdi ki, əslində təşkilat prezident seçkilərindən dərhal sonra, azad sözə qarşı proqnozlaşdırılan təqiblərə qarşı yaradılıb. Müsahibimiz gözlənilən təhlükənin “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacının timsalında baş verdiyini xatırladaraq, bunun mətbuata qarşı növbəti atəş olduğunu dedi. Təşkilatın sədri Anar Niftəliyev isə “Qənimət həftəsi” çərçivəsində keçirilən müsabiqənin yüksək nəticə əldə etdiyini söylədi. Onun sözlərinə görə, aksiyaya dəstək verənlər çox olub. Onların yazılarını bir kitab altında çap etdirən klub onu tədbir iştirakçılarına da payladı. “Qənimət həftəsi” çərçivəsində məqalə ilə çıxış edən tanınmış köşə yazarı Mahal İsmayıloğlu bildirdi ki, düşərgəyə bölünməyən yeganə peşə adamları jurnalistlərdir. Q.Zahidin atasının yas mərasiminə qatılmaqla ailəsini, uşaqlarını, yaxınlarını sevindirdiyini deyən Mahal bəyin sözlərinə görə, çoxları Zahidov qardaşlarının türməyə geri qayıtmayacağına əmin olsalar da, hakimiyyət onlara münasibətdə humanizm göstərməyə özündə güc tapmadı.“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Zahidov qardaşlarının timsalında son 3 ildə Azərbaycan jurnalistlərinə qarşı yeni təzyiq dalğası başladığını dedi. Çıxışçı “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin, habelə Zahidov qardaşlarının sınmadığını vurğuladı. “Hər sınan jurnalist öz arxasınca 100 həmkarını aparır” deyən Mehman bəy bu dəyanətinə görə onlara təşəkkür etdi. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da çap olunan kitabı tarixi əhəmiyyəti olan əsər adlandırdı. 17 ay məhbus təcrübəsi olan Rauf bəy bildirdi ki, həmin müddətdə əsas məsələ həmkarlardan gələn dəstəkdir: “Hər hansı çətinliyə dözmək olur. Amma əsas məsələ bayırdakıların mənəvi dəstəyidir. Bu dəstək kriminal aləmin və türmə rəhbərliyinin də jurnalistə münasibətini dəyişir”. R.Arifoğlu aksiya təşkilatçılarına uğur diləyərək, “sözün taleyi budur, düz söz deyəni heç də hamı sevmir” dedi. “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev Q.Zahid barədə daha çox maraqlı əhvalatlardan ibarət kitab çıxarmağın doğru olduğunu bildirdi. Baş redaktor hətta Qənimət bəylə atasının yas yerində görüşərkən barəsindəki məzəli hadisələrdən ibarət kitab dərc edəcəyini də onun nəzərinə çatdırıb. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ASİ-nin təkbaşına gördüyü işi hansısa qəzetin həyata keçirməsinin çətin olduğunu söylədi. Azərbaycan mətbuatının təxminən 15-20 adamdan ibarət olduğunu deyən çıxışçı yaxşı yazarların ayrıca bir qəzetə bərabərliyini də vurğuladı: “Təşkilatınızın məramnaməsində yazılıb ki, heç kimdən qrant almayacaqsınız. Yəqin ki, indi Akif Nağı da jurnalist döydüyünə görə qrant alacaq. Arzu edirəm ki, ASİ həmişə olaylara belə operativ reaksiya versin. İnanıram ki, bu hadisələr müsbət nəticə verəcək və bizə qarşı hücumlar 50 faiz azalacaq”. Nəhayət, növbə müsabiqə qaliblərinin elan edilməsinə çatdı. A.Niftəliyev öncə bildirdi ki, aksiyaya R.Arifoğlu və B.Həziyevin yazı ilə qatılmasını umurmuş. Daha sonra isə nəticələri elan edərək bildirdi ki, noyabrın 18-də müsabiqəyə qatılanların iştirakı ilə keçirilən toplantıda onlara qalibi özlərinin seçməsi təklif olunub. Nəticədə ümumi məsləhətləşmə əsasında bu mükafatın Qənimət Zahidin özünə verilməsi qərarlaşdırılıb: “Zamin Hacı həmin toplantıda gözəl bir fikir bildirdi ki, bu 15 müəllif ona görə burdadır ki, Qənimət Zahid var. Ona görə də qalibimiz elə Qənimətin özü olmalıdır”. Biz onun bu tədbirdə iştirak edəcəyinə son dərəcə inanmışdıq, amma olmadı". Q.Zahidə təqdim olunan diplom, pul mükafatı və qutusunda baş redaktorun əksi həkk olunmuş medal həyat yoldaşı Ayəndə Mürsəliyevaya təqdim edildi. Ayəndə xanım da dedi ki, bu cür aksiyalar jurnalistlərə qarşı təzyiqlərin azalmasına xidmət edir. O, daha öncə Q.Zahidin həftəliyə qatılan yazılardan hansını daha çox bəyəndiyini açıqlayacağına söz versə də, bu qərarını dəyişdirdiyini vurğuladı. Həftəliyə qatılan bütün jurnalistlərə - Süleyman Osmanoğlu, Aydın Şıxəliyev, Xalid Kazımlı, Zamin Hacı, Seymur Əhməd, Səbuhi Məmmədli, Əvəz Zeynallı, Qan Turalı, Natiq Güləhmədoğlu, Mahal İsmayıloğlu, o cümlədən həftəliyə ən yaxşı dəstək verən jurnalistlərə - “Yeni Müsavat”ın əməkdaşı Sevinc Telmanqızı və “Media forum” saytının əməkdaşı Aynur İmanovaya da diplom təqdim edildi. A.Niftəliyev növbəti həftəliyin “Qarabağı öldürənlər” - Zamin Hacıya dəstək həftəliyi olduğunu elan edəndə isə köşə yazarı buna etirazını bildirdi. Bu həftəliyi həbsdə yatan jurnalistlərə həsr etmək lazım gəldiyini vurğulayan Zamin bəy A.Nağı olayına hüquqi qiymət verilməyincə bu mövzuların dayandırılmasını təklif etdi: “Ən zəhləm gedən şey bir adamın təklənməsidir”. R.Arifoğlu isə Z.Hacının fikirlərinə etiraz edərək, A.Nağının tək olmadığını, arxasında hökumətin dayandığını vurğuladı. Onun sözlərinə görə, bu məsələnin qabardılması jurnalistə qarşı bu formada terror, hücum presedentinin aradan qaldırılmasına xidmət edir: “Akif Nağının üzərinə getməklə gələcəkdə başımıza gələnlərdən sığortalanmaq istəyirik. Bu, təkcə Akif Nağı-Zamin Hacı münasibətlərinə görə yox, öz gələcəyimizdən narahatçılığımıza görədir”. ASİ-çilər bu məsələni öz aralarında müzakirə edəcəklərini deyib, tədbiri yekunlaşdırdılar.
44,542
18.12.2008 02:17
Gündəm
TÜRKİYƏ GƏLƏN İL ERMƏNİSTANLA SƏRHƏDLƏRİ AÇA BİLƏR
Bunlar Əlican quruyolu sərhəd keçid-məntəqəsi və Akyaka dəmir yol keçid məntəqəsidir. Akyaka dəmir yol keçid məntəqəsi Qars vilayətinin Akyaka qəsəbəsinə bağlıdır. Qarsın 66 kilometr məsafəsində olan bu məntəqədə dəmir yol keçidi ilə yanaşı, Ermənistana birləşdirilən kənd yolu da var.Bildirilir ki, danışıqlarda Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə bağlanmasının düzgün olmadığı məsələsi qoyulur. Belə ki, Ermənistan iki ölkə arasındakı 1920-ci il gömrük və 1921-ci il Qars müqavilələrinin qüvvədə olması məsələsini qaldırır. Lakin Ermənistan bu günədək Türkiyəyə olan ərazi iddialarından rəsmən imtina etmir. Qəzet yazır ki, əgər qarşıdakı aylarda Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün öz tərəfindən konstruktiv addımlar atsa, o zaman sərhədlərin gələn il açılması gündəmə gələ bilər. Lakin bunun üçün Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindən çəkilməyi nəzərdə tutan sülh anlaşmasını qəbul etməli və Türkiyəyə qarşı ərazi iddiasının olmadığını rəsmən bəyan etməlidir: “Lakin Moskvanın Ermənistan və Azərbaycana yönələn yeni siyasi yanaşmaları olarsa, o zaman Qərbin dəstəklədiyi bu plan baş tutmaya bilər. Ayrıca olaraq Türkiyədəki azərbaycanlı diplomatların passivliyinə baxmayaraq, türk-erməni yaxınlaşması Bakını bu yaxınlaşmanı poza bilmək üçü Türkiyənin daxili siyasətində hərəkətə keçməyə məcbur edə bilər”.
44,543
18.12.2008 02:16
Siyasət
MÜXALİFƏT DÜŞƏRGƏSİNDƏ TƏKLİF YAĞIŞI
Xatırladaq ki, hələlik ən son təkliflər paketi ötən həftə Ümid Partiyası tərəfindən irəli sürülüb. Müsavat, ADP və AMİP-dən isə isə bildirildi ki, həmin təkliflər Ümid Partiyasına yox, məhz onlara məxsusdur. Ümidin təkliflər paketindəki əksər məsələlər indiyə qədər irəli sürülmüş təkliflərin təkrarıdır. Mövzu ilə bağlı söhbət etdiyimiz Ümid Partiyasının sədri İqbal Ağazadənin sözlərinə görə, son vaxtlar təkliflərin çoxalması o deməkdir ki, ölkədə, siyasi düşərgədə ciddi problemlər var. Deməli, hər kəs ölkənin demokratikləşməsinin bu və ya başqa şəkildə doğru yolunu araşdırır: “Biz müəlliflik iddiasında deyilik. İddia etmirik ki, təkliflərin müəllifi tək bizik və əgər bizim müəlliflik hüququmuz yoxdursa, bu məsələlər bu və ya digər şəkildə müzakirə olunmasın. Biz problemlərin dürüst həllinə çalışırıq. Müsavat, ADP, AMİP hesab edirlərsə ki, təkliflər onlarındır, çox gözəl. Deməli, biz həm də onların zaman-zaman səsləndirdiyi təklifləri paket halına salmışıq və bu yolun düzgünlüyünə artıq heç kimdə şübhə yoxdur. Doğru yolla gedilməsi və bu təkliflərin reallaşması üçün gücümüzü səfərbər etməliyik. Əsas məqsəd, hədəf budur. Bundan sonra da bizim müəlliflik iddiası ilə çıxış eləmək niyyətimiz yoxdur. Ümid Partiyası, sadəcə olaraq, zaman-zaman müxtəlif partiyalar tərəfindən səsləndirilən təklifləri və özünün bir sıra təkliflərini paket halına salıb”.İ.Ağazadə təkliflərin reallaşması üçün bütün siyasi qüvvələrin birgə hərəkət etməsinə zərurət yarandığını vurğuladı: “Azərbaycan ağır bir dövrə gəlib çıxıb. Hakim partiya tərəfindən Konstitusiya dəyişikliyi kimi təkliflər səslənməyə başlayıb. Hakimiyyətlərini növbəti mərhələyə ötürmək niyyətindədirlər. Biz isə siyasi sistemin aradan çıxdığının, siyasi sistemdə partiyaların rolunun sıfıra endiyinin fərqindəyik. Hakimiyyət öz iddialarını gerçəkləşdirmək üçün əlində olan imkanlardan faydalanır. Biz də təkliflərimizin gerçəkləşməsi və vəziyyətin dəyişməsi üçün birgə gücümüzdən faydalanmağı bacarmalıyıq. Kimin hansı yanaşmasından asılı olmayaraq, vəziyyətin dəyişməsi üçün birgə çalışmağı bacarmalıyıq. Kimin-kimdən xoşu gəlmir, kimin seçkilərin necə keçirilməsinə münasibəti necə olub-olmayıb kimi məsələlər fərq etməz. Bu bir ağır yoldur. Bu yolu uğurla qət etmək üçün hər kəsin gücündən istifadə edilməlidir. Demokratik cəmiyyət ancaq bu cür qurulur”. İ.Ağazadə təəssüf edir ki, Azərbaycanda çox ağır olan bir yükün altına partiyaları parçalayaraq girmək istəyən qüvvələr var: “Özləri də bilirlər ki, ağır yükün altına az qüvvə ilə girəcəkləri halda onu qaldıra bilməyəcəklər. Mahiyyət etibarilə problem həll olunmayacaq. Cəmiyyət səfərbər olunmalıdır. Bunun üçün bütün fikir ayrılıqlarının hamısını kənara qoymaq lazımdır. Bir arada olub irəli sürülən təklifləri müzakirə edib, ortaq məxrəcə gəlib, cəmiyyətin və beynəlxalq təşkilatların dəstəyini qazanaraq demokratikləşmə prosesini həyata keçirməliyik. Mən ayrı yol görmürəm. Bir sərhəd cızıb ”mən bu sərhəd çərçivəsində müxalifətin müəyyən dairələri ilə əməkdaşlıq edirəm" mövqeyini ortaya qoymaq kimi məsələlər önə çıxacaqsa, hakimiyyət udacaq. Kim hakimiyyətin udmasını istəyirsə, parçalansın, parçalasın, sərhəd cızsın. Demokratiyanın qurulması naminə kim kiçicik bir yükü belə üzərinə götürə bilirsə, onu kənara itələmək yox, kömək olmaq lazımdır".
44,544
18.12.2008 02:18
Siyasət
“ƏMƏKDAŞLIQ MƏSƏLƏSİNDƏ ELDAR NAMAZOV VƏ LALƏ ŞÖVKƏTLƏ MÜSAVATIN MÖVQEYİ EYNİDİR”
Bu barədə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı “Yeni Müsavat”a açıqlamasında bildirdi. Onun sözlərinə görə, Müsavat da hesab edir ki, demokratiyanın müdafiəsi və inkişafı istiqamətində Azərbaycanda fəaliyyət göstərən əksər siyasi partiyaları ictimai təşkilatlar, ayrı-ayrı birliklər, nüfuzlu şəxslər bir araya gəlib vahid təşkilat yaradaraq əməkdaşlıq edə bilərlər. Ona görə də guya Müsavatın birliyə mane olması ilə bağlı həmin şəxslər tərəfindən, o cümlədən Eldar Namazov tərəfindən son günlər bəzi fikirlərin səslənməsi aydın deyil: “Əslində Eldar Namazovun və Lalə Şövkətin əməkdaşlıqla bağlı müsahibələrində səsləndirdikləri fikirlər AXCP-nin mövqeyi ilə ziddiyyət təşkil edir. AXCP-nin irəli sürdüyü layihədə yalnız MƏM-dəki beş təşkilatın birlik yaratması və seçkilərdə birgə iştirakı nəzərdə tutulur. Başqa heç bir qüvvənin bu birlikdə iştirakı mümkün sayılmır”. Problemi məhz AXCP-nin mövqeyinin yaratdığını deyən A.Hacılı bildirdi ki, Müsavat müttəfiqlərini özü seçir və seçəcək: “Kimsə Müsavatı hansısa şərtlər daxilində zorən hansısa təşkilatlarla müttəfiqliyə, o cümlədən ciddi qarşılıqlı öhdəliklərin götürülməsini nəzərdə tutan müttəfiqliyə sürükləyə bilməz. Müsavat müxalifətin ən geniş koalisiyasının tərəfdarıdır. Azərbaycan cəmiyyəti də məhz bunu istəyir. Deməli, Müsavatın ictimai rəyə, tələbə sayğısızlıq göstərdiyi barədə deyilənlər tamamilə əsassız və məntiqsiz fikirlərdir”. Qeyd edək ki, MƏM-də təmsil olunan Eldar Namazov qəzetimizə dünənki açıqlamasında 2005-ci ilin parlament seçkilərini xatırladıb. Bildirib ki, Müsavat onun namizədliyinin irəli sürüldüyü dairədən namizəd irəli sürməmək barədə “Azadlıq” seçki bloku ilə “Yeni Siyasət” seçki bloku arasında olan centlemen razılaşmanı namizəd irəli sürərək pozub. ANİF prezidenti dolayısı ilə Müsavatı vədinə əməl etməməkdə suçlayıb.Məsələyə münasibət bildirən Arif Hacılı qeyd etdi ki, Müsavatla “YES” blokunun hər hansı razılaşması olmayıb: “Həmin dövrdə ”Azadlıq" seçki blokuna Müsavat, AXCP və ADP daxil idi. “Azadlıq” bloku ilə “YES” bloku arasında müəyyən müzakirələr aparılırdı. Bu müzakirələr uğurla nəticələnməmişdi. Müsavat Partiyası Eldar Namazova alternativ namizəd irəli sürməyib. Sadəcə, “Azadlıq” bloku Müsavatın üzvü olan Məmməd Zeynalovun namizədliyini irəli sürmüşdü. Həmin dairə blokda keçirilən püşkatma nəticəsində Müsavata düşmüşdü. Yəni blokdakı istənilən partiyaya püşkatma nəticəsində həmin dairə düşsəydi də kiminsə namizədliyi irəli sürüləcəkdi. “YES” bloku ilə müəyyən dairələr və digər məsələlərlə bağlı danışıqlar gedirdi. Ancaq təəssüf ki, bu danışıqlar yenə də resurslara uyğun olmayan iddialar hesabına müsbət sonuclanmadı". Müsavat yetkilisi partiyanın olub-keçənlərə güzəşt edilməsinin tərəfdarı olduğunu vurğuladı: “Biz çox məsələlərdə bir çox adamlara, hətta müəyyən dövrlərdə Azərbaycanda demokratik hakimiyyətin devrilməsi, avtoritar rejimin qurulmasında müxtəlif formada iştirak etmiş adamların da hərəkətlərinə güzəşt edərək əməkdaşlıq mövqeyi tutmuşuq. Bu baxımdan Müsavat Partiyası daim güzəştli və kompromisli mövqedə olub və bundan sonra da olacaq. Amma bəzi şəxslərə və bəzi siyasi qüvvələrə keçənlərdən nəticə çıxarmağı da məsləhət görürük. Fakt ondan ibarətdir ki, ”Azadlıq" seçki bloku da, “YES” də seçki kampaniyasında iştirak edib. Hər iki blokun seçicilərdən aldığı səslər də ictimaiyyətə məlumdur. Nəticə çıxarıb öz resurslarına uyğun iddia ortaya qoysalar, heç şübhəsiz, Müsavat olaraq biz Eldar Namazov kimi bir şəxsin parlament seçkilərində müdafiə olunmasının tərəfdarı kimi çıxış edərik. Eldar Namazov parlamentin üzvü olarsa, bu, Azərbaycan cəmiyyətinin xeyrinə olar".“Eldar Namazovun “məsləhətdirsə, birliklə bağlı müzakirələri bitmiş hesab etmək olar” fikirləri müzakirələrə nöqtə qoyulduğunu deməyə əsas verirmi” sualına A.Hacılı belə cavab verdi: “Eldarın və ya Arifin istəklərindən asılı olmayaraq, əməkdaşlıq istiqamətində müzakirələr davam edəcək. Müsavat olaraq, biz güzəştlər tərəfdarıyıq. Bizimlə bərabər, hətta yaxın resurslara malik olmayan siyasi qüvvələrlə də biz müttəfiqlik münasibətləri qurmuşuq. Bundan sonra da güzəştə getməyə hazırıq. Ancaq tamamilə haqsız olaraq, bizim fikirlərimizi təhrif edərək, Müsavatın guya birlik tərəfdarı olmadığı haqda fikirləri də həmişə təkzib edəcəyik. Heç kəs düşünməsin ki, onlar yalan danışmaqdan yorulmadıqları halda biz həqiqəti deməkdən yorulacağıq”.
44,545
18.12.2008 03:19
Gündəm
KƏMALƏDDİN HEYDƏROV BAŞ NAZİR GƏTİRİLİR?!
...Bu dəfə isə tərəflərin istefa ilə bağlı istəkləri üst-üstə düşür. Rəsizadənin yerinə isə iqtidar komandasında qeyri-rəsmi şəkildə ikinci nüfuzlu şəxs sayılan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun təyin ediləcəyi gözlənilir”.Bu məlumat redaksiyamıza hakim komandaya bağlı çevrələrdən verilib. Qaynağın sözlərinə görə, hazırda hakimiyyət dəhlizlərində yeni baş nazirin təyinatı ilə bağlı qızğın məsləhət-məşvərət gedir. 1995-ci ildən bəri baş nazir postunda çalışan A.Rəsizadənin görəvindən alınmasının vaxtının çatması məsələsi sarayda fikir ayrılığı yaratmasa da, onun xələfinin kimliyi məsələsi ətrafındakı müzakirələr həmişə ixtilaf doğurub: “Əvvəllər bu prosesdə ən müxtəlif qruplaşmalar fəallıq göstərirdi. Nazirlər Kabinetinin sədri postuna da hər qruplaşmanın öz namizədi vardı. Təxminən il yarım öncəyə qədər iqtisadi inkişaf naziri Heydər Babayevin adı gələcək baş nazir kimi daha çox hallanırdı. Bu ilin əvvəllərindən başlayaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun da adları gələcək baş nazir kimi çəkilməyə başlayıb. Lakin hər zaman hər bir ismin yanında paralel olaraq Heydərovun da adı qeyd olunub. Fövqəladə hallar naziri təyin olunmasından sonra ortaya qoyduğu qabiliyyət və qısa müddət ərzində əlində böyük bir hakimiyyət aparatını cəmləməsi onun şansları barədə məlumatları daha da intensivləşdirdi. Ölkədə yaranan taxıl qıtlığı ilə bağlı problem isə onunçün sınaq imtahanı oldu. Onu gedər-gəlməzə göndərdilər. Lakin o qayıtdı, yarıtdı və imtahandan çıxdı...”Bu obrazlı ifadələri də məlumatı bizimlə paylaşan, fəqət adını oxucularımızla paylaşmağa razılaşmayan mübhəm mənbəmiz söylədi. Onun iddiasına görə, artıq dövlət başçısı da qəbul edib ki, ölkənin işi Heydərovsuz yürümür: “Onsuz da ölkənin faktiki baş naziri Heydərovdur”. *** “Ona artıq alternativ də yoxdur. Böyük ehtimalla yaxın günlərdə o, baş nazir təyin olunacaq. Burada Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev amilinin də rolunu gözardı etmək olmaz. Nəzərə almaq lazımdır ki, cənab Mehdiyev kadr təyinatında həmişə, xüsusilə də son 5 ildə güclü təsirə malik fiqur kimi çıxış edib. Prezidentlə onun Heydərov və hakim komandanın gələcəyinə dair baxışları isə hazırda üst-üstə düşür”- deyə mənbəmiz bildirir.Ekspertlər K.Heydərovun bugünlərdə ölkə başçısının əlindən “Azərbaycan bayrağı” ordenini qəbul etməsini də “fövqəlnazir”in aktivinə yazılan sanballı xal hesab edir. Şübhəsiz ki, K.Heydərovun baş nazir olmaq şanslarının təkcə bir dövlət mükafatını alması ilə nəzərəçarpacaq dərəcədə artdığını iddia etmək də məsələyə bəsit və natamam yanaşma olardı. Belə mükafatları digər məmurlar da alır. Bəzən elə də olur ki, həmin şəxslər orden-medal alandan sonra hətta görəvindən də alınır. Məsələn, ortada baş nazirin sabiq birinci müavini Abbas Abbasov təcrübəsi var.Bununla belə, baş nazir olmaq üçün K.Heydərovun qarşısında heç bir əngəlin durmadığı da göz önündədir. Mənbəmizin sözlərinə görə, “fövqəlnazir”in şanslarının böyük olduğunu göstərən ən tutarlı arqument budur ki, o, özünü son illərin ən uğurlu və işbacaran kadrı kimi təsdiqləyib. Siyasi müşahidəçilərin qənaətincə, cənab Heydərov ona tapşırılan ən ağır işlərin öhdəsindən də uğurla gəlir, bu yolda heç nəyə, o cümlədən şəxsi vəsaitlərinə də qızırqalanmır ki, bu da ona etimadı artırır. Məsələn, 2005-ci ilin dekabrında Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə görəvləndirilən K.Heydərov cəmi 3 ilə hər cəhətdən güclü və təchiz olunmuş çevik bir struktur yarada bildi. Bundan əlavə, K.Heydərov böyük biznesin səliqəli və dürüst top-meneceri olaraq etimadı doğruldub - lazımi ünvanlara ödəmələrdə ləngimə, maliyyə imperiyasında “sboy” olmur. Bu iki amil isə çox ciddidir və onlar K.Heydərovun lehinə işləyir.Nəhayət, burada başqa bir məqam da var. Söhbət K.Heydərovun ictimai yükü ilə bağlıdır. Cəmiyyətdə ona təkcə “fövqəlnazir” kimi yox, həm də fövqəladə güc yiyəsi kimi baxırlar. İqtisadi İnkişaf Nazirliyinin iki başçısının - kifayət qədər qüdrətli Fərhad Əliyevlə Heydər Babayevin “vurulması” K.Heydərovun nüfuz barometri sayılır. Belə faktlar isə onun hər sahəyə nüfuz edə bilən xarizmatik məmur obrazı, bir də çox böyük maddi və sair imkanları haqda əfsanələrin dolaşmasına səbəb olur. Bildirilir ki, o, kadr təyinatlarına ciddi təsir imkanlarına malikdir, onun sahəsində çalışan adamları dolandırır, çörəkverəndir və s. Bu da sonda onun xeyrinə işləyir.Bundan əlavə, siyasi müşahidəçilər həm də media maqnatı olmağa doğru səmt götürən, xeyli media quruluşuna təsir imkanları və nəzarəti olan K.Heydərovun ictimai rəylə işləmək bacarığını da xüsusi vurğulayır. Onlar artıq ictimai kanallarla K.Heydərovun təbliğatının getməsinə də xüsusi diqqət çəkir, bugünlərdə “fövqəlnazir”in “Xəzər” TV-də və bir sıra qəzetlərdə “xarizmatik şəxsiyyət” və “ictimaiyyət arasında müsbət imicə malik dövlət xadimi” adlandırılmasını təsadüfi saymır. *** Doğrudur, bir çox siyasətçilər və ekspertlərdə K.Heydərovun baş nazir olmaq şanslarına bədbin yanaşmalar var. Məsələn, Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə belə varianta inanmır. O hesab edir ki, bu tipli məsələləri mümkün namizədin nə siyasi çəkisi, nə xarizması, nə də xidmətləri və şəxsi keyfiyyətləri yox, ölkə başçısının iradəsi həll edir. Onun həmkarı Pənah Hüseyn də oxşar mövqedən çıxış edir. Millət vəkilinin qənaətincə, bu məsələ ona hətta şərh verməyin çətin olduğu dərəcədə qəlizdir: “Çünki bu tipli məsələlərin taleyi şəxsən ölkə başçısının istəyindən asılıdır”.Politoloq Qabil Hüseynli isə bir qədər fərqli düşünür. O, Heydərovun baş nazir olması yolunda nə bir maneənin, nə də ona problem yarada biləcək alternativin olmadığı qənaətindədir.Amma burada bircə nüans var ki, onun lap yaxın ətrafı bütün məclislərdə cənab Heydərovun sağlığına gələcək dövlət başçısı kimi badə qaldırır...
44,546
18.12.2008 02:52
Gündəm
VASİF TALIBOV TELEVİZİYANI DA İNHİSARA ALIR
Dünən Naxçıvandakı mənbələrimizdən aldığımız xəbərə görə, əslində şəhərin görkəminin korlanması barədə deyilənlər bəhanədir: “Söhbət ondan gedir ki, ətraf aləmdən demək olar ki, tam təcrid olunmuş naxçıvanlılar obyektiv informasiyanı məhz peyk antenaları vasitəsilə alırdı. Görünür, ”xan" həzrətləri Naxçıvanı çörəksiz, işsiz, hüquqsuz qoyduğu kimi, indi də xəbərsiz qoymaq istəyir".Mənbənin dediyinə görə, Naxçıvanda çanaq antena qadağasının arxasında əslində iki məqam dayanır: “Artıq Naxçıvan şəhərində respublikanın ali rəhbərliyinin inhisarında olan kabel televiziyası fəaliyyətə başlamaq ərəfəsindədir. Bölgədə əksər adamların çanaq antenalarından istifadə etdiyini bilən yerli məmurlara indi məlum olub ki, bu gedişlə uğur qazana, kütləvi pul yığa bilməyəcəklər. Ona görə də bu addımı atmaq məcburiyyətində qalıblar. Bundan başqa, bu cür antenalarla dünyanın minlərlə telekanalını izləmək mümkündürsə, kabel televiziyası ilə məhdud, özü də təklif olunan kanallara baxmaq olur. Böyük ehtimalla gələcək müştərilərə siyasi, informatik verilişlər yayımlayan telekanallar yox, şou-əyləncə proqramları ilə zəngin paket-kanallar təqdim ediləcək”.Qaynağımızın dediyinə görə, əslində muxtar respublikada peyk antenaları hələ xeyli əvvəl, özü də bütün respublika üzrə ildırım sürəti ilə yığışdırılmalı imiş. Buna səbəb il yarım əvvəl Vasif Talıbovla bağlı Türkiyə telekanallarında yayımlanan reportajlar olub. Həmin vaxt türk kanallarından biri Bakıda bir türk iş adamının başına gələnlər, onun Talıbov tərəfindən müflis edilməsi, hətta həyat yoldaşını belə qurban verməsi barədə süjetlər və xəbərlər verirdi. Türk telekanallarının həmin xəbər və reportajlarını isə çanaq antenaları vasitəsilə bütün muxtar respublika sakinləri seyr edirdi. Bütün bunlar isə Naxçıvanda az qala “toxunulmaz müqəddəs” imici ilə tanınan Talıbova bərk təsir etmişdi. Görünür, indi “xan” həm peyki “nəzarətə alaraq” para qazanmağa, həm də hansısa növbəti qabaqlayıcı tədbirlərə hazırlaşır.
44,547
18.12.2008 02:19
Yazarlar
ŞAH DÖVRÜNƏ QAYIDIŞ
Çətini bu təşəbbüsün hansısa formada Milli Məclisin gündəliyinə salınmasıdır. Bu “xeyir iş” baş verən kimi minimum 100 deputat növbəyə duraraq, təklifi dəstəkləyəcək. Yarış başlayacaq. Hamısı eyni şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulmuş məhdudiyyətin antidemokratik maddə olduğunu iddia, hətta “sübut” edəcək.Bənzər çıxışlar artıq gündəmi başına götürüb. Siyavuş Novruzov Əli Əhmədova ötürmə edir, o, Mübariz Qurbanlıya, Qurbanlı Ziyafət Əsgərova, o da başqalarına. Hiss olunur ki, bu, deputatlar səviyyəsində ortaya atılan layihə deyil, buna ali sarayda rüsxət və göstəriş verilib. Əlbəttə, prezident seçkilərindən cəmi iki ay sonra hakim partiyanın, hakimiyyət komandasının 5 il sonrakı seçkilərin dərdini çəkməsi çoxlarına qəribə görünə bilər. Ancaq bu, faktdır. İqtidar adamları o qədər dünyagirdirlər ki, hakimiyyətlərinin əbədi olmasını istəyir, uzaq perspektivləri düşünürlər. Onlar qorxurlar ki, 5 ildən sonra meydana bütün hakimiyyət komandasını öz ətrafında birləşdirən siyasi fiqur çıxara bilməsinlər və nəticədə rəqiblərə uduzsunlar. Bu da real məsələdir. Doğrudan da bu gündən baxanda İlham Əliyevdən başqa hakimiyyət komandasını öz ətrafında birləşdirən ikinci bir siyasi xadim yoxdur. Bu posta gizli iddialılar olsa belə, onlar öz komanda yoldaşları tərəfindən də qəbul edilmirlər. Aralarında sırf merkantil, korporativ maraqlara söykənən ziddiyyətlər olan bu şəxslər eyni tavan altında yaşayan və bir-birinə bədxahlıq edən şəxslərdir. 2013-cü ilə qədər onların arasındakı ziddiyyətlər daha da böyüyəcək, açıq düşmənçilik səciyyəsi alacaq.Bunu hamı, hətta Siyavuş Novruzov da bilir. Ona görə də saray əyanları, o cümlədən mövcud rejimdən barınanların hamısı nəinki demokratik prinsipləri, eləcə də konstitusiyanın təməl maddələrini pozmaq, ona düzəlişlər edərək öz arzularına uyğunlaşdırmaq təşəbbüsü göstərirlər. Əli Əhmədovun parlamentin plenar iclasında səsləndirdiyi təklifin mayası bundan ibarətdir.Bəs doğrudanmı bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan konstitusiya yasağı antidemokratikdir?Dünyanın bütün demokratik ölkələrinin əsas qanunlarında yer alan bu yasaq bir gündə, hansısa siyasi qrupun arzusu kimi ortaya çıxmayıb. Dövlətin qanunlar və ədalət çərçivəsində idarə edilməsinin bütün forma və metodlarını incələyən filosoflar, siyasətşünaslar, siyasətçilər, tərəqqipərvər ziyalılar uzun müzakirələrdən, ölçüb-biçmələrdən sonra bu qərara gəliblər ki, diktaturanın qarşısını məhz həmin senzin tətbiqi ala bilər. Başqa sözlə, ölkələrin konstitusiyalarındakı müvafiq qadağa yalnız və yalnız diktatorlara, diktatura yaratmaq meyllərinə qarşıdır. Burada heç kəsin hüququnun məhdudlaşdırılmasından söhbət gedə bilməz. Bir adam öz ideya və laihələrini həyata keçirmək üçün iki müddət (on il - orta ömrün 7-də biri) əldə edir və bu, ona bəsdir. Bundan artığına isə onun tamahı olsa belə, yaradıcı fəaliyyət göstərməsinə enerjisi çatmaz.Bu məsələdə xalqın hüququnun pozulmasından söhbət salmaq isə sadəcə boşboğazlıqdır. Əksinə, xalq dövlət başçılarının tez-tez dəyişməsində maraqlıdır. Çünki bu qayda inkişafa təkan verir, “qoca kötüklər”in yaranmasına, “köhnə qurd”ların çoxalmasına imkan vermir. Dünyanın ən inkişaf etmiş ölkəsi olan Yaponiya dünyada ən çox və tez-tez baş nazir dəyişən ölkəsidir. Bu ölkədə ən çox hakimiyyətdə olan baş nazir cəmi 6 il dövləti idarə edib. Bu baxımdan eyni şəxsin istədiyi qədər dövlət başında qalması barədə təşəbbüslərin diktatura yaratmaq cəhdindən başqa adı yoxdur. Və bu, heç də dövlətin tərəqqisi, xalqın rifahı ilə bağlı istək deyil. Əksinə, belə bir ideyanın reallaşması Azərbaycanı orta əsr padşahları dönəminə qaytarmaq, feodal-patriarxal ənənələri bərpa etmək demək olacaq. Keçilmiş yola dönmək, geriyə qayıtmaq nə vaxtdan inkişaf və tərəqqi əlaməti sayılır? Xalid KAZIMLI
44,548
18.12.2008 02:22
Yazarlar
CAHANGİR ƏSGƏROVUN 500 MİN DOLLARLIQ TAPANÇASI
Bəs eyni hal bizdə baş verəndə nə olur?Bəribaşdan deyim ki, dost-tanış yanında həmin məmurun “blatı” bir az da artır, hamı onun ürəyigenişliyindən, əliaçıqlığından, səxavətliliyindən danışır. Başqa imkanlı məmurlar həmin adı çıxan həmkarları ilə sanki yarışa girirmişlər kimi, məşhur dostlarına daha bahalı hədiyyələr verirlər. Azərbaycanda məmurun milyonlarla dəyəri olan mülklərinin, 500 yüz min dollarlıq maşınının olması, hansısa müğənniyə 100 min dollarlıq avtomobil verməsi, kiminsə ad günü üçün bir ətək pul xərcləməsi qəbahət, yox prestij sayılır. Həmin məmur topa tutulmur, hamı onun qəhrəmanlığından dəm vurur. Normal ölkədə məmurun belə əməllərdən çıxması təkcə həmin şəxsin yox, bütövlükdə onun təmsil olunduğu hakimiyyət komandasının adına ləkə gətirir; hətta elə olur ki, bütöv bir hökumət istefaya gedir. Bu yaxınlarda Türkiyədə AKP-dən olan deputatlardan birinin adı rüşvət qalmaqalında hallandığına görə, cəmiyyət bütövlükdə Ərdoğan hökumətini qınadı, ittiham etdi və baş nazir müşaviri olan həmin millət vəkilini istefaya göndərdi. Hələ mən Avropanın inkişaf etmiş ölkələrini demirəm, keçmiş SSRİ respublikalarında da bununla bağlı xeyli nümunə var.Bir neçə il əvvəl Estoniyanın daxili işlər nazirinin qayınanası şənbə günü nazirin avtombilindən istifadə etmişdi. Bu məsələ mətbuata çıxandan sonra nazir and-aman elədi ki, qayınanasını bağa aparmaq üçün benzini öz halal pulu ilə alıb, hökumətin verdiyi benzindən istifadə etməyib. Amma kimiydi onun sözünə qulaq asan. Naziri necə tənqid atəşinə tutdularsa, yazıq istefa verməli oldu.Amma indi görün, Rusiyada yaşayan “AST Telman” ləqəbli iş adamının ad günündə ona üstü brilyant qaşlarla bəzədilmiş tapança hədiyyə edən “AzAL”ın prezidenti Cahangir Əsgərova gözün üstdə qaşın var deyən olacaqmı. Kimsə soruşacaqmı ki, ay Cahangir Əsgərov bu 500 min dolları hardan almısan? Axı 5 il heç nə yeyib-içmədən maaşını üst-üstə yığsan belə, bu 500 min dolları eləmir?Bəs hardan alıb bu qədər pulu? Hələ bu bir məmurun bir dostuna etdiyi bir hədiyyəyə verdiyi puldur. “Qurdlar vadisi” serialında Çakırın qumarxanasının açılışında iştirak edən yeraltı dünyanın ünlü simaları açılış münasibətilə qumarxanaya pul verirlər. 125 milyard dollara malik olan konsey üzvlərinin verdiyi ən yüksək məbləğ 300 min dollar olur. İndi təsəvvür edin, Azərbaycandakı “Qurdlar Konseyi” üzvlərinin nə qədər pulu var ki, onların verdiyi ad günü hədiyyəsinin dəyəri 500 min dollardı. Cahangir Əsgərov kimi məmurlar bu ölkədə onlarla, yüzlərlədi. Onlar bir-birinə nəinki yarım milyon dollarlıq tapança, hətta tank, top da bağışlaya bilərlər. Kimsə onlardan hesab sormayacaq. Heç kim deməyəcək ki, bu, pullar hardandı, niyə belə harınlıq edirsiniz? Amma bu, nə vaxta kimi davam edəcək, bunu da heç kim deyə bilməz. Ölkəni çapıb-talayan məmurların da hesab verəcəkləri bir gün gələcək. Ən azı ortada Əli İnsanovun, Fərhad Əliyevin və digərlərinin timsalında xeyli nümunə var. Günlərin birində “AzAL” prezidentinin də bu şan-şöhrəti AZALacaq. Zabil MÜQABİLOĞLU
44,549
18.12.2008 02:24
Ölkə
QƏDR-XUMLA BAĞLI BAYRAM TÖRƏNİ KEÇİRİLDİ
Rəvayətlərə görə, Məhəmməd Peyğəmbər (s.ə.s.) son Həcc ziyarətindən qayıdarkən Qədr-Xum adlanan yerdə hamının dayanması və gedənlərin də qayıtması barədə göstəriş verir. Hamı zehnində həzrətin məqsədini düşünüb tapmağa çalışır. O zaman vəhy mələyi Cəbrayılın nazil olub çatdırdığı əmr belə idi: “Ey Peyğəmbər! Öz Rəbbin tərəfindən sənə nazil olanı (camaata) çatdır. Çatdırmasan, Allahın risalətini (sənə verilmiş Peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan (onların şərindən) qoruyacaq”.Məhəmməd Peyğəmbər (s.ə.s.) camaata Əli ibn Əbu Talibin onun qardaşı, vəlisi və canişini, ondan sonra imam olduğunu söyləyir: “O, Allah və Peyğəmbərdən sonra sizin rəhbərinizdir”. Nitqindən sonra o, Əlinin əlindən tutub qaldırır və hamının eşitdiyi uca səslə deyir: “Mən hər kəsin mövlası və ixtiyar sahibiyəmsə, Əli də onun mövlası və ixtiyar sahibidir”.“Həmin gün Qurani-Kərimin “Maidə” surəsinin 3-cü ayəsinin açıq bəyanı ilə bu gün “Dinin ikmal olduğu, kamil duruma yetişdiyi gün, İslamın din olaraq ilahi razılıq həddinə çatdırılması” kimi yüksək epitetlərlə səciyyələndirilib. Bu bayram İslamın digər bayramları ilə həmahəng çıxır və onları tamamlayan səciyyə daşıyır".Bu sözləri ilahiyyatçı alim, İçərişəhər Cümə məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu deyir. Onun sözlərinə görə, iftar vermək, acları və imkansızları doyuzdurmaq, səliqəli və təmiz olmaq, təzə geyim geymək, möminlərlə görüşmək, görüşəndə əl vermək, qarşılıqlı mehriban olmaq şadlıq zəminələri icad etməkdir ki, bütün bunlar mübarək Qədr-Xum bayramında günün əməlləri sırasına daxildir.Qeyd edilən sonuncu əməllə bağlı dünən Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin təşkilatçılığı ilə paytaxtın uşaq əyləncə mərkəzlərinin birində azyaşlılar üçün tədbir keçirildi. Mərhələlərlə olmaqla tədbirə 100-dək uşaq qatılmışdı. Tədbirin təşkilatçısı Hacı İlqar İbrahimoğlu adətən bayramların rəsmi keçməsi üzündən uşaqların sıxıntı yaşadığını nəzərə alıb onlar üçün xüsusi vaxt ayırmağı vacib saydı: “9 ildir bu bayram qeyd olunur. Belə tədbirlər həm də uşaqların milli-dini ruhda tərbiyəsinə xidmət edir. Uşaqların erkən yaşlarından kompyuter qarşısında oturub oyunlar oynamasındansa, bu cür əyləncələrə cəlb olunması daha faydalıdır. Türkiyədə uşaqlar arasında keçirilən sorğu nəticəsində məlum olub ki, onların 60 faizi böyüyəndə ”hörümçək-adam" olmaq istəyir. Bu da öz növbəsində onların birtərəfli inkişafına gətirib çıxarır. Böyüyəndə başqaları ilə ünsiyyət qurmaq onlar üçün problemə çevrilir və bunun sonu mənfi hallara gətirib çıxarır".Hacı İlqara görə, belə tədbirlərdə uşaqlar ünsiyyət və şadlanmaq mədəniyyəti öyrənir. İki saata yaxın müddətdə əylənən uşaqlar Azərbaycanın himnini oxudu. Onlarla dini mövzuda söhbətlar edildi. Sonda “Fərəc” duası oxundu və uşaqlara hədiyyələr paylandı.
44,550
18.12.2008 02:25
Ölkə
“AKİF NAĞI HƏBS EDİLMƏLİDİR”
Hüquq müdafiəçisi Səidə Qocamanlı isə bildirdi ki, problemlərlə yanaşı, 2008-ci ildə atılan bəzi müsbət addımlar da olub: “Bu il Azərbaycan parlamentində ”İşgəncələr əleyhinə konvensiya" ratifikasiya edilib. Bundan əlavə, Zahidov qardaşları atalarının yas mərasimi ilə əlaqədar qısa müddətə azadlığa buraxıldı ki, bu da tərəfimizdən təqdir olundu. Hüquq- müdafiə təşkilatlarının Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlığının davam etdirilməsini də müsbət hal kimi qiymətləndiririk. Ancaq insan haqları ilə bağlı ciddi problemlər qalır. Avropa Şurası qarşısında Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilmə səviyyəsi yüksək deyil".Arzu Abdullayeva isə 2008-ci ilin prezident seçkilərinə toxunaraq bildirdi ki, seçki ərəfəsi vəziyyət beynəlxalq standartlara cavab verməyib: “Azərbaycan bu seçkilərə taleyüklü problemlərlə gedib və təəssüf ki, həmin problemlər seçkidən sonra da həll edilməmiş qalmaqdadır. Seçkidə klassik müxalifətin iştirak etməməsi seçkinin alternativsiz keçirilməsinə gətirib çıxarıb”. Tədbirdə Avropa Məhkəməsinə jurnalistlərin problemlərilə bağlı şikayətlərin göndərilməsindən də danışıldı. Qeyd edildi ki, orada baxılan və Azərbaycan dövlətinin əleyhinə çıxarılan qərarlar hüquq müdafiəçilərini narahat edir. Onların fikrincə, belə problemlərin Azərbaycan daxilində həlli üçün hər kəs səy göstərməlidir. Hüquq müdafiəçisi Səadət Bənənyarlı ölkədə vətəndaşların sərbəst toplaşmaq azadlığının təmin olunmamasına toxundu: “Vətəndaşlara kütləvi aksiyaların keçirilməsinə şərait yaradılmır. Bu il bir neçə dəfə ”Dalğa" gənclər hərəkatı və müsavatçı gənclərin keçirdikləri aksiyalarda iştirakçılar saxlanılaraq polis məntəqələrinə aparılıblar. Yalnız müdaxilədən sonra azad olunublar. Aksiyalara ayrılan yerlər vətəndaşların etirazlarının cəmiyyətə çatdırılması üçün əlverişli məkanlar olmadığından, onlarla aksiyalar keçirilməyib. Azərbaycanda ən ciddi, aktual məsələlərdən biri və bəlkə də birincisi söz və mətbuat azadlığının acınacaqlı durumda olmasıdır. Siyasi məhbus problemi həllini tapmayıb. Onlardan 4-ü jurnalistdir. Elmar Hüseynovun qətlindən bir neçə il keçməsinə baxmayaraq, hələ də cinayətin üstü açılmayıb, cinayətkarlar cəzalandırılmayıb".Tədbirdə həmçinin Azərbaycanda sosial hüquqların pozulması hallarının artan istiqamətdə inkişaf etdiyi vurğulandı. Millətin gələcəyi üçün iki ən mühüm sahədə - təhsildə və səhiyyədə korrupsiyadan danışıldı. Təqaüdçülərin problemlərinə də toxunuldu. Media Hüquqları Mərkəzinin sədri Mətanət Müslümqızı isə neft gəlirlərindən böyük məbləğlərdə vəsaitlər daxil olsa da, vətəndaşlarımızın iqtisadi səfalət içərisində yaşamasından danışdı. Sonda hüquq müdafiəçiləri QAT sədri Akif Nağının qəzetimizin köşə yazarı Zamin Hacıya əl qaldırmasını yolverilməz sayan bəyanat verdilər. Onların fikrincə, A.Nağı buna görə həbs edilməlidir.
44,551
18.12.2008 02:25
Mədəniyyət
XALQ ARTİSTLƏRİ BİR-BİRİNİ SİYASİ RİYAKARLIQDA SUÇLADI
“Flora Kərimovanın kaftar, marazmatik uydurmaları mənim heç vecimə də deyil. Lakin o, arsızcasına yalan danışır. Əgər baş vermiş hadisələr onun dediyi kimi olsaydı, əgər o, məni təhqir edib yanındakı əldən düşmüş qoca mənə əl qaldırsaydı, indi Kərimova müsahibə verə bilməzdi, çünki artıq reanimasiyada olacaqdı. Həyat ona heç nəyi öyrətmədi, görünür, o, döyülməyə alışıb! Mən onun kimi əqidəsiz yelqovan-flyuqer deyiləm. Mən haqqımı yerdə qoymaram”- deyə F.Ağayev bildirib.F.Ağayevin bu fikirlərinə biganə qalmayan xalq artisti Flora Kərimova isə APA-ya deyib ki, Əli Mirəliyevlə olan skandalın onunla Faiqin qalmaqalına çevrilməsinə təəccüblənir: “Niyə Əli Mirəliyevdən soruşmurlar ki, bu qalmaqal haradan başlayıb, necə olub? İş ki qaldı onun dediyi kimi qoca, marazmatik olmağıma, övladlarımın məni atıb xaricə getməklərinə... Mənim oğlum da, qızım da xaricdə ailə, övlad sahibidirlər. Sən burada övladsız, ailəsiz, adın dillərdə əzbər, özünü nüfuzdan sala-sala durmusan. Adam da özünə bu boyda pislik edər? Mənim xəstə gözümdən danışırsan, sənə elə sənin əməllərini bir xeyli saya bilərəm. Sinəni silikonlamısan, guya ”nakaçat" eləmisən. Camaat bir-birinə dəymişdi, aləm sənə gülürdü. Qaşını alıb botoks elətdirmisən, o qədər gözə çarpır ki, utandığından eynəksiz gəzə bilmirsən. Üzünün dərisini dartdırmısan, bircə boyuna gücün çatmır. Klinikaya gedib ayaqlarını dartışdırırdın ki, boyun heç olmasa bir santimetr uzun olsun. O da alınmadı, dodaqlarını şişirdib, burnunu o qədər əməliyyat etdirmisən ki, jurnallar səni ələ salır. Hansı canınla sən Əli Mirəliyevə hədə-qorxu gəlirsən?"F.Kərimova siyasi əqidəsi ilə bağlı deyilənlərə də münasibət bildirib: “O da ustadır, İlhamə kimi əzbərləyib bu sözləri... Məni məcbur edirlər, deyim ki, təki hər kişi mənim əqidəmin, iradəmin sahibi olaydı. Mənim gözümün qabağında İsa Qəmbərə yaltaqlanan sən Faiq deyildin? Mənim yanıma düşüb onun 40 illik yubileyində oxuyan və şərəfinə sağlıq deyən sən Faiq deyildin? Hər dəfə görəndə Əli Kərimlinin qabağına qaçıb əlini bərk-bərk sıxan sən Faiq deyildin? Yoxsa qulağına xəbər çatmışdı, gələcəyini təmin edib sığortalamaq istəyirdin? Xarici səfirliklərin bayramlarında oxuyanda hamının gözünün qabağında qollarını açıb İsa bəyi öpən sən deyildin? Yenə soruşuram, onda sən hansı əqidənin sahibisən?”
44,552
18.12.2008 02:34
Siyasət
“ÖMÜRLÜK PREZİDENTLİK İDEYASI DEMOKRATİYANIN DƏFNİ DEMƏKDİR”
“Son günlər Yeni Azərbaycan Partiyasının rəhbərliyinə daxil olan şəxslər ölkədə bir şəxsin dalbadal iki dəfədən artıq prezident seçilməsini qadağan edən konstitusiya maddəsinin dəyişdirilməsi ilə bağlı təkliflər irəli sürüblər. Artıq parlamentin son iclasında sözügedən partiyanı təmsil edən deputatlar tezliklə həmin məsələ ilə bağlı referendum keçirilməsini təklif ediblər. Bu təklifin xeyli sayda iqtidar deputatları tərəfindən dəstəklənməsi, parlament rəhbərliyinin təklifi tezliklə müvafiq komissiyalarda müzakirə edib növbəti iclasın gündəliyinə çıxarılması ilə bağlı fikirləri sübut edir ki, əslində göstəriş ən yuxarı səviyyədə verilib və bu antidemokratik təklif tezliklə referenduma çıxarılacaq”.Sənəd müəlliflərinin fikrincə, bütün bunlar iqtidarın ölkədə monarxiya qurulması istiqamətində növbəti biabırçı addım atmağa hazırlaşdığını göstərir: “Belə bir addımın gerçəkləşməsi ölkəni tam fəlakətə sürükləyəcək, onun olan-qalan beynəlxalq nüfuzuna sarsıdıcı zərbə vuracaq. Sözdə demokratiya quruculuğundan, ölkənin Avroatlantik məkana inteqrasiyasından dəm vuran hakimiyyət bu hərəkəti ilə bir daha özünün əsl simasını növbəti dəfə açıb göstərdi.Müsavat Partiyası İlham Əliyev və onun ətrafının bu cür addımlarını ölkənin geriyə - feodalizm dövrünün qayda-qanunları ilə idarə edilməsinə sürüklənməsinə yönələn biabırçı fakt kimi qiymətləndirir və onu qətiyyətlə pisləyir". Bəyanat bu sözlərlə bitir: “Biz bütün nüfuzlu beynəlxalq təşkilatları, Azərbaycanda həqiqi demokratik cəmiyyət quruculuğunu istəyən mərkəzləri Əliyev rejiminə qarşı indiyə kimi sərgilədikləri loyal münasibətin fəsadlarını obyektiv qiymətləndirməyə və əllərində olan bütün təsir mexanizmlərindən istifadə edərək ölkədə demokratiyanın birdəfəlik dəfn olunmasına yol verməməyə çağırırıq. Ölkədə fəaliyyət göstərən bütün müxalifət qüvvələrinə, ictimai-siyasi təşkilatlara, ziyalılara, bütövlükdə Azərbaycan xalqına müraciət edərək onları bu müdhiş planın həyata keçirilməsinə qarşı birgə mübarizə aparmağa çağırırıq”.
44,553
18.12.2008 02:36
Siyasət
ÖMÜRLÜK PREZİDENT MƏSƏLƏSİ BU GÜN KOMİSSİYALARA ÇIXARILIR
Qeyd edək ki, parlamentin srağagünkü iclasında YAP-ın icraçı katibi, deputat Əli Əhmədov təmsil olunduğu partiya adından bu barədə məsələ qaldırıb və müxalifətçiləri çıxmaq şərtilə, əksər deputatlar onun təşəbbüsünü müdafiə edib. Spiker Oqtay Əsədov isə öz çıxışında məsələ ilə bağlı konkret mövqe açıqlamasa da, təklifi komissiyalara təqdim etməyi və onların məruzəsi dinlənildikdən sonra parlamentin məsələyə qayıtmasını mümkün sayıb. Bu mənada komissiyaların məsələyə müsbət rəy verəcəyi və YAP-ın təklifinin Milli Məclisin sabahkı toplantısına çıxarılacağı istisna olunmur. Məsələ ilə bağlı Milli Məclisin mətbuat xidmətinə müraciət etdikdə komissiyaların iclasının keçiriləcəyi təsdiqləndi. Ancaq mətbuat xidmətindən gündəlik verilmədiyi üçün müzakirə olunacaq mövzudan xəbərsiz olduqları bildirildi.Milli Məclisin İnsan haqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova da APA-ya açıqlamasında məlumatı təsdiqləyib. R. Aslanova deyib ki, iclasda həmçinin konstitusiya islahatları ilə bağlı irəli sürülən digər təkliflərə də baxılacaq. Yekunda təkliflər konkretləşdirilərək Milli Məclis rəhbərliyinə təqdim olunacaq.
44,554
18.12.2008 02:36
Gündəm
KONSTİTUSİYA DƏYİŞİKLİKLƏRİNİN ARXASINDA QARABAĞA TƏHLÜKƏ VAR?
Bəzi müşahidəçilərinə görə, əslində prezident seçilməklə bağlı dəyişikliklərin arxasında Qarabağın təsliminin reallaşdırılması niyyəti dayanır. Azərbaycanda yenicə prezident seçkilərinin keçirildiyini və növbəti seçkiyə hələ 5 il müddətin qaldığını əsas gətirən bəzi ekspertlər YAP-ın tələsik bu məsələni gündəmə gətirməsində başqa məramın olduğunu güman edirlər. Ehtimal olunur ki, əslində konstitusiyaya edilən təklif yalnız prezidentlik məsələsi ilə əlaqədar olmayacaq. Təkliflər paketi içərisində Dağlıq Qarabağda referendum keçirilməsi ilə bağlı təklifin olacağı da söylənilir. Ayrı-ayrı mənbələrin məlumatına görə, hakimiyyət prezidentlik məsələsini xüsusi qabartmaqla referenduma təklif edəcəyi taleyüklü məsələdən diqqəti yayındırmaq niyyətindədir. Xatırladaq ki, Dağlıq Qarabağda referendumun keçirilməsi ilə bağlı razılaşmanın olması barədə zaman-zaman danışılıb. Amma rəsmilər bunu təkzib edərkən ölkə konstitusiyasında bunu yasaq edən maddənin olmasını önə çəkiblər. Xüsusilə də son zamanlar ermənilərlə “pislikləri unutmaq”la bağlı razılaşmasının əldə olunmasından danışılması konstitusiya düzəlişlərinə gediləcəyi narahatçılığını doğurur. Digər versiyaya görə, Konstitusiya dəyişiklikləri ilə bağlı YAP-ın təklifi əslində dövlət başçısı İlham Əliyevin hakimiyyətin ötürülməsi ilə əlaqədar planlarını önləmək niyyəti güdür. Belə ki, hazırda mövqe sahibi olan hakim partiya təmsilçiləri və ayrı-ayrı məmurlar İ.Əliyevdən sonra prezident seçiləcək istənilən şəxsin komandasında yer almayacaqlarını göz önünə gətirdiklərindən hazırki dövlət başçısının prezidentlik müddətinin uzadılmasını istəyirlər. Sülh və Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev burda yalnız bir məqsədin olduğunu güman edir: “Məqsəd Azərbaycanda sülalə rejimini qanuniləşdirməkdir”. E.Mehdiyev düşünmür ki, referenduma Qarabağla bağlı məsələ də çıxarıla bilər: “Çünki buna ehtiyac da yoxdur. Mövcud rejim üçün Qarabağın heç bir əhəmiyyəti yoxdur. Məsələ bu rejimi qoruyub saxlamaqdır və bunun üçün nə lazım olarsa, etməyə hazırdırlar. Digər tərəfdən, Dağlıq Qarabağın statusu referendumla müəyyən olunmayacaq. İki dövlət başçısı arasında status razılaşdırılandan sonra məsələ səsverməyə çıxarılacaq. Heç konstitusiya düzəlişinə də ehtiyac duymayacaqlar. Deyəcəklər ki, bu, referendum deyil, sadəcə, səsvermə, yaxud rəy sorğusudur. Onu istədikləri kimi interpritasiya edə bilərlər. Sadəcə, razılaşdırılmış statusu sonda xalqın rəyi kimi də qiymətləndirə bilərlər. Daha Azərbaycanın tərkibində qalıb-qalmamaq barədə referendum keçirməyəcəklər”. Konfliktoloq Arif Yunusun da fikri budur ki, əsas niyyət İlham Əliyevin ömürlük prezident olmasını qanuniləşdirməkdir: “Yəni Azərbaycanda ikinci Belarus hakimiyyəti formalaşdırılır. Burda ayrı qaranlıq məqamlar yoxdur. Azərbaycan açıq-aşkar avtoritar dövlətlərin yolu ilə gedir. Necə ki, Rusiyada konstitusiya düzəlişləri etdilər. Lukaşenko bunu çoxdan edib”. Ekspert Dağlıq Qarabağla bağlı məsələnin referenduma çıxarılacağına inanmadığını bildirdi: “Qarabağ probleminin həlli məsələsi uzun çəkən prosesdir. İnanmıram ki, yaxın vaxtlarda nəyəsə nail olmaq mümkündür. Çünki burda hər şey tək Azərbaycandan asılı deyil. ABŞ və Rusiya arasında rəqabət var və onların yaxın zamanlarda bir mövqedən çıxış edəcəyinə inanmıram. Referendum keçirməklə bunlar yalnız istəyirlər ki, hakimiyyəti əldə saxlasınlar”. Ola bilərmi ki, hakimiyyət ömürlük prezidentlik məsələsinə göz yumulmasının müqabilində Dağlıq Qarabağı güzəştə getsin? A.Yunus: “Artıq Qərbdə çoxdan belə fikrə gəliblər ki, MDB ölkələrində bir-iki dövlət istisna olmaqla digərlərində demokratik proseslər olduqca pis vəziyyətdədir. Onlar hesab edirlər ki, Azərbaycan kimi ölkələrdəki durum cəmiyyətin, xalqın səviyyəsini göstərir və demokratiya bunlar üçün tezdir. Düzdür, imkan daxilində bu ölkələrin xalqlarına bəyanatlar səviyyəsində dəstək verəcəklər. Ancaq onlar üçün əsas odur ki, bu hakimiyyətin sayəsində enerji resursları Qərbə çatsın”. A.Yunus gündəmə çıxarılan təşəbbüsdən İ.Əliyevin xəbərsiz olduğuna inanmadığını söylədi: “Məncə, artıq qeyri-rəsmi səviyyədə hər şey həll olunub və bu müzakirələr formal xarakter daşıyacaq. Hələlik ölkə ictimaiyyəti və beynəlxalq aləmin reaksiyasını öyrənirlər. Amma artıq proses başlayıb”.
44,555
18.12.2008 02:21
Yazarlar
QANUNLARIN TƏRBİYƏSİ
Siyasi partiyalara dövlət yardımı haqda payızda söhbət düşmüşdü, iqtidardan kimsə demişdi ki, pulu yeni və konstruktiv müxalifətə, bütün seçkilərə “ləbbeyk” deyibən qatılan kəslərə ayırmaq gərəkdir. O zaman siyasi şərhçi Hüseynbala Səlimov “Azadlıq” radiosunda şedevr bir cümlə işlətmişdi: “Hakimiyyət partiyalara körpü, yeraltı keçid gözüylə baxır, elə bilir ki, pul qoymaqla partiya yaratmaq mümkündür”.İndi mən Səlimovdan yararlanaraq qeyd edim ki, ölkədə konstitusiya da körpü və keçid günündədir. Ziya Məmmədov hansı ağılla yol çəkir, adam və maşın keçməyən yerdə körpü tikirsə, hakim partiya da eynilə konstitusiyaya əl gəzdirir. Məsələn, Bakıda yaşayan hər kəs bilir ki, yolların təmiri, babatlaşdırılması prezidentə uyğun, onun hərəkət qrafikinə nəzərən aparılır. Özbəkistanda yalnız prezident İslam Kərimovun istifadə etdiyi, başqa şəxslərin buraxılmadığı xüsusi “Prezident yolu” var. Yaxın zamanlarda bizim prezidentin də eynən bu cür yolu olacaqdır. Bəlkə siz Heydər Əliyev prospektinin, aeroport yolunun özəl təmirinin, hər tərəfdən hasar və baryerlərlə çəpərlənməsinin xalqın mənafeyi üçün olduğunu düşünürdünüz? Yoxdur belə şey. Bizdə xalqın mənafeyi ancaq hakimiyyətə sərfəli konstitusiya düzəlişləri etmək lazım gələndə dillərdə dastan olur.Böyük səs-küy salıblar. Bütün yappərəstlər guya xalqın bir şəxsin iki dəfədən çox prezidentliyinə qadağanı ləğv üçün səsvermə keçirilməsini tələb etdiyini söyləyir. (Əcaib cümlə oldu, bağışlayın, amma suç məndə deyil - durum özü əcaibdir). Əslində xalq nəinki bir şəxsin neçə dəfə prezidentliyi, heç Konstitusiya və seçki haqda da düşünmür, qəti narahat deyil. Builki prezident seçkilərində camaatı zorla, hədə-qorxu ilə, onbaşı və minbaşılarla güc-bəla məntəqələrə dartırdılar. Əgər xalqın referenduma çıxarılmasını istədiyi məsələ varsa, bu, qətiyyən seçkilərlə bağlı deyil. Xalq benzinin qiymətini salmağa, yaxud bu ölkədən hamılıqla çıxıb getməyə böyük məmnuniyyətlə səs verərdi. Siz elə bilirsiniz Elçin Quliyevin rəhbərlik etdiyi Dövlət Sərhəd Xidməti bizi xarici təhlükələrdən qoruyur? Əksinə, sərhəd çəkiblər ki, camaat tamamilə qaçmasın.Bizim konstitusiya həm də Bakı şəhərinə oxşayır. Onu təkrar-təkrar, eninə-uzununa qazırlar, divarlarını qaşıyır, kanalizasiya lyuklarının qapağını oğurlayır, Baş Planını vecə almadan kefləri istəyəni yapırlar. Bizim konstitusiya plansız, qaydasız, ənənəsiz bir zaddır. Onun üstünə qoyulan keşikçi - Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev də eynilə Bakının icra başçısı H.Abutalıbov kimi gözüqıpıq, səlahiyyətsiz, hökmsüz bir zatdır. Görürsünüz, konstitusiyanı dəyişmək istəyirlər, ancaq heç Abdullayevin fikrini soruşan yoxdur. Guya soruşulsa nə deyəcək? Çətin ki, onun mövqeyi konyuktur sovet rəssamı, Azərbaycan türkcəsində kəlmə bilməyən, amma xalqın adından qırıldadan Tahir Salahovdan fərqlənə.Mən düşünürəm ki, təhsil qanunu konstitusiyaya baxanda min dəfə dayanıqlı, dəyişməz, stabil qanundur. 15 ildir onu dəyişmək, yenisini yazmaq istəyirlər, di gəl alınmır. Biz təhsil haqda qanunu konstitusiya yerinə işlətsək, daha abırlı olar.Azərbaycanda uşaq-qanunların işlək olmamağı, bir növ dəcəllik eləməyi də bu səbəbdəndir. Ana Qanun - Konstitusiya il uzunu özünə əl gəzdirməklə, manikür-pedikürlə məşğuldur, gözəllik salonundan çıxmır. Nəticədə uşaqlara baxan olmur, tərbiyə pozulur. Zamin HACI
44,556
18.12.2008 02:24
Yazarlar
BAŞLADI!
Niyə axı? Bəs pullar necə oldu? Axı iqtidar mənsubları bir neçə ildir bəyan edir ki, bizim pulumuz çoxdur. Bəs hanı bu pullar? Analoqu olmayan iqtisadi inkişaf, ÜDM-in artma sürətinin dünyada liderliyi, bölgənin favoriti və s. bu kimi ibarələrdən bizə nə qaldı?Hökumətin pensiya planlarının dəyişməsi ilə bağlı Səlim Müslümovun keçirdiyi mətbuat konfransını tam dinləmək qismət olmadı, amma televiziyaların verdiyi qədər onun çıxışı ilə tanış oldum. Müslümov yeni qərarı əsaslandırmağa çalışırdı, çox şeyi də düz deyirdi, amma danışdıqca istər-istəməz ölkədəki iqtisadi durumun qədərincə ağır olduğunu etiraf etməli olurdu. Uğursuz iqtisadi siyasət üçün bundan yaxşı ifşa ola bilməzdi.Cənab Müslümov deyir ki, onlar növbəti ildə əməkhaqlarının artacağını güman edərək gen planlar düşünüblərmiş, amma gələn il əməkhaqları artmayacaq. Gələn ilin mənzərəsini bundan yaxşı necə təsvir etmək olar? Yeni ildə nəinki pensiyaçıları, hətta işləyənləri də yaxşı günlər gözləmir. Bu cür proqnozu biz deyəndə etiraz edirlər ki, guya İlham Əliyevin uğurlarını gözümüz götürmür.Etiraf edim ki, Müslümovu bir neçə dəfə diqqətlə dinləmişəm, şəxsən mənə savadlı və bacarıqlı bir adam təsiri bağışlayıb. Hiss olunur ki, işini pis bilmir və hər halda, normal mətbuat konfransı keçirə bilir. Mənə gülməyin, elə nazirlər var ki, dili söz tutmur. Öz işindən danışa bilmədiyi üçün dərhal tərifləməyə və yaltaqlanmağa başlayır. Müslümov bizi aldatmağa çalışır ki, ölkədə ucuzlaşma gedib və ona görə pensiyaların artırılmasına ehtiyac yoxdur. Hanı ucuzlaşma? Dünyada benzinin, dizelin qiymətini salırlar, bəs siz niyə bunu etmirsiniz? Bu hakimiyyətin gücü gözünü pensiyaya dikmiş qocalara çatır!Bunun əvəzinə əsl gerçəkləri etiraf etmək lazımdır. Etiraf edilməlidir ki, biz yanlış bir siyasətin qurbanı olmuşuq. Neftin ucuzlaşması ilə qeyri-neft sektorunun inkişaf etdirilmədiyi ölkə iqtisadiyyatının ağır durumu üzə çıxıb və Azərbaycan qaçılmaz çətinliklərlə üzləşib. Dünya maliyyə böhranı yaranmış durumun səbəbi deyil. Bu böhran sadəcə neft pulları ilə gizlədilən ağır problemlərin üzə çıxmasına yardım edib. İndiki durumun həqiqi izahı ondan ibarətdir ki, qiymətin enməsi ilə neft iynəsinə oturmuş ölkədə çətinliklər və acılar qaçılmaz olub. Onları gizlətmək artıq mümkün deyil.Pensiyalarla bağlı durum başlanğıcdır. Kəmərləri çox sıxmalı olacağıq. Nefti satıb talayan hökumətin uğursuzluğu tam sübut olundu. Maraqlıdır ki, hökumətin sosial müdafiə siyasəti dəyişir, amma bunu Sosial Müdafiə Fondu kimi bir icra orqanı həyata keçirir. Ölkə rəhbərinin izahı hanı? Baş nazir, sosial müdafiə naziri, parlament niyə susur? Bu, nə oyundur?!
44,557
18.12.2008 02:39
Gündəm
“VƏLİ KİÇİK ELÇİBƏYİ YENİDƏN HAKİMİYYƏTƏ GƏTİRMƏK İSTƏYİRDİ”
Belə əmrin verilməsinə səbəb isə iş adamının Azərbaycanda o vaxtkı prezident Heydər Əliyevin devrilməsi planına maliyyə dəstəyi verməkdən imtina etməsi olub. Qəzetin “Üzeyir Qarihə yaxın mənbəyə” istinadən yazdığına görə, iş adamı “Ergenekon” təşkilatına müntəzəm olaraq maliyyə yardımı göstərirdi. Həmin mənbə “Ergenekon”un 1995-ci ildə Azərbaycanda çevriliş edərək Əbülfəz Elçibəyi yenidən iqtidara gətirməyi planlaşdırdığını, lakin Qarihin bu plana maliyyə dəstəyini çəkdiyini və nəticədə onun öldürülməsi əmrinin verildiyini iddia edib. Üzeyir Qarih 2001-ci il avqustun 25-də İstanbuldakı məzarlıqlardan birini ziyarət edərkən Yener Yenmez adlı narkoman tərəfindən bıçaqlanaraq öldürülüb. İstintaqın versiyasına görə, Yenməz ondan pul istəyib, lakin iş adamı verməyincə bıçaqlanıb. Lakin qəzetin istinad etdiyi mənbə bildirir ki, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin qohumu olan Vəli Kiçik başda Rusiya və Azərbaycanın bir sıra keçmiş sovet respublikalarında “Alarko” holdinqin ixrac əməliyyatlarını himayə edirdi. Bu himayənin əvəzində Qarih “Ergenekon”a müntəzəm olaraq maliyyə yardımı edib.Bildirilir ki, bu yardımlar müəyyən mərhələdən sonra ciddi ölçülərə çatıb, nəticədə Üzeyir Qarihin yəhudi ortağı İshaq Alatonla onun arasında problem yaranıb. Bu yardımlara qarşı çıxan Alatonla münasibətlər gərginləşəndən sonra Qarih “Ergenekon”a maliyyə yardımını kəsib. Həmin vaxtlarda təşkilat Azərbaycanda böyük əməliyyat hazırlayırdı. “Ergenekon” prezident Əliyevi devirib Elçibəyi yenidən hakimiyyətə qaytarmaq istəyirdi. “1993-cü ildə hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılan Elçibəy Vəli Kiçiyin qohumu idi. Bu işi ən çox Vəli Paşa istəyirdi. Çünki təşkilatın Azərbaycandan ciddi gəliri var idi və bunun davamını təmin etmək üçün nəsə etməliydi. Hətta Vəli Paşa Azərbaycanda Elçibəydən istifadə edərək hakimiyyəti ələ keçirmək, istefaya getdikdən sonra Bakıya yerləşmək istəyirdi” - deyə qəzet yazır. Daha sonra deyilir ki, həmin planları icra etmək üçün Vəli Kiçik bir çox iş adamlarına, o cümlədən Qarihə “əlinizi cibinizə atın” xəbəri göndərib. Ancaq Qarih Kiçiyin adamı vasitəsilə ona xəbər göndərib ki, artıq təşkilata pul verməyəcək. Bununla da onun ölümünə sərəncam verilib.Qəzet yazır ki, həmin vaxt “Ergenekon” təşkilatına adını verən türk ordusunun polkovniki Necabəddin Ergenekon Adıyaman bölgəsində jandarma alayının komandiri idi. Azərbaycandakı çevriliş planını isə İstanbuldan o idarə edirmiş. Lakin Türkiyənin o vaxtkı prezidenti Süleyman Dəmirəl bu planla bağlı Heydər Əliyevi məlumatlandırıb, nəticədə plan pozulub. Məqalədə daha sonra bu çevriliş planı ilə bağlı detallara yer verilir: “1995-ci ilin mart ayında Abdulla Çatlı və Susurluq qəzasından sonra adı ön plana çıxan xüsusi təyinatlı polislərdən qurulan komanda Azərbaycana getdi. Xüsusi təyinatlılar Azərbaycanda çevriliş edəcək qruplara silah və bomba təlimləri verirdi. Heydər Əliyevi devirib yerinə Elçibəyi gətirmək üçün hər cür hazırlıq görülmüşdü. Ancaq Dəmirəlin Əliyevi xəbərdar etməsiylə plan son anda pozuldu. Çevriliş planında iştirak edən ”OMON" birliklərinə xüsusi təyinatlı qüvvələrin zabiti Korkut Eken, İbrahim Şahin və Abdulla Çatlının təlim keçdiyi bildirilir. Çatlı, Eken və Ayhan Çarkından ibarət qrupun mart çevriliş planından 3 ay əvvəl Azərbaycana getdiyi deyilir. Onlar “OMON” birliklərinə təlim keçdilər. Ovaxtkı xüsusi təyinatlı əməliyyatlar idarəsinin rəisi İbrahim Şahin isə Rövşən Cavadovun dəvəti ilə daha sonra Bakıya gedib və orada xüsusi təyinatlıların OMON birliklərinə verdikləri təlimlərə qatılıb. Xüsusi təyinatlıların Bakıya gedərkən özləri ilə böyük miqdarda partlayıcı götürdükləri də iddia edilir".Bildirilir ki, Üzeyir Qarihi öldürən Yenmezin “Ergenekon” işi üzrə həbsdə olan, ovaxtkı alay komandiri, istefada olan polkovnik Fikri Karadağın əsgəri olduğu da üzə çıxmışdı. İddialara görə, o, istintaqa verdiyi ifadədə iş adamını bəzi güclərin təhdidləri ilə öldürdüyünü deyib, lakin detalları açıqlamağa cəsarət etməyib. Məhkəmədəki son sözündə isə o, “bu cinayət həmişəlik qaranlıq qalacaq” deyib. “Yeni Şafak”ın yazdıqlarını genişləndirən digər iqtidar qəzeti “Zaman” isə iş adamının yaxınlarından birinə istinadən Qarihin polis formasında olan iki şəxs tərəfindən öldürüldüyünü iddia edib. Qəzet Qarih ailəsinin dostu olan Doğan Kasadoğluna istinadən yazıb ki, iş adamını “Ergenekon”un öldürməsi haqda deyilənlər doğrudur.Qeyd edək ki, Türkiyə iqtidarındakı qüvvələrə bağlı media neçə vaxtdır ölkənin yaxın tarixinin az qala bütün qaranlıq cinayətlərini “Ergenekon”un və onun liderlərindən biri olaraq təqdim edilən Vəli Kiçiyin adına yazıb. Üzeyir Qarih cinayəti ilə bağlı iddialar da bu çərçivədən sayıla bilər. Bu yazıda Azərbaycanın yaxın tarixi ilə bağlı məqamlar da olduğuna görə diqqəti daha çox cəlb edir. 1995-ci il mart hadisələri haqda məlumatlı olanlar təsdiq edir ki, həmin hadisələrdə Türkiyə xüsusi xidmət orqanlarının əli olub. Lakin söhbət Türkiyənin Azərbaycanda iqtidar daxilində yaranmış ziddiyyətlərdən öz maraqları üçün istifadə məsələsindən gedə bilərdi və birmənalı olaraq Ankaranın planlaşdırdığı dövlət çevrilişi haqqında danışmaq düzgün deyil. Həmin hadisələrin baş verdiyi vaxtda Vəli Kiçik və Türkiyədəki digər millətçi, Azərbaycanı sevən qüvvələr ölkəyə leqal və ya qeyri-leqal yollarla hərbi yardımlar edib və edə bilərdi. O cümlədən türk xüsusi təyinatlılarının Azərbaycanın silahlı qüvvələrinə, habelə OMON birliklərinə təlim verməsi də bu sıradandır. Çünki Azərbaycan erməni işğalı ilə üzləşərək çox ağır duruma düşmüşdü. Lakin göründüyü kimi, Türkiyədə müəyyən çevrələr Azərbaycana türk silahlı qüvvələrinin o vaxt etdiyi yardımları başqa səmtə yozur.İki gün əvvəl məhkəmədə ifadə verən Vəli Kiçik isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək bunları Atatürk cümhuriyyətini aradan qaldırmaq istəyən, silahlı qüvvələri nüfuzdan salmağa çalışan qüvvələrin qurduğu tələ adlandırıb. Türkiyə mətbuatı Vəli Kiçiyin məhkəmədə oxuduğu 3 saat yarımlıq ifadəsindən bəzi maraqlı məqamları dərc edir. “NTV” telekanalının xəbərinə görə, Vəli Kiçik ifadəsində deyib ki, onun həbsi ən çox erməniləri sevindirib: “Mən Azərbaycanın 17 faiz ərazilərinin işğal olunduğunu, ermənilərin bu torpaqları tərk etməli olacağını dediyim üçün həbs olunmuşam. Atatürkün izində olduğum, Atatürk və türk milliyyətçisi olduğum üçün buradayam. Əgər soyqırımdan söhbət gedirsə, bunu 1992-ci ildə ermənilərin azəri türklərinə qarşı törətdiyini dediyim üçün həbsdəyəm. Mən həbs ediləndə erməni televiziyalarında şənliklər təşkil olundu. Bu mənə çox toxundu. Məni türk məhkəməsi mühakimə edəcək. Asılsam da qəbulumdur. Amma ermənilər şənlik təşkil edə bilməz. Buradan ya tam bəraət alıb çıxacağam, ya da yox olmalıyam”.
44,558
18.12.2008 02:38
Ölkə
ŞƏHİD ÖVLADLARINA MƏNZİL QADAĞASI
“Qanunda göstərilir ki, şəhid ailələri ər və arvad hesab olunur. Yəni xanım şəhid olubsa, onun əri, kişi şəhid olubsa, xanımı şəhid ailəsi statusu alır. Eyni zamanda 18 yaşına çatmayan övladlar şəhid ailəsi sayılır. Yəni şəhidin övladı 18 yaşına çatanda artıq şəhid ailəsi kimi statusunu itirir. Yalnız bir istisna var ki, şəhid övladı əyani şəkildə orta, ya ali təhsil alarsa, 23 yaşına qədər bu staj uzadılır. Bu məsələ 8-10 il əvvəl aktual deyildi. Çünki artıq zaman keçdikcə şəhid övladlarının da yaşı artır. Yəni 1992-93-cü illərdə 4-5 yaşı olan uşaq artıq 18 yaşını tamamlayıb. Yəni onlar bu gün dövlətin verdiyi güzəştlərdən istifadə edə bilmir”.Q.Paşayeva şəhid ailələri üçün mənzillərin tikildiyini və növbə ilə onlara mənzil paylandığını xatırlatdı. Qeyd etdi ki, gənc 18 yaşında mənzil növbəsinə dayana bilir: “Amma 18 yaşı tamam olan şəhid övladları artıq bu hüququ itirmiş olurlar”. Bu mənada deputat şəhid övladlarına tətbiq edilən yaş limitinin aradan qaldırılmasını təklif etdi: “Təsəvvür edin ki, şəhidin xanımı olan bir qadın 4-5 uşaqla qalıb, çətinliklə övladlarını yaşada bilib. Təbii ki, şəhidin xanımı bu vəziyyətdə onların mənzil şəraitini yaxşılaşdıra bilməz. Övladlar 18 yaşını bitirdiyi üçün mənzil almaq hüququ yalnız həmin qadına düşür. Mənzilin kvadrat metri isə övladların sayına görə şəhid ailəsinə verilir. Övladların yaşı onları statusdan məhrum etdiyi üçün ailə kiçik bir otaqda məskunlaşmaq məcburiyyətində qalır. Bu mənada qanunvericilik dəyişməli, şəhid övladları ömrü boyu şəhid ailəsi statusuna malik olmalıdır”.Millət vəkili qeyd etdi ki, bu, həm də vətənpərvərliyin təbliği baxımından bizimçün önəmlidir: “Bizim torpaqlarımız işğal altındadır və o torpaqların azadlığına nail olmalıyıq. Bizim gənc nəsil görməlidir ki, şəhid olan insanın övladı ömrünün sonuna qədər belə yüksək statusa malik olacaq və imtiyazlardan da bəhrələnə biləcək. Ona görə də qanundan ”18 yaş" ifadəsini çıxartmalıyıq. Nəzərə almaq lazımdır ki, son illər dövlətin imkanları artdıqca şəhid ailələrinə mənzillər tikilməyə başlayıb. Bu səbəbdən 18 yaşına çatan şəhid övladının mənzil hüququndan istifadə etməməsi ədalətli deyil. Unutmaq olmaz ki, hər keçən ay o hüquqdan istifadə edənlərin sayı azalır".Deputat qanunun yaratdığı digər problemə də toxundu: “Şəhid ailəsində həm ata, həm də ana dünyasını dəyişibsə və uşaqlar da 18 yaşını keçibsə, o zaman mənzil almaq imtiyazı onlara şamil olunmur. Belə olan təqdirdə şəhid övladı bütün ömrü boyu şəhid ailəsi statusuna malik olmalıdır”. Q.Paşayeva bu barədə Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də danışdığını və onların qanuna dəyişikliklərin əleyhinə olmadıqlarını bildirdi: “Ona görə də biz məsələni parlamentdə qaldırdıq. Bundan sonra rəsmi şəkildə də həm parlamentin müvafiq komissiyalarına, həm də müvafiq icra qurumlarına müraciət edəcəyik”.
44,559
18.12.2008 02:39
Güney hadisələri
“ŞAHNAZ QULAMİNİN HƏBSİNƏ ETİRAZ SƏSİMİZİ QALDIRMALIYIQ”
Qeyd edək ki, Müsavat Partiyasının Divanı da soydaşımızın azadlığa buraxılması tələbi ilə çıxış edib. Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli isə Milli Məclisin son iclasında bu barədə çıxış edərək parlamenti azərbaycanlıların taleyinə biganə qalmamağa çağırıb: “Azərbaycanın güneyində, İran adlanan ölkədə yaşayan soydaşlarımıza qarşı repressiya heç bir vaxt bu parlamentin tribunasından böyük həyəcanla səslənməyib. Doğrudur, bununla bağlı ayrı-ayrı deputatlar, Müsavat deputat qrupu çıxış edib, fikirlərini bildirib. Amma referendum təklifi verən hakim partiyanın nümayəndələri çox təəssüflər olsun ki, o tayda yaşayan 40 milyondan artıq soydaşımızın taleyinə çox biganə yanaşır. Son dövrlər ordakı soydaşlarımızın həbsi, ordakı basqılar, tutqular diqqətdən kənarda qalıb”. Millət vəkili qeyd edib ki, üç qardaş - Qulamrza, Kərim və Səfər Əmanilərin müəmmalı şəkildə avtomobil qəzasına salınaraq öldürülməsi və bu məsələnin ETTELAAT tərəfindən həyata keçirildiyini iddia eləyən jurnalist Şahnaz Qulaminin həbs olunmasına da reaksiya verilmir: “Dünyada yaşayan soydaşlarımız onun müdafiə komitəsinin yaradılmasında dəstək istəyiblər. Biz də bu məsələyə öz etiraz səsimizi qaldırmalıyıq. Artıq İsveç Xarici İşlər Nazirliyi, isveçli xanım millət vəkili Amineh Kakabaveh bu məsələ ilə bağlı müraciət edib. Mən də Müsavat deputat qrupu adından bu basqıların dayandırılmasını tələb edirəm. Eyni zamanda təklif edirəm ki, parlament bu məsələyə münasibət bildirsin”. Əlavə edək ki, A.Səmədbəyli deputat qrupu adından bu çıxışı edərkən həm Müsavat Divanının qərarına, həm də xaricdə yaşayan soydaşlarımızın çoxsaylı müraciətlərinə istinad edib.Qeyd edək ki, İsveç Xarici İşlər Nazirliyi deputat A.Kakabavehin müraciətinə əsasən İrana jurnalistin azad olunması ilə bağlı müraciət edəcəyini vəd edib. İsveçdə fəaliyyət göstərən Azər Cəmiyyəti və Güney Azərbaycan Milli Hərəkatının xanım fəalı Şahnaz Qulaminin Hüquqlarını Mudafiə Komitəsinin səyləri nəticəsində Güney Azərbaycan məsələsi İsveç parlamentinin deputatlarının diqqətinə çatdırılıb. Elşad PAŞASOYDüzəlişQəzetimizin dünənki sayında millət vəkili Arzu Səmədbəylinin YAP-çı deputat Əli Əhmədovun konstitusiyaya düzəlişlə bağlı təklifinin müzakirəsi zamanı bu təklifə dəstək verdiyi bildirilib. Əslində isə bu, redaksiyanın yol verdiyi texnik xətadır. Başqa sözlə, A.Səmədbəyli həmin təklifi nəinki dəstəkləməyib, hətta onun əleyhinə çıxıb. Bu yanlışlığa görə oxuculardan və millət vəkilindən üzr istəyirik.
44,560
18.12.2008 03:44
Dünya
ƏRƏB DÜNYASINDA QƏHRƏMANA ÇEVRİLƏN MÜNTƏZİR ƏZ-ZEYDİ 15 İL HƏBS CƏZASI ALA BİLƏR
“O an düşünməyə fürsət olmadı, çünki üstümə gələn ayaqqabılardan xilas olmağa çalışırdım. Bu, mənim prezidentlik karyeram boyu rastlaşdığım ən qəribə hadisədir. Mən demokratik İraqda azad mətbuatın suallarını cavablandırmaq üçün mətbuat konfransına çıxmışdım. Amma o dəliqanlı qalxıb ayaqqabılarını mənə atdı. Bu, özünü ifadə etməyin fərqli və ilginc yoludur”.Məlumatlara görə, Müntəzir əz-Zeydi artıq məhkəmə qarşısına çıxarılıb. Məhkəmə onun barəsində aparılan təhqiqatın başa çatdırılmasına qədər jurnalistin həbsdə qalmasına qərar verib. İraqın yüksək məhkəmə instansiyasının sözçüsü Əbdülsəttar Birqədir deyib ki, jurnalist dövlət başçısının həyatına sui-qəsd cəhdi ittihamı ilə üzləşə və ona 15 il həbs cəzası verilə bilər. İraqın Daxili İşlər Nazirliyinin rəsmisi isə əz-Zeydinin xarici ölkə liderinə qarşı təhqir maddəsi ilə mühakimə edilə biləcəyini, bu maddə üzrə ona ən uzağı 2 il həbs cəzası verilə biləcəyini bildirib. Xəbər verildiyi kimi, jurnalist saxlanılarkən xəsarətlər alıb, onun qabırğalarından ikisi və əli sınıb, sifəti isə əzilib. Ağ Evin rəsmi nümayəndəsi, insident zamanı gözünün altı əzilən Dana Perina isə deyib ki, Buşa ayaqqabı atan jurnalistlər bağlı qərar vermək səlahiyyəti İraq məhkəməsinin və liderlərinin əlindədir. Perina prezidentin əz-Zeydiyə qarşı kini olmadığını da bildirib. Ərəb dünyasında isə Buşa ayaqqabı atan jurnalist əsl qəhrəmana çevrilib, hər gün onun dəstəklənməsi üçün İraqda və başqa ərəb ölkələrində müxtəlif aksiyalar təşkil olunur.
44,561
18.12.2008 02:50
Gündəm
“NEFT DÜŞDÜKCƏ HAKİMİYYƏT DƏ PİS GÜNƏ DÜŞÜR”
“Neft monarxiyaları” kitabının müəllifi Gregory Gause deyib ki, 1980-1990-cı illərdə neftin qiyməti dramatik düşəndə neft hökumətləri də böhran yaşayırdı: “Bu böhran bəzən siyasətin açıq olmasına, bəzən də vətəndaş müharibəsinə aparırdı, məsələn, Əlcəzairdə. Ancaq istənilən halda neftin qiyməti düşəndə böyük neft pulundan asılı olan avtokratik hökumətlər məcbur olub ya siyasi sistemi daha açıq edir, ya da məhv olurlar”.ABŞ-ın Vermont Universitetində çalışan siyasi elmlər professoru Gause hesab edir ki, neftin qiyməti düşəndə Əlcəzairdə sosial narazılıq başladı və əhali azad seçki tələbləri səsləndirdi. Seçkiləri islamçı partiya uddu, hərbçilər müdaxilə edib islamçıları hakimiyyətə qoymadı və vətəndaş müharibəsi başladı. Düzdür, Əlcəzair ekstremal nümunədir, ancaq hökumətin düşdüyü vəziyyəti yaxşı ifadə edir.Madriddəki Demokratikləşmə Proqramının koordinatoru Riçard Youngs isə deyir ki, neftin qiyməti qalxanda gözəl həyat gözləntiləri artır, böhran olanda bu doğrulmayan gözləntilər narazılığa çevrilir. Nəticədə hakimiyyət siyasi islahatlardan qaça bilmir. O, Səudiyyə Ərəbistanı Krallığını misal çəkib sual edir: burada ehtiyatlı siyasi liberallaşma nə vaxt başladı? Neftin qiyməti 90-cı illərdə düşəndə. Youngs bir cəhəti də qeyd edir ki, neft ucuzlaşanda başlanan siyasi islahatlar neft bahalananda dayanmır. Əksinə, cəmiyyət tələb edir ki, neft pullarının xərclənməsi şəffaf olsun. Bu təzyiq son illər Səudiyyə Ərəbistanında həmişə olub. Bu ilin əvvəlində neftin qiyməti yüksək olanda isə Misirdə hökumətə təzyiqlər görünməmiş həddə çatdı. Tələb olunurdu ki, ölkənin neft gəliri daha geniş təbəqələrə və daha çox paylansın.Bəs neftin qiymətinin düşməsi Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi ölkələrə necə təsir edəcək?“Düşünmürəm ki, Mərkəzi Asiyada orta sinif, yəni son illər varlananlar özlərini hökumətə qarşı qoya. Ancaq onlar istərdi ki, ölkədə daha ədalətli hüquq sistemi olsun, onlar nəyəsə pul qoyanda əllərində daha çox təminat olsun, gələcəyi planlaşdıra bilsinlər”- deyə Youngs bildirib. Onun fikrincə, Xəzəryanı ölkələrdə müxalifətin və qeyri-hökumət təşkilatlarının tələb etdiyi aşkarlıq neftin qiyməti düşdükcə daha geniş ictimai dəstək qazanacaq.
44,562
18.12.2008 01:46
Ölkə
ALİMLƏRİN BİNASI TEZLİKLƏ SÖKÜLƏCƏK
Aldığımız digər məlumata görə, hökumət yaxın günlərdə həmin binaların söküləcəyi barədə qərar çıxaracaq. Sökülən binaların yerində isə hündürmərtəbəli yaşayış binaları tikiləcək. Lakin bəzi binaların başqa məqsədlər üçün istifadə olunacağı istisna edilmir. Yeri gəlmişkən, son olaya münasibət bildirən bəzi ekspertlər istismar müddətini başa vurmuş binaların sökülməsini vacib sayıb. Onların sözlərinə görə, artıq həmin tikililərdə istifadə olunan armaturlarda çürümə gedib və nəticədə 50-60-cı illərdə tikilən əksər evlər öz dayanıqlığını itirib. Qeyd edək ki, Naxçıvanski 34-də baş vermiş partlayışın səbəblərini araşdıran komissiya binanın bir hissəsinin çökməsini onun köhnə olması ilə əlaqələndirib. Ekspertlər “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında alimlərə məxsus qəzalı evin sökülməsini də vacib sayıblar. Yasamal rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, yaxın aylarda qəzalı binanın sökülməsinə start veriləcək. Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb.
44,563
18.12.2008 02:51
Yazarlar
AKİF NAĞI ƏKƏ DEYİL
Akif Nağı bu təcavüz faktıyla əslində kimliyini ortaya qoyduğunun fərqində deyil - fərqinə varan belə addım atmazdı. Bilməyənə isə başa salarlar. Belə: “Əkə” - böyük, iri, yekə deməkdir. “Azərbaycan dilinin izahlı lüğəti”nin I cildinin 401-ci səhifəsində “əkə” sözünün məna çalarları göstərilib və sözün arxaikləşməsi müzakirə mövzusu deyil. Ona görə də “əkə” sözünü təhqir kimi qəbul edən şəxsin nəinki qədim, hətta müasir Azərbaycan türkcəsini bilmədiyini qətiyyətlə iddia etmək olar.Deməli, birincisi: Akif Nağı intellekt baxımından problemli adamdır və heç bir halda ziyalı sayıla bilməz. İkincisi, türk düşüncə tərzinə uyğun olaraq özündən böyüyə hörmət əlaməti kimi işlənən “abi” (Anadolu türkləri), “ağabəy” və ya “qağa” (Azərbaycan türkləri) sözlərindən fərqli olaraq “əkə” həm də özündə fiziki və intellekt böyüklüyünü, yekəliyini ehtiva edir.İndi özünüz deyin: Akif Nağı nəyə etiraz edir? “Abi” adlandırılmasınamı? “Böyük” sayılmasınamı? Adam özü israrla böyük, qağa və sair olmadığını sübut etməkdən ötrü dəridən-qabıqdan çıxırsa, biz ona hansı gözlə baxmalıyıq?! 50 yaşını adlayan Akif Nağı iki nəfəri də yanına alıb 35 yaşlı Zamin Hacının üstünə hücum çəkirsə, bunun səviyyəsi haqqında nə söyləmək olar?Akif Nağının fiziki göstəriciləri də “əkə”liyə uyğun gəlmir - boyu çox balacadı, qələm adamının üstünə köməkçiləri ilə gəlməsi isə ciyərinin də boyuna uyğun olduğunun göstəricisidir. O ki qaldı ultrapatriotluğuna, Adam Qarabağ Azadlıq Təşkilatı adında təmtəraqlı və ürəkləri riqqətə gətirən bir təşkilat yaradıb da nə işlə məşğul olur? Bu vaxta qədər Qarabağın azad olunmasıyla bağlı hansı əməli addım atıb? “Qarabağa gedirik” adı altında Bakıdan Bərdəyə qədər yol boyu jurnalistlərə reportaj verə-verə gedib, sonda da “qarşımızı kəsdilər” kimi bəsit və əttökən arqumentlə üstümüzə - Bakıya qayıtmaqdımı patriotluq? Yoxsa səfirliklərin qarşısında yazılmış şüarı tutmağa adam tapmamaqla keçirdiyi “möhtəşəm” piketlərdi? Bir əlin barmaqlarından az adamla beynəlxalq tədbirin keçirildiyi hotelin şüşəsini qırmaq, Bakının göbəyində, 4 milyon türkün içində, telekameraların qarşısında bir erməni dığasını sillələməkdimi patriotizm?Bir-iki erməninin Bakı səfəri gündəmə gələn kimi Akif Nağı ortaya atılır. Adam, sən Bakı Azadlıq Təşkilatısan, yoxsa Bakıda 30 min erməni ailəsinin mövcudluğundan xəbərsizsən? Ümumiyyətlə, Qarabağ Azadlıq Təşkilatı adına iddia edən birisi niyə Qarabağda yox, Bakıda oturub qəzetlərə müsahibə vermək və ağına-bozuna baxmadan azərbaycanlıların barbarlığı haqqında yanlış təsəvvürləri formalaşdırmaqla məşğul olmalıdır? Qarabağın adı indi də qrant yemək vasitəsinə çevrilib? Kimsə kimlərəsə Azərbaycan iqtidarının “qaragüruhdan xali olduğunu” nümayiş etdirmək istəyirsə, bu yöndə ssenarilər qurursa, öz işidir. Ancaq yetişdirilən bu aktyor tələbə yoldaşının ssenarisində “xalq qaragüruhu” rolunu niyə Qarabağ kimi müqəddəs yurdun adından istifadə etməklə oynamalıdır?Bütün dünyada azadlıq təşkilatları işğal olunmuş torpaqlarda əməliyyat keçirdiyi halda Qarabağ Azadlıq Təşkilatının sədri kürsüsünü məşğul edən Akif Nağı bir qarabağlı qəzet müxbirinə qarşı “hücum planı” hazırlayır. Ramanada, müvəqqəti məskunlaşdığı həyətdə iki kvadratmetrlik torpaq üstündə qonşusu və həmkəndlisini qətlə yetirən məcburi köçkünlə Akif Nağının fərqi nə? Elə bu əbləhliklərin nəticəsidir ki, FAT-ın adı gələndə fələstinlilər silahlanır, QAT-ın adı gələndə azərbaycanlılar qımışır. Ermənilərin cəhənnəmə çevirdiyi Qarabağın adına olan təşkilata qarşı “Cəhənnəmə ki!” laqeydliyini yaradan elə akifnağılardır və QAT faktiki olaraq Qarabağın Adına Təhqirdən başqa bir şey deyil.P.S. Yazarkən Akif “əkə”dən icazə almadığımıza görə yəqin ki, adam bizim də üstümüzə qoşun çəkməz.
44,564
18.12.2008 02:50
Gündəm
“ERMƏNİLƏRƏ YALTAQLANAQ” KAMPANİYASI TÜRKİYƏDƏ BÖYÜK ETİRAZLARA SƏBƏB OLDU
“Milliyet” qəzetinin köşə yazarlarından Həsən Pulurun dünənki yazısında deyilir ki, ötən əsrin sonlarında Azərbaycan ərazilərinin 20 faizi ermənilər tərəfindən işğal edilib və milyona yaxın adam evlərindən qaçqın düşüb. Bu gün problem hələ də həll olunmayıb. “Bəs onlara qarşı edilən zülmlərə görə kim üzr istəyəcək?” deyə yazar sual edir.Dekabrın 15-dən İnternetdə başladılan üzr istəmə kampaniyasına artıq 2 mindən çox adamın qoşulduğu bildirilir. Təşəbbüs müəllifləri bu kampaniyanın özəl xarakter daşıdığını və dövlətin rəsmi siyasəti ilə heç bir bağlılığı olmadığını deyirlər. Buna baxmayaraq, MHP başda olmaqla, milliyyətçi çevrələr təşəbbüsə sərt reaksiya verib. Bir gün əvvəl isə Türkiyənin 50-dən çox istefada olan səfiri və diplomatı İnternet vasitəsilə dərc edilən müraciəti pisləyib. Sabiq səfirlər və diplomatlar bəyanat verərək deyiblər ki, milli maraqlar nəzərə alınarsa, üzrxahlıq etmək yanlış və ziyanlı addımdır. Türkiyə prezidenti Abdullah Gül də təşəbbüsə ilk dəfə münasibət bildirib. O, bir qrup Türkiyə ziyalısının ermənilərdən iddia olunan 1915-ci il soyqırımına görə üzr istənilməsi kampaniyasına və keçmiş diplomatların buna qarşı etirazlarına öz münasibəti barədə suala cavab verərkən deyib ki, Türkiyədə fikirlərin açıq ifadəsi mümkündür: “Türkiyədə qruplar və ayrı-ayrı şəxslər bir araya gəlib nə isə müzakirə edə bilərlər. Bu bir müzakirədir və hər kəs tərəfindən izlənilir. Bizim dövlət olaraq məqsədimiz bütün qonşularımızla münasibətlərimizi normallaşdırmaqdır" . Bu yaxınlaradək AKP-nin ikinci adamı hesab edilən, üzləşdiyi korrupsiya qalmaqallarından sonra istefa edən hakim partiyadan millət vəkili Dengir Mir Mehmet Fırat isə kampaniyaya dəstək verdiyini açıqlayıb. Onun sözlərinə görə, üzr istəmək də mədəniyyət göstəricisidir: “Hər bir toplumun keçmişində bu cür hadisələr ola bilər. Ziyalıların başlatdığı kampaniyanı mən normal qarşılayıram. Yəqin bunu tarixçilər zaman içərisində dəyərləndirəcək, ancaq hesab edirəm ki, üzr istəmək özü bir mədəniyyətdir”. Lakin AKP-dən olan digər millət vəkili İbrahim Hasgür təşəbbüsü “xəyanət” adlandırıb və qəti şəkildə pislədiyini deyib. O, bu təşəbbüsün Ermənistanın “Eurovision” mahnı müsabiqəsi üçün Türkiyəyə qarşı təhqirlərlə dolu, dövlət böyüklərinə iftiralar atan mahnı hazırladığı bir vaxtda da qaldırıldığını xatırladıb. CHP-li millət vəkili, istefada olan diplomat Şükrü Elekdağ isə deyib ki, təşəbbüs bütün şəhidlərin ruhuna və türk tarixinə hörmətsizlikdir.
44,565
18.12.2008 00:53
Dünya
SOMALİ QULDURLARI DAHA ÜÇ GƏMİ QAÇIRDI
İndiyədək NATO ölkələri, o cümlədən Rusiya dəniz quldurları ilə mübarizə üçün Somali sahillərinə çoxsaylı hərbi gəmilər göndəriblər. Lakin buna baxmayaraq, sayları bir neçə yüz nəfər olduğu deyilən dəniz quldurlarının Aden körfəzindən keçən ticarət gəmilərinə hücumlarını dayandırmaq mümkün olmur. Bu yaxınlarda ABŞ dəniz quldurlarına mübarizə üçün Somalidə quru əməliyyatının keçirilməsinin vacib olduğunu bəyan edib. Bu ölkədə neçə vaxtdır “Əl-Qaidə”yə bağlı islamçı yaraqlılar mərkəzi hökumətə qarşı silahlı mübarizə aparır. Bəzi məlumatlara görə, dəniz quldurlarının bəzi qrupları onlara bağlıdır.“İnterfaks” agentliyinin xəbərinə görə, NATO ölkələrindən sonra Çin də yaxın zamanlarda Somali sahillərinə dəniz quldurlarına qarşı öz hərbi gəmilərini göndərəcəyini bildirib. Bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında Çinin xarici işlər nazirinin müavini He Yafe məlumat verib. Təhlükəsizlik Şurası dəniz quldurlarının hücumları ilə bağlı Somalidə yaranmış vəziyyəti müzakirə etmək üçün toplaşıb. Çin rəsmisi bildirib ki, onun ölkəsi dəniz ticarətinin təhlükəsizliyini təmin etmək üçün Aden körfəzinə hərbi gəmilər qrupunun göndərilməsini ciddi nəzərdən keçirir. Onun sözlərinə görə, Çin dəniz quldurları ilə mübarizə üçün bölgəyə öz qüvvələrini göndərən digər ölkələrin səylərini də dəstəkləyir. Yafe deyib ki, dəniz quldurluğu Somalidəki dərin siyasi, iqtisadi, humanitar və ictimai böhranın nəticəsidir. Ona görə də bu problemi aradan qaldırmaq üçün beynəlxalq ictimaiyyət kompleks tədbirlər həyata keçirməlidir.Təhlükəsizlik Şurasının iclasında iştirak edən Rusiya xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Somali sahillərindəki dəniz quldurluğuna qarşı dövlətlərin və beynəlxalq təşkilatların fəaliyyətlərinin hüquqi əsaslarını müzakirə edilib. O əlavə edib ki, Somali dəniz quldurlarına qarşı aparılan bütün əməliyyatların BMT Təhlükəsizlik Şurasının nəzarətində olması çox mühümdür. Rusiya xarici işlər nazir BMT-nin dəniz quldurlarına qarşı beynəlxalq əməliyyatın həyata keçirilməsi üçün 12 aylıq mandat verdiyini bildirib. Lakin o, quldurlarla hansı yollarla mübarizə aparılması haqda müzakirələr zamanı söhbət getmədiyini deyib. “Bir həftə əvvəl Somali hökumətindən müraciət daxil olub ki, bu dövlətin ərazi sularında aparılan əməliyyatlarla yanaşı quruda və havada da mümkün fəaliyyətlər imkanı nəzərdən keçirilsin” deyə, Lavrov bildirib.
44,566
18.12.2008 02:46
İqtisadiyyat
NEFT HASİLATI GÜNDƏ 2,6 MİLYON BAREL AZALACAQ
Xəbər verildiyi kimi, OPEK ölkələri neftin ucuzlaşmasının qarşısını almaq üçün hasilatı azaltmağı təklif etmişdi. Təşkilatın toplantısına ilk dəfə ora daxil olmayan ölkələrdən Rusiya və Azərbaycan da dəvət edilib. Rusiyanın energetika nazirinin müavini Sergey Şmatko bildirib ki, onlar hasilatın aşağı salınmasına dair təşəbbüsü dəstəkləyir. S.Şmatko Rusiyanın gündəlik neft hasilatını 300 min barel azaldacağını açıqlayıb.Azərbaycanı toplantıda təmsil edən sənaye və energetika naziri Natiq Əliyev də hasilatın 300 min barel azaldılacağını açıqlayıb. O deyib ki, Azərbaycan hazırda sutkada 840 min barel neft çıxarır. Bu zaman hasilatın sutkada 1 milyon barelə çatdırılma imkanı var. Lakin neftin ucuzlaşdığı bir dövrdə belə addım atmaq dünya bazarında təklifin tələbi daha da üstələməsinə səbəb ola bilər. Ona görə də Azərbaycan gündəlik hasilatı 300 min barel aşağı salmaq barədə qərar verir.Beləliklə, OPEK və bu qurama daxil olmayan Rusiya ilə Azərbaycanın hesabına dünya bazarına gündə indikindən 2,6 milyon barel az neft çıxarılacaq. Dünya bazarına hazırda 27 milyon barel neft çıxaran OPEK hasilatı son illər heç vaxt bu ölçüdə aşağı salmamışdı. Ekspertlərin fikrincə, bu azalma neftin qiymətinin 60-80 dollar arasında qalxmasına səbəb ola bilər. Hazırda neftin bareli 45 dollar həddindədir. Azərbaycan da daxil olmaqla, neft hasil edən ölkələr bu qiymətin iqtisadi baxımdan sərfəli olmadığını bəyan edir. Azərbaycan hasilatı texniki problemlər üzündən onsuz da neçə vaxtdır azaltmışdı və BTC-yə əvvəlkindən iki dəfə az neft vurulurdu.
44,567
18.12.2008 02:53
İqtisadiyyat
DEBÜTOR BORCLAR ƏHALİNİ CANA DOYDURUB
Tələb olunan məbləğ ödənilməsə, Bakı, Sumqayıt və digər regionlarda içməli və texniki su təchizatında problemlər yaranacaq. Nəzərə çatdıraq ki, bu gün təkcə “Azərsu”nun “Sumqayıtelektrikşəbəkə”yə deyil, bir çox dövlət qurumlarının qaza, işığa, suya görə qarşılıqlı borcları var. Əhalinin də “Azərsu”, “Azərenerji”, “Azəriqaz”a borclarının həcmi az deyil. Məlumatlara görə, ümumilikdə dövlət qurumları və əhali kateqoriyasını nəzərə almaqla köhnə borcların həcmi 2,7 milyard manat həcmindədir. Abonentlər qazsız, işıqsız, susuz qala bilər Yeri gəlmişkən, sayğaclaşdırmaya qədər istifadə etdikləri işığın, suyun, qazın pulunu ödəmək üçün əhaliyə bu ilin sonuna qədər vaxt verilmişdi. Hazırda abonentlərdən həmin borcları ödəmələri tələb olunur. Hətta elektron kütləvi informasiya vasitələrində “Azərsu” və “Azəriqaz”ın bununla bağlı xəbərdarlıq reklamları yayımlanır. Bundan əlavə, səhmdar cəmiyyətlərin əməkdaşları mənzil-mənzil düşüb sayğaclaşdırmadan əvvəlki 3-4 ilin borclarını yığırlar. Ödəmək istəməyənlərin isə qazı, suyu, işığı kəsilir. Abunəçilərin iddialarına görə, onlardan işlətmədikləri qazın, suyun və işığın pulu tələb edilir. Səhmdar cəmiyyətlərin əməkdaşları bildirir ki, bu rəqəmlər kompyuterə düşüb, onları silmək mümkün deyil. Amma bununla belə, bəzi hallarda vətəndaşa ödəməli olduğu borcun bir hissəsi güzəşt edilir. Ekspertlərin sözlərinə görə, kommunal xidmət təşkilatları kompyuterə istədikləri borc rəqəmlərini yazıb, insanların bilgisizliyindən istifadə edirlər. Mütəxəssislərin fikrincə, borclar 3 ildən artıq ola bilməz. Məsələn, əgər vətəndaşa 1998-ci ildən bu yana olan borclara dair qəbzlər göndərilirsə, o zaman məhkəməyə müraciət etmək gərəkdir. Nəzərə çatdıraq ki, bu gün təkcə paytaxt əhalisinin “Bakıelektrikşəbəkə” ASC-yə olan borcu 200 milyon manatdan artıqdır. Həmin borcun 50-60 faizi müəssisə, təşkilat və əhali istehlak qruplarınındır. “Azəriqaz”a olan borc isə yarım milyard manata çatmaq üzrədir. “Azərsu” ilə istehlakçılar arasında da borcun həcmi kifayət qədər böyükdür. Ekspertlər deyir ki, qaz və enerji haqlarının yığımına məsul olan qurumlar büdcə qarşısındakı aylıq planlarını yerinə yetirmək üçün əhaliyə göydəndüşmə borc rəqəmləri yazıblar. Daha sonra isə bunu sənədləşdiriblər. O da bildirilir ki, bu gün vətəndaşların böyük qismi cari olaraq istifadə etdiyi qaz, işıq və digər kommunal xidmətlərin dəyərini ödəyir. Onlar üçün ən böyük problem ödənilməsi tələb edilən “ölmüş borclar”dır. “Ödənilməlidir, vəssalam!” Aidiyyəti dövlət qurumları isə ödənişin obyektiv qaydada aparıldığını bəyan edir. “Azəriqaz”dan bildirilir ki, abunəçilər elektrik enerjisinə görə borclarını tam ödəməlidirlər. Bu sahədə onlara hansısa güzəştlərin edilməsi, borcların silinməsi qanunauyğun deyil. Qeyd olunur ki, əvvəlki normaları indiki sayğacın göstəriciləri ilə müqayisə etmək düzgün olmaz: “Çünki sayğac olmayan vaxtlarda müəyyən olunmuş normadan çox da qaz işlədən vardı, az da. Bu, nisbidir. Təbii ki, sayğaclaşmadan sonra qaz sərfi azalır. Çünki əhali sayğacın sərfiyyatını izləyir”.“Azərsu” Səhmdar Cəmiyyətinin də köhnə borclara münasibəti eynidir: “Ödənilməlidir, vəssalam. Çünki bu borclar sayğaclar qoyulmamışdan əvvəl müəyyən olunmuş standart normadır”. Maliyyə amnistiyası niyə olmur? Prezident seçkiləri ərəfəsində hökumət maliyyə amnistiyasına getməklə illərdir davam edən bu debütor borc problemini həll etmək istəyirdi. Hətta köhnə borcların silinməsi məsələsi Nazirlər Kabinetində müzakirə də olunmuşdu. Lakin son anda “Azəriqaz” belə bir qərarın qəbuluna qarşı çıxdı. O zaman bildirilirdi ki, Səhmdar Cəmiyyət köhnə borcların silinməsində maraqlı deyil. Çünki “Azəriqaz”ın xüsusən Bakı şəhərində aldığı qazın minimum 30 faizi qeydiyyatda olmayan mənzillərə, kənd təsərrüfatı məhsulları yetişdirilən parniklərə verilir. Nəticədə təxminən 30 faiz qaz “itir”. Köhnə borclar silinərsə, praktiki olaraq “Azəriqaz” büdcə qarşısında öhdəliklərini yerinə yetirə bilməyəcəkdi. 100 faiz verilən qazın dəyərinin də 100 faiz büdcəyə ödənilməsi tələb edilir. Qurum məhz büdcə qarşısında öhdəliklərini müəyyən qədər yerinə yetirmək üçün köhnə borcların alınmasını həyata keçirir. Nəticədə vətəndaşlardan, hüquqi şəxslərdən aylıq olaraq borcların bir hissəsini ödəmək tələb edilir. Qeyd olunurdu ki, “Azərsu” da belə bir layihənin qəbulunun əleyhinə çıxıb. Hər iki qurumdan fərqli olaraq “Azərenerji” köhnə borcların silinməsini məqsədəuyğun hesab edirdi. Çünki bu halda "Azərenerji"nin sistemi daha yaxşı işləyəcəydi. “Azərsu” su sayğaclarının quraşdırılmasını istəmir Yaranmış vəziyyətdən çıxış yolu kimi ölkədə sayğaclaşdırma prosesinin başa çatdırılması görülür. Məhz bundan sonra kommunal borcların amnistiyası haqqında danışmaq mümkündür. Ekspertlərin sözlərinə görə, əks halda, nə qədər ki, sayğaclaşdırma prosesi getməyib, həmin borcların silinməsi qeyri-mümkündür: “Borclar silinəcək, əksinə, müəyyən qrup insanlar üçün sui-istifadə mənbəyinə çevriləcək. Bir müddətdən sonra yenə hansısa borcları gətirib vətəndaşa təqdim edəcəklər. Bunun yeganə yolu həm su, həm qaz, həm də elektrik təsərrüfatında sayğaclaşdırmanın tam başa çatdırılmasıdır”. Yeri gəlmişkən, ölkədə artıq üçüncü sayğaclaşdırma (“smart kart” sayğacları quraşdırılır) prosesi başlasa da, su sayğacları hələ quraşdırılmayıb. Deyilənə görə, “Azərsu”nun özü birbaşa bu məsələdə maraqlı deyil. Çünki sayğacla istifadə edilmiş suya görə az pul ödənilir.
44,568
18.12.2008 02:17
İqtisadiyyat
AZƏRBAYCAN OPEK-in İCLASINA DƏVƏT ALIB
Nazir bildirib ki, OPEK üzvləri gündəlik hasilatı daha 500 min barel azalda biləcəklər. Bununla üzv dövlətlər neftin qiymətini 75 dollaradək qaldırmağı düşünürlər.Nəzərə çatdıraq ki, sammitdə Azərbaycanı müşahidəçi qismində sənaye və energetika naziri Natiq Əliyev təmsil edir.N.Əliyev “RİA Novosti” agentliyinə verdiyi açıqlamasında Azərbaycanın dünyanın əsas neft istehsalçısı olan dövlətlərə dəstək məqsədilə gündəlik neft ixracını 300 min barel azalda biləcəyini deyib. N.Əliyevin sözlərinə görə, bu qərar OPEK-in eyni addım atacağı təqdirdə mümkün ola bilər. Nazir hazırda Azərbaycanın sutkada 840 min barel neft ixrac etdiyini bildirib: “Ölkənin gündəlik neft ixracını 1 mln. barelədək artırmaq imkanı var. Lakin dünya bazarında müşahidə olunan qiymətlər fonunda hasilatın artırılması son nəticədə bazarda təklifi daha da artıra bilər”.Qeyd edək ki, Azərbaycanın OPEK-in qərarını dəstəkləyəcəyi istisna olunmur. Sənaye və Energetika Nazirliyinin adının çəkilməsini istəməyən rəsmisinin APA-ya verdiyi məlumata görə, hazırda Azərbaycan neft ixracını yarıbayarı azaldıb. Azərbaycanın OPEK-in təklifi ilə razı olduğunu deyən nazirlik rəsmisi neft ixracının daha 15 faizədək azaldılmasının mümkün olduğunu vurğulayıb.Xatırladaq ki, Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinə vurulan neftin gündəlik həcmi 468 min barel azaldılıb. “BTC Co” şirkəti bu addımı Azərbaycanın neft hasilatını azaltması ilə əsaslandırıb: “Azərbaycan tranzit daşıma problemləri ilə əlaqədar dekabrda gündəlik 781 min barel neft hasilatını yanvarda 586 min barelə endirəcək. Bununla da gələn ay Ceyhan limanında tankerlərə planlaşdırıldığından 213 min barel az neft yüklənəcəyi gözlənilir”.“bp-Azərbaycan” şirkətindən isə APA-ya bildirilib ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda istismar olunan “Mərkəzi Azəri” platformasının avqust ayından işini dayandırması (qaz sızması səbəbindən) hasilatın azalmasına təsir göstərib. Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban bizimlə söhbətdə dedi ki, Bakı-Tiflis-Ceyhan neft kəməri avqustun 6-da partladılan zaman Azərbaycanda neft hasilatı 750 min barel azaldılmışdı: “Çünki bp şirkəti ancaq ”Çıraq"da neft hasil edirdi. Ancaq fakt budur ki, sentyabrın 17-dən Mərkəzi-Azəri platforması işləmir. Oktyabrda Qərbi-Azəri işə salınandan sonra oradakı hasilat 320 min barel aşağı düşüb. “BTC Co” şirkətinin açıqlamasına görə, ABƏŞ onlara sifariş verib ki, yanvar ayında Bakı-Tiflis-Ceyhanla maksimum 586 min barel neft göndəriləcək. Bu isə o deməkdir ki, Mərkəzi-Azəri platforması yaxın vaxtlarda işə düşməyəcək. Hansı kı, Dövlət Neft Şirkətinin rəsmisi platformanın noyabrın 15-nə bərpa ediləcəyini, sonradan isə dekabrın sonuna qədər bərpa olunacağını söyləmişdi. bp-nin bu günə qədər susması da ona dəlalət edir ki, həmin platformada vəziyyət heç də ürəkaçan deyil. Bu səbəblərlə də çox güman ki, gələn ilin birinci rübündə Mərkəzi-Azəri platformasında neft hasilatı bərpa edilməyəcək. Yəni faktiki Natiq Əliyevin dediyi kimi, 300 min barel deməkdir". Nazirin “hasilatı 540 minə sala bilərik” söyləməsinə gəlincə, İ.Şaban bildirdi ki, bu, reallıqdan uzaqdır: “Ona görə ki, əgər bp şirkəti ancaq Bakı-Ceyhan üzrə 586 min barelə razılıq verirsə, tutaq ki, Mərkəzi-Azəri platforması 600 min barel hasil edir, bəs Dövlət Neft Şirkətinin özünün də hasilatı var axı? Neft Şirkəti quruda hasilatla məşğul olan şirkətlərlə gündə 170 min barel neft hasil edir. Azərbaycanda ”Şahdəniz"in koldensatını da üzərinə gəlsək real hasilat bp ilə birgə maksimum göstəricidə 775-780 min barel olacaq. Təbii ki, Natiq Əliyev burada yəqin ki, ixracı nəzərdə tuturdu. O ixracla 600 min barel özünü doğruldur". Azərbaycanın OPEK-in iclasına qatılmasının ölkəmizə divident qazandırdığını deyən İ.Şaban qeyd edir ki, Azərbaycan ilk dəfə olaraq neft ixracı dövlətləri təşkilatının toplantısına dəvət alır: “Bununla özünün dünya neft siyasətində təsdiqləyici rolunu göstərir. Energetika nazirinin də bildirdiyi kimi, dünyada neft qiymətlərinə təsir etmək üçün yardımçı qismində iştirak edir”. İ.Şaban qonşu Qazaxıstanın Azərbaycandan daha çox neft hasil etməsinə baxmayaraq, OPEK-in toplantısına dəvət almadığını vurğuladı: “Yəqin ki, bu həm də onunla bağlıdır ki, Qazaxıstanın ümumiyyətlə dünya bazarına çıxışı ancaq Azərbaycan, Rusiya, İran və Çin üzərindəndir”. İqtisadçı-ekspert 2009-cu il üçün ölkədə neft hasilatının 60-61 milyon proqnozlaşdırıldığını xatırlatdı: “İnanmıram ki, Mərkəzi-Azəri platforması bir il boş dayansın. Əgər nəzərə alsaq ki, birinci rüb hasilat olmayacaq, o zaman 4,5 milyon ton az neft istehsal olunacaq. Məsələn, bu il də ölkədə nəzərdə tutulmuşdu ki, ilk dəfə 50 milyon neft hasil edilsin. Ancaq reallıqda maksimum hasilat 45-46 milyon civarında olacaq”. İ.Şaban OPEK-in dünya hasilatında kvotasının 27,3 milyon barel olduğunu dedi. Hasilat 2 milyon düşəndən sonra bu rəqəm 25,3 milyon olacaq. Bu isə dünya neft hasilatının 30 faizini təşkil edəcək.
44,569
18.12.2008 02:55
İqtisadiyyat
ÇİNLİLƏR İNDİ DƏ ÖLKƏMİZDƏ PİVƏ İŞİNƏ GİRİŞİR
Tikinti rəisi Oruc İsayev isə bildirib ki, mütəxəssislər yüksək səviyyədə işləyirlər. Hələlik 70 ton xammal gətirilib.Xatırladaq ki, bir müddət əvvəl “Baltika Pivə Şirkəti” “Bakı-Kastel” Pivə Zavodunu almışdı. Şirkətin prezidenti Anton Artemyev o zaman mətbuata demişdi ki, Cənubi Qafqaz regionunda istehsalatın olması “Baltika” şirkətinə daşınma xərclərini azaltmaq, yeni ixrac marşrutlarını müəyyən etmək imkanları yaradacaq. Yeri gəlmişkən, “Baltika” pivələri yerli pivə bazarının 3,5 faizini təşkil edir. İdxal olunan pivə seqmentinin lideri hesab olunur. “Baltika Pivə Şirkəti” Bakı zavodunun modernləşdirilməsinə 20 mln. ABŞ dollarına yaxın vəsait sərf edib. Şirkətin apardığı qiymətləndirmələr nəticəsində yaxın 3 il ərzində Azərbaycanda pivə bazarının illik artımının 12-14 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
44,570
18.12.2008 02:01
Mədəniyyət
“İSTƏMİRƏM SƏNƏTİM CİBLƏRDƏN ASILI OLSUN”
Müsahibim Tovuz rayonunun Sofular kəndində doğulub. Deyir ki, musiqiyə marağı uşaqlıqdan yaranıb. Atasının, əmisinin yaxşı səsi olsa da, oxumağın dalınca getməyiblər, müəllimlik peşəsini seçiblər.Mikayıl Azaflı, Aşıq Əkbər, Hüseyn Saraclı, Aşıq Xanlar, Aşıq Kamandar, Aşıq İmran kimi aşıqları dinləyəndən sonra İlhamın saza marağı daha da artıb. Hələ 6-cı sinifdə oxuyarkən “Dübeyti”, “Qoca qartal”, “Dilqəmi”, “Ruhani” kimi saz havalarını öyrənməyə çalışıb. Paralel olaraq o vaxtlar Üzeyir bəyin musiqilərinə də içində bir maraq yaranıb. Öz üzərində işləməyə başlayıb. 1982-ci ildə “Sevimli nəğmələrim” xalq mahnıları ikinci respublika baxış müsabiqəsinin qalibi olub: “Münsiflər heyətində Niyazi, Cahangir Cahangirov, Şövkət Ələkbərova, İslam Rzayev, Arif Babayev oturmuşdu. Müsabiqədə ”Xatirə" xalq çalğı alətləri ansamblının rəhbəri Adil Bağırovun müşayiətilə “Segah” təsnifini oxudum”. 1985-ci ildə İncəsənət Universitetinə qəbul olub, musiqili teatr aktyorluğu fakültəsini bitirib. Məlik Dadaşov, Mikayıl Mirzəyevdən dərs alıb. İlham bəy rejissor Tofiq İsmayılov, Mikayıl Mirzə ilə birlikdə bədii qiraət üzrə Sankt-Peterburqda keçirilən müsabiqədə qalib olub. Müsahibimiz həmçinin Lütfiyar İmanovdan, Mobil Əhmədovdan da dərs alıb. Bundan başqa, onun İtaliyaya getməyə maddi imkanı olmadığı üçün 1995-98-ci illərdə Gürcüstanda Nodar Anquladzenin sinfində təcrübə keçib, ondan vokal musiqini öyrənib. - Bəs Türkiyəyə necə getdiniz? - 1990-cı ildə Türkiyəyə qastrol səfərimiz oldu. Rəhmətlik Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” orotoriyası xor kopellası və simfonik orkestrilə birgə İstanbul və Antaliyadakı konsertlərimizdə mən sazla da çıxış etdim. Bu da türk dinləyicilərinə çox xoş gəldi. Deyim ki, Türkiyədə saza böyük maraq var. O vaxt telekanallar məndən müsahibələr aldılar. Ankarada çalışan Türkiyənin Kültür Bakanlığının Türk Dünyası Müzik Topluluğunun üzvləriylə yaxından tanışlığım baş tutdu və onlar mənə əməkdaşlıq təklif etdilər. O vaxt ortaq türk ləhcəsinə uyğun öyrəndiyim mahnılarla Qazaxıstanda və Moskvada Çaykovski adına salonda çıxışlarım oldu. - Türkiyədə publika ilə, sənət adamları ilə münasibətləriniz necə idi? Orada solo konsertlər vermisizmi? - TRT dövlət kanalı ilə sıx əməkdaşlığım var. Böyük musiqi şirkətləri olan Şahin Özərlə, sənətçi Burhan Çaçan, Səlami Şahinlə yaxından tanışlığım var. Ruhi Sunun ifalarından bəhrələnmişəm. Rəhmətlik Murad Çobanoğlu ilə birgə çıxışlarım olub. Ozanlardan dövlət sənətçisi Şərəf Taşloba, Maqsud Fəryadi, Mürsəl Sinanla, ustad sənətçi Murad Qaraxanlının oğlu Günay Yaldızla dostluq əlaqələri saxlayıram. Konsertlərimdə musiqi kompozisiyaları ifa edirdim, şübhəsiz ki, saz da olurdu. Onu da deyim ki, mən saz ifaçısıyam, aşıq deyiləm, aşıqlıq böyük tituldu, bunu qazanmaq lazımdır. Bəzən bizdə əlimdə saz görənlər, “aşıq, necəsən?” deyə atmaca atırlar, bu sənətə barmaqarası yanaşırlar. Amma Türkiyədə publika ilə çox xoş münasibətlərim vardı. Orada özümü çox sərbəst hiss edirdim. - Türk dinləyicisinə hansı mahnılarımızı oxuyurdunuz? - Azərbaycan musiqisinə orada maraq böyükdür. “Küçələrə su səpmişəm, “Əlində sazın qurbanı”, “Daşlı qala”, “Əziz dostum, ”Sən gəlməz oldun", “Ayrılıq”, “Sizə salam gətirmişəm”, aşıq musiqisi kimi “Qoca qartal”, “Dübeyti”, “Sarıtel”, “Ruhani” repertuarımın əsasını təşkil edirdi. Həm ansamblla, həm də sazla ifa edirdim. Orada Kərkük gecələrində iştirak etmişəm (“Ninnə yarım” kərkük mahnısını ifa edir). Mənim dərviş mahnılarına da həvəsim çoxdur. Bu yaxınlarda Atatürk Mərkəzi mənə türk dünyasının dərvişi adını verdi. Yunis Əmrədən, Qaraca Oğlandan, Aşıq Veysəldən, Aşıq Şenlikdən oxuyurdum. Məsələn, Yunis Əmrədən “Biz dünyadan gedər olduq, qalanlara salam olsun, bizim üçün xeyir-dua qılanlara salam olsun”u türk muğamı üstdə oxuyurdum. Bu orada çox yaxşı qarşılanırdı. Mənim ifamda Məmməd Arazın, Səməd Vurğunun şeirlərini də çox xoşlayırdılar. - Siz muğamla aşıq sənətini sintez etmisiz? - Bəli. Mən vokal sənətində sazın yerini axtarıram. İstəyirəm bu sintez mənim üslubumda səslənsin. Bu sintezin klassik nümunələrini ilk dəfə Üzeyir Hacıbəyov “Koroğlu” operasında yaradıb. Bu gün Üzeyir bəyin yeri çox görünür. Mən elə bir bəstəkar axtarıram ki, aşıq sənətini dərindən bilsin və vokal sənətində sazın yerini müəyyən etsin. Sazın musiqi məktəblərində, konservatoriyada yüksək səviyyədə tədrisinə ehtiyac var. - TRT-də çıxışlarınızdan nə qədər qonorar alırdız? - Hər çıxışımdan 200-500 dollar. Əlavə maaş və yaşamaq üçün mənzil də vermişdilər. 5 il orada yaşadım. Türkiyədə qazandığım pulla Bakıdan özümə mənzil aldım. Məsələn, ötən il İzmirdə konsert verdim, 70 faiz gəlir mənim oldu, 30 faiz konsert təşkilatçısının. Türkiyədə istedad dəyərləndirilir. Orada istər-istəməz şirkət sahibinin marağı olur. Təəssüf ki, bizdə şirkətləşmə yoxdur, pullar şəxsi ciblərə axır. Orada efirdə yüngül hərəkətlərə yol verilmir, çünki qanunsuz ifadələr efirə çıxırsa hər bir şirkət bunun qarşılığını ödəməlidir. - Bizim toylarda hərdən aşıq da olur. Bəs Türkiyədə necə? - Türkiyədə aşıqlar toya getmir, onların məclisi ayrı olur. Aşıqlar arasında deyişmə gecələri keçirilir, bu cür deyişmələr hətta efirə də çıxarılır. Mən çox istərdim bizim telekanallarda aşıq deyişmələrinə yer verilsin. SMS-lə aşıq müəyyən olunmaz, aşıqların bilik yarışması keçirilməlidi. Mən Qazaxıstanda olarkən orada onların dambra musiqi alətilə öz adət-ənənələrini təbliğ etmələrinə heyran oldum. Amma təəssüf ki, bizim aşıqların deyişməsi Aşıq Ələsgərin, Abbas Tufarqanlının dövründə qalıb. Əminəm ki, onların davamçıları var, ancaq onları üzə çıxarmaq lazımdır. - Türkiyədən danışdınız. Bəs buradakı vəziyyətiniz hansı havacata uyğun gəlir? - Mən ailə vəziyyətimlə bağlı Türkiyədən geri döndüm. Amma çox istərdim Azərbaycan musiqilərindən ibarət qrup yaradıb xaricə səfərlərdə öz mədəniyyətimizi təbliğ edim. - Nə qrupu yaratmaq istəyirsiniz? - Sazın da yer aldığı sinxronik vokal teatr yaratmaq istəyirəm. Məsələn, Rəşid Behbudovun mahnı teatrına bənzər, amma bu teatrda mən öz üslubumda İlham Əsgəroğlu kimi oxumaq arzusundayam.Alim Qasımovla sözümüz tutub, o da yenilik tərəfdarıdır. Biz “Koroğlu” operasından bir şikəstəni aranjiman etdirmişik. Rep, tar, kaman, balaban, sazın iştirakı ilə və Üzeyir Hacıbəyovun üslubuna ziyan gətirməmək şərtilə kompozisiya hazırlamışıq. Bunun ideya müəllifi mənəm, amma bu kompozisiyada Alim Qasımov, prodüsser Sayqa və reper Nadirin də zəhməti var. İnanıram ki, bu kompozisiyanın təqdimatı yaxın vaxtlarda mümkün olacaq. - Məgər bu kompozisiyanın təqdimatına mane olan var? - Təqdimat üçün sponsor lazımdır. - Olmasa necə? - Sponsor tapmasam, diski TRT-yə təqdim edəcəm, başqa çıxış yolum yoxdur. Mən istəmirəm sənətim kiminsə cibindən asılı qalsın. Mənim Azərbaycan televiziyasında, “Lider”, “Xəzər”, “İctimai” televiziyalarda çıxışlarım olub. Amma istərdim ki, efirdə tamaşaçı ilə ünsiyyətə girməyə bir saatlıq sərbəst vaxtım olsun, qoy dinləyici səsimi eşitsin, qiymət versin. Əminəm ki, belə şərait yaradılsa ifalarım rəğbətlə qarşılanacaq. Yeni kompozisiyamız efirlərə çıxsa tanınmaq imkanı əldə edəcəyik, belə sintez çox tamaşaçı auditoriyası toplaya bilər. Belə kompozisiyaların effekti böyükdür, dinləyici toplaya bilir... Türkiyədə şirkətlər istedadlı adamlara şərait yaradır, istedadlıların qayğısına qalır. Bizdə isə şirkətsizlik cib hakimiyyətinə gətirib çıxarır, kimin pulu varsa, sifarişi də o verir, yəni elə oxuma, belə oxu. - Sintez nümunəsi olaraq qəlbinizə yatan daha hansı mahnı var? (Bu yerdə sözləri Əhməd Cavada, musiqisi Emin Sabitoğluna məxsus “Şükriyyə” mahnısını ifa edir, sanki Rəşid Behbudov oxuyur. Ancaq İlhamın səsində özünəməxsus yumşaqlıq var). - Müşayiətsiz də yaxşı oxuyursuz. - Azərbaycanda musiqisiz kompozisiya da yaratmaq olar. (“Çırpınırdı qara dəniz”i ifa edir, ardınca Məmməd Arazdan şeirlər deyir).
44,571
18.12.2008 02:01
Ölkə
YENİ İLİ QƏBƏLƏDƏ KEÇİRMƏK ANTALYADAN BAHA OLACAQ
“Gilan holdinq” şirkətinə məxsus “Qafqaz” hotelinin bayram günü qiymətləri və xidmətlərini öyrənmək üçün Qəbələdəki hotellə əlaqə saxladıq. Qəbul şöbəsinin əməkdaşı Azər Alıcanovun verdiyi məlumata görə, “Qafqaz”da artıq boş otaq və kotteclər qalmayıb, hamısı tutulub: “Qiymətlər adambaşına otaqlarda 1 gecəsi 309, üç nəfərlik kotteclərdə isə 444 manatdır. Üçotaqlı kotteclərdə standart dörd nəfərin qalması mümkündür. Ancaq daha çox insanı da yerləşdirmək olar. Bayram günündən əvvəlki günlər üçün yer sifariş verənlər eyni məbləği ödəməlidir”.Qeyd edək ki, Yeni il günü hoteldə sıxlıq gözlənilir. Bu məbləğə həmçinin səhər və axşam yeməkləri aiddir. Yeni il günü isə qonaqları Vüqar Camalzadənin instrumental ansamblı canlı şou ilə əyləndirəcək. Bayram axşamı açılacaq süfrələr də ümumi məbləğə daxildir.Xızıdakı “Altıağac” hotelindən aldığımız məlumata görə, Yeni il gecəsi kotteclərdə qiymət adambaşına 150 manat olacaq. Bu məbləğ digər günlərdən fərqli olaraq azaldılıb. Belə ki, bayram gününə qədər kotteclərdə 200 manata qalmaq mümkündür. Bura bayram günü səhər və axşam yeməyi, sabahısı isə yalnız səhər yeməyi daxildir. “Altıağac” hoteli meşə zolağı ilə əhatə olunub və Yeni il günü üçün rəhbərlik bayram şousu düzənləməyi düşünür.Masallı şəhərinin mərkəzindən 10 km aralıda yerləşən “Masallı” hotelində otaqlarda yer var. Mehmanxananın sahibi Əhməd Rəhimov adambaşına bir gecəlik 20 manat məbləğ təyin olunduğunu söylədi. Kotteclər isə rayon mərkəzindən uzaqda - Talış dağlarında yerləşir. Burada qiymətlər 40-60 manat arasında dəyişir. Ancaq qış mövsümü üçün kotteclər soyuq olduğundan qonaqları orada yerləşdirmək mümkün deyil. İş adamının sözlərinə görə, bu məbləğə yalnız səhər yeməyi daxildir. O, Yeni il üçün qiymətlərin sabit qalacağını dedi.Qeyd edək ki, Misirdə 2009-cu ilin yanvarında bayramı Şarm-əl-Şeyx şəhərinin hotellərində keçirmək istəyənlər üçün məbləğ ulduzların sayına uyğun olaraq dəyişir. 5 ulduzlu otellərdə turistlər bir nəfərə 6 gecə üçün 1080, 4 ulduzlularda 985, 3 ulduzlularda 890 manat ödəməklə yerləşdirilir. Həm səhər, həm günorta, həm də axşam yeməyi, hotelə yerləşmə, Bakı-Moskva-Şarm-əl-Şeyx istiqamətində ora və geriyə aviabiletlər bu ümumi paket məbləğinə daxildir.Türkiyənin Antalya şəhərindəki “Porto-Bello” hoteli il boyu, həmçinin Yeni il bayramı adambaşına bir gecəlik 100 YTL (80 manat) olmaqla qonaqlarını yerləşdirir. Bu qiymətə bütün günü 50-60 çeşiddə yemək, 5-6 çeşid şirniyyat, istənilən qədər içki və otelin ərazisində yerləşən bütün əyləncə və sağlamlıq xidmətlərindən faydalanmaq imkanı daxildir. Amma yolpulu bu paketə daxil deyil. Bayramlar zamanı isə hotel müştərilərinin cibinə uyğun yerləşmələri üçün qiymətləri aşağı salır. Bu məlumatı hoteldə qalan azərbaycanlı müştəri Şəhriyar Məmmədovdan aldıq.Hər kəs Yeni il gününü harada keçirmək məsələsində sərbəstdir. Ancaq biz də mövcud durum haqda yazdıq ki, gedəcəyiniz yeri təyin etmək, seçiminiz daha asan və ən əsası doğru olsun.
44,572
18.12.2008 02:05
Astrologiya
ULDUZ FALI
QOÇ - “Üçüncü artıqdır” prinsipini qulağınızda sırğa edin. Çünki istənilən məsələdə yalnız ikitərəfli mövqe nümayiş etdirməklə uğur qazana bilərsiniz. Daxili orqanlarınıza fikir verin. BUĞA - Sədaqətinə şübhə ilə yanaşdığınız adamlarla ciddi işbirliyi yaratmağa çalışmayın. Əks təqdirdə, əliniz boşda qalacaq. Əməkdaşlıq zəminində ehtiyatlılıq tədbirlərindən yararlanın. ƏKİZLƏR - Ayın ən uğurlu günlərindən birini yaşayacaqsınız. Bu səbəbdən də özünüzdə təmkin tapıb emosiyalara uymamalısınız. Saat 13-dən sonra fəaliyyətinizdə irəliləyişlər olmalıdır. XƏRÇƏNG - Qarşılıqlı münasibətlərdə ümumi vəziyyət qənaətbəxş olsa da, işlə bağlı müəyyən xoşagəlməzliklər istisna olunmur. Qərar çıxararkən mövcud reallığı mütləq nəzərə alın. ŞİR - Bütün vaxtınızı ailə-sevgi münasibətlərinin yaxşılaşmasına yönəldin. Qarşı tərəfə güzəştə getməyi bacarsanız, sizə qarşı rəğbət daha da artacaq. Uzaq yola çıxmayın. QIZ - Baxmayaraq ki, Ay bürcünüzdə qərar tutub, ciddi perspektivlər haqqında düşünməyə dəyər. Yaxın gələcəyiniz hazırkı seçiminizdən birbaşa asılıdır. Bəxtinizdə pul da var. TƏRƏZİ - Hansısa uğura yiyələnmək fikrinə düşməyin. Yaxşı olar ki, başınızı aşağı salıb gündəlik qayğılarınızla məşğul olasınız. İqlimin dəyişkənliyi səhhətinizə zərər yetirə bilər. ƏQRƏB - İxtiyarınızda olan bu təqvim daha çox yeni əlaqələrlə yadda qalacaq. Qəribə də olsa, ulduzlar məsləhət görür ki, bu gün birinci başlamayasınız. Bir sözlə, risk etməyə dəyməz. OXATAN - Qoroskopa görə cümə axşamı sizin gününüzdür, buna baxmayaraq, adətən belə günlərdə çox yorulursunuz. Bu amili nəzərə alıb nahardan sonra vaxtınızı istirahətə həsr edin. Mübahisədən qaçın. OĞLAQ - Təxminən saat 15-ə qədər gərgin məqamlar yaşaya bilərsiniz. Göstərilən ərəfədə kiminsə işinə müdaxilə etməyin. Sonrakı saatlarda sevindirici xəbərlərin şahidi olacaqsınız. SUTÖKƏN - Sizin üçün həftənin ən gərgin iş günüdür. Bu səbəbdən də səbrli və məsuliyyətli olmağınız vacibdir. Yorulsanız, axşama yaxın qonaq gedin. Dostlarınızla ünsiyyətdə diqqətli olun. BALIQLAR - Yeni əlaqə və sövdələşmələr üçün normal gündür. Əlavə işlərə, xüsusən də əyləncələrə meyl etməyin. Ən azı ona görə ki, iştirakçısı olduğunuz hər bir müzakirədə vəziyyət xeyrinizə olacaq.
44,573
18.12.2008 02:06
Kriminal
HACIQABULDA İKİMƏRTƏBƏLİ MƏKTƏB YANDI
Tovuz rayon Dönük Qırıxlı kəndində isə maye qaz balonunun partlaması 2 nəfərin ağır xəsarət alması ilə nəticələnib. Rayon polis şöbəsi istintaq bölməsinin rəisi Oruc Əmiraslanovun lent.az-a verdiyi məlumata görə, dekabrın 16-da Dönük Qırıxlı kənd sakini, 1974-cü il təvəllüdlü Qasımov Azər Fərman oğlunun yaşadığı evin həyətində maye qaz balonu partlayıb. Nəticədə ev sahibi ağır travmatik şok, sağ baldırın amputasiyası, bədəninin yarı hissəsinin II-III dərəcəli yanığı, qonşusu 1978-ci il təvəllüdlü Mehdiyev Kərim Əşrəf oğlu isə bədəninin 30 faizinin II və III dərəcəli yanığı diaqnozu ilə Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Partlayış evə də ziyan vurub.
44,574
18.12.2008 01:07
Kriminal
XAÇMAZ SAKİNİ İŞIĞINI KƏSƏN MONTYORU BIÇAQLADI
Yaralı əvvəl Xudat şəhər xəstəxanasına, daha sonra isə Xaçmaz şəhər xəstəxanasına aparılıb. Xaçmaz şəhər xəstəxanasının travmatologiya şöbəsinin direktoru Ağayar Quliyevin verdiyi məlumata görə, xəstənin döş qəfəsinə və sol buduna xəsarət yetirilib. Xəstəyə tibbi yardım göstərilib və hazırda onun vəziyyəti stabilləşir.Hadisəyə isə Xaçmaz Regional Enerji İstismar İdarəsinin Xudat şəbəkə rayonunun elektriki işləyən A.Xələfovun dövlətə borcu olan A.İsmayılovun işığını kəsməsi səbəb olub. Həmin vaxt A.İsmayılov sərxoş olub. “İNŞAATÇILAR”da NAMƏLUM MEYİT TAPILDIBakının Yasamal rayonunda naməlum kişi meyiti tapılıb (ANS). Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, 50-60 yaşlarında olan naməlum kişinin meyiti Şərifzadə, 162 ünvanında, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yolun kənarında aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri yoxdur. 3 MAŞIN TOQQUŞDU - 1 ÖLÜ, 7 YARALIGəncə-Şəmkir yolunda 3 maşının toqquşması 1 nəfərin ölümü, bir neçə nəfərin isə ağır yaralanması ilə nəticələnib (lent.az). Gəncə şəhər Polis İdarəsinin rəis köməkçisi Yaşar İsmayılovun verdiyi məlumata görə, dekabrın 16-da, saat 19 radələrində Gəncə-Şəmkir avtomagistralının 2-ci km-də Şəmkir istiqamətində hərəkət edən, Verdiyev Cuman Həsən oğlunun idarə etdiyi “VAZ 2106" qarşı tərəfdən gələn, Musayev İlqar Həsən oğlunun idarə etdiyi ”VAZ 21011" və onun arxasınca hərəkət edən Məmmədov Rövşən Polad oğlunun idarə etdiyi “VAZ 2103"-lə toqquşub.1962-ci il təvəllüdlü Musayev İlqar Həsən oğlu qəza nəticəsində ölüb. Digər sürücülər - Şəmkir sakinləri C.Verdiyev, R.Məmmədov və sərnişinlər Məmmədov Elmir Ələkbər oğlu, Şərifov Ayaz Novruz oğlu, Səmədova Aybəniz Bəhman qızı, Qarayeva Telli Talıb qızı, Verdiyev Asif Cuman oğlu Gəncə şəhər təcili tibbi yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
44,575
18.12.2008 12:05
Müsahibə
“DAŞLARIN ÇOXUNU BÖYÜK ŞEYTANA ATDIM”
Qaraqaşlıya xeyir ola?” Kimə getdiyimizi eşidən kimi, necə deyərlər, çiçəyi çırtladı. - Çodar əmi Həccdən gəlib. Xəbərin var? - Var. - Ziyarətinə gedirsən? - Hə. - Amma bura adamına oxşamırsan. Qohumusan?...Bizi Sabirabadın mərkəzindən millət vəkili Pənah Hüseynin ata yurduna aparan taksi sürücüsü elə Pənah bəyin elektoratının yaşadığı Kürkəndi, Quruzma, Ucalalılar kəndlərinin palçıqlı yolları ilə Qaraqaşlıya çatdıranacan o qədər sual verib cavab aldı ki, bir də gözümüzü açıb gördük ki, kənddəyik. Yolda həmin kəndlərin adının yazıldığı yol lövhələri olmasaydı, hansı kənddən keçib hara çatdığımızı yəqin edə bilməyəcəkdik. Qara palçıqlı Qaraqaşlı Sürücü maşını düz Çodar kişinin qapısına sürdü. Bir qədər əvvəl müqəddəs Həcc ziyarətindən qayıtmış Hacı Çodarın qapısına. Amma həyətdə sakitçilikdir. Heç kim görünmür. Bizimlə birgə Qaraqaşlıya gedən Müsavat Partiyası Sabirabad rayon təşkilatının sədri Azər İsmayıl yoldan keçən ağsaqqalı haraylayır. - Ziyarətə gəlmisiniz? Gedək, Hacı qonaqlarını rəhmətlik oğlu Məhərrəmin evində qəbul edir.Maşına əyləşib bir qədər geri qayıdırıq. Birmərtəbəli kürsülü evin eyvanı ayaqqabılarla doludur. Hiss olunur ki, bu günlər Hacı Çodarın ziyarətinə gələnlərin sayı-hesabı yoxdur. - Çodar dayı kənddən Həccə gedən ilk adamdır? - Yox, bala,- bizi bu evə qədər müşayiət edən Baba kişi dillənir,- bu il iki nəfərimiz Həccə gedib, əvvəlki illərdə də Qaraqaşlıdan Həcc ziyarətində olanlarımız var. “Marlboro” və Pənah bəyin dostları Evin çöl divarına Pənah bəyin 2005-ci il parlament seçkilərindən qalma plakatı vurulub. Üstündən üç il keçdiyindən plakat bir az saralıb. Bizi həyətdə Pənah bəyin əmisi oğlu, keçmiş seçki məhbusu Mənsur bəy qarşılayıb içəri dəvət edir. Geniş və səliqəli otaqdakı stolun arxasında yer göstərir: - Əmim indicə gələcək.Stolun üstündəki külqabının içi siqaretlə doludur. Özü də “Yava” və “Marlboro” kötükləri ilə. - Deyəsən, əmin yaxşı yaşayır, “Marlboro” çəkir. Gülür:- Yox, gözümü açandan “Yava” çəkir. “Marlboro”nu isə Məkkədən gətirib.Sonradan Hacı Çodarla söhbətdə bu “Marlboro” məsələsinə toxunacağıq və bu siqaretin Səudiyyə Ərəbistanından Sabirabadın Qaraqaşlı kəndinə necə gəlib çıxmasının maraqlı tarixçəsini də Hacının öz dilindən eşidəcəksiniz.Hələliksə Çodar dayını gözləyirik. Budur, özü də gəlir. 75 yaşlı bu nurani kişi içəri elə cəldliklə daxil olur ki, göz dəyməsin, heyrətlənməyə bilmirsən. Hamımızla ən əziz adamı kimi öpüşüb-görüşür. - Ziyarətiniz qəbul olsun, hacı,- deyirik. - Allah sizlərə də qismət eləsin,- deyib “Yava”sından birini yandırır. Mənsur bizləri Çodar dayıya təqdim edir. Amma nədənsə beləcə: - Əmi, bunlar Pənah bəyin dostlarıdır. Səni ziyarətə gəliblər. - Çox xoş gəliblər,- deyə hörmət əlaməti olaraq bir qədər qalxıb oturur. “Deyirdilər qaldığımız hotel guya şeyxindir” - Bala, bu ziyarət elə bir ziyarətdir ki, Allahdan hamıya arzu edirəm. 75 yaşım var. Ömrüm boyu arzulamışam ki, o qurban olduğum yerləri ziyarət edim. Allaha çox şükür ki, niyyətimə çatdım. - Hacı, niyə məhz bu il ziyarətə getmək qərarı verdin? - Başına dönüm, nə fərqi var, bir il tez, beş il gec. Ən əsası odur ki, ziyarətimi etdim. O müqəddəs Kəbəni gördüm. - Siz ziyarətdə olarkən burada söz-söhbət gəzirdi ki, zəvvarlar Məkkədə bəzi çətinliklərlə üzləşiblər. - Yalan söhbətdir. Hər şey çox gözəl təşkil edilmişdi. 22 mərtəbəli mehmanxana idi. Otaqlarda üç-üç, dörd-dörd qalırdıq. Deyirdilər ki, bizim qaldığımız hotel guya şeyxindir, ona görə sizə yaxşı baxırlar. Elə deyil. Getdiyim Həcc haqqı, oradan, o ziyarətdən bir narazı adam görmədim. Bizi qırx-qırx olmaqla dəstələrə böldülər. Hər bir dəstənin də öz başçısı vardı. Bunu da ona görə etmişdilər ki, azmayaq. - Yəni aza da bilərdiniz? - Niyə azmırdıq ki, başuva dönüm?! Hamı ağ geyimdə. Yan-yana gedirsən, bir də görürsən ki, böyründən kimsə yoxa çıxdı. Sağ olsun, hara gedirdiksə mənim qolumdan cavan bir azərbaycanlı zəvvar tuturdu. Çox mərifətli oğlan idi. Amma bir dəfə nə təhər azdım...Çodar dayı bunu deyib də gülümsəyir. Və necə deyərlər, qaldığı hotelin yerini itirdiyinin tarixçəsini və baş verənlərin səbəbini danışır. “Bir də ayıldım ki, azmışam” - İki-üç gün idi ki, ziyarətdəydik, papirosum qurtardı. hoteldən çıxıb küçədə papiros axtarmağa başladım. Hansı dükana girdimsə dedilər ki, papiros satılmır. Bir xeyli getdim. Axır ki, bu zəhrimarı tapdım (əlindəki “Marlboro” qutusunu göstərir). Dedim ,daha bir də bu qədər yol gəlməyim, ona görə də çoxlu papiros aldım. İki blok. İstədim geri qayıdım, gördüm ay Allah, hara gəlib çıxmışam. O yan-bu yana baxdım, “qəstinitsa”nı görə bilmədim. Dedim, əlac nədir, yaxınlıqda milislərə yaxınlaşdım. Dillərini də bilmirəm axı... Əl-qolla nə qədər başa salmaq istəsəm də heç nə başa düşmürdülər. “Azərbaycan, Azərbaycan” dedim ki, bəlkə anlayarlar. İki nəfər idilər. Bir-birilərinin üzünə, sonra da mənə baxdılar. Telefonla harasa zəng vurdular, nəsə öyrəndilər. Sonra da məni maşına mindirdilər, götürüb gəldilər qaldığımız “qəstinə”. - Ondan sonra daha azmadınız ki? - (Gülür) Yox, daha o uşaqdan aralanmadım. - Hacı, ziyarətə getməyə Pənah bəy kömək elədi, yoxsa?.. - (Dərhal sözümü kəsir) Yox, yox, özüm. Öz pulumla. Pənahın pulu var ki?! - Deyirlər, gələn il Pənah bəy də Həccə getmək istəyir. - Getsin, getsin. Allah ona da qismət eləsin. - Gələn il necə, yenidən Həccə getmək istəyirsinizmi? - Bilirsən, başuva dönüm, bayaq dedin ki, niyə məhz elə bu il ziyarətə getmisən. Deyim, sən də bil. Yəqin Allahın buyruğu beləymiş. Sovet vaxtı bütün sərhədlər bağlı idi. Getmək mümkün deyildi. İndi isə Allaha şükür, qapılar açıqdır. Hamı gedə bilir. İnan Allaha, bala, Hacı adamam, mənə yalan demək yaraşmaz. Biri vardı bizimlə, düz 18-ci dəfə idi ki, Həccə getmişdi. Qayıdanda da özü ilə vaqon boyda sumkalar gətirirdi. Yəqin elə hər il belə eləyib. Day bu ziyarət olmadı ki... Day denən alverə getmişdim də. “Adam Kəbədən ayrılmaq istəmir” Çodar dayının dediyinə görə, Kəbənin başına 7 dəfə hərlənəndə özünü quş kimi hiss edirmiş:- Fikir ver, bala. Qurban olduğumun başına addımbaaddım yox, qarış-qarış fırlanırdıq. Neçə milyon adam barmaq-barmaq gedir, adam fikirləşir ki, bu yol qurtarmayacaq. Amma bütün dövrəni başa vurandan sonra adam oradan - Kəbədən ayrılmaq istəmir. Allahın evidir axı. İnan Allaha, 75 yaşım var, bir qram da olsa yorğunluq hiss eləmədim. - Yəqin şeytanı də daşladınız... - Özü də necə?! Elə daşladım ki! Özü də şeytanı daşlamağa özünü yetirən ilk azərbaycanlı bəlkə də mən idim. Özümlə bir torba daş götürmüşdüm. Əvvəlcə böyük şeytanı daşladım. Necə lazımdırsa - eləcə. Ən çox daşı da elə ona atdım. Sonra da kiçik şeytanı daşladım. Daha sonra iblisi. - Qurbanı özünüz kəsdiniz? - Yox, orada qurban kəsməyə xüsusi adamlar var. Bizə çek vermişdilər, həmin çeki verir, qurbanlığı alıb kəsdirirdik. Özü də orada təkcə qoyun qurbanı kəsmirlər. Qayda belədir ki, tək adam qoyun, 5 nəfər bir yerə yığışıb cöngə, 40 nəfər isə bir yerdə dəvə alıb kəsə bilər. - Sizcə, o qədər əti sonradan yetim-yesirə, ac-yalavaca paylayırlarmı? - Belə olmasa, Allahsızlıq olar ki... Düzdür, biz qurbanın ətindən götürmədik. Amma götürüb bişirənlər də oldu. - Kimlər? - Avtobusla gələn zəvvarlar. Onlar özləri ilə qaz peçi götürmüşdülər deyə bişirib yeyə bilirdilər. - Bəs siz niyə heç nə aparmamışdınız? - Samolyota heç qoyarlar? - Yeri gəlmişkən, Hacı, deyilənə görə, az qala təyyarəyə də gecikəcəkmişsiniz? - Həccə uçan gün Pənahgildəydik. Aeroporta bir qədər gec çatdıq. Az qalmışdı ki, qapıları bağlasınlar, özümüzü birtəhər yetirdik. - Birinci dəfə idi təyyarəyə minirdiniz? - Hə, birinci dəfə idi. - Narahatçılığınız olmadı ki? Həyəcan-filan... - Yox, heç kəməri də bağlamadım. Samolyotdakı qız gəlib dedi ki, kəməri bağla, dedim, get işinlə məşğul ol. - Eləcə də uçdunuz? - Hə. Samolyot çox rahat imiş. - Ona görə avtobusla getmədiniz? - Avtobusla gedib-gəlsəydim, canım çıxardı. - Çodar dayı, bayaq dediniz ki, SSRİ-nin vaxtında Həccə həsrət qalmışdıq. Yəqin bilirsiniz də SSRİ-ni yıxanlardan biri də oğlunuz Pənah bəydir... - (Sözümü kəsir) SSRİ-ni Pənah yıxıb? - Təkcə Pənah bəy yıxmasa da, hər halda, o da iştirak edib. - SSRİ-ni Allah yıxdı, bala, Allah! SSRİ-ni bilirsənmi həm də kim yıxdı? (Üzünü yanında oturmuş həmkəndlisi Baba kişiyə tutur). Yadındadımı, Baba kişi, arvad-uşaq, qız-gəlin səhərdən axşamacan pambıqda idi. Camaat nə zülm çəkirdi. Sovet hökumətini də elə onların ahı yıxdı.Bunu da deyib söhbət zamanı Allah bilir neçənci “Yava”sını yandırır. - Çoxdan çəkirsiniz? - Nə bilim, əlli-altmış il olar. “Pənahın vaxtı olub ki, hələ bir papiros da çəksin?!” - Siqareti atmaq fikriniz yoxdur? Bəlkə Həccdən sonra... - Yox, ata bilmərəm. Gör neçə ildir? Amma sən cavansan, at. Nə qədər gec deyilsə, at. - Amma sizdən fərqli olaraq Pənah bəy ömrü boyu siqaret çəkməyib. - Pənahın vaxtı olub ki, hələ bir papiros da çəksin?! Bütün günü kitab əlindən düşməyib. Amma sən at. Bu zəhrimardan hələ heç kim xeyir tapmayıb.Bu məqamda maraqlısı həm də bilirsinizmi nə idi? Çodar dayının qardaşı oğluna dedikləri: - O papirosdan birini ver qonağa.Çodar dayının Məkkədən gətirdiyi “Marlboro”dan birini yandırıb çayımızı içirik. Durmaq istəyəndə isə dəmir kimi əlləri ilə biləyimdən tutur:- Əyləş, yemək gətirirlər. Ehsandır, bir tikə ye, sonra get.Əyləşib nahar edirik. Allah qəbul eləsin, Çodar dayı, Hacı Çodar. Allah ziyarətini də qəbul eləsin!P.S. Bizi sabahdan Pənah Hüseynin “Yurd yeri”ndən izləyin.
44,576
18.12.2008 02:19
Media
QƏNİMƏT ZAHİDİN ƏLYAZMALARI İLƏ BAĞLI PROSES BAŞLAMADAN TƏXİRƏ SALINIB
Xatırladaq ki, Q.Zahid Bayıl təcridxanasında saxlanarkən yazdığı 300 səhifəlik kitabın əlyazmaları müsadirə olunaraq məhv edilib. O, təcridxana rəhbərliyi və Penitensiar Xidmətə qarşı məhkəmə iddiası qaldıraraq əlyazmaların məhvinin qanunsuz hesab edilməsi və qarşı tərəfin 1,5 milyon manat təzminat ödəməsi barədə qərar çıxarılmasını istəyib. Səbayel rayon Məhkəməsi iddianı təmin etməyib. Q.Zahidin qanuni nümayəndəsi Fariz Namazov “Azadlıq” qəzetinə bildirib ki, apelyasiya çəkişməsində baş redaktorun özünün də iştirakı haqda vəsatət qalıdıracaqlar: “Bayıl təcridxanasının rəisi Misir Əliyevin də məhkəməyə çağırılıb dindirilməsini istəyirik”.
44,577
18.12.2008 02:22
İdman
“VALYADOLİD”in BAŞ MƏŞQÇİSİ RƏŞADI GÖRMƏYİB
Onlar futbolçumuzun Qərbi Avropaya can atdığını və bu məqsədlə “Valyadolid”ə baxışa gəldiyini vurğulayıb. Onunla birgə səfərə çıxan FİFA agenti Kamil Məmmədov ispan mətbuatına bununla bağlı açıqlama verib: “Rəşad hər kluba baxışa getmir. Amma bura İspaniyadır. Sadıqov hələ burada tanınmasa da buna nail olacağı halda vəziyyət dəyişəcək. Biz indiyə kimi yalnız idman direktoru ilə danışmışdıq. Burada olduğumuz vaxt ”Valyadolid"in əsas komandası məşq etmədiyindən Rəşad ikinci komanda ilə hazırlıq keçdi. Komanda növbəti oyunda “Numansiya” ilə qarşılaşacaq. Düşünürəm ki, bu oyunun hazırlıqlarına qatılmaq Sadıqovun xeyrinə olacaq. O, yoxlanışdan uğurla keçməklə komandanın taktikasına uyğun gələ bilər".K.Məmmədov “Valyadolid”ə gəlmələrinin maddi məsələ ilə bağlı olmadığını da dilə gətirib: “Söhbət heç də puldan getmir. Azərbaycanda futbolçulara kifayət qədər yaxşı pul ödəyirlər. Sadəcə ”Valyadolid"də daha yaxşı inkişaf edə biləcəyini düşünərək bu addımı atır. Təbii ki, “Valyadolid” “Barselona” deyil. Amma reallıqda bu komandanın da səviyyəsi yüksəkdir".Məsələyə münasibət bildirən klub prezidenti Karlos Suares futbolçumuzun bu həftə əsas komandada baxışdan keçməsinin planda olduğunu təsdiqləyib: “Biz bunu etməyə hazırlaşırıq. Rəşadın nəyə qadir olduğuna şahid olmaq istəyirik. Müxtəlif bazarlarda oyunçu axtarmaq niyyətindəyik”. “Valyadolid”in idman direktoru Roberto Olabe də Sadıqovun gəlişinə biganə qalmayıb: “Bu, sadəcə sınaq deyil. O, bizim komandaya oynamaq üçün dəvət olunub. Bizim transfer siyahımızda tanınmış oyunçular da yer alıb. Sadıqovla da anlaşmağımız istisna deyil”. İspaniya mətbuatı Rəşadın özü ilə də ünsiyyətdə olub. Bazar günü “Valyadolid”-"Deportivo" matçını izləyən mərkəz müdafiəçisi gördüklərinə təəccüblənib: ““Valyadolid” çox güclü komandadır. Çox yaxşı oyunçuları var. Mən burada gözlədiyimdən də artığını gördüm. Əlbəttə ki, bu komandada oynamaq istəyirəm”.Futbolçumuzun karyerasına yer ayıran ispan həmkarlarımız onun Türkiyənin “Kayserispor” klubunda Toledo ilə yanaşı oynadığını da vurğulayıb. 32 yaşlı həmin paraqvaylı oyunçu Türkiyəyədək “Saraqosa” və “Espanyol”da çıxış edib. İspan mətbuatı Rəşadın Azərbaycanı tərk etməsində milli komandanın baş məşqçisi Berti Foqtsun da rolunun olduğunu düşünür. Onların fikrincə, təcrübəli alman mütəxəssis ölkəsi üçün ulduz olan futbolçunun daha yaxşı komandada oynaması ilə bağlı məsləhətini verib. Qeyd edək ki, “Tquro Sofiya” otelində qalan Sadıqovu meneceri Məmmədovla yanaşı Rəfael Həsənov da müşayiət edir. Çempionatımızda yaranmış fasilədən yararlanıb İspaniyaya yollanan müdafiəçinin Türkiyə və Yunanıstandan da təklif alması Pireney mətbuatında da öz əksini tapıb. “Rəşad Sadıqovla bağlı hansı qərarın veriləcəyini indidən söyləmək mümkün deyil”. Bunu isə apasport.az saytına eksklüziv açıqlamasında İspaniyanın “Valyadolid” klubunun mətbuat xidmətinin rəhbəri Mario Migel Niyeto deyib. Klubun baş məşqçisi Xose Luis Mendelibarla əlaqə saxlamağa vasitəçi olan mətbuat katibi çalışdırıcının milli komandamızın 26 yaşlı kapitanını hələ iş başında görmədiyini və bu səbəbdən fikir yürütməkdə çətinlik çəkdiyini bildirib: “Rəşadın komandamıza keçidi ilə bağlı hər hansı şərh vermək hələ tezdir. Futbolçunuz hazırda baş məşqçimiz Mendelibarın rəhbərlik etdiyi əsas komandada yer almır. O, hələlik ikinci komandanın düşərgəsində hazırlıq keçir. Sadıqovla bağlı hansı qərarın veriləcəyini hələ deyə bilmərik”. Qeyd edək ki, “Neftçi”nin kənarlaşdırdığı Sadıqov ötən həftənin sonunda “Valyadolid”ə baxışa yollanıb.
44,578
18.12.2008 02:22
İdman
RƏCƏBOV LİDERDİR
Aktivində 2 xal olan V.Həşimov 2-4-cü yerləri bölüşdürür. Şəhriyar isə 1,5 xalla 5-9-cu pillələrdə yer alıb. Növbəti turda Rəcəbov Məmmədyarovla qarşılaşacaq. Həşimov isə erməni Vladimir Akopyana qarşı mübarizə aparacaq.FİFA dünya yığmalarının dekabr ayı üçün növbəti reytinq cədvəlini açıqlayıb. Azərbaycan milli komandası ötən ayla müqayisədə mövqeyini dəyişməyib. 209 xala malik komandamız hazırda 134-cü pillədə qərarlaşır.Yığmamızın 2010-cu il dünya çempionatının 4-cü seçmə qrupundakı rəqiblərindən Almaniya da ikinci pillədəki mövqeyini qoruyub. Rusiya 1 pillə geriləyərək 9-cu mövqeyə enib. Finlandiya 535 xalla 55-ci, Uels isə 552 xalla 60-cı mövqedədir. Yalnız Lixtenşteyn millimizdən geridə - 147 xalla 149-cu pillədə yer alıb. Keçmiş SSRİ respublikaları arasında isə yığmamız yalnız Qazaxıstan, Tacikistan, Türkmənistan və Qırğızıstanı qabaqlayır. Cədvələ yenə Avropa çempionu İspaniya başçılıq edir. İtaliya isə ötən ayla müqayisədə bir pillə geriləyərək 3-cü mövqedəki yerini Hollandiyaya təslim edib. Türkiyə yığması isə reytinq sıralamasında 10-cudur.
44,579
20.12.2008 09:45
Müsahibə
“LİDERLƏR MUSA PEYĞƏMBƏR DEYİLLƏR Kİ...
*** - Gəl, qara torbadan başlayaq. Kimlərsə sənə torba tikdi və... - Həmin hadisə baş verən ərəfədə o zamankı prezident Heydər Əliyev ağır xəstə idi, ABŞ-da, Türkiyədə müalicə olunurdu. Amma onun xəstəliyi ilə bağlı informasiya qıtlığı vardı. Prezident Aparatının verdiyi məlumat isə həmişə bir cümlədən ibarət olurdu: “Prezidentin vəziyyəti normaldı, müalicəyə müsbət reaksiya verir”. O zaman qeyri-rəsmi mənbələrə istinad edib məlumatlar yaymağa məcbur olurduq. “Yeni Müsavat”da da Prezident Aparatı və parlamentdə akkreditə olunmuş jurnalist kimi bu haqda yazmaq mənim üzərimdə idi. Yazılarımın hökumətdəki insanları möhkəm qıcıqlandırdığını bilirdim. Hətta parlamentin o zamankı iclaslarının birində Eldar İbrahimov və bir neçə digər deputatlar mənimlə bağlı təhqiredici çıxışlar etdilər, qəzetin və mənim mobil telefonuma müxtəlif anonim zənglər olurdu. Mənə qarşı bir şey hazırlandığını hiss edirdim. Hətta o zaman dostumuz Xalid Kazımlıya dedim ki, məni tutacaqlar, çox arzu edirəm ki, bu işi MTN-in uşaqları görsün, onlar o qədər də vəhşi olmazlar, amma Sevindiyin uşaqlarının əlinə düşsəm işim “fırıq” olacaq (Sevindik Səfərov o zamanlar “Bandotdel” deyilən idarənin rəisi idi - E.H.). - Elə “fırıq” da oldu. Hadisəni detallı şəkildə bir daha xatırlada bilirsənmi? - Müsavatçı dostlarımdan birinin toyu idi. Dostum Azər Ayxanla toya getmək üçün onun evindən çıxıb maşına oturduq. Elə bu anda qarşı tərəfdən bir maşın çox sürətlə bizə yaxınlaşdı. Binanın həyətində sürətlə sürdükləri üçün ətraf toz-dumana büründü. O anda Azər Ayxana dediyim söz bu oldu: “Donuzun çoşkaları, həyətdə bu qədər qadınlar oturub, bunlar da onları toza basırlar”. Elə bunu demişdim ki, həmin maşından əllərində avtomat olan 4 maskalı düşüb bizim maşına hücum çəkdi. Onlardan biri avtomatı başıma dirəyərək maşından zorla düşürdü. Başıma torba keçirdilər. Əlimi leska ilə bağlayıb öz maşınlarına mindirdilər. Hadisənin davamı əslində qorxulu Hollivud filmlərini yada salır. 3-cü mikrorayonda maşın çox sürətlə şütüyürdü; bu arada başıma tapançanın qundağıyla vurub “prezident haqqında yazıları İsa Qəmbər, yoxsa Rauf Arifoğlu sifariş edib” deyə soruşdular. Mən isə o yazıları Eldar Namazov və Əli Həsənovdan aldığım məlumatlar əsasında yazdığımı söyləyirdim. Təxminən 3-5 dəqiqə idi sorğu-sual gedirdi ki, maşın qəflətən xarab olub dayandı. Maşının konkret harada dayandığını görə bilməsəm də, ətrafda hansısa bir bazarın yaxınlığında olduğumuzu bəlli edən insanların bir-biri ilə danışıqlarını eşitdim. Maşındakı quldurlardan birinin telefonla kiməsə zəng edib Naxçıvan ləhcəsi ilə “şef, ”veş" maşındadı, maşın da xarab oldu" sözlərini də eşitdim. Təxminən 20 dəqiqədən sonra məni başqa maşına mindirib apardılar. Sorğu-sualsa davam edirdi. 50 dəqiqəlik birlikdə yolçuluğumuzdan sonra məni maşından düşürdülər. 4 nəfərlik bu dəstə əli bağlı, başında torba olan jurnalisti vəhşicəsinə döydü. Yəqin ki, yorulduqdan sonra məni yüksək bir yerdən aşağıya tulladılar. Həm döyülməkdən, həm də düşdüyüm yerdə başım daşa dəydiyi üçün huşumu itirmişdim. Nə qədər sonra özümə gəldiyimi dəqiq bilmirdim, əllərim iplə bağlı olduğu üçün xeyli çabaladıqdan sonra əllərimi aça bildim. Başımdan torbanı çıxaranda gördüm ki, yarımçıq qalmış bir tikilinin içindəyəm. Sağ və sol tərəfimdə dikili vəziyyətdə olan armaturlar vardı. Yəni yerə azacıq bir fərqlə düşərdimsə, bu gün müsahibə verə bilməzdim. Yaxınlıqda maşınların keçdiyi bir yolun olduğunu gördüm və ora getdim. Paltarı cırılmış, üz-gözü qan içində olan birisinə kimsə maşın saxlamırdı. Təxminən 10 dəqiqə maşınlara əl edəndən sonra bir Allah bəndəsi maşını əylədi. Dərhal özümü içəri atdım. - O vəziyyətdə hara getdin? - Həmin gün dostlarımızdan birinin toyu olduğu üçün bizimkilərin orada olacağını bildiyimdən şadlıq evinin ünvanını sürücüyə söylədim. Ora çatanda Rauf bəyin mühafizəçisi Elçini gördüm və ondan Rauf bəyi çağırmasını xahiş etdim. - Bu işin təşkilatçıları haqda müxtəlif versiyalar var. Sən hansını daha real sayırsan? - Hadisədən sonra müxtəlif məlumatlar gəlirdi. O zaman prezident Heydər Əliyev mənimlə bağlı hadisəni pisləyən bəyanat verdi, geniş müşavirə keçirib güc strukturlarına cinayətkarların yaxalanması əmrini verdi. Məncə, bu işdə dövlətin güç strukturları yox, o zamanlar mövcud olan xüsusi silahlı dəstələrin əli vardı. Yəni onlar öz aləmlərində Heydər Əliyevə “ayı xidməti” göstərib. O zamanlar müxtəlif şəxslərin ətrafında silahlı dəstələr vardı. Bu dəstələrdən əsasən müxalifətin mitinqlərinin dağıdılması üçün istifadə edilirdi. Uzun sürən araşdırmalardan, gələn informasiyaları təhlil edəndən sonra qəzet rəhbərliyinin qənaəti bu oldu ki, “Quska” ləqəbli Hüseyn Abdullayevin bu işin təşkilatçısı olmaq ehtimalı yüzdə doxsan faizdir. - Ölkəni tərk etməyinin səbəbi də oxşar təhlükənin davam etməsi ehtimalı idimi? - Təhlükə davam edirdi. Çünki cinayətkarlar həbs olunmamışdı. Hətta dəyərdim ki, mükafatlandırılmışdı. 2005 seçkilərində “Quska”nı hətta deputat da elədilər. Amma “qrex” elədiyi üçün də deputatlığı əlindən alındı. Üstəlik, həbs elədilər. Başıma torba keçirib döyə-döyə maşına mindirmişdilər. Qəzetlərdən oxuduğuma görə, “Quska”nı da həbs edən zaman başına torba keçirib döyüblərmiş. Bax, buna İlahi ədalət deyirlər. - Məncə, sən Hüseyn Abdullayevə qarşı xeyli qərəzlisən, o, həbs olunarkən bir çox qüvvələr onun müdafiəsinə qalxdı... - “Quska”nın həbsi məsələsi zamanı təəssüf ki, müxalifət partiyaları və qəzetlər onun müdafiəsi ilə bağlı bəyanatlar, yazılar yazdılar. Əməkdaşı olduğum qəzetin rəhbərliyi də. Müsavat Partiyasının rəhbərliyində də mənimlə bağlı hadisədə “Quska”nın bilavasitə iştirakçı olması haqda məlumatlar vardı. Amma “Quska”nın Müdafiə Komitəsi adı altında keçirilən toplantıya getmələri, onunla bağlı bəyanat vermələri insanı ağrıdır. Axı bilməyən varmıydı ki, 98-ci ildən başlayan mitinqlərdə müxalifətçiləri, liderləri, jurnalistləri döyən xüsusi dəstələrdən ən böyüyü “Quska”ya bağlı idi. Belə şəxsi necə müdafiə edirdilər, heyrətlə izləyirdim. Eləcə də Əli İnsanov məsələsində müxalifətin tutduğu mövqe... - Sən Əli İnsanovun müdafiəsinədəmi etiraz edirsən? - Azərbaycan cəmiyyətində, müxalifət düşərgəsində, eləcə də mətbuatda bilməyən varmıydı ki, Əliyev iqtidarının ən idbar nümayəndələrindən birisi Əli İnsanovdur. Azərbaycan səhiyyəsini məhv edən, rüşvətxorluğun, korrupsiyanın başında duranlardan biri olan, müxalifəti söyən, liderlərə “quduz, faşist”, jurnalistlərə ən yumşaq halda “rədd ol” deyən şəxsin bu cür canı-dildən müdafiəsi sadəcə məni deyil, inanıram ki, minlərlə müxalifətçinin də vicdanını narahat eləyib. İlham Əliyevə qarşı bir neçə cümlə deməsi, müxalifət liderlərindən üzr istəməsi o demək deyil ki, müxalifət və qəzetlər ondan demokratiya qəhrəmanı düzəltməli, siyasi məhbus eləməli idilər? Kim məni inandıra bilər ki, bu, sadəcə, Əli İnsanovun insan haqqını müdafiə eləməkdir? Eləcə də Fərhad Əliyevin müdafiəsi. Məgər Fərhad Əliyev korrupsiyanın, inhisarçının böyüyü deyildimi? - Bəlkə sən qürbətdə olduğun üçün gəlişmələri izləyə bilmirsən və bu cür ifratçı mövqedə dayanırsan? Axı siyasət deyilən bir şey var... - Məncə, bu fikirlər 8 illik mühacirətlə bağlı deyil. İfrat olduğunu da düşünmürəm. 32 illik ömrümün tam yarısı qürbətdə keçib - 8 il Bakıda qürbətdə yaşamışam, son 8 ili də İsveçrədə. Demək istəyirəm ki, məsələ qürbətlə bağlı deyil. Bizlərin də müdafiə etdiyimiz, hətta uğrunda ölümlə burun-buruna gəldiyimiz müxalif qüvvələrin bu qədər yanlışlar eləməsinə etiraz etmək haqqımız yoxdurmu? Müxalifət tərəfindən quskaların, insanovların, Fərhad Əliyev kimi xalqın pulunu talan eləyənlərin, qanına susayanların müdafiəsinin “demokratiya” pərdəsi altında edilməsi doğrudur da, mənim bütün bunlara etiraz eləməyim yanlışdır? Axı məhz bu cür addımlar demokratik qüvvələrə inanmış, ömrünün 20 ilə yaxınını qurban eləmiş insanları incik salır. Bunun üçünmü mübarizə aparılıb ki, sonunda yuxarıda adlarını çəkdiyim şəxslərin də müdafiəsi təşkil edilsin? Müxalifət ciddi şəkildə zəifləyib deyilir, yazılır, bunun günahı təkcə hakimiyyətdədirmi? - Əgər hakimiyyət bu qədər basqı edirsə, təqiblər, həbslər dayanmırsa, müxalifət nə edə bilər? - Bizim müxalifət liderləri Musa peyğəmbər deyillər ki, insanlar 40 il onların dalınca getsin. 15 ildir uğur yoxdur. Müxalifətdəki insanların əksəriyyətinin - bu insanlar minlərlədir - 15 ildir normal işi yoxdur, əmək kitabçalarında iş yerləri yazılmır, uşaqları normal qidalanmadan böyüyüb. Aclıq, səfalət, oğul-uşaq qarşısında, qohum-əqrəba yanında, dost-tanış arasında pulsuzluqdan başı aşağı olaraq həyat sürmək o insanların alın yazısıdırmı? Maddi-mənəvi acılar yaşamağa borcludurlarmı? Müxalifət 15 ildir bu ölkəyə rəhbərlik edən şəxslərin legitimliyini tanımır, onlara prezident demir. İqtidarın atdığı addımlardan birinin müxalifət tərəfindən müdafiə olunduğuna rast gəlmisinizmi? Yəni 15 ildə Azərbaycan mənafeyi uğrunda hakimiyyət heçmi doğru addım atmayıb? Belə olduğu üçün də ölkə rəhbərliyi onlarla sivil siyasi münasibətlər qurmur. Müxalifətin zəifləməsinin günahı sadəcə “hakimiyyət təqib eləyir” bəhanəsi deyil. - Yəni bütün günahlar müxalifətdədir? - Günahı faizlərə bölmürəm. Yolun doğru olmadığını deyirəm. Son bir ildə 3-4 dəfə Azərbaycanda oldum. Bizim qoyub gəldiyimiz Azərbaycan deyil. Dəyişiklik çoxdu. - Dəyişiklik deyəndə yəqin körpüləri nəzərdə tutursuz? (gülürük) - Körpü salanlarla işim yox. Gəl birlikdə iqtidarın 2000-ci ildə olan rəhbərliyinə baxaq. Siyasi vitrində olanlar bunlar idi: Heydər Əliyev, onun müavinləri Əli İnsanov, Əli Nağıyev, Rafael Allahverdiyev, Sirus Təbrizli, Murtuz Ələsgərov, eləcə də sənin dostun Rza İbadov və s. Bu adı çəkilənlərdən bu gün kimsə iqtidarda söz sahibidirmi? Bu dəyişiklik deyilmi? Təssüf ki, müxalifətdəki bəzi sizin kimi yazarlar bu dəyişikliyi görmək istəmirlər. - Ramiz Mehdiyev ki, yerindədir... - Mən iqtidarın siyasi rəhbərlərinin dəyişməsini söylədim. Ramiz Mehdiyev bürokratdır. O, ona tapşırılan işin öhdəsindən gəldiyi üçün öz postunda qalıb işini davam etdirə bilir. Sizə bir şey deyim. Müsavat Partiyasından təxminən 15 ilə yaxındır ki, təşkilatı işlərə Arif Hacılı rəhbərlik edir. Deməli öz işinin öhdəsindən gəlir ki, hələ də öz yerindədir. - Oxşar ittihamlar müxalifətlə bağlı iqtidar tərəfindən də səslənir. Davamlı vurğulanır ki, müxalifət dəyişməlidir. - Əslində müxalifət də dəyişib. 2000-ci ilin müxalifətinin siyasi vitrininə göz atsaq orada Elçibəy, İsa Qəmbər, Rəsul Quliyev, Lalə Şövkət, İlyas İsmayılov və Etibar Məmmədovu görərik. Bu gün o liderlərdən iqtidara qarşı ciddi şəkildə mübarizə aparan sadəcə iki nəfər qalıb: İsa Qəmbər və Lalə Şövkət. Elçibəy dünyasını dəyişib, İlyas İsmayılov deputat mandatıyla kifayətlənib, Etibar Məmmədov siyasətdən gedib. Rəsul Quliyevin partiyası da son seçkilərdə İlham Əliyevi müdafiə edib. Yenə o dövrdən bu yana, Tahir Kərimli, Rəsulçular, İlyas İsmayılov, Çingiz Dəmiroğlu, eləcə də Sərdar Cəlaloğlu da indiki prezidenti müdafiə edirlər. Elçibəyin müavinləri olaraq mənim orada qoyub getdiklərim şəxslərdən 6-sı bu gün parlamentdə oturub. Adlarını siz bilirsiniz. Maraqlıdır ki, Heydər Əliyevin müavinlərindən sadəcə bir nəfər Murtuz Ələsgərov bugünkü parlamentdədir, amma Elçibəyin 6 müavini orada oturub. - Bəlkə yenidən körpülərə qayıdaq. Körpü dedikdə iqtidarla-müxalifət arasındakı körpünü nəzərdə tuturam. Bəziləri bu körpünün düşmənçilik səbəbindən ümumiyyətlə mövcud olmadığını, bəziləri isə yandırıldığını söyləyirlər. - Kimsəyə sirr deyil ki, iqtidarla müxalifət arasında siyasi münasibətlər düşmənçilik səviyyəsindədir. Aparılan bu siyasət təəssüf ki, 15 ildə müxalifətə uğur gətirməyib. Uzağa getməyək, Müsavata baxaq. Azərbaycanda ən güclü müxalifət partiyası Müsavatdır. Amma Müsavatın gücü 5 il əvvəlki kimidirmi? Müsavat Partiyasının Bakı şəhərində ən böyük rayon təşkilatlarından birinin sədriylə bir neçə ay əvvəl Ukraynada rastlaşdım. Və bu prezident seçkisi ərəfəsiydi. Düşünün, Bakıda seçki prosesi gedir, amma Müsavatın ən böyük rayon təşkilatlarından birinin sədri ailəsini dolandırmaq üçün Ukrayna bazarında alma satmağa belə razı idi. Təəssüflər olsun ki, onun taleyini bölüşən müsavatçıların sayı minlərlədir. Bu, bir partiya üçün son nöqtəyə yaxınlaşırıq siqnalıdır. Bunu liderlər bilirlər, görürlər. Azərbaycanda əgər normal siyasi münasibətlər olsaydı, həmin o şəxs özünə Bakıda iş tapardı. Amma düşmənçilik siyasəti buna imkan vermir. Sizə bir məsələni də deyim. Siyasi düşmənçilik və qarayaxma paranoyası ilə bağlı. Mənim tanıdığım müxalifətin önəmli simalarından birisi təxminən 25 il əvvəl yazdığı dissertasiyasında Mir Cəlal Paşayev haqda geniş araşdırma aparıb. Məndə olan məlumata görə, adıçəkilən yazıçının yubileyi ilə bağlı həmin şəxsə bir neçə dəfə o məqalənin təkrar dərc olunması üçün müraciət olunub. Amma razılıq verə bilmir. Çünki müxalifət içərisindəki qararguruh şivən qoparacaq ki, bu adam satılıb. - Xain demişkən, ictimaiyyət arasında “Qərb Azərbaycanda demokratiyanı neftə qurban verib”, kimi ittihamlar daha inadla səslənir. Hətta bəzi liderlər Qərbi demokratiyaya xəyanətdə ittiham edirlər. - Qərb demokratiyanı neftə dəyişib fikri tam həqiqət deyil. Axı Qərb bacardığı qədər demokratiyanı müdafiə edir. Konkret müxalifəti niyə müdafiə edib hakimiyyətə gəlməsinə yardım eləmir, bu, başqa məsələdir. Qərb Gürcüstanda, Ukraynada birmənalı şəkildə müxalifəti müdafiə elədi və onların hakimiyyətə gəlməsində yardımçı oldu. Amma həm Gürcüstan, həm də Ukraynada Qərbin birmənalı şəkildə müdafiə edəcəyi müxalifət vardı. Onu da deyim, hər iki ölkədə hakimiyyət yekdil deyildi. Hər iki ölkədə seçkilərdən ən azı bir il əvvəl müxalifətin liderləri bəlli idi. Saakaşvili və Yuşşenko. Azərbaycanda nə görürük? İsa Qəmbər, Əli Kərimli, Lalə xanım, Rəsul Quliyev və s. bunlar birləşib. Azərbaycan müxalifətinin lideri filankəsdir deyirlərmi? Avropanın böyük dövlətləri, Amerika eləcə də Türkiyə Azərbaycanda müxalifətin durumunu bilirlər. Və bu şəkildə parçalanmış, parçalandıqca marginallaşmış, Hikmət Hacızadənin terminiylə desək, dissident qruplar şəklində fəaliyyət göstərən bu qüvvələrin hakimiyyətə gəlmə şansının cüzi olduğunu analiz edə bilmirlər məgər? Azərbaycan müxalifətinin liderini, həmin liderin komandasını görə bilmədiyi üçün Qərbin də ata biləcəyi addımlar azalır. - Axı 2003-cü ildə parçalanmış şəkildə seçkiyə gedilsə də, 12 oktyabr mitinqi göstərdi ki, müxalifətin namizədi İsa Qəmbərdir, bəs niyə müdafiə olunmadı? - O zamankı vəziyyəti göz önünə gətirin, hakim komanda tam şəkildə İlham Əliyevin namizədliyini müdafiə eləyirdi, həmçinin ölkənin tanınmış ziyalıları da. Qarşı tərəfdə nə görürük? Ən böyük müxalifət partiyalarının liderləri İsa Qəmbər, Etibar Məmmədov, Rəsul Quliyev və Əli Kərimli görüşüb razılığa gələ bilmədilər; nəticədə Əli Kərimli Etibar Məmmədovu müdafiə etdiyini bəyan etdi. Seçkilərə bir neçə gün qalmış da Rəsul Quliyev İsa bəyi müdafiə etdiyini açıqladı. 12 oktyabrda seçki gününə 3 sutka qalırdı ki, özünüz fikirləşin böyük dəvətlər bu cür ciddi məsələ haqqında belə az müddətdə qərar çıxararmı? Müxalifətin ən güclü, cəmiyyətin dəyişiklik olacaq inamının pik nöqtəsində belə vahid güc, vahid lider və komandanı cəmiyyətə və beynəlxalq aləmə göstərə bilməyən müxalifətin “Qərb demokratiyanı neftə satdı” bəhanəsinə sığınması məncə, ciddi məntiqə söykənmir. - İsveçrə deyiləndə insanda ilk yaranan assosiasiya banklar, Alp dağları, saatlar filan olur. Bunlar isə istər-istəməz Azərbaycandakı zənginləri yada salır. Burada heç onlarla qarşılaşmısanmı? - Bilirsiniz ki, İsveçrə balaca bir ölkədir. Bizim zəngin məmurların da bu ölkəyə tez-tez gəldiyi məlumdur. Sizə xırda bir informasiya verim, əslində mənə də bu məlumatı hələ 2004-cü ildə Azərbaycanda yüksək vəzifə tutmuş bir şəxs söyləmişdi. Cenevrə gölünün (Leman gölü) kənarında azərbaycanlı məmurlar tərəfindən 38 ev alınıb. Bu evlər Montrö adlanan balaca bir şəhərcikdə alınıb və o şəhər İsveçrədə ən bahalı şəhər sayılır. Hətta bir şəxsin 4 ev aldığını bilirəm. Evin qiyməti ən azı bir milyon olub. Əli İnsanovun Almaniyada, Quskanın isə Avstryada şirkətləri, zavod-fabriklərinin olduğunu Azərbaycan mətbuatı da yazıb. Azərbaycanlı məmurların İsveçrənin vergi cənnəti sayılan Zuğ və Schvyz (Sshwyz) vilayətlərində şirkətləri olduğundan da xəbərim var. Bu mənim qısa bir jurnalist araşdırmamla ortaya çıxıb. - Yazılarına görə silahlı hücuma məruz qalmış ilk azərbaycanlı jurnalistsiniz. Ayağın sayalı oldu. Proses geniş vüsət aldı. Amma bu günlərdə həmkarımız Zamin Hacı iqtidar nümayəndələrinin deyil, demokratik düşərgədə olduğu söylənilən Akif Nağının yumruğuna tuş gəldi. - Əslində QAT həm Qarabağ, həm Azadlıq həm də Təşkilat adına irnoiyadır. Bu qurumun və onun sədrinin indiyə qədərki fəaliyyətləri bizə bunu söyləməyimizə əsas verir. Eynulla Fətullayevin də həbs olunması üçün bu qurumun üzvləri vay- şivən salmışdılar. Maraqlıdır, prezident bu günlərdə atası rəhmətə gedən Zahidov qardaşlarına yasda iştirak etmələri üçün imkan yaratdı. İctimaiyyətdə bu addım hakimiyyət tərəfindən jurnalistlərlə münasibətlərin normallaşması istiqamətində atılmış müsbət bir addım kimi qiymətləndirildi. Məhz bu ərəfədə, özünü demokrat sayan, ziyalı və müəllim olduğunu vurğulayan birisinin jurnalistə pusu quraraq hücum etməsi bu şəxsin psixi problemləri olmasını göstərir. Həmçinin, demək ki, demokrat olmaq üçün uzun illər Müsavat Divanında oturmaq da yetərli deyilmiş.
44,580
18.12.2008 10:04
Mənəviyyat
ZİYARƏT VƏ ZİYARƏTGAH HAQQINDA DÜŞÜNCƏLƏR
Hər kəsin öz yanaşmasını seçmək hüququna hörmətlə, amma yenə də ziyarət və ziyarətçilik kimi insanı kamilliyə aparan möhtəşəm bir institutun özünə yönəli nihilizmə reaksiya olaraq, bir balaca məlumatla bölüşməyi lazım bildim.Azərbaycan torpağı övliyalar, peyğəmbər nəslindən olan pak insanlar, Allah dostlarının dəfn olunduğu bir torpaqdır. Bu baxımdan, bu məkanı mübarək hesab olunan bölgələrə aid etmək olar. Azərbaycan inanclısı üçün belə bir məkanda yaşamaq, Allahın sevimli bəndələrinin ziyarətinə gedə bilmək imkanına malik olmaq böyük bir lütfdür. Təəssüflər olsun ki, hər kəs bu şərəfi hiss etməyi, əlində olan bu neməti lazımınca dəyərləndirməyi bilmir. Bu baxımdan, ziyarətgahlara baş çəkmək əməli fikir ayrılığına səbəb olan məsələlərdəndir. Bir çoxları əsassız qadağalar qoymaqla, yerli-yersiz ixtisarlar aparmaqla yeni trayektoriya cızıb özlərinin “doğru yol”, “düzgün din” modellərini təqdim edirlər. Amma dini “dinin özündən” soruşub öyrənmirlər. Əgər soruşsalar, inandıqları və ya inanmaq istədikləri Quran bu barədə görün onlara nələr deyər:“Kəhf”, surəsi, ayə 21. “Əshabi-kəhf haqqında mübahisədə qalib gələnlər (möminlər) isə: “Onların məzarı üstündə (Allaha ibadət etmək məqsədilə) bir məscid tikəcəyik!”-dedilər. Diqqət! Məzar üstündə məscid tikilir. Məzarın sahibi - Əshabi-kəhfdə uyuyan möminlər. Niyyət - Allaha ibadət etmək. İcraçılar - qalib gələnlər (möminlər).Deməli, məzarlar üstündə məscid tikilməsinə, bu məscidi tikənlərə və orada ibadət etməyə Quranın heç bir etirazı yoxdur. Əksinə, bu iş Allah tərəfindən bəyənilmişdir ki, məhz qalib gələnlərə (yəni möminlərə) nəsib olmuşdur. Beləliklə, birinci mərhələdəki sadə isbata görə, ümumiyyətlə, pirlərin, ziyarətgahların və mübarək zatların qəbir üstü məscidlərinin var olmasında heç bir dini qanunauyğunsuzluq yoxdur! Quranın “ölü” və “diri” anlayışları Dini məsələlərdən danışanda mənbə bildiyimiz müqəddəs kitabımız ölülər və diriləri bizə belə tanıtdırır:“Ali-İmran” surəsi, ayə 169. “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi (cənnət ruzisi) yeyirlər”.“Ali-İmran” surəsi, ayə 171-də isə “Allah möminlərin mükafatını puça cıxarmayacaq” - deyə buyurması bu ayənin təkcə şəhidlərə deyil, ümumiyyətlə, bütün sadiq bəndələrə, mömin insanlara şamil olunduğuna işarədir. Belə ki, insanın diri olma meyarı fiziki dirilik, var olma deyil, onun əməl ilə qazandığı, təqva ilə ucaldığı, Allaha həqiqi bəndəlik ilə yüksəldiyi elə bir mərtəbədir ki, bu məqamın sahiblərını “ölü” saymağı dinimiz qəbul etmir. Ona görə də, Allahın sevərək mədh etdiyi insanlara “ölü” demək, onların məzarlarının dəyərini aşağılamaq ”“ bir günah yükünü öz çiyinlərinə götürmək olar. Əməl və niyyət Niyyət əməlin çəkisini, mahiyyətini, qiymətini, əcrini təyin edir. Odur ki, əməlin icrasında niyyətin birbaşa rolu var. Ziyarətə gələnlər buraya ya qəbul olmuş dualarına görə Rəbblərinə təşəkkür üçün gəlir, bura nəzir verirlər və ya sadəcə olaraq “Allah dostlarını”, öz din qardaşlarını ziyarətə gəlirlər. Əgər onlar Allahın seçilən və sevilənləridirlərsə, niyə də biz onları sevməyək? Nəyə də biz onlarla ünsiyyətimizi kəsək? Ziyarət də məhz diri ruhların söhbətidir, ünsiyyətidir, rabitəsidir. Sahibinin fiziki var olub -olmamasından asılı olmayaraq, diri olan ruhların...Bizim tanıdığımız ədalətli Allah azla çoxu, yaxşı ilə pisi, zəiflə güclünü bir tutmaz. Onların hər birinin öz məqamı, öz imtiyazları var. Məzarda yatan pak ruhlu insanlar Allah yanında böyük üstünlüklərə malikdirlər. Əgər ziyarətçilər onları vasitə bilib Allahdan arzularının yerinə yetməsini, bağışlanmalarını istəyərlərsə, burada da yenə dinə zidd heç bir şey yoxdur. Əksinə, bu insana təvazökar olmağı, Allaha yaxınlaşmaq üçün acizanə şəkildə hər vasitədən istifadə etməyi öyrədir. Bu, həmçinin təkamül yolunda bir stimuldur. Real olaraq göstərir ki, insan elə bir mərtəbəyə ucala bilər ki, nəinki öz aqibətini xeyir edər, həmçinin dünyasını dəyişdikdən sonra dünyadakı din qardaşları ilə mənəvi rabitədə ola bilər. Bəzən pirlərə, ziyarətgahlara tənqidi münasibət bəsləyənlər, niyyət ölçən cihazlar kimi diqqətlə insanların hər addımını izləyənlər, buraya sanki ziyarətə deyil, təftişə gələnlər onu bilməlidirlər ki, öz iradlarında istinad etdikləri dinimiz din qardaşı haqqında gözəl zənn etməyi buyurur. Bir də ki, pıçıltı ilə dua edərək və ya ağlayaraq, ya da məzar daşını öpərək öz sevgisini canfəşanlıqla izhar etmək istəyənlərin qəlblərində olanları, onların kimdən nəyi istəmələrini çox əminliklə təyin edən qəlb oxuya bilən insanların sui-zənn məsələlərinə diqqət etmələri daha faydalı olardı.Haşiyə: Daşı öpməkdən danışanda uşaqlıqda seyr etdiyim bir film yadıma düşdü. Orada ana yenicə, qüsurla doğulmuş və şüşə örtük altında saxlanan körpəsini şüşənin üstündən sevə-sevə öpürdü. Bu mənəvi rabitə və sevgi o qədər güclü idi ki, təbii ki, ana şüşəni öpdüyünü hiss etmirdi. Onun sevgisi aradakı şüşəni yox etmişdi. O, öz balasını öpürdü. Eynilə bu cür ki, inanclı insanlar da məzar daşlarını öpəndə onlarla məzarda yatan mömin bəndələrlə, onların ruhu ilə heç bir maneələri olmur. Onlar bu mübarək zatlara öz sevgi və ehtiramlarını bu cür bildirirlər.Müqəddəs yerlərin ziyarətində heç bir şəri problem olmadığını aydınlaşdırsaq da, belə yerlərdə Azərbaycan toplumuna xas olan mənfiliklərin olması ilə də razılaşmaq lazımdır. Belə ki, ziyarətgahlarda natəmizlik halları, bisavad mollalar, qıcıq doğuran nəzir qutuları faktları mövcuddur. Amma bu, belə mübarək yerlərin və orada dəfn olunmuşların qüsuru deyil, ümumən Azərbaycan toplumunun, daha dəqiq desək, toplumun fərdlərinin nöqsanıdır. Necə ki, kiminsə ədəbsiz yemək yeməyi yeməyin dadsız olduğuna dəlalət etmir, eləcə də bir əməli səhv icra etmək, əməlin özünün köklü səhv olmağından xəbər vermir. Odur ki, iradları düzgün ünvanlamaq vacib məqamdır. Kiminsə tərbiyə, mədəniyyət və əxlaq zəifliyini vurğulamaq üçün məzarda yatan mömin və müxlis bəndələrdən və ya onları ziyarətə gələnlərdən istehza ilə danışmaq ”“ yəqin ki, doğru-dürüst yanaşma deyil.Əziz oxucu! Əgər öz dinimizi araşdırmaq istəyiriksə, gərək həqiqəti zahiri dindar, amma içi boş, əxlaqı saxta, əməlləri riya ilə dolu olanlardan deyil, sanballı, etibarlı, müqəddəs mənbələrdən öyrənək. Onlar bizi doğru yoldan sapdırmaz. Allah ziyarətinizi qəbul eləsin!
44,581
19.12.2008 09:55
Ölkə
YENİ TİKİLƏN METRONUN ÜSTÜ ÇÖKDÜ
Xatırladaq ki, bu yaxınlarda “Azərsu” Səhmdar Cəmiyyətinə məxsus 1200 diametrlik su xəttinin məhz eyni hissəsində qəza baş vermişdi. İki gün ərzində aparılan bərpa işlərindən sonra əraziyə su axınının qarşısı alınmışdı. Bu dəfə qəza stansiyaya girişin cəmi bir neçə metrliyində baş verib. Hadisə nəticəsində stansiyanın üst hissəsindəki yaşıllıq zolağı çöküb. Metropoliten işçilərinin bildirdiyinə görə, su xətti bir neçə metr dərinlikdə olduğundan qəzanın hansı hissədə baş verdiyini müəyyənləşdirmək çətin olub. Ətrafa yayılmış suyun hansı hissədən axdığını yalnız dünən günorta saatlarında müəyyənləşdirə biliblər.
44,582
19.12.2008 09:12
Ölkə
“NƏRİMANOV” METROSUNDA BOBMA HƏYƏCANI
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya bildirilib ki, stansiyanın fəaliyyəti bərpa olunsa da, əməliyyat-axtarış tədbirləri hələ də davam etdirilir. İdarədən onu da qeyd ediblər ki, faktla bağlı araşdırmalar davam etdiriləcək. Hadisə yerində olan polis zabitləri isə əməkdaşımıza FHN-in metroda təlim keçdiyini deyiblər. Müxbirimiz bu hadisədən sonra əhalinin metrodan istifadə etməyə tərəddüd etdiyinin şahidi olub.
44,583
19.12.2008 09:55
Ölkə
MƏTBUAT ŞURASINDAN PREZİDENT APARATINA GÖNDƏRİLƏN TƏKLİFLƏR DƏYƏRLƏNDİRİLİB
Xatırladaq ki, Azərbaycanda ilk dəfə olaraq 2009-cu ilin dövlət büdcəsindən mətbuatın inkişafına 1,3 milyon manat vəsait ayrılıb. Kütləvi informasiya vasitələrinin (KİV) inkişafına dövlət dəstəyi Konsepsiyasına əsasən, mətbuatın inkişafı ilə bağlı müəyyən tədbirlərin həyata keçirilməsi - mətbuata qrantların ayrılması, kreditlərin, ünvanlı yardımların, subsidiyaların verilməsi nəzərdə tutulur. Konsepsiyada nəzərdə tutulan işləri isə Mətbuatın İnkişafına Dəstək Fondu (MİDF) həyata keçirəcək. MDİF-nin yaxın günlərdə yaradılacağı nəzərdə tutulub. 2009-cu ilin büdcəsində mətbuatın inkişafı üçün nəzərdə tutulan 1 milyon 300 min manatı fond bölməlidir. Hələ ki fond yaranmayıb. Fondun konsepsiyası nəzərdə tutulan istiqamətlərdə formalaşmalıdır.
44,584
19.12.2008 09:18
Ölkə
NARDARANLILAR YÜRÜŞ EDƏCƏK
“Məktubda qeyd edilib ki, torpaq üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə tənzimlənir. Həmin məcəllənin 49-cu maddəsinin 3-cü bəndində göstərilib ki, keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir. Ona görə də ərizədə adıçəkilən Salman Cəbrayılovun və şikayətçilərin torpaq sahəsinin onlara ata-babalarından miras qaldığını iddia edərək, varis kimi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınmasını tələb etməsi əsassızdı. Məktubda göstərilir ki, həmin torpaq sahəsi dövlət, yaxud da bələdiyyə mülkiyyətində olmalıdı. Biz də istəyirik ki, kənddə bələdiyyə yaradılsın və torpaqlar bu qurumun sərəncamına verilsin”.Hazırda mübahisəli torpaq sahəsinin Milli Məclislə Ali Məhkəmənin qərarından asılı olduğunu söyləyən R.Əlizadə problem həllini tapmayacağı təqdirdə aksiyalara start veriləcəyini də diqqətə çatdırıb: “Ümidvarıq ki, sakinlərin problemləri həll olunacaq. Əks təqdirdə, yenidən aksiyalara başlayacağıq. Narazı sakinlər qəsəbədən Prezident Aparatınadək yürüş edəcək. Bu aksiyaya qonşu kəndlər də dəstək verəcək. Hər hansı bir insidentin məsuliyyəti isə Cəbrayılovların üzərinə düşəcək. Çünki bu insanların təqsiri üzündən sakinlərin torpaqları bir amerikalıya satılıb”. Mətbuat konfransında hüquq müdafiəçisi Ələkbər Məmmədov da iştirak edib.
44,585
19.12.2008 09:55
Ölkə
MƏNƏVİ DƏYƏRLƏRLƏ BAĞLI TƏDBİR KEÇİRILDİ
“Bəzi hallarda dinimizin müqəddəs şəxsiyyətlərinin adları və fikirləri olduğu kimi verilmir, təhrif edilir və s. Etiraf edək ki, dinlə bağlı mətbuatda maarifləndirmə prosesi də yetərincə deyildir. Sadalanmış bu problemlər elektron KİV sistemində də qənaətbəxş qəbul edilə bilməz. Azərbaycanda yaşayan digər xalqların sitayiş etdiyi dinlərlə bağlı da qəzet və jurnal yazılarında, televiziya verilişlərində peşəkarlıqdan uzaq olan yanaşmalar mövcuddur"-deyə N.Yaqublu bildirib. N.Yaqublunun fikrincə, bu tədbiri keçirməkdə məqsəd problemləri mətbuat orqanlarında ictimai müzakirəyə çıxarmaq və həllinə kömək etməkdir.
44,586
19.12.2008 09:22
Gündəm
AZƏRBAYCANA QARŞI NÖVBƏTİ HƏQARƏT
Maraqlısı odur ki, adıçəkilən sayt yay aylarında “Artsax”a turizm səfərləri təşkil edilməsi barədə reklamlar da yerləşdirib.
44,587
19.12.2008 09:20
İqtisadiyyat
RUSİYADA YAŞAYAN AZƏRBAYCANLI İŞ ADAMINDAN ŞOK ETİRAF
25 mərtəbəli yaşayış kompeksinin sahəsi 40700 kvadrat metr, layihəyə sərf ediləcək vəsait isə 80 milyondur.“Bu layihəni həyata keçirərkən ilk dəfə olaraq yeni maliyyələşdirmə sxemindən istifadə edəcəyik. Hər müştərimiz Rusiya Əmanət Bankı ilə ”Məqsədli yığım hesabı haqqında" müqavilə imzalayacaq. Müştərinin mənzilə görə ödəyəcəyi bütün pullar onun Əmanət Bankındakı hesabına yatırılacaq və ev hazır olanadək binanı tikən şirkətə verilməyəcək. Bu isə o deməkdir ki, tikinti müştərilərin pulları yox, şirkətin borc aldığı kreditlər hesabına aparılacaq", - Q.Dixnov söyləyib.Rusiya KİV-lərinin məlumatına görə, Sankt-Peterburqdakı azərbaycanlı icmasının lideri olan milyarder V.Məmişovun həyata keçirmək niyyətində olduğu sxem Azərbaycanda tətbiq ediləcəkmiş. Amma Azərbaycana gələn Məmişov burdan narazı gedib, daha doğrusu, onu pərişan ediblər. Məmişovdan o qədər “şapka” istəyiblər ki, o, həmin kapitalı Peterburqa yatırmalı olub.
44,588
19.12.2008 10:28
Ölkə
ERMƏNİLƏRLƏ ATIŞMADA İKİ ƏSGƏRİMİZ YARALANDI
APA-nın Qarabağ bürosunun xəbərinə görə, yaralanan əsgərlər - Baydarov Rəvan İslam oğlu və Baydarov Elvin Telman oğlu (əmioğludurlar) Hərbi Hospitala yerləşdiriliblər. Məlumata görə, əsgərlər Balakən rayonu Katex kənd sakinidirlər, ötən ilin oktyabrında Balakən rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıblar.
44,589
19.12.2008 09:20
Ölkə
BAŞ MÜHAFİZƏ İDARƏSİNİN ALAYINDA NARAZILIQ
“Adıçəkilən komandir müavinləri xidməti borcunu yerinə yetirən sıravi əməkdaşları yatmaqda və yaxud işinə səhlənkar yanaşmaqda günahlandıraraq onlardan azı 300-400 manat əlavə pul alırlar. Bu da şəxsi heyət arasında ciddi narazılığa səbəb olub”.
44,590
19.12.2008 09:28
Kriminal
TÜRKİYƏDƏ “ƏL-QAİDƏ”nin 30 ÜZVÜ HƏBS EDİLDİ
APA-nın məlumatına görə, terrorizmə qarşı mübarizə şöbəsinin əməkdaşları ilkin mərhələdə həbs olunan 15 nəfərin ardınca terror təşkilatı ilə əlaqəsi olduğu güman edilən daha 15 nəfəri həbs ediblər. Əməliyyatlar zamanı həmçinin terror təşkilatına məxsus çoxlu sayda sənədlər, silah-sursat ələ keçirilib. Əməliyyatlar davam edir.
44,591
19.12.2008 09:40
Ölkə
“BAKIDA İSTƏDİYİM YERİ PARTLADA BİLƏRDİM”
Ş.Məhərrəmov ifadəsində bildirib ki, dəstə üzvü olmayıb: “Yaşar Məhərrəmov qardaşımdır. Ondan başqa heç kimi tanımıram”. Ş.Məhərrəmov istintaq zamanı ona təzyiq edildiyini deyib. Prosesdə onun vəkili Əlizadə Kazımov müdafiə etdiyi şəxsin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb. Dövlət ittihamçısı isə həmin vəsatətin rədd olunmasını xahiş edib. Bu zaman dəstə başçısı hesab edilən Kamran Əsədov prokuroru “kafir” və “Roma papası” adlandırıb: “Mən cibimdə ”limonka" 2 ay şəhərdə gəzmişəm. İstədiyim yeri partlada bilərdim, ancaq etməmişəm. Mənim məqsədim Allahın əmri ilə cihad etməkdir. Ey kafirlər, siz bizə qarşı öz hiylənizi qurun. Allah da sizə qarşı hiylə quracaq”. Bundan sonra hakimlər müzakirəyə yollanıblar.Qalmaqallı proses günün ikinci yarısında öz işini davam etdirib. Hakim İ.Nemanov vəsatəti əsassız sayaraq, rədd edib. Məhkəmə prosesi dekabrın 24-də keçiriləcək.
44,592
19.12.2008 09:22
Yazarlar
İŞĞALÇIDAN HƏLƏ BİR ÜZR DƏ İSTƏYƏK?
Gərək nə qədər unutqan, manqurt düşüncəli olasan ki, yaxın keçmişi unudub ermənilərə belə yarınasan, bu yarınmağın bədəlini hesablaya bilməyəsən. O ermənilər ki, uşaqlarını körpəlikdən türkə düşmən ruhunda böyüdür, onları türklə qorxudurlar. O ermənilər ki, bir milyon Azərbaycan türkünü öz yurdundan didərgin salıb, Xocalı soyqırımını törədiblər, Azərbaycanın 20 faiz ərazisini neçə illərdir işğal altında saxlayırlar, bu ərazilərdəki yeraltı və yerüstü sərvətləri talamaqda davam edirlər; o ermənilər ki, Türkiyəyə qarşı da ərazi iddialarını gizlətmirlər, ötən əsrin 70-ci illərində isə onlarla türk diplomatını və onların ailə üzvlərini terrora məruz qoyaraq öldürüblər.Düşmənə ilin-günün bu vədəsində bundan yaxşı xidmət?! Özü də dəqiq bilə-bilə ki, qarşılığında erməninin heç bir güzəşti olmayacaq. Əksinə, erməni xislətinə bələd olanlar bilirlər ki, bu kampaniyadan onlar Türkiyənin və Azərbaycanın milli maraqlarına növbəti sarsıdıcı zərbə vurmaq üçün şans kimi istifadə edəcəklər. Bu xüsusda 60-a yaxın türkiyəli keçmiş diplomatın və millətçi siyasətçilərin imzaladıqları bəyanat tam yerinə düşür: “Bu kampaniya yersiz, yanlış, tarixi gerçəklərə və milli mənafelərə zidd addımdır”. MHP isə təşəbbüsü haqlı olaraq “satqınlıq və ermənilərə yaltaqlıq” kimi dəyərləndirib. Əlavə edək, həm də Türkiyə dövlətinin kürəyinə arxadan saplanan bıçaqdır bu. Özünü türklüyə, türk soyuna aid edən, Azərbaycana dost sayan qüvvələr belə şeyə gedərmi? Heç vaxt! Əsl türk erməni qarşısında əyilməz, özünü aşağı tutmaz! O üzdən kampaniyanı düşünənlərin, ona gizli-açıq dəstək verən deputatların və rəsmilərin qanının, soyunun və kökünün təmiz olmasına şübhə etməyə haqqımız var. Yaxud da onlar ən azı, kosmopolit təfəkkürlü, erməni xislətindən bixəbər, cılız insanlardır. Zira, ermənilərin aksiyadan geninə-boluna yararlanacağına, uydurma soyqırım iddialarını daha sərt formada qoyacaqlarına şübhə yoxdur. Eyni zamanda Qarabağ məsələsində təcavüzkar ölkənin, erməni diasporunun aksiyadan istifadə edəcəkləri şəksizdir. O planda ki, “gördünüz, biz deyəndə sivil erməni vəhşi türklə bir yerdə yaşaya bilməz, inanmırdınız!”Ümid etmək istərdik ki, məsələyə Türkiyə hökumətinin hər hansı qatışığı yoxdur. Hər halda, şahidiyik ki, prezident Abdullah Gül Ermənistanla ilişgilərin qaydaya salınmasının birinci şərti kimi uydurma soyqırımı məsələsini tarixçilərin öhdəsinə buraxmağı irəli sürüb. Erməni isə buna heç vaxt getməz. Çünki “soyqırım” mövzusu düşmən xalq üçün işğala haqq qazandırmaq, “Böyük Ermənistan” sərsəmləməsini reallaşdırmaq yolunda ən güclü arqumentdir. Erməni belə ideoloji silahı asanca əldən buraxarmı?Əslində çox üzülməyə də dəymir. Ona görə ki, Türkiyə demokratik, plüralist ənənələrə malik, yekcins olmayan dövlətdir. Obrazlı desək, “meşə çaqqalsız olmaz”. Ona qalsa, Azərbaycanda Türkiyəni üzən daha ciddi hadisələr baş verir, proseslər gedir. Götürək, qardaş ölkəni terror edən PKK-nın ölkəmizdə isti qucaq tapmasını. İş o yerə çatıb ki, PKK simpatizanları hakimiyyətdə özlərinə möhkəm yer ediblər, hətta mətbu orqanlara malikdilər, qatil Öcalanı açıq təbliğ edirlər. Və ya bəzi azərbaycanlı oliqarxların erməni qohumlarının köməyilə işğalçı ölkədə biznes qurmasını, Ermənistana benzin satmasını - məgər bunlar “üzr istəyirik” kampaniyasının ağrı-acısından azmı kədərli, azmı ağrılı faktlardır? Rəzalət rəzalətdir - istər orda olsun, istər burda... Zahid SƏFƏROĞLU
44,593
19.12.2008 10:03
Gündəm
KƏMALƏDDİN HEYDƏROVUN VERTOLYOTUNA HÜCUM OLUB
Mənbənin məlumatına görə, vertolyotda olanlar vurulmaqdan qorxaraq, ciddi həyəcan keçiriblər. Bu hadisədən sonra nazir artıq bir neçə həftədir ki, vertolyotla uçmur.“Yeni Müsavat”ın apardığı araşdırma nəticəsində həmin şəxsin fövqəladə hallar naziri Kəmaləddin Heydərov olduğu üzə çıxıb. Əldə etdiyimiz məlumata görə, K.Heydərovun olduğu vertolyot FHN-in müvafiq bazasından havaya qalxıb və ölkənin şimal-qərb bölgəsinə doğru istiqamət götürüb. Ancaq təxminən 15-20 dəqiqədən sonra Hərbi Hava Qüvvələrinin növbətçi qərargahından vertolyotun məcburi endirilməsi barədə komanda verilib və havaya qalxan qırıcılar K.Heydərovun vertolyotunu aşağı endiriblər. “Fövqəlnazir” baş verən hadisədən bərk qəzəblənərək, elə insidentin baş verdiyi yerdən müdafiə naziri Səfər Əbiyevlə əlaqə saxlamağa çalışıb. Ancaq həmin vaxt S.Əbiyev istirahət etdiyindən onunla danışa bilməyib. Bundan sonra Hərbi Hava Qüvvələrinin komandanı Rail Rzayevə zəng edən K.Heydərov onunla çox sərt danışıb və bildirib ki, heç kim onun yolunu kəsə bilməz. Ancaq R.Rzayev nazirin diqqətinə çatdırıb ki, ölkə ərazisində istənilən hava uçuşları ilə bağlı müvafiq mülki qurumlar və Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələri rəsmi şəkildə məlumatlandırılmalıdır. Buna görə də K.Heydərova uçuşu davam elətdirməyə imkan verilməyib.“Fövqəlnazir”in vertolyotla Qəbələyə getməsi barədə müvafiq qurumlara ərizə göndərilməməsi isə K.Heydərovun vertolyotun uçuşa hazırlanması barədə qəfil göstəriş verməsi ilə bağlı olub. Ekipaj üzvləri əvvəlcədən uçuşun qanunsuz olduğu barədə K.Heydərova xəbərdarlıq etsə də, “fövqəlnazir” onlara məhəl qoymayıb. Məlumata görə, Hərbi Hava Qüvvələri əvvəlcə vertolyotun kimlərsə tərəfindən qaçırıldığını zənn edərək, ona atəş açmaq istəyiblər. Ancaq sonradan K.Heydərovun da vertolyotda olduğunu öyrənərək, onu aşağı endiriblər.Baş verən insidentlə bağlı ölkə başçısının da məlumatlandırıldığı bildirilir.
44,594
19.12.2008 09:43
Ölkə
PARTLAYAN BİNANIN SAKİNLƏRİNDƏN BİRİ DƏ ÖLDÜ
Mərhumə T.Əlirzayevanın 3 yaşlı qızı Aylinə gəlincə isə Əfəndiyev adına 2 saylı kliniki xəstəxanadan APA-ya verilən məlumata görə, qəza zamanı yaralanan Aylin Əlirzayeva artıq atasına təhvil verilib. Qeyd edək ki, Aylinin valideynləri boşanıb. Partlayış zamanı Aylinin anası dünyasını dəyişəndən sonra onun kimin himayəsinə verilməsi məsələsi gündəmə gəlmişdi. Bu məsələ artıq öz həllini tapıb.Dövlət rəsmiləri qəzaya binanın 4-cü mərtəbəsində aparılan təmir işləri zamanı qaz xəttinin sıradan çıxmasının səbəb olduğunu deyir. Şübhəli şəxs qismində Samir Qəhrəmanov, Pərviz Zülfüqarov və Elman Niftəliyev saxlanılıblar. Sonradan S.Qəhrəmanovla P.Zülfüqarov buraxılıb, E.Niftəliyev isə hələ də həbsdədir.Partlayan binada görülən işlərlə tanış olmaq üçün dünən o ünvanda olduq. Biz orada olarkən Fövqəladə Hallar Nazirliyinin 4 əsgəri polkovnik-leytenant rütbəli zabitin rəhbərliyi ilə binanın uçmuş hissələrini sökürdü. Respublika Prokurorluğunun əməkdaşları isə ərazidə təhqiqat aparırdı.Bizimlə söhbət edən bina sakinləri taleyin ümidinə buraxıldıqlarını dedilər. Onlar bildirdilər ki, heç bir yardım almayıblar. Partlayışdan dərhal sonra əraziyə gedən Nizami rayon icra başçısı və digər yüksək rütbəli məmurlar sakinlərə hər cür kömək göstəriləcəyi barədə vədlər versə də, bu, tezliklə yaddan çıxıb. Sakinlər onlara sığınacaq kimi verilən bağçada yaşamağın qeyri-mümkün olduğunu bildirirlər. Onların sözlərinə görə, bu səbəbdən qohumlarıgilə sığınmalı olublar: “Bizə vəd etdilər ki, sizə kirayədə qalmaq üçün pul veriləcək, bağçada hər cür şərait yaradılacaq. Lakin bu vədlərə əməl edilmədi. Çoxu qohumlarının evində qalır. Amma elələri də var ki, onlara sığınacaq verə biləcək qohumları yoxdur. Onlar harda gəldi gecələməyə məcburdur”.Sakinlər günün çoxunu binanın qarşısında keçirirlər: “Elə ailələr var ki, evdən yalnız əynindəki paltarla çıxıb. Gözləyirik ki, binanın dağılan hissəsini söksünlər, biz də əşyalarımızı götürək. Qışın günündə əyni yalın qalsaq da kimsə bizimlə maraqlanmır. Baş nazirin birinci müavini Abid Şərifovun qəbulunda olduq. O, komissiya yaradılandan sonra qərar veriləcəyini dedi”.Sakinlər xəstəxanada vəfat edən qonşuları N.Qurbanovanın yas mərasimində iştirak edə bilməyiblər: “Nurəstə xanım məhəlləmizin ağbirçəyi idi. Heç dəfnində də iştirak edə bilmədik. Çünki hüzr mərasiminin harada keçirildiyindən xəbərsizik”.N.Qurbanovanın binanın həyətində olan nəvəsi Elşən Xudiyev nənəsinin yas mərasiminin dayısı evində keçirildiyini dedi: “Nənəm 5 saylı xəstəxanada müalicə alırdı. Həkimlər əlindən gələni edirdi. Lakin xəstəxanada lazımi dərmanlar olmadığı üçün iki gün öz vəsaitimiz hesabına dərman aldıq. Olan-qalanımız uçqun altında qalıb deyə imkanımız məhdud idi. Mətbuat məsələyə qarışandan sonra bizə dərman verdilər. Nənəmin dəfn mərasiminə icra hakimiyyəti tərəfindən hər hansı yardım edilmədi, heç kim gəlməyib. Quruca vəd ediblər ki, köməklik göstərəcəklər, vəssalam”.Məhəllədə olarkən zərərçəkənlərdən birinin FHN-in polkovnik-leytenant rütbəli zabiti tərəfindən təhqir edildiyini gördük. Yaşlı bir kişi zabitdən və onun yanında duran mülki geyimli şəxsdən evinin partlamasını təsdiqləyən sənəd verilməsini istəyirdi. Həddən artıq kobud davranan zabit isə dövlət məmuruna yaraşmayan tərzdə ağsaqqalın üstünə qışqırdı. Bu səhnəni lentə aldığımızı görən zabit bizi də hədələdi. “Sizə kim icazə verib ki, mənim şəklimi çəkirsiz” deyə üstümüzə yeridi. Zabitin nəzərinə jurnalist olduğumuzu çatdıranda isə çox qəribə cavab verdi: “Nə olsun jurnalistsən? Mən Qarabağda vuruşarkən sən harada idin, indi gəlib mənim şəklimi çəkirsən?”İcra hakimiyyətinin işçisi olduğu söylənilən şəxs də zabitə qahmar çıxdı: “Düz deyir də, sənədini təqdim elə”. Yaxınlıqda olan polis çavuşuna sənədimizi təqdim edirik. O, jurnalist olduğumuzu təsdiq edir. Bu dəfə məsələyə Respublika Prokurorluğunun əməkdaşları müdaxilə edir: “Çıxın gedin. Sizi bura dəvət etməyiblərsə, deməli, buranı tərk etməlisiniz. Yoxsa polis çağırıb sizi həbs etdirəcəyik”.Qanunun keşiyində durmalı olan prokurorluq işçilərinə jurnalist olduğumuzu və reportaj hazırlamaq hüququna malik olduğumuzu söyləsək də, qarşı tərəf inadından əl çəkmədi. Məmurların inadına baxmayaraq, təhqir olunan ağsaqqaldan müsahibə götürə bildik. 75 yaşlı Kamal Əzizov zabitin onu təhqir etməsindən şikayətləndi: “Heydər Əliyev adına Neft Yağ Emalı Zavodunda işləyirəm. İşdən mənə yardım etmək istəyirlər. Deyiblər ki, yaşayış yerindən və Fövqəladə Hallar Nazirliyindən evinin partlaması barədə arayış gətir. Bu arayış olmadan mənə yardım edə bilmirlər. Amma zabit üstümə qışqırır. Dünən məni buradan qovub. Nə ”JEK"dən, nə də FHN-dən arayış ala bilirəm. Qalmışam ortalıqda".K.Əzizov hazırda Şüvəlanda yaşayır: “Partlayışda arvadım yaralandı. Taksi tutub Şüvəlana qohumumgilə apardım. Həkim gətirdik. Qohumum bir balaca otaq verib. Ora sığınmışıq. Yaşlı adamlarıq, Şüvəlanda qala bilmirik. Dövlət yardım etmir. İş yerindən yardım etmək istəyirlər, amma bunlar mənə arayış vermir”.
44,595
19.12.2008 08:09
Yazarlar
NUŞİRƏVANLA BAYQUŞLARIN SÖHBƏTİ
Görən, bu nə sirri xudadır ki, o zaman Mirzə Cəlilin havasını, işığını kəsənlər indi də bizim suyumuzu, qazımızı, işığımızı, sonra da havamızı kəsirlər? Bəs bu, necə olan işdi, pərvərdigara, ötüb keçən yüz ildə bu adamlar heç olmasa bir zərrə qədər də dəyişməyiblər? Xudayarı xudayarlığında, Qurbanəlisi qurbanəliliyində, Filankəsi də filankəsliyində qalıbdı?Xudayarı başa düşdük, o söz. Lap Qurbanəlini də başa düşdük, o da o söz. Bəs Filankəsə nə deyirsən? O ki maşallah, oxumuş adamdı. İngilisi, rusu, hələ desən, fransızı da bilir. Noolsun, öz doğma ana dilini qırxında öyrənib? Bəyəm, hər qırxında öyrənən elə ancaq gorunda çalır? Yox, əzizim, o baxır, fərasətə! Fərasəti olan lap yetmişində də öyrənər.Belə-belə işlər, atam balası, bu dünyada nəyi qurdalayırsan bir ucu gedib çıxır sirri xudaya, sual verirsən, cavab almırsan; indi neynəyək ki, bu dünyanın sualı çox, cavabı yox; çün dünya başdan-ayağa tapmacadı, gərək özün tapasan; deməli, bir ucu da gəlib çıxır sənə. Lənət şeytana, bir az da qurdalasam, deyəsən, bir ucu da gəlib çıxacaq mənə. Odur ki, müqəddiməyə nöqtə qoyub keçirəm mətləbə.Hakimiyyət yeni bir kampaniya başladıb: qəzetsiz, televiziyasız, radiosuz ilhamlı GƏLƏCƏYƏ doğru! Belə uzun olmasına baxmayın, əgər xırdalasaq ortaya sadə bir ad çıxacaq: QAPATMA! Yəni sualsız, cavabsız, qeydsiz- şərtsiz istənilən partiyanı, istənilən qəzeti, istənilən televiziyanı, istənilən radionu, hətta istənilən məscidi belə bağlamaq olar. Partiyanı, qəzeti, radionu yenə başa düşmək olar; çün bu işlər bəndəlikdir. Bəndənin işinə qarışmaq olar, lap qapısını da bağlamaq olar. Nədən ki, o təbəədir. Amma Allahın işinə qarışmaq, onun açdığı qapını bağlamaq olmaz! Allahın barmağı yoxdur ki, o saat basıb adamın gözünü çıxara, Allah gec elər, güc elər, özü bilən məsləhətdi... Bu yerdə adamın yadına Fironun əhvalatı düşür, danışıb vaxtınızı almaq istəmirəm. Sadəcə, bəndəylə bəndəlik, Allahla allahlıq etməyən “ əfkari - üləmanın ” gen yaddaşını təzələmək istəyirəm ki, bəlkə insafa, dinə-imana gələlər.Neftin iyi onları elə uydurub ki, nəinki gen yaddaşını, heç qan yaddaşını da oyatmaq mümkün deyil.Nuşirəvan müəllimin məlum bəyanatından sonra neft idxal edib əvəzində demokratiya ixrac edənlərin, axır ki, canına isti keçdi. Radio əhvalatından sonra Azərbaycanda baş verənləri, deyəsən, yavaş-yavaş anlamağa başlayırlar. Vallah, onları da qınamaq olmur. Nədən ki, okeanın o tayından bu tayına baxanda nə qapadılmış qəzetləri, nə həbs olunmuş jurnalistləri, nə də qapısı bağlanmış məscidləri görmək olur; görünən yalnız dik dayanan və mancanaqları gecə-gündüz gedib-gələn neft buruqlarıdır. Əslində o da görünmür, sadəcə, hiss olunur, axı amerkalılar İYƏ qarşı çox həssasdırlar.Əziz amerikalılar, bu ölkədə baş verənləri yalnız iylə anlamaq mümkün deyil. Öyrənmək üçün əlavə üsul və metodlara ehtiyac var. Birini mən deyirəm, qalanını zəhmət çəkib özünüz taparsınız. Azərbaycanı anlamaq üçün Nizamini oxumaq lazımdır. Nuşirəvan müəllimi anlamaq üçünsə “Nuşirəvanla bayquşların söhbəti”ni oxumaq lazımdır. Oxusanız da, sağ olun, oxumasanız da, ixtiyar sahibisiniz.
44,596
19.12.2008 09:16
Gündəm
KONSTİTUSİYAYA DƏYİŞİKLİK İSTİQAMƏTİNDƏ İLK ADDIM ATILDI
İclasda çıxış edən millət vəkilləri Azay Quliyev, Madər Musayev, Rövşən Rzayev, Siyavuş Novruzov, Nizami İsgəndərov, Yevda Abramov referendum aktı layihəsində qeyd edilən təklifləri müdafiə ediblər. Deputatlar Pənah Hüseyn və Yevda Abramov layihəyə proporsional seçki sisteminin bərpa edilməsi barədə maddə əlavə olunmasını da təklif ediblər. Lakin təklif qəbul olunmayıb. Müzakirələrin sonunda hər iki komissiya sözügedən layihənin Milli Məclisin bu gün keçiriləcək iclasının müzakirəsinə çıxarılması barədə qərar qəbul edib. Layihədə konstitusiyanın 28 maddəsinə əlavə və dəyişikliklər nəzərdə tutulur. Millət vəkili İqbal Ağazadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əlavə və dəyişikliklərin bir neçəsi istisna olmaqla, hamısı texniki dəyişikliklərdir: “Hakimiyyətin əsas məqsədi, bütün oyunlar konstitusiyanın 101-ci maddəsinin 5-ci bəndinin dəyişdirilməsi üçündür”.Xatırladaq ki, həmin bənddə qeyd olunur ki, heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz. YAP-ın hazırladığı layihədə Konstitusiyanın 101-ci maddəsinin 5-ci bəndindəki “Heç kəs iki dəfədən artıq Azərbaycan Respublikasının prezidenti seçilə bilməz” qadağası ləğv olunub. Əvəzində aşağıdakı əlavə təklif olunur:Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonuna kimi uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir. Layihədəki diqqətçəkən dəyişikliklərdən biri konstitusiyanın 108-ci maddəsinə təklif edilən əlavədir. Maddə 108. Azərbaycan Respublikası Prezidentinin təminatı Azərbaycan Respublikasının Prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikası Prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.2-ci hissənin əlavə olunması təklif edilir:- Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminat qaydaları konstitusiya qanunu ilə müəyyən edilir.Daha bir dəyişiklik təklifi isə 109-cu maddəyədir. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri maddəsində “Milli Bank” sözü “Mərkəzi Bank” sözü ilə əvəzlənir, “Prezidentin İcra Aparatı” isə “Prezident Administrasiyası” sözü ilə əvəzlənir.Bu gün Milli Məclis adıçəkilən layihəni qəbul etdikdən sonra Konstitusiya Məhkəməsinə göndərəcək. Konstitusiya Məhkəməsi 10 gün müddətində layihəyə rəy verəcək. Rəy müsbət olarsa, Milli Məclis konstitusiyada layihədə nəzərdə tutulan dəyişiklikləri həyata keçirmək üçün referendumun vaxtını müəyyən edəcək. İqbal Ağazadənin sözlərinə görə, ölkənin siyasi qüvvələri, bütövlükdə cəmiyyətin qarşıdakı 10 gün müddətində vaxtı var ki, məsələyə öz münasibətini ortaya qoysun: “Layihədə konstitusiyada bir şəxsə iki dəfədən artıq prezident seçilməmək qadağası ləğv olunub. Bu qadağanın ləğv olunması hakimiyyətə əsas verəcək ki, eyni şəxsi istədikləri qədər prezident seçə bilsinlər. Azərbaycan cəmiyyəti bunu nəzərə almalıdır. Müxalifət, cəmiyyət qarşıdakı 10 gün ərzində mövqeyini ortaya qoymasa, sonra gec olacaq. Çünki Milli Məclis referendumun vaxtını təyin edəcək. Çox güman ki, mart ayı üçün referendum nəzərdə tutulacaq. Cəmiyyətin sərt mövqe ortaya qoyması beynəlxalq birliyin də hərəkətə gəlməsinə səbəb olar. Cəmiyyət ortaya mövqe qoymasa, beynəlxalq təşkilatlar da konstitusiya dəyişikliyini çox sakit qarşılayacaqlar”. Millət vəkili Pənah Hüseyn bildirib ki, bu dəyişiklik dövlətin inkişafı fəlsəfəsinə ziddir: “Ciddi şəkildə stabillikdən danışırlar. Özünü stabil hesab edən hakimiyyət, siyasi qüvvə prezidentin seçilməsindən iki ay sonra müddətin dəyişdirilməsi məsələsini bu cür sürətlə və böyük səs-küylə gündəmə gətirməzdi”.MM-in İnsan hüquqları komissiyasının sədri Rəbiyyət Aslanova isə əlavə və dəyişikliklərin çox mütərəqqi olduğunu bildirib: “Bu, konstitusiya islahatı kimi qəbul edilməlidir”.YAP-ın icra katibi, deputat Əli Əhmədov isə deyib ki, onların təklifi demokratiyanın qorunmasına, seçicilərin hüquqlarının müdafiəsinə xidmət edir: “Bizim fikirlərin antidemokratiya nümunəsi kimi təqdim olunması siyasi demaqogiyadır”.Millət vəkili Qüdrət Həsənquliyev də konstitusiya islahatlarının tərəfdarı olduğunu bildirib: “Ancaq bu məsələ belə tələsik müzakirə olunmamalıdır”. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev APA-ya bildirib ki, bir şəxsin iki dəfədən artıq seçilməsini məhdudlaşdıran maddənin aradan qaldırılmasına başqa don geyindirmək lazım deyil: “Bizim məqsədimiz istədiyimiz şəxsi hakimiyyətdə saxlamaq üçün müxtəlif variantlara əl atmaq deyil. Biz siyasi oyunbazlıq etmək istəmirik. Əgər şəxs ləyaqətlidirsə, xalqın istədiyi qədər seçiləcək. Buna isə başqa don geyindirmək lazım deyil”. Prezident Aparatı ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov da prezidentin səlahiyyət müddətinin artırılması ilə bağlı parlamentdə müzakirələr aparılmasını təbii qəbul etdiyini bildirib. Şöbə müdiri bildirib ki, hər hansı deputat, deputat qrupunun rəhbəri, yaxud hər hansı siyasi-ictimai təşkilatı təmsil edən şəxsin təklifi əsasında müzakirələrin aparılmasına təbii baxmaq lazımdır: “Bu təkliflə əlaqədar qəbul olunacaq qərarlara da təbii baxmaq lazımdır”. Ə. Həsənov bu təklifi ictimai təşəbbüs kimi dəyərləndirdiyini qeyd edib: “Bu təklifi eyni zamanda siyasi partiya nümayəndəsi irəli sürdüyünə görə həm də siyasi təşəbbüs kimi dəyərləndiririk. Yaşayarıq, görərik”.Ekspertlər və müxalifət isə hesab edir ki, Konstitusiyada sözügedən dəyişikliyin həyata keçirilməsi Azərbaycanda ömürlük hakimiyyət sisteminin qurulması deməkdir.Müsavat Partiyasının başqanı İsa Qəmbər bu təklifləri rejimin narahatlığının ifadəsi hesab edir. Onun sözlərinə görə, bu gün iqtidarda olanlar artıq zor gücünə hakimiyyəti saxlamağın mümkünsüzlüyünü başa düşərək, özlərinə daha rahat şərait yaratmaq variantları üzərində düşünürlər. Müsavat başqanı bildirib ki, bu addım demokratik düşüncə tərzinə yad olmaqla birgə, həm də ölkənin maraqlarına ziddir və ictimaiyyət buna etirazını ən ciddi şəkildə bildirməlidir.AXCP sədri Əli Kərimli mövcud hakimiyyətin bu addımını özünə inamsızlığın təzahürü adlandırıb. Onun fikrincə, bütün dünyada konstitusional idarəçiliyin möhkəmləndiyi 21-ci əsrdə belə təklif və təşəbbüslərin qaldırılması geridəqalmışlığın, qanunun bir nəfərin istəyinə uyğunlaşdırılmasının nəticəsidir və ölkə üçün rüsvayçılıqdır. Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva isə bildirib ki, hakimiyyətin ölkədə ömürlük hakimiyyət sistemi qurmasının qarşısının alınması cəmiyyətin fəallığından keçir. Müxalifət cəmiyyətin fəallığını artırmaq üçün bütün cəhdləri edəcək. Sabiq prezident Ayaz Mütəllibov da məsələyə münasibət bildirib. O, bir şəxsin iki dəfədən artıq təkrarən prezident seçilməsinə qoyulan yasağın aradan qaldırılmasını normal qarşıladığını deyib. “Media forum”a açıqlamasında xatırladıb ki, demokratik cəmiyyətlərdə prezidentin iki dəfədən çox seçilməsinə icazə verilmir. Amma prezidenti xalq seçirsə, iki, üç, ya dörd dəfə seçilməyə yasaq qoymağın o qədər də əhəmiyyəti yoxdur: “Əgər xalqın prezidentə rəğbəti, hörməti çoxdursa, onda onun dəfələrlə seçilməsinə qadağa qoymaq nəyə lazımdır?”A.Mütəllibov təklif olunan layihəyə dövlət başçısı İlham Əliyevin şəxsi münasibət bildirməsini vacib sayır. Dünən Ümid Partiyası YAP-ın məlum təklifinin reallaşmasının yolverilməz olduğu barədə bəyanat qəbul edib. Bəyanatda bildirilir ki, bir şəxsin iki dəfədən artıq müddətə prezident seçilməsini yasaqlayan müddəanın konstitusiyadan çıxarılması cəhdi geriyə atılmış mürtəce addımdır. Ümid Partiyası səsləndirilən təklifin həyata keçirilməsini ölkəmizin demokratikləşməsi və Avropa ailəsinə inteqrasiya yolunun qapadılması, diktatura rejiminə keçidin rəsmiləşdirilməsi kimi qiymətləndirir.Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus isə bildirdi ki, hakimiyyətin bu planının reallaşmasının qarşısının alınması mümkündür: “Azərbaycanın ictimai-siyasi təşkilatları, cəmiyyət bütövlükdə hakimiyyətin bu planına qarşı olduğunu sərt şəkildə ortaya qoysa, konstitusiyaya dəyişikliyə narazı olduğunu əməli surətdə bəyan etsə, hakimiyyətin istəyinin reallaşması baş tutmaya bilər. Beynəlxalq birliyin də məsələyə necə münasibət göstərməsi xalqın, siyasi, ictimai qüvvələrin ortaya necə mövqe qoymasından çox asılıdır”. Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, Azərbaycan ictimaiyyəti ölkənin demokratiyadan, Avropaya inteqrasiyadan tam üz döndərməsinə yönələn addımla razılaşmamalıdır.Parlamentin bugünkü iclasında konstitusiyaya təklif olunan dəyişikliklərin qəbul olunacağı gözlənilir.
44,597
19.12.2008 09:43
Yazarlar
QARA SEVDA
Hər zaman Azərbaycanın Türkmənistan ola biləcəyi ehtimallarına etiraz etdim, amma indi özüm də fakt qarşısındayam. Zamin Hacıdan xahiş edəcəyəm ki, bir dəfə də məni Əkə adlandırsın, daha bundan o yanı yoxdur. Axır ki, Əkə olduq.Amma əcəb işdir, hətta Türkmənistan, ATƏT dili ilə desək, xəfif islahatlara başlayıb, üzünü normal dünyaya tutub, ən azı Azərbaycan olmaq istəyir, amma bizim yeni azərbaycanlılar Türkmənistan olmağa hazırlaşır. Bəlkə bir referendum da keçirib ölkənin adını dəyişib Türkmənbaycan qoymalıyıq, xalq səs verəndən sonra kim nə deyə bilər ki?!Xalqın səsi indi bizim ölkədə ən təhlükəli silaha çevrilib, bu səsi çoxdan batırsalar da, onun adı ilə nə desən etmək olur. Xalq səsi ilə dilimizi, dinimizi də dəyişdirə bilərik. Referendum keçirib Şeytanı Mələk elan etməyə nə var axı?!Belə çıxır ki, avropalılar o qədər də demokrat deyilmiş, onların demokratiyasına görə, elə qaydalar var ki, çoxluğun (yəni xalqın) səsi onları dəyişdirə bilməz. Bizim qoçaqlar azlıqla çoxluğun səs yarışını həmişə bəlli çərçivələrdən çıxmamaqla aparan Avropanı öz qılıncı ilə vururlar. Demokratiyanı genişləndirirlər ki, xalq nə istəyirsə, onu da edə bilər. Xalq özbaşınadır. Bu da Əli Əhmədovdan dünya demokratiyasına hədiyyə. Görürsünüz bizi nəylə təbrik edirlər, dütdülü!Çox qəribədir, seçkilər dünən olub, bu gün başlayıblar yeni seçkilərə, yeni mərhələyə hazırlaşmağa. Nə məsələdir? Elə bilirlər başa düşmürük. Vəziyyət heç də yaxşı deyil, illərlə aparılan siyasət neftin qiymətdən düşməsi ilə darmadağın olur. Yanlış bir siyasətin qurbanı olduğumuzu isə artıq gizlətmək mümkün olmur. Üstəlik, qarşıdan acı günlər gəlir, pensiyaları artıra bilmədilər, müəllimlər maaşlarının artmasını bir də yuxuda görə bilərlər. Açılmış iş yerlərini 100 dəfə çoxaltsalar da, işsizlərin artmasını pərdələmək mümkün olmayacaq. Neftin uğurlarını öz adına çıxmaqla deyil, bu uğurların qiyməti birjalarda düşüb. Gerçəkdə elə bir uğur da yox idi, amma yenə şapalaqla üz qızartmaq olurdu. İndi isə bəlkə 3 milyona alınmış atı 300 minə satmağa ehtiyac yaranacaq. Vəziyyət pisləşəndə bunların ağlına gələn odur ki, özlərini necə qorusunlar. Qorxu yaranıb. Hakimiyyəti saxlamaq və bərəkətli monarxiyanın ömrünü uzatmaq barədə fikirləşməyə başlayıblar. Bu qara sevdanı yaradan da qara qızılın yaratdığı təlatümdür. Ondan nə doyurlar, nə də əldən qoyurlar.Amma xeyri yoxdur! Bu sevdanın sonu olmayacaq! Dünyanın təkərini geri fırlatmaq mümkün deyil. Monarxiya elə bu konstitusiya ilə başlayıb. Onsuz da hazırda seçki ilə, mövcud qaydalarla, mövcud qanunlar və konstitusiya ilə nəyisə dəyişmək olmur, dəyişmək mümkün olanda isə verilən təkliflər, edilən dəyişikliklər də onun qabağında dayana bilməyəcək. Unutmayın ki, tarixdə xalqlar dəyişimləri konstitusiya olmadığı dövrlərdən etməyə başlayıb. Sonda daha bir xəbəri də deməliyik. Bəzi adamlar üçün bəlkə də köhnə xəbərdir, amma biləsiniz ki, Allah vardır.
44,598
19.12.2008 09:24
Siyasət
“TÜRKİYƏDƏN RÖVŞƏN CAVADOVA DƏSTƏK VERİLMƏSİ İDDİASI İNANDIRICI DEYİL”
Qəzetlər yazırlar ki, guya Vəli Kiçik və digərləri 1995-ci ilin mart hadisələrini təşkil ediblər, “OMON”çulara təlim keçiblər. Məqsəd isə guya H.Əliyev hakimiyyətini devirərək, Əbülfəz Elçibəyi yenidən hakimiyyətə gətirmək olub. Lakin Türkiyənin ovaxtkı prezidenti Süleyman Dəmirəl bu planla bağlı Heydər Əliyevi məlumatlandırıb, nəticədə plan pozulub... 1995-ci ilin mart hadisələri haqda məlumatlı olanlar təsdiq edir ki, həmin hadisələrdə Türkiyə xüsusi xidmət orqanlarının əli olub. Lakin söhbət Türkiyənin Azərbaycanda iqtidar daxilində yaranmış ziddiyyətlərdən öz maraqları üçün istifadə məsələsindən gedə bilərdi və birmənalı olaraq Ankaranın planlaşdırdığı dövlət çevrilişi haqda danışmaq düzgün deyil. Həmin hadisələrin baş verdiyi vaxtda Vəli Kiçik və Türkiyədəki digər millətçi, Azərbaycanı sevən qüvvələr ölkəyə leqal və ya qeyri-leqal yollarla hərbi yardımlar edib və edə bilərdi. O cümlədən türk xüsusi təyinatlılarının Azərbaycan Silahlı Qüvvələrinə, habelə “OMON” birliklərinə təlim verməsi də bu sıradandır. Çünki Azərbaycan erməni işğalı ilə üzləşərək çox ağır duruma düşmüşdü. Lakin Türkiyədə müəyyən çevrələr Azərbaycana türk silahlı qüvvələrinin o vaxt etdiyi yardımları başqa səmtə yozmağa cəhd edir. Türkiyə mətbuatında yazılan iddiaların bir əsası varsa, hər halda, vaxtilə Əbülfəz Elçibəyin komandasında olmuş şəxslərin bu barədə məlumatları olmaya bilməzdi. Lakin Elçibəyin ətrafında olmuş şəxslər Türkiyə iqtidarına bağlı mətbuatda yazılanların uydurma olduğunu deyirlər.Elçibəy hakimiyyəti zamanı dövlət müşaviri vəzifəsində çalışmış Arif Hacılı söylədi ki, “OMON” rəhbərliyi birmənalı şəkildə AXC hakimiyyətinə qarşı olub, onun devrilməsi prosesində iştirak edib: “Mən ”OMON"un Qarabağda keçirdiyi əməliyyatlar barədə bir söz deyə bilmərəm, çünki onlar barədə məlumatsızam. Amma tam dəqiqliyi ilə bilirəm ki, “OMON” rəhbərliyi, konkret olaraq Rövşən və Mahir Cavadov qardaşları Əbülfəz bəyə qarşı olan şəxslər idilər. Onlar Elçibəyin hakimiyyətdən getməsi, Heydər Əliyevin hakimiyyətə gətirilməsi işində iştirak ediblər. O zaman daxili işlər nazirinin müavini olmasına baxmayaraq, Rövşən Cavadov Heydər Əliyevi Bakıda qarşılayan və onun mühafizəsini təşkil edənlərdən biri idi. O, hərbçi olmasına baxmayaraq, 1993-cü ilin iyun hadisələri zamanı Elçibəyə qarşı dayandı və AXC iqtidarının devrilməsi üçün əlindən gələni etdi. Odur ki, onun Elçibəyin yenidən hakimiyyətə qaytarılması işinə girişməsi haqda deyilənlərin heç bir əsası ola bilməz".A.Hacılı söylədi ki, 95-ci ilin mart hadisələri zamanı Elçibəylə intensiv əlaqələri olub: “O, heç bir halda Cavadov qardaşlarının həyata keçirmək istədiyi proseslərdə iştirak etməməyi, onlara dəstək verməməyi davamlı olaraq bizə tövsiyə edib. Biz hesab etmirdik ki, bu proses Azərbaycan dövlətçiliyi üçündür. Mənim şübhəm yoxdur ki, Türkiyə Silahlı Qüvvələrində olan şəxslər də Cavadov qardaşlarının proseslərinin mahiyyətindən xəbərdar olublar. Çünki Rövşən Cavadovun istər Elçibəyə, istərsə də Azərbaycanda dövlət quruluşuna münasibəti Türkiyə hərbi dairələrinə bəlli idi. Odur ki, 95-ci il hadisələrində Türkiyə Silahlı Qüvvələrində olan və ya olmayan milliyyətçi şəxslərin ona dəstək verməsi qətiyyən inandırıcı deyil”.
44,599
19.12.2008 09:24
Ölkə
HACIBALA ABUTALIBOV MÜƏMMASI
Bu baxımdan H.Abutalıbovun oğlunun barında əməliyyat keçirilibsə, bu artıq onların ciddi şəkildə vurulması kimi başa düşülməlidir. Məsələ ondadır ki, İ.Abutalıbova məxsus olan bir mağaza da təxminən 7-8 ay öncə qapadılıb. Həmin mağaza Yasamal rayonu ərazisində, “İnşaatçılar” metro stansiyası yaxınlığında yerləşirdi. Qeyd edək ki, İ.Abutalıbov 2006-cı ilin yayında ölkədən qaçıb. O, müalicə adı altında ölkəni tərk edib, bir daha geri qayıtmayıb. O, hazırda Avropa ölkələrindən birində yaşayır. Ötən il isə onu Konstitusiya Məhkəməsinin köməkçisi vəzifəsindən azad ediblər. İ.Abutalıbovun ölkəni tərk etməsinin səbəbləri barədə indiyədək müxtəlif informasiyalara rast gəlinib. İlkin məlumatlarda bildirilirdi ki, İ.Abutalıbov atasının “vurulması” haqda informasiyalar intensivləşən ərəfədə özünü və yığdıqları sərvətləri qorumaq üçün xaricə qaçıb. Daha sonra isə belə xəbərlər yayıldı ki, oğul Abutalıbov nazirlərdən birinin qızı ilə neçə illərdir ailəli olduğu halda, gənc bir xanıma aşiq olub və xaricdə onunla birgə yaşamaq qərarı verib. Bu olaydan sonra İ.Abutalıbovun ailəsi ondan ayrılmaq üçün məhkəməyə müraciət edib. İ.Abutalıbovun ölkədən qaçması haqda informasiyalar da elə məhz məhkəmə ərəfəsində yayılmışdı. Belə ki, məhkəmə boşanma haqda müraciətə dair qərar çıxarmaq üçün İ.Abutalıbovu tapa bilmədiklərini bəyan edib. Bu zaman Abutalıbovun ölkəni tərk etdiyi bilinib. Hacıbala Abutalıbovun “vurulacağına” dair informasiyalar yenidən aktuallaşdığı bir ərəfədə belə bir hadisənin baş verməsi əlbəttə ki, diqqəti cəlb etməyə bilməz. Söhbət ondan gedir ki, Azərbaycanda hər hansı məmur sıradan çıxarılarkən ilk növbədə onu müflisləşdirir, özünün və yaxınlarının bizneslərini dağıdırlar. Xeyli vaxtdır ki, H.Abutalıbovun mövqelərinin zəiflədilməsi prosesinin getməsi barədə mətbuatda dəfələrlə yazılıb. Sonuncu olayın da həmin prosesin tərkib hissəsi olması şübhə doğurmur. Odur ki, baş verənlərin əslində H.Abutalıbovun üzərinə gedilməsi kontekstindən yanaşılmalıdır. Bu deyilənlərə rəğmən sual doğur; əcəba, xeyli öncə “Turan” İnformasiya Agentliyinin “Hacıbala Abutalıbovun vəzifədən azad edilməsi barədə qərar verildi” informasiyası indi öz təsdiqini tapır? Bu məsələ ətrafında elə “Turan”ın baş direktoru Mehman Əliyevlə danışmağı məqsədəuyğun hesab etdik. M.Əliyev bildirdi ki, indiki məqamda Abutalıbovun vəzifədən azad edilib-edilməməsi nəyisə həll etmir: “Söhbət ondan gedir ki, hakimiyyətin özündə ciddi dəyişikliklər olmalıdır. Azərbaycanda böhran getdikcə dərinləşir. Bu böhran getdikcə güclənəcək. Bunun qarşısını haradasa ala biləcək antikrizis hökuməti lazımdır. Bizə belə hökumət dünən də lazım idi. Amma bu olmayıb, böhran daha da dərinləşib. Ona görə də heç olmasa bundan sonra sosial-iqtisadi gərginliklərin azaldılması, insanların sosial müdafiəsinin gücləndirilməsini tələb edən və bunu həyata keçirməyi bacaran hökumət formalaşdırılmalıdır”.Hacıbala Abutalıbovun oğluna aid olduğu bildirilən barın qapadılması məsələsinə gəlincə, M.Əliyev söylədi ki, indiyədək hüquq-mühafizə orqanları xeyli sayda barlarda əməliyyatlar keçiriblər, onların bir neçəsini qapadıblar: “Məndə olan məlumatlara görə, Azərbaycanda insan alveri ilə bağlı aktiv işlər gedir. Bunu edənlər tapılır, məsuliyyətə cəlb edilir. Həmçinin narkotiklərlə bağlı da aktiv fəaliyyətin şahidi oluruq. Ona görə də mən bu bar olayını Hacıbala Abutalıbova münasibətin göstəricisi kimi xarakterizə etmək istəməzdim. Azərbaycanda əksər barlar məmurlara aiddir. İnsan alverinin da arxasında yüksək vəzifəli şəxslər dayanmasına dair informasiyalar var. Hakimiyyət bu məsələdən ona görə narahatdır ki, artıq iri məmurların övladları da barlarda baş verən dəhşətlərin iştirakçısına çevrilirlər. Eyni zamanda bununla bağlı xaricdən də hakimiyyətə təpiklər var”. Məsələ ilə bağlı H.Abutalıbovun özü ilə də danışmaq istədik. Lakin merin mobil telefonuna etdiyimiz zənglər cavabsız qaldı.
44,600
19.12.2008 09:27
Yazarlar
ADİ HƏQİQƏTLƏR
Göz gördüyündən, qulaq eşitdiyindən qorxar. Dünyanı cənginə alan, kasıbın nə çəkdiyini varlıya anladan böhranın endirdiyi qiymətlər bizim üçün quruca təsəlliyə də dönmür. Bu da səbəbsiz deyil. Çoxdan bu dünyanın qanunları ilə yaşamırıq. Soğandan tutmuş banana qədər satılan hər şeyin öz ağası var - qiymət qoyub sərvət yığırlar. Qısıla-qısıla aldığımız ətin, yağın, pendirin, südün-qatığın, bir sözlə, yeməli nə varsa, qiyməti qapaz olub başımıza dəyir. Məmur dövləti, dövlət də milləti saya salmır. Bunu ölkəmizin analoqu olmayan inkişafı ilə bağlayıb, öyünənlər bahalığı da qeyrət bilib yaraya duz basırlar. Əslində bütün dünyanın üz-üzə qaldığı böhranın tərs üzünü çoxdan yaşayırıq, son 4-5 ildə ehtiyac bu ölkədə yaşayanın səbri ilə dözümü arasına arasına qoyulan iti tiyəli qılınca dönüb.Günü nöyütdən də qara olan camaat bahasından yarımadığından ucuzlaşandan sonra onun hansı dərd gətirəcəyini həyəcanla gözləyir. Beş-altı ay əvvəl başa çıxan ayaqda qalana “pulumuz çoxdu” deyə təsəlli verirdi. Öyüncümüz baş qaxıncına döndü. Neft az qala dörd dəfə qiymətdən düşdü. Ölkənin neftxudası Rövnəq Abdullayev ingilis, fransız, nemes üçün dəyərsiz olanı qədrə-qiymətə mindirib. “Yanacaq məhsullarının (yəni benzinin, solyarkanın) qiyməti qalxmalıdır!” deyirsə, deməli, bizə biçilən qismət də öz arşınımızla ölçüləcək. Hamıya yaramayan özümüzə yaraşıq olacaq.Artıq tərsinə hərəkət edən ölkəmizdə insanlar qorxunun hansı səmtdən gəldiyini müəyyənləşdiriblər: “Əgər ölkə başçısı təzə ilin ilk günləri istirahətə getsə, deməli, deyilənlər gerçəkləşəcək”. Son illər dövlətimizin xalqımıza təzə il payının ən yaddaqalan əlaməti də bu olub.Sonra da oturub ölkə başçısı ölkədə olmayanda qalxan qiymətləri yüz yönə, yüz səmtə yozmuşuq. Yavaş-yavaş su axıb, çuxurunu tapıb, təzə qiymətlərə təzə müsibət kimi boyun əymişik.İstisi baha, tüstüsü göz çıxaran nöyütün dalınca dartıb apardığı qiymətlər bizi nə qədər yazıq günə qoyursa, nöyütdən gerçək gəlir götürənlər bir o qədər sevinirlər. Nazirlər niyyətlərini də gizlətmirdi, xəbərlər qəzetlərin bəzəyinə dönmüşdü: birisi “Ay-ulduz” mehmanxanası tikmək sevdası ilə yaşayırdı, o birisi dənizin üstü ilə Nargin adasından keçən yol çəkdirirdi, bu birisi 45 mərtəbəli bina ucaldıb, oradan aşağı baxmaq planları cızırdı. Elə bir az dərinə gedəndə görürsən ki, Bakını qara günə ürcah edən, yollarımızı xaraba qoyan da bu zəhrimar nöyüt oldu. Onun qiymətdən düşməyinə bəlkə də Azərbaycan xalqı qədər sevinən yoxdur. Dua edirik ki, heç düşdüyü quyudan çıxmasın, bəlkə biz də nöyütü olmayanlar kimi bir ağ gün görək.Deyəsən, köhnə bazara təzə nırx qoyanların gözünü pul qazanmaq istəyi elə örtüb ki, ən adi meyarları da yaddan çıxarıblar. Bu gün Azərbaycandakı elektrik enerjisinin, benzinin, dizel yanacağının qiyməti bir çox ölkələrdən xeyli bahadır. Artıq Rusiyada A-95 markalı benzin 34 qəpiyə, ABŞ-da isə 42 qəpiyə satılır. Belə bir vaxtda bazarı dünyaya açıq olan, yediyinin çoxu xaricdən axıb gələn bir ölkənin hansı fəlakət burulğanına sürüklənəcəyini sübut etməyə də ehtiyac yoxdur. Nazir-oliqarxlar baha benzinin, solyarkanın qiymətinin mayaya oturduğu, Azərbaycan fermerinin becərdiyi məhsulu yox, Rusiyanın, Qazaxıstanın ucuz taxılını alacaqlar. Kənd təsərrüfatı naziri İsmət Abbasov isə bu dünyanın gedişindən bixəbər kimi deyir ki, böhranın çörəyi torpaqdan çıxanlara heç bir təsiri olmayacaq. Ağ yalandır, baha əkib ucuz satanın bu axarda son ümidləri də puça çıxacaq! Yanacağın süni şəkildə bahalaşdırılması, ən azından indi zirvədə saxlanmasının ən böyük əzabını elə hökumət özü də hiss edəcək. Göz dağına dönən yarımçıq yollar, körpülər qiymət labirintinə düşəcək. İndi oturub hesablayan lazımdır ki, qiymətlərin bu həddə qalmağından udacağıq, yoxsa uduzacağıq.Sirr deyil ki, ölkənin heç olmasa təbii axarda inkişafı yolunda məmur marağı ən böyük əngəldir. Dışarıdan gələn qazanc azaldığından indi də gözlərini onsuz da ehtiyac altında inildəyən camaatın cibinə dikiblər. Beş-on nəfərin tamahı də qəfil kasıblayan dövləti çökdürür.
44,601
19.12.2008 09:28
Ölkə
“BAKI OFSET KOMBİNATI” NECƏ ZƏBT OLUNUB?
Səhmdarlar protokolun saxtalaşdırılmasını iddia edərək prokurorluğa müraciət ediblər. Lakin prokurorluqdan məsələnin mülki xarakter daşıdığını iddia edərək, səhmdarlara məhkəməyə müraciət etməyi məsləhət görüblər. Saxta protokolu tərtib edən Ağalar Ağaşirinov və Elçin Qasımov prokurorluğa müraciət edən şəxsləri məhkəməyə verib, onların hər birindən təzminat şəklində 10 min manat istəyiblər. Məhkəmədə məlum oldu ki, Ağaşirinov ”Aslan İsmayılov və partnyorları" hüquq şirkətinin baş direktorudur. Bu iddia üzrə məhkəmə iclasından sonra Aslan İsmayılova yazılı şəkildə müraciət edib yuxarıdakı faktları onun nəzərinə çatdırdıq. Lakin ondan heç bir cavab gəlmədi".Səhmdarlar deyir ki, etirazlarına baxmayaraq, A.Ağaşirinov cəmiyyətin Nəsimi rayonunda, köhnə Papanin körpüsünin ətrafında yerləşən torpaq sahəsinin bir sotunun təqribən 26 ÿmin manat civarında qiymətləndirilməsinə nail olub. Halbuki həmin ərazidə torpaq sahəsinin 1 sotunun ən aşağı qiyməti 200ÿ min manatdır. Bu da bir daha ləğvetmə prosesinin yalnız səhmdarların mülkiyyət hüquqlarını kobud şəkildə pozmaq üçün başlandığını təsdiqləyir. Məsələ ilə bağlı səhmdarlardan biri Nəsimi rayon Məhkəməsinə müraciət edərək qanunsuz qərarın ləğvinə dair iddia qaldırıb. Lakin hakim Xuraman Məhərrəmova əsassız bəhanələrlə iddia ərizəsini geri qaytarıb və işə baxmaqdan imtina edib. Səhmdarlar bildirirlər ki, buna baxmayaraq sonadək hüquqlarının bərpasını tələb edəcəklər.
44,602
19.12.2008 10:29
Gündəm
MİLLƏT VƏKİLİ GÜLÜN ANASININ ERMƏNİ OLDUĞUNU DEDİ
Türkiyə Böyük Millət Məclisinin Xarici siyasət komissiyasında aparılan müzakirələr zamanı CHP və MHP-dən olan millət vəkilləri kampaniyaya dəstək verənləri pisləyən bəyannamə hazırlanmasını təklif ediblər. Kürdlərin Demokratik Toplum Partiyasından olan millət vəkilləri bu təklifə qarşı çıxıblar və ermənilərdən üzr istəmək kampaniyasına haqq qazandırıblar. Komissiyada söz alan CHP millət vəkili Canan Arıtman isə deyib ki, bu kampaniyanı başlatmaq vətənə xəyanətdir: “Onu başladanlar Türkiyədən üzr istəməlidir. Bu saymazlıq deyil, vətən xainliyidir. Biz də parlament adından bəyanat yayaraq təşəbbüsə qoşulanları pisləməliyik”. Toplantıdan sonra jurnalistlərə açıqlamasında Arıtman işarə edib ki, Gülün anası əslən Kayseri vilayətindən olan erməni ailəsindəndir. CHP millət vəkillərindən Kamal Anadol isə hesab edir ki, prezident birdən-birə, heç bir ön şərt qoymadan İrəvana səfər etməklə bu cür çirkin təşəbbüslərin önünü açmış oldu. O deyib ki, Canan Arıtmanın Gülün anasının erməni əsilli olması haqda dediklərinə şərh verə bilməz, çünki hələ onunla görüşməyib.Müxalifətçi millət vəkilinin bu iddiasına Güldən reaksiya gəlməyib. Lakin dünən onun adından üzr istəmək kampaniyası ilə bağlı rəsmi açıqlama yayılıb. Prezident məsələnin kiçik siyasi maraqlar naminə başqa səmtə yozulduğundan narahatlığını bildirib. O deyib ki, millət vəkili, xarici işlər naziri və baş nazirin müavini olduğu dövrlərdə beynəlxalq platformalarda həmişə 1915-ci il hadisələrinə dair baxışlarını və türk-erməni münasibətlərinə dair mövqeyini açıq şəkildə ifadə edib. “1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərdən ibarət ortaq komissiyanın qurulması təklifi də vaxtilə mənim tərəfimdən irəli sürülüb. Bu addım Türkiyənin mövqeyinin beynəlxalq ictimaiyyətə qəbul etdirilməsi baxımından dönüş nöqtəsi olub”. Xatırladaq ki, Güldən fərqli olaraq baş nazir Rəcəb Tayyib Ərdoğan kampaniyanı pisləyib və onu ölkəni qarışdırmağa yönələn addım kimi qiymətləndirib.
44,603
19.12.2008 09:31
Gündəm
QIRĞIZISTANDA “AZADLIQ”a SENZURA TƏLƏBİ
“Azadlıq” radiosunun yayımını idarə edən Amerika Yayım Şurası isə bu tələbi rədd edərək, onu qəbuledilməz adlandırıb. Radiostansiyanın prezidenti Cefri Qedman bəyan edib ki, SSRİ-nin dağılmasından sonra ilk dəfə “Azadlıq” radostansiyası qısa dalğalarda yayıma dönməli olacaq. Qırğızıstan hökuməti “Azadlıq” radiostansiyasının yayımının dayandırılması üçün formal olaraq, lisenziya müddətinin bitməsini və radionun dövlətə borcunun olmasını irəli sürür. Lakin bildirilir ki, Amerika Yayım Şurası 5 dəfə cəmi 19 min dollar olan lisenziya haqqını Vaşinqtondan Bişkekə köçürüb, lakin hər dəfə müxtəlif bəhanələrlə pul geri qaytarılıb. Bu barədə radionun marketinq departamentinin rəhbəri Harri Tetçer bildirib. Ekspertlərə görə, “Azadlıq” radiostansiyası Qırğızıstandakı indiki hakimiyyətə qarşı tənqidi materiallarına görə bağlanır. Radiostansiya prezident Kurbanbek Bakiyev hakimiyyətə gəldiyi 2005-ci il inqilabında əhəmiyyətli rol oynamışdı. ATƏT artıq Qırğızıstan hakimiyyətini radiostansiyanın yayımını dayandırmaq qərarından geri çəkilməyə çağırıb. Qırğız müxalifəti isə vaxtilə devirdikləri prezident Əsgər Akayevə “rəhmət oxuyaraq” onun dövründə heç vaxt “Azadlıq” radiostansiyasının yayımına müdaxilə edilmədiyini bildirir. Xatırladaq ki, “Azadlıq” radiostansiyası Azərbaycanda da eyni təhlükə ilə üzləşib və hakimiyyət dekabrın sonlarından etibarən yayımın dayandırılacağı haqda xəbərdarlıq edib.
44,604
19.12.2008 09:26
Dünya
RUSİYA YANVARIN 1-dən UKRAYNANI QAZSIZ QOYACAQ
“Bu isə o deməkdir ki, qaz da olmayacaq. Yanvarın 1-dən Ukraynaya qaz vermək üçün bizim əlimizidə hüquqi əsas yoxdur. Çünki yeni müqavilə imzalanmayıb. Yeni müqavilənin imzalanması isə borcun tam ödənilmədiyi təqdirdə mümkün deyil”. Kurilyanov əlavə edib ki, “Qazprom” artıq qazın kəsiləcəyi haqda Ukrayna tərəfinə rəsmi məktub hazırlayır. Onun sözlərinə görə, şirkətin mövqeyini Avropada da anlayışla qarşılayırlar. Çünki qazın bazar qiymətlərinin 400 dollardan yuxarı olduğu halda Ukrayna cəmi 179 dollara qaz alır və üstəlik, onun pulunu ödəmir. Əgər Rusiya Ukraynaya qaz verilməsini dayandırsa, o zaman Avropa ölkələrinin bəzilərinin qazla təchizatında da problemlər yarana bilər. Çünki bir sıra Avropa ölkələrinə Rusiya qazı Ukrayna ərazisindən nəql olunur.
44,605
19.12.2008 09:32
Gündəm
“İMZATOPLAMA KAMPANİYASINI ERMƏNİ ƏSİLLİLƏR APARIR”
“Həmin şəxslər Türkiyənin təməl prinsipinə zidd olan yazıların müəllifləridir. Apardıqları kapmaniyanın izahatını verərkən isə fərd olaraq kampaniyaya qoşulduqlarını bildirirlər. Bu, o qədər ciddi məsələdir ki, türklər soyqırımda suçlanır. Bu mövqedən yanaşanda məsələ şəxsi kontekstdən çıxır və bütün millətə aid olur. Həmin şəxslər ümumiyyətlə, tarixi bilmirlər. Məsələnin kökünü araşdırmırlar. Bu, soyqırımı tanımağa yönəlik kənardan hazırlanmış kampaniyadır”. Tənzilə Rüstəmxanlı Avropa Birliyinin çoxdandır ki, Türkiyəyə qondarma soyqırımı tanımaq, Ermənistanla sərhədləri açmaq yönündə təzyiq etdiyini xatırlatdı: “Erməni ziyalılarının bir balaca vicdanları sızlayırsa, çıxıb Xocalı soyqırımına görə azərbaycanlılardan üzr istəsinlər. Türk milləti tarix boyu soyqırım etməyib. Soyqırıma məruz qalan türklər olub”.Müsahibimiz məsələnini Azərbaycanla birbaşa bağlılığının olduğunu söylədi.T.Rüstəmxanlı kampaniyanın Abdullah Gülün Ermənistana səfərindən sonra başlandığını xatırlatdı: “Bu səfərdən sonra Türkiyədə olan erməni əsillilər cəsarətləndi. Zori Balayanı hamı tanıyır. Onun ”Ruhumuzun canlanması" əsərində ermənilərin Xocalıdakı vəhşiliyindən bəhs edən bölmə var. İçində Zori Balayanın da olduğu bir neçə ziyalı Abdullah Gülə məktub yazaraq “Erməni xalqı atdığınız addımlara görə sizi unutmayacaq” deyiblər. Erməni ziyalıları bütün dünyanı yalanlarına inandıra biliblər".Bəs Türkiyənin ölkəmizdəki səfirliyinin mövqeyi necədir?Məsələ ilə bağlı səfirliyin mətbuat xidmətinin rəhbəri Bülənt Uğurla əlaqə saxlamağa çılışdıq. B.Uğurun səfirlikdə olmadığını söyləyən mətbuat xidmətinin əməkdaşı siyasi məsələlərlə bağlı açıqlama vermək səlahiyyəti olmadığını söylədi: “Sualınızı ancaq sorğu göndərdikdən sonra cavablandıra bilərik”.
44,606
19.12.2008 08:34
Dünya
JİRİNOVSKİ CANLI YAYIMDA DALAŞDI
Dəyişiklikləri dəstəkləyən Vladimir Jirinovski ilə əsas qanuna dəyişiklik edilməsinə qarşı çıxan Vladimir Nadejdin arasında mübahisə şəxsi təhqir müstəvisinə keçib. Bundan sonra Vladimir Jirinovski mühafizəçilərinə əmr edib ki, Nadejdini studiyadan çıxarsınlar. Lakin verilişin aparıcısı telekanalın mühafizə xidmətinin əməkdaşlarını köməyə çağırıb və onlar Vladimir Jirinovskinin cangüdənlərinə mane olublar. Bundan sonra verilişdə fasilə elan edilib. Fasilə başa çatdıqdan sonra yenidən studiyaya qayıdan siyasətçilər debatı davam etdiriblər və bu dəfə müzakirələr sakit keçib. Siyasət şöbəsi
44,607
19.12.2008 09:32
Yazarlar
BAKIXANTROPUN FÖVQƏLADƏ HALI
Əgər bir ölkəni mağara təfəkkürlü şəxslər idarə edərsə, həmin ölkədə yaşayan camaat da mağara şəraitinə keçməlidir. Şəxsən mən bu saat Bakı şəhərində, beşmərtəbə mağara kompleksinin özümə aid zağasında əyləşib bu köşəni şam işığında yazıram. İşıq yox, qaz yox, su yox... Əsl mağaradır. İcra hakimiyyətində, dövlət idarələrində çalışan tiranozavr rekslərə şikayət etməyin də qəti mənası yoxdur. Onlar orda əyləşib adam əti yeyir, bir-biriylə süpürləşir, didişirlər.Tutaq ki, su idarəsinin borcu var, bəs mənim suçum nədir? İşıq idarəsinə qəpik də borcum yoxdur. Nə üçün “analoqu olmayan inkişaf” ölkəsində işıqlar növbəli üsulla, məhəllə-məhəllə, şahmat qaydasıyla söndürülməlidir? Bu xalq nə üçün özünün “peşka” yerinə qoyulmağına dözür?İşıq idarəsi deyir ki, camaatın ödəmələrində problem yoxdur, hətta bu dekabr ayını “100 faiz ödəmə” ayı elan etmək istəyirlər. Şahmat qaydasında söndürmə isə yalnız transformatorların qızması, xarab olmasını önləmək üçündür. Bunun camaata nə dəxli var? Elə transformator qoyun ki, o, qızmasın.Əslində qızan təkcə transformatorlar deyil. Məlum olmayan səbəblərdən qızıb konstitusiyanı dəyişdirmək istəyənlər də var. Yaxşı fürsətdir. Camaatı soyuqda, qaranlıqda, başının və canının hayında qoyub bu saat istənilən qanunu dəyişmək olar. Necə deyərlər, qəssab piy axtarır. Guya padşah 5 il super çalışıbdır, növbəti 5 ilə hələ siftə etməmiş xalq ilan dili çıxarıb yalvarır ki, nə olar, qoy o, 5 il də padşah olsun. Tamam absurd, qrotesk bir mənzərədir. “Biabırçılıq” da yazardım, ancaq bu söz Azərbaycanda çoxdan öz mənasını itirib, adiləşib.Hamı bir nəfər üçün - ölkədə yürüdülən siyasətin mənası budur. Qanunları şalvar kimi bir nəfərin boyuna ölçüb, kəsib-biçirlər. Demokratiyanın önəmli prinsiplərindən biri - azlığın çoxluğa tabeliyi prinsipi çoxdan zibil qutusuna atılıb. Günah, əlbəttə, çoxluqdadır. İmam Hüseynə aid olduğu bildirilən, çox xoşladığım qanadlı fikirdə deyilən kimi, zülmə dözən olmasa, zülm olmaz.Bizdə hətta kommunal ödəmələrə, sosial şəraitə aid qaydalar da həmin bədnam “bir nəfər” prinsipilədir. Əgər hər hansı çoxbloklu binada bir nəfər qaz (su, işıq və s.) pulunu ödəmirsə, bütün binanın qazını kəsirlər. Halbuki xalq qaz tələb edir. Referenduma bu qaz tələbi niyə çıxarılmır?Yaxınlarda fövqəladə hallar naziri Kəmaləddin Heydərova “Azərbaycan bayrağı” ordeni verdilər. İndi onun baş nazir qoyulacağı xəbəri yayılıb. Nədən FHN bu qədər vacib qurum olubdur? Səbəb çox sadədir: biz bu saat fövqəladə hal yaşayırıq. 21-ci əsrdə susuz, qazsız, işıqsız yaşamaq elə əsl fövqəladə vəziyyətdir. Mən “uca millətimizi” (Əli bəy demişkən) FHN-in 112 nömrəli qaynar xəttinə zəng vurub, kömək istəməyə çağırıram. Amma ehtiyatı əldən vermədən. Bu əhvalatı bir dostumuz danışıb.Bakı ətrafındakı yaşayış məntəqələrindən birində kirayənişin şəxs evə qaz dolduğundan şübhələnib, FHN-ə zəng vurub. Əməkdaş gəlib, deyib ki, bu saat yoxlayarıq, görək evdə qaz var, ya yox. Sizcə, nə edib? Heç nə, kibriti çəkib, kənardan evin içinə atıb. Partlayışdan sonra həm “mütəxəssis”, həm də kirayənişin aradan çıxıblar, çünki ev yiyəsi hələ hadisəni bilmir.Mən yazıb xəbər verdim, görək nə olacaq... Zamin HACI
44,608
19.12.2008 09:36
Gündəm
AMERİKA NEFTDƏN ASILI REJİMLƏRİ ÇÖKDÜRÜR
Xəbər verildiyi kimi, OPEC toplantısında gələn ilin yanvarından gündəlik hasilatın sutkada 2.2 milyon barrel azaldılması haqda qərar çıxarılıb. Üstəlik, toplantıya dəvət olunan Azərbaycan və Rusiya da bu qərara dəstək veriblər. Rusiya bəyan edib ki, neft hasilatını sutkada 300 min barel azaltmağa hazırdır. Toplantıda Azərbaycanı təmsil edən sənaye və energetika naziri Natiq Əliyev də Bakının hasilatı eyni ölçüdə azaltmağa hazır olduğunu bildirib. Amerika OPEC-in neft istehsalını azaltmaq qərarını tənqid edib və bildirib ki, OPEC bazarı neftlə müəyyən edilmiş həcmdə təchiz etmək öhdəliyinə malikdir. Birləşmiş Ştatlar hökuməti neftin qiymətlərinin bu yolla tənzimlənməsinin düzgün addım olmadığını da bəyan edib. Ağ Evin rəsmi nümayəndəsi Toni Frattı bildirib ki, OPEC-in qərarını uzaqgörən adlandırmaq olmaz: “Hələ aydın deyil ki, bu qərar hansı effekti verəcək. Çünki dünyanın neftə tələbatında dəyişikliklər baş verir və belə vəziyyətdə OPEC qarşısına qoyduğu məqsədə çatmaya bilər”. Bu arada OPEC rəsmilərindən biri “Röyter” agentliyinə bildirib ki, neftin qiymətinin 50 dollardan aşağı olması bu təşkilata daxil olan bütün ölkələr üçün problem yaradır. Eyni problemlərlə iqtisadiyyatı neftdən asılı olan Rusiya, Qazaxıstan və Azərbaycan kimi ölkələr də üzləşə bilər və ya artıq üzləşir.Müşahidəçilərin fikrincə, belə vəziyyət hələ möhkəmlənməmiş demokratiyalarda ciddi sarsıntılara səbəb ola bilər. Neft analitikləri bildiriblər ki, qeyri-OPEC ölkələrində neftin istehsalı onsuz da düşür və bu ölkələrin rəhbərləri yataqların köhnəlməsi və investisiyaların kəsilməsi faktlarını OPEC-ə dəstəklə pərdələyirlər. Ekspertlər qeyd edirlər ki, neft istehsalının gündə 2 milyon 600 milyon barel azaldılması dünya bazarına çıxan neftini 3 faiz ixtisarına bərabər olacaq. OPEC üzvləri bildirirlər ki, artıq qüvvədə olan günə 2 milyon barel ixtisar gözlənilən nəticəni verməyib və neftin qiyməti düşməkdə davam edir. OPEC üçün başqa bir bəd xəbər Amerika Birləşmiş Ştatlarından gəlib. ABŞ-ın Federal Xəzinəsi iqtisadiyyatı böhrandan çıxarmaq üçün bank faizlərini ən rekord həddə aşağı salıb. İndi bu rəqəm cəmi 0,25-dir. Amerika ekspertləri bildiriblər ki, iqtisadiyyatların böhranlı vəziyyəti neftə tələbatı gələn il də yüksəltməyəcək. Bu isə onun qiymətinin düşməkdə davam edəcəyi deməkdir. BBC-nin məlumatına görə, rəsmi Moskva artıq Amerikanı neft qiymətlərini əvvəlcə, süni şəkildə qaldıraraq sonradan sürətlə aşağı salmaqda ittiham edib. Moskva bunu onun “diz çökdürülməsi” cəhdi kimi qiymətləndirir. OPEC-də birləşən ölkələrlə Rusiya dünya neft hasilatının yarısından çoxunu təmin edirlər. Bu baxımdan dünya neft hasilatının 40 faizi və ixracın yarısına nəzarət edən OPEC Rusiyanı öz siyasətinə qatmaqda həmişə maraqlı olub. Bu arada bir çox rusiyalı ekspertlərə görə, OPEC-lə, yoxsa OPEC-siz Rusiya onsuz hasilatı azaltmaq məcburiyyətindədir. Statistik rəqəmlərə görə, bu ilin 11 ayında neft hasilatı təxminən 1 faizə qədər düşüb. Şərhçilərə görə, hazırkı qiymətlər Sibirin ucqar bölgələrində yerləşən və tükənməkdə olan bəzi yataqlarda hasilatı mənasız edir. Üstəlik, gələn il neftin daha da ucuzlaşaraq 25 dollara qədər enəcəyi haqda bədbin proqnozlar var. Belə vəziyyətdə Rusiyanın OPEC-ə qoşulub hasilatı azaltmaqdan başqa yolu qalmır.Lakin analitiklər qeyd edirlər ki, OPEC-in hasilatı azaltmaq qərarı formal xarakter daşıya bilər. Çünki təşkilata daxil olan ölkələr heç də həmişə hasilatı azaltmaq qərarını icra etmirlər. Məsələn, bu ilin noyabrında hasilatı sutkada 1.3 milyon barel azaltmaq haqda OPEC-in çıxardığı qərar cəmi 50 faiz icra edilib. OPEC-in növbəti toplantısı gələn ilin martında Vyanada olmalıdır. Ancaq təşkilatın daha əvvəl növbədənkənar toplantı keçirəcəyi istisna deyil.Müşahidəçilərə görə, OPEC-in qərarından dərhal sonra neftin daha da ucuzlaşması kartelin artıq bazarlarındakı vəziyyətə təsir etmək gücünün zəiflədiyini göstərir. Eyni zamanda neftin ucuzlaşmasının Rusiya, İran, Venesuela kimi ölkələrin iqtisadiyyatını çökdürmək planlarına xidmət etdiyi haqda versiyalar güclənmiş olur. Belə ki, neftin bahalaşması bu ölkələri cəsarətləndirib və aqressiv siyasət aparmağa həvəsləndirib. Lakin indi neftin ucuzlaşması onları müflis olmaq təhlükəsi qarşısında qoyur. Azərbaycan da neftin bahalaşması ilə paralel olaraq avtoritarizmin gücləndiyi ölkələr sırasına daxildir. İndi Qərb ekspertləri hesab edirlər ki, neft düşdükcə bu cür hakimiyyətlər də pis günə düşəcək və nəticədə siyasi islahatlar aparmağa məcbur olacaq. Xəbər verildiyi kimi, ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama ölkəsinin uzunmüddətli enerji strategiyasını açıqlayaraq bəyan edib ki, Birləşmiş Ştatlar xarici neftdən asılılığını azaldacaq. Onun sözlərinə görə, ABŞ-ın ödədiyi neft dollarları düşmən rejimlərin ciblərinə axır. Ona görə də ABŞ bir tərəfdən öz daxili neft ehtiyatlarını işə salmalı, digər tərəfdən isə alternativ enerji mənbələrindən istifadəni genişləndirməlidir. Bu strategiya göstərir ki, ABŞ neftin bir daha təhlükəli həddə qədər bahalaşmasına imkan verməməkdə qərarlıdır.
44,609
19.12.2008 09:40
Gündəm
ERMƏNİSTAN AŞ PA-da SƏSVERMƏ HÜQUQUNDAN MƏHRUM OLACAQ
Bu barədə APA-ya Monitorinq Komitəsinin Parisdə keçirilən iclasında iştirak etmiş Azərbaycan üzrə həmməruzəçi Andres Herkel məlumat verib. O bildirib ki, iclasda AŞ PA-nın Ermənistanda demokratik institutların fəaliyyəti ilə bağlı qəbul etdiyi 1609 və 1620 saylı qətnamələrinin necə yerinə yetirildiyi barədə hesabat dinlənilib və bu ölkədə siyasi məhbus məsələsinin aktual olduğu qənaətinə gəlinib. Komitə həmməruzəçilərə yanvar sessiyasına kimi Ermənistana təkrar səfər edərək vəziyyətlə yenidən tanış olmağı tapşırıb. Paris toplantısında müzakirə olunan digər məsələ Rusiya-Gürcüstan münasibətləri olub. AŞ PA üzvləri bu məsələ ilə bağlı da öz narahatlıqlarını bildiriblər. Bəyan olunub ki, Rusiya öz öhdəliklərini yerinə yetirmir, Abxaziya və Cənubi Osetiya ərazilərinə aid olmayan yerlərdən qoşunlarını çıxarmır, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmasına imkan yaratmır, ən əsası isə Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımaq barədə qərarını ləğv etmək barədə AŞ PA-nın çağırışına əməl etmir. A. Herkelin sözlərinə görə, hər iki məsələ AŞ PA-nın yanvar sessiyasında geniş müzakirə olunacaq.
44,610
19.12.2008 09:33
Yazarlar
VƏTƏNDAŞA TERROR
Vətəndaş qışda soyuqdan, yayda susuzluqdan əziyyət çəkəcəksə, onda təbii sərvətlərimizdən əldə olunan milyardlarla gəlir hara gedir, necə yoxa çıxır? Milyonlarla kub qaz, yüz milyon tonlarla neft sanki başqa ölkədə çıxır. Bakı kəndlərində, neft quyusunun bir addımlığındakı evlərdə odun yandırılır, ətraf rayonların camaatı qaz borularının üstünə gərmə yapır. Təzada fikir verin. Niyə öz qazımız, neftimiz ehtiyaclarımızı ödəmir?! Milyardlarda gözümüz yoxdur, yeyin, istəmirik. Həm də bilirik ki, istəsək də neft pullarından bizə heç qəpik-quruş da düşməyəcək. Ancaq insafınız olsun, barı bu xalqa evini qızdıracaq, işıqlandıracaq qədər qaz, elektrik enerjisi verin. Suyu da millətə çox görürsünüz. İndi də “Azərsu” ilə “Sumqayıtelektrikşəbəkə”nin borc qalmaqalı yaranıb. Çox yaxşı həyatımız var idi, bir yandan da suyumuzu kəsəcəklər. Təsəvvür edin, qaz yox, elektrik yox, su yox. İndi gəl belə ölkədə yaşa görüm necə yaşayırsan?Dövlət qurumları sanki vətəndaşın həyatını çətinləşdirmək üçün bəhsə girib. Biri işıq kəsir, digəri su. “Azəriqaz” da bir yandan öz “töhfəsini” verməkdədir. Qışın oğlan çağında 70 rayonun qazını kəsib. Adını da qoyub ki, əhalinin borcu var. Heç kim demir qazdan, elektrikdən, sudan müftə-müsəlləh istifadə edək, baxmayaraq ki, bəzi mütəxəssislərin rəyinə inansaq, Azərbaycanın buna qismən potensialı çatar. Kommunal ödəmələr mütləq icra edilməlidir, son qəpiyinə qədər. Amma bu kəsmələr niyə qışın oğlan çağında yada düşür? Yəqin özləri camaatı belə imtahana çəkir ki, borcu tez ödəsin. Borc da borc ola, dərd yarıdır. 10-15 il əvvəlki debütor borcları əhalinin ayağına yazıblar, indi də dirəniblər ki, məsələn, 1995-ci ildə işlətdiyin qazın pulunu ödə. İnsanlar da haqlı olaraq imtina edəndə “Azəriqaz” terrora əl atır: ucdantutma qazı kəsir.Əslində Əlixan Məlikov bu əməlinə görə qanun çərçivəsində cəzalandırılmalıdır. “Azəriqaz”dakı maxinasiyalar, yeyintilər haqda mətbuatda indiyədək çox ciddi araşdırma yazıları dərc olunub. İqtisadçı-ekspertlərin fundamental rəyləri ilə tanışıq. Yüngülcə bir yoxlama bu qurumdakı yeyinti faktını aşkara çıxarar. “Azəriqaz”ın bəzi rəhbər şəxsləri dövlətdən yeyib-taladıqlarının yerini doldurmaq üçün camaata zülm edirlər. *** Son illər Bakıda yeni qaçqın-köçkün dalğası yaranıb. Məsələn, yayda mənzillərə günlərlə lilli su gələndə insanlar məcbur olub nisbətən təmiz su gələn qohumunun evinə sığınır. Qışda qaz və yaxud elektrik problemi yaşananda da analoji situasiya yaranır.Əziz oxucu, elə mən özüm də artıq üç gündür işıqsızlıq problemi ilə üzləşmişəm. Binamıza elektrik enerjisi fasilələrlə verilir. Bu yazını tamamlayıb tez evə getməliyəm: ailəmi müvəqqəti olaraq yaxın qohumlarımdan birinin evinə aparmağı planlaşdırıram. Eyni aqibəti yayda da yaşamışdım. Evimizə su əvəzinə palçıq gələndə.XXI əsr Azərbaycanının mənzərəsinə baxın. Bizə bu da azdır... Azər AYXAN
44,611
19.12.2008 08:47
Gündəm
İLHAM ƏLİYEV MƏZUNİYYƏTƏ ÇIXIB
Bir qayda olaraq, dövlət başçısı doğum günündə - dekabrın 24-də Bakıda olmur. İ.Əliyevin yenicə doğulmuş nəvələrini görmək üçün xaricə getdiyi də istisna deyil.
44,612
19.12.2008 09:45
Gündəm
DÜNYA AZƏRBAYCANLILARININ KOORDİNASİYA ŞURASININ TƏDBİRİNDƏ İKİ KURYOZ HADİSƏ
Gündəliyə əsasən, əvvəldə Heydər Əliyevin dünya azərbaycanlılarının birləşdirilməsi üzrə fəaliyyətinə həsr edilmiş “Ayrılarmı könül candan?” filminə baxmaq nəzərdə tutulub. Lakin film başlayan kimi zalda işıq sönüb və filmin nümayişi pozulub. Bir müddət sonra işıq verilib, amma hotelin texniki heyəti texnikanı işə sala bilməyib.Buna görə Diaspora ilə İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov hesabat məruzəsini mikrofonsuz oxumalı olub. O qeyd edib ki, keçən dövr Azərbaycan diasporasının möhkəmlənməsində, türk icmaları ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsində keyfiyyətcə yeni mərhələ olub.APA-nın məlumatına görə, ikinci kuryoz hadisə Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun hərəkəti olub. O, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının dünən Bakıda keçirilən toplantısını etiraz əlaməti olaraq tərk edib.Y.Mahmudov iclasda müzakirə edilən Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası layihəsinin hazırlanmasında iştirak edən alimlərin sırasında yer almamasına etiraz edib. Tarixçi alim deyib ki, sənəddə tarixi baxımdan kifayət qədər qüsurlar var: “Belə bir sənədin hazırlanmasında iştirak etməyi özümə təhqir hesab edirəm. Çünki Azərbaycan xalqının etnogenezində iştirak edən ən qədim etnoslar barədə xartiyada məlumat verilməyib. Burada qeyd olunub ki, guya xalqın formalaşması 16-cı əsrdə başa çatıb. Halbuki Azərbaycan xalqının formalaşması 7-9-cu əsrlərdə başa çatıb”. O, sənəddə Güney Azərbaycan məsələsinin, Şərqi Anadolu və İraqdakı aborigen əhalinin də nəzərə alınmadığını qeyd edib.