id
int64
43k
1.05M
date
stringlengths
16
16
category
stringclasses
47 values
title
stringlengths
1
19.1k
text
stringlengths
13
518k
44,413
16.12.2008 01:08
Media
“ÇTO, QDE, KOQDA” VERİLİŞİNİN YAYIMI DAYANDIRILACAQ
Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, MTRŞ-nin dekabrın 25-də keçiriləcək iclası zamanı xarici radiostansiyaların yayımı ilə yanaşı, Azərbaycan dilindən istifadə ilə bağlı da məsələ müzakirə olunacaq. Həmin gün şura rus və türk dillərində yayımlanan verilişlərlə bağlı qəti qərar verəcək.
44,414
16.12.2008 02:42
Ölkə
BEŞMƏRTƏBƏLİ BİNADAKI PARTLAYIŞA GÖRƏ ÜÇ NƏFƏR TUTULDU
Xatırladaq ki, adıçəkilən ünvanda baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfərsə yaralanıb. Xəsarət alanlardan biri 3 yaşlı qız uşağıdır.Bu arada məlum olub ki, partlayış nəticəsində 30 mənzilə ciddi ziyan dəyib və bina qəzalı vəziyyətə düşüb. Bu səbəbdən də aidiyyəti qurumlar dünən səhərdən sakinləri köçürməyə başlayıblar. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Sakinlərə məsləhət görülüb ki, müvəqqəti olaraq ya qohumlarının evində, ya da 172 saylı bağçada məskunlaşsınlar. Zərərçəkənlər isə bu təkliflə razılaşmayıblar. Onların sözlərinə görə, bağçada iki otaq ayrılıb: “80-90 nəfərin bu iki otaqda yerləşməsi qeyri-mümkündür. Bu qədər ev əşyasını harada yerləşdirək”.Binanın sakini Cavanşir Cabbarov isə dünən səhərdən binadakı mənzillərin qapılarına möhür vurulduğunu deyib: “Konkret bizə heç nə demirlər. Harda qalacağımızı bilmirik. Birinci gündən dedilər gedin bağçaya. Orda da heç bir şərait yoxdur. Heç kəs bizimlə maraqlanmır. Bağçada əsgər yataqxanasında olduğu kimi 40 çarpayı qoyulub. Bir otaqda kişilər, digərində qadınlar yatmalıdır. İki gündür ki, qohum evində qalıram. Evimdən bir dənə də olsun əşya çıxartmamışam. Zərərçəkənlərə heç bir yardım edilmir”.Nizami rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əlirəhman Həsənov isə ANS-ə verdiyi açıqlamasında yardımın yalnız dövlət komissiyasının verəcəyi rəydən sonra göstəriləcəyini söyləyib: “Zərərçəkənlər üçün 172 saylı bağçada yer ayrılıb. Müvəqqəti olaraq sakinlər orda yerləşiblər. Hazırda iki blokda, 30 mənzildə yaşamağa icazə verilmir. Bu mənzillərdə 84 nəfər yaşayır”.Ə.Həsənov hadisə ilə bağlı binada yenidən təmir-bərpa işlərinin aparılıb-aparılmayacağının komissiyanın rəyindən sonra bilinəcəyini deyib. 172 saylı uşaq bağçasının müdirəsi Mahirə Hüseynova bildirib ki, məlum hadisədən bəri bağçada cəmi 10 sakin gecələyib. Onun sözlərinə görə, bağçada zərərçəkənlər üçün iki otaq ayrılıb.
44,415
16.12.2008 02:43
Kriminal
LONDONDA HƏBS OLUNAN RƏİS OĞLU BAKIYA QAYITDI
Xatırladaq ki, E.Əsgərov “Credit Suisse” bankında treyder işləyən 34 yaşlı Ceromi Dreni onun əvəzindən imtahan verməyin mümkünlüyünə inandırmışdı. Əvəzində hər imtahan üçün ona 2 min funt-sterlinq vermişdi. Ceromi E.Əsgərovun adına düzəldilmiş saxta vəsiqədən istifadə edərək, onun əvəzinə 8 dəfə imtahana girib, sonuncuda isə professor ondan şübhələnib və fırıldağın üstü açılıb. Bu, Britaniyada görünməmiş fırıldaq sayılır. Belə ki, Ceromi istedadlı bank işçisi sayılıb və onun pula ehtiyacı olmayıb. Bildirilir ki, Ceromi bankda 3 il ərzində 4 milyon dollar qazanıb. Qalmaqal haqda Britaniyanın nüfuzlu nəşrləri sayılan “The Yorkshir Post” və “The Daily Mail” də yazmışdılar. Dünən isə redaksiyamıza E.Əsgərovun Bakıya qayıtması barəsində məlumat daxil olub. Qaynağımız E.Əsgərovun həbsdən hansı yolla azad olunmasından xəbərsiz olduğunu bildirib. Apardığımız araşdırma zamanı məlum oldu ki, artıq hər iki şəxsin barəsində seçilmiş azadlıqdan məhrumetmə müddəti bitib. Buna görə də tələbə-fırıldaqçı və onun tanışı azad olunublar. E.Əsgərovun təhsil aldığı universitetdən xaric olunduğu da bildirilir.
44,416
16.12.2008 01:44
Yazarlar
ƏBDÜL ƏKƏNİN ƏHVALATI
“Çast”a gəldiyimiz gün bizi iki əkəbala qarşıladı, birinin adı Səfərmurad idi, o birininki Əbdülrəzzaq. Əbdül özbək idi, Səfər isə türkmən. Biz onların arasında milliyyət fərqi qoymurduq, ikisini də “əkəbala” çağırırdıq. Ancaq bu xitabın ömrü cəmi iki gün çəkdi. Buyrulduğu yerə dərhal gedən, həmişə gülümsəyən Səfərmuraddan fərqli olaraq Əbdülrəzzaq “borzu” çıxdı və “əkəbala” sözünün üstündə vzvod komandirimizlə ağızlaşdı. Biz 27 nəfər idik, o, tək idi, döyüş xoruzları kimi hücum vəziyyəti alıb durmuşdu qabağımızda. Bizim uşaqlardan bir neçəsi onu sillə-təpiyin altına salmaq cəhdi göstərdilər, amma bədəncə Brus Liyə oxşayan əkəbala yenə qorxub-çəkinmədi. Əlbəttə, vzvodumuzun Şvartsneggeri olan beyləqanlı Bəndalının bir yumruğu kifayət idi ki, Əbdül havada salto vurub yerə düşsün və ölsün. Amma əsgərlik çəkib gəlmiş uşaqlar qoymadılar, dedilər, ali məktəb tələbəsiyik, tökülüşüb 19 yaşlı uşağı çırpmaq bizə yaraşmaz. Xüləs, Əbdülrəzzaqa dəymədik, eləcə möhkəm hədələdik və buraxdıq. Hərə bir tərəfə dağılışdı. Biz hərbi xidmət keçib gələn və əsgərlik xatirələri ilə baş-beynimizi aparan yoldaşlarımıza dedik, bəs deyirdiniz, özbəklər çurban olur, Əbdülrəzzaq nədən 27 nəfərin qabağından qaçmadı. Onlar dedilər, nə bilək, eləsi də olur, beləsi də olur, adamına baxır. O vaxtlar ağlımıza da gəlməzdi ki, özbəklər bizə qohum millətdir, türk soyludur. Bu haqq-hesabdan üç-dörd il sonra saqqallı türk müğənnisi televiziyada “özbək, qazax, qırğız, tatar, azəri bir soydur” şarkısını oxuyanda fikirləşdim ki, nə yaxşı, biz o vaxt Əbdülrəzzaqı çırpıb şil-küt eləmədik.O vaxtdan harda “əkə” sözü eşidirəm, yadıma cəsur Əbdülrəzzaq və onun hərəkəti düşür. Təəssüf ki, həmin kəlmə bir neçə gün öncə dava-dalaşa səbəb olub və ictimai müzakirə obyektinə çevrilib. Bəziləri sayır ki, bu, təhqiramiz ifadədir. Əslində bu, populyar türk kəlməsidir, mənası “böyük”, “ağsaqqal” və sairdir. Elə mənim də sevimli ifadələrimdən biri “əkə-bükə”dir, cümlələrimi bəzən “əkə-bükə siyasətşünaslar demişkən”lə başlayıram, diqqət yetirmisinizsə. Ancaq ortalıqda yanlış yozumlar da var. Məsələn, Akif Nağının həmkarım Zaminin üstünə hücum etməsindən bəhs edən xəbəri xarici informasiya agentliklərinə ötürən həmkarımız hadisəni belə səciyyələndirib: “QAT sədri Akif Nağı, onu ”nadan" (ruscada “neuç”) adlandıran jurnalisti döyüb". “Əkə” hara, “nadan” hara? Özbəkistanda nazirlərə, deputatlara, hətta ərki ötən adamlar prezidentə də əkə deyirlər. Bu, təhqiramiz ifadə olsa, onu Kərimova demək olarmı? Vallahi, ikinci bir Əndican hadisəsi törədər. Ona qalsa, bizdə dəbdir, kütbeyin adamlara çox zaman “monqol” deyirlər. Guya ki, biz itizəkalı olub çox qabağa getmişik, monqol kütbeyindir, geri qalıb. Hərdən bu sözün üstündə ictimai yerlərdə dava düşür, “monqol” adlandırılan adam özünü təhqir olunmuş sayır və ona elə deyəni şapalaqlayır. Kənardan baxanlar ona haqq verirlər, deyirlər, günah döyüləndədir, bu oğlana “monqol” dedi, bu da onu vurdu. Beləcə, “monqol” sözü söyüş kimi işlənir. Bəs nə yaxşı sevə-sevə oğullarımıza Çingiz adı qoyuruq? Axı bu, sırf monqol adıdır və böyük sərkərdə Çingiz xanın adından götürülüb. Hələ ona da diqqət yetirən yoxdur ki, bəyənmədiyimiz monqollar dürüst, halal seçki keçirir, özlərinə legitim deputat və prezident seçirlər. Bizdə isə 15 ildir seçiciləri “monqol” yerinə də qoymurlar. Hələ 3 il öncə Monqolustanda yanacağın qiymətinin qaldırılmasına görə 7 monqol nazirin bir gündə istefa verməsini demirəm. Onların ağlı kəsirdi ki, xalq güzəranından narazıdır və bu vəziyyətdə işləmək mümkün deyil. Sözümün canı odur ki, biz arada dönüb özümüzə də baxmalıyıq və düşünməliyik ki, “əkə”, yaxud “monqol” adlandırılmağa layiqikmi. Samir SARI
44,417
16.12.2008 01:45
Siyasət
QAPILARDA YATAN DEPUTAT KİMDİR?
Ancaq parlamentin son iclaslarından birində onun Nərimanov rayon icra başçısını sərt şəkildə tənqid etməsi, həmçinin Bakıdakı ən qanunsuz tikintilərin bu rayon ərazisində aparıldığını bildirməsi A.Əliyevə qarşı hücumlara səbəb olmuşdu. Hətta çıxışdan sonra bəzi deputatlar Nərimanov rayonunun “ən nümunəvi rayon” olduğunu isbatlamağa çalışmışdı. Bundan sonra A.Əliyevin növbəti dəfə həmkarlarına yönəlik kəskin fikir işlətməsi təsadüfi deyil. Düzdür, A.Əliyev “yeri gəlsə, mənə prezident postu lazım deyil” söyləməklə onun postuna iddiaçıların olmasına da işarə vurub. Lakin güman olunur ki, deputatlara qarşı sərt çıxışın motivi ayrıdır. Ümumiyyətlə, Bakı polisinin sabiq “şef”i Məhərrəm Əliyevin qardaşı son zamanlar bir neçə dəfə belə kəskin ifadələri ilə yadda qalıb. Onun bu dəfə kimi və ya kimləri nəzərdə tutduğunu öyrənməkdən ötrü özünə zəng etdik. Lakin deputatın mobil telefonu qapalı oldu. Bəs həmkarları bu barədə nə düşünür? Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli bildirdi ki, A.Əliyevin bu açıqlaması ilə tanış olsa da, onun kimi nəzərdə tutmasından xəbərsizdir: “Gərək o, özü açıqlasın və desin ki, qapılarda yatan kimdir”. Milli Məclisin deputatı Zahid Oruc isə bildirdi ki, söhbətin nədən getdiyini, bu sözlərin kimə ünvanlandığını bilmir: “Hesab edirəm ki, deputat heysiyyətinə hörmət edən hər bir şəxs təmsil etdiyi insanları da nəzərə alaraq elə fəaliyyət göstərməlidir ki, deputat ləyaqətini aşağılamasın və təmsil etdiyi insanların başını uca etsin. Həmçinin öz fəaliyyəti ilə də insanların faydasına çalışmış olsun. Ona görə də söhbətin kimlərdən və nədən getdiyini deyə bilmərəm. Çox yaxşı olardı ki, fikir müəllifinin özü onun açmasını versin”.QAPILARDA YATAN DEPUTAT KİMDİR?Həmkarları bu barədə Adil Əliyevin açıqlama verməsini zəruri sayır“Elə millət vəkilləri var ki, qapılarda yatırlar. Mənə isə heç nə lazım deyil. Heç kimin malına göz dikməmişəm. Şükür Allaha, heç nəyə ehtiyacım yoxdur. Sadəcə, pak münasibət, təmiz dostluq istəyirəm”. Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Kikboksinsq Federasiyasının (AKF) prezidenti Adil Əliyev söyləyib. Şəxsi mənafeyini həmişə kənara qoyduğunu bildirən deputat bununla kimləri hədəf seçdiyini açıqlamayıb.Ancaq parlamentin son iclaslarından birində onun Nərimanov rayon icra başçısını sərt şəkildə tənqid etməsi, həmçinin Bakıdakı ən qanunsuz tikintilərin bu rayon ərazisində aparıldığını bildirməsi A.Əliyevə qarşı hücumlara səbəb olmuşdu. Hətta çıxışdan sonra bəzi deputatlar Nərimanov rayonunun “ən nümunəvi rayon” olduğunu isbatlamağa çalışmışdı. Bundan sonra A.Əliyevin növbəti dəfə həmkarlarına yönəlik kəskin fikir işlətməsi təsadüfi deyil. Düzdür, A.Əliyev “yeri gəlsə, mənə prezident postu lazım deyil” söyləməklə onun postuna iddiaçıların olmasına da işarə vurub. Lakin güman olunur ki, deputatlara qarşı sərt çıxışın motivi ayrıdır. Ümumiyyətlə, Bakı polisinin sabiq “şef”i Məhərrəm Əliyevin qardaşı son zamanlar bir neçə dəfə belə kəskin ifadələri ilə yadda qalıb. Onun bu dəfə kimi və ya kimləri nəzərdə tutduğunu öyrənməkdən ötrü özünə zəng etdik. Lakin deputatın mobil telefonu qapalı oldu. Bəs həmkarları bu barədə nə düşünür? Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli bildirdi ki, A.Əliyevin bu açıqlaması ilə tanış olsa da, onun kimi nəzərdə tutmasından xəbərsizdir: “Gərək o, özü açıqlasın və desin ki, qapılarda yatan kimdir”. Milli Məclisin deputatı Zahid Oruc isə bildirdi ki, söhbətin nədən getdiyini, bu sözlərin kimə ünvanlandığını bilmir: “Hesab edirəm ki, deputat heysiyyətinə hörmət edən hər bir şəxs təmsil etdiyi insanları da nəzərə alaraq elə fəaliyyət göstərməlidir ki, deputat ləyaqətini aşağılamasın və təmsil etdiyi insanların başını uca etsin. Həmçinin öz fəaliyyəti ilə də insanların faydasına çalışmış olsun. Ona görə də söhbətin kimlərdən və nədən getdiyini deyə bilmərəm. Çox yaxşı olardı ki, fikir müəllifinin özü onun açmasını versin”.
44,418
16.12.2008 07:44
Ölkə
NATİQ ƏFƏNDİYEVİN QARDAŞI XARİCDƏN SIĞINACAQ İSTƏYİB
1998-ci il prezident seçkiləri ərəfəsində güclü təzyiqlərə məruz qalan Natiq Əfəndiyev Türkiyəyə qaçmaq məcburiyyətində qalıb. Daha sonra Azərbaycanın təzyiqləri nəticəsində Natiq Əfəndiyev 2000-ci ilin yanvar ayında həbs edilib və Bakıya təhvil verilib. Azərbaycanda isə N.Əfəndiyev barəsində ömürlük həbs qərarı çıxarılıb.Onun qardaşı Firdovsi Əfəndiyevi isə 1998-ci ilin prezident seçkilərindən dərhal sonra, dekabrın 7-də guya evində qanunsuz silah saxladığına görə 3 il müddətinə həbs olunub. 2005-ci ilin oktyabrında isə F.Əfəndiyev yenidən üç gün həbs olunub və ona işgəncə verilib. Ondan tələb olunub ki, Rəsul Quliyevin göstərişi ilə Əli İnsanov, Fərhad Əliyev, Natiq Əfəndiyev və digərlərinin dövlət çevrilişi hazırladıqlarını “etiraf etsin”. Ancaq F.Əfəndiyev işgəncələrə dözərək bundan imtina edib. 2000-ci il aprelin 7-də isə Natiq Əfəndiyevin digər qardaşı - Prezident Aparatının Xüsusi İdarəsinin əməkdaşı Namiq Əfəndiyev səbəbi bəlli olmadan qəflətən dünyasını dəyişib. Onun üzərində çoxlu zərbə izləri olan meyiti maşınında evlərinin yanında tapılıb. Ancaq yaxınlarının bildirdiyinə görə, bununla ailənin başına gələnlər bitməyib. Belə ki, Avropa Şurasının təzyiqləri nəticəsində Azərbaycan iqtidarı 2005-ci ilin mart ayında Natiq Əfəndiyevi azad etsə də, həmin ilin oktyabr ayının 17-də parlament seçkiləri ərəfəsində dövlət çevrilişi ittihamı ilə sabiq səhiyyə naziri Əli İnsanov, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə birlikdə yenidən həbs olunub və beynəlxalq təşkilatların tələblərinə baxmayaraq, hələ də həbsdədir.Bundan sonra onun qardaşı Firdovsi Əfəndiyev də guya polisin qanuni tələblərinə qəsdən tələb olmamaqda suçlanaraq, həbsə alınıb və 3 gün ərzində ona fiziki, mənəvi işgəncə verilib. Əfəndiyevlər ailəsinə qarşı təzyiqlər bununla da bitməyib və 2008-ci ilin prezident seçkiləri nisbətən sakit keçsə də, Firdovsi Əfəndiyev, onun oğlu İslam və kürəkəni Mehman polis tərəfindən saxlanılıblar və vəhşicəsinə döyülüblər. Yaxınlarının bildirdiyinə görə, dəfələrlə onların evində axtarış aparılıb və hakimiyyətin F.Əfəndiyevi həbs etmək planı olub. Amma F.Əfəndiyev bundan vaxtında xəbər tutduğundan ailəsi ilə birlikdə ölkəni tərk edib.
44,419
16.12.2008 02:00
Ölkə
İÇƏRİSİNDƏ ABİD ŞƏRİFOVUN DA OLDUĞU TƏYYARƏ BAKIYA ENƏ BİLMƏDİ
Təyyarədə olan 211 sərnişindən 141-i Frankfurtdan Bakıya gəlirmiş. Sərnişinlər arasında Azərbaycanın baş nazirinin müavini Abid Şərifov da olub. XİN-dən bildiriblər ki, rəsmi Aşqabad Bakıya gedən sərnişinlərin nəqliyyat vasitəsilə təmin olunması və onların Azərbaycan paytaxtına çatdırılması üçün bütün zəruri tədbirləri görüb. Aşqabad aeroportunda olan zaman Bakıya gedən sərnişinlər üçün hər cür şərait yaradılıb. Daha sonra sərnişinlər “Türkmənistan Hava Yolları” şirkətinə məxsus “Boinq-737" təyyarəsi ilə Bakıya çatdırılıb. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətindən APA-ya bildiriblər ki, “Lüfthanza” şirkətinə məxsus “Airbus-340"ın Heydər Əliyev Beynəlxalq Hava Limanına enişi təyyarədə yaranmış texniki problemlər səbəbindən baş tutmayıb və təyyarə Aşqabad hava limanına enməli olub. ”AzAL"dan bildiriblər ki, sərnişinlər Türkmənistan tərəfin ayırdığı “Boinq-737" təyyarəsi ilə Aşqabaddan Bakıya yola salınıb və dünən saat 9.40 radələrində paytaxta çatıblar.
44,420
16.12.2008 02:51
Ölkə
BU GÜN BAKIDA YOLLAR BUZ BAĞLAYACAQ
Yaxın üç gün ərzində Bakı və Abşeron yarımadasında hava buludlu olacaq, arabir açılacaq. Dekabrın 16-da gecə və səhər yarımadanın bəzi yerlərində sulu qar və qar yağacağı, dekabrın 17-də də yarımadanın bəzi yerlərində yağıntının davam edəcəyi gözlənilir. Dekabrın 16-sı və 17-də yolların buz bağlayacağı ehtimalı var. Dekabrın 16-17-də havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, dekabrın 18-də gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-4 dərəcə isti olacaq. Yaxın üç gün ərzində dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.Qeyd edək ki, dünən Bakıya və ölkənin bəzi bölgələrinə qar yağıb.
44,421
16.12.2008 02:01
Siyasət
RƏSUL QULİYEVİN QARDAŞI EKS-SPİKERİN QAYITMASINDAN DANIŞDI
Onun sözlərinə görə, həqiqətən də bir aydan artıqdır ki, R. Quliyevin həyat yoldaşı Azərbaycandadır: “Hazırda Rəsulun həyat yoldaşı bizdədir. Amma o, bizə qonaq kimi gəlib. Heç kimlə, heç bir danışıq aparılmır. Çünki Rəsul Quliyevin Azərbaycana qayıtması kiminləsə danışıqlardan asılı deyil. Bu məsələ yalnız ölkə prezidentinin səlahiyyətindədir. Prezident nə zaman razılıq versə, Rəsul Quliyev də o zaman Azərbaycana qayıdacaq”. T. Quliyevin sözlərinə görə, R. Quliyevin həyat yoldaşının hakimiyyətlə danışıqlar aparması barədə məlumatlar bəzi maraqlı şəxslər tərəfindən məqsədli olaraq yayılıb. ACP sədrinin müavini Yaqub Abbasov da APA-ya açıqlamasında R. Quliyevin Azərbaycana qayıtması ilə bağlı hər hansı danışıqların aparılmadığını deyib.
44,422
16.12.2008 02:04
Gündəm
TÜRKİYƏDƏ “ERMƏNİLƏRDƏN ÜZR İSTƏYİRİK” KAMPANİYASINA DÜNƏN 1928 NƏFƏR QOŞULUB
Bu ədalətsizliyi rədd edir, öz payıma erməni qardaşlarımın hisslərini və çəkdiyi əziyyətləri bölüşür, onlardan üzr istəyirəm" mətni yerləşdirilib.Hələ ki kampaniyaya 1928 nəfər qoşulub. Türk İnternet ekspertləri açılan bu saytın yaxın günlərdə “Turk Hacker Team” tərəfindən dağıdılacağını bildiriblər.Kampaniya www.ozurdiliyoruz.com saytında keçirilir.
44,423
16.12.2008 02:03
Ölkə
“AZƏRENERJİ” 4 MİN ƏMƏKDAŞINI İŞDƏN ÇIXARMAĞA HAZIRLAŞIR
Ərizəsi alınanların əksəriyyətinə bildirilir ki, onlar müvəqqəti çıxarılırlar və bir neçə aydan sonra işlərinə bərpa olunacaqlar. Xatırladaq ki, dəfələrlə qlobal maliyyə böhranının Azərbaycana kəskin şəkildə təsir edəcəyini və bir sıra dövlət, qeyri-dövlət müəssisələrinin fəaliyyətində ciddi problemlər olacağını, nəticədə isə ölkədə böyük işsizlər ordusunun yaranacağını yazmışdıq. Təəssüflər olsun ki, bizim müəyyən məlumatlara və təhlillərə əsaslanaraq yazdıqlarımız özünü doğruldur. Qəzetimizə yaxın ekspertlər bildirirlər ki, gələn ilin əvvəllərindən başlayaraq digər özəl və dövlət müəssisələrində də kütləvi ixtisarlar gözlənilir.
44,424
16.12.2008 02:21
Ölkə
HACI MƏMMƏDOVLA BAĞLI YENİ İSTİNTAQ GEDİR
Komitə sədri Hacı Məmmədov barəsində istintaq getdiyini bildirib. Lakin istintaqın hansı işlə bağlı olması haqda hüquq müdafiəçisi heç nə deməyib. Onun sözlərinə görə, Hacı Məmmədov təcridxanada şəkil çəkməklə məşğuldur.
44,425
16.12.2008 02:21
Ölkə
MİLLİ MƏCLİS APARATINDA TƏMİZLƏMƏ OLACAQ
Bunlar Milli Məclisin Sosial siyasət şöbəsinin müdiri Adilə Abbasova, onun müavini Ceyhun Paşayev, İqtisadiyyat şöbəsinin müdir müavini Şahmərdan Kərimov, Milli Məclis qarajının müdiri Ramiz Quliyev, aparatın baş məsləhətçiləri Mələk Bayramova, Elza Fərhadova və Ofeliya Əfəndiyevadır.Onların hər birinin yaşı 65-i ötdüyü üçün təqaüdə göndəriləcəklər.
44,426
16.12.2008 02:22
Mənəviyyat
HƏCCDƏN QAYIDAN ZƏVVARLARIMIZIN BİR QRUPU QIRMIZI KÖRPÜDƏ SAXLANILDILAR
Onların sözlərinə görə, beş saatdan artıqdır ki, onları avtobuslardan heç bir səbəb göstərmədən düşürüblər və avtobuslar Azərbaycana buraxılmır. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məsələdən xəbərsiz olduqlarını bildiriblər.
44,427
16.12.2008 02:08
Siyasət
“İRƏLİ”nin SƏDRİ “DALĞA”nı TƏHQİR ETDİ
“Bizim dayanmağımızla bağlı dolaşan versiyaların ən yaddaqalanı oldu ki,ya ”İrəli"nin siyasi partiyaya çevriləcəyini bildirdilər, ya da “İrəli” fəallarının vəzifəyə təyinat alacaqlarını dedilər. Yəni bu o deməkdir ki, “İrəli”nin fəaliyyəti kifayət qədər aydın olub, böyük təşkilatdır. Anlayırlar ki, “İrəli”də olan resurs gələcəkdə daha səmərəli istifadə olunacaq. O ki qaldı məqsədsiz təşkilatlar var ki, məsələn, “Dalğa” Gənclər Hərəkatı -onlar öz səviyyələrinə uyğun münasibət bildirdilər. Onlar qeyri-adekvat münasibət bildirdilər. Baxmayaraq ki, “İrəli” buraxılandan 5 gün sonra “Dalğa” münasibət bildirdi. Məntiqli o olardı ki, bu məsələyə birinci növbədə gənclər təşkilatları münasibət bildirməli idilər. Amma 5 gün sonra nə üçün münasibət bildirilib, bunun səbəbini bilirəm. Ümumiyyətlə, “Dalğa” Hərəkatı adlı strukturun sözün əsl mənasında mövcudluğu şübhə doğurur. Çünki “Dalğa” Demokratik İslahatlar Partiyasının kiçik, həm də uğursuz bir layihəsidir. Bu, qrant əsasında formalaşan hərəkatdır. Bəzi gənclər, bəzi belə liderlərin əlində marionet fiqurlara çevrilirlər. Onu da başa düşürük ki, bəzi adamların qardaşları Amerikada oturub gənclər adı ilə qrantlar alırlar və o qrantları realizə etmək üçün bəzən də belə bəyanatlar vermək lazım olur. “Yıxılanı vuraq” prinsipi ilə də “Dalğa” rəhbərliyi “İrəli”nin fəaliyyətinin dayanmasına münasibət bildirdi. “Dalğa” sədrinin açıqlaması da DİP-in mətbəxində hazırlanıb. Asim Mollazadə digər partiyaların liderlərini yeni siyasi mədəniyyətə çağırır. Amma mən istərdim ki, başqalarını siyasi mədəniyyətə çağıran insan ilk növbədə buna özlərində başlasınlar. “İrəli” hərəkatı deyəndə milli-mənəvi dəyərlərlə bağlı layihələr göz önünə gəlir. Amma “Dalğa” deyəndə ilk növbədə ağıla “azad seks” layihəsi gəlir. Onların təbliğ etdiyi dəyər budur".
44,428
16.12.2008 03:29
Gündəm
QUSİNSKİ HEYDƏR BABAYEVDƏN PULUNU İSTƏYİR
Bankın açılışında isə “Mostbank”ın prezidenti, bir vaxtlar Rusiyanın ən varlı adamlarından sayılan, sonradan isə Putin hakimiyyətinin qəzəbinə gələrək bir günlük həbs edilib İspaniyaya “sürgün edilən” oliqarx, media-maqnat Vladimir Qusinski şəxsən özü iştirak edirdi. Və həm də təkcə o yox.Həmin vaxt onun yanında, özüylə Moskvadan gətirdiyi arıq, qarayanız, gənc yaşlarında bir nəfər də vardı. Yəhudi əsilli rusiyalı oliqarx onu bankın açılışında iştirak edən mərhum prezident Heydər Əliyevə təqdim etmişdi. Özü də bacarıqlı maliyyəçi, dünya qiymətli kağız bazarında baş verən proseslərdən yaxşı baş çıxaran mütəxəssis kimi. Və bu arıq, qarayanız, gənc şəxsin, gələcəyin Qiymətli Kağızlar Komitəsinin sədri və sonradan iqtisadi inkişaf naziri Heydər Babayevin karyera yüksəlişi də məhz bu törəndən sonra başladı.Sabiq iqtisadi inkişaf naziri H.Babayevin nələrə qadir olduğunu qeyd etməzdən öncə bildirək ki, o, bir müddət İngiltərədə də fəaliyyət göstərib. Onun maliyyə əməliyyatlarında yol verdiyi bəzi pozuntulara görə Rusiya prezidenti Putinin ölkədən çıxmağa məcbur etdiyi, bir vaxtlar NTV kanalına, nəhəng bank şəbəkəsinə sahiblik edən, hazırda İspaniyada mühacir həyatı yaşayan məşhur “maliyyə kralı” Vladimir Qusinskiylə yaxın münasibətləri olub. Hətta bəzi mənbələr H.Babayevi məhz Qusinskinin yetirməsi hesab edirlər. Təsadüfi deyil ki, H.Babayev xeyli müddət V.Qusinskinin sahibi olduğu “Mostbank”ın London filialında məsul vəzifələrdə çalışıb. O, Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə rəhbər təyin olunmazdan öncə də məhz “Mostbank”ın London filialında fəaliyyət göstərib və eyni zamanda Qusinskinin “Mostholdinq”ində vitse-prezident postunu tutub.Onun Azərbaycana gəlişi də sırf təsadüfün nəticəsi və ya Vladimir Qusinskinin fəaliyyətinin nəticəsi hesab oluna bilər. Belə ki, V.Qusinski mərhum prezident Heydər Əliyevlə görüşlərinin birində Heydər Babayevi Azərbaycan prezidentinə bacarıqlı bir maliyyəçi kimi təqdim edib, gənc dövlətin onun xidmətlərindən yararlanmasının müsbət nəticələri olacağını bildirib. Heydər Babayev tezliklə öz bacarığını sübuta yetirməyə başlayıb. Artıq ən yüksək səviyyələrdə belə ona inanırdılar. Leqal və qeyri-leqal neft pullarının xarici banklara yatırılmasına, bir hissəsinin isə qiymətli kağızlara çevrilməsinə də məhz o sorumlu idi. Bundan əlavə, bir sıra nazir-oliqarxlar belə külli miqdarda paralarını məhz ona etibar edirdilər. 1998-ci ilin oktyabrında yuxarıda adıçəkilən bankın təşkilat strukturunda və səhmdarların tərkibində aparılan dəyişikliklərdən sonra “Mostbank- Azərbaycan” fəaliyyətini artıq müstəqil bank kimi davam etdirməyə başlayır. 2004-cü ilin əvvəlindən isə bank indiki “Bank Standard” adını qəbul edir. “AB Standard” Şirkətlər Qrupunun üzvü olan “Bank Standard” az sonra Azərbaycanın ən iri şirkətlər qrupundan birinə çevrilir. Bir qədər keçmiş “AB Standard” şirkətlər qrupu Azərbaycanın maliyyə bazarında, sənaye, ticarət, tikinti və turizm sektorlarında 12 şirkət və müəssisə ilə təmsil olunur.“AB Standard” şirkətlər qrupunda “Bank Standard”, “Standard İnsuranse”, “Standard Capital”, “AB SkyBell”, “AB Travel”, “AB Pro”, “AB Dərnəgül Boru”, “AB Siyəzən Kərpic”, “AB Tim”, “AB Leson”, “AB Siyəzən fish” kimi şirkətlər təmsil olunur.İndi isə məlum olur ki, İspaniyada məskunlaşan Vladimir Qusinski heç kimə qarşı yox, məhz özünün yetirməsi sayılan Heydər Babayevə və Azərbaycan hökumətinə qarşı çıxmağa hazırlaşır: "Söhbət ondan gedir ki, keçmiş “Mostbank” və onun bazasında yaranan sonrakı “Standard” məhz bu məşhur oliqarxın kapitalı ilə ərsəyə gəlib. Dəyişən isə sadəcə adlardır. İlkin kapital və onun gətirdiyi mənfəət isə yerində qalır və Qusinskinin bu kapitala iddia etməyə tam haqqı var." Amma bu zavallı oliqarx bir Azərbaycan reallığını unudur ki, bu gün adıçəkilən “Bank Standard”a onun bir vaxt Azərbaycana gətirdiyi Heydər Babayevin təsir imkanları sıfra bərabərdir. Nəinki bu bank, hətta Babayevin ABU imperiyası belə tam çökdürülüb, onun özünün həyatı belə tükdən asılıdır. Ona görə də Qusinskinin Babayevlə bank hesablaşması çəkişməsinin heç bir mənası yoxdur”. Bu arada isə məlum olub ki, Vladimir Qusinski Babayevi iqtidardaxili münaqişəni həll edib, onun payını qaytarmayacağı təqdirdə daha sərt tədbirlərə əl atacağı ilə hədələyib. Söhbət İspaniyada və İngiltərədə sabiq nazirə məxsus evlərin və mülklərin onun əlindən alınacağından gedir. Bütün bu məsələləri həll etmək, Qusinski ilə görüşərək, durumu ona başa salmaq və həyatına, sərvətinə yaranmış təhlükəni qismən də olsa dəf etmək üçün Heydər Babayev bugünlərdə Azərbaycanı tərk etmək istəyib. Lakin bu zaman sensasion bir hadisə baş verib. Məlumatın qaynağı olan mötəbər mənbə bildirir ki, sabiq naziri Bakı aeroportundan geri qaytarıblar. Belə məlum olub ki, qeyri-rəsmi olaraq Heydər Babayevə Azərbaycanı tərk etmək yasağı qoyulub. Əslində hələ ötən ilin sonlarından “qara siyahı”ya düşən, bu ilin oktyabrında isə vəzifəsindən kənarlaşdırılan keçmiş nazirin hər addımı faktiki olaraq nəzarətə götürülüb. Qeyd edək ki, Heydər Babayevin ölkəni birdəfəlik tərk etməyə çalışması barədə əvvəllər də məlumat yayılmışdı. Həmin xəbərlərdə deyilirdi ki, o, hələ yayda vəzifəsindən istefa vermək arzusunu lazımi ünvanlara çatdırıbmış. Amma Heydər Babayevin vəzifədən (və ölkədən) getmək niyyəti o zaman ən yüksək səviyyədə yaxşı qarşılanmamışdı. Ona anlatmışdılar ki, seçkiqabağı dövrdə belə addımlar atmaq adətən arzuolunmaz və çoxmənalı sayılır. İndi isə sabiq nazirə mane olan həmin formal amil də yoxdur. Amma zahirən belədir. Gerçəkdə isə Heydər Babayevin başı çox ciddi dərddədir. Zəruri qeydHeydər Aydın oğlu Babayev 1957-ci ildə Bakıda anadan olub. 1980-ci ildə Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib. 1981-1989-cu illərdə əvvəl valyuta təhlükəsizliyi üzrə müfəttiş olub, daha sonra SSRİ Xarici Ticarət Bankında idarə rəisinin müavini kimi çalışıb. 1989-1992-ci illərdə “Bolqar-İnvest” (Bolqarıstanla SSRİ-nin birgə müəssisəsi) şirkətinin rəhbər müavini vəzifəsində işləyib. 1992-ci ildən 1997-ci ilə kimi Türkiyə Xarici İqtisadi Bankının baş nümayəndəsi, 1997-1998-ci illərdə “Mostbank”ın (Rusiya) vitse-prezidenti olub. 1999-cu ildən 2005-ci ilə qədər Azərbaycan prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə rəhbərlik edib. 2005-ci ildə isə iqtisadi inkişaf naziri təyin edilib. Bu ilin oktyabrında vəzifəsindən azad edilib.
44,429
16.12.2008 02:35
Kriminal
SUMQAYITDA YOL POLİSİ DÖYÜLDÜ
Sumqayıt şəhər Pİ-nin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Sadiq Ağayev yol hərəkəti qaydalarını pozduğu üçün Bakı şəhəri Nəsimi rayon sakini, 1977-ci il təvəllüdlü Ceyhun Bahadur oğlu Fərəcbəylinin idarə etdiyi “Hyundai” markalı, 90 BV 091 dövlət nömrə nişanlı avtomobili saxlayıb. Buna etiraz edən C. Fərəcbəyli və maşında olan sərnişin, Bakı şəhəri Yasamal rayon sakini, 1950-ci il təvəllüdlü Tahir Tahiş oğlu Məmmədov polis əməkdaşına müqavimət göstərərək onu döyüblər. Polis əməkdaşının müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Faktla bağlı Sumqayıt şəhər Pİ tərəfindən təhqiqat aparılır.
44,430
16.12.2008 02:29
Siyasət
ÜMİD PARTİYASI TƏKLİFLƏRİNİN MAHİYYƏTİNİ AÇIQLADI
İ.Ağazadə bildirdi ki, cəmiyyətin demokratikləşməsinə ciddi ehtiyac var və problemlərin həlli bundan keçir: “Cəmiyyətin müxtəlif təbəqələrində, həmçinin siyasi partiyalarda bununla bağlı müxtəlif yanaşmalara rast gəlinir. Ümid Partiyası hesab edir ki, demokratiyanı prinsip olaraq qorumaq və cəmiyyətin demokratiyaya yaxınlaşmasına nail olmaq üçün aşağıdan yuxarıya doğru bir sıra vacib addımlar atılmalıdır. Öncə ictimai nəzarət mexanizmi formalaşdırılmalı və tətbiq olunmalıdır. Müxalifət faktiki olaraq bütün proseslərdən təcrid olunub. Biz hətta büdcəyə də nəzarət edə bilmirik. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin hansı şəkildə aparılmasının şahidi ola bilmirik. Neft Fonduna İctimai Nəzarət Şurasında müxalifətin nümayəndələrini görmürük. Müxalifət orduya və Penitensiar Xidmətə nəzarət məsələsində də iştirak etmir. Nəticədə müxalifət bütün proseslərdən təcrid olunur və hansısa məsələyə təsir göstərmək imkanları qalmır. Qalır təkcə seçki prosesi. Biz digər məsələlərə təsir edə bilmədiyimizə görə bununla da indiyədək nəyəsə nail olunmayıb. Çünki seçki prosesində hakimiyyətə sidqi-ürəkdən xidmət etmək, onun yanında olmaq istəyən və bütün saxtakarlıqlara getməyə hazır olan bir təbəqə formalaşır ki, onlar əhalinin digər hissəsinin hüquqlarını pozur. Amma istər orta məmur təbəqəsi, istərsə də hər hansı vəzifədə çalışan şəxslər, büdcədən maliyyələşənlər bu strukturlarda müxalifətin iştirakını görsə, onların proseslərə təsir imkanlarının şahidi olsa, seçki prosesində də saxtakarlıqlardan bir addım geri durarlar. Cəmiyyətin əsas hissəsi olan sıravi seçicilər də mahiyyət etibarı ilə müxalifət partiyalarının proseslərə təsir imkanlarını görər və onun strukturları vasitəsilə cəmiyyətin demokratikləşməsinə maraq göstərər. Buna görə də ilk növbədə ictimai nəzarət mexanizminin işlək vəziyyətə gətirilməsi üçün daxili və beynəlxalq imkanlardan yararlanmağı bacarmalıyıq”.İ.Ağazadə bildirdi ki, Ümid Partiyası bu istiqamətdə aşağıdakıları təklif edir: “1. Hesablama Palatasında iki auditin Milli Məclis sədrinə təqdim olunması parlament müxalifəti tərəfindən həyata keçirilsin. 2. Korrupsiya və Rüşvətxorluğa Qarşı Mübarizə Komissiyasında müxalifətin iki nümayəndəsi təmsil olunsun. 3. Əfv Komissiyasında, Neft Fonduna İctimai Nəzarət Şurasında, orduya və Penitensiar Xidmətə Nəzarət Şurasında müxalifətin nümayəndələri təmsil olunsun. Bu, bizim təklif etdiyimiz birinci mərhələdə görüləcək işlərdir. İkinci mərhələdə müxalifətin tələbi və beynəlxalq təşkilatların da bu məsələdə bizə dəstəyi ilə konstitusion islahatlara başlamağı təklif edirik. Qəbul etməliyik ki, bu gün müxalifət parlamentdə 125 mandatın hamısını qazansa da mahiyyətcə proseslərə təsir etmək imkanları olmur. Buna görə də biz konstitusion islahatlara başlayıb proporsional seçki sistemini bərpa etməliyik. Bu, baş verəndən sonra biz hökumətin parlament tərəfindən formalaşdırılması, parlamentin hökuməti istefaya göndərmək səlahiyyətlərinə malik olması məsələlərini, prezidentin impiçment məsələsində Konstitusiya Məhkəməsinin buna rəy verməsinin vacib olmamasını həyata keçirməyi təklif edirik. O cümlədən də ”Siyasi partiyalar haqqında" qanunun yenidən işlənib hazırlanmasının vacibliyini önə çəkirik. Üçüncü mərhələdə isə demokratik seçki məsələsi dayanır. Burada birinci növbədə Seçki Məcəlləsinə dəyişikliklər edilməli, tərəflərin etimad göstərdiyi komissiyalar formalaşdırılmalı, seçki günü barmağa vurulan gözlə görünməyən mürəkkəb açıq görünən mürəkkəblə əvəzlənməlidir. Həmçinin biz təklif edirik ki, seçkidə iştirak vətəndaşların üzərinə vəzifə kimi qoyulmalı və seçkidə iştirak etməmək məsuliyyət yaradan hal kimi təsbit olunmalıdır. Bu təcrübə Avropa Birliyinə üzv olan ölkələrdə, habelə Azərbaycana yaxın olan digər ölkələrdə də var. Məsələ ondadır ki, Azərbaycan vətəndaşlarında seçkiyə olan inam sarsıdılıb və buna görə də onlar seçkiyə getmir. Amma hər kəs məsuliyyət hiss edib seçkiyə gedərsə, cəmi bir seçkidən sonra insanlar həyatlarındakı dəyişikliyi hiss edərlər. Biz bu təkliflərimizə partiyalar tərəfindən müsbət yanaşılacağına və demokratik cəmiyyət quruculuğu mexanizminin önə çəkilməsinə tərəfdar olacaqlarına ümid edirik. Biz hər zaman proseslərə sondan başlamağa adət etmişik. Yəni seçkinin demokratik keçirilməsini düşünürük. Amma seçkinin demokratik keçirilməsi ilk növbədə demokratik düşüncəli insan obrazından keçir. Bu obrazı formalaşdırmaq üçün də biz yuxarıda qeyd edilən islahatları həyata keçirməyə məhkumuq".Qeyd edək ki, YAP funksioneri Aydın Mirzəzadə Ümid Partiyasının təkliflərinə münasibət bildirib. O, bunun maraqla qarşılandığını desə də, bəzi təşəbbüsləri tənqid edib.
44,431
16.12.2008 02:46
Yazarlar
DONOS
Bir məmləkətin ki, baş naziri xiyardan danışa, özü də dirisindən yox, ölüsündən, söz qiymətdən düşər ya düşməz?! Söz İran saqqızı deyil ki, çeynəyəsən, sonra da hara gəldi tüpürəsən. Söz heç meyxana lafı da deyil ki, yeri gəldi-gəlmədi cürrəyib üfürəsən havaya. Söz Allah kəlamıdır! Gərək qədir-qiymətini biləsən. Mən bilmirəm xarici işlər naziri Elmar Məmmədyarovun Allahı var, ya yox, hərgah olsaydı Helsinkidə - mötəbər məclisdə o sözləri deməzdi, deyib özünü və sözünü gözdən salmazdı. Sözə bax: “ATƏT-in insan haqları ilə bağlı fəaliyyətinin Avroatlantik məkanın şərqindəki ölkələrlə məhdudlaşması Azərbaycanı, şəxsən məni narahat edir”. Sən Allah, heç dəxli var? Adama deyərlər, balam, soğan yeməmisən, için niyə göynəyir? Bəyəm ATƏT səndən Tuğ ermənisinin hüquqlarını qorumağı tələb edir?! Sənə deyir ki, Şəkidə, Muğanda, Şirvanda, Naxçıvanda yaşayan vətəndaşlarınızın hüquqları pozulur, pozmayın. Deyir, qadınlarınız Dubayda min hoqqadan çıxır, yığışdırın! Deyir, kişiləriniz Sibir çöllərində bir-birinin ətini yeyir, qoymayın! Deyir, əsgərləriniz zülmdən baş götürüb düşmən torpağına qaçır, saxlayın! Deyir, fahişəlik, əyyaşlıq, narkomaniya, rüşvət baş alıb gedir, durdurun! Deyir, inhisarçılıq, monopoliya, korrupsiya ölkəni dağıdır, əl çəkin! Bəs sən nə deyirsən, ay diplomatbaşı?!!! Onların dediklərini qoyaq bir qırağa, deyək ki, gözləri götürmür, ona görə də qəsdən dilə-dişə salırlar. İndi keçək mən deyənə, sən sənin Allahın, de görüm, necə əlin gəldi sütül, cavan bir oğlandan MTN-ə donos yazdın?! Nazir hara, donos hara? Heç olmasa göstəriş verəydin, Abbasəli müəllim yazaydı barı. Maşallah, donos yazmaqda pərgardı. Əliyar Səfərlidən bir donos yazıb kişini ilim-ilim itirdi. Deyəsən, birini də rəhmətlik Bəydən yazıb: özü də kimdən kimə; Bəydən mollaya, a zalım oğlu, yazırdın-yazırdın heç olmasa Soltandan, Paşadan birinə yazaydın, adımız-sanımız var axı. Babalı Əliyar müəllimin boynuna, deyir, İran səfiri Abbasəli axırıncı donosu yazanda bir az hallı olub, yəni sulu qəlyan çəkib donosnan panosu səhv salıb. İş böyüyüb, əl atıblar notaya. Yenə babalı Əliyar müəllimin boynuna, deyir, xarici işlər naziri Elmar həmən mötəbər məclisdə çıxış edəndə bir az kefi yuxarı olub, yəni viski içib İrana verəcəyi notanı ATƏT-ə verib. Pordon, dədəm balası, mən deyəndə ki, əvvəldə görəcəyimiz işi axırda görürük, sən mənə inanmırsan. Mən dübarə deyəndə ki, axırda deyəcəyimiz sözü əvvədə deyirik, sən dübarə mənə inanmırsan. Deyirəm, özümüz özümüzü qiymətdən salmışıq, yenə inanmırsan. İndi gördünmü, gördünsə onda de görüm, baş naziri Artur, baş diplomatı Elmar, baş səfiri Abbasəli olan məmləkətin axırı necə olar?! Demək, əvvəl bu suala cavab tapmaq lazımdır. Suallar sualı olan bu sual bütün sualların açarıdır.
44,432
16.12.2008 02:15
Siyasət
“BİZ İLHAM ƏLİYEVİ ELƏ-BELƏ YERƏ MÜDAFİƏ ETMƏMİŞİK”
“Prezident seçkilərindən 2 ay keçdi. Bu müddət ərzində hakimiyyətin sizə münasibətindən razısınızmı, iqtidarın namizədini dəstəkləməyinizdən peşman olmamısınız” sualına Ç.Dəmiroğlu belə cavab verdi: “Gürcüstanda seçkilər sonda dəyənəklə, Ermənistanda silahla həll edildi. Azərbaycanda isə toy-bayram kimi keçdi. Mənə də elə bu lazım idi. Seçkidən sonra hakimiyyət, o cümlədən YAP tərəfindən hər hansı təklif-filan almamışıq. Biz İlham Əliyevi dəstəkləmək qərarı verəndə heç bir umacağımız olmayıb. Ona görə də bu günə qədər iqtidar tərəfdən bizə hansısa təklifin, jestin olmasını da gözləmirdik. Biz Azərbaycanın gələcəyi naminə məlum addımı atmışıq. Peşman da deyilik. Biz İlham Əliyevi elə-belə yerə müdafiə etməmişik. İstəyimiz o olub ki, cənab prezident qarşıdakı beş ildə demokratiya, iqtisadiyyat və digər sahələrdə uğurlara imza atsın. Və Tərəqqi Partiyasının seçiminin düzgün olduğunu iqtidar da, müxalifət də görsün. Bizim də dilimiz uzun olsun". Ç.Dəmiroğlu onu da vurğuladı ki, bəzi müxalifət partiyaları siyasi mövqelərində dəyişiklik edərək prezident seçkilərində İlham Əliyevi dəstəklədilər. Lakin maraqlıdır ki, onlar hələ də özlərini müxalifət partiyası adlandırırlar: “Tərəqqi Partiyası isə onlardan fərqli olaraq artıq özünü müxalifət təşkilatı yox, hakimiyyətyönlü partiya hesab edir”. Ç.Dəmiroğlu “ATA” blokunun bələdiyyə və parlament seçkilərində iştirak edəcəyini də söylədi: “Yanvar ayında məsələ ilə bağlı rəsmi qərarlarımız ola bilər. Qərar veriləndən etibarən seçkilərdə iştirak edəcək namizədlərin siyahısı hazırlanacaq”.Tərəqqi sədri konstitusiyada prezident seçilməyə qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı hakimiyyət təmsilçilərinin son vaxtlar səsləndirdiyi təkliflərə də münasibət bildirdi: “Prezident təzə seçilib. Qarşıda hələ beş il vaxt var. Şəxsən mən hesab edirəm ki, həmin təklif növbəti prezident seçkisinə az qalmış qaldırılsa və vəziyyətdən asılı olaraq, müvafiq addım atılsa daha yaxşı olar”.
44,433
16.12.2008 01:15
Siyasət
MÜXALİFƏT BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ GEDƏCƏKMİ?
Suallarla bir neçə müxalifət partiyasının yetkililərinə müraciət etdik. Müsavat başqanının müavini Mehman Cavadoğlu bələdiyyə seçkilərində iştirak üçün partiyada müzakirələrin aparılacağını istisna etmədiyini söylədi. Şəxsi mövqeyinə gəlincə, o, seçkilərdə iştirakı mümkün sayır: “Bəri başdan proqnoz vermək çətindir. Azərbaycanda siyasi situasiya hər an dəyişir. Hər şey vəziyyətdən və şərtlərdən asılı olacaq”.M.Cavadoğlunın sözlərinə görə, partiyanın seçkilərdə iştirakı yalnız onun üzvlərinin iş probleminin qismən həlli ilə məhdudlaşmır: “Normal seçkilər keçirilməsi cəmiyyətin inkişafına təkan verər, hansı səviyyədə olmasından asılı olmayaraq cəmiyyətin öz dirçəlişini tapmağa inamı yaranardı”.Müxalifət partiyalarının zaman-zaman bələdiyyə seçkilərinə göstərdiyi ögey münasibəti mənfi qiymətləndirdiyini söyləyən ADP sədrinin müavini Taliyət Əliyev partiyanın gələnilki bələdiyyə seçkilərində iştirak niyyətinin olduğunu bildirdi: “Seçkilərdə iştirak etməklə partiya üzvlərinin işsizlik probleminin həll edilməsində müəyyən uğur əldə etmək olar”.T.Əliyev hazırkı bələdiyyələrin normal fəaliyyət göstərmədiyini də qeyd etdi. Bələdiyyələrin yerli icra hakimiyyətlərinin əlavəsi olduğunu deyən ADP yetkilisi onların ancaq hakimiyyət orqanlarının diktəsi ilə fəaliyyət göstərdiyini önə çəkdi: “Cəmiyyətə təsir etmək imkanları olan partiyalar bələdiyyə seçkilərini gözdən saldılar. Kəndlərdəki bələdiyyə sədrlərinin əksəriyyəti təhsili olmayan şəxslərdir. Müxalifətin apardığı təbliğat müəllimləri də məsələdən ayrı salıb. Bələdiyyədə fəaliyyət göstərənlər isə dələduzlardır. Onlar camaatın heç bir problemi ilə maraqlanmırlar. Ancaq torpaq satmaqla məşğuldurlar. Hesab edirəm ki bu halların qarşısını almaq üçün çalışmalıyıq ki, partiya üzvlərimiz bələdiyyələrdə təmsil olunsun”. Seçkilərdə partiya rəhbərlərinin öz marağını düşündüyünü deyən T.Əliyev bələdiyyə seçkilərinin aşağıların marağında olduğunu söylədi: “Partiya tək rəhbərlikdə təmsil olunanların yox, sıravi üzvlərinin də maraqlarını önə çəkməli, üzvlərin bələdiyyə seçkilərində iştirakı üçün hər cür göməklik göstərməlidir. Bununla müxalifətçilərin işsizlik problemini müəyyən mənada həll etmək olar. Bələdiyyə seçkilərində iştirak partiyanın aşağı ranqlarının maraqlarına xidmət etmiş olar və onlar cəmiyyətdən təcrid olunmuş şəkildə yaşamazlar”.Məsələyə “Azadlıq” blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının da mövqeyini öyrəndik. Partiya sədrinin müavini Billur Hümbətov təşkilatın seçkilərdə iştirak etməkdə maraqlı olduğunu söylədi: “Yaxın bir ayda partiya rəhbərliyi məsələ ilə bağlı müzakirələrə başlayacaq”. Suala cavab verməkdə çətinlik çəkdiyini söyləyən B.Hümbətov şərtlərin dəyişdiriləcəyi təqdirdə iştirakın mümkün olduğunu söylədi: “Rayon və şəhər təşkilatlarına seçkiyə hazırlıqla bağlı tapşırıq vermişik. Bütün partiyalara bərabər şərait yaradılmazsa, ötən seçkilərdəki vəziyyət yenə təkrar olunacaq. Hakimiyyət də dərk etməlidir ki, müxalifət cəmiyyətin bir hissəsini təşkil edən siyasi institutdur. Normal şərait yaradılacaqsa blokda təmsil olunan partiyalar da seçkilərdə iştirak edəcəklər”.B.Hümbətov seçkilərdə iştirak etməklə müxalifətin cəmiyyətə təsir imkanlarının genişlənəcəyini, bunun üçünsə hakimiyyətin lazımi şərait yaratmasının vacib olduğunu söylədi.
44,434
16.12.2008 04:18
Müsahibə
“DAĞLARA ÇƏKİLİB HEYVANLARLA QONŞU OLMAQ İSTƏYİRDİM, OLDUM”
Təbii ki, bütün bunlarla bağlı birbaşa özünün münasibətini öyrənmək üçün çox çalışmışdıq. Ancaq hər dəfə cəhdimiz uğursuzluqla nəticələnmişdi. Sonradan öyrəndik ki, hətta müqəddəs ünvanların ziyarətində də olub. Nəhayət, çalışmalarımız fayda verdi. Beləliklə, həmsöhbətimiz sabiq daxili işlər naziri, Milli Demokrat Bozqurd Partiyasının keçmiş sədri İsgəndər Həmidovdur. - İsgəndər bəy, yəqin ki, haqqınızda yazılanlardan az-çox xəbəriniz var. Deyilənlərə və yazılanlara görə, bir ara Azərbaycandan kənarda, Rusiyada olubsunuz. Doğrudurmu? - Mən nə Rusiyada olmuşam, nə də Ukraynada. Yayda Kərbəla, Kəbə ziyarətində oldum. Nəcəf şəhərinə də getdim. Mənəvi cəhətdən təmiz insanlarla birgə bu səfəri reallaşdırdıq. Nə qədər müqəddəs yerlər varsa, hamısını ziyarət elədim. Əvvəlcə Nəcəf şəhərində olduq. Həzrəti Əlinin qəbrini ziyarət elədik. Sonra Kufəyə getdik, Həzrəti Əlinin evinə baş çəkdik. Oradan getdik Kərbəlanı ziyarət eləməyə. Qayıdanbaş isə Qum və Məşhəd ziyarətində olduq. Çoxdan mənim belə bir arzum var idi. Həccə getmişdim və ondan sonra bu ziyarətləri reallaşdırmaq barədə fikirləşirdim. Nə vaxt imkanım olsa, Suriyaya, Hələb şəhərinə getməyi də düşünürəm. Çünki İmam Hüseyn (ə) və 17 şəhid orda dəfn olunub. Yəni bütün bunlar planlaşdırdığım səfərlərdir. - Kərbəlada olarkən Məhəmməd Füzulinin məzarını ziyarət etdinizmi? - Təbii. Füzulinin məzarının yerini dəyişiblər. Bu, mənə çox ağır gəldi. Qabaq onun məzarı İmam Hüseynin (ə) ayağının altında idi. İndi isə məzar İmam Hüseynin (ə) məscidinə əsas qapıdan girəndə sağ tərəfdədir. Bildiyimə görə, yol çəkilişi ilə əlaqədar məscidin yerini dəyişiblər. Təəssüf doğuran o idi ki, məzarın üstünü Füzuliyə layiq şəkildə düzəltməyiblər. Nəhəng bir şairin məzarı çox balaca bir otağa sığışdırılıb. Ora iki nəfərlə getmişdim. Məsciddəki qadın bizimlə danışanda gözü yaşardı. Dedi, son 5 ildə birinci azərbaycanlısınız ki, gəlib Füzulini ziyarət edirsiniz. Kitablarına, əlyazmalarına baxdım. Həmin qadından xahiş elədim ki, bu əlyazmalardan birini verin Azərbaycana aparaq. Dedi ki, özünüz də razı olmayın ki, 600 il burda olan bir əlyazma burdan kənara çıxarılsın. - Müntəzəm şəkildə terror aktlarının baş verdiyi İraqa getməkdə, deyəsən, risk eləmisiniz... - Qurban olum Allaha. Olum da, ölüm də Allahın verdiyi paydır. Hər ikisini məmnuniyyətlə qarşılamağa hazıram və qarşılayacağam da inşallah. Qismətim orda idisə, orda öləcəkdim, burdadırsa, burda öləcəyəm. Allaha qurban olum, əcəl gələcəksə, heç kəs qarşısını ala bilməz. - Yolda hər hansı hadisənin şahidi olmadınız ki? - Ən ağır atışmanın şahidi oldum. 30-40 nəfər adam öldü, gətirib meyitləri məsciddə yudular. Ancaq onların bizlərlə nə işi var? Çox ürək ağrıdıcı şeydir ki, bir tərəfdə şiədir, digər tərəfdə sünni. Hamısı da “Lailahəilləllah”, “Allahu-Əkbər” deyir, amma bir-birini qırırlar. Bu, böyük bədbəxtçilikdir. Biri suyu yuxarıdan töküb dəstəmaz alır, digəri aşağıdan. Şeytan toxum səpib, ara yerdə müsəlman qırılır. - İranda cənublu soydaşlarımızla görüşüb söhbətləşmək imkanınız oldumu? - Bir neçə dəfə belə bir imkan düşdü. Mən indi detalları açıqlamaq istəmirəm. Amma çalışdım ki, vaxtımı daha çox özümüzünkülərlə keçirim. Bir dəstə cavan ayaqyalın Məşhədə gedirdi. Görüşdük, bunlar tərcüməçi ilə danışanda dedim qardaş, sən də, mən də eyni dilə, eyni qana malik adamıq. Niyə öz dilimizdə danışmırıq ki? Qayıtdı ki, bəs, babam, o dünyada hamı ərəb dilində danışacaq, bunu bizə dini rəhbərimiz deyib. Dedim, o dünyadan qayıdan yoxdur, nə bilir kim hansı dildə danışacaq? Bildirdim ki, sizin dini rəhbərinizin Qurandan da xəbəri yoxdur. Çünki Quranda yazılır ki, cənnət və cəhənnəm əhli baxışı ilə hər şeyi həll edəcək. Allah onlara ürəyindən keçəni qismət eləyəcək, orda dil olmayacaq. Mən gördüm ki, onları o qədər qapalı saxlayıblar ki, hələ indiyə qədər Azərbaycanın müstəqil olduğunu təsəvvür eləyə bilmirlər. Elə bilirlər ki, biz yenə Rusiyanın tərkibində, “şurəvi”dəyik. - Siz sıradan bir nəfər deyilsiniz. Bu mənada səfər boyu öz üzərinizdə nəzarət hiss etdinizmi? - Sərhəddə nəzarət məntəqəsini keçəndən sonra mənimlə xüsusi söhbət elədilər ki, biz bilirik siz kimsiniz, nəçisiniz. Dedim, lap yaxşı, heç bunu gizlətmək fikrim də yoxdur. Mən o tayla bu tayı bir görmək istəyirəm. İraqa keçəndə Amerika hərbçiləri yaxınlaşdı, general mənimlə tanış oldu. Dedi, mənim bildiyimə görə, siz generalsınız. Dedim, bəli, keçmiş generalam. Oturub söhbət elədik, bizə qonaqlıq verdilər. Bizi onlar o tərəfə keçirtdilər. Yəni viza açılandan onlar bilirdilər ki, biz kimik. Ona görə də kimliyimi gizlətmək fikrim yox idi. Milli hiss mənim ürəyimdən gələn bir duyğudur. Hətta farslarla oturub söhbət edəndə dedim, “o tay, bu tay bir olsun, paytaxtı Təbriz olsun”. Məni çağırdılar o tərəfə ki, baba, belə demə, səni incidərlər. Dedim, heç nə olmaz. İçərilərində fars da var idi, azərbaycanlı da. Təəssüf ki, İranda bizimkiləri özümüzünkülərin əli ilə tuturlar. - İranda Amerika ilə müharibə mövzusunda nə danışılır? Camaat narahatdırmı? - Orda elə təbliğat gedir ki, hamı elə bilir Amerika qorxusundan İranla müharibə eləməz, İran istəsə, hamıya qalib gələr, Xomeyni çıxıb elə bir söz deyər, Amerika dağılar. Dünyəvi işlərdən onların xəbəri yoxdur. Kəndləri, ucqar qəsəbələri isə lap pis gündədir. Səhərdən-axşamadək molla təbliğatıdır. İslamı təbliğ etmək günah deyil, amma İslamı əyib ayrı cür təbliğ eləmək günahdır. Molla deyir ki, bizim raketimiz var. Rəhbərlik xüsusilə gəncləri dünyəvilikdən, müasirlikdən tamamilə kənarda saxlayır. Onlara baxanda biz çox qabağa getmişik. Azərbaycanlıların yaşadığı bir-iki şəhərdən keçdik, hamı meylini salıb alverə. Adamlar ancaq mal alıb-satmaqla məşğuldur. Azərbaycanlı iki-üç nazir var, bir də dini rəhbər türkdür. Ona görə də deyirlər ki, babam, nə olub ki? Amma kifayət qədər vətənpərvəri də var. - İranda bizim konsulluq, ya səfirliyin əməkdaşları ilə görüşünüz olmadı ki? Yeri gəlmişkən, bu yaxınlarda səfir Abbasəli Həsənov İranda Elçibəy hakimiyyətini aşağılayan müsahibə verdi. - Mən o adamları nə gördüm, nə də eşitdim. Abbasəli Həsənovun dediklərinə gəldikdə, artıq siyasətdən getdiyim üçün bu kimi məsələlərə reaksiya vermək istəməzdim. Amma hayıf o ada ki, ona qoyublar. Yəqin bilirsiniz, Həzrət Abbas İmam Hüseynin qardaşıdır, anadan ayrı, atadan bir olublar. Həzrəti Əlinin uşaqlarıdır. Abbasəli adına hayıf olsun. - İbadətlə məşğul olursunuzmu? - Mən həmişə namaz qılmışam. Dini ayinlərin hamısını yerinə yetirirəm. Sizin qəzetdə kəlmeyi-şəhadətlə bağlı sual vermişdilər. Bilməyənlər deyir ki, zarafat edirsən, bilməyən yoxdur. Bilirsənsə, de də. - Bizimçün maraqlıdır, siyasətdən gedəndən sonra özünüzü rahat hiss eləyirsinizmi? - Bizim yaşadığımız dövrdə kim özünü rahat hiss eləyə bilər? Sadəcə, böyük bir boşluq hiss edirəm. Mən hələ 1988-ci ildə demişdim ki, 60 yaşıma çatanda siyasətdən gedəcəyəm. Amma məni həqiqəti danışmaqdan heç kəs məhrum edə bilməz və hər zaman haqqı deyəcəyəm. Sadəcə, siyasətdən uzaqlaşmışam. Mən kürsü davası aparmaqdan uzaq olmaq istəyirəm. - Kənara çəkildiyiniz günlərdə belə bir şayiə yayıldı ki, İsgəndər Həmidov Milli Demokrat (Bozqurd) Partiyasının taleyindən narahat olduğu üçün yenidən sədrliyə qayıdır. Belə bir istəyiniz olubmu? - Yalandır. Söz bir dəfə deyilər. İnsan ağzından çıxardığı sözə sahib olar. Söz içəridə olanda sən onun ağasısan, amma ağzından çıxdısa, söz sənin ağandır. Mən tam səmimi deyirəm. Partiyanın taleyindən, ordakı uşaqların fəaliyyətindən narahat ola bilərəm. Amma mənim siyasətə qayıtmaq fikrim yoxdur. Sizin qəzetdə də gedib ki, guya mən qayıdıram. Birmənalı deyirəm, mən oğurluq eləmirəm ki, gizlədim. Partiyaya, siyasi fəaliyyətə qayıtmaq istəsəm, niyə gizlədirəm ki? Amma elə bir fikrim yoxdur. Elə sözlərə inanma. Adətən siyasətə gəlmək istəyən özünü reklam etdirir. Amma mən qəzetdən qaçıramsa, deməli, boş söhbətdir. - Partiyanı nə dərəcədə etibarlı əllərə verdiniz? - Mən partiyanı heç kəsə vermədim. Biz demokratik cəmiyyət qurmaq və belə bir cəmiyyətdə yaşamaq istəyirik. Mən istədim Bozqurd Partiyasının üzvləri özləri qərara gəlsinlər ki, kimi seçirlər, necə seçirlər, nə təhər işləyəcəklər. Diqtə etməklə heç nəyə nail olmaq mümkün deyil. Diktatorların əleyhinə ola-ola, özümüzün diktatora çevrilməyimizin əleyhinəyəm. - Vəkil Tufan Kərimlinin partiya sədri seçilməsini necə qarşıladınız? - Eşitdiyimə görə, partiya iki dəstəyə bölünüb və Tufan Kərimli sədr seçilməyib. Köhnə uşaqlar hələ qurultay keçirməyə hazırlaşırlar. Hələlik o birilər qurultayını keçirib. Ona görə də mən bu məsələ ilə maraqlanmamışam. İndi sizdən eşidirəm ki, Tufan Kərimli hardasa sədr seçilib. Bir də ki, mənimçün nə fərqi var, təki millət olsun. - Kənara çəkilməyinizdən sonra partiyanın parçalanması sizə necə təsir elədi? - Sonradan parçalanmayıb, əvvəldən orda nə isə narazılıq var idi. - Deyirlər, siz hətta tikinti biznesinə girişibsiniz... - Heç bir tikinti biznesim yoxdur. Mənim Çeçenistanda, Dağıstanda, Ukraynada guya tikinti işləri ilə məşğul olduğum barədə söhbətlər gedir. Allah eləyəydi olaydı. Olsaydı sevinərdim. Amma yoxdur axı, olmayan şeyə mən nə deyim? Məşğul olsaydım, açıq deyərdim, özü də bu fəaliyyətimlə fəxr edərdim. İndi hansı vaxtdır ki, onu gizlədəm? - Şamaxıda ev tikdirdiyiniz barədə də şayiə yayıldı... - Mən demişdim ki, dağlara çəkilib heyvanlarla qonşuluq eləyəcəyəm. Doğrudan da elə gətirdi ki, Pirqulu tərəfə gedib bir müddət orda dincəldim. Boş evlər var, 200-300 dollar verib qalırsan. Çox yaxşı, quru havası var. Qonşuluqda da iki dənə tülkü yaşayırdı. Dediyim kimi, heyvanlarla qonşu oldum. Sonra eşitdim ki, mən Şamaxıda ev tikdirirmişəm. Allah eləsin, doğru olsun. - Belə sözlər gəzir ki, guya sizin oğlunuz Fövqəladə Hallar Nazirliyində işləyir. Bununla bağlı nə deyə bilərsiniz? (davamı gələn sayımızda)
44,435
16.12.2008 03:22
Müsahibə
“BAKIDAN DƏRHAL ÇIXMAĞIMI TƏLƏB ETDİLƏR”
- Xəzərdən uzaq düşən Mirzə Xəzər. Bu ləqəbin kökü hardan gəlir? - “Xəzər” təxəllüsünü mənə “Azadlıq” radiosunda işə başladığım gün veriblər. “Soyuq müharibə”nin ən qızğın illəri idi. SSRİ ilə Qərb arasında kəskin ideoloji mübarizə gedirdi. SSRİ-də radiostansiyanın bütün bölmələrində işləyən şəxslərə “burjua millətçiləri”, “sinfi düşmən”, “vətən xainləri” damğası vurulmuşdu. Üstəlik, Azərbaycan redaksiyasının ilk baş redaktoru Əbdürrəhman Fətəlibəylinin qətlə yetirilməsi hadisəsi radioda hamının yaddaşında canlı idi. Təbii ki, belə şəraitdə, necə deyərlər, bu “burjua millətçiləri” təkcə öz həyatı üçün yox, SSRİ-də qalan yaxın qohumlarının həyatı üçün də real qorxu olduğunu nəzərə alaraq efirdə həqiqi adları ilə deyil, ləqəblə çıxış edirdi. Mən ideoloji mübarizənin son həddə çatdığı anlarda radioda işə başladım - 1976-cı il avqustun 16-da. İşə başladığım ilk gündə Azərbaycan redaksiyasının o zamankı baş redaktoru mərhum İsmayıl Əkbər mənə “Xəzər” ləqəbini verdiyini dedi və mən ilk dəfə “Xəzər” təxəllüsü ilə efirə çıxdım. “Xəzər” ləqəbinin kökü buradan gəlir. - Mirzə müəllim, 1989-1990-cı illərdə sizin Azərbaycan redaksiyasının efirində rusca da veriliş yaydığınızı bugünlərdə öyrənmişəm. Məncə, oxucularımızın çoxunun bundan xəbəri yoxdur. Bu barədə məlumat verərdiniz... - O illərdə Qərb mətbuatı və Qərb jurnalistləri bütövlükdə ermənilərin tərəfini tuturdu. Bunun bir neçə səbəbi vardı, ancaq ən mühüm səbəb erməni diasporunun təcrübəli, təşkilatlı və güclü olması, azərbaycanlıların xaricdə fəaliyyətinin isə demək olar sıfır dərəcəsində olması idi. Bu şəraitdə əlimizdən gələni əsirgəmirdik. Xüsusilə 1988-1992-ci illərdə biz Azərbaycanın mövqeyini təkcə ölkə daxilində deyil, həm də xaricdə yaymağa çalışırdıq. Mənim Almaniya televiziyaları ilə bir neçə müsahibəm, eləcə də Britaniya və Amerika mətbuatında bir sıra müsahibələrim yayılmışdı. Radionun Azərbaycan və erməni bölmələri arasındakı mübarizə bununla bitmirdi. 1988-1989-cu illərdə bu mübarizə rus redaksiyasının studiyalarında qızğın şəkildə gedirdi. Rus redaksiyasının studiyalarında mənimlə Eduard Ohanesyan arasında müntəzəm dəyirmi masa atışmaları olurdu. Vəziyyət o dərəcəyə çatırdı ki, erməni tərəfi məni hədələməkdən də çəkinmirdi. 1989-cu ildə erməni redaksiyasının menecerlərdən həftədə 1 dəfə rus dilində 30 dəqiqəlik proqram yaymaq icazəsi aldığını öyrəndim. Amerikalı müdirlərlə görüşüb Azərbaycan redaksiyasına da eyni imkanın verilməsini tələb etdim. Ermənilərin güclü müqavimətinə baxmayaraq mübarizəm müsbət nəticələndi və tezliklə Azərbaycan redaksiyasının dalğalarında həftədə bir dəfə şəxsən mənim rusca hazırladığım və apardığım 30 dəqiqəlik veriliş Azərbaycanda, amma daha çox Moskvada və Rusiyanın müxtəlif bölgələrində yayılmağa başladı. - Bir ara əleyhidarlarınız sizi yəhudi olmaqda ittiham edirdi. Bu məsələyə münasibət bildirmək istəyirsinizmi? - Hər bir şəxsin dini etiqadına hörmət etmək ümumbəşəri mədəniyyət nişanəsidir. Bu və ya digər şəxsə dini mənsubiyyətinə görə yox, hərəkətləri və fəaliyyəti nəzərə alınaraq qiymət verilməlidir. Belə yanaşma tərzinin özü mədəniyyətin göstəricisidir. Təəssüf ki, həm sovet dövründə, həm də sonralar mənə qarşı mübarizədə bu iyrənc “ittiham”dan dəfələrlə çirkin bir alət kimi istifadə edilib. Buna isə təəssüflənmək yox, kədərlənmək lazımdır. Bu “ittiham” şöhrətimdən qorxan, mənəviyyatını itirmiş fərdlər tərəfindən məni gözdən salmaq üçün mətbuat səhifələrində dəfələrlə səsləndirilib. Məsələnin qəribə cəhəti budur ki, bu “ittiham” ilk dəfə 20 yanvar faciəsindən bir ay sonra, Azərbaycan dilində olan qəzetlərdə yox, rusca çıxan “Vışka” qəzetində işıq üzü gördü. O zaman mənim və radionun şöhrət tapması, populyarlaşması Mərkəzi Komitədə çoxlarının yuxusuna haram qatmışdı. Məndən guya qisas almaq üçün bu iyrənc üslubdan istifadə etmək qərara alınmışdı. Təəssüf ki, sonralar, Azərbaycan müstəqilliyini qazanandan sonra da bu iyrənc üsuldan mənə qarşı zaman-zaman alət kimi istifadə olundu. Məqsəd aydın idi. Məndən qara yanvar günlərində efirə gedən verilişlərin qisası alınırdı. Sonralar bu qisasalma aləti onlara lazım olan anlarda işə salındı. Çox təəssüf. İdeoloji-siyasi mübarizə mədəniyyəti bəzi dairələrdə çox az inkişaf edib. Amma inanıram ki, bəzi insanların ən iyrənc hisslərindən siyasi mübarizədə istifadə etməyə üstünlük verən “ağıllılar” cəmiyyətdə həmişə azlıq təşkil edib. - Artıq 5 ildir səsinizi efirdən eşitməyən dinləyicilər sizin hazırda nə ilə məşğul olduğunuzu bilmək istəyir. Haradasınız, nə işlə məşğulsunuz? Layihələriniz var idi, onlar niyə yarımçıq qaldı? Bakıya gedib-gəlirsinizmi? - Neçə ildir Almaniyada yaşayıram. İşləmirəm. Azadam, sərbəstəm. Həyatımdan razıyam. Səhhətimdə problem vardı. Bir müddət müalicəmlə məşğul oldum. Yazmaqda davam edirəm. 2004-cü ilin yanvarında İnternetdə açdığım “Mirzə Xəzərin səsi” saytını idarə edirəm. Oxuculardan müntəzəm məktublar alıram. İnternetdə radio da açmışam. Dinləyənlərin sayı çoxdur. Bakıya gedib-gəlmək məsələsi bir az qəliz məsələdir. Axırıncı dəfə 2004-cü ilin yanvar ayında Bakıda olmuşam. Gedib-gəlmək bununla bitdi. 2004-cü il yanvarın 14-də bir iş görmək, bəzi layihələrimi həyata keçirmək ümidi ilə Bakıya getdim. Qəzet buraxmağa başladım. Təəssüf ki, imkan verilmədi. Düz bir aydan sonra mənə xəbər göndərildi ki, qəzeti bağlayım, özüm də dərhal, yubanmadan Bakını tərk edim. 2004-cü il fevralın 13-də Bakını tərk etməli oldum. O vaxtdan bəri Bakıya getmirəm. Layihələrimin yarımçıq qalmasının səbəbi budur. - Sizi Azərbaycan jurnalistikasının patriarxı hesab edənlər az deyil. Dövlət sizin əməyinizi hər hansi şəkildə qiymətləndirdimi? - Mənə belə yüksək qiymət verən insanlara təşəkkür edirəm. Dövlətə gəldikdə isə xeyr, Azərbaycan dövləti mənim əməyimi və xidmətlərimi heç bir şəkildə qiymətləndirməyib. Qəribədir, bu sual ilk dəfədir mənə verilir. Məncə, qiymətləndirmə məsələsi mücərrəd anlayışdır. Fikrimi aydın şəkildə oxucuya çatdırmaq üçün Məlahət xanım Ağacanqızının mənim İnternet saytıma göndərdiyi “Mirzə Xəzərin səsi” adlı geniş yazısından bu sətirləri iqtibas etmək istərdim: “Bu yaxınlarda bir nəfər mənə ”Mirzə Xəzər sağdır bəyəm" sualını verəndə təəccüblənmədim. AZADLIQ nə olduğunu bilməyənlər Mirzə Xəzərin SAĞ olduğunu da bilməz. Biz QEYRƏTLİ ZİYALILARIN ya cənazəsini, ya da sümüklərini VƏTƏNƏ gətirəndən sonra başımıza döyürük. Bu gün adlarını dərsliklərə salıb zorla əzbərlədənlər tez unudulacaq. Xalqın yaddaşında yaşayanlar isə heç vaxt unudulmur. Onlar ağızdan-ağıza keçən bayatı, dastan, nağıl kimi yada düşəcəklər". Fikrimcə, bu sətirləri oxuyandan sonra qiymətləndirmənin tam mahiyyəti aydınlaşır. Öz sözümü yenə təkrar etmək istəyirəm: qədir bilmək sənət deyil, mədəniyyətdir. - Mən də mühacirətdə yaşayıram. Eşitmişəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Rəfael Allahverdiyev ağır vəziyyətdədir. Ölüm haqdır, yəni ölüm hamımız üçün var. Biz mühacirlər öləndə cənazəmiz ortadamı qalmalıdır? Bizlər meyit şəklində belə vətəndə uyumaq haqqına sahib deyilikmi? - Sizinlə razıyam. Vətən öz övladlarına həmişə, hər şəraitdə sahib çıxmalıdır. Vətən öz övladları arasında ayrı-seçkilik etməməlidir. Vətənin buna haqqı yoxdur. Çünki bu Vətən onun bütün övladlarının vətənidir. - Məncə, siz “Azadlıq” radiosunun Azərbaycan bölümünün vizit kartı idiniz. Amma radionun rəhbərliyi iqtidarla separat danışıqlara gedib sizi neytrallaşdırdı. Yəni iqtidarla alver edən radio indiki aqibətini o vaxt görməli idi. Xarici radioların bağlanması təhdidinə necə qiymət verirsiniz? - Məncə, xarici radiostansiyaların bağlanması təbirini işlətmək düzgün deyil. Azərbaycan hökuməti “Amerikanın səsi”, BBC və “Azadlıq” radiolarını bağlaya bilməz. Bu radiolar ABŞ və Böyük Britaniya hökumətləri tərəfindən bağlana bilər. Bu radioları heç kim bağlamır. Söhbət bu radioların Azərbaycan ərazisində verilişlərini yaymaq üçün istifadə etdiyi yerli tezliklərin (FM tezliklərinin) lisenziyasının ləğv edilməsindən gedir. Məntiqlə yanaşılsa, məsələ çox sadədir. Radio tezlikləri Azərbaycanın suveren hüquqları çərçivəsində olub bu dövlətin mülkü hesab edilir. Milli Məclisin qəbul etdiyi qanuna görə, yerli radio tezliklərindən yalnız milli (yerli) radiolar istifadə edə bilər. Deməli, bu məntiqə əsasən xarici radioların Azərbaycanda yerli tezliklərdən istifadə etməsi üçün qanuni şərait yoxdur. ABŞ-da və Avropada da vəziyyət bu cürdür. Azərbaycan hökumətinin bu hərəkətində siyasi səbəblərin üstün gəldiyini qətiyyətlə söyləmək üçün əlimizdə dəlil yoxdur. Haşiyə çıxıb deyim ki, bu radiolar vaxtilə Azərbaycanın daxilindəki FM tezliklərində yox, İspaniya və Portuqaliyadakı antenalar vasitəsilə qısa dalğalarda yaydıqları verilişlər sayəsində şöhrət qazanmışdılar. - Maraqlıdır, niyə “Azadlıq” radiosu sizdən müsahibə almır? - Bu ilin yanvarında “Azadlıq” radiosunun Azərbaycan bölməsindən mənə zəng edib 20 Yanvar faciəsi ilə bağlı müsahibə almaq istədiklərini dedilər. Lakin razı olmadım. Dedim, o radioya müsahibə vermirəm. - Sizin Rəsul Quliyevlə yaxınlığınız barədə çoxlu söz-söhbət gəzir... - Aydınlıq gətirim. Rəsul Quliyevlə münasibətlərim haqqında 10 ildir cəfəng iddialar, bir çox iftira səsləndirilir. Bu cəfəng və çirkin iddiaların heç birinin əsası yoxdur. Bu cəfəng iddia və iftiralardan məni gözdən salmaq, işimə mane olmaq üçün istifadə olunub. Mən Rəsul Quliyevi 1993-cü ildən tanıyıram. Radioda işləyərkən ondan axırıncı dəfə 1999-cu ildə müsahibə almışam. Rəsul Quliyev 4 il sonra - 2003-cü ildə mən radiodan gedəndə mənə zəng edib. Rəsul Quliyevi axırıncı dəfə 2005-ci ildə görmüşəm. Onunla telefonda da axırıncı dəfə 2005-ci ildə danışmışam. 2008-ci ildə Rəsul Quliyevin rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyasını prezident seçkiləri zamanı əvvəlki mövqeyindən imtina edib YAP-ın namizədinin tərəfinə keçdiyi üçün o vaxt yazdığım şərhdə tənqid etmişəm. Buna baxmayaraq, Rəsul Quliyev bu gün də mənə zəng vursa, onunla danışaram. Bizim yaxınlığımızın məğzi və mahiyyəti bundan ibarətdir. - Jurnalistlərin, ümumiyyətlə, siyasi məhbusların həbsdən azad olunması üçün daxildən və xaricdən niyə ciddi müqavimət, ciddi təzyiqlər yoxdur? - Daxildə ciddi müqavimətin olmaması rejimin müxalifəti parçalamaq və zəiflətmək üçün müxtəlif üsul və əməllərlə göstərdiyi səylər üzündən cəmiyyətdə müqavimət ruhunun zəifləməsinin nəticəsidir. Cəmiyyətdə müqavimət ruhunu qıran rejim daxili təzyiqdən özünü indilik sığortalaya bilib. Xaricdən təzyiq məsələsinə gəldikdə isə burada bir çox amillərin mühüm rol oynadığını unutmaq olmaz. Şübhə yoxdur ki, xaricin Bakıya təzyiqinin yumşalmasında ən mühüm amil neftdir. İkinci amil - ABŞ başda olmaqla, Qərb dünyasının əsas diqqətini beynəlxalq terrorla mübarizəyə yönəltməsidir. Azərbaycan hökumətinin bu amillərdən xəbərsiz olduğunu düşünmək də sadəlövhlükdür. Azərbaycan hökuməti bu iki amildən məharətlə istifadə edir. Bütün ümidləri xaricə bağlayıb oturmaq isə ikiqat sadəlövhlükdür. Bəzi “barışmaz” müxalifətçilərin öz prinsiplərinə müxalif çıxıb hakimiyyətin tərəfinə keçməsi cəmiyyətdə müxalifətin nüfuzuna ciddi zərbə vurub. Bu səbəbdən həqiqi müxalifət partiyalarının cəmiyyətdə etimadı bərpa etmək üçün fəallaşmasına böyük ehtiyac var. - Rüstəm İbrahimbəyovun məlum müsahibəsi, ziyalı və milli elita məsələsi ətrafında söylənən fikirlərə münasibətiniz necədir? - Məsələ ilə tanışam və söylənən bütün fikirləri qəzetlərdən izləyirəm. Rüstəm İbrahimbəyovun məlum müsahibəsinin belə qızğın müzakirələrə təkan verməsinin səbəbini 1988-ci ildən sonra Azərbaycanın ictimai-siyasi həyatında baş vermiş sarsıntılar, çaxnaşmalar, müharibələr, mənfi və müsbət cərəyanlar, işğal, iqtisadi çətinliklər, əhali arasında yaranan təlatümlü hadisələr nəticəsində cəmiyyətdə əmələ gəlmiş yeni-yeni amillərdə axtarmaq lazımdır. Məncə, qaldırılan məsələlər ətrafında sağlam diskussiyaların aparılmasının cəmiyyətin inkişafına ziyanı yox, xeyri var. Hər kəsin fikrinə dözümlü yanaşmaq, fikirə təhqirlə yox, fikirlə cavab vermək müasir dövrümüzün diskussiya mədəniyyətinin mühüm prinsipidir. - Hansı qəzetləri oxuyursunuz, məlumatı haradan alırsınız? - Mənim məlumat mənbəyim internetdir. Azərbaycanda çıxan ən mühüm qəzetləri, adətən “Yeni Müsavat” və “Azadlıq” qəzetlərini İnternet vasitəsilə oxuyuram. “Media forum”, “apa.az”, “day.az”, “lent.az” saytları da mənim üçün əsas məlumat mənbələridir. Bununla yanaşı, alman, ingilis, rus dillərində olan qəzetlərin, agentliklərin məlumat və yazılarını İnternetdə müntəzəm oxuyuram.
44,436
16.12.2008 02:42
Siyasət
DUİ PƏNAH HÜSEYNİN LAYİHƏSİNİ QƏBUL ETDİ
Sədrlər Şurası KXCP sədri Mirmahmud Mirəlioğlunun siyasi partiya liderləri ilə apardığı danışıqların gedişini də müzakirə edib. Qərara alınıb ki, görüşlər davam etdirilsin. Sədrlər Şurası həmçinin DUİ-nin seçki blokuna çevrilməsi haqqında məsələni də müzakirə edib. DUİ-nin 2009-cu ilin bələdiyyə, 2010-cu ilin parlament seçkilərində seçki bloku kimi iştirak etməsi və fəaliyyətə başlaması haqqında qərar qəbul olunub. Bu qərar da DUİ-dəki partiyaların yetkili orqanlarının müzakirəsinə çıxarılıb. Beləliklə, 2009-cu il bələdiyyə və 2010-cu il parlament seçkiləri ilə bağlı ölkədə ilk seçki blokunu DUİ yaratmış oldu. DUİ-dəki özəl mənbədən aldığımız xəbərdə isə deyilir ki, Pənah Hüseyn həmin seçki blokunun Xalq Cəbhəsi seçki bloku adlandırılması təklifini Sədrlər Şurasının toplantısında irəli sürüb. Amma bu təkliflə bağlı hələ son qərar qəbul edilməyib. DUİ Sədrlər Şurası dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü İranın Azərbaycandakı Səfirliyinin binası qarşısında piket keçirmək barədə də qərar qəbul edib. Piket İranda Azərbaycan türklərinə qarşı repressiyalara son qoyulması tələbi ilə keçiriləcək. Qeyd edək ki, DUİ dekabrın 18-də İran səfirliyi qarşısında piket keçirmək üçün BŞİH-ə müraciət etmişdi. Müraciətə dünənə qədər cavab verilmədiyi üçün Sədrlər Şurasında nəzərə alınıb ki, meriyadan mənfi cavab olsa və ya heç bir cavab olmasa, piket dekabrın 31-də mütləq keçirilsin. Aksiyada iştirak etmək üçün Dünya Azərbaycanlıları Konqresinə, AMİP-ə və digər bir neçə təşkilata da müraciət edilib. DUİ Sədrlər Şurasının daha bir qərarı Qarabağ məsələsi ilə bağlı olub. Qərara alınıb ki, dekabrın 24-də KXCP qərargahında Qarabağ Forumu keçirilsin. Forumda Qarabağla bağlı Moskva bəyannaməsi, son vaxtlar ortaya atılan “Pisliklərin unudulması” kimi məsələlər müzakirə ediləcək. Xatırladaq ki, Pənah Hüseynin hazırladığı məlum layihədə bir sıra məqamlar DUİ-nin bəzi üzvləri tərəfindən birmənalı qarşılanmırdı. DUİ-də təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirmişdi ki, müxalifətin son prezident seçkisində iştirak eləməməsinin doğru addım olduğu barədə layihədə əksini tapan fikirlərin dəyişdirilməsinə çalışacaq. Sədrlər Şurasının dünənki toplantısında bu məsələnin yoluna qoyulub-qoyulmadığını dəqiqləşdirmək üçün P.Hüseynlə əlaqə saxladıq. Bildirdi ki, sənədin əsasən qəbul edilməsi haqqında qərar verilib: “Sənəddəki həmin üçüncü bəndə Əhməd Orucun qeyd-şərti oldu. Qeyd-şərtlə də sənədi imzaladı”.“DUİ-yə yeni təşkilatların qoşulacağı gözlənilmirmi” sualına cavabında P.Hüseyn dedi ki, rəsmən müraciət edən yoxdur: “Amma biz hesab edirik ki, artıq digər partiyaların, xüsusən də ictimai-siyasi proseslərə təsir imkanına görə seçilən təşkilatların da bu məsələdə mövqeyi bəlli olduqdan sonra DUİ-nin Müxalifətin Əməkdaşlıq Mərkəzi və ”Azadlıq" bloku çərçivəsindən kənarda saxlanılan qüvvələrlə danışıqlar aparmasına əsas yaranacaq".
44,437
16.12.2008 02:51
İqtisadiyyat
BÖHRAN AZƏRBAYCANDAKI XARİCİ NEFT ŞİRKƏTLƏRİNİ DƏ VURDU
Jurnalın hazırladığı icmal pullu olduğuna görə onun tam mətnini İnternetdən əldə etmək mümkün olmasa da, belə məlum olur ki, neftin nəhəng hasilatının azalması, digər tərəfdən isə qlobal iqtisadi böhranla bağlı neftin kəskin ucuzlaşması nəticəsində Azərbaycan uzunmüddətli problemlərlə üzləşə bilər.Qeyd edək ki, “ Azəri-Çıraq-Günəşli” platformasındakı yataqlardan birində qaz sızması təqribən üç ay əvvəl aşkarlanıb və nəticədə hasilat dayanıb. Bu da bp-nin operatoru olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin hasil etdiyi və Bakı-Tiflis-Ceyhan neft kəməri ilə nəql edilən neftin həcminin azalmasına səbəb olub. Paralel olaraq neftin dünya bazarlarında satış qiyməti bu ilin iyul ayından bəri 3 dəfə ucuzlaşıb. Digər tərəfdən isə bu ilin avqust ayında Gürcüstan ətrafında münaqişə, BTC-nin Türkiyədə partladılması Azərbaycan neftinin dünya bazarlarına nəqlində ciddi fasilələr yaratdı. Hesablamalara görə, Azərbaycan bu problemdən 3 milyard dollar itirib. Şübhəsiz ki, başda bp olmaqla, xarici neft şirkətləri də ziyan çəkiblər. Ardınca neftin kəskin ucuzlaşması və hasilatda problem yaranması da bu şirkətləri kifayət qədər ciddi ölçülərdə gəlirlərdən məhrum edir. Ekspertlər hesab edirlər ki, şirkətlər üzləşdikləri bu problemlərlə bağlı yeni yatırımlar qoymağa risk etməyəcəklər. Bu isə işçilərin ixtisarına və digər problemlərə gətirib çıxara bilər. Əldə etdiyimiz məlumatlara görə, xarici neft şirkətlərindən bəziləri artıq öz işçilərini ixtisar etməyə hazırlaşırlar.Başqa bir xəbərə görə, Azərbaycanda işləyən xarici neft şirkətlərinin əsas podratçısı olan Amerikanın “ McDermott” şirkəti də sadalanan problemlərdən kənarda qalmayıb. Bildirilirdi ki, şirkət Azərbaycanda öz fəaliyyətini ciddi ölçülərdə məhdudlaşdırmağa, hətta ölkəni tərk etməyə hazırlaşır. Bu xəbərlə bağlı dünən şirkətlə əlaqə saxladıq. “ McDermot”un Azərbaycandakı fəaliyyətini dayandırıb-dayandırmaması, biznesinin hansı durumda olduğu haqda suallarımıza şirkətdən bu yazılı açıqlama ilə cavab verdilər: “Xəzər regionu dünyada inkişaf edən vacib bazarlardan biridir”. “McDermott” üçün də bu bazar mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda işlərin müvəqqəti azalmasına baxmayaraq, Qazaxıstanda, Rusiyada və Türkmənistanda işlər artmağa başlayır. Şirkətimizin genişlənməsi əlbəttə ki, Qazaxıstan və Rusiya bazarlarından asılıdır. Lakin biz həmçinin Azərbaycanda da uzun müddət ərzində qalıb işləməyi planlaşdırırıq. Biz ARDNŞ ilə münasibətlərimizi inkişaf etdirmişik və bp, ABƏŞ-in növbəti faza layihələrini gələcək illərdə Azərbaycanda həyata keçirmək arzusundayıq" .Qeyd edək ki, ötən 15 il ərzində “McDermott” regionda yerləşən dörd ölkəni - Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanı təmsil edən yeddi sifarişçini xidmətlərlə təmin edib. Şirkət Azərbaycanda 1992-ci ildə fəaliyyət göstərməyə başlayıb, həmin vaxt şirkət “Azəri” yatağının işlənməsi layihəsi üzrə dənizdə və quruda yerləşən obyektlərlə bağlı konseptual layihə üçün texniki və iqtisadi əsaslandırmaların hazırlanmasını həyata keçirirdi. Sonradan Azərbaycanda işləyən xarici neft şirkətləri, habelə ARDNŞ üçün bir sıra iri sifarişləri həyata keçirib. “McDermott” Azərbaycanda ilk “fəhlə üsyanı”nın qeydə alındığı şirkət də sayıla bilər. 2005-ci ildə bu şirkətin 1500-dən çox yerli işçisi əməkhaqlarının azlığına görə tətil keçirmişdi. “McDermott”un qəzetimizə göndərdiyi açıqlamadan da göründüyü kimi, şirkətin Azərbaycanda işlərinin həcmi azalıb. Eyni zamanda şirkət əsasən Rusiya və Qazaxıstanda yeni sifarişlər almaq üçün çalışır. Azərbaycanda işlərin gələcəyi isə belə görünür ki, bp başda olmaqla, xarici neft şirkətlərinin hasilatın genişləndirilməsinə nə dərəcədə investisiya yatırmasından asılı olacaq. Lakin neftin indiki qiymətləri şirkətləri belə yatırımlardan çəkindirir. Artıq xəbərdarlıq edilir ki, neftin indiki qiymətləri hasilatı sərfəsiz edir və bu vəziyyətdə neft şirkətləri yeni yataqların işlənməsi layihələrinə investisiya yatıra bilmirlər. Xəbərlərə görə, Rusiyada da neft şirkətlərinin əksəriyyəti problemlər qarşısındadır və işlərin həcmini azaldırlar. ARDNŞ-yə daxil olan “ SOCAR Trading SA” şirkətinin prezidenti Valeri Qolovuşkin isə ötən həftə İtaliyanın “Corriera Della Sera” qəzetinə müsahibəsində qiymətlərin bu həddə qalması şəraitində neft şirkətlərinin hasilatı dayandıra biləcəyini demişdi. Onun sözlərinə görə, neft hasil edən şirkətlərin cari xərcləri ödəməsi və investisiyalar yatırması üçün qiymətlər bir barel üçün azı 70 dollar olmalıdır. Hazırda isə neftin bareli 45 dollar həddindədir. Analitiklər gələn il neftin daha da ucuzlaşaraq hətta 25 dollara qədər enəcəyini proqnozlaşdırır. Bu zaman Azərbaycandakı neft bumunun yerini kütləvi ixtisarlara məruz qalan və əməkhaqlarını ala bilməyən işçilərin məyusluğu tuta bilər.
44,438
16.12.2008 03:36
Gündəm
ELMAN MƏMMƏDOV DAĞLIQ QARABAĞIN AZƏRBAYCANLI İCMASINA QARŞI
“Əgər bu gün Dağlıq Qarabağ bölgəsində Azərbaycanın tanıdığı, status verdiyi və eyni zamanda beynəlxalq aləm tərəfindən tanınan xüsusi bir statusa malik inzibati qurum yoxdursa və bu, bir anklav təşkil etmirsə, onda biz nə üçün öz ərazimizdə icma yaratmalıyıq? Biz bu məsələdə 8 milyonluq azərbaycanlılar adından çıxış edirik. Ermənilər icma ola bilər. Çünki onlar Azərbaycan ərazisində yaşayan etnik toplumdur”. Qeyd edək ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları 1992-ci ilin martında Minsk Qrupu çərçivəsində yaradılıb. 1992-dən bu ilin yayına kimi icmaya Şuşa rayon İcra Hakimiyyətinin başçısı mərhum Nizami Bəhmənov rəhbərlik edib. Moskva bəyannaməsindən sonra Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyətini məqbul saymayan E.Məmmədov isə hesab edir ki, icmanın fəaliyyəti yalnız münaqişə həll edildikdən sonra bərpa olunmalıdır: “Nə vaxt Azərbaycan öz tərkibində Dağlıq Qarbağa xüsusi bir status verərsə, biz Qarabağdan olan azərbaycanlılar öz doğma yurd-yuvamıza qayıdıb, orda birgə yaşamasını təmin edə biləriksə, onda həmin regionda azərbaycanlı və erməni icmalar haqqında söhbət gedə bilər”.Qeyd edək ki, millət vəkilinin irəli sürdüyü təklif heç də birmənalı qarşılanmayıb. Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Elxan Ələkbərov bildirib ki, icmanın hazırda 70 min üzvü var: “Yəni bu 70 min azərbaycanlı əhali problem həll olunduqdan sonra öz yurd-yuvasına qayıdacaq. Bu insanların həyat şəraitini təmin etmək üçün məlum məsələdir ki, Dağlıq Qarabağın azərbaycanlı icması öz fəaliyyətini daha yüksək səviyyədə qurmalıdır”.Qeyd edək ki, N.Bəhmənovun vəfatından sonra Dağlıq Qarabağın azərbaycanlı icmasına rəhbərlik etmək iddiasında olanlardan biri də E.Məmmədovdur.
44,439
16.12.2008 02:57
Gündəm
ATƏT-in BAŞ KATİBİNDƏN AZƏRBAYCANLA ERMƏNİSTANA ÇAĞIRIŞ
“Biz münaqişənin həllində və danışıqların davam etdirilməsində tərəflərə yardımçı olmalıyıq”. Mark de Brişambo münaqişənin konkret nə vaxt həll olunacağını söyləyə bilməyəcəyini vurğulayıb: “Tərəflər daha uzlaşmaya meylli mövqe nümayiş etdirməli, qarşılıqlı etimad və hörmət atmosferi yaratmalıdır”.
44,440
16.12.2008 03:42
Yazarlar
İŞLƏR DÜZƏLİR
Gerçəkdən, ağır dərddir. İnsan potensialına, real iqtisadiyyata, xalqa arxalanmayan hakimiyyət əvvəl-axır bu günə düşməliydi. Yoxsa eyzən “çoxlu pulumuz var, demək, güclüyük” söyləməyin nə mənası? Hamı böhrandan salamat çıxacaq, elə zərər Azərbaycan kimi yalnız neft gəlirlərinə arxalanan dövlətlərə dəyəcək. Məşhur el məsəlimizdə deyilən kimi, hamını ley vurur (ley - yırtıcı quşlardan birinə bəzi bölgələrimizdə qoyulan addır), ancaq heç bizim təki tükü dağılan olmur. Tük və dekorasiyadan, oyuncaq ağac və körpülərdən, divar üzlükləri və fontanlardan ibarət iqtisadiyyatdan bundan artıq nə gözləyirdik? Yeri gəlmişkən, mühəndislik, inşaat elminə karikaturalardan birinə srağagün Bakının Heydər Əliyev prospektində rastlaşdım. Orada, “Nərimanov” metro stansiyasına yaxın ərazidə “inşaatçılar” yağış altında yolu asfaltlayırdı. Asfalt örtüyü soyuq suyun təsirindən peyin kimi buğlanırdı. Belə yol salınarmı, yoldaşlar? Bir qat su, bir qat asfalt... Həmin yolun heç iki ay ömrü olmayacağını anlamaq nə qədər çətindir? Normal, sivil ölkədə dövlət vəsaitini bu cür “suya verən” yol tikintisi məmurlarını elə həmin asfaltbasan maşının altına uzadıb, yayardılar. Əcəb olardı, amma... Təsəvvür elə, Ziya Məmmədov 30 metr uzunluqda... Bir anekdot yadıma düşdü. Xəstəxanaya gələn adam qohumunun hansı palatada yatdığını soruşur. Növbətçi həkim deyir: “Hansı, o asfaltbasan maşın altına düşən?” Təsdiq cavabı alandan sonra isə söyləyir: “6-cı, 7-ci, 8-ci və 9-cu palatalardadır”. Qayıdaq böhran söhbətinə. Məncə, hakimiyyətin pul üzünə həsrət qalmasında, xarici banklardakı vəsaitlərinə umsuq nəzərlərində nəsə bir ilahi ədalətin təntənəsi var. Vaxtilə bizim camaat min bir əziyyətlə, qəpik-qəpik topladığı pulları SSRİ Əmanət Bankına qoymuşdu. Sonra SSRİ dağıldı, bütün müttəfiq respublikalar hissə-hissə, müəyyən zaman kəsimində o pulları camaatlarına qaytardılar. Bir dənə burdakı YAP rejimi xalqın halal haqqını ildən-ilə, cürbəcür bəhanələrlə batırdı. Neçə yaşlı insan əmanətini geri ala bilməyib öldü. İndi hakimiyyətin öz pullarına “durbinlə baxması” həmin əmanətə xəyanətin cəzasıdır sanki. Camaatı ötür-ötür oyununa salmışdılar, əmanətin qaytarılmasından söz düşəndə Maliyyə Nazirliyi deputatxananın üstünə göndərirdi: “Gərək qanun qayırsınlar”. Deputatxana sorğuların ağzını hökumətə yönəldirdi: “Hesablasınlar, normativ versinlər, biz də hər kəsə nə qədər pul çatacağı haqda qanun qayıraq”. Beləcə, əmanətlərin qaytarılması qanunu təhsil qanununun gününə düşmüşdü. İndi heç adı it dəftərində də yoxdur. Yaman ləzzət edərdi, əgər xarici banklar da neft pulunu istəyən Azərbaycan hökumətini ora-bura göndərsəydi... Yaxud hökumətə Molla Nəsrəddin münasibəti göstərməkdə davam etsəydilər.Bu məşhur anekdotu yəqin bilirsiniz. Mollanın bir nəfərə kalan pul borcu varmış. Adam hər gün qapını kəsdirir, Mollanı bezdirir ki, pulu qaytarsın. Nəhayət, Molla onu pəncərə önünə gətirib həyəti göstərir, deyir: “Bax, o qaratikan kolluğunu görürsən? Hər il yazda və payızda oradan qoyun sürüləri keçir, qoyunların yunu tikanlara ilişir. Mən həmin yunları yığıb satacam, sənin borcunu qaytaracam”. Adam əsəbindən, gic yerinə qoyulmağından gülməyə başlayır. Molla deyir: “Aşna, deyəsən, işin düzəlib, yaman gülürsən”.Hazırda bizim ölkəni fırladanların da gülən vaxtıdır. Zamin HACI
44,441
16.12.2008 03:03
Gündəm
TƏHLÜKƏLİ MADRİD PRİNSİPLƏRİ DƏYİŞMƏYİB!
“Madrid prinsiplərinə dəyişiklik edildiyi haqda söz-söhbətlərin əsası yoxdur. Müzakirələr zamanı prinsiplərə texniki düzəlişlər təklif edilir, lakin heç bir yeni əlavələrdən və ya prinsipial dəyişikliklərdən söhbət getmir” .Madrid prinsipləri tərəflərə ötən ilin noyabrında təqdim edilib. Bu sənədin tam mətni artıq internetdə yerləşdirilib. Orada münaqişənin nizamlanmasına dair əsas prinsiplər yer alır. Bura Dağlıq Qarabağ ətrafındakı ərazilərin azad edilməsi və qaçqınların geri qayıtması, Dağlıq Qarabağa aralıq statusunun verilməsi, daha sonra bölgənin yekun statusunu müəyyən etmək üçün referendumun keçirilməsi daxildir. Rəsmi İrəvan dəfələrlə bəyan edib ki, Madrid prinsipləri Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsinə təminat verdiyinə görə o, Ermənistanı qane edir. Ermənistan danışıqların ancaq bu sənəd ətrafında aparıla biləcəyini deyir. Azərbaycan xarici işlər naziri E.Məmmədyarov isə Finlandiyada E.Nalbəndyanla apardığı danışıqlardan sonra Bakıda jurnalistlərə bildirmişdi ki, Madrid prinsiplərinə dəyişikliklər edilib.
44,442
16.12.2008 01:43
Gündəm
BÜLƏNT ECEVİTİN QƏBRİ KÖÇÜRÜLÜR
Bülənt Ecevit 2006-cı ildə Dövlət Məzarlığında dəfn edilib. Ailəsi isə onun başqa bir yerdə basdırılmasını istəyib. Çankaya bələdiyyəsinin nümayəndələri bildiriblər ki, keçmiş baş nazirin ailəsinin tələbinə uyğun olaraq onlara müvafiq ərazilər göstərilib: “Türk sosial-demokrat hərəkatının ölməz isimlərindən olan Bülənt Ecevit üçün məzar yerinin müəyyən edilməsi ilə bağlı ailəsinə müxtəlif yerlər göstərilib. Onun ailə üzvləri Çankaya bələdiyyəsinin Ahlatlıbel qəbiristanlığında yer seçiblər. Bələdiyyə Məclisi də bununla bağlı qərar qəbul edib və prosedur qısa müddət ərzində yerinə yetiriləcək.
44,443
16.12.2008 03:04
Gündəm
“ERGENEKON TÜRKÜN KƏBƏSİDİR”
Vəli Kiçik həbs edilməzdən bir gün əvvəl xəstəliyi ilə bağlı həkimə getdiyini, ertəsi gün də müayinə üçün xəstəxanaya getməli olduğunu bildirib. Lakin qəfildən evinə basqın edən polislər PKK terrorçusunu və ya axtarışda olan təhlükəli canini yaxalayırmış kimi hər yeri alt-üst ediblər, ardınca o, polis idarəsinə aparılıb: “Mən buna heç etiraz etmədim, çünki ömrüm boyu heç səhv etmədim, qanunların xaricinə çıxmadım. Ancaq dövlətin tələ quracağını heç gözləmirdim”.Vəli Kiçik əlavə edib ki, həbs edilərkən guya hərbi komandanlıqdan yardım istədiyi haqda yazılanlar yalan idi. Çünki o, heç kimdən yardım istəməyib və kimsənin yardımına ehtiyacı olmayıb. General deyib ki, iddianamədə terror təşkilatı ifadəsinin türkün Kəbəsi olan Ergenekonla bir yerdə işlədilməsi biabırçılıqdır və buna görə öz adından türk xalqından üzr istəyir. Onun sözlərinə görə, ittiham aktı bütövlükdə türk millətinə qarşı yönəlib. Kiçik ittiham aktında Atatürk cümhuriyyətinin mühakimə edildiyini deyib. Onun sözlərinə görə, bu ittiham aktı komik və eyni zamanda tragikomikdir. General bu cür ittiham aktı ilə üzləşməsindən həm qürur hissi duyduğunu, həm də məyus olduğunu bildirib: “Məmnunam, ona görə ki, hər fürsətdə üzərimə atılan çamurları təmizləmə və məhkəmə qarşısında millətimə həqiqətləri çatdırmaq imkanı əldə edirəm. Bu dava məmləkətini və millətini sevməkdən başqa heç bir suçu olmayan, tamamilə məsum insanların nə cür çevrilişçi, qatil, şantajçı, terrorçu kimi cəmiyyətə təqdim edildiyini ortaya çıxaracaq. Ancaq məyusam ki, bu gülünc oyunda başda Türkiyə Silahlı Qüvvələri olmaqla, cümhuriyyəti ayaqda tutan bütün qurumlar hədəfə alınıb. Ürəyində vətən, bayraq, millət sevgisi olan insanlar bu cür ucuz yalanlarla suçlanmalı deyildi. Cümhuriyyətlə və millətlə barışmaq fikrində olmayan, cümhuriyyətin təməl dəyərlərini həzm edə bilməyən qaranlıq zehniyyətin onlara qarşı müxalifətdə olan hər kəsi susdurmaq üçün dövlətin imkanlarını sağa-sola istifadə etməsinə bu şəkildə fürsət verilməliydi” .General daha sonra çıxışında bildirib ki, uzun müddətdir bəlli qruplarla bağlı media onun haqqında bütün ağlasığmaz iddiaları yerə verərək “virtual Vəli Kiçik” obrazı yaradıb. İndi isə məhkəmə qarşısında əsl Vəli Kiçik dayanır. Onun sözlərinə görə, virtual Vəli Kiçik obrazını yaradanlar bununla əslində silahlı qüvvələri gözdən salmaq istəyib. Vəi Kiçik əlavə edib ki, qazanda qaynadılmaq istəyənlər o və silahdaşları deyil, dünyəvi və demokratik cümhuriyyətdir: “Əgər bunların qarşısı alınmasa, cümhuriyyət rejimi də, dövlət də, millət də tarixin axını içərisində amansızcasına yox olacaq və tarix səhnəsindən silinəcək” .Vəli Kiçik deyib ki, “Ergenekon” əməliyyatı Rəcəb Tayyib Ərdoğan iqtidara gəlməzdən az öncə, 2002-ci ildə hazırlanıb. O, Ərdoğanın “biz hələ iqtidara gəlməzdən əvvəl bunun hazırlığını görürdük” sözlərini xatırladıb. General bildirib ki, görünür, Ərdoğan Amerikaya baş nazir kimi səfər edərkən Buşdan “Ergenekon” əməliyyatının razılığını alıb. O, “Ergenekon”un qara qutusu adlandırılan və şübhəli imicə malik Tuncay Güneylə tanışlığının tarixi haqda da danışıb: “Tuncay Güney istefada olan polkovniklə yanıma gəldi, ”Akşam" qəzetində işlədiyini dedi. Mənə bəzi məxfi məlumatlar gətirirdi. Görünür, bunlar mənimlə yaxın əlaqə qurmaq üçün düşünülmüş oyun idi. Sonradan o, mənə “Seer” hədiyyə etmək istədiyini dedi və açarlarını önümə qoydu. Ona çox hirsləndim və otaqdan qovdum. Əgər o vaxt “Seer”i alsaydım bu əməliyyat da daha əvvəl başlayardı. Hazırlanan ssenari bu adamın iddiaları əsasında qurulub. Ancaq onun adı ittiham aktında yer almır. Mən məhkəmədən tələb edirəm, bunun səbəbini aydınlaşdırsın". Vəli Kiçik deyib ki, ona qarşı ifadə verən və adı gizli saxlanılan şahidlər PKK, “Hizbullah” və DHKP-C terror təşkilatlarının üzvləridir. Hansı ki, özü vaxtilə bu terror təşkilatlarına qarşı mübarizə aparıb.Proses daha sonra prokurorların, vəkillərin və hakimlərin qarşılıqlı sualları ilə davam edib. Vəli Kiçiyin dindirilməsinin bu gün də davam edəcəyi gözlənilir.APA-nın məlumatına görə, Vəli Kiçik məhkəmədə Azərbaycan dilində danışıb.
44,444
16.12.2008 02:46
Güney hadisələri
TƏBRİZDƏ ERMƏNİSTAN KONSULLUĞU AÇILACAQ
Erməni nazir isə öz növbəsində bildirib ki, hər iki tərəf qarşılıqlı əlaqələri əhəmiyyətli dərəcədə inkişaf etdirə bilib.ÿ A. Movsisyan Təbriz şəhərində açılacaq Ermənistan konsulluğunun İrəvan və Tehran arasında əlaqələrin inkişafı üçün yaxşı şəraitÿ təmin edəcəyinə ümidvar olduğunu qeyd edib. A. Movsisyan İranda Ermənistan-İran hökumətlərarası komissiyasının iqtisadi əməkdaşlıq iclasında iştirak edəcək.
44,445
16.12.2008 02:49
Dünya
“MÜSƏLMANLARI QƏTLƏ YETİRİN”
Onlar bizim məsum insanlarımızı öldürdü. Əgər bizlər də onların məsum insanlarını öldürməsək, yenə bizimkiləri öldürəcəklər” deyərək, müsəlmanların öldürülməsini istəyib.Kulakın “müsəlmanlara qətliam” çağırışı ilə əlaqədar açıqlama verən Amerika-İslam Əlaqələri Məclisi, Nyu Yorkdakı yəhudi toplumunun liderlərini Kulakın yazdıqlarını qınamağa çağırıb.Amerika-İslam Əlaqələri Məclisi ictimaiyyətlə əlaqələr direktoru Faizə N.Əli “Məsum vətəndaşlara qarşı vəhşi çağırış, bütün dinlər və dini liderlər tərəfindən pislənməli və rədd edilməlidir” deyib.
44,446
16.12.2008 02:10
Dünya
TÜRKMƏNİSTAN TÜRKMƏNBAŞIDAN İMTİNA EDİR
Lakin söhbət heç də azad və ədalətli seçkilərdən gedə bilməz. Çünki cəmi 1 partiya-prezident Qurbanqulu Berdıməhəmmədovun başçılıq etdiyi Demokrat Partiyası namizədlər irəli sürə bilib. “Dirçəliş” adlı ümumxalq hərəkatından da namizədlər olub, lakin qadın təşkilatlarını, veteranları, gəncləri və digər hakimiyyətə bağlı qrupları birləşdirən bu hərəkatda elə Demokrat Partiyasının özü də yer alır. Ona görə də seçkiləri alternativsiz hesab etmək olar.Seçkilərə hazırlıq dövrünü Britaniyanın Hərb və Sülh Hesabatları İnstitutu izləyib. Layihənin Mərkəzi Asiya üzrə direktoru Con MacLeod BBC-yə müsahibəsində deyib ki, hazırkı prosedurlar əsasən əvvəlki seçkilərdə baş verənləri xatırladıb, o cümlədən mərhum prezident Niyazov dövrünün seçkilərini: “Bütün bunlar prezident Berdıməhəmmədovun vədlərinə uyğun gəlmir. Prezident Berdıməhəmmədov Konstitusiyaya bir sıra düzəlişlərin, parlamentin tərkibinin genişləndirilməsinin və nəzəri cəhətdən tərkibin daha çeşidli edilməsinin təşəbbüskarı oldu. O, eləcə də bu seçkilərin daha açıq və şəffaf və həqiqətən də plüralist olması zərurətindən danışırdı”.Makleud deyib ki, seçki kampaniyası bütünlüklə rəsmilər tərəfindən idarə olunub. Belə görünür ki, namizədlər yuxarıdan seçilib - yeganə mövcud olan Demokratik Partiya üzvlərindən və ya hökumətpərəst qurumlardan, veteranlar, gənclər və qadın təşkilatlarından. Namizədlərin irəli sürülməsi prosesi də idarə olunan idi, onlar ictimaiyyət yığıncaqlarında irəli sürülüb. Hətta sözügedən yığıncaqların iştrakçıları da yuxarıdan seçilib. Ekspertə görə, Türkmənistanda vəziyyətin əslində necə olacağını, bəlkə də heç kim bilmir. Onun sözlərinə görə, pessimistlər deyə bilər ki, bütün bunlar gözə kül üfürməkdən başqa bir şey deyil: “Amma əgər belədirsə, onda nəyə görə konstitusiyaya düzəlişlər edilməsi, plüralizm və seçim və bu kimi məsələlər barədə bu qədər danışılır, bu qədər vaxt sərf olunur. Nəyə görə onda prezident Niyazovun kursu davam etdirilmir? Ona görə bütün bunların nə - pis icra edilən yaxşı niyyətlər, yoxsa ki, sadəcə, gözə kül üfürmək - olduğunu indidən demək çətindir”. Türkmənbaşının kursunun az da olsa dəyişdiyi bir vaxtda onun adı dövlət himnindən çıxarılıb. Bu haqda qərarı dünən parlament qəbul edib. “Türkmənbaşı” sözü dövlət himninin nəqəratında yer alırdı və üç dəfə təkrarlanırdı. Yeni mətndə isə bu söz “xalq”la əvəz olunub. Ekspertlər qeyd edirlər ki, Türkmənbaşı irsindən tədricən imtina edildiyi bir vaxtda rəsmi ideologiya Berdıməhəmmədova köklənir. Əvvəlcə Türkmənbaşını tərifləyən rəsmi mətbuat indi eyni sözləri onun haqqında yazır.
44,447
16.12.2008 02:50
Yazarlar
VƏTƏNDƏ ÖLMƏK NÖVBƏSİ
Daneliya, Eldar Ryazanov kimi rejissorlar əslində sovet dissidentləri olublar, onların filmlərində bu xətt həmişə görünüb. Ola bilsin, filmdəki o qərib gürcü də sovet rejiminin düşmən hesab etdiklərinin ümumiləşdirilmiş obrazı olub. Yoxsa kim könüllü vətənindən didərgin olub gürcü mahnısını eşidəndə ağlayardı ki? Son günlər qəzetlərdə hakimiyyətin içindən çıxıb indi isə az qala dissident kimi “vətən, vətən” deyənlərlə bağlı mövzu aktuallaşıb. Ayaz Mütəllibov, Rəsul Quliyev, Rəfael Allahverdiyev... İndi texnika əsridir. İnternet, rabitə şəbəkələri, milli musiqilər - bir sözlə, hər şey insanın bir otağına sığacaq qədər asan. Əlinin altındakı telefonun düyməsini bas, Azərbaycanın ən ucqar kəndiylə danış. Kimin musiqisini istəyirsən, kompyuterinə yüklə qulaq as. Hətta hansı küçənin, məhəllənin istəyirsən, kosmosdan çəkilmiş fotosunu da tap. Amma bütün bunlar virtual dünyanın sənə verdikləridir. Hərdən içindən mütləq “xlor var, xlor” deyən arvadın cır səsini eşitmək keçəcək, məhəllə adamlarıyla ayaqüstü salamlaşıb, “dünyada nə var, nə yox?” soruşmaq üçün darıxasısan. Nəvələrini dizinin üstünə alıb əzizləmək üçün burnunun ucu göynəyəcək, doğma torpağın bir turş meyvəsini dərib yemək könlünə düşəcək. Qürbətdə hər şey - yemək-içmək, ev-eşik, insana münasibət buradakından daha yaxşıdır, pul varsa, darıxanda bütün dünyanı gəz. Amma heç bir var-dövlətə vətənin bir məhəlləsini, bir küncünü, bir köşəsini, rahat ölmək üçün bir qarış torpağını almaq mümkün deyil. Ayaz Mütəllibov Moskvada, Rəsul Quliyev Amerikada, Rəfael Allahverdiyev İsveçrədə. Adını çəkmək istəmədiyimiz nə qədər vətənpərvər dost-tanışlar Avropanın müxtəlif ölkələrinə sığınıb. Onlar minlərlə kilometr uzaqda, cənnət ölkələrdə olsalar da, vətən üçün darıxırlar. Məncə, “ikinci vətən” boğazdan yuxarı deyilən sözdür. İkinci ana, ata olmur. Olsa da, ögeydi. Ögey! Hakimiyyətin siyasi rəqiblərinə münasibətdə ən radikal addımı onları həbsə atmaq deyil. 7 gün müvəqqəti olsa da azadlığa buraxılan həmkarımız Qənimət Zahidin “vətənin türməsi də bizimdir” sözlərini xatırlayıram. Belə fikirləşəndə, günahsız olaraq həbsdə saxlanılan həmkarımıza haqq verirsən. Dəmir barmaqlıqlar arasından görünən göy üzü, bulud, günəş, kamerana tökülən yağış damcıları bu vətənindir. Mən iddia etmirəm ki, Rəsul bəy, keçmiş Bakı meri, elə eks-prezident Mütəllibov vətənin həbsxanasını qürbətdən üstün tutarlar. Bunun əksini söyləməyə, kimisə ittiham etməyə də haqqım yox. Amma bu adamları vətəndən, doğmalarından zorla ayırmağa da heç kim haqq qazandıra bilməz. Bu adamlar yaşlarının ahıl çağını yaşayırlar. Rəfael Allahverdiyevlə çörək kəsənlər, onun süfrəsinin başında oturanlar indi susurlar. Biri səsini çıxarıb demir ki, adama heç olmasa pis günündə ölkəyə qayıtmasına icazə verilsin. Axı onun ki, üzərində cinayət işi yoxdur. Doğrudanmı, bu ölkənin hakimiyyəti sabiq meri çox təhlükəli cinayətkar hesab edir? Axı, o da bu hakimiyyət üçün çalışıb, elə uzaq ölkədən verdiyi ara-sıra müsahibələrində də həmişə hakimiyyəti tərifləyib. Bu ölkədə doğulana bu ölkədə ölmək haqqı vermək beləmi mümkünsüz, beləmi qiymətlidir? Allah qürbətdəkilərə cansağlığı versin. Amma vətən təkcə ölmək üçün də deyil. Bəzi siyasətçilərə ən çətin günündə ölkədən çıxmaq, qürbətdə rahat yaşamaq təklif olunub, amma imtina ediblər. “Hər kəs özünə ömür biçir”, deyirlər. İndilikdə qürbətdə xəstə yorğan-döşəyinə düşən sabiq mer üçün daha çox təəssüflənmək olar. Qürbətdəki əməkdaşımız Elbəyi Həsənli ona tez-tez zəng vurardı. Görəsən, indi danışmaq imkanı olsaydı, o, Elbəyi ilə hansı mahnını zümzümə edərdi? Nazim SABİROĞLU
44,448
16.12.2008 02:55
Yazarlar
QLOBAL MALİYYƏ BÖHRANI VƏ AZƏRBAYCAN
Lakin ən qəribəsi Azərbaycan rəhbərliyinin davranışıdır. Diqqət edin, hakimiyyət bir yandan enerji resurslarının çoxşaxəli nəqlində maraqlı olduğunu bəyan edir, digər yandansa ölkə iqtisadiyyatını bir amildən - neftdən asılı hala gətirib, faktiki, onu monopollaşdırıb. Bu, əlbəttə ki, anormal vəziyyətdir. Anormal vəziyyət isə anormal nəticələr doğurur və doğurmaqdadır. Məsələn, necə olur ki, neft bahalaşanda da benzin baha olur, ucuzlaşanda da? Biz hələ bu paradoksa iqtisadi izahın yoxluğunu demirik. Şübhəsiz, sualın cavabı hamıdan yaxşı ölkə başbilənlərinə bəllidir. Politoloq Zərdüşt Əlizadənin təbirincə desək, əgər rəsmilərin bəyan etdikləri kimi, Azərbaycan dünya birliyinə inteqrasiya edibsə, o zaman nədən qlobal iqtisadi proseslər geniş anlamda bizdə özünü göstərmir, neftlə yanaşı neft məhsullarının, digər məhsulların qiyməti düşmür? Belə çıxır, “iqtisadiyyatımız” avtonom şəkildə mövcuddur və dünyadan təcrid edilmişik. Bəzi təhlilçilərə görə, hakimiyyət benzini ucuzlaşdırmaqdan ona görə ehtiyatlanır ki, sonra onun qiymətini təzədən qaldıranda cəmiyyətdə izafi gərginlik yaşanmasın. Bu, təbii ki, gerçək iqtisadi əsaslara söykənməyən narahatlıqdır və hazırkı soyğunçu bahalaşmaya əsla haqq qazandıra bilməz. Aydındır ki, heç bir qiymət artımını cəmiyyət alqışla qarşılamır. Digər yandan, dövlət siyasəti reallıqlara əsaslanmalıdır, fərziyyələrə yox. Eyni zamanda bu siyasət milli mənafedən kənar mövcud ola bilməz. Əks halda, siyasət yox, istismar sayılacaq. Üçüncü yandan, qiymətləri endirməyin mümkün olduğu indiki zamanda buna getməmək onsuz da narazı xalqda hakimiyyətdən narazılığı dərinləşdirəcək. İndi qoy iqtidar strateqləri hesablasınlar, cəmiyyətdəki narazılıq qiymətlərin qalxması ilə çox artacaq, yoxsa onların enməsi ilə? Bu mənada hakimiyyət üçün şansdı ki, heç olmasa, indi xalqa hansısa yaxşılığı keçsin. Özü də əvəzində heç nə itirməyə-itirməyə! Və elə etsin ki, neft hasil edən Azərbaycanda benzin, neft idxal edən Gürcüstanla barı, eyni qiymətə olsun. Axı heç kim çörəyi qulağına yemir. Hamı bilir ki, qiymətlər monopolist-oliqarxların doymayan iştahları ucundan düşmür. İnsanlar bilir ki, nə olur-olsun kiçik zəngin zümrə bir manat belə ziyana düşmək istəmir, əksinə, faciələrdən, böhranlı durumlardan da qazanmağa çalışırlar. Təbiətləri belədir. Amma qoy indi onlar bir balaca az qazansınlar. Onsuz da yığdıqlarını yığıb, gizlətdiklərini gizlədiblər. Özlərindən sonrakı 3-cü, 4-cü nəsillərinə bəs qədər sərvət toplayıblar. Bəlkə arada bir milləti də yada salalar? Di gəl, nikbin olmağa əsaslar görünmür. Sübut? Buyurun: ARDNŞ prezidenti Rövnəq Abdullayev bəyan edib ki, benzinin qiyməti gələn il də endirilməyəcək. Hərçənd ardınca görün nə deyir: “Gələn il neftin dünya bazarında hansı qiymətə olacağını heç kim söyləyə bilməz”. Bəs onda nəyə əsasən deyirlər benzinin qiyməti dəyişməz qalacaq? Bu, yüzdə yüz xalqla məzələnməkdir, onu saymamazlıqdır. Məmurların xalqdan, onun dərdlərindən uzaq düşdüyünün bariz təzahürüdür. Üstəlik, Azərbaycan iqtisadi inkişafına cavabdeh olanların peşəkarlıqdan nə qədər uzaq olduğunun göstəricisidir. Ancaq məgər bu məmurlar özbaşına belə bəyanatlar verirmi? Qlobal maliyyə böhranından isə ən əvvəl Azərbaycan kimi avtokratik rejimli ölkələr nəticə çıxarmalıdılar. Çünki sonuc belə ölkələr üçün qat-qat ağır gözlənilir. Çıxış yoluna gəlincə, nəticə yolları diqtə edir. Bunun üçün: Azərbaycan hakimiyyəti ləngimədən ölkədə iqtisadi-bank islahatlarının qarşısını açmalıdır; İnhisarçılığın, total korrupsiya və rüşvətin kökünü kəsmək üçün əzm, iradə nümayiş etdirərək, real işlərə başlamalıdır; Siyasi islahatlara da ləngimədən start verməlidir, çünki bunsuz əvvəlki iki bənddə göstərilən işləri həyata keçirmək, ölkədə etimad mühiti yaratmaq mümkün deyil. Sonda bir nüansı xüsusi qeyd edək ki, qlobal miqyasda yaşananlardan Azərbaycan iqtidarı ibrət dərsi götürməlidir. Ölkə rəhbərliyi özünü o yerə qoymasa da, anlamalıdır ki, iqtisadiyyatımız, büdcəmiz neftə indeksləşdikcə və xarici valyutalardan asılı qaldıqca Azərbaycan belə kataklizmlərdən sığortalanmayacaq. Əgər ölkədə qeyri-neft sektoru, istehsal sahələri normal inkişaf etsəydi, Azərbaycan idxaldan, neft gəlirlərindən bu dərəcədə asılı olmasaydı, indi neftin ixracını azaldıb əlverişli vaxta saxlamaq da olardı. Amma hakimiyyət buna gedə bilməz. Çünki neft dollarlarının yerini başqa daxili resurslar, digər istehsal sahələri hesabına doldurmaq lazım gələcək. Bu isə qısa müddətdə mümkün deyil. *** Beləliklə, hakimiyyət öz yanlış siyasətinin girovuna çevrilmiş durumdadır. Yanlış siyasəti, ziyanlı kursu dəyişmək üçün bundan da güclü dəlil, motiv? Zahid SƏFƏROĞLU
44,449
16.12.2008 01:53
İqtisadiyyat
DÜNYANIN İRİ BANKLARINA DAHA BİR ZƏRBƏ
Fransa bankı “Natiksis” də böyük itkilər verib. Ötən ay Britaniya hökumətinin nəzarətinə keçmiş “Royal Bank of Skotland” da 600 milyon dollar itirəcəyini deyib. Madoff özünün investisiya fondunu, nəhəng piramida maliyyə fırıldağı üslubunda təşkil etməkdə ittiham olunub. 70 yaşlı Madoff “Nasdaq” birjasının keçmiş prezidenti olub, həmin vəzifədən ayrıldıqdan sonra o, qeyri-formal şəkildə özünün investisiya fondunu yaradıb və dünyanın aparıcı banklarını müştəri qismində cəlb edə bilib. Lakin bugünlərdə məlum olub ki, Madof əslində maliyyə piramidası qurub və onun müştərilərdən cəmlədiyi 50 milyard dollardan çox pul batıb. Madoff ötən həftə Amerika Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən həbs edilib. Onun dindirilməsi zamanı qurduğu “Bernard L. Madoff Investment Securitie” adlı investisiya fondunun bu qədər pul cəlb edərək iflasa uğradığı üzə çıxıb.Bildirilir ki, fondun iflası ətrafında müəmmalar hələ də çoxdur. Sərmayədarlar arasında ilkin reaksiya şok olub. Çoxları fondun heç kimin xəbəri olmadan 50 milyard dollar itirə bilməsinə, sadəcə olaraq, inana bilmirdi. Lakin indi itirilmiş pulların siyahısı ortaya çıxmaqdadır. Böyük Amerika investorları itkiləri xəbər verdikcə 50 milyard dollar rəqəminin həqiqətə uyğun olması təsdiqlənməkdədir. Bunların sırasında “Ceneral Motors”un maliyyə bölməsi, HSBC kimi Avropa bankları var. HSBC-nin itkilərinin 1.5 milyard dollara çata biləcəyi istisna edilmir. İndiyə kimi HSBC kredit qıtlığı böhranından ən az ziyan çəkmiş az sayda Britaniya banklarından biri idi. Bu bank Britaniya hökumətindən yardım istəməmişdi. Hazırda Avropanın ən iri banklarından biri olan “Santander”in 3 milyard dollar itirdiyi güman edilir. Hətta Yaponiya bankları da böyük itkilər veriblər. Amerikalı müstəntiqlər güman edirlər ki, Madoff özünün adi fondları ilə paralel, itki verən biznes əməliyyatları da aparıb. Lakin həmin əməliyyatlar qeydiyyatdan keçməyiblər və buna görə nəzarətdən kənarda qalıblar. Bununla belə, Amerikanın maliyyə qurumlarını tənzimləyən orqanlar indi yenə də tənqid ediləcəklər. Belə ki, onlar artıq bəziləri tərəfindən əfsanəvi Amerika maliyyə fəlakəti adlandırlan, maliyyə itkisini vaxtında proqnozlaşdırmamaqda ittiham edilirlər. Məlumatlara görə, fondun investorları son üç gündə Medoffun fəaliyyəti nəticəsində azı 20 milyard dollar itirdiklərini etiraf ediblər. Ən böyük itkiyə isə İsveçrənin “Fairfield Greenwich Group” investisiya fondu məruz qalıb - 7 milyard dollar. İsveçrənin “Neue Privat Bank”ının da milyardlarla dollar itirdiyi bildirilir, hazırda rəqəm dəqiqləşdirilir. Medoffun fırıldağının qurbanları arasında Amerikanın tanınmış biznes adamları, daşınmaz əmlak bazarında iri oyunçulardan olan Mortimer Şukerman, Nobel mükafatı laureatı Eli Vessel, rejissor Stiven Spilbergin təsis etdiyi xeyriyyə fondu və digərləri var. Medoffun fonduna pul yatıranlardan biri deyir ki, hamı hər tərəfdə onun nə dərəcədə bacarıqlı maliyyəçi olduğu haqda danışırdı və “Bernard L.Madoff İnvestment Securitie” fonduna pul yatırmağa çalışırdı. Bildirilir ki, qiymətli kağızlar üzrə keçmiş analitik Riçard Spirring də özünün bütün pullarını - 11 milyon dolları Medoffun fonduna yatırıb. Medoffun maliyyə piramidası dünya tarixində ən iri belə piramida sayılır. Qlobal maliyyə böhranı nəticəsində bir çoxu müflis olan, bir çoxu isə borclular qarşısında çətin vəziyyətdə qalıb dövlətlərdən kömək istəyən dünyanın aparıcı bankları isə bu fırıldaqla üzləşərək daha da ağır vəziyyətə düşüblər. Medoff özü isə həbs edildikdən sonra zaminə buraxılıb. Hazırda istintaq davam edir.
44,450
16.12.2008 02:15
Dünya
“AL, BU DA SƏNƏ VİDA ÖPÜŞÜ, KÖPƏK!”
Xəbər verildiyi kimi, Buş İraqa bazar günü gözlənilmədən səfər edib. Əvvəlcə o, prezident Cəlal Tələbani, İraqın şimalına nəzarət edən kürd lider Məsud Bərzani ilə danışıqlar aparıb, Amerika hərbi kontingenti qarşısında çıxış edib və səfərinin sonunda baş nazir Nuri əl-Maliki ilə bir araya gəlib. Elə insident də Buşun əl-Maliki ilə birlikdə keçirdiyi mətbuat konfransı zamanı baş verib.İraq hərbi orkestrinin fəxri marşı altında səfərə başlayan Amerika prezidenti bildirib ki, hələ müharibə qurtarmayıb və çox iş görülməlidir. Bu səfər zamanı prezident Buş və İraqın baş naziri Nuri əl-Maliki iki ölkə arasında yeni təhlükəsizlik sazişi imzalayıblar. Buş mətbuat konfransında çıxışı zamanı bu sazişi İraq üçün əhəmiyyətli sənəd adlandırıb. O deyib ki, saziş Amerika qoşunlarının İraqdan çıxarılmasının çərçivə sənədidir: “Qoşunların çıxarılması isə ona görə mümkün olub ki, hücum əməliyyatı keçirilib”. Elə bu məqamda zaldakılardan biri “Vida ziyarətinə gəldin hə? Al, bu da sənə vida öpüşü, köpək!” deyə qışqıraraq ayaqqabısını Buşa tərəf tullayıb. Ayaqqabılar hədəfə dəyməyib. Amerika prezidenti yaxşı reaksiya göstərərək yaxın məsafədən ona atılan ayaqqabıdan özünü yana əyilməklə qoruya bilib. Ayaqqabı onun arxasında divara dəyib. Buş başını qaldırmağa imkan tapmamış ikinci ayaqqabı ona tərəf “uçub”, jurnalist ikinci ayaqqabını atarkən “bu da sənə İraqda öldürülənlərin yetimləri, dul arvadları adından hədiyyə” deyə qışqırıb. Bu dəfə də ABŞ prezidenti Başını yana əyməklə özünü qoruyub. Əvəzində təhlükəsizlik qüvvələrinin əməkdaşları etirazçını yerə yıxaraq neytrallaşdırıblar. Əvvəlcə İraq baş nazirinin təhlükəsizlik xidmətinin əməkdaşı jurnalisti ayaqla vuraraq yerə yıxıb, ardınca ABŞ prezidentinin mühafizəçiləri onu yaxalayıblar. Jurnalist zaldan tələsik çıxarılıb. Zaldakı digər jurnalistlər isə həmkarlarının hərəkətinə görə ABŞ prezidentindən üzr istəyiblər.İnsident zamanı İraq baş nazirinin daha çox qorxduğu müşahidə edilib, əl-Maliki əlini Buşa tərəf tutaraq onu zərbədən qorumaq istəyib. Prezident Buşun özü bu hadisə barədə jurnalistlərin sualına belə cavab verib: “İndi nə olsun ki, bu adam mənə ayaqqabı atıb. Bu da diqqəti cəlb eləməyin bir yoludur. Bu ona oxşayır ki, sən siyasi nümayişə çıxırsan və adamlar sənə çığırırlar. Bu ona bənzəyir ki, maşında gedirsən, kimsə sənə barmaqla işarə göstərir. Bununla adamlar diqqəti cəlb etmək istəyirlər. Mən indi bilmirəm bu adamın məqsədi nə idi, lakin bir şey mənə aydındır. O, sizin mənə bu sualı verməyinizə nail oldu. Bu jurnalistlər məsələni ört-basdır etmək istəyirlər. Onlar deyirlər ki, hadisə İraq xalqının mövqeyini əks etdirmir. Lakin azad cəmiyyətlərdə belə hadisələr olur. Adamlar diqqəti özlərinə çəkmək istəyirlər. Bu mənada o adam istəyinə çatdı. Siz jurnalistlər bu barədə danışırsınız”. Daha sonra Buş jurnalistlərin suallarına tələsik cavab verərək mətbuat konfransını tərk edib. Ardınca onun Əfqanıstanda yollandığı haqda xəbərlər yayılıb.Məlum olub ki, Buşa ayaqqabı atan Misirdən yayımlanan “Əl-Bagdadi” adlı ərəb kanalının İraq bürosunun müxbiri Müntədər əz-Zeydidir. Hazırda o saxlanılıb və dindirilir. İraq hüquq-mühafizə orqanları jurnalistin bu hərəkətinin planlaşdırılmış olması, kimlərsə tərəfindən təşkil edilib-edilmədiyini üzə çıxarmağa çalışırlar. İnsident zamanı Buş özünü qoruya bilsə də zalda jurnalistin yaxalanması zamanı yaranmış süpürləşmədə onun mətbuat katibi gözündən zədə alıb. Buşu müşayiət edən nümayəndə heyətindəki mənbə “Assoşeyted press”ə məlumat verib ki, mühafizəçilər jurnalisti yerə yıxarkən onlardan biri Dana Perinanın əlindəki mikrofona dəyib. Mikrofon isə Ağ Evin mətbuat katibinin gözünə dəyib. Qadının gözünün altının göyərdiyi bildirilir. İnsident zamanı zalda olan “The New York Times” qəzetinin əməkdaşı isə bildirib ki, ayaqqabılarını Buşa atan jurnalist ondan cəmi 4 metr məsafədə olub. Maraqlıdır ki, mühafizə xidməti onu birinci ayaqqabı “atəşindən” sonra saxlaya bilməyib və jurnalist ikinci ayaqqabısını da atmağa imkan tapıb. Bir qayda olaraq ABŞ prezidentinin və digər yüksək rütbəli rəsmilərinin səfərləri zamanı keçirilən mətbuat konfransına təhlükəsizlik baxımından yaxşı tanınan, Amerika səfirliyinin müntəzəm kontaktda olduğu jurnalistlər ciddi yoxlamalardan sonra buraxılır. Mətbuat konfransının gedişində isə zaldakı çoxsaylı təhlükəsizlik əməkdaşları hər bir jurnalistin hərəkətini diqqətdə saxlayır. Xüsusən də söhbət İraqdan gedirsə bu təhükəsizlik tədbirləri daha sərt olur. Lakin buna baxmayaraq, ABŞ-ın səlahiyyət müddəti başa çatmaqda olan prezidenti özünün karyerası boyu ən böyük təhqirlə üzləşib. İnsidentə baxmayaraq səfərini davam etdirən və Kabilə gələn ABŞ prezidenti Əfqanıstan prezidenti Həmid Kərzayi ilə görüşündə “Taliban”ı ölüm saçan ciddi qüvvə adlandırıb. O deyib ki, yeni prezidentin səlahiyyətlərinin icrasına başlamasından sonra da ABŞ “Taliban”a qarşı mübarizəni davam etdirəcək və bu məqsədlə Pakistanla əməkdaşlığı gücləndirəcək. Buşun sözlərinə görə, “Əl-Qaidə” lideri Üsamə bin Laden və digər terrorçular çox güman ki, Pakistanın qanunların işləmədiyi Əfqanıstanla sərhəd bölgələrində gizlənirlər. ABŞ prezidenti bu bölgələrin terrorçulardan azad edilməsi üçün Pakistanla Əfqanıstan arasında əməkdaşlığın gücləndirilməli olduğunu da deyib.Xarici KİV-in dünən gecə yaydıqları məlumata görə, Buşa ayaqqabı atan jurnalistin saxlanılması İraqı əməlli-başlı qarışdırıb. Ölkə əhalisi, xüsusən də süni cəmeəsinin üzvləri kütləvi şəkildə küçələrə çıxaraq onun həbsdən buraxılmasını tələb ediblər. İraqlılar Müntədər əz-Zeydini milli qəhrəman səviyyəsinə qaldırıblar.
44,451
16.12.2008 01:06
Media
MÜSAVAT DİVANI AKİF NAĞININ HƏRƏKƏTİNİ PİSLƏDİ
Eyni zamanda Divan Akif Nağı ilə bağlı ictimai qınaq kampaniyasına qiymət verərkən, qeyd edib ki, jurnalistlərlə münasibətlərin zorakılıq yolu ilə aydınlaşdırılması fikrində olan insanlara məhz bu ictimai qınaq kampaniyası dərs olmalıdır.
44,452
16.12.2008 02:10
Yazarlar
AYAQQABI ÖPƏN NASİR
Söhbət ondan gedir ki, 1981-ci ildə Şüvəlanda Yazıçıların Yaradacılıq Evinin açılışı olur və orada Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev və büro üzvləri iştirak edirmiş. Həm açılış mərasimindən əvvəl, həm də açılış mərasimindəki çıxışlar zamanı Yazıçılar İttifaqının iki il sonra keçiriləcək qurultayı ilə bağlı müzakirələr aparılıb, kimin sədr postuna seçilməsi ilə bağlı fikirlər öyrənilib.Yazıdakı məqamlardan açıq-aşkar görünür ki, yaradıcı sahədə, xüsusən də yazıçılar, şairlər arasında nəsillərin davası həmişə olub və proses əvvəllər daha amansız gedirmiş. Elə yazıçıların yaradıcılıq evinin açılışı mərasimi də nəsillərin davası, atmacası ilə keçib və çıxış edənlər bir-birilərini sərt şəkildə ittiham ediblər. Bir tərəf digər tərəfi Heydər Əliyevin gözündən salmağa, bununla da Əkrəm Əylislinin elə həmin mərasimdəki çıxışında dediyi kimi, kitabını bağlamağa çalışırmış. O, vaxtkı gənclərdən isə Əkrəm Əylisli çıxış edib və xeyli sərt fikirlər səsləndirib. Heydər Əliyev isə, sözünü kəsərək ona təpinib. Məncə, burdan sonrasını elə Anarın yazdıqlarından oxusanız yaxşı olar: “İclas qurtardı. Hamını açıq meydanda respublika rəhbərləriylə bir yerdə şəkil çəkdirməyə çağırdılar. Foto çəkdirəndən sonra Heydər Əliyev yazıçılarla vidalaşmağa başladı. Bu zaman iki hadisə baş verdi. Onlardan birincisi bugünkü görüşün ən iyrənc səhnələrindən idi. Orta yaşlı nasirlərdən biri Heydər Əliyevin yanına gəlib: - İcazə verin, mən sizin ayaqqabılarınızdan öpüm - dedi. Əkrəm Əylislini yaxşı oturtdunuz yerində. Ən dəhşətlisi o idi ki, adam doğrudan da Əliyevin çəkmələrinə tərəf əyilmək istəyirdi. Əliyev iyrənə-iyrənə kənara çəkildi: - Bu nədir belə? - dedi - Özünüzü belə aparsanız, mən bir daha heç vaxt sizinlə görüşmərəm. Sonra ikinci hadisə baş verdi. Heydər Əliyev kənarda dayanmış Əkrəmi gördü, onu yanına çağırdı. Mən aralı dayanmışdım, nə danışdıqlarını eşitmirdim, amma gördüm ki, Əkrəmə gülə-gülə əl uzatdı, sonra qucaqlaşıb öpüşdülər”.Bunları yazmaqda məqsədim heç də Anarın yazısını təbliğ etmək, tərifləmək deyil. Sadəcə, fakt olaraq baş verən hadisə o qədər heyrətamiz, o qədər iyrənc, o qədər dəhşətlidir ki, bunun üstündən sükutla keçmək olmur. Həm də bu yazını yazmaqda məqsədim elə Anarın da daxil olduğu yaşlıların əksər vaxtlarda gənclərlə bağlı söylədiklərini və onların dövründə nələrin baş verdiyini elə onların öz qələmindən çıxan yazılardan oxumaqla yada salmaqdı. Bəzi hallarda mən də nəsillərin davasında hansısa gənclərin o qədər də haqlı olmadığını demişəm və qarşıdakı dövrlərdə belə hallarla rastlaşacağamsa, yenə də sözümü deyəcəyəm. Amma hörmətli yaşlı yazarlara deyirəm ki, bu gün gənc yazarlar onlar haqqında sərt yazılar yazdığına, bəzən ortaya yaxşı məhsul qoya bilmədiklərinə görə heç də narahat olmasınlar. Bugünkü gənclər nə qədər amansız görünsələr də, özlərindən əvvəlkiləri nə qədər sərt tənqid etsələr də, köhnələrin bir çoxu kimi üzəduranlıq, donosbazlıq, evyıxanlıq eləmirlər; ayaqqabı öpmək yarışına girmirlər. Doğrudan da Azərbaycanın ədəbi mühitində çox dəhşətli hadisələr baş verib və zaman keçdikcə onların üstü bir-bir açılacaq. Amma həmin o dəhşətli hadisələrdən, amansız savaşlardan sonra ortada Anar, Ramiz Rövşən, Məmməd İsmayıl, Əkrəm Əylisli, Sabir Rüstəmxanlı, Vaqif Bayatlı, Rüstəm Behrudi kimi imza sahibləri varsa, indiki söz davasından sonra da kimlərsə ortada olacaq, yeni-yeni əsərlər də yaranacaq, maraqlı ədəbi məhsul da ortaya qoyulacaq. Ədəbiyyatdakı dava isə həmişə olacaq. Sadəcə, bu davanı kimlərsə rəhbər çəkmələrini öpməklə, kimlərsə də zay yaradıcılığı tənqid etməklə, daha sanballı nələrsə yazmaqla aparacaq. Hamıya öz işində uğurlar... Zabil MÜQABİLOĞLU
44,453
16.12.2008 02:10
Gündəm
“ERMƏNİ VƏHŞİLİYİ ILƏ BAĞLI FAKTLAR ULUSLARARASI BEYNƏLXALQ MƏHKƏMƏYƏ VERİLMƏLİDİR”
Nəşri düşmənlə informasiya mübarizəsinin bir hissəsi adlandıran E.Behbudov hesab edir ki, 300-dək azərbaycanlının erməni əsirliyindəki taleyindən bəhs edən kitab Azərbaycanın bu savaşda pozulmuş hüquqlarının beynəlxalq aləmdə tanınmasında cüzi də olsa rol oynayacaq. Kitabın müəllifi Aygün Həsənoğlu isə dedi ki, azərbaycanlıların erməni əsirliyində qarşılaşdığı işgəncə faktları Əsir və Girovlara İş üzrə Dövlət Komissiyasından əldə edib. A.Həsənoğlu ermənilərin azərbaycanlılara qarşı törətdiyi faktların dünya ictimaiyyətinə çatdırılmasında problemlərin olduğunu da vurğuladı: “Azərbaycanlıların faciəsini dünyaya çatdırmaq üçün mərkəzləşdirilmiş quruma ehtiyac var. 20 ildir ki, müharibə davam edir, amma çox təəssüf ki, indiyədək Azərbaycanda erməni terroru barəsində beynəlxalq konfrans keçirilməyib. Bu faktlar sənəd şəklində xarici ölkə parlamentlərinə təqdim olunmalıdır”. Tədbirdə iştirak edən Hollandiya vətəndaşı, Türk Soyqırımı Araşdırma Vəqfinin rəhbəri Səfa bəy isə maraqlı bir təkliflə çıxış etdi. O, bildirdi ki, erməni vəhşiliyi ilə bağlı faktları toplayıb Uluslararası Cəza Məhəkəməsinə təqdim etmək lazımdır: “Uluslararası Cəza Məhkəməsi Hollandiyada yerləşir. Erməni vəhşiliyi ilə bağlı faktlar ingiliscəyə çevrilib həmin məhkəməyə təqdim olunmalıdır”.
44,454
16.12.2008 01:12
Mədəniyyət
ERMƏNİSTANIN “EUROVİSİON” SÜRPRİZLƏRİ
Qondarma erməni soyqırımını dünya ictimaiyyətinə sırımaq fürsətini qaçırmaq istəməyən qrupun solisti Tankyan deyib ki, “Holy Mountains” mahnısı bu soyqırımdan danışır: “”Holy Mountains" mahnısını eşidəndə türklər bizə qəzəblənib, “Namussuz ermeniler” dedilər. Bu mahnının bir bölümündə deyilir: “Onların ağıldan çıxmayan soyuqqanlılıqlarını hiss ede biliyormusun? Yalançı, qatil, şeytan Aras Nehrine geri dön...” Bu mahnı ermeni soyqırımında ölən qurbanların xatirəsinə sayğı amacıyla yapılıb", - deyib.Qeyd edək ki, Tankyanın bu bəyanatı türkiyə ictimaiyyəti tərəfindən qəzəblə qarşılanıb. Dünən Azərbaycanın “Eurovision-2009" yarışmasında təşkilində rolu olan İctimai TV-nin mətbuat katibi Tahir Məmmədovla əlaqə saxlamaq cəhdimiz baş tutmadı. Mövzuya qayıdacağıq.
44,455
16.12.2008 01:11
Mədəniyyət
“YENİ İL GECƏSİ DÜNYA ESTRADASININ ULDUZLARI ”LİDER"ə TOPLAŞACAQ"
BİLAL ƏLİYEV BİR TOYDAN 80 MİN DOLLAR ALIBMüğənni Bilal Əliyev bir müddət öncə toylara 100-120 min dollara getdiyini bəyan etmişdi. Müğənni bunun zarafat olmadığını bir daha day.az-a açıqlayaraq bildirib ki, bu fikri çox səsləndirməsinin səbəbləri var: “Mən əvvəllər toylara çox ucuz qiymətə gedirdim. İndi qəsdən belə deyirəm ki, məni narahat etməsinlər. Düzdü, indiyədək toylardan 100-120 min aldığım vaxt olmayıb, amma 80 min dollar almışam”.Amma B.Əliyev “Bəs bu qazancdan dövlətə vergi ödəmisinizmi” sualına çaşqın cavab verib. Əvvəlcə bu qazancı Azərbaycan toyundan götürdüyünü deyən müğənni sonradan Rusiyada toydan 80 min dollar aldığını bildirməklə özünü çətinlikdən qurtara bilib. Hazırladı: NİGAR ELZA SEYİDCAHAN PARTLAYIŞDA ANASINI İTİRƏN UŞAĞI ÖVLADLIĞA GÖTÜRMƏK İSTƏYİBMüğənni Elza Seyidcahan şənbə günü Bakının Nizami rayonundakı binada baş verən partlayış nəticəsində anasını itirən üç yaşlı Aylin Əlirzayevanı övladlığa götürmək istəyib. Müğənninin bilodirdiyinə görə, televiziyadan hadisə barədə eşidən kimi xəstəxanaya yollanıb. Qız uşaqlarını xüsusən çox sevdiyini deyən müğənni əvvəlcə Aylinin kimsəsiz olduğunu bilib və onu övladlığa götürmək məqsədilə xəstəxanaya getdiyini bildirdi: “Düzdür, mənim iki uşağım var, amma icazə versəydilər, Aylini də himayə götürəcəkdim. Qızcığaza çox tez öyrəşdim, dedi ki, pəncərədən baxın görün, anam gəlmir, o, əlimin yarasını öpəndə tez sağalır, mən də onun yaralarını öpdüm, oxşadım. Sonradan bildim ki, onun yaxın qohumları, atası, baba, nənəsi var. Buna görə çox sevindim, Allah heç kimi valideynsiz etməsin. Hər halda, nə qədər nəvaziş göstərsəm də, mən valideyni əvəz edə bilmərəm”, - deyən müğənni Aylinlə bundan sonra da maraqlanacağını bildirdi.Müğənni gələn ilin fevral ayının ortalarında Heydər Əliyev Sarayında solo-konsert verəcəyini də dedi.
44,456
16.12.2008 06:13
Yazarlar
40 “RAZMER” AYAQQABI
Amma bircə onu deyə bilərəm ki, srağagün İraq jurnalistinin mətbuat konfransında Amerika prezidenti Corc Buşa ayaqqabı atması söhbəti bu məsələnin üstünə lap qaynar su tökdü. İnanın, həmin kadrı ləzzətlə, təkrar-təkrar izlədim, ürəyim soyumadı. Jurnalistin daxili azadlığını əlim üzümdə, təəccüblə seyr etdim. Adam öz vətəndaş mövqeyini (jurnalist yox ha) necə də sərbəst, cəsarətlə ifadə edirdi. Bilənlər bilir, bilməyənlərə də mən deyim ki, ayaqqabı atmaq qarşı tərəf üçün təhqirin ən son həddi sayılır. Çar Rusiyası dövründə kişilərin bir-birinə əlcək atıb, duelə çağırması kimi. Doğrudur, burada duel söhbəti olmayıb, sadəcə, jurnalist vətəndaş mövqeyindən çıxış edərək, Amerika prezidentinə nifrətini bildirib. Qarşı tərəf də heç bir komplekssiz, utanıb-qızarmadan olayı zarafata salıb, “bircə onu deyə bilərəm ki, ayaqqabının ölçüsü 40 idi”. Bax belə. Bizdə belə bir olay baş verə və buna zarafatla yanaşıla... Ölmüşdü jurnalistin nənəsi. Ayaqqabı atmaq nədir ey, ictimai çəkisi heç o jurnalistin ayaqqabısı qədər olmayanlar bir sözün üstündə onları ayaqlarının altına almağa necə cəhd göstərirlər, yəqin xəbəriniz var. Bütün variantlarda yanan da, yaman da biz oluruq. İş yerlərimizin qabağında pusqu qururlar, ssenari cızırlar. Ya ortaya hansısa qadın salıb, olayı iyrəncləşdirir, həmkarlarımızı xuliqana çevirir, ya da özləri xuliqan kimi davranıb, bizi hədəfə çevirirlər. Cibinə narkotik atılan da, terrorçu elan edilən də, cəmiyyətə xuliqan, rüşvətxor, “mavi” kimi təqdim edilən də jurnalistlərdir. Sanki bu hökumətdəkilər mələkdilər, hər səhər şkafdan paltarları ilə yanaşı, qanadlarını da çıxarır, tozunu alır və uça-uça işə gəlirlər. Sadəcə, biz o qanadları görmürük, çünki eşitdiyimə görə, qanadlar gözəgörünməz olurmuş... İndi o qədər pessimist ovqatda köklənmişəm ki, hərdən mənə elə gəlir, bu cəmiyyətdəki ən qaragün insanlar biz jurnalistlərik. Elementar hüquqları olmayan, başına qapazı vurub, çörəyi əlindən alınacaq, hüquqsuz tayfa. Siz təsəvvür edirsiniz ki, jurnalistlərə hətta texniki əşyalar satılan mağazalarda belə kreditlə əşya satmırlar. Banklar bizə kredit vermir, bir çox hallarda dost-tanışımıza hansısa alqı-satqı prosesində zamin dayana bilmirik. Jurnalistə güvən olmadığı, iş yerimiz iş yeri sayılmadığı üçün... Sanki insanların paçka-paçka pullarını alıb, sonra it-bata düşən həmin o banklar, orada çalışanlar bizdən daha etibarlıdır. Həmkarlarıma təsəlli üçün deyim ki, həmin o mağazalarda kredit verilməyən digər məslək sahibi polislərdir. İronik təsadüf olsa da, azacıq toxtaqlıqdır. Bir dəfə yazmışam, amma bu gedişlə bir azdan bizi marşrut sürücüsü gedişhaqqını bir az gec verdiyimizçün, yol polisi yolu nəsə “birtəhər” keçdiyimizçün basıb döyəcək. Çünki bu hökumətin sayəsində jurnalistin ürəyi istədikləri obrazını yaradıblar. Ancaq gündəlik qəzet oxucuları, hələ vicdanını maaşına satmayan dövlət qulluqçuları tapılar ki, jurnalistlərin cəmiyyətdə daşıdığı missiyanın gerçək dəyərini anlaya bilsin. Onların bəzilərinin də hərdənbir “yazılarınızı yaman yumşaltmısınız”, “bu nədi, yoxsa hökumətdən qorxursunuz?” deyə, adamı qınamaqları olmaya da. Axı bu sözləri deyəndən sonra “Yeni Müsavat”ı “Azərbaycan” qəzetinin arasına büküb, qorxa-qorxa iş yerlərinə girənlər də onlardır. Yəni bəzən bir tikə çörəyini itirməyə qorxanların həyatını təhlükəyə qoyan adamlardan daha artıq fədakarlıq tələb etməsi insanı, yumşaq desək, qıcıqlandırır. İraqlı jurnalistin ayaqqabısından başladıq, öz başımızın dərdində qurtardıq. Öz aramızdı, cəsarət tələb edən hərəkətdi, hə? Aranızda ölçüsü 40 olan ayaq sahibi varmı? P.S. Sinoptiklər xəbər verir: sabahdan yollar buz bağlayacaq. Bəzi sürüşkən mövqeli insanların nəzərinə... Sevinc TELMANQIZI
44,457
16.12.2008 01:14
Ölkə
YENİ İLDƏ AZƏRBAYCANDA 5 GÜN İŞ OLMAYACAQ
Nazirlər Kabinetinin qərarı ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 1 və 2 yanvar 2009-cu il isə Yeni il bayramıdır. Yanvarın 3-ü və 4-ü şənbə və bazar günlərinə düşdüyündən həmin günlər də qeyri-iş günləri sayılır.
44,458
16.12.2008 02:14
Kriminal
MİR MÖVSÜM AĞA ZİYARƏTGAHINDA OĞURLUQ EDƏN QADIN YAXALANDI
Əzizbəyov rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1977-ci il təvəllüdlü Lətifə Tacəddin qızı Əmirovanı yaxalayıblar. Bakının Nərimanov rayonunda isə soyğunçuluq maddəsi ilə axtarışda olan yeniyetmə qız yaxalanıb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan 1992-ci il təvəllüdlü Ellada Şahkərəm qızı Əsgərovanı tutublar. MOSKVADA 20 YAŞLI AZƏRBAYCANLI QƏTLƏ YETİRİLDİMoskvada 20 yaşlı azərbaycanlı qətlə yetirilib. APA-nın məlumatına görə, soydaşımızın meyiti srağagün səhər Qovorov küçəsində yerləşən binanın yanında tapılıb. Həmyerlimizin kəsici alətlə ürək nahiyəsinə vurulan zərbələrdə keçindiyi müəyyənləşib. Bu, həftəsonu Moskvada xarici vətəndaşlara qarşı törədilmiş yeganə hadisə deyil. Paytaxtın qərbində Proizvodstvennaya küçəsində yerləşən meyvə-tərəvəz bazasının ərazisində Tacikistan vətəndaşının meyiti tapılıb. Moskvanın həmin hissəsində Starovolınski küçəsində yerləşən yaşayış evində isə Ukrayna vətəndaşının meyiti aşkarlanıb. Qazaxıstandan olan 18 yaşlı ali məktəb tələbəsinin meyiti isə Moskvanın Cənub-Qərb dairəsində, Butlerov küçəsi, 2 saylı evin yanında tapılıb. HƏRBİ HİSSƏNİ ÖZBAŞINA TƏRK EDƏN ƏSGƏR TUTULDUAzərbaycan ordusunun əsgəri həbs edilib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1986-cı iul təvəllüdlü Elnur Nurbala oğlu Həmzətov xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməkdə təqsirli bilinir. Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə daxil olan məlumat əsasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində E. Həmzətov yaxalanaraq məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 333-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. GÜRCÜSTAN VƏTƏNDAŞI BAKIDA BİR QADINI DÖYÜB ÖLDÜRDÜ Dekabrın 14-də Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. Suraxanı rayon Prokurorluğunun müstəntiqi Rövşən Allahverdiyevin lent.az-a verdiyi məlumata görə, Qum adasında Gürcüstan vətəndaşı, 1962-ci il təvəllüdlü Kərəm İlyas oğlu Mirzəyev münaqişə zəminində qonşusu, 1968-ci il təvəllüdlü Nailə Əlyar qızı Babayevanı döyərək qətlə yetirib. Münaqişənin baş verməsinə səbəb K. Mirzəyevin N. Babayevanın həyətindəki tualetdən istifadə etməsi olub. Hadisə zamanı K. Mirzəyev sərxoş olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb. 24 YAŞLI OĞLANI QATAR VURDUDekabrın 14-də Bakının Suraxanı rayonunda bədbəxt hadisə baş verib. Suraxanı rayon Prokurorluğundan lent.az-a verilən məlumata görə, aeroport yarmarkasında arabaçı işləyən 1984-cü il təvəllüdlü Zahir Tahir oğlu Tehmurovu qatar vurub. Hadisə nəticəsində Z. Tehmurov ölüb. Hadisənin şahidi olan şəxslərin verdiyi məlumata görə, yağış yağdığından insanlar islanmamaq üçün körpünün altından keçən dəmir yolunda durublar. Qatar gəldikdə isə onun səsini eşitməyiblər. Prokurorluqdan bildiriblər ki, hadisə qəsdən baş vermədiyinə görə faktla bağlı cinayət işi başlanılmayıb. QAYINANASI İLƏ MÜBAHİSƏ EDƏN QADIN ÖZÜNÜ ZƏHƏRLƏDİDekabrın 14-də 1989-cu il təvəllüdlü, Gəncə sakini Abdullayeva Firəngiz Tohid qızı qayınanası ilə mübahisə etdikdən sonra özünü zəhərləyib. 8 ədəd dərman qəbul edən qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra F.Abdullayevanın vəziyyəti normallaşıb. GƏNCƏDƏ BİR GÜNDƏ İKİ YANĞIN OLUBGəncədə Şah İsmayıl Xətai prospektindəki ayaqqabı mağazasının tavanı və içərisindəki əşyalar yanıb. Gəncə Dövlət Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, hadisə dekabrın 14-də, saat 16 radələrində baş verib. Xəsarət alan yoxdur.Həmin gün saat 11:20-də isə Gəncədə ümumi sahəsi 100 kvadrat metr olan 3 otaqlı mənzildə də yanğın olub. Hadisə zamanı 15 kvadrat metrlik otağın tavanı və çardağı alışıb. Yanğın saat 11:45-də tamamilə söndürülüb.
44,459
16.12.2008 01:19
Astrologiya
ULDUZ FALI
QOÇ - Adətən bu ərəfə həmişə sizin üçün xüsusi əhəmiyyət kəsb edir. Ulduzların düzümü uzaq səfərə çıxmaq planlarınızı reallaşdırmağı tövsiyə edir. Qərarlarınızda məsuliyyətli olun. BUĞA - Kifayət qədər düşərli ərəfədir. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Amma kiməsə yalan vəd verməyə çalışmayın. Qonaq getmək sizə rahatlıq gətirə bilər. ƏKİZLƏR - Evdə tək-tənha oturmaqdansa ürəyinizə yaxın insanların arasında olun. Bu gün sizə çoxsaylı fikir mübadiləsi aparmaq səmərə verəcək. Riskli işlərdən uzaq olun. XƏRÇƏNG - İxtiyarınızda olan bu təqvimdə aktiv məqamlar yaşayacaqsınız. Hətta şəxsi büdcənizdə müəyyən irəliləyişlər də mümkündür. Axşama yaxınsa sevindirici hadisələrin şahidi olacaqsınız. ŞİR - Maraqlı hadisələr yolunuzu gözləyir. Ola bilsin ki, çoxdan bəri əlaqə saxlaya bilmədiyiniz adamlarla rastlaşasınız. Günün ikinci yarısında ziyarətgahlara getmək sizi yüngülləşdirəcək. QIZ - Sevgi münasibətlərində mövcud olan soyuqluğu aradan qaldırın. İmkan verməyin ki, davranışlarınız dedi-qodu səviyyəsində formalaşsın. Təcrübəli adamlarla məsləhətləşməyə çalışın. TƏRƏZİ - Nahara qədər ailə üzvlərinizlə, eləcə də qonum-qonşularla mübahisə etməkdən çəkinin. Hər sözə əhəmiyyət verməyin. Daha çox ürəyinizə qulaq asın. Sonrakı saatlarda sevinəcəksiniz. ƏQRƏB - Ulduzlar əsəblərinizin sakitləşməsindən fərəh duyur. Əgər təmkininizi beləcə tənzimləsəniz, heç bir qanqaraçılıq olmayacaq. Gün ərzində maraqlı adamlarla görüşləriniz də gözlənilir. OXATAN - Həddindən ziyadə düşərli təqvimdir. Təxminən saat 12-dən 17-yə qədər rastlaşdığınız hər bir hadisə ürəyinizcə olacaq. Təzə xəbər və ya təkliflər də ala bilərsiniz. Qətiyyətli olun. OĞLAQ - Daimi ünsiyyətdə olduğunuz şəxslərlə mülayim davranın. Əgər saat 14-ə qədər təmkin göstərsəniz, narahatçılıq olmayacaq. Axşama doğru ürəkaçan hadisələrin iştirakçısına çevriləcəksiniz. SUTÖKƏN - Özünüzü gərginliyə atmayın. Səmərəsiz danışıqlarda, sıxıntılı görüşlərdə iştirak etməkdən çəkinin. Əgər maraqlı heç nə olmasa, yaxın adamlarınıza baş çəkib süfrə başında “dərdləşin”. BALIQLAR - Nəzərdə tutduğunuz işləri icra etməkdən çəkinməyin. Çalışın ki, təşəbbüskarlığı əldən verməyəsiniz. Növbəti həftədə görəcəyiniz işləri indidən götür-qoy etsəniz, sizin üçün daha əlverişli olar.
44,460
16.12.2008 02:15
Kriminal
“ELÇİN ƏMİRASLANOVU ÖLDÜRMƏK SİFARİŞİ EDİLİB”
Onun sözlərinə görə, Qobustan həbsxanasının rəisi Kazım Abdullayev həm qardaşı, həm də digər məhbuslarla qeyri-insani rəftar edir: “Qardaşımı 1 həftə əvvəl Böyük Şordakı müalicə müəssisəsinə göndəriblər. Elçinin səhhətində ciddi problemlər var. Mədəsində cərrahiyyə əməliyyatı aparılmalıdır. Onu yüksək çinli məmurlardan birinin sifarişi ilə öldürmək istəyirlər”.
44,461
16.12.2008 01:25
İdman
HONDURAS YIĞMASI AZƏRBAYCANLA QARŞILAŞMAQ İSTƏYİR
Hazırda FİFA-nın reytinq siyahısında 46-cı pillədə qərarlaşan Honduras gələn il fevralın 11-də Kosta-Rika milli komandası ilə qarşılaşacaq. KONKAKAF zonası üzrə dördüncü, sonuncu mərhələnin start oyununa böyük önəm verən Rueda öz yetirmələrini 18 günlük toplanışa yığacaq. Kolumbiyalı məşqçinin sözlərinə görə, Kosta-Rika ilə matçın hazırlıqları ABŞ-ın Mayami şəhərində keçiriləcək. O, Azərbaycan və Boliviya yığmaları, həmçinin bəzi alman klubları ilə sınaq matçlarının nəzərdə tutulduğunu bildirib.AFFA-nın baş katibi Elxan Məmmədov isə deyib ki, yoldaşlıq görüşü ilə bağlı honduraslılarla danışıq aparmayıblar: “Bu xəbərin haradan qaynaqlandığı mənə də çox maraqlıdır. Çünki indiyədək Honduras tərəfinə nə yazılı, nə də şifahi müraciət etməmişik”.
44,462
16.12.2008 02:25
İdman
RAMİN MUSAYEV “TURAN”a SPONSOR AXTARIR
“Belə qənaətə gəldik ki, komandada vəziyyət çətindir. Onlar məndən kömək istədilər. Mən özümə yaxın olan iş adamları ilə əlaqə saxlamağa çalışıram ki, ”Turan"a kömək etsinlər".
44,463
16.12.2008 02:26
İdman
HƏŞİMOV QƏLƏBƏ İLƏ BAŞLADI
Teymur İvan Çeparinovla (Bolqarıstan), Şəhriyar isə Aleksandr Qrişukla (Rusiya) “sülh” bağlayıb.Rəcəbov ikinci turda fransalı Etyen Bakronu, Məmmədyarov Çeparinovu, Həşimov isə rusiyalı Yevgeni Alekseyevi sınağa çəkəcək. 14 şahmatçının mübarizə apardığı turnir dekabrın 28-də yekunlaşacaq.Azərbaycanlı voleybolçular Oksana Parxomenko və Valeriya Korotenkonun çıxış etdikləri “Fənərbaxça” klubu Türkiyə çempionatında növbəti qələbəsini qazanıb. “Sarı-lacivərdlilər” əzəli rəqibləri “Qalatasaray”a qalib gəlib - 3:1 (25:23, 25:17, 18:25, 25:21). Derbi gərgin keçib. Üçüncü setdə “Fənərbaxça” və “Qalatasaray” azarkeşləri bir-birinin ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün hakim Kadir İlbeyli oyunu dayandırıb. Analoji hal dördüncü setdə də təkrarlanıb. Bu dəfə hakim qalmaqal salan fanatların zaldan çıxarılmasını tələb edib.Nəticədə 10 azarkeş zaldan çıxarılıb və qarşılaşma 8 dəqiqəlik fasilədən sonra davam etdirilib. Voleybolçularımızın oyununa gəlincə isə həm Oksana, həm də Valeriya əla çıxış edib. Təsadüfi deyil ki, Türkiyə mətbuatı “Fənər”in heyətində ikisi həmvətənlərimiz olmaqla, cəmi 3 voleybolçunun oyununu 3 ulduzla qiymətlənidirib. “Fənər” bu qələbə sayəsində 5-ci pilləyə yüksəlib.
44,464
17.12.2008 01:56
Gündəm
ÖMÜRLÜK PREZİDENT TƏKLİFİ PARLAMENTİN GÜNDƏMİNƏ GƏLDİ
“Əslində bir şəxsin iki müddətdən artıq prezident seçilməsinə məhdudiyyətin qoyulması bir yandan vətəndaşın seçilmək hüququna, digər yandan da xalqın seçmək hüququna məhdudiyyətin qoyulması anlamına gətirib çıxarır. İkinci bir tərəfdən, belə bir məhdudiyyətin tətbiq edilməsi xalqın öz iradəsini tam şəkildə ifadə etməsinə imkan vermir. Üçüncüsü, bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyətin olduğu şəraitdə xalq həqiqi mənada prezident görmək istədiyi şəxsə səs vermək imkanı olmadığından başqa bir şəxsin, bəlkə də xalqın o qədər də prezident qiyafəsində görmək istəmədiyi bir şəxsin prezident seçilmək şansı yaranır ki, bu da xalqın və ölkənin gələcəyinin taleyin hökmünə buraxılması demək olardı. Təbii ki, buna qətiyyən yol verilə bilməz. Ona görə də bir yandan ictimai müzakirələrin nəticəsinə istinad edərək, digər tərəfdən, Milli Məclisdə YAP-a mənsub olan çoxluğun mövqeyini ifadə edərək, bir şəxsin iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması üçün referendum keçirilməsi ilə əlaqədar məsələnin Milli Məclisin növbəti iclaslarından birinin gündəliyinə salınmasını və müzakirələrdən sonra referendum keçirilməsinə dair Milli Məclisin qərar qəbul etməsini təklif edirəm”. YAP çoxluğu Ə.Əhmədovun çıxışını alqışla qarşıladı. Zahid Oruc da konstitusiyaya dəyişikliklər edilməsi təklifini dəstəklədi: “Bu müddətin aradan götürülməsi demokratiyaya tamamilə uyğundur”. Sabir Hacıyev də Ə.Əhmədovun səsinə səs verdi: “Azərbaycan xalqı Fransa xalqından əskik deyil ki. Nəyə görə başqa xalqlar istədiyi prezidenti seçə bilir, amma bizim xalq yox?” Həvva Məmmədova, Hüseynbala Mirələmov Ə.Əhmədovun təklifini müdafiə etdi. F.Qəzənfəroğlu konstitusiya dəyişiklikləri müzakirəyə çıxarılanda mövqeyini bildirəcəyini söylədi: “Biz burda bir çox məsələlərin əhatə olunmasını vacib sayırıq. Amma mənim daha vacib saydığım eks-prezidentlərin statusu ilə bağlı məsələ var. Mən burda oturan YAP üzvlərindən, Məclis rəhbərliyindən də xahiş edirəm ki, bu məsələyə ciddi yanaşılsın. Xatırlayırsınızsa, Murtuz müəllim Məclisin spikeri idi. Məclis rəhbərliyindən gedəndən sonra ona hansı hörmətlə yanaşıldı, imtiyazları saxlanıldı. Bunun nəyi pisdir? Niyə biz öz keçmişimizdə, dövlətdə müxtəlif vəzifə tutmuş, müxtəlif postlarda dövlətə xidmət eləmiş insanlara gedəndən sonra çox laqeyd münasibət bəsləyirik? İdeologiyalar, baxışlar, münasibətlər fərqli ola bilər. Amma insanlara göstərilən münasibət dövlətin özünün ləyaqətinin nümunəsidir. O baxımdan da eks-prezidentlərin statusu haqqında konstitusiya səviyyəsində qanun qəbul etmək lazımdır. Əgər konstitusiya islahatı aparılırsa, mütləq bu məsələ öz həllini tapmalıdır. Bu, həm də dövlətin xaricdə nüfuzunun artmasına gətirib çıxara biləcək çox vacib məsələlərdən biridir. Həm də bu, cəmiyyətdə gərgin münasibətlər sayıla biləcək, ideoloji qütblərdə bir-birini qəbul eləməyən insanların bir-birinə doğru addım atması üün vacib addım olacaq. Biri bir il hakimiyyətdə olub, biri 15 il, bunun nə fərqi var?” “Hakimiyyət gələcəyindən narahatdır” Arzu Səmədbəyli öncə F.Qəzənfəroğlunun təkliflərini tamamilə dəstəklədiyini bildirdi: “Xatırlatmaq istəyirəm ki, Müsavat deputat qrupu eks-prezidentlərin statusu haqqında qanun layihəsini iki ildir parlamentə təqdim edib. Çox yaxşı olardı ki, o layihə müzakirəyə çıxarılıb qəbul olunsun. O fikirlərə də qatılıram ki, bu, ölkədəki ab-havanın yumşalmasına xidmət edərdi və Milli Məclis də öz borcundan çıxmış olardı”. Amma müsavatçı deputat Ə.Əhmədovun qaldırdığı məsələni tənqid etdi: “Əli Əhmədovun qaldırdığı məsələ bu gün aktual deyil. Bu, daha çox ölkədəki problemlərdən diqqəti yayındırmaq üçün gündəliyə təklif olunan bir məsələdir. Başqa cür də ola bilər. Ola bilsin ki, hakimiyyət daxilindəki qruplaşmaların öz gələcək talelərindən narahatçılıq hissindən doğan bir təklifdir. Bu təklif heç də demokratik bir təklif deyil. Burdakı çıxışlara qulaq asanda məndə belə fikir yarandı ki, bəlkə parlamentdən bir nümayəndə heyətini Amerikaya göndərək, ordakı parlamentarları da başa salaq ki, siz demokratik qanunlar qəbul eləyin, referendum keçirin. Bu referendumun orda və burda eyni vaxtda keçirilməsi çox yaxşı olardı. Çünki Azərbaycanın demokratik imicinə çox yaxşı təsir eləyərdi”. Deputat çıxışını Ə.Əhmədovun təşəbbüsünü müdafiə etməklə bitirdi. Siyavuş Novruzov isə konstitusiyadakı “hakimiyyətin mənbəyi xalqdır” ifadəsini xatırlatdı: “Əgər hakmiyyətin mənbəyi xalqdırsa, xalqın seçiminə hansı baryer ola bilər? Konstitusiyadakı həmin o maddə xalqın seçiminin qarşısının almaq üçün qoyulan bir müddəadır, o götürülməlidir”. S.Novruzov dedi ki, elə bu ilin sonunadək konstitusiyaya düzəlişlər məsələsini müzakirə edib qərar vermək lazımdır. YAP-çı deputat müxalifətçilərin çıxışlarına reaksiya verdi. S.Novruzov isə bildirdi ki, eks-prezidentlər haqqında qanun o prezidentə tətbiq olunacaq ki, Azərbaycan xalqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmiş olsun: “Ölkəni ağır vəziyyətdə qoyub qaçan, yaxud cinayət törədib başqa-başqa ölkələrdə gizlənən, qanunu pozan insanları lap Roma papası istəsin, ona hər hansı status verilməyəcək”. S.Novruzovun bu sözləri Pənah Hüseyn tərəfindən etirazla qarşılandı. O və A.Səmədbəyli YAP-çı deputatın təhqiramiz çıxışına reaksiya verdilər və bir müddət mübahisə getdi. Prezidentin xoşuna gəlmək yarışı Sabir Rüstəmxanlı Ə.Əhmədovun təklifinə reaksiya verdi: “Prezident seçkisi bu il olub. Allah İlham Əliyevə cansağlığı versin, növbəti 5 ildə hələ o, prezident olacaq və işini görəcək yəqin ki. Tələm-tələsik bu məsələnin ortaya atılmasında məqsəd nədir? Referendum da əlavə iş və əlavə xərcdir. 2010-cu ildə parlament seçkiləri olacaq. Əgər lazım olsa, həmin il bu məsələ müzakirə oluna bilər və paralel şəkildə parlament seçkisi ilə yanaşı - referendumu bələdiyyə seçkisi səviyyəsinə endirmək olmaz - həm də referendum məsələsi qoyular. İndi belə yarış keçirtmək, kim bu sözü birinci deyəcək, kim prezidentin xoşuna gələcək...Bu xırda oyunlardan Milli Məclisi xilas etmək lazımdır”. Spiker də “hə” dedi Mübariz Qurbanlı Ə.Əhmədovun təklifini dəstəkləyəndən sonra spiker Oqtay Əsədov çıxışları kəsib YAP-ın təklifinə nisbətən ehtiyatlı şəkildə münasibət bildirdi. O, Qüdrət Həsənquliyev və İlyas İsmayılovun da digər məsələlərlə bağlı təkliflərinin olduğunu vurğuladı. Qeyd etdi ki, konstitusiya düzəlişləri haqqında təklif də İnsan hüquqları və Hüquq siyasəti komissiyalarında baxılmalı, yalnız məruzələr dinlənildikdən sonra Milli Məclisdə müzakirəyə çıxarıla bilər: “Növbəti iclasda komissiyalar rəyini verər, baxarıq”. Daha bir mürtəce dəyişiklik Əli Hüseynov Seçki Məcəlləsinə edilən əlavələr və dəyişikliklər barədə qısa nitq söylədi. Məlum oldu ki, məcəlləyə edilən dəyişikliyə görə, indiyədək hansısa namizədlə bağlı MSK-ya şikayət olunurdusa, bundan sonra seçki komissiyası qanunu pozan namizəddən hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edəcək. Pənah Hüseyn Ə.Hüseynovun bunu “texniki dəyişiklik” adlandırmasına qarşı çıxdı: “Bu dəyişikliklər hakimiyyətin opponentlərinin seçkidə iştirakını əngəlləməsinə səbəb olacaq. Həmçinin bu, hakimiyyətin seçki və demokratiya ilə bağlı mürtəce siyasətinin tərkib hissəsidir. Bu dəyişikliklər heç də xoş məramdan xəbər vermir”. Prezident 14 yaşda seçilsin! İqbal Ağazadə də Seçki Məcəlləsinə edilən dəyişikliklərə qarşı çıxdı: “Son dövrlər seçki qanunlarına edilən dəyişikliklər bir qayda olaraq xalqın mənafeyinə xidmət etmir”. Deputat referendum keçirilməsi təşəbbüsünə də reaksiya verdi və vətəndaş hüququnun məhdudlaşdırılmasından danışanların fikirlərinə orijinal münasibət bildirdi: “Millət 35 yaşında yox, şah İsmayıl Xətai kimi 14 yaşında prezident seçmək istəyir. Niyə bu, yasaq edilməlidir? Yaxud millət 8 yaşında deputat seçmək istəyir, niyə buna imkan verilmir? Vətəndaş 21 yaşında yox, 18 yaşında bələdiyyə üzvü seçmək istəyir. Niyə hüquqları məhdudlaşdırılır? Yəni demokratik cəmiyyət quruculuğunda məhdudiyyətlər ona görə qoyulur ki, bu məhdudiyyətlər hesabına cəmiyyəti daha artıq demokratikləşdirmək mümkün olsun. Uzun illərin təcrübəsi göstərir ki, demokratik idarəetmənin əsas şərtlərindən biri də məhz cəmiyyətdə müəyyən bir məhdudiyyətlərin qoyulmasıdır ki, o məhdudiyyətlər, rəqabət hesabına cəmiyyət inkişafa gedib çata bilsin. Bəyənmədiyimiz Rusiya belə həmin formanın başqa bir yolunu tapdı. Baxmayaraq ki, mən onun Azərbaycana tətbiq olunmasının tərəfdarı deyiləm”. Spiker postunda gözü olanlar kimdir? A.Səmədbəyli S.Novruzovun parlament rəhbərliyi kimi hamıya cavab vermək vərdişinə sadiq qalmasına qarşı çıxdı. Eyni zamanda onun təhqiramiz fikrinə sərt reaksiya verdi: “Azərbaycanda siz deyən kimi normal seçki olsaydı, milli dəyərlərə qiymət verməyən bir adam heç vaxt gəlib parlamentdə əyləşə bilməzdi”. Müsavatçı deputat son 15 ildə ölkədə bütün seçkilərin qeyri-demokratik, saxta keçirildiyini bəyan etdi: “Azərbaycanda vəziyyətin düzəlməsi, normal, demokratik, hüquqi dövlətin yaradılması üçün münasibət dəyişməlidir, siyasi iradə olmalıdır”. A.Səmədbəyli dəyişikliklərin əleyhinə səs verəcəklərini bildirdi.Bu çıxışdan sonra S.Novruzovla A.Səmədbəyli arasında növbəti mübahisə oldu. YAP-çı deputatın yersiz müdaxiləsindən sonra spiker “Siyavuş” deyə, onu susdurmağa çalışdı. Ardınca spiker A.Səmədbəylinin S.Novruzov haqda dediklərinə maraqlı reaksiya verdi: “Onsuz da Milli Məclis rəhbərliyinə gözü düşənlər çoxdur”. Səsvermə zamanı yalnız 5 nəfər əleyhinə olmaqla, Seçki Məcəlləsinə dəyişikliklər qəbul edildi.
44,465
17.12.2008 01:58
Gündəm
HAKİMİYYƏT DEPUTATLARI DALAŞDI
“Bu, tamamilə mentalitetə zidd məsələdir. Bizdə nəsil artımı problemi yoxdur. Bu, Avropanın problemidir”. Qanunda çoxarvadlılığın olmasına isə spiker Oqtay Əsədov maraqlı reaksiya verdi: “Bir kişi bir arvadın öhdəsindən gələ bilmirsə, çox arvadın öhdəsindən necə gələcək?”F.Ağamalı da qanun layihəsinin əleyhinə çıxış etdi. O, Azərbaycanda belə bir qanunun qəbul olunmasına ehtiyac olmadığını bildirdi və bu qanun layihəsinin mentalitetimizə zidd olduğunu söylədi: “Mənim Məlahət Həsənovaya böyük hörmətim var. Amma bu qanunu niyə hazırlayıb, bilmirəm. Azərbaycan üçün biabırçı bir şeydir. Amma onun bu məsələdə günahı yoxdur. Mən bunun kimdən gəldiyini bilirəm”.Elə bu zaman H.Rəcəbli ayağa qalxaraq, F.Ağamalıya doğru irəlilədi və ucadan onun üstünə qışqırdı: “Sən hardan bilirsən ki, bu qanun məndən gəlib? Tərbiyəsizin biri tərbiyəsiz. Özünü yığışdır!”O.Əsədov “oturun yerinizdə, əsəbiləşməyin, Hadı müəllim” desə də, deputat sakitləşmədi. O, spikerə “siz bilmirsiniz, o, çox belə danışır” deyə bildirdi. F.Ağamalıya doğru irəliləyən H.Rəcəblini son anda Musa Quliyev qucaqlayıb yerinə qaytara bildi. Spikersə F.Ağamalıya təpindi və H.Rəcəbliyə “əsəbiləşməyin” deyib onu sakitləşdirməyə çalışdı. Həmçinin deputatları bir-birinə qarşı dözümlü olmağa çağırdı.Çıxışını davam etdirən F.Ağamalı bunları söylədi: “Mənim oturanların hamısına xüsusi hörmətm var. O cümlədən hörmətli Hadı Rəcəbliyə. Amma kim mənə nə deyirsə, beş qat artıq özüdür. Onu da deyim ki, mən səni nəzərdə tutmurdum”.
44,466
17.12.2008 01:56
Gündəm
KƏMALƏDDİN HEYDƏROV CAHANGİR ƏSGƏROVU ŞƏKİLLƏ “VURUR”
Onların arasında baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun, Azərbaycan Hava Yolları (”AzAL”) Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun, Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadənin və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun adları çəkilir.Məqalə 6 maraqlı foto ilə müşayiət olunur. Həmin fotoların birində T.İsmayılov yaxın dostu A.Abbasovla birgə təsvir olunub. İkinci şəkildən görünən budur ki, C.Əsgərov qonaqları fortepianoda mahnı ifa etməklə əyləndirir. Üçüncü foto çox ilgincdir. Həmin şəkildə “AzAL” prezidentinin brilyant qaşlarla bəzədilmiş tapançanı T.İsmayılova təqdim etməsi anı əbədiləşib. Qəzet bu silahın dəyərinin 500 min dollar olduğunu yazır. Dördüncü fotoda A.Abbasov T.İsmayılov üçün mahnı oxuyarkən obyektivə düşüb. Beşinci fotoşəkildən Moskva meri Yuri Lujkovun azərbaycanlı milyonçu ilə yallı getməsi səhnəsini, altıncı kadrdan isə şeyxin əlində mikrofon yubilyara ürək sözlərini dediyi anları görmək olar. Şeyxin bir tərəfində T.İsmayılov, digər tərəfində isə A.Abbasov dayanıb.Normal halda bunlar o qədər də təəccüblü olmamalı idi. Amma hamıya aydındır ki, T.İsmayılovun “iri və ağırçəkili” personaların da qatıldığı dəbdəbəli ad günü mərasiminə düşmək, xüsusilə də orada fotoçəkilişlər aparıb həmin kadrları sonradan mətbuatda dərc etmək elə də asan məsələ deyil. Əvvəla, “AST Telman”ın indiyədək çoxlu belə tədbirləri olub, amma onun və qonaqlarının əyləndiyi anların heç biri mətbuata çıxmayıb. Ən azı ona görə ki, belə tədbirlər mətbuatın, hətta rusiyalı jurnalistlərin də üzünə həmişə bağlı olub. İkincisi isə burada söhbət azərbaycanlı məmurun iş adamına yarım milyon dollarlıq hədiyyə bağışlaması faktının xüsusi qabardılmasından, bir də bu qiymətli bəxşişi Moskvaya aparan şəxsin personasından gedir. Bu mənada həmin fotoşəkillərin Azərbaycan mətbuatına sızdırılmasını heç bir halda təsadüfi saymaq olmaz.Sonda xırda bir xatırlatma edək ki, C.Əsgərovu müstəqilliyinə görə Bakıda çoxları sevmir. Onun hakim ailəyə çox yaxın olması, heç kimə öz sahəsinə əl uzatmağa imkan verməməsi bir sıra oliqarx-məmurlarda qıcıq yaradır. Əlimizdə olan məlumatlara görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov da “AzAL” prezidentini sevməyənlər arasında birinci yerdə gedir. Mümkündür ki, fotolar ona çatdırılıb. Çünki yerdə qalanlar arasında heç kim C.Əsgərovla toqquşmağa cəsarət edəcək çapda deyil.
44,467
17.12.2008 01:02
Kriminal
ATATÜRK LİSEYİNİN ŞAGİRDİ QAZDAN BOĞULUB ÖLDÜ
Verilən məlumata görə, Atatürk liseyinin tələbəsi olan S.Hüseynli hadisədən bir neçə saat əvvəl müəllim yanında hazırlıqda olub. Evə dönəndən sonra isə vanna otağına keçib və az sonra orada huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılan həkimlər yeniyetmənin dünyasını dəyişdiyini müəyyən ediblər. İlkin tibbi müayinədən sonra onun dəm qazından boğulduğu bildirilib. Rayon prokurorluğundan da hazırda bu versiya üzərində iş aparıldığını təsdiqləyiblər: “Yeniyetmənin bədənində tibbi müayinə zamanı başqa hər hansı xəsarət izi müəyyən olunmayıb”.Yeniyetmə dünən torpağa tapşırılıb. Allah rəhmət eləsin.
44,468
17.12.2008 01:56
Yazarlar
GET, MAAŞINI FHN-dən İSTƏ
Elə Kəmaləddin bəyin 3 ildir dişnən-dırnaqnan qurduğu FHN də sənə öz işçilərinə 3-4 aydır “zərf maaşı” verə bilməyən hansısa yoluq nazirlik deyil. FHN hökumət içində hökumət kimi şeydir - topu-topxanası, pul-pənəsi, ad-sanı, partiyaları, nazirləri, deputatları, mətbuatı və s. də cağbacağ öz yerində. Üstəlik, bu dəqiqə bütün lider ölkəmiz “ÇP”, yəni fövqəladə haldadır deyə FHN aktualdır. FHN hər addımbaşı bizimlə yanaşı gəzir - camaat YAP-ın ətrafında birləşib, FHN isə camaatın yanında hazır durub ki, çatdaq verən, ağnayıb tökülən, su, qaz buraxan yerləri tezbazar yamasın. Görürsənmi, oğlum, tüstü çıxan, su basan, uçub tökülən yerlərin hamısında FHN fövrən peyda olur.El arasında sonsuz ümumxalq məhəbbəti ilə “Fövqəladə Pullar Nazirliyi” adlandırılan FHN-in işi indən belə lap çoxalacaq. Səbəb qlobal maliyyə böhranıdır. AzTV-də-zadda hər kəlməbaşı “bölgənin lider ölkəsi”, “analoqu olmayan dinamik inkişaf”, “dünyanı mat qoyan sürətli tərəqqi”, “iqtisadi sıçrayış” deyib 3-4 ildir ətimizi və zəhləmizi tökən bambılı şərhçilərin acığına belə də deyə bilərdim: Allaha şükür ki, neft istehsalı böhrana görə dayanır, tərifli lider ölkə böyrü üstə qalır; YAP hökuməti nefti 170 dollardan fırıldadıb göyə bir gecədə 8 milyonluq fişəng atanda, düşük gül bayramına 7 milyon tozlayanda bu israfçılıq və görməmişliyin axırını fikirləşəydi və s.Ancaq demirəm. Düzdür, adama bəzən ağır gəlir, fikirləşirsən ki, milli istehsalımız təzəcə dirçəlirdi, aftafa-zad düzəltmək üçün yenicə uğurlu investisiya layihələri fikirləşirdik, diş çöpü, salfetka-zad istehsalına girişmək üçün Dünya Bankı ilə bahalı kredit danışıqlarına başlayırdıq. Öz-özünə deyirsən ki, şalvarı yamaqlı Məmmədəli kişi Ziya Məmmədovun fokusçularının aparıb Muğanlı-Yevlax yolunda başına daş salıb daşa döndərmək üçün Fransanın “BNP Paribas” şirkətindən aldığı 320 milyon dollar bahalı krediti necə qaytaracaq. Heyf ki, bu gözəl ideyalar da yol-körpü layihələri kimi yarımçıq qalıb batdı və s.Amma sonra optimist-konstruktiv fikirlər adamı bu nigarançılıqdan qurtarır. AMEA alimlərinin dərin mənalı fəlsəfi-hüquqi-siyasi-sosioloji-politoloji əsərlərində yazıldığı kimi, ölkəmizdəki proseslərin fəlsəfəsini anlayıb deyirsən ki, bunu dərd etməyə dəyməz. Nöşün ki, hökumətimiz doğrudan da müdrik və uzaqgörən imiş.Bax, oğlum, hökumət 3-4 il əvvəl NF (yəni Neft Fondu) yaradanda bir dənə də FN (yəni “fövqəlnazirlik”) yaratmışdı ki, olmadı elə, oldu belə, beynəlxalq lotuların beyni çöndü, nefti ucuzlaşdırdı. Neftin qiyməti öləndən sonra camaat bəs nə yeyər?! Axı Dövlət Statistika Komitəsi özü də boynuna alır ki, ölkənin dolanışığının cəmi 0,27 faizi kənd təsərrüfatının payına düşür, qalanı neft-qazın. Buna görə də hökumət tədbirli tərpənib. Yaman günün yarağını düzəldib qoyub əlinin altına ki, gərəyi olar.Budur, həmin yaman gün gəlib çatıb. Hökumət camaata maaş-pensiya verə bilmir - pul yoxdur. O gün Biləsuvarın bir kəndindən də müəllimlər mənə gileylənir ki, maaşımız cəhənnəm, məktəb direktoru heç olmasa məktəbin stadionunda əkdiyi günəbaxan tumundan da adambaşına iki ovuc vermir ki, ağzımıza ataq, başımızı qataq.Məxləs, ölkə başdan-boya fövqəladə durumdadır - dinamik inkişaf pul qəzasında rəhmətə gedib deyə vəsait yoxdur. Elə bilmə ki, camaat hirslənib hökumətdən maaş-təqaüdünü istəyəcək. Yox, bu, olmayacaq. Camaatımız dözümlü və cəsur, üstəlik də savadlıdır. Bilir ki, ölkədə “ÇP” varsa", buna görə “ÇP” nazirliyinə üz tutmaq lazımdır, daha Artur müəllimə yox. *** O maraqlı əhvalatı da yazım, ürəyimdə qalmasın. Zəvvarlarımızın Həcc ziyarətindən qayıdışında problem yaranıb. Səbəb odur ki, təyyarələr havaya qalxa bilməyib. Bunun da səbəbi var - zəvvarlarımızın yükü çox olub. Bu da səbəbsiz deyil - lider ölkəmizdə çoxlu qaçqın-köçkün, ac-yalavac var, yəqin onlara pay-püş gətirirmişlər.Həcc ziyarətinin təşkili də FHN-ə tapşırılsa, yaxşı olar. Şeyx bu işdən hey ziyanla çıxır. İnişil özü deyirdi ki, ərəblərə 610 min borclu qalıb...
44,469
17.12.2008 02:15
Ölkə
ABUTALIBOVUN OĞLUNUN BARI DAĞIDILDI
Amma hər şey “gecə kəpənəyi”nin istədiyi kimi olmayıb. Şərti müştəridən siqnal alan polislər dərhal barda əməliyyata başlayıblar. Mənbənin dediyinə görə, bu vaxt adıçəkilən barı işlədən Çingiz və Sahib adlı şəxslər təşviş içərisində müxtəlif ünvanlara zəng vurmağa başlayıblar. Polis onların telefonlarını əllərindən alaraq qapadıb. Daha sonra barda olan bütün şəxsləri bayıra çıxaran polislər “Black bird”i ümumiyyətlə bağlayıblar. Mənbənin dediyinə görə, Çingiz və Sahib adlı şəxslər yalnız bu barın fəaliyyətinə nəzarət edirlər.Polislər barın iki mühafizəçisini də həbs ediblər. Barın gerçək sahibi isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovdur. Dünən məsələni yerində araşdırmaq məqsədilə adıçəkilən ünvanda olduq. “Black bird” barının qapıları bağlı idi. Barın yaxınlığında yerləşən mağazanın satıcısı “Black bird”in işlədiyini bildirdi və bundan başqa heç nə deyə bilməyəcəyini söylədi. Yaxınlıqdakı taksi sürücüləri isə barın gecələr işlədiyini dedilər. Lakin onlar polisin barda əməliyyat keçirib-keçirməməsindən xəbərsiz olduqlarını bildirdilər. Sürücülərdən biri isə srağagün gecə saatlarında qəflətən barın bağlandığını dedi. Maraqlıdır ki, barın yerləşdiyi binada Nəsimi rayon Polis İdarəsinin 22-ci bölməsinin 36 saylı polis sahə məntəqəsi yerləşir. Polis sahə məntəqəsi ilə bir binada yerləşən barda neçə vaxtdır əxlaqsızlıq yuvasının olması bir daha göstərir ki, bu obyekt yüksək vəzifəli məmurlar tərəfindən himayə olunur. Sahə məntəqəsi bağlı olduğundan sahə inispektoru, polis mayoru İ.Məmmədovun məsələyə münasibətini öyrənə bilmədik.Nəsimi rayon Polis İdarəsinin 22-ci bölməsindən isə bu barədə məlumat almaq cəhdimiz boşa çıxdı. Mövzuya qayıdacağıq.
44,470
01.01.1970 04:00
Mədəniyyət
HEYDƏR ƏLİYEVİN AYAQQABISINI ÖPMƏK İSTƏYƏN KİM OLUB?
Bizim də diqqətimizi ciddi maraq doğuracaq bir məqam çəkdi. Anar yazıb ki, 1981-ci ildə Şüvəlanda Yazıçıların Yaradıcılıq Evinin açılışı zamanı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev və büro üzvləri orada iştirak edibmiş. Həm açılış mərasimindən əvvəl, həm də açılış mərasimindəki çıxışlar zamanı Yazıçılar İttifaqının iki il sonra keçiriləcək qurultayı ilə bağlı müzakirələr aparılıb, kimin sədr postuna seçilməsi ilə bağlı fikirlər öyrənilib. İclasda o vaxtkı gənclərdən olan Əkrəm Əylislinin xeyli sərt və cəsarətli çıxışları isə H.Əliyevin qəzəblənməsinə səbəb olub. Nəticədə H.Əliyev yazıçıya təpinib. Və yazının diskussiya yaradan hissəsi: “İclas qurtardı. Hamını açıq meydanda respublika rəhbərləriylə bir yerdə şəkil çəkdirməyə çağırdılar. Foto çəkdirəndən sonra Heydər Əliyev yazıçılarla vidalaşmağa başladı. Bu zaman iki hadisə baş verdi. Onlardan birincisi bugünkü görüşün ən iyrənc səhnələrindən idi. Orta yaşlı nasirlərdən biri Heydər Əliyevin yanına gəlib: - İcazə verin, mən sizin ayaqqabılarınızdan öpüm. Əkrəm Əylislini yaxşı oturtdunuz yerində. Ən dəhşətlisi o idi ki, adam doğrudan da Əliyevin çəkmələrinə tərəf əyilmək istəyirdi. Əliyev iyrənə-iyrənə kənara çəkildi: - Bu nədir belə? - dedi - Özünüzü belə aparsanız, mən bir daha heç vaxt sizinlə görüşmərəm". Yazı dərc ediləndən sonra həm media, həm də ədəbi kluarlarda bu nasirin kimliyi ilə bağlı çoxlu sayda müzakirələr gedir. Versiyalar müxtəlif olsa da, sualın cavabını həmin görüşün həyatda qalan iştirakçıları bilir. Və təbii ki, yazının müəllifi. Yazıçı Anar bizə açıqlamasında həmin nasirin artıq dünyadan köçdüyünü, bu səbəbdən də adını açıqlamağı lazım bilmədiyini dedi. Anar müəllim “lazım bilsəydim, özüm bunu yazıda açıqlayardım” dedi.
44,471
17.12.2008 02:56
Siyasət
“SONDA BİLƏRİK, KİM UDDU, KİM UDUZDU”
““Azadlıq” blokunun layihəsini Müsavat Partiyası qəbul etsə, onda öz siyasətini, məsələn, Eldar Namazovla razılaşdırmaq haqqında öhdəlik götürmüş olacaq. Eldar Namazovun arxasında isə hər hansı siyasi qüvvə yoxdur. Eldar Namazovun özünün, yaxud da onun rəyini nəzərə alaraq bir neçə yaxın adamının namizədliyini müdafiə edə bilərik". A.Hacılının dediklərinə cavabında Eldar Namazov bildirdi ki, son iki ayda Müsavat rəsmilərindən bir neçə dəfə buna bənzər fikirlər eşidib: “Məsləhətdirsə, seçkilərə ayrı-ayrı siyahılarla gedərik. Vahid siyahı, vahid blokla seçkiyə getmək məsləhət deyilsə, aparılan müzakirələri artıq bitmiş hesab etmək olar. Arif Hacılının Müsavatın parlament seçkilərində məni dəstəkləməsinin mümkünlüyünü bildirməsi mənə 2005-ci ilin parlament seçkilərini xatırladır. O zaman mənim təmsil olunduğum “Yeni Siyasət” bloku ilə “Azadlıq” seçki bloku arasında danışıqlar gedirdi. “Azadlıq” bloku təklif edirdi ki, konkret olaraq mənim və “Yeni Siyasət” blokunun daha bir namizədinin seçkiyə qatıldığım dairədə güzəştə gedə bilərlər. Bu məsələ ilə bağlı saziş imzalamağa mən ehtiyac duymadım. Dedim, iki dairəyə görə saziş imzalamağa dəyməz. Ancaq biz bir centlmen sazişi kimi “Azadlıq” blokunun liderlərinin dairələrindən namizəd irəli sürmədik. Seçki başlayanda məlum oldu ki, “Azadlıq” blokunun üzvü olan Müsavat mənim və digər ikinci müttəfiqimizin dairəsindən öz namizədlərini irəli sürüb. İndi olan olub, keçən keçib. Mən hesab edirəm ki, müxalifət seçkiyə birləşib vahid siyahı ilə getməlidir. Məsləhət bilinmirsə, ayrı-ayrı siyahılarla da seçkiyə getməkdə problemimiz yoxdur". E.Namazov hesab edir ki, A.Hacılının səsləndirdiyi fikirlər tək onun mövqeyi deyil: “Mən bütün Müsavat haqqında danışmaq istəmirəm. Ona görə ki, Müsavat mənim hörmət elədiyim böyük bir təşkilatdır. Müsavatda bizim yüzlərlə dostlarımız var. Bizim münasibətlərimiz həmişə yaxşı olub və bundan sonra da yaxşı olacaq. Amma güman etmirəm ki, Arif bəyin səsləndirdiyi həmin fikirlər tək onun mövqeyidir. Müsavatın başqanı var. Yəqin ki, bu, razılaşdırılmış mövqedir. Və biz də onu qəbul edirik. Mən burda hansısa problem görmürəm. Hər bir partiyanın öz maraqları, öz təhlili ola bilər. İnşallah, parlament seçkiləri bitəndən, nəticələri də bəlli olandan sonra yenidən müzakirələr aparmaq olar ki, kim nə uddu, nə qazandı”.
44,472
17.12.2008 03:52
Gündəm
RÜSTƏM İBRAHİMBƏYOV NİZAMİ CƏFƏROVU MƏHKƏMƏYƏ VERİR
Əldə etdiyimiz məlumata görə, R.İbrahimbəyov dekabrın 10-da işləri ilə əlaqədar Moskvaya gedib. Onun dekabrın 20-də Bakıya qayıdacağı deyilir. Amma Rüstəm bəy getməzdən öncə N.Cəfərovla bağlı şikayət ərizəsini də hazırlayıb. Təəssüf ki, kinorejissorun hüquqlarını konkret hansı vəkilin müdafiə edəcəyini dəqiqləşdirə bilmədik. R.İbrahimbəyov iddia ərizəsində N.Cəfərovun ondan üzr istəməsini tələb edib. Şərəf və ləyaqətini alçaldan ifadələrə görə deputatdan hansı məbləğdə maddi təzminat tələb etməsi isə hələ ki dəqiqləşməyib. Bu detallar kinorejissorun Moskva səfərindən sonra bilinəcək.
44,473
17.12.2008 03:24
Müsahibə
“HƏMİDOV SOYADI UŞAQLARIMI İŞSİZ QOYUB”
(əvvəli ötən sayımızda) - Belə danışırlar ki, guya sizin oğlunuz Fövqəladə Hallar Nazirliyində işləyir. Bununla bağlı nə deyə bilərsiniz? - (Gülür) Əgər bu sualı sən yox, başqa birisi versəydi, deyərdim ki, həqiqətən də oğlum Fövqəladə Hallar Nazirliyində birinci müavindir. Hər iki oğlum işləmir. Həmidov familiyası onları qoymur işləməyə. İkisi də ali təhsillidir, ali məktəbi fərqlənmə diplomu ilə bitiriblər. Rektor məktub yazıb ki, belə övlad böyütdüyünüz üçün çox sağ olun. - Ancaq sizin keçmiş əlaqələr həm Ukraynada, həm də Çeçenistanda, Dağıstanda iş görməyə imkan verərdi. Hansısa təşəbbüs olmadı ki? - Təklif çox olub. Mən Azərbaycanı qoyub çıxıb gedə bilmərəm. Mən doğrudan da bu milləti, bu vətəni sevirəm. Bu, yalan, siyasət xətrinə deyilən sözlər deyil. Əgər gedib başqa yerdə bir iş görsəm, elə bilərəm ki, xalqıma, torpağıma, millətimə xəyanət eləmişəm. - Vətəndə fəaliyyət göstərməyə imkan vermirlərsə, onda necə? - Nə olar ki? Acından kim ölür? Qismət İlahidəndir. Məni ən çox ağrıdan uşaqlarımın işsizliyidir. - Elə isə bu çətin zəmanədə necə dolanırsınız? - Allaha min şükür, dostlar var. Dünya pisləri ilə xali deyil, dünya yaxşılar üstündə qurulub. Axı mən də vaxtilə yaxşı olmuşam. - Kənarda olsanız da, yəqin ki, Qarabağ ətrafında gedən prosesləri izləyirsiniz... - Şübhəsiz. Mən zərrə qədər Qarabağla bağlı mövqeyimdən geri çəkilməmişəm. Özü də məni ən çox narahat edən Qarabağ məsələsidir. Hamı bilə-bilə susur. Qarabağ məsələsində qarşılıqlı güzəşt ola bilməz. Torpaq məsələsində güzəşt yeri yoxdur. - Bu yaxınlarda Elmar Məmmədyarov erməni həmkarı ilə “pislikləri unutmaq” üçün razılıq əldə etdiyini söylədi. - Bəlkə kimsə unuda bilər. Yaxud kimsə siyasət xatirinə dilinə gətirmir ki, ötənləri unutmayacaq. Amma mən bəribaşdan deyirəm, heç kəs o dağılmış evləri, ailələri, şırım-şırım olmuş torpağı bizə unutdura bilməz. - Deyək ki, rəsmilər təslimçi təkliflə razılaşdılar. Bəs bunun cavabı nə olacaq? Əgər sizlər kənara çəkilibsinizsə, keçmiş döyüşçülərin, elə bütövlükdə xalqın müqaviməti sındırılıbsa, kim buna qarşı çıxacaq? - Xalqın müqaviməti qırılmayıb, kimlərsə qırağa çəkilib. Kənara çəkilmək Vətəni unutmaq deyil. Kürsü davası ayrı şeydir, Azərbaycan davası ayrı şey. Mən xalqın müqavimətinin sındırıldığına inanmıram. Sadəcə olaraq, Azərbaycan hakimiyyəti ustalıqla idarə etdiyi, istədiyi vaxt danışdırdığı, istədiyi vaxt susdurduğu bir müxalifət yaradıb. O da müvəqqətidir. Bir an var, o an gələndə görərsən ki, heç kəsin nə müqaviməti sındırılıb, nə kənardadır, nə də qaçıb. O zaman xalq hər şeyə hazır olacaq. Qarabağ düyününün açılması məsələsi çox uzaqda olan məsələdir. Etiraf edək ki, biz Qarabağı itirmişik. İndi onu geri almağın yolları barədə düşünmək lazımdır. Yol da birdir: hərbi yol. Moskva bəyannaməsində isə müharibə eləmək hüququnu əlimizdən aldılar. Saakaşvili Cənubi Osetiyaya qarşı savaşa başlamaqla çox böyük addım atdı. Düzdür, Gürcüstan məğlub oldu, Rusiya ilə müharibədə uda bilməzdi ki. Amma bütün dünya dedi ki, haqqı var onun, Osetiya və Abxaziya Gürcüstan ərazisidir. Biz yavaş-yavaş o haqqı itiririk. Artıq həmsədr ölkələr bizim ərazi bütövlüyümüzə səs vermirlər. - Sizcə, nə etmək lazımdır ki, Qarabağı itirməyək? - Amerikanın prezidentlərindən birinin çox məşhur bir kəlamı var. Deyir, sülh istəyirsənsə, müharibəyə hazırlaş. Biz gücümüzü göstərməsək, heç nəyə nail olmayacağıq. Heç olmasa iki-üç mövqedə qələbə qazanmaq lazımdır. Onsuz da müharibələrin hamısı sülhlə qurtarıb. Ondan sonra stol arxasında oturub danışmaq olar. Diqtəni sən eləməlisən, rəqib yox. Mən siyasətdən çox-çox uzağam, sadəcə, öz düşündüyümü deyirəm. Mənim düşüncəmi də heç kəs əlimdən ala bilməz. 20 ildəki fikrimdə qalıram ki, torpaqlar hərbi yolla azad olunmalıdır. Başqa yol yoxdur. Ermənilər Azərbaycana 5 rayon qaytarsa, əvəzinə 5 rayon istəyəcək. Üstəlik, kommunikasiyaların açılması daha nələri tələb edəcək. Hələ Allaha min şükür ki, ölkə başçısı hər dəfə çıxıb deyir ərazi bütövlüyümüzün əleyhinə heç bir sənədə imza atmayacağam. Amma həyatdır, sabah deyə bilər ki, mən imzanı atıram. Həmişə erməni bizdən torpaq qopardıb, heç olmasa bu dəfə qoparda bilməsin. - Əgər dediyiniz kimi, xalqın müqaviməti qırılmayıbsa, hakimiyyət mənsubları nədən belə cəsarətlənib ermənilərlə barışığa meyllənirlər? - Nə qədər ki, müxalifət səhərdən-axşama kimi qəzetdə dialoq üçün yalvarır, onlar da cəsarətlənəcəklər. Mən görmüşəm ki, hakimiyyət müxalifətə dialoq təklif edər. Birinci dəfədir görürəm ki, təklif müxalifətdən gəlir. Qarşıdakı bələdiyyə seçkilərində də üç-dörd nəfər bələdiyyəyə seçiləcək, ad olacaq ki, müxalifət iştirak elədi. Sadəcə, xaric üçün görüntü yaratmaq lazımdır, müxalifət də buna hazırdır. Prezident seçkilərində olduğu kimi. Bir tərəfdən də əsas hədəflər qalıb bir tərəfdə, müxalifət daxilində birinci olmaq uğrunda mübarizə gedir. Bu gedişlə müxalifət heç vaxt bir araya gəlməyəcək. Gəlmək istəsələr də, xozeynləri deyir ki, gəlməyin. Ancaq bu gedişlə yeni müxalifət meydana gələcək. Daha ağıllı, düşüncəli, dünyagörüşlü cavanlar var. Sadəcə olaraq, indiki müxalifət indiki iqtidarı qane edir, ona görə də bu müxalifəti tamamilə itirmək istəmir. Kim ki, müxalifətin birləşməsindən çox danışır, bu prosesə ən çox maneçiliyi onlar eləyir. - Akif Nağının son hərəkətini necə qarşıladınız? - Mən Hacı Zamini çox istəyirəm. Akif Nağının bu hərəkətinə heç cür bəraət qazandırmaq olmaz. Qarabağın harayını Hacı Zamindən, səndən, digər həmkarlarınızdan çox çağıran yoxdur. Qoy lap məni təhqir eləsin, amma Qarabağı təhqir eləməsin. Ona görə də Akif Nağının bu hərəkətini qətiyyətlə pisləyirəm. Ondan heç gözləməzdim. Bu, ona yaraşmayan bir hərəkətdir. Özü də mən qəzet oxumuram, bu barədə sonradan bildim. Qəzetləri oxuyanda əsəbiləşirəm. Çünki qəzetdə elə adamları görürəm ki, olmadıqları partiya, cərəyan yoxdur. Mən qəbul eləyə bilmirəm ki, vəzifədən çıxan bir adamın dünyagörüşü qəfil dəyişir, olur demokrat. Bu, ola bilməz axı. Dünənə qədər Qarabağı ermənilərə vermək istəyən adamlar bu gün deyirlər siyasət düzgün aparılmır. Ona görə də qəzeti yaxın qoymuram özümə. - Yəqin ki, boş vaxtlarınız çox olur. Nə ilə məşğul olursunuz? - Keçmiş tələbə yoldaşlarımla, uşaqlıqdan dost olduğum insanlarla oturub nərd oynayırıq. Qoca kişilərik də...(Gülür)
44,474
17.12.2008 03:59
Gündəm
AMERİKADA MƏŞHUR MÜNƏCCİM DƏHŞƏTLİ PROQNOZLAR AÇIQLADI
“Los Angeles Times” qəzetinin yazdığına görə, ABŞ-da münəccimliyi ilə məşhur olan Friborn deyib ki, Obama andiçmə mərasimindən əvvəl ya öldürüləcək, ya da ağır yaralanacaq. Bunun ardından üsyanlar başlayacaq, Rusiya isə yaranmış qarışıqlıqdan istifadə edərək ABŞ-a nüvə zərbəsi endirəcək. “Bu yeni ildə əsl qiyamətə hazır olun”, - deyə o, tərəfdarlarına xəbərdarlıq edib. Friborn bildirib ki, Rusiyanın nüvə hücumu nəticəsində Amerikada 100 milyon adam öləcək. Onun Rusiyanın ABŞ-a nüvə bombası atacağı vaxtı özünün harada olacağını da bildirib: “Bu zaman mən Wal-Mart supermarketində alış-verişdə olacağam”. Bildirilir ki, Fribornun bu proqnozları amerikalıları qorxuya salıb. Hətta onun münəccimliyinə şübhə edənlər belə bu proqnozlardan qorxuya düşüblər. Xatırladaq ki, Obamanın öldürüləcəyi haqda proqnozlar bundan əvvəl də məşhur adamların dilindən səslənib. Amerikanın xüsusi xidmət orqanları isə artıq bir neçə dəfə Obamaya sui-qəsd planlarının qarşısını alıblar. Qəzetin yazdığına görə, Friborn 12 yaşında olarkən atasının kiçik təyyarəsində 1975-ci ildə qəzaya düşüb. Ağır yaralanıb və 3 həftə komada qalıb. Ayılandan sonra o biri dünyadan qayıtdığını deyib və özünü peyğəmbər elan edib. 66 yaşlı mormonun bu təriqətin qaydalarına uyğun olaraq çoxsaylı arvadları var, kilsə ilə yollarını ayırıb və uzun illər özünün peyğəmbərliyini sübut etmək üçün bütün pullarını xərcləyib. Hazırda Utah ştatında kiçik evdə yaşayır. Əvvəllər də Friborn bir çox hadisələrlə bağlı proqnozlar verib. Ancaq onun budəfəki proqnozu daha geniş əks-səda doğurub.
44,475
17.12.2008 02:24
Kriminal
XƏZƏRDƏ RUSİYA GƏMİSİ QƏZAYA UĞRADI
Azərbaycan Dövlət Dəniz Administrasiyasından isə “APA-Economics”ə bildirilib ki, srağagün axşam saatlarında baş verən hadisə ilə bağlı gəmi heyəti Azərbaycan tərəfini məlumatlandırıb və dərhal gəminin xilas edilməsinə başlanılıb. Əraziyə göndərilmiş gəmilər vasitəsilə “Sarmat-1" yedəyə alınaraq Bakıya istiqamətlənib. Gəmi heyətinin xilas edilməsi üçün bütün zəruri işlər həyata keçirilib.Qeyd edək ki, qəzaya uğrayan “Sarmat-1" quru yük gəmisi Azərbaycan Fövqəladə Hallar Nazirliyi Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin gəmiləri vasitəsilə xilas edilib.“APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib. Nazirin sözlərinə görə, qəzaya uğrayan gəmi ekipajının xilası üçün müvafiq tədbirlər görülüb və heç bir problem yoxdur. K.Heydərov onu da qeyd edib ki, gəmi paytaxta, Bayıldakı Gəmiqayırma Zavoduna gətirilib və həmin zavodda təmir olunacaq.
44,476
17.12.2008 02:03
Ölkə
ÇÖL QUŞLARININ OVUNA QADAĞA GÖTÜRÜLMƏYİB
“Monitorinq zamanı çöl quşları arasında heç bir xəstəlik qeydə alınmayıb. Amma bununla belə, çöl quşlarının ovlanmasına icazə verilmir. Çünki dünyada quş qripi ilə bağlı təhlükə hələ sovuşmayıb. Azərbaycan da köçəri quşların keçdiyi bölgədə yerləşdiyindən yoluxma riski qalmaqdadı. Bu səbəbdən bizdə çöl quşlarının ovlanması qadağandır”.
44,477
17.12.2008 02:04
Kriminal
ANA VƏ QIZINI QƏTLƏ YETİRƏN ŞƏXSƏ ÖMÜRLÜK İŞ VERİLDİ
APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçən prosesdə Elmir Paşayev Azərbaycan Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.8 (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib. Qeyd edək ki, Salyan rayon sakini 23 yaşlı Elmir Paşayev 2008-ci ilin iyunun 14-də Yasamal rayonunda yaşayan 1964-cü il təvəllüdlü Gülçöhrə İbrahimova və onun 2004-cü il təvəllüdlü qızı Sevinc İbrahimovanı qətlə yetirib, ailənin digər üzvü, 1998-ci il təvəllüdlü Səmayə İbrahimovaya isə ağır bədən xəsarəti yetirib.
44,478
17.12.2008 03:06
Media
“AZADLIQ” RADİOSUNUN PREZİDENTİ HAKİMİYYƏTƏ XƏBƏRDARLIQ ETDİ
Məqalədə Azəbaycanın strateji əhəmiyyətindən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyətdən və yeni enerji ixrac marşrutlarına dair səylərdən bəhs edilirdi. Həmçinin məqalədə bildirilirdi ki, Azərbaycanda avtoritar idarəçilik hökm sürür və insan haqları sahəsində vəziyyət yaxşı deyil.“Azadlıq” radiostansiyasının prezidenti həmin məqaləyə toxunaraq qeyd edir ki, yazıda Azərbaycanın strateji əhəmiyyəti təriflənir. Doğrudan da neftlə zəngin Azərbaycan Rusiya ilə İran arasında yer alır və Vaşinqtondakı yüksək rütbəli rəsmilərin diqqətinə layiqdir. “Lakin o da doğrudur ki, prezident İlham Əliyevin hökuməti Birləşmiş Ştatlardan daha çox diqqət gözlədiyi halda azad KİV-ləri də susmağa məcbur etmək istəyir. Hökumətin BBC, ”Azadlıq" və “Amerikanın səsi” radiostansiyalarının yayımını dayandırmaq istiqamətindəki addımlarını, o cümlədən yerli müstəqil KİV-lərə qarşı təzyiqlərini artıq ABŞ Dövlət Departamenti, Konqres üzvləri, Avropa Birliyi və mətbuat azadlıqlarını müdafiə qrupları tənqid edib. Əgər Azərbaycan hökuməti müstəqil KİV-ləri boğmaq istiqamətində nailiyyətlər əldə etsə, o zaman Ueysin bəhs etdiyi “yeni ixrac marşrutları” qanunun aliliyindən və şəffaflığın yoxluğundan əziyyət çəkən cəmiyyətdə baş qaldıra bilər. Bu isə ümumiyyətlə, biznes üçün, Amerikanın maraqları və Azərbaycan vətəndaşları üçün pisdir".
44,479
17.12.2008 02:05
Mənəviyyat
ZƏVVARLARIN GƏTİRDİYİ KİTABLAR MÜSADİRƏ OLUNUB
Zəvvarların sərhəd-keçid məntəqəsində saxlanılması isə onların Səudiyyə Ərəbistanından ölkəyə çoxlu sayda dini kitab gətirmələri ilə bağlı olub. Əldə etdiyimiz məlumatlara görə, həmin kitablar müsadirə edilərək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib. Kitabların ekspertizadan keçiriləcəyi bildirilir. Qeyd edək ki, bu il 44 avtobusla 4 min zəvvar Həcc ziyarətinə yollanıb. Artıq onların böyük hissəsi geri qayıdıb. Təyyarə ilə səfərə gedən zəvvarlarımız da vətənə dönüb. Ümumilikdə bu il Həcc ziyarətinə 5920 azərbaycanlı gedib. Onlardan bir nəfəri Məkkədə dünyasını dəyişib.
44,480
17.12.2008 01:08
Media
“ÜC NÖQTƏ” QƏZETİNDƏKİ OĞURLUQLA BAĞLI ARAŞDIRMA DAVAM EDİR
Baş redaktor redaksiyaya dəymiş ziyanın nə qədər olduğunu isə bilmədiyini deyib: “Yəqin ki, bu barədə polis açıqlama verəcək. Ancaq ziyan ziyandır - ya 5 manat, ya 1000 manat olsun”.Ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov isə lent.az-a açıqlamasında deyib ki, “Üç nöqtə” qəzetinin qarət olunması ilə bağlı onlara əl izləri və ya digər maddi sübutlar təqdim olunmayıb.Qeyd edək ki, “Üç nöqtə” qəzetinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 15/17 ünvanında yerləşən ofisi Qurban Bayramı günlərində qarət olunub. Faktla bağlı cinayət işi açılıb.
44,481
17.12.2008 01:13
Dünya
TERRORÇULAR PARİSİ PARTLADA BİLMƏDİ
Partlayıcıların detonatorlarını tapmaq mümkün olmayıb. Qeyd edək ki, univermağa partlayıcı maddə qoyulduğu barədə məlumatı “France Press” agentliyi yayıb. Agentliyə məktub göndərən “Əfqanıstan İnqilab Cəbhəsi” adlı təşkilat univermağın partladılacağı ilə bağlı xəbərdarlıq edib.
44,482
17.12.2008 02:09
Kriminal
MAŞINDAN MEYİT TAPILDI
ÖZÜNÜ DƏNİZƏ ATAN QIZ XİLAS EDİLDİSumqayıtda intihar etmək istəyən qız xilas edilib. Məlumata görə, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində kirayədə yaşayan Qusar rayon sakini Gülaymat Səfərova intihar məqsədilə özünü dənizə atıb. Polis Patrul Xidmətinin əməkdaşları tərəfindən G.Səfərova xilas edilib. MAŞIN ELEKTROVOZLA TOQQUŞDU, 1 NƏFƏR ÖLDÜ, 3 NƏFƏR ISƏ YARALANDIDübəndi-Zirə mənzilinin 13-cü kilometrliyində qəza hadisəsi olub. Dekabrın 15-də, saat 07.40 radələrində Dübəndi-Zirə mənzilinin 13-cü km-də, qorunmayan keçiddə Suraxanı qəsəbə sakini Vaqif Məmmədrzayev “PAZ” markalı avtomaşını idarə edərkən onu elektrovoza vurub. Nəticədə V. Məmmədovun sərnişinlərindən Bakı şəhər sakini Əziz Ağasiyev hadisə yerində dünyasını dəyişib. Xəsarət alan Binə qəsəbə sakini Oqtay Bəşirov, Yeni Günəşli qəsəbə sakini Şövgət Rüstəmov və Masallı rayon sakini Famil Orucov isə xəstəxanaya yerləşdiriliblər.
44,483
17.12.2008 02:16
Media
ZAMİN HACI BİNƏQƏDİ RAYON PROKURORLUĞUNA ÇAĞIRILDI
Xatırladaq ki, redaksiya rəhbərliyi olayla bağlı Binəqədi rayon 5-ci bölməsinə dərhal müraciət edib. Təhqiqatçı Elbrus Qədirov və sahə müvəkkili Novruz Qasımov redaksiyaya gələrək, təhqiqata başlayıblar. Artıq A.Nağı sözügedən polis bölməsində ifadə verib. İş Binəqədi rayon Prokurorluğuna göndərilib və müstəntiq İlyas Seyidovun icraatındadır. Artıq göstərilən şikayət üzrə Cinayət Məcəlləsinin 163.1 maddəsi (jurnalist fəaliyyətinə mane olma) üzrə cinayət işi qaldırılıb. Dünən Z.Hacı ifadə vermək üçün Binəqədi Rayon Prokurorluğuna çağırılıb. Bu barədə jurnalist bizə açıqlamasında bildirdi. Zərərçəkən kimi başına gələnləri ifadəsində qeyd edən əməkdaşımız müstəntiqin bütün suallarını cavablandırıb. Köşə yazarının sözlərinə görə, müstəntiq onun insident baş verən gün A.Nağı ilə əl tutuşub barışmasına baxmayaraq, sonradan onun barəsində polisə şikayət etməsinin səbəbiylə bağlı sual verib: “Mən də dedim ki, qərargahın qabağında onu bağışlayandan sonra məni hədələdi ki, bir daha barəmdə yazmayacaqsan. Gördüm ki, bu adam istənilən vaxt əsəblərini cilovlaya bilməyib kobud hərəkətlərinə davam edəcək. Belə olan halda mən neyləməliyəm? Ona görə şikayət edirəm ki, bu adama qarşı dövlət tədbir görsün. İzahatımda həmçinin qeyd elədim ki, bu adamın ölkədəki ”KİV haqqında" qanunlardan xəbəri yoxdur. Qanun tələb edir ki, kiminsə jurnalistin hansısa yazısından narazılığı varsa, bunu qanun çərçivəsində bildirsin. Bəs dövlət nə üçündür? Mən öz ifadəmdə dövlətdən onu xahiş etdim ki, gələcəkdə də jurnalist fəaliyyətimə mane olanları cəzalandırsın". Köşə yazarından hadisə günü kolluqda gizlənən, sonra isə ona hücum edən iki nəfər barədə də soruşublar. Z.Hacı qaranlıq olduğu və eynəyi qırıldığı üçün onları görə bilmədiyini vurğulayıb. Bu arada Z.Hacı həmçinin QAT üzvlərinə də müraciət etdi. Müsahibimiz onlara “yalnız bir nəfərin impulsiv hərəkətlərindən ortaya çıxmayan təşkilatdılarsa, obyektiv idarə heyətləri varsa, öz sədrləri barədə addım atsınlar”-deyə müraciət etdi. Onun sözlərinə görə, əgər QAT bütövlükdə mətbuatla bu cür davranmaq xətti seçməyibsə, A.Nağının bu hərəkətinin səhv olduğunu ifadə edən bəyanatla çıxış etməlidilər. Dindirmə zamanı əməkdaşımızdan həmçinin A.Nağını bağışlayıb-bağışlamaması da soruşulub. Z.Hacı isə “onu həmişə bağışlamaq olar, amma bunun üçün hərəkətlər lazımdır” deyə cavab verib: “Ortada zərərçəkən varsa, zərərvuran isə özünü haqlı kimi aparırsa, mən onu necə bağışlayım? Mənə onun üzrxahlığı lazım deyil. O, yalnız bir bəyanat versin ki, mətbuata qarşı bu cür hərəkət düzgün deyil, jurnalistlərlə bu dillə danışmaq olmaz. Bu da ona görə lazımdır ki, sabah başqaları mətbuata qarşı belə hərəkət etməsin. Eyni zamanda QAT-ın imicinə də hörmət yaransın. Bu cür davam edəcəklərsə, daha da gözdən düşəcəklər”. Maraqlıdır, Z.Hacı istintaqın obyektiv aparılacağına inanırmı? Yoxsa ötən dəfəkilər kimi yenə də günahkarların cəzalandırılmayacağı gözləniləndir? Köşə yazarı dedi ki, nəyəsə inamının olub-olmaması bu məqamda heç nəyi həll etmir: “Bu hadisə hüquq-mühafizə orqanlarının qanunlara münasibətini yoxlamaq üçün növbəti şansdır. Ortada hadisə var, hətta hadisəni törədən şəxs də bunu etiraf edir. Zərərçəkən var. Və bundan sonra qanunauyğun şəkildə hansısa tədbiri görmək dövlətin və hüquq-mühafizə orqanlarının işidir. Əgər məndə bu inam yoxdursa, qoy dövlət bunu yaratsın”. Müstəntiq İlyas Seyidov isə bizə açıqlamasında bildirdi ki, hələ A.Nağı ifadə verməyib. Onun sözlərinə görə, bu prosedur müəyyən mərhələ ilə həyata keçirilir. Zərərçəkənin ifadə verməsindən sonra növbə qarşı tərəfə çatır. A.Nağının bu gün ifadə verəcəyi gözlənilir. Əməkdaşımızın “niyə Akif Nağı dərhal həbs olunmadı” sualına cavabda isə müstəntiq bildirdi ki, onun dərhal həbsi üçün hüquqi əsas olmayıb. Onun sözlərinə görə, istintaqın nəticəsindən asılı olaraq, iş davam edəcək. Ötən saylarımızda da bildirmişdik ki, hüquqşünaslar A.Nağının hərəkətlərində xuliqanlıq, döymə və jurnalist fəaliyyətinə mane olma elementləri olduğu üçün ona qarşı müvafiq olaraq həmin maddələr üzrə iş açılmasını məqsədəuyğun sayır. Müstəntiq isə bildirdi ki, onun hərəkətlərində xuliqanlıq motivinin olması mümkünür: “Hər halda cinayət işi jurnalist fəaliyyətinə mane olma maddəsinə uyğun başlanılıb. Hərəkətlərində xuliqanlıq motivləri olsa, iş o cür tövsif olunsa, işi həmin istiqamət üzrə yönəldəcəyik”. Mövzunu davam etdirəcəyik.
44,484
17.12.2008 03:17
Media
NƏCƏF NƏCƏFOVUN ÖLÜMÜNDƏN 9 İL ÖTDÜ
KİV rəhbərlərinin, tanınmış ictimai xadimlərin də iştirak edəcəyi tədbirdə həmçinin mərhum jurnalistin keçdiyi ömür yolu, fəaliyyəti də yada salınacaq.
44,485
17.12.2008 02:14
Media
MƏTBUAT ŞURASI DƏYİRMİ MASA TƏŞKİL EDİR
Dəyirmi masada xarici kütləvi informasiya vasitələrində Azərbaycanın təbliği ilə bağlı real vəziyyət nəzərdən keçiriləcək, bilavasitə bu işlə məşğul olan media orqanlarının hazırkı durumu təhlil olunacaq.ÿTədbirdə mövcud istiqamətdə fəaliyyət göstərən KİV-lərin koordinasiyası, birgə iş prinsiplərinin müəyyənləşdirilməsinə dair, həmçinin digər perspektiv imkanlar ətrafında da fikir mübadilələri aparılacaq.
44,486
17.12.2008 02:18
Media
BU GÜN QƏNİMƏT HƏFTƏSİ QALİBLƏRİ ELAN EDİLƏCƏK
ASİ Klubunun sədri Anar Niftəliyevin sözlərinə görə, həftəliyə qatılmış yazarların məqalələrindən ibarət kitabça hazırdır. Tədbirdə kitablar da təqdim olunacaq. Xatırladaq ki, “Qənimət həftəsi” noyabrın 10-16-da keçirilib. 15 yazarın dəstək verdiyi kampaniya hazırda həbsdə olan “Azadlıq” qəzetinin baş redaktoru Q.Zahidin azadlıqdan məhrum edilməsinin bir iliylə bağlı olub. Müsabiqənin yekunu olaraq ən yaxşı iştirakçı qəzet, həftəliyə dəstək verən qəzet, iştirakçı və ödülçü nominasiyaları üzrə mükafatların verilməsi qərara alınıb. Əsas nominasiya - ödülçü nominasiyasının qalibinə 150 manat pul, ödül və diplom təqdim olunacaq. Digər nominasiyaların qaliblərinə diplomlar veriləcək.
44,487
17.12.2008 02:23
Media
HANSI JURNALİST KİMƏ AYAQQABISINI ATA BİLƏR?
“Maraqlıdır, Azərbaycan jurnalistləri hansı halda, kimə və nə səbəbə ayaqqabı atardı” deyə sorğu keçirdik. “Yeni Müsavat”ın əməkdaşı Eşlad Paşasoy hesab edir ki, partlayışların, insan ölümlərinin adi hal aldığı İraqda jurnalistin Buşa öz ayaqqabısını atması təəccüblü deyil. Onun sözlərinə görə, müqayisə ilə götürsək, Azərbaycanda İraqdakı kimi mühit hökm sürmür: “Ona görə də sözlə və qələmimizlə etiraz bildirmək limitimiz tükənməyib. Zamanında çox hallar olub ki, həmkarlarımız etiraz əlaməti olaraq özünə qıymaq cəhdləri ediblər. Məsələn, Rey Kərimoğlu parlamentdə damarlarını kəsmişdi. Mən yalnız milli heysiyyətimizə toxunan hallarda belə addımlar atardım. Qarşımda qan düşmənlərimiz olsaydı, özümü saxlaya bilməyib, belə radikal hərəkət edərdim”. E.Paşasoy həmçinin vurğuladı ki, Azərbaycanda jurnalistin belə bir jest etməsi ona çox baha başa gələ bilər: “Burada hansısa məmura, vəzifəli şəxsə ayaqqabı atmaq təşəbbüsündə bulunan jurnalistin sonradan ayaqlarından məhrum olmaq təhlükəsi var”. “Bizim Yol” qəzetinin əməkdaşı Natiq Cavadlı isə dövlət başçısı İlham Əliyevlə bir mətbuat konfransında iştirak etmək və ona sərt suallar ünvanlamaq istədiyini söylədi. Müsahibimiz vurğuladı ki, ilk növbədə dövlət başçısından həbsdə olan jurnalistlərl, iş yerləri açıqlamasıyla bağlı suallara aydınlıq gətirməsini istəyərdi. N.Cavadlı dedi ki, əgər suallarına cavab verilməsə, mətbuat konfransını tərk edər. “Azadlıq” qəzetinin əməkdaşı Natiq Güləhmədoğlu da hesab edir ki, iraqlı jurnalist emosional vəziyyətdə belə bir addım atıb. Onun sözlərinə görə, bu situasiyaya düşmədən konkret nələrsə söyləmək olmaz: “Konkret ayaqqabı yox, hansısa məmura qələm ata bilərdim. Tutaq ki, keçən ilin yanvarında enerjidaşıyıcılarının qiyməti qalxan vaxt hökumətin istənilən məmurunun mətbuat konfransında ona qələm atmaq istəyərdim”. Həmkarımız “bəs ayaqqabı atmazdın” sualını isə qəti şəkildə “yox” deyə cavablandırdı. Öncə yarızarafat “ayaqqabımı güclə alıram, onu hara atım” deyən N.Güləhmədoğlunun sözlərinə görə, Azərbaycanda belə bir jest etmək olduqca çətindir: “Azərbaycanda heç söz atmaq olmur, nəinki ayaqqabı”.
44,488
17.12.2008 02:19
Siyasət
MÜXALİFƏT ÜMİDİ PLAGİATLIQDA GÜNAHLANDIRIR
İkinci mərhələdə isə konstitusion islahatlara başlamaq təklifi irəli sürülür; proporsional seçki sistemi bərpa olunmalı, hökumət parlament tərəfindən formalaşdırılmalı, parlament hökuməti istefaya göndərmək səlahiyyətlərinə malik olmalı, prezidentin impiçment məsələsində Konstitusiya Məhkəməsinin buna rəy verməsi vacib olmalıdır. Ümid Partiyası “Siyasi partiyalar haqqında” qanunun yenidən işlənib hazırlanmasını da təklif edir.Üçüncü mərhələdə isə demokratik seçki məsələsinin dayandığı bildirilir. Burada birinci növbədə Seçki Məcəlləsinə dəyişikliklər edilməsi, tərəflərin etimad göstərdiyi seçki komissiyalarının formalaşdırılması, seçki günü barmağa vurulan gözlə görünməyən mürəkkəbin açıq görünən mürəkkəblə əvəzlənməsi təklif edilir. Həmçinin təklif olunur ki, seçkidə iştirak vətəndaşların üzərinə vəzifə kimi qoyulmalıdır və seçkidə iştirak etməmək məsuliyyət yaradan hal kimi təsbit olunmalıdır. YAP funksioneri Aydın Mirzəzadə Ümid Partiyasının təkliflərinə münasibət bildirib. O, bunun maraqla qarşılandığını desə də, bəzi təşəbbüsləri tənqid edib. Bəs müxalifətin təkliflərə münasibəti necədir?Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, Hesablama Palatasında və Korrupsiyaya qarşı Mübarizə Komissiyasında müxalifətin iştirakının təmin edilməsi təklifləri istisna olmaqla, digər bütün təkliflər bir neçə il əvvəl Müsavat Partiyasının strukturları tərəfindən hazırlanıb və ictimaiyyətə, Milli Məclisə təqdim edilib: “Digər bir neçə təşkilat tərəfindən də belə təkliflər indiyə qədər irəli sürülüb. Ümumiyyətlə, bu təkliflər mahiyyət baxımından pozitiv təkliflərdir. Real müxalifət qüvvələri onların həyata keçməsi üçün səylərini birləşdirməlidir”. ADP sədri Sərdar Cəlaloğlu Ümid Partiyasının təkliflərinin yeni təkliflər olmadığını bildirdi. O, eyni təkliflərlə təxminən bir il əvvəl ADP-nin çıxış etdiyini xatırlatdı: “Bu, təzə ideya deyil. Sadəcə, görünür, İqbal Ağazadə ilə dost olduğunuz üçün sizə təzə təsiri bağışlayıb. Mənim fikirlərim təkliflərin müəllifliyi uğrunda mübarizə aparmaq kimi başa düşülməsin. İqtidarla əməkdaşlıq dedikdə biz bəyan etmişdik ki, bir çox sahələrdə - Milli Məclisin komissiyalarında, əfv komissiyasında, korrupsiyaya qarşı komissiyanın işində və bu kimi ictimai güclərin iştirakı tələb olunan yerlərdə iqtidarla müxalifət əməkdaşlıq edə bilər. Başa düşmürəm, orada hansı yeni təklif var. Biz onların indi irəli sürdükləri təklifləri bir qədər də geniş formada bir il bundan öncə ictimaiyyətə, həmçinin hakimiyyətə rəsmən təqdim etmişik”. ADP sədrinin sözlərinə görə, İ.Ağazadə ADP-nin təkliflərinə, sadəcə olaraq, rəqəmlər və əsasən parlamentdə təmsil olunan partiyaların müxtəlif strukturlarda təmsilçiliyini əlavə edib: “Bizim gəldiyimiz qənaət odur ki, bu yol siyasi dialoqdur. Haqqında söhbət gedən təkliflərin özü siyasi dialoqdur. ADP dəfələrlə məsələ qaldırıb ki, ölkəni iqtisadi krizisdən qorumaq üçün Azərbaycanda antiböhran qrupu yaradılmalıdır. Bu qrupa həm iqtidardan, həm müxalifətdən insanlar cəlb olunmalıdır”. AMİP katibi Əli Oruclu da bu təklifləri müxtəlif vaxtlarda partiya olaraq irəli sürdüklərini dedi: “Hətta ölkədə prezident idarəçiliyindən parlament respublikasına keçilməsi ilə bağlı AMİP-in prinsipial xətti var. Bəyan etmişik ki, əgər AMİP hakimiyyətə gələrsə, parlament tipli respublika quruluşuna üstünlük verəcək. Onu da dəfələrlə bəyan etmişik ki, korrupsiyaya qarşı mübarizənin ən effektli yolu ictimai nəzarətdir. Proporsional seçki sisteminin bərpasını AMİP və digər partiyalar dəfələrlə təklif ediblər”.
44,489
17.12.2008 02:22
Siyasət
ATƏT-in SEÇKİLƏRLƏ BAĞLI YEKUN RƏYİ SƏRT OLDU
“Azadlıq” radiosunun məlumatına görə, bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda oktyabrın 15-də keçirilmiş prezident seçkisinə dair yekun hesabatında deyilir. ATƏT müşahidəçiləri onbaşı, yüzbaşı, minbaşılardan ibarət əməlli-başlı sistemin olduğunu üzə çıxarıblar. Seçicilər bəzi hallarda seçkiyə çağırış kartının möhürlənməsini istəyiblər. İddia ediblər ki, bu kartı sonradan iş yerinə təqdim etməlidirlər. ATƏT bu halları azad seçim hüququnun - ATƏT-in Kopenhagen sənədinin pozulması adlandırır.ATƏT-in yekun hesabatında seçkidən bir gün sonra açıqlanmış ilkin hesabatdakı, həmçinin seçkidən əvvəlki aralıq hesabatlardakı ifadələr də yer alıb. Ancaq birinci dəfədir ki, ATƏT hesabatında minbaşı məsələsinə toxunur. ATƏT bir daha bildirir ki, prezident seçkisi xüsusilə texniki məsələlərdə ATƏT standartlarına doğru addım olsa da, təşkilatın bəzi standartlarına ümumiyyətlə əməl olunmayıb: “Seçki dinc mühitdə keçib, ancaq sağlam rəqabət olmayıb. Təəssüf ki, bəzi müxalifət partiyaları seçkiyə getməmək qərarına gəlib, bununla da seçicilərin seçim miqyasını məhdudlaşdırıb. Hakimiyyət bütün namizədlər üçün bərabər imkanlar yaratmağa cəhdlər edib, ancaq elektron mediada hakimiyyətdə olan prezidentə daha çox yer ayırıb. Bir çox hallarda hakim YAP-la icra strukturlarının işi üst-üstə düşüb. Seçki Məcəlləsinə 2008-ci ilin iyununda edilmiş düzəlişlərdə ATƏT-in və Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələrinə qismən əməl olunub. ”Sərbəst toplaşma azadlığı haqqında" qanun beynəlxalq standartlara uyğun olsa da, Bakı Şəhər İcra Hakimiyyəti qanunun tətbiqinə məhdudiyyətlər qoyub".Hesabatda bildirilir ki, Venesiya Komissiyasının yerinə yetirilməmiş tövsiyəsi seçki komissiyaları ilə bağlıdır. Bu komissiyalar elə təşkil olunmalıdır ki, seçkinin bütün tərəfləri ona inansın.ATƏT bundan sonrakı dövr üçün Azərbaycan hakimiyyətinə 27 tövsiyə edib, ancaq qeyd edir ki, bundan əvvəlik yekun hesabatlarda irəli sürülən tövsiyələrin heç də hamısı yerinə yetirilməyib. Birinci tövsiyə odur ki, 2009-cu il bələdiyyə və 2010-cu il parlament seçkiləri ərəfəsində hakimiyyət bütün siyasi qüvvələrlə dialoqa getsə, yaxşı olar. Seçki prosesinə inamı artırmaq lazımdır.Tövsiyələr aşağıdakı sahələri əhatə edir: Seçki Məcəlləsinə komissiyaların tərkibi ilə bağlı düzəliş edilsin, seçkini təşkil edən şəxslərə təlimlər keçilsin, hərbçilərin mülki şəxslərlə birgə səsverməsi təmin edilsin, seçici siyahıları daha dəqiq olsun. Mediaya dair ATƏT tövsiyə edir ki, media orqanlarının redaktə siyasəti hakimiyyətin müdaxiləsindən, təzyiqindən azad olmalıdır. Eyni zamanda həbsdəki jurnalistlərin buraxılmasına dair bundan əvvəlki tövsiyələr də nəzərə alınmalıdır.Tövsiyələrdə vurğulanır ki, ailə üzvlərinin yerinə səsvermə problemi həll olunmalıdır. Bu məsələ seçkinin gizliliyi və bütövlüyünə zərbə vurur. Bunun üçün maarifləndirmə gücləndirilməlidir.
44,490
17.12.2008 02:18
Siyasət
MÜXALİFƏTDƏ “DEDOVŞİNA” VARMI?
Bizimlə söhbətdə eyni blokda təmsil olunan KXCP sədri Mirmahmud Mirəlioğlu E.Musayevin fikirlərinə hörmətlə yanaşdığını söylədi: “Hər kəsin mövqeyinə doğru kimi yanaşmaq olmaz. ”Bu cür olmalıdır" deyə bir qanun yoxdur. Əgər Elşad Musayev bu cür ifadələri işlədibsə, yəqin ki, əsasları var".E.Musayevin dediklərinə fikirlərini bildirən Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı müxalifət partiyalarının əməkdaşlığının müxtəlif variantlarını irəli sürdüklərini söylədi. Bu əməkdaşlıqda irili-xırdalı siyasi təşkilatların, hətta ictimai təşkilatların da təmsil olunmasının nəzərdə tutulduğunu deyən Arif Hacılı birlikdə ayrı-ayrı təşkilatların iştirakının mümkün olduğunu söylədi: “Qeyd etdiyiniz siyasi partiya da həmin mərkəzdə təmsil oluna bilər”.A.Hacılı onu da bildirdi ki, partiyaların birliyi dedikdə əksəriyyət birliyi, müttəfiqliyi və bloku nəzərdə tutur: “Əməkdaşlıq müttəfiqlik olmadan da aparıla bilər. Daxili siyasətə, beynəlxalq, eləcə də Azərbaycanda keçirilən seçkilərlə bağlı məsələlərdə bütün siyasi qüvvələrlə əməkdaşlıq mümkün deyil. Belə məsələlərdə siyasi qüvvələrin mövqeyi fərqli olur. Eləcə də seçki bloku yaradılması məsələsində bütün təşkilatlarla eyni şərtlər daxilində birlik mümkünsüzdür. Çünki təşkilatların xarici və daxili siyasətində, resurslarında, nüfuzunda fərqlər mövcuddur. Ona görə də siyasi partiyaların eyni prinsip əsasında bir araya gəlməsi qeyri-mümkündür. Hamı bunu nəzərə almalıdır”.
44,491
17.12.2008 03:23
Siyasət
ƏLİ İNSANOV ÖLÜM XƏBƏRİNDƏN DANIŞDI
Onun sözlərinə görə, sabiq nazir bəzi qəzetlərdə ölüm xəbərinin yayılmasına belə münasibət bildirib: “Axı mən sağ ola-ola qəzetlərdə belə məlumatların getməsi nəyə lazımdır. Görürsən ki, mən sağam, ölməmişəm”. Vəkil bildirib ki, 5 gündən artıq müddətdə saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsindən müalicə müəssisəsinə köçürülməsinə baxmayaraq, Əli İnsanovun müayinə və müalicəsinə başlanılmayıb. Məsələ ilə bağlı Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqovla əlaqə saxladıq. Xidmət rəhbəri Ə.İnsanovun müalicə olunmamasının səbəbini açıqlamadı: “Bizim işimiz məhbusu müalicə müəssisəsinə köçürmək idi. Bunu da həyata keçirdik. Müalicə məsələsinə tibb idarəsi cavabdehdir. Bu barədə heç bir açıqlama verə bilmərik”. Ədliyyə Nazirliyi Tibb İdarəsindən isə suala cavab verəcək şəxs tapa bilmədik.
44,492
17.12.2008 02:23
Ölkə
“ƏBU BƏKR”lə BAĞLI MƏHKƏMƏ DAVAM EDİR
“Əbu-Bəkr” məscidinin hüquqi nümayəndəsi Elxan Əsədov isə çıxışında ən azından əmrin nömrəsi və hansı tarixdə imzalanması ilə bağlı məlumatın verilməsini istəyib.Əkbər İsmayılov müvafiq əmrin 2008-ci il avqustun 23-də imzalandığını bildirib. O, məxfiliyi əsas gətirərək sənədin nömrəsini deməyib.Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu tərəfindən göndərilən məktublar məhkəməyə təqdim olunub. Həmin məktublarda qeyd olunur ki, “Əbu Bəkr” məscidində baş verən terror hadisəsi ilə bağlı məsələ Milli Təhlükəsizlik Nazirliyi və Respublika Prokurorluğu tərəfindən araşdırılır.Elxan Əsədov çıxış üçün vaxt istəyib, proses dekabrın 23-dək təxirə salınıb.
44,493
17.12.2008 01:25
Siyasət
RUSLAN BƏŞİRLİ ƏFV İSTƏYİR
E.Behbudov Ruslan Bəşirlinin əfv olunması üçün prezident İlham Əliyevə müraciət edəcəyini bildirib. Hüquq müdafiəçisi 1943-cü il təvəllüdlü 2 dəfə infarkt keçirmiş Lənkəran sakininin əfvi ilə bağlı da dövlət başçısına müraciət edəcək.
44,494
17.12.2008 01:24
Gündəm
TÜRKİYƏDƏ BİABIRÇI KAMPANİYA BAŞLADI
“Üzr istəyirəm” adlanan sənəd osmanlı ermənilərinin 1915-ci ildə çəkdikləri əzabların Türkiyədə rədd və inkar edilməsini nadanlıq kimi təsvir edir. Bundan sonra həmin inkarın yaratdığı ağrılara görə də üzr istənilir. Bəyannamə dövləti baş verənlər üçün üzr istəməyə səsləmir. Eləcə də sənədin müəllifləri “soyqırım” kimi son dərəcə ziddiyyətli ifadəni işlətmirlər. Lakin ideyanı ilk dəfə ortaya atmış türkiyəli alim Çengiz Aktar deyir ki, baş vermiş hadisəyə dair ətraflı müzakirəyə təkan veriləcəyinə ümid edir. O, həmçinin deyir ki, bununla ermənilərin halına acımanı da artırmağa nail olmaq istəyir. Millətçi siyasətçilər bu hərəkəti türk millətinə qarşı təhqir kimi qiymətləndirərək pisləyiblər. MHP təşəbbüslə bağlı sərt bəyanatla çıxış edərək onu “satqınlıq və ermənilərə yaltaqlıq” kimi qiymətləndirib, həmçinin belə çirkin təşəbbüsün ortaya çıxmasını AKP iqtidarının düşünülmüş siyasətinin nəticəsi kimi qiymətləndirib.BBC-nin Türkiyə redaksiyasının xəbərlərinə görə, təşkilatçılar artıq onlara qarşı təhqirlərlə dolu məktublar alıblar. Lakin sənəd dərc ediləndən bir neçə saat içində mindən çox adam ona İnternet vasitəsilə dəstək bildirib. Çengiz Aktar müraciətə imza atanların sayının artdığını bildirib: “93 ildir ki, Türkiyədə bu məsələ müzakirə olunmur. Artıq bunun vaxtı gəlib. Bu, rəsmi mövqenin dediyi kimi, o qədər də bəsit bir hadisə deyil. Anadoluda 4 min il idi ki, ermənilər yaşayırdı, indi yaşamır. Deməli, buna səbəb var. Biz bu məsələni müzakirə etməməyimizə görə üzr istəyirik. Bu üzrxahlığın dövlətlə əlaqəsi yoxdur. Bu, fərdi bir təşəbbüsdür. Artıq 2 mindən çox adam bir gün içində sayta girərək, imza atıb. Bu, Türkiyə üçün çox böyük rəqəmdir, çünki bu, Türkiyədə qadağan olunmuş bir məsələdir". APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 60-a yaxın keçmiş səfir imza kampaniyası ilə bağlı bəyanatla çıxış edib. Aralarında ana müxalifət - Cümhuriyyət Xalq Partiyasının (CHP) liderləri Onur Öymən və Şükrü Ələkdağın da olduğu tanınmış diplomatlar üzr kampaniyasını yersiz, yanlış, tarixi gerçəklərə və mili mənafelərə zidd addım kimi qiymətləndiriblər. Bəyanatda 1973-cü ildə erməni terrorunun yenidən başladığı, onlarla türk diplomatının qətlə yetirildiyi xatırladılır, daha sonra Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı nəticəsində 1 milyona yaxın insanın öz torpaqlarından qovulduğu bildirilir: “Üzr istəmək kampaniyası kimi axmaq bir addımı atanlar əcəba tarix boyunca erməni terroruna qurban gedən və zülmə məruz qalan insanlar üçün də üzr istəməyi düşünürlərmi? Erməni iddialarını haqlı göstərib üzr istəmək təşəbbüsündən əvvəl çox yaxın keçmişdə türk diplomatlarını və onların ailə üzvlərini amansızlıqla qətlə yetirilmiş ermənilərin türk millətindən üzr istəməsinə nail olunmalıdır. Bu qatillər hələ də həyatdadır və Ermənistan, eləcə də bir sıra digər dövlətlərin himayəsində olduqları üçün cəzasız qalıblar”.
44,495
17.12.2008 03:28
Siyasət
İSA QƏMBƏR XALQI HAKİMİYYƏTƏ QARŞI ETİRAZA ÇAĞIRDI
Müsavat Partiyasının başqanı İsa Qəmbər bu təklifləri rejimin narahatlığının ifadəsi adlandırıb. Onun sözlərinə görə, bu gün iqtidarda olanlar artıq zor gücünə hakimiyyəti saxlamağın mümkünsüzlüyünü başa düşərək, özlərinə daha rahat şərait yaratmaq variantları üzərində düşünürlər. Müsavat başqanı bildirib ki, bu addım demokratik düşüncə tərzinə yad olmaqla birgə, həm də ölkənin maraqlarına ziddir və ictimaiyyət buna ən ciddi şəkildə etiraz bildirməlidir. Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli mövcud hakimiyyətin bu addımını özünə inamsızlığın təzahürü adlandırıb. Onun fikrincə, bütün dünyada konstitusional idarəçiliyin möhkəmləndiyi 21-ci əsrdə belə təklif və təşəbbüslərin qaldırılması geridəqalmışlığın, qanunun bir nəfərin istəyinə uyğunlaşdırılmasının nəticəsidir və ölkə üçün rüsvayçılıqdır.Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğluna görə, prezidentlik müddətinin artırılması əslində ölkədə mövcud respublikaçı rejimin “sifətinin” dəyişdirilməsidir. “Bu müddət təkcə Azərbaycana aid deyil və dünya bunu təsadüfən seçməyib, istər iki seçim prezidentlik müddəti, istər hakimiyyətin bölünməsi onun üçün edilib ki, xalq iqtidarı dəyişmək gücündə olmadıqda qanun bunu dəyişmək gücündə olsun”, - deyə ADP sədri qeyd edib. Qanunun hakimiyyətdə yaxşı və ya pis niyyətli iqtidarın olmasına yox, xalqın bu iqtidarı dəyişmək imkanlarının olmasına hesablandığını deyən S.Cəlaloğlu bu müddəaları ləğv etməyi əslində xalqın hakimiyyəti dəyişmək imkanının əlindən alınması kimi dəyərləndirib.
44,496
17.12.2008 02:27
Gündəm
“ERGENEKON” MƏHKƏMƏSİNDƏ GƏRGİNLİK ARTIR
“Dünən ifadəmdə hər şeyi danışdım. Prokuror, deyəsən, dinləməyib”. Prokuror generalın şəxsi bloknotundakı yazılarla bağlı sual verdikdə V. Kiçik bunun dövlət sirri olduğunu deyib: “Prokuror bloknotla bağlı sualını geri götürsün. Dünən də söylədiyim kimi, Baş Qərargahın bununla bağlı məxfilik qərarı var. Cavab vermirəm”. Prokurorun digər təqsirləndirilən şəxs - Sədat Pekərlə əlaqədar sualına uca səslə reaksiya verən general bu cür suallara cavab verməyəcəyini təkrarlayıb: “Dünən prokuror suallarının bitdiyini demişdi. Nə oldu, gecə yeni suallar istehsal etdilər?” Prokurorun “jandarmanın kəşfiyyat təşkilatı JİTEM-i sizmi qurdunuz” sualı zalda vəziyyəti gərginləşdirib. V. Kiçiyin vəkili Tayfun İlıcalı söz alaraq deyib: “Prokuror bilmir ki, ordunun qurumlarını ayrı-ayrı şəxslər qura bilməz? Üstəlik, JİTEM deyilən bir qurumun olmadığı məlum olduğu halda, israrla ”JİTEM" kəlməsindən istifadə olunmasını qınayırıq. Ordu daxilində qurumların yaradılması parlamentdə təsdiqlənir. Bunu bilmirlərmi?!" Sonra V. Kiçiyin digər vəkili, qızı Zeynəb Kiçik çıxış edərək bildirib ki, atasının həbs olunduğu gün səhər saat 6.30-da 10 mülki polis onun evinə də basqın edib: “Qızım otağında yatarkən polislər bütün otaqlara girib hər yeri alt-üst etdilər. ”Mənim nə günahım var" dedikdə cavab vermədilər. İki kompyuterin yaddaşını və övladımın oyun disklərini götürdülər. Burada təqsirləndirilən şəxslərin bir çoxu kimi, mən də İnternetdə “Ergenekon”la bağlı araşdırma aparmış, ya da bu hökumətdən məmnun olmadığımı kiməsə yazmış olsaydım, indi müttəhimlər kürsüsündə əyləşmişdim". Atasına tərəf boylanaraq uca səslə danışan Z. Kiçik müxalifətdən də məmnun olmadığını vurğulayıb: “Tez-tez bu hökuməti kim yıxacaq deyirəm, bundan sonra da deyəcəyəm. Hazırda müttəhimlər kürsüsündə deyiləmsə, bunu tamamilə bəxtimin gətirməsi ilə əlaqələndirirəm”.
44,497
17.12.2008 01:30
Gündəm
HERKEL HÖKUMƏTİ BEYNƏLXALQ TƏCRÜBƏNİ ÖYRƏNMƏYƏ ÇAĞIRDI
Onun sözlərinə görə, bu məsələ demokratik ölkələrdə iki dəfəlik müddətlə məhdudlaşır:“Mən ümid edirəm ki, dövlət hüququnun inkişafı kimdən asılıdırsa, o adamlar beynəlxalq təcrübəni öyrənəcəklər və Venesiya Komissiyasının tövsiyələrini nəzərə alacaqlar”. Cənab Herkel deyib ki, Avropa Birliyinin üzvü olan ölkələrin heç birində bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə imkan verən qanunun olduğunu xatırlamır.
44,498
17.12.2008 02:29
Yazarlar
ÜÇÜNCÜ MÜDDƏTƏ MEŞƏ QALACAQMI?
Əslində gülünc mənzərədir. Dünyanın heç bir sivil ölkəsində parlament hardasa qanunsuz ağac qırılmasını müzakirəyə çıxartmır və bir deputat da söyləmir ki, həmin ərazidə torpağın sotu 60 min dollardır, gərək bu işə dövlət başçısı səviyyəsində müdaxilə olsun. Neyləyək, bu da bizim qismətdir, biz hələ prezidentdən çayxana yeri xahiş edən də görmüşük.Klintonun Buşdan yaxşı prezident olduğunu, guya onun dövründə dünyada işlərin rəvan getdiyini isə Fəzail İbrahimli adlı deputat söyləyib. Əgər İbrahimli, Allah heç qoymasa, “tarixçi-professor” adı daşımasaydı, mən buna məzəli yanaşar, fikir verməzdim. Amma Klintonun prezidentlik dövrü elə də uzaq tarix deyil axı, 90-cı illərdir. Kəskin Balkan müharibələri, Rusiyanın Çeçenistanda soyqırımı, Ermənistanın Azərbaycanı işğal etməsi və sairə... Mister İbrahimli bunları “rəvanlıq” sayır? Mədhiyyə söyləmək, İlham Əliyevin 3-cü dəfə də prezident olmasını istəmək üçün başqa misal tapmadınızmı?Sözsüz ki, bu mövzuda ən ekzotik, cəh-cəhli siyasi şərhi başqa deputat, YAP-ın icraçı katibi Əli Əhmədov veribdir. Mister Əhmədov deyir ki, cəmiyyət bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını tələb edir. Guya bu qadağa vətəndaşların həm seçmək, həm seçilmək hüququnu pozurmuş. Əhmədovun növbəti cümləsi isə dünya demokratik fikrini əsl çimdikləməkdir, gəlin onu olduğu kimi oxuyaq: “Belə şəraitdə (yəni, 2 dəfədən çox prezidentliyə qadağa varsa - Z.H.) xalqın o qədər də prezident qiyafəsində görmək istəmədiyi bir şəxsin prezident seçilmək şansı yaranar ki, bu da xalqın və ölkənin gələcəyinin taleyin hökmünə buraxılması demək olardı”.Dəhşətdir. Gerçəkdən, layiqli bir şəxs, qiyafəsi, geyim-kecimi babat adam oturub prezidentlik eləyir, cəmi iki müddətdən sonra çıxır pensiyaya. Xalq yazıq da neyləsin, çar-naçar, götürür layiq olmayanın birisini prezident seçir. Ölkədə hər şeyin zibili çıxır, taleyin hökmünə düşür, aləm qarışır, lap mister Fəzail İbrahimli demişkən, “dünyanın nizamı pozulur”. Bah, heç buna yol vermək olarmı? Qoy referendum keçirilsin, prezident lap 50 dəfə prezident olmaq hüququ əldə eləsin. Razı olmayanın gözü çıxsın. Ya da çıxarılsın. Bəs necə, xalqın iradəsi mühümdür. Xalq istəsə, adamın anasını ağladar, uf da deməz. Tarixdə gör nə qədər fısqırıq işlər “xalqın adından” edilibdir...Ancaq Əli Əhmədov yoldaşın siyasi-uzaqgörən, lirik-bioloji şərhindən bir dənə sual çıxır. Hesab edək ki, Əhmədov xalqın gələcəkdə səhv edib, “o qədər də prezident qiyafəsində görmək istəmədiyi şəxsdən prezident düzəltmək” təhlükəsini nəzərə alır. Amma bəs indi konstitusiyanı səsvermə ilə dəyişəcək xalqı haradan əldə edir? Nədən bilir ki, indi xalq səhv etmir? Niyə xalq bir şəxsin 50 dəfə prezident olmasına səs verəndə əzizdir, 2 dəfədən artığına qadağa qoyanda yox?Deputat İqbal Ağazadənin ironik yanaşması, “millət istəyir ki, prezidenti 14 yaşda seçək” sözləri yapçılara yaxşı cavabdır. Təşəkkür.Qaldı mənim mövqeyim, qoy konstitusiyanı dəyişsinlər, bir şəxs neçə dəfə istəsə prezident olsun. Onsuz da üçüncü müddətə qədər “8-ci kilometr”də bir dənə də yoluq ağac qalmayacaq. Satmağa nəsə qalmayan ölkədə kimin prezident olması mənasızdır. Zamin HACI
44,499
17.12.2008 01:32
İqtisadiyyat
AZƏRBAYCAN NEFT İXRACINI KƏSKİN AZALTDI
Yanvar ayında Ceyhan limanında 7 “SuezMax” və 1 “VLCC” tankerinin yüklənməsi nəzərdə tutulur. Ekspertlər tranzit daşımaların azalması səbəbilə “BTC boru” kəmərinin tutumunun 50 faiz azalacağını, BTC Co-nun qiymətlərin ucuz olması səbəbilə neft ixracında maraqlı olmadığını bildirirlər. Xəbərdə enerji məsələləri üzrə ekspertlərin fikirlərinə də yer verilib. Ekspertlərin fikrincə, dünya bazarında qiymətlərin aşağı düşməsi neft ixrac edən ölkələri hasilat və satışın həcmini azaltmağa məcbur edir: “Onlar bununla neftin qiymətini yenidən artırmağı planlaşdırırlar. Lakin bugünkü bazar şərtləri ilə neftin iqtisadi dəyəri 25-30 dollardan artıq deyil. Buna görə də ixracatçı ölkələr neftin bir barelinin 147 dollara satıldığı dövrləri unudaraq orta hesabla 30 dollarlıq qiymətləri qəbul etməyə məcburdur”. “bp-Azərbaycan” şirkətindən APA-ya bildirilib ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda istismar olunan “Mərkəzi Azəri” platformasının avqust ayından işini dayandırması hasilatın azalmasına təsir göstərib. Bugünlərdə isə ARDNŞ prezidenti Rövnəq Abdullayev bu platformanın dekabrın sonunadək yenidən istismara daxil olacağını bildirib. “bp-Azərbaycan” rəsmiləri bu səbəbdən gələn il “Azəri-Çıraq-Günəşli” də builki kimi ən azı 4 platformanın işləyəcəyini qeyd ediblər.Lakin gözlənilir ki, Azərbaycan neft hasilatını təkcə göstərilən texniki problemlərlə bağlı deyil, həm də qiymətlərin ucuzlaşması ilə bağlı azaltmağa məcbur olacaq. Xəbər verildiyi kimi, neft ixrac edən ölkələrın təşkilatı - OPEC-in bu həftə Əlcəzairdə keçiriləcək sammitinə ilk dəfə olaraq, Azərbaycan da dəvət edilib. Məqsəd neftin qiymətinin aşağı düşməsi fonunda beynəlxalq səviyyədə hasilatın azaldılmasına dair yekdil qərar qəbul etməkdir. Artıq Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev OPEC toplantısında iştirak etmək üçün Əlcəzairə yola düşüb. Nazir yola düşməzdən öncə “Amerikanın səsi”nə açıqlamasında OPEC-in neft hasılatını azaltmaq barədə qərarı rəsmiləşdirəcəyi təqdirdə, Bakının da bununla razılaşağını istisna etməyib. “Əgər orada belə bir qərar qəbul olunsa, ola bilsin ki Azərbaycan bunu dəstəkləyəcək” - deyə nazir bəyan edib. Azərbaycanla yanaşı, OPEK-in sammitinə dəvət olunan Rusiya da bəyan edib ki, onlar neftin qiymətlərini tənzimləmək üçün bu təşkilatla səylərinı birləşdirəcəklər.Amma müstəqil iqtisadçılar isə diqqəti buna yönəldirlər ki, Azərbaycan əgər OPEC-ə qulaq asıb neftin hasilatını azaltmaq barədə öhdəlik götürsə, bu, ölkə qarşısında yeni problemlər aça bilər. Enerji məsələləri üzrə ekspert İlham Şaban “Amerikanın səsi”nə müsahibəsində belə bir qərarı Azərbaycan üçün perspektivsiz adlandırıb. Onun sözlərinə görə, digər ölkələrdən fərqli olaraq, Azərbaycanın hasil etdiyi neft özününkü deyil: “Gələn il Azərbaycanda hasil ediləcək 60 milyon ton barel neftdən 53 milyonu ABƏŞ-in və ”Şahdəniz"in üzərinə düşür. Yəni hasil edilən neftdən 90 faizdən artığı hasilatın pay bölgüsü tipli kontraktlarla tənzimlənir. Və o kontraktlar qanun şəklində həyata keçirilir - onun geriyə yolu yoxdur. İndi təsəvvür edin ki, OPEK qərar qəbul edərək Azərbaycandan gələn il neftin ixracını 10 faiz aşağı salmağı istəyir. Azərbaycan hökumətinin isə bununla bağlı, məsələn, ABƏŞ-ə müraciət etmək hüququ yoxdur. Çünki şirkətlər kommersiya marağı güdürlər və bu da onlar üçün qəbuledilməzdir. Bu isə o deməkdir ki ARDNŞ faktiki olaraq öz hasilatını dayandıracaq. Bunun Azərbaycana nə xeyri var?" Hazırda Azərbaycanın dünya neft hasilatında ümumi payı o qədər də yüksək deyil - ölkə sutkada 850 min barel neft ixrac edirdi. İndi isə bu həcm yarıdan çox azalıb. OPEK ölkələri isə təkcə ötən il 35 milyon barel neft hasil ediblər.
44,500
17.12.2008 02:53
Gündəm
AMERİKADA AZƏRBAYCANLA BAĞLI DAHA BİR RÜŞVƏT QALMAQALI
Məhkəmədə üzə çıxıb ki, “Siemens”in özəl bank hesablarından rüşvət nağd pullarla doldurulmuş çamadanlarla daşınıb, Amerika Ədliyyə Nazirliyinin əməkdaşları (həmin qurum eyni vaxtda Baş Prokurorluq funksiyasını yerinə yetirir) bu zaman gizli bank hesablarından ÿistifadə olunduğunu, hökumət məmurlarının xarici banklardakı gizli hesablarına milyonlarla dollar köçürüldüyünü üzə çıxarıblar. Məhkəmə prosesində şirkət üzləşdiyi ittihamlarla bağlı üst-üstə 1.33 milyard dollar cərimə ödəməyə razılaşıb. Bu məbləğin 800 milyon dolları ABŞ Prokurorluğu tərəfindən irəli sürülən cinayət və mülki iddialarla bağlı, qalanı isə Almaniyada qaldırılan iddialar üçün ödənilib. Şirkətin bu məbləği ödəməsinin əvəzində ona qarşı ittihamlar götürülür. Amerika rəsmiləri bəyan ediblər ki, bu, indiyədək xarici şirkətin ödəməyə razı olduğu ən iri cərimədir.Amerika Prokurorluğu bəyan edib ki, “Siemens”in hökumət rəsmilərinə rüşvət verməsi ilə bağlı araşdırmalar 2000-ci ildən sonra Avstriya, Lixtenşteyn və İsveçrədə başladılıb. Daha sonra təhqiqatlar şirkətin Azərbaycan, Macarıstan, İsrail, Tayvan və Çindəki biznes sövdələşmələri ilə bağlı davam etdirilib. Məhkəmə sənədlərindən məlum olur ki, şirkət xarici hökumətlərin məmurlarına rüşvət verməklə ixtisaslaşan “biznes-məsləhətçilər”ə böyük məbləğlərdə pullar verib. Pullar şirkətdən saxta bank hesabları və mühasibat sənədləri əsasında çıxarılıb. Qeyd edək ki, “Siemens” şirkəti Azərbaycanda uzun müddətdir işləyir və hökumət strukturları ilə çoxsaylı layihələr həyata keçirib və keçirməkdədir. Şirkətin rəhbərliyində təmsil olunan şəxslər isə dəfələrlə Bakıda səfərdə olublar. Lakin “Siemens”in 2000-ci illərin əvvəllərində Bakı və Sumqayıtın elektrik şəbəkəsini idarəetməyə götürmək üçün apardığı danışıqlar nəticəsiz qalmışdı. Həmin vaxtlar belə şayiələr yayılmışdı ki, şirkət bu müqavilənin əvəzində ondan tələb edilən məbləği ödəməkdən imtina edib. Buna baxmayaraq, şirkət sonradan Azərbaycanda yeni biznes layihələri əldə edib. Belə layihələrdən biri də Sumqayıtda 517 meqavatt gücündə elektrik stansiyasının tikintisidir. Ötən il bu layihə ilə bağlı “Azərenerji” Səhmdar Cəmiyyəti ilə “Siemens” arasında mübahisə də yaranıb. Mübahisəyə səbəb şirkətin stansiyanı üzərinə götürdüyü öhdəliyə uyğun olaraq həmin ilin sonunadək təhvil verməməsi ilə bağlı olub. O vaxt mübahisə iş məhkəməyə getmədən həll olundu. Amerika məhkəməsində araşdırılan rüşvət qalmaqalının şirkətin Azərbaycandakı hansı layihəsi ilə bağlı olduğu müəyyən deyil, ancaq alman şirkətinin iş təcrübəsinə əsasən belə demək olar ki, “Siemens” başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da işlərini çamadanlarla dolu nağd dollarların sayəsində həll edib.
44,501
17.12.2008 02:35
Yazarlar
OBAMA VƏ ƏLİ ƏHMƏDOVUN STRATEGİYASI
Ciddi mesajdır. Dünyanın ən nəhəng neft ölkəsinin prezidentinin bu bəyanatını bir çox ekspertlər bahalı neft erasının yekunlaşması kimi yozur. Və bir də ABŞ təkcə neft nəhəngi sayılmır. O, ümumiyyətlə nəhəng dövlətdir - az qala bütün dünyanı fırladacaq qədər nəhəng. Ona görə də Amerikanın yeni prezidentinin yaxın və uzaq gələcəklə bağlı açıqladığı planlar son dərəcə maraqla izlənir. Amma ortada pis nümunələr də var. Ona görə də adam hərdən cənab Obamanın bu tip bəyanatlarını ciddiyə almaq istəmir. Məsələn, Corc Buş dörd il öncə - ikinci inauqurasiya mərasimində sensasion bəyanat verdi. “Azadlıq istəyən xalqlar onu qazanacaqlar”. Yəni ABŞ demokratikləşmə ərəfəsində olan ölkələrə yaxından dəstək verəcək. Ardınca da Kondoliza Rays dövlət katibi vəzifəsinin icrasına başlayanda Obamanın dünənki bəyanatına bənzər bir nitq irad etdi. Xanım Rays o vaxt açıq tekstlə bildirmişdi ki, ABŞ-ın xarici siyasət kursunda ciddi prioritet dəyişikliyi gözlənilir; enerji təhlükəsizliyi bir qədər arxa plana keçərək yerini demokratiya və azadlıqların müdafiəsinə verəcək. Hər iki bəyanatın ardı gəlmədi, reallıq əmsalı sıfra bərabər oldu. Əksinə, son beş ildə azadlığa, demokratiyaya təşnə Azərbaycanda bu sahədə hər şey pisə doğru dəyişdi. Buşun bəyanatından iki ay sonra ölkəmizdə demokratiyaya, söz azadlığına dəhşətli zərbə vuruldu - Elmar Hüseynov qətlə yetirildi. Bundan bir neçə ay sonra keçirilən parlament seçkiləri biabırçı formada saxtalaşdırıldı. Müxalifətdən olan namizədlərin səsləri oğurlandı, mandatları başqalarına satıldı, pay-püş edildi. Sonra proses zəncirvari xarakter aldı. Qəzetlər, partiyalar ofislərindən çıxarıldı, ölkənin aparıcı qəzetlərindən ikisi zorla qapadıldı. Jurnalist həbsləri start götürdü. Hələ də Azərbaycan həbsxanalarında dəyərli qələm sahibləri haqsız yerə cəza çəkir. Elə bu məqamda bir xatırlatma yerinə düşər. Bir neçə il öncə Azərbaycanın tanınmış siyasətçilərindən biri ilə müsahibə götürərkən ondan Kondoliza Raysın bəyanatının nə üçün reallaşmamasının səbəbini soruşdum. Dedi ki, xanım Raysı bu bəyanatına peşman etdilər, ona görə. Kimlər? Cavabı olduğu kimi yazıram: “Amerikanın gerçək sahibləri, o dövləti idarə edən güclər”. Bu cavab diktofonun düyməsi söndürüldükdən sonra səsləndi. Müsahibədə əksini tapmadı, təbii ki, qarşı tərəfin xahişi ilə. Aman, bircə Obamanı da dediklərinə peşman etməyələr. Yoxsa batarıq. Çünki onun açıqladığı strategiya ölkəsində demokratiyanın oturuşmasını görmək istəyən hər bir vicdanlı insanın maraqlarına cavab verir. Bir də ki, ona təpinməzlər. Deyilənə görə, Obamanı elə ABŞ-ın gerçək sahibləri bu məqama gətiriblər - Amerikanı xilas etmək üçün. Dünən Barak Obamanın haqqında danışdığımız bəyanatı mediada yayıldığı saatlarda Azərbaycan parlamentinin iclası keçirilirdi. YAP-ın icraçı katibi Əli Əhmədov illərdən bəri dartışılan və son aylar intensiv şəkildə ictimai müzakirə predmetinə çevrilən prezidentin dəfə məsələsi haqda təklif səsləndirirdi. YAP-çılar və əksər məmurlar hörmətli İlham Əliyevi üçüncü dəfə prezident görmək istəyirlər. Qanun, konstitusiya buna imkan verməsə də, dediklərindən dönmək istəmirlər. Olmalıdır, vəssalam! Düşüncə fərqinə baxın. Amerikanın sahibləri öz ölkələrinin xilası və daha da inkişafı üçün hətta qaradərili birinə hakimiyyəti qıydılar. Bizimkilər isə... Əslində hakimiyyət düşərgəsində hay-həşir salanlar İlham Əliyevi yox, öz perspektivlərini düşünənlərdir. Heç şübhəsiz ki, prezidentin əlinin altında 2013-cü il üçün uyğun variant olmamış deyil. Bax, YAP qırğılarını, hakimiyyətdən yeyənləri narahat edən, yuxularını ərşə çəkən də həmi plandan duyuq düşmələridir. Deyəsən, o planda birilərinin adları yoxdur... Azər AYXAN
44,502
17.12.2008 02:21
Ölkə
“KOSMOPOLİT OLMAQ BU QƏDƏR ALÇALDICI DEYİL”
V.Cəfərova bizə açıqlamasında bildirdi ki, C.Osmanlının yersiz hücumlarının səbəbi onunçün qaranlıq qalıb. Onun sözlərinə görə, “İrəli” fəaliyyətdə olanda sözügedən iki təşkilat arasında normal münasibətlər olub. Sadəcə, təşkilat öz fəaliyyətini dayandırdığını elan edən vaxt müsahibimiz də jurnalistlərin suallarına cavab olaraq, bu məsələyə öz münasibətini bildirib: “Biz eyni sektordayıq, eyni formatda çalışırıq. Məndən bu məsələyə münasibət soruşulması tamamilə normal bir haldır. İndi baxıram ki, şəxsi internet ünvanıma ”İrəli"çilərdən 15-20 məktub gəlib, ittiham edirlər, süni qalmaqal yaratmaq istəyirlər. Bu durum lap o səviyyəsiz şou biznes verilişlərinə bənzəyir. Bostanımıza atmadıqları daş qalmayıb". Müsahibimiz daha sonra C.Osmanlının “Dalğa”nın qeyri-müstəqil təşkilat olması ilə bağlı dediyi fikirlərə də toxundu. Onun sözlərinə görə, “Dalğa” Demokratik İslahatlar Partiyasından əvvəl yaranıb, ona görə də gənclər təşkilatının onların himayəsində olduğunu iddia etmək gülməlidir: “Bütün qərarlar DİP-in mətbəxində yox, ”Dalğa"nın sınıq-salxaq ofisində, həftənin bazar ertəsi günü, saat 18-də verilir. Kimə maraqlıdırsa, gəlib iştirak edə bilər. Mənim, ümumiyyətlə, iclaslarda veto hüququm yoxdur. 12 səsin qarşısında bir səsim var. Bizdə tam şəffafılıqdır, heç kim tərəfindən idarə olunmuruq". “Dalğa” sədri C.Osmanlının onların fəaliyyəti barədə “bu təşkilatın adı çəkiləndə ilk növbədə ağıla ”azad seks" layihəsi gəlir" açıqlamasına da münasibət bildirdi. Müsahibimizin sözlərinə görə, kosmopolit olmaq bu qədər alçaldıcı deyil: “Mən heç kimin şəxsi həyatına qarışmıram. Kim şəxsi həyatında nəsə seçim edibsə, bu, onun şəxsi işidir. O, seksə qeyri-təbii bir şey kimi baxırsa, maariflənsə yaxşı olar”. Müsahibimiz həmçinin “İrəli”nin “milli-mənəvi dəyərlər”ə söykənən fəaliyyəti də təhlil etdi. Onun sözlərinə görə, sözügedən təşkilat “”Nar" bizim milli sərvətimizdir", “Bayraq düz asılmalıdır”, “Dilimizin təmizliyi uğrunda mübarizə aparaq” kimi əslində mövcud olmayan problemlərin “həll”i ilə məşğul olurlar: “Bizsə ”Təhsil haqqında" qanunun qəbul olunması, “Korrupsiya universitetdən yığışdırılsın, insanlar maarifləndirilsin”, “Məhbus jurnalistlər azad edilsin” kimi aksiyalara imza atırıq. İndi qoy cəmiyyət özü qərar versin: kim daha çox milli-mənəvidir, kim kosmopolitdir. Biz real problemlərlə mübarizə aparırıq, onlarsa görüntü yaradırlar". V.Cəfərovanın sözlərinə görə, qarşı tərəf QHT yaratmağa hazırlaşır və diqqət cəlb etmək üçün onlarla polemika yolunu seçib. O, C.Osmanlının donorlara “Dalğa”ya qarşı necə “güclü” olduğunu göstərərək, əlavə pul qazanmaq istədiklərini dedi: “O deyir ki, 5000-dən çox layihə həyata keçirmişik, regionlarda bütün filiallarımız açıldı. 3 il fəaliyyətdə olmuş, qeydiyyatsız təşkilat olmalarına baxmayaraq, şəhərin mərkəzində aylığı 2000 dollar olan ofis kirayələyiblər. Qeydiyyatsız təşkilat kimi dövlətdən necə pul ala biliblər? Maliyyələri hardandır, donorları kimdir? Biz kimin tərəfindən maliyyələşdiyimizi göstərə bilərik. Bəs onlar?”
44,503
17.12.2008 02:38
Ölkə
HANSI MÜHACİRLƏR ÖLKƏYƏ QAYIDA BİLƏR?
Bəs, onlar ölkəyə qayıda bilərlərmi? Qayıdacaqları təqdirdə onları nə gözləyir? “Dilarə Əliyeva” adına Qadın Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Novella Cəfəroğlunun sözlərinə görə, barəsində cinayət işi açılmayan siyasi mühacirlər vətənə qayıda bilərlər: “Hamı bilir ki, Ayaz Mütəllibov və Rəsul Quliyevə qarşı cinayət işi açılıb. Tofiq Qasımov isə heç bir maneə olmadan geri dönə bilər. Barəsində cinayət işi qaldırılan mühacirlər ölkəyə qayıtmaq üçün icazə istəməlidir”. “Siyasi mühacirlər üçün xüsusi amnistiyaya ehtiyac varmı” sualını N.Cəfəroğlu bu cür cavablandırdı: “Siyasi mühacirlərin Azərbaycana qayıtmasının tərəfdarıyıq. Mütəllibovun qayıtması ilə bağlı prezidentə müraciət etmişik. O, Azərbaycana qaytarılmalı və onun üzərində olan cinayət işi götürülməlidir. İstəsək də, istəməsək də, Ayaz Mütəllibov Azərbaycanın birinci prezidenti olub. Müstəqillik Aktına o qol çəkib. Mütəllibov da, Əbulfəz Elçibəy də tarixdə prezident kimi qalacaqlar. Mütəllibov atasının qəbrini də görməyib. Onun ölkəyə gəlməsinə icazə verilməsi, həbsdəki xəstə siyasi məhbusların, jurnalistlərin azad olunması vacibdir. Belə olsa, ölkədəki ab-hava dəyişər. Ayaz Mütəllibovun Azərbaycana qaytarılması məsələsini Avropa Şurasında da qaldırmışıq. Cəmiyyətin inamını qaytarmaq üçün prezident tərəfindən siyasi mühacirlərin qayıtmasına şərait yaradılmalıdır”.Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə də bəzi siyasi mühacirlərin barəsində cinayət işi açıldığını, qayıtdıqdan sonra istintaqa cəlb olunacaqlarını söylədi: “Bir qrup mühacirlər isə ölkəyə qayıdacaqları təqdirdə şərlənərək istintaqa cəlb olunacaqlarını düşünürlər. Bu məsələlər bir az qarışıqdır. Siyasi mühacirlərin ölkəyə qayıtması nə qanunla, nə də konstitusiya ilə tənzimlənir. Öncə mühacirətin səbəblərinə aydınlıq gətirmək lazımdır”.Ç.Qənizadə mühacirlər barəsində cinayət işi qaldırılmayıbsa, onların ölkəyə qayıtmasının mümkün olduğunu söylədi: “Həmin şəxslər qayıdarkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılarsa, hüquq müdafiəçiləri onlara dəstək ola bilər. Ölkəyə qayıtmaq niyyəti olan mühacirlər onları diqqətdə saxlamaq məqsədilə beynəlxalq təşkilatlar tərəfindən tanınan hüquq müdafiəçilərinə müraciət etməlidirlər. Onların gəlişləri ilə bağlı səylərimizi artıra bilərik”. Ç.Qənizadə hazırkı hakimiyyətin onlara qarşı o qədər da aqressiv olduğunu düşünmədiyini söylədi: “Zaman dəyişib. O hadisələrdən 3-5 il keçib. Mən çox istərdim ki, mühacirlər ölkəyə qayıtsınlar”.Hüquq müdafiəçisinə görə, hakimiyyət siyasi iradə nümayiş etdirib, mühacirlərlə bağlı amnistiya verə bilər: “Amma bir şeyi nəzərdə saxlamaq lazımdır ki, amnistiyaya ağır cinayətlərdə ittiham olunanların adları düşmür. Huquqşünas olaraq məsələnin amnistiya yolu ilə həllini görmürəm”.
44,504
17.12.2008 02:31
Yazarlar
TƏBRİZDƏ ERMƏNİ BAYRAĞI
Tehranda İranın xarici işlər naziri Mənuçöhr Möttəki ilə görüşdən sonra işğalçı dövlətin energetika və təbii sərvətlər naziri Armen Movsisyanın açıqlaması bu təhlükənin real olduğuna şübhə yeri qoymur. Belədirsə, deməli, İran adlı dövlət nümayişkaranə şəkildə xalqımızı aşağılamağa, onun hissləri ilə oynamağa, bizi növbəti dəfə erməninin ayağına verməyə hazırlaşır. Çünki Tehranda Ermənistan səfirliyinin mövcud olması ayrı şeydir, Təbrizdə - bütöv və böyük Azərbaycanın mənəvi-virtual paytaxtında erməni konsulluğunun açılışı ayrı.Yada salaq ki, Təbrizin erməni bayrağı ilə murdarlanması təşəbbüsləri çoxdan var. Amma onun gerçəkliyə bu dərəcədə yaxın olduğu barədə xəbərlər ilk dəfədir yayılır. Odur ki, Azərbaycanın Xarici İşlər Nazirliyi məsələyə çevik müdaxilə etməyə, rəsmi Tehrandan izahat istəməyə borcludur. Çünki Təbriz İran adlı dövlətin böyük şəhəri sayılsa da ən əvvəl Azərbaycan xalqının ulu və qədim mədəniyyət beşiyi, Güney Azərbaycanın vuran ürəyidir.Yəni məsələ sırf İranın daxili işi sayıla bilməz. Təbrizdə Ermənistan konsulluğunun açılması onun elə Azərbaycanda açılması deməkdir. Təsəvvür edirsinizmi? İndi nə edək, oturub gözləyək ki, belə bir rüsvayçı hadisə baş versin və 20 Yanvar, Qarabağ, Xocalı... şəhidlərinin ruhu yenidən narahat edilsin?Rəsmi Bakının İranın bu addımını önləməyə daha bir haqqı var. İş ondadır ki, Azərbaycan müstəqil olandan sonra İsraildə - İranın əzəli və əbədi düşmən saydığı ölkədə diplomatik nümayəndəlik açmayıb. Və bu addıma müəyyən dərəcədə İrana jest olaraq getməyib. Bu mənada daim müsəlman həmrəyliyindən dəm vuran Tehrana aydın şəkildə xatırladılmalıdır ki, əgər Təbrizdə Ermənistan bayrağı dalğalansa, o zaman Bakı da ləngimədən İsraildə öz səfirliyini açacaq.Ancaq bizcə, İrandan ehtiyatlanan Azərbaycan rəhbərliyinin buna gücü çatmasa da, güneyli vətənpərvər qüvvələr konsulluq açılmasını əngəlləyəcəklər. Hər halda, Quzeydən fərqli olaraq Güneydə milli hisslər, oyanış ovqatı daha güclüdür. Və bu, müəyyən inam yaradır. Zira, güneyli fəallar da bilməmiş deyillər ki, Tehran rejimi belə bir addımla həm də Cənubi Azərbaycandakı toplumu “dişinə vurub” yoxlamaq, sınağa çəkmək, aşağılamaq, hətta sındırmaq istəyir.Əlqərəz, bu, bir şərəf məsələsidir, milli məsələdir. Azərbaycanın həm şimalı, həm də cənubu üçün. Nazir Elmar Məmmədyarov üçün, lap elə səfir Abbasəli Həsənov üçün də. Yeri gəlmişkən, görəsən, səfir Həsənov bu məsələyə necə baxır?Tehranın bu davranışı hiddət doğurmaya bilməz. Türkiyə bir qırağa, İran bu günədək öz ərazisində Ermənistan səfirliyinin fəaliyyətinə imkan verməyən, təcavüzkarla hər hansı ilişgi qurmayan Pakistan İslam Respublikası qədər də olmadı. Lakin cənub qonşumuz dəqiq bilsin ki, Təbrizdə erməni konsulluğu məsələsinə “yaşıl işıq” yandırmaqla onun Azərbaycanda “ilana zəhər verən kərtənkələ” imici daha da möhkəmlənəcək.Tehranın indiyədək bir çox anti-Azərbaycan gedişlərinə - dəniz və hava sərhədlərimizi pozmasına, güneyli fəalları təqib edib zindana salmasına və oğurlamasına, soydaşlarımızın elementar mədəni-təhsil haqlarını kobud pozduğu halda beş-altı erməniyə İranda milli məktəblər açmasına, Ermənistanla ilişgilərə və s. haradasa dözümlü yanaşılıb. Ancaq konsulluq məsələsi tamam fərqlidir.Əminik ki, Təbrizdə erməni bayrağının dalğalanmasına öncə təbrizlilərin özü, Bakı buna dözməyəcək, ayağa qalxacaq; İranın buradakı səfirliyi qarşısında piket piketə calanacaq. Lakin bunun üçün öncə o taylı-bu taylı ziyalılarımızın, milli mətbuatımızın və gənclərimizin ayıq olması, vətəndaş mövqeyi sərgiləməsi ümdə şərtdir.Di, sözümüzə, ayağımıza təpər!.. Zahid SƏFƏROĞLU
44,505
17.12.2008 01:40
Kriminal
AZƏRBAYCANLI İDMANÇI RUSİYADA QƏTLƏ YETİRİLDİ
Novosibirsk vilayətinin Pankration Federasiyasının prezidenti Anatoli Marenkov isə hadisəni daha ətraflı şərh edib: “Lələşov avtomobilin qabaq oturacağında sürücü ilə yanaşı oturub. Arxada oturan şəxs isə tapança ilə idmançının başına atəş açıb. Sonra da onu maşından arxa tullayıb”. İdmançının meyitini qətlə yetirildiyi günün axşamı həyat yoldaşı tapıb. Bu gün isə Z.Lələşovun cənazəsini vətəni Azərbaycana gətirəcəklər. Zakir Lələşov 1985-ci il aprelin 21-də Bakıda anadan olub. Əvvəllər Açinskdə, son zamanlar isə daha çox Krasnoyarskda yaşayırmış. Əlbəyaxa döyüşlər və sərbəst güləş üzrə idman ustalığına namizəddir. UFC və PLP versiyaları üzrə professionallar arasında dünya çempionatının ikinci mükafatçısıdır. 2008-ci ildə pankration üzrə Rusiya çempionu olub.REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ YARADILDIArtıq respublikamızın regionlarında da vətəndaş cəmiyyəti institutlarının formalaşması prosesi gedir. Bugünlərdə daha bir qeyri-hökumət təşkilatı Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. “Regional insan hüquqları və media mərkəzi” İctimai Birliyinin fəaliyyətinin əsas məqsədi regionlarda insan hüquqlarını müdafiə etmək və medianin inkişafına dəstək verməkdir. Birliyin sədri Xalid Kazımovun verdiyi məlumata görə, təşkilatın fəaliyyəti Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Goranboy, Mingəçevir və Yevlax rayonlarının ərazisini əhatə edəcək: “Regionlarda əhalinin hüquqi biliklərinin azlığı çox vaxt onların hüquqlarının pozulması ilə nəticələnir. Bölgələrdə yaşayan əhalinin xeyli hissəsi öz hüquqlarını yetərincə bilmədiyindən hüquqlarını müdafiə etməkdə də çətinlik çəkir. Nəticədə bəzi məmurlar, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən onların hüquqları pozulur. Paytaxtda əhali ilə bu sahədə iş aparan xeyli sayda vətəndaş cəmiyyəti institutu fəaliyyət göstərsə də, onların fəaliyyəti regionları əhatə etmir. Bu mənada Regional İnsan Hüquqları və Media Mərkəzi vətəndaşların hüquqi biliklərinin artırılması, əhaliyə hüquqi yardım göstərilməsi, onların bu sahədə rastlaşdıqları problemlərin araşdırılması və onların həllinə köməklik göstərilməsini qarşısına məqsəd qoyub. Bu məqsədlə müxtəlif kurslar və seminarlar, görüşlər keçirilməsi nəzərdə tutulur”. Qeyd edək ki, təşkilat fəaliyyət göstərəcəyi rayonlarda əhalinin informasiya ilə təmin olunması üçün bir sıra tədbirlər həyata keçirməyi də nəzərdə tutur.
44,506
17.12.2008 03:43
Dünya
OBAMA NEFTİ “QARA SİYAHI“ya SALDI
Obama yeni enerji nazirini təqdim edərkən deyib ki, Amerikanın xaricdən alınan neftə olan alışqanlığı iqtisadiyyatı boğur, düşmən rejimlərin varlanmasına səbəb olur və ölkəni qeyri-sabit regionlardan asılı vəziyyətə salır. O bildirib ki, Vaşinqtonun yeritdiyi silsilə siyasətlərə və dünya ehtiyatlarının tükənməsinə baxmayaraq, Amerikanın enerjidən asılılığı artmaqdadır. Obama deyib ki, ətraf mühitə ziyan vurmayan sənaye sahələrində yeni iş yerləri yaratmaq üçün geniş imkanlar mövcuddur. ABŞ-ın yeni prezidentinin bu bəyanatı gələcəkdə neftə olan tələbatın daha da azalacağına və beləliklə, qiymətlərin düşəcəyinə işarədir. Çünki ABŞ dünyada ən iri neft istehlakçısıdır. Obama hələ prezident seçilməzdən əvvəl bəyan edib ki, Amerikanın xarici neftdən asılılığını azaldacaq. Bu məqsədlə həm Amerikanın özünün daxili neft ehtiyatları işə salınacaq, digər tərəfdən isə alternativ enerji mənbələrindən istifadə genişləndiriləcək. Obama bu vədlərinə sadiq qalaraq alternativ enerji sahəsində Nobel mükafatçısını enerji naziri vəzifəsinə təyin edib. Bu isə artıq bazarlara neftin ucuzlaşması üçün verilən işarədir. Qeyd edək ki, bu həftə neft hasil edən ölkələrin təşkilatı OPEC gündəlik hasilatı kəskin azaltmaq haqda qərar verəcək. Məqsəd neftin ucuzlaşmasını dayandırmaqdır.Obama həmçinin bildirib ki, Klinton administrasiyası zamanı ətraf mühitin qorunması üzrə agentliyin rəhbəri olan Karl Brauner Ağ Evin enerji və iqlim dəyişikliyi üzrə siyasətinə başçılıq edəcək. ABŞ-ın yeni seçilmiş prezidenti ətraf mühitin mühafizəsi üzrə Federal Agentliyin direktoru vəzifəsinə Layza Ceksonu təyin edib. ABŞ-da təbii ehtiyatların idarə edilməsi məsələləri ilə məşğul olan daxili işlər naziri vəzifəsinə isə Kolorado ştatından senator Ken Salazarın namizədliyini irəli sürüb. Yaxın günlərdə Obamanın xüsusi xidmət orqanlarının yeni rəhbərlərini elan edəcəyi gözlənilir. Bununla da o, komandasının formalaşdırılmasını başa çatdırmış olacaq. Obama səlahiyyətlərinin icrasına yanvarın 20-də başlayır.
44,507
17.12.2008 01:40
Dünya
BUŞA ATILAN AYAQQABI ÜÇÜN 10 MİLYON DOLLAR
Durham əz-Zeydi onu da deyib ki, Müntəziri Bağdadın “Yaşıl zona”sında saxlayırlar. Onun dediyinə görə, televiziya ekranlarından qardaşının hərəkətini görəndə əvvəlcə bərk qorxub, lakin buna baxmayaraq, Müntəzirə haqq qazandırır. Qardaşı deyib ki, Müntəzir hər gün İraqda Amerika işğalının gətirdiyi fəlakətlərin şahidi olub, ölən iraqlıların yetimləri, dul arvadları haqda dəfələrlə reportajlar hazırlayıb. Görünür, o, bu əzabların təsiri altında etirazını belə formada ifadə edib. Əvvəlcə jurnalistin iki il müddətinə həbs edilə biləcəyi deyilirdi. Lakin İraq baş nazirinin mətbuat katibi jurnalistin 7 il yarım həbs cəzası ala biləcəyini deyib. Bu hərəkətinə görə 29 yaşlı jurnalist bir anda bütün ərəb dünyası üçün əsl qəhrəmana çevrilib. İraqın hər yerində onun müdafiəsi üçün çoxminli nümayişlər keçirilir. Liviyada isə Müəmmər Qəddafinin qızının rəhbərlik etdiyi xeyriyyə fondu Müntəzirə orden verib.Bu arada Müntəzirin Buşa atdığı ayaqqabıların qiyməti durmadan artır. Ayaqqabının ölçüsünü ilk dəfə Buş özü gözəyarı təyin edib-43 razmer. Ancaq məşhur ayaqqabının ölçüsünün 44 olduğu da deyilir.Məlumatlara görə, artıq ayaqqabılara görə 10 milyon dollar təklif edirlər.Bundan əvvəl İraqın futbol komandasının texniki direktoru Adnan Hamad ayaqqabılara görə 100 min dollar təklif edərək onları Buşa tərəf atan jurnalistin bütün iraqlıların ABŞ prezidentinə münasibətini ifadə etdiyini bəyan edib. Ondan əvvəl isə başqa bir iraqlı biznesmen ayaqqabıları almaq istədiyini bildirib. İndi isə Səudiyyə Ərəbistanından olan 60 yaşlı biznesmen ayaqqabıya görə 10 milyon dollar ödəməyə hazır olduğunu bəyan edib. Hətta o, ayaqqabının cəmi bir tayına bu qədər pul verməyə də razıdır. Ayaqqabıların taleyi isə qaranlıqdır. Bəzi məlumatlara görə, onu İraq xüsusi xidmət orqanları müsadirə edib. Başqa mənbələr deyir ki, onu Buş administrasiyasının nümayəndələri suvenir kimi götürüblər. Amma hazırda həbsdə olan jurnalist Müntəzir əz-Zeydinin günahı məhkəmədə sübut edilməsə, o, ayaqqabılarını geri tələb edə bilər.
44,508
17.12.2008 01:43
Dünya
RUSİYADA GENERALLARIN ÜSYANI GÖZLƏNİLİR
İslahatlar ali hərbi məktəblər, Quru Qoşunları, Hərbi Hava və Hərbi-Dəniz Qüvvələrində aparılacaq. Diviziya sisteminin də ləğvi gözlənlir. 160 mindən çox aşağı rütbəli zabitin ixtisarı, praporşik (gizir) və miçman təsisatının tam ləğvi nəzərdə tutulub. Bu da 140 mindən çox adamın işsiz qalması deməkdir. İxtisarlar generallardan da yan keçməyəcək. 2009-cu ilin may ayına qədər 200 general, əsasən diviziya və hərbi məktəblərin komandirləri tərxis olunacaq. Hökumət bu generallara mülki işlərdə çalışmağı təklif edir.Müdafiə nazirinin müavini, ordu generalı Nikolay Pankov islahatlar barədə danışarkən hazırda Rusiyada 65 ali hərbi məktəbin olduğunu deyib. Onun sözlərinə görə, 2013-cü ilədək bu məktəblərin sayı azaldılaraq 10-a enəcək. İslahatlar başa çatandan sonra Ümumqoşun Akademiyası, Hərbi Hava və Hərbi-Dəniz Qüvvələrinin akademiyaları olacaq. Yüksək rütbəli zabitlər üçün 3 hərbi akademiya, 3 elmi-tədqiqat mərkəzi və 1 hərbi universitet olacaq.İslahatlar paketi yüksək rütbəli zabitlər tərəfindən mənfi qarşılanıb. Rus zabitləri müdafiə nazirinin mülki şəxs olmasını qəbul etmir. Xatırladaq ki, Vladimir Putin hakimiyyətə gələndən sonra təyin edilən Rusiyanın müdafiə naziri olmuş Sergey İvanov və hazırkı nazir A.Serdyukov hərbçi deyil. Peşəkar hərbçilər və generallar rəhbərlərinin mülki şəxs olmasını həzm etmir. İslahat təşəbbüsünün müdafiə nazirindən gəlməsi ordu rəhbərliyini narazı salıb. “Kommersant” qəzeti yazır ki, islahatlara etiraz əlaməti olaraq Baş Qərargahın bir sıra aparıcı fiqurları istefa ərizəsi yazıb. Onların arasında Kosovo və Çeçenistan müharibələrinin qəhrəmanı olan ordu generalı Valentin Korabelnikov da var. Arxa Cəbhə (Təminat) İdarəsinin rəisi Vladimir İsakov, Mərkəzi Komanda Mərkəzinin rəisi, general-leytenant Vladimir Qoşpodera və digər 6 idarə rəisi də istefa ərizəsi yazıb.Etirazçılar arasında Dumanın deputatları da var. Dumanın Müdafiə Komitəsinin sədri Viktor Zavarzin deputatların islahatlara ayrılan vəsaitin mənbəyindən və hara xərclənməsindən xəbərsiz olduğunu bildirib. O, vəsaitin yalnız tərxis olunan hərbçilərin evlərinə ayrılan hissəsi barədə məlumat verildiyini deyib. Deputat 160 min zabitin və 140 min gizirin taleyin ümidinə buraxılmasına yol verməyəcəklərini söyləyib. Deyib ki, bu şəxslərin bütün problemləri həll olunmalıdır.Qeyd edək ki, tərxis olunan hərbçilərin yalnız ev problemi həll ediləcək. Onların təqaüdlə və iş yeri ilə təmin edilməsi məsələsi islahatlar paketində öz əksini tapmayıb. Bu isə zabit-gizir heyətində narazılıqla qarşılanıb. Rusiyanın müstəqil hərbi ekspertləri zabit üsyanları ehtimalının yüksək olduğunu söyləyir. Onlar deyir ki, Baş Qərargahın yüksək rütbəli zabitlərinin istefa ərizəsi yazmasnın arxasında ciddi işlər durur.
44,509
17.12.2008 00:44
Dünya
İRAN İSRAİLİ YER ÜZÜNDƏN SİLƏ BİLƏRMİ?
İsrail mətbuatının verdiyi məlumata görə İranın 2 min kilometr məsafəni vura bilən 100-dən çox “Şahab-3" ballistik raketi var. İranın bu sayda ballistik raketə malik olması Tehranın İsraillə uzunmüddətli hərbi qarşıdurmaya hazırlaşdığını göstərir. Qeyd edək ki, dünyanın nüfuzlu KİV-lərində də İran-İsrail müharibəsinin qaçılmaz olduğuna dair informasiyalar intensivləşməkdədir. ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama isə İsrail telekanallarından birinə verdiyi müsahibəsində İranla dialoqa hazır olduqlarını deyib: “Lakin bu dialoq qısa və sərt olacaq. Biz İrana təklif edəcəyik ki, nüvə proqramlarından imtina etsin, “Həmas” və “Hizbullah”a dəstəyi dayandırsın, İsraili hədələməkdən əl çəksin. Əgər Tehran bu şərtlərlə razılaşsa, o zaman ABŞ İrana qarşı sanksiyaları yumşalda bilər. İranın iki yolu var; asan və çətin. Seçim onlarındır". Obamanın dediklərindən belə başa düşülür ki, əgər İran öz mövqeyindən çəkilməsə, müharibə başlayacaq. Politoloq Rasim Musabəyov İranın İsraillə müharibəyə başlayacağına dair deyilənləri əsaslı saymır: “Düşünmürəm ki, iki ölkə müharibəyə hazırlaşır. Əgər söhbət Mahmud Əhmədinejadın Tehranda keçirilən mitinqdəki çıxışından gedirsə, bu, sadəcə, hərbə-zorbadır. Bu hərbə-zorbalar isə daxili auditoriyaya hesablanıb. Çünki İranda daxili vəziyyət gərginləşib. İranın büdcəsi əsasən neft gəlirləri hesabına formalaşır. Onlar neftin bir barelini 90 dollardan hesablayıblar, indi isə neft 40 dollara qədər ucuzlaşıb. Bununla da İran iqtisadiyyatında ciddi geriləmələr baş verib, işsizlik problemi qabarıq şəkildə özünü büruzə verir, sosial narazılıqlar artır. Bu tərəfdən də İranda prezident seçkiləri yaxınlaşır. Buna görə də Əhmədinejad ictimaiyyətin diqqətini başqa səmtə yönəltmək üçün süni şəkildə yeni düşmən axtarışına çıxıb. O, hərbi ritorika ilə xalqı çaş-baş salmağa çalışır. İsrail isə anlayır ki, İrana hər hansı bir zərbə endirməsi onun özü üçün çox pis nəticələr verə bilər. İlk növbədə dini radikal qruplaşmalar İsraili hədəfə alacaqlar, onu sarsıdacaqlar. Eyni zamanda İsrailin bu addımı atması İranın nüvə proqramına bəraət qazandırmağa səbəb olacaq. ABŞ-ın xeyir-duası olmadan İsrail İrana qarşı hər hansı addım atmaz”.Barak Obamanın yuxarıda qeyd edilən açıqlaması bu razılığın nə vaxtsa veriləcəyini deməyə əsas verirmi? R.Musabəyov bu suala “düşünmürəm ki, ABŞ buna gedər” deyə cavab verdi: “Çünki belə bir qərar vermək ABŞ-ın başını ağrıdar. Amerika İraqdan qoşunlarını çıxarmaq məsələsini müzakirə edir. Onlar bilirlər ki, İranın İraq şiələrinə təsiri böyükdür. Mən inanmıram ki, belə bir ərəfədə ABŞ İranla toqquşmaya gedər. Bunlar bir ritorikadır. Bir çox hallarda real siyasəti gizlətmək üçün ritorikadan istifadə edilir. Odur ki, İsrail-İran, yaxud da ABŞ-İran müharibəsi barədə deyilənlərə inanmaq lazım deyil”.
44,510
17.12.2008 01:48
Dünya
SARKOZİNİ BIÇAQLAMAQ İSTƏDİLƏR
Mühafizəçilər onu saxlayaraq zərərsizləşdiriblər. Həmin vaxt sarayda N. Sarkozi Monteneqronun baş naziri Milo Cukanoviçi qəbul edirmiş. Hadisənin motivləri hələlik bəlli deyil. Hazırda sui-qəsdi törətmək istəyən şəxs polis tərəfindən dindirilir.
44,511
17.12.2008 02:45
İqtisadiyyat
BAKIDA DAŞINMAZ ƏMLAKIN QİYMƏTİ DÜŞƏCƏK
Buna baxmayaraq, iqtisadçı-ekspert Nüsrət İbrahimov deyir ki, noyabrda təkrar bazarda bağlanan əqdlərin dinamikasında azalma müşahidə edilib. Ay ərzində aktivlik -16,7 faiz azalıb: “Təkrar bazarda satıcıların bir hissəsini bazardan çıxarırlar. Nəticədə təklifin sayında azalma baş verir”. Məlum olur ki, təkcə ötən ay təkrar bazarda orta hesabla 3100 ədədə yaxın yaşayış mənzili satışa çıxarılıb. Təklif portfelinin rayonlar üzrə bölgüsünə gəlincə, Nəsimi, Nərimanov və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edir: “Bazarda dövr edən mənzillərin otaq say göstəricilərində tədricən baş verən yerdəyişmə davam edib. Nəticə olaraq azotaqlı mənzillərin sayı artıb”. Bazar üzrə orta qiymətlərin təhlilini aparan N.İbrahimovun sözlərinə görə, noyabr ayı ərzində orta qiymətin 1687$/kv.m-ə qədər azalması baş verib: “Əmlakı real satmaq istəyənlər qiymətdə əhəmiyyətli güzəştə gedirlər və onun nəticəsində orta qiymətlərin düşməsi meyli güclənir. Əksər rayonlarda təkrar bazarda orta qiymətlər düşüb. Noyabrda şəhər üzrə orta qiymət azalmasının tempi əvvəlki aylarla müqayisədə artıb. Orta qiymətin və qiymət indeksinin azalmasına səbəb təbii ki, bazarda aktivliyin azalması və alıcı kütləsinin mümkün risklərdən sığortalanmağa üstünlük verərək gözləmə mövqeyinə çəkilməsi olub”. Onun sözlərinə görə, bank risklərini azaltmaq istəyən əmanətçilər əmanətlərini daşınmaz əmlaka yatırmağa meyllidirlər. Bu da son nəticədə bazarda aktivliyin və qiymətlərin sürətlə düşməsinin qarşısını alan mühüm amildir. Yeri gəlmişkən, bazarda qiyməti 115-138 min ABŞ dolları arasında olan mənzillər ümumi portfeldə ən çox paya (28,7% -ə) malikdir: “Hər otağın orta satış qiyməti 49 min 703 ABŞ dolları, mənzilin orta qiyməti isə 116 min 304 ABŞ dolları təşkil edib. Ay ərzində orta qiymətdən yüksək qiymətə təklif olunan mənzillərin həcmi ümumi portfeldə 43,5 faiz, orta qiymətdən aşağı qiymətə mənzillərin həcmi isə 56,5 faiz olub”. İqtisadçı deyir ki, bazara yeni satışa çıxarılan “yeni tikililər”in təklif portfelində xüsusi çəkisi artıb və bu proses davam edir: “Bu dəyişiklik bazarda satışın çətinləşməsi ilə əlqədar olaraq bir sıra satıcıların bazardan əmlaklarını çıxarması ilə izah olunur. Son ayda əmlakın ekspozosoya müddəti də 10,3 faiz artıb və bu artımda sonuncuların da payı mütləq çoxluq təşkil edib”. N.İbrahimovun qənaətinə görə, dünya maliyyə və fond bazarlarında son zamanlar müşahidə edilən böhranın Bakı şəhərinin daşınmaz əmlak bazarına təsirləri yaxın aylarda da davam edəcək. “Yaxın yarım il ərzində Bakıda daşınmaz əmlakın qiyməti düşəcək”. Bu sözləri isə qəzetimizə açıqlamasında MBA Konsaltinq və Qiymətləndirmə Şirkətinin eksperti Faiq İbrahimov söylədi. Onun dediyinə görə, hətta indi ev alanlar da uduzmayacaqlar: “Hazırda ekspertlərin araşdırmalarına görə, paytaxtın əmlak bazarında durğunluq müşahidə olunur. Bakının mənzil bazarı donmuş vəziyyətdədir. Artıq üç aya yaxındır ki, belə vəziyyət yaranıb. Satış sadəcə dayanıb, tələbat yoxdur". Hər kəsin gözləmə mövqeyi tutduğunu deyən F.İbrahimov bildirir ki, ötən ay Bakı şəhərində yeni tikililərin qiymətində 5,2 faiz enmə müşahidə edilib. Ümumi təklif portfelində mənzillərin həcmi isə 7,1 faiz azalıb: “Yeri gəlmişkən, Avropa və ABŞ-da mənzillərin qiyməti sürətlə enir. Buna səbəb maliyyə böhranına qədər aparıcı şirkətlərə kredit verən bankların iflasa uğramasıdır. Bakıda təkrar bazarda qiymətlərin enməsi isə əhali arasında ruh yüksəkliyinin az olması ilə əlaqədardır. Digər tərəfdən, hazırkı situasiyada bazara girməkdən ehtiyatlananlar var”.
44,512
17.12.2008 02:39
İqtisadiyyat
ADAMBAŞINA DÜŞƏN BORCUMUZ 400 MANATI KEÇİB
Sosial öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkən Azərbaycan hakimiyyətinin 3 milyard dolları necə qaytaracağı sual doğurur. Nəzərə alsaq ki, verilən kreditlərin əksəriyyəti uzunmüddətlidir, onların qaytarılması Azərbaycanda neft hasilatının tamamilə azalacağı vaxta təsadüf edəcək. Lakin kommersiya banklarının təcrübəsində xarici maliyyə qurumlarının vaxtı çatmamış borcları geri çağırmasının şahidi olduq. Banklar hələ də bunun fəsadlarını yaşayırlar və fəaliyyətləri iflic vəziyyətə düşüb. Digər tərəfdən, 3 milyard dövlət zəmanətli borcdur. Ümumilikdə Azərbaycanın kreditor mövqeyi 11 milyard dollar təşkil edir. Bura həm dövlətin, həm kommersiya banklarının, həm də şirkətlərin borcları daxildir. Narahat doğuran digər məqam hökumətin ən çox borclandığı maliyyə qurumunun, yəni Dünya Bankının Dövlət Neft Fondunun (DNF) idarəedilən vəsaitlərinin 45,1 faizini idarə etməsidir. Qurum DNF vəsaitlərini xarici bazarda 4 faizdən də aşağı olmaq şərti ilə idarə edir və vəsaitlərin idarə olunmasından Azərbaycan hökumətinə divident ödəyir. Hakimiyyət isə yüksək faizlə Dünya Bankından kredit alır. Bunu iqtisadi baxımdan əsaslandırmaq mümkün deyil. Başqa tərəfdən, hakimiyyət borcları qaytarmaqla bağlı çətinliklə üzləşərsə, istisna deyil ki, DB idarəolunmaya verilən vəsaitlərdən həmin borcları çıxsın. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) ekspertlərinin rəyinə görə, xarici maliyyə qurumlarından alınan kreditlər yaxın gələcəyin ən ciddi problemidir: “2010-cu ildən başlayaraq xarici borcların ödənilməsinə dövlət büdcəsindən daha ciddi məbləğlərin ayrılması nəzərdə tutulur. Lakin xarici borcların qaytarılmasına yönələn vəsaitlər 2009-2010-cu illərdə dövlət büdcəsi üçün ciddi problem yaradacaq. Bu da son nəticədə büdcədən sosial layihələrə ayrılmalı olan vəsaitlərin effekti olmayan xarici borcların qaytarılmasına istiqamətləndirilməsinə gətirib çıxaracaq”.Məlum olur ki, əgər 2006-cı ildə borcları qaytarmaq üçün büdcədən 136 milyon dollar xərclənibsə, 2007-ci ildə bu istiqamətə 170 milyon dollar, cari ildə 204 milyon manat, 2009-cu ildə isə 195 milyon manat sərf edilməsi nəzərdə tutulub. Göründüyü kimi, borcların qaytarılmasına büdcədən ayrılan vəsait ildən-ilə artır. İSİM mütəxəssislərinin sözlərinə görə, Azərbaycanın xarici borc problemi faktiki sosial-itqisadi problemlərdən birinə çevrilib.Ekspertlərin fikrincə, həm dövlət, həm də qeyri-dövlət şirkətlərinin 2008-ci ildə böyük həcmdə borclanmaya getməsinin nəticəsində iqtisadiyyatın əksər sektorlarında durğunluqdur. İqtisadçı-ekspertlər deyir ki, bu gün əgər sosial, nəqliyyat və qaz sektorunda layihələrin təxirə salınması, yaxud icrasının dayandırılması müşahidə edilirsə, deməli, qarşıda hökumətin xarici borcları qaytarmağa vəsait tapmaması problemi var: “Əslində proqnozlar ondan ibarət idi ki, 2013-cü ildən başlayaraq Azərbaycanda xarici borc problemi daha da dərinləşəcək. Amma neftin qiymətinin gözlənilmədən aşağı düşməsi, ”qara qızıl"ın dünya bazar qiymətinin yüksək olmayacağı ilə bağlı proqnozlar problemi 5 il əvvələ çəkib. Hökumətin xarici borclanma ilə bağlı gətirdiyi arqumentlərin qısa zamanda doğru olmadığı aşkara çıxdı. Hakimiyyət iri həcmdə borclanmaya gedərkən arqument kimi dolların dəyərdən düşdüyünü gətirirdi. Deyirdilər ki, gələcəkdə qaytarılmalı olan vəsait alıcılıq qabiliyyətini itirmiş dollarla qaytarılacaq. Lakin proseslər bu arqumentlərlə razılaşmağın mümkün olmadığını göstərir. Çünki ən böyük problem odur ki, hakimiyyətin aldığı kreditlər güzəştli deyil. Kommersiya şərtləri ilə alınmış kreditlərdir". Ekspertlərin sözlərinə görə, ümumi daxili məhsulun 63 faizə qədərinin neft sektorunun payına düşdüyünü və dövlət büdcəsi gəlirlərinin 70 faizinin neft sektorunun hesabına formalaşdığını nəzərə aldıqda, 3 milyard dollara çatan xarici borcların məbləğinin heç də kiçik olmadığı görünür: “İndiyə qədər hökumət alınan kreditləri ölkəyə daxil olan neft pulları ilə müqayisə edirdi. Amma neft pulları getdikcə azalır. Birləşmiş Ştatlar üçün neftin qiymətinin yüksək olması qəbuledilən deyil”.