id
int64 43k
1.05M
| date
stringlengths 16
16
| category
stringclasses 47
values | title
stringlengths 1
19.1k
⌀ | text
stringlengths 13
518k
⌀ |
---|---|---|---|---|
44,212 | 12.12.2008 03:09 | Siyasət | “O VAXT MƏN ATEİST İDİM” | P.Hüseyn özü də qəzetimizə açıqlamasında bunu təsdiqlədi. Bildirdi ki, 1980-ci ildə BDU-nun tarix fakültəsinin son kursunda təhsil alarkən “Panislamizm: sosial-iqtisadi inkişaf konsepsiyası kimi” mövzusunda diplom işi yazıb: “Ondan sonra bu mövzuya qayıtmamışam. Rəbiyyət xanım isə mənə dərs deyib və mənim diplom apponentim olub". Sovet dövründə belə bir həssas mövzuda yazmağın çətin olub-olmadığına gəldikdə, Pənah bəy marksizm metedologiyanın əsas götürüldüyünü vurğuladı: “Ümumiyyətlə, 20-ci əsrdə ”İslam inkişaf yolu" konsepsiyaların ən geniş yayılanlarından biri idi. İslam milləti, İslam formasiyası, İslam cəmiyyəti və İslam sosializmindən geniş bəhs olunurdu. Mənim tədqiqat predmetim panislamizdən daha çox, islam sosializm nəzəriyyəsi idi və bu da geniş yayılmışdı. Orda daha çox geosiyasi inkişaf məsələlərinə toxunulurdu və konkret dinin tədqiqatı deyildi. Amma əlbəttə ki, o vaxt mən ateist idim". Millət vəkili qeyd etdi ki, o zaman yazdığı diplom işinin müdafiəsi çox maraqlı keçib: “Müdafiədən sonra elə o diplom işinin hesabına dövlət imtahanlarımın hamısını mənə avtomatik ”əla" yazdılar". P.Hüseyn əlavə etdi ki, sonradan aspiranturadakı elmi işi də oxşar mövzuda olub. |
44,213 | 12.12.2008 04:13 | Ölkə | AZƏRBAYCAN GƏNCLİYİ NƏ İŞLƏ MƏŞĞULDUR? | Azərbaycanda isə bu və digər situasiyada gənclərin rolu görünmür, ya da onlar proseslərdə çox zəif iştirak edirlər. Xeyli vaxtdır ki, Azərbaycanda fəaliyyət göstərən partiyaların gənclər təşkilatları, yaxud müstəqil qurumlar hər hansı ciddi addımları ilə yadda qalmayıblar. Amma gənclər qurumlarının rəhbərləri bu fikirlərlə razılaşmır. Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı gənclərin həmişə aktiv olduğunu, aktual məsələlərlə bağlı aksiyalar keçirdiklərini söylədi: “Ola bilsin ki, hər tədbir mətbuatda işıqlandırılmır. Amma fəaliyyətimiz təkcə aksiyalardan ibarət olmur. Təşkilatın strukturunu saxlamaq daha çox vaxt və enerji aparır. Gözlə görünən fəaliyyətə gəlincə, prezident seçkilərindən sonra gənclərə qarşı ayrı-seçkiliyə etiraz məqsədilə Gənclər və İdman Nazirliyi qarşısında piket keçirmək istədik. Amma meriya məktubumuza müsbət cavab vermədi. Sonra nazirliyin nümayəndəsi, aparıcı müxalifət və müstəqil gənclər təşkilatlarının rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirdik. Mətbuatda çıxışlarımız oldu. Nəticədə gənclər və idman naziri Azad Rəhimov müxalifətçi gənclərlə görüşdü. Ondan əməkdaşlıq barədə söz aldıq. Müsavat Gənclər Təşkilatı struktur, güc və potensial baxımından istənilən hadisəyə reaksiya verməyə hazırdır”.T.Abbaslı Yunanıstanda baş verən hadisələrə də münasibət bildirdi: “Həmin aksiyaları heç bir partiya təşkil etməyib. Yunan gəncləri polis zorakılığına qarşı etirazlarını bildirirlər. Azərbaycan gəncliyinin də belə olmasını arzulayıram”.T.Abbaslı yunan gəncləri ilə həmrəy olduqlarını nümayiş etdirmək üçün Yunanıstanın ölkəmizdəki səfirliyinin qarşısında aksiya keçirməyi planlaşdırdıqlarını da söylədi.ADP-nin Gənclər Təşkilatının sədri Vüsal Əliyev hər hansı sahədə gənclərin aktivliyinin görünmədiyini söylədi: “Bizim üçün ən həssas məsələ Qarabağ mövzusudur. Amma erməni nazirin Azərbaycana gəlişinə gənclərin hər hansı etirazı olmadı. Ötən il fransız, bu il isə yunan gəncləri küçələrə töküldü. Biz aksiya keçirsək, yerimiz ən yaxşı halda həbsxana olacaq. Müxalifət mətbuatı olmasaydı, gənclər ölkədə baş verənlərin heç birindən xəbərdar olmazdı”.“Dalğa” Gənclər Hərəkatının sədri Vəfa Cəfərova insan haqları ilə bağlı davamlı aksiyalara hazırlaşdıqlarını söylədi: “Təşkilatın üzvləri insan haqlarından bəhs edən vərəqələr paylayıblar. İslamın müqəddəs kitabı olan Quranda da insan haqlarından bəhs olunur. Hər gün yeni bir aksiyamız olacaq və bu barədə mətbuatı məlumatlandıracağıq”.Vətəndaş və İnkişaf Partiyasının Gənclər Təşkilatına rəhbərlik edən Nurəddin Babayev əsas işlərinin partiyadakı gənclərin maariflənməsi və təşkilatlanması olduğunu söylədi: “Əsas gücümüzü partiya daxilində gənclərin yetişdirilməsinə yönəltmişik. Həmin gənclərin partiya sədri və mərkəzi aparatın rəhbəri ilə görüşləri keçirilir və kadr kimi hazırlanırlar. Yəni əsas fəaliyyətimizi daxili məsələlərimizə yönəltmişik”.Aksiya və tədbirlərə gəlincə, N.Babayev Yunanıstandakı formada aksiyaların keçirilməsinin qeyri-mümkün olduğunu söylədi: “Əfsuslar olsun ki, piket keçirəndə də polis təzyiqləri ilə üzləşirik, aksiya iştirakçıları işdən qovulur, universitetlərdə təzyiqlərlə üzləşirlər. Çalışırıq ki, gəncləri bu təzyiqlərdən qoruyaq. Ola bilsin ki, yaxın gələcəkdə aksiyalara əl atılsın. Üzvü olduğumuz ”Azadlıq" blokunun gənclər təşkilatları, eləcə də Müsavat Gənclər Təşkilatı ilə birgə tədbirlər keçiririk və əməkdaşlığımızı davam etdiririk". |
44,214 | 12.12.2008 02:11 | Ölkə | QIŞ ÖLÜMLƏ GƏLİR | Ötən il 200 nəfərə yaxın insanın dəm qazından zəhərlənməsi, onlarla insanın isə ölməsi bu məsələnin ciddiliyindən xəbər verir. Belə halları minimuma endirmək üçün mənzillərdə standartlara uyğun sobaların quraşdırılmasına diqqət yetirmək gərəkdir. Amma maraqlıdır ki, insanların dəm qazından hansı şəraitdə zəhərlənməsinə müvafiq qurumlar tərəfindən indiyə qədər də aydınlıq gətirilməyib. Rəsmilər yalnız onu deyirlər ki, buna səbəb əhalinin qeyri-standart qızdırıcılardan istifadə etməsi və məsələyə məsuliyyətsiz yanaşmasıdır.Lakin bir çoxlarının fikrincə, bu izahat heç də obyektiv deyil. Belə ki, təbii qazın emalı zamanı onun tərkibinə qatılan xüsusi maddə normadan artıq olduğu üçün o, öldürücü təsirə malik olur. Bu yöndə İranda istehsal edilən qaz sobalarının da adı çox hallanır. Belə ki, İran sobalarının tüstü bacaları yoxdur. Eyni zamanda bəzən vətəndaşlar da məsuliyyətsiz yanaşıb sobanı buxarıya qoşmur. Dəm qazının mənzilə yığılması nəticəsində isə insanın ağciyəri və sinir sistemi tədricən zəhərlənərək bihuşolmaya, ölümə gətirib çıxarır. Kimyəvi adı karbon-monoksid olan dəm qazı iysiz və rəngsiz olur. Təbii qazın emalı zamanı onun tərkibinə xüsusi maye - odarant (etil spirti) qatmaqla dəm qazından ayırd etmək imkanı yaranır. Məlumatlara görə, dəm qazından boğulma təhlükəsinin artması emal prosesinin düzgün aparılmaması ilə də bağlı ola bilər. Belə ki, normal oksigenləşdirilmə aparılmır.Azad İstehlakçılar Birliyi (AİB) ekspertlərinin fikrincə, dəm qazından boğulmaların səbəbi keyfiyyətsiz qızdırıcılar və əhalinin qazdan istifadə qaydalarını bilməməsidir: “Bazarlarda satılan sobalar, xüsusilə İran sobaları standartlara uyğun deyil. Əhali də onlardan düzgün istifadə qaydalarını bilmir. Xaricdən gətirilən qaz cihazlarının əksəriyyətində nəzərdə tutulub ki, dəm qazı boru ilə bayıra çıxmalıdır. Lakin əhali onu düzgün quraşdırmır, nəticədə qaz evin içinə dolur. Ümumiyyətlə, əhalinin qazdan istifadə qaydaları və onun təhlükəsi haqda məlumatı azdır”.Ekspert bazarlarda keyfiyyətsiz qızdırıcıların satılmasını ölkədə müstəqil ekspertizanın olmaması ilə bağladı: “İdxal edilən keyfiyyətsiz sobalar baxışdan keçirilmir. Nəticədə istehlakçıların həyatına təhlükə yaranır. Son bir neçə gündə baş verən faciələrin gələcəkdə də təkrarlanmaması üçün Azərbaycana gətirilən məhsullar yoxlanılmalıdır. Təhlükəsizliyin təminatı məcburi sertifikatlaşdırılmalıdır. Öz bazarını qoruyub saxlayan ölkələr İran sobalarını almır. İranın özündə həmin sobalardan ucqar kəndlərdə istifadə edilir”.Qeyd edək ki, İran sobalarının insan həyatı üçün təhlükəli olduğu dəfələrlə bildirilsə də, onların satışının qadağan edilməsi yönündə müvafiq tədbirlər həyata keçirilmir. Tikinti materialları satılan dükanların çoxunda həmin sobalardan var. Bu yaxınlarda 3-cü mikrorayon bazarındakı dükanlarda o sobalar satışa qoyulmuşdu. Az sonra sobalar açıq satışdan yığışdırılsa da onların gizli satışı hələ də davam edir. Halbuki insan həyatı ilə birbaşa bağlı olan bu cür sənaye məhsulları xüsusi dükanlarda satılmalı, sobanın quraşdırılması isə satışı həyata keçirən mağaza tərəfindən təmin edilməlidir. Hazırda isə vəziyyət əksinədir. Belə ki, mürəkkəb, incə mexanizmi olan sobalar yolun kənarına, insanların hərəkət etdiyi ərazilərə qoyulur. Halbuki soba çox silkələnməməli və kənar təsirlərdən qorunmalıdır. Çünki qurğunun sıradan çıxma ehtimalı böyükdür.Digər problem isə sobaların düzgün quraşdırılmaması ilə bağlıdır. 3-cü mikrorayon bazarında soba satışı ilə məşğul olan Ənvər adlı satıcı bildirdi ki, sobanın içində oksigen üçün kifayət qədər boş yer olmalıdır: “Havatəmizləyici borular mənzillərin damından ən azı bir metr hündürə qaldırılmalı, borular qonşu binalara və küləyə qarşı qurulmamalı, içi ildə azı bir dəfə təmizlənməlidir. Qaz sobası quraşdırılan otaqların havasını müəyyən fasilələrlə dəyişdirmək də vacibdir”.Satıcılar deyir ki, alver ötən ildən fərqli olaraq bu il çox azdır: “Amma yenə də alanlar var. Soyuqlar düşəndən cəmi 20 soba sata bilmişik. Məncə, problem sobalarda deyil, onun quraşdırılmasında və insanların qazdan düzgün istifadə edə bilməməsindədir”. |
44,215 | 12.12.2008 03:16 | Mədəniyyət | “XULİQAN” MÜĞƏNNİYƏ ÖLKƏDƏN KƏNARA ÇIXMAQ QADAĞAN OLUNUB | Əgər müğənni şəhərdən kənara çıxarsa, qanunauyğun olaraq hüquq-mühafizə orqanları ilə bu barədə razılaşma əldə etməlidir. Qeyd edək ki, onun cinayəti sübut olunarsa müğənnini 60 saatdan 200 saatadək azadlıqdan məhrumetmə cəzası gözləyir. Müğənni isə qanuna müvafiq olaraq cəzasını çəkməyə hazır olduğunu bildirib. |
44,216 | 12.12.2008 01:18 | Mədəniyyət | HÜSEYN DƏRYANIN İSTİNTAQI DAVAM EDİR | Xatırladaq ki, DİN-dən təsdiq edilən məlumatda bildirilir ki, BNMİ əməkdaşlarının apardıqları əməliyyat axtarış tədbirləri nəticəsində Hüseyn Cahangir oğlu Muradovun üzərindən 0,281 qram heroin, 1 ədəd qaz tapançası və 3 ədəd patron aşkar edilib. Eyni zamanda ona narkotik maddəni satan Hikmət Qalib oğlu Şahverdiyev də həbs edilib və ondan da əlavə olaraq 0,328 qram heroin götürülüb. DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun qəzetimizə bildirdiyinə görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi qaldırılaraq istintaq aparılır. |
44,217 | 12.12.2008 03:17 | Mədəniyyət | NADİR QAFARZADƏNİ ÖLÜM TƏHLÜKƏSİ GÖZLƏYİR? | “EUROVİSİON”da SƏSVERMƏ SİSTEMİ DƏYİŞİB2009-cu ilin may ayında Moskvada keçiriləcək 54-cü “Eurovision” musiqi yarışmasında səsvermə sistemi fərqli olacaq. Bu barədə APA məlumat yayıb. Məlumatda bildirilir ki, Avropa Yayım İttifaqının təklifi ilə bundan sonra iştirakçılara xalların 50%-ni jüri üzvləri, 50%-ni isə SMS-lər vasitəsilə əhali verəcək. Bu sistem yalnız finalda tətbiq olunacaq, yarımfinallarda isə qaliblər əvvəlki kimi yalnız SMS-lərlə müəyyənləşəcək. |
44,218 | 12.12.2008 03:20 | Yazarlar | BİRLƏŞMƏ DƏRDİ | Qağam mənim çaşbaş qaldığımı görüb dedi ki, xalqın qəzeti sizin qəzetdir, ona görə də köşklərdən onu ancaq belə alıram. Sonra da “görək müxalifətin birləşməsindən nə yazırlar” deyib qəzeti səhifələməyə başladı. Belə başa düşdüm ki, çoxları kimi qağam da müxalifətin birləşməsi məsələsini diqqət mərkəzində saxlayır. Qağam tələsik manşetləri nəzərdən keçirib məndən soruşdu ki, şəhərə nə ilə gedəcəyik. Mən də dedim, əlbəttə ki, metro ilə, çünki ən sərfəlisi odur. O isə “yox, avtobusla getsək daha yaxşı olar” dedi. Başladıq hərə öz variantını müdafiə eləməyə və nəticədə mübahisəfason bir şey alındı. Bu yerdə qağam müxalifətin birləşməsi məsələsinə işarə edərək dedi: “Bax görürsənmi, a bacıoğlu, hərəmiz bir yol deyirik, amma ikimiz də eyni yerə getmək istəyirik. İndi getdiyimiz yer üçün nəzərdə tutduğumuz yollar bir-birindən fərqlənir deyə bir-birimizi satqınlıqda ittiham eləməliyikmi?” Qədimalı qağamın müxalifətin birləşməsinə eyham olaraq bu obrazlı danışığı məni möhkəm tutdu. Müzakirə olunan bu məsələdə bir şeylə razıyam ki, cəmiyyət müxalifətin birləşməsini arzulayır və bu, çox ciddi sosial sifariş halına gəlib. Bir də o xoşuma gəlir ki, müzakirələr həqiqi müxalifətin birləşməsi haqqında aparılır. Təəssüf ki, müxalifətin birləşməsinin zəruriliyinin dərəcəsini və onun birləşə bilməməsi səbəblərini qiymətləndirərkən çox yanlış nəticələr çıxarılır. Məsələni qəzet səhifələrində təhlil edənlər hansı partiyaya rəğbəti və ya yaxınlığı olmasından asılı olaraq, o biri tərəfi çox rahatlıqla “satqın”, “pozucu”, “iqtidara işləyən” ştamplarıyla yıxıb-sürüyür. Halbuki yazdığı yazıdan aydınca görünür ki, müəllif bu partiyaların birləşməsini çox istəyir, digər tərəfdən də ona qarşı bu cür ittihamlar yağdırır. Qardaş, əgər birləşməni “pozan” partiya məhz sənin düşündüyün kimi partiyadırsa, onda nədən həmin partiyanın sənin rəğbətin olan partiya ilə birləşməsini və birləşib də ölkəni bu zülmdən qurtarmalarını arzulayırsan? Yəni doğrudanmı başa düşmək çətindir ki, hədəfə çatmaq üçün hər partiyanın özünün fərqli taktiki plan və gedişləri ola bilər? Hamı eyni cür düşünsəydi, onda müxtəlif partiyaların yaranmasına ehtiyac qalmazdı ki? Xeyli müxalifət partiyası mövcuddursa, bu o deməkdir ki, hədəfin eyni olmasına baxmayaraq, ona çatmaq yolları haqqında fərqli fikirlər var. Təsəvvür edin ki, Xankəndini almaq üçün hərbi əməliyyat keçirmək lazımdır. Komandirlərdən biri əvvəlcə aviasiya zərbəsi endirib sonra hücuma keçməyi təklif edir. Başqa bir komandir birbaşa zirehli texnika ilə hücumun səmərəli olacağında israr edir. Üçüncü komandir əvvəlcə düşməni özünə cəlb etməyi, sonra isə əks hücuma keçməyi təklif edir və s. Sözsüz ki, bu variantların içində doğrusu və yanlış olanı var və bu, yalnız əməliyyatdan sonra aydınlaşacaq. Amma bu o demək deyil ki, komandirlər onun planını qəbul etmədikləri üçün digər komandirləri erməniyə işləməkdə günahlandırmalıdırlar?Mən düşünmürəm ki, bütün problemlər müxalifətin birləşməsindən asılıdır. Sadəcə olaraq cəmiyyətdə belə fikir formalaşıb ki, müxalifət birləşə bilmir, birləşsə problemləri həll etmək olar. Ona görə də müxalifətin birləşməsini zəruri və irticadan qurtuluşun yeganə variantı kimi qəbul edib də onu cəmiyyətin gözündən salmaq heç də doğru deyil. Bunun bilərəkdən və ya bilməyərəkdən edilməsinin o qədər də əhəmiyyəti yoxdur. Müxalifət həqiqi müxalifətdirsə və situasiya birləşməyi tələb edəcəksə, birləşmə mütləq olacaq. Bir yandan müxalifət yanlısı olub, o biri yandan onu nəzərdən salmaq nəyə lazım? Tofiq YAQUBLU |
44,219 | 12.12.2008 07:21 | Mədəniyyət | “ÇILPAQLAŞMAQ İBTİDAİ İCMA DÖVRÜNƏ QAYIDIŞDIR” | “Aygün Kazımova istedadlıdır və öz nəslindən olan müğənnilərin bir az da qısqanclıqla yanaşdıqları bir müğənnidir. İlhamə xanımın görkəmi-filanı birinin xoşuna gələ, digərinin gəlməyə bilər. Amma onun mahnıları, məncə, gözəldir. Gözəl olan şeyi isə gərək qəbul edəsən. Görünür, televiziya bir çox şeylərə qiymət verməyi çətinləşdirir. İndi dünyanın elə vaxtıdır ki, çılpaqlıqla heç kimi təəccübləndirmək olmaz. Görünür, xarici təsirlər onları xəstələndirib. Bu gün soyunub ibtidai icma quruluşundakı adama çevrilməklə heç nə etmək olmaz. Bunun özü ibtidai şüurun, ibtidai düşüncənin nəticəsidir. Mənim düşüncəmə görə, həmin adamlar o dövrün insanlarından heç nə ilə fərqlənmirlər. Elə şeylər var ki, o, ancaq dörd divarın arasında olur. Əgər bu, kənara da çıxacaqsa, onda heyvanlarla insanların heç bir fərqi qalmır”. |
44,220 | 12.12.2008 03:19 | Kriminal | PROKUROR OĞLU MƏHKƏMƏDƏ SEVGİLİSİNDƏN VƏD ALDI | Dünənki proses Esmira Abdullayevanın şahid qismində dindirilməsi ilə başladı. E.Abdullayeva təqsirləndirilən şəxslərdən Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Vüqar Əliyevi tanıdığını dedi: “Nəsimi rayonu ərazisində yol qəzası törətmişdim. Həmin hadisədən sonra Vüqar Əliyevlə tanış oldum və bundan sonra münasibətlərimiz dostluğa çevirildi”. E.Abdullayeva ibtidai istintaqa verdiyi ifadələrini təkzib etdi. Bildirdi ki, istintaqda ona psixoloji təsir göstəriblər və onun demədiyi ifadələri yazıblar: “Mən Türkiyəyə əməliyyat olunmaq üçün getmişdim. Orada olduğum zaman rəfiqəm Nigar mənə zəng etdi və bildirdi ki, hüquq-mühafizə orqanlarının əməkdaşları məni axtarırlar. Sentyabrın 7-də Bakıya qayıtdım. Məni aeroportda saxladılar. 12 saatdan sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Kənan Əliyev aeroportdan məni apardı və yolda bildirdi ki, məsələ ciddidir, amma səni evə buraxacam, sabah saat 9-da MTN-də ol. Mən ona dedim ki, xəstə-xəstə məni yuxusuz 12 saat saxlayıblar, buna görə də 9-da gələ bilməyəcəm, imkan yarat 12.00-da gəlim. Kənan Əliyev məni evə aparmaq istədi, amma mən razı olmadım. Şəhərdə məni maşından düşürdü. Ertəsi gün MTN-nə yollandım. Məni 8 saat orada saxladılar. Psixoloji təsir göstərməklə Vüqar Əliyevin əleyhinə ifadə almağa çalışdılar. Məndən Vüqar Əliyevin ekstazi həblərinin qəbul edib-etməməsini soruşurdular. Onlara bildirdim ki, mən bunu görməmişəm”.Dövlət ittihamçısı Nəriman Ələkbərovun suallarını cavablandıran Esmira Abdullayeva bildirdi ki, Vüqar Əliyevlə tez-tez qonaqlıqlarda olub: “Amma həmin məcilislərdə digər təqsirləndirilən şəxsləri görməmişəm”.Hakim Azər Orucov şahidin istintaqa verdiyi ifadələri elan etdi. Şahid istintaqda bildirib ki, Vüqar Əliyev görüş zamanı ona deyib ki, Soçidə ekstazi həbləri qəbul edib və xoş təsir altına düşüb. Esmira Abdullayeva həmin həblərdən birinin qəbul etdiyini söyləyib.E.Abdullayeva məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu və istintaqdakı ifadələrini isə təsir altında verdiyini bildirdi. Daha sonra təqsirləndirilən Mahir Mirsalamlının tanışı Valentina Zayseva ifadə verdi. Bildirdi ki, M.Mirsalamlı ilə yaxın münasibətdə olub. Elə M.Mirsalamlı vasitəsi ilə digər təqsirləndirilənlər Ruslan Rüstəmov və Əli İsmayılovla tanış olub. Onun sözlərinə görə, ekstazi həbləri barədə heç bir məlumatı olmayıb: “Mahirin də ekstazi həbləri qəbul etməsinin şahidi olmamışam. Yalnız Mərdəkanda qonaqlıqda olan zaman başım ağrıdı. Həmin vaxt Mahir mənə dərman alıb gətirdi”.Hakimlər şahidin məhkəmədə verdiyi ifadələrlə istintaqda verdiyi ifadələrinin arasında ziddiyyətlər olduğunu bildirdilər və onun istintaq ifadələrini elan etdilər. Şahidin ifadəsindən məlum oldu ki, Mahir Mirsalamlı ona deyib ki, tanışı Yalçın Həsənovdan ekstazi həbləri alır. O, həmin həbləri qəbul edəndən sonra özünü şən və gümrah hiss edir. “Abşeron” mehmanxanasında olanda Mahir Mirsalamlı ona ekstazi həbi verib, o da həmin həbi qəbul edib. Onun ifadəsinə görə, mehmanxanada olan digər şəxslərin nə qədər həb qəbul etməsindən xəbəri olmayıb. Çünki M.Mirsalamlının nə qədər həb gətirdiyini bilməyib. Mahir həbləri Yalçın Həsənovdan aldığını və hər bir həb üçün 50 manat verdiyini bildirib. Şahid ifadəsi elan olunandan sonra bildirdi ki, həmin ifadəni psixoloji təsir altında verib. Ona görə də həmin ifadəni təsdiq etmədi. Bundan sonra prosesdə M.Mirsalamlının yaxın dostu Səbinə Eyvazova ifadə verdi. Səbinə Eyvazova istintaq zamanı verdiyi ifadələrini təsdiqlədi. Məlumat üçün bildirək ki, S.Eyvazova təqsirləndirilən Kəmalə Eyvazovanın bacısı olmaqla yanaşı ittiham aktına görə dəstə başçısı kimi təqdim olunan Yalçın Həsənovun yaxın münasibətdə olduğu qızdır. Y.Həsənov S.Eyvazova ifadəsini yekunlaşdırdıqdan sonra ona müraciət etdi: “Səbinə, əgər məhkəmə məni təqsirkar bilərək, 5 il müddətinə azadlıqdan məhrum edərsə, həbsdən çıxanadək məni gözləyəcəksən?”S.Eyvazova isə Y.Həsənovun sualına cavab olaraq “səni ömrümün sonunadək gözləyəcəyəm” dedi. Onun sözləri məhkəmə zalında olan təqsirləndirilən şəxslərin qohumları tərəfindən alqışla qarşılandı. Bundan sonra proses dekabrın 17-nə kimi təxirə salındı. |
44,221 | 12.12.2008 03:11 | Yazarlar | JİRİNOVSKİNİN SƏFƏRİ | Bu, Rusiya liberal-demokratlarının lideri Vladimir Volfoviç barədə yaradılmış yüzlərlə həyati lətifədən biridir. Məsələ ondadır ki, cənab Jirinovski tutması tutan vaxtlarda belə bir söz dilə gətirib, deyib ki, rus əsgəri çəkməsini Hind okeanında yumalıdır. O vaxtdan hamı ona, pis çıxmasın, başıxarab kimi baxır. Amma ağıllı müşahidəçilər başa düşdülər ki, dəlinin fikri dilində olar, demək, rus siyasilərinin beynində belə bir niyyət var və imkanları çatsa, dünyanın yarısını işğal edərlər. Jirinovski bu sözləri deyən vaxtlarda SSRİ cırıq-cırıq olmuşdu, onun yerində qalmış Rusiya dövləti isə yeddi yerindən yaralanmış ayı kimiydi, bərk hirsliydi, amma pəncəsindən də bir iş gəlmirdi. Jirinovski Hind okeanını fəth etmək arzusunu ona görə dilə gətirmişdi ki, rus mujikinin qeyrəti tamam ölməsin, fikirləşsin ki, balaca, fağır millət deyil, bir gün ayağa qalxacaq və materiki götürəcək.Heç kəs fikirləşmirdi ki, rus əsgəri çəkmə yumaq üçün Hind okeanını nəyə görə fəth eləməlidir. Allaha şükür, Rusiyanın özünün 10-15 dənizi, saysız-hesabsız gölü, “n” qədər çayı var, əsgər çəkməsini həmin su hövzələrinin birində yuya bilməzmi? Bəlkə Hind okeanının suyu “Vaniş”lidir, heç kəsin xəbəri yoxdur?Xüləs, ad-soyadını türkcəyə çevirəndə Cahangir Qurdoğluya dönən Jirinovski sonralar istər parlamentin iclaslarında, istərsə də qatıldığı məclislərdə çox başıxarablıqlar törətdi. Məsələn, bir dəfə o, qadın həmkarını Dumanın ortasında saçlayıb sürüdü, bir dəfə rəqib həmkarının üstünə su atdı və var-yoxuna söydü, bir dəfə də onun özünü yerə yıxıb “xvatit” deyənə qədər budadılar. Beləcə, Jirinovski zəmanəsinin qeyri-ciddi siyasətçisinə çevrildi. Daha o, nə yeyirdisə, nə deyirdisə, fikir verən olmurdu. Ancaq beş-altı il əvvəl cənab əbədi deputat demişdi ki, qafqazlıları ellikcə tutub mələtmək, sonra isə öz ölkələrinə qovmaq lazımdır. Allah tərəfi, rusiyalı məmurlar və dazbaşlar Jirinovskinin bu sözünü qəribçiliyə salmırlar, amma onun dediyi kimi də eləmirlər, yəni qafqazlıları ellikcə yox, tək-tək və yavaş-yavaş mələdir və qovurlar. İndi görkəmli siyasi xadimimiz, bu il prezidentliyə yeddi namizəddən biri və səlis nitqinə, mənalı söhbətlərinə görə ən parlağı olmuş Fuad Əliyev (o da yerli liberal-demokratların lideridir) Jirinovskinin müdafiəsinə qalxıb. Fuad bəy rusiyalı əqidə dostunu ölkəmizə dəvət edib və onun səfərinə etiraz edənlərə deyir ki, Jirinovskinin Azərbaycana münasibəti dəyişib, üç-dörd il əvvəl çap etdirdiyi “Cənuba sıçrayış” kitabında qələmə aldığı düşüncələrindən imtina edib. Böyük nailiyyətdir. Çünki Jirinovski balaca fiqur deyil. Təsəvvür edin, nə qədər gicqulu və dəli-dolu olsa da, onun dəyişməz elektoratı var. Rusiyada adını demokrat qoyan yekə-yekə kişilərin biri mandat alıb parlamentə düşə bilmir, amma Jirinovski böyründəki mütrüflərlə bir yerdə həmişə xalqdan səs alır və keçib rəyasətdə oturur. Ona görə də biz Fuad Əliyevin belə bir tarixi şəxsiyyətlə dost olmasıyla fəxr etməliyik, hətta bundan yararlanmalıyıq. Qoy gəlsin, biz Jirinovskini yüksək səviyyədə qarşılayaq, ona Azərbaycan həqiqətlərindən danışaq. O, öz gözləri ilə ölkəmizdəki inkişafı, körpü tikintisini, yeni açılmış iş yerlərini, vüsət alan quruculuq işlərini görsün, ağzı açıla, gözləri bərələ qalsın. Yoxsa Jirinovski Rüstəm İbrahimbəyovun “Pravda” qəzetində çıxan müsahibəsini oxuyub barəmizdə pis düşünür. İntəhası, inanmıram ki, böyük rəhbər bu tezlikdə ölkəmizə gəlsin. Çünki Rusiyada böhran o həddə çatıb ki, Jirinovskinin dostları və seçiciləri olan fahişələrin də büdcəsinə təsir edib. Rus saytları dünən yazmışdılar ki, yerli fahişələr artıq dəftər açıblar, müştərilərinə nisyə xidmət göstərirlər. Jirinovski onları yalqız qoyub siyasətlə məşğul ola bilməz. Allah qoysa, böhrandan sonra gələr, görüşərik. Samir SARI |
44,222 | 12.12.2008 02:26 | Gündəm | İQTİDAR-MÜXALİFƏT DİALOQUNUN OLACAĞI TƏSDİQLƏNİR | “Əli Əhmədov mənə bildirdi ki, onlar yanvar ayında belə bir görüşü nəzərdə tutublar. Söhbət hökumətlə yox, YAP-ın xətti ilə təşkil olunacaq dialoqdan gedir. Hər halda bu məsələ haqda qəti qərar olmasa da, fikir və müzakirələr var. Hesab edirəm ki, iqtidar partiyası ilə digər siyasi partiyalar arasında keçirilə biləcək bu dialoq ölkədəki siyasi proseslərə müsbət təsir edər. Prezident seçkilərindən sonra dövlət başçısı da xüsusi vurğulamışdı ki, artıq yeni siyasi dövr başlayır. Biz də bunu konkret addımlarda görmək istəyirik”. Onun sözlərinə görə, görüşün formatı barədə heç bir məlumatı yoxdur: “Bu görüş olacaqsa, onun təşkilatçısı iqtidar partiyası olacaq, dəvətlilərin siyahısını da, hər halda, onlar müəyyənləşdirəcək”. |
44,223 | 12.12.2008 03:29 | Ölkə | QANUNSUZ DİPLOM VERƏN UNİVERSİTETLƏRİN ADLARI AÇIQLANDI | M.Abbaszadə bildirib ki, dövlət orqanları bu müraciətlər əsasında namizədin qanuni yolla diplom alıb-almadığını dəqiqləşdirmək istəyir. “1992-ci ildən bəri ali məktəblərə daxil olan tələbələrin siyahısı komissiyanın məlumat bazasında yerləşdirilib. Ayrı-ayrı dövlət orqanları gənc kadrları işə götürərkən TQDK-ya sorğu göndərərək, həmin şəxslərin ali təhsil almaları faktını müəyyən edən arayışlar tələb edir. Ancaq müvafiq sənədlərin toplanması zamanı məlum olur ki, həmin şəxslərin adları ali məktəblərə qəbul olunanların siyahısında yoxdur. İndiyədək Milli təhlükəsizlik, ədliyyə nazirlikləri və digər orqanlardan daxil olan sorğular nəticəsində ali məktəblərə qanunsuz tələbə qəbulu faktları üzə çıxıb. Təkcə sentyabr ayından bəri bizə onlarla belə sorğular göndərilib”.O, belə müraciətlərin daha çox Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı olduğunu söylədi: “Bu universitet barədə TQDK-ya 118 sorğu təqdim edilib. Amma biz cavab vermişik ki, Beynəlxalq Universitetə qəbul TQDK xətti ilə aparılmayıb. Təbii ki, bu məlumatlar bizim bazada saxlanılır və ”qara baza" adlanır".M. Abbaszadə Bədən Tərbiyəsi və İdman Akademiyasında 21, Korporasiya İnstitutunda 19, İqtisad Universitetində 6, Texniki Universitetdə 2, Bakı Dövlət Universitetində isə 1 nəfərin qanunsuz yolla diplom aldığının aşkarlandığını açıqlayıb: “Amma bu rəqəmlər mütləq rəqəmlər deyil. Biz bu haqda məlumatları toplayaraq müvafiq orqanlara, ali məktəblərə, Təhsil Nazirliyinə təqdim edirik”.M. Abbaszadənin sözlərinə görə, ali məktəblərin magistratura pilləsinə qəbul zamanı bakalavrın adının TQDK-nın məlumat bazasında olmadığı və bu qurumun xətti ilə ali məktəbə qəbul olmadığı aşkarlandıqda onlara diplomun necə verildiyini aydınlaşdırmaq məqsədilə müvafiq ali məktəblərə sorğular göndərilir. Bu barədə ölkə rəhbərliyinə də məlumat verilir. |
44,224 | 12.12.2008 03:26 | Ölkə | “AZƏRBAYCAN ELİTASI DEYƏNDƏ BİR NEÇƏ NƏFƏR YADA DÜŞÜR” | Ə.Əylisli deyib ki, elita xalqın arasında olmalı, xalqın qayğıları ilə yaşamalıdır: “Ancaq biz Rüstəm İbrahimbəyov ətrafında müzakirələrdə də bu məqamı unutduq. Bir tərəf başladı ki, elita bakılılardan ola bilər, digər tərəf isə başladı ki, elita ancaq kəndlilərdən olar. Bunlar çox əskik söhbətlər idi. Elita xalqın seçmə insanları ola bilər. Onun harada yaşaması, necə yaşaması şərt deyil, hansı düşüncə tərzi ilə yaşaması əsas şərtdir. “Azərbaycan elitası” deyəndə vaxtı ilə Qori seminariyasını bitirən bir neçə nəfər yada düşür. Mirzə Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Müslüm Maqomoyev, Nəriman Nərimanov, Firudin bəy Köçərli və bir neçə başqa ziyalılar nəzərimdə canlanır. Azərbaycan ziyalısı və elita mədəniyyəti üçün hələ də bu insanlar nümunədir". |
44,225 | 12.12.2008 03:30 | Yazarlar | QƏLBLƏRİN PAKLIĞINI NECƏ QORUMALI? | Qəlb sağlam deyilsə, nəticədə bütün digər uğurların faydası olmayacaq. Bazis şərt təmin olunmayanda bunun üstqurumu necə uğurlu adlandırıla bilər?! Bünövrə çürük olanda, bina necə dayanıqlı ola bilər?! Hər kəs bilir ki, ən ümdə vəzifə bünövrənin sağlamlığını təmin etməkdir. Qəlb salamatlığı hansısa mücərrəd mövzu, ümumi məsələlərlə bağlı bir şey deyil. Bu, konkret əməllərə, konkret göstəricilərə bağlıdır. Bunlardan bir neçəsinə toxunaq. Əmirəlmöminin Həzrət Əlinin (ə) qəlbin təmizliyini təmin edən vasitələrlə bağlı mübarək bir buyuruşu var: “Özünçün bəyəndiyini möminlər üçün bəyənməyincə, qəlbin sağlam olmayacaq”.Mübarək hədisdə bir neçə cəhət vurğulanır. Əvvəla, insanlararası münasibətə, rəftarlara işarə olunur. Həddən artıq mühüm, diqqət olunmalı məsələlərdəndir bu. Hətta əhəmiyyət baxımından birinci dərəcəli məsələlərdəndir. İnsanlarla münasibəti necə qurmalı? Rəftarlarda nəyi rəhbər tutmalı, nəyə üstünlük verməli? Əmirəlmöminin (ə) bir dəqiq meyar verir. Meyar bundan ibarətdir ki, o şeyi ki, özün üçün bəyənirsən, digər insanlar üçün bəyənməyincə qəlb sağlam olmayacaq. Burada meyar göstərməklə yanaşı, acı bir məsələyə işarə var. Çox vaxt bu əsas şərtin yerinə yetirilməsinə süst yanaşılır, insanlar çox hallarda özlərinə qıymadığını digərinə qıydığı üçün bu nöqtə xüsusi vurğulanıb. Əgər insan iman iddiasındadırsa, möminlik iddiasındadırsa, mütləq bu şərtə əməl etməlidir. Əgər digərləri üçün özünə qıymadığını bəyənirsə və özü üçün bəyəndiyini digərlərinə əsirgəyirsə, imana olan iddiaları şişirdilmişdir. Və bu, bütün müstəvilərə, bütün mövzulara aiddir. İstər insanını dostu, ailəsi, yol yoldaşı ilə rəftarları olsun, istərsə də öhdəliyində, tabeçiliyində olan şəxslər. Qəlbin sağlamlığını gözləmək Bunu da vurğulamaq gərəkdir ki, qəlbin sağlamlığı hər an gözlənməli olan bir məsələdir. Elə deyil ki, bir dəfə qəlbi sağlamlığa gətirən əmələ rəvac verdin, sonra bu, avtomatik özünütəmin prosesi kimi gedəcək. Hər an gedən prosesdir, özü də özünəyetərli bir iş yox, tam iradəvi prosesdir. İnsan bir vəziyyətlə rastlaşır, bu vəziyyətdən çıxış olaraq bir neçə mümkün variant var. Adətən 2 variant və bunların bir neçə çaları olur seçim qismində. İnsan da başlayır seçməyə. Bu an seçim məqamında onun hansı dəyərlər sistemini rəhbər tutması tam dəqiq surətdə büruzə verir. İnsanın iddiası ilə seçimi üst-üstə düşsə, xoş halına. Demək, quru bir iddia sahibi deyil. Əməllərinin bünövrəsi möhkəm, seçimi də bu bünövrəyə uyğun olaraq düzgündür. Allah eləməmiş, iddiası bir, seçimi və bu seçimdən irəli gələn əməlləri tam fərqli olsa, nə pis! Beləsinin durumu çox ağır. Faktiki olaraq, riya etmiş özü ilə. Seçim məqamına, əməl müstəvisinə gəldikdə, iddiasının əsassızlığı, yaxud zəifliyi göz önündə olur. İblis lənətlik də bu baxımdan xüsusi aktivlik nümayiş etdirir. Sakit durmaz, qoymaz ki, insan sakitcə güzəranını keçirsin. Qəlbinə vəsvəsə salaraq, bir mərəzlik, nasalamatlıq mühiti yaratmağa çalışacaq. Zira, min dənə problem, müşkül məsələlər insanı əhatə edir. Müxtəlif şəraitlər, çeşidli amillər hər gün insanın ətrafında hərlənir, ruhi komfort yaratmaq üçün edilən səylərini əngəlləyir. Bu şəraitdə insanın seçim etməsi elə də asan olmur. Odur ki, imana qayıdan bir mövzudur bu. Hər zaman seçim edəndə, dürüst varianta üstünlük vermək gərək olur. Özü də irili-xırdalı bütün məsələləri ehtiva edir özündə bu seçim. Məişət məsələlərindən tutmuş, qlobal işlərədək. Baxırsan, adi situasiyadır. 2 nəfər insanın ticarətdə, şəriklikdə, alverdə problemi çıxıb. Burada onlardan hər birinin önünə bu məsələ çıxır: nəyi seçmək? Öz eqoizmini üstün tutacaq, yoxsa özü üçün bəyəndiyini müqabil tərəfə də bəyənəcək? Seçim onundur. Bəyənəcəksə, yaxşı. Bəyənməyəcəksə, qəlbinin nasalamatlığını təzahür etdirəcək. Axı Allah dərgahındadır. Və əməllərini İlahi dərgaha təqdim edir. Belə olan təqdirdə, eybəcər seçim hansı qəlbin məhsulu ola bilər? Sözsüz ki, xəstəliyə yoluxmuş bir qəlbin. Seçim daimi məsələdir Məsələyə digər rakursdan baxaq. Tutaq ki, bir məsələ baş verib. Digəri üçün ən sərt tədbirlər tələb edir insan. Bir növ prinsipial, kompromissiz görünür. Hətta öz gözünə də prinsipial görünür. Amma özünə belə şeyi qıyacaqmı? Bu, böyük sualdır. Özü üçün istəmirsə, digəri üçün də istəməməlidir. Və digəri üçün istəyirsə, özü üçün də istəməlidir. Çox ümumi, tez-tez rasta çıxan misallar çəkmək olar bununla bağlı. Misal üçün, bir yerə getməklə əlaqədar sual çıxır, hansı istirahət, müalicə müəssisəsinə? Cəmi bir neçə yer var. Hamı da ora getmək istəyir. İndi məsələyə neçə cür yanaşma ola bilər. Kimə daha çox lazımdır, kimin üçün daha zəruridir, kim daha çox ehtiyaclıdır - bu, bir yanaşmadır, “mən keçim, qalanları ilə nə işim” - bu da digər yanaşma. Və insan təkcə konkret bir iş üzrə seçim etmir. Əslində qəlbini möhkəm bir immun sistemi ilə təmin etmiş olur, yaxud əksini seçdikdə, immun sisteminə sarsıdıcı zərbə vurmuş olur.Buradan görürük ki, göstərilmiş halda edilən seçim kimi bir seçimlər qətiyyən fərdi müstəviylə məhdudlaşmır. Bir insan, iki insan, üç insan ədalətli və düzgün seçim edir. Belə seçim nəticəsində bunlar özü də salamat duruma gəlirlər, əməlləri ilə digər insanlara təsir edirlər. Nəticədə həmin cəmdə qəlbi salamatlılıq bir dəyər halına gəlir və istiqamət üçün hədəfə çevrilir.Mübarək dinimiz kənarda-bucaqda olan məsələləri qabartmır ki! İnsanın gündəlik yaşadığı bütün müstəviləri: ailə, təhsil, iş, ünsiyyət, iqtisadi məsələlər, ictimai məsələlər - hər şey burada əhatə olunur. İstənilən müstəvidə imanlı insan gərək özünə qıydığını digər insana qıysın. Özü üçün bəyənmədiyini digər insandan da uzaq etsin. Belə olacaqsa, qəlbi sağlamdır. Əks halda öz müalicəsi ilə ciddi məşğul olmalıdır. İnsan çox məsələyə xüsusi diqqət yetirməyə bilər, bu, onun qəlbində bəlkə o qədər də dərin yara salmaz. Amma məsələyə - özünə qıydığını digərinə qıymaq mövzusuna diqqət etməməsi onun qəlbini necə yaralayırsa, diqqət etməsi də bir o qədər salamatlığı təmin edər. Üz tutan və üz döndərən qəlb Qəlb sağlamlığı ilə bağlı Əmirəlmömininin (ə) başqa bir buyuruşu da var. Çox incə, lətif, xüsusi çalarla dolu olan bu buyuruşda möminin qəlbini paklandırmaqla bağlı böyük məsuliyyətinə işarə edilir: “Bəndələrin pak qəlbləri Sübhan Allahın baxdığı yerlərdir. Kim qəlbini paklandırarsa, Allah ona nəzər salar”.Əgər bir kəs istəyirsə ki, Haqq-təala ona nəzər salsın, gərək qəlbini paklandırsın. Nə qədər qəlbini paklandırsa, o qədər çox ona nəzər salar Mütəal Allah. Rəbbinin nəzərini insan özünə aid etmək istəyirsə, gərək o nəzərin aid olan yerini əmələ gətirsin. Nə qədər qəlbinin paklığı artırsa, İlahi nəzər də bir o qədər artar. Qəlb pak olmayacaqsa, Allah-təalanın nəzər salacağı yer də yoxdur. Yenə də mövzu iradəviliyə qayıdır. İstəyiriksə Allah bizə nəzər salsın, bu, elə-belə olmur. Öz-özünə olası deyil ki? İnsan gərək özü ilə məşğul olsun, seçim məqamında Allahın istədiyini seçsin ki, nicat tapsın, qəlbitəmizlərdən olsun. İnsanın tutumu, hazırlığı olmalıdır. Bu tutumu təmin edən əməlləri olmalıdır. Bir məsələ də var. Bəzən insan ibadətlə məşğul olmaq istəyir, amma nədənsə halı olmur. Görəsən, dinimiz bu barədə nə deyir? Qəlbin keyfiyyəti ilə bağlı nəsə bir tövsiyəsi varmı? İmam Rzadan (ə) bu əlaqədə belə nəql edirlər: “Həqiqətən, qəlblərin bir üz tutmağı var, bir də üz döndərməyi. Şadlıqları var, bir də kədərləri. Üz tutduqda dərrakəli və bəsirətli, arxa çevirdikdə isə yorğun və üzgün olarlar. Buna görə də üz tutub şad olduqları vaxt onlara əl atın və üz döndərib kədərli olduqları vaxt onları öz hallarına buraxın”.Burada qəlbin iqbalı deyilən bir haldan nəql olunur. Qəlb özü yönəlib gözəlliklərə, hazırdır. İnsana bir sahib çıxmaq qalıb. İndi sahib çıxıb-çıxmamaq hazırlığını realizə edib-etməmək isə insanın öz öhdəsində olan bir mövzudur. Qəlblərin ətrafında dolaşmasaydılar şeytanlar... İnsan görürsə ki, halı var, qəlbi incəlib, ruhiyyəsi yerindədir, gərək bu durumunu israf etməsin, əldən verməsin. Əla fürsətdir. Fürsətini fövtə verməyib, ibadətinə, ziyarətinə, sileyi-rəhminə, Quran oxumasına, əl tutmağa, ehsan etməyə, mehribanlıq göstərməyə - cürbəcür saleh işlərə əl atsın gərək. Bu halda olanda Allah-təala ilə ünsiyyətini nə qədər istəsə, genişləndirə bilər. Münbit bir şəraitdir. Yox, qəlbində bir yorğunluq, halsızlıq varsa, insan elə vacibatların yerinə yetirsin, bunlara diqqəti artırsın. Əlavə, müstəhəb, gözəl məsələlər ki, var, dinimiz deyir ki, onları insan gərək çalışsın özünün ruhi şadlıq halına salsın, daha münasib şəraitdə yerinə yetirməyə üstünlük versin. Qəlbi hazır olmadığı halda insan gərək çalışsın özünü ağır yükləməsin. Yenə də vurğulayaq ki, söhbət vacibatlardan getmir. Vacibatları hər bir ruhi vəziyyətdə yerinə yetirmək gərəkdir. Söhbət o işlərdən gedir ki, Allah- təala bunları bəyənib, lakin vacib buyurmayıb. Amma qəlb lazımi, hazır vəziyyətdə olanda, ona sahib çıxmaq gərəkdir, mənəvi nemətlərdən ruha hopdurmaq gərəkdir. Allah-təala cəmi insanlara bu tofiqatdan istifadə etməyi nəsib etsin!Qəlbi qorumaqla bağlı dinimizin bir çox göstərişləri var. Həzrət Peyğəmbərdən (s) nəql olunur: “Şeytanlar hər an insanların qəlblərinin ətrafında dolaşmasaydılar, insanlar hər an qeyb aləmini görərdilər”. Hər an bir məkrli və amansız ovçu təki insanın qəlbinin ətrafında iblisin tör-töküntüləri fırlanır, istəyir tor atsın, qəlbi qəsb etsin, ələ keçirsin, qəlbə sahib olsun. “Cəhənnəmə gedən özünə yoldaş axtarar” məsəlinə aid bir mövzudur. Lənətlik iblis insan övladına qənim kəsilib və bütün səyini yönəldir ona ki, qəlbi irin və çirkə qərq edərək, insanı mənfi əməllərə sövq etsin. Bu iblislər insanların qəlbinin ətrafında hərlənməsəydi, insanların bəsirətləri açılardı, onlar qeyb aləmini görməyə qədər gəlib yetişərdilər. İndi bu məlunlar hər an insanın qəlbinin ətrafındadırsa, insan gərək hər an diqqətli olsun, qəlbinin zəhərlənməsinə, əldən çıxmasına rəvac verməsin. Qiyamət gününə əliboş getməyə, iblislə yoldaş olmağa özünü məhkum etməsin. Nicat yolunu seçsin, işığa doğru getsin. Qəlbinin ətrafında hərlənən iyrənc məxluqların qəlbinin içərisinə daxil olmasına macal verməsin. Elə bir ruhi vəziyyətə yetişsin ki, iblis və onun tör-töküntüləri onun qəlbinə belə yaxınlaşmaqdan məəttəl olsunlar. Əliboş qoysun daim bu məlunları?Allah-təala cəmi insanlara bu mübarizədən qalib çıxmağı nəsib etsin, inşallah! Hacı İlqar İBRAHİMOĞLU |
44,226 | 12.12.2008 01:37 | Astrologiya | ULDUZ FALI | QOÇ - Nəhayət ki, neçə gündən bəri davam edən üzüntülü anlarınız arxada qalacaq. Təxminən saat 11-dən etibarən şəxsi işlərinizdə böyük dönüş baş qaldıracaq. Çətinlikdən qorxmayın. BUĞA - Maraqlı sövdələşmələr aparmaq üçün kifayət qədər məhsuldar gündür. Qarşı tərəf sizin bütün təkliflərinizə müsbət rəy bildirəcək. Amma gərək lovğalıqdan uzaq olasınız. ƏKİZLƏR - Mənfi enerjili Ay bürcünüzdə olsa da, bunun nəzərdə tutduğunuz işlərin həyata keçməsinə maneçiliyi olmayacaq. Əksinə, bütün planlarınız reallığa yaxınlaşacaq. Qidanıza fikir verin. XƏRÇƏNG - İş üslubunda dönüş yaratmaq üçün şanslarınız artacaq. Bunun üçün ilk növbədə ədalət prinsiplərinə riayət etməyiniz tələb olunur. Özünüzü həmkarlarınızdan daha üstün tutmayın. ŞİR - Təxminən saat 16-ya qədər gərgin situasiyalarla üzləşə bilərsiniz. Odur ki, oturub-durduğunuz adamların kimliyini götür-qoy edin. Etibar etmədiyiniz kəslərə mühüm sirlərinizi verməyin. QIZ - Həddindən ziyadə yorğun bir gün yaşamalı olacaqsınız. Üzərinizə düşən vəzifələrin məsuliyyətini dərk etməyə çalışın. Həmkarlarınızla yerli-yersiz mübahisəyə girişməyin. TƏRƏZİ - Ünsiyyətdə olduğunuz hər bir kəslə, ələlxüsus da doğmalarınızla mehriban davranın. Nəzərə alın ki, qarşılıqlı hörmət sizə səmərə verə bilər. Qaranlıq havada daha çox evdə olun. ƏQRƏB - Sevindirici hadisələr yolunuzu gözləyir. Ola bilsin ki, ağlınıza gətirmədiyiniz istiqamətdən işgüzar təkliflər də alasınız. Vaxtınız olsa, müqəddəs yerlərə mütləq baş çəkin. OXATAN - Astroloji göstəricilər maliyyə durumunuzun yaxşılaşacağını bəyan edir. Münasibətlər zəminində isə vəziyyət bir qədər gərginləşə bilər. Mübahisədən yayının. OĞLAQ - Yaxşı olar ki, əsas vaxtınızı fəaliyyətə yönəldəsiniz. Çünki digər sahələrdə xoşagəlməz hadisələr mümkündür. Pulla bağlı bütün planlarınızı təxirə salın. Uzaq yola çıxmayın. SUTÖKƏN - Bir qədər problemli gün hesab etmək olar. Çünki bir tərəfdən səhhətinizdə çətinliklər, digər tərəfdənsə pulsuzluq ovqatınızı korlaya bilər. Heç olmasa münasibətləri tənzimləyin. BALIQLAR - İxtiyarınızda olan bu təqvimdən qeyri-adi heç nə gözləməyin. Necə deyərlər, başınızı aşağı salıb adi işlərlə məşğul olun. Hər dedi-qoduya ciddi yanaşmayın. Soyuqdan qorunun! |
44,227 | 12.12.2008 01:23 | Media | QLOBAL MALİYYƏ BÖHRANI QƏZETLƏRƏ TƏSİRSİZ ÖTÜŞÜB? | Maraqlıdır, dünyanı alt-üst edən maliyyə böhranı Azərbaycan mətbuatına öz təsirini göstəribmi? İxtisarlar, maaşların kəsilməsi, gecikdirilməsi kimi hallar nə dərəcədə aktualdır? Böhran halında iri qəzetlərin birləşməsi variantı mümkündürmü? “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov bildirdi ki, iqtisadiyyatı normal olan ölkələrdə bu böhran özünü istər-istəməz göstərir. Onun sözlərinə görə, azad sahibkarlığı olmayan Azərbaycanda isə manatın həm avroya, həm də dollara nisbəti süni olaraq saxlandığı üçün dünyada baş verən iqtisadi böhran bizdə özünü göstərmir: “Qəzetlər də cəmiyyətin bir parçasıdır. Ona görə də insanlara təsir göstərməyən iqtisadi böhranın qəzetlərə də zərbə vurduğunu demək olmaz. İnanmıram ki, yaxın müddət ərzində dünyadakı maliyyə böhranı qəzetlərə təsir etsin”. Konkret “Azadlıq” qəzetinə gəlincə, müsahibimiz söylədi ki, qəzet rəhmətlik Nəcəf Nəcəfovun dövründən elə bir rels üzərindədir ki, onun daimi oxucuları və satışı var: “Qəzetin qiymətindən, ayrı-ayrı nömrələrinin sönüklüyündən asılı olmayaraq oxucuları onu alır. Onlarçün ”Azadlıq" çörək kimidir. Çörəyin qiyməti artanda aldıqları kimi qəzeti də o cür alırlar". A.Əhmədov qəzetlərin birləşməsi ideyasına isə sıcaq yanaşmadı. Onun sözlərinə görə, bu, bir neçə il əvvəl də ortaya atılmışdı və hansısa qrupların məkrli niyyətlərindən xəbər verirdi. Müsahibimiz Azərbaycanda özünün yayım şəbəkəsi, mətbəəsi olan heç bir qəzet olmadığı üçün onların birləşmə ideyasının da əhəmiyyətsizliyini vurğuladı. “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov da bildirdi ki, dünyanı bürüyən maliyyə böhranının Azərbaycanın qəzet bazarına heç bir təsiri yoxdur. Müsahibimizin fikrincə, ümumən böhran ölkəyə təsir etsə, ilk növbədə çap məhsullarının qiyməti düşəcək və bu da qəzetlərə maksimum xeyir gətirə bilər: “Amma hələlik vəziyyət stabildir. Qəzetlərin maliyyə böhranından ciddi zərbə alması üçün zəmin görünmür. Çünki onların ümumilikdə banklarda böyük vəsaitləri, habelə ciddi reklam gəlirləri yoxdur. Sadəcə, xırda-para reklam verən şəxslərin işlərində durğunluq ola bilər ki, o da qəzetə gələn kiçik reklam pəncərəsinin qapanmasına səbəb olar”. “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevsə bildirdi ki, qlobal böhranın Azərbaycandakı ilkin əlamətləri artıq öz təsirini göstərməkdədir. Onun sözlərinə görə, hələlik ilkin təsirdən söhbət gedə bilməz: “Ümumdünya böhranının hələ ki ”Bakı Xəbər"ə təsiri yoxdur. Sadəcə, nominal gəlirləri stabil olan qəzet işçilərinə mənfi təsir göstərə bilər. Çünki minimum yaşayış səviyyəsi qalxdığı halda nominalda gəlirlər sabit qalır. Bizdə əməkdaşların sayı həftədə 6 dəfə nəşr olunan bir qəzetçün minimum səviyyədədir. Bu, özünü böhranın nəticəsi olaraq göstərməyib. Hər zaman kollektivin sayını minimuma endirmək məcburiyyətində olmuşuq". Amma bütün bu problemlərə rəğmən baş redaktor hesab edir ki, Azərbaycanda qəzetlərin birləşməsi ideyası olduqca uğursuzdur. Onun sözlərinə görə, ölkə elə vəziyyətdədir ki, burda nəinki qəzetçilik, digər sahələrdə də fərdlər arasındakı münasibətlərdə birləşmə problemi var: “Tələbat və ehtiyaca baxmayaraq heç kim buna getmək istəmir. Çünki qəzetlərin rəhbərləri və jurnalistləri arasında da münasibətlər elə həddədir ki, bir araya gəlib fəaliyyət göstərmələri mümkünsüz görünür”. |
44,228 | 12.12.2008 03:42 | Media | SENAT LUQAR DA İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ | Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutundan verilən məlumata görə, senatorun dövlət başçısına ünvanladığı çağırış məktubunda deyilir ki, “Azadlıq”, “Amerikanın səsi” və BBC radiolarının FM tezliklərindən çıxarılması, şübhəsiz, Vaşinqtonda prezidentin dəyişdiyi bir dövrdə neqativ bir göstərici kimi müşahidə ediləcək: “Mən ümid edirəm ki, sizin rəhbərliyinizlə Azərbaycan qanunlarına hörmətlə yanaşan və hörmət sahibi olan xəbər kanallarının geniş auditoriya qarşısında yayımını davam etdirmək hüququnu qoruyub saxlayan münasib bir qərar əldə olunacaq”. Milli Teleradio Şurası “Azadlıq”, “Amerikanın səsi” və BBC radiostansiyalarının, həmçinin AzTV-də efirə gedən “Amerikanın səsi”nin “News Flash” verilişinin Azərbaycanın milli tezliyi vasitəsilə yayımlanmasını qanuna zidd sayır. Şuranın sədri Nuşirəvan Məhərrəmlinin mövqeyi belədir ki, xarici televiziya və radiolara verilmiş tezliklər ilin sonunadək geri alınmalı, xarici televiziya və radio verilişləri Azərbaycana yalnız peyk, kabel və internet şəbəkələri vasitəsilə yayımlanmalıdır. N.Məhərrəmli şuranın dekabrın 25-də keçiriləcək iclasında bu məsələyə baxılacağını və qərar çıxarılacağını vurğulayır.Artıq şura AzTV-yə “News Flash” verilişinin yayımının dayandırılmasıyla bağlı xəbərdarlıq da göndərib. |
44,229 | 12.12.2008 03:42 | Media | NOYABR AYI MEDİA ÜÇÜN PİS KEÇİB | Yasamal rayon Məhkəməsi “Gündəlik Bakı” qəzetinin baş redaktoruna və baş redaktor müavininə cinayət işi açılmasını tələb edən general-mayor Mahmud Həmzəyevin təkrar şikayətini icraata götürməkdən imtina edib, Ali Məhkəmə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynlinin döyülməsi faktının araşdırılmasından verilən şikayəti qismən təmin edib. Digər 8 məhkəmə qərarı medianın əleyhinə olub. Ötən bir ayda mediaya qarşı daha 4 iddia qaldırılıb. General -mayor Mahmud Həmzəyev “Gündəlik Bakı” qəzetinin baş redaktoru və redaktor müavininin cinayət məsuliyyətinə cəlb edilməsini, qəzetin 26 min AZN təzminat ödəməsini məhkəmədən tələb edib. 21 saylı orta məktəbin rəhbərliyi “Gündəlik Bakı” qəzetinə qarşı iki iddia qaldırıb. Məhkəmə rəhbərliyi qəzetin üzərinə 25 min AZN təzminat qoyulmasını istəyir. ÿJurnalistlər oktyabrda 5 dəfə müxtəlif formalarda təzyiqlərlə üzləşib. Hesabata görə, noyabrda ANS telekanalının peşə fəaliyyətini yerinə yetirən əməkdaşı Azər İsrafilova Binəqədi rayon Polis İdarəsinin əməkdaşları zor tətbiq edib, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Apelyasiya Məhkəməsindən xəbər toplayan əməkdaşları məhkəmə nəzarətçilərinin basqısına məruz qalıblar. “Yeni Müsavat” qəzetinin əməkdaşlarını isə Tərtər rayon İcra Hakimiyyəti başçısının yaxınları telefonla hədələyiblər. Hesabatda “Ayna” qəzetinin əməkdaşı İdrak Abbasovun evinə basqın edildiyi, avtomobilinin əyləc sistemi sıradan çıxarılmaqla “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərova sui-qəsd cəhdi edildiyi, bu faktların ədalətli araşdırılmadığı vurğulanır. Noyabrda media yayım problemləri də yaşayıb. Sənədə görə, belə problemlər daha çox bölgələrdə, xüsusən də Naxçıvanda nəzərə çarpıb. Naxçıvanda “Azadlıq” radiosunun, “Turan” İnformasiya Agentliyinin saytlarına giriş qapadılıb, “Yeni Müsavat”, “Azadlıq” qəzetlərinin səyyar yayımına əngəllər yaradılıb. Şəmkir, Göygöl, Gəncə şəhərlərində isə “Hürriyyət” qəzetinin satışına qadağa qoyulub.ÿNoyabrda “İnformasiya əldə edilməsi haqqında” qanuna əsasən dövlət qurumlarına göndərilən 21 sorğunun heç biri tam cavablandırılmayıb. Milli Teleradio Şurasına göndərilən 5 sorğuya cavab verilib, ancaq cavablar tam olmayıb, istənilən bilgiləri əhatə etməyib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə göndərilən bilgi sorğularına da tam cavab verilməyib.Milli Məclisə, Mərkəzi Seçki Komissiyasına, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, bələdiyyələrə göndərilən sorğulara ümumiyyətlə cavab verilməyib. Sorğuların cavablandırılmamasına görə həmin qurumların vəzifəli şəxslərinin hərəkətsizliklərindən məhkəməyə şikayət edilib. Apelyasiya Məhkəməsi bilgi əldə etmək hüququ Səbayel polisi tərəfindən pozulan jurnalistlər Elçin Həsənov, Seymur Həziyev, Əbülfəz Qurbanlı və Eltac Pənahovun şikayətini təmin etməyib. |
44,230 | 12.12.2008 03:43 | Media | ŞƏHİD-REPORTYOR FƏRHAD KƏRİMOVUN 60 YAŞI TAMAM OLDU | Jurnalist Fərhad Kərimov “Molodyoj Azerbaydjana” qəzetinin müxbirliyindən “Reuters” və “Associated Press”in telereportyorluğuna qədər bir yol keçib. O, yalnız Azərbaycanda deyil, Gürcüstanda, Tacikistanda, Çeçenistanda çəkilişlər aparıb. Onun 1995-ci ildə Çeçenistanda apardığı çəkilişlər dünyada ən yaxşı teleçəkiliş kimi tanınıb və ölümündən sonra Rori Peka adına mükafata layiq görülüb. F.Kərimovun adı 1996-cı ilin mayında 934 şəhid jurnalistin şərəfinə Vaşinqtonun Arlinqton qəbiristanlığında ucaldılmış memorial abidəyə həkk edilib. Fərhad Kərimov 1948-ci il dekabrın 11-də Moskvada anadan olub, azərbaycanlıdır, iki övladı var. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. Azərbaycan EA sistemində çalışıb, burada işləyə-işləyə mətbuatda çıxış edib. “Molodyoj” Azerbaydjana" qəzetində müxbir kimi fəaliyyətə başlayıb, 1991-ci il oktyabrın 1-dən “Turan” İnformasiya Agentliyinin informasiya şöbəsinin redaktoru olub. 1992-ci ildən “Röyter” və “Assoşiayted Press” agentliyi ilə əməkdaşlığa başlayıb. 1992-94-cü illərdə Qarabağ müharibəsinə aid videosüjetlər hazırlayıb. Gürcüstanda, Tacikstanda və Çeçenistanda apardığı çəkilişlər F.Əliyevə şöhrət qazandırıb. |
44,231 | 12.12.2008 02:44 | Media | ELMAR MƏMMƏDYAROV NARAHATDIR | Karel Şvarsenberq suala öz ölkəsinin təcrübəsi əsasında cavab verib: “Hansı radionun yayımına icazə verib-verməmək Azərbaycan hökumətinin öz işidir. Amma mən yalnız öz ölkəmin təcrübəsi əsasında bir şeyi qeyd etmək istəyirəm. BBC radiosu hazırda da mənim ölkəmdə fəaliyyət göstərir. ”Azadlıq" radiosu kimi bu radioların hamısı, mənim ölkəmdə demokratiyanın inkişafında, rejimin islahatlarında müstəsna rol oynayıb. Mən şəxsən öz həmkarıma bu radioları tövsiyə edərdim. Amma əlbəttə, necə qərar vermək Azərbaycan hökumətinin özündən asılıdır" .Elmar Məmmədyarov isə bildirib ki, hazırda Azərbaycanda qüvvədə olan qanunlara görə, yerli tezliklər yalnız yerli yayımçılara verilə bilər. Onun dediyinə görə, bu qanun altı il əvvəl qəbul olunub və hazırda şura yerli yayımları onun tələblərinə uyğunlaşdırmağa çalışır. Nazirin dediyinə görə, indi problemin bütün tərəfləri razı salacaq şəkildə həlli üçün danışıqlar aparılır. E.Məmmədyarov eyni zamanda hesab edir ki, problem yalnız qanunvericilikdən qaynaqlanır və bu məsələdə siyasi çalar axtarılmamalıdır: “Hazırda problem müzakirə edilir. Ancaq mən bir şeyi arzu edərdim ki, bu problem siyasiləşdirilməsin. Çünki qanun qanundur, hamı ona hörmət etməlidir” .ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin bu məsələyə dair çıxışlarında söz azadlığına məhdudiyyət yaradan qanunun dəyişdirilməsi zərurəti barədə fikirlərinə cavabında E.Məmmədyarov bildirib ki, suveren ölkəyə qanunvericiliyinin necə olmasını məsləhət görmək Haraştinin mandatına daxil olmayan fikirlərdir. |
44,232 | 12.12.2008 03:42 | Dünya | YUNANISTANDA İĞTİŞAŞLAR SƏNGİMİR | Nümayişçilər polis məntəqəsinə daşlar və alışqan bombalar atıblar. Nəticədə bir nəfər yaralanıb. Tələbələr Afinanın yollarında barrikadalar qurublar. Bu arada yeniyetmə oğlanı öldürən polisə ittiham oxunub. Onun vəkili deyib ki, oğlanı öldürən güllə rikoşet imiş. Ancaq istintaqın hesabatı hələ ki, rəsmən dərc edilməyib. Hadisədə təqsirli bilinən polis həbsxanada öz məhkəməsini gözləyir. Məhkəmənin vaxtı hələ məlum deyil. Adının çəkilməsini istəməyən polis rəsmisi deyib ki, yolda dayanan yaşlı adam bugünkü hadisələr zamanı daşla vurulduqdan sonra xəstəxanaya çatdırılıb. Həbsxana və universitet binalarının çölündə də insident baş verdiyi bildirilir. Son beş gündə baş vermiş qiyamlar zamanı yüzlərlə yaşayış və biznes binasına ziyan dəyib. Yunanıstandakı sosial partlayışın əsl səbəbinin ölkədə artan işsizlik, pensiyaların azaldılması və hökumətin iqtisadi siyasəti olduğu bildirilir. Xəbərlərə görə, etiraz dalğası digər Avropa ölkələrinə də yayıla bilər. Dünən Danimarka polisi Yunanıstandakı nümayişçilərlə həmrəylik nümayiş etdirən 30-dan çox anarxisti saxlayıb. Onlar Kopenhagendə icazəsiz aksiya təşkil ediblər. Əsasən gənclərdən ibarət dəstə Yunanıstan səfirliyinə doğru hərəkət edib, bu zaman ətrafdakı mağazaların vitrinlərini sındırıblar. |
44,233 | 12.12.2008 03:45 | Ölkə | MƏMURLARIN KÜTLƏVİ İXTİSARI GÖZLƏNİLİR | Onun iddiasına görə, Azərbaycan hökumətinin əksər nazirlikləri - bu siyahıya FHN, DİN, MTN, Təhsil, Müdafiə Nazirlikləri aid deyil - orta ranqlı və sıravi işçilərinə hər ay əməkhaqqından başqa xüsusi “paketlər” də verirdilər. “Bu paketlərdə isə aylıq əməkhaqqı həcmində pul olurdu. Həmin məbləğ ”özəl xəzinədən", daha doğrusu, ARDNŞ-nin hesabına ödənilirdi. İndi iş o yerə çatıb ki, ARDNŞ-nin öz əməkdaşları belə “paket sistemi”ndən məhrum olublar. Səbəbi isə çox sadə izah edilir: “Pul yoxdur”.Mənbənin dediyinə görə, bu hələ, necə deyərlər, dərdin yarısıdır. Sən demə, onları xəbərdar ediblər ki, növbəti ilin əvvəlində əksər dövlət qurumlarında ciddi ixtisarlar gözlənilir. Çünki neftin qiymətinin bu qədər kəskin aşağı düşməsinin müqabilində büdcə təşkilatlarını maliyyəşdirmək çətin olacaq. “Ona görə də artıq dövlət qurumlarına qəbul qəti şəkildə dayandırılır, əksinə kütləvi ixtisarlara güc veriləcək” - deyə mənbə bildirir.Mənbənin dediyinə görə, nazirlik və dövlət komitələrindən başqa, yerli icra hakimiyyətlərində də ixtisarlar olacaq. Bir-birini təkrarlayan vəzifələrdən hansısa biri ləğv olunacaq. Bundan başqa, müəyyən nazirlik və dövlət komitələrinin birləşdirilməsi də gündəmə gələ bilər. Və hazırda bu istiqamətdə iş gedir.Qəzetimizə yaxın olan iqtisadçı ekspertlər bildirir ki, neftin qiyməti düşdükcə, Azərbaycan iqtidarının qurduğu idarəetmə sistemi çökəcək: “Yalnız büdcə təşkilatlarının əməkdaşları deyil, hakimiyyətin saxladığı iqtidaryönümlü siyasi partiyaların, QHT-lərin, KİV-in də maliyyəsi kəsilməkdə, azalmaqdadır. İqtidar pul ödənci qarşılığında özünə ictimai dayaqlar qurmuşdu. Ödənən pul da neftdən gəlirdi. İndi o, kəskin şəkildə azalıb. Bu da örtülü ödənəkdən xərcləmələrə kəskin şəkildə təsir edir. Faktiki olaraq, iqtidarın qurduğu sistem və dayaqlar gurultu salmadan uçmaqdadır. Belə vəziyyətdə siyasi müxalifətə böyük şanslar açılır... ” |
44,234 | 12.12.2008 01:50 | Siyasət | SƏRDAR CƏLALOĞLU İLƏ RAMİZ MEHDİYEVİN DİALOQU | Bu barədə RİA-ya ADP mətbuat xidmətindən məlumat verilib. Bu hadisəni Azərbaycanın yeni siyasi tarixində ilk dəfə olaraq iqtidar-müxalifət arasında ölkəmizin inkişafı ilə bağlı diskussiya hesab edən ADP digər siyasi ideoloqları da bu diskussiyaya qoşulmağa çağırıb. Mətbuat xidmətindən verilən məlumata görə, Sərdar Cəlaloğlunun ilk məqaləsi “Hürriyyət” qəzetinin bugünkü tarixli sayında dərc ediləcək. Məqalədə S.Cəlaloğlu iqtidarın Azərbaycanın inkişafı ilə bağlı strategiyasını təhlil edir. Məqalə elmi, fəlsəfi və publisistik dildə yazılıb, Azərbaycanda keçmişdə baş verən, indi həyata keçirilən və gələcək üçün proqnozlaşdırılan hadisələr təhlil edilir. |
44,235 | 12.12.2008 01:53 | Ölkə | HEYDƏR ƏLİYEVİN VƏFATINDAN 5 İL ÖTDÜ | Azərbaycan Dövlət Akademik Milli Teatrının aktyorları kitabdan parçalar səsləndiriblər. Tədbirdə çıxış edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov Azərbaycan xalqının bu gün H. Əliyev yolu ilə getdiyini və bunun nəticəsində uğurlar qazandığını bildirib. O, Heydər Əliyevin Fəxri Xiyabandakı məzarının xalqın müqəddəs ziyarətgahına çevrildiyini vurğulayıb. Millət vəkili Fəttah Heydərov H. Əliyevlə tanışlığı, onun müsbət keyfiyyətləri, siyasi hakimiyyəti dövründə gördüyü işlərdən danışıb. O, H. Əliyevin bütün ömrünün xalqa xidmətdə keçdiyini söyləyib. Tədbirdə akademik Vasim Məmmədəliyev, Milli Məclisin komissiya sədri Şəmsəddin Hacıyev və digər şəxslər də çıxış edib. |
44,236 | 12.12.2008 03:55 | Media | “ANS PRESS”in SAYTINI ERMƏNİ HAKERLƏRİ DAĞIDIB | ABŞ-dan müraciətə rəsmi cavab gəlib və məlum olub ki, sayt erməni hakerləri tərəfindən dağıdılıb. Hazırda “ANS press” rəhbərliyi informasiya portalının işinin bərpası üçün əlindən gələni edir. Nəşriyyat Evinin məlumatına görə, “Seçilən” filmi ekrana çıxandan sonra “ANS press”in informasiya saytı dəfələrlə hakerlərin hücumuna məruz qalsa da, dekabrın 8-nədək cəhdlərin qarşısını almaq mümkün olmuşdu. “ANS press” mümkün qədər tez zamanda yenidən öz oxucularını dəqiq, qərəzsiz və operativ xəbərlərlə təmin etməyə ümidvardır. |
44,237 | 12.12.2008 02:55 | Ölkə | POLİS “ƏBU BƏKR”lə BAĞLI YENƏ XƏBƏRDARLIQ ETDİ | lent.az-ın məlumatına görə, hakim Turqay Hüseynovun rəhbərlik etdiyi prosesdə icmanın hüquqi nümayəndəsi Cavanşir Süleymanov bildirib ki, bu il avqustun 17-də məsciddə baş verən partlayışdan sonra heç bir qərar və sərəncam olmadan “Əbu Bəkr”in fəaliyyəti dayandırılıb. Vəkil məscidin fəaliyyətinin bərpa olunmasını istəyib. Nərimanov rayon Polis İdarəsinin rəis əvəzi Əkbər İsmayılov məscidin açılmasına etiraz edərək onlarda məsciddə yenidən terror aktının törədiləcəyi barədə məlumatların olduğunu deyib: “Hər gün bizə məsciddə yenidən partlayışların baş verəcəyi ilə bağlı məlumatlar gəlir. Cinayətkar qrup yaxalanmayınca, istintaq başa çatmayınca, məscidin açılmasına icazə vermək olmaz”. Prosesdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qeydiyyat və hüquq şöbəsinin müdiri Yusif Əsgərov isə qeyd edib ki, Azərbaycanda dini durum sabitdir: “Nərimanov rayon Polis İdarəsinin məlumatlarına ciddi yanaşırıq və bu işdə polisi dəstəkləyirik”.Məhkəmədə C. Süleymanovun məscidin müdafiə olunması ilə bağlı Polis İdarəsi tərəfindən verilən daxili əmrin məhkəməyə təqdim olunması barədə qaldırdığı vəsatət təmin olunub. Vəkilin məsciddə azanın verilməsilə bağlı MTN-in Nərimanov rayon Polis İdarəsinə göndərdiyi tapşırıqlarla bağlı və idarənin terror hadisəsilə bağlı məlumatlarının məhkəməyə təqdim olunması barədə vəsatəti isə təmin edilməyib. Məhkəmə prosesi dekabrın 16-da davam etdiriləcək. |
44,238 | 12.12.2008 02:54 | Gündəm | BUŞ İLHAM ƏLİYEVƏ TƏŞƏKKÜR MƏKTUBU GÖNDƏRDİ | “Azərbaycan hərbçilərinin İraqda uzunmüddətli xidmətini başa vurduğu bir vaxtda, mən 2003-cü ildən etibarən bu ölkədə çoxmillətli qüvvələrə öz hərbçiləri ilə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə və xalqına Birləşmiş Ştatların dərin minnətdarlığını bildirirəm. ”Əl-Anbar vilayətində Həditə su bəndinin həmin qüvvələr tərəfindən mühafizəsini xüsusilə yüksək qiymətləndirirəm. Böyük çətinliklərə baxmayaraq, İraqda demokratik hökumətin qurulması və möhkəmləndirilməsinə Azərbaycan xalqının dəstək vermək arzusu onun güclü iradəsinin nümunəsidir. Azərbaycanlılar İraqda azadlığın qorunmasına yardım məqsədi ilə aparılan uğurlu əməliyyatlarda iştirakları ilə fəxr edə bilərlər. Birləşmiş Ştatlar dünyada digər ümumi maraqlar çərçivəsində Azərbaycanla əməkdaşlığı gələcəkdə də davam etdirməyi ürəkdən arzulayır". |
44,239 | 12.12.2008 02:57 | Mənəviyyat | MƏHKƏMƏ “PEYĞƏMBƏR MƏSCİDİ”ni RƏSMƏN QANUNSUZ ELAN ETDİ | “Bundan sonra biz bir ay ərzində apelyasiya şikayəti verəcəyik. Bu bizim qanuni hüququmuzdur. Mən burada məscid tikib ”Çox sağ ol" eşitmək istəyirdim. Əvəzində isə məni ittiham edirlər ki, ərazini qanunsuz zəbt etmisən. Allahın evini qanunsuz adlandırırlar". O, həmçinin məscid yerləşən ərazidə tikilən bulaq üçün də sənədlərinin olmadığını dedi: “Məhkəmədə də dedim ki, bulağın sənədi yoxdur. Fikirləşdim ki, sonradan bu məsələ meydana çıxanda deyə bilim ki, mən heç nəyi gizlətmirəm”. O, bu günə qədər İqtisad Universitetinin rektoru Şəmsəddin müəllimi başa düşmədiyini bildirdi: “Necə olur ki, yarım hektar ərazi hündürmərtəbəli bina tikmək üçün verilir, amma minarə üçün 9 kvadrat metrlik yeri qıymırlar?” |
44,240 | 12.12.2008 01:55 | Ölkə | NAXÇIVANA 40 SANTİMETR QAR YAĞDI | Ötən gecə regionun digər bölgələrinə - Şahbuz və Culfa rayonlarına da ilk qar düşüb. Culfa rayonunun Ərəfsə kəndinə yağan qarın qalınlığı 34, Şahbuz rayonunun Biçənək kəndində isə 21 santimetr olub.Qeyd edək ki, ölkənin şimal-qərb bölgəsinə də ilk qar yağıb. |
44,241 | 12.12.2008 04:58 | Ölkə | “DALĞA”çılar “EDAM” OLUNDU | Gənclər aksiyaya başlayan kimi səfirliyi qoruyan polis tərəfindən uzaqlaşdırılıblar. Saxlanan olmayıb. İranın Bakıdakı səfirliyi hələlik məsələ ilə bağlı hər hansı münasibət bildirməyib. |
44,242 | 12.12.2008 04:59 | Kriminal | POLİS RƏİSİNİN MÜAVİNİ MƏHKƏMƏYƏ GƏTİRİLDİ | Hakim Ə.Quliyev tərəflərin nəzərinə çatdırdı ki, Məmmədmusa Hüseynov onların vəsatəti əsasında məhkəməyə dəvət edilib. Öncə dövlət ittihamçısı Azər Osmanov məhkəməyə dəvət olunan şahidə suallar ünvanladı. M.Hüseynov bildirdi ki, o, təqsirləndirilən Təvəkkül İsmayılovu rayon sakini kimi tanıyır və onunla heç bir əməkdaşlığı olmayıb. Rəis müavini bildirdi ki, 2007-ci il avqustun 6-da oğurlanan Məcidova bacılarının işi üzrə yaradılan əməliyyat qrupuna rəhbərlik edib. O, T.İsmayılovun 2006-cı ildə Dəvəçi rayon Məhkəməsinin qərarı ilə həbs olunmasını diqqətə çatdırdı: “Onun ətrafında biz də əməliyyat tədbirləri apardıq. Rayonda açılmayan cinayətlərlə bağlı onu sorğu-sual etdik. Həmin vaxt onunla bundan başqa söhbətim olmayıb”.M.Hüseynov bildirdi ki, Təvəkkül İsmayılov həbs edilən zaman xidməti otağında olub: “Mənə xəbər verdilər ki, Qələgah kənd sakini Təvəkkül İsmayılov Məcidova bacılarının işi üzrə saxlanılıb, kənd sakinləri onu vermirlər, səhrada dindirilməsinin tələb edirlər. Mən həmin kəndə yollandım və bildirdim ki, o, səhrada heç nəyi etiraf etməyəcək. Onu şöbəyə aparmaq lazımdır. Təvəkkülü şöbəyə gətirdik. Orada iz itirən cavablar verdi. İfadələrini yoxlayanda dediklərinin səhv olduğu üzə çıxdı. O, törətdiyi əməli boynuna almırdı. Rayon prokurorundan və müstəntiqdən icazə alıb, onu xidməti otağımda dindirdim. Ona bildirdim ki, dediklərin təsdiq olunmur, törətdiyin əməli etiraf et, cəzan yüngülləşəcək. Dedim ki, cinayəti səmimi etiraf etməsən ömrün boyu ürək ağrısı keçirəcəksən. O da bir siqaret çəkdi və Məcidova bacılarını oğurladığını, zorladığını və öldürüb, kanala atdığını etiraf etdi. Mən sevincək rəisin otağına qaçdım və Təvəkkülün cinayəti etiraf etdiyini bildirdim. Sonra prokuror, rəis və müstəntiqin yanında Təvəkkül bildirdi ki, Məcidova bacılarının meyitini Təzəkənd kəndinin yanında kanala atıb”. M.Hüseynov T.İsmayılovun Diləfuruz Daşdıyevanı da öldürüb, kanala atdığını məhkəmənin diqqətinə çatdırdı və bir neçə gün aparılan axtarışlarından sonra Məcidova bacılarının birinin meyitinin tapılmasından danışdı: “Meyit tapılanda mərhumun valdeynləri də orada idilər. Həmin zaman onlar meyiti tanıdıqlarını dedilər”.Digər suallara cavab verən rəis müavini bildirdi ki, Təvəkkül İsmayılov DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə gətiriləndən sonra onunla əlaqəsi olmayıb. Onun sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində müstəntiq onu Təvəkkül İsmayılovla üzləşdirib: “Təvəkkül İsmayılov müstəntiqə bildirib ki, Məcidova bacılarını mənim sifarişimlə oğurlayıb. Buna görə də müstəntiq məni Təvəkkül İsmayılovla üzləşdirdi. Həmin üzləşdirmədə Təvəkkül İsmayılov qızları mənim sifarişimlə oğurladığını təsdiq edə bilmədi”.Daha sonra M.Hüseynov bacıların oğurlanması ilə bağlı sifarişi onun verməsinə dair sualları cavablandırdı: “Təvəkkül İsmayılovun həmin ifadəsi məni şantaj etməkdən başqa heç nəyə söykənmir. Əgər onun dediyi kimi, mənim bu cinayətdə əlim olubsa, onda cinayətin açılmasında maraqlı olmazdım”.Təqsirləndirilən Elnur İsmayılov yerindən şahidə replika atdı: “Bu işdə sənin əlin var. Sənin məqsədin cinayəti açmaq yox, ört-basdır etməkdir”.M.Hüseynov bildirdi ki, Məcidova bacıları ilə bağlı cinayəti açdığı üçün təqsirləndirilən şəxslər onun barəsində qərəzli mövqe tuturlar.Sonra Məcidovların məhkəmədə hüquqi nümayəndəsi Mehman Əliyev bildirdi ki, Məcidova bacılarından biri tapılmamışdan bir gün əvvəl Vahid Aslanov onlara zəng edib: “Vahid Aslanov deyib ki, Məmmədmusa Hüseynov deyir ki, qızlar sabah tapılacaq. Növbəti gün onlardan birinin meyiti tapılıb. Siz bunu haradan bilirdiniz” sualına rəis müavini “bu məsələni birinci dəfədir sizdən eşidirəm”- deyə cavab verdi. Təqsirləndirilənlər isə M.Hüseynovun ifadəsində həqiqətə uyğun olmayan məqamların çoxluq təşkil etdiyini bildirdilər. T.İsmayılov dedi ki, Məcidova bacılarının və D.Daşdıyevanın oğurlanmasında M.Hüseynov maraqlı olub: “Avqustun 8-də sən mənə dedin ki, al boynuna, Bayram müəllimi də, Zamir Məcidovu da həbs etdirim”. Prosesdə D.Daşdıyevanın anası Hürü Daşdıyeva da rəis müavininin ifadəsinə öz etirazını bildirdi. Zərərçəkən tərəf Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Zakir Saatovun da əlavə şahid qismində məhkəməyə çağırılması barədə vəsatət qaldırdı. Məhkəmə bu vəsatəti qəbul etməyərək, növbəti məhkəmə prosesini dekabrın 18-nə təyin etdi. |
44,243 | 12.12.2008 04:06 | Kriminal | KÜRDƏMİRDƏ OĞUL 72 YAŞLI ANASINI LOMLA QƏTLƏ YETİRDİ | Şübhələnən qonşular bu barədə polisə dünən məlumat veriblər. Hadisə yerinə gələn əməliyyatçılar D. Hüseynovanın meyitinin artıq iyləndiyinin şahidi olublar. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Y. Hüseynov artıq saxlanılıb. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanılıb, araşdırma aparılır. |
44,244 | 12.12.2008 01:05 | Kriminal | 6-cı MƏRTƏBƏDƏN YIXILAN FƏHLƏ ÖLDÜ | Cəlilabad rayon sakini isə qida zəhərlənməsindən ölüb. Ruhi xəstə Nailə Tumarova qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib. |
44,245 | 12.12.2008 01:07 | Kriminal | QARADAĞDA PARTLAYIŞ BAŞ VERİB | Dünən saat 04.41 radələrində isə Biləcəri qəsəbə sakini Bayram İsmayılova məxsus 1 mərtəbəli 4 otaqlı evdə yanğın olub. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Dekabrın 10-da, saat 13.40 radələrində Əzizbəyov rayonu Türkan qəsəbə sakini Mehdixan Rəhimova məxsus 1 mərtəbəli 4 otaqlı evdə yanğın baş verib. Nəticədə 25 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar məhv olub. |
44,246 | 12.12.2008 17:46 | Kriminal | BAKIDA AXTARIŞDA OLAN ŞƏXSLƏR TUTULUB | Onların hər ikisi Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə axtarışda olub. Faktla bağlı araşdırma aparılır. ƏSGƏRLƏRİ DAŞIYAN HƏRBİ MAŞIN QƏZAYA UĞRADI APA-nın məlumatına görə, içərisində əsgərlər olan avtomobil hərbi maşın karvanından çıxaraq aşıb. Hadisə nəticəsində zərərçəkənlərin olub-olmadığı barədə məlumat yoxdur. CƏLİLABAD SAKİNLƏRİNDƏN 15 KQ NARKOTİK GÖTÜRÜLÜB Daxili İşlər Nazirliyinin saytının məlumatına görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Cəlilabad RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Seyidbazar kənd sakinləri, əvvəllər məhkum olunmuş İqbal Məmmədovdan və Ceyhun Abbasovdan 15 kiloqram həşiş qətranı götürülüb. AZƏRBAYCANLI FUTBOLÇU YOL QƏZASINDA ÖLDÜ Ukraynanın gənclərdən ibarət yığma komandasının və “Dnepr” klubunun əslən azərbaycanlı futbolçusu Maksim Paşayev bu gün səhər vəfat edib. “Football.ua” saytının yazdığına görə, Paşayev dünən Kiyevə gedərkən, Poltava vilayətinin Qradjisk şəhəri yaxınlığında avtomobil qəzasına uğrayıb. Onun avtomobili yolun buz bağlayan hissəsinə çıxaraq, su arxına düşüb. Futbolçu dərhal xəstəxananın reanimasiya şöbəsinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. SOYĞUNÇULUQ EDƏN 3 QARDAŞ TUTULUBprefix = o ns = "urn:schemas-microsoft-com:office:office" / Daxili İşlər Nazirliyinin saytının məlumatına görə, dekabrın 11-də saat 20.00 radələrində Sabunçu qəsəbəsində 3 naməlum şəxs Yeni Suraxanı qəsəbəsinin sakini Zəfər Cəfərovu döyüb, onu ov tüfəngi ilə hədələyərək 4600 manatı və 750 dollarını alıb. Sonra həmin şəxsi “Hyundai” markalı avtomaşınla Zabrat qəsəbəsinə aparıb, oradan yenidən Sabunçu qəsəbəsinə qaytararaq döyərək maşından düşürüb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Binə qəsəbə sakinləri Rafiq, İlqar və Əlikram İsmiyev qardaşları tutulublar. ZABİT DƏLƏDUZLUĞA GÖRƏ HƏBS EDİLDİHərbi Akademiyanın müəllimi, kapitan Tapdıq Səfərov AR CM-in 178.3.2-ci (dələduzluq) maddəsi ilə həbs edilib. Bu barədə “Turan”a hərbi ekspert Üzeyir Cəfərov bildirib. Onun sözlərinə görə, adıçəkilən şəxs Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan məktəblərin birinə işə düzəltmək adı ilə başqa bir şəxsdən pul alıb, lakin vədinə əməl etməyib. Hərbi Prokurorluqla Müdafiə Nazirliyi bu məlumatla bağlı şərh verməyiblər. BEYNƏLXALQ AXTARIŞDA OLAN AZƏRBAYCANLI İŞ ADAMI HƏŞTƏRXANDA YAXALANDIDörd il beynəlxalq axtarışda olan azərbaycanlı iş adamı Rusiyanın Həştərxan şəhərində həbs edilib. İsmayıllı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayon sakini Vasif Süleymanov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir. Onun 2004-cü ildə Bakı şəhərinin Qaradağ rayonu ərazisində sahibkarlıqla məşğul olduğu və həmin il vətəndaşlardan külli miqdarda pul toplayaraq Azərbaycanı tərk etdiyi bildirilir. Dörd il barəsində beynəlxalq axtarış elan olunmuş V. Süleymanov Həştərxanda yaxalanıb. Hazırda onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür. XIRDALAN SAKİNİ DƏM QAZINDAN BOĞULDUXırdalanda dəm qazından zəhərlənmə hadisəsi baş verib. Şəhər sakini Mehtəsil Kazımov evində dəm qazından boğularaq ölüb, araşdırmalar aparılır. İNTERNATDA XƏSTƏ XƏSTƏNİ QƏTLƏ YETİRDİDekabrın 4-də Şamaxı rayonundakı 1 saylı İxtisaslaşdırılmış Ruhi-Əsəb İnternat Evində bıçaqlanma hadisəsi baş verib (DİN). Orada yaşayanlar Tanrıverdi Qurbanov münaqişə zəminində Hüseyn Hüseynova bıçaqla xəsarət yetirib. H.Hüseynova xəstəxanada ilkin tibbi yardım göstərilib. O, dekabrın 11-də İnternat Evində ölüb, araşdırmalar aparılır. ŞƏMKİRDƏ 39 YAŞLI QADIN ÖZÜNÜ ASDIŞəmkir rayonunun Səməd Vurğun kənd sakini intihar edib. Şəmkir rayon Prokurorluğundan lent.az-a verilən məlumata görə, Səməd Vurğun kənd sakini, 1969-cu il təvəllüdlü İmanova Şölə Qara qızı dünən özünü evinin damından asıb. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır. BAKI SAKİNİ EVİNDƏ YANDIDekabrın 12-də saat 05.00 radələrində Nizami rayonundakı B.Nuriyev küçəsində yaşayan Hüseyn Ələsgərovun evində yanğın baş verib. Nəticədə 2 kvm. sahədə eyvanın yanar konstruksiyaları yanıb, yanıq xəsarəti alan H.Ələsgərov isə xəstəxanaya yerləşdirilib (DİN). lent.az-ın müxbirinin hadisə yerindən verdiyi məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib. Qonşularıın sözünə görə, H.Ələsgərov hadisədən sonra sürünərək özünü giriş qapısına çatdırıb və qapını aça bilib. Qonşular isə onu artıq alovlanan evdən çıxara biliblər. Həkim bildirib ki, H.Ələsgərovun vəziyyəti çox ağırdır: “Onun bədəninin 70-80 faizi yanıb. Əsasən tənəffüs yollarının yanığıdır. Onun vəziyyəti çox ağır qiymətləndirilir. Biz əlimizdən gələni eləmişik”. TVER BAZARINDA AZƏRBAYCANLILARA BASQINTver mərkəzi bazarında işləyən azərbaycanlılara silahlı basqın olub. APA-nın “Komsomolskaya pravda”ya istinadən yaydığı məlumata görə, bir neçə maşında bazara gələn 20-yə yaxın şəxs dəyənək və travmatik silahlarla bazarda çalışan azərbaycanlılara hücum ediblər. Şahidlər atışma zamanı bir neçə nəfərin yaralandığını bildirirlər. Yaralı azərbaycanlılardan birini bazar boyu sürüyən şəxslər onu maşına əyləşdirərək naməlum istiqamətdə hərəkət ediblər. Yaralı azərbaycanlı bazardan bir qədər uzaqda yol kənarında tapılıb. Qarnından güllə yarası almış soydaşımız xəstəxanaya çatdırılıb. Onun şəxsiyyəti dəqiqləşdirilir. Azərbaycanlılara hücum edənlərin milliyyəti məlum deyil. Azərbaycanlılara silahlı basqın edən şəxslərin saxlanması üçün şəhərdə xüsusi əməliyyat keçirilir. |
44,247 | 12.12.2008 19:20 | Media | AKİF NAĞI “YENI MÜSAVAT”ın ƏMƏKDAŞINA HÜCUM EDİB | Baş redaktorun dediyinə görə, A.Nağı ondan sonra qəzetin müxbiri, Zamin Hacının həyat yoldaşı Sevinc Telmanqızına zəng edib və onunla da sərt danışıb.Qəzetin baş redaktor müavini Azər Ayxan isə Lent.az-a bildirib ki, günün ikinci yarısında Akif Nağı redaksiyaya gələrək, köşə yazarını gözləyib: “Zamin Hacı redaksiyaya adətən axşam saatlarında gəlir. Bu gün redaksiyaya gələndə Akif Nağı onun qarşısını kəsərək, əvvəlcə təhqir edib. Sonra da Akif Nağının özü ilə gətirdiyi adamlar ”“ hansı ki, onlar redaksiyanın yaxıınlığında gizlənibmiş ”“ çıxıb Zamini tutublar. Bundan sonra Akif Nağı ona yumruq zərbəsi endirib. Nəticədə Zaminin eynəyi sındırılıb. Mən bilirdim ki, Akif Nağı redaksiyadadır və Zamini gözləyir. Ancaq heç ağlıma da gəlməzdi ki, o belə hərəkətə yol verər, məsələni qeyri-sivil yolla “həll” edər”.A.Ayxan hadisənin redaksiyanın bir neçə metrliyində baş verdiyini bildirib. O, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisinə telefonla müraciət etdiyini deyib: “Hazırda polislərin gəlməsini gözləyirik. Polisə rəsmi ərizə ilə müraciət edərək, izahat da verəcəyik. Çalışacağıq ki, Akif Nağının bu hərəkəti hüquqi müstəvidə öz həllini tapsın. Çünki bu, pis tendensiyanın əsasını qoya bilər, hər kəs deyər ki, mənim haqqımda köşə yazılıb, gedib yazanı döyüm”.Akif Nağı isə Lent.az-a “bunlar yalan söhbətlərdir, indi vaxtım yoxdur, danışa bilmirəm” deməklə kifayətlənib. O, “siz bu gün “Yen Müsavat”ın redaksiyasına getmisinizmi” sualına susmaqla cavab verib.Son anda qəzetin baş redaktoru Rauf Arifoğlu ilə əlaqə saxladıq. O, artıq polislərin hadisə yerində olduğunu və araşdırmaya başladıqlarını dedi: “Hadisə ilə bağlı artıq rəsmi müraciət etmişik, izahatlar verilib, məsələ ilə Binəqədi rayon Prokurorluğu məşğul olacaq. Biz bu məsələnin sonuna kimi gedəcəyik”. |
44,248 | 12.12.2008 19:18 | Güney hadisələri | TƏBRİZ SƏMASI AZƏRBAYCAN BAYRAĞIYLA BƏZƏNDİ | «Media forum» saytının məlumatına görə, dünən hökumət qüvvələri günortadan başlayaraq Təbrizin bütün əsas küçə və meydanlarını nəzarətə götürərək mərasimin keçirilməsinə mane olsalar da, Azərbaycan milli kimliyi uğrunda mübarizə aparan gənc fəallar axşam saat 9-dan küçələrə axışaraq vətəndaşları təbrik etməyə başlayıblar.Məlumatda bildirilir ki, təbrizli fəallar havaya Azərbaycanın üçrəngli bayrağı və yazılı şüarlarla bəzədilmiş işıqlı şarlar buraxaraq şəhər əhalisinə bayram ovqatı yaşadıblar. Milli fəallar şəhərin müxtəlif məntəqələrində şirniyyat paylayıblar və bir sıra mənzillərdə şənlik mərasimləri keçiriblər.Mərasimə qatılan fəalların həbsi ilə bağlı hər hansı bir məlumat yayılmayıb. |
44,249 | 13.12.2008 02:17 | Media | QƏNİMƏT HƏFTƏSİNİN QALİBLƏRİ DEKABRIN 17-də ELAN EDİLƏCƏK | Onun sözlərinə görə, həftəliyə qatılmış yazarların məqalələrindən ibarət kitabça hazırdır: “Bu gün həmin kitabın siqnal nüsxəsini almışıq. Dekabrın 15-də 150 nisxənin hamısını bizə təhvil verəcəklər”.A.Niftəliyev bildirib ki, Q.Zahid atasının yas mərasimi ilə əlaqədar qısamüddətli səfərdə olduğu zaman bu məsələ haqda söhbətləri olub: “Qənimət bizə bildirdi ki, həftəlik onun adı ilə keçirildiyinə görə hər hansı fikir söyləməsi təvazökarlıqdan kənar olar. Bununla yanaşı Qənimət bəy təzyiqə məruz qalan jurnalistlərə dəstək məqsədilə keçirilən aksiyanı bir jurnalist, baş redaktor kimi dəstəklədiyini dedi. Baş redaktor bu kampaniyanın daha geniş arealı əhatə etməsi və ictimaiyyətin dəstəyini qazanmasını vacib sayıb”.ASİ Klubu üzvləri ikinci həftəliyin elan olunmasını yanvar ayına saxlamağı müvafiq biliblər. Xatırladaq ki, “Qənimət həftəsi” noyabrın 10-16-da keçirilib. 15 yazarın dəstək verdiyi kampaniya hazırda həbsdə olan “Azadlıq” qəzetinin baş redaktoru Q.Zahidin azadlıqdan məhrum edilməsinin bir iliylə bağlı olub. Müsabiqənin yekunu olaraq ən yaxşı iştirakçı qəzet, həftəliyə dəstək verən qəzet, iştirakçı və ödülçü nominasiyaları üzrə mükafatların verilməsi qərara alınıb. Əsas nominasiya - ödülçü nominasiyasının qalibinə 150 manat pul, ödül və diplom təqdim olunacaq. Digər nominasiyaların qaliblərinə diplomlar veriləcək. |
44,250 | 13.12.2008 02:32 | Media | ANS-in SAYTI FƏALİYYƏTİNİ BƏRPA ETDİ | Şef-redaktor Aytən Səfərovanın verdiyi məlumata əsasən, ANS-in sistem administratorları amerikalılarla birlikdə saytın işini bərpa etməyə müvəffəq olublar: “Hakerlərin hücum cəhdləri də təsdiqlənib, amma təəssüf ki, internetdə nəyisə sübut etmək bir qədər çətindir. Bizə dəstək olan və həmkarlığını, jurnalist etikasına sadiq qaldığını nümayiş etdirən bütün həmkar agentliklərə minnətdarlığımızı bildiririk”. |
44,251 | 13.12.2008 04:32 | Media | AKİF NAĞI REDAKSİYAMIZA HÜCUM ETDİ | Səhər saat 11-12 radələrində qəzetin baş redaktoru Rauf Arifoğluna telefon açan QAT sədri bu narazılığını öncə ona, ardınca isə qəzetin digər əməkdaşlarına çatdırıb. A.Nağı hətta qəzetin xanım əməkdaşlarından birinə zəng edərək, Z.Hacının telefon nömrəsini istəyib və yazarımız barədə “onun ağzının qanını burnunun qanına qataram, ağıllanar” deyərək, təhdid edib. Nəhayət, axşam saatlarında A.Nağı vədələşdiyi Z.Hacı ilə “Yeni Müsavat”ın redaksiyasının qarşısında görüşüb. Qarşılaşmadan iki dəqiqə keçməmişsə öncə QAT sədri, ardınca isə onun ağacların yanında gizlənən adamları köşə yazarına hücum ediblər. Səs-küyə redaksiyanın binasından bayıra çıxan “Yeni Müsavat”ın əməkdaşları insidentə müdaxilə ediblər. Z.Hacı danışır ki, səhər saatlarında aralarındakı telefon danışığında da A.Nağı öz narazılığını kobud şəkildə bildirib: “Zəng edib dedi ki, məni təhqir etmisən. Mən də təhqirin predmetini soruşdum. Dedi ki, başa düşmürsənsə, başa salarıq. Ardınca isə dərhal dəstəyi asdı”. Müsahibimizin sözlərinə görə, axşam saat 17.46-da yenidən ona telefon açan A.Nağı görüşmək istədiyini söyləyib. Köşə yazarı görüşməyə heç bir problem olmadığını, amma həmin dəqiqələrdə işi olduğu üçün gələ bilməyəcəyini deyib: “Dərhal dedi ki, redaksiyadayam, səni gözləyirəm. Mən də dedim, 15 dəqiqəyə gəlirəm. Redaksiyaya çatanda gördüm ki, binanın qarşısındakı ağaclıqda dayanıb. Yaxınlaşan kimi dedi ki, məni niyə təhqir etmisən? Təhqirin predmetinin nə olduğunu soruşdum. Dedi, mənim haqqımda ”əkə" ifadəsi yazmısan. Dedim, əkə sözü təhqir deyil. Soruşdu ki, “sənə əkə desəm, xoşuna gələr”. Dedim, indi də deyə bilərsiz. Yenə qayıtdı ki, sənin atan yaşındayam, sənin atana əkə desələr xoşuna gələr? Dedim, atam rəhmətə gedib, amma sağ olsaydı belə, bu sözü deyə bilərdiniz. Soruşdu ki, atanı söysələr, xoşuna gələr? Dedim, mənim atamı heç kim söyə bilməz. Dedi, mən sənin atanı söyürəm. Savab verdim ki, mən də sizin atanızı söyürəm". Müsahibimizin sözlərinə görə, bu gərgin dialoqdan sonra A.Nağı ona yumruq vurub. Ardınca isə tərəflər arasında süpürləşmə başlayıb: “Dərhal ağaclıqdan 3 adam çıxdı, biri tutdu, digərləri, o cümlədən Akif Nağının özü vurmağa başladı. Eynəyim qırıldı, səs-küyə redaksiyanın əməkdaşları çıxdı”. Z.Hacı söylədi ki, bu əsnada binadan çıxan Müsavat başqanı İsa Qəmbər tərəfləri sakitləşdirib: “Sonra Akif Nağı üzr istədi, əlini uzatdı. Əlini sıxdım, üzrxahlığını da qəbul elədim. Dedim, bağışlayıram. Qayıtdı ki, bir də məndən yazmayacaqsan. Dedim, mən sizdən vətəndaş olaraq yazmıram. İctimai fəaliyyətlə məşğul olmayın, yazmayım. O isə təkrarladı ki, mənim barəmdə yazmağı qadağan edirəm. Hətta dedi, Eynulla olmaq istəyirsən? Bir sözlə, üzrxahlığı mənasız bir şeyə çevrildi”. Müsahibimiz bundan sonra da A.Nağı barəsində yazacağını söylədi. Onun sözlərinə görə, Qarabağ kimi müqəddəs bir ad altında klounluq eləmək istəyən şəxs tənqid hədəfinə çevriləcək.Məlumat üçün deyək ki, hücumla bağlı dərhal Binəqədi rayon 5-ci polis bölməsinə telefonla müraciət edən “Yeni Müsavat”ın baş redaktor müavini Azər Ayxanın zəngindən sonra rəis Cəbrayıl Vəliyev və bölmənin digər əməkdaşları, həmçinin təhqiqatçı Elbrus Qədirov və sahə müvəkkili Novruz Qasımov redaksiyaya gələrək təhqiqata başlayıblar. Saat 19.00 radələrində isə Binəqədi Rayon Polis İdarəsinin rəis müavini Malikəjdər Quliyev də redaksiyamıza gələrək, hadisə ilə bağlı məlumat alıb və təhqiqatçılara lazımi göstərişləri verib. Artıq DİN rəhbərliyinə, o cümlədən nazir Ramil Usubova bu barədə məruzə olunub. Təhqiqatçı E.Qədirov isə artıq zərərçəkən Z.Hacıdan şikayət ərizəsinin alındığını söylədi. Onun sözlərinə görə, olayla bağlı şahidlər də dindirilib. Təhqiqatçı onu da bildirib ki, Zamin Hacının heç bir xəsarəti olmasa da, eynəyi sınıb. Binəqədi rayon 5-ci polis bölməsində materialların toplanması başa çatdıqdan sonra əmələ hüquqi qiymət veriləcək. Elbrus Qədirovun verdiyi məlumata görə, hələlik Akif Nağı polis bölməsinə dəvət edilməyib və ifadəsi alınmayıb.A.Nağı isə “ANS-press” saytına açıqlamasında faktı təsdiqləyib. QAT sədri “Yeni Müsavat”ın redaksiyasına getdiyini bu zaman QAT üzvlərindən birinin (?! - S.T.) onu müşayiət etdiyini deyib: “Mənim haqqımda təhqiramiz yazı yazan Zamin Hacı ilə söhbət eləməyə cəhd göstərdim. Lakin məni başa düşmədi. Söhbət zamanı Zamin Hacı söyüş söydü. Bu zaman biz əlbəyaxa olduq və mən onu vurdum. Sonra qərargahdan çıxan bir qrup bizə hücum çəkdi”. A.Nağı həmçinin hadisənin şişirdilməsinə ehtiyac görmədiyini də vurğulayıb. Z.Hacı isə münaqişə zamanı söyüş söymədiyini, A.Nağının bu barədə ağ yalan danışdığını bildirdi. “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu olayla bağlı bildirdi ki, “bu məsələdə hətta ən yaxın adamımıza belə güzəşt edə bilmərik”. Baş redaktorun sözlərinə görə, bu, bir terror hadisəsidir: “Yeganə fərq odur ki, jurnalist ölməyib, sadəcə, öldürülməyə cəhd göstərilib. Bunu faktiki baş vermiş terror aktı kimi qiymətləndiririk. Akif Nağının yerinə bir iqtidar nümayəndəsi olsaydı necə rəftar edərdiksə, indi də elə davranacağıq. Səfirliklərə, beynəlxalq təşkilatlara müraciət edəcəyik ki, ölkənin tanınmış jurnalistinə qarşı terror hərəkəti təşkil etmiş, pusqu quraraq, əvvəlcədən hazırlaşmaq və bir qrup şəxslə qabaqcadan əlbir olmaq şərti ilə jurnalistin həyatına bilavasitə sui-qəsdi həyata keçirmiş Akif Nağını pisləsinlər, onu heç bir qəbula, rəsmi törənə çağırmasınlar. Media və müxalifət təmsilçilərinə də müraciət edirəm ki, bu hadisədə ikiüzlülük, ciftə standart sərgiləməsinlər. Akif Nağının yerinə, məsələn, Səyavuş Novruzov olsaydı, 3 nəfər QAT üzvünü də 3 YAP üzvü əvəz etsəydi hansı reaksiyanı göstərərdilərsə, onu indi də göstərsinlər. Şəxsən redaksiya olaraq bu hərəkəti və belə bir təhqiri Akif Nağıya bağışlamaq fikrimiz yoxdur. O, Zamin Hacının timsalında mənə, bütün ”Yeni Müsavat”çılara və ölkənin müstəqil mediasına əl qaldırıb. Hüquq-mühafizə orqanlarından da tələb edirik ki, olmayan bir işə görə jurnalisti (Qənimət Zahidi) xuliqan adı ilə tutduqları kimi, olan bir terror hərəkətinə görə də Akif Nağıya gərəkən hərəkəti icra etsinlər". Qeyd edək ki, A.Nağı ilə “Yeni Müsavat” qəzetinin münasibətləri hər zaman sıcaq olub. Qəzetimiz QAT-ın bütün tədbirlərini, aksiyalarını işıqlandırıb, ona təmənnasız informasiya dəstəyi verib. Hətta srağagün axşam qəzetimizin “Mətbəx” rubrikasına səmimi müsahibə verən (A.Nağı dünən səhər saatlarında Z.Hacının köşə yazısına görə həmin müsahibədən imtina edib - S.T.) QAT sədrinin cəmi bir sutka sonra belə qəfil aqressivləşməsi sual doğurur. Mövzunu davam etdirəcəyik. |
44,252 | 13.12.2008 01:33 | Yazarlar | ZİTA VƏ GİTA, YAP VƏ XİN | Sözüm hind kinolarında deyil, Azərbaycanın elə bu qədər bayağı olan Qarabağ siyasətindədir. Azərbaycanla Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbəndyan təzəcə cici-bacı oluban düşük bir ideya fırladırlar: “Hər iki ölkə olub-keçən pislikləri unutsun, barışsın, torpaq söhbətinə xitam versin”. Guya hər iki ölkənin camaatı münaqişə vəziyyətindən bezibmiş, onlar sülh, sabitlik istəyirmiş, nə bilim nə.Düzdür, nazirlərin bunu özbaşına deməsi inandırıcı deyil. Onları da idarə edənlər, danışdıranlar var - ATƏT, AŞ PA, BMT, Aİ, QAİ, MAİ, nə bilim hansı zəhrimar. Amma fakt budur ki, Azərbaycan zəhmətkeşlərinin, yəni bizim camaatın adından danışan məhz Məmmədyarovdur. Özüm “xalq” yazmıram. Azərbaycan xalqının bu söhbətə dəxli yoxdur. Xalq torpaq söhbətini həll etməyi nə Məmmədyarova həvalə etməz, nə də bu barışıq biabırçılığı ilə barışmaz. Heç vaxt.Amma madam ki pisliklərin unudulması söhbəti milli maraqlarımız baxımından əşhədübillah vacibdir, onda mən də bəzi-para təkliflərimi verim, milli-vətənpərvər Məmmədyarovun və onun kimi düşünən tək-tük adamların işi yağ kimi getsin. Qoy lap siftə hər rayon və şəhərlərimizdəki şəhidlər xiyabanları buldozerə verilib dağıdılsın, yeri isə uşaqlarını əsgərlikdən yayındıran vətənpərvər məmurlara bağışlansın. Onlar da orada kafedən-zaddan bir şey tiksin. Qoy bütün YAP-çılar, deputatlar, alimlər, yazıçılar, yaltaq ziyalılar, yalançı vətənpərvərlər TV-lərə çıxanda gur-gur guruldayıb erməni vəhşiliyi ilə bağlı dediklərini dansın, ermənilərdən üzr istəsin. Bununla bağlı yazılan minlərlə kitab, çəkilən kinolentlər qalaqlanıb yandırılsın. Qarabağ əlilləri və veteranları, məcburi qaçqın-köçkünlər son nəfərinə kimi güllələnsin. “Dövlətqaçqınkom” ləğv edilib Əli Həsənov təqaüdlə dolanmağa göndərilsin. Bir sözlə, Qarabağ məsələsinin bütün izləri silinsin.Hə, bir də Məmmədyarov tərtəmiz danışdığı Azərbaycan türkcəsində avazla elə bir “filfilo” oxusun ki, YAP-çı deputat Əli Əhmədovun o gün parlamentdə dediyi sözlər qayıdıb girsin onun boğazına. Əhmədov həmin iclasda yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiya olunmasının, yəni ermənilərin bizə pisliyinin 20 illiyinin unudulmasından gileylənmiş, tam haqlı olaraq bu məsələni qaldırmağı təklif etmişdi. Nəhayət, yoldaş Məmmədyarov həmin yüz minlərlə Qərbi azərbaycanlı ilə bir-bir görüşüb onların halallığını alsın, sonra gedib Nalbəndyanla siyasət yapsın. *** Məmmədyarovla Nalbəndyanı hər dəfə bir yerdə, yan-yana görəndə yadıma nədənsə “Zita və Gita” kinosu düşür. Bütün hind kinolarında olduğu kimi “Zita və Gita” filmində də əsas qayə nədir? Odur ki, axırda haqq-ədalətin, sülhün, dincliyin, dostluğun qalib gəlməsi ideyası qabardılıb təlqin olunsun. Ən azı belə görüntü yaradılsın ki, haqq-ədalət həmişə qalib gəlir. Sovet adamı hind kinolarına buna görə sonsuz iştah və maraqla, dördgöz baxırdı. Beyinlərə yeridilən ideologiya belə istəyirdi axı.“Zita və Gita” filmində bacılardan birinin kinli, qisasçı, bic və həyasız, o birinin küt, avam və qorxaq olduğu yadımda qalıb. Amma onlardan hansının Zita, hansının Gita olduğunu dəqiq bilmirəm. Bilənlər bizim və ermənilərin xarici işlər nazirlərini tapıb o bacıların yerinə qoysun. Hərəni öz xasiyyətinə uyğun yerə. Onlar da guya haqq-ədalətin təntənəsi naminə Avropanın dəbdəbəli otel və restoranlarında neçə illərdir əziyyət çəkir, tər tökür, bayağı və mənasız bir ideologiyaya xidmət edir axı... |
44,253 | 13.12.2008 06:34 | Gündəm | “İQTİDARIN SİLAHLI BİRLƏŞMƏLƏRİ TOQQUŞA BİLƏR” | “Hərbi büdcəsini sürətlə artırsa da hələlik Ermənistan Silahlı Qüvvələri üzərində gözlə görünən üstünlüyə nail ola bilməyib”- deyə hesabatda qeyd edilib. Bununla belə, sənəddə göstərilir ki, ordunun gücləndirilməsi üçün “orada rüşvətxorluğun və şəxsi ambisiyalara meylliliyin azaldılmasına, qərarların qəbulunda şəffaflığın təmin edilməsinə və idarəetmənin yaxşılaşdırılmasına” yönəldilmiş dərin islahatlar keçirmək tələb olunur. BBQ ekspertlərinin fikrincə, “bu günə qədər ordu üzərində demokratik və vətəndaş nəzarətinin gücləndirilməsi və orduya ilk öncə elita maraqlarının müdafiəsi üçün alət kimi baxmaq adətinə son qoymaq üçün lazımi siyasi iradə nümayiş etdirilməyib”. Bununla belə, BBQ yaxın gələcəkdə Dağlıq Qarabağda fəal döyüş əməliyyatlarının bərpası ehtimalının az olduğunu qeyd edib.Azərbaycanın NATO ilə əməkdaşlığına toxunan BBQ bildirib ki, 2005-ci və 2008-ci illərdə imzalanmış Fərdi Əməkdaşlıq Fəaliyyət Planı (İPAP) silahlı qüvvələrə vətəndaş nəzarəti, hərbi planlama və müdafiə büdcəsinin tərtib edilməsi, NATO ilə operativ uyğunlaşma və NATO standartlarına uyğun şəkildə quruluş dəyişikliyinin ümumi konturlarını müəyyən edir (“Turan”). Təşkilat hökumətə həqiqətən NATO standartları üzrə güclü demokratik nəzarətə tabe olan daha şəffaf və effektli ordu yaratmaq üçün tövsiyələr də verib. Bu sırada orduya parlament və Hesabat Palatası tərəfindən nəzarətin mümkünlüyünü artırmaq, NATO-nun İPAP sənədlərinin nəşri, hərbi məsələlər üzrə məlumatlara çıxışı asanlaşdırmaq və Müdafiə Nazirliyinin müntəzəm yenilənən saytının yaradılması vasitəsilə cəmiyyətin məlumatlandırılmasını və təhlükəsizlik sektorunun idarə edilməsində iştirakını gücləndirmək, Müdafiə Nazirliyində vətəndaş nəzarətini gücləndirmək, hərbi doktrinanın işlənib hazırlanmasını başa çatdırmaq və s. tövsiyələr var. BBQ ölkədə demokratikləşmə prosesinin dayandığını da önə çəkib.Hesabatda daha çox diqqət çəkən məqam isə ölkədəki silahlı qüvvələrdən hakimiyyət uğrunda mübarizədə istifadə olunacağı ilə bağlıdır. Qeyd edək ki, “Yeni Müsavat” olaraq hakimiyyətdaxili qruplaşmaların ixtiyarında qeyri-leqal silahlı qüvvələrin mövcudluğu, bu qüvvələrin ölkəyə böyük təhlükə vəd etdiyi barədə çox yazmışıq. Lakin artıq bu məsələnin nüfuzlu beynəlxalq təşkilatın hesabatında öz əksini tapması təhlükənin kifayət qədər reallığına işarə sayıla bilər. Hesabatda deyilir: “Nisbətən uzaq gələcəkdə ölkənin səciyyəvi xüsusiyyətləri əməliyyatların fərdiliyi, prezidentə birbaşa tabeçilik, qərarların qəbulunda qeyri-şəffaflıq, rüşvətxorluq və öz aralarında rəqabətdə olan müxtəlif idarələrin silahlı qüvvələrindən hakimiyyət ambisiyalarının təmin edilməsi uğrunda mübarizədə istifadə oluna bilər”.Xüsusi xidmət orqanlarının sabiq zabiti İlham İsmayıl öncə BBQ-nin dediklərinin ehtimal olduğunu vurğuladı: “Burada iki məsələyə diqqət yetirmək lazımdır. Bu gün Azərbaycanda həm dövlətə tabe olan qanuni silahlı qüvvələr, həm də ayrı-ayrı adamların ixtiyarında olan qeyri-qanuni silahlı qüvvələr var. Elə bu yaxınlarda Hacıkənd tərəfdə general Bəylər Əyyubovun qohumu ilə Gəncənin polis rəisi arasında insident baş vermişdi. Həmin adamda silah haradan idi? Çox qəribə məsələ olsa da silahın qanuni, yoxsa qanunsuz olduğuna heç aydınlıq da gətirilmədi. Yəni bu, sadəcə bir faktdır”.İ.İsmayıl bu mənada fəaliyyət göstərən silahlı dəstələrin ciddi təhlükə vəd etdiyini bildirdi: “Həm qanuni, həm də qanunsuz silahlı dəstələrin perspektivdə həqiqətən də hakimiyyət uğrunda, yaxud hakimiyyətin tələblərinin yerinə yetirilməsində Beynəlxalq Böhran Qrupunun dediyi kimi, müəyyən rolu olacaq. Elə nazirliklər var ki, faktiki olaraq hərbiləşdirilmiş vəziyyətdədir. Ona görə də belə bir vəziyyətin baş verməsi tamamilə mümkündür”.Ekspert BBQ-nin Azərbaycanın uzaq gələcəyi ilə bağlı danışmasını təsadüfi saymadı: “Uzaq gələcəkdə mümkündür ki, Azərbaycanda konstitusiya dəyişikliyi beynəlxalq qüvvələrin təsiri ilə baş verməsin. Konstitusiya dəyişikliyi baş vermədiyi halda hazırkı dövlət başçısının 2013-cü ildə yenidən bu posta seçilməsi imkanı olmur. Belə olanda isə o, özünə yaxın bir adamı irəli sürə bilər ki, bu da mövcud qruplar arasında müəyyən narazılıq yarada bilər. Söhbət bundan gedir. Yəni BBQ perspektivi bu mənada dəyərləndirir. Yox, əgər konstitusiya dəyişikliyi olacaqsa və beynəlxalq aləm buna göz yumacaqsa, o zaman silahlı qüvvələrə və dəstələrə ehtiyac qalmayacaq. Belə olan təqdirdə monarxiya de-fakto davam edəcək. Başqa bir şəxsin namizədliyinin irəli sürüldüyü təqdirdə bu, hakimiyyətdaxili qruplaşmaların ciddi fəaliyyətinə səbəb olacaq. Bu fəaliyyət isə müəyyən silahlı qarşıdurmalara da gətirib çıxara bilər”.Ölkə başçısı həm özünü, həm də ölkəni təhlükədən sığortalamaq üçün həmin silahlı qüvvələri bəri başdan neytrallaşdıra bilməzmi? İ.İsmayıl suala müsbət cava verdi: “Onları neytrallaşdırmaq üçün ölkə başçısının əlində kifayət qədər güc var. Bu güc ilk növbədə güc nazirlikləridir. Söhbət Daxili İşlər və Müdafiə nazirliklərindən gedir. Bəzən Müdafiə Nazirliyini belə məsələlərə qoşmurlar, amma yeri gələndə bu qurumdan hər hansı bir qiyama qarşı istifadə olunduğunu görmüşük. Məncə, həmin qanuni və qanunsuz silahlı dəstələri nəinki DİN-in, hətta onun bir Çevik Polis Alayının gücü ilə tamamilə məhv etmək mümkündür. Bu, çox asandır. Düzdür, bu hadisələr kataklizmlər yaşadar. Ancaq bütün bu rıçaqları dövlət başçısının əlində görəndən sonra qanuni və qanunsuz silahlı dəstələr irəli durmayacaq. Özü də hakimiyyətdaxili qruplaşmaların mübarizəsində müəyyən qruplar güc nazirliklərini ələ keçirmək, öz adamlarını ora yerləşdirmək istəyir. Bu, baş versə, perspektivdə ciddi problemlər yarana bilər”.İ.İsmayıl deyir ki, bu gün ölkədə neçə qanunsuz silahlı dəstənin fəaliyyət göstərməsi əhəmiyyətli deyil: “Əsas odur ki, qarşıdurma baş verəndə bu gün silah tapmayan bir dəstə belə həmin anda silahlana və güclənə bilər. Bir dəstənin silahlanması, başqa bir dəstənin ortalığa girməsi, digər silahlı dəstənin silahlanması, həmçinin başqalarının bu prosesə qoşulması üçün tək qığılcım kifayət edir. Yəni iki qarşıdurma tərəfinin olması gərginliyin yaranması üçün yetərlidir. Bu isə dövlət üçün böyük gərginlik yarada bilər. Bu mənada təhlükənin reallığından danışmaq olar. O yerdə ki demokratiya yoxdur, hakimiyyət uğrunda mübarizə gedir, o zaman təhlükə həmişə realdır. Hakimiyyət uğrunda mübarizə təəssüf ki, həmişə müəyyən qətl və kataklizmlərdən keçib”. |
44,254 | 13.12.2008 01:53 | Siyasət | FƏTTAH HEYDƏROV DA KONSTİTUSİYA DƏYİŞİKLİYİ İSTƏYİR | “Çünki cəmiyyət üçün hüquq birincidir. Əgər cəmiyyət demokratikdirsə, onda belə məhdudiyyət olmamalıdır. Eyni şəxs üçüncü, dördüncü dəfə də prezident seçilə bilər. Bu şərtlə ki, onu seçən xalq olsun, ona səs verən xalq olsun. Əgər prezident xalqın etimadını doğrultmursa, xalqın istəyinə uyğun gəlmirsə, onsuz da xalqın ona səs verməmək, seçməmək hüququ var. Buna görə də məhdudlaşdırma aradan götürülməlidir. İndi prezidentlik müddətinin 5 ildən 7 ilə qədər uzadılması ilə bağlı da söhbətlər olur. Bu da gerçəkləşə bilər. Ancaq bu, tamamilə başqa mövzudur”.Millət vəkili deyib ki, Konstitusiyadakı eyni şəxsin 2 dəfədən çox seçilməsinə qoyulan məhdudiyyəti aradan qaldırmaq lazımdır. O, məhdudiyyətin götürülməsi ilə bağlı təklifin cəmiyyətdən gəldiyini də vurğulayıb. |
44,255 | 13.12.2008 02:53 | Gündəm | İRANIN MÜDAFİƏ NAZİRİ AZƏRBAYCANA GƏLƏCƏK | Bu gün fəlakət içərisində olan dünyanın ədalətli sistemə ehtiyacı olduğunu qeyd edən N.Zare belə bir durumda Azərbaycan dövləti ilə İran arasında münasibətlərin get-gedə inkişaf etdiyini nəzərə çatdırdı. Səfir iki ölkə arasında iqtisadi əlaqələrin həcminin günbəgün artdığını söylədi. Onun deməsinə görə, son bir ildə İranla ticari dövriyyənin həcmi bir neçə dəfə böyüyüb. Diplomat növbəti həftənin ilk günlərində Bakıda İran mallarının 5-ci sərgisinin açılacağını dedi.Daha sonra səfir jurnalistlərin suallarını cavablandırdı. O, xarici KİV-lərdə İsrailin İrana hücum edəcəyinə dair məlumatların intensivləşməsinə dair suala belə cavab verdi: “Bunlar boş sözlərdir və bunlar nə sizi, nə də bizi istəməyənlər tərəfindən yazılır. Ona görə də onlara cavab verməyin dəyəri yoxdur”.“İran İsraildən təhdid hiss edərsə, bu ölkəyə birinci özü hücum edə bilərmi” sualına cavabında səfir “bu adda hökumət bizim tərəfimizdən tanınmır. Sionist rejim tərəfindən məqsədli şəkildə yayımlanan məlumatları dilinizə gətirməyin heç kimə xeyri olmaz”.Nizami Gəncəvi bütün dünyada Azərbaycan şairi kimi tanındığı halda, İranın son vaxtlar onu fars şairi kimi təqdim etməsinə dair suala səfir birmənalı cavab vermədi: “İslami mədəniyyətə aid dahi şəxslər o qədər məşhur olublar ki, hər kəs zənn edir ki, onlar bizə aiddir. Məsələn, çox sayda ölkələr deyirlər ki, Mövlanə bizimdir. Məhəmməd Peyğəmbər (sə.s) bütün müsəlmanların peyğəmbəridir. Hər ölkə deyə bilər ki, o bizim peyğəmbərdir. Bunun mənası o deyil ki, başqa müsəlmanların peyğəmbəri ayrı şəxsdir”.Azərbaycanla İran arasında hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini bildirən səfir təmsil etdiyi ölkənin müdafiə naziri Mustafa Məhəmməd Nəccarın yaxın vaxtlarda Azərbaycana səfər edəcəyini diqqətə çatdırdı.Bu yaxınlarda Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov bu iki ölkə arasında münasibətlərin Elçibəy hakimiyyəti dönəmində pisləşdiyinə dair açıqlama vermişdi. Bu məsələyə dair sualımıza N.Zare birmənalı cavab vermədi: “Siz bu barədə səfirə sual versəniz daha yaxşı olar ki, dediklərinə aydınlıq gətirsin. Amma hər halda o vaxtlar belə bir hadisə baş verib. Həmin dönəmdə Azərbaycan keçmiş SSRİ-dən yenicə ayrılmışdı, amma ölkəni bu sistemdə yetişmiş şəxslər idarə edirdilər. O sistemin yazdığı ədəbiyyatın (?) zehinlərdən yuyulması bir az zaman istəyər”.Səfir Azərbaycan prezidentinin ən qısa zamanda İrana səfər edəcəyinə ümid etdiyini də söylədi. |
44,256 | 13.12.2008 01:53 | Qarabağ xəbərləri | “QARABAĞDA RUSİYA QÜVVƏLƏRİ OLMAYACAQ” | Lakin amerikalı diplomatın fikrincə, bu, o demək deyil ki, Rusiyanın bölgədə nüfuzu artıb. Metyu Brayza deyir ki, Rusiya prezidentinin həmsədrlərin də iştirakı ilə keçirdiyi görüş müsbət qiymətləndirilsə də, bu, Moskvanın mövqelərinin güclənməsi demək deyil. O, bölgədə rus sülhməramlı qüvvələrinin yerləşdirilə biləcəyi ilə bağlı ehtimalı tamamilə inkar edib: “Dağlıq Qarabağda sülhməramlı qüvvələrin hansı ölkəyə aid olacağı barədə heç bir razılaşma yoxdur. İllər boyu Azərbaycanın mövqeyi Rusiya sülhməramlılarının əleyhinə olub. Bu sahədə istənilən addım hər iki tərəflə razılaşdırılmalıdır. Əgər kimsə Azərbaycanın bu sahədə mövqeyinin dəyişdiyini deyirsə, bu, tamamilə yeni bir şeydir. Azərbaycan öz qərarını özü qəbul edəcək. Hələ ki hansı sülhməramlıların olacağı barədə heç bir razılaşma yoxdur”. |
44,257 | 13.12.2008 02:58 | Media | QIRĞIZISTANDA XARİCİ RADİOSTANSİYALAR BAĞLANDI | “Qırğız cəmiyyəti üçün həm ”Azadlıq" radiosu, həm BBC nüfüzlu ictimai informasiya mənbəyidir. Onların bağlanması ATƏT-in media sahəsində əsas prioriteti sayılan plüralizm üçün itki olardı" deyə o bildirib. Qırğızıstan xarici işlər naziri Ednan Karabayevə məktubunda Mikloş Haraşti Milli Televiziya və Radio Yayım Şirkətinin “Azadlıq” radiosu və televiziyası (RFE Television and Radio) və BBC qırğız xidmətinin verilişlərinin müvəqqəti dayandırılmasını “Qırğızıstan hökumətinin aparmaq istədiyi demokratik dəyişikliklərdən geriləmə” kimi səciyyələndirib. “BBC qırğız xidmətinin verilişlərinin müvəqqəti olaraq 10 dekabr 2008-ci il tarixdən bərpasını alqışlayıram, baxmayaraq ki onların kontraktı hələlik uzadılmayıb. Bu radioların yaxın gələcəkdə öz fəaliyyətini tam şəkildə bərpa edə bilmələri üçün mən hakimiyyət dairələrini, həm ”Azadlıq" radiosu, həm BBC-nin kontraktlarını uzatmağa dəvət edirəm".Xatırladaq ki, Azərbaycanda da xarici radiostansiyalar oxşar problemlə üzləşib. Haraşti bu günlərdə Bakıya səfəri zamanı hakimiyyəti xarici radiostansiyaların yayımını dayandırmaqdan çəkinməyə çağırmışdı. |
44,258 | 13.12.2008 01:59 | Güney hadisələri | AZƏRBAYCANLIYA 5 İLLİK HƏBS KƏSİLDİ | Yerli mənbələrin məlumatına əsasən, fəalın taleyi 10 dəqiqə ərzində həll olunub. İnqilab Məhkəməsinin sədri Qazi Həsənzadə müttəhimə cəmi iki sual verib. Müttəhim sözünü bitirmədən hakim onun məhkəmə iclasını tərk etməsini və gözləmə otağında gözləməsini əmr edib. “Amerikanın səsi”nin xəbərinə görə, İslam İnqilabı Məhkəməsinin sədri Həsənzadə daha sonra azərbaycanlı fəalın haqqında qərarını elan edib. Məhkəmə iddia edir ki, azərbaycanlı fəal Əsgər Əkbərzadə, başqa bir fəal Abbas Lisani ilə birlikdə Azərbaycan Milli Hərəkatı adlı qrupun təşkilində iştirak edib. Bundan başqa o, “Pan Türkist” bəyanatlar, elanlar, kasetlər və disklər yayıb, Babək Qalası, Səttarxan mərasimi və başqa “qanunsuz” yığıncaqlara qatılıb. Eləcə də azərbaycanlı fəal dövlətçiliyə qarşı antitəbliğat məqsədi ilə Ərdəbildə baş verən hadisələr barədə insan haqları təşkilatlarına və xarici saytlara məlumatlar ötürüb və İranda etnik qarşıdurma yaratmağa cəhd edib. Yerli mənbələrin bildirdiyinə görə, cənab Əkbərzadəyə, ona qarşı irəli sürülən iddialarla bağlı özünü müdafiə etmək haqqı verilməyib. Məhkəmə, Ərdəbil Ettelaatının müttəhim haqda irəli sürdüyü iddiaların araşdırmaqdan imtina edib və həmin iddiaları təsdiq edən sübutların olub-olmaması ilə maraqlanmayıb. Yerli mənbələrin bildirdiyinə əsasən, vəkil müdafiəsindən məhrum edilən cənab Əkbərzadənin məhkəməsi tam qapalı keçirilib. Əkbərzadə bundan öncə iki dəfə həbs olunub. O ilk dəfə, 2 il əvvəl İran Azərbaycanı şəhərlərində baş vermiş may üsyanları zamanı həbs olunmuşdu. Əkbərzadə daha sonra ötən ilin mayında yenidən həbs olunmuş və bir müddət sonra zaminə buraxılmışdı. İnsan haqları təşkilatları onun həbsxanada ağır işgəncələrə məruz qaldığını bildirir. |
44,259 | 13.12.2008 01:58 | Yazarlar | QAT-ın MÜDHİŞ ƏMƏLİYYATI | Əziz oxucular, Allahdan gizli deyil, Sizdən niyə gizli olsun - həyatım ciddi təhlükə qarşısındadır. Bu təhlükəni nəinki 1993-cü ildə Füzulidə erməni mühasirəsindən çıxarkən, torpağa uzanıb yaxınlığa düşən mərmiləri seyr edərkən, heç 1999-cu ildə Murov dağlarında postda durub Vartanla atışarkən də hiss etməmişəm. 1990-cı ilin 20 yanvar gecəsi Bakının “Şamaxinka” deyilən yerində gülləbarana düşərkən də bu cür qorxmamışdım. Niyə? Çünki üstümə Qafqazın ən militarist, dəhşətli, vahiməli strukturu olan Qarabağ Azadlıq Təşkilatı gəlmişdir. Başda Akif Nağı olmaqla.QAT Azərbaycan cəmiyyətinin Qarabağ kimi müqəddəs dəyər, müqəddəs torpaq üzərində, daha doğrusu, onun ətrafında yaratdığı ən karikatur, kloun bir qurumdur. Biz elə bunu yarada bilərdik. Gülün ermənilər, istədiyiniz qədər bizə gülün. Nə isə, lənət şeytana...Əziz oxucular, mən Sizdən heç vaxt yardım istəmədim ki? İndi istəyirəm. Kimdə 2-ci qrup müsbət rezuslu qan varsa, ehtiyatda saxlasın, öz gün-güzəranına, dolanışığına xərcləməsin. Çünki dünən Akif Nağı redaksiyamıza çatdırıb ki, əgər mən QAT haqda yazılarımı dayandırmasam mənim ağzımın-burnumun qanını axıdacaqdır. Hələlik söhbət ancaq qandan gedir, ola bilər böyrək, dalaq, ciyər də istəyim. Ciyər xüsusən gərək ola bilər, çünki Akif Nağının redaksiyaya dünənki basqınından sonra əməllicə ağciyər olmuşam.Ey Akif əkə! (Bilirəm, “Əkə” müraciətindən çox xoşunuz gəlir). Mənim qara başım qurban olsun sizin QAT, BAT və nə bilim “FATıya tuman” təşkilatınıza! Əgər əvvəlcə mənim ağzımın-burnumun qanı azad olmasa, bu cür təcrübə yığmasanız, Qarabağı necə azad edərsiniz? Adə hey! Qoyma qaçdı! Hurrey! Tfu! (Müəllif ağzının qanını tüpürür - bu yeri balaca uşaqlara oxumaq olmaz).Redaksiya önündə, ağaclıqda mövqe tutan Akif Nağı üstümə hücum çəkərkən mən özümü Ağdərə meşələrindəki erməni bronetransportyoru saydım. Dəhşət idi. Əsl cinah hücumu, qəhrəman döyüş idi. Kəşfiyyatı, rabitəsi, “ximataka”sı-zadı da öz yerində. Nəticədə zirehli texnikanın eynəyi qırılmışdır. Kül mənim təpəmə (müəllif iki əli ilə başına qapaz endirir). Ayə, ay rəhmətliyin oğlu, ilişəndə bax gör kimə ilişirsən də! QAT-la, Akif Nağı əkə, yoldaş, bəy, müəllim, mister, senyor, nə bilim, bombarbiya kerqudu ilə zarafat olarmı? Öl elə, Zamin Hacı! Oxucular, kömək etməyin ona. 2-ci qrup əvəzinə, 3-cü qrup qan verərsiniz, qoy ölsün.Nəhayət, Akif Nağı mənə QAT haqda bir daha yazmağı qadağan etmişdir. Heyif, nə qədər qonorar getdi işinin dalıyca. Məsələn, “QAT Şuşanı azad edir” əməliyyatından da yaza bilmərəm.Kül mənim başıma... Zamin HACI |
44,260 | 13.12.2008 02:03 | Yazarlar | ACI HƏQİQƏT, YOXSA ŞİRİN YALAN?! | Onu da deyim (əslində təkrar edim) ki, mən siyasətlə məşğul deyiləm. Nə yaşım, nə də səhhətim buna imkan vermir. Adım həmişə olduğum və indi də qaldığım partiyada ağsaqqal kimi rəhbərlikdə və ya sıravi olaraq saxlanılırsa, təşəkkürümü bildirirəm və milli-azadlıq hərəkatının simvolu olan bu partiyada olmağımdan qürur duyuram. Siyasətlə məşğul olmaq əsla əqidəni itirmək deyil. Siyasətçi olub-olmamasından asılı olmayaraq mən əqidəsini itirənlərə və dəyişənlərə hörmət bəsləyə bilmirəm.Siyasətlə məşğul olmamaq o deyil ki, siyasətlə məşğul olmayan danışmamalıdır, boyun əyməli, susmalıdır. Bu mənada Azərbaycanı dünyada tanıdan yaradıcı şəxsiyyətlərdən biri olan Rüstəm İbrahimbəyovun “Pravda” (nəhayət, adına uyğun) qəzetində çap olunan parlament səviyyəsində hay-küyə, qalmaqala səbəb olan məşhur yazısını da siyasət yazısı deyil, vicdan yazısı sayıram. Bəzi parlamentarların “qəzəbini” anlayıram. Prezident Aparatının əmri yerinə yetirildi. Bu əmri kim vermişdi? Məncə, bu əmri nə prezident, nə də onun ailəsi verməyib. İbrahimbəyov qardaşlarının qabağına əlcək atmağa prezidentin nə həvəsi var, nə də iddiası. Niyə də olsun? Əzici səs çoxluğu ilə seçilən prezident atasının da 1971-ci il plenumundan bir-iki il sonra təqdir etdiyi, bəyəndiyi və hətta bu familiyanın o biri tərəfindən (Maqsud İbrahimbəyov nəzərdə tutulur) lazımınca istifadə etməyi, onların bəzi qohumlarının da (xarici işlər naziri, R.İbrahimbəyov və b.) hökumətdə yer aldığı bəllidir. İnsaf və vicdan naminə bu hökumətin ləyaqətli məmurları kimi o adamlara, xüsusən Rəna İbrahimbəyovaya mütəxəssis və təmiz insan kimi hörmətimi gizlətmək istəmirəm.Rəhmətlik H.Əliyevin 1971-ci il plenumunda alt-üst etdiyi adamların bir neçəsini xatırlatmağı özümə borc bilirəm (məsələnin mahiyyəti üçün bu təfərrüata ehtiyac var): Anar, Z.Bünyadov, M. və R.İbrahimbəyov qardaşları, F.Şuşinski, S.Əliyarlı, V.Paşayev... Bu ziyalılara ünvanlanan “xırda meşşan”, “yüngül sənətçi”, “milliyyətçi” suçlamaları (1971-ci il kontekstində bu suçlamaların nə demək olduğunu açmağa ehtiyac yoxdur) 1-2 il ərzində dəyişdi. H.Əliyev vəziyyəti, siyasi konteksti ustalıqla dəyərləndirdi və inandığı adamlardan (xüsusilə rəhmətliklər İmran Qasımov və İshaq İbrahimov) aldığı məsləhətlərlə onlara bir növ bəraət verildi. Sonra o adamların bir qismi əliyevçi oldu, bir neçəsi dözmədi, dünyasını dəyişdi, bir neçəsi də neytral, müstəqil mövqeyini - “vicdan cəbhəsi”ni tərk etmədi. Bu adamlardan biri və bəlkə birincisi Rüstəm İbrahimbəyov idi. Məhz bu amilin prezidentin R.İbrahimbəyova qarşı bu miqyaslı tənqid atəşinə ehtiyacı olması həqiqətə çox da uyğun deyil.Prezident Aparatından gələn və məclis başqanı tərəfindən danışıqsız icra edilən bu hay-küy hökumət üçün əsla sərfəli olmayan ciddi yanlış idi. Əlbəttə, o tərəfdən baxanda. Bu tərəfdən baxanda ortada iki baxış ortaya çıxır. Onlardan biri siyasi müxalifətdir ki, indiki şəraitdə onları ciddi dəyərləndirmək çətindir. “Mən də R.İbrahimbəyovu haqlı sayıram” demək ən çox “primıknuvşiy” (“sonradan qoşulan”, “sonra yan alan”) mövqeyi əslində ciddi şey ifadə etmək gücündə deyil.Siyasi üfüqdə tək qalan və bu məsələdə ilk etirazçı Pənah Hüseyn qalır. “Tənha canavar” mövqeyi xilas gücündə yox, etiraz, hayqırış dəyərində olduğu üçün onu fenomen kimi dəyərləndirməmək vicdansızlıq olar. Pənah bəy şəxsiyyətli, savadlı siyasətçi və kişi adamdır, fəqət onun ziyalının “atəş mövqeyində” güclü fiqur olmaması üçün 1992-ci ildən başlayan qara piarın aradan tamamilə qalxma prosesi məncə, artıq bitib. “Cinayətimiz məğlubiyyətimizdir” kimi analitik yazının müəllifinin ziyalı müstəvisində fəaliyyəti üçün meydan açıqdır. Ədəbi-fəlsəfi, siyasi-sosioloji, dini-ideoloji diskussiyalarda Pənah bəyin sözünə ehtiyac var.Mətbuatda R.İbrahimbəyovu müdafiə edənlər də eyni mövqeli deyil. Mən şəxsən fikir, qələm adamları Cəmil Həsənlinin, Anarın, Çingiz Abdullayevin, Ramiz Rövşənin və b. mövqeyini səmimi və düzgün sayıram. Əkrəm Əylislinin doğma “cığal etirazçı” mövqeyi tutulduğu üçün onun mövqeyini mövqesizlik kimi dəyərləndirmək doğru olardı. Eyni zamanda iki əks həqiqəti qucaqlamaq, qamarlamaq olmaz; onun görüntüsünü yaratmaq olar.Bu məsələyə baxışını öyrənmək üçün deputat Vaqif Səmədoğlunun kiçik yazısını oxudum. Bir şey anlamadım. Sonra onun qəzetdəki şəklinə diqqətlə baxıb anladım ki, çaş gözlərin hara baxdığını öyrənmək üçün ən azı göz həkimi olmaq lazımdır. Ziyalı cəmiyyətdə şəxsiyyət etibarını itirəndə onun elmi, bədii, ağsaqqal sözü də etibarsızlığa, güvənsizliyə yuvarlanır. Başqa vicdanlı adamlar (xüsusilə sənət, mədəniyyət adamları) R.İbrahimbəyovun fikirlərini müdafiə edirsə, bu, tamamilə təbiidir və bu imza sahiblərinin haqqın səsi kimi dəyərləndirilməsi normaldır. Bu prosesdə ən dəhşətlisi həqiqəti yarımhəqiqət kimi təfsir edənlər və kirimişcə dayanıb susanlardır. Bu sükut, yarımhəqiqət təfsiri Rüstəm bəyin dediyi bir həqiqəti təsdiq edir: Azərbaycanda elitar təbəqə yoxdur. Elə başa düşülməsin ki, Azərbaycanda (həm o tayda, həm də bu tayda) yüzlərlə yüksək səviyyəli alim, yazıçı, mütəxəssis yoxdur. Əsla belə deyil və biz bununla qürur duyuruq. Fəqət ziyalı elita böyük kəmiyyət olmaqdan daha çox böyük və ciddi keyfiyyət deməkdir. Bu qüvvə iqtidar və müxalifət mövqeyindən yuxarıda dayanan ölkənin, millətin müqəddəratı, taleyüklü məsələləri üçün cavabdeh olan qoruyucu gücdür, bir növ bağışıqlıq (orqanizmin xəstəliyə, yoluxmaya qarşı oluşmuş müdafiə, mühafizə, müqavimət) sistemidir. Müxtəlif ölkələrdə siyasi müxalifəti zəif olan və demokratiya sistemi oturuşmamış ölkələrdə ziyalı elitasının rolu və funksiyası olduqca mühümdür. Bunu sübut etmək üçün böyük elmi təhlilə hacət yoxdur.Ziyalı elitası olan ölkədə: bu qədər korrupsiya ola bilməz; bu qədər siyasi basqı, iftira, ədalətsizlik, qanunsuzluq ola bilməz; bu qədər yaltaqlığa, məddahlığa bu qədər önəm vermək imkansızdır; məmur özbaşınalığı bu qədər tüğyan etməz; millətin ikiyə bölünmüşlük faciəsinə bu qədər etinasızlıq içində yanaşılmaz. Cənub ağrısı hətta sovet dövründə də indikindən qat-qat artıq duyulur və ifadə edilirdi; oxumamaq üçün pul, sərvət verilməz. Dünyanın hər yerində oxumağa, yüksək təhsilə pul verilir. Bizdə isə oxumamağa, təhsilsizliyə maya qoyulur. Zəlimxan Yaqubla, Mövlud Süleymanla, Sabir Rüstəmxanlı ilə yanaşı onlardan haqqı az olmayan Abbas Abdullaya, Vaqif Nəsibə, Ramiz Rövşənə, Vaqif Bayatlıya... da layiq olduğu ad-ünvan verilər (bu adı alanlar buna etiraz etməz və ürəkdən razı olarlar); dünya səviyyəli Rafiq Əliyev, Səyavuş Dadaş və xaricdə işləməyə məcbur olan riyaziyyatçılar, fiziklər, kimyaçılar AMEA-nın həqiqi üzvlüyündən uzaqlarda qalmazdı; siyasi yarlık yapışdırılmış rəhmətliklər - İsa Məlikzadə, Famil Mehdi, Bayram Bayramov, Fərman Kərimzadə heç olmasa öləndən sonra layiq olduqları qiyməti, dəyəri alar; 2 milyon vətəndaş çörək ardınca çöllərə, ölkələrə düşməz; Şərqdə ilk demokratik dövlətin yaradıcısı, böyük mütəfəkkir, siyasi xadim Məhəmməd Əmin Rəsulzadəyə və onun silahdaşlarına bu qədər etinasızlıq, haqsızlıq olmaz; bədbəxt paytaxt Bakının başına bu oyunlar açılmaz; əsrin sonunda müstəqillik bayrağını qaldıran milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyə - ilk və son təmiz prezidentə bu sayğısızlıq göstərilməz; siyasi qisasçılıq, kəmfürsətlik, əliəyrilik, haramzadəlik hökumət səviyyəsində və himayəsində baş alıb getməz... *** Və yeni mətləbə dönək. Mətləb R.İbrahimbəyovun son yazısıdır. Yazı qətiyyən siyasi xarakter daşımır. Siyasətçi qədər də ziyalının, adi vətəndaşın haqq sözünə siyasi don geydirmək yanlışdır. Rüstəm bəy Bakının son 15-20 ildə məruz qaldığı dəyişikliyi göstərəndə yanlış yapırmı? Məgər bu siyasi dəprəmlərdən sonra Moskva, Daşkənd, Kazan və ya İstanbul, Bağdad, Təbriz... az dəyişib? Məcbur olduğu siyasi köçlər (bütün dünyada məcburi köçlər fəlakət sayılır) Bakının sosial-mədəni simasını dəyişib. Bunu kim inkar edə bilər? İstər Qərbi azərbaycanlı, istər cəbrayıllı, qubadlılı, zəngilanlılı, kəlbəcərli... əmim, dayım, qardaşım, bacım kəndli Bakıya nə gətirib? Müsbət mənada türklük, müsəlmanlıq. Mənfi mənada şəhər həyatına uymayan uyumsuzluq, disharmoniya və minlərlə iqtisadi, siyasi, mədəni problem. Hələ mən ərzaq bölgüsünün pozulduğunu, gecəqondu özbaşınalığını, şəhərin içində kəndləşmə mərhələsini, su, yol problemlərini demirəm. Bu ərimə və uyum ölkədən 15-20 il zaman almalı idi və aldı. Bu sürəci hələ də bitmiş saymaq olmaz.Rüstəm bəy bu fəlakətlərin məcburi olduğunu gözəl bilir və onların səbəblərini yox, doğurduğu nəticələri vurğulayırsa, burada nə şəhərlinin, nə kəndlinin, nə yerlinin, nə məcburi köçkün-qaçqının günahı yoxdur və Rüstəm bəy bu faciədə heç kəsi ittiham etmir. Bu vəziyyəti təhlil etmək, sosial problemləri araşdırmaq alimin də, yazıçının da borcudur. Bu faktı dividendə çevirmək ən azı cahillik və qaşınmayan yerdən qan çıxarmaqdır.Sosial ədalətsizlik, məmur özbaşınalığı, aeroport qoçuluğu, gömrük hökmdarlığı, mənəm-mənəmlik, aşkar “hörmət” ucuzluğu artıq xarici mətbuatda bizim üzqaramız kimi manşetlərdədirsə, yazıçının bunlardan danışmağa haqqı yoxdurmu? Bu dərdləri yazıçı, jurnalist demirsə, kim deyəcək? Əgər qanun yoxdursa, ölkənin bütün düşmənlərini həbs etmək, ölkədən sürmək lazımdırmı? R.İbrahimbəyov “kralın çılpaqlığını” yazıbsa, bu çılpaqlığı görməzdən gələnlər, gizlədənlərin qəzəblənib özündən çıxmağı təbiidir. Çünki “kralın çılpaqlığını” görməmək, gizlətmək və görənin də gözünü çıxarmaq onlar üçün siyasi və maddi mənada biznesdir. Yaranı deşən, yaranı kəsib atan cərrahı şaqqalamazlar, təhqir etməzlər, onun əllərindən öpməsələr də hörmətlə təşəkkür edərlər.Mən əqidəmiz fərqli olsa da türkoloq dostum Nizami Cəfərova R.İbrahimbəyova qarşı çıxışını və yazısını ona yaraşdırmadım. Yanlış mövqedir. Dostum deyə bilər ki, sənin də Bəxtiyar müəllim, Anar haqqında sərt yazılarını mən sənə yaraşdırmadım. Bu mənada da Nizami haqlıdır. Bəxtiyar müəllim mənim əbədi müəllimim və çox sevdiyim insandır. Anar məndən 8-9 yaş böyükdür və bizim nəsil ondan çox şey öyrənib. Onlar haqqındakı bəzi yazıları siyasi eyforiya içində yazmışam. Bu yazılardakı etika hissi siyasi coşğunluğa qurban verilib. Hər cür tənqidin öz şəkli, etik çərçivəsi və hüdudu var. Eyni etirazı və tənqidi çox normal şəkildə də yazmaq mümkün idi. Əks təqdirdə zaman və gələcək nəsillər qarşısında cavab verməli olacağıq. Hər şey keçib gedir. Təhqir yarası isə sağalmır.Mən Bəkir Çobanzadə türkoloji məktəbinin layiqli davamçısı, istedadlı dilçi, tənqidçi, türkoloq dostumun etiraf yazısı yazacağına inanıram. Bu, onun böyüklüyü olardı.Vətənimizi xilas etməyin bir yolu da yazıçının, alimin ürəyindən keçir. O ürəyi susdurmaq, qanına qəltan etmək çıxış yolu deyil. Ölkəmizin, Vətənimizin həmrəyliyə (Məmməd Əmin demişkən, milli təsanüdə) ehtiyacı var. Tənqidə dözümlülük, həmrəylik, açıqlıq və sözün həqiqi mənasında demokratik baxış dünyaya və sağlam gələcəyə gedən yolun başlanğıcıdır. Azərbaycan böyük islahatlardan, kadr inqilabından, ən başlıcası da demokratik məktəbdən keçməsə, hüquq dövləti ola bilməyəcək.R.İbrahimbəyov kimi dünya miqyaslı yazıçı, kinodramaturq hər xalqın həsəd aparacağı nadir sənətkarlardandır. “Oskar” ödülü almış başqa kimimiz var? Mərhum Müslüm Maqomayevin vəfatından sonra bizim dünya miqyaslı adamımız çoxmu qaldı? Məncə, yox. İtiririk. Azalırıq. Kiçilirik. Bu gözəl sözü xatırlayıram: gedən bizdən gedir, gələn bizə gəlmir...Mən nikbin olmağa çalışıram. Ancaq sivil demokratik dünya bizə qarşı nikbin deyil, deyil. Açığı, mən bir vətəndaş, aydın olaraq Azərbaycan prezidentinin xarici siyasətindən razıyam. Onun əsas istiqamətlərini doğru sayıram. Dəngə-tarazlıq siyasəti okean sularında balaca gəmini xatırladan Azərbaycan üçün zəruridir. Türkiyəyə və türk dünyasına münasibət müsbət müstəvidədir. Amerikaya, Avropaya, İrana, Rusiyaya münasibət dəngə-tarazlıq prinsipləri ilə tənzim olunmalıdır və olunur.Prezidentin daxili siyasətində, özəlliklə demokratik sistemin tədricən oturuşması sahəsində, sosial ədalət və hüquq dövləti olma yolunda böyük böhranı, ziddiyyətləri gizlətmək isə mümkün deyil. Bu anlamda mən R.İbrahimbəyovun yazısını Vətənini, millətini, insanlığı sevən ziyalının həyəcan siqnalı kimi çox əhəmiyyətli sayıram. Peyğəmbərlərin də, dahilərin də, böyük dövlət xadimlərinin və tarixi şəxsiyyətlərin də həyatı dəyişməzliklə deyil, dəyişə-dəyişə dəyişməz ola bilmək mənəvi əmsalı ilə ölçülür. Buyurun, Hz.Musanın da, Hz.Məhəmmədin də həyatına baxın. Napoleonun, Atatürkün, Eynşteynin, Vaşinqtonun, Rəsulzadənin... də həyatını öyrənin. Öyrəndikləriniz dediklərimizi təsdiq edəcək. Dəyişməyən daş-qayadır. Əslində diqqət etsən onlar da hər an dəyişir. Burada etiraz ikiüzlülüyə, mövqesizliyə aiddirsə, buna kimsənin sözü ola bilməz. Ancaq dəyişmə dialektikası qanundur, təbiətdə, cəmiyyətdə əbədi qanundur.Sonda rejissor Meyerxoldun bir sözü yadıma düşdü: “Sənətkar ən böyük faciədən də sakit danışmağı bacarandır”. Həyata sakit baxan, sakit danışan, için-için yanan insanların qədrini bilək. Sonrakı peşmançılıq fayda verməz. Unutmayaq ki, dəyərləri bir-birinə qarışan ölkələr xoşbəxt, ədalətli ölkələr sırasında deyil. R.İbrahimbəyov kimi aydının sakit səsini dinləmək vaxtıdır...Hə, yazının sərlövhəsini az qala unutmuşdum. İstər bu məsələ ilə bağlı olsun, istərsə də başqa mühüm ictimai-siyasi, sosial və ya mədəni problemə münasibət acı həqiqət və yenə də acı həqiqət istəyir. Həyatın maddi, mənəvi hər cür açılımı acı həqiqət işığına möhtacdır. Yarım həqiqətin, üçdə bir, dörddə bir həqiqətin adı yalandır. Şirin yalan gələcək bədbəxtliyin, şərəfsizliyin, ədalətsizliyin qapısıdır. Və həqiqətə ən yaxın olan ən dəhşətli yalandır. Bu yalandan azad olmayan dövlətləri, millətlərin aqibəti fəlakətdən, faciədən yan keçə bilməz. Atatürk gözəl deyib: “Söz Vətən olunca yerdə qalan hər şey təfərrüatdır”.Haqq yolu həmişə açıqdır. Allah bizi qorusun. |
44,261 | 13.12.2008 01:00 | Gündəm | RUS ORDUSUNUN AZƏRBAYCANA QAYITMASINI KİM İSTƏYİB? | Bizim deyilənlərin nə dərəcədə həqiqətə uyğun olmasını R.Quliyev və M.Məmmədovla dəqiqləşdirmək imkanımız olmadığından vaxtilə H.Əliyevlə çalışmış şəxslərə müraciət etdik. Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə bununla bağlı 1994-cü ildə baş verən bir əhvalatı danışdı: “Yadımdadır ki, ATƏT-in Minsk Qrupunun həmsədri Yan Elyason Heydər Əliyev və mən gecə vaxtı Prezident Aparatında oturmuşduq. Bu zaman televiziya xəbər verdi ki, Azərbaycanın Moskvada səfərdə olan müdafiə naziri Məmmədrəfi Məmmədov Qraçevlə mətbuat konfransı keçirib. Qraçev isə bəyan edib ki, Azərbaycanın müdafiə naziri Azərbaycana iki alay rus əsgərinin göndərilməsinə razılıq verib. Heydər Əliyev bunu eşidən kimi sərt reaksiya verdi. O, dərhal Məmmədrəfini tapdırdı və telefonla dişinin dibindən çıxanı ona dedi. Ardınca Moskvadakı rəsmi şəxslərlə əlaqə yaradıb ”Qraçev kimdir ki, belə bir bəyanat verir", - deyə etirazını bildirdi. Eyni zamanda Heydər Əliyev Rusiyanın belə bir addım atmaq istədiyi haqda xarici mənbələri də məlumatlandırdı və bildirdi ki, bu, Azərbaycana qarşı təcavüz niyyətidir. Yəni bu, bir faktdır ki, o zaman Heydər Əliyevin sərt, enerjili reaksiyası rus alaylarının Bakıya gəlməsinin qarşısını aldı".V.Quluzadə əlavə etdi ki, H.Əliyevin tapşırığı ilə M.Məmmədov gecə ikən Bakıya uçub və səhər saat 5-də artıq ölkəyə dönüb: “Məmmədrəfini ona görə müdafiə naziri təyin etmişdilər ki, o, Qraçevin dostu idi. Bu əlaqələrdən istifadə edib Azərbaycan ordusunun güclənməsini təmin etmək olardı. Ancaq sonradan ruslar münasibətlərdən sui-istifadə etməyə çalışdılar. Heydər Əliyev isə prinsipial məsələlərdə Rusiyaya güzəştə getmədi”. Sabiq müşavir dedi ki, həmin vaxtdan sonra da rus qoşunlarının Azərbaycana gətirilməsi üçün çox cəhdlər oldu: “Hətta Qraçevin özü Bakıya gəldi, Heydər Əliyev onu Zağulbada qəbul etdi. Ardınca general Kornukov Azərbaycanda havadan birgə müdafiə sisteminin qurulması təklifini gətirdi. Sonra isə Rusiyanın sərhəd qoşunlarını kuratoru sərhədləri birgə qorumaq təklifi ilə gəldi. Ancaq müsbət cavab ala bilmədilər”. V.Quluzadə rus qoşunlarının Azərbaycana gətirilməsində R.Quliyevin maraqlı olması barədə eşitmədiyini qeyd etdi.Eks-dövlət müşaviri Kəlbəcər işğal olunandan dərhal sonra Rusiya xarici işlər nazirinin birinci müavini Adamişinlə baş tutan görüşünü də xatırlatdı: “O, 1993-cü ilin aprelində məni Moskvaya dəvət etdi. Məni Elçibəyin dostu və XİN-in keçmiş işçisi kimi çağırmışdı. Görüş zamanı mənim vasitəmlə Elçibəyə mesaj göndərdi ki, heç olmasa bir rus batalyonu Azərbaycana gəlsin. Əvəzində soruşdum ki, ermənilər Kəlbəcərdən çıxmaq istəməsə, sizin əsgərlər onlara atəş açacaqmı? ”Yox" cavabını verdi. Əlavə etdi ki, rus qoşununun Azərbaycanda olmasının sizə xeyri dəyər. O vaxt bu fikirləri Elçibəyə çatdırdım, o isə qəti etiraz etdi”. V.Quluzadə hazırda da Rusiyanın öz niyyətindən daşınmadığını vurğuladı: “İndi də Rusiya deyir ki, Dağlıq Qarabağ ətrafındakı bir neçə rayon işğaldan azad oluna bilər. Ancaq bir şərtlə ki, rus əsgərləri orda yerləşsin”. 90-cı illərdə dövlət müşaviri vəzifəsində çalışmış professor Qabil Hüseynli isə bildirdi ki, həmin dövrdə keçirilən bütün rəsmi yığıncaqlarda iştirak etsə də, belə söhbətin şahidi olmayıb: “Ancaq konkret olaraq Məmmədrəfi Məmmədov rus ordusunda uzun müddət qulluq etmiş və Rusiya vətəndaşı olan bir şəxs idi. Yəni sırf rus qafalı adam kimi tanınırdı. Özü də o, arxa cəbhə üzrə ordunun təchizatı məsələləri ilə məşğul olan hərbi qulluqçu idi. Fəaliyyəti boyu rusmeylli olduğunu açıq nümayiş etdirirdi. Ruslar da bu keyfiyyətindən istifadə edib ona əcaib təkliflər edə bilirdilər. Bu mənada müdafiə nazirinin kimlərləsə danışıqlar və fikir mübadiləsi aparması mümkün idi. Amma Heydər Əliyevin bu təklifləri astanadanca geri qaytarmışdı”. R.Quliyevə gəldikdə Q.Hüseynli bundan xəbərsiz olduğunu söylədi: “Ola bilər ki, Heydər Əliyevlə Rəsul Quliyev aralarında bu barədə nə isə danışıblar”. |
44,262 | 13.12.2008 02:00 | Siyasət | RƏSUL QULİYEVİN PARTİYASINDA YENİ QALMAQAL | Rəsul Quliyevin mühüm məsələlər üzrə müşaviri Zəminə Dünyamalıyeva ona ünvanladığımız bu suala qısa cavab verdi: “Bizim qərargah yerləşən bina bir neçə mənzildən ibarətdir. Həmin mənzillər də fərdi olaraq bir neçə adamın adındadır. Yəni İdris Quliyevin məhkəməyə verib boşaldılması barədə qərar çıxartdırdığı mənzil ACP-nin indi yerləşdiyi mənzil deyilmiş. ACP-nin qərargahının İdris Quliyevə aidiyyəti yoxdur”. “Qərargah probleminin həllinin partiyanın fəaliyyətinə müsbət təsirini göstəribmi” sualına cavabında Z.Dünyamalıyeva ACP rəhbərliyini ciddi tənqid etdi: “Qərargahın olması təşkilatın yaşaması üçün əhəmiyyət kəsb edir. Ancaq mən hesab edirəm ki, fəaliyyət göstərmək məsələsində qərargah ciddi əhəmiyyət daşımır. ACP bir neçə ay qərargahsız qaldı. Bir aya yaxındır qərargahla təmin edilib. Amma qərargahsız ACP ilə qərargahlı ACP-nin fəaliyyətində heç bir fərq görmürəm. Qərargah işləyən partiya üçün çox ciddi amildir. İşləməyən partiyanın qərargahının olub-olmamasının elə də fərqi yoxdur. Bu gün ACP-nin fəaliyyəti məni qane eləmir. Hazırkı vəziyyətin obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər odur ki, bu gün Azərbaycanda siyasi meydanda ümumi bir passivlik hökm sürür. Bu vəziyyət ACP-yə də təsirini göstərir. Qərargahla təmin olunduqdan sonra fəaliyyətdə cüzi də olsa aktivləşmənin baş verməməsini isə subyektiv səbəblərdə axtarmaq lazımdır. Partiyanın iş mexanizmi çox zəifdir. Bunun məsuliyyəti və günahı rəhbərlikdə təmsil olunanlarda görürəm”. Z.Dünyamalıyeva vurğuladı ki, ACP-nin rəhbərliyindəki bir sıra şəxslər, xüsusən də sədr müavini Yaqub Abbasov partiyanın fəaliyyətini aktivləşdirmək əvəzinə məsuliyyətsiz bəyanatlar verməklə məşğuldur: “ACP-nin hansısa partiyalarla blok yaratmaq istiqamətində danışıqlar başlandığı barədə bir qədər əvvəl Yaqub Abbasovun mətbuata açıqlama verməsi məndə heyrət yaratdı. Partiyada müzakirəsi belə, olmayan fikirləri mətbuata ACP adından açıqlamaq qeyri-ciddilikdir və partiyanı gözdən salır”.Məsələ ilə bağlı Yaqub Abbasovla şəxsən danışıb-danışmamasına gəlincə, Dünyamalıyeva görüşüb müzakirə etməyə ehtiyac duymur: “Yaqub bu gün öz oriyentiri itiribsə, danışığını bilmirsə, mənə nə lazımdır ki, ona məsləhət verəm”. |
44,263 | 13.12.2008 02:10 | Yazarlar | TUNELİN AXIRINDAKI İŞIQ | Əslində Hammerberqin fikri bir etirafdır. Qərbin, onun mötəbər institutlarının avtoritar idarəçiliklərlə bacarmadıqlarının açıq etirafı. Hər halda acı gerçəklikdir ki, təməl prinsipləri demokratiya, universal dəyərlər olan Avropa Şurasına üzv olduğu 7 il müddətində Azərbaycanda insan haqları sahəsində durum ilbəil ağırlaşıb. Buyurun, bu da daha konkret faktlar, paralelliklər: əgər 2001-ci ildə Bakıda müxalifətin kütləvi etiraz aksiyaları keçirməsində ciddi problem yox idisə, indi ölkədə piketlər belə yasaqlanıb. O zaman teleməkanda müxalif fikri eşitmək, müxalifətçi liderləri görmək adi hal idisə, indi hətta radiolar belə cürətdə buluna bilməz. Yaxud müstəqil mətbuatın o zamankı durumu hara, indiki hara? Unutmayaq, jurnalist Elmar Hüseynov məhz Avropa Şurasının üzvü olan Azərbaycanda qətlə yetirilib (Qatilləri isə hələ də azalıqdadır). Bəs, mövcud vəziyyətin baiskarı kimdir? Hər şeyi öz adı ilə çağırsaq, əlbəttə ki, ən əvvəl Azərbaycan rəhbərliyi, onun insan haqları məsələsində siyasi iradə nümayiş etdirə bilməməsidir. Sonra Qərbdir, onun Avropa Şurası, ATƏT timsalında beynəlxalq qurumlarıdır. Həmçinin müxalifətin məsələdə özünəməxsus məsuliyyət payı var. Amma həlledici deyil. Sırada ən sonda isə hüquqsuz, zombi vəziyyətinə salınmış cəmiyyət gəlir. Hüquq müdafiəçisi Eldar Zeynalovun dediklərində də həqiqət var. Söhbət insan haqları barədə anlayışı sıfır səviyyəsində olan məmurlardan və onların hüdudsuz özbaşınalıqlarından gedir. E.Zeynalova görə, “Azərbaycan hakimiyyətindəki məmurların əksəriyyəti sovet dövrünün yetişdirməsidir və onlar pambıq ”pripiskaları" nəticəsində püxtələşib". Haqlıdır. Biz elə neosovet rejimində yaşayırıq. Ancaq bu məmurlara o boyda “volya”nı kim tanıyıb? Kim onları yüksək vəzifələrə yerləşdirərək, 15 ildir milli sərvət kimi xalqdan qoruyur? Lakin Eldar bəyin digər fikri ilə razılaşmaq çətindir. Sitat: “Planlı şəkildə elə siyasət aparılır ki, partiya sədrləri politoloqa çevrilirlər. Onlar sadəcə, kabinetdə oturub müsahibə verir, nəinki siyasətlə məşğul olurlar”. Əvvəla, siyasətçi özü istəməsə, ondan politoloq alınmaz. İkincisi, siyasətlə kabinetdə də məşğul olmaq olar və bu qəbahət sayılmır. Azərbaycandakı durumdan xəbəri olanlar isə bilir ki, ölkədə siyasi fəaliyyət üçün minimal şərait yoxdur və siyasətçi üçün nəinki mümkün olmayanı, mümkün olanı da həyata keçirmək müşkülə çevrilib. Əgər Hammerberq kimi nüfuzlu şəxs deyirsə ki, “Azərbaycan kimi ölkələrdə neft pullarının artması hesabına hökumətin müqavimətinin güclənməsi ilə Avropa Şurasının təsir imkanlarının zəifləməsi bir-birinə sıx bağlıdır”, o zaman bütün suçları “günah keçisi” kimi müxalifətdə görmək insafsızlıq olar. Bu məqamda Hikmət Hacızadənin bir fikrini xatırlatmaq yerinə düşər. Hacızadəyə görə, Azərbaycanda müxalifət yox, dissident hərəkatı, dissident qrupları var. Bəli, gerçəklik belədir. Ancaq gəlin, axır 15 ildə Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətinin hardan hara gəldiyini unutmayıb da, naşükürlük etməyək. Əksinə, şükranlıq edək ki, bizdə dissident klubları şəklində də olsa, müxalifət var, qalır, varlığını pis-yaxşı qoruyur, yeri gələndə hətta sözünü deyir, iradə göstərir. Məsələn, ən azı Qarabağa təhlükə anında hazırkı müxalifətin vahid qüvvə kimi ortaya mövqe qoyacağını hakimiyyət əla bilir. Xülasə, bizdə müxalifət pis-yaxşı mövcuddur. Azərbaycanda qılıncının qəbzəsi də kəsən bir üsul-idarəyə müxalifət olmaq, belə bir ölkədə siyasi müxalifətçilik etmək kimsəyə qolay gəlməsin. Kənardan döyüş asan görünər. İndiki hakimiyyətə, onun odioz-olaqarxlarına və mafioz qruplarına müxalif olmaq, böyük çirkli pullar qarşısında duruş gətirib müxalifətçilik etmək böyük risq tələb edən fəaliyyətdir. Odur ki, sevinək. Sevinək ki, heç olmasa, müxalifət bu göstəricilərlə də olsa, var. Axı, Özbəkistanda, Türkmənistanda, Qazaxıstanda o da yoxdur. Və bədbin olmayaq. Çünki köz qalırsa, nə vaxtsa od yenə yaranacaq. Yetər ki, közü saxlayaq. Məgər sovet rejiminin özülünü oyub dağıdan dissident hərəkatı, “Azadlıq” radiosu olmadı? Bəzən pessimist notlar səslənir ki, Azərbaycanın ənənəvi müxalifəti yaşlaşıb. Ola bilər, amma orta yaş yenə 45-55 arasındadır. Bu isə elə böyük yaş deyil. Bir də ki müxalifətçilik, siyasi mübarizə və iddia yaşla ölçülməz. ABŞ-da Con Makkeyn prezidentliyə öz namizədliyini irəli sürəndə 70 yaşı vardı. Elə mərhum Heydər Əliyev 70 yaşında Azərbaycanın sükanı arxasına qayıtmamışdımı?Hammerberq “işıq” məsələsini boşuna söyləməyib. Zahid SƏFƏROĞLU |
44,264 | 13.12.2008 04:10 | Proje | “ABŞ-da HƏFTƏYƏ BİR ÇÖRƏK YEYİRDİM” | İlin-günün bu vədəsində, bahalaşma tüğyan edirsə nələrdən qənaət etmək, mətbəx xərclərini hansı həddə qədər azaltmaq mümkündü? İqtisadçı - ekspert Vüqar Bayramovla söhbətimizdə mətbəxin iqtisadiyyatından danışdıq. Azərbaycan yeməklərindən vurub, Amerika mətbəxindən çıxdıq. Və ortaya müqayisə, habelə təcrübə nümunəsi sayıla biləcək məqamlar çıxdı. Oxuyun, mətbəxinizi rəngarəng etməyin müxtəlif yolları bu müsahibədədir. - Vüqar bəy, mətbəxin iqtisadiyyatı necə olmalıdır? Məsələn, bütün dünyada, xüsusən də türk toplumlarında ev qadınları çox vaxt pullarını mətbəxdə gizlədir, mətbəx xərclərindən qənaət edib, bəzən böyük işlər görə bilirlər və sair. - Bütövlükdə iqtisadiyyatın əsasını qənaət təşkil edir. Ancaq qənaət etməyi bacaran insanlar uğur əldə edirlər. Bu, mətbəx üçün də keçərlidir və bütün dünyanın təsdiqlədiyi faktdır. Mətbəxi bol etməyin yolu qənaətdən keçir. Amma deməliyəm ki, qənaət yeganə şərt deyil. Mətbəxdə ərzaq məhsullarının alınması, habelə onların saxlanması ilə bağlı xüsusi qaydalar da tətbiq olunmalıdır. Amerikada bütövlükdə ərzaq məhsulları mağazalarında il ərzində bir neçə dəfə endirim kamaniyaları keçirirlər. Satış şirkətlərinin məqsədi ondan ibarətdir ki, insanların mətbəxində daha çox və bol çeşidli ərzaq məhsulları olsun, bununla da onları daha çox məhsul almağa stimullaşdırırlar. Mən də bir müddət Amerikada yaşamışam və həmin vaxt təcrübəsiz olduğum üçün bu kampaniyadan səmərəli istifadə edə bilməmişəm. - Səmərəli? Konkret necə? - Deməli, kampaniya zamanı nə qədər çox ərzaq məhsulu alınırsa, güzəştlərin də sayı çoxalır. Tutaq ki, 2 kilo alma alana 3-cü kilonu, 2 toyuq alana isə 3-cü toyuğu pulsuz verirlər və sair. Mən də düşündüm ki, bu güzəştdən istifadə edib, nə qədər çox məhsul alsam, bir o qədər xeyirdir. Nəticədə o qədər lazımsız ərzaq aldım ki, onların çoxunu istifadə edə bilmədiyim üçün zibil yeşiyinə atmalı oldum. Mətbəxdə qənaət xüsusi bir sənətdir. Bu, endirim vaxtı daha çox məhsulun alınmasıyla məhdudlaşmır. Gərək o məhsulların saxlanma müddətinə, onlara tələbatın nə qədər olmasına və sair diqqət yetirəsən. ABŞ-da mətbəxin iqtisadiyyatı, orada iqtisadi baxımdan daha səmərəli metodların tətbiqi ilə məşğul olan institutlar var ki, onlar mətbəxin iqtisadiyyatını öyrənir. Buna qeyri-ciddi sahə kimi baxmaq lazım deyil. - Evdə ən çox xərci mətbəx aparır. Əslində necə olmalıdır? Bunun bir düsturu varmı? İstehlak zənbilini necə tənzimləməli? - Təbii ki, mətbəx xərclərinin payı bütövlükdə ailənin xərclərində böyükdü. Azərbaycanda isə mətbəx xərclərinin planlaşdırılması çətindir. Çünki insanların real olaraq ciblərində hiss etdiyi qiymət artımı ilə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər arasında fərq var. Sonuncunun qiymətləri bir çox hallarda reallığı əks etdirmir. İnflyasiya səviyyəsi ilə bağlı dəqiq rəqəm olmaması isə son nəticədə ailəyə mətbəx xərclərini planlaşdırmağa imkan vermir. Mətbəx xərcini artıran amil ilk növbədə ərzaq məhsullarıdır. Onların qiyməti, inflyasiya ilə bağlı məlumatlar isə doğru olmalıdır. Mətbəx xərcləri planlaşdırılan zaman hər bir ailə rəsmi elan olunan inflyasiyanı əsas götürür. Tutaq ki, bu ay mətbəxə 100 manat xərclənir. Əgər qiymətlər 10 faiz artırsa, bu, o deməkdi ki, gələn ay həmin rəqəm 110 manat olmalıdır. Azərbaycanda isə belə qənaəti etmək mümkün deyil. Çünki həmin mövzuda aydın təsəvvürə nəinki ailələr, heç ekspertlər və araşdırma qrupları da malik deyil. - Qənaət edə bilməmənin yeganə səbəbi saxta rəqəmlərdədir? Bəs ailənin özündən qaynaqlanan heç bir səbəb görmürsüz? - Ailədən qayaqlanan səbəb var, amma birbaşa yox, dolayısı ilə. Tutaq ki, bunun birinci səbəbi inflayasiya ilə bağlı saxta rəqəmlərdisə, ikincisi ailələrin gəlirlərinin stabil olmamasıdır. Azərbaycanda əksər ailələrin gəlirləri aydan-aya fərqlənir. Xarici, eləcə də daxildəki faktorlar da mətbəxə təsir göstərir. Bu gün Azərbaycanda praktik olaraq oturuşmuş əməkhaqqı, habelə sığorta olmadığına görə ailələr öz gəlirlərini proqnozlaşdıra bilmirlər. - Vüqar bəy, ümumiyyətlə, mətbəxdə nələri ixtisar etmək olar? Yəni burada qənaət mümkünmü? Axı deyirlər, insan boğazından, yeməyindən kəsməməlidir? “Kəmər”i hansı həddə qədər bərkitməyə icazə var? - Mətbəxdə qənaət edilməsi vacib olsa da, bunun da limitləri var. Yəni kimsə qənaət edirsə, bu, onun vəsaitlərin xərclənməsi baxımdan udduğunu sübut etmir. Tutaq ki, ailə hansısa ərzaq məhsuluna çox qənaət edir, nəticədə bu, ailə üzvlərinin səhhətində problemə səbəb olur. Qənaət edilmiş vəsait daha sonra müalicəyə xərclənir. İqtisadiyyat qənaətə limitlər qoyur. Hər bir insan ay ərzində 2600 kilokalori almalıdır. Azərbaycanda tətbiq edilən rəqəm 2300 kilokaloridir. Avropa ölkələrində minimum istifadə olunan minimum ərzaqlar isə 3000 kilokalori olmalıdır. Bu baxımdan kalorisi aşağı olan ərzaqların alınmasına qənaət etməklə mətbəx xərclərini azaltmaq olar. Təəssüf ki, iqtisadiyyatda tətbiq olunan bu limiti əksər hallarda mətbəxdə tətbiq etmək olmur. İnsanlar bilmir, neçə kilokalori alıblar. Tutaq ki, hansısa məhsulun üzərində bu, yazılır. Amma meyvələr, tərəvəzlərlə bağlı məlumatı olmur və bilmir ki, ümumi yediyinin kalorisi nə qədərdir. Ona görə də qənaət edərkən hansı məhsulda nə qədər vitaminin olmasına diqqət yetirmək lazımdır. Həftədə 3 kilo alma alan ailə bunun çəkisini 1,5 kiloya qədər endirə bilər. Yəni vətəndaş bütün məhsullardan istifadə edib, onun çəkisini azaltmalıdır. - Bəs minimum istehlak səbəti? Bildiyimizə görə, bu barədə qanun da var və insanlar mətbəxlərini həm də həmin qanunla tənzimləməlidir. - Bəli, qanun var. Məsələn, Azərbaycan Respublikasının minimum istehlak səbəti haqda qanununda göstərilib ki, hər bir əmək qabiliyyətli insan 30, pensiyaçılar 17, 15 yaşa qədərki uşaqlar üçünsə aylıq ət norması 25 kiloqramdır. Balıq məhsullarınınkı isə 5 kiloqram. Halbuki Rusiyada təqaüdçülər üçün aylıq ət norması 37 kilo göstərilib. Ərzaq məhsulları üçün də aylıq norma var. Məsələn, buğda çörəyinin aylıq norması, 8,7 kilo, kələm 1,2 kilo, süd 5 litr, yumurta isə 11 ədəddir. Minimum istehlak səbətində minimumlar müəyyənləşdirilib. Amma ölkədə bəzi ailələr bu minimumdan da aşağıda yaşayırlar. - Necə düşünürsünüz, mətbəxin lazımsız xərcləri hansılardır? - Hesab edirəm ki, lazım olandan daha çox ərzaq məhsullarının alınması yersiz xərclərdir. Ümumilikdə mətbəxdə olan xərclərə ərzaq səbətinin tərkibi baxımdan yanaşmaq lazımdır. Bunlar mətbəx üçün minimumdur. Amma bundan artığı heç də həmişə lazımsız sayılmır. - Azərbaycan mətbəxi hansı hallarda ifrata yol verir sizcə? Yəni yeməklərimiz çoxmu məsrəflidir? - Azərbaycan mətbəxini Avropa ilə müqayisə etsək, israfçı mətbəxdir deyə bilərik. Bu onunla bağlıdır ki, bizdə stola istifadə olunmayan ərzaq məhsullarını qoyurlar. Praktiki olaraq stola çox şey qoymağa çalışırlar. Bizdə süfrədəki ərzaq məhsullarının sayı onun istifadə olunması ilə limitləşmir. Bundan başqa, Azərbaycan mətbəxində ət və kərə yağından daha çox istifadə olunur. Halbuki Avropada ətin istifadəsi aşağı səviyyədədir, kərə yağından isə nadir hallarda istifadə olunur. Ət və ət məhsulları, habelə kərə yağı ən bahalıdır. O baxımdan Azərbaycan mətbəxinin strukturu, yeməklərdə istifadə edilən məhsulların kəmiyyəti artıqdır. Azərbaycanda şam yeməyinə çəkilən xərclər Avropadakından daha bahadır. - Daha az pulla daha çox çeşidli yeməklər hazırlamaq mümkünmü? Bizim mətbəxdə sanki özünə qapanma meylləri var və bu, bir çox hallarda qənaətin qarşısını alır. - Azərbaycan mətbəxi kifayət qədər qapalıdır, burada standart yeməklərin hazırlanmasına üstünlük verilir. Milli restoranlarda yeməklər çeşidli deyil. Ofisiant nadir hallarda menyudan istifadə edir. Bu isə israfçılığın aradan qaldırılmamasında böyük faktor sayılır. Halbuki mətbəxlərin sintezi aparılmadı, dünya mətbəxinin resepetlərindən istifadə olunmalıdır. Məsələn, Amerika mətbəxi tələbata və xərclərə uyğun dəyişir. Vaxtilə fast food daha çox alınan yeməklər idisə, indi onların sayı azalıb. İndi onlar bütün dünya mətbəxlərindən bəhrələnməklə menyuda zənginlik yaradıblar. Azərbaycanda isə mətbəx yüzilliklərdir ki, dəyişmir. Bu konservativlik isə mətbəx xərclərinə ciddi təsir göstərir. Nəticədə xərclər nəinki azalmır, əksinə, artır. - Siz uzun müddət Amerikada da yaşamısınız. Amerika insanının mətbəxə, yeməyə yanaşması ilə bizimkilərin fərqini nədə görürsünüz? - Sadə Amerikanın vətəndaşının mətbəxə yanaşması ilə bizimki arasında ciddi fərqlər var. Amerikalılar nadir hallarda israfçılıq edir. Amerikalı qonaq çağırırsa, yeməyi evinə gələcək qonaqların sayına uyğunlaşdırır. Onlar nadir hallarda ehtiyat üçün yemək bişirir. Amerikalıların mətbəxə yanaşması böyük hərflərlə qənaət prinsipinə söykənir. Doğrudur, amerikalı mətbəxi o qədər də zəngin deyil, yeməklərinin sayı azdır. Bununla belə, yeməklərin düzümü ilə bağlı müəyyən qaydalar var. Orada həm nahar, həm də şamda birinci və ikinci yemək sulu olur. Ailələr bu ənənəyə əməl edirlər. Digər tərəfdən, amerikanlar çörək məhsullarından az istifadə edir. Orda yaşayanlar da həmin mətbəx qaydalarına uyğunlaşırlar. Məsələn, mən Amerikada olanda bir çörəyi bir həftəyə istifadə edirdim. Bundan başqa, amerikanlar yemək bişirən zaman onlarda nə qədər vitaminin olmasına diqqət yetirir, daimi olaraq, şam yeməyində müxtəlif çeşiddə yeməklər bişirirlər. - Deyirlər, xaricdə restoran, kafe yeməkləri ev yeməklərini kölgədə qoyub. Azərbaycan da təxminən o yolla gedir. Bunun iqtisadi baxımdan üstünlükləri çoxdur, yoxsa ziyanları? - İnsanların evdə yox, restoranda yeməsi gəlirləri ilə bağlıdır. Amerikada heç də hamı bayırda yemir. Bir qayda olaraq, şənbə-bazar günləri şam yeməklərini restoranda yeyirlər. Bu, qəbul olunmuş ənənədir. Restorandan istifadə o ölkənin iqtisadiyyatı, habelə insanların məşğulluğu ilə bağlıdır. Adi müqayisəni götürək: Amerikada bütün ailə üzvləri işləyirsə, Azərbaycanda cəmi bir nəfər bütün ailəni saxlayır. Bizdə həm kişi, həm də qadının işlədiyi ailələrin sayı azdır. Ona görə də amerikalı ailələrində ər-arvadın işləməsi onların yemək bişirməsinə imkan vermir. Amerikalılar üçün vaxt qiymətlidir. Onlar düşünürlər ki, yeməyə vaxt sərf etmək əvəzinə, restoranda istirahət etsinlər, yorğunluqları çıxsın və sabah daha çox işləyib daha çox pul qazansınlar. - Həkimlər yemək yeyəndə onun sağlamlığa vura biləcəyi ziyanı, idmançılar nə qədər kalorisi olmasını düşünürlər. Bəs iqtisadçılar? Sizlər bir yeməyə baxıb, ona nə qədər məsrəf çəkildiyini təxmin edə bilirlərmi? - İqtisadçılar üçün ən önəmlisi qənaət olsa da, alınan ərzağın keyfiyyəti, habelə müxtəlifliyi də önəmlidir. Çalışırıq ki, evimizin mətbəxinə ancaq istifadə edə biləcəyimiz məhsullar girsin. Bu halda kəmiyyət və keyfiyyət prinsipləri öz-özünə həll olunacaq. - Ən bahalı və ən ucuz yemək? - Ən bahalı yemək ət məhsullarından hazırlanandır. Məsələn, mənim Azərbaycan mətbəxindən ən çox sevdiyim dolma məsrəfli yeməklər kateqoriyasına aiddir. Ən ucuzu isə şübhəsiz ki, kartof soyutmasıdır. - Bir iqtisadçı kimi elə bir iddianız varmı ki, dünyanın ən ucuz yeməyini bişirə bilərsiniz? - Amerikada oxuyub işlədiyim zaman tək yaşadığım üçün əksər yeməkləri bişirə bilirəm. Dünya mətbəxi və Azərbaycan mətbəxindən müəyyən nümunələri bacarıram. Amerikada daha çox salatlar hazırlamışam. Tərkibində kələm olanlara xüsusi üstünlük vermişəm. Digər yeməkləri isə resept əsasında ərsəyə gətirmişəm. - Bir sözlə, mətbəxi “qəpik-qəpik hesabladıq”. Sonda nə deyirsiniz? Mətbəxi qadınlara etibar etmək olarmı? - Mətbəxin iqtisadiyyatını kişilərə, biş-düşünü isə qadınlara etibar etmək daha məsləhətlidir. Son söz: Rəqəmlərdən beyniniz dumanlandımı? İstehlak zənbili, minimum əməkhaqqı, neçə min kalorili yeməklər... Bu qədər informasiyanın üstündən pürrəngi çay pis getməz. Onu da müsahibimiz dəmləyir. Şəkildə gördüyünüz kimi... Pürrəngi və məsrəfsiz. |
44,265 | 13.12.2008 03:09 | Gündəm | “XALQLARI SÜLHƏ HAZIRLAMAQ” PLANI SÜRƏTLƏNİR | Xüsusən erməni işğalının davam etdiyi və danışıqlarda Azərbaycanın ərazi bütövlüyünüə gələcəkdə təhlükədə qoyacaq məsələlərin müzakirə edildiyi bir vaxtda. Lakin belə görünür, xalqları sülhə hazırlamaq və bu zaman keçmişin pis miraslarını unutmaq məsələsi danışıqlar prosesində başlıca yer tutur. Çünki məhz xalqların sülhə hazır olmaması indiyədək bir neçə dəfə münaqişənin həllinə dair razılaşmaya son anda mane olub. Prezidentlər öz xalqlarının qapalı danışıqlarda razılaşdırılan məsələləri qəbul etməyə hazır olmadıqlarını görəndən sonra geri çəkilməli olublar. O üzdən münaqişənin həlli istiqamətində vasitəçilik edən beynəlxalq oyunçular dəfələrlə tərəflərə öz xalqlarını sülhə hazırlamaq barədə israrlı çağırışlar ediblər. İndiyədək belə çağırışlara açıq şəkildə tərəflərin heç biri əməl etmirdi. Azərbaycan rəhbərliyi bəyan edirdi ki, işğal edilmiş ərazilərin güc yoluyla azad edilməsi variantı aktual olaraq qalır. Erməni tərəfi də davakar bəyanatlar verməkdə davam edirdi. Lakin Cənubi Qafqazda vəziyyətin dəyişməsinin təsiri altında Azərbaycandan artıq ərazilərin güc yoluyla qaytarılacağı haqda bəyənatlar eşidilmir. Tərəflər ilk dəfə münaqişənin ancaq siyasi yolla həllinə üstünlük verdikləri barədə bəyannamə də imzalayıblar. Ötən həftə Helsinkidə aparılan danışıqlarda isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə gələn il münaqişənin həllinin baza prinsiplərini razılaşdırmaq üçün qrafik təqdim edilib. 2009-cu ildə aparılacaq danışıqlar prosesinin əsas məqamlarından biri də xalqları sülhə hazırlamaq olmalıdır. Bu məqsədlə həmsədr ölkələr adından tərəflərə tədbirlər planı təqdim edilib. Qeyd olunmalıdır ki, xalqların sülhə hazırlanması məsələsi Qərb strukturlarının da önəm verdiyi məsələdir. Çünki bunsuz heç bir sülh razılaşması dayanıqlı və uzunmüddətli hesab oluna bilməz. Ona görə də tərəflərin qarşısına belə məsələ qoyulub: xalqları sülhə, yəni danışıqlarda razılaşdırılmış prinsiplərə hazırlamaq və hərtərfəli sülh müqaviləsinin imzalanması zamanı genişmiqyaslı etirazların baş qaldırmasına yol verməmək. Bunu bir neçə yolla etmək nəzərdə tutulur. Söhbət güzəştlərə qarşı olan qüvvələri siyasi və digər yollarla neytrallaşdırmaqdan, təslimçi sülh modelini pisləyən mətbuatın susdurulmasından və ictimaiyyət xadimlərinin müxtəlif yollarla ələ alınmasından gedə bilər. Ekspertlərə görə, belə proses Azərbaycanda artıq gedir. Təqribən iki il əvvəl isə Avropa strukturlarından birinin təmsilçiləri Azərbaycanda KİV rəhbərlərinə xalqı sülhə hazırlamaq məsələsində sərfəli əməkdaşlıq təklif edibmiş. Həmin əməkdaşlığın şərtlərinə görə, mətbuat ermənilərə barışığa yönələn çıxışlara yer versə və müharibə əleyhinə təbliğat aparsa Avropa strukturlarından önəmli miqdarda qrant şəklində maliyyə yardımı ala bilərdi. Həmin söhbətlərdə iştirak edən mənbənin dediyinə görə, yalnız bir baş redaktor bu təkliflə razılaşıb, qalanlar isə ondan qəti imtina edib. Şübhəsiz, belə təkliflər hökumətə də edilir. Məlumatlara görə, Qərb strukturları Azərbaycan və Ermənistan hökumətlərinə əldə ediləcək sülh razılaşmasının əvəzində onların uzunmüddətli siyasi hakimiyyətlərinə imkan yaratmaqla yanaşı milyardlarla dollar maliyyə də təklif ediblər. Söhbət 5 milyard dollara yaxın vəsaitdən gedir. Bu vəsait ərazilərin bərpası və qaçqınların qayıtmasına şərait yaradılması məqsədləri üçün sərf olunmalıdır. Eyni zamanda hökumətlərə işarə edilir ki, onlar özləri də bu yardımdan qazana bilərlər. Lakin bu şirnikləndirici təkliflər gözlənilən nəticəni verməyib. Bununla belə, xalqların sülhə hazırlanması məsələsi prioritet olaraq qalır. Bu məqsədlə münaqişənin həllində maraqlı olan tərəflər hər iki ölkədən sülh təşəbbüslərini mükafatlandırmağa hazırdır. Gözlənilir ki, gələn il tərəflər arasında qarşılıqlı sülh təşəbbüslərinin sayı artacaq. Rəsmi İrəvan və Bakının da dəstək verməsi gözlənilən belə təşəbbüslərə qarşılıqlı səfərlər, müxtəlif mədəniyyət və media proqramları daxil ola bilər. |
44,266 | 13.12.2008 05:13 | Gündəm | VİTSE-SPİKER HƏMSƏDRLƏRİ İTTİHAM ETDİ | Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının bu formatından imtina edilməməlidir: “Hesab edirəm ki, Minsk Qrupu formatından əl çəkməyə ehtiyac yoxdur, bu qrupla işləməliyik. Amma Minsk Qrupu qarşısına qəti şəkildə tələb qoymalıyıq ki, fəaliyyətləri konkret bir nəticə versin. Əgər Ermənistan işğal etdiyi ərazidən çıxmırsa, BMT-nin qətnamələrinə əməl etmirsə, onda Minsk Qrupu öz sözünü deməlidir”. |
44,267 | 13.12.2008 04:29 | Gündəm | ERMƏNİLƏR TÜRKİYƏYƏ ŞƏRT QOYDU | “Bu yanaşma 1915-ci ildən sonra iki xalqı ayıran erməni soyqırımı problemində də özünü göstərməlidir. Cənab prezident, bu hadisələr insanlığa qarşı hiddət doğuran cinayətdir və onun tanınması üçün vaxt məhdudiyyəti yoxdur. Bu hadisələrin soyqırım kimi tanınması təkcə erməni xalqının deyil, həm də beynəlxalq ictimaiyyətin ədalətli gözləntisidir. Erməni soyqırımı müasir sivilizasiyada insanlığa qarşı törədilmiş cinayətdir. Biz hamımız etiraf etməliyik ki, Osmanlı imperiyası erməni xalqının soyqırımında günahkardır və müasir Türkiyə insanlığa qarşı törədilmiş bu cinayətə görə irsi məsuliyyət daşıyır. Müasir türk diplomatiyası və təbliğat maşını tarixin bu qaranlıq səhifəsini ört-basdır edə bilməz” deyə məktubda yazılır.Erməni ziyalıları hesab edir ki, Abdullah Gülün də daxil olduğu türk siyasətçilərinin yeni nəsli bu aydın həqiqəti qəbul etməli və erməni soyqırımını tanımalıdır. Onların fikrincə, soyqırımın tanınması ilk növbədə türk xalqı üçün mühümdür. Bununla onlar tarix qarşısında məsuliyyətlərini yüngülləşdirə və iki xalq arasında əsl barış üçün səmimi dialoqun başlanmasına imkan yarada bilərlər. “Sizin İrəvana səfəriniz Türkiyənin yeni və realistik kursu barədə ümidlər yaradır. Lakin sizin dövlətiniz erməni soyqırımının inkar edilməsinə yönələn indiki siyasətindən imtina etməsə bu səylər nəticəsiz qala bilər” deyə məktubda bildirilir. Qəzet qeyd edir ki, erməni ziyalılarının bu məktubu Türkiyədə bir qrup ziyalının internetdə başlatmağa hazırlaşdığı “ermənilərdən üzr istəyirəm” kampaniyasından sonraya təsadüf edir.Maraqlıdır ki, erməni ziyalılarının məktubunda türk xalqının və dövlətinin ünvanına ağır ittihamlar yer alsa da, iqtidara bağlı mətbuat onu işıqlandırmağa ehtiyac görüb. Bu, Türkiyə ictimaiyyətini “erməni soyqırımı”nı tanımağa inandırmaq üçün neçə vaxtdır aparılan üstüörtülü siyasətin bir hissəsi də sayıla bilər. Xatırladaq ki, Türkiyədən bir qrup jurnalist və ziyalının ermənilərdən üzr istəmək təşəbbüsünə də ancaq Milliyyətçi Hərəkat Partiyası kəskin reaksiya verib. MHP bu təşəbbüsün AKP iqtidarının yeritdiyi siyasətin nəticəsi olaraq ortaya çıxdığını qeyd edib. Türkiyə Ermənistanla danışıqlarda təklif edir ki, “soyqırım” məsələsini araşdırmaq üçün iki ölkə tarixçilərindən ibarət birgə komissiya qurulsun. Xarici işlər naziri Əli Babacan isə hələ ötən il Avropa ölkələrində jurnalistlərin suallarına cavab olaraq bildirmişdi ki, əgər belə komissiya ermənilərə qarşı soyqırım olduğunu təsdiq etsə, Türkiyə bu nəticəni tanıyacaq. Həmin vaxt Babacanın bu mövqeyi kəskin etirazlara səbəb olmuşdu. |
44,268 | 13.12.2008 03:31 | Yazarlar | BENZİN UCUZLAŞMALIDIR! | Dünya bazarında neft “su qiymətinə” düşübsə, bir çox ölkələr buna görə neft məhsullarının qiymətini aşağı salırsa, Azərbaycan niyə buna getməsin? Qarşıdan yanvar gəlir, xalqımız yatıb oyandıqda bir yanvar gecəsinin gətirdiyi bahalaşmanın şokunu hələ də unutmayıb. O amansız bahalaşma öz işini gördü və indi Bakı Londondan bahalı şəhərdir. İqtisadiyyatımızın qeyri-neft sektoru həmin bahalaşma ilə böyük zərbə aldı. Əhalinin bir çox təbəqələri səfalətə düçar oldu. Növbəti yanvar gecəsində oyanıb qiymətlərin enməsini bəs nədən görməyək?O zaman deyirdilər ki, dünya bazarında neft bahalaşıb, bazar şərtləri qiymətlərin artırılmasını tələb edir. İndi isə neft ucuzlaşıb, bazar tələbləri qiymətlərin enməsini diqtə etmirmi?!Bu günlərdə bir çox mütəxəssislərlə söhbət etdim, onlar ucuzlaşmanı nəinki mümkün sayır, hətta onun iqtisadiyyatımıza böyük fayda gətirəcəyini düşünürlər. Hazırda həmin mütəxəssislərin bir çoxu öz hesablamalarını aparırlar və yəqin ki, mətbuatda çıxış edəcəklər.Yanacaq hökmən ucuzlaşdırılmalıdır! Neft ölkəsi olmağımızın xeyrini görməliyik! Hakimiyyət baha qiymətə benzin və dizel yanacağı satmaq istəyirsə, bunu başqa ölkələrdə həyat keçirsin, lap gedib Ermənistanda satsınlar. Amma bizim normal qiymətə neft məhsulları almaq haqqımız var.Heç kimə sirr deyil ki, dövlət təbii qazı da əhaliyə çox baha satır. Üstəlik, qazın maya dəyəri çox şişirdilib. Məlum olub ki, Natiq Əliyevin ARDNŞ-ə rəhbərlik etdiyi vaxtlar qaz istehsalı üçün xərclərdə “sair xərclər” bölümü Rövnəq Abdullayev gələndən sonra 2 dəfədən çox artıb. “Sair xərclər”ə nə istəsən aid edirlər, nə istəsən yazırlar. Əmək haqları artmır, amma “sair xərclər” artır. Hər şey aydındır, korrupsiya, qanunsuz xərcləmələr “sair xərclər” bölümünə daha uyğun gəlir...Ümumiyyətlə, yanacağa minik maşınlarının sərfiyyatı kimi baxanda iqtisadiyyatda onun rolu yaxşı anlaşılmır. Amma enerjidaşıyıcıları hər zaman hər ölkənin iqtisadiyyatının qan-damar sistemini təşkil edib. Bu səbəbdən inkişaf etməkdə olan ölkələr ucuz yanacaq siyasəti yeritməyə çalışır, inkişaf üçün bu sahəyə subsidiyalar verirlər. Çin indi də yanacağa subsidiya ayırır. Hətta ona da baxmayaraq ki, dünya bazarında Çin ən böyük neft alıcılarındandır.Neft istehsalçısı olan Azərbaycan isə bu siyasəti aparmır, çünki qeyri-neft sektoru bizdə onsuz da önəm daşımır. Mütəxəssislərin, beynəlxalq maliyyə qurumlarının, vətəndaş cəmiyyətini təmsil edən fəalların çağırışlarına baxmayaraq uzunömürlü-əbədiyaşar hakimiyyətimizin qeyri-neft sektorunu inkişaf etdirmək cəhdləri görünmür. Amma bu yanlış siyasət bizi böhranın ən şiddətli yerinə gətirib.Yanacağın qiymətinin endirilməsini təkcə xalqın təbii haqqı kimi anlamaq lazım deyil, bu, həm də böhrana qarşı mübarizə üsullarından biri kimi qəbul edilməlidir. Bu addım ölkə iqtisadiyyatına böyük yardım olardı. Bəs rəqəmlər nə deyir?Neft sektoru üzrə monitorinqlər aparan iqtisadçı Zöhrab İsmayıl bir məqama hökmən diqqət ayırmağı məsləhət görür. Neftdən təkcə benzin və dizel yanacağı alınmır. Emal zamanı alınan yağlar, mazut və s. məhsullar da pula satılır. Yəni emal zamanı çox az itki olur. Deməli, benzinin maya dəyərini hesablayarkən təkcə xam neftdən alınanla benzini düşünmək lazım deyil.Tanınmış iqtisadçı Vüqar Bayramovdan aldığım rəqəmlərə görə isə ABŞ-da 1 barrel neftdən 75 litrə yaxın benzin alınır. Bu ölkədə 1 litr benzinin maya dəyəri 53 sent, yəni 42 qəpikdir. Vüqar Bayramov orada əməkhaqlarının yüksək olmasını deyir və iddia edir ki, bizdə benzinin maya dəyəri nə qədər şişirdilsə də 35 qəpiyi keçmir. Amma onu bizə 55 qəpiyə satırlar. Bu isə çox bahadır. Üstəlik, hökumət ölkənin inkişafı üçün ucuz neft siyasəti yürüdə bilər, maya dəyərindən də aşağı yanacaq sata bilər. |
44,269 | 13.12.2008 03:53 | İqtisadiyyat | KƏMALƏDDİN HEYDƏROV GÖN-DƏRİ BİZNESİNƏ DƏ ƏL QOYDU | Gön-dəri biznesində ciddi rəqabətin olduğu dönəmdə sahibkarlar əhalidən, xüsusən də qəssablardan bir qoyun dərisini 4-6 manata, qaramal dərisinin 1 kiloqramını isə 1 manata alırdılar. Bu sahədə yaxşı qazanc da vardı. Görünür, elə buna görədir ki, gön-dəri biznesi K.Heydərovun nəzərini cəlb edib. Bundan sonra əcnəbi iş adamlarının biznesi çox qısa müddət ərzində çökdürülüb, onlar ölkədən didərgin salınıb. Yerli sahibkarlar isə bu sahədən inzibati yollarla uzaqlaşdırılıb.Gön-dəri biznesini tam nəzarətə alan K.Heydərov bu sektordakı qiymətləri özü diqtə etməyə başlayıb. Nəticədə əhalidən və qəssablardan alınan xammalın qiyməti kəskin ucuzlaşıb. Belə ki, K.Heydərovun bu sahəyə nüfuz etməsi ilə qoyun dərisinin bir ədədi 4-6 manatdan 40 qəpiyə, qaramal dərisinin kiloqramı isə 1 manatdan 20 qəpiyə endirilib. Bu sahəyə yaxın iş adamlarının sözlərinə görə, rayonlarda qoyun dərisinin qiyməti 15 qəpik, mal dərisinin kiloqramı isə 5 qəpiyə düşüb ki, bu da nə alana, nə də satana əsla sərf etmir.Redaksiyamıza müraciət edən yerli sahibkarlar deyir ki, əvvəllər ərəb iş adamları dəri aşılanması ilə yanaşı kəsilmiş heyvanların bağırsağından səhiyyə sahəsi üçün vacib olan qiymətli material tədarükü və onun xaricə ixracı ilə də məşğul olurmuş. Bu isə ölkəyə müəyyən qədər iqtisadi səmərə verirmiş. Lakin K.Heydərov bu sahəyə əl qoyub inhisarçılıq siyasəti yeridəndən sonra ərəb iş adamları ölkəni tərk edib. Bu səbəbdən də biznesin bu istiqaməti də ölüb. İndi gün ərzində kəsilən heyvanların bağırsağı sadəcə tullantıya çevrilir.Sahibkarlar gön-dəri sahəsinin inhisara alınmasından yalnız dəri istehsalı ilə məşğul olan sahibkarların, fermerlərin və qəssabların ziyan çəkmədiyini söylədilər. Onların sözlərinə görə, azad rəqabətin mövcud olduğu vaxtlarda ölkə boyu minlərlə insan dəri tədarük edərək firmalara satırmış. Hazırkı qiymətlər isə tədarükçülərə sərf etmir. Bu isə minlərlə insanı gəlir mənbəyindən məhrum edib. Digər tərəfdən, gön-dəri emalı ilə məşğul olan çoxsaylı kiçik sexlər bağlanıb ki, bu da yüzlərlə ailəni çörəksiz qoyub. |
44,270 | 13.12.2008 02:34 | İqtisadiyyat | “AKKORD” NİYƏ ÇÖKÜB? | “Akkord”un külli-miqdarda borcunun yaranmasının səbəbləri barədə mətbuatda müxtəlif informasiyalara rast gəlinir. Kimi bunu şirkətdəki yeyintilərlə əlaqələndirir, kimi də mənzil alqı-satqısının dayandırılması və “Akkord”a yeni layihələr verilməməsi ilə izah edir. Lakin qəzetimizin bu istiqamətdə apardığı araşdırmalar zamanı başqa faktlar ortaya çıxıb. Mötəbərliyinə şübhə etmədiyimiz bir mənbənin deməsinə görə, “Akkord”da yaranan maliyyə çətinliyi şirkətin təsisçilərindən birinin dünyasını dəyişməsi ilə əlaqədardır. Məlumatda bildirilir ki, Şirkətlər Qrupunun yəhudi əsilli iş adamı qəfildən vəfat edib. Bundan sonra mərhumun oğlu atasının payını şirkətdən almaq istəyib. Bu prosesin gedişində şirkətdə böyük yeyintilər olduğu üzə çıxıb. Xəbərə görə, bir müddət öncə “Akkord”da aparılan yoxlamalar da dünyasını dəyişən təsisçinin oğlunun təşəbbüsü ilə həyata keçirilib. Mənbəmiz qeyd edir ki, vəfat edən təsisçinin oğlunu razı salmaq üçün onun tələb etdiyi məbləği verməkdən başqa çıxış yolu qalmayıb. Həmin məbləğ böyük olduğundan şirkət əlindəki vəsaitlərlə onu ödəyə bilməyib və hətta texnikasını da satışa çıxarmaq məcburiyyətində qalıb. Qaynağın deməsinə görə, şirkətin təsisçiləri arasında bu məsələ ilə bağlı yaranan narazılıq idarəetmədə də özünü büruzə verib. Belə ki, yaranmış maliyyə çətinlikləri ilə əlaqədar şirkətin həyata keçirdiyi bir çox layihələr yarımçıq qalıb və ya onların icrası xeyli zəifləyib. Məsələn, Bakı-Quba yolunun inşası üçnövbəli iş prinsipi ilə həyata keçirilirdisə, indi yalnız bir növbə fəaliyyət göstərilir. Bundan başqa, aparılan tikinti işlərinə ciddi nəzarət edilmədiyindən yollar keyfiyyətsiz qurulur. Bakı-Quba yolunun Siyəzən rayonu əazisindən keçən hissəsində yeni qurulan yolun 700 metr ərazidə çökməsi buna sübutdur. Həmçinin, Bakı-Şamaxı yolunun yenidən qurulmasında da ciddi ləngimələr baş verir. Hazırda bu yolda cəmi bir neçə texnika və briqada işləyir. Hansı ki, şirkət bu yolu ən çoxu noyabrın sonuna qədər təhvil verməli idi. İndi isə şossenin inşasının gələn ilin yay aylarına qədər davam edəcəyini deyirlər. Mənbəmizin deməsinə görə, şirkətdə digər problem işçilərin əməkhaqlarını vaxtında ala bilməməsi ilə əlaqədardır. Artıq şirkətdə çalışan fəhlə və ustaların böyük hissəsi işdən çıxıb. Hazırda “Akkord” daha çox ucuz işçi qüvvəsi kimi çinliləri işlətməyə üstünlük verir. Onlar da aldıqları pula uyğun - yəni keyfiyyətsiz iş görürlər. Mənbə onu da nəzərə çatdırdı ki, “Akkord” tikinti sektorunda nəhəng şirkət kimi tanınsa da, indiyədək onun konkret bir əllə idarə edilməsi mümkün olmayıb. Düzdür, zaman-zaman bu şirkəti mötəbər adamların adı ilə bağlayıblar. Amma son proseslər onu deməyə əsas verir ki, bu addan ya şirkəti təzyiqlərdən qorumaq üçün istifadə edilib, ya da həmin şəxslər artıq “Akkord”un arxasından çəkiliblər. Amma heç şübhəsiz ki, yaranmış xaotik vəziyyətdə kimsə bu şirkətə sahib çıxacaq. Çünki bu şirkətin üzərinə götürdüyü bir sıra layihələr var ki, onların sifarişçisi hökumətdir. |
44,271 | 13.12.2008 02:28 | İqtisadiyyat | KREDİTLƏR KƏSİLƏN KİMİ AVTOSALONLARDA SATIŞ “ÖLÜB” | Avropadan, Yaponiyadan, Cənubi Koreyadan və ABŞ-dan çox bahalı və orta qiymətli maşınların gətirilib satıldığı ölkəmizdə vəziyyət necədir? Maşın bazarında ucuzlaşma baş veribmi? Böhran Bakıdakı avtosalonlarda qiymətlərə və satışa təsir edibmi?Bu suallara cavab tapmaq üçün dünən Bakıdakı bir neçə məşhur avtomobil firmalarının nümayəndəliklərində və satış salonlarında olduq.Babək prospektindəki “Cahan Motors”un müdiri Emin Rəsulov bizimlə söhbətində bildirdi ki, onlar əsasən Almaniya istehsalı olan “Opel” markalı maşınların satışı ilə məşğuldur: “Qlobal maliyyə böhranı bütün şirkətlərlə yanaşı maşın sənayesinə də ciddi təsir göstərib. Bizim təmsil olunduğumuz Amerikanın çox məşhur ”Ceneral Motors" şirkəti ciddi böhranla üzləşib. Böhran Azərbaycanda hələlik hiss olunmasa da satışda durğunluq var. Ancaq bu o demək deyil ki, satış tam dayanıb. Müştərilərimiz var və onlar gəlib maşınlarla maraqlanır. “Opel” avtomobilləri komfortu ilə seçilən maşınlardır. Almaniya istehsalı olan bu avtomobillərin istehsalı I Dünya müharibəsindən sonra başlayıb. Sonralar Amerika şirkəti olan “Ceneral Motors” “Opel”in markasını alıb. “Opel”in texniki imkanları müasir tələblərə cavab verir. Bu gün dünyada Yaponiya, Almaniya və Amerika istehsalı olan avtomobillər üstünlük təşkil edir. Bu baxımdan “Opel” rəqabətə davamlılığı ilə seçilir. Biz müştərilərimizə təmiz alman maşınları təklif edirik. Aydındır ki, alman maşınları öz keyfiyyətinə görə digərlərindən fərqlənir və xüsusi üstünlüyə malikdir. Sorğu əsasında “Opel” ilin avtomobili seçilib".O ki qaldı qiymətlərin enməsinə, E.Rəsulov deyir ki, əgər istehsalçı tərəf endirim edərsə, onlar da qiymətləri ucuzlaşdıracaq: “Hazırda ”Opel"in bütün modelləri üzrə 10-15 faiz ucuzlaşma baş verib. Avtomobili satışa nəqd və kredit yolu ilə həyata keçirilir. Doğrudur, maliyyə böhranı ilə bağlı banklarla aramızda müəyyən anlaşılmazlıq yaranmışdı. Amma artıq bu məsələ aradan qaldırılıb və banklar şirkətə kredit verməyə başlayıb".E.Rəsulov onların salonunda satılan “Opel”lərin qiymətinin 17-28 min manat arasında olduğunu dedi. Onun sözlərinə görə, təklif edilən maşınların hamısı 2008-ci il istehsalıdır: “Modellərin ən bahalısı ”Opel Zafira"dır. Onun qiyməti 28 min manatdır. “Opel Astra” isə 20 min manata satılır".“Nissan”ın satış mərkəzində də olduq. “Nurgün Motors”un meneceri bizimlə söhbətində bildirdi ki, maliyyə böhranı onların satışına da təsir göstərib: “Qiymətlərdə 5 faiz endirim etmişik. Burada ”Nissan Sunny" 15900, “Nissan Murano” 38900, “Nissan Teana” 40500 manata təklif olunur. Son vaxtlar müştərilərimiz bir qədər azalıb. Amma satış var, məlum böhranla bağlı banklarla şirkət arasında müəyyən çətinliklər yaranıb. Ancaq vəziyyət o qədər də faciəli deyil".Ancaq “Cahan Motors”la “Nurgün Motors”dan fərqli olaraq “Wolksvagen Passat” markalı maşınların satışı ilə məşğul olan iş adamları satışda vəziyyətin yaxşı olduğunu dedi. Adının çəkilməsini istəməyən satış meneceri bizimlə söhbətində bildirdi ki, dünyadakı maliyyə böhranı “Passat”ların qiymətinə təsir etməyib: “Doğrudur, müştərilərin azalması hiss edilir. Amma maşınların qiyməti olduğu kimi qalıb”.Qeyd edək ki, alman istehsalı olan “Wolksvagen” avtomobillərinin CİP versiyası modellərindən asılı olaraq müştərilərə 53500, 59500, 75900 və 70900 manata təklif olunur. Menecer bankların onlara kredit vermədiyini də dilə gətirdi.“Hyundai” şirkətinin Bakıdakı nümayəndəsi Rüstəm Məmmədov isə bizimlə söhbətində müəyyən çətinliklərin olduğunu desə də satışın davam etdiyini bildirdi: “Burada müştərilərə hər cür avtomobil təklif olunur. Qiymətlər münasib olduğundan hazırda maşın bazarında liderik”.R.Məmmədovun sözlərinə görə, maliyyə böhranı əsasən Avropa və Amerikanın avtomobil sənayesinə təsir göstərib. Bu ölkələrdə təkrar maşın bazarında ciddi ucuzlaşma baş verib: “İndi Avropada iki ilin ”Mercedes"lərini 9-10 min dollara almaq mümkündür. Ancaq bizdə belə deyil. Cənubi Koreya istehsalı olan “Hyundai” avtomobilləri keyfiyyətinə və ucuzluğuna görə Azərbaycan müştərilərinə sərf edir. Şirkətimiz avtomobillərin nağd və kredit yolu ilə satışını təşkil edib. Bundan əlavə, avtomobil alan hər bir şəxsə iri ekranlı monitor hədiyyə edirik. Dizel mühərrikli avtomobil alanlara 500 manat güzəşt edilir və onlara digər müştərilər kimi bahalı hədiyyə bağışlanır. Eyni zamanda şirkət faizsiz kredit yolu ilə də avtomobil satışını həyata keçirir".Yeri gəlmişkən, Dərnəgül şosesində yerləşən “Hyundai” satış mərkəzində müştərilərə təklif olunan avtomobillərin ən ucuzu 11800, ən bahası isə 36500 manatdır. “Hyundai”ın CİP versiyasını 23.600 manata almaq olar. |
44,272 | 13.12.2008 02:33 | İqtisadiyyat | ABŞ-ın AVTOMOBİL NƏHƏNGLƏRİ MÜFLİS OLMA ƏRƏFƏSİNDƏ | “General Motors” və “Chrysler” şirkətlərinə birbaşa, “Ford” şirkətinə isə dolayısıyla kredit yardımını nəzərdə tutan 14 milyard dollarlıq paketin qəbul edilməsi üçün minimum 60 səs tələb olunurdu. Avtomobil şirkətləri əvvəlcə dövlətdən 34 milyard istəyirdi. Lakin danışıqlardan sonra yardım paketini azaldıldı. Prezident Corc Buş və yeni seçilmiş prezident Barak Obama dəfələrlə Konqresi bu yardım paketini təsdiqləməyə çağırmışdılar.Senatdakı müzakirələrdən sonra Buş administrasiyası bəyan edib ki, avtomobil konsernlərini müflis olmaqdan xilas etmək üçün sonrakı addımların variantlarını müzakirə edəcək. İlin sonunadək tamamilə pulsuz qalacağı gözlənilən “General Motors” şirkəti isə Senatdakı səsvermənin nəticələrindən “dərin məyusluq” keçirdiyini bəyan edib. “Chrysler” şirkəti də xəbərdarlıq edib ki, Senatdakı səsvermədən sonra onların özlərini könüllü şəkildə müflis elan etməkdən başqa yolu qalmaya bilər. Ekspertlər artıq yüz minlərlə iş yerlərinə sahib bu şirkətlərin yaşamaq məsələsinin sual altında olduğunu qeyd edirlər. Yaxın günlərdə şirkətlərin borclu olduqları kreditorlar onları məhkəməyə verə, yaxud avtomobil nəhəngləri özlərini könüllü şəkildə müflis elan edə bilərlər.Məlumatlara görə, Senatdakı müzakirələr zamanı əsas fikir ayrılıqları avtomobil konsernlərinə dövlətdən kredit verilməsi müqabilində əmək haqlarını Asiya avtomobil istehsalçılarındakı əmək haqları səviyyəsinə qədər azaltmaq məsələsində yaranıb. Respublikaçılar israr ediblər ki, həmkarlar ittifaqları əmək haqlarının gələn il azaldılmasına razılıq versinlər. Demokratlar isə 3 il müddətinə əmək haqlarının aşağı salınmasında israr ediblər. Məsələ bundadır ki, Amerikanın avtomobil konsernləri bir tərəfdən qlobal iqtisadi böhranın təsiri ilə avtomobillərə olan tələbatın aşağı düşməsindən əziyyət şəkir, digər tərəfdən isə onlara daha qənaətcil və ucuz avtomobillər istehsal edən Asiya şirkətlərinə rəqabətdə uduzur. Bunun səbəblərindən biri də Amerika şirkətlərində əmək haqlarının yüksək olmasıdır. Senatda avtombil nəhənglərinə yardım paketinin iflasa uğramasından sonra Asiyanın fond birjalarında indekslər aşağı düşüb, gözlənilirdi ki, eyni tendensiya Nyu York birjasında da yaranacaq. |
44,273 | 13.12.2008 02:33 | Dünya | NEFTİ NECƏ XİLAS ETMƏLİ? | Şakib Xəlil deyib ki, neftin ucuzlaşması dünyada neftə tələbatın azalması ilə bağlıdır. Onun sözlərinə görə, əgər bu ilin sentyabr və oktyabr aylarında OPEC hasilatı azaltmaq barədə qərarlar verməsəydi, hazırda neftin barreli 10 dollara enərdi. OPEC ölkələri dünyanın neftə olan tələbatının 40 faizinə qədərini təmin edir. Bundan əvvəl təşkilat hasilatı 2 milyon barrelə qədər azaldıb. Lakin bu qərar qiymətlərin enməsinin qarşısını ala bilməyib.OPEC-in hasilatı azaltmaq barədə qərarı dünya birjalarında neftin bir qədər bahalaşmasına səbəb olub. Dünənki hərraclarda neftin barreli 45 dollara qədər bahalaşmışdı. OPEC-in ardınca dünyanın ən iri neft hasilatçılarından olan Rusiya da hasilatı azalda biləcəyi haqda xəbərdarlıq edib. Energetika naziri Sergey Şmatko bəyan edib ki, Rusiya OPEC-in mövqeyini diqqətlə öyrənir: “Biz bu təşkilatla addımlarımızı koordinasiya edə bilərik. Rusiya hazırda öz təkliflərini hazırlayır. Neftin qiymətlərinin stabil qalması Rusiyanın milli maraqları baxımından olduqca mühümdür”. Şmatko gələcəkdə Rusiyanın OPEC-ə daxil olacağını da istisna etməyib.Prezident Dmitri Medvedev isə bəyan edib ki, neftin ucuzlaşması şəraitində Rusiya hasilatı ixtisar etməyə hazırlaşır. Onun sözlərinə görə, neft gəlirlərinin cari xərcləri ödəməsi və ehtiyat fonda toplanması üçün qiymətlərin daha yüksək olması vacibdir: “Biz müdafiə olunmalıyıq. Çünki neft bizim gəlir bazamızdır. Müdafiə tədbirləri neft hasilatının azaldılmasından ibarət olacaq”. Rusiyanın ən iri neft şirkətlərindən olan “Lukoyl”da təsdiq edib ki, OPEC hasilatı əhəmiyyətli dərəcədə azaldacaq. Şirkətin vitse-prezidenti Leonid Fedun bildirib ki, əgər bazarlardan sutkada 2.5 milyon barrel, yaxud ildə 125 milyon ton neft götürülsə, o zaman qiymətlər 60-80 dollar arasında dəyişəcək. Fedunun sözlərinə görə, “Lukoyl” hesab edir ki, neftin qiymətinin 75 dollardan az olması hasilatı iqtisadi baxımdan sərfəsiz edir. Xatırladaq ki, ARDNŞ-ə daxil olan “SOCAR Trading SA” şirkətinin prezidenti Valeri Qolovuşkin də neftin indki qiymətləri şəraitində hasilatın sərfli olmadığını, belə getsə neft hasilatının dayana biləcəyini deyib.“The Financial Times” qəzetinin yazdığına görə, Rusiya yaxın həftələrdə hasilatı aşağı salmağa hazırlaşır. Əgər Rusiya və OPEC eyni vaxtda hasilatı azaltsalar o zaman dünya bazarlarına sutkada indikindən 2 milyon barrel az neft çıxarıla bilər. Lakin ekspertlər qeyd edirlər ki, hasilatı azaltmaq primitiv qərardır və öz effektini göstərməyəcək. İsveçrənin “Mirabaud” bankından energetika üzrə analitik Riçard Sevic “The Times”ə açıqlamasında bildirib ki, hasilat azaldılsa, o, bazarlarda öz real təsirini ancaq bir ay-ay yarımdan sonra göstərəcək. Lakin OPEC daxilində həmişə problem mövcud olub. Belə ki, təşkilatın bir çox üzvləri hasilatı azaltmaq haqda razılaşır, ancaq buna əməl etmir. “The New York Times” qəzeti isə qeyd edir ki, Rusiya ilk dəfədir hasilatı azaltmaq barədə düşünür. Lakin bu məcburiyyət qarşısında atılmış addımdır. Çünki şirkətlər istehsal xərclərinin artdığı bir vaxtda onsuz da hasilatı azaltmalı olublar. Ona görə də Kreml artıq baş vermiş hadisəni yenilik kimi elan etməyə hazırlaşır. Hesablamalara görə, gələn il dünyada neftə olan tələbat sutkada 450 min barrel az olacaq. Lakin analitiklərə görə, bu proqnozlar zəif hazırlanıb. Gələn il tələbatın nə dərəcədə azalacağı ilk növbədə Çin iqtisadiyyatının vəziyyətindən asılı olacaq. Ona görə də tələbatın daha çox azalacağı istisna deyil. Belə şəraitdə OPEC-in hasilatı azaltmaq qərarları təsirsiz qala bilər. |
44,274 | 13.12.2008 02:40 | Dünya | KORRUSPİYA QALMAQALI OBAMANI ÇƏTİN VƏZİYYƏTDƏ QOYUR | Çikaqoda keçirdiyi mətbuat kofransında Barak Obama öz komandasının heç bir üzvünün onun senatdakı yerinin satılması sövdələşməsini İllinoys ştatının qubernatoru Rod Blaqoyeviçlə müzakirəsinə cəlb olunmamasında əminliyini bildirib. Obama bu həftə üzə çıxan mətləblərdən hamı kimi təəssüfləndiyini və məyus olduğunu deyib. O, heç zaman qubernatorla bu məsələyə dair danışmadığını bildirib. Onun fikrincə, Amerika Prokurorluğunun açıqladığı materiallar da bu faktı əks etdirir. Barak Obama öz komandasından xahiş edib ki, boşalmış senator yeri ilə bağlı qubernatorun idarəsi ilə istənilən təmaslar barədə faktları toplasınlar ki, yaxın günlərdə bu faktları ictimaiyyətlə bölüşmək mümkün olsun. Yeni seçilmiş prezident deyib ki, Senat yeri siyasi alver üçün deyil, bu yer İllinoys əhalisinə məxsusdur, buna görə də İllinoysun sakinləri Senatda ən layiqli şəkildə təmsil olunmalıdırlar.Amerika mətbuatında isə hazırda Blaoyeviç qalmaqalı əsas müzakirə mövzusudur. Mətbuat qeyd edir ki, bu qalmaqal Obama üçün əsl sınaqdır. İndi o hələ prezident səlahiyyətlərinin icrasına başlamadan sübut etməlidir ki, komandasının üzvləri təmiz adamlardır və korrupsiayda əli yoxdur. “Los Angeles Times” qəzetinin məqaləsində deyildiyinə görə Obamanın qalmaqala necə reaksiya verməsi məsələsi də onun üçün sınaq oldu. O, əvvəlcə qısa açıqlama yayaraq bəyan etdi ki, bu işdən xəbərsizdir və qalmaqalla heç bir bağlılığı yoxdur. Lakin bu reaksiya ictimaiyyət tərəfindən yetərli qarşılanmadı. Çünki ölkənin yeni seçilmiş prezidentinin senator kimi təmsil etdiyi ştatın qubernatoru ilə heç bir münasibətinin olmaması qətiyyən inandırıcı görünmürdü. Nəhayət, Obama mətbuat konfransı keçirməli oldu və qalmaqala daha emosional reaksiya verərək baş verənlərdən sarsıldığını bəyan etdi. Həmçinin Obama demokrat senator Blaqoyeviçi istefaya çağıranların da sırasına qoşuldu.Ağ Evin keçmiş mətbuat katibi Skot Maklellan bildirib ki, Obamanın qalmaqala ilk reaksiyası ona Corc Buşu xatırlatdı. Lakin sonradan o qalmaqala daha geniş reaksiya verərək öz səhvini düzəltdi. Qəzet yazır ki, Obamanın qalmaqaldan uzaq olduğunu bəyan etməsinə baxmayarq onun administrasiyasının rəhbəri Ram Emanuelin Blaqoyeviçlə siyasi əlaqələri var. Lakin Emanuellə bu məsələ ilə bağlı danışmaq mümkün olmayıb. Bildirilir ki, Emanuel bundan əvvəl Çikaqoda Obamanın keçirdiyi bütün mətbuat konfranslarında onu müşayiət edib. Lakin Blaqoyeviçlə bağlı mətbuat konfransında o gözə dəymirdi. |
44,275 | 13.12.2008 01:41 | Yazarlar | MÜTƏLLİBOVUN NİSGİLİ VƏ ÜMİDİ | Ayaz Niyazi oğlunun mühacirət həyatı ona görə ağır deyil ki, o, maddi sıxıntı çəkir. Xeyr, böyük ehtimalla belə deyil. Mütəllibovun sıxıntısı siyasi, hüquqi və mənəvi-psixoloji plandadır. O, eks-prezident kimi öz halal statusundan, siyasətçi kimi azad fəaliyyət göstərmək imkanından məhrumdur. Ayaz Mütəllibov bir vaxtlar rəhbərlik etdiyi ölkədə cinayət təqibinə məruz durumdadır. Onun barəsində açılmış və hələ də bağlanmamış cinayət işi var. Ötənlərdə Azərbaycan rəhbərliyi dəfələrlə Kremllə bazarlığa gedib, Mütəllibovun Moskvada həbs olunub Azərbaycana ekstradisiya edilməsinə dair uğursuz sövdələşmələrə qol qoyub. Ona görə də eks-prezident bu gün hissə qapılıb vətəninə dönsə, onu elə aeroportdaca həbs edib türməyə salacaqlar. Bu isə Mütəllibovun gələcəyə dair planlarına qətiyyən daxil deyil. Çünki onun yaşının o vaxtı deyil ki, “üç-beş il yatıb çıxaram” deyə fikirləşsin. Vaxt keçdikcə məlum olur ki, eks-prezident vətənindən, görüşə bilmədiyi doğmalarından ötrü çox qəribsəyib və bərk darıxır. Məmləkətində onun hələ bir dəfə də olsun ziyarət edə bilmədiyi məzarlar var. Mütəllibov hələ, onu yetişdirib boya-başa çatdırmış, böyük vəzifələr tutması, ölkənin rəhbəri olması üçün əziyyət çəkmiş atası Niyazi həkimin qəbri üstündə dayanıb salavat çevirməyib. Ömrünün ixtiyar çağında bu, ona böyük diskomfort yaradır, xiffət və acı verir. Mütəllibov məhz bu səbəblərdən israrla ölkə rəhbərliyinin onun vətənə dönməsinə şərait yaratmasını istəyir. O, siyasi fəaliyyət göstərməyəcəyinə dair vədlər də verir, hakimiyyətin müvafiq narahatlığına əsas olmadığını bildirir. Ancaq xeyri yoxdur, sarayda 70 yaşlı qocanın vədinə, sözünə şübhə ilə yanaşanların xüsusi çəkisi ağırdır. Ortada onların istinad etdiyi parlaq nümunə var... Görünür, Mütəllibov onların gözünə gümrah görünür və onun ölkəyə qayıtmasını əngəlləyənlər fikirləşirlər ki, ağrımayan başa dəsmal bağlamazlar, hakimiyyətdən devrilmiş və öz tarixi qisasını almamış eks-prezident uzaqlarda olsa, yaxşıdır. Bu günlərdə ölkə mətbuatına müsahibə verən Ayaz müəllim Heydər Əliyevlə münasibətlərinin o qədər də gərgin olmadığından, hətta Moskvada yaşadığı vaxtlarda Əliyevi ziyarət etməsindən, müdafiəsinə qalxmasından söz açıb. Bu, əlbəttə ki, dövlət başçısı İlham Əliyevə ünvanlanmış mesajlardır və yəqin ki, sırf həqiqətdir. Ancaq bəzi adamların yaddaşından 1991-ci ilin fevralında o vaxtkı parlamentin - Ali Sovetin plenar iclasında baş verən hadisələr silinməyib. Mütəllibovu bu hakimiyyət üçün “xalq düşməni” edən məhz o vaxt hakimiyyətdə olmasıdır. Sarayda belə bir düşüncə var ki, o zamanlar bəzi deputatlar tərəfindən Əliyevə qarşı yönələn çıxışları o, şəxsən təşkil edib. Nə o vaxt, nə də indi heç kəs nəzərə almır ki, həmin çıxışlar deputatların öz təşəbbüsü də ola bilərdi. Güman ki, onlar Mütəllibova xoş gəlmək üçün bəzi hallarda barıtı çox qoymuşdular, amma siyasi mübarizədə bunlar tez-tez rast gəlinən hallardır. O vaxt Mütəllibov hakimiyyətini itirmək istəmirdi və buna çalışan hər kəsə rəqib, düşmən kimi baxırdı. Sonradan zaman göstərdi ki, mövcud hakimiyyət həmin məsələdə daha sərt və acıdildir. Hər halda, 1998 və 2003-cü ilin prezident seçkilərində hakimiyyət namizədinin rəqibi olaraq siyasi mübarizəyə girişmiş şəxslərə nə kimi ittihamlar, iftiralar və təhqirlər yağdırıldığını bütün millət gördü. Yəni Mütəllibovun “tarixi günahı” o qədər də bağışlanmaz deyil. Bu, siyasi mübarizədə epizodik gərginlik idi, oldu, keçdi. Bundan ötrü açıq-aşkar qürbətdə tablaşa bilməyən şəxsin azad şəkildə vətənə dönməsinə rüsxət verməmək düzgün deyil. Bir hiss deyir ki, Ayaz Mütəllibov bu ölkəyə mübarizə aparmağa, hətta yaşamağa gəlmir. O, gətirilmək istəmir, gəlmək istəyir. Xalid KAZIMLI |
44,276 | 13.12.2008 02:41 | Mədəniyyət | ŞOU-PROQRAMLARIN QİYMƏTLƏRİ YENƏ “OD TUTACAQ” | İqtisadçı-ekspertlərin rəyinə görə, ilsonu müşahidə olunan qiymət bahalaşması artıq ənənəyə çevrilib. Bildirirlər ki, əyləncə və şou-proqramlarda təklif edilən qiymətlərin əvvəlki illə müqayisədə orta hesabla 2 dəfədən çox olması əhalinin artan gəlirləri ilə deyil, şou-proqramların süni şəkildə bahalaşdırılması ilə bağlıdır: “Onsuz da belə proqramların ötənilki və builki iştirakçıları təminatı yüksək olan zəngin təbəqənin təmsilçiləridir. Onların şəxsi büdcəsi üçün bu cür qiymət bahalaşması həlledici təsirə malik deyil. Sadəcə, şou-proqramların gündən-günə artan reklamlarının yaratdığı aura digər bazarlarda qiymət artımına psixoloji təsir göstərir”. Bayram günləri ərzağın, meyvə və tərəvəzin qiymətində artıma doğru baş verəcək dəyişikliklərə gəlincə, ekspertlər bildirir ki, iri satış dükanlarında belə hallarla az rastlaşmaq olar: “Çünki iri ticarət şəbəkələrində qiymət adətən 1 mərkəzdən tənzimlənir və bayram ərəfəsində baş verən dəyişikliklər sırf merkantil maraqlara xidmət etmir. İstənilən halda bu cür qiymət artımları davamlı xarakter daşımır və adətən bayramdan sonrakı dövrdə qiymətlərin orta səviyyəsində durğunluq başlayır. Bu baxımdan, növbəti ilin əvvəlində Tarif Şurasının dövlət tərəfindən tənzimlənən qiymətlərin bahalaşması ilə əlaqədar qərarı olmayacağı təqdirdə, yanvar ayında qiymətlərin orta səviyyəsində əhəmiyyətli dəyişiklik gözlənilmir. Ümumiyyətlə, hökumət gələn ildən antiinflyasiya və inhisarçılıqla mübarizə istiqamətində zəruri tədbirləri reallaşdırsa, inflyasiyanı nəzarətda saxlaya, o cümlədən qiymətlərin orta illik səviyyəsini bu illə müqayisədə aşağı sala bilər". |
44,277 | 13.12.2008 02:37 | İqtisadiyyat | DÖVLƏT QURUMLARININ QARŞILIQLI BORCLARI BAĞIŞLANACAQMI? | Uzağa getməyək, ötən ayın sonunda “Bakıelektrikşəbəkə” ASC də istehlak etdiyi elektrik enerjisinin haqqını ödəməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə dekabrın 1-nə qədər vaxt vermişdi. BŞİH-nin park və fontanlara görə 200 min manat, lift təsərrüfatına görə 6 mln. manat, bina bloklarının işıqlandırılmasına görə 3 mln. manat, işıqforlara görə 321 min manat, yaşayış binalarının fasad işıqlanması üzrə 38 min 35 manat borcu var idi. Təkcə Mənzil Kommunal Təsərrüfat Departameninin borcu 11,9 milyon manat idi. Ümumiyyətlə bu gün “Bakıelektrikşəbəkə”yə olan borcun həcmi 200 milyon manatdan artıqdır. Həmin borcun 50-60 faizi müəssisə, təşkilat və əhali istehlak qruplarınındır. “Azəriqaz”a olan borc isə yarım milyard manata çatmaq üzrədir. “Azərsu” ilə istehlakçılar arasında da borcun həcmi kifayət qədər böyükdür. Təəssüf doğuran isə problemin uzun illərdir mövcud olmasına baxmayaraq, həlli istiqamətində rəsmi səviyyədə heç bir addımın atılmamasıdır. Ölkədə dövlət müəssisələrinin qarşılıqlı borcları axırıncı dəfə 1998-ci ildə silinib.İqtisadçı-ekspert Rövşən Ağayev deyir ki, “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə”ni “Azərenerji”nin tərkib hissəsi saysaq, bu şirkətlərin hamısı iri vergi ödəyiciləri və iri dövlət şirkətləridir: “Qüvvədə olan qanunvericiliyə, büdcə qanunvericiliyinə görə hər il büdcənin təsdiqindən sonra Nazirlər Kabineti bu şirkətlərin gəlir və xərclər smetasını təsdiqləyir. Yəni artıq onların cari və növbəti il ərzində nə qədər gəlir əldə etməsi proqnozları smetada öz əksini tapır. Xərclər və xərclərin strukturu da bilinir. Bu xərclərin strukturunda bir-birinə olan borclar dəqiq şəkildə müəyyənləşir. Necə ki, büdcə təşkilatlarının kommunal ödənişləri büdcədən müəyyən olunur, bunların da ödəyəcəyi xərclər, o cümlədən adıçəkilən kommunal xərclər smetasında öz əksini tapır”. İqtisadçının sözlərinə görə, artıq qanun bunun həllini tapıb: “Bu, xərc öhdəliyidir və ödənməlidir. Ödənilmirsə, bunun qanundan başqa nə yolu ola bilər?! Qanun ödənməyən ödənişlərə görə, sanksiyanı nəzərdə tutur. Sadəcə olaraq, ölkədə böyük təsərrüfatsızlıq var. Təsərrüfatsızlığın kökü də məhz Azərbaycan hökumətindəki problemlərdən, iri dövlət şirkətlərindən irəli gəlir. Ona görə də mütəxəssislər müntəzəm olaraq mətbuatda, müxtəlif tədbirlərdə təkliflərlə çıxış edirlər ki, Azərbaycanda iri dövlət şirkətlərində islahatlar getməlidir. Bu islahatların əsas hissəsi isə ona istiqamətləndirilməlidir ki, dövlət şirkətlərində hasilat və xidməti yaradan şəbəkə ilə o xidmətləri vətəndaşlara çatdıran paylaşdırıcı şirkətlər bir-birindən ayrılmalıdır. Həmin şirkətlər qapalı fəaliyyət göstərdikcə, hökumət onların gəlir və xərclər smetasını vətəndaşlardan, ictimaiyyətdən gizlətdikcə, hökumətin özünün daxilində böyük nəzarətsiz sistem mövcud olduqca, hər bir şəbəkinin idarə edilməsi məmurun gücünə bağlandıqca, Azərbaycanda həmişə bu cür təsərrüfatsızlıq olacaq. Yəni belə məsələlərin qanunla həlli qanunda nəzərdə tutulub. Artıq iş qalır qanunların işləməsinə. Qanunların işləməsi üçün də ölkədə normal işlək hökumət olmalıdır. Nə qədər ki, bunlar olmayacaq, hamımız baş sındıracağıq görək hansı vasitələri tapmaq olar ki, problemlər yoluna düşsün”. Bu gün əhali istehlakçı qruplarının da “Azərenerji”, “Azəriqaz” və “Azərsu”ya böyük həcmdə debütor borcunun olmasına və bu borcların ödənilməsi müddəti kimi 2008-ci ilin sonunun müəyyənləşdirilməsinə gəlincə, R.Ağayev “hətta öz təcrübəmdən çıxış edib deyirəm ki, həmin borcların bir hissəsi istehlak edilməmiş xidmətlərə görədir”- deyir: “Təsərrüfatsızlığın bir nəticəsi də ondan ibarətdir ki, həmin şirkətlər vətəndaşlara bəzən istədikləri borc sənədini yazıb təqdim edirlər. Bir çox hallarda vətəndaşlar hüquqlarını bilmədikləri və yaxud ödəniş sənədlərini itirdikləri üçün bunu sübut edə bilmirlər”. |
44,278 | 13.12.2008 01:45 | İqtisadiyyat | “ÖLKƏDƏ BENZİNİN QİYMƏTİ DÜŞMƏYƏCƏK” | Xatırladaq ki, bir müddət əvvəl ARDNŞ prezidenti mətbuata neft və neft məhsullarının qiymətinin dünya bazar qiymətinə uyğunlaşdırılmalı, yəni bahalaşdırılmalı olduğunu demişdi.Nəzərə çatdıraq ki, Avropada, Amerikada benzinin ucuzlaşması neft istehsal edən ölkə kimi Azərbaycanda da bu məsələni aktual edib. Son günlər ən çox müzakirə edilən mövzulardan da biri məhz budur. Neft Araşdırmalar Mərkəzinin direktoru İlham Şaban deyir ki, Azərbaycanda yanacaq sektoru dövlət tərəfindən tənzimlənən sektordur: “Neftin qiymətlərinin oynadığı şəraitdə ölkədə yanacağın qiymətinin aşağı salınmasının mənası yoxdur. Bu o yerdə effekt verir ki, orada belə məhsulların bazarı liberaldır. Bazar qanunlarının nəticəsində əməliyyatlar həyata keçirilir”. |
44,279 | 13.12.2008 01:45 | İqtisadiyyat | TİKİNTİ MATERİALLARININ QİYMƏTİ DÜŞÜB | Birliyin ekspertləri deyir ki, 82 adda məhsuldan 27-si üzrə qiymət azalması, 40-ı üzrə stabillik, 15-i üzrə isə qiymət artımı müşahidə edilsə də, ucuzlaşan mallarda qiymət fərqi bahalaşan mallara nisbətən daha böyük olub: “Buna görə də noyabrda bazarda formalaşan orta qiymətlərdə azalma oktyabr ayı ilə müqayisədə 26,3 faiz təşkil edib”. Xususilə də orta qiymətin kəskin azalmasına səbəb kimi tikinti materiallarının orta qiymət portfelində əsas paya sahib olan armaturun qiymətinin 35 faizdən artıq enməsi göstərilir. Qeyd olunur ki, noyabrda şüşə 50 faiz, plastik boru 16 faiz, otsep 15,8 faiz, qum 13,8 faiz, künyə 11,2 faiz, çınqıl 5,9 faiz, katinka 1,8 faiz, şveller 1,8 faiz, dəmir boru 0,5 faiz bahalaşıb: “Ay ərzində armatur 36,3 faiz, şüşə pambıq 28,9 faiz, dəmir təbəqə 26,3 faiz, sink təbəqə 19,8 faiz, alkopan 16,7 faiz, PVA kleyi 12,5 faiz, mişar daşı 10,5 faiz, laminat-parket 9,8 faiz, şifer 6,9 faiz, dikt 3,8 faiz, DSP 2,7 faiz, taxta 2,2 faiz, zamaska 1 faiz, alçipan 0,9 faiz ucuzlaşıb. |
44,280 | 13.12.2008 02:48 | İqtisadiyyat | BU AY TORPAĞIN QİYMƏTİ DAHA DA UCUZLAŞACAQ | Əvvəlki ayla müqayisədə rayonlar üzrə qiymət artımı yalnız Suraxanı (0,9 faiz) və Sabunçu (0,8 faiz) rayonlarında qeydə alınıb. Yasamal rayonu üzrə isə orta qiymət dəyişməz qalıb. Digər rayonlarda qiymət azalması müşahidə olunub. Ən çox qiymət azalması isə Əzizbəyov rayonunda qeydə alınıb (-1,8 faiz). Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması 1-ci və 2-ci zonalarda tələbin aşağı düşməsi ilə paralel qiymətlərin də azalmasına gətirib çıxarıb. Lakin son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini artırıb. Ekspertlər hesab edirlər ki, torpaq bazarında alqı-satqı mövsümünün başa çatması ilə əlaqədar dekabr ayının sonlarından başlayaraq bazarın bu seqmentində qiymət azalmasının həcmi artacaq. Yeri gəlmişkən, noyabr ayında 4-cü zonada torpağın qiymətinin bahalaşmasına səbəb kimi hazırda torpaq alveri ilə məşğul olan şəxslərin məhz şəhərdən kənardakı ərazilərə üstünlük verməsi göstərilir. |
44,281 | 13.12.2008 07:45 | İqtisadiyyat | GƏLƏN İL İŞIQ PULU BAHALAŞMAYACAQ | Ümumiyyətlə, bu barədə müzakirə də aparılmır. E.Priverdiyev ölkənin elektrik enerjisi ilə təminatında problem olmadığını söyləyib: “Azərenerji”nin paylayıcı şəbəkələri qışa tam hazırdır. Bu il ölkənin elektrik enerjisi ilə təminatında heç bir problem yaşanmayacaq". Problemləri istisna hal kimi dəyərləndirən qurum rəhbəri deyib ki, təbii fəlakətlər zamanı yarana biləcək problemlər nəzərə alınmalıdır: “Sonuncu qasırğa zamanı bəzi rayonlarda xırda problemlər olub. Lakin belə hallar tez bir vaxtda aradan qaldırılır”. O həmçinin 2008-ci ildə elektrik enerjisi ödəmələrinin 80 faizə çatdığını vurğulayıb. |
44,282 | 13.12.2008 02:58 | Ölkə | ÖLKƏDƏ DƏHŞƏTLİ EPİDEMİYA TƏHLÜKƏSİ | Nizami Rayon Polis İdarəsindən isə öyrəndik ki, difteriya xəstəliyindən dünyasını dəyişən 6 yaşlı Susanna Mirağa qızı Abdullayevadır. Polisdən faktla bağlı rayon prokurorluğunda araşdırma aparıldığını da bildirdilər. Lakin prokurorun köməkçisi Eldar Rəhimov məlumatı təsdiqləsə də, ölüm faktı ilə bağlı heç bir araşdırma aparılmadığını bildirdi: “Uşaq xəstəxanada keçinib, bununla bağlı nə araşdırma aparılmalıdır ki? Onu hansısa kənddən xəstəxanaya gətiriblər, orada bir müddət qalandan sonra ölüb”. Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə də əlaqə saxlamağa cəhd göstərdik. Lakin səylərimiz nəticə vermədi. Qeyd edək ki, ötən il 4 nəfər bu xəstəlikdən dünyasını dəyişib. Onlardan üçü yaşlı insan, biri isə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi yaxınlığındakı qaçqın şəhərciyində laçınlı köçkün olan valideynlərinin himayəsində yaşamış 4 yaşlı Kənan Hüseynov olub. Həmin vaxt K.Hüseynovun yaxınları həkimlərə müraciət etsələr də, qəsəbədəki poliklinikanın həkimləri xəstəyə baş çəkməklə öz işlərini bitmiş hesab ediblər. 4 yaşlı Kənan da həkimlərin biganəliyinin qurbanı olub. O, Müşfiqabad qəsəbəsindəki təcili yardım məntəqəsinə çatdırılsa da, heç bir tədbir görülməyib.Əlavə edək ki, həkim-infeksionistlər difteriyanı olduqca qorxulu yoluxucu xəstəliklərdən sayırlar. Onların qənaətincə, vaxtında tibbi yardım göstərilməzsə, yoluxma çox vaxt ölümlə nəticələnir. Xəstəlik qrip kimi hava-damcı yolu ilə yayıla bilməklə yanaşı, böyük təhlükələr törətmək, ən başlıcası, tənəffüs sistemini iflic etmək gücündədir: “Xəstəliyə sürətli inkişaf, yüksək hərarət xasdır. Adətən adi soyuqdəymə, angina, ”boğazın gəlməsi", damağın qızarması şəklində özünü göstərən difteriyanın müalicəsində və profilaktikasında medikamentoz müalicə ilə yanaşı, vaksinasiya mühüm rol oynayır. İnfeksiyaya yoluxmada immunitet da az əhəmiyyət daşımır. Təsadüfi deyil ki, qripdə olduğu kimi, çox vaxt ona uşaqlar və yaşlı insanlar yoluxur. Ölüm halları da ən çox bu kontingentdə qeydə alınır. Odur ki, yuxarı tənəffüs yollarının istənilən iltihabı zamanı dərhal həkimə müraciət edilməli, difteriya ehtimalı dəqiqləşdirilməlidir. Yoluxma faktı olan ailənin bütün üzvlərinə peyvənd edilməsi vacibdir". Mövzuya qayıdacağıq. |
44,283 | 13.12.2008 02:58 | Ölkə | POLİS NARDARANDA BİR NEÇƏ GƏNCİ HƏBS ETMƏK İSTƏYİR | Onun sözlərinə görə, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Stenli Eskuderonun havadarlarının hazırlaşdığı plana əsasən yaxın günlərdə qəsəbədə bir neçə gənc həbs olunacaq: “Bundan sonra kənd ağsaqqalları onların həbsdən azad olması ilə bağlı danışıqlara başlayacaq. Qarşı tərəf isə sakinlərin torpaqdan imtina etməsi müqabilində onları azadlığa buraxacaq. Bununla da Eskuderonun 30 hektar torpağı ələ keçirməsi ilə əlaqədar bütün maneələr aradan qaldırılmış olacaq”. R.Əlizadə bildirdi ki, kənd sakinləri polisin heç bir şərtinə getməyəcək: “Biz qanuni haqqımızı tələb edirik. Polis bizi həbs etsə də imkan verməyəcəyik ki, amerikalı bizim torpaqlara sahib çıxsın”. |
44,284 | 13.12.2008 02:49 | Gündəm | ƏLİ İNSANOV MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLDÜ | Qeyd edək ki, İnsan Haqları üzrə Avropa Məhkəməsi Azərbaycanın sabiq səhiyyə naziri Ə. İnsanovun şikayəti əsasında onun müalicəsinin təmin olunması, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi barədə qərar qəbul edib. |
44,285 | 13.12.2008 02:00 | Ölkə | HƏRBİ PROKUROR ORDUDA “DEDOVŞİNA” OLDUĞUNU TƏSDİQLƏDİ | APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev deyib. O bildirib ki, “dedovşina” ilə bağlı nadir hallar var və bunların qarşısının alınması üçün Hərbi Prokurorluq, eləcə də müvafiq silahlı birləşmələrin komandanlığı tərəfindən əlavə tədbirlər görülür. X.Vəliyev “dedovşina”ya dair internetdə yayılmış videogörüntülərlə bağlı cinayət işi qaldırıldığını, əsgər və zabitlərin təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edildiyini söyləyib: “Bu işdə birbaşa cinayət hadisəsini törədənlər deyil, müvafiq hərbi hissələrin zabitləri də məsuliyyət daşıyır. Həm bu cinayət hadisəsinin törədilməsinə şərait yaradılması, həm də vəzifədən sui-istifadə halları ilə əlaqədar cinayət işi başlanıb. Ümumiyyətlə, ”dedovşina"nın özünü xarakterizə edən cəhətlər var və bu, Azərbaycan ordusunda yoxdur. Bir əsgərin digəri ilə davranışına “dedovşina” demək olmaz. Təbii ki, ordunun gənc kontingent olması nəzərə alınmalıdır. Aralarında müəyyən mübahisələr, söz-söhbətlər olur, bəzən biri digərinə qarşı fiziki zor da tətbiq edir. Bu faktlarla əlaqəli çoxsaylı cinayət işləri var". |
44,286 | 13.12.2008 02:02 | Yazarlar | YOLUMUZU KƏSƏN KEÇMİŞ | Səhvləri başqa müstəvidə AXC hakimiyyətini devirib onun yerini tutan iqtidar da təkrarladı. Bu dəfə isə neft xəyalları həlli vacib olan məsələləri arxa plana keçirdi. Zamanın yaratdığı fürsət əldən verildi, ölkədə inkişafın, gerçək sabitliyin əsasını qoyacaq dayanıqlı iqtisadiyyat yaranmadı. Nazir-oliqarxların marağı, bir də korrupsiya bütün niyyətlərin üstündən xətt çəkdi. Fantastik sayda yeni iş yerlərinin açıldığını, regionların inkişaf planının həyata keçirildiyini sübut etmək cəhdi indi acı ironiya doğurur. Neft ucuzlaşdıqca, problemlər dərinləşdikcə, sosial narazılıq müəyyən çalarlarda üzə çıxdıqca heç keçmiş “qələbələri” xatırlayan da olmayacaq.Elə siyasi mühitdə baş verənlər də iqtisadi proseslərin üzə çevrilmiş astarıdır. Sabaha ünvanlı öləziyən ümidləri bir kənara qoyub demokratiya imitasiyası ilə yadda qalan keçmişi yana-yana xatırlayırıq. Bircə anlığa 10 il əvvəli - 1998-ci ili yada salın. Zamanın axarında nə qədər geri düşdüyümüzə əlavə dəlil-sübut da lazım deyil. Onda cəmiyyətin hakimiyyətə təsiri nə qədər idisə, hakimiyyət də bir qədər onunla hesablaşmağa məcbur idi. Hətta 1998-ci ildə keçirilən prezident seçkilərinin nəticələri də demokratiya görüntüsü yaratmağa hesablanmış, hakimiyyət 23 faiz geri çəkilmişdi.Elə o vaxtlar da Azərbaycana neftdən gələn pulların ilk axını başladı və bu gəlirlər həlli vacib olan iqtisadi sferaya yox, hakimiyyət üçün təhlükə yaradan amillərin aradan qaldırılmasına yönəldildi. Demokratik düşərgənin şəriksiz lideri Elçibəyin ölümü bu niyyət yolundakı son maneələri də aradan qaldırdı. Siyasi mühitdə qüvvələr nisbətinin dəyişməsi neft gəlirlərinin artımı ilə ritmik bir asılıqlıqda baş verirdi.İndi tam qətiyyətlə, demək olar ki, düz 5 il sürən, az qala həndəsi silsilə ilə artan neft pulları axını ölkənin heç bir köklü probleminin həllinə yardımçı olmadı. 5 ildə artan qiymətlər 5 aya çökür. Açıq etiraf olunmasa da yaranan ifrat mənzərə göz önündədir. Hələ Neft Fondundakı 5-10 milyard dollar son güvənc yeridir. Məhz o pullara görə iqtidar öz qürurunu sındırmır. Amma gerçəyi də dana bilmir.Üstəlik son 17 ildə hakimiyyətin məhək daşı olan Qarabağ mövzusu da getdikcə aktuallaşır. Bu konflikt qarşı duran tərəflərdəki hakimiyyətlər üçün hələ də təhlükə mənbəyi olaraq qalır. Bu, Ermənistanda müxalifətin indiki fəallığı fonunda nə qədər hiss olunursa, Azərbaycanda da narazı elektorat üçün stimul rolunu oynaya bilər. Bunu sürətləndirən iqtisadi faktorlar da bütün çılpaqlığı ilə göz önündədir. Nəyə qadağa qoyulsa da Qarabağ mövzusu siyasi palitranı qovuşduran bir ortaqlıq yaradır, ayrı-ayrı düşərgələrdəki siyasətçilərin fikirləri bu məcrada qovuşur.Belə bir situasiyada iqtidar-müxalifət dialoqu gündəmə gəlib. Hakimiyyət dairələrindəki konservativ təfəkkürlü məmurlar bunu müxalifətin başını qatmaq fürsəti saysalar da dabanlarını tapdayan zaman tamam fərqli tələblər qoyur. İndi belə dialoq daha çox iqtidara lazımdır. Onun Qarabağ məsələsində beynəlxalq təzyiqlə üzləşdiyi göz önündədir. Özü də bu təzyiq neft xülyalarının puça çıxdığı bir vaxta təsadüf edir. Artıq dialoq görüntüsü səmərə verməyəcək. Daha irimiqyaslı addımlar atılmağa ehtiyac yaranıb. Bəlkə də çoxlarına elə gəlir ki, onsuz da zəifləmiş müxalifəti saya salmamaq olar. Ancaq söhbət təkcə müxalifətdən yox, bu fonda cəmiyyətə ünvanlanan sabitləşdirici faktorlardan gedir.Əgər dialoq iqtidarda üçüncü-dördüncü sırada əyləşənlərlə aparılsa, bundan daha çox uduzan da elə hakimiyyət özü olacaq. Mən həmin düşərgədə işlədiyim dönəmlərdə dönə-dönə şahidi olmuşam ki, səlahiyyətli məmurlar müxalifət-iqtidar görüşlərinə istehza ilə yanaşıb çox vaxt mifoloji anlamda rəqibə “papış tikmək” istəyinə söykənib. Digər tərəfdən, indiyə qədər müxalifətlə üz-üzə əyləşənlər də iqtidarın siyasətinə təsir gücünə malik deyil. Hər addımda hiss olunur ki, dövlət məmurları YAP funksionerlərindən üstün tutulur. Elə son prezident seçkiləri də təsdiqlədi ki, YAP nominal bir quruma çevrilib.Son 15 ildə baş verənlər Azərbaycan xalqının, dövlətinin gələcəyi, inkişafı yolunda ciddi maneəyə çevrilib. O daşı bu yoldan onu atanların özü qaldırmalıdır. |
44,287 | 13.12.2008 02:58 | Ölkə | “BU GÜN GORANBOYDA PUL QANUN DEMƏKDİR” | “1977-ci ildən qeydiyyatda olduğum mənzil mən Rusiyada olarkən qanunsuz yolla satılıb. Mənzili anam satmaq istəyib, o, bunu mənim razılığımla edəcəyini bildirib. Amma Goranboy Rayon Mənzil-İstismar İdarəsinin rəisi Habil Əşrəfov saxta sənəd verib ki, guya mən bu mənzildə qeydiyyatda deyiləm. O saxta sənəd əsasında da evimi satıblar. Anam deyib ki, qızım gəlsin, sonra alqı-satqını edək. Ancaq mənzili alan Səyyad Yusifova anamın yaşlı olmağından istifadə edərək sənədləri imzalatdırıb. Bundan sonra Goranboy Rayon İcra Hakimiyyətinə, rayon prokurorluğuna dəfələrlə müraciət etmişəm. Lakin heç kim şikayətimə baxmır”- deyə A.Verdizadə bildirdi.A.Verdizadə qeyd etdi ki, bu il dekabrın 3-də qarşı tərəf və məhkəmə icraçıları onu mənzildən çıxarmaq istəyiblər. Ancaq o, evi tərk etmək üçün 3 gün vaxt istəyib: “Bundan sonra mənzilin şüşələrini sındırmağa başladılar. Səyyad Yusifovanın qohumları evə od vurub yandırdılar. Evimizə elə hücum etdilər ki, elə bil biz azərbaycanlı yox, erməniyik. Bizi döyüb təhqir etdilər. Qardaşım oğlumu evdən zorla çıxara bildi. Uşaq hələ də şokdadır”.Şikayətçi evinin yararsız vəziyyətə düşdüyünü və hazırda küçədə yaşadığını deyir: “Mən iki uşağımdan başqa bacımın uşaqlarına da baxıram. Evimin bütün əşyaları yanıb. Heç bir şey çıxara bilməmişik”.A.Verdizadə rayon rəhbərliyindən heç kimin bu məsələ ilə maraqlanmadığını dedi: “Gedirəm Goranboyun icra başçısına şikayət etməyə, deyir ki, töhmət vermişəm də filankəsə. Habil Əşrəfovu çağırıb başa salmaq lazımdır ki, sənin bir dənə saxta arayışına görə dörd yetim uşaq küçədə qalıb. Bunlar da Azərbaycanın övladıdır da. Bu gün Goranboy rayonunda pul qanun deməkdir. Kimin pulu varsa, söz demək haqqı da ondadır. Pulun yoxdursa, batıb öldün”.A.Verdizadənin vəkili Gennadi Verdiyev də bu məsələnin tamamilə qanunsuz olduğunu dedi: “Goranboy Rayon Məhkəməsi bu evin alqı-satqı məsələsini bağlanmış hesab edərək evdə yaşayanların çıxarılması qərarını verib. Biz lazımi sübutları toplayandan sonra Apelyasiya Məhkəməsini inandıra bildik ki, birinci instansiya məhkəməsinin qətnaməsi həqiqətən də qanunsuzdur. Apelyasiya Məhkəməsinin qətnaməsi belə oldu ki, bu evi satan şəxs pulu qaytarmaq şərtilə alqı-satqı ləğv olunsun. Bu tələb icra da olundu. Evi satan şəxs 13500 manatı qaytardı. Lakin aradan 10 gün keçəndən sonra icraçılar gəlib pulu həmin şəxslərə qaytarıb bildirdilər ki, Ali Məhkəməyə şikayət vermişik. Ali Məhkəmə isə Apelyasiya Məhkəməsinin qərarını ləğv etdi”.Vəkil Avropa Məhkəməsinə şikayət hazırlayacağını söylədi: “Amma məlumdur ki, Avropa Məhkəməsi işə 5 il müddətində baxır. Bu müddət ərzində 4 uşaq, bir ailə harada yaşayacaq?” |
44,288 | 13.12.2008 01:01 | Gündəm | HEYDƏR ƏLİYEV ANILDI | Prezidentin ardınca Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin üzvləri, eləcə də sadə vətəndaşlar Heydər Əliyevin məzarını ziyarət ediblər. Ziyarət axşam saatlarına qədər çəkib.Qeyd edək ki, dünən H. Əliyevin vəfatının 5-ci ildönüm idi. |
44,289 | 13.12.2008 01:11 | Siyasət | ÜMİD PARTİYASI TƏKLİFLƏR PAKETİ HAZIRLAYIB | Təkliflər paketi 3 mərhələdən ibarətdir. Birinci mərhələdə hakimiyyət üzərində ictimai nəzarətin təşkil edilməsi məqsədilə ictimai institutlarda müxalifət nümayəndələrinin təmsilçiliyinə nail olmaqdır. İkinci mərhələdə siyasi partiyaların siyasi institut kimi formalaşması, onların cəmiyyətdəki rolunun artırılması üçün konstitusiya islahatları aparılmalıdır. Üçüncü mərhələ isə seçkilərin keçirilməsilə bağlıdır. Bu mərhələdə Seçki Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi təklif olunur. Təkliflər paketi bütün müxalifət partiyalarına göndəriləcək. |
44,290 | 13.12.2008 02:02 | Ölkə | “DALĞA”çılar CAMAATA QURAN AYƏLƏRİ PAYLAYIB | Hərəkat zamanı gənclər qarşılarına çıxan insanlara Quranın insan hüquqları məsələsinə aid ayələri yazılan vərəqələr paylayıblar. Hərəkatın mətbuat xidmətindən “Turan”a verilən məlumata görə, “Dalğa”nın növbəti aksiyası vətəndaşların ekoloji hüquqlarının pozulmasına aid olacaq.“Dalğa” Gənclər Hərəkatı dekabrın 7-dən 14-dək Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 60-ci ildönümünə həsr edilmiş “İnsan hüquqları” həftəsini qeyd edir. |
44,291 | 13.12.2008 01:10 | Dünya | BARAK OBAMANIN ANDİÇMƏ MƏRASİMİNƏ KÜTLƏVİ İNSAN AXINI GÖZLƏNİLİR | Təhlükəsizliyi təmin etmək üçün Vaşinqtondan 4 min, regionlardan da elə bu qədər polis cəlb olunacaq. Təşkilatçılar turistləri gətirəcək təxminən 10 min avtobus üçün yer də axtarırlar. Hələlik nəqliyyat vasitələrinin 75%-i üçün park yeri müəyyənləşdirilib. Daha bir problem insanların kütləvi şəkildə metrodan istifadəsi olacaq. Vaşinqton Metrosunun mətbuat katibi Liza Foresteyn saatda maksimum 1,2 milyon adam daşıya biləcəklərini deyib. |
44,292 | 13.12.2008 02:13 | Dünya | MEDVEDYEVİN ÇIXIŞI ZAMANI İNSİDENT BAŞ VERİB | Prezident çıxışını davam etdirmək istəsə də səs kəsilməyib. Mühafizə xidməti tədbir görmək istəyəndə dövlət başçısı buna etiraz edib: “Qoy qalıb dinləsin. Konstitusiya elə ona görə qəbul olunub ki, hər kəs öz mövqeyini bildirə bilsin”.D.Medvedyevin bu sözlərinə baxmayaraq mühafizəçilər şüar qışqıran şəxsi zaldan çıxarıb. Bu şəxsin müxalifətçi “Mı” Gənclər Hərəkatının qurucusu, “Çastnıy korrespondent” qəzetinin müxbiri Roman Dobroxotov olduğu müəyyənləşdirilib. Onun haqqında inzibati qaydada tədbir görülüb. |
44,293 | 13.12.2008 01:13 | Dünya | II ALEKSİNİN SON MƏKTUBU AÇIQLANIB | “Kardioqram çəkdirmək üçün Münhenə getməli oldum. Orada müayinədən keçməklə yanaşı müalicə olunmalı da oldum. Bədənimdə zəiflik qalmaqdadır, amma həkimlər bunun tədricən keçəcəyini bildirirlər. Dekabrın 1-də Moskvaya qayıtmaq niyyətindəyəm”. Qeyd edək ki, məktub ünvanına patriarxın ölümündən sonra - dekabrın 11-də çatıb. |
44,294 | 13.12.2008 02:12 | Dünya | “ƏL-QAİDƏ”nın CANLI ƏFSANƏSİ HƏBS OLUNDU | Qeyd edək ki, dünən Brüsseldə “əl-Qaidə” ilə əməkdaşlıqda ittiham olunan daha 13 nəfər həbs olunub. Malikə əl-Arudun Əfqanıstana gedərək “Taliban” qüvvələrinin tərkibində koalisiya qüvvələrinə qarşı əməliyyatlarda iştiraka hazırlaşdığı da müəyyənləşib. Qeyd edək ki, həbs olunan mərakeşli qadın terrorçunun həyat yoldaşı Əhməd Əbdülsəttar Əfqanıstanda Şimal Alyansının lideri Əhməd şah Məsuda sui-qəsd təşkil edən şəxslərdən biridir. Sui-qəsd zamanı Əhməd Əbdülsəttarın özü də həlak olub. |
44,295 | 13.12.2008 02:17 | Siyasət | İSA QƏMBƏR RESPUBLİKAÇILAR İNSTİTUTUNUN BAKI OFİSİNİN RƏHBƏRİ İLƏ GÖRÜŞÜB | Görüş zamanı Azərbaycanda ictimai-siyasi vəziyyət, həm də demokratiya və insan haqları ilə bağlı problemlər diqqət mərkəzində olub.Tərəflər Müsavat Partiyası ilə BRİ-nin əlaqələrinin yeni mərhələdə daha intensiv davam etməsi imkanları ilə əlaqədar da fikir mübadiləsi aparmışlar. |
44,296 | 13.12.2008 02:14 | Dünya | TASOS PAPADOPULOS VƏFAT EDİB | Dünən səhər vəziyyəti ağırlaşan T.Papadopulos günorta saatlarında keçinib. Qeyd edək ki, T.Papadopulos 2003-2008-ci illərdə Kipr Respublikasının prezidenti olub. |
44,297 | 13.12.2008 08:13 | Mədəniyyət | BRİLLİANTLA AYGÜN SKRİPKAÇININ NARKOMANLIĞINI HAÇAN BİLİB? | Maraqlıdır, görəsən vaxtilə işgüzar münasibətdə olduğu müğənnilər R.Həsənovu “yaradıcılıq enerjisini artıran həb”dən istifadə etdiyini hiss ediblərmi?B.Dadaşovanın mətbuat katibi bildirdi ki, müğənninin iki ilə yaxındır ki, R.Həsənovla heç bir əlaqəsi yoxdur. Onun həbs olunmasından və yanlış yola düşməsindən təəssüfləndiyini bildirən müğənninin fikrincə, Ramin çox istedadlı musiqiçi olub və bu sənətin ardınca düşsəydi, onun üçün çox yaxşı olardı: “Brilliant xanım Türkiyədən qayıdandan sonra Ramini öz ansamblında görməyib. Maraqlananda isə ansamblın digər üzvləri ona bildirib ki, Ramin musiqini atıb və ibadətlə məşğuldur. Müğənni onun həbs olunması barədə məndən eşitdiyini dedi və onun yanlış yola düşməsindən təəssüfləndi”.Vaxtilə B.Dadaşovanın ansamblında çalışan musiqiçi Ənvər də R.Həsənovu dindar, namaz qılan və istedadlı musiqiçi kimi tanıdığını bildirdi: “Lakin onun belə yanlış yola düşdüyünü eşidəndə təəccübləndim”.A.Kazımovanın mətbuat katibi də Raminin həbs olunması barədə müğənninin “Yeni Müsavat”dan məlumat aldığını və onu yalnız bir skripkaçı kimi tanıdığını dedi: “Aygün xanım onu yaxından tanımadığını deyir. Sadəcə, Ramin musiqiçi kimi onun ansamblında skripka çalıb və zəhməthaqqı da alıb”. |
44,298 | 13.12.2008 02:10 | Mədəniyyət | NATƏVAN “EUROVİSİON”da GÜLYANAQLA GÜLYAZI GÖRMƏK İSTƏYİR | “O istedadlı gənc kimdir” sualına isə müğənni “Lider” televiziyasının Yeni il üçün hazırladığı şou-proqramda bir çox ulduzlar iştirak edirdi. Gülyaz və Gülyanaq Məmmədovalar da orada idi. Onlar çox maraqlı kompozisiya ifa etdilər, bu, mənim çox xoşuma gəldi. Əgər “Eurovision”a Azərbaycandan nümayəndə göndərmək məndən asılı olsaydı, mən məmnuniyyətlə onların bu yarışmada iştirak etməsini istərdim" deyə cavab verib. |
44,299 | 13.12.2008 01:21 | Mədəniyyət | VÜQAR KAMİLOĞLU VASİF MƏHƏRRƏMLİYƏ TÜRMƏ ARZULAYIR | Döyülmə faktı ilə əlaqədar hazırda Yasamal Rayon Polis İdarəsində istintaq aparıldığını bildirən jurnalist vəkili tərəfindən mətbuata başqa heç bir məlumat verməmək tapşırığı aldığını da deyib: “Hələlik istintaq aparıldığı üçün heç bir məlumat verə bilmərəm. Lakin bir məsələyə münasibət bildirmək istəyirəm. ”Bakı-Xəbər" qəzetində yazılıb ki, Vasif Məhərrəmli guya bu hadisədən peşman olub və mənimlə barışmaq istəyir. Amma heç bir barışıqdan söhbət gedə bilməz və istədiyim budur ki, o, layiqli cəzasını alsın və həbs olunsun". |
44,300 | 13.12.2008 01:21 | Ölkə | AZADLIQ “BUZ MEYDANI”na ÇEVRİLİR | Şübhəsiz ki, meydan Yeni il ərəfəsində paytaxtın ən əsas görməli yeri olacaq. Meydanda montaj işlərini “A+A” şirkəti həyata keçirir. Nəhayət, dekabrın 31-də Hökumət Evi ilə üzbəüz - bulvarda yenidən qurulmuş fontan kompleksi işə salınacaq. Ağ mərmərlə çərçivəyə alınmış yeni fontanlar musiqili işıq effektləri ilə təchiz edilib. Göründüyü kimi, əsas Yeni il bayram tədbirləri gözəl və maraqlı olacaq. |
44,301 | 13.12.2008 01:18 | Ölkə | RAMİZ RÖVŞƏNİN “NƏFƏS - KİTABLAR KİTABI” TÜRKİYƏDƏ NƏŞR OLUNDU | Şairin oğlu Rövşən Ramizoğlunun APA-ya verdiyi məlumata görə, xalq yazıçısı Anarın “Rövşən aydınlıq deməkdir” adlı ön sözü ilə açılan kitabda şairin müxtəlif illərdə yazdığı məşhur şeirləri ilə yanaşı, “Süd dişinin ağrısı” və “Canavar ovu” poemaları da yer alıb. Nəfis şəkildə çap olunan kitab türkiyəli oxucuları ilk dəfə geniş həcmdə Ramiz Rövşən yaradıcılığı ilə tanış edir. |
44,302 | 13.12.2008 02:23 | Astrologiya | ULDUZ FALI | QOÇ - Hiss olunur ki, bu gün ümumi gərginlik ovqatınıza hakim olacaq. Elə isə bütün gücünüzü toparlayıb neqativ hallara qarşı müqavimət göstərin. Enerjinizi boş yerə xərcləməyin. BUĞA - Neçə gündən bəri verdiyimiz tövsiyələrə əməl etmisinizsə, təxminən saat 12-dən başlayaraq iştirakçısı olduğunuz proseslər xeyrinizə cərəyan edəcək. Özünüzə təzə geyim alın. ƏKİZLƏR - Ulduzlar ovqatınızı yüksəltmək üçün əllərindən gələni edəcəklər. Amma heç olmasa, özünüz də buna azacıq cəhd etməlisiniz. İnsanlara qarşı gülərüz münasibət göstərin. XƏRÇƏNG - Fəaliyyət istiqamətində vaxtınızı çox itirməyin. Onsuz da nəzərdə tutulan nəticəni əldə edə bilməyəcəksiniz. Buraxdığınız səhvləri etiraf etməyi və bağışlamağı bacarmalısınız. ŞİR - Xurafatçıların “nəhs gün” adlandırdığı bu təqvimdə çoxdan görmədiyiniz dost və qohumlarınıza baş çəkin. Nahar ərəfəsində aldanma ehtimalınız olduğu üçün bir qədər tədbirli olun. QIZ - Bu təqvimin mahiyyətini romantik məcraya yönəltməklə ümumi gərginliyinizi azalda bilərsiniz. Əks cinsin nümayəndələri ilə mehriban davranın. Özünüzü zəhərlənmədən gözləyin. TƏRƏZİ - Ətrafınızda olan xeyirxah insanların qədrini bilin. Onsuz da həyatda təkbaşına çox şeyə nail ola bilmirsiniz. Yersiz ittihamlara, dedi-qoduya əhəmiyyət verməklə səviyyənizi endirməyin. ƏQRƏB - Günün ümumi görüntüsü qarşıdurmalarla müşayiət olunacaq. Nə qədər çətin olsa da, əsəblərinizi cilovlamağa çalışın. Bunu bacarsanız, axşama yaxın ovqatınız yüksələ bilər. OXATAN - Riskli işlərə, nəticəsinə əmin olmadığınız sövdələşmələrə girişməyin. Daha çox evdə, ailə üzvlərinizlə, dostlarınızla bir yerdə olmağa çalışın. Qonaq getmək də olar. OĞLAQ - Bu gün yeganə probleminiz səhhətinizlə bağlı ola bilər. Odur ki, əsəbi situasiyalardan, daxili soyuqdəymədən qorunmalısınız. Qalan məsələlərdə isə ciddi probleminiz olmayacaq. SUTÖKƏN - Dünyanı düzəltmək fikrindən vaz keçin. Özünüzü və ətrafınızdakıları ədalət müstəvisinə çəkə bilsəniz, bu da böyük işdir. Nəzərə alın ki, indi insanları inandırmaq qabiliyyətiniz aşağıdır. BALIQLAR - “Nəhs gün” anlamına ciddi yanaşmayın. Əksinə, bu gün uğurlu məqamlar yaşayacaqsınız. Maddi çətinliyi özünüzə dərd etməyin. Axşam çoxdan görüşmədiyiniz yaxınlarınıza baş çəkin. |
44,303 | 13.12.2008 11:20 | Ölkə | DAĞINTILAR ALTINDAN 20 YAŞLI OĞLANIN CƏSƏDİ TAPILIB | Lent.az-ın hadisə yerinə olan əməkdaşının məlumatına görə isə, Nizami rayon İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyev evləri jurnalistlərə açıqlamasında bildirib ki, yararsız hala düşən vətəndaşların sığınacaqla təmin olunmaları nəzərdə tutulub. Partlayış nəticəsində ölənlərin olması barədə bu saatadək məlumat olmadığını deyən RİH başçısı hadisəyə qaz sızmasının səbəb olduğunu bildirib: “Qəza nəticəsində binanın 4-cü, 5-ci mərtəbələri tam yararsız hala düşüb. Eyni zamanda, ətraf binalara və mənzillərə ziyan dəyib. Hadisə nəticəsində 5 nəfər yaralanıb və onlara ilkin tibbi yardım göstərilib. İki nəfərin isə dağıntılar altında qaldığı ehtimal olunur. Hazırda onların çıxarılması istiqamətində işlər görülür”.Hadisə yerində olan “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov jurnalistlərə açıqlamasında hadisənin qaz sızması nəticəsində baş verdiyinin ehtimal olunduğunu deyib. Onun sözlərinə görə, araşdırma aparıldıqdan sonra dəqiq məlumat veriləcək: “Əgər hadisə həqiqətən də qaz sızması nəticəsində baş veribsə, onda təhlükəsizlik məsələlərinə riayət olunmayıb”. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da hadisə yerindədir. Lent.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, bu saatlarda dağıntılar altında qalan iki nəfərdən biri çıxarılaraq, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Son anda aldığımız məlumata görə, dağıntıları altından təxminən 20 yaşında olan bir oğlanın cəsədi çıxarılıb. Bu barədə Bakı şəhər Təcili Yardım Xidmətinin baş həkimi Mürsəl Həmidov bildirib. M.Həmidov həmçinin deyib ki, dağıntılar altından çıxarılanlardan 2-3 yaşlarındakı uşaq və 45, 56 yaşlarında olan 2 qadın yanıq xəsarəti ilə, 1 nəfər 20 yaşlı kişi isə travma ilə xəstəxanaya yerləşdirilib. |
44,304 | 13.12.2008 18:38 | Kriminal | PARTLAYAN BİNADA ÖLƏN VƏ YARALANANLARIN SİYAHISI AÇIQLANIB | Ölənlər: Əlirzayeva Tamilla Firuz qızı ”“ 1982-ci il təvəllüdlü Vitalik (soyadını, atasının adını, təvəllüdünü müəyyənləşdirmək hələlik mümkün olmayıb) Yaralılar: Əlirzayeva Aylin - 2006-ci il təvəllüdlü Qurbanova Nurəstə Məhəmməd qızı ”“ 1939-cu il təvəllüdlü Mahmudova Oksana Alekseyevna ”“ təvəllüdü dəqiqləşdirilməyib Kərimov Ağamir İsa oğlu ”“ 1962-ci il təvəllüdlü Kərimov Şirxan Ataş oğlu ”“ 1985-ci il təvəllüdlü Mürsəlova Afət Hüseyn qızı ”“ 1965-ci il təvəllüdlü Hadisə yerində işləyən FHN əməkdaşlarının APA-nın müxbirinə bildirdiyinə görə, dağıntılar altından qalanların olduğu ehtimalı yoxdur. |
44,305 | 14.12.2008 01:51 | Yazarlar | MİRZƏ, XƏZƏRİ KİM ÖLDÜRDÜ? | Bu toplantının adını oxuyanda adam azı bir neçə yaş cavanlaşır. Oxucuları çox intizarda saxlamayıb keçirəm mətləbə. Deməli Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidməti məlumat yayıb ki, dekabrın 15-17-də Bakıda “Dənizin çirkləndirilməsinin qarşısının alınması, təmiz, şəffaf və sağ şəkildə gələcək nəsillərə çatdırılması” mövzusunda regional konfrans keçiriləcək. Özü də tədbirdə Beynəlxalq Dəniz Təşkilatının ekspertləri, Xəzər və Qara dəniz ətrafı dövlətlərin, həmçinin Azərbaycanın əlaqədar strukturlarının nümayəndələri iştirak edəcəklər. Adam az qalır, sevincdən qəşş eləsin. Dənizimiz təmiz, şəffaf və sağ şəkildə gələcək nəsillərə çatdırılacaq. Bəxtəvər gələcək nəsillərin başına. Heyif ki, dənizimizi təmiz, şəffaf və sağ şəkildə görmək hələlik bizə nəsib olmur. Amma açığı bu Xəzərin sağ şəkildə gələcək nəsillərə təhvil verilməsi məsələsi mənə bir az qəribə gəlir. Necə yəni sağ? Bəyəm Xəzər ölüb ki? Yaxud ölübsə biz onu necə dirildəcəyik? Bax, bu suallar ətrafında baş sındırarkən ağlıma bir fikir gəldi. Yadınızdadırsa cəmi bir neçə gün öncə parlamentdə qərar qəbul olundu. Daha doğrusu mərhum prezident Heydər Əliyevin Xəzərin Azərbaycana aid hissəsində sahilə 120 metr qalmış tikinti işlərinin aparılmasının qadağan olunması ilə bağlı sərəncamı dəyişdirildi. Bu dəyişikliyə əsasən sahilə 30 metr qalmışa qədər tikinti işləri aparıla bilər. Bəzi həmkarlarım bunu Xəzərin çəpərlənməsi, çimərliyin camaatın üzünə qapadılması, sahilin zəbt olunması kimi qiymətləndirdilər. Həmin günlərdə onlardan bəziləri mənə də bu mövzuda yazmağı təklif etdi. Amma təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, uzaqgörənlik edərək, suyun axarını gözlədim. Budur, məsələnin əsl mahiyyəti açıqlandı. İndi məlum olur ki, hökumətimizin Xəzərin sahilində tikinti aparmaq üçün məsafəni 30 metrə qədər endirməsi dənizin sağ şəkildə gələcək nəsillərə çatdıra bilməyimizlə bağlıdır. Ölü dəniz gələcək nəsillərin nəyinə lazımdı axı? Ölü dənizdən söz düşmüşkən Xəzərin öldüyü barədə indiyədək heç bir yerdə məlumat getməyib. Yəqin ki, Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri yazı pozu əhlidi, mirzədi. Əgər Xəzər doğrudan da ölübsə, bundan xəbərdar olmamış deyil. Ona görə də, oxucular deyir, bu yazı vasitəsilə ondan soruşum ki, Mirzə, Xəzəri kim öldürdü?.Dünən bu dənizin sağaldılacağı ilə bağlı xəbər yayılandan sonra bəzi həmkarlarım dedi ki, baxarsınız, axırda Dövlət Dəniz Administrasiyasının İsraillə İordaniyanın arasında yerləşən Ölü dənizlə Xəzəri səhv saldığı məlum olacaq. Deyirlər ki, bəlkə elə o anonsu verilən tədbir də Bakıda yox, Qüdsdə keçiriləcək.Amma mən belə düşünən həmkarlarımın fikri ilə razı deyiləm. Söhbət elə öz dənizimizdən, Xəzərin sağ şəkildə gələcək nəsillərə təhvil verilməsindən gedir. Bu çox yaxşı xəbərdi. Görərsiniz özümüzü bir az da yaxşı aparsaq, gələn yay bizi çimərliyə də buraxacaqlar. Dünən ikinci xoş xəbər isə Kənd Təsərrüfatı Nazirliyindən gəldi. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib ki, böyük ehtimalla Azərbaycanda ət və ət məhsulları ucuzlaşacaq. Vallah bir gündə ki belə xoş xəbər yaymaq doğru deyil. Camaatın ürəyi bu sevincə tab gətirməyə bilər. Amma öz aramızdı lap kef eləməli əyyamdı. Ucuz ətdən ye, özünü ver sağ Xəzərin sularına. Bəh, bəh. Zabil MÜQABİLOĞLU |
44,306 | 14.12.2008 03:51 | Ölkə | BAKIDA DƏHŞƏTLİ PARTLAYIŞ | Hadisənin şahidlərindən biri, İTV-nin aparıcısı Günay Kamandarqızı bildirib ki, o, partlayış baş verən mənzilin qonşuluğunda yaşayır: “Güclü partlayış səsi eşitdim. Cəld geyinib küçəyə çıxdım. Dəhşətli mənzərə idi. Göydən başımıza daş parçaları yağırdı. Adamlar dağılmış mənzillərə tərəf qaçırdılar. Mən bir neçə nəfərin yarıçılpaq vəziyyətdə dağıntılar altından çıxarıldığını gördüm. Bundan sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəldi. Onlar uçqunlar altından daha bir neçə nəfəri çıxardılar”.Şahid dedi ki, hadisə binanın 2-ci blokunun 4-cü mərtəbəsində baş verib: “Mən biləni, həmin mərtəbədəki mənzillərin birində təmir işləri aparılırdı. Çox güman ki, elə hadisə də o mənzildə baş verib”.Qeyd edək ki, partlayış zamanı ətrafdakı 9 və 5 mərtəbəli binalara da ciddi ziyan dəyib. Zərbə dalğasından həmin tikililərin pəncərələrinin şüşələri sınıb, partlayış o qədər güclü olub ki, hətta yaxınlıqdakı mağazalara da ciddi ziyan dəyib. Bəzi məlumatlara görə, hadisə həmin binada yaşayan 68 yaşlı Növrəstə Qurbanovaya məxsus mənzildə baş verib. O, ağır vəziyyətdə 5 saylı xəstəxanaya yerləşdirilib. N.Qurbanovanın oğlunun dediyinə görə, onun anası həmin mənzildə kiçik qardaşı ilə yaşayırmış və evində dördgöz qaz sobası olub. Partlayış nəticəsində xəsarət alan 3 yaşlı qız isə 2 saylı uşaq xəstəxanasına aparılıb.Qeyd edək ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov, Bakı şəhər prokuroru Əziz Seyidli və digər rəsmi şəxslər hadisə yerində olublar. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyev isə hadisə yerində olan jurnalistlərə bildirib ki, binanın partlayışdan ziyan çəkmiş hissəsi bərpa olunacaq. Buna qədər isə zərərçəkən mənzillərin sahibləri 172 saylı bağçada yerləşdiriləcəklər. Qalan 4 blokdakı mənzillərin sahibləri isə köçürülməyəcəklər. M.Əliyev bildirib ki, partlayışdan sonra binada yaşayış davam edəcək.Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev isə bildirib ki, dağıntılar altından 8 nəfər çıxarılıb. Onların 2-si həlak olub, 6-sı isə yaralıdır. Yaralılar xəstəxanalara yerləşdirilib.ANS isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən 3 yaşlı qızın adını müəyyənləşdirib. Əfəndiyev adına 2 saylı Kliniki Şəhər Xəstəxanasının uşaq cərrahiyyə şöbəsinin müdiri Gülmirzə Poladov bildirib ki, bu, Aylin Hüseynağa qızı Əlirzayevadır. O, partlayış zamanı beyin silkələnməsi və qarın nahiyəsindən zədə alıb. G.Poladov Aylinin partlayış vaxtı anasının qışqıraraq onu pəncərədən küçəyə atdığını tez-tez təkrarladığını, amma anasının adını demədiyini bildirib. Dünən həkim bu məlumatı verənə qədər uşağın yaxınlarından hələ heç kim xəstəxanaya getməmişdi. Həkim uşaqları tanıyanlardan xahiş edir ki, sənədlər əsasında polis əməkdaşları vasitəsilə xəstəxanaya müraciət etsinlər. Verilən məlumata görə, artıq 3 yaşlı Aylinin bibisi xəstəxanaya zəng edərək həkimlə əlaqə saxlayıb.Rəsmi məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb. Bunlar 1982-ci il təvəllüdlü Əlirzayeva Tamilla Firuz qızı və soyadı və təvəllüdü hələ dəqiqləşdirilməmiş Vitalik adlı gəncdir. Xəsarət alanlar isə 2006-cı il təvəllüdlü Aylin Əlirzayeva, 1939-cu il təvəllüdlü Növrəstə Məhəmməd qızı Qurbanova, Mahmudova Oksana Alekseyevna, 1962-ci il təvəllüdlü Ağamir İsa oğlu Kərimov, 1985-ci il təvəllüdlü Şirxan Ataş oğlu Kərimov və 1965-ci il təvəllüdlü Afət Hüseyn qızı Mürsəlovadır. Məlumatlara görə, hadisə nəticəsində yaralanan 3 yaşlı Aylin Əlirzayeva həlak olan Tamilla Əlirzayevanın qızıdır.Ümumiyyətlə, dünən gün ərzində baş verən hadisə nəticəsində ölən və yaralananların sayı ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. Günorta saatlarında ölənlərin sayının 4 nəfər olduğu bildirilsə də 2 nəfərin həlak olduğu barədə məlumat axşam bir daha vurğulandı.Dünən qəzetimiz çapa gedəndə də hadisə yerində xilasetmə işləri hələ də davam etdirilirdi. Dağıntılar altında qalanların olduğu ehtimalı var.Partlayışın baş verdiyi ərazidə olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov bəzi açıqlamalar verib. APA-nın məlumatına görə, nazir bildirib ki, gələcəkdə Bakı şəhərindəki “xruşşovka” və “stalinka”larla yanaşı vaxtilə müvəqqəti tikilmiş binalar da söküləcək. K.Heydərovun sözlərinə görə, bununla bağlı hökumətin qərarı gözlənilir: “Xruşşovka” və “stalinka”ların söküntüsü hazırda Nazirlər Kabinetində və müvafiq hökumət strukturlarında müzakirə olunur. Təkcə bunlar deyil, bir vaxtlar müvəqqəti tikilmiş binalar da söküləcək. Onların yerində ya çoxmərtəbəli binalar inşa olunacaq, ya da ərazidən başqa məqsədlər üçün istifadə ediləcək".Nazir binaların sökülməsi prosesinin mərhələ-mərhələ həyata keçiriləcəyini bildirib. K.Heydərov onu da deyib ki, paytaxtda inşa olunan çoxmərtəbəli binaların bəzilərinə aşkar olunmuş nöqsanlara görə dövlət sənədləri verilməyib. Nazirin sözlərinə görə, belə binaların qaz xəttinin çəkilişi, elektrik enerjisi ilə təminatı, eləcə də layihə sənədlərində qüsurlar aşkarlanıb. Bu nöqsanlar aradan qaldırılandan sonra həmin binaların istismarına icazə veriləcək: “Ölkə başçısının sərəncamına uyğun olaraq 2001-ci ildən sonra inşa olunmuş bütün binaların Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlili aparılıb, tikililərin dayanıqlı olub-olmaması barədə yekun rəylər hazırlanıb. Konstruksiyalarında nöqsan aşkarlanmış binalarda bərkitmə işləri aparılacaq”.K.Heydərov bildirib ki, FHN-in ən müasir cihazlarla binaya müdaxilə etmədən onun konstruksiyalarını öyrənərək rəy vermək imkanı var. Nazirlik təkcə 2001-ci ildən bəri inşa edilən binaları deyil, ondan əvvəl tikilən binaları da yoxlayacaq. |
44,307 | 14.12.2008 02:56 | Gündəm | “DÖYÜŞDƏ ERMƏNİSTANLA TƏKBƏTƏK QALSAQ, QALİB GƏLƏRİK” | Sənəddə qeyd olunub ki, Azərbaycan buna ya Ermənistanla danışıqlarda mövqeyini möhkəmlətmək, ya da hərbi əməliyyatların bərpa edilməsi hesabına nail olmağa ümid edir. Ancaq ardınca bildirilib ki, “Azərbaycan hərbi büdcəsini sürətlə artırsa da hələlik Ermənistan Silahlı Qüvvələri üzərində gözlə görünən üstünlüyə nail ola bilməyib”.Təbii ki, bu, nəinki ictimaiyyəti, həm də Silahlı Qüvvələrə ayrılan böyük miqdarda vəsaitlə öyünən rəsmiləri də narahat etməli məsələdir. BBQ bu günə qədər ordu üzərində demokratik və vətəndaş nəzarətinin gücləndirilməsi və orduya öncə elita maraqlarının müdafiəsi üçün alət kimi baxmaq adətinə son qoymaq üçün lazımi siyasi iradənin göstərilmədiyini də vurğulayıb.Konfliktoloq Arif Yunus bu fikirlərdə müəyyən həqiqət payı görür: “Özümüz də bilirik ki, orduda rüşvətxorluq və digər neqativ hallar var, bu barədə dəfələrlə yazılıb. Həmçinin əhali hərbiyə ayrılan pulların doğrudanmı orduya çatıb-çatmadığından narahatdır. Ordu cəmiyyətin bir hissəsidir və cəmiyyətdə rüşvətxorluq varsa, orduda da olacaq. Ermənistan ordusunda da rüşvətxorluq var. Demək olar ki, hər iki ölkənin ordusunda eyni vəziyyət hökm sürür. Ermənilərlə görüşdə onlar da rüşvətxorluqdan şikayətlənir. Bu mənada deməzdim ki, erməni və Azərbaycan orduları arasında böyük fərq var”.A.Yunus Gürcüstan ordusunun əvvəlki illərə nisbətən doğrudan da gücləndiyini bildirdi: “Azərbaycanın hərbi büdcəsindən çox danışılır. Ancaq Gürcüstanda orduya bizdən çox pul ayrılırdı. Azərbaycan müdafiə məsələlərinə 1 milyard dollar ayıranda Gürcüstanda bu məbləğ 1,5 milyard idi. Üstəlik onlarda şəffaflıq prinsipinə əməl olunur. Adi jurnalist gedib orduya ayrılan vəsaitin xərclənməsi ilə bağlı sorğusuna cavab ala bilər. Bizdə isə bu, mümkün deyil”.Konfliktoloq orduya ayrılan vəsaitin necə xərclənməsini də mühüm sayır: “Ermənilər yeni tipli ”T-90" tankları alırsa, bizimkilər köhnə “T-70"-ləri alır. Buna baxmayaraq deməzdim ki, erməni ordusu güclüdür. Əgər biz ordunun indiki vəziyyətini nəzərə alsaq, ordumuz ermənilərdən nisbətən güclüdür. Ancaq fərq o qədər də böyük deyil. Döyüşdə ermənilərlə təkbətək qalsaq, fərq böyük olmadığından çətinliklə də olsa, itkilərlə qələbə qazana bilərik. Lakin fakt budur ki, Ermənistanla təkbətək qalmayacağıq. Rus ordusu olmasaydı, Gürcüstan Cənubi Osetiyanı qısa müddətdə geri qaytaracaqdı. Hətta bu gün osetinlər gürcü ordusundan qorxduqlarını açıq etiraf edirlər. Ermənistan isə bizdən qorxmur. Digər tərəfdən, Rusiya faktoru var, biz bunu heç vaxt unutmamalıyıq. Rus ordusu ilə üzbəüz qalsaq, gürcüləri dəstəkləməyən Qərb bizi heç zaman dəstəkləməyəcək”.Beynəlxalq təşkilatın Azərbaycan ordusunun erməni ordusundan “zəif” olması barədə rəy yaratmağa cəhd göstərməsinə gəlincə isə A.Yunus dedi ki, Qərbdə bir nömrəli problem Cənubi Qafqazda qeyri-sabit vəziyyətin yaranması ehtimalıdır: “Əgər qeyri-sabitlik olsa, neft layihələri sual altında qalacaq. Ona görə də Azərbaycanı müharibədən çəkindirmək üçün Böhran Qrupu öz hesabatında bu kimi məsələlərə yer verir”.Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə BBQ-nin hesabatı ilə qəti şəkildə razılaşmadı: “Bu təşkilatın hesabatı bizdə heç də qeyri-adi təəssürat yaratmadı. İndiyədək qurumun hesabatında Azərbaycan barədə hansısa müsbət fikri açıqlamasına rast gəlməmişəm. Ancaq bir qayda olaraq ölkəmiz haqqında mənfi rəy formalaşdırmaqla məşğul olduğu halda Ermənistana həmişə müsbət mövqedən yanaşıb. Son hesabat da həmin mövqeyin davamıdır. Bunun nəyə görə edildiyi də bizə aydındır”.E.Sabiroğlu Azərbaycan ordusunun Cənubi Qafqazda ən güclü ordulardan biri hesab olunduğunu vurğuladı: “Mən bu yaxınlarda Brüsselə NATO-nun mənzil-qərargahında səlahiyyət sahiblərindən ordumuz barədə müsbət fikirlər eşitdim. Həqiqətən də ordumuz həm gücünə, həm şəxsi heyətinin döyüş qabiliyyətinə, həm də beynəlxalq əlaqələrinə görə yüksək nəticələr əldə edib. Bizim hərbi büdcəmizi artırmağımız kimlərisə çox narahat edir. Böhran Qrupu unutmamalıdır ki, torpağı işğal olunan, 1 milyon insanı qaçqın düşən Azərbaycandır. Belə vəziyyətdə Azərbaycan əlini əlinin üstünə qoyub oturmalı deyil ki...” |
44,308 | 14.12.2008 03:52 | Gündəm | FAT VƏ QAT | İnsan oğlu özünü anlayandan bəri azadlıq uğrunda çarpışır. Bunun üçün partiyalar qurulur, siyasi ideya və cərəyanlar formalaşdırılır, kitablar yazılır, təlim və nəzəriyyələr hazırlanır, hərəkatlar yaranır, silaha əl atılır, insanlar canını qurban verir. Bir sözlə, vətənin və vətəndaşın azadlığı uğrunda mübarizə həmişə və hər bir ləyaqətli kəs üçün müqəddəs olub və belə də olacaq. Xüsusilə də torpağı düşmən tapdağı altında olan ölkələrin cəmiyyətlərində.Belə ölkələrdə azadlıq ideyası hər şeyin fövqünə qalxır, ata-anadan, övladdan, ailədən, puldan, sərvətdən, var-dövlətdən, hətta həyatdan - hər şeydən öndə olur. Məsələn, götürək Fələstini. Orada müqəddəs müsəlman torpaqlarının yəhudi işğalından azad edilməsi uğrunda yarım əsrdən çoxdur ki, azadlıq mübarizəsi gedir. Ərəb xalqının bu mübarizəsi uzun illər Yasir Ərəfat kimi millət və vətən fədaisinin rəhbərliyi altında gedib. Bu mübarizə onun vəfatından sonra da davam edir. Ərəfatın adını bütün dünya bilir, onu İslam dünyasının hər yerində tanıyır və sevirdilər. Çünki Ərəfat böyük adam idi. Ölümdən qorxmurdu, şəxsi həyatını düşünmürdü, hər şeyi vətəninə və millətinə qurban vermişdi. Hər şeyə - məhbəsə, məhrumiyyətlərə, işgəncələrə, tənqidlərə, təhdidlərə, təhqirlərə, iftiraya, böhtana, hətta ölümə də hazır idi. O, bütün cılız hisslərin fövqündə idi. Xalqı və vətəni naminə.Ərəfat öz xalqının azadlıq mübarizəsinə başlayanda Fələstin Azadlıq Təşkilatı (FAT) adlı bir qurum yaratmışdı. Bu gün də siyasi səhnədə olan FAT ərəblərin düşünən beyni, vuran əli idi, Ərəfat isə millətin atası, güvənc yeri, ümid-pənahı və sevimlisi. O, cəmiyyət arasına çıxanda səsi gələn yerə on minlərlə ərəb bir andaca toplaşırdı. Çünki Ərəfat öz böyüklüyü və böyük mübarizəsi ilə bütün müsəlmanların haqq səsini dünyaya yayırdı, İslam dünyasına şərəf gətirirdi, dini, vətəni, torpağı və milləti uğrunda mübarizədən başqa heç nə barədə, hətta öz səhhəti haqda da düşünmürdü. Bu, əsl kişi mübarizəsi idi.Bizim ölkəmizi də üzləşdiyi problemə görə haradasa Fələstinlə müqayisə etmək olar - bizim də torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal edilib. Bizim xalq da azadlıqsevər xalqdır və azadlıq uğrunda həmişə mübarizə aparıb. Amma bizdə FAT tipli bir təşkilat olmayıb. Görünür, ona görə ki, böyük ürəyə, dözümə, iradə və ağıla malik öz Ərəfatımız olmayıb. Yəqin elə buna görədir ki, Akif Nağı adlı birisi bu boşluğu doldurmaq üçün çox götür-qoydan sonra QHT fason bir şey - Qarabağ Azadlıq Təşkilatı (QAT) yaradıb. A.Nağı bunu yaradanda yəqin elə bilib ki, çox keçməz, o da Ərəfat kimi şöhrətlənər, ad-sanı düzü-dünyanı bürüyər, o da küçəyə çıxanda on minlərlə adam əl görüşmək üçün basabas salar və s.Amma belə olmadı. Səbəb bəllidir. Söhbət şəxsiyyətin iriliyindən-xırdalığından gedir. Ərəfatın ayaqqabısını geymək nə çətinmiş ki?! Əsas odur ki, onun yerişini yeriyəsən... A.Nağı srağagün axşam qəzetimizin köşə yazarı Zamin Hacının üstünə ləşkər tökmüşdü - 4 nəfər idilər. Redaksiyanın önündəki ağaclıqda ustalıqla gizlənən A.Nağı və dəstəsi yazarın üstünə qəfildən hücum çəkəndə onun gözü qarşısında Ərəfatın missiyasının gəlib-gəlmədiyini QAT sədrinin özündən başqa kim bilə bilər?! QAT sədri bu gecə basqını nəticəsində jurnalisti öz qoçularının köməyi ilə qəhrəmancasına döyüb. Səbəb çox böyükdür, qlobaldır, cahanşümuldur, prinsipialdır - Zamin bəy A.Nağını yüngülvari tənqid edibmiş.Nə isə, Yasir Ərəfat İslam dünyasının adını dünyada şöhrətləndirirdi. Akif Nağı da jurnalist döyməklə ölkəmizə “hörmət” qazandırır. Ermənilər xırda şəxsi hisslərin girovu olan balaca adamların Qarabağı azad etmək barədəki böyük iddialarını təsəvvür edəndə uğunub keçər yəqin... |
44,309 | 14.12.2008 03:10 | Yazarlar | İRANSAYAĞI MÜSƏLMAN TƏƏSSÜBKEŞLİYİ | Şübhəsiz, dinc insanlara, qadınlara, uşaqlara, qocalara qarşı istənilən zorakılıq aktı pislənməlidir. Ancaq məgər yer üzündə zor işlədilən məkan təkcə Fələstindirmi? Təbii ki, yox. Müsəlmanlar dünyanın digər bölgələrində də zaman-zaman istismara, soyqırımına məruz qalıb, yerindən-yurdundan kütləvi şəkildə didərgin salınıblar. Elə İran adlı dövlətin öz qulağının dibində - Dağlıq Qarabağda və onun ətrafında erməni cəlladlarının törətdiyi qanlı cinayətləri, Xocalı soyqırımını, digər terror hadisələrini yada salın. Di gəl, cənub qonşumuzun bu cinayətlərə hər hansı sərt reaksiyasına, bəyanatına rast gəlməmişik. Halbuki burada da, orada da zorakılıqlara məruz qalan həm də müsəlmanlardır, hətta şiə müsəlmanlarıdır.Yaxud bir neçə gün öncə İraqın şimalında, Kərkük bölgəsində baş vermiş və onlarla günahsız insanın həyatına son qoymuş terror hadisəsi ilə əlaqədar İrandan etiraz səsi eşidilmədi. Bu yerdə vaxtilə Çeçenistanda rusların apardığı soyqırım əməliyyatlarına rəsmi Tehranın susqunluq nümayiş etdirməsini də xatırlatmaq olar.İranın belə ikili siyasət sərgiləməsinin səbəbləri barədə çox yazmışıq. Yalnız bir məqamı xüsusi qeyd edək ki, Tehran Fələstin məsələsinə görə hələ də İsraili dövlət olaraq tanımayıb. Bu hələ harasıdır, İranın siyasi və dini liderləri dəfələrlə İsraili yer üzündən siləcəkləri barədə bəyanatlar veriblər. Fələstinə görəmi? Sadəlövh olmayın. Belə aqressiv münasibətin motivi Fələstinin müsəlman xalqı yox, İranın Yaxın Şərqdəki geosiyasi maraqları, anti-Amerika ovqatıdır.Belə olmasaydı, Tehran Xocalı soyqırımının müəllifi olan Ermənistanla diplomatik əlaqələri çoxdan qırmalı idi. Lakin bunun əksini müşahidə edirik: belə ki, bu dəqiqə işğalçı Ermənistanın ən geniş iqtisadi-ticari əlaqələrdə olduğu ölkələrdən biri və bəlkə də birincisi məhz İrandır. Tehran və erməni rəsmilərinin qarşılıqlı səfərləri isə çoxdan adi hal alıb. İran rəsmiləri heç gizlətmir də, onlar işğalçı ölkəni “tərəfdaş” adlandırır.Digər yandan, Fələstin xalqı təzyiqlərə məruz qalsa da hər halda öz yurdundadır, bəs, 15 ildir evsiz-eşiksiz qalan yüz minlərlə qarabağlı müsəlman köçkünün taleyi İranı niyə ilgiləndirmir? Cavab yuxarıda toxunduğumuz motivdir - geosiyasi mənafe. İş ondadır ki, Azərbaycan işğala məruz qalsa da, 1 milyona yaxın müsəlman qaçqın-köçkünü olsa da, Tehran rejimi “Azərbaycan” adlı dövlətin varlığından sadəcə ehtiyatlanır. Aydın məsələdir hansı səbəblərdən. Yəni belə çıxır ki, ermənilər rusların köməyi ilə ərazilərimizi işğal etməklə faktiki İranın maraqlarına işləyirlər.Bu, İran adlı dövlətin siyasi sisteminin dinlə hər hansı bağlılığının olmadığını bir daha ortaya çıxarır. Çünki İslam dini müsəlman təəssübkeşliyini və dəstəyini ön planda görür. İslam Respublikası adlanan İran isə nədənsə işğala məruz qalan müsəlman Azərbaycanını qoyub qeyri-müsəlman, üstəlik, işğalçı Ermənistanın tərəfini saxlayır. Bununla da əslində ölkəmizlə bağlı özünün gerçək niyyətini bir daha, əyani şəkildə büruzə vermiş olur.Doğrudur, İran rəhbərliyi Azərbaycanı da tez-tez dost-qonşu ölkə adlandırır. Ancaq bu, olsa-olsa boğazdanyuxarı bəyanatlardır. Ən azı ona görə ki, dost dostun dərdinə şərik çıxar, onun dostu ilə dost, düşməni ilə düşmən olar. Daha düşməni ilə dostlaşmaz, müttəfiqlik etməz, birləşməz. Həm də “dost”a qarşı!.. Zahid SƏFƏROĞLU |
44,310 | 14.12.2008 01:16 | Gündəm | “MİLYONÇULAR YARMARKASI”na HANSI AZƏRBAYCANLI MƏMUR QATILIB? | Budəfəki yarmarka da sürprizsiz ötüşməyib. Hollandiyadan “Gassan Diamords” zərgərlik şirkətinin təklif etdiyi mobil telefon üçün qulaqcıq 7000 avroya satılıb. Qulaqcığın hər iki tərəfi brilyantdan hazırlanıbmış. Bundan başqa, “Mercedes”, “Maybax” və “BMW” kimi tanınmış avtomobil nəhəngləri dəyəri 670 min avrodan tutmuş 1 milyon 900 min avroyadək olan maşınların satışını həyata keçiriblər. Yarmarkada ən bahalı hərrac isə “Riva Rivale” adlı yaxta ilə bağlı olub. “Riva” şirkətinin satışa çıxardığı yaxta özünə 12 milyon avroya müştəri tapıb. “RİA Novosti”nin yaydığı məlumata görə, yarmarkada Avropanın əksər ölkələrindən, o cümlədən Azərbaycandan gələn milyonçular da iştirak edib. Azərbaycanda rəsmi milyonçu olmadığından indi bir sual daha çox maraq doğurur: görəsən, Amsterdam yarmarkasında hansı azərbaycanlı məmur-oliqarx iştirak edib? |
44,311 | 14.12.2008 01:51 | Siyasət | BU GÜN AYDINLAR PARTİYASININ QURULTAYIDIR | Qurultayda partiyanın nizamnamə və məramnaməsi təsdiq olunacaq. Partiyanın sədri, eləcə də Məclisə və Nəzarət-Təftiş Komissiyasına üzvlər seçiləcək”.Partiyanın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Xanoğlan Əhmədovun APA-ya verdiyi məlumata görə, təsis qurultayında 30 rayon təşkilatından 150-dək nümayəndə iştirak edəcək. Təsis toplantısına yalnız KİV dəvət edilib. İşçi qurultay olduğundan digər siyasi partiyaların təmsilçiləri və qonaqlar dəvət olunmayıb. Xatırladaq ki, Aydınlar Partiyası Q.Əlibəylinin rəhbərliyi ilə 2008-ci il sentyabrın 24-də yaradılıb. AXCP Ali Məclisinin sabiq sədri Q.Əlibəyli bu ilin avqustunda AXCP sıralarından istefa verib. Prezident seçkilərinə namizəd qismində qatılan Q.Əlibəyli Aydınlar Partiyasını yaradacağını elan etmişdi. |
Subsets and Splits